254
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları 2014-cü il MÜNDƏRİCAT Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (9 yanvar 2014-cü il).. 7 Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (9 yanvar 2014-cü il) ....................... 12 Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya işgüzar səfəri: Azərbaycan Prezidentinin və NATO baş katibinin mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (15 yanvar 2014-cü il)........................................................................................ 18 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilmişdir: Prezident İlham Əliyev konfransda iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (5 fevral 2014-cü il) ............ 21 Prezident İlham Əliyevin yekun nitqi (5 fevral 2014-cü il) .............................................. 25 Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri: Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Prezident İlham Əliyevin bəyanatı (12 fevral 2014-cü il) ......................................................................................... 30 Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (19 mart 2014-cü il) .................................................................................................. 31 Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxış etmişdir: Azərbaycan Prezidenti İlham Əliyev çıxışı (25 mart 2014-il) ........................................................................................................................................ 35 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri: Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı: Prezident İlham Əliyevin bəyanatı (4 aprel 2014-cü il) ................................................................... 37 Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri: Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (8 aprel 2014-cü il)40 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (9 aprel 2014-cü il) .................................................. 44 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (13 aprel 2014-cü il) 45 Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (13 aprel 2014-cü il) ........................ 50 Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir: Prezident İlham Əliyevin çıxışı (23 aprel 2014-cü il) ...................................................................... 55 Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış etmişdir: Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

nitqləri, çıxışları, müsahibələri və bəyanatları

2014-cü il

MÜNDƏRİCAT

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin

sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr

olunmuş iclası keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (9 yanvar 2014-cü il).. 7

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (9 yanvar 2014-cü il) ....................... 12

Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya işgüzar səfəri: Azərbaycan Prezidentinin

və NATO baş katibinin mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı (15 yanvar 2014-cü il) ........................................................................................ 18

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının

icrasına həsr olunmuş konfrans keçirilmişdir: Prezident İlham Əliyev konfransda iştirak

etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (5 fevral 2014-cü il) ............ 21

Prezident İlham Əliyevin yekun nitqi (5 fevral 2014-cü il) .............................................. 25

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri: Azərbaycan və

Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Prezident İlham Əliyevin

bəyanatı (12 fevral 2014-cü il) ......................................................................................... 30

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir: Azərbaycan

Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi (19 mart 2014-cü il) .................................................................................................. 31

Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi

Sammitində çıxış etmişdir: Azərbaycan Prezidenti İlham Əliyev çıxışı (25 mart 2014-cü

il) ........................................................................................................................................ 35

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri: Prezident

İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı: Prezident

İlham Əliyevin bəyanatı (4 aprel 2014-cü il) ................................................................... 37

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri: Prezident

İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş

təntənəli mərasimdə iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (8 aprel 2014-cü il)40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi

səfəri: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan

Prezidenti İlham Əliyevin bəyanatı (9 aprel 2014-cü il) .................................................. 44

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin

birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr

olunmuş iclası keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (13 aprel 2014-cü il) 45

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (13 aprel 2014-cü il) ........................ 50

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə

verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir: Prezident

İlham Əliyevin çıxışı (23 aprel 2014-cü il) ...................................................................... 55

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı”

Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış etmişdir: Azərbaycan Prezidenti

Page 2: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

2

İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab vermişdir (24 aprel

2014-cü il) .......................................................................................................................... 58

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının

şərəfinə ziyafət verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak

etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (27 aprel 2014-cü il) ................. 60

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur: Azərbaycan

Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi (28 aprel 2014-cü il)................................................................................................. 62

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri: Azərbaycan, Gürcüstan

və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti

İlham Əliyevin bəyanatı (6 may 2014-cü il) ..................................................................... 66

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev

Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Prezident İlham

Əliyevin nitqi (10 may 2014-cü il) ................................................................................... 68

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri: Azərbaycan Prezidenti

İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti

işləri ilə tanış olmuşlar: Prezident İlham Əliyevin çıxışı (11 may 2014-cü il) ................. 72

Azərbaycan və Fransa prezidentlərinin mətbuat konfransı olmuşdur: Prezident İlham

Əliyevin bəyanatı (12 may 2014-cü il) ............................................................................. 74

Prezident İlham Əliyev və Prezident Fransua Olland Azərbaycan-Fransa biznes

forumunda iştirak etmişlər: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (12 may 2014-

cü il) ................................................................................................................................... 78

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “The Business Year” nəşrinə

müsahibəsi (14 may 2014-cü il) ........................................................................................ 83

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri: Azərbaycan və Vyetnam

prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Prezident İlham Əliyevin bəyanatı (19

may 2014-cü il) .................................................................................................................. 87

Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları

ilə görüşü: Prezident İlham Əliyevin çıxışı (19 may 2014- cü il)..................................... 88

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri: Ali qonağın şərəfinə:

Prezident İlham Əliyevin çıxışı (19 may 2014-cü il)........................................................ 91

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar

səfəri: Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si

Cinpinin görüşü (20 may 2014-cü il) ............................................................................... 92

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü

Zirvə Toplantısı keçirilmişdir: Prezident İlham Əliyev Zirvə Toplantısında iştirak

etmişdir: Prezident İlham Əliyevin çıxışı (21 may 2014-cü il) ........................................ 93

28 May–Respublika Günü münasibətilə rəsmi qəbul: Prezident İlham Əliyev rəsmi

qəbulda iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (27 may 2014-cü il) ................. 95

Azərbaycan Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri: Azərbaycan Prezidenti

İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir: Prezident

İlham Əliyevin çıxışı (28 may 2014-cü il) ...................................................................... 101

Page 3: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

3

İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri: Azərbaycan və İsveçrə

prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Prezident İlham Əliyevin bəyanatı (2

iyun 2014-cü il) ................................................................................................................ 104

Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi

və konfransı işə başlamışdır: Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində

iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (3 iyun 2014-cü il) ............................. 106

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir: Prezident İlham

Əliyevin çıxışı (5 iyun 2014-cü il) .................................................................................. 110

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri

Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti İlham

Əliyevin bəyanatı (14 iyun 2014-cü il) ........................................................................... 112

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri: Azərbaycan və

Yunanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti

İlham Əliyevin bəyanatı (16 iyun 2014- cü il)................................................................ 114

Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın

yüksək səviyyəli iş adamları ilə görüşü: Prezident İlham Əliyevin çıxışı (16 iyun 2014-

cü il) ................................................................................................................................. 115

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının

sessiyasında nitq söyləmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (24 iyun

2014-cü il) ........................................................................................................................ 119

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü

münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və

Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki

təlimi keçirilmişdir: Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham

Əliyev təlimin əsas mərhələsini izləmişdir: Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı (26 iyun 2014-cü il) ....... 129

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən

iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı (28 iyun 2014-cü il) ..................................................... 132

Azərbaycan: Yenidən güclü regional mərkəz: Avropanın “Neurope.eu” informasiya

portalına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsahibəsi (1 iyul

2014- cü il) ....................................................................................................................... 136

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir:

Prezident İlham Əliyev müşavirədə iştirak etmiş və nitq söyləmişdir: Prezident İlham

Əliyevin nitqi (7 iyul 2014-cü il) .................................................................................... 140

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin

birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr

olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (10 iyul

2014-cü il) ........................................................................................................................ 147

Prezident İlham Əliyevin yekun nitqi (10 iyul 2014-cü il) .............................................. 151

Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb: Azərbaycan

Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib: Azərbaycan Prezidenti İlham

Əliyevin çıxışı (17 iyul 2014-cü il) ................................................................................. 156

Page 4: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

4

Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni

qəsəbənin açılışında iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (6 avqust

2014-cü il) ........................................................................................................................ 159

Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin açılışında iştirak edib: Prezident

İlham Əliyevin çıxışı (26 avqust 2014-cü il) ................................................................... 164

Beyləqanda yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və

ictimaiyyətinin nümayəndələri ilə görüş: Prezident İlham Əliyevin çıxışı (29 avqust

2014-cü il) ........................................................................................................................ 167

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri: Azərbaycan

Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə

bəyanatı: Prezident İlham Əliyevin bəyanatı (3 sentyabr 2014-cü il) ............................ 172

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Prezident İlham

Əliyev NATO-nun sammitində çıxış edib: Prezident İlham Əliyevin çıxışı (5 sentyabr

2014-cü il) ........................................................................................................................ 174

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi

səfəri: Azərbaycan Prezidenti və Malayziyanın Baş naziri mətbuata birgə bəyanatlarla

çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı (12 sentyabr 2014-cü il) .................... 175

Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki 124 nömrəli

məktəbin yeni binasının açılışında iştirak edib (15 sentyabr 2014-cü il) ........................ 177

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri: Azərbaycan

Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu mətbuata

bəyanatlarla çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı (19 sentyabr 2014-cü il)179

Bolqarıstan Prezidenti Rosen Plevnelievin Azərbaycana səfəri: Mətbuata bəyanat:

Prezident İlham Əliyevin bəyanatı (19 sentyabr 2014-cü il)........................................... 181

Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin

qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib: Prezident İlham Əliyevin çıxışı

(20 sentyabr 2014-cü il)................................................................................................... 182

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Kompleksinin bərə terminalının açılışında iştirak edib: Prezident İlham Əliyevin çıxışı

(22 sentyabr 2014-cü il)................................................................................................... 184

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda inşa edilmiş “Dostluq” uşaq

bağçasının açılışı olub: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (29 sentyabr 2014-

cü il) ................................................................................................................................. 187

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib: Prezident

İlham Əliyevin çıxışı (29 sentyabr 2014-cü il)................................................................ 188

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər: Prezident İlham

Əliyevin bəyanatı (29 sentyabr 2014-cü il) ..................................................................... 190

Bakıda IV Beynəlxalq Humanitar Forum işə başlayıb: Azərbaycan Prezidenti İlham

Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib: Azərbaycan Prezidenti İlham

Əliyevin nitqi (2 oktyabr 2014-cü il) .............................................................................. 192

Page 5: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

5

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin

doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr

olunmuş iclası keçirilib: Prezident İlham Əliyevin giriş nitqi (8 oktyabr 2014-cü il) ... 196

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (8 oktyabr 2014-cü il) .................... 200

Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında

iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (10 oktyabr 2014-cü il) ....... 205

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri: Azərbaycan və

Tacikistan prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər: Azərbaycan Prezidenti

İlham Əliyevin bəyanatı (16 oktyabr 2014-cü il) ............................................................ 207

Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru

diplomu təqdim olunub: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (16 oktyabr 2014-

cü il) ................................................................................................................................. 209

Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olub: Azərbaycan

Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib: Prezident İlham Əliyevin nitqi

(29 oktyabr 2014-cü il) .................................................................................................... 214

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri: Prezident İlham Əliyev

və Baş nazir Viktor Orban mətbuata birgə bəyanatlarla çıxış ediblər: Azərbaycan

Prezidenti İlham Əliyevin bəyanatı (11 noyabr 2014-cü il) ........................................... 219

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri: Budapeştdə

Azərbaycan-Macarıstan biznes forumu keçirilib: Prezident İlham Əliyevin çıxışı (11

noyabr 2014-cü il) ........................................................................................................... 221

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri: Azərbaycan Prezidenti

İlham Əliyevin Macarıstan Milli Televiziyasına müsahibəsi (11 noyabr 2014-cü il) ... 224

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri: Azərbaycan və İran

prezidentlərinin mətbuata birgə bəyanatları: Prezident İlham Əliyevin bəyanatı (12

noyabr 2014-cü il) ........................................................................................................... 227

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri: Bakıda Azərbaycan-İran

biznes forumu keçirilib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (13 noyabr 2014-

cü il) ................................................................................................................................. 229

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-

cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib: Azərbaycan Prezidenti İlham

Əliyevin çıxışı (21noyabr 2014-cü il) ............................................................................ 232

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” informasiya telekanalına müsahibəsi

(28 noyabr 2014-cü il) ..................................................................................................... 235

Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya

və informasiya texnologiyaları sərgisi ilə tanış olub: Prezident İlham Əliyevin

“Euronews” telekanalına müsahibəsi (2 dekabr 2014-cü il) ........................................... 241

Prezident İlham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika

Forumunun açılışında iştirak edib: Prezident İlham Əliyevin nitqi (16 dekabr 2014-cü il)242

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr

olunan mərasimdə iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (22 dekabr

2014-cü il) ........................................................................................................................ 246

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak edib:

Prezident İlham Əliyevin çıxış (26 dekabr 2014-cü il) .................................................. 249

Page 6: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

6

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

münasibətilə Azərbaycan xalqına təbriki (31 dekabr 2014-cü il) .................................. 252

Page 7: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

7

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə

həsr olunmuş iclası keçirilmişdir:

Prezident İlham Əliyevin giriş nitqi

(9 yanvar 2014-cü il)

Bakı, 9 yanvar (AzərTAc). Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə

qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi

.

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü ilin yekunlarını müzakirə edəcək, 2014-

cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq.

Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər

görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas

məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə

ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin

beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin

uğurlu inkişafını təmin edə bildik.

Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar

vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT

Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu.

Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə

etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki,

bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq

ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab

edirəm ki, bu dəstək daha da böyükdür.

Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir,

addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır,

prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu

amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır.

2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş

vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil

edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına

qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus

etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin

layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada

növbəti qələbə qazanmışdır.

Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz

prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə

vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan

antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir keçirilmişdir. Mən onlardan İslam

Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə konfransı qeyd etmək istəyirəm.

Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim

mövqeyimizi əks etdirir. Fələstinli qardaşlarımıza olan dəstəyi biz bir daha nümayiş etdirdik. Bakıda

İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə böyük donor konfransı keçirilmişdir

və Azərbaycan öz tərəfindən Fələstinə maddi yardım da etmişdir.

Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu,

bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf

edəcəkdir. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı

müəyyən edilməlidir.

Page 8: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

8

Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa

təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız

bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda

deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli

əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın

yaradılmasına nail olacağıq.

Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya

ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı

bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar

əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın

multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət

də bunu qəbul edir, dəstəkləyir.

İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi

oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli

iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun toplantısının Bakıda keçirilməsi

ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət

kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Yəni, mən bu gün sadəcə olaraq cəmi bir il ərzində

keçirilən əsas beynəlxalq tədbirləri sadalamışam. Görün, nə qədər böyük işlər görülmüşdür və

Azərbaycanın mövqeyi nə qədər möhkəmləndirilmişdir.

Bizim başqa ölkələrlə ikitərəfli formatda münasibətlərimiz də inkişaf etmişdir. Mənim çoxsaylı

xarici səfərlərim, xarici qonaqların Azərbaycana səfərləri bu əlaqələri daha da möhkəmləndirmişdir.

Əminəm ki, bu il də bu meyl davam etdiriləcəkdir.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə

də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç

bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma

müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə,

qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin

məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın

həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki

Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq

taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət

ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə

söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün

Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın

özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi

daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır,

Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki,

demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər

Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-

aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki,

potensial.

Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər

bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin

gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi.

Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola

bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da

möhkəmləndirəcəkdir.

Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər

çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç

bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən

müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən

ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər

deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ

Page 9: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

9

yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz

istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və

ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq

Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan

çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir.

Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan

verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir.

Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz

gücümüzü də artıracağıq.

O cümlədən hərbi gücümüz də artır. 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar

atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş

qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi

potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar

tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük

həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük

dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.

Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su

tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin

nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz

hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara

uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu

yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam

etdiriləcəkdir.

Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün

yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə

tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki,

məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan

köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir.

Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi

islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat

yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü

ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu,

çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım

faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən

sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz

artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir.

Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və

növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz

artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3

dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət

dinamika burada da özünü göstərir.

İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir.

Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22

milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard

dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici

sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas

sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir.

Bizim valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Mən dəfələrlə demişəm, yenə də qeyd

etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il

olmamışdır ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir,

keçən il də artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da

ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən

qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıbdır. Bu, Azərbaycanın

böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı

böyük layihələri icra edək.

Page 10: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

10

Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki,

onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı

düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da

dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu

Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Budur bizim əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm ki, biz iqtisadi inkişafı gələcək illərdə

də təmin edəcəyik. Bu barədə biz bir qədər sonra danışacağıq ki, 2014-cü il də ölkəmiz üçün uğurlu

olsun.

Keçən il sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır. İlk növbədə, sovet vaxtından qalan

əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatmışdır.

Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan

təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə

ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir

məsuliyyət daşımırdı – nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan

vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll

edə bildik.

Keçən il maaşlar və pensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi

ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial

proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm

sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik

göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm.

2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz

ilin əvvəlində 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdik. Birinci

Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi

nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.

Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu

otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin

inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları

getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar

dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-

neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.

Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən

biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür. Mən hesab

edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər

görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır. Həm struktur xarakterli islahatlar, idarəçilikdə

təkmilləşmə getməlidir. İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə edilir. Əlbəttə ki, dövlət

investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr hesab edirəm ki, kənd

təsərrüfatının inkişafına yeni təkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük

vəsait fermerlərə verilir. Bu il də bu, davam etdiriləcəkdir. Yəni, qeyri-neft sektorunun inkişafı bu il də

bizim iqtisadi sahədə prioritet olaraq qalır.

Ancaq biz əlbəttə ki, neft sektorunu da, nəqliyyat sektorunu da unutmamalıyıq. Nəqliyyat

sektorunda da böyük işlər görülmüşdür. Beş yüz kilometr yol çəkilmişdir. Həm magistral yollar, həm də

dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Həm dövlət büdcəsinin, həm də

Prezidentin ehtiyat fondu hesabına. Yəni, bu sahəyə də böyük önəm verilir. Qlobal nəqliyyat layihələri

icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu il də bu işin böyük hissəsi görüləcəkdir.

Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun açılışını qeyd edə bilərik. Gəmiqayırma zavodunun açılışı.

Bu da həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Ələt

Dəniz Ticarət Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin açılışını gəzləyirik. Dəmir yolunun, hava

nəqliyyatının yenilənməsi prosesi gedir. Yəni, bütün nəqliyyat sektoru inkişaf edir.

Əlbəttə ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır. 2013-cü ildə Azərbaycanın neft-

qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP

layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik

boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq

Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu

Page 11: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

11

da çox önəmli bir hadisə idi. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya

Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.

Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin

nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir.

“Şahdəniz-2”, TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara

görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq

Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının

aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu

şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni

imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə

standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsin və onlara şərait

yaradılsın. Yəni, bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir.

Yaxşı bilirsiniz ki, bu layihə beynəlxalq birliyin də böyük dəstəyini qazanmışdır. Azərbaycanda

aparıcı ölkələrin, yüksək vəzifəli şəxslərin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan

“Cənub” qaz dəhlizinin təşəbbüskarı kimi burada da öz həlledici rolunu oynadı. Mən tam əminliklə deyə

bilərəm ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz üzərinə götürməsəydi və həlledici anlarda cəsarət,

uzaqgörənlik, prinsipial mövqe göstərməsəydi, bu layihə icra edilməzdi. Biz “Cənub” qaz dəhlizi ilə bağlı

artıq 10 ilə yaxındır ki, müxtəlif tədbirlərdə iştirak edirdik. Mən şəxsən bəlkə 10-a yaxın beynəlxalq

konfransda, tədbirdə, müşavirədə iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ inkişaf etmir, yəni, elə

yerində sayır, tərpənmir, qabağa getmir. Ona görə, biz yenə də məsuliyyəti öz üzərimizə götürdük. Biz

anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük

məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir. Ancaq son illər ərzində

yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə də, qlobal xarakter daşıyan

layihələrdə də liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın enerji təhlükəsizliyi

məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Bu

layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcəkdir.

Nəhayət, 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş

vermişdir - prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real

siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir. Doğma

xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək

mənə yenidən böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkiləri müşahidə edən bütün mötəbər

təşkilatlar seçkilərə çox müsbət qiymət vermişlər. Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament

Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar

seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad,

ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Ancaq bir daha demək istəyirəm ki, əsas

rəyi Azərbaycan xalqı vermişdir. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən

vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir. Əlbəttə ki, bu böyük etimad

bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik,

ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik.

X X X

Page 12: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

12

Azərbaycan Prezidenti İlham Əliyevin

yekun nitqi

(9 yanvar 2014-cü il)

- 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə

qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.

İnvestisiya proqramı kifayət qədər böyük olacaqdır. İnvestisiya proqramında əsas infrastruktur layihələri

öz əksini tapıb. Hələ infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır. Düzdür, son illərdə böyük

işlər görülmüşdür, ancaq hələ ki, görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə

qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda

əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir. Azərbaycanda iqtisadi islahatların aparılmasında

böyük təcrübə toplanmışdır. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar

həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir. Keçən il inflyasiyanın cəmi 2,4

faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir.

Çalışmalıyıq ki, bu il də inflyasiya lazımi səviyyədə olsun. Biz həmişə deyirik ki, birrəqəmli

inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli ədəddir. Ancaq keçən il ölkədə inflyasiyanın 2,4 faiz

səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə

olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə,

investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun

qorunması - bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə

bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək

səviyyədə olacaqdır.

Sahibkarlara dəstək davam etdiriləcəkdir. Burada rəqəmlər səsləndi ki, keçən il sahibkarlara

güzəştli şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real sektoruna

qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın real sektoruna verilməsi nəzərdə

tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın inkişafı üçün də böyük dəstəkdir. Çünki həm bu pul

vəsaitidir, eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilən tövsiyə proqramları da

vardır ki, sahibkarlar onlardan da səmərəli şəkildə istifadə edirlər. Ancaq gəlirli sahələrə, gəlir gətirə

biləcək layihələrə vəsaitin ayrılması nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, verilən bütün kreditlər

demək olar, vaxtında qaytarılır. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun portfelində qaytarılmış

kreditlər də önəmli bir hissə təşkil edir. Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik.

Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların

qəbul edilməsi deyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm

statistik göstəricilərdə, həm də həyatda əyani görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur

yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət almışdır.

Bölgələrdə iş yerləri açılmışdır. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır.

Onların böyük hissəsi bölgələrin payına düşür. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir

göstərir, şəhərlərə miqrasiya meyllərinin qabağını alır, yerli istehsalın artımına imkan yaradır, həm də

idxaldan asılılığımızı azaldır. Bir sözlə, bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir. Konkret

layihələr vardır və sahibkarlara kömək dövlət tərəfindən davam etdiriləcəkdir.

Əlbəttə ki, qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin

fəaliyyət planı da təsdiq ediləcəkdir. İnvestisiya proqramı bütövlükdə təsdiq edildikdə əlbəttə ki, regional

proqram da nəzərə alınıbdır.

Eyni zamanda, bu il - yəqin ki, yaxın günlərdə Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı

yeni proqram qəbul ediləcəkdir. 2013-cü ildə bu proqram başa çatmışdır və yeni proqram hazırlanır.

Hesab edirəm ki, növbəti üç illik Proqramın icrası nəticəsində Bakı qəsəbələrində mövcud olan bütün

problemlər öz həllini tapmalıdır. İnfrastruktur, sosial infrastruktur, məktəblər, tibb məntəqələri, yollar, su

xətləri, kanalizasiya, qaz, işıq - yəni, bütün əsas məsələlərin həlli, o cümlədən iş yerlərinin yaradılması

nəzərdə tutulur. Ümid edirəm ki, biz növbəti 3 il ərzində bu proqramın tam şəkildə icra edilməsinə nail

ola biləcəyik.

Kənd təsərrüfatının inkişafı ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Bir daha demək

istəyirəm ki, bu, növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri

olacaqdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə

böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün

əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ

Page 13: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

13

ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim.

Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı

təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz

buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü

regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər

öz həllini tapsın.

Bu məsələlər elə həll edilməlidir ki, biz perspektivi də nəzərə alaq. Çünki burada da səsləndi və

biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz

Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa

iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin

artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə

hesablanmamalıdır, gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının intensiv inkişafı prioritetdir.

Eyni zamanda, meliorasiya və irriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsi

dövriyyəyə buraxılacaqdır. Artıq Taxtakörpü Su Anbarı istifadəyə verilmişdir, Şəmkirçay su anbarının

tikintisi gedir. Ona görə, burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir, inkişaf etmiş ölkələrin

təcrübəsi dərindən öyrənilməlidir. Biz indi görürük ki, bəzi fermer təsərrüfatlarında məhsuldarlıq ənənəvi

məhsuldarlıqdan ən azı 2 dəfə çoxdur. Ona görə biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə

etsək, məhsuldarlığı daha da artıra bilərik. Hesab edirəm ki, lazım olan bütün əsas ərzaq məhsullarını biz

yüz faiz Azərbaycanda istehsal edə bilərik.

Ancaq burada gələcəkdə əlbəttə ki, böyük ixrac potensialı yaranacaqdır və biz əhalinin artımını

da nəzərə almalıyıq. İslahatlara gəldikdə, burada struktur islahatlarının aparılmasına ehtiyac vardır və

daha da səmərəli struktur formalaşmalıdır. Subsidiyaların verilməsi ilə bağlı məsələlər vardır. Mən bu

barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, biz bu sahədə də tam işlək mexanizm

yaradacağıq, şəffaflığı tam şəkildə təmin edəcəyik. Beləliklə, bu, bizə imkan verəcək ki, bundan sonra da

kənd təsərrüfatının artımına nail ola bilək.

Eyni zamanda, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də getməlidir. Artıq

birinci təcrübə vardır. Təcrübə müsbətdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər,

təkliflər vardır. Biz texnika parkımızı yeniləşdiririk, yeniləşdirəcəyik. Dövlət vəsait ayırır və ayıracaqdır.

Şəmkirçay su anbarının tikintisi bu il başa çatmalıdır. Bu, qərb zonasında kənd təsərrüfatının inkişafına

böyük təkan verəcəkdir. Qeyd etdiyim kimi, on minlərlə hektar torpaq suvarılacaqdır. Artıq suvarılacaq

torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq sahəsi

suvarılacaqdır. Ona görə, torpaq fondunun uçotu aparılmalıdır. Biz bu layihəni başa çatdırmalıyıq. Bir

daha demək istəyirəm ki, dünyada mövcud olan ən müasir praktika tətbiq edilməlidir. Biz öz

imkanlarımızı tam dəqiqliyi ilə bilməliyik və buna görə də fəaliyyət planımızı da tutmalıyıq.

2013-cü ildə, eyni zamanda, yüzdən çox kənddə subartezian quyuları qazılmışdır. Prezidentin

ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il hesab edirəm ki, ən azı iki yüz kənddə subartezian quyuları

qazılmalıdır. Əhalinin içməli su ilə təmin edilməsi işində bu layihənin də böyük əhəmiyyəti olacaqdır. Bu

il infrastruktur layihələrinin icrası davam etdiriləcəkdir.

Elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapıb. Burada qeyd edildi ki, biz keçən il

“Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini qeyd etdik. Təxminən 800 meqavata yaxın gücü

olan elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda “Şimal-2”

Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən

400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Son illərdə biz öz enerji potensialımızı böyük dərəcədə

möhkəmləndirə bilmişik, ancaq tələbat artır. Biz iqtisadiyyatın və sənayenin inkişafını, gələcək inkişafı

nəzərə alaraq bundan sonra da generasiya layihələrinə investisiya cəlb etməliyik. Yəqin ki, Bakıda yeni

böyük elektrik stansiyasının tikintisi məsələsi öz həllini tapacaqdır. Buna ehtiyac vardır. Bizim enerji

potensialımız bütün dövrlərdə tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir və gələcəkdə də belə

olmalıdır.

Ona görə, gələcək illərdə generasiya işlərinə diqqət azalmamalıdır. Ancaq əlbəttə ki, biz bu

layihələri icra edəcəyik. O cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı işlər daha da

ciddi getməlidir. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Artıq əlbəttə ki, müəyyən

layihələr icra edilir, xüsusilə su elektrik stansiyaları tikilir, həm də Naxçıvanda. İndi demək olar ki,

Naxçıvanın elektrik enerjisinə olan bütün tələbatının, təxminən yüz faizi su elektrik stansiyaları tərəfindən

təmin edilir. Bu, Naxçıvanın enerji təhlükəsizliyinə də böyük dəstəkdir, töhfədir. Ölkəmizin digər

Page 14: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

14

bölgələrində - Füzulidə 25 meqavatlıq su elektrik stansiyası tikilmişdir. Ondan sonra Taxtakörpü Su

Anbarında təxminən 25 meqavatlıq su elektrik stansiyası inşa edilmişdir. Şəmkirçayda da o həcmdə

olacaqdır. Balaxanı məişət tullantıları zavodunda da alternativ enerji mənbələri yaranıbdır. Kiçik çaylarda

stansiyalar da tikilir. Bu işlər daha da sürətlə getməlidir. Mən dəfələrlə demişəm ki, bizdə bütün su

mənbələrimizin xəritəsi vardır və bilirik ki, harada nə qədər güc götürə bilərik. Sadəcə olaraq

investisiyalar daha da çox qoyulmalıdır.

Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Mən bu barədə öz

fikrilərimi bir neçə dəfə bildirmişəm. Hətta indi Azərbaycanda günəş panelləri istehsal edən müəssisələr

də vardır. Ancaq günəş enerjisinin inkişafı ilə bağlı işlər ləng gedir. 2014-cü ildə burada düzəlişlər

edilməlidir, işlər daha da sürətlə getməlidir. Nəzərə alsaq ki, Azərbaycanda günəşli günlər kifayət qədər

çoxdur, bu imkanlardan istifadə etməmək əlbəttə ki, böyük səhv olardı.

Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Mənə mütəmadi qaydada məlumatlar verilir.

Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın

aylarda əminəm ki, yüz faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə

çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq.

Kənd yollarının tikintisi keçən il xüsusilə geniş vüsət almışdır. Həm Prezidentin ehtiyat

fondundan, dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bu il də o sahəyə xüsusi diqqət göstəriləcəkdir.

Bunun çox böyük mənası, faydası vardır. Kəndlərdə yaşayan vətəndaşlar üçün biz gözəl imkanlar

yaradırıq və bu il də bu məqsədlər üçün vəsait nəzərdə tutulur. İlk növbədə, başlanan layihələr sona

çatmalıdır, çünki bəzi layihələrin icrası yarımçıqdır. Yeni layihələr vardır. İndi yerlərdən təkliflər gəlir.

Yerli icra orqanları və mənim bölgələrə səfərlərim zamanı vətəndaşların müraciətləri əsasında biz bu

işləri görürük və əminəm ki, bu il də yaxşı nəticələr olacaqdır.

İnfrastruktur layihələrinin içində deyə bilərəm ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli

su, kanalizasiya layihələridir. Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak

etmişəm və bu il də bu proses davam etdiriləcəkdir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat

ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su,

kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdur. Bölgələrimizdə kanalizasiya

xətləri ümumiyyətlə olmamışdır. Bakının kanalizasiya xətləri köhnəlmişdir, bugünkü standartlara uyğun

deyildir. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə

başlamışıq və işlər uğurla gedir.

Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir.

Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su

alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır.

Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının

standartlarına uyğun su verilməlidir.

Əlbəttə ki, burada əsas işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd

etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının

qazılması işləri də aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə

modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə əhatə

edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk növbədə, suvarma məqsədləri üçün

Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Artıq bu pilot layihəsi icra edilibdir. Biz bu

praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi

istifadə etmək üçün də imkan olacaqdır. Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur

layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri

deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün

qoyulur.

Nəqliyyat sektorunda bu il yol tikintisi layihələri davam etdiriləcəkdir. Bütün bu layihələrin

siyahısı artıq təsdiq edilib. Avtomobil yollarının tikintisi davam etdirilir. Mən hesab edirəm ki, biz Bakı-

Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir. Bakı-Qazax–Gürcüstan

sərhədi, ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran

sərhədi yolunun tikintisində lazımi tempi əldə edə bilməmişik. Ona görə, bu il bu layihəyə üstünlük daha

çox verilməlidir.

Qeyd etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi bu il icra edilməlidir.

Beləliklə, hesab edirəm ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsinə

nail ola bilərik. Beləliklə, şəhər sakinləri üçün yeni gözəl ictimai zonalar yaranacaqdır. O ərazilərdə

Page 15: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

15

ictimai yerlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır. Bulvar uzadılacaq, Dəniz vağzalından sonra

“Ağ şəhər” istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometri əhatə

edən gözəl bulvar yaranacaqdır.

Bakı–Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir. Hesab edirəm ki, vaxtında icra

ediləcəkdir. Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə danışmışıq. Əlavə etməyə ehtiyac görmürəm.

Sadəcə olaraq burada da əlbəttə ki, üç ölkənin əməkdaşlığı bir daha özünü göstərir. Azərbaycan-

Gürcüstan-Türkiyə həm enerji, həm nəqliyyat sahələrində artıq uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər.

Hesab edirəm ki, Bakı–Tbilisi-Qars dəmir yolunun tikintisi də bu əməkdaşlığın gözəl nəticəsi olacaqdır.

Bakı şəhərində metro tikintisi gedir. Bir neçə stansiya tikilir. Metro ilə bağlı biz əvvəlki dövrdə

böyük proqram qəbul etmişik. Əlliyə yaxın yeni stansiya tikiləcəkdir. İnvestisiya proqramında əlbəttə ki,

bu məsələlər öz həllini tapacaqdır.

Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu

istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya

Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur.

Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar

atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin

hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün

olacaqdır.

2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox

perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət

qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox

böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər

görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş

edilməlidir. Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir.

“Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda

fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır.

Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda

ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə

aparılmalıdır.

Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən

çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir

faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik,

qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur.

Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da

böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona

görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını

dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və

Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar

Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret

təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək.

Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye

Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını

mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət,

istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr

bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə

bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi

cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona

görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab

edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik,

ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr

bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir

Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir.

Digər ekoloji tədbirlər də görüləcəkdir. Böyükşor gölünün təmizlənməsi layihəsi bu il başlanacaq və

gələn il onun birinci mərhələsi başa çatmalıdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi mənə bu barədə

Page 16: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

16

məlumat veribdir. İşlər bu il başlayacaq və Böyükşor gölünün üçdəbir hissəsi bəndlə ayrılacaq, orada

ekoloji tədbirlər görüləcəkdir. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır. Ondan sonra qalan hissə

təmizlənəcəkdir. Böyükşor gölünün ümumi ərazisi min hektardan çoxdur. Çox böyük bir göldür. Şəhərin

mərkəzində yerləşir və bilirsiniz ki, o gölə axıdılan çirkab suları, lay suları, neftlə çirklənmiş sular

Bakının ekoloji vəziyyətini böyük dərəcədə pisləşdirir. Ona görə, bu layihələr də icra edilməlidir və digər

göllərlə bağlı vaxt gəlib çatıb ki, biz ciddi məşğul olaq. Mən bir neçə il bundan əvvəl bu barədə öz

fikirlərimi bildirmişəm. Hətta o göllərin hamısının adlarını da sadalamışam. Ona görə, vaxt gəlib çatıb.

Bütün göllərin təmizlənməsi, haradakı bu, mümkün deyil, onların qurudulması, yəni, kompleks tədbirlər

planı olmalıdır. Biz xüsusi proqram da qəbul edə bilərik və edəcəyik.

Burada digər sahələrlə bağlı məlumat verildi. Kosmik sənayenin inkişafı ilə bağlı. Birinci peykin

orbitə çıxarılması, qeyd etdiyim kimi, böyük tarixi məsələdir. Ancaq ikinci, üçüncü peyklərin də

hazırlanması ilə bağlı bu il konkret addımlar atılmalıdır. Yəqin ki, tender prosedurları açılmalıdır. Bizimlə

əməkdaşlıq etmək istəyən şirkətlərin sayı kifayət qədər çoxdur. Ona görə, Azərbaycanda kosmik sənaye

inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti üçün konkret addımlar atılmalıdır.

Sosial obyektlərin tikintisi davam etdiriləcəkdir. Bütün bunlar investisiya proqramının tərkib

hissəsidir. Deyə bilərəm ki, keçən il 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti

işləri aparılmışdır. Bu istiqamətdə işlərin böyük əksəriyyəti görülübdür. Ancaq hələ ki, görüləsi işlər

çoxdur.

Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə

aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində

“ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN

xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz

minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya

narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək

xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt

şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş

“ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır.

Ancaq korrupsiyaya qarşı mübarizə “ASAN xidmət”in fəaliyyəti ilə bitmir. Bütün dövlət

idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı

çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə

etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi

icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır.

Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər

gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək.

2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır.

Neft-qaz sektorunda işlər yaxşı gedir. Giriş sözümdə dediyim kimi, “Şahdəniz-2”, TANAP,

Trans-Adriatik boru kəmərləri layihəsi tarixi qələbəmizdir. Bu, Avropanın ən böyük infrastruktur

layihəsidir və bunun icrası artıq başlanıbdır. Hesab edirəm ki, bütün işlər vaxtında görüləcəkdir.

Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bildiyiniz kimi, Avropa

Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Baxmayaraq

ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları

səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Əminəm ki, buna nail olacağıq. Təşkilat

Komitəsi formalaşıb, fəaliyyət göstərir. Bütün aidiyyəti qurumlar bu işlərə daha da böyük diqqət

yetirməlidir ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq. İdman obyektlərinin, böyük

əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri

sarayı, stend atıcılığı mərkəzi – onların tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları

Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır.

Bir sözlə, əminəm ki, bu istiqamətdə heç bir problemimiz olmayacaqdır. Ancaq bu Oyunların

hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə məhdudlaşmır. Burada təhlükəsizlik məsələləri çox

böyük əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşməsi, Olimpiya

şəhərciyinin yaranması və digər məsələlər çox ciddi diqqət tələb edir. Bu il, bir daha demək istəyirəm ki,

Oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Mən əminəm ki, biz bu Oyunları ən yüksək səviyyədə

keçirəcəyik. Nəzərə alsaq ki, bu, birinci Oyunlardır, Azərbaycanda qoyulan standartlar bundan sonra

Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcəkdir.

Page 17: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

17

Keçən il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Bunun

əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə

böyük diqqət verilmişdir. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən

sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac

yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması

– bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq

və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili “Sənaye ili” elan edək.

Müvafiq Sərəncam imzalanacaqdır. “Sənaye ili”ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret

tədbirlər planı tərtib və təsdiq ediləcəkdir.

2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə

“Tufan” Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı – Bakı Sağlamlıq

Mərkəzi artıq açılmışdır. Yəni, biz ili artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də

ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 10 yanvar.-№ 3.-S.1-4.

Page 18: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

18

Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya işgüzar səfəri:

Azərbaycan Prezidentinin və NATO baş katibinin mətbuat konfransı:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(15 yanvar 2014-cü il)

Brüssel, 15 yanvar (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü başa

çatdıqdan sonra mətbuat konfransı keçirilmişdir.

Baş katib Anders Foq Rasmussen və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış

etdilər.

- Çox sağ olun, cənab baş katib. Dəvətinizə görə minnətdaram. NATO-ya yenidən gəlməyimə və

NATO ilə Azərbaycan arasında strateji dialoqa aid müzakirələrimizi davam etdirməyə çox şadam.

Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini

göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına iyirmi il ərzində

üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb.

Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığımız

müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox məsələlər ətrafında müzakirələrimizi

davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım

Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda

təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların

demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut

ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün

səylərimizi davam etdirəcəyik.

Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak

etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir.

Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara

NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır.

Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə

layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna

öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro

yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna

əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi

qiymətləndiririk.

Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin

akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam

etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım

Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.

Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan

arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq

hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq.

Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı.

Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda

başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və

məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi

olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin

əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək

məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.

Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə

həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək

münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı

tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır.

Sağ olun, cənab baş katib.

X X X

Page 19: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

19

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Azərbaycan Televiziyasının əməkdaşı Nəsib Muxtarov: Sualım cənab baş katibədir. Siz

artıq qeyd etdiniz ki, Azərbaycan-NATO münasibətləri uğurla inkişaf edir. Bu gün keçirilmiş görüş

bu əlaqələrə əlavə bir töhfədir. Tərəfdaşlığımızın perspektivlərini necə görürsünüz? Sağ olun. Anders Foq RASMUSSEN: Dediyim kimi, bizim artıq yaxşı işləyən tərəfdaşlığımız vardır. Lakin

bununla belə, mən tərəfdaşlığımızın daha inkişaf etdirilməsi potensialını da görürəm. Əməkdaşlığımızın

bir hissəsi apardığımız birgə əməliyyatlardır. Prezidentin qeyd etdiyi kimi, olduqca vacibdir ki, biz birgə

işləmək və əməliyyat aparmaq bacarığımızı inkişaf etdirək, daha doğrusu, silahlı qüvvələrimiz birgə

işləmək bacarığını əldə etsin. Beləliklə, biz sülhməramlı əməliyyatlarda birgə iştirak edə bilərik. Bununla

mən ikinci arqumentə gəlirəm: Silahlı Qüvvələr daxilində islahatları davam etdirməliyik. Bu, elə bir

sahədir ki, NATO-nun yaxşı ekspert bilikləri var, bizim Azərbaycan ilə artıq gözəl əməkdaşlığımız

qurulub və onu davamlı şəkildə inkişaf etdirməliyik.

Əlbəttə ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran böyük məsələdir. Onun strateji, daha sonra

təhlükəsizlik aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı daha da inkişaf etdirə bilərik.

Sonda, icazə verin qeyd edim ki, bizim konkret praktiki əməkdaşlıq layihələrimiz vardır. Məsələn, biz

partlamamış sursatların təmizlənməsi və yüz hektarlarla torpaqların bundan azad edilməsi üçün

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq

edirik. Bu, dünyada ən böyük belə layihələrdən biridir və Azərbaycan xalqının rifahına xidmət edən

layihədir. Bu, gələcəkdə inkişaf etdirilə biləcək praktiki əməkdaşlığın digər konkret nümunəsidir.

Azadlıq Radiostansiyası: Mənim cənab Prezidentə iki sualım var. Dağlıq Qarabağ məsələsi

ilə bağlı bu yaxınlarda Ermənistan Prezidenti ilə keçiriləcək görüşünüz barədə nə deyə bilərsiniz?

Həmçinin ikinci sualım: ötən dəfə Siz burada - Brüsseldə söylədiniz ki, Azərbaycanda siyasi

məhbus yoxdur. Cənab Məmmədov və cənab Məmmədli hələ də həbsxanadadırlar. Bununla belə

Siz yenə də söyləyə bilərsinizmi ki, Azərbaycanda siyasi məhbus yoxdur? Sağ olun. Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, bu, həmçinin Avropa Şurası Parlament Assambleyasının

qərarında da təsdiqlənib. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr

aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş

qətnamələr keçmədi. Assambleyanın əksər hissəsi bu qətnamələrə dəstək vermədi. Bu, o deməkdir ki,

mənim ötən il burada, Avropa Komissiyasında söylədiklərim Avropanın və dünyanın ən mühüm

təsisatlarından biri sayılan təşkilat tərəfindən təsdiqləndi. Azərbaycan artıq on ildən çoxdur ki, Avropa

Şurasının üzvüdür. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük. Bu, öncədən onu təsdiqləyir ki,

ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli münasibət göstərilibsə həmin şəxs

Avropa Məhkəməsinə müraciət edə bilər. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq.

Həmçinin bildirmək istəyirəm ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər siyasi məhbus tərifi

Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən müəyyən edilsə, bu, yaxşı ideya olardı. Belə olan

halda kiminsə siyasi məhbus olması və ya olmamasını müəyyən etmək çox asan olardı. Ona görə,

fikrimcə, verdiyiniz suala ən yaxşı cavab Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin

yanvarında qəbul etdiyi qərarı ola bilər.

Qarabağ məsələsinin həllinə aid suala gəldikdə, biz nikbin olmaq istəyirik. Çünki münaqişənin

başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır

ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və

dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq

hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün

dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati

hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni

təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.

Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha

nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq

yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə

mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin

prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu

Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim

ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada

keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay

Page 20: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

20

yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik.

Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) müxbiri Vüqar Seyidov: Sualım

cənab baş katibədir. Son illər ərzində dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə edilməsi,

özünüifadə azadlığına qoyulan məhdudiyyətlər, miqrantlara qarşı ayrı-seçkilik kimi mənfi meyllər,

əfsuslar olsun ki, Avropada, o cümlədən NATO-nun üzvü olan dövlətlərdə artmaqdadır.

Azərbaycanda hətta kiçik bir insident baş verdikdə Avropa dərhal reaksiya verir. Sizin fikrinizcə,

bu, ikili standart yanaşma deyilmi? Anders Foq RASMUSSEN: Xeyr, ikili standart kimi hər hansı yanaşma mövcud deyildir. Bütün

NATO ölkələrində də siyasi məsələlər əsaslı müzakirə mövzusudur. Digər ölkələrlə apardığımız

tərəfdaşlığa gəldikdə, biz dialoqumuzda bir sıra fundamental prinsiplərə əsaslanırıq. Həmin prinsiplərə

uyğunluq məsələlərin açıq və səmimi şəkildə müzakirəsi tərəfdaşlığımızın tərkib hissəsidir. Bir sözlə, siz

bunu ikili standart kimi qəbul etməməlisiniz. Əslində, biz bununla bir-birimizə daha ciddi yanaşırıq.

Hazırda bu sahədə öz ölkələrimizdə də mühüm müzakirələr aparılır. Oxşar müzakirələri, həmçinin

tərəfdaşlarımızla da aparırıq, çünki biz onlara hörmətlə yanaşırıq. Biz tərəfdaşlığımızı gücləndirmək

istəyirik və bu məqsədlə bizim azad və açıq dialoqa ehtiyacımız vardır. Mən bu cür açıq söhbətin bir neçə

dəqiqədən sonra Prezident ilə NATO Şurası arasında da aparılmasını gözləyirəm və bu, tərəfdaşlığımızın

daha da gücləndirilməsinə zidd deyil, əksinə.

“Xalq qəzeti”.-2014.- 16 yanvar.-№ 8.-S.2.

Page 21: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

21

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının

icrasına həsr olunmuş konfrans keçirilmişdir:

Prezident İlham Əliyev konfransda iştirak etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(5 fevral 2014-cü il)

Bakı, 5 fevral (AzərTAc). Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası

regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.

Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasından bəhs edən sərgi

açılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açdı.

- Bu gün biz Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının

icrasını müzakirə edəcəyik. Bildiyiniz kimi, ikinci Dövlət Proqramı bir ay bundan əvvəl başa çatdı.

Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır. Əslində, biz hər il bu proqramların icrasını

müzakirə edirik. Hər il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər verilir.

2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol

oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri

ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə

Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir.

Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük

dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram

başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının

gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi.

Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi

müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir.

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə

artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi

aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlik və düşünülmüş

siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi

islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi

bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər.

İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın

icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft

sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun

artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir.

Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artmışdır.

Əlbəttə, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində

ölkəyə böyük valyuta axını başlamışdır. O illərdə iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz

neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan təcrübəsi

nümunə ola bilər. Şəffaflıq təmin edildi, neft gəlirləri artırıldı, eyni zamanda, əldə edilmiş gəlirlər

iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə istiqamətləndirildi. Yəni, hesab edirəm ki, biz

burada da çox düzgün balans saxlaya bilmişik. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Ancaq, eyni

zamanda, ölkə iqtisadiyyatına böyük investisiya qoyulmuşdur. Bu investisiya hesabına sahibkarlığın

inkişafı, infrastruktur layihələrinin icrası mümkün olmuşdur. İndi Azərbaycanı bunlarsız təsəvvür etmək

mümkün deyildir.

Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan

reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun

inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.

Əlbəttə, əldə edilmiş bütün bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Qeyd etdiyim

kimi, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə bir

Page 22: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

22

milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3

faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri

qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında, ən

yüksək göstəricidir.

Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan

investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır, ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən

Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə bazarlarından maliyyə

resursları cəlb etməmişik. Yəni, onları çox aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün

inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün,

xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30

milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu,

Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı

səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaqdır.

Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin

həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar

sərmayə qoyulmuşdur. Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır.

Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da

təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir.

Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm

sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə

əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər

çoxdur.

Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük

təkan vermişdir. Bu müsbət meyllər güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili

sərmayələrin qoyuluşu gözlənilir.

Azərbaycan, baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı və icra edilir, yenə də xarici iş

adamları üçün cəlbedici ölkə kimi çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına

vəsait qoyulur. Əlbəttə ki, biz bunu alqışlayırıq. Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir.

Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön

sıralardadır.

Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə

sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret

proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu

hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər

verilmişdir. Sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında

ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə

kreditlər ayrılır.

Beləliklə, biz son illər ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə

təmin edirik. Mən bir neçə il bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, biz özümüzü 100 faiz təmin

edək. Hələ ki, buna çatmamışıq. Bu barədə danışacağıq. Ancaq sahibkarların fəaliyyəti hesabına və

düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır.

Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox

obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm.

Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan

kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir.

Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük

ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji

potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır.

Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası tikilmişdir. Onların ümumi generasiya gücü 2300

meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300 meqavatdır. Onların

2300-ü son on il ərzində yaradılmışdır. Əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin

təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Çünki

Azərbaycanda sənayenin inkişafı əlbəttə ki, infrastruktur layihələri ilə təmin edilməlidir. Ona görə biz, ilk

növbədə, elektrik stansiyalarının yaradılması ilə məşğul olduq. Deyə bilərəm ki, bu gün enerji

Page 23: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

23

təhlükəsizliyimizi artıqlaması ilə tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində

ixrac potensialımız vardır.

Ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Əhali artır, iqtisadiyyat inkişaf edir. Bizim

gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan yüksək texnologiyaları ilə

özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni

müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə

gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji

növlərinə də əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır.

Son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda,

iqtisadi məsələdir. Çünki qaz olmayan yerlərdə insanlar daha çox elektrik enerjisindən istifadə edirlər.

Bu, həm onlar üçün iqtisadi cəhətdən çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə tələbat artır.

Belə olan halda əlbəttə ki, qazlaşdırma layihələrinə üstünlük verildi. Hazırda ölkəmizin bütün şəhərləri,

kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma

təmin edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda vardır.

Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır.

Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi

məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası,

daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir

rayonda yol layihələri icra edilir. Burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb

edilmişlər. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm dövlət büdcəsindən,

həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti

beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır.

Sosial infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür. Su

layihələri icra edilir. Mən su layihələrini sosial infrastruktur layihələrinə aid edirəm. Çünki bu, ilk

növbədə sosialyönümlü tədbirlərdir. Bu gün ölkəmizin hər bir şəhərində içməli su, kanalizasiya layihələri

icra edilir. Bir neçə şəhərdə artıq bu layihələr başa çatıb. Mən açılışlarda iştirak etmişəm. Artıq insanlara

24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir.

Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi

qurulacaqdır. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi

aradan götürüləcəkdir.

Digər sosial infrastruktur layihələri icra edilmişdir, 2700 məktəb tikilmişdir. 500-dən çox tibb

müəssisəsi tikilmiş və təmir edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır, 8-i hələ tikilir və

yenə də tikiləcəkdir. Bizim mədəniyyət ocaqları bərpa edilib.

Yəni, regional Dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə

edilir. 2009-cu ildə qəbul olunmuş proqram mətbuatda da dərc edilib. Hər bir vətəndaş oxuya bilər, onun

rayonunda, kəndində hansı işlər görüləcəkdir. Bu iki proqramın formalaşmasında Azərbaycan

vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı.

Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə hansı

problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram

halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası,

investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır.

Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə

yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl

edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir.

Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir

şəhərdə, hər bir rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət

ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq

dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir

ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi vardır.

Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət

etmək üçün normal, yaxşı şərait yaradılsın.

Bu gün Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır.

Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz

sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır.

Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə

Page 24: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

24

təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi

böyük dərəcədə gücləndirmişdir.

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri həll edilir. Nəqliyyat təhlükəsizliyi həll olunur. Bu

gün biz dünya üçün, nəinki qitə üçün, dünya üçün nəqliyyat mərkəzinə çevrilirik. Əlbəttə ki, infrastruktur

layihələri bizim coğrafi vəziyyətimizi daha da yaxşılaşdırır. Çünki infrastruktur, logistika, nəqliyyat

infrastrukturu olmadan heç bir coğrafi vəziyyət heç bir məna daşımır. Necə ki, təbii resurslar. Dənizin

altında, dərinlikdə yerləşən təbii resurslar çıxarılmasa, heç bir dəyəri yoxdur. Ancaq o dəyər təbii

resurslar çıxarılanda yaranır. Ona görə, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi bizim əsas diqqət

yetirdiyimiz sahələrdir və hər istiqamət üzrə gözəl nəticələr vardır.

Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir.

Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. “Əsrin kontraktı”, yəni XX əsrin kontraktı

uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır. Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif

ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və

əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz

liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik.

Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və

infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın

əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı

üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi əlbəttə ki, bizi

daha da gücləndirir.

Bu gün biz görülən işlərlə bağlı məruzələri dinləyəcəyik. Burada daha da konkret fikirlər, faktlar

səslənəcəkdir. Üçüncü Dövlət Proqramının qəbul edilməsi ilə bağlı işlər artıq görülür. Artıq bir neçə aydır

ki, üçüncü Dövlət Proqramı hazırlanır və qəbul ediləcəkdir. Beləliklə, növbəti beş il üçün bir fəaliyyət

planı tərtib ediləcəkdir.

X X X

Page 25: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

25

Prezident İlham Əliyevin

yekun nitqi

(5 fevral 2014-cü il)

- Bu gün burada səslənən hesabat məruzələrində bir neçə istiqamət üzrə görülmüş işlər haqqında

yığcam məlumat verilmişdir. Əslində son 10 il ərzində görülən işlər haqqında geniş danışsaq, bəlkə də

bizə bir neçə gün lazım olacaqdır. Hər bir sahə, hər bir istiqamət üzrə böyük işlər görülmüşdür. Son 10 il

ərzində Azərbaycanın hər bir nazirlik, idarə üzrə inkişafı üçün çox böyük işlər görülmüşdür. İkinci Dövlət

Proqramı başa çatıb. Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü

Dövlət proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il

ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir.

Əlbəttə, növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməlidir, makroiqtisadi

vəziyyət sabit olaraq qalacaqdır. Keçən ilin nəticələri bunu deməyə əsas verir. Keçən il ölkə

iqtisadiyyatına rekord həddə sərmayə qoyulmuşdur – 28 milyard dollar. Eyni zamanda, keçən il maaşlar,

pensiyalar qaldırılmışdır. Sovet vaxtından qalmış əmanətlər qaytarılmışdır. Yəni, ölkə iqtisadiyyatına

böyük investisiyalar qoyulmuşdur və dövriyyəyə böyük pul kütləsi buraxılmışdır. İnflyasiya cəmi 2,4 faiz

artmışdır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam iqtisadiyyatdır, makroiqtisadi sabitlik

qorunur və əhalinin pul gəlirləri son 10 il ərzində inflyasiyanı daim üstələyirdi, bir neçə dəfə üstələyir.

Ona görə növbəti illərdə sürətli inkişaf templərini saxlamaq və onları artırmaq üçün makroiqtisadi

vəziyyət sabit olmalıdır, olacaqdır. Buna tam nəzarət edilir və beləliklə, uğurlu inkişafımız üçün gözəl

əlavə imkanlar yaranacaqdır.

Maliyyə vəziyyətimizlə bağlı bu gün heç bir problemimiz yoxdur. Maliyyə vəziyyətimiz yaxşıdır,

sabitdir. Maliyyə sistemimiz sağlamdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft

sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. Bu vəsait əlbəttə ki, şəffaf

şəkildə saxlanılacaq, əsas xərclər üçün istifadə ediləcək, sosial məsələlərin həllində istifadə ediləcək, eyni

zamanda, infrastruktur layihələrinin icrası, sahibkarlığa dəstək məsələləri də diqqət mərkəzində olacaqdır.

Aparılan islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də qiymətləndirilir.

Azərbaycanın kredit reytinqləri artır. Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit

reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun

hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu

yerdədir. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir.

Bir sözlə, növbəti 5 il ərzində bizim kifayət qədər iqtisadi, maliyyə və texniki resurslarımız

olacaqdır ki, üçüncü proqramı uğurla icra edək. Əlbəttə ki, son 10 il ərzində biz böyük təcrübə toplamışıq.

Son 10 il ərzində Azərbaycanda minlərlə yeni şirkət yaranmışdır və biz çalışırıq ki, yerli şirkətləri

gücləndirək. O cümlədən güzəştli şərtlər hesabına onların dövlət layihələrində iştirakı təmin edilir. Bu

gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür. Bu, o şirkətlərin maliyyə

vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və

təcrübə toplanılır. Yəni, növbəti proqramın icra edilməsi əminəm ki, uğurlu olacaqdır.

Növbəti 5 il ərzində infrastruktur layihələrinin icrası tam başa çatmalıdır. Biz bu işlərə 10 il

bundan əvvəl başlamışıq, görüləsi işlər həddindən artıq çox idi. Demək olar ki, bütün infrastruktur

yenilənməli idi. Burada məruzələrdə bəzi rəqəmlər səsləndi. Məsələn, biz elektrik enerjisi ilə bağlı bütün

elektrik stansiyalarımızı yeniləşdirdik, yenilərini tikdik və şərti yanacağın sərfiyyatı kəskin şəkildə aşağı

düşmüşdür. Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər,

kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu

işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində

Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində

bütün infrastruktur layihələri tamamilə icra ediləcəkdir.

Elektrik xətləri də yeniləşəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma qeyd etdiyim

kimi, ən azı 95 faizə çatmalıdır. İçməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalıdır və

əksər kəndləri də əhatə etməlidir. Burada rəqəmlər səsləndi ki, 10 il bundan əvvəl 26 faiz əhali 24 saat

ərzində fasiləsiz su alırdısa, hazırda bu rəqəm 55 faizə çatıbdır. Ancaq 55 faiz də bizim üçün öyünməli

rəqəm deyildir. Düzdür, Bakı şəhərində bu, daha da yüksək səviyyədədir. Bakıda 10 il bundan əvvəl cəmi

29 faiz əhali 24 saat ərzində su alırdısa, hazırda bu rəqəm 78 faizə çatmışdır. Ancaq Bakı kimi şəhərdə

100 faiz olmalıdır, bütün başqa şəhərlərdə də, həmçinin kəndlərdə də. Ona görə görüləsi işlər hələ çoxdur,

infrastruktur layihələrinə vəsait nəzərdə tutulur. O cümlədən bu ilin investisiya proqramında kifayət qədər

Page 26: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

26

vəsait nəzərdə tutulur. Elektrik xətlərinin, elektrik təsərrüfatının, yenilənməsi, qazlaşdırma, su-

kanalizasiya xətlərinin, kənd yollarının, şəhərlərarası yolların tikintisi davam etdiriləcəkdir. Bir sözlə,

iqtisadiyyatın bu seqmenti əminəm ki, növbəti 5 il ərzində daha da böyük təkan alacaqdır. Beləliklə,

qəbul ediləcək üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam

şəkildə icra ediləcəkdir.

Su layihələrinə gəldikdə, “Azərsu” şirkətinin xətti ilə işlər görülür, eyni zamanda, artezian

quyularının qazılması da böyük məna daşıyır. Keçən il 104 kənd artıq bu üsulla su ilə təmin edilibdir. Bu

ilin əvvəlində imzaladığım Sərəncam əsasında vəsait ayrılmışdır ki, cari ildə əlavə 250 kənddə artezian

quyuları qazılsın. Beləliklə, yüz minlərlə insan yeni su mənbələri ilə təmin ediləcəkdir. Çaylar boyu

yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıbdır. Yüz minlərlə əhali artıq bu imkanlardan istifadə

edir, bu il də investisiya proqramında bu, nəzərdə tutulub. Su, kanalizasiya problemlərini biz növbəti 5 il

ərzində tam şəkildə icra etməliyik.

Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü Su Anbarının açılışını qeyd etdik.

Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki

nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin

görülməsi haqqında düşünməliyik. Əslində, biz bunu indidən fikirləşməliyik, - çünki müxtəlif rəqəmlər

səslənir və mənə verilən arayışlarda müxtəlif rəqəmlər göstərilir, - ilk növbədə, neçə min hektar torpaq

suvarılacaqdır. Ancaq biz bunu dəqiqliklə bilməliyik. Ona görə bütün aidiyyəti qurumlar - İqtisadiyyat və

Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su

Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti birgə işləsinlər və mənə dəqiq məlumat versinlər – Şəmkirçay və

Taxtakörpü su anbarlarının və kanalların tikintisi nəticəsində neçə min, - bəlkə də yüz minlərlə

ölçülməlidir, - hektar torpaq artıq əkin üçün yararlı olacaqdır və dövriyyəyə buraxılacaq bu yeni

torpaqlarda hansı məhsulların yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq bilməliyik ki, öz işimizi

daha böyük səmərə ilə quraq.

Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim

buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir.

Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Buna böyük ehtiyac vardır. Bu yeni struktur

müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının

inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir. Dünyada bu sahədə böyük uğur qazanmış

ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz

təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək.

Məhsuldarlıq artırılmalıdır və artırılacaqdır. Böyük imkanlar vardır. Burada məruzədə səsləndi ki,

taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxmışdır. Ölkə üzrə bu rəqəm 27,5

sentnerdir, yəni, 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir. Dövlət öz imkanlarını ortaya

qoyur. Bütün infrastruktur, kommunikasiya, suvarma məsələlərini öz üzərinə götürür. Sahibkarlara

kreditləri də dövlət verir. Təki sahibkarlar gedib bu torpaqdan səmərəli şəkildə istifadə etsinlər və

məhsuldarlıq artsın. Əgər 2 dəfə də olmasa, ümumi məhsuldarlıq 60-70 faiz artarsa, o zaman bizim bütün

daxili tələbatımız ödəniləcək və böyük ixrac potensialımız da yaranacaqdır.

Kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcəkdir. Buna da

ehtiyac vardır. Bütün texnika yenilənməlidir. Ən qabaqcıl texnika gətirilməlidir. Müvafiq göstərişlər

verilibdir və artıq proses başlanmışdır. Əvvəlki illərdə də texnika alınmışdır. Əgər o texnika alınmasaydı,

biz bu gün böyük problemlərlə üzləşə bilərdik. Ancaq hələ ki, buna ehtiyac vardır. Biz özümüzü müasir

texnika ilə tam şəkildə təmin edə bilmirik. Növbəti 3-4 il ərzində, bəlkə də ondan da qısa bir müddətdə

özümüzü ən müasir texnika - kombayn, traktor və digər texnika ilə tam şəkildə təmin edəcəyik.

Mən əvvəlki müşavirələrdə də qeyd etmişəm. Bu gün də qeyd etmək istəyirəm ki, fermerlərin

elektron qeydiyyat sistemi yaradılmalıdır.

Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Mən bu barədə də dəfələrlə öz fikirlərimi bildirmişəm.

Müəyyən işlər görülübdür. Ancaq daha da konkret və ciddi təkliflər verilməlidir ki, biz bu ixtisaslaşmanı

formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni,

burada belə kortəbii yanaşma qəbuledilməzdir. Hər bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı

məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır. Əminəm ki, bax, dediyim bu struktur islahatları, kənd

təsərrüfatının inkişafı üçün yeni metodların tətbiq edilməsi, müasir yanaşma, dediyim məsələlərin həllinə

şərait yaradacaqdır.

Torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır. Əgər biz kənd təsərrüfatını müasir

metodlarla inkişaf etdirmək istəyiriksə, mütləq Azərbaycanda hər bir sahədə ən qabaqcıl təcrübəni tətbiq

Page 27: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

27

etməliyik. O cümlədən kənd təsərrüfatının elmi əsaslarla inkişafına da nail olmalıyıq. Bu məqsədlə

struktur dəyişiklikləri aparılacaqdır və elm son nəticəyə xidmət etməlidir. Ancaq bu təqdirdə o elmin

faydası və xeyri vardır.

Kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi indi bütün inkişaf etmiş ölkələrdə

mövcuddur, bizdə də belə olmalıdır. Bu barədə artıq burada deyildi. Eyni zamanda, əvvəlki tezisə də

qayıtmaq istəyirəm ki, biz dövriyyəyə buraxılacaq yeni əkin sahələrini də təmin etməliyik və edəcəyik.

Burada məruzələrdə səsləndi ki, biz iri fermer təsərrüfatlarını yaradırıq, yaratmalıyıq. Ancaq, eyni

zamanda, kiçik və ailə fermer təsərrüfatları da yaddan çıxmamalıdır. Bu sahədə də gözəl beynəlxalq

təcrübə vardır. Sadəcə olaraq, biz bunu Azərbaycanda tətbiq etməliyik ki, ailə fermer təsərrüfatları

yaradılsın, xüsusilə südçülükdə. Dövlət də öz dəstəyini verəcəkdir, o cümlədən maliyyə dəstəyini

kreditlər şəklində verəcəkdir.

Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan

əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz

şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin

edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi

yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının

nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə

çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd

təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra

orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi

məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım

etməkdir.

Fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Dövlət

burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcəkdir. Biz çalışmalıyıq ki, ilk növbədə,

Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri

tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal

edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu

xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və

Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq,

baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında

mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur? Bunun

səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının

qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz

bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o

zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik. Mən bu gün də

demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki,

Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil

edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə

oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır.

Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün

böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan

asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin

həllinə bütün dövlət qurumları kömək göstərməlidir.

Kənd təsərrüfatına yararlı torpaqlardan bəzi bölgələrdə təyinatı üzrə istifadə edilmir. Bu məsələyə

də diqqət yetirilməlidir. Ərzağın keyfiyyəti daim diqqət mərkəzində olmalıdır. Bizim üstünlüyümüz

ondan ibarətdir ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları təbiidir, keyfiyyətlidir. Biz

burada kəmiyyət dalınca qaçmamalıyıq və bu təbii keyfiyyəti saxlamalıyıq.

Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm

Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına

çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da

böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə,

Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz

özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə

nail olmamışıq. Mən bəzi rəqəmləri gətirmək istəyirəm. Ət və ət məhsullarının özünütəminetmə səviyyəsi

94 faizdir, quş əti 92 faizdir. Bax, bu sahədə çox böyük irəliləyiş olubdur. Ona görə ki, Sahibkarlığa

Page 28: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

28

Kömək Milli Fondunun xətti ilə quş fabriklərinin yaradılmasına böyük kreditlər verilmişdir. Özümüzü

yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz,

bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə 126 faiz, yəni, böyük ixrac potensialımız

da vardır. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, - bu, ən böyük

ixrac potensialımızdır, - bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz.

Bax, bu cədvəldən açıq-aydın görünür, biz növbəti illərdə hansı sahələrə üstünlük verməliyik ki,

burada bütün rəqəmlər 100 faizdən aşağı olmasın və buna nail ola bilərik. Ona görə də burada süd və süd

məhsullarının 75 faiz səviyyəsində istehsalı əlbəttə ki, bizi qane edə bilməz. Bu, 100 faiz olmalıdır.

Dövlət qurumları və sahibkarlar bu istiqamətə daha da ciddi diqqət yetirməlidirlər. Azərbaycanda kərə

yağı da, bitki yağları da az istehsal edilir. Artıq bu cədvəldən hər şey görünür. Bu cədvəl həm dövlət

orqanları, həm də sahibkarlar üçün bir yol xəritəsi olmalıdır. Mən hər il bu rəqəmləri səsləndirirəm, bəzi

məhsullar üzrə irəliləyiş vardır. Amma bəzi sahələr üzrə əvvəlki illə builki vəziyyət eynidir. Xüsusilə,

kərə yağı, meyvə, giləmeyvə, bostan məhsulları, bax bu sahələrdə istehsal artmayıb.

Mən sahibkarlığın inkişafı ilə bağlı artıq giriş sözümdə fikirlərimi bildirdim. Dəstək davam

etdiriləcəkdir. Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni

müəssisə yaradılmışdır. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir.

Misal üçün keçən il 275 milyon manat kredit verilmişdir. Bütün bu kreditlər vaxtında qaytarılır. Bu da

sahibkarlığın inkişafına yeni dəstək olur. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir.

Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni, bütün vəsaiti

vaxtında qaytarırlar. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər

verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit

veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır.

Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf etmişdir. Bizim banklarımız böyüdü,

gücləndi. Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə

resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki,

ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük

dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görmüşdür.

Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırmışdır. Ona görə,

banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha

çox vəsait ayırmalıdırlar.

Növbəti illərdə bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi davam

etdiriləcəkdir. Hər bir şəhərə genişzolaqlı internet çəkilməlidir. Bu sahədə Azərbaycan qısa müddət

ərzində böyük uğurlara imza atdı. Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı

70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının

inkişafı böyük məna daşıyır. Nəzərə alsaq ki, biz elektron hökumət sisteminə keçirik, “ASAN xidmət”

artıq bölgələrə gəlibdir. Ona görə, bu sahə də daim diqqət mərkəzində olacaqdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam

etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması

üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli

tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və

görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir.

Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə

bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına

layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir.

Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar.

Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl

nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi

iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu

eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar.

Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir,

xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan

üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli

olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət

məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin.

Page 29: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

29

Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir

dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük

əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir -155 ölkə, dünya birliyinin üçdə iki hissəsi.

Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə

qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu,

rekord göstəricidir, analoqu olmayan inkişafdır.

Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla

iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən

əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir.

Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər

yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin

kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını

xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər

müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.

Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara

bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın.

Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət

məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə

işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış

insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il

ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.

Regionların sosial infrastrukturu növbəti beş il ərzində əlbəttə ki, yeniləşəcəkdir. Məktəb,

xəstəxana, mədəniyyət ocaqlarının tikintisi davam etdiriləcək, məcburi köçkünlərin problemləri öz həllini

tapacaqdır. Keçən il 28 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də yəqin ki, buna yaxın

bir rəqəm olacaqdır. Yəni, bu məsələ daim diqqət mərkəzindədir.

Bölgələrin turizm potensialı böyüyür, güclənir. Daxili turizm böyük dərəcədə artır və əminəm ki,

xarici turizmdə də böyük artım olacaqdır. Artım var, amma hələ ki, istədiyimiz səviyyədə deyildir. Daha

da böyük artım olacaqdır. Yeni turizm zonaları yaradılır. Sadəcə son beş il ərzində “Şahdağ” dağ –xizək

kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel tikilir. “Tufandağ” xizək

mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş

şöhrətini bərpa edirik. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq

turizm mərkəzinə çeviririk. Artıq iki gözəl otel fəaliyyət göstərir, üçüncüsü də tikilir. “Qalaaltı” müalicəvi

mərkəzinin bərpası yekunlaşır. Bu da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacaqdır.

Cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər

genişdir. Burada da böyük işlər görülür və görüləcəkdir. Əlbəttə ki, ekoloji tədbirlər ciddi şəkildə

görülməlidir. Bu barədə mən dəfələrlə öz fikrilərimi bildirmişəm. Biz ətraf mühiti qorumalıyıq, Bakını və

Abşeron yarımadasını əsrlər boyu yığılan tullantılardan təmizləməliyik. Biz “Qara şəhər”i “Ağ şəhər”ə

çeviririk. Eyni zamanda, bütün bölgələrdə görülən işlər, yeni açılan müəssisələr ən yüksək ekoloji

standartlara cavab verməlidir.

Bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir.

Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə

texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir şəhərdə xüsusi sənaye yerləri,

sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır. İş yerləri nə qədər

yaradılsa da yenə də yaradılmalıdır. Çünki elə ölkələr var ki, orada əhali azalır, orada iş yerləri o qədər də

ciddi problem deyildir. Ancaq bizdə keçən il əhali 170 mindən çox artmışdır. Bu artım çox müsbət haldır,

iqtisadi inkişafımızın təzahürüdür. Ancaq bizim iqtisadi imkanlarımız, sənaye imkanlarımız buna uyğun

olmalıdır. Ona görə, hər bir şəhərdə, yəqin ki, şəhərlərin kənarlarında xüsusi sənaye zonaları ayrılmalıdır.

Orada dövlət hesabına infrastruktur, kommunikasiya xətləri çəkilməlidir, yeni müəssisələrin tikilməsi

üçün imkanlar yaradılmalıdır ki, sahibkarlar gedib orada özləri üçün iş qursunlar.

Bir sözlə, demək istəyirəm ki, son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki

dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm

ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu,

dinamik inkişafı təmin ediləcəkdir.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 5 fevral.-№ 25.-S.1-4.

Page 30: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

30

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri:

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Prezident İlham Əliyevin bəyanatı

(12 fevral 2014-cü il)

Bakı, 12 fevral (AzərTAc). Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan

Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış

etmişlər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz. Biz Gürcüstan

Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı

müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik.

Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün

Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox

güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar

daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü

məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə

də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki,

iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr

səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda

sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın

infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da

aiddir.

Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı

layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır.

Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu

əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək

planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda

imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45

milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni

həyata keçirmək üçün əlindən gələni edəcəklər.

Daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir. Bu sahədə biz, həmçinin

regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik.

Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik.

Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın

gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu

cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və

Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti

ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və

azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və

strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir

daha təsdiqləyir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu

olacaqdır.

“Xalq qəzeti”.-2014.- 13 fevral.-№ 231.-S.2.

Page 31: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

31

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(19 mart 2014-cü il)

Bakı, 19 mart (AzərTAc). Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz

münasibətilə ümumxalq şənliyi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz

şənliyində iştirak etmişlər.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə

ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Novruz bayramı bizim milli

dəyərimizdir, sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edirdi. Bu gün müstəqil

Azərbaycanda Novruz bayramı dövlət bayramıdır.

Biz öz milli dəyərlərimizə həmişə sadiq olmuşuq, həmişə onları qorumuşuq. Bu gün müstəqillik

şəraitində milli dəyərlər, Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Azərbaycan dəyərləri

ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq

olmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur.

Biz müstəqillik şəraitində yaşayarıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə

olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər

üzrə strateji xətt müəyyən edilmişdir. Azərbaycan bu gün bu istiqamətlər üzrə inkişaf edir. Bizim

strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur.

Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji

dayaqlarımız bunlardır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyimiz öz əlimizdə

olduğu halda xalqımız böyük zirvələrə çata bilər və çatmışdır. Bu gün müstəqil Azərbaycan istənilən sahə

üzrə uğurla, inamla inkişaf edir. Biz müstəqilliyimizi qoruyuruq, qoruyacağıq və ildən-ilə müstəqilliyimiz

möhkəmlənir.

Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim

üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir.

Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə

sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə

həll edilməsində öz sözünü deyəcəkdir.

Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz

milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə

Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz

Azərbaycan dövlətidir.

Xarici siyasətimizin uğurlu olmasını BMT-də iki il bundan əvvəl aparılmış seçkilər də təsdiqləyir.

Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər

qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. İki il ərzində bu təşkilatda ləyaqətlə iştirak

edirdi. Dediyim kimi, beynəlxalq hüququ, ədaləti müdafiə edirdi.

Xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

həll olunmamasıdır. Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ

Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu

torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının

mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim

Azərbaycan torpaqlarıdır.

Tarixi ədalət, beynəlxalq hüquq pozulub. Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı

Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas

rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi

bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan

dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu

prinsiplər əsas götürülmüşdür.

Page 32: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

32

Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq,

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal

edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna

şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq.

Bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amili

də ön plana çıxır. Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki,

məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Bu potensial bizə imkan verir ki,

müstəqil siyasət aparaq. Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox

çətindir.

Ona görə son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Silahlı Qüvvələrimizin

döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə

artaraq böyük rəqəmlərə çatmışdır. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz

Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır.

Bizim ideoloji əsaslarımız aydındır. Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə

faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın

qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans,

böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan

haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil

iqtisadiyyatı vardır.

Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm

ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz

ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər

üzərində qurulubdur.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də

müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa

bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu

demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə

mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır.

Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı

apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə

bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız

bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda

deyildir.

Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili

standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq. Beynəlxalq münasibətlərin həllində güc amili

ön plana çıxır. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq.

Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son on il ərzində Azərbaycan kimi iqtisadi

sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında

duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır.

Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial

məsələlərin həllində də bizə kömək göstərir.

Bu gün sosial cəhətdən az təmin edilmiş vətəndaşlara da Azərbaycan dövləti öz yardımını

əsirgəmir.

İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı

şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz

artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir.

Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı

yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir.

Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq

təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.

Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək

qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu

Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar

nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin

Page 33: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

33

yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan

soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür. Ölkə iqtisadiyyatı inkişaf edir və inkişaf

edəcəkdir.

Əlbəttə, Azərbaycan dünyada çox önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır. Biz keçən

ilin sonunda Avropanın ən böyük infrastruktur layihəsinə Bakı şəhərində start verdik. Azərbaycan bu

sahədə də liderlik göstərə bilmişdir, nəhəng, qlobal layihənin təşəbbüskarıdır, aparıcı qüvvəsidir. Uzun

illərdir ki, “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində

ondan çox beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi olmamışdır. Bəyanatdan

başqa heç bir praktiki addımlar atılmamışdır. Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün

məsuliyyəti, siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu layihəyə də start verdi. Bu layihə

bizim uğurlu gələcəyimizi təmin edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcəkdir.

Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi təqdim edəcək və bizim

uzunmüddətli, dayanıqlı inkişafımızı şərtləndirəcəkdir.

Azərbaycan bütün bu məsələlərdə prinsipial mövqe sərgiləyir. Əgər bizim prinsipial mövqeyimiz

olmasaydı, əgər kimdənsə asılılığımız olsaydı və kimdənsə çəkinsəydik biz heç vaxt bu böyük layihələrə

imza atmazdıq. Bizim siyasətimizin təməlində müstəqillik dayanır, ədalət dayanır, cəsarət dayanır. Biz

bütün addımlarımızı Azərbaycan xalqının maraqlına xidmət etmək üçün atırıq. Azərbaycanın maraqları

hər şeydən üstündür, hər bir vətəndaş üçün də hər şeydən üstün olmalıdır. Bir sözlə, ölkəmizin gələcək

inkişafı ilə bağlı bizim çox nikbin fikirlərimiz vardır. Əslində bu gələcəyi biz yaradırıq.

Son illər ərzində aparılan siyasi, iqtisadi islahatlar, enerji siyasətimiz bu reallığı mümkün etmişdir.

Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılmışdır. Keçən ay regionların

sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə

qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır.

Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir. Bakı şəhərinin və onun

qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. 2016-cı ilə qədər bu proqram tam

şəkildə icra edilməlidir və beləliklə Bakıda bir dənə də olsun sosial infrastruktur problemi, iqtisadi

problem qalmamalıdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Bu proqramların icrası nəticəsində

ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir. Proqramların icrası təmin ediləcəkdir. Bu günə qədər

verdiyimiz bütün vədlərə sadiq olmuşuq, bütün proqramları icra etmişik və bundan sonra da bu yolla

gedəcəyik.

Bakımız da gözəlləşir, abadlaşır. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu Bakı

sakinləri, digər bölgələrdən gələn qonaqlar görürlər, xarici qonaqlar bunu qeyd edirlər. Bakının gələcək

inkişafı ilə bağlı bizim böyük planlarımız vardır. Bakıda ictimai yerlərin yaradılması, yeni infrastruktur

layihələrinin icra edilməsi, şəhər nəqliyyatı ilə bağlı böyük planlarımız vardır. Artıq onların bir hissəsi

icra edilir. Bakının ən cəlbedici yerlərindən biri olan milli parkımız, bulvarımız gözəlləşir, abadlaşır,

bulvarın ənənəvi hissəsi ən yüksək səviyyədə təmir edilmişdir. İndi yüz minlərlə insan xüsusilə yaz-yay

aylarında bu imkanlardan istifadə edir. Bayraq Meydanına qədər uzanan yeni bulvar istifadəyə

verilmişdir. Bayraq Meydanından Bibiheybət istiqamətinə gedən bulvar tikilir, ümid edirəm ki, ilin

sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni şəhərciklər - “Bakı Art City” adlanan

incəsənət şəhərciyi, idman şəhərciyi yaradılır. Yəni, o hissə bir ildən sonra şəhərimizin ən gözəl

yerlərindən birinə çevriləcəkdir.

Bulvarın əks istiqamətində işlər aparılır, “Ağ şəhər bulvarı” tikilir. Bu ilin sonuna qədər o

istiqamətdə də əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaqdır. Beləliklə,

bulvarın uzunluğu “Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaqdır. Bu da təqribən 16 kilometr məsafədir.

Bu məqsədlə artıq göstəriş verilmişdir ki, bulvarda ekoloji cəhətdən təmiz kiçik xüsusi avtobuslar da

fəaliyyətə başlasın. Çünki bu 16 kilometri piyada qət etmək o qədər də asan olmayacaqdır.

Xalça Muzeyi tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun

yeni, möhtəşəm binası tikilir, bu yaxınlarda istifadəyə veriləcəkdir. Bir sözlə, Bakının inkişafı,

abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Bakının simvolu olan Qız

qalasının təmiri bu yaxınlarda başa çatmışdır. Bir neçə gün bundan əvvəl digər tarixi yerimiz –

Şirvanşahlar Sarayında aparılan təmir işlərindən sonra artıq açılış olmuşdur.

Bir sözlə, Bakı bizim paytaxtımızdır, gözəl, sevimli şəhərimizdir. Şəhərimizin gələcək inkişafı,

infrastruktur, abadlıq işlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz birinci Avropa

Oyunlarına hazırlaşırıq, böyük hazırlıq gedir. Bu oyunlar Azərbaycanı bir daha dünyaya müasir, dinamik

inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək, xalqımızın istedadını

Page 34: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

34

göstərəcəkdir. Biz bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Əminəm

ki, biz buna nail olacağıq.

Əziz dostlar, bu gözəl gündə, gözəl bayram ərəfəsində bir daha bütün Azərbaycan xalqına öz

hörmətimi, məhəbbətimi ifadə edirəm. Dünyada yaşayan bütün azərbaycanlıları bu gözəl bayram

münasibətilə təbrik edirəm, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

“Xalq qəzeti”.-2014.- 20 mart.-№ 59.-S.1-2.

Page 35: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

35

Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi

Sammitində çıxış etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı

(25 mart 2014-cü il)

Haaqa, 25 mart (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Niderland Krallığının Haaqa

şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış etmişdir.

Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin

əhəmiyyətinə həsr olundu. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da

möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin

qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə

saxladılar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin

qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkdilər.

Sammitin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə minnətdarlığını

bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin

mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox

aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə

Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi

istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda

Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması

sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim

etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik

Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə

aid müzakirələr təşkil etmişdir.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə

toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit

marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu

məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü

qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk “Dəniz Təhlükəsizliyi

Strategiyası”nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də

aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20

faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə

siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı

yoxdur.

Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-

qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş

ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş

Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu elektrostansiya bütün region və

yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin

beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin

Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki,

o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən

Prezident İlham Əliyev bildirdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin

gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın

davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin

azaldılması işinə sadiqik.

Page 36: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

36

Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı Birləşmiş Millətlər Təşkilatı başda olmaqla

beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya

qurulacağına əminliyini ifadə etdi.

Sonra zirvə görüşünün “Nüvə təhlükəsizliyi sammitinin gələcəyi” mövzusunda qeyri-rəsmi iclası

oldu. Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan

Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron və

İtaliyanın Baş naziri Matteo Rentsi ilə görüşdü.

Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir

mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Güllə də görüşdü.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparıldı.

Zirvə görüşünün yekununda liderlər birgə foto çəkdirdilər.

“Xalq qəzeti”.-2014.- 28 mart.-№ 60.-S.2.

Page 37: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

37

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri:

Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı:

Prezident İlham Əliyevin bəyanatı (4 aprel 2014-cü il)

Bakı, 4 aprel (AzərTAc). Aprelin 4-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti

İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Hörmətli qonaqlar.

İlk növbədə əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana

xoş gəlmisiniz. Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz

məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici

səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan

əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir.

Fürsətdən istifadə edərək, rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük

qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə

türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli

yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün

böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı

Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən,

xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır.

Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq

ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş,

dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz

söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə

ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük

layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri

Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il

ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır.

Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.

Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və

Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən

çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri

dünyanın enerji xəritəsini dəyişdirmişdir.

Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri

xalqlarımız, qonşularımız üçün də böyük fayda verəcəkdir.

Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə

də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki,

daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi,

beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən

pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma

torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü

olmalıyıq və olacağıq.

Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl

addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum, qardaşımla görüşürəm. Bir daha Sizə, bütün türk

xalqına xoşbəxtlik və yeni uğurlar arzulayıram. Bir daha xoş gəlmisiniz.

X X X

Page 38: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

38

Sonra jurnalistlərin sualları cavablandırılmışdır.

X X X

“Əl-Cəzirə Türk” Televiziyasının aparıcı müxbiri Didem Özel TÜMER: Cənab Baş nazir,

TANAP-da təməlqoyma mərasiminin daha əvvəl 2014-cü ildə olacağı açıqlanmışdı. Bu görüşdə bir

tarix müəyyən edə bildinizmi? Sizə başqa bir sualım, “Camaat məktəbləri” olaraq tanınan türk

məktəblərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı cənab Əliyevdən hər hansı bir istəyiniz oldumu?

Cənab Əliyev, həmin məktəblərlə əlaqədar olaraq fikriniz nədir? Bir də türk mətbuatında “Gülən

camaatı”nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi xəbərlər çıxdı, bəzi yüksək səviyyəli

bürokratların vəzifədən azad edildiyi şəkildə. “Camaat”ın fəaliyyəti ilə bağlı Sizin fikriniz nədir? Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Əvvəla, təbii ki, mənim buraya səfərimin ən mühüm səbəbi

ənənəyə uyğun olaraq hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Bu səfərimiz də ənənəyə

uyğun olaraq atdığımız addımdır. İkitərəfli münasibətlərimizi müzakirə edirik. Təbii ki, ölkələrimizdə hər

hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıca

müzakirə edirik.

TANAP ilə əlaqədar məsələyə gəldikdə, Nazirlər Kabinetinin qərarı ilə hazırda rəsmiləşdirmə

prosesi başlamışdır. Bu prosesi davam etdirib başa çatdıra bilsək, hər halda bu ilin sonuna qədər kəmərin

təməlini qoya bilərik. Bu məsələ ilə bağlı narahatlığımız yoxdur. Bizim əsas məqsədimiz odur ki, bir an

əvvəl buldozerlər işləməyə başlasın və qısa müddətdə, inşallah, TANAP marşrutu ortaya çıxsın. Təbii ki,

bunlar layihə və plan şəklində vardır. Amma bu kanallar açılmağa başladığı andan etibarən, bütün borular

orada göründüyü anda artıq dünya bunu çox yaxından izləyəcəkdir. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: TANAP layihəsi ilə bağlı istərdim ki, bir-iki kəlmə söz əlavə edim. Bu

layihə birgə layihəmizdir. Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir. Bu layihənin həyata

keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynamışdır. Bu

layihənin həyata keçirilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha da sıx bağlı olacaq, siyasi və

iqtisadi imkanlarımız böyük dərəcədə artacaqdır. Biz çalışacağıq ki, bu layihəni vaxtında icra edək. Hər

halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir. Ümid edirəm ki, 2018-ci ildə biz bu layihənin

açılışını əziz qardaşımla bərabər qeyd edəcəyik.

O ki qaldı sualın digər hissəsinə, əziz qardaşımın dediyi kimi, bizim görüşlərimiz ənənəvi

xarakter daşıyır. Biz ildə bir neçə dəfə görüşürük. Keçən dəfə dörd ay bundan əvvəl görüşmüşük, bu dəfə

də görüşürük. Gələn ay da görüşümüz ola bilər. İyun ayında görüşümüz olacaqdır. Yəni bu, təbiidir. Biz

müttəfiqik, biz dostuq, biz qardaşıq. Bizim aramızda olan söhbətlər, əlbəttə ki, çox geniş sahəni əhatə

edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə, dost, qardaş kimi müzakirə etməyək. Əsas

məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir

ki, biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və

verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır. Belə də olmalıdır. Gələcək

uğurlu inkişafımız və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan

sonra da davam edəcəkdir, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və

Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik,

yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən, qardaşlar belə

olmalıdır və biz də belə qardaşlardanıq.

Azərbaycan İctimai Televiziyasının müxbiri Mehriban Məmmədova: Cənab Baş nazir, bəzi

ölkələrin KİV-lərində Sizin rəhbərlik etdiyiniz partiyanın nurçuluqla bağlı olduğu söylənilir.

Hazırda Türkiyədə nurçuluq meylləri ilə mübarizə aparılması müşahidə olunur. Sizin bu vəziyyətə

münasibətinizi bilmək istəyərdik. Çox sağ olun. Rəcəb Tayyib ƏRDOĞAN: Bu, təbii ki, mənə çox qəribə gəldi. Bizim elə bir bağlantımız təbii ki,

yoxdur. Bizim yeganə bağlantımız millətlədir. Millətlə olan bağlantımız çox yaxşı olduğu üçün 46 faiz

səs aldıq. Bu seçki də məlumdur ki, necə deyərlər, etimadın doğrulması idi və bunu bacardıq. Biz

xalqımızın içərisində hər hansı bir ayrı-seçkiliyə imkan vermərik. Ayrı-seçkiliyə tamamilə qarşıyıq.

Baxın, hazırda Türkiyənin demək olar ki, bütün vilayətlərində üzvləri bələdiyyə sədri seçilən tək partiya

bizik. Bununla yanaşı, bizim 7 bölgəmiz vardır, bu 7 bölgənin altısında birinci partiyayıq, digər bölgədə

də bərabərik. Bizim belə bir xüsusiyyətimiz də vardır.

Bu, haradan qaynaqlanır? Biz bütün xalqı əhatə edirik. Digərləri əhatə edə bilmir. Bəziləri

irqçilik, bəziləri bölgəçilik edir. Bizdə bu, yoxdur. Biz 77 milyonun partiyasıyıq. Biz 780 min

Page 39: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

39

kvadratkilometrin partiyasıyıq. Mən həmişə deyirəm, bizim dörd əsas prinsipimiz var: Tək millət, tək

bayraq, tək vətən, tək dövlət. Bu, xalqımızın bizə olan xoş münasibətini artırmışdır. Təşəkkür edirəm.

“Xalq qəzeti”.-2014.- 5 aprel.-№ 67.-S.2.

Page 40: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

40

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri:

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş

təntənəli mərasimdə iştirak etmişdir:

Prezident İlham Əliyevin nitqi

(8 aprel 2014-cü il)

Naxçıvan, 8 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar – muxtar respublikanın hökumət

nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan

ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.

- Əziz naxçıvanlılar.

Hörmətli qonaqlar.

Hörmətli səfirlər, əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Naxçıvan Muxtar

Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar

Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri,

bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda

yaşamış, yaratmışdır.

Naxçıvanın, eyni zamanda, qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi

Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət

statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji

əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də

edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana

vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o

vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları

Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və

qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü.

Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq

mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki,

Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün

dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-

iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi,

Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci

illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial

quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz

inkişaf dövrünü yaşayırdı.

Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün

Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar

tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı

xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən yenə də Ulu Öndərin

rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər.

Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev

Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox

ağır ola bilərdi.

Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların

məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına

sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir

yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin

Page 41: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

41

əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında

bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular,

həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o

məkrli ssenari keçməyəcəkdir.

Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir.

Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır

sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi

qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası

adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar

respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq

Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət

qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet

İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu

addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər

qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki,

onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan

çıxaraq inkişaf yoluna qədəm qoymuşdur.

Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu

kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə

rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və

dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində

inkişaf edir, yaşayır.

Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də

Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü

müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə,

müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən,

bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik

sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına

düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır. Ancaq buna baxmayaraq,

xalqımızın iradəsi sınmamışdır. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır.

Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü

Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün

tarixi torpaqlarımıza qayıtmağa imkan verəcəkdir.

O illəri xatırlayarkən bir daha hamımız görürük ki, nə qədər ağır illər idi, ancaq, eyni zamanda,

bizim qələbəmiz nə qədər şərəfli idi. Çünki bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan xalqının

qələbəsi idi. Azərbaycan xalqı öz müstəqilliyini qoruya bilmişdir. Məhz ona görə ki, müstəqilliyin

bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə

Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı böyük

bəlalardan, vətəndaş müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirmişdir.

1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və

müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir.

Naxçıvan da sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim

Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən

inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.

Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük

işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə

səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm.

Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü

Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir,

çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın

döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi

potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır

ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Gələcək illərdə

görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna

Page 42: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

42

imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri

hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu

sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-

sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın

hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir.

Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici

haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz

vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə

təmin edə bilibdir.

Hətta ixrac imkanları yaranmışdır.

Biz o illəri yaxşı xatırlayırıq. 1990-cı illərin əvvəllərində mən də dəfələrlə Naxçıvana gəlirdim.

Biz faktiki olaraq qaranlıq içində yaşayırdıq. Evlərdə işıq yox idi, nəinki küçələrdə. İşıq böyük fasilələrlə

verilirdi. Ən böyük problem işıq idi. Qazdan, ümumiyyətlə, söhbət belə getmirdi. Ancaq bu gün Naxçıvan

nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın

daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da deyə bilərəm ki, dünyada çox

nadir hallarda müşahidə edilən bir mənzərədir.

İndi Naxçıvanın elektrik enerjisi potensialı 220 meqavata yaxındır. Bu imkanları son illərdə

tikilmiş elektrik stansiyaları yaratdı. Son illər ərzində 5 elektrik stansiyası tikilmişdir. Bu gün elektrik

enerjisi ilə heç bir problem yoxdur. Nəinki bu gün, gələcəkdə də olmayacaqdır. Çünki biz, əlbəttə, öz

enerji potensialımızı elə təşkil etməliyik ki, uzun illər bundan sonra da sürətli inkişafımızı təmin etsin.

Çünki heç bir inkişaf elektrik enerjisiz mümkün deyildir. Naxçıvanın artan iqtisadi potensialı, sənaye

inkişafı, artan əhalisi diktə edir ki, elektrik enerjisi ilə təchizat daim yüksək səviyyədə təşkil edilsin. Yəni,

bir sözlə, bu gün bu məsələ öz həllini tapıbdır.

Dünən Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə də tanış olmuşam. O sərgidə

Naxçıvanda son illər ərzində yaradılmış müəssisələrin məhsulları nümayiş etdirilirdi. Bu da çox

sevindirici haldır. Çünki yerli istehsal artır. Naxçıvanın sənaye potensialı artır, ixrac artır və Naxçıvanın

artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi

məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Dünən mən maraqlanırdım, soruşurdum ki,

vəziyyət necədir? Mənə Vasif Talıbov məlumat verdi ki, Naxçıvanın əsas ərzaq məhsulları ilə təminatı

tam şəkildə təşkil edilibdir. Bu da böyük nailiyyətdir, böyük uğurdur.

İnfrastruktur layihələrinin icrası, yolların çəkilməsi, hazırda içməli su və kanalizasiya

layihələrinin icrası da çox önəmli hadisədir. Yəni, bir sözlə, Naxçıvanın bütün sosial, iqtisadi,

infrastruktur, hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır.

Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər

şəhərlər də. Bütün rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda ən böyük

mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi, doğum mərkəzi tikilmişdir. Yəni,

görülən bütün işləri sadalamaq üçün çox vaxt lazım olacaqdır, siz naxçıvanlılar bunları yaxşı bilirsiniz.

Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan sözün əsl

mənasında inamla, uğurla inkişaf edir. Sizə, naxçıvanlılara gələcək işlərdə də yeni uğurlar arzulayıram.

Bir daha demək istəyirəm ki, bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Biz, onun

davamçıları bu siyasətə sadiqik. Artıq on bir ilə yaxındır ki, Ulu Öndər aramızda deyil. Ancaq onun

ideyaları, siyasəti, siyasi xətti yaşayır. Azərbaycan inamla, uğurla inkişaf edir. Azərbaycan sözün əsl

mənasında müstəqil dövlət kimi öz siyasətini aparır. Azərbaycan xalqı bu gün inkişaf edən Azərbaycanın

timsalında müstəqilliyin üstünlüklərini əyani şəkildə görür. Müstəqillik ən böyük sərvətimizdir. Hətta

inkişafımız olmasa idi, hətta ağır vəziyyətdə yaşasaydıq belə, yenə də azadlıq, müstəqillik hər şeydən

üstündür. Ancaq biz nəinki müstəqil dövlətik, nəinki öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət

aparırıq, biz uğurlu dövlətik. Biz böyük uğurlara imza atmışıq. Son on ilin nəticələri göz qabağındadır.

Bu, statistikadır, bu, tarixdir, bu, reallıqdır. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf

edən ikinci ölkə olmamışdır. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artmışdır.

Bizi uzun illər incidən işsizlik kimi problem demək olar ki, aradan qaldırılıb. Yoxsulluq

səviyyəsi ən aşağı həddədir. Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni

səviyyədədir, bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqlayır. Bizim dövlət xarici borcumuz

ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanda böyük həcmdə valyuta ehtiyatları

yaradılmışdır və ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Büdcə kəsiri çox aşağı səviyyədədir.

Page 43: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

43

İnfrastruktur layihələrinə qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində özünü göstərir, yeni imkanlar

açır. Biznes imkanları da çox yaxşıdır. Azərbaycanda liberal iqtisadiyyat aparılır. Rəqabət

qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir.

Yəni, aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı

şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, Ulu Öndərin davamçıları onun bütün tapşırıqlarını

şərəflə yerinə yetirmişik.

Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda azad cəmiyyət formalaşıbdır. Bütün azadlıqlar

mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı,

vicdan azadlığı, bütün azadlıqlar vardır. Azərbaycan demokratik dövlətdir. Azərbaycan o dövlətdir ki, bu

dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.

Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur.

Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Bu təməl tarixə,

xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir. Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu

öndər Heydər Əliyevdir. Bu gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi baza üzərində

qurulubdur. İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir.

Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilibdir. Beynəlxalq nüfuzumuz artır.

Dünya ictimaiyyəti bizi dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizə səs verməzdi. BMT

Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Dünyanın ən mötəbər təşkilatı olan Təhlükəsizlik Şurasına iki

dəfə sədrlik etmişik. Bu il Avropa Şurasında sədrlik edəcəyik. Dünyada dostlarımızın, bizimlə əməkdaşlıq

etmək istəyənlərin sayı artır. Yəni, budur bizim beynəlxalq nüfuzumuz. Beynəlxalq nüfuz, iqtisadi güc,

hərbi potensial, sosial məsələlərin həlli, regional inkişaf proqramlarının uğurla icra edilməsi və prinsipial

siyasət.

Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz vardır. Azərbaycan hər bir beynəlxalq

hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulubdur. Beynəlxalq

hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu

gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır.

Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç

bir fərq yoxdur.

Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır.

Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur.

Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün

məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin

icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə

etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu,

dinamik inkişafı təmin ediləcəkdir. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər vardır.

Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz

həllini tapmışdır. Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun

təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz

müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə bütün naxçıvanlıları və bütün Azərbaycan xalqını bir

daha ürəkdən təbrik edirəm.

Eşq olsun Azərbaycan xalqına, yaşasın Naxçıvan!

“Xalq qəzeti”.-2014.- 9 aprel.-№ 70.-S.1-2.

Page 44: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

İran İslam Respublikasına rəsmi səfəri:

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (9 aprel 2014-cü il)

Tehran, 9 aprel (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 9-da sənədlərin

imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran

İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Prezident.

İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz

dərin minnətdarlığımı bildirmək istəyirəm.

Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-

Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab

Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd

etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir.

Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl

imkanlar vardır.

Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim

siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və

səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam

Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur.

Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün

İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini

tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə

bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə

minnətdarıq.

Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal

altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün

vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara

qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini

abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll

edilməsi region üçün də böyük fayda olardı.

Bu gün biz digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə,

sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün

imzalanan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da

gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, hərbi

sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün, eyni zamanda, yüksək

texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq

haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür.

Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz,

mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir. Xalqlarımız əsrlər boyu bir

yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan

əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, biz qarşımıza qoyduğumuz bütün

məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.

Diqqətinizə görə çox sağ olun.

“Xalq qəzeti”.-2014.- 10 aprel.-№ 71.-S.2.

Page 45: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

45

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran

vəzifələrə həsr olunmuş iclası keçirilmişdir:

Prezident İlham Əliyevin giriş nitqi (13 aprel 2014-cü il)

Bakı, 13 aprel (AzərTAc). Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və

qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasda nitq söyləmişdir.

- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial

yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən

bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin

üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz

bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı

göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün

iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu

il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.

Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki,

bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət

bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola

bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu

siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır.

İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2

dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu,

Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü

iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir.

Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə

bilər. Əminəm ki, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində biz bu sahədə daha da böyük

rəqəmlər görəcəyik.

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız

53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik

ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr

arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya proqramlarımız

icra edilir, valyuta ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir. Mən bunu dəfələrlə

bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası

üçün öz maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə

artmalıdır.

Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb

etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir

nümunə kimi qəbul edilir.

Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa

məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün aparmışıq.

Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və qeyri-neft sektorunun inkişafı üçün biz valyuta

ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik.

Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki

iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da

qətiyyətlə deyə bilir.

Page 46: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

46

Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə

baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz

2014-cü ili də böyük uğurlarla başa vuracağıq.

Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir. Bu, ilk

növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın

təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal

iştirak etsinlər və əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna daha çox kredit

resurslarını yönəltsinlər. Çünki belə olan halda işlərimiz daha da sürətlə gedəcəkdir.

Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün

icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir

layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki,

müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə

yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin

hər bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən

keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır.

Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri

dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar

da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır.

Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni,

hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu

biz icra edə bilirik.

Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı

430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək

işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların

qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır.

İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul

edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul

edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük

dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər

öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri,

maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası

nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.

Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu

Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri

icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı

olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq,

məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini

göstərəcəkdir.

Bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar

atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən

artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin

sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur

tamamilə yenilənsin.

Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülmüşdür. Biznes mühitinin

yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası bizə imkan verəcək ki,

həm Dünya Bankının “Doing Business” reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda,

ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları

ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının

mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını

təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli

vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim Sərəncamımda nəzərdə tutulan

müddəaların icra edilməsi nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.

Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya

iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik

rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir.

Page 47: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

47

Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə tam

uzlaşsın.

Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin də öz maraqları

vardır. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında

biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının

reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır. İqtisadiyyatımızın

rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə

saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq

bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz

imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb

etmişik.

Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə

limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki

buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada

aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında

bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.

Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş,

düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən

məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici

borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni,

bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul

bir səviyyədir.

Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da

möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici

siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ

ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq

məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək

fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe

ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və

prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər

bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq

aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial

ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün

təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır.

Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki,

Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər

baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu,

təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş

etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-

ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur.

Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji

təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır.

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların

üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər

gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın

bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə

atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki,

Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm

açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin

edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz

töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz

terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik.

Birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım olmuşdur. İndi Azərbaycana müxtəlif

qitələrdən gələn nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı

artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda

Page 48: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

48

səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və

strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.

Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də

çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim

münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük

əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə

aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə

inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam

şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni

zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Bizim beş qonşumuz

vardır. Onlardan biri Ermənistandır – işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost

qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları

ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil

dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri

üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda

verəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın

təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə

formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-

Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim

təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki

formatda fəal iştirak edir.

Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həllidir. Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır.

Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü

doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur.

Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi

təzyiq etmirlər.

Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan

artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır.

Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə

siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar

halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT

Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa

Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur.

Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə

Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.

Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir?

Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün

onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq

münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb

ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz

ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar

keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin

aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə

üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə

edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası

Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi

müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən

Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni

qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə

həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq

Page 49: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

49

Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur.

Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab

edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.

Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O

ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu,

reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu

məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini

daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim

gücümüzü böyük dərəcədə artırmışdır.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda,

bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da

bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya

qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən

müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü

olmalıyıq və olacağıq.

X X X

Page 50: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

50

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

(13 aprel 2014-cü il)

- İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək

səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bu il bu

İnvestisiya Proqramı kifayət qədər böyükdür. İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir

və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.

İnfrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, biz infrastruktur

layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də

ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra

ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər

davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə

təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli

su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda

Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da

insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır.

Bir sözlə, bu məsələlər Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır, icra edilməlidir,

maliyyə problemlərimiz yoxdur. Eyni zamanda, sosial infrastruktur layihələri icra edilir. Biz burada da

keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, xəstəxanaların tikintisi ən yüksək səviyyədə aparılmalıdır.

Əminəm ki, Dövlət İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcəkdir.

Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir.

Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı

ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır.

İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə də daim

diqqət yetirməliyik. Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki,

ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə bilərəm ki, Azərbaycan nadir

ölkələrdəndir ki, giriş sözümdə dediyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir - 2 dəfə, 3

dəfə. Amma bu, daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu,

əslində insanların gündəlik həyatında böyük rol oynayan bir amildir.

Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən

sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq

20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır.

Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək.

Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən

istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici

investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da

cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və

maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün

lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ

deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait

yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi

inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək,

biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında

işləməliyik.

Sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq yolundadır. Həm maliyyə resursları, həm məsləhət,

tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə

istifadə etsinlər. Bu, əlbəttə ki, emal sənayesinin, kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də

göstərəcəkdir.

Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet təşkil edir. Eyni zamanda, hesab edirəm ki, biz

Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul

olmalıyıq. Onların arasında tikinti materiallarının istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir. Çünki

istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı

azaltmalıyıq. İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni

zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan

islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı

Page 51: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

51

texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac

potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı

məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan

məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o

bazarlara çıxmalıyıq.

Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik

inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki bizim üstünlüyümüz ondan ibarətdir ki,

Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır. Son məlumata görə artıq 9

milyon 500 min səviyyəsinə çatıbdır. Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası

insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edibdir. Əlbəttə bu,

depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq. Ancaq olmayan

iqtisadi inkişafı, necə deyərlər, təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər fərz etsək ki,

Ermənistanda da Azərbaycandakı kimi əhali artır, onda tamamilə müflisləşmə baş verəcəkdir və səfalət

daha da böyük ölçülərlə ölçüləcəkdir. Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların

sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət

demoqrafik dinamikanı da nəzərə almalıdır.

Mən regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə

bağlı kifayət qədər geniş danışmışam, tapşırıqlarımı vermişəm. Əlavə sözlərə ehtiyac yoxdur. Sadəcə,

demək istəyirəm ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni

Sərəncam imzalanacaq və əminəm ki, bu Sərəncamın çox müsbət təsiri olacaqdır.

Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu,

müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq,

görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu

rəqəmlər və hasilat o qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq

yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün

keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq.

Bildiyiniz kimi, 2014-cü il “Sənaye ili” elan edilmişdir və sənayeləşmə ilə bağlı düşünülmüş siyasət

aparılır. Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm ki, hər bir rayonda sənaye zonaları

yaradılmalıdır. Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir. Əlbəttə ki, bizim əsas

sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. Bakı, Sumqayıt, - Sumqayıt nəinki

Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir, - Gəncə, Mingəçevir şəhərləri bizim əsas

sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və

sənayenin inkişafı daha da sürətlə getməlidir.

Nəqliyyat sektorunun inkişafı ilə bağlı demək istəyirəm ki, yaxın günlərdə Heydər Əliyev

Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən

gözəl aerovağzal komplekslərinin arasında olacaqdır, həm xarici görünüşü, həm daxili rahatlığı çox

gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər

artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. Bu,

ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi

hadisədir.

Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas diqqəti keyfiyyətə

yönəltməliyik. Çünki magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər davam edir. Ancaq keyfiyyət ön

planda olmalıdır.

Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq

göstərişlər verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir.

Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır. Bu,

böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya

vəzifə qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin. Ondan sonra ikinci

mərhələdə işlər davam etsin.

Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin

mərkəzindən köçürüləcəkdir və onun yerində ictimai yerlər yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ

istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər

çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə ki, oradan limanın mümkün qədər tez köçürülməsi

imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri

də çıxarılacaqdır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq

Page 52: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

52

dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz yay

aylarında artıq istifadəyə verməliyik.

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Metro tikintisi sürətlə gedir. Bildiyiniz

kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik

üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda

yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də

yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq

avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq

təmin edilməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə

küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə

yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə

ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir.

Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park

avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin

edək.

Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram

vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz

Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm

ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni

hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar

tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.

Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud

da ki, tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq

deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar.

Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində

hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın.

Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün

istifadə etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda

ilkin sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi

ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin

etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt

aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi

donanmamızı müasirləşdirək.

Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcəkdir. Keçən il 20 mindən

çox köçkün yeni evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min köçkün köçəcəkdir. Bu proqram

icra edilir, davam etdirilir. Yerlər müəyyən edilibdir. Burada heç bir yubanma, ləngimə ola bilməz.

Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir.

Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl

imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır.

Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı

şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə

tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə

tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə

əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ

nəzərə alınmalıdır.

Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada

investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır.

Qazlaşdırma prosesi də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə yaxın zamanlarda çatacağıq.

Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlamışdır. TANAP layihəsi XXI əsrin layihəsidir.

“Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan

edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu

layihəyə start verildi. Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin icrasında liderlik

keyfiyyətlərini nümayiş etdirir. Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim siyasətimiz, enerji

Page 53: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

53

siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı

Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür.

Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni

də uğurla icra edəcəyik.

Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji layihələrində biz uğur qazanmışıq.

Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallıqdır. Uzun illər

fəaliyyət göstərir. Ona görə əminəm ki, biz bu böyük layihələri də şərəflə icra edəcəyik.

Ətraf mühitin qorunması ilə bağlı bir neçə söz demək istərdim. Bir neçə il bundan əvvəl

Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri

müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və

Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş

gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox

böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar

olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə

gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı

təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın.

Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra

fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan

vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı

zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki

Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir

dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına

zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası

zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir.

Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq

ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz.

Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə

dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa

ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.

Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə

nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev

tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir

görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun

ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son

xəbərdarlığımdır. Biz bu aydan başlayaraq “Avro-4” standartına keçmişik. Bu da əminəm ki, havanın

tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil

sənaye müəssisələri yox, maşınlardır. Burada “Avro-4” standartının tətbiq edilməsi hesab edirəm ki,

bunun qarşısını alacaqdır. Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda istehsal olunan

yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur,

tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və

hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini

biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik.

Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə

verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii,

təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya,

çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir

ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra

bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu

çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər

şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq.

Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də

bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor

gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan

böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda,

Page 54: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

54

avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz

bu işləri görürük.

Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O

sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir.

Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl

yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.

İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl

istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri

kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, -

ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində

nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək

səviyyədə aparılmalıdır.

Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm

qoyuruq. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və

Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər.

Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası,

Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya

Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, aparırıq.

Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik.

Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya

İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha

böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2

dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya

Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün

işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin

edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun.

Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm.

Sağ olun!

“Xalq qəzeti”.-2014.- 15 aprel.-№ 75.-S.1-4.

Page 55: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

55

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı (23 aprel 2014-cü il)

Bakı, 23 aprel (AzərTAc). Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni

aerovağzal kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri

açılış mərasimində iştirak etmişlər.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin

rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

- Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Heydər Əliyev Beynəlxalq

Aeroportunun yeni aerovağzal kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə mən sizin hamınızı

ürəkdən təbrik edirəm.

Yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir. Bu möhtəşəm bina ölkəmizin inkişafını,

Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq

əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülmüşdür.

Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya

əlavə yaraşıq verir.

Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılmışdır. Çox rahat istirahət zonaları, ictimai

yerlər, böyük hollar tikilmişdir. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir.

Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir,

iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat

infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir.

Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir, dövlət öz dəstəyini

əsirgəmir. Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulmuşdur. Dövlət

büdcəmizin artması hesabına bu sahəyə də əlavə vəsaitin ayrılması mümkün olmuşdur. Deyə bilərəm ki,

son illər ərzində hava nəqliyyatı infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət investisiyaları hesabına

mümkün olmuşdur.

Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcəkdir. On beş il

bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon

sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava

limanından istifadə də bilər.

Ölkəmizin digər şəhərlərində yeni aeroportlar tikilmişdir. Son 10 il ərzində 7 aeroport tikilmişdir.

Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax

aeroportları tikilib istifadəyə verilmişdir. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və

uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır.

Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi

ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir.

Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan

vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran,

Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir.

Eyni zamanda, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir. Deyə bilərəm

ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmamışdır. Bütün təyyarələr təzədir və ən yüksək

standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava

parkı “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz

vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur.

Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan “Airbus A 380” də enə və burada ona xidmət

göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də

Page 56: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

56

burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti

bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcəkdir.

Bu gözəl şərait, maddi dəstək və hava nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni

zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini göstərmişdir. Bu gün AZAL dünya miqyasında

seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı

dünyada müasir və dinamik şirkət kimi təqdim edir. Mən bilirəm və maraqlanıram, sərnişinlər xidmətdən

də razıdırlar. Ümumiyyətlə, AZAL-ın uğurlu inkişafı ölkəmizin ümumi inkişafına da öz müsbət təsirini

göstərir. Çünki Azərbaycana, Bakıya və ya digər şəhərlərə gələn ilk qonaq AZAL-la üzləşir və orada

göstərilən xidmət ilk dəqiqələrdən ölkəmiz haqqında təsəvvür yaradır.

Bu gün ölkəmiz inkişafdadır. Bu gün müasir Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya

qoyur. Əlbəttə ki, belə olan halda ilk təmas yerində də səviyyə ölkəmizin ümumi səviyyəsinə bərabər

olmalıdır. Mən çox şadam ki, dövlət dəstəyindən istifadə edərək AZAL bu gün nəinki regionda, dünya

miqyasında böyük şirkətlərdən biridir və uçuşların sayı artır. Bu gün dünyanın 30-dan yuxarı aeroportuna

uçuşlar təşkil edilir.

Əlbəttə, bu müsbət dinamika əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Çünki görüləsi işlər

çoxdur. Baxmayaraq ki, son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı, demək

olar, bütün əsas işlər görülmüşdür. Aeroportlar tikilib, müasir texnika, yeni təyyarələr alınıb gətirilmişdir,

yeni uçuşlar təşkil edilir. Ancaq Azərbaycan inkişaf edir və ölkəmizə gələn qonaqların sayı artır. Belə

olan halda əlbəttə ki, hava nəqliyyatının inkişafı bundan sonra da prioritet məsələ olaraq qalacaqdır.

Eyni zamanda, Azərbaycanda yük daşımalarının həcmi də artır. Azərbaycanda karqo aviasiya deyə

bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə

istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə

çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo

terminal neçə ildir ki, fəaliyyət göstərir. Yəni, biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə

etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Bu istiqamətdə işlər

uğurla gedir. Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir. Hesab

edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da

möhkəmləndirəcəyik.

Beləliklə, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan

sonra da oynayacaqdır. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm -

xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu

coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaqdır. Ona

görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet

məsələ olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna

qoyulmuşdur. İlk növbədə ona görə ki, buna ehtiyac var idi. Çünki biz bütün nəqliyyat

infrastrukturumuzu yenidən qurmalıydıq. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı

şərtləndirən birinci amildir. Bəzi hallarda belə hesab oluna bilər ki, yollara, hava nəqliyyatına, dəniz

nəqliyyatına qoyulan vəsait tez qayıdan vəsait deyildir. Bu, həqiqətdir. Yeni yaradılan imkanlar, turizm

zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın

inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə

nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur.

Bu gün nəqliyyatın bütün istiqamətləri üzrə konkret proqramlar icra edilir. Avtomobil yolları

tikilir. Magistral yollar, şəhərlərarası yollar demək olar ki, tamamlanır. Biz son bir neçə il ərzində ilk

növbədə kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat

fondunun vəsaiti hesabına kənd yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-

ci ilə, üçüncü regional proqram başa çatana qədər biz bütün kənd yollarını tikəcəyik və bərpa edəcəyik.

Dəniz nəqliyyatı da prioritet olaraq qalır. Xəzər Gəmiçiliyi dünya miqyasında böyük şirkət hesab

olunur. Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülmüş, struktur

islahatları aparılmışdır. Bu gün Xəzər Gəmiçiliyi də “AZAL”ın səviyyəsinə çatmalıdır və çatacaqdır.

Bizim 260-dan yuxarı gəmimiz vardır. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il

ərzində 20-yə yaxın gəmi alınmışdır. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük

gəmiqayırma zavodu tikilmişdir. Heç vaxt Azərbaycanda belə zavod olmamışdır. Ancaq gəmi təmiri

zavodlarımız olmuşdur. Amma bu gün gəmiqayırma zavodumuzda istənilən gəmi istehsal oluna bilər.

Tanker, bərə, sərnişin gəmisi, neft əməliyyatlarına xidmət edən gəmilər və eyni zamanda, hərbi gəmilər

də istehsal oluna bilər. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da

Page 57: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

57

Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcəkdir.

Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci

mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə

malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaqdır.

Bununla paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də uğurla gedir. Bu layihəni biz

tərəfdaşlarla - Türkiyə və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində

Azərbaycan iki qitəni birləşdirəcəkdir. Onsuz da biz Avropa ilə Asya arasında olan bir ölkəyik. Dəmir

yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-

Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürmüşdür.

Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki,

gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa

yol Azərbaycandan keçəcəkdir.

Bir sözlə, bu gün, bu gözəl və tarixi bir gündə bütövlükdə nəqliyyat sektorunda gedən işlər,

bundan sonra aparılacaq islahatlar və siyasət haqqında istərdim ki, öz fikrimi bildirim. Bundan sonra da

dövlət öz siyasətini davam etdirəcəkdir. Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatımızın aparıcı

sektoruna çevrilməkdədir. Belə gözəl aeroportların tikintisi, eyni zamanda, gənc, amma müasir və dünya

miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir.

Bu aeroportun tikintisində iştirak etmiş bütün insanlara - inşaatçılara, dizaynerlərə, memarlara

təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan vətəndaşları və ölkəmizə gələn qonaqlar bu gözəl

imkanlardan istifadə edəcəklər. Bu binaya girərkən adamın ürəyi açılır. Mən fəxr edirəm ki, bizim belə

gözəl aeroportumuz vardır.

Əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibəti ilə bir daha ürəkdən

təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 24 aprel.-№ 83.-S.1-3.

Page 58: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

58

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı”

Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyana

tutarlı cavab vermişdir

(24 aprel 2014-cü il)

Bakı, 25 aprel (AzərTAc). Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq

tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammit keçirilib.

AzərTAc-a daxil olan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün

plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib.

Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Zirvə

görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini

qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma

“soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini

açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu

deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma

“soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV plenar iclasda çıxış edərək demişdir:

- Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə Prezident Zemana dəvətə və bu əhəmiyyətli

tədbiri təşkil etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. Gözəl Praqa şəhərində yenidən

olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa

təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il

ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü

olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti əlbəttə ki,

müsbət istiqamətdə dəyişir.

Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə

əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun

aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi

müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa

İttifaqının nümunəsi yaxşı nümunədir. İqtisadi sahədə biz çox işlər görmüşük. Sizə deyə bilərəm ki,

əsasən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən

iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq

Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos

Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu

yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar

və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur.

Həmin vaxt Prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində

strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik.

Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra Avropanın 45 milyard dollar dəyərində ən böyük infrastruktur

layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız

tərəfindən qoyulacaqdır. Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənilməsi, Trans-Anadolu və Trans-

Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan

gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan

arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata

keçirə bilək.

Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən

hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən

buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.

Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində

işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq

Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını

işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati

Page 59: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

59

sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın

beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir.

Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4

qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə

baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də

beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni

zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim

torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə

prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması

hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil

Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin

etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada,

Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz

müqəddəratını təyin edib.

Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin

Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir.

Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək

Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı

münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı.

Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da

Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və

Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu,

Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz

sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş

ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan

tərəfindən siyasi iradə olmalıdır.

Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar

qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan

məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar,

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir,

heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa

paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır.

“Xalq qəzeti”.-2014.- 26 aprel.-№ 85.-S.1.

Page 60: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

60

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının

şərəfinə ziyafət verilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (27 aprel 2014-cü il)

Bakı, 28 aprel (AzərTAc). Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının -

AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, hamınızı Azərbaycanda salamlayıram və sizin Azərbaycanda keçirdiyiniz günlərin

uzun müddət yaddaşınızda qalacağı barədə qəti inamımı bildirirəm. Çox şadam ki, Beynəlxalq İdman

Mətbuatı Assosiasiyasının konqresi bizim ölkədə keçirilir. Fürsətdən istifadə edərək Assosiasiyanı 90-cı

ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir bizə

ölkəmizi sizə təqdim etmək imkanı verəcəkdir. Siz Azərbaycanda, Bakıda bir neçə gün keçirəcəksiniz.

Ölkəmizin tarixini, mədəniyyətini, ənənələrini və müasir inkişafını öz gözlərinizlə görəcəksiniz.

Azərbaycan zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. Lakin eyni zamanda, müstəqil

ölkə kimi gəncdir. Müstəqil ölkə kimi yalnız 22 ildir yaşayırıq. Bu illər ərzində dövlətçiliyimizi

qurmuşuq. Bir sistemdən digər sistemə keçid etmişik və sürətli inkişafa nail olmuşuq. Biz həyatımızın hər

bir sahəsini dəyişməli olduq. Birincisi, biz müstəqil və azad deyildik. Lakin əsrlər ərzində digər

dövlətlərin bir hissəsi olaraq biz özünəməxsusluğumuzu, mədəniyyətimizi və ənənələrimizi qoruya

bilmişik. Eyni zamanda, biz tamamilə fərqli siyasi sistemdə yaşayırdıq. Bu isə indi Azərbaycanda olan

sistemdən tamamilə fərqli bir sistem idi. Buna görə, müstəqillik illəri keçid, siyasi və demokratik

təsisatların yaradılması, iqtisadi və siyasi islahatlar illəri olmuşdur.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, iqtisadi çətinliklərin əksəriyyəti artıq geridə qalıb.

Azərbaycan güclü demokratik təsisatlara malik olan ölkədir. Bu gün mətbuat nümayəndələri qarşısında

çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın

azadlığıdır. Azad internet bizim həyatımızın tərkib hissəsidir. Bu gün əhalimizin 70 faizdən çoxu internet

istifadəçisidir. Hökumət də Azərbaycanın hər bir şəhərinə və kəndinə genişzolaqlı interneti gətirmək üçün

çoxlu sərmayə yatırır.

Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir. Çünki biz aydın başa düşdük ki,

müstəqilliyimizi qorumaq və uğur qazanmaq üçün iqtisadiyyatımız güclü olmalıdır. Buna görə də köklü

iqtisadi islahatlar həyata keçirilib. Nəticə etibarilə iqtisadiyyatımızın 80 faizindən çoxu özəl sektorda

cəmləşib. Lakin 22 il bundan əvvəl bu faiz sıfır təşkil edirdi.

Sürətli iqtisadi artım bizə sosial infrastruktura sərmayə yatırmaq imkanı verdi və bu,

prioritetlərimizdən biri idi. Məktəblərin tikintisi, təhsilə sərmayə qoyuluşu və mədəni irsin qorunması -

bütün bunlar gündəliyimizin bir hissəsi idi. İndi isə biz deyə bilərik ki, Azərbaycanda sürətli iqtisadi artım

bizə əksər sosial və iqtisadi problemlərin öhdəsindən gəlməyə kömək etdi.

Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu

iqtisadiyyat indi də sürətlə inkişaf edir. Maliyyə və iqtisadi böhran illərinə baxmayaraq, biz iqtisadi

inkişaf sahəsində müsbət meylləri saxlaya bildik. Biz işsizliyi 5 faizə qədər azalda bildik. Bizdə çox sabit

maliyyə vəziyyəti mövcuddur. Başqa sözlə, müstəqillik illəri ilk olaraq Azərbaycan xalqına onu göstərdi

ki, ölkənin taleyi öz xalqının əlində olduqda bir çox şeylərə nail olmaq mümkündür. Buna görə də bizim

üçün müstəqilliyimizin gücləndirilməsi, islahatların davam etdirilməsi və insanlarımıza daha yaxşı həyat

şəraitinin yaradılması ən yüksək prioritet təşkil edir.

Müstəqillik illərində idmanın inkişafı və Olimpiya hərəkatının dəstəklənməsi sahəsində bir çox

işlər görülmüşdür. Biz Azərbaycanda çoxsaylı beynəlxalq yarışları, o cümlədən dünya və Avropa

çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada yaxşı nəticələr əldə etmişlər.

Yay Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişik. O zaman yalnız 1 medal qazanmışdıq.

Page 61: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

61

Sonuncu dəfə Londonda keçirilən Olimpiya Oyunlarında isə 10 medal qazanmışıq, bunların da ikisi qızıl

olmuşdur. 200-dən çox ölkə arasında 30-cu yeri tutmuşuq. Bu da idmanın inkişafının, dövlət və ictimai

təşkilatların idmanın inkişafına göstərdiyi münasibətin təzahürüdür.

Azərbaycanda hökumət, dövlət qurumları, Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi,

federasiyalar və klublar qarşılıqlı fəaliyyət göstərirlər. Buna görə də biz idmanı inkişaf etdirmək və

idmançılarımız üçün yaxşı şərait yaratmaq üçün birgə planlar əsasında fəaliyyət göstəririk. Biz

müstəqilliyin ilk illərində tamamilə məhv edilmiş idman infrastrukturunun inkişafına sərmayə yatırdıq.

İndi isə bütün ölkə ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilmişdir və bu proses hələ də davam edir.

Hədəf ondan ibarətdir ki, Azərbaycanın hər bir şəhərində Olimpiya mərkəzi olsun.

Biz bu hədəfə çatmağa artıq yaxınıq. Bakıda idman infrastrukturu bərpa olunur və yeni idman

obyektləri tikilir. Əlbəttə bu, çox vəsait tələb edən təşəbbüsdür. Bu obyektlərə çoxlu vəsait sərf edilir və

vəsait dövlət büdcəsindən ayrılır. Biz tamamilə əminik ki, bu vəsait Azərbaycanın gələcəyinə,

sağlamlığına, gənc nəslə yatırılır. Bu gün idmançılarımızın əksəriyyəti təkcə beynəlxalq yarışlarda

ölkəmizin şərəfini qorumaq nöqteyi-nəzərindən deyil, həm də davranışları ilə örnəkdirlər. Ona görə də

məşhur idmançıların mənəvi məsuliyyəti bizim diqqət mərkəzində saxladığımız məsələdir. Xoşbəxtlikdən

bizim bütün məşhur idmançılarımız nümunəvi vətəndaş və vətənpərvərdirlər.

Əlbəttə ki, cəmi 22 illik müstəqillik tarixinə malik olan ölkə kimi istər dünya, istərsə də Avropa

çempionatlarında milli himnimizin səsləndirilməsini eşidəndə və milli bayrağımızın qalxmasını görəndə

qəlbimiz fərəh hissi ilə dolur. Bu, başadüşüləndir. Biz əlimizdən gələni edəcəyik ki, bu sürətli inkişaf

həyatımızın hər bir sahəsində, o cümlədən idman sahəsində də davam etsin.

Sizin də bildiyiniz kimi, gələn il biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Bu, böyük

məsuliyyət və vəzifədir. Eyni zamanda, bu, həm ölkəmizi təqdim etmək, həm də müvafiq siyasət, öhdəlik,

güclü siyasi iradə ilə siyasi xəritədə nisbətən yeni yaranmış ölkədə ilk Avropa Oyunlarının keçirilməsinin

mümkün olduğunu nümayiş etdirmək üçün fürsətdir. Biz bu oyunları Yay Olimpiya Oyunları

səviyyəsində keçirməyi planlaşdırırıq. Lakin bu baxımdan bizim vəziyyətimiz o qədər asan deyildi. Çünki

hazırlıq işləri üçün yalnız iki il yarım vaxtımız var idi. Müqayisə üçün, Yay Olimpiya Oyunlarına ev

sahibliyi edən ölkələrə 7 il vaxt verilir. Beləliklə, bizim üç dəfə az vaxtımız var idi.

Lakin həvəsimiz böyükdür, qarşımızda isə çoxlu əlaqələndirmə və təşkilatçılıq işləri durur.

Fürsətdən istifadə edərək gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində qonaq

qismində iştirak etmək üçün hamınızı dəvət etmək istəyirəm. 2016-cı ildə biz Dünya Şahmat

Olimpiadasına ev sahibliyi edəcəyik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da,

həmçinin coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində

bizdə Avropa və İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.

Azərbaycan müsəlman ölkəsidir. Lakin, eyni zamanda, Avropa ilə güclü əlaqələri olan bir

ölkədir. Bu əlaqələrin tarixi XIX əsrə gedib çıxır. İndi isə bu əlaqələr daha da güclüdür. Çünki onların

əsasını tərəfdaşlıq təşkil edir. Buna görə də Azərbaycanda multikulturalizm ənənələri çox güclüdür.

Multikulturalizm bizim dövlət siyasətimizdir, bu, bizim insanların həyat tərzi və əhval-ruhiyyəsidir. Biz

etnik və dini köklərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşlarının faydalandığı etnik və dini

tolerantlığa yüksək qiymət veririk.

Mən əminəm ki, ölkəmizə səfəriniz zamanı sizin Azərbaycanda müxtəlif millətlərin

nümayəndələrinə mənsub olan tarixi abidələri və ənənəvi yerləri görmək fürsətiniz olacaqdır. Bu tədbirin

Azərbaycanda, Bakıda keçirilməsi ilə əlaqədar olaraq Assosiasiyanın rəhbərliyinə öz təşəkkürümü

bildirmək istəyirəm. Tədbir iştirakçılarına bu gün bizimlə olduqları üçün minnətdaram. Sizə uğurlar

arzulayıram.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 29 aprel.-№ 87.-S.3.

Page 62: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

62

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur:

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (28 aprel 2014-cü il)

Bakı, 28 aprel (AzərTAc). Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun

rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun

təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası

və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-

ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur. İki gün davam edəcək bu

mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış

siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

Dövlətimizin başçısı Forumda nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizin hamınızı Azərbaycanda salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki,

ölkəmizdə olacağınız günlər uzun müddət ərzində sizin yaddaşınızda qalacaqdır. Burada Azərbaycana ilk

dəfə səfər edən qonaqlarımız da vardır. Ümidvaram ki, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz

haqqında yaxşı təəssüratlarınız olacaqdır. Mən xüsusi olaraq həmkarlarımı - keçmiş dövlət və hökumət

başçılarını salamlamaq istəyirəm. Təxminən otuzdan artıq keçmiş dövlət və hökumət başçısı qonaqlarımız

sırasındadır. Bu, əlbəttə ki, tədbirimizin əhəmiyyətini göstərir.

Mən, həmçinin Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin

yaxşı tərəfdaşıdır. Bizim əməkdaşlığımız bir neçə il öncə qurulub və bu, çox məhsuldar və fəal

işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda

yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata

çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir. Dostlarımıza, Nizami

Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardıqları fəaliyyətə görə olduqca minnətdaram. Bu

Mərkəz Azərbaycan xalqının istedadının və müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami

Gəncəvinin adını daşıyır.

Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir. Əlbəttə

ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı hər kəs üçün bərabər imkanlar və lazımi həyat

standartlarını təmin etmək məqsədilə keçmişdə baş verənlər və gələcəkdə görülməli işlər barədə mühüm

bəyanatlar veriləcəkdir. Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun bütün üzvləri özlərini rahat hiss edir,

şərəfli həyat tərzi sürür, iş yerləri vardır və öz övladlarının gələcəyinə əmindirlər.

Bizim öz təcrübəmiz vardır. Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə

edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri

həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik.

İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik

sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin

Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri,

mədəniyyəti vardır, lakin müstəqil ölkə kimi biz gəncik. Ötən əsrin əvvəlində müstəqillik dövrümüz olub,

lakin bu, rus imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra baş verib və qısa sürüb, yalnız iki il

çəkib. İnqilabın o vaxt şüarları var idi: Zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus

imperiyasının bütün xalqları üçün təmin edilməli idi. Lakin həmin vədlərin heç biri reallığa çevrilmədi.

Buna görə, iki ildən sonra biz müstəqillikdən məhrum olduq və Azərbaycan digər ölkənin bir hissəsinə

çevrildi. Əlbəttə ki, bu, həyatımızın, tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet məkanında

yaşayan insanlar, fikrimcə, onlar öz müstəqilliyini, müstəqil seçimini, azad olmaq, öz dövlətinə malik

olmaq hüququnu daha yüksək dəyərləndirirlər və onlar öz dövlətləri ilə fəxr edirlər. Azərbaycanın

təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə

daha çox iş görə bilərik. Çünki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi

Page 63: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

63

böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin

öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi planlaşdırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və

daha güclü olmaq haqqında düşünürük.

Bu cür dəyişikliklərin əsas səbəblərindən birinə, yəni, ilkin şərtlərə gəldikdə, bu, islahatlar

siyasətidir. Çünki həyatımızın hər bir aspektini dəyişməli idik, biz azad və müstəqil, öz dövlətimizə malik

olmağı və bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli idik. Bunu isə etmək asan deyildi. Lakin

bu, baş verdi. Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən

siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki

həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik.

İyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Eyni zamanda, aydın anladıq ki, möhkəm

iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar

paralel həyata keçirilir. Burada qeyd etməliyəm ki, uğurlarımızın əsas səbəblərindən biri xarici

sərmayələrin cəlb edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz eyni çətinliklərlə üzləşən ölkələrə gəldikdə isə,

bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə

ola bilər.

Biz xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin sərmayələri inkişaf etdirmək istədiyimiz,

həmçinin sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirdik. Biz münbit

sərmayə şəraitini yaratdıq və çox çalışdıq ki, hətta 15 il öncə mövcud olmuş məhdud resurslarla çox sayda

iş yerləri yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki,

müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki,

biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu

aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə

kimi qəbul edilə bilər. Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri

olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020:

gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul

edilib.

Maliyyə vəziyyətimiz sabitdir. Xarici borcumuzun səviyyəsi çox azdır, ümumi daxili məhsulun

cəmi 8 faizini təşkil edir. Bu, o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha fəal şəkildə

işləmək planlarını qura bilərik. Eyni zamanda, iqtisadiyyat inkişaf etdirilmək üçün şaxələndirilməlidir.

Çünki əlbəttə, təbii sərvət hesab edilən neft və qaz uğurlarımızın aparıcı meyarı olub. Hazırda

şaxələndirilmə bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru hesabına çox iş yerləri açılmır. Buna

görə, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat

tərzini təmin edir, hər bir şəhərə genişzolaqlı internet çıxışını yaradır. Üç min orta məktəbin, beş yüz

xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanını verdi. İlk

addım olaraq, biz xaricə miqrasiyanı, yəni, Azərbaycandan digər ölkələrə axını dayandırdıq. Bu, sonra

ölkədaxili miqrasiya, yəni, insanların kiçik kənd yerlərindən Bakıya axını ilə əvəzləndi. İndiki məqsəd

isə bu miqrasiyanı da dayandırmaqdır. Bu məsələ də ilbəil öz həllini tapır.

İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir. Çünki bilirik ki, bəzi hallarda

radikal iqtisadi islahatlar insanların gündəlik həyatında müəyyən çətinliklər yaradır. Buna görə də

hökumətimiz üçün sosial məsələlər hər zaman prioritet xarakter daşıyıb. Yaşayış standartlarının

yaxşılaşdırılması, iş yerlərinin açılması, işsizliyin azaldılması, bütün bunlar göstərir ki, bunu etmək olar.

Birinci olaraq, bizə sadəcə sabitlik lazımdır. Çünki sabitlik olmadan bütün bunlar mümkünsüzdür.

İkincisi, əhalimizin əksər hissəsi tərəfindən dəstəklənən olduqca aydın daxili siyasətimiz vardır və biz

nəticələrə nail olmalıyıq, verdiyimiz vədləri yerinə yetirməliyik, üzərimizə götürdüyümüz vəzifələri icra

etməliyik. Bu halda olduqca mühüm məqama, siyasətçilərin məsuliyyətinə toxunuruq. Bu şəxslər işlərin

başında dayanır. Bir sıra hallarda daha çox dəstək və daha çox səslərin qazanılması üçün bəzi

həmkarlarımız populist vədlərlə çıxış edirlər. Lakin onlar yerinə yetirilməyəndə insanlar məyus olurlar.

Siyasətçilərin məsuliyyəti onların özləri üçün olduqca çox vacibdir. Çünki bu, onlara etimad səviyyəsini

artırır və cəmiyyəti daha da gücləndirir. Buna görə, nəticələrin əldə edilməsi əsas məqsədimiz idi. Bu

nəticələr iqtisadi və statistik göstəricilərdə əks olunur. Hazırda yoxsulluq səviyyəsi təxminən 5 faizdir.

Halbuki 10 il öncə 49 faiz olub. Surətli iqtisadi inkişaf Azərbaycan ətrafında olduqca yaxşı beynəlxalq

mühit yaradır, çünki ölkəmiz daha çox tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı tanıyır.

Hazırda biz tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir

nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə

səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta

Page 64: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

64

ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad

göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının

üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın

iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya

yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-

nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal

davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və

ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri

qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası

Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul

ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Görünür, onların icra mexanizmləri yoxdur.

Zənnimcə, 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük

qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə

bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan

xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında,

doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda

ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə, Dağlıq Qarabağın əhalisinin üçdəbirini təşkil

edən etnik azərbaycanlılar oradan qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi.

Bu səbəbdən, dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ

respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin

aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu

etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin

gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Əminəm ki,

belə bir sual bu Forumda müzakirə olunacaqdır. Müxtəlif ssenarilər vardır. Lakin bir məsələ tam aydındır

ki, siz öz taleyinizin sahibi olmalısınız. Siz daha güclü olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında

səfərbər etmək üçün ürəkdən çalışmalısınız. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa

edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin

edilməsidir. Bütün bu elementlər bir-biri ilə bağlıdır. Əgər insanlar hökumətin gördüyü işin nəticələrini

görürlərsə, gündəlik əsaslarla onların həyat tərzi yaxşılaşırsa, öz ölkəsi ilə fəxr edirlərsə, onda cəmiyyət

güclü olur, parçalanmır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunur, öncə qeyd etdiyim kimi,

müstəqillik və suverenlik məqsədi ətrafında toplaşır. Əlbəttə ki, Azərbaycanın inkişafı, çatışmazlıqlar və

problemlər barədə cəmiyyətimizdə müxtəlif fikirlər vardır. Biz cəmiyyətimiz daxilində bu müzakirələri

hər zaman yüksək dəyərləndiririk. Lakin həyatımızın strateji aspektinə gəldikdə, biz birik, yekdilik. Bu

birlik bizi beynəlxalq səhnədə gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi problemlər haqqında açıq

danışmaq, öz mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək imkanını verir. Belədir ki, var.

Bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir. Bu, bir daha ədalətə və

beynəlxalq hüquqa əsaslanır. Lakin, eyni zamanda, biz on, iyirmi, otuz il əvvələ baxmalıyıq və

siyasətimizi elə planlaşdırmalıyıq ki, dayanıqlı inkişaf davam etsin. Davamlı inkişaf isə bu gün hər bir

ölkə üçün ən vacib prioritetlərdən biridir. Hətta ən inkişaf etmiş ölkələrə gəldikdə, onların öz problemləri

vardır. Onların iqtisadi problemləri, miqrasiya məsələləri vardır. Onlara əlavə işçi qüvvəsi lazımdır.

Lakin, eyni zamanda, bu, cəmiyyətlərdə müəyyən gərginlik yaradır. Bizim fərqli problemlərimiz vardır.

Fikrimcə, bu, problem deyil, əslində üstünlükdür. Bizim artan, gənc, dinamik əhalimiz vardır. Bu, o

deməkdir ki, iqtisadiyyatımız hər zaman əhalinin artım tempindən daha surətlə inkişaf etməlidir. Çünki

belə olmasa, biz günlərin bir günündə çətinliklər və işsizliklə üzləşə bilərik. Buna görə, surətli iqtisadi

inkişaf, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və enerji əməliyyatlarından əldə edilən

gəlirlərin iqtisadiyyatımızın ən vacib sahələrinə istiqamətləndirilməsi prioritetdir. Biz bu yolla davamlı

inkişafa nail ola bilərik.

Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir. Biz

bir neçə beynəlxalq tədbir keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda söhbətlər aparmışıq,

beynəlxalq humanitar forumlar təşkil etmişik ki, bu mühüm mövzuları nəzərdən keçirək. Fikrimcə, bu

kimi məsələlər bu günə qədər belə açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda müzakirə olunmur. Çünki

bu vəziyyətlə bağlı müxtəlif yanaşmalar vardır. Bəzi insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin

hesab edirəm ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə nəzərdən keçirilməlidir ki, burada hər hansı

bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi qəbul edilərsə, bu dünyada yaşamağın başqa üsulu

yoxdur. Çünki belə olmasa, xalqlar özlərini təcrid olunmuş vəziyyətdə hiss edəcəklər. Bu, nə iqtisadi, nə

Page 65: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

65

də sosial baxımdan mümkün deyildir. Buna görə, fikrimcə, Azərbaycanın, o cümlədən digər ölkələrin

tarixi ənənələrinə əsaslanan müsbət misallar var ki, onlar təfərrüatlı şəkildə nəzərdən keçirilməlidir. Biz

bu dəyərləri təşviq etməliyik. Bu da bizim vacib elementlərimizdən biridir ki, mən onları qeyd edirəm.

Müsbət təcrübənin təşviqi bəzən bizim üçün çatışmır. Lakin, fikrimcə, dəyərlərin qorunması, qlobal

siyasətdə müsbət meyllərin gücləndirilməsi üçün biz müsbət təcrübəyə diqqətimizi yönəltməliyik və bunu

yaymalıyıq. Çünki bunun başqa bir yolu yoxdur ki, ölkələr gələcəkdə başqa yolla əməkdaşlıq etsinlər.

Əminəm ki, Forum çərçivəsində bir çox maraqlı müzakirələr aparılacaq və gələcək inkişafla bağlı

hökumətlər üçün tövsiyələr veriləcəkdir. Bu cür sessiyaların üstünlüyü ondan ibarətdir ki, məşhur

siyasətçilər, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, ekspert bacarıqlarını

çox açıq şəkildə bölüşə bilərlər. Çünki hazırkı və keçmiş prezidentlər və baş nazirlər arasındakı fərq

ondan ibarətdir ki, hazırkı dövlət başçıları ictimaiyyət qarşısında söylədiyi şərhlərdə müəyyən çərçivə

daxilindədirlər, məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən də artıq danışmaq istəyirsən.

Lakin keçmiş siyasətçilər hər hansı məsələ ilə bağlı fikir söyləməkdə azaddırlar. Onların bu söhbəti məhz

bu tərəqqinin əldə edilməsi üçün vacibdir. Ona görə, əminəm ki, Forumumuzun əsas məqsədi tövsiyələr

və təhlillər vermək, baş verənləri müzakirə etməkdir. Bu məqsəd bizə öz işlərimizi dinc şəraitdə davam

etdirmək, şərəfli həyat tərzi sürmək və geniş şəkildə beynəlxalq əməkdaşlıq aparmaq imkanı

yaradacaqdır.

Hörmətli dostlar, Azərbaycana bir daha xoş gəlmisiniz! Forumun işinə uğurlar arzulayıram.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 29 aprel.-№ 87.-S.1-2.

Page 66: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

66

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri:

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (6 may 2014-cü il)

Tbilisi, 6 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə üçtərəfli görüş

başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi

Marqvelaşvili və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Prezident Marqvelaşvili.

Hörmətli cənab Prezident Gül.

Hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə cənab Prezident, mənə və nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə

Sizə minnətdaram. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam. Əminəm ki,

bugünkü Zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır.

Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır, tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı

dostluq, qardaşlıq bağlayır. Bizim ikitərəfli münasibətlərimiz də bu möhkəm zəmin üzərində

qurulmuşdur. Artıq sınaqdan da keçmişdir. Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın

dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri vardır.

Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki, dövrlərdə də

üçtərəfli görüşlər keçirilmişdir. Çünki təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar Zirvə görüşləri

olmuşdur. Bugünkü Zirvə görüşü həm əvvəlki illərdə görülən işlərə bir təhlil aparmaq üçün də

əhəmiyyətli idi, eyni zamanda və ən önəmlisi hesab edirəm ki, gələcək əməkdaşlıq haqqında bu gün çox

geniş və səmimi fikir mübadiləsi aparılmışdır.

Bu gün nazirlər müxtəlif layihələri bizə təqdim etdilər. Biz görüləcək işlər haqqında bir daha fikir

mübadiləsi apardıq. Ancaq mən hesab edirəm, bu Zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, bu gün

Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatı və bizim dostluq, tərəfdaşlıq münasibətlərimizi bir

daha təsdiqlədilər. Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız,

qonşularımız və həm də qitə üçün əhəmiyyətlidir.

Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat layihələri, investisiyalarla bağlı olan layihələr

ölkələrimizi daha da sıx birləşdirir. Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda, dünya

miqyasında böyük maraq doğurur. Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq

bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni,

xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa

ölkələr üçün də cəlbedici ola bilər.

Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən önəmli məsələ bundan ibarətdir. Bu

əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür. Bizim birgə layihələrimiz üç ölkənin

maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri

artıq regional çərçivədən çıxıb, beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi

ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır. Dünya gündəliyinin demək

olar ki, birinci yerindədir. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edibdir. Bu, bizim

əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin

edəcəkdir.

Bu gün burada aparılan danışıqlar və müzakirələr dünya və Avropa üçün böyük əhəmiyyət

daşıyır. Keçən ilin sonunda Bakıda “Şahdəniz-2” layihəsinə start verdik. “Şahdəniz-2”, Trans-Anadolu və

Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu

layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaqdır. Bu vəsaiti biz

qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək.

Bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır.

Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak

etsin və buna hazır olsunlar. İnvestisiya imkanlarımız daha da genişlənəcəkdir. Yəni, bizim ölkələr xarici

sərmayə qoyuluşu üçün daha da böyük məna daşıyacaqdır. Bu da hər bir ölkənin marağındadır. Hətta

Page 67: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

67

inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan öz növbəsində ən böyük

investisiyaları Türkiyə və Gürcüstana yatırır. Bu da bizim birliyimizin təzahürüdür.

Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır.

Budur əsas şərt. Münasibətləri bu təməl üzərində qururuq. Bu münasibətləri konkret layihələrlə

zənginləşdiririk. Bu gün burada – Tbilisidə sərgilənən birlik dünya miqyasında nadir xarakter daşıyır.

Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu

gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə Zirvə görüşləri müntəzəm keçirilsin. Əgər etiraz

olmasa, növbəti Zirvə görüşü Azərbaycanda keçirilsin. Biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da

uğurla davam etdirək.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 7 may.-№ 94.-S.2-3.

Page 68: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

68

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev

Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir:

Prezident İlham Əliyevin nitqi (10 may 2014-cü il)

Bakı, 10 may (AzərTAc). Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin

anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş

təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri

mərasimdə iştirak etmişlər.

Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün biz ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edirik. Keçən

il biz Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə Heydər Əliyevin 90 illik yubileyini qeyd

etmişdik. 2012-ci il mayın 10-da isə biz bu Mərkəzin açılışını qeyd etmişdik. Bu il Ulu Öndərin adını

daşıyan Fondun 10 illiyidir. Bir qədər bundan əvvəl Fondun fəaliyyətinə həsr edilmiş film göstərilmişdir.

Filmdə Fondun çoxşaxəli fəaliyyəti haqqında qısa bir məlumat verilmişdir. Çünki Fondun 10 il ərzində

gördüyü işlər o qədər böyükdür ki, əlbəttə, bir filmdə o işləri göstərmək mümkün deyildir.

Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni

zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın

rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun

təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən

dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama

qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası

da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə

qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı

kimi qəbul etmişdir.

Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni

irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan

muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Əlbəttə ki, bütün

bunlar filmdə öz əksini tapıbdır. Sadəcə olaraq mən bu gün Fondun fəaliyyətinə öz münasibətimi

bildirmək istəyirəm. Deyə bilərəm ki, bu 10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır. Ona görə

Azərbaycan dövləti adından Fonda, Fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Onu da

qeyd etmək istəyirəm ki, Fondun işçilərinin sayı o qədər də çox deyildir. Fondun işçilərinin tərkibi çox

məhdud saydadır. Ancaq buna baxmayaraq peşəkardırlar, enerjilidirlər, biliklidirlər və işçilərin mütləq

əksəriyyəti gənclərdir.

Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq

fəaliyyət göstərir. Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim

xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik

etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf

illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa

bilmişdir.

Birinci mərhələdə Azərbaycan müstəqil deyildi, başqa ölkənin tərkibində idi. Eyni zamanda,

sistem də tam başqa idi. Demokratik sistem deyildi.

İkinci dövr isə müstəqillik, demokratiyanın inkişafı və sürətli inkişaf dövrü idi. 1969-cu ildə isə

Azərbaycan müttəfiq respublikalar arasında deyə bilərəm ki, ən axırıncı yerdə idi. Bunu statistik

göstəricilər də təsdiq edir. Bu illəri xatırlayan insanlar da deyə bilərlər ki, o vaxt sovet məkanında

Azərbaycan ən geridə qalmış bir respublika idi.

Page 69: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

69

Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri nəticəsində Azərbaycan 12 il

ərzində SSRİ-də ən qabaqcıl yerlərə çıxa bilmişdir. Sovet İttifaqı dağılanda məlum olmuşdur ki, bu

İttifaqda cəmi iki respublika özünü tam şəkildə təmin edirdi və donor kimi fəaliyyət göstərirdi. Onlardan

biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda o vaxta uyğun olaraq müasir sənaye kompleksi

yaradılmışdır. Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdir. Xüsusilə neft-qaz

sənayesi üçün çox vacib olan məsələlər məhz o illərdə öz həllini tapmışdır. O layihələr bu gün də

müstəqil Azərbaycana xidmət göstərir. Sənaye potensialının, kənd təsərrüfatının inkişafı o vaxt

Azərbaycan üçün böyük imkanlar açmışdır. İnsanların rifah halı yaxşılaşmışdır. Bir daha demək istəyirəm

ki, Azərbaycan o illərdə imkanlardan maksimum istifadə edib öz inkişaf dövrünü yaşayıb.

Respublikamızın çox zəngin mədəni həyatı vardır. Bütün bunlar Ulu Öndərin şəxsiyyəti ilə bağlı olan

məsələlər idi. Məhz o illərdə deyə bilərəm ki, sovet məkanında ilk dəfə olaraq korrupsiya və

rüşvətxorluğa qarşı mübarizə başlamışdır və bu, sovet məkanında bir yenilik idi. Bu yeniliyin müəllifi

Heydər Əliyev olmuşdur. 1982-ci ildə Moskva dövrü başlamışdır. O dövr də çox əhəmiyyətli idi. Çünki

Heydər Əliyev böyük, super dövlətin rəhbərliyində təmsil olunurdu. Baş nazirin birinci müavini idi.

Azərbaycana da əlbəttə ki, öz qayğısını göstərirdi.

Ancaq Azərbaycanda artıq 1982-ci ildən başlayaraq işlər yavaş-yavaş tənəzzülə uğramağa

başlamışdır. İlk illərdə hələ inersiya gücü var idi. Ondan sonra isə durğunluq dövrü başlanmışdır.

Təsadüfi deyil ki, Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra Azərbaycan çox böyük

problemlərlə, fəlakətlərlə üzləşmişdir. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi 2 həftə keçməmiş

erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı məsələ

qaldırmışdır. Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki

Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana

qarşı elan olunmamış müharibə başlamışdır, Qanlı Yanvar faciəsi törədilmişdir. O ağır, faciəvi anlarda

yenə də Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində sovet

hakimiyyətinin hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran şəxsi pislədi. Bütün dünyaya bu faciə

haqqında öz sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir addım idi. Çünki Sovet İttifaqının

dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa Sovet İttifaqı dağıla bilər.

Heydər Əliyev sadəcə olaraq susa bilmirdi. O ağır anlarda öz xalqına mənəvi dəstək vermişdir. Ondan

sonra təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı

hazırlıq işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur olmuşdur. Burada da yaşamağa imkan

vermədilər. Öz doğulduğu yerə - Naxçıvana üz tutdu. Beləliklə, onun həyatında Naxçıvan dövrü başlayır.

Bu dövr də həm Naxçıvan üçün, həm müstəqilliyimiz üçün həlledici dövrdür. Çünki Azərbaycanın dövlət

müstəqilliyinin əsasları məhz Naxçıvanda qoyulmuş, məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmişdir. Sovet İttifaqının

saxlanması ilə bağlı referendum Naxçıvanda keçirilməmişdir. Naxçıvanı blokadadan çıxarmaq üçün

böyük səylər göstərildi. Erməni işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu, Naxçıvanın ərazi

bütövlüyü qorundu və saxlanıldı.

Təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi

işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 1993-cü ildə qardaş qırğını

başlamışdır. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən

torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır

vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas

etdi.

O dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir: Əgər Heydər Əliyev Azərbaycanda

olsaydı, əgər müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan zaman Azərbaycanda rəhbərlikdə

olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi. Ancaq tarix tarixdir. 1993-cü

ildə xalqın dəstəyi, etimadı və tələbi ilə Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. Bundan sonra

ölkəmiz üçün yeni bir dövr başlanmışdır - sabitlik, təhlükəsizlik və inkişaf dövrü. Köklü islahatlar

başlanmışdır, dövlətçiliyin əsasları qurulmuşdur, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir,

cəmiyyətimizin ideoloji əsasları formalaşdırılmışdır, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi

qəbul edilmişdir, demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlar başlamışdır.

Azərbaycan beynəlxalq təşkilatlara üzv olmuşdur, Azərbaycana qarşı aparılan təbliğat kampaniyasına

tutarlı cavablar verilməyə başlamışdır. Biz informasiya blokadasını yara bilmişdik. Məhz o illərdə xarici

siyasətimizin əsas prinsipləri müəyyən edilmişdir və biz bu gün də bu prinsiplərə sadiqik.

Bir sözlə, ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti,

Page 70: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

70

uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici sözünü demişdir. Azərbaycan bu ağır sınaqdan şərəflə

çıxa bilmişdir.

1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul

edilmişdir, islahatlar aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən edilmişdir və bu gün hər bir

Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu siyasətin əlamətlərini görür. Çünki bizim uğurlu iqtisadi

inkişafımızın təməli məhz o illərdə qoyulmuşdur.

Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi

xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir

və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə

sübut edir.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Mən isə söz vermişdim ki, bu

siyasətə sadiq qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz əksini tapmışdır və 2008-ci ildə

yenidən Azərbaycan xalqı öz etimadını göstərmişdir. Ölkəmizin son on il ərzindəki dünya miqyasında

iqtisadi sahədə analoqu olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın seçiminə təsir göstərmişdir.

Bu gün isə yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm

təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik. Son on il ərzində biz bütün istiqamətlər

üzrə böyük uğurlara imza atdıq. Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik.

Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz

səsini Azərbaycana vermişdir. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi

dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini

verdiyinə görə peşman olmadı.

İqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə

olmamışdır. Bu da bizim böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir. Müstəqil siyasətin

nəticəsidir. Azərbaycanda şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji təhlükəsizliyi məsələləri

Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk. Nəzərdə

tutulmuş bütün layihələr uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi, həm geosiyasi vəziyyəti

nəzərə alaraq bu layihələrin icra edilməsi tarixi nailiyyətdir.

Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramlar artıqlaması ilə icra

edilmişdir. On il ərzində bu proqramların icrası nəticəsində işsizlik demək olar ki, aradan götürülübdür.

Yoxsulluq kimi bəla demək olar ki, aradan götürülübdür. Əldə edilmiş bu uğurlar və daha da artan

gücümüz imkan verəcək ki, biz növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll edək.

Yeni dövr başlayıb. Bu, 10 illik dövrüdür. 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlər

görüləcəkdir. Əminəm ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə güclü olacaqdır. Bunu

deməyə əsas verən bizim 20 illik tariximizdir, ardıcıl inkişafdır, strateji baxışlarımızdır və konkret

addımlarımızdır.

Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Bu gün bizim iqtisadi gücümüz

müstəqilliyimizin əsasını təşkil edir. Bu günə qədər görülən işlər və indi başlanan layihələr bizim

gücümüzü bir neçə dəfə artıracaqdır. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və görüləcək işlərin

nəticəsində olacaqdır.

Azərbaycan bölgədə möhkəm mövqelərə malikdir. Bu mövqelər ildən-ilə ancaq və ancaq

möhkəmlənəcəkdir. Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir məsələ öz həllini tapa

bilməyəcəkdir. Bir sözlə, biz ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı müəyyən etmişik.

Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Ancaq

təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük

ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye

potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz

bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir.

Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl

addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün

cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu

zirvələrə çata bilmişdir.

Cəmiyyətdə səfərbərlik, həmrəylik də çox önəmlidir. Elə cəmiyyətlər vardır ki, onlar ideoloji

məsələlər ətrafında bir-biri ilə mübahisə aparırlar. Elə cəmiyyətlər vardır ki, orada bölgü coğrafi xarakter

daşıyır. Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün

seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq,

Page 71: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

71

demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da

ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir.

İqtisadi gücümüz artdıqca müstəqillik də möhkəmlənəcəkdir. Müstəqillik isə bizim ən böyük

sərvətimizdir, ən böyük nailiyyətimizdir. Tarixə baxsaq, Azərbaycanda müxtəlif dövrlərdə dövlətçilik

ənənələri olmuşdur. Amma Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmamışdır.

Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan

xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər

Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin

siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq.

Sağ olun!

“Xalq qəzeti”.-2014.- 11 may.-№ 97.-S.4-5.

Page 72: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

72

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız

Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar:

Prezident İlham Əliyevin çıxışı (11 may 2014-cü il)

Bakı, 11 may (AzərTAc). Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua

Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısı Fransua Ollandı qarşıladı.

Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verildi.

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış

etdilər.

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə

xoş gəlmisiniz.

Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan

dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi

ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri

əhatə edir və gündən-günə möhkəmlənir.

Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi

dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu

əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də

müsbət təsir göstərir.

İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah biznes forum keçiriləcəkdir. Mən

çox şadam ki, Azərbaycana Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes

forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir,

möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda,

humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci

hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına

çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində

dövlət hesabına təhsil alır.

Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verdiyinizi əyani şəkildə

sübut edir. Yəni, burada bizim məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar

gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz

ana dilində təhsil alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini

mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin

mədəniyyəti ilə tanış olacaqlar.

Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr

vermişdir. Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq

uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar. Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu

dostluq əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək

və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq yeni bir

təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır. Əminəm ki, burada

uşaqlara veriləcək təhsil ən yüksək səviyyədə olacaqdır.

Biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik. Biz çox şadıq ki, Parisdə, Versalda,

Strasburqda icra olunan layihələrdə Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan işlərdə

Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir. Eyni zamanda, son

illərdə Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər,

konsertlər keçirilmişdir.

Page 73: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

73

Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində,

Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da

Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci

məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu, birgə

səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox

böyük məna daşıyır. Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası yerləşirdi. Bakının son

illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra

edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə

“Ağ şəhər” layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir,

müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri , Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı

Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava,

dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcəkdir.

Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha Sizi Azərbaycanda səmimiyyətlə

salamlayıram. Bizim dəvətimizi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Əminəm

ki, səfər çox uğurlu olacaqdır və səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 13 may.-№ 98.-S.1-2.

Page 74: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

74

Azərbaycan və Fransa prezidentlərinin mətbuat konfransı olmuşdur:

Prezident İlham Əliyevin bəyanatı (12 may 2014-cü il)

Bakı, 12 may (AzərTAc). Mayın 12-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua

Ollandın mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş

gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan

dostluq əlaqələrinin inkişafında müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir.

Bu gün imzalanan sənədlər bizim bir çox sahələr üzrə gələcək əməkdaşlığımızı müəyyən edir. Bu

sənədlərin arasında əlbəttə ki, Birgə Bəyanat xüsusi yer tutur. Çünki bu sənəddə bizim gələcək siyasi

əlaqələrimizin əsas konturları əks olunur.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir

daha təsdiqləyir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox

beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da

gücləndirir.

Son 2 il ərzində biz Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak etmişik və dünyanın ən

mötəbər qurumunda çox uğurlu əməkdaşlıq qurmuşuq. Yəni, beynəlxalq məsələlərlə əlaqədar bizim

mövqeyimiz bir çox hallarda üst-üstə düşür. Əlbəttə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir. Bu gün təbii ki, bu məsələ ilə

bağlı çox geniş fikir mübadiləsi aparılmışdır. Biz ümid edirik ki, bu münaqişə vasitəçilərin köməyi ilə

tezliklə öz həllini tapacaq və bölgəyə sülh gələcəkdir.

Bildiyiniz kimi, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ və onun

ətrafında yerləşən 7 rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər

beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər. O cümlədən BMT Təhlükəsizlik

Şurası 4 qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan

qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası,

ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və

qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır. İşğal davam edir. ATƏT-

in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam edilmişdir və onların məruzələrində

göstərilir ki, hər şey dağıdılıb. Bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə yeksan edilibdir.

Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri

əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O ki qaldı xalqların öz

müqəddəratının təyinedilmə prinsipinə, bu prinsipə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin

beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz

müqəddəratını təyin edib – müstəqil Ermənistan dövləti vardır. Azərbaycan heç vaxt öz torpaqlarında

ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

Bu münaqişənin həlli bölgənin hər bir ölkəsi üçün faydalı ola bilər. Ümid edirəm ki, Fransa və

digər həmsədrlər bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər və biz işğal edilmiş torpaqlara

tezliklə öz vətəndaşlarımızı yerləşdirə biləcəyik.

Bizim aramızda iqtisadi sahədə çox uğurlu əməkdaşlıq aparılır. Bu gün keçiriləcək biznes forumda

sənədlər imzalanacaqdır. Ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Azərbaycanda 50-dən artıq

Fransa şirkəti fəaliyyət göstərir. İmzalanacaq kontraktların həcmi də təxminən 2-2,5 milyard dollar

səviyyəsindədir. Əminəm ki, səfərdən sonra bu istiqamətdə yeni layihələr icra ediləcəkdir. Nəqliyyat,

telekommunikasiya, informasiya texnologiyaları, turizm, inşaat və digər sahələrdə gözəl perspektivlər,

imkanlar vardır.

Page 75: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

75

Dünən Fransız Liseyinin açılışı özlüyündə böyük bir hadisə idi. Bu, onu göstərir ki, hər iki ölkə

təhsil məsələlərinə böyük diqqət göstərir. İlin sonuna qədər Bakıda Fransız Liseyi yeni, gözəl binada öz

fəaliyyətini davam etdirəcəkdir.

Əlbəttə ki, bu gün, eyni zamanda, biz enerji təhlükəsizliyi barədə də fikir mübadiləsi apardıq. Biz

bu sahədə də Fransa ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün öz

səylərini göstərir. Keçən ilin sonlarında imzalanan sənədlər Azərbaycan qazını Avropa məkanına

çatdıracaq və əminəm ki, bu layihənin icrasından sonra Avropa ilə əlaqələrimiz daha da sıx olacaqdır.

“Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri Avropanın ən böyük infrastruktur layihələridir.

Nəzərdə tutulan investisiyaların həcmi təxminən 45 milyard dollar səviyyəsindədir. Bu layihənin icrası

nəticəsində bütün tərəflər - həm Azərbaycan, həm tranzit ölkələri və həm də Avropa istehlakçıları ancaq

fayda görəcəklər. Çünki bu, hər bir tərəfin marağına xidmət göstərən bir layihədir.

Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya

çıxarılmasında öz liderlik funksiyasını davam etdirir. Əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri hər bir

ölkənin milli təhlükəsizlik məsələlərinə çevrilmişdir və Azərbaycanın zəngin neft-qaz resursları, mövcud

və yaranmaqda olan nəqliyyat infrastrukturu Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir.

Bizim gündəliyimiz çox genişdir. Sadəcə olaraq bir mətbuat konfransı zamanı bütün məsələləri əhatə

etmək mümkün deyildir. Ancaq hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı əlaqələri davam

etdirmək üçün hər iki tərəfdə çox güclü siyasi iradə, qarşılıqlı maraq vardır. Xalqlararası əlaqələr də

inkişafdadır, yüksək səviyyədədir. Əminəm ki, bu səfər münasibətlərimizə yeni güclü təkan verəcəkdir.

Bir daha cənab Prezident, Azərbaycana xoş gəlmisiniz.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Frans Press Agentliyinin müxbiri Ervi Askin: Cənab Prezident, əvvəlcə səfərin ümumi

məqsədinə dair sual vermək istərdim.

Cənab Olland, indiki vaxtda etdiyiniz səfər Rusiya ilə olan gərginliyi daha da

artırmayacaqmı? Digər sualım cənab Əliyevədir: Ukraynadakı böhran Sizin Avropa İttifaqı ilə

yaxınlaşmağınıza mane ola bilərmi? İcazə versəniz, ikinci sualımı da verim. Sualım insan hüquqları

ilə bağlıdır. Cənab Olland, azərbaycanlı həmkarınızla bu məsələni, xüsusən də Leyla Yunus və

jurnalist Rauf Mirqədirovun məsələsini müzakirə etdinizmi? Cənab Əliyev, Prezidentin bu səfəri

hər iki şəxsə münasibətdə mərhəmət jestinə səbəb ola bilərmi? Prezident Fransua OLLAND: Fransa mətbuatı hər zaman bir sualla bir neçə sual verir. Bu isə

mənə bir neçə cavab vermək imkanı yaradır. Beləliklə, “Şərq tərəfdaşlığı” və bu gün həyata keçirdiyim

səfərlə bağlı suala gəldikdə, deməliyəm ki, bu cür təşəbbüs və addımlar heç kimə qarşı yönəlməyib. Onun

məqsədi Avropa, Fransa ilə bu gün müstəqil olan tərəfdaşlar arasında münasibətlərin

möhkəmləndirilməsidir. Bu tərəfdaşlar öz inkişafında maraqlıdırlar. Biz ölkəni hər hansı digər

əməkdaşlıqdan qoparmaq istəmirik. Biz elə edirik ki, ölkələr öz gələcəyini azad şəkildə təyin etsin və

qonşuları ilə də yaxşı münasibətlər saxlasın. Mən bu sözləri həm Azərbaycana, həm Ermənistana, həm də

Gürcüstana aid etmək istəyirəm. Çünki mən hər üç ölkəyə səfər edirəm. Biz, həmçinin elə etməliyik ki,

bəzən çox qıcıqlandırıcı olan problemlər belə öz həllini tapsın. Burada isə bu, Dağlıq Qarabağ

problemidir. Bunu isə mütləq qeyd etmək lazımdır. Bu haqda biz elə indicə Prezident Əliyevlə danışdıq,

bir azdan sonra prezident Sarkisyanla söhbət aparılacaqdır. Çünki bu münaqişənin çözülməsində

Fransanın da məsuliyyəti vardır. Eyni məsələni mən Gürcüstanda da qaldıracağam. Bu, ərazi ilə bağlı

olan məsələlərdir və uzun illərdir ki, davam edir.

İnsan hüquqları ilə bağlı verdiyiniz ikinci suala gəldikdə, mən etdiyim səfərlər çərçivəsində

Fransanı maraqlandıran məsələləri təbii ki, qaldırıram. Bu, onunla bağlı deyil ki, biz daxili işlərə

müdaxilə edirik, onlar sadəcə olaraq, dəyərlər və prinsiplərlə bağlı olan məsələlərdir. Yaxşı münasibətlərə

nail olmaq üçün biz gərək bütün məsələləri birgə müzakirə edək.

X X X

Prezident İlham ƏLİYEV: Bizim Avropa İttifaqı ilə əlaqələrimizin gözəl tarixi vardır və bu

əlaqələr gündən-günə möhkəmlənir. Gündəliyimiz də çox genişdir, bütün məsələləri əhatə edir. Siyasi

dialoq, Azərbaycanda aparılan siyasi islahatlar danışıqlar mövzusudur. Əlbəttə ki, Avropa ilə iqtisadi

Page 76: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

76

əlaqələr də diqqət mərkəzindədir. Çünki Avropa ölkələri bizim birinci ticarət tərəfdaşlarımızdır.

Əlbəttə ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər Avropa qurumları

tərəfindən dəstəklənir. Biz çox səmərəli və gözəl əməkdaşlıq yaratmışıq. Yəni, sizin sualınıza cavab

olaraq qeyd etmək istəyirəm ki, bizim, ümumiyyətlə, xarici, yaxud da ki, daxili siyasətlə bağlı olan

addımlarımıza heç bir kənar tərəf təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi hər

şeydən üstün tutur və müstəqillik imkanlarından çox səmərəli şəkildə istifadə edir. Biz iqtisadi və siyasi

sahələrdə islahatlar aparırıq. Siyasi islahatlar bizim üçün iqtisadi islahatlar qədər önəmlidir.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət müsbətdir. Bütün fundamental azadlıqlar təmin edilir -

söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı. Azərbaycanda heç kim siyasi

baxışlara görə təqib edilmir. Azərbaycanda internet azaddır, heç bir məhdudiyyət yoxdur. Əhalimizin 70

faizi internetdən istifadə edir. Yəni, bizim üçün siyasi islahatlar çox vacibdir. Çünki biz ölkəmizi

müasirləşdiririk. Müasir güclü Azərbaycan qururuq və demokratiyanın böyük ənənələri olan Fransa kimi

ölkə ilə bu məsələlərdə biz daim bir yerdəyik, müzakirələr aparılır. Fransa-Azərbaycan əlaqələri

çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əminəm ki, gələcəkdə bu belə də olacaqdır.

X X X

Azad Azərbaycan televiziyasının müxbiri Ceyhun Səfərov:

Mənim sualım Fransa Prezidenti cənab Fransua Ollandadır.

Cənab Prezident, belə bir sual səsləndirəcəyəm. Ermənistanın Azərbaycana hərbi təcavüzü

ilə bağlı BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan

ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. O vaxtdan 20 ildən artıq

vaxt keçir. Siz özünüz də bunu qeyd etdiniz. Bu münaqişə regional əməkdaşlığa və beynəlxalq

təhlükəsizliyə ciddi təhlükə yaradır. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Sizcə

qəbul olunmuş bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün nə etmək lazımdır?

Təşəkkür edirəm. Prezident Fransua OLLAND: Siz Fransanın xüsusi mövqeyini, məsuliyyətini xatırlatdınız. Bir

sözlə, haqlısınız. Fransa Təhlükəsizlik Şurasının daimi üzvdür, Fransa Minsk qrupunun həmsədridir.

Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı, birmənalı həlli üçün uzun müddətdir ki, səylər göstərir.

Mən atəşkəsin 20-ci ildönümünü qeyd etdim. Xatırladıram ki, bu müharibədə minlərlə insan həlak olub.

İnsidentlər bu gün də davam edir. Beləliklə, biz bu məsələ ilə əlaqədar səfərbər olmuşuq. Bir halda ki,

mən bu səfəri Azərbaycana və Ermənistana həyata keçirirəm, bu, o deməkdir ki, həll variantının

tapılmasında mövcud olan prinsipləri xatırlatmağa çalışıram. Əvvəlcə söhbət etimad tədbirlərindən gedir.

Onlar hər iki tərəfdən görülməlidir. Məsələ burasındadır ki, Fransanın həm Azərbaycan, həm də

Ermənistan ilə yaxşı münasibətləri, dostluq əlaqələri vardır və biz onları bir-birinə qarşı qoymaq fikrində

deyilik. İradəmiz ondan ibarətdir ki, biz faydalı olmalıyıq. Əgər bu, mümkündürsə, mən bu haqda

Prezident Əliyevə dedim, bunu, həmçinin prezident Sarkisyana da deyəcəyəm, biz iki prezidentin

görüşünü təşkil etmək istərdik və birinci etimad tədbirinin bir yerdə tapılmasına çalışa bilərik. Beləliklə,

ilk etimad tədbiri məsələnin həllinə zəmin yarada bilər. Bu münaqişə regionun inkişafı, insanların hərəkət

etməsi üçün əsl maneədir. Bu, bizim borcumuzdur. Fikrimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki,

Fransa hər zaman fəaldır, məsələnin həll yolunun tapılmasına çalışır. Fransa təşəbbüslərlə çıxış edir. Mən

burada Qafqazdakı vəziyyəti nəzərdə tuturam. Digər məsələlərə baxaq: götürün Ukraynadakı vəziyyəti.

Təşəbbüsümüz ondan ibarətdir ki, bir tərəfdən prinsiplərə gəldikdə çox qətiyyətli olmalıyıq, digər

tərəfdən isə dialoq amilini yaratmalıyıq. Dialoqu xüsusilə xatırlatmaq lazımdır. Mən Ukraynanı nəzərdə

tuturam. Gələn günlər ərzində bu meyar həlledici olacaqdır. Qeyd etmək istəyirəm ki, xeyirxahlıq naminə

məsləhətləşmələr aparılmalıdır. Bu məsləhətləşmələr dünən aparıldı, əsas olmadan, seçicilər siyahısı

olmadan nəticələr mümkün deyildir. İndi isə dialoq aparılır, çünki Ukraynada azlıqlara da hörmətlə

yanaşmaq lazımdır. Mən bu sözləri, həmçinin Avropanın şərqinə də aid etmək istərdim. Mən, həmçinin

bəyan etdim ki, Fransa Afrika üçün də bir sıra təşəbbüsləri irəli sürməyə hazırdır. 220-yə yaxın nigeriyalı

gənc qızın oğurlanması ilə bağlı baş verən faciə. Onların aparıldığı yer bilinmir. Onlar quldarlıq məqsədi

üçün oğurlanıblar. Bu halda mən Nigeriya Prezidenti Qudlak Conatana bəyan etdim ki, biz öz

təşəbbüsümüzlə çıxış edəcəyik və şənbə günü Nigeriyanın qonşu ölkələri ilə birgə görüş keçirəcəyik.

Bir sözlə, hər zaman Fransa fəaldır, buna görə də etdiyim üçgünlük səfər faydalı ola bilər. Bu, sırf yaxşı

iqtisadi münasibətlər mövzusu, müqavilələrin imzalanması ilə bağlı deyildir. Baxmayaraq ki, bu da

Page 77: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

77

vacibdir. Bu, həmçinin onunla bağlıdır ki, Fransa Təhlükəsizlik Şurasının daimi üzvü kimi, bütün dünya

üçün faydalı ola bilər.

“Xalq qəzeti”.-2014.- 13 may.-№ 98.-S.4.

Page 78: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

78

Prezident İlham Əliyev və Prezident Fransua Olland Azərbaycan-Fransa biznes

forumunda iştirak etmişlər:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (12 may 2014-cü il)

Bakı, 12 may (AzərTAc). Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa

biznes forumu keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa

Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak etmişlər.

Dövlət başçıları forumda çıxış etdilər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin bütün üzvlərini

bir daha səmimiyyətlə salamlayıram. Biznes forum iştirakçılarını xüsusilə salamlayıram. Bilirəm ki, bu

gün səhər Fransa və Azərbaycan iş adamları biznes forumda bir-biri ilə görüşürlər, danışırlar, fikir

mübadiləsi aparırlar. Əlbəttə ki, biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim

ümumi inkişafımıza gözəl dəstək olacaqdır.

Sizin səfəriniz dünən Fransız Liseyindən başlamışdır, bu gün isə biznes forumda başa çatır. Bu

arada Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki,

Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi

əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox

əlamətdar hadisədir. Bu səfər əlaqələrimizin inkişafına çox güclü təkan verəcəkdir. Biz dünən və bu gün

müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi, məsləhətləşmələr apardıq. Bizim gələcək

əlaqələrimizin inkişafı ilə bağlı konkret tapşırıqlar da verilmişdir. Bu gün imzalanan və imzalanacaq

sənədlər əməkdaşlığımızın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir.

Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə ki, biznes dairələri də bunu yaxşı bilir. Çünki

təbii ki, biznes dairələri özlərini siyasi əlaqələr yüksək səviyyədə olan ölkələrdə rahat hiss edirlər. Siyasi

əlaqələrimizin inkişafı üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.

Bir sözlə, əlaqələrimiz çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Hər bir sahə üzrə konkret

proqramlar vardır, sənədlər imzalanıbdır. Bu, bizə imkan verəcəkdir ki, Fransa-Azərbaycan əlaqələri

çoxşaxəli formada inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional

əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda, Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də

Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır. Çünki Fransa Avropanın aparıcı dövlətidir və

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında əlbəttə ki, Fransanın xüsusi yeri və rolu vardır.

İqtisadi sahəyə gəldikdə, mən çox şadam ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət

tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və

imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaqdır. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə

kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu

artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə vardır.

Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir - həm investorlar, həm podratçı-

kontraktorlar kimi. Hesab edirəm ki, növbəti illərdə biz bu istiqamət üzrə inkişaf edəcəyik. Biz Fransa

şirkətlərini Azərbaycanda investisiya qoymaq və bizim layihələrdə podratçı-kontraktor kimi iştirak etmək

üçün dəvət edirik.

Bu günə qədər ölkəmiz üçün çox vacib olan bir neçə layihədə Fransa şirkətləri çox fəal iştirak

etmişlər, yüksək peşəkarlıq göstərmişlər. Onların çox gözəl reputasiyası vardır. Onlar tərəfindən icra

edilmiş layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir.

Ümid edirəm ki, biznes forumun nəticəsi olaraq bizim iş adamları arasındakı əlaqələr daha da

yüksək pilləyə qalxacaqdır. Azərbaycanda görüləsi işlər çoxdur, infrastruktur layihələri bizim üçün

prioritet təşkil edir. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Postsovet məkanında

birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan birinci yerdədir. Son on il ərzində ölkə

Page 79: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

79

iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur. Təkcə keçən il 25 milyard dollardan çox

sərmayə yatırılmışdır. Onlardan 30 faizi xarici sərmayədir.

Çox sevindirici hal ondan ibarətdir ki, xarici şirkətlər təkcə neft-qaz sektoruna deyil, qeyri-neft

sektoruna da öz investisiyalarını qoyurlar. Yəni, Azərbaycanın uzunmüddətli uğurlu inkişafına böyük

inam vardır. Bu inam əsassız deyildir. Çünki son illər ərzində iqtisadi sahədə, ümumiyyətlə, ölkəmizin

inkişafı ilə bağlı atılan addımlar konkret nəticələrə gətirib çıxarmışdır. Azərbaycan vətəndaşları,

Azərbaycan əhalisi müstəqilliyin üstünlüklərini gündəlik həyatda görürlər.

Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Deyə bilərəm ki, son on il ərzində dünya

miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Ümumi daxili məhsul

üç dəfədən çox artmışdır. Bununla bərabər, sosial məsələlər öz həllini tapmışdır, işsizlik aradan qaldırılıb,

cəmi 5 faiz təşkil edir. Xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulun 8 faizini təşkil

edir. Bu, bizə imkan verir ki, xarici maliyyə bazarlarında ölkə iqtisadiyyatına istədiyimiz qədər maliyyə

resursları cəlb edək. Ancaq biz bu sahəyə çox böyük ehtiyatla yanaşırıq. Çünki öz maliyyə imkanlarımız

da vardır. Biz ilk növbədə onlardan istifadə edirik.

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi artır. Dünya Davos İqtisadi Forumunun son

hesablamalarına görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir.

Cəmi 20 ildən bir qədər çox bazar iqtisadiyyatı prinsipləri üzərində çalışan iqtisadiyyat üçün bu, çox

böyük göstəricidir. Onu da qeyd etməliyəm ki, biz müstəqilliyi qazananda ümumi daxili məhsulumuzda

özəl sektorun payı sıfıra bərabər idi. Hazırda bu, 80 faizdən çoxdur. Yəni, özəl sektorun inkişafı, xarici

sərmayələrin cəlb edilməsi, eyni zamanda, dövlət investisiyalarının ölkə üçün prioritet təşkil edən

sahələrə yönəldilməsi bu gözəl şəraiti yaratmışdır.

Növbəti illərdə bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafı olacaqdır və bu istiqamətdə

konkret addımlar atılır. Fransa şirkətlərinin təcrübəsi, onların töhfəsi bizə çox lazımdır, böyük əhəmiyyət

kəsb edir. Əminəm ki, növbəti illərdə biz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edəcəyik.

Mən prioritetlər arasında nəqliyyat sektorunu qeyd etmək istərdim. Bilirəm ki, nəqliyyat

sektorunda yeni kontraktların imzalanması gözlənilir. Burada Fransanın dünya səviyyəli təcrübəsi hər kəs

üçün bəllidir. İnformasiya-kommunikasiya sektorunun inkişafı bizim üçün prioritetdir. Biz burada da

əməkdaşlıq edirik, edəcəyik.

Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə məşğuldur. Keçən il birinci Azərbaycan peyki –

“Azərspace–1” orbitə buraxılmışdır və “Arianespace” şirkəti bu sevinci bizə bəxş etmişdir. Biz növbəti

illərdə də kosmik sənayedə birgə işləyəcəyik. Hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın bir

nömrəli tərəfdaşı olmalıdır.

Fransa şirkətləri inşaat sektorunda müxtəlif layihələrdə iştirak edirlər. Kənd təsərrüfatı, turizm,

xüsusilə üzümçülük sektorunun bərpası gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş

axtarmaq əlbəttə ki, düzgün olmazdı.

Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha da böyük həcmdə iş görməyə dəvət edirik.

Yenə də deyirəm, iki istiqamət üzrə - investor və kontraktor kimi. Beləliklə, növbəti illərdə, əminəm ki,

əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Bir-iki kəlmə enerji sektoru ilə bağlı demək istərdim. Bu sektorun da böyük əhəmiyyəti vardır.

Artıq bu sahədə görülən işlər regionumuzun çərçivələrindən çıxıb daha çox qlobal xarakter daşıyır.

Azərbaycan Xəzər dənizindən Qərb istiqamətinə gedən bütün neft-qaz kəmərlərinin inşasının

təşəbbüskarıdır və bu layihələrin icrasında liderlik mövqelərinə malikdir.

Keçən il XXI əsrin kontraktı imzalanmışdır. Bu, üç komponentdən ibarətdir: hasilat, nəqliyyat və

satış. Burada Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu, layihə Avropanın ən

böyük infrastruktur layihəsidir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar olacaqdır.

Əlbəttə ki, biz Fransa şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Əminəm ki, bu sahədə

əməkdaşlıq həm bizim müştərək maraqlarımızı təmin edəcək, həm gözəl biznes imkanları yaradacaq və

beləliklə, Fransa-Azərbaycan dostluğu bundan sonra da uğurla inkişaf edəcəkdir.

Cənab Prezident, mən Sizi bir daha ürəkdən salamlayıram. Bir daha mənim dəvətimi qəbul edib

Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Bütün qonaqlarımıza və dost Fransa xalqına inkişaf,

tərəqqi, əmin-amanlıq arzulayıram. Sağ olun.

X X X

Page 80: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

80

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland biznes forumda

iştirak edən iş adamlarının suallarına cavab verdilər.

Fransanın “NFM Technologies” şirkətinin baş icraçı direktoru Alain DELEARD: Cənab

Azərbaycan Respublikasının Prezidenti, cənab Fransa Respublikasının Prezidenti, Sizi

salamlayıram. Mən “NFM Technologies” şirkətinin baş icraçı direktoruyam. Müəssisəmiz dünya

miqyasında artıq iyirmi beş ildir ki, tunellərin dizaynı və qazılması ilə məşğul olur, onları istismar

edir. Sualım belədir: Tunel xidmətlərindən istifadə edəcək hansı metro, dəmir yolu, quru

yollarının, eləcə də su kəmərlərinin çəkilməsi layihələri vardır? Bu sahədə gündəlik necədir? Vaxt

cədvəli varmı? Bu layihələr üçün maliyyə resursları ayrılıbmı? Prezident İlham ƏLİYEV: Nəqliyyatla bağlı olan layihələr bizim üçün prioritetdir və son illərdə

dövlət xərclərinin böyük hissəsi nəqliyyat sektorunun inkişafına yönəldilmişdir. Çünki biz yaxşı başa

düşürük ki, müasir nəqliyyat sistemi olmadan ölkəmizi hərtərəfli inkişaf etdirmək mümkün deyildir. O

cümlədən şəhər nəqliyyatı ilə bağlı tədbirlər görülür. Metronun inkişafı ilə bağlı Dövlət Proqramı bir neçə

il bundan əvvəl qəbul edilmişdir. Hazırda Bakı şəhərində 23 metro stansiyası vardır. Demək olar ki, son

illərdə hər il bir stansiya istifadəyə verilir və Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər

stansiyaların sayı 70-ə çatmalıdır. Yəni, Bakı şəhərində 50-yə yaxın metro stansiyası tikiləcək və

beləliklə, bütün şəhər metro ilə təmin ediləcəkdir.

Əlbəttə, bu layihələri icra etmək üçün bizim öz imkanlarımız vardır. Maliyyə imkanlarımıza

gəldikdə, biz burada heç bir problem görmürük. Çünki biz bu layihələri dövlət büdcəsi hesabına icra

edirik. O ki qaldı işin icrası ilə bağlı olan məsələlər, burada həm Azərbaycan, həm də xarici şirkətlər

uğurla fəaliyyət göstərə bilər.

Mən bilirəm ki, Fransanın bəzi şirkətləri tərəfindən bu sahəyə böyük maraq göstərilir və bizim

aidiyyəti qurumlarla danışıqlar aparılır. Ümid edirəm ki, bu danışıqların yaxşı nəticələri olacaqdır və

Fransa şirkətləri Bakıda həm metro tikintisi sahəsində, eyni zamanda, müasir metro vaqonlarının təchizatı

işində bizə dəstək olacaqlar. Buna da böyük ehtiyac vardır. Çünki biz bu sahəni müasirləşdiririk,

yeniləşdiririk. Bizə bu sahədə ən gözəl təcrübəyə malik olan strateji tərəfdaş lazımdır və siz də yaxşı

bilirsiniz ki, Fransa şirkətləri burada çox böyük təcrübəyə malikdir.

Eyni zamanda, dəmir yolunun reabilitasiyası və tikintisi ilə bağlı çox böyük layihələr icra edilir.

Mən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək istəyirəm. Bu layihə gələn il artıq istifadəyə

veriləcəkdir. Bu layihə Azərbaycan, Türkiyə və Gürcüstanı dəmir yolu xətti ilə birləşdirir və eyni

zamanda, Asiyanı Avropa ilə birləşdirir. Biz bir növ dəmir ipək yolunu yaradırıq və qədim “İpək yolu”nu

bərpa edirik. Həm Türkiyədə, həm Gürcüstanda, həm də Azərbaycanda dəmir yollarının tikintisi və

reabilitasiyası, təmiri layihələri icra edilir. Bu yolların təmirindən sonra qatarların sürəti saatda ən azı 140

kilometr olacaqdır. Bu məqsədlə, əlbəttə ki, bizə həm yeni vaqonlar, həm də lokomotivlər lazım

olacaqdır. Bildiyimə görə, bu sahədə də Fransa-Azərbaycan şirkətləri işləyirlər, çalışırlar. Çox güman ki,

bu sahədə də müvafiq müqavilə imzalanacaqdır.

Yəni, görüləcək bütün bu işlər haqqında bu gün əlbəttə ki, geniş məlumat vermək mümkün

deyildir. Əsas məsələ ondan ibarətdir ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfin çox

gözəl niyyəti vardır.

“Ata Holding” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Adıgözəl AĞAYEV: Mənim

sualım Fransa Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan son illər energetika

sahəsində böyük uğurlar qazanıb. Ölkəmizdə enerji ixracı potensialı böyükdür. Azərbaycan artıq

Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verməkdədir. Cənab Prezident,

Fransa Hökuməti gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi

istiqamətində fəaliyyətinə necə dəstək verəcəkdir? Təşəkkür edirəm. Prezident Fransua OLLAND: Bu sualı bu gün səhər biz Prezident Əliyev ilə müzakirə etdik.

Çünki Azərbaycan böyük sərmayələr qoymağa hazırlaşır. Öz ehtiyatlarının işlənilməsi, xüsusən də

qazın hasilatı və nəhayət, öz enerji daşıyıcılarının istehlakçı ölkələrə çatdırılması üçün çalışır. Bu sahədə

də planlarımız vardır. Genişmiqyaslı işləri görmək üçün bu planlar on, iyirmi, otuz illəri əhatə etməlidir.

Böyük xərclər tələb olunur. Əgər biz müəssisələri cəlb etmək istəyiriksə, şirkətin ölkəsindən asılı

olmayaraq və əgər maliyyə imkanlarını səfərbər etmək istəyiriksə, onda biz bu imkanları yaratmalıyıq.

Beləliklə, bu, ikitərəfli prosesdir, burada iqtisadi maraqlar vardır. Çünki ola bilsin digər yataqlarda

hasilatın aparılması üçün bu gün bəlkə də böyük sərmayələr tələb oluna bilər. Çünki perspektivdə onların

istehlakçı ölkələrə çatdırılmasında bu layihələr iqtisadi səmərə verə bilər. Bu, həmçinin strateji

maraqlardır ki, gələn illərdə mən bütün Avropanı bu məsələyə səfərbər etməyə çalışacağam. Avropa elə

Page 81: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

81

bir qitədir ki, dünyanın aparıcı iqtisadi qüvvəsinə çevrilməkdə iddialıdır. Bunu demək azdır. Avropa

dünyanın birinci iqtisadi gücüdür. Baxmayaraq ki, son illərdə biz böhran yaşamışıq, yenə də inkişafımızı

artıq bərpa edirik. Bu artım texnologiya baxımından daha intensiv olmalı, yeni istehlak növlərini

yaratmalıdır. Bu keçidi biz təmin etməliyik. Avropa öz enerji təhlükəsizliyini də təmin etməlidir, öz

təchizat mənbələrini şaxələndirməlidir, öz şəbəkələri arasında qarşılıqlı əlaqəni yaratmalıdır. Beləliklə,

iqlim istiləşməsinə qarşı mübarizə kimi vahid məqsəd uğrunda çalışmalıdır. Bir sözlə, Avropanın gələcəyi

enerji təhlükəsizliyidir, rəqabətədavamlı qiymətlərdir. Çünki hazırda enerji qiymətləri üzrə böyük rəqabət

gedir. Avropa, həmçinin iqlim istiləşməsinə qarşı mübarizə aparmalıdır. Bu baxımdan, Avropa

mütəşəkkil olmalıdır.

Mən mayın 25-də keçiriləcək seçkiləri qeyd etdim. Söhbət Avropanı gələcəkdə idarə edəcək

şəxslərin seçilməsindən gedir. Lakin, həmçinin məzmunlu addımlar atmaq, eyni zamanda, lazımi siyasəti

yürütməkdən söhbət gedir. Ən azı gələn beş il ərzində həmin Avropa layihələrinə gəldikdə, fikrimcə, biz

enerji təhlükəsizliyi ilə bağlı qərarları qəbul etməliyik. Beləliklə, infrastruktur şəbəkəsini yaratmalı və qaz

ehtiyatlarınızı Avropa istehlakçılarına çatdırmalı və bununla, təchizat mənbələrini şaxələndirməli və daha

güclü enerji təhlükəsizliyini təmin etməliyik.

Daha böyük müstəqilliyimizi, yəni, digər ölkələrə münasibətdə deyil, öz Avropamız üçün

müstəqilliyimizi təmin etməliyik. Böhran xatirinə sadəcə oturub sual verməli deyilik: təchizatımız üçün

nə edək? Xeyr. Hərəkətə keçmək üçün oturub böhranı gözləmək lazım deyildir. Bunu əvvəlcədən

görməliyik. Onun qarşısını almalıyıq. Məqsədimiz bu cür olmalıdır. Müstəqil olmaq üçün daha da

mütəşəkkil olmalıyıq. Hesab edirəm ki, müstəqil olan Azərbaycan da bu məqsəddə iştirak edəcəkdir.

Fransanın “Iveco” şirkətinin baş icraçı direktoru Pyer LAHUTTE: Salam. Hörmətli Fransa

Respublikasının Prezidenti, hörmətli Azərbaycan Respublikasının Prezidenti, əvvəlcə, olduqca

məhsuldar biznes forumu təşkil etdiyinizə görə minnətdaram. Mən “Iveco” şirkətini təmsil edirəm.

Biz bu gün 150 avtobusun təchizat prosesini başa çatdırmışıq. Bu nəqliyyat vasitələri şəhərdə

sərnişinlərin rahat daşınması üçün Fransanın bacarıq və təcrübəsini özündə əks etdirir. Onların

davamlı inkişafa cavab verdiyini nəzərə alsaq, bu vasitələr çox faydalıdır. Bakı, həmçinin həmin

150 avtobusla artıq Parisdəki imkanlardan istifadə edəcəkdir. Bunu xüsusilə qeyd edirəm. Bilmək

istərdim, Bakı və Azərbaycanın digər şəhərləri üçün davamlı inkişafa gəldikdə, həmin nəqliyyat

vasitələri hansı rol oynayıblar? Prezident Fransua OLLAND: Paris şəhərinə gəldikdə, lütfən nəzərə alın ki, mən bu suala cavab

verməyəcəyəm. Çünki səlahiyyətlərin bölgüsü məsələsi vardır. Lakin mesajı çatdıracağam.

Prezident İlham ƏLİYEV: Mən deyə bilərəm ki, hər bir şəhər çalışmalıdır ki, Parisin səviyyəsinə

çata bilsin. Çünki Paris şəhərlər arasında ən gözəl şəhərdir, dünyanın ən gözəl şəhəridir. Əminəm ki, həm

Fransa, həm Azərbaycan nümayəndələri mənim sözümü dəstəkləyərlər.

Onu qeyd etməliyəm ki, Bakının qədim memarlıq əsərləri də Fransa memarlıq sənətindən nümunə

götürüb və ondan ruhlanıb. Çünki əgər Bakının XIX əsrdə, XX əsrin əvvəllərində tikilmiş binalarına

nəzər salsanız, görərsiniz ki, Avropa memarlıq üsulları özünü büruzə verir. Əlbəttə ki, Avropa memarlığı

deyəndə, ilk növbədə biz Fransanı nəzərdə tuturuq.

Bakının sürətli inkişafı, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, deyə bilərəm ki, biz bu inkişafda

inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik, baxmışıq, nümunə götürmüşük. Fürsətdən istifadə edərək

onu da qeyd etməliyəm ki, Fransanı və fransalıları yüksək zövq fərqləndirir. Dizayn, zövq – bu, tarixdən

gələn bir istedaddır. Əlbəttə ki, bu gün Parisdə və Fransanın digər şəhərlərində yaşayan insanlar bu

gözəlliyi görərək yeni əsərlər yaradırlar. Bu da təbiidir.

Fürsətdən istifadə edərək bir daha qeyd etməliyəm ki, Fransa dünya mədəniyyətinə, incəsənətinə,

elminə və memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Bu gün müasir texnikanın istehsalı

sahəsində yenə də biz Fransa məhsullarında yüksək zövq, keyfiyyət və xarici gözəllik görürük.

Avtobuslara gəldikdə, siz yaxşı bilirsiniz ki, dünyanın müxtəlif yerlərində avtobuslar istehsal

olunur və Bakıda yeni avtobusların gətirilməsi layihəsi gündəlikdədir. Əlbəttə ki, bizim mütəxəssislər və

ictimaiyyət bu məsələ ilə tanış olarkən Fransa avtobuslarına üstünlük verdilər. Çünki onlar ən gözəl,

yaraşıqlı, ekoloji cəhətdən təmiz və keyfiyyətlidir.

Bildiyimə görə, 150 müasir avtobusun Azərbaycana gətirilməsi ilə bağlı kontrakt imzalanmağa

hazırdır. 150 avtobusun alınması üçün opsion vardır və mən hesab edirəm ki, gələcəkdə Fransadan

yüzlərlə avtobus Bakıya gətiriləcəkdir. Çünki bizim ehtiyacımız artır, əhali artır, tələbat artır və bəlkə

gələcək illərdə bir neçə min avtobusdan söhbət gedə bilər. Bu da həm ticarət dövriyyəmizi artıracaq, eyni

zamanda, Bakı sakinlərinə Fransa səviyyəli nəqliyyat xidmətini göstərəcəkdir.

Page 82: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

82

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad HÜSEYNOV: Sualım Fransa

Prezidentinədir. Fransa Avropanın aparıcı iqtisadiyyatlarından biridir. O cümlədən Azərbaycanın

sürətli iqtisadi inkişafı son illər ölkəmizin investisiya potensialını daha da möhkəmləndirmişdir.

Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlığın gələcəkdə daha da

genişləndirilməsi imkanlarını necə dəyərləndirirsiniz? Prezident Fransua OLLAND: Mən getdiyim hər bir yerdə Fransaya gəlmək istəyən

sərmayədarları gördüyüm zaman eyni müraciətlə çıxış edirəm. Bəli, ölkəmizə gəlmək, iş görmək, iş

yerlərini fransız müəssisələri ilə birgə açmaq olar. Müştərək addımlarla, tərəfdaşlıqla etmək olar. Bəzən

hətta müştərək fəaliyyətə ehtiyac olmasa, həmin şirkətlər Fransanın iqtisadiyyatında öz yerlərini tuta

bilər. Biz bunu arzu edirik. Lakin şərtlərimiz də var, çünki bəzi sənaye sahələrində aparıcı mövqeni

qoruyub saxlayırıq. Elə etməliyik ki, sərmayələr bir neçə ili yox, uzun perspektivi nəzərdə tutsun. Lakin

burada mən hazır olduğumuzu Sizə bəyan edirəm ki, biz Fransanın inkişafında iştirak etmək və müxtəlif

sahələrdə işləmək istəyən Azərbaycan sərmayədarlarını müşayiət etməyə hazırıq.

Biz, həmçinin ümumi iradə ilə birgə olaraq üçüncü ölkələrə sərmayə qoya bilərik. Azərbaycan və

Fransa kapitalı ilə texnologiyalarımız əsasında nou-haunu üçüncü ölkələrdə tətbiq edə bilərik. Bu barədə

biz, həmçinin Prezident Əliyev ilə söhbət apardıq. Beləliklə, arzu edirəm ki, bu forum çərçivəsində

burada, Azərbaycanda sərmayə qoymaqda, eləcə də Fransada işləməkdə tərəfdaşlıq quraq və sonradan

birlikdə yeni bazarlara daxil olaq.

Sözümü Fransa haqqında söylədiyi xoş sözlərə görə Prezident Əliyevə minnətdarlığımı bildirməklə

bitirmək istərdim. Bilmirəm, indiki bəyanatımı Fransanın ictimai rəyi üçün lentə yazaq, yoxsa yox?!

Çünki biz özümüzlə çox öyünən xalqıq. Biz öz haqqımızda danışmağı sevirik. Hər zaman öz haqqımızda

danışanda o qədər ürəkaçan sözləri söyləmirik. Lakin digər şəxslər bizim haqqımızda qeyri-məqbul

danışanda, biz dərhal reaksiya veririk. Lakin bu, çox nadir hallarda baş verir. Demək olar ki,

mümkünsüzdür. Əgər mən Prezident Əliyevin söylədiyini düzgün başa düşdümsə, onun Paris, Fransa,

ölkənin imkanları, texnologiyaları, nou-hausu haqqında danışdıqlarını ən azı təkrarlamaq istərdim.

Əlbəttə ki, Fransada yaşam tərzi, mədəniyyət və Fransanın nüfuzunu formalaşdıran digər meyarlar vardır.

Lakin Fransanı sevəndə, onun hər guşəsini sevirik. Çünki o, dəyələri, prinsipləri və tarixi və həyat tərzini

əks etdirir. Lakin burada innovasiyalar, bacarıqlar, texnologiyalar da vardır. Burada ən yaxşı

texnologiyalara gəldikdə, hər şey vardır. Biz nəqliyyat, enerji, kosmos, şəhərsalma haqqında danışdıq.

Hələ yeni texnologiyaları demirəm. Fransa bir tərəfdən mədəniyyət və ənənələrdir, dəyər, prinsip və

tarixdir, digər tərəfdən isə gələcəkdir. Fransa öz qüvvələrini, üstünlüklərini nəzərə alıb gələcəyi digərləri

ilə bölüşməlidir və xüsusən də Fransanı sevənlərlə bölüşməlidir. Azərbaycan Fransanı sevir və onun özü

də seviləcəkdir.

“Xalq qəzeti”.-2014.- 13 may.-№ 98.-S.5.

Page 83: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

83

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “The Business Year” nəşrinə

müsahibəsi

(14 may 2014-cü il)

Bakı, 14 may (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Business

Year” nəşrinə müsahibə vermişdir. AzərTAcmüsahibəni təqdim edir.

- Zati-aliləri, Siz ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində inamlı qələbə

qazandınız. Qələbənizi şərtləndirən başlıca amillər barədə nə deyə bilərsiniz və növbəti prezidentlik

dövrünün prioritetləri nədən ibarət olacaq? - 2013-cü il prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuş və

son 10 ildə həyata keçirilən siyasi kursa cəmiyyətimizin münasibətini nümayiş etdirmişdir. Keçən illər

ərzində biz ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə dövlətimizin və

cəmiyyətimizin qarşısında duran mühüm məsələlərin həllinə nail olduq. Azərbaycan iqtisadi inkişaf

göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və daha da gücləndi. Düşünülmüş

proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə,

iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının

həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard

dolları ötmüşdür.

Sürətli inkişaf həm də vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə

əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki, yoxsulluğun

səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi

bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata

keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl

texnologiyalar tətbiq olunmuşdur.

Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də

yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014”

hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri

tutmuşdur.

Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər

sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə

keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi

və mədəni mərkəzi kimi qəbul edilir.

Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam

əks proseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi

sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini

həll edən başlıca amillər olmuşdur. Seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam

Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksək

qiymətləndirmiş, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan etmişlər. Bu da onu göstərir ki, seçki və

onun nəticəsi ilə bağlı Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşmüşdür. Azərbaycan

xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini

ifadə etmişdir.

Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər vardır. Azərbaycanın

mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir

cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq

beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər

mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr

üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

- 2013-cü il Azərbaycanda “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş və

ölkəniz İKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atmışdır. İrəliyə baxarkən,

Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol oynayacaq? - Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər

ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret proqramlar

əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir

texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər

sahələrdə də innovasiyalardan geniş istifadə olunur.

Page 84: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

84

İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan

sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət

Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində

Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun

nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması

ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə

çıxarılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya

Telekommunikasiya Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir.

Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanmışdır.

Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə

kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın

“brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və

onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. “ASAN xidmət”in

fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və

qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası,

elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin

təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi

modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə

bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını

daha da genişləndirməyi nəzərdə tuturuq.

Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim

ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün

müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi

tədqiqatların aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının

yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli şəkildə

həll etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu

təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması

bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik.

- 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Qarşıdan gələn dövrdə bu

istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur? - Əvvəllər əsasən aqrar respublika hesab olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərində

sənayenin inkişaf etdirilməsi məqsədi ilə mühüm addımlar atılmış, ümumittifaq səviyyəli yüzlərlə yeni

sənaye müəssisəsi işə salınmış və müttəfiq respublikalar üçün müxtəlif çeşidli məhsullar istehsal

edilmişdir. Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr pozulmuş və

ümumilikdə planlı iqtisadiyyat tənəzzülə uğramışdır. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı

təcavüzü, ölkədə hökm sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi cəhətdən

köhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşmüş, istehsal prosesi pozulmuşdur. Odur ki,

yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmini

1990-cı ilin səviyyəsinə çatdırmaq mümkün olmuşdur.

Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü

şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli

sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz

bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə

olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya

proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl

texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye

istehsalının həcmini 2,7 dəfə artırmışdır.

Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı

güclü sənaye dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi

istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə

cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk.

Buna görə də 2014-cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı

Page 85: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

85

hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün

Dövlət Proqramı”nın hazırlanması və təsdiq olunması nəzərdə tutulur.

Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran

vəzifələrin uğurla həll edilməsinə imkan verəcəkdir.

- Keçən ay regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət

Proqramı təsdiq olundu. Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunmuşdur və üçüncü

proqramın icrasından nə gözlənilir? - 2004-cü ildə birinci Dövlət Proqramını qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfli

inkişafını təmin etmək, bölgələrlə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqi aradan qaldırmaq

olmuşdur. Mən hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər etimad

göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, bu məqsədlə xüsusi

proqram qəbul ediləcəkdir. Belə də oldu.

2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi, həmin

proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş

yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir. Nəticədə bölgələrdə kommunal

xidmətlərin və sosial infrastrukturların keyfiyyəti yüksəlmiş, sahibkarlıq mühiti yaxşılaşmış, investisiya

qoyuluşu artmış, minlərlə yeni müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox

iş yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə

artmışdır. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir. Deyə

bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində

bu proqramların çox böyük rolu olmuşdur.

Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və

bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə,

müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata

keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni təsdiq olunmuş “Azərbaycan Respublikası

regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası qeyri-neft

sektorunun davamlı inkişafını, infrastrukturların və sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada

mövcud olan ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.

- Son illər Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlar əldə etmişdir. Ölkənizin

BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsi

və həyata keçirilməsi və s. məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdə

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq? - Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici

siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və

çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən,

qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir

dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv

seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də

ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm

dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq

təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur.

BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində

Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və

mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir.

Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış

etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya

üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər

dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması

üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, “Şahdəniz-2”

dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı”

kimi düşəcəkdir.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə

çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır.

2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın,

III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi

Page 86: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

86

Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər.

Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də

inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu

beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam etdirmişdir. Keçən il Avropa İttifaqı ilə

vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanmışdır. Bu, bizim Avropa İttifaqı ilə olan

münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa

İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail

olacağıq.

Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi

inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi

istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi

tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz Qoşulmama Hərəkatı

ölkələri, Latın Amerikası və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın

gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi deyil ki, son dövrlərdə

Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində

Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı

birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin

parlamentləri müvafiq qərarlar qəbul etmişlər.

Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi,

beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin

genişləndirilməsi istiqamətində səylər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində Azərbaycanın

milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır.

Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi

danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına

çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir. Buna görə

də, güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır

ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan

verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir.

Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən

kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-

iqtisadi potensialı tükənəcəkdir.

- Səbirsizliklə gözlənilən l Avropa Oyunlarına hazırlıq işləri necə gedir? - Bu il l Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Məlumdur ki, bu

səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay

Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin

həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət

göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa

çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin tikintisi davam etdirilir.

Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman

Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu Oyunlara hazırlıq təkcə müvafiq

idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya

şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər

məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş

idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz

vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda

tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir.

“Xalq qəzeti”.-2014.- 15 may.-№ 100.-S.3.

Page 87: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

87

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri:

Azərbaycan və Vyetnam prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Prezident İlham Əliyevin bəyanatı (19 may 2014-cü il)

Hanoy, 19 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 19-da Hanoyda sənədlərin

imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Prezident.

İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə

görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan

verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana

rəsmi səfərə dəvət edirəm.

Bu gün biz Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Biz bu

münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılmışdır. Bu,

ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-

birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün

beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.

Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional

təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında

mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq

Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma

torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası

4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-

şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və

torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və

ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki

ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən

çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə

ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir.

Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik.

Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Əminəm ki, yaxşı nəticələr olacaqdır.

Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə

təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə,

ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin

nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm.

“Xalq qəzeti”.-2014.- 20 may.-№ 104.-S.3.

Page 88: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

88

Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı

məzunları ilə görüşü:

Prezident İlham Əliyevin çıxışı (19 may 2014- cü il)

Hanoy, 19 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 19-da Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı

məzunları ilə görüşmüşdür.

Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri

kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxdı.

Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

- Əziz dostlar, mən ilk növbədə sizin hamınıza - taleyi Azərbaycan ilə bağlı olan şəxslərə bütün

Azərbaycan xalqının dərin ehtiramını çatdırmaq və Azərbaycandakı dostlarınız adından hamınızı

salamlamaq istəyirəm. Mən sizin ölkənizdə olmaqdan məmnunluq duyuram. Prezident ilə bugünkü görüş

və danışıqlar, eləcə də qarşıdakı görüşlər ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan

verəcəkdir. Biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla inkişaf

etməkdədir. Bu münasibətlərin təməlini siz - Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt

gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bu gün biz qarşılıqlı hörmət, dostluq və

əməkdaşlıq prinsipləri əsasında dövlətlərarası münasibətlər qurarkən bu təmələ əsaslanırıq. Bu, insanlar

arasında olan münasibətdir. Bu təməl bizim xalqlarımız arasında qarşılıqlı rəğbət deməkdir. Bu təməli də

siz qoymusunuz. Çünki sizin ikitərəfli münasibətlərin inkişaf etdirmək istiqamətlərində fəaliyyətiniz bu

təməli daha da möhkəmləndirir.

Siz çox gözəl bilirsiniz ki, Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb.

Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Azadlıq uğrunda

mübarizənizdə həmişə sizinlə yanaşı olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim

bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib.

Mənim Vyetnama səfərim Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına ilk

səfəridir. Hərçənd, bayaq foyedə nümayiş etdirilən fotoşəkillərdən məlumdur ki, Azərbaycanın

ümummilli lideri Heydər Əliyev Sovet İttifaqı nümayəndə heyətinin tərkibində sizin ölkənizdə səfərdə

olub. 1959-cu ildə isə Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub. Bu

tarixi faktlar bizim münasibətlərimizi möhkəmləndirir. Biz bu faktlarla irəli addımlayırıq. Tarixsiz nə bu

günümüz, nə də gələcəyimiz ola bilər.

Bizim münasibətlərimizin, xalqlarımız arasında münasibətlərin tarixi dostluğa və qardaşlığa

əsaslanır. Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi

inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu səfərim münasibətlərimizin

inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan

verəcəkdir.

Bu gün biz artıq əməkdaşlığımızın perspektivlərini yüksək səviyyədə müzakirə etdik. Ölkələrimiz

arasında əmtəə mübadiləsi çox böyük deyil, təxminən 400 milyon dollara bərabərdir. Lakin artım

perspektivləri mövcuddur. Bu gün Vyetnam-Azərbaycan biznes forumu keçiriləcəkdir. Mənimlə birlikdə

Azərbaycanın 50-dən çox müxtəlif şirkətinin nümayəndəsi buraya gəlib və biznes forumda iştirak

edəcəkdir. Əminəm ki, tədbirin nəticələri müsbət olacaq, əmtəə mübadiləsini artırmağa imkan

yaradacaqdır.

Biz neft-qaz sahəsində əlaqələrin yaxşı perspektivinə malikik, bu gün də həmin məsələ müzakirə

olunub. Azərbaycanda təhsil alan vyetnamlıların əksəriyyəti Neft-Kimya İnstitutunda oxuyublar. Buna

görə də Azərbaycanda neft-qaz əməliyyatları ənənələrinə yaxşı bələddirlər və bilirlər ki, Azərbaycan

dünyada sənaye üsulu ilə neft hasil edən ilk ölkədir. Dəniz yataqlarından da neft ilk dəfə Azərbaycanda

hasil edilib. Bu gün biz həmçinin humanitar və təhsil sahələrini də inkişaf etdiririk və biz bu ənənəni

bərpa etmək niyyətindəyik. Çünki bu əlaqələr Sovet İttifaqının süqutundan sonra kəsilmişdi. Amma

fikrimcə, biz bu gün təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıyıq. Biz indi tələbələrimizi xaricdə

təhsil almağa göndəririk. Buna görə də istərdik ki, bizim üçün vacib olan ixtisaslar üzrə sizin

Page 89: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

89

imkanlarınızdan da istifadə edək. Həmçinin vyetnamlı tələbələr üçün hər cür şərait yaratmağa hazırıq ki,

gəlib Azərbaycanda təhsil alsınlar, köhnə ənənələri bərpa etsinlər. Çünki sizin nəsil də bu xatirələrlə

yaşayır.

Görürəm ki, bu zalda gənclər çoxdur. Əsas odur ki, onlar da bir-birini tanısınlar, ünsiyyət

qursunlar, bir-birinə hörmət etsinlər, dəstəkləsinlər və əməkdaşlıq etsinlər. Turizm, mədəniyyət

sahələrində mümkün olan potensialdan maksimum istifadə etməliyik. Vyetnam bizim üçün dost ölkədir,

xalqımızın tarixən bağlandığı və qarşılıqlı rəğbət bəslədiyi dost ölkədir. Biz gərək münasibətlərimizi

möhkəmləndirək. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyada öz mövqeyini qəti şəkildə bəyan

edir. Biz dünya miqyasında böyük nüfuza malikik və son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü

olmuşuq. Bu quruma 155 ölkənin dəstəyi ilə seçilmişik. İyirmi ildən bir qədər artıq müstəqillik dövründə

dünya ölkələrinin əksəriyyətinin dəstəyini qazanmaq o qədər də asan deyildi. Bizim dəstəklənməyimizin

əsas səbəbi isə budur ki, həmişə müstəqil yol tutmuşuq, müstəqil xarici siyasət, eləcə də fəal regional

siyasət aparırıq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu

iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik

olar. Buna görə də biz BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsiplərini, beynəlxalq

təşkilatların qətnamələrinə əməl olunmasını, eləcə də ədalət prinsiplərini möhkəm qoruyurduq.

Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi

olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də

belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş

verməyib. Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və

müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, bir-birini yaxşı başa düşür,

hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Buna görə

də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz.

Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də

Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə

gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini

yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim

ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular.

Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır.

Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal

davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq,

hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs

əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə

gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin

Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir.

Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama

salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq

hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma

Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.

Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi

orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik.

Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil

siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət

ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik

ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin

yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.

Son on ildə əməkhaqları beş dəfə, pensiyalar demək olar ki, on dəfə artıb. Xeyli sosial proqramlar

həyata keçirilib. Əlbəttə ki, iqtisadi islahatlar da mühüm rol oynayıb, biz bunsuz indiki inkişaf

səviyyəsinə çata bilməzdik. Xarici investisiyaların fəal cəlb olunması, Azərbaycan şirkətlərinin dövlət

səviyyəsində dəstəklənməsi, fəal beynəlxalq əməkdaşlıq və iqtisadi mühitin, biznes mühitinin

yaxşılaşdırılmasına yönəldilmiş islahatlar öz bəhrəsini verdi. Azərbaycanın inkişaf tarixinə nəzər

yetirdikdə bir daha əmin olursan ki, milli maraqlar hər şeydən üstün tutulanda ölkələr uğur və tərəqqiyə

nail ola bilər. Sizin ölkəniz bunun bariz nümunəsidir. Siz də təcavüz və işğaldan keçmisiniz. On minlərlə

insanın iztirabını görmüsünüz. Böyük itkilər vermisiniz. Buna baxmayaraq, siz dirçəldiniz və güclü

Page 90: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

90

dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və

dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi,

fikrimcə, çox yaxşı göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir.

Azərbaycanda təhsil sahəsində bir çox məsələlər həll olunur. Təbii ki, bu, bizim üçün önəmlidir.

Məktəblərin, ali təhsil müəssisələri binalarının inşası çox sürətli templərlə aparılır. Əlbəttə, biz təhsilin

keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli iş görürük və bu proses hökumətimizin diqqət mərkəzində

durur. Bizim ölkəmiz son illər ərzində regional miqyasda böyük uğurlar qazanıb.

Bu gün biz Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Deməliyəm ki,

Azərbaycanda həyata keçirdiyimiz layihələr regionun enerji xəritəsini tamamilə dəyişib. Biz ilk dəfə

olaraq neft-qaz kəmərləri şəbəkələri vasitəsilə Xəzər regionunu Qara dəniz və Aralıq dənizi regionu ilə

birləşdirmişik. Bu da həm bizə, həm də qonşularımıza neft-qaz ehtiyatlarından daha səmərəli istifadə

etməyə imkan verir. Gələcəkdə biz daha böyük layihələr həyata keçirəcəyik. Bu layihələr bütün dünya

miqyasında ən iri layihələrdir. Bütün bunlara da onun sayəsində nail olmuşuq ki, həm ölkə daxilində, həm

də xaricdə bizim inkişafımıza böyük inam vardır. Biz öz siyasətimizi milli inkişaf və müstəqilliyimizi

möhkəmləndirmək əsasında aparırıq. Siz bizim ölkəmizdə təhsil aldığınız müddətdə Azərbaycan müstəqil

ölkə deyildi. Hətta o dövrdə də siz bizim cəmiyyətdə açıqlığı, inkişafı görürdünüz. Müstəqillik illərində

Azərbaycan cəmiyyətində müsbət meyllər güclənib. Biz öz taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və

gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan böyük xoşbəxtlik ola bilməz.

Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha böyük miqyaslı əməkdaşlığa

əsaslanır. Sizin regionla əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. Vyetnam ilə isə ən

mühüm istiqamətdir. Azərbaycanın ilk səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu səfirlik artıq

bir ildir ki, fəaliyyət göstərir. Bu, bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin Azərbaycana

marağınızı əks etdirir. Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaş

olacaqdır.

Bugünkü səfər əlbəttə ki, tarixdə qalacaqdır. Çünki bu, Azərbaycan Prezidentinin Vyetnama ilk

dövlət səfəridir. Əminəm ki, bu səfəri başqa səfərlər də əvəz edəcəkdir. Mən bu gün Vyetnam Sosialist

Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdim və bu dəvət qəbul olundu. Biz öz

münasibətlərimizi daha da gücləndirəcəyik. Siyasi əlaqələrimizi möhkəmləndirəcəyik, bütün beynəlxalq

təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. İqtisadiyyatlarımıza fəal sərmayələr qoyacağıq. Mədəni-

humanitar əlaqələrimizi inkişaf etdirəcəyik. Başqa sözlə, ölkələrimiz arasında tammiqyaslı əməkdaşlıq

artıq gerçəkliyə çevrilir. Əlbəttə ki, bu əməkdaşlıqda Azərbaycanı tanıyan, Azərbaycanı xatırlayan

insanlara da xeyli yer vardır. Buna görə də siz bizim münasibətlərimizin inkişafında hərəkətverici

qüvvəyə çevrilməlisiniz.

Mən bu gün sizinlə görüşməyimə çox şadam. İki mindən çox vyetnamlı vaxtilə Azərbaycanın ali

təhsil müəssisələrində hazırlıq keçib və təhsil alıb. Əlbəttə ki, sizin hamınızı Bakıda görmək istərdim.

Fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Düşünürəm ki, biz bunu mütləq həyata

keçirməliyik. Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçirmək olar. Bu forum çərçivəsində də

Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları forumunu təşkil etmək mümkündür. Elə indi burada

Azərbaycanın təhsil nazirinə və Vyetnamdakı səfirimizə tapşırıq vermək istəyirəm ki, Vyetnam tərəfi ilə

birgə həmin forumun hazırlıq işlərinə başlasınlar və ümid edək ki, tezliklə bu forumu keçirək və Bakıda

görüşək. Diqqətinizə görə sağ olun.

“Xalq qəzeti”.-2014.- 20 may.-№ 104.-S.4-5.

Page 91: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

91

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri:

Ali qonağın şərəfinə:

Prezident İlham Əliyevin çıxışı (19 may 2014-cü il)

Hanoy, 19 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 19-da Vyetnam Sosialist

Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti

verilmişdir.

Mərasim Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Sonra Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.

- Hörmətli cənab Prezident.

Hörmətli xanım Mai Thi Hanh.

Əziz dostlar.

Cənab Prezident, ilk növbədə mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz

qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana

rəsmi səfərə dəvət edirəm.

Bildiyiniz kimi, mənim səfərim iki ölkə arasındakı münasibətlərdə ilk dövlət səfəridir. Səfər artıq

başa çatır. Deyə bilərəm ki, səfərin nəticələri çox uğurlu olmuşdur. Biz bu gün iki ölkə arasındakı

əlaqələrin bütün aspektlərini geniş müzakirə etdik. Görülən işlərə qiymət verildi və görüləcək işlər

haqqında konkret istiqamətlər müəyyən edildi.

Siz, cənab Prezident, qeyd etdiyiniz kimi, bizim əlaqələrimizin təməlini Vyetnam xalqının böyük

oğlu, Prezident Ho Şi Min 1959-cu ildə qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin 1983-cü ildə Vyetnama səfəri də bizim yadımızdadır. Çox şadam ki, Vyetnamda da o səfəri

xatırlayırlar və o səfərə çox yüksək qiymət verirlər.

Bu gün Azərbaycanda təhsil almış vyetnamlı keçmiş tələbələrlə mənim görüşüm olmuşdur. Bu

görüş xüsusi bir dostluq və mehribanlıq atmosferində keçmişdir. Çox gözəl sözlər deyildi, yaxşı xatirələr

ifadə edildi. Hətta vyetnamlı dostlarımız Azərbaycan mahnısı da ifa etdilər. Budur, bizim ikitərəfli

münasibətlərimizin əsas təməl daşı. Bu gün Vyetnam-Azərbaycan ikitərəfli əlaqələri bu möhkəm təməl

üzərində qurulur və uğurla inkişaf edir.

Biz bu gün ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, humanitar aspektlərini geniş müzakirə etdik.

Deyə bilərəm ki, bütün mövzularla bağlı bizim fikrimiz birdir. Biz siyasi əlaqələri inkişaf etdirəcəyik,

ticarət dövriyyəsini ən azı iki dəfə artırmaq fikrimiz vardır. Təhsil sahəsində o gözəl ənənələri bərpa

etməliyik. Vyetnamlı tələbələr Azərbaycanda, azərbaycanlı tələbələr Vyetnamda təhsil almalıdırlar. Neft-

qaz sektorunda, investisiya qoyuluşu, mədəniyyət, turizm sahələrində gələcək əməkdaşlıqla bağlı konkret

tapşırıqlar verilmişdir. Əminəm ki, növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə

daha da möhkəmlənəcəkdir.

Azərbaycanda Vyetnam xalqına çox böyük rəğbət vardır. Müstəqillik uğrunda mübarizədə

azərbaycanlılar vyetnamlılarla həmrəy olmuşlar. Biz bu ənənələri qoruyacağıq, dostluğumuzu daha da

möhkəmləndirəcəyik.

“Xalq qəzeti”.-2014.- 21 may.-№ 105.-S.2.

Page 92: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

92

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına

işgüzar səfəri:

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin

görüşü

(20 may 2014-cü il)

Şanxay, 20 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşmüşdür.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Sədr.

Bizim ölkəmiz haqqında səmimi sözlərinizə, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərə

verdiyiniz qiymətə görə sağ olun. Mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən

qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Çin Xalq

Respublikasının quruculuq və tərəqqi yolu ilə sürətli inkişafının bir daha şahidi olduğuma görə çox

şadam.

Mən 9 il bundan əvvəl Şanxayda olmaq imkanı qazandım. Bu şəhər o vaxt da çox güclü təsir

bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail

olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir. Mənim atam, Azərbaycanın böyük oğlu,

müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox

təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram

əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik.

Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik. Biz bu əməkdaşlığı

inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz

beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq

istəyirəm ki, Azərbaycan Sizin ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləmişdir və bundan

sonra da dəstəkləyəcəkdir.

“Xalq qəzeti”.-2014.- 21 may.-№ 105.-S.1.

Page 93: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

93

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü

Zirvə Toplantısı keçirilmişdir:

Prezident İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı (21 may 2014-cü il)

Şanxay, 21 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 21-də Şanxayda Asiyada

Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi,

həmçinin digər dövlət və hökumət başçılarını qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

- Hörmətli Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin!

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri!

Xanımlar və cənablar!

İlk növbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə uğurla sədrlik

etdiyinə görə Türkiyəyə təşəkkür edirəm. Eyni zamanda, səmimi qonaqpərvərliyə və Zirvə Toplantısının

yüksək səviyyədə təşkilinə görə Çin Xalq Respublikasının Sədrinə minnətdarlığımı bildirirəm. Asiyada

Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti ilə sülhün, sabitliyin və

əməkdaşlığın təşviq olunmasında artıq nüfuzlu beynəlxalq foruma çevrilmişdir. Asiyada Qarşılıqlı

Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Çin tərəfinə keçməsi münasibətilə Çin Xalq

Respublikasını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, iki il ərzində Çinin sədrliyi Asiyada sülh və

təhlükəsizliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı

məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik.

Son iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında birgə fəaliyyət göstərmişik.

Fürsətdən istifadə edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə

namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür etmək istərdim. BMT Təhlükəsizlik Şurasının üzvü

kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə

əlaqədar mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində

əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə

kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya

təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır

və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir.

Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları

Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki,

bunun da nəticəsində 2000-dən çox insan həlak olub.

Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət

nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi

rayon Ermənistan tərəfindən işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir

milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1992-ci ilin fevral ayında

erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Bu soyqırımı nəticəsində 613

günahsız insan qətlə yetirilmişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.

Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin

beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik

Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament

Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri

vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan

dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və

prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm.

Page 94: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

94

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə

edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki,

münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll

olunmalıdır.

Münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır.

İqtisadiyyatımız 3 dəfədən çox artmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə

düşmüşdür. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilmişdir. Eyni

zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir.

Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş

regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan

layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji

xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə

çevrilmişdir.

Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan

Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük

perspektivləri vardır.

Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat

təhlükəsizliyində vacib rol oynamağa başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun

müasirləşdirilməsinə böyük sərmayələr yatırmışdır. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə

21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik

sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulmuşdur.

Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir. Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq

Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon

tonadək artırılmasına imkan verəcəkdir. Bu ilin aprel ayında Bakıda Heydər Əliyev Beynəlxalq

Aeroportunun yeni terminalı da açılmışdır.

Biz, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə veririk. Maliyyə yükünün böyük hissəsini

Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin əvvəlində istismara

veriləcəkdir. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaqdır.

Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya

Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit

optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir.

Sonda mən bir daha ev sahibi cənab Si Cinpinə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı

bildirir və Zirvə Toplantısının işinə uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

“Xalq qəzeti”.-2014.- 22 may.-№ 106.-S.1-2.

Page 95: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

95

28 May–Respublika Günü münasibətilə rəsmi qəbul:

Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir:

Prezident İlham Əliyevin nitqi

(27 may 2014-cü il)

Bakı, 27 may (AzərTAc). Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı –

Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda

iştirak etmişlər.

Azərbaycanın dövlət himni səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn

Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində bütün

Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz

Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu,

tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın

yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu

yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına

mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil

ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan

Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi

həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük

işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı

üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam

əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.

Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə,

Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın

istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz

müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq

Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz

Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf

etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə

bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm

ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında

artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o

illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də

bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki,

Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi.

İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq

respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq.

Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi

şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran,

siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı.

Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix

təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə

təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə

çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr,

rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi.

Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz

uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır

Page 96: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

96

idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş

verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri

xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız

həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə

dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla

bilərdi.

Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin

qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır

vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah

edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və

möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə

Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də

Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan

Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır. Azərbaycanda siyasi islahatlar

aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada tanımağa

başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı

informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan

götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu

Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir.

İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə

yaradılmışdır, - bu gün də bizim inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur və

əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır. İndi

Azərbaycanın inkişafını neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Ancaq hamımız yaxşı bilirik,

mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə

idi. Neft hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim gündəlik tələbatımızı ödəmək

üçün kifayət etmirdi. Bütün ölkədə zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı,

elementar infrastruktur layihələrinin olmaması – yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft

kontraktlarının, xüsusilə “Əsrin kontraktı”nın, - o gündən artıq 20 il keçir, - imzalanması dönüş yaratdı.

Həm iqtisadi, həm siyasi sahədə.

1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə

kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə

müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz

olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün

Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir.

Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm. Bütün bunlar artıq bəllidir. Bu da

tarixdir. Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on il ərzində

iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.

Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur.

Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində

həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə

qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq

arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim

mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm

dünyada bizə əlavə hörmət qazandırır.

Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz

vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim

addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə

bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk.

Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik.

Son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası

istiqamətində tarixi nailiyyətlər əldə edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli

qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Böyük dəstək hesabına, inam hesabına. Biz bu

şərəfli missiyanı ləyaqətlə icra etmişik. Bizə hörmət daha da artmışdır və bu gün biz nəinki regional

məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü deyirik.

Page 97: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

97

Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç kimə sirr deyil ki, enerji

təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci yerdə

dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss

edə bilərlər. Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət nəticəsində. Bu, göydən düşən

nemət deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu

sahədə də öz səmərəsini bir daha göstərmişdir.

Bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə verərək həm iqtisadi, həm

siyasi maraqlarını tam şəkildə təmin edir. Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola bilər.

Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu,

reallıqdır. Bizim böyük maddi imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz heç bir beynəlxalq

maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir. Nədir

müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz

müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi,

hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü

dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik,

müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.

Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə

edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər

xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq

bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm.

Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq.

Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün

nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki,

islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə

islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin

ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin

qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan

dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir.

Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna

şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial

problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir.

Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha

da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə

bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı,

insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam

etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və

aparacağıq.

Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim

milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət

mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm

təməli daha da möhkəmləndirəcəyik.

Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik

ruhunda tərbiyə almaq üçün bütün imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki,

Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O

dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən

gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən

cəhətlərdən biridir.

Daxili siyasətlə bağlı islahatlar davam etdiriləcəkdir. Cəmiyyəti incidən, narazılıq yaradan

xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa

qarşı mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər,

uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin

aparılmasına böyük dəstək, inam vardır. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar

olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları

olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik.

Page 98: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

98

Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli

formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da

vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün

ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm

region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O

cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz vardır. Biz artıq investisiyaları

xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox,

eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır.

Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim

bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla

münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində

qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq

qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz

ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə

artıq bir neçə üçtərəfli format da yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan

xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir. Biz buna böyük əhəmiyyət veririk. Bundan

əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur.

Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə,

regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox

böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq

mütəmadi xarakter alıbdır.

Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq

istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir.

BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına

seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər

təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci

böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan

dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın

mövqeyini dəstəkləyən qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol

oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam

Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz

İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni

zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa

Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab

etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz

gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada

demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı

mübarizəmiz daha da təsirli olacaqdır.

Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət

göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi

həmişə ifadə edəcəyik.

Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç

bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki,

məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-

kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-

kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də

məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi

diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq

hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi

dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən

Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç

vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd

qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz

ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim

Page 99: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

99

Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç

vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli üçün

hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər

kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da

çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün

qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları

açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində

Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90

min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal,

korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona

görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal,

qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal

edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq

olacaqdır.

Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya

daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən

proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır.

Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait

ayıracağıq, ən müasir texnika alınır və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat

baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş

qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində

əlavə işlər görülür və görüləcəkdir.

Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri

erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz.

Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm

ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki,

ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə

o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil

adlandırmaq olmaz. Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib

Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik.

İqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf

Konsepsiyası dərc edilibdir. Bu barədə çox danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, 2020-

ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələri başa

çatmalıdır. Proqramlar var, büdcədə vəsait var və biz bunu edəcəyik.

Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim

verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu,

növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi

tam təmin ediləcəkdir.

Nəhayət, enerji təhlükəsizliyi barədə bir-iki kəlmə demək istərdim. Azərbaycan artıq özü üçün

enerji təhlükəsizliyi məsələlərini çoxdan həll edibdir. Başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı biz

olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin

yaradılması işində dönüş nöqtəsi olmuşdur. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar

gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz

vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç

bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım

atdıq. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin

əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci

ilə qədər icra ediləcəkdir. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki

imkanlarımız vardır. Bizim peşəkar mütəxəssislərimiz vardır. Bu layihəni icra etmək üçün bizim

siyasətimiz davam etdirilməlidir.

Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf

yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik,

Page 100: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

100

yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da

qorumalıyıq və qoruyacağıq. Sağ olun!

“Xalq qəzeti”.-2014.- 28 may.-№ 111.-S.1-3.

Page 101: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

101

Azərbaycan Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri:

Azərbaycan Prezidenti İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında

iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı

(28 may 2014-cü il)

Neftçala, 28 may (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də

Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

- İlk növbədə sizi Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün böyük

bayramdır, Respublika Günüdür, müstəqillik günüdür. Dünən Bakıda təntənəli tədbir keçirilmişdir və bu

gün bu bayramı qeyd etmək üçün mən Neftçalaya gəlmişəm. Bu gün - bu gözəl bayram günündə Heydər

Əliyev Mərkəzi açılır. Bu hadisə də rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz

Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini

möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir.

Bu gözəl Mərkəz göz oxşayır. Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir,

zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif

tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət

göstərəcəkdir. Bir sözlə, bu Mərkəz doğrudan da bir mərkəz olacaqdır. Əminəm ki, Neftçala rayon

sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.

Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır. İstərdim ki,

hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional

inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır. Hər bir

rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır.

Biz bu gün - müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında

da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik. Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında

fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq bu gün burada olarkən bir daha

regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu,

çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra

edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur

layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır.

Proqramların icrası üçün maddi təminat da vardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz

istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır,

regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki,

bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə

infrastruktur layihələri 2018-ci ildə başa çatacaqdır. O cümlədən Neftçala rayonunda da həllini gözləyən

layihələr icra edilir və ediləcəkdir.

İlk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır. Bu məqsədlə iki il bundan əvvəl burada

bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılmışdır və o layihə icra edilib. Salyan-Neftçala

avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılmışdır, ancaq bu yol əsaslı təmir

olunacaqdır və biz yaxın zamanlarda buna da başlayacağıq. Bakı-Salyan yolunun böyük hissəsi artıq

istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr

daha da möhkəm olacaqdır. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Biz bütün

rayonlardan, həm yerli icra orqanlarından, eyni zamanda, vətəndaşlardan təkliflər almışıq. Neftçalada

böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox

kəndi birləşdirən bir yol olacaqdır. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək

olar ki, kənd yolları problemini bütünlüklə həll edəcəkdir.

Digər məsələlər də, digər problemlər də vardır. Siz onları yaxşı bilirsiniz, mən də bilirəm. Biz

onları da tədricən həll edirik. Burada əsas problem içməli su məsələsidir. Biz çalışmışıq ki, son illər

ərzində bu məsələni tədricən həll edək. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu

qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam

şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına

Page 102: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

102

başlanacaqdır. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcəkdir. Ancaq şəhərin yeni şəbəkəsi

qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu,

gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır.

Qazlaşdırma ilə bağlı problemlər vardır. O mənada ki, Neftçala rayonu hələ 100 faiz

qazlaşdırılmayıbdır. Təxminən 50 faiz qazlaşdırılıbdır. Əhalinin 50 faizi qazla təmin edilir. Neftçala

rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, bu

məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdırlar.

Sosial infrastrukturun yaradılması əlbəttə, daim diqqət mərkəzindədir. Mərkəzi xəstəxanada təmir

işləri başlanır, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcəkdir. Məktəblər təmir edilir, tikilir.

Yəni, bax, bütün bu sosial və infrastruktur məsələlərinin həlli gündəlikdədir. Biz bu məsələləri bilirik,

onları icra edirik və edəcəyik.

Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə

müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə

alaq ki, bu il “Sənaye ili” elan edilmişdir. “Sənaye ili”nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha

da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki,

prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye

zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri

yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon

rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır.

Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye

müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın

inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və

bu, özəl sahibkarlığı stimullaşdırır.

Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu, bizə

bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük

nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük

uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları,

sahibkarlığa dəstək siyasəti. Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları,

rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye

inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün

proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional

inkişaf proqramları dediyim kimi, artıqlaması ilə icra edilibdir.

Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da

tərtib olunub, dərc edilib və yəqin ki, siz də tanışsınız. Çünki hər rayon üzrə görüləcək işlər orada

göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız.

Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz

möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki,

xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər.

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm

sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf

etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər

hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll

olunacaqdır.

Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, sizə yeni uğurlar arzulayıram.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Əlbəttə, rayonun inkişafı üçün bütün lazım olan tədbirlər

görüləcəkdir. Əlbəttə, uşaq incəsənət məktəbinin binası da təmir ediləcəkdir. Bütövlükdə, Neftçala

rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.

Siz də çox vacib məsələlərə toxundunuz - gənclərin tərbiyəsi. Gənclər indi azad ölkədə yaşayırlar.

Onların xoşbəxtliyi ondan ibarətdir ki, bugünkü gənclər gözlərini açan kimi müstəqillik görmüşlər və

müstəqillik, azadlıq şəraitində yaşayırlar. Biz keçmiş dövrü də görmüşük, xatırlayırıq. Müqayisə aparmaq

üçün əlbəttə ki, imkanlar kifayət qədər genişdir. Müqayisə apararkən hər dəfə, hər gün bir daha əmin

oluruq ki, xalqımız ancaq müstəqillik şəraitində yaxşı yaşaya bilər. Azərbaycan sovet məkanında iki

Page 103: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

103

respublikadan biri idi ki, donor kimi fəaliyyət göstərirdi, yəni, özünü təmin edirdi. Ancaq müstəqillik əldə

olunanda bizdə vəziyyət necə idi?! Dağılmış sənaye, iqtisadiyyatda durğunluq, maliyyə vəziyyətimiz çox

ağır idi, xəzinə boş idi, neft hasilatı aşağı düşmüşdü, kütləvi işsizlik, inflyasiya 1000, ya 2000 faizə

qalxmışdı və böhran hökm sürürdü. Baxmayaraq ki, Azərbaycan sovet dövründə ümumittifaq xəzinəsinə

böyük töhfələr vermişdi, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin

nəticələri başqa cür ola bilərdi. Ancaq buna baxmayaraq, biz müstəqilliyi bərpa edəndə çox ağır

vəziyyətdə idik. Ona görə, Ulu Öndərin səyləri, siyasəti nəticəsində biz 20 il ərzində ayağa qalxdıq,

ayaqda möhkəm durmuşuq, güclü ölkə yaratmışıq. Bu siyasət bu gün də davam edir və davam edəcəkdir.

Gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, almalıdırlar. Onlar fəxr edirlər ki, Azərbaycan

vətəndaşlarıdır. Onlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə, ilk növbədə, onlar öz Vətəninə bağlı

olmalıdırlar, Vətəni sevməlidirlər, bilikli, savadlı olmalıdırlar. Çünki əgər bilikli, savadlı olarlarsa, o

zaman heç bir kənar təsir onların hərəkətlərinə mənfi cəhətdən təsir edə bilməz.

Biz bilirik ki, bu gün Azərbaycan dünya miqyasında çox önəmli ölkəyə çevrilibdir. Bir çox

məsələlər bizim qərarlarımızdan asılıdır. Həm siyasi, həm iqtisadi, enerji və digər sahələrlə bağlı bizim

qərarımızdan çox şey asılıdır. Ona görə Azərbaycana, bizim siyasətimizə təzyiq və təsir etmək cəhdləri

vardır, gələcəkdə də olacaqdır. Biz, əlbəttə, heç vaxt imkan verə bilmərik ki, maraqlarımıza zidd olan bir

təşəbbüs burada reallaşsın. Ancaq bizdən sonra gələnlər də eyni fikirdə olmalıdırlar. Bizdən sonra

gələnlər də Vətəni bizim qədər sevməlidirlər və müstəqilliyi hər şeydən üstün tutmalıdırlar. Ona görə

müəllimlərin rolu həddindən artıq böyükdür. Həm gənc nəslə bilik verməlidirlər ki, onlar savadlı olsunlar,

eyni zamanda, öz Vətənini sevsinlər, müstəqilliyi hər şeydən üstün tutsunlar.

Bu gün Azərbaycan elə sürətlə inkişaf edir ki, hər bir vətəndaş haqlı olaraq Azərbaycan vətəndaşı

olmağı ilə fəxr edir. Biz ardıcıllığı təmin etməliyik. Artıq 20 ildir ki, Azərbaycanda ardıcıllıq təmin edilir

və bu, bizim uğurumuzun əsas səbəbidir. Düşünülmüş, uzunmüddətli siyasət. Biz öz siyasətimizi 20-30 il

bundan sonra da bu istiqamətdə aparmalıyıq ki, ölkəmiz daim inkişafda olsun, sabitlik, rifah, əmin-

amanlıq olsun. Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Ona görə mənim bölgələrə

səfərlərim də bax, bu məqsədi daşıyır – həm vəziyyətlə tanış olmaq, əlavə tapşırıq və tövsiyə vermək.

Sizi bir daha bayram münasibətilə təbrik edir, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 30 may.-№ 112.-S.1-2.

Page 104: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

104

İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri:

Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Prezident İlham Əliyevin bəyanatı

(2 iyun 2014-cü il)

Bakı, 2 iyun (AzərTAc). İyunun 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter

mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməkdən şadam. Əminəm ki,

Sizin səfəriniz ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcəkdir. Qeyd

etmək istəyirəm ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də

İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir.

Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan

əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası,

İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq

üçün marağı vardır.

Bizim iqtisadi münasibətlərimiz də uğurla inkişaf edir. Əminəm ki, yaxın illərdə biz daha güclü

tərəfdaşlıq quracağıq. Biz, həmçinin çox şadıq ki, İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə

yatırılan investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək qiymətləndirdiyimiz iqtisadiyyat

sahələrinə yatırılan sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə tikinti sektoruna

sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə,

ola bilsin regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların yatırılmasının əlavə formaları haqqında

düşünə bilərik.

Enerji təhlükəsizliyi bizim münasibətlərimizin bir hissədir. Deyə bilərəm ki, bu sahədə biz çox

yüksək səviyyədə əməkdaşlıq aparırıq. Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay

sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi

gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda “Şahdəniz-2”, o cümlədən Trans-Anadolu və Trans-

Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur

layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı

verəcəkdir.

Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı

bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın

hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik.

Eyni zamanda, biz bu gün regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Çünki İsveçrə

ATƏT-in sədridir. Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan

məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı

vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab Prezidentə məlumat verdim. Dağlıq Qarabağ

Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən

Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq

qalacaqdır. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-

nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal

olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən

artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz

Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal

edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən

çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı

da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir. Münaqişənin həll olunması ilə

bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və

qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib,

bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona

görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik

Page 105: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

105

üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının

qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki,

Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam

etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər.

ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz

olduğunu bəyan etməsinə baxmayaraq, onlar status-kvonun saxlanılmasını istəyirlər. Status-kvonu

dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır. Ümid edirəm, beynəlxalq

ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa

olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya

bilsin.

Cənab Prezident, bizə təşrif buyurduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Biz bu gün

regional, münaqişələrin həlli məsələləri, ikitərəfli münasibətlər üzrə geniş müzakirələr apardıq. Əminəm

ki, səfəriniz bizim gələcək münasibətlərə yaxşı töhfə verəcəkdir.

“Xalq qəzeti”.-2014.- 3 iyun.-№ 115.-S.2.

Page 106: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

106

Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və

konfransı işə başlamışdır:

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir:

Prezident İlham Əliyevin nitqi

(3 iyun 2014-cü il)

Bakı, 3 iyun (AzərTAc). İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz,

neftayırma və neft kimyası sərgi və konfransı işə başlamışdır.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

-Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin

açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu sərgi ölkəmizin müasir həyatında

çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci ən

önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir. Sərgiyə isə maraq azalmır, artır. Bu gün

sərgidə 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edir, bəziləri isə bizim

ənənəvi tərəfdaşlarımızdır.

Sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli

əlamətdir. Çünki Azərbaycanın neft-qaz sektoru imkanlarını və fəaliyyətini ildən-ilə genişləndirir. Çünki

bizim qarşımızda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır və biz çalışacağıq ki, bütün

vəzifələri eyni qətiyyətlə və səmərə ilə icra edək.

Əlbəttə, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş

Ştatlarının Prezidenti və Böyük Britaniyanın Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin

önəmini böyük dərəcədə artırır. Çünki dünyanın iki aparıcı ölkəsinin dövlət və hökumət başçıları sərgiyə

öz diqqətini əsirgəmirlər. Hesab edirəm ki, bizim sərgimiz dünya miqyasında öz nadir rolunu

saxlamaqdadır.

Onu da qeyd etməliyəm ki, biz son illər ərzində qazanılmış uğurları tərəfdaşlarımızla birgə əldə

etmişik. Çünki 1994-cü ildə dünyada Azərbaycan haqqında təsəvvür o qədər də geniş deyildi. Azərbaycan

gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir.

Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi

tənəzzül, bütün bunlar hamımızın yadındadır.

1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda

qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər

Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir. O cümlədən Azərbaycanın neft

strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir.

1994-cü ildə sərginin birinci tədbiri, əlbəttə, dünyanın neft-qaz şirkətlərinin Azərbaycan

iqtisadiyyatına diqqətini artırmışdır və şadam ki, bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində

Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə

əlbəttə ki, diqqət mərkəzindədir. 1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim

bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən “Əsrin Kontraktı” imzalanmışdır. Bu, tarixi

hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin Kontraktı” imzalanmasaydı, -

Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə

bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı

olaraq qalacaqdı. Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə,

investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu

gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər. Mən

bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim ən böyük investorumuzdur, ən böyük

tərəfdaşımızdır. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz

layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox bp-SOCAR əməkdaşlığı,

tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir.

Mən çox şadam ki, bizim bp kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə

iştirak edirik, bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük.

Page 107: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

107

1994-cü ildə biz yeni siyasətə qədəm qoyduq və o ildən başlayaraq bu günə qədər Azərbaycan

neft-qaz sektorunda böyük uğurlara imza atmışdır. Deyə bilərəm ki, kontrakt imzalanandan sonra dünya

tarixində bəlkə də ən qısa müddət ərzində ilk neftin çıxarılmasına qədər cəmi üç il vaxt keçmişdir. Bu da

dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Mən o

günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu

nəyə gətirib çıxaracaqdır. Ancaq bugünkü reallıq, Azərbaycanın bugünkü uğurlu inkişafı məhz o ildən, o

gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya

bazarına təqdim etməyə başlamışdır. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri

tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-

Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan

öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı.

Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi

ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir.

Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz

qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə

istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini

göstərir. Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır.

Azərbaycan etibarlı tranzit ölkəsidir. Hesab edirəm, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız

ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər

dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq.

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya

iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq

əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir. Bu gün bizim imkanlarımız nəinki ölkə daxilində

məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən

edilməsində də öz rolunu oynayır. Azərbaycan əlbəttə ki, getdikcə öz imkanlarını genişləndirəcəkdir.

Hesab edirəm, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq

istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir

ziddiyyət olmasın və tərəflər ancaq fayda götürsün. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Digər

əlamət ondan ibarətdir ki, biz heç vaxt öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün

istifadə etməmişik. Sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla

əməkdaşlığı dərinləşdirmişik. Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin

coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa

başlayacağıq.

Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bildiyiniz kimi, ilk neft dünyada Azərbaycanda

hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda, Neft daşlarında çıxarılmışdır. Bu

gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və bu, özünü əvvəlki illərdəkindən

daha da çox büruzə verir.

Ancaq bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz hasil edən ölkə kimi tanınır. Bu

gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi

bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki amili bir-birindən ayırmaq mümkün

deyildir. 1996-cı ildə - “Əsrin Kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz” qaz yatağının

işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün əlbəttə ki, xüsusi məna daşıyır. O illərdə də biz bilirik

ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz “Şahdəniz” qaz yatağının işlənilməsi bunu təsdiq

etdi.

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən

azı 50 faizini təşkil edir. Özlüyündə böyük yataqdır. Ancaq bizim digər böyük qaz yataqlarımız da vardır.

Son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” qaz yataqları aşkarlanıb. “Şahdəniz”,

“Ümid”, “Abşeron” və digər yataqlarda olan qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu

da həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz

rolunu oynayacaq və şadam ki, artıq bu istiqamətdə də çox vacib addımlar atılmışdır.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan

öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Bizim neft, qaz kəmərlərimizin

çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim

7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir. Əlbəttə ki, biz

yeni bazarlara çıxmalıyıq. Çünki bizdə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa

Page 108: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

108

bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat vardır. Biz son

illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Bu gün “Cənub” qaz dəhlizinin reallaşması böyük

dərəcədə “Şahdəniz” yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, “Şahdəniz” qaz

yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. “Şahdəniz-2” layihəsinə start verilib. O

vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur.

Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün

danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar

olsun ki, onların real nəticələri olmamışdır və sadəcə olaraq ildən-ilə müşahidə edilən müzakirələr,

bəyanatlar, amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim həyata

keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə, biz heç vaxt imkan verə

bilməzdik ki, “Cənub” qaz layihəsi gözəl bir layihə, ideya kimi qalsın.

Ona görə, həlledici anlarda biz bütün məsuliyyəti öz üzərimizə götürmüşdük və yeni layihənin

icrası ilə bağlı təkliflərimizi vermişdik. Bu layihənin adını da biz vermişik – TANAP, Trans- Anadolu qaz

kəməri. Bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik və nəticə etibarilə 2012-ci ildə

Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı. Bu gün TANAP layihəsi artıq reallıqdır. TANAP

layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlamışdır və bu layihəyə diqqət artmaqdadır.

Mən çox şadam ki, bizim tərəfdaşımız bp şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur və beləliklə, bu

böyük beynəlxalq layihə “Cənub” qaz dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir. Əlbəttə,

biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı bütün məsələləri həll etmişik. Neft hasilatı

sabitdir. İxrac imkanları genişdir. Biz qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, beynəlxalq

əməkdaşlığı maksimum dərəcədə genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün

öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün

məsələlər öz həllini tapdı və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri

tikiləcəkdir.

TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır. Burada əlbəttə ki, bütün ölkələr

arasında çox ciddi əlaqələndirmə işləri aparılmalıdır. Çünki bu günə qədər biz bütün layihələri əsasən üç

ölkə arasında həll etmişik - Azərbaycan, Gürcüstan, Türkiyə. Bu gün isə bir neçə Avropa ölkəsi bizim

layihələrimizə qoşulur. Əlbəttə ki, bu ölkələr arasındakı qarşılıqlı inam, əlaqələndirmə və birgə fəaliyyət

bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaqdır. Əminəm ki, belə də olacaqdır, çünki bizim böyük

təcrübəmiz vardır. Artıq bir neçə kəmər tikilibdir və ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində

bu layihə də vaxtında öz həllini tapacaq və beləliklə, Avropa üçün yeni qaz mənbəyi təmin ediləcəkdir.

Onu da qeyd etməliyəm ki, TANAP və TAP layihələri Avropaya qazı yeni mənbədən gətirəcəkdir. Bu,

sadəcə olaraq yeni marşrut deyildir. Bu, yeni marşrut, yeni mənbədir və bu layihənin xüsusiyyəti məhz

ondan ibarətdir. Əlbəttə ki, layihənin həcmi də çox böyükdür.

İlkin hesablamalara görə, 45 milyard dollar vəsait nəzərdə tutulubdur. Azərbaycan da öz maliyyə

imkanlarını ortaya qoyur. Hər halda TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbaycana

məxsusdur, yəni, biz ən böyük investoruq. TAP layihəsində, “Şahdəniz”də də biz iştirak edirik. Yəni ki,

Azərbaycan həm siyasi iradəni ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni

zamanda, maliyyə resurslarını da təmin edir.

Maliyyə resurslarının mənbəyi də neft sənayesi olmuşdur. Burada cənab Vudun qeyd etdiyi kimi,

bizim ən böyük uğurlarımızdan biri ondan ibarətdir ki, əldə edilmiş gəlirlər xalqın rifah halının

yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına və ölkəmizin inkişafına yönəldilmişdir.

Bizim vəsaitimiz ildən-ilə artır. Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin

edilməsə idi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu gün neft-qaz sektorunda və hasilat sənayesində

şəffaflıq layihələrində Azərbaycanın iştirakı imkan verib ki, biz böyük maliyyə resurslarına sahib

olmuşuq və onlardan səmərəli şəkildə istifadə edirik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə,

insanların sosial rifahının yaxşılaşmasına və qlobal layihələrə - “Şahdəniz-2”, TANAP, TAP kimi

layihələrə öz vəsaitimizi sərf edirik.

Bu layihələr Azərbaycanın gücünü daha da artıracaqdır. Çünki bu gün Azərbaycan əlbəttə ki,

sürətlə inkişaf edən ölkədir. Ancaq “Şahdəniz-2” layihəsi bundan sonra uzunmüddətli dayanıqlı

inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə

yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin

açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir. Çünki tikinti-quraşdırma,

infrastruktur layihələrində qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir. Bizim də əsas məqsədimiz

bundan ibarətdir ki, biz qeyri-neft sektorumuzu inkişaf etdirək. Son illərin nəticələri bunu göstərir.

Page 109: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

109

Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır və beləliklə ölkə iqtisadiyyatının

şaxələndirilməsi təmin edilir.

Əlbəttə ki, bizim bu gün iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulmuşdur. Biz bunu

unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə “Əsrin

Kontraktı”nın imzalanmasından və bu sərginin təşkil edilməsindən sonra başlamışdır. Biz isə bu

vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün

Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə, müasir

texnologiyalara, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayələr ölkəmizi gələcəyə aparır.

Bizim maliyyə vəziyyətimiz çox sabitdir. İqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində

uğurlu yol keçmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. İşsizlik 5 faiz

səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ölkəmizin rəqabət

qabiliyyətliliyi artır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı

rəqabət qabiliyyətliliyi üzrə dünyada 39-cu yerdədir. Biz bütün bunlara islahatların aparılması ilə nail ola

bilmişik. Ancaq əgər neft amili, bizim zəngin yataqlarımız, resurslarımız olmasa idi və onlardan səmərəli

şəkildə istifadə etməsə idik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı.

Ona görə biz keçmişə böyük hörmətlə yanaşırıq. Biz dostlarımızın, tərəfdaşlarımızın - həm xarici

neft şirkətlərinin, həm bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk. Bu, bizim ümumi

uğurumuza gətirib çıxardı və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir.

Mən əminəm ki, növbəti sərgidə biz yeni uğurlardan danışacağıq. Çünki biz keçən il sərgidə görüşəndə

hələ “Şahdəniz-2” son investisiya qərarı qəbul edilməmişdi. Yəni, bu, son 7-8 ay ərzində baş vermişdi.

Əminəm ki, gələn ilin iyun ayında biz yeni uğurlar haqqında danışacağıq.

Sərgiyə böyük uğurlar arzulayıram. Bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sağ

olun.

“Xalq qəzeti”.-2014.- 4 iyun.-№ 116.-S.1-2.

Page 110: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

110

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı

(5 iyun 2014-cü il)

Bodrum, 5 iyun (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 5-də Türkiyənin Bodrum

şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi və

digər dövlət başçılarını qarşıladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

- Əziz qardaşım, hörmətli Prezident Abdullah Gül.

Hörmətli dövlət başçıları.

Əziz dostlar.

Cənab Prezident, ilk növbədə bizə göstərdiyiniz qonaqpərvərliyə və bu Zirvə toplantısını yüksək

səviyyədə təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Deyə bilərəm ki, bu gün biz sədrliyi Türkiyəyə təhvil veririk. Bir il bundan əvvəl Qəbələ

şəhərində Qırğızıstandan Şuraya sədrliyi təhvil almışıq və il ərzində çalışmışıq ki, Şuranın işi uğurlu

olsun. Hesab edirəm ki, il ərzində görülən işlər bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə

ki, növbəti dövr üçün Türkiyəyə sədrlik işində uğurlar arzulayıram.

Keçən il ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün sadəcə olaraq

bir neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin

görüşü keçirilmişdir. Bu, Şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda,

iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının

fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri

keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması

da artıq reallaşır. Əminəm ki, bu Fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə,

ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır.

Eyni zamanda, qeyd etməliyəm ki, keçən il Qəbələdə Azərbaycan tərəfi bir təşəbbüslə çıxış

etmişdir ki, biz beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış edək. Şadam ki, artıq birinci addım

atılmışdır. Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə

fotostendi də nümayiş etdirilmişdir. Yəni, bu, birinci addımdır. Hesab edirəm ki, növbəti illərdə biz başqa

ölkələrdə birgə turizm potensialımızı təqdim etməliyik. Bunun həm də birliyimiz üçün önəmi vardır.

Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır. Biz dünən

söhbət əsnasında bu barədə fikir mübadiləsi aparmışıq.

Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki

TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin

təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl

üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək

üçün əlimizdən gələni edəcəyik.

Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük

ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə

BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik,

görürük.

Eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin

fəaliyyəti də böyük önəm daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd

etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın

bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli

Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir.

Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi

bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir.

Page 111: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

111

Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana

qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan

artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı

törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır.

Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan

işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul

etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa

Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı – bütün bu mötəbər təşkilatlar öz qərar və

qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq

əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız

beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd

qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz

dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in

faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmişlər və onların məruzələrində orada

bütün dağıntılar öz əksini tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən

vəhşicəsinə dağıdılıbdır.

Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük

problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü

yaşayır. Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu

sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda

Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların

həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim

maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir.

Biznes forumların keçirilməsi, investisiya imkanlarının araşdırılması, üçüncü ölkələrə birgə

investisiya layihələri ilə çıxmağımız hesab edirəm ki, növbəti dövr üçün diqqətəlayiq məsələlərdən

biridir.

Eyni zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün Azərbaycan

öz səylərini qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Əminəm ki, gələn ildən

başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata

keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm

Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni

ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq.

Limanların, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və

mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret

tədbirlərlə zənginləşdirəcəkdir.

Enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb

istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars

dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır. Biz enerji sahəsində əməkdaşlığı daha da

dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş

coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla

dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və

çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq

maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə

birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik.

Beləliklə, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər irəli

sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında

da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem

yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq.

Bir daha qeyd etməliyəm ki, Azərbaycan Şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verir. Biz

çox şadıq ki, Şura artıq güclü bir beynəlxalq təşkilata çevrilib. Əminəm ki, qardaş Türkiyənin sədrliyi ilə

biz yeni uğurlara imza atacağıq. Təşəkkür edirəm.

“Xalq qəzeti”.-2014.- 6 iyun.-№ 118.-S.1.

Page 112: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

112

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze

Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(14 iyun 2014-cü il)

Bakı, 14 iyun (AzərTAc). İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab sədr.

Hörmətli dostlar.

Azərbaycana xoş gəlmisiniz. Bu gün biz Azərbaycan və Avropa Komissiyası arasında inkişaf

etməkdə olan münasibətləri müzakirə etdik. Yadımdadır, uç il bundan əvvəl elə bu salonda biz sənədlərin

imzalanması mərasimi və mətbuat konfransı keçirdik və bununla da Azərbaycan ilə Avropa İttifaqı

arasında enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlığa başladığımız tarixi qeyd etdik.

Bu gün də əməkdaşlığımızın gələcək inkişafını təmin edən növbəti sənəd imzalandı. Əminəm ki,

növbəti illərdə fəal əməkdaşlığımız davam edəcəkdir.

Əməkdaşlığımız çox müsbətdir və müxtəlif sahələri əhatə edir. Bu, Avropa Komissiyası sədrinin

Azərbaycana ikinci səfəridir. Mən Avropa Komissiyasında beş dəfə səfərdə olmuşam. Bizim fəal

dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik.

Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. “Şərq tərəfdaşlığı” Sazişi isə

onları daha da yüksək səviyyəyə qaldırmışdır.

Ümid edirəm ki, növbəti aylarda biz əməkdaşlığımızın yeni formatı üzərində fəal çalışacağıq. Bu

gün biz bu potensial əməkdaşlıq formatını ətraflı müzakirə etdik. Ötən il Brüsseldə mətbuat konfransında

qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün

bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu

əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir. Çünki bizim əlaqələr müxtəlif

sahələri əhatə edir. Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı

vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca

prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə

bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet

mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir.

Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da

ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir. Bizim ən böyük

sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik

şəraitində yaşamasıdır.

Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi

Avropa İttifaqının payına düşür. İqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu

yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar

həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat

sahəsində daha böyük fəallıq olacağını düşünürəm.

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki,

danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi

Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini

istəmirlər.

Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun

qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ də buna məhəl qoymur,

vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır.

Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik

Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4

qətnaməsi hələ də icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq

təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır.

Beləliklə, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü

Page 113: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

113

çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin

nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaqdır.

Təbii ki, bu gün biz Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik. Üç il

bundan öncə Sədr Barrozu ilə biz burada enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzaladıq. Bunu

artıq tarixi sənəd adlandırmaq olar, çünki həmin sənədin uğurlu icrasına başlanmışdır.

2012-ci ildə biz Türkiyə ilə Trans-Anadolu kəməri üzrə Saziş imzaladıq. 2013-cü ildə Trans-Adriatik

kəməri ilə bağlı Saziş imzalandı və nəhayət, həmin ilin sonunda “Sahdəniz-2” ilə bağlı Yekun İnvestisiya

Qərarı imzalandı. Bunlar Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir.

Proses artıq başlanmışdır və biz bu nəhəng layihələri vaxtında icra etmək əzmindəyik. “Şahdəniz-2”,

TANAP və TAP bu gün Avropanın ən iri infrastruktur layihələridir və dəyəri ən azı 45 milyard dollardır.

Onların həyata keçirilməsi üçün bütün maliyyə və texniki imkanlarımız vardır. Biz bütün

tərəfdaşlarımızla əməkdaşlıq edirik, eyni zamanda, tranzit və istehlakçı ölkələrlə çalışırıq. Əlbəttə ki,

gələcəkdə bütün tərəflər və iştirakçılar arasında fəaliyyətin əlaqələndirilməsi istiqamətində Avropa

Komissiyasının iştirakı bizim üçün çox vacib məsələdir və biz bunu yüksək qiymətləndiririk.

Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji

təhlükəsizliyi mənbələrin saxələndirilməsi deməkdir. Azərbaycan Avropa üçün təkcə yeni marşrut deyil,

eyni zamanda, təbii qazın yeni mənbəyidir. Bizim nəhəng ehtiyatlarımız var və mövcud infrastruktura

yeni infrastruktur əlavə ediləcəkdir. Biz bu tarixi layihəni vaxtında həyata keçirmək əzmindəyik.

Əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Cənab sədrlə biz bu gün çox səmimi və acıq müzakirələr

apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə də olmalıdır. Çünki biz gələcək

fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu

da əlavə etmək istərdim ki, bizim Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz

vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir.

Cənab sədr, bir daha Sizi Azərbaycanda salamlayıram.

“Xalq qəzeti”.-2014.- 15 iyun.-№ 126.-S.2.

Page 114: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

114

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri:

Azərbaycan və Yunanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(16 iyun 2014- cü il)

Afina, 16 iyun (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 16-da sənədlərin imzalanması

mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının

Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış etmişlər.

- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz

minnətdarlığımı bildirirəm.

Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl

Azərbaycana rəsmi səfər etmişdir. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək

səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcəkdir.

Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki,

gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.

Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar.

Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi

davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı

münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək

səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab

Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir.

Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional

təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll

olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış

ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq

gətirəcəkdir. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada

erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid

edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə

əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan

əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki

ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra

edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu

layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını

ixrac edəcəkdir.

Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət

sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter

daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm

ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 17 iyun.-№ 127.-S.3.

Page 115: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

115

Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın

yüksək səviyyəli iş adamları ilə görüşü:

Prezident İlham Əliyevin çıxışı

(16 iyun 2014-cü il)

Afina, 16 iyun (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 16-da Afinada Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın

yüksək səviyyəli iş adamları ilə görüşü olmuşdur.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

- Hörmətli cənab Baş nazir.

Hörmətli dostlar.

Əvvəlcə, cənab Baş nazirə mənə və nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə görə

təşəkkür edirəm. Bu gözəl ölkəyə yenidən gəlməkdən çox məmnunam. Bu, Yunanıstana ikinci rəsmi

səfərimdir. Bu da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini göstərir. Bu əməkdaşlıq da çox yüksək

səviyyədədir. Biz qısa müddət ərzində dostluq, qarşılıqlı etibar, dəstək, anlaşma və qarşılıqlı fayda

əsasında həqiqi tərəfdaşlıq münasibətlərini qura bilmişik. Ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini

yüksək qiymətləndiririk və biz bu münasibətləri genişləndirmək və dərinləşdirmək istəyirik.

Bu gün Baş nazirlə görüşdə geniş iqtisadi əməkdaşlıq, enerji və qeyri-enerji məsələləri üzrə perspektivləri

ətraflı müzakirə etdik. Çünki düşünürəm ki, əməkdaşlıq potensialı böyükdür. Nümayəndə heyətimizə

iqtisadiyyatımızın enerji və qeyri-enerji sektorlarını təmsil edən şəxslər daxildir.

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən 10 ildə 3 dəfədən çox iqtisadi artım müşahidə

olunub. Bu da bizə ölkəmizi müasirləşdirmək üçün bir sıra infrastruktur layihələrini icra etmək imkanı

verib. Əlbəttə ki, biz növbəti illərdə şaxələndirmə, infrastruktur və iqtisadiyyatımızın qeyri-enerji

sektoruna yatırılan sərmayələr siyasətini davam etdirəcəyik. Çünki bu, dayanıqlı inkişafın təmin olunması

üçün yeganə yoldur.

Azərbaycanda böyük enerji ehtiyatları vardır. Bunlar bizə 100 ildən çox kifayət edər. Lakin biz

sonrakı müddəti düşünməliyik. Biz gələcək illər üçün dayanıqlı iqtisadi inkişafı yaratmalıyıq və

iqtisadiyyatımızın enerji sektorundan asılılığını azaltmalıyıq. Qeyri-enerji sektorunun ümumi daxili

məhsulun əsas hissəsini təşkil etməsi bizdə qürur hissi oyadır və vaxt keçdikcə qeyri-neft sektoru

Azərbaycanın iqtisadi fəaliyyətində daha da dominant rol oynayacaqdır.

Ölkələrimiz arasında ticarətin həcmini və qarşılıqlı investisiyaları artırmaq üçün yaxşı imkanlar

vardır. Azərbaycan xaricə sərmayə yatırmağa başlayıb və cənab Baş nazir də qeyd etdiyi kimi, bizim

Avropada əsas sərmayələrimizdən biri DESFA-da pay sahibi olmaqdır. Biz, həmçinin digər region

ölkələrinə də sərmayə yatırırıq. Eləcə də qarşılıqlı investisiyalar sahəsində Yunanıstan ilə daha çox

əməkdaşlıq etməyi planlaşdırırıq. Mənə məlumat verildi ki, tezliklə Yunanıstan-Azərbaycan birgə iqtisadi

komissiyasının iclası keçiriləcəkdir. Çox güman ki, investisiya imkanları burada daha çox

qiymətləndiriləcək və biz də yeni əməkdaşlıq sahələri müəyyən edəcəyik. Əlbəttə ki, bu işlər hökumət və

biznes dairələri ilə sıx əməkdaşlıq şəraitində aparılacaqdır.

Düşünürəm ki, Azərbaycan xarici sərmayələr üçün cəlbedici ölkədir. Son ildə ölkəmizə 28

milyard dollar investisiya yatırılıb ki, bunun da 30 faizi xarici sərmayələrin payına düşür. Xarici

sərmayələr lazımi şəkildə müdafiə olunur. Bizdə çox yaxşı investisiya mühiti vardır. Ona görə də biz

yunan şirkətlərini investor və podratçı qismində görmək istərdik. Bu gün biz bu məsələni, yəni yunan

şirkətlərinin Azərbaycanda həyata keçiriləcək tikinti, müasir infrastrukturun yaradılması, kənd təsərrüfatı,

informasiya-kommunikasiya texnologiyaları və digər sahələr üzrə infrastruktur layihələrində iştirak etmək

üçün dəvət olunması məsələsini müzakirə etdik.

Əlbəttə ki, turizm, əczaçılıq, bankçılıq, bütün bu sektorlar gələcək illərdə ölkəmizdə inkişaf

etdirilməlidir. Müasirləşdirmə ilə bağlı böyük planlarımız var və biz “Azərbaycan 2020” proqramını

qəbul etmişik. Bu proqram da bizə 2020-ci ilə qədər ölkəmizdə bütün əsas infrastruktur layihələrini həll

etmək imkanını verəcəkdir. Ona görə də bu fürsətdən istifadə edərək mən şəxsən yunan şirkətlərini

Azərbaycanda fəal olmağa, işləməyə və birgə biznes həyata keçirməyə dəvət edirəm.

Page 116: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

116

Əlbəttə ki, iqtisadi əlaqələrimizdə enerji sektoru üstünlük təşkil edəcəkdir. Bu da təbii haldır,

çünki bu sektor həm Azərbaycan, həm Yunanıstan, həm də Avropa üçün qarşılıqlı önəm təşkil edən

sahədir. Bu, bütün tərəflərin fayda götürəcəyi bir layihədir. Azərbaycanın öz böyük qaz ehtiyatları üçün

iri bazarlara ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə və marşrutlarına ehtiyacı vardır. Bizim

icra etməyə başladığımız “Şahdəniz”, TANAP və TAP layihələri həqiqətən də şaxələndirmə layihələridir.

Çünki bu, sadəcə Avropaya qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi bu, yeni qaz mənbəyidir.

Bu, çoxhəcmli mənbədir.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Bu da ən azından 100 il

ərzində qazı müxtəlif bazarlara ixrac etməyə imkan verir və əlbəttə ki, enerji strategiyamızın icrasında

Trans-Adriatik boru kəmərinin seçilməsi vacib bir mərhələ idi. Mən çox şadam ki, TAP layihəsi seçildi.

Bu layihə Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir.

Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim

hamımıza fayda verəcəkdir.

TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır.

Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət

strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir. Bu gün qaz yatağı olan və ikinci mərhələdə

istismar edilən “Şahdəniz”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Əlbəttə ki,

bu layihələri vaxtında icra etmək üçün yunan tərəfdaşlarımızla əlaqəli şəkildə əlimizdən gələni edəcəyik.

Layihələri vaxtında və yüksək səmərə ilə icra etmək üçün bizdən müntəzəm, ola bilsin ki, gündəlik və

həftəlik əlaqələndirmə işləri aparmaq tələb olunacaqdır. Mən əminəm ki, biz bu məqsədə nail olacağıq,

çünki bu günədək işlər qrafik üzrə gedir.

Həmçinin Azərbaycanda nəqliyyat sahəsində olan imkanları da diqqətinizə çatdırmaq istəyirəm.

Biz hazırda Azərbaycanı Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa ilə birləşdirəcək çox

önəmli dəmir yolu layihəsini həyata keçiririk. Bu, yeni İpək Yolu olacaqdır. Bu marşrut mövcud

nəqliyyat marşrutlarından çox qısa olacaqdır.

Biz Bakıda yeni dəniz limanı, dəmir yol xətti və nəqliyyatla bağlı digər infrastruktur layihələri

inşa edirik. Bu da Azərbaycan və Avropa arasında ticarət əlaqələrinin artmasında önəmli rol

oynayacaqdır.

Fürsətdən istifadə edərək cənab Baş nazirə və Yunanıstan hökumətinə Azərbaycan-Avropa

İttifaqı münasibətlərinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu əlaqələr çox

uğurla inkişaf edir. Biz Yunanıstanı Avropa İttifaqında əsas tərəfdaşımız və dostumuz kimi görürük.

Başqa sözlə, bir çox sahələrdə iqtisadi əməkdaşlığı artırmaq üçün böyük imkanlar vardır. Bunun əsasını

ölkələrimiz arasında güclü siyasi əlaqələr təşkil edir. Bu da təməldir. Bu münasibətlər səmimidir,

qarşılıqlı hörmət və qarşılıqlı marağa əsaslanır. Bu möhkəm təməl üzərində biznes üçün yeni imkanların

yaradılması vəzifəsi Yunanıstan hökumətinin dəstəyi ilə biznes icmasının öhdəsinə buraxılır.

Dediyim kimi, bizim nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini təmsil edir. Eyni fikri yunan

nümayəndə heyəti barədə də demək olar. Əminəm ki, bu görüşdən sonra nümayəndə heyətləri bir-biri ilə

daha sıx şəkildə işləyəcək və ola bilsin ki, bu görüşdən dərhal nəticələr əldə olunsun. Bir daha bu fürsətə

görə sizə təşəkkürümü bildirirəm. Sağ olun.

X X X

Sonra mövzu ətrafında müzakirələr oldu. Yunanıstanın tanınmış şirkətlərinin rəhbərləri və

nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verdilər. Bildirildi ki, bu şirkətlər əsasən

energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya texnologiyaları və digər sahələrdə

ixtisaslaşıblar. İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı

fəaliyyətin genişlənməsində maraqlı olduqlarını deyərək Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə

hazır olduqlarını bildirdilər.

İştirakçılar Azərbaycanın sürətli inkişafı ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdılar

və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğuladılar.

Alternativ enerji mənbələri sahəsində ölkəmizdə həyata keçirilən işlərlə və bu sahədə əməkdaşlıqla bağlı

suala cavabında Prezident İlham ƏLİYEV dedi:

- Günəş enerji batareyaları üzrə artıq bizdə pilot layihə vardır. Bu batareyaları istehsal edən

zavodumuz da vardır. Azərbaycan günəşli və küləkli ölkədir. Düşünürəm ki, biz bu təbii iqlim

imkanlarından maksimum şəkildə istifadə etməliyik. Həmçinin biz bu gün müxtəlif gücdə - 20-25

Page 117: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

117

meqavatdan 1-5 meqavatadək su elektrik stansiyalarına böyük sərmayə yatırırıq. Bu sahədə də iş aparmaq

üçün geniş imkanlar vardır. Siz tamamilə duz buyurursunuz. Bərpa olunan enerjini biz nə qədər çox

istehsal etsək, ixrac üçün bizim daha çox qazımız olar və atmosfer də daha təmiz olar.

Bizim Naxçıvan Muxtar Respublikasında böyük bir layihəmiz vardır. Bu gün orada 100 faiz yerli

enerji istehlakı su enerjisi hesabına təmin edilir. Bu plan yerinə yetiriləcəkdir və Energetika Nazirliyi bu

məsələni öz nəzarətinə götürür. Ümid edirəm ki, sizin üzərində işlədiyiniz layihənin yaxşı gələcəyi

olacaqdır. Onu da deyim ki, bizim bərpa olunan enerji mənbələri üzrə Dövlət Proqramımız vardır. Bu

məsələ ilə əlaqədar biz sizinlə böyük məmnuniyyətlə işləməyə hazırıq.

X X X

Növbəti sual son illərdə iqtisadi böhranla üzləşən və hazırda tədricən bu vəziyyətdən çıxan

Yunanıstanda biznes mühitinin səviyyəsi və bunun Azərbaycan iş adamları ilə əlaqələrə təsiri ilə bağlı

oldu.

Prezident İlham Əliyev bu suala cavabında dedi:

- Biz indi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Planlaşdırılmış birgə fəaliyyətin

həcmini nəzərə alaraq ümidvaram ki, Yunanıstandan Azərbaycanda yaşayan və işləyən insanların sayı

daha da çoxalacaqdır. Həmçinin ölkənizdə yeni vəziyyətlə bağlı şərhinizə istinad etmək, ölkəni inkişaf

etdirmək üçün mükəmməl işlər görən mənim dostum Baş naziri təbrik etmək istəyirəm. Xoşbəxtlikdən ən

çətin anlar artıq keçmişdə qalmışdır. Ölkə düzgün yolla irəliləyir, sürətlə inkişaf edir, çoxlu təşəbbüslər

görürəm. Bu da biznes icması üçün yaxşı işarədir. Əminəm ki, Baş nazirin planlaşdırdığı bütün məsələlər

yaxın gələcəkdə reallaşacaqdır.

X X X

Prezident İlham Əliyev TAP layihəsinin icrası zamanı görüləcək işlər və bu çərçivədə

həyata keçiriləcək sosial layihələrə dair səslənən fikirlərə də münasibət bildirərək dedi:

- Mən münasibətlərimizdə yeni inkişaf mərhələsinin olması ilə bağlı fikrinizlə tam razıyam.

Çünki TAP miqyasında olan layihə qlobal bir layihədir və DESFA bu layihəyə qarşılıqlı fəaliyyət əlavə

edir. SOCAR artıq dünyada çox etibarlı və yaxşı sərmayədar tərəfdaş kimi tanınır. İnvestisiya maraqları

çox genişdir. Mən çox şadam ki, SOCAR Yunanıstanda fəaliyyətə başlayıb. TAP icra olunmağa

başlayanda Avropanın enerji xəritəsini tamamilə dəyişəcək, Avropa enerji bazarında ədalətli rəqabət üçün

yeni imkanlar yaranacaqdır. Bu rəqabət yeni təchizatçıların və istehlakçıların xeyrinə olacaqdır.

Düşünürəm ki, gələcək illərdə əlbəttə, həll edəcəyimiz və onun faydasını görəcəyimiz ən vacib

məsələlərdən biri enerji istehsalçısı, tranzit ölkələr və istehlakçıların maraqlarının maksimum dərəcədə

necə uzlaşdırılması ilə bağlıdır. TAP-ın timsalında bizim bir istehsalçımız, çoxlu istehlakçılarımız və

tranzit tərəflər vardır. Buna görə də maraq balansı elə olmalıdır ki, hər bir tərəf xeyir götürsün.

Bizim TAP kimi layihələrin icrasında təcrübəmiz yox idi. Lakin bizim üçtərəfli formatda istehsalçı,

tranzit tərəfi və istehlakçı qismində işləmək təcrübəmiz var idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-

Ərzurum uğurlu layihələrdir. Onlar TAP-ın bu xəttinin uzadılması üçün istifadə edilən dəhlizi yaradıb.

Buna görə də TAP üzrə işçi münasibətlərimizi ətraflı şəkildə quracağımız növbəti ayda bu maraqlar

balansı böyük əhəmiyyət kəsb edəcəkdir. Bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı

qismində digər tərəflərə, bir sözlə, hamımıza fayda verəcəkdir. Bu, həqiqətən şaxələndirmə layihəsidir.

DESFA-nın səhmlərinin uğurla alınmasından sonra mən əminəm ki, SOCAR enerjinin paylanması

şəbəkəsində özünü etibarlı tərəfdaş kini göstərəcəkdir. Çünki paylama xüsusi terminal vasitəsilə

aparılacaq və buraya əlavə investisiya tələb olunacaqdır. Biz investisiya yatırdığımız istənilən yerdə

həmişə hökumətlə məsləhətləşmələr aparırıq, çoxsaylı sosialyönümlü layihələr icra edirik ki, yerli icmalar

da onların faydalarını dərhal görə bilsinlər. Əlbəttə bu, strateji layihədir. Bu layihə çoxumuza fayda

verəcəkdir. Lakin həmin ərazidə yaşayan insanlar layihənin faydasını indi görmək istəyirlər. Ona görə

düşünürəm ki, biz sosialyönümlü, strateji, qlobal biznes layihəsini bir meqalayihə çərçivəsində

yaradacağıq və bunun yaxşı nəticələrini görəcəyik.

X X X

Page 118: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

118

Yunanıstanın baş naziri Antonis Samaras bildirdi ki, əvvəllər Avropa məkanında enerji

təhlükəsizliyinə o qədər də ciddi yanaşılmırdı. Bu gün isə artıq vəziyyət dəyişib və bu məsələ böyük

aktuallıq kəsb edir. İndi yeni layihələr enerji təhlükəsizliyində ciddi rol oynayır və bu məsələdə TAP

xüsusi əhəmiyyətə malikdir.

Görüşdə iştirak edən iş adamları Azərbaycan qazının nəqli ilə bağlı məsələlərlə də maraqlandılar.

Prezident İlham Əliyev bununla bağlı səslənən suala cavabında ölkəmizin malik olduğu

nəql marşrutlarından danışaraq dedi:

- Çox sağ olun. Əminəm ki, TAP kimi böyükmiqyaslı layihənin icrası zamanı və ondan sonra

çoxlu ideyalar və imkanlar yaranacaqdır. Çünki bu, həqiqətən də qlobal bir layihədir. Layihə nəticəsində

minlərlə yeni iş yeri açılacaq, imkanlar yaranacaqdır. Bütün marşrut boyunca - Azərbaycan, Gürcüstan,

Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Balkan ölkələrində biznes fəaliyyətinə stimul yaranacaqdır. Çünki

biz Balkan ölkələrinə də qaz ixrac etməyi planlaşdırırıq. Məsələn, Bolqarıstan bizim tərəfdaşlarımızdan

biridir. Baxmayaraq ki, o, TAP layihəsinin üzvü deyildir. Bu məsələdə Bolqarıstan bağlayıcısı öz

əhəmiyyətli rolunu oynayacaqdır. Ona görə, biz bu layihəni strateji əhəmiyyət daşıyan, enerji

təhlükəsizliyi, şaxələndirmə və böyük imkanlar layihəsi kimi dəyərləndiririk. Çünki qeyd etdiyim kimi,

bu layihə Azərbaycanda və layihəyə cəlb olunmuş ölkələrdə minlərlə yeni iş yeri yaradacaqdır. Buna görə

də düşünürəm ki, bu layihənin reallaşması nəticəsində meydana çıxan imkanları dəyərləndirməliyik.

Sizin qeyd etdiyiniz təklifləri də qiymətləndirmək olar. TAP ən yaxşı kommersiya layihəsi kimi

seçildiyinə görə bu layihənin istənilən modifikasiyası lazımi şəkildə dəyərləndirilməlidir. Baş nazirin

qeydlərinə qayıtmaq istəyirəm. O dedi ki, ilkin mərhələdə TAP layihəsi geridə qalırdı. Mən bunu çox

yaxşı xatırlayıram. Çünki mən lap əvvəldən – 1994-cü ildən bəri Azərbaycanın enerji siyasətinin

formalaşmasında iştirak etmişəm. Son 10 il ərzində mən Prezident kimi “Cənub” qaz dəhlizi, xüsusilə

Nabukko layihəsi ilə bağlı bir neçə beynəlxalq konfrans və iclaslarda iştirak etmişəm. Bizim çox

təşəbbüskar yanaşmamız var idi. Bu, Azərbaycanın ciddi dəstəklədiyi bir layihə idi. Çünki bu layihə

bizim ehtiyatların bazara çıxarılması layihəsi idi. Həmin bazar olmasa idi, bu ehtiyatların dəyəri də

olmazdı. Lakin əfsuslar olsun, bir neçə konfransda iştirak etdikdən sonra biz gördük ki, bu layihə

haqqında sadəcə söhbətlər aparılır, yalnız xoş niyyətlər və məsləhətlər bildirilir. Kimin tərəfindən

maliyyələşmənin, əlaqələndirmə işinin aparılacağına, layihəyə kimin rəhbərlik edəcəyi məsələsinə

gəldikdə hər kəs boyun qaçırırdı. Sonra biz başa düşdük ki, güclü öhdəlik və rəhbərlik olmadan biz bu

layihəni inkişaf etdirə bilmərik. Beləcə, yeni variant olan TANAP-ı təqdim etdik. TANAP layihəsinin

təşəbbüskarı Azərbaycan olub və bu layihənin təşəbbüs kimi irəli sürülməsindən imzalanmasına qədər

çox qısa müddət keçib. Sonra yaxşı kommersiya təklifinə, o cümlədən Yunanıstan, Albaniya və İtaliya

hökumətlərinin layihə ilə bağlı üzərlərinə öhdəlik götürmələrinə görə TAP layihəsi arzuolunan layihəyə

çevrildi. Biz bu layihəni ciddi dəstəkləyirdik, lakin bu, bizi təəccübləndirdi. Çünki geridə olan bir layihə

birdən-birə lider və uğura layiq layihəyə çevrildi. Mən TAP-ın seçilməsinə şəxsən çox şadam.

Hazırda layihə işlənilmə prosesindədir. Çünki bu layihə hələ çox şeyləri dəyişəcəkdir. Məsələn, bizim

birinci layihə - Bakı-Tbilisi-Ceyhan layihəsi regionda neftpaylama şəbəkəsini tamamilə dəyişdi. İlk dəfə

Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. İndi isə Xəzər dənizini Avropa, İtaliya, Balkan ölkələri ilə

birləşdiririk və biz bu prosesdə iştirak etdiyimizə görə qürur hissi keçiririk.

Baş nazirin qeyd etdiyi kimi, güclü tərəfdaşlıq münasibətləri Yunanıstan və Azərbaycan arasında

güclü siyasi əlaqələr, Avropa və Azərbaycan arasında əlaqələr bu uğurun qazanılması üçün ilkin şərtdir.

Əminəm ki, biz uğur qazanacağıq və gələcəkdə bu hadisələri qeyd edəcəyik. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 17 iyun.-№ 127.-S.4.

Page 119: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

119

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının

sessiyasında nitq söyləmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(24 iyun 2014-cü il)

Bakı, 25 iyun (AzərTAc). Xəbər verdiyimiz kimi, iyunun 24-də Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında nitq

söyləmişdir.

- Hörmətli xanım sədr.

Xanımlar və cənablar.

Əvvəlcə, xanım sədr, dəvətinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Strasburqda yenidən

olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Həmçinin burada on il öncə söylədiyim nitqimə istinad

etdiyinizə görə minnətdaram. Mən sadəcə on il öncə söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm ki, bu,

islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və

siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir.

Əlbəttə ki, biz islahatlarımızı davam etdirəcəyik.

AŞPA-nın sədri Ann Brasör: - İcazə verin, cənab Prezident. Əvvəlcə, mən mətbuatdan xahiş edirəm ki, onlar zalı tərk etsinlər,

çünki üzvlərimiz Prezidenti görə bilmirlər. Həmçinin Sizi dinləməyə gələn insanlara xatırlatmaq istərdim

ki, onlara hər hansı razılıq və ya narazılıq aktını burada nümayiş etdirmək icazəsi verilmir. Mətbuatdan

xahiş edirəm ki, mətbuat parlamentarilərimiz üçün görünüşü kəsməsin. Burada, fikrimcə, bir kamera ilə

yenə də problem qalır ki, biz bu məsələni həll etməliyik. Sağ olun.

Cənab Prezident, sözünüzü kəsdiyimə görə üzr istəyirəm, çünki mən hər şeyin qaydasında

olmasına nəzarət etməliyəm. Söz yenidən Sizə verilir.

Prezident İlham Əliyev: - Siz mənə iki dəfə istinad etdiniz və beləliklə, məni, həmçinin ən azı iki dəfə dayandıra

bilərsiniz. Bir sözlə, buna hazıram.

Beləliklə, Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda

gözəçarpan tərəqqi ilə nəticələnə bilər. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox

sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu. Əslində, Azərbaycandakı islahatlar müstəqilliyimizin

bərpasından bir neçə il sonra, yəni 1990-cı illərin ortalarında başladı. Müstəqilliyin ilk illəri xalqımız

üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi

çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün

bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu

vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən

ağrılı hissəsinə çevrildi.

Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik

Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və

ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi.

Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların

genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına

qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz

öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya

qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar

cəmiyyətimizdə çox müsbət mühit yaradır.

Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət

azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır.

Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz

televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad

internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz

böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd

üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz

Page 120: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

120

mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media

azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət

ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir

Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir

daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir.

Təşkilatlanma və toplaşma azadlığı, həmçinin tam şəkildə təmin edilir. Siyasi təşkilatlar bundan

yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dinc şəkildə baş tutur. Bu, həmçinin islahatlara

sadiqliyimizi nümayiş etdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı

deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu,

onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclü demokratik

təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi və siyasi islahatlar paralel

şəkildə aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət əhval-ruhiyyə yaradır.

Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu

cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində

layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən

biri olacaqdır.

Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı

prosesinin təşəbbüskarı olub. Biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini

dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya

toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam

Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm

üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət

yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu

bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma,

ayırma və bəzən ədavət meyllərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə

vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün

xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər.

Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün

çox təhlükəlidir.

Digər prioritetlərə gəldikdə, biz diqqətimizi beynəlxalq təşkilatların qətnamə və qərarlarının

icrasına yönəldəcəyik. Çünki bizə gəldikdə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-

nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in

qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu

beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu

mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir.

Biz beynəlxalq hüququn norma və prinsiplərini qəti şəkildə təşviq edəcəyik. Xanım sədrə çox

minnətdaram ki, giriş nitqində Azərbaycanın ərazi bütövlüyünə dair şərhlərini verdi. Bu, beynəlxalq

hüququn fundamental prinsipidir. Bu, dondurulmuş münaqişələrin həllində riayət edilməli əsas prinsip

olmalıdır.

Dünən nazirimiz Parlament Assambleyasında çıxış etdiyi zaman digər prioritetləri də qeyd edib

və mən təfərrüatlara varmayacağam. Mən sadəcə onları xatırlatmaq istəyirəm: korrupsiyaya qarşı

mübarizə. Bu, prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar

ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır. Korrupsiya mirası ölkəmizin uğurlu

inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat

islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda

dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın

insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda

korrupsiyanın azaldılmasına böyük təsir göstərdi. Hesab edirəm ki, bu təcrübə üzv dövlətlər üçün də

maraqlı ola bilər. Cənab baş katibin Azərbaycana səfəri zamanı o, həmin mərkəzlərdən birində oldu.

Gənclər və təhsillə bağlı daxili siyasətimizə gəldikdə, bu, prioritetlərimizdən biridir. Cəmiyyətimiz

gəncdir, çox dinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır.

Bu, radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən, təhsil hökumətimiz üçün ən

yüksək prioritetlərdən biridir. Son on ildə Azərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilmişdir.

Təhsilin keyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq

Page 121: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

121

proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala

da malik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz

əsas prioritetlər olacaqdır.

Sədrliyimiz Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir. Əlbəttə ki, bu sədrlik

rotasiya prinsipinə əsaslanan sədrlikdir. Bu səbəbdən, növbəmiz artıq çatıb. Lakin, eyni zamanda, bu,

bizim üçün ölkəmizi təqdim etməkdə gözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində

narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır. Bunlar demokratiya, qanunun

aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma kimi məsələlər olacaqdır.

Hesab edirəm ki, sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən biri eyni regionda

olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradan qaldırılmasına aid olacaqdır. Buna görə, ikili

standartlar yanaşmasından imtina, fikrimcə, sədrliyimiz dövründə Assambleyada bacardığımız təqdirdə,

böyük töhfə ola bilərdi.

Azərbaycanın ümumi inkişafına gəldikdə, öncə qeyd etdiyim kimi, ölkəmiz gəncdir, lakin zəngin

tarixə, ənənələrə və inkişafa malik olan ölkədir. Bizim olduqca fəal xarici siyasətimiz vardır. Ölkə

regionda sabitləşdirici rol oynayır, çünki Azərbaycanın potensialı artır. Regional əməkdaşlığa aid

təşəbbüslərimiz qonşularımız tərəfindən dəstəklənir. Bu gün qonşuluq əlaqələri genişlənir. İrəli

sürdüyümüz təşəbbüslər bir çox ölkələri əhatə edir.

Beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında

çox müsbətdir. Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-

daimi üzv seçilməsi oldu. Özünü dünyaya təqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət

idi və biz bundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizin lehinə səs verməsi

faktından da qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad

göstərir, onu dəstəkləyir və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik Şurasında iki illik üzvlüyümüz

zamanı biz bu qurumda iki dəfə sədrlik etdik. Ümumi qiymətləndirməyə görə, üzvlüyümüz və sədrliyimiz

çox uğurlu olmuşdur. Biz dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və proqnozlaşdırmaya böyük töhfə

verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzvlük ölkəmiz üçün nadir təcrübə oldu və biz bu

təcrübədən gələcək təşəbbüslərdə istifadə edəcəyik.

Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa

ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan

ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan

müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o

cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu

olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik. Sivilizasiyalararası Dialoq

Forumunun Bakıda keçirilməsi göstərir ki, Azərbaycan multikulturalizm baxımından dünya

mərkəzlərindən biridir. Bu yaxınlarda isə ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılacaqdır.

Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün

pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş

münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki

münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq

Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa

başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu

tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı

ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir

milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun

ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir.

Artıq qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü

Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda,

beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya

Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni

Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı – BMT-nin

Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz

çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra

edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri

bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur.

Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər bir şeyi

Page 122: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

122

olduğu kimi saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq

vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik

Şurasının daimi üzvləri – Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların prezidentləri dəfələrlə aydın bəyan

ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı

qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar

dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament

Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa

Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son

qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun,

münaqişə həll olunmayıb. Azərbaycan çox konstruktiv şəkildə çıxış edir. İyirmi ildən artıqdır ki, biz

danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim

davam edə bilməz. Gec ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin

ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün

yaxşı olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanı görmürük.

Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə

azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri

münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki,

azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də

tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən

ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma

danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi

bütövlüyünü bərpa etməliyik.

Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan

edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır.

ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib.

Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə erməni

vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim

istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Qoy

Ermənistan rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundan başqa,

ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına

yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməni

nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə

yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi

Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni

dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə

görə Azərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi

bütövlüyünü pozmalı deyildir. Münaqişə hamımızın, o cümlədən Ermənistanın tam məhvinə və fəlakətə

aparan bugünkü hökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tez həll

olunmalıdır.

Münaqişəyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır. Son on il ərzində Azərbaycan

iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Heç bir digər ölkə Azərbaycanın artırdığı kimi öz

iqtisadi potensialını artırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə artıb, biz iqtisadiyyatı şaxələndirmişik.

Bunun nəticəsində hazırda iqtisadiyyatımızın qeyri-enerji sektoru ümumi daxili məhsulumuzun 55 faizini

təşkil edir. Bütün beynəlxalq maliyyə təsisatları islahatlarımızı yüksək dəyərləndirir. Maliyyə böhranı

illərində əsas reytinq agentlikləri – S&P, Moody`s və Fitch Azərbaycanın kredit reytinqini artırmışlar.

Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində 39-cu yeri

vermişdir. Bu, o deməkdir ki, biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və

eyni zamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bildik. Azərbaycanda 1 milyon 200 min iş yeri

yaradılıb. Həmçinin milli sərvətin ədalətli şəkildə paylanılması ölkəmizin əsas nailiyyətlərindən biridir.

Bunun nəticəsində yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik beş

faizdir. Büdcə kəsiri Avropa İttifaqı ölkələri üçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc

ümumi daxili məhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata

keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd etdiyim kimi, Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür.

Ölkə müasirləşir və biz gələcəyə böyük nikbinliklə baxırıq.

Page 123: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

123

Mən müzakirələr üçün vaxtın çox hissəsini almaq istəmirəm. İstəyirəm suallar üçün də vaxt

qalsın. Lakin gördüyünüz kimi, ölkəmiz haqqında saatlarla danışa bilərəm. Bütün vaxtı çıxışıma sərf

etmək istəmirəm. Sadəcə qeyd edim ki, Nazirlər Komitəsində sədrlik böyük məsələdir, məsuliyyətdir. Biz

buna hazırıq və əlimizdən gələni edəcəyik ki, demokratiyanın ümumi dəyərlərinə, qanunun aliliyinə və

azadlıqlara töhfə verək.

Çox sağ olun.

X X X

AŞPA-nın sədri Ann Brasör: Çıxışınıza görə çox sağ olun, cənab Prezident. İndi isə bir neçə

şəxs sizə sual vermək istəyir.

Xatırlatmaq istəyirəm ki, sizin bəyanat səsləndirmək yox, sual vermək üçün 30 saniyəniz vardır.

Əvvəlcə siyasi qruplar adından çıxış edən natiqlərə sual vermək imkanını təqdim etmək istəyirəm. Birinci

natiq sosialist qrupu adından çıxış edən cənab Maknamaradır.

Maykl Maknamara: Xanım sədr, cənab Prezident, çox sağ olun. “Amnesty International”ın

məlumatına görə ölkənizdə 19 siyasi məhbus vardır. Digər təşkilatlar isə onların daha çox olduqlarını

qeyd edirlər. Buradakı məhkəmə İlqar Məmmədovun həbs olunmasını qeyri-qanuni bəyan edib və bu

həbsin arxasında duran motiv seçkilərlə bağlı idi. Digəri isə Anar Məmmədlidir ki, Sizin sonuncu dəfə

qalib gəldiyiniz prezident seçkilərində səhvləri aşkara çıxarıb. “Nida” fəalları öz fikirlərini bildirdiklərinə

və dinc xarakterli nümayişlər keçirdiklərinə görə həbs olunublar. Bu qurum siyasi məhbusların tərifini

qəbul edib. Lakin məruzəçiyə Azərbaycana gəlmək imkanı verilməmişdir. Bütün bu hadisələr Avropa

Şurasının Nazirlər Komitəsinə sədrlik legitimliyinizi azaltmırmı və Siz bu məhbusları buraxacaqsınızmı?

AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun. Cənab Prezident, mən bu gün keçirdiyimiz görüşdə

iştirak edən şəxslərdən xahiş etmək istəyirəm ki, onlar burada iştirak etmək üçün gəliblər. Xahiş olunur,

əl çalmayın. Çox sağ olun.

Prezident İlham Əliyev: Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur

və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli

mövqeyinizdən irəli gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada

hər hansı bir nəzərəçarpan uğur əldə etməmisiniz və əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi bir

neçə il bundan öncə olan təşəbbüsün nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun da nəticəsi 2013-cü ilin

yanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü

təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya

ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz

sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər.

Maykl Maknamara: Mən bunu çıxışlardan götürürəm.

Prezident İlham Əliyev: Anlayıram, əgər siz müzakirə açmaq istəyirsinizsə, biz bunun üçün

başqa yer tapa bilərik.

Buna görə də Azərbaycanda heç bir siyasi məhbus yoxdur və cənab Ştrasserin hesabatı da bu

zalda uğursuzluqla nəticələndi. Çünki o hesabat yanlış informasiyaya, şər və uydurmalara əsaslanırdı. Siz

də indi eyni şeyi etməyə çalışırsınız. Siz bu səhv informasiyanı təkrarlamaqla Assambleyanı yanlış fikrə

yönəltmək istəyirsiniz. Azərbaycanda siyasi məhbuslar yoxdur və ölkəmiz İnsan Hüquqları üzrə Avropa

Məhkəməsinin üzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər öz həllini orada tapa bilər və biz İnsan

Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmət edirik. Buna görə, bir daha qeyd etmək

istəyirəm ki, ölkəmizə hücum cəhdləri tamamilə əsassızdır və bunların heç bir nəticəsi olmayacaqdır.

X X X

AŞPA-nın sədri Ann Brasör: İndi isə EPP qrupu adından sözü xanım Bakoyannisə vermək

istəyirəm.

Dora Bakoyannis: Cənab Prezident, icazə verin EPP qrupu adından Sizi salamlayım. Mən

Dağlıq Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Son illər ərzində bir çox təşəbbüslər irəli sürülüb. ATƏT-

in Minsk qrupu regionda fəaldır və Sizin fikrinizcə, Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə

bağlı hər hansı təşəbbüslə çıxış etmək imkanı varmı? Son aylar ərzində vəziyyəti necə dəyərləndirirsiniz?

Sizin fikrinizcə, belə bir təşəbbüsdən faydalanmaq məqamı olacaqmı?

Page 124: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

124

Prezident İlham Əliyev: Biz həmişə bu məsələyə burada – Avropa Şurasında baxılmasının güclü

tərəfdarı olmuşuq. Təşkilata üzv olmağımızdan bəri bu, belə olub və şərhlərimdə qeyd etdiyim kimi,

2005-ci ildə Avropa Şurası vəziyyət, işğal və işğala son qoymaq zərurəti ilə bağlı qətnamə qəbul edib.

Sonra xüsusi komitə yaradılmışdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bu komitəni

boykot etməsinə görə hazırda bu komitə artıq toplaşmır. Buna görə də düşünürəm ki, beynəlxalq

təşkilatlar bu münaqişəyə nə qədər diqqət ayırsalar, biz bu məsələnin həllinə daha tez nail ola bilərik.

Çünki qeyd etdiyim kimi, Ermənistan hər şeyi olduğu kimi saxlamaq istəyir. Ermənistan istəyir ki,

beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də onlar düşünürlər ki, Minsk qrupunun formatı

onlar üçün çox əlverişlidir.

Biz başa düşürük ki, bu gün vasitəçilik missiyası ilə bağlı Minsk qrupuna alternativ yoxdur,

baxmayaraq ki, onların fəaliyyəti heç bir nəticə verməyib. Lakin düşünürəm ki, Avropa Şurası bu

məsələyə daha fəal baxmalıdır və fikrimizcə, xüsusi komitənin fəaliyyətinin bərpa edilməsi çox vacib

addım olardı.

Danışıqların perspektivlərinə gəlincə, əfsuslar olsun ki, biz bu məsələ ilə bağlı çox da nikbin

deyilik. Ermənilər status-kvonun dəyişməz olaraq qalması üçün əllərindən gələni edirlər. Vaxtaşırı bizim

Ermənistan prezidenti ilə ikitərəfli görüşlərimiz olur, sonuncu görüşümüz keçən ilin noyabr ayında

Vyanada baş tutdu. Bu görüşün nəticəsində bizdə müəyyən nikbinlik yaranmışdı və biz də ictimaiyyət

qarşısında bu məsələyə mövqeyimizi bildirdik. İrəliyə kiçik addımların atılması, lakin prosesin

ləngidilməsi ilə bağlı köhnə taktika davam etdirilir. Buna görə də, beynəlxalq ictimaiyyətin fəal iştirakı

olmadan düşünürəm ki, Ermənistan etdiyini davam etdirməyə çalışacaqdır.

AŞPA-nın sədri Ann Brasör: Növbəti sual EDD qrupundan Qraf Dandidəndir.

Qraf Dandi: Cənab Prezident, sualım insan hüquqları sahəsinin təkmilləşdirilməsi və bu sahədə aparılan

islahatlarla bağlıdır. Avropa Şurası ilə hazırda razılaşdırılmış ictimai fəaliyyətlə bağlı tədbirlər planından

əlavə, xüsusi hədəflərə nail olmaq üçün Sizin ölkəniz hansı tədbirlərə əl atacaqdır?

Prezident İlham Əliyev: Bu, cənab baş katibin ölkəmizə səfəri zamanı razılaşdırıldı. Azərbaycan

üçün bu, hərtərəfli bir sənəddir və Azərbaycan ilə Avropa Şurası arasında gələcək əməkdaşlıq üzrə yol

xəritəsidir. Əlbəttə ki, insan haqları, qanunun aliliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçün

prioritetdir. Əvvəldə qeyd etdiyim kimi, bir çox işlər artıq görülüb, lakin bir çoxunun da görülməsi

nəzərdə tutulur. Əgər tənqid real faktlara əsaslanırsa, biz bu tənqidlərə çox açığıq. Əlbəttə ki, ola bilsin

Parlament Assambleyasının digər üzvləri kimi, biz də mükəmməl deyilik. Lakin bəzi hallarda tənqid

qərəzli yanaşmaya əsaslanır. Bu, sadəcə olaraq, Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bir cəhddir.

Azərbaycanın Avropa Şurasına üzv olduğu illər sürətli siyasi islahatlar illəri idi və Azərbaycanın Avropa

Şurasına üzv qəbul olunması bizim hökumət, eyni zamanda, Avropa Şurası üçün düzgün seçim idi. Buna

görə də düşünürəm ki, gələcək əməkdaşlıq, o cümlədən bir neçə ay ərzində sədrliyimiz dövründə

demokratik islahatlarla bağlı ölkəmizdə yeni, yaxşı nəticələr hasil olunacaqdır.

X X X

AŞPA-nın sədri Ann Brasör: Siyahıda olan növbəti şəxs LD qrupunun rəhbəri cənab Şukladır.

Cənab Şukla: Çox sağ olun, xanım sədr. İcazə verin, öz ana dilimdə sual verim. 2006-cı ildə

Azərbaycan Respublikası Avropa Şurasının korrupsiya ilə mübarizəyə dair konvensiyasına qoşulub. Bu,

bizim standartlar nöqteyi-nəzərindən çox vacib məsələdir və aydın təlimatlarımız vardır. Bilmək

istəyirəm ki, həmin vaxtdan bəri bu konvensiyanın və informasiyaya çıxışla bağlı qanunun tələblərinin

yerinə yetirilməsi, həmçinin maliyyə vəsaitləri və əmlakla bağlı şəffaflığa dair hökumətiniz tərəfindən

hansı tədbirlər görülüb?

Prezident İlham Əliyev: Qeydlərimdə bildirdiyim kimi, korrupsiya bizim Avropa Şurasının

Nazirlər Komitəsinə sədrliyimiz dövründə diqqət yetirəcəyimiz əsas məsələlərdəndir. Çünki bu, müalicə

olunmalı xəstəlikdir. Bayaq da qeyd etdiyim kimi, bizim ölkəmiz Sovet İttifaqına daxil olan bütün

respublikalar kimi, cəmiyyətimizdə dərin kök salmış korrupsiyaya görə çətin vəziyyətdə idi. Buna görə də

bu bəlanın aradan götürülməsi bizim hökumətin hədəflərindən biridir. Bu olmadan bizim uğurumuz

dayanıqlı ola bilməz. Ona görə də konvensiyaya qoşularaq və xüsusilə Avropa İttifaqına daxil olan

ölkələrin müsbət təcrübəsindən istifadə edərək bu, Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir,

ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra etdiyimiz institusional

tədbirlər inzibati və cəza tədbirləri ilə müqayisədə daha yaxşı nəticə verir. Çünki əfsuslar olsun ki, məsələ

insanların dəyişilməsi ilə öz həllini tapmır. Buna görə də biz elə bir mexanizm tapdıq ki, - qeydlərimdə

Page 125: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

125

ictimai xidmətlər sisteminin mövcud olduğunu bildirmişdim, - bu, korrupsiyanı mümkünsüz edir və

əlbəttə, şəffaflıq artır. Mən sizin dediyinizlə tamamilə razıyam. Bizim yaxşı təcrübəmiz var, Azərbaycan

Birləşmiş Krallığın sabiq baş naziri Toni Bleyer tərəfindən irəli sürülən Mədən Sənayesində Şəffaflıq

Təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və Azərbaycan bu təşəbbüsün ilk tamhüquqlu üzvü olub.

Buna görə də Azərbaycanda mədən sənayesində 100 faiz şəffaflıq təmin olunub. İndi isə eyni şəffaflıq

göstəricisini maliyyə və ictimai xidmətlər sektorunda əldə etməliyik və biz bu məsələ üzərində işləyirik.

AŞPA-nın sədri Ann Brasör: Siyasi qruplar adından sual verən sonuncu şəxs Birləşmiş Solçular

qrupunun rəhbəri cənab Koksdur.

Cənab Koks: Cənab Prezident, maraqlı çıxışınız üçün çox sağ olun. Çıxışınızda ölkənizdə insan

hüquqları sahəsində əldə edilən nailiyyətləri yaxşı təhlil etdiniz. Lakin heç də hər kəs Sizin də bildiyiniz

kimi, bu müsbət təhlillə razılaşmır. Bakıda olarkən bəzi insanlarla görüşdüm, bu gün də müəyyən

insanlarla görüşəcəyəm və əlbəttə ki, gələn ilin yanvar ayında Assambleyada bu məsələyə baxılacaqdır.

Cənab Prezident, bu baxımdan Azərbaycanda insan hüquqları üzrə “dəyirmi masa”nın təşkil olunmasını

nəzərdən keçirməyə və bu “dəyirmi masa”da Siz Azərbaycanın insan hüquqları sahəsinin

təkmilləşdirilməsini zəruri sayan tərəflərlə şəffaf dialoq aparmağa hazırsınızmı? Əminəm ki, Assambleya

bu tədbirin təşkil edilməsində Sizə yardımçı olmaq istəyər. Sizin cavabınızı səbirsizliklə gözləyirəm. Çox

sağ olun.

Prezident İlham Əliyev: Əlbəttə ki, biz nəinki hazırıq, biz belə bir sessiyanı keçirmək istəyirik

və tərəfdaşlarımızla birgə iş apardığımız zaman bu məsələni nəzərdən keçirmişdik. Bu ilin may ayında

xanım sədr və baş katibin səfəri zamanı bu məsələ ilə bağlı əsaslı müzakirələr aparmışdıq. Baxmayaraq

ki, biz bəzi məsələlərlə bağlı razılığa gəlməsək də, lakin, eyni zamanda, konstruktiv dialoqumuz oldu.

Bayaq da qeyd etdiyim kimi, biz Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətin

mükəmməl olduğunu düşünmürük. Lakin böyük bir irəliləyiş də var və biz konstruktiv tənqidə reaksiya

göstərməyə hazırıq, buna reaksiya veririk. Mən öz qeydlərimdə ölkəmizdə aparılan islahatların müsbət

nümunəsinə diqqət yetirdim. Çünki adətən, bu zalda əsasən diqqət mənfi məqamlara yetirilir. Buna görə

də bu sessiya ərzində azacıq tarazlıq yaratmaq üçün mən vaxtımdan istifadə etdim, lakin suallar üçün də

müəyyən vaxt saxladım. Ona görə də düşünürəm ki, mahiyyət üzrə açıq və səmimi müzakirələrin

aparılması yaxşı fikirdir. Çünki bəzən biz bu məsələləri müzakirə etdikdə həmkarlarım və

tərəfdaşlarımdan eşidirəm ki, belə bir fikir formalaşıb. Lakin bu fikirləri kim yaradır? Bəzən

Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu fikirlər süni olaraq yaradılır. Ona görə də biz mahiyyətə

nəzər yetirək. Azadlıqlarla bağlı mən öz qeydlərimdə bildirmişdim. Bizdə mətbuat azadlığı, azad internet

vardır. Bizdə azad internet varsa, senzura yoxdursa və internet istifadəçilərinin sayı 70 faizə çatıbsa, biz

mətbuatın azadlığını necə məhdudlaşdıra bilərik? Sonuncu dəfə keçirilən prezident seçkilərindən əvvəl və

sonra müxalifətin mitinqləri oldu, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmadı və bu gün kimsə

mitinq keçirmək fikrinə düşərsə, müvafiq qaydada bildiriş verməklə 3 gün ərzində Azərbaycanın

mərkəzində onlara mitinq keçirmək üçün yer ayrılacaqdır. Digər məsələ isə ondan ibarətdir ki,

seçkilərdən sonra müxalifətin təşkil etdiyi sonuncu mitinqdə yalnız 840 nəfər iştirak etdi. Prezident

seçkilərindən razı qalmayan 840 adam olub. Lakin Azərbaycanda müxalifətin zəif olması faktı bizim

hansısa zərərli fəaliyyətlə məşğul olmağımız anlamına gəlmir. İqtisadiyyat və sosial inkişafla bağlı

bildirdiklərimə məhəl qoyulmaya bilməz. Azərbaycana gələn və inkişafı görən hər bir kəs başa düşə bilər

ki, belə böyük iqtisadi artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə bilməz. Ona görə də insanlar bizim

etdiklərimizi, bizim hökumətimizi dəstəkləyir. Bizim hökumətimiz güclüdür, lakin insanları

yatırmağımıza görə yox, işlərimizi lazımi qaydada gördüyümüzə görə.

Digər bir məsələ ondan ibarətdir ki, indi müxalifətdə olan insanlar 1992-1993-cü illərdə

hakimiyyətdə idilər. Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinə və işğala görə məsuliyyət daşıyırlar.

Onlar vətəndaş müharibəsini törətdilər və sonra da qaçdılar. Bu qrupun gənc nəsil nümayəndələri burada

eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər, onlar 1992-1993-cü illərdə nələr baş verdiyini bilmirlər

və bu, onların günahı deyildir. Onlar yanlış yoldadırlar. Ona görə də biz sizin iştirakınızla “dəyirmi masa”

müzakirələrində iştirak etməyə hazırıq.

AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun. İndi isə cənab Prezident, təklif edərdim ki, 3 sual

verilsin və Siz onların hamısına birlikdə cavab verəsiniz. Birinci sual, Norveçdən xanım

Kristofersonundur.

Xanım Kristoferson: Çox sağ olun xanım sədr. Cənab Prezident, bu Assambleya üçün bütün

Avropa miqyasında cinsi azlıqların hüquqlarının çoxsaylı pozuntuları məsələsi xüsusi olaraq nəzərdən

keçirilir. Siz cinsi azlıqların hüquqlarını əsas insan hüquqlarının bir hissəsi kimi tanıyırsınızmı? Əgər bu

Page 126: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

126

belədirsə, Azərbaycan Respublikası cinsi azlıqların hüquqlarını təmin etmək və ölkənizdə onların

təşkilatlanmaq azadlığını təmin etmək üçün hansı tədbirləri görəcəkdir?

AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun. Növbəti sual Fransa nümayəndəsi cənab Roj

Bluandadandır.

Roj Bluanda: Çox sağ olun xanım sədr. Cənab Prezident, Azərbaycanda insan hüquqlarının

müdafiəsi sahəsində tanınmış şəxs olan Leyla Yunusla pis davranış Avropa Şurasının Parlament

Assambleyasını Azərbaycanın beynəlxalq səviyyədə tanınan Avropa İnsan Hüquqları Konvensiyasında

göstərilən azadlıqlara hörmət etməsini inandıra bilərmi? Çox sağ olun.

AŞPA-nın sədri Ann Brasör: İndi isə sual vermək növbəsi xanım Fialanındır.

Xanım Fiala: Cənab Prezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə zorakı insidentlərin sayı

əhəmiyyətli dərəcədə artıb. Demək olar ki, hər gün biz itkilər barədə məlumatlar alırıq və onların arasında

mülki şəxslər də vardır. Cənab Prezident, əgər biz tərəfləri atəşkəsə ciddi əməl etməyə və Minsk qrupu

həmsədrləri tərəfindən təklif olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, yəni snayperlərin

çıxarılması və müstəqil araşdırmaların aparılmasına çağırsaq, Siz bununla razılaşarsınızmı?

Prezident İlham Əliyev: Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir

məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı Azərbaycandakı mövcud vəziyyət artıq bildirdim ki, sizin

ölkənizdəki vəziyyətdən fərqlənmir.

Leyla Yunusa qarşı pis davranışla bağlı suala gəldikdə, mən bu bəyanatla razı deyiləm, çünki

onunla pis davranılmayıb. Əksinə, polis nəfəri onun fiziki və şifahi hücumuna məruz qalıb. Bəzi cinayət

araşdırması ilə bağlı aparılan iş üzrə şahid ifadəsi vermək üçün çağırıldıqda o, qaçmağa cəhd edib və

saxlanılaraq şahid qismində ifadə verməyə dəvət olunub. Lakin əfsuslar olsun ki, o, bu dəvətə bir neçə

həftə ərzində məhəl qoymayıb və informasiya təqdim etmək üçün bu legitim müraciətdən imtina edib.

Sərhəddə insidentlərlə bağlı suala gəldikdə, sizin verdiyiniz sualı - təhlükəsizlik və etimadın artırılması

tədbirləri ilə bağlı sualı mən həmişə Minsk qrupunun həmsədrlərindən eşidirəm. Deyə bilərəm ki, bəzən

Azərbaycan və erməni əsgərləri arasında məsafə 50 metr təşkil edir. Burada hər hansı bir məkrli niyyətləri

həyata keçirmək üçün heç snayper də lazım deyildir. Etimadın artırılması tədbirlərinin yaradılmasının ən

yaxşı yolu işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılmasına başlamaqdır. Sizin istinad

etdiyiniz itkilər Azərbaycan ərazilərində baş verir. Onlar Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda

yox, işğal edilmiş ərazilərdə baş verir. Erməni əsgərlərinin orada nə işi var? O əsgərlərin çoxu

Ermənistandan cəlb olunub. Onların işğal olunmuş ərazilərdə nə işi var? Ona görə qüvvələrin öz

mövqelərindən geriyə çəkilməsi mümkün deyildir. Belə olan halda biz torpaqlarımızı əlavə hücumlardan

necə müdafiə edə bilərik? Buna görə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı siyasətinin

uğursuzluğunu, onların Azərbaycanla mübarizədə faktiki məğlub olduğunu nə qədər tez başa düşsə, o

qədər də yaxşı olar. Onların statistik göstəricilərinə əsasən bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 40

faizdən artıqdır. Onların statistik göstəricilərinə görə, bu ilin yalnız birinci rübündə 40 min erməni

vətəndaşı Ermənistanı birdəfəlik tərk edib və onlar heç vaxt geri dönməyəcəklər. Bu da işğal siyasətinin

nəticəsidir. İndi də onlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə mənbəyidir. Bizim ölkəmizin

torpaqları işğal olunub, onlar bizim üçün və bütövlükdə bütün region üçün təhlükə mənbəyidir. Onlar nə

qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, - Azərbaycan heç vaxt Dağlıq Qarabağın

müstəqilliyinə razı olmayacaq, - münaqişə həllini o qədər tez tapacaq və erməni xalqı da o qədər tez

firavan həyat yaşamağa başlayacaqdır.

AŞPA-nın sədri Ann Brasör: Növbəti 3 suala keçmək istəyirəm. Birinci sualı Birləşmiş

Krallıqdan cənab Flin verəcəkdir.

Cənab Flin: Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs ediliblər. Seçkilər saxta

olub. Mən bu proseslərə cəlb olunan insanlarla danışmışam. Ona görə də Azərbaycanın bu il standartları

Avropa Şurasının səviyyəsinə yüksəldəcəyini, yoxsa digər ölkələr üçün insan hüquqları üzrə standartları

daha da pisləşdirmək baxımından örnək ölkə olacağını gözləyə bilərikmi?

AŞPA-nın sədri Ann Brasör: Sual növbəsi cənab Dias Teridanındır.

Dias Terida: Çox sağ olun xanım sədr. Çox sağ olun cənab Prezident. Ölkənizin yerləşdiyi

regionda bir çox qonşularınız vardır. Mən Sizə enerji riskləri və sabitliklə bağlı risklər barədə sual vermək

istəyirəm. Çünki düşünürəm ki, İsrail Yaxın Şərqdə olduğu kimi, Siz də öz regionunuzda mühüm rol

oynayırsınız. Birbaşa gələcək üçün enerji və sabitlik riskləri ilə bağlı fikrinizi öyrənmək istərdim.

Gördüyünüz işlər üçün çox sağ olun.

AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun. İndi isə Danimarkadan xanım Lokliyə sual vermək

imkanı yaratmaq istəyirəm.

Page 127: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

127

Xanım Lokli: Cənab Prezident, Siz qeyd etdiniz ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur.

Lakin biz beynəlxalq mediadan bilirik ki, Azərbaycanda neçə minlərlə məcburi köçkün vardır. Bu

çağırışın öhdəsindən necə gəlirsiniz?

Prezident İlham Əliyev: Birinci sualla bağlı. Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız.

Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycanda

jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu,

sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının

Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki,

siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə,

həmkarlarınızla əlaqə saxlayın. Onlar Azərbaycanda keçirilən seçkiləri müsbət dəyərləndiriblər. Mindən

çox beynəlxalq müşahidəçi seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlar tərəfindən bir neçə exit-poll

keçirilib. Bütün bu təşkilatlar seçkilərin rəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi

qiymət fərqli olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə heyəti göndərmişdi və onların

tərtib etdiyi hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyəti

göndərmişdi, hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Assambleyası da nümayəndə heyəti

göndərmişdi, bu da müsbət nəticə vermişdir. Niyə görə siz burada yalan danışırsınız? Seçkilər azad və

ədalətli idi və seçkilərin nəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki, bu vəziyyət

sizin ölkənizdə baş verir.

Enerji təhlükəsizliyi ilə bağlı məsələyə gəldikdə, Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən

ölkə kimi öz rolunu oynayır. Bu gün mən bu məsələni qaldırmadım, çünki diskussiyalara daha çox vaxt

ayrılmasını istəyirdim. Lakin enerji təhlükəsizliyi tərəfimizdən ciddi nəzərdən keçirilən bir məsələdir.

Faktiki olaraq biz Azərbaycan üçün tam enerji təhlükəsizliyi səviyyəsinə nail olmuşuq. Çünki neft və qaz

ehtiyatlarımız üçün şaxələndirilmiş təchizat marşrutumuz vardır. Biz indi bəzi Avropa ölkələrinin enerji

təhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışırıq. Bu gün Parlament Assambleyasının üzvü

olan bəzi ölkələr neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə biz böyük qazpaylama və nəqliyyat

layihəsini işə salırıq. Bu layihə Azərbaycanın Avropaya qaz ixrac etməsinə imkan yaradacaqdır.

Fikrimcə, sualınızda da düzgün qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi, siyasi təhlükəsizlik və sabitlik

birgə həll olunmalı məsələlərdir. Ona görə də Avropada hazırda icra edilən və ümumi sərmayə dəyəri ən

azı 45 milyard avro olan ən böyük infrastruktur layihəsi hesab edilən yeni qaz infrastruktur layihəsi

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi ən böyük töhfə olacaqdır.

Danimarka nümayəndəsinin verdiyi növbəti suala gəldikdə siz məcburi köçkünlər məsələsinə

toxundunuz. Əgər düz başa düşdümsə siz Ermənistanın işğalından əziyyət çəkən insanları nəzərdə

tutursunuz? Bu, belədir?

Xanım Lokli: Bir çox məcburi köçkünlər vardır.

Prezident İlham Əliyev: Bizdə olan qaçqın və məcburi köçkünlərin ümumi sayı milyondan

artıqdır. Bunların 250 mini Ermənistandan qovulan azərbaycanlılardır, 700 min azərbaycanlı isə Dağlıq

Qarabağ və ətraf rayonlardan qovulub. Bizdə, həmçinin digər ölkələrdə gedən müharibələrin qurbanı olan

və ölkəmizə gələn qaçqınlarımız vardır. Bu insanların yaşayış şəraitini yaxşılaşdırmaq üçün əlimizdən

gələni etməyə çalışırıq. Lakin sizin də bildiyiniz kimi, bu, çoxlu vaxt və maliyyə vəsaiti tələb edir. Hər il

biz 20 mindən çox məcburi köçkünü yerləşdiririk. Biz 82 qəsəbə tikmişik və artıq 40 min ailə mənzil və

evlərlə təmin olunub. Amma bütün bu insanların ehtiyaclarını təmin etmək üçün bizə əlbəttə ki, əlavə

vaxt və vəsait lazım olacaqdır.

AŞPA-nın sədri Ann Brasör: Cənab Prezident, adətən iclasımızın saat 1-də başa çatmasına

baxmayaraq, icazənizlə, əlavə 3 suala da cavab verərsinizmi? Birinci sual Gürcüstan nümayəndəsi cənab

Caparidzedəndir.

Cənab Caparidze: Çox sağ olun xanım sədr. Cənab Prezident, Azərbaycana uğurlu və məhsuldar

sədrlik arzu edirəm. Siz münaqişələr barədə danışdınız və bildiyiniz kimi, Gürcüstan da eyni problemləri

yaşayır. Siz iqtisadi inkişaf barədə də danışdınız. Buna görə də mən Sizə regional əməkdaşlıqla bağlı sual

ünvanlamaq istəyirəm. Çünki Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə bu layihələr üzrə aparıcı

qüvvədir. Çox sağ olun.

AŞPA-nın sədri Ann Brasör: Növbəti sualı Polşa nümayəndəsi cənab Bedro verəcəkdir.

Cənab Bedro: Çox sağ olun, xanım sədr. Cənab Prezident, yalnız kişilərdən ibarət nümayəndə

heyətinizi gördükdə çox təəccübləndim, kişi və qadın bərabərliyi xatirinə bu sualı vermək

məcburiyyətində qaldım. Azərbaycan qlobal gender ayrı-seçkiliyi indeksinə görə 136 ölkə arasında 99-cu

yeri tutur. Gender bərabərliyi ilə bağlı bu, çox dəhşətli mövqedir. Buna görə bilmək istərdim ki,

Page 128: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

128

hökumətiniz kişi və qadın bərabərliyini həyata keçirmək üçün hansı addımları atır, İstanbul

konvensiyasını nə vaxt imzalayacaq və ratifikasiya edəcəkdir?

AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun və sonuncu sual Ukrayna nümayəndəsi cənab

Arievdən gəlir.

Cənab Ariev: Cənab Prezident, əvvəlcə GUAM-ın yenidən gücləndirilməsi ilə bağlı fikrinizi

öyrənmək istərdim. Çünki bu quruma daxil olan bütün ölkələr Rusiyanın işğalının qurbanı olublar.

İkincisi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkənin Prezidenti kimi Rusiyanın qadağası

ucbatından Krıma qayıda bilməyən Krım tatarlarının lideri Mustafa Cəmiloğluna bu məsələdə kömək edə

bilərsinizmi? Çox sağ olun.

Prezident İlham Əliyev: Cənab Caparidze tərəfindən verilən sualla bağlı onu qeyd edə bilərəm

ki, enerji və nəqliyyat üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq artıq

regionumuzda çox ciddi geosiyasi dəyişikliklə nəticələnib. Çünki keçən ay ilk dəfə üç ölkənin dövlət

başçıları səviyyəsində Tbilisidə sammit keçirilib. Bu üç ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində

əməkdaşlıq təkcə bizim üçün vacib deyil, həm də region üçün önəmlidir. Çünki biz birlikdə, xüsusilə

enerji təhlükəsizliyinə aid məsələlərlə bağlı sabitləşdirici rol oynayırıq.

Birinci geosiyasi dəyişiklik ilk dəfə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-

Ceyhan neft boru kəmərinin tikintisi idi. İndi isə biz TANAP-Trans-Anadolu, Cənubi Qafqaz və TAP-

Trans-Adriatik qaz kəməri layihələrini həyata keçiririk. TAP Bakıdan başlayaraq Gürcüstan, Türkiyə,

Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan və bir çox ölkələri əhatə edəcəkdir. Biz, həmçinin çox önəmli

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də həyata keçiririk. Bu, bizim ölkələrimizin ərazisindən Asiyanı

Avropa ilə birləşdirən dəmir yolu xətti olacaqdır. Əlbəttə ki, regionda vəziyyətin uğurlu inkişafı üçün

ölkələrimizdə sabitlik əsas ilkin şərtdir. Ona görə də biz Gürcüstan və Türkiyə ilə ikitərəfli əlaqələrimizi

yüksək qiymətləndiririk və bu əməkdaşlığı fəal inkişaf etdirməkdə davam edəcəyik.

Azərbaycanda gender sahəsində bərabərliyin olmaması ilə bağlı ittiham eşitmək çox qəribədir.

Azərbaycan böyük ənənələrə malik olan ölkədir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası

yaradılanda ilk fərmanlardan biri qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsi ilə bağlı idi və

ola bilsin ki, bu, sizin ölkənizdən daha tez Azərbaycanda olub. Bu gün Azərbaycan qadınları eyni hüquq

və imtiyazlardan faydalanırlar. Onlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Mən

istəməzdim ki, siz məni müşayiət edən nümayəndə heyətini yalnız kişilərdən ibarət hesab edəsiniz.

Burada Azərbaycanın nümayəndələri, məşhur qadın parlamentariləri əyləşiblər. Onlar özlərini göstərə

bilərlər, siz bunu görə bilirsiniz və bizdə heç bir məhdudiyyət yoxdur. Biz heç vaxt mənim nümayəndə

heyətimdə neçə nəfər kişinin və neçə nəfər qadının təmsil olunması məsələsini nəzərdən də keçirməmişik.

Çünki onlar bərabərdirlər və bərabər hüquqlardan faydalanırlar.

Gender bərabərliyinə gəldikdə, siz yəqin bilirsiniz ki, Azərbaycan gender bərabərliyi ilə bağlı

qanun və Ailə Məcəlləsini qəbul edib. Biz hazırda İstanbul konvensiyasını nəzərdən keçiririk. Buna qarşı

bizim heç bir etirazımız yoxdur. Bakıya gələndə siz qadınların eyni hüquqlara malik olmasını özünüz

görəcəksiniz. Bu, çox sevindirici haldır.

GUAM-la bağlı deyə bilərəm ki, GUAM-ın fəallığı və ya passivliyi əsasən Ukraynanın

mövqeyindən asılı idi. Çünki bu əməkdaşlıq formatındakı təcrübəmə əsasən deyə bilərəm ki, artıq bir

neçə dəfə Ukrayna hökuməti ya GUAM-ın lehinə, ya da əleyhinə idi. Buna görə də bizim və əminəm ki,

gürcüstanlı və moldovalı həmkarlarımız üçün bu qurumun inkişafı üzrə uzunmüddətli strategiyanı

planlaşdırmaq çox çətindir. Çünki qurumun fəaliyyəti və ya fəaliyyətsizliyi əsasən əvvəllər hökumətinizin

siyasi quruluşundan asılı idi. Buna görə də GUAM-ın əvvəllərdəki kimi, fəal olması üçün Ukraynadan

müsbət siqnallar gözləyəcəyik.

AŞPA-nın sədri Ann Brasör: Cənab Prezident, nitqiniz və həmkarlarımın suallarına cavab

verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

“Xalq qəzeti”.-2014.- 26 iyun.-№ 134.-S.1-3.

Page 129: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

129

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə

Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd

Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas

mərhələsini izləmişdir:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham

Əliyevin çıxışı

(26 iyun 2014-cü il)

Bakı, 26 iyun (AzərTAc). İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri

keçirilmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri

izləmişdir.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

- Əziz hərbçilər!

Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir,

Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.

Bu bayram günündə Müdafiə Nazirliyinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin

bölmələri birgə əməliyyat-taktiki təlimlər keçirmişlər. Təlimlər yüksək səviyyədə keçirilmiş, qarşıda

duran bütün vəzifələr icra edilmiş, bütün hədəflər vurulmuşdur. Təlimlərdə iştirak etmiş bütün şəxsi

heyətə göstərdikləri peşəkarlığa görə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu

quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər

görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş

etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.

Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə

görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır. Hərbi xərclərin artırılması və büdcə

xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və

bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və

bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə

çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş

etdirilmişdir.

Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş

qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər

bunu bir daha nümayiş etdirmişdir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam

etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası

tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur.

Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar

üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli

istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda

hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz

sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika

alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır.

Hərbçilərin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Hərbçilərin maaşları, pensiyaları

vaxtaşırı qaldırılır və iki il bundan əvvəl imzaladığım Sərəncama əsasən orduda 20 il qüsursuz xidmət

göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. Hazırda 200-ə qədər mənzil verilmişdir. Bu ilin

sonuna qədər veriləcək mənzillərin sayı 500-ə çatacaqdır. Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin

təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir.

Page 130: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

130

Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir

vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır.

Torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı bu işğaldan əziyyət çəkir. Uzun illərdir

münaqişə öz həllini tapmır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. Bizə qarşı ikili

standartlar siyasəti aparılır. Dəfələrlə bu barədə fikirlərimi müxtəlif kürsülərdən ifadə etmişəm. Bu gün də

demək istəyirəm ki, bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd

qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb

edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır.

Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə

həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Qarşılıqlı etimad

tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır

və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa

edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan

ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa

yolumuz qalmayacaqdır.

Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi

il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr,

əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və

barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını

istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.

Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri

yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları,

kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün

belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi

tanıyır. Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayacaq və Azərbaycan heç

vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial

mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik.

Ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır. Hazırda güclənən Azərbaycan

Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz

məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki,

Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə

müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar

bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu

məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz

erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu

təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam

şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır.

Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir

edə bilməz.

Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun.

Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə

həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə

Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər

mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz

tükənməz deyildir.

Bu gün təmas xəttində əldə etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində,

Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh

düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini

həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların

işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni

xalqı səfalət içində yaşayır. Ermənistan sadəcə olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real

müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı siyasətinə görə.

Azərbaycan isə müstəqil siyasət aparır. Azərbaycan güclənir, regionda güc mərkəzidir. Bizim

iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan

Page 131: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

131

sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin

əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən

əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik.

Bugünkü təlimlərdə göstərilən peşəkarlıq, bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən

vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Düşmən

bunu bilir və ona görə qorxu içindədir.

Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və

Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim

əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır,

ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır.

Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və

qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə

yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq.

Azərbaycan öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və

Azərbaycan Ordusu öz vətəndaşlarını müdafiə edir.

Təlimlərdə iştirak etmiş bütün şəxsi heyətə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar

arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna!

“Xalq qəzeti”.-2014.- 28 iyun.-№ 135.-S.1-2.

Page 132: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

132

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən

iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində iştirak etmişdir:

Prezident İlham Əliyevin çıxışı

(28 iyun 2014-cü il)

Bakı, 28 iyun (AzərTAc). İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40:

Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış

mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

- Cənab Parlament Assambleyasının prezidenti.

Cənab İsveçrə Prezidenti.

Hörmətli qonaqlar, əziz dostlar.

Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Ümidvaram ki, ölkəmizə

səfərinizdən razı qalacaqsınız. Bu cür mühüm tədbiri qəbul etməkdən şərəf hissi duyuruq.

Parlament Assambleyasının sessiyası Azərbaycanda ilk dəfədir ki, keçirilir. Hazırkı tədbiri təşkil

etmək fürsətini bizə yaratmış bütün insanlara təşəkkürümü bildirirəm. Bununla bizə ölkəmizi,

nailiyyətlərimizi təqdim etmək, o cümlədən üzləşdiyimiz çağırışlar və qarşımızda qoyduğumuz planlar

haqqında danışmaq imkanı yaradıldı.

Bilirəm ki, qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Beləliklə, bu

tədbir onlar üçün ölkəmizi daha yaxşı tanımaq, bəzi tarixi yerlərlə tanış olmaq, tarixi abidələri görmək

imkanı yaradacaqdır.

Abidələrimizdən bəziləri UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilərək qorunur.

Azərbaycan qədim diyardır. Bu ölkənin böyük mədəniyyəti və tarixi vardır, lakin müstəqillik baxımından

gənc ölkədir. Təxminən 23 ildir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Bu illər dövlətçiliyimiz, inkişafımız,

gələcəyimiz üçün mühüm illər olub. Biz müstəqil dövlət qurmalı, müstəqil dövlətin əsaslarını yaratmalı,

eyni zamanda, yeni siyasi sistem yaratmalı idik. Əslində, əvvəllər bizim heç bir siyasi sistemimiz

olmayıb. Ona görə də demokratik təsisatların yaradılması, siyasi islahatların aparılması uğurlu

inkişafımızın əsasını təşkil edib.

Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən

sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi. Siyasi sahəyə gəldikdə,

bildirmək istəyirəm ki, bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz

demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin

edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər

qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media

azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən

çoxu internet istifadəçisidir.

Bütün bunlar uğurlu inkişaf üçün ilkin şərtlərdir, çünki biz yalnız iqtisadi islahatları aparmaqla öz

məqsədimizə nail ola bilməzdik. Məqsədimiz isə müasirləşmədir. Biz olduqca qısa vaxtda müasir, özünə

arxalanan ölkə qurmuşuq. Gələcəyimiz üçün isə planlarımız çoxdur. Gələn illər ərzində siyasi islahatlar

gündəliyimizdəki əsas məsələlərdən biri olacaqdır. Biz daha çox işləməliyik, daha çox islahatlar həyata

keçirməliyik. Əminəm ki, ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər və

apardığımız əməkdaşlıq planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacaqdır.

Əlbəttə ki, siyasi islahatlar cəmiyyətimizdə olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət

sabitdir, proqnozlaşdırılandır. Bunun sayəsində biz gələcəyimizi elə planlaşdırırıq ki, müasirləşməyə nail

olaq və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirək.

Təbii ki, beynəlxalq təmaslarımız ümumi əməkdaşlıq baxımından mühüm rol oynayır. Eyni

zamanda, bu münasibətlər milli maraqlarımızı daha yaxşı şəkildə müdafiə etməyə imkan yaradır. Bir

sözlə, Azərbaycan çox fəal xarici siyasəti ilə seçilən ölkədir. Ölkəmizin çox aydın xarici siyasət

prioritetləri vardır. Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür. Bu səbəbdən

Azərbaycan hazırda etibarlı tərəfdaş sayılır, dost ölkələr, tərəfdaşlarımız buna görə bizə etimad

göstərirlər. Bu, çox vacibdir. Çünki etimad elə bir şeydir ki, siz onu hər gün qurmalısınız. Yalnız bir səhv

və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri,

Page 133: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

133

xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm

də digər qitələrdə olan ölkələrə də şamil etmək olar.

Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha

yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam

Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük.

Xarici siyasət sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri iki il yarım əvvəl baş verdi.

Azərbaycan 155 üzv dövlətin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Bu, beynəlxalq səhnədə mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət idi. Baxmayaraq ki,

ölkəmiz gəncdir və dünyada o qədər də çox tanınmasa da biz öz namizədliyimizi irəli sürdük və

dostlarımız atdığımız addımlara böyük etimad göstərdilər. BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi

Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik, sabitlik, ədalət amallarının və beynəlxalq hüquq

normalarının həyata keçirilməsini təşviq etdi. Əslində, bu, bizim hazırkı prioritetlərimizdən biridir.

Bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamışıq. Bu yaxınlarda mən

Avropa Şurasının Parlament Assambleyasında oldum və nitq söyləyərək prioritetlərimizi açıqladım.

Burada onların hamısına yenidən toxunmaq istəməzdim. Lakin onlardan biri beynəlxalq hüquq

normalarının qlobal səviyyədə bərqərar olunması üçün mexanizmlərin işlənib hazırlanmasından ibarətdir.

Bu halda beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri nəzərdə tutulur. Əfsuslar

olsun ki, biz ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi oluruq. Bu məsələ Azərbaycan xalqını çox

narahat edir. Görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur.

Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir.

Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin

işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq

ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində

qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır.

Azərbaycan bu vəziyyətdən əziyyət çəkir, çünki biz 20 ildən çoxdur ki, erməni təcavüzü və işğalı

ilə üzləşmişik. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın 20 ildən çoxdur ki,

Ermənistan tərəfindən işğal edilən əzəli torpağıdır. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal

altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz

etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı

törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb. Beynəlxalq hüquq normaları

pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və

dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır, kağız üzərində

qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən

də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının

Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və

qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan

ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in

Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ,

Rusiya və Fransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o demədir

ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan

çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq

təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi

bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir.

Öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına diqqətlə baxsaq görərik

ki, öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalıdır. Bundan

əlavə, ermənilərin artıq müstəqil dövləti vardır, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də

tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə

almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb.

ATƏT işğal edilən ərazilərə iki missiya ezam edib. Hər ikisi - faktaraşdırıcı və qiymətləndirmə

missiyaları işğal edilən ərazilərdə hər şeyin tam dağıdıldığını qeyd ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz

yerlə yeksan olunub, tarixi abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən

məhv edilib. Bu, faktaraşdırıcı və qiymətləndirmə missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə

görə ATƏT-ə minnətdarıq. Lakin yenə də bu hesabatlar münaqişənin həllində heç bir rol oynamır. Biz

münaqişənin nizamlanmasına nail olmalıyıq. Bu, bizim ölkəmizə, xalqımıza, qaçqınlarımıza lazımdır.

Region buna ehtiyac duyur. Çünki Ermənistan-Azərbaycan münaqişəsi region üçün əsas təhlükə

Page 134: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

134

mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması və etimad doğuran

tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən

çıxarılmasının başlanması ola bilər.

Münaqişəyə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişafını nümayiş etdirir. Son 10 il ərzində

biz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşuq. Sosial və iqtisadi islahatlar firavanlığı

təmin edib, işsizliyi və yoxsulluğu azaldıb. Hesab edirəm ki, hökumətimizin ən böyük nailiyyətlərindən

biri sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə müşayiət olunmasından irəli gəlir.

Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir.

Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Biz

ümumən işsizlik məsələsini həll etmişik. İşsizlik də təxminən 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə

sistemimiz mövcuddur. Xarici borcumuz ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada

ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil

edir. Bunun sayəsində bizim sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanımız

vardır. Kredit reytinqimiz S&P, Moody`s və Fitch kimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılıb.

Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə

Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar

olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox

müsbətdir. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi üzrə fəal çalışırıq.

Bu gün Azərbaycan kosmos sənayesinə malik olan ölkədir. Peykimiz fəzaya buraxılıb, inkişaf

etmiş informasiya texnologiyaları sistemimiz vardır.

Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən

biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı

mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman aldatmaya, xarici təsirə, müdaxiləyə

məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanətdir. Bu

məsələlər də Assambleyanın toplantısında müzakirə olunacaqdır.

Deyə bilərəm ki, Azərbaycanın təcrübəsi öyrənilə bilər. Çünki cəmiyyətimizdə multikulturalizm

uğurumuzun əsas elementlərindən biridir. Biz çoxmillətli, çoxdinli ölkəyik. Bu, Azərbaycanın əsas

sərvətlərindən biridir ki, ölkəmizin bütün vətəndaşları dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər

hüquqlara və imtiyazlara malikdirlər. Biz vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin nümayəndələri

bayramları birgə qeyd edirlər. Bu, sözün əsl mənasında nadir təcrübədir və qlobal səviyyədə yüksək

qiymətləndirilir.

Bu gün biz dünyada, bəzən istər Avropa, istər Asiyada, istərsə də Orta Şərqdə və ya qonşu

bölgələrdə təcridolunma və ayrı-seçkilik kimi çox təhlükəli meyllərin şahidi oluruq. Biz bu məsələlərin

həllinə nail olmalıyıq. Onları aradan qaldırmalıyıq, onlar haqqında danışmalıyıq və uğurun müsbət

tərəflərini görməliyik. Əgər biz özümüzü elə aparsaq ki, bu cür məsələlər guya mövcud deyil və ya onları

beynəlxalq forumlarda qaldırmasaq, fikrimcə, vəziyyət yalnız çətinləşəcəkdir. Çünki təəssüflər olsun ki,

meyllər düzgün istiqamətdə cərəyan etmir.

Bu gün ölkələrin milli təhlükəsizliyinə enerji təhlükəsizliyindən ayrı baxıla bilməz. ATƏT

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Azərbaycan təhlükəsizlik və əməkdaşlığa töhfə verir.

Enerji diplomatiyası vasitəsilə biz artıq regional əməkdaşlığı qurmuşuq və genişləndiririk. Bu gün

planlarımız region hüdudlarından kənara çıxır. Enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərlə yanaşı,

bu gün biz təşəbbüslərimizə qoşulmaq üçün avropalı tərəfdaşlarımızı da dəvət edirik.

Azərbaycan dünyada ilk ölkədir ki, Xəzər, Qara və Aralıq dənizlərini şaxələndirilmiş boru

kəmərləri ilə birləşdirir. Bunun sayəsində biz təchizat marşrutlarını müxtəlifləşdirmişik ki, bir marşrutdan

asılı olmayaq. Bu, hasilatçı kimi bizim üçün çox vacibdir. Eyni zamanda, həmin şaxələndirilmə

tərəfdaşlarımız üçün də vacibdir. Onlar enerji resurslarının əlavə mənbələrini qazanır, neft və qaz

yataqlarımızda aparılan hasilat və infrastrukturumuz Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə enerji əməkdaşlığına söykənir.

Mənimlə Avropa Komissiyasının sədri arasında 3 il əvvəl imzalanmış memorandumda

Azərbaycan “Cənub” qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından biri kimi qeyd olunur. “Cənub”

qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir. Biz maliyyə yükünün əsas hissəsini öz üzərimizə

götürmüşük. Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz

dəhlizi üç əsas elementdən ibarətdir: dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz”

yatağından qazın hasilatı, həmin qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə həyata

keçiriləcəkdir. Tikinti işləri başa çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya gedən böyük

Page 135: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

135

boru kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və Trans-Adriatik boru kəmərlərindən

gedir. Bu, Avropa üçün hazırda həyata keçirilən ən böyük infrastruktur layihəsidir.

Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə

bölgəmizin və Avropanın enerji xəritəsini dəyişəcək və bizim, yəni hasilatçıların, tranzit ölkələrin və

istehlakçıların maraqlarına xidmət edəcəkdir.

Enerji siyasəti, enerji təhlükəsizliyi və enerji diplomatiyası sahəsində həmin üç komponent

arasında maraqların tarazlığı uğur üçün əsas şərtdir. Əminəm ki, biz buna nail olacağıq. Gələn illərdə

tərəfdaşlarımızla bir yerdə biz bu tarixi layihəni başa çatdıracağıq.

Gördüyünüz kimi, mən ölkəmiz haqqında çox danışa və həyatımızın bir çox mühüm aspektlərini

əhatə edə bilərəm. Lakin hesab edirəm ki, bu gün bizim üçün ən böyük üstünlüklərdən biri Bakıda bu

qədər çox qonağımızın olmasıdır. Bir neçə gün ərzində sizin Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizi

görmək, insanlarımızla tanış olmaq, vəziyyəti qiymətləndirmək, öz təəssüratlarınızı qazanmaq imkanınız

olacaqdır. Əminəm ki, sizlərdən bir çoxu tərəfdaşlıq və dialoqun davam etdirilməsi məqsədilə ölkəmizə

yenidən gələcəksiniz.

Bu gün bizimlə olduğunuza görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən

Assambleyanın prezidentinə minnətdaram. Ümidvaram ki, bu günlərdə iclasınız uğurlu keçəcəkdir. Çox

sağ olun.

“Xalq qəzeti”.-2014.- 29 iyun.-№ 136.-S.1-2.

Page 136: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

136

Azərbaycan: Yenidən güclü regional mərkəz:

Avropanın “Neurope.eu” informasiya portalına Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevlə müsahibəsi

(1 iyul 2014- cü il)

Bakı, 1 iyul (AzərTAc). Avropanın “Neurope.eu” informasiya portalında Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevlə müsahibə dərc olunmuşdur. AzərTAc müsahibəni təqdim edir.

NE: Siz ötən ilin oktyabrında keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəldiniz.

Bunun başlıca səbəbini necə izah edərdiniz? İlham ƏLİYEV: 2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında

mühüm hadisə olmuşdur. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa

münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz,

cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.

- Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib? - Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə

çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü

fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə,

büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını

keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır.

- Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir edibmi? - Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10

ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artmışdır.

- Bu, həqiqətən yaxşı göstəricidir. - Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər

sırasına daxildir. Son 10 ildə ölkəmizin şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq işləri

görülmüş, bütün şəhərlərdə müasir standartların və qabaqcıl texnologiyaların tətbiqinə başlanmışdır.

- Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq aləmdə də tanınır? - Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də

yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına

əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.

- Bəs ölkənizin regionda və dünyada statusu barədə nə deyə bilərsiniz? - Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir. Azərbaycan beynəlxalq

münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda

keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı

şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam

Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq

Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və

digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

- Deməli, dünyada gedən arzuolunmaz proseslər Azərbaycana toxunmamışdır... - Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda

tamamilə fərqli proseslər – sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli

birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün bunlar 2013-cü ildə keçirilən

seçkilərdə qazanılan qələbənin də əsas səbəbləri olmuşdur.

- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi? - AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu

təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf

keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin

fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək həyatda müşahidə

etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin davamlı olması üçün bizə mandat vermişdir.

- Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı. - Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər vardır.

Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir

cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq

beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı

Page 137: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

137

sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam

etdiriləcəkdir.

- 2013-cü ildə Azərbaycanda həm də İKT-nin inkişafı sahəsində böyük addımlar atılmışdır. - Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki, bütün işlər ölkənin real

imkanları, ən yaxşı beynəlxalq təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki,

müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də

innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir.

İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə

Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması

bu sahənin inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3

milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin

inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması

və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə

buraxılması ilə bağlı işlər aparılır.

- Bütün bunların fonunda internetin inkişafını necə qiymətləndirmək olar? - Son illər ərzində internet də sürətlə inkişaf etmişdir. Beynəlxalq Telekommunikasiya

Təşkilatının hesabatına əsasən, Azərbaycan əhalisinin 70 faizi internetdən istifadə edir. Biz Azərbaycanın

bütün şəhərlərinə genişzolaqlı internet xətlərinin çəkilməsinə başlamışıq.

- Azərbaycanın müəllifi olduğu innovasiyalar haqqında nə deyə bilərsiniz? - Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi

innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk. Nümunə kimi Azərbaycan brendi olan

Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun “ASAN xidmət”

mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir

çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferasına

dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması,

dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin səmərəli təşkili

və bu sahədə idarəçilik sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş

münasibətlərinin nümunəsidir. Mərkəzlər hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil ki,

bir il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət etmişdir. Buna görə də “ASAN xidmət”

mərkəzlərinin təklif etdiyi xidmətlərin miqyasını genişləndirmək niyyətindəyik.

- Gələcəyə nəzər salsaq, innovativ texnologiyalar Azərbaycanın inkişafında necə rol

oynayacaqdır? - Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək inkişafında oynayacağı rol barədə qeyd edə

bilərəm ki, iqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və

texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri

cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq və s. üçün xüsusi addımlar atılır. Bu məqsədlərə nail

olmaq üçün Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis

edilmişdir. İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən biridir və biz

dayanmadan bu istiqamətdə irəliləyirik.

- Siz 2014-cü ili “Sənaye ili” elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin görülməsi

nəzərdə tutulmuşdur? - Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün

ciddi addımlar atıldı, yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet

respublikaları arasında əlaqələrin itirilməsinə səbəb oldu. Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla

nəticələndi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin dövrdə ölkədə baş alıb

gedən anarxiya, istehsal müəssisələrinin köhnəlməsi, texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə və

istehsal prosesinin dayanmasına gətirib çıxardı. Yalnız ümummilli lider Heydər Əliyevin səyləri

nəticəsində 2000-ci illərin əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün oldu.

Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində

milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin

formalaşdırılmasına yönəldilmişdir. Nəticədə, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır.

Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə proqramlarının həyata

keçirilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan

rəqabətədavamlı müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.

Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün

Page 138: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

138

imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində

müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni

istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-

cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq

edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın

hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə

məqsədlərimizə çatmaq imkanı verəcəkdir.

- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu

proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə

qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir? - 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli

inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq

olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk

növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul

ediləcək. Bu, baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu

proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş

nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai

xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli

olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2

milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye

istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və

müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının,

ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir.

- Qarşınıza qoyduğunuz strateji məqsəd nədir? - Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək

və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə

də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir.

İnanıram ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət

Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq,

ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri

sırasına çıxacaqdır.

- Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz? - Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli sürmüşdür. Ölkəmizin

həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük əhəmiyyət

kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan

sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2”

beynəlxalq yekun investisiya qərarı imzalanmışdır. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə

yanaşı, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə

“XXl əsrin kontraktı” kimi düşəcəkdir.

- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq

status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz? - Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici

siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və

çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən,

qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq

nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi

üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun

göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir,

addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz

maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata

sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və

sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir.

- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir? - Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə münasibətlərimiz də inkişaf

etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli

Page 139: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

139

münasibətlərini davam etdirmişdir. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm

bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək

üçün Aİ ilə strateji tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.

- Yeni tərəfdaşlıq münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri barədə nə deyə

bilərsiniz? - Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin

inkişafına əlavə olaraq biz qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi

ölkələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə yanaşı, biz həm də Qoşulmama Hərəkatının

üzvləri olan Latın Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf etdiririk.

Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir.

Artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan

silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi

tanımışdır. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul etmişlər. Növbəti illərdə biz ölkəmizin

siyasi və iqtisadi potensialını daha da gücləndirməyə, beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq

təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik. Bizim xarici

siyasətimiz milli maraqların qorunması üzərində qurulmuşdur və bu istiqamətdə lazımi addımlar

atılacaqdır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən

danışmaq olarmı? - Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Ermənistan tərəfi danışıqlar

prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən

ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı

müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci

erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi

bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan

dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti

daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir.

- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq

prosesi necə gedir? - 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli ildir. Bildiyiniz

kimi, bu cür genişmiqyaslı yarışlara hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək

üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla əlaqədar bütün məqsədlərə nail

olacağıq. Təşkilat Komitəsi yaradılmışdır və olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi

məkanların tikintisi bu ilin sonunadək tamamlanacaqdır. Amma hazırlıq prosesi müxtəlif binaların

tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin yaradılması, qonaqların və

idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir.

Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun mövcudluğunu və beynəlxalq

tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını

gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı

Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir.

“Xalq qəzeti”.-2014.- 2 iyul.-№ 138.-S.1-2.

Page 140: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

140

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir:

Prezident İlham Əliyev müşavirədə iştirak etmiş və nitq söyləmişdir:

Prezident İlham Əliyevin nitqi

(7 iyul 2014-cü il)

Bakı, 7 iyul (AzərTAc). İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının

diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak etmişdir.

Dövlətimizin başçısı müşavirədə nitq söylədi.

- Hörmətli səfirlər, xanımlar və cənablar.

Bugünkü müşavirənin çox böyük əhəmiyyəti vardır. Müşavirə iki ildən bir keçirilir, xarici

siyasətimizin müxtəlif aspektləri müzakirə edilir və yeni istiqamətlər müəyyənləşdirilir. Bir sözlə, hesab

edirəm ki, bu, çox uğurlu formatdır və bizə imkan verir ki, xarici siyasətimizi ardıcıl şəkildə aparaq.

Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və

müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü

siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə

özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı

və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da

öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.

Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük

inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam

şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü

təmin edən ölkədir.

Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan

sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də

təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı

getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi

təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz

qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi.

Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət

üçün böyük diplomatik və siyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə

qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim

namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki

biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti

müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.

Bir sözlə, beynəlxalq imicimiz çox müsbətdir. Bunun müxtəlif amilləri vardır. Bir daha demək

istəyirəm ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı, prinsipial mövqeyi, ədaləti, hüququ hər şeydən üstün

tutmağımız, eyni zamanda, əlbəttə ki, bizim diplomatik orqanların uğurlu fəaliyyəti də burada çox

mühüm rol oynamışdır. Buna görə mən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etmək

istəyirəm. Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan

gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.

Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll

olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş

olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun

həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi

Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.

Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən

Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan

vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan

ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan

etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.

Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın.

Page 141: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

141

Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan

etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan

mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim

güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə

vurmuşdur.

Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim

ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər

vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll

edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o

cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll

edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul

olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.

Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan

iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər

ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik.

Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq.

İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu

oynayacaqdır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə

Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda

əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları

Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.

Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş

dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya

ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə

çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.

Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər

yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks

etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır.

Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm

Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə

çatdırılsın. O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum

deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi

görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu

beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir.

Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim

mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm

tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz

hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT

Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Siz bunu yaxşı bilirsiniz. Digər beynəlxalq təşkilatlar qərar və

qətnamələr qəbul etmişlər. Yəni, bu, artıq çox möhkəm hüquqi zəmindir. Düzdür, bu, hələ ki, real

nəticəyə çevrilməmişdir. Ancaq bu tarixi və hüquqi zəmin vardır. Belə olan halda təbii ki, Azərbaycan

ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Əlbəttə ki, Azərbaycan dövləti

buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil

qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb

və tanınmayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant

yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti

yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu

nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik.

Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət

çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi,

sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcəkdir. Ancaq biz əsas

hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal

edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı

Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu

Page 142: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

142

təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır. Siz diplomatlar yaxşı

bilirsiniz və biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada

bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir.

Əlbəttə ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır. Mən əminəm ki, o gün

gələcəkdir. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə

deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaqdır. Bizim

Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları

bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid

olunuruq, siz də bunu yaxşı bilirsiniz. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz

əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə

Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaqdır. Belə olan halda çox kiçik daxili bazarı

və ixrac imkanları sıfıra bərabər olduğu üçün əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun

səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40

min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcəkdir.

Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır,

diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir. Bunu da siz yaxşı bilirsiniz ki, burada bu

amil də öz rolunu oynayır.

Ancaq dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə

yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada,

Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar,

bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda

bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq.

Bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib. Mən bir neçə məsələ haqqında

fikirlərimi bildirmək istəyirəm. Çünki əlbəttə ki, bizim xarici siyasətimiz əsaslıdır və strateji xətt

seçilibdir, davam edir. Ancaq əlbəttə ki, vaxtaşırı bu məsələlərə aydınlıq gətirmək lazımdır, prioritetlər

düzgün müəyyən edilməlidir və belə olan halda bizim xarici siyasətimiz daha da uğurlu olacaqdır.

Qonşularla münasibətlərimiz çox müsbətdir. Hesab edirəm ki, biz bu münasibətləri bundan sonra da

inkişaf etdirməliyik. Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam

münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində

qurulubdur. Artıq bütün qonşularla münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır.

Biz bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam, mehriban qonşuluq

münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün önəmlidir. Mən çox şadam ki, bizim bütün

qonşularla çox gözəl bərabərhüquqlu və əsaslı münasibətlərimiz vardır. Burada həm siyasi, həm iqtisadi

komponent mövcuddur. Əlbəttə ki, tarixi, mədəni əlaqələr də öz rolunu oynayır və hesab edirəm ki, biz

gələcək illərdə qonşularımızla münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Çünki biz də istəyirik ki,

hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun. Çünki

Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Heç bir

narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar

arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıbdır. Daxili təhlükə

mənbəyi yoxdur.

Ona görə biz, əlbəttə, istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu

istiqamətdə ikitərəfli və çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək illərdə də bu,

prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da

müəyyən edilmişdir. Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə formatlar

vardır. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-

Türkmənistan üçtərəfli formatları vardır. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində

görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilmişdir. Bunun da çox böyük faydası

vardır. Burada əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu

bir əməkdaşlıq formatıdır. Deyə bilərəm ki, bu formatın çox gözəl nəticələri vardır. Belə görüşlərin

keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir.

Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o cümlədən Azərbaycan

regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə

təşəbbüslər əlbəttə ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz yerində durmur.

Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs

göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun.

Page 143: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

143

Biz əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı

maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. Buna nail ola bilmişik. Əlbəttə ki, ikitərəfli format

ən uğurlu formatdır.

Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı

tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk.

Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu

qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman

ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan

sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif

variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi

sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Hesab edirəm ki, Azərbaycan investisiyalarını

müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik.

Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format hesab edirəm ki, bizim

maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz

vardır. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana

səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız

daha çox Avropa məkanına göndərilir.

Əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanlar vardır. Burada da münasibətlər

qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi

islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini

öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır.

Eyni zamanda, Avropa texnologiyaları bizə lazımdır. Biz bu gün ölkəmizi sürətlə inkişaf etdiririk.

Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Nəinki Bakıda, hər bir yerdə çox böyük inkişaf vardır. Ona

görə, yeni texnologiyalar olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Düzdür bu texnologiyaları

bizə heç kim pulsuz vermir. Biz bunları alırıq və heç bir problem yoxdur. İndi bizə texnologiyaları satmaq

istəyən şirkətlərin sayı o qədərdir ki, burada heç bir çətinlik yoxdur. Ancaq hesab edirəm ki, bu məsələ də

ikitərəfli formatda öz yerini tutmalıdır. Xüsusilə nəzərə alsaq ki, Avropanın bəzi ölkələrində iqtisadi və

maliyyə böhranının fəsadları hələ aradan qalxmayıbdır, əlbəttə, Avropa şirkətlərinin Azərbaycanda

fəaliyyət göstərmələri onlar üçün də böyük maraq doğurur.

Azərbaycanda infrastruktur, neft-qaz layihələri həyata keçirilir. Bildiyiniz kimi, yaxın illərdə on

milyardlarla dollar sərmayə qoyulacaqdır. Burada əlbəttə ki, Avropa şirkətləri fəal iştirak edəcəkdir.

Hesab edirəm ki, bizim Avropa ölkələrində fəaliyyət göstərən diplomatlar üçün bax, bu iqtisadi maraqlar

ön planda olmalıdır. Çünki bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada heç bir böhran, heç

bir çətinlik, heç bir asılılıq yoxdur. Əksinə, bizim artan iqtisadi gücümüz, maliyyə potensialımız imkan

verir ki, nəinki ölkə daxilində, Avropada da investisiyalar qoyaq.

Əlbəttə ki, son illərdə Asiya ölkələri ilə bizim əməkdaşlığımız çox sürətlə inkişaf edir və mən

bunu çox müsbət qiymətləndirirəm. Çünki biz müstəqilliyimizi əldə etdikdə, əlbəttə ki, xarici siyasətimiz

ilk illərdə özünü sanki bizə olan marağın cavabı kimi göstərirdi. Yəni, kim Azərbaycana maraq göstərirdi,

biz onlarla daha çox əlaqələr qururduq. Təbii ki, ilk belə maraq göstərən Avropa ölkələri - Qərb ölkələri

olmuşdur. Xüsusilə neft-qaz sektoruna olan maraq da orada əsas rol oynamışdır. Biz də təbii ki,

münasibətlərimizi ilk növbədə o ölkələrlə qurduq.

Ümumiyyətlə, ilk illərdə belə bir təsəvvür var idi ki, bizim əsas tərəfdaşlarımız Qərb dünyasıdır.

Əlbəttə ki, biz indi təxminən 23 ildir müstəqillik şəraitində yaşayırıq və indi bizim üçün dünyada heç bir

sirr yoxdur. Ona görə müstəqilliyin ilk illərində Asiya ölkələri ilə münasibətlərimiz bir müddət o qədər də

yüksək səviyyədə olmamışdır. Ancaq bu gün bu, bizi tam qane edən səviyyədədir.

Mənim səfərlərim, Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və

qarşılıqlı hörmət bax, bu gün bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə siyasi və iqtisadi

əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır. Azərbaycana da çox böyük maraq vardır. Bu, həm

ölkənin potensialı, eyni zamanda, bayaq qeyd etdiyim məsələ - müstəqil siyasət ilə əlaqədardır.

Çünki bu gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyildir.

Bəzi hallarda bu müstəqil siyasət adı altında birtərəfli və radikal siyasət aparılır. Biz bunun da tərəfdarı

deyilik. Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Yəni, bu, bizim

maraqlarımıza cavab vermir. Biz hər bir qarşıdurmaya hazırıq. Lazım gəldikdə sözümüzü deyirik,

maraqlarımızı müdafiə edirik. Ancaq özümüz buna heç bir ehtiyac duymuruq. Biz, əksinə, bütün ölkələrlə

Page 144: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

144

çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına

yox, - əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına.

Ona görə, müstəqil siyasətimiz və beynəlxalq məsələlərlə bağlı göstərdiyimiz prinsipiallıq Asiya

ölkələrinin bizə olan rəğbətini artırır. Biz əlbəttə ki, bundan sonra da bu istiqamətdə fəal işləyəcəyik.

Beynəlxalq təşkilatlarla əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Hesab edirəm ki, Azərbaycan

beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani

şəkildə göstərir. BMT-də bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə

təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə

BMT nəzərə alınmalıdır.

Əfsuslar olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq ictimaiyyət” sözü çox

işlədilir və bu söz bir qrup ölkələri nəzərdə tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq

ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim böyük, əvəzolunmaz

təcrübəmiz vardır və biz BMT-də səylərimizi genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o

ölkələrlə ki, münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri möhkəmləndirə bilərik və

bunu edəcəyik.

Biz digər beynəlxalq təşkilatlarda, ATƏT-də əlbəttə ki, çox fəal iştirak edirik. Əfsuslar olsun ki,

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə

hasil edə bilməyib. Sadəcə olaraq iyirmi ildən artıqdır ki, məsələ nə hərb, nə sülh vəziyyətindədir.

Baxmayaraq ki, ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyası

göndərmişdir. Onlar da məruzə hazırlamışlar, sonra çalışmışlar ki, bu məsələni tarazlaşdırsınlar. Bunu

necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Bütün şəhərlər,

məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə

bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma buna baxmayaraq, - yəni,

həqiqətləri də tam şəkildə inkar edə bilmirlər, - bu missiyaların hesab edirəm ki, müsbət nəticələri

olmuşdur.

Bu yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Biz bu

kürsüdən də öz sözümüzü dedik və deyəcəyik. Çünki biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda

prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizimlə

məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki biz həqiqəti deyirik və bu həqiqət

bəzilərinin xoşuna gəlmir. Bu, onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi ilə,

istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətcə dünyada gedən proseslərlə bağlı həqiqəti

deyirik. Həqiqəti inkar etmək mümkün deyildir. Ona görə də ATƏT-də əlbəttə ki, bizim fəaliyyətimiz

bundan sonra da çox fəal olacaqdır.

Mən İslam Əməkdaşlıq Təşkilatı haqqında danışdım. Hesab edirəm ki, bizim bu təşkilatda

fəaliyyətimiz çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul etmişdir. Mən hesab edirəm ki, biz bu təşkilat

çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə

onların diqqətinə çatdırmalıyıq. Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz.

Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə ikitərəfli münasibətləri qursun, ya

da möhkəmləndirsin. Burada bəzi hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab

edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə

məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın.

Ona görə, yenə də hesab edirəm ki, Azərbaycanın dağıdılmış abidələri, dini abidələri barədə

şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc

edilməlidir. Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə, mətbuat orqanlarına,

beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki, məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə

uğurlu əməkdaşlıq edə bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq istəyir, biz isə

imkan verməməliyik. Ona görə, - burada əlbəttə ki, diplomatik səylər öz yerində, - eyni zamanda, güclü

təbliğat qurulmalıdır. Əslində qurulur, müsbət nəticələri vardır. Sadəcə olaraq, istəyirəm ki, daha da

müsbət olsun.

Bizim digər beynəlxalq təşkilatlar ilə də əlaqələrimiz uğurludur. Biz indi Avropa Şurası Nazirlər

Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə

etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı

fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və

uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına

Page 145: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

145

qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki,

Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist,

ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz.

Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir

nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların

nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda vardır. Onlar

möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən

vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar

indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün

Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və

müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz

gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə

olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını

vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə

də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün

deyildir. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə

də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid

sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir.

Ancaq, eyni zamanda, hesab edirəm ki, bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz vəziyyəti

tamamilə dəyişdiribdir. Çünki keçən ilin yanvar ayında Azərbaycana qarşı hazırlanan qərəzli məruzə

iflasa uğradı. O məruzəni təqdim edən deputat demək olar ki, tamamilə biabır olmuşdur. Avropa Şurası

Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük

qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar

bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini,

əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir. Mənə gələn məlumatlar və suallar ondan

ibarətdir ki, nə üçün biz bu qədər ədalətsizliyə cavab verməməliyik?! Biz cavab veririk.

Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında

saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik. Əgər biz oradan-

buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət

etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz vardır.

Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana

səfərləri bunu göstərir. Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə

ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir

hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq

müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar

sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq

istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri

tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar

deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik.

Əlbəttə ki, hər bir əsassız ittihama görə biz cavab verməliyik və artıqlaması ilə veririk. Bizim

diplomatlarımız da çalışdıqları ölkələrdə həmişə bunu izləməlidirlər və mətbuata, hansısa bir qeyri-

hökumət təşkilatının əsassız ittihamına cavab verməlidirlər. Ancaq yenə də deyirəm, bu məsələ bizi

ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir. Bizim

hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində

gözəl həyatının təmin edilməsidir. Biz bu hədəfə doğru gedirik. Biz hər bir istiqamət üzrə hədəfə doğru

gedirik. Bizim daxili siyasət, iqtisadi siyasət, sosial siyasət, ordu quruculuğu siyasəti, xarici siyasət ilə

bağlı düşünülmüş konseptual yanaşmaya söykənən siyasətimiz vardır. Bizim uğurlarımızın səbəbi bundan

ibarətdir. Bir çox hallarda xarici qonaqlar məndən soruşurlar ki, Azərbaycanın uğurları nə ilə bağlıdır?

Bunu mən necə izah edim? Bunu izah etmək üçün gərək 10 ilin tarixini biz yenidən nəzərdən keçirək.

Yəni, bu, ardıcıl siyasətin nəticəsidir.

Ona görə, hesab edirəm ki, biz bütün ikitərəfli formatlarda və beynəlxalq təşkilatlarda

fəaliyyətimizi sadəcə olaraq daha da fəallaşdırmalıyıq. Öz sözümüzü deməliyik, deyirik. Bərabərhüquqlu

münasibətlərin təmin edilməsi hesab edirəm ki, Azərbaycanın artan gücü hesabına mümkün olmuşdur.

Əlbəttə ki, diaspor təşkilatları ilə bizim səfirliklərimiz fəal əlaqədə olmalıdırlar. Bilirəm ki, bu, belədir.

Əvvəlki illərdə müəyyən ziddiyyətlər olmuşdur. Diaspor nümayəndələri ilə keçirilən görüşlərimdə də,

Page 146: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

146

ondan sonra keçirilən qurultayda da dəfələrlə demişəm ki, diaspor təşkilatları səfirliklərlə bir yerdə

olmalıdırlar. Çünki səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər

ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə

vurmamalıdırlar.

Əlbəttə, hesab edirəm ki, bizim dövlət siyasətimiz burada öz nəticəsini göstərmişdir və bilirəm ki,

indi əksər hallarda diaspor təşkilatları səfirliklərlə bir yerdə işləyirlər, çalışırlar, tədbirlər keçirirlər. Hesab

edirəm ki, bu, bizim gücümüzü artırır, eyni zamanda, diaspor nümayəndələri də özlərini daha rahat hiss

edirlər. Çünki bilirlər ki, möhkəm, güclü Azərbaycan dövləti onların arxasında dayanıb. Onlar da bilirlər

ki, Azərbaycan dövləti öz vətəndaşlarını daim müdafiə edir və edəcəkdir. Bir çox hadisələr bunu artıq

göstərmişdir.

Bizim artan iqtisadi imkanlarımız əlbəttə ki, xarici siyasətə də müsbət təsir göstərir. Bir daha

demək istəyirəm ki, bu gün xaricdə investisiyalara çox böyük ehtiyac vardır. Siz də yaxşı bilirsiniz ki,

bəzi Avropa ölkələrinin böhrandan çıxmaq üçün əsas siyasət istiqamətləri investisiyaları çoxaltmaqdır.

Amma nəyin hesabına? Əgər daxili resurs yoxdursa, nəyin hesabına investisiyaları yönəltmək

mümkündür? Ancaq xarici investisiyaların hesabına. Xarici investorların əksəriyyəti, - hər halda bizim

təcrübəmiz onu göstərir, - Qərb ölkələridir. Orada indi böhran yaşanır. Ona görə investisiya imkanları

olan ölkələrə indi çox böyük maraq vardır. Azərbaycan da o ölkələrdəndir. Ona görə hesab edirəm ki,

bizim iqtisadi diplomatiyamız da çox fəal olmalıdır. Mən burada bir neçə istiqamət görürəm. İlk növbədə

Azərbaycan investisiyalarını xarici ölkələrə yönəltmək. Əslində bu, bu gün siyasətimizin tərkib hissəsidir.

Çünki iqtisadi qanunlar vardır. Biz bundan sonra ölkə iqtisadiyyatına kütləvi həcmdə investisiyalar qoya

bilmərik. Çünki bu, inflyasiyanı sürətləndirə, digər xoşagəlməz proseslərə gətirib çıxara bilər. Biz

investisiyanı tənzimləyici həcmdə qoyuruq. Maliyyə resurslarımız da vardır. Ona görə biz indi xarici

bazarlara, - o ölkələrə ki, onlarla bizim yaxşı münasibətlərimiz vardır, - öz investisiyalarımızla çıxırıq.

Bax, bu da çox önəmlidir.

Ona görə, hesab edirəm ki, burada İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft

Fondu, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Biz xaricə qoyulan investisiya portfelini, əlbəttə ki,

təsdiq edirik. Azərbaycan şirkətlərini xarici bazarlara çıxarmaq üçün bizim səfirliklər çalışırlar. Keçən

müşavirədə də mən qarşıya bu vəzifəni qoymuşam. Son vaxtlar xaricdə Azərbaycan şirkətlərinin sayı da,

onların fəaliyyəti də artır.

Enerji diplomatiyamız - bu da əlbəttə ki, çox önəmli məsələdir. Çünki bu gün enerji

təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji

təhlükəsizliyini tam şəkildə təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal

iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədə artıracaq və Azərbaycanı

dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri

Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan liderliyi öz üzərinə götürüb. Bu layihələrin

icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə çıxış əldə

edəcəkdir. Yeni qaz mənbəyi - ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu

gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Başqa yeni mənbə yoxdur və yaxın zamanlarda

olmayacaqdır.

Ona görə bu məsələ ilə bağlı, - eyni zamanda, bu layihələrin icrası zamanı onlarla, yüzlərlə xarici

şirkət çalışacaq, - kontraktlar imzalanacaqdır. Artıq bir çox kontraktlar imzalanmışdır və bu kontraktlar o

şirkətlər üçün böyük gəlir mənbəyidir. Burada da hesab edirəm ki, əlbəttə, bütün bu məsələlər açıq tender

yolu ilə həll ediləcəkdir. Ancaq yenə də Azərbaycan bu layihələrin lideri, təşəbbüskarı kimi öz sözünü

deyə bilər və deyəcəkdir. Burada da hesab edirəm ki, həm iqtisadi parametrlər, eyni zamanda, bizim

ikitərəfli əlaqələr də nəzərə alınmalıdır. Ona görə biz bu layihələrin icrası nəticəsində bir neçə hədəfə

çatacağıq. Əminəm ki, bu böyük layihələri vaxtında icra edəcəyik.

Bir daha demək istəyirəm ki, Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır. Müstəqil xarici

siyasət aparır və bundan sonra da aparacaqdır. Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir.

Sizin fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar, çatışmazlıqlar ola bilər.

Ancaq bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrü yaşayır. Mən sizə fəaliyyətinizdə yeni uğurlar

arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 8 iyul.-№ 143.-S.1-3.

Page 147: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

147

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci

yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş

iclası keçirilmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(10 iyul 2014-cü il)

Bakı, 10 iyul (AzərTAc). İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və

qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə

edəcəyik. Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran

bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu,

deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı

davam edəcəkdir.

Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan

islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün

olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə

bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı

inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin

nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun

böyük hissəsi qeyri-neft sektorunda yaranır.

Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları

tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən

edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim

islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı

reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit

resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər

təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya

İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət

qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil

ölkə üçün bu, çox böyük göstəricidir.

Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə

çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili

sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük

təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.

Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də

əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və

Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici

hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz

uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim

məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə

yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və

onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-

neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.

İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir.

Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar,

pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən

böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq,

inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir.

İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri

Page 148: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

148

bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır,

ümumi daxili məhsul daha da artacaqdır.

Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid

edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.

Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə

vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə

resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan

xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında

adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl

yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan

verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.

Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan

sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına

da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və

buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.

İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı

artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə

uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan

verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.

Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir

etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir.

Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük

maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını

artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər

gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan

investisiyaların coğrafiyası genişlənir.

Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin

altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə

qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan

təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox

aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində

Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də,

əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş

yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır,

gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd

təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də

iş yerləri ilə təmin edə bilək.

Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya

hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra

da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir

var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq

böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq.

Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri

açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər

investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən

edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa

ehtiyacı olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır

və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü

regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial

məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır.

Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı

ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem

yoxdur.

Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440

manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.

Page 149: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

149

Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə

ocağı təmir olunur, tikilir. Yəni, bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.

Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu,

əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir. İslahatlar

şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşməlidir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük

təcrübəsi vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial sahədə vəziyyət

dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün

imkanlarımız vardır.

Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişik. Ordu quruculuğu prosesi

uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək

səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər

həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox

böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici

siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha

demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ

münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır.

İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə

hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. “Cənub”

qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun

qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini

göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək,

Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan

sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası

nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın

dünyadakı rolu daha da artacaqdır.

Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları

gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.

Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr

üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr

və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə

bilməz, tam müstəqil siyasət apara bilməz.

Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji

təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar

qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə

etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı

dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli

maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır.

Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə

Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlmişlər və bir neçə milyard dollar

həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora

göstərdiyi diqqət və qayğıdır.

Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa

bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən

də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya

investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz

də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar

üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə

TANAP, “Şahdəniz-2” layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə

ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada

yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri

yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət

etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki,

olacaqdır. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə

Page 150: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

150

iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində

yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də

sürətlə gedəcəkdir.

Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır,

texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır. Bu barədə sonra danışacağam. Bir sözlə,

bizim sənayemiz də buna hazır olmalıdır. Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il

ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət

göstərilməlidir.

Bir sözlə, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-

hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir.

Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə

bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha

da gücləndirir.

Page 151: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

151

Prezident İlham Əliyevin yekun nitqi

(10 iyul 2014-cü il)

- Əminəm ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır və

Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaqdır.

Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa

çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur.

Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş

sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə,

infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və

sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki,

xərclənən vəsait lazımi səviyyədə təmin edilsin.

İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət

göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki,

son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük

investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna

baxmayaraq müəyyən uğurlu addımlar atılmışdır.

Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd

yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali

yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə

səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya

proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni

zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat

fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan

vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab

edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd

yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli

tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər.

İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi

hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə

başa çatıb. Mən də açılışlarda iştirak etmişəm. Vətəndaşlarla söhbət əsnasında onların bu məsələyə

müsbət yanaşmasını görmüşəm. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24

saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Elə

etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin

edirik. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən

kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər

vətəndaş indi təmiz içməli su ilə təmin olunmuşdur.

Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha

sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq.

Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda,

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da

sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı

verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum

üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu

işləri daha da sürətlə aparmalıdır.

Meliorasiya ilə bağlı. Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük

infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə

Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır. Mən keçən

müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki,

mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min

hektar torpaq suvarılacaqdır. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10

min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait

ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz

dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaqdır. Ona

görə, yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat

Page 152: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

152

versinlər. Ondan sonra, əlbəttə ki, biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd

təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın.

Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi – 7,6

milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir.

Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Biz bu templəri

saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək.

İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın.

Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir.

Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar

deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı

ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət

qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci

layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir.

Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması

prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə

taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26

sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika,

gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan

təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır.

Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən

edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə

əsaslanmalıdır.

Əlbəttə, məhsuldarlığın artırılması bütün sahələrdə təmin edilməlidir. Eyni zamanda, yeni əkin

sahələrinin dövriyyəyə buraxılması dediyim o meliorasiya layihələrinin icrası nəticəsində də nəzərdə

tutulur. Belə olan halda bir daha demək istəyirəm, biz dəqiqliklə bilməliyik hansı rayonda neçə min

hektar dövriyyəyə buraxıla bilər ki, orada bütün infrastruktur layihələri təmin edilsin, yollar və digər

məsələlər öz həllini tapsın. Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq. Bunu mən

dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi

məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin

edilməlidir.

Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və

çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail

olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq

olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən

yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli,

rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm

ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz

ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və

beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır.

Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir.

Biz hədəf kimi bunu saxlayırıq, amma həm kənd təsərrüfatı, həm də sənaye sahəsində hazırlıq işləri

getməlidir, bu islahatlar aparılmalıdır.

Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir

məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək.

Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı

ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu,

böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci

mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna

yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan

sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin

edilməlidir.

Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm

daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının

artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır.

Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini

Page 153: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

153

verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması,

yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına

özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq.

İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun.

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əlbəttə ki, bu, bizim üçün yeganə məqbul olan

yoldur. Amma, eyni zamanda, dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlarımız sırf

sosial xarakter daşıyır. Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib.

Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir,

Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi

artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin

tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı,

diqqət göstərilir?! Mən sizə deyim ki, heç bir ölkədə. Bu, bizim siyasətimizin əsas istiqamətidir və biz

bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik.

Sənaye sahəsində də eyni yanaşma tətbiq olunur. Dövlət öz hesabına texnoparklar yaradır. Orada

şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət

qədər çoxdur.

Hesab edirəm ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da

dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə

cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının,

alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın

inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə

tədbirlər də görülməlidir.

Əvvəlki müşavirələrdə qeyd etmişəm ki, hər bir rayonda sənaye zonaları olmalıdır. Bu istiqamətdə

də işlər gedir və getməlidir. Dövlət əlbəttə ki, əsas yükü öz üzərinə götürür. Belə də olmalıdır.

Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin,

iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik.

Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar

iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox

ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon

manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları

deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni,

bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl

banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit

resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300

milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər

ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.

Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd

etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk

etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq

nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə, burada

çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır.

Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə

qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya

kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və

ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox

böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl

sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir.

Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir.

Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır.

Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola

bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır -

inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi.

“ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan

artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki,

orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər,

Page 154: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

154

yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi,

hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası

vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi.

Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu

avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb

edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab

edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi

diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı “ASAN xidmət”in fəaliyyətinə,

hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a

çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10

avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar.

Nəqliyyatla bağlı məsələlər öz həllini tapır. Burada mən iki məsələni qeyd etməliyəm. Bakı-Tbilisi-

Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır.

Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra

etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi

məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir

neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki

liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar

yaradılacaq, digər məsələlər öz həllini tapacaqdır. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün

ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır.

Eyni zamanda, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. Əslində,

yeni qurum yaradılır - “Baku Bus” şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək

avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl

texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan

sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər -

onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir

nömrəli sistem olmalıdır.

Metro tikintisi sürətlə gedir. Hesab edirəm ki, biz bu sahəyə əlavə vəsait də ayırmalıyıq. Çünki bəzi

layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə

baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da

sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro

tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən

gələn təkliflər də bunu göstərir.

Biz məcburi köçkünlərin problemlərini həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll

edəcəyik. Bu il də ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Bu proses artıq uğurla

gedir. Həm Bakıda, həm bölgələrdə yeni massivlər tikilir, yeni qəsəbələr salınır və biz bu işləri ən yüksək

keyfiyyətlə görürük.

Böyükşor gölünün təmizlənməsi burada qeyd olundu. Layihə icra olunur. Bu, çox böyük layihədir,

rəmzi xarakter daşıyır. Bakının ətrafında çirklənmiş göllərin sayı ondan çoxdur. Onlardan ən böyüyü, ən

çirklənmişi Böyükşor gölüdür və biz məhz bu göldən başlamışıq. Bu gölü biz tədricən təmizləyəcəyik.

Hələ ki, iki yerə bölmüşük, ola bilsin üç yerə böləcəyik. Eyni zamanda, yol salınacaqdır. Artıq bənd

tikilir. Bu, həm şəhər nəqliyyatı üçün faydalı olacaq, eyni zamanda, bu gölü hissə-hissə təmizləmək daha

da asandır. Hesab edirəm ki, gələn ilin yayına qədər birinci hissə artıq istifadəyə veriləcəkdir. Üç yüz

hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq,

gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bu da həm ekoloji

cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də artıq nəzərdə tutulur. Biz yəqin ki, yaxın

aylarda bu gölün təmizlənməsinə də başlamalıyıq. Biz hələ ki, iki göldən başlayıb, növbəti illərdə bütün

gölləri təmizləyəcəyik. O göllərə illər ərzində çirkab sular, lay, neft, kanalizasiya suları axıdılırdı. Bu

göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl

ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcəkdir.

İndi Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması

nə qədər böyük təsir göstərmişdir. İndi əvvəlki illərdə olduğu kimi şəhəri bürüyən zərərli tüstü yoxdur.

İndi şəhərin havası dəyişir. Biz “Avro” standartına keçmişik. “Avro” standartından aşağı səviyyədə olan

avtomobillər artıq Azərbaycana idxal edilmir. Bu da böyük dərəcədə müsbət təsir göstərəcəkdir. Çünki

Page 155: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

155

havanı çirkləndirən əsas amil avtomobillərdir. Həmçinin neftayırma zavodumuzda yenidənqurma işləri

nəzərdə tutulur. Artıq layihə təqdim edilibdir. Mən hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Bəlkə

də, biz bunu ayrıca müzakirə edəcəyik. Ancaq bizim zavodumuzda ən azı “Avro-5” benzinin istehsalı

nəzərdə tutulur və vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik.

Göllərin, neftlə çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası. Bibiheybət buxtasının

əvvəlki görüntülərinə nəzər salsaq görərik ki, biz nə dərəcədə böyük işlər görmüşük. İndi orada ağaclar

əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi. Ceyms Bond haqqında filmi orada çəkmişdilər.

Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər. Bibiheybətin o filmdəki və indiki

vəziyyətinə baxmaq olar. İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq

məqsədi ilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları,

idman meydançaları olacaqdır. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər.

Bax budur bizim gördüyümüz işlər. Ona görə ekologiya məsələlərinin həllinə daim diqqət göstərilir. Altı

ayda həm Bakıda, həm bölgələrdə iki milyondan çox ağac əkilibdir. Mən həmişə deyirəm ki, bu, daimi

proses olmalıdır. Biz nə qədər çox ağac əksək, xüsusilə Abşeron yarımadasında, o qədər də insanların

sağlamlığına xidmət etmiş oluruq.

Yəni, bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq

mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı

ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı

dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik. Nazirlər Kabinetinin

üzvlərinə isə uğurlar arzulayıram.

Sağ olun!

“Xalq qəzeti”.-2014.- 11 iyul.-№ 146.-S.1-3.

Page 156: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

156

Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb:

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(17 iyul 2014-cü il)

Bakı, 17 iyul (AzərTAc). İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam

Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Hörmətli məclis iştirakçıları.

İlk növbədə mənim ünvanıma deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Mən çox şadam

ki, bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Bu gün dünyada Azərbaycan böyük hörmətlə, böyük

ehtiramla qarşılanır. Bizə olan hörmət, rəğbət gündən-günə artır. Çünki dünya bilir ki, artıq biz etibarlı

tərəfdaşıq. Dünya bilir ki, Azərbaycanda gedən proseslər nəinki ölkəmizin inkişafını müəyyən edir, eyni

zamanda, bölgəyə də çox müsbət təsir göstərir.

Artıq gözəl bir ənənədir ki, biz mübarək Ramazan ayında şeyx həzrətlərinin iftar süfrəsinə

toplaşırıq. Təxminən bir il bundan əvvəl bu salonda görüşmüşük. Günlər, aylar tez keçir. Keçən il ərzində

Azərbaycan daha da güclənmiş, beynəlxalq mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bizim inamlı,

dayanıqlı inkişafımız əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

Bu gözəl ənənənin səbəbkarları - ulu öndər Heydər Əliyev və şeyx həzrətləri doğrudan da çox

gözəl bir ənənənin təməlini qoymuşlar. Çünki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra

bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Böyük

problemlərlə, fəlakətlərlə üzləşmişdik. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Ulu Öndər siyasi

hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlər üzrə konkret inkişaf strategiyamız müəyyən edilmişdir.

İqtisadi islahatlar, siyasi islahatlar, ordu quruculuğu, sosial proqramların icrası, eyni zamanda, din-dövlət

münasibətlərinin qurulması, yaradılması da Ulu Öndər tərəfindən irəli sürülmüş çox müdrik bir təşəbbüs

idi. Təbii ki, müstəqillikdən əvvəl bizim dövlətimiz yox idi və təbii ki, din-dövlət münasibətləri də

mövcud deyildi. Bu münasibətlər möhkəm və sağlam təməl üzərində qurulubdur və bu gün ölkəmizin

uğurlu inkişafında din-dövlət münasibətləri xüsusi yer tutur. Deyə bilərəm ki, Azərbaycanda bu

münasibətlər nümunəvi xarakter daşıyır. Əlbəttə, burada Ulu Öndərin və şeyx həzrətlərinin şəxsi dostluğu

öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq

davam edir. Bizim də şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifarişdir, bir duyğudur,

eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla

inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.

Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib

hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir

millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət

göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin

təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq

məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil

Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili

siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə inkişaf edən ikinci ölkə yoxdur. Bu da

müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar -

cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir. Çünki iqtisadiyyat güclü ola

bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi

sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.

Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu

vətəndaşın, dövlətin borcudur. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda

Page 157: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

157

çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün

gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu gün

ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi

dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti

olacaqdır.

Bu gün iftar məclisimizdə dinlərarası münasibətlər haqqında danışıldı. Azərbaycanda bu

münasibətlərə də çox böyük diqqət yetirilir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm

dövlət siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çünki sadəcə olaraq dövlət siyasəti

yeritməklə istədiyimizə nail olmaq mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava,

nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi

yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir

və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu

masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin

nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni

zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada

böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd

edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç

anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni

zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı

burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.

Biz indi internet dövründə dünyada gedən proseslər haqqında dərhal xəbər tuturuq. Əfsuslar olsun

ki, bu xəbərlər heç də müsbət deyildir. Dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim

bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, müharibələr, vətəndaş

müharibələri aparılır, qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan əslində bölgədə

sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir.

Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir. Çünki biz öz addımlarımızla,

təşəbbüslərimizlə, siyasi, iqtisadi, digər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin

gündəliyini müəyyən edirik.

Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün qərarlarımız müsbət istiqamətə

yönəlibdir. Regional əməkdaşlığı dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının rifah

halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.

Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik

vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir

daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri,

təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas

şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu,

bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir.

Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmamışdır və olmayacaqdır. Bunun

qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş verən

xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq.

Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi

asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər

imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə

Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün

Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz.

Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda

keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən

doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq

aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq

Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları

keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz,

eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada

da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur,

məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Page 158: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

158

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər

müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx

həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz

həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz

üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi

üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir

təcrübədir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bu iftar məclisimiz ənənəvi xarakter daşıyır. Bunun həm

bizim, həm də cəmiyyət üçün çox böyük əhəmiyyəti vardır. Cəmiyyət də görür ki, baxmayaraq

Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir, çünki bizim amalımız birdir -

daha güclü Azərbaycan qurmaq, yaratmaq.

Bizim amalımız ölkəmizi inkişaf etdirmək, əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa

etməkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki əfsuslar olsun ki, - artıq bu, heç kəs

üçün sirr deyil, - dünyada daha çox beynəlxalq hüquq yox, güc amili rol oynayır. Biz daha da güclü

olmalıyıq. Biz güclənirik. Buna vaxt lazımdır. Ancaq baxsaq, görsək qısa müddət ərzində haradan-haraya

gəlmişik, onda tam əminliklə deyə bilərik ki, gücümüzü daha da artıracağıq və bu güc, siyasət hesabına

biz öz hədəfimizə çatacağıq.

Bu gün işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları, soydaşlarımız öz dədə-baba torpaqlarına

qayıdacaqlar, qayıtmalıdırlar, orada yaşamalıdırlar, yaşayacaqlar. Biz hamımız - Azərbaycan vətəndaşları

hər gün, hər an o müqəddəs günü yaxınlaşdırırıq və yaxınlaşdırmalıyıq.

Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Bu gün də onlar

və digər ölkələrin səfirləri bizim aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İslam

aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır. Bu şərəfli adı biz öz əməyimizlə,

siyasətimizlə qazanmışıq.

Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı

münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki,

mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsizliyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq

üçün öz səylərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm ki, mən bundan sonra da

doğma xalqımıza sədaqətlə xidmət edəcəyəm. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 19 iyul.-№ 153.-S.1-2.

Page 159: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

159

Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni

qəsəbənin açılışında iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(6 avqust 2014-cü il)

Ağdam, 6 avqust (AzərTAc). Avqustun 6-da Prezident İlham Əliyev Ağdam rayonunda 632

məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri

ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

-Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Bu gün çox gözəl bir gündür. Ağdam rayonunda

yeni qəsəbə istifadəyə verilir. Çox gözəl qəsəbədir. Burada ağdamlılar yaşayacaqlar. Bütün şərait

yaradılıb, - 632 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, yollar, – lazımi infrastruktur yaradılıbdır ki,

insanlar burada rahat yaşasınlar.

Burada vətəndaşlar indiyədək çox ağır şəraitdə yaşayıblar. Yeraltı qazmalarda, qamış evlərdə

uzun illər əziyyət çəkiblər. İndi onların həyatında yeni dövr başlayır, burada rahat yaşayacaqlar. Ancaq,

əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm

ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik.

Eyni zamanda, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun

artırılması üçün dövlət əməli-praktiki addımlar atır. Dövlət Proqramı qəbul olunmuşdur, sonra proqrama

əlavələr edilmişdir və son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Bütün qəsəbələrdə ən yüksək

standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli

binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin

problemlərinin həlli üçün addımlar atacaqdır.

Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda

isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun

əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox

sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində

yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar.

Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin

həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300

milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı

20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki,

bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə

gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün

biz, ilk növbədə, bu addımları atmalıyıq.

Köçkünlər arasındakı yoxsulluq da aşağı düşür, məşğulluq artır, iş yerləri açılır. Yəni bu işlər

ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses

davam etdiriləcək.

Bütövlükdə, Ağdam rayonunun inkişafı ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Sosial

obyektlər, məktəblər tikilir. Hər bir qəsəbədə gözəl məktəb tikilib. Bu məktəb də çox gözəl, böyük

məktəbdir. Eyni zamanda, kəndlərdə olan məktəblər təmir olunur, Olimpiya kompleksi, rayon

xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilibdir. İnfrastruktur layihələri icra edilir.

Ağdamda demək olar ki, qazlaşma 100 faizə yaxındır. Əvvəlki dövrdə, ümumiyyətlə, qaz yox idi.

İndi mənə məlumat verildi ki, cəmi bir kəndə qaz verilmir və oraya da veriləcək. Beləliklə, 100 faiz

qazlaşma təmin ediləcək. Elektrik enerjisi ilə təchizat yaxşıdır. İçməli su məsələləri həll olunur, artezian

quyularının qazılması prosesi davam etdirilir. Kənd yolları abadlaşır, tikilir. Bir müddət əvvəl Prezidentin

ehtiyat fondundan ayrılan vəsait hesabına bir neçə kəndi birləşdirən yol çəkilmişdir. Bilirəm ki, yol

çəkilişinə yenə də ehtiyac var. Ona görə də əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, biz

qalan yolları da abadlaşdıraq. Bir sözlə, rayonun inkişafı üçün əlimizdən gələni edirik, edəcəyik. Ağdam

rayonunun çox böyük potensialı vardır. Bu gün də bu potensial ölkəmiz üçün lazımdır.

Page 160: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

160

Ağdamlılar müharibə zamanı böyük itkilər vermişlər. Ən çox şəhidi olan rayon Ağdam

rayonudur. Ağdamlılar böyük qəhrəmanlıq göstərmişlər. Ağdamdan olan Milli qəhrəmanlarımız xalqımız

üçün qürur mənbəyidir və bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur.

Mən bu gün səhər düşmənlə təmas xəttində idim. Orada vəziyyətlə tanış olurdum. Mənə

müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram,

müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim

ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq, eyni

zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə

vurmuşdur. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilmişdir. Ermənilər həmişə olduğu kimi öz

itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün

olmuşdur və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq.

Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı

bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz

istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar

verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün

bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş

torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və

yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq

Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz

ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi

torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq

düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu

vəziyyətə gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Ancaq, eyni zamanda, Füzuli

istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri

aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi,

kəndlərimizi bərpa edəcəyik.

Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz

də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi

böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz

hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini

bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi

abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz,

Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı -

həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır. Son hadisələr bir də onu göstərdi ki,

cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə

Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar

könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna

ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də

peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam

edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin

fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir.

Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil.

Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda,

bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən

açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə,

düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab

edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı

dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır.

Müxtəlif bölgələrdə, postsovet məkanında, bildiyiniz kimi, buna oxşar münaqişələr var. Ancaq bu

münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. BMT Təhlükəsizlik Şurasından ali

qurum yoxdur. Bu ən yüksək, mötəbər dünya qurumudur. Bu qurum erməni silahlı qüvvələrinin

torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir.

Page 161: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

161

Onlar icra edilməlidir. İşğalçı qüvvələr bizim torpağımızdan çıxmalıdır. Ondan sonra sülh bərpa oluna

bilər.

Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müharibə şəraitində yaşayırıq.

Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci

mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik.

Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu

saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə

başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı

istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq

hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu

hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan

zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz.

Biz bundan sonra da ölkəmizi inkişaf etdirəcəyik. Bütün istiqamətlər üzrə konkret proqramlar,

planlar var və icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf templərinə görə lider

dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də cəbhəyanı

bölgələrin inkişafı diqqət mərkəzindədir. Bugünkü açılış da bunun bariz nümunəsidir.

Mən bir daha sizi ürəkdən salamlayıram və burada yaşayacaq köçkünləri təbrik etmək istəyirəm

ki, onlar müvəqqəti də olsa, - çünki bu, müvəqqəti yaşayış yeridir, - rahat, gözəl şəraitdə yaşayacaqlar.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun! Səmimi sözlərə görə sizə minnətdaram. Mən beşinci

dəfədir ki, Ağdama səfər edirəm. Hər dəfə burada olarkən, ağdamlılarla görüşərkən görürəm ki, onlarda

da nə qədər böyük ruh yüksəkliyi, vətənpərvərlik hissləri vardır. Sizin də qeyd etdiyiniz kimi, müharibə

zamanı ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Beş minə yaxın şəhid olub. Ağdamlılar öz doğma

torpağını qəhrəmancasına müdafiə etmişlər.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda yox idi. Deyə

bilərəm ki, onun ümumiyyətlə siyasi səhnədən getməsi ilə bağlı böyük planlar qurulmuşdu. Əfsuslar

olsun ki, bu planların içində Azərbaycandan olan bəzi insanlar da olmuşlar. O vaxt Heydər Əliyev

“Politbüro”da işləyərkən Azərbaycandan təşkil olunmuş anonim məktublar göndərilirdi. Bir

Azərbaycandan göndərilirdi, bir də Ermənistandan. Çünki ermənilər bilirdilər ki, nə qədər Heydər Əliyev

hakimiyyətdədir, onlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər.

Buradakı bəzi milli xainlər isə, - əfsuslar olsun ki, bizim cəmiyyətimizdə xarici dairələrin

sifarişini yerinə yetirənlər hələ də vardır, - bu tərəfdən anonim məktublar yazmaqla əslində bir məqsəd

güdürdülər ki, Heydər Əliyev siyasi səhnədən çəkilsin. 1987-ci ilin sonlarında istefaya göndərilmişdi.

Ondan iki həftə keçməmiş, ermənilər Qarabağ iddiasını qaldırmışdılar. Yəni bütün bunlar plan üzrə

gedirdi. Ondan sonra Azərbaycanda hakimiyyət başına gətirilən insanlar o planın tərkib hissəsi idi. Çünki

o vaxt sovet rəhbərliyi yaxşı bilirdi ki, o insanlar Azərbaycanı idarə edə bilməyəcəklər. Faktiki olaraq

ölkə artıq yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı. Əgər müharibə başlanan zaman Heydər Əliyev

burada - Azərbaycanda, yaxud sovet rəhbərliyində olsaydı, heç vaxt müharibə başlamazdı. Başlasaydı da,

dərhal ermənilərin cavabı veriləcəkdi və bizim torpağımız heç vaxt işğal altına düşməzdi.

Yəni bizim böyük faciəmiz o illərdə Heydər Əliyevin, demək olar, təcrid edilmiş vəziyyətdə olması idi.

Ancaq buna baxmayaraq, Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra vəziyyət tamamilə başqa

istiqamətdə getdi. Azərbaycanın inkişaf yolu başladı. Bu gün Azərbaycan Ermənistanla müqayisədə

istənilən parametr üzrə ən azı 10 dəfə güclüdür. Bu gücü biz özümüz - Azərbaycan xalqı, onun zəhməti,

istedadı, fədakarlığı nəticəsində yaratmışıq. Heç kim bizə kömək etməmişdir. Ermənilərdən fərqli olaraq,

biz öz hesabımıza yaşayırıq və heç kimə möhtac deyilik. Heç kimdən yardım gözləmirik, heç kimə

yalvarmırıq. Ancaq ermənilər, onların rəhbərliyi, xarici qüvvələrə güvəndiyini açıq-aydın etiraf edir.

Onlar gəlib bizə kömək etsinlər. Son hadisələr zamanı da bu özünü əyani şəkildə büruzə vermişdir.

Beynəlxalq qurumlara gəldikdə, siz də onu yaxşı təhlil etdiniz. Düzdür, dediniz ki, savadınız yoxdur.

Amma sizin çox gözəl siyasi təhlil imkanlarınız vardır. Yəni bu reallıqdır. Azərbaycan xalqı bilir ki, bu

münaqişə ilə bağlı ədalətsizlik əvvəldən axıra qədər görünür. İndi işğalçı dövlət də bəllidir, işğala məruz

qalan dövlət də. Beynəlxalq təşkilatların qərar, qətnamələri icra edilmir. İşğalçıya heç kim demir ki, işğal

edilmiş torpaqlardan çəkil. Əksinə, onların havadarları müxtəlif ölkələrdə çalışırlar ki, beynəlxalq

ictimaiyyətə bu məsələni tam başqa şəkildə təqdim etsinlər.

Page 162: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

162

Sanki Azərbaycan təcavüzkardır, ermənilər qurban. Burada müxtəlif amillər, əlbəttə ki, öz rolunu

oynayır. Bu barədə danışmaq istəmirəm. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bütün bunları bilirlər.

Ancaq bu onu göstərir ki, biz ancaq özümüzə güvənə bilərik və güvənirik. Azərbaycanda yaradılan bütün

şərait ancaq Azərbaycan xalqının zəhməti, düşünülmüş siyasət hesabına mümkün olmuşdur. Gələcəkdə də

biz ancaq özümüzə güvənməliyik. Mən xalqa güvənirəm, necə ki, xalq mənə güvənir. Əgər mən bu

dəstəyi hiss etməsəydim, Azərbaycanda bu qədər işləri biz görə bilməzdik. Xalq-iqtidar birliyi bu gün

reallıqdır. Mən çalışıram ki, öz fəaliyyətimdə ancaq xalqa xidmət edim. Mənim başqa amalım, məqsədim

yoxdur. Bu fikirlərlə mən 11 il bundan əvvəl hakimiyyətə gəlmişəm, bu gün də bu fikirlərlə yaşayıram və

ömrümün axırına qədər də bu fikirlərlə yaşayacağam.

Hazırda bizim qarşımızda duran əsas problem Qarabağ problemidir. Bundan vacib problem

yoxdur. Biz bütün səyləri bu istiqamətə yönəltmişik. Bizim addımlarımızın təməlində, məqsədlərimizin

mərkəzində bu məsələdir. O cümlədən Azərbaycanın inkişafı, qüdrətlənməsi, beynəlxalq mövqelərimizin

möhkəmləndirilməsi məsələnin həllini yaxınlaşdırır. Bu gün erməni tərəfi hələ də hesab edir ki, bu

məsələni uzada bilər. Yaxın zamanlarda başa düşəcəkdir ki, bu məsələ uzana bilməz.

Düzdür, məsələ 20 ildir ki, uzanır. Nəyə görə? Çünki beynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul

olmur. Vasitəçilər sadəcə olaraq nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki,

müharibə etməyin, sülh yolu ilə həll edin. Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar

verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu

sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı

dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan.

Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq

istəmirlər. Ona görə iki yol qalır: ya hərb yolu, ya da danışıqlar yolu. Danışıqlar yolu nəticə vermir. Hələ

ki, müəyyən ümidlər var və yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur. Baxarıq, görərik vəziyyət

necədir. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz. Azərbaycan xalqının səbri

artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava,

vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü

kimi gedib iştirak etmək istəyir. Ehtiyac yoxdur. Ordumuz vardır. Ordumuz öz vəzifə borcunu layiqincə

yerinə yetirir. Amma bu, cəmiyyətin duyğularını, vəziyyətini göstərir.

Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin

vətəndaşlarıdırlar. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan

xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə

davam etdirəcəyik.

O cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki

işlər görülür. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillər, evlər verilir. Artıq minlərlə

ev verilmişdir. Hələ növbədə dayananlar vardır, hesab edirəm ki, iki-üç ilə bu məsələni də tam şəkildə

həll edəcəyik. Eyni zamanda, veteranlara minik maşınlarının verilməsi prosesi də artıq başa çatır.

Bu il yəqin ki, başa çatacaqdır. Biz onları dövlət hesabına minik maşınları ilə tam təmin edəcəyik.

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, dövlət əlbəttə, öz siyasətini aparır və aparacaqdır. Ancaq

bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir.

Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Burada Ağdam rayonundakı bütün aidiyyəti

qurumlara, həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin

edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə,

ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş,

yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər

şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır. Həm ikitərəfli münasibətlərdə, xarici

siyasətdə, eyni zamanda, ölkə daxilində hər şey ədalətli olmalıdır. Azərbaycan kimi ölkədə, bizim

cəmiyyətdə heç nəyi gizlətmək mümkün deyil. Xalq hər şeyi görür, hər şeyə də öz qiymətini verir. Ona

görə ədalət hər bir yerdə, xüsusilə müharibə veteranlarına olan münasibətdə əsas prinsip olmalıdır. Hesab

edirəm ki, bu sahədə bütün qurumlar daha da diqqətli olacaqlar. Çünki bu, ədalətlidir. Eyni zamanda,

veteranlarımız bizim böyük döyüş rezervimizdir. Onların döyüş təcrübəsi, bilikləri, peşəkarlığı var. Əgər

buna ehtiyac olarsa, əlbəttə, səfərbərlik də elan oluna bilər və onda bizim veteranlarımız bu işlərə qoşula

bilərlər. Hələ ki, buna ehtiyac yoxdur. Ona görə yenə də demək istəyirəm ki, biz Dağlıq Qarabağ

münaqişəsinin həlli istiqamətində öz səylərimizi artıracağıq və bu səylər müxtəlif istiqamətlər üzrə gedir:

daxili siyasət, iqtisadi güc, hərbi güc, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi. Bu gün dünya

artıq bilir ki, bu münaqişənin səbəbkarı kimdir və nəticəsi necə olmalıdır.

Page 163: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

163

Bir daha demək istəyirəm, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir

ölkə tərəfindən şübhə altına qoyulmur və əsas prinsipdir. Bütün ölkələr, hətta Ermənistanla çox yaxın

təmaslarda olan ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu, çox vacibdir, beynəlxalq

hüquqdur və münaqişənin həlli üçün əsas çərçivədir.

Son hadisələr zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük

faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Bununla bərabər, beynəlxalq aləm də gördü ki, bu,

dondurulmuş münaqişə deyil. Çünki bir çoxları bunu dondurulmuş münaqişə kimi qələmə verirlər: bəli,

getsinlər Ermənistan və Azərbaycanla danışsınlar. Danışsalar yaxşı olar, danışmasalar da pis olmaz.

Budur beynəlxalq təşkilatların əsas mövqeyi. Ancaq bu hadisə göstərir ki, bu, dondurulmuş münaqişə

deyil və Ermənistanın havadarları - onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o

cümlədən erməni diasporu - onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər

yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə,

torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər. Çünki bu gün artıq bizim qabağımızda tab

gətirə bilmir. Təsəvvür edin ki, 5 il, 10 il keçəndən sonra, əgər münaqişə davam edərsə, onların vəziyyəti

necə olacaq? İndi Ermənistanda kütləvi köç başlayır. Mən bu gün təmas xəttində də bu barədə dedim.

İndi, bu hadisələr baş verəndən sonra Ermənistanı minlərlə erməni tərk edir. Qorxurlar ki, yenidən burada

müharibə başlayar və o zaman onların vəziyyəti çox ağır ola bilər.

Ona görə onlar da bu vəziyyəti dərk etməli, reallıqları anlamalıdırlar ki, Azərbaycan heç vaxt bu

vəziyyətlə barışmayacaq. Biz həmişə Dağlıq Qarabağ münaqişəsini prioritet kimi saxlayacağıq. İndi

Azərbaycanın gücü var ki, öz torpağını hərbi yolla azad etsin. Düşmənə elə zərbə endirsin ki, o, heç özünə

gələ bilməsin. Bu məsələni özləri həll etsələr, onlar üçün də yaxşı olacaq. Çünki bu məsələ onlar üçün də

böyük problemdir. Nə qədər ki, münaqişə həll olunmayıb, onlar iqtisadi cəhətdən inkişaf edə bilməzlər.

Biz isə bütün istiqamətlər üzrə planlı şəkildə öz siyasətimizi aparırıq, ölkəmizi gücləndiririk. Bir də

demək istəyirəm ki, ölkəmizin gücü həm iqtisadi, həm də siyasi gücdür. Əsas güc xalqımızın gücüdür,

sizin kimi vətəndaşların vətənpərvərliyidir. Sizinlə fəxr edirik ki, belə gözəl sözlər deyirsiniz.

Daha kimin sözü var?

Baxşeyiş HƏTƏMOV: Hörmətli Prezident, Siz bütün xalqımızın sevimlisisiniz, hər bir

Azərbaycan vətəndaşının prezidentisiniz. Əminik ki, yaxın günlərdə Vətən həsrətindən, yurd yanğısından

ürəyi atlanıb doğma atalarının, babalarının məzarlarını ziyarətə gedərkən girov götürülmüş Dilqəm

Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması üçün

böyük işlər görəcək və Azərbaycan xalqını sevindirəcəksiniz. Buna bütün xalqımız əmindir.

Prezident İlham ƏLİYEV: Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə

hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər

çətin olsa da, biz bunu etmişik. Bildiyiniz kimi, Ramil Səfərovu da Vətənə qaytarmışıq. Baxmayaraq siz

də yaxşı bilirsiniz ki, bundan sonra bizə qarşı nə qədər təzyiqlər başlamışdır. Mən, düzü, bunu

gözləyirdim, amma bu dərəcədə gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yox idi. Birincisi, mən o

vaxt demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan öz zabitini vətənə qaytarıb, vəssalam. Kim

nə deyir-desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisi, biz heç bir qanunu

pozmamışıq. Hər şeyi ədalətli etmişik. O, ekstradisiya edilib, yəni vətənə qaytarılıb və mən burada dərhal

onu əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə

ümumiyyətlə yer qalmır. Üçüncüsü, Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir

insandır. Onun doğulduğu şəhər işğal altındadır və o, 8 ildən çox cəza çəkib. Ona görə hər şey ədalətli idi

və o qayıdıb Azərbaycanda yaşayır, orduda xidmət edir. Budur, bizim yanaşmamız. Ona görə, əlbəttə, biz

çalışacağıq ki, bu məsələ də həll olunsun.

Mən dəfələrlə demişəm, dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, onların arxasında

güclü Azərbaycan dövləti var. O dövlət ki, heç vaxt öz vətəndaşını darda qoymaz. Biz bütün məsələləri

həll etmək üçün çalışırıq və çalışacağıq. Sizi bir daha ürəkdən salamlayıram. Sizinlə görüşmək həmişə

mənim üçün xoşdur. Burada bizim görkəmli incəsənət xadimləri əyləşmişlər. Onlarla da müxtəlif

tədbirlərdə, o cümlədən Ağdam rayonunda görüşlərim olur. Sizə də öz hörmətimi çatdırmaq istəyirəm.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 7 avqust.-№ 167.-S.2-4.

Page 164: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

164

Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin açılışında iştirak edib:

Prezident İlham Əliyevin çıxışı

(26 avqust 2014-cü il)

Bakı, 26 avqust (AzərTAc). Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış

mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva

mərasimdə iştirak ediblər.

Açılış mərasimində çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gündür. Şəhərimizin

mərkəzində, bulvarda Azərbaycan üçün çox böyük dəyər kəsb edən Xalça Muzeyi açılır. Bu gözəl hadisə

münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycanda Xalça Muzeyi 1960-cı illərin sonlarında görkəmli alim, professor, rəssam Lətif

Kərimovun təşəbbüsü ilə açılmışdır. Ancaq muzeyin öz binası olmamışdır. Ulu öndər Heydər Əliyevin

təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayrılmışdı və birinci ekspozisiya

İçərişəhərdə Cümə məscidində 1972-ci ildə nümayiş etdirilmişdi. Müstəqillik dövründə isə Xalça Muzeyi

Muzey Mərkəzində fəaliyyət göstərirdi. Yadımdadır, 2006-cı ildə Muzey Mərkəzində olarkən, o

cümlədən Xalça Muzeyinə də baş çəkdim və əlbəttə, elə o vaxt dərhal qərar qəbul etdim ki, mütləq

Azərbaycanda Xalça Muzeyi üçün ayrıca bina tikilməlidir. Çünki orada həm saxlanma yerləri bizim

tələblərimizə uyğun deyildi, eyni zamanda, ekspozisiya üçün də yer çox məhdud idi. Ona görə 2007-ci

ildə Sərəncam imzalanmışdır ki, Azərbaycanda Xalça Muzeyinin binası tikilsin və 2008-ci ildə bax

burada UNESCO-nun baş direktoru cənab Matsuuranın iştirakı ilə bu gözəl, möhtəşəm binanın təməli

qoyulmuşdur.

Əlbəttə ki, Azərbaycanda tikiləcək Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda, xarici

görünüşü ilə də fərqlənməli idi. Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə

Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə layihələndirmə işlərinə böyük diqqət

göstərilmişdir və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilmişdir. Bu layihə

öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi

ilə bağlı məndə heç bir tərəddüd olmamışdır. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda

olmalı idi. Bu, nadir memarlıq əsəridir.

Azərbaycanın çox zəngin və qədim memarlıq əsərləri vardır ki, onlar UNESCO tərəfindən

qorunur. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası bizim milli sərvətimizdir. Eyni zamanda, son illərdə

Azərbaycanın və Bakının müasir memarlıq nümunələri də göz oxşayır. Bakıda qədim memarlıq abidələri

və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov

Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılmışdır. Bu memarlıq əsərləri müasir

Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə

bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki,

gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan

müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan

məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır.

Əminəm ki, Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiya çox böyük maraq

doğuracaqdır. Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə

nümayiş etdirilir, - mən burada tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri də

müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən

müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri,

eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər

istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki,

Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir,

sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə

Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil

edilmişdir.

Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf

etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə

çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik.

Page 165: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

165

Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq

bu gündən fəaliyyət göstərəcəkdir. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə

Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki,

bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq

ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş

etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan

xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcəkdir.

Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir. Son illər ərzində dünyanın

müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o

təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən

hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim

xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir.

Onu da qeyd etməliyəm ki, mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif

ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma

bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan

xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır.

Uzun illər, əsrlər boyu bizim Azərbaycan xalçaları dünyada nümayiş etdirilirdi. Ancaq biz

müstəqil ölkə olmadığımız üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi. Ona görə biz -

həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı,

Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab

edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaqdır. Çünki əminəm ki,

Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin

ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz

Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik.

Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir

sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaqdır. Hesab edirəm ki, Azərbaycan xalqının

istedadını dünyaya təqdim etmək üçün xalça xüsusi yerə malikdir.

Bütövlükdə Azərbaycanın tarixi abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm

olaraq işlər aparılır. Bu işlər öz nəticəsini verməkdədir. Milli dəyərlər - bizim mədəniyyətimiz,

incəsənətimiz müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük diqqət göstərilir.

Təsadüfi deyil ki, Beynəlxalq Humanitar forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilmişdir.

Dünyanın ən məşhur adamları, Nobel mükafatı laureatları, alimlər, ictimai xadimlər bu forumlarda

mütəmadi qaydada iştirak edirlər. Azərbaycanda dinlərarası dialoq forumları keçirilir. Bakıda ən məşhur

sərgilər keçirilir. Bu gün Heydər Əliyev Mərkəzi dünya miqyasında bir sərgilər mərkəzinə çevrilmişdir.

Musiqi festivalları, müsabiqələr, beynəlxalq muğam müsabiqələri - bütün bunlar Azərbaycanın mədəni

həyatını zənginləşdirir və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu

dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının

gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar.

Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim

qürur mənbəyimizdir.

Mən çox şadam ki, Azərbaycanda bu sahədə işlər ardıcıllıqla aparılır. Son illərdə Bakının bütün

muzeyləri əsaslı təmir edilmişdir. Artıq bəzilərində indi təmir işləri gedir. Bakıda bir dənə də təmirsiz

muzey qalmamışdır. Bölgələrdə, Bakıda yeni muzeylər yaradılır - Müasir İncəsənət Muzeyi, digər

muzeylər, Xalça Muzeyi. Bu, əlbəttə ki, ölkəmizin ümumi inkişaf templərini göstərir, eyni zamanda,

dövlət siyasətini əks etdirir.

Qeyd etdiyim kimi, xalçaçılıq sənətinin qorunması ilə bağlı qanunvericilikdə ciddi addımlar

atılmışdır. Biz praktiki həyatda belə gözəl əsərləri yaratmaqla ölkəmizi zənginləşdiririk. Bütün dünyaya

nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri

Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir.

Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə

gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük

və şərəfli yol keçmişdir. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə

qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik.

Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi

Page 166: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

166

islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə,

mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir.

Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Bütün

Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 27 avqust.-№ 184.-S.1-2.

Page 167: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

167

Beyləqanda yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və

ictimaiyyətinin nümayəndələri ilə görüş:

Prezident İlham Əliyevin çıxışı

(29 avqust 2014-cü il)

Bakı, 29 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzlə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətinin

nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

- Bu gün Beyləqan rayonunda Gənclər Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Çox gözəl mərkəzdir və qısa müddətdə - il yarım ərzində tikilmişdir. Gənclərin burada asudə vaxtlarını

səmərəli şəkildə keçirmələri üçün bütün şərait, bütün imkanlar var.

Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində Gənclər mərkəzləri tikilir. Bu, məni çox sevindirir.

Çünki bizim gənclər siyasətimiz çox dəqiqdir, çox səmərəlidir və gözəl nəticələr verir. Qarşıya vəzifə

qoyulub ki, hər bir şəhərdə müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər həm istirahət etsinlər, həm öz

biliklərini artırsınlar və bir-biri ilə ünsiyyətdə olsunlar.

Bildiyiniz kimi, əvvəlki dövrdə biz Olimpiya mərkəzlərinin tikintisi ilə ciddi məşğul idik. Bu

proses bu gün də davam edir və fürsətdən istifadə edərək demək istəyirəm ki, Beyləqan rayonunda da

müasir Olimpiya-İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Bax, burada bu dəqiqə Gənclər və İdman

Nazirliyinə göstəriş verirəm ki, layihəni hazırlasınlar və tezliklə tikintiyə başlasınlar. Yer də seçilibdir və

hesab edirəm ki, biz tezliklə gözəl idman mərkəzini də yaradacağıq.

Gənclər mərkəzlərinin yaradılması da gənclər siyasətinin tərkib hissəsidir. Bizim gənclərimiz həm

fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar. Deyə bilərəm ki, Olimpiya

mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir,

eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər.

Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Son Olimpiya Oyunlarında böyük

qələbə - 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerə layiq görülmüşük. Əlbəttə ki, gənc

idmançılarımızın hazırlanması işində bölgələrdə fəaliyyət göstərən Olimpiya mərkəzləri xüsusi yer tutur.

Onu da qeyd etməliyəm ki, dünən Çində yeniyetmələrin Olimpiya Oyunları başa çatdı və bizim gənc

idmançılarımız çox böyük qələbələr əldə etmişlər. Bu münasibətlə onları, məşqçilərini, bütün idman

ictimaiyyətimizi təbrik edirəm. Azərbaycan komanda hesabında 10-cu yerdədir. Bu Olimpiya

Oyunlarında 200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan 10-cu yerdədir. Avropa ölkələri arasında 6-

cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. On iki medal qazanmışıq, onlardan 5-i qızıl medaldır.

Bu, bir daha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır.

Bu yaxınlarda Ümumdünya Şahmat Olimpiadası da keçirilmişdir. Orada da Azərbaycan idmançıları ən

yüksək yerlərə qalxmışlar və deyə bilərəm ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm

yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. Bu,

onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu

üstünlük hər yerdə özünü büruzə verir. Ermənistan ilə Azərbaycan iqtisadiyyatları müqayisəedilməzdir.

Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən 20 dəfə böyükdür. İdmanda, həm

Olimpiya Oyunlarında, həm yeniyetmələrin Olimpiya Oyunlarında, intellektual oyunlarda - hər yerdə biz

üstünlüyü əldə etmişik. O cümlədən döyüş meydanında Azərbaycan üstünlüyü əldə edibdir və təmas

xəttində Azərbaycan öz iradəsini diktə edir.

Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək

istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir

və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi

görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və

Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə,

Azərbaycan mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin

cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ

bilmirlər.

Page 168: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

168

Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi

şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son

hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son

hadisələr bu prosesə yeni təkan vermişdir. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif

üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni

zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın

əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli

Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu

aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal

edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb

edir. Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim

mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar,

məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir.

Biz Ermənistanı iqtisadi cəhətdən dəfələrlə üstələyirik. Hərbi potensial baxımından Azərbaycan

Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə

gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaqdır. Hərbi xərclər bizim dövlət büdcəmizin

əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı

artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir. Bu,

Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması

məsələləridir. Bu işdə əlbəttə ki, gənclərin xüsusi rolu vardır.

Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar. Bu,

çox önəmlidir, gənclərlə çoxsaylı görüşlərim əsnasında mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim

gənclərimiz bilikli, savadlı olmalıdırlar. Çünki müasir dünyada bilik, savad demək olar ki, hər şeyi həll

edir.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual

potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da

böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə

müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi

olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat

inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük

ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz

rolunu oynasınlar. Belə göstərişlər verilmişdir. Ona görə bilik, savad, əlbəttə ki, hər bir gənc üçün, ölkə

üçün, gələcəyimiz və hər bir insan üçün prioritet olmalıdır. Çünki əgər biliyin, savadın varsa, sən

gələcəkdə özün üçün layiqli yer tapa bilərsən, yaxşı işlə təmin olunarsan, yaxşı maaş alarsan və beləliklə,

həm özün, həm ölkə üçün daha da böyük fayda verə bilərsən.

Gənclər əlbəttə ki, fiziki cəhətdən sağlam olmalıdır. Əlbəttə ki, burada həm idmanın inkişafının,

həm olimpiya komplekslərinin tikintisinin mühüm rolu var, eyni zamanda, hər bir insan gənc yaşlarından

öz sağlamlığına fikir verməlidir. İndi ölkəmizin bütün yerlərində müasir diaqnostika mərkəzləri,

xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə bir dəfə müayinədən keçsin. Yəqin sizin də

xəbəriniz var ki, son vaxtlar Azərbaycanda kütləvi şəkildə dispanserizasiya aparılmışdır. Yüz minlərlə

insan pulsuz müayinədən keçmişdir. Bu müayinələr nəticəsində əlbəttə ki, xəstəliklər də aşkarlanmışdır

və onların müalicəsi təmin edilmişdir. Yəni, fiziki sağlamlıq, bilik, savad, əlbəttə ki, mənəvi sağlamlıq

vacibdir.

Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları

yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz,

xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyat, ana dili - bütün bunlar bizim ən böyük sərvətlərimizdir.

Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq

kimi biz bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik dövründə bu

dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət

göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq

burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz. Ona görə gənclər milli

ruhda tərbiyə almalıdırlar. Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli

ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır.

Azərbaycanın dəyərləri bizim üçün əsas dəyərlərdir. Əlbəttə ki, biz ümumbəşəri dəyərləri

bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə

Page 169: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

169

xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar.

Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən

Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş

ölkələrdə təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik,

bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır.

Əlbəttə, dövlət siyasətimiz bu istiqamətdə aparılır. Biz islahatları dərinləşdiririk. Azərbaycanda azad

cəmiyyət formalaşıbdır, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir. Bütün

azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur.

Siz gənclər bunu yaxşı bilirsiniz. Facebook, Twitter, internet. İndi bir milyondan artıq Azərbaycan

vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə

deyil, senzuralar, məhdudiyyətlər vardır. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir,

azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Ona görə

siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan

artıq yeni iş yeri açılmışdır. Bu proses davam edir və davam etməlidir. Çünki bizim əhalimiz artır.

Ermənistandan fərqli olaraq bizdə demoqrafik vəziyyət çox müsbətdir. Hər il orta hesabla 170-180 min

körpə dünyaya gəlir. Beləliklə, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə

ki, bizim üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır. Eyni zamanda, bu, əlbəttə ki, hökuməti də

düşündürür. Çünki iş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı

səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da

yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və

aparılacaqdır. Ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində

bizim milli dəyərlərimiz dayanır.

Bu gün nəinki bizim üçün, bütün ölkələr üçün müəyyən təhlükələr var. Yəni, qloballaşma və

digər proseslər gedir. İndi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər.

Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün

vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz

bunları bilirik.

Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli

satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki,

çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu

bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə

də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz

müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq,

qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz.

İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların,

qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi

formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıbdır, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii

resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və

başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır.

Biz yaxın tarixdən bunu bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib

çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdır. Sadəcə

olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç

vaxt imkan verməyəcəyik.

Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına

düşməməlidir. Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların

maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və

sizinlə də keçməməlidir. Ona görə, siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız.

Bizə xaricdən heç bir yardım, kömək lazım deyil. Lazım olanda onsuz da heç kim bizə kömək etməyib.

Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi

ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa

ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur

və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna

ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul

müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan

qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir.

Page 170: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

170

Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə

qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə

işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki

Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və

inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir.

Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər.

Ancaq biz bunu bilməliyik və siz də bunu bilməlisiniz. Ona görə biz ancaq gələcəkdə də öz

gücümüzə güvənəcəyik. Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsasdır. Siz gənclər

peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan

daim inkişaf etsin və müstəqil ölkə kimi daim öz sözünü desin, formal olaraq yox, real. Çünki dünyada iki

yüzdən çox müstəqil ölkə var. Bu ölkələrin hamısı müstəqil deyil. Elə götürək Ermənistanı. O ölkəyə

müstəqil ölkə demək mümkün deyil. O bir koloniyadır, müstəmləkədir və qul psixologiyası ilə yaşayan

Ermənistan iqtidarı ölkəni artıq tamamilə asılı vəziyyətə salıbdır. İnanmıram ki, erməni xalqının

arzuladığı müstəqillik bu gün onları təmin edir. Hər bir xalq, insanlar kimi ölkələr də istəyir ki, müstəqil

olsun, öz sözünü desin, heç kimdən asılı olmasın. İnsan üçün azadlıq ən böyük dəyərlərdən biridir. Hər

kəs dünyaya azad gəlir və azad olmaq istəyir, təbii ki, qanun çərçivəsində. Ona görə real müstəqilliyi

əbədi, dönməz etmək üçün sizdən çox şey asılıdır.

Mən deyə bilərəm ki, Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına

böyük töhfə verirlər. Mən sadəcə olaraq istəyirəm ki, bu məsələ ilə bağlı öz sözümü deyim, sizə öz

məsləhətlərimi verim və siz də bunu rəhbər tutaraq gələcəkdə öz fəaliyyətinizi uğurla davam etdirəsiniz.

Bir daha sizi salamlayıram və bu gözəl mərkəzin açılışı münasibətilə təbrik edirəm.

X X X

Prezident İlham ƏLİYEV dedi:

- Sağ olun. Mən artıq üçüncü dəfədir ki, Beyləqan rayonunda səfərdəyəm. Əvvəlki səfərlərdə də

açılışlar olubdur. Bu dəfə də şahmat məktəbi, Gənclər Mərkəzi, stadion açıldı. İndi artıq Olimpiya İdman

Mərkəzinin tikilməsi ilə bağlı qərar verilmişdir. Əvvəlki dövrdə biz əsaslı təmirdən sonra xəstəxananın və

digər obyektlərin açılışını qeyd etmişik. Əlbəttə ki, burada sosial infrastrukturun yaradılması vacib

məsələdir. Məktəblər, uşaq bağçaları, idman, səhiyyə ocaqları tikilir. Əlbəttə, Beyləqan rayonunun

iqtisadi potensialı da çox böyükdür. Siz də qeyd etdiyiniz kimi, bizim birinci pilot taxılçılıq layihəmiz

məhz Beyləqan rayonunda həyata keçirilir. Bu, çox uğurlu bir təcrübədir. Artıq bu layihəni biz başqa

rayonlarda da həyata keçiririk, orada da tətbiq olunacaqdır. Amma birinci pilot layihəsi məhz Beyləqanda

bir neçə min hektar torpaq sahəsində icra edilmişdir. Biz əyani şəkildə görürük ki, bu layihələrin icrası

nəticəsində taxılda məhsuldarlıq orta hesabla təqribən iki dəfə artmışdır - yəni, 50 sentner, bəlkə də daha

da çox. Ölkə üzrə bu rəqəm təqribən 25-27 sentnerdir. Ona görə iş yerlərinin və bu iri fermer

təsərrüfatlarının yaradılması prosesi gələcəkdə də gedəcək.

Əlbəttə ki, Beyləqanın iqtisadiyyatı daha çox kənd təsərrüfatına bağlıdır. Burada böyük imkanlar

vardır. Eyni zamanda, həyata keçirilən içməli su və kanalizasiya layihəsi də böyük sosial layihədir. Çünki

insanlar təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunacaqlar. Kənd

yolları tikilir. Birinci layihə artıq icra edilib. İndi ikinci böyük layihə icra edilir. Bu layihələrin icrası

nəticəsində minlərlə, on minlərlə vətəndaşımız yeni kənd yolları ilə təmin ediləcək. Bu yollar onlarla

kəndi birləşdirir. Bu proses, əlbəttə ki, davam etdiriləcəkdir.

Qazlaşdırma prosesi gedir. Beyləqan rayonunda qazlaşdırma 100 faiz olmalıdır. Biz buna əlbəttə

ki, nail olmalıyıq. Hesab edirəm ki, 2016-cı ilin sonuna qədər Beyləqan rayonunun qazsız bir kəndi də

olmamalıdır. Hazırda ümumi qazlaşdırma təqribən 40 faiz səviyyəsindədir. Biz bunu 100 faizə

çatdıracağıq. Hər bir evdə qaz olacaq.

Şəhərdə və ətraf kəndlərdə içməli su, kanalizasiya layihəsi icra edilir. Sosial infrastrukturun

yaradılması prosesi davam etdiriləcək. Hələ ki, təmirsiz məktəblər, uşaq bağçaları, digər sosial obyektlər

var. Yollar çəkilir. Bu gün səhər mən iki yol layihəsini açdım. Biri Şirvan şəhərində körpünün açılışı,

digəri isə Saatlıda. Artıq Bəhrəmtəpəyə qədər yol çəkilibdir. Bunun Beyləqana, Horadizə qədər davamı

olacaq. Orada məsafə o qədər də böyük deyil. Biz yolları dünya səviyyəsində tikirik, təmir edirik. Bu gün

biz artıq həm məktəblərin, həm xəstəxanaların tikintisində Azərbaycan standartlarından da danışa bilərik.

Çünki bizdə tətbiq olunan standartlar, keyfiyyət, avadanlıq artıq dünyanın ən yüksək səviyyəsindədir. Biz

öz standartlarımızı tətbiq edirik. Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir və yaxşı yaşamalıdır. İqtisadi,

Page 171: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

171

sosial cəhətdən təmin olunmalıdır. Çətin vəziyyətdə olanlar üçün sosial proqramlar icra edilir. Kasıb

ailələr dövlətdən müavinət alırlar. Biz iş yerləri yaradırıq ki, insanlar işlə təmin olunsunlar. Yoxsulluq

azalsın, yoxsul olmasın, imkanlar olsun və imkanlar var. İnvestisiyalar qoyulacaq. İnfrastruktura qoyulan

investisiyalar artıq Beyləqan rayonunda da canlanmaya gətirib çıxarmışdır. Pilot fermer təsərrüfatlarının

yaradılması artıq həyata keçirilib. Bu, davamlı proses olacaq. Siz də, burada yaşayanlar da baxın ki, biz

əlavə nə etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı artıq icra edilir

və 2018-ci ildə başa çatacaq. Bu Proqramda əsas məsələlər nəzərdə tutulub ki, həll olunsun. Biz ondan

sonrakı dövrə də hazırlaşmalıyıq ki, bu, ölkə üzrə hər bir rayonda və hər bir kənddə daimi inkişaf prosesi

olsun. Əminəm ki, biz buna nail olacağıq.

Sizi bir daha təbrik edirəm, salamlayıram, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 30 avqust.-№ 187.-S.2-3.

Page 172: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

172

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın

mətbuata birgə bəyanatı:

Prezident İlham Əliyevin bəyanatı

(3 sentyabr 2014-cü il)

Bakı, 3 sentyabr (AzərTAc). Sentyabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə

bəyanatla çıxış ediblər.

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram.

Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük önəm veririk. Çox şadıq ki, andiçmə mərasimindən bir həftə

keçməmiş Siz Azərbaycana, doğma Vətənə səfər edirsiniz. Fürsətdən istifadə edərək, bir daha Sizi

prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə ürəkdən təbrik etmək və yeni uğurlar

diləmək istəyirəm.

Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli

əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan

əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində

qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa

edirik.

Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək

veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır. Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və

Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün

çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim

Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də

müzakirə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz

torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə

siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali qurumu bu münaqişə ilə bağlı 4

qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması

tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki, öz həllini

tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi

bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq.

Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu

gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı

fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində

birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə

fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz

işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi

çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç

bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə

birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.

Təbii ki, bu gün əməkdaşlığımızın müxtəlif istiqamətləri müzakirə edildi. Eyni zamanda, müdafiə

sənayesi sahəsində mövcud olan əməkdaşlıq və onun perspektivləri müzakirə edildi. Burada da çox böyük

potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu oldu. İki il

bundan əvvəl TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən görürdük ki, bu, nəyə gətirib

çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu gün dünyanın diqqətini cəlb edir. Artıq bizim

Page 173: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

173

qruplarımız, komandalarımız işə başlamışlar. Əminəm ki, bu tarixi layihə vaxtında icra ediləcəkdir.

Ondan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi əlbəttə ki, daha

da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı

daha da çoxdur. Əminəm ki, biz bu layihəni də birgə səylərlə, müştərək iradə ilə uğurla icra edəcəyik.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Bu, bizim

əlaqələrimizdə bir növ yenilikdir. Çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı

qaydada investisiyalar böyük həcmdə qoyulur. Yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə

Azərbaycan investisiyaları qoyulacaqdır, təxminən 17-20 milyard dollar arasındadır. Mən çox şadam ki,

Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır. “Şahdəniz”də öz payını artırıbdır, TANAP

layihəsində böyük paya sahib olubdur. Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır. Eyni

zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin

əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya

çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik.

Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da

yüksələn xətlə inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi bir daha ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar

arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 4 sentyabr.-№ 191.-S.1-2.

Page 174: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

174

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri

Prezident İlham Əliyev NATO-nun sammitində çıxış edib:

Prezident İlham Əliyevin çıxışı

(5 sentyabr 2014-cü il)

Bakı, 5 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Uelsdə NATO-nun sammiti

işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib.

Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər

beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali

nümayəndələri də sammitə qatılıblar.

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə,

təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın

möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilib.

NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev

çıxış edib.

-Hörmətli cənab baş katib.

Xanımlar və cənablar.

Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət

sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.

Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün

regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq

Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan

azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq

insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi

Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar

olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə

beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.

Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi

bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-

nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o,

ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv

düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir.

Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir.

Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın

hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif

akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları

həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1

milyon isə istehkam əməliyyatlarına sərf olunub.

İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan

tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün

mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay

ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə

bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu,

Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə

bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş

ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma

və sərmayə layihələrində iştirak etməyə hazırdır. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 6 sentyabr.-№ 193.-S.1.

Page 175: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

175

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti və Malayziyanın Baş naziri mətbuata birgə bəyanatlarla çıxış

ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(12 sentyabr 2014-cü il)

Bakı, 12 sentyabr (AzərTAc). Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun

Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.

- Hörmətli cənab Baş nazir.

Xanımlar və cənablar.

Əvvəlcə, cənab Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Mənim

dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm. Bu, Malayziya Baş nazirinin

Azərbaycana ilk səfəridir. Bu, tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Bu səfərə

böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticəsi ikitərəfli əməkdaşlığımızı gücləndirəcək.

Əməkdaşlığımızın yaxşı tarixçəsi var. Əminəm ki, gələcək üçün çox böyük perspektiv var. Çünki bizim

çox fəal siyasi dialoqumuz mövcuddur. Əminəm ki, bugünkü səfər də siyasi təmaslarımızı gücləndirəcək.

Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasi dialoq aparırıq.

Biz bu gün Birgə Bəyannamə imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızın inkişafı

baxımından çox mühüm sənəd olacaq. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi,

iqtisadi, enerji sahələrini əhatə edir.

Eyni zamanda, biz bu gün cənab Baş nazirlə geniş müzakirə apardıq. Bizim beynəlxalq təsisatlar

çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər

təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox

qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir. Bu,

beynəlxalq hüquqa uyğun olan bir mövqedir və bizim əməkdaşlığımızı, qardaşlığımızı əks etdirir.

Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır.

Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı

olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və

qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin

ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar.

Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı

mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu,

vandalizmdir.

Həmin o zorakılığı və soyqırımını bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər

törədiblər. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab Baş nazir, bu

məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.

Biz bu gün iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Razılıq əldə edildi ki, hər iki ölkənin

şirkətləri qarşılıqlı şəkildə sərmayə yatırsınlar. Bu gün biznes forum keçiriləcək və hər iki ölkə öz biznes

imkanlarını təqdim edəcək. Zənnimcə, praktiki addımlar müəyyən ediləcək ki, gələcəkdə əməkdaşlığımız

güclənə bilsin.

Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik - söhbət üçüncü ölkələrdə reallaşdırılacaq

layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Təəssüflər olsun ki, bu gün ticarət dövriyyəmiz

olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək.

Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün

çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji

resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və “Petroliam

Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi

yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki

Page 176: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

176

artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr

görəcəyik.

Onu da qeyd etmək istərdim ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost

ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər

göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər

iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün

örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması

baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın

gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola

bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni

səhifəsini açır.

Cənab Baş nazir, bir daha Sizi Azərbaycanda salamlayıram.

“Xalq qəzeti”.-2014.- 13 sentyabr.-№ 199.-S.2.

Page 177: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

177

Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki

124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib

(15 sentyabr 2014-cü il)

Bakı, 15 sentyabr (AzərTAc). Sentyabrın 15-də - “Bilik Günü”ndə Bakının Xəzər rayonunun

Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın

açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə

iştirak ediblər.

Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz uşaqlar, müəllimlər, əziz dostlar.

Bu gün yeni dərs ili başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Siz uşaqlar yeni dərs

ilinə bu gözəl məktəbdə başlayacaqsınız.

Bu, çox gözəl, əlamətdar hadisədir. Bu gözəl məktəb göz oxşayır, çox rahatdır, genişdir və burada

oxumaq üçün bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə

tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki bərbad vəziyyətdə idi, uzun illər

idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən üç

dəfə böyükdür. Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün

gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə

ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır.

Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm

şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu

il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir

edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və

təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər var,

o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir.

O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb

olmayacaqdır.

Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı

məktəblərdə dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə

ki, dövlətimizin gücünü göstərir. Bu gün inkişafda olan Azərbaycan təhsil sahəsinə çox böyük diqqət

ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır.

Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi

ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var.

Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas

istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu

islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil

prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da

yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir.

Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün bütün imkanlar

var. Çünki ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin açılması əlbəttə ki,

hər kəs üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə malikdirlər, onlar həyatda öz layiqli yerini tuta

bilərlər. Ona görə, yaxşı oxumaq həm ölkənin gələcəyinə verilən töhfədir, eyni zamanda, hər bir insan

üçün önəmlidir. Yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz

ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar.

Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir.

Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik

ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin

üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə

inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir.

Page 178: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

178

Əlbəttə ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır. Çünki inkişaf etmiş

ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət

verilir, o ölkələr inkişaf edir.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın zəngin təbii resursları, artıq

şaxələndirilmiş iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var. Dövlət siyasətimizin mərkəzində

Azərbaycan vətəndaşı dayanır. Sosial sahəyə çox böyük diqqət göstərilir.

Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə

savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni

texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı

inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin

inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər

olmalıdırlar və milli ruhda tərbiyə almalıdırlar.

Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi, həm müsbət tərəfi vardır. Mən çox

istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə

sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə

düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu

gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu

prinsipləri rəhbər tutacaq.

Bir daha demək istəyirəm ki, son on il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu

məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad,

qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma

onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət

Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün

məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri

başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb

qalmayacaqdır.

Sizi bu məktəbin tikilməsi, açılışı və yeni dərs ilinin başlanması münasibətilə bir daha təbrik

edirəm, sizə uğurlar arzulayıram.

Sağ olun.

“Xalq qəzeti”.-2014.- 16 sentyabr.-№ 201.-S.1.

Page 179: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

179

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu mətbuata

bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(19 sentyabr 2014-cü il)

Bakı, 19 sentyabr (AzərTAc). Sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu

mətbuata bəyanatlarla çıxış ediblər.

- Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş

gəlmisiniz.

Türkiyənin Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm.

Əminəm ki, Siz bu məsul vəzifədə fəal işləyəcəksiniz, həm Türkiyə, həm də Türkiyə-Azərbaycan

əlaqələrinin inkişafı üçün böyük işlər görəcəksiniz.

Bu gün biz təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Bir

daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə

də olmalıdır. Çünki bizim xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və

bu gün iki müstəqil dövlət kimi əlbəttə ki, öz gələcəyimizi birgə qururuq.

Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb

Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də

seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqələrimizin səviyyəsini əyani

şəkildə göstərir.

Bu gün biz, eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu

baxımından Türkiyə və Azərbaycan burada qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir,

eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin

həcmi təxminən 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr

qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin “Şahdəniz”dəki və TANAP-dakı payının

artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da böyük paya malik olacaqlar. TANAP

layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Bu layihəyə cəmi iki il bundan əvvəl start verildi və bu gün artıq

bu layihə reallaşır.

Təbii ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə, bölgə, dünya üçün də böyük önəm daşıyır.

Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək – “Cənub” qaz dəhlizinin tikintisi sabah başlayır.

İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin

kontraktı” imzalanmışdır. İyirmi ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu

layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır.

Enerji sahəsində digər layihələr də icra edilir. Əminəm ki, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-

2” layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr

həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər

çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq

əməkdaşlığa da öz töhfəsini verəcəkdir.

Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazirlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar

olsun ki, bu münaqişə Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə öz həllini tapmır. Ölkəmizin

beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı

digər münaqişələrdən fərqi ondadır ki, bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd

qətnaməsi var. Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur və bu qurum dörd

qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq buna məhəl qoymur və onları icra etmir.

Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan

Page 180: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

180

artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar olsun ki,

vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına

pozulur. Dediyim kimi, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır.

Bu münaqişə məhz bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz

həllini tapmalıdır. Əminəm ki, gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa

edəcəkdir.

Fürsət düşmüşkən, Türkiyə hökumətinə, dövlətinə həmişə bizim yanımızda olduğuna görə

minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə həmişə ədalətli mövqe nümayiş etdirmişdir – beynəlxalq

hüququn norma və prinsiplərinə uyğun bir mövqe. Əlbəttə ki, münaqişənin beynəlxalq hüququn norma və

prinsipləri çərçivəsində həlli gələcəkdə bölgəyə sülh, barış, genişmiqyaslı əməkdaşlıq gətirəcək. Bu gün

bu əməkdaşlıq var. Ancaq Ermənistan öz işğalçılıq siyasətinə görə bütün bu əməkdaşlıq layihələrindən

təcrid edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənubi Qafqaz”

qaz kəməri, digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl

imkanlar yaranacaqdır. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və var gücümüzlə

çalışacağıq ki, münaqişə tezliklə həllini tapsın.

Burada digər məsələlər də müzakirə edildi. Biz bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan

əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir. Bu əlaqələrin gələcəkdə də inkişafı üçün hər iki tərəf

fəal çalışacaqdır.

Hörmətli cənab Baş nazir, bir daha xoş gəlmisiniz.

“Xalq qəzeti”.-2014.- 20 sentyabr.-№ 205.-S.1-2.

Page 181: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

181

Bolqarıstan Prezidenti Rosen Plevnelievin Azərbaycana səfəri:

Mətbuata bəyanat:

Prezident İlham Əliyevin bəyanatı

(19 sentyabr 2014-cü il)

Bakı, 19 sentyabr (AzərTAc). Sentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen

Plevneliev mətbuata bəyanatlarla çıxış etdilər.

- Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. İnanıram

ki, Sizin səfəriniz ölkələrimiz arasındakı münasibətlərin inkişafına əlavə təkan verəcəkdir.

Biz Bolqarıstan ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Ölkəniz bizim üçün Avropada etibarlı

tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Biz az öncə əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu,

ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin

sübutudur.

Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox

vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və

münaqişənin yalnız beynəlxalq hüquq, yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin

toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll

edilməsinin vacibliyi vurğulanır. Biz Bolqarıstana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə

görə təşəkkürümüzü bildiririk.

Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz

bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görüləcək işlərimiz çoxdur.

Ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir.

Sabah biz bir yerdə tarixi tədbirdə iştirak edəcəyik. “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi təşkil

olunacaqdır. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq və Azərbaycana

öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcəkdir.

Şadam ki, Bolqarıstan “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də

Avropa üçün vacib layihədir. Azərbaycan Bolqarıstana və gələcəkdə ölkənizin ərazisindən digər ölkələrə

qaz nəql edə biləcəkdir. Çünki ixtiyarımızda olan böyük həcmdə qaz ehtiyatımız hesabına biz qaz

təchizatının coğrafiyasını genişləndirərək Sizin qonşularınızı da əhatə edə biləcəyik.

Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal məsləhətləşmələr və əlaqələndirmə

aparacağıq. Çünki sabahdan biz bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada

əlaqələndirməyə və addımlarımızın lazımi şəkildə planlaşdırılmasına ehtiyac olacaqdır.

Biz “Cənub” qaz dəhlizi layihəsinin vaxtında və yüksək səmərəliliklə icra edilməsi məsələsinə

sadiqik və şübhə etmirəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji sahəsində digər

layihələri də nəzərdən keçirə bilərik və onları da məhz bu gün müzakirə etdik.

Bir sözlə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz üçün mühüm layihələrdə əlavə

imkanlar yaradacaqdır.

Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələsini müzakirə etdik. Biz Bolqarıstandan

Azərbaycana və Azərbaycandan Bolqarıstana sərmayə qoyuluşunu alqışlayırıq. Əminəm ki, bu da

qarşılıqlı fəaliyyətimizə əlavə təkan verəcəkdir. Bundan əlavə, mən cənab Prezident vasitəsilə Bolqarıstan

şirkətlərini Azərbaycana dəvət etdim. Burada müxtəlif infrastruktur layihələrinə də sərmayə yatırıla bilər,

həm də bolqar şirkətləri ölkəmizdə podratçı kimi çalışa bilərlər.

Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyəsi və olduqca mehriban dostluq münasibətlərimiz

işgüzar dairələr üçün əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır.

Cənab Prezident, bu tarixi vaxtda bizimlə olduğunuza görə Sizə bir daha minnətdarlığımı

bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni

qeyd edəcəyik. Sizi bir daha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan sonra da davam

edəcəkdir.

“Xalq qəzeti”.- 2014.- 20 sentyabr.-№ 205.-S.3.

Page 182: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

182

Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına

həsr olunmuş təntənəli mərasim keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(20 sentyabr 2014-cü il)

Bakı, 20 sentyabr (AzərTAc). Sentyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin

müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli

mərasim keçirilib.

Mərasimdən əvvəl Prezident İlham Əliyev, dövlət və hökumət başçıları, digər qonaqlar birgə foto

çəkdirdilər.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür,

tarixi bir gündür - “Cənub” qaz dəhlizinin təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan

xalqını ürəkdən təbrik edirəm.

İyirmi sentyabr ölkəmiz üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-

də “Əsrin kontraktı” imzalanmışdır. O, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o

qədər də tanınan ölkə deyildi. Azərbaycan çox böyük problemlərlə üzləşmişdi. Erməni işğalı, vətəndaş

müharibəsi, iqtisadi və siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı,

böyük maneə idi.

Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzdə Prezident Heydər Əliyevin

fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində

“Əsrin kontraktı” imzalanmışdır. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır.

Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Xəzər dənizində tarixdə ilk dəfə

olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya

bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin

kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda

gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o

illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir.

Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli

mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin

kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox

önəmli hadisə idi. Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır.

“Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən

çoxdur.

1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da

yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O

kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda,

Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir.

Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o

hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.

Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz

dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə

üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi

rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir.

TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin

razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə

TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni

zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə

Page 183: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

183

bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin

tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.

Bir sözlə, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni,

bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz

həllini tapmasaydı, bu gün “Cənub ”qaz dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam

hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş

ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.

Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf

edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf

edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır. Son 10 il ərzində bizim ümumi

daxili məhsulumuz 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artmışdır. Xarici dövlət borcu ümumi daxili

məhsulumuzun cəmi səkkiz faizini təşkil edir. İşsizlik 5 faizə düşmüşdür, yoxsulluq 5 faizdən bir qədər

çoxdur. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı

rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu

göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir.

Neft-qaz resurslarımız sadəcə olaraq bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan

verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və

əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. “Şahdəniz”də, TAP-da və digər layihələrdə

Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün

bizim ümumi maraqlarımıza xidmət edir.

Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası

nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda,

istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə

Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa

Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki,

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu

gündən sonra bu rol daha da artacaq.

Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini

siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin

edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. “Şahdəniz” qaz yatağı əsas resurs

mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5

trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr

səviyyəsindədir.

Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən

qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi

marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur

gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft

layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz

geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını

dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya,

gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada

əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır.

Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır.

Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və

komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!

“Xalq qəzeti”.-2014.- 21 sentyabr.-№ 206.-S.1-4.

Page 184: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

184

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Kompleksinin bərə terminalının açılışında iştirak edib:

Prezident İlham Əliyevin çıxışı

(22 sentyabr 2014-cü il)

Bakı, 22 sentyabr (AzərTAc). Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Terminalla tanışlıqdan sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Ələt qəsəbəsində

Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm

ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına

yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcəkdir.

Təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulmuşdur. Məqsəd ondan

ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük

ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdır. Burada tikilən

bütün infrastruktur dövlət büdcəsi hesabına mümkün olmuşdur və bu, bir daha onu göstərir ki, ölkəmizin,

o cümlədən nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu

planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur

obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir.

Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin

təmin edilməsində iştirak edirik. İki gün bundan əvvəl Bakıda tarixi hadisə baş vermişdir - “Cənub” qaz

dəhlizinin təməl daşı qoyulmuşdur. Enerji təhlükəsizliyi məsələləri əlbəttə ki, hər bir ölkənin milli

təhlükəsizlik məsələləridir. Biz bu sahədə ardıcıl surətdə apardığımız fəaliyyət nəticəsində Azərbaycanın

enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik və bundan sonra onilliklər ərzində bu, ölkəmizə həm

maddi, həm siyasi dividendlər gətirəcək, eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin

təminatçısı kimi öz rolunu daha da böyük həcmdə oynayacaqdır.

Biz hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəal işləyirik və demək olar ki, əsas

ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac imkanlarımız yaranır. Bir sözlə, növbə çatıb ki, biz

nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək. Artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır. Bu

limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir.

Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ

gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon

konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi

ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik.

Yaxın günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcəkdir.

Keçən Zirvə görüşü Bakıda keçirilmişdir. Hesab edirəm ki, yeni Zirvə görüşü ərəfəsində Xəzərdə ən

böyük ticarət limanının istifadəyə verilməsi bizim ümumi işimizə bir töhfədir.

Eyni zamanda, bu limanın fəaliyyəti nəticəsində Ələt qəsəbəsində də müsbətə doğru daha böyük

dəyişikliklər olacaqdır. Mən dəfələrlə demişəm, bütövlükdə Azərbaycanın bir neçə sənaye mərkəzi vardır

ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - bu yaxınlarda ölkəmizin

ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının və bu limanın

fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Eyni zamanda, burada minlərlə yeni iş

yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu

liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək.

Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan

verəcəkdir. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də

nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq

ekoloji tədbirlərlə dəstəklənməlidir. Biz bu işləri paralel şəkildə aparırıq. Bakının yaşıllaşdırılması,

milyonlarla ağacın əkilməsi, bəzi köçürmələrin həyata keçirilməsi və o ərazilərdə ictimai yerlərin,

parkların, istirahət zonalarının yaradılması bizim siyasətimizin təzahürüdür.

Page 185: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

185

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz gözəl şəhərimizi öz işimizlə daha da

gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir

və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaqdır.

Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur. Onun ilkin uzunluğu 3,5 kilometrdir. Biz

əlavə tədbirlər nəticəsində Bakı bulvarının uzunluğunu böyük dərəcədə artıra bilmişik. Yeni bulvar

tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb.

Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir.

Əks istiqamətə - Dəniz vağzalından Zığ, “Ağ şəhər” istiqamətinə “Ağ şəhər” bulvarı tikilir və artıq “Ağ

şəhər” istiqamətinə çatıbdır.

Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq. Yüz il

bundan əvvəl 3,5 kilometr, müstəqillik dövründə 16 kilometr. Hazırda şəhərin mərkəzində yerləşən

ərazisində ictimai yerlər, parklar, istirahət zonaları olacaq. Beləliklə, Bakı sakinlərinin və şəhərimizin

qonaqlarının istirahəti üçün yeni imkanlar yaranacaq.

Bax, bu limanın fəaliyyətə başlaması görün nə qədər böyük dəyişikliklərə gətirib çıxarır. Yenə də

deyirəm, ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcəkdir. Bu istiqamətdə son

illərdə böyük işlər görülübdür.

Keçən il, - düz bir il bundan əvvəl, - 2013-cü il sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu

istifadəyə verilmişdir. Bu da dövlət siyasətinin tərkib hissəsi idi. Çünki biz yük daşımalarını artırmaq

üçün indi böyük səylər göstəririk. Son 10 il ərzində 17 gəmi alınmışdır - tankerlər, yük gəmiləri, bərələr.

Biz fikirləşdik ki, onsuz da donanmamızı yeniləşdirməliyik. Ona görə, Bakıda gəmiqayırma zavodu

tikmək qərarına gəldik ki, artıq xarici istehsalçılardan asılılığımız olmasın.

Xarici şirkətlərlə əməkdaşlıq başlamışdır. Keçən il istifadəyə verilmiş gəmiqayırma zavodunda

artıq hazırda gəmilər inşa edilir. Həm ölkə daxilindən, həm neft konsorsiumu tərəfindən sifarişlər

verilibdir. Eyni zamanda, biz gözləyirik ki, Xəzəryanı ölkələrdən sifarişlər olacaq. Bizim gəmiqayırma

zavodumuzda bütün növ gəmilər istehsal oluna bilər. Bax, budur bizim siyasətimizin əsas istiqamətləri.

Bu siyasət konkret nəticələrə gətirib çıxarır. Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdı.

Gəmi təmiri zavodu olmuşdu, gəmiqayırma olmamışdı. Biz xaricdən asılı idik.

Bu liman Xəzər dənizində ən böyük ticarət limanıdır və bayaq qeyd etdiyim kimi, bütün

Xəzəryanı ölkələrə xidmət göstərəcək. İlk növbədə, Azərbaycana xidmət göstərəcək. Bizim ərazimizdən

daşınan tranzit yüklərin həcmi artacaq, onsuz da artır. Bu ilin göstəricilərinə görə tranzit yüklərin həcmi

artıb. Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizə imkan verir ki, gələcəkdə tranzit imkanlarımızı daha

da genişləndirək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçir. Amma əgər burada

müasir logistika, nəqliyyat infrastrukturu olmasa, biz bu imkanlardan istifadə edə bilmərik. Ona görə,

hazırda Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə

birlikdə reallaşır. Bu layihənin tarixi əhəmiyyəti var. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə

Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaqdır. İndi ehtimal

edirik ki, bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən

keçəcəkdir. Bu yükü daşımaq üçün yükaşırma qabiliyyəti olmalıdır. Bu limanın da tikintisinin məqsədi

məhz bundadır. Yəni, bütün bu nəqliyyat infrastrukturunun seqmentləri bir-biri ilə bağlıdır. Əgər bu

liman olmasa, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bizə o qədər də böyük səmərə verməz. Bu dəmir

yolu ilə 10 milyon ton, ondan sonra 20 milyon ton yük daşınacaqdır. Ancaq bu yükü qəbul etmək,

aşırmaq lazımdır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Gəmiqayırma zavodu bizə

imkan verəcək ki, yükləri öz gəmilərimizlə daşıyaq. Liman şərait yaradacaq ki, yükaşırma imkanlarımız

genişlənsin. Yəni, bu, təbiidir. Sadəcə olaraq, bunu deməklə qeyd etmək istəyirəm ki, bugünkü hadisə

böyük proqramın tərkib hissəsidir.

Biz Azərbaycanı bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevirmək üçün çox fəal işləyirik.

Avtomobil yolları tikilir, Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhədi

avtomobil yolunun böyük hissəsi tikilib. Bakı-İran sərhədi avtomobil yolunun tikintisi davam edir. Yəni,

avtomobil yolları, dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət

limanı, aviasiyamız, xüsusilə yük aviasiyamız inkişaf edir. İndi bizim böyük yük təyyarələrimiz var.

Yeddi aeroport tikilib, onlardan beşi beynəlxalq aeroportdur. Artıq o aeroportlardan sərnişinlər başqa

ölkələrə uçurlar. Azərbaycan bu mərkəzdə, bu regionda hava nəqliyyatı, hava yük nəqliyyatı üzrə

liderliyini təmin edir.

Bir sözlə, bütün bu işlər artıq deməyə əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən müasir

səviyyədə yaratmışıq, işlərin böyük hissəsi artıq başa çatıb. Bu liman çatışmayan bir seqment, element

Page 186: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

186

idi. Biz indi onu da istifadəyə veririk. Tam gücü ilə iki il bundan sonra çalışacaqdır. O vaxta qədər biz

yeni yükləri Azərbaycana gətirməliyik. Burada çox düşünülmüş tarif siyasəti aparılmalıdır ki,

tərəfdaşlarımız Azərbaycan üzərindən yükdaşımalarını daha da böyük həcmdə göndərsinlər və biz də

bundan fayda görək.

Eyni zamanda, görülən bütün bu işlərin məqsədi Azərbaycanı daha da gücləndirməkdir,

Azərbaycanın önəmini artırmaqdır. İki gün bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi

ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Çünki biz Avropanın enerji təhlükəsizliyinin təminatı

istiqamətində çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz ölkəyə çevrilir.

Bu limanın tikintisi də bizim önəmimizi artırır. Çünki Xəzər dənizində buna bənzər ikinci liman yoxdur

və bu liman bizim iqtisadi gücümüzü artıracaq. İqtisadiyyat da artır, inkişaf edir. Bu yaxınlarda dünyanın

iqtisadi məsələlərlə məşğul olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan

iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də artmışıq və dünya

miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə ki, böyük nailiyyətdir, böyük uğurumuzdur.

Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır. Bugünkü hadisə bir daha

onu göstərir ki, bizim nəzərdə tutduğumuz bütün məsələlər keyfiyyətlə, vaxtında icra edilir. Eyni

zamanda, bu limanın tikintisi beynəlxalq əməkdaşlığın təzahürüdür. Bu böyük, nəhəng infrastruktur

obyektinin layihələndirilməsini Hollandiya şirkəti icra edib. Əlbəttə, bu, bizə şərait yaradır ki,

Azərbaycan belə gözəl infrastruktur imkanlarına malik olsun.

Azərbaycanda beynəlxalq əməkdaşlıq sürətlə inkişaf edir. Əgər enerji sahəsində beynəlxalq

əməkdaşlıq olmasa idi, biz öz zəngin neft-qaz resurslarımızı dünya bazarlarına çıxara bilməzdik.

Azərbaycan investisiyalar üçün açıqdır. Azərbaycanda minlərlə xarici şirkət fəaliyyət göstərir, işləyir,

dövlətdən kontraktlar alır, o kontraktları icra edir. Bizim xarici şirkətlər qarşısında qoyduğumuz əsas şərt

keyfiyyətdir və ən müasir standartlardır. Biz burada bunu görürük. Ona görə, bu limanın

layihələndirilməsində, tikintisində iştirak etmiş bütün şirkətlərə, insanlara, həm xarici vətəndaşlara,

Azərbaycan vətəndaşlarına minnətdarlığımı bildirirəm. Əminəm ki, limanın fəaliyyəti uğurlu olacaq. Bir

daha sizi təbrik edirəm.

“Xalq qəzeti”.-2014.- 23 sentyabr.-№ 207.-S.1-3.

Page 187: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

187

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda inşa edilmiş “Dostluq”

uşaq bağçasının açılışı olub:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(29 sentyabr 2014-cü il)

Həştərxan, 29 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Heydər Əliyev Fondunun

təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin

nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub.

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış

mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli Aleksandr Aleksandroviç,

Hörmətli mer.

Əziz dostlar, hörmətli həştərxanlılar.

Demək istəyirəm ki, dost Həştərxan torpağında yenidən olmağıma şadam. Bu, Həştərxan

vilayətinə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobildə gələrkən mən Aleksandr

Aleksandroviçi Həştərxan vilayətinin son illərdə qazandığı böyük uğurlar münasibətilə təbrik etdim.

Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, mənzillər, ticarət mərkəzləri, ictimai yerlər tikilir,

parklar salınır. Bütün bunlar Həştərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir

qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular

kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr Aleksandroviçin

mənimlə artıq bölüşdüyü planlar gerçəkləşəndə Həştərxan daha da gözəl olacaq.

Xəzəryanı dövlətlərin dörd il bundan əvvəl keçirdiyimiz Bakı Sammitindən sonra indi

Həştərxanda keçirilməsi də, əlbəttə, bu şəhərin inkişaf səviyyəsinin göstəricisidir. Sammit Rusiya

Federasiyasının istənilən başqa şəhərində keçirilə bilərdi, lakin məhz Həştərxan seçildi və biz buna çox

şadıq. Əminəm ki, Xəzəryanı dövlətlərin bu gün qəbul edəcəyi qərarlar ölkələrimizi, xalqlarımızı daha da

yaxınlaşdıracaq. Biz buna çalışırıq, bunu istəyirik və əlbəttə, Bakı ilə Həştərxan arasında çoxəsrlik tarixə

malik olan qədim əlaqələrin bu gün necə inkişaf etməsinə sevinirik.

Biz həm də sevinirik ki, Həştərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə “Həştərxan-Bakı”

Dostluq parkı var. Keçən dəfə həmin parkı Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının

açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq. Təsadüfi deyil ki, uşaq bağçası

“Drujba” adlandırılıb. Mənim fikrimcə, bu adın rəmzi mənası var, çünki bizim nəslimiz dostlar nəslidir,

biz bir ölkədə yaşamışıq, bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik. Gərək gənclər də bir-biri ilə

ünsiyyətdə olsunlar, kiçik yaşlarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə

dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varisliyini təmin

edərik.

Bizi birləşdirən cəhətlər çoxdur – tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan

arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə,

regionlar arasında münasibətlərə görə şadıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan

münasibətlərin səmimiliyinin və dərinliyinin daha bir göstəricisidir.

Bu əlamətdar hadisə münasibətilə həştərxanlıları, bizim hamımızı, Həştərxanın dostlarını bir daha

təbrik edirəm və arzu edirəm ki, uşaqlar burada özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli

vətəndaşları kimi böyüsünlər. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 30 sentyabr.-№ 213.-S.1.

Page 188: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

188

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(29 sentyabr 2014-cü il)

Həştərxan, 29 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Rusiya

Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

- Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli prezidentlər!

Hörmətli Sammit iştirakçıları!

İlk növbədə göstərilən qonaqpərvərliyə və Sammitin uğurlu təşkilinə görə Rusiya Federasiyasının

Prezidentli Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istəyirəm.

Bakıya tarixən mehriban dostluq və əməkdaşlıq münasibətləri ilə bağlı Həştərxan şəhərində

yenidən olmağıma şadam.

2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair

başlıca məsələlərin, xüsusən milli zonanın eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin

razılaşdırılmasına ümumi yanaşmaların işlənib hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar

prosesinə yeni təkan verdi.

Bakı Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində

əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə,

mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət

qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaratdı.

Ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş

görülüb. Tərəflər “Xəzər dənizində fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması

sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılmasını başa çatdırıb, imzalanması üçün təklif ediblər.

Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha

səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək.

Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və

Qazaxıstan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxıstan Respublikası və

Rusiya Federasiyası arasında ikitərəfli sazişlərin, habelə Azərbaycan, Qazaxıstan və Rusiya arasında

üçtərəfli sazişin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu sazişlər Xəzərin hüquqi statusunun

hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş

prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə

dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər.

Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan

Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi

diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim

regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir.

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca

təhdiddir. Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi

rayonu iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Ermənistanın azərbaycanlılara qarşı etnik

təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz

çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan həmin qətnamələrə məhəl

qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Bu münaqişə beynəlxalq hüquq normaları və

Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təəssüf

ki, Ermənistandakı mövcud diktator rejimi müasir dünyanın reallıqlarını ayıq-sayıq qiymətləndirmək və

beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil. Ermənistan rejimi öz cəmiyyətində

Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyasəti

səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə

Page 189: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

189

kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət

daşıyır.

Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının

mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması,

etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların

cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra

beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir.

Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və

Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində

sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün

öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya

arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər

vardır. Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi

çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Bu limanın yükaşırma qabiliyyəti birinci

mərhələdə on milyon ton yük və ildə əlli min konteyner olacaq. İki ildən sonra həyata keçirilməsi

planlaşdırılan üçüncü mərhələ başa çatandan sonra limanın yükaşırma qabiliyyəti 25 milyon ton yükə və

bir milyon konteynerə bərabər olacaq.

Həmkarlarıma bildirmək istəyirəm ki, keçən il Azərbaycanda yüksək dünya standartlarına cavab

verən və bütün növlərdən olan gəmilər istehsal edə bilən yeni gəmiqayırma zavodu istifadəyə verilib. Bu

zavod bizim ölkələrə nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin həyata keçirilməsi üzrə

iqtisadi məsələlərin həlli üçün yeni imkanlar yaradır. Bizim yaratdığımız müasir logistika infrastrukturu

ümumi işimizə böyük töhfədir və Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirir.

Üçüncü Bakı Sammitinin protokol qərarının icrası üçün razılaşdırılmış “Xəzər dənizinin bioloji

ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadə edilməsi haqqında Saziş”i xüsusi vurğulamaq

istəyirəm.

Azərbaycan ekologiya sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir və Xəzərin ətraf

mühitinin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin ümumi narahatlığına şərik çıxır. Biz daha

səmərəli əməkdaşlığa ümumi səyi yüksək qiymətləndirir və Xəzər dənizinin ətraf mühitinin qorunmasına

dair Çərçivə Konvensiyası üzrə işlərə öz töhfəmizi veririk.

Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı

dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək

milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq.

Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta

xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və

tranzit məsələlərinə böyük əhəmiyyət veririk.

Azərbaycan həm də Xəzərdəki qonşularımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın

inkişafına böyük əhəmiyyət verir. Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı

və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi

prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə

xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası

olaraq qalmalıdır.

Sonda, heç şübhəsiz, bizim qarşımızda duran mühüm məsələlərin qəti həlli üçün Xəzəryanı

dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına xidmət edəcək bu Sammitin təşkilinə görə Rusiya

tərəfinə bir daha təşəkkürümü bildirirəm. Həmçinin əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər

dənizinin hüquqi statusuna aid məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı

faydalı tərəfdaşlıq ruhunda həllinə tərəfdar olduğumu təsdiq etmək istəyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

“Xalq qəzeti”.-2014.- 30 sentyabr.-№ 213.-S.2.

Page 190: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

190

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Həştərxan şəhərinə işgüzar səfəri:

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(29 sentyabr 2014-cü il)

Həştərxan, 29 sentyabr (AzərTAc). Sentyabrın 29-da sənədlərin imzalanması mərasimindən sonra

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

- Hörmətli Prezidentlər.

Hörmətli xanımlar və cənablar.

Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə Sammitin təşkilinə, qonaqpərvərliyə, həm məhdud,

həm də geniş tərkiblərdə məsələlərin müzakirəsi çərçivəsində yaratdığınız şəraitə görə Sizə bir daha

təşəkkür etmək istərdim.

Bu gün biz həqiqətən çox səmərəli işlədik, Xəzər dənizində qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə

bağlı mühüm məsələlərə dair açıq, çox səmimi dialoq apardıq. Bizim bu gün müzakirə və həll etdiyimiz

əsas məsələləri Vladimir Vladimiroviç artıq qeyd etdi. Təkrarlamaq istəmirəm. Onu demək istərdim ki,

mənim fikrimcə, bizim uğurlu addımlarımızın başlıca əsası xalqlarımız arasında tarixən yaranmış sıx

qarşılıqlı əlaqələrdir. Azərbaycanın bütün Xəzəryanı dövlətlərlə münasibətləri çox sıx, qarşılıqlı faydalı,

dostcasına tərəfdaşlıq münasibətləridir. Xalqlarımız tarixən bir-birinə bağlıdır. Bizim qoruyub saxlaya

bildiyimiz, indi isə zənginləşdirdiyimiz qarşılıqlı fəaliyyət, qarşılıqlı dəstək və mehriban qonşuluq

ənənələri böyük sərvətdir. 2010-cu ildə Bakıda keçirilmiş axırıncı Sammitdən sonra ötən illər işimizin

xeyrinə olub. Ona görə ki, bizim bugünkü nailiyyətlərimiz, bu gün bağladığımız sazişlər çox ciddi işin,

deyərdim ki, səmimi işin nəticəsidir. Çünki əgər biz ümumi siyasi əzmkarlıq göstərməsəydik, bu

nəticələrə nail olmaq, yəqin ki, çətin olardı. Bu gün isə biz bəzi istiqamətlər üzrə irəliyə doğru atılmış

mühüm addım hesab oluna biləcək qərarlar qəbul etdik. Bu qərarlar bizdə Xəzərdə qarşılıqlı

fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə daha artıq inam yaradır. Qarşılıqlı fəaliyyətimizin

müxtəlif mərhələlərində bu əməkdaşlığın əsas məsələlərinin tənzimlənməsinə dair konsensusa nail

olmağın reallıq dərəcəsi barədə fikirlər fərqli idi. Bugünkü müzakirə və qərarlar, imzalanmış sənədlər,

zənnimcə, hamıya aşkar göstərir ki, siyasi iradə olduqda biz qarşılıqlı fəaliyyətimizin bütün məsələlərini

həll edə bilərik.

Bizim həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığımız Xəzərdə təhlükəsizliyin rəhnidir.

Xəzər üzrə qonşularımızın öz aralarında mehriban tərəfdaşlar olmaları da Azərbaycanda bizə çox xoşdur.

Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyir, fəal qarşılıqlı əlaqə saxlayırıq. Fikrimcə, bu

müsbət meyillər davam etdirilməlidir və hökmən davam etdiriləcəkdir. Ona görə ki, biz bu regionda

yaşayırıq. Xəzər bizim ümumi sərvətimizdir. Biz onu qoruyuruq, onu daha yaxşı qorumalıyıq və konkret

işlərimizlə, o cümlədən infrastruktur layihələri ilə, investisiyalarla ölkələrimiz üçün yeni imkanlar

yaratmalıyıq. Bizim ölkələrin üstünlüyü təkcə öz aramızda dostluq etməyimiz və bir-birimizə səmimi

münasibət bəsləməyimiz deyil, həm də iqtisadi baxımdan özünü təmin edən dövlətlər olmağımızdır.

Bizim ölkələrdə ciddi maliyyə problemləri yoxdur. Biz infrastruktura çox böyük investisiyalar qoya

bilərik və bunu edirik.

Vladimir Vladimiroviç nəqliyyat infrastrukturunu daha da inkişaf etdirməyin zəruri olmasını qeyd

etdi, mən də öz çıxışımda Azərbaycanda bu sahədə nə işlər görüldüyünü vurğuladım. Fikrimcə, bütün

istiqamətlər üzrə – həm çox perspektivli olan Şimal-Cənub istiqamətində, həm də Şərq-Qərb

istiqamətində fasiləsiz daşımaları tənzimləmək üçün növbəti mərhələdə bizim nəqliyyat işçilərinin

fəaliyyətinin, o cümlədən yaradılmaqda olan və artıq yaradılmış limanların fəaliyyətinin əlaqələndirilməsi

məsələsini nəzərdən keçirməliyik. Azərbaycan hər iki layihədə iştirak edir və biz bu cür qarşılıqlı

fəaliyyətdə yalnız səmərə, fayda görürük.

Xəzərdə təhlükəsizlik məsələləri, əlbəttə, xüsusi diqqət tələb edir. Lakin qeyd etməliyəm ki,

ölkələrimiz arasında qarşılıqlı əlaqələrin və etimadın səviyyəsi nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə,

eyni zamanda, həm özünün, həm də qonşusunun təhlükəsizliyini təmin edir.

Page 191: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

191

Sonda demək istərdim ki, Azərbaycan bugünkü nəticələrdən, sənədlərdən, razılaşmalardan çox

məmnundur. Ümid edirəm ki, növbəti Sammitdə biz hələ həll olunmamış məsələləri həll edəcək və uğurla

irəliyə doğru gedəcəyik.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

“Xalq qəzeti”.-2014.- 30 sentyabr.-№ 213.-S.3.

Page 192: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

192

Bakıda IV Beynəlxalq Humanitar Forum işə başlayıb:

Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(2 oktyabr 2014-cü il)

Bakı, 2 oktyabr (AzərTAc). Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq

Humanitar Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun

rəsmi açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını

səmimiyyətlə salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Bütün

qonaqlara “Xoş gəlmisiniz” deyirəm.

Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə çevrilib. Forum dördüncü

dəfədir ki, keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən

proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət

göstərilsin. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar

əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk.

Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar

məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir

ki, Foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.

Biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük

diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu

Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu

müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə

kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim

böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi

imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik

duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə

dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.

Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər

boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və

həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada

gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir

neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal

üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda

keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik

və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm

İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa

Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu

gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir.

Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı

Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır.

Əminəm ki, Forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər,

mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər və beləliklə, biz

birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın

dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik. Əlbəttə, hesab edirəm, sirr deyil ki, bu Forum artıq hər il

keçiriləcək və beləliklə, bu format yaşayacaqdır.

Page 193: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

193

Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük

diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir.

Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq

birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın 20

faizi ermənilər tərəfindən zəbt edilibdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün

vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir

ki, yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi

şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə

bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası

4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz

çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə,

ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının

qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu

qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa

Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü

dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün

yeganə yoldur.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir.

İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar.

Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı və

qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində

açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi

abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan

təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin

etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır

vəziyyətdə yaşayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu

münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha

da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır. Bu ağır vəziyyətə

baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə

böyük uğurlara imza atmışıq. Humanitar sahə bizim hökumətimiz üçün prioritet sahələrdən biridir və bu

sahəyə investisiyalar qoyulur. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanda humanitar məsələlər uğurla

öz həllini tapır.

Təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilibdir. Təhsilin

keyfiyyətinin artırılması üçün islahatlar aparılır. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların

gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı

ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.

Səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk

illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük

investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə

ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir.

Bizim mədəniyyətlə bağlı təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada

beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi

proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o

cümlədən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Qeyd etməliyəm ki, dünyanın

ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir. Bu məscid 743–cü

ildə Şamaxı şəhərində tikilmişdir və müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun

Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir. O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir.

Azərbaycanda pravoslav kilsələr, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib.

Yəni, bu, bizim böyük sərvətimizdir və bir daha demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət,

dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu,

cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni

zamanda, cəmiyyətin sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamətdə uğurla inkişaf edəcəyik. Onu

da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər.

Biz, eyni zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk. Çünki güclü iqtisadiyyat olmasa, humanitar

Page 194: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

194

təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi

təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni

imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar,

maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il

ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir.

Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan

götürüləcəkdir.

İşsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1

milyon 200 mindən çox iş yeri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür. İndi 5 faizdən

azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların

təməlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 il ərzində Azərbaycan

iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi

göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox

aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Büdcə

gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata

keçirilməsi ölkəmizin inkişafını təmin etmişdir.

Əlbəttə, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq

biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır,

müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim

təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan

xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərindən

düzgün istifadə etmək, “qara qızıl”ı insan kapitalına necə çevirmək, - artıq biz buna nail olmuşuq, -

sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf

edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.

Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil

edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin

İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə

bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. Hesab edirəm

ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstəririk. Bir çox

hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və

əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz,

iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq

olmamışdır və əminəm ki, olmayacaqdır.

Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu

siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə

olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv

seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil dövlət

Azərbaycan 155 ölkənin dəstəyi ilə o mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı

rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və

öz səsini verməklə bizə dəstəyini göstərmişdir.

Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az

olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin

seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar

sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn

qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalışırıq necə

yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən

proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-

seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik.

Biz burada - Bakıda bu günlər ərzində çalışacağıq ki, bu meyillərin qarşısını almaq üçün hansı

işlər görülməlidir. Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq.

Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı,

multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki,

multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti

çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da

çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu

Page 195: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

195

təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər.

Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi

elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl

qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq.

Narahatedici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş

kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız

bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası

dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu

məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli,

çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə

yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq

Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq,

qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.

Müsəlman aləmində gedən xoşagəlməz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman

aləminin bir parçasıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri

məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir

dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı

münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə

meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir.

Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür. Çünki hesab edirəm ki, müasir dünyada

həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya

arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəlman

ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü

olsun, daha da güclənsin.

Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əmənəm ki, müzakirələr çox

uğurlu keçəcək. Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər

sahələrdə də bir çox təşəbbüslər hesab edirəm uğurlu olmuşdur.

İki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışı –

“Eurovision” müsabiqəsi böyük uğurla keçirilmişdir. Bütün qonaqlar çox razı qalmışdılar.

Gələn il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, - Bakıda

keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində

yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya

ailəsi bizə böyük etimad göstərmişdir.

2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa,

həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur

və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli

və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda

keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur

bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu,

mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki,

düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.

Əziz qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Bilirəm ki, qonaqlar arasında

ölkəmizlə tanış olan nümayəndələr vardır. İlk dəfə gələnlər də var. Əminəm ki, bu Forumun keçirilməsi

sizin üçün çox maraqlı olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək, eyni zamanda, ölkəmizlə yaxından

tanış olacaqsınız.

Forumun iştirakçılarına uğurlar arzulayıram. Sağ olun!

“Xalq qəzeti”.-2014.- 3 oktyabr.-№ 216.-S.1-2.

Page 196: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

196

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz

ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş

iclası keçirilib: Prezident İlham Əliyevin giriş nitqi

(8 oktyabr 2014-cü il)

Bakı, 8 oktyabr (AzərTAc). Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və

qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

-Bu gün biz üçüncü rübün və ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik.

Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin

əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yadımdadır, ilin əvvəlində

keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il

olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq.

Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik

inkişafını təmin etmişdir.

Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə

qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi

inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada

mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan

ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır.

Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ

qeyri-neft sektorunun inkişafıdır.

Neft-qaz sektorunda işlər uğurla gedir. Mən bu barədə bir qədər sonra öz fikirlərimi bildirəcəyəm.

Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir.

Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox

aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu

kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə

müsbət təsir göstərir.

Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu

göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə

xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna

baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.

İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan

11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili

investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır.

Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur

layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox

müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə

inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.

Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox

böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir.

Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki,

investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır.

Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya

qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq və beləliklə, bizim inkişafımız daha da sürətlə

gedəcək.

İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun

inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız

çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin

qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf

edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən

Page 197: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

197

asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf

etdirməkdir.

Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600

milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya

miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya

miqyasında ən yüksək səviyyədədir.

Biz əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən

sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim

rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə

rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı

artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə

imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam

verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq

idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan

verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad

nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.

Deyə bilərəm ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən

mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu

Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və

dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın

ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz

onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan

maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir.

Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdir və bu proses davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri

açılmışdır, onlardan 80 mini daimi iş yerləridir. Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1

milyon 300 min yeni iş yeri açılmışdır. Bu da imkan vermişdir ki, işsizlik kəskin şəkildə aşağı düşsün və

bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50

faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət

investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni

zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol

oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki,

ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın

böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş

yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş

yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir.

Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Sosial

layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, – bu sahəyə

də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət

qədər böyükdür.

Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Bu il

də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də

təbii ki, davam etdiriləcəkdir.

Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək.

Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş

proqramı, konsepsiyası - “2020 konsepsiyası” var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin

icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.

Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib,

tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır.

Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan

sonra kənd yolları tikilir. Yəni bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş proqram idi. Həm

regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları paralel şəkildə

icra edilir və əminəm bu, bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə qarşısında duran əsas

infrastruktur layihələrini başa çatdıraq. Əlbəttə ki, bu, bizim gələcək inkişafımıza müsbət təsir göstərəcək.

Ona görə ki, böyük investisiya layihələri artıq arxada qalır. Bu, imkan verəcək ki, biz büdcə vəsaitini yeni

Page 198: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

198

istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün

daha da böyük həcmdə vəsait nəzərdə tutaq. Çünki hələ dövlət investisiya xərclərinin təbii ki, böyük

hissəsi infrastruktur layihələrinə yönəlibdir. Su anbarları, magistral yollar, digər layihələr, dəmir yolları, o

cümlədən içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı su kəməri – bu nəhəng infrastruktur

layihələri böyük vəsait tələb edən layihələrdir. O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz

ticarət limanı, yəni, bütün bu layihələr artıq icra edilib, ya da onların icrasına az qalıbdır. Ona görə biz

növbəti illərdə büdcə xərclərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəltməliyik.

Bax, bizim konseptual yanaşmamız bundan ibarətdir. İnfrastruktur layihələri icra edilməli idi ki, şərait

yaradılsın. Biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynamışdır. Sahibkarlığın inkişafına həm

siyasi, həm maliyyə dəstəyi göstərilmişdir və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin

edilmişdir və bu gün Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq

Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktorunun çıxışında da səsləndi ki,

Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də

örnək ola bilər. Yoxsulluğun azaldılması bilavasitə bizim iqtisadi siyasətimizlə və sosial siyasətlə

bağlıdır. Mən bunu dəfələrlə demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla

məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox

hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial

layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB

məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar

durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni

imkanlar açır.

Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir

irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi

davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz

olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan

etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş

torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna

məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz

həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial

mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi

bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu

münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün

əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi

cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir.

İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan

zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir,

dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir

amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm

sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə

adlandırmaq mümkün deyil.

Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız

var. Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində

Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı

məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi

görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və

nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir.

Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi

bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən

dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın rəsmi

statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni

vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə,

Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz

növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol

oynayacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var:

Page 199: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

199

korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas

xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha

təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan

verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial

mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır.

Keçən rübdə ölkəmiz üçün tarixi hadisə baş vermişdir. “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur.

Böyük, təntənəli mərasim keçirilmişdir. Bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir. Heç kəs

üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız

idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə

“Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı

inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin

tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan

şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir,

tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə

doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında “Əsrin kontraktı” imzalanmışdı. O, XX əsrin

kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.

Bu ilin doqquz ayının əsas istiqamətlərini qeyd etdim. Əlbəttə ki, bu aylar ərzində çox önəmli hadisələr

baş vermişdir. Onlar haqqında burada danışsam, saatlarla vaxt lazım olacaq. Sadəcə olaraq qeyd

etməliyəm ki, doqquz ayın yekunları müsbətdir. İlin sonuna qədər iş davam etdiriləcək və bu ili də biz

uğurla başa vuracağıq.

X X X

Page 200: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

200

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

(8 oktyabr 2014-cü il)

-İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır. Büdcədə kifayət

qədər vəsait vardır. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza

qoyduğumuz bütün məsələləri həll etməliyik və edəcəyik.

Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, belə də olacaq. İnfrastruktur

layihələrinin icrası davam etdirilir. Bir sözlə, bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur.

İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində

icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulubdur. Şəmkirçayda böyük su anbarı,

elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər

üçün yeni imkanlar yaranacaqdır. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki,

hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.

Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim

ediləcəkdir. Əsas prioritetlər bəllidir. Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr

tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o

cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə

yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır.

Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.

Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir,

ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-

dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu

sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb

mərkəzləri olacaq.

Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm.

Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul

olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə

tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və

onların yerində başqa obyektlər tikilmişdir.

Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi,

bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları

ilə təminat 17 faizdən 42 faizə qalxmışdır. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses

davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona

görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq

göstərişlər verilib.

Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər

uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan

sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona

görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır

və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə

valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir

sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra

orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır.

Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki,

biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi

yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri

öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi

təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki

təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi

davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq.

Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.

Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq

Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. Bu da son illərdə Azərbaycanda bu sahədə

görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilmişdir. Həm Azərbaycan öz hərbi

Page 201: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

201

məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və

texnikalarını nümayiş etdirmişlər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala

diqqət göstərilməlidir.

Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Hesab edirəm biz bu

ilin sonuna qədər bu proqramı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra

edək.

Onu da bilməliyik ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına

təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini

düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə

bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı

yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna

hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki,

böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə

almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm

ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər - sosial təminat, hərbi xərclər və

infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq.

Əminəm ki, gələn il inflyasiyanın səviyyəsi birrəqəmli olacaq, aşağı səviyyədə olacaq. Bu, imkan

verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxması və manatın məzənnəsinin

düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir,

həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət

təsir göstərir.

Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni

imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu

imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər

deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının

inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də

Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin

nəticələri Azərbaycanda tətbiq olunmalıdır.

Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və açılışı nəzərdə

tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi

dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki

bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq – əlbəttə ki, biz bu barədə

düşünürük və bu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar

torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir

göstərəcəkdir.

Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya

bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımızın

artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, gərək əlavə investisiyalarla, sahibkarlığın

inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı

Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var.

Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin

edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki,

bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol

tapmalıyıq.

Giriş sözümdə dediyim kimi, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hesab edirəm

ki, bu sahədə xidmət sektoru Azərbaycanda indi xüsusi yer tutur. Turizmin inkişafı sürətlə gedir, bu ilin

təcrübəsi onu göstərir. Bu il bir neçə gözəl müasir otel istifadəyə verilmişdir. Bölgələrdə turizm imkanları

genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və

hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal

işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır. Müxtəlif

təqdimatlar, sərgilər, mədəni proqramlar, xüsusilə birinci Avropa Oyunları ilə bağlı olan tədbirlər,

prezentasiyalar mütəmadi qaydada keçirilir. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ

etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl

sahillər, Xəzər dənizi, dağlar, meşələr, xizək turizmi. Artıq infrastruktur da var. Aeroportlar, magistral

yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır.

Page 202: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

202

Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox

zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz

ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.

İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl

inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük

yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə

aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da

artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq,

biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları

idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı

eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir?

Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq,

fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə

özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət

qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin

etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı

nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var. Dediyim kimi, biz artıq özümüzü

sement istehsalı ilə 100 faiz təmin etmişik.

Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar

barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı

ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və

dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik.

Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici

investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq.

Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci

hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə

istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik

yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır

və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa

çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir.

Bu yaxınlarda Həştərxanda keçirilən Xəzər Zirvəsində mən öz həmkarlarıma bu barədə məlumat

vermişəm və demişəm ki, onlar da bu imkanlardan istifadə edə bilərlər. Xaricdən gəmi almağa daha

ehtiyac yoxdur. Bizim gəmiqayırma zavodumuz istənilən gəmini istehsal edə bilər. Burada biz Xəzəryanı

ölkələr arasında əlaqələndirmə işlərini daha da yüksək səviyyədə qurmalıyıq, o cümlədən limanlar

arasındakı əlaqələndirmə məsələlərinə də böyük ehtiyac var.

Hava nəqliyyatı inkişaf edir. Yeni təyyarələr alınır və keçən rübdə bir önəmli hadisə də baş

vermişdir. İlk dəfə olaraq “Azərbaycan Hava Yolları – AZAL” Nyu-Yorka birbaşa uçuşları təşkil

etmişdir. Bu, böyük nailiyyətdir. Bu, bir keyfiyyət nişanıdır. Çünki Amerika şəhərlərinə uçuşları təşkil

etmək üçün icazə almaq prosesi kifayət qədər mürəkkəbdir. Çox böyük standartlar tələb edilir. Hazırda

Bakı-Nyu-York reysi artıq həyata keçirilir. Bu da böyük nailiyyətdir. Ona görə ki, bizim vətəndaşlarımız

və xarici qonaqlar birbaşa uçuşlar əldə edəcəklər. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, artıq

bizim hava yollarımızın yüksək səviyyəsini göstərir.

Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan

vəsait nəzərdə tutulur. Biz hər il təkcə tikinti işlərinə 300 milyon manat ayırırıq və minlərlə soydaşımız bu

məbləğ hesabına yeni evlərlə təmin edilir. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər yeni

evlərə köçürülür. Əlbəttə, bu işlər davam etdiriləcəkdir.

Qeyd etdiyim kimi, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük

rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il

bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən

etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım

atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf

edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft

kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan

verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub”

qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək.

Page 203: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

203

Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli

qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.

Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana

böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də

aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir

layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim

beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.

Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi

tam şəkildə təmin etmişik. Ona görə “Cənub” qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ

bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir

gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar

verilmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə

çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o

ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanı çox önəmli

ölkə kimi bir daha təsdiqləyir.

Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət

göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim

maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da

artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir. Əlbəttə ki, bu layihənin

icrası zamanı tərəfdaş ölkələrlə əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Mən artıq öz

həmkarlarımla bu barədə danışmışam. Yəqin ki, gələcək aylarda bir əlaqələndirmə şurası, yaxud da, işçi

qrupu yaradılmalıdır ki, bu məsələlər bütün ölkələrlə - tranzit və istehlakçı ölkələrlə müzakirə edilsin. Bu

layihənin icrası yüksək ekoloji standartlar əsasında təşkil edilməlidir.

Əlbəttə ki, beynəlxalq səviyyəli standartlar tətbiq ediləcək. Çünki biz ekologiya məsələlərinə çox

böyük diqqət göstəririk. Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları

zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə

müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya

layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi

Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi

idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora

abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların

ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekologiya layihəsi icra edilir.

Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları

axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir.

Birinci hissə gələn ilin yayına hazır olacaqdır.

Yəni, ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim

həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki,

vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.

Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərəm. “Ağ Şəhər” Qara şəhərin ərazisində

yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft

sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub

getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının

qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır.

Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub

getmişlər? Qara şəhəri.\

İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır

ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük

regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”in

konturları görünür.

Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik.

Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara

bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada

da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə

orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin

burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir şəhər, rayon icra

Page 204: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

204

hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye

obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada

tiksinlər.

Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr

yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji

fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər

şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da

ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə

şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya

şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.

İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq.

Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman

şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir

gəzinti zolağı – bulvar olacaqdır.

Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər

qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə

çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz

birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.

Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum,

Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos

Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar,

idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci

ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda

bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat

Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında,

hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda

keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa

çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final

yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim

gördüyümüz işlərin nəticəsi.

Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa

vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 9 oktyabr.-№ 218.-S.1-3.

Page 205: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

205

Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında

iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(10 oktyabr 2014-cü il)

Minsk, 10 oktyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 10-da Belarusun

paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Dövlətimizin başçısı iclasda çıxış edib.

- Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli həmkarlar.

Əvvələn, MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi üçün yaradılmış gözəl

şəraitə görə Aleksandr Qriqoryeviç Lukaşenkoya təşəkkür etmək istərdim. Aleksandr Qriqoryeviçin qeyd

etdiyi kimi, iş belə gətirib ki, bu iclas dalbadal ikinci il Minskdə keçirilir.

Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi və bütün Belarus xalqını mənim əvvəlki dəfə

burada olmağımdan keçən dövr ərzində Belarusun qazandığı nailiyyətlər münasibətilə təbrik etmək

istərdim. Bu bir il ərzində ölkənizin neçə fəal inkişaf etməsi göz qabağındadır. Minsk gözəl, təmiz, müasir

şəhərdir. Buna görə biz Sizin dostlarınız kimi, uğurlarınıza sevinirik və əlbəttə, dost Belarus xalqına ən

xoş arzularımızı bildiririk.

Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət,

regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu

ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün

məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik.

Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat

çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə

digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan

ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli

əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da

ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.

İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq

doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə,

sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir

hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli

fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə

çalışmalıdır.

Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab

edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib.

Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB

məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin,

sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də

müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz

Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.

Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat

infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və

əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji

ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.

Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış

layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya

layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki,

enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə,

kifayət qədər enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının enerji

təhlükəsizliyinin təmin edilməsi məsələsində daha böyük məsuliyyət düşür.

Page 206: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

206

Biz humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın

həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu

keçirildi. Həmin Forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri

iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar

əməkdaşlıq məsələləri çox aktualdır.

Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə

yoludur. Dünya ölkələrinin mütləq əksəriyyəti çoxkonfessiyalı, çoxlu millətlərin nümayəndələrinin

yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq, müxtəlif konfessiyaların

və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkə, hər bir ölkənin milli həmrəyliyi,

habelə bizim əməkdaşlığımız üçün vacibdir. Çünki bizim təşkilat çərçivəsində tarixləri, mədəniyyətləri,

dinləri müxtəlif olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir.

Digər tərəfdən MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübə bütövlükdə

mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün də faydalı ola bilər. Başqa

sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik.

Gözəl şərait üçün Aleksandr Qriqoryeviçə bir daha təşəkkür etmək və ümidvar olduğumu

bildirmək istərdim ki, həll edəcəyimiz bugünkü məsələlər sıralarımızın daha sıx birləşməsinə gətirib

çıxaracaq. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 12 oktyabr.-№ 220.-S.1-3.

Page 207: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

207

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri:

Azərbaycan və Tacikistan prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(16 oktyabr 2014-cü il)

Düşənbə, 16 oktyabr, AzərTAc

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 16-da sənədlərin imzalanması mərasimi başa

çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev

mətbuata birgə bəyanatlarla çıxış ediblər.

- Sağ olun, hörmətli Emoməli Şərifoviç!

İlk növbədə, məni qardaş Tacikistana rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü

bildirmək istəyirəm. Tacikistan torpağına ayaq basdığımız ilk andan mənə və nümayəndə heyətimin

üzvlərinə göstərilən qonaqpərvərliyə görə də təşəkkür edirəm.

Bu, mənim Tacikistana ikinci rəsmi səfərimdir. Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi

səfərdə olub. Bu fakt özlüyündə bizim münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. Çünki bizim

aramızda çox fəal siyasi dialoq var. Biz müxtəlif beynəlxalq tədbirlər - sammitlər, konfranslar

çərçivəsində də müntəzəm görüşürük, regional təhlükəsizlik, dünya siyasəti və ikitərəfli

münasibətlərimizlə bağlı aktual məsələlərə dair müntəzəm fikir mübadiləsi aparmaq imkanımız var.

Emoməli Şərifoviçin artıq qeyd etdiyi kimi, bizim gündəliyimiz çox genişdir. Bu gün biz qarşılıqlı

fəaliyyətimizin mühüm məsələlərini müzakirə etdik. Siyasi münasibətlərimizin çox fəal olması bütün

başqa sahələrdə də əlaqələrin fəal inkişafını nəzərdə tutur. Biz bir sıra beynəlxalq təşkilatlarda birgə

iştirak edir və bir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edib, Azərbaycan BMT-nin Təhlükəsizlik

Şurasına üzv seçilərkən ölkəmizin namizədliyini dəstəklədiyinə görə Tacikistan Prezidentinə bir daha

şəxsən təşəkkürümü bildirmək istərdim. Bu dəstək çox vacib idi və biz iki il ərzində bu yüksək

beynəlxalq orqanda həm özümüzü, həm də bütün dostlarımızı, tərəfdaşlarımızı təmsil etdik.

Bu gün imzalanan siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün spektrini

müəyyənləşdirir. Çox böyük əhəmiyyət kəsb edən bu siyasi sənəddə bizim prioritetlər, birgə gələcəyimiz

barədə təsəvvürlərimiz əks olunub. Mən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

tənzimlənməsi məsələsində prinsipial mövqeyinə görə Tacikistana təşəkkürümü bildirmək istərdim.

Bizim indicə imzaladığımız Bəyannamədə qeyd edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməlidir. Bu

qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir.

Qətnamələrdə aydın deyilib ki, erməni işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır.

Münaqişənin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq

surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi

üçün yeganə mümkün yoldur.

Bu gün biz iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələləri müzakirə etdik. Əlbəttə, əmtəə

dövriyyəsinin həcmi bizi qane edə bilməz, lakin Birgə Hökumətlərarası İqtisadi Komissiyanın dünən

keçirilmiş iclası və onun nəticələri barədə bizə məruzə edilənlər nikbin olmağa əsas verir ki, biz əmtəə

dövriyyəsini qısa müddətdə artıra biləcəyik. Bu istiqamətdə konkret addımlar atılır. Nəqliyyat sahəsində,

xüsusən Azərbaycanın və regionun investisiya və nəqliyyat infrastrukturu nəzərə alınmaqla, gözəl

imkanlar var. İlk növbədə, Azərbaycanda, Xəzər regionunda ən iri liman olacaq Yeni Beynəlxalq Dəniz

Limanının açılması, habelə gələn il başa çatdırmağı planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun

tikintisi yeni imkanlar yaradır. Bu, Asiyadan Avropaya və əks istiqamətdə malların tranziti üçün ən qısa,

ən səmərəli və ucuz yoldur.

Bu gün biz əməkdaşlığımızın humanitar aspektləri barədə çox danışdıq. Burada yaxşı təcrübə var.

Biz həm tarix, həm də mədəniyyət baxımından bir-birimizə yaxın xalqlarıq, eyni sivilizasiyanın

nümayəndələriyik. Əlbəttə, bunlar bizi yaxınlaşdırır. Buna görə biz gələcəkdə də mədəni proqramlarla

bağlı müxtəlif tədbirlər keçirəcəyik. Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanda

Tacikistan Mədəniyyəti Günləri böyük uğurla keçdi və xalqlarımız bizim bir-birimizə nə qədər yaxın

olduğumuzu bir daha gördülər.

Page 208: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

208

Bu gün biz regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini də müzakirə etdik. Bizdən o

qədər də uzaq olmayan regionda vəziyyət, əlbəttə, bizi narahat edir. Regionda təhlükəsizliyi təmin etmək

üçün biz mütərəqqi qüvvələrin səylərini birləşdirməliyik. Tacikistanda və Azərbaycanda çox müsbət

inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Buna görə bizim

ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən

kənardadır. Buna görə, sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal

müzakirə etdiyimiz məsələlərdir.

Onu da bildirmək istərdim ki, Emoməli Şərifoviçin rəhbərliyi ilə Tacikistanda həyata keçirilən

dəyişiklikləri Azərbaycanda böyük maraqla izləyirlər. Siz davamlı iqtisadi artımı, bir sıra sosial

məsələlərin həllini təmin edirsiniz. Tacikistan regionda, dünyada böyük nüfuz sahibidir. Siz öz

regionunuzda qarşılıqlı iqtisadi fəaliyyət, regional təhlükəsizlik baxımından çox mühüm rol oynayırsınız

və əlbəttə, Düşənbədəki dəyişiklikləri buraya gələn adi insanlar da görürlər. Mən burada bir neçə il əvvəl

olmuşdum, indi görürəm ki, böyük dəyişikliklər baş verib, yeni gözəl binalar tikilib, ictimai yerlər

abadlaşdırılıb, parklar salınıb. Bütün bunlar insanlar, onların rahatlığı, firavanlığı üçün edilir.

Müstəqilliyin ilk illərində həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibələrinin getdiyi

dövrdə, habelə müstəqillik əldə edilənə qədər, bizim hələ müstəqil dövlətlər olmadığımız vaxtda çox

çətinliklərlə üzləşən xalqlarımız yaxşı yaşamağa layiqdirlər. Mənim fikrimcə, həm Tacikistan xalqı, həm

də Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini görür. Axı, biz yalnız müstəqillik dövründə bu cür

böyük uğurlara nail ola bilmişik. Biz sizin dostlarınız, qardaşlarınız kimi uğurlarınıza sevinirik. Əminik

ki, Tacikistanın dinamik inkişafı davam edəcək və bu, sizin xalqın, bütün regionun xeyrinə olacaq.

Emoməli Şərifoviç, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib, Sizin üçün

münasib olan istənilən vaxtda Sizi Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 17 oktyabr.-№ 225.-S.2.

Page 209: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

209

Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru

diplomu təqdim olunub:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(16 oktyabr 2014-cü il)

Düşənbə, 16 oktyabr, AzərTAc.

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham

Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi

keçirilib.

Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında nitq söylədi.

- Əziz dostlar!

İlk növbədə Tacikistan Milli Universitetinə mənə bu universitetin Fəxri Doktoru adı verilməsinə

görə dərin təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük şərəfdir və bunu təkcə mənim

xidmətlərimə deyil, həm də ölkəmizə - Azərbaycana hörmət əlaməti hesab edirəm.

Yenidən qardaş Tacikistan torpağında olmağıma şadam. Bu, sizin ölkənizə mənim ikinci rəsmi

səfərimdir. Dostum, qardaşım Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu,

özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir.

Ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib.

Biz görkəmli əcdadlarımızla fəxr edirik. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə,

diqqətlə yanaşılmasını biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu gün mənə böyük əcdadımızın

qədim kitablarını nümayiş etdirdilər və mən bu imkandan istifadə etdim. İndi təsdiqləmək istəyirəm ki,

Tacikistan Milli Universitetinin nümayəndə heyətini Azərbaycana, məhz Gəncə şəhərinə - böyük

Nizaminin vətəninə gəlməyə, onun yaşadığı, yaratdığı və öz ölməz əsərlərini qələmə aldığı yerlərdə

olmağa dəvət edirəm. Belə misallar çoxdur.

Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Sevindirici haldır

ki, müstəqillik dövründə biz əməkdaşlığımızın bütün bu müsbət elementlərini nəinki qoruyub saxlamış,

həm də əməkdaşlıq potensialını artırmışıq. Lakin bu gün həm geniş tərkibdə, həm də Tacikistan

Prezidenti ilə təkbətək görüş və danışıqlar çərçivəsində biz qarşılıqlı maraq doğuran, münasibətlərimizin

gələcək inkişafını təyin edəcək məsələlərin çox geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Biz

əməkdaşlığımızın potensialına eyni cür baxırıq və ölkələrimiz əlindən gələni etməlidirlər ki,

əməkdaşlığımız daha da möhkəmlənsin, bir-birimizi dəstəkləyək, biznes qurumları səviyyəsində əlaqələr

yaradaq, ölkələrimizdə həyata keçirilə biləcək layihələrə fəal qoşulaq. Başqa sözlə desək, uzun illər

öncədən tamdəyərli əməkdaşlığı təmin edək. Bunun üçün baza var. Bu, xalqlarımızın qarşılıqlı rəğbəti,

bizim ümumi tariximiz, tarixi keçmişimiz və bu gün əməkdaşlığı genişləndirmək, ölkələrimizi inkişaf

etdirmək arzusudur.

Bu gün Tacikistan Prezidenti ilə söhbətdə mən onu və onun timsalında bütün Tacikistan xalqını

ölkənizin müstəqillik illərində, xüsusən son dövrlərdə qazandığı uğurlar münasibətilə təbrik etdim. Mən

bunu şəxsən söyləyə bilərəm, çünki yeddi il bundan əvvəl Tacikistanda olmuşam və bu gün Düşənbədə

həyata keçirilən dəyişikliklər, inkişaf, yeni binaların tikilməsi, Düşənbənin daha da gözəlləşməsi, istirahət

zonalarının yaradılması, ictimai yerlərin abadlaşdırılması göz qabağındadır.

Sizin iqtisadi inkişaf dinamikanız çox yaxşıdır. Təbii ki, bunun əsasını cəmiyyətdə ictimai-siyasi

həmrəylik, həm Tacikistanda, həm də Azərbaycanda xalqlarımızın çox yüksək qiymətləndirdiyi sabitlik

təşkil edir. Çünki təəssüf ki, müstəqilliyin ilk illəri həm sizin, həm də bizim ölkədə çox mürəkkəb dövr

idi, böyük məhrumiyyətlər vardı. Vətəndaş müharibəsi müharibələrin ən pisidir. Təəssüf ki, xalqlarımız

bu ağır hal ilə üzləşdilər. Ona görə də bu gün Tacikistanın uğurlu inkişafı, əlbəttə, ilk növbədə ictimai-

siyasi sabitlik və nəzərdə tutduqlarınızın hamısını reallaşdıracağınıza əminlik sayəsində mümkün olur.

Biz dinamikanı bunda görürük. Çünki bu gün dünyada, Yer kürəsinin müxtəlif regionlarında bir-birinə

tamam zidd olan proseslər gedir. İqtisadi və maliyyə böhranı davam edir. Bir sıra ölkələr hələ də

böhrandan çıxmayıb. Bizim sərhədlərimizin yaxınlığında müharibələr alovlanır, sabitliyin pozulmasının,

terrorizmin, radikalizmin yeni ocaqları yaranır. Belə şəraitdə əlverişli vəziyyət, yaxşı investisiya ab-

havası yaradılması, sosial məsələlərin uğurlu həlli, əlbəttə, ən yüksək qiymətə layiqdir.

Page 210: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

210

Qardaş Tacikistan xalqını bu uğurlar münasibətilə bir daha təbrik etmək istəyirəm. Biz

Azərbaycanda buna sevinirik və artıq qeyd etdiyim kimi, əməkdaşlıq üçün yeni layihələr hazırlamağa

çalışırıq.

Siyasi sahədə bizim münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda da bir-

birimizi dəstəkləyirik. Biz bir sıra beynəlxalq və regional təşkilatların üzvləriyik, hər yerdə - həm BMT-

də, həm ATƏT-də, həm İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda bir-birimizi dəstəkləyir, bir-

birimizin təşəbbüslərinə səs veririk. Beləliklə, münasibətlərimizi daha da möhkəmləndiririk.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyimizi irəli sürəndə Tacikistan

Azərbaycanı fəal dəstəklədi və biz 155 ölkənin səsi ilə bu yüksək yeri tutduq. Bizi dəstəkləyən bütün

ölkələrə minnətdarıq. Biz bəyan etmişdik ki, həm özümüzü, həm də bütün dostlarımızı təmsil edəcəyik.

Belə də oldu. Azərbaycan iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü oldu, dünyanın bu ən mühüm

qurumuna iki dəfə başçılıq etdi.

Biz başqa beynəlxalq təşkilatlarda da fəal işləyirik. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər

Komitəsinin sədridir. Bu da bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz həm İslam Əməkdaşlıq

Təşkilatının və həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biriyik. Beləliklə, ümumilikdə

yüzdən artıq ölkəni birləşdirən bu iki təşkilatda fəal iştirak edir və öz milli maraqlarımızı fəal qoruyuruq.

Zənnimcə, bizi yaxınlaşdıran daha bir amil ondan ibarətdir ki, öz siyasətimizi milli maraqlarımıza

əsaslanaraq yürüdürük. Biz müstəqil dövlətlərimizi xalqlarımızın milli mədəni dəyərləri əsasında qururuq.

Bu, hər bir ölkə və gələcək üçün təməldir.

Əlbəttə, əminəm ki, bizdə olduğu kimi, Tacikistanda da gənc nəsil vətənpərvərlik, Vətəninə sevgi

ruhunda, milli ruhda böyüyür. Bu, xüsusən indiki vaxtda, qloballaşma ilə əlaqədar proseslərlə bağlı

müəyyən təhlükələr olduğu vaxtda çox vacibdir. Proseslər əsasən gənc nəsli əhatə edir. Buna görə bizim

gənclər öz ölkəsinə, öz xalqına bağlı olmalı, Vətəni sevməli və milli ruhda tərbiyə olunmalıdır. Əlbəttə,

biz bütün dünya üçün açığıq, biz bütün dünya ilə əməkdaşlıq edirik.

Rektorun artıq qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyaların dialoqu, mədəniyyətlərarası dialoq

sahəsində çox iş görür və artıq müntəzəm olaraq dördüncü dəfə keçirilən Bakı Humanitar Forumu əsasən

multikulturalizm ilə bağlı məsələlərə həsr edilib. Odur ki, burada bizim çox yaxşı təcrübəmiz var. Təbii

ki, bizim dövlətimizin əsası və gələcək uğurlarımızın rəhni xalqımızın ənənəvi dəyərlərinə

arxalanmağımızdır. Biz bu dəyərləri qoruyub saxlamalı, möhkəmlətməliyik, yeni, gənc nəsil də bu ruhda

tərbiyə olunmalıdır.

Azərbaycanın xarici siyasətindən danışarkən qeyd etmək istərdim ki, biz çox fəal xarici siyasət

yürüdürük. Biz yalnız öz milli maraqlarımıza əsaslanaraq müstəqil xarici siyasət yürüdürük və beynəlxalq

təşkilatlarda milli maraqlarımızı müdafiə edirik. Bu gün bunun üçün kifayət qədər imkanımız vardır. Biz

həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. Bu isə əgər həmin təşkilatların qəbul

etdikləri qərarlar yerinə yetirilmirsə, yaxud bir halda yerinə yetirilib, başqa halda yerinə yetirilmirsə baş

verə bilər. Biz bununla üzləşmişik və özümüzə münasibətdə ədalətsizliyi müşahidə edirik. Biz görürük ki,

BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca

problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən

çoxdur ki, kağız üzərində qalır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan

ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul

edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona

lazımi təzyiq göstərilmir. Bu, ədalətsizlikdir. Bu, ikili standartların təzahürüdür. Təəssüf ki, belə hallarla

getdikcə daha tez-tez üzləşirik. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq

münasibətlərin normasıdır. Lakin belə olmamalıdır. Ona görə ki, müasir dünya quruluşunun, dünya

nizamının əsasını təşkil edən fundamental prinsiplər mövcuddur. Bu, ölkələrin ərazi bütövlüyünə hörmət,

beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsidir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli,

həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim

ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır.

Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və

məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki

dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində

yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz

qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda

yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından

Page 211: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

211

istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər.

Münaqişənin tənzimlənməsi təkcə xarici siyasətimizin deyil, bütövlükdə siyasətimizin başlıca

məsələsidir. Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində

və bu gün Tacikistan Prezidenti ilə imzaladığımız Birgə Bəyannamədə əks olunduğu kimi, Azərbaycanın

ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir,

qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqedir.

İşğalın ağır nəticələrinə baxmayaraq, biz ölkəmizi inkişaf etdirmək üçün özümüzdə güc tapdıq. Son

illərdə Azərbaycan fəal inkişaf edib. İqtisadi sahədə həyata keçirilmiş çox səmərəli islahatlar birinci

mərhələdə xarici kapitalı cəlb etməyə, yaxşı investisiya şəraiti, habelə biznes fəaliyyəti üçün əlverişli

mühit yaratmağa imkan verdi. Dünən Tacikistan-Azərbaycan biznes forumu keçirildi. Həmin forumda

əmtəə dövriyyəsinin artırılması və bir sıra iqtisadi məsələlərin həlli üçün konkret addımlar nəzərdə

tutuldu. Biz Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətləri – islahatlar, biznes mühitinin, investisiya

şəraitinin yaxşılaşdırılması, habelə enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün fəal iş

aparmışıq və aparırıq. Hesab edirik ki, bunlar sərhədlərimizin sırf təhlükəsizliyi məsələləri ilə yanaşı, həm

də ölkənin milli təhlükəsizliyini formalaşdıran əsas elementlərdir.

Biz neft və qaz ehtiyatlarının işlənilməsinə xarici sərmayələr cəlb etməklə enerji təhlükəsizliyi

məsələsini tam həll etməyi qərara almışıq. Bu gün biz artıq mövcud olan və tikilməsi planlaşdırılan neft-

qaz kəmərləri vasitəsilə təbii ehtiyatların nəqlini tamamilə şaxələndirmişik. Azərbaycanda hasil edilən

nefti və qazı bütün istiqamətlər üzrə nəql edən 7 kəmər var. Odur ki, biz öz ehtiyatlarımızın nəqlinin

şaxələndirilməsini təmin etmişik. Eyni zamanda, neft və qaz hasilatının artırılması üzərində işləyirik.

Keçən ay icrasına başlanmış layihə artıq XXI əsrin layihəsi adı alıb. Bu, dünyada ən iri qaz yatağı olan

“Şahdəniz” yatağının işlənilməsi, bu gün Azərbaycan qazından istifadə etmək imkanı olmayan bir sıra

ölkələrə həmin qazı çatdıracaq “Cənub” qaz dəhlizinin tikilməsi layihəsidir.

Beləliklə, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Biz qonşularımızın da enerji

təhlükəsizliyini təmin edirik. Fikrimizcə, təbii ehtiyatlara malik olan ölkələr bu cür ehtiyatlara malik

olmayan bütün ölkələrə güzəştli qiymətlərlə, lazım olan vaxtda kömək etməlidirlər. Çünki biz adada

yaşamırıq, bir-birimizin əhatəsində yaşayırıq. Buna görə qonşularla yaxşı münasibətlər olmalıdır. Biz

buna çalışırıq və gücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz də qonşularımızdan

kömək gözləyirik və adekvat münasibət görürük. Buna görə gələcəkdə enerji təhlükəsizliyi ölkələrin

inkişafının, iqtisadi inkişafın daha mühüm amili olacaq və siyasi təhlükəsizliyi təmin edəcəkdir.

Biz ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri də fəal həll edirik. Məqsədimiz Azərbaycanı, öz

əhalimizi əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək idi. Ona görə ki, ərazimiz o qədər böyük olmasa

da, biz praktiki olaraq bütün kənd təsərrüfatı bitkilərini yetişdiririk. Buna görə istehsalın artırılması və

özünütəminetmə bizim əsas məqsədlərimizdən biridir. Biz artıq buna yaxınıq və kənd təsərrüfatı

məhsullarının, inşaat materiallarının və digər malların artıq ixracatçısına çevrilmişik.

Şübhəsiz, nəqliyyat təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Bizim coğrafi

mövqeyimiz əlverişlidir. Allah bizə gözəl torpaq, yaxşı iqlim, mənzərəli təbiət bəxş edib və yerləşdiyimiz

məkan birbaşa Avropa ilə Asiyanın arasındadır. Tarixi İpək Yolu bizim ərazimizdən keçirdi. Biz bu tarixi

İpək Yolunu müasir infrastrukturla bərpa edirik. Bu gün biz ölkəmizin nəqliyyat təhlükəsizliyini təmin

edəcək, Azərbaycanı Şimal və Cənub qonşularımız üçün tranzit ölkəyə çevirəcək Şimal-Cənub

layihəsində fəal iştirak edir, həmçinin Şərq-Qərb layihəsinə, Böyük İpək Yoluna fəal sərmayə yatırırıq.

Keçən ay biz Xəzər dənizində ən iri – yükaşırma qabiliyyəti 25 milyon ton olan limanın birinci xəttini

istifadəyə vermişik. Birinci xətt istifadəyə verilib, iki ildən sonra limanın tikintisi tamamilə başa

çatdırılacaq. Gələn il Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirəcək, beləliklə, Asiya ilə Avropanı

əlaqələndirəcək dəmir yolunun tikintisi başa çatacaq. Bu gün biz Prezidentlə Tacikistanın da bu yola

qoşulması məsələsini müzakirə etdik. Bu, Asiyadan Avropaya, Avropadan Asiyaya ən qısa yol olacaq.

Biz bu infrastruktura fəal sərmayə qoyuruq ki, tranzit hesabına əlavə maliyyə daxilolmaları təmin edilsin.

Bundan əlavə, əlbəttə, həmin dəmir yolu istifadəyə veriləndən sonra ölkəmizin əhəmiyyəti xeyli artacaq.

Çünki ölkəmizin ərazisindən çox böyük həcmdə yük axınları keçəcək.

Bir sözlə, yeni İpək Yolu əslində gerçəkləşir, biz bütün qonşularımızı – həm yaxın, həm də uzaq

qonşularımızı, dostlarımızı, Tacikistan tərəfini də bu layihələrdə fəal iştirak etməyə çağırırıq. Bu gün biz

Düşənbə ilə Bakı arasında birbaşa aviareysin bərpa olunması məsələsini də müzakirə etdik. Bu,

ölkələrimizin daha da yaxınlaşması üçün çox yaxşı səmərə verəcək, Bakıdan keçməklə Avropaya, artıq

indi Amerikaya səfərlər asanlaşacaq. Biz Azərbaycandan Amerikaya birbaşa reys açmışıq. Beləliklə,

enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi fəaliyyətimizin əsas istiqamətləridir.

Page 212: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

212

Əlbəttə, bununla yanaşı, biznesin inkişafına çox böyük diqqət yetiririk, güzəştli kreditlər,

subsidiyalar və fermerlər üçün güzəştlər vasitəsilə sahibkarlığın inkişafını stimullaşdırırıq,

iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsalın artırılmasına nail oluruq. Bu, başlıca məqsəd idi.

Neftdən və qazdan asılılığı azaltmaq üçün bizə yeni iş yerləri yaratmaq lazımdır. Həm Tacikistanda, həm

də Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır. Yəni, ölkələrimizin əhalisi artır. Bu, bizi çox

sevindirir. Bu, ölkələrimizin potensialını gücləndirir. Lakin, eyni zamanda, bu, qarşımızda yeni vəzifələr

qoyur. Çünki biz iqtisadiyyatın səviyyəsini yüksəltməli və onu əhalinin artımına uyğunlaşdırmalıyıq.

Bizim ölkədə vətəndaşların sayı hər il 100 min nəfər artır. Təbii ki, bu, daimi iş aparılmasını tələb edir.

Biz əldə edilmiş nailiyyətlərlə arxayınlaşmamalıyıq. Biz daim sərmayə qoymalı, yeni iş yerləri, yeni

istehsalatlar yaratmalı, davamlı inkişafı təmin etmək üçün yeni ixrac bazarları axtarmalıyıq.

Bu gün biz buna nail olmuşuq. Dünyada ən nüfuzlu iqtisadi institutun - Davos İqtisadi Forumunun

qiymətləndirməsinə görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir.

Yəni, biz dünyanın rəqabətə ən davamlı nəinki ilk 50, hətta ilk 40 ölkəsi sırasındayıq. Biz işsizliyi,

yoxsulluğu azaltmışıq, bir sıra sosial məsələləri həll etmişik. Lakin buna baxmayaraq, artıq dediyim kimi,

biz dayana bilmərik. Biz daim fəal işləməliyik ki, ölkəmizi daha da möhkəmləndirək, müsbət demoqrafik

potensialdan maksimum istifadə edək.

Bilirik ki, çox ölkələr əhalinin sayının azalması ilə bağlı problemlərlə üzləşir. Bu, təbii prosesdir.

Çünki doğum göstəricisi azalır. Həmçinin bəzi ölkələr, o cümlədən bizim qonşuluğumuzdakı ölkələr

miqrasiya ilə bağlı problemlərlə üzləşir. Yəni, əhali ölkəni daim tərk edir və bu, əlbəttə, böyük problemlər

yaradır, gələcəkdə də yaradacaqdır. Bizim ölkələr məhz bu mənada müsbət dinamikaya malikdirlər və bu,

ölkələrimizi yalnız möhkəmləndirəcək və xalqlarımız üçün yeni imkanlar yaradacaqdır.

Əlbəttə, mən Azərbaycan haqqında çox danışa bilərəm, çünki bizim son illərdə gördüyümüz işləri

bir qısa mühazirədə əhatə etmək çətindir. Bu gün ali məktəbdə olduğumdan, sonda onu da demək istərdim

ki, biz təhsil sahəsində də çox iş görürük. Ona görə ki, bu, gələcək inkişafın əsasıdır.

Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin

uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru

aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır. Sadəcə, haqlı olaraq inkişaf

etmiş ölkələr sayılan dövlətlərə nəzər salmaq kifayətdir. Bir qayda olaraq həmin ölkələrdə neft və qaz

yoxdur, orada elmi potensial var. Elmə sərmayə qoyulması enerji ehtiyatlarından daha artıq səmərə verir.

Ona görə ki, hər bir elmi kəşf sonradan praktikada əksini tapır, sənayedə tətbiq edilir, yeni iş yerləri, yeni

texnologiyalar, yüksək izafi dəyərə malik olan yeni məhsullar yaradır. Bu, bəşəriyyəti irəliyə aparır. Biz

də bu ölkələr sırasında olmalıyıq.

Əlbəttə, real danışsaq, bu gün Azərbaycanın dünya elminin inkişafını müəyyən edəcəyini gözləmək

çətindir. Lakin bizim elə hazırlıqlı mütəxəssislər təbəqəmiz olmalıdır ki, biz dünyada ən qabaqcıl

texnologiyaları ləngimədən özümüzdə tətbiq edə bilək. Ona görə bu sahəyə - təhsil və elm sahəsinə

investisiyalar bizim üçün prioritet məsələlərdən biridir.

Biz bu sahəyə çox sərmayə qoymuşuq. Son on ildə Azərbaycanda 3 minə yaxın məktəb binası

tikilib və ya təmir edilib. Bizdə cəmi 4500 məktəb var, yəni, məktəblərin çox hissəsi yenidən tikilib. Bu

proses davam edir. Lakin tikinti ilə yanaşı, keyfiyyət də lazımdır. Mənim fikrimcə, burada bizim təhsil

müəssisələri arasında əlaqələri nizamlamaq və daim bilik mübadiləsini təmin etmək, tələbələri təhsil

almağa göndərmək lazımdır. Ümumiyyətlə, gənclər daha çox ünsiyyətdə olmalıdırlar ki, bizim malik

olduğumuz və qiymətləndirdiyimiz əlaqələr itirilməsin, çünki bizim nəsil Tacikistanın və Azərbaycanın

bir ölkədə olduğu dövrdə doğulub və böyüyüb.

Sizin nəsliniz xoşbəxt nəsildir. Çünki siz müstəqil dövlətdə dünyaya göz açıb yaşamısınız. Bu,

böyük xoşbəxtlikdir. Çoxları bəlkə də dərk etmir ki, bu, necə böyük xoşbəxtlikdir. Bunu dərk etmək üçün

bizim təcrübəmiz lazımdır, biz yaşadığımız ölkədə öz dövlətçiliyimiz yox idi. Bizim beynəlxalq

təşkilatlarda yerimiz yox idi. BMT-də bizim bayrağımız yox idi və biz fikirləşirdik, nə üçün bizim öz

dövlətimiz yoxdur. Ən böyük ədalət ondan ibarətdir ki, bu gün bizim öz dövlətlərimiz var və bu, məhz

gənclərin, o cümlədən bizim də böyük xoşbəxtliyimizdir.

Lakin bir məsələ var ki, gənc nəsil öz aralarında, - mən bizim ölkələrimizi nəzərdə tuturam, - bizim

nəsil kimi ünsiyyət saxlamır. Buna görə tələbə təşkilatları və universitetlər, institutlar arasında birbaşa

əlaqələri – sadəcə səfərləri, ünsiyyəti, təcrübə mübadiləsini, təhsili tənzimləmək lazımdır. Ölkələrimizi

bir-birinə daha çox yaxınlaşdırmaq üçün nə mümkündürsə etmək lazımdır.

Page 213: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

213

Mən sizin gözəl ölkənizə bu niyyətlərlə gəlmişəm və həmkarımla bu istiqamətdə fəal işləyirik.

Ümidvaram ki, bizim təşəbbüsümüz gənclərə də sirayət edəcək və siz də əlaqələrimizin möhkəmlənməsi

naminə azərbaycanlı yaşıdlarınızla işləyəcəksiniz.

Mənə verdiyiniz yüksək ada görə bir daha təşəkkür edirəm. Bütün Tacikistan xalqına sülh və

firavanlıq diləyirəm. Sağ olun.

“Xalq qəzeti”.-2014.- 17 oktyabr.-№ 225.-S.4.

Page 214: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

214

Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olub:

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(29 oktyabr 2014-cü il)

Bakı, 29 oktyabr, AzərTAc

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, mən bütün qonaqlarımızı Azərbaycanda salamlamaq istərdim. Gənclər siyasəti ilə bağlı

ölkəmizdə keçirilən ilk qlobal forum bizim üçün çox vacib tədbirdir. Bu qədər çox ölkənin

nümayəndələrini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Əminəm ki, ölkəmizdə keçirəcəyiniz vaxt

sizin xatirənizdə qalacaq. Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi

duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox digər forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum

kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Bunu

hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək

qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və

hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir.

Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq

səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl

qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki

Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq.

Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır.

Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində

işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim

etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.

Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də

hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif

sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər

dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu

inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji

yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə

bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda

prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha

böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün

dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya

yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin

səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı

təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.

Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil

ölkənin qurulmasında fəal iştirak edir.

Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı

nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa

çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları

bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan

əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-

cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən

200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman

qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz

hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan

Page 215: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

215

Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun

göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı

olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən

uzaq olurlar.

Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fərəhlənirik ki, Azərbaycan Avropa və

dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını

keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq,

Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6

mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi

planlaşdırırıq.

Biz 2016-cı ildə Dünya Şahmat Olimpiadasını keçirəcəyik. Şahmat komandamızın uğurlarından

da hamımız fərəhlənirik. Yeri gəlmişkən deyim ki, bu komandanın bütün üzvləri gənc nəslin

nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları

keçiriləcək. Görürsünüz ki, qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini

əvəzləyəcək. Əslində, bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş

etdirir.

Biz nadir ölkələrdən biriyik ki, hazırda həm Nazirlər Komitəsində sədrlik etdiyimiz Avropa

Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz 2008-ci ildə başlamış “Bakı prosesi”nin

təşəbbüskarıyıq. Həmin vaxt biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına onların

İslam Əməkdaşlıq Təşkilatındakı həmkarlarını da dəvət etdik. İlk dəfə idi ki, bu iclasda Avropa və

müsəlman aləmini təmsil edən 100-dən artıq ölkə iştirak edirdi. Sonradan bu tədbir davam etdirildi. Biz

eyni tədbirləri gələn il ərzində də keçirəcəyik. Ona görə ki, bu təşəbbüslər sivilizasiyalar, xalqlar və

ölkələr arasında daha çox anlaşmaya xidmət edir.

Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik

və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız

sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə

mədəniyyətlərarası dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın

müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı

fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki

hamımız bilirik ki, bu gün ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılmadır. Biz

Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına

üzvlüyümüzü nəzərə alırıq. Biz sıx əməkdaşlığa, daha çox anlaşmaya, dəstəyə töhfə verməyə çalışırıq.

Hesab edirəm ki, həmin səylər yaxşı nəticələr verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş

təmsilçiləri qəbul edirik. Siz gənclər cəmiyyətlərinizin fəal təbəqəsinin nümayəndələrisiniz. Ölkələrinizdə

sizi böyük gələcək gözləyir. Buna görə tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq

və yardım etmək cəhdləri, fikrimcə, çox vacibdir. Hazırkı qlobal forum, həmçinin bu baxımdan çox

əhəmiyyətli olacaq.

Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır,

dinamikdir. Həmçinin, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə

inkişaf edir. Hazırda ilk peykimiz var. Biz kosmos sənayesinə malik olan ölkəyik. Buna görə informasiya

texnologiyaları çox sürətlə inkişaf edir və burada gənc nəslimiz aparıcı qüvvədir.

Biz iki ildən az müddət öncə “ASAN” adlanan yeni dövlət xidmətləri sistemini tətbiq etməyə

başlamışıq. İngiliscə bu, “easy” yəni, “asan” deməkdir. Eyni yerdə “bir pəncərə” prinsipi ilə təqribən 30

növ xidmət göstərilir. “ASAN” sistemində çalışanların və könüllülərin tam əksəriyyəti gənc nəslin

nümayəndələridir. Buna görə bu gün biznes fəaliyyətinin bir çox sahələrində bilikli, vətənpərvər,

Azərbaycanın inkişafına çox sədaqətli gənc idarəetmə mütəxəssisləri var. Əminəm ki, gələn illərdə bu

meyil daha da güclənəcək. Bir sözlə, bunlar bizim üçün əhəmiyyətli olan əsas sahələrdir.

Azərbaycan müstəqillik baxımından gənc ölkədir, yalnız 23 ildir ki, müstəqildir. Eyni zamanda,

əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə

qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir.

Təhlükəsizlik məsələlərinə gəldikdə, biz, həmçinin yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi

qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətənini

qoruyur. Erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsi gənc nəslin nümayəndələri

olub. Bu, regional təhlükəsizliyə ən böyük təhdiddir. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonu, 90-

cı illərinin əvvəlində Azərbaycan Ermənistanın silahlı təcavüzü, etnik təmizləmə siyasəti və tarixi

Page 216: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

216

torpaqlarımızı işğal etməsi ilə üzləşdi. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, əsrlər boyu

azərbaycanlılar bu bölgədə yaşayıblar. Ermənistanın dəstəklədiyi təcavüzkar separatizm bu vəziyyəti

yaratdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi iyirmi ildən çoxdur ki,

Ermənistanın işğalı altındadır. Bir milyon insan həmin təcavüz nəticəsində qaçqın və məcburi köçkün

vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər tərəfindən Xocalı

soyqırımı törədilib və 600-dən çox günahsız insan, - onlardan 100-dən artıq qadın, 60-dan çox uşaq, -

yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib.

Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və

sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik

Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd

qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır və iyirmi ildən çoxdur ki, icra olunmur. ATƏT

eyni qərarları qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assamblyeası, İslam

Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri belə qərarlar qəbul ediblər. Onlar mövqeyimizi

və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi

bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli

beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır.

Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə

gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır.

Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və

prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq.

Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş

digər ərazilərə qayıdacağıq. Beynəlxalq ictimaiyyət nəinki bu məsələ ilə əlaqədar, ümumiyyətlə, bizi qəti

surətdə dəstəkləyir. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü

seçilməsi oldu. Biz iki il - 2012-2013-cü illər ərzində Təhlükəsizlik Şurasının üzvü olduq. Biz beynəlxalq

ictimaiyyətin tam əksəriyyətinin dəstəyi ilə seçildik, 155 ölkə Azərbaycanın lehinə səs verdi. Bu, bizim

üçün xüsusilə vacib idi. Çünki o vaxt cəmi iyirmi il öncə müstəqillik qazanmış Azərbaycan beynəlxalq

birliyin mühüm üzvünə çevrildi və biz 155 ölkənin bu cür güclü dəstəyinə nail olduq.

Bu, yalnız bizim fəal diplomatiyamızın və beynəlxalq səviyyədə səylərimizin sayəsində deyil, o

cümlədən Azərbaycanın artıq etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq

problemlərə gəldikdə, öz mövqeyi ilə seçilən ölkə kimi tanınması nəticəsində mümkün oldu. Biz öz

mövqeyimizi təkcə ifadə etmirik, onu müdafiə edirik və mövqeyimizin bu və ya digər səbəblərə, tarixi

hadisələrə və regionumuz haqqında biliklərimizə əsaslandığını sübut edirik. Bu baxımdan hesab edirik ki,

biz bu siyasətə görə etibarlı tərəfdaş olmuşuq. Biz müstəqilliyimizin son iyirmi ildən artıq müddətində

dünyanın bu qədər ölkəsinin dəstəyini qazandıq. Bu, həmçinin böyük məsuliyyətdir.

Biz Təhlükəsizlik Şurasının üzvü olduğumuz iki il ərzində öncədən bəyan etdiyimiz kimi, ədaləti

və beynəlxalq hüququ müdafiə etdik. Əgər həmin iki element hər bir ölkənin prioriteti olarsa, əminəm ki,

gərginlik, toqquşma, müharibələr və qan tökülməsi daha az olar. Beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün

deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Çünki bizim hamımız beynəlxalq birliyin

üzvləriyik. Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların

hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla

bilər.

Əfsuslar olsun ki, bizi, yəni, Azərbaycanı əhatə edən regionlarda - Orta Şərqdə, Avropada və

dünyanın digər bölgələrində çox mürəkkəb hadisələrin və bəzən onların çox faciəli nəticələrinin şahidi

oluruq. Bu səbəbdən dünya terrorçuluğa qarşı mübarizədə, beynəlxalq hüququn və ədalətin müdafiəsində

bir yerdə olmalıdır.

Azərbaycan yerləşdiyi regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rol

oynayır. Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir. Biz regionda

sabitləşdirici qüvvə, amil kimi öz rolumuzu oynayırıq. Çünki biz regional əməkdaşlıq, iqtisadi

təşəbbüslər, enerji və daşımalar sahəsinə aid olan addımlarla böyük nailiyyətlər əldə edə bilərik.

Siyasətimiz çox aydındır. Bu, regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o

cümlədən iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə doğru yönələn siyasətdir. Hər bir ölkə, əlbəttə ki,

maksimal səviyyədə sabitlik və təhlükəsizliyə nail olmağa çalışır. Çünki bu, inkişaf üçün ilkin şərtdir.

Əgər sabitlik və təhlükəsizlik olmasa, onda sərmayələr də olmayacaq. Sərmayəsiz isə bu gün dünyanın

hətta inkişaf etmiş ölkələri belə irəliyə doğru gedə bilməz. Eyni zamanda, hər bir ölkə öz hüdudlarından

kənarda da təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Axı, siz ayrıca adada yaşamırsınız, sizin

Page 217: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

217

qonşularınız var. Ona görə biz öz sərhədlərimizdən kənarda, o cümlədən daxildə - Azərbaycanda

proqnozlaşdırılan və sabit vəziyyətin olmasında maraqlıyıq. Biz regional təhlükəsizlik və əməkdaşlıq

məsələlərinə bu cür yanaşırıq.

İrəli sürdüyümüz iqtisadi, enerji və daşımalar təşəbbüsləri bütün iştirakçılara fayda verir.

Maksimal nəticələri yalnız bütün tərəflərin faydalandığı halda əldə etmək olar. Biz Azərbaycanda

qitələrarası daşımalar üzrə mühüm beynəlxalq layihələrə başlamışıq. Bu layihələr enerji təhlükəsizliyinə,

enerji mənbələrinin şaxələndirilməsinə aiddir. Bu təşəbbüslərə qoşulmuş bütün ölkələr bundan bəhrələnir.

Belə halda əməkdaşlıq davamlı, proqnozlaşdırılan və faydalı olur. Bu səbəbdən fəaliyyətimizin bu hissəsi

möhkəm iqtisadi bünövrəyə əsaslanır və inkişafın əsas qüvvəsidir.

Müstəqilliyimizi bərpa etdiyimiz zaman iqtisadiyyatımız demək olar ki, sıfır səviyyəsində idi.

Siyasi, hərbi böhran, erməni işğalı, vətəndaş müharibəsi, iqtisadiyyatın tam tənəzzülü 1990-cı illərin

əvvəllərindəki vəziyyətin səciyyəvi cəhətləri idi. Lakin davamlı səylərlə siyasi sabitlik, siyasi islahatlar,

demoqrafik inkişaf, müasir demokratik təsisatlar, azad mətbuat formalaşdı. Bu gün bizdə internet azaddır

və əhalimizin 70 faizdən çoxu internetdən istifadə edir. Digər siyasi azadlıqlar, qanunun aliliyi, iqtisadi

tərəqqi və islahatlar uğurlu inkişafı şərtləndirdi. Siyasi islahatlar və azadlıqlar olmadan davamlı uğur

qazanmaq mümkün deyildi. Çünki siz uğuru müəyyən vaxt üçün əldə edə bilərsiniz, lakin davamlı uğur

üçün insanlara əsas azadlıqları təmin etməlisiniz. Çünki hər bir kəs anadan azad doğulur və insanlar azad

cəmiyyətdə, təhlükəsizlikdə və bütün əsas azadlıqların müdafiə olunduğu şəraitdə yaşamalıdırlar.

Buna görə siyasi islahatlara iqtisadi islahatlarla dəstək verdik. İqtisadi islahatlar olmadan siyasi islahatları

həyata keçirmək çox çətindir. Özünü təmin edən güclü iqtisadiyyatın qurulması bizim məqsədimiz idi.

Bunun sayəsində etimad, iqtisadi müstəqillik və nəhayət, siyasi müstəqillik təmin olundu. Siyasi

müstəqilliyi, müstəqil siyasəti iqtisadi əsaslar olmadan təmin etmək çətindir. Özünü təmin edən

iqtisadiyyata malik olmayan, digər ölkələrdən asılı olan ölkələrə gəldikdə isə, onların özləri də müəyyən

dərəcədə siyasi baxımdan asılıdır. Buna görə hər bir ölkə əvvəlcə özünün iqtisadi müstəqilliyini təmin

etməlidir. Belə halda siz özünüzü azad, əmin, güclü hiss edəcəksiniz və öz mülahizələrinizi irəli sürə

bilərsiniz. Onlar da bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır.

Azərbaycanda bu gün də davam etdirdiyimiz iqtisadi islahatlar rəqəmlərdə əks olunur. Son on il

ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Bizim üçün ən böyük

nailiyyətlərdən biri təkcə ondan ibarət deyil ki, son illər ərzində iqtisadiyyatımız üç dəfə artıb. Həmçinin,

yoxsulluq və işsizlik də 5 faizə qədər azalıb. Bu, həmçinin daha çox gənclərə yardımçı olan amildir.

Çünki biz böyük əmək qüvvəsinə, müsbət demoqrafik vəziyyətə malik olan ölkəyik. Buna görə iş

yerlərinin yaradılması daim həyata keçirilməlidir. Biz son on il ərzində 1 milyon 300 min iş yeri açmışıq

və işsizlik sosial bəla kimi Azərbaycanda artıq mövcud deyil. Xarici borcumuz ümumi daxili məhsula

nisbətdə çox aşağıdır. Bu, yalnız 8 faiz təşkil edir və o deməkdir ki, biz daha çox maliyyə resurslarını cəlb

edə bilərik, lakin biz bu rəqəmi keçməməyə çalışırıq. Çünki ümumi daxili məhsul-xarici borc nisbəti

iqtisadi sabitliyin əsas elementlərindən biridir. Eyni zamanda, bilirik ki, daim borc götürən ölkələr bir gün

onu yüksək faizlə qaytarmalıdırlar.

Biz burada siyasətçilərin məsuliyyəti məsələsinə toxunuruq. Çünki burada gələcəyin bir çox

mühüm siyasətçilərini görürəm. Siz ölkələrinizdə yüksək vəzifələr tutacaqsınız. Buna görə siyasi

xadimlərin siyasi məsuliyyəti, iqtisadiyyat üzərində məsuliyyət, həmçinin çox əhəmiyyətli məsələdir.

Bilirik ki, bəzən müəyyən ölkələrdə bəzi seçki kampaniyalarında, siyasi vəziyyətlərdə insanlara böyük

vədlər verilir ki, onların əməkhaqları, pensiyaları artacaq və cənnət yaranacaq. İnsanlar bu sözlərə

inanaraq həmin siyasətçilərə səs verirlər. Siyasətçilər isə öz vədlərini yerinə yetirməlidirlər, lakin bunu

edə bilmirlər, çünki iqtisadi məhdudiyyətlər var. Bu halda onlar nə edirlər? Başlayırlar beynəlxalq

maliyyə təsisatlarından, digər ölkələrdən borc götürməyə. Bu, bir piramidaya oxşayır. Dayanmadan

kreditlər yığırlar və bir gün hər şey dağılır. Lakin kim əziyyət çəkir? Yenə də adi insanlar. Həmin populist

bəyanatlara aldanmış insanlar əziyyət çəkir, çünki onların maaşları, pensiyaları azaldılır, iş yerləri ixtisar

edilir və s.

Buna görə hər bir ölkənin iqtisadi mövqeyi real vəziyyətə əsaslanmalıdır. İslahatları necə

aparmaq lazımdır? Bunu etmək çətin deyil. Sərmayələri necə cəlb etmək lazımdır? Yaxşı biznes mühiti,

sabit siyasi vəziyyət və proqnozlaşdırılan gələcək olmalıdır. Bu halda sərmayədar gələ bilər, çünki onları

sərmayə qoymağa başqa cür dəvət etmək çox çətindir. Qlobal bazarlarda iqtisadi və maliyyə böhranı yenə

də davam edir. Bu sahədə müəyyən təcrübəmiz var, iqtisadiyyatımız davamlıdır, çoxşaxəlidir və irəliyə

doğru rəvan şəkildə gedir. Davamlı inkişaf isə əsas hədəfimiz olub.

Page 218: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

218

Sessiyalarda sizi müzakirələr gözləyir. Bildirmək istəyirəm ki, qonaqlarımızı burada qəbul etmək

bizim üçün böyük şərəfdir. Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən Azərbaycan haqqında çox

şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq. Ümid edirəm ki, bu günlər

xatirinizdə qalacaq. Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc,

müstəqil, dinamik və müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı

qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq.

Bu forumda bizimlə iştirak etdiyinizə görə minnətdaram. Sizə ən xoş arzularımı çatdırır və

uğurlar arzulayıram. Çox sağ olun.

“Xalq qəzeti”.-2014.- 30 oktyabr.-№ 236.-S.1-2.

Page 219: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

219

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri:

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata birgə bəyanatlarla çıxış

ediblər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(11 noyabr 2014-cü il)

Budapeşt, 11 noyabr, AzərTAc

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa

çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

-Hörmətli xanımlar və cənablar.

Hörmətli Baş nazir, əziz dostlar.

İlk növbədə, cənab Baş nazir, məni ölkənizə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək

istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Dünən və bu gün keçirdiyimiz görüşlər,

apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq

səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük

sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt

sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq

Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır.

O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə

baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də

əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri -

iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq

haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə

icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq

haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də

gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu

səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir.

Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana

üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki,

əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi

sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Bu gün

imzalanan sazişlər və biznes forum çərçivəsində imzalanacaq sazişlər əlbəttə ki, ticarət dövriyyəmizin

artmasına gətirib çıxaracaq. Halbuki bu ilin nəticələrinə görə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır.

Biznes dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür. Əlbəttə ki, gələcək illərdə birgə həyata

keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu,

informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika

sektorundakı əməkdaşlıq - bütün bunlar bizim üçün prioritetdir.

Eyni zamanda, şadam ki, Macarıstan şirkətləri Azərbaycan bazarında daha da fəal iştirak edirlər.

Onların müxtəlif layihələrdə - inşaat, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, su təchizatı və digər

layihələrdə iştirakı gözlənilir. Bizim gözəl əlaqələrimiz var və bu əlaqələr əlbəttə, biznes qurumlarının

birgə fəaliyyətinə ancaq müsbət təsir göstərəcək.

O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var.

Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan

“Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan

əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq.

Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və

Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir.

Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı

Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək

səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan

arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki

Page 220: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

220

bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır.

Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni

zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın

vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına

gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz

resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan

söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. “Cənub” qaz dəhlizinin

ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün

dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu

şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir.

Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır.

Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd

ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə

olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən Sizin qədim

tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və

öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət

təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu

məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər

məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək.

Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki

tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik. Fürsətdən istifadə

edərək, cənab Baş nazir, Sizin üçün münasib olan vaxtda Sizi Azərbaycana dəvət edirəm ki, biz bu gözəl

dialoqu davam etdirək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

“Xalq qəzeti”. - 2014.-12 noyabr. - № 246. - S. 2.

Page 221: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

221

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri:

Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(11 noyabr 2014-cü il)

Bakı, 12 noyabr, AzərTAc

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu

keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban

biznes forumda iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi

- Hörmətli cənab Baş nazir.

Hörmətli nazir, əziz dostlar.

İlk növbədə, cənab Baş nazir, mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bu auditoriyada da

Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Biz dünən axşamdan başlayaraq bu günə qədər Sizinlə birlikdəyik və çox səmimi danışıqlar aparmışıq.

Əminəm ki, bu danışıqların çox gözəl nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əməkdaşlığı,

dostluğu uğurla davam edəcəkdir.

Cənab nazirin çıxışında qeyd olundu ki, bu gün bizim aramızda strateji tərəfdaşlıq haqqında Birgə

Bəyannamə imzalanıb. Bu, tarixi bir sənəddir. İlk növbədə ona görə ki, Macarıstan-Azərbaycan

əlaqələrinin gələcəyini müəyyən edir. Demək olar ki, bütün sahələr o Bəyannamədə əksini tapıb. Biz

haqlı olaraq bir-birimizi strateji tərəfdaş adlandırırıq. Eyni zamanda, həmin sənədin mahiyyəti ondan

ibarətdir ki, Avropa İttifaqının üzvü olan Macarıstan bu Bəyannaməni Azərbaycan ilə qəbul edib.

Beləliklə, gələcəkdə mümkün olan Avropa İttifaqı-Azərbaycan əlaqələrini tənzimləyən sənəd üçün gözəl

əsas vardır.

Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki ölkənin biznes qurumlarının burada

əyləşən nümayəndələri yaxşı bilirlər ki, biznes imkanlarının genişləndirilməsi və biznes qurumlarının

rahatlığı üçün mütləq iki ölkə arasında çox səmimi münasibətlər olmalıdır. Biznes nümayəndələri özlərini

məhz dost ölkələrdə rahat hiss edirlər, onların işi daha da uğurlu olur.

Bizim ikitərəfli əlaqələrimiz ən yüksək səviyyədədir. Bundan əvvəlki dövrlərdə hörmətli cənab

Baş nazirlə bizim çoxsaylı görüşlərimiz olub. O, Azərbaycana iki dəfə səfər edib. Mən isə üçüncü dəfədir

ki, Macarıstandayam. Biz qısa müddət ərzində sözün əsl mənasında, strateji tərəfdaşlıq münasibətlərini

qurduq. Bu gün bu münasibətlər yeni mərhələyə qədəm qoyur. Beləliklə, siyasi əlaqələr sizin üçün - bu

salonda əyləşənlər üçün gözəl imkanlar yaradır. Siz bu imkanlardan çox səmərəli istifadə etməlisiniz.

Mən çox istəyirəm ki, Azərbaycanda Macarıstan şirkətlərinin sayı çoxalsın. Buna nail olmaq üçün son

illər ərzində bir çox tədbirlər görülüb. Ticarət dövriyyəmiz qısa müddət ərzində böyük dərəcədə artıb.

Artım üçün yeni imkanlar var.

Biznes forumu çərçivəsində imzalanan sazişlər də konkret xarakter daşıyır və onlar müxtəlif

sahələri əhatə edir. Beləliklə, gələcəkdə Macarıstan şirkətlərinin Azərbaycandakı fəaliyyəti daha da təsirli

olacaqdır. Biz istəyirik ki, bütün layihələrimizdə Macarıstan şirkətləri iştirak etsin. Layihələr isə çoxdur.

Azərbaycanda çox böyük işlər görülür, investisiya qoyuluşu təmin edilir. Təkcə keçən il ölkə

iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Onların 70 faizi daxili investisiyalardır. Daxili

investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan sərmayədir. Bu sərmayə infrastruktur

layihələrinə - inşaat, nəqliyyat, kənd təsərrüfatı sektorlarına qoyulur. Macarıstan şirkətlərinin bu sahələrdə

çox böyük təcrübəsi, dünya miqyasında çox gözəl nüfuzu vardır. Odur ki, mən gələcəkdə bizim biznes

qurumlarının arasında əməkdaşlığı belə görürəm. Macarıstan şirkətləri həm investisiya qoyuluşu üçün, -

hər iki tərəf buna maraqlı olmalıdır və hər iki tərəfdə belə niyyət var, - eyni zamanda, podratçı, yəni,

kontraktor kimi Azərbaycana dəvət olunurlar.

Artıq bir neçə dəfə biznes forum keçirilib. Ancaq ilk dəfədir ki, ölkə rəhbərləri bu tədbirdə iştirak

edirlər. Yəni, biz bu iştirakla əslində öz marağımızı və siyasətimizi ortaya qoyuruq. Biz istəyirik ki, gözəl

siyasi əlaqələrimiz möhkəm iqtisadi əlaqələrlə də tamamlansın. Buna nail olmaq üçün bütün imkanlar var.

Macar şirkətləri hansı sahələrdə daha da uğurla fəaliyyət göstərə bilər? Hesab edirəm ki, energetika

Page 222: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

222

sahəsində. Çünki gələcəkdə bu sahədə bizim aramızda çox sıx əməkdaşlıq olacaq. Azərbaycanın icra

etdiyi “Cənub” qaz dəhlizi layihəsi həm bizim region, həm də Avropa üçün böyük imkanlar açır. Yeni

kontraktlar icra ediləcək, inşaat sahəsində böyük işlər görüləcək. Bu layihə çərçivəsində ən azı 45 milyard

dollar investisiya qoyuluşu gözlənilir. Macarıstan şirkətləri əlbəttə ki, bu layihələrdə iştirak etməlidirlər.

Nəqliyyat sektorunda böyük imkanlar vardır.

Mən bilirəm ki, Macarıstan şirkətləri Azərbaycanda nəqliyyat infrastrukturunda işlər görəcəklər.

Biz nəinki regionumuz üçün, qitələr üçün böyük əhəmiyyətə malik olan dəmir yolu layihəsini gələn il

tamamlayacağıq. Bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirir. Bildiyiniz kimi, Azərbaycan Asiya ilə

Avropa arasında olan ölkədir. Bu dəmir yolu əslində yük daşımalarının böyük dərəcədə artırılmasına

xidmət göstərəcəkdir. Bakıda - Xəzər dənizinin sahilində yeni böyük ticarət limanı tikilibdir ki, onun

yükaşırma qabiliyyəti tam işə başlayandan sonra 25 milyon ton olacaqdır. Yəni, nəqliyyatda böyük

imkanlar yaranır.

Energetika, kənd təsərrüfatı sahələrində Macarıstanın çox böyük təcrübəsi var. Biz də kənd

təsərrüfatının inkişafına böyük önəm veririk. Çoxsaylı subsidiyalar verilir ki, biz özümüzü kənd

təsərrüfatı məhsulları ilə tam şəkildə - 100 faiz təmin edək, daha idxaldan asılı olmayaq. Bu sahədə də

artıq əməkdaşlıq edilir. Bunun gözəl nəticələri vardır.

Bu gün imzalanan sazişlər arasında informasiya-kommunikasiya sahəsini xüsusilə qeyd etmək

istəyirəm. Azərbaycan bu sahəyə də investisiyalar qoyur. Artıq birinci Azərbaycan telekommunikasiya

peyki - “Azərspace-1” orbitə çıxarılıbdır. Biz ikinci və üçüncü peyklərin orbitə buraxılması ilə bağlı işlər

aparırıq, bu sahədə də imkanlar var. Yəni, bunlar perspektivli sahələrdir. Bu sahələrdəki infrastruktur

layihələrinin icrasında Macarıstan şirkətləri çox fəal iştirak edə bilərlər. Bilirəm ki, su təsərrüfatının

təkmilləşdirilməsi üçün indi Macarıstan şirkətləri Azərbaycanda bizimlə əməkdaşlıq edəcəklər. Həmçinin

digər sahələrdə - kənd yollarının, magistral yolların, dəmir yollarının tikintisində də. Bütün bu sahələr bu

gün Azərbaycanın qısamüddətli inkişaf proqramında öz əksini tapıb. Sadəcə olaraq bu layihələrə

qoşulmaq lazımdır. Bir daha demək istəyirəm, çıxışımın əvvəlində səsləndirdiyim kimi, bu gün bizim

aramızda olan əlaqələr o qədər yüksək səviyyədədir ki, həm Azərbaycan, həm Macarıstan investorları,

şirkətlər özlərini rahat hiss edəcəklər. Buna zəmanət verən iki ölkənin rəhbərləridir ki, bu gün sizin

yanınızdadırlar.

O ki qaldı Azərbaycanın ümumi inkişafına deyə bilərəm ki, bu inkişaf çox dinamikdir. Son illər

ərzində böyük iqtisadi inkişafa nail olunub. İqtisadi vəziyyət sabitdir. Dünyada hələ davam edən iqtisadi

və maliyyə böhranı demək olar ki, Azərbaycana böyük təsir etməmişdir. Biz hətta böhranlı illərdə iqtisadi

artıma nail ola bilmişik. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət

qabiliyyətliliyinə görə 38-ci yerə layiq görübdür. Bu da aparılan islahatların nəticəsidir. Yəni, bu gün

Azərbaycan iqtisadiyyatı hələ ki, neft-qaz amilindən asılı olsa da, bu asılılıq o qədər də böyük deyil.

Bizim ümumi daxili məhsulda neft-qaz sektorunun çəkisi təxminən 45 faizdir, bəlkə, ondan da azdır.

Bizim istəyimiz iqtisadiyyatı şaxələndirməkdir. Buna nail olmaq üçün dövlət infrastruktur

layihələrinə investisiyalar qoyur, sənaye müəssisələrinin yaradılmasına dəstək verir, özəl sektora güzəştli

şərtlərlə kreditlər ayırır, xarici investorları və firmaları cəlb edir ki, onlar öz təcrübələrini bizimlə

bölüşsünlər. Azərbaycanın dinamik inkişafı ölkədə biznes dairələri üçün gözəl imkanlar yaradır. Çünki

bizim gələcək iqtisadi inkişafımız da müsbət olacaqdır.

Azərbaycanda işsizlik demək olar ki, tamamilə aradan qaldırılır, təxminən 5 faiz səviyyəsindədir.

Siyasi sabitlik mövcuddur. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. İndi çətinliklər

çəkən ölkələrdə, siyasi böhranlar yaşanır. İnvestorlar o ölkələrdə heç vaxt investisiya qoymazlar. Bu gün

heç bir ölkə investisiyasız inkişaf edə bilməz. İndi investisiyalar uğrunda rəqabət aparılır, mübarizə gedir.

Ona görə bu sahədə Azərbaycan üçün gözəl imkanlar var. Dövlətin və hökumətin düşünülmüş strategiyası

var. Biz dinamik inkişafımızı bundan sonra da davam etdirməliyik və neftdən, qazdan asılılıq minimum

səviyyəyə düşməlidir. Buna nail olmaq o qədər də asan deyil. Çünki icrası nəzərdə tutulan “Cənub” qaz

dəhlizi Azərbaycanın neft-qaz potensialını gələcəkdə daha da artıracaq. Beləliklə, qeyri-neft sektoru gərək

daim çalışsın ki, neft sektorunu üstələsin.

Macarıstanda gözəl investisiya imkanları var. Bizim şirkətlər və dövlət qurumları bunu

araşdırırlar. Əminəm ki, birgə səylərlə, hökumətlərarası komissiyanın bilavasitə iştirakı və tövsiyəsi ilə

investisiya layihələri də icra ediləcək. Beləliklə, biz daha da möhkəm əməkdaşlıq çərçivələri müəyyən

edəcəyik. Siyasi əlaqələr yüksək səviyyədə olduğu üçün iqtisadi sahədə də mütləq daha böyük inkişaf

olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq.

Page 223: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

223

Çıxışımın sonunda Macarıstana və macar xalqına Azərbaycan xalqı adından bir daha dərin

hörmətimi bildirmək istəyirəm. Biz Macarıstanda gedən prosesləri maraqla izləyirik. Sizin təcrübəniz bir

daha onu göstərir ki, harada hökumət milli maraqları müdafiə edir, xalq da o hökuməti müdafiə edir.

Macarıstan bu gün bu regionda müstəqillik simvoludur. Bilin ki, dünyanın müxtəlif yerlərində sizin

fəaliyyətiniz izlənilir, sizə baxırlar və sizin uğurunuza sizin dostlarınız sevinir, o cümlədən biz

Azərbaycan da. Son parlament seçkilərində böyük qələbə qazanmış mənim dostum cənab Baş nazir

Viktor Orban ölkəni inamla idarə edir və ona verilən səslər milli maraqlara verilən səslərdir. İndiki

zəmanədə, xüsusilə bəzi beynəlxalq qurumlar çərçivəsində müstəqil siyasət aparmaq o qədər də asan

məsələ deyil. Ancaq xalq hər şeyi görür və görülən işlərə qiymət verir. Biz buna sevinirik. Bu, onu

deməyə əsas verir ki, sizin gələcəyiniz çox uğurlu, parlaq olacaq. Biz də sizin dostlarınız olaraq buna

baxıb sevinəcəyik.

Mənə və Azərbaycandan gələn bütün qonaqlara göstərdiyiniz qonaqpərvərliyə görə sizə bir daha

minnətdaram, sizin hamınızı Azərbaycana dəvət edirəm. Sağ olun.

“Xalq qəzeti”. - 2014.-12 noyabr. - № 246. - S. 2.

Page 224: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

224

Azərbaycan Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Milli Televiziyasına müsahibəsi

(11 noyabr 2014-cü il)

Budapeşt, 11 noyabr, AzərTAc

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev Budapeştdə Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibə verib.

- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və dinamik iqtisadiyyata malik olan ölkəyə

çevrilib. Bu, necə baş verdi?

- Əslində, son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır. Bu gün

Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Azərbaycan

iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir.

Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika

şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji

amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına

investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.

Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən

çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır.

Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət

qabiliyyətliliyinə görə 38-ci yeri tutmuşdur. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.

Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. Biz,

həmçinin işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail

olmuşuq. Bizim yaxşı perspektivlərimiz var, çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir. Üstəgəl

bizim bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları əlbəttə ki, ölkəmiz üçün

gələcəkdə əlavə imkanlar yaradacaqdır.

- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji sazişlər imzalamışdır.

Siz Macarıstanla da belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu ölkələrə nə

verə bilər?

- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında

strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqının

bəzi üzvləri ilə də oxşar sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq. Bu, bizim

niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini nümayiş etdirən tarixi bir sənəddir. Bu gün

Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri - siyasi, iqtisadi, enerji,

mədəniyyət və investisiya sahələrini əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa

İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Biz bu ideyanı neçə

illərdir ki, təbliğ etdik. Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm.

Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji

əməkdaşlıq üçün əsas təşkil edir.

Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli

əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq

istəyirik. Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir.

Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd

etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik

yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr

hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm

ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional

təhlükəsizlik bir-biri ilə bağlıdır.

- Siz Avropa üçün vacib məsələ olan enerji təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji

təhlükəsizliyinə Azərbaycanın daxil olması nə üçün vacibdir?

- Əlbəttə ki, Avropa təşkilatları ilə münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil

edəcəkdir, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına

daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi

Page 225: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

225

şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində

investisiya yatırmışdır. Bu proses davam edəcəkdir. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin

sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə

daha asan çıxışı təmin edəcəkdir. Bu isə öz növbəsində xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki

xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil.

Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa

bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini

Azərbaycandan əldə edirlər. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz

dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr

səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən

azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir.

İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə

start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və

yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki,

onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə

görə Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir.

Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və

istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və

şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu

məsələlər bir-birinə bağlıdır.

Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu

məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz Macarıstanı

enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və Azərbaycan qazının Macarıstana hansı marşrutlarla

gətirilməsini dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən

keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər.

Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz

“Cənub” qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm yoxdur ki,

Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaqlar.

- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan bir-birilərinin sərmayələrindən necə

faydalana bilər?

- Əminəm ki, aramızda olan çox yaxın siyasi əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji

tərəfdaşlıq iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni imkanlara yol açacaq. Məsələn,

bu il qarşılıqlı ticarət dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olmuşdur. Bunun səbəbi də

hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.

Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki müqavilə və anlaşma

memorandumlarını imzalayacağıq. Onlar bir çox sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı

böyük inşaat layihələrində iştirak edəcəklər. Onlar ölkəmizdə bir neçə körpü tikəcəklər. Eyni zamanda,

macar şirkətləri su təchizatı və paylanılması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində çıxış

edəcəklər.

Azərbaycana müxtəlif növ kənd təsərrüfatı məhsullarının çatdırılması üçün macar şirkətləri ilə

kənd təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var. Bu gün informasiya texnologiyaları

sahəsində sənəd imzalanmışdır və burada söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir.

Turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələr də mövcuddur.

Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə

tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət edirik. Biz dost ölkələrdən olan

şirkətlərlə ortaq işbirliyi qurmaq istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması

səbəbsiz baş verməmişdir. Bunun səbəbi bizim sıx siyasi əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı

hörmətimiz olmuşdur. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin mövcud olan potensial

bundan qat-qat böyükdür və biz Baş nazir Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz

investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik. Biz hökumətinizin də prioritet hesab etdiyi

sahələr üzrə Macarıstana investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki, uzun illər

ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.

- Bu, çox vacibdir: Azərbaycan Macarıstana nə verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə

nə məsləhət verə bilər, yoxsa sadəcə, investisiyalarla kömək edə bilər? Necə ki, Macarıstan

Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu edib.

Page 226: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

226

- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış

çox dinamik, effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor Orbanın yürütdüyü

siyasətin milli maraqlara söykəndiyini və əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi.

Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi, əldə etdiyiniz bu möhtəşəm

nailiyyətinizə görə sizi və hökumətinizi yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli

maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm sizin, həm də bizim hökumətimiz

üçün yüksək prioritet təşkil edir. Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar bizi

birləşdirir.

Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri

üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya

yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-

nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz

Macarıstanda, o cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə bilərik. Beləliklə, çoxlu

imkanlar var və biz onları reallaşdırmağa hazırıq. Mənim səfərim və Baş nazir ilə dünən və bu gün

apardığım müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl Macarıstandan

Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə yönəlib. Bu gün biznes forumda əlbəttə ki,

Azərbaycanda mövcud biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə biz nə etməyi

planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni

layihələrimiz və yaxşı nəticələrimiz olacaq.

- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

Çox sağ olun.

“Xalq qəzeti”.- 2014.-12 noyabr. - № 246. - S. 2-3.

Page 227: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

227

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri:

Azərbaycan və İran prezidentlərinin mətbuata birgə bəyanatları:

Prezident İlham Əliyevin bəyanatı

(12 noyabr 2014-cü il)

Bakı, 12 noyabr, AzərTAc

Noyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə

bəyanatlarla çıxış ediblər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram. Azərbaycana xoş

gəlmisiniz.

Sizin səfərinizin çox böyük əhəmiyyəti var. Çox şadam ki, səfər çox uğurlu keçir. Bu il biz

Sizinlə dördüncü dəfədir ki, görüşürük. Bu, özlüyündə bir göstəricidir. Çünki onu göstərir ki, İran–

Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu görüşlərin gözəl nəticələri vardır. Mən İran İslam

Respublikasına rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında qonşu ölkəyə səfər

etmişəm. Sizinlə apardığım danışıqlar, keçirdiyimiz fikir mübadiləsi bir daha göstərir ki, bizim aramızda

nə qədər səmimiyyət var, İran və Azərbaycan bir-birinə nə qədər yaxın və bağlıdırlar.

Sizin bugünkü səfəriniz bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün imzalanan sənədlər,

aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət

göstərəcəkdir.

Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim

xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu

təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə

qalxmışdır.

Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin

qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək

səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi

daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas

məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər

təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik.

Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və

ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi,

əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır.

Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası -

dünyanın ən ali orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal

edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə

məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın

qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı

missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmiş və öz məruzələrində bunu təsdiqləmişlər.

Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır.

Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər

azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər.

Münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu

münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi

bütövlüyünü bərpa etməlidir.

Biz digər beynəlxalq məsələlərlə bağlı daim təmasdayıq, bir-birimizi dəstəkləyirik. Əminəm ki,

beynəlxalq təşkilatlardakı fəaliyyətimiz bundan sonra da bu əsaslarda qurulacaqdır.

İqtisadi sahədə gözəl imkanlar var. Hökumətlərarası birgə komissiya fəal işləyir və gözəl

nəticələr vardır. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi,

Page 228: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

228

qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra

edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik.

Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin

həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq.

Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir.

Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni

zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir. Əfsuslar olsun ki, bizim

regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur.

İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir. Biz sabitləşdirici addımlarla

bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə

bölgədə sabitlik bərpa ediləcək. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz, o ölkəyə xarici

sərmayə yatırılmaz, ümumiyyətlə, iqtisadi inkişafdan söhbət gedə bilməz.

Biz öz səylərimizlə regional əməkdaşlığa da töhfəmizi veririk. Həştərxan şəhərində keçirilmiş

Xəzər zirvəsi də çox uğurlu zirvə idi, gözəl nəticələr olmuşdur, vacib qərarlar qəbul edilmişdir. Bu da

bizim beynəlxalq məsələlərə olan münasibətimizdir.

Biz bütün başqa sahələrdə inamla irəliləyirik. Əlbəttə ki, humanitar sahədə çox gözəl

əməkdaşlıq var, bu da təbiidir. Çünki əsrlər boyu bizim xalqlarımız bir yerdə olmuşlar, yaşamışlar,

yaratmışlar. Bizim ortaq tariximiz, mədəniyyətimiz dünya üçün çox böyük əhəmiyyət kəsb edir.

Ona görə, hörmətli cənab Prezident, Sizin səfəriniz çərçivəsində bütün bu məsələlərin müzakirə

edilməsi, konkret tapşırıqların verilməsi, əlbəttə ki, gələcəkdə bizim tərəfdaşlığımızı daha da

möhkəmlədəcəkdir.

Biz konkret layihələr üzərində işləyirik. İnfrastruktur layihələrinin icrası, bank sektorundakı

əməkdaşlıq və digər layihələr nəzərdən keçirilir.

Sabah keçiriləcək biznes forum isə iş adamlarını bir yerə yığacaq. Buna da çox böyük ehtiyac

var. Çünki iş adamları görürlər ki, harada siyasi əlaqələr yüksək səviyyədədir, onlar o ölkələrlə daha da

sıx əməkdaşlıq edirlər.

Beləliklə, bizim əlaqələrimiz möhkəmdir. İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar

qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.

Hörmətli, cənab Prezident Sizin səfərinizə çox böyük əhəmiyyət verərək, Azərbaycanda Sizi bir daha

səmimiyyətlə salamlayıram.

“Xalq qəzeti”. - 2014.-12 noyabr. - № 247. - S. 2. S. 2.

Page 229: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

229

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri:

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(13 noyabr 2014-cü il)

Bakı, 13 noyabr, AzərTAc

Noyabrın 13-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti

Həsən Ruhani biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda nitq söylədilər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Ölkəmizə xoş

gəlmisiniz. Sizinlə bərabər İrandan gəlmiş və bu gün bizimlə birlikdə olan bütün dostlarımızı

salamlayıram.

Dünən Sizin Azərbaycana rəsmi səfəriniz başlamışdır. Biz dünən çox geniş fikir mübadiləsi

aparmışıq. Bir çox məsələlər müzakirə olundu. Tam əminəm ki, bu səfərdən sonra İran-Azərbaycan

əlaqələri sürətli inkişafına davam edəcəkdir.

Biz Sizinlə bu il artıq dördüncü dəfədir ki, görüşürük. İstəyirəm bunu iş adamları da bilsinlər ki,

bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, bizim təmaslarımız çox əhəmiyyətlidir, dəyərlidir. Biz

bütün məsələləri müzakirə edirik və aramızda qarşılıqlı anlaşma mövcuddur. Əlaqələrin belə intensiv

olması çox müsbət haldır. Çünki biz dost və qardaş ölkəyik, bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx

təmasda olublar. Biz daim bir-birimizin yanında olmuşuq, bir-birimizə dəstək, arxa olmuşuq. Bu gün isə

iki suveren, müstəqil dövlət kimi biz öz münasibətlərimizi bu möhkəm tarixi əsaslar üzərində qururuq.

Son dövrlərdə müşahidə olunan əlaqələr, onların səmimiliyi bizi çox ruhlandırır. Əminəm ki, bu

əlaqələr gələcək illərdə daha da güclü olacaq və müzakirə edilən bütün məsələlər, müəyyən etdiyimiz

layihələr həyatda öz əksini tapacaqdır.

Mənim bu ilin aprelində İran İslam Respublikasına rəsmi səfərim də çox uğurlu olmuşdur.

Əminəm ki, bu səfərin də nəticələri çox dəyərli olacaq.

Biz dünən həm siyasi, həm iqtisadi, həm mədəni əməkdaşlığı, bütün digər məsələləri çox geniş və

səmimi şəkildə müzakirə etdik. Bu gün burada toplaşan insanlar iş adamlarıdır. Onların böyük maliyyə və

biznes imkanları var. Biz çox istəyirik ki, iqtisadi əməkdaşlıq da siyasi əməkdaşlığın səviyyəsinə qalxsın.

Buna nail olmaq üçün yaxşı imkanlar var. Hökumətlərarası komissiya çox fəal işləyir. Komissiyanın hər

iki həmsədri bu işlərə çox böyük məsuliyyətlə yanaşır və biz artıq gözəl nəticələri görürük. Dünən və

aprel ayında imzalanan çoxsaylı sənədlər gələcəkdə iqtisadi sahədə daha da böyük imkanlar açacaq.

Biz çox istəyirik ki, iş adamlarımız bir-biri ilə daha da sıx əlaqədə olsunlar. Azərbaycanda

müxtəlif sahələrdə yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda gözəl şərait

yaradılıbdır. Hesab edirəm ki, onlar öz fəaliyyətindən razıdırlar.

Bütövlükdə Azərbaycanda çox müsbət sərmayə mühiti yaradılıbdır. Azərbaycana xarici

sərmayələr qoyulur. Birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında lider

dövlətdir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 30

faizi xarici sərmayədir.

Yəni, bu, özlüyündə onu göstərir ki, xarici investorlar Azərbaycanın gələcəyinə inanırlar.

Azərbaycanda yaranmış investisiya, biznes mühiti onları qane edir. Əks təqdirdə Azərbaycana bu qədər

vəsait qoyulmazdı. Hər il təxminən 20-25 milyard dollar sərmayənin qoyuluşu növbəti illərdə də

gözlənilir. Biz çox istəyirik ki, İran şirkətləri Azərbaycana daha da böyük həcmdə sərmayə qoysunlar,

eyni zamanda, Azərbaycanın özəl və dövlət şirkətləri İrana sərmayə yatırsınlar. Dünən cənab Prezident ilə

bu məsələləri müzakirə etmişik. İnfrastruktur, sənaye layihələri, digər xidmət sektorları üzrə böyük

imkanlar var.

Həm İranın, həm Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Biz özümüzü təmin edən

ölkələrik. Xarici kreditlərdən asılı ölkələr deyilik. İqtisadi müstəqillik əlbəttə ki, ölkələrimiz üçün çox

böyük mənfəətdir, o cümlədən siyasi mənfəətdir. Çünki iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil

Page 230: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

230

siyasət apara bilməz. İran və Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparan ölkələrdir. Hesab

edirəm ki, biz bu baxımdan bəzi ölkələrdən böyük dərəcədə fərqlənirik.

Ona görə qarşılıqlı sərmayə qoyuluşu, əlbəttə ki, gözəl siyasi əlaqələr fonunda mümkündür. Bu

da var. Bu gün bizim siyasi əlaqələrimiz, deyə bilərəm ki, ən yüksək səviyyədədir və biznes qurumları bu

gözəl imkanlardan istifadə etməlidirlər. Eyni zamanda, İran şirkətləri Azərbaycanda müxtəlif layihələrdə

iştirak edirlər. İnfrastruktur layihələrinin icrasında onların fəaliyyəti çox müsbətdir, uğurludur. Nəzərə

alsaq ki, gələcəkdə Azərbaycanda böyük infrastruktur layihələri icra olunacaq, əlbəttə, İran şirkətləri bu

imkanlardan istifadə etməlidirlər.

Azərbaycana növbəti illərdə də həm dövlət, həm özəl sektor tərəfindən böyük investisiya

qoyulacaq. Ona görə bugünkü biznes forumda Azərbaycanın gələcək planları da təqdim ediləcəkdir ki,

İran şirkətləri hansı sahədə hansı işlər görüləcəyini bilsinlər. Çünki bizdə bütün işlər beşillik proqram

əsasında görülür. Artıq üçüncü Dövlət Proqramı icra edilir. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi.

Bu proqramlarda hər şey açıq-aydın göstərilir - hansı şəhərdə, hansı kənddə hansı iş görüləcək, nə vaxt

görüləcək, bu işi görən dövlət qurumu hansıdır. Bu proqram mətbuatda da dərc edilib. Ona görə, hər bir

şirkət üçün Azərbaycanda görüləcək işlər haqqında məlumat əldə etmək o qədər də çətin deyil. Hesab

edirəm ki, bu formatda aparılacaq müzakirələr yeni kontraktların imzalanmasına gətirib çıxaracaq.

Bir üstünlüyümüz də ondan ibarətdir ki, biz qonşuyuq və bizim aramızda heç bir tranzit ölkə

yoxdur. Həm coğrafi nöqteyi-nəzərdən, həm bütün başqa mənalarda bizim aramızda heç kim yoxdur və

ola da bilməz. Biz dünən bunu bir daha təsdiqlədik ki, ikitərəfli əlaqələrimizin böyük tarixi var.

Xalqlarımız daim bir yerdə olmuşlar. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və

heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq

ki, belə cəhdlər var. Siz də yəqin ki, bunu izləyirsiniz, görürsünüz. Ancaq hər iki tərəfin güclü iradəsi heç

vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz

istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir və eyni zamanda, İran və

Azərbaycan cəmiyyətlərinin bu siyasətə olan dəstəyidir. Bu olmasa, əlbəttə ki, işimiz yarımçıq qala bilər.

O ki qaldı Azərbaycanın iqtisadi inkişafına, son illər bu inkişaf çox sürətli olmuşdur. Son on il

ərzində iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bizim maliyyə vəziyyətimiz sabitdir. Xarici dövlət

borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Son on ildə büdcə xərcləri 20 dəfə artmışdır.

Yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. İşsizliklə bağlı çox müsbət addımlar atılmışdır. İndi işsizlik 5

faizdən aşağıdır.

Bu iqtisadi sabitlik, maliyyə sabitliyi əlbəttə, bizə imkan verir ki, sürətlə inkişaf edək. Eyni

zamanda, Azərbaycan beynəlxalq məsələlərin həllində müstəqil siyasət aparır. Beynəlxalq aləm

Azərbaycanı dəstəkləyir. Əgər belə olmasaydı, biz dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik

Şurasına üzv seçilməzdik. Yəni, gənc dövlət üçün bu, böyük bir nailiyyət idi, 155 ölkə bizə inandı, öz

dəstəyini verdi və biz onların etimadını iki il ərzində doğrultmuşuq.

İqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli

əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa

və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Harada

ki, beynəlxalq hüquq, ədalət pozulur, orada əlbəttə, toqquşmalar da, müharibələr də, gərginlik də olacaq.

Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq.

Ölkələrimizin uğurlu, inamlı inkişafı həm də ona görə daha da əhəmiyyətlidir ki, ətrafımızda bizi

və dünyanı çox narahat edən proseslər gedir. Bölgə alovlanıb yanır, həm Yaxın Şərqdə, həm Avropa

qitəsində toqquşmalar gedir, qanlı müharibələr aparılır. Ona görə, belə geosiyasi vəziyyətdə inamla,

uğurla inkişaf etmək üçün, ilk növbədə, xalqla iqtidar arasında birlik, güclü siyasi iradə olmalıdır və

əlbəttə ki, biz özümüzü iqtisadi cəhətdən təmin etməliyik.

Bizim xarici tərəfdaşlarla əməkdaşlığımız da çox müsbətdir. İran və Azərbaycan neft və qazla

zəngin olan ölkələrdir. Burada da bizim maraqlarımız üst-üstə düşür. Biz dünən hörmətli cənab Prezident

ilə bu məsələləri də müzakirə etdik ki, bu sahədə də əlaqələndirmə işlərimizi daha da yüksək səviyyəyə

qaldıraq. Çünki neft və qaz hasil edən ölkələr kimi, əlbəttə, bizim maraqlarımız da üst-üstə düşür. Biz

istəyirik ki, öz məhsullarımızı bazarlara ixrac edək. Əlbəttə istəyirik ki, qiymət də münasib, ədalətli olsun.

Burada da ikitərəfli, bəlkə də gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün yaxşı imkanlar var.

Bir sözlə, demək istəyirəm ki, Prezident Ruhaninin

Azərbaycana səfərini biz çox yüksək qiymətləndiririk. Biz cənab Prezidenti Azərbaycanda

səbirsizliklə gözləyirdik. Şadam ki, dünən keçirilən danışıqlar çox uğurlu olmuşdur. Əminəm ki, gələcək

Page 231: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

231

illərdə də İran, Azərbaycan dost və qardaş ölkələr kimi bütün sahələrdə bir yerdə olacaqlar. Əlbəttə,

biznes dairələrinin fəaliyyəti bizim səylərimizə əlavə dəstək olacaqdır.

Hörmətli cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz.

“Xalq qəzeti”. - 2014.-13 noyabr. - № 248. - S. 1-2.

Page 232: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

232

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü

Baş Assambleyasının rəsmi açılışında iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(21noyabr 2014-cü il)

Bakı, 21 noyabr, AzərTAc

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.

İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında

çıxış etdi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax.

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq.

Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əvvəlcə Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin Baş

Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq.

Azərbaycan qədim tarixi, adət-ənənələri və mədəniyyəti ilə seçilən ölkədir. Əminəm ki,

qonaqlarımız, – bilirəm, onların əksəriyyəti ölkəmizə ilk dəfədir səfər edir, - həmçinin Azərbaycanı daha

yaxşı tanımaq, tarixi yerlərimizi ziyarət etmək imkanını əldə edəcəklər. Yeri gəlmişkən, onlardan bəziləri

UNESCO tərəfindən qorunur və dünya mədəni irsinin bir hissəsidir.

Bununla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı

var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi

və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarı bu Komitə tərəfindən çox müsbət qarşılandı

və prioritetlərimizi nümayiş etdirdi. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa

təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin

modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem,

ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil

dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal

şəkildə inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər

Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci

ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini

ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir.

Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü

iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli

ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda

bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu

fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən

çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada

multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi

və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən

töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürəkdən çalışırıq. Bu

səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı

dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb.

Büdcə xərclərimiz iyirmi dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə qədər azalda

bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili

məhsulun yalnız 8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları

Page 233: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

233

tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu qlobal

rəqabətə davamlılıq baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın

aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu.

Eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təbii ehtiyatlardan

səmərəli istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin bizim üçün prioritet oldu.

Gələcəyə sərmayə, təhsil, sosial problemlərin həlli və infrastrukturun yaradılması bizə iqtisadiyyatımızı

şaxələndirməyə imkan verdi.

Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan bu gün Avropanın çox mühüm

tərəfdaşıdır. Avropa İttifaqı ilə imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan “Cənub” qaz

dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin

çəkilməsini başlatdıran ölkə olduq. Təməlqoyma mərasimi avropalı həmkarlarımın geniş iştirakı

ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil edilmişdir.

Bir sözlə, enerji təhlükəsizliyi və şaxələndirilməsi, əlbəttə ki, Avropa təsisatları ilə gələcək

münasibətlərimizdə əsas rol oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə, qarşılıqlı

hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə,

bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu, coğrafi mövqeyimiz,

tariximiz və irsimizdən gəlir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir.

Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar

dialoqunda mühüm rol oynayır.

Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da

üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın

üzvüyük. Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha

geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa

və Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya

bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar

olsun, risklər hələ ki, burada mövcuddur, qapının kandarındadır.

Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Cəmi 23 ildir ki, müstəqil ölkə

və BMT-nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban, etibarlı tərəfdaş olduğunu nümayiş

etdirə bildi. Bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik Şurasının

2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçildi. İki il ərzində biz dünyanın bir nömrəli beynəlxalq

qurumunun üzvü olduq. Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq

ictimaiyyətin əksər hissəsinin bizə, siyasətimizə verdiyi hərtərəfli dəstəyin göstəricisidir. Siyasətimiz

beynəlxalq hüquqa və ədalətə əsaslanır, əməkdaşlığın genişləndirilməsini və potensial risklərin

azaldılmasını nəzərdə tutur. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq

səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atdığımız

addımlar, qonşularımıza və tərəfdaşlarımıza aid siyasətimiz dünyada yüksək qiymətləndirilir. Bu gün

dünya daha çox əməkdaşlıq və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin azaldılmasına

ehtiyac duyur.

Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm ki, vaxt məhduddur

və daha çox idman və Olimpiya hərəkatının inkişafı sahəsindəki siyasətimiz haqqında danışmaq istərdim.

Bu, Azərbaycan üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük.

Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman

infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən

artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-

ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya

Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Həmin vaxtdan etibarən bu ənənə davam edir. Avropa Olimpiya Komitəsinin indiki

prezidenti, əziz dostumuz cənab Patrik Hikki isə 2006-cı ildə ölkəmizin cənub bölgəsində yerləşən

şəhərlərimizdən birində Olimpiya İdman Mərkəzinin açılışında iştirak etmişdir. İdman infrastrukturuna

qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunub. Fərəhlənirik ki, Azərbaycan idmançıları

ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda keçirilmiş son Olimpiya Oyunlarında

idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu,

Avropa ölkələri arasında isə 15-ci oldu.

Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200

ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də çox

Page 234: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

234

olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri

sırasındayıq. Bu, Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının bariz nümunəsidir.

London və Nankində medal qazanmış bütün atletlər müstəqillik illərində formalaşmış idmançılardır.

Müstəqillik bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də

bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah

və xalqımıza çiçəklənmə gətirdi.

Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər

Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən

yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda

keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu

qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu

Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq

ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki

illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı

yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.

Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik. Yəqin artıq

bilirsiniz ki, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 2016-cı ildə biz Dünya

Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir.

Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr

edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir. Ölkəmiz müasir və dinamikdir, əməkdaşlığa

açıqdır, sivilizasiyaların və qitələrin kəsişməsində yerləşir, yaxşı potensiala, güclü dəstəyə və gələcək

üçün aydın planlara malikdir.

Əminəm ki, qonaqlarımızın Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Mən Sizə uğurlar

arzulayıram və bu gün bizimlə olduğunuza görə minnətdaram.

Sağ olun.

“Xalq qəzeti”. - 2014.-22 noyabr. - № 255. - S. 1-2.

Page 235: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

235

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” informasiya telekanalına müsahibəsi

(28 noyabr 2014-cü il)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də

Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına

müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.

- Cənab Prezident, günaydın. Bizi yenidən Azərbaycan torpağında qəbul etdiyinizə görə çox

sağ olun.

- Günaydın, xoş gəlmisiniz.

- Cənab Prezident, bu gün tərəfdaşlıq münasibətlərinin çoxu sınaqdan keçir. Rusiya-

Azərbaycan əməkdaşlığı dinamik, dolğun inkişaf edir. Bu il səfərlər, ikitərəfli əlaqələr nöqteyi-

nəzərindən çox məhsuldar olub. Mövcud tarixi məqamda Siz Rusiya ilə Azərbaycan arasında siyasi

dialoqu necə qiymətləndirirsiniz?

- Biz daim siyasi dialoq aparırıq. Qeyd etdiyiniz kimi, münasibətlər çox dinamik inkişaf edir,

bütün sahələri əhatə edir və aramızda həll olunmamış məsələlər, problemlər yoxdur. Münasibətlərimizin

indiki mərhələsində əməkdaşlığımızı dərinləşdirmək üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə

imkanlar yaranır və biz ilin yekunlarına əsasən görürük ki, artıq əmtəə dövriyyəsi genişlənir,

Azərbaycandan Rusiyaya ixrac artır. Zənnimcə, bu, uzun illər ərzində münasibətlərimizi məhz tərəfdaşlıq,

qarşılıqlı dəstək, dostluq, mehriban qonşuluq əsasında qurmağımızın nəticəsidir. Bu da ölkələrimizə,

xalqlarımıza fayda gətirir. Bu gün Azərbaycan ilə Rusiya fəal inkişaf edən və dünyada mövcud çağırışlara

müqavimət göstərməyə hazır olan iki qonşu və dost dövlətdir.

- Siz hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanları görürsünüz?

- Bizdə ənənəvi əməkdaşlıq sahələri var. Əlbəttə, bu, energetika sektoru, neft-qaz sahəsidir.

Burada əməkdaşlığın artıq yaxşı tarixi və yaxşı potensialı var. Bu il neft-qaz sahəsində sazişlər imzalanıb.

Həmin sazişlər gələcəkdə bu münasibətlərin daha dinamik inkişafını müəyyən edəcək. Elektroenergetika,

nəqliyyat sahələrində də yaxşı potensial və artıq əməkdaşlıq təcrübəsi var. Biz – Rusiya da, Azərbaycan

da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməyə başlamasında maraqlıyıq. Biz öz tərəfimizdən

zəruri infrastruktur yaradırıq. Bu, həm dəniz limanları, həm dəmir yolu, həm də avtomobil yollarının

yenidən qurulmasıdır. Rusiya tərəfi də eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı

məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı əməkdaşlıq potensialı var. Biz ixrac

potensialını artırırıq. Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki

vəziyyəti və mallarımıza olan tələbatı nəzərə alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi

məqsədyönlü şəkildə artırmağa başladıq.

Turizmin də yaxşı perspektivləri var. Biz yayda da, qışda da Azərbaycana gələn rusiyalı

turistlərin sayının artdığını görürük. Burada yaxşı şərait var – məsafə də böyük deyil, dil maneəsi də

yoxdur. Bir də əlbəttə, mədəniyyət, təhsil sahələri. Zənnimcə, bu sahələr əməkdaşlığımızın təməlidir.

Rusiyanın tanınmış kollektivləri, demək olar, hər həftə Bakıda qastroldadır. Onlar burada çox

populyardır.

- Əsas budur ki, dil maneəsi yoxdur və bu da bir çox baxımdan Azərbaycanın səyləri, rus

dilinə münasibətdə həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət sayəsindədir. Təhsil də bu gün

Rusiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın çox perspektivli sahələrindən biridir.

Rusiyanın ali məktəblərində 13 min azərbaycanlı tələbə təhsil alır. Siz bu gün qarşılıqlı fəaliyyət,

rus dilinin Azərbaycanda yeri barədə nə deyə bilərsiniz? Çünki Azərbaycanda çox böyük rus

icması var. Bu gün bunu da xatırlamaq lazımdır. O, mane olmur ki, hər hansı bir narahatlıq

yaratmır ki? Azərbaycanda rus dilinin həqiqətən, bu rahat mövcudluğu necə təmin edilir?

- Siz düzgün qeyd etdiniz ki, Azərbaycanda rus icması Cənubi Qafqazda ən böyük icmadır. Onun

üzvlərinin sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən bu

insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, həm də ölkəmizin inkişafına böyük töhfə

verirlər. Onlar dövlətimizin layiqli vətəndaşları, Azərbaycanın vətənpərvərləri, eyni zamanda, öz dilinə,

mədəniyyətinə, ənənələrinə bağlı olan insanlardır.

Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu

həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər

ərzində, o cümlədən sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da

ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir.

Page 236: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

236

Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik

görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti

fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini

göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların

və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu

sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Bu yaxınlarda bizdə Beynəlxalq

Multikulturalizm Mərkəzi yaradılıb, müxtəlif tədbirlər, beynəlxalq forumlar keçirilir. Əlbəttə, Azərbaycan

çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə göstərir ki, sosial sifariş və dövlətin düzgün

siyasəti olanda bütün bu məsələləri bacarıqla həll etmək mümkündür.

Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində olan

300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var.

Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə

dili hücum hədəfi seçən ölkələr üçün faydalı ola bilər.

- Tolerant, beynəlmiləl şəhər olaraq qalmağı Bakıya tarixin özü diktə edir. Bakı Sovet

İttifaqının ən beynəlmiləl şəhəri idi. Deyə bilərsinizmi, bəs indi, müasir dünyada, məsələn,

Avropanın aparıcı siyasətçilərinin multukulturalizmin iflasa uğradığını etiraf etdiyi bir vaxtda bu

cür şəhər və bu cür ölkə kimi qalmaq çətindirmi? Siz daxildən və ya xaricdən təzyiqlər hiss

edirsinizmi?

- Yox, hiss etmirəm. Daxildən təzyiq yoxdur. Çünki cəmiyyət dövlətin bu məsələyə yanaşmasını

tam bölüşür. Burada heç bir fikir ayrılığı yoxdur. Prinsipcə dövlət siyasəti cəmiyyətdə bu əhval-ruhiyyəni

dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə

vəziyyətinin üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı, müstəqilliyin ilk illərində, Xalq

Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti

səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar

gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan

xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət

tarixin xarabalığına atıldı.

- Bu peyvənd hələ də təsir edirmi?

- Bəli. Çünki cəmiyyət bu yanaşmaları rədd etdi. Milli siyasət sahəsində çox böyük səhvlərə,

bəlkə də cinayətlərə yol verilib, eləcə də bütün digər sahələrdə. Odur ki, cəmiyyət bu yad təsirdən tez bir

vaxtda təmizləndi, öz köklərinə qayıtdı. Bu gün bu, cəmiyyətimizin inkişafının normal vəziyyətidir. Odur

ki, daxildə bu siyasətin təftiş olunmasına heç bir zəmin yoxdur.

O ki, qaldı sərhədlərimizin hüdudlarından kənarda baş verənlərə, şübhəsiz, bu, narahatlıq

doğurur. Çünki biz adada yaşamırıq, regionda gedən proseslər istər-istəməz müəyyən təsir göstərir.

Burada da yenə cəmiyyətin yüksək şüuru, habelə səmərəli dövlət siyasəti və belə münasibətin

üstünlüklərinin əyani şəkildə nümayişi, zənnimcə, əsas hərəkətverici qüvvədir.

- Gəlin, Azərbaycanın iqtisadiyyatından danışaq. Çünki hər hansı ölkənin cəmiyyətinin

vəziyyətinə dünya iqtisadiyyatı da nəzərəçarpan təsir göstərir. Bu il Azərbaycanda ümumi daxili

məhsul üçfaizlik artım göstərir. Bu, yetərincə sabit artımdır və bu gün çox cəhətdən nümunə olan,

hökumətin, dövlətin seçdiyi iqtisadi siyasətin səmərəliliyini sübut edən göstəricidir. Siz gələn il üçün

hansı proqnozlar verirsiniz və Sizin fikrinizcə, yaxın gələcəkdə iqtisadiyyatın inkişafını nə müəyyən

edəcək?

- Qeyd etdiyiniz kimi, bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu

hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il

orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda

6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə

Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər

göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni,

yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək.

Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə,

iqtisadiyyat sabit inkişaf edəcək.

- Bəs büdcədə hansı qiymət nəzərdə tutulub?

- Büdcədə 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub.

- Bu nikbin rəqəmdir.

Page 237: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

237

- Bəli. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə qiymət 90 dollar olub.

Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə

prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki

illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik.

İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması,

güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. Bizdə

fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına

fəal şəkildə subsidiya ayırır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir. Azərbaycan

artıq kosmik sənayesi olan ölkədir. Artıq birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu

sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər var. Hazırda bütün ölkə ərazisində çoxlu

müasir mehmanxana yaradılır. Biz Bakıya istirahət yeri kimi üstünlük verən turistlərin sayının artdığını

görürük. Bax, bu əsas istiqamətlər və üstəgəl artıq neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə siyasəti,

şübhəsiz, öz bəhrəsini verir. Biz özümüzü təkcə ərzaq məhsulları ilə deyil, tikinti materialları ilə də tam

təmin etməyə çalışırıq və bu istiqamətdə hələ çox iş görülməlidir.

- Siz iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindəsiniz? Elədirsə,

idealda ümumi daxili məhsulun strukturunda neft, xammal gəlirlərinə neçə faiz ayrılmalıdır?

- Əlbəttə, biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən

üçdəbirini təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna

doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə

45 faizdir. Yəni, meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın illərdə qaz hasilatının

və satışının xeyli artacağını gözləyirik. Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq.

- O, artıq neft-qaz olacaq.

- Tamamilə doğrudur.

- Buna baxmayaraq, xarici konyunkturadan asılılıq da artacaq. Siz deyirsiniz ki, neftin bir

barreli 60 dollar olsa, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edəcək. Analitikləriniz bu proqnozu nə

dərəcədə real sayır və bütövlükdə neftin qiymətlərinə nə kimi proqnozlar verirlər?

- Bilirsiniz, analitiklərimizdən dünya analitiklərindən daha ətraflı təhlil gözləmək çətindir. Ona

görə, yəqin ki, onlar dünya trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını irəlicədən

dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər var. Axı, indiyədək heç kəs dəqiq izah edə

bilmir ki, bütün bunlar nə üçün baş verib.

- Soruşmaq istəyirəm, Siz hansı nəzəriyyəyə meyillisiniz. Bir neçə konspiroloji, həmçinin

obyektiv, daha real nəzəriyyələr var...

- Mən öz təhlilimdə bütün bu nəzəriyyələri bir qədər inteqrasiya edərdim. Çünki baş verənlərin

obyektiv səbəbləri də var. Əlbəttə, başqa qəbildən səbəblər də ola bilər. Çünki tarixdən elə dövrlər

tanıyırıq ki, neftin qiymətlərinin kəskin düşməsi bəzi ölkələrdə müəyyən problemlərə səbəb olub. Odur

ki, bunu istisna edə bilmərik. Xüsusən ona görə ki, mətbuatda da bu barədə çox tez-tez danışılır,

analitiklər də danışırlar. Ona görə burada kimdənsə hər hansı proqnoz gözləmək yəqin ki, çox çətindir.

- İqtisadi siyasətin səmərəliliyinin mühüm meyarlarından biri vətəndaşların sosial

vəziyyətidir. Siz dediniz ki, xərcləri azaltmaq lazım gəlsə, infrastruktur layihələrini ixtisara

salacaqsınız. Bu o deməkdir ki, sosial proqramlarınız toxunulmaz qalır? Siz sosial dövlət haqqında

vektoru, tezisi dəstəkləyirsinizmi?

- Bəli, əlbəttə, sosial proqramlara dəyişiklik edilməyəcək. Əksinə, biz çalışacağıq ki, daha çox

imkanlar yaradaq. İndiki halda söhbət, əlbəttə, əməkhaqqının artırılmasından, habelə sosial

infrastrukturun yaradılmasından gedir. Bizim üçün sosial sahə həmişə prioritet olub. Biz onu iqtisadi

sahədən heç vaxt ayırmamışıq və apardığımız islahatlar da sosial amilə bağlıdır. Buna görə də əsaslı

islahatlara baxmayaraq, Azərbaycanda sosial məsələlər son illərdə çox müvəffəqiyyətlə həll olunur.

Son 10 ildə 500-dən çox tibb müəssisəsi, 3 mindən çox məktəb binası inşa olunub. Bütün

regionlarda su təchizatına dair infrastruktur layihələri həyata keçirilir. Yəni, sosial infrastruktura sərmayə

yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar edilməyəcək. Lakin, eyni zamanda, bu sahə iqtisadi sahədən

ayrılıqda inkişaf edə bilməz. Axı, biz son 10 ildə məhz iqtisadiyyatı inkişaf etdirmək hesabına yoxsulluğu

49 faizdən 5 faizə endirə bilmişik. Bunu əsas etibarilə yeni iş yerlərinin və iş üçün əlverişli şəraitin

yaradılması hesabına etmişik. Azərbaycanda işsizlik sosial təzahür kimi, praktiki olaraq, aradan qaldırılıb.

- Azərbaycanda işsizlik neçə faizdir?

Page 238: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

238

- Beş faiz. Təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin, habelə biznes üçün yaxşı şəraitin

yaradılmasının nəticəsində olub. Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş yerləri

belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət sahələrində, regionlarda yaradılıb. İqtisadi artım

olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Burada əsas məsələ o qədər

də prioritet olmayan sahələrlə cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında xərclərin

azaldılmasının məhz düzgün balansının tapılmasıdır.

- İqtisadiyyatda hər hansı böhran halları yarandıqda, bir qayda olaraq, qarşıya belə bir

dilemma çıxır: pulları inkişaf üçün xərcləməli, yoxsa, qənaət etməli, yığmalı, sabitləşdirmə fondları

yaratmalı? Siz hansı yolu seçmisiniz?

- Biz hər iki yolu seçmişik. Fəal islahat illəri ərzində bizim valyuta xərclərimiz də,

investisiyalarımız da ilbəil artıb. Keçən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub.

Əhalisinin sayı 10 milyona yaxın olan ölkə üçün bu, az məbləğ deyil, onun 70 faizi daxili

investisiyalardır. Əlbəttə, daxili investisiyaların strukturunda hələlik infrastruktur xarakterli dövlət

sərmayələri üstünlük təşkil edir. Buna görə biz çalışmışıq ki, valyuta ehtiyatlarımız ilbəil artsın. Bu

ehtiyatlar ilbəil artır. Eyni zamanda, biz şaxələndirilmiş iqtisadiyyat yaradılması üçün nə qədər

lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal həyat şəraiti olmadan isə bunu etmək mümkün deyil.

Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının xeyli hissəsi qazanc dalınca başqa ölkələrə,

o cümlədən Rusiyaya gedirdi. İndi bu proses praktiki olaraq dayanıb və ya yavaşıyıb. Lakin başqa proses

başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə bizim əsas vəzifəmiz regional inkişaf ilə bağlı

məsələlərin həlli idi ki, yerlərdə yaxşı xəstəxanalar, yaxşı məktəblər, su, elektrik, qaz təchizatı və iş üçün

şərait olsun. Buna görə iqtisadiyyatın şaxələndirilməsi təkcə struktur baxımından deyil, həm də coğrafiya

baxımından vacibdir. Zənnimcə, biz son illərdə ölkəmizin məhz bu baxımdan davamlı inkişafını təmin

edə bilmişik.

- Coğrafiya mövzusunu bir qədər genişləndirək, xarici investisiyalar və bu gün dövlət

vəsaitlərinin qorunması, inkişaf etdirilməsi üçün hansı bazarların perspektivli olması barədə

danışaq. Siz hazırda nəzərlərinizi haraya yönəldirsiniz? Şərqin, məsələn, Çinin bazarları Sizin

fikrinizcə, nə dərəcədə perspektivli və maraqlıdır? Mən bilirəm ki, Azərbaycan suveren fondlara

sərmayə qoyur, hazırda yuan şəklində xeyli sərmayə yatırır.

- Bəli, biz investisiyalarımızı bir neçə il bundan əvvəl şaxələndirməyə başlamışıq. Bunun bir neçə

səbəbi var idi. Birinci səbəb odur ki, ölkə daxilində iqtisadiyyatı hədsiz inkişaf etdirə bilməzdik. Bu da

təbiidir ki, investisiya portfelimizi şaxələndirmək istəyirdik. Buna görə, sərmayə qoymağa başladıq. Bu,

həm Asiya, həm Avropa, həm Rusiyadır...

- Mən bunu eşidəcəyimə ümid edirdim.

- Bəli. Buna görə biz, əlbəttə, həm səhmlərə, həm daşınmaz əmlaka, həm bank sektoruna, həm

istehsalata sərmayə qoyuruq. Rusiyaya gəldikdə isə, biz bank sektoruna sərmayə qoymuşuq, VTB

bankının səhmlərini almışıq, daşınmaz əmlaka, istehsalata da sərmayə qoymuşuq. Rusiya bazarı bizim

üçün perspektivlidir. Biz hər hansı vəziyyətə, qondarma sanksiyalara baxmayaraq, Rusiya bazarına fəal

sərmayə qoymaqda davam edəcəyik. Ona görə ki, əvvələn, bütün bunlar müvəqqətidir, ikincisi, biz elə

işləməliyik ki, münasibətlərimiz möhkəmlənsin. Axı, investisiyalar sadəcə öz vəsaitlərini şaxələndirmək

deyil. Bu, həm də əməkdaşlıq münasibətlərinin və onun səviyyəsinin nümayişidir. Prinsip etibarilə heç bir

ölkə sabitlik, mehriban münasibətlər olmayan yerə dövlət vəsaitlərini yatırmayacaq. Rusiya bizim

dostumuz, tərəfdaşımızdır. Rusiyaya sərmayə yatırılması davam etdiriləcək. Əlbəttə, biz həm də

Rusiyadan Azərbaycana daha çox sərmayə qoyulmasını görmək istərdik.

- Siz dəfələrlə demisiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli

Azərbaycan üçün əsas problemlərdən və ağrılı mövzulardan biri olaraq qalır. Sizin fikrinizcə, son

vaxtlarda bu məsələnin həllinə nə dərəcədə yaxınlaşa bilmisiniz?

- Təəssüf ki, burada danışıqlar prosesində uğurlar barədə danışa bilmərik. Səbəb də kifayət qədər

sadə və aydındır. Bizdə belə təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət qədər

qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi

saxlamaq istəyir. Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun

həmsədrləri olan ölkələrin – Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki,

status-kvo qəbuledilməzdir, o, dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan

azad edilməsi deməkdir. Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun

həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin

Page 239: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

239

sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.

Ermənistan həmin qətnamələrə sadəcə məhəl qoymur. Çünki bu qətnamələrin reallaşdırılması

mexanizmi yoxdur. Bu qətnamələr münaqişənin tənzimlənməsinin əsasını təşkil etməlidir, çünki başqa

variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dağlıq Qarabağ ona görə

“dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün Qarabağın bir

hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də

keçmiş DQMV hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə, olmadığı ərazilər də işğal

edilib. Biz etnik təmizləməyə məruz qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır.

Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik Şurasının

qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli sözdür,

bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur. Ermənistan isə öz

hərəkətləri ilə danışıqlar prosesini hər vasitə ilə pozmağa çalışır.

Deməliyəm ki, bu il əvvəlki illərdən danışıqlar prosesinin intensiv xarakteri ilə fərqlənib. Bu il

həm də onunla fərqlənib ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar prosesində

fəal iştirak ediblər, əvvəllər heç vaxt belə olmayıb. Avqust ayında prezident Putin Soçidə Azərbaycan və

Ermənistan prezidentləri ilə görüş keçirdi. Sentyabr ayında ABŞ-ın dövlət katibi Kerri bizimlə analoji

görüş keçirdi, oktyabrın axırında isə Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan

prezidentlərini Parisdə görüşə dəvət etdi və biz həm ikitərəfli, həm də üçtərəfli diskussiyalar keçirdik.

Müzakirə mövzuları arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə yanaşı, etimad

tədbirlərinin gücləndirilməsi, təmas xəttində insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad

göstərməsi məsələləri də vardı. Hər iki tərəf – həm erməni, həm də Azərbaycan tərəfi Paris görüşünü

müsbət qiymətləndirdi və bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan bizim

ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı. Özü də onlar bu təlimləri

Ermənistan və hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın Ağdam

rayonunun ərazisində, bilavasitə təmas xətti boyunca keçirirdilər. Ermənistanın özünün məlumatına görə,

orada 47 min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib. Sual olunur: Parisdəki müsbət

görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir

neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna heç bir reaksiya verməmişdi.

Görünür, erməni tərəfi bununla kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə hərbi

hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq bizim qoşunların mövqelərinə hücum

edəndə ordumuz onlardan birini vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək və

bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir bəhanə kimi istifadə etmək məqsədilə

şüurlu surətdə törədilən fitnəkarlıq idi.

Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli

və onların belə hərəkətlərini pisləməli idi. Lakin bu, baş vermədiyinə görə onlar bildiklərini edirlər. Buna

görə 2015-ci ildə tənzimləmənin perspektivləri bir neçə amildən asılı olacaq və həmin amillərdən biri

vasitəçilərin erməni tərəfini buna inandırmağı bacarmalarıdır ki, münaqişənin tənzimlənməsi onların da

xeyrinədir.

- Ümumiyyətlə, Siz müasir münaqişələrin həllində beynəlxalq təsisatların səmərəliliyi

barədə nə düşünürsünüz?

- Mən buna o qədər də nikbin baxmıram və güman edirəm ki, belə düşünən təkcə mən deyiləm.

Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir,

həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu

bizim məsələyə də aiddir. Bu, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə prinsip

etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir.

Hesab edirəm ki, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil,

həm də qəbul edilən qərarlara hörmət göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər

görülür – biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük. Ona görə də mövcud beynəlxalq

əməkdaşlıq mexanizminin qırılması sadəcə total hərc-mərcliyə gətirib çıxaracaq. İndi nə isə təzə bir şey

fikirləşib tapmaq çətindir, mövcud beynəlxalq təsisatlarda islahatlar aparmaq daha çətindir, çünki bu

istiqamətdə məhdudiyyətlər vardır. Zənnimcə, indiki tarixi mərhələdə yeganə məsuliyyət dünyanın

aparıcı ölkələrinin üzərinə düşür. Onlar ilk növbədə, beynəlxalq hüququ pozmamalıdırlar. Onlar

beynəlxalq hüququ dəstəkləməlidirlər. Lakin təəssüf ki, çox vaxt belə olmur.

Page 240: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

240

- Bu il biz dünya xəritəsində özünü “İraq-Şam İslam Dövləti” adlandıran yeni bir terrorçu

qurumun yaranmasını gördük. Bu radikal islamçı qruplaşma get-gedə yeni əraziləri zəbt edir və

qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr Azərbaycandan o qədər də uzaqda baş

vermir. Bu təcavüzkar və yetərincə qətiyyətli fenomen barədə Siz nə fikirləşirsiniz?

- Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ

gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır. Axı, o, başqa planetdən uçub

gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu,

Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki,

radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır.

Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu

yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan

başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və

terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq.

Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu

izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə

radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir.

İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə

yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək

səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan

ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz

regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki,

bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola

bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur.

- Sonda insanları hələ birləşdirə biləcək bir məsələ barədə, idman haqda danışmağı təklif

edirəm. Rusiyada bu il Qış Olimpiadası keçirildi, Azərbaycan 2015-ci ildə Avropa Oyunlarına ev

sahibliyi edəcək. Siz bu bayrama necə hazırlaşırsınız?

- Əvvələn, fürsətdən istifadə edib rusiyalıları Soçidə Olimpiadanın uğurlu keçirilməsi

münasibətilə təbrik etmək istərdim. Mən Olimpiya Oyunlarının açılışında oldum. Bu gözəl, möhtəşəm

tamaşa həm Rusiyanın gücünü, həm müasirliyini, həm inkişafını nümayiş etdirirdi. Biz Rusiyanın

uğurlarına, habelə rusiyalıların qələbəsinə görə çox sevindik. Buna görə ikiqat təbrik edirəm.

Biz həm də Avropa Oyunlarına hazırlaşırıq. Bu Oyunlar ilk dəfə keçiriləcək. Biz çox şadıq ki,

Avropa Olimpiya Komitəsi bu hüququ Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib.

Lap əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən vaxtdan biz bu Oyunları ən yüksək

səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qərara aldıq.

Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı

gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və

idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Bizim əsas

çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər

yerə itirmədik. Yeni idman obyektləri tikilir və əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz

bu Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük Avropa bayramı olacaq.

Zənnimcə, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə

danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi

baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.

Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını

qəbul edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu münasibətlə də sizi təbrik edirəm.

Beləliklə, “Formula” yarışları üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki,

Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə Avropa Oyunlarına yox, ümumiyyətlə,

Bakıya tez-tez gəlməyə dəvət etmək istərdim.

- Azərbaycana və Azərbaycan atletlərinə qarşıdakı bütün oyunlarda yeni qələbələr

arzulayıram. Sağ olun.

-Sağ olun.

“Xalq qəzeti”. - 2014.-3 dekabr. - № 264. - S. 3-4.

Page 241: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

241

Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və

informasiya texnologiyaları sərgisi ilə tanış olub:

Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi

(2 dekabr 2014-cü il)

Bakı, 2 dekabr, AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində

“BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi

ilə tanış olub.

Dövlətimizin başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.

- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz bu

müqaviləni necə qiymətləndirirsiniz?

- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı

baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın

şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya

texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz

artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf,

biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə

hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə

kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan

arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki

prezident tərəfindən dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq

mövcuddur.

- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya

nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən

ibarət olmalıdır?

- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-

nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz

sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il

bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və

transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata

keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan

iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq

ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc

burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin

inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.

- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.

- Təşəkkür edirəm.

“Xalq qəzeti”. - 2014.-3 dekabr. - № 264. - S. 2.

Page 242: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

242

Prezident İlham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika

Forumunun açılışında iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(16 dekabr 2014-cü il)

Sabirabad, 16 dekabr, AzərTAc

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I

Ümumrespublika Forumu keçirilib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

- Bu gün Sabirabadda ASAN könüllülərinin birinci forumu keçirilir. Forum iştirakçılarını

səmimiyyətlə salamlayıram. Əminəm ki, forum çox uğurlu keçəcək, çox maraqlı diskussiyalar

aparılacaqdır.

Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə

yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləmişdir,

təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə

çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki,

Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti

xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü

göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır,

təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da

sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda

mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.

“ASAN xidmət” iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçibdir. Bu

müddət ərzində 3 milyon 500 min müraciət olmuşdur, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər

verilmişdir. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərəm ki, təkcə

Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur.

Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun yaradılmasına

nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i

Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır.

Eyni zamanda, siz bunu yaxşı bilirsiniz ki, vətəndaşlara səyyar xidmət də göstərilir və bu

məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilibdir. Artıq bu,

bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki,

hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda,

Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə

imkanlar yaradacaqdır.

Dediyim kimi, qısa müddət ərzində həm xidmətin maddi-texniki bazası formalaşıb və bu gün ən

yüksək səviyyədədir. Eyni zamanda, xidmətdə kreativ, yəni, yaradıcı meyillər də özünü göstərir və hər

dəfə yeni mərkəzin açılışında olarkən mən yenilikləri görürəm. Mən bu yeddi mərkəzin hər birinin

açılışında şəxsən iştirak etmişəm. Mən bu təşəbbüsə çox böyük dəstək verirəm və səmimiyyətlə deyə

bilərəm ki, son illər ərzində Azərbaycanda aparılan islahatlar arasında “Asan xidmət”in xüsusi yeri vardır.

“ASAN xidmət”in yaradılması Azərbaycanda, ümumiyyətlə, islahatların aparılmasında önəmli hadisə

olmuşdur və bizim islahatlarımızın təzahürüdür. Çünki bugünkü Azərbaycanın reallıqları ondan ibarətdir

ki, əldə etdiyimiz uğurlar məhz düşünülmüş islahatlar nəticəsində mümkün olmuşdur.

Düşünülmüş siyasət, hər bir istiqamət üzrə düzgün strategiyanın seçilməsi və hər bir istiqamət

üzrə düzgün addımların planlaşdırılması nəticəsində bu gün Azərbaycan dünya miqyasında uğurlu model

kimi artıq tanınır. Siz də yaxşı bilirsiniz ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda

olarkən “ASAN xidmət”in fəaliyyəti ilə tanış olurlar və ondan sonra mənə deyirlər ki, onlar gözləmirdilər

ki, Azərbaycanda bu səviyyədə xidmət göstərilə bilər. Eyni zamanda, onu da vurğulayırlar ki, yaxşı olar,

bütün başqa ölkələrdə bu cür xidmətlər yaradılsın. Biz isə öz növbəmizdə bu layihənin başqa ölkələrdə

həyata keçirilməsi üçün yardımımızı göstərməyə hazırıq. Mən bunu bir neçə dəfə demişəm, “ASAN

Page 243: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

243

xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı,

artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır.

Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Ancaq mənim

üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki,

Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə

ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki,

müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir.

“ASAN xidmət”də yüksək səviyyəli xidmət göstərilir. Bir daha demək istəyirəm ki, bu xidmətin

yaradılması və formalaşması çox yaradıcı bir prosesdir. Çünki iki il bundan əvvəl Sərəncam imzalayanda,

əlbəttə, məndə təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz bunun əsasında bu işə

başlamışdıq. Ancaq iş başlayandan sonra biz gördük ki, artıq daha da böyük imkanlar var. “ASAN

xidmət”in fəaliyyəti o qədər uğurlu olmuşdur ki, bəzi əlavə funksiyalar da ona verilir və veriləcəkdir. O

funksiyalar ki, insanlara daha da çox rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər

sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik.

Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir dövlətdir. Müasir dövlətə xas olan bütün

atributlar Azərbaycanda vardır. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və əgər bizə

yararlıdırsa tətbiq edirik, eyni zamanda, özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi

göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti həm mənim üçün, həm də sizin

üçün ən böyük mükafatdır. Bu məqsədlə artıq 7 mərkəz tikilibdir. Gələn ilin sonunadək ən azı 10-a

çatdırılacaqdır. Səyyar avtobus xidməti də öz növbəsində imkan verəcək ki, ölkəmizin hər bir bölgəsində

bu xidmət göstərilsin. Yəqin siz bilirsiniz ki, ilkin mərhələdə 2 avtobus sifariş edilmişdi. Ancaq sonra

mənə məlumat verildi ki, avtobusların ezam olunduğu yerlərdə əhali o avtobusları buraxmaq istəmir,

istəyirlər ki, daim orada qalsın. Ona görə biz qərara gəldik ki, onların sayını 10-a çatdıraq və bu gün bu da

öz həllini tapmışdır.

“ASAN xidmət”i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim

üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. İlk

növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini

tapmaqdadır. Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya,

rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi

bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz

görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem

xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq

və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu,

onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.

“ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcəkdir. Şəffaflıq

hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara

bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin

uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz

görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim

gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim

uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki,

insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə

inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda,

cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz

səylərimizi göstərəcəyik.

“ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer

tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini

tezliklə görəcəklər. “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir.

Təsadüfi deyil ki, adı da asandır.

İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və

alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin

mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu

xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai

qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq

hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik.

Page 244: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

244

Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu

oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam

fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə

dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır.

Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər

əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək.

“ASAN xidmət”də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər

şey ədalətli şəkildə həllini tapır. Çünki bəzi hallarda indi məişətdə də biz görürük ki, ədalət pozulur, hətta

indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər

şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə

məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş “ASAN xidmət”in

böyük uğurudur.

Burada innovasiyalar tətbiq olunur. Dediyim kimi, hər bir mərkəzin açılışında mən texniki

yeniliklərlə üzləşirəm və şadam ki, artıq bu proses daimi xarakter almışdır. Dünən axşam Sabirabad

“ASAN xidmət” mərkəzini açanda da dedim ki, yəqin, gələn dəfə yeni mərkəzin açılışında siz məni daha

bir yeniliklə tanış edəcəksiniz. Bu da bizim yaradıcı gənclərin bu işlərə cəlb edilməsi üçün çox vacibdir.

Çünki dünya təşəbbüs əsasında inkişaf edir. Təşəbbüs olmasa, durğunluq olar, hər şey yerində sayar. Ona

görə Azərbaycanda innovasiyalara böyük diqqət göstərilir.

İndi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya miqyasında

tanınır. Azərbaycan indi kosmik sənayeyə malik olan bir ölkədir. İndi bizim iki peykimiz var. İkinci peyk

bizə bu yaxınlarda təhvil verilmişdir və dünyada cəmi iyirmi ölkədə belə peyklərdən var. Onlardan biri

Azərbaycandır.

İnnovativ təşəbbüslər, intellektual araşdırmalar “ASAN xidmət” tərəfindən daha da

stimullaşdırılır. Eyni zamanda, burada, bu xidmətdə, öz Vətəninə bağlı olan gözəl gənclər yetişir. “ASAN

xidmət”də işləyənlərin də və təbii ki, könüllülərin də mütləq əksəriyyəti gənclərdir. Gənclər bizim

gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı

olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir.

Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf

da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini

möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün

çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki,

bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar

və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan

vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə

malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından

Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.

Gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz dünyanın bir nömrəli qurumu olan BMT

Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik.

Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü

iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır.

Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim

ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm

sürür.

İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss

etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu

deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz

var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət

hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır.

Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır.

Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc

çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər

bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad

olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu

edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir.

Page 245: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

245

Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların

tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz?

Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik,

eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil

siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub

durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi

nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç

bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə

getsin.

Əziz dostlar, əziz gənclər, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Foruma uğurlar

arzulayıram. Əminəm ki, forumun nəticələri çox gözəl olacaq. Sağ olun.

“Xalq qəzeti”. - 2014.-17 dekabr. - № 264. - S. 4-6.

Page 246: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

246

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr

olunan mərasimdə iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(22 dekabr 2014-cü il)

Bakı, 22 dekabr, AzərTAc

Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman

mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

- Əziz dostlar, hər il olduğu kimi, ilin sonunda biz ilin idman yekunlarını müzakirə edirik. Artıq bu

gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki, bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə

Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki, Azərbaycan dövləti və Milli

Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik.

Bu siyasət uğurlu siyasət olmuşdur. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman

dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi,

Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla

inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız

bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Bir daha demək

istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.

Bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Eyni zamanda, bizim beynəlxalq

mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı

vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün

vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman

sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də

istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır

və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir

ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq

yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas

göstəricisidir.

İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa

çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir.

Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi

həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış

olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan

dövləti vardır.

Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş

yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır.

Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu

Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq

görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu

uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın

mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa

çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir.

İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş

idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə

qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar.

Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola

bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın

uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.

Page 247: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

247

Bu il idman qurğularının tikintisi davam etdirilmişdir. Göygöl şəhərində Olimpiya Mərkəzi

açılmışdır. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri

gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox

böyük Olimpiya Mərkəzi yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı

imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki,

bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.

Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.

Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd

edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanın uğurlu

inkişafı, o cümlədən idmanın inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu Assambleyada

300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün yerlərindən gələn qonaqlar şəhərimizlə, idman

nailiyyətlərimizlə tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə

iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd

etmişlər.

Bizim bütövlükdə beynəlxalq idman qurumları ilə əməkdaşlığımız uğurla davam etdirilir. Təsadüfi

deyil ki, Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların keçirilməsi tarixi hadisədir. Çünki

bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə

düşür. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu göstərir

ki, Avropa Olimpiya Komitəsi düzgün qərar qəbul etmişdir.

Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız var

idi. Biz bu hazırlıq işlərini çox məhdud bir vaxt, zaman çərçivəsində görürük. Ancaq bütün işlər yüksək

keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları vaxtında hazır olacaq. Bu, o qədər də asan

məsələ deyil. Çünki bizim bəzi idman qurğularımız var idi, bəziləri isə tikilir, olanlar da əsaslı təmir

edilir. Ona görə hazırda çox böyük quruculuq işləri aparılır. Bütün idman obyektlərində gərgin iş gedir.

Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş və yeni gözəl idman infrastrukturu

yaradılacaqdır ki, gələcəkdə Yay Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq.

Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə Yay Olimpiya Oyunlarına

çox yaxındır, altı mindən çox idmançı iştirak edəcək və 20 idman növündə yarışacaqdır. Müqayisə üçün

deyə bilərəm ki, 1980-ci illərə qədər Yay Olimpiya Oyunlarında təxminən 6 min idmançı iştirak edirdi.

Ondan sonra idman növlərinin artırılması nəticəsində Yay Olimpiya Oyunlarında təqribən 9-10 min

idmançı iştirak edib. Yəni, bizim Oyunlarımız Yay Olimpiya Oyunlarından o qədər də çox

fərqlənməyəcək. Eyni zamanda, bizim Oyunlarımızın bir neçə üstünlüyü olacaqdır. Çünki bir neçə idman

klasteri yaradılıbdır, idmançılar və mətbuat nümayəndələri üçün Olimpiya şəhərciyi və media şəhərciyi

yaradılır. Bu da ən yüksək səviyyədə olan binalardır, orada ən gözəl şərait yaradılacaqdır, özü də şəhərin

mərkəzində yaradılır. Yay Olimpiya Oyunlarında Olimpiya şəhərciyi şəhərlərin kənarında yerləşir. Oraya

gedib çatmaq üçün ən azı bir saat vaxt lazımdır. Bu isə şəhərin mərkəzindədir.

Bizim mövcud olan bütün idman obyektlərimiz təmir olunur – Heydər Əliyev adına İdman

Kompleksi, Bakı İdman Sarayı və bizim digər obyektlərimiz “Crystal Hall” - indi orada da bir neçə idman

növü üzrə yarışlar keçiriləcəkdir. Bakı Gimnastika Arenası bu yaxınlarda istifadəyə verilmişdir. Stend

Atıcılığı Mərkəzi uğurla inşa edilir. Su İdmanı Sarayı, indi onun tikintisi son mərhələdədir. Böyük

Olimpiya Stadionu tikilməkdədir. Eyni zamanda, Baku Sport City adlanan mərkəz də inşa edilir və bu,

nadir bir idman mərkəzi olacaqdır. Eyni zamanda, bu Oyunların keçirilməsi nəticəsində şəhərimizin

infrastrukturuna böyük dəstək verilir, nəqliyyat məsələləri öz həllini tapır, yeni nəqliyyat istiqamətləri

açılır, yollar, körpülər, estakadalar salınır və şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar

alınır. Yəni, bu Oyunlardan sonra əlbəttə ki, Bakı şəhərində yeni imkanlar yaranacaq.

İndi böyük ekoloji layihələr icra edilir. Göllərin təmizlənməsi prosesi gedir, o cümlədən Böyükşor

gölünün təmizlənməsi indi uğurla davam etdirilir. Böyükşor gölü ikiyə bölünür. Göl üzərində bənd artıq

tikilibdir. Bəndin üzərində geniş avtomobil yolu çəkilir, yəni, nəqliyyat üçün çox gözəl imkanlar açılır,

eyni zamanda, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi nəticəsində, - o da Oyunlara qədər

hazır olacaq, şəhərin mərkəzində 300 hektar sahədə təmiz, gözəl, abad bir göl olacaq ki, onun ətrafında

bulvar, meşə, gəzinti, idman, velosiped zolaqları - hər şey nəzərdə tutulubdur. Artıq təmizləmə prosesi

getdiyi bir vaxtda - mən bunu böyük sevinclə qeyd etmişəm – artıq köçəri quşlar da o gölə qonur. Bu da

onu göstərir ki, artıq orada su təmizlənir.

Eyni zamanda, Sport City yerləşən ərazidə, köhnə buruqların yerində gözəl bir idman mərkəzi

salınır. Bibiheybət neft yataqları dünyanın ən qədim neft yataqlarından biridir. Vaxtilə neft hasilatının

Page 248: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

248

fəsadları orada özünü büruzə vermişdir, o yer tamamilə ekoloji fəlakət mənzərəsini əks etdirirdi. Orada

olan buruqlar bəzi filmlərdə də öz əksini tapmışdır. İndi o ərazi tamamilə təmizlənir, böyük - 20 hektarlıq

bir park salınır. Su İdmanı Sarayının ətrafı gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcəkdir.

Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni

layihələr nəticəsində bulvarın uzunluğu 16 kilometrə çatacaqdır. Bu, dünyanın bəlkə də ən uzun bulvarı

olacaq. Hər bir insan “Ağ şəhər”dən başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq

əlbəttə ki, bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək ki, onlar

da insanlara rahatlıq verəcək.

Yəni, demək istəyirəm ki, görün bu Oyunların keçirilməsi bizim üçün nə qədər böyük imkanlar

açır. Düzdür, onsuz da biz bu layihələri icra edəcəkdik. Həm Böyükşor gölünün təmizlənməsi, bulvarın

tikintisi, yəni, bu, bu günün məsələləri deyil. Biz, eyni zamanda, böyük Olimpiya Stadionunun da təməl

daşını qoyanda hələ Oyunların keçirilməsi haqqında qərar verilməmişdi. Biz onsuz da bunları edəcəkdik.

Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu daha da qısa müddət ərzində həyata keçirək. Altı aydan

sonra bütün bu gözəl, yeni yerlər ictimaiyyət üçün açıq olacaq və Oyunlardan sonra Bakı sakinləri, onun

qonaqları bu gözəl imkanlardan istifadə edəcəklər. Bizim gözəl şəhərimiz Bakı daha da gözəl olacaq və

əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə gələn bütün turistlər bunu bir daha görəcəklər.

Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər

belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə

aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi

proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir

ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər

Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu

kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır,

dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə

təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz

şəhərlərindən, ölkələrindən biridir. Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək.

O ki qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu uğurlar təmin ediləcək. Artıq gözəl

bir ənənə vardır. İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə bağlıdırlar və

Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək.

Bu gün biz idmançıları, idman mütəxəssislərini ənənəvi olaraq təltif edəcəyik. Dövlət, xalq üçün

görülən hər bir iş əlbəttə ki, dövlət tərəfindən layiqli qiymətini alacaqdır. Biz idmançıları hər il təltif

edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu mükafatlar veriləcəkdir. Əminəm ki, biz gələn il Avropa

Oyunlarının qaliblərini təltif edəcəyik.

Mən fürsətdən istifadə edərək, sizi və bütün Azərbaycan idmançılarını, bütün Azərbaycan xalqını

qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən

təbrik edirəm, sizə gələn ildə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”. - 2014.-23 dekabr. - № 281. - S. 1-2.

Page 249: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

249

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak edib:

Prezident İlham Əliyevin çıxış

(26 dekabr 2014-cü il)

Bakı, 26 dekabr, AzərTAc

Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri

mərasimdə iştirak ediblər.

Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri, hörmətli qonaqlar, mərasim iştirakçıları.

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz Azərbaycanın ən böyük

məscidi olan Heydər məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını

ürəkdən təbrik edirəm.

Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər, nümayəndələr gəlmişlər və bu

mərasimdə iştirak edirlər. Eyni zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən onları

səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü mərasimdə iştirak etdiklərinə görə

onlara minnətdaram. Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq edir.

İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq Sərəncam verilmişdir. 2012-ci ilin

sentyabr ayında bu məscidin tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri

yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin gedişi ilə maraqlanmışam. Şadam ki,

biz Heydər məscidinin tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi, yeni yollar

salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı tikilib.

Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz

milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını

daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə

xidmət etmişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə - 1970-1980-ci illərdə Azərbaycanda böyük

inkişaf prosesi getmişdir. Azərbaycan qabaqcıl respublikaya çevrilmişdir. Məhz o illərdə yaradılan böyük

sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət göstərir. O illərdə - sovet

dövründə Ulu Öndər milli dəyərlərə böyük diqqət göstərirdi. Onun bu sahədəki fəaliyyəti xalq tərəfindən

yüksək qiymətləndirilibdir. Heydər Əliyev öz xalqına həmişə çox bağlı olub və onun məşhur kəlamı -

“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” bu gün hər bir azərbaycanlı üçün yol göstərir.

Müstəqillik dövründə Ulu Öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olmuşdur. Hətta

müstəqilliyə qədər olan dövrdə müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuşdur.

Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir. Yəni, budur

müstəqilliyə aparan yollarımız.

Azərbaycan xalqı Ulu Öndərə böyük etimad göstərərək onu özünə rəhbər seçəndən sonra ölkədə

vəziyyət müsbətə doğru dəyişməyə başlamışdır. Biz o illəri yaxşı xatırlayırıq. Müstəqilliyimizin ilk illəri

ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmizin, ümumiyyətlə, müstəqil ölkə kimi yaşaması sual altında idi.

İqtisadi böhran, siyasi böhran, sənaye istehsalının tənəzzülü, demək olar ki, ölkə iflic vəziyyətinə

düşmüşdü. Bundan əlavə, erməni işğalı, vətəndaş müharibəsi Azərbaycanı sarsıdırdı, dağıdırdı.

Azərbaycan xalqı öz müdrikliyini bir daha göstərərək Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət

etmişdir və böyük dəstək göstərərək 1993-cü ildə Heydər Əliyevi Prezident vəzifəsinə seçmişdir.

Ondan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başlamışdır. Məhz Ulu Öndərin dünyagörüşü,

baxışları, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir. Onun

qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq qalır. Ulu öndər Heydər Əliyev Azərbaycanın bütün

istiqamətlər üzrə strateji hədəflərini müəyyən etmişdir. Biz bu hədəflərə çatmaq üçün bu gün də çalışırıq

və bu yolda böyük uğurlara imza atmışıq.

Page 250: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

250

Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din

münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq

müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması,

formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir.

Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid təmir

edilmişdir. Ulu Öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə

də nəsib olmuşdur. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət

bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi

dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid

mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol

oynayır.

Bir sözlə, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır.

Azərbaycan xalqı Ulu Öndərin xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz - onun

davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk, onun müəyyən etdiyi siyasi xətti

davam etdiririk.

Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Heydər Əliyev siyasəti bu gün

Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-

siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin

təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli maraqlara

söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.

Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilibdir. Bunu bütün mötəbər

beynəlxalq qurumlar qeyd edir. İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanlara

göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır. Qeyd etdiyim kimi, bu gün bu məscidin

açılışı mərasimində iştirak edən soydaşlarımız Azərbaycanın bütün rayonlarını təmsil edirlər. Onlar, orada

yaşayan insanlar yaxşı görürlər ki, bu dəyişikliklər insanlara nə qədər yeni imkanlar açır, rahatlıq verir.

İnfrastruktur layihələri, sosial layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin aradan qaldırılması, bütün

bunlar Azərbaycan reallıqlarıdır.

Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə nail olmuşuq. Dünyada indi

maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan

sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı

təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını

təmin edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha öz işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut

edirik.

Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz gündən-günə

möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə

verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın

regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional

məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir.

Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki problemlər öz həllini tapmaqdadır.

Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta

dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona

görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan

siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də,

inkişaf da olacaq. Dəfələrlə demişəm, Ulu Öndərin adını daşıyan möhtəşəm məsciddə bir daha demək

istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir.

Mənim üçün Prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən

bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz

hamımız - Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz.

Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan

azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki,

bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı

Azərbaycanda tam şəkildə təmin edilir.

Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Xalqımız

üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi

onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün

Page 251: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

251

ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin

məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid

dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri

işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda

bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat

tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil

bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət

siyasətimiz.

Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-din

münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır.

Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və

yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta

heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.

Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər,

jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də

müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər,

öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya

bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda

xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən.

Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da

və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin.

Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz

dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən

birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq,

humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan

reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da

dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda

bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar,

qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki,

Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini

verir və verəcəkdir.

Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə

həll edirik. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını

Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin

qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa

edəcək.

Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan

verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı

tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün

tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt

gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında

da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi

işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və

hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik,

orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

Mən bir daha Sizi və bütün Azərbaycan xalqını bu tarixi hadisə - Heydər məscidinin açılışı

münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və

Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Azərbaycan xalqına rifah, sülh, tərəqqi arzulayıram. Sağ olun.

“Xalq qəzeti”. - 2014.-27 dekabr. - № 285. - S. 1-3.

Page 252: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

252

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

münasibətilə Azərbaycan xalqına təbriki

(31 dekabr 2014-cü il)

- Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün

vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq

mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir

imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT

Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər

Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli

töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər

dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan

çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu

danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər

layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi,

dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan

iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki,

dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə

görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft

sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu

da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir.

Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir.

Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir.

Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi

isə sabit olaraq qalır.

Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər

yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə

istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində

yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır.

Sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olmuşdur. Bu il Azərbaycanda sosial

infrastrukturun yaradılmasına böyük vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb,

uşaq bağçası tikilib təmir edilmişdir. Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.

Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır.

Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını

yaxşılaşdırır.

Ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin problemləri də uğurla həll edilir.

Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait ayrılmışdır

və biz bu məsələni də tədricən həll edirik.

Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini

tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan

sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə

aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu

ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən

bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü

səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda

genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya

çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında

Page 253: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

253

görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq

Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında

da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu

yerinə oturtdu. İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi

bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə

bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız,

qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait

ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və

prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir.

İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü

bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına

hazırıq.

Bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bildiyiniz kimi, sənaye potensialımız gündən–

günə güclənir. Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən işlər

bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm

işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Biz

özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da

görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra edilən regionların sosial-iqtisadi inkişafı

Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir.

Azərbaycan, eyni zamanda, yüksək texnologiyalara böyük investisiyalar qoyur və bu il bu sahədə

yaddaqalan il olmuşdur. Bu il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk

Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz var: “Azərspace” və “Azərsky”.

“Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, - dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, - bu

peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə

bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. “ASAN xidmət” bu sahədə xüsusi yerə

malikdir. Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət” ictimai

xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin

yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola

bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza

tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.

Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu il mən Beynəlxalq

Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq Sərəncam imzalamışam. Dünyada

Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm

coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz

öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası,

millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır.

Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır

ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi

Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz

liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı

enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”,

TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan

sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq

əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə

yerinə yetirəcəkdir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan

bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır.

Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil

siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü

Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir.

Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm,

dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət

var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.

Page 254: Azərbaycan Respublikasının Prezidenti İlham …files.preslib.az/site/ialiyev/2014.pdfAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

254

Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə

ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

AərTAc

1 yanvar 2015-ci il