27
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüququnda AYGÜN AKİF QIZI MUSAYEVA AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN TƏBƏQƏLƏŞMƏSİ VƏ ONA TƏSİR EDƏN ƏSAS FAKTORLAR ARASINDA ƏLAQƏNİN MODELLƏŞDİRİLMƏSİ 5302.01 – Ekonometriya İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI BAKI – 2013

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_n_maa... · 2015-06-08 · paylanma bərabər hüquqlu və Pareto

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Əlyazması hüququnda

AYGÜN AKİF QIZI MUSAYEVA

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN TƏBƏQƏLƏŞMƏSİ VƏ ONA TƏSİR EDƏN ƏSAS

FAKTORLAR ARASINDA ƏLAQƏNİN MODELLƏŞDİRİLMƏSİ

5302.01 – Ekonometriya

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün

təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

BAKI – 2013

2

İş Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.İ.Hüseynov adına Kibernetika Institutunda yerinə yetirilmişdir.

Elmi rəhbər: i.e.d., prof. Ş.Səmədzadə

Elmi məslə hətçi: i.e.n., dos.V.Mütəllimova

Rəsmi opponentlər: i.e.d, prof. V.T.Novruzov i.e.n., dos. A.T.Əfəndiyeva

Aparıcı təşkilat: AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi

Müdafiə 24 dekabr 2013-cü il saat 14.00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.016 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ1148, Bakı şəh., Z.Xəlilov küç., 23, Bakı Dövlət Universiteti.

Dissertasiya ilə Bakı Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat «20» noyabr 2013-cü il tarixində göndərilmişdir.

FD 02.016 Dissertasiya Şurasının elmi katibi, riyaziyyat elmləri doktoru, professor N.Q.Əhmədov

3

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqatın aktuallığı: Gəlirlərin paylanması problemi cəmiyyətdə vətəndaş həmrəyliyinin əldə edilməsi və sosial ədalətliliyin təmin olunması baxımından vacib iqtisadi problemdir və bu əsasdan da, onun tədqiq olunma səviyyəsinə yeni baxış, təsiredici faktorların müəyyənləşdirilməsi xüsusilə əhəmiyyətlidir. Müstəqilliyin ilk illərində ənənəvi qaydaların dağılması, son illərdə isə artan maliyyə imkanları qeyd edilən problemin Azərbaycan Respublikasında aktuallığını daha da genişləndirir. Belə ki, artan maliyyə imkanları əldə edilmiş gəlirlərin nə dərəcədə ədalətli bölünməsi məsələsini ortaya qoyur.Mövcud şəraitin düzgün qiymətləndirilməsi hərtərəfli qərarların qəbul olunması, sosial müdafiə sisteminin səmərəliliyinin yüksəldilməsi və effektiv islahatların həyata keçirilməsində əsas mərhələdir.

Bununla yanaşı, gəlirlərin paylanmasının ölkə səviyyəsi ilə yanaşı regionlararası və regiondaxili cari vəziyyətinin qiymətləndirilməsi respublikada sosial-iqtisadi islahatların əsas meyllərini və perspektivlərini müəyyənləşdirmək istiqamətində zəruridir. Belə ki, sosial-iqtisadi rayonlarda vətəndaşların gəlirlərinin mənbələr üzrə formalaşmasının təhlili gəlirlərin hamarlaşdırılması istiqamətində balanslaşdırılmış siyasətin işlənilməsi prosesində vacib elementdir.Üçüncü bir tərəfdən isə, cəmiyyəti formalaşdıran ayrı-ayrı təbəqələrin öz aralarında və təbəqələrdaxili differensiyasiyası vətəndaş həmrəyliyinin formalaşdırılması və dövlət-vətəndaş qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsinə təsir edən mühüm faktordur. Belə ki, cəmiyyətdə ayrı-ayrı qrupların gəlirlərində kəskin fərqlər onların həyat səviyyələrinə təsir göstərir və cəmiyyətdə ciddi sosial gərginliyə gətirib çıxara bilər. Bu baxımdan da, cəmiyyəti təşkil edən müxtəlif təbəqələr arasında gəlirlərin paylanması prosesinin araşdırılması mühümdür.

Bütün bu amillər dissertasiya işinin aktual bir mövzuya həsr olunduğunu şərtləndirir.

Mövzunun işlənmə dərəcəsi. Gəlirlərin paylanması və cəmiyyətin təbəqələşməsi həmişə alim və mütəffəkirlərin diqqət verdiyi problemlərdəndir. Əgər antik dövrlərdə Aristotel, Platon kimi filosoflar cəmiyyətin varlı və kasıb təbəqələri arasında

4

münasibətlərin tənzimlənməsi problemini önə çəkmişlərdə, daha sonralar alimlərin əsas diqqəti varlı və kasıb təbəqələrin formalaşma səbəbi, başqa sözlə desək, gəlirlərin paylanma probleminə yönəlmişdir. Bu istiqamətdə Oqyust Kont, Karl Marks, Qerbert Spenser, daha sonralar isə, E.Dyurkeym, B.Milanovskiy, R.Merton, Y.Levada, T.Persons, A.Radklif-Braun, M.Rutkeviç, Piterim Sorokinin əsərləri cəmiyyətə sinfi yanaşmanın təhlilə həsr edilmişdirsə, gəlirlərin paylanmasının qiymətləndirilməsi ilə bağlı N. Barr, Roulz, Piqu, Teyl və s. alimlərinin əsərləri mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda da bu istiqamət üzrə problemlərin araşdırılması ayrı-ayrı tədqiqatçı-alimlərin diqqət mərkəzində olmuşdur. Belə ki, Ş.Səmədzadə, Y. Həsənli, R. Həsənov, Ə.Nağıyev, Ş.Muradov, V.Mütəllimova, və digər alimlər öz tədqiqatlarında müxtəlif istiqamətləri araşdırmışlar. Lakin aparılan tədqiqatlar hissəvi xarakterə malik olmaqla problemin detallı araşdırmasını özündə saxlamır. Həmçinin bu tədqiqatlarda əsasən respublika üzrə qiymətləndirmə həyata keçirilmiş, təsiredici faktorlar və regionlar səviyyəsində qiymətləndirmə araşdırılmamışdır.

Dissertasiya işinin məqsəd və vəzifələri: Tədqiqatın ümumi məqsədi gəlirlərin paylanması və cəmiyyətin təbəqələşməsinin nəzəri-metodoloji əsaslarının öyrənilməsi, respublikada mövcud vəziyyətin qiymətləndirilməsi və əldə edilmiş nəticələr əsasında təklif və tövsiyyələrin işlənilməsidir:

Müəyyən edilmiş məqsədlərə uyğun olaraq tədqiqat prosesində qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

mövcud elmi-tədqiqat işlərinin araşdırılaraq ümumiləşdirilməsi əsasında gəlirlərin paylanması və cəmiyyətin təbəqələşməsi probleminin əsas istiqamətləri və təsiredici faktorlarının qruplaşdırılması; respublikada gəlirlərin paylanmasının ötən illər üzrə müxtəlif indekslər əsasında qiymətləndirilməsi və təhlili;

regionlar üzrə differensiasiya əmsallarının hesablanması, təsiredici faktorların müəyyənləşdirilməsi;

cəmiyyətdə orta sinfin formalaşması probleminin araşdırılması;

5

yoxsulluğun və yoxsullar arasında gəlirlərin differensiasiyasının qiymətləndirilməsi;

differensiasiya əmsallarına və əsas maktoiqtisadi göstəricilər arasında əlaqənin modelləşdirilməsi;

Tədqiqatın obyekti. Bu işin tədqiqat obyektini Azərbaycan Respublikasında əhalinin gəlirləri təşkil edir.

Tədqiqatın predmeti. Respublikada əhalinin gəlirlərə görə paylanması vəziyyəti və əsas differensiyasiya göstəriciləri, həmçinin gəlirlərin paylanmasına təsir göstərən faktorlar bu tədqiqat işinin predmetini təşkil edir.

Dissertasiyanın nəzəri və metodoloji əsaslarını Azərbaycan və xarici ölkə alimlərinin tədqiqatları, problemlə bağlı mövcud yanaşma və nəzəriyyələr, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları və digər normativ-hüquqi aktlar, tədqiqat obyekti və predmetini əhatə edən Dövlət Proqramları təşkil edir.

Tədqiqatın məlumat bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin məlumatları, beynəlxalq məlumatları əks etdirən İnternet resursları, əhalinin həyat səviyyəsi və gəlirlərin paylanması ilə bağlı dərc edilən məqalə və digər elmi-tədqiqat işləri təşkil edir.

Dissertasiyanın elmi yeniliyi: ilk dəfə olaraq cəmiyyətdə gəlirlərin paylanması problemi

ümumi, regional və təbəqələr səviyyəsində kompleks təhlil edilmiş və qiymətləndirilmişdir;

ilk dəfə olaraq gəlirləri xarakterizə edən əsas göstəricilər təhlil edilərək təsnifatlaşdırılmışdır;

bir sıra indekslər ilk dəfə olaraq respublika və regionlar üçün hesablanaraq təhlil edilmişdir;

differnsiasiya göstəricilərinə təsir edən faktorlar müəyyənləşdirilərək onlar arasında əlaqələr modelləşdirilmişdir;

regionlar üzrə bərabərsizlik əmsallarına təsir edən əsas faktorların müəyyənləşdirilməsi məqsədilə faktor təhlili həyata keçirilmişdir;

milli iqtisadiyyatın sahələri üzrə və sahələrarası bərabərsizlik səviyyələri qiymətləndirilmiş və təhlil edilmişdir.

6

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:Tədqiq olunan iş ölkədə əhalinin gəlirlərinin paylanma səviyyəsinə respublikanın regionları və iqtisadiyyatin sahələri üzrə müqayisəli təhlilini nəzərdən keçirməyə imkan verir və daha səmərəli paylanma siyasətinin həyata keçirilməsi strategiyanın həyata keçirilməsi tədbirlərində əhəmiyyət kəsb edə bilər. Dissertasiyanın aprobasiyası: Dissertasiya işinin əsas müddəaları və irəli sürülən əməli təkliflər AMEA-nın Kibernetika İnstitutunun, Bakı Dövlət Universitetinin elmi seminarlarında müzakirə olunmuşdur. İşin elmi-nəzəri və praktiki nəticələri Finlandiyanin Heslinki şəhərində 1-3 sentyabr, 2008-ci il tarixində keçirilmiş “Application of fuzzy systems and Soft Computing – ICAFS 2008” Səkkizinci Beynəlxalq Konfransinda məruzə edilmişdir. Dissertasiya işinin həcmi və strukturu: Dissertasiya işi giriş, 3 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın birinci fəsli “Əhalinin təbəqələşməsi probleminin nəzəri və metodoloji əsasları” adlanır və cəmiyyətin təbəqələşməsi və gəlirlərin qiymətləndirilməsi probleminə həsr edilmiş mövcud yanaşmalarının təhlili və sistemləşdirilməsini əhatə edir. Cəmiyyətin sosial strukturu cəmiyyətin keyfiyyət göstəricisi olmaqla, onun infrastrukturunun sosial bərabərsiliyini, polimorfizmini və mozaikliyini xarakterizə edir.

Sosial bərabərsizlik dedikdə cəmiyyətin strukturunun ierarxik formada olması nəzərdə tutulur. Bərabərsizlik prinsipindən irəli gələrək cəmiyyətin sosial tərkibi sosial stratifikasiyaya, yəni sosial qurumların (qruplar, siniflər, kastlar, zümrələr və s.) ierarxik qaydada yerləşməsinin məcmusuna çevrilir. Stratifikasiyanın 4 əsas ölçmə vahidi məyyən edilib: gəlir; hakimiyyət; təhsil; mövqe. Sosial struktur ictimai əmək bölgüsü hesabına, sosial stratifikasiya isə əməyin nəticələrinin, yəni sosial nemətlərin ictima bölgüsü hesabına əmələ gəlir. Bu bölgü isə heç vaxt bərabər olmur və nəticədə

7

hakimiyyətə, var-dövlətə, təhsilə, və mövqeyə qeyri-bərabər müəssərlik sosial təbəqələrin yerini müəyyən edir.

Qeyd edək ki, cəmiyyətdə sosial stratifikasiyanın yaranması və inkişafı ilk növbədə ölkədə gəlirlərin paylanması mexanizmindən asılıdır. Gəlirin paylanması və yenidən paylanması iqtisadi əhəmiyyəti ilə seçilən mərhələdir və onun effektivliyi iqtisadi sistemin fəaliyyət mexanizmindən birbaşa asııdır. Gəlir iqtisadi kateqoriya və onun paylanması isə iqtisadi prosesdir.

Ümumiyyətlə, əhalinin gəlirlərinin payanmasının dörd əsas prinsipini ayırd edirlər: bərabərləşdirici paylanma, bazar paylanması, yığılmış əmlak üzrə paylanma və imtiyazlı paylanma.

Reallıqda baxılan dörd prinsipin hamısı tez-tez müxtəlif şəkildə uyğunlaşırlar.

Adambaşına düşən gəlirlərin səviyyəsindəki bərabərsizliyə gəlirlərin differensiasiyası deyilir.Gəlirlərin bərabərsizliyi hər bir iqtisadi sistemə xarakterik xüsusiyyətdir.

Gəlirlərin ədalətli paylanmasına təsir edən ən böyük amil dövlətin sosial siyasətinin səviyyəsi, başqa sözlə desək, həmin siyasətin əhatə dairəsi və dərinliyidir.Belə ki, dövlətin sosial siyasəti hədsiz sosial təbəqələşmənin və cəmiyyətdə gərginliyin aradan qaldırılması məqsədilə insanların gəlirlərində bərabərsizliyin yumşaldılması üçün nəzərdə tutulmuşdur.

Bizə məlum olan iqtisadi rifah nəzəriyyəsi kontekstində paylanma bərabər hüquqlu və Pareto mənada səmərəli olmalıdır.

Ümumilikdə, əhalinin gəlirlərə görə təsnifatını ifadə etmək üçün Lorens əyrisi, Cini əmsalı və s. kimi müxtəlif indeks və göstəricilər, həmçinin qrafiki təsvirlərdən istifadə olunur.

Qeyd edək ki, əhalinin gəlir və ya xərcə görə bərabərsizliyini ifadə etmək üçün populyar əmsal olan Cini əmsalının hesablanması məqsədilə çoxlu sayda düstürlar istifadə edilir.Onlar arasında ən çox tətbiq edilənləri nəzərdən keçirək.

N

ii

ii

yN

fyG

1

1,cov2 , (4)

burada iy - i fərdinin gəliri (xərci), if - i fərdinin paylanmada ranqını ifadə edir və kasıblardan varlılara doğru 0-dan 1-dək

8

qiymətlər alır. cov - kovariyasıdır, iki dəyişən arasında asılılığı ifadə edir.Ümumi şəkildə ifadə etsək, Cini əmsalı verilmiş cəmiyyətdə paylanmanın mütləq bərabərlikdən nə qədər uzaq olduğunu göstərir. Qeyd edək ki, cəmiyyətdə ümumi bərabərsizliyi ifadə edən Cini əmsalı, həmin cəmiyyətin alt qruplarındakı bərabərsizliyi ifadə edən Cini əmsallarının cəminə bərabər deyil. Həmçinin bu əmsal paylanmanın dəyişməsinə qarşı həssasdır. Belə ki, transferlərin varlı və ya kasıb qruplara getməsindən asılı olmayaraq istənilə transfert bu əmsalın qiymətinə təsir göstərir. Teyl indeksi ümumiləşmiş entropiya (GE) sinfinə aiddir. Bu sinfin ümumi şəkli aşağıdakı kimidir:

n

i

i

yy

nGE

12 111)(

, (7)

burada orta gəlir, -ci fərdin gəliridir. olduqda paylanmanın aşağı hissəsindəki bərabərsizliyi, olduqda bu sinif bərabərsizliyi bütün paylanma boyu, olduqda isə yalnız yuxarı hissədəki dəyişikliyi əks etdirir.

Cəmiyyətdə gəlir və xərclərə görə bərabərsizliyin qiymətləndirilməsi məqsədilə bir qədər sadə göstəricilərdən də istifadə edilir. Onlar arasında iki müəyyən qrupların gəlir və ya xərcləri arasında “məsafəni” ifadə edən struktur göstəriciləri daha geniş yayılıb. Bu göstəricilərə desil, kvartil və kvintil əmsalları aid edir. Qeyd edilən göstəricilərin üstün cəhəti onun ifadə sadəliyindədir. Belə ki, bu əmsallar müəyyən faiz varlıların gəlirlərinin eyni çəkili kasıbların gəlirlərindən nə qədər çox olduğunu göstərir. Bütün qeyd olunan indekslərin təhlili zamanı Piqu-Dalton prinsipi, bərabərsizliyin miqyasdan asılı olmaması prinsipi, əhali prinsipi, anonimlik prinsipi və dekompozisiya prinsipi nəzərə alınmalıdır. Beləliklə, tədqiqatın xarakterindən asılı olaraq cəmiyyətdə bərabərsizliyin qiymətləndirilməsi zamanı müxtəlif göstəricilər tətbiq edilə bilər.

“Azərbaycan Respublikasında sosial təbəqələşmənin xüsusiyyətləri” adlı ikinci fəsildə ilk olaraq respublikanın müstəqillik illərində inkişafının əsas göstəriciləri təhlil edilmiş, əsas istiqamətlər müəyyənləşdirilmişdir. Daha sonra bərabərsizlik

9

probleminin beynəlxalq mənzərəsi nəzərdən keçirilmişdir. Xüsusilə keçid iqtisadiyyatlı dövlətlərdə bu problemin əsas xüsusiyyətləri araşdırılaraq bərabərsizliyə təsir edən faktorlar qruplaşdırılmışdır. Təhlil postsovet ölkələri arasında da bərabərsizliyin səviyyəsinin müxtəlif olmasının səbəbləri kimi qeyri-hamar iqtisadi artım, iqtisadi artımın səviyyəsi, əhalinin gəlirlərində əmək haqqının xüsusi çəkisi, dövlət borcu, suverenlik səviyyəsi və s. amilləri qeyd etmək imkanı verir.

Qeyd edək ki, müstəqillik elan olunduqdan sonra bütün keçid ölkələrində olduğu kimi, Azərbaycanda da bərabərsizlik yüksəlmiş, həm də qeyd edək ki, Dünya Bankının 1997-ci il üçün hesabatında respublikada olan bərabərsizlik əmsalının (Cini əmsalının) keçmiş sovet respublikaları üçün orta göstəricidən də böyük olduğu qeyd edilmişdir.

Ümumilikdə, sovet hakimiyyəti illəri gəlirlərin paylanması nöqteyi-nəzərindən ədalətli hesab olunurdu və Azərbaycanda həmin illərdə Cini əmsalı orta hesabla 0.27-ə bərabər idi. Müxtəlif tədqiqatçıların hesablamalarına görə isə 2000-ci ildə Cini əmsalı 0.5-dək artmışdır. Qeyd edək ki, 2002-ci ildə BMT-nin məlumatlarına görə Azərbaycanda Cini əmsalı 0.5-dən yuxarı, Azərbaycan Hökumətinin məlumatlarına görə isə 0.27-ə bərabər olmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən aparılan Ev Təsərrüfatlarının Büdcə Müayinəsi nəticələrindən istifadə edərək 2002-2012-ci illər üçün bərabərsizlik əmsalları hesablanmışdır. Hesablama nəticələrinin təhlili göstərir ki, paylanmanın “aşağı quyruğun”da gəlirlər “yuxarı quyruğun”a nisbətən daha qeyri-bərabər paylanmışdır. Başqa sözlə desək, kasıblar arasında gəlir bərabərsizliyi varlılara nisbətən daha böyükdür. Həmçinin qeyd edək ki, 2004-2012-ci illərdə Bakı şəhəri üzrə kasıblar arasında bərabərsizlik digər iqtisadi rayonlara nisbətən daha yüksəkdir.

İstehlak göstəricilərinə görə bərabərsizlik göstəricilərini hesabladıqda alınmış nəticələr gəlir göstəricilərinə nisbətən bərabərsizliyin daha aşağı olduğunu göstərir. Bir çox tədqiqatçılar, o cümlədən Şevyakov cəmiyyətdəki bərabərsizliyi normal və izafi bərabərsizliyə bölməyi təklif edir Normal bərabərsizlik dedikdə, bütün iqtisadi fəal əhalinin öz potensiallarını reallaşdırmaq imkanı

10

olduqda, digər üzvlər isə müvafiq həyat səviyyəsi ilə təmin edildikdə cəmiyyətdə bərqərar olan bərabərsizlik nəzərdə tutulur Digər tədqiqatçılar isə normal bərabərsizliyi bütün yoxsulların ən azı yoxsulluq həddində olduqları zaman mövcud olan bərabərsizlik, izafi yoxsulluğu isə yoxsulluğun mövcud olduğu zaman bərqərar olan bərabərsizlik kimi təyin edirlər. Rəsmi məlumatlara görə respublikada Cini əmsalının dünyada ən kiçik qiyməti ümumilikdə cəmiyyətdə bərabərsizliyin daha da kiçik hissələrə parçalanmasını mənasız edir.

Tədqiqat prosesində iqtisadi fəaliyyət növləri üzrə həm sahələrdaxili, həm də sahələrarası bərabərsizliyin araşdırılmasına baxılmışdır. Rəsmi rəqəmlərdən istiqfadə edilməklə hesablanmş indekslərin təhlili göstərir ki, əmək haqqı göstəricilərinə görə Cini əmsalı ümumi gəlirlərə görə göstəricidən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Belə ki, 2011-2012-ci illər üçün adambaşına düşən gəlirlərə görə Cini əmsalı müvafiq olaraq 0.161 və 0.189, muzdlu işçilərin əmək haqları üzrə bu göstərici müvafiq olaraq 0.393 və 0.372 olmuşdur. Beləliklə, hər iki göstərici arasında fərq baxılan illər üzrə müvafiq olaraq 0.232 bənd (2.4 dəfə) və 0.183 bənd (1.97 dəfə) təşkil etmişdir. Qeyd edək ki, rəsmi statistik məlumatların təhlili ölkədə əhalinin adambaşına düşən gəlirlərinin istehlak xərclərindən çox olduğunu göstərir Bu fakt isə öz növbəsində yuxarıda əldə edilmiş nəticəni müəyyən qədər təsdiqləyir. 2011-2012-ci illər üzrə iqtisadi fəaliyyət növlərinə ayrı-ayrılıqda baxdıqda əmək haqqı səviyyələri üzrə bərabərsizliyin müəyyən dərəcədə fərqli olduğunu da görürük. Belə ki, 2007-ci ildə əmək haqqı səviyyəsində Cini əmsalının ən böyük qiyməti daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində (0.488), ən kiçik qiyməti isə balıqçılıq və balıqyetişdirmə sahəsində (0.187) müşahidə olunur. 2008-ci il üçün də vəziyyət dəyişməmiş, bu əmsalın ən böyük qiyməti 2007-ci ildə olduğu kimi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsinə (0.433), ən kiçik qiyməti isə balıqçılıq və balıqyetişdirmə sahəsinə aid olmuşdur (0.126).

Ümumiyyətlə, 2011-2012-ci illərdə Cini əmsalının qiymətinin müqayisəsi göstərir ki, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi ilə yanaşı

11

emal sənayesi, tikinti, mehmanxana və restoranlarla xidmətin göstərilməsi və dövlət idarəetməsi və müdafiə, sosial təminat vəzifələri üzrə fəaliyyət sahələrində nisbətən yüksəkdir. Sonuncu sahə istisna olmaqla digər sahələrdə bərabərsizliyin yüksək göstəricisi özəl sektorun xüsusi payının üstünlük təşkil etməsi ilə izah edir. dövlət idarəetməsi və müdafiə, sosial təminat vəzifələri üzrə fəaliyyət üzrə yüksək qiymət isə dövlət qulluğunun təsnifatları, həmçinin bir sıra hərbi qulluqlar (məsələn, prokurorluq) üzrə əmək haqqı səviyyəsinin nəzərəçarpacaq dərəcədə fərqli olması ilə izah oluna bilər. Ümumiləşdirilmiş entropiya sinfinə aid Teyl əmsallarının təhlili də bir sıra nəticələrə gəlməyə əsas verir. İlk olaraq qeyd edilməlidir ki, respublika üzrə bu göstərici Cini əmsalında olduğu kimi 2012-ci ildə 2011-ci illə müqayisədə aşağı düşmüş, hər iki ildə əmək haqqı göstəricisinin nisbətən yüksək hissəsində bərabərsizlik daha yüksək olmuşdur.

Beləliklə, ümumiləşdirmə apararaq, deyə bilərik ki, iqtisadi fəaliyyət növləri üzrə bərabərsizlik əmsalları çox dəyişkəndir və daha yüksək əmək haqqı səviyyəsinin məxsus olduğu sahələrdə və hissələrdə bərabərsizlik daha böyükdür. Ümumilikdə, iqtisadi fəaliyyət növləri üzrə əmək haqqı səviyyələrinə əsaslanan bərabərsizliyi təhlil etdikdə həmin göstəricinin nisbətən yüksək olduğunu görürük. Başqa sözlə desək, əgər biz yuxarıda qeyd edilən təhlil zamanı iqtisadi fəaliyyət növlərinin hər birini ayrı-ayrılıqda baxırdıqsa (sahədaxili bərabərsizlik) bu halda biz sahələrarası bərabərsizliyi əsas məqsəd kimi qəbul etmişik. Hesablamalar göstərimişdir ki, illər üzrə sahələrə aid orta aylıq əmək haqlarının müqayisəsi bu istiqamətdə bərabərsizliyin ümumi bərabərsizlik göstəricisinə nisbətdə nəzərəçarpacaq dərəcədə yüksək olduğunu göstərir. Beləliklə, 2003-cü ildə bu göstəricilər arasında fərq ən böyük səviyyəyə qalxmışdır. Bu, həmin ildə sahələrarası Cini göstəricisinin ən yüksək həddə - 0.59 – olmasıdır. Təhlilin bir istiqamətini də qadınlar və kişilərin əmək haqqı səviyyəsində bərabərsizlik təşkil etmişdir. Statistik məlumatların araşdırılması, bu halda bütün sahələr üzrə əmək haqqında fərqlərin olduğunu müəyyən etmişdir. Belə ki, baxılan hər bir sahə üzrə

12

qadınların əmək haqları kişilərin əmək haqlarından nəzərəçarpacaq dərəcədə aşağı olmuşdur. Orta göstəricilər üzrə fərq 114.3 manat təşkil etmişdir ki, bu da iqtisadiyyatda çalışan qadınların orta aylıq əmək haqlarının kişilərin əmək haqqının 68.7%-i olduğu deməkdir. Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində əmək haqları arasında fərq ən yüksək – 374.6 manat və balıqçılıq və balıqyetişdirmədə isə ən az – 17.5 manat təşkil etmişdir. Qeyd edək ki, səhiyyə və sosial xidmətlərin göstərilməsi, təhsil və nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində qadınların bu sahədə çalışanların üçdə ikisindən də çoxunu, daha doğrusu isə, müvafiq olaraq 76.6%, 75% və 67.8%-ni təşkil etməsinə baxmayaraq, həmin sahələrdə qadınların əmək haqqı kişilərin əmək haqlarının müvafiq olaraq 67.1%, 73.3% və 81.5%-i qədərdir. Təbii ki, bu faktlar iqtisadi fəaliyyət növləri üzrə gender bərabərsizliyinin mövcud olmasını söyləmək imkanı verir.

Həm qadınlar, həm də kişilərin əmək haqqı səviyyələri üzrə bərabərsizlik əmsallarını müqayisə etdikdə isə kişilərin əmək haqqı səviyyələrində Cini əmsalının daha böyük olduğunu görürük. Belə ki, baxılan il üzrə kişi və qadınların əmək haqqı səviyyələrində Cini əmsalının qiyməti müvafiq olaraq 0.25 və 0.13 olmuşdur. Bu isə öz növbəsində kişilərin əmək haqlarının daha qeyri-bərabər paylandığını göstərir.

İkinci fəsildə həmçinin yoxsulluq probemi də təhlil edilmiş, yanaşmalar araşdırılmış, göstəricilər sistemləşdirilmişdir. Baxılan göstəricilər əsasında yoxsuluq hədləri çərçivəsində yoxsulluq səviyyələri hesablanmışdır. Bərabərsilik və yoxsulluq arasında təsirin təhlil məqsədilə qurulmuş model respublikada yoxsulluğun dəyişməsi ilə bərabərsizlik səviyyəsinin dəyişməsi arasında mənfi, ÜDM-un dəyişməsi ilə isə müsbət əlaqə mövcud olduğunu göstərir. Belə ki, Cini əmsalının dəyişmə əmsalının bir vahid artımı yoxsulluğun dəyişməsini 0.02 vahid artırır. Bunun əksinə olaraq isə, ÜDM-in dəyişməsinin 1 vahid artımı isə yoxsulluğun dəyişməsini 0.285 vahid azaldır. Modelin xarakteristikalarının baxılan illərdə yoxsulluğun dəyişməsinin 43.7% baxılan faktorlardan asılı olduğunu göstərir. Respublikada son illərdə ÜDM-un nəzərəçarpacaq dərəcədə yüksəlməsi ümumilikdə baxılan illərdə hamarlılığı pozur. Bu

13

baxımdan da, modeldə bir qədər dəyişiklik apararaq ÜDM-in adambaşına düşən göstəricisinin dəyişməsinə baxdıqda, məlum olur ki, bu göstəricinin ölkədəki bərabərsizliyə təsiri daha güclüdür. Qurulmuş model aşağıdakı şəklə malikdir:

.01.1543.0;002.0343.0947.6

2

DWRgcp

Burada p - yoxsulluq səviyyəsinin dəyişməsi, g- Cini əmsalı, c-isə adambaşına düşən ÜDM-in dəyişməsidir. Təhlilin müəyyən hisəəsi orta təbəqənin formalaşması və qiymətləndirilməsi probleminə həsr edilmiş və Dünya Bankı tərəfindən təklif edilən yanaşma tətbiq olunmuşdur.

“Azərbaycan Respublikasında gəlirlərin hamarlaşdırılması istiqamətində tədbirlərin səmərəliliyinin modelləşdirilməsi” adlı üçüncü fəsildə ilk olaraq iqtisadi inkişafla bərabəsizlik arasında əlaqə təhliledilmiş və modelləşdirilmişdir.

Alınmış modelin nəticələri göstərir ki, ümumilikdə Cini əmsalının ÜDM-dən asılılığı çox aşağıdır və ÜDM-in 1 vahid artımı Cini əmsalını həddən artıq kiçik əmsalla azaldır. Bir qədər detallı təhlil aparmaq məqsədilə başqa bir yanaşmanı da tətbiq edərək iqtisadi artım modellərində cəmiyyətin müxtəlif təbəqələri üzrə bərabərsizliyi ifadə edən Teyl əmsalları əsasında iqtisadi artımın bərabərsizliyə təsiri qiymətləndirilmiş və aşağıdakı nəticələr alınmışdır:

1. ÜDM-in adambaşına düşən göstəricisinin cəmiyyətin təbəqələri üzrə bərabərsizlik göstəricisinə təsiri ÜDM-in ümumi göstəricisinin təsirinə nisbətən daha çoxdur;

2. ÜDM cəmiyyətin nisbətən varlı təbəqəsi arasında bərabərsizliyi daha çox yumşaldır;

3. ÜDM-in adambaşına düşən göstəricisi aşağı gəlirli əhalinin gəlirləri üzrə differensiasiyanı daha çox hamarlaşdırır;

4. ümumilikdə ÜDM-in 1% artımı aşağı gəlirli əhali üzrə bərabərsizliyi 0.37 faiz azaldır. Mütləq ifadələrdə asılılığa baxdıqda, məlum olur ki, ÜDM-in müsbət dinamikası əslində bərabərsiziyi artırır və bu artım daha çox yuxarı təbəqədə özünü biruzə verir. Aparılan bütün təhlillər bərabərsizliyin ÜDM-də asılılığının çox da sıx olmadığını göstərir.

14

Yoxsulluq və bərabərsizliyin qarşılıqlı güclü təsirə malik olduğunu qeyd etmişdik və əvvəlki fəsildə yoxsulluğun Cini əmsalından asılılığını təhlil etmişdik. Əks əlaqəni qiymətləndirmək məqsədilə Cini əmsalının yoxsulluqdan asılılığını modelləşdirdikdə cəmiyyətdə bərabərsizlik səviyyəsinin yoxsulluqdan asılılığı cəmi 23.1% təşkil etsə də, onlar arasında mənfi təsirin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası üzrə aparılmış təhlil göstərir ki, şəhər əhalisinin ümumi əhalidə xüsusi çəkisinin artması cəmiyyətdə bərabərsizliyin azalmasına gətirir. Cəmiyyətin müxtəlif təbəqələri üzrə bərabərsizliyin urbanizasiyadan asılılığını təhlil etdikdə isə məlum olur ki, şəhər əhalisinin artması orta hesabla ümumi bərabərsizliyi azaltsa da, bu meyl aşağı gəlirli əhali arasında daha güclüdür. Belə ki, ümumi əhalidə şəhər əhalsinin xüsusi çəkisinin 1 vahid artımı aşağı gəlirli əhali arasında bərabərsizliyi 0.7 vahid, yuxarı gəlirli əhali arasında isə 0.5 vahid azaldır.

Dissertasiya işində təhsil, demoqrafik faktorlar, ailənin strukturu, mülkiyyət növləri, dövlət xərclərinin ÜDM-də çəkisi, inflyasiya, işsizlik və xarici investisiyaların bərabərsizliyə təsrinin qiymətləndirmək üçün reqresiya modelləri qurulmudur. Qeyd edək ki, dövlət tərəfindən təhsil xərclərinin artımı ümumilikdə cəmiyyətdə bərabərsizliyi azaldır. Cəmiyyətin müxtəlif təbəqələri üzrə bərabərsizliyin təhsil xərclərindən asılılığı araşdırıldıqda, məlum olmuşdur ki, ümumilikdə dövlətin təhsil xərclərinin artımı gəlir paylanmasının yuxarı və aşağı təbəqələrində bərabərsizliyi azaltsa da, bu təsir aşağı gəlirli əhali üzrə daha güclüdür. Azərbaycanda demoqrafik faktorların bərabərsizliyə təsirini qiymətləndirmək məqsədilə, həmçinin ev təsərrüfatlarının strukturunun, başqa sözlə desək, onun ölçüsünün təsiri araşdırılmışdır. Aparılmış təhlil Azərbaycanda ev təsərrüfatlarında üzvlərin sayının artımının ümumilikdə bərabərsizliyi azaltdığını göstərir.

Şəhər əhalisinin xüsusi çəkisi və ev təsərrüfatı üzvlərinin sayının bərabərsizliyə birgə təsirinin təhlili göstərir ki, bu iki faktor cəmiyyətdə bərabərsizliyi 36% izah edir və bərabərsizlik azalır.

Respublikada ailənin strukturunun gəlir bərabərsizliyinə təsirini araşdırmaq məqsədilə 14 yaşadək və 40 yaşdan yuxarı

15

əhalinin ümumi əhalidəki xüsusi çəkisi göstəricilərindən istifadə edilmişdir. Təhlil göstərir ki, baxılan dövrdə 14 yaşadək uşaqların xüsusi çəkisinin artması cəmiyyətdə gəlir bərabərsizliyinin yüksəlməsinə səbəb olur. Belə ki, baxılan yaş kateoriyasına aid uşaqların xüsusi çəkisinin 1 vahid artımı ölkədə Cini əmsalının 0.16 vahid yüksəlməsinə gətirib çıxarır. Qeyri-dövlət sektorunun xüsusi çəkisini respublika üzrə əsas götürməklə bu göstəricinin bərabərsizliyə təsiri araşdırılarkən məlum olur ki, ümumilikdə özəl sektorun miqyasının genişlənməsi cəmiyyətdə bərabərsizliyi azaldır. Dövlət xərclərinin ÜDM-də çəkisi göstəricisi də bərabərsizliyi azaltmaq meylinə malikdir. İnflyasiya ilə bərabərsizlik arasında əlaqəni modelləşdirərək kiçik də olsa belə bir təsirin mövcud olduğu müəyyən edilmişdir. Cəmiyyətin müxtəlif təbəqələri üzrə bərabərizliyin qiymətlər indeksinin təsirinə nə dərəcədə məruz qaldığını modelləşdirərkən müəyyən edilmişdir ki, qiymətlər indeksi paylanmanın həm aşağı, həm də yuxarı quyruğunda gəlirlərin diffirensasiyasına eyni dərəcədə və eyni istiqamətdə təsir edir. Belə ki, alınmış model qiymətlər indeksinin 1 vahid artımının həm varlı, həm kasıblar arasında bərabərsizliyi 0.005 vahid azaltdığını göstərir.

İşsizlik səviyyəsinin artımı öz növbəsində bərabərsizliyi yüksəldir. Qurulmuş model bu göstəricinin 1 vahid artımının Cini əmsalını 0.2% yüksəltdiyini göstərir. Qeyd edək ki, işsizlik səviyyəsinin artımı aşağı gəlirli əhalinin gəliri arasında differensiasiyaya daha çox təsir edir. Belə ki, bu göstəricinin 1 vahid yüksəlməsi aşağı gəlirli əhali üzrə bərabərsizliyi 0.3%, yuxarı gəlirli əhali üzrə bərabərsizliyi isə 0.1% artırır. Nisbi göstəricilərə gəldikdə isə, işsizlik səviyyəsinin 1% artımı yuxarı gəlirli əhali arasında bərabərsizliyi 1%, aşağı gəlirli əhali arasında bərabərsizliyi isə 1.2% yüksəldir.

Təhlil göstərmişdir ki, xarici investisiyalar Azərbaycanda bərabərsizlik göstəricilərinin kiçilməsinə səbəb olur. Belə ki, qurulmuş model xarici investisiyaların 1% artımını Cini əmsalını 0.2 vahid azaldır. Yuxarı və aşağı gəlirli əhali üzrə bərabərsizlik göstəriciləri də həmçinin azalma meylinə malikdirlər.

Bir məsələni qeyd edək ki, Azərbaycan Respublikasında baxılan dövr üzrə bərabərsizliyə təsir edən faktorların ayrı-ayrılıqda

16

araşdırılması nəticəsində bu göstəriciyə ən böyük təsirə də məhz investisiyaların malik olduğunu deyə bilərik. Belə ki, determinasiya əmsalı qurulmuş modellər üzrə xarici investisiyaların bərabərsizliyi təqribən 70% izah etdiyini göstərir.

Cəmiyyətdə gəlir bərabərsizliyinin əsas səbəblərindən biri də regionlararası bərabərsizlik hesab olunur. Regionlar üzrə Cini əmsalının ən aşağı qiyməti Quba-Xaçmaz regionunda 2006-cı ildə, ən yuxarı qiyməti isə 2004-cü ildə Naxçıvan üzrə müşahidə olunur. Aparılmış təhlil göstərir ki, regionlar üzrə orta qiymətdə yayınmanın ən böyük qiyməti 2006-cı ildə Quba-Xaçmaz region üzrə olmuşdur. Qeyd edək ki, regionlar üzrə maksimum və minimum qiymətlər arasında ən böyük fərq yenə də 2006-cı ildə müşahidə olunmuşdur. Həmin il Cini əmsalları arasında bu fərq 0.1 olmuşdur. Ümumilikdə, tədqiqat işində artıq qeyd edildiyi kimi, respublikada gəlir bərabərsizliyinin əsas səbəbinin məşğulluqdan gəlirlər üzrə bərabərsizlik olduğunu fərz edərək bu istiqamətdə təhlil həyata keçirilmişdir. Baxılan illərdə orta aylıq əmək haqqının maksimal məbləği Bakı şəhərinə aid olmuşdur. Minimum göstərici isə 2004-cü il istisna olmaqla yalnız Yuxarı Qarabağ regionunda müşahidə edilmişdir. Fikrimizcə, orta aylıq əmək haqqının maksimal göstəricinin Bakı şəhərinə aid olması burada gəlir səviyyəsinin yüksək, məşğulluq imkanlarının geniş olması, minimal göstəricinin isə Yuxarı Qarabağ regionuna aid olması əsasən bu regiona işğal edilmiş ərazilərin aid edilməsidir. Regionlar üzrə orta aylıq əmək haqqının necə səpələnməsi barədə fikir yürütmək üçün dispersiya göstəricisindən istifadə edilmişdir. Baxılan illər üzrə dispersiyanın qiyməti həddən artıq böyükdür və illər üzrə artım dinamikasına malikdir. Dispersiyanın orta qiymətlə müqayisəsi isə bu göstəricilərin nisbətinin həddən artıq böyük olduğunu göstərir. Belə ki, 2004-cü ildə bu nisbət təqribən 12 dəfə təşkil etmişdir ki, bu da regionlar arasında orta aylıq əmək haqqı göstərici üzrə səpələnmənin, başqa sözlə desək, differensiasiyanın böyük olduğunu göstərir. Qeyd edək ki, bu göstərici həm də artım meylinə malikdir. Belə ki, 2004-ci illə müqayisədə baxılan nisbət 12 dəfədən 21 dəfəyədək yüksəlmişdir ki, bu da təqribən iki dəfə artım

17

deməklə regionlararası defferensiasiyanın da eyni sürətlə kəskinləşdiyini göstərir. Orta aylıq əmək haqqı ilə yanaşı sənayedə də orta aylıq əmək haqqı səviyyələrini təhlil etdikdə eyni meyllər müşahidə edilmişdir. Belə ki, iqtisadiyyatın bu bölməsi üzrə əmək haqqı səviyyələrinin təhlili maksimum səviyyənin Bakı şəhərinə, minimum səviyyənin isə Kəlbəcər-Laçın regionuna aid olduğunu göstərir. Həmçinin dispersiya göstəricinin artma meylinin olduğu da müəyyən edilmişdir. Qeyd edək ki, sənayedə orta aylıq göstəricinin regionlar üzrə orta göstərici və dispersiyası arasında nisbət ümumi orta aylıq əmək haqqı üzrə müvafiq göstəricidən dəfələrlə çox olduğunu göstərir. Həmçinin bu nisbət də artım meylinə malikdir. Baxılan təhlil yalnız orta aylıq əmək haqqını əhatə etmişdir. Qeyd edək ki, əhalinin gəlirləri təkcə məşğulluqdan gəlirlərdən ibarət deyil, bu baxımdan da əhalinin adambaşına düşən orta aylıq gəlirləri, həmçinin istehlak xərcləri üzrə də müvafiq araşdırma həyata keçirilmişdir. Alınmış nəticələr göstərir ki, adambaşına düşən gəlir və xərc üzrə səpələnmə qənaətbəxş səviyyədədir. Belə ki, regionlar üzrə orta göstərici və dispersiya arasında fərq demək olar ki, yoxdur, maksimal və minimal göstəricilər bir-birindən kəskin fərqlənmir. Qeyd edilənlər ümumilikdə respublikada əhalinin gəlirlərinin əmək haqqından əlavə başqa mənbələrdən də sıx asılı olması və ya sosial müdafiə sisteminin daha əsaslı fəaliyyəti barədə fikir söyləmək imkanı verir. İkinci fərziyyə tədqiqat işinin növbəti paraqrafında daha ətraflı araşdırılmışdır.

Regionlar üzrə bərabərsizlik göstəricisi ilə qarşılıqlı təsirdə olan digər parametrlərin müəyyən edilməsi məqsədilə korrelyasiya əmsalı nəzərdən keçirilmişdir.

Cini əmsalının həmin faktorlardan asılılığını əks etdirən reqresiya modeli isə aşağıdakı şəklə malikdir.

9.1897.04_004.03_001.02_018.01_14.0166.0

2

DWRfakfakfakfakc

Göründüyü kimi, baxılan faktorlar regionlar üzrə

bərabərsizliyi 89.7% izah edir ki, bu da yaxşı nəticə hesab oluna

18

bilər. Həmçinin Darbin-Uotson əmsalının qiyməti də çox yaxşı səviyyədədir. Beləliklə, deyə bilərik ki, birinci və üçüncü faktorlar üzrə göstəricilərin artımı bərabərsizliyi artırır, ikinci və üçüncü faktorlar isə azaldır. Hər bir faktor və Cini əmsalı üzrə regionların səpələnməsinə baxdıqda məlum olur ki, Naxçıvan birinci faktor və Cini əmsalının aşağı, Bakı şəhəri isə əksinə, yüksək qiymətlərinə aiddir, digər regionların hamısı isə birinci faktorun aşağı və Cini əmsalının artma sahəsinə daxildir İkinci faktor və Cini əmsalı üzrə regionların paylanmasına baxdıqda isə təkcə Naxçıvan üzrə bu parametrlər üzrə mənfi əlaqənin olduğunu deyə bilərik. Belə ki, bu regionda ikinci faktorun yüksək qiyməti bərabərsizlik göstəricisinin aşağı qiyməti ilə assosiasiya olunur. Bakı, Quba-Xaçmaz və Şəki-Zaqatala regionları üzrə isə bu parametrlər arasında əlaqə demək olar ki, eyni səviyyədədir. Yuxarı-Qarabağ və Lənkəran regionlarında ikinci faktorun aşağı qiyməti Cini əmsalının da aşağı qiyməti ilə xarakterizə olunur. Üçüncü faktorla Cini əmsalının qarşılıqlı təsiri üzrə regionların paylanması Abşeron regionu tam fərqli göstərir. Belə ki, Abşeron digər regionlarla müqayisədə hər iki göstəricinin orta qiyməti ilə xarakterizə olunur. Naxçıvan və Bakı isə tam əks xarakteristikalara malikdir. Dördüncü faktor və Cini əmsalının qarşılıqlı təsiri isə digərlərindən bir qədər fərqlənir. Belə ki, ikinci faktorla olduğu kimi, burada da Bakı, Quba-Xaçmaz və Şəki-Zaqatala dördüncü faktorun eyni dərəcədə təsiri ilə Cini əmsalının müxtəlif qiymətlərinə malikdirlər. Naxçıvan hər iki faktorun aşağı, Aran isə yuxarı qiymətinə malikdir. Başqa sözlə desək, dördüncü faktor, yəni işsizliyin səviyyəsi yüksək olduqca Aran regionunda Cini əmsalının qiyməti Abşerona görə daha yüksək olur. Qeyd edək ki, əhalinin gəlirlərində bərabərsizliyin yumşaldılması, başqa sözlə desək, gəlirlərin hamarlaşdırılması sosial müdafiə sisteminin başlıca funksiyalarındandır. Bərabərsizlik əmsalları ilə bağlı əvvəlki fəsildə qeyd edilmiş aksiomlardan birincisi - Piqu-Dalton prinsipinə görə transfertlər yoxsul insanlardan varlılara istiqamətlənərsə, onda bərabərsizlik artır, əksinə istiqamətlənərsə, onda azalır.

19

Təhlil göstərmişdir ki, ailənin ümumi gəlirlərində pensiya, sosial müavinət və təqüdlərin cəmi xüsusi çəkisi 2002-ci ildə 18.8%-dən 2012-ci ildə 17,9%-dək azalmışdır. Regional aspektdən təhlil isə göstərir ki, respublikada sosial transfertlərin ümumi gəlirlərdə ən kiçik xüsusi çəkisi Bakı şəhərinə aid olmuşdur. Ən böyük göstərici isə 2002-ci ildə Qarabağ-Mil, 2004-cü ildə Yuxarı Qarabağ, 2009-cu ildə isə Kəlbəcər-Laçın regionuna təsadüf edir. Həmin göstəricilər müvafiq olaraq 15.4%, 22.8% və 36.4% təşkil etmişdir. Gəlir desillərinə gəldikdə, məlum olur ki, gəlirlərin artımı ilə ümumilikdə alınmış cari transfertlərin xüsusi çəkisi azalır. Lakin, burada bir neçə məqam qeyd edilmişdir. Belə ki, 2004-cü il üçün məlumatların təhlil göstərir ki, müavinət və sosial yardımlar həmin il ən kasıb birinci desilin ümumi gəlirlərində 2.6%, naturada sosial transfertlər isə 1.1% təşkil etmiş, doqquzuncu desildə isə bu rəqəmlər müvafiq olaraq 0.7% və 1.2%-dir. Göründüyü kimi, naturadan transfertlər ən kasıb əhalinin ümumi gəlirlərində doqquzuncu desilə nisbətən daha az rol oynamışdır ki, bu da bərabərsizliyin yumşaldılması nöqteyi-nəzərindən təqdirəlayiq deyil. İkinci bir tərəfdən 2009-cu ildə müavinət və sosial yardımların ümumi gəlirlərdə xüsusi çəkisi birinci desildə 2.3% olmuşdursa, növbəti 2,3 və 7-ci desillərdə bu göstərici daha yüksəkdir. Həmin ildə naturadan sosial transfertlərin ümumi gəlirlərdə xüsusi çəkisi birinci və onuncu desillərdə müvafiq olaraq 0.6% və 0.5% təşkil etmişdirsə, digər desillərdə bu göstərici birinci desilə nisbətən daha yüksək olmuş, cədvəldən də göründüyü kimi, 8-ci desildə demək olar ki, 2 dəfə çox olmuşdur. Bu qeyd edilənlər isə, yuxarıda da göstərildiyi kimi, hamarlaşdırma baxımından müsbət deyil, hətta aşağı gəlirli əhali arasında bərabərsizliyi daha dərinləşdirməsi ilə bağlı fikir söyləmək imkanı verir. İllər üzrə dövlət tərəfindən sosial xərclər (sosial müdafiə və sosial təminat, elm, təhsil, mədəniyyət) və Cini əmsalının qiymətləri arasında qarşılıqlı münasibəti qrafik təsvir etdikdə məlum olur ki, 2001-ci il sosial müdafiə xərclərinin aşağı, Cini əmsalının yüksək qiyməti ilə xarakterizə olunsa da, 2012-ci ildə tam əks mənzərə müşahidə edilir.

20

Beləliklə, illər üzrə respublikada gəlirlərin paylanması ilə bağlı vəziyyətə sosial xərclərin təsirinin qiymətləndirilməsi zamanı aşağıdakı nəticələr alınmışdır.

1. Elm xərcləri. 2001-2012-ci illər üçün dövlət büdcəsindən elm xərcləri və bərabərsizlik əmsalları arasında əlaqənin qiymətləndirilməsi məqsədilə qurulmuş regresiya modelinə görə bu bölmə üzrə xərclərin 1 vahid (mln manat) artımı aşağı gəlirli əhali arasında bərabərsizlik əmsalının qiymətini 0.001 vahid azalır.

.586.1167.0;_001.0161.00_

2

DWRxercelmge

Təhlil eyni zamanda, elm xərclərinin təkcə aşağı gəlirli əhali arasında deyil, ümumi bərabərsizliyi ifadə edən Cini əmsalını da azaltdığını, dövlət büdcəsində elm xərclərinin artımının yuxarı gəlirli əhali arasında bərabərsizliyi azaltdığını və bu azalmanın aşağı gəlirli əhaliyə nisbətən daha böyük olduğunu göstərir.

2. Təhsil xərcləri. Bu istiqamətdə təhlil göstərir ki, təhsil xərclərinin dövlət büdcəsində artımı Cini əmsalının azalmasına gətirib çıxarır. Belə ki, təhsil xərclərinin 1% a artımı Cini əmsalını 0.179% azaldır. Elm xərclərində olduğu kimi, təhsil xərcləri də yuxarı gəlirli əhali arasında bərabərsizliyi aşağı gəlirli əhali üzrə bərabərsizliyə nisbətən daha çox azaldır:

3. Səhiyyə xərcləri. Dövlət büdcəsindən səhiyyəyə yönəldilmiş xərclərin 1% artımı bərabərsizliyi (Cini əmsalını) 0.147% azaldır. Bİr qədər müxtəlif yanaşma tətbiq edilərək həmçinin səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisi və bərabərsizlik göstəriciləri arasında əlaqə də təhlil edilmişdir. Qeyd edək ki, bərabərsizliyə səhiyyə xərclərinin təsiri aşağı gəlirli əhaliyə nisbətən yuxarı gəlirli əhali arasında daha çoxdur.

4. Sosial müdafiə və sosial təminat xərcləri. Bu istiqamət üzrə dövlət büdcəsi xərclərinin bərabərsizliyə təsirinin qiymətləndirilməsi aşağıdakı nəticələrə gətirib çıxarmışdır:

1.2273.0)_log(193.0209.0)log(

2

DWRmudsosialc

21

Maraqlıdır ki, bu istiqamət üzrə xərclərin 1% artımı aşağı gəlirli əhali üzrə bərabərsizlik göstəricini 0.403%, yuxarı gəlirli əhali üzrə müvafiq göstəricini isə 0.44% azaldır. Başqa sözlə desək, sosial müdafiə istiqamətli xərclər az fərqlə də olsa yuxarı gəlirli əhali üzrə bərabərsizliyi aşağı gəlirli əhaliyə nisbətən daha çox yumşaldır. Təhlil aparılan zaman həmçinin mədəniyyət xərcləri də daxil olmaqla ümumi sosial xərclərin bərabərsizliyə təsiri də qiymətləndirilmişdir. Belə ki, alınmış nəticələrə görə

3732.0)_log(644.1)log(262.2)log(917.4)log(548.0899.3)log(

2

DWRmudsosialsehiyyetehselmc

Respublikada sosial müdafiə sisteminin geniş şəbəkəsi fəaliyyət göstərir və 2006-cı ildən etibarən ehtiyaca əsasən təqdim edilən ünvanlı dövlət sosial yardım sistemi də tətbiq edilməyə başlanmışdır. Ünvanlı yardımın regionlar üzrə gəlir bərabərsizliyinə təsiri qiymətləndirilən zaman bu yardımları yoxsul əhaliyə istiqamətləndiyini nəzərə alaraq yalnız aşağı gəlirli əhali üzrə bərabərsizlik göstərici əsas götürülmüşdür. Alınmış nəticələrə görə regionlar üzrə həm adambaşına düşən yardımın məbləği, həm də ümumi vəsait aşağı gəlirli əhali arasında bərabərsizliyə təsir etmir. Ümumilikdə bu istiqamətdə təqdim edilmiş yardım və bərabərsizlik göstəriciləri arasında əlaqəni təhlil etmək məqsədilə regionlar üzrə klaster təhlil metodundan istifadə edilmişdir

Dissertasiya işində əldə olunmuş əsas nəticələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən aparılan Ev Təsərrüfatlarının Büdcə Müayinəsi nəticələrindən istifadə edilərək 2002-2008-ci illər üçün bərabərsizlik əmsalları hesablanmış və 2002-2008-ci illər üçün Cini əmsalının ən yüksək göstəricisinin 2006-cı ilə təsadüf etdiyi müəyyən edilmişdir.

2. Tədqiqat prosesində iqtisadi fəaliyyət növləri üzrə həm sahələrdaxili, həm də sahələrarası bərabərsizliyin araşdırılmasına baxılmışdır.

3. Azərbaycan Respublikasında yoxsulluğun qiymətləndirilməsi zamanı qeyri-səlis çoxluqlar tətbiq edilmişdir. k sayda faktora görə i-ci vətəndaşın yoxsulluğunu qiymətləndirilmişdir.

22

4. Varrın yoxsulluq səviyyəsindəki dəyişikliyin iqtisadi artımdan və gəlir bərabərsizliyindən asılılıq dərəcəsini ifadə etmək üçün irəli sürdüyü modeli əsasında Azərbaycan Respublikasında vəziyyət modelləşdirilmişdir. 5. Respublikada orta sinif müəyyən meyarlar qəbul edilməklə qiymətləndirilmişdir. Bərabərsizliyə təsir edən faktorlar araşdırılaraq onlar arasındakı əlaqələr modelləşdirilmişdir. 6. Azərbaycan respublikasında gəlir bərabərsizliyi regional aspektdən təhlil edilmişdir.

Dissertasiya işinin əsas nəticələri aşağıdakı elmi işlərdə öz

əksini tapmışdır:

1. Musayeva A.A. Application of fuzzy sets theory to the estimation of poverty /Conference Balkan Studies: Economics &Law & Health, p. 98-101.

2. Musayeva A.A. Azerbaycan’da Gelir Dağılımı ve Sosyal Tabakalaşma / Sosyal Siyaset Konferansları, İstanbul, 2011, s. 393-413.

3. Мусаева A.A. Экономия от масштаба: Какая она в Азербайджанской Республике? // Экономика, Социология и Право. Журнал Научных Публикаций, Москва 2012, №11, c. 70-72.

4. Мусаева A.A. Моделирование влияния демографических показателей на неравенство в Азербайджанской Pеспублике // Экономика, Социология и Право. Журнал Научных Публикаций, Москва, 2012, №12, c. 98-100.

5. Мусаева A.A. Связь между экономическим ростом и неравенством в Азербайджане // Экономика, Социология и Право, Журнал Научных Публикаций, Москва, 2012, №12, c. 101-103.

6. Мусаева A.A. Экономия от масштаба: Какая она в Азербайджанской Республике? // Актуальные проблемы современной науки, Информационно - аналитический журнал, Москва, 2010, №4, c. 24-27.

23

7. Musayeva A.A. Mutallimova V.A. Application of fuzzy sets theory to the estimation of poverty / Eighth International Conference on Application of Fuzzy Systems and Soft Computing – İCAFS. Helsinki, Finland, September 1-3, 2008. P-271-274.

8. Musayeva A.A. Mütəllimova V.A. Gəlirlərin paylanması və ona təsir edən amillərin qiymətləndirilməsi / “Azərbaycan İnkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər”. Gənc tədqiqatçıların 2 Fevral – gənclər gününə həsr edilmiş ümumrespublika elmi-praktik konfransının materialları. Bakı-2011, s. 55-61.

9. Musayeva A.A. Azərbaycan Respublikasında social təbəqələşmə problemi və onun qymətləndirilməsi // İpək yolu. Azərbaycan Universitetinin elmi jurnalı, 2010. №2, s. 66-71.

10. Musayeva A.A. Mütəllimova V.A. İqtisadi artım və bərabərsizlik arasındakı qarşılıqlı əlaqənin təhlili // Makroiqtisadi Problemlər. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Elmi Əsərlər, 2009. s. 75-81.

11. Musayeva A.A. Mütəllimova V.A. Azərbaycan Respublikasında Yoxsulluğun qiymətləndirilməsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. İqtisadiyyat Elmləri Seriyası, 2009, №2. s. 70-75.

24

А.А.Мусаева

Стратификация населения в Азербайджанской Республике и моделирование взаимосвязи между основными факторами,

которые влияют на этот процесс

РЕЗЮМЕ

Диссертация посвящена анализу вопросов распределения доходов, расслоению общества и оценке текущей ситуации в республике.

Диссертация состоит из части введения, трех глав и списка использованной литературы.

В части введения рассматривается актуальность темы, ее научная новизна, цели и задачи исследования, методы, теоретическое и практическое значение.

Первая глава исследования охватывает резюме теоретической литературы по теме, рассматривается показатели с целью оценки неравенства.

Во второй главе оценены различные показатели распределения доходов в Азербайджанской Республике, разные методы были применены с целью определения границы бедного и среднего класса.

В третьей главе анализируются разные модели с целью оценки влияния факторов, которые влияют на ситуацию распределения доходов.

В части заключения кратко изложены научные результаты, полученных в ходе исследования.

25

A.A.Musayeva

Stratification of the population in the Republic of Azerbaijan and modeling the relationship between the main factors

impacting on this process

Summary

The presented dissertation is devoted to the issues of income distribution and the analysis of stratification of society and to the assessment of the current situation in the republic.

The dissertation consists of introduction, three chapters and list of referred literature.

The introduction covers the significance of the subject, its scientific novelty, goals and targets, methodolgy, theoretical and practical importance of the research.

The first chapter covers the summary of explored theoretical literature regarding the subject and the indicators applied with purpose of inequality assessment.

The assessment of income distribution in the Republic of Azerbaijan wth various indicators and different approaches identifying the thresholds of poor and medium layers were highlighted in the second chapter.

The third chapter analyzes the assessment of factors’ impact on the income distribution situation by means of modelling. A different range of mathematical modelling methods were used in this chapter.

The part of Conclusion covers the brief summary of scientific results obtained in the process of research.

26

Kağız formatı: 60x84 1/16. Tiraj 100. Şərti ç/v 1,25. Sifariş 150

Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.

Ünvan: AZ1148, Bakı şəhəri, Z. Xəlilov küçəsi 23.

27

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

АЙГЮН АКИФ кызы МУСАЕВА

СТРАТИФИКАЦИЯ НАСЕЛЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ И

МОДЕЛИРОВАНИЕ ВЗАИМОСВЯЗИ МЕЖДУ ОСНОВНЫМИ ФАКТОРАМИ,

КОТОРЫЕ ВЛИЯЮТ НА ЭТОТ ПРОЦЕСС

5302.01 – Эконометрия

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени доктора философии по экономике

БАКУ – 2013