93
H.B.ALLAHVERDİYEV İNVESTİSİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ (dərslik) З.Т.МЯММЯДОВ

marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Embed Size (px)

Citation preview

Page 1: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

H.B.ALLAHVERDİYEV

İNVESTİSİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ

(dərslik)

З.Т.МЯММЯДОВ

Page 2: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

B A K I – 2003

Rəyçilər: Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, i.e.d., prof. T.Ə.Quliyev, i.e.d., prof. A.B.Abbasov

Elmi redaktor: i.e.d., prof. M.Meybullayev

2

Page 3: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Həsən Bəkir oğlu Allahverdiyev

«İnvestisiya proseslərinin tənzimlənməsi»

Dərslikdə investisiya proseslərinin tənzimlənməsinin nəzəri-metodoloji məsələləri, ölkənin milli iqtisadiyyatının inkişafında xarici investisiyaların rolu, investisiya və əsas fondların təkrar istehsalı, investisiya qoyuluşlarına tələbatın və onların strukturunun müəyyən edilməsi, investisiya proseslərinin tənzimlənməsinin iqtisadi mexa-nizmi, investisiya layihələrinin idarə edilməsinin əsasları, investisiya layihələrinin səmərəliliyinin müəyyən edilməsi və s. məsələlər öz əksini geniş tapmışdır. Dərslikdən bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr, aspirantlar, müəllimlər və həmçinin, bu problemlə maraqlanan elmi işçilər də istifadə edə bilərlər.

G İ R İ Ş

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhə-

Защид Тумасгулу оьлу Мяммядов

3

Page 4: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

miyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumimilli məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir.

Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hələ 1994-cü ilin 20 sentyabrında imza-lanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhə-miyyəti əvəzsizdir. Belə ki, 1999-cu ilin avqustunda «Əsrin müqaviləsi»nin beşinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyətə malikdir. Həmin sərəncamda göstərilir ki, Beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. «Əsrin müqaviləsi»nin imzalanması, Azərbaycanın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı.

Beləliklə, beynəlxaq konsorsium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm prosesdə 14 xarici ölkədən 33 iri məşhur şirkətin iştirakı təmin edilmişdir. Hesab-lamalara görə bu mühüm saziş respublikada kar-bohidrogen ehtiyatlarından istifadə sahəsində ölkənin Xəzər regionunda aparıcı mövqeyə malik olacaqdır. Təhlil göstərir ki, indi-

4

Page 5: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

yədək «Əsrin müqaviləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Ümumiyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il və daha çox müddətə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza təqribən 60 milyarda ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Təhlil göstərir ki, Azərbaycanın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədər təşkil edir.

Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsasən tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı ol-mayaraq bütün investorların hüquqlarının bərabər müdafiəçisi dövlətdir.

Bununla belə, mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq müdaxilə etməsinə yol verilmir.

Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sərbəstdirlər. Deməli, buna görə də onlar respublikada ən səmərəli və perspektivli sahələrdən biri olan neft-qaz hasilatına investisiya qoymağa üstünlük verirlər. Məhz bununla bağlı, ən başlıca məqsəd bu istiqamətlərdə işlərin mümkün qədər daha da intensivləşdirilməsidir.

Qeyd etmək lazımdır ki, respublikada yaranan əlverişli siyasi, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi olan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar göstərir ki, xarici in-vetisiya qoyuluşlarında dinamik, sürətli artım tempi mövcuddur. Belə ki, 1995-ci ilə nisbətən 1998-ci ildə investisiya qoyuluşlarının həcmi 3,7 dəfə artmışdır. İnvestisiya qoyuluşlarının 60-65 faizdən çoxu neft

5

Page 6: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

sənayesinin payına düşür. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən investisiya qoyuluşları da yüksək temp ilə artmaqdadır. Bununla yanaşı xarici firmalar tərəfindən sərf edilən investisiyaların da miqyasını genişləndirməklə xarici investiyaların məbləği də artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Britaniya və İranın firmaları investisiya qoyuluşlarında əsas rol oynayırlar. Buna 1995-ci ildə qəbul edilmiş «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu da geniş imkanlar açmışdır. Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır.

Məhz buna görə də ölkədə xarici investisiya fəaliyyətinin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici rolu və funksiyası daha da artmış olur.

Beləliklə, dərslikdə investisiya qoyuluşlarının dövlət tərəfindən tənzimlənməsinin elmi-metodoloji istiqamətləri kursun proqramına uyğun olaraq işlənmişdir. Həmin problemə dair respublikamızda ilk dəfə hazırlanmış dərslik ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Lakin ondan müəllimlər, aspirantlar və bu problemlə məşğul olan digər şəxslər də istifadə edə bilərlər.

Bununla belə, dərslikdə nöqsanlar da istisna edilmir. Dərsliklə bağlı irad və təkliflərini söyləyəcək oxuculara müəlliflər əvvəlcədən minnətdarlıqlarını birdirirlər.

6

Page 7: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

FƏSİL 1. DÖVLƏTİN İNVESTİSİYA SİYASƏTİ VƏ İNVESTİSİYA HAQQINDA ANLAYIŞ

1.1. İnvestisiya fəaliyyəti, onun mahiyyəti və vəzifələri

Respublikada bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün konkret inkişaf proqramı və proqnozları işləyib hazırlamalı və onun həyata keçirilməsi təmin edilməlidir. Belə proqramın əsasını respublikanın mikro-makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və idarə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürətləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Qarşıya qoyulan bu vəzifələrlə əlaqədar olaraq, respublikanın bazar iqtisadiyyatına keçdiyi bir şəraitdə, əsas problemlərdən biri investisiya qoyuluşlarından və əsas fondlardan istifadənin səmə-rəliliyini yüksəldilməsidir. Belə ki, bu proqramın ardıcıl olaraq həyata keçirilməsi gələcəkdə ölkədə iqtisadi-sosial inkişafın sabitliyinin qorunub saxlanmasına geniş imkan yaradır. Bazar iqtisadiyyatı şəraitində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı və onların yüksək gəlir (mənfəət) əldə etməsi, hər şeydən əvvəl, investisiya qoyuluşlarından tam və səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan müasir dövrdə Respublika iqtisadiyyatında investisiya qoyuluşunun nəzəri-metodoloji məsə-lələrinin geniş araşdırılmasının mühüm əhəmiyyəti var.

Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, investisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Məlumdur ki, makroiqtisadiyyatda

7

Page 8: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni maşın və avadanlıqların alınması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olunmamış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir.

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsalın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnməsinə vəsait sərfi kimi başa düşülür.

Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və maliyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür.

Müasir dövrdə investisiya qoyuluşları - prosesləri Azərbaycanın və xarici ölkələrin görkəmli iqtisadçı alimləri tərəfindən geniş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövcuddur.

Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsalda müəyyən müddətlərdə adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasibətlərində öz əksini tapır. Beləliklə, investisiya qoyuluşlarına material, əmək və maliyyə məsrəfləri də daxil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul münasibətlərinin ən mühüm atributlarından biri hesab edilir.

Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoyuluşu» anlayışları arasında fərq mövcuddur. Lakin onlar arasında qarşılıqlı əlaqə də vardır.

Əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sahələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fondların yaradılmasına, mövcud müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si-

8

Page 9: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

lahlandırılmasına yönəldilən vəsaitin məcmusu başa düşülür.

İnvestisiya (investisiya resursları) dedikdə, pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar, səhm, digər qiymətli kağızlar, texnologiyalar, maşın və avadanlıqlar, lisenziyalar (o cümlədən əmtəə nişanları olan), kreditlər, digər əmlak və əmlak hüquqları, sahibkarlıq fəaliyyətinə, digər fəaliyyət növlərinə qoyulan intelektual sərvətlər və müsbət iqtisadi və sosial nəticələrə nail olmaq məqsədlərini başa düşürük.

Qeyd etmək lazımdır ki, əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilən investisiya əsaslı vəsait qoyuluşu şəklində həyata ke-çirilir. İnvestisiya qoyuluşlarında ən başlıca məqsəd sahibkarın, dövlətin və digər təşkilatların yüksək mənfəət əldə etməsindən ibarətdir.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın mahiyyətini başa düşmək üçün əsas fondların yaradılmasına çəkilən xərclə yanaşı, dövriyyə fondunun yaradılmasına yönəldilən zəruri vəsait qo-yuluşunu da nəzərə almaq lazımdır. Lakin, dövriyyə fondunun yaradılmasına yönəldilən vəsaitin özünəməxsus xüsusiyyəti vardır. Belə ki, həmin vəsait bütün istismar müddəti ərzində dəyər ifadəsində ona təhkim olunur. Onun həcmi istehsalın miqyasından (artma və ya azalmasından) asılı olaraq dəyişir.

Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha genişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir. İnvestisiya formasında əsaslı vəsait qoyuluşunun müəyyən hərə-kəti tamamlanır.

Müasir iqtisadi ədəbiyyatlarda geniş yer tapmış «investisiya prosesi» və «əsaslı vəsait qoyuluşunun

9

Page 10: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

dövriyyəsi» anlayışının araşdırılmasına geniş yer verilir.

Belə ki, əsaslı vəsait qoyuluşunun dövriyyəsi dedikdə, qo-yulan vəsaitin ayrı-ayrı mərhələləri üzrə (yəni layihəlləndirmə, tikinti, ödəmə və s.) hərəkətinin və ya xərcin həyata keçirilməsindən başlanan vaxtdan, onun tam qaytarılmasına (ödənilməsinə) qədər olan müddət dövr etmə müddəti kimi başa düşülür.

Əsaslı vəsait qoyuluşu prosesi – layihələndirmədən və tikinti mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər keçən müddəti əhatə edir.

İnvestisiya prosesi (fəaliyyəti) dedikdə, investisiya qoyuluşlarının və onun həyata keçirilməsi ilə bağlı olan bütün proseslərin məcmusu başa düşülür. İnvestisiya proseslərinin aşağıdakı əsas növlərini göstərmək olar:

- istehsalata və sosial sahələrə elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək istiqamətində investisiya fəaliyyəti;

- dövlət, qeyri-dövlət, müəssisə, idarə, təşkilatlar və fiziki şəxslər tərəfindən həyata keçirilən investisiya fəaliyyəti.

Bu fəaliyyətlərə xarici dövlətlər, beynəlxalq maliyyə təşkilatları, xarici vətəndaşlar və fiziki şəxslər tərəfindən qoyulan investisiya fəaliyyəti də daxildir.

Məlum olduğu kimi istehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin fəaliyyətlərindən istifadə etmək istiqamətində investisiya fəaliyyətinin bir forması da innovasiyadır.

İnnovasiya fəaliyyəti dedikdə, əsasən uzun müddətli elmi-texniki tərəqqi şəraitində iqtisadiyyatda baş verəcək struktur dəyişiklikləri ilə əlaqədar və habelə ölkədə fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

10

Page 11: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

İnnovasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq investisiya prosesi daha geniş forma alır.

İnnovasiya prosesi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- elmi-texniki proqramların həyata keçirilməsi;- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi

məqsədilə məhsuldar qüvvələrin tərkibində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

- texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növlərinin işlənib hazırlanması, yayılması və tətbiqi;

- ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticəsində istehsalın texniki səviyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi;

- iqtisadiyyatin sahələrində yeniliklərin tətbiqi nəticəsində sosial, iqtisadi və ekoloji səmərənin artırılmasının təmin edilməsi

Qeyd etmək lazımdır ki, innovasiyanın iqtisadi və sosial səmərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya resursundan istifadə istiqamətlərini müəyyənləşdirmək lazımdır. Beləliklə, belə maliyyə vəsaitlərindən: yeni məhsul mənimsənil-məsi və buraxılışı; istehsalın və əməyin texniki silahlanması; istehsalın genişləndirilməsi, yenidən qurulması və s. məqsədlər üçün istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda «ödənilmə» anlayışı tam araşdırılmamışdır. Bir çox iqtisadçı alimlər əsaslı vəsait qoyuluşunun səmərəliliyinin tədqiq edərkən «ödənilmə» anlayışını «xərcin ödənilmə müddəti» anlayışının sinonimi kimi qəbul etməklə onları eyniləşdirirlər. Lakin həmin anlayışların hər biri müstəqil məzmuna malikdir.

11

Page 12: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Belə ki, ödəmə dedikdə, avans olunan resursların ödənilməsi üçün istifadə olunan vəsait kimi amortizasiya ayrımının (hansı ki, renovasiya məqsədi üçün nəzərdə tutulur), yəni əsas və dövriyyə fondlarının istismarı ilə əlaqədar olaraq istehsal prosesində əldə edilən mənfəət başa düşülür.

«Xərclərin ödənilməsi» dedikdə isə əldə edilən əsaslı vəsait qoyuluşunun investisiyanın həyata keçirilməsinə yönəldilən məbləğin həcminə uyğun gəlməsi başa düşülür.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın tam dövriyyəsi o vaxt başa çatmış olur ki, o tamamilə ödənilir. Daha doğrusu, investisiya qoyuluşları həcmi ilə müqayisədə buraxılan məhsulun maya dəyərində amortizasiya ayrımının həcmi nəzərdə tutulan məb-ləğə uyğun gəlsin. Əldə edilən mənfəət investisiyanın həcminə bərabər olsun. Bu halda investisiyanın ödənilməsi (İnv) faizini belə hesablamaq olar:

İnvY = (Ma : Yh) ·100burada, Ma – obyektin istismara verilməsindən

başlayaraq mənfəətin artan yekunun məbləği;

İnv – illik investisiyanın həcmi (məbləği).İnvestisiya tsiklinin ardıcıllıq mərhələlərini

aşağıdakı kimi xarakterizə etmək olar:

Sxem 1.

12

Page 13: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Инвестисийанын тсикли

Ясаслы вясаит

гойулушу

Дюврийя фондуна гойулуш

Юдянилмя

Firmanın (müəssisənin) fəaliyyətinin ən mühüm cəhəti investisiya prosesidir. İnvestisiya layihəsinin realizə edilməsi ona yönəldilən əsaslı vəsait qoyuluşu ilə əlaqədardır ki, bu il ərzində firmanın mənfəət almasını təmin etməlidir.

Kommersiya təcrübəsində investisiyanın aşağıdakı tiplərini (növünü) bir-birindən fərqləndirmək lazımdır:

- fiziki aktivlərə investisiya;- pul aktivlərinə investisiya;- qeyri-material (gözə görünməyən) aktivlərə

investisiya.Fiziki aktivlərə istehsalat binası və tikililər,

həmçinin xidmət müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar və s. daxildir.

Pul aktivlərinə – fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar (məsələn: uduş, aksiya, bank depoziti və s.) aiddir.

Qeyrimaterial aktivlərinə – lisenziyanın alınması, ticarət nişanının işlənməsi, işçilərin təhsil alması və ixtisas səviyyəsinin yüksəldilməsi və s. daxildir. İnvestisiyanın real aktivliyinin hazırlanması və təhlili hər şeydən əvvəl firmanın qarşısında duran problemin bu növ investisiyanın köməkliyi ilə həll edilməsindən asılıdır. Bu mövqedən mövcud bütün müxtəlif investisiyaları aşağıdakı qruplara bölmək olar:

13

Page 14: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

1. İstehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qoyuluşları. Bu cür investisiyaların məqsədi firmada xərcin aşağı düşməsi üçün köhnə avadanlıqların yenisi ilə əvəz edilməsini, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və əməyin səmərəli təşkilini və s. təmin etməkdən ibarətdir.

2. İstehsalın genişlənməsində investisiya qoyuluşları. Belə investisiyaların qarşısında duran əsas vəzifə mövcud istehsal prosesi miqyasında əvvəlcədən yaranmış bazar üçün əmtəə buraxılışının həcminin və çeşidinin genişləndirilməsini həyata keçirməkdir.

3. Bu tip investisiyalar yeni müəssisələrin yaradılmasına yönəldilir və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əmtəə istehsalı həyata keçirilir ki, bu da firmanın dünya bazarına çıxmasına imkan verir.

4. Dövlətin idarəetmə orqanlarının tələbatının ödənilməsinə investisiya qoyuluşları. Bu tip investisiyalar o vaxt yaranır ki, firma menecmentin təkmilləşdirilməsi hesabına dövlət orqanlarının tələbatını ödəyə bilmir.

İnvestisiyanın belə təkmilləşdirilməsi hər şeydən əvvəl onun müxtəlif risk səviyyəsi ilə bağlı olmasıdır. İnvestisiyanın tipi ilə onun riski arasındakı asılılıq aşağıdakı sxemlə izah edilir.

Sxem 2.İnvestisiyanın tipi ilə risk səviyyəsi arasında əlaqə

TİP 3 TİP 2 TİP 1 TİP 4Yeni

istehsalın yaradılmasın

a investisiyala

r

İstehsalın geniş-

ləndirilmsinə investisiyalar.

Səmərəliliyin yüksəldilməsi

nə investisiyalar

Dövlət orqanlarının tələbatının ödənilmə-

sinə investisiy-

alar.

14

Page 15: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Riskin yüksək sviyyəsi Riskin aşağı səviyyəsi

Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı ilə qiymətləndirilir. Buna gör də istər ayrı-ayrı risk amilləri, istərsə də bütövlükdə investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnifləşdirilir. Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması Inteinationess Companu USA tərəfindən dərc edilmiş yeddi cildlik «Publitical Rick Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə köçürmləri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 bal sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business Environment Rick Inteligence International» və Alman firması «Beri» riskləri 100 bal sistemi ilə qiymətləndirirlər.

İnvestisiya qoyuluşunda istifadə oluan risk anlayışı – potensial investor tərəfindən qoyulmuş vəsaitin itirlməsi deməkdir.

Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.

Sxem 3.Təsnifləşdirməni

n əlamətləriTəsnifata uyğun olaraq risklərin

ƏlamətləriSubyektlər üzrə - bəşəriyyət üzrə ümumilikdə;

- ayrı-ayrı regionlar, ölkələr, millətlər;- sosial qruplar, ayrı-ayrı fərdlər;- iqtisadi, siyasi, sosial və s. sistemlər;- təsərrüfat sahələri;- ayrı-yrı layihələr;- fəaliyyətin növləri.

İnvestisiyanın növləri üzrə

- maliyyə- investisiya layihələri

Təzahür sferası üzrə

- iqtisadi amillərin dəyişməsi ilə əlaqədar olaraq iqtisadi risk;- respublikanın siyasi mövqeyindən asılı olaraq siyasi risk;- sosial şəraitin dəyişməsi (çətinləşməsi)

15

Page 16: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

ilə əlaqədar olaraq sosial risk;- ekoloji fəlakətlərlə əlaqədar olaraq ekoloji risk;- qanunvericiliyin və normativ aktların (bazarın) dəyişməsi ilə əlaqədar olaraq normativ qanunvericilik risk.

Əmələ gəlmə mənbələri üzrə

- konkret subyektə xas olan, onun nəzəriyyəsindən və xüsusiyyətlərindən asılı olaraq qeyri-sistematik risk;- bazar konyunktrasıının dəyişkənliyi ilə əlaqədar olan sistematik risk, subyektdən asılı olmayan tənzimlənməyən risk;Sistematik risklər aşağıdakılara bölünür: a) qanunvericilik, qiymətin əmələ gəlməsi, normativlər, bazar konyukturası sferasında gözlənilməyən tənzimlənmə tədbirləri;b) təbii qəzalar və fəlakətlər;v) cinayətlər;q) siyasi dəyişikliklər.

Risk hər bir investisiya layihlərinin

reallaşdırılması gedişində ziyanın baş verməsi və ya layihənin səmərəliliyinin aşağı düşməsi ilə nəticələnən arzu olunmaz halların yaranması imkanı ilə əlaqədar olan qeyri-müəyyənlikdir. Ümumi formada risk – layihənin reallaşdırılmasında əmələ gələn zərər və ya ziyanın ehtimalıdır. Risk aşağıdakı kimi müəyyən edilir:

R = f (P,L)burada, R – riskli hadisələr P – riskin əmələ gəlməsi ehtimalı L – riskli hadisələrin əmələ gəlməsi

halında nəticənin vacibliyi.Risklərin idarə edilməsi – layihənin reallaşdırılmasının faktiki göstəricilərinin əvvəlcədən planlaşdırılmış mənalardan kənarlaşmaların azaldılması məqsədi ilə risklərin monitorinqi, təhlili və indentivikasiyasını birləşdirən tədbirlər kompleksidir. Riskin ida-rəedilməsi üzrə hərəkətin alqoritmi aşağıdakı sxemdə verilir.

16

Page 17: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Рискля-рин индентификасийасы

Рискля-рин тящлили

Програм васитяляр

инин тятбиги

Експерт гиймятляринин тятбиги

Риск-

лярин

тясирини

н азалмасы

цзря тяд-бирл

яр

Лайи-

щянин

инкишафына няза-рят

Лайи-

щяля-

рин баш

а чатмасы вя

няти-

ъяляри

Кянарлашмалар щаггында

информасийа

Sxem 4.

Sosial-siyasi risk ölkədə iqtisadi vəziyyətə və xarici kapital itkisinə təsir edə biləcək sosial-siyasi vəziyyətin dəyişmə səviyyəsinin nəticəsindən asılıdır.

İnvestisiya prosesi obyektlərinə görə real və maliyyə investisiyalara bölünür.

Real investisiyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa düşülür.

Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasitələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur.

Real investisiyalar aşağıdakı qruplara bölünür:- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə

yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların

17

Page 18: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl-dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yönəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan investisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yaradılmasına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl-dilən investisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin yerinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investisiyalar.

Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:

1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.İnvestisiyalar növlərinə görə aşağıdakı kimi

təsnifləşdirilir.a) maddi obyektlərə birbaşa investisiyalar. Bu

zaman investor investisiya obyektinin və qoyulacaq vsaitin seçilməsində bilavasitə iştirak edir. Belə investisiyalara real intellektual investisiyaları da aid etmək olar.

b) investisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə səciyyələnən (vasitəli, birbaşa olmayan) investisiyalar. Maliyyə investisiyalarını belə investisiyalara aid etmək olar.

İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir.

Sxem 5.

İnvestisiyaların müxtəlif əlamətlərə görə təsnifləşdirilməsi.

18

Page 19: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

İnvestisiyaların təsnifləşdirmə əlamətləri

İnvestisiyanın növləri

Təşkilati formalarına görə İnvestisiya layihəsi: birinci, müəyyən bitmiş investisiya fəaliyyətinin bir obyektini, ikinci, investisiyanın formasının reallaşdırılmasını nəzərdə tutur.Təsərrüfat subyektinin investisiya portfeli, buna bir investorun investisiyaları daxildir.

İnvestisiya fəaliyyətinin obyektlərinə görə

Əsas fondların yaradılmasına və təkrar istehsalına, maddi və qeyri-maddi aktivlərə qoyulan uzun- müddətli real inves-tisiyalar (kapital qoyuluşları). Dövriyyə vəsaitlərinə qısa müddətli investisiyalar (məhsul-material ehtiyatı, qiymətli kağızlar və s.).Dövlət və qeyri-dövlət qiymətli kağızların depozitlərinə maliyyə investisiyaları.

İnvestisiya ehtiyatları üzərində mülkiyyət formalarına görə

Xüsusi investisiyalar.Dövlət investisiyaları.Xarici investisiyalar.Birgə investisiyalar

İnvestisiya qoyuluşunda iştirakın xarakterinə görə

Bilavasitə maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman investor investisiya obyektinin və qoyulan vəsaitin seçilmsində iştirak edir. Belə investisiya misal olaraq real investisiyanı göstərmək olar.İnvestisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan vasitəli investisiyalar. Belə inves-tisiyalara misal olaraq portfel in-vestisiyalarını göstərmək olar.

İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan templə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin formalaşdırılması üçün qarşıya

19

Page 20: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Инвестисийа мцщитинин формалашмасына

тясир едян амилляр

Сийаси Игтисади Сосиал

- харижи инвестисийалара мцнасибятдя дювлят сийасяти;- дювлятин игтисадиййата мцдахилясинин сявиййяси;- сийаси сабитлик;- бейнялхалг разылашмаларын шяртляриня ямял олунмасы;- дювлятин идаря етмя апаратынын ишинин сямярялилийи;- башга амилляр.

- игтисадиййатын цмуми вязиййяти (бющран вя йахуд йцксялиш);- инфлйасийанын сявиййяси, валйута курсунун сабитлийи;- иш гцввясинин дяйяри;- верэи вя эюмрцк имтийазлары;- конкрет нюв ямтяяляря вя хидмятляря тяляб вя тяклифляр;- верилян кредитляря эюря юдянилян фаизляр;- башга амилляр.

- жямиййят цзвляринин харижи капитала вя хцсуси мцлкиййятчийя мцнасибяти;- жямиййят цзвляринин идеолоъи билик сявиййяси;- ишчилярин тяшкилатчылыг габилиййяти;- башга амилляр.

qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır.

Sxem 6.

20

Page 21: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Qeyd etmək lazımdır ki, əlverişli investisiya mühitinin formalaşdırılmasına təsir göstərən amillər içərisində siyasi amil mühüm rol oynayır. Çünki, respublikamızda iqtisadiyyatın inkişafına Bazar iqtisadiyyatı şəraitində investisiya mühitinin formalaş-masına təsir edən amilləri qruplaşdırılmış formada aşağıdakı sxemdən aydın görmək olar. İnvestisiya qoyuluşuna olan tələbatın ödənilməsi xarici investisi-yanın cəlb olunmasını tələb edir ki, bu da ilk növbədə ölkəmizdə siyasi sabitliyin olması ilə bilavasitə bağlıdır.

Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə artması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.

Müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhəmiyyətli keyfiyyət dəyişiklikləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçiriləcəkdir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diqqət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının

21

Page 22: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımı təmin edir.

İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən ibarətdir.

Respublikada investisiya prosesinin inkişafına dövlət təsirinin gücləndirilməsi məqsədilə büdcədə investisiya layihələrinə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 1997-ji ildən etibarən dövlət zəmanətləri üzrə xərclər «Dövlət borcuna xidmət edilməsi» bölməsində öz əksini tapmışdır. Respublikada sabit investisiya mühitinin yaradılmasında əsas amil ilk növbədə xarici investorlara əlverişli şəraitin təşkil edilməsidir.

Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca səbəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir.

Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investisiya siyasətində baş verəcək ciddi keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edir. Buna görə də respublikada həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zəruriyyətə çevrilir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesabına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçirilməsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin mühüm istiqa-mətlərindən aşağıdakıları göstərmək olar:

22

Page 23: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən ümum dövlət obyektlərinin investisiyalaşdırılması üçün istifadə etmək;

- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin inkişafına yönəltmək;

- investisiya resursları bazarını təşkil etmək;- mənzil tikintisi və digər investisiya layihələrinin

reallaşdırılması üçün əhalidən toplanan resurslardan istifadəni genişləndirmək;

- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;

- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən, fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;

- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.

Respublikamızda xarici və daxili investisiya resurslarının səfərbərliyə alınması məqsədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün Milli proqram işlənib hazırlanmışdır. Bu proqramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.

1.2. İnvestisiya qoyuluşlarının dövlət tənzimlənmsinin zəruriliyi

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, ölkədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdirilməsi respublika və yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetirilir. İnvestisiya qoyuluşları başlıca olaraq ölkənin ictimai tələbatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət forma-

23

Page 24: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

larından asılı olmayaraq respublikada investisiya qoyuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və sosial infrastrukturunun formalaşmasına da ciddi nəzarət edir.

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələrinin yaradılması, yenidən qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölkə lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır.

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəl-miş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

24

Page 25: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Respublikada artıq çoxukladlı bazar iqtisadiyyatı inamla formalaşmaqdadır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində iqtisadiyyatımızın dünya iqtisadiyyatına geniş inteqrasiya zəminində qurulması və inkişaf etdirilməsi real zəruriyyətə çevrilmişdir. Respublikanın uzaq xaric və MDB ölkələri ilə iqtisadi əlaqələrinin inkişafı milli iqtisadi mənafelərin gözlənilməsinə təminat verən dövlət proqramları əsasında həyata keçirilir. Həmin proqramda bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən, xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan hələ 1994-cü il 20 sentyabrda imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzedilməzdir. Belə ki, 1999-cu ilin 19 avqustunda «Əsrin müqaviləsi»nin beşinci il dönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyət kəsb edir. Həmin sərəncamda göstərilir ki, beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iqtisa-diyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, beynəlxalq konsersium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm problemdə 14 xarici ölkədə 33 iri məş-hur şirkətlərin iştirakları təmin edilmişdir. Hesablamalara görə bu mühüm sazişlər respublikada karbohidrogen ehtiyatlarından istifadə sahəsində ölkəni Xəzər regionunda aparıcı mövqeyə çıxa-racaqdır. Təhlil göstərir ki, indiyədək «Əsrin müqavi-ləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ

25

Page 26: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

dolları məbləğində investisiya qoyulmuşdur. Ümumiyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il müddətinə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza ümumilikdə 60 milyarda yaxın ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Bu barədə daha geniş təsəvvürə malik olmaqdan ötəri 1№-li cədvəlin rəqəmlərinə nəzərə salmaq lazımdır.

Cədvəl 1Neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş

xarici investisiyaların həcmi

№ Neft yataqlarıİstehsalın həcmi (mln.t.)

İnvestisiya (mlrd. ABŞ dol. hesabı

ilə)

Azər-baycanın payı (fa-

izlə)1. «Azəri», «Çıraq», «Gü-

nəşli»630,0 12-14 10,0

2. «Qarabağ» 80-150 1,7-2,0 7,53. «Şahdəniz» 100,0 4,0 10,04. «Dan ulduzu-Əşrəfi» 100-

150,01,5-2,0 20,0

5. «Lənkəran-Talış-dəniz» 100,0 1,5-2,0 25,06. «Yalama» (D-222) 100,0 1,5-2,0 40,07. «Abşeron» 150-300 3-3,5 50,08. «Naxçıvan» (Keçmiş D-

3)75-100 5,0 50,0

9. «Oğuz» 75,0 2,0 50,010 «Kürdaşı» 90-120 2,0 50,011 «Güney-Qərib-

Qobustan»30-60 0,3-0,5 20,0

12 «İnam» 150-250 3-4 50,013 «Muradxanlı» 80-80 1-1,5 50,014 «Alov», «Araz», «Şərq» 150-300 9,0 40,015 «Kürsəngi»,

«Qarabağlı»60-90 0,5-0,8 50,0

16 «Atəşgah» 100,0 2,0 50,017 «Zəfər», «Məşəl» 120-150 2,0 50,018 «Lerik-dəniz»,

«Savalan»100-120 2,0 50,0

19 «Padar» 50-100 0,8-1,0 20,0

26

Page 27: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Aparılan hesablamalardan məlum olduğu kimi, Azərbaycanın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədərdir (bax: 1№-li cədvəl). Qeyd etmək lazımdır ki, müqavilələrdə iştirak edən hər bir şirkətin payı müəyyənləşdirilmişdir. Məsələn, «Əsrin müqaviləsi» ilə dünyanın 6 ölkəsindən 2 şirkət arasındakı pay bölgüsü aşağıdakı kimi nəzərdə tutulmuşdur. «Britiş Petrolium» (İngiltərə) – 17,12%, «Yunokal» (ABŞ) – 10,5%, «Statoyl» - 8,56%, «Ekson» - 8,0%, «Türk petrolları» (Türkiyə) – 6,75%, «Penzoyl» (ABŞ) – 4,81%, «İtoçu» (Yaponiya) – 3,92%, «Ramko» (İngiltərə) – 2,08%, «Delta» (Səudiyyə Ərəbistanı) – 1,68%-dır. Qeyd etdiyimiz kimi, neft yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutulur ki, bu da XXI əsrin astanasında Azərbaycan sosial-iqtisadi inkişafının daha da yüksəldilməsinin təməlini qoymuş olacaqdır. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının keyfiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da ölkənin makroiqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır. Beləliklə, dənizin dərin qatlarından karbohidrogen yataqlarının müştərək istifadəsi yolu ilə qabaqcıl xarici təcrübəyə yiyələnməklə gələcəkdə neft-qaz yataqlarından sərbəst istifadəyə nail olunacaqdır. İnvestisiya fəaliyətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində faktiki olaraq 1994-cü ildən indiyədək, ardıcıl surətdə hər bir neft yataqları üzrə sazişlərin Milli Məclis tərəfindən ratifikasiya edilməsi ilə əlaqədar geniş və intensiv iş həyata keçirilir. Belə ki, imzalanmış 19 sazişdən 2-nin həyata keçirilməsindən az vaxt keçməsinə baxmayaraq, yeni sazişlər üzrə birbaşa sərmayələrin məbləği 700 milyon ABŞ dollarından çox olmuşdur.

27

Page 28: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mulkiyyət formandın asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir. Bunanla belə, dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə müdaxilə etməsinə yol verilmir. Məlum olduğu kimi, investisiya fəaliyyəti investorların müəyyən məqsədlər üçün investisiya qoyuluşları ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün fəaliyyətin məcmusu hesab edilir və dövlət tərəfindən tənzimlənir. Beləliklə, mulkiyyət və təsərrüfatçılıq fəaliyyətindən asılı olmayaraq, investisiya qoyuluşları ölkədə mövcud qanunvericilik aktlarına tam uyğun formada tənzimlənir. Odur ki, dövlət ölkədə sosial-iqtisadi inkişafı tənzimləmək, xalq təsərrüfatında lazımi proporsiyaların yaradılmasını təmin etməklə investisiya qoyuluşlarından və habelə, investisiya fəaliyyətindən əldə edilən gəlirlərdən tam və səmərəli istifadəni ciddi surətdə tənzimlənməlidir. Şübhəsizdir ki, hər hansı istehsal və sosial sahələrin yaradılması, yenidən qurulması, genişləndirilməsi və habelə məşğulluğun təmin edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusi ilə də ondan əldə edilmiş gəlirdərdən səmərəli istifadə olunmasını tələb edir. Bu baxımdan, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Odur ki, müasir müstəqillik və bazar iqtisadiyyatı şəraitində xarici ölkələrin marağına və milli iqtisadiyyatın inkişafına tam uyğun olaraq, investisiya fəaliyyətini daha da dərinləşdirmək tələb edilir. Belə bir real şəraitdə, investisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edilməsi müasir

28

Page 29: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

reallıqdan irəli gəlir. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri çoxşaxəli olmaqla bərabər, onun əsas istiqamətlərindən biri respublikaya investisiya axınının getdikcə gücləndirilməsidir. Təhlil göstərir ki, son illərdə neft-qaz hasilatı sahəsində sazişlərin çoxalması ilə bağlı xarici investisiya fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bu barədə ətraflı təsəvvürə malik olmaq üçün 2№-li cədvəlin məlumatlarına nəzər salmaq kifayətdir.

Cədvəl 2.Azərbaycan Respublikasına xarici investisiya axınının

inkişaf dinamikası (milyon ABŞ dolları ilə)

1995 1996 1997 1998Xarici investisiyaların cəmi:

375,1 620,5 1307,3

1472,0

Ondan:Maliyyə kreditləri 220,4 101,5 196,3 120,0Neft sənayesinə 139,8 416,2 780,1 891,8Birgə müəssisələr və xarici firmalar 14,0 102,8 330,9 460,2

Ondan:Türkiyə 6,8 45,3 129,6 160,3ABŞ 2,1 41,5 97,5 56,7İran 0,9 1,0 2,6 40,7Almaniya 1,2 4,2 16,0 2,1Rusiya 0,7 2,3 5,5 10,3Böyük Britaniya 0,7 0,2 47,2 47,4BƏƏ (Birləşmiş Ərəb Əmirliyi)

0,7 1,7 8,0 16,6

Sair ölkələr 0,4 0,5 7,6 118,5

Cədvəlin materiallarından aydın göründüyü kimi, xarici investisiya qoyuluşunda sürətli artım tempi mövcuddur. Belə ki, 1995-ci ilə nisbətən 1998-ci ildə investisiya qoyuluşunun həcmi 3,7 dəfə artmışdır. Beləliklə, xarici investisiya resurslarının artırılması və xüsusilə, investisiya fəaliyyətindən əldə edilən gəlir-

29

Page 30: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

ləndən istifadə istiqamətlərinin tənzimlənməsi yolu ilə milli iqtisadiyyatın strukturunda səmərəli proporsiyaların yaradılması, habelə, güclü istehsal potensialına uyğun sosial infrastrukturun for-malaşması və inkişafı dövlətin tənzimləyici rolunun və funkiyasının bir daha artırılmasını təkidlə tələb edir. Bu barədə birmənalı düşünənlər də az deyildir. Belə ki, bazar iqtisadiyyatı hər şeyə qadirdir və o hər şeyi öz yerinə qoyacaqdır – deyənlər və birmənalı fikirləşənlər keçid iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata hər tərəfli müdaxilə etməsi zəruriliyini ənənəvi bazar iqtisadiyyatlı qərb ölkələrində olduğu kimi dövlətin iqtisadiyyata müdaxilə həddilə eyniləşdirirlər. Şübhə ola bilməz ki, sabit bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin müəyyən həddi olmalıdır. Lakin, müasir keçid şəraitində dövlətin güclü tənzimləyiji siyasəti olmadan real bazar münasibətlərini formalaşdırmaq qeyri-mümkündür.

Müasir dövrdə neft sənayesinə qoyulan investisiyaların 60%-dən çoxunu xarici investisiyalar təşkil edir. Cəlb olunmuş xarici investisiyalarda xarici dövlətlərdən Türkiyənin payı 34,7%, ABŞ-ın payı 12,4%, İranın payı 8,9%, Böyük Britaniyanın payı 10,4%, BƏƏ-nin payı 3,6%, Rusiyanın payı 2,3% təşkil etmişdir.

Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır. Məlum olduğu kimi, bu istiqamətdə respublika hökuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xarici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi istiqamətində qiymətlərin liberallaşdırılması, xarici ticarətin stabilləşdirilməsi və respublikaya xarici investisiyaların cəlb edilməsi ölkələrarası sərbəst mal mübadiləsinin həyata keçirilməsi üzrə bir sıra təd-birlər də yerinə yetirilmişdir və bunun da nəticəsində

30

Page 31: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

respublikaya xarici ölkələrin marağı daha da artmışdır. Lakin xarici investorların normal fəaliyyətini tənzimləməkdən ötəri geniş tədbirlər həyata keçirməlidir. Daha doğrusu, xarici investisiya fəaliyyətinin stimullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsusilə, güzəştli vergi sisteminin, sürətli amortizasiya, qiymətqoyma siya-sətinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.

Məhz buna görə də ölkədə geniş xarici investisiya fəaliyyətinin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici funksiyası bir daha artmış olur. Bu istiqamətdə başlıca problemlərdən biri investisiya fəaliyyətində sosial infrastrukturun kompleks inkişa-fına nail olunmasıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, respublikamızda birbaşa sərmayə qoyuluşlarından az da olsa, sosial istiqamətdə 15,5 milyon ABŞ dolları həcmində məbləğ sərf edilmişdir ki, onun da 9,5 milyon dolları respublikada işçi heyəti-nin təhsilinə və ixtisaslarının artırılmasına yönəldilmişdir. İndi investisiya fəaliyyətinin ölkəmizdə getdikcə genişləndirilməsi ilə əlaqədar olaraq güclü xidmət-servis komplekslərinin yaradılmasına və inkişafına yüksək dövlət qayğısı lazımdır. Araş-dırmalar göstərir ki, xarici şirkətlərin böyük əksəriyyəti özləri ilə xidmət servisini də gətirirlər. Təhlil göstərir ki, indi Azərpbaycanda böyük Britaniyadan 230-dan çox, ABŞ-dan 110 xidmət şirkəti fəaliyyət göstərir. Bu istiqamətdə fəaliyyət Almaniya, Fransa, Yaponiya, Türkiyə, İsveç, İtaliya və İran şirkətləri tərəfindən də təşkil edilmişdir. Şübhə yoxdur ki, xarici ölkələrin servis dixmətlərinin rolu və əhəmiyyəti inkar edilməzdir. Bu baxımdan həmin zəngin təcrübədən bəhrələnərək, gələcəkdə qismən olmuş olsa da, servis xidmətləri həyata keçirilərsə, onda məşğulluq probleminin həllinə müsbət təsir etməklə bərabər, ölkədə valyuta gəlirlərinin

31

Page 32: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

artmasına da şərait yaradılmış olardı. Deməli, neft-qaz istehsalının intensivləşdirilməsi və bununla bağlı, müvafiq sənaye sahələrinin inkişafı, respublikamızda xüsusi neft fondunun təşkil edilməsini zərurətə çevirmişdir. Odur ki, neft fondunun yaradılması, xalq təsərrüfatının proporsional və tarazlı inkişafında mühüm rol oynamaqla yanaşı, ölkədə sosial infrastrukturun formalaşması və inkişafına öz real təsirini göstərəcəkdir. Beləliklə, neft fondundan səmərəli istifadə edilməsi respublikada sosial sa-hələrin güclü və kompleks inkişafına da müsbət təsir göstərə bilər. Odur ki, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə birtərəfli deyil, kompleks yanaşmaq daha faydalı hesab olunur.

Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tənzimlənməsində iqtisadi mexanizmlərdən daha fəal istifadə etməlidir. Bu mexanizmlərə əsasən aşağıdakıları aid etmək olar:

- subyekt və obyektlərdə vergi dərəcələrinin və vergi güzəştlərinin tətbiqi;

- kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən, əsas fondların sürətli amortizasiyası ilə bağlı güzəştlər, ayrı-ayrı istehsal sahələri üzrə dəyişkən və fərqli güzəştlərin müəyyən edilməsi;

- ayrı-ayrı region və istehsal sahələrinin inkişafı üçün subversiya, subsidiya və büdcə borclarının verilməsi;

- dövlət norma və standartlarının müəyyənləşdirilməsi və antiinhisar tədbirlərinin həyata keçirilməsi;

- torpaqdan, sudan və s. təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

- qiymətlərin müəyyənləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;

- investisiya layihələrinin ekspertizası və s. tədbirlər nəzərdə tutulur.

32

Page 33: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Beləliklə, respublikada milli iqtisadiyyatın dirçəlməsində və onun inkişafında investisiya qoyuluşları bir tərəfdən bazar iqtisadiyyatının mahiyyətindən və habelə, ölkənin zəngin yeraltı sər-vətlərə malik olmasından, digər tərəfdən, respublikada bu geniş strateji məqsədlərə çatmaq üçün lazımi vəsaitin olmaması xarici investorları respublikaya cəlb edilməsini zəruriətə çevirmişdir.

1.3. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri

Bazar iqtisadiyyatının inkişafı təsərrüfat subyektlərindən və onların rəqabət qabiliyyətinin artmasından digər tərəfdən isə binamik dəyişən iqtisadiyyat şəraitində onların fəaliyyətinin sabit-liyinin və sarsılmazlığının təmin olunmasını tələb edir. Bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı təsərrüfat obyektlərinin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da milli məhsulun və gəlirLərin artırılmasını təmin edir. Bu artımın təmin olunması üçün əsas vasitələrdən biri investisiya fəa-liyyətidir ki, bu da özündə investisiya qoyuluşu prinsiplərini, həmçinin investisiyanın reallaşdırılması üzrə praktiki fəaliyyəti əks etdirir.

Bazar iqtisadiyyatının formalaşmasında, onun inkişafında düzgün və səmərəli investisiya siyasətinin həyata keçirilməsində onun obyekt və subyektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ölkədə investisiya qoyuluşları üçün bütün istehsal və sosial sahələr obyektlər hesab edilə bilər. Lakin investisiya qoyuluşunda başlıca məqsəd Respublikada strateji əhəmiyyət kəsb edən istehsal sahələrinə və bununla bağlı xidmət sferasının, xüsusilə də, ümumilikdə sosial infrastrukturun yaradılması və son nəticədə lazımi mənfəətin əldə edilməsidir. Odur ki, investisiya fəaliyyətinin obyekti

33

Page 34: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

dedikdə, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fondlar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əmanətləri, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mülkiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Bununla belə, cəmiyyətdə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulmuş ekoloji, sanitariya-gigiyena və s. normaların tələblərinə uyğun olmayan, vətəndaşların, hüquqi şəxslərin mənafelərini pozan obyektlərə investisiya qoyuluşu qadağandır. Beləliklə, cəmiyyətdə investisiya qoyuluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. İnvestisiya qoyuluşlarının müxtəlif obyektlərə sərf edilməsinin nəzərdə tutulması maraqlı tərəflərin mənafelərinə tam uyğun formada həyata keçirilir. Öz mahiyyəti etibarı ilə investisiya qoyuluşları qarşıda duran strateji problemlərin həcmindən, miqyasından asılı olaraq müəyyən müddətlərə nəzərədə tutulur. Respublikamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edilməsi məqsədilə müxtəlif müddətə, əsasən uzun dövr üçün (30 və daha çox ilə), xarici investisiya qoyuluşları sahəsində, xüsusilə, neft-qaz hasilatı üzrə ikitərəfli müqavilə imzalanmışdır. Bu da ölkədə nəinki neft-qaz hasilatının güclü inkişafına və habelə, ümumilikdə iqtisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olacaqdır.

Deməli, respublikamızda xarici investisiya qoyuluşlarının əsas obyektləri düzgün olaraq neft-qaz sənayesi hesab edilmişdir. Xarici investorlar Azərbaycan ərazisində aşağıdakı istiqamətlər üzrə investisiya qoymaq hüququna malikdirlər:

- Azərbaycan Respublikasında müvafiq filialların yaradılması;

34

Page 35: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

- müəssisələrin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər əmlakın alınması;

- torpaqdan və digər təbii resurslardan istifadə etmək hüququnun alınması;

- borc, kredit, əmlak və digər əmlak hüququnun verilməsi.

Azərbaycan ərazisində fəaliyyət göstərən qanunvericiliklə müəyyən edilmiş digər normaların tələblərinə cavab verməyən və dövlətin hüquq və mənafelərinə zidd olan obyektlərin yaradılması və istifadəsinin investisiyalaşdırılması qanunla qadağan edilir.

İnvestisiya prosesi, investisiya bazarında həyata keçirilir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas fondların təkrar istehsalı üçün), əmlak bazarını, qiymətli kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar bazarını, investisiya layihələri bazarını özündə birləşdirən bir sıra müstəqil seqmentlərə bölünür. İnvestisiya fəaliyyətinin ümumi prinsiplərində bu bazarlar investisiyaların obyektlərinə görə fərqlənirlər. Bu isə aparılan təhlilin forma və metodlarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsini, investisiyanın risklik səviyyəsini və etibarlığını müəyyən edir.

İnvestisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində subyektlərin də düzgün seçilməsi həlledici amilə malikdir. Məhz buna görə də Azərbaycan Respublikasının «İnvestisiya fəaliyyəti haqqında» Qanununda qeyd edilmişdir ki, xarici ölkələrin vətəndaşları və hüquqi şəxslər, vətəndaşlığı olmayan şəxslər, dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Məlum olduğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına

35

Page 36: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

yönəldilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilməsini təmin edən subyektlər investorlar hesab edilir. İnvestorlar, investisiya fəaliyyəti ilə əlaqədar olan əmanətçi, kreditor və alıcı qismində çıxış etməkdə investisiya fəaliyətinin iştirak-çısının funksiyalarını yerinə yetirirlər. Mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin həyata keçirilməsi sahəsində bütün investorlar eyni və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının ərazisində investisiya prosesinin həyata keçirilməsi zamanı yaranan münasibətlər «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tarixli Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.

Bütün investisiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericilik aktları çərçivəsində dövlət tərəfindən tənzimlənir. Hər bir investor müstəqil olaraq investisiya qoyuluşlarının məqsədini, istiqamətini və həcmini müəyyənləşdirir və onun həyata keçirilməsində nəzərdə tutulmuş müqavilələr əsasında fəaliyyət aparır. Adətən, müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə cəlb edilə bilərlər

Ölkələrin müvafiq qanunvericilik aktlarına tam uyğun olaraq hər bir investor investisiya obyektlərinə, onların nəticələrinə sahiblik etməklə bərabər, sərəncam vermək, ticarət əməliyyatları həyata keçirmək hüququna malikdirlər. Eyni zamanda, «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanunda və onun nəticələrinə sahib ol-maq, istifadə etmək hüququnun, həmçinin, digər hüquqi və fiziki şəxslərə verilməsi göstərilmişdir. İn-vestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsasında həyata keçirilir.

36

Page 37: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

İnvestisiya fəaliyyətində subyektlərin də üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrə əsasən aşağıdakıları aid etmək olar:

- nəzarətdə tutulmuş maliyyə vəsaiti, maddi sərvətlər əsasında həyata keçirilən investisiyanın həcmi və onun maliyyələşdirilmə mənbəyi bəradə yerli banklara və ya maliyyə orqanlarına vaxtaşırı arayış təqdim etmək;

- əsaslı tikinti və icazə tələb edən obyektlər üçün müvafiq dövlət orqanlarından razılıq əldə etmək;

- respublika qanunvericilik aktlarında nəzərdə tutulmuş standartlara əməl etmək;

- investisiya layihələri üçün texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə düzgün əməl edilməsi baxımından ekspertiza rəyi almaq, nəzərdə tutulmuş qaydada mühasibat və statistika hesabatları təqdim etmək, haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək;

- xüsusi attestasiya tələb edən iş növlərinin yerinə yetirilməsi üçün investisiya fəaliyyətinin iştirakçıları lizensiya almalıdırlar.

Qanunvericilik aktlarına tam uyğun olaraq bu cür işlərin siyahısı Respublikanın Milli Məclisi tərəfindən müəyyənləşməklə, onlara lisenziya verilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bütün bunlarla yanaşı, investisiya fəaliyyətinin hər bir subyektləri arasında münasibətlərin tənzimlənməsi müqavilələr əsasında həyata keçirilir.

İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyənləşdirilməsi və s. daxildir.

Məlum olduğu kimi, investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin təminatçısı dövlət hesab edilir. İnvestisiya fəaliyyətinin

37

Page 38: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

subyektləri arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə hər iki tərəfin razılığı olmalıdır. İnvestisiya fəaliyyəti subyektlərinin işinə dövlət orqanları və onların vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlərindən kənar həddə müdaxilə edə bilməzlər. İnvestisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqlarını məhdudlaşdırmaq olmaz (qanunla müəyyənləşdirilmiş hallardan başqa). Bununla əlaqədar olaraq, «İnvestisiya fəaliyyəti haqqında" Qanunda göstərilir ki, dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Əks halda, onlar zərərin ödənilməsi barədə müvafiq orqanlara müraciət etmək hüququna malikdirlər.

Beləliklə, investisiya qoyuluşunun obyekt və subyektləri arasında sıx qarşılıqlı əlaqələr mövcuddur. Başlıca və həlledici amil hər iki cəhəti düzgün qiy-mətləndirməklə investisiya qoyuluşlarının iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etməkdən ibarətdir.

İnvestisiya prosesinin subyektləri investorlar, sifarişçilər, işləri icra edənlər, investisiya proseslərinin obyektlərindən istifadə edənlər, həmçinin tədarükçülər, hüquqi şəxslər (banklar, sığorta şirkətləri, vasitəçi təşkilatlar, investisiya birjaları) və investisiya prosesinin digər iştirakçıları ola bilər. İnvestisiya prosesinin obyektləri kimi fiziki və hüquqi şəxslər (o cümlədən xarici), həmçinin dövlətlər və beynəlxalq təşkilatlar da çıxış edə bilər.

İnvestisiya prosesinin əsas subyektləri olan investor, xüsusi borc almış və ya cəlb olunmuş vəsaitlərin investisiya şəklində qoyuluşunu həyata keçirir və onların məqsədli istifadəsini təmin edir.

İnvestor simasında aşağıdakılar çıxış edə bilər:

38

Page 39: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarə etmək səlahiyyəti olan orqanlar;

- yerli fiziki və hüquqi şəxslər, sahibkarlıq birlikləri və digər hüquqi şəxslər;

- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.

İnvestisiya prosesinin obyektlərindən istifadə edənlər, investorlar habelə, digər fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə orqanları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. İnvestorlar, investisiya prosesini həyata keçirmək üçün hüquqi və fiziki şəxsləri müqavilə (tender) əsasında cəlb edir. İnvestisiya prosesinin subyektləri arasında istehsal, təsərrüfat və digər qarşılıqlı əlaqəni tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağlanan müqavilədir.

Müqavilələrin bağlanması, partnyorların seçilməsi, təsərrüfat əlaqələrinin hər hansı digər şərtləri və öhdəliklərinin müəyyən edilməsi yalnız investisiya prosesinin subyektinin ixtiyarındadır.

İnvestisiya prosesinin subyektlərinin iki və daha çox iştirakçıların funksiyalarını birləşdirmək hüquqi vardır. Birgə investisiya qoyuluşunu həyata keçirmək məqsədilə investorların vəsaitlərinin birləşdirilməsinə də yol verilir. İnvestorlar, eyni zamanda əmanətçi, sifarişçi, kreditor və alıcı rolunda çıxış edə bilər, həmçinin investisiya prosesinin hər hansı bir iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

İnvestisiya prosesinin həyata keçirilməsində bütün investorlar bərabər hüquqa malikdirlər. İnvestisiya prosesinin obyekti olan əmlak və əmlak hüquqlarına investisiya qoyuluşu investorun toxunulmaz hüququdur və o qanunla müdafiə olunur. İnvestor investisiyaların həcmini, istiqamətini, səmərəliliyini müstəqil formada müəyyən edir. İnvestorun investisiya obyektlərinə sahib olmaq, onlardan istifadə etmək və onlar üzərində sərəncam vermək, o cümlədən ticarət əməliyyatları və təkrar investisiya qoyuluşlarını həyata keçirmək hüququ var.

39

Page 40: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Qeyd etmək lazımdır ki, dövlət, mülkiyyət formalarından asılı olmayaraq, bütün investisiyaların, o cümlədən, xarici investisiyaların müdafiə olunmasına zəmanət verir. Bu zaman investorlar üçün (o cümlədən xarici) investisiyanın idarə olunmasına nail ola biləcək hüquq bərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin edilir.

FƏSİL 2. İQTİSADİ VƏ SOSİAL İNKİŞAFDA İNVESTİSİYA QOYULUŞLARININ ROLU VƏ

ƏHƏMİYYƏTİ

2.1. Makroiqtisadi inkişafda investisiya qoyuluşlarının

rolu və əhəmiyyəti

Cəmiyyətin tələbatından asılı olaraq istehsalın getdikcə genişləndirilməsi və iqtisadiyyatda yeni struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya qoyuluşlarının həcmindən xeyli asılıdır. Ölkədə iqtisadi-sosial inkişafın əsas makro-iqtisadi göstəricilərinin getdikcə yüksəldilməsi, əhalinin maddi-mənəvi həyat səviyyəsinin yaxşılaşdırılması iqtisadiyyatın artım tempi ilə bağlıdır. Ümumi daxili milli məhsulun strukturunda aparıcı sahələrin rolu və əhəmiyyəti getdikcə artırılmalıdır. Bu baxımdan

40

Page 41: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

investisiya qoyuluşunun başlıca cəhətlərindən biri maddi istehsal sahələrində münasib proporsionallığı təmin edilməli və bu əsasda sənaye məhsullarının ümumi daxili məhsuldakı xüsusi çəkisi getdikcə artırılmalıdır. Araşdırmalar göstərir ki, ümumi daxili milli məhsulun strukturunda sənaye istehsalı 1997-ci ildə 24,8 faizdən 1998-ci ildə 22,7 faizə, kənd təsərrüfatı istehsalının xüsusi çəkisi isə müvafiq olaraq 20,0 faizdən 19,0 faizə enmişdir. Tikintiyə gəldikdə isə onun payı ümumi daxili milli məhsulda 1994-cü ildə 13,8 faiz, 1998-ci ildə 19,7 faiz olmuş və ya 5,9 faiz artmışdır. Ümumi daxili milli məhsulun 20,9 faizi tədarükün, kommunal təsərrüfatın, səhiyyənin, əlavə dəyər vergisinin, aksizin və s. sfe-ralarının payına düşür. Aydındır ki, ümumi daxili milli məhsulun formalaşmasında aparıcı iki mühüm sahənin, yəni sənaye və kənd təsərrüfatının payı azdır (cədvəl 3).

Cədvəl 3.Azərbbaycan Respublikasının sosial-iqtisadi inkişaf

göstəriciləri

İ L L Ə R1995 1996 1997 1998

Ümumi daxili milli məhsul, mlrd. man.

10669 13663 15711 15930

Əvvəlki ilə nisbətən, faizlə 88,0 108,0 115,5 100,8Hər nəfərə düşən ümumi daxili milli məhsul, min.man.

1430 1806 2017 2145

Sənaye məhsulu, mlrd.man. 8856 11316 12490 11620Əvvəlki ilə nisbətən, faizlə 78,6 127,7 110,3 93,0Kənd təsərrüfatı məhsulu, mlrd. man.

3567 4518 4122 4326

Əvvəlki ilə nisbətən, faizlə 93,0 126,6 91,2 104,9

41

Page 42: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Xarici investisiyalar, mln. ABŞ dolları

375 621 1307 1472

Pərakəndə əmtəə dövriyyəsi-nin həcmi, mlrd.man

5293 7339 8485 9239

Əvvəlki ilə nisbətən, faizlə 102,3 138,6 115,6 108,8Əhaliyə pullu xidmətlər, mlrd. man

583,6 965,0 1152 1391

Əvvəlki ilə nisbətən, faizlə 75,6 165,5 119,3 120,7Əhalinin pul gəlirləri, mlrd.man.

6703 9526 12367 14245

Əvvəlki ilə nisbətən, faizlə 5,5 142,1 130,0 115,1

Ənənəvi bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili milli məhsulun 65 faizdən çoxu sənaye və kənd təsərrüfatının payına düşür. Məhz buna görə də investisiya qoyuluşlarının istiqamətində lazımi dəyişikliklər nəzərdə tutulmalı, sənaye istehsalında neft-qaz hasilatı ilə yanı aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə, bu sahayə də müvafiq investisiya qoyuluşu da yönəltmək lazımdır. Respublikanın ümumi daxili milli məhsulun dinamik inkişafını təmin etmək üçün ölkəmiz zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaqlabərabər aqrar iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün əlverişli təbii-iqlim şəraitinə malikdir. Makro-iqtisadi inkişafda neft kimyası və onunla bağlı digər sənaye sahələrinin qarşılıqlı inkişafının təmin edilməsi zəruri şərt hesab edilir. Neft hasilatının genişləndirilməsi, xüsusilə Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının səmərəli fəaliyyətini təmin etmək, respublikanın iqtisadiyyatını dirçəltmək məqsədilə müvafiq şərait yaradılmış və bu-nunla xarici investorların ölkəmizə olan marağı xeyli artmışdır.

Belə ki, 1994-cü ildən başlayaraq indiyə qədər Respublika dünyanın ən məşhur 33 iri şirkəti ilə müqavilələr əsasında geniş investisiya fəaliyyəti həyata keçirməyə başlamışdır. Araşdırmalar göstərir

42

Page 43: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

ki, neft-qaz hasilatı ilə əlaqədar indiyə kimi ölkəyə 2,4 mlrd. ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.

Belə ki, Respublikanın iqtisadiyyatına qoyulmuş xarici investisiyanın həcmi 1995-ci ildə 375 mln. ABŞ dolları, 1996-cı ildə 621 mln. ABŞ dolları, 1997-ci ildə 1307 mln. ABŞ dolları və 1998-ci ildə isə 1472 mln. ABŞ dolları təşkil etmişdir. Təkcə bunu göstərmək kifayətdir ki, xarici investisiya qoyuluşunun həcmi 1995-ci ilə nisbətən 1998-ci ildə 3,9 dəfə artmışdır. Maraqlı cəhət ondan ibarətdir ki, qoyulan investisiya vəsaitinin 60-65 faizi neft-qaz sənayesinin inkişafına yönəldilmişdir. Bunu aşağıdakı sxemdən daha aydın görmək olar.

Sxem7.

Respublikamızın sosial-iqtisadi inkişafında neft-qaz sənayesi mühüm əhəmiyyətə malikdir. Belə ki, bu

1995 1996 1997 19980

10

20

30

40

50

60

70

43

Page 44: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

sahə ölkə iqtisadiyyatının əsas sahələrindən biri olmaqla, dövlət büdcəsində valyuta daxilolmalarının ən mühüm mənbəyi hesab edilir. Neft sənayesində bağlanan beynəlxalq müqavilələr ölkənin dünya neft və neft məhsulları bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə gətirib çıxarmaqla bərabər, investisiya rəqabətinə qoyulmaq imkanı verməklə mövcud bazarda mövqeylərin həm strateji, həm də taktiki planda möhkəmləndirilməsinə imkan yaradır.

Bu barədə geniş və ətraflı məlumata malik olmaq üçün orta hesabla hər nəfər hesabına düşən xarici investisiya məbləğinə nəzər salmaq lazımdır (bax sxem 8).

Sxem 8.

0

200

400

600

800

1000

1200

1400

1600

Азярбайъан 267Маъаrыстан 1470Словенийа 800Чхийа 699Естонийа 400Полша 362Болгарыстан 95Русийа 44

44

Page 45: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Sxemin məlumatından göründüyü kimi adambaşına düşən xarici investisiya qoyuluşu Azərbaycan Respublikasında - 267 dollar, Macarıstanda – 1470, Sloveniyada – 800, Çexiyada – 699, Estoniyada – 400, Polşada – 362, Bolqarıstanda – 95, Rusiyada – 44 dollardır.

Qeyd etmək lazımdır ki, 1994-1998-ci illər ərzində respublikamızın iqtisadiyyatına 3 milyard ABŞ dolları həcmində vəsait qoyulmuşdur və onun da 69,0 faizi xarici investisiyaların payına düşür.

Milli iqtisadiyyatın formalaşmasında və onun dinamik inkişafının təmin edilməsində maliyyə-kredit sistemi əsaslı surətdə təkmilləşdirilməlidir. Hər şeydən əvvəl, daxili bazarı əsasən yerli istehsal hesabına ödəmək məqsədilə ölkədə yeni texnika və texnologiya əsasında dünya standartlarına uyğun gələn, yüksək keyfiyyətli xalq istehlakı mallarının istehsalı təmin edilməlidir. Problemin bu istiqamətdə həlli makroiqtisadi səviyyədə işsizlik probleminin həllinə də müsbət təsir göstərə bilər.

Cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini tələb edir. Bu baxımdan, xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti daha da yüksəlmiş olur.

Respublikada makroiqtisadi göstəricilərin artım tempinin yüksəldilməsi xüsusi ilə iqtisadiyyatın strukturunda strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, ölkədə xarici investisiya qoyuluşlarının artırılması xalq təsərrüfatı sahələrinin inkişafında münasib proporsiyaların və tarazlığın təmin edilməsində ən zəruri şərtləndən biri hesab olunur. Müstəqil dövlət

45

Page 46: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

kimi, Azərbaycan Respublikası öz təbii sərvətlərindən tam və səmərəli istifadə etmək məqsədilə xarici ölkə investorlarının ölkəmizə olan marağını və digər tərəfdən, respublikamızda lazımi maliyyə ehtiyatları olmamasını nəzərə alaraq, bu prosesin reallaşmasına və sürətləndirilməsinə önəmli əhəmiyyət verir. Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi son illərdə (1988-1993-cü illərdə) xeyli zəifləməklə, böhran vəziy-yətinə salınmışdır. Belə bir şəraitdə ilk növbədə, daxili imkanlardan maksimum istifadə etməklə, milli iqtisadiyyatın dirçəlməsinə və daha sonra isə onun inkişafına nail olmaq lazımdır. Odur ki, xarici ölkələrin Azərbaycana olan marağını nəzərə alaraq neft-qaz istehsalı sahəsində investisiya qoyuluşlarının güclü axınını təmin etmək obyektiv zəruriyyətə çevrilmişdir. Bu problem öz real əksini xarici ölkələrin şirkətləri ilə birgə müəssisələrin yaradılmasında, xüsusi ilə zəngin yeraltı sərvətlərin istifadəsinə iri miqyaslı investisiyaların cəlb edilməsində tapır.

Qeyd etmək lazımdır ki, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən investisiya qoyuluşları da yüksək templə artmaqdadır. Bununla yanaşı, göstərmək lazımdır ki, xarici ölkələrin firmaları tərəfindən sərf edilən investisiyaların miqyası genişlənməklə, eyni zamanda onların məbləği də xeyli artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Britaniya və İran firmaları investisiya qoyuluşunda əsas rol oynayırlar. Xarici investisiya fəaliyyətini tənzimləmək, stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır. Bu istiqamətdə respublika hökuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xarici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi üzrə respublikaya xarici in-vestisiyaların cəlb edilməsinə, ölkələrarası sərbəst mal mübadiləsinin həyata keçirilməsinə dair tədbirlər sistemi işlənib hazırlanmışdır. Bütün bu tədbirlər

46

Page 47: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

nəticəsində respublikaya xarici ölkələrin marağı daha da artmışdır. Lakin investorların normal fəaliyyətini tənzimləmək üçün daha geniş tədbirlər həyata keçi-rilməlidir. Daha doğrusu, geniş investisiya fəaliyyətinin stimullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsusilə güzəştli vergi sisteminin, süərtli amortizasiya, qiymətqoyma siyasə-tinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.

Xarici investisiya fəaliyyətinin rolu və əhəmiyyəti keçid iqtisadiyyatı şəraitində xüsusi yer tutur. Belə ki, iqtisadiyyatda aparıcı strateji mövqeyə malik olan və eyni zamanda, xarici investorların marağı ilə bilavasitə əlaqədar olan neft-qaz hasilatı sahəsində daha çox investisiya qoyuluşları nəzərdə tutulur. Bu aktivlik son illərdə bir daha öz əksini xarici investorların Azərbaycana olan maraqlarında əyani surətdə tapmışdır.

Belə ki, 1998-ci ildən respublikamızda 85% müştərək (birgə) müəssisələr fəaliyyət göstərir. Bunlarda 12,6 min nəfər çalışırlar, o cümlədən əsas fəaliyyət növü üzrə 11.8 min nəfər və bunun da 11 min nəfərini Azərbaycan vətəndaşları təşkil edir. Ancaq, qeyd etmək lazımdır ki, müştərək müəssisələrin yerləşdirilməsində baş verən disproporsionnallıq öz əksini məhsuldar qüvvələrin inkişafında da göstərir.

Belə ki, xarici investisiyalı müəssisələrin regional bölgüsü respublikanın sosial-iqtisadi problemlərinin həlli baxımından məqsədəuyğun hesab edilə bilməz. Çünki, xarici kapitalın iştirakı ilə yaradılan müəssisələrin 95%-i Bakıda fəaliyyət göstərir. Bu isə ölkənin depressiv rayonlarında dərin kök salmış olan sosial-iqtisadi problemlərin konservasiyasına şərait yaradır. Xarici investisiya qoyuluşlarından əldə edilən gəlirlər ilk növbədə respublikanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə geri qalmış regionlarına

47

Page 48: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

yönəldilməlidir. Bu, bir tərəfdən respublikanın zəif inkişaf etmiş regionlarında mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsinə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına şərait yarada bilər.

Azərbaycan Respublikası birbaşa xarici investisiya qoyuluşlarına görə bir sıra inkişaf etmiş ölkələri ötüb keçmişdir. Belə ki, bu ölkələrin arasında Filippin və Tayvandan sonra Azərbaycan Respublikası 3-cü yer tutur (sxem 9).

Sxem 9.Bir sıra dünya ölkələrində birbaşa qoyulan investisiya

qoyuluşunun göstəriciləri (mlrd. ABŞ dolları)

Aparılan hesablamalar göstərir ki, 1998-ci ildə Azərbaycan

0

0.5

1

1.5

2

2.5Азярбайъан - 1,2Тайван - 1,4Филиппин - 1,5Арэентина- 1,2Полша - 1,0Корейа - 0,8Щиндистан - 0,9Мисир - 0,4Мяракеш - 0,4Румынийа - 0,4Слованийа - 0,14Болгарыстан - 0,11Хорватийа - 0.08Албанийа - 0.07

48

Page 49: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Respublikası birbaşa investisiya qoyuluşu üzrə bir çox ölkələri ötüb keçmişdir. Belə ki, 1998-ci ildə respublikada birbaşa investisiya qoyuluşu 1,2 mlrd. ABŞ dolları olmuşdur. Belə geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» Qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir.

2.2. İnvestisiya fəaliyyəti və məşğulluq problemləri

İnvestisiya fəaliyyətinin müsbət nəticələrindən biri də bazar iqtisadiyyatı şəraitində məşğulluq probleminin həlli ilə bağlıdır. Məşğulluq haqqında qərb alimlərinin (C.Seyin, C.Keynsin) fikirlərinə tam uyğun olaraq qeyd etmək lazımdır ki, investisiya ilə məşğulluğun son dərəcə sıx və qarşılıqlı əlaqəsi mövcuddur. Belə ki, investisiya qoyuluşunda son məqsəd maksimum mənfəət əldə etməkdirsə, buna nail olmağın başlıca vasitəsi isə ölkədə məşğulluğun tənzimlənməsidir. Bunun üçün ölkənin malik olduğu milli sərvətlərdən tam və səmərəli istifadə edilməsi lazımdır. Cəmiyyətə istənilən həcmdə maddi nemətlər istehlak etmək və onun müqabilində xidmətlər göstərmək kimi problemlər investisiya qoyuluşlarının həcmindən və strukturundan bilavasitə asılıdır. Güclü iqtisadi potensiala malik olan ölkələrin təcrübəsi gö-

49

Page 50: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

stərir ki, istehsalın genişləndirilməsi, onun artım tempinin sürətləndirilməsi, bu sahədə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının artmasına gətirib çıxarır. Məhz buna görə də ölkədə daxili və xarici investisiya qoyuluşlarının artırılması əsasən iki istiqamətdə həyata keçirilməlidir. Birinci növbədə istehsal strukturunu bazar tələbatına səmərəli uz-laşdırmaq, idxalı azaltmaq və ixracı isə çoxaltmaq, digər tərəfdən isə istehsalın hər bir mərhələsində müvafiq sosial infrastrukturun inkişafının təmin edilməsidir. Aydındır ki, hər bir sahibkar öz fəaliyyətində lazımi qazanc-mənfəət əldə etmək fikrindədirsə, o, istər-istəməz istehsal heyətinin sosial vəziyyətini, xüsusilə əmək şəraitinin getdikcə yaxşılaşdırılmasını təmin etməlidir.

Müasir dövrdə Azərbaycan Respublikasının iqtisadiyyatının bazar modelinə keçməsi bir çox sosial problemlərin meydana gəlməsinə səbəb olur. Bunlardan biri də məşğulluq problemidir. Bazar iqtisadiyyatına keçid şəraitində bu problem daha da kəskin xarakt er almış və məşğulluğun təmin edilməsi, sosial siyasətin ən başlıca istiqamətlərindən birinə çevrilmişdir. Məşğulluq dedikdə, əhalinin yaşayış vasitələri əldə etmək üçün hər hansı faydalı fəaliyyətlə məşğul olunmasını başa düşürük. Qeyd etmək lazımdır ki, əhalinin məşğulluğunun təmin olunması problemlərinin mürəkkəbliyi ilk növbədə ondan irəli gəlir ki, keçən əsrin 80-ci illərində məh-suldar qüvvələrin yerləşdirilməsində buraxılmış səhflər əmək ehtiyatlarının bir qisminin işlə təmin olunmasına öz mənfi təsirini göstərmişdir. Digər tərəfdən son illər respublika iqtisadiyyatında yaranmış ictimai-sosial vəziyyət, dövlət müəssi-sələrinin fəaliyyətinin tamamilə və ya qismən

50

Page 51: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

dayanması, az səmərəli və səmərəsiz iş yerlərinin ləğv edilməsi əhalinin məşğulluğuna mənfi təsir göstərir.

Respublikamız keçmiş SSRİ-nin tərkibində olanda əmək qabiliyyətli əhalinin ictimai istehsala cəlb edilməsi və səmərəli istifadəsi demək olar ki, həyata keçirilmirdi. Lakin müasir dövrdə respublikamızın bazar iqtisadiyyatına keçid şəraitində olması, Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı və bir milyondan artıq qaçqın və köçkünün mövcudluğu ciddi surətdə məşğulluq problemlərini yaratmışdır. Göstərmək lazımdır ki, işğal olunmuş torpaqlarda 300 mindən çox iş yeri itirilmişdir. Eyni zamanda, bir çox müəssisələrin işləməməsi və ya tam gücü ilə işləməməsi ilə əlaqədar olaraq bu sahələrdə məşğul əhalinin çox hissəsinin əmək haqqı qismən ödənilməklə və ya ödənilməməklə məzuniyyətə çıxmasına səbəb olmuşdur.

Dövlət Statistika Komitəsinin materiallarından məlum olur ki, son illərdə ictimai istehsalda məşğulluğun artım tempi əmək qabiliyyətli əhalinin artım tempindən nəzərə çarpacaq dərəcədə geri qalır. Belə ki, 1990-cı ildə əmək qabiliyyətli əhalinin iqtisa-diyyatda məşğul olmayan hissəsi 84,1 min nəfər və ya 2,0% olduğu halda 1999-cu ildə isə 332 min nəfər və ya 7,9% olmuşdur.

Göstərmək lazımdır ki, 1990-cı ilə nisbətən 1999-cu ildə məşğul əhalinin iqtisadiyyat sahələri üzrə bölgüsü sənayedə 11,2%, tikintidə 4,8%, kənd təsərrüfatında 2,6%, təhsildə 3,5%, səhiyyə və sosial təminatda 2,3%, ticarət və ictimai iaşədə, maddi texniki-təchizat və satışda 13,7%, maliyyə, idarəetmə orqanlarında və digər sahələrdə 14,2% artmışdır. Deməli, məşğulluq ticarətin, idarəetmə orqanlarının və digər sahələrin hesabına artmışdır.

Qeyd etmək lazımdır ki, işsiz əhalinin sosial müdafiəsi sahəsində 1991-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində «Baş

51

Page 52: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

məşğulluq idarəsi» yaradılmışdır ki, bu da son illərdə mühüm işlər görmüşdür. Belə ki, bu idarənin tə-şəbbüsü ilə respublikamızın bir neçə iri şəhərlərini əhatə edən «Əmək yarmarkalarında» minlərlə insan iştirak etmiş və onların çoxu işlə təmin edilmişdir.

Bazar iqtisadiyyatı şəraitində respublika iqtisadiyyatının inkişafı ilk növbədə pul-kredit sahəsində radikal islahatların aparılmasından və bu sahədə investisiya fəaliyyətinin aktivləşməsindən asılıdır. Ölkə iqtisadiyyatına investisiya resurslarının axını əsasən neft-qaz sənayesinə yönəldilməsi nə-ticəsində digər sahələrdə investisiya «qıtlığı» olmuşdur. Qeyd etmək lazımdır ki, respublikanın aqrar sahəsində investisiya qıtlığı perspektiv dövrdə ərzaq probleminin həllində müəyyən çətinliklər törədə bilər. İnvestisiya qoyuluşlarının aqrar sahədə qıtlığı son nəticədə kənd təsərrüfatında kütləvi işsizliyin yaranmasına səbəb ola bilər. Kənd təsər-rüfatında bu problemin həlli istiqamətlərindən biri aqrar sahəyə daxili və xarici investisiyaların cəlb olunmasını sürətləndirməkdən, səmərəli investisiya mühitinin formalaşmasından ibarətdir.

Son illər respublikamızda aqrar istehsalını stimullaşdırılması xeyli aktivləşdirilmişdir. Göstərmək olar ki, pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi və xarici kapitalın buraya cəlb olunması, Bakı tütün kombinatına 50 mln. ABŞ dolları məbləğində xarici investisiyaların qoyulması respublikamızda aqrar sənayenin inkişafına müsbət təsir etmişdir. Bu sahədə investisiya qoyuluşu emal sənayesində 700 iş yerlərinin bərpasına, aqrar sa-hənin tütünçülük bölməsində isə 20 mindən çox kənd əhalisinin cəlb olunmasına, pambıqçılıq rayonlarında işsizliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

İnvestisiya qoyuluşları ümumi tələbata, milli daxili məhsulun həcminə və məşğulluğa təsir göstərir.

52

Page 53: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Əhalinin gəlirləri, onun dinamikası ölkədə makroiqtisadi proseslərin həyata keçirilməsinə və tənzimlənməsinə də təsir edir.

Makroiqtisadi göstəricilər sistemində məşğulluq problemi ən mühüm göstəricilərdən biri hesab edilir. Ümumiyyətlə, əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafın tərkib hissəsi hesab edilir. Belə ki, hər bir vətəndaşın ictimai yararlı fəaliyyəti şəxsi və ictimai tələbatın ödənilməsində mühüm rol oynayır. Məhz buna görə də keçid iqtisadiyyatı şəraitində Azərbaycanda məşğulluq probleminin həlli kiçik orta sahibkarlığın və daha sonra iri sahibkarlığın formalaşması və inkişafı ilə bağlıdır. Respublikamızda yeraltı sərvətlərin istifadəsi və xüsusilə neft, qaz və kimya sənaye sahələrin inkişafı ilə əlaqədar xarici investisiya qoyuluşlarının getdikcə güclənməsi bu problemin həllində müstəsna rol oynaya bilər. Qeyd etmək lazımdır ki, Qafqaz regionunda Azərbaycan Respublikası əhali artımı nöqteyi-nəzərindən müəyyən üstünlüklərə malikdir. Belə ki, 1998-ci ilin statistik məlumatlarına əsasən hər 1000 nəfərə görə təbii artım 9 nəfər təşkil etmişdir. Lakin, Azərbaycanda 1998-ci ildən başlayaraq baş vermiş siyasi, iqtisadi, sosial dəyişikliklər, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiası nəticəsində öz doğma dədə-baba ərazilərindən azərbaycanlıların deportasiyaya uğraması nəticəsində Ermənistandan 260 min nəfərdən çox əhalinin qovulmasına Azərbaycanda 1 milyondan çox qaçqın və köçkün əmələ gəlməsinə səbəb olmuşdur ki, bu da əhalinin artım tempinə son dərəcə mənfi təsir göstərmişdir. Statistik məlumatlara görə 1980-ci ildə hər 1000 nəfər he-sabına 27 nəfər artım olduğu halda, indi bu mühüm göstərici 3 dəfə azalmışdır. Demoqrafik proseslərin vəziyyəti məşğulluq problemində son dərəcə gərginliyə səbəb olmuşdur. Belə ki, işsizlik getdikcə dərinləşmiş və əhalinin böyük əksəriyyəti mərkəzi

53

Page 54: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

şəhərlərə axın etmişlər. Təhlil göstərir ki, 1998-ci ildə əmək fəaliyyəti ilə məşğul olanların sayı 3701,5 min nəfər təşkil etmişdir. Qeyri-dövlət bölməsində çalı-şanların xüsusi çəkisi 47 faiz təşkil etmişdir.

Buna baxmayaraq işsizlərin sayı 1999-cu ildə 1,4% olmuşdur. Buna səbəb olan amillərdən: yaranmış iqtisadi böhranı, tamamilə dayanmış dövlət müəssisələrini, iqtisadi əlaqələrin pozulmasını və s. göstərmək olar. Statistik göstəricilərə görə res-publikamızda 1998-ci ildə 42,3 min nəfər və 1999-cu ildə isə 45,1 min nəfər məşğulluq mərkəzində işsizliyə görə qeydiyyatdan keçmişlər.

1998-ci ildə respublika əhalisinin Dövlət məşğulluq xidmətləri orqanlarına işlə təmin olunmaq üçün müraciət etmiş 207,6 min nəfər vətəndaşların 23,7 min nəfəri yəni 11,4%-i işlə təmin olunmuşdur. Məşğulluq xidmətinə işə düzəltmək üçün müraciət edənlərin 51,2%-ni, işə düzələnlərin isə 64,5%-ni qa-dınlar təşkil edir. İşə düzələnlərin 94,5%-i dövlət müəssisələrinin, 4,3%-i kollektiv təsərrüfatların və s. payına düşmüşdür.

Respublikada işsizliyin qarşısının alınması və bu problemin həll edilməsi məqsədi ilə əhalinin yaşadığı bütün ərazilər üzrə məşğulluq proqramının işlənib hazırlanması və onun həyata keçirilməsi dövlət nəzarətində olmalıdır. Müasir dövrdə işsizliyin aradan qalıdırılmasının əsas yolu kiçik və orta müssəisələrin yaradılmasına və inkişafına hərtərəfli şərait yaratmaq və dövlət səviyyəsində ona köməklik göstərməkdir.

Göründüyü kimi respublikada məşğulluq problemi son dərəcə kəskin vəziyyət almışdır. Daxili bazarın formalaşdırılması ölkədə özəlləşdirmə prosesinin sürətləndirilməsini tələb edir. Dövlət Əmlak Komitəsinin həmin dövrdə rəsmi məlumatlarına əsasən özəlləşdirilmiş müəssisələrin 450-dən çoxu orta və iri səhmdar cəmiyyətlərinə çevrilmişdir. İqtisadiyyatın əsaslı surətdə

54

Page 55: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

transformasiya edilməsi investisiya fəaliyyətinin gücləndirilməsini tələb edir. Araşdırmalar göstərir ki, xarici investorlar neft-qaz istehsalı ilə yanaşı mövcud sənaye müəssisələrini almaq, onu yenidən bazar münasibətlərinə uyğun qurmaq əvəzinə yeni müəssi-sələrin tikilməsinə üstünlük verirlər. Belə bir şəraitdə, respublikada sahibkarlığın inkişafı, onun maliyyələşdirilməsi daxili imkanlar hesabına həyata keçirilə bilər. Respublikada məşğulluq problemi ilə əlaqədar olaraq yeni iş yerlərinin yaradılması və bu-nunla bağlı istehsal və sosial infrastrukturun formalaşması həm də müəyyən vaxtla əlaqədardır. Odur ki, məşğulluq problemini ləngitmək məqsədi ilə ölkədə, mütəşəkkil əmək bazarı yaradılmalı və bununla bağlı MDB və uzaq xarici ölkələrə işləmək üçün göndərilməsi nəzərdə tutulan işçilərin ixtisas səviyyəsinin getdikcə yüksəldilməsinə nail olmaq lazımdır.

İşsizlik probleminin aradan qaldırılmasının əsas yolu mövcud istehsal müəssisələrin tam gücü ilə işləməsini təmin etmək, yeni iş yerləri açmaq, yəni yeni istehsal müəssisələrinin yaradılıb işə düşməsini təşkil etməkdir.

İnkişaf etmiş dünya dövlətlərinin təcrübəsi göstərmişdir ki, iş qabiliyyətli əhalinin 50-55%-i məhz kiçik müəssisələrdə işləyirlər. Müasir dövrdə iqtisadiyyatımızın da bu istiqamətdə inkişaf etdirilməsi məqsədəuyğun hesab edilə bilər.

Göstərmək lazımdır ki, əgər keçən əsrin 80-ci illərində emiqrantların əsas hissəsini orta və natamam orta təhsillilər təşkil edirdisə, 90-cı illərdə respublikadan yüksək ixtisasa malik olan kadrlar gedirlər. Buna görə də əhalini ictimai istehsala cəlb etmək üçün ilk növbədə iqtisadi ishalatlar həyata keçirməklə, işləməyən müəssisələrin işə düşməsinə və yeni iş yerlərini təşkil edilməsinə nail olmaq lazımdır.

55

Page 56: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Müasir dövrdə dövlətin əsas məqsədi istehsal proseslərindən kənarda qalan əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğulluğuna nail olmağa şərait yaratmaqdan idarətdir. Bunlara nail olmaq üçün aşağıdakı tədbirldərin həyata keçirilməsi zəruridir:

- müasir dövrün tələblərinə uyğun olaraq yüksək ixtisaslı kardlar hazırlamaq;

- daxili və beynəlxalq bazarların tələbatına uyğun olan istehsal sahələri yaratmaq;

- işdən azad olmuş vətəndaşların yeni ixtisasa yiyələnməsinə kömək etmək;

- mütəxəssislərin çoxprofilli inkişafına, yenidən ixtisaslaşmasına şərait yaratmaq;

- iş yerlərindən daha səmərəli istifadə etmək və s.Odur ki, qarşıya qoyulmuş məqsədə nail olmaq

üçün məşğulluq və əmək bazarı ilə əlaqədar bütün iqtisadi, hüquqi və s. məsələlər bir-biri ilə qarşılıqlı surətdə həyata keçirilməlidir. Bunların müvəfəqiyyətli həlli isə dövlət səviyyəsindən tutmuş aşağı səviyyəyədək normativ sənədlərin keyfiyyətindən, vaxtında həyata keçirilməsindən və bu məqsəd üçün ayrılan investisiya qoyuluşlarının həcmindən və onlardan səmərəli istifadə edilməsindən asılıdır.

2.3. Sosial infrastrukturun inkişafında investisiyanın rolu

Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm atributlarından biri də dövlətin sosial siyasətidir. Dövlətin sosial siyasəti isə əsasən əhalinin sosial müdafiəsi üzərində qurulur ki, onun da əsas istiqaməti əhalinin sosial müdafiəsini təmin etmək, dövlət təminatı vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meyllərinin aradan qaldırılmasından ibarətdir. Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərə tam uyğun olaraq sosial in-

56

Page 57: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

frastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası daha da genişləndirilməlidir. Belə ki, bazar iqtisadiyyatına keçid respublikamızda sosial infrastrukturun sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmışdır. Deməli, respublikanın hər bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial infrastrukturun formalaşdırılması və inkişafı dövlətin apardığı sosial siyasə tam uyğun olaraq tənzimlənməlidir. Göstərmək lazımdır ki, sosial infrastrukturun formalaşdırılması istiqamətində ən mühüm vəzifə hər bir regionda istehsal strukturunun bazar iqtisadiyyatı tələbləri əsasında təkmilləşdirilməsidir. Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxflığı, cinsi tərkibi, əhalinin həyat səviyyəsi, milli etnik xarakterli amillər sosial siyasətdə və infrastrukturun formalaşmasında nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə sosial infrastruktur sahələrinin yüksək inkişafını nəzərdə tutmaqla, eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı mobelinə daha çox üstünlük verilir. Bazar münasibətləri şəraitndə sosial infrastruktur sahələrinin inkişafına, xüsusilə onun maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.

Məlumdur ki, geniş investisiya axınının əsas məqsədi lazımi mənfəət əldə etməklə yanaşı, əhalinin sosial vəziyyətini getdikcə yaxşılaşdırmaqdan ibarətdir. Məhz buna görə də respblikamızda investisiya qoyuluşlarının sosial yönümünü gücləndirmək lazımdır. Bu baxımdan xarici investorların fəaliyyəti nəticəsində strateji əhəmiyyət kəsb edən sahələrin xüsusilə, neft, qaz, kimya sənaye sahələrinin sürətli inkişafını təmin etməklə yanaşı, həm də müvafiq sosial infrastrukturun formalaşdırılmasını da təşkil etmək lazımdır. Müasir

57

Page 58: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

bazar iqtisadiyyatı şəraitində bütövlükdə res-publikada, o cümlədən, onun regionlarında sosial infratsrukturun formalaşması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, keçmiş ittifaq dağıldıqdan sonra Azərbaycan Respublikasının özünə məxsus sosial-iqtisadi problemləri meydana çıxmaqla, onun qəti həlli də mühüm vəzifə kimi qarşıda durur. Əgər keçmiş ittifaq dövründə sosial-iqtisadi inkişaf problemləri mərkəzləşdirilmiş qaydada, vahid reseptlə həll edilirdisə, indiki müstəqillik və bazar iqtisadiyyatı şəraitində bu ümumi problemlər ərazi xüsusiyyətlərinə, milli ənənələrə uyğun olaraq həll edilməlidir. Bu cəhətdən ölkə bir sıra çətinliklərə məruz qalmaqla, sosial inkişafı xeyli zəifləmiş və onun kompleks inkişafı təmin edilməmişdir. Ermənistan Respublikasının ölkəmizə təcavüzü nəticəsində respublikamızın sosial-iqtisadi inkişaf potensialına güclü zərbə vurmuşdur. Belə ki, müharibə zonası rayonlarında təsərrüfat fəaliyyəti dayandırılmış və sosial infrastruktur tamam dağılmışdır. Məlum olduğu kimi respublikamızın 20% torpağının müvəqqəti olsa da erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Odur ki, hazırda Azərbaycanda öz doğma ata-baba yurdlarından zorla qovulan qaçqınların sayı milyondan çoxdur. Şuşa, Kəlbəcər, Laçın, Əskəran, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Cəbrayıl kimi iri rayonların dağıdılması nəticəsində sosial infrastruktur obyektləri tamamilə məhv edilmişdir. Ancaq müharibə zonasında 600-dən çox yaşayış məntəqəsi, 4000-dən çox müxtəlif istiqamətli sənaye və kənd təsərrüfatı müəssisəsi, ümumi sahəsi 6 milyon kv.metrdən çox olan 80 min yaşayış evləri və 2 mindən artıq sosial-mədəni obyektlər, o cümlədən 490 ümumi təhsil məktəbləri, 151 məktəöəqədər təlim-tərbiyə ocaqları və 200 tibb müəssisəsi tamamilə dağıdılmışdır. Təxmini hesablamalar göstərir ki, ancaq Azərbaycanın qədim diyarı olan Dağlıq Qarabağ

58

Page 59: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

qaçqınlarına 2,5-3,0 mlrd. ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Məhz buna görə də müasir müstəqillik şəraitində respublikada və xüsusilə onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunda sosial infrastrukturun formalaşmasına və inkişafına güclü investisiya qoyuluşları tələb edilir. Digər tərəfdən, son illərdə respublikada sosial infrastruktur sahələrinin inkişafı zəifləməklə, bu mühüm sahədə çalışanların sayı xeyli azalmışdır.

Belə bir vəziyyət, kənd yerlərində xüsusilə nəzəri cəlb edir. Belə ki, kənd rayonlarında təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində çalışan ixtisaslı mütəxəssislər çatışmır. Bunun nəticəsində bu mühüm sahələrdə çalışanların əksəriyyəti qeyri-ixtisas sahiblərindən ibarətdir. Buna görə də ictimai tələbatla bağlı olan səhiyyə və təhsilin dövlət tərəfindən tənzimlənməsi zəruriyyətə çevrilir. Onu da əlavə etsək ki, hələ keçmiş ittifaqın mərkəzləşdirilmiş planlaşdırılması nəticəsində respublikanın daxili regionlarında sosial infrastruktur sahələri zəif inkişaf etməklə, bir-birindən son dərəcə kəskin surətdə fərqlənirlər. Bu da investisiya qoyuluşlarına olan tələbatınartmasına səbəb olur.

Bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial-infrastruktur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Mövcud iqtisadi münasibətlərin pozulduğu, yeni münasibətlərin isə hələ tam formalaşmadığı müasir dövrdə əhalinin sosial müdafiəsi dövlətin qarşısında duran ən aktual-strateji əhəmiyyət kəsb edən problemlərdən biri hesab edilir. Buna görə də iqtisadiyyatda baş verən dəyişikliklərə tam uyğun olaraq, hər bir regionda sosial-infrastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası ge-nişləndirilməlidir. Bu mürəkkəb və çoxcəhətli

59

Page 60: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

vəziyyəti tənzimləmək üçün makro və mikro səviyyələrdən asılı olaraq sosial infrastrukturun formalaşdırılması tamamilə yeni prinsiplərə əsas-lanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyətini, təbii-iqlim şəraitini, sosial-iqtisadi inkişafın mövcud səviyyəsi hesab edilir. Məlumdur ki, makroiqtisadi tənzimləmə abstrakt, ümumi icmal xarakter daşımaqla, sosial infrastrukturun formalaşmasını müəyyən mənada tədric edir. Buna görə də müasir qarışıq iqtisadiyyat şəraitində ən mühüm problem bazar iqtisadiyyatı tələblərinə tam uyğun olaraq sosial infrastrukturun formalaşması və tənzimlənməsidir. Cəmiyyət miqyasında sosial-in-frastrukturun tərkib hissəsi hesab edilən sahələrin, xüsusilə, təhsilin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirilməli və tən-zimlənməlidir. Bununla belə, indiki müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına əsaslanan müəssisələrdə sosial infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsində dövlət seyrici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı olmalıdır.

Beləliklə, iqtisadiyyatda baş verən köklü dəyişikliklərə tam uyğun olaraq hər bir sahə və regionlarda sosial inkişafın formalaşmasında və tənzimlənməsində dövlətin rolu və funksiyası daha vda gücləndirilməlidir. Deməli, ölkədə bazar iqtisadiyyatının formalaşdırılması, xüsusilə iqtisadiyyatın strateji sahələrinə nəzərdə tutulan xarici investisiyalardan əldə edilən gəlirlərdən sosial infrastrukturun kompleks inkişafını təmin etmək üçün də istifadə edilməlidir.

FƏSİL 3. İNVESTİSİYA VƏ ƏSAS FONDLARIN TƏKRAR İSTEHSALI

60

Page 61: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

3.1. Əsas fondların mahiyyəti, təsnifatı və strukturu

Maddi nemətlər istehsalında istehsal vasitələrinin və müvafiq əmək vərdişlərinə malik olan işçi qüvvəsinin olması zəruridir. İstehsal prosesinin əsasını əmək alətləri və əmək cismlərinin məcmusundan ibarət olan istehsal vasitələri təşkil edir. İstehsal vasitələri istehsal prosesinin maddi-əşya elementləri olmaqla, məhsuldar qüvvələrin tərkib hissəsi kimi fəaliyyət göstərir. İstehsal vasitələri əmək alətlərinə (maşın, mexanizm, müxtəlif avadanlıqlar və s.) əmək cisminə (xammal, material, yarımfabrikat, konstruksiyalar, müxtəlif hissələr və s.) bölünür.

Belə bir bölgü istehsalın maddi şəraitindən irəli gəlir və bütün ictimai-iqtisadi formasiyalarda mövcuddur. Hələ vaxtı ilə K.Marks yazmışdır: «… əmək prosesi hər hansı ictimai şəraitdə baş versə də, hər bir əmək prosesində istehsal vasitələri həmişə əmək vasitələrinə və əmək cisminə bölünür.»

İstehsal vasitələrinin mühüm hissəsini əmək vasitələri təşkil edir. İctimai-iqtisadi formasiyaların fərqini əmək vasitələrinin təkamülündə görən K.Marks yazmışdır: «İqtisadi dövrlərin fərqi onda deyildir ki, nə istehsal edilir, bundadır ki, necə istehsal edilir, hansı əmək vasitələri ilə istehsal edilir».

Əmək vasitələri dedikdə, binalar, qurğular, iş maşınları, güc maşınları, nəqliyyat və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi əmək alətidir və daha doğrusu, istehsal avadanlıqlarıdır ki, onları K.Marks oğrazlı şəkildə istehsalın sümük və əzələ sistemi adlandırmışdır. İstehsal prosesinin həmin maddi ünsürlərinə əsas istehsal fondları deyilir.

61

Page 62: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

İstehsal fondlarının ünsürləri məhsulun hazırlanmasında da müxtəlif formada iştirak edirlər. İstehsal fondları məhsulun hazırlanmasında iştirak xarakterindən və dəyərinin hazır məhsula keçirilməsi formalarından asılı olaraq iki qrupa: əsas və dövriyyə fondlarına ayrılır.

Əsas istehsal fondlarının dövriyyə fondlarından fərqləndirici cəhət ondan ibarətdir ki, əsas istehsal fondları istehsal prosesində uzun müddət iştarak edərək öz maddi-əşya formasını saxlayır və dəyərini istehsal olunan məhsula hissə-hissə keçirir.

Dövriyyə istehsal fondları isə istehsal prosesində bir dəfə iştirak edərək maddi-əşya formasını saxlamır və öz dəyərini birdən-birə tamamilə hazır məhsula keçirir.

Əsas istehsal fondları maddi istehsal sferasında fəaliyyət göstərir, qeyri-istehsal təyinatlı əsas istehsal fondları əhalinin sosial-mədəni və məişət tələbatını ödəyir. Bu barədə daha geniş təsəvvürə malik olmaq üçün aşağıdakı sxemə nəzər salmaq kifayətdir (bax sxem 11).

Əsas fondların düzgün təsnifləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti var. Bu hər şeydən əvvəl əsas fondun tərkibində baş verə biləcək dəyişikliklərin qanunauyğunluğu, uçot və plan-laşdırılmasını, investisiya qoyuluşunun həcmini, istiqamətini və s. məqsədəuyğun müəyyən etməyə imkan verir. Sənayenin əsas istehsal fondlarının təsnifatı aşağıdakı sxemdə verilir.

62

Page 63: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Sxem 11.Əsas fondların təsnifatı

Qrup və ya-rımqrupların

adı

Qrup və yarımqrupların tərkibi Təyinatı və qısa xarakte-ristikası

1. Binalar Əsas və köməkçi sexlərin, an-barların, laboratoriyaların bina-ları və s.

Əmək və maddi sərvətlərin mühafizəsini təmin etmək üçün yaradılan tikinti ob-yektləri

2. Ötürücü qurğular

Elektrik və istilik şəbəkələri, rabitə xətləri, qaz şəbəkəsi. Hidrotexniki qurğuların (neft və qaz quyuları, bəndlər və s.), nəqliyyat qurğuları (yollar, kör-pülər, tunellər və s.), kommu-nikasiya qurğuları (istilik, su kəmərləri şəbəkəsi və s.). Ge-neratorlar, istilik və elektrik mühərrikləri, kompressorlar və s.

Elektrik, istilik və mexaniki enerjinin ötürülməsi, is-tehsal prosesinə xidmət etmək üçün texniki funk-siyaları yerinə yetirən mü-həndis inşaat obyektləri

3. Güc maşın-ları və ava-danlıqları.

Generatorlar, istilik və elektrik mühhərikləri, kompressorlar və s.

Bu avadanlıqlarla enerjinin alınması, çevrilməsi və bö-lüşdürülməsi funksiyasını yerinə yetirirlər.

4. İş maşın-ları və ava-danlıqları

İstehsalda istifadə olunan müx-təlif maşın və mexanizmlər (me-talkəsən, ağac emal edən, toxucu dəzgahlar, ekskvator, buldozer, qaldırıcı kran, kon-veyerlər və s.)

Əmək cisminə təsir etməklə və onların hazır məhsula çe-virmək funksiyasını yerinə yetirirlər.

5. Nəqliyyat vasitələri

Avtomobillər, elektrovozlar, su yolu, lokomotivlər, platformalar, elektrokarlar və s.

Firma (müəssisə) daxilində və ondan kənarda yüklərin və sərnişinlərin daşınmasını təmin edir.

6. Ölçü, tən-zimləyici ci-hazlar, qurğ-ular və labo-ratoriya ava-danlıqları

Təzyiqi, sürəti, temperaturu ölç-mək üçün istifadə olunan cihaz-lar, kompüter idarəetmə pultları, dispetçer nəzarət qur-ğuları. Firmanın və elmi təd-qiqat laboratoriyalarının cihaz və aparatları.

İstehsal proseslərini əl ilə və kompüterlə (avtomatik) tənzimləmək, texnoloji pro-seslərin ölçülməsini və onlara nəzarət etməyə həyata keçirir.

7. İstehsalat alətləri

Kəsici, yonucu, sıxıcı alətləri, iş stolları və s.

İstehsal prosesini yüngül-ləşdirmək, iş yerlərində təh-lükəsizliyi təmin etməklə, əmək cisimlərini saxlamaq.

8. Təsərrüfat inventarları

Hesablayıcı və yazı maşınları, yanğın əleyhinə alətlər, skaflar, seyflər və s.

İstehsal prosesinə xidməti və iş şəraitinin təmin edil-məsi funksiyasını yerinə yetirir.

63

Page 64: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Əsas istehsal fondları əmək cisminə təsir göstərən texnoloji prosesdə bilavasitə iştirak edən bütün əmək vasitələrindən (maşın, avadanlıq, alətlər və s.) və eyni zamanda, əmək cisminə bilavasitə təsir etməyən, lakin iş prosesinin düzgün həyata keçiril-məsi üçün şərait yaradan əsas vasitələrdən (istehsal binaları, tikililər, ötürücü qurğular və s.) ibarətdir.

Bazar iqtisadiyyatına keçid şəraitində respublika iqtisadiyyatının daha da inkişaf etdirilməsi əsas istehsal fondlarının inkişafından və onun strukturunun təkmilləşdirilməsindən asılıdır. Respublikanın sənaye sahələrində texniki cəhətdən təkmilləşmiş yeni istehsal vasitələrinin istifadəyə verilməsi istehsal prosesinə fəal təsir göstərir, əmək məhsuldarlığının yüksəldilməsini və əsas istehsal fondlarından səmərəli istitfadə edilməsini təmin edir.

İnsan təfəkkürünün məhsulu və adamların iradəsinin ifadəsi olan elmi-texniki proses təkrar istehsala fəal təsir göstərir ki, bu da əsas fondlar şəklində maddiləşir. Bazar iqtisadiyyatı şəraitində əhalinin maddi nemətlərə tələbatının böyük bir miqyasda artdığı və təbii olaraq onların istehsalının genişləndiyi bir zamanda əsas fondlar iqtisadiyyatın inkişafının müəyyənedici amilinə çevrilir.

Əsas fondların texniki səviyyəsi dedikdə, onların fəal hissəsi, yəni maşın və mexanizmlərin xüsusi səkisi, keyfiyyət səviyyəsi dedikdə isə təkmilləşdirilməsi dərəcəsi nəzərdə tutulur. Texniki tərəqqi əsas fondların fəal hissəsinin kəmiyyət və key-fiyyətcə artmasına geniş imkan yaradır, istehsala yeni daha təkmilləşmiş texnikanın tətbiq edilməsini tələb edir. Beləliklə, texniki tərəqqi əsas fondların aktiv hissəsinin daima artması istiqamətində onun strukturunun təkmilləşdirilməsinə mühüm təsir gö-stərir.

Əsas fondların sahə və istehsal (texnoloji) strukturunu bir-birindən fərqləndirmək lazımdır. Əsas

64

Page 65: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

fondların sahə strukturu dedikdə, xalq təsərrüfatı sahələrinin əsas istehsal fondlarının ümumi dəyərindəki xüsusi çəkisi nəzərdə tutulur.

Respublikamızda son illərin statistik məlumatlarına əsasən iqtisadiyyatın əsas fondlarının sahə strukturu 4№-li cədvəldə verilib.

Cədvəl 4.

1990-1998-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatının sahələri üzrə əsas istehsal fondlarının sahə strukturu (yekuna

nisbətən faizlə)

İ L L Ə R1990 1995 1996 1997 1998

Bütün iqtisadiyyatın cəmi

100,0 100,0 100,0 100,0 100,0

O cümlədən:Sənaye 32,6 35,0 33,0 33,3 34,7Kənd təsərrüfatı 13,9 9,8 11,3 14,1 13,4Tikinti 4,6 4,6 5,0 5,0 5,4Nəqliyyat və rabitə 16,3 18,8 13,8 13,6 13,6Digər sahələr 32,6 31,8 36,9 34,0 32,9

Cədvəlin məlumatlarından göründüyü kimi iqtisadiyyatın başqa sahələri ilə müqayisəli sənayenin payına düşən düşən əsas istehsal fondlarının xüsusi çəkisi 32,6%-dən 34.7%-ə qədər yüksəlmişdir. Həmin dövr ərzində kənd təsərrüfatının payına düşən əsas istehsal fondunun xüsusi çəkisi 13,9%-dən 13,4%-ə qədər azalmışdır.

Bazar iqtisadiyyatı şəraitində elm və texnikanın inkişafı əsas istehsal fondlarının maddi əsasını təşkil edən əmək alətlərinin təkrar istehsalı ilə əlaqədar olaraq onun strukturu daima təkmilləşir. Əsas fondların təkrar istehsalı əsasında cəmiyyətin məhsuldar qüvvələri daim inkişaf edir. Bu isə öz növbəsində əmək alətlərinin aktiv hissəsində

65

Page 66: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

keyfiyyət dəyişikliklərinə səbəb olur. Bazar münasibətlərinin formalaşdırılması və inkişafı xüsusilə sürətlənməkdə olan elmi-texniki tərəqqi hər bir istehsal və qeyri-istehsal sahələrində yeni, daha mütərəqqi texnika və texnologiyanın tətbiqini tələb edir.

Elmi-texniki tərəqqinin müasir mərhələsində istehsalın səmərəliliyinin yüksəltməyin istiqaməti mövcud əsas istehsal fondlarını təzələmək və yeni məhsuldar avadanlıqlarla əvəz etmək hesabına ictimai istehsalın texniki səviyyəsini yüksəltməkdər ibarətdir. Müasir dövrdə respublika iqtisadiyyatının inkişafına yönəldilən investisiya resurslarından səmərəli istifadə olunması nəticəsində əsas istehsal fondlarının həcminin artmasına, strukturunun təkmilləşdirilməsinə geniş imkan yaradır. Məlumdur ki, K.Marks geniş təkrar istehsal prosesinin ən mühüm amili kimi əsas istehsal fondlarının təzələnməsinin iki formasını göstərmişdir:

a) ayrı-ayrı əmək vasitələrinin dövrü və ya qismən yeniləşdirilməsi;

b) amortizasiya fondunun bir hissəsinin həmin məqsəd üçün istifadə etmək hesabına müəssisələrin tədricən genişləndirilməsi və ya yenidən qurulması.

Əsas istehsal fondlarının təzələnməsi qanunauyğun prosesdir. K.Marks göstərmişdir ki, məhsuldar qüvvə sürətlə inkişaf etdikdə bütün köhnə maşınlar daha məhsuldar maşınlarla əvəz edilməlidir. Lakin dahi K.Marks ancaq əsas istehsal fondlarının yeniləşməsini deyil, o, həm də bütün istehsal sahələrində ixtisaslaşmış əməyə də yüksək qiymət vermişdir. O, qeyd etmişdir ki, əməyin məhsuldar qüvvəsi necə dəyişirsə dəyişsin, eyni əmək, eyni vaxtda kəmiyyətcə bərabər dəyər yaradacaqdır. Lakin, əməyin məhsuldar qüvvəsi çoxaldıqca çox, azaldıqca isə az dəyər yaradacaqdır. Göründüyü kimi əməyin məhsuldar qüvvəsinin dəyişdirilməsi o vaxt

66

Page 67: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

yüksək səmərə verə bilər ki, ona münasib ixtisaslı əmək formalaşmış olsun.

Əsas istehsal fondları iqtisadiyyatın maddi-texniki bazasının əsas elementlərindən biri olmaqla, sahənin dinamik inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Əsas istehsal fondlarının daima təzələnməsi, mənəvi cəhətdən köhnəlmiş fondlaların daha məhsuldar fondlarla əvəz olunması istehsalın iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsinə və əmək resurslarından qənaətlə istifadə olunmasına səbəb olur. Bütün bunların hamısı əsas fondlara investisiya qoyuluşlarının gücləndirilməsi sayəsində mümkün ola bilər.

Əsas istehsal fondlarının təzələnməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ictimai əmək məhsuldarlığının yüksəldilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində dövlətin investisiya siyasətində məqsəd əsas istehsal fondlarının yenilişdərilməsi prosesinin həyata keçirilməsinin sürətləndirilməsidir.

Əsas fondların keyfiyyətini xarakterizə edən mühüm göstəricilərdən biri də texnoloji strukturdur. Əsas fondların texnoloji strukturu dedikdə onun ümumi dəyərində ayrı-ayrı ünsürlərin tutduğu xüsusi çəki başa düşülür.

Bazar iqtisadiyyatı şəraitində əsas fondların təzələnməsi və onların texnoloji strukturunun təkmilləşdirilməsi üzrə aşağıdakı zəruri istiqamətlərin həyata keçirilməsi daha məqsədəuyğun hesab edilir.

1. Əsas istehsal fondunun aktiv hissəsi olan maşın və avadanlıq vahidinin istehsal gücünün artırılması və onun optimal səviyyəyə çatdırılması.

2. İstehsal prosesindəki mövcud mexaniki üsullardan müasir kompüterləşmə, elektrofizika, elektrokimya və başqa mütərəqqi üsullara keçirilməsi.

3. Fasiləsiz texnoloji proseslərə, tullantısız və ya az tulantılı texnologiyaya keçirilməsi.

67

Page 68: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Qeyd etdiyimiz kimi problemlərin müvəffəqiyyətlə həll edilməsi ilk növbədə investisiya qoyuluşlarının həcmindən bilvasitə asılıdır. Məhz buna görə də respublikamızda sənaye istehsalının inkişafının sürətləndirmək məqsədilə daxili və xarici investisiya fəaliyyətini daha da aktivləşdirmək lazımdır.

İnvestisiya fəaliyyəti obyektinin düzgün seçilməsi milli iqtisadiyyatımızın inkişafına və xüsusilə formlaşmaqda olan strukturuna daha müsbət təsir göstərə bilər. Məhz buna görə də Azərbaycanda keçid iqtisadiyyatı şəraitində investisiya fəaliyyətinin obyekti əsasən aşağıdakı istiqamətlərə yönəldilməlidir:

1. İqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vasitələrinə.

2. Qiymətli kağızlar (səhm, istiqrazlar və s.), məqsədli pul əmanətlərinin çoxaldılmasına.

3. Elmi-texniki məhsul və digər mülkiyyət obyektləri, əmlak hüquqi və intellektual mülkiyyətin inkişafına.

Belə bir mühüm istiqamətlər üzrə investisiya fəaliyyətinin gücləndirilməsi bütövlükdə milli iqtsadiyyatın artım tempinə müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, əsas istehsal fondların texnoloji strukturunun keyfiyyətcə təkmilləşdirilməsində əsas fondun ümumi dəyərində aktiv hissəsinin nisbətən üstün artımı və eyni zaman-da, istehsalın texniki cəhətdən silahlandırılması əmək məhsuldarlığının yüksəldilməsinə və istehsal olunan məhsulun çeşid və keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Əsas istehsal fondlarının texnoloji strukturunun keyfiyyətcə təkmilləşdirilməsi nəinki əsas istehsal fondun aktiv hissəsinin artmasına, eyni zamanda, istehsalın və əməyin texniki səviyyəsinin yüksəldilməsinə də imkan verir.

68

Page 69: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

Əsas istehsal fondlarının strukturu və habelə onun tərkib ünsürlərinin mütləq və nisbi artımı sənaye istehsalının səmərəli təşkil olunması nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə sənaye istehsalının maddi-texniki bazasının ahəngdar inkişafı və sərf edilmiş vəsaitin səmərəliliyinin yüksəldilməsi üçün sahələr arasında və sahələr daxilində müxtəlif istiqamətlərdə istifadə olunan investisiya qoyuluşu əsas fondların strukturunu iqtisadi əsaslarla təmin etməli və onların ayrı-ayrı ünsürləri arasında düzgün proporsionallıq yaratmalıdır.

Əsas fondların fəal hissəsinin xüsusi çəkisi nə qədər yüksək olarsa, istehsalın texniki səviyyəsi də bir o qədər yüksək olar, eyni zamanda müəssisənin məhsul buraxmaq üçün istehsal imkanları bir o qədər artır. Buna görə də istehsalın səmərəliliyinin artması məsələlərini həll edərkən əsas istehsal fondlarının strukturundakı müsbət dəyişikliklərin təsiri nəzərə alınmalıdır.

Əsas fondun strukturu sabit deyil, o elmi-texniki tərəqqinin nailiyyətlərinin məqsədəuyğun tətbiqi əsasında daima təkmilləşir. Bunun nəticəsində də əsas fondun strukturu respublika sənayesinin müxtəlif sahələrində bir-birindən fərqlənir. Qeyd etmək la-zımdır ki, respublikamızın hasiledici sənayesində əsas fondun passiv hissələrinin (bina və tikililərin) xüsusi çəkisi yüksək olduğu halda, emaledici sənaye sahələrində isə əsas fondun aktiv hissəsi (maşın və avadanlıqlar) üstün yer tutur.

Əsas fondun strukturuna müxtəlif amillər təsir göstərir ki, bunlardan: istehsal edilən məhsulun xarakterini, istehsalda elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi səviyyəsini, istehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini, məhsuldar qüvvələrin yerləşdirilməsini, əsaslı vəsait

69

Page 70: marketing.ucoz.orgmarketing.ucoz.org/NewMicrosoftOfficeWord4.docx  · Web viewbərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin

qoyuluşundan, investisiya və istehsal gücündən istifadə səviyyəsini və s. göstərmək olar.

Əsas istehsal fondlarının strukturu elə nisbətdə müəyyən edilməlidir ki, bazar iqtisadiyyatının tələb etdiyi vəzifələrin yerinə yetirilməsi və istehsalın iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsi təmin edilsin.

70