17
AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI QƏRAR № 150111500003 Bakı şəhəri “09” iyun 2015-ci il Dövlət standartının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-cibəndlərini rəhbər tutaraq qərara alınır 1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin. 1.1. AZS 731-1-2015 (OIC/SMIIC 1:2011) “Halal qida. Ümumi rəhbəredici sənəd” (1 nömrəli əlavə). 1.2. AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə). 2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin. 4. Azərbaycan Standartlaşdırma Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin. 5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin. 6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

AZƏRBAYCAN RESPUBLİKASININ

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ

DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

Q Ə R A R № 150111500003

Bakı şəhəri “09” iyun 2015-ci il

Dövlət standartının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların,

normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində

tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan

Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq

edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-cibəndlərini rəhbər

tutaraq qərara alınır

1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları

təsdiq edilsin.

1.1. AZS 731-1-2015 (OIC/SMIIC 1:2011) “Halal qida. Ümumi rəhbəredici

sənəd” (1 nömrəli əlavə).

1.2. AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata

keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu

Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının

Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın

ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını

təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna

(S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət

standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi

aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini

bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Kollegiyanın sədri,

Azərbaycan Respublikası Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin

sədri Ramiz Həsənov

Page 2: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

Azərbaycan Respublikası

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin

Kollegiyasının “09” iyun 2015-ci il

tarixli “150111500003” nömrəli Qərarı

ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

AZƏRBAYCAN RESPUBLİKASININ

DÖVLƏT STANDARTI

___________________________________________________________________________

__

HALAL QİDA

Ümumi rəhbəredici sənəd

AZS 731-1-2015

(OIC/SMIIC 1:2011)

___________________________________________________________________________

__

MÜQƏDDİMƏ

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və

Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart OIC/SMIIC 1:2011 “General guidelines on halal

food” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.

3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara,

norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli

standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını

Page 3: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama

müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

___________________________________________________________________________

__

HALAL QİDA

ÜMUMİ RƏHBƏREDİCİ SƏNƏD AZS 731-1-2015

(OIC /SMIIC 1:2011)

GENERAL GUİDELİNES

ON HALAL FOOD

___________________________________________________________________________

__

1 TƏTBİQ SAHƏSİ

Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması

məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin

edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib-

boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi

mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.

Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən

asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb

edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən

təşkilatlar da daxildir.

Bu standartın bütün təşkilatlarda tətbiqi əsasları Halal qidanın

sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir.

2 NORMATİV İSTİNADLAR

Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir. Aşağıda

göstərilən, istinad edilən standartların tələbləri bu standartın tələbləri sayılır.

CAC/RCP 1 – 1969 Recomended International Code of Practice – General

Prinsiples of Food Hygienic. (Qida gigiyenasının ümumi prinsipləri - Tövsiyə edilən

beynəlxalq kodeks)

Codex Stan 1 – 1985 Codex general Standard for the Labeling of Prepackaged

Food (Qablaşdırılmış yeyinti məhsullarının markalanması üçün ümumi kodeks

standartı)

CAC/RCP 58, Code of hygienic practice for meat (Ət üçün gigiyenik tətbiq

kodeksləri)

Page 4: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

ISO 22000, Food safety management systems - Requirements for any

organization in the food chain (Qida təhlükəsizliyi idarəetmə sistemləri-Qida

zincirindəki bütün təşkilatlar üçün tələblər)

ISO 22005, Traceability in the feed and food chain - General principles and

basic requirements for system design and implementation (Yem və qida zəncirinin

izlənilməsi - Sistemin layihələndirilməsi və tətbiqi üçün ümumi prinsiplər və əsas

tələblər)

3 TERMİN VƏ TƏRİFLƏR

Bu standartda aşağıdakı termin və təri flərdən istifadə edilmişdir.

Bu mətndə olmayan termin və təriflər üçün istinad edilən standartlarda

verilən termin və təriflər tətbiq edilir.

3.1 İslam qaydaları

Mənbəyini Qurani-Kərimdən və Məhəmməd peyğəmbərin (s.ə.s.)

tətbiqlərindən (sünnə) alan və Allahın (c.c.) müsəlmanlar üçün əmr etdiyi bütün

qaydalar.

3.2 Halal qida

İslam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən

qaydalara uyğun olan qida və içkilər.

3.3 Zəruri proqramlar (PRP)

İnsanlar üçün istifadəyə yararlı, təhlükəsiz qidaların istehsalı, yüklənməsi -

boşaldılması və tədarükü zamanı gigiyenik şəraitin təmin edilməsi üçün zəruri

şərtlər və fəaliyyətlər.

3.3.1 Lazımi istehsalat praktikası (GMP)

Qidanın təhlükəsiz və sağlam istehsalı, saxlanılması və paylanması üçün

işləyən heyət və gigiyenanın yaradılması ilə əlaqəli fəaliyyətlər.

3.3.2 Lazımi gigiyena praktikası (GHP)

Qida zəncirinin hər mərhələs ində istehsala uyğun qida tədarükünü təmin

etmək məqsədilə görülən tədbirlər.

3.4 Qida təhlükəsizliyi

Qidanın istifadə məqsədilə hazırlanması və/və ya yeyiləcəyi təqdirdə

istehlakçıya zərər verməyəcəyini ifadə edən anlayış.

3.5 Qida zənciri

Xammal və mənşəyindən başlayaraq istehlak mərhələsinə qədər, emal,

istehsal, qablaşdırma, saxlanılma, daşınma, paylanma və marketinq də daxil olmaqla

qida istehsalındakı bütün mərhələlər.

3.6 Qida əlavələri

Qidanın istehsal, əməliyyat, rəftar, qablaşdırma və ya saxlanılmasında istifadə

edilən, təbii və ya süni, əsas xammallardan fərqlənən, qidanın istehsalında son

məhsulu inkişaf etdirmək üçün istifadə edilən qidanın dad, iy, görünüşü və ya bir

neçə xüsusiyyəti üzərində qoruyucu və inkişaf etdirici təsiri olan bütün maddələr.

3.7 Soyuq zəncir

Page 5: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

Son istehlakçıya çatana qədər əsas keyfiyyətini qorumaq üçün soyuq zəncir

tələb edən qida məmulatları üçün zəruri olanı soyudaraq və donduraraq, payla nma

və oxşar fəaliyyətlərdən ibarət olan əməliyyatlar.

3.8 Geni modifikasiya olunmuş qidalar (GMQ)

Geni modifikasiya olunmuş məhsulları və/və ya məhsulları özündə

birləşdirən qida və içkilər. Geni modifikasiya olunmuş orqanizmlər başqa bir canlı

növünə aid genin bitkiyə, heyvana və mikrobioloji qaynağa gen quruluşu dəyişdirmə

texnikaları ilə ötürməsi ilə və xammalın DNT-sində (Dezoksiribonuklein turşusu)

edilən dəyişikliklərlə əldə edilir.

3.9 Su heyvanları

Suda yaşayaraq suyun xaricində həyatını davam etdirə bilməyən heyvanlar.

3.10 Amfibiyalar

Həm suda, həm də quruda yaşaya bilən heyvanlar.

4 MƏHSULLAR/XİDMƏTLƏR

Bu standart aşağıdakı məhsul və xidmətləri əhatə edir.

4.1. Ət və ət məhsulları;

4.2. Süd və süd məhsulları;

4.3. Yumurta və yumurta məhsulları;

4.4. Taxıl və taxıl məhsulları;

4.5. Bitki və heyvan mənşəli maye və qatı yağlar;

4.6. Meyvə-tərəvəzlər və onların məhsulları;

4.7. Qənd və qənnadı məmulatları;

4.8. İçkilər (Spirtsiz içkilər);

4.9. Bal və arıçılıq məhsulları;

4.10. Dietik əlavələr;

4.11. Qida əlavələri;

4.12. Fermentlər;

4.13. Mikroorqanizmlər;

4.14. Qablaşdırma materialları;

4.15. Qida sahəsində xidmət göstərən bütün təşkilatlar;

4.16. Balıq və balıq məhsulları;

4.17. Su;

4.18. Digəri.

5 QAYDALAR

5.1 Qidanın mənbəyi

5.1.1 Heyvan mənşəli qida

5.1.1.1 Halal heyvanlar

Aşağıdakılar halal heyvanlar olaraq qəbul edilir:

a) Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu

əhliləşdirilmiş heyvanlar;

Page 6: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

b) Maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi

heyvanlar;

c) Göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar.

5.1.1.2 Halal olmayan heyvanlar

Aşağıdakılar halal olmayan heyvanlardır:

a) Donuz, it və oxşar növlər;

b) Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar;

c) İslam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar;

d) Öz-özünə ölmüş heyvanlar;

e ) Ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya

uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü,

sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar ;

f) Qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti

pəncələri olan yırtıcı quşlar;

g) Siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və

zəhərli heyvanlar;

h) Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar ;

i) İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar ;

j) Uzunqulaq və qatırlar;

m) Bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma

heyvanları;

k) Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar halal sayılmır.

5.1.2 Su heyvanları

a) Pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların

kürüləri və onların məhsulları halaldır. Digər bütün su heyvanları və onların

məhsulları halaldır. (Baxın 12.1.2.1)

b) Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və

zərərli hissələri çıxarıldığı halda halaldır. (Baxın 12.1.2.1)

5.1.3 Amfibiyalar

Bütün amfibiyalar halal sayılmır.

5.1.4 Bitki mənşəli qidalar

Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları

halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissə ləri çıxarıldığı halda

halaldır.

5.1.5 İnsan və heyvan mənşəli qan və digər maddələr

Hər növ qan və məhsulları halal sayılmır.

Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların

bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr halal sayılmır.

İnsan bədəninin hər hansı bir hissəsinin istehlakı halal sayılmır.

5.2 Kəsim qaydaları

5.2.1 Kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər

a) Kəsim üçün nəzərdə tutulmuş heyvan halal heyvanlardan biri olmalıdır.

Page 7: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

b) Kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlığını göstərən sənəd

baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir.

c) Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə

prosesi heyvanların işkəncəsinə səbəb olmamalıdır.

d) Standartda baytarlıq əməliyyatına görə, yalnız halal yem ilə bəslənmiş

heyvanların kəsilməsinə icazə verilir.

e) Heyvanlar uzaq yol gəlibsə, kəsimdən qabaq istirahətlərinə icazə

verilməlidir.

5.2.2 Qəssab

a) Kəsim işləri aparan qəssab əqli sağlam və heyvan kəsiminin tələb etdiyi

əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır.

b) Kəsim işləri aparan qəssabın gigiyena-sanitariya və halal kəsim qaydaları

mövzusunda səlahiyyətli orqan (personalın sertifikatlaşdırılması üzrə akkreditasiya

olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır.

5.2.3 Kəsimdə istifadə olunan alət və vasitələr

a) Kəsim xətti, qidaya uyğun vasitələr təmiz olmalı və yalnız halal kəsim

məqsədilə istifadə edilməlidir.

b) Heyvanın başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti olmalı və

poladdan (paslanmayan polad) hazırlanmalıdır.

c) Kəsmə vasitələri kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;

d) Sümük, dırnaq və dişlər dən kəsmək məqsədilə istifadə edilməməlidir.

5.2.4 Sallaqxanalar

Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və

ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki

şərtləri milli qanunvericiliyə uyğun olmalı və aşağıdakılar təmin edilməlidir:

a) Kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit;

b) Girişdə heyvanı qaldırmaq üçün elektriklə işləyən avtomatik və ya əllə

işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə;

c) İşin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən

diyircəkli zəncir relsli sistem;

d) Mal və qoyun-keçi üçün xüsusi hazırlanmış, işçilərin heyvanın dərisini

soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən,

sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri;

e) Tərəzi qurğuları;

f) Cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su);

g) Çirkli alətləri (bıçaq, asılqan və s.) yumaq, dezinfeksiya və sterilizə etmək

üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və

ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan;

h) Müntəzəm istifadə edilən təmiz və təzyiqli su.

i) Bütün dezinfeksiyaedicilər və antiseptik mayelər halal qida sektorunda

istifadəyə yararlı olmalıdır.

5.2.5 Sərsəmlətmə

Page 8: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

a) Heyvana yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsi (huşun

itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa

(heyvanı sakitləşdirmək və ya onun müqavimətini qırmaq kimi) müqavimətini

qırmaq üçün icazə verilən elektrik cərəyanı və tətbiq müddəti bu standartda

göstərilən Əlavə A-ya uyğun olmalıdır.

b) Qanadlı quşlara yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsinin

(huşun itirilməsi) tətbiqi qadağa olunmalıdır, ancaq elektrik istifadəsi lazımi və tək

çıxış yolu olsa aşağıdakı şərtlər təmin edilməlidir:

i. Qanadlı quşlar sərsəmlədildikdən, sonra (huşun itirilməsi) və hətta kəsim

zamanında canlı və sağlam vəziyyətdə olmalıdır.

ii. Əgər zərurət yaranarsa, elektro-şokun cərəyanı və müddəti, əlavə A-da

göstərilən qaydada olmalıdır.

iii. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. iv. İnsani

rəftarla tətbiq olunduğu sübuta yetirilməlidir.

V. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır

5.2.6 Kəsim əməliyyatları

5.2.6.1 Heyvanların kəsim əməliyyatları

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.

5.2.6.1.1 Kəsimdən əvvəl heyvana sağlamlıq baxışı

Kəsimdən əvvəl baxış ilə yanaşı aşağıdakı qaydalar tətbiq edilir:

a) Kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara

uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir.

b) Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir.

5.2.6.1.2 Heyvanın təmizlənməsi və yuyulması

Kəsimə göndərilən heyvanlar nəcisdən, sidikdən və palçıqdan təmizlənmiş

olmalıdır. Çirkli heyvanlar yarış atlarının saxlandıqları yerlərdə və ya yuyulmaq

məqsədilə xüsusi ayrılmış sahələrdə təmizlənməlidir. Heyvan sulu olarkən

kəsilməməsi tövsiyə edilir.

5.2.6.1.3 Fərqli heyvanların qarışmağının qarşısının alınması

Fərqli heyvanların yarış atlarının saxlandıqları yerlərə gətirilməsi,

təmizlənməsi və sallaqxanaya gətirilməsi zamanı qarışmamağına xüsusilə diqqət

yetirilməlidir.

5.2.6.1.4 Heyvanın kəsim sahəsinə aparılması

Kəsiləcək heyvan dəhliz boyunca ixtisaslaşdırılmış heyət tərəfindən əziyyət

verilmədən kəsim sahəsinə aparılmalıdır.

Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın

əvvəlki heyvanın kəsilməsini görməyinin qarşısını alan hərəkətli pərdələr və ya

bölüm sistemləri olmalıdır.

5.2.6.1.5 Əməliyyat

a) Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə

çevrilərək sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir. Heyvan qaldırıldıqda və ya

Page 9: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

uzadıldıqda əziyyətin azaldılmasına qayğı göstərilməli və bu mövqedə çox

saxlanılmamaladır.

b) Heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən

“BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks

təqdirdə kəsim halal sayılmaz. Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün

Allahın adı təkrar edilməlidir.

c) Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik

bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir.

d) Halal kəsim qırtlağın (adəm alması) bir az altındakı nöqtədən və uzun

boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır.

e) Qanama və ölümü sürətləndirmək üçün, kəsim əsnasında nəfəs borusu

(halqum), qida borusu (mari), boyun arteriyası və şah damarı (wadajain)

kəsilməlidir. Qanama özbaşına olmalı və bitməlidir. Qanama müddəti qanamanın

bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir.

5.2.6.1.6 Cəmdək və içalata kəsimdən sonrakı baxış

Kəsimdən sonrakı baxış səlahiyyətli baytar tərəfindən aparılmalıdır. Cəmdək

və cəmdək hissələrinin sağlamlıq və gigiyena şərtlərini təmin etməsi üçün

qiymətləndirmə CAC/RCP 58-də göstərilən tələblərə uyğun olmalıdır.

5.2.6.1.7 Cəmdəyin yuyulması və möhürlənməsi

Yuyulma, qurutma, soyudulma və dondurulma müvafiq alət və cihazlarla

edilməlidir. Möhürlənmə halal tərkibli qidalarda istifadəyə yararlı mürəkkəblə

edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.

5.2.6.2 Quşların kəsilmə əməliyyatı

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.

5.2.6.2.1 Quşların sallaqxanaya aparılması və kəsimə verilməsi

Sallaqxanaya gətirilən quşlar mümkün olduqca ən qısa bir müddətdə kəsimə

verilməlidir.

5.2.6.2.2 Kəsimdən qabaq quşlara sağlamlıq baxışı

Kəsimdən qabaq baxışa əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir:

a) Kəsiləcək quşlar bu standartda göstərilən qaydalara uyğun səlahiyyətli bir

baytar tərəfindən nəzarət edilməlidir. Ölü, xəstə olduğu təsdiq edilən və ya xəstə

olduğu şübhəsini daşıyan quşlar dərhal karantin sahəsinə çıxarılmalı və qanuni işlər

yerinə yetirilməlidir.

b) Ölmüş və ya ölmək üzrə olan quşların kəsim xəttinə girmədiyindən əmin

olmaq üçün nəzarət edilməlidir.

5.2.6.2.3 Əməliyyat

a) Qəssab qanadlı quşun başını bir əli ilə tutmalı, möhkəm aşağıya doğru

çəkməli və digər əlində tutduğu iti qəssab bıçağı ilə boynunu İslami qaydalara

uyğun kəsməlidir.

b) Bunlara əlavə olaraq Maddə 5.2.6.1.5-də verilən dini qaydalara riayət

olunmalıdır.

5.2.6.2.3.1 Mexaniki kəsim

Page 10: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

Mexaniki kəsim avadanlıqlarından (mexaniki bıçaqdan) istifadə etməklə

kəsim aparıla bilməz.

5.2.6.2.3.2 Qanadlı quşun avtomatlaşdırılmış emalı ilə məşğul olan

əməliyyat müəssisələrində əl ilə kəsim

Əl ilə kəsim mövcud yoxlama sistemi olduqda istifadə ed ilə bilər.

Məhsulun üzərində əl ilə kəsim edildiyini ifadə edən xüsusi qeyd yer

almalıdır.

a) Qəssab yetkin bir Müsəlman olmalıdır;

b) Qəssab kəsimdən əvvəl hər bir qanadlı quş üçün “BİSMİLLAH” kəlməsi

deməlidir;

c) Quşun başını kəsmək üçün istifadə edilən bıçaq tək uclu, iti olmalı və

poladdan (paslanmayan poladdan) hazırlanmalıdır. Bıçaq üfüqi istiqamətdə hərəkət

etməli, kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;

d) Qanamanı və ölümü sürətləndirmək üçün kəsim zamanı qanadlı quşun

nəfəs borusu (halqum), qida borusu (mari) və boyun arteriyası və şah damarı

(wadajain) kəsilməlidir;

e) Qəssab hər bir qanadlı quşun düzgün şəkildə kəsildiyinə nəzarət etməlidir;

f) Qanama müddəti ən azı 180 saniyə olmalıdır.

5.2.6.2.4 Tükdən təmizləmə əməliyyatı

Tükdən təmizləmə əməliyyatını asanlaşdırmaq üçün cəmdəklər par

əməliyyatından keçməlidir. Par əməliyyatında isti sudan və ya isti havadan istifadə

edilir.

5.2.6.2.5 Cəmdəyə sağlamlıq baxışı

Kəsimdən sonrakı nəzarətə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilməlidir:

a) Hər cəmdəyə yuyulduqdan sonra baxış keçirilməlidir. Baxış üzv

ölkələrdəki ət nəzarəti qanunvericiliyi və baytarlıq xidmətləri standartlarına uyğun

olaraq aparılmalıdır;

b) Baxış nəticəsi şübhə yaradırsa, şübhəli nümunə analiz üçün laboratoriyaya

göndərilməlidir. Bu halda cəmdək xüsusi olaraq ayrılmış yerdə uyğun temperaturda

mühafizə edilməlidir. Laboratoriyanın analiz nəticələrinə əsasən qərar verilir.

5.2.6.3 Digər heyvanlar üçün kəsim

5.2.6.3.1 Balıqların kəsilməsinə ehtiyac yoxdur. Onlar canlı vəziyyətdə sudan

çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir.

5.2.6.3.2 “BİSMİLLAH” kəlməsi deyərək ovlanmış və uyğun şəkildə

öldürülmüş halal heyvanlar halal kəsilmiş kimi qiymətləndirilir. Canlı tutulan

heyvanlar İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Yırtıcı ov heyvanları və ya

ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir

parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir,

əks halda "Halal olmayan" şəklində qiymətləndirilir .

5.3 Ət və ət məhsulları

Page 11: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

a) Maddə 5.1.1.1-də göstərilən halal heyvanların cəmdəklərindən və maddə

5.2.6.1 və maddə 5.2.6.2-yə uyğun olaraq hazırlanmış ətlər Maddə 13-dəki qanuni

qaydalara uyğun olmalıdır.

b) Ət və ət məhsullarında qoruyucu kimi istifadə edilən qida əlavələri

tərkibində halal olmayan komponentlər ehtiva etməməli və ya İslam qaydalarından

kənar həyata keçirilən, əməliyyata köməkçi maddələr də daxil olmaqla, hər hansı bir

əməliyyatdan keçmiş olmamalıdır.

5.4 Süd və süd məhsulları

a) Maddə 5.1.1.1-də göstərilən heyvanlardan əldə edilən süd və süd

məhsulları halaldır.

b) Qursaq mayası və jel atin kimi qida əlavələri halal olmayan məhsullardan

emal edilməməlidir.

5.5 Yumurta və yumurta məhsulları

a) Maddə 5.1.1.1 və maddə 5.1.2-də göstərilən halal heyvanlardan əldə edilmiş

yumurta və yumurta məhsulları halaldır.

b) Yumurta məhsulları halal olmayan tərkibə malik olmamalıdır .

c) Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər

istehlak üçün təhlükəsiz olduğu halda halaldır.

5.6 Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar,

meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar

Bütün qidalar, halal əməliyyatlardan istifadə edilərək halal mənşəli

maddələrdən emal edilməlidir.

5.7 İçki

a) Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki

halaldır.

b) Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da

şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.

c) İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri

qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir

.

5.8 Bal və arıçılıq məhsulları

a) Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli

olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. b) Balın içindən çıxan

bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə

edilir.

5.9 Qida gücləndiriciləri

Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal

edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir.

5.10 Geni modifikasiya olunmuş qidalar (GMQ)

Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş

bitkilərin genetik materiallarının istifadəsi qadağandır.

5.11 Qida əlavələri

Page 12: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə

hazırlanmış qida əlavələri halal sayılmır.

5.12 Fermentlər

Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən

fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd

edilməlidir.

5.13 Mikroorqanizmlər

İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen

və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər

halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə

istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən

digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.

5.14 Qablaşdırma vasitələri

a) Qablaşdırma vasitələri halal olmayan hər hansı bir maddədən

hazırlanmamalıdır.

b) Qablaşdırma vasitələri halal olmayan vəsaitlərə toxunmayan avadanlıqdan

istifadə edilərək hazırlanmalı, işl ənməli və ya emal edilməlidir.

c) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı yuxarıda göstərilən a) və

ya b) bəndindəki şərtləri təmin etməyən qablaşdırma vasitələri digər qidalardan və

ya halal olmayan digər vasitələrdən fiziki olaraq ayrılmalıdır.

d) Qablaşdırma vasitələri insan sağlamlığına zərərli olaraq qiymətləndirilən

maddələri özündə birləşdirməməlidir.

5.15 Digər məhsullar

Yuxarıda maddə 5.3 - 5.14-ə daxil olmayan məmulatlar halal olmayan

maddələrdən emal edilməməli, spirt və spirt məhsulları ilə işlənməməlidir (tərkibinə

daxil olmamalı və onla rla təmasda olmamalıdır).

5.16 Qida xidməti göstərən bütün təşkilatlar

Bütün qida xidməti və müəssisələri aşağıdakı qaydaları təmin edərlərsə ,

halaldır:

a) Yalnız Maddə 5-dəki məmulat, məmulat qrupları və vəsaitlərlə əlaqəli

qaydaları təmin edirsə;

b) Məhsulların xidmət və satışı zamanı və yalnız halal qida üçün istifadə

edilən tamamilə ayrı vasitə və vəsaitlər;

d) Qidaların heç bir şəkildə spirtli içki ilə paylanmasına icazə verilmirsə;

c) Əgər bir müəssisədə halal olmayan məhsul istehsal edilirsə və halal

istehsala keçmək planlaşdırılırsa, halal istehsala başlamadan İslam qaydalarına

(Əlavə B) görə təmizlik əməliyyatları aparılmalıdır. İstehsalın əvvəl halal olmayan

sonra yenidən halal istehsala çevrilməsinə icazə verilməməlidir.

6 QİDA EMALI

Bütün emal edilmiş qidalar aşağıdakı qaydaları təmin etdiyi halda halal

sayılır:

Page 13: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

a) İslam qaydalarına görə məmulatlar və ya onların komponentləri halal

olmayan ünsür əks etdirmirsə;

b) Məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı

bir miqdarda hər hansı bir maddə özündə birləşdirmirsə;

c) Məmulat və komponentləri təhlükəsizdirsə;

d) Halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmış,

işlənmiş və ya emal edilmişsə.

e) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı İslam qaydalarına görə

halal olmayan və ya yuxarıda a), b), c) və d) bəndindəki şərtləri təmin etməyən

qidalar digər vəsaitlərdən fi ziki olaraq ayrılmalıdır.

7 AVADANLIQLAR, VASİTƏLƏR VƏ İSTEHSAL

XƏTLƏRİ

a) Halal qida əməliyyatında istifadə edilən avadanlıqlar, vasitələr və istehsal

xəttləri İslam qaydalarına görə halal olaraq qəbul edilməyən vəsaitlərdən

hazırlanmamalı və ya bunları özündə birləşdirməməli və yalnız halal qidalar üçün

istifadə edilməlidir.

b) Halal olmayan məmulat çirklənmiş bir istehsalat xəttinin halal istehsal

xəttinə çevrilməsi halında, gigiyena və sanitariya qaydalarına görə yuyulmalı və

təmizlənməlidir. Dəyişdikdən sonra istehsal xətti yalnız halal qida üçün

işlədilməlidir. İstehsal xəttinin əvvəl halal olmayan istehsala, sonra yenidən halal

istehsal xəttinə qaytarılmasına icazə verilməməlidir.

c) Qida ilə təmasda olan avadanlıq ların və cihazların baxışı zamanı istifadə

edilən yağlar qidada istifadəyə yararlı yağlar olmalı və halal olmayan component

ehtiva etməməlidir.

d) məmulatın keyfiyyətinə və ya yararlığına təsir edən əməliyyatlarda istifadə

edilən ölçmə və təcrübə cihazları kalibrlənməlidir.

8 SAXLANMA, NÜMAYİŞ, PAYLANMA VƏ DAŞINMA

a) Yığılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanan məhsul və bütün

halal qidaların saxlanmasında, daşınmasında halal olaraq təsnifləşdirilməli və

arkalanmalı, hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasının

qarşısı alınması üçün ayrı saxlanmalıdır.

b) Daşınma qidanın xüsusiyyətinə uyğun olmalıdır. Nəqliyyat vasitələri

gigiyena və sanitariya qaydaların a cavab verməlidir.

9 GİGİYENA SANİTARİYA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ

a) Halal qida hazırlığının əsas şərtlərindən biri gigiyena sanitariya və qida

təhlükəsizliyidir.

b) Halal qidaların hazırlanması, istehsal prosesi, qablaşdırılması, daşınması və

saxlanılması Codex CAC / RCP 1-ə və digər müvafiq kodeks və beynəlxalq

standartlardakı gigiyena və sanitariya qaydalarına uyğun şəkildə həyata

keçirilməlidir.

Page 14: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

c) Gigiyena və sanitariya üçün istifadə edilən kimyəvi maddələr və vasitələr

halal qida sektorunda istifadəyə uyğun olmalıdır.

d) Qida təhlükəsizliyilə əlaqədar bütün tədbirlər halal qida sektoruna uyğun

olmalıdır.

10 YOXLAMA VƏ TƏSDİQLƏMƏ

10.1 Metodların yoxlanması və təsdiqlənməsi

Halal olmayan mənbələrin və tərkibin qiymətləndirilməsi məqsədilə aparılan

müayinə və təcrübələr milli və beynəlxalq səviyyədə tanınan yoxlama və təsdiqləmə

müayinə və təcrübə metodlarına uyğun olaraq həyata keçirilməlidir.

10.2 Proseslərin yoxlanması və məmulatın təsdiqi

a) Halal qidanın istehsal prosesləri müvafiq beynəlxalq standartlarda

göstərildiyi kimi yoxlanmalı və halal qida məmulatları Maddə 10.1-də təyin olunan

metodlara görə təsdiqlənməlidir.

b) Qablaşdırılma maddə 12.1.2-də göstərilən markalanma şərtlərinə uyğun

olmalıdır.

11 EYNİLƏŞDİRMƏ VƏ İZLƏNMƏ

a) İstehsalın bütün mərhələlərində müvafiq yerlərdə halal qida uyğun

vasitələrlə eyniləşdirilməlidir. Halal qidanın statusu monitorinq və ölçmə

qaydalarına görə təyin olunmalıdır.

b) İzlənmə lazım olduğu hallarda, məhsula nəzarət edilməli və ona xas

xüsusiyyəti qeydə alınmalıdır.

c) Halal qida üçün izlənmə sisteminin işlənib hazırlanmasına və həyata

keçirilməsinə dair əsas tələblər və prinsiplər ISO 22000, ISO 22005 və ya Codex CAC /

RCP 1-də təyin edilib. Qida zəncirinin hər hansı bir mərhələsində işləyən

təşkilatlarda tətbiq oluna bilər .

12 BAZARA ÇIXARILMA

a) Saxlanılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanılan məhsullar və

bütün halal qidalar halal olaraq təsnifləşdirilməli və markalanmalıdır.

b) Hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasına maneə

törətmək üçün ayrı saxlanılmalıdır.

12.1 Qablaşdırılma və markalanma

12.1.1 Qablaşdırılma

a) Halal qidalar maddə 5.14-dəki şərtləri təmin edən qablaşdırma vəsaitlərilə

lazımi şəkildə qablaşdırılmalıdır.

b) Qablaşdırılma əməliyyatı təmiz və gigiyenik bir şəkildə, məmulatın

təhlüksizliyin və keyfiyyətini qoruyacaq sağlam bir mühit və münasib temperaturda

aparılmalıdır.

c) Cəmdəklər, ətin keyfiyyət və təhlükəsiziliyinə hər hansı bir mənfi təsiri

olmayacaq təmiz, yeni, möhkəm və qoxusuz qablar da münasib bir şəkildə

qablaşdırılmalıdır.

12.1.2 Markalanma

Page 15: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

12.1.2.1 ISO 22000 və ya Codex CAC / RCP 1 və CODEX STAN 1-də verilən

qaydalara əlavə olaraq aşağıda verilən məlumatlar oxunula bilən və silinməyən

şəkildə işarələnməli və ya qaba bu məhsulları özündə birləşdirən bir etiket

vurulmalıdır:

a) Məhsulun adı;

b) Tərkibi;

c) Son istehlak tarixi;

d) Netto kütləsi (kq, q) (Сİ sistemi);

e) Firmanın adı və ya ünvanı, idxal və / və ya paylayıcı və ticarət markası;

f) Tədqiqat üçün istehsal və partiya nömrəsini ifadə edən kod nömrəsi;

g) Ölkə;

h) Tələb olunan hallarda istifadə təlimatı;

i) Məhsul qursaq mayası və jelatin kimi heyvan mənşəli yağ, ət əvəzləyiciləri

və tərkiblərini özündə birləşdirirsə, heyvan mənşəli bu tərkiblər məhsulun

üzərindəki etiket məlumatlarında göstərilməlidir ;

j) Məhsulda GMO varsa, bu hal açıq şəkildə göstərilməlidir;

k) Halal işarəsi varsa, sənədin və sertifikatın nömrəsi məhsulun üzərində

göstərilməlidir;

l) Məhsulun vəziyyəti (qurudulmuş, təzə, dondurulmuş, hislənmiş və s.);

m) Hər cür pulcuqlu balıq, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıq

kürüsü və ondan hazırlanan məhsullar və onların əlavə məhsulları "pulcuqlu balıq"

kimi münasib bir şəkildə markalanmalıdır. Digər bütün su heyvanları və onlardan

hazırlanan məhsullar "pulcuqsuz balıq və digərləri" kimi münasib bir şəkildə

markalanmalıdır.

12.1.2.2 İlkin xammal üçün ISO 22000 və Codex CAC / RCP1- də göstərilən

qaydalara əlavə olaraq etiket və ya işarələmə aşağıdakı məlumatları əks etdirməlidir.

a) Kəsim tarixi;

b) İstehsal tarixi;

c) Cəmdə yin üzərində müvafiq məlumatları daşıyan baytarlıq sağlamlıq

hesabatı / sertifikat nömrəsi;

d) Möhür dəyişdirilə bilinməməli və möhürdə istifadə edilən mürəkkəb

silinməyən və qidadan istifadəyə yararlı olmalıdır;

e) Xüsusi kəsilmiş hər cəmdəyin (soyudulmuş və ya dondurulmuş) son paketi

səlahiyyətli təşkilatın rəsmi möhürü və səlahiyyətli bir adam tərəfindən kəsimin

nüfuzlu orqan tərəfindən nəzarət edildiyini ifadə edən şəkildə möhürlənməlidir;

f) Halal işarəsi istifadə edildikdə sənədin və sertifikatın nömrəsi məmulatın

üzərində göstərilməlidir.

13 QANUNİ QAYDALAR

Məmulat bu standartda verilən qaydalardan başqa ölkədə hal-hazırda

qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olmalıdır.

Page 16: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

Əlavə A

(məcburi)

Şəkil 1 – Elektriklə sərsəmlətmək üçün rəhbəredici parametrlər

Heyvan növü Cərəyan

(Amper) Müddət (Saniyə)

Toyuq 0,25-0,50 3,00-5,00

Quzu 0,50-0,90 2,00-3,00

Keçi 0,70-1,00 2,00-3,00

Qoyun 0,70-1,20 2,00-3,00

Dana 0,50-1,50 3,00

Cöngə 1,50-2,50 2,00-3,00

İnək 2,00-3,00 2,50-3,50

Buğa 2,50-3,50 3,00-4,00

Kəl 2,50-3,50 3,00-4,00

Dəvəquşu 0,75 10,00

Qeyd: Elektrik cərəyanı və müddəti heyvanın növü, kütləsi və digər

dəyişən faktorlar nəzərə alınmaqla müəssisə tərəfindən təsdiqlənməli

və təyin olunmalıdır.

Əlavə B

(Məcburi)

İslam qaydalarına görə təmizlik üsulu

B1. Ümumi qaydalar

İstənilən halda nəcis görünən və ya görünməz olsa da təmizlənməlidir. Nəcisi

təmizləmək üçün:

a) Biri torpaqla qarışıq su olmaqla yeddi dəfə yuyulmalıdır;

Page 17: AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, …faolex.fao.org/docs/pdf/aze158903.pdf · h Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar i İslamda öldürülməsi

b) Bir neçə dəfə yumaq lazım olsa belə, ilk yuyulmadan sonra nəcis

qalmamalıdır.

İlkin təmizlikdən sonra su qalmamalı və sonrakı yuyulma ikinci yuma olaraq

qəbul edilməlidir;

c) İstifadə edilən torpağın miqdarı yalnız bir suspenziya əmələ gətirməyə

çatacaq qədər olmalıdır;

d) Üzərində torpaq olan məhsulların istifadəsinə icazə verilir.

B2. Torpaq ilə əlaqəli şərtlər

a) Nəcisdən kənar olmalı,

b) Müstəməl (təyəmmüm üçün istifadə edilmiş) torpaq olmamalıdır. Şiddətli

yağışın altında qalıbsa, istifadə edilə bilər.

B3. Su ilə əlaqəli şərtlər

a) Təbii olmalı,

b) İstifadə edilmiş1 olmamalı, c) Nəcisdən kənar olmalıdır.

1 İstifadə edilmiş su iki qullahtan (təxmini 192 L) daha az təmizlik üçün istifadə

edilmiş sudu

Azərbaycan Respublikası

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin

Kollegiyasının “09” iyun 2015-ci il

tarixli “150111500003” nömrəli Qərarı

ilə təsdiq edilmişdir.