12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 269 (29241) 4 dekabr 2019-cu il, çərşənbə Prezident İlham Əliyev Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Nümayəndə heyətinin üzvlərini salamlayan Prezi- dent İlham ƏLİYEV dedi: – Xoş gəlmisiniz! Çox şadam ki, “Bakutel” sərgisində iştirak edirsiniz. Biz çox məmnunuq ki, Türkiyə bu sərgidə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Bu, çox önəmli bir tədbirdir, uzun illər ərzində ənənəvi olaraq keçirilir. Əlbəttə ki, həm Azərbaycanın bu sahədəki nailiyyətlərini nümayiş etdirir və dost ölkələrin də texnoloji inkişafını əks etdirir. Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışı- nı qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostlu- ğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan qazını Avropa- ya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir. Sizin rəhbərlik etdiyi- niz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi- Qars dəmir yolunun inşasını qeyd etməliyik. Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropa- nı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə- Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır. Bir də ki, Türkiyədə texno- loji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasi- ya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə də daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dün- yanın gələcək inkişafı böyük dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırma- lar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı- Tbilisi-Qars kimi vaxtında icra edəcəyik. *** Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit TURHAN dedi: – Hörmətli cənab Preziden- tim! Azərbaycanın qlobal səviyyədə təşkil etdiyi “Ba- kutel” sərgisi ilə əlaqədar bir daha qardaş ölkədə olmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm. İşlərinizin çoxluğuna baxmayaraq, bizi qəbul etdi- yiniz üçün də təşəkkürlərimi bildirmək istəyirəm. Sizə hörmətli Prezidentimi- zin salamlarını gətirmişəm. Fürsətdən istifadə edərək, indiyədək çox uğurlu şəkildə həyata keçirilən və beynəlxalq səviyyədə etibarı yüksək olan Azərbaycan Beynəlxalq Tele- kommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz və türk milləti adından ən səmimi hisslərimlə təbrik edir və bundan sonra- kı fəaliyyətinizdə də uğurlar diləyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə bütün sahələrdə mühüm islahatlar həyata keçirir, ciddi irəliləyişlər əldə edir. Əldə olunan hər irəliləyişdən, hər uğurdan məmnunluq duyu- ruq. Azərbaycanın bu uğurları artırmaqda və bölgəmizin parlayan ulduzu olmaqda davam edəcəyinə ürəkdən inanırıq. Bu gün kənardan baxdıqda görürük ki, Azərbaycan siyasi və ictimai sabitliyi iqtisadi və bəşəri zənginliyə çevirmişdir. Qardaş xalqlarımız ümummilli lider mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə güclərini ölkələrimizin və bölgəmizin faydasına uyğun olaraq birləşdirmişlər. Sarsılmaz təməl üzərində qurulmuş əlaqələrimiz böyük bir mərhələ keçərək strateji tərəfdaşlıq səviyyəsinə çat- dırılmışdır. Həqiqətən də bir çox sahədə birlikdə mühüm layihələr gerçəkləşdiririk. Bakı- Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi iki böyük, mühüm layihəni həyata keçirərək qlobal və regional baxımdan enerji strategiyamızı da inkişaf etdirdik. Bundan başqa, XXI əsrin layihəsi olan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi xüsusilə Azərbaycanın və Türkiyənin səyləri və maliyyə mənbələri hesabına gerçəkləşdirilməyə başlanmışdır. Möhtərəm cənab Prezi- dent, hörmətli Prezidentimiz ilə Sizin əhəmiyyətli töhfəniz və güclü iradənizlə başladılan bu layihələr Türkiyə və Azərbaycan üçün yeni imkanlar olaraq ortaq gücə çevrilmək hədəfinə mühüm dəstək təmin etməkdədir. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarından hərəkət edərək Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da hər sahədə bir-birinin yanında yer almaqda davam edəcəklər. Bundan sonra bizim öhdəmizə düşən vəzifə kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığı cənab Prezidentimiz və Zati-ali- nizin liderliyi ilə yeni layihələrlə daha da irəlilətməkdir. *** Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezi- denti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. AZƏRTAC Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Son 15 il ərzində iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Dövlət başçısının söylədiyi kimi, yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi isə ondan ibarətdir ki, sosial sahəyə xüsusi diqqət göstərilib. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pen- siya 70 faiz, müavinətlər isə 2 dəfə çoxalıb. Bu il, həmçinin orta əməkhaqqı 35 faiz artıb və hazır- da Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Dövlətimizin başçısı Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti baş- çıları ilə görüşündə bu rəqəmin yüksələcəyini də əminliklə vurğulayıb: “Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə ona görə ki, həm ma- aşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılma- sı və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir”. Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miq- yasında ikinci yerə layiq görüb- dür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruk- tur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq. Son illərdə energetika, nəqliyyat sahələrində də qar- şıda duran bütün vəzifələr icra edilib. Bu vəzifələri icra etmək üçün çox böyük səy göstərilib. Mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərləri istismara verilib. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaş- masına demək olar ki, bir il vaxt qalıb. Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miq- yasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasın- da 27-ci yerdədir və MDB-də birincidir. Ötən illər ərzində ictimai-si- yasi sabitliyin qorunması və daha da gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri olub. Azərbaycan bütün dünyada sabit- lik adası kimi tanınıb, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq demokratik islahatlar davam etdirilib, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsi kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti qu- ruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. İslahatlar, həmçinin idarəetmə sahəsini də əhatə edib. Konstitusion və ins- titusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb. Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse- prezidentlik institutu yaradılıb, vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib. Dayanıqlı inkişafın, ərzaq təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib. “ASAN” xidmətin, Elektron hökumətin, bələdiyyə idarəçiliyində effektivliyin gücləndirilməsi, müxtəlif idarəetmə orqanlarının birləşdirilərək funksionallığı- nın artırılması idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfələr verib. Bunlarla yanaşı, Prezi- dent İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konsep- tual əsaslara söykənən və bütün sahələri əhatə edən proqamlar uğurla icra olunub. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesa- batında Azərbaycanın dünya- nın ən çox islahat aparan 20 ölkəsindən biri kimi seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən reallaşdırılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi--islahatların rəhbərini dəstəkləməsi söylənilənlərin real təsdiqidir. Azərbaycanda əldə edilən müsbət nəticələri qorumaq və artırmaq üçün hazırda çox ciddi kadr islahatları aparılır. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Təcrübə qazan- mış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan veri- lir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”. Struktur islahatları ilə bağlı cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs ondan ibarətdir ki, icra struktur- ları çevik, mobil, yeni çağırışlara dərhal reaksiya verən olmalı, eyni zamanda az resurslardan istifadə etməklə şəffaf fəaliyyəti təmin etməlidirlər. Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə səsləndirdiyi fikirlərlə ilk növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Cənab İlham Əliyev nümunəsi göz önündədir. Hər zaman vədəndaşın yanında olmaq, xal- qın sevimlisinə çevrilmək, prob- lemini dinləyib onların həlli ilə bağlı dərhal tapşırıqlar vermək... Bu, xalqa xidmət missiyasıdır. Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayon- larının yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbulu zamanı onlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər apar- mağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”. Əlbəttə, aparılan islahatlar, əldə edilən uğurlu sosial-iqtisadi göstəricilər respublikada yaşanan sabitliyi möhkəmləndirir, xalqın hakimiyyətə etimadını daha da gücləndirir. Sabitliyin, xalqın hakimiyyətə, öz Prezidentinə olan etimadın getdikcə artması isə ölkənin inkişafı, tərəqqisi üçün başlıca şərtdir. Yeri gəlmişkən, Dövlət başçısı nitqində ölkədə xalq- iqtidar birliyinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyini xatırladıb. Dünya İqtisadi Forumunun He- sabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcud- luğunun təsbit edildiyini, belə bir etimadın isə ictimai-siyasi və iqti- sadi sabitliyi möhkəmləndirdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, sözügedən hesabatın adıçəkilən kateqori- yası üzrə Azərbaycanın “Böyük iyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqori- yada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respub- likalarını və türk dövlətlərini qabaqlayır. Dünya İqtisadi Forumu- nun “Qlobal Rəqabətlilik Hesabatı”nda “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezi- dent İlham Əliyevin siyasətinə əhalinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir. Əlbəttə, bütün bunlar dövlətin siyasətinə ictimai etimadın, xalq-iqtidar birliyinin və xalqın öz Prezidentinə olan inamının təzahürüdür. Vaqif BAYRAMOV, “Xalq qəzeti” Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə etimadını daha da gücləndirir Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib. A zərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 269 (29241) 4 dekabr 2019-cu il, çərşənbə

Prezident İlham Əliyev Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin başçılıq

etdiyi nümayəndə heyətini qəbul edib

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezi-dent İlham ƏLİYEV dedi:

– Xoş gəlmisiniz! Çox şadam ki, “Bakutel”

sərgisində iştirak edirsiniz. Biz çox məmnunuq ki, Türkiyə bu sərgidə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Bu, çox önəmli bir tədbirdir, uzun illər ərzində ənənəvi olaraq keçirilir. Əlbəttə ki, həm Azərbaycanın bu sahədəki nailiyyətlərini nümayiş etdirir və dost ölkələrin də texnoloji inkişafını əks etdirir.

Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışı-nı qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostlu-ğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan qazını Avropa-ya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə

şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir.

Sizin rəhbərlik etdiyi-niz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını qeyd etməliyik. Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropa-nı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır.

Bir də ki, Türkiyədə texno-loji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasi-ya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə də daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dün-yanın gələcək inkişafı böyük

dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırma-lar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı-Tbilisi-Qars kimi vaxtında icra edəcəyik.

***Türkiyənin Nəqliyyat və

İnfrastruktur naziri Mehmet Cahit TURHAN dedi:

– Hörmətli cənab Preziden-tim!

Azərbaycanın qlobal səviyyədə təşkil etdiyi “Ba-kutel” sərgisi ilə əlaqədar bir daha qardaş ölkədə olmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

İşlərinizin çoxluğuna baxmayaraq, bizi qəbul etdi-yiniz üçün də təşəkkürlərimi bildirmək istəyirəm.

Sizə hörmətli Prezidentimi-zin salamlarını gətirmişəm.

Fürsətdən istifadə edərək, indiyədək çox uğurlu şəkildə həyata keçirilən və beynəlxalq səviyyədə etibarı yüksək olan Azərbaycan Beynəlxalq Tele-kommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz və türk milləti adından ən səmimi hisslərimlə təbrik edir və bundan sonra-kı fəaliyyətinizdə də uğurlar diləyirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə bütün sahələrdə mühüm islahatlar həyata keçirir, ciddi irəliləyişlər əldə edir. Əldə olunan hər irəliləyişdən, hər

uğurdan məmnunluq duyu-ruq. Azərbaycanın bu uğurları artırmaqda və bölgəmizin parlayan ulduzu olmaqda davam edəcəyinə ürəkdən inanırıq.

Bu gün kənardan baxdıqda görürük ki, Azərbaycan siyasi və ictimai sabitliyi iqtisadi və bəşəri zənginliyə çevirmişdir. Qardaş xalqlarımız ümummilli lider mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə güclərini ölkələrimizin və bölgəmizin faydasına uyğun olaraq birləşdirmişlər.

Sarsılmaz təməl üzərində qurulmuş əlaqələrimiz böyük bir mərhələ keçərək strateji tərəfdaşlıq səviyyəsinə çat-dırılmışdır. Həqiqətən də bir çox sahədə birlikdə mühüm layihələr gerçəkləşdiririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi iki

böyük, mühüm layihəni həyata keçirərək qlobal və regional baxımdan enerji strategiyamızı da inkişaf etdirdik. Bundan başqa, XXI əsrin layihəsi olan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi xüsusilə Azərbaycanın və Türkiyənin səyləri və maliyyə mənbələri hesabına gerçəkləşdirilməyə başlanmışdır.

Möhtərəm cənab Prezi-dent, hörmətli Prezidentimiz ilə Sizin əhəmiyyətli töhfəniz və güclü iradənizlə başladılan bu layihələr Türkiyə və Azərbaycan üçün yeni imkanlar olaraq ortaq gücə çevrilmək hədəfinə mühüm dəstək təmin etməkdədir.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarından hərəkət edərək Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da hər sahədə bir-birinin yanında yer almaqda davam edəcəklər. Bundan sonra bizim öhdəmizə düşən vəzifə kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığı cənab Prezidentimiz və Zati-ali-nizin liderliyi ilə yeni layihələrlə daha da irəlilətməkdir.

***Prezident İlham Əliyev

Türkiyə Respublikasının Prezi-denti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AZƏRTAC

Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Son 15 il ərzində iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Dövlət başçısının söylədiyi kimi, yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi isə ondan ibarətdir ki, sosial sahəyə xüsusi diqqət göstərilib. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunub və

minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pen-siya 70 faiz, müavinətlər isə 2 dəfə çoxalıb. Bu il, həmçinin orta əməkhaqqı 35 faiz artıb və hazır-da Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir.

Dövlətimizin başçısı Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti baş-çıları ilə görüşündə bu rəqəmin yüksələcəyini də əminliklə vurğulayıb: “Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə ona görə ki, həm ma-aşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılma-sı və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir”.

Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miq-yasında ikinci yerə layiq görüb-dür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruk-tur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq.

Son illərdə energetika, nəqliyyat sahələrində də qar-şıda duran bütün vəzifələr icra edilib. Bu vəzifələri icra etmək üçün çox böyük səy göstərilib. Mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verilib. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaş-masına demək olar ki, bir il vaxt qalıb.

Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miq-yasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə

isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasın-da 27-ci yerdədir və MDB-də birincidir.

Ötən illər ərzində ictimai-si-yasi sabitliyin qorunması və daha da gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri olub. Azərbaycan bütün dünyada sabit-lik adası kimi tanınıb, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq demokratik islahatlar davam etdirilib, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsi kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti qu-ruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. İslahatlar, həmçinin idarəetmə sahəsini də əhatə edib. Konstitusion və ins-titusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb. Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb, vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib. Dayanıqlı inkişafın, ərzaq təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib. “ASAN” xidmətin, Elektron hökumətin, bələdiyyə idarəçiliyində effektivliyin gücləndirilməsi, müxtəlif idarəetmə orqanlarının birləşdirilərək funksionallığı-nın artırılması idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfələr verib.

Bunlarla yanaşı, Prezi-dent İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konsep-tual əsaslara söykənən və bütün sahələri əhatə edən proqamlar uğurla icra olunub. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb.

Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda

Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesa-batında Azərbaycanın dünya-nın ən çox islahat aparan 20 ölkəsindən biri kimi seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən reallaşdırılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi--islahatların rəhbərini dəstəkləməsi söylənilənlərin real təsdiqidir.

Azərbaycanda əldə edilən müsbət nəticələri qorumaq və artırmaq üçün hazırda çox ciddi kadr islahatları aparılır. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Təcrübə qazan-mış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan veri-lir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”.

Struktur islahatları ilə bağlı cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs ondan ibarətdir ki, icra struktur-ları çevik, mobil, yeni çağırışlara dərhal reaksiya verən olmalı, eyni zamanda az resurslardan istifadə etməklə şəffaf fəaliyyəti təmin etməlidirlər. Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə səsləndirdiyi fikirlərlə ilk növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Cənab İlham Əliyev nümunəsi göz önündədir. Hər zaman vədəndaşın yanında olmaq, xal-qın sevimlisinə çevrilmək, prob-lemini dinləyib onların həlli ilə bağlı dərhal tapşırıqlar vermək... Bu, xalqa xidmət missiyasıdır.

Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayon-

larının yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbulu zamanı onlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər apar-mağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Əlbəttə, aparılan islahatlar, əldə edilən uğurlu sosial-iqtisadi göstəricilər respublikada yaşanan sabitliyi möhkəmləndirir, xalqın hakimiyyətə etimadını daha da gücləndirir. Sabitliyin, xalqın hakimiyyətə, öz Prezidentinə olan etimadın getdikcə artması isə ölkənin inkişafı, tərəqqisi üçün başlıca şərtdir.

Yeri gəlmişkən, Dövlət başçısı nitqində ölkədə xalq-iqtidar birliyinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyini xatırladıb. Dünya İqtisadi Forumunun He-sabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcud-luğunun təsbit edildiyini, belə bir etimadın isə ictimai-siyasi və iqti-sadi sabitliyi möhkəmləndirdiyini diqqətə çatdırıb.

Yeri gəlmişkən, sözügedən hesabatın adıçəkilən kateqori-yası üzrə Azərbaycanın “Böyük iyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqori-yada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respub-likalarını və türk dövlətlərini qabaqlayır.

Dünya İqtisadi Forumu-nun “Qlobal Rəqabətlilik Hesabatı”nda “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezi-dent İlham Əliyevin siyasətinə əhalinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

Əlbəttə, bütün bunlar dövlətin siyasətinə ictimai etimadın, xalq-iqtidar birliyinin və xalqın öz Prezidentinə olan inamının təzahürüdür.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə etimadını daha da gücləndirir

Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet

Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Page 2: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə2

XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək

texnologiyalar sərgisinin iştirakçılarınaHörmətli sərgi iştirakçıları!Sizi Bakı şəhərində XXV

beynəlxalq “Bakutel 2019” telekom-munikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi “Bakutel” sərgisi regio-nun informasiya və kommunika-siya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dün-yanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.

Təqdirəlayiq haldır ki, Dünya İq-tisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatın-da Azərbaycan informasiya-kommu-

nikasiya texnologiyalarına verdiyi

əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə innovasiya ekosistemi-nin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur. Telekom-munikasiya sahəsində yeni texnologi-yaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekom-munikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılma-sını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiy-yatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması

beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnolo-giyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağı-nıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi ba-xımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 2 dekabr 2019-cu il

E.S.İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru

təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universi-

tetinin rektoru təyin edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il

E.S.İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən

azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutu-nun rektoru vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il

Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirinin başçılıq

etdiyi nümayəndə heyətini qəbul edib � Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə - nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.

Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.

Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danı-şıqlar aparacaq. Əlbəttə, baxmayaraq

ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, ener-getika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haq-qında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.

* * *İranın Rabitə və İnformasiya

Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri CƏHROMİ dedi:

– Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdı-ğınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona de-

dim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.

* * *Prezident İlham Əliyev İran İslam

Respublikasının Prezidenti Həsən Ru-haninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya

İttifaqının Baş katibini qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaonu qəbul edib.

Görüşdən məmnunluğunu ifadə edən Baş katib Haulin JAO dedi:

– Siz mənim indiyədək dünyada ən çox görüşdüyüm Prezidentsiniz. “Baku-tel” sərgisi hər il keçirilən tədbirdir. Bu il 25-ci ildönümünü qeyd edir.

Prezident İlham Əliyev: Bəli, doğru-dur.

Haulin Jao: Həmçinin bu, indiyədək ən çox ziyarət etdiyim tədbirdir.

Prezident İlham Əliyev: Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir və Azərbaycanın İKT sektorunun inkişafına verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən sərgidə iştirakınız çox vacibdir. Çünki bu, Beynəlxalq Telekommunika-siya İttifaqı üçün tədbirin əhəmiyyətli olduğunu göstərir. Biz, həmçinin bunu sözügedən sektorda gördüyümüz işlərə verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi, bu, 25-ci sərgidir. İldən-ilə marağın artdığını görürük. Əslində, bu sərgi zamanı cari ildə əldə etdiyimiz nailiyyətlər barədə də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.

Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları, siyasi inkişafla, şəffaflıqla bağlı islahatlar. Biz çox yaxşı nəticələr görürük. Azərbaycan çox sabit ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi dəstəkləyir. Bu, güclü siyasi iradənin nümayişinə, həmçinin iqtisadi və sosial həyatdakı böyük nailiyyətlərə əsaslanır. Cari il də bu baxımdan çox nəzərəçarpan olub. İnsanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi, maaş və təqaüdlərin artırılması - bütün bun-ların hamısı, təbii ki, bizim inkişafımızın göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi İKT sektoru da qarşıdan gələn illərdə çox vacib rol oynayacaq. Bu sektorun inkişafı bizə islahatlarda daha çox səmərə əldə etməyə kömək edəcək. Təbii ki, bizim ölkəmizə göstərdiyiniz diqqətə görə sizə

şəxsən təşəkkür etmək istəyirəm. Şa-dam ki, hər il bu sərgidə bizi ziyarət edir-siniz. Bunun sayəsində biz çox səmərəli əməkdaşlıq qura bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm.

Haulin Jao: Çox sağ olun, cənab Prezident. Bəli, doğrudan da mən Azərbaycanda İKT-nin sürətlə in-kişaf etdiyini görürəm. Bütün digər ekosistemləri əhatə etmək üçün çoxlu yeni İKT tətbiqləri artıq var və onlar bütün ekosistemlər üzrə geniş yayılıb. Təkcə bu il “Bakutel”də nəinki daha çox-saylı ölkələrin iştirak etdiyini, həmçinin

çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, “məlumatların böyük həcmi” haqqın-da geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən fərqlənir. Həmçinin bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim oldu və bu uşaqların çox istedadlı olduq-larını aşkar etdim.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

S.H.Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin

rektoru vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-

cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il

Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə

bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Kons-titusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yardımlı rayonunda İd-man Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Pre-zidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş

məbləğin 7 511 400 (yeddi mil-yon beş yüz on bir min dörd yüz) manatı Azərbaycan Respublikası-nın Gənclər və İdman Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 3 dekabr 2019-cu il

Page 3: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

Andiçmənin ertəsi günü “Azərbaycan Respublikasının ərazi bü-tövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı bu sahədə atılan ilk addım oldu. Bun-

dan sonra həyata keçirilən islahatlar bir-birini əvəz etdi. İslahatların əsas qayəsini ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, qüdrətinin artırılması, bunların zəminində sosial inkişafın daha yüksək templə həyata keçirilməsi, insanların rifahının daha da yaxşılaşdı-rılması təşkil edir.

Cari ildə Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar daha dinamik xarakter aldı. İndiyədək bir çox əhəmiyyətli islahatlar həyata keçirilib və bu iş hazırda uğurla da-vam etdirilir. 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə və im-zaladığı sərəncamlarla ictimaiyyətin məmnunluğuna səbəb olan reallaşdırıl-mış əhəmiyyətli sosial paketlər xüsusi qeyd edilməlidir. Struktur və kadr islahatları böyük rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyətində müəyyən dövrlər ərzində geniş müzakirə mövzusu olan bu dəyişikliklər insanların sabaha olan inamını daha daha da artırıb və “Prezident-xalq” vəhdətini sıx tellərlə bağlayıb.

Hazırda uğurla həyata keçirilən islahatlar konsepsiyası ölkəmizin inki-şafına böyük dinamizm qazandırmaq-dadır. Nazirlər Kabinetində, məhkəmə -hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatla-rının aparılması öz müsbət nəticələrini göstərməkdədir. Bütün bunlardan sonra qanunverici hakimiyyətdə də islahatların aparılması zərurəti yaranmışdı. Təbii ki, yeniləşən Azərbaycanda yeni parlamen-tin olması vacibdir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28- də keçirilən toplantısında Milli Məclisin buraxılması təşəbbüsü ictimaiyyət tərəfindən rəğbətlə qarşılan-dı. YAP-ın Milli Məclisdə çoxluq təşkil edən üzvlərinin yekdil fikrinə əsasən, parlament ölkədə həyata keçirilən islahatlardan kənarda qalmamalıdır. Bu məqsədlə, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət etdilər.

Məlum olduğu kimi, 2016-cı ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Konstitusiyasında edilən dəyişikliklərdə Azərbaycan Res-publikası Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib. Konstitusi-yanın 98.1-ci maddəsində Milli Məclisin buraxılması proseduru ilə bağlı müddəa

öz əksini tapıb. Həmin maddədə qeyd edilir: “Azərbaycan Respublikası Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikası-nın Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Res-publikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respub-likası Mərkəzi Bankı İdarə Heyətinin

kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiya-sının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”.

Hüquqşünasların fikrincə, hakim partiyanın üzvü olan 70 deputat manda-tından imtina etdiyi halda, yeni seçkilər təyin edilə bilər. Çünki Konstitusiyaya görə, Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir. Bütün bunlar Milli Məclisin dekabrın 2-də keçirilən iclasında da geniş müzakirə olundu və qeyd edildi ki, parlamentin yenilənməsi ölkəmizin inkişafına təkan verəcək.

Müzakirələrdən sonra Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədəki qərarda da ölkədə davamlı olaraq həyata keçirilən islahatların rəğbətlə qarşılandığı vurğulanıb. Qərarda qeyd edilir: “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğu-nun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq, deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalma-malı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Azərbaycan Respub-likası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə

tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadı-nın yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir”.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alıb: “Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinə əsasən Azərbaycan Respublika-sı Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edilsin”.

Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə parlamentin buraxılmasının Azərbaycan Respublikası Konstitusiya-sının 98.1-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Res-publikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaran-mışdır. Mövcud qanunçuluğa əsasaən, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Kons-titusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Palatasının dekabrın 2-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında, Milli Məclisin bura-xılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Prezident İlham Əliyevin sorğusuna baxılaraq, plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Ple-numunun bu gün – dekabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.

Həyata keçirilən islahatlar Milli Məclisin yenilənməsində, fəaliyyətinin təkmilləşdirilməsində və səmərəliliyinin artırılmasında böyük rol oynayacaq.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

– Son vaxtlar ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm dəyişiklikləri hamı kimi, mən də diqqətlə izləyirəm. Hesab edirəm ki, parlamentin özünü burax-ması, ölkədə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar düzgün və ədalətlidir.

Reallıq budur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu dövlət idarəetmə siste-minin bütün istiqamətlərini əhatə etmişdir. Hakimiyyətin digər qolları kimi, qanunveri-cilik orqanının fəaliyyəti həm Azərbaycanın çağdaş inkişaf

səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olma-lıdır.

Etiraf etmək lazımdır ki, Milli Məclisin bugünkü tərkibi islahatlar kursunun dinamika-

sına uyğun deyildi. Qanunve-ricilik təşəbbüslərinin, rasional təkliflərin irəli sürülməsində süstlük müşahidə olunurdu.

İslahatların məqsədi müstəqil Azərbaycan dövlətinin qüdrətini daha da artırmaq, xalqımızın rifahını davamlı olaraq yaxşılaşdır-

maqdır. Azərbaycanda azad, sivil vətəndaş cəmiyyəti formalaşıb. Təqdirəlayiq haldır ki, vətəndaş cəmiyyəti fəalları islahatları birmənalı olaraq dəstəkləyirlər.

İnanıram ki, ölkəmizdə azad, demokratik şəraitdə yeni seçkilər keçiriləcək və parlamentin yeni tərkibi qarşıya çıxan yeni çağırışla-rı, cəmiyyətin gözləntilırini uğurla həll etmək iqtida-rında olacaq. Bunun üçün Azərbaycan vətəndaşları da fəal olmalı, xalqımızın ən layiqli namizədlərinə səs verməlidirlər.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

– Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması ilə bağlı təklifin irəli sürülməsi əvvəlcə insanların təəccübünə səbəb olsa da, sonradan məlum oldu ki, bu, çox dü-

şünülmüş, eyni zamanda, cəsarətli bir addımdır. Niyə də olmasın? Ölkədə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə genişmiqyaslı islahatlar gedir. Böyük dəyişikliklər baş verir.

İnsanların sosial müdafiəsi, güzəranının yaxşılaşdırılması ilə bağlı islahatlara ilin əvvəllərindən başlanıb. İlin sonlarına yaxın kadr və struktur islahatlarına start verilib.

Bir sıra nazirliklərə və rayon icra hakimiyyətlərinə yeni rəhbərlər təyin olunub. Onların əksəriyyəti gəncdir. Prezident İlham Əliyev onları qəbul edərək öz tapşırıq və tövsiyələrini verib. Bildirib ki, ölkədə böyük yeniliklər baş verir, ona görə də idraəetmə sisteminə yeni təfəkkürlü kadrlar lazımdır. Elə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət edilməsinin

səbəbi də, əslində, budur. Parlament də yeniləşməli və qanunvericilik hakimiyyətinə yeni təfəkkürlü insanlar seçilməlidir.

Dekabrın 2-də Milli Məclis də bu məsələyə müsbət reaksiya verdi və parlamentin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə müraciət etdi. Artıq bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə də müraciət edilib. İnanırıq ki, ölkədə aparılan islahatlara dəstək məqsədi daşıyan bu məsələ də müsbət həllini tapacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Milli Məclisin növbəti plenar iclası � Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli

Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 15 məsələyə baxılıb. Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edib. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olunub.

Məlumat dinlənildikdən sonra depu-tatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxu-nuşda qəbul ediblər.

Sonra “İcbari sığortalar haqqında” Qanun-da dəyişiklik edilməsi barədə” və “İstehsa-latda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli qanunların ləğv edilməsinə dair qanun layihəsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, adı çəkilən qanunların ləğvi “İcbari tibbi sığorta haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədardır. Parlament müzakirəyə çıxarılmış qanun layihəsini dəstəkləyib.

İclasda Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxu-nuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının məlumatı dinlənilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü oxu-nuşda parlamentə təqdim olunmuş Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə, həmçinin Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və vali-deyn himayəsindən məhrum olmuş uşaqla-rın sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələri barədə məlumat verib. Plenar iclasda hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Deputatlar Azərbaycan Respublikası-nın “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və me-dallarının təsis edilməsi haqqında” Qanun-da edilən dəyişikliyi də üçüncü oxunuşda dəstəkləyiblər.

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

Sonra parlamentə bir zərfdə daxil olmuş

4 qanun layihəsinə baxılıb. “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Proto-koluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqqu-zuncu Əlavə Protokola qoşulmaq haqqın-da”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qo-şulmaq haqqında” və “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” qanun layihələrinin qəbul edilməsi məqsədəuyğun sayılıb.

İclasda “2009-cu il 2 oktyabr tarixində im-zalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair məsələni Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Sənəd ratifika-siya olunub.

Sonra Milli Məclis sədrinin birinci müa-vini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Res-publikası Dövlət bayrağının istifadəsi qayda-ları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihə səsə qoyulub və qəbul edilib.

Milli Məclis sədrinin müavini, Təbii ehtiyat-lar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov parlamentə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun-da edilən dəyişiklik (üçüncü oxunuş) barədə məlumat verib. Deputatlar qanun layihəsini dəstəkləyiblər.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə və “Məşğulluq haqqında” qanunun 31-ci maddəsinə edilən dəyişiklik elektron hökumət elementlərinin hüquqi bazada təsbit olunması məqsədini daşıyır. Deputatlar bu qanun layihəsinə də üçüncü oxunuşda müsbət münasibət bildiriblər.

Bununla da Milli Məclisin iclası başa çatıb.

AZƏRTAC

Parlamentin yenilənməsi islahatların məntiqi davamıdırDeputat qeyd etdi ki, 2019-cu ildə

dövlətimizin başçısının sərəncamları ilə böyük sosial addımlar atılıb. Bu islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin – xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahı xeyli yaxşılaşdırılıb: “Dövlətimizin başçısı öz çıxışlarında bildir-mişdi ki, islahatlar bundan sonra da davam etdiriləcək. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparıldığından qanunverici orqanın da yenilənməsi zərurəti yaranmışdı. Bu baxımdan da Milli Məclisin buraxılması və yenilənməsi vacib idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Milli Məclisin bura-xılması haqqındakı təşəbbüsü alqışa layiqdir. Bu partiyadan olan deputatlar da yekdil mövqe nümayiş etdirərək, parlamentin yenilənməsini Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olacağı qənaətinə gəldilər”.

Deputat bildirdi ki, Milli Məclisin bura-xılması ölkədə həyata keçirilən islahatların tərkib hissəsidir. Respublikamızda həyata keçirilən yeniləşmə, idarəetmədəki yeni sistem Milli Məclisdə də özünü göstərməldir: “Təbii ki, islahatların aparılması, gənc kadrlara meydan verilməsi dövrün, inkişafın tələbidir. Qarşıya qoyulan hədəflərə bilikli, təcrübəli və yeni təfəkkürə malik, müa-sir beynəlxalq trendlərin tətbiqini bacaran kadrlarla nail olmaq mümkündür. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı

addımlar, gənc kadrları məsul vəzifələrə təyin etməsi, onlara böyük etimad göstərməsi artıq öz müsbət təsirini göstərməkdədir. Məhz yeni yanaşmaların tətbiqi, bir sıra hallarda möv-cud olan məmur özbaşınalıqlarının aradan qaldırılması iqtisadi islahatların təkanverici qüvvəsi olmalıdır”.

Dövlətimizin başçısı islahatların davamlı olacağını diqqətə çatdıraraq. bu istiqamətdə çox güclü siyasi iradənin ortaya qoyuldu-ğunu, islahatların şəxsi maraqlara qurban verilməyəcəyini və görülən işlərə maneə yara-dan insanlarla yolların ayrılacağını vurğuladı.

R.Xəlilov dövlətimizin başçısının kadr islahatlarını, xüsusilə, bu il noyabrın 30-da imzaladığı sərəncamları diqqətə çatdı-raraq dedi ki, bütün bunlar idarəetmədə yeniləşmənin bariz nümunəsidir: “Uğurla-rımız, ölkəmizin beynəlxalq aləmdə möv-qeyinin getdikcə möhkəmləndirilməsi göz önündədir. Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirmək, mövqeyimizi daha da möhkəmləndirmək üçün islahatlar bütün sahələri əhatə etməlidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Məhz bu baxımdan parlamentin yenilənməsi də vacibdir”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparı-lır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

P rezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən köklü islahatlar həm idarəetmədə, həm də digər sahələrdə yeni modelə keçidin əsasını qoyub. Bu islahatların anon-

su 2018 - ci ildə keçirilmiş prezident seçkilərində qələbə qazanmış Prezident İlham Əliyevin həmin il aprelin 18- də Milli Məclisdə andiçmə mərasimindəki nitqində verilmişdi. Dövlətimizin başçı-sı demişdi ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik. Ölkə rəhbəri bu islahatlar nəticəsində vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşacağına əminliyini ifadə etmişdi.

Parlamentin buraxılması təşəbbüsü qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib

“Son illər ölkəmizdə keçirilən islahatlar geniş vüsət alıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş islahatlar cəmiyyətdə böyük rəğbətlə qarşılanır və dəstəklənir. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib. Bu islahatlar bir çox sahələri əhatə ediir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü də bu islahatların məntiqi davamıdır”. Bu fikirləri Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirdi.

Vətəndaş cəmiyyəti fəalları islahatları dəstəkləyirlər

Bu günlərdə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə mühüm qərar qəbul edilib. Bu hadisə ölkə vətəndaşları, alim və ziyalılar, vətəndaş cəmiyyəti fəalları tərəfindən dərin məmnunluq hissi ilə qarşılanıb. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun rəhbəri Sərraf Orucov bu barədə fikirlərini bölüşərkən dedi:

Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, struktur isla-

hatları sahəsində də ardıcıl addımlar atılır. Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs də bu qəbildəndir. Yeni Azərbaycan Partiya-sının irəli sürdüyü təklif həm deputatlar, həm də ictimaiyyət tərəfindən razılıqla qarşılandı. Dekabrın 2-də Milli Məclisin iclasında da bu məsələ müzarikərəyə çıxarıldı və parlamentin buraxılması ilə bağlı yekdil qərar qəbul olundu. Məsələyə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Nizami SÜLEYMANOV dedi:

Milli Məclisin özünü buraxması islahatlara dəstəyin ifadəsidir

4 dekabr 2019-cu il, çərşənbə 3

Page 4: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə4Sergey Lavrov ulu öndər Heydər Əliyevin

məzarını və Şəhidlər xiyabanını ziyarət edib

� Azərbaycanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anı-

lıb, məzarı üzərinə tər güllər düzülüb.Sonra Şəhidlər xiyabanına gedən

nazir ölkəmizin azadlığı və suveren-liyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

AZƏRTAC

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin görüşü olub � Dekabrın 3-də

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Bakıda rəsmi səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.

Təkbətək formatda başlanan fikir mübadiləsi daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış in-tensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.

Həmçinin Azərbaycan Respublika-sının Birinci vitse-prezidenti Mehriban Əliyevanın cari il noyabrın 20-25-də Ru-siyaya rəsmi səfərinin əhəmiyyəti vurğu-lanıb. Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin, – innovasiya və yüksək texnologiyalar, – müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsinin Azərbaycan-Rusiya əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib.

Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul za-manı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.

Rusiyalı nazir BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd edib. Eyni zamanda, S.Lavrov ölkəmizi Qoşul-

mama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə Rusiya Federasiya-sı ilə Qoşulmama Hərəkatı arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nazir E.Məmmədyarov Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirib. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə se-çildiyini xüsusilə vurğulayıb. Bu baxım-dan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insan-lararası təmaslara yeni təkan verəcəyi qeyd olunub.

Nazirlər Xəzər dənizinin hüquqi sta-tusu haqqında Konvensiyanın imzalan-masının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi-yini söyləyib. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edilib.

Tərəflər Azərbaycan ilə Rusiya ara-sında müxtəlif formatlarda, o cümlədən

parlamentlərarası təmaslar, habelə müvafiq nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyiblər.

E.Məmmədyarov Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə edib.

S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəçilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Görüşün yekunlarına dair nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzalayıblar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC

Sergey LAVROV: Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı inama və etibara əsaslanır

� Dekabrın 3-də Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Nazirlər görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər.

Elmar Məmmədyarov iki ölkə arasın-da bir çox sahələrdə, xüsusilə də iqti-sadi sahədə uğurlu əlaqələrin olduğunu deyib. O bildirib ki, ticarət dövriyyəsinin həcmi 2,5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 mil-yard dollar investisiya yatırıb.

Sergey Lavrov Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji olmaqla yanaşı, qarşılıqlı inama və etibara əsaslandığını bildirib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyətini qeyd edib.

Humanitar sahədə əlaqələrə toxu-nan Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var. Nazir Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğı-ya görə təşəkkür edib. Bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.

Sergey Lavrov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq vurğula-yıb ki, bu səfər çox səmərəli olub.

Nazir beynəlxalq təşkilatlar səviyyəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini də diqqətə çatdırıb. “Biz Azərbaycanın qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Rusiyanın bu təşkilatla əlaqələrinin daha da yaxınlaşmasına çalışacağıq”, - deyə o əlavə edib.

Turizm sahəsində əlaqələrə toxunan rusiyalı nazir bildirib ki, bu istiqamətdə uğurlu əməkdaşlıq var. Bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının bir milyona yaxınlaşdığını qeyd edən

Sergey Lavrov bunun yaxşı göstərici olduğunu qeyd edib.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Rusiya həmsədr qismində münaqişənin həllinə kömək göstərəcək. O, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin də önəmli olduğunu deyib.

Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir. Bu əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişaf edir.

AZƏRTAC

Bakıda Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi açılıb

� Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına videomüraciəti təqdim olunub. (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur)

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologi-yalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb.

“İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasi-yaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oy-nayır”, - deyə nazir vurğulayıb.

R.Quluzadə bildirib ki, Pre-zident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahat-ları aparılır. Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Ha-zırda ölkəmizdə idarəetmədə informasiya texnologiyaları-nın və innovasiyaların tətbiqi genişləndirilir.

Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıl-dığını deyən nazir ölkəmizdə

yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.

O vurğulayıb ki, “Azərbaycan Respublikasın-da telekommunikasiya və informasiya texnologiyala-rının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq dövlət başçımız tərəfindən “Hökumət buludu” Kon-sepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologi-yalarının tətbiqi üçün geniş imkanlar yaradır.

R.Quluzadə “Bakutel 2019” yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasi-ya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

Beynəlxalq Telekom-munikasiya İttifaqının (İTU) baş katibi Haulin Jao yubiley sərginin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda son illər İKT sahəsində həyata keçirilən islahatları təqdir edib.

O, sərgidə nümayiş olunan Azərbaycan startaplarının məhsullarını maraqla qarşıla-yıb.

H.Jao sentyabrda Beynəlxalq Telekommunika-siya İttifaqının təşkilatçılığı ilə “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” devizi ilə Bakıda “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının keçirildiyini xatırladıb. O bildirib ki, gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın paytaxtı Hanoyda keçiriləcək. Azərbaycan sərgidə iştirak üçün dəvət edilib.

“Caspian Event Organi-sers” şirkətinin rəhbəri Edvard Stron isə sərginin işinə uğurlar arzulayıb.

Sərginin açılışını bildirən rəmzi lent kəsildikdən son-ra iştirakçılar və ziyarətçilər sərginin pavilyonları ilə tanış olublar.

Qeyd edək ki, yubi-

ley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. On bir ölkə tədbirə milli pavil-yonla qatılıb.

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur.

“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variant-larının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zo-nası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək. Sərgi dekabrın 6-dək davam edəcək.

AZƏRTAC

Xarici İşlər Nazirliyinin əcnəbi diplomatlar üçün keçirdiyi ixtisasartırma kursu başa çatıb

� Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Avropanın bir sıra ölkələrinin diplomatları üçün noyabrın 10-dan 30-dək həyata keçirdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 ölkədən (Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəmən) diplomat-ların iştirak etdiyi proqram çərçivəsində dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomati-yası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr dinlənilib, işçi seminarlar təşkil edilib. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Milli Məclisdə, Xarici İşlər

Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.

Proqramın bağlanış mərasimində ADA Universitetinin rektoru Hafiz Pa-şayev iştirakçılarla görüşüb və onlara proqramı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim edib.

Əcnəbi diplomatlar proqram barədə müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusilə məmnun olduqlarını, bura-da əldə etdikləri bilik və bacarığın,

təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.

Qeyd edək ki, Xarici İşlər Nazir-liyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency – AIDA) 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi, xarici ölkələr üçün hu-manitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

Page 5: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

Son vaxtlar bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sfe-rada aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin güzəranının yaxşılaşdırılma-sı istiqamətində reallaşdırılan tədbirlərin davamıdır. Danılmaz faktdır ki, Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar inqilabi xarakter alıb. Bu islahatlar, ilk növbədə, əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Dövlətimizin başçısı hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdakı dövrdə əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet istiqamət olacaq, 2019-cu il daha çox sosialyönümlü il kimi tarixə düşəcək. Bu məqsədlə də cari ilin əvvəllərində dövlətimizin başçısı iki bö-yük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldildi və icra olundu. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də tamamlandı və sentyabrın 1-dən mini-mum əməkhaqqı 250 manata çatdırıldı və əlavə olaraq 400 min nəfərin maaşı 20--50 faiz artırıldı.

Oktyabrın 1-dən isə pen-siyaların artımı – minimum pensiyanın 200 manat həddində müəyyənləşdirilməsi 750 min nəfərə şamil olundu. Hər iki

paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi ümumilikdə 4,2 milyon vətəndaşı əhatə edir. Minimum pensiyanın il ərzində 72 faiz artırılması əhalinin büdcəsində özünü hissediləcək dərəcədə göstərdi. Minimum əməkhaqqının 250 manata çat-dırılmasından sonra Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşdı.

Onu da qeyd edək ki, sosial paketlə artan təkcə minimum əməkhaqqı və pensiya deyildi. Eyni zamanda, müavinətlərin

və təqaüdlərin artırılması əlilliyi olan 300 min şəxsi, 500 min məcburi köçkünü, 100 mindən çox tələbəni, ümumilikdə 1,3 milyon insanı əhatə etdi. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə yanaşı, həmin kateqoriyaya aid insanla-rın sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırdı.

Pensiyadan danışarkən

onu da qeyd etmək lazımdır ki, Prezidentin digər təşəbbüsü sosial sığorta sahəsində inqila-bi irəliləyişi təmin etdi. Belə ki, 2006--2018-ci illərdə sığortaya, hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesab-lanır. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi bundan yararlana bildi və bu davamlı olacaq.

Prezident İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial inkişafı təmin edən islahatlar proqramına uyğun olaraqı bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, o cümlədən

əmək haqqı, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılır. İmti-yazlı vətəndaşların mənzillə və avtomobillə təminatı da daxil ol-maqla, mühüm sosial proqram-lar xeyli genişləndirilir. Şəhid ailələrinə və müharibə əlillərinə ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil

təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi evin verilməsi işləri aparılır. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə, Birinci vitse-prezident, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən region-larda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.

Ölkədə, həmçinin prioritet

fəaliyyət istiqaməti kimi reabili-tasiya və sosial xidmət infrast-rukturunun müasirləşdirilməsi və genişləndirilməsi işləri davam etdirilir. Prezident İlham Əliyevin 2 dekabr 2019-cu il tarixli sərəncamı ilə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıq-la təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır. Sərəncam üç istiqaməti – tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikin-tisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməsi və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur. Nəticə etibarilə

sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilita-siya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir.

Əhalinin rifahının yaxşılaşdı-rılması üçün təkcə əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılmır. Aztəminatlı təbəqənin dolanışığını təmin etmək məqsədilə onlar yeni layihəyə-- özünüməşğulluq proqramından yararlanmağa dəvət edilirlər. Bu proqram əhalinin kasıblıqdan kiçik sahibkarlığa keçid yolu-

dur. Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına qoşulan və təlimlərdə iştirak edənlərin sayı artmaqdadır. Həmin şəxslərə təlimləri uğur-la başa çatdırdıqdan və biznes planlarını müdafiə edəndən sonra aktivlərin verilməsi prosesi davam edir. Qeyd edək ki, bu il artıq 9513 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb edilib.

Ölkədə aparılan sosial müdafiə tədbirləri Beynəlxalq qurumların da diqqətini cəlb edir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklü-ziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə görə, BMT-nin “2030-cu ilədək Dayanıqlı İnki-

şaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin bəhrəsidir. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət əsasən 2 məqsədə -- əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılma-sına və əhalinin həyat şəraitinin yüksəldilməsinə xidmət edir.

Ölkəmizdə Məşğulluq Stra-tegiyasının hazırlanmasına, özünüməşğulluq proqramının tərtib olunmasına, Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasına BƏT-in dəstəyi, Azərbaycanın regionda

BƏT üçün uğur nümunəsi olduğu məlumdur. Gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycan BƏT tərəfindən region üzrə fokus ölkə seçilib. BƏT-in baş direktoru ötən il mayın 20-22-də ölkəmizə səfəri zamanı Azərbaycanda aparılan sosial-iqtisadi isla-hatları yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, son illərdə əldə edilmiş sosial-iqtisadi uğur-ları, həyata keçirilən səmərəli praktiki əməkdaşlıq sayəsində Azərbaycan (hökumət qrupu üzrə) BƏT-ə üzvlüyü ərzində ilk dəfə 2017-ci ilin iyun ayında BƏT-in İdarə Heyətinin üzvü seçilib.

Qeyd etmək yerinə düşər ki, ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələlərinə də xüsusi önəm verilir. İşəgötürənlərin əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı məlumatlandırılması məqsədi daşıyan tədbirlərdə işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru barədə məlumatlar verilir. Vətəndaşlar əmək müqaviləsinin bağlanma-sı, şərtlərinin dəyişdirilməsi, eləcə də, xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlandırılırlar. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirmələrinin vacibliyi onların diqqətinə çatdırılır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Azərbaycan Beynəlxalq Əmək Təşkilatı üçün uğur nümunəsidir

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal

müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının yüksəldilməsi dayanır.

Hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs vardır və onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Cari ildə Prezident İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlam-lıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Preziden-tin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Dövlət tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev, 6400-dək minik avtomobili verilib.

Əlillərə münasibətdən danışanda, ilk növbədə, Heydər Əliyev Fondunun həssas qruplara göstərdiyi diqqəti və gördüyü işləri qeyd etməliyik. Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət reabilitasiya müəssisəsi yaradılıb. Həmçinin 1 və 2 saylı Sağlamlıq im-kanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5--18 yaş-larında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Fondun mühüm sosial layhələrindən biri kimi bölgələrdə Regional informa-siya mərkəzləri yaradılıb. Bu mərkəzlər əlillərin İKT-dən istifadə imkanlarına kömək edir. Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına fond mühüm dəstək göstərir. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologi-yalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya,

İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Ötən dövrdə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNİCEF-in təşkilatçılığı ilə “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası da təşkil olunub.

Dövlət başçısının tapşırığına uyğun olaraq, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, yaşa görə pensiyaların, daha sonra əlilliyə görə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. Sosial müavinətlərin, o cümlədən əlillərə müavinətlərin, Prezidentin aylıq təqaüdünün, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin və həmin uşaqlara qulluq edənə Prezidentin təqaüdünün təyinatı da elektronlaşdırılıb. 2019-cu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması təmin ediləcək.

Prezidentin uğurlu sosial islahatlar proqramı ölkəmizdə yeni reabilitasiya

mərkəzlərinin yaradılmasını, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsini təmin edib. Bu gün ƏƏSMN-nin 14 bərpa-müalicə müəssisəsi vardır. Bu reabilitasiya müəssisələrində cari ilin 10 ayı ərzində 7241 nəfər əlilə stasionar, 1867 nəfər əlilə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib, 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib. Bölgələrdə yaşayanlara səyyar xidmətlər təşkil edilib, 836 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağa ehtiyaclarına uyğun olaraq, ümumilikdə 3952 reabilitasiya vasitəsi, o cümlədən 15 əlil arabası yaşadıqları rayonlarda, hətta evlərində təqdim olunub.

Son illərdə Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Noyabr ayında Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakının Xəzər rayonundakı Mərdəkan müalicə pansionatı əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional bərpa mərkəzlərində, Şağan əlilliyi olan şəxslər üçün

müalicə pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir reabilitasiya şəraiti yaradılır. Hazırda ƏƏSMN-nin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olanlar və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əlillər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlillərdir.

Dövlət başçısının “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamı qeyd edilən kateqoriyadan olan şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsinə imkan yaradıb. Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin

sayı 1-dən 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayı 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayı 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 1-dən 3-ə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək üzrə 10 mərkəz, əlilliyi olan şəxslər üçün 10 peşə-sosial reabilitasiya mərkəzi və s. yaradılıb.

Ölkəmizdə, həmçinin əlilliyi olanların istedad və qabiliyyətləri aşkara çıxarılaraq cəmiyyətə tanıdılır. Bu məqsədilə noyabr ayında əlilliyi olan şəxslərin VIII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib. Baxış-müsabiqədə əlilliyi olanlar və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə 341 nəfər əlilin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə regionlarda zona baxış-müsabiqələri keçirilib.

2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib. İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan “İşsizin DOSTu” proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib. DMX orqanları və DSMF-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu ilin 11 ayında, ümumilikdə 251 nəfər əlil, mərkəz fəaliyyətə başladıqdan bəri isə 1800 gənc peşə kurslarına cəlb edilib. Özünüməşğulluq proqramına cəlb edilən əlillərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və işaxtaranların proqrama cəlb edilməsi işləri davam edir. Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin ƏƏSMN ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Əlillərin sosial müdafiəsinə və tibbi-sosial reabilitasiyasına diqqət artır

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların

reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi diqqəti nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı demişdir: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər”.

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri-nin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi

istiqamətində aparılan işləri diqqətə çatdırıb. O, sosial sahədə mühüm nailiyyətlərdən olan DOST layihəsinin dövlət sosi-al xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən təqdim olunma-sına imkan verdiyini vurğu-layıb. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin və “DOSTtalks” adlı tədbirin

önəmini qeyd edib. Milli Məclisin deputatı

Qənirə Paşayeva Prezi-dent İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayan-dığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısının

tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proq-ramlar geniş miqyas alıb. Bu cür tədbirlərin əlilliyi olan şəxslərə böyük stimul verdiyini diqqətə çatdıran Q.Paşayeva “DOSTtalks”ın təşkilində əməyi olan insan-lara təşəkkür edib.

Sonra müxtəlif sahələri təmsil edən və əlilliyi olan spikerlər -- İlham Zəkiyev, Elman Süleymanov, Mətanət Qüdsi, Amid Həsənquliyev,

Mirzə Məmmədvəliyev, Elnur Eyvazov, Zəhra Həsənova, Vüsalə Kərimli, Samir Pənəliyev və Kamil Musəvi öz həyatları barədə məlumat verərək uğur hekayələrini bölüşüblər. Sonra “Dancea-bility rəqs qrupu”, Nərimanov

rayonu 5 nömrəli internat məktəbin və Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin xor dərnəkləri çıxış ediblər.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, spikerlərə təşəkkürnamələr təqdim edib.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

Bakı Konqres Mərkəzində 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “DOSTtalks” adlı tədbir keçirilib. DOST Agentliyinin təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə

keçirilən tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

4 dekabr 2019-cu il, çərşənbə 5

Page 6: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə6

Elə buna görədir ki, keçiddən öncə ölkənin üç bölgəsində – Mingəçevir və Yevlax şəhərlərində 3 ilə yaxın, Ağdaş rayonunda isə 2 ilə yaxın bir müddətdə tibbi sığorta sistemi üzrə sınaq layihələri reallaşdırılır. Artıq həmin layihələrin nəticələri kifayət qədər uğurludur. Bunun ən bariz ifadəsi sınaq keçirilən bölgələrdə əhali arasında aparılan müstəqil sor-ğunun yekunudur. Belə ki, qeyd edilən sorğu nəticəsində vətəndaşların məmnunluq səviyyəsinin yüksək olaca-ğını, demək olar ki, heç kim gözləmirdi. Lakin nəticələrə əsasən insanların icbari tibbi sığortadan məmnunluğu 90 faizdən çoxdur. Fikrimcə, bu sınağı təşkil edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri də belə yüksək göstəricilərin əldə oluna-cağını gözləmirdilər. Buradan belə bir qənaət hasil olur ki, bu gün ölkənin bütün ərazisində toplanan yaxş təcrübəyə əsaslanaraq icbari tibbi sığorta sisteminə keçmək mümkündür. Artıq bu keçidin mərhəlləli olacağı da bəllidir. Əslində, bu işi ölkənin bütün ərazisi üzrə eyni vaxtda etmək mümkün idi. Lakin apardığımız araşdırmalar göstərir ki, yeni sistemə keçidin yüksək səviyyədə gerçəkləşməsi məhz mərhəlləli şəkildə daha səmərəli ola bilər.

İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib. Bu məqsədlə ölkənin ərazisi şərti olaraq 4 yerə bölü-nüb və həmin bölgələrin hər birinin bir rüb ərzində icbari tibbi sığorta sisteminə keçməsi nəzərdə tutulub.

Beləliklə, birinci mərhələdə - yəni gələn ilin birinci rübündə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq. Həmin regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Bu rayonlardan başqa birinci rübdə hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə - yəni Mingəçevir şəhəri, Yevlax və Ağdaş ra-yonlarında da icbari tibbi sığorta sistemi-nin tətbiqinə gələn il yanvar ayının 1-dən başlanılacaq.

İkinci mərhələdə - yəni aprel-iyun ay-larını əhatə edən ikinci rübdə 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq.

Üçüncü mərhələdə - iyul-sentyabr aylarını əhatə edən üçüncü rübdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq.

Növbəti ilin oktyabr-dekabr aylarını əhayə edən dördüncü rübdə isə ölkə üzrə icbari tibbi sığortaya keçidin son mərhəlləsi reallaşacaq. Bu mərhələdə Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Naxçıvan Muxtar Respublikasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və muxtar respublikada icbari tib-bi sığortanın tətbiqini sözügedən qurum həyata keçirəcəkdir.

Dövlətin yaxın 3 il ərzində tibbi sığorta üçün öz xəzinəsindən hər bir

vətəndaşa 90 manat vəsait ödəmək barədə qərarı, eyni zamanda, qa-nunda edilən dəyişiklik nəticəsində vətəndaşların, xüsusilə də qeyri-neft sektorunda çalışan insanların, habelə bu sektora aid müəssisələrin tibbi sığorta ödənişlərinin əsaslı şəkildə azaldılması dövlətimizin sosial mahiyyətinin bariz təzahürü kimi dəyərləndirilməlidir.

Hər bir yenilik başlanğıcda heç də hamı tərəfindən eyni səviyyədə qarşılanmır və başa düşülmür. Lakin yenilik xidmətin keyfiyyətini kökündən dəyişməyi qarşıya mühüm vəzifə kimi qo-yursa, buna danışıqsız getmək lazımdır. İicbari tibbi sığortaya keçid ərəfəsində bəzi tibb müəssisələrinin və onlarda çalı-şan bir sıra həkimlərin bu işə tərəddüdlə yanaşması da tam normal haldır.

Ötən əsrin 90-cı illərinin ikinci ya-rısından başlayaraq ölkədə büdcənin

xəzinədarlıq sisteminin qurulması ilə bağlı durumu yaxşı xatırlayıram. Buna qədər büdcə vəsaitlərinin bölgüsünü özləri istədikləri kimi aparan təşkilatların rəhbərləri birdən-birə onların əlindən bu səlahiyyətlərin alınmasından çox rahatsız olmuşdular. Hətta onlardan bəziləri ölkə başçısına müraciət edərək təşkilatlarının bir müddət “köhnə qaydalarla” fəaliyyət göstərməsinə razılıq almaq belə istəmişdilər. Təbii ki, buna razılıq verilmədi və verilə də bilməzdi. Ancaq bir neçə ildən sonra qurulan xəzinədarlıq sistemi büdcənin gəlir və xərclərinin tam şəffaf bir şəkildə idarə olunmasına gətirib çıxartdı. Şübhəsiz ki, icbari tibbi sığorta sisteminin fəaliyyəti də bir neçə ildən sonra bu şəkildə mükəmməl olacaq.

İcbari tibbi sığortaya keçidin mərhələli olması o demək deyil ki, bu sistemə bir qədər gec keçən bölgələrdə insan-lar dövlətin, özlərinin və çalışdıqları müəssisələrin ödədikləri icbari tibbi sığorta haqlarının müqabilində tibbi xidmət ala bilməyəcəklər. Əldə etdiyimiz məlumata görə, icbari tibbi sığortaya sonradan keçən bölgələrdə də insanlar, ilk növbədə, dövlət tibb müəssisələrində tibbi sığorta xidmətlərindən yararlana-caqlar. Ölkənin bütün bölgələrində qurul-muş vahid elektron sistem bu xidmətləri icbari tibbi sığortaya sonradan keçəcək bölgələrdə də həyata keçirməyə imkan yaradacaq.

Onu da xatırladım ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırla-dığı təkliflərdə sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusununa təxminən 3 min diaqnoz üzrə tibbi xidmətlər daxildir.

Fikrət YUSİFOV, iqtisad elmləri doktoru,

professor

TANAP region ölkələri iqtisadiyyatının güclənməsində mühüm rol oynayacaq

� Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda, bu layihə digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır. Bu fikirləri enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlu söyləyib.

O bildirib ki, bu layihə funksional baxımdan çoxşaxəli missiya daşıyır. TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin ideyası və gerçəkləşməsi tamamilə yenidir. Azərbaycan Prezi-denti İlham Əliyev çıxışında bildirdi ki, layihənin əsas texniki və maliyyə yükü-nü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.

Professor deyib ki, “TANAP xətti ilə illik nəql olunacaq 16 milyard kub-metr qazın təxminən üçdə bir hissəsi Türkiyədə istifadə olunacaq. Bu həcmdə

qaz əldə etmək Türkiyənin iqtisadiyya-tında və sosial həyatında mühüm amil-dir. Bu da istər-istəməz Avropa-Türkiyə münasibətlərinin inkişafına yeni bir yanaşma gətirəcək. Bundan başqa, TA-NAP Avropanın cənub-şərq bölgəsində yerləşən ölkələrin də iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək”.

G. Kumbaroğlu qeyd edib ki, Türkiyədə kəsişən Trans-Anadolu və “Trans-Adriatik” xətləri Avrasiyada bu vaxtadək görünməyən iqtisadi inteqra-siya yaradacaq. Bu layihə çərçivəsində

hasil olunacaq təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqa-rıstan, Albaniya ərazilərindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

TANAP layihəsinin başa çatması Azərbaycanın enerji siyasətinin növbəti uğurudur

– Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğuru olmaqla ya-naşı, yeni layihələrə, əməkdaşlıqlara da imkan yaratdı, iki qardaş ölkənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirdi. Açı-lış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, bu gün tarixi gün-dür. Bu gün 4 il əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Dövlət başçımız əminliklə bil-dirdi ki, TANAP-ın ömrü uzun olacaq, bu beynəlxalq qaz kəməri Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi gətirəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakı, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində payının 25–30 faizə çatması müasir Azərbayacan Respublikasının dün-yada geosiyasi, geoiqtisadi mövqe-yinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP isə Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik “Cənub qaz dəhlizi” enerji dəhlizi əfsanəsini bizim günlərdə həqiqətə çevirdi.

Azərbaycanın 16 milyard kubmetr təbii qazının 6 milyardını Türkiyənin, 10 milyardını isə Avropanın istehlakçı-larının istifadə etməsi imkanının uğurla gerçəkləşdirilməsi Azərbaycan–Türkiyə qardaşlığının əməli işbirliyinin, Avro-panın enerji təhlükəsizliyinə növbəti töhfəsi oldu. Bu gün hər 10 türk ailəsinin 8-də mavi qazın alovlanmasına Azəırbaycanın verdiyi önəmli töhfə hər birimizdə haqlı sevinc və qurur hissləri doğurur.

Pərvin Kərimzadə açıqlamsının davamında qeyd edib ki, Türkiyə--

Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan, geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bu layihənin başa çatması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradıb. “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasının, dünyada enerji ölkəsi kimi əhəmiyyətinin, Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzunun göstəricisidir.

Pərvin Kərimzadə sonda deyib: – TANAP–Trans-Anadolu qaz boru

kəməri layihəsinin açılış mərasimində

ölkə Prerzidenti İlham Əliyev TANAP-ın ömrünün uzun olacağını, Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəyini təntənəli surətdə qeyd etdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iftixarla bildirdi ki, bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

Son illər ərzində aparılan dərin sosial islahatların bir mühüm istiqaməti də ölkə əhalisinə sivil tibbi xidmət təqdim edə biləcək

icbari tibbi sığorta sisteminin yaradıl-masıdır. Artıq bir neçə ildir ki, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta-ya keçirilməsi istiqamətində intensiv tədbirlər görülür. Bu məsələdə əsas hədəf ölkə vətəndaşlarına ən yüksək

tibbi xidmət göstərə biləcək bir sistem qurulmasıdır. Yəni bura-da sadəcə texniki olaraq yeni tibbi xidmət sisteminə keçməkdən söhbət getmir. Əsas vəzifə sözügedən xidmətin ən yüksək stan-dartlar səviyyəsində təşkil edilməsidir.

“Bu il noyabrın son günündə təkcə Azərbaycan üçün deyil, həm də Av-ropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Dünya-nın diqqətini yenidən Azərbaycana yönəldən “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan Trans-Anadolu qaz boru kəməri ilə Azərbaycanın təbii qazı qardaş Türkiyənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına gedib çatdı. Bu münasibətlə qardaş Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi”. Pərvin Kərimzadə ölkə mediasına Azərbaycan--Türkiyə qardaşlığının və beynəlxalq arenada əməli işbirliyinin növbəti uğuru sayılan TANAP layihəsinin başa çatması ilə bağlı mediaya açıqlamasının davamında bildirib:

İcbari tibbi sığortanın tətbiqi insanların sağlamlığının qorunmasında

yeni bir mərhələnin başlanğıcıdır

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri

ilə bağlı brifinq keçirilib � Dekabrın 3-də Vergilər

Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

Nazirliyin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məcəlləyə əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrini ətraflı məlumatlandırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyya-tın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inki-şafı, biznes mühitinin daha da yaxşılaşdı-rılması məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Qanun Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd olunub ki, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, sa-hibkarların inzibatçılıq yükünün azaldılma-sı və sahibkarlıq fəaliyyətinin təşviqi, so-sial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi), sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

S.Musayeva ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri oldu-ğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti əhatə edəcəyini diqqətə çatdı-rıb. Bunlar əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsini nəzərdə tutur.

Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklər əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirləri özündə əks etdirən bir sıra müddəaları nəzərdə tutur. Qanunvericilik əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin bene-fisiar (faydalanan) şəxsin üzərinə qo-yulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi ilə bağlı dəyişiklikləri özündə əks etdirir.

Məcəlləyə dəyişikliklərdə riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yara-dılması nəzərdə tutulub. Ümumiyyətlə, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmalar tətbiq olunacaq. Belə ki, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək, vergi ödəyicisi riskli vergiödəyicisi me-yarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması-nın və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergini onun ödənildiyi tarixədək hesablamaq hüququna malik olacaq, belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılma-yacaq, həmçinin həmin ödəyicilərin artıq ödənilmiş vəsaiti vergiödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.

Qeyd olunub ki, vergidən yayınma hal-larına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı

vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini ehtiva edir. Dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb. Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə apa-rılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşa-yış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir.

ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşı-dakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanun-la müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergiödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və ya-xud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergiödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergiödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq. Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergiödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi, ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsi və ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir.

Bildirilib ki, sahibkarların inzibatçı-lıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsinə elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Mal-ların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

İdarə rəisi deyib ki, sosial xarakter-li güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdı-rılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin

daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir. Bun-dan başqa, peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi, icba-ri tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin 1 il müddətinə ƏDV-dən azad edilməsi, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qay-dada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması da sosial xarakterli güzəştlərə aiddir.

Qeyd olunub ki, qanunvericilik sa-hibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı bir sıra dəyişiklikləri də nəzərdə tutur. Sabit qəbz almaqla ver-gi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azal-dılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, ixracın təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti he-sabına ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, vergiödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa apa-ratına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnolo-giyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması bu qəbildən olan dəyişikliklərdəndir.

Vergitutma bazasının genişləndirilməsini hədəf götürən əsas dəyişikliklər aksizli mallar və bina tikintisi ilə bağlı yenilikləri nəzərdə tutur. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırıl-ması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması, habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər bu qəbildəndir. Bundan başqa, bina tikin-tisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması da vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək.

S.Musayeva, həmçinin qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verib. Bildirib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisə tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməsi müəyyən olunacaq. Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda, Azərbaycanın dövlət vergi orqanları ilə digər dövlətin vergi orqanları tərəfindən Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergiödəyicisində birgə vergi yoxlamalarının aparılması, həmçinin beynəlxalq müqavilələrdə nəzərdə tu-tulduğu hallarda, xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən, həmin xarici dövlətdə yaranmış vergi borcunun alınmasının birgə təşkili nəzərdə tutulur.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

AZƏRTAC

Page 7: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

Prezident qeyd edib ki, ikinci müddət üçün namizədliyinin irəli sürülməsi barədə yekun qərar hələlik qəbul edilməyib. Bu qərar komanda və xalqla birlikdə qəbul ediləcək.

“Xalq qəzeti”

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan

TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırıl-ması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin

il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-

ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

4 dekabr 2019-cu il, çərşənbə 7

TANAP ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən “Dünya lideri” və “Yaşıl dünya səfiri” mükafatlarına layiq görülüb. Mükafatlar Birləşmiş Krallıqda keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim edilib.

� Rusiyalı ekspert İqor Yuşkov bildirib ki, Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, Bolqarıstan və Yunanıstanın hər birinə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb.

İ.Yuşkov əlavə edib ki, Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir.

Qeyd edək ki, no-yabrın 30-da Türkiyənin

Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısı-nın (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sekto-rundakı “Şahdəniz-2” yatağın-dan çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunlu-ğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 mil-yard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kom-mersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Azərbaycan inamla müstəqil siyasət yürüdür

Dünyanın maraqla və həssaslıqla gözlədiyi belə görüşlərin Bakıda baş tutması həqiqətən də qürurvericidir.

Zaur Məmmədov qeyd edib ki, Cənubi Qafqazda heç kimdən asılı olmayan, müstəqil siyasət yeridən və heç kimin hərbi, siyasi və iqtisadi təzyiq və təsirlərinə baxmayaraq öz yoluna davam edən bir ölkə var, bu da Azərbaycandır:”Artıq bir neçə ildir Rusiya və NATO-nun yüksək çinli hərbçilərinin məhz Azərbaycanın paytaxtı Bakıda görüşlər keçirməsi onu göstərir ki, Azərbaycana və

onun dövlət başçısına böyük inam və etibar var”.

Xatırladaq ki, noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüş keçirilib.

Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dia-loqunun bərpa olunması məsələsi müzakirə olunub. Tərəflər həmçinin böhran regionların-da vəziyyəti müzakirə ediblər.

İrəvanda Qriboyedovun abidəsi təhqir olunub

Erməni radikal Şant Arutunyanın oğlu Şaqen Arutunyan İrəvanda Rusiyanın tanınmış şairi və diplomatı Aleksandr Qriboyedovun abidəsini təhqir edib.

“RİA Novosti”nin məlumata görə, Ş.Arytunyan təhqir etdiyi abidənin fotosunu öz “Facebook” hesabında paylaşıb.

Erməni radikalın oğlu fotonun altın-

dan yazıb: “Mən Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini Njdenin lövhəsinin boyadılmasına cavab olaraq qırmızı rəngə boyadım”.

“Xalq qəzeti”

Moldova Prezidenti İqor Dodon yerli “TV8” telekanalının efirində bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etmir.

İqor Dodon növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini

istisna etməyib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, tədbir Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi, Riqa Klassik Gimnaziyasının müdiri Roman Əliyev və onun xanımı Günay Əliyevanın təşkilatçılığı ilə gerçəkləşdirilib. Gecədə gimnaziyanın müəllim-tələbə heyəti, diaspor üzvlərimiz, Türkiyənin Latviyadakı səfirliyinin müşaviri Meliha Gülce Kumru-lu iştirak ediblər.

Sevinc və Rasim Məmmədovların aparıcılıq etdikləri tədbirin açılış hissəsi Azərbaycan, latış və rus dillərində təqdim olunub. Riqa Klassik Gimnaziyasının tələbə və məzunlarının ifasında latış dilində Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib, xalq şairi Qabilin Nəsimiyə həsr etdiyi poemadan səhnələşdirilmiş parçalar təqdim olunub. Samir Əzizovun Nəsimi obrazını məharətlə ifa etməsi, Nəsiminin “Hardasan” qəzəlini Günay Əliyeva ilə M.Çexov adına Riqa Rus Dram Teatrının tanınmış aktyoru Yakov Rafalsonun birgə səsləndirməsi gecəyə xoş ovqat bəxş edib.

Professor Zümrüd Dadaşzadənin qədim adət-ənənələrimizi video və slaydlar vasitəsilə əcnəbi qonaqların nəzərinə çatdırması böyük marağa səbəb olub. Tədbirdə Nəsimi dövrünün məşhur musiqi alətləri nümayiş etdirilib.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin

taktiki təlimləri keçirilir

Təlimlər raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaş-masının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qar-şıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edirlər.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin

650 illik yubileyinə həsr olunmuş “650 illik dəyər” adlı ədəbi-bədii gecə keçirilib.

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonların-

da raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nəzəri bilikləri və təhlükəsizlik qaydala-rını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli As-sosasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannis-ter (Keith Bannister) bildirib ki, bu, sürətli radioparıltıların öyrənilməsində böyük addım-dır.

Bannister və onun qrupu bu sürətli radioparıltını Qərbi Avstraliyanın “Merçison” rəsədxanasında yerləşən 36 radioantena şəbəkəsində, Australian Square Kilometre Array Pathfinder (ASKAP) radiorəsədxanasının köməyi ilə aşkarlayıblar. Bu parıltıya FRB 180924 adı verilib.

Komanda FRB 180924 radioparıltısını lokal-laşdırmaq üçün ASKAP

radioşəbəkəsində müxtəlif antenlərin qəbul etdiyi siqnal-ların qəbulu arasında olan çox kiçik zaman intervalını ölçə bilən metod tətbiq edib. Fərqi müqayisə etməklə səmada siq-nal mənbəyini 0,00002 dərəcə dəqiqliklə lokallaşdırmaq mümkün olub.

Bu mənbə Yerdən 3.6 mil-yard işıq ili məsafəsində olan DES J214425.25-405400.81 adlı qalaktikanın periferiya-sında yerləşir. Həmin qalak-tika, Yerdən 3 milyard işıq ili məsafəsində yerləşən FRB 12112 radioparıltısının qalakti-kasından 1000 dəfə böyükdür.

FRB 121102 və FRB 180924 radiopa-rıltılarının müqayisəsi birinci radioparıltının öz qalaktikasının mərkəzi qara dəliyinin ətrafında, ikincinin isə öz qalak-tikasının mərkəzindən kənarda baş verdiyini göstərmişdir. Bu da onu göstərir ki, mərkəzi ifratkütləli qara dəlik FRB 180924 radioparıl-

tısının mənbəyi ola bilməz, - deyə tədqiqatçılar bildiriblər.

Müəlliflər bu tədqiqatla bağlı alınan məlumatların sürətli radiparıltıların təbiətini başa düşməyə imkan verəcəyini ehtimal edirlər.

“Xalq qəzeti”

Kosmosun müşahidəsi tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının – bir millisaniyə ərzində Günəşin 100 il müddətində

ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər. Daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıl-tıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıl-tı isə aid olduğu sinifin böyük əksəriyyəti kimi təkdir.

Politoloq Zaur Məmmədov “Prezident. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı videolayihə çərçivəsində bildirib ki, bu gün dünyada xeyli sayda ölkə var, lakin əməkdaşlığa, risklərin azalmasına və plane-timizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir.

“TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq”

TANAP “World Leader” və “Green World Ambassador” mükafatlarına layiq görülüb

Astronomiya tarixində nadir hadisə

Astronomlar Kainatın ən sirli hadisələrindən birini tədqiq etməyə başlayıblar

Riqada Nəsiminin 650 illik yubileyi qeyd olunub

Bölgələrdə müharibə əlilləri və şəhid ailələrinə 25 fərdi yaşayış evi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində inşa etdirilən daha 25 fərdi yaşayış evi

şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Evlərin istifadəyə verilməsi tədbirlərində vurğu-lanıb ki, Azərbaycan Prezi-denti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, müvafiq tapşırıqları əsasında vətəndaş rifahının təminatı istiqamətində mü-hüm sosial proqramlar ildən-ilə gücləndirilir. Həmin proq-ramlardan biri kimi, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş vüsət alıb.

Bunun təzahürü ola-

raq, cari ildə ölkəmizdə 4,2 milyon vətəndaşa ciddi şəkildə dövlət dəstəyinin göstərilməsini təmin edən sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə əhəmiyyətli şəkildə artımlar edilməklə, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdləri, əlilliyi olan şəxslərə yönələn müavinətlər orta hesabla 100 faiz artırılıb. Eyni zaman-da, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutuldu-ğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə,

cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazir-lik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid ailələrinin üzvləri, Qara-bağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, bu gün yeni fərdi yaşayış evləri ilə təmin olunduqla-rına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

Page 8: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə8

Bir il əvvəl şahidi oldu-ğum bu hadisə zamanı söhbət əsnasında öyrəndim ki, əslən pakistanlı Nəvaz Mühəmməd narkotik maddə satdığı zaman tutulub və 15 il həbs cəzası alıb. Cəzasının 7 il 10 ayını çəkdikdən sonra Prezident

İlham Əliyevə əfv olunması ilə əlaqədar müraciət edib:

-- Əfv olunduğumu bilmirdim. Həmin gün eşitdim ki, Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb. Həbsxanada olduğum müddətdə belə əfv sərəncamları barədə dəfələrlə eşitmişdim. Mən də Prezidentə müraciət etdim. Səhvimi etiraf etdim və yazdım ki, 6 uşağım, onların anası, bir də öz anam köməksiz qalıblar. Onların yeganə ümid yeri mənəm... Axşam televizorda Prezidentin imzaladığı əfv sərəncamı elan olundu və əfv olunanların adlarını oxudular. Birdən öz soyadımı eşitdim. Qulaqlarıma iananmadım. Məhbus yoldaşlarım məni təbrik edəndə sanki yuxu-dan oyandım. Sevincimdən hönkür-hönkür ağlayırdım. Cəzaçəkmə müəssisəsinin rəhbərliyindən xahiş etdim ki, bu xəbəri anama çatdır-mağa mənə şərait yaratsın. Sağ olsunlar, şərait yaratdılar. Telefonda yalnız bunları deyə bildim: “Ana , mən azadlıqda-yam! Azərbaycanın Prezidenti məni əfv etdi...” Ardını deyə bilmədim. Məni ağlamaq tut-du. Yalnız evimizdəki qışqır-tını, anamın səsini və bir də se-vinc sədalarını eşidirdim. Həm həyacandan, həm də sevincdən dilim söz tutmurdu...

Əfv olunanlar arasında daha bir əcnəbi məhbus da var idi. Nigeriya vətəndaşı idi. Onu -- Ceym Uqeriya-nı da söhbətə dəvət etdim. Sevincdən gözləri yaşarmışdı. Özünü güclə ələ alıb dedi:

-- Saxta dollar hazırlayıb satarkən tutuldum. Bir neçə ildən sonra dövlət başçısı-na əfv olunmağım barədə müraciət etdim. Prezidentin məni əvf etdiyni televizor-dan eşitdim. Həbsxana da olsa, çoxlu dost qazanmışam. Hamısı da azərbaycanlıdır. Hətta, mənə Azərbaycan dilini də öyrədiblər. Sizinlə də Azərbaycan dilində danışıram.

Hər iki əcnəbi vətəndaş həbsxanada onların hüquq-larının yüksək səviyyədə qorunduğunu dedilər. Ni-geriyalı məhbus bildirdi ki, Azərbaycandakı kimi əfvetmə qaydası insan hüquq və azad-lıqlarının müdafiəsi sahəsində çox ölkəyə nümunə ola bilər.

Onu da qeyd edim ki, bu fikiri bir müddət əvvəl ölkəmizdə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə tanış olduğum İsveçrədən gəlmiş nümayəndə Uilyam Vesten də bildirmişdi. Söhbət zamanı de-mişdi ki, son illər insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil:

– Azərbaycan, sözün həqiqi mənasında, insan hüquqlarının müdafiəsinə görə nümunəvi ölkəyə çevrilib. Ölkəniz bu sahədə geniş beynəlxalq əməkdaşlığını davam etdi-rir və böyük nüfuz sahibi

olub. Mən Avropa və MDB ölkələrində insan hüquq və azadlıqlaraının müdafiəsi ilə bağlı müşahidələr aparıram. Deyə bilərəm ki, Azərbaycan bu istiqamət üzrə beynəlxalq konvensiyalara qoşulmuş, çoxsaylı qanunvericilik aktları

qəbul etmişdir. Bunların icra-sını və hər bir kəsin bərabər insan hüquqlarını təmin etmək üçün səmərəli mexanizm olan Ombudsman təsisatı yaradıl-mışdır. Ölkənizdə analoqu olmayan insan hüquqlarının müdafiəsində yeni, müstəqil mexanizm kimi təsis olunmuş bu ilk qurum qısa müddətdə özünü doğrultmuşdur. Azərbaycan Prezidentinin bu sahəyə xüsusi önəm verməsi, deyərdim ki, insan hüquq və azadlıalarının müdafiəsini daim diqqətdə saxlaması ölkənizə beynəlxalq qurumlar arasında böyük nüfuz qazan-dırıb.

Yeri gəlmişkən, qeyd edək ki, Ombudsman təsisatı fəaliyyəti dövründə Azərbaycanın Avropa məkanına inteqrasiyasının dərinləşdirilməsi, Avropa standartlarının daxili qanun-vericilik sistemində təsbiti, digər öhdəliklərimizin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi istiqamətində tədbirlər və mütəmadi monitorinqlər həyata keçirir. Bunu Avropa Şurası Katibliyi-nin Siyasi Məsələlər Direk-torluğunun rəhbəri Aleksandr Qessel və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Zlotan Hernyes də etiraf ediblər. Onlar republika-mızda insan hüquq və azad-lıqları istiqamətində aparılan işi, o cümlədən Ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd ediblər.

Yenidən isveçrəli diplo-matın fikirlərini xatırlatmaq istərdim. O, Azərbaycanda insan hüquq və azadlılarının müdafiəsindən razılıqla danı-şaraq, bu vaxta qədər apardığı müşahidələrinə istinadən dedi:

– Dünyanın heç bir ölkəsində ildə 2-3 dəfə əfv sərəncamı imzalanmır. Gənc müstəqil dövlət olan Azərbaycanda isə bunu tez-tez müşahidə edirik. Bir ildə 2 və ya 3 dəfə əfv sərəncamı imzalamaq və minlərlə insana azadlıq bəxş etmək huma-nizm prinsiplərinin yüksək səviyədə təmin olunmasının nəticəsədir. Mən bu barədə dəfələrlə yazmışam. Hər dəfə də Azərbaycanı insan hüquq və azadlılarının müdafiəsində nümunə göstərmişəm. Bunu Prezidentin hunanizm

prinsiplərinin müdafiəsinə bö-yük önəm verməsinin nəticəsi kimi qiymətləndirirəm.

Avropalı diplomatın bu fikrini faktlarla əsaslandırmaq istərdim. Dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində ölkəmizdə 1995- ci ildən əfv və amnistiya təsisatları yaradıldı, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edildi və 32 əfv sərəncamı imzalandı. Bu am-nistiya aktları 77 mindən çox insana şamil edildi, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olundu. Ümumilikdə isə, bu vaxta qədər 65 əfv sərəncamı imzalanmış, 11 amnistiya aktı

qəbul edilmişdir. Bu, isveçrəli diplomatın dediyi kimi, on minlərlə məhkumun azadlığa qovuşması, insan hüquq və azadlıqlarının müdafiəsi yolun-da Azərbaycan nümunəsidir.

1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulması, 1998-ci ildə isə bu cəzanın Şərqdə ilk dəfə olaraq, Azərbaycanda tamamilə ləğv edilməsi insan hüquq və azad-lıqlarının müdafiəsinə böyük önəm verilməsinin nəticəsidir.

Ölüm cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi. Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Kons-titusiyasında da təsbit olunub.

İnsan hüquq və azadlıq-larının müdafiəsi gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi -- normativ sənədlərdə, qəbul edilən qanunvericilik aktların-da da öz əksini tapıb.

Demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri fikir və söz azadlığı, müstəqil mətbuatın fəaliyyətinə normal şərait yaradılması, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təmin olunması-dır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan hüquq və azadlıqları-nın qorunmasının mühüm amillərindən hesab olunur. Demokratik təsisatların yüksək səviyyədə təmin olunmadı-ğı ölkələrdə demokratiya-nın inkişafından danışmaq əhəmiyyətsizdir. Azərbaycan

dövlət müstəqilliyini bərpa etdikdən bir neçə il sonra qəbul edilən qanunlar insan-ların öz fikirlərini sərbəst ifadə etməyə, söz və məbuat azadlığına, seçmək, seçilmək hüquqna, internet azadlığına geniş imkanlar yaranmışdır. “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Kütləvi İnfor-masiya vasitələri haqqında”, “Dini etiqad azadlığı haqqın-da” qanunların qəbul edilməsi, mitinq, küçə yürüşü və digər aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması, iştirakçıların təhlükəsizliyinin dövlət tərəfindən qorun-ması, sosial şəbəkələrdən maneəsiz istifadə, Prezident

yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və fond vasitəsilə müstəqil qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, demok-ratik, azad ədalətli seçkilərin keçirilməsi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan dəyərli addımlardır. Yeri gəlmişkən, Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlmiş ABŞ unuversitetlərindən birinin professoru seçkidən sonra demişdr ki, Azərbaycanda keçirilən seçkilərdə gördüyü yeniliklər –məsələn, bar-maqların gözlə görünməyən mürəkkəblə işarələnməsi, seçicilərin adlarının seçki keçirilən gün seçici siya-hılarına salınması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə bu vaxta qədər heç bir ölkədə qarşılaşmayaıb. Bu yeniliklər yalnız Azərbaycandadır.

Azərbaycanın müasir in-kişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquq-larının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin prio-ritet istiqamətlərindən biri kimi müəyyən edilib. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qa-nunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.

Azərbaycan insan hü-quq və azadlıqlarının müdafiəsində dünyaya öz la-yiqli töhfəsini bəxş edir. Artıq hər il dövlət bayramlarında və digər əlamətdar günlərdə əfv sərəncamlarının imzalanması, bayram günlərində yüzlərlə ailəyə, minlərlə insana ikiqat bayram sevinci bəxş edilməsi ənənə halını alıb. Hər dəfə yeni əfv sərəncamı imzalananda əvvəlki əfv sərəncamlarının icrası zamanı gördüklərim qeyri-ixtiya-ri olaraq gözlərim önündə canlanır. “Azadlıq nə şirin nemətmiş” – əfv olunanların dedikləri bu sözlər hələ də qulaqlarımda cingildəyir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

İnsan kapitalıPrezident İlham Əliyev dəfələrlə

öz çıxışlarında qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, insan amili və onun sosial rifahı dayanır. Son bir ildə dövlət baş-çısının istər iqtisadi, istər sosial, istərsə də kadr siyasətində atdığı qətiyyətli addımlar, apardığı islahatlar cəmiyyətdə gələcəyimizə inam və etibarın daha da güclənməsində səbəb oldu.

Dövlət başçısı sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, xüsusi həssas kateqoriyadan olan in-sanlar – şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkünlər və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunubdur. Bu baxımdan cari il yanvarın 28-də Prezidentin şəhid ailələri ilə keçirdiyi görüş həmin qayğının bariz nümunəsidir. Bu görüşdə “Xalqa xidmət mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir”, – deyən dövlətimizin rəhbəri elə həmin gün imzaladığı fərmanla şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsini genişləndirdi. 1997-ci il 2 avqustadək şəhid olmuş əlavə 2725 şəhid ailəsinə də həmin vəsaitin verilməsi nəzərdə tutuldu. Bunlar-dan 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsəsi də 11 min manat-dan az sığorta ödənişi aldığı üçün həmin siyahıya əlavə olundu. Bununla da birdəfəlik ödənişin verilməsi prosesi artıq 12 min 268 şəhid vərəsəsini əhatə etdi.

Prezident İlham Əliyevin cari il yanvarın 30-da imzaladığı və şəhid ailələrinə dövlət qayğısının artırılmasını ehtiva edən fərmana əsasən, 2019-cu ilin 1 fevral tarixindən etibarən şəhid ailələrinə verilən aylıq təqaüdün məbləği 58 manat artırılaraq, 300 manata çat-dırılıb. Ümumən, 2007-ci ildən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 3 dəfə artırılıb.

Prezident İlham Əliyevin bu il yanvarın 28-də imzaladığı digər fərmanla isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılıb. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, ötən dövrdə Prezidentin təşəbbüsü ilə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. Cari ildə isə bu kateqori-yadan olan insanlara, azı, 800 mənzilin verilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı İlham Əliyevin dərin sosialyönümlü islahatları bu il mədəniyyət sahəsinə qayğısı ilə də diqqəti çəkdi. Mədəniyyət və incəsənət xadimlərinin qəbulu, onların problemlərinin fərdi şəkildə dinlənilməsi ictimiayyətdə sevinclə qarşılandı. Pre-zident İlham Əliyevin qeyd etdiyi kimi, minimum əməkhaqqının və minimum pensiyanın təxminən 40 faiz artması, nəticə etibarilə, 830 minə yaxın insanı əhatə etməsi, sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təqribən 600 min insana şamil edilməsi sosial sferada ciddi irəliləyiş kimi qəbul edilir. Bundan savayı, Prezident İlham Əliyevin fev-ralın 14-də imzaladığı bir fərman və iki sərəncam – “Azərbaycan Respublikası-nın ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantla-ra, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistra-tura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sənədlər də bu prosesin mühüm əhəmiyyətinin tərkib hissəsidir. Bu sərəncamlarla, ümumilikdə, tələbələrin təqaüdlərinin artırılması ilə təxminən 100 mindən çox tələbənin maliyyə vəziyyətinin yaxşılaş-dırılması təmin edilib.

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi məqsədilə daha bir mühüm sərəncam verildi. Prezident yeni inkişaf konsep-siyasına uyğun olaraq vətəndaşların

mənzil-məişət şəraitinin yaxşılaşdırıl-masına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilməsinin göstərişini verdi.

Məlum olduğu kimi, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirmədə ciddi qüsurlar buraxıla-raq, bir sıra hallarda sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı. Bu da, öz növbəsində, bəzən həmin binaların rəsmiləşdirilməsini qeyri-müm-kün edirdi.

Dövlət başçısının fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli bina-ların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman bu

sahədə böyük innovasiya oldu. Hətta bir sıra ekspertlər bu fərmanı tikinti sahəsində memarlıq amnistiyası da adlandırdılar.

Xatırladaq ki, Bakıda tikintisi-nin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binala-rın sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmirdi və bu, onla-rın mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi ola-raq mənzillər üzərində hüquqlara malik deyildilər. Bu vəziyyət nəticəsində həmin şəxslər dövlətə və bələdiyyələrə əmlak vergisi də ödəyə bilmirdilər. Fərmana əsasən, bundan sonra vətəndaşlar sahib olduqları mənzillərinin çıxarış sənədlərini qısa zamanda ala biləcəklər. Bu sərəncam insanların mülkiyyət hüquqla-rının qısa müddətdə təmin olunmasında müstəsna əhəmiyyət daşıyır.

Dövlət başçısının 2019-cu ildə verdiyi ən mühüm qərarlardan biri də problemli kreditlər sahəsində banklarla vətəndaşlar arasında yaranan narazılı-ğın aradan qaldırılması, kredit borcları-nın artan hissəsinin silinməsi idi. Dövlət başçısı fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin prob-lemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatlığa son qoyuldu.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu.

Prezident İlham Əliyevin ən mü-hüm siyasi missiyalarından biri də xalqla təması daha da gücləndirməsi, regionlara səfərlər və əhali ilə bir-başa görüşlər keçirməsi, onların problemlərinin həlli istiqamətində yerindəcə göstərişlər verməsi oldu. Bütün bunlar Azərbaycanda xalq–dövlət münasibətlərinin sarsılmazlığına inamı daha da möhkəmləndirdi.

Dövlət başçısının bütün islahatların mərkəzində məhz insan amilinin dayan-masını əsas meyar olaraq götürməsi və məmurlara qarşı öz çıxışlarında qəti və birmənalı olaraq bunu qeyd etməsi fakt-dır. O deyir: “ Məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmama-lıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar”. Bu ba-xımdan Azərbaycanda heç kimin heç bir imtiyazının olmadığını, hamının qanun

qarşısında bərabər olduğunu, özbaşına-lıqla məşğul olanların cəzalandırılacağını qəti şəkildə bildirən ölkə Prezidentinin bu tələb və tövsiyələri vətəndaşlarımızın bərabərhüquqlu münasibətlərinin tənzimlənməsində devizə çevrilmişdir.

Prezident İlham Əliyevin sosial islahatlar paketi və əhalinin rifahı naminə yeni inqilabi addımları beynəlxalq ictimaiyyət tərəfindən müşahidə edildi və qiymətləndirildi. Dövlət başçımızın rəhbərliyi ilə aparılan iqtisadi islahatla-ra ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. “Doing Busi-ness 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında

25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib. “Economic Freedom 2019” hesabatında ölkənin mövqeyi 7 pillə irəliləyərək 60-cı mövqeyə çatdı.

Kadr və struktur islahatları Son bir ildə Prezident İlham Əliyevin

rəhbərliyi ilə aparılan struktur islahat-larının əsas prinsiplərindən biri də, ilk növbədə idarəetmədə və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşmaqdır. Struk-tur islahatları, eyni zamanda, dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır.

Struktur islahatların gətirəcəyi fay-dalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki lakonik lakin çevik idarəetmə institutları özəl sektorun fəaliyyətinə müdaxiləni mi-nimuma endirmək üçün əlverişli yoldur. Son sərəncamlarda bir sıra komitə və nazirliklərin ləğv edilməsi, birləşdirilməsi struktur islahatlarının bariz nümunəsi kimi qeyd edilməlidir. Bu il “Azərbaycan Respublikasında dövlət qulluğunun inki-şafına dair 2019−2025-ci illər üçün Stra-tegiya” qəbul edildi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumların yara-dılması, İqtisadiyyat nazirliyinin struktu-runun genişləndirilməsi və s. fəaliyyətə başlaması gələcək fəaliyyət üçün yeni imkanlar açır.

Ən mühüm məsələlərdən biri də bu-dur ki, struktur islahatları kadr islahatları ilə paralel aparılmaqdadır. Uzun müddət dövlət və hökumət idarəçiliyində çalış-mış təcrübəli məmurların öz ərizələrinə müvafiq olaraq Prezident tərəfindən qəbul edilməsi, hörmətlə yola salınma-sı bir ənənəyə çevrildi. Onların yerinə idarəçilik təcrübəsi və uğurları olan gənc kadrların gətirilməsi ictimaiyyətdə müsbət qarşılandı. Dünyanın ən tanın-mış ali təhsil ocaqlarında təhsil almış, kurs keçmiş gənc kadrların irəli çəkilməsi kadr islahatlarının struktur islahatları ilə paralel aparılmasını şərtləndirdi. Bu isə cəmiyyətimizdə, xüsusilə internet sosial şəbəkələrdə, ölkə mediasında Prezi-dentin tərəqqipərvər, qətiyyətli siyasi addımları kimi təqdir olundu.

Anar TURAN, “Xalq qəzeti”

Azərbaycanda bütün fundamental azad-lıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlı-ğı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qa-lacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azadlıq nə şirin nemətmiş...

Həmin gün mən də bir qrup mətbuat nümayəndəsi ilə Penitensiar xidmətin rəhbər işçiləri ilə birlikdə Prezident İlham Əliyevin imzala-

dığı əfv sərəncamının icrasını müşahidə etmək üçün Qaradağ rayonu ərazisindəki cəzaçəkmə müəssisəslərindən birinə getmişdim. Əfv olunan məhbuslar sıra ilə dayanıb azadlığa çıxacağı anı səbirsizliklə gözləyirdilər. Onların arasında əcnəbi vətəndaşlar da var idi. Rəhbərlikdən icazə alıb onlardan birinə yaxınlaşdım. Sevincindən gözləri yaşarmışdı. Bir yerdə qərar tuta bilmirdi. Haradan olması ilə maraqlandım. Pakistan vətəndaşı olduğunu dedi...

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi “Səlis Jurnalist” müsabiqəsinə təqdim edilir.

Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını qaza-

naraq yenidən dövlət başçısı seçilməsindən keçən müddət ərzində Azərbaycan ictimai-si-yasi mühitində rəğbətlə qarşı-lanan bir sıra addımlar atıldı, önəmli, praqmatik dəyərləndirilən sərəncamlar verildi. Dövlət baş-çısının sərəncamları, fərmanları, regionlara ardıcıl səfərləri, qəti tapşırıqları nəticəsində, demək olar ki, bütün sahələrdə əvvəlkindən də yüksək inkişaf dinamikası yarandı. İslahatlar bü-tün hallarda Azərbaycanı inkişafa, yeniləşməyə aparan alternativsiz yol kimi xarakterizə olundu.

İSLAHATLAR – Azərbaycanı inkişafa aparan alternativsiz yol

Page 9: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə 9

“İncəsənətdə Nəsimi obrazı”

İsa HƏBİBBƏYLİ, akademik:

– Nəsimi irsinin ölkəmizdə ilk dəfə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi-nin keçirildiyi vaxta təsadüf edir. Məhz onun təşəbbüsü ilə Nəsimi irsi araşdırılaraq istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə təqdim olunmuşdu. Hazırda isə bu işlər ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir. Nəsimi əsərlərinin dünya dillərinə tərcüməsi istiqamətində böyük işlər görülüb. Şairin əsərləri Milli Elmlər Akademiyasının bir-başa və yaxından iştirakı ilə bir sıra ölkələrdə nəşr olunub. İl ərzində təkcə Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən 11 kitab çap edilib. Akademi-yanın, demək olar ki, bütün bölmələri Nəsimi ilə bağlı konfranslar keçiriblər. Belə konfransdan biri də Memar-lıq və İncəsənət İnstitutunun hazırda keçirdiyi konfransdır. Məncə, bu konfrans da Nəsimi irsinin öyrənilməsinə böyük töhfə olacaq.

Nodirbek SAYFULLA-YEV, Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Di-zayn İnstitutunun rektoru, professor

– Nəsimi Şərq mədəniyyətində xüsusi yeri

olan böyük mütəfəkkirdir. Nəsimi ancaq Azərbaycan xal-qının yox, həm də bütün türk dünyasının şairidir. Bəşəri ide-yalar təbliğ edən bu dahi şair Şərq ədəbiyyatının incisidir. İnsanlar əsrlərlə bu xəzinədən bəhrələnib və zaman durduqca Nəsiminin əsərləri yaşayacaq. Özbəkistanda Nəsiminin 650 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib. Bu işdə Daşkənddəki Heydər Əliyev Mədəniyyət Mərkəzinin rolunu xüsusi vurğulamaq istərdim. Bu konfrans bir daha Nəsimi yaradıcılığının dərindən öyrənilməsinin zəruriliyini qarşıya qoyur.

Nikolay DENİ-SOV: Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, fəlsəfə elmləri doktoru, professor

– Konfransda “Heykəltəraşlıq sənətində Nəsimi obrazı”, “İmadəddin Nəsimi və Azərbaycan musiqisi”, “Nəsimi yaradı-

cılığı kitab qrafikasında”, “Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində”, “Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü” və digər mövzularda məruzələr dinlədik.

Yəqin məlumatınız vardır ki, Rusiyada Nəsiminin 650 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Moskvada dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi qoyulub. Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-büloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel iştirak etmişlər.

Eyni zamanda, böyük şairin yubileyi münasibəti ilə elmi konfranslar, görüşlər, festivallar keçirilmişdir. Təssüratlarım böyükdür, sizin ölkənizdə ədəbiyyata və mədəniyyətə belə yüksək qiymət verilməsindən çox məmnun oldum.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

� Azərbaycan milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmada təyyarə sayını xeyli artırmağı planlaşdırır.

Xüsusilə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsal-çılardan 20-dən artıq yeni nəsil təyyarənin alınması daxildir.

“Boeing” korporasiyası ilə iki ədəd “Boe-ing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq imzalanmışdır. Bu laynerlər AZAL donanmasında yeni model təyyarələr olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə oluna-cağı gözlənilir.

AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir: “Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd “Bo-eing 787 Dreamliner” və üç ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan verəcək”.

Bu təyyarələrin əldə edilməsi ilə bağlı

məsələlər Cahangir Əsgərovun aviakor-porasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti xəbər verir ki, AZAL aviaşirkəti, həmçinin aparıcı Avropa aviais-tehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyasıdır. Yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş almışdır.

Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.

“Xalq qəzeti”

“Azerbaijan Digital Hub” proqramı ilə ölkəmiz regional rəqəmsal mərkəzə çevriləcək

Hazırda dünya dördüncü sənaye inqilabına (Sənaye 4.0) qədəm qoyub. Bu bizdən dəyişikliklərə daha çevik reaksiya verməyi, innovasiyaları həyatımızın bütün sahələrində tətbiq etməyi tələb edir. Eyni zamanda qarşımızda inanılmaz imkanlar açır, cəmiyyətlər və dövlətlərə rəqəmsal transformasiya imkanları təqdim edir. Bu gün Azərbaycanın əlverişli coğrafi mövqeyi, sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusu və potensialından istifadə etməklə ətraf regionlar üçün həm də Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır.

Məhz bütün bu məqamları və xüsusilə də ölkə başçısı cənab İlham Əliyevin İKT sektorunun dayanıqlı inkişafı istiqamətində məqsədyönlü siyasətini əsas tutaraq hazırda Azərbaycan iqtisadiyyatının özəl sek-torunda ən böyük şirkətlərdən olan “Bakcell” şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramı icra edilir. Bu proqram nəzərdə tutur ki, Azərbaycan Avropa və Asiya arasında Regio-nal Rəqəmsal Mərkəzə çevrilsin və Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya və digər ətraf region dövlətlərinin (dünya əhalisinin 1\4-i və ya 1.8 milyard əhali) internet və müxtəlif rəqəmsal xidmətlərə olan eh-tiyacını daha yaxşı təmin etsin. Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə edilsin və Amsterdam, Frank-furt, Sofiya, London, İstanbul, Dubay kimi İnternet Mübadilə Mərkəzinə (IXP – Internet Exchange Point) çevrilsin.

“Azerbaijan Digital Hub” proqramı 3 mərhələdən ibarətdir. Proqramın birinci mərhələsi ölkə daxilində və xaricində iri infrastruktur quruculuğu layihələrinin icrasını, ikinci mərhələsi Bakının internet mübadilə mərkəzinə çevrilməsi və burada regional Data mərkəzin tikilməsini, üçüncü mərhələ isə rəqəmsal ekosistemin formalaş-masını nəzərdə tutur.

Proqramın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiy-yatın formalaşmasına, bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və “Made in Azerbaijan” brendi altın-da ixraca töhfə verəcək. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda ən böyük Data mərkəzin tikilməsi iri kontent provayderləri olan

şirkətlərin (Amazon, Alibaba, Face-book, Google, Netflix, Tencent və s.) burada nümayəndəlikərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər region-lara daşınmasına imkan verəcək.

Proqramın icrası üçün iri infrastruktur layihələri

həyata keçirilir

“Digital Hub” proqramı çərçivəsində artıq bir sıra işlər görülüb. Ölkə daxilində infrastruktur quruculuğu istiqamətində “AzerTele-com” Azərbaycan Dəmir Yolları QSC ilə birgə mövcud dəmir yollarının qorunma zolağı boyu magistral fiber-optik kabel xətlərinin tikintisi layihəsini icra edir. Proqram çərçivəsində ölkə xaricində infrastruktur quruculuğu istiqamətində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib Transxəzər fiber-optik kabel xəttinin çəkilməsini reallaşdırır. Magistral kabel xətti iki marşrut – Azərbaycan–Qazaxıs-tan və Azərbaycan–Türkmənistan istiqamətlərində çəkiləcək.

Artıq bu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (TransCaspi-an Fiber Optic – TCFO) çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. Azərbaycan–Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş isə 28 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində imzalanıb. Dövlətlərarası sazişlərə əsasən, Azərbaycan–Qa-zaxıstan arasında Xəzər dənizinin dibi ilə uzunluğu 380-400 km olacaq magistral kabel xətti Azərbaycan

tərəfdən “AzerTelecom” şirkəti, Qa-zaxıstan tərəfdən isə “KazTransCom” və “Transtelecom” şirkətləri tərəfindən çəkiləcək. Uzunluğu təqribən 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutunun operatorları isə Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkməntelekom” telekommunikasi-ya operatorudur.

Transxəzər fiber-optik kabel xətti Azərbaycandan keçməklə Avropa və Asiya qitələri arasında rəqəmsal dəhlizin - tarixi ipək yolu-nun üzərində yeni Rəqəmsal İpək Yolunun formalaşması, Qafqaz, Orta Asiya və Cənubi Asiya, Uzaq Şərq kimi regionların telekommunikasiya infrastrukturunun inkişafı və bu regi-onların Azərbaycan vasitəsilə inter-net və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsində mühüm rol oynayacaq.

Araşdırmalar göstərir ki, Asi-ya qitəsində internet və rəqəmsal xidmətlərə olan ehtiyac hər il artır. Hazırda Asiya qitəsində 4,2 milyard nəfərdən çox əhali yaşayır. İnternet World Stats (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statisti-kası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) resursunun verdiyi məlumata əsasən, Asiyada internetin nüfuz etmə səviyyəsi 54,2 faizdir. Av-ropa qitəsində isə əhalinin sayı 1 mil-yarda yaxındır (internetin nüfuz etmə səviyyəsi 86,8 faiz). Dünyanın həm əsas internet mübadilə mərkəzləri, həm də iri kontent provayderləri Avropada yerləşir. Başqa sözlə Avropa internet və kontentin istehsal-çısı, Asiya isə istehlakçısıdır. Asiya qitəsində internet trafiki və kontentə olan ehtiyacın hər il artması dövlətləri

və telekommunikasiya operatorlarını yeni marşrutlar axtarmağa və inşa etməyə sövq edir.

Transxəzər fiber-optik kabel xətti Asiya ölkələrinin data trafikinə

ehtiyacını təmin edəcək“AzerTelecom” tərəfindən Qaza-

xıstan və Türkmənistanın tərəfdaş telekommunikasiya operatorları ilə birgə reallaşdırılan və Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti Avropa ilə Asiya ara-sında Azərbaycanın rəqəmsal mərkəz olaraq mövqelənməsinə, eləcə də re-gion ölkələrinə yeni bağlantı (connec-tivity) imkanlarının təqdim edilməsinə imkan verəcək. Transxəzər fiber-optik kabel xətti region ölkələrini hazırda internet xidməti ilə təmin edən digər marşrutlardan fərqli olaraq bir çox üstünlüklərə sahib olacaq. Bunlar aşağıdakılardır:

– Azərbaycanın unikal coğrafi mövqeyindən (Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mərkəzi) istifadə etməklə Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti daha qısa marşrutdur;

– Bu magistral xəttin qısa marşrut olması informasiyanın daşınmasın-da gecikməni (latency) əhəmiyyətli şəkildə azaldacaq. Hazırda Avropa və Asiya arasında mövcud olan marş-rutların hər birinin uzun məsafəni qət etməsi səbəbindən data tarfikinin da-şınmasında gecikmə müşahidə olunur;

– Transxəzər fiber-optik kabel marşrutu Orta, Cənubi Asiya və digər ətraf regionlarda yerləşən dövlətlərdə data istehlakı və bağlantı xidmətlərinə olan ehtiyaca adekvat cavab verə biləcək və Avropa ilə Asiya arasında data tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi Azərbaycanın, ümumilikdə isə Asiya qitəsində böyük bir arealın rəqəmsal inkişafı-na mühüm töhfə verəcək, rəqəmsal transformasiya proseslərini daha da sürətləndirəcək. Ümumilikdə, “Digital Hub” proqramının icrası dördüncü sənaye inqilabı dövründə telekom-munikasiya sektorunun davamlı inkişafı, müxtəlif sahələrdə innovasi-yaların tətbiqi, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin irəliləməsi, iqtisadiyyatın inkişafı və rəqəmsal transformasiya proseslərinin həyata keçməsinə mühüm töhfə verəcək.

Fuad ALLAHVERDIYEV, “AzerTelecom” MMC-nin baş direktoru, “Azerbaijan Digital

Hub” proqramının rəhbəri

Son 25 il ərzində Azərbaycan mühüm inkişaf yolu keçərək regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət, reallaşdırılan iri infrastruktur layihələr, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmiz regionun lider dövlətidir.

Başa çatmaqda olan “Nəsimi ili” bir sıra əlamətdar tədbirlərlə yadda qa-lacaq. Burada “Nəsimi-şeir, incəsənət və mənəviyyat festivalı”nı xüsusi vurğulamaq lazımdır. Bu festival çərçivəsində konfranslar təşkil olun-

du və dahi Azərbaycan şairinin iki cahana sığmadığı” dünyaya bəyan edildi. “Incəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfrans da bu tədbirlərin davamı kimi çox əhəmiyyətlidir. Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və Incəsənət Institutunun birgə təşkilatçılığı ilə reallaşıb. Konfrans iştirakçılarının fikirlərini təqdim edirik.

Bu gün Azərbaycanda yaşayan milli azlıqlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyala-rını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, udilərin "Ora-yin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Axıska türklərinin Vətən Cəmiyyətini... göstərmək olar.

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa edilir.

Misal olaraq Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndlərindəki kilsələri göstərmək olar. Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi bərpa olunmuşdur. Dövlət tərəfindən "Milli azlıqların mədəniyyəti və etnoqrafiya-sı" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və bu, Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir.

Milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlərə dövlət tərəfindən xüsusi qayğı göstərilir.Dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayo-nunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları

möhkəmləndirilmişdir. Qax rayonu-nun Əlibəyli kənd mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "Xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu veril-mişdir.

Talış musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qa-dınlar tərəfindən ifa olunan, nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, “Halay” mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dillərində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.

Balakən rayonunun özünəməxsus milli musiqi aləti var ki, bu da yal-nız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu

vaxta qədər iki simli tamburdan el şənliklərində istifadə edirlər. Tam-burda həm kişilər, həm də qadınlar çalaraq laylalar söyləyir, yerli rəqsləri ifa edirlər.

2015-ci il aprelin 4-də Qusar Dövlət Ləzgi Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin ilk dəfə Qusar şəhər mədəniyyət evinin səhnəsində ləzgi dilində oynanılması multikultu-ralizm ənənələrinin davam etməsinin əyani göstəricisi idi.

Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq are-nada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha

da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Azərbaycan dövlətinin aparıdğı milli siyasət göstərir ki, xalqlar bir- biri ilə mehriban yaşaya bilərlər və bu ba-xımdan ölkəmiz dünyaya nümunədir.

Təbii ki, müxtəlif səpkili tədbirlərin keçirilməsi, heç şübhəsiz, milli az-lıqların adət-ənənələrinin, bir sözlə,

mədəni irsinin qorunub saxlanılma-sına birbaşa xidmət göstərsə də, burada başlıca məqsəd xalqlar ara-sında qardaşlığa, səmimi ünsiyyətə, mehriban birgəyaşayışa maneə olmadığını, əksinə, buna stimul verdi-yini göstərməkdir.

Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində böyük uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

Mədəni müxtəliflik Azərbaycanın qiymətli sərvətidirAzərbaycan ən müxtəlif milli-etnik qrupların

nümayəndələrinin yaşadığı unikal coğrafi, geosiyasi və mədəni məkandır. Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların

mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir.

AZAL donanmasına yeni model təyyarələr daxil olacaq

Page 10: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

Hər dəfə Lerikə yollananda istər-istəməz Xalq şairi Fikrət Qocanın bu sözlərini xatırlayıram: Bəlkə də, Allah cənnət deyəndə elə Lerikdən danışırmış”. Xarici səyyahlarsa Leriki “arxeoloji cənnət” adlandırıblar. Məşhur fransız yazıçısı A.Düma, fransız arxeoloq-səyyahı C.Morqan, rus səyyahı İ.Berezin və başqaları öz xatirələrində və yol qeydlərində bu bölgənin təbiəti və insanları barədə xoş sözlər deyiblər. Bu gün əsrarəngiz diyarın təbii gözəllikləri insan əllərinin sığalı ilə daha da cilalanır, pardaxlanır. Leriklilər də olduqca istiqanlı və qonaqpərvərdirlər. İstər yay olsun, istərsə də qış - adam burada keçirdiyi hər günü fərəhlə yaşayır, hər saatı qənimət bilir.

Lerikdə əsl işgüzar mühit hökm sürür. İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun vaxtaşırı ərazilərdə keçirdiyi səyyar qəbul-görüşlərdə sakinlər bunu həvəslə vurğulayır, problemlərinin ardıcıl həllindən razılıqlarını bildirirlər. Bu il rayon üzrə 1130, o cümlədən 262 daimi, 868 isə müvəqqəti iş yerləri yaradılıb. Həm məşğulluq təmin edilib, həm də əhalinin dolanacaq şəraiti yaxşılaşıb.

Ümumilikdə 2003-cü ildən bəri 14580 yeni iş yeri açılıb ki, bunun da 40 faizdən çoxu daimi xarakterlidir.

Dövlət vəsaiti hesabına rayonda 10 modul tipli məktəbin, Orand kəndində 180 şagird yerlik və Heydər Əliyev Fondunun vəsaiti hesabına Siyov kəndində 180 şagird yerlik məktəbin tikintisində son tamamlanma işləri aparılır, Zenoni kəndində 56, Haftoni kəndində 80 və Mistan kəndində isə 40 şagird yerlik

məktəblərin tikintisi davam etdirilir. Əvilə kəndində 180 şagird yerlik ümumi orta məktəbi bu tədris ilində müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda Lerik şəhərində V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunun əsaslı təmiri yekunlaşır. Məktəb ərazisində yeni yataqxana korpusunun və idman zalının tikintisinə başlanıb.

Yaponiya dövlətinin maliyyə

dəstəyi ilə bu il Conu və Pirasora kəndlərində, ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) təşkilatının maliyyə dəstəyi ilə isə Cəngəmiran kəndində tibb məntəqələri tikilərək istifadəyə verilib. SEDA təşkilatının maliyyə dəstəyi ilə Murya kəndində məktəbə gedən avtomobil yoluna asfalt döşənib. Prezident sərəncamına əsasən, Zövnə və Zəriküməco kəndlərində artezian quyuları qazılır. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Soru kəndində tibb məntəqəsinin tikintisi nəzərdə tutulur. Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Artıq Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılıb.

Cənab İlham Əliyevin tapşırığı və ayırdığı vəsaitlə Lerik şəhərində 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasının tikintisi də yekunlaşıb. Binada bəzək işləri həyata keçirilir. Əvvəlki illər ərzində Lerikdə Dövlət proqramları üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri

üçün iki 16 bina inşa olunub. Bundan başqa, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən daha bir 16 mənzilli bina tikilərək rayondakı imkansız ailələrə verilib. Ötən ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində evləri qəza vəziyyətinə düşmüş 30 nəfər rayon sakini üçün fərdi yaşayış evləri tikilir. Rayonda fərdi qaydada tikilən evlər də çoxdur. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı digər

tədbirlər ardıcıl həyata keçirilir.Dövlət başçısının tapşırığı ilə

56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik avtomobil yolunun tikintisində son tamamlanma işləri aparılır. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Blaband-Monidigah və Lüləkəran kəndinə gedən yolun 1,5 kilometrlik hissəsinə asfalt döşənib.

Dövlət rəhbərinin Lerikə ən böyük hədiyyələrindən biri də rayona mavi yanacağın verilməsidir. Bu qayğı sayəsində artıq rayonun 53 yaşayış

məntəqəsi tam qazlaşdırılıb, bundan 29 ərazi nümayəndəliyinin 4506 əhali və 51 qeyri-əhali abonenti bəhrələnir. Peştətük, Vizəzəmin və Cənginəvud kəndlərinin qazlaşdırılması da son mərhələdədir. Bu il şəhərin Həzi Aslanov, Cəfər Cabbarlı, Şıxəli Qurbanov, Nəsimi, Arzuman Əsədullayev, Elşən Qasımov və digər küçələrində asfaltlaşdırma işləri həyata keçirilib. Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrdən yuxarı istinad divarı inşa edilib. Digər küçələrdə də istinad divarlarının

tikintisi və bərpası nəzərdə tutulur. Şəhərin işıqlandırılmayan küçə və dalanları da nura qərq olub. Rayon sakinlərinin ən çox istirahət etdiyi Mərkəzi park yenidən qurulub, orada müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılıb. Lerik şəhərində üçmərtəbə şadlıq sarayı tikilir. “Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilir.

“Azərişıq” ASC tərəfindən Çayrud kəndinin elektrik təsərrüfatı yenidən qurulur, işıq dirəkləri yeniləri ilə əvəzlənir, xətlər sip kabellərlə çəkilir. Kənddə müasir transformatorların quraşdırılıcaq.

Aqrar sahə də inkişaf edir. 2020-ci ilin məhsulu üçün 1883 hektar sahədə herik şumu aparılıb, 265 hektar sahədə əkin aparılıb. Bu il sahələrdə 1422 hektar kartof, 313,6 hektar tərəvəz, 44 hektar çoxillik əkmə, 37 hektar qarğıdalı, 30 hektar tütün, 212,5 hektar paxlalı bitkilər əkilib. Sahələrdən keçən illə müqayisədə daha çox məhsul əldə edilmişdir. Rayon ərazisində 28 hektar sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilib.

İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2002-ci ildən bəri Lerik rayonu üzrə 337 sahibkara 15,85 milyon manat, o cümlədən bu ilin altı ayında 22 sahibkara 177 min manat güzəştli kredit ödənilib. Həmin kreditlər hesabına 1632 yeni iş yerinin açılması mümkün olub.

Bəli, “dağların tacı” Lerik beləcə inkişaf edir, əhalinin yaşam tərzi daha da yaxşılaşır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin

bölgə müxbiri

4 dekabr 2019-cu il, çərşənbə10O, hələ 1930-cu ildə Moskva

Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak edərkən böyük elmi potensialı olan kadr kimi tanınmağa başlayır. Ümumittifaq Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov həmin illərdən həyatını keçmiş SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal bazasının öyrənilməsinə, inkişafına və möhkəmləndirilməsinə həsr edir. Əli müəllim 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda əlvan metalların axtarışını uğurla aparır.

Ə.Əmiraslanov Gədəbəyin, Qərbi Azərbaycanın Qafan və Qacaran mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlayıb, eyni zamanda, Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparıb.

Alim 1937-ci ildə XVII beynəlxalq geoloji konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilib, konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunub. 1938-ci ildə isə Qızılın Geoloji Kəşfiyyatı Elmi-Tədqiqat İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilib, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini - baş mühəndisi təyin edilib, 1947-ci ilədək bu məsul vəzifədə çalışıb və onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilərək istismara verilib.

Görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının geologiyasını öyrənməklə məhdudlaşmayıb. O, Çin, İran, Rumıniya, Polşa, Macarıstan, İsveç və digər ölkələrdə geoloji işlərlə məşğul olub, metallurgiya sənayesinin inkişafına töhfələr verib.

Ə. Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq, daim elmi-tədqiqat işləri aparıb. Zəngin nəzəri biliyə, elmi bazaya, praktik iş təcrübəsinə malik alimin araşdırmaları Uralın mis-kolçedan, habelə Qazaxıstan və Orta Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə həsr olunub. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə, ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilib. Ə.Əmiraslanov keçmiş ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji xidmətin istedadlı təşkilatçısı və yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri məsələlərini konkret praktiki tapşırıqlarla həmahəng həll etməyi bacaran mütəxəssis kimi nüfuz qazanıb.

Keçmiş mis yataqlarının geologiyası

və mineralogiyasına, mis filizinin genetik tiplərinə, həmçinin SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Ə. Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırıb, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparıb. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilib, mis axtarışı və kəşfiyyatı üzrə başlıca

istiqamətlər düzgün seçilib. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Ə.Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına layiq görülüb. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv seçilib. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olub. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirib, irihəcmli əsərlər qələmə alıb. Onun rus dilində yazdığı və Moskvada nəşr olunan monoqrafiyalarından “Qurğuşun və

sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)” (1957), “Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)” (1960, əsər N.İvanovla birgə yazılıb), “Faydalı qazıntıların axtarışının mütərəqqi metodları” (1961) geniş rezonans doğurub və dəyərli vəsaitə çevrilib.

Ə.Əmiraslanovun rəhbərliyi ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının

mütəxəssisləri tərəfindən qalay-sink yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatlar da aparılıb, SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materiallar tərtib olunub. Bu cür nəhəng miqyaslı işlərin öhdəsindən məhz istedadlı alim, peşəsinin vurğunu olan zəhmətsevər insan gələ bilərdi.

Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, dünyanın elm korifeyləri ilə müqayisə edilən, Vətənə vurğunluqla bağlı olan, Moskvada həmvətənlərinə həmişə arxa duran Ə. Əmiraslanov xalqımızın qəlbində əbədi yaşayır, dəyərli əsərləri ilə elmi ictimaiyyətin mənəviyyatına həmişə işıq saçır.

Bir azərbaycanlı kimi o, A.Pavlov, P.Lavrov, İ.Qubkin, A.Arxangelski, S.Nametkin, V.Obruçev kimi görkəmli alimlərdən dərs alıb, onlardan geologiya elminin sirlərini öyrənib.

Ə.Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə doğulub, boya-başa çatıb. Anası onu dünyaya gətirəndə gözlərini əbədi yumub. On bir yaşı olanda isə atası tatar polkunun

tərkibində Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə həlak olub, döyüşdə igidliyinə görə çar Rusiyasının yüksək döyüş ordenləri ilə təltif edilib.

Nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar əhatəsində böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vururlar. Erməni quldur dəstələri Türkiyə, Naxçıvan və İrəvandan

sonra Zəngəzuru da qana boyayır, onların da kəndini, evlərini görünməmiş vəhşiliklə məhv edir, körpəlikdən həm ata, həm ana əvəzi olan nənəsini də bütün qohum-əqrəbaları ilə birlikdə diri-diri yandırırlar. Bundan sonra Əli Şamaxı şəhər idarəsində yüksək vəzifə tutan dayısı Yusif ağanın yanına gəlir, burada təhsil alır, bu ailənin bərabərhüquqlu bir üzvünə çevrilir.

Yusif ağa da zamanının böyük şəxsiyyəti idi. O, Türkiyə və Qafqazın tarixinə onlarla tanınmış dövlət, hərbi xadim bəxş edən, Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəy nəslinin-Sultanovların nümayəndəsi kimi rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanmışdı, rus hökumətinin ordenlərinə layiq görülmüşdü.

Əmiraslanovlar da daxil olmaqla, bir çox tanınmış alim və ziyalılar məhz Yusif ağanın himayəsi ilə yaşayıb, oxuyub, özlərinə həyatda mövqe tutub, xalqa, Vətənə layiqli xidmət göstəriblər.

Ermənilərin törətdiyi daha bir qanlı qırğın bu dəfə Əlinin sığındığı

Şamaxıda da təkrar olunur. Əli yaşının az olmasına baxmayaraq, əldə silah kin və nifrətlə erməni daşnaklarına qarşı döyüşlərdə iştirak edir. Rus dilini yaxşı bilməsi, ağlı, fərasəti, iradəsi onu Moskvaya-uşaqlıqdan təbiətən doğma olan Mədən İnstitutuna gətirib çıxarır, ali məktəbi bitirib elmi-tədqiqat institutunda elmi işçidən SSRİ Baş Geologiya İdarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, kollegiya üzvü,

Stalinin geologiya məsələləri üzrə müşaviri, geologiya-minerologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü kimi şərəfli mərtəbələrə aparıb çıxarır. SSRİ-nin, eləcə də dünyanın 10-dan çox ölkəsinin zəngin mədənlərinin kəşfi, tədqiqi, işlənməsində misilsiz xidmətlər göstərir. Vətənini sevən, ailəsinə bağlı nəcib insan olan Ə.Əmiraslanov sovet geologiya elminə əvəzsiz töhfələr verir, keçmiş sovetlər ittifaqından kənarda da xalqımızı, onun intellektual səviyyəsini ləyaqətlə təmsil edir.

M.C.Bağırov onu bir neçə dəfə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər Akademiyası prezidentliyinə israrla dəvət etsə də, o bütün ruhu ilə bağlı olduğu elmi fəaliyyəti, geoloq-mühəndisliyini üstün tutub, Azərbaycan elmini Moskvada və xaricdə təmsil etməyi qərara alıb.

Ə.Əmiraslanov cəmi 62 il yaşayıb, Moskvada “Novodevicye” qəbristanlığında dəfn edilib, özündən sonra onlarla sanballı elmi əsər, layiqli

yetirmələr, xalqımızın adını ucaldan ləyaqətli övladlar qoyub gedib.

Əli Əmiraslanovun böyük türk şairi Nazim Hikmət, onun azərbaycanlı tədqiqatçısı Əkbər Babayev, bir çox görkəmli alimlərlə dostluq, akademik Həmid Araslının ailəsi ilə qohumluq, eləcə də Yusif ağanın sevimli nəvəsi, həyatdan vaxtsız getmiş görkəmli şərqşünas alim, nəcib insan Aida xanım İmanquliyeva ilə də əziz qohumluq ünsiyyəti haqqında çox danışmaq olar.

Ə.Əmiraslanov əsl azərbaycanlı idi. Uşaqlarına daim azərbaycanlı olduqlarını xatırladar, doğulduğu yer-yurd, qohum-əqrəbalar haqqında danışarmış. Dövrün, zamanın gətirdiyi ürək ağrıları bu fədakar insanı çox tez yaxalayıb, son nəfəsində ətrafına toplaşanların təəccüblərinə rəğmən son sözlərini Azərbaycan dilində söyləyib, bir neçə dəfə “əlvida“ deyərək gözlərini əbədi yumub.

Bu nəslin nümayəndəsi Mehbalı Əmiraslanovun xatirəsi də xüsusi məhəbbətlə anılmalıdır. 1939-cu ildə Toxuculuq Sənayesi xalq komissarı təyin edilən Mehbalı Əmiraslanov az sonra Azərbaycan KP MK-nın tikinti üzrə katibi seçilib.

Böyük Vətən müharibəsində süvari korpusunun komissarı və atıcı diviziyanın siyasi şöbəsinin rəisi kimi iştirak edib, müharibə bitdikdən sonra isə onun “Zaqafqaziya-sənayetikinti“ trestinin yaradılmasında böyük əməyi olub. Sumqayıt boru-prokat zavodunun qurucusu və ilk direktoru vəzifəsindən Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, yenidən Mərkəzi Komitə katibi, büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi zəngin ömür yolu keçib, ölkəmizdə çox dəyərli işlər görüb, prinsipial, yüksək təşkilatçılıq qabiliyyətinə malik dövlət və ictimai xadim kimi tanınıb.

Mehbalı Əmiraslanovun portretinə güzgü tutan, yaşlı adamların indi də yaddaşında olan bir hadisə SSR-nin baş geoloqu Əli Əmiraslanovun qızı tanınmış yazıçı Elvira Araslının (Elvira Əli qızı Əmiraslanovun) “İnsan və onun zamanı (atam haqqında xatirələr)” kitabında da yer alıb. Mircəfər Bağırovun məhkəməsində yalnız M.Əmiraslanov onun fəaliyyətinin ancaq yaxşı cəhətlərindən danışıb, üzünə durmayıb. O, neçə-neçə dəyərli insanı Stalin repressiyasının cəngindən xilas edib.

P.S Gələn il dünya şöhrətli geloloq-alimin anadan olmasının 120 illiyi tamam olur.

Elbrus QULİYEV, Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

Əli Əmiraslanov – dünya geologiya elminin görkəmli nümayəndəsi

SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanov həyatının

çox hissəsini geologiya elminin inkişafına, o cümlədən, əlvan, nadir və nəcib metalların xammal bazasının yaradılmasına həsr edib, tədqiqatları ilə dünya elm xəzinəsinə əvəzsiz töhfələr verib. Ölkəmizin mis və polimetal yataqlarının öyrənilməsi də Əli müəllimin yorulmaz fəaliyyəti ilə yeni mərhələyə daxil olub. Əli Əmiraslanov mütəxəssislər arasında mis və polimetal yataqlarının mahir bilicisi sayılırdı. Azərbaycan və keçmiş İttifaq üçün daha böyük əhəmiyyətli yataqların seçilməsində, mədən müəssisələrinin inşası üçün layihə təşkilatlarına tövsiyələr verilməsində, ümumiyyətlə, əlvan metallurgiya ilə bağlı dövlət planlarının işlənib hazırlanmasında böyük əmək sərf edirdi. Onun bu sahədə apardığı tədqiqatlar, bütövlükdə elmi irsi bugünkü gənc geoloqlar üçün əvəzsiz mənbədir.

Lerikin siması ilbəil gözəlləşirRegionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları ölkənin hər yerində olduğu kimi, Lerikdə də uğurla icra edilir. Rayonda

yeni infrastruktur yaradılıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, sahibkarlıq genişlənib, yeni avtomobil yolları inşa edilib, qaz və su xətləri çəkilib, elektrik təsərrüfatı yenilənib, 10 mindən yuxarı yeni iş yeri yaradılıb. Leriklilər ötən il oktyabrın 15-də Prezident İlham Əliyevin bu rayona tarixi səfərini iftixarla xatırlayırlar. Dövlət başçısı səfər çərçivəsində Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib, “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsi üzrə işlərin yekun təqdimatında ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident həmçinin Lerik elektrik stansiyasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasının və Bayraq Muzeyinin açılışlarında iştirak edib. Səfərdən sonra cənab İlham Əliyev dağlar diyarının gələcək inkişafı ilə bağlı sərəncamlar imzalayıb.

Page 11: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə 11

“Azercell” ilə limitsiz WhatsApp yazışmaları

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Azercell Telekom” MMC abunəçilərini Yeni il ərəfəsində yeni bir kampaniya ilə sevindirir.

Belə ki, şirkət aylıq internet paketi istifadəçilərinə WhatsApp mobil tətbiqi daxilində pulsuz yazışma imkanı təqdim edir. 500 MB, 1 GB, 5 GB, 10 GB və ya 50 GB/Limitsiz aylıq internet paketlərindən birini əldə edən fiziki şəxs statusuna malik bütün “Azercell” abunəçiləri paketin istifadə müddəti bitənədək bu kampaniyadan yararlana, beləliklə də, WhatsApp üzərindən pulsuz ismarıc göndərə bilər. Qeyd edək ki, təklif 2020-ci il, yanvar ayının 31-dək qüvvədə olacaq.

“Azercell”in internet paketləri barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/internet/datapacks/packs/ səhifəsinə daxil olun, fürsətdən yararlanmağa, Yeni ildə yaxınlarınızla daha çox ünsiyyətdə olmağa tələsin...

“Xalq qəzeti”

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 3 dekabr 2019-

cu il tarixli nömrəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il, 461 № -li qərarı ilə istehsalat təqvimində edilən dəyişikliklərlə bağlı “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələrinin satın alınması üçün dərc olunmuş tender elanında sənədlərin qəbulu və açılışı tarixləri dəyişdirilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 24 dekabr 2019-cu il saat 16.00-a və maliyyə göstəricilərinə aid sənədləri isə 7 yanvar 2020-ci il saat 16.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 7 yanvar 2020-ci il saat 16.00-da açılacaqdır.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 9 noyabr 2019-

cu il tarixli nömrəsində “Azərsu” ASC-nin daxili vəsaiti hesabına açıq tender üsulu ilə tətbiq edilməklə elektron satınalma vasitəsi ilə ener-getika təsərrüfatında əsaslı təmir və yenidən qurma işlərinin satın alınması məqsədilə dərc edilmiş tenderində iddiaçıların rəsmi müraciətlərinə əsasən malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 de-kabr 2019-cu il saat 18.00-a, tender

təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 19 dekabr 2019-cu il saat 18.00-a, təkliflərin açılışı isə 20 dekabr 2019-cu il saat 18.00-a dəyişdirilmişdir.

İddiaçılar “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə (əlaqələndirici şəxs Hikmət Qa-sımova, 431 47 67/2249, [email protected]) müraciət edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 9 noyabr

2019-cu il tarixli nömrəsində “Azərsu” ASC-nin daxili vəsaiti hesabına açıq tender üsulu tətbiq edilməklə elektron satı-nalma vasitəsi ilə Ceyranbatan Ultrasüzgəcli STQK-i üçün elekt-rik mal-materialları və avadan-lıqların satın alınması məqsədilə dərc edilmiş tenderində iddiaçıla-rın rəsmi müraciətlərinə əsasən malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və

bank təminatı istisna olmaqla) 11 de-kabr 2019-cu il saat 18.00-a, tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 19 dekabr 2019-cu il saat 18.00-a, təkliflərin açılışı isə 20 dekabr 2019-cu il saat 18.00-a dəyişdirilmişdir.

İddiaçılar “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olun-ması Departamentinə (əlaqələndirici şəxs Hikmət Qasımova, 431 47 67/2249, [email protected]) müraciət edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti süfrələrin satın alınması

məqsədilə kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddia-

çı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs-Kəmalə Süleymanova, telefon- (012) 310-11-11 (7700).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzala-nıb möhürlənmiş kotirovka təkliflərini 9 dekabr 2019-cu il saat 11.00-dan gec olmamaq şərtilə yuxarıdakı ün-vana təqdim etməlidirlər. Göstərilən

müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 9 dekabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvan-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Qax Rayon Mərkəzi Xəstəxanası”

Publik Hüquqi Şəxs mərkəzi xəstəxana binasında görüləcək cari və

əsaslı təmir işləri üçün kotirovka sorğusu elan edirİddiaçıların təklifləri 2019-cu il dekabrın 9-dək qəbul olunur.Təklif zərfləri 10 dekabr 2019-cu il saat 11.00-da “Qax Rayon

Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin binasında açılacaqdır.Əlaqələndirici şəxs- Kamran Əlibəyov Hüseyin oğlu.Əlaqə telefonu- 024 255 30 49. Ünvan- AZ 3400, Qax şəhəri, 9 Aprel küçəsi 8. [email protected]

Bu il dekabrın 1-dən 9-dək Azərbaycan Respublikasının Gənclər Fondu və “Asan Xidmət”in birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2019” keçiriləcək. Ölkəmizin bü-tün şəhər və rayonlarını əhatə edəcək tədbir çərçivəsində gənc könüllülərin “Şəhidimiz”, “Vətənimiz”, “Könüllülük sərhəd tanımır”, “Təbiətimiz” kampa-niyalarında və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

Artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda, ümumilikdə, gənclər 147 şəhid ailəsinə baş çəkib, onlar-la həmrəylik nümayiş etdirib. Gənc könüllülər, “ASAN könüllülər”, RİİB könüllüləri, BİR tələbə-könüllülər, Aqrar inkişaf könüllüləri, KOB könüllüləri, Miq-rasiya könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhər Şəhidlər xiyabanlarını ziyarət edib, daha sonra onların ailələrinə baş çəkib, dəstəklərini nümayiş etdiriblər.

Ümumilikdə, iki gün ərzində kampaniya-ya 2 mindən artıq gənc qoşulub.

“Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 1-də gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə

bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

Qeyd edilən həftə çərçivəsində dekabrın 5-də Beynəlxalq Könüllülər Günündə “Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu” da keçiriləcək. Fo-rumda 2000-dən artıq könüllünün iştirak edəcəyi gözlənilir.

Dekabrın 6-dan 9-dək isə Qusarda 300 nəfər gənc könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin II həmrəylik düşərgəsi təşkil ediləcək.

Dekabrın 10-u Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi 2019”un yekunlarına həsr edil-

miş mətbuat konfransı olacaq.Göründüyü kimi, Azərbaycan

könüllülərinin zaman keçdikcə daha yaxşı təşkilatlanması, müxtəlif sahələrdə fəallıq nümayiş etdirməsi onların sıralarının artması ilə yana-şı, ölkəmizdə könüllülük hərəkatının inkişafına öz töhfəsini verib. 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” Qanun bu sahənin hüquqi tənzimlənməsində mühüm rol oynayır.

2013-cü ildə Azərbaycan Res-publikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İn-novasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatının (AKT) yaradıl-ması Azərbaycan könüllük hərəkatı tarixində yeni səhifə açıb. Burada fəaliyyət göstərən könüllülərin bö-yük həvəs və enerji ilə vətəndaşlara xidmət göstərməsi, onları maraqlan-dıran məsələlərə aydınlıq gətirməsi vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir.

1 saylı “ASAN kommunal” mərkəzinin açılışında cənab Prezi-dent İlham Əliyev könüllülərin “ASAN xidmət”dəki rolunu belə qiymətləndirib: “Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq: “könüllülər hərəkatı nədir?”--onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inki-şafı üçün çalışırlar.”

Son illər ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyun-ları, "Formula -1” və digər irimiqyaslı tədbirlərdə minlərlə könüllünün fəallıq göstərməsi gənclərin bu sahə ilə bağlı təcrübə qazanmasında mühüm rol oynadı. Artıq fəxrlə demək olar ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Ümid etmək olar ki, könüllülərin səbirsizliklə gözlədiyi “Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu” bu hərəkatın inkişafına yeni təkan verəcək.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Azərbaycanda gənclərə diqqət və qayğı, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması dövlətimizin gənclər siyasətində mühüm yer tutur. Gənclərimizin

idmanda, təhsildə, elm, informasiya texnologiyaları və digər sahələrdə göstərdiyi nailiyyətlər danılmazdır. Son illər ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına gənclərin marağı artmaqdadır. XX əsrin ikinci yarısından könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya edilib. Zaman keçdikcə dünyada kütləvi sosial fəaliyyətə çevrilən könüllülüyün əsas məqsədi maddi maraq güdmədən və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasına töhfə verməkdir.

“Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu” Azərbaycan sərhədçiləri Xəzər dənizində

səhhəti pisləşən İran və Rusiya dənizçilərinə yardım göstəriblər

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 1-də saat 17:50 radələrində Hövsan reydində olan İran İslam Respublikasına məxsus “Paya” quru yük gəmisinin dörd nəfər heyət üzvü – İran vətəndaşları 1976-cı il təvəllüdlü Abditaze-habadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəllüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülüb və onlar Musa Nağıyev adına Təcili Tibbi Yardım

Xəstəxanasına təxliyə ediliblər. Həmin gün saat 18:25 radələrində Dövlət

Dəniz Agentliyinin Milli Mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Fe-derasiyasının bayrağı altında üzən, Türkan reydində hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiro-viçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar kömək göstərilməsi barədə məlumat daxil olub. Xəstənin tib-bi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb. Növbətçi sərhəd gözətçi gəmisinin qayığı tərəfindən Hövsan limanına çıxarılan E.Zubankov tibb müəssisəsinə yerləşdirilib.

Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

Əlilliyi olan şəxslər arasında şahmat turniri keçirilib

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar əlillər arasında şahmat turniri təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasi-

ya Xidmətinin dəstəyi ilə təşkil olunan tədbir əlilliyi olan şəxslərin bu idman növünə marağını artırmaq,

bütövlükdə, həmin kateqori-yadan olan şəxslərin idman yarışlarında iştirakını təşviq etməkdir.

Yarışda nazirlik yanın-da Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağ-lamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi və Gözdən Əlilliyi olan Şəxslərin Cəmiyyətinin Dama və Şahmat Federa-siyasından ümumilikdə 16 nəfər iştirak edib. Onlardan 3-ü turnirin qalibi olub.

Qaliblərə fəxri fərmanlar və pul mükafatı, digər iştirak-çılara isə simvolik mükafatlar təqdim edilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kotirovka sorğusu elan edir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

3000 ədəd termolentin kotirovka sorğusu ilə satın alınması-nı həyata keçirir. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 9 dekabr 2019-cu il saat 17.00 -dək qəbul edilir.

Təkliflər 10 dekabr 2019-cu il saat 11.00- da açılacaqdır.Ünvan -Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 80.

Hökumət evi, 7-ci mərtəbə.Əlaqələndirici şəxs - Rövşən ƏliyevTelefon- +99412 4988914(1216).

Tender komissiyası

E L A N18 yanvar 2020-ci il tarixdə 11:00“Finex

Kredit” BOKT ASC-nin Səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Gündəlikdə aşağıdakı məsələlərə baxılacaq.

1) “ Finex Kredit “BOKT ASC-nin 2019-cu il üzrə maliyyə-təsətrrüfat fəaliyyətinin təsdiqi.

2) “ Finex Kredit “BOKT ASC-nin 2019-cu il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatının təsdiqi.

3) Yeni istiqraz emissiyası barədə.4) “ Finex Kredit “BOKT ASC-nin 2020-

ci il üzrə büdcə və proqnoz göstəricilərinin müzakirəsi və təsdiqi.

5) “ Finex Kredit “BOKT ASC-nin Müşahidə Şurasının hesabatı və təsdiqi.

6) Nizamnamə Kapitalı barədə.7) Vəsaitlər cəlb edilməsi məqsədilə maliyyə

qurumlarına müraciət edilməsi barədə.8) Yeni filialların açılması məsələsinin

müzakirəsi.9) Cəmiyyətin fəaliyyəti ilə bağlı digər

məsələlər.Bütün səhmdarların iştirakı vacibdir.Ünvan: Bakı şəhəri, Süleyman Rüstəm

küçəsi,11.

Rəhbərlik

Page 12: Azərbaycanda aparılan islahatlar xalqın hakimiyyətə ...xalqqazeti.com/pdf/xalq 3 dek OPT.pdfYüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü hökumətimiz

4 dekabr 2019-cu il, çərşənbə12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 02:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7675

4057

40 qəpik

Belçika

“Google” şirkətinə qarşı araşdırma Avropa

İttifaqının (Aİ) antiinhisar qu-rumları “Google” şirkəti tərəfindən tətbiq edilən məlumatların toplanılması metodları barədə araşdırmaya başlayıb. Bildi-rilir ki, şirkətin

internet vasitəsilə informasiyanın idarə edilməsi diqqətlə araşdırılacaq. Xatırladaq ki, son 2 ildə Avropa Komissiya-sı tərəfindən bu kimi qayda pozuntularına görə “Google” şirkətinə 8 milyard dollardan çox cərimə tətbiq edilib.

Məlumatı “Reuters” yayıb.

Səudiyyə Ərəbistanı

“Ferrari” hərraca çıxarılır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda unikal “Ferrari 599 GTZ Nibbio” modeli satılacaqdır. Bildirilir ki, avtomobili Silverstoune hərrac evi satışa çıxarıb. Qeyd edək ki, adıçəkilən avtomobildən dünyada cəmi 9 ədəd istehsal olunub.

Xəbəri “Autoua.net” verib.

Rusiya

Ən yaxşı turist şəhəri“World Travel

Awards” (Dünya Səyahət Mükafatları) kompaniyası turistlər üçün dünyanın ən gözəl və cəlbedici şəhərinin adını açıqlayıb. “Ən yaxşı turizm istiqaməti Şəhər” laureatına Rusi-yanın paytaxtı Moskva layiq görülüb.

Qeyd edilir ki, Moskva bu nominasiyada London, Nyu-York, Paris və Sankt-Peterburq kimi şəhərləri geridə qoyub.

Məlumatı “Qazeta.ru” yayıb.

Avstraliya

Diyetoloqların tövsiyəsiAvstraliyalı diye-

toloqlar ən faydalı səhər yeməyi barədə araşdırma aparıb-lar. Mütəxəssislər bildirirlər ki, səhər yeməyi üçün ən faydalı qida vasitələri qoz, fındıq, xırda doğranmış meyvə qurusu, dənli bitkilər qarışığından hazır-lanmış şəkərsiz yulaf məhsullarıdır. Onlara bir az bal və ya giləmeyvə şirəsi əlavə etmək orqanizm üçün çox xeyirlidir.

Xəbəri “Mediaforum” verib.

İspaniya

Altıncı “Qızıl top” “Barselona”nın

kapitanı Lionel Messi 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülüb. Mükafat argentinalı hücumçu-ya Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalının rəsmiləri tərəfindən təqdim edi-lib. Messi səsvermə

nəticəsində “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu və “Liverpul”un müdafiəçisi Virgil van Deyki qabaqlayıb.

Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Dekabrın 4-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi

əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti olacaq.

Kliniki Tibbi Mərkəzin rəhbərliyi və kollektivi baş tibb bacısı İradə Həsənovaya anası

FATMA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

ABŞ-a qarşı yeni sanksiyalar

Nazirlik rəsmisinin sözlərinə görə, sanksiyalar NDI, HRW, “Freedom House” məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.

Qeyd edək ki, bu, Çinin ABŞ-a cavab sanksiyasıdır. Belə ki, daha əvvəl ABŞ Honkonqda “İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında” qanun qəbul edib. Çin XİN rəsmisi məsələyə belə münasibət bildirib: “ABŞ Çinin etirazına məhəl qoymadı. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl normalarının ciddi pozuntusu, habelə Çinin daxili işlərinə müdaxilədir”.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin ölkəsinin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Bu barədə RİA “Novosti” məlumat yayıb.

“Sibirin gücü” adlandırılan kəmərdə qaz axınının başla-ması rəsmi Moskvanın Qərbin tətbiq etdiyi maliyyə sanksi-yalarının fəsadlarını azaltmaq cəhdlərinin göstəricisidir. Rusiyaya tətbiq olunan qada-ğalar 2014-cü ildə Krımı ilhaq etməsindən sonra başlayıb.

Şərhçilər hesab edirlər ki, bu addım Rusiyanın Çinin enerji bazarında üstün mövqe-

yini daha da möhkəmləndirir və Rusiyaya Avropadan başqa yeni bazar imkanı yaradır.

Bundan başqa, Moskva “Şimal axını-2” və “Türk axını” iki böyük enerji layihələrini icra-sına start verməyi düşünür.

Xatırladaq ki, üç min kilometr uzunluğundakı “Sibirin gücü” kəməri 30 il fəaliyyətdə olacaq və Rusiyanın dövlət xəzinəsinə 400 milyard dollar qazandıracacaq. Layihə Şərqi

Sibirdəki “Çayandinskoye” və “Kovitka” yataqlarından qaz nəql edəcək.

Rusiya Prezidenti Vladimir Putin layihə ilə bağlı açıq-lama verərkən deyib: “Bu, təkcə qlobal enerji bazarı üçün deyil, hər şeydən əvvəl bizim üçün, Rusiya və Çin üçün həqiqətən tarixi bir hadisədir. Bu addım enerji sahəsində Rusiya–Çin strateji əməkdaşlığını keyfiyyətcə

yeni səviyyəyə qaldırır”. Rusiya dövlətinin başçısı

hesab edir ki, layihənin icrası ilə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 2024-cü ilə qədər 200 milyard dollarlıq rəqəmə yaxınlaşdırmaq müm-kün olacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

Sibirdən Çinə qaz kəmərinin açılışı olub

Sibirdən Çinin şimali-şərqinə nəql olunacaq qaz kəmərinin açılışı olub. Bu, Moskva ilə Pekin arasındakı əlaqələrə iqtisadi və siyasi təkan

verəcək. Məlumatı “Amerikanın səsi” yayıb.

Mənbə qeyd edir ki, bu barədə Fransanın İqti-sadiyyat və Maliyyə naziri Brüno Le Mer ölkə KİV-nə müsahibəsində deyib: “Fransaya qarşı yeni sank-siyalar qəbuledilməzdir. Bu qərar müttəfiqlik ruhu ilə verilməyib. ABŞ-ın sanksi-

ya tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının buna sərt cavab verəcəyindən əmin olmaq üçün Avropa Komissi-yasının nümayəndələri ilə bu məsələni müzakirə etmişik”.

Xatırladaq ki, dekab-rın 2-də ABŞ-ın ticarət danışıqları prosesindəki

nümayəndəliyinin açıqladığı məlumata görə, Birləşmiş Ştatlar Fransanın Ameri-ka kompaniyalarına qarşı rəqəmsal rüsumuna cavab olaraq 2,4 milyard dollar həcmində fransız mallarına 100 faizlik rüsum tətbiq edə bilər. Əlavə rüsumların tətbiq

oluna biləcəyi məhsullara, Fransada istehsal olunan süd məhsulları, o cümlədən pendir, eləcə də şampan şərabları, kosmetik vasitələr, çantalar, çini qablar daxildir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Avropa İttifaqı (Aİ) ABŞ-ın fransız mallarına

tətbiq edəcəyi mümkün rüsumlara cavab verməyə hazırdır. Bu barədə “Radio Classique” radiostansiyasına istinadən “Le Parisien” məlumat yayıb.

Aİ Fransa mallarına tətbiq ediləcək rüsumları cavabsız qoymayacaq

Cakartada partlayışİndoneziyanın paytaxtı Cakartada Milli Müstəqil Monu-

mentinin ərazisində partlayış olub. “The Jakarta Post”un məlumatına görə, partlayış nəticəsində iki nəfər hərbçi xəsarət alıb.

“Kompas TV”nin məlumatına görə, hadisə yerli vaxtla saat 7:05-də olub. İndoneziya Milli Polis İdarəsinin nümayəndəsi bildi-rib ki, partlayış nəticəsində xəsarət alan iki hərbçi xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı təhqiqat aparılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sözügedən mətbu qu-rumun jurnalistləri bundan sonra Donald Trampın iştirak etdiyi tədbirlərə buraxılma-yacaq. Şirkətin bəyanatında bildirilir ki, kampaniyanın ad-ministrasiyası bu və ya digər vəziyyətin spesifikasından asılı olaraq konkret jurnalistin tədbirlərdə iştirakına icazə verilməsini müəyyən edəcək.

Qeyd olunur ki, bu qərar “Bloomberg News” şirkətinin öz banisi və baş direktoru

Maykl Blumberqin seçkiqa-bağı kampaniyasını necə işıqlandıracağı barədə xüsusi bəyanatından sonra qəbul olunub. Baş direktor artıq öz seçkiqabağı kampaniyasının başlandığını elan edib.

“Bloomberg News” şirkətinin əməkdaşlarına ünvanlanmış göstəriş xa-rakterli məktubda deyilir ki, baş redaktor Con Mikletveyt informasiya agentliyinin öz banisinin və baş direktorunun

prezident kampaniyasını necə işıqlandırılacağını açıq-layıb: bu prosesdə Blumber-qin özünə və Demokratlar Partiyasına qarşı heç bir araşdırma aparılmayacaq. Bundan başqa, onlar əsas diqqəti Prezidentin yenidən seçilməsi və impiçment məsələlərinə yönəldəcəklər.

Qeyd edək ki, Tram-pın seçki kampaniyasının rəhbərliyi bu qərarı birtərəfli adlandırıb. ABŞ Prezidentinin

yenidən seçilməsi üzrə kam-paniyanın rəhbəri Bred Pars-kal deyib: “Onlar özlərinin birtərəfli mövqeyini açıq şəkildə bəyan ediblər, buna görə də “Bloomberg News” agentliyinin nümayəndələri mitinqlərdə və kampaniya çərçivəsində keçiriləcək digər tədbirlərdə iştirak üçün akkre-ditasiya olunmayacaq”.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ABC telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Trampın

seçki qərargahı və Respublikaçılar Partiyasının Milli Komitəsi “Bloomberg News” agentliyinin jurnalistlərinə dövlət başçısının tərəfdarlarının seçkiqabağı mitinqlərini işıqlandırmaq üçün akkreditasiya verməkdən imtina ediblər.

“Bloomberg News” agentliyi akkreditasiya olunmayacaq

“Bu onillik ən isti dövr ola bilər”

� “Bu onillik dünya meteoroloji müşahidələr tarixində ən isti dövr ola bilər” “Nat.geo.ru”nun yaydığı məlumata görə, bu barədə Madriddə keçirilən iqlim üzrə konfransda Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssisləri məlumat veriblər.

Mənbə yazır ki, 2019-cu ildə plane-timizin temperaturu sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Bu il meteoroloji müşahidələrin aparıldığı dövrdən indiyədək qeydə alınan ən isti illər arasında əsas yeri tutur. Ən isti il isə əvvəlki kimi son onillikdə 2016-cı ildir. “Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan indiyənədək ən isti dövrlərdir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

� Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.