36
Sədulla Nuriyev Kənan oğlu BDU Tarix fakültəsi III kurs Metropoliten İncəsənət Muzeyində Azərbaycan İmperiyasına aid incəsənət nümunələri

Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

  • Upload
    lynga

  • View
    232

  • Download
    4

Embed Size (px)

Citation preview

Page 1: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Sədulla Nuriyev Kənan oğlu

BDU Tarix fakültəsi III kurs

Metropoliten İncəsənət Muzeyində Azərbaycan İmperiyasına aid incəsənət nümunələri

Page 2: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Zəngin mədəniyyətə malik olan Azərbaycan dünya mədəniyyətinə zaman-zaman töhfələr vermişdir. Müxtəlif zamanlarda Azərbaycan sənətkarlarının hazırladıqları məhsullar dünyanın müxtəlif bazarlarında satılmış, müxtəlif saraylar, malikələr üçün alınıb aparılmışdır. Bu gün dünyanın bir çox muzeylərində və bir çox şəxsi kolleksiyalarda Azərbaycan sənətkarlarının məhsullarına tez-tez rast gəlmək olar. Yüksək qiymətləndirilən bu mədəniyyət nümunələrinin bir qismi də ABŞ-ın Nyu-York ştatında yerləşən Metropoliten İncəsənət Muzeyində saxlanılır. Bu məqalədə biz Metropolitan İncəsənət Muzeyində saxlanılan Azərbaycan İmperiyasının Səfəvi sülaləsi dövrünə aid mədəniyyət nümunələrini təqdim edəcəyik. Bu muzeydə Səfəvi sülaləsi dövrünə aid 137 eksponat vardır ki, onların da 45-i xalça, 48-i kitab, kitab səhifələri, qalanları isə müxtəlif sənətkarlıq nümunələridir[23]. Dünyanın müxtəlif muzeylərində olan Azərbaycan mədəniyyət nümunələrinin üzə çıxarılması, onların tədqiq edilməsi çox vacibdir. Vacib olan budur ki, hal-hazırda təəssüflə deməliyik ki, ölkəmizdə simvolika, inanc sisteminin araşdırılması işi zəif sürətlə gedir. Bu istiqamətdə tədqiqat işi aparan cəmi bir neçə alimin adını çəkmək olar. Məhz bu mədəniyyət nümunələrini hazırlayana sənətkarlar yaşadıqları dövrün inanclarını, simvolikasını istər-istəməz bu məmulatların üzərində həkk etmişlər. Bununla belə başqa bir problem də budur ki, Qərb dünyası türk dünyasının tarixinə biganə yanaşır və lazım gəldikcə onu təhrif edir. Sovet dönəmində tarixşünaslığımız marksist-leninist istiqamətdən işlənildiyi üçün, tariximiz təhrif edildi. Tarixşünaslığımıza sülalə dövlətlər daxil oldu. Müasir dünyamızda hər hansısa bir dövlətin ərazisində tarixən mövcud olmuş müxtəlif adlı dövlətlər bu günki adla vahid adla birləşdirilir. Bu praktikanıın Azərbaycanda həyata keçirilməsi hələ ki, geniş vüsət almayıb. Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olub. Xüsusən 1408-1925-ci illədə hakimiyyətdə olan Baharlı, Bayandurlu, Səfəvi, Əfşar, Qacar sülalələri vahid Azərbaycan imperiyasını təşkil etmişlər. Qərb dünyası Bayandurlu sülaləsinin hakimiyyətini İran dövlətinin yaranmasına keçid, Səfəvi sülaləsinin hakimiyyətə gəlməsini isə milli İran dövlətinin yaranması kimi xarakterizə etsə də bu kökündən yanlış fikirdir[8,194].Dövrün istər avropa, istərsə də yerli mənbələri birmənalı şəkildə qurulan dövlətin türk dövləti olduğunu göstərir. Yerli mənbələrdə birmənalı şəkildə qurulan dövlətin Azərbaycan dövləti olduğu qeyd edilir. mənbələrdə kifayət qədər “Azərbaycan taxtı”, “Azərbaycan şahlıq taxtı” və s. kimi ifadələrə rast gəlirik. Mirzə Yəhya bin Əbdüllətif Qəzvini(1481-1555) “Lübbət-təvarix” adlı əsəridə yazır ki, İsmayıl Şərur qələbəsindən sonra darossəltənnə-ye Təbrizə gəlib “sərir-e səltənət-e Azərbaycan”-Azərbaycan şahlıq taxtına oturub oranı şahlığı ilə bəzədi[2,31]. Məhəmməd Yusif Qəzvini “Xold-i bərin” adlı əsərində yazır ki, Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına(təxte səltənete Azərbaycan) oturdu[2,31]. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi“Təkmilətül-Əxbar” adlı əsərində yazır: “İt ili – 920-ci ildə Rum padşahı Sultan Səlim ibn Sultan Bəyazid ... Azərbaycanı fəth etmək eşqinə düşüb, onun sərhəddinə yaxın gəldi”[3,35]. Biraz əvvələ, Cabanı döyüşündən sonrakı olan hadisələrə diqqət yetirək: “Orada ikən əhli-beytə və o nəslə yaxınlığı olan şeyx Məhəmməd Göcəcinin övladlarından olub, illərlə türk səltənətində vəzirlik edən ... Əmir Zəkəriyyə Təbrizi Göcəci torpağı öpmək şərəfinə nail olub, vəzirlik mənsəbinə çatdı. Nəvvabi-xaqan sahibqran onu «Azərbaycanın açarı» adlandırdı”[3,23]. Daha sonra qeyd olunur ki, Bayandurilərin asiyişi pozmaları ali zirvəyə çatdıqda Şah İsmayıl Azərbaycanın fəthini mühüm bilib onların üstünə getdi[3,23]. Bu hadisə baş verəndə isə xaqan öz əmirlərindən soruşmuşdu “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”[4,57]. “Zühure-dövləte-Səfəviyan” adlı Osmanlı mənbəsində Şah İsmayıl bu cür qeyd olunur: “şərq məmləkətlərindən olan Azərbaycan ölkəsində Səfəvi şahları dövlətinin banisi”[9,45]. Bütün bunlar tariximizin heçdə Qərbin dediyi kimi Səfəvi sülaləsinin milli İran dövləti qurduğunu deyil, onun əksini sübut edir. Mənbələrdə olan faktlar tariximizin1408-1925-ci illərini 5 sülalə dövlətinə parçalandığı deyil, vahid Azərbaycan İmperiyasının olduğunu sübut etmək üçün kifayət edir.

Page 3: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 4: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

1. Gürcü əsirlərini aparan Səfəvi atlıları

Obyektin adı: PanelTarix : XVI əsrin ortalarıCoğrafiya : İran (Azərbaycan İmperiyası- N.S.)Mədəniyyət : İslam (Türk –N.S.)Tərkibi : Yun,lampasÖlçüləri : Tekstil: uzunluq120,7 sm, en 67,3 sm; Çəki: 14,1 kqTəsnifat: Toxuma-tekstilKredit xətti :CozefPulitçerin vəsiyyəti, 1952-ci ilAvadanlıq nömrəsi : 52.20.12

Üzərində bu cür gözəl rəsm əsəri təsvir edilmiş tekstil Səfəvi qorçularının əsirləri – gürcü kəndliləri, qadın və uşaqları aparmasına həsr edilib. Haqqında danışılan hadisə 1540-1553-cü illərdə I Şah Təhmasibin (1524-1576) zamanında baş tutmuş 4 yürüş zamanı olmuşdur[23]. Diqqət etsək gürcü əsirin başında papaq olmadığını görərik. Qızılbaşlar paytaxtı Kutaisi olan İmeretiya çarlarını “başı açıq” adlandırırdı. Osmanlılar isə onlara “açıkbaş” deyirdilər[13,95]. Sultan Süleymanın Amasya müqaviləsinə dair Şah Təhmasibinə göndərdiyi məktubda da “açıkbaş” sözü keçir. Çox güman ki, bunu nəzərə alan rəssam əsirləri başı açıq təsvir etmişdir.Xalçanın üzərində ağac, ağac üzərində qartal və havada uçan xoruz təsvir edilmişdir[20]. Xoruz türk simvolikasında mühüm əhəmiyyətə malik olub, 12 heyvanlı türk təqvimində yer alır, eyni zamanda barış ünsürünün simvolu da xoruz və ya toyuqdur. Bundan əlavə xoruz cəsarət, dürüstlük, nəzakət və döyüşçü ruhu kimi anlamları ifadə edir[18,149]. Qartal ilk öncələr Göy Tanrının və yaxud da şaman ruhunun timsalı olaraq həyat ağacının başında təsvir edilirdi. Xüsusilə bu quş döyüş təsvirlərində qələbə qazanan tərəf kimi göstərilir. Türklər qədim zamanlardan günümüzə qədər qartal simvolundan geniş istifdə edirlər. İslamın qəbulundan sonra da hakimiyyət, güc-qüvvət mənasını verən simvol kimi mahiyyətini saxlamışdır. Üzərində quş oturan ağacın altında döyüşçünün təsvir edilməsi də bir qədər maraqlıdır. Belə ki, qədim türk rəvayətlərinə görə Dirilik Ağacının(Qaba Ağacın) sahibi olan Humay ana quş cildinə düşə bilirdi. Humay ana körpələri, döyüşçüləri, ailəni və ilahinin yer üzündə təcəssümü olan xaqan xatunlarını himayə edirdi[5,161-163;18,134].

Page 5: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 6: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

2. Medalyon xalçası

Obyektin adı : XalçaTarix: Təxminən XVI əsrin birinci yarısıCoğrafiya : İran (Azərbaycan İmperiyası- N.S.)Mədəniyyət : İslam (Türk –N.S.)Tərkibi : Pambıq, ipək, yunÖlçüləri : Xalça: uzunluğu 792,5 sm, eni 419,1 sm, çəkisi 83,5 kqTəsnifat: Tekstil-XalçaKredit xətti : Samuel H. Kress Fondu tərəfindən 1946-cı ildə muzeyə hədiyyə edilib.Avadanlıq nömrəsi : 46.128

Qeyri-adi rəngləri olan və günümüzə kimi yaxşı qalan bu xalça Səfəvi xalça istehsalının unikal nümunələrindən biridir. Bu cür xalçalarının üzərində sarı rəngli yerlərə nadir hallarda rast gəlinir ki, bu da Medalyon xalçasının klassik dizayndan xeyli fərqləndiyini açıq-aşkar sübut edir. Mərkəzdəki medalyon, arabesk fiqurlar və tovuzquşular Səfəvi xalılarının ortaq özəllikləridir. Arabesk konsturksiyalar XVI əsr Persiya(Azərbaycan türk-S.N.) mədəniyyət nümunələrində tez-tez istifadə istifadə edilən fiqurlardan biridir. Mərkəzdəki medalyon haqqında isə fikirlər bir qədər haçalanır. Belə ki, güman edilir ki, bu medalyon xalça naxışı olması ilə bərabər əlayazmaların üzərində və memarlıqda istifadə edilmişdir. Xalçanın Tenqri açası(xaçı) adlı simvol təsvir edilmişdir.

Page 7: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

3. Zirehli geyim(Çar ayna)

Tarix: XVII əsrin sonu XVIII əsrin əvvəlləri Mədəniyyət: Persiya(Türk-S.N.), SəfəviTərkibi: Polad, dəmir, qızıl, dəri, tekstil(yun)Ölçüləri: Qarın və arxa panel 28 х 28 sm; yan tərəflər 29,5 х 15,5 sm ; Çəkisi 2948 qTəsnifat: ZirehKredit xətti : Corc C.Stounun vəsiyyəti əsasında muzeyi verilib, 1935-ci ilAvadanlıq nömrəsi : 36.25.18a-d

Bu odadavamlı poladdan hazırlanmış zireh qeyri-adi səkkizbucaqlı lövhə ilə bəzədilmişdir. Mərkəzdəki səkkizbucaqlı lövhənin kənar haşiyələri və mərkəzi hissəsindəki dairəvi hissəsi qızıldan hazırlanmış və Qurandan ayələr ilə bəzədilmişdir. İran(Azərbaycan İmperiyası-S.N.) və hind zirehlərində bu cür 4 plitə fars dilində Ayna “4 güzgü” adlanırır. Bu termin bir növ tilsimli güzgü anlamını verib şər qüvvələrin qovulması anlamına gəlir[23].

Page 8: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

4. Qələmdan

Obyektin adı: QələmdanTarix: XIX əsrin başlanğıcıCoğrafiya: İran(Azərbaycan İmperiyası-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: taxta, parlaq lakÖlçüləri: uzunluğu 3,8 sm,eni 25,7 sm,diametr 4,8 smTəsnifat: LakKredit xətti : Elizabet C.Ettinqhauzenin Riçard Ettinqhazueinin xatirəsinə görə muzeyə hədiyyəsi; Stefenson Fondu, 2006-cı ilAvadanlıq nömrəsi: 2006.523a,b

Üzərində harmonik şəkildə qızılı və krem rəngli fonun olduğu və laklanmış bu qələmdan XIX əsrə aiddir. Çox güman ki Mirzə Baba(1780-1810) və ya onun şagirdlərindən birinin əl işidir. Yuxarı hissədə birinci Səfəvi şahı I Şah İsmayılın(1501-1524) qoşunu ilə Osmanlı ordusunun 1514-cü ildə Çaldıran düzündəki vuruşması təsvir edilmişdir. Ümumi planda biz iki ordunun toplarında olduğu bir meydanda təsvir edildiyini görürük. Şah İsmayıl miniatürdə Malqoçoğlunun bədənini qılıncı ilə ikiyə bölən halda təsvir edilibdir. Yan tərəflərdə isə təbiət mənzərəsi fonunda ox və qılıncla silahlanmış atlıların itlərlə birlikdə ov səhnəsi təsvir edilmişdir. Bir tərəfdə ayı ovu, digər tərəfdə isə ceyran ovunu görə bilərik[23]. Qələmdanın üzərində bir çox türk simvolları təsvir edilmişdir. Bunlardan biri ayının ovlanmasıdır. Ayı türk simvolikasında özünəməxsus yeri olan heyvandır. Meşə tanrısı və ya meşə ruhunun simgəsi olan ayının ovlanması ayının gücünün və müxtəlif üstünlüklərinin insana keçdiyinə inanılırdı. Doğrudur İslamın qəbulundan ayı sonra qüvvətin və eyni zamanda pisliyin, kobudluğun simvolu olsa da, türk simvolikasında öz yerini qoruyub saxladı[18,140]. Ov türklərin həyatında xüsusi yerə sahibdir. Dövrün mənbələrinə diqqət edilsə Şah İsmayılın ova xüsusi həvəsli olduğunun şahidi olarıq[21,63]. Təəssüf ki, hələ də bir çox tarixçilər türk tarixini, o cümlədən şərq dünyası tarixini izah edərkən Avropa tarixçilərinin yolu ilə gedirlər. Şərq dünyası, xüsusən də Türk xalqı inanc, folklor baxımından zəngindir. Tariximiz öyrənilərkən mütləq şəkildə inanc sitemimiz, folklormuz, mifologiyamızda öyrənilməlidir. Məhz bu sadalananların nəzərə alınmaması ucbatından indiyə qədər süni surətdə şişirdilən Çaldıran döyüşü haqqında bəhs ediləndə Şah İsmayıl haqqında ciddi yanlışlıqa yol verilir. Demək olar ki, əksər tarixçilər elə də böyük bir əhəmiyyəti olmayan Çaldıran döyüşündə Azərbaycan İmperiyasının məğlub olma səbəblərindən biri kimi Şah İsmayılın ovla məşğul olmasını göstərirlər[9,153]. Bu tamamilə yanlış fikirdir.

Page 9: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Demək olar ki, türk tarixində müharibəyə hazırlaşan tərəflər ovla məşğul olurdular. Şah İsmayıl 1503-cü il Almabulağı döyüşündən öncə, 1508-ci il Bağdad fəthindən əvvəl ov təşkil etmişdi[21,68; 19,73].Səfəvi sülaləsi zamanında xüsusən qədimdən bəri türklərdə mövcud olan halqa ovu həyata keçirilirdi[21,65]. Ov mərasimində iştirak edən əsgərlər ox atmaq, qılınc vurmaq, kəmənd atmaq, gürz istifadə etmək və mizraq atmaqla məşğul olurdurlar. Şah İsmayıl isə adətən ox, qılınc, mizraq, toppuz və qılıncdan istifadə edirdi.[21,63,74]. Türklərdə ov döyüş öncəsi hərbi təlimdir. Azərbaycan İmperatoru Şah İsmayılın ayı ovlaması, xüsusən cəmi iki oxlaayını yerə sərə bilməsi diqqətdən yayınmamalıdır[19,49]. Eyni zamanda diqqətlə baxanda qələmdanın üzərində təsvir edilmiş bəzi atlıların atlarının quyruğunun düyünlü təsvir edildiyini görmək olar. Türk inancında yas ifadəsi olaraq vəfat etmiş şəxsin atının quyruğu ya kəsilərdi, ya da düyünlənərdi. Orta əsr miniatürlərində vəfat etmiş türk şahları təsvir edilərkən onların atlarının quyruqları düyünlü olaraq da təsvir edilmişdir[18,124].Sultan Səlimin Azərbaycan yürüşündən dönməsi təsvir edən Hünarnamə əsərində olan miniatürə baxsaq sultanın da atının quyruğunun düyünlü olduğunu görərik[22,895]. Miniatürdə Şah İsmayılın atı boz rəngdə təsvir edilmişdir. Maraqlıdır ki, bir çox məşhur türk qəhramanların boz atı olmuşdur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: Mənakıbnamələrdə Baba İlyas təsvir edilərkən onun boz atının olması vurğulanılır – “Boz atlı və nurdan əmmaməli şeyx”[20,77,88]; Əlvan Çələbi Babai üsyanında iştirak edən Baba Rəsulun ölümünü təsvir edərkən yazır: “Şeyx boz atın üstündə göylərə yüksələrək, gözdən itdi”[20,78]; Suriyalı Mişel Oğuz bəyi qoşunlarının önündə boz at üstündə təsvir edir[20,86]; Dədə Qorqud dastanında da boz at təsvirinə rast gəlirik[20,88]; Bundan əlavə boz at haqqında türk atalar sözləri də vardır: Boz atın yanında duran ya huyundan ya suyundan/tüyünden (kapar); Boz ata, avrada, oglana kulluk edenin yüzü agarmaz.Çar Rusiyası dövründə işğalçılara qarşı mübarizə aparan Qaçaq Nəbinin də atının adı boz at idi[7,209].Şah İsmayıl öz yazdığı varsağısında da özünü bu cür təsvir edir: “Qırmızı taclı, boz atlı”[11,354]. Qeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]. Türk etnosu tarixdə ən çox dindəyişən etnos olaraq bilinir. Məlum məsələdir ki, hər dəfə yeni din qəbul edəndə yeni dini köhnə dinin bilikləri əsasında qavrayırdılar. Məhz buna görə Türklərdə İslamın qəbulundan sonra da əski inanclar uzun müddət yaşamış və bu gün də yaşamaqdadır. Qədimdə ölən kamı(yəni şamanı) o biri dünyaya at aparmasına inanılırdı[7,208]. Zaman keçdikcə, yeni dinlər qəbul edildikcə inanclar, xalq adətləri bir-birinin içinə keçmiş və ayırd edilməsi mürəkkəb olan inanclar ortaya çıxmışdır. Türk-İslam mistik təfəkküründə şeyxlər, müridlər, sufilər, övliyalar, dərvişlər, qələndərlə və qızılbaş dədələri kama aid olan bütün bu xüsusiyyətlərə sahib olmuşlar[7,27]. Diqqəti çəkən məqamlardan biri də atlı döyüşçünün at çapa-çapa geri dönüb ox atması səhnəsidir. Bu daha çox türk döyüş sənətinə xasdır. At üstündə ox atmaq məharətinə görə romalıların təfəkküründə türklər yarı at, yarı insan kimi iz qoymuşdular[7,205]. Döyüş səhnəsində əsir düşən Osmanlı əsgərlərinə diqqətlə baxdıqda onların keçəl, lakin saqqallı, bığlı olduğunu görə bilərik. Dərvişlər, Abdal və Qələndərlər, o cümlədən Osmanlı dövlətindən özünəməxsus yeri olan Bektaşilər başlarını, saqqallarını və qaşlarını qırxırdılar, lakin uzun bığ saxlayırdılar. Bektaşilər və Qızılbaşlar uzun bığ saxlamağı xoşlayırdılar. Miniatürdə Osmanlı əsgərlərinin saqqalı və qaşları yerində olsa da onların keçəl olması diqqət çəkicidir. Nəzərə almaq lazımdır ki, yeniçərilər Hacı Bektaşı özlərinin piri sayırdı. Bektaşi sərpuşu sonradan Yeniçəri sərpuşu olmuşdu. Hacı Bektaş Türküstanda fəailiyyət göstərən Əhməd Yəsəvi tərəfindən Anadoluya göndərilmişdi. Şah İsmayılın ulu babası Firuzşah da Xorasandan gəlmişdi. Şeyx Səfiəddin də, Hacı Bektaş da öz kökünü İmam Musa Kazıma bağlayırdı. Türklərin cəm şəkildə yaşadıqları, Xorasan bölgəsindən çıxan müxtəlif şeyxlər tarixdə müxtəlif adlı təriqətlər qursalar da, bunlar hamısı bir-biri ilə bağlı idi və hər biri də İslam dini içərisində öz əski inanclarını mühafizə edib, onlara İslam donu geyindirib qoruyub saxlayırdılar[9,19; 20,114,116,126]. Bilgə xaqana ucaldılmış kompleksdə, Qazaxıstan və Qırğızıstandakı “Altın tamqa tarxan”, “Kuli-Çur”, “Elgene bulaq”, “Ananonim-4” kimi arxeoloji abidələrdə türk sərkərdələrinin dəbilqələrində ovçu quş lələyi aşkar olunmuşdur[5,132]. Qələmdanın üzərində Şah İsmayılın dəbilqəsində də iki quş lələyi təsvir edilmişdir.

Page 10: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

5. Heydər Mirzə

Şair : Mahmud Əbd əl-Baqi (1526-1600)Obyektin adı : İllüstrasiyalı əlyazmadan folioTarix: XVI əsrin son rübüCoğrafiya : Türkiyə(Osmanlı imperiyası-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: Mürəkkəb, qeyri-şəffaf akvarel və qızılÖlçüləri : Səhifə: 26 х 16 sm; Şəkil: 19,4 х 11,8 smTəsnifat: Qədimi əlyazmalarKredit xətti : Corc D.Pattın vəsiyyəti, 1935-ci ilAvadanlıq nömrəsi : 45.174.5

Page 11: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Mahmud Əbd əl-Baqinin divanının bir nüsxəsi olan bu əlyazmada XVI əsrdə İstanbul saray həyatında baş vermiş ən əlamətdar hadisələri təsvir edən şeirlər toplanmışdır. Gördüyünüz bu şəkil Azərbaycan İmperiyası ilə Osmanlı dövləti arasındakı bağlanmış sülh müqaviləsi əsasında Səfəvi şahzadəsi Heydər Mirzənin Osmanlı sarayına gəlməsini əks etdirir.

Muzey şəkilin üzərindəki yazıların tərcüməsi zamanı səhvlərə yol vermişdir:Muzey tərcüməsi: “Perslərüçün xoş xəbər. Onlar indi şad ola bilərlər. İranıngözünün nuru

Mir Heydər[Sulan Əli] gəlir”[23]. Əsl tərcümə: yuxarı hissədə yazılıbdır: "Şadman olsun əcəmlər, gözləri aydın sənə, Mir

Heydər nuri-çeşmi Xosrovi-İran gəlür". Aşağı hissədə yazılıbdır: "Ərseyi-simini sübhi sepəndi daim kuyudur. Ta xəmi çaqani gərdum içrə sepərgərdən gəlür". İran sözü burada coğrafi ərazi kimi işlənibdir. Bu Səfəvilərin milli İran dövləti olduğunu deməyə əsas vermir. Necə ki, Osmanlıda "Qeysəri Rum" böyüklük mənasındadır Səfəvilərdə də “İran mülkünün şahı” olmaq böyüklük anlamına gəlir. “İran mülkü” Şahnamədə Turan hökmdarıƏfrasiyabın ələ keçirmək istədiyi ərazi idi ki, sonradan bura bir çox türk hökmdarları o cümlədən, Şah İsmayıl və digər Səfəvi hökmdarları sahibləndilər. Xaqan Şah İsmayıl Səfəvi İran dövləti qurmamışdı. Sovet dönəmində yaşamış M.S.İvanov yazır: “Bir çox iran və qərb burjua tarixçiləri düşünürlər ki, Şah İsmayıl İran milli dövlətini qurmuş və türklərə qarşı müharibələr aparmışdır. Lakin bu belə deyil. Əslində Səfəvi dövlətinin əsas gücünü Azərbaycan Türk Qızılbaş təbəələri təşkil edirdi. Onlardan hərbi rəislər və hakimlər təyin edilirdi. Lakin rəsmi dil fars dili idi... Yalnız Şah Abbas dönəmindən başlayaraq fars ünsürləri hakimiyyətdə yerlər tutmağa başladı”[17,61]. Müəllifin son iki fikri tamamilə yanlışdır. Dil məsələsinə gəlincə Şah İsmayıl ona farsca məktublar yazan Sultan Səlimə yazdığı cavab məktubunu türkcə yazmışdı.[9,34,125,132; 12,83-85]İskəndər bəy Münşinin 1628-ci il üçün tərtib etdiyi əmirlər siyahısında adları məlum olan 76 əmirdən 54-ü türk, 15-i isə türk qızılbaşlığı qəbul etmiş, Pyetro Della Vallenin dediyi kimi təlim və tərbiyəsi türk dili olmaqla başqa heç biri dili bilməyən qulamlar idi[2,64-65]. Bu sənəd isə Şah Abbas zamanında dövlətin farlaşdığını deyənlərin fikrini təkzib edir.

Vərəqin o biri üzündə Osmanlı türkcəsində yazılmış, lakin tərcümə edilməmiş poema vardır. Miniatürdə təsvir edilmiş Azərbaycan İmperiyasının bayrağı da diqqəti cəlb edir. Miniatürdə

beş bucaqlı, kənarları qırmızı, ortası isə ağ rəngdə olan bayraq təsvir edilmişdir. Ağ fonda təsvir edilən simvol isə bizim üçün bir qədər müəammalıdır. Bu simvol bir qədər Kəlbəcərdə aşkar edilən petroqlifə bənzəyir, hansı ki, İslamdan sonra “qayçı” adlanaraq eyni semantikanı daşımaqla damğa işarəsi kimi istifadə edilmişdir[5,143]. Digər bir tərəfdən isə bu simvol türklərin hazırladıqları, bir-birinə əks olan iki haça qılıncı xatırladır. Hər-halda bu bayraq haqqında konkret fikir söyləmək çətindir. Bayrağın ucluğunda isə qızıl alma adlanan vardır. Bu cür tuğlara biz “Dəftəri-Çingiznamə” və Əbu Əli Əhməd ibn Rustanın “əl-Əlak ən-Nəfisa” mənbəsində rast gəlirik[5,170].

Page 12: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

6. İpək Kaşan xalçasıObyektin adı : Xalça

Page 13: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Tarix: XVI əsrCoğrafiya : İran(Azərbaycan İmperiyası-S.N.), ola bilsin ki, KaşanMədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: İpəkÖlçüləri : Xalça – uzunluğu 249 sm,eni 171 sm; Obyektin dəqiq çəkisi hələ ki, müəyyənləşdirilməyib, lakin təqribi çəkisi 90.7 kq-dır.Təsnifat: Tesktil-xalçaKredit xətti : Xanım Duqlas M.Moffat tərəfindən muzeyə hədiyyə edilib, 1958-ci ilAvadanlıq nömrəsi : 58.46

Bu toxuma xalça yüksək dəqiqlik və təmiz ipəkdən hazırlanmasına görə lüks xalçalar qrupuna aiddir. Xalça üzərindəzərif ipək sap vasitəsilə işləmələri görmək mümkündür. Bu cür möhtəşəm xalçalardan təxminən 20-si məlumdur ki, onlarında təkcə 4-dü muzeyin kolleksiyasında mövcuddur. Bu xalçalar XVI əsrdə İranın(Azərbaycan İmperiyasının-S.N.) Kaşan şəhərində hazırlanırdı. Bununla belə xalçanın konstruksiyasına diqqət etsək biz Səfəvi dövlətinin paytaxtı Təbrizdə hazırlanan xalça konstruksiyalarının burada təkrarlandığını görə bilərik. Burdan belə nəticəyə gəlmək olur ki, Təbrizin xalça məktəbi ilə Kaşan məktəbi arasında əlaqələr mövcud olmuşdur[23].

Page 14: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 15: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

7. Yelkəndən bir fraqmentObyektin adı: FraqmentTarix: Təxmini 1600-cü illərCoğrafiya : İran(Azərbaycan İmperiyası-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: İpəkÖlçüləri : Qumaş parçanın uzunluğu 56,5 sm;eni 7,6 smTəsnifat: Tekstil -QumaşKredit xətti : Rocer Fondu, 1942-ci ilAvadanlıq nömrəsi : 42,185

Bu ikiqat toxunulmuş mürəkkəb fraqment gəmi yelkənindən qalma bir parçadır. Yelkənin üzərində üzən ördəklər, havaya tullanan balıqlar, gəmilər ağ-qırmızı fonda təsvir edilmişdir. XVI əsrdə Avropa və Asiya ilə dəniz ticarəti edən Səfəvi tacirlərinə aid motivlər bu yelkənin üzərində təsvir edilmişdir[23]. Yelkəndən qalan bu kiçik fraqment əslində Azərbaycanda gəmiçiliyin qədimdən mövcud olmasının sübut edir. Hələ də bir çox alimlər İçərişəhər dövlət qoruğunda üzərində rus dənizçi simvolları olan binanı istinad gətirib Azərbaycanda gəmiçiliyin yaranmasını rusların adı ilə bağlasa da bütün bunlar əsassız fikirlərdir.

Page 16: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

8. Cildçilik elementiObyektin adı: Cildləmək üçün elementTarix: XVI əsrCoğrafiya : İran(Azərbaycan İmperiyası-S.N.) və ya Türkiyə(Osmanlı dövləti-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: MisÖlçüləri : Diametr 4,4 smTəsnifat: MetalKredit xətti : Cənab və xanım H.P.Krausların hədiyyəsi, 1976-cı ilAvadanlıq nömrəsi : 1976.145

Bu metal lövhənin ölçüsü, forması və strukturu cildçilərin istifadə etdikləri medalyonlara oxşayır. Metal lövhə yüksək dəqiqlik və səliqə ilə naxışlarla bəzədilmişdir ki, bu cür əl işlərini Azərbaycan İmperiyasında və ya Osmanlı dövlətində görmək olar. Bu element haqqında dəqiq fikir söyləmək çətindir. Ola bilər ki, bu kəmər üzərindəki bəzək əşyasıdır, ya da çox güman ki, daşına bilən əşyalara – qutulara vurulan möhürdür[23]. Səfəvi sülaləsi zamanında gözəl tərtib edilmiş bir çox miniatürlü kitablar ərsəyə gəldi. Şah İsmayıl Səfəvinin hicri 928-ci ilin Cəmadiəl-əvvəl ayının 27-də verdiyi fərmana əsasən Kəmaləddin Behzadın şahın kitabxana rəhbəri təyin edilməsi kitab işinə verilən dəyərin nəticəsi idi[12,180-182]. Xüsusilə burada bir məqamı vurğulamaq istərdik. Elementin mərkəzində aypara və altıguşəli ulduz təsvir edilmişdir. Bu simvollar üfüqi halda deyil, aypara üzü yuxarı halda aşağıda, 6 guşəli ulduz isə ondan yuxarıda təsvir edilmişdir. Bu cür təsvirə ilkin olaraq Göytürk dövlətində xaqanlıq institutunun simvolunda – Ay-Günəş rəmzi rast gəlinir. Eyni zamanda bu tip təsvir sufi təsəvvürlərinin iyearxiyasına uyğun idi[5,148].

Page 17: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

9. ÜsturlabHazırlayan: Məhəmməd Zaman əl-Münəccim əl-Üsturlabi(1643-1689)Obyektin adı: Üsturlab/astrolyabiyaTarix: Hicri 1065; Miladi 1654-1655-ci illərCoğrafiya: İran(Azərbaycan, Xorasan vilayəti-S.N.), Məşhəd şəhəriMədəniyyət: İslamTərkibi: Latun və polad

Page 18: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Ölçüləri : uzunluq 21,6 sm,eni 17,1 sm,diametri 5,7 smTəsnifat: MetalKredit xətti: Harris Brisbeyn Dik Fondu, 1963-cü ilAvadanlıq nömrəsi: 63.166a-J

Bu ölçüdə olan üsturlablar dəqiq astronomik izləmələr üçün yüksək dəqiqliyə malik deyildilər, lakin vaxtın təyin edilməsi üçün kifayət qədər yaxşı idilər və münəccimlər bundan planetlərin yerini təyin etmək üçün də istifadə edirdilər. Üsturlabın xətləri üzərində bu cür çətin xəttat işi bu məhsulun Səfəvi dövrünə aid olduğu deməyə əsas verir[23].

Yazı(ərəbcə): Məhəmməd Zaman əl-Münəccim əl-Üsturlabi 1065 (1643-1689).

Yazı(ərəbcə) : Nəstəliq xətti ilə ərəbcə, ön tərəfdə :الرحيم الرحمن الله بسم

Yaxşılığı sonsuz, mərhəməti bol olan Allahın adı iləArxa tərəfdə:

االصطرالبى المنجم زمان محمد 1065صنعهMünəccim Məhəmməd Zaman tərəfindən düzəldilən üsturlab hicri 1065[23]

Azərbaycan İmperiyasını idarə etmiş Səfəvi sülaləsi zamanında saray təşkilatında münəccimlərə münəccimbaşı rəhbərlik edirdi. Avropalı səyyah Cemelli Karreri əsərində göstərir ki, münəccimbaşı sarayda Şah münəccimlərinin rəisi olub həmişə özü ilə gəzdirdiyi üstürülab və ulduz cədvəli əsasında günün, saatın xoş, uğurlu anlarını müəyyən edirdi[2,129].

Page 19: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 20: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

10. “Niğdə” xalçasıObyektin adı : XalçaTarix: XVIII əsrCoğrafiya : Şimal-qərbiİran(Azərbaycan İmperiyası-S.N.)Mədəniyyət : İslam(Türk-S.N.)Tərkibi: Pambıq, YunÖlçüləri : uzunluq 755,7 sm,eni 308,6 smTəsnifat : Tekstil-xalçaKredit xətti : Cozef V.MkMullan tərəfindən muzeyə hədiyə edilib, 1956-cı ilAvadanlıq nömrəsi : 56.217

“Niğdə xalçası” adı ilə tanınan bu xalça İslam aləmindən ən məşhur xalçalardan biri olub, mərkəzi Anadoluda məscidlərin birində tapılmışdır. Bununla belə güman edilir ki, bu xalça Qafqaz ərazisində yada müasir şimal-qərbi İran ərazisində hazırlanmışdır. Xalçanın naxışları digər Səfəvi xalçalarından fərqlənir. Bununla belə elementlərin həndəsi formaları, rənglərin istifadə olunma qaydası, dizan və s. bu xalçanın Səfəvi xalçası olmasına şübhə yeri qoymur[23]. Azərbaycan xalçaları dövlətimizə səyahət etmiş Şardenin diqqətini çəkmişdi. O yazır ki, ən yaxşı xalça toxunan emalatxanalar Kirman və xüsusilə Sistandadır. Səfəvi fabriklərinin istehsalı olan xalıları biz Avropada “türk fərşi” adlandırırıq, çünki Kəngər körfəzi dünya ticarət yolu açılmazdan əvvəl Səfəvi məhsulları Osmanlı yolu ilə Avropaya ixrac edilirdi[10,47]. Bu xalçanın üzərində Tanrı-Günəş-qartal rəmzi olan 8 guşəli ulduzun əski variantının – bir nöqtədən çıxan 8 şüa olması diqqət çəkici məqamlardandır.

Page 21: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

11. Quşların dili

Page 22: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Xəttat : Sultan Əli əl-Məşhədi(fəailiyyət dövrüXV-XVI əsrlər)Rəssam və əlavələr edən : Zain əl-Abidin əl-TəbriziMüəllif: Fərid əl-Din`Attar (təxmini 1142-1220-ci illər)Obyektin adı: Şəkilli əlyazmaTarix: MətnHicri 892/ Mildai 1487-ci il; əlavələr təxminən 1600-cü illərCoğrafya : Bugünki Əfqanıstan, Herat; İran, İsfahan(Azərbaycan İmperiyasının paytaxtı-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi : Mürəkkəb, qeyri-şəffaf akvarel, gümüş və qızılÖlçüləri: uzunluğu 19.7 sm,eni 11.4 smTəsnifat : Qədimi əlyazmalarKredit xətti: 1963-cü il Fletçer FonduAvadanlıq nömrəsi : 63.210.1

Bu gözəl əlyazma Məntiq əl-Tairdən bir hissədir. Əsərin yazılma tarixi 1487-ci ilə aiddir. Əsərin tamamlanması isə Azərbaycan İmperiyası dövrünə - I Şah Abbasın(1587-1629) dövrünə təsadüf edir. I Şah Abbasın zamanında əsərə 4 yeni rəsm, bir neçə səhifədə qızılı naxışlarlar əlavə edilmişdir[23]. I Şah Abbas incəsənətə, ədəbiyyata meylli şəxs olub. Məhz buna görə də, babası I Şah Təhmasib zamanında verilmiş Tövbə fərmanı ilə musiqiyə qoyulmuş qadağanı aradan qaldırmışdır[1,447]. Şah sarayında fars dilinin işlədilməsinə icazə vermirdi. Şarden qeyd edir ki, türk dili demək olar ki, əsas ünsiyyət və eyni zamanda diplomatik işlərdə istifadə edilən dil idi[14,7,19,60].Pyetro della Valle yazır ki, iş o yerə gəlib çatmışdı ki, Şah Abbas zamanında farslar belə türk dilində danışmağa çalışırdılar[2,72].

Page 23: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 24: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

12. Nizaminin xəmsəsiMüəllif: Nizami (İlyasƏbuMəhəmmədNizamiəd-DinGəncəvi) (təxmini 1141-1217-ci illər)Obyektin adı: Miniatürlü əlyazmaTarix: 1509-1510-cu illərCoğrafiya: İran(Azərbaycan İmperiyası-S.N.), ŞirazMədəniyyət: İslam(Türk-S.N.)Tərkibi: Dəri; qızılı tozu; mürəkkəbÖlçüləri: 29,2 х 17,8 smTəsnifat: Qədimi əlyazmalarKredit xətti : Aleksandr Smit C. tərəfindən muzeyə hədiyyə edilib, 1913-cü ilAvadanlıq nömrəsi : 13.228.6

Bu əlyazma Nizami Gəncəvinin Xəmsəsinin bi nüsxəsi olub Səfəvilərin paytaxtında(Təbrizdə-S.N.) hazırlanmışdır. Məhz bu nüsxə digər nüsxələrdən yüksək keyfiyyətli hazırlanması, cildlənməsi ilə seçilir. Bu dövrün Səfəvi kitablarının üz örtükləri parlaq rəngləri ilə seçilir. Məsələn tünd qırmızı dəridən istifadə, mərkəz və kənar hissələrin göy rəngli olması və qızıl tozu ilə bəzəmə bu dövrün kitab cildləmə işininin özəllikləridir. Venesiya renessansı kitab cildləmədə qızıl tozundan istifadəni Səfəvi və Osmanlı mədəniyyətlərinin təsiri ilə mənimsəmişdir[23]. Səfəvi sülaləsi zamanında Azərbaycan İmperiyasında kitabxana işinə xüsusi diqqət ayrılırdı. I Şah İsmayıl dövründə Xəttat Əbdürrəhman Xarəxminin yaratdığı Nizami “Xəmsə”si, 1539-1543-cü illərdə Şah Təhmasibin göstərişi ilə Təbriz kitabxanasında Nizami Gəncəvinin “Xəmsə”sinin yeni nüsxəsinin yaradılması kitab işinə verilmiş dəyərin bariz nümunəsidir. Şah Təhmasibin göstərişi ilə hazırlanan yeni “Xəmsə”də ən dəyərli boya rəmsləri Təbriz miniatür məktəbinin görkəmli nümayəndəsi Sultan Məhəmməd çəkmişdir[1,446]. Eyni zamanda Kitabxana işinə ayrılan diqqəti 1576-cı ilin 5 mayında Şah Təhmasib tərəfindən III Sultan Muradın cülusunu təbrik etmək məqsədilə İstanbula gələn Səfəvi elçilərinin gətirdikləri hədiyyələrdə görə bilərik. Hədiyyələr arasında 60 Səfəvi şarinin divanı və 50 cild miniatürlü kitab vardı[9,225-226]. Bu fakt həm Səfəvi sülaləsinin kitabxana işinə göstərdikləri qayğını, həm də Şah Təhmasibin sülhsevər bir hökmdar olduğunu göstərir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Nizami Gəncəvinin bu Xəmsəsində farslara – Sasanilərə aid olan heç bir miniatürdə at üstündə olan hökmdarın atının quyruğu düyünlü deyil, eyni zamanda miniatürdə şahın artıq həyatda olmadığını bildirən simvollar da yoxdur.

Page 25: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]
Page 26: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

13. Mərasim bayrağıHazırlayan: İsmayıl KaşaniObyektin adı : BayraqTarix: Hicri 1107 / Miladi 1695-96-ci illərCoğrafiya : İran(Azərbaycan İmperiyası-S.N.) , ola bilsin ki, KaşanMədəniyyət : İslam (Türk-S.N.)Tərkibi : İpək, lampasÖlçüləri : Tekstil: uzunluq179.1 sm, eni 88,9 smTəsnifat: Tekstil - ToxumaKredit xətti : Rocer fondur, 1938Avadanlıq nömrəsi : 38.167

Bu nadir Persiyaya(Azərbaycan İmperiyasına - N.S.) aid mərasim bayrağının üzərindəki yazılar Allahdan kömək diləmək məqsədi ilə hazırlanmışdır. Bayrağın üzərindəki iri fiqurların içərisində Qurandan gətirilmiş sitatlar ilə Allah “ən yaxşı müdafiəçi” və “bütün qapıları açan” kimi mədh edilmişdir. Bu tip bayraqlar döyüşlərə aparılmış, eyni zamanda dini mərasimlərin icrasında da istifadə edilmişdir. Bayrağı hazırlayanın – İsmayıl Kaşaninin adı mərkəzdəki göy rəngli fiqurun içərisində qeyd edilmişdir. Tekstil ayrıntıları planlı şəkildə hazırlanmış, gözəl rənglərdən istifadə edilərək hazırlanmışdır[23].Bu cür bayraqlar müxtəlif əlyazma nüsxələrində, məsələn Şah Təhmasibin Şahnaməsində və Azərbaycan İmperiyasına səfər etmiş səyyahların qeydlərində rast gəlinir[7,222; 15,44-45].Ümumiyyətlə Türk dövlət sistemində tək bayraq anlayışı yoxdur[7,222]. Azərbaycan İmperiyasında müxtəlif rəngli və simvollu bayraqlar mövcud olmuşdur. İsmayıl Kaşaninin hazırladığı bayraq haqqında məlumatın tərcüməsi və elmi ədəbiyyata gətirilməsi isə bizə məlum olan bayraqlar sırasının bir qədər də genişlənməsi deməkdir.

Süls və nəstəliq xətti ilə ərəb və fars dilində yazılıb(yuxarıdan aşağı):Yuxarıda sağdakı fiqur: (Quran, 37:172-173)172. “Həqiqətən, onlara kömək göstəriləcəkdir.173. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.Yuxarıda soldakı fiqur(ərəbcə):

کیال و بالله وکفیVə Allah ən yaxşı himayəçidir.Mərkəzdəki iri fiqur: (Quran 110-cu surəvə hicri 1107-ci il)Balaca sarı rəngli fiqur(ərəbcə)

االبواب مفتح یاEy, qapıları açan!İki rəngli fiqurun mərkəzi və kənar hissələri(ərəbcə)

کاشانی اسمعیل العبد عملİsmayıl Kaşaninin şagirdinin işiFars dilində :

شروع تاریخ کردند آید فتح رایتإتمامشعلم بهر الله من نصر رایت

Zəfər bayrağı, işin başlanğıc tarixiAllahın verdiyi zəfər bayrağı, işin bitmə tarixi 1107Aşağıdakı fiqur(ərəbcə) :

الدرجات رفیع یاEy, əzəmətli!

Page 27: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

14. Şir və mənzərə elementli KüpObyektin adı: KüpTarix: XVIII əsrin birinci yarısıCoğrfiya : İran(Azərbacyan İmperiyası-S.N.)Mədəniyyət: İslam(Türk-S.N.)Tərkibi : Qaya daşı,saxsı qabıboyamaq üçün istifadə edilən şir,latunÖlçüləri : Hündürlüyü 27,9 smTəsnifat: KeramikaKredit xətti: Teoder M.Devisin vəsiyyəti əsasında kolleksiyasından muzeyə verilmişdir, 1915-ci ilAvadanlıq nömrəsi : 30.95.160a,b

Çin keramikasının İslam aləmindəki çoxəsrlik populyarlığı Səfəvilər zamanında da davam etdi. Bu dövrdə ən məşhur keramika nümunələri göy-ağ rəngli məişət avadanlıqları idi. Təbiət mənzərəsində ağ fonda qara və boz rənglərdən istifadə edilərək çəkilmiş şir başı zəncirotuna oxşadılmışdır. Bu saxsının aşağı, ağız hissəsi və qapağı latundan hazırlanmışdır[23].Şir simvolu bir çox dövlətlərdə olub Türk inancında da mövcud idi. Şir və pələng simvolları türk inancında hakimiyyət simvolları olub müvafiq olaraq aslan və kaplan adlanmışlar. Qədim türk inancında

Page 28: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

aslan törəni(qanunu), göy üzünü və yer altını təsvir edirdi. Türk ikonoqrafiyasının tədqiqatçısı Emel Esi aslan və kaplanın Evren kultunun bir parçası olduğunu sübut etmişdir. Bir çox hakim türk sülaləri kimi Səfəvilərin də hakimiyyəti zamanı aslan simvolundan istifadə edilmişdir,xüsusən Səfəvi bayrağında insan gözlü günəş və onun önündə dayanan əli qılıncsız aslan təsvir edilmişdi. Burada günəşin taxtı, aslanın isə taxtın keşikçisi olduğu sübut olunmuşdur. Qacarlar zamanında bu bayrağa qılınc əlavə edildi[7,219,220,221,224]. Şah İsmayılın aslan ovçusu ünvanına sahib olmaını da unutmamalıyıq[20,64].

Ədəbiyyat siyahısıAzərbaycan Türkcəsində

1. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. Bakı, “Çıraq” nəşriyyatı, 2009, 872 s.

2. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında Türk Qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015, 348 s.

3. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. “Təkmilətül-Əxbar”(Səfəvi dövrü – Şah İsmayıl və Şah Təhmasib dövlərinin tarixi). Tərcümə: Əbülfəz Rəhimli. Bakı: “Elm”, 1996, 200 s. (kitabın PDF nüsxəsindən istifadə edilmişdir)

4. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi(Tarixe-aləmaye-Abbasi). Bakı: “Şərq-Qərb”, 2010, 1144 s.

5. Qurbanov A. Damğalar, rəmzlər, mənimsəmələr. Bakı: Strateji Araşdırmalar Mərkəzi, 2013, 328 s.

6. Lokkart L. Nadir Şah. Bakı: Qanun Nəşriyyatı, 2013, 552 s.7. Nəcəf Ə.N. İnanc Yaddaşı(köklər və tarixlər). Bakı: “Qanun Nəşriyyatı”, 2014, 352 s.8. Nəcəfli T. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı: Çaşıoğlu, 2012, 604

s.9. Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 2014, 516 s.10. Süleymanov N. Azərbaycan Səfəvi dövləti: Təsərrüfatı, ticarət əlaqələri, maliyyə sistemi.

Bakı: “Elm”, 2013, 206 s.11. Şah İsmayıl Xətayi. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, 384 s.12. Şah İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər toplusu. Bakı: “Şərq-Qərb”, 2014, 400 s.13. Şah Təhmasibin təzkirəsi. Fars dilindən tərcümə və müqəddimə Ə.H.Rəhimovundur.

Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 128 s.14. Şardən J. Səyahətnamə. Bakı: “Elm”, 1994, 96 s. (kitabın PDF nüsxəsindən istifadə

edilmişdir)15. Venesiyalılar I Şah Təmhasibin sarayında(Mikele Membre və Vinçenso Alessandri).

Bakı: “Təhsil”, 2005, 112 s.

İngilis dilində16. Lochart L. Nadir Shah. London: 1938, 344 s.

Rus dilində17. ИвановМ.С.Очерк истории Ирана. Москва: Государственное Издательство

Политической Литературы, 1952, 467 с.

Türkiyə Türkcəsində18. Çoruhlu Y. Türk mitolojisinin ana hatları. İstanbul: Yeditepe Yayınevi, 2004, 151 s.19. Gündüz T. Son Kızılbaş Şah İsmail. İstanbul: Yeditepe yayınevi, 2014, 175 s.20. Melikoffİ. İstanbul: Cümhuriyyet Kitapları, 2010, 443 s.21. Şükürov Q. Safevilerde av geleniğinin oluşumu ve I Şah İsmail dönemi av merasimleri.

ACTA TURCICA, yıl 1, sayı 1, Ocak 2009, s.63-7822. Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye Yayınları, 2002, 1654 s.

Page 29: Web viewQeyd edək ki, Şah İsmayılın atlarından biri badi-səba adlanırdı[7,209]. At, qurd və öküz türk inanc sisteminin 3 təməl simvolunu təşkil edir[7,203]

Elektron resurslar23. Metropoliten İncəsənət Muzeyi — metmuseum.org