59
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Kimya” dərslik komplektinə dair İLKİN RƏY

D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Kimya” dərslik komplektinə dair

İLKİN RƏY

Page 2: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Müəlliflər: Rəfiqə Əliyeva

Vaqif Abbasov

Abel Məhərrəmov

Mütəllim Abbasov

Sevinc Hacıyeva

Nasim Abışov

Vəli Əliyev

Akif Əliyev

Bakı: Aspoliqraf - 2015

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün

“Kimya” dərslik komplekti

Page 3: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmun xətləri:

1. Maddə və maddi aləm

2. Eksperiment və modelləşdirmə

3. Kimyəvi hadisələr

4. Kimya və həyat

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün Kimya fənni üzrə yeni təhsil proqramı (kurikulumu)

Dərslikdəki materiallarda yeni təhsil proqramına (kurikulum) əsasən aşağıdakı 4 məzmun xətti üzrə 10 əsas və 11 alt standartın

reallaşdırılması nəzərdə tutulmuşdur.

Page 4: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

1. Maddə və maddi aləm

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş

etdirir.

1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə

dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə aid məsələlər qurur və həll edir.

Page 5: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

2. Kimyəvi hadisələr

2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir. 2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar

aparır. 2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir. 2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

Page 6: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

3. Eksperiment və modelləşdirmə

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid

eksperimentlər aparır. 3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir. 3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.

Page 7: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

4. Kimya və həyat

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər

nümayiş etdirir.

4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan

qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə

məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.

Page 8: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris

vasitələrinin elmi-metodiki monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi baxımından

Page 9: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dərsliyin strukturu

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 6 bölmə üzrə (“Qeyri-üzvi birləşmələrin mühüm sinifləri”,

“Kimyəvi reaksiyaların təsnifatı. Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq”, “Dövri Qanun. Kimyəvi elementlərin dövri sistemi və atomun

quruluşu”, “Kimyəvi rabitə”, “Oksidləşmə-reduksiya reaksiyaları”, “Elektrolitik dissosiasiya. Elektroliz. Hidroliz”) 50 mövzudan və 198 səhifədən ibarətdir. Həmçinin hər bir mövzu üzrə “Bilik və bacarıqların

yoxlanılması” bloku verilmişdir. Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən

dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir.

Page 10: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dərsliyin məzmunu və quruluşu şagirdlərdə kimya üzrə bilik və bacarıqların formalaşmasına, onların kimyəvi maddələr, hadisələr və qanunauyğunluqların dərindən mənimsəməsinə yönəlmişdir. Mövzularda faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, eləcə də material seçimində didaktik tələblər tam olaraq gözlənilmişdir.

Fəndaxili və fənlərarası inteqrasiyanın nəzərə alınması şagirdlərin dünyagörüşünün və nitq mədəniyyətinin formalaşmasını təmin edir.

Burada tapşırıqların mövzularla uyğunluğu, elmiliyi, sadədən mürəkkəbə prinsipi gözlənilmişdir.

Dərslikdəki materialların ətraflı izah olunması, kimyəvi reaksiyaların təcrübələrə, şəkillərə, sxemlərə, cədvəllərə istinad etməsi şagirdlərdə müstəqil təlimə imkan yaradır.

Məzmunun işlənməsi baxımından

Page 11: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

1-ci fəsildə (“Qeyri-üzvi birləşmələrin mühüm sinifləri”) sonrakı siniflərdə tədris olunacaq məlumatlara yer verilib. Məsələn:

Səhifə 10

Səhifə 11

Məzmunun işlənməsi baxımından

Page 12: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 23

Səhifə 18 Səhifə 12

Səhifə 33

Səhifə 36

Page 13: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 6. 2-ci abzasın sonunda “nona” sözünün yunan mənşəli olduğu verilib, lakin nona latın mənşəli sözdür. Səhifə 9. 1-ci yarımbaşlıqda Li, Na və K-un oksigenlə reaksiyaları qızdırılmaqla verilib, lakin bu reaksiyalar adi şəraitdə baş verir. Reaksiyalardan temperatur işarəsi götürülməlidir. Səhifə 18. 7-ci abzasdan sonra verilmiş “6NaOH + Cl2 5NaCl +

NaClO3 + 3H2O” reaksiya sxemi düzgün əmsallaşdırılmayıb. Reaksiya tənliyi “6NaOH + 3Cl2 5NaCl + NaClO3 + 3H2O ” kimi verilməlidir.

t

t

Məzmunun işlənməsi baxımından

Page 14: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 24. “Cədvəl 5”-in 3-cü sütununda “Ağzı açıq qabda

maddələrin məhlullarının kütləsinin dəyişməsi” verilmişdir. Metasilikat turşusu suda həll olmadığından onun suda məhlulu olmur. Buna görə də, həmin maddənin çıxarılması məqsədəuyğundur.

Məzmunun işlənməsi baxımından Məzmunun işlənməsi baxımından

Page 15: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 27. 5-ci hissədə “Turşuların qarışıq oksidlərlə qarşılıqlı təsiri zamanı həmişə iki müxtəlif normal duz alınır” cümləsi doğru deyil. Belə reaksiyalar zamanı iki duzun alınmadığı hallar da vardır (Məsələn: “Fe3O4 + HNO3(q) → Fe(NO3)3 + NO + H2O”). Səhifə 28. “Turşular bəzi duzlarla da qarşılıqlı təsirdə olur”

yarımbaşlıında əvvəlcə turşuların fəallıq sırası, daha sonra isə 3-cü abzasda “Bu sırada öndə duran turşu, özündən sonra yerləşmiş

turşuları duzundan sıxışdırıb çıxarır. Mötərizə arasındakı turşular bir-birini sıxışdırıb çıxarmır” ifadəsi verilib. Nəzərə almaq lazımdır ki, HCl – HBr – HI sırasında turşuluq xassəsi güclənir.

Məzmunun işlənməsi baxımından

Page 16: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 28. “Turşuların parçalanması” yarımbaşlığında qeyd edilmiş “Davamsız turşuları (HNO3, H2CO3, H2SO3 və s.), eləcə

də metasilikat turşusunu H2SiO3 qızdırdıqda turşu oksidi və

suya parçalanır” cümləsi dəqiqləşdirilməlidir. Çünki bu qayda nitrat turşusu üçün ödənilmir. Nitrat turşusunun parçalanmasından turşu oksidi və su ilə yanaşı oksigen də alınır. Səhifə 31 və 36. Səhifə 31-də “Metallarla halogenlərin və

kükürdün qarşılıqlı təsiri” hissəsində “2Na+Cl2 2NaCl” reaksiyasında, səhifə 36-da 6-cı hissədə “NaHSO4+NaOH Na2SO4+H2O” və “NaHCO3+NaOH Na2CO3+H2O” reaksiyalarında temperatur işarəsi qeyd edilmişdir. Bu reaksiyalar adi şəraitdə baş verdiyindən temperatur işarəsi çıxarılmalıdır.

Məzmunun işlənməsi baxımından

t

tt

Page 17: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 35. “Cədvəl 7”də “CaSO4” və “Ag2SO4” maddələri “Suda

həll olmayan” sütununda verilsə də, bu maddələr suda az həll olan duzlardır. Həmçinin “Suda həll olan” sütununda verilmiş “(NH4)2SiO3” formullu maddə mövcud deyil.

Məzmunun işlənməsi baxımından

Page 18: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Yenə həmin səhfədə “Duzların kimyəvi xassələri” yarımbaşlığında “Duzların kimyəvi xassələri ilə suyun,

qələvilərin və turşuların xassələrini, oksidlərin və duzların

alınma üsullarını öyrənəndə tanış olmusunuz” ifadəsi verilib. Lakin su haqqında məlumat 7-ci sinifdə “Su, onun təbiətdə

yayılması, təmizlənməsi, xassələri və tətbiqi” və “Təbii suyun

əhəmiyyəti. Su hövzələrinin çirklənmədən qorunması” mövzularında verilib, burada duzların kimyəvi xassələri haqqında heç bir məlumat yoxdur.

Məzmunun işlənməsi baxımından

Page 19: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 43. “Dəyişmə (və ya mübadilə) reaksiyaları” yarımbaşlığında “Mübadilə reaksiyalarında qaz, su, ya da suda

həll olmayan maddə alınmalıdır” cümləsi dəqiqləşdirilməlidir. Çünki qeyd edilmiş qayda bütün mübadilə reaksiyaları üçün ödənilmir. Məsələn, kalium-nitrat və qatı sulfat turşusu arasında gedən mübadilə reaksiyası. Səhifə 48. 4-cü abzasda yazılmış “Homogen reaksiyanın əmsalı olan maddəyə görə orta sürəti əmsalı olmayan maddəyə görə

sürətindən əmsalı qədər çox olur” cümləsinin “Homogen

reaksiyanın əmsalı 1-dən fərqli olan maddəyə görə orta sürəti əmsalı 1-ə bərabər olan maddəyə görə sürətindən əmsalı qədər çox

olur” ilə əvəz olunması məqsədəuyğundur.

Məzmunun işlənməsi baxımından

Page 20: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 55. Səhifənin sonundakı cədvəldə “Heterogen kataliz” sütunu üzrə verilmiş 4-7-ci reaksiyaların katalizatorları qeyd olunmalıdır, əks halda onların heterogen katalizə aid olduqları məlum olmur.

Məzmunun işlənməsi baxımından

Page 21: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 62 və 64. Səhifə 62-də 1 və 2, səhifə 64-də 3-cü qrafikdə maddələrin (N2, H2 və NH3) qatılıqlarının dəyişməsi mütənasib verilməmişdir.

Səhifə 62

Səhifə 64

Məzmunun işlənməsi baxımından

Page 22: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 69. Sonda cədvəldə suyun qaz halında olduğu göstərilib (“H2O(qaz)”). Lakin su adi şəraitdə qaz halında olmadığından, aqreqat halı “maye” kimi verilməlidir.

Səhifə 73. “Cədvəl 9”da maddələrin bəzilərinin atom kütləsi tam ədədlə, bəzilərinin atom kütləsi isə kəsr ədədlə verilib. Uyğunsuzluğun aradan qaldırılması tövsiyə edilir.

Məzmunun işlənməsi baxımından

Page 23: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 85. 6-cı abzasda qeyd edilmiş “istənilən dövr daxilində

dəyişməyən elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqrupda dəyişməyən isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayıdır” ifadəsinin “istənilən dövr daxilində elektron təbəqələrinin (energetik

səviyyələrin) sayı, istənilən əsas yarımqruplarda isə xarici

təbəqədəki elektronların (valent elektronlarının) sayı dəyişmir” ilə əvəz olunması tövsiyə edilir. Səhifə 87. Sonuncu abzasda “p-yarımsəviyyələrindəki elektronlar təklənməmiş s-yarımsəviyyəsindəki elektronlar

təklənə bilmir” qaydasına misal olaraq “ns1np4nd0” verilməsi doğru deyil, çünki bu halda s-yarımsəviyyəsində elektron cütü yoxdur.

Məzmunun işlənməsi baxımından

Page 24: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 92. 24-cü mövzunun ilk cümləsi (“Atomun elektron

quruluşu, elementin yalnız dövri sistemdəki yerini deyil, həm də

onun mühüm xassələrini - ölçüsünü (radiusunu, ionlaşma

enerjisini və elektromənfiliyini, rabitə elektronlarının özünə

cəzb etmə xassəsini, yəni elektron almaq xassəsini) müəyyən

edir) dəqiqləşdirilməlidir. Çünki ionlaşma enerjisi, elektromənfilik, rabitə elektronlarının özünə cəzb etmə xassəsinin (yəni elektron almaq xassəsi) atomun ölçüsünə aid edilməsi doğru deyil.

Məzmunun işlənməsi baxımından

Page 25: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 110. 8-ci abzasdan sonrakı “Hreak. = Hrab.en(məhs.) – Hrab.en(reagentlər)”

ifadəsinin verilməsi məqsədəuyğun deyil, çünki mövzuda rabitə enerjisinin entalpiya dəyişməsi anlayışından istifadə olunmur.

Məzmunun işlənməsi baxımından

Page 26: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 126. Mətnin 7-ci abzasında almaz kristallarının oktaedr, qrafit kristallarının isə prizma şəklində olması, “Cədvəl 14”-də isə almaz kristallarının tetroedrik, qrafit kristallarının isə laylı şəklində olması qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması tövsiyə edilir. Həmçinin “Cədvəl 14”-də “Fülleren” üçün kristal qəfəs növü “Atomar” deyil, “Molekulyar” kimi verilməlidir.

Məzmunun işlənməsi baxımından

Page 27: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 130. Sondan 2-ci abzasda “Əksər elementlərin ən yüksək

oksidləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsinə uyğundur” cümləsinin “Əsas yarımqrup elementlərinin ən yüksək oksidləşmə

dərəcəsi yerləşdiyi qrupun nömrəsinə uyğundur” kimi yazılması məqsədəuyğundur. Səhifə 135. Sonuncu abzasda “Elə reaksiyalar vardır ki, onlar

birləşmə, parçalanma, mübadilə, əvəzetmə reaksiyalarına aid

olmayıb, yalnız oksidləşmə-reduksiya reaksiyalarıdır. Metalların

duru, qatı HNO3, qatı H2SO4 ilə qarşılıqlı təsiri, metal

hidridlərinin su ilə qarşılıqlı təsiri və s. belə reaksiyalara aiddir” məlumatı qeyd edilmişdir. Lakin metal hidridlərinin su ilə qarşılıqlı təsiri mübadilə reaksiyalarıdır. Məlumatın dəqiqləşdirilməsi tövsiyə edilir.

Məzmunun işlənməsi baxımından

Page 28: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 141. 2-ci abzasdan sonra qeyd edilmiş “4Li + O2 = 2Li2O” reaksiyası “4Li + O2 → 2Li2O” kimi verilməlidir. Səhifə 144. 3-cü abzasda verilmiş “Qeyd”də “Hər hansı oksidləşmə-

reduksiya reaksiyalarında oksidləşmə dərəcəsi azalan maddənin ən

dərin reduksiya məhsulu, həmin elementin ən kiçik oksidləşmə

dərəcəsi göstərdiyi halıdır” məlumatı və buna misal olaraq “qatı nitrat turşusunun ən dərin reduksiya məhsulu N2O-dur” ifadəsi qeyd edilmişdir. Lakin N2O-da azot ən kiçik oksidləşmə dərəcəsi göstərmir. Buna görə də, “Ən dərin reduksiya məhsulu” ifadəsinin “tam reduksiya məhsulu” kimi yazılması tövsiyə edilir.

Məzmunun işlənməsi baxımından

Page 29: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 169. “Cədvəl 16”da “Cr(OH)3” maddəsinin “ağ çöküntü”

kimi verilməsi doğru deyil, çünki Cr(OH)3 tünd yaşıl rəngli çöküntüdür.

Səhifə 171. “Cədvəl 17”də “CaSO4”, “H2O”, “HCOOH”, “CH3COOH” maddələri qeyri-elektrolit kimi verilib, lakin bu maddələr zəif elektrolitdir.

Məzmunun işlənməsi baxımından

Page 30: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 174. “Duzların, turşuların və əsasların suda həll olması” cədvəlində BaSO4, MgSO4, ZnSO4, PbSO4, FeSO4 suda az həll olan duz, CuSO4, Fe2(SO4)3 və Al2(SO4)3 isə su ilə parçalanan və ya mövcud olmayan duzlar kimi verilmişdir. Lakin BaSO4 və PbSO4 suda praktiki olaraq həll olmayan, MgSO4, ZnSO4, FeSO4, CuSO4, Fe2(SO4)3 və Al2(SO4)3 isə suda həll olan duzlardır.

Məzmunun işlənməsi baxımından

Page 31: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 181. Səhifənin əvvəlində “Reduksiyaedicilik, kimyəvi aktivlik azalır” sırasında “Ba” elementi verilməsə də, sıranın altındakı abzasda bu metalın adı çəkilir. Sıraya “Ba” elementinin də əlavə edilməsi məqsədəuyğundur. Səhifə 193. Səhifənin sonunda qeyd edilmiş mürəkkəb efirlərin hidrolizinə aid olan hissəni çıxarmaq tövsiyə edilir. Çünki şagirdlər hələ mürəkkəb efirlər, karbon turşuları və spirtlər haqqında kifayət qədər məlumata malik deyillər.

Məzmunun işlənməsi baxımından

Page 32: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dərslikdə dil qaydalarına əsasən əməl olunmuş, yeni söz və terminlərin izahı verilmişdir ki, bu da şagirdlərdə verilmiş kimyəvi anlayışları daha yaxşı dərk etməyə, öyrəndikləri bilik və bacarıqları tətbiq etməyə imkan yaradır. Təlim materialları dil və yazı üslubu baxımından şagirdlərin yaş səviyyəsinə uyğundur, sadə və lakonikdir. Bu da onların kimyəvi maddələr və hadisələrlə bağlı qanunauyğunluqları daha yaxşı mənimsəmələrinə şərait yaradır. Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara da rast gəlinir.

Dil və yazı üslubu baxımından

Page 33: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Bəzi hallarda “mol sayı” əvəzinə “mol miqdarı” yazılıb.(Səhifə 20, 151, 157, 168 və s.) Səhifə 12. “Bilik və bacarıqların yoxlanılması” blokunda 2-ci və 6-cı tapşırıqlarda “Ar(0)” deyil, “Ar(O)” yazılmalıdır.

Dil və yazı üslubu baxımından Dil və yazı üslubu baxımından

Səhifə 53. “Bilik və bacarıqların yoxlanılması” blokunda 3-cü tapşırıqda reaksiyaların sürət düsturlarında “K” əvəzinə “k” yazılmalıdır.

Page 34: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 55. 6-cı abzasın ilk cümləsində “katalik proseslər” ifadəsi “katalitik proseslər” kimi verilməlidir.

Dil və yazı üslubu baxımından

Səhifə 85. 6-cı abzasda qeyd edilmiş “istənilən dövr daxilində

dəyişməyən elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqrupda dəyişməyən isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayıdır” ifadəsinin “istənilən dövr daxilində elektron təbəqələrinin (energetik

səviyyələrin) sayı, istənilən əsas yarımqruplarda isə xarici

təbəqədəki elektronların (valent elektronlarının) sayı dəyişmir” ilə əvəz olunması tövsiyə edilir.

Page 35: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 92. Mövzunun 3-cü abzasının sonunda verilən “Eyni elementin müxtəlif yüklü hissəciklərində dəyişməyən

protonlarının, neytronlarının sayı, nisbi atom kütləsidir, radius

və elektronların sayı isə dəyişir” cümləsinin “Elementin müxtəlif yüklü hissəciklərində protonların, neytronların sayı və nisbi atom

kütləsi eyni, radius və elektronların sayı isə müxtəlif olur” ilə əvəz olunması tövsiyə edilir.

Səhifə 105. “Bilik və bacarıqların yoxlanılması” blokunda 5-ci tapşırıqda cümlənin sonunda “?” işarəsi qoyulmalıdır.

Dil və yazı üslubu baxımından

Page 36: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Üz qabığının tərtibatı ilə dərsliyin məzmunu bir-birini tamamlamalı, verilmiş şəkil və illüstrasiyalar şagirdlərdə fənn haqqında ilkin təsəvvürlər yaratmalıdır. Bu meyara görə üz qabığının tərtibatı dərsliyin məzmununu özündə əks etdirir. Üz qabığının arxa tərəfində “D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemi”nin verilməsi dərsliyin məzmununu bilavasitə özündə əks etdirir. Dərslikdə rəsm və illüstrasiyaların orijinallığı əsasən təmin edilmişdir. İstifadə edilən şriftlər müvafiq yaş qrupuna uyğundur. Burada vahid dizayn üslubu, mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti əsasən gözlənilmişdir. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir.

Dizayn və bədii tərtibat baxımından

Page 37: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dizayn və bədii tərtibat baxımından

Səhifə 25. “HNO3” turşusunun verilmiş şəkli həqiqəti əks etdirmir. Şəkildə NO2 qazının qabdan çıxaraq aşağıya doğru yayılması göstərilməmişdir.

Dizayn və bədii tərtibat baxımından

Page 38: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dizayn və bədii tərtibat baxımından

Səhifə 37. 2-ci qrafikdə “m”in bərk qalığın kütləsi olduğunun verilməsi tövsiyə edilir.

Səhifə 44. 4-cü abzasda və onun altında verilmiş reaksiyalarda dönərlik işarəsinin bir qədər kiçik verilməsi tövsiyə edilir.

Dizayn və bədii tərtibat baxımından

Page 39: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Məzmunun işlənməsi baxımından

Səhifə 64. Səhifənin sonunda verilmiş ikinci şəkildə “mis

kuporosunun doymuş

məhlulda tarazlığı”, “maye-

buxar tarazlığı və yod

kristalları və buxarları arasındakı tarazlıq” ifadələri qeyd edilib. Lakin şəkil kimyəvi tarazlığa aid deyil. Şəklin dəqiqləşdirilməsi tövsiyə edilir.

Dizayn və bədii tərtibat baxımından

Page 40: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Dərslik komplektindəki tapşırıq və çalışmalar şagirdlərin yaş səviyyəsinə əsasən uyğundur. Tapşırıqların elmiliyi, sadədən mürəkkəbə prinsipi əsasən gözlənilmişdir. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 9. “Bilik və bacarıqların yoxlanılması” blokunda 10-cu tapşırıqda verilən oksidlərin normal şəraitdə qaz, maye və bərk aqreqat halında olmasına görə quruplaşdırılması tələb olunur, lakin cavablarda normal şəraitdə maye halda olan turşu oksidi yoxdur.

Page 41: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

4-cü tapşırıqda “Hansı əsasların parçalanmasından

oksid almaq olar?” sualının “Hansı əsaslar ərimə

temperaturuna qədər

qızdırıldıqda parçalanır?” ilə əvəz olunması tövsiyə edilir.

Səhifə 12. “Bilik və bacarıqların

yoxlanılması” blokunda 3-cü tapşırıqda verilən 5-ci reaksiya haqqında mövzuda məlumat verilmədiyindən reaksiya dəyişdirilməlidir.

Page 42: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 16. “Bilik və

bacarıqların yoxlanılması” blokunda 10-cu tapşırığın doğru cavabı yoxdur.

Səhifə 20. “Bilik və

bacarıqların yoxlanılması” blokunda 6-cı tapşırıqda Y-ə uyğun gələn maddə yoxdur. Çünki suda həll olmayan əsaslar su ilə məhlul əmələ gətirmir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 43: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 29. “Bilik və bacarıqların yoxlanılması” blokunda 2-ci tapşırıqdakı “Hansı metallar turşularla reaksiyada H2 ayırmır?” cümləsinin əvəzinə “Hansı metalların turşularla reaksiyadan H2

ayrılmır?” verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə “Bilik və bacarıqların yoxlanılması”

blokunda 3-cü tapşırıqda yalnız HCl və HBr qazlarının suda məhlulu turşudur, H3PO4, HNO3, H2SO4, H3BO3 maddələrinin isə özləri turşudur. Buna görə də, tapşırıqda verilmiş “Suda məhlulu

turşu” sütunu dəqiqləşdirilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 44: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Yenə həmin səhifədə “Bilik və

bacarıqların yoxlanılması”

blokunda 5-ci tapşırıqda cədvəlin 3-cü sütununda “Reaksidan alınan

duzun növü” ifadəsinin əvəzinə “Reaksiyadan alınan duz” verilməldir. Çünki tapşırığın şərtində “duzunu formulunu” müəyyən etmək tələb olunur. Yenə həmin səhifədə 9-cu tapşırıqda cədvəldə verilmiş “Reaksiya məhsulu” ifadəsi “Reaksiya məhsulları” ilə, “yalnız

oksid” ifadəsi isə “yalnız oksidlər” ilə əvəz edilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 45: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 38. “Bilik və bacarıqların yoxlanılması” blokunda 2-ci tapşırıqda “Ar(Cl) = 36” əvəzinə “Ar(Cl) = 35,5”, “Ar(Na) = 23” əvəzinə “Ar(C) = 12” verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 46: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 40. “Bilik və bacarıqların

yoxlanılması” blokunda 1-ci tapşırıqda 1 mol P2O5-in 3 mol H2O ilə reaksiyasından 1 mol H3PO4 alındığı göstərilib. Lakin həmin reaksiyadan 2 mol H3PO4 alınır.

Yenə həmin səhifədə “Bilik və

bacarıqların yoxlanılması” blokunda 2-ci tapşırıqda misin qatı sulfat turşusu ilə reaksiyasından alınan duzun formulunu müəyyən etmək təklif olunur. Lakin bu reaksiya 9-cu sinif proqramına aid olduğundan hələ tədris edilməmişdir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 47: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Yenə həmin səhifədə “Bilik və bacarıqların yoxlanılması” blokunda 4-cü və 5-ci tapşırıqlar növbəti dərslərdə keçiləcək “Elektrolitik dissosiasiya. Elektroliz. Hidroliz” fəslinə aiddir. Tapşırıqların dəyişdirilməsi məqsədəuyğundur.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 48: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Yenə həmin səhifədə “Bilik və bacarıqların yoxlanılması” blokunda 7-ci tapşırıqda dəmirin qatı sulfat turşusu ilə reaksiyasından alınan duzun formulunu müəyyən etmək təklif olunur. Lakin bu reaksiyalar 9-cu sinif proqramına aid olduğundan hələ tədris edilməmişdir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 49: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 49. “Bilik və bacarıqların

yoxlanılması” blokunda 8-ci tapşırığın çıxarılması tövsiyə edilir. Çünki sual birmənalı deyil.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 50: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 57. “Bilik və bacarıqların yoxlanılması” blokunda 8-ci tapşırıqda qeyd edilmiş “4) C + 2S →” reaksiyası şagirdlərə tədris edilmədiyindən, reaksiyanın dəyişdirilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə 9-cu tapşırıqda “4) KClO3 → 2KCl + 3O2 – Q”

reaksiyası “4) 2KClO3 → 2KCl + 3O2 – Q” kimi verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 51: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 61. “Bilik və

bacarıqların yoxlanılması” blokunda 3-cü tapşırığın doğru cavabı verilməmişdir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Yenə həmin səhifədə “Bilik və

bacarıqların yoxlanılması” blokunda 4-cü tapşırıq doğru deyil. Çünki sistemə Z maddəsi əlavə etməklə onun qatılığını 6 mol/l-dən (I tarazlıq) 5 mol/l-ə qədər (II tarazlıq) azaltmaq mümkün deyil.

Page 52: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 76. “Bilik və bacarıqların

yoxlanılması” blokunda 2-ci tapşırıq uğurlu tərtib olunmayıb. Burada elektron və proton saylarından birinin neytron sayı ilə əvəz olunması tövsiyə edilir. Əks halda elementlərin nisbi atom kütlələrinə ehtiyac qalmır.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 88. “Bilik və bacarıqların yoxlanılması” blokunda 1-ci tapşırıqda “Hansı elementlərdə həyəcanlanma zamanı tək

elektronların sayı dəyişmir?” cümləsinin “Hansı elementlərin

atomları həyəcanlanmır?” ilə əvəz edilməsi məqsədəuyğundur.

Page 53: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Səhifə 102. “Bilik və bacarıqların yoxlanılması” blokunda 5 və 7-ci tapşırıqların mahiyyəti eynidir. Tapşırıqlardan birinin dəyişdirilməsi tövsiyə edilir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 54: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 112. Səhifə 109-da “Kimyəvi rabitənin enerjisi” yarımbaşlığında rabitə enerjisinin vahidi “kC/mol” kimi qeyd olunduğundan, səhifə 112-də “Bilik və bacarıqların yoxlanılması”

blokunda 6-cı tapşırıqda rabitə enerjisinin “kkal/mol” əvəzinə “kC/mol” ilə ifadə olunması tövsiyə edilir.

Səhifə 121. “Bilik və bacarıqların yoxlanılması” blokunda 3-cü tapşırıqda qeyd edilmiş “Al3(SO4)3” maddəsi “Al2(SO4)3” kimi verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Page 55: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 146. “Bilik və bacarıqların

yoxlanılması” blokunda 1-ci tapşırıqda “c) 4Mg + 10HNO3(d) →

4Mg(NO3)2 + N2O + 5H2” reaksiyası “c) 4Mg + 10HNO3(d) →4Mg(NO3)2

+ N2O + 5H2O” kimi, “e) H2SO4 +

2NaOH Na2SO4 + 2H2” reaskiaysı isə “e) H2SO4 + 2NaOH → Na2SO4

+ 2H2O” kimi verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 186. “Bilik və bacarıqların yoxlanılması” blokunda 10-cu tapşırığın doğru cavabı yoxdur.

Page 56: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

“Müəllim üçün metodik vəsait” 192 səhifədən ibarətdir. Vəsaitdə “VIII sinifdə “Kimya”nın tədrisinə dair metodik tövsiyələr”də “Təlimin məzmunu barədə”, “VIII sinifdə tətbiq olunan təlim və

qiymətləndirmə strategiyaları haqqında”, “Təlimin

planlaşdırılması barədə” məlumat verilmişdir. MMV-də həmçinin “İllik planlaşdırma nümunəsi” cədvəli və “Dərs mövzularının

tədrisi metodikası” da öz əksini tapmışdır. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Page 57: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 43. 2-ci tapşırıqdakı çevrilmədə ox işarələri qoyulmalıdır.

Səhifə 60. Sondan 3-cü abzasda verilmiş məsələnin şərti tam deyil, ammonyakın tarazlıq qatılığı da verilməlidir. Əks halda məsələnin həlli mümkün deyil.

Page 58: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 70. 4-cü tapşırığın “D)” bəndində “NaSO4” əvəzinə “Na2SO4” yazılmalıdır.

Səhifə 71. 7-ci tapşırığın şərtində “υ = 0,02 mol/l.san”nin verilməsinə ehtiyac yoxdur, çünki sürətin neçə olacağının yox, necə dəyişəcəyinin müəyyən edilməsi təklif olunur.

Səhifə 101. “Bilet №12”-nin 3-cü sualında sıra nömrəsi 55 olan elementin xassələri əvəzinə I - IV dövr elementlərindən birinin xassələrinin soruşulması soruşulması tövsiyə edilir. Çünki digər biletlərdə də I - IV dövr elementlərinin xassələri soruşulur.

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Page 59: D´ %UVOLNNRPSOHNWLQ%GDLUderslik.edu.az/news/prezentasiyalar/dk_kimya_8_teqdimat.pdf · 6%KLI% 9. 1- ci \DUÕPEDúOÕTGD Li, Na Y% K-un RNVLJHQO% UHDNVL\DODUÕ TÕ]GÕUÕOPDTOD verilib,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 108. CO molekulunda donor-akseptor rabitəsinin istiqaməti doğru deyil. Belə ki, oxun istiqaməti oksigenə (donor) deyil, əksinə karbon atomuna (akseptor) doğru verilməlidir. Səhifə 111. 4-cü abzasda sonra verilmiş flüor atomunun orbitallarının üstündə yazılmış elektron formulu artıq olduğundan çıxarılması tövsiyə edilir.

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından