12

EAS A4 qebul paketi 2018-2019...erkən təlim və ibtidai təhsil bölməsində təhsil alan şagirdlər, xüsusi məqsədlər üçün tikilmiş Badamdar qəsəbəsində yerləşən

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Avropa Azərbaycan Məktəbinin (EAS) direktoru olaraq Sizi böyüyən və maraq doğuran məktəbi-mizlə tanış etməkdən məmnunluq hissi duyuram.

Əziz gələcək valideynlər!

Məktəbin müəllimləri və inzibatçıları kimi biz keçən ilki inkişafımızdan və gələcək üçün olan planlarımızdan məmnunuq. Bu kitabça və məktəbimizin veb səhifəsi bütün sinif

səviyyələrində akademik və fakultativ fəaliyyətlərimizə dair ətraflı məlumat vermək üçün hazırlanmışdır.

Bir direktor kimi mən məktəbimizdə şagirdlər, müəllimlər və valideynlər arasında yaradılmış və onlara aşılanmış icma hissi ilə bağlı qürur hissi keçirirəm. Bununla yanaşı, mən həm tədris, həm də sosial cəhətdən hərtərəfli şagird yetişdirməyə yönəldilmiş məktəbimizin çətin, lakin maraqlı kurikulumu ilə də fəxr edirəm. Məktəbimizin hər iki təhsil bölməsində verilən təhsil şagirdlərə xaricdə və ya yerli səviyyədə ən yaxşı ali təhsil müəssisələrinə qəbul olmağa imkan verməklə, bütün dünyada mükəmməlliyinə görə tanınan Beynəlxalq Bakalavriatın və Azərbaycanın zəruri təhsil standartlarının birləşdirilməsinə əsaslanır.

2018-2019-cu dərs ilində EAS-da bir çox yeni və mühüm hadisələr baş verəcəkdir. Yeni binalar baxımından xüsusi məqsədlər üçün tikilən Erkən Təlim Mərkəzi 2018-ci ilin payızında açılacaq və mərkəz 3-5 yaşlı uşaqların ehtiyaclarına tam cavab verəcəkdir. Erkən Təlim Mərkəzində iki dildə tədris olunan zəngin proqram xüsusi nailiyyətlərimizdən biridir.

Məktəbin ibtidai təhsil bölməsində tədris olunan proqram incəsənətin tədrisi kursu və ingilis dilinin öyrənilməsi proqramlarına xüsusi diqqət verməklə IB PYP (Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı) Proqramının keyfi yyətini daha da artıracaqdır. Orta təhsil bölməsində V-VII siniflər üzrə proqramlar IB MYP (Beynəlxalq Bakalavriatın Orta Siniflər üzrə Proqramı) Proqramı modeli əsasında təkmilləşdiriləcək, VIII və IX siniflərdə isə IGCSE (Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifi kat) proqramını tədris etməklə davam edəcəyik. Bu sinif səviyyəsində olan şagirdlərin incəsənət, xarici dillər, dizayn və texnologiya dərsləri üzrə seçim etmək imkanı olacaqdır. IB DP (Beynəlxalq Bakalavriatın Diplom Proqramı) Proqramında (X və XI siniflər) keçən

DİREKTORUN SALAMI

ilin buraxılışı üzrə ən yaxşı nəticələri təkrarlamağa ümid edir və əlavə olaraq, təbiət elmləri, sosial fənlər və həmçinin, incəsənət üzrə seçim etmək baxımından yeni təklifləri də əlavə edəcəyik.

Orta təhsil bölməsində tədrisin yalnız bir istiqamətdə (beynəlxalq istiqamətdə) davam etməsi baxımından biz intensiv ingilis dili dəstəyi, öyrənmə çətinliyi olan şagirdlərə dəstək, həmçinin Azərbaycan dilini bilməyən şagirdlər üçün dil dəstəyi proqramlarını da təmin edəcəyik.

Bundan əlavə, mən müəllim heyətinin peşəkarlığını xüsusilə qeyd etmək istərdim. Şagirdlərə həqiqətən keyfi yyətli təhsil vermək üçün müvafi q təlim keçmiş beynəlxalq müəllimlər səriştəli yerli işçi heyəti ilə əl-ələ işləyirlər. Biz növbəti tədris ilindən etibarən öz fənnini ingilis dilində tədris edən bütün yerli müəllimlərin dil səviyyəsinin B2 və ya C1 səviyyəsində olmasını tələb edirik.

Akademik proqramlardan əlavə biz şagirdlərə bir çox fəaliyyətlər və klublar da təklif edirik. Oğlan və qızlar üçün idman proqramlarının sayı hər il artır və biz indi yerli səviyyədə bir çox məktəblərlə rəqabət aparırıq. Şagirdlər, həmçinin bilik Olimpiadaları, BMT Modeli proqramı və Avropa Gənclər Parlamentində də iştirak edirlər. İngilis dili üzrə həm Bakı şəhərində, həm də xaricdə yay düşərgələri təşkil olunur və biz Türkiyədəki “Space Camp” layihəsinin davam etməsinə ümid edirik.

Biz EAS-da texnologiya və kitabxana resurslarının əhəmiyyətli dərəcədə artmasına nail olmuşuq. İbtidai təhsil bölməsində “Şagird iPad proqramı” və orta təhsil bölməsində “Öz cihazınızı gətirin” təşəbbüsləri (BYOD) bunun yalnız iki mühüm nümunəsidir. Dərslərin tədrisində bu resurslardan tam istifadə etmək üçün bütün sinif səviyyələrində tədris edən müəllimlərə dəstək üzrə işçi heyəti vardır.

Sonda, icazə verin, Sizə bir daha EAS-a xoş gəlmisiniz deyim. Kurikulum üzrə Təlimat kitabçasını nəzərdən keçirdikdə, Sizdə kurikulum haqqında daha ətraflı təsəvvür yaranacaqdır. Daha ətraflı məlumat üçün mənə və ya təhsil bölmələri üzrə müdirlərdən birinə müraciət edə bilərsiniz.

Dr. Qari KrippinDirektor

2

Məktəbin missiyası

Avropa Azərbaycan Məktəbi hər bir şagird üçün innovasiya, yaradıcı-lıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait ya-

radan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları tə-min edir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhfə vermək sə-lahiyyətinə malik dərindüşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir.

Məktəb haqqında

Azərbaycan Avropa Məktəbi 2011-ci ildə Birləşmiş Krallıqlarda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqlarda nü-mayəndəlikləri olan ümumavropa təş-kilatı - Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfi ndən təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azər-baycan Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir, lakin Məktəb rəsmi təsdiqini aldığı xüsusi beynəlxalq proq-

ramları təklif etdiyinə görə dövlət mək-təblərindən fərqlənir. Bu proqramlara Beynəlxalq Bakalavriat Təşkilatının (IB) İbtidai Təhsil Proqramı (PYP), Kembric Beynəlxalq İmtahanları və Beynəlxalq Bakalavriat Təşkilatının (IB) Diplom Proqramı (DP) daxildir. 2012-ci ildə 95 şagirdi olan Məktəb genişlənərək ha-zırda 780 şagirdə təhsil verir və Mək-təbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (3-5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şə-bəkəsinin də üzvüdür. 2017-ci ildə Mək-təbin Beynəlxalq Bakalavriat Təşkilatı-nın (IB) Diplom Proqramı məzullarının ilk buraxılışı olacaqdır. Orta məktəbdə milli təmayülü seçən şagirdlər qəbul imtahanlarından yüksək bal toplayaraq Azərbaycanda ən yaxşı universitetlərə qəbul olunmuşlar. Xaricdə təhsil almağı arzulayan şagirdlərə kömək etmək üçün orta məktəbdə universitetlər üzrə məs-ləhətçi tam ştatda fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbi fəaliyyə-tini iki binada həyata keçirir. Yasamal ra-yonunda yerləşən ilkin məktəb binasında erkən təlim və ibtidai təhsil bölməsində təhsil alan şagirdlər, xüsusi məqsədlər üçün tikilmiş Badamdar qəsəbəsində yerləşən yeni binada isə V-XI sinif şa-girdləri təhsil alırlar. 2017-ci ilin sentyabr ayından etibarən ibtidai məktəb bina-sının yaxınlığında yerləşən Erkən Təlim Mərkəzini açılışını planlaşdırırıq.

Əksər şagirdlərin Azərbaycan vətən-daşları olmasına baxmayaraq, Məktə-bimizdə keçən il qəbul olunmuş digər ölkələrin vətəndaşları olan şagirdlər də təhsil alırlar. Bizim tədris heyətinə gəl-dikdə isə, bu yüksək ixtisaslı azərbay-canlı və əcnəbi müəllimlərdən ibarətdir.

Bütün müəllimlərdən pedaqoji təcrübə-nin, yüksək akademik ixtisas səviyyə-sinin və beynəlxalq proqramları tədris edərlərsə, ingilis dilində mükəmməl ün-siyyət bacarıqlarının olması gözlənilir.

2017-18-ci dərs ilində yeni təşəbbüs-lərdən biri V-VII siniflərdə uşaqların həm təhsil, həm də sosial ehtiyaclarına uyğun olan müvafi q orta məktəb proqramı ya-ratmaqdır. Biz IV sinif üzrə İbtidai Təhsil Proqramı ilə fasiləsiz əlaqələndirmə ya-ratmağa və VIII sinif üzrə IGCSE (Orta Təhsil üzrə Umumi Beynəlxalq Sertifi kat) proqramına keçəcək şagirdlərin elmi, linqvistik və sosial baxımdan tam hazır olmasını təmin etməyə çalışırıq. Bununla yanaşı, ingilis dili biliyi zəif olan şagirdlər üçün mütəxəssis müəllimlər tərəfi ndən dəstək proqramı də təklif olunacaqdır.

Bir məktəb kimi öz baxışımıza uy-ğun olaraq biz Azərbaycan vətəndaşları üçün ünsiyyət və təlimin iki dildə: həm Azərbaycan, həm də ingilis dillərində aparılmasını təmin edirik. 2017-18-ci dərs ilində biz yuxarı siniflərdə yalnız rus dilini deyil, başqa xarici dilləri də tədris edəcəyik. Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə kurikuluma daxil olan fənlərlə yanaşı incəsənət, dizayn, mu-siqi, şahmat və üzgüçülük kimi sahələr-də də öz istedadlarını inkişaf etdirmək imkanı yaradır. Həm ibtidai, həm də orta təhsil bölməsindəki zəngin fakultətiv proqramlar şagirdlərə basketbol, fut-bol və voleybol kimi komanda şəklində oynalılan idman növləri, eyni zamanda rəqs, şahmat, debatlar, şagird qəzeti, BMT modeli (MUN), musiqi və kerami-ka kimi klub fəaliyyətlərində də iştirak etmək imkanını təmin edir. Orta məktəb bölməsində şagirdlər müntəzəm olaraq beynəlxalq yarışlarda iştirak edirlər.

MƏNİMMƏKTƏBİM

3

QƏBULQAYDALARIQEYDİYYATAvropa Azərbaycan Məktəbi 2018-2019-cu tədris ili üzrə Erkən Təlim Mərkəzi, ibtidai və orta təhsil pillələri üzrə şagird qəbulu elan edir.

Təhsil ödənişlidir. Qəbul müsabiqə yolu ilə aparılır.

4

EAS ibtidai məktəb binasıAzərbaycan, Bakı şəh., Həsən Məcidov küç., 7C Tel: (+ 994 12) 539 89 35/36/37/38 Email: [email protected]

EAS orta məktəb binasıAzərbaycan, Bakı şəh.,A. Abbaszadə küç., 1128-ci keçid Tel: (+ 994 12) 499 89 35/36/37/38Email: [email protected]

Ünvan:

İlkin qeydiyyat:

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

Müsabiqədə iştirak üçün qeydiyyat tarixləri:

Sənəd qəbulu başlayır - 02 aprel 2018-ci il

Məktəblə tanışlıq həftənin I-V günləri, saat 16:00-dən 17:00-dək, VI gün saat 10:00-dan 15:00-dək keçirilir.

Qeydiyyat ərizəsi

Doğum haqqında şəhadətnamənin surəti (ETM və I sinif şagirdləri üçün notarial təsdiq olunmuş surəti)

3x4 ölçüdə 1 ədəd rəngli fotoşəkil (son 6 ay ərzində çəkilmiş)

Şagirdin təhsil aldığı məktəbdən arayış

Təhsil pilləsiTəhsil haqqı (AZN)

Azərbaycan vətəndaşlarının övladları

Xarici vətəndaşların övladları

Erkən Təlim Mərkəzi 6750 6750

İbtidai təhsil (I-IV) 9800 12500

Orta təhsil (V-IX) 12000 14000

Yuxarı siniflər (X-XI)* 14000 15500

*Milli istiqamət üzrə XI sinif “Şagird”i üçün təhsil haqqı 10 500 AZN-dir.

5

ERKƏNTƏLİMMƏRKƏZİAvropa Azərbaycan Məktəbində Azərbaycan təlim standartlarını və Beynəlxalq Bakalavriatın Erkən Təlim Proqramını özündə birləşdirən Erkən Təlim Mərkəzi fəaliyyət göstərir. Bu, uşaqlara onların məktəbə uğurlu şəkildə hazırlığına yardım edən ictimai, emosional, mədəni və elmi bilikləri əldə etmələrinə təkan verir.

6

Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı (IB PYP);

İngilis dilində tədris;

IB şagirdinin səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməklə uşağın sosial və emosional inkişafına diqqət yetirilməsi;

Oxu, yazı savadı və riyazi bacarıqlar, oyun vasitəsi ilə fənlərarası təlim;

İki yaş səviyyəsi: 4-yaşlılar və 5-yaşlılar qrupu

Azərbaycan dili, təsviri incəsənət, musiqi, rəqs, kitabxanada oxu və fiziki tərbiyə fənlərinin mütəxəssislər tərəfindən tədrisi.

ETM aşağıdakıları təklif edir:

Dil bacarıqlarının inkişaf etdirilməsi:

Hər bir sinifdə ingilis dilli sinif müəllimi və Azərbaycan dilini tədris edən müəllim heyəti;

5-yaşlılar üzrə proqramın sonunda uşaqların 1-ci sinfin ingilis dili standartına əsasən tələb olunan ingilis dili bacarıqlarının olacağı gözlənilir;

Valideynlərdən övladlarının bu irəliləyişini evdə də dəstəkləmələri gözlənilir.

Uşaqlardan özlərinin sərbəst şəkildə yemək yemələri;

Uşaqlardan müstəqil şəkildə ayaqyolundan istifadə etmələri;

Uşaqlardan geyimlərini özlərinin müstəqil şəkildə geyinib dəyişdirmələri gözlənilir.

Müstəqillik (sərbəstlik) və özünüidarəetmə:

İlin əvvəlində bu bacarıqları olmayan uşaqlara zəruri olduqda müəllimlər tərəfindən köməklik göstəriləcəkdir.

Valideynlərdən evdə bu təşəbbüsə dəstək vermələri və bütün uşaqlardan bu bacarıqları müvafiq müddət ərzində inkişaf etdirmələri gözlənilir.

Uşaq bezlərinin dəyişdirilməsi üçün bizim xidmət vasitələrimiz yoxdur. Bütün uşaqlar məktəbə başlayana qədər uşaq bezindən istifadə etməmiş olmalıdırlar.

İSTİRAHƏT:

– Hər gün uşaqlar üçün kifayət qədər istirahət vaxtı verilir;

– Uşaqlar üçün yataq təmin olunmur və yatma vaxtı nəzərdə tutulmur;

– İlin əvvəlində bəzi uşaqların günorta yatmaq ehtiyacı olur. Yalnız gecə 10-12 saat lazımi yuxunu alana qədər günorta yuxusuna olan bu tələbat aradan qalxan müddətədək uşaqların müvafiq vaxtda məktəbdən erkən getmələri nəzərdə tutulur.

ACIQ HAVADA OYUN:

– Hər gün iki dəfə acıq havada oyun (hava şəraiti imkan verərsə)

GÜNDƏLIK CƏDVƏL:

– Hər ilin əvvəlində tələbələrin ehtiyaclarına uyğun olaraq dərslərə giriş olacaqdır.

– Valideynlər və müəllimələr uşaqlarının tam dərs gününə hazır olduqlarına dair qərarın verilməsi üçün birgə çalışacaqlar.

7

İBTİDAİMƏKTƏBAvropa Azərbaycan Məktəbinin missiyası qlobal iqtisadiyyatda müvəffəqiyyətlə inkişaf etməsi və öz icmasına əhəmiyyətli töhfə verməsini təmin etmək üçün hər bir şagirdə şəxsi intizam, motivasiya, təlimdə mükəmməlliyə şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli təhsil verməkdən ibarətdir.

8

Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı (IB PYP);

İngilis dilində tədris;

Riyaziyyat, ingilis dili, təbiət elmləri və ictimai elmlərin daxil olduğu ingilis dilində tədris edilən əsas kurikulum

“Xüsusi” fənlərın/dərslərin həm Azərbaycan, həm də ingilis dillərində tədrisi

Azərbaycan və rus dillərini əhatə edən Dil Dəstəyi Proqramı

İbtidai Təhsil üzrə bölmə aşağıdakıları təklif edir:

İbtidai təhsil üzrə bölməsi şagirdlər üçün aşağıdakıları təmin edir:

Dünya necə qurulub

Biz kimik

Biz özümüzü necə ifadə edirik

Planetdən birgə istifadə edilməsi

Fəaliyyətimizi necə təşkil edirik

Məkan və zaman baxımından haradayıq

Şagirdlərin elmi, sosial və emosional inkişafını təmin edir.

Şagirdləri müstəqil şəkildə öyrənmək üzrə məsuliyyəti öz üzərlərinə götürmək bacarığını inkişaf etdirməyə həvəsləndirir.

Şagirdlərin dünyanı anlamaq və orada sərbəst şəkildə fəaliyyət göstərmək səylərini dəstəkləyir.

Şagirdlərə beynəlxalq dünyagörüşlü fərdlər kimi inkişaf etmələri üçün təməl olan şəxsi dəyərlərini müəyyən etməyə kömək edir.

Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı:

Fənlərarası mövzular (Tədqiqat blokları) vasitəsilə tədqiqat əsaslı təlim

IB şagirdinin səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməklə uşağın sosial və emosional inkişafına diqqət verilməsi

“6 Yazı xüsusiyyətləri” və Müəllimin rəhbərli altında oxu proqramları vasitəsi ilə ingilis dilində oxu və yazının inkişafı

İngilis dili Əlavə Dil kimi dəstək proqramının dərslərdə təmin edilməsi Hər bir sinifdə ingilis dilli sinif müəllimi və Azərbaycan dilini tədris edən müəllim heyəti;

20 şagirdin fərdi və birgə öyrənməsi və oynaması üçün geniş otaqlar.

Müəllimlərin tədris və təlim resursları üzrə son texnologiyalardan istifadə etmələri baxımından “i-Pad”lər və interaktiv lövhələrlə təchiz olunan siniflər.

Şagirdlərin öyrənməsinə ingilis dilli sinif müəllimi və bir köməkçi müəllim tərəfindən dəstək göstərilməsi.

İbtidai Təhsil bölməsinin hal-hazırda ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya və Azərbaycandan olan mütəxəssislərdən ibarət tədris heyəti.

Dərs ili üzrə planların Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı (PYP) üzrə tam ştatlı iki koordinatoru, ingilis dili və riyaziyyat fənləri üzrə fənn koordinatorları tərəfindən müəllimlər və İbtidai təhsil üzrə direktorla birgə işlənib hazırlaması.

Bundan əlavə, şagirdlərin emosional və sosial rifahını dəstəkləmək üçün fəaliyyət göstərən məktəb psixoloqu.

EAS-da Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramının üstünlükləri iki dildə tədris olunan ingilis-Azərbaycan təhsilinin müsbət cəhətləri ilə birləşdirilir.

I-IV siniflərdə tədrisin 80%-nin ingilis dilində olması şagirdlərimizi orta məktəbə və Beynəlxalq Bakalavriatın Diplom Proqramına tam şəkildə hazırlayır.

Kitabxana, bədən tərbiyəsi, musiqi və təsviri incəsənət kimi bir neçə “xüsusi” fənn iki dildə tədris olunur.

İbtidai təhsil üzrə binasında biz Bakıdan olan mütəxəssislərlə birgə “Dərsdən sonrakı fəaliyyətlər” proqramını (məsələn, musiqi/rəqs, robot texnikası, basketbol) təklif edirik.

Bakıdan olan uşaqlar və beynəlxalq şagirdlər birlikdə təhsil alırlar. Bu, dostluq və bir-birinin mədəniyyətindən öyrənmək üçün gələcək imkanlari təmin edir.

İbtidai Təhsil Proqramının Tədqiqat Blokları:

EAS-ın İbtidai Təhsil bölməsini xüsusi edən cəhətləri:

9

ORTAMƏKTƏBEAS-ın Orta təhsil bölməsi Beynəlxalq Bakalavriatın Orta Siniflər Proqramı (IB MYP), Cambridge Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifikat Proqramı (IGCSE) və Beynəlxalq Bakalavriatın Diplom Proqramı (IB DP) kimi yalnız beynəlxalq proqramları təklif edir.

10

Orta məktəb aşağıdakıları təklif edir:• Şagirdlər IX sinifdə ATESTAT imtahanlarını vermək üçün

lazım olan az sayda əlavə dərslərdə iştirak edirlər. Azər-baycan dilində aparılan fənlər bəzi qeyri-əsas fənlərlə yanaşı Azərbaycan dilində tədris olunmaqla, əsas fənlə-rin (ingilis dili, riyaziyyat, təbiət fənləri və bəzi humanitar fənlər) ingilis dilində tədrisi.

• Şagirdlərin çoxu üçün güclü ingilis dili dəstək proqramı və ingilis dili tələblərinə minimal səviyyədə cavab verən, lakin əsasən tədris proqramını mənimsəyə bilməyən şa-girdlər üçün intensiv əlavə dəstək proqramı (“EAL (İngilis Dili Əlavə Dil kimi) İngilis dilini sürətli mənimsəmə” proq-ramı) mövcuddur.

ORTA MƏKTƏBİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ AŞAĞIDAKILARDIR: • Orta və yuxarı siniflər üzrə əsasən bu səviyyələrdə tədris

aparan mütəxəssis müəllimlər • Akademik proqramlara rəhbərlik edən və öyrənməni

dəstəkləyən xüsusi proqram koordinatorları • İbtidai təhsil bölməsində PYP-dən başlayaraq növbəti

səviyyədə IGCSE və IB DP-nin tələblərinə uyğun olmaq üçün MYP vasitəsi ilə kurikulum və tədris metodları baxı-mından aydın əlaqə

• Bu yaşda olan şagirdlərin ehtiyaclarını ödəmək üçün xü-susi olaraq uyğunlaşdırılan və onların sosial, emosional və akademik inkişafını dəstəkləmək üçün hazılanan düz-gün planlaşdırılmış fəaliyyət proqramı

• “Hərtərəfli uşaq” yetişdirmək üçün tərbiyə işləri ilə bağlı güclü idatəretmə və sosial-emosional və ictimai fəaliy-yət proqramları

• Yerli dildə dil fənlərini mənimsəyə bilməyən azərbaycanlı olmayan şagirdlər üçün əlavə təkliflər.

IGCSE VIII-IX SİNİFLƏR PROQRAMI ÜZRƏ SİNİFLƏR – VIII-IX SINIFLƏR.

IGSCE Cambridge Beynəlxalq İmtahanlar Təşkilatının təklif etdiyi proqramların bir hissəsidir. Şagirdlər iki illik müddət ərzində əsas fənlər üzrə proqramı keçəcəklər və ikinci ilin sonunda fənlərin çoxundan IGCSE imtahanlarını verəcək-lər. IGCSE proqramı X-XI siniflərdə tədris olunan IB Diplom Proqramı üçün əla hazırlıq imkanıdır. Şagirdlərin xarici dil və həmçinin, EAS-da təqdim olunan IGCSE Təklifləri çərçivəsin-də bəzi seçilə bilən fənlər baxımından seçim etmək imkanı olacaq.

• Riyaziyyat – Əsas və Genişləndirilmiş; • İngilis dili və ədəbiyyatı; • Təbiət fənləri – Birləşdirilmiş; • Tarix; • Coğrafiya; • Sahibkarlıq; • Dillər; • Dizayn (İncəsənət fənləri 2018-20-ci dərs illəri ərzində

əlavə olunacaq).

BEYNƏLXALQ BAKALAVRİATIN DİPLOM PROQRAMI (IB DP) ÜZRƏ SİNİFLƏR – X-XI SİNİFLƏR

EAS Beynəlxalq Bakalavriatın Diplom Proqramını təklif etmək səlahiyyəti olan IB məktəbidir. Bu proqram dünya səviyyəli standartlara cavab verdiyinə görə qlobal səviy-yədə tanınan universitetə hazırlıq proqramıdır. Şagirdlər iki il müddətində altı fənn keçirlər. Seçilən fənlər şagirdlə-rin bacarıqlarına və karyera seçiminə əsaslanır. Şagirdlər özlərinin birinci dil fənnini, ikinci xarici dili, riyaziyyat, tə-biət fənləri, insan və cəmiyyət (tarix, iqtisadiyyat və s.) və seçmə fənn kimi incəsənət və ya ikinci təbiət fənni, insan və ya dilin öyrənilməsi kimi altı fənn keçməlidirlər. IB-nin Diplom Proqramının tələbləri çərçivəsində şagirdlər geniş-ləndirilmiş esse, Bilik Nəzəriyyəsi (TOK) və icma xidməti proqramını (CAS) da tamamlamalıdırlar. Yekun qiymətin təxminən 30% -i (bu, müəyyən dərəcədə tədris proqramın-dan asılıdır) məktəb daxilində qiymətləndirilir, 70%-i isə IB tərəfindən xaricdə qiymətləndirilir. Hər bir fənn 1-dən 7-yə (ən yüksək) qədər qiymət şkalası üzrə qiymətləndirilir. Dip-lom əldə etmək üçün bütün altı fənn üzrə ümumi bal ən azı 24 olmalıdır. Aşağıda məktəbin növbəti X sinif üçün təklif etməyə hazırlaşdığı seçim siyahısı verilmişdir. Kifayət say-da şagirdin qeydiyyatdan keçmədiyi təqdirdə, bəzi seçimlər təklif edilməyə bilər. EAS-ın fənn təkliflərinin tam siyahısı Orta təhsil bölməsinin qəbul şöbəsindən əldə edilə bilər və bu, qismən şagirdlərin qoşulmasından asılıdır - biz 2018-19-cu dərs ilində təklif olunan fənlərin sayını 18-dən 24-dək artırmağı planlaşdırırıq;

AŞAĞIDAKI KEYFİYYƏTLƏRİ EAS-ın ORTA MƏKTƏBİNİ XÜSUSİ EDİR:

• Biz böyük bir hissəsini xarici müəllimlərin təşkil etdiyi Biz böyük bir hissəsini xarici müəllimlərin təşkil etdiyi yüksək ixtisaslı müəllimləri işə qəbul edirik.

• Şagirdlərin sosial, dil və öyrənmə ehtiyaclarına, həm-çinin universitetlərə qəbul üzrə məsləhətləşmələrə kömək etmək üçün xidmət dəstəyi göstəririk.

• İdman, şagird özünüidarəetməsi, BMT Modeli və Avropa Gənclər Parlamenti kimi təşəbbüsləri təklif edən müxtəlif şagird fəaliyyəti və klub proqramları təklif edirik.

• Müasir və yaxşı təchiz olunmuş təbiət fənləri laborato-riyaları, üzgüçülük hovuzu və idman zalı ilə təmin edil-miş ən yaxşı idman sahələri, müasir akt zalı, tam təchiz olunmuş kompüter laboratoriyası, musiqi və incəsənət otağı, geniş kitabxana, böyük və rahat yeməkxana da daxil olan müasir məktəb kompleksi.

• EAS Azərbaycan mühiti və onun qlobal perspektivin-dən tam şəkildə istifadə etməklə həqiqi öyrənənlər ic-masını yaratmağa xidmət edən bir məktəbdir.

11

Yeni müəllimlərin gəlişiMəktəb tədbiriTətil Bütün müəllimlər/orientasiya Məktəbin açılışı və bağlanış günləriÜmumxalq Hüzn GünüƏgər bayram günü şənbə və bazar günlərinə təsadüf edərsə

21 avqust22-23 avqust24-31 avqust3 sentyabr

12 oktyabr9 noyabr 12-16 noyabr15-16 noyabr26 noyabr

22 dekabr - 4 yanvar31 dekabr1-2 yanvar7 yanvar20 yanvar25 yanvar28 yanvar

5 fevral8 mart20-29 mart

1 aprel18 aprel9 may28 may

4-5 iyun15 iyun25 iyun26 iyun28 iyun

Yeni müəllimlərin gəlişiQurban bayramı Bütün müəllimlər/orientasiyaDərslər başlayır

Peşəkar inkişaf günləri/dərs yoxdurBayraq GünüPayız tətiliMüəllimlərin təlim günləriPeşəkar inkişaf günləri/dərs yoxdur

Qış tətiliHəmrəylik GünüYeni ilMəktəbdə dərs günü başlayırÜmumxalq Hüzn GünüBirinci rübün sonuİkinci rübün başlanğıcı

Peşəkar inkişaf günləri/dərs yoxdurBeynəlxalq Qadınlar GünüNovruz bayramı

Məktəbdə dərs günü başlayırPeşəkar inkişaf günləri/dərs yoxdurQələbə GünüRespublika Günü

Ramazan bayramıMilli Qurtuluş GünüŞagirdlər üçün son günMilli Ordu Günü Müəllimlər üçün son gün