12
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН ELMИ МЯЪМУЯСИ 17 İYUN (HAZİRAN) 2012

Elmi mecmue 17 - isamveri.orgisamveri.org/pdfdrg/D02632/2012_17/2012_17_SULEYMANOVAAO.pdf · 2015-10-28 · qeyri-müəyyən adlar hesab edilmirlər»5. Burada söhbət , نسحلا

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Yâsîn ve Mülk sûrelerinin mukayeseli bir incelemesi 1

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН

ELMИ

МЯЪМУЯСИ

№ 17 ● İYUN (HAZİRAN) 2012

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 65

MÜƏYYƏNLİK-QEYRİ MÜƏYYƏNLİK SEMANTİK KATEQORİYA KİMİ

Salman Səfəralı oğlu SÜLEYMANOV

Açar sözlər: müəyyənlik, qeyri-müəyyənlik, dilçilər Ключевые слова: определенность, неопределенность, лингвистов Key words: definite, indefinite, linguists Bildiyimiz kimi, ərəb dilində ad qruplu sözlər «müəyyənlik» və ya «qeyri-

müəyyənlik» bildirmək xüsusiyyətinə malikdirlər. Bu xüsusiyyət isə, müvafiq olaraq, dilin qanunauyğunluqlarından doğan bir sıra hallarla şərtlənir. Bu baxımdan ərəb ədəbi dilində müstəqil bir kateqoriya kimi müəyyənlik-qeyri-müəyyənlik öyrənilməsi, zənnimizcə, həlli yalnız bu kateqoriyanın çoxplanlı fəaliyyətinin hərtərəfli analizi sayəsində mümkün olan mürəkkəb bir problemdir. Bir çox hallarda müəyyənlik-qeyri-müəyyənlik əslində dil sistemi hüdudlarını aşan və insan təfəkkürü prosesinə toxunan bir sıra həqiqətlərə əsaslanır. Beləliklə, müəyyənlik-qeyri-müəyyənlik kateqoriyasının müstəqil bir semantik kateqoriya kimi, hər şeydən əvvəl ilkin, nominativ funksiyasının araşdırılmasının gərəkliyi meydana çıxır.

Müəyyənlik-qeyri-müəyyənlik kateqoriyasının bu yönü ənənəvi ərəb dilçilik elmində özünün geniş əksini tapmışdır. Ərəb dilçiləri belə bir nəzəriyyədən çıxış etmişlər ki, «müəyyənlik» və «qeyri-müəyyənlik» bütün məna ifadə edən dil vahidlərinə məxsusdur və bu vahidlər həmin mənalara məlum vasitələrin işlədilməsi nəticəsində yiyələnməyib, öz təbiəti və mahiyyətlərinə görə sahib olurlar.

Ənənəvi ərəb dilçilik nəzəriyyəsində ad qruplu sözlərin «müəyyən» və «qeyri-müəyyən» almaq üzrə iki qrupa bölünməsi məsələsinə böyük diqqət yetirilir. Bu məsələnin tədqiqinə qeyri-müəyyən adlar sinfinin müzakirəsilə başlanılır. Ənənəvi qrammatika nümayəndələrindən olan Yə’iş bunu belə izah edir: «Elə bir müəyyən ad tapmaq mümkün deyil ki, o özünün ilkin vəziyyətində qeyri-müəyyən ad almamış olsun…»1.

1 Leıpzıg 1882. .68ابن يعيش شرح المفصل ص

Salman Səfəralı oğlu SÜLEYMANOV 66

Ərəb dilçiləri adları həm forma, həm də mahiyyət baxımından araşdırırlar. Qeyri-müəyyən ad formal planda onunla səciyyələndirilir ki, o ’əl müəyyən artikli qəbul edə və ya «rübbə» («çox») sözüylə işlədilə bilər. Əz-Zəməxşəri «rubbə»nin işlədilməsi adın qeyri-müəyyənliyini izah edən bir nişanə kimi xüsusi olaraq qeyd edir, belə ki, onun fikrincə «rubə [sözü]» yalnız qeyri-müəyyən adlarla işlənir»2.

Qeyri-müəyyən adların bu iki formal əlamətlərindən başqa, bir çox ərəb dilçiləri, həmçinin, «lə» (ال) inkar ədatını qeyd etmişlər. Məsələn, əz-Zəməxşəri bu barədə yazır: «Lə»nin idarə etdiyi ad qruplu söz yalnız qeyri-müəyyən ola bilər»3. Lakin ’əl artiklinin tətbiq edilə bilinməsini ərəb dilçiləri qeyri-müəyyən adın xarakterizə edilməsində ən əsas meyar kimi qiymətləndirmişlər. Məsələn, Sibəveyhi hesab edir ki, «qeyri-müəyyən ad – ilkin formadır; daha sonra ona o şey əlavə edilir ki, onun vasitəsilə ad müəyyən olur»4. Digər bir alim İbn Malik də özünün mənzum qrammatik əsərində bu fikrin tərəfdarı kimi çıxış edir. İbn Malik qeyri-müəyyən adı «tə’siredici artikli qəbul edən» və ya «göstərilən növ adların əvəzinə çıxış edən» söz kimi səciyyələndirir.

Bu müddəa onunla maraqlıdır ki, bəzi xüsusi adlar öz formalarına görə ümumi isimlərdən fərqlənmirlər. Məsələn, حسن [hasənun], سليم [səlimun], محمد [muhammədun] kimixüsusi adlar tənvin sonluğuna malik olub, dildə qeyri-müəyyən ad qruplu sözlər kimi fəaliyyət göstərən حسن «yaxşı», سليم «sağlam», محمد «tə’rif olunan» tipli adlardan heç nə ilə fərqlənmirlər. Lakin bu hala baxmayaraq, birincilər qeyri-müəyyən adlar kimi qəbul edilmirlər. Bu isə yalnız semantik deyil, həmçinin formal xüsusiyyətlərlə şərtlənir. Başlıca xarici əlamət budur ki, xüsusi adlar ’əl artikli qəbul etmir, deməli bu növ adlardakı tənvin ’əl artikli ilə kateqoriya müxalifətinə girmir.

İbn Malikin burada ’əl artiklini «təsiredici» ’əl kimimüəyyənləşdirməsi faktı da diqqətəlayiqdir. Əl – ’Əşmuni öz şərhində yazır: «O [İbn Malik] «təsiredici» ifadəsiylə ’əl qəbul edən xüsusi adları istisna etməyi nəzərdə tuturdu. Bu adlardakı ’əl onlara müəyyənlik ifadəsi baxımından təsir göstərmir və buna görə də öelələri qeyri-müəyyən adlar hesab edilmirlər»5. Burada söhbət

,tipli xüsusi adlardan gedir ki, bunlarda da ’əl elementi, həqiqətən الحارث , الحسنmüəyyənlik nöqteyi-nəzərindən heç bir funksiya daşımayır.

86ھـ . ص. 1321كتاب المفصل في علم العربية مصر –الزمخشري 23 Yenə orada, səh. 289. 8-6ھـ ص. 1316الكتاب . بوالق –سيبويه 4 86شرح على الفية ابن مالك . مصر . ص. –االشموني 5

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 67

İbn malikin bu müddəasının ikinci hissəsi də maraqlı və artıq müasir ərəb dilçiliyi elmində də təsdiqlənmiş bir fikirdir. Buradakı «göstərilən növ adların əvəzinə çıxış edən sözlər» ifadəsiylə dildə sual və ya nisbi əvəzliklər kimi işlənən

من «kim?» və ya «kim ki» və « ما » «nə?» və ya «nə ki» kəlmələri nəzərdə tutulur ki, bunlar da انسان «hansısa, hər hansı bir insan» və « شيء » «hansısa, hər hansı bir şey» sözlərini əvəz edir, bu sözlər isə, məlum olduğu üzrə, ’əl artikli qəbul edə bilirlər.

Ənənəvi ərəb dilçilik nəzəriyyəsində müəyyənlik-qeyri-müəyyənlik kateqori-yasının nominativ səviyyədə xarakteristikası çox vaxt «ümumi» və «xüsusi» kimi anlayışlara əsaslanır. Bu cür nəzəri yanaşmaya, məsələn, əz-Zəməxşərinin belə bir fikri nümunə ola bilər ki, «qeyri-müəyyən ad elə bir addır ki, o hər hansı müəyyən sinfin bütün üzvlərinə aid olur»6. Müəyyən ada gəlincə, onun üçün spesifik bir əlamət kimi xüsusilik halı müəyyənləşdirilir. Beləliklə, Sibəveyhiyə görə müəyyən ad onunla səciyyələnir ki, o, «müəyyən bir sinfin qalan digər üzvlərinə toxunmadan konkret bir obyektə» işarə edir7.

Ənənvi dilçilik elmi nümayəndələrinin əsərlərində tez-tez «daha xüsusi» və «daha ümumi» kimi ifadələrə rast gəlmək mümkündür. Bu isə onunla izah edilir ki, burada müəyyənlik-qeyri-müəyyənlik (və ya xüsusilik-ümumilik) sisteminin tədqiqi sadəcə qəti şəkildə iki kənar nöqtənin ayırd edilməsilə bitməyib, müəyyən və qeyri-müəyyən (xüsusi və ümumi) qütblərinin əhatə dairəsinə daxil olan bir sıra «daha müəyyən», «daha qeyri-müəyyən» kimi qiymətldəndirilən aralıq kateqoriyaları da özündə əks etdirir.

Müəyyənlik kateqoriyası daxilindəki dərəcələrə bölmə prosesi bu baxımdan daha rəngarəngdir. Bu prinsip, əsasən, iki istiqamətdə tətbiq olunur. Bir tərəfdən bu müqayisə adların müxtəlif sinifləri arasında aparılır. Məsələn, ərəb dilçiləri aydınlaşdırmağa çalışmışlar ki, şəxs əvəzliyimi, xüsusi isimmi, işarə əvəzliyimi və ya nisbi əvəzlikmi daha müəyyən mənaya sahibdir. Deməliyik ki, burada bir neçə nöqteyi-nəzər mövcuddur və bir çox hallarda bu müxtəliflik öyrənilən məsələyə olan yanaşmanın fərqliliyindən irəli gəlir. Məsələn, Bəsrə qrammatika məktəbi nümayəndələri hesab edirlər ki, ən müəyyən olan şəxs əvəzliyidir, daha sonra isə xüsusi ad və nəhayət işarə əvəzliyi gəlir. Xüsusi isimlərin nisbətən zəif müəyyənliyi ilə bağlı tezislərini onlar bununla əsaslandırırlar ki, xüsusi ad şəxs əvəzliyindən fərqli

ھـ . ص. 1321في علم العربية مصر كتاب المفصل–الزمخشري 198 6 220ھـ ص. 1316الكتاب . بوالق –سيبويه 7

Salman Səfəralı oğlu SÜLEYMANOV 68

olaraq təyin oluna bilirlər ki, bu da onların fikrincə, «ondakı müəyyənlik mənasının zəifliyinin əlamətidir»8. Bəsrə dilçilərinin bu müddəası onların məsələdə dil hadisələrinin formal tədqiqi mövqeyindən yanaşmasından xəbər verir.

Kufə qrammatika məktəbi təmsilçiləri isə xüsusi ismi ən müəyyən ad sayırlar; bunun ardınca isə şəxs əvəzliyi və işarə əvəzliyinin gəldiyini söyləyirlər. Bunu izah edərək onlar göstərirlər ki, «şəxs əvəzliyi istənilən göstərilən adla əlaqədar işlədilər bilər və heç bir konkret şeyl ifadə etmir; bundan əlavə qeyd olunan ad qeyri-müəyyən də ola bilər və bu halda şəxs əvəzliyi də qeyri-müəyyən kimi çıxış edir»9. Görünür ki, bu mülahizələr dil vahidlərinin funksional xüsusiyyətləri hesaba alınmadan müəyyənlik-qeyri-müəyyənliyin tədqiqinin yalnız nominativ aspektinə əsaslanır.

Digər müəlliflər, məsələn, İbn Sərrac işarə əvəzliyini daha müəyyən hsab edir. Öz fikirlərini həmin müəlliflər belə izah edirlər ki, «işarə əvəzliyinin müəyyənliyi iki amilə – görmə və qavrama amillərinə əsaslanır, digər ad qruplu sözlərsə yalnız qavrama səviyyəsində müəyyəndirlər»10. Burada isə biz tədqiqatçıları müəyyənlik-qeyri-müəyyənlik probleminin linqvistik aspektdən daha çox məna aspektinin maraqlandırdığının şahidi oluruq.

Müəyyənlik kateqoriyasında dərəcələnmənin ikinci istiqamətini ayrı-ayrı siniflər daxilində edilən müqayisəli araşdırmalar təşkil edir. Bu məsələ ilk növbədə şəxs əvəzliklərinə aiddir. Onları öyrənməklə ərəb dilçiləri məhz hansı şəxsə Aid əvəzliyin daha müəyyən hesab edilməli olduğunu dəqiqləşdirməyə cəhd etmişlər. İbn Ya’iş şəxs əvəzliklərinin müəyyənlik dərəcəsini qaydada müəyyən edir: danışan şəxs, qulaq asan şəxs və söhbətdə iştirak etməyən şəxs (yəni I, II və III şəxslər).

İşarə əvəzlikləri və xüsusi isimlər də bu planda analiz edilir. Əz-Zəməxşəri, məsələn, hesab edir ki, işarə əvəzliklərinin müəyyənliyi dərəcəsibilavasitə işarə olunan predmet yaxınlığından asılıdır. Xüsusi adlara gəlincə, əz-Zəməxşəriyə görə ən müəyyən yer adlarıdır (çünki bunlarda ümumilik ən aşağı səviyyədədir), sonra insan və nəhayət sinif adları.

Ümumi isimlərin qeyri-müəyyənlik dərəcəsinin müəyyənləşdirilməsi problem idə dilçilərin diqqətindən kənarda qalmamışdır. Məsələnin həlli, əsasən, leksik vahidlərin semantik yönünün öyrənilməsi ilə həyata keçirilmişdir. Məsələn, İbn Yə’iş hesab edir ki, شيء «şey» sözü جسم «bədən» sözünə nisbətən daha qeyri-müəyyən

8 Leıpzıg 1882. .282ابن يعيش شرح المفصل ص 9 Yenə orada 10 Leıpzıg 1882. .283ابن يعيش شرح المفصل ص

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 69

məna daşıyır, ona görə ki, «doğrudur ki, hər bir bədən – şeydir, lakin doğru deyildir ki, hər bir şey - bədəndir»11.

Qeyd etdik ki, ənənəvi ərəb dilçilik elmində qeyri-müəyyənlik formal olaraq, əsasən, ’əlartiklinin olmamasıla, semantik planda işə, başlıca olaraq, «ümumilik» xüsusiyyətilə xarakterizə edilmişdir. Bununla belə, burada müasir dilçilikdə qeyri-müəyyən sözün başlıca əlaməti sayılan tənvinin söz yaradıcılığındakı rolu tam araşdırılmamışdır. Lakin bizim də burada bu mürəkkəb məsələni ətraflı şərh etməyimizə, zənnimizcə, elə bir zərurət yoxdur12.

Beləliklə, ərəb dilində qeyri-müəyyən halın göstəricisi, başlıca olaraq, qeyri-müəyyən artikl rolunda çıxış edən tənvin, bir sıra məhdud hallarda isə tənvin sonluğunun (n səsinin) olmamasıdır. İkinci növ göstərici elmi ədəbiyyatda çox vaxt «sıfır artikli» də adlandırılır13. Bu tip qeyri-müəyyən sözləri isə, məlum olduğu üzrə, ikihecalı adlar təşkil edir.

Ərəb ədəbi dilində müəyyən və qeyri-müəyyən hallar qrammatik kateqoriya kimi həm sintaktik, həm də semantik funksiyalar yerinə yetirir. Bu fəsildə biz onun yalnız semantik vəzifələrini qeyd edirik.

Qeyri-müəyyən halın dildəki semantik funksiyası belə izah olunur: «Qeyri-müəyyən hal qeyd olunan əşyanın (təzahürün) adının mətndə və ya danışıqda ilk dəfə çəkildiyini, onun haqqında hələ heç bir məlumat verilmədiyini göstərir»14. Məsələn: رجل يرجع الى بيته .

[hansısa bir] Kişi öz evinə qayıdır – نشبت مناقشة بينھما Onların arasında [nəsə bir, hansısa bir] münaqişə baş verdi Müəyyənlik kateqoriyasına gəlincə, deməliyik ki, müəyyən ad qruplu söz

sinifləri vardır ki, bunlar öz təbiətlərinə görə müəyyənlik mənası daşıyırlar. Ərəb dilində ilkin müəyyənlik mənasına malik olan bu adlar hələ ənənəvi dilçilik elmində sistem şəklində müəyyənləşdirilmişdir. Bunlar aşağıdakılardır:

11 İbn Yəişin qeyd edilən əsəri, səh. 684. 12 Tənvinin artikl olub-olmaması ilə bağlı elmi ədəbiyyatda iki mövqe mövcuddur. Alimlərin bir qruppu tənvinin qeyri-müəyyən artikl olduğunu söyləyirlər. Tanınmış polşalı dilçi E.Kuriloviç, fransız L.Massinyon, rus alimləri A.A.Kavalyov, Q.Ş.Şarbatov, ərəb alimləri İbrahim Mustafa, İbrahim əs-Səmərram və digərləri bu qruppa daxildirlər. Digər qrupp alimlərsə tənvinin qeyri-müəyyənlik artikl olmadığını, lakin əsksər hallarda bu funksiyanı yerinə yetirdiyini söyləyirlər. Bunlardan məşhur Azərbaycan alimi Ə.Məmmədov, rus dilçiləri B.M…… 13 V.S.Seqal və başqalarını göstərmək mümkündür. «Sıfır artikli» anlayışının yaranması fransız dilçi alimi Q.Qiyomun Adı ilə bağlıdır. O ilk dəfə isimlərin artiklsiz işlənməsini xüsusi bir forma kimi öyrənmiş və bu formanın sahib olduğu halı «sıfır artikli» (zeno artıcle) adlandırmışdır. 14 Ə.Məmmədov. Ərəb dili, B., 1971.

Salman Səfəralı oğlu SÜLEYMANOV 70

a) xüsusi isimlər (xarici formalarından asılı olmayaraq): və s. الحسن , يوسف , زيد , العراق , آذربايجان b) şəxs əvəzlikləri; v) işarə əvəzlikləri; q) nisbi əvəzliklər. İlkin müəyyənlik mənasına sahib olan qeyd etdiyimiz adlardan fərqli olaraq

digər ad qruplu sözlər (ümumi isimlər, məsdərlər, sifətlər və saylar) həmin mənada məlum vasitələrin köməyi ilə yiyələnə bilirlər və buna görə də bu hal çox vaxt «törəmə müəyyənlik mənası» kimi qiymətləndirilir.

Adların nominativ planda müəyyənlik kəsb etməsinə qulluq edən vasitə, bildiyimiz kimi, ’əl müəyyənlik artiklidir. ’Əl artiklinin semantik funksiyaları aşağıdakı hallarda müşahidə olunur:

1. Söhbəti gedən əşyanın (şəxsin, hadisənin) qabaqcadan artıq qeyd edilmiş olduğu halda:

اقترب منه رجل و ھمس في أذنه شيئا ثم التفت يمنة و يسرة و انصرف .«Ona [hansısa] bir kişi yaxınlaşıb qulağına nəsə pıçıldadı, sonra isə [həmin] bu

kişi sağa-sola boylandı və getdi». يھا مصباح المصباح في زجاجة الزجاجة كأنھا كوكب مثل نوره كمشكوة ف

«Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur»15.

Bu növ artikli ənənvi ərəb dilçiliyində «xatırladılmaya görə məlum (müəyyən) predmetə işarə edən adla işlənən müəyyən artikl kimi səciyyələndirilmişdir»16.

’Əl artiklinin göstərilən mənada işlənməsi, əsasən isimlərlə müşahidə olunur. Lakin bəzən bu hal sifət və ya saylarda da müşahidə olunur (təbii ki, bu zaman onlar isimləşirlər). Məsələn:

إنه عرض على البيع قميصان أحمر و أزرق و لم يھتم أحد باالحمر طول اليوم «O satışa iki köynək çıxartdı, biri qırmızı, biri göz. Bütün gün ərzində qırmızıyla

(qırmızı köynəklə) bir nəfər də maraqlanmadı». زيد فكان أصغر الثالثة كان له ثالثة بنين و أما «Onun üç oğlu var idi. Zeyd o üçündən (o üç oğuldan) ən kiçiyi idi». 2. Adın əvvəlcədən qeyd edilmədiyinə baxmayaraq, verilmiş şərait üçün yeganə

olduğu üçün kontekstdən məlum olduğu halda. Məsələn:

15 Qurani Kərim, «Nur» surəsi, 35-ci ayədən parça. 50إبن ھشام . مغني اللبيب .ص. 16

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 71

Müdir (məlum müəssisənin müdiri) gəldi – جاء المدير Onlar artıq evə (məlum ailənin evi) qayıtmışlar – . إنھم قد رجعوا الى البيت Dən yuvarlanıb yenə dəyirmana (dənin üyüdüldüyü dəyirmana) qayıdar – ترجع الحبة تدور و إلى الرحى ’Əl artikli ilə işlənən bu cür söz ənənəvi ərəb qrammatikasına görə hər hansı bir

müəyyən assosiasiyaya görə anlaşılan məfhuma işarə edir və nəzərdə tutulan məlum məfhum kimi xarakterizə edilir17.

3. Söhbət konkret əşya (şəxs, təzahür) deyil, müəyyən əşyalar növü, sinfihaqda getdiyi halda:

İnsan zəif yaradılmışdır. – خلق االنسان ضعيفا Buradakı االنسان ismi həmcins məfhumların bütöv bir sinfinin adı kimi çıxış

edərək, faktiki olaraq həmin sinfin bütün üzvlərini əhatə edir. Buradakı artiklə rəb ənənəvi dilçiliyində ümumiləşdirici növ artikli kimi səciyyələndirilir. Bu ümumiləş-dirmənin isə səviyyələri müxtəlif ola bilər. Məsələn, االنسان sözündən fərqli olaraq sözləri insanların iki ayrı hissəsinin nümayəndələrini özündə المرءة və الرجلbirləşdirirlər.18 المسلمون , االمويون və s. kimi sözlər də bu qəbildəndirlər.

Ərəb ənənvi dilçiliyindən ’əl artiklinin, həmçinin məcazi ümumiləşdirməyə xidmət etdiyi də göstərilməkdədir. Burada artikl əlavə olunmuş söz ifadə etdiyi qrupun üzvlərini deyil, qeyd edilən həmcins üzvlər üçün ümumi olan xarakter xüsusiyyətləri əhatə edir. Məsəlçün المرءة المرءة və الرجل fikrində الرجل أفضل من kəlmələriylə konkret individumların məcmusu deyil, bu qruplara xas ümumi xüsusiyyətlər nəzərdə tutulur19.

b) toplu isimlərlə: «insanlar» - البشر «ağac(lar)» - الشجر «alma(lar)» - التفاح «bulud(lar)»- السحاب «ağcaqanad(lar)» - البعود «qərənfil(lər)» القرنفل və s.

v) maddə, cisim bildirən isimlərlə (bu zaman adı çəkilən maddə ümumi məfhum və ya həmin maddədən müəyyən miqdar nəzərdə tutulur):

«taxta» - الخشب «su» الماء «neft» - النفط «kağız» الورق «qurğuşun» - الرصاص «pambıq» القطن

50إبن ھشام . مغني اللبيب .ص. 17 113ص. 1963إبن ھشام شرح " قطر الندى و بل الصدى " مصر . 1819 Yenə orada.

Salman Səfəralı oğlu SÜLEYMANOV 72

Qurani Kərimdən olan aşağıdakı parçada ’əl artiklinin bu cür işlənməsinin şahidi oluruq:

ن الماء كل شيءو جعلنا م * *20 Aşağıdakı atalar sözü də bun misal ola bilər: Dəmiri dəmir ilə döyərlər – الحديد بالحديد يفلح Ənənəvi ərəb dilçiliyi nümayəndələri belə hesab etmişlər ki, növ artikli ilə

işlənən söz «xüsusilik» çalarını itirərək «ümumilik» mənası qazanır və bununla da qeyri müəyyən ada yaxınlaşır. Bununla yanaşı onlar bu iki qruppu bir-birində ayıran bəzi sırf üslubi anların mövcudluğunu göstərməyə çalışmışlar. İbn Hişam ümumiləşdirici ’əlartikli ilə işlənən sözlə ümumiləşdirilmiş qeyri-müəyyən söz arasındakı fərqi şərtlənən olanla mütləq olan arasındakı fərq kimi səciyyələndirərək yazır: «Əlif-ləmli söz verilən real anlayışı o zaman ifadə edir ki, o (yəni həmin anlayış - …) yaddaşda olmuş olsun; ümumiləşmiş qeyri-müəyyən söz isə qeyd edilən real anlayışı mütləq formada, hər hansı bir şərti nəzərə olmadan ifadə edir»21.

4. Ad öz-özlüyündə yeganə olan bir cism və ya anlayışı ifadə etdikdə: «İslam» - االسالم «Quran» القرآن

«Yer» االرض

«Günəş» الشمس «Ay» القمر Qurani Kərimin «Ənbiya» surəsinin 4-cü ayəsində deyilir: قال ربي يعلم القول في السماء و االرض و ھو السميع العليم «Göydə, Yerdə söylənilən hər şeyi bilir Rəbim. Eşidəndir hər şeyi, biləndir hər

işi o «dedi Rəsul». 5. Mücərrəd isimlərlə işləndiyi halda:

«vətənpərvərlik» الوطنية «qəhrəmanlıq» البطولة

«həqiqət» - الحقيقة « kasıblıq » الفقر

«mərhəmət» - الرحمة və s. Təmizlik səni imana dəvət edir (Məhəmməd peyğəmbər (s.s.)) النظافة تدعوك الى االيمان

20 Qurani Kərimin «Ənbiya» surəsi, 30-cu ayədən parça. 51-50ھـ ص. 1316الكتاب . بوالق –سيبويه 21

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 73

Şərafət elm və ədəblədir, əsl-nəcabətlə deyil (Əli əleyhissəlam). الشرف بالفضل و االدب ال باالصل النسب Şərin azı da çoxdur (Atalar sözü) – الشر قليله كثير Bildiyimiz kimi, ’əl artikli bəzən xüsusi adlarla da işlənir. Məsələn,

Qüds» və s. Lakin buradakı» القدس ,«Fərat» الفراط ,«Nil» النيل ,«Həsən»الحسن ’əl artiklinin işlənməsinin semantik funksiyalarla deyil, dilin tarixən formalaşmış qanunauyğunluqları ilə şərtləndiyini söyləməliyik.

Ərəb ədəbi dilində müəyyənlik-qeyri-müəyyənlik kateqoriyasının semantik tərəfinin maraqlı məqamlarından biri də ismin qeyri-müəyyənliyini xüsusi şəkildə qeyd etmək üçün müxtəlif əlavə vasitələrdən istifadə olunmasıdır. Həmin vasitələrdən başlıcaları bunlardır:

1. Bu tipli ifadələr: «tələbələrdən biri» (hərf.tələbələrdən bir tələbə) – طالب من الطالب «hansısa bir iş» (hərf.işlərdən bir iş) – امر من االمور Bu ifadələr bəzən qısaldılmış variantda da işlədilə bilirlər: من الطالب , من االمور

إنه أخذ كتابا من الكتب و بدأ يقرأ «O (hansısa) bir kitab götürdü və başladı oxumağa». qeyri-müəyyən əvəzliyi ilə ondan sonra gələn qeyri-müəyyən ismin أي .2

izafət konstruksiyası: «hansısa bir ölkə» - أي بلد «hər hansı bir layihə» - أي مشروع «hansısa bir kitabxana» - ية مكتبة أ əvəzliyi özündən sonra gələn isimlə, adətən, cinsə görə uzlaşır, lakin أي ( أية)

müasir ərəb dilində bu vacib hesab edilmir, yəni أية مكتبة əvəzinə أي مكتبة də demək mümkündür.

و سألني الجمركي إذ ا كنت في أي بلد أنبي من قبل «Gömrükxanaçı məndən əvvəllər hər hansı bir xarici ölkədə olub-olmadığımı

soruşdu». 3. İsimdən sonra gələn ما qeyri-müəyyən əvəzliyi vasitəsilə: - «hansısa bir kişi» رجل ما

جريدة ما «hər hansı bir qəzet» «hər hansı bir səbəb» سبب ما Onu da deməliyik ki, burada sözün tənvin sonluğu çox zaman «mim» səsi ilə

assimilyasiya olunur: [cəridətum-mə], [raculum-mə] və s.

Salman Səfəralı oğlu SÜLEYMANOV 74

و ما زال الطفل يبكي بسبب ما «Uşaq hansı bir səbəbdənsə ağlamağa davam edirdi». Bu vasitələrdən əlavə ərəb dilində əşya və ya şəxsi tamamilə qeyri-

müəyyənliyini ifadə etmək üçün شيء «şey», أحد «nə isə» və «biri(si)», «kimsə» sözlərindən istifadə edilir. Məsələn:

و رأيت أحدا داخال القاعة بشيء في يده «və mən əlində (nəsə) bir şey zala daxil olan birisini gördüm». Bəzən بع◌ض «kimsə», «birisi» sözü və ya بعض الناس «kimsə», «birisi»,

«bir nəfər» ifadəsi də bu mənada işlədilirlər. Məsələn: ) حضر ذات اليوم إليه و زوده بمعلومات قيمة في صدد الحادثة يقال إن بعضا ( بعض الناس Deyirlər ki, elə həmin gün onun yanına kimsə gəlib və hadisə xüsusunda dəyərli

məlumatlar verib. Yuxarıda qeyd olunanlarla yanaşı, əşyanın və ya şəxsin qeyri-müəyyənliyinin

ifadə edilməsinə qulluq edən və dildə kifayət qədər geniş istifadə edilən bir neçə digər birləşmələri də göstərmək olar. Məsələn: (أيتما) أيما «hər hansı bir şey», «nə olursa olsun», أيمن və ya أي واحد «hər kimsə», «kim olur, olsun», həmçinin شيء .«hər kim», «kim olsa», «birisi» أحد ما ,«hər nə», «nəsə bir şey»ما

Müəyyənlik-qeyri-müəyyənlik kateqoriyasının nominativ, semantik aspekti barədə söhbətimizi yekunlaşdıraraq deyə bilərik ki, ərəb ədəbi dilinin malik olduğu zənginlik bu mənada da özünü tam açıqlığıyla büruzə verir. Bizim bu problemə etdiyimiz ən ötəri nəzərdən belə, istər müəyyən, istərsə də qeyri-müəyyənlik mənalarının çalarlarının müxtəlifliyi, onların təzahür formalarının genişliyi, eyni zamanda bütün bunların hələ ənənəvi ərəb dilçilik elmində, yəni əsrlər öncədən öyrənilərək bir sistem şəklinə salınmış olması aydınlaşır.

РЕЗЮМЕ

О номинативном и семантическом аспекте определенной и неопределенной категории можно сказать, что обогащение, пресущее арабскому литературному языку проявлялся и в этой области. Краткий обзор данной проблемы выявляется многозначимость как определенности, так и неопределенности, показывает широту их форм проявлений, в тоже время выясняется что они изучались и систематизировались в классической арабской лингвистике, а может и веками раньше.

Müəyyənlik-qeyri müəyyənlik semantik kateqoriya kimi 75

SUMMARY

About the nominative and semantic aspect of the definite and indefinite catego-ry, we can say that, the richness of the Arabic literary language manifests itself in this sense, too.

The brief review of this problem clarifies the variety of shades of both definite and indefinite meanings, the broadness of their appearance forms, as well as the sys-tematization of all these in the classical Arabic linguistics learned ages ago.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 1. Ə.C.Məmmədov Ərəb dili .1971. 2. Qurani Kərim 3. Leıpzıg 1882 . 68ابن يعيش شرح المفصل ص. ھـ . 1321الزمخشري كتاب المفصل في علم العربية مصر .3 ھـ 1316الكتاب . بوالق –سيبويه .4 شرح على الفية ابن مالك . مصر –االشموني .5 50إبن ھشام . مغني اللبيب .ص. .6113ص. 1963إبن ھشام شرح " قطر الندى و بل الصدى " مصر . .7 8. Leıpzıg 1882 . 68ابن يعيش شرح المفصل ص. ھـ . 1321الزمخشري كتاب المفصل في علم العربية مصر .9 ھـ 1316الكتاب . بوالق –سيبويه .10 شرح على الفية ابن مالك . مصر –االشموني .11 Çapa tövsiyə edən: f.f.d. Ç.H. Mirzəzadə