35
Az ə rbaycan Dövl ə t Pedaqoji Universiteti Fak ü lt ə : Tarix Ixtisas : Tarix və Coğrafiya K u r s i ş i F ə nn : Geodeziya Mövzü : İstiqamət bucaqları və məhəldə istiqamət T ə l ə b ə : Abbaslı Siruz

Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

  • Upload
    ngobao

  • View
    243

  • Download
    4

Embed Size (px)

Citation preview

Page 1: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

Az ə rbaycan Dövl ə t Pedaqoji Universiteti

Fak ü lt ə : Tarix Ixtisas: Tarix və Coğrafiya

K u r s i ş i

F ə nn : Geodeziya

Mövzü: İstiqamət bucaqları və məhəldə istiqamət T ə l ə b ə : Abbaslı Siruz

Kurs: II Qrup: TC-201 Elmi r ə hb ə r :

Page 2: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

3

P L A N

Mövzu: İstiqam ə t bucaqları v ə m ə h ə ld ə istiqam ə t

1. .Cəhətlərin mahiyyəti, inhiraf bucağı

2. Azimut, rumb və direksyon bucaq

3. Meridianların yaxınlaşması

4. Məhəldə cəhətlərin təyini

Page 3: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

4

1.Cəhətlərin mahiyyəti, inhiraf bucağı.

İrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan

tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə

vərəqini cəhətləşdirmək üçün onun çərçivəsinin yan tərəfini

həqiqi meridian istiqamətinin üzərinə salmaq lazımdır. Bu işi

yerinə yetirmək üçün kompası (şəkil 1) və ya cəhətləşdirici

bussolu (şəkil 2) xəritə üzərində elə qururlar ki, onun

şkalasının N və S nöqtələri çərçivənin yan tərəfinin üzərinə

düşür. Sonra xəritə o qədər fırladılır ki, əqrəbin şimal ucu

xəritədə göstərilən yerin inhiraf bucağına uyğun olan hesabı

göstərir.

Şəkil 1. Kompas Şəkil 2.

Bussol

Page 4: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

5

Əksəriyyətlə, Yer səthinin bir nöqtəsində maqnit meridiannının istiqaməti ilə həmin nöqtənin həqiqi meridianın istiqaməti üts-üstə düşməyir və onların arasında bir bucaq əmələ gəlir. Bu bucağa maqnit əqrəbinin inhiraf bucağı deyilir. İnfiraf bucağı şərqi və qərbi olur.

Əqrəbin şimal ucu həqiqi meridiandan şərqə doğru meyl edərsə, şərqi infiraf (+), qərbə doğru meyl edərsə, qərbi infiraf (-) alınacaqdır. Yer kürəsinin eyni inhiraflı nöqtələrinin birləşdirən xətlərə izoqon deyilir.

Əqrəb inhirafının dəyişməsinin əsri, illik, gündəlik (gecə-gündüz) və təsadüfi növləri vardır. Gündəlik dəyişmə alətən çox kiçik olur və kecə-gündüz ərzində onun azalıb-çoxalması eyni olduğu üçün nəticədə əqrəb orta bir vəziyyət alır. Saat 13 radələrində gündəlik ən yüksək qiymət alır.

Saat 13-dən 22-yə qədər gündəlik dəyişmə tədricən azalmağa başlayır. Saat 22-dən 4-ə qədər əqrəb inhirafının dəyişməsi, demək olar ki, dayanır və sabit qalır. Səhər saat 4-dən 8-ə qədər inhiraf bucağı azalmağa başlayır və ən minimal qiymətə çatır. Bundan sonra, yəni saat 8-dən başlayaraq inhiraf bucağı yenidən artmağa başlayır və saat 13-də maksimal qiymətə çatır. Gecə-gündüz ərzində maqnit əqrəbinin hərəkəti 15-yə qədər (bəzən 1-ə daha çox) ola bilər.

Page 5: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

6

Əqrəb inhirafının illik dəyişməsi yavaş olur və SSRİ-nin orta hissəsində 0 ilə 8 arasında olur.

Əqrəb inhirafının əsri dəyişməsi binə dərəcəyə çata bilir, lakin bu dəyişmə çox yavaş olur.

Əsri dəyişmədə maqnit əqrəbi uzun illər ərzində həqiqi meridian istiqamətindən çox zəif sürətlə uzaqlaşır və maksimal uzaqlaşma qiymətinə çatdıqdan sonra yenidən geriyə hərəkət etməyə başlayır.

Orta en dairələrində 4-5 əsrlik bir müddət ərzində əqrəb inhirafının dəyişməsi təxminən 220 , 5-yə çatır.

Əqrəb inhirafının təsadüfi dəyişmələri ildırım, zəlzələ, vulkan püskürməsi, günəş ləkələrinin çoxalması və qütb parıltısının intensivliyi ilə əlaqədardır. Bu dəyişmələr 20-yə qədər və daha çox ola bilər. Belə dəyişmələr maqnit əqrəbinin həyacanı (fırtınası) adlanır.

Məhəlli maqnitizmin əqrəbə təsiri dünya maqnitizminin təsirindən çox olarsa, bu hadisəyə maqnit anomaliyası deyilir (məsələn, Kursk maqnit anomaliyası). Belə yerlərdə bussoldan istifadə etmək mümkün deyildir. Maqnit anomaliyaları həmin rayonda dəmir yataqlarının olması ilə əlaqədardır.

Yer səthinin müxtəlif nöqtələrində maqnit əqrəbinin inhiraf bucağı eyni olmayır.

Page 6: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

7

Təcrübədə həqiqi azimutu bilavasitə təyin etmək həmişə mümkün olmayır. Bu kimi hallarda bussol (təkmilləşdirilmiş kompas) ilə ölçülmüş maqnit azimutlarından istifadə edilir.

Şəkildə NS həqiqi meridianın, ns və n1 s1 maqnit meridianlarının istiqamətidir, +δ1 şərqi inhiraf bucağı, −δ2 isə qərbi inhiraf bucağıdır.

Həqiqi azimut ( A ) maqnit azimutu ilə inhiraf bucağının cəbri cəminə bərabərdir, yəni inhiraf bucağı şərqi olduqda

A=Am+δ

inhiraf bucağı qərbi olduqda isə

A=Am+(−δ )

Beləliklə, əgər şərqi inhiraf bu cağının işarəsini müsbət və qərbininkini mənfi hesab etməyi həmişə bir qanun saymış

olsaq, o zaman həqiqi azimut maqnit azimutu ilə inhiraf bucağının cəbri cəminə bərabər olar.

A=Am+δ

Page 7: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

8

2..Azimut, rumb və direksyon bucaq.

Yer üzərində geodeziya işləri apararkən, topoqrafiya

xəritələrindən istifadə etdikdə (məsələn, geoloji kəşfiyyat

işlərində) cəhətlərə nəzərən xətlərin vəziyyətini bilmək lazım

gəlir. Bu zaman meridian istiqaməti əsas istiqamət qəbul

olunur.

Xətlərin oriyentirlənməsi onların cəhətlərə görə istiqamətini təyin etməyə deyilir. Oriyentirlənmə üçün

Page 8: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

9

geodeziyada əsas istiqamət coğrafi meridian qəbul edilmişdir. Yerüstü nöqtələrin hər birində meridian müəyyən istiqamətə malikdir. Onun istiqaməti astronomik müşahidələr, geodeziya ölçmələri və ya maqnit əqrəbi vasitəsilə təyin olunur.

Oriyentirlənmə bucaqları. Hər bir yerüstü nöqtədən həqiqi (coğrafi) meridian, maqnit meridianı və zonanın orta meridianına paralel bir xətt çəkmək olar. Bu istiqamətlər oriyentirlənmə bucaqları üçün başlanğıc qəbul olunur.

Ona görə də xəttin oriyentirlənməsində üç istiqamət bucağı alınır: azimut, direksion bucaq və rumb.

Azimut (ə r ə b. السمت əs-simt) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir.. Azimut şimaldan saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 3600 –yə qədər dəyişir.

Azimutlar və rumblar həqiqi və maqnit azimut və rumblarına bölünür.

Əgər azimut (və ya rumb) həqiqi (coğrafi) meridiandan hesablanarsa, ona həqiqi azimut (və ya rumb), maqnit meridianından hesablanarsa maqnit azimutu (və ya rumbu) deyilir.

Page 9: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

10

Şəkil.4

Zonanın ox meridianının (yaxud ox meridianına paralel olan xəttin) şimal istiqaməti ilə verilən xəttin istiqaməti arasındakı bucağa direksion bucaq deyilir. Direksion bucaqlar meridianın şimal istiqamətindən başlayaraq saat əqrəbinin hərəkəti istiqamətində hesablanır və 0-dan 3600-yə qədər dəyişir.

Azimutu kompasla, planda isə transportirlə ölçürlər.(şəkil.5) Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında oxla göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur

Page 10: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

11

Şəkil.5

Azimutlardan rumblara keçmək və əksinə. Topoqrafiya planalma işlərində çox vaxt azimutları rumba və əksinə çevirmək lazım gəlir. Bu əməliyyat aşağıdakı düsturlarla yerinə yetirilimr.

CM 1-xətinin azimutu A1 olarsa, onun rumbu NO :r1=A1

olacaqdır.

CM 2 '' '' A2 '' '' '' SO :r2=1800−A2 ''CM 3 '' '' A3 '' '' '' SW :r3=A3−1800 ''CM 4 '' '' A4 '' '' '' NW : r4=3600−A4 ''

Bu düsturlar azimutları uyğun rumblara çevirmək üçün işlənilir.

Xətlərin rumbları məlum olarsa, onların azimutları aşağıdakı düsturlarla hesablana bilər:

CM 1 xəttinin rumbu NO :r1 olarsa, onun azimutu A1=r1 olacaqdır.

Page 11: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

12

CM 2 '' '' SO :r2 '' '' '' A2=1800−r2 ''CM 3 '' '' SW :r3 '' '' '' A3=r3−1800 ''CM 4 '' '' NW :r 4 '' '' '' A4=3600−r 4 ''

Xətlərin düz və tərs azimutları. Hər hansı AB xəttiüçün bir nöqtədə iki azimut ölçmək olar. Biri AB istiqaməti üçün (B

), o biri isə həmin xəttin BA istiqaməti üçün (A ). Bunlardan birincisi şərti olaraq düz azimut ikincisi isə tərs azimut adlanır.

Xəttin bir nöqtəsində ölçülmüş tərs azimutu düz azimutundan 1800 fərqli olur:

Atars=Adyz±1800 .

Əgər xəttin düz azimutu ilə tərs azimutu onun müxtəlif nöqtələrində (uclarında) ölçülmüşsə, o zaman düz və tərs azimutlar arasında olan asılılıq aşağıdakı ümumi düsturla ifadə oluna bilər:

Atars=Adyz±1800+γ .

( burada γ - meridianların yaxınlaşma bucağıdır.

Page 12: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

13

`

Şəkil.6

Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal- şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhətləri var. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar.

Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Məs: günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində bitən mamır şimalı göstərir. Gecə ən parlaq ulduz olan Qütb ulduzu da daima şimal qütbünün üzərində dayanır. Qarışqa yuvasının ağzı, tənha ağacın ən çox qol-budağı cənubda olur.

Biz şimal qütbündə dayansaq bütün nöqtələr cənubda, cənub qütbündə dayansaq bütün nöqtələr şimalda yerləşmiş

Page 13: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

14

olacaqdır. Ilk kompas b.e.ə II əsrdə Çində ixtira olunub. Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər şimal-cənub istiqamətləridir. Yer kürəsinin Şimal və Cənub coğrafi qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitlənmiş

kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. Məhəldə müxtəlif obyektlərin bir-birinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur.

Azimutu məhəldə kompasla, planda isə transportirlə

ölçürlər. Məhəldə təpənin hündürlüyünü ölçmək üçün hündürlüyü 1 m olan nivelir adlı cihazdan istifadə olunur.

Yer səthinin 1 nöqtəsinin digərindən nə qədər yüksəkdə olduğunu göstərən hündürlüyə nisbi hündürlük deyilir. Başqa sözlə nisbi hündürlük 2 nöqtə arasında qalan hündürlük fərqidir.

Okean səviyyəsindən hesablanan yüksəkliyə mütləq hündürlük deyilir. Başqa sözlə okean səviyyəsi ilə verilmiş

nöqtə arasında qalan yüksəklik fərqinə mütləq hündürlük deyilir. Planda təpənin, dağın zirvəsinin mütləq hündürlüyü nöqtə ilə qeyd olunaraq, yanında rəqəmlə okean səviyyəsindən olan mütləq hündürlük (metrlə) yazılır.

Yer səthi plan və topoqrafik xəritədə horizontallarla təsvir olunur. Horizontallar (izohipslər)-yer səthində okean səviyyəsindən eyni hündürlüyə malik nöqtələri birləşdirən xəttlərdir. Əgər yamac dikdirsə, horizontallar planda sıx,

Page 14: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

15

maildirsə bir-birindən aralı çəkir. Horizontalların sayının çoxluğu yamacın hündür olmasını göstərir. Planda qonşu horizontalların hündürlük fərqinə kəsmə hündürlük deyilir. Onun qiyməti planın aşağısında, xətti miqyasın altında belə

yazılır: «horizontallar hər 5 m-dən 1 çəkilib».

Berqştrix - horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş

olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlərə izobatlar deyilir.

Kiçik Ayı bürcünün quyruğundakı Qütb ulduzu. Yerdən baxanda daim şimaldadır. Azimut bucağı +359° və 0° arasında dəyişir. Üfiqdən təxminən 40° yuxarıda dayanır. Qədim dövrlərdə onunla şimalı təyin edirdilər.

Xəritədə hər bir xəttin direksion bucağını transportir ilə ölçmək olar. Bunun üçün transportirin diametrini (0-1800) şaquli kilometr xəttinin üzərinə, mərkəzini isə xəttin bu kilometr xətti ilə görüşən (O) nöqtəsinə qoyurlar və bucağı transportir ilə ölçürlər; 58-ci şəkildə direksion bucaq a=510-dir.

Yer üzərində, adətən, istiqamətləri maqnit azimutu ilə təyin edirlər. Bunun üçün xəritədə direksion bucaqları ölçür,

Page 15: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

16

sonra isə onların aşağıda göstərilən düstur vasitəsi ilə maqnit azimutuna çevirirlər:

Am=a−(δ−γ )

Bu düsturdan göründüyü kimi, maqnit azimutu direksion bucaq (a ) ilə istiqamət məshihinin fərqinə bərabərdir.

İstiqamət təshihi isə inhiraf bucağı ilə (δ ) meridianların yaxınlaşma bucağının (γ ) fərqinə bərabərdir (hər iki bucağın işarəsi nəzərə alınmalıdır).

Məsələn, 1) direksion bucaq a=510 , əqrəbin inhiraf bucağı δ =+50 (şərqi), meridianların yaxınlaşma bucağı γ=−20 (qərbi) olarsa maqnit azimutunu belə təyin edirlər:

Am=510− [50−(−20 )]=440;

2) direksion bucaq a=460 , inhiraf bucağı δ=−50, meridianların yaxınlaşma bucağı γ =+20 olan halda xəttin maqnit azimutunu belə təyin edirlər:

Am=460− [50−(+20) ]=530

Yer üzərindəki xəttin azimutunu ölçmək üçün bussolu xəttin bir A nöqtəsi üzərində üfqi vəziyyətdə qururlar. Sonra 1800 bölgü qarşısında olan göz dioptrundan baxıb, əşya dioptrunun sapını xətti üzərində olan bir B nöqtəsinə tuşlayırlar.

Page 16: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

17

Əqrəb sakit olandan sonra, onun şimal ucunun göstərdiyi hesabı alıb qeyd edirlər. Bu ədəd həmin xəttin azimutunu ifadə edəcəkdir.

Əgər göz dioptru O bölgüsü üzərində qurulubsa, o zaman xəttin azimutunu tapmaq üçün əqrəbin cənub ucunun göstərdiyi hesabı almaq lazımdır.

Şkalada bölgülər saat əqrəbi hərəkətinin əks istiqamətində qeyd edilmişsə, bu hesablar düzgün olacaqdır, əks halda, tapılmış qiymətlər 3600-dən çıxılmalıdır.

Ştativli Stefan bussolu ilə azimutu ölçmək əqrəb bussol halqasının sıfır diametri üzərində düşənə qədər aləti fırladırlar və sıxma fintini bərkidib, dioptrun kollimasiya müstəvisini müşahidə olunası nöqtəyə tuşlayırlar. Bu halda göz dioptrunun yanındakı vernyerin vasitəsi ilə limbdən götürülmüş hesab həmin xəttin azimutu olacaqdır.

Meridianın yaxın (şimal, yaxud cənub) istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa rumb deyilir.

Rumb 0-dan 900-yə qədər dəyişir. Xəttin hansı rübdə olduğunu, daha doğrusu, xəttin istiqamətini təyin etmək üçün, hökmən rumbun Adı göstərilməlidir.

Bu adlar aşağıdakılardır:

Nord-ost (NO )-şimal-şərq (I rüb),

Page 17: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

18

Zyüd-ost (SO)-cənub-şərq (II rüb),

Zyüd-vest (SW ) – cənub-qərb (III rüb),

Nord-vest (NW )-şimal-qərb (IV rüb).

Rumbları bu qayda ilə ölçürlər: bussolu qurub, dioptrları bir nöqtəyə tuşlayır və əqrəb sakit olduqdan sonra, onun hansı ucunun əşya dioptruna yaxın olduğuna baxırlar: şimal ucu yaxın olarsa, rumbun adının birinci hərfi N (nord), cənub ucu yaxın olarsa S (zyüd) olacaqdır. Sonra əşya dioptrunun, əqrəbin dioptra yaxın olan ucundan hansı tərəfə meyl etdiyinə baxırlar, əşya dioptrunun göstərdiyi istiqamət şərq (sağ) tərəfə meyl etmişsə, rumbun adının ikinci hərfi O (ost), qərb (sol) tərəfə meyl etmiş olarsa, W (vest) olacaqdır. Bundan sonra əqrəbin hər iki ucunun şkalada göstərdiyi hesabı götürürlər. Bu iki hesabın orta qiyməti rumb bucağının ölçüsünü göstərəcəkdir.

Azimutu ölçdükdə alınan nəticəni yoxlamaq məqsədi ilə əqrəbin ikinci ucunun göstərdiyi hesabı da alırlar. Bu hesab birincidən 1800 fərqlənməlidir. Rumbu ölçdükdə isə hesablar bərabər olmalı və ya hər iki halda 15/-dən artıq səhv olmamalıdır.

Azimut və rumb bucaqlarını bussol ilə ölçəndə hesab dəqiqliyi 15/ qəbul olunur, çünki çöl şəraitində maqnitli əqrəbin gündəlik dəyişməsi hesaba alınmır və onun üçün də

Page 18: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

19

maqnitli əqrəbin göstərişində həmişə 15/ səhvin alınması güman edilir.

Əl bussolu ilə işlədikdə, hesab, bussol şkalasının titrəyişi kəsildikdən sonra alınmalıdır.

3.Meridianların yaxınla ş ması .

Yer üzərində OBxəttinin həqiqi azimutunu bilmək üçün O nöqtəsində keçən həqiqi meridianı ( NS) çəkək.

Alınan A bucağı OB xəttinin həqiqi azimutu olacaqdır.

N

S

O

B

Page 19: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

20

Şəkil.7Sonra Bnöqtəsinin meridiannını çəkək. Bu meridianlar,

yəni B nöqtəsinin meridianı ilə O nöqtəsinin həqiqi meridianı bir-birinə paralel olmayacaqdır.(Şəkil.7) Bu belə izah edilir. Yerin forması kürəşəkilli olduğuna görə, meridianlar qütblərdə kəsişir, yəni ekvatordan qütblərə doğru getdikcə meridianlar yaxınlaşır. Ona görə O nöqtəsindən keçən meridiana paralel olaraq B nöqtəsindən bir xətt çəksək, bu iki xətt arasında γ bucağı əmələ gəlir. Bu γ bucağına meridianların yaxınlaşma bucağı deyilir.

Meridianların yaxınlaşma bucağı aşağıdakı düsturla hesablanır:

γ=Δλsin ϕ ,

burada Δλ -uzunluq dairələrinin fərqi, ϕ isə en dairəsidir.

Təcrübədə meridianların yaxınlaşma bucağı adətən nöqtənin verilmiş coğrafi koordinatlarına görə təyin edilir. Bu zaman nəzərdə tutulur ki, ikinci meridian zonanın ox meridiannıdır.

Çox vaxt meridianların yaxınlaşma bucağının xüsusi cədvəl vasitəsi ilə təyin edirlər. Meridianların yaxınlaşma bucağı ox meridianından şərqdə müsbət, qərbdə isə mənfi qəbul olunmuşdur.

Fərz edək ki, iki OB və OD xətləri verilmişdir; OB xətti ox meridianından şərqdə, OD isə qərbdə yerləşmişdir; A1 , A2

Page 20: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

21

bucaqları həmin xətlərin həqiqi azimutları; a1 , a2-direksion bucaqlar; γ1 , γ 2 isə meridianların yaxınlaşma bucaqlarıdır.

Buradan görünür ki, həqiqi azimutlar, direksion bucaqlardan meridianların yaxınlaşma bucağı (γ1 , γ 2) qədər fərqlənir.

Zonanın ox meridianından şərqdə yerləşmiş OB xəttinin direksion bucağını təyin etmək üçün həqiqi azimutdan ( A1) meridianların yaxınlaşma bucağını (γ 1) çıxmaq lazımdır:

a1=A1−γ1

Ox meridianından qərbə yerləşmiş OD xəttinin direksion bucağını hesablamaq üçün həqiqi azimutun ( A2) üzərinə meridianların yaxınlaşma bucağını (γ2 ) əlavə etmək lazımdır:

a2=A2−(−γ2)=A2+γ2

Bucaq, həqiqi azimut ilə meridianların bucağının fərqinə bərabərdir:

a=A−γ .

Bərabərbucaqlı köndələn silindirik proyeksiyalarda tərtib edilmiş xəritələrdə xətlərin istiqaməti direksiyon bucaqlar vasitəsilə təyin olunur.Direksiyon bucaqlardan

Page 21: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

22

həqiqi və maqnit azimutlarına keçmək üçün meridianların yaxınlaşmasını bilmək lazımdır.

Eyni bir parlel üzərində yerləşən iki nöqtənin günorta xətləri arasındakı bucağa merdianların yaxınlaşması deyilir.

Yer səthinin hər hansı bir nöqtəsindən keçən merdiana çəkilən toxunana günorta xətti deyilir.

Iki nöqtədən keçən merdianların yaxınlaşması həmin nöqtələrin coğrafi uzunlarının fərqi ilə ∆λ coğrafi enliyinin ᵠ sinusu hasilinə bərabərdir.

Adətən təcrübədə coğrafi kordinatları verilmiş bir nöqtə üçün meridianların yaxınlaşmasını hesablamaq tələb olunur.Belə halada nəzərdə tutulur ki, ikinci merdian zonanın ox meridianlarıdır.Ona görə də ∆λ verilmiş nöqtənin və ox meridianlarının coğrafi uzunluqlarının fərqinə bərabər olacaqdır.

Zona daxilində ∆λ –nın qiyməti ox meridianın üzərində 00 –dən zonanın kənarında 30-yə qədər dəyişir.Beləliklə, düstura görə merdianların yaxınlaşması ox meridianı üzərində və ekvatordan uzaqlaşdıqca, ᵞ -nınqiyməti çoxalır və zonanın kəndarında,qütb yaxınlığında 30 –yə yaxınlaşır, qütbdə isə ᵞ = ∆λ olur.

Misal: Koordinatları ᵠ = 54043` və λ = 18004` olan nöqtənin həqiqi və ox meridianlarının yaxınlaşmasını təyin etmək.Coğrafi uzunluquna λ = 18004` görə həmin nöqtə

Page 22: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

23

dördüncü zonada yerləşir..Dördüncü zonada ox meridianlarının uzunluğu dustura görə

Λ0 = 60n – 30 = 60 · 4 - 30 = 210

Verilmiş nöqtə ilə ox meridianların coğrafi uzunluqlarının fərqi isə

∆λ = 18004` - 210 = - 2056`

Edəcəkdir.

Dustura görə alırıq :

ᵞ = ∆λsinᵠ = -176` ·sin54043` = - 176` · 0,81631 = 144` = - 2024

Həmin nöqtənin zonal sistemdə düzbucaqlı kordinatlarını x = 6069,7 km,

y = 4311,0 km bilərək, yuxarıdakı misalıdustur üzrə həll edək .

Əvvəlcə nöqtənin dəyişdirilməmiş ordiantını hesablayaq.

y` = 311,0 km – 500 km = - 189km.

Onda

ᵞ` = 0.40 · y`tgᵠ = -0.540 · 189·1,41322 = - 144`= - 2024`

Beləliklə, verilmiş nöqtənin həqiqi və ox meridianlarının yaxınlaşması

Page 23: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

24

ᵞ = - 2024` -dir.Göründüyü kimi, hər iki usulda nəticə eynidir.

Topoqrafik xəritə vərəqlərində cərçevənin cənub tərəfinin altında zonanın ox meridianına nisbətən vərəqin orta nöqtəsindən keçən merdian üçün yaxınlaşma bucağı yazılır.Xəritə üzrə müəyyən məsələ həll etdikdə, ᵞ- nin göstərilən qiymətindən bütün vərəq üçün istifadə etmək olar.Yadda saxlamaq lazımdır ki, 1:50 000 və 1:100 000 miqyaslı xəritə vərəqlərinin qərb və şərq çərçivələrinə yaxın hissələrində meridianların yaxınlaşması xəritədə yazılan orta qiymətdən 10` - 15` fərqlənə bilər.Xəritələrdən istifadə etdikdə bu xüsusiyyətlər nəzərə alınmalıdır..

Page 24: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

25

4. Məhəldə cəhətlərin təyini

Məhəldə topoqrafik xəritəyə əsasən cəhətləmək üçün əvvəl xəritənin özünün cəhətləndirmək lazımdır.Yəni xəritənin elə

tutmaq lazımdır ki, onun üzərindəki obyektlər məhəldəki uyğun obyektlərə parlel olsun.Bunun üçün məhəldə və xəritədə

aydın seçilən bir xətt seçmək və xəritə üzərində dəyanmaq lazımdır. Sonra xəritəni üfuqi vəziyyətdə elə tutmaq lazımdır ki, xəritədəki yol işarəsi məhəldəki həmin yola parlel olsun.Cəhətlənmənin düzgünlüyü isə yolun kənarındakı obyektlərə görə yoxlamaq lazımdır.Əks təqdirdə xəritə 180 0

çevrilmiş ola bilər.

Məhəldə düz xətt istiqamətində uzanan obyektlər (yol, kanal, elektirik və rabitə xətləri ) olmadıqda xəritəni məhəldə və

xəritədə aydın seçilən hər hansı iki obyektə əsasən cəhətləndirmək olar.Bunun üçün həmin obyektlərin şərti işarələrini xəritə üzərində tuşlama xətkeşi ilə birləşdirmək və

xəritə ilə bu obyektlərinin birinin yanında durub, xətkeşi xəritə

ilə birliktə ikinci obyektə tuşlamaq lazımdır.

Topoqrafik xəritə cəhətləndikdən sonra, onun yan çərçivələri meridian, alt və üst çərçivələri isə paralel istiqamətində olacaqdır.

Page 25: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

26

Yerli əlamətlərə görə cəhətlərin təyini: Tutqun havada kompas olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə

təyin edilir.

mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.

tək dayanan ağacın qol-budağı cənub tərəfdə qalın olur. qarışqa yuvaları ağacların, kolların cənub tərəfində

yerləşir və s. Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq

(şimal- şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhətləri var. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Məs: günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində bitən mamır şimalı göstərir. Gecə ən parlaq ulduz olan Qütb ulduzu da daima şimal qütbünün üzərində dayanır. Qarışqa yuvasının ağzı, tənha ağacın ən çox qol-budağı cənubda olur.

Page 26: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

27

İstifadə olunan ədəbiyyat

1.A.M.Hüseynov-topoqrafik xəritələr və onlardan istifadə olunması –APİ nin nəşiri Bakı 19822. A.M.Hüseynov-topoqrafik biliklərin əsasları –II hissə topoqrafik planalma Bakı 1985,96 -92 seh3. A.M.Hüseynov,Ə.H.Hüseyinov - məktəb topoqrafiyası –maarif nəşriyarı , bakı-19874. A.M.Hüseynov- cografiya xəritəsi və onun üzərində calişmalar , maarif nəşriyyatı,Bakı 19975.A.Kazimov –topoqrafik rəsimxətt , Maarif nəşriyyatı, Bakı 1971

Page 27: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

28

6.R.X.Priyev –geodeziyanın əsasları və topoqrafiya , maarif nəşriyyatı ,Bakı 19717.R.X.Priyev,kartoqrafiya8.Şəfiyev Ə.İ. «Mühəndis geodeziyası».

9. M.İ.Cəfərov., R.M.Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə.

M ü n d ə r i c a t.

1.Cəhətlərin mahiyyəti, inhizat bucağı

…………………………………………………………………………4

2.Azimut, rumb və direksyon bucaq..........................................................................................................8

3.Merdianların yaxınlaşması...................................................................................................................18

4.Məhəldə cəhət təyini..............................................................................................................................23

5. İstifadə olunan ədəbiyyat......................................................................................................................25

Page 28: Web viewİrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini

29