390
ÔÈÊÐßÒ ÃÎÚÀ SE×ÈËÌÈØ ßÑßÐËßÐÈ Û ÚÈËÄ Áàêû 2014

fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

  • Upload
    others

  • View
    25

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

ÔÈÊÐßÒ ÃÎÚÀ

SE×ÈËÌÈØ

ßÑßÐËßÐÈ 

Û ÚÈËÄ

Áàêû – 2014

Page 2: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

2

Ôèêðÿò Ãîúà

Buraxılışa məsul:

Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru

Redaktor:

Tovuz Teymurova

Fikrət Qoca. Seçilmiş əsərləri. I cild.

Bakı, UniPrint, 2014.

Xalq şairi Fikrət Qoca 80 illik yubileyi ərəfəsində

Seçilmiş əsərlərinin çapında göstərdiyi mənəvi və maddi dəstəyinə görə Ağdaş rayonunun millət vəkili Çingiz Əsədullayevə öz minnətdarlığını bildirir.

ISBN 978-9952-440-24-9

© F.Qoca, 2014

Page 3: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

3

Ñå÷èëìèø ÿñÿðëÿðè

ŞAİR FƏRDİYYƏTİ

(Fikrət Qocanın portretindən cizgilər)

Bir zamanlar Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahza-də kimi cavan şairlər haqqında belə deyənlər tapılırdı ki, guya onlar Rəsul Rza sayağı yazırlar və buna görə də Xalq şairi onla-rı öz qanadı altına alır... Lakin zaman bu mülahizənin yanlışlı-ğını dönə-dönə sübut etdi. Müxtəlif xalqların ədəbiyyat tarixlə-rindən məlum olduğu kimi, hətta ən qüdrətli sənətkarlara da bənzəmək, onları təkrar etmək, yamsılamaq, heç vaxt əsl sənə-tin, böyük poeziyanın yolu olmayıb və təqlidçilər həmişə uğur-suzluğa məruz qalıblar.

Bütün həqiqi şairlər kimi, R.Rza da sənətdə “özünə bən-zəyənləri” xoşlamırdı. Gənc qələm sahibləri arasında elə şair-ləri sevir və yeri gələndə havadarlıq da edirdi ki, onlar təzə və təravətli yazır, yeni söz deyirdilər, yaxud deməyə can atırdılar. Fikrət isə hələ gənc şair kimi fəaliyyətə başladığı ilk illərdə təq-liddən, təkrardan bacardıqca uzaq qaçır, az yazır, bəzən qüsurlu şeirlər də çap etdirir, lakin bir qayda olaraq öz sözünü - təzə sözünü deyirdi. R.Rzada rəğbət oyadan da birinci növbədə cavan şairin şeirlərindəki məhz bu cəhd, bu meyl idi. Baxın, Xalq şairimiz hələ təqribən 25 il bundan əvvəl necə uzaqgö-rənlik nümayiş etdirmişdi. Gəlin, R.Rzanın özünə meydan verək, görək bu barədə nə deyib: “F.Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik his-sidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu... Bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik. Bu səs hələ bərkiyib polad cin-giltisinə dönməmişdi. Bu səsin xoş ahəngi bəzən qırılır. Lakin bu səs Azərbaycan sovet poeziyasının yeni nəğmələrində özü-nəməxsus bir yer tutmağa başlayır”.(R.Rza. “Mənim fikrimcə”.

Page 4: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

4

Ôèêðÿò Ãîúà

B., 1967, səh.166-167). Ustad sənətkar bu sözləri ona görə belə inamla yazmışdı ki, Fikrət Qoca o vaxt həqiqətən də təzə söz demək təşəbbüsü ilə poeziya dünyasına ayaq basan gənc iste-dadlardan biri idi. Bu çox mühüm xüsusiyyət on illər ərzində F.Qocanı tərk etməmiş, hətta daha da inkişaf edərək onun ya-radıcılıq simasını, şair fərdiyyətini müəyyən edən keyfiyyət göstəricisi olmuşdur. F.Qoca heç kimə yox, özünə bənzəyən şairdir. Onun şeirlərindəki səs F.Qoca səsi, şəxsiyyət və sənət-kar şakəri F.Qoca şəxsiyyəti və şakəridir.

Fikrət Qocanın lirik qəhrəmanının yetkinləşməsində sü-rətlə dəyişib inkişaf edən, çox böyük epoxal hadisələrlə zəngin olan ictimai varlıqla, zəmanəmizin ruhu ilə yanaşı, şairin tər-cümeyi-halındakı bəzi konkret məqamlar da az rol oynama-mışdır. O, 1935-ci ildə Ağdaşın Kotanarxı kəndində doğulmuş, on nəfərlik ailədə böyümüşdür. Çoxumuz kimi onun da uşaqlığı müharibə başlayanda bitmiş, məktəb çağları qələbədən sonrakı ilk illərdə qurtarmışdır. O çox çətin zamanda bir uşağın, bir yeniyetmənin nəsibi olan isti-soyuğu Fikrət bəlkə də bir qədər artıqlaması ilə görmüşdür.

Mənim yaxşı tanıdığım, ixtisasca həkim, ruhən isə şair olan atası Göyüş kişinin evdə oxuduğu əsərlərin, poeziyaya dair ailə üzvləri ilə etdiyi söhbətlərin Fikrətin ilk qələm təcrü-bələrinə müəyyən təsiri olmamış deyil. Axtarsan, Fikrətin həs-sas uşaq qəlbinə ilk şeir qığılcımının bəlkə də elə bu vaxt, bu söhbətlər zamanı düşdüyünü görərsən. Respublikamızın Qasım İsmayılov, Zərdab rayonları, xüsusən, Ağdaşın Kotanarxı və Üçqovaq kəndləri Fikrətin öz atası və ailəsi ilə birlikdə gəzdiyi, yaşadığı, görüb-götürdüyü məntəqələrdir. Onun ilk şeirlərini də uşaq dodaqları elə bu zaman pıçıldamağa başlamışdır. Lakin bu təşəbbüslərin yalnız bəziləri illər keçdikdən sonra qanad açmış, pərvazlanıb ucalmış, artıq sərbəst həyat yollarına qədəm qoyan müəllifini arzu və xəyallarının al-əlvan mənzillərinə uçurmuş-dur. Fikrət Ağdaş şəhərində Nizami adına orta məktəbi bitirmiş, respublikamızın paytaxtında texnikum təhsili görmüş, bir müd-

Page 5: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

5

Ñå÷èëìèø ÿñÿðëÿðè

dət Bakı metrosunun tikintisində ç alışmışdır. Poetik istedadını görən və gələcəyinə ümid bəsləyən Yazıçılar İttifaqı Fikrəti Moskvaya göndərmiş, o, 5 il Qorki adına Ədəbiyyat İnsti-tutunda təhsil almış, biliyini, təcrübəsini artırmış, sənət haqqında dünyagörüşünü zənginləşdirmiş, görkəmli şairlərlə yaradıcılıq əlaqələrində olmuş, özü də bir şair kimi püxtələş-mişdir. “Bacıqızı” adlı ilk şeiri Bakıda, “Kirpi” jurnalının səhi-fələrində (1956), “Qağayı” adlı ilk şeirlər kitabı isə Moskvada tələbəlik illərində Azərbaycan Dövlət Nəşriyyatında buraxıl-mışdır (1963). On beş kitabın müəllifidir. F.Qoca mətbuat or-qanlarında, Azərbaycan Yazıçılar İttifaqında çalışmışdır. 1979-cu ildən respublikamızın Əməkdar incəsənət xadimidir. On ildən artıq bir müddətdə “Azərbaycan” jurnalının redaksiya-sında poeziya şöbəsinin müdiri olmuşdur. Hazırda “Qobustan” incəsənət toplusunun baş redaktorudur. Azərbaycan yaradıcı zi-yalılarının bir nümayəndəsi, bir şair kimi F.Qoca ölkəmizin bir sıra milli respublikalarına getmiş, səfərlərində də ənənəvi mar-şrutları “pozaraq” Sibirdə, Baykal sahillərində Uzaq Şərqdə, Altay dağlarında və s. yerlərdə olmuş, Avropa, Asiya, Afrika və Amerika qitələrinin bir sıra ölkəsində Azərbaycan poeziyasını təmsil etmişdir. Onun Macarıstan, Almaniya Demokratik Res-publikası, Kuba, Qvineya-Bisau, Yuqoslaviya, Qərbi Berlin, Vyetnam və s. olkələrdə olması, qısa və uzun müddətli ezamiy-yətləri, görüşləri, gəzişləri və axtarışları həmin ölkələr ba-rəsində yazdığı bədii və publisistik əsərlərin motivlərinə çev-rilmişdir.

F.Qocanın əsərləri, poetik topluları respublikamızın hü-dudlarını çoxdan aşıb, Ümumittifaq oxucusunun malı olmuş-dur. Onun “Literaturnaya qazeta” və “Komsomolskaya pravda” səhifələrində, “Drujba narodov”, “Znamya”, “Novıy mir” jur-nallarında görkəmli rus şairlərinin tərcümələrində və xarici dil-lərdə dəfələrlə şeirləri, mərkəzi nəşriyyatlarda isə kitabları bu-raxılmışdır.

Page 6: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

6

Ôèêðÿò Ãîúà

Oxuduğumuz bir sıra hekayə və povestləri göstərir ki, F.Qoca çoxdan bəridir şeirlə yanaşı arabir nəsr yaradıcılığı ilə də məşğul olur. Mənim nəzərimə çarpan ilk nəsr əsərini – “Qar əriyir” povestini təqribən 20 il bundan əvvəl yazmışdır. Bir sıra maraqlı hekayə və povestlərdən sonra qələmini epik janrın daha mürəkkəb və məsuliyyətli forması olan romanda sınayan Fikrət 1987-ci ildə aktual mövzuda “Kələfin ucu” romanının birinci hissəsini oxuculara təqdim etmişdir. Birinci hissəsi ayrıca kitab halında çap olunmuş bu əsər üzərində yaradıcılıq işini davam etdirən müəllif romanın ikinci hissəsini 1989-cu ildə “Azərbay-can” jurnalında nəşr etdirmişdir.

F.Qocanın ayrı-ayrı əsərləri və sənətkar taleyi barədə Bakıda, Moskvada və xaricdə dəfələrlə yazılmış, xalq şairimiz B.Vahabzadə və B.Azəroğlu, eləcə də Anar, S.Rüstəmxanlı, bu sətirlərin müəllifi və digər tənqidçilər, ədəbiyyatşünaslar F.Qo-caya həsr olunmuş xüsusi məqalələr dərc etdirmişlər. Onun özü də müxtəlif vaxtlarda öz ağsaqqal qələm yoldaşları olan Xalq şairlərimiz S.Rüstəm və R.Rza haqqında, bəstəkar Q.Qarayev, müğənni Polad Bülbüloğlu və Qədir Rüstəmov barəsində və s. məqalələr yazmışdır. Fikrətin “Gəlin bu qapını açaq” məqaləsi Azərbaycanda kitabxanaların yarıtmaz vəziyyəti və bu işi lazı-mi səviyyəyə qaldırmaq barəsində düşüncələrdən, “Naxırçı sorağında” adlı kəskin ruhlu çıxışı isə müasir kənd, onun adam-ları və təxirəsalınmaz problemləri ilə bağlı işgüzarlıqla yazılmış səmimi mülahizələrdən ibarətdir. Lakin nə hekayə və povestlə-rinin, nə də “Kələfin ucu” romanının məna və əhəmiyyətini azaltmadan deyə bilərəm ki, F.Qoca öz oxucusunun nəzərində hər şeydən əvvəl görkəmli, istedadlı bir şairdir və onun ayrı-ayrı roman, povest və hekayələrini biz bu orijinal şairin maraqlı nəsr əsərləri kimi qəbul edirik.

Mənim şəxsi qənaətimə görə, F.Qocanın “Seçilmiş əsər-ləri”(1989) onun bu günə qədər nəşr olunmuş bütün kitabların-dan həm zahiri cəhətdən (həcmcə, bədii tərtibcə), həm də mahiyyət etibarilə əsaslı surətdə seçilir. Kitabdakı poema və

Page 7: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

7

Ñå÷èëìèø ÿñÿðëÿðè

şeirlər sözün çeynənmiş mənasında yox, ilkin, müstəqim, san-ballı mənasında müasir və aktualdır. Onların heç birinin altında yazılma, yaxud nəşr ilini göstərən rəqəm yoxdur. Bunu tərtib-çinin səliqəsizliyi, yaxud naşirin unutqanlığı ilə izah etmək səhv olardı. Əslində isə, hər halda mən bu fikirdəyəm ki, F.Qo-ca bununla son illərdəmi, yaxud 10-15 il bundan əvvəlmi yazıb dərc etdirdiyindən asılı olmayaraq, bütün şeirlərini yaradıcılıq cəsarəti və səmimi bir ərklə oxucularına təqdim edir, onların məhz bu günün tələbləri baxımından ələk-fələk ediləcəyindən o qədər də nigaran qalmır.

Bu sözlərim, bəlkə də, bəzilərində rəğbət oyatmayacaq. Axı son illərdə cəmiyyətimizin həyatı üçün səciyyəvi hal olmuş ictimai, ideoloji sarsıntılar və bütünlükdə yenidənqurma prosesi elə vəziyyət əmələ gətirmişdir ki, bir qisim şairlər nəinki şəx-siyyətə sitayiş illərində, hətta, ümumiyyətlə, 85-ci ilin baharına-dək yazdıqları əsərlərin heç də hamısını bir daha nəşr etdirmək istəməzdilər. Bu, həmin şairlərimizin, bütünlükdə poeziyamızın qüsuru olmaqla yanaşı, həm də şəxsiyyətə sitayiş və durğunluq zamanlarının özləri ilə şərtlənən faciəsidir.

F.Qocanın şeirləri isə vaxtın, müasirliyin ötəri, keçici təsirlərinə məruz qalmayıb. Onun yaradıcılığının bu məziyyəti barədə danışmaq vacibdir. Məncə, bu məziyyəti yalnız şəxsi keyfiyyət kimi izah etmək doğru olmazdı. Burada Fikrətin po-eziyaya gəldiyi dövrün dərslərinin, ədəbi-ictimai meyarlarının da rolu böyükdür. Məlumdur ki, F.Qoca 60-cı illər nəslinə mən-sub şairdir. Bu nəsil bir çox cəhətdən indiki təbirdən istifadə edib desək, 60-cı illərin yenidənqurması şəraitində formalaş-mışdır. Həmin nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldıqları çox sınaqlardan xəbərdar oldu və bu cəhət gənc şair-ləri poziyanın vəzifəsi, xalq mənəviyyatının inkişafında yeri, rolu, sənətin taleyi barədə dərindən düşünməyə vadar etdi. F.Qocanın əksər şeirlərinin, poemalarının mövzusu və mətləb-cə, ruhca köhnəlməməsinin bir səbəbi də məncə, elə bu amillə bağlıdır.

Page 8: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

8

Ôèêðÿò Ãîúà

Bir sıra qələm yoldaşları kimi, F.Qocanın da yaradı-cılığında konyuktura əlamətləri, demək olar ki, yox dərəcəsin-dədir. Həyatın özündən, onun dərin qatlarından, mürəkkəb in-san talelərindən bəhs edən bu əsərlər vaxtilə bəzilərinin dodaq büzdüyünə baxmayaraq, o zaman da gərəkli və aktual idi, indi də. Güman edirik ki, sabahın oxucuları və poeziya həvəskarları da öz dövrünə güzgü tutan, düzü-düz, əyrini-əyri əks etdirən bu əsərlərə laqeyd qalmayacaqlar. Bəs, buna səbəb nədir? Səbəb budur ki, şair elə o vaxt yazdığı şeirləri ilə on illər boyu cəmiy-yətimizdə hökm sürmüş durğunluğa, amiranə idarə sisteminə, onun acı nəticələrindən biri olan adamlar arasındakı süni münasibətlərə öz açıq etirazını dönə-dönə bildirmişdi.

Yanğın salmaq istəyirəm Ütülənmiş, sığallanmış iclaslara, Göz yaşından məhrum yaslara. Yanğın salmaq istəyirəm “Anadan müdir doğulanların” Quru ədasına, soyuq səsinə, ...Kitabların, qəzetlərin, soyuq səhifəsinə.

Cəmiyyətimizin həyatındakı çox ciddi nöqsanlara, mənə-

viyyatlarda kök salmış eybəcərliklərə qarşı barışmaz ifşaçı mü-nasibət, şairin bir çox digər əsərlərinin də ideya-bədi mahiyyə-tini müəyyən edən əsas meyardır. Mənaca bu əsərlə səsləşən və mahiyyətcə onu tamamlayan “Cəsarət” şeiri də indi durğunluq dediyimiz o ağır vaxtın özündə doğulduğuna baxmayaraq, hər şeydən öncə məhz durğunluğa, ətalətə, ölgünlüyə, cəsarətsizliyə qarşı şairin ağır ittihamı deyilmi?

...Cəsarətsiz iclasları Açılmamış bağlayın! Cəsarəti öldürə bilmərik, sən, mən. Cəsarətimiz təqaüdə çıxsaydı

Page 9: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

9

Ñå÷èëìèø ÿñÿðëÿðè

Əhalimiz xalq olmazdı, Torpağımız vətən.

Fikrət Qocanın əsərləri arasında məramnamə - şeirlər,

deklorativ bəndlər, şüar-misralar demək olar ki, yoxdur. Lakin adsız bir şeirindəki bu misralar şairin lirik qəhrəmanının başqa əsərlərindən bizə yaxşı bəlli olan xarakteri üzərinə gur işıq saldığı üçün ondan yan keçmək olmur.

Titrəmək yaraşmır insan səsinə, Zəfərlə yaşayaq, zəfərlə ölək. Mənim məzarım da Yer kürəsinə Düşəcək bir nida işarəsi tək! Namərdəm məsləksiz gözlərim gülsə. ...Məsləkim uğrunda bina tikilsə, Qoy məni hörsünlər bünövrəsinə.

Şairin ən uğurlu şeirləri əslində keçdiyimiz yollar, dünəni-miz, bu günümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllar-dır. Onların sevinc doğuranları da var; kədərləndirən, düşün-dürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimiz-dəndir. Məsələn, vaxtilə Azərbaycanın həqiqətən dilbər guşələ-rindən biri olan Samuxa və onu adı ilə dillərə düşmüş qalın meşələrə, bu meşələrin cüyür-ceyranına, şirinə-pələnginə tutu-lan divan haqqında misralar adamı təlatümə gətirir. Kür üzə-rində elektrik stansiyası tikintisi ərəfəsində su altında qalıb əbədilik qurban gedən meşənin faciəsinə, canlıların ah-naləsinə necə laqeyd qalmaq olar?! Bu qeyri-normal vəziyyəti doğuran-lara qarşı F.Qoca ən müxtəlif ədəbi vasitələrdən istifadə edərək hücuma keçir. Ona-buna yarınıb yaltaqlanmaqla baş girləyən, adamların taleyini aldığı ənamlara, təltiflərə qurban verən bəzi rəhbərlər sallaqxanada sürü qabağına düşüb soydaşlarını qırğı-na aparan, öz xəyanəti üçün ovuc-ovuc kişmiş yedizdirən erkə-

Page 10: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

10

Ôèêðÿò Ãîúà

cin timsalında kiçik bir şeirin hüdudları dairəsində ibrətamiz tərzdə ifşa edilirlər. Şairin qəti qənaətinə görə insan ömrü ancaq böyük, nəcib, ülvi məqsədlər uğrunda sərf olunduqda bu sözün tam həqiqi mənasında insan ömrüdür.

Ürəyinin astarını üzə çevir, Damla gözlərini dənizə çevir. İşlət, qoy açılsın beyninin pası. Fikrinin önündə qırılacaqdır Ulduzlu səmanın mavi yaxası.

Elm, texnika cəmiyyəti sivilizasiyanın hansı səviyyəsinə

qaldırırsa-qaldırsın, xalqa, kökə, elə-obaya bağlılıqdan qopar-mamalıdır. Doqqaz başında yabaya söykənib dayanmış baba-ların ucalığı, paklığı var bu misaralarda:

Sənin əlin qabar-qabar, Mənim ürəyim, Onun beyni. Hamımız eyni cür Fəhləyik, qardaş, Eyniyik, eyni!

(“Eynilik”)

Sosial vəziyyətindən, peşəsindən, cəmiyyətdəki mövqe-yindən asılı olmayaraq, bu lirik qəhrəman insan birliyinin bütün üzvlərinə eyni gözlə baxmağı, hər hansı sosial qrupa, yaxud sinifə isə üstünlük verməməyi təlqin edir. Zatən axı, onların ha-mısı bir yuvanın övladıdır. Şair adamlar arasında heç bir fərqə baxmadan hər kəsin üzərinə ali vətəndaş məsuliyyəti qoyur:

İnsan kimi yaşasaq, Yaşamalı dünyadı, Gözəl dünyadı, vallah!

(“Gərəyim deyil”)

Page 11: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

11

Ñå÷èëìèø ÿñÿðëÿðè

F.Qocanın lirik qəhrəmanı təbiətən həssasdır. O, hətta, budağını quşlar, kölgəsini insanlar tərk etmiş ağacların hıçqırı-ğını eşidir, duyur və öz şəxsi kədəri kimi yaşayır. Bu lirik qəh-rəmanın ən həssas anlarından birinə “Quru çinarın nəğməsi” şeirində rast gəlirik. Bu əsərdə təbiət özünün ən əlvan, ən zən-gin çağında təsvir olunur. Necə deyirlər, gül bülbülü, bülbül də gülü çağırır. Lakin belə bir vaxtda da lirik qəhrəmanın gözündə quşlar qəmli, şehli lalələrin gözləri yaşlıdır. Laləli dağlar özləri də onun nəzərində döyüşdən təzəcə dönmüş Babəkin qanlı köy-nəyini xatırladır. O, bu kəndə gəldiyi üçün dərin peşmançılıq duyğuları yaşayır. Bilirsinizmi nə üçün? Çünki... əri tərəfindən döyülmüş bir qadını ağlayan görüb...

Ancaq Fikrətin qəhrəmanı yalnız kədər və qüssə duyğu-ları, kövrək əhval-ruhiyyə yaşamır. Bu qəhrəmanın həyəcanlar və qayğılar dünyası geniş və əhatəlidir. O, yeri gələndə qəzəb-lənir də. Rüşvət puluna arvadına bər-bəzək, uşağına əlifba kita-bı alanlara qəlbinin bütün gücü ilə üsyan edir, belələrini xəcalət sütununa mıxlayır. Şair yaradıcı təfəkkürdən, yenilik hissindən məhrum olub köhnə vərdişlə işləyən, ətrafda baş verən yeni-liklərdən cin bismillahdan qorxan kimi qorxub qaçan insanları iş yerinə buraxmamağa çağırır.

F.Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şeirləri belə bir fikri söyləməyə əsas verir ki, o, necə deyərlər, adamın bu üzünə baxanda o biri üzünü də görür... Yaradıcılığının bu keyfiyyəti haqqında çox maraqlı bir mülahizəni nəzərə çat-dırmaq istərdim. Anar özünün “Sizsiz” adlı məşhur sənədli ro-manında atasının vəfatı ilə bağlı o müdhiş gündə ürəyinə hakim kəsilmiş duyğularını, üzücü yaşantılarını təsvir edərək yaz-mışdır:

“Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrin-də gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur...Sən demə...

Çarpayıda Rəsul Rzanın

Page 12: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

12

Ôèêðÿò Ãîúà

Üzünə çəkilib Yüz illərin Ağ yuxusu. Anar təslim olub Qısılıb küncə... Saçlarından, üzündən Axıb tökülür Neçə ildir ürəyində Gəzdirdiyi qorxusu.

Fikrət Qocanın “Rekviyem”ində atamın ölümünü, ölü-

mündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda gör-düm ki, “illər boyu ürəyimdə gəzdirdiyim qorxumu” gəzdirə bil-məmişəm” (Anar.”Dünya bir pəncərədir”. Bakı, səh.377-378).

Hər bir azərbaycanlının qəlbinin sarı siminə çevrilmiş Qarabağın vüqarlı zirvələri, sərt qayaları, Muğanın, Milin səfalı yaylaqları, Talışın adama gəl-gəl deyən meşələri, çiçəkləri, ot-ları, Kür, Araz çayları, Xəzər dənizi, ay, günəş Fikrətin şeirlə-rində ürəyə yatan bədii obrazlara çevrilərək bir gündə yüz cür çalar kəsb edən şair qəlbinin tərcümanı kimi yaşayır, xəyala dalır, kədərlənir, sevinir.

Günəş payız yarpağı tək Qopur düşür üfüqdən, Qaranlığın saçlarına Çılçıraqlar salır dən. ...Ay gümüşü kölgəsini Sərib çölə, tarlaya, Göy bənzəyir çiçək açmış Yamyaşıl bir talaya.

Bu misralarda “axşam” sözü yoxdur. Lakin məhz qaş qa-

ralan, necə deyərlər, “şər qarışan” vaxt olduğu aşkardır. Görə-sən, axşam şairin doğma yurdu Ağdaşın Kotanarxı kəndində

Page 13: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

13

Ñå÷èëìèø ÿñÿðëÿðè

hamı üçün bu cür düşür? Yəqin ki, yox. Amma F.Qoca həmin təbiət hadisəsini bu cür görür və ondan məhz bu şəkildə danışır.

Həsrət, heyranlıq, heyrət, yumor, kinayə, həyəcan, qəzəb – F.Qocanın şeirlərində hərəsi öz yerində təzahür edən duy-ğuların mükəmməl buketidir. Şair “Rədd olsun müharibə, hamı sülhü qorumalıdır!” qəbilindən olan şüarlar demir, müharibənin şikəst qoyduğu həmvətənlərimizə qarşı şəfqətli olmağa da çağırmır. Lakin onun “Krıma qar yağıb” şeirində müharibədə ayaqlarının ikisini də itirmiş bir kişi qızdırmanın şiddətindən elə bir hala düşür ki, arvadına “qıçlarım üşüyür, ayaq barmaqla-rımı ovxala” deyir. Bu şeirin soyuğuna üşüməyə bilmirsən. Bu soyuq səni elə silkələyir ki, bütün varlığınla müharibə tö-rədənlərə, bəşəriyyəti uzun müddət maddi və mənəvi qısırlığa, adamları əlsizliyə - ayaqsızlığa, cəmiyyəti başsızlığa məruz qoyanlara qarşı vulkan kimi püskürmək istəyirsən.

Sənətkarlıq baxımından Fikrətin istifadə etdiyi üsul və vasitələr çoxcəhətli olub bir-birinə bənzəmir. Bəzən hətta o, xalq danışıq dilində tez-tez işlənən elə ifadələrə yeni cizgi, yəni cilvə verə bilir ki, ilk baxışda adi təsir bağışlayan həmin ifadə-lər yeni, daha qüvvətli məna kəsb edərək Fikrətin əsərinə xü-susi bir gözəllik gətirir.

Əgər çatılsaydı qaşın kamanı, Kainat xətrinə dəysəydi əgər, Elə silkələrdim mən asimanı Ulduzlar tut kimi tökülərdilər.

Xalq danışıq dilinə məxsus olan “tut kimi tökülərdilər”

ifadəsi ilə “asiman”, ulduz və kainat kimi, necə deyərlər, “biz-dən uzaq” kosmoqonik anlayışlar çox incə bir mətləbin ifadəsi üçün qovuşdurulmuş və şeirin mənaca sanballı, ifadəcə ahəng-dar çıxmasını təmin etmişdir. Ümumiyyətlə, dilin canli, bəzən isə gözlənilməz ifadə formalarına yaradıcı münasibət Fikrət

Page 14: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

14

Ôèêðÿò Ãîúà

Qoca şeirinə səlislik, rəvanlıq kimi çox dəyərli keyfiyyətlər aşılayır:

Vallah, düzü, mat qalmışam: Sən bunu hardan öyrəndin! Insanlar səndən öyrəndi, Sən insanlardan öyrəndin!

Fikrətin başdan-başa metafora üzərində yazılmış “O kim-

dir oxuyan bu gecəyarı?” kimi şeirləri də vardır. Lakin onun əsərlərini oxucu üçün munis və cazibədar edən yalnız metafo-ralar deyil. Şeirlərinin digər forma komponentləri də, məsələn, ahəngi də, obrazları da, qafiyələri də beləcə cazibədar və təsirlidir. 10, 8, 4, 3 və 2 misralı minatürləri başdan-başa kina-yədən yoğrulmuş sabirvari şeirlər, Cavidanə-filosofanə əsərlər onun yaradıcılığının təkcə mövzuca deyil, forma, ifadə tərzi baxımından da zəngin olduğunu göstərir. Bu şeirlərdə poetik fikir sudan (sözçülükdən) xali olub, qiymətli cövhər halındadır. Başqa bir şair tamam özgə bir əhval-ruhiyyədə bu şeirlərin hər birinin mövzusunda 50-100 misralıq əsər yaza, variasiyalar quraşdıra bilərdi. Ancaq Fikrət belə etmir, bu yol ilə getmir, uzunçuluqdan qətiyyətlə imtina edir, nəticədə isə öz müxtəsər şeirlərində mətləbin yığcam, poetik ifadəsinə nail olur.

Yuxarıda formadan danışdıq. F.Qoca sərbəst də yazır, heca ilə də. O, hecanın özünün də beşlik, yeddilik kimi nisbətən az işlənən formalarından istifadə edir. Yeri gələndə isə əruzun da bəzi əlamətlərindən faydalanır.

Təyyarədəyəm, göyləri fəth etmədə sürət, Çərxi fələyin sürətini etmədə sürət.

Page 15: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

15

Ñå÷èëìèø ÿñÿðëÿðè

“Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım” şeirinin bu ilk misraları öz ağır - ləngər vəzni ilə bizi ürəkləri parçalayan faciəli bir şair taleyindən söz açılmasına hazırlayır.

Poemalarının ən qiymətli məziyyəti onların yığcamlığıdır. Fikrət təbiətən, bütün hüceyrələrinə, iliyinə qədər lirik şairdir. Fikrəti tanımayan, onun digər əsərlərindən bixəbər, lakin həssas oxucular da bu poemaları bircə dəfə oxusa, müəyyən edə bilər ki, onlar məhz mükəmməl bir lirik şairin qələminə məxsusdur. Bu hadisə və insanlara, öz təsvir və tərənnüm obyektinə lirik baxışın vüsəti ilə bağlıdır. Elə şairin insan surəti yaratmaq, onu umumiləşdirmək səriştəsini, bədii portret çəkmək, canlandır-maq qabiliyyətini, bu sahədəki lakonizmi götürək. Bu ba-xımdan “İstanbulda bir ceviz ağacı var” poemasındakı aşağıda-kı misralar nəzərimizi cəlb etdi:

Susur Gülxanə parkında Bir ceviz ağacı. Öz vətənində qərib, Meyvəsi dadlı, Taleyi acı – Ceviz ağacı...

Bu bir neçə misra zəmanəmizin böyük şairlərindən biri

olan Nazim Hikmətin, bizim bir çoxumuzun şəxsən görüb ünsiyyətdə olduğu, şeir qədri bilənlərin ürəkdən sevdiyi böyük sənətkarın obrazını, onun çox keşməkeşli həyat və yaradıcılıq salnaməsini gözümüz önündə canlandırır. “Yığcamlıq istedadın bacısıdır”(kratkost sestra talanta) deyiblər. Bu yığcamlıq, az sözlə çox mətləb, böyük fikir, vüsətli mənzərə, real portret ya-rada bilmək sanki F.Qoca istedadının boyuna biçilmişdir. Gə-tirilən misralardakı informatik material, misraların daşıdığı fikir yükü nə qədər sanballı olsa da, onların ümumi ruhu, mahiyyəti bir o qədər qəribə şəkildə lirik əhval-ruhiyyənin inikasına, ifadəçisinə çevrilmişdir. “Meyvəsi dadlı – taleyi acı” kontrastı-

Page 16: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

16

Ôèêðÿò Ãîúà

nın təxəyyülümüzdə oyatdığı aləmdə Nazim Hikmətin, əsas hissəsi həbsxanalarda və qürbətdə keçən, lakin heç vaxt sarsıl-mayan mərdanə ömrü özünün bütün əsas şaxələrilə canlanır. Bildiyimiz kimi, ceviz-qoz bir çox bitkilərə müyəssər olmaya-caq dərəcədə təbiətin amansız sınaqlarına sinə gərən, uzun ömürlü, vüqarlı ağaclardan ibarətdir. Məhz bu keyfiyyət, bir də N.Hikmətin özünün məşhur misraları ilə ürək açan assosiasiya doğurması türk poeziyasını dünyada şöhrətləndirmiş şairin lirik obrazının unudulmaz cizgilərini əhya edir. Söz yox ki, bu, F.Qocanın bədii surət yaratmaq üçün istifadə etdiyi yeganə üsul deyil. Belə üsullar Fikrətin poemalarında çoxdur. Şairin epik təhkiyəyə üstünlük verdiyi əsərləri də var ki, onları “Təkərlər geriyə fırlanır” poeması daha yaxşı təmsil edir.

Poemada vəzifəsi başında qəhramanlıqla həlak olan sürü-cünün faciəli obrazı yaradılmışdır. Bu cümlədəki “vəzifəsi ba-şında” sözləri adətən hüquq mühafizə orqanlarında çalışan adamların fəaliyyəti və qəhrəmanlığı ilə bağlı olaraq işlədilir. F.Qoca isə bir avtobus sərnişininin düşdüyü elə çıxılmaz vəziy-yəti təsvir edir ki, onlarca insanın taleyi bir sürücüdən, onun və-zifə borcuna münasibətindən, qəzanı dəf etmək üçün çıxış yolu tapmasından asılıdır. Bu yol onun özünün həyatını tələb edəndə də sürücü tərəddüd göstərmədən müdhiş, lakin insanlıq, vətəndaşlıq borcu baxımından yeganə düzgün addımı atır, özü-nü dərəyə, uçuruma doğru gedən maşının təkəri altına ataraq insan qırğınının qabağını alır.

Hadisələr elə təbii təsvir edilmişdir ki, biz sürücünün dinc quruculuq zamanı göstərdiyi qəhrəmanlığı Böyük Vətən mü-haribəsinə həsr edilmiş “Yaralı çiçəklər” poemasında sovet ra-bitəçisinin qəhrəmanlığı səviyyəsində qavrayırıq. Hər iki po-emadan çıxan nəticə budur ki, qəhrəmanlıq göstərmək üçün gərgin, indi çox dəbdə olan sözlə desək, ekstremal şərait təkcə müharibədə deyil, adi, gündəlik həyatımızda da mövcuddur. Təki qəhrəmanlığa hazır oğullar olsun.

Page 17: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

17

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bu müxtəsər yazıdan da bir daha göründüyü kimi şair fərdiyyəti Fikrət Qocanın yaradıcılığında özünü hər addımda biruzə verən çox vacib bir keyfiyyətdir. Bu baxımdan onun əsərləri ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq mövcuddur. Həyatda çox sakit, həlim təbiətli, ədəbi yığıncaqlarda da, xeyir-şər məclislərində də həmişə diqqətdən yayınan bir adam kimi tanıdığımız F.Qoca əsərlərində yüksək dərəcədə həssas və hə-yacanlı, xalqın, vətənin, dünyamızın böyük dərdlərini yumruğu boyda ürəyində daşıyan narahat, cəfakeş bir şairdir. Onun ən populyar, ictimai problem və anlayışlara özünəməxsus yetkin münasibətini şərtləndirən də elə məhz bu şair fərdiyyətidir. Öz qənaətimin növbəti sübutu kimi bu sakit təbiətli insanın, nara-hat şairin portret cizgiləri barədə söhbəti onun yenidənqurmaya həsr olunmuş şeirinin bir parçası ilə bitirirəm:

Çox iş görüldü, Bəzən bir gözümüz ağladı, Bir gözümüz güldü, Ayılma, yenidənqurma oldu. Yeni həyat quruldu, Yeni həyat uğrunda Yenidənqırma oldu, Faşizm vəbasından Yeni həyatımızı Yenidənqoruma oldu. Yenidənqoruma uğrunda Yenidənqırma oldu. Qırıla-qırıla qisas aldıq, Zəfər çaldıq? Yenidən ucaldıq. Yenidən dirçəlmə, Yerindəndurma oldu. Yenə, yenə yerimək yerinə Yerindədurma oldu.

Page 18: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

18

Ôèêðÿò Ãîúà

Yaxşı ki, yenidənqırmasız keçdi. Getdik, elə getdik ki, Minən mindi, düşən düşdü. İlk dəfə “sübut olundu” ki, Beş də üçdü, üç də beşdi. Məlum oldu ki, İşdə işsiz oturmaq da Gəlirli bir işdi. İndi yenidənqurmadı, Hələ də yenidənqırmaq, Hələ də yerindədurmaq, Hələ də yerindəndurmaq İstəyən var, Yaxşı deyən var, Pis deyən var, Gözləyən var. Lakin tarix heç vaxt Geri fırlanmadı, Bu qəti yürüşün adı – YENİDƏNQURMADI!

Görmək çətin deyil ki, buradakı yenidənqurma anlayışı adi, publisist anlayış deyil. Şair onu öz şəxsi vətəndaş həyəcan-ları, narahat fikirləri ilə yükləmiş, ona yeni tutum vermiş və buna görə də həmin anlayış poetik yenidənqurma hüququ qa-zanmışdır. Poetik yenidənqurma anlayışında isə oxucu yalnız keçdiyimiz mürəkkəb yolların yanlışlarını, məhrumiyyət və iztirablarını görmür, duymur, həm də taleyimizin qəti dönüş mərhələsini hiss edir; elə bir dönüşü ki, gələcəyə ümid və inam iqtidarına malikdir.

Bəkir Nəbiyev

Page 19: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

19

Ñå÷èëìèø ÿñÿðëÿðè

AZAD İNSANIQ Çiynimdə ulduzlu səma, İslanmış səkilərdə Rəngarəng reklamların əksini Geyirəm ayaqlarıma. Bürkülü günlərdə sərin Ağac kölgəsində sərinləyirəm, elə bil çimirəm. Soyuqlu gecələrdən incimirəm Bürünürəm gümüşü ay işığına, Səhərəcən tamaşa eləyirəm Yerlə göyün barışığına. Gecələyirəm. Ya dörd divar arasında, Ya da elə belə, dünyada. Əzələmdə ilan kimi qıvrılıb gücüm. Ürəyimdəki bir yığın arzudur - köçüm. İşimdir - hara əlimi atsam. Yolumdur - hara üzümü tutsam.

1964

Page 20: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

20

Ôèêðÿò Ãîúà

FƏHLƏYƏM Fəhləyəm. Yerin dibinə kəmənd atıram. Qolumun gücünü, belimin şaxlığını əridib polada qatıram. Baxın! Çayların dibindən qalxan, Körpüləri ovcunda saxlayan, Beton dirəklər mənim biləklərimdir, bax, bu biləklər. Qollarımı polada döndərmişəm üstündən qatarlar keçir. Gücümü nəhəng insan yuvaları - binalara döndərmişəm, qoynuma ailələr köçür. Barmaqlarımın izi var döşəmənizin hər misrasında. Evinizin içində də ayağınızı qəzəblə döşəməyə vurmayın siz, axı barmağımı əzirsiniz. Pəncərəniz mənim gözlərimdir, həmişə mənzilinizə baxır. Evinizin suyu da, çaylardan mənzilinizə kimi olan zəhmətimdir, axır. Əkdiyim kölgəli ağacda da mən varam. Gəzdiyiniz bağlaram, getdiyiniz yollaram.

Page 21: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

21

Ñå÷èëìèø ÿñÿðëÿðè

Fəhləyəm - ölməzəm. Dəmir-beton eləyirəm, polad eləyirəm Ömrümün hər anını. Mən verirəm dövlətimin hər fərmanını. Ayaqlarım yerin dibində, başım kosmosdadır. Bax, belə nəhəngdir fəhlələr. Günəş mənim fanarımdır, onu dağların arxasından götürüb işə çıxarıram hər səhər.

Baykal, 1964

Page 22: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

22

Ôèêðÿò Ãîúà

USTA EV TİKİR Ev tikir, barı hörür usta. Daşların üstə barmaqlarının izi barıya hörülür. Əlinin istisi barıya hörülür. Daşların arasına hörülür Ustanın oxuduğu nəğmələr. Ürəyinin döyüntüləri, Ömründən bir az, kim bilir daha nələr... Əlbət ki, adam belə evdə narahat olmaz.

1963

Page 23: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

23

Ñå÷èëìèø ÿñÿðëÿðè

ANQARA Anqara boz duman kimi sürünüb gedir, Nə ucu var, nə bucağı - fıkirlər kimi. İnanmırsan bu yerlər də yer üzündədir. Hava təmiz - yağış yumuş bir səhər kimi Burda adam təmkinlidir, uca boyludur. Adamını öz boyuna biçibdir tayqa. Üfüqləri yağış yüklü bulud yoludur. Anqaradan bu taydayam, fikrim o tayda Bir qocanın tulladığı qırmağa düşdü. Hava sakit, göy buludlu, sular gümüşdü. Hava sakit, heç o qədər soyuq da deyil, Yarpaq elə xışıldayır üşüyürəm mən. Şam ağacı üfüqlərdə çimir elə bil, Hərdən ötən buludların tutur əlindən. Burda ürək olarmı ki, sevgisiz vura? Mavi Sibir, qızlarının gözünə bənzər. Soruşmayın hansı yerə bənzəyir bura, Bu dünyada Sibir ancaq özünə bənzər.

Baykal, 1964

Page 24: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

24

Ôèêðÿò Ãîúà

QIŞDA ÇİÇƏKLƏR Kamçatkada şaxta olur, tufan olur. Kamçatkada kirpiyində buz da donur. Ağ yorğana bürünübdür hər nə varsa. Buludları oda tutan vulkanlarsa Alovlanır qızıl rəngli fəvvarə tək. Vulkanların ətrafında bahar kimi Bütün qışı ətir saçir min-min çiçək. İnsan qəlbi belə olur ağır gündə; Lap olur ki, sinəsinə ölüm enir, Ümid yanır vulkan kimi ürəyində Ətrafında neçə arzu çiçəklənir.

Kamçatka, 1964

Page 25: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

25

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏRMİ Mərmi - infarktlı ürək kimi, Əsəblərin əmrinə müntəzir. Girəvə güdür, məqam gəzir. Partlasa baxışlar solacaq, Vaxtsız düşən şaxtadan, lalə solduğu tək. Nə sayım, daha nələr olacaq. Ürəyimizin infarktını da, Mərmini də özümüz yaratmayaydıq gərək!..

1966

Page 26: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

26

Ôèêðÿò Ãîúà

XİROSİMA

Gecə Gizlicə-gizlicə

Oğurlanıb soxulur İnsan həyatıma yuxum.

Yuxuda görürəm ki, dünyada yoxam. Hələ bu Yer kürəsi də maviliklərin

Dərin sükutu içində balaca bir qayıqmış. Od alıb elə yanır ki, yanır elə bil

bir çəngə qamış. Yanır:

yer, göy, su,

hava. - Sus, dava

başlayıb – deyir

bir səs: "Partlayış! Deyirlər, XX əsrin

Səbri partlamış". Yanır kirpiklərdə yaş,

Yanır arzu, murad, təlaş. Ömrün yoludur yanan qarşımızda. Zəhər yağır kirpiyimizə, qaşımıza. Əsir çəhrayı rəngli əcaib bir külək

Yuxudan gözlərimi açıram hövlnak.

Page 27: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

27

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bir tərəfdə günəş - xeyirxah bir işıq Yadıma düşür,

Axşam yuxudan qabaq Xirosimadan danışmışıq.

Page 28: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

28

Ôèêðÿò Ãîúà

KATOKDA Qış, qar, buz üstü. Yanan dodaqlarından Çıxan sözlər – boz tüstü. Süzürsən sola, sağa. Burda fıkir verən yox Yıxılmağa, durmağa... Bax, bax yıxıldın, durdun, Durdun, qəhqəhə çəkdin, Az qala gülüşünlə Buzu əridəcəkdin. Gülüm, şığı, yenə süz, Fırlan, dönə-dönə süz, Yenə yıxılacaqsan, Bu şübhəsiz, bu sözsüz. Fəqət hər yıxılanda Belə gül, demə: "Bəsdir!" Ömrün yolu belədir: Qış, qar, büz üstü.

1960

Page 29: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

29

Ñå÷èëìèø ÿñÿðëÿðè

NAĞILLAR

Vətən müharibəsində həlak olmuş Nadir və Söyün əmilərimin əziz xatirəsinə.

İllər ötür aram-aram... Uşaqlıqdan söz salıram, Neçə nağıl düşür yada. Nənəm deyən o qorxulu nağılları Sonra yatıb mən görərdim yuxularda. Həmişə də nağılların qəhrəmanı Nadir olub, Söyün olub. Yazıq nənə, qəhrəmanlar bərkə düşsə, gözü dolub ağlayardı. Əjdahalar qırılardı, Qəhrəmanlar sağ qalardı. Evə dönüb anasıyla görüşərdi iki igid, iki qardaş. Nağılların bu yerində gülümsərdi yazıq qarı, Kirpiyində yenə də yaş. Nənəm elə danışardı nağılları, bizim sınıq pəncərədən külək dolub evimizi dolanardı, dinləyərdi. Yığın, yığın ulduzlar da pəncərədən boylanardı, dinləyərdi. Yağış yağsa dama-dama evimizə, dinləyərdi. Lampamız da dil açmamış körpə kimi, Qoşulardı elə bizə, dinləyərdi. Keçib illər böyümüşəm, saçıma da düşübdür dən.

Page 30: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

30

Ôèêðÿò Ãîúà

Nənəm deyən nağıllarda Əjdahayla döyüşməyə o vaxt gedən Əmilərim qayıtmadı. İllər ötür aram-aram... eh nə isə... Yenə hərdən axşamçağı Nənəm deyən nağılları xatırlaram, nədəndirsə... Eh, nə isə...

Page 31: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

31

Ñå÷èëìèø ÿñÿðëÿðè

BULUDLAR Axşamlar sürünüb dağlara sarı, Zirvəyə baş qoyub yatar buludlar. Mavi sonsuzluqdur ömür yolları, Hərdən yağış ələr, hərdən də ki, qar. Zirvəyə baş qoyub yatar buludlar. Meşədə yanğına yağar söndürər, Səhrada kölgəlik olar karvana. Yamacda susuz bir gül sevindirər, Gəzər gün altında hey yana-yana. Səhrada kölgəlik olar karvana. Göylər sonsuzsa da, sərhədsizsə də Onlar da vuruşur cahangirlər tək. Sonsuz üfüqləri alır səs-səda! Göz yaşları - yağış, qılıncı - şimşək. Onlar da vuruşur cahangirlər tək. Buludlar, bilmirsiz mənim fıkrimi, Yığışın, gedirik uzaq yollara. Mən yer kürəsini təyyarə kimi Sürüb aparacam, kim bilir hara... Yığışın, gedirik uzaq yollara. Bəsdir uçduğunuz pərvanələr tək, Dolun dərələrə, düzlərə yatın. Yer darsa, qəlbimə doluşun gedək, Səfəri başqadır bu gün həyatın. Dolun dərələrə, düzlərə yatın.

Page 32: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

32

Ôèêðÿò Ãîúà

Söykənib dağlara fıkrə getmişəm, Dizimə baş qoyub mürgüləyin siz. İndi ağla dolub mən dərk etmişəm, Gümüş manatımdır göydə hər ulduz. Dizimə baş qoyub mürgüləyin siz. Yola düşəcəyik sabah, buludlar, Buludlar, buludlar, ay ağ buludlar.

1965

Page 33: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

33

Ñå÷èëìèø ÿñÿðëÿðè

HƏRDƏN KÖNLÜMƏ DÜŞÜR Hərdən könlümə düşür Ağlamaq da, gülmək də. Hərdən könlümə düşür Tikanlı məftil kimi Şaxtalı bir külək də. Qınamayın siz məni, Dəcəl bir uşaq kimi Yaxşıca döyülmək də Hərdən könlümə düşür. Bəzən də gecə yarı Elə bil ki, ilk dəfə Göz açıb görürəm mən Şəhərdə işıqları, Göylərdə ulduzları. Mənə elə gəlir ki, İnsan ayağı üçün Qəribsəyib küçələr, Darıxırlar gecələr. Haray salıb dünyaya Evlərdə yatanları Mən oyatmaq istərəm. Yuxunu bir tül kimi İnsanların üzündən Alıb atmaq istərəm. Hərdən istəyirəm ki, Heç gözə görünməyim, Dindirsələr, dinməyım. Hərdən könlümə düşür Durum bağrıma basım Hər tanışı, hər yadı.

Page 34: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

34

Ôèêðÿò Ãîúà

(Hər insan bir dünyadı). Mən yaşaya bilməzdim Könlüm bir mayak kimi Alışıb sönməsəydi. Şeir də yazmazdım heç Bu könlümə düşənlər Misraya dönməsəydi.

1961

Page 35: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

35

Ñå÷èëìèø ÿñÿðëÿðè

TELEFONLA SÖHBƏT Dəstəyə əl atıb çağırdım: - Alo! Təcili yardım, kömək eləyin. -Alo! Buyurun, deyin, xəstənin neçə yaşı var? -Milyard, daha çox olar. -Uzatmaym, xəstəliyi nədir? -Nüvə silahı asılıb başının üstdən, bir ayağı qəbirdədir. -Tez eləyin, zarafatı buraxın, Hansı ünvana gələk, deyin! -Ünvan? Bizim səyyarə - Yer kürəsi. Günahlı, günahsız, bütün canlıların yaşamaq həvəsi. Ünvan? Bütün dünyanın taleyini həll eləyən, - "Mənəm! Mənəm!" - deyən natiqlərin gur səsi. Təcili yardım, tez gəl, - "tez" sözündən də bir az tez. Zamanın sürətilə yox, zamanın özündən də bir az tez. Həkim "dəli" dedi. Söhbət kəsildi beləcə. Güldüm,

Page 36: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

36

Ôèêðÿò Ãîúà

Amma əl çəkən deyildim. Divar saatı dəqiqələri sayır, keçir gecə. Yenə zəng eləyəcəyəm indicə.

1962

Page 37: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

37

Ñå÷èëìèø ÿñÿðëÿðè

SİZİNLƏ LOVĞALANIRAM Milyonlarla pəncərələr açılır kainata, Hərəsinin arxasında bir ürək. Milyonlarla qapılar açılır həyata. Nə qədər pilləkənlər nə qədər yollara calanır. Yollar yollarda haçalanır. Çağırır sizi Fit verən zavod, gəmi, qatar. Zəngli saatlar Çağırır hərənizi bir yana Yel kimi əsirsiniz zamanı calayıb zamana, Gecədən gündüzə, gündüzdən gecəyə Tələsirsiniz. Mən də sizdən uzaq deyiləm, hamınızın yanındadır mənim işim. Özünüz bir yana, yuxunuzu da öyrənmişəm. Yuxunuzda görürsünüz ötən gündən dumanlı xatirələr... Rəhmətlik babanızı, rəhmətlik uşaqlığınızı daha nələr, nələr... Ya da iş yerinizi, Ya da gələcək arzunuzdan dumanlı səhnələr... Sizinlə işə gedirəm, sizinlə işdən dönürəm.

Page 38: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

38

Ôèêðÿò Ãîúà

Yaxşı işinizlə öyünürəm, pis işinizdən od tutub yanıram mən, Bilin ki, təkcə özünüzlə yox, pəncərənizin işığıyla da lovğalanıram mən.

1966

Page 39: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

39

Ñå÷èëìèø ÿñÿðëÿðè

SAAT DANIŞIR Çıq, çıq, çıq! Yatma, dur! Ötən vaxt Üzündə Hörümçək torunu toxuyur. Çıq, çıq, çıq! Qalxsana, baxsana. Göy açıq, yer açıq, yol açıq. Yola çıx, gül açıb. Saçına düşür dən, çıq, çıq, çıq! Dünyanın çiynindən ömrünü düşürdən pillələr çıq, çıq, çıq. ömrünə vurulan sillələr çıq, çıq, çıq. güllələr çıq, çıq, çıq zamanam, O göydən ağıram, bu yerdən ağıram, sübhəcən üzünə, gözünə

Page 40: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

40

Ôèêðÿò Ãîúà

yağıram, döyürəm. deyirəm "çıq, çıq, çıq". Yuxuda yatanda sən ruhu zəncirli bir qulsan, əl açıq, qol açıq, yol açıq, yola çıx, yol açıq. çıq, çıq, çıq.

1966

Page 41: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

41

Ñå÷èëìèø ÿñÿðëÿðè

SALAM, ALLAH Eheyy... salam, Allah! Açıram pəncərəmi. Gecə yarıdır, boşdur otaq. Bəri bax, gəl, söhbət eyləyək, təkətək. Bu, həyatdır, - növbə allahlarla da vuruşmağa çatdı. Bir də sən pəncərədən gəl hökmən. Güvənmə ki, allahdır adın. Bu gün istirahət günü deyil, - deyə Səni qapıdan buraxmaz içəriyə, İbadətində duran bizim qapıçı qadın. Deyərlər, sən məni Yaratmısan, Adəm şəklində yer kürəsinə atmısan. Deyirlər, tez yaratmısan Mənim üçün ölümü də. Deməli, məni yaradan kimi məndən qorxmusan. Əlimdəsən, Allah, əlimdə. Deyirlər, qismətimə min-min bəlaları da

Page 42: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

42

Ôèêðÿò Ãîúà

sən yazdın. Məni yaradan kimi peşmanlamısan. Deməli, bilsəydin, - özündən güclünü yaratmazdın. Gəl vuruşaq! Sən milyon ildir başımın allahısan, Mən bir uşaq. Nənəm eşitsə bu şeiri, - qorxusundan çatlayar bağrı, Neyləsin, ömrü boyu Sənə səcdə edib yazıq qarı. Qazancı olub əlinin qabarı, Üzünün qırışları, Gözünün yaşları. Zaman sənin cibindən gedir. Cənnət, cəhənnəm nağılına inanmış ölülər də sənə üsyan edir. Üsyan edir sənə, bütün qəbiristanlıqlarda baş ağacları. Düş, gəl! Ayağın toxunsa yerə, Ömrün milyon il qısalar, Ayağın yerə toxunsa, - hamı səndən qisas alar. Düş, gəl! Vuruşaq. Sən, bütün cinayətlərə

Page 43: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

43

Ñå÷èëìèø ÿñÿðëÿðè

qadir allah, Mən bir uşaq. Səni ilk dəfə mən kəşf elədim. Sənə ilk dəfə Allah mən dedim. Adını çəkdim hər addım başında. Mən səni, atom bombasını yaratdığım kimi yaratdım, Sonra da diz çökdüm qarşında. Ağlım kəsməyəndə səni yaratdım ki, - kimdənsə qorxum. Sənsə, vahiməylə zəncirlədin insanın ruhunu, ağlını. Sən, qatı düşmənimsən, qatı. Xofunla vahiməyə çevirirsən həyatı. Gəl, vuruşaq, allah! Bu vuruş bəşərin susuz dodağına su olacaq, su! Vuruşaq ki, çıxsın canımdan Allah vahiməsi, Allah qorxusu.

Page 44: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

44

Ôèêðÿò Ãîúà

DÖRD QÜTB, LAMPA HAQQINDA Bədbin: - Lampa qanır deyə, Yanır deyə Boğazından asdılar. Nikbin: - Lampa nur yayır deyə Başım üstə yeri var. Tərsinə fikirləşən: - Lampanı asırlar ki, Göz qabağında olsun, Qaranlıqda itməsin. Qanunpərəst: - Yuxarıdan asıblar ki, Hər kəs götürüb onu Həqiqət axtarmağa getməsin.

Page 45: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

45

Ñå÷èëìèø ÿñÿðëÿðè

TƏRCÜMEYİ-HALIM Evim - avtobuslar, vaqonlar, təyyarələr. Kəndlər, şəhərlər, səyyarələr - dayanacağım. Milyon kilometrlərlə ömür yaşamışam. Kim bilir, Harda dayanacağam.

1962

Page 46: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

46

Ôèêðÿò Ãîúà

VƏTƏNPƏRVƏR Oğluna qoyub vətəninin adını, Milli geyimə vərdiş elətdirir arvadını. Elə arvad-uşağına sərf eləyib ömrünü, istedadını.

1963

Page 47: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

47

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** "Günəş səyyarələrin tonqalıdır, Səmanın ürəyidir, dünyanın çırağıdır" – yazdıq. Amma bəzimiz başqasını qızdırmaq üçün yanmazdıq.

1963

Page 48: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

48

Ôèêðÿò Ãîúà

*** Hər ürək – Oxunmamış bir varaq. Hər üzün qırışında Bir ömrün hekayəti. Hər gözün də bir aləm Sevinci, şikayəti... Min sirrin sirdaşıdır Yol yanında hər ağac. Hər evin qapısını Roman cildi tək aç.

1965

Page 49: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

49

Ñå÷èëìèø ÿñÿðëÿðè

ANAM YAMAN FİKİRLİDİR... Fikri çaşıb, yazıq anam Nə qoyursa itirir. Duzdan ötru evə girir, Başqa bir şey gətirir. Deyirəm ki, nə var, ana, Hey yol çəkir gözlərin? Deyir: bala heç soruşma, Yaram dərindir, dərin. Zaman keçib, Yaxşı gəlib, Yaman keçib. Beş oğul böyütmüşəm. Dönə-dönə şükür deyib, İndi kama yetmişəm. Deyirlər ki, yenə dünya Qarışıqdır, ay bala. Elə bu dərd məni salıb Bu azara, bu hala. Anam yaman fıkirlidir. Fikirlidir bizim əsr. Küləklər də yer üzündən Qaçmaq üçün tələsir. Anam yaman fikırlidir. Fikirlidir analar. Yer üzündə milyon-milyon Anam kimi ana var.

Page 50: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

50

Ôèêðÿò Ãîúà

SÖHBƏT Fəhlə qardaş, yavaş! Bir şeir oxuyum qulaq as. -Nə deyirəm, oxu! Mən də əlimi saxlayım bir az. Sanballı misraların varsa, Çəkicimin zərbəsindən Şerinin zərbəsi ağır olarsa, Buyur, söz sənindir! Çəkicimdən əzəl Misranı sən endir. Əgər elə misran yoxsa, Qardaş, incimə get! Nə özünü yor, Nə məni ləngit.

Page 51: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

51

Ñå÷èëìèø ÿñÿðëÿðè

VİDA Nəvəsini dəzgahın arxasında qoyub, Təqaüdə çıxır qoca. Onun damağında qəlyan, Zavodun damağında uca boru tüstülənir. Hər ikisi də yanaşı, fikirli, Nə o danışır, nə bu dinir. Papiros çəkirlər, Papirosları tüstülənir. Qocanın alnında fıkirlər qırış-qırış. Zavodun daş barısı qaralmış. Zavod sakit, nəhəng, Qoca kövrək, tək. Dünyanın qoynu dolu: səslər, rənglər. Səssiz, sözsüz Vidalaşır nəhənglər.

Page 52: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

52

Ôèêðÿò Ãîúà

TABLO

Sııdanlı şair dostum Ə1 Nəsr Taca ithaf edirəm.

Rəssam bir əsər çəkib Elə təmiz, elə ağ; Bir göz də borc alıb bax. Rəssam baxır doymayır, Özü də valeh olub. Ağlığından göy çalan Qara ayaq qoyulub. Bir cüt ayaq izi var. Barmaqların yerində. Ulduz-ulduz yanır qar, Qucaqlayıb izləri Şölələr, parıltılar. Rənglər verib səs-səsə, Elə bil ki, deyirlər, Ona baxan hər kəsə: "İnsan ülvidir, təkdir. Hələ ayaq izi də Təbiətə bəzəkdir. Sanki mərmər bir ayaq, Burda, salıb itirib Bu aydın, ağ izləri, Əsərə ad qoyulub "Qəşəng ayaq izləri". Bər-bəzəkli adamlar Axışır axın-axın. Görən görməyənləri Çağırır: bura baxın...

Page 53: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

53

Ñå÷èëìèø ÿñÿðëÿðè

Paxıllığı tutan var O ayağa, o izə. Tamaşaçı əsərlə Gəlir durur üz-üzə. Neçə yol bəh-bəh deyir. Ona bir dəfə baxan Yüz yol baxmaq istəyir... Dünyanın işinə bax, Amma heç kəs düşünmür Qış, qar və yalın ayaq.

Page 54: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

54

Ôèêðÿò Ãîúà

KÜLƏKLƏR Daraq çəkir dalğalara, otlara. Qanad verir ünvansız buludlara Küləklər. Qopur, qopur hər quşun qanadından bir dalğa. Toplanıb tufan olur, Burulub tüğyan olur. Çarpışır düzlə, dağla Küləklər.

Page 55: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

55

Ñå÷èëìèø ÿñÿðëÿðè

KOTANARXI Bu ad bir kənd adıdır, Bir qədim kəndin adı. Bu kənddə köç salanı Bir vaxt hamı qınadı. Deyirlər ki, dedilər: "Dəli olmusanmı sən... Orda sudan nişanə Kirpiyində görərsən". Axırı ki, bu kəndə Kotanla arx çəkdilər. Su da gəldi bir səhər. Gələn bu lilli suyun, Bu şirin dilli suyun Adı dillərə düşdü. Babalarım bu suyu Damcı-damcı bölüşdü. Nənəm, içməkdən ötrü Onu daşdan süzərdü. Bircə içim damınca Beş qonşunu gəzərdi, Bir hana ip düzərdi. İndi bir baxın barı, Artezyan bulaqları Pıçhapıç aşır-daşır. Nənəm də baxıb deyir: -Ay oğlum, ağlım çaşır, Qorxuram su qurtarsın. Gözüm sudan doymayır... Yazıq qarı əlindən Səhəngi heç qoymayır.

Page 56: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

56

Ôèêðÿò Ãîúà

MƏNİM FƏHLƏ DOSTLARIM Əlimi möhkəm sıxır Tunc kimi əzələli, Qabarlı bir dost əli. O əl iş arxasında, O əl sükan başında. O əl bilir qədrini İşin də, yoldaşın da. Onlar poladla birgə, Bişirirlər həyatı. Poladla bir bişmirmi Fəhlənin oxuduğu, Ruh oxşayan bayatı. Onların alın təri Damır poladın üstə. İnsan təri - sən ondan Nə istəyirsən istə. O tərdə bir zərrə var, İnsanın vüqarından, İnsanın namusundan, İnsan etibarından. O tərdə bir zərrə var Gənclikdən, ehtirasdan, Neçə mağardan, yasdan, Qışdan, payızdan, yazdan. Poladın mayasına Bu tər qarışır deyə Haqqı yoxdur poladın Zərbədən əyilməyə.

Page 57: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

57

Ñå÷èëìèø ÿñÿðëÿðè

ULDUZLAR VƏ ÜRƏK Ulduz, ulduzu çağırır Göyün gen sinəsində. Mən isə bir lampanın altında oturmuşam. Pərvanələr uçuşur başının dövrəsində. Elə bil ki, mənəmmiş sizin gəzdiyiniz şam. Axı, siz həssassınız, anlayıram, qanıram. Yaxşı bilmisiniz ki, Yaradıram yanıram.

Page 58: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

58

Ôèêðÿò Ãîúà

DANIŞ, XƏZƏRİM, DANIŞ... Sən ötən əsrlərin Şahidisən, səsisən. Sən Vətən torpağının Söz dolu sinəsisən! Qabarırsan, enirsən, Aram-aram dinirsən; Danış Xəzərim, danış. Bəlkə xalqın göz yaşı Axdıqca damla-damla, Yığmısan, saxlamısan Hörmətlə, ehtiramla. Bəlkə köhlən at kimi Şahə qalxan dalğalar Həmin göz yaşlarıdır, Sinəndə tutmur qərar. Danış, Xəzərim, danış, Danış Badikubənin Küləyinin səsindən, Gecə şamı söndürüb, Evlərin işığını Talan eləməsindən. Danış, Xəzərim, danış, Danış uzaq keçmişin Qərib axşam çağından. Danış Odlar yurdunun Ən qədim ocağından... Üstünə mən səpmişəm

Ulduzu, ayı bu gün. Sirr saxlayan da yoxdu

Page 59: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

59

Ñå÷èëìèø ÿñÿðëÿðè

Səndən savayı bu gün. Danış, Xəzərim, danış, Sən illərdən-illərə, Bir vaxt bizdən də danış Gələcək nəsillərə!

1961

Page 60: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

60

Ôèêðÿò Ãîúà

MƏN ÜNVANSIZ YAŞAYIRAM Mən ünvansız yaşayıram - günəş kimi, səma kimi. Mən ünvansız yaşayıram səhərdən axşama kimi. Ünvanımdır - yaşıl düzlər, göy meşələr. Yollarımı gözləyirlər boyun büküb bənövşələr. Ünvanımı yazıram mən izlərimlə dağa, daşa. Axı, nəğmə deməliyəm sonsuz yaşıl tarlalarla, Göllərimdə dalğalarla, Dərələrdə bulaqlarla pıçıldaşa-pıçıldaşa. Bircə küçə... Bircə otaq... belə ünvan nəyə gərək?.. Yol yoldaşım buludlardır, ünvanımdır mənim külək. Ünvanımdır - hər çiçəyin, gülün yanı. Bəs bu ünvan deyilmi ki, Yaşamaqçün Bu gün Mənzil seçdim bu dünyanı. Mən ünvansız yaşayıram - Günəş kimi, səma kimi. Mən ünvansız yaşayıram səhərdən axşama kimi.

Page 61: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

61

Ñå÷èëìèø ÿñÿðëÿðè

Axşam da ki, başaltımdır başı qarlı Qafqaz dağı, Yorğanımdır boz buludlar, Çox sevirəm mən bu təhər yaşamağı!

1962

Page 62: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

62

Ôèêðÿò Ãîúà

BİR NƏĞMƏYƏM... Mən bir nəğməyəm - gözünüzə görünmüşəm. Şehlərə dönmüşəm, Yarpaqlara dönmüşəm. Mən güləm, Gülün ətri də mənəm. Qəzəb söndürənəm, Kin əridənəm. İşığam, çəkirəm qaranlığa dağ, Küçələrə - keşik. Evlərin bir beşik Sevinciyəm. Yorğun ayaqlara - dincliyəm. Mehribanlığam - Yaraşıram baxışlara. Təbəssüməm - yaraşıram üzlərə. Günəşəm - yaraşıram gündüzlərə. Ürək döyüntüsüdür xallarım. Mən nəğməyəm, oxuyun məni, Səpələnmişəm - Gözəllərin yanağında xallaram. Çiçəklərəm - çöllərdə, Dağlarda – dumanam. Bir nəğməyəm, Sözlərim bütün gözəlliklərdir - Onların adını düzün yan-yana, Mən bir nəğməyəm, Bütün gözəlliklərə parçalanıb Səpilmişəm Cahana!..

1965

Page 63: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

63

Ñå÷èëìèø ÿñÿðëÿðè

ATAM QOCALIR Min-min xatirəsi yazılıb onun Alnında, üzündə o qırışlara. Mənə qəzəbi də dönübdür indi Sakit nəsihətə, yalvarışlara. Enişli, yoxuşlu yollar görübdür, Min tufan görübdür, min qar görübdür. Atam qocalır... Allah olmayıb ki, həkim olubdur, Sağalda bilməyib hər xəstəsini. Ürəyi ağrıyıb, gözü dolubdur, Ümid xatirinə boğub səsini – Yalan da deyibdir xəstəyə bəzən. Xəstələr yanında ümid tək gəzən Atam qocalır. Biz səkkiz uşağıq, böyüdüb bizi, Bu da asan deyil, çox çətin işdir. (Bunu ata olub bilmişəm, düzü) Atam onu bizə heç deməmişdir. İndisə odlara salır fıkrimi, Kimi gözləyirəm, görəsən, kimi? Atam qocalır. Əlimdən nə gələr, mən nə edim ki? Qanundur... zamanın qanunudur bu. Biz də onun kimi qocalaq təki, Səkkiz yola dönüb bir ömrün yolu. Atam səkkiz dəfə cavan olacaq, Bir də səkkiz dəfə o qocalacaq, İlk dəfə, ilk dəfə atam qocalır.

1960

Page 64: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

64

Ôèêðÿò Ãîúà

QORXAQ Qorxaq öldü, Qurtardı canı vahimədən. Mən ona baxıram vüqarla uzanıb. Elə bil ki, ölümü Bir qəhrəmanlıqla qazanıb. Gözünə baxırsan - üzünü çəkmir yana. Üstünə od ələsən - qorxmaz ki, yanar, Qorxmaz, Üzünə bütün nöqsanları birdən oxusan. Elə baxır ki, Elə bil, onun üçün Qorxu da yoxdur, sən də yoxsan. İnanmırsan ki, sağlığında qorxaq olub. Elə bil dünyada Doğulandan inadkar doğulub. Baxıram üzünə, düşünürəm: Yazıq dirilib, Özünü bu yatışla görsəydi – qibtə edərdi özünə...

1963

Page 65: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

65

Ñå÷èëìèø ÿñÿðëÿðè

DÜNYA VƏ YAŞAMAQ NÖVBƏSİ Dünyadan bir ömür qoparmışam mən, Ondan neçə payız, neçə qış aldım. Aldım öz payımı çöldən, çəməndən, Hələ buluddan da qar-yağış aldım. Mən o al günəşin nurunu içdim, Gözümdə ildırım zərrəsi yandı. O da lazım imiş, borana düşdüm, Qəlbimdə, ruhumda tufan oyandı. Həyat, əlimdəsən, sən mənimkisən, Sən mənə mirassan öz adım kimi. Mənimsən, mənim də zövqümlə bəzən, Bəzən körpəm kimi, övladım kimi. Ulduzlar qoynuna mən uçuram ki, Səmalar səninçün gizli sualdır. Sirlərin qoynuna yol açıram ki, Deyəsən: bu ömür sənə halaldır! Yanmaram - bu yolda ölsəm də əgər, Amma bəzən alır ürəyimi qəm, Ey həyat, çünki mən hələ bilmirəm Mənə sonrakılar nə deyəcəklər. Onlar məndən sonra gələsilərdir, Ruhu məndən cavan, məndən ağıllı. Onların hər sözü mir bir əsərdir, Vüqarlı, qüvvətli, cahi-cəlallı...

Page 66: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

66

Ôèêðÿò Ãîúà

O zaman sərhədsiz olacaq aləm, Yəqin ki, sevinc də sərhədsiz olar. O zaman kabus tək gəzəcək qibtəm, Yəqin ki, ona da bir ad qoyarlar. Qalsaydım, o günlə mən görüşərdim, Neçə arzumu da salardım yada. Nə bilim, bəlkə də gözdən düşərdim Öz köhnə zövqümlə təzə dünyada.

1962

Page 67: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

67

Ñå÷èëìèø ÿñÿðëÿðè

HAMIYA BORCLUYAM... Ataya borcluyam mən, Anaya borcluyam mən. Bəlkə də, bu dünyada Hamıya borcluyam mən. Dağları aşa-aşa, Selləri aşa-aşa, Elləri aşa-aşa, Məktubumu daşıyan, Adını bilmədiyim Adi bir vətəndaşa Nə qədər bocluyam mən. Hardasa bir həkim var – İmdada çatmaq üçün, Xəstələnsəm, eləsəm – Məni sağaltmaq üçün O həkimə borcluyam. Mənə xəbər daşıyan Radionun səsi də Bir adamın işidir. Əlimdə yandırdığım Kibritin dənəsi də Bir adamın işidir. A mehriban adamlar, Nə xeyrim dəyib sizə? Adi bir tələbəyəm, Rast gəldiyim hər kəsə Az qalıram baş əyəm Düzü, xəcalətimdən. Ataya borcluyam mən, Anaya borcluyam mən, Hamıya borcluyam mən. 1962

Page 68: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

68

Ôèêðÿò Ãîúà

MƏNİM ƏSRİM Qaranlıq, bir pərdə kimi Çəkilir pəncərələrin arxasına. Evlərin işıqları sığınır binaların yaxasına. Divarda zamanın nəbzi döyünür; Saatda vaxt əriyir damcı-damcı, Damır döşəməyə: "Tələs! Tələs!" - deyə-deyə. Günəşə yol açırıq biz, Nəhəng balıq kimi üzür səadət yolçusu hava gəmilərimiz. Küləklər yarpaqlara əfsanələr danışır, Sevişənlərin saçlarına dolaşır. Kim haradan bilsin ki, bu küləklər Min fıtnə-fəsadla yüklənib. Həm ölümlə, həm də hayatla yüklənib. Kimi küləklərə xəbər yükləyır. Kimi küləklərə zəhər yükləyir. Kimi hava boşluğuna

Page 69: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

69

Ñå÷èëìèø ÿñÿðëÿðè

iynələr yükləyir. Kim də çır-çırpı yükləyir öz axsaq eşşəyinə bir dağ döşündə. Qardaş, iyirminci əsrdir, hər kəs öz işində. Ağalar yer kürəsini qarpız kimi dilimləmək istəyir. Görəsən, nə demək istəyir, - Yenə də Qərbdə körükləyirlər hərbin kürəsini. Yoxsa nəhəng bir külqabıya Döndərmək istəyirlər yer kürəsini. İnsanlardan yadigar Bir yığın insan ah-naləsi qalar, Əsrlərlə qalaktikanın sükutu içrə dolanar. Oradan - amfiteatrdan Gözlərini qırpa-qırpa Yerə baxır ulduzlar bütün gecə - Görsünlər yerdəki bu gərgin tamaşa necə qurtaracaq, necə! Başa çatır xəyalımın dəhşətli fıkirlərə etdiyi səfər. Səhər Gecə gəzintisindən Yenə bizim yerlərə dönür. Fikirdən gözümü açıram, hələ zamanın nəbzi

Page 70: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

70

Ôèêðÿò Ãîúà

divarda döyünür. Saatda vaxt əriyir, damcılara dönür, Damır döşəməyə: "Yaşamağa tələs! Tələs!" deyə-deyə. Pıçıldayır saatın səsi: Sən insansan, Ayaqlarına sığınıb yer kürəsi. İnsansan, yaşayırsan, Həyata cavabdehsən; Dünyanın taleyini Çiynində daşıyırsan!

1962

Page 71: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

71

Ñå÷èëìèø ÿñÿðëÿðè

QARAGÜL DƏRİLİ QUZU Qaragül dərili quzu, Təbiətin qəşəng qızı. Elə ki, sən Bu dünyaya gəlirsən Çoban başının üstünü kəsir əli bıçaqlı, O da özünü bilir haqlı. Dərin korlanmasın deyə Səni həsrət qoyub bir dünya gözəlliyə, başını kəsir. Qürub çağı, başın kəsiləndə içində kiçik bir teştin, İlk dəfə gözünü açıb gördün bıçağı, fıkirləşdin: Bıçaq kimi bir şeydir həyat, Dünya da teşt boyda. Ömür də olar bu qədər. Nə kədər... heyhat! Bilmədin dağ var, dərə var, Min cür mənzərə var. Görmədin sürülərin yaylağa, qışlağa axınını. Görmədin ömrün enişini, yoxuşunu, uzağını, yaxınını. Bilmədin, dərini kimsə çiynində daşıyacaq.

Page 72: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

72

Ôèêðÿò Ãîúà

Dərini satıb, kimsə bahasına yaşayacaq. Sərgilərdə baxıb kimsə həsəd aparacaq dərinə, Amma özü olmazdı sənin yerinə. Nalə çəkib gileylənmədin də ki, ürəyimə vurulan yara dərin oldu, dərin. Onu da bilmədin ki, sənin qatilin öz dərin oldu, dərin!

1959

Page 73: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

73

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Öldü varlı ata, qaldı varisi. Dedi ki: - Mənimdir torpaq, xaniman. Bu vaxt eşidildi Torpağın səsi: Görək kim kimindir, ey cavan oğlan!

1959

Page 74: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

74

Ôèêðÿò Ãîúà

EYNİYİK Sənin əlin qabar-qabar Mənim ürəyim, Onun beyni. Hamımız eyni cür fəhləyik qardaş, eyniyik, eyni!

Page 75: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

75

Ñå÷èëìèø ÿñÿðëÿðè

YUXUSUZ GECƏLƏR Yuxusuz gecələrin Sirdaşı, həmdəmisən. Şirin nağıl kimisən. İri qara gözlərin, Ürəyimə boylanır. Ürəyim baxışından Məhəbbətə boyanır. Ürəyim dəcəl uşaq Çapalar, hey çapalar. Baxışınla talanar, Baxışınla çapılar, Təsəllisi yenə də Gözlərində tapılar. Gözlərinlə dünyaya Ən sevimli bir şeyi, Sevgini bağışladın. Dünyanın ən birinci Müşkül işi olubdur Sevimli baxışların. Uçacağam ən uzaq Mavi səyyarələrə, Soyuq mənə güc gəlsə, Ordan boylanıb yerə Sənin baxışlarında Qızınaram, yaşaram. İsti məni yandırsa, Sənin baxışlarının Sərin təsəllisində Uzanaram, yataram. Sənin baxışlarınla

Page 76: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

76

Ôèêðÿò Ãîúà

Yaşamışam dünəni, Yaşayıram bu günü. Sənin baxışlarındır Dünyanın ən sonuncu açılmamış aləmi, açılmamış düyünü.

Page 77: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

77

Ñå÷èëìèø ÿñÿðëÿðè

BABALARIM Biri qaçaq olub, mərd olub, biri qoçaq olub, mərd olub, biri kasıb olub, mərd olub. Bəs namərdlər hardandı, bax bu mənə dərd olub.

Page 78: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

78

Ôèêðÿò Ãîúà

SALAM, BAKIMIN GƏLƏCƏYİ Sahildə, dənizdə göydələnlər olacaq. Bizə o dünya kimi anlaşılmaz başqa səyyarələrdən qonaq gələnlər olacaq. İnsan öz xəyalı kimi uçacaq gələcəyə də, keçmişə də. Köçüb Bakıya gələcək Kür sahilindəki gur meşə də. Kainat insan akvariumu olacaq – Üzəcəksiniz səyyarələr yanında. Onda səsi əsəblərimizi, tüstüsü nəfəsimizi zəhərləyən maşınlar olmayacaq. Sən qışı istəməsən, sənin üçün qış olmayacaq. O, baharı istəməsə onun üçün bahar olmayacaq. Nə künc-bucağa daldalanan rüşvət olacaq, nə yaltaqlanan, nə də yalan. Hava yaman təmiz olacaq, Pulu əvəz edəcək öz arzunuz, istəyiniz. Salam, Bakımın gələcəyi! Mən o vaxt mütləq hər gecə şəhər yatandan sonra

Page 79: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

79

Ñå÷èëìèø ÿñÿðëÿðè

sənin qoynuna gələcəyəm. Ay işığı kimi səriləcəyəm bütün damların üstünə, Qulaq asacağam xoşbəxt ürəklərin döyüntüsünə.

Page 80: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

80

Ôèêðÿò Ãîúà

CƏSARƏT Hələ heç olmamış 15 yaşı İnqilab uğrunda qaçaqlara qarşı vuruşmuşdu. Neçə dəfə Ölüm düşərgələrinə düşdü, qaçdı. Neçə dəfə Cəsarəti öz başına oyun açdı. Düşmən adıyla düşmən kimi düşmənlərə qatıldı. Nə bir dəfə əqidəsini satdı, nə də satıldı. İndi balaca bir idarədə Doğma elində işləyir. Bir ağıldan balaca, qarından yekə müdirin yanında işləyir. Neçə illərdi dodağını gəmirir, dilini dişləyir. Dünən Cəsarəti partizan kimi ürəyinin dərinliyindən qalxdı, Kürsüdə şimşək kimi çaxdı. Özündən çıxdı, müdiri yıxdı, sürüdü iclas boyu belədən-belə. Müdirin gözləri Ona zillənmiş soyuq, boz İki güllə. Bu gün Cəsarəti təqaüdə çıxartmaq istəyir müdir

Page 81: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

81

Ñå÷èëìèø ÿñÿðëÿðè

hörmətlə, üzünə gülə-gülə. Dayanın!!! Saxlayın sakit iclasları yarıda. Sakit toyları, rəsmi yasları da - saxlayın. Toyda oynayın, Yasda ağlayın. Cəsarətsiz iclasları açılmamışdan bağlayın. Cəsarət təqaüdə çıxmaz, sən onu öz övladının gözlərində görəcəksən. Yuxularına girəcək, qarşısında diz çöküb hönkürəcəksən. Cəsarəti öldürə bilmərik sən, mən. Cəsarətimiz təqaüdə çıxsaydı Əhalimiz xalq olmazdı, Torpağımız - Vətən.

Page 82: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

82

Ôèêðÿò Ãîúà

BİR GECƏ Bir gecə gözlərim yuxusuz qalsa, hər kirpiyimdən bir pudluq yuxu asılsa, yenə mənim üçün dünya gözəl olacaq səhər. Günəşdən yağacaq qızılı nəğmələr. Bir dünya gözəlliyə bir gecənin yuxusuzluğu neyləyər. Bir gecə ürəyim ağrısa, yenə də səhər – gözəl olacaq çöllər, düzlər, insanlar, çiçəklər. Bir gün mən gecədən gecəyə keçsəm, dünyadan köçsəm Günəş nəğməsini yenə çalacaq, çiçəklər küləklərə naz edəcək, gözəllər lap fələyə də naz edəcək. Bu dünya yenə də gözəl olacaq. Bu gözəllikdə yaşayacağam mən də, bir insan ölümü axı nədir ki, bu boyda dünyanın gözəlliyində.

Page 83: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

83

Ñå÷èëìèø ÿñÿðëÿðè

GƏRƏYİM DEYİL Nə pul, nə var, nə daş-qaş, Nə də böyük şöhrət-şan, Mənim gərəyim deyil. Mənə "qayğı" göstərib Əhvalımı soruşan Mənim gərəyim deyil. Bəsimdir bu yer, səma, Tapdığım bu duz-çörək. Qalanı sizin olsun. Eh, sən allah, qoy görək, Mənim gərəyim deyil. Rütbə üçün əyilib Ətək öpən görmüşəm. Onu ki, mən görmüşəm, Rütbə gərəyim deyil. Çörək üçün qeyrəti Verən olur əlindən. Elə gen-bol çörəkli Olmaq istəmirəm mən, Mənim çörəyim deyil. Şöhrət üçün, şan üçün danan var öz elini, atan var məsləkini. Rütbəlilər dalınca Sürünür kölgə kimi. Bu da böyük hörmətdir. Bu yerdə qışqırmıram, boğuram öz kinimi. Öz-özümə deyirəm: belələrı olacaq.

Page 84: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

84

Ôèêðÿò Ãîúà

Sən bir büllur suya bax, Qara, canlı torpağa, Mavi, təmiz göyə bax. Min-min aydın gözlərə, Nur ələnən üzlərə, Vüqarlı ellərə bax. İnsan kimi yaşasaq Yaşamalı dünyadı, Gözəl dünyadı, vallah!

Page 85: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

85

Ñå÷èëìèø ÿñÿðëÿðè

QƏRBİ BERLİNDƏ Bilmirəm hansı ev, Hansı küçə idi, Bir gecə idi. Divar peçini qaladılar "Böyük" Almaniyadan Alman cəngavərliyindən söhbəti söhbətə caladılar. Arada odun atdılar ağacların krimotoriyasına. Söhbət çatdı sona Çıxdım eyvana, Hava ilıq idi. Həyətdə bir dəstə küknar vermişdi baş-başa, Məğlub olmuş bir ordudan təslim olmuş qalıq idi. Elə bil onlar da keçmişdən danışırdı. Ancaq Keçmiş odu keçmiş ocaq. Keçmiş - ağlayan uşağı sakit etməyə oyuncaqdır, oyuncaq. Biz orda nə etiraz etdik, nə də dindik. Onsuz da biz qaliblər idik!

Page 86: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

86

Ôèêðÿò Ãîúà

*** Təyyarələr qəzaya uğrayır yedəyində nüvə silahı, Zəhərləyir bu günü, sabahı. Zəhərlənir otlar, quşlar, dalğalar, balıqlar, yağış, qar. Vahiməli ölümdür təyyarələr gəzdirdiyi... Ova getmək düşüb könlümə, hayıf deyilmi qara barıtın iyi. Suda islanasan, Şaxtadan donasan, İstidən yanasan, Yorulub qoşalüləni atasan bir yana Otlar üstündə uzanasan; Yoldaşsız, tulasız, tək, Üzü asimana. Ova getmək düşüb könlümə, ova getmək!

Page 87: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

87

Ñå÷èëìèø ÿñÿðëÿðè

GÖZƏL ALƏM Bu gözəl dünyaya, gözəl aləmə Kədərlə boylanma, kədərlə baxma. Gözlərim, dünyanı boyama qəmə, Payız suları tək kədərli axma. Xəzəllər saralmış arzular deyil, Yarpaqlar öləndə gözəl olur ki, Gözəl qarşılansın yenə gələn il. Bir cür gözəl olur, həm qürub, həm dan, Günəş də dünyadan gözəl gedir ki, Görənlər bezməsin gözəl dünyadan. İnsan tək yaşasaq dünyada əgər, Bir ömür insanın gen-bol bəsidir. Böyüklər dünyaya "gözəlsən" deyər, Kədər acizlərin bəhanəsidir!

Page 88: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

88

Ôèêðÿò Ãîúà

DÜNYAYA BAX Dünyaya bax, dünyaya, Bapbalaca kürədi. Maviliyə bulanıb Üstü-başı "kirridi". Onu yağışda yuyub, Al günəşə sərərəm. Ən uzaq ulduzlara Qızıl medalyon kimi Ovcumda göstərərəm. Dünyaya bax, dünyaya, Üstü dolu işıqdı – Nə gözəldir, nə şuxdur, Dünyaya bax, dünyaya, - səmaya yaraşıqdı.

Page 89: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

89

Ñå÷èëìèø ÿñÿðëÿðè

KRIMA QAR YAĞIB İyirmi ildən çoxdur qayıdıb müharibədən ayaqsız bir bədən – bir evin dirəyi, dörd oğlun atası, Zərəfşanın əri, Zərəfşanın müharibədən qayıtmış ayaqsız günləri. Krımda bir cüt uşaq qəbri kimi dəfn eləyib ayaqlarını. Arzularını qoltuq ağacı eyləyib, dişləyib dodağını nə ağlayıb, nə də off! - deyib. İndi soyuq dəyib, qızdırma salıb onu yaman hala, sayıqlayır yavaş-yavaş: - Ay arvad, ayaqlarım üşüyür, ayaq barmaqlarımı ovxala. Gilələnir gözlərində yaş, Zərəfşan çaşıb əl atır yorğanının ayaq tərəfınə. Bir an nə danışa bilir, nə də dinə. Çəngəsində boş yorğan hönkürüb keçir yan otağa. - Görəsən, neyləmişdik allaha. Yəqin Krımdı, nədi, ora qar yağıb. Allah, istisini əsirgəmə ordan, Çöldə payız havası, Yanında dörd oğul,

Page 90: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

90

Ôèêðÿò Ãîúà

dörd çinar kimi. Ayaq tərəfdə Zərəfşan xala. Kişi arada sayaqlayır: -Ay arvad, ayağımı, ayağımı... ovxala, ovxala...

Page 91: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

91

Ñå÷èëìèø ÿñÿðëÿðè

DOSTUM ANARA Yaşadım dünya evində, Tapmadım ev yeyəsin. Niyə gəldim? Niyə getdim? Anlamadım niyəsin. Sisim batıb, bəxtim yatıb, vaxtım çatıb, deyəsən... Bu halınla dağlar aşıb Ankaranın, Tehranın Qapısını döyəsən. Hələ dostum Anara da Orda şeir deyəsən. Bundan sonra söz tapmıram Nə deyimsə heç mənə. Yarəbb, sənin də dostun var dost xətrinə keç mənə.

Page 92: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

92

Ôèêðÿò Ãîúà

QAYA Qaya zirvədən qopdu, Qopdu, bir nalə çəkdi, Bilmirdi yazıq qaya Nə qədər aşağı düşsə, Öz torpaq əcdadından Aşağı enməyəcəkdi.

Page 93: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

93

Ñå÷èëìèø ÿñÿðëÿðè

ASTARADA Bulud gördüm Astarada, bir sərhədsiz bulud idi. Baxdım ona, düşdüm oda yağışını ələyirdi O taya da, bu taya da. Günəş gördüm Astarada, İki yerə bölünmədi. Nə sərhədçi, nə də sərhəd Saydı günəş. İşığını o taya da, Bu taya da yaydı günəş.

Page 94: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

94

Ôèêðÿò Ãîúà

*** Bir çiçəklə yaz olmaz, bir baxmısan, bir də bax. Sevinc belə az olmaz, bir baxmısan, bir də bax. Gülüb qəlbimə girmə, mənə sədəqə vermə, sən özün ol yerimə, yox, belə olmaz, olmaz, bir baxmısan, bir də bax. Bir an dayan nə olar, canım, qaçmır ki, yollar! Qarşıda ay var, il var, bu nazsa, sonra et naz, bir baxmısan, bir də bax. Söz anlat gözlə, qaşla, gülüm, məni bağışla. Özün bil, bir baxışla oğlan qıza vurulmaz, bir baxmısan, bir də bax!

Page 95: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

95

Ñå÷èëìèø ÿñÿðëÿðè

QƏRİBƏ İŞDİ Dost kimi görüşürük Gülə-gülə biz yenə Mən sənə vurulmuşam, Sən də bir özgəsinə. Gör nə qəribə işdi. Bu dərdi demək ağır, Deməmək ondan çətin. İkimiz də yanırıq, Oduna məhəbbətin, Gör nə qəribə işdi. Sən ondan gizlədirsən Ürəyini sirr kimi. Mən də səndən gizlicə Yaşadıram eşqimi. Gör nə qəribə işdi.

Page 96: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

96

Ôèêðÿò Ãîúà

GÖZLƏRİN Mən onlara baxan zaman Süzüldülər, axdılar. Mən üzümü döndərəndə Oğrun-oğrun baxdılar Gözlərin. Başım üstə axşam kimi, Səhər kimi yaşayır. Yolum üstə ən uzaq bir Səfər kimi yaşayır Gözlərin. Mən getdiyim gəmiləri Sağ-salamat qaytarır. Mən uçduğum təyyarəni Qəzalardan qurtarır Gözlərin. Bilirəm ki, mənə daha Zaval yoxdur dünyada. Nə qədər ki, oğrun-oğrun Baxmayacaq bir yada Gözlərin.

Page 97: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

97

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Sərin bulaq, şirin bulaq, bir danış, Qayaları necə yarıb keçmisən. Bəlkə, dağın sinəsinə sığmayan Şirin sözü, məhəbbəti, eşqisən. Ürəyimi sənə açım, ay bulaq, Apar danış çiçəklərə, çöllərə. Qoy gözəllər səhənglərlə daşısın Eşqimizi obalara, ellərə. Eşidəndə sevgi dolu nəğməni Bahar vaxtı lalə yanıb-yaxılır. Görüb səni heyran olur gözəllər – Kölgələri sinən üstə yıxılır.

Page 98: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

98

Ôèêðÿò Ãîúà

*** May gəlib, məhəbbət bayramı gəlib, Rənglər sərgisinə dönübdür çöllər. Elə bil torpağın ilhamı gəlib, Sözü-söhbətidir çiçəklər, güllər. Bulaqlar qaynayan sözlü göz kimi, Təpələr mavi bir nağıla döndü. Ağacın qəlbində qalan söz kimi Yarpaqlar açılıb-tökülür indi. Necə saxlayıbdır çinədanında Bu boyda səsini balaca bülbül. Baxanda deyirsən, nə yaxşı dindi, Yoxsa partlayırmış yazıq elə bil. Təzə yuvaları zərif budaqlar Layla çala-çala yüyrüyür indi. Elə bil ayağa qalxıbdır dağlar, Elə bil daşlar da yeriyir indi.

Page 99: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

99

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Düşüb ayağın altına, yaralı bir quş kimi çırpınır dəniz. Başın üstündə göy – gözlərin kimi geniş, dərin, təmiz. Dağlar dəvə karvanıdır elə bil zaman keçib sənə indi çatıb, yorulub yatıb. Unutma, gözəlim, dənizi ayaqlarına mən vurub salmışam. Bu dağların sarvanı mən olmuşam, mən! Yorulmuşam mən. Bir az təsəlli çilə üzümə Gözlərinin maviliyindən.

Page 100: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

100

Ôèêðÿò Ãîúà

*** Odlu baxışların şumlayır məni, Bilmirəm sevgidi, yoxsa həvəsdi. Məni eşqə salıb biabır etmə, Onsuz da çəkdiyim özümə bəsdi. Axı qəlbimdəki qasırğalara İnadla özünü niyə atırsan. Öz rahatlığını çəkirsən dara, Mənim də yuxuma haram qatırsan. Mən də könül versəm, sevilsəm əgər Avara külək tək qalacağam tək. Tənha ağacları bəs kim dinləyər? Yox, səni unudam, unudam gərək. Dalğalar, söyüdlər eh, kimlər, nələr, Mənsiz sübhə kimi üsyan edəcək. Bir deyil, beş deyil bu bəhanələr, Yox, səni unudam, unudam gərək.

Page 101: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

101

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Bir ürəyim vardı köhlən at kimı cilovda çırpınırdı. Yolunu saldım şumluğa, Yolunu saldım daşlığa, Dağa dırmaşdırdım birnəfəsə, Sinəmdə çırpınardı şahə qalxa-qalxa, tələsə-tələsə. Oddan keçirdi, Dağdan aşırdı, divara dırmaşırdı. İndi yay gələndə yaylaqların sərin havasına tuturam. Qış gələndə İsti nəyim var üstünə döşüyürəm. Dördüncü mərtəbəyə liftsiz qalxanda günortaya kimi tövşüyürəm.

Page 102: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

102

Ôèêðÿò Ãîúà

GÖYLƏR MAVİ NƏĞMƏDİR Göylər mavi nəğmədir, Dağlar yaşıl nağıllar, Mən nə bilim lalələr Düzə hardan yağırlar. Dəniz mavi arzumdur, Həzin-həzin danışar. Külək şirin sözümdür Yanağına yaraşar, Saçlarına dolaşar. Gecə sənin sükutun, Gündüz gülər üzündə, Sənsiz keçən gecələr Həsrətindən uzundur, Saçlarından uzundur.

Page 103: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

103

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Mat qalmışam sənə: xoşbəxtliyini tək qoyub necə yatacaqsan bu gecə? Xoşbəxtlikdən necə ayrılacaqsan, necə? Bəlkə səhər oyananda xoşbəxtliyin itmiş oldu? Səhərəcən təklikdən darıxıb getmiş oldu? Bəlkə...bəlkə... Nə bilim, bir gecədə dünyada o qədər şeylər olub. Axı necə yata bilərsən belə xoşbəxtlikdən ayrılıb.

Page 104: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

104

Ôèêðÿò Ãîúà

TƏKİ DÜNYA YAŞASIN Ürəyimdə ağrılardan daş asılıbdır, daş; Dünyaya heç nə olmayıb, qardaş. Yer kürəsi fırlanır yavaş-yavaş. Gün işığından xalat biçir özünə. Mən də gülümsünürəm dünyanın üzünə. Gülümsünürəm. Dünyamıza heç nə olmayıb, qardaş, Belə-belə, yavaş-yavaş Gülümsünürəm.

Page 105: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

105

Ñå÷èëìèø ÿñÿðëÿðè

GÖZLƏR MƏNİ Gözləri bir cüt bəladı, Hara qaçsam izlər məni. Hansı yola üz döndərsəm O, yol üstə gözlər məni. Əzab verər gülə-gülə, Hər an dönər uzun ilə. Uzun-uzun kipriklərlə Şumlar məni, düzlər məni. Gah od alar, gah su olar, məni oda, suya salar. Bilsə başımda qovğa var, bəbəyində gizlər məni.

Page 106: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

106

Ôèêðÿò Ãîúà

*** Çiçəklər aşıb daşıb, Bülbüllər nəğmə qoşub, Buludlar dağdan aşıb Küy salanda aranda Lerikdən danışırmış. Dağlar verib əl-ələ, Çaylar demirəm hələ, Allah da bəlkə elə Cənnəti uyduranda Lerikdən danışırmış.

Page 107: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

107

Ñå÷èëìèø ÿñÿðëÿðè

BAĞIŞLA MƏNİ, BAĞIŞLA Dəymişəmsə xətrinə bağışla məni, bağışla. Olan oldu, gülüm, yenə bağışla məni, bağışla. Sirr gizlədik özümüzdən, belə düşdük gözümüzdən; söz verib, dönmüşük sözdən, bağışla məni, bağışla. Eşitməyim yar ahını, itirsən hər pənahını, boynuma qoy günahını, bağışla məni, bağışla.

Page 108: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

108

Ôèêðÿò Ãîúà

KÜSƏYƏN QIZ Dedim küsəyən olma, salamı kəsdi məndən. Adi bir söz üstündə yenə də küsdü məndən. Qohumumuz bir qızı yanımda görüb dünən, havası adam yıxır, yaman çıxıb özündən. Yanımdan nazla keçib, uzaqlardan baxan qız, məni oda yaxan qız, məndən hayıf çıxan qız. Başqa oğlanla durub qəsdən danışıb gülür. Gülüşləri od kimi üz-gözünə tökülür. Adi bir sözün üstə əhdi, peymanı danma. Qəşəng qız, elə elə barışanda utanma.

Page 109: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

109

Ñå÷èëìèø ÿñÿðëÿðè

BAĞBAN Bir qoca bağban var, beli əyri, qıçı şikəst, gözləri ağ titəli. Tanışdan, qohumdan - iki yekə əli var. Ağac gövdəsi kimi Qabar-qabar, damar-damar əli. Bir bağı bəsləyir, uca boylu, yaraşıqlı ağacların başına dolanır. Yaraşıqsız, balaca bir quş kimi gözdən-könüldən iraq, bürünüb yarpaqların yaşıl qumaşına, dolanır. Bir gün, yatıb ayılmayacaq, dünyanın xəbəri olmayacaq. Qəzetlər qara haşiyələrlə fəryad qoparmayacaq. Onu əklillərin izdihamı aparmayacaq. Bax, susuz qalacaq o səhər, bir dəqiqə sükut edəcək qəmli-qüssəli ağaclar. Onun yasını saxlayacaq qəhrəman cüssəli ağaclar, bir insan qayğısına həsrət qalan bağlar. Ağacların göz yaşları kimi töküləcək saralmış yarpaqlar.

Page 110: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

110

Ôèêðÿò Ãîúà

*** Kimdir oxuyan bu gecəyarı? Nəğməsi veyllənir kimsəsiz yolları. Yenə hava isti olsa, zərər yoxdur. Soyuqdur! Nəğməyə soyuq olacaq bax, soyuqdan qayalar da qısılıb bir-birinə, dalğalar da tir-tir əsir. Ağaclar da qaçıb daldalanmağa yer gəzir. Yorğanın altında üşütmə tutub məni. Bu gecəyarı kimdir didərgin salan bir yazıq nəğməni?

Page 111: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

111

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Qızılgüllərə baxsan, Gözün alışıb-yanar. Qızlar da ovçu görmüş, Ceyran kimi boylanar, Dörd yana hürkək-hürkək. Asta yeriyək gərək İlin bu çağlarında Lənkəran bağlarında. Oğlan, havalı getmə Sonra tez dayanarsan. Bir qız ovlayar səni Alışarsan, yanarsan – Yanarsan pərvanətək. Sakit olasan gərək İlin bu çağlarında Lənkəran bağlarında. Baxırsan zirvələrə Papaq başından düşür. Lənkəranlı bir şair Qorxub maşından düşür, Yol üstündə qalır tək. Amma bu söhbəti mən Heç salmayaydım gərək; Qulağı var, dili var Yaşıl yarpaqların da Lənkəran bağlarında.

Page 112: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

112

Ôèêðÿò Ãîúà

Qızlara bax, ay allah, Budur Məkkə, Mədinə. İnanmıram bu yerdən Subaylar subay dönə. Mənim kimi imansız Gəldi imana, dinə Ömrün bu çağlarında Lənkəran bağlarında.

Page 113: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

113

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Məni qınamayın, Dünya mənə tanış gəlir, Elə bil bir dəfə olmuşam buralarda. Onda da belə dəniz vardı, sahil vardı. Min il, yüz min il, nə bilim nə qədər əvvəl olardı. Onda da balıqlar suda, quşlar səmada yaşayırdı, Onda da insan ömrünə lap körpəlikdən başlayırdı. Çoxdan gördüyüm qarışıq bir yuxu kimi yadıma düşdü. Bir balığı səmaya tullamışdım ki, qanadın var, uç! Ölmüşdü. Bir quşu suya basmışdım ki, qanadın var, üz! Ölmüşdü. Kim hava ilə suyu onların arasında ölüm sərhədylə bölmüşdü... Onda biimirdim, İndi də bilmirəm, Nə də bilmək istəyirəm. İşdən indicə gəlmişəm, Oturmuşam, balıq yeyirəm.

Page 114: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

114

Ôèêðÿò Ãîúà

*** Deyirlər, dünyada bir Adəm olub, bir də Həvva. Demək, hamı bacı-qardaşdı? Üç milyard bacı-qardaşın hələ də yarısı gözü yaşlı. Mehriban dolanır bacı-qardaşlar kəsə-kəsə, asa-asa. Adəm - Həvva nağılı əladır, Habil - Qabil əhvalatı olmasa.

Page 115: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

115

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Mən səni sevirəm, niyə gizlədim, Hər zaman, hər yerdə açıq deyirəm. Bu yaşa yetincə səni gözlədim, Sən Əsli deyilsən, mən də ki, Kərəm. Sənsiz atəşlərə alışmaram mən, Məcnun tək çölləri dolaşmaram mən. Düzdür, mən sevirəm, səni sevirəm, Uyma nəğmələrin yalanlarına. Nə "qara qulunam", nə də "kölgənəm", Qısqanma eşqini "şux vüqarıma". Sən, sən olduğun tək, mən də ki, mənəm! Böyük xoşbəxtlikdir sevmək, sevilmək. Sevgidir bulaqlar, bu yer, bu çəmən, O günəş, o səma, bu dəniz, külək. Bu gözəl dünyada qəmlənmərəm mən. Bəlkə öz içimdə alışam, yanam. Vallah, nə ağlayan, nə yalvaranam, Ağlasam yerimə utanar fələk, Ağlayan bir kişi nəyinə gərək?

Page 116: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

116

Ôèêðÿò Ãîúà

*** Sabah qızlar bayramıdır. Bu gündən qara qayd alıb canımı, bu gündən çəkiblər sabahın əncamını. Alınan alınıb, düzələn düzəlib. Stollar açılıb, stullar düzülüb. Ortada şirnilər, şərbətlər, meyvələr, çiçəklər təzə-tər. Kənarda qədəhlər, qədəhlər, qədəhlər. Sabah qızlar bayramıdı, mən isə tək qalmaq istəyirəm. Bir qara səhra tək kar olmaq, bir qara daş kimi təklikdən qaralmaq istəyirəm. Sabah şirin zarafatlar, baxışlar, eyhamlar, gülüşlər... Sabah qızlar bayramıdı, mən də tək qalmaq istəyirəm. Belə-belə işlər...

Page 117: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

117

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Qiyam edəcəyəm özümə bir gün, Sənin tanıdığın, sənin gördüyün O sakit, o əzvay, yazıq insanı Mən öz ürəyimdə taxtdan salaram, Özümdən, hamıdan qisas alaram, Sən də axtararsan o yetim hanı? Üzünə deyərəm, gözəl deyilsən. Hələ bu dünyada səndən beş-betər! Sənin eşqin ilə qızındım yetər. Bir ömrün saçma dən salmışam, dən. Mənim öz-özümə bir üsyanım var, Kainat görəcək yetim - fələkdi. Min il bundan əvvəl ölən yazıqlar Qəzəbdən, heyrətdən diriləcəkdir. Ay qız, gəl eşqimi çırpma üzümə, Mən də bu dünyada təkcə qalmayım. Nə üsyan eləyim özüm-özümə, Nə də bu aləmi işə salmayım.

Page 118: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

118

Ôèêðÿò Ãîúà

*** Alçaq, yüksək damlar – Yaxşı ki var, daha çətindir mənzilsiz yaşamaq. Alçaq, yüksək adamlar – yaxşı ki, var, Daha çətin olardı onsuz, sənsiz yaşamaq. Onu görməsəydim, sənə dost deməzdim.

Page 119: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

119

Ñå÷èëìèø ÿñÿðëÿðè

DURNALAR KEÇİRDİ Durnalar keçirdi şəhərin üstdən, Şəhər gecəsində durna harayı. Küçələr, binalar oyandı səsdən, Şəhərdən ilk dəfə keçib gedirdi Çöllərin zəriflik nəğmə alayı. Parkda ağacların yuxusu qaçdı, Yuxulu yarpaqlar şəkləndi durdu. Ağaclar yadına meşələr düşdü, Hardasa meşələr yuxulayırdı. Durnalar keçirdi şəhərin üstdən, Adamlar oyandı, eyvana çıxdı. Asfaltın altında qara torpağın Nəfəsi bu gecə yaman darıxdı. Durnalar keçirdi şəhərin üstdən, Gözəllik bir alay, nəğmə bir alay, Tramvay parkında qoca tramvay Hələ belə yuxu heç görməmişdi, Elə səksəndı ki, relsindən düşdü. Durnalar keçirdi şəhərin üstdən, Şəhər oyanmışdı bu gecə yarı. Kənd havası dadmış bir cavan milis Yüyürüb yandırdı semaforları. Nələri salmadı durnalar yada, Durnalar şəhərin nağılı oldu. Qoca pələngin də heyvanxanada Yuxusu çəkildi, gözləri doldu. Əlimdə yarımçıq şeirim var idi, Yazmadım yarımçıq saxladım qəsdən. Payız gələn vaxtı gecə yarıydı, Durnalar keçirdi şəhərin üstdən.

Page 120: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

120

Ôèêðÿò Ãîúà

SAMUX NAĞILI

Mingəçevirli jurnalist Ənvərə

Dənizi süfrə tək sərib ortaya Yenə bardaş qurub Dövrə vurublar. Bir süfrə başında qoca qayalar. Süfrəyə tökərlər ayı, ulduzu, Sübhəcən uşağa dönərlər, düzü, Bu qoca yaşında qoca qayalar. Qoca qayaların ətəklərindən Yapışar, atılar, düşər dalğalar. Dalğalar əl çəkməz dediklərindən, Nağıl danışmasan küsər dalğalar. Qayalar üzünü tutub günəşə Qəribə bir nağıl başlayır yenə: - Bura bir meşəydi, qalın bir meşə. Bir gün axarını bu Kür dəyişdi. Balıqlar meşəyə hücuma keçdi. Meşəyə elə bir qaçhaqaç düşdü. Maralla canavar qaçdı yanaşı. Cüyür ayağının altda qalmışdı Az qala pələngin zəhimli başı. Ayılar bağıra-bağıra qaçdı. Çaqqal ondan qabaq qaçan dovşanı Köməyə çağıra-çağıra qaçdı. Quşlara nə var ki, quşlar uçurdu, Leylək caynağında getməkdən ötrü İlanlar sürünüb qışqırışırdı. Bayquş ən uca bir budağa qondu, Dalğalar bayquşu görməsin deyə

Page 121: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

121

Ñå÷èëìèø ÿñÿðëÿðè

Yarpaq arasında gözünü yumdu. Ölümdən qaçanda dovşanlar, şirlər Bir məslək yolunda eyniləşirlər. Bəs görün ağaclar nələr çəkdilər, Susuz bu meşələr quruyardılar, Su gəldi boğulub öləcəkdilər, Ağaclar köküylə torpağa bağlı... Su gəldi işığa qərq oldu ellər... Su gəldi bağlara çevrildi çöllər... Beləcə qurtarır Samux nağılı... Dənizi süfrə tək sərib ortaya Yenə bardaş qurub dövrə vurublar Bir süfrə başında qoca qayalar. Süfrəyə tökərlər ayı, ulduzu. Sübhəcən uşağa dönərlər, düzü, Bu qoca yaşında qoca qayalar.

Page 122: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

122

Ôèêðÿò Ãîúà

HABİLƏ Sən öz ürəyini alıb çalırsan, Ürəyə nə sözü tanışın, yadın. Sənətə baş əyib sən ucalırsan; Şair də olsaydın, belə olardın. Sən rəssam olsaydın, onda da belə, Belə bir şöhrətə yüksələcəkdin. Sən əlvan musiqi xalları ilə Gözəl duyğuların rəsmini çəkdin. İstəsən baharı qış eyləyərsən, İstəsən payıza düşərdi bağlar, İstəsən sən elə ağı deyərsən, Dağların gözündə ağlar bulaqlar. Ərit bu dağların başından qarı, Qəlbimdə qəlbidir baharın yeri. Günəşin rənginə boya yolları, Qaytar dumaları harayla geri. E1 oğlu, kaman çal, çiçəklər açsın, Qoy bahar bəzəsin bizim elləri. Ruhum havalansın, xəyalım uçsun, Düşsün rəngdən-rəngə qəlbim telləri. Çal, sənin dünyanda şadlansın ellər, Bahar aləmidir sənin aləmin. Fişəng tək göylərdə oynasın əllər, Yandır babasını kədərin, qəmin.

Page 123: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

123

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏN TORPAĞAM Qorxmaram, allaha ağ olmağımdan, Xalqım məni tutsa bəsimdir, bəsim. Böyükdiir - qürbətdə şah olmağımdan Bu torpaq üstündə ölmək həvəsim. Bu çöllər, bu düzlər bağçam, bağımdı, Dağlara baxıram şah durmaq üçün. Laləli yamaclar al bayrağımdı, Onun ətəyindən öpərəm hər gün. Hamını sevirəm bu yer üzündə, Demirəm, millətim dünyada təkdi. Amma mənim üçün mənim gözümdə Onun qozbeli də daha qəşəngdi. Bu vətən uğrunda öldük min kərə, Dirildik, yenidən düşməni əzdik. Bu yerin uğrunda biz çəkənlərə Torpağın özü də bəlkə dözməzdi. Odlar diyarında doğulmuşuq biz, Odlara alışdıq, yandıq, qaraldıq. Kim bilir, nə boyda, xalq olmuşuq biz, Milyon il alışdıq, bu qədər qaldıq... Hər yandan bəd xəbər gətirdi külək, Teymurlar gəldi ki, dağıtsın, qırsın. Qalalar qurduq ki, qalxan eyləyək, Qüllələr ucaltdıq - keşikdə dursun. Əyninə geyilsə, öz vətənimiz Oğlunun əyninə bir az da dardı. Min il burda ölüb-dirilmişik biz. Bura həm beşikdi, həm də məzardı.

Page 124: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

124

Ôèêðÿò Ãîúà

Cəhalət hökmünü yıxıncan idi, Zülmün bayraqları torpağa endi. Çətini bu günə çıxıncan idi; Qüllələr, qalalar muzeyə döndü.

Page 125: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

125

Ñå÷èëìèø ÿñÿðëÿðè

CƏNGİ Üç kişi oturub, üç bığıburma, Üç ev ağsaqqalı - ailə başı. Üçü də qəmlidir, halını sorma, Bir az kövrəldərsən - axar göz yaşı. Birini müdiri salıbdı gözdən, Biri arvadından giley-güzarlı. Biri də deyir ki, görmürsən üzdən, Canım can deyil ki, azar-bezardı. Üç kişi oturub - ortada araq, Üç kişi oturub - başında papaq. Ay canım, ağzında kişi deyirsən, Üç kişi oturub, söhbətinə bax!.. Qoy zurna, nağara bir Cəngi sıxsın, Koroğlu yüyəni boşaldıb bir az Qıratın böyrünə üzəngi sıxsın, Bir əlində qılınc, bir əlində saz. Qozbel təpələrin düzəlsin qəddi, Dəlilər qıy vursun yaz buludu tək, Yoxdur igidlərə zaman sərhədi. Onlar əsrləri yarıb gələcək. Cəngiyə oyanıb yatan babalar, Başını bayraq tək tutan babalar. Niyə giley nədir heç bilmədilər, Öldülər, amma ki, əyilmədilər. Daha yaxşı olub ömrün ahəngi; Qədim Qəbələdə susan Cəngidi İndi Sumqayıtda çalınan Cəngi. İndi dağ qaldırıb dağ üstə qoyan, Yurdumun adını göyə qaldıran

Page 126: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

126

Ôèêðÿò Ãîúà

Min-min oğulu var, min-min qızı var. Bircə yol qəzəbli baxsa dənizə Dəniz odlayası oğul gözü var! Kişi gözlərinə yaraşmayır nəm. Mən bu üç yazığa kişi deməzdim – Arvad-uşağı var, kişi deyirəm. Bunların dərdinə bir baxın, barı, Dərdindən yekədir lopa bığları. Burdan Berlinəcən adlar yazılıb Qardaş məzarının mərmər daşında. Hey Cəngi çalınıb odlar oğlunun Düşmənə zillənən mərd baxışında. Analar, analar, layla yerinə Qoy Cəngi gurlasın beşik başında...

Page 127: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

127

Ñå÷èëìèø ÿñÿðëÿðè

İÇƏRİŞƏHƏR Yaz yuxusu kimi qarma-qarışıq küçələr. Bu binalar dözüb neçə bəlaya, Evləri əsrlər boyunca qovub gətiriblər, salıblar bu qalaya. Qaladan görünməsin deyə binaların boyu qısalıb, hürkmüş binalar bir-birinə qısılıb. Şəhər saldıq küləkdöyəndə, küləklər az qala Bakını alıb atacaqdı belədən-belə. Qız qalasıyla şəhəri mıxladıq sahilə. Hanı qala divarlarının zirehli qapıları? Gecələr də yatmır İçərişəhər; birdən qayıdıb gələr... Qapısı açıq evin zəhər olur yuxusu, bakirə şəhərimin açıq qalıb yaxası. İçərişəhər; damları pillə-pillə, dama-dama. Divarları yol vermək istəmir adama. Qalarnın qəhrəmanlığından

Page 128: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

128

Ôèêðÿò Ãîúà

bircə top güllələrinin yeri qalmışdı Orda da sərçələr yuva tikdi... Neylərsən, qocalığın işi belədi. Qobustan qayaları kimi binalar çiyin-çiyinə yatır İçərişəhərdə...

Page 129: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

129

Ñå÷èëìèø ÿñÿðëÿðè

QOVAQLAR YIXILIR

Ağdaş rayonunda Qaradeyin meşələri quruyur: Son zamanlar həmin meşədə yeni pöhrələr əkirlər.

Ağaclar quruyub Kür qırağında, Elə bil bir içim su tapmayıblar. Gələn il bu yerə gələndə bahar Sular nəğməsində oxuyacaqlar. Qovaqlar yıxılır Kür qırağında. Cavan pöhrələrin yaşıl budağı Quru qovaqların üstə əyilir. İndidən düşünür, indidən bilir Həyatın, ömürün nə olduğunu. Sonra da yarpaqlar pıçıldaşırlar: Ağaclar olubdur illər yorğunu, Qovaqlar quruyub Kür qırağında. Qovaqlar yıxılıb Kür qırağında, Hər biri meşənin igid bir oğlu. Yanına düşübdür budağı, qolu. Elə bil döyüşə-döyüşə gəlib, Burda məğlub olub igid Koroğlu, Bulaqlar astadan pıçıldayırlar: Heç zaman yıxılmır böyürtkən kolu, Qovaqlar yıxılıb Kür qırağında.

Page 130: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

130

Ôèêðÿò Ãîúà

MƏNİM İLHAMIM Bu çöllər, bu düzlər, zərif çiçəklər, Bərəkətli payız, laləli bahar, Xoş xəbər daşıyan sərin küləklər, Möcüzə yaradan adi adamlar Mənim şöhrətimdi, eşqim, adımdı, Mənim ilhamımdı, istedadımdı. Bu xoş söz, o baxış, o gülüş, alqış, Bu geniş üfüqlər, buludsuz göylər, Dağın ətəyinə tökülüb qalmış, Çoban papağına oxşayan evlər Mənim şöhrətimdi, eşqim, adımdı, Mənim ilhamımdı, istedadımdı. Bizim anaların şirin laylası, Körpə balaların gilas gözləri, Bizim qocaların nağıl dünyası, Nəbi oğulları, Həcər qızları Mənim şöhrətimdi, eşqim, adımdı, Mənim ilhamımdı, istedadımdı.

Page 131: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

131

Ñå÷èëìèø ÿñÿðëÿðè

BİR MƏCLİSDƏ Yazıq ürəyim quş kimi çapaladı, əlimin altında göynədi, göynədi. Üzüm, gözüm, saçlarım cavan, yəni ürəyim bu qədər köhnədi? Məclis idi, cavanlı, qocalı tanışlar. Gələcəkdən, şirin arzulardan danışırlar. Utandığımdan ürəyimin ağrısını gizlədim, Zarafat saldım ağır söhbətin arasına. Nə söhbətə qulaq asa bildim, nə də sağlığı gözlədim. Acıqla bir az konyak tökdüm ürəyimin yarasına.

Page 132: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

132

Ôèêðÿò Ãîúà

TƏKRAR OLUNMAYAN AN Bir budağı kəsəndə bax yaşıl yarpaqlara, bir an saxla əlini. Barı bir an yaşasın çölün yaşıl gəlini. Acılamaq istəsən bir tanışı, bir yadı barı bir an sus, demə! Dilinin zəhərini başqasının qəlbinə belə asan yükləmə. Əgər bezsən dünyadan, canına qəsd eyləyən bir an gözlə, bir an dur! Həyat ilə ölümün arasında bir andır, Barı bir an yaşasın qəlbindəki arzular. Bircə anın içində bir arzun yüz-yüz olar. Bir an möhlət nə imiş, bir an möhlət ver ancaq. Bu an bir də heç zaman təkrar olunmayacaq.

Page 133: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

133

Ñå÷èëìèø ÿñÿðëÿðè

DÜNYANI SÖYMƏ Bir bulaq başında, kabab yanında Bu dünya dərdindən-sərindən kənar, Nəşəli, dumanlı ömrün anında Dünyanı qız kimi tumarlayanlar, Ey dünya, qarşında diz çöküb sənin Tərif söyləyərlər başdan-ayağa. Deyərlər: gözəldir dumanın-çənin, Gözəlsən - istəyir göydən daş yağa. Sonra da əyilib sərin bulağa Odlu sinəsinə sərin su çilər. Hardasa çiçəklər, otlar içində Onun tərifinə bir tikan gülər. Hardasa qohumlar, yadlar içində Onun tərifinə bir insan gülər. Hardasa bir namərd gülləsi gülər, Keçər bir ürəyin arzularından. Ana torpağın da gülməyi gələr Şərab acısını tərif içində Torpağın üzünə tüpürən zaman. Bəli, həyat gözəl, ömür şirindi, Həyat da, ömür də kişilərindi. Qayıqsız tufanlı dənizə düşsən, Dalğalar ovcunda oynatsa səni, Nəhəng bir dənizlə tənha döyüşsən Pıçılda həyatın gözəlliyini, Pıçılda həyatın şirinliyini – Deyim, kişisən.

Page 134: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

134

Ôèêðÿò Ãîúà

Düz sözün dadını dilin dadanda, Dosta imdad üçün əl uzadanda – Sənin kürəyində qoysa namərdiər Yalanın, riyanın tunc heykəlini, Görsən müvəqqəti meydan şərindi, Son nəfəsində də öp bu torpağı, De ki, həyat gözəl, ömür şirindi – Deyim, kişisən. Belə yaşayıblar bizim babalar, Belə yaşayıblar gözəl həyatı. Baba qeyrətidir bu ana torpaq, Bu torpaq altında yerin hər qatı. Sənin ayağına tikan batanda Dünyanı söymə. Dişin ağrıyanda, ya pis yatanda Dünyanı söymə. Bir bulaq başında kabab yanında, Dünyanın dərdindən-sərindən kənar, Dodağın keyimiş, gözlərin xumar Sənin bu dünyaya dediyin tərif Babanın ruhuna od oldu düşdü. Yox, bu, tərif deyil, o da söyüşdü, Dünyanı söymə!

Page 135: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

135

Ñå÷èëìèø ÿñÿðëÿðè

DEYƏSƏN Səni verdilər qabağa, Özünü oxşatdın dağa, Çəmkirirsən sola-sağa, Nə deyim bu gəlişinə... Amma daldan yerişinə Baxacaqlar deyəsən. Sərt olduqca bir az qalxdın, Şimşək olub tez-tez çaxdın, Neçəsini qəsd-qərəzlə vurub yıxdın, Birini də - elə-belə. Yıxılanlar arxan ilə Qalxacaqlar, deyəsən. Yeriş olub təhnə-tabaq, Başında düz durmur papaq. Aradabir aşağı bax, Səni belə qaldırmaqda Yıxacaqlar deyəsən.

Page 136: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

136

Ôèêðÿò Ãîúà

QORXMURAM Qorxmuram öz şərəfım, şanım üçün, Qorxmuram canın üçün, canım üçün. Gündə yüz yol mənə sən söy, susuram. Dost nədir, qardaşımı döy, susuram. Susuram, hey susuram, hey susuram, Susuram bir sürü cıllanım üçün, Qorxmuram canın üçün, canım üçün. Niyə hay-küy salağın, qışqırağın, Yığışıb gül kimi qeybət qırağın. Vurağın, hey vurağın, mil durağın, Can qoyum mən belə bir anın üçün, Qorxmuram canın üçün, canım üçün. Qaldır o badəni, lap süz başıma, Belə yüz qovğa gəlib daz başıma. Çəkirəm yorğanımı öz başıma, Yanıram əhli-müsəlmanım üçün, Qorxmuram canın üçün, canım üçün. Üzünə yüz dənə tərif deyərəm, Deyərəm, öz dizimə mən döyərəm. Öyərəm özgələri, hey öyərəm. Öyərəm yaxşı güzaranım üçün, Qorxmuram canın üçün, canım üçün. Görmüşəm zırpı yalan, qorxmamışam, Görmüşəm rüşvət alan qorxmamışam. Döyülüb haqlı olan, qorxmamışam.

Page 137: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

137

Ñå÷èëìèø ÿñÿðëÿðè

Qorxmuram dupduru vicdanım üçün, Qorxmuram canın üçün, canım üçün. Qorxmuram işdə sülənməkdən mən, Qorxmuram dalda sürünməkdən mən, Qorxuram öndə görünməkdən mən. Yüz adam diş qıcıyar qanım üçün, Dərd olur, yağlı cibişdanım üçün, Qorxuram canım üçün, canım üçün.

Page 138: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

138

Ôèêðÿò Ãîúà

İNTİQAM ALDIM Sevgilim, mən səndən intiqam aldım, Özün də bilmədən səni gözlədim. Sevgilim, mən səndən intiqam aldım – Səni sevdiyimi səndən gizlədim. Gündüzlər gizləyib böyük eşqimi Sənə, özümə də gendən baxardım. Gecələr sahibsiz bir qayıq kimi Eşqin axarına düşüb axardım. Amma qalmasaydı söz ürəyimdə Bilirəm, eşqimə güləcəkdin sən, Ləzzət alacaqdın öz ürəyində Mənim bu yuxusuz gecələrimdən. Sən mənim eşqimdən güc alacaqdın, Gücünü boynumda sınayıb hərdən Kiminsə gözündə ucalacaqdın; Mənə pay atardın qəmdən-kədərdən. Onunçün mən səndən intiqam aldım, Özün də bilmədən səni gözlədim. Sevgilim, mən səndən intiqam aldım – Səni sevdiyimi səndən gizlədim.

Page 139: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

139

Ñå÷èëìèø ÿñÿðëÿðè

QURBAN Həyata vurğunam əzəldən bəri, Onun əyrisinə, düzünə qurban. Səhər gülən zaman günün gözləri Deyirəm ay, günəş gözünə qurban. Hər ömür özü bir gözəl səfərdir, Həmişə dörd yanı möcüzələrdir. Bizim ömrümüzün kədəri, dərdi Hayatın "yaşamaq" sözünə qurban. Doğulur, dünyanın önündə çaşır, Böyüyür keçilməz zirvələr aşır. İnsan bu dünyaya yaman yaraşır, Ən adi insanın izinə qurban. Hər düz yol axırda bir səmtə əyər, Bir gün öz döngəmə yetişsəm əgər Fikrət bu dünyadan gedəndə deyər: Dünyanın siz qalan üzünə qurban.

Page 140: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

140

Ôèêðÿò Ãîúà

AMAN-AMAN Özü yazın ilk çiçəyi, Dodaqları gül ləçəyi, Tay eyləmə hər göyçəyi, Göz-qaşından aman, aman! Baxar, ürək tel-tel olar, Dəli könül bülbül olar. Xoş sözündən daş gül olar, Söz daşından aman, aman! Zərifdi kəpənək kimi, Mehribandı ipək kimi. Əgər coşsa külək kimi, Savaşından aman, aman! Yanağında gündüz yaşar, Gözlərində ulduz yaşar, Bu mənzildə bir qız yaşar, Qardaşından aman, aman!

Page 141: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

141

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏHƏBBƏT MACƏRAM Sənə ürəyimdə könlümü verdim, Sənə ürəyimdə yaman vuruldum. Ürəyimdə sənin eybini gördüm, Səni sevdiyimə peşman da oldum. Yenə dolanıram kədərli, yalqız, Səni ürəyimdə odlara saldım, Heç nədən xəbərin olmadı, ay qız.

Page 142: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

142

Ôèêðÿò Ãîúà

GÖZƏL MƏHƏBBƏT Şirin-şirin söz deyər, Hər nə desə, düz deyər, Saatlarla gözləyər Vədəsində yar yarın. Gözəl məhəbbəti var Gözəl olmayanların. Bir-birinə heç zaman Artıq tərif deməzlər. Özgəsini öyərlər, Özlərini öyməzlər. Xətrinə dəyərlər, Onlar xətrə dəyməzlər. Heç biri düşüb qalmaz Ayrıcında yolların. Bəzən eşqi gözəldir Gözəl olmayanların. Məclisdə, toyda, yasda Asta danışar onlar. Ancaq ürəklərində Küsər, barışar onlar. Hər məclisdə hamıya Qaynar-qarışar onlar. Keşiyində durarlar Həyanın, abrın, arın. Bəzən eşqi gözəldir Gözəl olmayanların.

Page 143: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

143

Ñå÷èëìèø ÿñÿðëÿðè

SUBAYLARA Ayə, ay subay oğlan, Qızlara bax, qızlara. Bizi odlara salan Gözlərə bax, gözlərə. Qızlar gülə bənzəyir, Mehriban baxışlarla Ömrümüzü bəzəyir. Çiyələk dodaqlarda Sözlər hamsı gözəldi, Qızlar hamsı gözəldi. Təmiz eşqimiz ilə Biz aydan da arıyıq. Biz bu zərif qızların İgid oğlanlarıyıq.

Page 144: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

144

Ôèêðÿò Ãîúà

QOCALANDA Yanağıma qırışlar qonacaq, Saçlarıma - ağ. Sənə olan məhəbbətim də qocalacaq. Ancaq Ürəyimdə nəvəm kimi cavan bir məhəbbət baxacaq xəlvət-xəlvət Yanımdan közərə-közərə, qızara-qızara Keçən yanağı lalə, Dodağı çiyələk qızlara. Baxma ki, stuldan özümü ayaqlarım üstünə birtəhər götürəcəyəm, Qoluna girib o yan-bu yana baxıb köksümü ötürəcəyəm.

Page 145: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

145

Ñå÷èëìèø ÿñÿðëÿðè

İLK SEVGİ Sən məni sevəndən qorxaq olmuşam, Özüm də özümə çətin sualam. Büllur oyuncaqlı uşaq olmuşam. Qorxuram büdrəyəm, əlimdən salam. Gözlərim həmişə üzündə olur, Qorxuram baxışın soyuya birdən. Tək fıkirləşəndə gözlərim dolur, Bu boyda xoşbəxtlik görməmişəm mən. Sevgilim, sən mənə könül açdıqca Hicranın indidən lap üzür məni. Xoşbəxtiik mənə çox yaxınlaşdıqca Bədbəxtlik daha çox qorxuzur məni. Dəli də inanmaz buna, dəli də, Ömür uzun şeydi, xoşbəxtiiksə az. Eh, uzun bir ömür var irəlidə, Ömrü belə xoşbəxt yaşamaq olmaz. Hər şirin çağların acı anı var, Bizim o anımız əvvəl gələydi. Hər sakit dənizin bir tufanı var, Bizim tufanımız əvvəl gələydi. Əvvəl döyüləydim yağışda, qarda, Zəhmətim bu boyda eşqə dəyəydi. Əvvəl bərkiyəydim fırtınalarda, Sonra da üzümə günəş güləydi.

Page 146: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

146

Ôèêðÿò Ãîúà

Yoxsa birdən-birə qarşıma çıxdın, Dedim ki, sevirəm, sevirəm, dedin, Sən bütün ömrümü yollardan yığdın, Bir anın içində xoşbəxt eylədin. Yarpaq tək əsirəm indi yanında, Günüm günəşsizdi, gecəm də aysız. Mən sənin eşqinin burulğanında Düşüb boğuluram haysız, haraysız.

Page 147: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

147

Ñå÷èëìèø ÿñÿðëÿðè

HEYİF Bir qara daş kimi soyuğam indi, Qızların baxışı ruhumu danlar. Ürəyim var idi, soyudu, söndü, Heyif o əzablar, heyif o anlar. Bir xoş baxışıyla dünya gülərdi, Qaşların çatılsa, ələnərdi qar. Hicranın yuxuma qonaq gələrdi, Heyif o əzablar, heyif o anlar. Almısan eşqimi son damlayadək, Özümə nə qalıb, daha nəyim var. İndi bir küləyəm, avara külək, Heyif o əzablar, heyif o anlar. Eşqim gözünüzdə gəzirsiz bu gün Mən gəzən yerlərdə siz, ay cavanlar. Barı siz axırda baxıb deməyin: Heyif o əzablar, heyif o anlar.

Page 148: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

148

Ôèêðÿò Ãîúà

UZAQ DOLANMA Desəm, şaham - sarayımsan, Mən gecəyəm - sən ayımsan, İlk sözüm, son harayımsan, İnanma, ay qız, inanma. Desəm, sənsiz aləm batar, Gəl, bəşərə həyat qaytar. Ay qız, qaç canını qurtar, İnanma, ay qız, inanma. Səni görüb dönsəm lala, Hər anda düşsəm yüz hala, Məni oda sala-sala, Uzaq dolanma, dolanma.

Page 149: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

149

Ñå÷èëìèø ÿñÿðëÿðè

DƏCƏL ÜRƏYİM Çırpınma, küy salma sinəmdə, ürək, Sənə söz verirəm - bu bahar səni, Açıb bu çöllərə buraxam gərək, Yüyür təp gözünə çölü-çəməni. Onsuz da göynəyir ruhumda tellər, Sənə söz verirəm daşanda sellər Səni təpəcəyəm sellər qoynuna, Bulaqlar gözünə, güllər qoynuna. Hardasa bir çoban tonqalı tapıb Çoban bayatısı olub yanaram. Ən uca dağların başından qopub Ən dərin dərəyə yumbalanaram. Bilirəm, könlünə düşüb duman, çən, Bilirəm, dağlardı-daşlardı yerin. Sən mənim sinəmdə ürək deyilsən, Ürkək balasısan bizim çöllərin.

Page 150: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

150

Ôèêðÿò Ãîúà

MƏN SƏNƏ QURBAN Bu nə gözdü, bu nə qaşdı, Elə bılmə qəlbim daşdı, Baxdın, ayağım dolaşdı, Dağı yıxar qəmzən, havan. Baxıram, qınayan olur, Baxmıram, könül qan olur, Halım necə yaman olur, Adım qoca, ruhum cavan. Səni görsəm ucalıram, Görməyəndə qocalıram. Cavanların, qocaların Adından mən sənə qurban.

Page 151: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

151

Ñå÷èëìèø ÿñÿðëÿðè

XEVSUR OĞLANIN QARĞIŞI Xevsur qızı, Dədən niyə deyil razı, Gəlib daşa basacağam darvazanızı. Azı, azı On bir dəfə elçi gəlib Sizə mənim adamlarım, Xevsur qızı, Gözəl gürcü dağlarının, Ay ən gözəl insafsızı! Görüm sizin barınızı uçursunlar, Görüm səni at belində qaçırsınlar, Amma mənim adamlarım. Sən çox yandırmısan məni, Xevsur qızı, Barışığa gələn günü Görüm dədən kabablara İşlətsin düz bir tay duzu, Görüm içib qurtarsınlar Sizin bütün çaxırınızı, Amma mənim adamlarım.

Page 152: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

152

Ôèêðÿò Ãîúà

GÜRCÜ SAĞLIĞI Bir buynuz çaxırı qaldırıb göyə, Tamada sağlığa başlayır yenə. Uzun bir söhbətdir sağlıq yerinə, Kimin nə həddi var xətrinə dəyə. -Dahi sürücüdü bizim Valiko, Dahi naxırçıdı bizim Şaliko, Dahi əlimizdə bu dahi buynuz, Bu dahi çaxırı qaidırağın biz, Adını indicə eşitdiyimiz Dahi qonaqların cansağlığına. Tamada buynuzu çəkir bığına. Nəfəsim qaralır, alnı tərləyir, Bir buynuz tərifı içdim deyəsən. Baxma, asan deyil, ürək istəyir Hamını ürəkdən tərifləyəsən.

Page 153: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

153

Ñå÷èëìèø ÿñÿðëÿðè

GÜRCÜ DOSTUM Xatirinə dəysə biri Nə davaya dartınar o, Nə də pərt olub sınar o, Nə qorxub çəkilər geri, Zarafata sala bilər. Yas içində olsa əgər, Qapısından qonaq baxa, "Genasvali, buyur", - deyər, Gözündən yaş axa-axa, Zarafata salar, gülər. Heç zaman baş əyməz yada, Heç zaman qısmaz səsini. Özü üç gün ac olsa da, Dostuyla son tikəsini Zarafata salar, bölər. Gürcünün kefi kök olar – Qonağı, çaxırı bolsa, Dost yolunda gürcü dostum Yeri düşsə, lazım olsa, Zarafata salar, ölər.

Page 154: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

154

Ôèêðÿò Ãîúà

PUŞKİNİN HEYKƏLİ ÖNÜNDƏ Cavan getdin dünyadan, Rus şeirinin ən cavan Sərkərdəsi sən oldun. Tarixin yaddaşında Həmişə cavan oldun. Hər adını çəkəndə Özüm yaşda bir oğlan Xatırlaram, anaram. Bir az qibtə edərəm, bir az sənə yanaram... Moskvaya qar yağıb, Yağıb o ki var, yağıb. Dayanmışan fıkirli, Saçın ağ, saqqalın ağ. Sənə çox yaraşırmış Ömür sürmək, qocalmaq.

Page 155: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

155

Ñå÷èëìèø ÿñÿðëÿðè

İNSAN İNADI Sibirin suyu boldu, Torpağı xəmir kimi Yoğruldu qar, yağış altında, Timsah kimi bataqlıqlar qamış altında. Adam düşsə, yox olar, Dəvə düşsə, düşməz damcı da qanı. Nə uzadım milyon illərdi yeyir. Onsuz da doyan deyil Yer kürəsinin qarnı. Su bolluğundan ağaclar tala-tala quruyur, Nə qınayaq, Sibir göllərlə, bataqlıqlarla vəhşi azadlığını qoruyur. Beton yollarla kəmənd atmışıq boynuna, Çapalaya-çapalaya qalacaq, yumşalacaq, Minib sürəcəyik hara istəsək Sibiri. Torpaqda hardandır insan inadı, insan səbri?!

Page 156: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

156

Ôèêðÿò Ãîúà

SİBİRƏ QALDI Yayda Sibirə getmişdim, Sibir başdan-başa güldü. Dağa baxdım, oxqay, dedim, Gülə baxdım gözüm güldü. Yadıma nəğmə saldı, Mən nəğməylə döndüm geri, Güllər Sibirə qaldı. Yeniseylə yola çıxdım, Sağı dağdı, solu dağdı. Adamların yolu sudu, Ayıların yolu dağdı. Xəyalımı caynağına Şığıyan bir şahin aldı. Bizim dağlara qayıtdım, O dağlar Sibirə qaldı. Qızlarında gözlərə bax, Gözlərində sözlərə bax. Od oğluyam, mən Sibirdə Oda düşdüm, aman Allah. Ürəyimdə o gözlərdən Düşüb qalan iziərə bax. Elə bil ki, qız deyillər, Nəğmədilər, xəyaldılar. Məni təyyarə gətirdi, Qızlar Sibirə qaldılar.

Page 157: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

157

Ñå÷èëìèø ÿñÿðëÿðè

SÜRÜCÜLƏR SİBİRDƏ Yanaqları qar ilə, Şaxta ilə ovular! Bığları boz sırsıra, Kirpiyi qırov olar Sürücülər Sibirdə. Məclis vaxtı, məclisə Bir yaraşıq olarlar. Təmkininə, boyuna Qızlar aşiq olarlar. Gecələr yollar boyu Dönüb işıq olarlar Sürücülər Sibirdə. Ən ucqar torpaqlara İlk addımı atandır. Bərk ayaqda haraya Ən birinci çatandır. Hamıdan gec yatandır. Sürücülər Sibirdə. Bəzərlər kabinəni Qızların şəkli ilə, Maşın batdı, ya yatdı, Əvvəlcə bir şəkilə Göz vurar gülə-gülə. Qorxu bilməz bir gilə, Bəli, belədir, belə Sürücülər Sibirdə.

Page 158: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

158

Ôèêðÿò Ãîúà

BURUSA ÇAYI Qayıqlarla keçirdik qayalar şahlığından. Keçmə bu tərəflərdə yerin allahlığından. Kaha dərinlikləri fıkirdən də dərindi. bilmirsən ki, bu dağlar Yerindi, göylərindi?! Bunlar dağlar deyillər torpağın naləsidi, göylərə ucalıbdı, daşa dönüb qalıbdı. Bəlkə də, bu göylərin ən ağır sözləridi, dodağından salıbdı, Bəlkə də, Burusanı qoruyan oğullardı, Onların ovucundan axıb keçir Burusa. Bəlkə də, bu qayalar ovulub quma dönər Burusası qurusa. Bunlar dağlar deyillər, Sibirin al günəşə uzanan əlləridir. Bunlar dağlar deyillər, qədim sibirlilərin qədim heykəlləridi.

Page 159: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

159

Ñå÷èëìèø ÿñÿðëÿðè

XATIN KƏNDİ Sal daşların arxasında İnsan yatıb bu torpaqda. Dəhşətlərdən daşa dönüb Zaman yatıb bu torpaqda. Viranələr bayquşunun Ən möhtəşəm sarayıdır Yandırılmış Xatın kəndi. O günahsız ölənlərin Daşa dönmüş harayıdır Mərmərlərlə dondurulmuş Xatın kəndi. Burda bitən çiçək deyil, Körpələrin naləsidir. Burda əsən külək deyil, Anaların nəfəsidir. Burda uca boylu şamlar Babaların heyrətidir – Buludlara ucalıbdır. Burda torpaq bircə gündə Dünyamızdan Min il artıq qocalıbdır. Nə deyim ki, a kənd, səndə Gözəl qızlar, mərd oğullar dəfn olunub. Burda evlər dəfn olunub, Burda yollar dəfn olunub. Dəfn olunub sevənlərin Gizli, aşkar görüş yeri. Dəfn olunub adamların Nəğmələri, gülüşləri,

Page 160: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

160

Ôèêðÿò Ãîúà

Öldürülmüş arzuların Məzarı bəs hara sığar. Belorusiya sinəsində Yanıq bir kənd yarası var. Baxdım, baxdım, Gözlərimdən bulaq axdı, Xatın kəndi. Bu, tarixdə milyon illər yaşayacaq, Daş yaddaşlı Xatın kəndi.

Page 161: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

161

Ñå÷èëìèø ÿñÿðëÿðè

LİTVALI TƏRCÜMƏÇİ Nə görürdü tez tərcümə eləyirdi, Ağzından od ələyirdi. Bax, bu daşdı, Bu ağacdı, Bu da çaydı, O da göydü, O da aydı. Bu vaxt bir bülbül oxudu, Nəğməsini çölə yaydı. Tərcüməçi susdu birdən, Başını da yerə əydi. Aramız bərk dəyəcəkdi – Bülbülü də o, tərcümə eləsəydi.

Page 162: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

162

Ôèêðÿò Ãîúà

LİTVADA Duz-çörək! Düz durun Himn çalınanda durduğunuz tək. Duz-çörək kəsirik, duz-çörək. Bir anlığa dursun Havada təyyarələr, dənizdə gəmilər, qatarlar yolda dayansın. Ulduzlar başımız üstündə bayram şamları kimi yansın. Bu an yer üzündə Xəyanət olmasın gərək, Yer kürəsi üstündə insan dayanıb əlində duz-çörək. Əlisilahlılar bir an silahı gizləsin! Yalançıların bağrı partlamaz ki, bir an yalan deməsin, gözləsin. Barmağını tətikdə saxla, atma, Dayan bir an, aldatma. Bircə an heç harada partlamasın qəzəb, kin. Bu an kürəmiz üstdə namərd olmasın heç kim. Dayanın, Heç vaxt xəyanətlə duz-çörək yanaşı olmayıbdı.

Page 163: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

163

Ñå÷èëìèø ÿñÿðëÿðè

Duz-çörəkdən ayıbdı, biz odlar övladıyıq, Odlar yurdu bizə həm məzar olub, həm də beşik. Bizi heç vaxt əyə bilməyib Tarixin qılınclı xaqanları, Silahlı xuliqanları. Biz ancaq dostun Duz-çörəyinə əyilmişik!

Page 164: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

164

Ôèêðÿò Ãîúà

LAYMA GÜNÜNDƏ LAYMALAR

Latviyada ayrı-ayrı adların rəsmi günləri keçirilir. Bu adlar təqvimdə də qeyd olunur. Məsələn, bu gün Layma günüdürsə, həmin gün Layma adlı bütün qızların ad günü hesab edilir.

Bir gündə yüz-yüz ad günü, Yüz-yüz gözəl qız ad günü. Bir günə min görüş düşər, Gül almağa yürüş düşər. Gül üstünə sevinc yağar, Gül üstünə gülüş düşər. Gül tapmayan kədərlənər, Gül tapana öpüş düşər. Hər evdə toy-düyün olar, Yamanca ərköyün olar Layma günündə laymalar. Nə çoxdur Layma Riqada, Hamı qəşəng, hamı gözəl. Oğulsansa di indi gəl, Bir Laymam unut bu gün. Günün olar düyün-düyün. Qaşlarıyla hücum çəkər, Gözləriylə oda salar. Saçlarıyla çalar keçər, Ürəyini talar keçər. Könül qırar, könül alar, Yamanca ərköyün olar Layma günündə laymalar.

Page 165: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

165

Ñå÷èëìèø ÿñÿðëÿðè

DƏNİZ VƏ QIZ Dalğa gəlir, çıx çölə, Dalğa gəlir, ay-haray! Dalğalar dəli-dolu, Dalğalar alay-alay. Sahili qoyma yalqız, Sahilə çıx, gözəl qız. Gözlərin bu dənizin İkicə damlasıdır. Dalğalara qarışar, Nə bilərik hansıdır. Bir parça ağ buludsan, Dalğa toxunsa sənə Yox olarsan sən özün. Astarını üzünə Çevirərəm dənizin – Dənizi dalğa-dalğa, Dalğanı damla-damla Axtarıram, ay gözəl! Məni işə salma gəl, Sən özün bilə-bilə. Dalğa gəlir, ay haray! Sahilə çıx, sahilə.

Page 166: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

166

Ôèêðÿò Ãîúà

MACARLAR Macarlar ağacları kimi qamətlidi, Özləri kimi yaraşıqlıdı. Gözləri Budapeştin gecələri kimi, Cavanları cavan olduğuna görə, Qocaları da qoca olduğuna haqlıdı. Cavanları da qocaları da maraqlıdı.

Page 167: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

167

Ñå÷èëìèø ÿñÿðëÿðè

BALATONDA PAYIZ Quşlar yuva qayğısından, bala qayğısından azad oldu. İndi səma onlar üçün uzaq yoldu. Adamlar kölgələrini yığdılar qumlar üstündən. Çantaya bükdülər, Ləpirlərini yola tökdülər. Kürəklərində günəş rəngi apardılar. Qulaqlarında dalğa səsi, Gözlərində Balaton lövhəsi. Apardılar yarpaqların yaşıl ömrünü quşlar qanadında, insanlar xəyalında. Balaton qaldı tək, Sahilə ağ qurd kimi soxulacaq külək. Ağacların yaşıl donunu, dartıb cıracaq. Yarpaqları hürküdüb uçuracaq belədən-belə. Ağaclar çıpaq əllərini göyə qaldırıb gələn yaya kimi qışqıracaq: - İnsanlar, hardasınız, sahilə gəlin, sahilə!

Page 168: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

168

Ôèêðÿò Ãîúà

SİZİ XATIRLADIM Bu fransız gözəlidi, Bu macardı, o almandı. Yerişləri bir yanğındı. Baxışları bir dastandı. Birdən qəlbim alovlandı, Dəli könlüm arzuladı Öz yurdumun qızlarını; Odlu qara gözlərini. Qumdan qalxıb Balatona Çiçək kimi düşdü qızlar. Xəyalımdan Xəzər keçdi, Sahilimdən keçdi qızlar. Odlu-odlu baxışların Könlüm düşdü yağışına. İstəyirsən məni qına, Bu dünyanın qızlarını dəyişmərəm Azərbaycan qızlarının Bir qıyqacı baxışına.

Page 169: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

169

Ñå÷èëìèø ÿñÿðëÿðè

SALAM PÖTEFİ Salam, ay Macarıstan. Salam, Pötefı, salam. Gərək burda səni mən Hər yerdən xəbər alam. Sənin son ünvanındı Macar torpaqlarının Hər qayası, hər daşı. Salam, şair Müşfiqin Məzarsızlıq yoldaşı. Sənin nəğmələrindir Bu çöllər, bu bulaqlar. Sənin nəğmələrindir Yaşıl geyimli dağlar. Dunay ömründür - axır, Göllər gözündür baxır. Sənin məhəbbətindir Yaşıl geyimli dağlar. Dunay ömründür - axır. Sənin məhəbbətindir Burda hər gül, hər çiçək. Məzarını tapmayıb, Şair, kədərlənmədim. Dünyada ölməzlərin Məzar nəyinə gərək.

Page 170: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

170

Ôèêðÿò Ãîúà

BALATONDA Balatonda qızlar üzür sona-sona, Gecə mavi nəğmə dolar Gözlərinin yuxusuna. Qayıq olar çarpayılar, Sübhə kimi yuxusunda Bu gözəllər çapalayar. Biri üzər Missisipiyə, Biri üzər mavi gözlü Volqasına. Sübhə kimi səhər yenə Balatonu ortalığa sərəcəyik süfrə kimi. Bu rus qızı, bu fransız, bu da macar. Balatonun sahilində Gözəllərdən düzəldilmiş bir sərgi var. Gözəllərin hamısı bir, Dindirməsən bilmək olmaz nə fərqi var.

Page 171: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

171

Ñå÷èëìèø ÿñÿðëÿðè

TƏLƏSMƏ

Gəzdiyim böyük şəhərlərdə bəzi yeniyetmə qızlar özlərini yaşlılara oxşatmaq üçün saçlarına ağ xətt çəkir, yaraşdı-yaraşmadı boya sürtürlər. Əllərinə çanta alıb, gözlərinə dərin bir hüzn ifadəsi verir, küçədə, bulvarda gözləri yarıyumulu asta-asta gəzirlər.

Yaman yorğun-arğın baxışların var, Hər sözün başında yüz ah çəkirsən. Gözündə o qədər yağışların var Payıza düşərəm qəlbimə girsən. Üzün qönçə kimi cavan, tər-təzə, Sən hardan almısan bu dərdi-qəmi. Kədər sürmə deyil çəkəsən gözə, Dərdi gəl geyinmə, son moda kimi. Darıxma, gözünə qonacaq kədər, Darıxma, saçına düşəcəkdir dən. O vaxt dərdin olsa dünyalar qədər Bir gülüş altında gizlədəcəksən. Gəzib dolaşmalı ellər var hələ, Enməli, qalxmalı pillələr də var, Qolundan tutası əllər var hələ, Üzünü tutası şillələr də var. Oxşatma özünü nakam gəlinə, Gəzinmə gözləri yarıyumulu. Ananın çantasın alıb əlinə, Köhnə dikdabanla didmə sən yolu. Darıxma, özünü soxma irəli, Ömürdü, dondurma növbəsi deyil. Elə danışırsan sən, ay gülməli, Sən yaşda olmayıb heç kəs elə bil.

Page 172: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

172

Ôèêðÿò Ãîúà

Sil gözün qəmini, gözlərimə bax, Sənin gülüşlərin təravətindi. Yaşlı olmağına hamı olacaq, Dönüb cavan olmaq yaman çətindi. Bir el bəzəyisən o göz-qaşınla, Qışın bu çağında sən ilk baharsan. Elə vaxtındır ki, bir baxışınla Qışın şaxtasını sən yumşaldarsan. Tulla o çantanı! At o çalmanı! Qaç bu sahil boyu belədən-belə. Sevindir qumları, güldür dalğanı, Kişnət buludları gülüşlərinlə.

Page 173: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

173

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Silsiləsi ilan kimi qıvrılıb, Zirvələri buludlardan sıyrılıb, Bir karvandı, zaman keçib yorulub, Gözlərində büllur-büllur bulaqlar – Zaqatala dağlarıdı bu dağlar. Dağ sığışmaz hər qəlbə, hər xəyala, Bu ellərə həm qalxandı, həm qala, Min illərlə qaya gedər xəyala, Bir yanağı günəş olar, biri qar – Zaqatala dağlarıdı bu dağlar. Mərdlik olub onun işi, peşəsi, Nəfəsində çiçək ətri, quş səsi, Yaşıl kürkü palıd, vələs meşəsi, Ömrü boyu düşmən qovar, dost arar – Zaqatala dağlarıdı bu dağlar.

Page 174: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

174

Ôèêðÿò Ãîúà

*** Güllər gözəllərdən gözəl, Gözəllər güllərdən gözəl. Üzümüzə illər gəlir, İllər o illərdən gözəl, - Hayıf ki, biz qocalırıq. Binaların boyu uca, Şəhərimə çox yaraşır. Qoca Bakı günü-gündən Yaşıllaşır, cavanlaşır, - Hayıf ki, biz qocalırıq. Saçlarıma yağan qar da Ərimədi bu baharda. Dünən uşaq olanlar da Bu gün cavan oğlanlardı, - Hayıf ki, biz qocalırıq. Ağ saçlar ağ gün gətirib, Ömrümüzlə öyünürük. Ömür sürən qocalacaq, Nahaq yerə deyinirik, - Hayıf ki, biz qocalırıq.

Page 175: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

175

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÇƏTİNDİR Sevdiyin gözələ sevirəm demək, Onu kölgəsi tək daim izləmək, Könlünü oxşamaq hər addımbaşı, Əlbət ki, yaxşıdı, yaxşıdı, yaxşı! Amma kişi üçün ağırdı, ağır. Evin, uşağın var, ömür-gün ötür, Qoruya biiməsən dostu, tanışı, Söz vermiş olsan da geriyə götür, Götürsən səninçün yaxşıdı, yaxşı! Amma kişi üçün ağırdır, ağır. Özün özün üçün otur, alış, yan, İmdada yetməsən kimdir qınayan. Qardaş, gözünü yum, görsən göz yanır, Yumsan sənin üçün yaxşıdı, yaxşı! Amma kişi üçün ağırdı, ağır.

Page 176: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

176

Ôèêðÿò Ãîúà

*** Biz odlardan doğulmuşuq, Nəğmələrdən yoğrulmuşuq, Kəlmə-kəlmə yığılmışıq Azərbaycan ellərindən. Sazımızda Kürün səsi, Bulaqların zümzüməsi. Gətirmişik dost nəğməsi Azərbaycan ellərindən. Keçib uzaq-uzaq yollar, Qəlbimizdə nəğmə, bahar. Sizə qonaq gəldik, dostlar, Azərbaycan ellərindən. Çox görmüşük, götürmüşük, Yollarda gül bitirmişik, Odlu ürək gətirmişik Azərbaycan ellərindən.

Page 177: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

177

Ñå÷èëìèø ÿñÿðëÿðè

ASTARANIN Sağı dəniz, solu dağdır, Dağlar sözlü, ulu dağdır. Qartalların oylağına Körpüsü dağ, yolu dağdır Astaranın. Gözəlliyi körpə kimi Yatır çiçək beşiyində. Baharlanıb yamacları, Nəğmələrin keşiyində. Sərhədçi tək möhkəm durub Uca boylu ağacları Astaranın. Aldığım da nəfəs deyil, Gül ətridir, quş səsidir. Küləyi də külək deyil, Nəğməsidir Astaranın. Burda neçə dostum yaşar, Burda zəhmət qaynar, daşar. Adamları yer becərər, Çiçəkləri işıq saçar Astaranın.

Page 178: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

178

Ôèêðÿò Ãîúà

*** Dünyada ən nəhəng insan odur ki, Möcüzə yaradır qabarlı əli. Fəhlə qollarıdı uzanan yollar, Ucalan binalar - fəhlə heykəli. Şığıyır şimşək tək onlar hədəfə, Bayraq tək zəfərlə dönüb gəlirlər. Fəhlə ovucundan qalxır hər dəfə Kosmik uçuşlara, kosmik gəmilər. Nəhəng sobalarda bişir bu adlar, Bərkiyir, sınanır fəhlə alınır. Fəhlə ürəyidir nəhəng zavodlar, İçində həmişə cəngi çalınır. Şərəfdə böyükdü, hünərdə təkdi, Cənnətə döndərər üz tutsa hara. Bakının fəhləsi zəfər deməkdi, Eşq olsun bu adı daşıyanlara.

Page 179: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

179

Ñå÷èëìèø ÿñÿðëÿðè

İMTAHAN İmtahan iki söz: cavab və sual, Bəzənsə bir ömrün əvvəli, sonu. Bəzən o susmaqdır, lal olmaqdır, lal, Bəzən axtarmaqdır ömrün yolunu. Müəllim önündə dayanıb durur Nə qədər xoş arzu, neçə xoş dilək. Gəzirəm yolları qulaq batırır Həyəcanla çırpınan minlərlə ürək. Bu gün imtahanda cavabdır əlac, Bu da bir döyüşdür fürsət anıdır. Roman cildi kimi hər qapını aç, Hər kəs bir ailə qəhrəmanıdır. Həyat imtahandır demirəm əbəs, Sənə sual kimi verilib adın. Deyin, bir imtahan deyildimi bəs? İik baxış, ilk gülüş, ilk söz, ilk addım. İmtahan qanmazı bəzən qandırır. Bəzən bir qananı vurub yıxır da. Unutma, haqq durur, ədalət durur, Həyat qiymətini verir axırda. Sual başımıza yağdı qar kimi, Büdrədik yıxıldıq, durduq büdrədik. Yolumuz üstündə suallar kimi Səpildi min dərə, dayandı min dik.

Page 180: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

180

Ôèêðÿò Ãîúà

Suallar sirlərin bağlı dilidi, Ölməyə nə var ki, nədir can vermək! Həm çətin, həm də ki, ən şərəflidi, Yaşamaq, hər işdə imtahan vermək.

Page 181: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

181

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Kirpiklər tək açılar, Yumularlar qapılar. Əsl dosta vaxtında Bu qapılar, qapılar. Gözlərin açarları Yaş ötəndə qapılar, Ömrə heyif, üzə heyf, Gözə heyf deyərsən. Düşərik dalğaların Yorğun-ağrın vaxtına. Hərə bir günah yüklər Taleyinə, baxtına. Dil büdrəyər, dolaşar, Ha tərpəndin, qalxdın ha... Dodaqda dilimlənən Sözə heyf deyərsən. Tərifimi saxlayar, Utanarsan yerimə. Yalvarırsan, hirslənmə Çox otur, çox yerimə. Tapşırıb taleyini Titrəyən əllərimə Daxilən öz-özünə Bizə heyf deyirsən. Özün də qocalarsan, Saçlarına düşər dən. Yapışıb sallanarsan

Page 182: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

182

Ôèêðÿò Ãîúà

Bu çiynimdən, əlimdən, Misrama bir köndələn Söz düşəndə dilimdən, Səhv eləyib, səhv yazıb, Qocalmayıb deyərsən.

Page 183: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

183

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Yarpaqlar günəşə uzalı əllər, Yazdan payızacan işıq əmərlər, Günəşdən doyanda saralır onlar, Torpağa ələnir, qaralır onlar. Günəşdən doyanlar torpaq olurlar... Qışda gün həsrəti çəkən torpaqlar Baharda çevrilib yarpaq olurlar.

Page 184: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

184

Ôèêðÿò Ãîúà

*** Mənim alabəzək dünyam var idi, Min çiçək açardı hər səhər tezdən. O vaxt bütün yollar ilk yollar idi, Yaşamaq boğazdan, dənizlər dizdən. Köhlənim yorulub, yollar köhnəlib, Səhərlər hər günkü səhərlər olub. Güllər keçən ilki güllərdir gəlib, Söz də uydurmaqdan beynim yorulub. Tanışlar həminki tanışlardılar, Bəzisi köhnəlib ayaqqabı tək. Onda da beləcə danışardılar, Elə bil borc imiş görüşmək gərək. Adam var, üzünə baxıb deyirsən, Yüz ildir, min ildir tapışmışıq biz. Çənən ağrıyanda hiss eləyirsən, Deyəsən, doyunca danışmışıq biz. Mənim alabəzək dünyam var idi, Hər gün bir gül adı öyrənərdim mən. Cahan iki yerə bölünüb indi – Dünyaya gələnlə, dünyadan gedən.

Page 185: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

185

Ñå÷èëìèø ÿñÿðëÿðè

QURU ÇİNARIN NƏĞMƏSİ Çinar ömrü yaşamışam, Quru bir çinaram mən. Əyilməkdən keçib daha – Əysəniz sınaram mən. Qəddim bir az bükülübdü, Yarpaqlarım tökülübdü, Nə şirin nəğməliyəm, Heç çinar da deyiləm mən, Bir çinar heykəliyəm. Dik dayanmış bir odunam Ağacların sırasında. Bir leylək yuva tikib Qollarım arasında. Mən bir ağac ölüsüyəm Gərək yıxılam, yanam. Amma leylək yuvası var Qollarımın üstündə, Yuva dağılmasın deyə Gərək dözəm, dayanam.

Page 186: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

186

Ôèêðÿò Ãîúà

BAĞIŞLA MƏNİ A doğma yurdumuz, xoş gördük səni, Yaman böyümüsən, çox dəyişmisən. Elə bil dəyişib köhnə yerini Belə bir cənnətə gəlib düşmüsən. Büllur sularına günəş enibdir, Bağlar çəpərləri aşıb-daşıbdır. Damların nə yaman hündürlənibdi, Evlərin nə yaman cavanlaşıbdır. Hanı qurbağalar - səsində qubar, Hanı köpəklərin axşam gileyi. Yoxsa çimizdirib, yuyundurublar Səndən heç gəlməyir mal-qara iyi. Yox, elə təmizdir, elə dümağdı, İstədim üstündə corabla gəzim. Utandım deməyə o köhnə adı. Nə yaxşı olmusan, ay canım-gözüm. Əynimə, başıma baxan qəm yemə, Köhnəmi geyirəm kəndə gedəndə. Sən allah, sən mənə lovğalan demə, Neyləyim bir küydür düşmüşəm mən də. Yanaşı qoymuşam gör səni kimlə, Guya şəhərliyəm, nə bilim nəyəm. Sənin haqqındakı köhnə fikrimlə Mən sənin yanında xeyli köhnəyəm.

Page 187: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

187

Ñå÷èëìèø ÿñÿðëÿðè

İKİNCİ GÖRÜŞ Oturduq yanaşı, susduq yanaşı, Dən düşmüş saçına baxdım arada. Sən də mənə dedin ağarır başın, Görməyə nə var ki, ağı qarada. Gecikmiş məhəbbət son bahar kimi, Həm kədərli olur, həm də ki, şirin. Anamın çaldığı laylalar kimi Arzuyla doludur ala gözlərin. Qalmışıq biz odla su arasında, Gənclik məhəbbəti, müdriklik yaşı. Ömrün bu qəribə macərasında Oturduq yanaşı, susduq yanaşı. Birdən fıkrimizi elə bil gördük, Qəmli gülümsündük bir-birimizə. Elə bil bununla açıq deyirdik – Bu yaşda məhəbbət yaraşmır bizə. Ürək necə olub unudub yaşı... Oturduq yanaşı, susduq yanaşı.

Page 188: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

188

Ôèêðÿò Ãîúà

BİR VAXT Gələcəyik üz-üzə küçələrin birində, Sənin üzündə qırış, mənim saçlarımda dən. Bir soruşan da olmaz donub qalmışıq nədən. Adamlar gələr, gedər, kimi vədə gözləyər... Gözləyənə nə var ki, lap küçədə gözləyər. Bizim rəngimiz qaçar gözlənilməz görüşdən, Ayaqlar öz işində, onlar bənzər zamana. Çəkib aparar bizim hərəmizi bir yana. Sənin üzündə qırış, mənim saçlarımda dən.

Page 189: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

189

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Heç bilmək olmayır kim dava saldı, Kim çəkdi çaxmağı, kim yanğın etdi. Qadın öz kinindən yapışdı qaldı, Kişi qəzəbinə atlandı getdi. Heç bilmək olmayır kimdir günahkar, Bunu bilməyin də yoxdur mənası. Günah əvəzində iki körpə var, Dalaşıb, ayrılıb ata-anası. Körpə xəyalıyla düşünür onlar, O vaxt gündüz vardı, gəzinti vardı. Ata ləpirindən yaranıb yollar, Gündüzü gedəndə ata apardı. Mənzilə qəribə bir sükut enir, Yemək də, içmək də başqa dad alır. Ana anasa da bəzən hirslənir, Ərindən gileyli dul arvad olur. İndi soruşmayaq kimdə günah var, Bir ata kölgəsi dünyada gəzər. Ana körpəsindən xəlvətdə yanar, Körpə anasından dərdini gizlər.

Page 190: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

190

Ôèêðÿò Ãîúà

QURBAĞA VƏ MƏN Gəldim ki, dərdimi suya danışım, Suyun da dibindən sən çıxdın üzə. Qurbağa, ay dostum, köhnə tanışım, Niyə biz lal kimi durduq üz-üzə. Yox, nəsə deyirdin arvaddan, ancaq, Ağzına su doldu sən quruldadın. Yaman oxşayırsan mənə, a qorxaq, Nə olar qurbağa olanda adın.

Page 191: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

191

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏRDƏKAN Bakının sağ əlində Qızılgül dəstəsisən. Sözü duzlu Xəzərin Ən şirin nəğməsisən. Havası qan dərmanı, Qumu kəhrəba məkan, Mərdəkan, ay Mərdəkan. Havası tək mehriban Qarşılayır adamı. Budağı barlı gəlir Əncir, şanı, badamı. Səndə tikan da bitir, qızıl güldədir tikan, Mərdəkan, ay Mərdəkan. Çinar boylu oğullar, Qərənfil üzlü qızlar. Gedəni yola salar, Gələnin yolun gözlər. Pis adam olarmı heç Çiçək əkən, gül əkən... Mərdəkan, ay Mərdəkan. Hər işdən yorulanda Yaxın həmdəmim olur. Gözümdən, ürəyimdən Yorğunluğum yuyulur. Unutsam haram olsun Mənə bu halal tikən, Mərdəkan, ay Mərdəkan.

Page 192: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

192

Ôèêðÿò Ãîúà

ZARAFATYANA Dedim, sevgi dindi, haqdı, Dedin, eşq bir oyuncaqdı. Əlindən uçurdun baxtı, Unut məni, unut məni. Söymə devri, bu aləmi. Kimə qalıb dünya qəmi, Çıxar yaddan xatirəmi, Unut məni, unut məni. Könlüm susub, dinən deyil, Yollar geri dönən deyil, Gün bu gündür, dünən deyil, Unut məni, unut məni. Xoşbəxt ol, xoşbəxtə ad ol, Təki gözü-könlü şad ol, Zərər yoxdur, mənə yad ol, Unut məni, unut məni. Köhnəmizi təzə bilər, Bir bədbəxtin gözü gülər, Qoca Fikrət dözə bilər – Unut məni, unut məni. Məni unut dedim, dodağım yandı, Bu aləm başıma mənim dolandı. Sevgini unutmaq gözəl yalandı, Unuda bilmirəm, unut deyirəm.

Page 193: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

193

Ñå÷èëìèø ÿñÿðëÿðè

YESENİN Əsrin əvvəlində bir oğlan vardı, Sevgiydi təpədən dırnağa kimi. Hərcayı su kimi ömrü axardı, Axardı günəşdən torpağa kimi. Gözündə-könlündə rus meşələri, Mərdəkan qumları üstə gəzərdi. Çadralı qızlara deyərdi pəri, Qara kölgəsinə şeir düzərdi. Gözü yol çəkərdi Ryazana kimi, Bilməzdin nədinsə xəyalı, dərdi. Sən onun fıkrini yozana kimi Özü şeiri ilə açıb deyərdi. Həmişə gözləri uzağa baxar, Deyirdin bu dünya əyninə dardı. Qızılı saçları süzülüb, axar, Mərdəkan qumunu xatırladardı. Sevgi gətirmişdi, sevgi apardı, Gedəndə qayıdıb baxdı dənizə. Bir zaman, bu yerdə bir oğlan vardı, Yesenin qayıdıb xoş gəlib bizə.

Page 194: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

194

Ôèêðÿò Ãîúà

AĞDAŞ MEŞƏLƏRİ Bu meşənin dili yoxdu danışa, Ağacların ayağı yox, qaçalar, Bu ağacdı dözüb, dolub bu yaşa, Adam olsa on yaşında qocalar. Gövdələri kömür üçün doğrandı, Yerlərinə qarpız, yemiş əkildi. Bulaqları ayaq altda bulandı, Bizdən küsüb torpaq altda çəkildi. Baltalandı qovaqların həyatı, Qırqovullar çılpaq qaldı, qırıldı. Meşə oldu bir yanıqlı bayatı, Orda, burda kötükləri qaraldı. Qarağac da tək qalıbdı darıxır, Yay girməmiş yarpaqları bürüşür. Bu yerlərin cüyür yadından çıxıb, Orda-burda qoyun, iti hürüşür.

Page 195: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

195

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏRD ƏLİ Mərd əli vurmaq üçün deyil... Mərd əli əl tutar. Yıxılanın əlindən tutar, Tutar vuranın əlini. Ovcunda tutub aləmə göstərməz yaxşı əməlini. Namərd döyülə-döyülə yaşaya bilər, Mərd döyüləndə tez ölür. Bu aksioma bəllidi. Döyülənlər hamısı namərd əliynən döyülür. Hərdən döyürlər namərdi də, O da başqa bir namərd əlidi.

Page 196: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

196

Ôèêðÿò Ãîúà

BİR GECƏ Ulduzlar hərəsi bir nağıl deyir, Göy də ki, ağıllı söz kimi dərin. Belə bir axşamda oğul istəyir Yadına salmasın ötən günləri. Xatirə yuxu tək dolur gözümə, Yuxudan inadkar, yuxudan əziz. İllər arxasından baxır üzümə, Dəcəl uşaqlığım, görüşürük biz. Gəl, ay uşaqlığım, salam-əleyküm, Hər bağda, bağçada gəl qarşıma çıx. Gəl körpə əlinə toxunsun əlim, Ay ayağı yalın, ay başı açıq. Dünyaya gətirdik mənim fikrimi, Gəldik təbiətə bir bahar kimi. Belə bir çəməndə böyümədikmi, Ot kimi, elə bu ağaclar kimi. Gəzməyə çıxanda hər oğlan, hər qız, Sən baxıb qəlbini heç sıxmısanmı? Qalıb ağacların dibində mənsiz, Dəcəl uşaqlığım, darıxmısanmı? Rast gəldim belə bir bağda eşqimə, Sonra vəfasızın oduna düşdüm. Eşqimi demədim onda heç kimə, Nə yaxşı, nə yaxşı heç deməmişdim.

Page 197: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

197

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bu gecə, yadıma salır nələri, Nələr xatırlayır, nələri deyir... Bəzən bir gecənin düşüncələri Cavan bir oğlanı qoca eləyir. Ulduzlar hərəsi bir nağıl deyir, Göy də ki ağıllı söz kimi dərin. Belə bir axşamda oğul istəyir, Yadına salmasın ötən günləri.

Page 198: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

198

Ôèêðÿò Ãîúà

QAYĞI Hər görüşündə mənim kefımi soruşursan, Pisdir desəm susursan, yaxşı desəm susursan. Dağ dalğalar döyəndə sahibsiz bir qayığı, nə lazım belə qayğı. Uzaqdan bir mayak tək Tez-tez yanıb sönməkdən o qayığa nə kömək. Fikirlərin əlində tək qalmışdım bir gecə, Deyirdim ki, ürəyim partlayacaq indicə. Bir nəfər axtarırdım gəlib qapımı döysün, Ona bircə söz deyim, mənə bircə söz desin. Hardasa o gecə qayğı göstərib mənə sağlığıma nə qədər Xoş sözlər deyiblər, içiblər, yeyiblər. Qorunun bu "qayğıdan", əsl qayğı, başqadır, nə sağlıqdır, nə tərif, Nə dost alqışıdı, nə də ki, göz yaşıdı, Belə qayğı olunca, heç olmasa yaxşıdı.

Page 199: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

199

Ñå÷èëìèø ÿñÿðëÿðè

YAĞIŞ YAĞDI Yağış yaman yağırdı. Torpağı, torpaqdakı rəngləri yoğurdu. Dəli yağış səbirsiz qatdı-qatışdırdı rəngləri... Kəsildi yağış, rənglər arasından süzüldü, axdı. Oyanmış rənglər torpaqda darıxdı, oyandı, qalxdı. Qırmızı - lalə oldu haray oldu, nalə oldu. Sarı - nərgiz oldu. Boz - solğun üz, inamsız söz. Üzə çıxdı torpağın yaşıllığı – rahatlığı, yaxşılığı. Gözün acışması kəsildi, beyinin göynəməsi, ürəyin alışması. Yaşıllıq təsəlli oldu torpağın göz dağına. Yaşıllıq su oldu torpağın boz dodağına.

Page 200: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

200

Ôèêðÿò Ãîúà

DÜŞMƏNİM Dünyada bir düşmənim var: iki gözlü, iki əlli yazıqlardı, yazıqlar – neyləyəsən bu nankorlara. Baharda gülləri görən, gülən gözləri görən, gözlərini alıb verəsən korlara. Bilmirəm heç neyləyəsən bu ağlar-sızlara... Alasan əllərini paylayasan əlsizlərə, qolsuzlara. Onları ilan kimi süründürəndə zaman, illərlə həsrətini çəkələr özlərinin, əllərinin, gözlərinin. Sonra qaytarsan özlərinə hərəsi ola bir qəhrəman!

Page 201: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

201

Ñå÷èëìèø ÿñÿðëÿðè

DİŞLƏR AĞRISI Qonşumun dişi ağrıyırdı. Qulaq batırdı səsdən-küydən, Qaçıb çıxdım evdən. Çöldə sükut, qar, Bir də yeyib yatmış harın dağlar. Nə yaxşı dağların dişi ağramırmış, Yoxsa səs başına alardı yeri. Çoxdan kəşf eləyərdik başqa səyyarələri.

Page 202: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

202

Ôèêðÿò Ãîúà

İŞIĞIN QARANLIĞI Dedin qaranlıqdı, işıq yandırın. Yolları işıqlandırın. Yandırıb dikdi gözümə dörd faranın dördünü də. Yandırdı gözümün sevincini də, dərdini də, Yandırdı qaranlığı da, işığı da yandırdı. Bütün yolları, çölləri çiliklədi, qırdı. Görməmişdən amandır... Dedim yoluma işıq sal, demədim faraların dördünü də gözümə yandır. Gözə düşən gur işıq qaranlıqdan ağır dərddi. Nadan əlində işıq da ən qatı zülmətdi.

Page 203: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

203

Ñå÷èëìèø ÿñÿðëÿðè

SƏRÇƏ DURNA DEYİL Kİ Sərçə durna deyil ki, Sərçənin qayğıları çoxdu. Uzaq səfərə vaxtı yoxdu. Bütün gün ərzində Hər işə çatır. Səhər alaqaranlıqdan boğazı ağrıyınca qışqırıb Günəşi oyadır. İldə iki dəfə, üç dəfə Hər dəfədə də bir dəstə Qaragözlü, boyubəstə balalar böyüdür. Sərçə durna deyil ki, İşi onun böyükdür, bala böyüdür... Qışın qarına, çovğununa Gərəcək bir damcı sinəsini. Yenə səhər tezdən ucaldacaq səsini. Balaca uşaq topu kimi atılıb düşə-düşə, bütün günü başı qarışır işə. Sərçə durna deyil ki, Bahar özü gəlir Sərçəylə görüşə.

Page 204: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

204

Ôèêðÿò Ãîúà

DAĞLAR GEDƏCƏK Yol gəlib zamanın dərinliyindən, dağlar yorulub, yatıb. Çiynində göllər, ağaclar, bulaqlar, yorulub yatıb. Göllər güzgülərmiş, bulaqlar fəvvarə. Göl arxası üstə düşüb, Yaxşı ki, sınmayıb. Bulaq qarnı üstə sərilib yerə. Zirvələrdə bulud dincəlir, dərələrdə duman. Gövşəyən maralından, əmən balasından ət uman Musa Yaqub yatıb kahasında. Cığırları köhnə lent kimi açılıb sallanır yaxasında. Ayıları adam olunca yatacaq, qayaları yumşalınca yatacaq bu zaman yolçusu dağlar karvanı... bir səhər ayılıb görərlər dağlar oyanıb gedib, Suları işıq olub yanıb gedib. Nə zirvəsində qartal səsi var, Nə də ətəyinin kölgəsi var.

Page 205: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

205

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bir yanı açıq qalıb aran, Gedib karvan. Gün altında yanıb tökülmüş səhra qalıb, Məcnunu ölmüş səhra qalıb.

Page 206: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

206

Ôèêðÿò Ãîúà

22 MART Qızlar sıyrıldı çıxdı qış paltarından. Elə bil köynəyi İndicə çıxartdı tarzən tarından. Sinəsinə əlin dəysə, öz ürəyin segah başlayacaq. Gözlərinə baxsan Sənə məhəbbət adlı bir əzab bağışlayacaq. Ağ göyərçin qanadları - əlləri, gözlərində Novruz məşəlləri, dodaqlarında Novruz bayramı, çiyninə dağılıb bayram axşamı. Beli haqq-ədalət kimi üzülür. Yanaqları elə gülür, adam yanıb tökülür. Kölgəsi hansı bədbaxtdı görəsən... Yox, bu gün dünyanı gərək yağışla çiləyəsən, küləklə süpürəsən. Ayaqlar altına kölgələr döşənəcək, Torpaq kövrələcək, qayalar düşünəcək. Qınından sıyrılır qızlar, Bu gündən Torpağın da canı qızar.

Page 207: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

207

Ñå÷èëìèø ÿñÿðëÿðè

GÜL Gülə hörmət elədilər, ətrini bəyəndilər, rəngini duydular. Onu qara torpaqdan üzüb büllur qaba qoydular. Dupduru su töküldü dibinə, bir qıça şəkər də qatıldı suyuna. Aləm yığışdı toyuna, məclisdə tən ortada dayandı gül. Sevgi rənginə boyandı, Çıraq əvəzinə yandı gül. Ona halaldı, Öz qiymətini artıqlamasıyla aldı gül! Qiymətindən o yana daha nə qaldı? Ona görə də saraldı gül!

Page 208: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

208

Ôèêðÿò Ãîúà

İNSANIN DƏRDİ YOXDU İnsanın dərdi bir olsaydı o da yemək dərdi olardı. İlan kimi sürünərdi, canavar kimi ulardı. Dəryaları keçirərdi ələkdən, taledən, fələkdən bac alardı. Yerin dibinə cumardı, ulduzlara ucalardı. Yeyərdi suyu, torpağı, havanı, Həvva Adəmi yatızdırıb yeyərdi, Bəlkə də, heç yatmamışdan Adəm yeyərdi Həvvanı. Şükür ki, insanın Dərdi bir deyil, çoxdu. Deməli, insanın dərdi yoxdu.

Page 209: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

209

Ñå÷èëìèø ÿñÿðëÿðè

SƏHƏR GİMNASTİKASI Bir eyvanım var havada yaşayır, havada da yatır. Səhər-səhər gündoğana günəşdən qabaq çatır. Balalarım hələ ki, eyvandan baxırlar həyata. Onlar bir cüt qaranquş balasına oxşayır, ağızlarını açıblar kainata. Dəhlizin arzusudu eyvan, durub üzə özünü çölə atmaq istəyib üzü dənizə. Görüb aşağıda hörümçək toruna oxşayan yolları donub qalıb, daşa dönüb qalıb – şəhərin gündoğanında. Hər gün məni çağırır səhərin gündoğanında. Bardaş qurub otururuq evlərin başı üstə. Mənzilim günəşin yolunu gözləyir, Əlini qoyub qaşı üstə, ehey!!! Dənizin dibindəkilər, Sahilə çıxmaq eşqinə düşməyin! Sahilə çıxmaq Heç kimə düşməyib. Düşüb yer kürəmiz

Page 210: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

210

Ôèêðÿò Ãîúà

Hörümçək toruna oxşayan yollara fırlanır, çapalayır. Ölüm acgöz hörümçəkdi; ağzı sulanır, dodağını yalayır. İstəyirəm eyvanımı sürəm, Kainata uçam. Yaxşısı budur mənzilə girim, Səhər açılıb, acam.

Page 211: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

211

Ñå÷èëìèø ÿñÿðëÿðè

HEÇ OLMASA Ürəyimdə səssizlik ağrıyır, ürəyimdə elə sakitlikdi, adam kar olar. Ürəyimdə elə boşluqdu - adam havasızlıqdan boğular. Buludlar sözlü adam kimi dolub asılıb başımın üstündən, zaman ötüb keçmir dünyanın yaşının üstündən. Qobustan qayaları indicə göydən yağıb donub, min illər keçib gələn İçərişəhərin köçü indicə dayanıb daşa dönüb. Günəş qalıb gündoğanda qalxa bilmir. Çaylar nəfəsini çəkib içinə, şəlalələr havadan asılı qalıb, axa bilmir. Mən Adəm oğlunu indicə cənnətdən qovdurdun, Həvva qızı, heç olmasa gül, daşa döndərmə dünyamızı.

Page 212: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

212

Ôèêðÿò Ãîúà

KÜLƏK DÖYDÜ Külək döydü pəncərəmi dedim, buyur gəl. Təpildi otağa, açdı yaxasını pencəyimin, ürəyimi varaqlamaq istədi, bəlkə də, elə-belə deyirdi: pencəyi çıxart, istidi. Qayıdıb atdı özünü eyvandan, qonşunun cavan oğlu kimi. göydə buludları qatdı qabağına qəzəblənmiş Koroğlu kimi. Dənizin dibində balıqların yolu oldu. Bu külək olmadı yağış oldu, toz oldu, dolu oldu. Birinin sözünü qaytarıb dürtdü ağzına, birinin qulağına tıxadı barmağını. Sataşdı xalxın qızına, dartdı balağını. Bu külək başa bəla oldu. Bilsəydim, əvvəldən onu qulaqlayardım. Qapını bağlayıb evdə saxlayardım.

Page 213: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

213

Ñå÷èëìèø ÿñÿðëÿðè

GECƏNİ YUSAQ Gecəni yusan, Qarası gedərmi, görəsən? Gözlərini yumsan, Gözlərinin qarası gedərmi, görəsən? Gülsən arsız-arsız Ürəyimin yarası gedərmi, görəsən? Sərhəd məftilləriylə Yer kürəmizi bələmişik. Raketləri Yer kürəmizə Ölüm toxumu kimi səpələmişik. Raketlərin səbri partlasa, içindən ağ sülh göyərçinləri uçacaq, dinclik qanad açacaq, insansız qalan Yer kürəmizdə Bizim bu sülh oyunumuza Kainat gülməz ki, görəsən? Bizə qoşulub Yer kürəmiz də ölməz ki, görəsən? Ölməsə, yenə çalışıb təzədən insan yaradacaq torpaq. Yenə bu günə gəlib çatacaq torpaq, yenə insan bugünkü silahları yaradacaq, Yer kürəsini iki səngərə böləcək, İki cəbhə üz-üzə yatacaq. Yenə mənim kimisinin biri gecəni yatmayıb deyinəcək öz-özünə, Gecəni yuyub sərmək istəyəcək dan üzünə.

Page 214: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

214

Ôèêðÿò Ãîúà

BİR GÜN GƏLƏNDƏ Əlli ildir 37 hərarətlə yanıram, elə bu hərarətlə yatıram, elə bu hərarətlə oyanıram. Ümidim sönəndə gözümlə ən uzaq işartıdan od almışam. Yandıqca çapalamışam, Yandıqca dərim qaralıb, Qara saçlarımda zolaq-zolaq boz tüstü qalıb. Özüm boyda bir şamam, yanır ürəyimdə arzu, yanır dilimdə söz. Qaranlıqda saçlarım, gözlərim, qaşlarım. Qaranlıqdır ki, yanıram gecə-gündüz. yanıram ki, Su görəndə gözüm gülür, bulaqlar ürəyimin başına tökülür. Çay görəndə cummasan olmaz, Dənizdə gözlərimin köynəyini yumasan olmaz. Su içəndə də Üzürəm yana-yana, odnan suyuq yan-yana, sığmışıq bir cahana,

Page 215: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

215

Ñå÷èëìèø ÿñÿðëÿðè

nə bilim? Sizdən bir xahişim var: bir gün gələndə ölüm yanmaqdan canı qurtardı, Sevindi deyin. Fikrətə öldü deməyin, Söndü deyin!

Page 216: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

216

Ôèêðÿò Ãîúà

NƏ YAXŞI Bu gecənin axırında səhər var, Bu səhərin əvvəlində səfər var, Mənim hələ görmədiyim şəhər var, İki dəfə gəlmək olmur həyata, Mən gəlmişkən gərək bir az yaşayam. Yaşım əlli, özüm hələ yaxşıyam. Bir bulağam, xəzəl altda axıram, Bir çiskinəm, kirpiklərə yağıram, Bəzən xəlvət qızlara da baxıram, İraq olsun qulağından arvadın, İstəmirəm yarasını qaşıyam. Elə bilir indi bir az yaxşıyam. Yaş ötdükcə kürəyim heydən düşür, Bu qocalıq başıma göydən düşür. Yaş ötdükcə ağlıma da dən düşür, Az danışsam ağılsızlıq bilinməz, Mən əzəldən qara çaylaq daşıyam. Mənim yaşda olanlardan yaxşıyam. Nə gödəkdi, nə uzundu bir ömür, Gah yağmurdu, gah susuzdu bu ömür, Mən yazmamış aldı, pozdu, bu ömür, Hələ indi anlayırdım dünyanı Bir də gördüm daha əlli yaşlıyam, Nə yaxşı ki, hələ bir az yaxşıyam.

Page 217: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

217

Ñå÷èëìèø ÿñÿðëÿðè

XATİRƏMDƏ Xatirəmdə bir səhər var, Səhərdə süd qoxusu, Gözlərimdə ağ çiçəklərin bahar yuxusu. Otların üstündə şeh. Üstümdəki yorğan nəm, Kövşüyə-kövşüyə Əmizdirən camış, Mızıldana-mızıldana Nehrə çalxayan nənəm. Toyuqların arasındakı Lovğa xoruz. Səhər nəğməsini başlayan Günəşi alqışlayır sərçələrdən, təzə yumurtlamış toyuqlardan, quzulardan, cücələrdən ibarət məhlə xorumuz. Havanın təmizliyi, Havanın saflığı, torpağın yumşaqlığı, məhəbbətinin buğlanmağı, insaflılığı. Doqqaz başında yabaya söykənib dayanmış babamın böyüklüyü, paklığı.

Page 218: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

218

Ôèêðÿò Ãîúà

QADIN YARADIB Səni görəndən inanmışam, Qadın yaradıb bu yer kürəsini. Ona bağışlayıb gözəlliyi, Yaratmaq həvəsini. Qadın əli dəyib bahara – budaqlar öz içinə sığmayıb, yarpaqlayıb, çiçəkləyib. Qadın üzünü görüb bənövşə - Utanıb, boynunu əyib. Qadın nəfəsi toxunub Qızılgülə - Gül qalıb yana-yana, Gülə-gülə. Qadın keçib yaydan – yay qalıb yana-yana. Payızı qadın öpüb – Həya çöküb almanın yanağına, nar düşüb yanğına, bəzi dözməyib paçallayıb. Əli dolu ağaclar qolunu yanına sallayıb. qibtədən söyüdlərin saçı çallayıb. Qadın küsüb qışdan – bulaqların gözündə işıq sönüb, çöllər yaşıl işığını soyunub, sular heyrətindən donub. Acığın tutmasın mənə Qışı vaxtından qabaq, Gətirmə yer kürəsinə.

Page 219: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

219

Ñå÷èëìèø ÿñÿðëÿðè

Həsrətini əkdim payız göyərdi torpaqdan. Utandım körpə sarı yarpaqdan. Həsrətini çəkdim tüstüm gözümü yaşartdı. Həsrətin nə məni öldürdü, nə də yaşatdı. Dili nəğməli elədi məni, dəli elədi məni. Cavankən baş ağartdı. Həsrətini satmaq istədim – uzandı milyon-milyon Həsrətinə həsrət əllər, Nalə qopardı uzaq illər. Nizaminin "Sənsiz"i gəldi, Füzulinin səsi gəldi. Gəldi Məcnunlar, Kərəmlər, Gəldi Adəmin ilk balası, Həsrətin ömrü nə uzunmuş, dadı nə şirinmiş, ay allahın bəlası. Mən elə xoşbəxt doğulmuşam, Həmişə xoşbəxt olmuşam – Sənə olan həsrətim İndi səndən əzizdi. Bundan sonra olası vüsalımdan təmizdi.

Page 220: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

220

Ôèêðÿò Ãîúà

FİKİR ELƏMƏ Fikir eləmə, hər şey keçib gedəcək. Haqsızlığı üzə vurma, ürəyində çək. Özünü ortaya atma, yalanı ağartma. Özünü yığ, dişlərini bərk sıx, qoy ürəyində qalsın deyiləsi gerçək. Hər şey keçib gedəcək. Namərdi pərt eləmə, hər şeyi ürəyinə dərd eləmə, saxta məclisdə barıt çəlləyi kimi "part!" eləmə, "Bəli" deyə bilməsən sus, Sözü yeyə bilməsən, sus. Susmaq da bir işdi, döz, bu da bir ötəri görüşdü. Sus, qışqırsa da dəniz, çağlasa da dəniz, ağlasa da çiçək, susa bilirsənsə, Amma onu da unutma, ömrün də keçib gedəcək.

Page 221: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

221

Ñå÷èëìèø ÿñÿðëÿðè

BALALARIMIN QAYĞISI Yolumun bu başında ev, O başında idarə. Yaddaşımda ev, Qarşımda idarə. Yolumun xırda qol-budağı vardı. Kəsdik hamarladıq, Oldu duppədüz - Uzandı evdən idarəyə kimi, Səhər işə, axşam evə Gedib, gəlirəm bərə kimi. Mənim də öz yüküm var, Kiçiyim, böyüyüm, enişim, dikim var. Arzum, istəyim də çin-çindi, balalarımın qayğısı çiynimdə ağ göyərçindi. Gün uzunu yer şumlayıram. buğda əkirəm, dəyirmanda dən çəkirəm. Xəmir yoğururam, özümü yoğurub, yoruram. Məni çörək kimi yeyirsiniz, paltar kimi geyirsiniz, belə böyüyürsünüz sağ ol, demirsiniz, deyirsiniz... Öz işinizdi balalarım. Budur, Olanım, qalanım, varım.

Page 222: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

222

Ôèêðÿò Ãîúà

Keçdi bir gün də Ömrümüzün üstündən. Artdı bir yaxşı gün də, bir gün də keçdi pis gündən. Boyum bir gün qısaldı, balalarım bir gün ucaldı, Anam bir gün qocaldı. Mən nə itirdim, balalarıma nə qaldı, hələ bilmirəm. Hesablasan düz çıxır – döymürəm, döyülmürəm. Beynim bir qoşa ovuc torpaqdı, açılmadı baxtı. Şumlanmadı, əkilmədi, biçilmədi Tapdanmadı, keçilmədi, yazıq özünün gücünü bilmədi. Ömrün yarısına kimi yaşadı yazsız, qışsız, çapıqsız, qırışsız. Saçıma qış düşdü, kirpiyimə, qaşıma qış düşdü. Torpağıma Araz boyda qırış düşdü. Qırışmal beyinin Qırışı artmadı. Bu ötən ömür beynimi oyatmadı. Beynim yatdı, zaman yatmadı. İndi özümü çırpıram dörd yana,

Page 223: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

223

Ñå÷èëìèø ÿñÿðëÿðè

Gözümdə bu dərd yana-yana Uşağımın beynini İndidən oyatmaq istəyirəm. Özüm çəkəsi olduqlarımı Uşağın çiyninə atmaq istəyirəm. Uşaq da nə uşaq – bir sümükdü, bir dəri, öz kaşasını yeməyən uşağa dirənmişəm ki, "ala ye bu dərdləri".

Page 224: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

224

Ôèêðÿò Ãîúà

BİR ADI DA VAR Görüşün iki adı var, Əvvəlki adı həsrətdi. Gülüşün iki mərtəbəsi var, Birinci mərtəbəsi dərddi. Xəsis yoxluğun xəsisiydi, indi comərddi... Namərd pis günün namərdiydi; Yaxşı gündə o da mərddi. Əsl dərd əsl adamın yüküdü – İkisi də hər saat olmur, dərdsizlik də asan olmur. Hər şeyin iki adı var, iki üzü var. Hər üzün öz gözü var... Bir olan hər şey Qanundu, qadağadı, səddi, Həsrətin bir adı da Sərhəddi!

Page 225: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

225

Ñå÷èëìèø ÿñÿðëÿðè

HAYIF DEYİL Günəş də ilk şüalarını dağların başına salır. Zirvələrdə qışın qarı da yayın ortasına kimi qalır. Hayıf deyil ucalıq. Öz boyuna yaraşan Tarixi var, yaşı var. Ətəyində yaz olar, Zirvəsində qışı var. Hayıf deyil ucalıq. Səbri kimi böyükdü, Qəzəbli, kinli dağlar, Quzeyli, günlü dağlar. Dərdi kahalarında Susar, gizlənər, qalar. İllər uçurumlarında Donar, buzlanar, qalar. Hayıf deyil ucalıq. İlk tufan, ilk ildırım İlk qar, ilk dolu döyər. Buludun nəmi tutar, Küləyin yolu döyər. Hər ayağı yer tutan Zirvəyə qalxım deyər. Gözündən bulaqları Səssiz-səmirsiz axar, Min illərlə bir yerdə

Page 226: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

226

Ôèêðÿò Ãîúà

Susar, dayanar, baxar. Bir dağ zirvələrində Uca qalır ucalıq, Dağlar yaxşı bilir ki, Yaman şeydi ucalıq.

Page 227: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

227

Ñå÷èëìèø ÿñÿðëÿðè

YAXŞI Kİ, GƏLDİM Nə uduzmuşam axı, Taleyimin zarafatıyam. Atamın, anamın xoş saatıyam. Dünyaya gələn gündən qazanıram, Başqa heç kəslə işim yoxdur. Amma mən qazanıram. Yox idim, olmuya da bilərdim, Heç doğulmaya da bilərdim. Görən gözlərim, düşünən beynim, yaşayan ürəyim var, Bu cür gözəl dünya var, dünya haqqında Özümün rəyim var. Günəş özü boyda sevincdi, yayılır cahana. Nə qiymət qoyasan sevincə, kədərə, həyəcana?! Ürək dolu olur, Ömür gözəl olur, dadlı olur. Adam sevincin, kədərin bolluğundan istedadlı olur. Həyatın sehrbazlığı yumurtadan çıxan cücədi. Çiçəklərin rəngi, suyun səsi, qara torpaqdan yaşıl otların cücərməsi möcüzədi. Möcüzədi insanın sözü, baxışı, gülüşü. Ölüb heç nə olması,

Page 228: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

228

Ôèêðÿò Ãîúà

Heçdən yaranıb gəlişi möcüzədi. Sonra insanın bu möcüzələrə üzü öyrəşməsi vərdişi möcüzədi.

Page 229: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

229

Ñå÷èëìèø ÿñÿðëÿðè

XƏBƏRLƏR Kəndimizin tarlalarından Nikaraqua, Çili, Livana kimi, Kosmosdakı insan kimi Uzanır bir günümün qayğıları. Dünyadakı gərginliklə artır Canımın təzyiqi, başımın ağrıları. Dörd uşağım var - Elə bil hər biri Yer kürəmizin bir cəhətindədir. Hər gün könlüm Hər cəhətin halını Öyrənmək cəhdindədir. Livan faciəsi ola-ola danışmaq olarmı dünyada haqdan? Çörək yediyim yerdə Xəbər verirlər: Filan qədər insan qırılıb İrandan, İraqdan. Çörəyim boğazımda qalır, sözüm ağzımda qalır. Məhəmməd car çəkirdi İslam haqq deməkdi. Yoxsa müsəlmanlıq bir-birini qırmaq deməkdi? Elə xaçpərəstlər də, bütpərəstlər də, bütün pərəstlər də "Ya allah" - deyə-deyə qırır allahın yaratdığını. Yaxşını özü tərəfə dartır,

Page 230: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

230

Ôèêðÿò Ãîúà

Allahın üstünə atır öldürdüyünü, atdığını. Əzizim, gözüm, Atam, qardaşım, balam insan, Sən ki, böyük dühasan, nə olar Acgözlükdən doyasan!

Page 231: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

231

Ñå÷èëìèø ÿñÿðëÿðè

BİRİ VARDI, BİRİ YOXDU Kainatın nə vecinədi Ulduzlar arasında Hansı Qalaktikanın harasında Bir Yer kürəsi var, ya da yoxdu. Bəlkə min il sonra biləcək Bir ulduz da axdı... Bəlkə əksinə, Ulduzlar səs verəcək İtkin düşmüş ulduzun səsinə. Bir ulduzun ki, İnsan adlı balası vardı. Troya adlı şəhəri, Yeddi möcüzəsi, Bir də Qız qalası vardı. Hələ saysız-hesabsız Möcüzələrini demədik. Günəşli gündüzlərini, Aylı gecələrini demədik. Bir Yer kürəsi vardı, İnsan adlı möcüzəsi, Möcüzənin yaratdığı söz, Sözün yazanda şəkli, - Danışanda səsi vardı. Bir də Oljas Süleymenov, Süleyman nəvəsinin Söz haqqında sözü vardı. Qalaktikanın xatirəsində Yer kürəsinin yerini tapmayacaqlar, Başlayacaq tapmacalar. Ulduzoloqlar tox duracaqlar,

Page 232: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

232

Ôèêðÿò Ãîúà

Oğurlanmış səyyarə hesabına Hərə bir nağıl uydurub, Elmlər doktoru olacaqlar. Sonra bu şarlatanlar, Fərz eləyənlər Qara yaxanlar, şər atanlar Silahlar yaradıb Dayanacaq üz-üzə, Göz-gözə, Silahlar taxtabiti kimi daraşacaq Səmaya, yeraltına, dənizə, çölə, düzə, zirzəmiyə, dama, dəhlizə. Balaca casuslar qoyulacaq adamların ciyərinə, ürəklərinin içinə. Gizli qalmasın heç nə. Oğurlanmış Yer kürəsi üstündə hansı bir səyyarəsə Olacaq pis gündə. İki düşmən cəbhəyə bölünəcək ölkələr – Bir-birinin üstünə sürünəcək Vahiməli qara kölgələr. Bu gecə məni də yorub Bəlkə, bəlkə də, bəlkələr... Bəlkə ayağımızın altında Heç partlatmayaq doğma yeri. İşə salmayaq Uzaq səyyarələri.

Page 233: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

233

Ñå÷èëìèø ÿñÿðëÿðè

İNSANLAR Insanlar bezib Gərginlik altındakı dincliyindən. Bir-birinə gəldiyi kələyindən, bicliyindən. Elədiyi savabdan da, günahdan da doyub insan. Qorxub yaratdığı silahdan da, onu da əlindən yerə qoyub insan. İndi öz ağlından qorxduğunu gizləyir. Möcüzə gözləyir, Kimsə göydən düşsün, yerdən çıxsın, axırı ki, bu həqiqətləri yıxsın. Əlimizdən silahları alsın, Ağıl qoysun başımıza. Havamızdan vahimə götürülsün, dinclik hopsun torpağımıza-daşımıza. Döyülək, söyülək, danlanaq uşaq kimi, olsun ki, saflaşaq işıq kimi. Başları böyüyüb, ağla dolub, artmağa. Təzədən başlayaq bu dəhşətli silahları yaratmağa.

Page 234: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

234

Ôèêðÿò Ãîúà

RİSKSİZ CƏSARƏT Demə "taleyi-bəxt", uduzmayacaqsan heç vaxt, Nəyin var, nə uduzasan? Ucuz demə Ucuza sən. Atılmısan ortaya, oyna! Nə abır, nə həya, oyna! Sonra da qışqır, Getdi abrım, həyam - Elə bilsinlər var imiş! Çıxdı əlimdən gül kimi əyyam - Elə bilsinlər var imiş. Haray sal, düşdüm hörmətdən, düşdüm qiymətdən, elə bilsinlər o da var imiş. Ürəyinin odu azaldı, Qoy elə bilsinlər Ürəyinin odu var imiş. Haray sal "ağlım korşaldı", "gözüm işıqdan qaldı", elə bilsinlər ağlın da, gözün də varmış, Yellən, a qamış, xışılda, a qamış. Ay boydan uzun, ağıldan gödək allah qarğamış. Qışqır, həyasızlıq elə. Olmayan yerdən nə itirəcəksən? Bəlkə bir şey qazandın bundan belə.

Page 235: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

235

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Qızı gördü ağladı göy. Yağış altda yarpaqladı qız, Yoldaca pardaqladı qız. Bəsdir, yağma, ay insafsız, bizə yazığın gəlsin. Məhəbbət bürüdü yolları, Qızı görüb söyüdlərin yanına düşdü qolları. Analar, evdə gizlədin Yeniyetmə oğulları. Ölüm olsa, mən özümü toxuyardım, Bu ölümdən də betərdi. Bu məhəbbət, hər oğulun işi deyil, hər ananın yükü deyil oğul dərdi.

Page 236: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

236

Ôèêðÿò Ãîúà

ŞİRİN SÖHBƏT Yaman şirin keçdi bu söhbətimiz, Yanaşı durmuşdu gölməçə, dəniz. Əcdadımız birdi, kökümüz birdi, Kim bilir bəlkə də, yükümüz birdi. Səni də, məni də kin bulandırar, Yağış sərinlədər, günəş yandırar. Nə fərqi gölməçə, ya da ki dəniz, Səma güzgüsündə eyni şeyik biz. Fərqi yox, kainat tay-tuşumuzdu, Ulduzun axması uçuşumuzdu. Mən də yaşayıram qoca dünyada, Sən də öz ömrünü yaşayacaqsan. Mən desəm nəyəmsə tanışa, yada, Sən də bu söhbəti başlayacaqsan. Yadıma düşəndə öz "dəniz" adım, Xəlvətcə qəlbimdə mən lovğalandım. Dedim: "kiçikliyim səndən böyükdü, Dəvənin dərisi eşşəyə yükdü". Hərdən ölümünü unudur insan, Başından yuxarı baş aparır dil. Gölməçə, bağışla, əgər bacarsan, Əgər bacarmasan, heç gərək deyil.

Page 237: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

237

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏNİM BİRCƏ DÜNYAM Ac qalsam ümidimi yeyərəm, Günəş işığına bürünüb, dumanını əynimə geyərəm. Əlsiz-ayaqsız qalsam, İlan kimi sürünüb yenə sənə gözəl dünya deyərəm. Mənim bircə dünyam, Neynim, səndən ayrısı yoxdur. Gözlərim gözəlliyini görür, Çiçəklərin üzümə gülür. Görsəm ki, arzumun Ləçəkləri tökülür, Görsəm ki, ümidimin beli bükülür, Yenə işığını sevərəm, Səni öyərəm. Gözəlsən, dünya, deyərəm. Mənim bircə dünyam, Neynim, səndən ayrısı yoxdur. Yolların ayrıcında Məni dörd yerə parçalasalar da, Məni suda boğsalar da, Məni oda qalasalar da Yenə sənin gözəlliyindən danışaram. Yenə sənə nəğmələr qoşaram,

Page 238: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

238

Ôèêðÿò Ãîúà

Yenə sənə baş əyərəm. Gözəlsən, dünya, deyərəm, Mənim bircə dünyam, Neynim, səndən ayrısı yoxdu.

Page 239: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

239

Ñå÷èëìèø ÿñÿðëÿðè

İNSAN ÖMRÜ Bu yatmaq deyil, Üzü arzulara uzanırıq səhərə kimi. Bütün ömrümüz uzunu bunu təkrar eləyirik Son səfərə kimi. Gözlərimizi yumub baxırıq ulduzlardan o yana. Adam istəmir bu şirin səfərdən ayrıla, oyana. Ulduzlara səfərdən gecikmişəm, əlim çatmaz ətəyinə bir də o günlərin. Dünyaya gələn kimi Sorağını almışam bu xəbərin. İçin-için ağlamışam. bilmişəm ki, nə sürünənəm, nə də quşam. Çəyirtkəyəm, kosmosa kimi atılıb, düşürəm. Quş yumurtasında balayam, yer atmosferində yetişirəm. Yumurtanı dimdikləyirəm iç üzündən. Hələ nə kainatdan xəbərim var, nə də özümdən. Hələ bu yuxudan oyanmalıyam, Hələ öz rəngimə boyanmalıyam. Hələ ulduzdan ulduzlara qonmalıyam. Hələ beynim yuxudan ayılmayıb,

Page 240: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

240

Ôèêðÿò Ãîúà

Gözlərim açılmayıb səma kimi, Hələ qanadlarım düzəlməyib, uzanmayıb arzuma kimi. Hələ quruca adım var, Bizim Qalaktikanın balası İnsanam. İnsan olası İnsanam. Bu böyük ömürdə bir zərrəyəm, zərrəciyəm mən, Lap ondan da kiçiyəm mən. Eh, nə fərqi var, bu günəm, sabaham, dünənəm. Hər halda böyük bir İnsan ömründənəm!

Page 241: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

241

Ñå÷èëìèø ÿñÿðëÿðè

MƏNİ DƏNİZ ÇAĞIRIR Gecələr yuxudan oyanıram pıçıltısına, məni dəniz çağırır. Elə bil unutduğum layla səsidi. Elə bil dünyanın Əbədiyyət nəğməsidi, Mavi gözlüm çağırır məni. Uzun bir yuxu, gözəl bir ölüm çağırır məni. Sizə qəribə gəlməsin Ömür var ki, Şərəfsizlikdən də şərəfsizdi. Ölüm var ki, böyükdü, aydındı, gözəldi, elə bil ki, dənizdi. Bəzən adam öz içindən quruyur Ağac kimi, bulaq kimi. Bəzən adam öz zirvəsindən Sökülür dağ kimi. Bəzən adam öz çəkisini itirir, uşaq əlində də oynayır oyuncaq kimi. Belə anlarda axır üstümə, Uzaq ulduzların zümzüməsindən boylanır yaşıl bir yarpaq səsindən. Bəlkə də ürəyimin gücündə qalmış bir damla yaşamaq həvəsimdən. Dənizin səsini eşidirəm, Bir cüt mavi göz olur dəniz.

Page 242: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

242

Ôèêðÿò Ãîúà

Məni göllərin balacalığı sevindirir, ruhumu nurunda yuyundurur. Məni dəniz çağırır Balamdan, sevgilimdən xəlvət. adi yaşamaqdan, adi ölümdən xəlvət. Məni canındakı Lovğasız, təmiz çağırır. Soyunuram təmizlikdən özgə hər şeyi, Məni dəniz çağırır.

Page 243: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

243

Ñå÷èëìèø ÿñÿðëÿðè

GƏRƏKDİ Ömür onsuz da gödəkdi. Bu gödək ömürdən də Yeddi il bağçanı çıx, on beş il məktəbi, Çoxunun gözündə qalır mətləbi. O vaxtacan gözünün oduyla qazan qaynadan qızlar tağından düşür. Oğlanlar dəliqanlılıq oylağından düşür. Evlənməmişdən hesablayırlar əmini, dayını, Olası uşaqların sayını, Babanın, nənənin payını. Evlərinə gələni, gedəni. Toy günü sayırlar Saçlarına düşən dəni. Ömür onsuz da gödəkdi... Neyləyəsən axı, Oxumaq da gərəkdi, Ev də gərəkdi, uşaq da gərəkdi...

Page 244: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

244

Ôèêðÿò Ãîúà

MƏKTUBLAR Bir ürəyin arzusundan yoğrulur, bir ürəyin istəyindən doğulur, bir ürəyin istisindən ayrılır, məktublar. Dəmir çarıq geyən oğul kimi, Xoşbəxtlik axtarmağa gedən oğul kimi düşür bu yolların ağına. Heç kəs bilmir nələr gələcək başına, bir ünvan yazılıb ayağına məktubun. Sözlərdə ürək çırpınır - sevincdən partlayır, kədərdən sınır. Bu həyəcanlı xətt aşkar yazılar, gizli yazılar. Sözlərin arxasında Gözlərdən oğurlanıb Xəlvət görüşə gedən əli çıraqlı arzular. Çoxusu yazılmaz, bəzi yazılar. Gözlənər, gözlənməz gözdən gizlənər, gizlənməz məktublar. Ağlar, gülər bəzi zərif dodaqlarda öpülər. Bəzən cırılıb pəncərədən tökülər.

Page 245: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

245

Ñå÷èëìèø ÿñÿðëÿðè

Kiminin evinə qələbə sorağı gələr. Kimi də qəhrəman kimi ölər. Məktublar, məktublar. Kimi cılız bir mətləb olar, Kimi bir məktəb olar Məktub var, məktub var... Yolların sərgərdanı Məktublar... məktublar...

Page 246: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

246

Ôèêðÿò Ãîúà

YOLUNA BAX Gecə ayrı bir gecə. Sakit, ayrı bir gecə, Piyada yol gedirəm, Yola sərilib sükut, ulduzlarla mıxlanıb göyə bir topa bulud. Yolum dərədən keçir, Yolum təpədən aşır. Deyəsən, yol axırda Gedib aya dırmaşır. Gecə ayrı bir gecə... Gecə ayrı bir gecə... Könlümə uçmaq düşdü, Gözümü dikdim aya. Niyə axı qanadsız Gəlirik biz dünyaya?! Qalxardım asimana, ay nurunda üzərdim, dağların başı üstə Qartal kimi süzərdim... Ayağım daşa dəydi, tozlu yola sərildim. Özüm özümə gəldim. "Göyə, aya, ulduza adam yavaşca qalxar". Gecə yol yeriyəndə Adam yoluna baxar!

Page 247: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

247

Ñå÷èëìèø ÿñÿðëÿðè

YOL Biz bu yolu çox getmişdik atılıb düşə-düşə, güləşə-güləşə. Getmişdik piyada, arabada, atlı, Sözlü, zarafatlı, qanadlı. İllər keçib, Subaylığın soltanlıq taxtından ucalmışıq, Hərəmiz bir yanda yurd salmışıq. Uşaqlı, arvadlıyıq, Kabinet hünərliyik, vəzifə adlıyıq. Sözümüzün kəsəri artıb, Qulağımızın xəbəri artıb, Bizi vəzifə dartıb, uzadıb, düppədüz eləyib. Dostumuzu unutdurub Tanışlarımızı yüz eləyib. İndi əlli ilin başındayıq, yenə həmin yoldu. Maşındayıq. Öldürə bilmirik İlan kimi ürək üzən vaxtı. Söhbətimiz qısadı, Yol uzaqdı...uzaqdı... uzaqdı...

Page 248: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

248

Ôèêðÿò Ãîúà

BİR AN Ay işığında lümlüt soyunub gecə, Ay işığında yuyunub gecə, Çiyninə sarı bir tül atıb. Meh qara bir pişik kimi Gecənin ayağı altında yatıb. Ağaclar ayaq üstə donub qalıb, Nəfəsini də çəkmir. Quşları yuvalara elə bil əridib töküblər. Ay işığını dənizə Elə bil əkiblər. Dağlarda şəlalələr yəqin indi asılı qaldı havadan, Dondu zaman, Uzandı an. Təyyarələr səsini içinə saldı, İşıqlı pəncərələrini yumdu. Yarasaların, bayquşların Təyyarə qanadı kimi qanadları dondu qaldı. Mən qapıda donmuşam, Tərpənsəm əgər Sular axar, meh dirilər, ay işığı yağar. Ağaclar dərin bir köks ötürüb başını bulaya-bulaya pıçıldaşacaq,

Page 249: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

249

Ñå÷èëìèø ÿñÿðëÿðè

Quşlar yuvalardan aşıb-daşacaq. Keçib gedəcək an, Belə də nə qədər Qapıda donub qalasan.

Page 250: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

250

Ôèêðÿò Ãîúà

ÖZBƏK QARDAŞIM Boynum vurulub bəzən, amma əyilməyibdi Heç zaman başım mənim. Sənin duz-çörəyinə bu gün baş əyirəm mən, Özbək qardaşım mənim. İki min ildi dedin Gözəl Daşkəndin yaşı. üç milyardı keçib İnsanlıq yaşın sənin. Özbək qardaşım mənim, Mən yaxşı tanıyıram bu torpağı, bu daşı. Qardaşlığın yanında dostluğun azdır yaşı. İnsan ağlı kəsən vaxt indilərdi, indidi, Yer kürəsi insanın balaca Daşkəndidi. Zəlzələsi olmasın, vəlvələsi olmasın, doğma səslər içində Ögey səsi olmasın. Tarix elə gətirsin Bir zaman Daşkənd desin: Milyondur yaşım mənim.

Page 251: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

251

Ñå÷èëìèø ÿñÿðëÿðè

ƏVVƏLİNDƏ, AXIRINDA Ömrün əvvəlində Zamanın cilovunu möhkəm tut əlində. Ömür bir əlcə çörək deyil, yeyəsən, üstündən su içəsən. Ömür bir yoxuşluq yol deyil, fıt çala-çala keçəsən. Ürəyinin astarını üzə çevir, damla gözlərini dənizə çevir. İşlət, açılsın beyninin pası. Fikrinin qarşısında qırılacaq ulduzlu kainatın mavi yaxası. Yaşa, zamanla baş-başa, insanlarla əl-ələ. Ya da elə-belə insansız, zamansız, amma inamsız yox! Ömrün axırında ömür bir əlcə çörəkdi. Yemisən, üstündən su iç. Ömür bir yoxuşluq yoldu, keçmisən, sonunu da kişi kimi keç.

Page 252: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

252

Ôèêðÿò Ãîúà

Hələ bacarsan, son nəfəsdə bir zarafat elə. camaat gülə-gülə qalsın, Sən də aradan çıx gülə-gülə.

Page 253: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

253

Ñå÷èëìèø ÿñÿðëÿðè

GECƏYARI Gecənin altında ocaq qalamışam, Qaranlığı odlamaq istəyirəm. Gecəni yaman yaxalamışam – Üstündən səhərə adlamaq istəyirəm. Göydə də milyon-milyon Ocaq qalayıb mənim kimi ağılsızlar, Səhərə kimi qaranlıq yanar, sızlar. Səhər gözəllərin gözlərinə köçəcək qaranlıq, Dönəcək qara ətirli saçlara, qara qaşlara, ocaqlı, ulduzlu baxışlara. Od qoyub alışdıracaq məni, Göyə dırmaşdıracaq məni. Min ədası, Min nazı olacaq, Canından keçən mən, Məndən narazı, Özündən razı olacaq. Axşam da "mən getdim" - deyə Əriyib qarışacaq gecəyə.

Page 254: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

254

Ôèêðÿò Ãîúà

SÖZÜ QURTARIB Dənizin sözü qurtarıb, Çəkib üstünə dumanı, Uzanıb dan yerinin altına, Görkəmi heç yaraşmır adına. Elə bil əritmisən dənizi Tökmüsən torpağın çopuruna – Hamar olsun yer üzü. Dağların damarı qırılıb, qırçını açılıb. Sahildə qayalar Fikrə gedib - qocalıb. Günəş qalxıb o başdan, qızıl süfrəsini dənizin üstünə salıb, üstündə gümüş balıqlar atılıb-düşür. Qağayılar Sevincindən gülüşür. Yaman dirçəlib Taykeş ayaqqabılara oxşayan balaca qayıqlar. Balaca qayıqlarda üzür balaca qayğılar. Şeytanın biri deyir: - Oyat dənizi, - qışqır, Ya da sal əlini dənizi qarışdır.

Page 255: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

255

Ñå÷èëìèø ÿñÿðëÿðè

QAZAX ANASI Qazaxların anasını gördüm, Dayanmışdı bir göl sahilində, atının cilovu əlində. Ucsuz-bucaqsız çöllərə baxmaqdan, Üfüqə dirənən yollara baxmaqdan gözləri qıyılmışdı. Yanağı susuz çöllər kimi qırış-qırışdı. Atı da qulaqlarını şəkləmişdi, at ayaqlarının səsini eşitmək istəyirdi, İgidlərinin nərəsini eşitmək istəyirdi. Zamanın yalmanına yatıb gedənlər, Üfüqə dırmaşan yolu tutub gedənlər, Elə bil heç yox idilər, elə bil qarmaqarışıq bir yuxu idilər. Onlardan bu ucsuz-bucaqsız çöllər düşüb qaldı, Atlarını suvardıqları bu çaylar, göllər düşüb qaldı. Bir də ana yaddaşında meydan suladıqları Saralmış illər düşüb qaldı. Dərələrdə dəstə-dəstə ağaclar baş-başa verib O illərin dastanını danışır, üz-üzə durub qoşa-qoşa qovaqlar

Page 256: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

256

Ôèêðÿò Ãîúà

aşıqlar kimi yarışar. Nə at ayağının səsi gəlir, nə də üfüqdə görünmür bir qaraltı, yenə gün batdı, qaş qaraldı. Ananın əli qaşının üstündə qaldı, atı da yedəyində. Qayıtmayan qazax batırlarının Anasını gördüm mən bu gündə.

Page 257: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

257

Ñå÷èëìèø ÿñÿðëÿðè

QAZAXISTAN Təyyarədən aşağı Qazaxıstanın adamsız, ağacsız, karvansız çölləri, Qurbansız, qurbansız, qansız çölləri. Elə bil qədim bır döyüş meydanıdı, zaman süpürüb təmizləyib Tarixin qalıqlarını, Keçmişin arxasında gizləyib. Min il bundan əvvəl Gördüyüm kino lentidir elə bil Fırlanır başımda, heç kino lentinin özü də deyil, Köhnəlmiş, solğun kölgəsi qalıb yaddaşımda. Keçmişimin tanışı çöllər Gözümdən keçir. Əyri qılınclı keçmişim bu çöllərin dərəsindən, düzündən keçir. Arvad-uşağın yanında qalmağa utandım, ölümdən qorxduğumu dandım, Səhraya oxşayan qoşuna mən də qoşuldum, yola düşdüm. Dava eləmək istəmirdim, Amma lap ürəkdən döyüşdüm.

Page 258: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

258

Ôèêðÿò Ãîúà

Ölümün qorxusundan, öldürdüm düşmənləri, yolumu kəsənləri, qılıncla üstümə düşənləri Dünya kimi mənə tanışdı, dünya kimi köhnədi bu xatirələr. Heç bilmirəm olub-olmayıb, haradan yadıma düşdü. Hardan xəyalımda göynədi bu xatirələr. İlk dəfədi gəlirəm bu yerlərə, Amma tanış gəlir mənə bu qarlı dağlar, yaşıl dərə. Qarşılayanlar əl verdi, Şirin-şirin qazaxca nəsə danışdı. Sözlər çoxdan gördüyüm şirin bir yuxu kimi mənə tanışdı. Kumıs içməmişdim ömrümdə, elə ilk qurtumdan Kumıs yadıma saldı. Min il bundan əvvəl Sürdüyüm bir kəhəri. Kəhərimi yol sıxmışdı, Altımda oynayırdı yəhəri. Sağrısında təri, Tərinin ətri gəldi kumısdan. Bilmirəm heç nə soruşdum kumıs verən qızdan,

Page 259: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

259

Ñå÷èëìèø ÿñÿðëÿðè

qız dodaqlarını büzdü, çiyinlərini çəkdi, Bilmirəm, bunlar hamısı yuxudu, yoxsa gerçəkdi. Bu gündü, keçmişdi, gələcəkdi?! Amma kumısda min illərin tamı var, Mən görənlərin, mən bilənlərin tamı var.

Page 260: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

260

Ôèêðÿò Ãîúà

BİLƏYDİLƏR Balıqların xəbəri olsa ki, yollarına tor qururlar, tutub tavada qovururlar, Quşbaz Balaqədeşin sağlığına vururlar, balıq yeyə-yeyə... Balığın dəniz dibindəki ömrünə dadlıdır,- deyə-deyə. Nə yaxşı balıqlar Tutulandan sonranı bilmir, Sahilə atılandan sonranı bilmir. Yaxşı ki, balıqlar Öləndən sonra dirilmir, Öləndən sonranı Görüb təzədən ölmür. Dənizin dibində Mavi sərinlikdə üzdüyü çağlar balıqlar bilsəydi ki, Balaqədeşin sağlığına araq yavanlığı olacaqlar... Nə yaxşı ki, bilmir balıqlar.

Page 261: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

261

Ñå÷èëìèø ÿñÿðëÿðè

QARA Qara rəngin hər yerdə üzü ağdı. Yalandan, böhtandan uzaqdı. Qara deyəndə Bilirsən ki, qaradan o yana rəng yoxdu. Qarada nə varsa, göz qabağındadı, başqa çalar, ahəng yoxdu. Nə altında zirzəmisi, nə də üstündə mərtəbəsi var. Öz sanbalı, ləngəri, səsi var. Qara tabut da ola bilər, Qara duvaq da ola bilər. Qara tale də, Qara baxt da ola bilər. Ağ boyunda qara mərcan, A1 yanaqdan qara xal da ola bilər. Qara gözlər məhəbbətlə dola bilər, Qara saçların ətrində adam boğula bilər. Qaranın gözəl dadı ola bilər. Qaranın ağ günü, parlaq muradı ola bilər. Məhəbbətin çox adı var: Günəş deyirlər, bahar deyirlər, bir adına da "Qara qızın dərdi var" - deyirlər.

Page 262: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

262

Ôèêðÿò Ãîúà

Qara həmişə üzü ağdı, Mərddi elə qırmızı kimi. Görən kimi bilirsən, Güclüdü, canalandı, Qonşumuzun qara qızı kimi.

Page 263: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

263

Ñå÷èëìèø ÿñÿðëÿðè

MOSKVA Moskva deyəndə Səkkiz milyonluq bir təyyarə dayanacağıdı. Rusiyanın ən böyük bağıdı, Məhəbbət burdakı gözəllərin Ən sevimli oyuncağıdı, Görüşün, ayrılığın ocağıdı. Burda hər şey gəlir insan ağlına, Bir də görürsən yüz illərin binası çəkilib durduğu yerdən yana, yol verib təzə bir yola. Adamın heç olmasa təəccübü ola. Baxıb deyirsən belə yaxşıdı. Üstünə damcı düşəndə çətiri açırsan, yuxarı da baxmırsan, su tökülür, yoxsa bulud yağışıdı. Moskva boy atır hər an, hər saat, hər gün, Bəlkə heç təəccüblənməzsən – axşam gəlib görsən artıb uşağın, genişlənib evin (hər halda şeirin bu yeri zarafatdı). Moskvada səhərdən axşama

Page 264: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

264

Ôèêðÿò Ãîúà

bir ömürdü, həyatdı. Bura açıq ürəklə gəlsən hamı doğmadı. Özündə yadlıq varsa, Moskvada hamı sənə yaddı.

Page 265: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

265

Ñå÷èëìèø ÿñÿðëÿðè

NİYƏ? Əlimdə təzə üzdüyüm güllər, Qıpqırmızı qışqırdı qərənfıllər: Niyə əkdin? niyə becərdin, niyə kəsdin ömrümüzü. Üzümü göyə tutdum: Niyə yaradır? Niyə yaşadır? Niyə öldürür bizi?

Page 266: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

266

Ôèêðÿò Ãîúà

*** Biri ağlayır, biri gülür, biri döyür, biri döyülür. Dünyanın işi düzəlməyəcək, Nə qədər ki, yollar qovuşana yollar ayrıcı deyilir.

Page 267: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

267

Ñå÷èëìèø ÿñÿðëÿðè

EHEY! Ya yuxusuzam, ya da acam – - Başladım əsnəməyə yenə, Ehey!!! Ordan bir ulduz üz, at mənə!

Page 268: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

268

Ôèêðÿò Ãîúà

GÜNƏŞ Günəş niyə yanır? Günəşin nə dərdi? Yansaydı çoxdan qurtarardı, Canının adi hərarəti bu qədərdi.

Page 269: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

269

Ñå÷èëìèø ÿñÿðëÿðè

XƏSTƏ Xəstə göz qabağında Əriyib axır. Həkim yoxlayır... yerə baxır, göyə baxır, Necə deyəsən, pisdi, Necə deyəsən, yaxşıdı? Xəstəlik hansıdı? Dodaqlarının yanğısıdı? Gözlərinin qışıdı? Nə gördüklərimə oxşayır, Nə də oxuduqlarıma. Bir qarı qarasına deyindi, "A doxtur, səni doxturluğundan yarıma!" Həkim nə bilsin ki, Onun içində ağrıyan Müdriklikdəki son nəfəsidi. Ürəyində ağrıyan Altından çıxan maşındı. Barmağı altından gedən Katibənin düyməsidi. Bu yazığı Yorğan-döşəyə yıxmağa Elə bu da bəsdi. Hələ ürəyində ağrıyan Qucaq-qucaq dediyi Yalanı demirəm. Şişirtdiyi planı demirəm. İndi ürəyində Haqsız cavabları ağrıyır.

Page 270: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

270

Ôèêðÿò Ãîúà

İndi ürəyində Qəbul eləməyib, qapı dalında qoyduğu Nubar qarı ağrıyır. Gözdən saldığı köhnə dostları, Getmədiyi qohum toyları, Əzizlərinin yolları, Ürəyində qubar eləyir. Deməyir, ürək zarıyır, Deməyə də ar eləyir. Yaltaqları üçün darıxdığını da Özü-özündən danır, Boynuna almağa utanır. İndi yaltaqları da Başqasının yan-yörəsini Qabar eləyir. Bu xəstəliyə Loğman tədbiri yoxdu, Həkim nüsxələri yoxdu. Həkim neyləsin axı, Bu xəstəlikdən Heç allahın da xəbəri yoxdu.

Page 271: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

271

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÖLÜ PƏLƏNG Hər adamın içində min əsərin mövzusu var. Hər adamın canında min arzusu var. Hər adamın ürəyində bir pələng var, bir quzu var. Bir az yem at qabağına, üstündə də mehribanlıq, Yazıq insan dönüb quzun olacaq, quzun. Kölgən kimi ətrafında gah yığılıb gödələcək, gah da açılıb, uzun olacaq. Pələngi qırx arşın quyu dibində. Quzu pələngi gəzdirəcək cibində. Bəlkə ölənəcən pələng yuxulu, mürgülü getdi, İnsan ürəyində bir pələng gəlmişdi - ölü gəldi, ölü yaşadı, ölü getdi.

Page 272: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

272

Ôèêðÿò Ãîúà

ZƏMANƏ ADAMI

Sehrlidi bu "qəhrəman", Qan da çıxmaz yarasından. S.Vurğun

Nifrəti məhəbbətindən çoxdu. Elə bil ilandan əmələ gəlib, yayın cırcıramasında da soyuqdu. Soyuqdu, amma özü üşümür. İlan kimi gözləri yarıyumuludu, yatmayıb, düşünür. Kimi? Necə çalsın? Çalanda humanist kimi Özü ucalsın, Həm də başqalarını Çalmağa zəhəri qalsın. Özü yaxşı eşitsin deyə, ömrü boyu ayağının səsi eşidilməyib. Hər bərkə düşəndə can verib, bir dəfə də ölməyib. Adam əkmək, əkilmək, Əvvəlcədən geri çəkilmək, Satılmaq, satmaq üzrə aldatmaq, atmaq üzrə, Şahidsiz udmaq üzrə, Pusquda yatmaq üzrə Akademikdi kişi, Deyərsən təkdi kişi, içi şeytan yuvası, üzü mələkdi kişi.

Page 273: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

273

Ñå÷èëìèø ÿñÿðëÿðè

Yaşayıb dünyada gah göz üstə kirpik kimi, gah da güngörməzdə tük kimi. Lazım olsa ağladığı yerdə elə bərkdən gülür, deyirsən, kişi ürəkdən gülür. İndi çarəsi qalmayıb, çarəsindən yapışıb qocalıq. Saqqalı olmayan çənəsindən yapışıb qocalıq. Qocalıq onun başının üstünü kəsdirir, Əlini üz-gözündə gəzdirir. Coşmaq istəyəndə çənəsini əsdirir, yəqin ki, axırda qocalığı aldadıb yıxmaq istəyəcək, aradan çıxmaq istəyəcək – Bəlkə çıxdı da aradan, Çünki onun əliylə canlara dəyən canlar rüşvət alıb yaradan, Ölümünü də istəmirəm, çox qocalmağını da. Təki olsun həmişə Gözümüzün qabağında. Analar təzəsini doğmaq istəyəndə, Apar qaytar - deyək, vallah, özümüzün lap əlası var deyək.

Page 274: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

274

Ôèêðÿò Ãîúà

GİLEYLİ Dindirən kimi Giley-güzara əl atma. Özünü aldatma, ürəyi yumşaqları ağlatma. Əzizim, həmişə gileylənənlər haqlı olmur. Haqlı olanı da Heç maraqlı olmur. Hamımız döyüşçüyük, gileylənən döyüşçülərin ən acizidir. Hər insan bir əqidəyə satılır. Gileylənən insanların ən ucuzudur. Yaşayır həmişə Gündüzlə gecə arasında, həmişə ağrı tapılar olmayan yarasında. Özünün yaratdığı yalançı bir aləmi var, Dilində həmişə ehtiyat yalanı, Gözündə həmişə ehtiyat nəmi var. Sağılır, inək deyil, Minilir, at deyil, yaşayır, düzdü, amma, həyatı həyat deyil. Kişi deyil, arvad deyil. Günəş zarısaydı həmişə

Page 275: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

275

Ñå÷èëìèø ÿñÿðëÿðè

heç kəs baxmazdı günəşə, Bezib yarasa olardı canlılar. Nədən gileylənirsən, əlin var, gözün var, canın var. Kimə kələk gəlirsən, İnsan oğlu insan! Səndən aciz yırtıcıdı canavar. Dindirən kimi Giley-güzara əl atma, özünü də, bizi də aldatma.

Page 276: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

276

Ôèêðÿò Ãîúà

EY!!! Ey! Niyə öldürürsən? Bu insandı! Dərisini geymiyəcəksən, ətini yemiyəcəksən. Öldürdün, gərək yerə də basdırasan, Öldürdün, gərək, öz adını qatil yazdırasan. Bu yazıq onsuz da doğulan gündən bilir ki, bir gün gələcək, yüz təsadüfdən salamat çıxsa, qocalıb öləcək. Qocalıb ölməyən Toyuqdu, qoyundu, maldı. O da halaldı. Yemək üçün bəslədin, yemək üçün də kəsdin. Nə oldu, insana gələndə tələsdin, Öz boğazından kəsdin, verdin silahlara. Silahların öldürəni, yandıranı, əridəni Qəfıl can alanı, yavaş-yavaş çürüdəni. Öldür, yandır, çürüt məni. - Nə qazanırsan sən öldürəndə, öz ömrün uzanırsa, başqa məsələ.

Page 277: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

277

Ñå÷èëìèø ÿñÿðëÿðè

Hardan bilirsən hələ, bəlkə elə düşdü, özün də öldün. Bu döyüşdü. Bu giclikdən əl çək, İnsan doğulan gündən bilir ki, öləcək. Özünə qatil də uydurub, adın da Əzrayıl qoyub. Əzrayılın xəbəri yox, özünü ona nökər tutmusan. Öz ölümünü, deyəsən, unutmusan. Ehtiyatlı ol, İnsan əsəblərini az sına. Bizim atalar sözü var: Su sənəyi suda sınar.

Page 278: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

278

Ôèêðÿò Ãîúà

NECƏ VAR Hər kəsin ürəyində düşündükləri üzündə görünə. Hər kəs öz arzusuna görə: kimi uça, kimi qaça, kimi sürünə. Ürəyindəki arzuya görə Hər kəsin üzü dəyişə, Kimi insan, kimi mələk, kimi meymun sifətinə düşə. Özü də günün günorta vaxtı, Onda gör nə qiyamət olacaqdı. Ağlayan kim, gülən kim, qaçıb gizlənən kim. Meydana gələn kim. Elə adamlar meymuna dönər ki, göydə Günəş çaşar, quyunun suyu heyrətindən ağaca dırmaşar. Elə adamlar məlakə olar ki, Heyrətindən ağlarsan. Görmədiyinə, görüb saymadığına görə öz gözlərini dağlayarsan. Dünya alt-üst olar, dəyişər aləm. Bəlkə də, pis günə düşər aləm. Milyard illərin yolundan çıxar, Oxundan oynayar aləm.

Page 279: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

279

Ñå÷èëìèø ÿñÿðëÿðè

Qarışar, qaynayar aləm. Sonra dünya sahmana düşməz. Sən allah, Necə var elə qalsın hər şey, hər kəs.

Page 280: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

280

Ôèêðÿò Ãîúà

TANIŞ SƏSLƏR Daşlar ağlı, qaralı Milyon illərin üst-üstə hopmuş səsləridi. Susur dili bağlı. Əlini at, bir daş götür, danışdıraq. Val kimi fırlayaq daşı tərsinə, Qulaq asaq əcdadımızın uzaq, tanış səsinə. Daş danışa-danışa kiçildikcə Səfər eləyəcək min illərə. Səfər eləyəcək dillərdən-dillərə. Daş kiçiləcək, dillər azalacaq, axırda bir zərrə qum, bir də cənnətdən qovulmuş Adəm, Bir zərrə qumda Həvvanın səsi olacaq: "Adəm, mən səni adam elədim, adam!"

Page 281: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

281

Ñå÷èëìèø ÿñÿðëÿðè

TUTUQUŞULARI Eşitdiyi, gördüyü quşların, heyvanların Hamısını yamsılayır. Qışqırırsan, qışqırır, Sayırsan sayır, Adam da olur, it də, pişik də... Onun səsindən dinclik yoxdu evdə-eşikdə. Üstünün rəngi də yığmadı, Hər rəngdən bir damla. Elə danışır adamla elə bilirsən Əzizindi, doğmadı. Əsl zəmanə quşudu, Təkrar eləyir hamını təkrara sərf eləyib Səsini, həvəsini ilhamını... Öz sözünü, səsini Eşidən olmayıb, bilən yoxdu. Həmişə hörmətlidi, Həmişə toxdu. Həmişə təkrar eləyir, Təkrar, təkrar, təkrar. Yer üzündə təkrardan artıq nə var?

Page 282: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

282

Ôèêðÿò Ãîúà

ASAN DEYİL Asan iş deyil Həmişə anlayasan, Hər işə yarıyasan. Hamını duyasan. Başqasının süfrəsini bol görəndə özün də doyasan. Qonşu sevincini görəndə Öz dərdini unudasan. Bir qanmazı yüz yaxşıya bağışlayasan. Söyüşünü qaytarıb udasan. Namərdlik düşmənə bağışlanar, Ona hər kişinin haqqı var. Namərdliyi dosta bağışlamaq asan iş deyil, Ürəyin ağlayanda toyda gülmək gülüş deyil, gərək bacarasan! Bunlar asan olsaydı, onda daha nə vardı. Dünyada hamı İnsan olardı.

Page 283: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

283

Ñå÷èëìèø ÿñÿðëÿðè

KEÇİR Ürəyimdən nəğmə keçdi, Səsim olmadı oxuyam. Bu dünyadan atam köçdü, Gücüm olmadı saxlayam. Günlər, aylar, illər keçir, Daşlar üstən sellər keçir, Sinələrdə güllər keçir, İstərəm baxam, ağlayam. Mən susuram yavaş-yavaş, Söz altda daş, söz üstə daş, Adamlar çoxdu, a qardaş, Mən bir insan soraqlıyam. Soruşanda haqsızları, Hamı baxdı mənə sarı. Ay yurdumun balaları, Bəlkə, elə mən haqlıyam.

Page 284: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

284

Ôèêðÿò Ãîúà

TOFİQ HƏKİM (Zarafatyana) Dəlilər arasında ən ağıllı, ağıllıların ən dəlisovu, ən şuxu. Bir şəhəri işıqlandırmağa bəs elər gözlərinin işığı. Düzlük dəlisi, Həyat aşiqi. Minlərlə dostu var, onların ən yaxını ən əzizi öz tarıdı. Tarı dərdini söylədiyi anadı. Tarı qaçıb pənah gətirdiyi tanrıdı. Tarı ilə verər baş-başa, Heç kəsə demədiyini ona deyər. Bu taxta parçası dözməz, inləyər, zarıyar, Tar ağlaya-ağlaya Tofıqin ürəyinin yaralarını sarıyar, adamın öz ürəyi olsa, Adam quru taxtadan da yarıyar.

Page 285: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

285

Ñå÷èëìèø ÿñÿðëÿðè

DOSTUMU YUXUDA GÖRDÜM Bu gecə yenə yuxuma girmişdin, Səninlə görüşdüm. Göyçayda qara gözlü uşaq idin. Özün boyda işıq idin. Qaçırdın uşaq oyunları dalınca başaçıq, ayaqyalınca. Tərdən buğlana-buğlana, yanaq yana-yana. Gözlər yana-yana, dodaq yana-yana. Gözlərində nə şeir yazmaq qayğısı vardı, Nə də fılankəslərin Hədəsi, kölgəsi. Top kimi gümrah idi, atılıb-düşürdü durduğu yerdə. Əlini mən tanımırdım; Əliydi, gözləri iri, sifəti girdə, Əlinin uşaqlıq çağı. Orxanından da balaca Əli. Dedim: bəs sən böyümüşdün axı. Dedi: səhv eləmişdim. Nə var axı, böyüyüb görməli. Güllər, çiçəklər oyuncağı idi, Çöllər, düzlər oylağı. Uzaqdan bir nəğmə səsi gəlirdi: "Getmə, ey bahar, Qorxuram böyüməyə, Qorxuram şair olmağa, Qarşıda vaxtsız ölüm var".

Page 286: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

286

Ôèêðÿò Ãîúà

ÜÇ BƏND I Hər adamın dərdini bölüşməyə bir yoldaşı olar. Heç olmasa bir ağacı, bir daşı olar. Dəniz olsun, it, pişik olsun, adamın bir sirdaşı olar. Ürəyi dolanda üzünü tutsun, danışsın, yüngülləşsin, özünü unutsun. II Kimini tənhalıqdan qaçdığı yer, Kimini yarımçıq qalan işi, Kimini öyrənmək istədiyi sirr, Kimini də düşmən yaşadır. Bunlar olmayan ömürdən Ölüm yaxşıdır. III Yol var gedilməyib, Üzü tüklü adam kimi Üstünü ot basıb, Nə qədər adam özünü öldürüb, Suda boğulub,

Page 287: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

287

Ñå÷èëìèø ÿñÿðëÿðè

özünü asıb, onların yoludu qalıb yetim, kimsəsiz. Yolları ot basar yaşamasaq biz.

Page 288: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

288

Ôèêðÿò Ãîúà

İYİRMİDƏN SONRA İyirmi il bir-birimizi tanıdıq Dost kimi, qardaş kimi, Bir bədəndə iki baş kimi. Ağlımızı, istedadımızı Heç vaxt yarışdırmadıq, Qabağa çəkməyə çalışmadıq öz adımızı. Bir-birimizin yanında qürrələnməyi özümüzə yaraşdırmadıq. Dedik, ömrü yaşamaq da bir işdi. Sevinci, kədəri böldük yarı, yükümüz yüngülləşdi. Bir gün dostumun əlinə vəzifə keçdi, dostum dəyişdi. Təriflərdən şişdi, yaltaq laylalarına xumarlandı, Sağlığı tez-tez məclislərdə tumarlandı. Dırmaşdı üzü yuxarı, Baxdı üzü yuxarı, Özündən özü yuxarı. Ordan nə ötən ömür görünür, nə də dünən, nə də mən, Ömrün bu azalan vaxtı uzaqlaşırıq günü-gündən.

Page 289: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

289

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bir də yolumuz bir səmtə düşüncə, yollar qayıdıb görüşüncə, Gec olacaq, Bizim tabutumuzda Bir dost əlinin yeri boş qalacaq.

Page 290: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

290

Ôèêðÿò Ãîúà

BAYRAQ Bir qədər parça idi rənglədik, oldu bayraq. Bax, indi ondan nə qızlara don olar, nə də yaralara sarıq. Onu ancaq başımızın üstündə tutarıq, başımızın üstündən asarıq. Bu parça deyil, - namusumun şəkli, qeyrətim oldu. Ucalığı hörmətim oldu, mənə tapşırılan millətim oldu, Əlimdə bayraq başımı kəssələr, bayrağımdan tutub ayaq üstdə qalaram. Qanımla özümü boyayıb bayraq olaram. Bayrağım sancılmaq üçündür dağların zirvəsi, kosmik gəmilərin qübbəsi. Bayrağımı dalğalandırmaq üçün Fırlanır yer kürəsi.

Page 291: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

291

Ñå÷èëìèø ÿñÿðëÿðè

HƏQİQƏT Günəş böyük həqiqətdir, Ondan incimək olmayır. Təriflənmək ləyaqətdir, Bəyənməmək qəbahətdir, özgə söz demək olmayır. Qışda çox yatır demirik, Yayda çox yanır demirik. Biz istədik, istəmədik, Pəncərəni tezdən döyür, hamımıza oyan deyir. - İncimirik. Günəş böyük həqiqətdir. Böyük olmaq böyük dərddir, - O, hər yanda olsun gərək, O, hər yana çatsın gərək; quyuların dibinə də, bir damla nur atsın gərək. Kəndli ilə yer şumlayır, taxıl əkir. Fəhlə ilə kanal çəkir, bina tikir. Çiçəklərlə çiçək açır, Kəpənəklə qoşa uçur. Batanda da bu yer üzü qara geyir, Yoxluğunu hamı görür, hamı deyir. Günəş böyük həqiqətdir,

Page 292: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

292

Ôèêðÿò Ãîúà

Ondan incimək olmayır. Beləsinin verdiyi ziyan böyük dərddir, heç kəsə demək olmayır.

Page 293: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

293

Ñå÷èëìèø ÿñÿðëÿðè

TORPAĞIM MƏNİM Hələ gözlərini açmayıb səhər, Torpağın alnında puçur-puçur tər. Dumana bürünüb yatıbdır çöllər. Elə bil oğuldu, döyüşdən gəlib, Mehriban əllərlə tumarlanıb o. Ən çətin, ən ağır bir işdən gəlib, Yatıb mışıl-mışıl, xumarlanıb o. Zəfər qazanıbdır, böyük bir zəfər, Nə qədər zəhmətkeş oğlan-qızları Bəxtəvər eyləyib bu il, bəxtəvər, Yatır bu ellərin yuxusuzları. Qoynunda çalışan əllər də yatır, Qabarlı, qabarsız mehriban əllər... Hər kəs zəhmətiylə şöhrətə çatır, Odur ki, torpağa "ana" deyirlər. Əl-ələ verəndə torpaqla insan, Vətən də ucalar, balaları da. Ölkənin şöhrəti ucalan zaman Vüqarlı dayanar qalaları da. Biz sənin üstündə yük deyilik, yük, Sənə sevgimiz var, göylərdən dərin. Başını həmişə uca görmüşuk, Torpağa hörmətlə baş əyənlərin. Dincəl, yorğunluğun çıxsın yadından, Yenə gələn bahar çalışmalıyıq, Sənin şöhrətindən, sənin adından Biz hələ dastanlar danışmalıyıq.

Page 294: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

294

Ôèêðÿò Ãîúà

Beşiyim, səngərim, çörəyim, suyum, Tarlam, neft gölüm, nar bağım mənim, Tarixim, şöhrətim, düyünüm, toyum, anam Azərbaycan, torpağım mənim!

Page 295: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

295

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÖMRÜN FƏSİLLƏRİ Nə yaxşı ki, ömrümüzün fəsilləri var... Körpəlikdə dizin-dizin sürünürük biz. O yerişlə qurtarmazdı dünyada yollar, O yerişlə tükənərdi tamam səbrimiz. Uşaqlıq da lap təpədən dırnağa kimi Ürəyinin hökmü ilə yatır, oyanır. Ağlı yox, istəyi bol bir ağac kimi Mənzillərdə, həyətlərdə od olub yanır. Cavanlıqda sevgi dəmi, hicran qəmi var, Eyni anda həm ağlayır, həm də ki, gülür. Cavanlıq da bir fəsildir - yaz iqlimi var, Öz içinə özü sığmır, daşır, tökülür. Qocalıqda hər fəsildən dadsan da bir az, İşində ol, özün qazan, öz yükünü çək. İməkləsən, ağlın itsə, dözənin olmaz, Qocalıq da bir fəsildir, keçib gedəcək. Bizi basır öz bağrına bu ana torpaq, Zaman yoldan əyləməyir gəlib gedəni. Səndən qabaq gedənlərin taleyinə bax, - Hazırlaş ki, həmin tale gözləyir səni...

Page 296: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

296

Ôèêðÿò Ãîúà

ÖMRÜMDƏN DÜŞÜR Mən ömrümün üzünə Hələ indi gülürəm. Bu həyatın dadını İndi-indi bilirəm. İndi duyuram hələ Pis nədir, yaxşı nədir. Ömrün yazı nədir, Ömrün qışı nədir. Bu yandan da ağrıdan Ürəyimə dən düşür, - Günlər ömürdən düşür. Çaylara vurulmuşam, Sellərə vurulmuşam; Çöllərə, çəmənlərə, Ellərə vurulmuşam. Biri-birindən gözəl İllərə vurulmuşam. Hələ indi bilmişəm Nə deyir qara gözlər; Qara gözlər zülmətdə Neçə xatirə gizlər... Bu yandan da gözümə Duman düşür, çən düşür, - Günlər ömürdən düşür. Könlüm gəzmək istəyir, Könlüm görmək istəyir. Yazıq könlüm neyləsin, Könül vermək istəyir;

Page 297: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

297

Ñå÷èëìèø ÿñÿðëÿðè

Qız saymayıb keçəndə, Elə bilirəm məndən El, aləm dönüb gedir. Gözəllər arxasınca Naləm sürünüb gedir. Baxıram gül üzlərə, Oda düşüb yanıram, Ağarmış saçlarımı Düşünüb utanıram. Oğrun-oğrun baxana Yorğun-yorğun baxıram. Eh... qocalıq adamın Başına birdən düşür. Günlər ömürdən düşür.

Page 298: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

298

Ôèêðÿò Ãîúà

BAHAR Çöldə gülün ətri, balın ətri var, Yaz gəlib, hər yanda sevgi ətri var. Sular quşlar kimi verib səs-səsə. Bütün ömür boyu daş olub qalar Bu vaxtı eşqini kim əsirgəsə. Tikanın çiyninə kəpənək qonur, Zirvənin çiynindən su qalxıb aşır. Əynindən dumanı dağlar soyunur, Cığırlar dirilib göyə dırmaşır. Mavi rəng getdikcə çəkilir göyə, Qara rəng quyunun dibinə batır. Quşların məhəbbət çağıdır deyə, Sərçənin səsi də ürəyə yatır. Ayı olduğu da çıxıb yadından, Ayılar gərnəşir yarıyuxulu. Üşüyüb lal olmuş daşlar adından, Bulaqlar gəlibdir ürəyi dolu. Günəş də səmaya eşq ilə qalxır, Hər yan yaşıllığa batır baharda. Göydən sübhə kimi məhəbbət yağır, Torpaq da törüyür artır baharda.

Page 299: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

299

Ñå÷èëìèø ÿñÿðëÿðè

BAHARDAN BİR DAMLA İstəyirsən baharı əlimdən alasan sən. Çiçəkləri, yolları əlimdən alasan sən. Götür baharı apar, qoy ruhum qalsın mənə. Apar baharı, dəymə qəlbimin sevincinə. Mənə ölüncə bəsdir xəyalımdakı yollar, götür baharı apar. Bu bərəkətli torpaq qalacaqdır, bəsimdir. Başımın üstə günəş olacaqdır, bəsimdir. Hamilə qadın kimi dolu-dolu buludlar nə qədər səmada var, yenə olacaq bahar. Məni də yaradıbdır Torpaq, günəş, hava, su. Yaradıb həyat eşqi, bir də bahar arzusu. Mən də yüz-yüz güllərin rəngiyəm, nəfəsiyəm. Yağışların səsiyəm, baharın nəğməsiyəm.

Page 300: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

300

Ôèêðÿò Ãîúà

Gəzirəm diyar-diyar, mən bu böyük baharın balaca zərrəsiyəm, - götür məni də apar.

Page 301: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

301

Ñå÷èëìèø ÿñÿðëÿðè

İNANA-İNANA

İ.Məlikzadəyə

Bir dostum dedi: yanıram qardaş, yanıram! Bilirəm deyilənlər yalandı, yenə inanıram. Yaşadım allana-allana, inana-inana, - Görünür,bəzən ehtiyac da olur, yalana. Yalan şirin olur, nərgiz qoxusu kimi, ölüm yuxusu kimi. Yalan gözəl olur gözəllərin çoxusu kimi. Kişisən, di gəl inanma, inananda sevinmə, yalan olduğunu biləndə od tutub yanma. Ya da düpbədüz yaşa, kədərsiz, sevincsiz yaşa. Nə kiçik olarsan, nə də böyük, - ömrün olar ağır bir yük. 1978

Page 302: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

302

Ôèêðÿò Ãîúà

İŞ-GÜC Kişinin yaraşığı – dərdidir. Kişinin adına layiq dərdi olar. Qadının da qadına layiq dərdi olar. Adam ona görə evdən yola çıxır, işə gedir, işdən gəlir. Adamlar elə dərdi olduğundan danışır, gülür. Dərdimiz olduğundan yerin təkinə baxırıq, göyün yeddinci qatına qalxırıq. Yer şumlayırıq, yer əkirik. Zavod tikirik, yol çəkirik. İşdən-gücdən heç açılmır baş, Çünki dərdimiz-sərimiz var, qardaşım. Dərdi balaca olanlar girib evdə oturar, lovğalanar ki, dərdim var.

Page 303: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

303

Ñå÷èëìèø ÿñÿðëÿðè

BU YAY Günəşi qızıl inək kimi Üzüm gilələrinə sağacağam. Qırmızı almalara yığacağam. Gilaslar sırğa-sırğa gün işığı, Nar dənələri çıttaq-çıttaq günəş odu. Bu yay yerə yağacaq günəşin yaraşığı, Bəlkə bu yay insanlarda İstiqanlılıq bol oldu. Bu yay isinəcək ədalı qızların baxışı, Yaxşılar yaxşı idi, pislər də olacaq yaxşı. Ürəyimiz bir-birinə qızınacaq. Qışda gecələr uzanacaq. Üzüm, alma, nar bayram tonqalı kimi süfrəmizdə yanar. Süfrəmizin başında atılıb-düşəcək uşaqlar.

Page 304: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

304

Ôèêðÿò Ãîúà

LAQEYDLİK Biganə yaşamaqdan daha yaxşıdır ölmək. Bəlkə xeyir elədi cəhənnəmi də görmək. Bəlkə yüz il yana o, gözündə buz əriyə, kirpik kirpiyə dəyə. Bəlkə min il yana, ürək qızına bir az, Bəlkə istilik hopa dilinə-ağzına bir az. Onu bütün şeytanlar yığılıb qıdıqlasın, - bəlkə dodağı qaçdı. Min il əzab versinlər, bəlkə bir yol hirsləndi, bəlkə bir yol dalaşdı. Mən ondan qorxuram ki, özü kimi birini gətirəcək həyata... Biz də atayıq, ata... Laqeydlik yenə də dünyada qalacaqdır, Bizim balaların da qanı qaralacaqdır.

Page 305: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

305

Ñå÷èëìèø ÿñÿðëÿðè

DİPLOMLU DON KİXOT

Şeirlərimdə gözəllərin gözləridir ulduzlar. Ay camallıdır qızlar. Guya "yox" desələr ölərəm, "Hə" desələr ömrüm boyu gülərəm. Sevdiyimi görmək üçün gəlir bahar, Günəş onu görməsə, boğular, qaralar. Quşlar qanad saxlayar, qulaq asar səsinə, sözünə. Yarın ayağına dəysə bir kəsək, bir daş İş bitdi, qardaş! Çevirərəm yer kürəsinin astarını üzünə... Özünə bax, danışdığı sözünə bax. Məni oxutmaqda lap gül dərdilər! – İyirminci əsrin ikinci yarısında Bir Don Kixota da diplom verib üstünüzə göndərdilər. Bir mərtəbə qalxsa, tövşüyəcək, Qaçın, kainatla döyüşəcək.

Page 306: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

306

Ôèêðÿò Ãîúà

QUYUDAN BAXANDA Quyudan baxanda göy bir əlcədir; kainat - beş-on ulduz, hava qaranlıq, həyat bumbuz. Quyudan baxanda dörd yanın nəm divar. Ürəyində nəm var, gözlərində nəm var, belə həyatda nə var? Ağzıgöyçək böcək, çıx quyunun dibindən. Çıx köhnə dəbindən, Ürəyini, gözlərini quyudan çıxart. Gözəldir həyat! Bax güllərin rənginə, dağların boyuna, çayların ahənginə, quşların səhər toyuna... Göy - üzüm salxımları kimi ulduzlarla asım-asım. İnsanam! Gərək kainatı bağrıma basım!

Page 307: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

307

Ñå÷èëìèø ÿñÿðëÿðè

KİŞİLƏR Kişilər ağlamaz kişi öləndə, Kişi ağı demir, qara geyinmir. Ağırlıq böləndə, dərdi böləndə, Az düşdü, çox düşdü adam deyinmir. Bir cavan əl çəkər cavanlığından, Gedən bir kişinin əvəzi olar. Dul arvada bənzər kişisiz zaman, Çörəyi olarsa - sözbazı olar. Kişilər həmişə olub, olacaq, Oğlum, bir vaxt kişi deyərlər sənə. Ölən kişiləri qoyuruq ancaq Gələcək günlərin bünövrəsinə...

Page 308: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

308

Ôèêðÿò Ãîúà

YERLƏ GÖY ARASINDA Başım minarə qülləsi kimı göyə çəkir fıkrimi, sinmişəm xəyalın yəhərinə, - başım baş aparır yenə. Xəyalım deyir: hava vermə, işıq vermə, məni göyə çək. Belə getsə, bu bahar çiynimdən qanadlar göyərəcək. Başım elə bilir onda bir gün görəcək. Yenə burda tərləyəndə su var, suya batıram; yorulanda gözlərimin yuxusu var, yatıram. Orda gün altında gilə-gilə əriyəcəyəm. Qanad çalmasam, kəlləsi üstə yerə dəyəcəyəm Biz yer oğluyuq, torpaqdan tənbəlliyimiz var, sudan sərinliyimiz. Göydən gəlməmişik ki, göyə çəkilə bilək biz.

Page 309: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

309

Ñå÷èëìèø ÿñÿðëÿðè

Baş aparma, başım, uçmaq nədir; Mən də bir ovuc torpağam, torpaqdan qaçmaq nədir?

Page 310: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

310

Ôèêðÿò Ãîúà

KƏNDİMİZ OYANIR Səhər-səhər reyhanları üzüsulu, qızılgülləri gözüyuxulu kəndimiz oyanır. Şırıl-şırıl sağılır qızıl inək. Evlərin pəncərəsi - qızıl eynək, Eyvanda gərnəşir qızlar əynində qızıl köynək, kəndimiz oyanır. Toyuqlar qapıya baxıb, dən gözləyir, inək balasını yalayıb əzizləyir. Camış gövşək vura-vura əmizdirir, Havada təzə süd ətri var, Arxdan elə bil buğlana-buğlana süd axır. Adam nəfəs almır, sinəsinə hava yığır. Günəş dəcəl uşaq kimi dırmaşıb qayanın başına qalxır, Kəndimiz oyanır. Səhər-səhər gündoğan vaxtı, kəndimiz - tüstülənən bir ocaqdı. Od alıb yanacaqdı qara gözlər, - olacaq

Page 311: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

311

Ñå÷èëìèø ÿñÿðëÿðè

külü pülənmiş gözlər. İş yeri, döyüş yeri olacaq. od ələnmiş çöllər, düzlər. Hər sinədə bir yanar ocaq, salamları da, təndirdən çıxmış çörək kimi əli yandıracaq. İndi Günəş uçub qovağın başına qonur, banlayır. Səsi buludlara düşüb yanır, kəndimiz oyanır...

Page 312: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

312

Ôèêðÿò Ãîúà

QAŞ QARALANDA Hər gün qaş qaralanda bir az qəlbim kövrəlir. Kövrək xatirələrim qayıdıb yenə gəlir. İlk məhəbbət çağları... İlk görüş, ilk ayrılıq. Gecə...gözlər yuxusuz, hava ətir... ay ilıq... Pəncərənin işığı pıçıldayır, danışır. Pəncərənin işığı məndən küsür, barışır. Gecəni sübhə kimi kükrəyirəm, daşıram, yanıram, alışıram. Ona nəğmə qoşuram, heç kəs bilməyir ancaq. Gecələr yata bilmir bənövşə məhəbbəti özündən də utancaq bir uşaq... Hər gün qaş qaralana bir az qəlbim kövrəlir. Həmin utancaq uşaq qayıdıb yenə gəlir.

Page 313: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

313

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÖZÜMƏ TƏSƏLLİ Sən də bir insan idin, mənə yaxından-yaxın. Ümid dolu axşamların başlardı, haylı-küylü sabahın. Gombul qarağaca oxşayırdın, gövdən eşim-eşim, düyün-düyün. Əyninə yapışardı geyindiyin Arzuların bahar seli kimi qarmaqarışıq. Gözlərində həmişə ümid, həmişə işıq. Səhvini düzəltməyə də Qayıtmazdın, Elə bilərdin gecdi, keçdi. Elə bilərdin bu da bir zər imiş atdın, düşdü! Dünya sənin üçün ya hər şey idi, ya da heçdi. Qapıları tanıyırdın nəsilə görə, ocağa görə. Adamları vəzifəyə görə yox, qanacağa görə, Dilinə od bassalar qırpmayacaqdın gözünü, deyəcəkdin sözün düzünü.

Page 314: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

314

Ôèêðÿò Ãîúà

Sevincin də böyük olurdu, - o da sənə yük olurdu. Yaz seli kimi coşurdun, çağlayırdın. Qəmlənə də bilmirdin, yaz buludu kimi hönkürürdün, ağlayırdın. Bizim yerlərdə xasiyyətnamən idi adın. Sakit ölməyi də bacarmırdın, qəzaya uğradın. Bir də... Sən də bir insan idin, - insan ölür də...

Page 315: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

315

Ñå÷èëìèø ÿñÿðëÿðè

BAXTIM Dünən baxtımı gördüm - qırx üç il yol yoldaşım. Mənim ağarır başım, sənin də ötür yaşın. Neyləyərəm mən sənsiz döz, hələ bir az da döz, baxtım - əkiz qardaşım. Biz qoşa iməkləyib yerimək öyrənmişik. bu dalğalı yollarda ucalmışıq, enmişik. Əynimizə rəngbərəng illəri geyinmişik. Bərkdə, çətində, darda, nə zaman deyinmişik - haçan axıb göz yaşın? Gedək, bir az da gedək, baxtım - əkiz qardaşım. Səninlə yerin, göyün yükünü çəkərəm mən. Səninlə bəd günlərin gözünü tökərəm mən. Sənsiz bircə gün olsam üstümə dağ qalanar, yollar ilana dönər, ayağıma dolanar. Sənsiz daş suya dönər, su oda dönər yanar.

Page 316: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

316

Ôèêðÿò Ãîúà

Ağ çiçək açıb başım, Hələ nədir ki, yaşın. Gedək, qolboyun gedək! Baxtım - əkiz qardaşım.

Page 317: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

317

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÇİNAR Ağdaşımın ağbirçəyi, uca çinar, sən, yaşlıdan yaş soruşma, ayıb işdir. Qoca desəm, qorxuram ki, qəlbin sınar. Bu görkəmdə görüb səni, Yamaqlı görüb sinəni lap ürəyim kövrəlmişdi. Yüz illərdi oturmusan yol yanında, çay başında; Yüz illərin söhbəti var qırışında, duruşunda, baxışında. Yüz illərdi bu şəhərə gəlib-gedən qolunun altından keçir, sənin həyatından keçir. Çox görmüsən saf ürəklə gələnləri, min fərəhlə gedənləri... Top-tüfənglə gələnlər də gəlib, amma od-alovu sönüb gedib. Gəlib burda suya düşmüş kəsiyinə dönüb gedib. Burdan yola sən salmısan neçə oğul, ana çinar. Dönüb sənə xar baxana sən qənim ol, ana çinar.

Page 318: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

318

Ôèêðÿò Ãîúà

DƏNİZ Üstünə çəkib ulduzlu gecəni, unudub könlündən keçəni. Başını qoyub qumlu sahilə büzüşüb olub bir gilə, yatır dəniz. Yuxusunda gəmilər üzür, yuxusunu balıqçılar tordan süzür. Balığın havası, yeməyi dəniz, balıqçının yolu, köməyi dəniz... Dəniz – yatanda fələk gəlsə, yuxusuna haram qatmaz, hirslənəndə kainat layla çalsa, yatmaz. Salıb toruna balıqçılan, balıqları, heç biri yaşaya bilmir ondan ayrı...

Page 319: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

319

Ñå÷èëìèø ÿñÿðëÿðè

BALIQLAR Gəmilər çıxır dənizə, yazıq balıqlar, balıqlar. Düzüləcək süfrənizə yazıq balıqlar, balıqlar. Suda balıq ələnəcək, Hamısı tora bələnəcək, bir udum su dilənəcək yazıq balıqlar, balıqlar. Onlar quş tək qanad açar, dənizlər dibində uçar. Tora gələr bir gün düçar yazıq balıqlar, balıqlar. Can atdılar böyüməyə, bir-birini yeyə-yeyə tutuldular yeyilməyə yazıq balıqlar-balıqlar. Bir tordur dəniz özü də, Kimsə atıb dənizi də, bu tora salıb sizi də... yazıq balıqlar, balıqlar.

Page 320: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

320

Ôèêðÿò Ãîúà

DÜZLƏR Hər il şumlanan əkilən, biçilən bizik. Günəş kimi gündəliyik, Həyat kimi adi sözük. Hər il astarımızı üzümə çevirib geyirsiniz. Hər süfrədə bizi yeyirsiniz. Şeirinizdə dağlar, mahnınızda dağlar... canım, ədalət var, haqq var. Biz anayıq sizə, ana. Sərilmişik ayağınızın altına. Dağlar sizə üstdən-aşağı baxır, Seli-suyu üstünüzə axır. Neyləyəsən, əzəldən belədir, oğlum, insan. – Ayağının altındakını döyər, başının üstündəkini öyər.

Page 321: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

321

Ñå÷èëìèø ÿñÿðëÿðè

DOSTUM AĞAC Yol yanında bir ağac var, Hər il, hər bahar gəlib dəyirəm ona. Gəlib ürəyimin sirrini xəlvətcə deyirəm ona. Neçə illərin dostuyuq. Aramızda yalan olmayıb. Biz qanırıq bir-birimizi; bizim dilimizi qanan olmayıb. O ağacdı, gəzə bilmir, ayağını yerdən üzə bilmir. Gəlib dəyə bilmir mənə. Ayrı vaxt deyə bilmərəm, baharda mütləq düşürəm könlünə. Məni baharda mütləq arzulayır, günləri yox anları sayır. Pıçıldamaq istəyir mənə qışda nələr çəkib başı. Hər bahar mütləq gəlirəm, heç danışmasa da bilirəm. Mən o ağacın insan qardaşıyam,

Page 322: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

322

Ôèêðÿò Ãîúà

insan qardaşı. Ağacın gövdəsin dərinləşir qırışı, Bir bahar da artır yaşım, ağarır başım... Nə qədər canımda taqət var, gərək hər bahar gələk, bir-birimizi görək. Sən mənə ürəyini boşalt, Mən də sənə dərdimi danışım. Mənim yol yanındakı, tənha qardaşım.

Page 323: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

323

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Mənə elə gəlir ki, min ildi yaşıyıram. Mən bu insan adını, bu insan qeyrətini min ildi daşıyıram. Çox çətin bir iş imiş, çox çətin görüş imiş, çox çətin yürüş imiş. Eh, insan olmaq nə imiş, allah. İnsan kimi yaşamaq Yaman çətindir, çətin. Hər yaman danışan ağız yamaqdır, dövrə yamaq, Təbiətə yamaqdır sənin də təbiətin... Ömrümüz bu dünyadan oğurluqdur, oğurluq, nə sözün var uğurluq?..

Page 324: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

324

Ôèêðÿò Ãîúà

ÇÖRƏK Bala, çörəyi ovxalama! Çörəyi toza bulama! Çörəyi tullama! Çörəyi zibilə qatmayın, evdən çıxartmayın. Əkilməyi, biçilməyi, yığılmağı, bir insanın doğulmağı kimi zəhmətdi, bərəkətdi. Zinətdi, görənlər bilir ki, qızıldan qiymətli zinətdi. İndi dənizdə balıqlar azalıb, qağayılar da çörək umuduna qalıb. Ac uşaq kimi adamın üstünə qaçır, baxır əlinə. Örüş yeri də qəhət olub, quzu var, doğulandan ot dəymir dilinə. Bizimlə bir süfrədə çörək yeyir. Şüşədən süd əmir. Muğamata qulaq asır, bircə, sağlıq demir. İndi əkəndə yox, biçəndə yox, yeyəndə çörəyə

Page 325: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

325

Ñå÷èëìèø ÿñÿðëÿðè

şərikimiz çoxdu. Demirəm ki, yoxdur, var! Hələ çalışsaq iki bu qədər də olar. Amma dünya qarışsa, çörəyimiz barıta dönüb alışsa, indi zibilliyə tullanan, toz içində qızıl qırıntısı kimi yanan çörəklər gələcək gözümüzün qabağına. Onların sarısı çökəcək gözlərimizin ağına. Gözümüz qorxub, bəlkə ehtiyatımız olacaq, ancaq qağayılar acından öləcək...

Page 326: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

326

Ôèêðÿò Ãîúà

EVİMİZ Deyirlər, evimizi sökəcəklər, yerinə ağac əkəcəklər. Bu xəbər axşam, səhər "utana-utana", "yaşına-yaşına" vaxtsız əcəl kimi dolanır evin başına. Sökəcəklər, olacaq bir yığın daş, bir yığın toz-torpaq. Sonra yerinə su calanacaq, əkiləcək, olacaq bağ. Bu binanın barılarına, daşına-divarına hopub mənim sənə məhəbbətim, vüsalım, həsrətim, ürəyimin döyüntüləri, duyğuları... Bizim kövrək hisslərimizdi bu barı. Qıracaqlar, şüşə qab kimi sınıb töküləcək. Pıçıltılarım ayaq altında qalıb öləcək.

Page 327: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

327

Ñå÷èëìèø ÿñÿðëÿðè

Ömrümün şirin anlarını qatacaqlar tullantıların həyatına, aparıb atacaqlar ayın, ulduzların altına. Evimizin yerində bir söyüd sənə oxşayacaq. Gün işığında saçlarını yuyacaq. Bir qovaq şirin sözlər pıçıldayacaq sənə mənim səsimlə, yenə o gənclik ehtirasımla, o gənclik həvəsimlə...

Page 328: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

328

Ôèêðÿò Ãîúà

ANAMA MƏKTUB Dərsə gedən tərbiyəli uşaqlara oxşayır şəhərdəkilər. İşə gedər, işdən gələr, Unutmaz səhər idmanını, günorta naharını, axşam mütaliəsini. Nəzarətdə saxlayasan gərək sən ailəni, ailə səni. Əlini qaldırıb söz alar, icazə alıb oturar. Şəhər görüb-götürüb, ana, şəhərin tərbiyəsi var. Yoxsa bizim kənd - dalaşmağa sözə bənd... Məhəmməd kişi çomağını da götürüb tribunaya çıxmışdı keçən il. Çomağını elə dolayırdı havada sürü haylayırdı elə bil. Yerdə camaat ocaqda qazan kimi Pıqqıldayırdı, Onu lağa qoyurdu. Məhəmməd kişinin cini vurdu başına,

Page 329: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

329

Ñå÷èëìèø ÿñÿðëÿðè

qızdı ağzı dedi: - Ay camahat, mədəniyyət yaxşı şeydi. Söz danışar, söhbət... gilas...deyil. sizin... .................... Ana, ayrı şeydi şəhər, səhər radionun səsinə qalxır, hamı üzünü qırxır, axşam hamı televizora baxır. "Gecəniz xeyrə qalsın" – deyəndə diktor elə bil hamının gözünə yuxu dərmanı tökür doktor. Gecə də birdən düşür, birdən yatır adamlar, binalar, küçələr... Ana, ayrı şeydi şəhər...

Page 330: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

330

Ôèêðÿò Ãîúà

*** Bu yay kəndə gedəcəyəm səhər şehində ayağımı, əlimi yumağa. Nənəm evin küncünə atacaq əlindəki yumağı. Yenidən başlayacaq nənəmin dərsi, öyüdü. Üstündən də bir kasa isti inək südü. Ayaqyalın gəzəm gərək nə olsun ayaqdır, deyil ürək. O da darıxır kənd yolunun isti tozundan ötrü. Qulaqlarım darıxıb kənd qızlarının utancaq söhbətindən, sözündən ötrü. Naxıra gedərəm bir gün özüm-özümlə söhbət üçün. Otlar üstündə uzanım, kirpiklərimə ilişsin sərin bir meh. Sevincindən atılıb ulduzlarda yellənər tale, uşaq kimi yüyürüm, atılım çaya, üzüm o taya, bu taya... Bu yay böyük arzularım var, yerinə yetirəm gərək, yoxsa boşalır ürək.

Page 331: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

331

Ñå÷èëìèø ÿñÿðëÿðè

YONULMAMIŞ FƏHLƏ HEYKƏLLƏRİ Fəhlə ayağının altına daş yığa-yığa, binanı ucaldır; özü də başlayır ucalmağa. Mərtəbə-mərtəbə qalxır göydələnlər. Fəhlənin xəyalında - mənzilə köçən ailələr, deyənlər, gülənlər. Mənzilin havası ilıq... Mənzil, ağzına kimi dopdolu mehribanlıq. Nəğmə oxuyur, daşlar arasına hörülür nəğməsi, isti nəfəsi, ürəyinin səsi. Daşlara hopdurur məhəbbətindən, nifrətindən, bir az. Daşdır, dönüb ev olacaq, məhəbbətsiz, nifrətsiz olmaz. Ayağının altına arzusunu, eşqini həsrətini yığa-yığa ucaldır binanı, özü də başlayır ucalmağa..

Page 332: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

332

Ôèêðÿò Ãîúà

Fəhlə heykəlinin ayaq altıdır – bu işıq gələnlər, göydələnlər. Yonulur belə-belə heykəlləri. Qayalarda daş içində donub qalıb qabarlı əlləri. Kənddə dirədöymə oyanır heykəl, heykəltəraş olası uşaqlar. Qranit qayalardan heykəlləri açıb buraxacaqlar, qayalar gələcək şəhərə, qoşulacaq fəhlələrə...

Page 333: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

333

Ñå÷èëìèø ÿñÿðëÿðè

VAXT ÖTDÜKCƏ Mənə bundan sonra tez-tez küsmək, birinə vurulmaq, birindən bezmək yaraşmır. Bədlərə uymaq, görmədiyim yerə ayaq qoymaq, köhnə dostlardan bezmək, doymaq yaraşmır. Gizli eşqimin nazına dözməyə canım da qalmayıb, həyəcanlana da bilmirəm; qurtarıb, həyəcanım da qalmayıb. Yolum üstdən aşağı, mənə həmişə soyuqdu... ummalı, unutmalı adamlarım da yoxdu. Adamlarımı itirməkdən qorxuram, Yerdən dost götürməkdən qorxuram.

Page 334: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

334

Ôèêðÿò Ãîúà

GEC DEYİL Uzaq-uzaq ulduzlardan maviliyə bulaşmış, kainatı dolaşmış qonaqlarım gələydi. Sahildə uzanaydıq, gün işığına yanaydıq. Olmayaydı havada zavod iyi, dənizdə mazut ləkəsi, dalğada tullantı köpüyü. Su büllur kimi sınıb çilənəydi çilik-çilik. Ürəklə soruşaydım: necədir çimərlik. Görəydilər: hamı mərd, hamıda dəyanət, lüğətimizdən silinib - " xəyanət"... Minnət - nə qoyan var, nə də götürən. Gülümsünür bir-birini görən. Fərqi yoxdur: ağsan, qarasan, sarısan. Belə olur yer üzündə insan... Şair Qabil demiş: "necədir sizin üçün". Sizə yoluxası bəd xasiyyətimiz yoxdur, Buyurun doyunca havamızı udun,

Page 335: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

335

Ñå÷èëìèø ÿñÿðëÿðè

suyumuzu için! hələ nə qədər ki, gəlməyib qonaqlar, vaxt ver, yır-yığış eləyək, yaxşını, pisi ələyək. Üstümüzdən yuyaq, başımızdan darıyaq, bəd niyyətləri, bəd əməlləri; bir bədənin iki əli kimi sıxsın dünyada əllər əlləri. Nə qədər ki, gələn olmayıb, sirrimiz çıxmayıb çölə gec deyil hələ...

Page 336: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

336

Ôèêðÿò Ãîúà

GİLAVAR Nə acı dili var bu küləyin. Bir çəllək bal yalasa, yenə xeyri yoxdu. Səsi özündən soyuqdu. Axşamdan deyinir pəncərənin o üzündə. Nə çöldə abır qoydu, nə də özündə. Əlinə nə gəldi çeynəyir, cırır, çırpır divara, daşa; deyinir, donquldanır, mızıldayır, barı danışa... Dalğalar əlçim-əlçim onun əlinə getdi. Sahibinə də hürən həyasız itdi. Bir yaxşı yağış yağa, islana başdan ayağa, ayaq altına düşüb, büzüşüb tir-tir əsəcək. Dilini kəsəcək qanadları quruyana kimi, Biz də dincələk ona kimi.

Page 337: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

337

Ñå÷èëìèø ÿñÿðëÿðè

QƏDİRBİLƏN ELLƏR Tənha qaldım, fıkirləşdim, üşündüm, Öz içimdə eşim-eşim eşildim. – Nə yaxşı ki, ağrı varmış, düşündüm, Ağrılardı insan edən adamı. Sülhsevərsən, döyüşürlər, döyüşmə, Sənin ilə əyişirlər, əyişmə, Həmsöhbətlər dəyişirlər, dəyişmə, De ki: "qardaş, qoruyuram adımı". Ömür - uzun, yol əyrili, düzlüdü, Qarı dünya qarı kimi sözlüdü. Ağıl hürkək, ağılsızlıq üzlüdür, Belə seçdim tanışımı, yadımı. Yalan sözdür bu dünyanı yaradan, Yaradan da qaçdı, çıxdı aradan. Hayıf, ömür keçdi, getdi yarıdan, İtirmişəm o əvvəlki dadımı. Olmasa bu qədirbilən ellərim, Mən bir an da yaşamaram, ölərəm. Güldür məni, uşaq kimi gülərəm, Kim eşidər fəryadımı, dadımı...

Page 338: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

338

Ôèêðÿò Ãîúà

BAHARDA Körpəcə otların yaşıllığında mehribanlıq, yumşaqlıq, istilik, Bahar da üstəlik... Dumana bürüyüb dağlar yuxumu. Şəlalə deyinir ürəyi dolu. Qayanın qaşında qartal donubdur. Güllərin rənginə nəğmə qonubdur. Yamacda oyanıb gərnəşir əlik, Bahar da üstəlik... Budaqda yarpaqlar açır qoşa-qoşa, Quşlar uçur qoşa-qoşa. Yağış nəğmə qoşa-qoşa torpağa-daşa Torpağın yaşıllığı qaynayıb daşır. Telinə çiçək düzmüş ağacları da üstə gələk, Bahar da üstəlik...

Page 339: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

339

Ñå÷èëìèø ÿñÿðëÿðè

BİR BAHAR Bu dünya durduqca yaşayıram mən. Hər bahar yenidən yaşıllaşıram, hər bahar yenidən başlayıram mən. Payızda saralıb tökülsəm də, Torpağa bükülsəm də, ölsəm də - Könlünə düşsəm, deməli, gəlib baharım, yazım, Cücərərəm ot kimi, açılaram yarpaq kimi. Lalə olub od kimi yanaram. Çiçəklərə dönüb milyon rəngə boyanaram, üzə dayanaram. Qızılgül olaram, dodaqlarını öpər ləçəklərim; nəfəsim ətri olacaq çiçəklərin, - ətrimi çəkəcəksən sinənə. Qaçan yerin yoxdur, qovuşacağam sənə...

Page 340: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

340

Ôèêðÿò Ãîúà

MƏN ƏSGƏRƏM Kürəyimdə həmişə yük var, - yükdü deyiləsi sözlər, gediləsi yollar. Uşaqlara sevinc daşımalıyam. Haqq yolunda döyüşməliyəm. Lap ölüm ayağına da düşməliyəm. Özüm də qalib gəlməliyəm, yaşamalıyam. Kürəyimdə həmişə yük var. Öz ömrüm də mənim deyil, haqq adlı, ədalət adlı məndən də böyük var. Onunam, istəsə nəğmə kimi, istəsə ağı kimi. Mən haqqınam başdan ayağa kimi. Öz qəmimə ağlamağa, öz sevincimlə gülməyə ixtiyarım yoxdu. Mən haqqa gərəyəmsə, ölməyə ixtiyarım yoxdu. Mən adi əsgərəm, hər cəfaya dözərəm. Vicdanımın verdiyi hər əmrə müntəzirəm. Həmişə kürəyimdə haqq adlı yük var.

Page 341: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

341

Ñå÷èëìèø ÿñÿðëÿðè

Mənə əmr ediblər - yaşa! yaşayıram! Mən özbaşına deyiləm, Məndən böyük var!

Page 342: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

342

Ôèêðÿò Ãîúà

QIZILGÜL Güllərin budağı ağlayar, kollar qoparar haray: Baharda üzülmüş qönçələrim vay! Əlimi kəsib, ovcumda apardılar sizi. A kor qalmış budaqlarımın gözü, Dodaqlarımın deyilməmiş sözü, ətriniz, yarpağınız, ləçəyiniz, kal idi Rənginiz, gözəlliyiniz lal idi hələ. Qoymadılar açılıb dönəsiniz gülə, Dünyaya baxasınız gülə-gülə. Bəs niyə dözürdüm mən bu qışa, qara, yağışa. Öz-özümə deyirdim: döz, yaşa! Yazda ovcunda güllərini yana-yana qaldırıb göstərərsən cahana. Görənlər əhsən deyər, güllərinə su çiləyər. Gözəllər gözəlliyinə baş əyər, Yolundan əylənər, keçər,

Page 343: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

343

Ñå÷èëìèø ÿñÿðëÿðè

ətrinə bələnər keçər. İndi mən o uzaq şəhərə gedən yolam, gülü qayçılanmış tikanlı kolam. Mənə deyən gərək bu boyuna-buxununa yaraşırmı o boyda qızılgüllər; yaxşı eləyib boğazını üzürlər.

Page 344: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

344

Ôèêðÿò Ãîúà

KÜLƏK Küləyə nə olub belə, çırpır özünü qayaya, divara, məftilə. İşıq simlərində əlçim-əlçim olur külək. Yaraları göynədikcə söyüdlərin saçını yolur külək. Zəhmli müdirin daz başından şlyapasını aldı, yerə saldı; müavinin qorxudan ürəyi ayağının altına düşdü, - qorxudan az qala dili tutulmuşdu. Çəkdi qırdı eyvanlardan sallanan qırmızı şilələri, Dalğalara tutdu şillələri. Kim küləyin quyruğunu tapdalayıb, onu kim dalayıb? Kim dəyib xətrinə, dəli olub yenə, aləmi başına alıb səsi-ünü. Boğub yerdə havanı, göydə günü.

Page 345: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

345

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bakının küləyi – ərköyünü, nə olub sənə, desənə.

Page 346: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

346

Ôèêðÿò Ãîúà

BALIQÇI Qayıqlar kimin ayaqqabılarıdı, sahildə qum üstündə qalıblar? Kim çırmayıb balağını gedib dənizə, kim qayıdacaq gecədən və dənizdən danüzü!.. Kim gələcək, tək oturacaq qayanın üstündə? Sərtlik olacaq dəniz dalğası kimi qırışlı üzündə. Əlində balıq, gözündə yorğunluq, çiynində gecənin yuxusuzluğu boyda ağırlıq... ...Balaları atanın kürəyinə dırmaşırlar. Dənizə baxmaqdan gözləri mavi balalar canavar balaları kimi sahildə oynaşırlar. Alnının qırışlarında xatirələr yığın-yığın, qayıqları ayağından çıxarıb Sahildə balıqçı oturub yorğun-arğın.

Page 347: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

347

Ñå÷èëìèø ÿñÿðëÿðè

KOSMONAVTLAR Taledən, fələkdən, yağışdan, küləkdən, Gündüzdən, gecədən fəsillərdən, illərdən, Millətlərdən, dinlərdən dillərdən yuxarıda; insanlar arasındakı xırda-xuruş sözdən-bezdən, sizdən, bizdən yuxarıda yaşayır insan. Əsl insan ömrü başlayır insan. Gərək dalaşmasın, həddini aşmasın bəzi ölkələr. Haqsızlıq yüksəyə dırmaşmasın, yuxandan yaxşı görünür işıqlar, kölgələr... Təkliyə düşəndə deməyin burda mənəm, Bağdadda kor xəlifə, Ay nankor xəlifə, yuxarıda da insan var, - Haqqın, ədalətin balası insan. Lazım olsa,

Page 348: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

348

Ôèêðÿò Ãîúà

haqqın qisasını alası insan. Çöldən, düzdən, çaydan, dənizdən yuxarıda insan yaşayır, görür. Xırda-para sözdən-bezdən, sizdən-bizdən yuxarıda insan yaşayır, görür.

Page 349: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

349

Ñå÷èëìèø ÿñÿðëÿðè

İLLƏR Günəş göyün anasıdır, Yer günəşin hanasıdır. – Bu xalça toxunasıdır hələ milyon-milyon illər. Yollar burda naxışlanar, rənglər yazlanar, qışlanar, nə qurtarar, nə başlanar hələ milyon-milyon illər. Yazıq dünya, kefinə bax, ana günəş damağı çağ toxuyubdur, toxuyacaq hələ milyon-milyon illər. Toxuyur ömrün rəngini, göz yaşını, söz cəngini, toxuyar hər ayı, günü hələ milyon-milyon illər. Qoşa rəngdi kölgə, işıq, yaşayıblar, yaşamışıq, Gələr uşaq, gedər aşiq hələ milyon-milyon illər.

Page 350: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

350

Ôèêðÿò Ãîúà

BAHAR SƏHƏRİ Ağacların yarpaqları körpə quş balaları kimi ağzı göyə açılı; gicitkanlı, tikanlı, şirinli, acılı bütün çöl-bayır yeməlidi. Yamaclar qurban deyilməlidi. Bülbülləri demirəm heç, toyuğun səsində də məlahət var. Nə yaxşı ki, dünyada hələ kənd var. Kəndin adında abır-həya, xeyir-bərəkət var. Kəndsiz də keçinərdik. 19-cu mərtəbədə dibçəkdə qızügüllərim var, qəfəsdə cəh-cəh vuran sırtıq bülbüllərim var. Mədəyə baxır, nə var udub əritməyə dərdi, o güllər, bülbüllər də mənim kimi kəndlilərdi. Dözürəm yayın od yağışında, payızın yarpaq yağışında,

Page 351: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

351

Ñå÷èëìèø ÿñÿðëÿðè

qışda, boranda, qarda; bircə, dözə bilmirəm baharda. Əlimin könlünə torpaq düşür, ayağımın könlünə torpaq düşür. Gözlərimin könlünə körpə yarpaq düşür. Öz-özümə yazıq kəndli deyirəm. 19-cu mərtəbədən asılmış mənzilimdə zənbildə küçük zingildəyən kimi zingildəyirəm.

Page 352: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

352

Ôèêðÿò Ãîúà

ÜRƏK Bir baharın sevincini yükləmişəm bir ürəyə. Ürək top kimi doludu, dəyir yerə, qalxır göyə. Bu sevinclə yazıq ürək, sinəmə də sığan deyil. Göz yaşardır soğan kimi, soyulmaqda soğan deyil. Nə istəyir özü bilmir, nə sinəmdən çıxa bilər, nə də orda dözə bilmir. Taleyinə yazılan da çapalamaq, döyüşməkdi; qışda qarla döyülməkdi, yazda sellə sevinməkdi, qızılgüllə öyünməkdi. Onunçün də o ürəkdi, Onunçün də göz ikidi, ürək təkdi. Baş ağardı, göz korşaldı, ağıl itdi, bel büküldü... yalan sözdü, Nə çəkdisə, ürək çəkdi.

Page 353: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

353

Ñå÷èëìèø ÿñÿðëÿðè

DÜNYANIN İKİ GÜNÜ Yağış yağdı, gürşad yağış. Damda, daşda, çalıb-oynayan şad yağış. Yudu havanı, yudu şüşə kimi, yudu şəffaflığı ilə, sildi ağlığı ilə. Sonra yağış uçdu, qaçdı. Günəş təzəcə üzü yuyulmuş uşaq kimi qımışdı. Söykədim üzümü havanın soyuq üzünə, baxdım səmanın aydın, mavi gözünə. Burdan yağış keçib, nə yeri, nə danış, nə də din. Bundan əvvəl nə vardı Yağış yudu apardı... Dünyada ilk gündür, ilk gün.

Page 354: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

354

Ôèêðÿò Ãîúà

MUZEYDƏ Muzeydə bir qız vardı, gözlərində payız, saçlarında bahardı... Elə ki, adama baxardı adamın ürəyi sinədə yaşamaqdan bezərdi, darıxardı. Muzeydə bir qız vardı, kimin istəsə evini tikərdi, kimin istəsə evini yıxardı. Danışırdı bir xalqın adından, Şevçenkodan danışanda özü də çıxırdı yadından. Danışdıqca yanardı, alışardı, aşardı, daşardı, xəyalən onunla küsərdi, barışardı. Söhbətin kədərli yerində bir də gördün gözləri yaşardı. Deyərdi: evlənməyib Şevçenko, kimisə axtarıb ömür boyu... onun toyu olmayıb, toyu.

Page 355: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

355

Ñå÷èëìèø ÿñÿðëÿðè

Adam belə tələsərdimi heç, dünyaya gəlməyə, yaman tələsmisən Taras Qriqoryeviç. Bu qız da gecikib sənin görüşünə. Onun üçün kədər qonub gülüşünə. Səndən danışır kövrək-kövrək, üşünə-üşünə. Zamanın belə hoqqaları var, bir də gördün iki sevgilinin hərəsini götürüb bir əsrə atar, hünərin var di gəl zamanı geri qaytar. Bir muzeydə rastlaşıb iki sevgili, - tərsinə gedən iki qatar...

Page 356: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

356

Ôèêðÿò Ãîúà

İLİN SƏHƏRİ Açılır təzə ilin sabahı, kəndli ilinin səpin çağı, (Doğum evlərində qucaq-qucaq çağa), fəhlə ilinin bünövrə qoyan vaxtı. Açılıb təzə ilin baxtı, - hələ almayanaqdı. İl də insan kimidi, ömrünün səhəri var, günortası var, İnsanın qürub çağları var; Oyuncaqları, günahları, uşaqları var. Arzuları var, barı var, qubarı var. İl də insan kimidi, istəməz ömrünə düşsün müharibənin ləkəsi, artıb dünyanın "mənəm" deyən ölkəsi. Ölkələr şişib; bir-birinin üstünə düşür kölgəsi, Danışıqların artıb "bəlkəsi". Yazıq insan baxır dörd yana, zamana; boğazı quruyub,

Page 357: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

357

Ñå÷èëìèø ÿñÿðëÿðè

boğazında qalıb halal tikəsi. Neyləyək, qulağımızı tıxaya bilmərik, insan qulağına gəlir insan səsi. Açılıb təzə ilin sabahı, axşamı barlı gəlsin, bayrama tonqallı gəlsin, noğul, qoğallı gəlsin, şirin nağıllı gəlsin...

Page 358: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

358

Ôèêðÿò Ãîúà

QATARLAR KEÇİB GEDİR Gecələrdən keçib gedən qatarlardan yuxu yağar. Təkərin yorğun səsində, qatarın pəncərəsində kənddən yuxu keçər, axar, Bir gözəlin yuxusundan paravozuna kukla bağlı qatar keçər. Dümqırmızı bir vaqonda gəlin köçər. Qatar düşər torpaq yola, qapısına gələr qızın. İndi, səhər bu yuxunu Ay atalar, gəlin yozun. Qatar keçər kənd içindən. Kimə qalıb, gedir hara. Kənddən ayrı o tənha ev bu gün də çatmaz qatara. Qatar gedir, qayaları Meşələri yara-yara. Qatardan atılıb düşən uca-uca ağaclara bu qatardan bircə əlcə işıq qalır. Qatar gedir, təkərləri layla çalır. Yol yanında düşüb qalan balaca kəndlərim laylay. Yuxusunda qatar olmuş

Page 359: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

359

Ñå÷èëìèø ÿñÿðëÿðè

səllimi atlarım laylay. Olsa da bu gecə qara, kənddən ev minməz qatara. Kəndi qatardan qoruyan yuxulu itlərim laylay. Gecələrdən qatar keçər, - Bu yerləri nə görəcək. Kim qatarda yatar keçər?..

Page 360: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

360

Ôèêðÿò Ãîúà

GECƏ... ŞAMAXI... Şamaxıda gecə keçdi, yatmayana gecə heçdi... Gecənin rəngini içdi iki dostum sübhə kimı. Gərək göydən nağıl yağa, söykənib hərə bir dağa. sərmişdilər ortalığa Şamaxını süfrə kimi. Bu dünya bir alaçıqdı, onun da yolu palçıqdı. Tanrının cibindən çıxdı Günəş səhər süftə kimi.

Page 361: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

361

Ñå÷èëìèø ÿñÿðëÿðè

*** Bir əlinlə toplayırsan, yığırsan, bir əlinlə dağıdırsan, yığırsan. Dəli dövran, nə oyundan çıxırsan, səyyarəmiz bu nəsilə qalmayıb. Göydə ulduz, yerdə canlı sanıdı, Yer kürəmiz bir səyyarə canıdı. Bu yazığı fəzada kim tanıdı, salam verib hələ salam almayıb.

Page 362: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

362

Ôèêðÿò Ãîúà

*** Dünyanın ən ağır yolu gecədir, dünyanın ən böyük sevinci səhər. Mənim çətinliyim mən ölüncədir, sonrası?.. Sonrası hər şey düzələr. Ən yaşlı adam da gecə uşaqdır, tənhalar ölümlə vuruşur hər an. Gecələr zülmətə qərq olacaqdır, tənhalar getsələr əgər dünyadan. Tənhalar əvvəldən olub utancaq, mən də tənhalardan biriyəm, varam. Siz məni gecədən qoruyun ancaq, Sizi axşamacan mən qoruyaram. Qoruyun deyəndə, mənə zəng edin, söyün, hirsləndirin, yata bilməyim. Yuxumu qaçırıb məni dəng edin, - ölüm yuxusuna bata bilməyim.

Page 363: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

363

Ñå÷èëìèø ÿñÿðëÿðè

ÖMÜR Qarşımda bir ömür durub; min zəhmətlə bəzənəsi. Ürəyimdə şivən qurur Hədər gedən anın səsi. Taleyimin saatı tək gecə-gündüz yatmır ürək. Sinəmdəki hər çırpıntı Bir addımdır, ömür gödək.

Page 364: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

364

Ôèêðÿò Ãîúà

ASANDIR İnsan - ən uca zirvə, - İnsan kimi yaşasa. İnsan - ən kiçik zərrə, - kiçilməyə başlasa... Bu fərqin arasında insan... insan... insandı. Ucalmaq da asandı, kiçilmək də asandı.

Page 365: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

365

Ñå÷èëìèø ÿñÿðëÿðè

DAĞLARIN YUXUSU Dağlar heç zaman dənizi görməmişdi. Bir gün yuxu gördülər, dağların yadına düşdü dalğa olduğu çağlar. Bir-birinin dalınca qovur, qaçırdı dağlar. Dağlar dalğa idilər, fikri qovğa idilər. Sola-sağa çapardı, talar, çalar-çapardı. Qarşısına keçəni Əyib, büküb, aşardı, vurub, söküb aşardı. Dağlar öz yuxusundan elə kövrəldilər ki, gözləri də yaşardı, - yaşardı bulaq oldu. Dalğalar mal-qaralı, boz ayılı, marallı, daş səbirli dağ oldu, sinəsi yaylaq oldu.

Page 366: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

366

Ôèêðÿò Ãîúà

İKİ GÜNDÜR Hava işıq olanda işıqlı oluram. Hava buludlu olanda – buludlu; ürəyim işıq yolu, bulud yolu. İki gündür ürəyimdə bir şeir ağrıyır. Gecə yuxumdan kömək umuram, Gündüz gündüzümdən. Bezirəm dostdan, qohumdan, özümdən... Ürəyimdə bir şeir ağrıyır. Arvadla dalaşmışam, uşaqları döymüşəm, ayağımı sıxan ayaqqabını, qəsdən axtarıb, tapıb geymişəm. Ən zəhləm gedən qonşumun qapısını döymüşəm. Ürəyimdə bir şeir ağrıyır... Sevdiklərimi yolun ortasındaca sevirəm. Xoşum gəlməyənləri yolun ortasındaca söyürəm. Qorxun ki, yerin altını üstünə çevirəm, nə qədər ki, ürəyimdə bir şeir ağrıyır.

Page 367: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

367

Ñå÷èëìèø ÿñÿðëÿðè

TANIŞ GƏLİR Olur ki, yas yerinə gəlirəm, rəhmətliyi heç tanımıram, amma kövrəlirəm. Ağlayanlar tanış gəlir mənə, məni qınama; biri bacıma oxşayır, biri anama. Evimdə də rahatlığım yoxdu. Bir də görürsən bəd xəbər özünü mənzilə soxdu, - ekranın mavi gözündə qara xəbər. Bu gün İranda beş nəfər öldürdülər. Cavanların qanı yaqut oldu İran şahının tacına. Cavanlara ağlayanlar tanış gəlir mənə, biri anama oxşayır, biri bacıma. Sancır ürəyim boğazımda tıxcanır halal çörəyim.

Page 368: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

368

Ôèêðÿò Ãîúà

ŞƏHƏR, SƏHƏR Səhər-səhər üzü günəşə oyanır şəhər. Yolları - güc dolu qolları, hərəsi bir yana dartınıb gedir. Gecədən tökülüb qalan sükutu odlu sinəsinə çəkib əridir. Bu nəhəng fəhlə öz iş paltarını geyir əyninə, hələ gözlərini ovxalamamış, barmaqlarında boru tüstüləri burulur yenə. Şəhərdə qonağam, bekaram bu gün, bilmirəm özümü harda gizlədim bu nəhəng fəhlənin əl-ayaqlarına dolaşmamaq üçün. Hər gün səhər-səhər, şəhər insanları alar, səpər hərəsini bir yana. Axşam yenə qaytarar yığar evlərinə. Səhər yenə... Axşam yenə... Sinəsi qalxır, enir, hər gün bu təkrarı yenidən başlayır, Şəhərim belə nəfəs alır, belə yaşayır.

Page 369: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

369

Ñå÷èëìèø ÿñÿðëÿðè

AĞACLAR UÇAR Ağaclara tənhalıq güc gələr gecələr. Ağaclar yuxularda xoşbəxt olar, yaşar. Yuxunun şirinliyindən yarpaqları ağırlaşar. Yuxularda ağaclar uçar, budaqlarında koma-koma yuvalar, yuvalarda ətcə-ətcə balalar; Arxasınca dəstə-dəstə quşlar ağaclar uçar. Yorulanda səhralarda yatar, susuyanda bulaqlardan içər, ağaclar uçar, ulduzların yanından keçər meşələrin qəribə nümayişləri. Aşağıda ağarar mat qalmış adamların balta dişləri.

Page 370: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

370

Ôèêðÿò Ãîúà

ÖHDƏÇİLİK GÖTÜRÜN

S.Rüstəmə

Yüz əllini keçmişik, yüz altmışı görmüşük, yüz yetmişin az qala qulağını burmuşuq. Deyirlər, bir Süleyman altı yüz il yaşayıb. Onda şair Süleyman hələ təzə başlayıb. O, hələ indi-indi yetmiş yaşa dolubdur. Şirəlinin tay-tuşu ağsaqqallar deyirlər: göz dəyməsin, Süleyman cavan oğlan olubdur. Dahi Nizamimizin zarafatcıl nəvəsi. Ürəyində həmişə cavanlığın həvəsi. Bir əliylə çiyninə söykənibdi şeirimiz. Alovlu ürəyində nəğmələri, sözləri Alışan şairimiz. Təbiəti heç zaman olmayıbdır dəyişkən. Misraları döyüşkən, dəmirçi kürəsində yoğrulan şairimiz.

Page 371: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

371

Ñå÷èëìèø ÿñÿðëÿðè

İnqilabın səsindən doğulan şairimiz. Azərbaycan bu günlər hər an, hər gün qazanır zəfər üstündən, zəfər. Hər yanda hər tərəfdə alovlanıbdır yarış. Plan, plan yerində öhdəçilikdən danış! Şairlər ağsaqqalı, yetmişcə yaş nədir ki, siz belə bir iş görün: durun, qalxın kürsüyə - iki yetmişillik də öhdəçilik götürün!...

Page 372: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

372

Ôèêðÿò Ãîúà

TORPAQDADI Əsrlərə bac verəndi, yer əkəndi, becərəndi; Yeri gəlsə, çəmi düşsə, allahlarla bacarandı. Dili - şeirinin dilidi, torpaq kimi səbirlidi. Bu torpağı əkənlərin istedadı torpaqdadı. Utanandı, yaşınandı, Öz tağında yaşayandı. Bir bayatı dedi hərdən gözlərinin yaşı yandı. Torpaq kimi dözümü var kəndlinin sakit səsinin. Həmişə də süfrəsinin rəngi, dadı torpaqdadı. Torpaq onun nəğməsidi, həvəsidi, nəfəsidi. O, torpağın balasıdı, torpaq onun nəvəsidi. O torpağı əzizləyər, nə gözlər, ondan gözləyər. Kəndli bacı-qardaşının eşqi, odu torpaqdadı. Anam, bacım torpaq - deyə, sözümə yaxşı bax - deyə, o, torpağa əyildikcə

Page 373: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

373

Ñå÷èëìèø ÿñÿðëÿðè

adı-sanı qalxır göyə, Şöhrəti-şanı qalxır göyə. Kəndli-bacı qardaşımın yüksək adı torpaqdadı.

Page 374: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

374

Ôèêðÿò Ãîúà

YOLLAR SƏSLƏYİR Cücə yumurtadan çıxan kimi çıxdıq kənddən, nə sevincdən, nə də dərddən, - elə-belə. Vidalaşdıq gülə-gülə. Müharibə olsaydı, döyüşə gedəcəydik; biyar olsaydı, biyara. İndi elə-belə çıxdıq yollara, Anamız gülə-gülə yola saldı, kənd arxının o tayında qaldı. Bəhanəmiz vardı - oxumaq. Oxumaqdan ötəri isti yuvasından didərgin düşərdi hansı axmaq. Çöllər, düzlər, yad üzlər, qulağımız eşitməyən sözlər, Ruhumuzu ovlayası gözlər - Bunlar da dərsdi. Bunlar da bizim kimi, sağlam, xam onları, yüzləri

Page 375: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

375

Ñå÷èëìèø ÿñÿðëÿðè

gözlər. Xam torpaqları biz idik minib öyrədən. BAM yolunu biz idik minişkil edən. Ağdaşlı idi Kamçatkalı qızın görüşünə BAM-a gedən. Anamız qalır kənd arxının o tayında. Bir oğul qalır harayında... Saçı ağaran yollar, ümidi yoran yollar, barı məktub gətirin oğul aparan yollar. Kənddən cücə yumurtadan çıxan kimi, çıxırıq. Yollar boyu xatirə yığırıq. Qayıdanda nə doğma kəndə sığırıq, nə də qaytarmır bizi yollar. Deyir, qocalar yolda yorular, nə olar axı... Bizim də oğlumuz var, təzə kəndimiz, kəndimizin də arxı...

Page 376: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

376

Ôèêðÿò Ãîúà

DAĞLAR Lalə oda yaxar səni, yaşıl çəmən yıxar səni. Ağ köynəyin yaxasını cırıb çıxar yaşıl dağlar. Qar sel-suya dönər gedər, duman gələr, sinər gedər. Köçlər gələr, enər gedər, durub baxar yaşıl dağlar. Qoynu elin qaçan yeri, qoruyubdu nəsilləri. Yüz illəri, min illəri yorub yıxar yaşıl dağlar. Zaman düzləsə dağları, torpaq gizləsə dağları, tütək səsləsə dağları durar, qalxar, yaşıl dağlar.

Page 377: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

377

Ñå÷èëìèø ÿñÿðëÿðè

SƏMƏD HAQQINDA Muzey - bır ömrün tör-töküntüsü, bir böyük ömürdən düşüb qalanlar... A şair ömrünün yazıq günüsü, bir yığın kağızsan, bir qalaq paltar. Muzeysən, sənin də var muzey dərdin, qələmsən, tüfəngsən, saatsan, sazsan. Bir alim ömrünə bəs eləyərdin, amma şair üçün azsan, çox azsan. Vurğun nə ovçuydu, nə yazı yazan, şair - Vurğunun öz ürəyi idi. O bir parça idi, payızdan, yazdan, sərt qışda, tünd yayda gərəyi idi. O bir insan idi, böyük bir insan, böyüklər özünə kəsilir yağı. Bəzən bu dünyanın azadlığından çətindi insanın öz azadlığı. Nəhəng dalğa idi, qayaya sıxdıq, zaman axınında o çıxdı üzə. Ondan damlaları muzeyə yığdıq, qayıtdı, təzədən getdi dənizə. İndi şairimiz dönüb heykələ, düşüb qalanları muzey olubdu. Düzünə qalanda bilmirik hələ nə vaxt tənhalıqdan gözü dolubdu.

Page 378: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

378

Ôèêðÿò Ãîúà

O ki şair idi heykəldən qabaq, heykəl arxasında ömür gizlənir. Yazıq şairlərin taleyinə bax: heykəli özündən çox əzizlənir. Bəlkə qohumlar da ona gülüblər, gülməyə nə var ki, gülmək asandı, Şair tay-tuşları elə biliblər özlərindən sonra o da yazandı. İnsanlar içində düşüb itmişdi, ərki ürəyinə çatırdı ancaq. Şəhəri özünə muzey etmişdi qərardan, dövlətdən, hamıdan qabaq. Onda, Səməd idi qazaxlı Səməd, onda üzünə də kim idi baxan. Qardaşım, adətdi, adətdi, adət, - məşhur olmayınca cırılmır yaxan. Onda, ürəyində Vaqif gəzirdi, Qacar qəzəbi də dinərdi bəzən. Özü həm xan idi, həm də vəzirdi, bircə özü idi özünə dözən. Ellər səsləyirdi ruhunu hər gün, onun laylası da yarpaq səsiydi. O doğma yerlərə baş çəkmək üçün tüfəngi, tulası bəhanəsiydı. Elə güvənmişdi taleyi, baxtı, ellərdən almışdı öz avazını.

Page 379: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

379

Ñå÷èëìèø ÿñÿðëÿðè

Bəlkə də Londonda olduğu vaxtı yuxuda görmüşdü Qarayazını. Ürəkli açdığı qapı - ürəyi, o çırpıb qaçdığı qapı - ürəyi. Xəlvət danışdığı öz ürəyiydi, küsüb, barışdığı öz ürəyiydi. Özüm də bilmirəm nə deyim sənə, belə adamlara qayğı gərəkdi. Haqdır qayğı içrə böyüsə yenə, həmişə düşünən - həmişə təkdi. Bəlkə o, vağzaldan düşüb bir səhər indiki heykəlin yerində durub. Tanışsız-bilişsiz ögey küçələr kövrəlib, boylanıb, boynunu burub. Onun baxışları, onun ilhamı çöllərdən, ellərdən yığışan deyil. Çap olan ilk şerin böyük bayramı bütün muzeylərə sığışan deyil. Elə anlar olub - ölümdən betər, yolu heç bir zaman olmayıb hamar. Bunları deməsən, elə bilərlər daim xoşbəxt olur böyük adamlar. Sancıblar, insandı, ağrıyıb canı, qəlbində gizlədib öz gileyini. Hər saat yüz dəfə qaralıb qanı. Hər saat yüz dəfə açılıb eyni.

Page 380: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

380

Ôèêðÿò Ãîúà

Bu şikayət deyil, bu təlaş deyil, Dargöz! Dodaq büzmə, gəl gizlincə sən. Bu şair ömrüdü, nümayiş deyil, Geyinib-gecinib gəlib keçəsən. Sənə də hirsləndim, bağışla məni, sən də bu dünyada yaşamalısan. De, geniş düşünmək çətindi yəni, nə olar yaşayıb, yaxşı olasan. Olma dahi alim, nə dahi şair, bir yaxşı adam ol geniş ürəkli. Suçu ol, dülgər ol, bənna və sair, adam ol, adam ol, bizə gərəkli. Qoy ilk addım atan qısılsın sənə, birdən büdrəyəndə yapış əlindən. Bəlkə gələcəyin bir dahisinə sən ilk addımında kömək edirsən. Hələ mən nəyəm ki, söz meydanında, bilmirəm heç nədən söz düşdü belə? Bağışla, ay ustad, sənin yanında öyüd-nəsihət də verirəm hələ..

Page 381: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

381

Ñå÷èëìèø ÿñÿðëÿðè

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz .................................. ...........................................3

Azad insanıq ...................................................................19 Fəhləyəm .................................................................. 20-21 Usta ev tikir ....................................................................22 Anqara ............................................................................23 Qışda çiçəklər .................................................. .............24 Mərmi .............................................................................25 Xirosima ................................................................... 26-27 Katokda ..........................................................................28 Nağıllar .................................................................... 29-30 Buludlar ................................................................... 31-32 Hərdən könlümə düşür ............................................ 33-34 Telefonla söhbət ...................................................... 35-36 Sizinlə lovğalanıram ............................................... 37-38 Saat danışır .............................................................. 39-40 Salam, Allah ............................................................ 41-43 Dörd qütb, lampa haqqında ...........................................44 Tərcümeyi-halım ...........................................................45 Vətənpərvər ...................................................................46 Günəş səyyarələrin tonqalıdır .......................................47 Hər ürək ................................................................. .......48 Anam yaman fıkirlidir ...................................................49 Söhbət ...........................................................................50 Vida ...............................................................................51 Tablo ....................................................................... 52-53 Küləklər .........................................................................54 Kotanarxı .......................................................................55

Page 382: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

382

Ôèêðÿò Ãîúà

Mənim fəhlə dostlarım ..................................................56 Ulduzlar və ürək ............................................................57 Danış, Xəzərim, danış .............................................. 58-59 Mən ünvansız yaşayıram ......................................... 60-61 Bir nəğməyəm ................................................................62 Atam qocalır ..................................................................63 Qorxaq ...........................................................................64 Dünya və yaşamaq növbəsi ..................................... 65-66 Hamıya borcluyam ......................................................... 67 Mənim əsrim ........................................................... 68-70 Qaragül dərili quzu .................................................. 71-72 Öldü varlı ata ................................................................. 73 Eyniyik .......................................................................... 74 Yuxusuz gecələr ...................................................... 75-76 Babalarım ...................................................................... 77 Salam, Bakımın gələcəyi ........................................ 78-79 Cəsarət ..................................................................... 80-81 Bir gecə ......................................................................... 82 Gərəyim deyil .......................................................... 83-84 Qərbi Berlində ............................................................... 85 Təyyarələr qəzaya uğrayır ............................................. 86 Gözəl aləm .................................................................... 87 Dünyaya bax ................................................................. 88 Krıma qar yağıb ...................................................... 89-90 Dostum Anara ................................................................ 91 Qaya .............................................................................. 92 Astarada ........................................................................ 93 Bir çiçəklə yaz olmaz ........ . ........................................... 94 Qəribə işdi ..................................................................... 95 Gözlərin .................................................................... .... 96 Sərin bulaq, şirin bulaq, bir danış .................................. 97 May gəlib, məhəbbət bayramı gəlib ............................... 98 Düşüb ayağın altına ........................................................ 99

Page 383: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

383

Ñå÷èëìèø ÿñÿðëÿðè

Odlu baxışların şumlayır məni ..................................... 100 Bir ürəyim vardı ........................................... .............. 101 Göylər mavi nəğmədir ................................................ 102 Mat qalmışam sənə................. .................................... 103 Təki dünya yaşasın ....................................................... 104 Gözlər məni ..................... ........................................... 105 Çiçəklər aşıb-daşıb ....................................................... 106 Bağışla məni, bağışla ................................................... 107 Küsəyən qız .................................................................. 108 Bağban ........................................................................ 109 Kimdir oxuyan ............................................................. 110 Qızılgüllərə baxsan .............................................. 111-112 Məni qınamayın ........................................................... 113 Deyirlər ........................................................................ 114 Mən səni sevirəm, niyə gizlədim ................................. 115 Sabah qızlar bayramıdır ............. ................................. 116 Qiyam edəcəyəm özümə bir gün .................................. 117 Alçaq, yüksək damlar .................................................. 118 Durnalar keçirdi ........................................................... 119 Samux nağılı ....................................................... 120-121 Habilə .......................................................................... 122 Mən torpağam ..................................................... 123-124 Cəngi ................................................................... 125-126 İçərişəhər ............................................................. 127-128 Qovaqlar yıxılır ............................................................ 129 Mənim ilhamım ........................................................... 130 Bir məclisdə ................................................................. 131 Təkrar olunmayan an ............. .................................... 132 Dünyanı söymə ................................................... 133-134 Deyəsən ....................................................................... 135 Qorxmuram ......................................................... 136-137 İntiqam aldım ............................................................... 138 Qurban ......................................................................... 139

Page 384: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

384

Ôèêðÿò Ãîúà

Aman-aman ................................................................. 140 Məhəbbət macəram ...................................................... 141 Gözəl məhəbbət............................................................ 142 Subaylara ..................................................................... 143 Qocalanda .................................................................... 144 İlk sevgi ............................................................... 145-146 Heyif ............................................................................ 147 Uzaq dolanma ............................................................. 148 Dəcəl ürəyim ............................................................... 149 Mən sənə qurban .......................................................... 150 Xevsur oğlanın qarğışı ................................................. 151 Gürcü sağlığı ............................................................... 152 Gürcü dostum .............................................................. 153 Puşkinin heykəli önündə .............................................. 154 İnsan inadı ................................................................... 155 Sibirə qaldı .................................................................. 156 Sürücülər Sibirdə ......................................................... 157 Burusa çayı .................................................................. 158 Xatın kəndi .......................................................... 159-160 Litvalı tərcüməçi ................ ........................................ 161 Litvada ................................................................ 162-163 Layma günündə laymalar ............................................. 164 Dəniz və qız ................... ........................................... 165 Macarlar ...................................................................... 166 Balatonda payız .................. ........................................ 167 Sizi xatırladım .............................................................. 168 Salam, Pötefı ................................................................ 169 Balatonda ..................................................................... 170 Tələsmə ................................................................ 171-172 Silsiləsi ilan kimi qıvrılıb ............................................. 173 Güllər gözəllərdən gözəl .............................................. 174 Çətindir......................................................................... 175 Biz odlardan doğulmuşuq ............................................ 176

Page 385: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

385

Ñå÷èëìèø ÿñÿðëÿðè

Astaranın ...................................................................... 177 Dünyada ən nəhəng insan odur ki ................................ 178 İmtahan................................................................. 179-180 Kirpiklər tək açılar ............................................... 181-182 Yarpaqlar günəşə uzalı əllər ......................................... 183 Mənim alabəzək dünyam var idi .................................. 184 Quru çinarın nəğməsi ................................................... 185 Bağışla məni ................................................................. 186 İkinci görüş .................................................................. 187 Bir vaxt ......................................................................... 188 Heç bilmək olmayır kim dava saldı ............................. 189 Qurbağa və mən ........................................................... 190 Mərdəkan ..................................................................... 191 Zarafatyana................................................................... 192 Yesenin......................................................................... 193 Ağdaş meşələri...........................................................194 Mərd əlı ........................................................................ 195 Bir gecə ................................................................ 196-197 Qayğı . .................................................. .......................198 Yağış yağdı .................................................................. 199 Düşmənim ........ ........................................................... 200 Dişlər ağrısı .......................... ................... ................. 201 İşığın qaranlığı ............................................................. 202 Sərçə durna deyil ki....................................................203 Dağlar gedəcək..................................................... 204-205 22 mart ......................................................................... 206 Gül ................................................................................ 207 İnsanın dərdi yoxdur .................................................... 208 Səhər gimnastikası ............................................... 209-210 Heç olmasa ................................................................... 211 Külək döydü ................................................................. 212 Gecəni yusaq ................................................................ 213 Bir gün gələndə ........................ .......................... 214-215

Page 386: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

386

Ôèêðÿò Ãîúà

Nə yaxşı........................................................................ 216 Xatirəmdə ..................................................................... 217 Qadın yaradıb ....................................................... 218-219 Fikir eləmə.................................................................220 Balalarımın qayğısı .............................................. 221-223 Bir adı da var ................................................................ 224 Hayıf deyil............................................................ 225-226 Yaxşı ki, gəldim ................................................... 227-228 Xəbərlər ................................................................ 229-230 Biri vardı, biri yoxdu ............................................ 231-232 İnsanlar ......................................................................... 233 Risksiz cəsarət .............................................................. 234 Qızı gördü, ağladı göy .................................................. 235 Şirin söhbət .................................................................. 236 Mənim bircə dünyam ........................................... 237-238 İnsan ömrü............................................................ 239-240 Məni dəniz çağırır ................................................ 241-242 Gərəkdi ......................................................................... 243 Məktublar ............................................................. 244-245 Yoluna bax ................................................................... 246 Yol ........................................................................ .......247 Bir an ..................................................................... 248-249 Özbək qardaşım............................................................ 250 Əvvəlində, axırında ............................................... 251-252 Gecəyarı ....................................................................... 253 Sözü qurtarıb ................................................................ 254 Qazax anası ........................................................... 255-256 Qazaxıstan ..................................... ...................... 257-259 Biləydilər .................................................... ................. 260 Qara ....................................................................... 261-262 Moskva .................................................................. 263-264 Niyə? ............................................................................ 265 Biri ağlayır, biri gülür .................................................. 266 Ehey! ............................................................................ 267

Page 387: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

387

Ñå÷èëìèø ÿñÿðëÿðè

Günəş ........................................................................... 268 Xəstə...................................................................... 269-270 Ölü pələng .................................................................... 271 Zəmanə adamı ....................................................... 272-273 Gileyli.................................................................... 274-275 Ey!!!....................................................................276-277 Necə var ................................................................ 278-279 Tanış səslər ................................................................... 280 Tutuquşuları ................................................................. 281 Asan deyil .................................................................... 282 Keçir ............................................................................. 283 Tofiq həkim . ................................................................ 284 Dostumu yuxuda gördüm ............................................. 285 Üç bənd ................................................................. 286-287 İyirmidən sonra ................................................. . .. 288-289 Bayraq .......................................................................... 290 Həqiqət .................................................................. 291-292 Torpağım mənim ................................................... 293-294 Ömrün fəsilləri ............................................................. 295 Ömrümdən düşür................................................... 296-297 Bahar............................................................... ........... 298 Bahardan bir damla .............................................. 299-300 İnana-inana .................................................................. 301 İş-güc ........................................................................... 302 Bu yay........................................................................303 Laqeydlik .................................................................... 304 Dıplomlu Don Kixot ............................................ 305-306 Quyudan baxanda ........................................................ 307 Kişilər .......................................................................... 307 Yerlə göy arasında ............................................... 308-309 Kəndimiz oyanır ................................................... 310-311 Qaş qaralanda .............................................................. 312 Özümə təsəlli........................................................ 313-314

Page 388: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

388

Ôèêðÿò Ãîúà

Baxtım .................................................................. 315-316 Çinar ............................................................................ 317 Dəniz...., ...................................................................... 318 Balıqlar ........................................................................ 319 Düzlər .......................................................................... 320 Dostum ağac ......................................................... 321-322 Mənə elə gəlir ki. ........................................................ 323 Çörək .................................................................... 324-325 Evimiz .................................................................. 326-327 Anama məktub ..................................................... 328-329 Bu yay kəndə gedəcəyəm...........................................330 Yonulmamış fəhlə heykəlləri ............................... 331-332 Vaxt ötdükcə ............................................................... 333 Gec deyil .............................................................. 334-335 Gilavar ......................................................................... 336 Qədirbilən ellər ........................................................... 337 Baharda ....................................................................... 338 Bir bahar ...................................................................... 339 Mən əsgərəm ........................................................ 340-341 Qızılgül.......................................................... ..... 342-343 Külək .................................................................... 344-345 Balıqçı ......................................................................... 346 Kosmonavtlar ....................................................... 347-348 İllər .............................................................................. 349 Bahar səhəri.......................................................... 350-351 Ürək ............................................................................. 352 Dünyanın iki günü ....................................................... 353 Muzeydə ............................................................... 354-355 İlin səhəri.............................................................. 356-357 Qatarlar keçib gedir............................................358-359 Gecə... Şamaxı ............................................................ 360 Bir əlinlə toplayırsan, yığırsan .................................... 361 Dünyanın ən ağır yolu gecədir .................................... 362

Page 389: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

389

Ñå÷èëìèø ÿñÿðëÿðè

Ömür ........................................................................... 363 Asandır ........................................................................ 364 Dağların yuxusu .......................................................... 365 İki gündür .................................................................... 366 Tanış gəlir ................................................................... 367 Şəhər, səhər ................................................................. 368 Ağaclar uçar .................... .......................................... 369 Öhdəçilik götürün ................................................ 370-371 Torpaqdadı ........................................................... 372-373 Yollar səsləyir ...................................................... 374-375 Dağlar .......................................................................... 376 Səməd haqqında..................................................377-380

Page 390: fikret-qoca.comfikret-qoca.com/eserler/Fikret-Qoca-1.pdf · 2 Ôèêðÿò Ãîúà Buraxılışa məsul: Gülxani Pənah Filologiya üzrə fəlsəfə doktoru Redaktor: Tovuz Teymurova

390

Ôèêðÿò Ãîúà

Korrektor:

Arzu Mahmudova

Dizayn: Şəmsiyyə Əliyeva

Rəssam: Ayxan

ФИКРЯТ ГОЪА

SEЧИЛМИШ ЯСЯРЛЯР

Ы ЪИЛД

______________________________

Чапа имзаланмышдыр: 29.10.2014.

Каьыз форматы 60х841/16 Чап вяряги 24,5. Сифариш 29.

Tiraj 300. Гиймяти мцгавиля иля.