47
Göbələyin sporları

Göbələyin sporları

Embed Size (px)

DESCRIPTION

Göbələyin sporları. Septorioz xəstəliyi ölkəmizin arpa əkinlərində də rast gəlinir. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Göbələyin sporları

Göbələyin sporları

Page 2: Göbələyin sporları

Septorioz xəstəliyi ölkəmizin arpa əkinlərində də rast gəlinir.

Arpanın yoluxması üçün 6 saatlıq nəmlik, sporların cücərməsi və bitkiləri yoluxması üçün optimal temperatur 15-250C-dir. Xəstəlik geniş diapazonunda 5-350C temperatur inkişaf edir. İnkubasiya

dövrü hava şəraitindən asılıdır və 10-20 gün təşkil edir.

Septoriozla yoluxma yarpaqların vaxtından əvvəl qurumasına səbəb olur, bu nöqteyi nəzərdən arpa bitkisində gedən bir çox

fizioloji proseslər pozulur.

Xəstəliklə mübarizədə davamlı sort, qidalı torpaq, yaxşı aqrotexniki fonda becərilmiş bitki, eləcə də müxtəlif xəstəliklərə qarşı toxum

materialının səpindən əvvəl dərmanlanması septorioza qarşı profilaktiki əhəmiyyət daşıyır.

Unlu şeh, pas, sünbüllərdə fuzarioz kimi xəstəliklərlə mübarizədə tətbiq edilən bəzi fungisidlər (folikur BT, 1 l/ha; tilt 0,5 l/ha; skor 0,2

l/ha) septorioza da öldürücü təsir göstərir.

Page 3: Göbələyin sporları

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Hyphomycetes sinfi,

Hyphomycetales sırası, Dematiaceae

fəsiləsi, Alternaria cinsi

Bioloji qrupu:

Hemibiotrof

Arpanın alternariozu- Alternaria spp. (A. alternata [Fr.] Keissler, A. tenuissima Simmons) və başqaları

Page 4: Göbələyin sporları

Alternaria cinsinin növləri arpanın qara ruşeym xəstəliyinin törədiciləri hesab edilir və rüşeym zonasında

epidermisin örtüyünün qaralması şəklində zühur edir. Cinsin növlərində zeytuni sadə, bəzən budaqlanan ilkin

konididaşıyanlara rast gəlinir. Konidilər sadə və ya budaqlanan zəncirlərdə açıq-qəhvəyidən tünd

qəhvəyiyədək rəngli, əks yumurtaşəkillidir. Konidilər 3-10 eninə, 1-5 uzununa arakəsməlidir.

Arpanın alternariozuna hər yerdə yüksək tezliklə rast gəlinir. MDB ölkələrinin arpa əkinlərində əsasən

A.alternata geniş yayılmışdır.

Törədici yarpaq və toxumların, nadir hallarda isə müxtəlif fəsilələrə daxil olan bitkilərin gövdə kök sisteminin

parazitidir. Patogenin inkişafı üçün əlverişli şərait havanın yüksək nisbi rütubəti və 20-250C temperaturun

mövcud olmasıdır.

Page 5: Göbələyin sporları

Göbələyin konidiləri

Page 6: Göbələyin sporları

Ölkəmizin arpa əkinlərində alternarioz xəstəliyi kütləvi şəkildə qeydə alınmamışdır. Ona görə də xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılmır. Xəstəliyə qarşı davamlı sortlardan istifadə,

növbəli əkin sisteminə əmələ edilməsi, torpağın aqrokimyəvi analizinə uyğun balanslaşdırılmış gübrə normaları və digər aqrotexniki tədbirlər kompleksi bitkilərin alternarioza qarşı

davamlılığını yüksəldir.

F.B.Hannibal (2004) hesab edirlər ki, dənli -taxılların toxumlarının Alternaria cinsinin növləri ilə yoluxması məhsul itkisinə səbəb olmur, səpin keyfiyyətlərinə əhəmiyyətli təsir göstərmir. Lakin

Alternaria növlərinin çoxu kənd təsərrüfatı məhsullarını o cümlədən arpa dənlərini metabolitləri ilə çirkləndirir. Bu

metabolitlər bitkilər, heyvanlar və insanlar üçün toksikidir. Ən böyük təhlükəni A.alternata, A.tenuissima törədir, belə ki, bu növlər

alternarial, tenyazon turşusu və s. metabolitləri buraxırlar.

Page 7: Göbələyin sporları
Page 8: Göbələyin sporları

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi,

Ustilaginales sırası, Ustilaginaceae

fəsiləsi, Sorosporium cinsi.

Bioloji qrupu:

Biotrof

6.4 Qarğıdalı bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

Qarğıdalının toz sürməsi - Sorosporium reilianum (Kuehn) McAlp.

Page 9: Göbələyin sporları

Toz sürmə qarğıdalının hamaşçiçəklərini, süpürgə və qıcalarını yoluxur.

Sirayətlənən süpürgələr qara tozlanan kütləyə, qıcalar qara konusşəkilli spor kütləsinə çevrilir.

Sporlar qarğıdalının lifləri arasında yetişməyə qədər saxlanılırlar. Yoluxmuş bitkilər böyümədən

qalır, çox kollanırlar, adətən cırtdanlaşırlar.

Xəstəlik törədicinin infeksiya mənbəyi uzun müddət torpaqda saxlanılan teliosporlardır. Teliosporlar eyni zamanda dənciklərin səthində də qalaraq infeksiya

mənbəyi kimi iştirak edirlər.

Page 10: Göbələyin sporları

Onlar şar və ya ellipsşəkilli, kiçik tikanlıdır. Qışlamadan sonra teliosporlar dikariotik mitselə cücərirlər.

Dikariotik mitsel cücərtiyə daxil olur. Tədricən gövdə üzrə hərəkət edərək qıca və süpürgəyə çatır və onları sürmə yumaqlarına çevirir. Sporlar yetişdikdən sonra sürmə topasından üzülürlər, torpağa çökürlər və ya

qıcalara, dənciklərə düşürlər.

Xəstəliyin törədicisi ilk dəfə Misirdə sorqo üzərində tapılmış, sonra İtaliyada qarğıdalıda aşkar

edildikdən sonra təsvir edilmişdir.

Page 11: Göbələyin sporları

Qarğıdalının toz sürməsi - Sorosporium reilianum

Page 12: Göbələyin sporları

Qarğıdalının toz sürməsi - Sorosporium reilianum

Page 13: Göbələyin sporları

Qarğıdalının toz sürmə xəstəliyi ölkəmizin qarğıdalı plantasiyalarında da geniş yayılmış və ciddi ziyan vurur.

Xəstəlik xüsusilə yay ayları nisbətən mülayim keçən Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Qazax, eləcə də

dağlıq və dağətəyi rayonlarda yayılmışdır.

Toz sürmə xəstəliyi yoluxma dərəcəsi bir çox hallarda qarğıdalının səpin müddətindən asılıdır. Göbələk əsasən yüksək temperatur şəraitində yoluxma verir. Xəstəliyin inkişafı üçün optimal temperatur 28-300C-dir, lakin yay aylarında arabir düşən yağışlar patogenin daha şiddətli inkişafına münbit şərait yaradır. Buna görə də xəstəlik

cənub rayonları üçün xarakterikdir. Xəstəlik törədici 4-5 il müddətində həyatiliyini saxlaya bilir.

Page 14: Göbələyin sporları

Qarğıdalı əkinləri ardıcıl eyni sahələrdə olduqda xəstəliyin zərəri artır. Bitkinin istehsalat əkinlərində

yoluxma 10-25% olduqda, məhsul itkisi 1,1-40% təşkil edir. Xəstəlik gizli inkişaf edərək düzünə və dolayı

itkilərə səbəb olur.

Yüksək aqrotexnika, növbəli əkinə əməl edilməsi xəstəliklə mübarizədə əsas vasitələrdəndir. Sahəyə

qarğıdalının 3-4 ildən sonra qaytarılması məsləhətdir. Son illər ölkəmizin pestisid bazarına daxil olan 50%-li

pentatiuram i.t.- 2 kq/t, 75%-li vitavaks 200 i.t. – 2,5 kq/t, 19,5%-li baytan universal i.t. – 3 kq/t və s. kimi

preparatlar yüksək səmərəlilik göstərir.

Page 15: Göbələyin sporları

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi,

Ustilaginomycetes sinfi, Ustilaginales sırası,

Ustilaginaceae fəsiləsi, Ustilago cinsi.

Sinonimi:

U.maydis (DC.) Cda.

Bioloji qrupu:

Biotrof

Qarğıdalının qovuqlu sürməsi - Ustilago zeae (Beckm.) Ung.

Page 16: Göbələyin sporları
Page 17: Göbələyin sporları
Page 18: Göbələyin sporları
Page 19: Göbələyin sporları
Page 20: Göbələyin sporları

Qarğıdalının qovuqlu sürməsi bitkinin bütün hissələrində, ən çoxu isə gövdə və qıcalarda patoloji törəmələr (hall,

şişlər) əmələ gətirir. Adətən birinci törəmələr, qovuqlar, kök boğazında, sonra yarpaq və gövdələrdə, daha sonra

süpürgə və qıcalarda formalaşırlar.

Yarpaqlar yoluxan zaman qovuqlar ştrixli qırışlar qrupu şəklində müşahidə olunur. Süpürgələrdə ayrı-ayrı çiçəklər

yoluxurlar və kiçik ölçülü kisəşəkilli qovuqlar əmələ gətirirlər. Gövdə və qıcalarda iri törəmələr- qovuqlar

formalaşırlar.

Qovuqların diametri bəzən 30 sm-ə çatır. Törəmələrdə- qovuqlarda göbələyin teliosporları formalaşırlar. 1 sm3

qovuq toxumasında 370 mln. spor əmələ gələ bilir. Teliosporlar şarşəkilli, tünd-qəhvəyi, 8-15 x 7-10 mkm

ölçülü kiçik tikanlıdır.

Page 21: Göbələyin sporları

Qovuqların əmələ gəlməsi təxminən iki həftə müddətində baş verir. Törəmələrdə-qovuqlarda yetişən sporlar cücərmə qabiliyyətinə malik olmaqla, bitkinin

bütün vegetasiya dövrü yoluxma verə bilir.

Xəstəlik praktiki olaraq qarğıdalı becərilən bütün rayonlarda rast gəlinir. Qovuqlu sürmənin ilkin

mənbələri keçmiş Sovet İttifaqının iki qarğıdalı becərən Qafqaz və Moldova əraziləridir.

Bu yerlərdən xəstəlik törədici toxum vasitəsilə Ukrayna, Belorus və Rusiya ərazilərinə daşınmışdır.

Azərbaycanda bu xəstəliyə həm kiçik fermer təsərrüfatlarında, həm də sənaye əhəmiyyətli

əkinlərdə rast gəlinir.

Page 22: Göbələyin sporları

Qovuqlu sürmənin inkişaf dərəcəsi torpağın rütubətindən asılıdır. 60%-dən aşağı və ondan yuxarı torpaq rütubətində

bitkilərin yoluxması daim yüksək olur.

Teliosporların cücərməsi üçün minimal temperatur 0-50C, optimal 20-300C-dir. Törəmələrin əmələ gəlməsi prosesi 210C-dən aşağı temperaturda dayanır. Torpaqda sporlar

3 ilə qədər saxlana bilirlər.

Qarğıdalının gövdə və qıcaları yoluxan zaman məhsuldarlıq 25-30%-ə qədər azalır, məhsulun azalması

eyni zamanda yoluxma müddəti, bitkinin hansı orqanının yoluxması, qovuqların miqdarından asılıdır.

Page 23: Göbələyin sporları

Yüksək aqrofon

Dərin şum

Bitki qalıqlarının təmizlənməsi

Növbəli əkin

Toxumların dərmanlanması

Page 24: Göbələyin sporları

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi

şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales

sırası, Moniliaceae fəsiləsi, Fusarium cinsi.

Sinonimləri:

F.moniliforme J.Sheld., Gibberella

moniliformis Wineland.

Bioloji qrupu:

Hemibiotrof

6.5 Qarğıdalı bitkisinin digər xəstəlikləri, onlar əleyhinə mübarizə

Qarğıdalı qıcalarının fuzariozu- Fusarium verticillioides (Sacc.)

Page 25: Göbələyin sporları

Qarğıdalının süd yetişmə fazasının sonu, mum yetişmənin əvvəllərində qıcaların səthində solğun çəhrayı örtük əmələ

gəlir. Belə örtük sıx olduqda dənlər dağılırlar. Qıcada 15- 30 yarım dağılmış dənciklər ola bilir. Örtük göbələyin mitseli və

mikrokonidilərindən ibarətdir.

Mikrokonidilərin ölçüləri 4,3-19 x 1,5-4,5 mkm-dir. Mikrokonidilər nadir hallarda əmələ gəlir. Onlar düz və ya qısa olub, əyilmiş vəziyyətdədir, uzunluğu 30-58, eni 2,7-3,6 mkm, 3

və ya 5 arakəsməlidir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar və məhsul toplanışından sonra sahədəki qarğıdalı qalıqlarıdır.

Yazda mikrokonidilərin cücərməsi və bitkiləri yoluxması mü-şahidə edilir. Yığımdan sonrakı bitki qalıqlarında göbələyin kisə mərhələsi- Gibberella fujikuroi inkişaf edə bilir. Bu halda asko-

sporlar da infeksiya rolunu oynaya bilirlər. Həşəratlar tərəfindən zədələnən dənciklər xəstəliklə yoluxmaya çox həssasdırlar.

Page 26: Göbələyin sporları

Qarğıdalı qıcalarının fuzariozu- Fusarium verticillioides

Page 27: Göbələyin sporları

Qarğıdalı qıcalarının fuzariozu- Fusarium verticillioides

Page 28: Göbələyin sporları

a - mikrokonidilər; b- makrokonidilər; c- xlamidosporlar

Page 29: Göbələyin sporları

MDB

RUSİYA

GÜRCÜSTAN

UKRAYNA

BELORUS

XƏSTƏLİYİN YAYILMASI

Page 30: Göbələyin sporları

Göbələyin inkişafı üçün optimal temperatur 300C, minimal 10-140C, maksimal 35-390C-dir. Qarğıdalının yetişməsi və məhsul

toplanışı dövrü yüksək rütubət sirayətlənmiş qıcaların miqdarını yüksəldir.

Qıcaların fuzariozu məhsulun aşağı düşməsinə və onun keyfiyyətinin pisləşməsinə səbəb olur.

Vegetasiya dövrü bitkinin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata

keçirilməlidir. Optimal səpin müddəti və toxumun basdırılma dərinliyi, balanslaşdırılmış gübrə dozaları, cərgə və bitki aralarının işlənməsi əhəmiyyətlidir. Xəstə qıcalar çıxdaş

edilməli, məhsul toplanışından sonra infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən təmizlənməli, dərin şumlama

aparılmalıdır.

Page 31: Göbələyin sporları

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Helminthosporium cinsi. Sinonimləri:Bipolaris maydis (Y.Nisik. & C.Miyake) Shoemaker, Drechslera maydis (Y.Nisik. & C.Miyake) Subram. & B.L.Jain. Bioloji qrupu:Hemibiotrof

Qarğıdalı gövdələri, qıcaları və yarpaqlarının helmintosporiozu- Helminthosporium maydis Y.Nisik.

& C.Miyake

Page 32: Göbələyin sporları

Qarğıdalı gövdələri, qıcaları və yarpaqlarının helmintosporiozu- Helminthosporium maydis

Page 33: Göbələyin sporları

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Euascomycetes sinfi, Helotiales sırası,

Sclerotiniaceae fəsiləsi, Sclerotinia cinsi.

Sinonimləri: Peziza sclerotiorum Lib.,

Sclerotinia libertiana Fuckel,

Whetzelinia sclerotiorum (Lib.)

Bioloji qrupu:

Hemibiotrof

Qarğıdalının ağ çürüməsi – Sclerotinia sclerotiorum (Lib.) de Bary.

Page 34: Göbələyin sporları

Göbələyin spormərhələsi1-sklerosiyalar apotesilərlə; 2-kisələr

Page 35: Göbələyin sporları

Qarğıdalının gövdəsinin aşağı hissəsində ləkələr əmələ gəlir. Belə

ləkələr patogenin mitselindən ibarət ağ örtüklə örtülür. Tədricən toxuma

çürüyür, yoluxma yerlərində göbələyin sklerosiyaları əmələ gəlir. Onlar tünd qəhvəyi rəngli, qeyri-düzgün formalı,

diametri 5 mm-ə qədərdir. Sklerosiyalar torpaqda və bitki qalıqlarında saxlanılır. Rütubətli şərait zamanı sklerosiyalarda

apotesilər baş verirlər, hansı ki, daxilində kisələr askosporlarla əmələ

gəlirlər. Askosporlar bitkilərin yoluxma mənbəyidir.

Xəstəlik Azərbaycanda olduğu kimi Qafqazın dağətəyi rayonlarında,

Kubanda və s. zonalarda rast gəlinir.

Xəstəliyin inkişafına

yağmurlu hava və yüksək rütubət

önəm verir.

Page 36: Göbələyin sporları

Qarğıdalı gövdələrinin yoluxması nəticəsində

bitkilər zəif inkişaf edir, nəticədə

məhsuldarlıq 10%-ə qədər aşağı düşür.

Yüksək aqrofon yaradılmalı, balanslaşdırılmış gübrə normala-rından istifadə edilməlidir. Səpin torpağın temperaturu müsbət 9-

120C çatdıqda aparılmalı, növbəli əkin dövriyyəsinə əməl edilməlidir.

Cərgə və bitki aralarının daim işlənməsi, havalanmanın düzgün təşkil edilməsi, eləcə də başlıca

xəstəlik və zərərvericilərin daşıyıcıları olan alaq otlarına

qarşı müntəzəm mübarizə tədbirləri aparılmalıdır.

Page 37: Göbələyin sporları

1. Arpa bitkisində unlu şeh xəstəliyini törədən göbələyi göstərin ?

a) Erysiphe graminis f. tritici

b) Uncinula necator

c) Microsphaera alphitoides

d) Blumeria graminis f. hordei

e) Sphaerotheca pannosa

Özünü yoxlama üçün mövzuya aid test sualları

Page 38: Göbələyin sporları

2. Arpanın unlu şeh xəstəliyinin törədicisi hansı formada qışlayır ?

a) kleystotesilər yoluxan orqanlarda qışlayır

b) patogen mitsel və konidi formalarında payızlıq

arpada qışlayır

c) patogen konidi formasında torpağın səthində

qışlayır

d) törədici mitsel formasında arpanın kök sistemində

qışlayır

e) patogen kleystotesilərlə torpağın səthində qışlayır

Page 39: Göbələyin sporları

3. Qara çürümə xəstəliyinin törədicisi üçün hansı temperatur əlverişlidir ?

a) 15 - 21ºC

b) 5 - 7ºC

c) 21 - 30ºC

d) 16 - 26ºC

e) 30ºC - dən yuxarı temperatur

Page 40: Göbələyin sporları

4. Arpanın daş və ya bərk sürmə xəstəliyinin törədicisi qidalanma xüsusiyyətinə

görə hansı qrupa mənsubdur?

a) fakültətiv saprotrof

b) fakültətiv parazit

c) hemibiotrof

d) obliqat parazit

e) obliqat saprotrof

Page 41: Göbələyin sporları

5. Arpanın sürmə xəstəliklərini törədən göbələklər hansı fəsiləyə mənsubdur?

a) Ustilaginaceae

b) Tilletiaceae

c) Peronosporaceae

d) Liliaceae

e) Chenopodiaceae

Page 42: Göbələyin sporları

6. Pas xəstəlikləri ilə mübarizədə hansı preparatlar daha səmərəlidir?

a) tərkibində su olan preparatlar

b) xlorüzvi birləşməli preparatlar

c) tilt, topaz, bayleton, skor, kükürd birləşmələri

d) moniko bordo, sink fosfid

e) tərkibində ftalamidlər olan preparatlar

Page 43: Göbələyin sporları

7. Arpanın septorioz, alternarioz kimi xəstəliklərini törədən göbələklər hansı

şöbəyə aiddirlər?

a) Anamorfic fungi

b) Basidiomycota

c) Hemibasidiomycota

d) Chytridiomycota

e) Oomycota

Page 44: Göbələyin sporları

8. Qarğıdalının ağ çürümə xəstəliyinin törədicisi bitkinin hansı orqanlarına

yoluxur?

a) yalnız qıcaları

b) kök sistemini

c) yalnız yarpaqları

d) gövdənin aşağı hissələrini

e) yalnız süpürgələri

Page 45: Göbələyin sporları

9. Qarğıdalının qovuqlu sürmə xəstəliyinin törədicisi həyatilik qabiliyyətini nə qədər

saxlaya bilər?

a) 4 ilə qədər

b ) 2 - 3 ay

c) 10 ildən artıq

d) 1-2 il müddətində

e) saxlaya bilmir

Page 46: Göbələyin sporları

10. Qarğıdalı qovuqlu sürmə xəstəliyinin törədicisinə hansı inkişaf fazalarında

yüksək həssaslıq göstərir?

a) süpürgələmədən süd yetişmə fazasına qədər

b) ilkin cücərtilərin əmələ gəlmə dövrü

c) 1-2 həqiqi yarpaq fazasında

d) qıcaların tam yetişmə dövrü

e) yarpaq və digər vegetativ orqanların intensiv

inkişaf dövrü

Page 47: Göbələyin sporları

Diqqətinizə görə təşəkkür edirəm !