2
Ipö89i9kj Ulu bir sərkərdə, ulu bir öndər. Müəllif: Qabil Ədalət Gəlişinlə qurtulubdur bu vətən, Sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetən, Ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı, Yazdı tarixlərə ad- sanımızı. Tanıtdı dünyada varlığımızı, Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, Özündən sonrakı abidələri. Bizləri tərk etmir xatirələri Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, Onun qüdrətini yer üzü bildi. Allah onu yurdumuza yetirdi, Ulu bir sərkərdə,ulu bir öndər. Zəhmətiylə dirçəltdi yurdunu, Gücləndirdi yenilməyən ordunu. Ödəyibdir min rəhbərin borcunu, Ulu bir sərkədə,ulu bir öndər Bu idi məqsədi vətən ucalsın, Oğulları düşmənləri dağlasın. Analar gözünü sevinc ağlatsın, Ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi, Ağ günə çıxarıb dünyadan getdi. Qomadı desinlər yolunuz bitdi, Ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu, Onunda bu yolu heydər yoludu. Haqqa qovuşsada xalqın düşünər, Ulu bir sərkərdə, ulu bir öndər. Axtarır səni Müəllif: Həsən Şirinov Nə müddətdir könlüm yaman darıxır, Gözlərim hər yanda axtarır səni. Xəyalım dolanır göylərə qalxır, Göylərin qatında axtarır səni! Ey ulu öndər! Bu bir ayrılıqdır, sonu görünməz, Sirli dünyamızdır, yolu bilinməz, Ora gedən bir də geriyə dönməz, Tanrı dərgahında axtarır səni! Ey ulu öndər! Xalqını çıxartdın ağ günə, demək, Bəhərin dadmağa qoymadı fələk, Dövlətə, xalqına İlhamdır gərək! Onun timsalında axtarır səni! Ey ulu öndər! Ha qaçım, çalışım ta sənə yetməm, Sənsiz bu həyatda mən bir yetiməm, Çətin ki, bir daha ürəkdən güləm, Həsən bu halına axtarır səni! Ey ulu öndər! Vətən oğlu Vətən oğlu, ata oldun bizə sən, Ata kimi qayğımızı çəkirdin. Şair kimi həssas idin sözə sən, Danışıqda sözdən sözü çəkirdin. Ölkə olduq sən arzuna çatanda, Bir əlin od, bir əlin su olurdu. Millət rahat xumarlanıb yatanda, Yuxun bir an quş yuxusu olurdu. Yurdumuzda şan-şöhrətli hər nə var Yatmadığn günlər, aylar, illərdi; Ziyarətə gəlir səni bu yollar… Göz yaşımız məzarında güllərdi. Sənin rəmzin Azərbaycan bayrağı, Baş qoymağa, can verməyə hazırıq. Dan ulduzum yurdumuzun mayakı, Şer də bir təsəllidir, yazırıq. Adın-sanın yenilməz bir ordudu, İndi odlar diyarının özüsən… Azərbaycan Heydərlərin yurdudu, Gələcəyə baxanların gözüsən. O bizimlədir Dəyişdi Prezident öz dünyasını Özü yox olsa da əlləri qaldı. Fikri-düşüncəsi iş görür hələ Əcəl, qarşısında hələ ki, laldır. Qurduğu zavodlar, tikdiyi evlər Dil açıb yerbəyer “Heydər” dedilər. Gecəsi nurlanan bizim şəhərə Daşları nur saçan gövhər dedilər. Metrolar, körpülər onun zəhməti, Uzanan elbəel onun eşqidir, Yaxın şəhərlərə, uzaq ellərə Bu uzun yollarla şöhrəti gedir. Heydərin əlləri bərəkətlidir, Artır günü-gündən şöhrətimiz də, Bu gün quş iliyi, axtarsan əyər, Təmiz ceyran südü tapılar bizdə Dəyişdi Prezident öz dünyasını, Mərmər abidəsi bağça-bağdadır, Heydərin idrakı əbədi yaşar Hələ öyünməli il qabaqdadır. Heydərdi İllər, sizi hələ cavan saxlayıb, Keşiyində durduğunuz Heydərdi. Millət üçün gəncliyini hifz edib, Düşmən bağrı yardığınız Heydərdi. İndiki tək keçən illər gözəldi, Görürsünüz necə Heydər gözəldi. Günortanın günü qədər gözəldir, Ömürdən pay verdiyimiz Heydərdi. Kiçik ölkə bu qüdrətlə genişdi, Millət üçün qitələrlə döyüşdü. Nə ömrə qış, nə əhvala qar düşdü, Yaz seyrinə vardığımız Heydərdi. O yenilməz, hələ cavan bir kişi, Şax görkəmli, təravətli gülüşü Şir nərəsi, cavan pələng gərdişi, Sizdən öndə gördüyümüz Heydərdi. Dinclik bilmir min səhərin eşqinə, Çağla, şair, nəğmələrin eşqinə. Hər könüldə hər səfərin eşqinə, Heykəlini qurduğumuz Heydərdi. Məbədinə diz çökmədi şöhrətin, Ehramına səcdə qıldı xidmətin. Sayəsində qədirbilər millətim, Xoş dövranlar sürdüyümüz Heydərdi. Abidəsi neçə-neçə kənd, şəhər, Geniş yollar, imarətlər, körpülər. Kükrəməsin məramı bəd körpələr, Arxasında durduğumuz Heydərdi.

H. əliyev haqqında şeirlər

  • Upload
    naile1

  • View
    1.090

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: H. əliyev haqqında şeirlər

Ipö89i9kj

Ulu bir sərkərdə, ulu bir öndər. Müəllif: Qabil Ədalət Gəlişinlə qurtulubdur bu vətən, Sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetən, Ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı, Yazdı tarixlərə ad- sanımızı. Tanıtdı dünyada varlığımızı, Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, Özündən sonrakı abidələri. Bizləri tərk etmir xatirələri Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, Onun qüdrətini yer üzü bildi. Allah onu yurdumuza yetirdi, Ulu bir sərkərdə,ulu bir öndər. Zəhmətiylə dirçəltdi yurdunu, Gücləndirdi yenilməyən ordunu. Ödəyibdir min rəhbərin borcunu, Ulu bir sərkədə,ulu bir öndər Bu idi məqsədi vətən ucalsın, Oğulları düşmənləri dağlasın. Analar gözünü sevinc ağlatsın, Ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi, Ağ günə çıxarıb dünyadan getdi. Qomadı desinlər yolunuz bitdi, Ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu, Onunda bu yolu heydər yoludu. Haqqa qovuşsada xalqın düşünər, Ulu bir sərkərdə, ulu bir öndər.

Axtarır səni Müəllif: Həsən Şirinov Nə müddətdir könlüm yaman darıxır, Gözlərim hər yanda axtarır səni. – Xəyalım dolanır göylərə qalxır, Göylərin qatında axtarır səni! Ey ulu öndər! Bu bir ayrılıqdır, sonu görünməz, Sirli dünyamızdır, yolu bilinməz, Ora gedən bir də geriyə dönməz, Tanrı dərgahında axtarır səni! Ey ulu öndər! Xalqını çıxartdın ağ günə, demək, Bəhərin dadmağa qoymadı fələk, Dövlətə, xalqına İlhamdır gərək! Onun timsalında axtarır səni! Ey ulu öndər! Ha qaçım, çalışım ta sənə yetməm, Sənsiz bu həyatda mən bir yetiməm, Çətin ki, bir daha ürəkdən güləm, Həsən bu halına axtarır səni! Ey ulu öndər!

Vətən oğlu Vətən oğlu, ata oldun bizə sən, Ata kimi qayğımızı çəkirdin. Şair kimi həssas idin sözə sən, Danışıqda sözdən sözü çəkirdin. Ölkə olduq sən arzuna çatanda, Bir əlin od, bir əlin su olurdu. Millət rahat xumarlanıb yatanda, Yuxun bir an quş yuxusu olurdu. Yurdumuzda şan-şöhrətli hər nə var Yatmadığn günlər, aylar, illərdi;

Ziyarətə gəlir səni bu yollar… Göz yaşımız məzarında güllərdi. Sənin rəmzin Azərbaycan bayrağı, Baş qoymağa, can verməyə hazırıq. Dan ulduzum – yurdumuzun mayakı, Şer də bir təsəllidir, yazırıq. Adın-sanın yenilməz bir ordudu, İndi odlar diyarının özüsən… Azərbaycan Heydərlərin yurdudu, Gələcəyə baxanların gözüsən.

O bizimlədir Dəyişdi Prezident öz dünyasını Özü yox olsa da əlləri qaldı. Fikri-düşüncəsi iş görür hələ Əcəl, qarşısında hələ ki, laldır. Qurduğu zavodlar, tikdiyi evlər Dil açıb yerbəyer “Heydər” dedilər. Gecəsi nurlanan bizim şəhərə Daşları nur saçan gövhər dedilər. Metrolar, körpülər onun zəhməti, Uzanan elbəel onun eşqidir, Yaxın şəhərlərə, uzaq ellərə Bu uzun yollarla şöhrəti gedir. Heydərin əlləri bərəkətlidir, Artır günü-gündən şöhrətimiz də, Bu gün quş iliyi, axtarsan əyər, Təmiz ceyran südü tapılar bizdə Dəyişdi Prezident öz dünyasını, Mərmər abidəsi bağça-bağdadır, Heydərin idrakı əbədi yaşar Hələ öyünməli il qabaqdadır.

Heydərdi İllər, sizi hələ cavan saxlayıb, Keşiyində durduğunuz Heydərdi. Millət üçün gəncliyini hifz edib, Düşmən bağrı yardığınız Heydərdi. İndiki tək keçən illər gözəldi, Görürsünüz necə Heydər gözəldi. Günortanın günü qədər gözəldir, Ömürdən pay verdiyimiz Heydərdi. Kiçik ölkə bu qüdrətlə genişdi, Millət üçün qitələrlə döyüşdü. Nə ömrə qış, nə əhvala qar düşdü, Yaz seyrinə vardığımız Heydərdi. O yenilməz, hələ cavan bir kişi, Şax görkəmli, təravətli gülüşü Şir nərəsi, cavan pələng gərdişi, Sizdən öndə gördüyümüz Heydərdi. Dinclik bilmir min səhərin eşqinə, Çağla, şair, nəğmələrin eşqinə. Hər könüldə hər səfərin eşqinə, Heykəlini qurduğumuz Heydərdi. Məbədinə diz çökmədi şöhrətin, Ehramına səcdə qıldı xidmətin. Sayəsində qədirbilər millətim, Xoş dövranlar sürdüyümüz Heydərdi. Abidəsi neçə-neçə kənd, şəhər, Geniş yollar, imarətlər, körpülər. Kükrəməsin məramı bəd körpələr, Arxasında durduğumuz Heydərdi.

Page 2: H. əliyev haqqında şeirlər

Çox göz qoyub zirvələrdən göylərə, Çəkdi bizi, çəkdi yerdən göylərə. İdrakıyla üfüqlərdən göylərə. Qalxıb, qanad gərdiyimiz Heydərdi. Təmənnam yox, gərək təbi tərpədib, Bu nəslin hər pələngini vəsf edəm. Gecə-gündüz qəlbimizdə taledən, Heydərini sorduğumuz Heydərdi. Nə eşqində, nə qəlbində qorxu var, Qüdrətində vətən tapıb ilk bahar. Məhbubələr, gül ismətli xanımlar, Adına gül dərdiyiniz Heydərdi. Məhəbbətdir, səadətdir əlləri, Onda vüqar, onda gənclik illəri. Ondan alıb öpdüyünüz gülləri, İpək telə hördüyünüz Heydərdi. Mən nə deyim “baba” deyən dillərə? Hələ çox var o siz deyən illərə. Heydər ki var, xəbər olsun ellərə, Gəncliyində gördüyümüz Heydərdi.

Heydər atamız Müəllif: Zəminə Bayramova Azərbaycan adını, Azərbaycan xalqını, Dünyaya tanıtdıran, Heydər atamız oldu. Sinəndə köz də yansa, Dilində söz də yansa, Qarşında kim dayansa, Yaşa, ey odlar yurdu. Tanrı sənə yetirib, Heydər kimi bir oğlu. Keşiyində dayanıb Basılmaz, igid ordu. Damarında türk qanı Axan Heydər özüdür. Bütün türk dünyasında, Atatürklə özüdür.

“Onu Zaman seçib” Müəllif: Fəridə Ləman Sən ey yaradanım, şükürlər olsun, Doğdu göylərimdə sönməz bir günəş, Sevin Azərbaycan, gül Azərbaycan, Ey vətən bağçası, sən də güllər aç! Onu zaman seçib nə bəxtiyarıq, Mətin addımlıdır, qartal baxışlı. İradəsi bütöv, məqsədi aydın, Tarixdi silinməz onun yaddaşı. Mənim Odlar yurdum – Azərbaycanım, Heydərə söykənib, Heydər də ona. O, elə müdrikdir, elə ağıllı, Bu vətən onunla gələcək cana. Nə xoş müjdə verdin, Allahım bizə, Yetmişinci illər nə xoş il oldu. Xalqın taleyidir onun qəlbində, Onun gəlişiylə ölkəm nur oldu. Məqsədi, məramı Xalqdır, Vətəndir, Qurduğu dövlətin təməli dağdır.

Mənim Heydər adlı Azərbaycanım, Yurdumda əkizdir, həmişə vardır. O, Vətən daşıdır köksü bir ocaq, Alışıb yanacaq hey zaman-zaman. O, Qorqud atadır, el yiyəsidir, Onun yollarına çökərmi duman?! Onu zaman seçib. Güldü, Azərbaycan gülşən, gül oldu, Sındı köhnəliyin qart tilsimləri. Heykəllər qoyuldu, məktəblər tikildi, Bu imiş o mərdin haqq ehsanları. Bərəkət içində üzdü zəmilər, Bol oldu çörək də, güldü gül üzlər. Üzüm sahələri min nazü-nemət, Bəyaz bulud idi pambıqlı düzlər. Torpaq qədəminə mübarək dedi, Xəzər cuşa gəldi, dağlar baş əydi. O, elə oğuldu, elə qəhrəman, Yadlar görən kimi bağrı dəlindi. Yad eldə qalmadı Cavidin qəbri, Bir qolu Arazdı, bir qolu Kürdü. O, aqil, vicdanlı əsl vətəndaş, O, bu vətən üçün incidi, dürdü. Tanıtdı dünyaya Azərbaycanı, Bayraqlar içində bayrağım qalxdı. Bir kəlmə sözünə neçə kürsüdən, Milyonlar baş əyib, ayağa qalxdı. Onu zaman seçib!