8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°111 IYUN 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 6

Inforex Weekly#111

  • Upload
    inforex

  • View
    220

  • Download
    3

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#111: treyderler ucun heftelik online Forex icmali

Citation preview

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°111 IYUN 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ6

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avrodolların bu həftə volatilliyinin yüksələcəyini gözləmək olar.Həftə ərzində bir çox güclü xəbərlərin dərci gözlənilir.Bunlardan başqa Yunanıstanla Kreditorlar arasındakı məlum mübahisəyə dair şərhlər bazar tərəfindən maraqla qarşılanacaq.Texniki faktorlar qalxış ola biləcəyini göstərir,amma fundamental məlumatların qarışıq olması vəziyyəti bir qədər mürəkkəbləşdirir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Treydersiz ya oyunçu ?

Forex riskli olduğu üçün çox zaman onu ruletka oyunu ilə müqayisə edirlər .Amma nəzərə almaq lazımdır ki,beynəlxalq valyuta bazarında ticarət mükəmməl analiz, bilik və bacarıqların tətbiqinə əsaslanır.Məhz bu halda itkilərdən qaçmaq və qazanmaq olar.Treydinqlə məşğul olan zaman daxili qüvvənizi toplayıb bütün gücünüzlə treydinqi oyuna çevirməkdən və tamahdan qaçmalısınız.

Çünki,valyuta bazarı 24 saat işlədiyi üçün bir çox yeni başlayanlar buna tez və yüngül qazanc əldə etmək üsulu kimi yanaşırlar,bu isə sonunda onların əlindəki depoziti itirməsinə gətirib çıxarır.Treydinq və oyunun hər ikisinin gedişatında ehtimal müəyyən yer tutur,amma bu ehtimalın mahiyyəti onları bir birindən fərqləndirir.Oyun-çu risklərin idarə edilməsi ilə bağlı səthi təsəvvürlərə malikdir,professional treyder isə bu bilgilərə mükəmməl yiyələnir və onları ticarətində istifadə edərək qazandığı pulları qoruyur.

Oyunçu ilə treyder arasındakı daha bir fərq gəlir və riskə olan münasibətdədir.Oyunçu nəzərində əsasən gəlirə üstünlük verirsə,treyder riskləri hesablayır və onu minimallaşdırmağa çalışır.Qiymət dalğalanması şəraitində zərərli əməliyyatı bağlamaq cəsarəti də professional treyderə xasdır,çünki heç kim zərərli orderlərdən sığorta olunmayıb və belə orderlərin heç də hamısını açıq saxamaqla gəlir əldə edəyəyinə ümid etmək düzgün deyil.

Treydinqi kazinoya çevirməmək və düşünülmüş ticarətlər arzularıyla ... Uğurlar

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ABŞ Yunan problemi barədə

İndiyə qədər ABŞ Yunanıstanla kreditorların davasını sadəcə izləyirdi ,amma ötən həftə hər şey dəyişdi.ABŞ maaliyyə naziri C.Lyu bildirdi ki,Afina ilə kreditorların mübahisələrinin ola biləcək nəticələrindən narahatdır.Xatırladaq ki,Almaniya bu həftə yeddiliyin bu məsələ ilə bağlı keçirəcəyi iclasda iştirak etmək istəmədiyini bildi-rib.Məlumat verilir ki,Lyu Yunanıstan liderinə 2 dəfə telefon edərək narahatlığını bildirib.Xatırladaq ki,Afinanın borclu olduğu BVF -in əsas səhmdarı ABŞ-dır.ABŞ-da avropalı liderlərin Yunanıstanın defoltunu lazımınca qiymətləndirməməsi barədə narahatlıq artmaqdadır.Lyu hər iki tərəfi kompromissə çağırır,o bildirir ki,əks halda problemin miqyası böyüyərək əməlli başlı təhlükəyə çevrilə bilər.

ortamüddətli perspektivüçün proqnozlarBANKLARIN

Yunanıstan yenə də avronu tapdalayır – BTMU

Avro həftəyə Yunanıstan və kreditorlar arasındakı çəkişmələr fonunda enişlə başlayır.Fransada Le Monde yunan lideri Siprasın kreditorları “absurd” istəklərinə və Yunanıstanı “ sərt cəzalandırmaq” arzularına görə ittiham edib.O əlavə edir ki,bu yol demokratiyanın məhvinə gətirib çıxarar.Kreditorlar da öz növbəsində Yunanıstanı BVF ilə Avrozona arasında nifaq salmaqda günahlandırır.Cümə günü Afina BVF-ə EUR300 mln həcmində borc qaytarmalıdır.

UBS: avrodollara dair icarət tövsiyyələri

Kapital axını müxtəlif istiqamətlərdə baş verir və hələ ki,istiqaməti müəyyən etmək çətindir.Ola bilsin ki,bu həftənin əvvəlində ticarətlər ölgün xarakterdə olsun,belə ki,investorlar AMB-nin faiz dərəcələri ilə bağlı qərarını və cümə günü NFP rəqəmlərini gözləyir.

SEB:əsas valyutalar barədə texniki tövsiyyələr

Avrodollar: Yunanıstanla bağlı suallar həll olunmayana qədər vəziyyət qeyri müəəyyən qalacaq. $1.08 və $1.0660 səviyyələrinin yoxlanma riskləri yüksəkdir.Dollar/yena: impuls qalxışı hələ tam bitməyib, Y125 səviyyəsinin yenidən yoxlanması mümkündür,dəstəklər Y122.85/Y122.35 səviyyələrindədir. Aud//dollar: bütün -qısamüddətli,günlük,həftəlik və aylıq qrafiklərdə ayı vəziyyəti müşahidə olunur.Fikrimizcə,kiçik fasilədən sonra eniş yenilənəcək.

Britaniya AB tərkibində qalıb qalmamaq barədə referendum keçirəcək - BNP

BNP Paribas analitikləri bəzi iri iqtisadiyyatlardakı vəziyyəti analiz ediblər.Almaniya : Daşınmaz əmlak bazarında köpük yaranır, amma onun hələ şişməsi müşahidə olunmur. ABŞ: İnvestisiyalar bərpa olunub?Təkrar baxış ÜDM-in 2015-ci ilin 1-ci rübündə aşağı düşdüyünü təstiq etdi,əsas problemlər xarici ticarət,dövlət xərcləri və inves-tisiyalar olub,amma ikinci rübdə onların neqativ təsiri az olmalıdır.Bir aylıq statis-tika investisiyaların bərpa olunduğunu göstərir,amma bunun uzunmüddətli olması lazımdır. Britaniya : ЗKemeronun yeni hökumətinin qanunvericilik proqramı sürprizlərlə zəngin olmadı,amma bu proqrama AB-ə üzvlüyün müzakirə olunacağı referendum daxil edilib.Və indi Avropa elə arqument tapmalıdır ki,Britaniyanı qalmağa həvəsləndirsin.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Qarşıda bizi gərgin həftə gözləyir

Ayın əvvəli adətən dolğun təqvimlə müşaiyət olunur.Bu həftə hadisələrlə zəngin həftə olacaq:AMB və İngiltərə Bankının,RBA-nın iclasları,Avrozonada infliyasiya rəqəmi,ABŞ əmək bazarı hesabatı-bunlar hamısı həftəlik dinamikanın əsas drayveri olmağa qadir xəbərlərdir. Avrozonada formal olaraq baş xəbər AMB iclasıdır,artıq bank rəsmiləri aktivlərin alış həcminin yüksəldiləcəyi barədə məlumat veriblər,bazar sadəcə bu deyilənlərin Draqinin müşaiyətedici açıqlamasında təstiq edəcəyini gözləyir. Əgər Draqi bunu təstiq etməzsə,bu avro üçün pozitiv olacaq.Avro üçün ikinci əsas faktor Yunanıstandır.Bu ay Yunanıstan BVF-ə borcunu qaytarmalıdır,amma yunan rəsmiləri psixoloji həmləyə keçərək ölkələrinin defolt edə biləcəyini bildirirlər.

Bu suala aydınlıq gətirilməsi avroda sıçrayışlara səbəb olacaq.Bu iki səbəb avro üçün neqativ daşısa da,iqtisadi rəqəmlər və texniki faktorlar stabilləşməyə işarə edir və Amerika hesabatları mane olmazsa,avro yuxarı yönələ bilər. Avstraliya Rezerv Bankı keçirəcəyi iclasda çətin ki,nəsə kəskin qərar verər.Amma onun milli valyutanı zəiflətmək istəyi mövcuddur. ABŞ statistikasına baxsaq ilk növbədə işsizlik səviyyəsi barədə danışmalıyıq.Bu indi-kator son zamanlar stabil rəqəm göstərən demək olar ki,yeganə hesabatdır,amma mart rəqəmləri dollara zərbə vurub.Əgər bu həftə yenə də bu rəqəmin “qızdırması tutsa” və titrəyiş müşahidə olunsa,dollar yeni bir zərbə alacaq.Dollara münaisbət FRS -in monetar siyasəti ilə ölçüldüyü üçün NFP rəqəmləri diqqət mərkəzində olacaq.Əgər Yunanıstan mane olmazsa,avronun həm texniki,həm də fundamental fonda 1.1400 – 1.1500 səviyyəsini yoxlaması mümkündür.

Həftə ərzində eniş trendinin davamını gözləmək olar.Buna 3 səbəb göstərilir.Birincisi,investorlar FRS-dən monetar siyasətin sərtləşəcəyini gözləyirlər,bu da dollara olan tələbi artıraraq metala təzyiqi gücləndirəcək.Ötən həftənin nəticələrinə görə,qısamüddətli və uzunmüddətli amerika xəzinədarlıq kağızlarının gəlrililik differensialının azalması müşahidə olunub,bu da yaxşı göstəricidir.İkinci,Hindistandan metala olan tələbin azalması müşahidə edilir,bu da onun dəyərinin azalmasına gətirir.Üçüncüsü,OPEK-in Vyanadakı sammitinin nəticələri kartelin siyasətində dəyişiklik olmadığını göstərib.Bu fonda həftə ərzində,1198 səviyyəsinə qalxışdan Sell üçün istifadə etmək və 1171 səviyyəsində gəliri fiksasiya etmək olar.

XAU/USD satmaq üçün 3 səbəb.Həftəlik proqnoz

Sapmaları necə müəyyən etməli?

Sapma (otkat) nədir və onu necə müəyyən etmək lazımdır.

FOREX bazarında ticarət aparan və aparmağa yeni başlayan hər bir treyder sapmanın və ya konsolidasiyanın nə olduğunu bilməyə borcludur.Konsolidasiya -qiymətin trendin əksinə dönüşüdür.Bu müəəyyən valyutanın həddindən artıq satılması və ya alınması zamanı baş verir.Əgər treyderlər valyutann ticarət apardığı səviyyənin həddindən artıq aşağı və ya yüksək olduğunu anlayırlarsa,gəlirləri qorumaq üçün gəlirli orderləri bğlamağa başlayırlar və bu zaman sapma -otkat-konsolidasiya yaranır. Baza trendi daxilində yaranan sapma orta həcmli trendə,orta həcmli trend daxilinidə yaranan konsolidasiya isə qısamüddətli trendə çevrilir.Forexdə ən çox yayılmış sapma əlli faizlik olur.

Aydınlaşdıraq:

Qiymət 20-40 punkt arası hərəkət edibsə,onun sapması 10 punkt olacaq.İstisnasız olaraq,korreksiya əvvəlki trendin 1/3 hissəsi qədər olur.Əgər treyder bundan yaxşı baş aça bilirsə,gəlir qazanmaq üçün bu sapmalardan istifadə edir.Valyutanı alma məqamını müəyyən etmək üçün trendin yuxarı yönəldiyi vaxt əvvəlki hərəkətin 1/3-ni hesablamaq və onu qrafikdə tapmaq,sonra isə onu order açmaq üçün istifadə etmək lazımdır.Sapmalar,həmçinin satışlara nə vaxt başlamaq lazım olduğunu da anlamağa kömək edir.Hesablamalarda trendin yuxarı və aşağı nöqtə səviyyələri olduqca vacibdir.Əgər sapmalara faiz nisbətləri ilə baxsaq,onlar belə bir ardıcıllıqda olacaq: 3%, 38%, 50%, 62%, 66% və hər bir treyder qrafikdə özü üçün vacib olan səviyyəni tapmalıdır.

Bazara daxil olmaq üçün ən uğurlu nöqtəni tapmaq üçün qiymət səviyyələrini və onları hesablamağı bilmək lazımdır,axı sapma bunlara qədər baş verir.Bütün bunları isə texniki analiz elementlərini istifadə edərək etmək olur.Sadəcə bilmək və nəzərə almaq lazımdır ki,bütün bu alətlər toplusu yalnız iri taymfremlərdə işləyir.Amma konsolidasiya hərəkətinin ilk cücərtiləri daha kiçik:H1 və H4 taymfremlərində görmək olur.

İndi isə korreksiyanın müəyyən edilməsi üçün istifadə edilən alətlərdən bəhs edək.Əgər treyder qrafikə oss-ilyator əlavə edərsə və 20,80 səviyyələrini təyin edərsə,həddindən artıq satış və alış səviyyələrini tapa bilər.Ossilyator bu səviyyələrə daxil olarkən bazarın koreksiya fazasına daxil olma ehtimalı güclənir.Həmişə nəzərə alın ki,ossilyator nəinki,korreksiya dalğasını göstərir,eyni zamanda qiymətin qeyri-müəyyən müddətə dönüşünü də göstərə bilər.Buradan belə çıxır ki,sapmaya görə order açarkən gedişatı və 0 səviyyəsinin qırılmasını izləmək lazımdır.

Daha geniş yayılmış şam analizi elementlərinə baxaq.Onlarla da konsolidasiya fazasını müəyyən etmək olar.Sapmanın yaranışı barədə:Doji,düşən ulduz,ayı udulması kimi şam formasiyaları məlumat verir.Həmçinin yuxarı kölgəsinin çox uzun olduğu şamları da buraya aid etmək olar.

Bütün bu məsləhətlər treyderlərə sapmanın formalaşması anını müəyyən etməyə kömək edəcək.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

INFOREX WEEKLYDALGA ANAlİZI

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD 1.0852 səviyyəsindən 1.1000 -ə kimi alırıq

Günlük qrafik: buğalar 1.1390 səviyyəsinə qalxış imkanından istifadə etmədilər və ona görə də hazırda hər şey ilk olaraq 1.0764 səviyyəsinin yoxlanmasına aparır.

6

GBP/USD 1.5253-1.5307 kanalı daxilində hər iki tərəfə ticarət aparmaq mümkündür

Günlük qrafikdə 1.5050 səviyyəsinə dalğavari eniş müşahidə edirik.

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal