17
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°68 AVQUST 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 12

Inforex Weekly#68

  • Upload
    inforex

  • View
    223

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#68: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#68

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°68 AVQUST 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ12

Page 2: Inforex Weekly#68

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Günlük qrafiklərə baxarkən cütlüyün trendin aşağı sərhədinə çatması və buradan uzaqlaşmasını müşahidə edirik.Fikrimcə avro 1.3365 dəstəyini və eyni zamanda trendin aşağı sərhədini qıra bilməzsə,1.35 ci fiqura istiqamətlənmiş hərəkətə başlayacaq. Növbəti qalxış hədəfi 1.3597,1.3695 dir.Dəstəyin qırılması 1.31 ətrafına enişə yol açacaq.

Page 3: Inforex Weekly#68

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

EUR/USD qalxış korreksiyasına hazırlaşır- CommerzbankÖtən həftə avro/dollar aktiv satışlara məruz qalıb,amma yenə də aylıq qrafikdə 1.3385 səviyyəsindən keçən İşimoku buludunun əsasından aşağıda möhkəmlənə bilməyib.Korreksiya əlamətləri cümə günündən formalaşmağa başlamışdı və cütlüyün 23.6:%-lik Fibo səviyyəsinin keçdiyi 1.3510/27 səviyyəsinə qədər qalxacağını gözləmək olar. 1.3366 səviyyəsindən aşağı eniş 1.3295 və 1.3020 ətrafına enişə yol açacaq. 1.3527 səviyyəsindən yuxarıda möhkəmlənmə 1.3550 və 1.3680/1.3700 yaxınlığına qalxış üçün yol açacaq.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

ВМО kanada dollarında C$1.10 səviyyəsini gözləyir

ВМО Capital Markets idarəedici direktoru Bleyk Espersen bildirir ki,ABŞ əmək bazarı rəqəmləri bazarı sarsıtsa da,bazar Usd/Cad cütlüyündə C$1.1000 səviyyəsinə diqqət yönəldib.

Morgan Stanley-dən əsas valyutaların fundamental xəbərlər baxımından analiz və strategiyaları

USD: Qalxış trendi gözlənilirDiqqət mərkəzində olan xəbərlər: ISM, sənaye sifarişləri,ticarət balansı.ABŞ istiqrazlarının gəlirliliyi çoxalmağa başlayıb və bu dollara dəsətk verməlidir. ABŞ rəqəmləri güclü olub-ÜDM və orta aylıq əmək haqqı artıb- bu da iqtisadiyatı və dolları dəstəkləməlidir.Biz əvvəlki kimi dolların avro,isveçrə frankı qarşısında güclənəcəyini

gözləyirik.

EUR: Eniş trendi gözlənilirDiqqətlər : AMB-a,Almaniya sənaye sifarişlərinə yönələcək.Biz əvvəlki kimi EURUSD cütlüyündə ayı proqnozuna tərəfdarıq.Hesab edirik ki,Avropa aktivləri riskli sayıldığı üçün EUR təzyiq altında qalacaq.Avropada 3 axın zəifləyir : periferik ölkələrinin istiqrazlarının alışı,səhmlər alışı və Mərkəzi Bankların ehtiyyat pulları avroda diversifikasiyası.Həmçinin mövcud avropa səhmlərinin valyuta hecləməsinin artırılması potensialı EUR üçün neqativ faktordur.

JPY: Enişl trendi gözlənilir.Diqqətlər:Yaponiya Bankının faiz dərəcələri ilə bağlı qırarı,aparıcı indikatorlar indeksi,ticarət balansına yönələcək.Biz USD / JPY cütlüyünə baxışımızı dəyişmişik və son qırılma qalxış impulsunun mövcudluğunu göstərir.Son iqtisa-di statistikanın yumşaq olması Yaponiya Bankının gözlənilən vaxtdan öncə hərəkət edəcəyini ehtimalını yaradır.Məhdud daxili infliyasiya şəraitində Yaponiya infliyasiyanın idxalına ehtiyac duyur,bu da yenanın zəifləməsini tələb edir .

GBP:Qalxış trendi qüvvədə olacaq.Diqqətlər : Sənaye istehsalı, İngiltərə bankının faiz dərəcələri ilə bağlı qərarına yönələcək .Dolların gücü kabeli 1,70 səviyyəsindən aşağı göndərib,amma biz «Enişlərdə alın» strategiyasına üstünlük veririk .BVF bu yaxında Böyük Britaniyada cari balans kəsirinə diqqət yönəltdi ,bu da funtun satışlarını artırdı.Hər bir halda biz funtun zəifləməsinə ehtiyatla yanaşırıq.

AUD: Adi trend qüvvədə olacaqDiqqətlər: RBA-nın faiz dərəcələri ilə bağlı qərarına,məşğulluq rəqəmlərinə yönələcək .ABŞ qiymətli kağızlarının gəlirliliyinin artması nəticəsində yaranan daha mürəkkəb qlobal investisiya vəziyyət AUDUSD cütlüyünün kəskin enişini formalaşdırdı.Qısamüddətli perspektivdə risklər mövcuddur .

Page 4: Inforex Weekly#68

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Ötən həftə valyuta bazarında tam zəngin həftə oldu.Ümumi baxsaq,iyulun nəticələrinə görə dollar bütün əsas valyutalar qarşısında möhkəmlənib.Əsas eniş isə avro və funtda müşahidə edilib .Nəzərə çarpan bir amil vardır: AMB və FRS-in monetar siyasətlərinin fəqrli istiqamətdə olmasına baxmayaraq ,FRS-in balansı artmaqda,

AMB-ki isə azalmaqdadır.İyul iclasında FRS QE 3 templərini azaltsa da,balans artmaqda davam edir.AMB-nin balansı isə iyul ayında rekord minimumuna çatıb.

Cümə günü açıqlanmış ABŞ əmək bazarı rəqəmləri bazarı sarsıdıb.Ötən ay iyuna nisbətən qalxış templəri zəifləyib ,amma neqativ proqnozlar vermək hələ tezdir.Ümumi göstəricinin gözləmələri doğrultmamasına baxmayaraq,məşğulluq səviyyəsi yüksəlməkdədir,bunu illik göstərici təstiq edir.

Ötən həftənin fundamental icmalı

TREYDERLƏR ÜÇÜN FORUM

Page 5: Inforex Weekly#68

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Spekulyantlar dollarda alışları artırırlar

Nomura açıqlayır ki,ötən həftə spekulyatntalr dollarda alış orderlərini $ 6,3 mlrd. artırıblar və bu alışlar dolları ən yüksək səviyyəyə qaldırıb.

Trendin potenasialının təyin edilməsi

Eur/Usd, Hədəf 1.3509

Günlük qrafik:Qiymət Bollincerin orta xəttinə istiqamətlənmiş qalxış korreksiyası fazasındadır (1.3509), ardınca ayılar yenidən aşağı xətti yoxlaya bilərlər (1.3344).

Gbp/usd Qalxış korreksiyası gözlənilir

Günlük qrafik:növbəti dəfə aşağı konverti qırıb ,amma biz artıq konvertdən kənarda 4 bar müşahidə edirik,və bu da güclü korreksiya karması kimi qəbul edilə bilər. 1.6963 səviyəsinə qalxış və ardınca 1.68 ətrafına enişin başlayacağını gözləmək olar.

Page 6: Inforex Weekly#68

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD ortamüddətli periodda 1,37 səviyyəsindən aşağıda qaldıqca enişə meylli olacaq, 1,33, 1,31 ətrafları eniş hədəfləri kimi götürülə bilər.

1,37 səviyyəsinin yuxarı qırılması 1,378 və 1,4 ətrafına yol açacaq.

Vacib dəstək və müqavimətlər:

1,4 1,378 1,37 1,3408 1,33 1,31 1,285

EURUSD

Page 7: Inforex Weekly#68

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

GBPUSD

GBP/USD cütlüyü ortamüddətli periodda qalxışa meylli olacaq və qiymət 1,665 səviyəsindən yuxarıda qaldıqca 1,74 və 1,79 ətrafına qalxış mümkündür.

1,665 səviyyəsinin aşağı qırılması 1,645 və 1,62 ətrafına enişə yol açacaq.

Dəstək və müqavimətlər:

1,847 1,79 1,74 1,6832 1,665 1,645 1,62

Page 8: Inforex Weekly#68

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

USD/JPY ortamüddətli periodda 100,65 səviyyəsindən yuxarıda qaldıqca buğa istiqamətli olacaq və 103,7 , 105,45 ətrafına qalxış gözləmək olar.

100,65 səviyyəsinin aşağı qırılması 97,7 və 96 yaxınlığına enişə yol açacaq.

Vacib dəstək və müqavimətlər:

107,5 105,45 103,7 102,835 100,65 97,7 96

USDJPY

Page 9: Inforex Weekly#68

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

USDCAD

Cütlük 200-günlük SMA-nın keçdiyi müqavimət zonasını qırıb və 1.0960 müqavimətinə yaxınlaşıb.Onun qırılması 1.1050, 1.1280 nöqtələrinin yoxlanmasına yol açacaq.

Page 10: Inforex Weekly#68

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Cütlük 200-günlük SMA-dan dəstək alıb və hazırda 0.8625-0.8640 müqavimətinə qalxış istisna olunmur . Ardınca qırılma və möhkəmlənmə 0.8845 ətrafına qalxışa yol aça bilər. Eyni zamanda trendin dönüşü zamanı cütlük 0.8625-0.8640 və 0.8400 dəsətklərini yoxlaya bilər

NZDUSD

Page 11: Inforex Weekly#68

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

Nifrət doğuran infliyasiya və AMB Son günlərdə statistika daha da bədbinləşib : Avrozona infliyasiyası 0,4% ə qədər azalıb,halbuki AMB üçün ori-entir 2% ətrafında nəzərdə tutulub.Yəqin ki,M.Draqi yenə də infliyasiya ilə bağlı vəziyyətin elə də pis olmadığını bildirəcək və qeyd edəcək ki,istehlakçılar bundan ancaq uda bilərlər,amma o çətin ki, bu gəlirlərin ömrünün qısa olacağından söz açar.

Bir neçə ay əvvəl AMB cəmiyyəti sakitləşdirməyə çalışaraq bildirdi ki,minus işarəsinin olduğu davamsız infli-yasiya heç də deflyasiya kimi qəbul olunmamalıdır.Məlumat üçün bildirək ki, böhranın böhran sayılması üçün ardıcıl 2 rüb ərzində ÜDM rəqəmi mənfi dinamikada olmalıdır.Deflyasiyanın deflyasiya hesab olunması üçün isə belə bir metod yoxdur.

Həm də maraqlıdır ki,borc böhranının pikində,problemli ölkələrin istiqrazlarının “xəmirdə qıcqırma kimi” sürətlə artdığı bir vaxtda hamı AMB-dən istiqrazların alışını gözləyirdi.O zaman Draqi yalnız sözlərlə və “avrozonanın xilası üçün hər şey edəcəyi “ vədləri ilə vəziyyətdən çıxdı və bu faiz dərəcələrini qəbul olunan səviyəyə saxlamağa kömək etdi.Amma eyni manevrin yenə də,məhz infliyasiya üçün alınacağına inanmaq çətindir.

Artıq məlum oldu ki,faiz dərəcələrinin aşağı salınması metodu təsirsizdir.Ola bilsin ki,bu addımlar əsl deflyasi-yadan qaçmağa kömək edə bilər,amma infliyasiyanın laızm olan səviyyəyə çatdırılması üçün kifayət deyil.Bundan başqa :əgər borc böhranı zamanı AMB borc kağızları ilə bağlı problemlərin AMB-nin mandatına daxil olmadığını bəhanə gətirməsi mümkün idisə,indi artıq belə bir bəhanə gətirə bilıməyəcək,ona görə ki,infliyasiyanın idarə olunması AMB mandatına birbaşa aiddir və məsuliyyəti AMB-nin üzərinə qoyur.

Page 12: Inforex Weekly#68
Page 13: Inforex Weekly#68

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD - Aylıq qrafik

[A]-[B]-[C] of V of (a) iri ziqzaqının formalaşması və onun, [B] of V eniş korreksiyasının üçbucaq şəklində formalaşmasının başa çatması ehtimal olunur – Hazırda (E) of [B] son eniş ziqzaqı formalaşır.

INFOREX WEEKLY 12DALGA ANALIZI

EUR/USD - Həftəlik qrafik

Mümkün sıralamalardan birinə görə [B] üçbucağının (D) of [B] qalxış ziqzaqı başa çatıb. Hazırda forması o qədər də aydın olmayan (E) of [B] son eniş dalğasının formalaşması ehtimal olunur.

Page 14: Inforex Weekly#68

INFOREX WEEKLYDALGA ANALIZI13

GBP/USD - Aylıq qrafik

“b” ziqzaqının [A] of b qolunun formalaşması və [B] of b qalxış korreksiyasının yaranması və onun ziqzaq forması ala biləcəyi ehtimal olunur,hazırda onun (B)of [B] eniş korresiyası meylli üçbucaq şəklində yaranmaqdadır.

USD/CHF - Aylıq qrafik

(a) diaqonalından başlamış qlobal eniş trendinin [A]-[B]-[C] of V of (a) ziqzaqı və [C] of V of (a) qolu ilə başa çatması ehtimal olunur .Bu diaqonalın başa çatması barədə onun daxili strukturunun başa çatmasına görə fikir yürütmək olar.

Page 15: Inforex Weekly#68

INFOREX WEEKLY 14DALGA ANALIZI

USD/CHF - Həftəlik qrafik

(4) of [C] qalxış korreksiyasının meylli üçbucaq şəklində inkişaf etməsi ehtimal olunur və onun ardınca qiymətin (5) of [C] ziqzaqı şəklində aşağı sıçramasını gözləmək olar.Forması o qədər də aydın olmayan E of (4) son qalxış dalğası yaranır.

USD/JPY - Aylıq qrafik

Mümkün sıralamalardan birinə görə ,hazırda V of (a)son eniş diaqonalı inkişaf edir. Onun [4] of V of (a) qalxış korreksiyasının ziqzaq şəklində inkişaf etməsi və (A) of [4] impulsunun sona çatması müşahidə olunur.

Page 16: Inforex Weekly#68

USD/JPY - Həftəlik qrafik

[4] qalxış korreksiyasının ziqzaq formasını ala biləcəyi və hazırda onun (A) of [4] qolunun impuls şəklində başa çatması ehtimal olunur.

INFOREX WEEKLYDALGA ANALIZI15

FACEBOOK

Page 17: Inforex Weekly#68

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal