212
1 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti İslam İbrahimov Məhsuldar qüvvələrin yerləşdirilməsi Bakı – 2014

Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

1

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes Universiteti

İslam İbrahimov

Məhsuldar qüvvələrin

yerləşdirilməsi

Bakı – 2014

Page 2: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

2

Bakı Biznes Universitetinin Elmi Metodiki Şurasının iclasının

10 sentyabr 2013-cü il tarixli 01 saylı protokolu ilə təsdiq edilmişdir.

Tərtib edən: İbrahimov İ.H.

iqtisad elmləri doktoru, professor,

Əməkdar Kənd Təsərrüfatı İşçisi.

Elmi redaktor: Gəncəli Gənciyev

iqtisad elmləri doktoru, professor

Rəyçilər: Bəyalı Ataşov

iqtisad elmləri doktoru, professor

Anar Abbasov

iqtisad elmləri doktoru, dosent

Rahim Sadıqov

iqtisad elmləri namizədi, dosent

İbrahimov İ.H. Məhsuldar qüvvələrin yerləşdirilməsi.Bakı, 2014,

212 səh.

Dərs vəsaitində məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi,

inkişafı, ayrı-ayrı ölkələrdə və ərazilərdə sərvətlərdən istifadə, dünya

təsərrüfat sisteminin formalaşması, inteqrasiya əlaqələri, əhalinin

məhsuldar qüvvə kimi iqtisadiyyatın inkişafında aparıcı rolu, dünya

ölkələrində maddi istehsal sahələri, xammal bazaları, istehsal

sahələri, onun quruluşu və təşkili, yerləşməsi, dünya ölkələri

arasında sosial-iqtisadi inkişaf səviyyəsi və digər məsələlər öz əksini

tapmışdır. Dərs vəsaiti universitetin “Məhsuldar qüvvələrin

yerləşdirilməsi” fənni üzrə tədris proqramına uyğun tərtib edilmişdir.

Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat

müəssisələrinin əməkdaşları, tələbə və mütəxəssislər bəhrələnə bilər.

Page 3: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

3

GİRİŞ

İqtisadi münasibətlərin təkmilləşdirildiyi və idarə-etmənin yenidən qurulduğu mərhələdə istehsalın inten-sivləşdirilməsi əsasında əhalinin həyat səviyyəsinin yüksəldilməsi iqtisadi siyasətin əsasını təşkil edir. Bu məsələnin həlli regionlarda məhsuldar qüvvələrin inkişafı və düzgün yerləşdirilməsinin yaxşılaşdırılmasından, isteh-salın ixtisaslaşdırılmasından və ərazilərdəki mövcud ehti-yatlardan daha səmərəli istifadə etməkdən asılıdır.

Məhsuldar qüvvələrin yerləşdirilməsinin yaxşılaş-dırılması üçün ayrı-ayrı ölkə və regionlarda məhsuldar qüvvələrin istehsalın inkişafında rolu və əhəmiyyətinin araşdırılmasının, onun yerləşdirilməsinin qanunauyğun-luqlarının, prinsiplərinin, amillərinin tədqiqi, dövlətlər üzrə təsərrüfat sahələrinin formalaşması, əhalinin məskun-laşması və əmək ehtiyatlarından istifadə, ərazi istehsal komplekslərinin formalaşması və inkişafı, dünya dövlətlə-rinin iqtisadi-coğrafi xüsusiyyətlərinin öyrənilməsi iqtisadi inkişafın əsas şərtlərindəndir. Burada əsas məqsəd məhsuldar qüvvələrin inkişafı və səmərəli yerləşdirilməsi-nin cəmiyyətin inkişafındakı rolunun müəyyənləşdiril-məsi, onuşərtləndirən amillərinin araşdırılması, iqtisadi ra-yonlaşdırma və məhsuldar qüvvələrin ərazi üzrə təşkili məsələlərini və ərazilər üzrə ölkələrdəki sərvətlərdən səmərəli istifadə yollarını müəyyən etməkdən ibarətdir. Hesab edirik ki, təqdim edilən kitab dünyada və regionla-rın ayrı-ayrı ölkələrində məhsuldar qüvvələrin yerləşdiril-məsi və inkişaf sahəsində qeyd edilən məsələlər barədə so-sial-iqtisadi həyatda baş verən proseslərə uyğun mütəxəs-sislər və tələbələr üçün biliklər əldə etməyə kömək edə bilər. Kitab hazırlanarkən Bakı Biznes Universitetinin tə-ləbələri üçün təsdiq olunmuş proqram əsas götürülmüşdür.

Page 4: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

4

MÖVZU 1. MƏHSULDAR QÜVVƏLƏRİN

YERLƏŞDİRİLMƏSİNİN QANUNAUYĞUNLUĞU,

PRİNSİPLƏRİ VƏ AMİLLƏRİ

1.1. Məhsuldar qüvvələr haqqında ümumi anlayış;

1.2. Məhsuldar qüvvələrin yerləşdirilməsinin qanunauy-

ğunluqları;

1.3. Məhsuldar qüvvələrin yerləşdirilməsinin prinsipləri;

1.4. Məhsuldar qüvvələrin yerləşdirilməsinin amilləri;

1.5. Məhsuldar qüvvələrin inkişafının əsas şərtləri.

1.1. Məhsuldar qüvvələr haqqında ümumi anlayış

Xalqın maddi və mədəni həyat səviyyəsinin yüksəl-

dilməsi hər bir dövlətin iqtisadi siyasətinin əsasını təşkil

edir. Bu məsələlərin müvəffəqiyyətlə həlli məhsuldar qüv-

vələrin yerləşdirilməsinin (MQY-nin) yaxşılaşdırılmasın-

dan, dövlətlərin, regionların təsərrüfatlarının daha yaxşı

ixtisaslaşdırılmasından və tarazlı inkişafından, onların

malik olduğu mövcud ehtiyatlardan daha səmərəli istifadə

etmək məqsədilə müxtəlif səviyyəli ərazilərdə istehsal və

xidmətin formalaşması və inkişafından asılıdır.

Hazırda məhsuldar qüvvələrin səmərəli yerləşdiril-

məsi və cəmiyyətin inkişafına göstərdiyi müsbət təsir ilk

növbədə məhsuldar qüvvələrin mahiyyətindən irəli gəlir.

Məhsuldar qüvvələr istehsal prosesində insanlarla

təbiət arasında “maddələr mübadiləsi”ni həyata keçirən

subyektiv və maddi ünsürlər sistemidir. Başqa sözlə,

məhsuldar qüvvələr istehsal vasitələri və onları hərəkətə

gətirən insanların məcmuudur.

İnsanların təbiət cisimlərinə və qüvvələrinə olan

Page 5: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

5

münasibətini ifadə edən məhsuldar qüvvələr istehsal üsu-

lunun mühüm tərəfi olub cəmiyyətin inkişafının əsasını

təşkil edir. Ona görə də inkişaf etmiş məhsuldar qüvvələr

cəmiyyətin əsl sərvəti hesab edilir.

Məhsuldar qüvvələrin inkişafının ümumi qanunu on-

dan ibarətdir ki, məhsuldar qüvvələrin sonrakı formaları-

nın maddi imkanları əvvəlki formaların daxilində yaranır

və inkişaf edir.

Müəyyən dövrdən bir istehsal münasibətlərinin tək-

milləşdirilməsi məhsuldar qüvvələrin inkişafını sürətləndi-

rən mühüm amil olmuşdur. Cəmiyyətin mədəni-məişət ba-

zasının, xidmət və mənəvi istehsal sahəsinin sürətlə art-

ması bu və ya digər dövlətin siyasətinin əsas istiqamətini

əks etdirir.

Hər bir dövrdə məhsuldar qüvvələrin düzgün yerləş-

dirilməsi iqtisadi inkişafın formalaşmasında mühüm əhə-

miyyət kəsb etmişdir. Ölkənin sosial-iqtisadi inkişafını

elmi-texniki tərəqqi əsasında sürətləndirmək sahəsində

qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetiril-

məsi müəyyən mənada məhsuldar qüvvələrin səmərəli

yerləşdirilməsindən asılıdır. MQY-nin isə öz növbəsində

cəmiyyətin inkişafının mühüm ictimai-istisadi problemləri

ilə qarşılıqlı əlaqədədir.

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi isteh-

salın dinamizminin, səmərəliliyinin artırılmasını təmin

edir. Bununla yanaşı, MQY-nin əməyə qənaət olunmasını,

əmək ehtiyatlarından və digər imkanlardan məqsədəuy-

ğun istifadə edilməsi yolu ilə hər bir regionun kompleks

qaydada səmərəli inkişafını təmin edir. Əhalinin maddi

rifah halının yüksəldilməsi şəhərlə kənd, zehni əməklə fi-

ziki əmək, mədəni-məişət xidməti səviyyəsinə görə rayon-

Page 6: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

6

lar arasındakı fərqlərin aradan qaldırılmasında mühüm rol

oynayır.

MQY-nin müasir formaları təsərrüfatın ərazi üzrə

təşkilinin təkmilləşdirilməsinə və regionların iqtisadiyyatı-

nın formalaşmasına təsir göstərir. Təsərrüfatın regional

strukturu bunun əsasında daim dəyişir, istehsal və sosial

infrastruktur yenidən qurulur. İxtisaslaşdırılmanın daha da

inkişaf etdirilməsi regionların iqtisadiyyatının strukturu-

nun keyfiyyətcə dəyişməsinə gətirib çıxarır, rayonlararası

və rayondaxili istehsal əlaqələri genişlənir. Müxtəlif sə-

viyyəli ərazi istehsal birləşmələrinin miqdarı artır.

Dünya təsərrüfatında istehsalın ərazi üzrə təşkili mü-

əyyən qanunauyğunluqlarıntəsiri nəticəsində formalaşmış-

dır. Bu qanunauyğunluqlar öz növbəsində hər hansı bir cə-

miyyətdə iqtisadi qanunların spesifik təzahür formaları-

dır.

Qanunauyğunluqlardan istifadə mexanizmi məhsul-

dar qüvvələrin ərazi üzrə təşkilinin elə metodlarının seçil-

məsini nəzərdə tutur ki, bu zaman seçilən metodların geniş

miqyasda təzühürünə imkan verilməli, həm də qanunauy-

ğunluqlar bir-biri üçün qarşılıqlı əlaqədə olmalıdır.

1.2. Məhsuldar qüvvələrin yerləşdirilməsinin

qanunauyğunluqları

Xalq təsərrüfatının elmi surətdə əsaslandırılmış ərazi

təşkili və idarə edilməsi dövlət siyasətinin əsas qaydaları-

nın, yəni xalq təsərrüfatının ərazi üzrə təşkili prinsiplərinin

işlənib hazırlanması ilə nəticələnir. Xalq təsərrüfatının

ərazi üzrə təşkili və MQY-simüəyyən qanunauyğunluqla-

rın təsiri altında formalaşır. Bu formalaşma qanunauyğun-

Page 7: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

7

luqları əsasən aşağıdakılardan ibarətdir:

1. İctimai istehsalın səmərəli inkişafı əsasında isteh-

salın yeni mütərəqqi formalarının, ərazi-istehsal kom-

plekslərinin yaradılması və inkişaf etdirilməsi.

Məhsuldar qüvvələrin ərazi üzrə təşkilinin əsas qa-

nunauyğunluqlarından biri bundan ibarətdir ki, ərazinin

hər yerində, bütün iqtisadi rayonlarda, şəhərlərdə, qəsəbə-

lərdə iqtisadi potensial səmərəli şəkildə daim artırılsın.

İstehsal sahələrindən, təbii ehtiyatlardan və əmək ehtiyat-

larından təqribən eyni səviyyədə istifadə olunmaqla müx-

təlif miqyaslı ərazi-istehsal kompleksləri yaradılsın. Ona

görə də, əvvəlcə məhsuldar qüvvələrin ərazi təşkilinin mü-

tərəqqi forması olan ərazi-istehsal kompleksinin mahiyyə-

tini düzgün müəyyən etmək lazımdır.

MQY-si cəmiyyətin inkişafında böyük rol oynayır və

o istehsalın səmərəliliyinin artırılmasına müsbət təsir gös-

tərir. Ona görə də, MQY-nin təkmilləşdirilməsinə yönəl-

dilmiş kompleks tədbirlərin həyata keçirilməsi sosial-iqti-

sadi inkişafı və ictimai istehsalın səmərəliliyini yüksəlt-

məyin mühüm amili hesab edilir. Odur ki, region və döv-

lətlərdə iqtisadi və sosial inkişafın səmərəli əlaqələndiril-

məsini təmin etmək, xalq təsərrüfatı kompleksində onların

qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq, məhsuldar qüvvələ-

rin yerləşdirilməsində mütərəqqi irəliləyişləri həyata ke-

çirmək daha real zərurətə çevrilmişdir.

2. Regionların, ayrı-ayrı dövlətlərin və iqtisadi ra-

yonların təsərrüfatının qarşılıqlı əlaqədə kompleks inki-

şafı.

Məhsuldar qüvvələrin yerləşdirilməsinin bu qanuna-

uyğunluğu xalq təsərrüfatının kompleks inkişafı, rayonlar-

arası əhəmiyyətə malik olan əməyin ərazi bölgüsü siste-

Page 8: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

8

mində ölkənin bütövlükdə və onun iqtisadi rayonlarının

ixtisaslaşmasını müəyyən edən istehsalın qarşılıqlı surətdə

əlaqədar sahiblərinin məcmusunun ahəngdar inkişafını,

region və dövlətlərin ərazisində yerləşən müəssisələrin tə-

ləbatını iqtisadi cəhətdən səmərəli ödəyən istehsal sahələ-

rinin eyni vaxtda inkişafını nəzərdə tutur.

İqtisadi rayonların təsərrüfatının ərazi kompleksini

tamamlayan sahələr, eyni zamanda xidmət sahələri xalq

təsərrüfatının ixtisaslaşmış sahələrinin qarşılıqlı əlaqədə

olmasını tələb edir.

Dünya iqtisadiyyatında təsərrüfatın bu cür inkişafı

istehsal vasitələri və istehlak malları istehsalı arasında, sə-

naye və kənd təsərrüfatı, istehsal və bütün nəqliyyat növ-

ləri ilə daşımalar arasında, xalq təsərrüfatı ilə xammal və

əmək ehtiyatları arasında düzgün nisbətin yaradılması is-

tehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edir.

Müasir mərhələdə istehsalın səmərəliliyinin yüksəl-

dilməsi tələbi və ərzaq probleminin həlli iləəlaqədar ola-

raq, ayrı-ayrı regionların, təsərrüfatlarının kompleks inki-

şafı müxtəlif miqyaslı ərazi-istehsal birləşmələrinin for-

malaşması və inkişafı probleminin aktuallığını getdikcə

artırır.

Dünyada region, dövlət və iqtisadi rayonların təsər-

rüfatlarının kompleks inkişaf etdirilməsi, malik olduqları

ehtiyatlardan və imkanlardan daha səmərəli istifadə edil-

məsi əsasında onların inkişafı qarşısında duran bir sıra

mühüm sosial-iqtisadi problemlərin həllinin sürətləndiril-

məsini nəzərdə tutur.

Azərbaycanda mövcud olan zəngin yerli xammal

sərvətlərindən istifadənin ancaq ilkin emal səviyyəsində

məhdudlaşması, onların hazır məhsul istehsalı üçün sonra-

Page 9: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

9

kı mərhələsinin zəif həyata keçirilməsi uzun müddət da-

vam etmişdir. Nəticədə istehsal potensialı zəif olan region-

larda real imkanların olmasına baxmayaraq, sənayenin

müvafiq sahələrinin meydana gəlməsi müəyyən müddət

mümkün olmamışdır. Regionlarda və iqtisadi rayonlarda-

kı fərqlərin yaranmasının bir səbəbi də bununla əlaqədar

olmuşdur.

3. Respublikaların, ayrı-ayrı rayonların sosial-iqtisa-

di inkişaf səviyyələrinin bərabərləşdirilməsi. Şəhərlə kənd

arasında mühüm fərqlərin ləğv edilməsi xalq təsərrüfatının

ərazi üzrə təşkilinin əsas qanunauyğunluqlarından biridir.

Hər bir iqtisadi rayonun təsərrüfatının hərtərəfli inki-

şafı rayonlararası ixtisaslaşması ilə yanaşı, kənd və şəhər

əhalisinin həyat səviyyəsinin daha da yaxınlaşmasına, şə-

hər ilə kənd arasında sosial-iqtisadi və mədəni-məişət

fərqlərinin aradan qaldırılmasına kömək edir. İqtisadi isla-

hatların ardıcıl həyata keçirilməsi şəhərlə kənd arasında

olan qeyri-bərabərliyin ləğv olunmasını təmin edir.

Məlumdur ki, rayonların iqtisadi inkişaf səviyyəsinin

bərabərləşməsi ümumən ərazidə xalq təsərrüfatının inkişa-

fının daha da sürətlənməsinin ən mühüm amillərindən bi-

ridir. Eyni zamanda ayrı-ayrı iqtisadi rayonlarda istehsal

olunan milli gəlirə, adambaşına düşən məhsula, sənaye və

kənd təsərrüfatı məhsulları istehsalının səmərəsinə, əmək

məhsuldarlığının səviyyəsinə, xidmətlərin səviyyəsinə və

sairəyə görə bir-birinə getdikcə daha çox yaxınlaşması

müşahidə olunur.

Uzun müddət belə hesab edilirdi ki, məskunlaşma

avtomatik olaraq istehsala doğru meyl edir. Buna görə də,

müəssisənin ehtiyatları nəzərə alınmadan harda gəldi yer-

ləşdirilə bilər. Lakin tədricən məlum oldu ki, məskunlaş-

Page 10: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

10

manı bir çox qeyri-xammal istehsal sahələrinin, işçi qüv-

vəsinin cəmləşdiyi yerlərdə də yerləşdirmək daha məqsə-

dəuyğundur. Bir çox hallarda, yeni sənaye müəssisələrinin

yerləşdirildiyi yeri dəyişmək və lazımi yarımfabrikatları

daşıyıb gətirmək, əhalini onun yerləşdiyi yerə cəlb etmək-

dən daha asan olur. Bu zaman sosial cəhətlər, əhalinin xid-

mət sahələri müəssisələri ilə təmin olunması mühüm rol

oynayır. Buna görə də hazırda demoqrafik şərait elədir ki,

əhali iqtisadiyyatın inkişaf etdirildiyi rayonlarda yerləşdi-

rilir. Məlum olduğu kimi, sənaye və kənd təsərrüfatı əmə-

yi özünün müəyyən qarşısı alınmaz spesifik xüsusiyyətlə-

rə malikdir. Kənd təsərrüfatında əsas istehsal vasitəsi tor-

paq sayılır. Müəyyən iqlim şəraitində kənd təsərrüfatı işlə-

rinin mövsümi olması, onların gedişinin təbii-iqlim şəraiti-

nin xarakteri ilə sıx bağlılığı ilə əlaqədardır.

Hazırda şəhərlə kənd arasında fərqlərin aradan qaldı-

rılmasında və yaxınlaşmasında istehsalda, məişətdə, isteh-

salın mexanikləşdirilməsində, mənzil tikintisində, təhsilin,

istirahətin, mədəni-məişət xidmətinin təşkilində kənd hə-

yat tərzinin (yaşayış səviyyəsinin) şəhər həyat tərzinə ya-

xınlaşması hər bir dövlətin iqtisadi siyasətinin əsas vəzifə-

sidir. Buna baxmayaraq ölkələrdə coğrafi fərqlər də möv-

cuddur. Kənd yerlərindən şəhərlərə gəlmək, nəqliyyatla

yük daşınması, şəhərlə kənd arasında qarşılıqlı əlaqənin

inkişafı kənd yaşayış məntəqələrinin inkişafına təsir edir.

Xalq təsərrüfatı baxımından hər bir ölkə və iqtisadi

rayona müəyyən ixtisaslaşma xasdır. İqtisadirayon, onun

təsərrüfatların göndərdiyi məhsulun müəyyən hissənin

müqabilində həmin ərazinin hüdudları daxilində istehsal

edilməyən və ya kifayət qədər istehsal olunmayan məhsul-

lar alır. Bir qayda olaraq ixtisaslaşma məhsulları istehsalı

Page 11: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

11

həmin ərazi üçün daha əlverişli olur və buna görə də onun

xüsusi qayğısının obyektinə çevrilir. Əməyin bölgüsü və

ölkənin ayrı-ayrı hissələrində xalq təsərrüfatı məhsulları

növlərinin istehsalı və istehlakının rayonlararası balansı

formalaşır və rayonlararası əlaqələr yaranır. Onların inki-

şafı və intensivliyi bir çox cəhətdən rayonlararası nəqliy-

yatın və xidmətlərin inkişafından asılıdır.

1.3. Məhsuldar qüvvələrin yerləşdirilməsinin

prinsipləri

Xalq təsərrüfatının elmi surətdə əsaslandırılmış inki-

şafı və idarə olunmasısahəsində əməli fəaliyyətdə qanuna-

uyğunluqların dərk olunması, dövlət siyasətinin əsas isti-

qamətlərinin müəyyənləşdirilməsinə,yəni məhsuldar qüv-

vələrin yerləşdirilməsi və əraziyə görə təşkili prinsipləri-

nin hazırlanmasına imkan verir. Bu zaman prinsiplər tək-

cə həmin qanunauyğunluğu deyil, həm də məhsuldar qüv-

vələrin yerləşdirilməsinə təsir göstərən bir sıra obyektiv və

subyektiv amilləri nəzərə alır.

Məlumdur ki, qanunauyğunluqlardan fərqli olaraq,

prinsiplər dinamikdir, dəyişkəndir. Çünki iqtisadi, sosial-

siyasi vəziyyətin, ayrı-ayrı rayonlarda strateji məqsədlərin

dəyişməsiilə, habelə əvvəllər dərk olunmamış yeni qanu-

nauyğunluqlarla əlaqədar olaraq prinsiplər dəyişə bilir, bu-

na görə də onların təsir müddəti məhduddur.

Prinsiplər siyasət deməkdir. Dövlət məhsuldar qüv-

vələrin əraziyə görə təşkili prinsiplərini formalaşdırır, hə-

min prinsiplərə əməl edir, prosesin məcrasını dəyişməyə

və onun özünü lazım olan istiqamətə yönəltməyə çalışır.

Bu isə heç də həmişəbirdən-birə və tam şəkildə mümkün

Page 12: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

12

olmur. Prinsiplərin qanunauyğunluqlardan fərqi bundadır.

Onlar obyektivdir, onları aradan qaldırmaq, ləğv etmək

olmaz.

Prinsiplər qanunauyğunluq və amilləri nəzərə alan

uzunmüddətli siyasətin əsas qaydaları və təsərrüfatçılıq

metodlarıdır. Hazırda məhsuldar qüvvələrin yerləşdirilmə-

si əsasən aşağıdakı prinsiplər nəzərə alınmaqla həyata ke-

çirilir:

1) istehsalın xammal, yanacaq, enerji mənbələrinə və 2)

istehlak rayonlarına yaxınlaşması.

İstehsalın xammal mənbələrində, yanacaq-enerji

ehtiyatları və məhsul istehlakı rayonlarında yerləşdirilməsi

iqtisadi cəhətdən əsaslandırılmasa, ölkədə məhsuldar qüv-

vələrin səmərəli yerləşdirilməsi mümkün deyildir. Göstəri-

lən prinsiplərin nəzərə alınması istehsalın səmərəli yerləş-

dirilməsinin ən mühüm qanunauyğunluqlardan biridir. Hər

bir sənaye müəssisəsinin özünə xas olan yerləşmə prinsipi

vardır. Metallurgiya müəssisələrinin xammal və yanacaq

mənbələrinə yaxınlaşması onların uzaq məsafələrə daşın-

ması hallarını və bununla da xərcləri azaldır. Metaltutum-

lu maşınqayırma sahələri bir qayda olaraq metallurgiya

bazalarının yaxınlığında yerləşdirilir. Bu sahə həm də me-

tal tutumu az olan, əmək ehtiyatları çox olan rayonlarda

yerləşdirilir. Kimya sənayesinin yerləşdirilməsi başqa sə-

naye sahələrinin yerləşdirilməsindən fərqlidir. Belə ki,

kimya sənayesi məhsul istehsalında mineral, heyvan, bitki

mənşəli xammallardan, sudan, havadan istifadə edir.

Page 13: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

13

1.4. Məhsuldar qüvvələrin yerləşdirilməsinin amilləri

Məhsuldar qüvvələrin yerləşdirilməsi təsərrüfatın in-

kişafına və onun ünsürlərinin qarşılıqlı fəaliyyətinə həll-

edici təsir göstərən obyektiv prosesləri əks etdirir. Məhsul-

dar qüvvələrin inkişafı və ərazi təşkili müəyyən amillərin

təsiri altında baş verir. Həmin amillərdən aşağıdakıları

qeyd etmək olar:

a) istehsalın yerləşdirilməsi şəraitinə təsir edən və

hətta onu dəyişdirən elmi-texniki tərəqqi ilə bağlı texniki-

iqtisadi amillər;

b) təbii ehtiyatların kəşfi, təbii şəraitlə əlaqədar olan

və ətraf mühitin mühafizəsi ilə bağlı təbii amillər;

c) keçmişin əmək vərdişlərini, məskunlaşma xüsu-

siyyətini əks etdirən tarixi amillər;

ç) sosial (əhalinin həyat şəraiti ilə bağlı), habelə siya-

si, ekoloji, hərbi-strateji və başqa amillər.

Prinsiplərdən fərqli olaraq amillərin təsiri təkamül

yolu ilə sakit dəyişir, prinsiplər çox vaxt siyasi xarakter

daşıyır.

Xalq təsərrüfatının ərazi strukturuna təsir xüsusiyyə-

tinə görə bütün amilləri (texniki-iqtisadi, təbii, tarixi, sosi-

al-iqtisadi) şərti olaraq ətalətli (sabit) və dinamik (inkişaf)

amillərə bölmək olar. Eyni zamanda ərazi strukturunun

inkişafının özü əməyin coğrafi bölgüsünün dərinləşməsi

məhsuldar qüvvələrin ərazi təşkilinin mürəkkəbləşməsi ilə

səciyyələnir. Buna görə də, dinamiklik amilləri, öz növbə-

sində intensiv amillərə və ekstensiv amillərə bölünür.

Xalq təsərrüfatının ərazi üzrə təşkili təkcə onun ün-

sürlərinin yerləşdirilməsi deyil, həm də qarşılıqlı fəaliyyə-

ti, qarşılıqlı surətdə bir-birini tamamlaması və bərabər ta-

Page 14: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

14

beliyidir. Qarşılıqlı fəaliyyət amilləri xammaldan, ərazi-

dən, nəqliyyatdan, əmək ehtiyatlarından, tullantılardan bir-

gə istifadə edən istehsalın ərazicə bir-birinə yaxınlaşması-

nın iqtisadi səmərəsini müəyyən edir, yəni təsərrüfatın ün-

sürləri arasında əlaqələrin xarakterinə və intensivliyinə tə-

sir göstərir.

Eyni rayonlar bəzən müxtəlif sahələrin bir çox səna-

ye müəssisələrinin yerləşdirilməsi üçün əlverişli olur. La-

kin bir sıra ehtiyatlar (su, enerji, yanacaq, əmək və s.)

məhdudluq təşkil edə bilər. Bu, bütün istehsal sahələrinin

rayonda yerləşdirilməsi imkanını müəyyən dərəcədə məh-

dudlaşdırır.

Eyni zamanda yeni yataqların kəşfi sənaye sahələri-

nin rayonda yerləşdirilməsi imkanını müəyyən dərəcədə

məhdudlaşdırır, həmçinin yeni yataqların kəşfi sənaye sa-

hələrinin rayonda əlavə yerləşdirilməsi üçün həlledici

amilə çevrilə bilər. Buna görə də, ayrı-ayrı amillərin təsiri

çoxcəhətli, müxtəlif istiqamətli ola bilər. Bu, hər şeydən

əvvəl mürəkkəb kompleks amillərə aiddir.

Təbii amil mühüm çoxçəhətli kompleks amildir. Tə-

bii şəraitin və ehtiyatların özünün varlığı bir çox hallarda

ərazinin iqtisadi inkişafının ən güclü amilinə çevrilir. Eyni

zamanda təbii ehtiyatlardan kompleks istifadə edilməsi

təbiətin və ətraf mühitin qorunması problemini qarşıya

qoyur.

Ekoloji amil təbii ehtiyatlardan kompleks istifadənin

yeni amilinə və stimuluna çevrilir. Ekoloji problem müasir

dövrün ən mühüm təbii-elmi və sosial-iqtisadi problemlə-

rindən biridir. Bu problemin vacibliyi və kəskinliyi təbii

ehtiyatların daha çox tükənməsi və ətraf mühitin çirklən-

məsi prosesi ilə müəyyən edilir. Bu isə məhsuldar qüvvə-

Page 15: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

15

lərin inkişafı yolunda əngələ çevrilir. Təbii tarazlığı saxla-

maq məqsədilə tullantısız istehsal zərurətə çevrilir. Həmin

istehsal, təbii xammaldan kompleks istifadə olunması və

onun emalı ilə əlaqədardır. Bununla birlikdə ekoloji amil

torpaqdan səməri istifadə olunmasını, onun rekultivasiya-

sını tələb edir. Ekoloji amil nəzərə alınmaqla hasilat miq-

yasları, təbii şəraitdən və təbii ehtiyatlardan istifadə olun-

manı məhdudlaşdırılır, bəzi halda hətta onlardan istifadə

olunması tamamilə qadağan edilir.

1.5. Məhsuldar qüvvələrin inkişafının əsas şərtləri

İstehsalın yerləşdirilməsi qanunauyğunluqlarına və

prinsiplərinə uyğun olaraq, bu və ya digər müəssisənin ti-

kilməsi üçün iqtisadi rayon müəyyən edilir, müəssisələrin

yerini müəyyənləşdirmək üçün lazımi axtarışlar və texni-

ki-iqtisadi hesablamalar aparılır, tikinti işləri görüləcək ra-

yonun nəqliyyat şəraiti, energetika, xammal və su ehtiyat-

ları aşkara çıxarılır.

Riyazi metodların və Elektron Hesablama Maşınları-

nın (EHM-in) tətbiqi həm sahə, həm də ərazi baxımından

məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi işində

olduqca geniş perspektivlər açır. İqtisadi rayonların kom-

pleks inkişafı məsələlərinin həllində onlardan istifadə

olunması həmin rayon daxilində məhsul istehsalına və

istehlakına dair real informasiya əldə etməyə, onu maddi,

istehsal və əmək ehtiyatları ilə əlaqələndirməyə imkan ve-

rir.

Xalq təsərrüfatı sahələrinin yerləşdirilməsi vəzifələ-

rinin yerinə yetirilməsində riyazi metodlar əməli cəhətdən

xüsusilə geniş miqyasda tətbiq olunur. Burada sənayenin

Page 16: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

16

xammal,yanacaq mənbələrinə və istehlaka yaxınlaşdırmaq

prinsipi nəzərdə tutulur.

Hər bir sənaye müəssisəsi özünə xas olan yerləşdiril-

mə prinsipinə malikdir. Belə ki, dəmir filizi yataqları

rayonlarında və ya kömür hövzələrində, habelə xammal

və yanacaq mənbələri arasında və ya onların bilavasitə

yaxınlığında yerləşən rayonlarda iri metallurgiya müəs-

sisələri yerləşdirilir. Metallurgiya müəssisələrinin xam-

mal və yanacaq mənbələrinə yaxınlaşması onların uzaq

məsafələrə daşınması hallarını azaldır. Mis əritmə müəs-

sisələri filiz yataqları yaxınlığında yerləşdirilir. Bu, mis

filizlərində metalın az olması ilə əlaqdardır. Odur ki, fi-

lizləri uzaq məsafələrə daşımaq iqtisadi cəhətdən sərfəli

deyildir.

Metaltutumlu maşınqayırma sahələri bir qayda ola-

raq metallurgiya bazalarının yaxınlığında yerləşdirilir.

Maşınqayırmanın metal tutumu az olan və çoxlu əmək

məsrəfi tələb edən növləri əsasən nəqliyyat –coğrafi və-

ziyyəti və daha çox əmək ehtiyatları olan rayonlarda

yerləşdirilir.

Kimya sənayesinin yerləşdirilməsi başqa sənaye

sahələrinin yerləşdirilməsindən xeyli fərqlənir. Belə ki,

kimya sənayesi məhsul istehsalında mineral, heyvan, bitki

mənşəli xammallardan, sudan, havadan istifadə edir.

Bir sıra hallarda istehsalın iqtisadi cəhətdən əsaslan-

dırılmış yerləşdirilməsi onun istehsal olunan məhsulun is-

tehlak edildiyi yerlərə yaxınlaşdırılmasını nəzərdə tutur.

Məsələn, daşımaların səmərəli təşkili və istehsal xərcləri-

nin azaldılması məqsədilə neftayırma zavodları başlıca

olaraq, neft məhsulları istehlakı rayonlarında və ya onlara

yaxın ərazilərdə yerləşdirilir.

Page 17: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

17

Hazır məhsul istehlakı rayonlarında (xammal bazala-

rının mövcudluğu nəzərə alınmaqla) mədən, yüngül sə-

naye və yeyinti məhsulları sənayesi üçün avadanlıq isteh-

sal edən maşınqayırma sənayesi inkişaf etdirilir. Şəkər za-

vodları üçün avadanlıq əsasən başlıca şəkər çuğunduru is-

tehsalı rayonlarında istehsal olunur.Məhsul istehlakı ra-

yonlarında, ilk növbədəiri sənaye mərkəzlərində yeyinti

məhsulları sənayesinin bir çox sahələri, məsələn, un-

üyütmə, çörəkbişirmə, üzlü süd məhsulları sahələri və baş-

qa sahələri inkişaf etdirilir. İri şəhərlərin ərzaq problemini

həll etmək üçün tərəvəz, kartof və süd məhsulları istehsalı

iri şəhərlərin və sənaye mərkəzlərinin yaxınlığında təşkil

olunur.

Məhsuldar qüvvələrin inkişafında və yerləşdirilmə-

sində beynəlxalq əmək bölgüsünün üstünlüklərindən və

inteqrasiyanın formalaşması təcrübəsindən istifadə edilir.

Azərbaycanda istehsalı inkişaf etdirmək və onu sə-

mərəli yerləşdirmək tədbirlərini həyata keçirərkən, xarici

ölkələrə əməkdaşlığı dərinləşdirmək və təkmilləşdirmək,

iqtisadi inteqrasiyanı inkişaf etdirmək vəzifələri, habelə

dünya təsərrüfat sistemində əməyin səmərəli bölgüsü və-

zifələri rəhbər tutulur.

Beynəlxalq əmək bölgüsü iqtisadiyyatın inkişafında

düzgün nisbətlər yaranmasına və onların hər birinin xalq

təsərrüfatında dövlətin hüdudları daxilində məhsuldar

qüvvələrin səmərəli yerləşdirilməsinə, onların əmək və

maddi istehsal ehtiyatlarından daha səmərəli istifadə

olunmasına kömək edir.

Ölkələrin beynəlxalq əmək bölgüsündə fəal iştirakı

hər şeydən əvvəl ixtisaslaşdırılmış ixrac yönümlü sahələ-

rin, yardımçı sahələrin və istehsala xidmət sahələrinin sü-

Page 18: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

18

rətli inkişafına təsir edir. Bu isə yeni sənaye mərkəzləri-

nin, iri müəssisələrinin yaradılmasına imkan verir. Bu,

həm də öz növbəsindəmövcud sənaye qovşaqlarının struk-

turunu təkmilləşdirir. Onların yaranması üçün yeni nəqliy-

yat yolları çəkilir. Əlavə enerji qurğuları, tikinti bazaları

yaradılır. Xidmət müəssisələrinin mürəkkəb sistemi mey-

dana çıxır. Bütün bunlar ayrı-ayrı rayonların daxili ərazi

strukturunu, rayondaxili və rayonlararası əlaqələrin nisbət-

lərinin xarakterini dəyişdirir.

Azərbaycan Respublikasının təbii sərvətlərindən sə-

mərəli istifadə olunmasında, məhsuldar qüvvələrin sürətlə

inkişaf etdirilməsində 1994-cü ilin sentyabrında xarici iri

neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi”nin müs-

təsna əhəmiyyəti olmuşdur. Müqaviləyə əsasən, Bakı-Tbi-

lisi-Ceyhan, Bakı-Supsa və Bakı Novorossiysk magistral

əsas ixrac neft boru kəmərlərinin çəkilməsi və bərpası

deyilənlərə sübutdur. İnşa edilmiş neft kəməri boyunca

iri sənaye obyektlərinin tikilməsi, kəmərin çəkilişi üçün

tikinti təşkilatlarının yaradılması, yeni qəsəbələrin salın-

ması, sosial-mədəni obyektlərin tikilməsi, əlavə nəqliyyat

yollarının çəkilməsi, iri neft terminallarının yaradılması

vəs. həyata keçirilir. Yeni tikinti təşkilatları müvafiq ra-

yonların inkişafının böyük amilinə çevrilir, kəmər boyu

yerləşən bütün sistem isə iqtisadi cəhətdən fəal zonanın

inkişafına zəmin yaradır.

Getdikcə daha da güclənən dövlətlərarası ixtisaslaş-

ma və kooperativləşmə rayonların və tam bir sıra sənaye

qovşaqlarının və mərkəzlərinin daxili strukturuna müsbət

təsir göstərir. Respublikanın ərazisində yerləşən bir sıra iri

sənaye müəssisəsi xarici ölkələrlə kooperasiya əlaqələri-

nin təsiri altında formalaşır. Xarici ölkələrin iştirakı ilə

Page 19: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

19

birgə müəssisələr və xidmətlər yaratmaq prosesi getdikcə

güclənir.

Ərazi amili hazırda və xüsusən perspektivdə böyük

əhəmiyyət kəsb edir. Onun təsiri çoxcəhətlidir. Bir tərəf-

dən o məhdudlaşma amili, başqa bir halda fəallaşdırma

amili sayılır. Perspektivdə bu amil ölkənin əsas rayonları-

nın inkişafının intensiv yolunu stimullaşdıracaq, ərazidən

istifadə olunmasının bu vəya digər variantının məqsədə-

uyğunluğunu müəyyən etmək üçün diqqətli hesablamalar

aparılmasını və həmin varianta qiymət verilməsini tələb

edəcəkdir. Məhsuldar qüvvələrin müasir dövrdə yerləşdi-

rilməsinin çox mühüm və çoxcəhətli kompleks amili əha-

lidir, xüsusən əmək ehtiyatlarıdır. Əhalinin zəif artımı, el-

mi-texniki inqilab dövründə əmək ehtiyatlarına, onların

təhsil səviyyəsinə və peşə hazırlığına tələblərin yüksəlmə-

si insan əməyini daha qiymətli edir.

Yeni demoqrafik vəziyyət yaranmışdır. Belə vəziy-

yət məhsuldar qüvvələrin yerləşdirilməsinə getdikcə daha

çox təsir göstərir. Məhsuldar qüvvələrin yerləşdirilməsi

qanunauuğunluqları xeyli dərəcədə insan amili ilə bağlı-

dır. Bu, respublika, rayon səviyyələrində daha yaxşı hiss

olunur. Məsələn, komplekslilik, iqtisadi səmərə ərazinin

bir çox rayonlarında ən yeni sahələrin daha da artırılması

zərurətini irəli sürür. Bunlar əsasən qadın və ya kişi əmə-

yinin tətbiq edildiyi sahələrdir, eyni zamanda işçi qüvvə-

sindən tam istifadə olunması kimi sosial problemlər qarşı-

ya çıxır.

Hazırda ayrı-ayrı ölkələrin əhalisi ilə bağlı olan so-

sial amillər məhsuldar qüvvələrin yerləşdirilməsinə get-

dikcə daha çox təsir göstərməyə başlayır.

Beləliklə, hər bir rayonda, hər bir konkret ərazidə

Page 20: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

20

məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin mü-

əyyən şəraiti təşəkkül tapmışdır.

Məhsuldar qüvvələrin inkişafı və yerləşməsi həmin

ölkələrdəki sərvətlərlə və ehtiyatlardan istifadə ilə əlaqə-

dar olub, dünya iqtisadiyyatının formalaşması və ölkədə

sahələrin müxtəlif səviyyədə inkişafı ilə şərtlənir. Bunu

Ümumi Daxili Məhsulun (ÜDM-in) strukturu barədə cəd-

vəldən görmək olar:

Cədvəl 1. Dünyanın 20 böyük ölkələrində ÜDM-in strukturu. (2010)

№ Ölkə ÜDM-in strukturu, %-lə

sənaye xidmət kənd təsərrüfatı

1 Avstraliya 26,8 69,8 3,4

2 Braziliya 28 65,3 6,7

3 Böyük Britaniya 24,2 74,5 1,3

4 Almaniya 30,1 69,1 0,8

5 Hindistan 29 53,4 17,6

6 İndoneziya 48,1 37,5 14,4

7 İran 41,9 47,8 10,3

8 İspaniya 29 67,6 3,4

9 İtaliya 27 71 2

10 Kanada 28,4 69,6 2

11 Çin 48,6 40,1 11,3

12 Meksika 35,2 61 3,8

13 Niderland 25,5 72,9 1,6

14 Polşa 31,2 64,3 4,5

15 Rusiya 37,6 57,7 4,7

16 ABŞ 19,2 79,6 1,2

17 Türkiyə 27,5 63,8 8,7

18 Fransa 20,4 77,6 2

19 Cənubi Koreya 39,4 57,6 3

20 Yaponiya 26,3 72,3 1,4

ÜDM-in strukturu ölkələrdə mövcud ehtiyatlar və xidmətlərin inkişaf

səviyyəsini xarakterizə edir.

Page 21: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

21

MÖVZU 2. MƏHSULDAR QÜVVƏLƏRİN

İNKİŞAFINDA ƏRAZİNİN ROLU

2.1. Ərazi anlayışı;

2.2. İstehsalın ərazi idarə olunması sisteminin formaları,

ərazi-istehsal komplekslərinin mahiyyəti.

2.1. Ərazi anlayışı

Təsərrüfatın, istehsalın və əhalinin ərazi üzrə forma-

laşması iqtisadi inkişafın əsas amillərindən biridir. Bir çox

ölkələrin inkişafı və formalaşması onların əraziləri ilə əla-

qədardır. Hər bir ərazinin relyefi, təbii-iqlim şəraiti, möv-

cud təbii ehtiyatları, əmək ehtiyatları xeyli fərqlənir.

Ərazilərin bu fərqləri onların istehsal, iqtisadi, sosial və

digər amillərinin də müxtəlifliyinə səbəb olan şərtlərdən-

dir. Bu şərtlər ərazilərin inkişaf səviyyəsini ehtiva edir.

Ərazilər müvafiq regionların olduğu yerli ehtiyatlardan

daha səmərəli istifadə etmək, onların inkişafı qarşısında

duran bir sıra vacib sosial-iqtisadi problemlərin həllini sü-

rətləndirməklə yanaşı, maliyyə, əsaslı vəsait, torpaq

ehtiyatlarına və s. əhəmiyyətli dərəcədə qənaət etməyə im-

kan verir. Başqa sözlə, ərazilərin formalaşması istehsalın

intensiv relsə keçirilməsinin bütün əsas tələblərini özündə

birləşdirir. Ərazilərdə yerləşən istehsal və xidmət müəssi-

sələri ayrı-ayrı ərazilərdəki müxtəlif kooperasiya əlaqələ-

rinin təsiri altında formalaşır. Ərazilərin qarşılıqlı fəaliy-

yəti xammal, material, əmək ehtiyatları, nəqliyyat və s.

birgə istifadə nəticəsində yaxınlaşmasının iqtisadi əsasları

yaranır. Sahələrin mövcudluğu ərazilərdəki ehtiyatlarla

yanaşı, ərazilərin bir-biri ilə əlaqələrindən də asılıdır. Əra-

Page 22: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

22

zinin coğrafi mövqeyi və təbii, ekoloji amilləri, həmin əra-

zinin inkişafını şərtləndirən amillərdəndir. Ona görə ərazi

amili həmişə böyük əhəmiyyət kəsb etmişdir.

Ərazi İstehsal Komplekslərinin (ƏİK-nin) formalaş-

ması, təsərrüfatın ərazi üzrə təşkilinin daha səmərəli amili

kimi, istehsalın inkişafının və ərazi əmək bölgüsünün

yüksək səviyyəsinə uyğun gələn qanunauyğun prosesdir.

Bu, əsaslı tikintinin həyata keçirilməsinin, kapital qoyu-

luşlarının ödəmə müddətinin qısaldılmasının, cari və nəq-

liyyat xərclərinin həcminin azaldılmasının, dövriyyə vəsa-

itlərinin dövriyyəsinin sürətləndirilməsinin, infrastruktu-

run qeyri-istehsal sferasının yaradılmasına və fəaliyyət

göstərməsinə sərf olunan vəsaətə qənaət olunmasının, tə-

bii və iqtisadi ehtiyatlardan kompleks istifadə edilməsinin

daha səmərəli yoludur.

Ona görə də, hazırda ƏİK-ri, iqtisadi rayonlarda və

habelə bütövlükdə ölkədə məhsuldar qüvvələrin yerləşdi-

rilməsinin qanunauyğunluqlarından birini təşkil edir.

MQY-nin ƏİK-nin formasında həyata keçirilməsi za-

manı əldə olunan səmərə təkcə ixtisaslaşmış sahələr ara-

sında düzgün istehsal-texnoloji əlaqə yaradılması hesabına

deyil, habelə ixtisaslaşmış sahə ilə əlaqədar istehsal sahə-

ləri arasında optimal qarşılıqlı əlaqələrin təmin olunması

hesabına əldə olunur. Digər tərəfdən, müəyyən regionda

ixtisaslaşmış sənaye sahələrinin sayı yerli təbii sərvətlərin

miqdarı, tərkibi və istehsal dövriyyəsinə cəlb olunmasında

və ümumiyyətlə, məhsuldar qüvvələrin ümumi inkişaf sə-

viyyəsindən asılı olaraq az və ya çox ola bilər. Daha sonra

nəzərə almaq lazımdır ki, ƏİK-nin demək olar ki, hamısı

əvvəlcə bir ixtisaslaşmış sənaye sahəsinin bazasında mey-

dana gəlir. Başqa sözlə, ƏİK-nin tamlığı üçün ixtisaslaş-

Page 23: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

23

mış sənaye sahələrinin sayı əsas ola bilər.

ƏİK-nin mahiyyətinin düzgün başa düşülməməsinin

səbəblərindən biri əksər hallarda onların mahiyyətcə iqti-

sadi rayon ilə eyniləşdirilməsidir. Əlbəttə, bu iki anlayış

arasında oxşarlıq çoxdur. Bununla belə, ƏİK-ri və iqtisadi

rayon mahiyyət etibarilə eyni anlayışlar deyildir. İqtisadi

rayon müəyyən edildiyi ərazinin bütün sahələrini həm mə-

kan, həm də təsərrüfat fəaliyyəti nöqteyi-nəzərindən tam

əhatə etdiyi halda, ƏİK-nə daxil olan sahələrin sayı və

onun məkan ölçüsü iqtisadi rayondan kiçik olur. Bundan

başqa, iqtisadi rayon zəngin təbii sərvətlərə, sərbəst əmək

qabiliyyətli əhaliyə, əlverişli nəqliyyat-coğrafi mövqeyə

və s. malik ola bilər. Lakin müxtəlif obyektiv səbəblər

üzündən onlar istehsal dövriyyəsinə tam cəlb olunmaya

bilər. ƏİK-ri üçün isə əksinə, bu ehtiyatların istehsal döv-

riyyəsinə cəlb edilməsi, həmin ərazinin malik olduğu ehti-

yatlar və digər əlverişli imkanların artıq reallaşdırılması

və yaxud da ən səciyyəvi xüsusiyyətlərindən biridir.

2.2. İstehsalın ərazi idarə olunması sisteminin

formaları, ərazi-istehsal komplekslərinin mahiyyəti

Bir qayda olaraq ƏİK-rin əsasını sənaye təşkil etsə

də, kompleksin sahə tərkibi geniş olub, xalq təsərrüfatının

müxtəlif sahələrini əhatə edir. Bu zaman ƏİK-nin istehsal

strukturunun səmərəliliyi istehsalların sayının çoxluğu ilə

deyil, istehsal və istehlak sahələrinin müxtəlif elementləri-

nin səmərəli şəkildə əlaqələndirilməsi ilə müəyyən edilir.

ƏİK-si yalnız o zaman optimal sayıla bilər ki, məhsul is-

tehsalı və əhali üçün lazımi həyat şəraiti yaradılması mi-

nimal əmək məsrəfləri ilə həyata keçirilsin. ƏİK-nin sahə-

Page 24: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

24

ləri istehsalın miqyası və səmərəliliyindən, eləcə də ərazi

əmək bölgüsündəki rolundan asılı olaraq ixtisaslaşmış is-

tehsal və xidmətedici sahələrə ayrılır.

İxtisaslaşmış sahələrin əsasını konkret şəraitə uyğun

olaraq müxtəlif sahələrin müəssisələrinin iqtisadi əlaqələri

təşkil edir. Bu sahələr ƏİK-nin inkişafının əsas istiqamət-

lərində və ərazi əmək bölgüsündə əsas rol oynayaraq,

məhsulun ərazi təyinatından asılı olaraq rayonlararası və

rayondaxili sahələrə bölünür. Adətən, rayonlararası sahə-

lərə o sahələr aid edilir ki, onların məhsulu əsasən başqa

rayonlara göndərilmək üçün nəzərdə tutulur. Rayondaxili

ixtisaslaşmış sahələrin məhsulu isə bir qayda olaraq ƏİK-

nin öz daxilində istehlak olunur.

ƏİK-nin mühüm əlamətlərindən biri, onu istehsalla-

rın adi ərazi təmərküzləşməsindən və yaxud qruplaşmasın-

dan fərqləndirir və ƏİK-nin məhsuldar qüvvələrin ərazi

üzrə təşkilinin bir forması kimi mütərəqqiliyini müəyyən

edir. ƏİK-nin xidmətedici sahələri təsərrüfatın əsas sahə-

lərini və əhalinin tələbatını ödəmək funksiyasını yerinə

yetirir. ƏİK-nin xidmətedici sahələrinə ilk növbədə maddi

istehsalın tikinti, nəqliyyat, rabitə, ticarət, mənzil-kommu-

nal təsərrüfatı, maarif, səhiyyə və s. aid edilir. Burada onu

göstərmək lazımdır ki, bəzi ƏİK-də yuxarıda adları çəki-

lən infrastruktur sahələri ilə yanaşı sənaye və kənd təsər-

rüfatının da sahələri olur ki, onlar da yerli əhəmiyyət kəsb

etmir, lakin kompleksin öz tələbatını ödəyir.

Məlumdur ki, ƏİK-i müəyyən ərazi daxilində forma-

laşır. Bu baxımdan, komplekslərin inkişaf səviyyəsini qiy-

mətləndirmək, onlarda istifadə olunmayan ehtiyat mənbə-

lərini aşkara çıxarmaq, istehsal strukturunu daha da tək-

milləşdirmək, yeni formalaşanların isə düzgün inkişaf

Page 25: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

25

istiqamətinin planlaşdırılması və idarə olunmasını, kom-

pleksə daxil olacaq müəssisələrin tərkibini müəyyən et-

mək və onların nəzərdə tutulan vaxtda işə salınmasını hə-

yata keçirmək üçün və s. ƏİK-nin sərhədinin düzgün mü-

əyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadi inkişafın müasir mərhələsində ƏİK-nin for-

malaşması və inkişafı, demək olar ki, ayrı-ayrı bölgələrdə

məhsuldar qüvvələrin yerləşdirilməsi probleminin bütün

məsələlərini özündə əhatə edir.

Məhəlli ƏİK-ri ərazicə o qədər də böyük olmayan

dövlətlərdə məhsuldar qüvvələrin ərazi üzrə təşkilinin ən

mütərəqqi formalarındadır. Bu komplekslər bir və ya bir

neçə yerli ehtiyatların kompleks istifadə olunması əsasın-

da formalaşır və inkişaf edirlər.

Bir qayda olaraq iri və regional ƏİK-nə xas olan xü-

susiyyət və əlamətlər məhəlli komplekslərində də özünü

biruzə verir. Bununla belə məhəlli ƏİK-nin özünəməxsus

bir sıra xarakterik əlamətləri vardır:

Birincisi, onların sərhədi iri ƏİK-nə nisbətən daha

kiçik və dəyişkəndir. Bu komplekslərin fəaliyyəti müəy-

yən dərəcədə müvəqqəti xarakter daşıyır. Bununla əlaqə-

dar olaraq məhəlli komplekslərin mövcudluğu müəyyən

funksiyaları yerinə yetirmək üçün tələb olunan vaxtda və

çərçivədə məqsədəuyğundur.

İkincisi, iri və regional ƏİK-ri ilə müqayisədə mə-

həlli kompleksləri daha məhdud olur və istehsalın texnolo-

ji həlqələri onlarda daha az inkişaf edir. Bundan başqa,

məhəlli komplekslərdə sahələrin sayı daha az olur və onlar

arasındakı əlaqələr bir o qədər də intensiv olmur. Odur ki,

məhəlli kompleksləri tərkibinə daxil olduqları regional

ƏİK-nə nisbətən ölkə miqyasında daha az sayda məhsul

Page 26: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

26

istehsalı üzrə ixtisaslaşırlar və bunun da nəticəsində bir

qayda olaraq, həmin məhsulların istehsalında onların xü-

susi çəkisi aşağı olur.

Məhəlli ƏİK-nin formalaşması və inkişafı Azərbay-

can Respublikası üçün xüsusilə aktualdır. Bu ondan irəli

gəlir ki, baxmayaraq son onilliklərdə xalq təsərrüfatının

quruluşunun yerli təbii-iqtisadi imkanlara müvafiq olaraq

daha da təkmilləşdirilməsi sahəsindəxeyli iş görülmüşdür.

Əvvəlki kimi yenə də respublikanın ümumi sənaye məh-

sulu istehsalının başlıca hissəsi Bakı-Sumqayıt sənaye ra-

yonunun payına düşür. Halbuki, sənaye cəhətdən zəif inki-

şaf etmiş rayonlar xeyli potensial inkişaf imkanlarına

malikdir. Bu imkanlardan istifadə olunması respublikada

məhsuldar qüvvələrin yerləşdirilməsinin yaxşılaşdırılması

sahəsində qarşıda duran bir sıra problemlərin, o cümlədən

mövcud ərazi nisbətlərinin ardıcıl olaraq təkmilləşdirilmə-

si, ayrı-ayrı rayonların inkişaf səviyyəsinin tarazlaşdırıl-

ması, onların xammal ehtiyatlarından daha dolğun və sə-

mərəli istifadə olunması, əmək qabiliyyətli əhalinin məş-

ğulluğunun daha da yaxşılaşması kimi problemlərin həlli

üçün əlverişli imkan yarada bilər. Göstərilən problemlə-

rin, eləcə də əhalinin yüksək təbii artımı ilə səciyyələnən

və sərbəst əmək ehtiyatlarına malik olan Azərbaycan Res-

publikasında iş yerlərinin sayının mövcud əmək ehtiyatla-

rına uyğunluğunun təmin edilməsi kimi mühüm iqtisadi

və sosial problemin müvəffəqiyyətlə həyata keçirilməsin-

də istehsalın ərazilərdə təşkilinin mütərəqqi forması olan

məhəlli ƏİK-nin formalaşması və inkişafının müstəsna

əhəmiyyəti vardır.

Page 27: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

27

MÖVZU 3. DÜNYANIN SİYASİ-İQTİSADİ

XƏRİTƏSİ

3.1. Dünyanın siyasi xəritəsinin formalaşması mərhələləri;

3.2. Dünyanın siyasi və iqtisadi xəritəsində dəyişikliklər;

3.3. Dünyada idarəetmə formaları;

3.4. Dünya xəritəsində mövcud ölkələrin iqtisadi-sosial

inkişafı.

3.1. Dünyanın siyasi xəritəsinin formalaşması

mərhələləri

Dünyanın müasir siyasi xəritəsinin formalaşması

uzun tarixi yol keçmişdir. Bu formalaşma min illər boyu

davam edib və yeni ölkələrin yaranmasında və dağılma-

sında, sərhədlərin dəyişilməsində, yeni torpaqların kəşfin-

də, metropoliya və koloniyaların yaranmasında, dünyanın

təkrar-təkrar bölüşdürülməsində öz əksini tapmışdır. Xü-

susilə siyasi xəritənin dəyişilməsində siyasi hadisələrin

həm də müharibələrin gedişi təsiredici amillər sayılır.

Siyasi xəritə bir neçə formalaşma mərhələlərinə bö-

lünür. Bu dövrləşmədə tarixi-coğrafi yanaşmanın xüsusi

əhəmiyyəti vardır. Bu yanaşma bəşər tarixinin dövrlərə

bölünməsinə əsaslanır.

Məlumdur ki, bəşəriyyətin inkişaf tarixi:1) qədim

dövrə; 2) orta əsrlərə; 3) yeni və 4) ən yeni dövrlərə bölü-

nür. Bu şəkildəbölgü ictimai-iqtisadi formasiyaların xüsu-

siyyətlərinə əsaslanır.

1) Qədim dövr eramızın V əsrinə qədərki dövrü əha-

tə edir. İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu

dövründə meydana gəlməyə başlamışdır. Müasir dövrə gə-

Page 28: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

28

lib çıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babil, Misir),

Çində yaşamış xalqlara məxsusdur. Deməli, insanların ət-

raf mühit haqqında empirik təsəvvürləri əmək fəaliyyətləri

ilə birlikdə meydana gəlmiş və onların malik olduqları in-

formasiyaların əsasını təşkil etmişdir. Yəni siyasi xəritədə

dəyişikliklər öz başlanğıcını ictimai əmək bölgüsü və şəx-

si mülkiyyətin yaranması, eləcə də ictimaiyyətin siniflərə

parçalanması dövründən götürür. Elə o dövrdən sosial ha-

disə kimi dövlət, yəni dünyanın siyasi xəritəsi ilə əlaqəsi

olan ərazi vahidi yaranır. Bu, quldarlıq quruluşu dövrünü

əhatə edir. Quldarlıq dövründə hərbi rəhbərlər, sonralar

meydana hələn irsi hökmdarlar iri torpaq və pul sahibi ol-

muşlar. Onların yaşadığı malikanələrin yanında isə zadə-

ganlar, qoşunlar, onlara yaxın sənətkarlar, tacirlər, azad

əkinçilər məskunlaşırdı. Bu yaşayış məntəqələrindən də

sivilizasiyanın əsasını qoyan şəhər-dövlətlər yaranmışdır.

Beləliklə, hələ eramızdan xeyli əvvəl IV-III minilliklərdə

çaylararası hövzədə -Mesopotamiyada, Çində, Misirdə ilk

quldarlıq dövlətlərinin formalaşması başlamışdır. Feodal

istehsal münasibətlərinin yaranması bu prosesə daha qüv-

vətli təkan vermişdir. Lakin qədim şəhər-dövlətlər çox zə-

if idi. Onlar üçün ən qorxulu təhlükə köçəri xalqların bas-

qını idi. Coğrafi mövqe və ətraf mühit dövlətlərin yaran-

masında mühüm rol oynamışdır. Çaylararası düzənliklər-

dəki xalqların köçəri xalqların basqını üçün heç bir çətin-

lik yox idi. Bu səbəbdən də yaranmış Şummer, Babilistan

imperiyalarının, daha sonra isə Assuriya dövlətlərinin

ömürləri uzun olmamış və nəhayət e.ə. ilk minilliyin birin-

ci yarısında bu əraziyə İran sivilizasiyası daxil olmuşdur.

Bu imperiya üç əsr hökm sürmüşdür.

Dünya sivilizasiyalarının inkişafında, xüsusilə, qə-

Page 29: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

29

dim Yunan və Roma regional sivilizasiyalarının böyük

xidməti olmuşdur. Onların dilləri, ədəbiyyatları, incəsənət

və memarlığı, hərbi, ticarət-bank əməliyyatı, Yunan de-

mokratiyası və Roma hüququ bu günə qədər öyrənilir və

tətbiq edilir.

Yunan sivilizasiyası- bu sivilizasiyaya Krit adasında

başlanılmışdır. E.ə.IV əsrin ortalarında yunan şəhəri Afi-

nanı Makedoniyalı İsgəndər ələ keçirmişdir. Sonralar on-

larla şəhər İsgəndərin adına adlandırılmışdır. Əlverişli

mövqedə yerləşən bu şəhərlər dəfələrlə sahibini dəyişdir-

mişdir.

Roma sivilizasiyasının təməli e.ə. V-III əsrlərdə Orta

Asiyada və Tibr vadisində yaşayan latınlar tərəfindən qo-

yulmuşdur. Romalılar Yunan demokratiyasını daha da in-

kişaf etdirərək dünyada ilk dəfə olaraq parlamentli mər-

kəzləşdirilmiş respublika yaratmışlar.

Bu dövrdəki dövlətlər öz ərazilərini genişləndirmək

üçün daha çox müharibə aparırdılar. Yəni bu dövr mühari-

bələrlə səciyyələnir. Bu dövlətlərin apardıqları müharibə-

lər, şəhərsalma işləri, yeni dəniz yollarının kəşfi, uzaq öl-

kələrlə ticarət əlaqələrinin yaradılması və sairə bilik tələb

edirdi.

2) Orta əsrlər dövrü V-XV əsrləri əhatə edir. Orta

əsrlər dövrü siyasi xəritənin formalaşması feodalizm quru-

luşu ilə əlaqədardır. Bu dövrdə formalaşan feodalizm cə-

miyyətində siyasi vəziyyət daha dərin və qarışıq olmuşdur.

3) Siyasi xəritənin formalaşmasında Yeni dövr –

XV-XVI əsrlərdən Birinci Dünya müharibəsinin qurtar-

masına qədər olan dövrə uyğun gəlir. Yeni dövrün XVI-

XVII əsrləri Avropa sənayesinin və ticarətinin inkişafı, el-

min və mədəniyyətinin sürətli yüksəlişi ilə xarakterizə

Page 30: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

30

olunur. Məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq

edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metal-

lar-qızıl, gümüş çatmırdı. Avropaya qızıl, gümüş, ipək,

qiymətli xəz-dərilər gətirilməsi tələb olunurdu. Bundan

başqa, Şərq ölkələrinin tükənməz var-dövləti haqqında ta-

cir və səyyahların söhbətləri də avropalıların təsəvvürünü

coşdururdu. Bu sərvətləri əldə etmək ümidi ilə yeni tor-

paqların axtarıb tapılmasına can atılırdı. Beləliklə, yuxarı-

da göstərilən amillərin təsiri altında Böyük Coğrafi Kəşf-

lər dövrü başlanır. Bu coğrafi kəşflər dövrü XV əsrin or-

talarından XVI əsrin ortalarına qədər olan dövrü əhatə

edir. Baş verən coğrafi kəşflər dünyanın siyasi xəritəsini

əsaslı surətdə dəyişdirmişdir.

İngiltərə sənayenin inkişafına ciddi fikir verir, əv-

vəlcə Hollandiyanı və sonralar isə müəyyən müddətdə

Fransanı satış bazarlarından sıxışdırıb çıxarırdı. İngiltərə

iri müstəmləkəçi dövlətə çevrilirdi.

Avropa ölkələrində inkişaf etməkdə olan kapitaliz-

mə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək,

ticarəti nizama salmaq, fabrik, zavod, digər emal və xid-

mət müəssisələrini yaratmaq və onları xammalla təmin et-

mək və sairə üçün coğrafi məlumatlar tələb olunurdu. Tə-

bii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilirdi.

O dövrdə, yəni XVI əsrdə İspaniya böyük müstəmlə-

kə dövləti sayılırdı. Onun müstəmləkələri yer kürəsinin

1/4-ni tuturdu. Artıq iki əsr idi ki, Latın Amerikası ölkələri

onun müstəmləkəsinə çevrilmişdi. İspaniya həmin ölkələ-

ri istismar edirdi. Bu dövrdə İspaniya Avropada ən varlı

və güclü dövlətə çevrilmişdi. Lakin bu uzun çəkmir.

Fransa ilə müharibədə o zəifləyir. Latın Amerikası üzərin-

də nəzarəti itirir, müstəmləkə xalqları bir-birinin ardınca

Page 31: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

31

müstəqillik uğrunda müharibələrə başlayırlar.

Müstəmləkələrin sayına görə Portiqaliya da qabaqcıl

yerlərdən birini tuturdu. Onun müstəmləkələrinin böyük

əksəriyyəti Afrika qitəsində idi.

İspaniya və Portuqaliya tədricən zəifləyirlər. İngiltə-

rə, Fransa isə əksinə, dünya hökmranlığı uğrunda özlərinin

mövqelərini getdikcə möhkəmləndirirdilər.

XVII əsrdə Fransanın müstəmləkə imperiyasının ya-

ranmasının ilk mərhələsi başlayır. O, Hindistanın 1/2 his-

səsini, Kanadanın Şərq hissəsini nəzarət altına almışdı.

Böyük Britaniya, Fransa və onun kimi ölkələrin işğa-

lından kənarda qalan əraziləri ələ keçirə bilmişdi. Bu əra-

zilərdə isə təbii sərvətlər digər torpaqlarla müqayisədə yox

dərəcəsində idi və dünyanın bu cür bölüşdürülməsi ilə Al-

maniya razılaşa bilmirdi. Almaniya dünyanın yenidən bö-

lüşdürülməsini istəyirdi.

Artıq XX əsrin başlanğıcında müstəmləkəçi dövlətlər

tərəfindən dünya ərazisinin bölüşdürülməsi başa çatmışdı.

Belə ki, 1876-cı ildə Afrikanın yalnız 10% Qərbi Avropa

ölkələrinin əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90%

ərazini təşkil edirdi. Bu cür bölüşdürmədən bir çox ölkə-

lər razı qalmamışdı. Formalaşmış siyasi xəritənin bu sabit-

liyi uzun çəkməmişdir. Artıq bölünmüş dünyanın yenidən

bölüşdürülməsi prosesi başlayırdı. Bu isə yalnız silah gücü

ilə ola bilərdi. Beləliklə, əvvəlcə bir neçə kiçik müharibə-

lər, daha sonra böyük müharibə - Birinci Dünya mühari-

bəsi baş vermişdir.

4) Siyasi xəritənin formalaşmasının ən yeni dövrü

Birinci dünya müharibəsinin (BDM) qurtarması və Rusi-

yada Oktyabr inqilabının qələbə çalmasından sonra başla-

mışdır. Bu dövr iki mərhələyə ayrılır. Bu İkinci Dünya

Page 32: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

32

müharibəsinin (İDM) tam başa çatması və ondan sonrakı

mərhələdən ibarətdir.

Birinci mərhələdə siyasi xəritədə mühüm siyasi hadi-

sələr öz izini qoymuşdur. Bu izlərə sosialist dövlətlərinin

yaranması və artması, koloniya sisteminin süqutu, müs-

təmləkə zülmündən azad olmuş yeni müstəqil dövlətlərin

yaranmasına aid edilir. Bu dövrdə həmçinin yeni hərbi qu-

rum – NATO yaranmışdır.

Dünyanın siyasi xəritəsində yeni –yeni “qaynar”,

“konfliktli” nöqtələr yaranırdı. Bu, “qaynar” nöqtəyə əsa-

sən Yaxın Şərq aid edilirdi. Ən əsas hadisə kimi dünyanın

siyasi xəritəsində SSRİ-nin yaranmasını göstərmək olar.

Birinci Dünya müharibəsindən sonra “Versal” müqa-

viləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, məğlub ol-

muş Almaniya Avropadakı torpaqlarının bir hissəsini və

bütün müstəmləkələrini itirmiş oldu. Eyni zamanda onun

müttəfiqi olan Avstriya- Macarıstan imperiyası da parça-

lanmışdır. O dövrdə dağılan imperiyalar sırasına Böyük

Osmanlı imperiyası da daxil idi. Böyük Britaniya, Yaponi-

ya, Fransa dövlətləri isə müstəmləkəçilik siyasətlərini da-

ha da genişləndirdilər. 1919-cu ildə dünya ərazisinin və

əhalinin 80%-i müstəmləkə və yarım müstəmləkələrin pa-

yına düşürdü. Dünyanın bu cür bölüşdürülməsindən Al-

maniya yenə razı qalmır və yenidən müharibəyə hazırla-

şırdı. Müharibə 1939-cu ildə başlayır. 1945-ci ildə Alma-

niya yenidən məğlub olur. Məğlubiyyət nəticəsində Yapo-

niya da darmadağın edilmişdir. Bu müharibə bəşəriyyətin

80%-ni, 60-dan artıq dövlətini əhatə etmişdir.

Page 33: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

33

3.2. Dünyanın siyasi və iqtisadi xəritəsində

dəyişikliklər

Dünya təsərrüfatında iki əks ictimai-iqtisadi sistem –

kapitalizm, sosializm sistemləri mövcud olmuşdur. Bu

dünya təsərrüfatında iqtisadi, siyasi inkişafda sosializmin

xeyrinə dəyişikliklər dövrü adlanır.

Lakin XX əsrin 90-cı illərində dünyanın ikinci döv-

ləti hesab edilən SSRİ-nin daxilində milli azadlıq hərəkatı

baş qaldırır və nəticədə bu hegemon dövlət dünyanın siya-

si xəritəsindən silinmiş olur. Deməli, SSRİ adlı dövlət

1991-ci ilin dekabrın 8-dən dünyanın müasir siyasi xəritə-

sindən yox olur.

Bu dövrdə dünyanın siyasi xəritəsində ən çox dəyi-

şiklik Avropada baş vermişdir. Bu dəyişikliklərdən birin-

cisi 1990-cı ildə Çexoslovakiyanın tərkibində federativ

qurumlar – Çexiya və Slovakiyanın yaranmasıdır. Bu iki

federasiya 1993-cü il yanvarın 1-də müstəqil dövlət kimi

siyasi xəritədə öz yerlərini tapmışdır. Bununla yanaşı,

1945-ci ilə qədər siyasi xəritədə mövcud olan vahid Alma-

niya iki yerə - ADR və AFR-ə parçalansa da, 1990-cı il

oktyabrın 3-də onlar paytaxtı Berlin olmaqla birləşərək

vahid Almaniya Federativ Respublikasını yenidən bərpa

etmişdlər.

Bu dövr müstəmləkə imperiyalarının dağılması ilə də

xarakterizə edilir. SSRİ-nin dağılmasından sonra isə yeni-yeni müstəqil

dövlətlər yaranmışdır. İlk olaraq, 1990-cı ildə Baltikyanı respublikalar SSRİ-nin tərkibindən çıxıb 1940-cı ildəki sə-viyyələrinə qayıtmış oldular. Yəni dünyanın siyasi xəritə-sində yeni müstəqil 3 dövlət yaranmış oldu. Sonralar so-

Page 34: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

34

sialist sisteminə daxil olan Yuqoslaviyada sosializm siste-mi dağılmış və beş müstəqil respublika öz əksini siyasi xə-ritədə tapmışdır. 1991-ci il dekabrın 8-də SSRİ-nin ləğvini irəli sürən üç slavyan dövləti Belarusiyadakı Belovej şəhə-rində yeni tipli slavyan qrupunun yaradılması haqqında deklarasiya imzaladılar. Buraya Rusiya Federasiyası, Uk-rayna və Belarusiya daxil idi. 1991-ci il dekabrın 21-də Alma-Ata şəhərində yeni yaranmış müstəqil dövlətlərin başçılarının Sammiti keçirilməklə dünya tarixində yeni qurum hesab edilən Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında deklarasiya qəbul etdilər. Burada 11 dövlət iştirak etmişdir. Lakin 1993-cü il 29 dekabrda Gür-cüstan da buraya daxil olmuşdur. Hal-hazırda qeyri-rəsmi olsa da, Gürcüstan Respublikası MDB-nin tədbirlərində iştirak etmir.

Siyasi xəritə əsrlər boyu dəyişərək dövlətlərin yaran-masını və iflasa uğramasını, sərhədlərin dəyişməsini, yeni torpaqların kəşf edilməsini və sairəni özündə əks etdir-mişdir. Siyasi xəritə daim inkişaf edərək bəşər cəmiyyə-tinin tərəqqisinə əsasən dəyişir. Bu dəyişikliklər müxtəlif-dir. Onlardan biri ərazi dəyişiklikləri ilə səciyələnən kə-miyyət dəyişiklikləri, digəri isə ərazi dəyişiklikləri ilə əla-qədar olmayan keyfiyyət dəyişiklikləridir.

Asılı ərazilərə könüllü olaraq müstəqillik verilməsi və ölkələrin müstəqillik əldə etməsi isə həm keyfiyyət, həm də kəmiyyət irəliləyişlərinə aid edilir.

Hal-hazırda dünyanın müasir siyasi xəritəsində 249 dövlət, xüsusi statuslu ərazi, müstəmləkə mülkü və ərazi mövcuddur. Ərazi dedikdə heç kim tərəfindən tanınma-yan, qondarma, səlahiyyəti olmayan varlıq nəzərdə tutu-lur. Buna misal olaraq Dağlıq Qarabağı, Kəşmiri göstərə bilərik.

Page 35: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

35

3.3. Dünyada idarəetmə formaları

Müasir dünyada idarəetmənin 3/4 hissəsi respublika

idarəetmə formasına malikdirlər. Onların sayı 160-dan az

deyil. Respublika idarə formasında ali qanunverici haki-

miyyət seçkili parlamentə, icraedici orqan hökumətə məx-

susdur. Belə idarəetmə daha mütərəqqi və demokratik sa-

yılır. Müstəmləkə əsarətindən azad olub müstəqillik əldə

edən dövlətlərin əksəriyyəti respublika idarəetmə forması-

nı qəbul etmişlər. Hətta min illərlə monarxiya şəklində

idarə olunan Efiopiya, Misir, İran və s. ölkələr də özlərini

respublika elan etmişlər. Respublika idarəetmə forması

özü də iki yerə -Prezidentli respublikaya və Parlamentli

respublikaya bölünür. Prezidentli respublikaların sayı 100-

dən çoxdur. Bunlardan 45-i Afrikada (Məs: Misir, CAR

və s.), 22-si Latın Amerikasında (Argentina, Braziliya və

s.), 12-si isə MDB-də yerləşir. Asiyada onların sayı az,

Avropada isə daha azdır.

Monarxiyaların sayı isə getdikcə azalır. Hal-hazırda

dünyada 29 monarxiya dövləti mövcuddur. Asiyada 13,

Avropada 12, Afrikada 3, Okeaniyada 1 monarxiya quru-

luşlu dövlət vardır.

Monarxiyalarda dövlətin başçısı imperator, kral,

əmir və s. sayılır. İndi dünyada yeganə imperator Yaponi-

yadadır. Ali hakimiyyət irsən keçir. Monarxiyaların 3 for-

ması mövcuddur.

Konstitusiyalı monarxiyalar onların arasında üs-

tünlük təşkil edir. Bu ölkələrdə qanunverici hakimiyyət

parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.

Konstitusiyalı monarxiyada monarx ancaq şahlıq edir, ida-

Page 36: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

36

rə etmir. İdarəetmənin konstitusiyalı monarxiya forması

Yaponiya, Böyük Britaniya, Niderland, Belçika, Danimar-

ka, İsveç, Tailand, Kamboca, Malayziya, İordaniya, Məra-

keş üçün səciyyəvidir.

Mütləq monarxiyada isə monarxın təkbaşına haki-

miyyəti hələ də güclüdür. Bu cür idarə forması İran kör-

fəzi ölkələri, Küveyt, Oman, BƏƏ, Qətər üçün səciyyəvi-

dir.

Teokratik monarxiyanın forması əslində mütləq mo-

narxiyanın təkib hissəsi kimi səciyyələnir. Burada siyasi

hakimiyyət ruhanilərə məxsusdur. Bu idarə forması Vati-

kan və Səudiyyə Ərəbistanı dövlətləri üçün xarakterikdir.

Dünyanın bütün ölkələri inzibati-ərazi quruluşuna

görə unitar və federativ dövlətlərə bölünürlər.

Unitar dövlətlərdə vahid konstitusiya qanunverici və

icraedici hakimiyyət mövcuddur. Bu ölkələrin inzibati-

ərazi bölgülərində yalnız icraedici hakimiyyət mövcuddur.

Yeni müstəqillik qazanmış ölkələrin əksəriyyəti unitardır.

Federativ dövlətlərdə isə vahid qanunverici və

icraedici hakimiyyətlə yanaşı ölkələrin ayrı-ayrı inzibati-

ərazi bölgülərində-respublika, əyalət, ştat və s.-də özləri-

nin xüsusi konstitusiyası, qanunverici, icraedici və sairə

hakimiyyət orqanları fəaliyyət göstərir. Dünya ölkələri

arasında federativ dövlətlərin sayı azlıq təşkil edir. Bu tip

24 ölkədən 7-si Amerikada (Argentina, Braziliya, Vene-

suela, Kanada, Meksika, ABŞ və Federativ Sent-Kits-

Nevis), 5-i Avropada (Avstriya, Belçika, AFR, İsveçrə,

Serbiya-Çernoqoriya), 5-i Asiyada (Hindistan, Malayziya,

Myanma, Birləşmiş Ərəb Əmirliyi, Pakistan), 4-ü Afrika-

da (Nigeriya, Efiopiya, Federativ İslam Respublikası –

Kamor adaları və CAR), 2-si Avstraliya və Okeaniyadadır

Page 37: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

37

(Avstraliya İttifaqı və Mikroneziya). Bunların bəzilərində,

məsələn, Rusiyada, Hindistanda, Nigeriyada və sairədə

federativ quruluşu milli-etnik əlamətlərə, bəzilərində isə,

məsələn, Almaniya Federativ Respublikası, Braziliya,

Meksika və sairədə tarixi-coğrafi xüsusiyyətlərə görə

mövcuddur.

Dünyanın siyasi xəritəsində bir konfederasiya dövləti

mövcuddur. Bu, müstəqilliyini saxlayan və müxtəlif mə-

sələlər (təhlükəsizlik, xarici siyasət və sairə) üzrə öz

fəaliyyətini uzlaşdırmaq məqsədilə birləşən dövlətlərin

daimi ittifaqıdır. Bu dövlət İsveçrədir.

Dünyanın müasir siyasi xəritəsində yalnız dörd fede-

rativ monarxiya var. Bunlar Malayziya, İspaniya, Belçika

və BƏƏ-dən ibarətdir.

Müasir dünya ölkələri müxtəlif meyarlara (idarəet-

mə, inzibati-ərazi quruluşunun formaları, İCM-yə, əhali-

nin çox və azlığına və sairə) görə qruplaşdırılmışlar. Bun-

lardan biri də ərazilərinin ölçülərinə görə böyük, orta, ki-

çik və cırtdan (mikro) dövlətlərə ayrılırlar. Müasir siyasi

xəritədə orta və kiçik dövlətlər üstünlük təşkil edir. Ərazi-

si 2,5 milyon kv.metrdən artıq olanı böyük dövlət sayılır.

Siyasi xəritədə onların sayı 10-dur. Bunlar Rusiya Fede-

rasiyası, Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya, Hindis-

tan, Qazaxıstan, Argentina və Sudandır. Bu ölkələrdən hər

birisinin ərazisi 3 milyon kv.metrdən artıq olan 7 ölkə -

Rusiya, Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya İttifaqı

və Hindistan dünyanın quru hissəsinin yarıya qədərini tu-

tur.

Cırtdan dövlətlər Avropada, Asiyada Afrikada, Latın

Amerikasında və Okeaniyada yerləşirlər. Bunlardan 7-si

Andorra, Lixtenşteyn, San-Marino, Malta, Cəbəllüttariq,

Page 38: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

38

Monako və sahəsi 44 ha olan Vatikan Avropada yerləşir.

Ölkələr əhalisinin sayına görə də qruplaşdırılır.

Dünyada 11 dövlətin hər birisinin 100 milyondan artıq

əhalisi vardır. Bunlar Çin Xalq Respublikası, Hindistan,

ABŞ, İndoneziya, Braziliya, Pakistan, Rusiya Federasiya-

sı, Banqladeş, Yaponiya, Nigeriya, Meksikadır. Əhalisi

100 milyon nəfərdən çox olan ölkələr dünya əhalisinin 3/5

hissəsindən, əhalisi 50 milyon nəfərdən çox olan 24 ölkə

isə dünya əhalisinin 4/5 hissəsindən artığını özündə cəm-

ləşdirmişlər.

Müasir siyasi xəritədə özünə yer tapmış dünya ölkə-

ləri coğrafi mövqelərinə görə də qruplaşdırılırlar. Bunlar-

dan materikdaxili, dənizkənarı, yarımada, ada, arxipelaq

ölkələrini göstərə bilərik. Məsələn, yarımada dövlətlərinə

İtaliya, İspaniya, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı,

ada dövlətlərinə - Böyük Britaniya, İrlandiya, Ma-

daqaskar, arxipelaq dövlətlərinə -Yaponiya, İndoneziya

(1300 ada), Flippin (7000 ada) aid edilirlər.

Yer kürəsində birbaşa okeana çıxışı olmayan 42 döv-

lət mövcuddur. Bunlardan 9-u MDB məkanında (Azər-

baycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,

Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan), 11-i

Avropada, 5-i Asiyada, 15-i Afrikada və 2-si Boliviya və

Paraqvay Amerikada yerləşir.

3.4. Dünya xəritəsində mövcud ölkələrin iqtisadi-sosial

inkişafı

Dünyanın müasir siyasi xəritəsində mövcud olan

dövlətlər hazırda daha çox iqtisadi –sosial inkişaf səviyyə-

sinə, yəni əhalinin adambaşına düşən ərzaq və sənaye

Page 39: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

39

məhsulları, sakinlərin təhsil səviyyəsi, nəqliyyat xidməti

ilə təminat, tibbi xidmətin keyfiyyəti, uzunömürlülük və

sairə göstəricilərə görə olan qrupa aid edilir. Bu göstərici-

lərin səviyyəsindəki fərqlərə görə ölkələri bir çox qruplara

bölmək mümkündür. Adətən dünya ölkələrini iki: İnkişaf

Etmiş Ölkələr (İEÖ) və İnkişaf Etməkdə Olan Ölkələr

(İEOÖ) qruplarına ayrılırlar. Lakin bəzi İEOÖ-in təsərrü-

fatının sürətli artımı bu göstəriciyə əsaslanan tipologiyanın

şərti olduğunu göstərir.

İnkişaf etmiş ölkələr qrupuna yer kürəsinin quru his-

səsinin 1/5 -ə qədərini tutan və 2012-ci ildə dünya əhalisi-

nin 1/6-ni özündə cəmləşdirən 60-a qədər ölkə daxildir.

Buraya ABŞ, Kanada, Qərbi Avropa ölkələri, Yaponiya,

Avstraliya İttifaqı, Yeni Zelandiya, CAR, Koreya Respub-

likası, Sinqapur, İsrail və s. ölkələr daxildir. Dünya siyasə-

tində və iqtisadiyyatındakı mövqelərinə görə bu ölkələr iki

yerə ayrılırlar. Birincilərə “böyük yeddi”lər – ABŞ, Yapo-

niya, AFR, Fransa, Böyük Britaniya, İtaliya və Kanada aid

edilir. Bu ölkələrin liderliyi təkcə onların ərazilərinin bö-

yüklüyü və əhalisinin çoxluğu ilə deyil, eləcə də dünya

siyasətində və iqtisadiyyatındakı rolu (iqtisadi potensialı,

elm və texnikanın inkişafındakı nailiyyətləri) ilə də müəy-

yən edilir.

İkinciləri yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə

çatmış kiçik ölkələr –İsveçrə, Avstriya, Belçika, Nider-

land, Leksemburq, Norveç, İsveç, Danimarka, İslandiya,

İspaniya, Portuqaliya, Yunanıstan, Finlandiya, İrlandiya,

Malta, Avstraliya İttifaqı və başqa İEÖ-lər təşkil edirlər.

Bu ölkələr eləcə də, dünya ticarətində və siyasətində mü-

hüm rol oynayırlar.

İqtisadi inkişaf durumuna görə, yəni hər nəfərə dü-

Page 40: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

40

şən ümumi məhsulun ABŞ dolları ilə dəyərinə görə döv-

lətləri qruplaşdırarkən Qətər 90 min dollar, Lüksemburq

81,1 min dollar, İsveçrə 45,4 min dollar, ABŞ 45 min dol-

lar, Finlandiya 40,7 min dollar, Niderland 37,6 min dol-

lar, Böyük Britaniya 35,6 min dollar, Avstriya 42,8 min

dollar, Belçika 35 min dollar, Fransa 34 min dollar, Yapo-

niya 33 min dollar olmaqla fərqləndikləri görünür.

Hər nəfərə düşən ən az illik ümumi milli gəlir Soma-

lidə 0,6 min dollar, Nigeridə 0,9 min dollar, Mozambik və

Çad 1,2 min dollar, Ruanda 1,3 min dollar təşkil edir.

Cədvəl 2.

Hər nəfərə düşən ümumi məhsula görə ölkələrin

əsas göstəricisi

№ Ölkələr

Ümumi məhsul

istehsalı (mlrd

ABŞ dol.)

Dünyada

tutduğu

yer

Adambaşına

düşən Ümumi

Daxili Məhsul

(dollar) min.

1 Avstriya 351 42,8

2 Belçika 412 35,0

3 B.Britaniya 2,2 trln 8 35,6

4 AFR 3,1 trln 5 37,2

5 Yunanıstan 273 2,5

6 Danimarka 209 38

7 Türkiyə 1,1 15 14,0

8 İspaniya 1,3 trln 28,0

9 İtaliya 1,8 trln 10 30,6

10 Lüksemburq 28 81

11 Niderland 615 37,6

12 Finlandiya 213 40,7

13 Fransa 2,1 7 34,0

14 İsveç 317 35,0

15 ABŞ 15,2 trln 1 45,0

16 Yaponiya 4,2 3 33,0

Page 41: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

41

Cədvəl 2 –nin davamı

17 Çin 11,3 trln 2 7,8

18 Hindistan 4,4 trln 4 3,8

19 Kanada 1,2 trln 14 34,6

20 Rusiya 2,3 trln 6 15,8

21 İsveçrə 340 45,4

22 Norveç 203 43,9

23 Qətər 23 90,0

24 Konqo DR 4,0 1,0

25 Sudan 80 2,2

26 Mozambik 25,0 1,2

27 Çad 12,0 1,2

28 Kamboca 42,0 2,5

29 Somali 5,0 0,6

30 Neger 12,0 0,9

31 Butan 3,7 5,7

32 Nepal 45,0 1,7

33 Ruanda 12,0 1,3

Bu ölkələr arasında “yeni sənayeləşmiş” ölkələr də

mövcuddur. Onların iqtisadiyyatları inkişaf etmiş ölkələr

səviyyəsinə çatmışdır. Bu ölkələrə Braziliya, Argentina,

Koreya və sairə aiddir.

Adətən keçmiş SSRİ “ölkələri” və Şərqi Avropa

ölkələrinin əksəriyyəti İEÖ qrupuna aid edilir. Lakin uzun

müddət silahlanma, Elmi-Texniki Tərəqqinin (ETT) zəif

inkişafı bu tip ölkələrin iqtisadi artım sürətini xeyli ləngit-

mişdir. Nəticədə də, təsərrüfatın sahəvi və ərazi struktu-

runda kəskin uyğunsuzluqlar yaranmış, inflyasiya sürət-

lənmişdir. Bu böhran geniş xalq kütləsinin həyat səviyyə-

sinin aşağı düşməsinə və əhali arasında narazılıqlara səbəb

olmuşdur. Nəticədə, əhalidə sosializmə olan ümidlər itmiş

və XX əsrin 90-cı illərinin sonlarında keçmiş SSRİ ərazi-

Page 42: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

42

sində yaranmış dövlətlərin və Şərqi Avropa ölkələrinin

hamısının təsərrüfatında ağır vəziyyət formalaşmış, köhnə

iqtisadi əlaqələrin pozulması, bazar iqtisadiyyatına keçid

prosesinin olduqca ağır keçməsi və sairə baş vermişdir.

Odur ki, onlar hal-hazırda İEOÖ sırasına aid edilirlər.

İnkişaf etməkdə olan ölkələrin (İEOÖ) əksəriyyətini

əsasən Asiya, Afrika, Latın Amerikası (LA) və Okeaniya-

da olan keşmiş müstəmləkə ölkələri təşkil edir.Bu qrupa

daxil olan ölkələrin sayı 160-a qədərdir. Bunları son vaxt-

lar İnkişafda olan ölkələr (İOÖ) də adlandırırlar. İOÖ bir

çox ortaq xüsusiyyətlərə malikdirlər. Bu da onların müs-

təmləkə keçmişindən irəli gəlir. Bunlara iqtisadi və sosial

inkişafda ümumi gerilik, İnkişaf etmiş ölkələrə (İEÖ) ol-

duqca böyük borclarının olması və sair xüsusiyyətlər xas-

dır. Bu qrup arasında İkinci Dünya müharibəsindən (İDM)

sonra müstəqillik əldə edənləri –adətən gənc milli dövlət-

lər adlandırırlar. Müasir dövrdə İEÖ keçid mərhələsində-

dirlər. Bu ölkələrdə həmçinin adambaşına düşən ümumi

daxili məhsulun dəyəri də aşağıdır. Dünyada bu dəyərin

ən aşağı səviyyəsi Somali dövlətində və Okeaniyanın So-

lomon adalarında 600 dollardan çox deyildir.

Page 43: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

43

MÖVZU 4. TƏBİİ SƏRVƏTLƏRDƏN

SƏMƏRƏLİ İSTİFADƏ

4.1. Təbii sərvətlər haqqında ümumi məlumat;

4.2. Mineral ehtiyatlar;

4.3. Torpaq və su ehtiyatları;

4.4. Meşə, iqlim ehtiyatları;

4.5. Rekreasiya ehtiyatları.

4.1. Təbii sərvətlər haqqında ümumi məlumat

Təbii ehtiyatlar cəmiyyətin müxtəlif tələbatının ödə-

nilməsi üçün istifadə olunan təbii ehtiyatlardır. Bu ehti-

yatlara insan həyatı və məhsuldar qüvvələrin inkişafı üçün

təbiətdə istifadə edilən və edilməsi mümkün olan ehti-

yatlar daxildir. Təbii ehtiyatlara torpaq, su, hava, meşə,

faydalı qazıntılar, enerji ehtiyatları, bitki və heyvan növ-

ləri daxildir. İqtisadi-sosial fəaliyyətdə bilavasitə iştirak

etməyən, lakin maddi istehsal və qeyri-maddi istehsal

sahələrində zəruri olan komponentlər vardır ki, bu da təbii

şəraitdir. Təbii resurs və təbii şəraitin məcmuu cəmiyyətin

həyatında və fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan cəmiyyətlə təbiəti bilavasitə əlaqələndirən

məhz təbii ehtiyatlardır. İnsanların yaşaması, cəmiyyətin

inkişaf etməsi prosesinə təsir edən amillərdən biri təbii eh-

tiyatların mənimsənilməsidir.

XX əsrin ortalarından başlayaraq dünyada əhalinin

sürətlə artması və istehsalın dinamik inkişafı ilə əlaqədar

olaraq təbii ehtiyatlardan istifadə olunması da artmışdır.

Ona görə də insanla ətraf mühit arasındakı münasibət, cə-

miyyətlə təbiətin bir-birinə münasibəti probleminin düz-

Page 44: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

44

gün həll olunmasına şərait yaradır.

Hazırda dünyada 250 növ faydalı qazıntı, 4000-ə qə-

dər mineral növü və 200 növə qədər qiymətli, bəzək və

məmulat daşlarının olması aşkarlanmışdır. Onların təsər-

rüfat fəaliyyətinə cəlb olunması uzun tarixi dövr ərzində

tədricən formalaşmışdır. Lakin istehsalın sürətli inkişafı

dövründə təbii ehtiyatlardanistifadə dairəsi daha çox

genişlənmiş və hətta bəzi sərvətlərin tükənmək və azalmaq

ehtimalı müəyyən qədər çoxalmışdır.

Tədqiqatlara görə təqribən son 50 ildə dünyada bəşə-

riyyətin tarix boyu istifadə etdiyi qədər xammal işlədil-

mişdir.

Təbii ehtiyatlar istifadə olunma xarakterinə görə isti-

fadə olunan və potensial təbii ehtiyatlara ayrılır. Potensial

ehtiyatlar həm istifadə olunmayan, həm də ehtiyatı hələ

dəqiqləşməyən və yaxud istismar edilməyən sərvətləri

özündə birləşdirir. Eləcə də təbii ehtiyatlar tükənən, tükən-

məyən və ya tükənənlər isə bərpa olunan, bərpa olunma-

yan ehtiyatlara ayrılır.

Təbii ehtiyatlardan istifadə daim artdığı üçün ayrı-

ayrı ehtiyat növlərinin qiymətləndirilməsi vacibdir.

Təbii ehtiyatların iqtisadi cəhətdən qiymətləndiril-

məsinə hasilatın, emalın, daşınmanın dəyəri, kapital qoyu-

luşunun xüsusi çəkisi, əmək məhsuldarlığının, səmərəlili-

yinin səviyyəsi və s. göstəricilər daxildir. Bu qiymətlən-

dirmə meyarları məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar

dəyişə bilər.

Təbii ehtiyatlardan səmərəli istifadə bütün dünya

ölkələrinin başlıca problemidir. Bu, sərvətlərin tükənmə-

sindən çox ətraf mühitin çirklənməsi ilə əlaqədardır.

Təbii ehtiyatlar bir çox sahələrə bölünür: Mineral

Page 45: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

45

ehtiyatlar, torpaq, su, iqlim, meşə, rekreasiya, bioloji ehti-

yatlar. Onların ən başlıcası mineral ehtiyatlardır.

4.2. Mineral ehtiyatlar

Mineral ehtiyatlarınbaşlıca sahəsi olan faydalı qazın-

tılar müasir iqtisadiyyatın inkişafını təmin edən əsas təbii

bazadır. Faydalı qazıntılar yer qabığında, dəniz dibində,

yeraltı sularda, dəniz sularında, göllərdə olan üzvi və

qeyri-üzvi təbii mineral törəmələrdir. Faydalı qazıntılar

sırasında ən başlıca yer mineral yanacaq ehtiyatlarına

məxsusdur.

Mineral yanacaq ehtiyatları içərisində isə əsas yeri

kömür ehtiyatı tutur. Dünyada 15-30 trln ton kömür ehti-

yatı aşkarlanmışdır. O cümlədən 9,4 trln ton daş kömür,

5,4 trln ton qonur kömür ehtiyatı vardır. Dünya kömür

ehtiyatının 60%-ni daş kömür, 40%-ni qonur kömür təşkil

edir.

Kömür ehtiyatlarının 54%-i Asiyanın, 28%-i Şimali

Amerikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələ-

ri arasında daha çox kömür ehtiyatına malik olan MDB,

ABŞ və ÇXR-dır. Ümumi ehtiyatın 80%-i bu dövlətlərin

ərazisindədir. (Bununla əlaqədar 8-ci mövzuda ətraflı

qeyd olunur).

Dünyanın 10 iri kömür hövzələrinə Tunqus, Lena,

Kansk-Açinski, Kuzbas, Rur, Appalaç, Peçora, Taymır,

Qərb, Donbas aid edilir.

Mineral ehtiyatlardan neft və qaz yanacaq növləri

istehsalı xüsusi yer tutur. Neftin 102 ölkədə və qazın 85

ölkədə ehtiyatlara malik olması dünya dövlətlərinin həmi-

şə maraq dairəsində olmuşdur.

Page 46: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

46

Səudiyyə Ərəbistanında mövcud Qavar neft yatağın-

da ehtiyat 12,0 mlrd ton olmaqla dünya əhəmiyyəti kəsb

edir.

İldə 205 mln ton məhsul istehsal edən İran İslam

Respublikasında bu vaxta qədər 1,5 mlrd ton neft vermiş

nəhəng Ağacari yatağının ehtiyatı 10,0 mlrd tondan ar-

tıqdır.

Ehtiyatı 1,6 trln kub metr olan Slokteran (Qraningen

əyalətində) qaz yatağı ilə Niderlandda yerləşir.

Dünyada 20 nəhəng qaz yatağından 9-u Rusiya

Federasiyasında həm yerli, həm də Avropa ölkələrinin

istehlakını ödəyir (Urenqoy, Medvejye). (8-ci mövzuda

dünya yanacaq ehtiyatları barədə ətraflı məlumat verilir).

4.3. Torpaq və su ehtiyatları.

Torpaq resursları dünya torpaq fondunun təsərrüfat

üçün yararlı hissəsidir. İnsanlar bütün yerüstü fəaliyyətlə-

rində belə resurslardan istifadə edirlər. Kənd təsərrüfatı

istehsalı üçün əsas vasitə olmaqla bərabər şəhər, qəsəbə,

kənd, sənaye müəssisələri, nəqliyyat, rabitə və sairələrinin

yerləşməsi üçün müstəsna əhəmiyyəti vardır.

Dünya torpaq fondunun ümumi sahəsi 149 mln kv

km və ya 14,9 mlrd hektardır. Antraktida və Qrenlandiya

sahələrini nəzərə almasaq bu 135 mln kv km və ya 13,5

mlrd hektara çatır.

Ayrı-ayrı regionlar içərisində torpaq fondunun bö-

yüklüyünə görə fərqlənən ərazilər Afrika, MDB, Xarici

Asiya, Şimali və Cənubi Amerikadır.

Torpaq fondunun strukturu bir o qədər də əlverişli

deyildir. Torpaq resurslarını mənimsəyən və ondan istifa-

Page 47: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

47

də edən insanlar planetimizin torpaq fondunun strukturuna

təsir etmiş, onu tədricən dəyişmişlər. Bu, ilk növbədə əki-

lən torpaqların genişlənməsi, otlaq və meşə sahələrinin

sıxışdırılması ilə izah olunur. Dünya torpaq fondunun

11%-i becərilir. ABŞ (190 mln ha), Hindistan (166 mln

ha), Rusiya Federasiyası (130 mln ha), ÇXR (93 mln ha),

Kanada (46 mln ha), Qazaxıstan (35 mln ha), Ukrayna (34

mln ha) daha çox becərilən torpaq sahələrinə malikdir.

Cədvəl 3.

Ərazisində əkin sahələrinin xüsusi çəkisi ən çox və

az olan dünyanın 10 ölkəsi

Ölkə

Əkin

sahələrinin

xüsusi çəkisi

çox olan (%)

Ölkə

Əkin

sahələrinin

xüsusi çəkisi

az olan (%)

Banqladeş 55,4 Vatikan 0

Maldova 54,5 Monako 0

Ukrayna 53,8 Nauru 0

Danimarka 52,6 Tuvalu 0

Macarıstan 49,6 Cibuti 0,04

Mavrikiya 49,0 İslandiya 0,07

Hindistan 48,8 Oman 0,12

Ruanda 45,6 Mavritaniya 0,2

Litva 44,8 Surinam 0,36

Toqo 44,2 Papua-Yeni

Qvineya

0,49

Dünya torpaq fondunun başlıca problemi kənd təsər-

rüfatına torpaqların deqradasiyasıdır. Torpaqların deqrada-

siyasına onların eroziyası, çirklənməsi, təbii otlaqların bio-

Page 48: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

48

loji məhsuldarlığının azalması, şoranlaşma, bataqlaşma,

yaşayış məntəqələri, sənaye və nəqliyyat tikintiləri üçün

sahələrin tələbata uyğun olmaması və s. aid edilir. Bəzi

hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd hek-

tar məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə eroziya sə-

bəbindən nəinki geridə qalmış, hətta geniş torpaqlara ma-

lik, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 607 mln ha

kənd təsərrüfatı torpaqları dövriyyədən çıxmışdır. Şoran-

laşma və bataqlaşma səbəbindən isə hər il 1,5 mln ha tor-

paqlar yararsız vəziyyətə düşür.

Bu hallar adambaşına düşən becərilən torpaq sahələ-

rinin kəskin azalmasına səbəb olur. ÇXR və Misirdə bu

göstərici (müvafiq olaraq 0,09 və 0,05 hektar) daha kəskin

şəkil almışdır.

Dünyanın quru hissəsinin 55%-nin mənimsənilmə-

sinə baxmayaraq torpaq resurslarının çatışmazlığı hər yer-

də nəzərə çarpır. Qərbi Avropa, Cənubi və Cənub-Şərqi

Asiyanın ən çox əhali cəmləşən rayonlarda torpaq çatış-

mazlığı çox ağır vəziyyət almışdır.

Hazırda da məhsuldar torpaqların səhralara çevrilmə-

si prosesi davam edir. Səhralaşmanın davam etməsinin

başlıca amillərindən biri insan fəaliyyətidir. Bu təsir nəti-

cəsində ərazinin bioloji potensialı azalır və ya tam məhv

olur, nəticədə mövcud ekosistemin tarazlığı pozulur.

Antropogen təsirə birinci növbədə meşələrin qırıl-

ması, torpaqlardan düzgün istifadə edilməməsi, heyvan-

darlıqla otlaqlardan səmərəsiz istifadə olunması və s.

daxildir. Demək olar ki, Mərkəzi Avropada 1 ha məhsul-

dar otlaq 3-5 ev heyvanının yemlənməsinəxidmət etdiyi

halda, Səudiyyə Ərəbistanında 50-60 ha səhra otlaqları 1

heyvanın yemlənməsinə xidmət edir.

Page 49: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

49

Antropogen təsirdən yaranmış səhralar planetin tor-

paq fondunun 6,7%-ni təşkil edir. Bundan başqa, 60 ölkə-

nin ərazisini tutan 30-40 mln km2 sahə səhralaşma təhlü-

kəsi qarşısındadır. Ona görə də, səhralaşma prosesi dünya-

nın qlobal problemlərindən biri hesab olunur.

Yer kürəsinin su balansının qiymətləndirilməsi, su

təminatı, suya tələbat, su problemlərinin həlli xüsusi əhə-

miyyət daşıyır.

Yer kürəsinin ümumi su ehtiyatı 1386 mln km3-dir.

Su ehtiyatlarının 96,5%-i duzlu, qalan 2,5%-i həyat üçün

zəruri olan şirin su ehtiyatıdır. Şirin səth sularının həcmi

35 mln km3 həcmində qiymətləndirilir. Lakin onların bö-

yük həcmi Antarktidanın və Qrenlandiyanın buzlaqlarında

və qar örtüyündə cəmləşmişdir. Hər nəfərə dünyada 230

mln kubmetr su düşür. Lakin, ümumi ehtiyatın 96,4%-i

dünya okeanının duzlu sularının payına düşdüyü üçün su

problemi həmişə mövcud olmuşdur.

Dünyada suyun əsas istehlakçısı kənd təsərrüfatı ol-

muş və yenə də qalmaqdadır (70%). İkinci yeri sənaye

(20%), üçüncü yeri məişət təsərrüfatı və su anbarları

(10%) tutur. Su ehtiyatlarından istifadə səviyyəsi Misirdə

97%, İsraildə 84,4%, Ukraynada 40%, ABŞ-da 18,9%,

Türkiyədə 17,3%, Rusiyada 2,7% təşkil edir.

Əsrimizin sonunda sürətlə inkişaf edən şəhərlərin,

sənayenin və kənd təsərrüfatının su təminatı müəyyən

texniki-iqtisadi və ekoloji çətinliklərlə rastlaşır. Bir çox öl-

kələrin iri şəhərləri üçün “su aclığı” artıq xarakterikdir.

Regionların su təminatının yaxşılaşdırılması üçün su

anbarlarının tikintisi böyük əhəmiyyət kəsb edir. Su anbar-

larının tikilməsi əsasən İkinci Dünya müharibəsindən

sonra daha da artmışdır. Hazırda planetimizdə 60 mindən

Page 50: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

50

çox su anbarı istifadəyə verilmişdir. Onların həcmi 6600

km3-ə bərabərdir.

İqtisadi potensialın miqyasına görə dünyanın iri regi-

onları –Xarici Asiya, Latın Amerikası, Afrika, Şimali

Amerika, MDB, Xarici Avropa, Avstraliya və Okeaniya

göstərilən qaydada sıralanmışlar.

Ayrı-ayrı dövlətlər üzrə iqtisadi hidropotensiala görə

XXI əsrin əvvəllərində 6 ökə fərqlənmişdir. Bunlar ÇXR,

MDB, ABŞ, Zair, Kanada və Braziliyadır. Daha sonra bu-

raya Hindistan, Peru, Kolumbiya, İsveç, Norveç, Fransa,

İtaliya, İsveçrə və s. dövlətləri əlavə etmək olar. Dövlət-

lərdə iqtisadi hidropotensialdan müxtəlif səviyyədə istifa-

də olunur. Məsələn, İsveç, Norveç, Fransada artıq 80%-

dən çox, İtaliya və Yaponiyada 70%, Kanada 60%, ABŞ-

da 50% olduğu halda Hindistanda 12%, ÇXR-8%, Zair,

Kolumbiya və Peruda 1% -dən azdır.

MDB-nin qərb zonasının 1/5-i iqtisadi hidropoten-

siala malik olmaqla və onun hələlik 48%-dən istifadə edil-

mişdir.

Şərq və Cənub Şərq zonasında isə bu göstərici müva-

fiq 4/5 və 17%-dir.

4.4. Meşə, iqlim ehtiyatları

Hazırda dünyada bioloji ehtiyat olan bitkilərin 500

mindən çox növü, o cümlədən 30 mindən artıq ağac və kol

növləri məlumdur. Bitki ehtiyatları arasında meşələrin bö-

yük əhəmiyyəti vardır. Meşələr bərpa olunan ehtiyatlardır.

350 mlrd m3oduncaq ehtiyatı olan meşə fondundan min-

lərlə müxtəlif adda məmulatlar istehsal edilir.

Meşə ehtiyatlarının iki başlıca göstəricisi: meşə sa-

Page 51: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

51

hələrinin ölçüsü və oduncaq mövcud olmuşdur. Hesabla-

malara görə, son 200 il ərzində qurunun meşə hissəsi iki

dəfə azalmışdır.

Dünyanın meşə sahəsi iki qurşaqda: şimal və cənub

qurşaqlarında yerləşir. Şimal meşə qurşağının sahəsi 2

mlrd hektardır. Bu qurşaqda ən böyük meşə sahələri RF,

Kanada, ABŞ ərazilərindədir.

Şimal qurşağı meşələri keçmişdə intensiv istifadəyə

məruz qalmışdır və indi də intensiv istifadə olunur.

Cənub meşə qurşağının da sahəsi 2 mlrd hektar təşkil

edir və onun 97%-i enliyarpaqlı meşələrdir. Sahənin təx-

minən yarısını yüksək sıxlığa malik meşələr təşkil edir.

Bununla bərabər son on ildə tropik meşələrə böyük

ziyan vurulmuşdur. 1960-cı ildə rütubətli tropik meşələr

1,6 mlrd hektar olduğu halda, 60-cı illərin sonunda 0,9

mlrd hektara qədər azalmışdır. Cənub meşə qurşağında bu

proses üç əsas səbəblə səciyyələnir.

Birincisi, şəhər və nəqliyyat ehtiyatları üçün həmin

torpaqların təmizlənib, yararlı vəziyyətə gətirilməsi, ikinci

oduncaqların yanacaq kimi işlədilməsidir. İnkişafda olan

ölkələrin 70%-i onlardan binaların qızdırılmasında istifa-

də edirlər. Üçüncü səbəb – Asiya, Afrika və Latın Ameri-

kasının tropik ölkələrində xammalın kağız-süllüloz səna-

yesinin inkişafı üçün Yaponiya, Qərbi Avropa və ABŞ-a

ixrac edilməsidir.

Page 52: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

52

Cədvəl 4

Dünyanın meşə ehtiyatları

Region

Meşə ilə

torpaq

sahəsi,

mln.ha

Adambaşına

düşən meşə

sahəsi, ha

Cəmi

oduncaq

ehtiyatı, mlrd3

MDB ölkələri 810 3,0 86

Xarici Avropa 160 0,3 15

Xarici Asiya 540 0,2 34

Afrika 720 1,3 60

Şimali Amerika 680 2,5 60

Latın Amerikası 930 2,2 90

Avstraliya və

Okeaniya

160 6,4 5

Dünya 4000 0,8 350

Müasir dünyada 40,1 mlrd hektar meşə sahəsi vardır.

Əvvəllər meşə sahələri 75 mlrd hektardan az olmamışdır.

İqlim ehtiyatlarına tükənməyən günəş və külək ener-

jisi, habelə rütubət daxildir. Günəş enerjisi müxtəlif

kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

İl ərzində Yer səthinə 1,56 x 1018

kvt saat günəş

enerjisi daxil olur. Lakin həmin enerjinin atmosferdə əks

olunduğu üçün yarıdan çoxu yer səthinə gəlib çatmır.

Küləyin enerji potensialı da, müxtəlif cür qiymətlən-

dirilir. Lakin bu ehtiyatdan texniki istifadəyə cəmi 1,5%

yararlıdır. Başlıca maneə külək enerjisinin dağınıqlığı və

mütəmadi olmamasıdır.

İqlim ehtiyatları kənd təsərrüfatının inkişafına xid-

mət edən və havanı, rütubəti, işığı, istini, əlverişli şəraiti

özündə birləşdirən aqroiqlim ehtiyatlarını da əhatə edir.

Page 53: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

53

Hesablamalara görə yer kürəsində 40-50 mlrd nəfər əhali-

yə çatacaq qədər oksigen işlədilir.

4.5. Rekreasiya ehtiyatları

Rekreasiya əhəmiyyətli ehtiyatların tədqiqi XX əsrin

50-60-cı illərindən sonra diqqət mərkəzində olmuşdur.

Dünyanın bütün ərazilərində kurort rekreasiya əhəmiyyətli

təbii ehtiyatlar mövcuddur. Həmin ehtiyatlardan istifadə

olunması əhalinin sağlamlığının qorunmasına və istirahəti-

nə xidmət edir. İstirahət, müalicə, turizm məqsədləri üçün

istifadə olunan rekreasiya ehtiyatları nəinki mənşələrinə

görə, eləcə də istifadə olunma xüsusiyyətlərinə görə tanı-

nırlar. Rekreasiya ehtiyatları estetik və müalicə-sağlamlıq

xüsusiyyətlərinə də malikdir. Buraya təbii və antropogen

obyektlər daxil olduğundan onları təbii və antropogen –

rekreasiya resurslarına ayırırlar. Təbii –rekreasiya resurs-

larına okean, dəniz, göl, habelə çay sahilləri, çimərliklər,

dağlar, meşə örtüyü, mineral bulaqlar, palçıq vulkanları və

müalicəvi palçıq mənbələri aiddir. Belə ərazilərdə istira-

hət edənlər və turistlər əfsanəvi təbii formalarla, təbii

landşaftla, yaxşı istirahətlə, idmanla məşğul olmaqla, zən-

gin bitki örtüyü ilə, ov etməklə, balıq tutmaqla və s. ilə

rastlaşırlar.

Təbii-rekreasiya ərazilərinə iri şəhərlər ətrafında sa-

lınmış yaşıllıq zonaları, qoruqlar, milli parklar aid edilir.

Məlumdur ki, antropogen-rekreasiya Misir ehramla-

rı, Qədim Çin Səddi, Yunanıstanın, Romanın qədim abi-

dələri, Moskva Kremli, Sankt-Peterburqdakı Peterqof,

Afina Akropolu, Hindistanın Aqre şəhərində yerləşən Tac-

Mahal məqbərəsi, İçəri şəhər və s. misal ola bilər. Dünya-

Page 54: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

54

nın bütün regionlarında kurort-rekreasiya əhəmiyyətli eh-

tiyatlar inkişaf etmişdir.

Rekreasiya tələbatına təbii, iqtisadi, təbii-bioloji, so-

sial-psixoloji amillər, xidmət sferaları daxildir. Təbii amil-

lərə iqlim, çay, dağ, meşə, ağaclar, göllər, heyvanat aləmi

və s. aiddir. Təbii-bioloji amillərə müalicə və sağlamlıq

üçün əhəmiyyətli ərazilər, psixoloji-estetik amillərə-ərazi-

nin landşaftların olması, texnoloji amillərə tikinti-məişət

qurğuları, iqtisadi amillərə-kurort istirahət əraziləri və ob-

yektlərinin xidmətlərin qiymətləri, sərfəliliyi və s. daxil-

dir.

Azərbaycan ərazisi kurort-rekreasiya baxımdan zən-

gin ölkədir. Dəniz, qum, meşə, mineral ehtiyatlar, iqlim

şəraiti, qədim tarixi abidələr, keyfiyyətli meyvə- tərəvəz,

maddi-texniki baza və digər ehtiyatlar rekreasiya təsərrü-

fatının - turizmin, istirahətin inkişafına əlverişli şərait

yaradır.

Page 55: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

55

MÖVZU 5. ƏHALİ MƏHSULDAR

QÜVVƏLƏRİN APARICI TƏRKİBİ KİMİ.

5.1.Əhali haqqında ümumi məlumat, əhalinin artımı,

məskunlaşması;

5.2. Əhalinin sıxlığı, miqrasiyası;

5.3. Urbanizasiya.

5.1. Əhali haqqında ümumi məlumat, əhalinin

artımı,məskunlaşması

Əhali, məhsuldar qüvvələrin (MQ) aparıcı elementi

olmaqla qiymətli kapital hesab edilir. O, istehsalla istehlak

arasında körpü rolunu oynayır. İstehsal etdiyi məhsulun ən

böyük istehlakçısı əhalidir.

Əhalinin dinamikası onun təbii artımını, doğum və

ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin

uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xa-

rakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf sə-

viyyəsi ilə izah olunur.

2012-ci ilin yanvarın 1-ə olan məlumata əsasən, dün-

ya əhalisinin sayı 7,1 milyard nəfərə çatmışdır. Hesabla-

malara görə, bəşər cəmiyyətinin yarandığı gündən bu vax-

ta qədər isə 80 mlrd nəfərdən artıq insan dünyaya gəl-

mişdir.

İlk dövrlər MQ inkişaf etdikcə əhalinin artım tempi

də yüksəlməyə başlayır. Əkinçiliyin və heyvandarlığın in-

kişafı ilə əlaqədar təbiətin insana təsiri azalmağa başlamış-

dır. O vaxtları yüksək doğum (40-45% hər 1000 nəfər əha-

liyə), yüksək ölüm (30-35%) və zəif artım kimi səciyyə-

ləndirmək olar. Əhalinin artımının əsas tənzimləyicisi

Page 56: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

56

yüksək ölüm göstəricisi idi. Anadan olan uşaqların çoxu

tələf olurdu (50-60%).

Dünyanın əhalisi eramızın ilk XVI əsrində cəmi 2

dəfə, XX əsr ərzində isə 25 dəfə artmışdır. Tarixin bəzi

dövrlərində əhalinin sayı nəinki artmış, hətta çoxsaylı mü-

haribə, yürüş və epidemiyalar nəticəsində azalmışdır.

Demoqraflar əhalinin artım sürətinin dəyişməsini 4

mərhələyə bölürlər:

1) Birinci mərhələ üçün yüksək doğum və nisbətən

aşağı ölüm səciyyəvidir.

2) İkinci mərhələ çoxuşaqlı ailələrdən azuşaqlı ailə-

lərə keçid kimi qiymətləndirilir. Burada ölüm göstəriciləri

də azalır. Ancaq, doğumun sürətlə azalması təbii artımın

aşağı düşməsinə gətirib çıxarır.

3) Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və do-

ğum sürətinin azalması səciyyəvidir.

4) Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri

bir-birinə yaxınlaşır, əhalinin yüksək artım sürəti aşağı

düşür.

XVIII əsrdə əhalinin təbii artımı hər min nəfər əhali-

yə 20-30 nəfər (2-3%) təşkil etmişdir. Bunu əsl demoqra-

fik inqilab adlandırırlar. Bu proses 100-150 il davam

etmişdir. Sonra isə Avropada ikinci mərhələ başlamışdır.

Hazırkı dövrdə Avropa ölkələrinin çoxu demoqrafik keçi-

din 3-cü mərhələsində yaşayırlar.

Bir çox inkişaf etmiş ölkələr isədemoqrafik keçidin

2-ci mərhələsini yaşayırlar. İnkişafda olan ölkələrin ço-

xunda vəziyyət demoqrafik keçidin birinci mərhələsinə

uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlandırılır. Bu

ölkələrdə hər qadına orta hesabla 3,0-4,0 uşaq düşür.

Türkdilli ölkələr arasında bu göstəricinin ən yüksəyi Türk-

Page 57: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

57

mənistana məxsusdur. Azərbaycan bu sahədə (2,0) bütün

türk dövlətlərindən geridə qalır. Beləliklə, Türkiyə 2,5,

Qazaxıstan 2,3, Özbəkistan 3,4, Qırğızıstan 3,2 göstərici

ilə tanınırlar.

Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlə-

rində əhalinin artım sürəti aşağı düşmüş və hətta əhali sa-

yının azalması müşahidə olunmaqdadır.

Hazırda dünyanın əhalisi ildə 89 milyon nəfər artır

(1,33%). İldə 145 mln nəfər doğulanlar qeydə alınmışdır.

Beləliklə, 2050-ci ildə dünya əhalisinin sayı 7,3-10,7 mil-

yard nəfərə çatacaqdır.

Əhalininartımına bir çox amillər təsir edir. Bunlar-

dan ən vacibləri - 1) məhsuldar qüvvələrin inkişaf səviy-

yəsi; 2) əhalinin etnik, dini və regional mənsubiyyəti;3)

qadınların ictimai əməyə cəlb olunması və ya əksinə;

4)müharibələr, epidemiyalar nəticəsində uşaq ölümü sə-

viyyəsinin dəyişməsi və sairədir.

Əhalinin artımına, eyni zamanda sağlamlığına ekolo-

ji vəziyyəti və müxtəlif epidemiyalar da təsir edir. BMT-

nin məlumatlarına görə hər il atmosferin çirklənməsindən

21,7 mln nəfər ölür.

Müəyyən edilmişdir ki, insan bioloji varlıq kimi 100-

140 il yaşaya bilər. Ancaq faktiki olaraq, müxtəlif sosial-

iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaş-

dan çox az yaşayır.

Dünya əhalisinin orta ömür müddəti artsa da, region-

lar üzrə fərq çox böyükdür. Əsas fərq isə iqtisadi cəhətdən

inkişaf etmiş ölkələrlə zəif inkişaf etmiş ölkələr arasında-

dır. Bu göstərici 28 yaş təşkil edir.

Əhali artımı zəif olan ölkələrdə demoqrafik siyasət

doğumun artmasına, artım yüksək olan ölkələrdə isə doğu-

Page 58: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

58

mun azalmasına yönəlmişdir.

Avropa Birliyi ölkələrində demoqrafik siyasətin təd-

birlər sistemi oxşar olsa da, bəzi müavinət və güzəştlərin

miqyasında fərqlər mövcuddur. Məsələn, hər anadan olan

uşağa görə birdəfəlik dövlət yardımı AFR-də 100 marka,

Böyük Britaniyada 25 funt-sterlinq, Fransada 2600 frank

təşkil edir. Cədvəl 5

Dünyanın 20 ölkəsində ərazi, əhalisi və hər km2

sıxlığı göstəriciləri.

Ölkələr

Əhali,

min nəfər

(2007)

Dünyada

yeri

Ərazi,

min km2

Dünyada

yeri

Sıxlıq

nəfər/

km2

Avstraliya 20 001 52 7 686,8 6 2,7

Argentina 40 302 30 2 766,8 8 14

Braziliya 190 256 5 8 511,9 5 22

Böyük

Britaniya

60 776 21 244,8 76 247

Almaniya 82 310 13 357,0 61 231

Avropa İttifaqı 500 852 3 4 892,6 7 116,4

Hindistan 1 131 191 2 3 287,6 8 329

İndoneziya 235 382 4 1 919,4 15 116

İtaliya 60 000 22 301,2 69 196

Kanada 33 091 37 9 984, 6 2 3,29

Çin 1 322 178 1 9 596, 9 3 140

Meksika 107 449 11 1 972, 5 14 55

Rusiya 141,864 9 17 075,4 1 8,3

Səudiyyə

Ərəbistanı

27,862 43 2 218, 0 14 12

ABŞ 305 097 3 9 518, 9 4 31

Türkiyə 71 158 17 780,5 36 93

Fransa 61 024 21 547,0 47 108

Cənubi Afrika 44.074 28 1 219,9 24 39

Cənubi Koreya 49 025 25 99,2 107 480

Yaponiya 127 433 10 377,8 60 337

Page 59: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

59

Dünya ölkələri əhalisinə, ərazisinə görə bir-birindən

fərqlənir. Bu fərq əhalinin məskunlaşması ilə əlaqədar

onun ölkələr üzrə hər kvadrat kilometrə sıxlığında da öz

əksini tapır.

Göründüyü kimi, əhalinin sayına görə birinci yerdə

Çin, ikinci yerdə Hindistan durur. Ərazisinin böyüklüyü-

nə görə Rusiya birinci, Kanada ikinci, Çin üçüncü yeri tu-

tur.

Dünya fonunda ərəb-müsəlman regionunun xüsusi

yeri var. Milli və dini ənənələr demoqrafik siyasətin fəallı-

ğını heçə endirir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb

Əmirlikləri, Liviya və digərləri doğumun istənilən forma-

da məhdudlaşdırmasının əleyhinə çıxırlar.

1960-cı ildə dünyanın əhalisi 3 mlrd olanda onun

70%-i zəif inkişaf etmiş regionlarda məskunlaşmışdı.

2002-ci ilin sonunda həmin regionların əhalisi 4,8 mlrd

(80%) nəfərə çatmışdır. 2025-ci ilə qədər proqnozlaşdırı-

lan əhali artımının 98%-i bu regionların payına düşəcəyi

gözlənir.

Əhalinin qeyri-bərabər məskunlaşmasına Şərq ya-

rımkürəsində əhalinin 80% -i, Şimal yarımkürəsində

90%-i, Asiyada 67%-i yaşadığı göstərmək olar.

Dünyanın ən az əhalisi olan ölkələr sırasına Vatikan

(1,0 min nəfər), Tuvali (12,4 min), Nauri (14,0 min), Pa-

laq (20,8 min), San-Mario (30,3 min), Monako (33,0 min)

ölkələrdir.

5.2. Əhalinin sıxlığı, miqrasiyası

Əhalinin məskunlaşması problemləri ilə əhalinin sıx-

lığı məsələsi bir-birilə bağlıdır. Bu göstərici dünyanın

hansı ərazilərində əhalinin daha çox cəmlənməsi haqqında

Page 60: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

60

təsəvvür yaradır. Ənənəvi olaraq əhalinin sıxlığı C=N/S

formulası ilə hesablanılır. Burada: C-əhalinin sıxlığı, N-

əhalinin sayı, S-həmin ərazinin sahəsi, kv km-lə hesab

olunur.

Əhalinin sıxlığına görə ölkələri 3 qrupa bölmək olar.

1. Əhali sıxlığı yüksək olan ölkələr (hər kv km-də

200 nəfərdən artıqdır): Monoko (22 min nəfər), Sinqapur

(6361 nəfər), İndoneziya (2000 nəfər), Belçika, Niderland,

Böyük Britaniya, İsrail, Livan, Banqladeş, Şri-Lanka, Ko-

reya Respublikası, Ruanda, Salvador və s. seçilirlər. Bu,

şəhərlər arasında 17 mln nəfər əhalisi olan Pekin aiddir ki,

orada da hər kv km-də 26 min nəfər insan yaşayır.

2. Əhali sıxlığı dünya əhalisinin orta sıxlığına (hər 1

km2-da 45 nəfər) yaxın olan ölkələr.

3. Əhalinin sıxlığı aşağı olan (hər km2 bir nəfər və ya

az) Monqolustan, Liviya, Mavritaniya, Namibiya, Qviana,

Avstraliya və s. belə ölkələrdəndir.

Xarici miqrasiya kütləvi hal aldığı ölkələrdə bu, əha-

linin ümumi sayına da təsir göstərir. Əhalinin bu cür artı-

mına bəzən “mexaniki artım” da deyirlər. ABŞ, Kanada və

Avstraliyanın tarixində elə dövrlər olub ki, “mexaniki” ar-

tım təbii artımdan yüksək olub. Bu ölkələrə miqrasiya indi

də çox yüksəkdir, bu proses hazırda ölkənin təbii artımına

müəyyən “kömək” kimi səciyyələndirilir. İsraildə isə ha-

zırda immiqrantlar əhalinin ümumi artımının 2/3-ni təşkil

edirlər. İrlandiyada isə proses əks istiqamətdə getmiş və

bir neçə dəfə təkrar olunmuşdur.

Xarici miqrasiyalar öz xarakter, səbəb, ərazi əhatəsi,

müddəti və s.-yə görə bir-birindən fərqlənirlər. Xarakteri

haqqında danışarkən, könüllü və məcburi miqrasiyaları

ayırmaq mümkündür. Məcburi miqrasiyaya misal olaraq

Page 61: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

61

Afrikadan Amerikaya qul-zəncilərin aparılmasını, İkinci

Dünya müharibəsində milyonlarla əhalinin Almaniyaya

köçürülməsini göstərmək olar.

Daha yaxın ərazi vətariximizdən məcburi miqrasiya-

ya türklərin Gürcüstandan, tatarların Krımdan, çeçen-in-

quşların Çeçen-İnquş Respublikasından, azərbaycanlıların

Ermənistandan köçürülməsini (departasiyasını) misal gös-

tərmək olar.

Xarici miqrasiyanın səbəbində isə əhalinin sosial, iq-

tisadi vəziyyəti aparıcı olaraq qalır. Hazırda işçi qüvvəsi-

nin miqrasiyası geniş vüsət almışdır.

İqtisadi səbəblərdən başqa, xarici miqrasiyanın siyasi

səbəbləri də mövcuddur. Bu ölkələrdəki siyasi rejimlə

bağlıdır. 70-80-ci illərdə keçmiş SSRİ-ni də siyasi emi-

qrantlar tərk etmişdilər.

Son dövrlərin ən qorxulu miqrasiyalarından biri-qaç-

qınlıqdır. Bu proses çox böyük əraziləri əhatə edir. Bey-

nəlxalq təşkilatların səyinə baxmayaraq,bu proses səngi-

mir, bu problemlər hələ də həll olunmamış qalır. Bu, əsa-

sən müxtəlif cür separatçılığın,regional konfliktlərin, aclı-

ğın, epidemiyaların və siyasi mübarizələrin nəticələridir.

Yuqoslaviya və SSRİ-nin dağılmasından sonra bu

ərazidə 2,5 mln nəfər qaçqın ordusu yaranmışdır ki, bunun

1 mln nəfərdən çoxu azərbaycanlılardan ibarətdir.

5.3. Urbanizasiya.

Urbanizasiya prosesi iqtisadi, coğrafi, demoqrafik

baxımdan sosial-iqtisadi inkişafla əlaqədar olub əhalinin

məskunlaşması və təmərküzləşməsi, əhalinin şəhərlərdə

cəmləşməsi prosesidir. O, şəhərlə kənd arasında əmək böl-

Page 62: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

62

güsü və məhsuldar qüvvələrin sənaye əsasında təmərküz-

ləşməsi ilə şərtlənir. Urbanizasiya-şəhərlə bağlı olan cə-

miyyətin inkişafında şəhərlərin rolunun artmasını göstərən

tarixi proses olub, özündə əhalinin sosial-peşə və demoq-

rafik strukturunu, həyat tərzini, mədəniyyətini, məskunlaş-

ması və məhsuldar qüvvələrin yerləşdirilməsi məsələlərini

birləşdirir.

İndi dünyanın şəhərlərində 2,4 mlrd., inkişaf etmək-

də olan ölkələrin 20 şəhərində isə 130 mln. nəfərdən çox

insan məskunlaşmışdır.

Urbanizasiya yer kürəsini əhatə edən müasir dövrün

ən ciddi proseslərindən biridir. Urbanizasiya əraziləri qu-

runun,dünya şəhər əhalisinin sayı 1900-cü ildə 220 milyon

nəfər (ümumi əhalinin 13%-i), 1970-ci ildə 1350 milyon

nəfər (36%-i), 1990-cı ildə 2280 milyon nəfər (43%-i) təş-

kil edirdisə, indi 1%-ni, əhalinin 47%-ni özündə cəmləşdi-

rir.

Urbanizasiya kənd əhalisinə nisbətən şəhər əhalisinin

payının artmasıdır. Bəzən bunu sadəcə şəhərləşmə və ya

kənd əhalisinin şəhərlərə köçməsi kimi izah edirlər. Bu

proses kənd əhalisinin şəhərlərə miqrasiyası, şəhər əhalisi-

nin özünün təbii artımı, kənd yaşayış məntəqələrinin şəhər

tipli qəsəbələrə və şəhərlərə çevrilməsi formasında baş ve-

rir. Müasir dünyada şəhərlərin sayının və ölçülərinin art-

ması prosesi bütün regionları əhatə etməklə inkişaf edir,

urbanizasiyanın sürətlənməsini şərtləndirir. Deməli, urba-

nizasiya şəhər çərçivəsindən çıxmaqla iri regionları əhatə

etməyə başlamışdır. Dünyada çoxlu insanın məskunlaşdığı

regionlar meydana gəlmişdir. Bu regionlarda çoxlu emal,

xidmət müəssisələri yerləşdirilmiş, nəticədə yer kürəsində

insanların qeyri-proporsional məskunlaşması və istehsalın

Page 63: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

63

yerləşdirilməsi prosesi baş vermişdir. Bu, demoqrafik eko-

loji, iqtisadi, sosial problemlərin kəskinləşməsinə gətirib

çıxarır.

Urbanizasiya səviyyəsi regionlar üzrə bir-birindən

kəskin fərqlənir. Urbanizasiya səviyyəsinin artımı inkişaf-

da olan ölkələrdə və zəif inkişaf etmiş ölkələrdə daha yük-

səkdir. Cədvəl 6

Urbanizasiya səviyyəsi

Urbanizasiya

səviyyəsi yüksək

olan ölkələr

Urbanizasiya

səviyyəsi orta olan

ölkələr

Urbanizasiya

səviyyəsi aşağı olan

ölkələr

Şəhər əhalisinin

payı

50%-dən çoxdur

Şəhər əhalisinin

payı

20-50%

Şəhər əhalisinin

payı

20%-dən aşağıdır

Böyük Britaniya

Venesuela

Küveyt

İsveç

Avstraliya

Yaponiya

Əlcəzair

Boliviya

Nigeriya

Hindistan

Zair

Misir

Çad

Efiopiya

Somali

Niger

Mali

Zambiya

Dünya ölkələri içərisində Vatikan 100%, Sinqapur

100%, Monako 100%, Belçika 97% urbanizasiyaya

məruz qalmışdır.

Page 64: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

64

Cədvəl 7

Urbanizasiya səviyyəsi yüksək olan dünyanın

20 ölkəsi

№ Ölkə Urbanizasiya səviyyəsi

100%

1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20.

Vatikan Monako Nauru Sinqapur Küveyt Belçika Qətər Malta San-Marino Venesuela Argentina İslandiya İsrail Uruqvay Böyük Britaniya Andorra Avstraliya Bəhreyn Çili Danimarka

100 100 100 100 98 97 96 94 94 93 92 92 92 92 90 89 89 89 88 87

Urbanizasiya nəticəsində şəhər əhalisi və təsərrüfatı

eninə, uzununa və dərininə daha da genişləndirmək şəhər-

ətrafı sahələr hesabına nəhəng aqlomerasiyalar formalaş-

mışdır. Belə aqlomerasiyalar dünyada 400-dən çoxdur.

Dünyada 400-ə qədər “milyoner” şəhər mövcuddur.

Bunlardan 23 şəhər super şəhər adlandırılmışdır ki,

onların hər birisinin ayrı-ayrılıqda 10 milyondan artıq

əhalisi vardır.

Page 65: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

65

MÖVZU 6. DÜNYA TƏSƏRRÜFATI VƏ ONUN

FORMALAŞMASI

6.1. Dünya təsərrüfatının formalaşması və inkişaf

mərhələləri;

6.2. Dünya təsərrüfatı və beynəlxalq təşkilatlar,

inteqrasiya;

6.3. Dünya regionlarında məhsuldar qüvvələrin inkişafı və

yerləşdirilməsi.

6.1. Dünya təsərrüfatının formalaşması və inkişaf

mərhələləri

Ümumdünya Bankının məlumatına görə, hazırda

dünya özündə 238 dövlət və ərazini birləşdirir. Böyük

dövlətlərin tabeçiliyində 40-dək ərazi və dövlət mövcud-

dur. Hər bir ölkə özünün müxtəlif cəhətləri ilə fərqlənir.

Bu müxtəliflik tarixi inkişafın gedişində ayrı-ayrı ölkələrin

coğrafi yerləşməsi, ərazisinin həcmi, əhalisinin miqdarı,

iqlim şəraiti, təsərrüfatçılıq ənənəsi və bu kimi amillərin

təsiri ilə əlaqədardır. Lakin, bununla yanaşı bütün dövlət-

lər üçün ümumi cəhətləri də vardır. Bu ondan ibarətdir ki,

onların təsərrüfatçılıq fəaliyyəti, təbiət qüvvələrinin uy-

ğunlaşdırılması, cəmiyyətdə formalaşması üçün dünya

məkanında əlaqələr qurmalı, ehtiyatlardan istifadə etməklə

ölkəsinin sosial-iqtisadi inkişafına çalışmalıdır.

Bu milli ölkələr öz miqyasına, aparıcı, qabaqcıl sahə-

lərinə, sosial-iqtisadi quruluşuna, iqtisadi inkişafına görə

də fərqlənirlər. Dövlətlər bir-birindən heç də təcrid edilmiş

şəkildə deyil, məcmu halında, qarşılıqlı şəkildə mövcud-

Page 66: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

66

durlar. Odur ki, dünya iqtisadiyyatı milli təsərrüfatların sa-

dəcə cəmini deyil, onların qarşılıqlı, əlaqəli fəaliyyətini,

əməkdaşlığını, beynəlxalq əmək bölgüsü əsasında inkişafı-

nı, beynəlmiləlləşmə prosesinin məcmusunu nəzərdə tutur.

İqtisadi ədəbiyyatlarda, eləcə də gündəlik mətbuatda

“Dünya iqtisadiyyatı” və yaxud “dünya təsərrüfatı” anla-

yışları çox geniş istifadə olunur. Bu da onu göstərir ki,

dünya öz mürəkkəbliyi və ziddiyyətliliyi ilə yanaşı iqtisadi

münasibətlər baxımından müəyyən vahidliyə, bütövlüyə

malikdir. Ümumiyyətlə iqtisadi ədəbiyyatlarda “Dünya iq-

tisadiyyatı” və yaxud “Dünya təsərrüfatı” anlayışı barədə

vahid fikir formalaşmamışdır. Bu anlayış daha geniş əhatə

dairəsinə malikdir.

Cədvəl 8

Dünya təsərrüfatı və dünya təsərrüfatının subyektləri

(2010-cu il)

Dünya təsərrüfatı göstəriciləri Həcmi

Yer kürəsinin ümumi sahəsi

O cümlədən:

dəniz və okeanların sahəsi

quru sahə (adalarla birlikdə)

510 072 min km

361 132 min km

148 940 min km

Dünyanın ümumi torpaq fondu

Cəmi kənd təsərrüfatına yararlı

Torpaq sahəsi

Cəmi meşə örtüyü

134 mln. kv. km

48,1 mln. kv. km

40,1 mln. kv. km

Dünya üzrə müstəqil

dövlətlərin sayı

1990-cü ilə

1947-ci ilə

2000-ci ilə

2010-cu ildə

57

76

192

196

Page 67: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

67

Cədvəl 9

Dünya dövlətlərinin ərazisi 135,8 mln kv.kilometrdir.

Həmin ərazi qitələr üzrə aşağıdakı kimi formalaşıb.

Dünya dövlətlərinin ərazisi

O cümlədən:

Avropa

Asiya

Amerika

Afrika

Avstraliya

135,8 mln. kv.km

10,5 mln. kv.km

44,4 mln. kv.km

42,1 mln. kv.km

30,3 mln. kv.km

8,5 mln. kv.km

Dünya üzrə ÜDM-in

həcmi

1-ci min illikdə

2000-ci ildə

2005-ci ildə

2011-ci ildə

17 mlrd.dol

32 trl.dol.

44,5trl.dol.

82,0 trl.dol.

Dünya üzrə əhalinin sayı 7,1 milyard nəfər

Orta hesabla hər nəfərə

düşən məhsul

10 min dollardan 145 min

dollara qədərdir.

Məlumdur ki, dünya təsərrüfatı ilk dəfə Roma impe-

riyası dövründə formalaşmışdı. İqtisadi ədəbiyyatlardan

görünür ki, bu dövrdə iqtisadi münasibətlər formalaşmış

və mülkiyyətin toxunulmazlığı təmin olunmuşdu.

Dünya iqtisadiyyatının vahid tam kimi formalaşması

XX əsrin əvvəllərinə aid edilir. Bu dövrdə dünyanın ərazi

cəhətdən formalaşması başa çatmış, dünya bazarı məhsul

və xidmətlərlə zənginləşmişdi. Qərbi Avropa ölkələri sə-

naye cəhətdən inkişaf etmişdi. Bir çox ölkələrin aqrar sa-

hələrindəki xammal Qərb ölkələrinin əsas xammal bazası-

na çevrilmişdir. Dünya bazarının meydana gəlməsi (XV-

Page 68: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

68

XVII əsrlərdə) və XIX əsrin ortalarında da inkişaf etməsi

ölkələrdə bazarların formalaşmasına, beynəlxalq əlaqələ-

rin güclənməsinə təkan verdi.

Dünya təsərrüfatının formalaşmasının böyük mərhə-

ləsi ikinci dünya müharibəsi qurtardıqdan sonra başlandı

və bu 1990-cı ilədək davam etdi. Bu dövrün aşağıdakı for-

malaşma istiqamətləri fərqləndirilir:

1) Ümumdünya təsərrüfatı strukturunun zəifləməsi.

Bu, ilk növbədə ikinci dünya müharibəsindən sonra so-

sializm sisteminin meydana gəlməsi ilə əlaqədar olmuş-

dur. Sosializm ölkələri dünyanın əksər ölkələrindən fərqli

sosial-iqtisadi əsasda inkişaf istiqaməti seçdi və xalq təsər-

rüfatının bütün sahələri maksimum dərəcədə dövlətləşdi-

rildi – mərkəzləşdirildi.

Sosialist sistemindəistehsaledilən məhsulun dünya

bazarında rəqabət qabiliyyəti olmurdu. Bu mütləq haki-

miyyətin, partiyanın, vahid plan əsasında idarə etməsinə

əsaslanırdı.

2) Xarici-iqtisadi əlaqələr iki təsərrüfat sistemi ara-

sında müəyyən tələbatın ödənilməsi baxımından inkişaf

etdirilirdi.

3) Təsərrüfat sistemində iqtisadiyyata təsir baxımın-

dan dünya iqtisadiyyatında kapitalist sahibkarlığı inkişaf

etdirilir, beynəlxalq xarakterə malik iri formalar, kor-

porativ təşkilatlar ölkədən kənarda fəaliyyət qura bilirdi-

lər. İstehsal, maliyyələşmə, kreditləşmə, reallaşmada dün-

ya səviyyəsində inkişafa, beynəlxalq istehsalın formalaş-

masına sərbəst yanaşılırdı. Sosialist təsərrüfat sistemində

mərkəzləşdirilmiş idarəetmə hökm sürürdü.

4) Sosialist təsərrüfat sistemi yolu ilə getməyən ölkə-

lər arasında əlaqələr getdikcə genişlənməyə başlamışdı.

Page 69: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

69

Burada ABŞ-nın iqtisadi gücünün böyük təsiri olmuşdu.

ABŞ, bu ölkələrə iqtisadi yardım edir, xüsusi kapital qo-

yuluşu və kreditlər verirdi. Əsas məqsəd azad sahibkarlı-

ğın inkişafınakömək etmək olmuşdu. Köməyin 70 %-i ər-

zaq, yanacaq, gübrə kimi mallar təşkil edirdi. Bu, dünya

iqtisadiyyatının güclənməsinə kömək etdi.

5) 1960-cı illərdə koloniya sisteminin dağılması inki-

şafda olan ölkələrin meydana gəlməsinə səbəb oldu. İnki-

şaf etmiş Qərb ölkələri bu ölkələrə kömək yolu ilə onları

özlərinin təsiri altında saxlayırdılar.

Dünya təsərrüfatının təkamül yolu ilə formalaşması

mərhələləri 1990-cı ilin əvvəllərinə qədər davam etdi və

SSRİ-nin bir qurum kimi dağılması dünya təsərrüfatının

yeni inkişaf dövrü kimi adlandırmaq olar. Bu dövrdə öl-

kələrin bazar iqtisadiyyatı prinsipləri əsasında formalaş-

ması və inkişafında oxşarlıq və iqtisadi-sosial inkişafda

yeni meyllər meydana gəldi.

Dünya təsərrüfatına müxtəlif səpkidə yanaşılır:

1. Dünya təsərrüfatı bir-biri ilə beynəlxalq əmək böl-

güsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi

və siyasi münasibətlərinin məcmusu kimi ifadə edilir.

“Dünya təsərrüfatı” anlayışına olan bu yanaşmada

milli ölkə (təsərrüfat) əsas götürülür. Həmin ölkənin məh-

sulunun daxili və yaxud xarici bazara çıxarılması vurğu-

lanmır. Belə olduqda dünya təsərrüfatının gələcək inkişafı,

qarşılıqlı əlaqələri və s. o qədər də açıqlanmır.

2. Digər yanaşmaya görə “Dünya iqtisadiyyatı” milli

təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əsaslanan “beynəl-

xalq iqtisadi qarşılıqlı münasibətlər sistemi” kimi şərh olu-

nur. Beynəlxalq İqtisadi sistem – ticarəti, maliyyə münasi-

Page 70: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

70

bətlərini, kapital ehtiyatlarının və işçi qüvvəsinin qeyri-bə-

rabər bölgüsünü də özündə əks etdirir.

3. “Dünya təsərrüfatı” anlayışına daha geniş mənada

yanaşmaqla ona məhsuldar qüvvələr, istehsal

münasibətləri və eləcə də üstqurum münasibətlərinin özü-

özünü təkrar istehsal etməsi iqtisadi sistem kimi baxırlar.

Bütün qeyd edilənlərdən görünür ki, “Dünya təsərrüfatı”

qlobal bir iqtisadi orqanizm kimi bir-biri ilə qarşılıqlı

fəaliyyətdə və asılılıqda olan milli iqtisadiyyatların

məcmusundan ibarətdir. Burada hər cür maddi bazanın,

müxtəlif mülkiyyət formalarının fəaliyyətindəki təkrar

istehsal proseslərini əks etdirən təsərrüfatların əsas tərkib

hissələri ifadə olunur. Məhz bu vahid-bütöv sistemin

mövcudluğunun əsasını həmin tərkib hissələrinin iqtisadi

qarşılıqlı əlaqələri təşkil edir. Ancaq bu cür qarşılıqlı əlaqə

nəticəsində qlobal miqyasda təkrar istehsalın və vahid

sistemin fəaliyyəti mümkündür. Dünya təsərrüfatının bu

cür vahidliyi, bütövlüyü təkrar istehsalın dinamikliyi,

əmtəə-pul münasibətlərinə və müxtəlif qiymətlərə

əsaslanan milli və beynəlxalq bazarlarla təmin edilmiş

olur. Ən geniş mənada bazar əmtəə və xidmətlərin

mübadiləsi prosesində yaranan iqtisadi, sosial və siyasi

münasibətlərin məcmusundan ibarətdir.

Dünya təsərrüfatının inkişafı, struktur elementləri

fəaliyyət mexanizmi aşağıdakı kimi xarakterizə olunur:

Page 71: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

71

Sxem 1

xarakterizə edilir

DÜNYA TƏSƏRRÜFATI

Dinamikanın amilləri

əməyin beynəlxalq

bölgüsü və ixtisaslaş-

ması

kapitalın, istehsalın

beynəlmiləlləşdiril-

məsi və ETT

beynəlxalq rəqabət və

kapitalın, əmtəənin,

işçi qüvvəsinin və

EET nəticələrinin

miqrasiyası

Subyektlər

milli təsərrüfatlar

regional birliklər və

dövlətlər ittifaqı

beynəlxalq və

transmilli

korporasiyalar

beynəlxalq maliyyə

və ticarət təşkilatları

Struktur

elementləri

ümumdünya əmtəə

bazarı

kapital bazarı

işçi qüvvəsi bazarı

ETT nailiyyətləri

bazarı

informasiya bazarı

Beynəlxalq əmək böl-

güsünün (BƏB) dərin-

ləşməsi nəticəsində

məhsuldar qüvvələrin

beynəlmiləlləşdirilməsi

səviyyəsinin artması

Müxtəlif beynəlxalq

iqtisadi əlaqələr siste-

minin yaranması

(BİƏ)

Ölkələr arasında, millətlərarası

təsərrüfat mübadi-ləsinin tənzimlə-mə mexanizmlə-

rin yaradılması

BƏB-nin

dərinləşməsi amilləri

ETT qeyri-bərabərliyi

milli bazarlarının

müxtəlif dolğunluğu

və istehlak strukturu

yaşayış səviyyəsi ilə

ayrı-ayrı ölkələrin so-

sial-iqtisadi inkişafın-

da uyğunsuzluqların

aradan qaldırılması

zərurəti təsərrüfatların

idarə olunması sahə-

sində təcrübə mübadi-

ləsinin keçirilməsi eh-

tiyacı

BİƏ formaları

beynəlxalq ticarət

kapitalın beynəlxalq

hərəkəti

işçi qüvvəsinin miqra-

siyası

elmi-texniki informa-

siya və texnologiya-

larla beynəlxalq mü-

badilə

beynəlxalq valyuta-

kredit münasibətləri

Millətlərarası

əlaqələr mexa-

nizmləri

xüsusi beynəlxalq

təşkilatlar, birgə

müəssisələr, təsi-

satlar

beynəlxalq kom-

munikasiya şəbə-

kələri, infrastruk-

tur

transmilli struk-

turlar, TMK,

müəssisələrin,

bankların xaricdə

olan filialları

Page 72: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

72

Dünya iqtisadiyyatının formalaşması qanunauyğun-

luqlarının təsiri altında bazar, ayrıca müstəqil bir kateqori-

ya kimi çıxış edir. Beləliklə bazar, təkrar istehsalın bir

mərhələsi olmaqla, onun digər ünsürləri (fazaları) olan is-

tehsal, bölgü və istehlakla qarşılıqlı fəaliyyət göstərir.

Dünya iqtisadiyyatı bir çox ünsürləri, cəhətləri, xüsusiy-

yətləri özündə cəmləşdirdiyinə görə mürəkkəb sistem he-

sab olunur. Burada struktur baxımından daxili ünsürlər

mövcuddur:

-Məlumdur ki, dünyada iqtisadi qüvvələr çox qeyri-

bərabər bölünmüşdür. Aydındır ki, bu qüvvə elə belə bölü-

nüb verilmir.Təbii sərvətlərin olması ilə yanaşı bu qüvvə

ciddi fəaliyyət nəticəsində əsasən qazanılır, əldə edilir.

Hazırda ABŞ, Yaponiya və Almaniya dünya əhalisinin

təqribən 9%-nə malik olduğu halda, dünya üzrə olan gəli-

rin 50%-ni öz əlində cəmləşdirirlər. Bu ölkələr bütün dün-

yanın cəmi alıcılıq qabiliyyətinin 33%-ni təşkil edirlər.

-Sistemin əsasını beynəlxalq və ayrı-ayrı milli döv-

lətlərin maddi və mənəvi nemətlərinin istehsalı, bölgüsü,

mübadiləsi və istehlakı təşkil edir. Dünya üzrə olan bu

təkrar istehsal prosesinin hər bir fazası qlobal miqyasda və

eləcə də milli çərçivədə öz yerləşdiyi yerdən və rolundan

asılı olaraq dünya təsərrüfatının gedişinə, fəaliyyətinə təsir

göstərir. Dünya təsərrüfatı özünə məxsus inkişaf xəttinə

malik olsa da, hər halda o, milli təsərrüfatların inkişafın-

dan kənarda qala bilməz. Müəyyən mənada burada ümumi

məqsəd nəzərdə tutulur. Bu ümumi məqsəd dünya sistemi-

nin inkişafının hərəkətverici qüvvəsi kimi çıxış edir. Bu

sistemin daxilində xüsusiləşmiş bölmələr, yarımsistemlər

mövcud ola bilər. Bunlar spesifik xarakter daşısalar da,

bütövlükdə sistemin məqsədinə tabe olurlar. Digər məna-

Page 73: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

73

da yanaşdıqda isə dünya sisteminə müxtəlif məqsəd nəzər-

də tutan yarımsistemlərin məcmusu kimi də baxmaq olar.

Lakin bu yarımsistemlər bir-biri ilə qarşılıqlı əlaqədə ol-

maqla bir-birinə təsir edə bilirlər. Bu cür struktura malik

olan sistem müvəqqəti və keçici xarakter daşıyır. Ayrı-ayrı

yarımsistemlərin məqsədinin hakim olmasına əsaslanan

vahid sistem çox yaşaya bilməz.

Beləliklə, dünya iqtisadiyyatının mahiyyəti bir ölkə-

nin iqtisadiyyatı və onu şərtləndirən amillərlə fərqləndirir-

lər. Cədvəl 10

Ölkə və dünya iqtisadiyyatının fərqləndirici cəhətləri

Ölkə (bir dövlətin)

iqtisadiyyatı

Dünya iqtisadiyyatı

Sərhədlərlə məhdudlaşır Bütün dünyanı əhatə edir

Ölkədaxili iqtisadi rayonların

iqtisadiyyatının cəmidir

Dövlətlərin iqtisadiyyatının

cəmidir

Dövlətin və dövlət

strukturlarının fəaliyyətindən

asılıdır

Dünyanın aparıcı ölkələrinin və

dünya əhatəli strukturlarının

fəaliyyətindən asılıdır

Fərdi, xüsusi və ümumi əmək

bölgüsü inkişaf etdikcə inkişaf

edir

Beynəlxalq əmək bölgüsü

inkişaf etdikcə inkişaf edir

Beynəlxalq vəziyyətin güclü

təsiri yoxdur

Beynəlxalq vəziyyətin güclü

təsiri var

Daxili bazarın

qanunauyğunluqlarına görə

inkişaf edir

Dünya bazarının

qanunauyğunluqlarına görə

inkişaf edir

Bazar iqtisadiyyatının obyektiv

qanunlarından kənarlaşa bilər

Bazar iqtisadiyyatının obyektiv

qanunlarına maksimum tabe

olur

Qarşılıqlı ziddiyyətlər çox da

güclü deyil

Qarşılıqlı ziddiyyətlər çox

güclüdür

Page 74: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

74

Cədvəl 10-un davamı

Qarşılıqlı əlaqələr sadədir, tez

həll olunandır

Qarşılıqlı əlaqələr çox

mürəkkəbdir. Çətin həll

olunandır.

Sadə tərkibə malikdir Mürəkkəb tərkibə malikdir

İnkişafı əsasən bir dövlətin

siyasətindən asılıdır

İnkişafı bütün dövlətlərin

siyasətindən asılıdr

Əsasən bir dövlətin maraqlarına

xidmət edir

Bütün dünyanın maraqlarına

xidmət edir

Lokal problemlərin həlli yollarını

axtarır

Qlobal problemlərin həlli

yollarını axtarır

Zəif, epizodik, dinamik inkişafa

malikdir

Güclü daimi dinamik inkişafa

malikdir

Əsasən ölkə ticarətinin təsiri

altındadır

Dünya ticarətinin təsiri altındadır

Əsasını maddi və mənəvi milli

istehsal, onun bölgüsü,

mübadiləsi və istehlakı təşkil

edir

Əsasını maddi və mənəvi

varlığın beynəlxalq istehsalı,

onun bölgüsü, mübadiləsi və

istehlakı təşkil edir

Vahid bir sistemdir Nisbətən vahid sistemdir (vahid

sistemə çatmağa can atan

sistemdir)

Lokal təfəkkürlər üzərində

qurulur

Qlobal təfəkkürlər üzərində

qurulur

Məhsuldar qüvvələri bir ölkə

daxilində formalaşdırır və inkişaf

etdirir

Planetar səviyyədə məhsuldar

qüvvələri formalaşdırır və inkişaf

etdirir

Beynəlxalq vəziyyətə güclü təsir

göstərmir

Beynəlxalq vəziyyətə güclü təsir

göstərir

Page 75: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

75

6.2. Dünya təsərrüfatı və beynəlxalq təşkilatlar,

inteqrasiya

Beynəlxalq iqtisadi təşkilatlar dünyanın bütün regi-

onlarında sabit və dayanıqlı iqtisadi inkişafın təmin olun-

ması, ticarət iqtisadi əməkdaşlıqda ayrı-seçkiliyin aradan

qaldırılması, fərdi sahibkarlığın inkişafına kömək göstəril-

məsi və beynəlxalq iqtisadi əməkdaşlığın iştirakçısı olan

ölkələrin makroiqtisadi siyasətin qarşılıqlı tarazlaşdırılma-

sı vəzifələrini yerinə yetirir.

Qlobal inteqrasiya proseslərinin təsiri altında ölkə-

lərin qarşılıqlı əlaqəsi və dünyanın funksional bütövlüyü

ayrı-ayrı ölkələrin fəaliyyətlərinin əlaqələndirilməsini və

razılaşdırılmasını tələb edir. Bu funksiyanı xüsusi təşkilatı

formaya malik olan müxtəlif beynəlxalq təşkilatlar yerinə

yetirirlər.

Beynəlxalq təşkilatlar – həyat fəaliyyətinin müxtəlif

sahələrində məqsədlərə nail olunması üçün milli cəmiy-

yətlərin birləşməsidir. Onlar müəyyən dövr üçün yaradılır

və ya daimi əsasda fəaliyyət göstərirlər.

Ənənəvi olaraq belə qəbul olunmuşdur ki, beynəl-

xalq təşkilatların başlıca əlaməti müvafiq funksiyalara və

fəaliyyət qaydalarına malik olmalarıdır. Bir qayda olaraq

onlar beynəlxalq müqavilələr əsasında yaradılır. Bu müqa-

vilələr ayrı-ayrı məsələlərin həllinə aid olan bir sıra saziş-

lərlə tamamlanır. Bu sazişlərdə təşkilatın məqsədi, qarşı-

sında duran məsələlər, orqanlarının fəaliyyət konsepsiyası

və quruluşunu, iş qaydası, onun üzvlərinin hüquq və vəzi-

fələri əks olunur.

Beynəlxalq təşkilatlar öz səlahiyyətlərini aşa bilməz-

lər. İqtisadi əməkdaşlıq sahəsində beynəlxalq iqtisadi təş-

Page 76: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

76

kilatlar çox mühüm iqtisadi problemlərin həll edilməsi

məqsədilə yaradılır. Bunlardan mühümləri aşağıdakılardır.

- ticarət məhdudiyyətlərinin aradan qaldırılması;

- texnoloji və ekoloji tərəqqiyə nail olunması üçün

vəsaitlər ayrılması;

- valyutaların sabitləşdirilməsi və onların dönərliyinə

nail olunması;

- əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaş-

dırılmasının stimullaşdırılması;

-bütün sahələrdə ayrı-seçkiliyin aradan qaldırılması

və s.

Beynəlxalq təşkilatların əsas funksiyalarına aşağıda-

kılar aiddir:

-nəzarət; təşkilati; tənzimləmə; məlumat; müşahidə;

iqtisadi əməkdaşlığa yardım.

Ümumi şəkildə onların idarəetmə mexanizminə aşa-

ğıdakılar daxil olur:

-sessiyalar; konfranslar; işçi orqanları; köməkçi or-

qanlar.

Beynəlxalq təşkilatlar içərisində mühüm rolu beynəl-

xalq iqtisadi təşkilatlar oynayırlar. Bu təşkilatlar beynəl-

xalq müqavilə münasibətləri əsasında beynəlxalq iqtisadi

əməkdaşlığın təşkili və həyata keçirilməsi ilə əlaqədar

olan fəaliyyətlə məşğul olurlar. Tarixən hələ XIX əsrdə bu

qəbildən olan müxtəlif komissiyalar, komitələr, ittifaqlar

və assosiasiyalar meydana gəlmişdi. 1874-cü ildə yaradıl-

mış Ümumdünya poçt ittifaqını, 1875-ci ildə yaradılmış

Beynəlxalq dəmir yolu konqresləri assosiasiyasını və s.

göstərmək olar.

Fəaliyyət göstərən beynəlxalq təşkilatlar həm kəmiy-

yət, həm də keyfiyyətcə dəyişmişlər. Hazırda 3000-dən

Page 77: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

77

çox beynəlxalq təşkilat fəaliyyət göstərir. Dünyada az və

ya çox dərəcədə iqtisadi problemlərin həlli ilə məşğul olan

100-dən çox beynəlxalq təşkilat vardır. Onlar öz tərkiblə-

rinə, miqyasına, funksiyalarına, eləcə də dünya iqtisadiy-

yatına təsir dərəcəsinə görə fərqlənirlər. İstənilən formalı

beynəlxalq təşkilat özünün fəaliyyət dairəsinə daxil olan

müxtəlif problemlərin həlli ilə məşğul olmalıdır. Hazırda

hər il iqtisadi və digər problemlərin həlli üçün 1000-dən

çox beynəlxalq konfrans keçirilir. Bu konfranslar beynəl-

xalq müqavilələrin işlənilməsi və qəbul olunması, müxtə-

lif aktların bağlanması, beynəlxalq münasibətlərin kon-

kret sahəsində əməkdaşlıq prinsiplərinin təsis olunması

məqsədilə həyata keçirilir.

XX əsrdə baş verən müharibələr, kəskin kataklizmlər

(dağıdıcı çevrilişlər) göstərdi ki, bütün dünya birliyi öz

səylərini birləşdirməsə dünya sivilizasiyasının məhvi la-

büddür. O, yeni istilik-nüvə müharibələri və qlobal terror

aktları nəticəsində baş verməsə belə, ətraf mühitin dağıl-

ması və qlobal ekoloji fəlakətlər nəticəsində reallaşa bilər.

Bunun qarşısını yalnız bütün bəşəriyyətin təcili və yüksək

səviyyədə əlaqələndirilmiş fəaliyyəti nəticəsində almaq

olar.

İkinci dünya müharibəsindən sonra həmin qlobal

problemlərin həll edilməsi üçün dünya ölkələri öz səyləri-

ni birləşdirərək müxtəlif istiqamətli beynəlxalq təşkilatlar

yaratmağa başladılar.

Məlum olduğu kimi, dünyanın qloballaşmasının ilk

modeli məhz birinci dünya müharibəsindən sonra dağıl-

mağa başladı. Bunun nəticəsi olaraq yeni kataklizmlərin

qarşısının alınması məqsədilə Fransa və Böyük Britaniya-

nın təşəbbüsü ilə 1919-cu ildə Millətlər Birliyi beynəlxalq

Page 78: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

78

təşkilatı yaradıldı. Yaradıldığı vaxt onun tərkibinə 30 döv-

lət daxil oldu. ABŞ bu təşkilata daxil olmadı. Almaniya və

İtaliya gələcək təcavüzkar müharibəyə hazırlaşmaları ilə

əlaqədar olaraq 1934-cü ildə təşkilatdan çıxdıqdan sonra

SSRİ bu təşkilata daxil oldu.Lakin, 1939-cu ildə Finlandi-

yaya təcavüz etdiyinə görə təşkilatdan xaric edildi. Millət-

lər Birliyi öz məqsədinə nail ola bilmədi və elə həmin ildə

öz fəaliyyətini dayandırdı. İkinci dünya müharibəsi baş-

ladı.

Müharibə qurtardıqdan sonra müharibədə qalib gələn

hökmran dövlətlər yenidən ölkələr arasında münasibətləri

tənzimləmək və dünya problemlərini həll etmək iqtidarına

malik beynəlxalq təşkilat yaratmağa təşəbbüs göstərdilər.

1945-ci ildə Birləşmiş Millətlər təşkilatı yaradıldı. Hazır-

da beynəlxalq təşkilatlar sistemində 4 mindən çox təşkilat

vardır və onlardan da 300-dən çoxu hökumətlərarası təşki-

latlardır.

Beynəlxalq təşkilatları bir neçə prinsip üzrə bölmək

olar:

1. Dövlətlərarası (hökumətlərarası) və qeyri-dövlət

təşkilatları. Beynəlxalq təşkilatların böyük əksəriyyəti –

qeyri-dövlət təşkilatlarıdır. Onların arasında çoxlu sayda

müxtəlif assosiasiyalar, ittifaqlar və fondlar vardır.

2. Bütün dövlətlər üçün açıq olan beynəlxalq təşki-

latlar- bütün dövlətlərin daxil olması üçün açıq olan təşki-

latlardır.

3. Universal beynəlxalq təşkilatlar-çox profilli bey-

nəlxalq problemlərin həlli ilə məşğul olan təşkilatlardır.

4. İxtisaslaşmış beynəlxalq təşkilatlar-regional və

sahəvi xarakterli beynəlxalq təşkilatlardır.

5. Ümumi səlahiyyətli beynəlxalq təşkilatlar-dünya

Page 79: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

79

ölkələri arasında siyasi, iqtisadi, sosial və mədəni münasi-

bətləri əhatə edən təşkilatlardır.

6. Yüksək səlahiyyətli beynəlxalq təşkilatlar-dünya

ölkələri arasında müəyyən bir sahədə əməkdaşlığı həyata

keçirən təşkilatlardır. (məs., Ümumdünya Poçt İttifaqı,

Atom enerjisi üzrə beynəlxalq agentlik və s.)

7. Dövlətlərarası təşkilatlar – iki və ya daha çox döv-

lətin ümumi maraqlarına səbəb olan məsələlərin həlli

məqsədilə həmin dövlətlər tərəfindən yaradılan təşkilat-

lardır.

8. Dövlətlərüstü təşkilatlar – qəbul etdikləri qərarla-

rın yerinə yetirilməsi təşkilatın üzvü olan dövlətlərin bü-

tün hüquqi və fiziki şəxsləri üçün məcburi olan təşkilatlar-

dır. (məs, Aİ-nin qərarları İttifaqa daxil olan ölkələrin bü-

tün şəxsləri üçün məcburidir).

9. Qapalı beynəlxalq təşkilatlar – üzvlüyünə qəbul

yalnız ilkin təsisçilərin dəvəti ilə həyata keçirilən təşkilat-

lardır .

Bu təşkilatlar regional inteqrasiya prosesinə fəal təsir

göstərə bilir. Bu inteqrasiya bütöv bir sistemin ayrı-ayrı

həlqələrini əhatə edir:

- ölkələr arasında xarici ticarətin liberallaşdırılması,

istehsal amilləri axınının birlik daxilində artımı, əmtəə,

xidmətlər, pul kütləsi, qiymətli kağızlar və sairənin bazar

tədavülü – bu “səthi” və ya “yumşaq” inteqrasiya adlanır;

-həqiqi istehsal etmə -bu dərin inteqrasiyadır;

-firmalar, sahibkarlıq ittifaqı, milli hökumətlər, bey-

nəlxalq hökumətlərarası və milli təşkilatlar səviyyəsində

qərar qəbul dairəsi;

Dünya təsərrüfatının əsas regionlarında bir sıra iqti-

sadi inteqrasiya təşkilatları movcuddur:

Page 80: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

80

Cədvəl 11.

№ Təşkilatın adı Üzvlə

rin sayı

Yaradıld

ığı il

Təşkilatın yaradılmasının ilk

təşəbbüskarları

1.

Avropa İttifaqı

(İlkin Avropa İqtisadi

Birliyi) Aİ

27 1992/1957 Fransa, Almaniya

2. Avropa Azad Ticarət

Assosiasiyası (AATA)

4 1960 Böyük Britaniya

3. Mərkəzi Avropada Azad

Ticarət Zonası

7 1992 Macarıstan, Polşa, Çexiya,

Slovakiya, Sloveniya

4. Müstəqil Dövlətlər Birliyi

(MDB)

12 1991 Rusiya, Ukrayna, Belarusiya

5.

Qara Dəniz İqtisadi

Əməkdaşlıq Təşkilatı

(QİƏT)

11 1992 Türkiyə

6.

Azad Ticarət Haqqında

Şimali Amerika Sazişi

(NAFTA)

3 1994 ABŞ, Kanada

7.

Asiya Sakit Okean iqtisadi

əməkdaşlıq forumu

(ASOİƏ)

22 1989 Avstraliya, Kanada, ABŞ,

Yeni Zellandiya, Cənubi

Koreya, Yaponiya

8.

Cənubi-Qərbi Asiya

dövlətlərinin assosiasiyası

(ASEAN)

9 1967 İndoneziya, Malayziya,

Sinqapur, Tailand, Filippin

9.

Cənubi Asiya regional

əməkdaşlıq assosiasiyası

(SAAPK)

7 1985 Hindistan, Pakistan,

Banqladeş

10.

Latın Amerikası inteqrasiya

assosiasiyası (əvvəlcə Latın

Amerikası azad ticarət

assosiasiyası) (LAİ)

11 1980/196

0

Argentina, Boliviya, Braziliya,

Çili, Meksika

11. And qrupu və And paktı

(ANKOM)

5 1969 Boliviya, Venesuela

12. Karib birliyi və Karib

ümumi bazarı. (KARİKOM)

15 1973 Bir sıra ada ölkələri

13.

Cənub Konusu ölkələrinin

ümumi bazarı

(MERKOSUR)

4 1991 Argentina, Braziliya, Uruqvay

Page 81: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

81

Cədvəl 11-in davamı

14. Qərbi Afrika dövlətləri

birliyi (EKOBAC)

16 1975 Lagos, Syerro-Leone

15. Qərbi və Şərqi Afrikanın

ümumi bazarı (KOMECA)

20 1994 Geniya, Madaqaskar və s.

16. Cənubi Afrika İnkişaf

Birliyi (SADK)

11 1992 Anqola, Tanzaniya, Uqanda

17. Mərkəzi Afrikanın gömrük

və iqtisadi ittifaqı

6 1966 Misir, Küveyt, Suriya

18. Ərəb iqtisadi birliyi şurası

(ƏİBŞ)

12 1964

19.

Fars körfəzi Ərəb

dövlətləri əməkdaşlığı

ittifaqı

6 1981 Səudiyyə Ərəbistanı, Küveyt,

Bəhreyn

20. GUAM 4 1997 Azərbaycan, Ukrayna,

Gürcüstan, Moldova

21. İqtisadi əməkdaşlıq

təşkilatı

21 İran, Türkiyə, Pakistan

Son illərdə inteqrasiya prosesləri bütün qitələri əhatə

etməklə, çoxsaylı regional və subregional ticarət-iqtisadi

qrupların yaradılmasına gətirib çıxarmışdır. ÜTT-nin mə-

lumatlarına görə 2007-ci ildə real şəkildə həyata keçirilən

200-ə yaxın ticarət –iqtisadi saziş mövcud olmuşdur ki,

onlardan da 145-i 1994-cü ildən sonra qeyd olunmuşdur.

Dünya təsərrüfatının əsas regionlarında iqtisadi in-

teqrasiya təşkilatlarının yaradılmasının təşəbbüskarları

ayrı-ayrı dövlətlər olmuşdur. Misal üçün Avropa İttifaqı-

nın təşəbbüskarları Fransa, Almaniya, Qara Dəniz İqtisadi

Əməkdaşlıq Təşkilatının –Türkiyə, Avropa Azad Ticarət

Assosiasiyasının – Böyük Britaniya, MDB – Rusiya, Uk-

rayna, Belarusiya, İqtisadi Əməkdaşlıq Təşkilatı – İran,

Türkiyə, Pakistan və s. olmuşlar.

Page 82: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

82

Regional inteqrasiya ölkələrin iqtisadi qarşılıqlı əla-

qələrinin digər formalarından bir sıra əlamətlərə görə fərq-

lənirlər.

-üzv ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də

istehsal amillərinin hərəkətindəki məhdudiyyətlərin aradan

qaldırılması;

-üzv ölkələrin cari və strateji iqtisadi siyasətlərinin

uzlaşdırılması;

- milli qanunvericiliklərin, normativ-hüquqi aktların,

iqtisadi norma və standartların uyğunlaşdırılması və tətbi-

qi;

- milli istehsal proseslərinin bir-birinə qarşılıqlı şə-

kildə nüfuz etməsi və şəbəkələşməsi;

Regional inteqrasiya tamamilə konkret məqsədlər

üçün həyata keçirilir. Bu məqsədləri aşağıdakı kimi qrup-

laşdırmaq olar.

1) istehsalın miqyasının genişlənməsi hesabına bazar

imkanlarının artırılması və istehsal məsrəflərinin azaldıl-

ması;

2) bütün istiqamətlər üzrə -ölkələr arasında iqtisadi

və siyasi əməkdaşlığın möhkəmləndirilməsi;

3) regional rəqabət üstünlüklərinin yaradılması hesa-

bına üzv ölkələrin dünya bazarında mövqeyinin möhkəm-

ləndirilməsi;

4) digər üzv ölkələrin xammal, maliyyə, əmək, texni-

ki və texoloji ehtiyyatlarına geniş çıxış imkanları əldə

edilməsi;

5) ciddi sosial problemlərin həlli (işsizliyin səviyyə-

sinin aşağı salınması, əhalinin rifah halının yüksəldilməsi,

inkişaf səviyyələri birlik üzrə orta səviyyədən aşağı olan

rayonların inkişaf səviyyələrinin bərabərləşdirilməsi);

Page 83: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

83

6) yüksək mənfəət əldə edilməsi.

İqtisadi İnteqrasiya – bu sadəcə olaraq ölkələrin sosi-

al-iqtisadi inkişafının müəyyən istiqamətləri üzrə vahid or-

qanizm şəklində birləşmələri deyil.

İqtisadi inteqrasiya – dünya təsərrüfat əlaqələrinin

güclü şəbəkələşməsi hesabına qarşılıqlı yaxınlaşma prose-

sidir. Həm də onun spesifikası ondan ibarətdir ki, o regio-

nal ərazi yaxınlığına əsaslanır və onun başlanğıc həlqəsi –

ümumi sərhədi olan iki və ya daha çox ölkənin sərhədyanı

əlaqələridir. Bu proses əvvəlcədən istehsalın iki əsas ami-

linin -əmtəələrin və əmək ehtiyatlarının hərəkəti ilə əlaqə-

dar meydana gəlmişdir. Burada qeyd etmək yerinə düşərdi

ki, müəyyən inteqrasiya əlaqələri ilə hələ qədim dünyada

da qonşu dövlətlər bir-biri ilə bağlı olmuşlar. Lakin çox

təəssüf ki, o dövrdə bu əlaqələr müharibələr nəticəsində

əmələ gəlmişdir.

Beləliklə də, sərhədyanı ticarət və işçi qüvvəsinin

miqrasiyası qonşu ölkələr arasında təsərrüfat əlaqələrinin

intensivləşdirilməsi üçün kifayət qədər ciddi özək yaradır

və iqtisadi inteqrasiyanın ilkin amilləri hesab olunurlar.

Göründüyü kimi, sərhədyanı ticarət iqtisadi inteqrasiyanın

birinci amili, işçi qüvvəsinin miqrasiyası isə onun ikinci

amilidir.

Üçüncü amil – böyük coğrafi kəşflərdən, sənaye in-

qilablarından, Böyük fransız inqilabından sonra formalaş-

mağa başlamış kapitaldır. Xarici ölkələrdə daha çox mən-

fəət əldə etməyə can atan, öz ölkəsində artıq olan sələm

kapitalı təsərrüfat həyatının beynəlmiləşməsi prosesinə,

dünya təsərrüfatının ilkin konstruksiyasının formalaşdırıl-

masına və bunlara müvafiq olaraq inteqrasiya təzahürləri-

nin intensiv inkişafına güclü təkan verdi.

Page 84: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

84

İnteqrasiya proseslərini nəzəri cəhətdən düşündükdə,

görərik ki, o məhsuldar qüvvələrin fasiləsiz olaraq inkişa-

fına əsaslanır. Bunun da ən başlıca forması beynəlxalq

əmək kooperasiyasıdır. İstehsal amilləri olan əmək, kapi-

tal, işçi qüvvəsi, texnologiya və biliklərin beynəlmiləşmə-

si beynəlxalq əmək bölgüsünün təbii inkişafıdır.

Dünya təsərrrüfat sistemini şərtləndirən amilləri aşa-

ğıdakı sxemdən görmək olar: Sxem 2

Dünya iqtisadiyyatının inkişafını şərtləndirən amillər

Təsərrüfat

fəaliyyətinin

qloballaşması Geriliyin və

yoxsulluğun

dəf edilməsi

Ərzaq

Təbii

resurslar

(energetik

və xammal)

Ekoloji

Demoqrafik

Sülh və

tərksilah

İnsan

potensialının

Dünya

iqtisadiyyatının qlobal

problemləri –

dünyanın bütün

ölkələrinə aid olan

problemlərdir.

Page 85: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

85

Bütün qlobal problemlər bir sıra ümumi əlamətlərə

malikdir: 1) ümumdünya xarakterlidir, yəni bütün (və ya

əksər) bəşəriyyətin tale və maraqlarına toxunur; 2) isteh-

sal qüvvələrinin sonrakı inkişafı və həyat şərtləri daxilində

bəşəriyyəti ciddi tənəzzüllə hədələyir (və ya bəşəriyyətin

məhvinə səbəb ola bilər; 3) təcili və təxirəsalınmaz həllə

ehtiyacı var; 4) bir-biriləri ilə qarşılıqlı əlaqədədir; 5) həlli

üçün bütün dünya ictimaiyyətinin birgə fəaliyyətini tələb

edir.

Dünya təsərrüfat mexanizmi – onun tərkib hissələri

milli iqtisadiyyatlar, transmilli korporasiyalar, inteqrasiya

birlikləri, beynəlxalq iqtisadi təşkilatlardan ibarətdir. Döv-

lətlər arasında inteqrasiya bir neçə mərhələləri əhatə edir.

Bunu aşağıdakı sxemdən görmək olar: Sxem 3

Dövlətlərarası inteqrasiya

Milli iqtisadi siyasətin vahid şəklə salınması

və milli üstqurum hakimiyyətinin yaradılması

Tam iqtisadi

inteqrasiya

5

Bütün aşağıda göstərilən formalar, üstəgəl

vahid iqtisadi və valyuta –iqtisadi siyasətin

hazırlanması

İqtisadi ittifaq

4

Ümumi bazar

3 Azad ticarət, vahid gömrük rüsumları,

kapitalın və əmək ehtiyatlarının sərbəst

hərəkəti. Ölkələr arasında ümumi iqtisadi

siyasətin razılaşdırılması. Gömrük

ittifaqı

2

Azad ticarət

zonası

1

Üçüncü ölkələrə münasibətdə vahid xarici

ticarət rüsumunun müəyyən edilməsi və va-

hid xarici ticarət siyasətinin həyata keçiril-

məsi. Ticarət və maliyyə hesablaşmaları

üçün bərabər imkanların yaradılması

Ticarət məhdudiyyətlərinin ləğv edilməsi

(birinci növbədə gömrük rüsumlarının) Dövlətlərarası inteqrasi-

yanın mərhələləri

Page 86: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

86

Beynəlmiləşmə - cəmiyyətin texniki-iqtisadi təkamü-

lünün obyektiv və qanunauyğun nəticəsi olmaqla, milli

sərhədləri iqtisadi cəhətdən dəf edir, ticarətin, işçi qüvvə-

sinin, kapitalın beynəlxalq hərəkətinə yardım edir, iqtisadi

cəhətdən ölkələri birləşdirir və bununla da iqtisadi inteqra-

siyanın müəyyən pilləsinin yaradılmasını müəyyənləşdirir.

Hazırda iqtisadi fəaliyyətlə məşğul olmağın təşkilati-

hüquqi formaları müxtəlifir. Bunlara müəssisə, firma,

kompaniya, korporasiya, konsern, kartel, sindikat, trest,

transmilli korporasiya və s. təsərrüfat subyektləri daxildir.

Müəssisə təsərrüfat fəaliyyətinin geniş yayılmış for-

masıdır. İstehsal və xidmətlə məşğul olan müəssisələrə

təşkilatlar, fabriklər, zavodlar daxildir. Müəssisə istehsal

və xidmət göstərən hüquqi şəxs olmaqla müstəqil təsərrü-

fatçılıq subyektidir. Müəssisənin sərəncamında mülkiyyət

olur, cavabdehlik və sərəncam vermək hüququ olan sub-

yekt kimi mövcud qanunvericilik daxilində fəaliyyət gös-

tərir. Firma dedikdə elə təsərrüfat forması başa düşülür ki,

Kompaniya – assosiativ (müəssisələr birliyi formasında)

prinsip əsasında işgüzarlıq, kommersiya və sənaye istehsa-

lı fəaliyyəti ilə məşğul olan, əmanətçilərin pay fondu hesa-

bına yaradılan müəssisədir. Korporasiya qeydiyyatdan

keçmiş, təşkilatlar, müəssisələr və fiziki şəxslərin birliyi

əsasında fəaliyyət göstərən şəxsdir. Burada subyektlərin

mülkiyyət hüququ səhmdar cəmiyyətində olduğu kimi

aparılır. Fəaliyyətin əsas formaları kimi kartel, sindikat,

trest, konsern göstərmək olar. Dünya təsərrüfatında kon-

sorsum, beynəlmiləl şirkətlər (birliklər), trans milli korpo-

rasiyalar (TMK) kimi daha müasir formalarla beynəlxalq

təşkilatlar aşağıdakı formaları olmuş və müəyyən dəyişik-

liklərlə indi də fəaliyyət göstərməkdədir:

Page 87: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

87

Dünya iqtisadiyyatında müəyyən növ məhsulun is-

tehsalının əsas hissəsinin bir və ya bir neçə istehsalçının

əlində cəmlənməsi nəticəsində kartel, sindikat, trest, kon-

sern, konsorsum formaları mövcuddur.

Kartel – eyni tipli istehsal sahələrinin, bir sıra oxşar

məhsullar buraxan müəssisələrin ilkin elə birləşməsidir ki,

onun iştirakçıları istehsal vasitələri və hazırladıqları məh-

sullar üzərində öz mülkiyyətlərini saxlayırlar. Kartelə da-

xil olanlar, istehsal etdikləri məhsulların satışı ilə bazarda

özləri məşğul olurlar. Lakin kartel iştirakçıları nə qədər

məhsul istehsal etmək (kvota, pay) üçün satış qiymətləri,

mal çıxaracaqları bazarlar, mənfəət bölgüsü barəsində sa-

ziş imzalayırlar. Bu sazişin şərtlərini pozanlar cərimə ödə-

məli yaxud karteli tərk etməli idilər. Fəaliyyətin bu forma-

sı XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş yayıl-

mışdı.

Sindikat – eyni cür əmtəələr istehsal edən müəssisə-

lərin elə birliyidir ki, burada istehsal vasitələri (bina, ava-

danlıq, dəzgahlar, xammal, materiallar) sindikata qoşulan-

ların öz xüsusi mülkiyyətində qalır. Bu müəssisələrdə ha-

zırlanmış məhsullar isə sindikatın ixtiyarına keçir. Deməli,

istehsalın bu formasında, istehsalçının (müəssisənin, birli-

yin) bazarla olan əlaqəsi kəsilir. Sindikat iştirakçıları is-

tehsalçılarının (müəssisələrinin) hazırladıqları məhsulların

reallaşdırılması (satışı) ilə xüsusi bir təşkilat, yaxud qurum

məşğul olur. Əldə olunan gəlirdən (mənfəətdən) sindikat

iştirakçılarına sazişlə razılaşdırılmış qaydada müəyyən

pay, haqq verilir.

Trest – istehsal inhisarçılığının daha yüksək bir for-

masıdır. Bu inhisar formasında ayrı-ayrı sahibkarlar öz

mülkiyyətlərini (müəssisələrini) birləşdirərək, bir növ

Page 88: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

88

ümumi, birgə mülkiyyət yaradırlar. Trest iştirakçıları, öz

kapitallarının həcminə uyğun trestin səhmlərini alır və

onun idarə olunmasında iştirak edirlər. Onlar öz səhmləri-

nə müvafiq gəlir götürür, dividend alırlar. Fəaliyyətin bu

formasında təkcə oxşar sahələr deyil, eyni zamanda əlaqəli

sahələr də birləşib (məsələn, daş kömür, metallurgiya, ma-

şınqayırma sahələri) müəyyən bir trest yarada bilərlər.

Konsern – daha geniş əhatəyə malik olub, özündə

müxtəlif sənaye sahələrini, ticarət şirkətlərini, bankları,

nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Dünya

təsərrrüfat həyatı təcrübəsi ayrı-ayrı ölkələrin nümunəsi

təsdiq edir ki, trestlər tədricən konsernlərə çevrilmişlər.

Konsorsum – iri miqyaslı layihələrin həyata keçiril-

məsi üçün yaradılır. Onlar iri layihələri həyata keçirmək

üçün maliyyə, ticarət, texniki, istehsal imkanlarını özlərin-

də birləşdirirlər. Məsələn, Azərbaycan Dövlət Neft Əmə-

liyyatları Birliyi Şirkəti (ADNƏBŞ) buna misal ola bilər.

Beynəlmiləl (çoxmillətli) korporasiyalar dedikdə, bir

sıra ölkələrin milli kompaniya və istehsal, habelə elmi-tex-

niki imkanlarını birləşdirən beynəlxalq qurumlar başa dü-

şülür. Beynəlmiləl korporasiyaların səciyyəvi xüsusiyyət-

ləri kimi: a) çoxmillətli səhm kapitalı olmasını; b) onun

rəhbərliyinin müxtəlif millətlərdən formalaşdırılmasını; v)

təşkil etdiyi filialların əsasən yerli şəraiti yaxşı bilən kadr-

larla təmin olunduğunu göstərmək mümkündür.

Beynəlmiləl (çoxmillətli) korporasiyalara nümunə

kimi “Royal-Datç şell” ingilis-holland konsernini, ABB

İsveçrə-İsveç maşınqayırma və elektron korporasiyasını,

“Yunilever” ingilis –holland kimya konsernini göstərmək

olar.

Trans milli korporasiyalar (TMK) – xarici aktivləri

Page 89: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

89

olan milli birliklərdir. Bunların istehsal və ticarət –təchizat

fəaliyyəti müəyyən bir mili dövlətin hüdudlarını aşır.

BMT-nin meyarlarına görə TMK-ın dünyanın ən azı

6 ölkəsində filialı olmalı, illik ticarət dövriyyəsinin həcmi

100 milyon dolları ötməlidir. Son məlumatlara görə dün-

yada TMK-ın sayı 70 minə yaxınlaşır və onların 850 minə

qədər müəssisə, şirkət, filiallarında 150 milyondan artıq

adam çalışır. Məhsul və xidmətlərini beynəlxalq bazarda

reallaşdırmağa çalışan TMK-lar, hazırda dünya sənaye

məhsulu istehsalının 40 faizdən çoxuna, dünya ticarət döv-

riyyəsinin 50 faizdən çoxuna bilavasitə yaxud dolayı yol-

larla nəzarət edirlər. Dünyanın 500 ən iri və 100 nəhəng

transmilli korporasiyasının baş iqamətgahları ABŞ, Qərbi

Avropa, Yaponiyada yerləşir.

Beynəlxalq kompaniyalar, korporasiyalar, şirkətlər

dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi adlandırılır.

Transmilli korporasiyalar istehsalın beynəlmilliləşməsin-

də, investor kimi müasir texnologiyaların yayılmasında,

əmək miqrasiyasına maraq yaradılmasında mühüm rol oy-

nayır.

Beynəlxalq kompaniyaların quruluşu belədir: isteh-

sal sahəsi üzrə 60% (avtomobil, elektrotexnika, kimya, əc-

zaçılıq və s.) xidmət sahəsi üzrə 37%, hasilat və kənd tə-

sərrüfatı üzrə 3% təşkil edir.

Transmilli korporasiyalar aktiv vəsaiti olan milli şir-

kətləri birləşdirən cəmiyyətləri nəzərdə tutur. Bu şirkətlər

istehsalın və kapitalın beynəlmilliləşməsi və məhsuldar

qüvvələrin inkişafı ilə xarakterizə olunur. İri şirkətlər baş-

qa ölkələrdə öz filial şəbəkəsini yaratmaqla kapital ixracı-

nı formalaşdırırlar. Bu korporasiyalar istehsal, satış, inves-

tisiya fəaliyyətinin proqnozlaşdırılması və planlaşdırılma-

Page 90: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

90

sı şəraitində kapitalın diversifikasiyasını həyata keçirirlər.

Dünyada 1939-cu ildə 300 transmilli korporasiya

mövcud olmuşdusa indi onların sayı 70 mindən çoxdur.

Hazırda onlar xalq təsərrüfatının və beynəlxalq iqtisadi

münasibətlərin bütün sahələrini əhatə edirlər.

6.3. Dünya regionlarında məhsuldar qüvvələrin

inkişafı və yerləşdirilməsi

Dünya ölkələrində məhsuldar qüvvələrin inkişafı və

yerləşdirilməsi ölkənin və ya regionun ərazisinə, əhalisi-

nin sayına, ümumi daxili məhsul istehsalına, istehsal və

xidmət sahələrinin həcminə və ixtisaslaşma istiqamətinə,

idarəetmə formasına, əhalinin milli tərkibinə və s. görə

fərqlənirlər. Bunu dünyanın Avropa, Asiya, Şimali Ameri-

ka, Cənubi Amerika, Afrika, Avstraliya və Okeaniya regi-

onları üzrə qruplaşdırmaq olar. Təbiidir ki, bu fərqlər hər

bir regionun ərazisində yerləşən ölkələr üzrə də mövcud-

dur.

- Avropanın sahəsi 10,5 mln kv kilometr, əhalisi 687

milyon nəfərdən çoxdur. Əhalinin 48,7%-ni kişilər,

51,3%-ni qadınlar təşkil edir. Şəhər əhalisi 74,9%, kənd

əhalisi 25,1% -dir.

Hər kv km-də əhalinin orta sıxlığı 65,4 nəfərə qədər-

dir. Ən çox sıxlıq isə Monakoda 21 min nəfər təşkil edir.

Əhalinin ən az sıxlığı İspaniyada özünü göstərməklə hər

kv km-də 3 nəfərə qədərdir. Əhalinin təbii artımının orta

göstəricisi 0,01 %, ən çox Albaniyada 1,25 % və ən az

Ukraynada 0,68%-dir. İnsanların ömür sürməsi kişilərdə

orta göstərici 68,7 il, qadınlarda 77 il təşkil edir. Ən çox

ömür sürmə Andorrada qeyd olunmuşdur ki, bu da kişilər

Page 91: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

91

üçün 80,6 il, qadınlar üçün 86,6 ilə bərabərdir. Ən az ömür

sürmə Moldova Respublikasındadır. Kişilər üçün 60,4 il,

qadınlar üçün 69,3 ildən artıqdır.

Əhalinin orta savadlılıq göstəricisi 98% təşkil edir.

Avropada sahəsinə görə ən böyük dövlət Ukraynadır. 603,

7 min kv km. Əhalisinin sayına görə isə AFR 1-ci yerdə

olmaqla 83,25 mln nəfərə malikdir. İstər əhalisinə, istərsə

də sahəsinə görə kiçik dövlət Vatikan sayılır. Onun sahəsi

0,44 kv km, əhalisi isə 900 nəfərdir. Ən çox əhalisi olan

şəhər Rusiyada yerləşir. Belə ki, Moskvanın əhalisi

10357,8 min nəfərdir.

Ümumi daxili məhsulun adambaşına düşən maksi-

mal miqdarı qərbdə 90 min dollara çatır ki, bu da Lüksem-

burqda 81,1 min dollar müşahidə olunur. Ən azı isə Soma-

li dövlətində və Solomon adalarında ayrı-ayrılıqda 600

dollardır.

Avropada Rusiya da daxil olmaqla 44 ölkə, 1 mülk-

Gibraltar yerləşir. İdarə olunmasına görə 31 dövlət respub-

likadır. Bunlardan 4-ü federativ quruluşludur. Serbiya və

Çernoqoriya respublika idarəetmə formasına uyğun quru-

luşa malikdir. 11 monarxiya respublikası vardır. Bunlar-

dan 10-u konstitusiyalı monarxiyadır. Belçika federativ

quruluşa, Vatikan isə teokratik –mütləq monarxiyaya ma-

likdir. Avropada 17 ölkə -Avstriya, Albaniya, Macarıstan,

Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İtaliya, Mal-

ta, Norveç, Polşa, Portuqaliya, Finlandiya, Fransa, Çexiya

və s. dövlətlərin əhalisinin milli tərkibinin 90%-dən çoxu

eyni millətdəndir. Rusiya, Böyük Britaniya, İspaniya, İs-

veçrə və digər dövlətlər çoxmillətli hesab olunurlar. Bura-

da slavyan (rus, ukraynalı, polyak, çex, belarus, serb, bol-

qar və b.), alman, roman, finn-uqor, türk dil qrupları var-

Page 92: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

92

dır. Ən çox yayılan dillər ingilis, alman, fransız, rus, ital-

yan, ispan, polyak və s.-dir. Avropa əhalisinin 90%-dən

çoxu xristian, yerdə qalanları isə müsəlman, idoist dinləri-

nə mənsubdur.

- Asiyanın sahəsi 44,4 mln kv km-dir. Əhalisi 3761

mln nəfər təşkil edir. Onlardan 52,1 %-i kişilər, 47,9 %-i

qadınlardır. Şəhər əhalisi əhalinin 37,6 %, kənd əhalisinin

sayı isə 62,4 % təşkil edir. Əhalinin hər kv km-də orta sıx-

lığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda 6742 nəfərə

çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv km-də

1,7 nəfərdir. Təbii artıma gəldikdə, illik orta artım 1,1 %,

ən çox artım Yəməndə 3,40 %, ən az artım isə Gürcüstan-

da 0,31 %-dir. Əhalinin orta ömür sürməsi kişilər üçün

68,8 il, qadınlar üçün 66,4 ildir. Uzunömürlülük kişilərdə

77,7 il (Yaponiyada), qadınlarda yenə Yaponiyada 84,2 ilə

çatır. Ən az ömür sürmə Əfqanıstanda müşahidə edilir.

Bu, kişilərdə 47,3 il, qadınlarda 45,8 ili ötmüşdür.

Asiyada savadlılığın orta göstərici 71 % olmaqla Ya-

poniyada 99 %-ə, ən az Nepalda 26% təşkil edir.

Regionda Çin ən böyük əraziyə və əhaliyə malikdir.

Daha doğrusu, onun sahəsi 9560 min kv km-dir. Əhalisi

son illərin məlumatına əsasən, 1314,8 mln nəfərdən artıq-

dır. Ən az əraziyə və əhaliyə malik olan dövlət isə Maldiv

respublikasıdır. Onun sahəsi 298 kv km, əhalisi 380,2 min

nəfərdir. Əhalisi çox olan şəhərlər Çin və Yaponiyadadır.

Tokionun şəhərətrafı bölgələrlə birlikdə 12,24 mln nəfər,

Pekinin isə 17,0 mln nəfər əhalisinin olması qeydə alın-

mışdır. Dünyada şəhərlər üzrə hər kv km-də maksimal sıx-

lıq Pekində müşahidə edilir ki, o da 26 min nəfərdən çox-

dur.

Adambaşına düşən Ümumi Daxili Məhsulun ən çox

Page 93: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

93

göstəricisi Yaponiyada 33,2 min dollar, ən az göstəricisi

isə Şərqi Timorda 600 dollar təşkil edir.

Asiyada 48 dövlət, iki xüsusi statusa malik olan ərazi

vardır. Bu, sakit okeanda Britaniya ərazisindən və Fələs-

tindən ibarətdir. İdarə olunma formasına görə 34 respubli-

ka, 14 monarxiya mövcuddur. Deyilənlərdən 4-ü federativ

quruluşa, 9-u konstitusiyalı monarxiya, 5-i isə mütləq mo-

narxiyaya malik olan dövlətlərdir. Asiya əhalisinin irqi,

milli və dil tərkibi çox mürəkkəbdir. Burada bəşəriyyətin

4 aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstra-

loid və neqroid irqləridir. Deyilənlərlə yanaşı regionda

mindən artıq xalq yaşayır ki, onlar da 200-dən artıq dil və

dialektə malikdir.

Hindistan, İndoneziya, Flippin, İran, Əfqanıstan, Pa-

kistan, Malayziya və digərləri çoxmillətli dövlət sayılır.

Banqladeş, Yəmən, Kampusiya, Çin, Koreya Xalq De-

mokratik Respublikası, Maldiv, Yaponiya azsaylı milli

tərkibə malik olan dövlətlərdir. Göstərilənlər içərisində

eyni millətdən olanlar ayrı-ayrılıqda 90 %-dən çox xüsusi

çəkiyə malikdir. Dövlətlərdə aparıcı dillər dövlətlərin adı-

na müvafiq gəlir. İslam, induizm, buddizm dinləri aparıcı

sayılır.

- Şimali Amerika (adalarla birlikdə) 24,2 mln kv km

sahəyə və 500 mln nəfərə qədər əhaliyə malikdir. Əhalisi-

nin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir. Şəhər

əhalisi 77,2 %-dirsə, kənd əhalisi 22,8 %-dən az deyil.

Əhalinin hər kv km-də orta sıxlığı 20,1 min nəfərdir. Ən

çox sıxlıq Barbadosda müşahidə edilməklə 1 kv km-də

643,3 nəfər, ən az sıxlıq Kanadada 3,2 nəfərdir. Əhalinin

orta illik artım göstəricisi 1%-dən çox deyildir. Bu sahədə

o maksimal əhali artımı ilə fərqlənir (2,75%). Ən az əhali

Page 94: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

94

artımı Kanadada olmaqla 0,35 %-dir. Müşahidə edilən or-

ta ömür sürmə kişilərdə 70,5 il, qadınlarda 76,1 il, maksi-

mal ömür sürmə Kanadada müşahidə edilməklə kişilərdə

76,3 il, qadınlarda 83,2 ildir.

Şimali Amerikada savadlılığın orta göstəricisi 82%-

dir. Baham adalarında bu 98 %, Haitidə idə 45 %-dir. Əra-

zisinə görə ən böyük dövlət Kanada sayılırsa, ən çox əhali

ABŞ-da müşahidə edilir. Ən az ərazisi və əhalisi olan

Sent-Kits və Nevis sayılır. Bunların 261, 6 kv km ərazisi,

39 min nəfər əhalisi vardır. Ən çox əhalisi olan şəhər (18,1

mln nəfər) Mexikodadır.

Adambaşına düşən ÜDM-in illik miqdarı ABŞ-da

maksimal həddə 36,3 min dollara çatır. Adambaşına düşən

ən az ÜDM-in illik miqdarı isə Haitidə 1,7 min dollar təş-

kil edir.

Şimali Amerikada müstəqil 10 materik, 13 ada döv-

ləti və 13 müstəqil olmayan ərazi vardır. 13 respublika, o

cümlədən 2 federativ dövlət mövcuddur. Böyük Britaniya-

nın rəhbərlik etdiyi Birlik qrupuna buradan 12 dövlət da-

xildir. ABŞ-ın əhalisinin 80%-dən çoxu və Kanada əhali-

sinin 90%-dən artığı Avropa mənşəlidir. Amerikalılar,

meksikalılar, anqlokandlar, kubalılar üstünlük təşkil edir-

lər. ABŞ-da, Kanadada əsas dövlət dili ingilis dilidir.

Meksika, Dominikan, Kubada isə dövlət dili ispan dilidir.

- Cənubi Amerikanın sahəsi adalarla birlikdə 18,28

mln kv km olmaqla şimaldan cənuba 7200 km, qərbdən

şərqə 5000 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu

26000 km-dir. Əhalisi 354,88 mln nəfərdir. Bunun 49,8%-

ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Şəhər-kənd əhali-

sinin nisbəti 75,4:24,6 kimidir. Əhalinin hər kv km-də orta

sıxlığı 19,4 nəfər, ən çox sıxlıq Ekvadorda 47,4 nəfər, ən

Page 95: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

95

az sıxlıq isə Surinamda 2,7 nəfərdən çox deyildir. Əhali-

nin təbii artımının orta göstəricisi 1,1%, ən çox artım Pa-

raqvayda 2,58 % təşkil edir. Regionda ən az təbii artım

Uruqvaydadır 0,93%. İnsanların – qadın-kişi arasında

ömür sürməsi də eyni deyildir. Orta ömür sürmə kişilər

üçün 67,4 il, qadınlar üçün 73, 8 ilə qədərdir. Uzun ömür

sürmə kişilər arasında 72,8 ilə çatır ki, bu da Çilidə müşa-

hidə edilir. Qadınlar arasında da uzun ömür sürmə Çili

üçün xas olmaqla 79,6 ilə çatır. Az ömür sürmə kişilərdə

59,4 il (Braziliyada), qadınlarda 65,3 ildən artıqdır (Qaya-

nada).

Əhalinin orta hesabla 95%-i savadlıdır. Bu sahədə

Qayana dövləti seçilir (98%). Nisbətən az savadlılar Boli-

viyadadır 83%. Cənubi Amerika regionunda istər ərazisinə

və istərsə də əhalisinin sayına görəfərqlənən dövlətlər var-

dır. Burada 12 müstəqil dövlət, eləcə də Argentina və Bö-

yük Britaniya arasında mübahisəli olan Folklend-Malvin

adaları yerləşir. Deyilənlərlə yanaşı, Fransanın mülkü he-

sab edilən Qviana torpaqları da buradadır. Bütün dövlətlər

respublika idarəetmə formasına, 3 dövlət isə federativ in-

zibati ərazi bölgüsünə malikdir. Əhalinin milli tərkibinin

çoxu hind-Avropa mənşəli xalqlardan ibarətdir. Materikin

şimal-şərqində Afrika mənşəli xalqlar yaşayırlar. Ən çox-

saylı xalq braziliyalılar, kolumbiyalılar, argentinalılar, ve-

nesuelalılar, çilililər hesab olunur. Boliviyada, Peruda, Ek-

vadorda çoxluq təşkil edənlər hindlilərdir. Əksər ölkələrdə

ispan dili aparıcı hesab olunur. Braziliyada portuqal, Qa-

yanada-ingilis, Surinamda-niderland dili hakimdir. Peruda

əsas ispan dili olsa da hindlilərin keçua və aymara dilləri

də özünə yer tapmışdır. Dini baxımdan Cənubi Amerikada

77% katolik, qalanları isə huduistlər, protestantlar, müsəl-

Page 96: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

96

manlar, iudaistlər, pravoslavlardır. Cənubi Amerikada ən

böyük dövlət ərazisi 8512 min kv km, paytaxtı Braziliya

olan Braziliya hesab edilir. Ərazinin kiçikliyinə görə Suri-

nam 163,3 min kv km, əhalisinin azlığına görə isə 436, 5

min nəfər olan yenə də Surinam tanınır. San-Paulu 18,5

mln nəfər əhali ilə regionda 1-ci yeri tutur.

Ümumi Daxili Məhsulun adambaşına düşən ən çox

illik miqdarına görə Argentina 10,2 min dollar, ən az Boli-

viya 2,6 min dollar tanınır.

- Afrikanın sahəsi adalarla birlikdə 30,3 mln kv km-

dir. Əhalisi 841 mln nəfərdən çoxdur. Kişilər 49,9 %, qa-

dınlar 50,1 %, şəhər əhalisi 37,7 %, kənd əhalisi 62,2 %

kimi xüsusi çəkiyə malikdir.

Hər kv km-də əhalinin orta sıxlığı 27,8 nəfər təşkil

edir. Maksimal sıxlıq hər kv km-də Nil çayı hövzəsində

1500 nəfər və Mavriki Respublikasında 589 nəfər, ən az

isə Qərbi Saxarada 0,9 nəfərdən çox deyildir. Əhalinin tə-

bii artımının orta göstəricisi 2,3 %, ən çox təbii artım San-

Tome və Müqəddəs adasında 3,5 %, ən az təbii artım Zim-

babvedə olmaqla 0,05 %-dən çox deyildir. Əhalinin orta

ömür sürməsi kişilərdə 53,2 il, qadınlarda 56,2 ilə çatır.

Ən çox ömür sürmə isə Liviyada müşahidə olunur. Bu ki-

şilərdə 73,7 il, qadınlarda 78,1 il hesablanmışdır. Botsva-

nada kişilər 35,2 il, Mozambikdə qadınlar 34, 6 il ömür

sürə bilirlər. Bu sahədə Zimbabve ən çox xüsusi çəki gös-

təricisinə (85%), ən az Niger -13,6 çəki ilə tanınır. Ərazi-

sinin böyüklüyünə görə Sudan (2505,8 min kv km) tanı-

nır, əhalisinin çoxluğuna görə isə Nigeriya (130 mln nə-

fər) seçilir. Seyşel adaları 445 kv km sahəyə malik olmaq-

la və 80,1 min nəfər əhalini özündə birləşdirərək ən kiçik

dövlət hesab olunur. Misir Ərəb Respublikasının paytaxtı

Page 97: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

97

Qahirə şəhərində ətrafları ilə birlikdə 11 mln nəfərə qədər

əhali vardır. Bu Afrikada ən böyük dövlət hesab edilir.

ÜDM-in adambaşına düşən maksimal miqdarına gö-

rə Mavriki dövləti (16,9 mlrd dollar) seçilir. Burada hər

nəfərə 13,5 min dollar düşür. Ən az Syarrd-Leonada məh-

sul istehsalı müşahidə olunur ki, bu da 850 dollardan çox

deyildir.

Afrikanın siyasi xəritəsinə nəzər saldıqda 53 müstə-

qil dövlətin, 2 asılı ərazinin və 2 xüsusi statusa malik əra-

zilərin olmasını görürük. Burada 49 respublika, 3 konstitu-

siyalı monarxiya, 1 Camaxiriya dövləti ayrılır. Böyük Bri-

taniyanın rəhbərliyində olan Birlik qrupunun tərkibinə Af-

rikadan 18 dövlət daxildir.

- Avstraliya, Okeaniya materiki və Sakit okeanın cə-

nub-qərb hissəsində yerləşən ada dövlətləri, o cümlədən

10 mindən artıq ada daxildir. 14 dövlət, 13 asılı mülk

mövcuddur. Böyük Britaniyanın rəhbərlik etdiyi Birlik

qrupuna 11 dövlət aid edilir. Əhalinin 90%-dən artığı Av-

ropa mənşəlidir. Əksər ölkələrdə dövlət dili ingilis dilidir.

Lakin Nauru nauran, Samoa samoan, Banoatu isə fransız

dilinə malikdir. Dini mənsubiyyətinə görə isə xristianların

protestant dini üstünlük təşkil edir.

Page 98: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

98

MÖVZU 7. ELMİ-TEXNİKİ İNQİLAB

7.1. Elmi-texniki inqilab və onun tərkib hissələri;

7.2. Elmi-texniki inqilabın əsas istiqamətləri.

7.1. Elmi-texniki inqilab və onun tərkib hissələri

Məhsuldar qüvvələrin ünsürü kimi maddi nemətlərin

istehsalı üçün əmək prosesində istifadə olunan insanın is-

tehsal fəaliyyətinin əsasını təşkil edən texnika əmək alətlə-

ri, əmək cisimləri və texnoloji proseslərin uzlaşmasını, is-

tehsal sahəsinin miqyasını və imkanlarını müəyyən edir.

Dünya iqtisadiyyatının təkamülündə və məhsuldar qüvvə-

lərin inkişafında elmi-texniki tərəqqi (ETT) mühüm rol

oynamışdır. Tarixi faktlar göstərir ki, elm və texnika inki-

şaf etdikcə dünya iqtisadiyyatı inkişaf etmiş, dünya iqtisa-

diyyatının formalaşmasına və sürətlənməsinə zəmin ya-

ranmışdır. ETT yüksək məhsuldarlığa, mütərəqqi texnolo-

giyaya malik texnikanın və yeni texnologiyanın meydana

gəlməsinə səbəb olmuşdur. Dövlət daxilində tələbatın ödə-

nilməsi ilə yanaşı, yeni, məhsuldar texnika və texnologiya

dünya miqyasında tələbatın ödənilməsinə də imkan ver-

mişdir. Bu çox vaxt beynəlxalq münasibətlərin inkişafın-

dan asılı olur. Dünya iqtisadiyyatının inkişafı, beynəlxalq

əmək bölgüsü, beynəlxalq miqyasda ixtisaslaşma və ko-

operasiyanın inkişafı ilə əlaqədar olmuş bu amil yeni tex-

nika və texnologiyaların tətbiq edilməsi üçün şərait yarat-

mışdır.

Hazırda dünyada elmi və texniki inqilabların inten-

sivliyi artır, elm özünü məhsuldar qüvvə kimi göstərir. Bu

özünü əmək cisimlərinin və əmək alətlərinin yeni növləri-

Page 99: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

99

nin yaradılması, fəaliyyətdə olanların təkmilləşdirilməsin-

də və istehsalın texnologiyasına təsir etməsində tapır. Öl-

kələr arasında texniki –iqtisadi əlaqələrin formalaşması

ETT-nin səviyyəsindən asılı olur. Xarici iqtisadi əlaqələr-

də dövlətlər əmtəə-mallar, texnologiya, təcrübə, elmi-tex-

niki informasiya, iqtisadi, idarəetmə, maliyyə, istehsalın

təşkili sahəsində yeniliklər, biliklər (elmi, təcrübi), maşın

və avadanlıqlar müxtəlif xüsusi çəkiyə malik olur. Bunla-

rın mübadiləsi “Nou-hau” adlanır.

Elmi-Texniki İnqilabın (ETİ-nin) əsas xüsusiyyətlə-

rindən biri elmi-texniki fəaliyyətin nəticələrindən istifadə-

nin beynəlmiləlləşməsidir. Yeniliklərin tətbiqi beynəlxalq

münasibətləri genişləndirməyə və iqtisadiyyatın intensiv

yolla inkişaf etdirilməsinə imkan verir. Yeniliyin öyrənil-

məsindən onun tətbiq edilməsinə qədər olan müddət xeyli

fərqlidir. Misal üçün, elektrik cərəyanı 80 il, televiziya

üçün 12 il təşkil etmişdir. Yeniliklərin istehsala tətbiqi

Yaponiyada 2-3,5 il, ABŞ-da 5-7 il, Almaniyada 8-10 il

təşkil edir.

Elmi-texniki tərəqqi əmək vasitələrinin,texnoloji

proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiy-

yətcə yaxşılaşdırılması, yeni, iqtisadi cəhətdən sərfəli

xammal, material, enerji növlərinin yaradılması və istehsa-

la tətbiqi, əməyin texniki silahlandırılmasının yüksəldil-

məsi və istehsalın idarə olunmasının təkmilləşdirilməsi

üzrə fasiləsiz və qanunauyğun bir prosesdir.

Elmi –texniki tərəqqi vaxtaşırı baş verən elmi-texni-

ki inqilablar şəraitində həyata keçirilməkdədir.

ETİ ictimai istehsalın inkişafında elmin mühüm ami-

lə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən

köklü keyfiyyət dəyişikliyidir. ETİ, həmçinin elm və tex-

Page 100: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

100

nikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıç-

rayışdır.

ETİ-nin ilkin elmi-texniki və sosial şərtləri var.

Onun hazırlanmasında XIX əsrin sonu XX əsrin əvvəlində

təbiətşünaslığın mühüm rolu olmuşdur. Elektronun, radiu-

mun, kimyəvi elementlərin çevrilməsinin kəşfi, nisbilik və

kvant nəzəriyyəsinin meydana gəlməsi ilə elm mikroaləm

və böyük sürətlər sahəsinə daxil olmuşdur. 1920-ci ildə in-

qilabi irəliləyiş texnikada da, ilk növbədə, sənaye və nəq-

liyyatda elektrikin tətbiqi nəticəsində baş vermişdir. Radio

ixtira edilmiş, aviasiya meydana gəlmişdir. 1940-cı illərdə

elm atom nüvəsinin parçalanması problemini həll etmiş,

bəşəriyyət atom enerjisinə malik olmuşdur. Kibernetikanın

yaranması əhəmiyyət kəsb etmişdir. Atom reaktorları və

atom bombası yaratmaq sahəsindəki tədqiqatlar aparıcı

dövlətləri iri milli elmi –texniki plan çərçivəsində elm və

sənaye arasında razılaşdırılmış qarşılıqlı əlaqə yaratmağa

məcbur etmişdir. Atom enerjisindən istifadə bəşəriyyətdə

elmin rolunun dəyişdirici imkanlarına və onların praktik

tətbiqinə inam yaratdı. Elmi məqsədlər üçün ayrılmış pul

vəsaiti, elmi-tədqiqat idarələrinin sayı artmağa başladı. El-

mi fəaliyyət kütləvi peşəyə çevrildi. 1950-ci illərdə kos-

mosun tədqiqi sahəsindəki elmi fəaliyyəti genişləndi. Elmi

nailiyyətlərinin istehsala tətbiqi artdı. Elektron hesablayıcı

maşınlar (EHM) meydana gəldi, elmdə və istehsalatda in-

sanın məntiqi funksiyaları tədricən maşınlara verildi, is-

tehsalın və idarəetmənin kompleks avtomatlaşdırılmasına

keçid üçün imkan yarandı.

ETİ-nin fərqləndirici cəhəti ondan ibarətdir ki, fun-

damental elmi tədqiqat işlərinin nəticələri (yarımkeçirici

və ifratkeçirici materialların, metallurgiyanın ehtiyacları

Page 101: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

101

üçün aşkar elementlərin, yeni konstruksiya materiallarının

alınması) istehsal prosesinə bilavasitə qənaətcil təsir gös-

tərir. Elm tutumlu istehsalatların (cihazqayırma, elektro-

texnika sənayesi, elektron maşınqayırma) sürətli inkişafı

ETİ üçün səciyyəvi haldır. Bu, elmi təşkilatların maddi-

texniki bazasını gücləndirməyə şərait yaradır və bununla

da, təbii-elmi və texniki biliklərin inkişafında yeni imkan-

lar açır. Elmi-texniki yeniliklərin yayılması prosesi bu ha-

disənin sosial iqtisadi nəticələri baxımından heç də birmə-

nalı deyildir. Texnogen proseslər nəticəsində biosferin kri-

tik vəziyyətə düşməsi, biosenozun pozulması qorxusu el-

mi biliklərin ekolojiləşdirilməsi, ekoloji texnologiyalar ya-

radılması problemini aktuallaşdırır. Ekoloji xidmətlər gös-

tərilməsi, ekoloji texnika və texnologiyaların dünya baza-

rında satılması hesabına əldə edilmiş mədaxilin məbləği

1994-cü ildə 400 milyard dollara bərabər olmuşdur. Təbii

ehtiyatlardan istifadənin səmərəsinin artırılmasına, sənaye

tullantılarının utilizasiyası, ətraf mühitin çirkləndirilməsi

mənbələrinin ləğv edilməsi və neytrallaşdırılması metod-

larının işlənib hazırlanmasına yönəlmiş elmi və elmi-tex-

niki fəaliyyət ETİ-nin müasir mərhələsinin ən mühüm xa-

rakteristikasıdır.

Elmlə texnikanın qarşılıqlı əlaqə formaları 4 dövrə

ayrılır:

1) Birinci dövrə (XVIII əsrə qədər) elm və texnika

insan fəaliyyətinin 2 müxtəlif və müstəqil sahəsi kimi tə-

zahür etmiş, onların əlaqəsi zəif olmuşdur. Elmin istehsala

tətbiqi təsadüfi və qeyri-müntəzəm xarakter daşımışdır.

Bu dövrdə elm texnikadan geri qalır və onun nailiyyətləri-

ni xeyli ləng izah edirdi. Texniki ixtiraları alimlər deyil,

istehsalçıların özü edirdi.

Page 102: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

102

2) İkinci dövrdə (XX əsrin 40-cı illərinə qədər) el-

min inkişaf səviyyəsi ilə texnikanın səviyyəsi bərabərləşir,

elm texnikanın tələbatı ilə daha çox hesablaşır və onun

“sifarişi” ilə işləməyə başlayır, elm və texnika bir-birinə

daha çox ehtiyac hiss edir. Bu dövrün axırlarında elm mü-

əyyən sahələrdə texnikanı qabaqlamağa başlayır, “elm-

texnika” sistemi rüşeym halında formalaşır.

3) Üçüncü dövrdə, XX əsrin 40-cı illərindən başlaya-

raq elm öz inkişafında texnikadan qabaqda gedir, “elm-

texnika” sistemi inkişaf edərək, “elm-texnika- istehsal-in-

san” sistemi olur. Məhz üçüncü dövrdən başlanan ETİ nə-

ticəsində texnikanın son dərəcə mürəkkəbləşməsi, onu iş

prinsiplərinə insanın nəzarətinin çətinləşməsi insanları bir-

birindən asılı etmişdir.

4) Dördüncü dövr əsrimizin 50-ci illərindən sonra –

elmi texniki inqilab dövrünü əhatə edir. Bu dövrdə elm,

texnika və istehsal dialektik ünsürə çevrilir. Texnoloji pro-

seslərin təkmilləşdirilməsi nəticəsində emal obyektləri

keyfiyyətcə dəyişir. Çevik və tullantısız texnologiyalar da-

ha çox tətbiq edilir.

ETİ bir sıra səciyyəvi cəhətlərə malikdir:

1. Əvvəlki dövrlərdə elm və texnikada inqilablar

müxtəlif zamanlarda baş verir və vahid proses halında

birləşmirdi.

2. “Elm-texnika” sistemi “elm-texnika-istehsal” sis-

teminə çevrilir. Bu, ictimai istehsalın səmərəliliyini artırır,

elmin nailiyyətlərini istehsalata tətbiqi müddətini getdikcə

qısaldır.

3. ETİ sayəsində insanın istehsalatda yerinə yetirdiyi

nəzarət funksiyası maşınlara verilir, insan istehsalın ümu-

mi proqramçısı, istehsal və texnoloji proseslərin, maşınla-

Page 103: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

103

rın tənzimçisi olur. Bu proses getdikcə daha da intensivlə-

şəcəkdir.

4. Elmi biliklər məhsuldar qüvvələrin ünsürlərində-

texnika və texnologiyada, istehsalın təşkili formalarında

maddiləşir. Əvvəlki dövrlərdən fərqli olaraq elm bütün is-

tehsal proseslərinin zəmininə, istehsalın inkişafının mü-

hüm amilinə çevrilir.

5. İdrak səviyyəsinin daha da dərinləşməsi, molekul,

atom, elementar hissəciklər, genlər və s. quruluşunu bil-

mək əsasında predmet və hadisələrə məqsədyönlü təsir

göstərilir.

ETİ-nin hər istiqaməti istehsal ilə elmin vəhdətindən,

elmin nailiyyətlərini istehsal sahəsinə tətbiqindən ibarət-

dir. ETİ-nin texnoloji mahiyyətinin, insanın istehsal prose-

sindəki mövqeyinin, onun əməyinin xarakter və məzmu-

nunun dəyişməsi, ictimai münasibətlər sistemindəki dəyi-

şikliklər ETİ-nin sosial mahiyyətinin əsasıdır.

7.2. Elmi-texniki inqilabın əsas istiqamətləri

Elmi Texniki İnqilabla Elmi Texniki Tərəqqini

(ETT) eyniləşdirmək olmaz. ETT –elmin və texnikanın

cəmiyyətin məhsuldar qüvvələrinin təkmilləşdirilməsinə

yönəlmiş, elmi-texniki nailiyyətlərin (innovasiya sahəsin-

də əməyin nəticəsi olan meyillərin) maddi istehsalda və

insanın həyat fəaliyyətinin başqa sahələrində reallaşdırıl-

ması ilə müşayiət olunan irəliləmə xarakterli inkişafıdır.

Texniki tərəqqinin əsası illər boyu praktik ixtiraçılar tərə-

findən toplanmış təcrübədir.

XIX əsrin axırlarında və XX əsrin birinci yarısında

fizika, kimya, biologiya və başqa elmlərdə görkəmli kəşf-

lər texnika və texnologiyanın prinsip etibarilə yeni növlə-

Page 104: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

104

rinin – radio-rabitə, daxiliyanma mühərriki, elektrikləşdi-

rilmiş nəqliyyat, aviasiya, radiolokasiya, sintetik material-

lar və s. yaranmasının əsasını qoymuşdur.

Dünya təsərrüfatında ETİ-nin aşağıdakı əsas isti-

qamətləri mövcuddur: 1) Elektrikləşdirmə, 2) mexanikləş-

dirmə, 3) avtomatlaşdırma, 4) kimyalaşdırma, 5) ekologi-

yalaşdırma.

Dünya iqtisadiyyatında müxtəlif enerji mənbələri

mövcuddur. Atom, su, günəş, külək və s. enerji mənbələri

ilə işləyən elektrik stansiyaları miqyasına, iş prinsiplərinə,

istifadə qaydalarına görə avtomatla idarə edilir. Bu pro-

seslərdə insan həm əqli, həm də fiziki imkanlarına görə bi-

lavasitə iştirak edə bilmədiyindən bu sahələrin inkişafı av-

tomatlaşdırmadan asılıdır. Avtomatlaşdırma eyni zamanda

kimya texnologiyasının inkişafının rəhnidir. ETİ şəraitin-

də avtomatlaşdırma: 1) istehsalın arası kəsilməzliyini,

məhsul bolluğunun yaradılmasını, həmçinin məhsulun

standartlaşdırılmasını təmin edir; 2) insanın icra etdiyi

funksiyaların maşınlara keçməsinə şərait yaradır; 3) isteh-

sal şəraitinin göstəriciləri (istilik, soyuqluq, yüksək və al-

çaq təzyiq, zərərlilik dərəcəsi və s.) istehsalın səmərəliliyi-

ni artırır; 4) məlumatın toplanması, işlənməsi, saxlanması

və istifadə olunması funksiyası hesablayan-elektron ma-

şınlarına keçdiyindən idarəetməni vahid sistemə çevirir və

avtomatik idarəetmə sistemlərinin (AİS) yaradılmasını zə-

ruri edir. Bu prosesdə əvvəl sahələr üzrə, sonra ölkə miq-

yasında fəaliyyət göstərən, gələcəkdə isə bütün sahələri

əhatə edə biləcək universal AİS yaradılacaqdır. Planlaşdır-

ma, proqnozlaşdırma, istehsalınixtisaslaşdırılması və tən-

zim edilməsi, elmi tədqiqatların planlaşdırılması və s. bu

sistemlərin funksiyasına aid ediləcəkdir.

Page 105: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

105

ETİ-nin texnoloji mahiyyətinin, insanın istehsal pro-

sesindəki mövqeyinin, onun əməyinin xarakter və məzmu-

nunun dəyişməsi, sosial-iqtisadi münasibətlər sistemindəki

dəyişikliklər ETİ-nin sosial–iqtisadi mahiyyətinin əsasıdır.

Hazırda dünyada ictimai-iqtisadi münasibətlərin xa-

rakteri dəyişir. ETİ-nin əsas daşıyıcısı, cəmiyyətin əsas

məhsuldar qüvvəsi işçilərdir (müəssisələrdə, təşkilatlarda

çalışanlar) və onlar istehsal və qeyri-istehsal (xidmət sahə-

ləri –elm, təhsil, digər xidmət və s.) sahələrində çalışırlar.

Əqli əməkdə texnikanı, istehsalı və idarəetmə funksi-

yasını icra edənlərin xüsusi çəkisi daha da artacaqdır. ETİ

nəticəsində cəmiyyətdə ciddi sosial struktur dəyişiklikləri

baş verir: kənd əhalisinin şəhərə (sənayeyə), sənayedə

məşğul olanların isə elm və xidmət sahəsinə axını müşahi-

də olunur. Elmi-texniki çevriliş kənd təsərrüfatı istehsalını inqi-

labiləşdirir, kənd əməyini sənaye əməyinə çevirir. Elmin, texnikanın və sənayenin artımı nəticələrindən ən mühümü əhalinin mərkəzləşməsi və urbanizasiyadır. Kütləvi kom-munikasiya vasitələri və müasir nəqliyyatın inkişafı mədə-ni həyatın beynəlmiləllələşdirilməsinə kömək edir. ETİ prosesində təbiət və cəmiyyət münasibətləri yeni məna kəsb edir. Bəşəriyyətin qarşısında “ekoloji problem”, yəni ətraf mühiti qorumaq və onu elmi idarə etmək vəzifəsi du-rur. ETİ şəraitində hər hansı iri problemə kompleks yanaş-ma mühüm yer tutur. Bununla əlaqədar ictimai elmlərlə təbiyyat və texnika elmləri arasında sıx qarşılıqlı əlaqə, üzvi vəhdət zəruridir. Bu, ictimai istehsalın səmərəliliyini yüksəltmək, həyat şəraitini yaxşılaşdırmaq və mədəni yük-səliş üçün çox mühümdür. Əməyin daha intensiv inkişaf edən sahələrində işçilərin ixtisasını dəyişmək və artırmaq,

Page 106: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

106

onları yeni peşələrə yiyələnməyə cəlb etmək qanunauyğun xarakter alır. ETİ iş gününün qısaldılması və asudə vaxtın artması üçün imkanlar açır. Konveyer xətlərində işləyən fəhlələr maşının artan sürəti ilə hesablaşmalı və onun bir hissəsi kimi hərəkət etməli olur.

ETİ ümümdünya miqyasında əmək bölgüsü və iqti-sadi əlaqələr yaradır. Bu əlaqələr baxımından beynəlxalq standartları və dünya bazarındakı qiymətləri nəzərə alma-dan bu və ya digər ölkədə məhsul istehsal etmək mümkün deyildir. Bu ümumi meyllərin fəaliyyət intensivliyi, həya-takeçmə metod və vasitələri, təzahür formaları və nəticələ-ri hər bir ölkədəki ictimai-iqtisadi sistemdən, xüsusilə is-tehsal münasibətlərinin tipindən, daxili və xarici siyasətin-dən asılıdır.

ETİ iqtisadi tərəqqinin, əmək məhsuldarlığının artı-rılmasının ən mühüm amilidir. ETT-nin təsiri altında istehsalın resurs bazası, əməyin məzmunu və işçilərin ixti-sas səviyyəsi keyfiyyətcə dəyişir (1987-ci ildə mövcud olan ixtisasların təxminən yarısı 1967-ci ildə hələ yox idi). XXI əsrdə mövcud ixtisaslar tamamilə yeniləşəcəkdir. Elm və texnikanın nailiyyətlərindən istifadə edilməsi ne-qativ nəticələr də verə bilər. Bu, ətraf mühitin çirklənməsi-nin kəskinləşməsində, texnogen qəza və fəlakətlər riskinin artmasında təzahür edir. Qeyri-ekoloji texnologiyalardan istifadə edilməsinin neqativ nəticələrinin aradan qaldırıl-masına çəkilən xərclər ekoloji texnikanın yaradılmasına çəkilən xərclərdən 30-35 dəfə artıqdır. İnnovasiya prosesi-nin iştirakçılarının ekoloji təmiz texnologiyalar yaratması, yeni, ekoloji cəhətdən təhlükəsiz enerji, yanacaq, xammal və material mənbələrinin axtarışı ilə əlaqədar tədqiqatlar və araşdırmalar aparması üçün yeni imkanlar açılır. Bu, mahiyyət etibarilə ETT-nin yeni istiqamətidir.

Page 107: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

107

MÖVZU 8. DÜNYA TƏSƏRRÜFATININ AĞIR

SƏNAYE SAHƏLƏRİ

8.1. Dünya təsərrüfatında sənaye əsas sahə kimi;

8.2. Yanacaq-energetika kompleksi, ən çox neft, qaz və

daş kömür istehsal edən ölkələr;

8.3. Metallurgiya sənayesi, qara metallurgiya, dəmir filizi

ehtiyatları və yerləşdiyi ölkələr;

8.4. Maşınqayırma və metal emalı, maşınqayırma

zavodları;

8.5. Kimya və neft-kimya sənayesi.

8.1. Dünya təsərrüfatında sənaye əsas sahə kimi

Məlum olduğu kimi, dünya təsərrüfatı bütün ölkələ-

rin təsərrüfatlarının məcmusu olaraq bir-biri ilə sıx əlaqə-

də olan sahələrdən ibarətdir. Dünya təsərrüfatı müxtəlif ic-

timai-iqtisadi və siyasi amillərin təsiri altında formalaşmış

və çox mürəkkəb quruluşa malikdir. O, ən sadə alətlər is-

tehsalından başlayaraq mürəkkəb elektron texnikasından

robot istehsalına qədər bir yol keçmişdir. Dünya təsərrüfa-

tının inkişafında elmi-texniki inqilab həlledici rol oyna-

mışdır.

Dünya təsərrüfatının əsas sahəsi sənayedir. Dünyada

güclü ölkə, sənayesi inkişaf etmiş ölkələrə deyirlər. Tarixi

baxımdan iqtisadiyyatın əsas sahələrindən biri kimi kənd

təsərrüfatı, sonralar isə sənaye meydana gəlmişdir. Sənaye

maddi istehsal sferasından əmək bölgüsü nəticəsində ayrıl-

mış və inkişaf etmişdir. Sənayenin inkişaf imkanları və

sosial-iqtisadi inkişafa təsiri dairəsi çoxşaxəlidir. ÜDM-

da üstün xüsusi çəkiyə malikdir.

Page 108: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

108

Dünya sənayesinin quruluşu çox mürəkkəb olub,

onun formalaşması uzun tarixi bir mərhələni əhatə etsə də,

hazırda dünya sənayesi özünün yüksək inkişaf səviyyəsinə

çatmışdır. Sənayecə inkişaf etmiş ABŞ, Yaponiya, Böyük

Britaniya, Almaniya, Fransa və Qərb ölkələrinin iqtisadi

potensialı da güclüdür. Sənaye iqtisadiyyatın aparıcı sahə-

si kimi öz məhsulları ilə iqtisadiyyatın bütün sahələrində,

eyni zamanda sənayenin özündə istehsalı texnika və tex-

nologiya ilə silahlandırır. Sənayedə müxtəlif texnika, me-

xanizmlər, qurğular, avadanlıqlar istehsal edilir, neft, filiz,

duz, daş kömür, təbii qaz və s. faydalı qazıntılar hasil edi-

lir, yenidən işlədilir, materiallar emal edilir, istehlak mal-

ları istehsal edilir. Onun məhsulu əmək aləti kimi ölkə iq-

tisadiyyatının bütün sahələrində istifadə edilir.

Dünya təsərrüfatında sənaye maddi istehsalın birinci

sahəsidir. Dünya sənayesində 500 mln nəfərdən artıq işçi

qüvvəsi çalışır. Bunun 64 mln nəfəri Çində, 23 mln nəfəri

ABŞ-da, 16,5 mln nəfəri Rusiyada cəmləşmişdir.

Cədvəl 12.

ÜDM-də sənayenin ən çox payı olan dünyanın 20 ölkəsi

Ölkələr Sənayenin payı, %-lə

Ekvator Qvineyası 93,7

Qətər 74,9

Liviya 70,9

İraq 68,0

Bəhreyn 66,2

Anqola 65,8

Birləşmiş Ərəb Əmirlikləri 62,7

Əlcəzair 62,3

Page 109: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

109

Cədvəl 12-nin davamı

Trinidad və Tobaqo 62,3

Səudiyyə Ərəbistan 61,9

Azərbaycan 60,5

Qabon 57,8

Konqo 57,1

Yəmən 56,5

Bostvana 52,6

Küveyt 52,2

Nigeriya 50,8

Çili 50,5

Çin 48,6

İndoneziya 48,1

Sənayedə yanacaq-energetika, metallurgiya, maşın-

qayırma və metal emalı, kimya və neft-kimya, tikinti, me-

şə, xalq istehlakı malları istehsalı kompleksləri dünya tə-

sərrüfatının tanınan sahələri yayılır. Deyilənlərin hamısı

böyük əhəmiyyət kəsb etsələr də energetikanın özünəməx-

susluğu vardır.

8.2. Yanacaq-energetika kompleksi, ən çox neft, qaz və

daş kömür istehsal edən ölkələr

Energetikaya yanacaq növlərinin, elektrik enerjisi

mənbələrinin axtarışı, mənimsənilməsi, onların hasilatı,

emalı və nəql edilməsi daxildir. Əsas enerjidaşıyıcılarına

neft, qaz, kömür, su və atom enerjisi xammalları aiddir.

Enerji əhəmiyyətli resurslar qrupuna mineral, maye

və digər alternativ yanacaq materialları daxildir. Yer kürə-

sinin inkişaf tarixi ilə əlaqədar olaraq enerji resursları dün-

Page 110: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

110

ya ərazisində qeyri-bərabər yerləşmişdir. Mineral yanacaq

resursları qrupuna daş kömür, torf, yanar şistlər daxildir.

Maye yanacaq resursları qrupuna isə neft, təbii qaz, at-

mosferdə olan enerji əhəmiyyətli resurslar günəş enerjisi,

külək enerjisi hesab edilir.

Mineral yanacaq ehtiyatlar içərisində əhəmiyyətinə

görə daş kömür və boz kömür üstünlüyə malik olmuşdur.

Dünyada ümumi ehtiyyatın 54%-i Asiya, 28%-i Af-

rika, 10%-i Avropa, 8%-i isə Afrika, Avstraliya və Okea-

niya region ölkələrinin payına düşür. Daş kömür ehtiyatı-

nın miqdarı 14,8 mlrd ton müəyyən olunmuşdur. Dünya-

nın mühüm daş kömür ehtiyatına malik olan ölkələr sırası-

na ABŞ, Çin, Avstraliya, Kanada, Almaniya, Böyük Brita-

niya, Polşa, CAR, Rusiya, Hindistan daxil edilir.

Dünyanın inkişaf etməkdə olan ölkələri xammal ba-

zası rayonu, inkişaf etmiş ölkələri isə xammal istehlakı ra-

yonu kimi tanınırlar. Kömür, qaz, uran filizinin istehsalın-

da inkişaf etmiş ölkələr, neft istehsalatında isə inkişaf et-

məkdə olan ölkələr seçilirlər.

Neft, qaz, kömür, elektroenergetika coğrafi yerləş-

mələrinin, ehtiyatlarının, kəmiyyət-keyfiyyət göstəriciləri-

nin müxtəlifliyi ilə xarakterizə olunurlar. Onların yerləş-

məsinə, mənimsənilməsinə, ehtiyatlarının müxtəlifliyinə

təbii şərait, sosial-iqtisadi amillər çox təsir edir.

Dünyanın bəzi ölkələri yerli energetika ehtiyatları ilə

özlərinin istehlakını tam ödəyə bilirlər. Bunlara Rusiya

Federasiyası və Çini misal göstərmək olar. Onlar, hətta is-

tehsal etdikləri yanacaq və elektrik enerjisindən ixrac da

edirlər.

Yanacaq-energetikanın aparıcı sahələrindən biri neft

sahəsidir. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, on-

Page 111: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

111

dan istifadə olunmasın. Çünki onun emalından 2500-dən

artıq yeni-yeni qiymətli məhsullar alınır.

Dünyada neftin geoloji ehtiyatı 800 mlrd ton, ümumi

neft ehtiyatı 165 mlrd. tondan çoxdur. Ərazi üzrə yerləş-

məsinə görə ümumi neft ehtiyatının 58,2%-i Yaxın və Or-

ta Şərq, 7,6%-i Şimali Amerika, 6,5%-i Cənubi Amerika,

5,5%-i Afrika, 2,1%-i Qərbi Avropa, 9,2%-i Rusiyanın pa-

yına düşür. Neft ehtiyatlarının çoxu inkişafda olan ölkələ-

rin ərazisindədir.

Dünya üzrə geoloji neft yataqlarının 2/3 hissəsi ya-

xın və orta şərq regionlarında cəmləşmişdir ki, bunun

25,4%-i Səudiyyə Ərəbistanı; İraq-11%-i, Küveyt-9%,

İran 9,2%, Abu-Dabinin payına isə 9%-i düşür.

Dünya neft ehtiyatının 5,5%-i Afrika ölkələrinin pa-

yına düşür. Dünyanın qərb yarımkürəsində ümumi neft eh-

tiyatının 15%-i cəmləşmişdir. Hər bir ölkənin enerji ehti-

yatları onun siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyi-

nin və dirçəlişinin təməlini təşkil edir. Dünyada maye ya-

nacaq enerji resurslarının istehsalı quru ilə yanaşı dəniz və

okeanlarda da artmaqdadır. Dünya dənizlərində 400-dən

artıq dəniz neft yataqları fəaliyyət göstərir. Neftin Azər-

baycanda 80%-ə qədəri dənizdən hasil edilir.

Dünya neft hasilatında OPEK üzvü olan ölkələrin

mövqeyi əhəmiyyətli dərəcədədir. Neft ixrac edən OPEK

ölkələri (12 ölkə) dünyada istehsal olunan neftin 40%-ə

qədərini, İEÖ isə 45%-ni verir.

OPEK təşkilatı 1960-cı ildə yaranmışdır. OPEK-ə

aşağıdakı ölkələr: Əlcəzair, Birləşmiş Ərəb Əmirliyi, İn-

doneziya, İraq, İran, Küveyt, Qətər, Liviya, Nigeriya, Səu-

diyyə Ərəbistan, Venesuela, Anqola daxildir.Bu təşkilatın

əsas məqsədi aşağıdakılardan ibarətdir:

Page 112: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

112

- üzv dövlətlərin neft siyasətini əlaqələndirmək;

- daha səmərəli fərdi və kollektiv müdafiə vasitələri

ilə üzv dövlətlərin maraqlarını qorumaq;

- dünya bazarında neftin qiymətinin sabitliyinin tə-

min edilməsi yolları və vasitələrini araşdırmaq;

- ətraf mühiti mühafizə etmək.

Cədvəl 13

Ən çox neft ehtiyatına və istehsalına malik olan ölkələr

№ Ölkələr Ehtiyat mlrd t. İstehsalı mln t.

1 Səudiyyə Ərəbistanı 46,0 400

2 İraq 17,0 55

3 Birləşmiş Ərəb

Əmirlikləri

16,2 127

4 Küveyt 16,0 100

5 İran 15,0 205

6 Qazaxıstan 14 61

7 Venesuela 10,3 178

8 Azərbaycan 8,7 51

9 Meksika 8,5 178

10 Rusiya Federasiyası 27,0 486

11 Çin 20 182

12 ABŞ 4,4 404

13 Liviya 3,8 70

14 Nigeriya 3,0 105

15 Norveç 1,6 162

16 Əlcəzair 1,5 73

17 İndoneziya 1,2 45

18 Kanada 1,5 138

19 Misir 0,7 40

20 Hidistan 0,6 35

Page 113: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

113

Dünyada mövcud olan 2200-dən çox Neft Emalı Za-

vodlarının 21,3%-i ABŞ-da, 21,6%-i Avropada, 16,6%-i

MDB-də, 6,2%-i Yaponiyada yerləşir.

Neft və qaz ehtiyatlarının yerləşməsində türk dünya-

sı ölkələrinin özünün xüsusi yeri vardır. Azərbaycan, Öz-

bəkistan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan

respublikalarında neft və qaz ehtiyatları çoxdur.

Azərbaycan Respublikasının iqtisadi inkişafında neft

və təbii qaz resursları strateji amilə çevrilmişdir. Neft və

təbii qazla əlaqədar olaraq Azərbaycan energetika kom-

pleksi ilə yanaşı, neft maşınqayırmanın inkişafında tarixi

bir yol keçmişdir.

Yaxın və orta şərq ölkələri arasında yanacaq enerji

resurslarının istehsalına görə Türkiyə mühüm yer tutur.

Türkiyənin ümumi ərazisi 780,6 min km2 olub, iqtisadi in-

kişafı yanacaq amilindən daha çox asılıdır. Türkiyədə ildə

43 mln tondan artıq neft istehsal olunur. Türkiyənin iqtisa-

di həyatında Bakı-Ceyhan, Bakı-Ərzurum qaz kəmərinin,

“İpək” yolunun istifadəyə verilməsi onun nüfuzunu artır-

mışdır.

Yanacağın aparıcı sahələrindən biri də qaz sənayesi-

dir. Kimyəvi xammal hesab edilən qazın emalından 1000-

dən artıq qiymətli yeni məhsul almaq mümkündür. Qazın

geoloji ehtiyatı 800 trln m3, müəyyən edilmiş ehtiyatı isə

145 trln m3-dən çoxdur. RF-də 33%, Yaxın və Orta Şərq

ölkələrində 30%, Şimali Amerika ölkələrində 5%, Qərbi

Avropada 4% qaz ehtiyatı müəyyən edilmişdir. Ölkələr-

dən İran, Səudiyyə Ərəbistanı, ABŞ, Əlcəzair, BƏƏ, Ni-

derland, Norveç, Kanada daha çox qaz ehtiyatına malik-

dirlər.

Faktlar göstərir ki, qazın istehsalı ildən-ilə artmaqda-

Page 114: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

114

dır (2,6 trln m3). İllik qaz hasilatının 40%-i MDB-də (tək-

cə RF 24%), 25%-i ABŞ-da əldə olunur. 2010-cu ildə Ya-

xın və Orta Şərq ölkələri 33%, RF 656 mlrd kubmetr,

ABŞ 803 mlrd kubmetr, Kanada 172 mlrd kubmetr, Bö-

yük Britaniya 80 mlrd kubmetr, İndoneziya 64 mlrd kub-

metr, Niderland 90 mlrd kubmetr, Səudiyyə Ərəbistanı 70

mlrd kubmetr, İran 111 mlrd kubmetr, Özbəkistan 75 mlrd

kubmetr, Əlcəzair 80 mlrd kubmetr, Norveç 58 mlrd m3

qaz hasil etmişlər.

Rusiya 37 %, Kanada 47%, Niderland 49%, Əlcəzair

62%, Norveç 87% qaz ixrac edirlər.

Cədvəl 14

Qaz ehtiyatına və hasilatına malik olan ölkələr № Ölkələr Ehtiyatı

trln m3

2010-cu il

hasilatı

mlrd m3

Tutduğu

yer

(hasilata

görə)

1 Rusiya 48,0 656 2

2 İran 23,0 111 4

3 Azərbaycan 12-15 16,7 -

4 Qətər 8,5 50 -

5 BƏƏ 5,0 46 -

6 ABŞ 5,4 803 1

7 Nigeriya 4,0 5,0 -

8 Əlcəzair 4,0 80 6

9 Venesuela 4,0 30 -

10 S.Ərəbistanı 3,1 70 -

11 Kanada 2,6 172 3

12 İndoneziya 2,5 64 8

Hasil olunmuş qazı istehlakçıya çatdırmaq üçün Ka-

nadadan ABŞ-a, Niderlandın Qroninqen yatağından Alma-

Page 115: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

115

niyaya, İsveçrəyə, İtaliyaya və .s ölkələrə qaz kəməri fəa-

liyyət göstərir.

Kömür, sənaye cəhətdən inkişaf etmiş ölkələrin ya-

nacaq-energetika kompleksində ən qədim sahələrdən biri

hesab edilir. O, həm yanacaq növü kimi, həm də kimya,

metallurgiya sənayelərində tətbiq olunan bir varlıqdır (çu-

qunun, poladın əridilməsində istifadə olunur). Onun ehti-

yatı 30 trln tondan çoxdur. Kömür daha çox Çində, ABŞ-

da, CAR-da, Böyük Britaniyada, Avstriyada, Polşada və s.

ölkələrdə yanacaq sənayesinin aparıcı sahəsi kimi inkişaf

etmişdir.

Cədvəl 15

Kömür istehsalında daha çox hasilata malik dövlətlər

№ Ölkələr Hasilat Tutduğu

yer 1990 (mln t.) 2010 (mln t.)

1 Çin 1080,0 2,3 mlrd 1

2 ABŞ 863,0 1,4 2

3 MDB ölkələri 474,0 420

4 Hindistan 225,0 315 3

5 CAR 176,0 222 6

6 Avstraliya 159,0 270,0 5

7 Polşa 148,0 200 7

8 Böyük Britaniya 95,0 20 10

9 AFR 77,0 210 5

10 KXDR 68 50,0 11

11 Ukrayna 120 80 9

12 Qazaxıstan 100 85 8

13 Rusiya

Federasiyası

280 315 4

14 İspaniya 23,0 30 12

15 Kanada 40 80 9

Page 116: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

116

Enerji tutumlu sahələrə neft sənayesi, metallurgiya,

tikinti və maşınqayırma sənaye sahələri daxildir. Sahələrin

ərazi üzrə yerləşdirilməsində xammal və enerji mənbələri

əsas götürülür. Dünyanın bir çox ölkələrində ABŞ, Alma-

niya, Fransa, İngiltərə, Çin və s. ölkələrdə nəhəng metal-

lurgiya kompleksləri xammal bazarları yaxınlığında yer-

ləşdirilir.

Ekoloji cəhətdən təmiz olan elektroenergetika cə-

miyyətin formalaşması, texnika və texnologiyanın təkmil-

ləşdirilməsində, istehsalın texniki silahlanmasında, məh-

suldar qüvvələrin bərabər inkişafında elektrikləşmənin

əhəmiyyəti böyükdür. Elektrik enerji hasilatı ən çox ABŞ-

da, Çində, Yaponiyada və Rusiyada cəmləşmişdir. Dünya-

nın enerji hasilatı çox olan 10 ölkə aşağıdakılardan ibarət-

dir:

Cədvəl 16

Elektrik enerjisi hasilatında seçilən ölkələr

№ Ölkələr

Hasilat

cəmi mlrd

Kvt/s

hər nəfərə

(min kvt/s)

1 ABŞ 4,2 trln 14,5

2 Çin 1,4 trln 0,90

3 Yaponiya 1,1 trln 7,60

4 Rusiya Federasiyası 1,0 trln 7,70

5 Kanada 588 18,40

6 AFR 570 6,55

7 Fransa 540 6,55

8 Hindistan 450 0,45

9 Böyük Britaniya 350 5,50

10 Braziliya 546 1,75

Page 117: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

117

Enerjinin strukturunda daha çox istilik elektrik stan-

siyaları yüksək xüsusi çəkiyə (63%) malikdir.

Cədvəl 17

Elektrik enerjisinin strukturu və hasilatı

№ Elektrik

stansiyalarının növü

1990

(%)

1995

(%)

2007

(%)

1 İstilik elektrik

stansiyası (İES)

63,3 63,2 63,0

2 Su elektrik stansiyası

(SES)

19,9 19,5 18

3 Atom elektrik

stansiyası (AES)

16,1 17,3 18

4 Alternativ enerji

mənbələri

0,8 0,9 1,0

Hidroenerji əhəmiyyətli ehtiyatlar yer kürəsində ge-

niş yayılmış ehtiyatlardan olub, dünya okeanlarında, dəniz

sularında, çay sularında, çay sularının istifadəsi nəticəsin-

də Su Elektrik Stansiyalarının (SES) yaradılması ilə təmsil

olunur. Hidroenerji resursları dünya təsərrüfat sistemində

çox mühüm əhəmiyyət kəsb edir. SES-in tikilməsində, su-

varma işlərinin aparılmasında, əhalinin qida məhsulları ki-

mi istifadəsində su ehtiyatları olduqca əhəmiyyətlidir.

SES-dən ən çox elektrik enerjisi hasil edən ölkələr

sırasına ABŞ 323,5, Kanada 330, Yaponiya 80, Fransa 71,

Norveç 121, Braziliya 245, Çin 365, Rusiya 185 mlrd kvt

saat elektrik enerjisi hasil edilmişdir.

Page 118: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

118

Cədvəl 18

Ölkələr üzrə elektrik stansiyalarının gücü

№ Ölkələr Elektrik stansiyalarının gücü

milyon kvt

1 ABŞ 800

2 Çin 270 (80 min.kvt.SES)

3 Rusiya Federasiyası 214,1 (43 mln kv t.SES) 25

(AES)

4 İtaliya 72

5 Azərbaycan 5,2

6 Hindistan 85,0

7 Braziliya 213 (ancaq SES)

8 Ukrayna 20 (AES)

Qeyd etmək lazımdır ki, yanacaq əhəmiyyətli təbii

ehtiyatlardan enerjiyə görə dünyanın yanacaq-energetika

balansında 1970-2010-cu illərdə xeyli dəyişikliklər olmuş-

dur. Belə ki, yanacaq-energetika balansında neftin xüsusi

çəkisi 48,3%-dən 2010-cu ilə 37,0%-ə, kömür müvafiq

olaraq 30,6%-dən 24,0%-ə düşmüş, təbii qaz 18,7%-dən

25,0%-ə, SES və AES 2,5%-dən 11%-ə, alternativ mənbə-

lərdən enerji 0,01%-dən 3,0%-ə çatmışdır.

8.3. Metallurgiya sənayesi, qara metallurgiya, dəmir

filizi ehtiyatları və yerləşdiyi ölkələr

Metallurgiya sahəsi ağır və yüngül metallar istehsalı-

nı özündə birləşdirir və əsasən istehsal vasitələri istehsalı

ilə məşğul olur. Metallurgiyanın inkişafı maşınqayırma-

nın, tikintinin və digər sahələrin təchizatında mühüm rol

Page 119: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

119

oynayır.

Qara metallurgiya sənayenin qədim sahələrindən biri

olub filiz və qeyri-filiz xammallarının hasilatından, onla-

rın saflaşdırılmasından, çuqun, polad, prokat, habelə bir

sıra digər məhsullar əldə edilməsindən ibarətdir. Maşınqa-

yırmanın və tikintinin inkişafı bilavasitə qara metallurgi-

yadan çox asılıdır. Xalq təsərrüfatının bir çox sahələri tex-

niki təchizatda qara metallurgiyaya borcludur.

Qara metallurgiyanın inkişafı üçün xammal kimi fili-

zin növlərindən, dəmir qırıntılarından, müxtəlif qatışıqlar-

dan geniş istifadə olunur və onun məhsulları çuqun, polad,

prokat, müxtəlif ölçülü borular və s.-dən ibarətdir.

Müasir metallurgiya üçün xarakterik olan cəhət me-

talın əsas hissəsinin metallurgiya kombinatlarında istehsal

olunmasıdır. Kombinat dedikdə, müxtəlif sənaye sahələri-

nə aid, texnoloji proses cəhətdən bir-biri ilə qarşılıqlı su-

rətdə əlaqədə olan bir neçə istehsalın bir müəssisədə bir-

ləşdirilməsi başa düşülür. Metallurgiyada xammalı ardıcıl

surətdə emal edən kombinatlar üstünlük təşkil edir. Həmin

kombinatlarda domna peçlərində dəmir peçlərində dəmir

filizindən çuqun istehsal olunur, maye halında olan çuqun-

dan və metal qırıntılarından isə poladəridən konvertorlar-

da, martenlərdə, elektrik peçlərində polad əridilir və bun-

dan prokat əldə edilir.

Metallurgiya bir qrup istehalların, o cümlədən koks-

kimya və maşınqayırma istehsallarının inkişafı üçün baza

rolunu oynayır.

Müasir metallurgiya kombinatları xammal və yana-

caq bazalarında, istehlaka yaxın, iri dəniz limanlarında,

nəqliyyat növlərinin yaxşı inkişaf edərək qovşaq təşkil et-

diyi rayonlarda yerləşdirilmişlər. Bu müəssisələri yerləşdi-

Page 120: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

120

rərkən, onların su ilə, elektrik enerjisi ilə, təbii qazla təmin

olunmasını, hətta təbiətin qorunması zəruriliyini də nəzərə

alırlar.

Dünyada qara metallurgiyanın yerləşməsində, xam-

malla yanacaq arasında, istehsalla istehlak arasında qeyri-

bərabərlik mövcuddur.

Qara metallurgiyanın əsas xammalı sayılan dəmir fi-

lizi ehtiyatı dünyada 800 mlrd ton olmaqla Rusiyada, Bra-

ziliyada, Avstraliyada, Kanadada, Ukraynada, Hindistan-

da, Çində, CAR-da, ABŞ-da, Liberiyada, Venesuelada, İs-

veçdə zəngin ehtiyata malik olan yataqlar aşkarlanmışdır.

İldə dünyada 1,06 mlrd tondan çox dəmir filizi hasilatında

Çin, Braziliya, Avstraliya, Rusiya, Ukrayna, ABŞ, Hindis-

tan, Kanada, CAR və s. ölkələr seçilirlər. Son illər Avstra-

liya, CAR, Braziliya və Liberiyanın zəngin filizlərindən

geniş istifadə olunması ABŞ və Qərbi Avropada bir sıra

hasilat rayonlarının tənəzzülünə səbəb olmuşdur.

Dəmir filizinin əsas ixracatçıları Braziliya, Avstrali-

ya, Hindistan, RF, Ukrayna sayılırsa, əsas idxalatçılar Ya-

poniya, ABŞ və Avropa ölkələridir.

Regionların illik polad istehsalında xüsusi çəkiləri

Xarici Asiya 42,4%, Xarici Avropa 22,9%, Şimali Ameri-

ka 14,1%, MDB 11,8%, Latın Amerikası ölkələri 6,5%,

Afrika 1,0%, Avstraliya və Okeaniya 0,9% təşkil edir.

Dünya bazarına hər il 250-300 mln tondan çox qara

metal prokatı daxil olur. Başlıca məhsul ixrac edən ölkə-

lərdən Yaponiyanı, Almaniyanı, Fransanı, İtaliyanı, Kore-

ya Respublikasını,Böyük Britaniyanı, idxalatda isə ABŞ-ı,

Çini göstərə bilərik. Yaponiya qara metal məhsulları ixra-

catında dünyada qabaqcıl yer tutaraq ildə 35,0 mln xüsusi

çəkiyə malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəki-

Page 121: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

121

lişində istifadə olunan borular Yaponiya qara metallurgiya

müəssisələrinin məhsullarındandır.

Əlvan metallurgiya dünya sənayesinin qədim sahələ-

rindən hesab edilir. Atom texnikasının, aviasiyanın, raket-

qayırmanın, habelə qara metallurgiya və kimyanın inkişafı

üçün əlvan metallurgiyanın əhəmiyyəti danılmazdır. Bun-

lardan qalay, qurğuşun korroziyaya qarşı davamlı, bəziləri

– titan odadavamlı, alüminium, mis, gümüş isə yüksək

elektrikkeçirmə qabiliyyətinə malikdirlər.

Əlvan metallar əsas və qeyri-əsas qruplara ayrılırlar.

Bunlarda da ağır-mis, qalay, qurğuşun, sink, nikel; yüngül

-alüminium, maqnezium, titan; qiymətli-qızıl, gümüş, pla-

tin; çətin əriyən –volfram, mobiden; nadir-uran, germani-

um və sairləri mövcuddur.

Göstərilən qruplaşdırma əsasında da yüngül metallar

və ağır metallar metallurgiyası fərqləndirilir.

Dünyada 70-dən artıq əlvan metal növü istehsal olu-

nur. Əlvan metallurgiya məhsullarının əksəriyyəti elektrik

tutumlu olduqlarından, o cümlədən alüminium alınması

müəssisələri ucuz və çox elektrik enerjisi hasil edən SES,

İES, AES yaxınlıqlarında yerləşdirilirlər. Hal-hazırda dün-

yanın 50-dən artıq ölkəsində alüminium istehsal olunur.

Son illərdə dünyada 40 mln tona qədər alüminium istehsal

olunmaqdadır.

Dünyada mis alınmasına gərəkli hesab edilən mis fi-

lizi ehtiyatı İEÖ-lə İOÖ arasında 30:70 nisbətindədir. Mis

konsentratı istehsalında bu sistem ölkələri arasında 40:60

nisbəti, qara mis hasilatında 60:40, saflaşdırılmış mis hasi-

latında isə 75:25 nisbəti mövcuddur.

Müasir dövrdə dünyanın 100-dən çox ölkəsində qızıl

hasil olunur. Bunlardan CAR 450 t, ABŞ 350 t, Avstraliya

Page 122: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

122

310 t, Kanada 170 t, Çin 160 t, Rusiya 130 t, Peru 130 t,

Azərbaycan Respublikası 1,6 t illik qızıl hasilatına malik-

dir. Son illərdə Avstraliyada, Çində, İndoneziyada qızılın

illik hasilatı artmaqdadır.

8.4. Maşınqayırma və metal emalı, maşınqayırma

zavodları

Maşınqayırma dünya emal sənayesinin aparıcı sahə-

lərindən biri olmaqla əsası 200 il əvvəl İngiltərədə baş ve-

rən sənaye inqilabından sonra qoyulmuşdur. Maşınqayır-

ma sənayesi sənaye sahələri arasında istehsal olunan məh-

sulun dəyərinə və işçilərinin sayına görə birinci yeri tutur.

Burada 80 mln-dan artıq işçi qüvvəsi çalışmaqla dünya sə-

naye məhsulunun 1/3-i istehsal olunur.

Maşınqayırma çox mürəkkəb sahə hesab edilir. Müa-

sir maşınları hazırlamaq üçün metal ilə yanaşı plastik küt-

lə, rezin, parça, boya, taxta və sair tələb olunur. Onlar yüz-

lərlə, minlərlə hissələrdən hazırlanır. Məsələn, avtomobil

30 min, təyyarə 120 min hissədən ibarətdir. Bir zavodda

hazırlamaq əlverişli olmadığından maşınqayırmada hazır

məhsulların ayrı-ayrı hissələrinin buraxılışı üzrə ixtisaslaş-

ma aparılır. Maşınların konstruksiyası və istifadə edilən

xammalın müxtəlifliyi ayrı-ayrı hissələr istehsalı üzrə ixti-

saslaşdırılmış müəssisələrlə istehsal əlaqələri, yaxud ko-

operativləşdirmə tələb edir.

Maşınqayırma müəssisələrinin yerləşdirilməsində iş-

çi qüvvəsi, ixtisaslı fəhlə və elmi-texniki kadrların möv-

cudluğu da nəzərə alınır.

Maşınqayırma zavodları tökmə, dəmirçi-pres, mexa-

niki və yığma sexlərindən ibarətdir.

Page 123: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

123

Maşınqayırma sahələri yaranma tarixinə görə “köh-

nə”, “yeni”, “ən yeni” sahələri özündə birləşdirir.

Maşınqayırma üçün xammal istehsalı müəssisələri

müxtəlif coğrafi yerləşməyə malik olduğu kimi, maşınqa-

yırma müəssisələri də müxtəlif coğrafiyaya, eləcə də eyni

olmayan kəmiyyət-keyfiyyət göstəriciləri ilə səciyyələnir-

lər. Belə ki, İEÖ-də maşınqayırma sahəsinin verdiyi məh-

sul ümumi sənaye məhsulunun 35-40%-ni təşkil edir. Hə-

min ölkələrdə sənayedə çalışanların 35%-ə qədəri isə ma-

şınqayırma sahəsində cəmləşmişdir.

Maşınqayırmanın metal emalı da daxil olmaqla 200-

dən çox istehsal sahəsi vardır. O, məhsul istehsalının növ-

lərinə, sahələrinin yerləşmə prinsiplərinə, texnoloji proses-

lərə və s.-yə görə ümumi maşınqayırma, nəqliyyat maşın-

qayırması, elektron, elektrotexnika, cihazqayırma, kənd

təsərrüfatı maşınqayırması, silah istehsalı sahəsi, hərbi-

texniki və s. maşınqayırma sahələrinə ayrılır.

Maşınqayırmanın texniki-iqtisadi baxımdan təsnifa-

tında metaltutumlu, əməktutumlu və elmtutumlu sahələri

də ayrılır.

Dəzgahqayırma metal emalı üçün gərəkli sayılan

müxtəlif növ dəzgahlar, dəmirçi-pres sexlərində istifadə

olunan ləvazimatlar, eləcə də sənaye robotları aid edilir.

Robot texnikası sahəsində Yaponiya dünyada liderlik

etməkdədir.

Gəmiqayırma maşınqayırmanın qədim tipik növlə-

rindən biridir. Bu sahədə Koreya Respublikası, Yaponiya,

Çin, Almaniya, Polşa, İtaliya, İspaniya, Tayvan, Danimar-

ka, Niderland, Böyük Britaniya seçilir.

Dünyada 3 nəhəng maşınqayırma regionu mövcud-

dur. Bunlar Şimali Amerika – ABŞ, Kanada, Meksika,

Page 124: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

124

Xarici Avropa, Şərqi və Cənubi-Şərqi Asiya regionlarıdır.

Şimali Amerika regionu ümumdünya maşınqayırma

məhsulunun 30%-dən artığını verməklə burada ABŞ lider-

lik edir.

Xarici Avropa regionu məhsul istehsalında heç də 1-

ci regiondan geri qalmır. Əksinə, Şimali Amerika regionu

ilə birinci-ikinci yerləri bölüşdürürlər. Burada AFR, Fran-

sa, Böyük Britaniya, İtaliya, İspaniya tanınır.

Şərqi və Cənubi-Şərqi Asiya regionu ümumdünya

maşınqayırma məhsulunun 1/5-ni verməklə Yaponiya bu-

rada üstün yer tutur. Ümumiyyətlə, Yaponiya maşınqayır-

ma məhsulları ixracatında dünyada liderlik edir. O, məh-

sulların 2/3-ni ixrac edir.

Dünya avtomobil maşınqayırması yeni sahə hesab

edilməklə XIX əsrin sonlarında meydana gəlmişdir. Onun

dünya təsərrüfatının inkişafında rolu böyükdür.

Avtomobil dünya ticarətində aparıcı yeri tutur. Onun

ixracat kvotası 40%-dən artıqdır. İxracatda Yaponiya 4,6

mln ədəd, Almaniya 3,5 mln ədəd və Fransa seçilirlər. Al-

maniyada, Fransada, Koreya Respublikasında ayrı-ayrılıq-

da adambaşına 50 avtomobil istehsal olunursa, bu Yaponi-

yada daha çoxdur.

Elektron sənayesi istehsalı dörd qrupa ayrılır: 1) in-

formasiya işləmələri üçün gərək olan vəsaitlər; 2) rabitə

vasitələri; 3) məişət aparatları istehsalı; 4) elektron kom-

ponentləri istehsalı. Bunlar daha çox ABŞ, Yaponiya, Çin,

Malayziya, Koreyada cəmləşmişdir.

Page 125: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

125

8.5. Kimya, neft-kimya sənayesi

Kimya dünya sənayesinin ən cavan sahələrindən he-

sab edilir. Onun məhsullarından –plastik kütlələrdən, şü-

şədən maşınqayırma; gübrələrdən, kimyəvi zəhərləyici

maddələrdən kənd təsərrüfatı; motor yanacağından, sürtkü

yağlarından, sintetik yanacaqdan, nəqliyyat, habelə tikinti

sənayesi istifadə edir.

Kimya sənayesinin çox böyük xammal və yanacaq

bazaları mövcuddur. Belə ki, kimya müxtəlif mineral sər-

vətlərdən, oduncaqdan, sudan, havadan, çox böyük isteh-

sal tullantılarından geniş surətdə istifadə edir. Lakin kimya

sənayesi üçün neftin emalından alınan yeni-yeni məhsul-

lar, kokslaşdırılmış kömür əsas və başlıca xammal sayılır.

Kimyanın 200-dən artıq strukturunda 1,0 milyondan

çox sayda assortiment (çeşid) alınır.

Kimya sənayesində müxtəlif xammallardan istifadə

edilməsi, kombinələşdirmə imkanlarının hədsiz ölçüdə ol-

ması kimya müəssisələrini hər yerdə yaratmağa imkan ve-

rir.

Kimya sahələrinin hər birinin özünəməxsus yerləşdi-

rilməsi prinsipləri mövcuddur. Belə ki, mədən kimyası

müəssisələri xammal rayonlarında, əsas kimya müəssisələ-

ri istehlak rayonlarında yerləşdirilirlər. Kalium gübrəsi is-

tehsal edən zavodlar xammal mənbələrinə meyil edir. Tə-

bii qaz və neft istehsalı prosesində əldə edilən qazlardan

azot gübrəsi almaq üçün çox geniş istifadə olunur. Bu

əsasdan da, belə zavodlar üçün neft emalı rayonlarında,

habelə magistral qaz kəmərləri boyu uzunu və metallurgi-

ya kombinatlarının yaxınlığında yerləşdirilirlər. Polimer

kimyası çoxlu miqdarda isti, elektrik enerjisi və xüsusi

Page 126: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

126

xammal tələb etdiyindən onun müəssisələri göstərilən

mənbələrə yaxın yerləşdirilir.

Əsas kimyanın ən aparıcı məhsulları mineral gübrə-

lər və müxtəlif turşular istehsalıdır. Kükürd turşusunu da-

şımaq çətin olduğundan onun müəssisələri istehlak rayon-

larında yerləşdirilir.

Mineral gübrələri dünyanın müxtəlif ölkə və region-

larında istehsal edilirlər. Fosfat gübrələri zavodları ən baş-

lıca olaraq, bu gübrələrin istehlak edildiyi yerlərdə-kənd

təsərrüfatının inkişaf etdiyi rayonlarda yerləşdirilir. Yeni

superfosfat zavodlarını isə əsas etibarı ilə xammal mənbə-

ləri yaxınlığında tikirlər, çünki tərkibində daha çox fosfor

olan gübrələr istehsal etmək daha sərfəlidir. İldə dünyada

500 mln tondan çox mineral gübrə istehsal olunur, onun

da 40%-ni Xarici Asiya, 25%-ni Şimali Amerika, 15%-ni

MDB, 12%-ni Qərbi Avropa regionu verməkdədir. Ölkə-

lərdən Çin (250 mln t), ABŞ, Kanada, Hindistan (144 mln

t), RF (18 mln t), AFR, Belorusiya, İndoneziya, Fransa və

Ukrayna birinci onluğa daxildirlər.

Page 127: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

127

MÖVZU 9. YEYİNTİ, YÜNGÜL SƏNAYE VƏ

NƏQLİYYAT SİSTEMİ

9.1. Yeyinti sənayesi və onun yerləşdiyi ölkələr;

9.2. Yüngül sənaye və onun yerləşdiyi ölkələr;

9.3. Nəqliyyat sistemi, onun dünyanın müxtəlif ölkələri

üzrə yerləşməsi.

9.1. Yeyinti sənayesi və onun yerləşdiyi ölkələr

Qədim təsərrüfat sahələrindən sayılan yeyinti səna-

yesi çoxsahəliliyi ilə tanınır. O, əhalini başlıca ərzaq məh-

sulları ilə təmin edir. Yeyinti məhsulları istehsalı gündən-

günə artır, öz çeşidini dəyişir. Belə ki, istehlaka, müvafiq

olan növlər artırılır və əksinə, tələbat olmayanları aradan

çıxır.

Yeyinti sənayesinin unüyütmə, şəkər, ət, ət məhsul-

ları, süd, süd məhsulları, qənnadı, konserv, yağ, vitamin

və s. istehsal edən 30-dan artıq sahəsi vardır.

Başqa sənaye sahələrinə nisbətən, yeyinti sənayesi

məhsulları kənd təsərrüfatı ilə daha çox əlaqəlidir. O, kənd

təsərrüfatından xammal kimi taxıl, süd, şəkər çuğunduru,

şəkər qamışı, kartof, müxtəlif əkinçilik təsərrüfatı məhsul-

ları alaraq bitkiçilik və heyvandarlığın inkişafına öz təsiri-

ni göstərir. Həm də sahənin inkişafı maşınqayırmadan,

elektroenergetikadan, yanacaqdan, nəqliyyatdan çox asılı-

dır və sənaye sahələri ilə yeyinti sənayesinin sahələrarası

istehsal əlaqələri daha da genişlənir. Yeyinti sənayesində

ət-süd, balıq və tamlı məhsullar üzrə məşğul olan müəssi-

sələr ixtisaslaşdırılmışdır. Həmin sahələri aşağıdakı kimi

göstərmək olar.

Page 128: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

128

Sxem 4

Yeyinti sənayesinin sahələri

Yeyinti

sənayesi

Çörək və

makaron

məmulatları

Tamlı

məhsullar

Qənd

Qənnadı

Yağ-piy

Spirt

Meyvə-tərəvəz

konservləri

Unüyütmə, yar-ma,

kombinə edilmiş

yem

Yarma və

kombinə

edilmiş yem

Balıq

Balıq ovu

İxtisaslaşdırılmış sahələr

Balıq

konservləri

Ət

Süd

Əs-süd

konservləri

Firma və şirkətlər (müəssisələr)

Page 129: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

129

Yeyinti sənayesi sahələrinin bir qrupu – şəkər, yağ,

şərab sahələri xammal mənbələrinə yaxın yerləşdirilirlər.

Ət kombinatları istehlakın və heyvandarlığın inkişaf et-

miş olduğu yerlərdə yaradılır, çünki diri mal-qaraya nisbə-

tən, əti daşımaq daha sərfəlidir. Kənd təsərrüfatı xammal-

larından süd, meyvə, tərəvəz və s. daşınma zamanı tez xa-

rab olur. Buna görə də bəzi sahələr istehlaka meyl etməli

olurlar. Çörək, makaron, qənnadı istehsalı istehlak yerlə-

rində iri yaşayış məntəqələrində yerləşdirilir. Beləliklə,

yeyinti sənayesi məhsullarının inkişafı, yerləşdirilməsi

əhalinin miqdarı və yerləşməsi ilə, kənd təsərrüfatı sahəsi-

nin ixtisaslaşması ilə, hazır məhsulun nəql edilməsi şəraiti

ilə müəyyən olunur. Deyilənlərlə yanaşı, xammalın müx-

təlifliyi və yeyinti məhsulları istehlakının geniş hüdudları

yeyinti sənayesi məhsullarının hər yerdə yaradılmasına

imkan verir ki, bu da həmin sahəni başqa sahələrdən fərq-

ləndirir. Lakin bəzi yerlərdə bu sahə yalnız yerli əhaliyə

xidmət edir, digərlərində isə regionun, ölkənin bir çox ra-

yonları üçün məhsul verir.

Bu sahə eyni zamanda kənd təsərrüfatının mühüm

hissələrindən biridir.

Yeyinti sənayesinin tərkibində ət istehsalı sahəsi çox

böyük əhəmiyyət kəsb edir. Son illərdə onun illik istehsa-

lının kəmiyyət göstəricisi 302 mln tondan çox olmuşdur.

Adambaşına ət istehsalı 40 kiloqrama yaxındır. Adambaşı-

na düşən ət istehsalının kəmiyyət göstəricisi ayrı-ayrı öl-

kələrdə müxtəlifdir. Bu, Danimarkada 400 kq-a yaxın,

Hindistanda isə5,0 kq-dan azdır. Qərbi Avropa 47% əti

ixrac edərək burada Niderland, Fransa, Danimarka döv-

lətləri fərqlənirlər. Bu sahədə ABŞ-ın xüsusi çəkisi 20%

olmaqla dünyada 2-ci, 12% xüsusi çəkiyə malik olan Oke-

Page 130: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

130

aniya isə dünyada 3-cü yerdədir. AFR, Yaponiya və İtali-

ya ət idxal edən ölkələrdir.

Balıq və müxtəlif dəniz məhsulları verən dünyanın

qabaqcıl 10 ölkəsindən 9-u Sakit okean hövzəsində yerlə-

şir. Bu sahədə mübaliğəsiz demək olar ki, Çin dünyada 1-

ci yeri tutmaqla ildə 26 mln ton məhsul verə bilir.

Dünyada 1000-dən artıq növ pendir tədarükündə

Qərbi Avropa ölkələri həmişə qabaqcıl yer tutmuşlar.

Fransada 600 növdən az olmayan pendir istehsal olunur.

Pendir tədarükündə Qərbi Avropadan sonrakı yer Şimali

Amerikaya məxsusdur. Hər iki region dünya pendir təda-

rükünün 70%-dən artığını verirlər.

Ərzaq məhsullarından biri də şəkər sayılır.

Adambaşına ildə21 kq şəkər istehsal olunursa, Çində bu

az – bir neçə kq təşkil edir. Lakin Böyük Britaniyada,

Avstraliyada, Kanada və Kubada adambaşına şəkər isteh-

salı 50 kiloqramdanartıqdır.

Məlumdur ki, şəkərin alınmasının xammalı şəkər çu-

ğunduru və şəkər qamışıdır. Hazırda istehsal olunan şəkə-

rin 71%-ni şəkər qamışından əldə edirlər. Asiya və Cənubi

Amerika regionunun xüsusi çəkisi şəkər istehsalında 60%-

dən çoxdur.

Son illər dünyada 30 mlrd litrdən artıq üzüm şərabı

istehsalının yarıdan çoxunu İtaliya, Fransa və İspaniya

verməkdədir. Pivə buraxılmasında Çexiya, Almaniya, Bel-

çika, ABŞ, Çin fərqlənirlər. ABŞ və Qərbi Avropa ölkələri

dünyada istehsal olunan 126 mlrd litr pivənin 1/4 –ni ve-

rirlər. Almaniyada 1200-dən çox sayda pivə zavodunun

olmasını göstərmək olar.

Dünyada 60-dan artıq növü olan tütündən hər il 5500

mlrd ədəd papiros istehsal edilir. Bunun – 650 mlrd ədədi

Page 131: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

131

ABŞ-da, 750 mlrd ədədi Avropa Birliyi ölkələrində, 1647

ədədi Çində, 175 mlrd ədədi Braziliyada, 190 mlrd ədədi

RF-də istehsal olunur. ABŞ öz ölkəsində tələbat üçün az

nikotinli, ixracat üçün isə çox nikotinli papiros buraxır. O,

Rusiyaya, Avroasiyanın müsəlman ölkələrinə ixrac olu-

nur.

9.2. Yüngül sənaye və onun yerləşdiyi ölkələr

Dünya təsərrüfatının ən qədim sahələrindən biri olan

yüngül sənaye insanların gündəlik tələbatının ödənilməsi-

nə istiqamətlənən məhsul növləri verir. Belə hal onun bö-

yük siyasi, mədəni estetik əhəmiyyət kəsb etməsindən xə-

bər verir. Yüngül sənaye modanın, zövqün, bazarın tələba-

tının gedişini nəzərə alan ən dinamik sahə kimi özünü gös-

tərir. Elmi-texniki tərəqqi də yüngül sənayenin inkişafına

və düzgün yerləşdirilməsinə öz təsirini göstərmişdir.

Yüngül sənayenin tərkibi çox mürəkkəbdir. Bu mü-

rəkkəblik get-gedə artmaqdadır. Buraya ipəyirmə, toxucu-

luq, xəz, toxuma ayaqqabı, zərgərlik məmulatları, farfor,

texniki parça, balıqçılıqda istifadə olunan torpaq-şəbəkələr

istehsal sahələri daxildir. İstehsal olunmuş məhsulların bir

çoxu insanlar tərəfindən bilavasitə istehlak edilmək üçün

buraxılır, bir hissəsi –texniki parçalar, gön-dəri və s. ağır

sənaye tərəfindən işlədilir.

Yüngül sənaye ana bitki xammalı-pambıq, kətan elə-

cə də heyvandarlıq xammalları sayılan gön-dəri, xəz dəri,

yun, barama verən istehsalın 2-ci aparıcı sahəsi sayılan

kənd təsərrüfatı ilə sıx surətdə bağlıdır. Kənd təsərrüfatın-

dan başqa yüngül sənaye üçün xammal bazası sayılan di-

gər sahə kimyadır. Üzvi kimya sintetik və üzvi materialla-

Page 132: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

132

rı süni ipək, süni dəri, kimyəvi lif, sintetik kauçuk və sai-

rəni də yüngül sənayeyə istiqamətləndirir.

Yüngül sənayenin tikiş sahəsi onun aparıcı məhsul

növlərindən birinə çevrilmişdir. Belə məhsul istehsalı

İOÖ-rə və xüsusilə Asiya ölkələrinə geniş yayılmışdır.

Çin, İtaliya, Koreya Respublikası, AFR, Türkiyə,

Hindistan, Portuqaliya bu sahədə ixracatda üstünlük təşkil

edirlər.

Ayaqqabı sənayesi özünün çoxçeşidliliyi ilə diqqəti

cəlb edir. Ümumi məhsulun 3/1 –i dəri ayaqqabıların payı-

na düşür. Çin dünyada 40%-dən, Asiya regionunda isə

50%-dən artıq xüsusi çəkiyə malikdir. Nəticədə Çin Qərbi

Avropa bazarının 25% ayaqqabı ilə təmin edir.

Kimyəvi liflərdən toxunan parçalara görə ABŞ, Hin-

distan, Yaponiya, Koreya Respublikası, Tayvan, Çin, AFR

qabaqcıl yerləri tuturlar. Bu parçaların ixracatında isə tanı-

nan dövlətlər Koreya Respublikası, Tayvan və Yaponiya-

dır.

Kimyəvi liflərdən toxunan parçalardan fərqli olaraq

pambıq parça buraxılışında İOÖ irəlidədirlər. Son illər

pambıq parça toxunuşu 75 mlrd kv. metrdən çox olmuş-

dur. Çin əldə olunan pambıq parça ipliyinin 1/3-ni də ve-

rərək dünyada liderlik edir.

Toxuculuq sənayesinin xüsusi növündə xalçaçılıq

durur. Onun hazırlanmasında kimyəvi liflərdən, yundan,

pambıqdan istifadə edilir. Bu sahədə İEÖ-dən ABŞ, Bö-

yük Britaniya, Belçika tanınsalarda, Hindistan həm isteh-

salçı, həm də ixracatçı rolunda çıxış edir.

Page 133: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

133

9.3. Nəqliyyat sistemi, onun dünyanın müxtəlif ölkələri

üzrə yerləşməsi

İstehsalla istehlak arasında əlaqə yaradan, hər bir ya-

şayış məntəqəsi arasında – kənd, qəsəbə, rayon, şəhər,

dövlət, region arasında körpü rolunu oynayır. Nəqliyyat

sistemi təsərrüfat sahələrinin işini inkişafını əlaqələndirən,

ölçüyəgəlməz dərəcədə iqtisadi, siyasi, mədəni, strateji

əhəmiyyət kəsb edən, sərnişin və hər cür yüklərin daşın-

ması əməliyyatını həyata keçirən, bazar təsərrüfatının ay-

rılmaz hissəsi sayılan, daxili və xarici bazarın varlığını tə-

min edən, istehsal olunmuş məhsulun sərfini və istehlakını

mövcudlaşdıran nəqliyyat maddi istehsalın sənaye və kənd

təsərrüfatından sonra 3-cü aparıcı sahəsi hesab edilir.

Nəqliyyat, dünya təsərrüfatının, iqtisadi rayonların,

ölkənin ixtisaslaşmasının və kooperativləşməsinin gedişini

daha da sürətləndirir. Nəqliyyat xalq təsərrüfatına xidmət

etməklə yanaşı, həm də çoxlu elektrik enerjisi, yanacaq,

metal, oduncaq işlədir.

Nəqliyyat aşağıdakı növlərə ayrılır: 1) dəmir yolu;

2)avtomobil yolu; 3)boru kəmərləri yolları: sahələr və

maddi istehsalı birləşdirən – quru, dəniz və çay yollarını

əhatə edən; 4) su yolu; 5)hava yolu növlərinə ayrılır.

Avtomobil nəqliyyatı “qapıdan qapıya” adlandırıla-

raq qısa məsafələrə, dağlıq ərazilərdə yükdaşımada geniş

istifadə olunmaqla iqtisadi cəhətdən sərfəlidir. Avtomobil

yolundan ümumi uzunluğu 30 mln km-dən çoxdur. Dün-

yada ən uzun avtomobil yolu yan qolları ilə birlikdə45,7

min km olan Panamerikan avtomobil yolu sayılır. Bu yol

ABŞ-ın sərhədlərindən baş götürərək Buenos-Ayresə qə-

dər uzanmışdır. Dəmiryolu və avtomobil nəqliyyatı ilə bir-

Page 134: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

134

likdə boru kəməri nəqliyyatı da quru yolu nəqliyyatı siste-

minə aid edilir.

Hava nəqliyyatı bahalı nəqliyyat növü olub, tez xa-

rab olan və çatdırılması tez gərək olan yüklərin, son vaxt-

lar isə sərnişin daşınmasında geniş istifdə olunur. Onun

uzunluğu 10 mln km-dən artıqdır. İldən ilə yük və sərnişin

daşımaları artmaqdadır. XX əsrin sonu, XXI əsrin başlan-

ğıcında sərnişin dövriyyəsi 2230 mlrd sərnişin –kilometri,

yük dövriyyəsi 300 mlrd t/km-dən artıq olmuşdur.

Böyük xalq təsərrüfat əhəmiyyəti olan dəmiryolları-

nın ümumi uzunluğu 1,3 milyon km-dən çoxdur. Dəmir

yollarının gördüyü iş onların daşıdığı yük və sərnişinlərin

miqdarı ilə ölçülür.

Dəniz nəqliyyatı ən ucuz nəqliyyat sayılır. O, ölkələr

arasında daşımaların 75%-ə qədərini təmin edir. Daşıdığı

yüklərin miqdarı isə 4.0 mlrd tondan çoxdur. Okeanlarda

və dənizlərdə 25 min gəmi vardır. Dünyanın 2.7 min dəniz

limanında olan gəmilər 630 mln.t su tutumuna malikdir.

Rotderdam, Sinqapur, Syanqan, Şanxay, Tiba, Nyu-York,

Marsel, London və sair kimi nəhəng limanlar formalaş-

mışdır.

Çay nəqliyyatının ümumi uzunluğu 550 min km-dən

artıqdır. O daxili yük daşımada əhəmiyyətlidir. Bu sahədə

Yansızı, Xuanxe, Amazonka, Yenisey, Volqa, Dunay, Le-

na, Konqo, Niger, Nil, Zamberi çayları böyük əhəmiyyətə

malikdirlər. Dünyada 214 beynəlxalq çay hövzəsi vardır.

Bundan 155-i 2 ölkəyə, 36-sı 3 ölkəyə, yerdə qalanlar isə

4-12 ölkəyə məxsusdur.

Dünyada ABŞ ən böyük çay və göl flotuna malikdir.

Daxili su yollarının yük dövriyyəsinin böyüklüyünə görə,

eləcə də Çin, RF, AFR, Kanada qabaqcıl yer tuturlar.

Page 135: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

135

MÖVZU 10. DÜNYA TƏSƏRRÜFATININ KƏND

TƏSƏRRÜFATI SAHƏLƏRİ

10.1. Aqrar sənaye kompleksi (ASK), kənd təsərrüfatı

sahəsi;

10.2. Dünyada kənd təsərrüfatında bitkiçilik və onun əsas

sahələrinin regionlar üzrə yerləşməsi;

10.3. Kənd təsərrüfatında heyvandarlıq və onun əsas

istiqamətləri, regionlar üzrə yerləşməsi.

10.1. Aqrar sənaye kompleksdi (ASK), kənd

təsərrüfatı sahəsi

Aqrar sənaye kompleksi (ASK) hər hansı bir ölkə tə-

sərrüfatının təkib hissələrindən biri hesab edilir. Ölkənin

sosial-iqtisadi inkişafının, xalqın maddi rifah halının daha

da yüksəldilməsi, ASK-nın hərtərəfli inkişafı və onun sə-

mərəliliyinin daha da artırılması ilə sıx surətdə bağlıdır.

ASK-nın strukturu 3 aparıcı sferadan, istehsal və in-

frastruktur sahələrdən ibarətdir. Bunlardan 1-si ASK-nın

istehsal vasitələri istehsalı sahəsini (traktor, digər müxtəlif

maşınlar, kimya və s.), 2-si kənd təsərrüfatı və meşə təsər-

rüfatını, 3-sü kənd təsərrüfatı məhsullarının toplanmasını,

daşınması, saxlanmasını, emalını və onların reallaşdırıl-

masını əks etdirir.

Dünyada məşğul əhalinin kənd təsərrüfatında çalı-

şanların xüsusi çəkisi məhsuldar qüvvələrin yerləşməsi və

digər amillərlə əlaqədar müxtəlifdir. Belə ki, ABŞ-da Av-

ropanın bir sıra ölkələrində bu göstərici 2-3% təşkil etdiyi

halda, bir çox ölkələrdə (Burundi. Burkina-Faso, Şərqi Ti-

mur, Malavi, Niger, Ruanda, Usato, Anqola, Zambiya və

s.) əhalinin 85-94%-i kənd təsərrüfatında çalışır.

Page 136: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

136

Cədvəl 19

Məşğul əhalidən kənd təsərrüfatında çalışanların xüsusi

çəkisi.

(2010-cu il %-lə)

Ölkə

Kənd

təsərrüfatında

məşğul olanlar

Ölkə

Kənd

təsərrüfatında

məşğul olanlar

ABŞ 0,63% Polşa 17,4%

Niderland 2,0% Türkiyə 29,5%

Kanada 2,0% Çin 43%

Almaniya 2,5% Hindistan 60%

Rusiya 10,2% Burundi 94%

ASK-nın sürətli inkişafı kənd təsərrüfatının və digər

sahələrin texniki avadanlıqlarla daha yaxşı təmin edilməsi

ilə bağlıdır.

ASK-nın inkişafı və formalaşmasında 80-dən artıq

xalq təsərrüfatı sahəsi iştirak edir. O, kənd təsərrüfatı məh-

sullarının istehsalı və emalı üzrə bir-biri ilə əlaqədə olan

kənd təsərrüfatı və sənaye müəssisələrinin müəyyən ərazi-

də birləşməsini təmin edir. Onun əsas vəzifəsi kənd təsər-

rüfatı məhsulları istehsalının sabit artımı şərti ilə əhalini

ərzaq və digər kənd təsərrüfatı məhsulları ilə, heyvandar-

lığı yemlə, ayrı-ayrı sənaye sahələrini müxtəlif növ xam-

mallarla təmin etməkdən ibarətdir.

ABŞ-da ÜDM-in 18%-i, işçilərin isə 20%-i ASK-nın

payına düşdüyü halda, kənd təsərrüfatında ÜDM-in 2%-i,

işçilərin isə 2,5%-ni təşkil edir. Dünyanın bəzi ölkələrində

ASK-nın tərkibində kənd təsərrüfatının xüsusi çəkisi yük-

səkdir, bu da kənd təsərrüfatı məhsullarının emalının zəif

Page 137: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

137

olması ilə izah edilir.

Dünyada ASK-nın inkişafı bir-biri ilə əlaqəli olan

çoxlu sayda məsələləri həll edir. Buraya maddi-texniki ba-

zanın təkmilləşdirilməsi, ərzaq probleminin həllinin başlı-

ca istiqamətləri, istehsal və sosial-məişət infrastrukturunun

formalaşdırılması, iqtisadi səmərəliliyin daha da yüksəldil-

məsi təsərrüfat mexanizminin getdikcə təkmilləşdirilməsi

və s. daxildir.

ASK kənd təsərrüfatı məhsulları və xammalların is-

tehsalı, emalı, saxlanması və satışı proseslərində qarşılıqlı

surətdə əlaqədə olan bütün müəssisələrin səylərini birləş-

dirməyə imkan verir. Son məhsul buraxılışının təşkilinə,

iqtisadi səmərəliliyinin yüksəldilməsinə, onların istehlak-

çıya vaxtlı-vaxtında çatdırılmasına kömək edir, həm də

fəaliyyətləri vahid idarəetmə, planlaşdırma və gəlirlərin

bölüşdürülməsi sistemi əsasında qurulan kənd təsərrüfatı

və sənaye müəssisələrinin və b. obyektlərin qarşılıqlı is-

tehsal münasibətlərinin təşkilat formalarını nəzərdə tutur.

10.2. Dünyada kənd təsərrüfatında bitkiçilik və onun

əsas sahələrinin regionları üzrə yerləşməsi

ASK-nın aparıcı sahəsi kənd təsərrüfatıdır. O, öz

əhəmiyyətinə görə maddi istehsalın sənayedən sonra 2-ci

aparıcı sahəsi hesab edilir. Kənd təsərrüfatı iki böyük böl-

mədən: bitkiçilik və heyvandarlıqdan ibarətdir. Bitkiçilik

bölməsinə bütün əkin yerləri, taxılçılıq, texniki bitkilər,

paxlalılar, biçənəklər, çoxillik əkmələr və s. daxildir.

Küveyti və Sinqapuru nəzərə almasaq dünyanın elə

bir ölkəsi yoxdur ki, əhali orada kənd təsərrüfatı ilə məş-

ğul olmasın. Dünyada elə bir istehsal sahəsi yoxdur ki,

Page 138: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

138

orada da 1,3-1,4 mlrd nəfər (iqtisadi cəhətdən fəal əhalinin

46%-i) işçi cəmləşmiş olsun. Kənd yerlərində yaşayanla-

rın sayı isə 2,6 mlrd nəfər təşkil edir. İllik məhsul istehsa-

lının 1/10-i (1,4 trln dollar) kənd təsərrüfatının payına dü-

şür. Dünya ticarətinin – ixracatında kənd təsərrüfatı məh-

sullarının çəkisi 10% təşkil edir. Lakin tərkibinin mürək-

kəbliyinə və zənginliyinə görə o heç bir təsərrüfat sahəsinə

bənzəmir. Cədvəl 20

ÜDM-in strukturunda kənd təsərrüfatının çox və

az payı olan dünyanın 10 ölkəsi

Ölkələr

Kənd

təsərrüfatının

ən çox payı,

%-lə

Ölkələr

Kənd

təsərrüfatında

ən az iştirak,

%-i

Liberiya 76,9 Monako 0

Somali 65,0 Sinqapur 0

Qvineya-

Bisau

62,0 Qətər 0,1

Konqo 55,0 San-Marino 0,1

CAR 55,0 Küveyt 0,3

Seppa-

Leone

49,0 Bəhreyn 0,4

Mali 45,0 Lüksemburq 0,4

Efiopiya 44,9 Trinidad və

Tobaqo

0,5

Kamerun 43,6 Belçika 0,8

Ruanda 43,2 Almaniya 0,9

Kənd təsərrüfatı əmək tutumlu sahə hesab edilir, la-

kin 40-60-cı illərdə kapital tutumlu sahəyə çevrilmişdir.

Page 139: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

139

Hazırda isə inkişaf etmiş ölkələrdə elm tutumlu sahə kimi

fəaliyyət göstərir.

Kənd təsərrüfatının inkişafı ekstensiv və intensiv

yollarla təmin edilir. Ekstensiv üsul əkin sahələrinin ge-

nişləndirilməsi, əvvəllər istifadə olunmamış torpaq sahələ-

rinin istifadəyə verilməsi, heyvanların sayının çoxaldılma-

sı nəticəsində hər hektar hesabı ilə məhsulu artırmaq eks-

tensiv inkişaf yolu adlanır. Yer kürəsinin quru sahəsinin

tutduğu sahə 149 mln m2-dır. Dünya ərazisinin 10,8%

buzlu, 21,8 %-i qara torpaq, çöl, 18,3%-i səhra, 12,1%-i

meşə, qalan dağlıq və digər sahələrdir. Quru ərazinin 48,1

mln m2 (və ya 4810 mn hektarı) kənd təsərrüfatına yararlı

sahə təşkil edir. Kənd təsərrüfatına yararlı sahənin 1340

mln hektarı becərilən əkin sahəsidir. 3365 mln ha çəmən

və otlaqlardan ibarətdir. Dünyada ildə 6-7 mln hektar kənd

təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır, 1,5

mln hektar şoranlaşmaya məruz qalır. Yer kürəsinin dağlıq

ərazisində iqlim amillərindən asılı olaraq kənd təsərrüfatı

sahələri fərqlənir. Kənd təsərrüfatı inkişafında su ehtiyat-

ları böyük rol oynayır. Dünyanın su ehtiyatının cəmi

2,5%-i şirin sudur. Dünyada suvarılan torpaqlar 270 mln

hektardır. Kənd təsərrüfatı iki böyük sahəyə - bitkiçilik və

heyvandarlığa ayrılır. Taxılçılıq sürətlə inkişaf edir.

Sənayedən fərqli olaraq, kənd təsərrüfatı məhsulları

istehsalı relyefi, mikroiqlimi, torpaqları müxtəlif olan çox

geniş sahələrdə əldə edilir. Kənd təsərrüfatında bir çox is-

tehsal prosesləri mövsümi xarakter daşıyır, çünki bunlar

bitkilərin boy artması və heyvanların inkişafının təbii şə-

raiti ilə əlaqədardır. Təbii şərait kənd təsərrüfatı əməyinin

gedişinə böyük təsir göstərir.

Mexanikləşdirmə, elektrikləşdirmə, eləcə də kimya-

Page 140: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

140

laşdırma – yüksək məhsuldarlı kənd təsərrüfatının inkişafı

üçün başlıca şərtlərdən sayılır. Bunları yalnız güclü səna-

yenin mövcudluğu şəraitində həyata keçirmək mümkün-

dür. Bu sahədə İEÖ seçilirlər.

İqtisadi cəhətdən fəal olan əhalinin 46 faizinin çalış-

dığı kənd təsərrüfatının ixtiyarında 4,9 mlrd hektar və ya

ümumi torpaq sahəsinin37%-icəmləşmişdir. Dünyada illik

kənd təsərrüfatı məhsulları istehsalının 1/3-i verən suvarı-

lan torpaqların ümumi sahəsi 270 mln hektara çatır.

Cədvəl 21

Böyük suvarılan sahəyə malik dünyanın 20 ölkəsi

Ölkələr Suvarılan torpaq sahələri, min km2

Hindistan 558,1

Çin 546,0

ABŞ 223,9

Pakistan 182,3

İran 76,5

Meksika 63,2

Türkiyə 52,2

Tayland 49,9

Banqladeş 47,3

Rusiya 46,0

İndoneziya 45,0

Özbəkistan 42,8

İspaniya 37,8

Qazaxıstan 35,6

İraq 35,3

Misir 34,2

Ruminiya 30,8

Vyetnam 30,0

Braziliya 29,2

İtaliya 27,5

Page 141: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

141

Qeyd etmək lazımdır ki, Yer kürəsində deqradasiya-

ya məruz qalan torpaqlar da vardır ki, onlar da ümumi tor-

paq sahəsinin 15-17%-dən çoxdur. Belə torpaqlar Avropa-

da 23%, Asiyada 18%, Afrikada 17%, Cənubi Amerika-

da 14%, Okeaniyada 12% və Şimali Amerikada 7%-dən

çoxdur.

Kənd təsərrüfatında torpaq əsas istehsal amili hesab

edilir. Hələ vaxtilə tanınmış ingilis iqtisadçısı Vilyam Pet-

ti göstərirdi ki, əmək sərvətin atası, torpaq isə anasıdır.

Kənd təsərrüfatı üçün yararlı torpaqlar Avropada ümumi

torpaqların 47%-nə, Okeaniyada 58%-nə, Asiyada isə

42%-nə bərabərdir. İşlənən torpaqlar ən çox Cənubi və

Cənub-Şərqi Asiya və Şimali Amerika regionundadırsa,

ən çox biçənək sahələri Latın Amerikasında və Avstraliya-

da mövcuddur. Çin, Avstraliya, ABŞ və Rusiya Federasi-

yası kənd təsərrüfatı üçün yararlı torpaqlarının çoxluğu ilə

tanınırlar.

Cədvəl 22

Ərazisində ən çox əkin sahəsi olan dünyanın 10 ölkəsi

Ölkələr Əkin sahəsinin payı, %-lə

Banqladeş 55,4

Moldova 54,5

Ukrayna 53,8

Danimarka 52,6

Macarıstan 49,6

Mavriki 49,0

Hindistan 48,8

Ruanda 45,6

Litva 44,8

Toqo 44,2

Page 142: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

142

Əhalinin sayının artımı ilə və başqa amillərlə bağlı

olaraq adambaşına düşən əkin sahələri də ayrı-ayrı ölkə-

lərdə az və ya çoxdur. Bu, dünyada adambaşına 0,3 ha,

Qazaxıstanda 1,9 ha, Kanadada 1,5 ha, Çində 0,1 ha, Ya-

poniyada 0,03 hektardan çox deyildir. Kənd təsərrüfatına

yararlı torpaq sahəsinin 70%-ni biçənəklər, 28%-ni əkin

sahələri və2%-ni çoxillik bitki sahələri örtmüşdür.

Qərb ölkələrində kənd təsərrüfatı istehsalı uzun müd-

dət formalaşmış istehsal münasibətlərinə uyğun xarakterdə

inkişaf etmişdir. İnkişaf etmiş ölkələrdə sahibkarlığın ko-

operativ, ailə fermer təsərrüfatları inkişaf etmişdir. Hər bir

ailə fermer təsərrüfatının həcmi, inkişafı, onların yerləşdi-

yi ölkənin vəziyyətindən, sosial-iqtisadi şəraitindən asılı-

dır. Məsələn, Avstraliyada hər bir ailə fermerinin orta həc-

mi 1,8 hektar, ABŞ və Kanadada 200 hektar, Qərbi Avro-

pada 17 hektar, Yaponiyada 2 hektar təşkil edir.

İnkişaf etməkdə olan ölkələrdə isə kənd təsərrüfatı-

nın inkişafı ənənəvi və müasir inkişaf yoluna əsaslanır. Bu

ölkələrdə əhalinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul-

dur. Belə ki, Latın Amerikasında ən azı 100 mln. nəfər,

Afrikada 300 mln. nəfər, Asiyada 800 mln.nəfər adam

kənd təsərrüfatı işləri ilə məşğuldurlar. Burada çox xırda

təsərrüfatlar texnikadan, mineral gübrələrdən istifadə et-

mədiyi üçün yüksək məhsul götürə bilmirlər. Həmin ölkə-

lərin kənd təsərrüfatında müasir bölmə də yaradılmışdır.

İri təsərrüfatlar, yaranmış plantasiyalar, süni suvarmalar,

maşın və texnika tətbiqi, gübrə verilməsi və s. kimi mütə-

rəqqi cəhətlər artmışdır. Odur ki, son on illiklərdə dünya

üzrə kənd təsərrüfatı istehsalı 15% artdığı halda, Afrikada

20%, Cənubi Amerikada 25%, Asiyada 35% çoxalmışdır.

Page 143: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

143

Bitkiçilikdə taxılçılıq daha böyük xüsusi çəkiyə ma-

likdir. Taxıl demək olar ki, dünyanın hər bir yerində əkilir.

Taxılın 55%-i insanların ərzaqla təmin olunmasına, 45%-i

isə müəyyən fondlarla yanaşı quşçuluğun, mal-qaranın

(yem kimi) yemlənməsinə sərf edilir.

Dünyada 2012-ci ildə cəmi taxılın əkin sahəsi təqri-

bən 675 mln. hektar təşkil edir. Bu cəmi becərilən sahənin

60%-nə bərabərdir. Bəzi ölkələrdə bu daha yüksəkdir. Mə-

sələn Rusiya, Böyük Britaniya, Fransa, İtaliya və ABŞ-da

taxılçılıq cəmi əkin sahəsinin 60-65%-ni, Polşa və Rumı-

niyada 60-70, Almaniyada 70, Vyetnamda 80, Yaponiya-

da 90%-ni təşkil edir. Taxılçılıqda əsas yeri buğda (215

mln hektar), qarğıdalı (140 mln hektar), düyü (155 mln

hektar) tutur.

2012-ci ilə dünya üzrə 680 mln. ton buğda, 488

mln.ton düyü və 620 mln.ton qarğıdalı istehsal edilmişdir.

Cəmi taxıl istehsalı isə 2485 mln.ton olmuşdur.

Taxıl ticarətinin özünəməxsus xüsusiyyətləri vardır.

Belə ki, 1970-ci illərdə dünya bazarında cəmisi 80

mln.ton, 1995-ci ildə 205 mln.ton, 2012-ci ildə isə 295

mln. ton həcmində taxıl satılmışdır. Buğda ixracı əsasən

ABŞ, Kanada, Rusiya, Avstraliya, Fransa; qarğıdalı ixracı

– ABŞ, Fransa və Argentina; düyü ixracı –Tailand, ABŞ,

Hindistan, Pakistan və Vyetnam tərəfindən həyata keçiri-

lir. Lakin istehsal edilmiş buğdanın təqribən 14-15%-i ix-

rac edildiyi halda, düyünün 2-3%-i ixrac edilir.

Taxıl idxal edən ölkələrin sayı daha çoxdur (1 mln.

tondan 30 mln. tonadək idxal edən ölkələr) –Yaponiya,

Rusiya, Tayvan, Koreya, Çin, Misir, Braziliya, İran, İndo-

neziya, Pakistan, Banqladeş, Flippin, Əlcəzair, Venesuela,

Mərakeş, Kuba, Səudiyyə Ərəbistanı və s. Bunlardan baş-

Page 144: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

144

qa 110 ölkə də az miqdarda taxıl idxal edirlər.

Taxılın beynəlxalq ticarəti onun ölkələrdəki istehla-

kının həcminə də təsir edir. Bu göstərici hər nəfərə düşən

taxılın həcmi ilə ölçülür. Bu baxımdan Kanada və Avstra-

liya da hər nəfər hesabı ilə istehlak edilən taxıl təqribən

1000 kq-dır. ABŞ və Fransada da bu göstərici artıqdır.

Qərbi Avropanın əksər ölkələrində -300-600 kq, İEOÖ-də

isə 250 kq, Afrikada 150 kq-dır. Cədvəl 23

Ölkələr üzrə taxıl istehsalı

30-500 mln.ton

taxıl istehsal edən

ölkələr

10-30 mln.ton

taxıl istehsal edən

ölkələr

Çin Meksika

ABŞ Polşa

Hindistan Böyük Britaniya

Rusiya Pakistan

Fransa Tailand

İndoneziya Nigeriya

Kanada İtaliya

Almaniya İspaniya

Braziliya Ruminiya

Argentina Myanma

Ukrayna Misir

Türkiyə İran

Banqladeş Filippin

Avstraliya Macarıstan

Vyetnam Yaponiya

Page 145: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

145

Cədvəl 24

Daha çox buğda və düyü istehsal edən ölkələr

20-120 mln.ton

buğda istehsal edən

ölkələr

10-200 mln. ton

düyü istehsal edən

ölkələr

Çin Çin

Hindistan Hindistan

ABŞ İndoneziya

Rusiya Banqladeş

Fransa Vyetnam

Kanada Myanma

Avstraliya Tailand

Almaniya Filippin

Türkiyə Yaponiya

Pakistan Braziliya

Dünya miqyasında taxılçılığın böyük roluna baxma-

yaraq, cəmiyyətdə digər ərzaq məhsulları istehsalına da

xüsusi fikir verilir. Dünya üzrə bütün becərilən torpaq sa-

həsinin 50%-dən artığı digər məhsullar, xüsusən ərzaq bit-

kiləri məhsulları istehsalına cəlb edilmişdir. Bunlar aşağı-

dakı kimi qruplaşdırılır: yağlı bitkilər, şəkər bitkilər, köklü

meyvəlilər, meyvə bitkiləri və s.

Dünya üzrə cəmi yağlı bitkilər (soya, günəbaxan, fıs-

dıq, güncüd, pambıq-çiyid, zeytun, palma yağı və s.) isteh-

salı ildə 330 mln.ton təşkil edir. Məsələn, təkcə soya-paxla

istehsalı 150-160 mln. tona bərabər olmuşdur (ABŞ 70-75

mln. ton, Braziliya 30 mln.ton, Argentina 15-18 mln.ton,

Çin 14-15 mln.ton). 35 mln. tondan artıq günəbaxan, 35-

40 mln.ton fısdıq və çiyid yağı, 14-15 mln. ton kətan və

palma yağı, 5-6 mln. ton digər yağlı bitkilər istehsal edil-

Page 146: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

146

mişdir. Bunlarla yanaşı 1,2 mlrd. ton şəkər qamışı, 270

mln. ton şəkər çuğunduru, 135 mln.ton qənd, 300 mln.ton

kartof, 6,5-7 mln.ton qəhvə, 3 mln.ton çay və kakao isteh-

sal edilmişdir. İldə 400 mln.ton meyvə, 60 mln. ton üzüm

istehsal edilmişdir.

Qeyri-ərzaq məhsulları içərisində pambıq daha çox

xüsusi çəkiyə malikdir. Belə ki, pambıq əkini sahəsi 30-35

mln. hektar, cəmi məhsul isə 20 mln.ton təşkil etmişdir.

10.3. Kənd təsərrüfatında heyvandarlıq və onun əsas

istiqamətləri, regionlar üzrə yerləşməsi

Heyvandarlıq dünya kənd təsərrüfatının ikinci aparı-

cı və ən qədim sahəsi sayılır. Onun strukturu mürəkkəb ol-

maqla iribuynuzlulardan, xırdabuynuzlulardan, donuzçu-

luqdan, quşçuluqdan, maralçılıqdan, atçılıqdan, vəhşi hey-

vanlar saxlanılmasından, arıçılıqdan, ipəkçilik və balıqçı-

lıqdan ibarətdir. Qeyd etməliyik ki, kənd təsərrüfatı üzrə

olan ümumi məhsulun təqribən 84%-i bitkiçilik sahələri-

nin, 16%-i isə heyvandarlığın payına düşür. Göründüyü

kimi, dünya kənd təsərrüfatının ikinci əsas bölməsi hey-

vandarlıqdır. Bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş öl-

kələrdə heyvandarlıq hətta üstünlük təşkil edir. Bundan

əlavə bitkiçiliyin özü bir çox hallarda heyvandarlığın tə-

ləblərini ödəməyə yönəldilir. Bitkiçilik heyvandarlıq üçün

dənli yem bitkiləri (qarğıdalı arpa, vələmir və s.), ot, yon-

ca, kökümeyvəlilər, yem üçün çuğundur, kartof, və s. is-

tehsal edir. Qeyd etməliyik ki, ABŞ-da bütün kənd təsər-

rüfatına yararlı torpaq sahəsinin 50%-i, Qərbi Avropada

isə hətta 80%-i heyvandarlıqla bağlıdır.

Son vaxtlar heyvandarlıq sahəsində mexanikləşmə,

Page 147: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

147

elektrikləşdirmə və avtomatlaşdırma sistemi əsaslı surətdə

artmışdır. Məhz ona görə də Qərb ölkələrində heyvandar-

lıqda sabit, dinamik inkişaf özünü göstərir. Bu da öz tələ-

batlarının ödənilməsinə və ixracın artmasına zəmin yara-

dır.

Heyvandarlıqda əsas kəmiyyət göstəricilərindən biri,

baş hesabı ilə heyvanların sayıdır. Məsələn, dünya üzrə iri

buynuzlu mal-qaranın sayı 4,5 mlrd. başdır, qoyun və ke-

çilər 1800 mln., camış -170 mln., at 65 mln., dəvə 20 mln.,

qatır 15 mln., ev quşları 13-14 mlrd., donuzlar 950

mln.başdır. Cədvəl 25

Daha çox iri buynuzlu mal-qarası olan ölkələr

Ölkələr Mln.baş Ölkələr Mln.baş

Hindistan 300 Həbəşistan 35

Braziliya 165 Sudan 35

Çin 105 Rusiya 30

ABŞ 100 Meksika 30

Argentina 55 Avstraliya 27

Qoyunların sayı daha çox aşağıdakı ölkələrdə cəmlə-

şib. Avstraliyada 130 mln.baş, Çində 130, Hindistanda 57,

İranda 52, Yeni Zelandiyada 48 milyon baş.

İnkişaf etməkdə olan ölkələrdə heyvandarlıq ikinci

dərəcəli rola malikdir, bitkiçiliklə o qədər də bağlı deyil.

Ekstensiv inkişaf xarakterikdir, əmtəəlik məhsulları azdır

(Avstraliyada da qoyunçuluq ekstensiv inkişaf etdirilir).

Dünyada ümumi şəkildə heyvandarlığın inkişafında

əsasən dörd istiqamət fərqləndirilir:

1. Əhalisi nisbətən sıx olan, mal-qaranın sayı da sıx

Page 148: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

148

olan (hər 100 hektar kənd təsərrüfatına yararlı torpağa

100-200 baş mal-qara hesabı ilə) ölkələr.

Burada yüksək məhsuldarlıq, intensiv inkişaf –süd-

çülük, donuzçuluq, quşçuluq xarakterikdir. (Qeyd edək ki,

Danimarka,Niderland,Böyük Britaniya, İsveçrə, ABŞ və s.

Bu ölkələrdə kənd təsərrüfatının əmtəəlik məhsulunun 60-

80%-i heyvandarlığın hesabındadır).

2.Orta intensivlik və məhsuldarlıq istiqaməti (hər

100 hektara -30-60 baş, Cənubi və Şərqi Avropa, ABŞ-ın

mərkəzi ştatları və s.).

3. Aşağı sıxlıqda əhalisi və mal-qarası olan istiqamət

(hər 100 hektara 5-10 baş mal-qara).

4. Yüksək sıxlıqda əhalisi və mal-qarası olan (100

hektara 60-200 baş), lakin az məhsuldar və az intensiv isti-

qamət (Hindistan, Şri-Lanka, Cənub-şərq Asiya ölkələri

və s.)

Heyvandarlıq məhsulları istehsalı və istehlakı dünya

ölkələri üzrə fərqlənir. Heyvandarlıq məhsulları ət, süd,

yağ, pendir, yumurta, yun və sairədən ibarətdir. Yundan

başqa bütün bu məhsullar ərzaq məhsulları səbətinin əsası-

nı təşkil edirlər. Yun isə toxuculuq sənayesi üçün ən qiy-

mətli xammallardan biridir.

2012-ci ildə dünya üzrə ət 302 mln. tondan artıq ol-

muşdur. O cümlədən Çin 65,0; ABŞ 35,0; Rusiya 12,0;

Braziliya 11,0; Almaniya 10,0; Fransa 7,0 mln.ton ət is-

tehsal etmişlər. 302 mln.ton ətin 67 mln.tonu mal əti, 103

mln.tonu quş, 112 mln.tonu donuz, 14 mln.tonu qoyun əti

olmuşdur. Hər nəfərə cəmi 42,5 kq ət istehlak edilmişdir.

Həmin ildə süd istehsalı 750 mln.ton (o cümlədən ABŞ

75,0; Hindistan 60,0; Rusiya 55,0; Almaniya 34,0; Fransa

30,0 mln.ton) olmuşdur. Hər nəfərə dünya üzrə 106 kq süd

Page 149: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

149

istehlak edilmişdir

Dünya üzrə ildə orta hesabla 700-750 mlrd.ədəd yu-

murta istehsal edilir (Çin 390 mlrd; ABŞ 90 mlrd; Yaponi-

ya 50 mlrd; Rusiya 35 mlrd. ədəd və s.).

Dünya ölkələrində 2010-cu ildə kənd təsərrüfatı

məhsullarının istehsalı ilə əlaqədar hər nəfərə düşən əsas

məhsullar istehlakı aşağıdakı kimi olmuşdur (kq):

Cədvəl 26

Dünya ölkələrində adambaşına istehlak

Taxıl Kartof Meyvə,

üzüm

Tərəvəz,

bostan

Ət

(d.çəki) Süd

Yumurta

ədəd

İtaliya 292 29 306 227 31 213 247

Qazaxıstan 746 157 10 158 57 330 228

Çin 366 52 87 344 59 3 366

Polşa 789 254 97 152 66 327 285

Hindistan 213 68 72 84 5 99 52

ABŞ 1308 194 90 114 136 283 298

Ukrayna 1242 - 41 215 47 243 409

Fransa 1070 607 139 80 93 385 215

Yaponiya 90 4 23 87 25 61 330 Azərbaycan

(2012-ci

ildə) 298 106 105 179 54 187 134

İnkişaf etmiş ölkələrdə iqtisadi fəal əhali arasında

kənd təsərrüfatında məşğul olanların xüsusi çəkisi yüksək

deyil, inkişaf etməkdə olan ölkələrdə isə yüksəkdir.

Taxıl idxalının 50%-i inkişaf etməkdə olan ölkələrin

payına düşür.

Page 150: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

150

Cədvəl 27

Dünya təsərrüfatında bitkiçiliyin yerləşməsi

Dənli bitkilər

buğda: Çin, ABŞ, Fransa, Rusiya, Kanada, Ukrayna düyü: Çin, Hindistan, İndoneziya, Banqladeş, Tailand qarğıdalı: ABŞ, Meksika, Argentina, Braziliya

Yağ verən bitkilər

günəbaxan: Rusiya, Ukrayna, ABŞ, Çin, Cənubi Avropa ölkələri soya: ABŞ, Braziliya, Argentina, Koreya, Çin

Çay çay: Hindistan, Çin, Cənub-Şərqi Asiya, Cənubi Qafqaz ölkələri

Kartof kartof: Polşa, Rusiya, Çin, Almaniya, ABŞ, Hindistan

Şəkər şəkər qamışı: Braziliya, Hindistan, Kuba, Çin çuğundur: Ukrayna, Fransa, Rusiya, Polşa, ABŞ

Pambıq Hindistan, Pakistan, ABŞ, Tailand, Çin, Özbəkistan

Tütün Çin, Hindistan, Braziliya, İtaliya, Kuba Yunanıstan

Dünyada heyvandarlıq məhsulları istehsalı müxtəlif ölkələrdə yerləşmişdir. Dünyada heyvandarlığın bütün sa-hələrində inkişaf etmiş ölkələrin üstünlüyü müşahidə olu-nur. Əsas heyvandarlıq məhsullarının ixracatçı ölkələr aşağıdakılardır:

Cədvəl 28

Heyvandarlıq məhsulları üzrə əsas ixracatçı ölkələr mal əti qoyun əti quş əti yağ Yun

Avstraliya Almaniya

Fransa Y.Zelandiya

Y.Zelandiya Avstraliya B.Britaniya Banqladeş

Fransa ABŞ

Niderland

Niderland Almaniya Finlandiya

Fransa

Avstraliya Y.Zelandiya Argentina Uruqvay

Page 151: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

151

MÖVZU 11. İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ (İEÖ)

TƏSƏRRÜFAT SAHƏLƏRİNİN FORMALAŞMASI

11.1. Dünya ölkələri arasında regional fərqlər;

11.2. İEÖ qrupunun ümumi oxşar əlamətləri, istisadi və

sosial fərqləri;

11.3. İEÖ-in rəqabət mərkəzləri.

11.1. Dünya ölkələri arasında regional fərqlər

“Region” dedikdə adətən, materiklər, onların və öl-

kələrin ayrı-ayrı hissələrini əhatə edən geniş ərazilər başa

düşülür. Bu sözdən də “regional coğrafiya”, “regional iqti-

sadiyyat” anlayışları əmələ gəlmişdir.

Etnik qohum, din qruplarının (bir dinə etiqad edənlə-

rin) yığcam yaşadıqları ərazi və hətta ayrı-ayrı ölkələrə də

xüsusi region kimi baxmaq olar (məsələn, Ərəb ölkələri,

Türkdilli dövlətlər və s.). Hələ bu yaxın vaxtlara qədər

müasir dünyanı ictimai –iqtisadi regionlar üzrə, yəni sosia-

list və kapitalist dövlətlərini öyrənirdik.

Tarixi-coğrafi regionlar daxili oxşarlıq dərəcəsinə

görə fərqlənirlər. Məsələn, Qərbi Avropa regionu siyasət,

mədəniyyət və iqtisadiyyat cəhətdən nisbi bütövlük kimi

təmsil olunur. Afrika, Hind-Çin, Cənub-Qərbi Asiya və b.

tarixi-coğrafi regionlar isə daxili vahidliyin dərəcəsinə gö-

rə Qərbi Avropadan xeyli fərqlənirlər. Tarixi-coğrafi regi-

onların daxili vahidlik dərəcəsi hansı amillərdən asılıdır?

Bir çox amillərdən ilk növbədə tarixi inkişaf xüsusiyyətlə-

rindən, təsərrüfat əlaqələrinin istiqamətindən, nəqliyyat

yollarının inkişafından və hətta təbii sərvətlərindən (yük-

sək dağlar, səhralar və s.) asılıdır.

Page 152: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

152

Dünya ölkələrinin öyrənilməsinin təbii əsasını sinfi-

ideoloji prinsipə görə seçilən ictimai iqtisadi regionlar de-

yil, planetimizin ayrı-ayrı hissələrində təbiətin müxtəlifli-

yini, xalqların məişət xüsusiyyətlərini, adət ənənələrini, tə-

sərrüfat-mədəniyyət tipini nəzərə alan tarixi-coğrafi regi-

onlar təşkil etməlidir. Bu da dünya barədə daha ətraflı tə-

səvvür yaradır. Həm də nəzərə almaq lazımdır ki, tarixi-

coğrafi regionlar özlərinin sabitliyi ilə fərqlənirlər. İctimai

iqtisadi regionların sərhədləri isə dünyanın xəritəsində baş

verən keyfiyyət dəyişiklikləri ilə əlaqədar tez-tez dəyişə

bilər.

Dünya ölkələri inkişaf xüsusiyyətlərinə görə olduqca

müxtəlifdirlər. Onun bir hissəsinin dünya təsərrüfatının

əsasını təşkil edən İEÖ-dir.İEÖ sırasına 50-dən çox dünya

dövlətləri daxildir. Bu ölkələrdə dünya əhalisinin 20%-

dən çoxu yaşayır. Ancaq dünyanın ÜDM-un 80%-i bu öl-

kələrdə istehsal olunur və hər nəfərə 19 min dollar ÜDM

düşür. Bu onu göstərir ki, İEÖ dünya iqtisadiyyatında və

Beynəlxalq Əmək Bölgüsündə digər ölkələrə nisbətən

aparıcı mövqeyə malikdirlər. Bu ölkələrin təsərrüfat quru-

luşu ixrac yönümlü açıq-liberal iqtisadiyyat kimi xarakte-

rizə edilir. Bu ölkələr dünya ixracatının 75%-ni təşkil edir-

lər. İEÖ-də kənardan işçi qüvvəsi və xammal qəbulu, iri

kapital ixrac etmələri onların xarakterik xüsusiyyətləridir.

Nisbətən kiçik təsərrüfat qrupu, digər hissəsini isə əksər

halda sosial iqtisadi inkişaf səviyyəsinə görə geridə qalan

Asiya, Afrika, Latın Amerikası və Okeaniyanın çoxsaylı

İEOÖ-lər qrupu təşkil edir. BMT-nin metodologiyasına

müvafiq olaraq hər hansı bir ölkənin sosial-iqtisadi inkişaf

səviyyəsinin mühüm göstəricilərindən biri adambaşına is-

tehsal etdiyi ümumi məhsuludur. Bununla əlaqədar, üçün-

Page 153: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

153

cü mövzuda müvafiq cədvəl verilmişdir.

Dünya ölkələrinin inkişafları mal-məhsul ixrac və id-

xalı ilə əlaqədar məlumatdan da fərqləndiyini görmək olar.

Cədvəl 29

Dünyanın ən çox və az mal-məhsul idxal –ixrac edən

20 ölkəsi

№ Ölkə

İxrac,

mlrd

dollar

№ Ölkə

İdxal,

mlrd

Dollar

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Almaniya

Çin

ABŞ

Yaponiya

Fransa

İtaliya

Niderland

Rusiya

Böyük

Britaniya

Kanada

Cənubi Koreya

Belçika

Sinqapur

Səudiyyə

Ərəbistanı

Meksika

İspaniya

İsveçrə

BƏƏ

Malayziya

Braziliya

1498

1435

1277

746,5

601,9

546,9

531,7

471,6

466,3

459,1

433,5

371,5

342,7

313,4

291,3

285,9

241,3

239,2

198,7

197,9

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

ABŞ

Almaniya

Çin

Yaponiya

Fransa

Böyük

Britaniya

İtaliya

Niderland

Cənubi Koreya

İspaniya

Kanada

Belçika

Hindistan

Sinqapur

Meksika

Rusiya

İsveçrə

Polşa

Avstraliya

Türkiyə

2117

1232

1074

708,3

692,0

639,3

546,9

474,8

427,4

415,5

415,2

387,7

315,1

309,6

308,6

291,9

227,4

204,4

194,2

193,9

Page 154: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

154

Göründüyü kimi elə ölkələr vardır ki, onların mal-məhsul ixracı az, idxalı çoxdur və yaxud əksinədir.

Sosial-iqtisadi inkişaf səviyyəsinə görə dövlətlər ti-pologiyasında, yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dəqiq sosial-iqtisadi sərhəd yoxdur. Daha varlı (ABŞ, Qərbi Avropa ölkələri, Yaponiya, Kanada, Avstraliya və b.) və daha kasıb ölkələr (Banqladeş, Əfqa-nıstan, İordaniya, Salvador, Honduras, Tropik Afrika ölkə-ləri və b.) bir növ özünəməxsus sosial-iqtisadi qütblərdir. Artıq bu gün inkişaf etməkdə olan ölkələrin bir qurupunun məs. Koreya Respublikasını, Tayvanı, Sinqapuru, Brazili-yanı, Argentina, Meksika, Türkiyə və b. bir sıra ölkələri iqtisadi göstəricilərə görə dünyanın sənaye cəhətdən yeni inkişaf etmiş dövlətlərinə aid etmək olar.

Artıq 80-ci illərin axırlarında Avropada keçmiş QİYŞ və AİB ölkələrinin sərhədləri arasında əhalinin hə-yat səviyyəsində, iqtisadi inkişafın artım sürətində və tex-niki tərəqqidəki fərqlər açıq aydın gözə çarpırdı.

Sənaye cəhətdən inkişaf etmiş ölkələr dünya təsərrü-fatında hakim mövqe tuturlar. Onlara AİƏT daxil olan 24 ölkə aiddir. Bu dövlətlərin hamısı Yaponiya istisna olmaq-la Qərbi Avropa ölkələri və ya onların törəmələridir. Onla-rı milli təsərrüfat çərçivəsində, sosial-iqtisadi planda vahid təkrar istehsal prosesi iqtisadiyyatın intensiv inkişaf tipi, məhsuldar qüvvələrin yüksək inkişaf səviyyəsi fərqləndi-rir. Bu yarım sistem ölkələrində dünya əhalisinin 15,6% yaşayır. Ancaq onlarda dünyanın iqtisadi və elmi-texniki potensialının çox böyük hissəsi cəmlənmişdir. Təsərrüfat etibarilə inkişaf etmiş Qərb ölkələrinin daxili və xarici iq-tisadi siyasətini elmi-texniki tərəqqinin inkişaf istiqamət-ləri və dünya təsərrüfatındakı struktur yenidənqurmaları, dünya bazarının vəziyyəti müəyyən edir.

Page 155: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

155

Ölkələrin sistemlərə bölünməsində onların iqtisadi potensialının səviyyəsi də əsas rol oynayır. O, təkcə inki-şaf səviyyəsindən deyil, eyni zamanda məhsuldar qüvvələ-rin miqdarı, əhalinin sayı, ərazinin böyüklüyü, təbii resurs-larla zənginliyindən asılıdır. Ona görə də bəzən Çin, Hin-distan ayrıca yarımqrup kimi xarakterizə edilir. Qeyd etdi-yimiz əlamətlərdən başqa dünya dövlətləri digər meyarlar əsasında da müəyyən qruplara bölünür.

Milli iqtisadiyyatın inkişafına görə qruplar bölünmə-si xüsusi yer tutur. Bu meyara görə dünya dövlətləri üç qrupa bölünür:

1. Sənayecə inkişaf etmiş ölkələr. 2. Keçid dövrü ölkələri (keçmiş sosialist və ya iqtisa-

diyyatı mərkəzdən planlaşdırılan və idarə olunan). 3. İnkişaf etməkdə olan ölkələr. Qeyd etdiyimizdən başqa dünya ölkələri təsərrüfatçı-

lıq modelinə görə də qruplaşdırılır. Dünya təsərrüfat siste-minə daxil olan bütün ölkələr üç qrupa bölünür:

1. Sırf bazar iqtisadiyyatı modeli əsasında fəaliyyət göstərən dövlətlər. Bura daxildir –Honkonq, Malayziya, Cənubi Koreya, Tailand, Sinqapur və s.

2. Planlı təsərrüfatçılıq modeli əsasında iqtisadiyyatı inkişaf edən ölkələr. Bura daxildir: (Çin, Kuba, Yuqosla-viya, Şimali Koreya, Monqolustan)

3. Tənzimlənən (qarışıq) iqtisadiyyat modeli əsasın-da inkişaf edən ölkələr. Bu qrupa yuxarıda adlarını qeyd etmədiyimiz dövlətlər daxildir.

Ərazi və əhalisinin sayına görə də Dünya ölkələri qruplara bölünür.

Hazırda dünyada 200-dən artıq ölkə və ərazi vardır. 1992-ci ildə müstəqil dövlətlərin sayı 180-i ötmüşdür. Dünya ölkələrinin sayca çox olması, təbiidir ki, onların

Page 156: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

156

qruplaşdırılmasını tələb edir. Müasir dünya ölkələrini müxtəlif meyarlara –etnik

və dini tərkibinə, idarəetmə, inzibati ərazi quruluşunun formalarına, iqtisadi, coğrafi mövqeyə görə qruplaşdırır-lar. Ancaq onların içərisində ərazisinin ölçüsünə və əhali-nin sayına görə qruplaşdırılma da geniş yayılmışdır.

Dünya iqtisadiyyatı və siyasətindəki mövqeyinə görə bu ölkələri iki qrupa bölürlər. Birinci qrupa “böyük yeddi-lər” (hazırda buraya Rusiya Federasiyası da qoşulmuşdur) ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtali-ya və Kanada daxildir.

İkinci qrupu yüksək dərəcədə inkişaf etmiş İsveçrə, Avstriya, Avstraliya İttifaqı və başqa İEÖ-lər təşkil edir. Bu qrupun ayrı-ayrı ölkələri dünya ticarətində və siyasə-tində görkəmli yer tuturlar.

Keçid dövrü ölkələri: (Keçmiş sosialist ölkələri və ya iqtisadiyyatı mərkəzdən planlaşdırılan ölkələr). Bu ölkələr də inkişaf etmiş ölkələr sırasına daxil edilirdilər.

Sxem 5

Sosial-iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin təsnifatı

İnkişaf etmiş

ölkələr İQTİSADİ CƏHƏTDƏN

İNKİŞAF ETMİŞ

ÖLKƏLƏR

İnkişaf

etməkdə olan

ölkələr

Böyük yeddilik

ABŞ Kanada

Yaponiya İtaliya

Almaniya Fransa

Böyük Britaniya

İsrail, Avstraliya, Yeni Zelandiya

Daha az inkişaf

etmiş iri

ölkələr

(Avropa

ölkələri)

Keçid iqtisadiyyatlı İEÖ

Şərqi

Avropanın Postsosiali

st ölkələri

MDB

ölkə

ləri

Serbiya və Çernoqoriya,

Sloveniya, Makedoniya,

Ruminiya, Macarıstan və s.

Page 157: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

157

Lakin iqtisadiyyatın idarə edilməsində inzibati-amir-lik metodları, ETT-nin zəif inkişafı bu qrup ölkələrin iqti-sadi artım sürətinin, əmək məhsuldarlığının artımını lən-gitmişdir. Eyni zamanda demoqrafik problemlər, millətlər-arası münasibətlər kəskinləşmişdir. Bu ölkələrdə əhalinin həyat səviyyəsi aşağı düşmüş və cəmiyyətdə güclü maliy-yə çətinlikləri meydana gəlmişdir. Bu ölkələrin hamısının təsərrüfatında ağır vəziyyət yaranmış, özəlləşdirmə yarım-çıq xarakter daşıdığı üçün bazar iqtisadiyyatına keçid pro-sesi çox çətin keçir. Onlarda köklü iqtisadi islahatların aparılması, iqtisadiyyatda liberallaşma aparıldıqdan sonra inkişaf səviyyələrinə görə özlərinin hansı tipə məxsus ol-duqlarını müəyyənləşdirməkdə çətinlik yaranmışdır.

İnkişaf etməkdə olan ölkələr: Dünya ölkələrinin ək-səriyyəti, əsasən Asiya, Afrika, Latın Amerikası və Oke-aniyanın keçmiş müstəmləkə ölkələri bu qrupa daxildir. İEOÖ qurupunun çox böyük daxili müxtəlifliyinə baxma-yaraq, onlar bir çox ümumi əlamətlərə malikdirlər. Bu ümumi xassələr onların müstəmləkə keçmişindən irəli gə-lir. Bunlarla iqtisadi və sosial inkişafda gerilik, beynəlxalq coğrafi əmək bölgüsündə asılılıq, iqtisadiyyatın aqrar-xammal və mineral xammal xarakter daşıması, kapitalizm-dən əvvəlki təsərrüfat formalarının qalması, İEO-in olduq-ca böyük borcları və s. aiddir. Bütün bunlar zəif inkişaf etmiş ölkələri müasir bir tipoloji qrupda birləşdirməyə im-kan verir.

11.2. İEÖ qrupunun ümumi oxşar əlamətləri, istisadi

və sosial fərqləri.

Təbii şərait, etnik vəziyyət və tarixi proseslərin xüsu-

siyyətlərinin müxtəlifliyinə baxmayaraq bütün inkişaf et-

Page 158: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

158

miş ölkələr ümumi oxşar tipoloji xüsusiyyətlərə malikdir-lər. Bunlara əsasən aşağıdakılar aiddir:

1.Bütün sənaye cəhətdən inkişaf etmiş kapitalist öl-kələrində (CAR istisna olmaqla) əhalinin təkrar artımının, ona mənsub olan xüsusiyyətləri ilə birinci tipinin oxşar demoqrafik vəziyyət mövcuddur. Əhalinin tədricən “qo-calması” və iqtisadi aktiv əhalinin payının azalması və .s buna misal ola bilər.

Bütün ölkələrdə ölümün sabitləşməsi şəraitində do-ğumun azalması ənənəsi kəskin nəzərə çarpır. Bu da məh-suldar qüvvələrin tərkibinin qismən də olsa inkişafına mənfi təsir göstərir.

2. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın sosial-iqtisa-di inkişaf amillərinin eyni olması və istehsalın təmərküz-ləşməsi və dövlət inhisarı kapitalizminin hakim olması əsas oxşar cəhətlərdəndir. Ayrı-ayrı ölkələrdə istehsalın idarə edilməsinin kiçik qrup, lakin nəhəng inhisarların əlində cəmlənməsi; Həmin müəssisələrdə aparıcı sahələ-rin, sənaye məhsullarının 2/3 istehsal olunması; İnhisarla-rın təsirinin digər fəaliyyət sahələrinə və dövlət həyatına nüfuz etməsi; Yeni sahələrin təmərküzləşməsinin yüksək olması; Maşınqayırma və kimya sənayesinin üstün inkişa-fı; hər bir ölkədə bu sahələrdə üç-beş inhisarçının hakim mövqe tutması da qeyd etdiyimiz ümumi xarakterik xüsu-siyyətlərdəndir.

3. Dövlətin istehsalın müəyyən mərhələsində sahib-kar rolunda çıxış etməsi və təsərrüfatın inkişafının tənzim-lənməsinə çalışması.

4. Ölkələrin əksəriyyətinin öz sənayesini mineral xammal ehtiyatları ilə təmin edə bilməməsi. Qeyd edək ki, Kanada, CAR, ABŞ və Avstraliya istisna olmaqla bütün ölkələr öz sənayelərinin mineral ehtiyatlara olan tələbatla-

Page 159: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

159

rını ödəmirlər. Onlar inkişaf etməkdə olan ölkələrdən ya-nacaq (neft) və lazım olan bütün təbii ehtiyatları, o cümlə-dən dəmir filizini gətirirlər. İstehsalın təbii ehtiyatları, o cümlədən dəmir filizini gətirirlər. İstehsalın inkişaf tempi artdıqca yanacaq və xammala olan ehtiyac da çoxalır ki, nəticədə inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan öl-kələr arasında qarşılıqlı əlaqələr daha da genişlənir.

5. İnkişaf etmiş ölkələr qrupu çərçivəsində iqtisadiy-yatın makro və mikro strukturları oxşardır. Sənayedə ümu-mi daxili məhsulun payı 66%-ə çatır. Qeyri istehsal sahə-ləri, sosial və xidmət infrastrukturu sürətlə artır. Kənd tə-sərrüfatının xüsusi çəkisi ümumi daxili məhsulda azalır. Bütün ölkələrdə, hətta mineral ehtiyatlar ixrac edən (Ka-nada, Avstraliya) dövlətlərdə də hasil etmə və emal səna-yesi arasındakı fərq sonuncunun xeyrinə olaraq son illərdə xeyli dəyişmişdir. İnkişaf etmiş ölkələrdə mütərəqqi səna-ye sahələrindən elektroenergetika, maşınqayırma, kimya sənayesi aparıcı rol oynamışlar. Kənd təsərrüfatında hey-vandarlıq, bitkiçilikdə isə yem bitkiləri istehsalı üstün yer tutur.

İnkişaf etmiş bütün ölkələrin təsərrüfatlarının ərazi strukturu müxtəlif dərəcədə təşəkkül tapmış iqtisadi ra-yonlarla xarakterizə olunur.

Onlar kapitalizmin qeyri-bərabər inkişaf qanunu əsa-sında təşəkkül tapmışlar. Və hazırda da bu cəhət onların inkişafı istiqamətlərini müəyyənləşdirir. İkinci dünya mü-haribəsi illərində və müharibədən sonrakı dövrdə digər ra-yonlarda da çoxlu sənaye və infrastruktur müəssisələri ti-kilmiş, şəhərlər sürətlə böyüməyə başlamışdır.

6.Bütün inkişaf etmiş kapitalist ölkələri yüksək urba-nizasiyalıdırlar. Qərbi Avropa ölkələrində şəhər əhalisinin payı 50%-dən artıqdır. İsveç, Belçika, Almaniya kimi öl-

Page 160: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

160

kələrdə şəhər əhalisinin sayı 80-88%; Okeanın o tayında olan ölkələrdə (CAR-dan başqa) əhalinin 70-75%-i şəhər-lərdə yaşayır. Urbanizasiyanın daha da inkişaf edərək də-rinləşməsini böyük şəhərlərin getdikcə artmasında, nəhəng şəhər aqromerasiyalarının təşəkkül tapması və ətraf aqlo-merasiyalarla birləşməsi ilə əlaqələndirirlər. İnkişaf etmiş kapitalist ölkələrində dünyanın ən böyük şəhərləri –Tokio, Nyu-York, Paris, London və əhalisinin sayı on mln-dan artıq olan şəhər aqlomerasiyaları yerləşir.

7. Əhali və istehsalın müəyyən areallarda cəmlənmə-si ətraf mühitin çirklənməsini gücləndirir.

Şəhər aqlomerasiyaları və onların ətrafında ekoloji şərait kəskin surətdə də pisləşmişdir. Atmosfer zərərli tul-lantılarla zəhərlənmiş, çaylar və sahil suları neft örtüyü ilə örtülmüş, bütün canlıları məhv edir, şəhərlər tullantılar və çirkab suları ilə çirklənmişlər. Bütün bu göstərilənlər nəti-cəsində içməli suların ehtiyatı azalır və texniki sular çatış-mır.

8. Bütün inkişaf etmiş kapitalist ölkələri üçün şəhər-lərin sosial problemləri ümumidir. Böyük şəhərlərdə aşağı əmək haqqı alan fəhlələr, işsizlər və qulluqçular toplaş-maqla sosial əksliklər yaradırlar. Şəhərlərdə milli azlıqla-rın məskunlaşması milli münaqişələri kəskinləşdirir ki, bununla da kapitalist ölkələri mübarizə aparmaqda acizlik çəkirlər.

9. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın hərbiləşdiril-məsi, maliyyə və maddi istehsal məhsullarının böyük his-səsini təşkil edir – (“udur”).

İnkişaf etmiş ölkələrin müasir inkişaf səviyyəsinə çatmasında iqtisadi inteqrasiya aparıcı rol oynamışdır. İn-teqrasiya prosesi dünya iqtisadiyyatının beynəlmiləlləşmə-si nəticəsində sürətlə inkişaf edir.

Page 161: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

161

11.3. İnkişaf Etmiş Ölkələrin rəqabət mərkəzləri

İnkişaf etmiş ölkələr üç rəqabət mərkəzində təşəkkül

tapmışlar. Onların iqtisadi potensiallarını aşağıdakı kimi

təhlil etmək olar. Dünya iqtisadiyyatının “modeli” yavaş-

yavaş mürəkkəbləşmişdir. XIX əsrin axırlarına qədər sosi-

al-iqtisadi göstəricilərin bütün növlərinə görə bir mərkəz,

Qərbi Avropa üstünlük təşkil edirdi. Sonra birinciliyi ələ

keçirən ikinci mərkəz ABŞ yaranmışdır. İkinci dünya mü-

haribəsindən sonra iqtisadiyyatını sürətlə inkişaf etdirən

Yaponiya üçüncü mərkəzə çevrilmişdir. Beləliklə, bu qrup

ölkələr arasında üç başlıca mərkəz təşəkkül tapmışdır:

ABŞ, Qərbi Avropa və Yaponiya.

Müharibədən sonrakı ilk illərdə ABŞ-ın Qərbi Avro-

pa və Yaponiyadan üstünlüyü hiss olunurdu. Həmin illər

ABŞ başqa kapitalist ölkələrinə nisbətən sürətlə silahlan-

maya daha böyük vəsait ayırmış və bu da onun iqtisadiy-

yatının normal inkişafını ləngitmişdir. Nəticədə bu qrup

ölkələrin sənaye istehsalında onun payı 1946-cı ildə 56%-

dən 90-cı illərin əvvəllərində 37% -ə enmişdir.

Rəqabət “üçbucağında” qüvvələrin yeni bölgüsü

ABŞ-ı iqtisadi inkişafın yeni strategiyasını işləyib hazırla-

mağa məcbur etmişdir. (milli iqtisadiyyatın əsaslı sürətlə

yenidən qurulması, elm, tutumlu sahələrin daha sürətlə in-

kişafı və s.) həm də Birləşmiş Ştatların hakim dairələri 70-

ci illərdən başlayaraq Qərbi Avropa ölkələrinin, Yaponi-

yanın və eləcə də Kanada və Avstraliyanın iqtisadi poten-

sialını və əhali arasında geniş istehlak xarakteri daşıyan

məhsulların rəqabət qabiliyyətini süni məhdudlaşdırmaq

məqsədi ilə onları da böyük vəsait tələb edən silahlanma-

ya, “ulduz müharibələrinə” cəlb edir.

Page 162: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

162

1) Dünya təsərrüfatında payının azalmasına baxma-

yaraq Birləşmiş Ştatlar əvvəllər olduğu kimi yenə də pla-

netimizin “bir nömrəli” coğrafi mərkəzidir. Bu dövlət iqti-

sadi həyatın müasir beynəlmiləlləşdirilməsi prosesində bir

növ yeni cərəyanın “generatoru” olaraq qalır. Dünya tica-

rətində keçmiş birinciliyini itirərək, ABŞ bir çox sahələr-

də, xüsusilə, ETİ-nin həyata keçirilməsinə, elektrik enerji-

si, elektron avadanlıqları, Hərbi sənaye, aviaraket –kosmik

istehsalına, AES-lərin gücünə, Kosmos və Dünya Okeanı-

nın mənimsənilməsinə və bir sıra ənənəvi sənaye və kənd

təsərrüfatı sahələrinə, həm də qeyri-maddi istehsal sahəsi-

nə görə dünyada öz “çempion” yerini saxlayır.

İqtisadi rəqabətin ikinci mərkəzi Qərbi Avropadır.

Qərbi Avropada ABŞ-a nisbətən daha çox metalkəsən

dəzgahlar dəqiq və optik cihazlar, traktor, kimyəvi lif,

plastik kütlə, yüngül sənaye məhsulları istehsal edilir.

Onun ixracatı ABŞ-dan üç dəfə çoxdur. Dünyanın mühüm

maliyyə mərkəzidir. Bununla belə bu region ən yeni elm-

tutumlu sahələrə görə xüsusilə robot, yeni materiallar is-

tehsalına, biotexnologiyaya və s. görə ABŞ və Yaponiya-

dan geridə qalır. Qərbi Avropa əsasən “Orta texnoloji” sə-

viyyəli məhsullar istehsal edir. Belə təzahür “texnoloji

fərq” adını almışdır.

2) “Böyük yeddilərə” daxil olan Avropanın başlıca

ölkələri ilə yanaşı regionda kiçik ölkələr də mühüm rol

oynayır. Bu ölkələrin bir çoxu kəskin rəqabət gedən dünya

bazarında onlardan daha güclü olan ölkələrin inhisarları

tərəfindən hələ tutulmayan “boş piştaxtalar” axtarmağa

məcbur olmuşlar. Buna görə də bu ölkələr elmə, ixtisaslı

kadrlara böyük vəsait tələb edən, bir qayda olaraq dünya-

da tanınmış və demək olar ki, “bütün dünya” üçün işləyən

Page 163: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

163

bir neçə bahalı məhsul istehsalı üzrə ixtisaslaşmış və bey-

nəlxalq əmək bölgüsündə iştirakın xüsusi tipini yaratmış-

lar. Onların istehsal etdikləri məhsulların 40-50%-i ixrac

edilir. Belə sahələrə Niderland və İsveçrədə əczaçılıq sə-

naye sahələri, Danimarkada süd sənayesi və pivə çəkmə

üçün avadanlıq istehsalı, İsveçrədə ölçü cihazları, dünyada

tanınmış saat istehsalı və s. aiddir. Bunlarla yanaşı, Nider-

land və Belçika kimi kiçik ölkələrin dəniz sahilində bütün

regiona xidmət edən iri neft emalı və neft-kimya sənayesi

formalaşmışdır. İsveç və Finlandiya regionun başlıca

“meşə sexinə” çevrilmişdir. Həm də bu ölkələr müxtəlif

növ xidmət dairəsi üzrə ixtisaslaşmışlar. Məsələn, İsveçrə

“dünya bankiri” “Seyf dövləti” adlandırılır. Dünyanın ən

böyük portu Rotterdam Avropanın daxili rayonlarına xid-

mət edir. Yunanıstan və Norveç dünyada “beynəlxalq də-

niz daşıyıcısı” kimi tanınmışdır. İspaniya beynəlxalq turiz-

mə “Dünya rekordçusudur”. Haaqada beynəlxalq məhkə-

mə, Cenevrədə BMT-nin bir sıra komissiyalarının, Vyana-

da OPEK-in qərargahı yerləşir, Brüssel AİB-in mərkəzi

sayılır və s.

3) Üçüncü mərkəz olan Yaponiya iqtisadi gücünə

görə ABŞ və Qərbi Avropadan təxminən iki dəfə geridə

qalır. Lakin, son on ildə Yaponiya dünyanın “İki nömrəli

dövlətinə” çevrilmişdir. Yaponiya dünyada sənaye istehsa-

lına və xarici ticarətinə görə müvafiq olaraq ikinci və

üçüncü yerə çıxmışdır. Bu ölkə bir sıra ən mühüm məhsul

növlərinin istehsalına görə (polad, çuğun, gəmi, avtomo-

bil, televizor, videomaqnitafon, süni lif və s.) ABŞ və Qər-

bi Avropanı təxminən iki dəfə geridə qoyur. Lakin bunun-

la belə Yaponiyada əhalinin həyat səviyyəsi Birləşmiş

Ştatlara və Qərbi Avropa ölkələrinə nisbətən aşağıdır.

Page 164: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

164

Dünyada təşəkkül tapmış üç başlıca mərkəz arasında

kapital tətbiqi dairələri, xammal mənbələri, satış bazarı,

ETT-nin həlledici sahələrində üstünlük uğrunda rəqabət

mübarizəsi getdikcə güclənir.

Digər ölkə və regionlar. Sosial-iqtisadi inkişafın yük-

sək səviyyəsinə çatan və başqa regionlarda yerləşən ölkə-

lərin hər birinin təsərrüfatı özünəməxsus ixtisaslaşma ilə

fərqlənir. Məsələn, Kanada və Avstraliya İttifaqı dünyada

ən iri mineral xammal ixracatçılarıdırlar; Yeni Zelandiya,

həm də Avstraliya dünya bazarına yun, ət, yağ və taxıl,

CAR qızıl və almaz, İsrail toxuculuq məhsulları tədarük

edən ölkə kimi çıxış edirlər.

Page 165: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

165

MÖVZU 12. İNKIŞAF ETMƏKDƏ OLAN

ÖLKƏLƏRDƏ (İEOÖ) TƏSƏRRÜFAT

SAHƏLƏRININ FORMALAŞMASI

12.1. İEOÖ-in ümumi səciyyəsi;

12.2. İEOÖ-in ümumi oxşar əlamətləri;

12.3. İqtisadi inkişaf səviyyəsinə görə qruplar.

12.1. İEOÖ-in ümumi səciyyəsi

İnkişaf etməkdə olan ölkələr yarımsisteminə dünya

ölkələrinin 4/5-ü daxildir. Onlarda Yer kürəsi əhalisinin

80%-i yaşayır. İEOÖ sırasına hazırda 130 ölkə daxildir.

Burada dünya əhalisinin 75%-i yaşayır. Dünyadakı ÜDM-

in 20%-i, sənaye məhsulu istehsalının 15%-i, xarici inves-

tisiyalar idxalının xeyli hissəsi İEOÖ-in payına düşür. Hər

nəfərə düşən ÜDM bu ölkələrdə 1300 dollardır. Nəzərə al-

maq lazımdır ki, İEOÖ qrupuna daxil olan ölkələr öz inki-

şaf səviyyəsinə görə bir-birindən xeyli fərqlənir.

İnkişaf etməkdə olan ölkələrin iqtisadi vəziyyəti, on-

ların problemləri bilavasitə bütün dünya insanlarının bö-

yük hissəsinə öz təsirini göstərir. Bu yarımsistemə Yapo-

niya Cənubi Koreya və İsraildən başqa bütün Asiya, CAR-

dan başqa Afrika, həmçinin Latın Amerikası ölkələri da-

xildir. Onları müxtəlif təbii şərait, sosial və iqtisadi səviy-

yəsi xarakterizə edir. Bununla bərabər inkişaf etməkdə

olan ölkələri xüsusi dövlət qrupunda birləşdirən bir sıra

əlamətlər mövcuddur. Bu əlamətləri ümumi sosial, iqtisadi

və tarixi kökləri birləşdirir.

İEOÖ-in Beynəlxalq Əmək Bölgüsündə mövqeyi və

xarici iqtisadi əlaqələrin əsas istiqamətləri aşağıdakılarla

Page 166: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

166

xarakterizə olunur:

-xammal ixracı, hazır məhsul idxalı,

-xarici kapital və texnologiya idxalı.

Bu ölkələr əmək bölgüsündə təbii ehtiyatlar olan ya-

nacaq, enerji, qara və əlvan metal filizləri, kənd təsərrüfatı

xammalı, subtropik bitkilər, həmçinin nisbətən emal edil-

miş xammal (kauçuk, sement, ağac materialları və s.) ixra-

cı üzrə ixtisaslaşmışdır. Ölkələrin iqtisadi inkişaf səviyyə-

si aşağı olduğu üçün onların həmin məhsullara daxili tələ-

batı azdır. Bu məhsulların (xammalın) 50-60%-i İEÖ-in

bazarlarında reallaşdırılır.

12.2. İEOÖ-in ümumi oxşar əlamətləri

Bir çox inkişaf etməkdə olan ölkələrin müasir sima-

sında müstəmləkə və yarımmüstəmləkə dövrünün tarixi

inkişaf təsirləri saxlanılmaqdadır. Bu ölkələrin əksəriyyəti

milli azadlıqlarını mübarizə vasitəsilə əldə etmişlər. İnki-

şaf etməkdə olan ölkələrdə bu günə qədər məhsuldar qüv-

vələrin sənayeləşməyə qədərki və sənayeləşdirmə tipi

mövcuddur.

Mütərəqqilik onlarda çox yavaş həyata keçirilir.

Məhsuldar qüvvələrin müxtəlifliyi Asiya, Afrika və Latın

Amerikası ölkələrində sosial iqtisadi strukturu müəyyən-

ləşdirmişdir.

Onların ümumi oxşar cəhətlərini qeyd edərkən hər

şeydən əvvəl onların müstəmləkə keçmişinin və onunla

əlaqədar təsərrüfatın çoxsistemli olmasını, əhali artımının

sürətli olmasını, həyat səviyyəsinin aşağı olmasını, savad-

sızlığı qeyd edirlər.

Xammalla ehtiyatları üzrə ixtisaslaşmış iqtisadiyyat

Page 167: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

167

və buna uyğun olaraq emal etmə sənayesinin zəif inkişafı,

daxili bazarın da zəif mövqeyi İEOÖ-in əsas cəhətlərin-

dəndir. Buna baxmayaraq bu ölkələrin inkişaf səviyyələri

də müxtəlifdir.

İqtisadi sistemlərin seqmentasiyası əsasən istehsal

formaları: patriarxal və xırda əmtəəçilikdən inhisarçı və

kooperativ ictimai-iqtisadi sistemlər toplusu ilə təqdim

olunur.

Müxtəlif sistemlər iki nisbi muxtariyyat - ənənəvi və

müasir təşkil edir. Ənənəvi sektorda əsasən kənd təsərrü-

fatında kapitalizmə qədərki üsullarla məhsul almaq səviy-

yəsi uzun müddətdir ki, saxlanılır. İEOÖ-in ümumi oxşar

əlamətləri aşağıdakılarla ifadə olunur:

1. Bu qrup ölkələrin böyük əksəriyyətində sosial-iq-

tisadi inkişaf asılı xarakter daşıyır. Müstəmləkə dövlətlə-

rində olduğu kimi indi də bu ölkələr faydalı kapital qoyu-

luşu dairəsi, ucuz əmək və xammal resurslarının mənbəyi

kimi İEÖ-lərin bir növ əlavəsi kimi təmsil olunurlar.

2. Bu qrup ölkələrin əksəriyyətində borc problemi

getdikcə kəskin xarakter alır. Onların borcu 1970-ci illər-

dən (75 mlrd dollar) 1990-cı ilə qədər (1300 mlrd dollar)

17 dəfədən çox artmışdır. Hazırda formalaşan beynəlxalq

əmək bölgüsü İEOÖ-lərin zərərinədir. Onların əksəriyyəti

əvvəlki kimi dünya bazarında ucuz xammallla çıxış edir-

lər. Həm də dünya bazarında xammal və yanacağın qiy-

məti aşağı düşdüyü halda hazır məhsulların qiyməti baha-

laşır. Buna son illər dolların məzənnəsinin qalxması və

“üçüncü dünya” dövlətlərinin milli valyutasının dollara

görə alıcılıq qabiliyyətinin aşağı düşməsi də təsir etmişdir.

İEOÖ-lər öz borclarının ödənilməsi üçün indi daha çox

yerli məhsul satmaq məcburiyyəti qarşısında qalırlar.

Page 168: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

168

Hazırda borc böhranının coğrafiyası getdikcə geniş-

lənmişdir və demək olar ki, bütün İEOÖ-ləri əhatə etmiş-

dir.

Beynəlxalq valyuta fondu (BVF) və Qərbin iri həcm-

də kredit verən bankları belə vəziyyətin yaranmasının sə-

bəbini İEOÖ-lərin aldıqları borcdan səmərəli istifadə et-

məmələri ilə izah edirlər. Lakin borc böhranının yaranma-

sının başlıca səbəbi dünya təsərrüfatında İEOÖ-in asılı və-

ziyyətindən və silahlanmaya cəlb olunmalarından irəli gə-

lir.

İEOÖ arasında bir neçə (Səudiyyə Ərəbistanı, Kü-

veyt, Qatar, Bəhreyn, BƏƏ və s.) borc verən dövlətlər də

mövcuddur. Onlar hətta İEÖ-lərə də borc verirlər. Bu

İEOÖ-lər arasında sosial-iqtisadi inkişaf səviyyəsinə,

adambaşına düşən gəlirin miqdarına görə olduqca dərin

fərqlərin mövcud olduğunu bir daha sübut edir.

3. Bu qrup ölkələrin böyük əksəriyyətində iqtisadiy-

yatın inkişaf səviyyəsi təbii resursların zənginliyi ilə əla-

qədardır.

Asiya, Afrika və Latın Amerikası ölkələrində bir çox

sosial-iqtisadi problemlər məhz təbii resurslar hesabına

həll edilir. İqtisadi geriliyin aradan qaldırılması yarıaclıq

və aclıq ilə mübarizə üçün müvafiq ölkənin torpaq-bitki

resurslarından intensiv istifadə edilir və valyuta mənbəyi

kimi xammal hasilatı genişləndirilir.

4. İEOÖ-lərdə ətraf mühit problemləri daha kəskin

xarakter almış və özünün səciyyəvi əlamətlərinə malikdir.

Əvvələn, bu qeyd edildiyi kimi “çirkin istehsalın”

genişlənməsindən irəli gəlir. İkincisi, təbii rüsursların düz-

gün istifadə edilməməsindən meydana gəlir. Sənaye və

kommunal-məişət müəssisələrinin təmizləyici qurğularla

Page 169: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

169

təchiz edilməsinin qeyri-qənaətbəxş olması ilə əlaqədardır.

Həmçinin son illər tropik meşələrin sürətlə qırılması nəti-

cəsində təbii şəraitdə baş vermiş dəyişikliklərlə əlaqədar-

dır.

5. İEOÖ-lərdə demoqrafik vəziyyət demək olar ki,

bir-birinə oxşardır, yəni onlar üçün əhalinin təkrar artımı-

nın ikinci tipi xarakterikdir.

Ümumilikdə bu qrup ölkələrdə iqtisadiyyatın artım

sürəti təsərrüfat geriliyini aradan qaldırmaq üçün tələb

olunan səviyyədən azı iki dəfə aşağıdır. Bu ölkələrin əksə-

riyyətində əhalinin hələ də sürətli artması (adətən 2-3%)

belə vəziyyəti bir daha ağırlaşdırır. Bu ölkələrin başlıca

vəzifəsi olduqca yüksək doğum səviyyəsinin mümkün qə-

dər azaltmaqdan ibarətdir.

6. Bu qrup ölkələrin böyük əksəriyyətində şəhər

əhalisinin payı ümumdünya göstəricilərindən aşağıdır.

Əhalinin cəmi 40%-i şəhərlərdə yaşayır. Bu göstərici La-

tın Amerikası üçün 60, Afrika və cənub-şərqi Asiya üçün

30%-ə qədər, Cənubi Asiya üçün 25% təşkil edir. Bu qrup

ölkələrdə urbanizasiya prosesi sürətlə gedir. Bunu bir daha

BMT-nin ən yeni proqnozları təsdiq edir və proqnozlara

müvafiq olaraq 2000-ci ildə dünyanın ən iri 30 aqlomera-

siyasından 19-u inkişaf etməkdə olan ölkələrdə olacaqdır.

Bunların arasında: Mexiko (31 milyon), San-Paulu (26

milyon), Rio-de-Janeyro (19 milyon), Bombey, Kəlkəttə

və Cakarta (hərəsində 17 mln nəfər), Mədrəs (13 mln),

Buenos-Ayres, Manila, Banqkonq, Kəraçi, Dehli və Boqo-

ta (hər birində təxminən 12 mln nəfər) kimi iri mərkəzlər

başlıca yer tutacaqlar.

7. Müstəqillik illərində İEOÖ-nin təsərrüfatının sa-

həvi strukturunda xeyli dəyişikliklər baş vermişdir. Bu

Page 170: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

170

qrup ölkələrdə sənaye kənd təsərrüfatına nisbətən daha sü-

rətlə inkişaf etmiş və onlardan bir çoxu maddi nemətlər is-

tehsalında birinci yerə çıxmışdır. Lakin emaledici sənaye-

nin strukturunda hasilat, yüngül və yeyinti sənayesi üstün-

lük təşkil edir. Əksər ölkələrdə kənd təsərrüfatı hələ də iq-

tisadiyyatın başlıca sahəsidir. Kənd təsərrüfatında bitkiçi-

lik üstün yer tutur. Kənd təsərrüfatında iki –istehlak və ix-

racat bölmələri fərqlənir. İstehlak bölməsi yüz milyonlarla

kiçik təsərrüfatlarda təşkil olunmuşdur.

İxracat bölməsi iri, yaxşı təşkil olunmuş təsərrüfat-

larla təmsil olunur. Bu təsərrüfatlar yaxşı torpaqları tutur,

muzdlu fəhlə qüvvəsindən maşın, gübrə və suvarmadan

geniş istifadə edir.

Nəqliyyat da bu qrup ölkələrin sənaye və kənd təsər-

rüfat kimi iqtisadiyyatın geri qalmış sahəsidir. Bir yaxud

iki növ nəqliyyatın üstünlüyü səciyyəvidir. Hindistan, Pa-

kistan, Braziliya və Argentinada dəmir yolu, Yaxın və Or-

ta şərqdə boru kəməri, tropik Afrikada çay nəqliyyatı üs-

tünlük təşkil edir.

İEOÖ-də qeyri-maddi istehsal sahələrinin sayı sürət-

lə artır.

8. Bu qrup ölkələrdə təsərrüfatın ərazi strukturu, yəni

onun coğrafiyası hələ müstəmləkə yaxud yarımmüstəmlə-

kə dövründə formalaşmışdır. Əksər ölkələrdə ixracat əhə-

miyyətli təbii resurslar və ərazilər təsərrüfat cəhətdən daha

yüksək dərəcədə mənimsənilmişdir. Onların iqtisadiyyatı

və siyasətində bir yaxud, maksimum iki-üç başlıca bölgə

və mərkəz hakim mövqe tutur.

İndi İEOÖ-lər inkişafının mürəkkəb mərhələsini ke-

çirlər. Onların bir qrupu bərabər hüquqlu beynəlxalq iqti-

sadi qaydaların yaradılması uğrunda mübarizəni güclən-

Page 171: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

171

dirmiş, siyasi və iqtisadi müstəqilliyini nöhkəmləndirmiş,

öz əhalisinin sosial vəziyyətini xeyli yaxşılaşdırmışdır. Di-

gər ölkələr isə müstəmləkəçilikdən irs qalmış geriliyin da-

ha tez aradan qaldırmaq məqsədi ilə mühüm sosial-iqtisadi

islahatlar həyata keçirirlər.

İnkişafın həyata keçirilməsinin ən mühüm yolu ölkə-

nin sənayeləşdirilməsidir. Sənaye sahələrində müəyyən

nailiyyətlər əldə etmiş ölkələr onun köməyi ilə maddi is-

tehsalın ikinci ən mühüm sahəsi olan kənd təsərrüfatında

“yaşıl inqilab” həyata keçirirlər. Nəticədə Meksikada, Cə-

nub və Cənub-Şərqi Asiyanın əksər ölkələrində buğda və

çəltiyin məhsuldarlığı iki-üç dəfə artmış, əhalinin ərzaq

məhsullarına tələbatı ödənilmişdir.

12.3. İqtisadi inkişaf səviyyəsinə görə qruplar

Adətən “üçüncü” dünya ölkələrini tarixi –coğrafi re-

gionlara görə ayırırlar (Afrika, Latın Amerikası ölkələri,

Yaxın və Orta Şərq və s.). Belə bölgü İEOÖ-lərin iri regi-

onlarının sosial-iqtisadi inkişafının öyrənilməsinə imkan

verir. Lakin bu regionları diqqətlə öyrəndikdə məlum olur

ki, coğrafi yaxınlığa baxmayaraq, sosial-iqtisadi oxşarlıq

cəhətdən onların arasında dərin fərqlər var (məsələn, Afri-

kada, Şimali Afrika ölkələri ilə Tropik Afrika ölkələri, Cə-

nub-Qərbi Asiyada Küveyt ilə Əfqanıstan, Cənubi Asiya-

da Hindistan və Butan, cənub-şərqi Asiyada Myanma ilə

Sinqapur arasında və s.). Buna görə də, İEOÖ-lərin qrup-

laşdırılmasında onların inkişaf səviyyəsini, təsərrüfatın sa-

hə strukturunu və başqa əlamətləri nəzərə almaq lazımdır.

Belə yanaşma bu ölkələrin müasir vəziyyətini, yaxın gələ-

cəyini daha dəqiq əks etdirir. Bu göstəricilərə görə “üçün-

Page 172: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

172

cü dünya” ölkələrini 5 qrupa ayırmaq olar.

Birinci qrupa - Latın Amerikası ölkələrindən Brazili-

ya, Argentina, Meksika, Çili, yeni sənayeləşdirilmiş ölkə-

lər (YSÖ) və “kiçik əjdahalar” adlanan Sinqapur, Koreya

Respublikası, Honqonq, Tayvan aid edilir. Bu qrup ölkələr

adambaşına düşən milli gəlirə, təsərrüfatın müasir sahə st-

rukturuna, emaledici sənaye məmulatlarının ixracatına gö-

rə nisbətən yüksək səviyyəyə çatmışlar. Onlar inkişaf et-

miş və inkişaf etməkdə olan ölkələr arasında aralıq mövqe

tuturlar. Tayvan və Sinqapur, Türkiyə isə əksər göstərici-

lərə görə İEÖ-lərə çatmış və hətta onları ötüb keçmişdir.

İkinci qrupa – Çin, Hindistan, Pakistan, ASEAN öl-

kələri (Sinqapur və Bruney istisna olmaqla) İran, Koreya

Xalq Demokratik Respublikası və Uruqvay aid edilir. Bu

qrupa MDB ölkələrinin əksəriyyəti daxildir. Bu qrup ölkə-

lərin əksəriyyəti iqtisadi inkişaf üçün böyük ərazi, əmək

və təbii resurs potensialına malikdir. Onlar beynəlxalq iq-

tisadi əlaqələr sistemində görkəmli yer tuturlar. Lakin bu

ölkələr əhalinin adambaşına düşən məhsul istehsalına, tə-

sərrüfatın strukturunda müasir sahələrin xüsusi çəkisinə və

iqtisadi inkişafı müəyyən edən digər göstəricilərə görə hə-

lə ki, geridə qalırlar.

Üçüncü qrupa - zəngin təbii resurslarla, xüsusilə neft

və qaz resurslarına malik olan ölkələr aid edilir. Bu ölkələr

qrupuna - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qatar, Bəh-

reyn, Bruney, Venesuela, Liviya və s. daxildir. Bu ölkələr

neft ixracatından əldə edilən dollarlar hesabına sürətlə in-

kişaf etmişlər. Onların çoxu yerli əhalinin sosial təminatı-

na görə hətta İEÖ-ləri ötüb keçmişdir. Bu ölkələr üçün ol-

duqca böyük məbləğdə maliyyə vəsaitinin toplanması,

adambaşına düşən yüksək gəlir, əlverişli iqtisadi coğrafi

Page 173: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

173

mövqeləri ilə səciyyəvidir. Bu qrupa əhalinin adambaşına

düşən yüksək gəliri ilə fərqlənən Yamayka, Baham adala-

rı, Fici və bir neçə başqa ölkəni də aid etmək olar. Planta-

siya turizm və başqa təsərrfüat sahələrini inkişaf etdirən

bu ölkələr beynəlxalq əmək bölgüsündə fəal çıxış edirlər.

Bütün bunların sayəsində də həmin ölkələr kapitalizmin

orta inkişaf səviyyəsinə çatmışlar. Birinci, ikinci və üçün-

cü qruplarda TMK-lər (trans milli korparasiyalar) ilə sıx

əlaqədə olan “yerli” iri kapitalist inhisarları yaranmışdır.

Dördüncü qrupa - sosial iqtisadi inkişaf səviyyəsinə

görə İEOÖ-lər arasında orta mövqe tutan əhalinin adam-

başına illik gəliri 1000 dollardan artıq olmayan dövlətlər

birləşirlər. Bu qrupa Şimali Afrika ölkələri, Liberiya, Qa-

na, Qvineya, Latın Amerikası ölkələrinin əksəriyyəti, Asi-

yada Monqolustan, Vyetnam və s. daxildir.

Beşinci qrupa - adambaşına 500 dollaradək milli gə-

liri olan “kasıb ölkələr” daxildir. Bu BMT-nin siyahısında

təsdiq edilmiş 40-dan artıq əsasən Afrika və Asiya ölkələ-

rinin daxil olduğu ən geridə qalmış ölkələrin qrupudur. Bu

qrupa Mali, Çad, Niger, Mərkəzi Afrika Respublikası,

Efiopiya, Somali, Ekvatorial Qvineya, Malavi, Benin,

Botsvana, Əfqanıstan, Banqladeş, Laos, Kampuçiya, Ne-

pal, Yəmən respublikası, Myanma və s. daxildir.

Page 174: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

174

MÖVZU 13. MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ

ÖLKƏLƏRİNDƏ MƏHSULDAR QÜVVƏLƏRİN

İNKİŞAFI VƏ YERLƏŞMƏSİ

13.1. Azərbaycan Respublikasında təsərrüfat sahələrinin

formalaşması;

13.2. Rusiya Federasiyasında təsərrüfat sahələrinin

formalaşması;

13.3. Ukrayna Respublikasında təsərrüfat sahələrinin

formalaşması;

13.4. Qazaxıstan Respublikasında təsərrüfat sahələrinin

formalaşması.

13.1. Azərbaycan Respublikasında təsərrüfat

sahələrinin formalaşması

Müstəqil Dövlətlər Birliyi (MDB) – Sovet İttifaqı

dağıldıqdan sonra 1991-ci il dekabrın 8-də Rusiya, Ukray-

na, Belarus tərəfindən öz aralarında siyasi, iqtisadi, mədə-

ni əlaqələri genişləndirmək məqsədilə yaradılan təşkilat-

dır.

Daha sonralar Azərbaycan, Qazaxıstan, Qırğızıstan,

Moldova, Tacikistan, Türkmənistan, Ermənistan, Özbəkis-

tan 1991-ci il dekabrın 21-də MDB-yə qoşulmaq haqqında

razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı 1993-cü

ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tamhüquq-

lu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən

Gürcüstan 2008-ci ilin avqyust ayında Rusiya ilə münasi-

bətləri kəskinləşdikdən sonra həmin qurumun üzvlüyün-

Page 175: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

175

dən çıxmışdır.

Azərbaycan Respublikası.Respublikanın ərazisi –

86,6 min kv.km, əhalisi 9,3 mln nəfərdən çoxdur. Hər

kv.km-ə 107 nəfər düşür. 2012-ci ildə ölkənin ümumi illik

istehsalı – 54 milyard manat, hər nəfərə düşən illik məhsul

istehsalı 5884 manat (7490 dollar) təşkil edir.

Dövlət quruluşu 1995-ci ildə qəbul edilmiş Konstitu-

siyaya – Əsas qanuna əsasən Azərbaycan Respublikası

idarəetmə formasına görə prezident respublikasıdır. Qa-

nunvericilik orqanı Milli Məclisdir. İcraedici orqan Nazir-

lər Kabinetidir. Dövlətin başçısı 5 ildən bir ümumi səsver-

mə yolu ilə seçilən Prezidentdir.

Dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi, Dövlət

himnidir.

Dövlət bayrağı Azərbaycan Respublikasının suve-

renliyinin simvoludur. O, Qanunla 5 fevral 1991-ci ildə

təsdiq olunmuşdur. Dövlət bayrağı bərabər enli və bərabər

uzunluqlu üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi

rəngdə olmaqla türkçülüyün, orta zolaq qırmızı rəngdə ol-

maqla müasirliyin və demokratiyanın aşağı zolaq yaşıl

rəngi anlatmaqla, islamçılığın rəmzi sayılır. Qırmızı zola-

ğın ortasında, bayrağın hər iki üzündə xoşbəxtliyin və

əminamanlığın simvolu sayılan ağ rəngli aypara və 8 gu-

şəli ulduz təsvir olunmuşdur. Azərbaycan Respublikasının

Dövlət himni isə 27 may 1992-ci ildə təsdiq edilmişdir.

Azərbaycan çox əlverişli fiziki –coğrafi, iqtisadi-

coğrafi, geosiyasi mövqeyə malikdir. Azərbaycan 18 ok-

tyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Türkiyə,

Mərkəzi Asiya dövlətləri ilə iqtisadi-coğrafi mövqeyi bir

daha xüsusi əhəmiyyət kəb etməyə başlamışdır. Xəzər

hövzəsində dünyanın üçüncü böyük neft rayonunun kəşfi,

Page 176: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

176

hasilat və yanacağın dünya bazarına çıxarılması ilə əlaqə-

dar olaraq Azərbaycan Respublikasının geosiyasi mövqe-

yinin əhəmiyyəti və rolu ölçüyəgəlməz dərəcədə əhəmiy-

yətli olmuşdur. Qazaxıstan və Türkmənistanın nefti, qazı

Azərbaycan ərazisindən kəmərlər vasitəsilə qərbə - Avro-

pa bazarlarına nəql edilməkdədir. Ona görədir ki, dünya-

nın ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, İtaliya,

Norveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi dövlətləri və

bir sıra digər qonşu dövlətlər Azərbaycanda özlərinin iqti-

sadi və strateji mövqelərini daha da möhkəmləndirməyə

çalışır.

Azərbaycan özünün dünyada əlverişli mövqeyi sayə-

sində Avropanın inkişaf etmiş ölkələri ilə Asiyanın İEOÖ-

ləri arasındakı ticarət-iqtisadi və mədəni əlaqələrdə fəal iş-

tirak edir və əhəmiyyətli vasitəçilik xidməti göstərir. Əlve-

rişli coğrafi mövqe Bakı hava limanının da beynəlxalq

əhəmiyyətini və onun çox mühüm nəqliyyat qovşağı kimi

rolunu daha da artırır.

Qədim “İpək Yolu”nun 8 sentyabr 1998-ci ildə bərpa

olunması Azərbaycanın Şərqi və Mərkəzi Asiya dövlətləri

ilə Avropa dövlətləri arasında böyük nəqliyyat-ticarət dəh-

lizlərinə çevrilməsinə əhəmiyyətli dərəcədə təkan vermiş-

dir.

Dünyanın 11 iqlim tipindən 9-u Azərbaycanda ol-

maqla iqlimin 65%-i subtropik, 33%-i isə mülayim xarak-

terlidir. Havanın mütləq maksimal temperatur Culfa və

Kürdəmirdə +440C, mütləq minimal temperatur isə 1933-

cü ildə Naxçıvanda – 370C olduğu qeydə alınmışdır. İllik

atmosfer yağıntılarının gedişi qeyri-bərabər olmaqla ən az

Ələt qəsəbəsində96 mm, ən çox 1959-cu ildə Lənkəran –

Astara bölgəsinin Gərgalan sahəsində2767 mm olmuşdur.

Page 177: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

177

Azərbaycan hələ qədimdən təbii sərvətlərdən neft-

qaz diyarı kimi tanınmışdır. Belə yataqlar quruda və Xəzər

akvatoriyasında fəaliyyət göstərir. Neftin geoloji ehtiyatı-

nın 10,5 mlrd ton, qazın isə 2,7 trln kubmetrə qədər oldu-

ğu müəyyənləşdirilmişdir.

Azərbaycanda ehtiyatına görə dünyada Çindəki ya-

taqdan geri qalan, MDB-də isə tayı-bərabəri olmayan,

Daşkəsənin Zəylik sahəsində yerləşən alüminium alınma-

sında istifadə olunan alunitdən, Naxçıvanın Nehrəm sahə-

sində ehtiyatı 1,0 mlrd tona çatan daşduzdan, Yuxarı Ağ-

cakənd ərazisində ehtiyatı 35,2 min t olan gipsdən, Naxçı-

vanda Gümüşlü polimetalından, Kəlbəcərdə Şorbulaq, Ağ-

yataq, Löhçay civəsindən, Daşkəsəndə dəmir filizindən,

Qazax rayonunun Daş Salahlı bentonit gilindən, Tovuzun

Ağdaş seolitindən, çoxsaylı rəngarəng tikinti daşlarından,

Naftalanda müalicə neftindən, ehtiyatı 14 min t olan Hacı-

vəlli kvars qumlarından, Zaqatala-Balakən polimetal filiz-

lərindən, Abşeron və Qobustanda çöküntü duz ehtiyatla-

rından geniş surətdə istifadə olunur.

Su ehtiyatları buraya çaylar, göllər, süni su anbarları,

yeraltı sular, atmosfer suları və s. başa düşülür. Respubli-

kada 8359 daimi və dövri axara malik çay vardır.

Azərbaycanın yeraltı təbii sərvətlərindən biri də sut-

kalıq təbii ehtiyatı 18,8 min kubmetr hesablanan mineral

sulardır. Bunlar bir sıra göstəricilərinə görə dünyada tanı-

nan Karlovi Varidən üstün olan Kəlbəcər rayonundakı İs-

tisudan (1-ci, 2-ci), Naxçıvandakı Sirab, Badamlı, Vayxır,

Darıdağ mineral sularından, Şuşa rayonundakı Turşsudan,

Laçındakı Turşsudan, Dəvəçi rayonundakı müalicə əhə-

miyyətli Qalaltı mineral sularından ibarətdir.

Azərbayan zəngin hidroenerji potensialına malikdir.

Page 178: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

178

Hidroenerji potensialı 43,5 mlrd kvt/saat hesablanmışdır.

Azərbaycanda torpaq, meşə ehtiyatları da ölkədə

məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində öz tə-

sirini göstərir. Belə ki, torpaq fondu 8,7 mln hektara bəra-

bər olmaqla, meşə sahəsi ümumi ərazinin 12 faizini təşkil

edərək 1213 mln ha-dan çoxdur.

Kurort – rekreasiya resurslarının xüsusi əhəmiyyəti

vardır. Şuşa, Şəki-Zaqatala, Şamaxı, Naxçıvan, Gəncə-Qa-

zax, Xəzər dənizi sahilləri bu sahədə seçilən bölgələrdir.

Azərbaycanda əhali qədim məskunlaşmaya malikdir.

Onun milli tərkibinin 91 faizdən çoxunu azərbaycanlılar

təşkil edir. 2012-ci ildə şəhər əhalisi 54%, kənd əhalisinin

sayı isə 46% olmuşdur. 1926-cı ildə şəhər əhalisi ümumi

əhalinin 28%-ni təşkil etmişdir. İqtisadi fəal əhali 4375

min nəfərdən çoxdur. Əmək ehtiyatlarından səmərəli isti-

fadə etmək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması-

nı nəzərdə tutan, regionlarının sosial-iqtisadi inkişafı barə-

də dövlət proqramları həyata keçirilir.

Əlverişli coğrafi mövqeyə, zəngin, rəngarəng təbii

şəraitə və təbii ehtiyatlara malik olduğundan çoxnövlü tə-

sərrüfat sahələrivardır. Belə təsərrüfat sahələrindən yana-

caq-energetika, metallurgiya, maşınqayırma və metal ema-

lı, kimya və neft-kimya, tikinti materialları istehsalı, kənd

təsərrüfatı, meşə, xalq istehlakı malları istehsalı (yeyinti,

yüngül), nəqliyyat və rabitəni və s. göstərmək olar.

2012-ci ildə ÜM-da sənaye 54,6%, digər sahələr

19,3%, kənd təsərrüfatı 5,3%, nəqliyyat və rabitə 6,6%, ti-

kinti 8,2% xüsusi çəkiyə malik olmuşdur. Maddi istehsalın

ayrı-ayrı sahələrinin xüsusi çəkisi isə müvafiq olaraq: ya-

nacaq sənayesi 61,6%, yeyinti sənayesi 15,0 %, elektro-

energetika 12,6%, kimya və neft-kimya 3,4%, digər səna-

Page 179: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

179

ye sahələri 2,0%, maşınqayırma2,2%, yüngül 2,9%, metal-

lurgiya 0,3% təşkil etmişdir.

Yanacaq – energetika kompleksi (YEK) Azərbaycan

təsərrüfatının hələ çox qədimdən aparıcı sahələrindən biri

hesab edilir. Yerli yanacaq-energetika ehtiyatlarına malik

olan hər bir ölkənin, o cümlədən Azərbaycanın da müstə-

qil inkişafı çox rəvan gedir. Zavod və fabriklərin dəzgah

və avadanlıqları, kənd təsərrüfatında işləyən traktor və

müxtəlif kombaynlar, nəqliyyat yollarında şütüyən qatar-

lar, gəmilər və tankerlər, avtomobillər, səmada hərəkət

edən – təyyarə və helikopterlər, hər gün məişətdə işlədilən

elektrik cihazı və müxtəlif vasitələr (alətlər), mənzillərin,

ictimai binaların qızdırılmasını, insanların hər cür rahatlı-

ğını təmin edən bir çox vasitələr məhz YEK-in inkişafı

sayəsində hərəkətə gətirilir. Yanacaq-energetika komplek-

si ənənəvi olaraq Azərbaycan Respublikası iqtisadiyyatı-

nın aparıcı sahəsi olmuşdur.

Neft sənayesi Azərbaycanın ən qədim təsərrüfat sa-

hələrindən biridir. O, nəinki iqtisadiyyatın strukturunu

normallaşdırır, eləcə də bütövlükdə ölkənin xalq təsərrüfa-

tının inkişafının bütün mərhələlərində həlledici rol oyna-

mışdır. Onun inkişafı metallurgiya, maşınqayırma və me-

tal emalı, kimya və neft-kimya, tikinti materialları istehsa-

lı komplekslərinin, yeyinti, yüngül sənaye sahələrinin, elə-

cə də ASK-nın daha da inkişafı və formalaşmasına səbəb

olmuşdur.

Azərbaycan uzun müddət Çar Rusiyasının, eləcə də

SSRİ-nin başlıca neft bölgüsü olub hasil olunan neftin çox

hissəsini vermişdir. Belə ki, 1900-1901-ci illərdə Azərbay-

can dünya neftinin 51%-ni, Rusiya neftinin isə 91%-ni ha-

sil etməkdə idi. Əgər bu illərdə Rusiyada 14,0 mln ton

Page 180: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

180

neft hasil olunurdusa, onun 11 mln tondan artığını Azər-

baycan neftçiləri hasil etmişdilər.

Sənaye üsulu ilə ilk neft 1847-ci ildə Bibiheybət mə-

dənlərində fantan vurmuşdur. 165 illik neft hasilatı tarixin-

də yerin təkindən təxminən 1,5 mlrd ton neft istehsal olun-

muşdur ki, onun da 500 mln tonu Xəzər dənizinin payına

düşür.

1940-cı ildə Azərbaycanda neft hasilatı 22,2 mln to-

na qədər yüksəlmişdir. Bu göstərici SSRİ-də hasil olunan

neftin 75%-i demək idi. II Dünya müharibəsinin qələbə ilə

başa çatmasında o dövrdə Azərbaycanda hasil olunmuş 75

mln ton neftin (ölkədə isə 110 mln ton), 22 mln ton benzi-

nin çox böyük rolu olmuşdur.

Azərbaycan dünyanın tanınmış neft şirkətlərinə mü-

raciət etməklə bu sahədə onlarla əməkdaşlıq edir. 1994-cü

il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft

Şirkəti (ARDNŞ) ilə dünyanın 7 dövlətinin 11 tanınmış

neft şirkətləri (11+1) arasında müqavilə imzalanmışdır.

ABŞ-ın sabiq prezidenti Klinton bağlanılmış müqaviləni

haqlı olaraq “Əsrin müqaviləsi” alandırmışdır. Xarici neft

şirkətləri ilə ilk müqavilənin imzalanması Xəzər dənizinin

Azərbaycan sektorundakı “Günəşli”, “Azəri”, “Çıraq” ya-

taqlarının birgə işlənməsi üzrə həyata keçirilmişdir. İndi

həmin yataqlarda neft ehtiyatının 730 mln ton qaz ehtiyatı-

nın 200 mlrd kub m olması dəqiqləşdirilmişdir.

Azərbaycanda indiyə qədər yanacaq sənayesinin da-

ha da inkişafını nəzərdə tutan 20 dövlətin 53 neft şirkəti

ilə 33 neft müqaviləsi imzalanmışdır. Bağlanılmış müqa-

vilələrə görə Azərbaycanın neft sənayesinin inkişafına 60

mlrd ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tu-

tulmuşdur. Onun da artıq 12 mlrd dolları Azərbaycana da-

Page 181: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

181

xil olmuşdur. İmzalanan müqavilələrin nəticəsində yaxın

gələcəkdə Azərbaycanda neftin illik hasilatı 100 mln tona

çatacaqdır. İlkin neft 12 noyabr 1997-ci ildə “Çıraq-1” ya-

tağından çıxarılmış və 176 km uzunluğunda çəkilmiş sual-

tı neft borusu ilə Sanqaçal terminalına vurulmağa başlanıl-

mışdır. Sutkada “Çıraq-1” platformasından 20 min tondan

çox neft çıxarılır.

Hazırda Azərbaycanda neftin illik hasilatı 51 mln ton

təşkil edir. Bunun 96,6%-ə qədəri Xəzər dənizindən çıxa-

rılır. İstehsal olunmuş neftin bir hissəsi Yeni Bakı Neft-

ayırma zavoduna emal üçün göndərilir. 2005-ci ilin dekab-

rında işə düşməli olan, ümumi uzunluğu 1776 km-ə çatan

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti ən mühüm stra-

teji əhəmiyyətə malik olmaqla qonşu ölkələrin daşımaları-

na da kömək edir.

Qaz sənayesi Azərbaycanın yanacaq balansında baş-

lıca rol oynayır. 1928-ci ildən başlayaraq Azərbaycanda

qaz sahəsi sənayenin aparıcı növünə çevrilmişdir. Cavan,

ən sərfəli, ekoloji baxımdan təmiz, ən ucuz yanacaq növü

olan yanar qaz məişətdə, elektrik stansiyalarında, kimya

sənayesində və bir sıra digər təsərrüfat sahələrində çox ge-

niş istifadə olunur. Müstəqil qaz ehtiyatının 80%-dən ar-

tığı, kondensatının isə 93%-dən çoxu Xəzər dənizində yer-

ləşən yataqların öhdəsinə düşür.

Metallurgiya kompleksi ağır sənayenin tərkibində

xalq təsərrüfatının başlıca sahəsi olub, bütün digər sənaye

sahələrinin, kənd təsərrüfatının, nəqliyyatın, hərbi-strateji

sahələrin inkişafının açarını təşkil edir. Respublikada

1954-cü ildə Daşkəsən dağ-mədən kombinatı, filiz saflaş-

dırma fabriki, 1952-ci ildə Sumqayıt boru prokat birliyi,

Bakıda təkrar qara metallurgiya müəssisəsi, iri maşınqa-

Page 182: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

182

yırma zavodları nəzdində çox da böyük olmayan – kiçik

metallurgiya sexləri yaradılmışdır.

Əlvan metallurgiya yüngül metal filizlərinin hasila-

tından onların saflaşdırılmasından, əridilməsindən, müxtə-

lif digər ərintilərin əldə edilməsindən ibarətdir. Əlvan me-

tallurgiyanın ağır-mis, qalay, qurğuşun, sink, nikel, yüngül

alüminium, maqnezium, titan, qiymətli –qızıl, gümüş, pla-

tin, çətin əriyən volfram, molibden, nadir, uran, germani-

um növləri vardır. Əlvan metallurgiyanın əsas müəssisələ-

ri 1955-ci ildə Sumqayıtda yaradılmış alüminium zavo-

dundan, 1965-ci ildə Gəncə şəhərində istifadəyə verilmiş

Gil-torpaq istehsalat birliyindən, Bakıda yerləşən əlvan

metalların emalı zavodundan ibarətdir.

Təsərrüfat strukturunun formalaşmasında maşınqa-

yırma kompleksi aparıcı rol oynayır. O, özündə 600-dən

artıq müəssisə və istehsal sahələrini birləşdirir ki, onlar da

350-dən çox adda müxtəlif növlü məhsullar verir. Bunla-

rın içərisində neft maşınqayırmasının xüsusi çəkisi 50 fa-

izdən az deyildir. Bu sahənin inkişafı bilavasitə neft səna-

yesinin qədimdən yaradılması və inkişafı ilə bağlıdır. Keç-

mişdə 16-dan çox, hal-hazırda neft sənayesinə xidmət

edən 8-ə qədər zavod fəaliyyət göstərir. Bunlardan Səttar-

xan adına, “Bakı fəhləsi”, Keşlə Maşınqayırması, Sərda-

rov adına, Qaradağ dəniz adını çəkə bilərik.

Maşınqayırma kompleksinin aparıcı sahəsi elektro-

texnika maşınları istehsalı hesab edilir. Buraya 1975-ci il-

dən fəaliyyətdə olan Məişət Kondisionerləri Zavodu,

1980-ci ildə yaradılmış “Azərelektroterm”, 1975-ci ildə

yaradılmış Azərelektrikişıq Bakı İstehsalat Birliyi, 1962-ci

ildə tikilmiş Bakı Təcrübə -Eksperimental zavodu, 1974-

cü ildə tikilmiş Bakı Elektrik Məişət İstehsalat Birliyi,

Page 183: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

183

1960-cı ildə tikilmiş Bakı Soyuducular Zavodu, 1947-ci

ildə tikilmiş Bakı Radio zavodu, Mingəçevirdə “Azərka-

bel” zavodu, 1961-ci ildə tikilmiş Mayesiz Transformator-

lar zavodu daxildir. Nəqliyyat və kənd təsərrüfatı maşınla-

rı buraxan sahə çox zəif inkişaf etmişdir.

Kimya və neft-kimya kompleksi ağır sənayenin sa-

hələrindən olub mineral xammalların istehsalı ilə məşğul

olan dağ-mədən, duz, turşu, mineral gübrələr alınmasına

xidmət edən müəssisələr Bakıda, Sumqayıtda, Gəncədə,

Neftçalada, Mingəçevirdə tikilmişdir. Kükürd, kalium

gübrəsi, tibb preparatları, yuyucu tozlar, xlor, lak-boya,

etil spirti, plastik kütlə, polietilen və s. kimi çoxçeşidli

məhsulları vardır.

Respublikada inkişaf edən sahələrdən biri meşə sa-

həsidir. Müasir meşələr sanitariya, külək, su, torpaq, yol-

qoruyucu əhəmiyyət kəsb edir. 2011-ci ildə mövcud meşə

sahəsi 1041 min hektar olmaqla ümumi ərazinin 12%-ni

əhatə edir.

Yüngül və yeyinti sənayesi. Toxuculuq, tikiş toxu-

ma, xalçaçılıq, trikotaj, xəz-dəri, gön-dəri, ayaqqabı sahə-

ləri vardır. Toxuculuğun pambıq parça, yun parça, ipək

parça sahələri ilə yanaşı, gön-dəri ayaqqabı fabrikləri is-

tehlak rayonlarında – Bakıda, Gəncədə, Mingəçevirdə ya-

radılmışdır. Xalçaçılıq, demək olar ki, respublikanın bütün

iqtisadi rayonlarında yerləşdirilmişdir.

Yeyinti sənayesinin 30-dan çox sahəsi mövcuddur.

Çörək, çörək məmulatları, ət və ət məmulatları, şəkər, şə-

kər tozu, qənnadı məmulatları, süd və süd məhsulları, kon-

servlərin müxtəlif növləri və s. buraya daxildir. Bunların

müəssisələrinin çoxu xammala, istehlaka yaxın yerləşdir-

məyi tələb etsə də, bəziləri hər yerdə yerləşdirməyi üstün

Page 184: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

184

tutur (çörəkbişirmə).

Aqrar sfera xalq təsərrüfatının tərkib hissələrindən

biridir. Burada kənd təsərrüfatı məhsullarının istehsalı və

emalı prioritet təşkil edir. Aqrar sferanın əsas vəzifələrin-

dən biri əhalini ərzaq və yeyinti məhsulları ilə, heyvandar-

lığı isə yemlə, sənayeni müxtəlif xammallarla təmin et-

məkdir.

Maddi istehsalın sənayedən sonra ikinci aparıcı sahə-

si hesab edilən kənd təsərrüfatının Azərbaycanda daha da

inkişaf etməsini təmin etmək üçün əlverişli təbii şərait və

zəngin təbii ehtiyatzəminləri vardır. 8,7 mln ha torpaq sa-

həsindən 4,7 mln hektarının kənd təsərrüfatı üçün yararlı-

dır. Ümumi torpaq fondunun 4900 min hektarı (56,9%)

dövlət, 2051,4 min hektarı (23,5%) bələdiyyə, 1671 min

hektarı (19,6%) xüsusi mülkiyyətə verilmişdir. Kənd tə-

sərrüfatı əsas 2 sahədən -əkinçilik və heyvandarlıqdan iba-

rətdir. Ölkəmizdə 1,6 mln hektar sahədən əkin kimi istifa-

də olunur. Hazırda adambaşına 0,2 ha əkin sahəsi düşür.

Kənd təsərrüfatının ümumi məhsulunun 61%-ni bitkiçilik

sahəsi verir. Əkinçiliyin strukturunda taxılçılıq, texniki

bitkilər becərilməsi, subtropik bitkiçiliyi, bağçılıq, bostan-

çılıq, tərəvəzçilik, üzümçülük sahələri öz əksini tapır.

Əkin strukturunda dənli bitkilər 968 min hektar və

ya 50,2% təşkil edir. Respublikanın 44 inzibati rayonunda

taxıl becərilsə də, Naxçıvan, Neftçala, İsmayıllı, Şəki, Şa-

maxı, Cəlilabad daha çox taxıl istehsal edirlər. 2011-cu il-

də ölkədə 2,4 mln ton taxıl istehsal olunmuşdur.

Ölkədə texniki bitkilərdən olan pambıq, tütün, kar-

tof, şəkər çuğunduru becərilir. Respublika rayonlarının 22-

də pambıq becərmək üçün təbii şərait əlverişlidir. Respub-

likada 2011-ci ildə 66 min ton məhsul toplanmışdır.

Page 185: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

185

Gədəbəy, Tovuz, Şəmkir, Qusar və s. rayonlardan

miqdarı – 1,0 mln tona qədər kartofistehsal olunmuşdur.

Tütünçülük təsərrüfatı Oğuz, Qəbələ, Zaqatala, Qax,

Şəki və s. rayonlar hesabına 3,6 min ton məhsul vermişdir.

Şəkər çuğunduru İmişli, Kürdəmir, Şəki, Naxçıvan və Şə-

rurda becərilir. Toplanan məhsul şəkər alınması üçün

İmişli və İranın şəkər emalı zavodlarına göndərilir. Sal-

yanda şəkər çuğunduru emalı zavodunun tikintisinə başla-

nılmışdır.

Subtropik bitkiçilikdə Lənkəran, Astara, Zaqatala ra-

yonları çayçılıqla tanınır. Son illər 0,54 min ton yaşıl çay

yarpağı toplanılmışdır. Lənkəranda, Bakıda, Zaqatalada

çay çəkib bükmə fabrikləri tikilmişdir.

Son illərdə ölkədə 478 min tonbostan məhsulları, 1,2

mln ton tərəvəz,768 min ton meyvə, 15,9 min hektar əkin

sahəsindən 137 min tonüzüm məhsulu toplanmışdır.

2012-ci il vəziyyətinə görə ölkədə heyvandarlıqda

iribuynuzluların sayı 2,7 mln, xırdabuynuzluların sayı 8,7

mln, quşların sayı 24,5 milyon baş, donuzların sayı 2,7

min baş olmuşdur. Ət tədarükü 286 min ton, süd 1,7 mil-

yon ton, yumurta 1226,7 mln ədəd, yun tədarükü isə 15,6

min ton təşkil etmişdir. 2012-ci ildə ölkədə adambaşına 33

kq ət, 248 litr süd, 131 ədəd yumurta istehlak olunmuşdur.

Nəqliyyat maddi istehsalın 3-cü aparıcı sahəsi olub

istehsalla istehlak arasında, ölkələrlə regionlar arasında

körpü rolunu oynayır. O ölkələrdə məhsuldar qüvvələrin

inkişafı və daha düzgün yerləşdirilməsində, əhali məskun-

laşmasında, ərazilərin mənimsənilməsində əvəzsiz rol oy-

nayır. Azərbaycanda nəqliyyatın bütün növlərinin inkişaf

etdirilməsi üçün təbii və iqtisadi imkanlar ölçüyəgəlməz-

dir. Burada da dəmiryolu nəqliyyatı aparıcı yer tutur. Res-

Page 186: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

186

publikada dəmiryollarının ümumi uzunluğu 2100 km-dən

artıqdır. Azərbaycanda ilk dəmiryolu neft sənayesinin in-

kişafı ilə əlaqədar olaraq 1880-ci ildə Bakı-Sabunçu-Bala-

xanı-Suraxanı arasında 20 km-lik məsafədə çəkilmişdir.

Sonralar Bakı neftini dünya bazarına çıxarmaq üçün 1883-

cü ildə Bakı-Tbilisi dəmiryolu istifadəyə verilmişdir.

1900-cü ildə Bakı-Dərbənd, 1901-ci ildə Bakı-Mahaçqala

xəttləri də istifadəyə verilməklə Rusiya istiqamətində daşı-

malar artmağa başlamışdır.

1967-ci ildə metropoliten istifadəyə verilərək, hazır-

da onun uzunluğu 31,5 km-i keçmişdir. Eləcə də, 1960-cı

ildə funikulyor, 1924-cü ildə Bakıda tramvay xətləri istifa-

dəyə gərəkli olmuşdur.

Avtomobil nəqliyyatı ölkədə yükdaşımada, sərnişin-

daşımada 1-ci yeri tutur. Avtomobil yollarının ümumi

uzunluğu 19,0 min km-dən çoxdur. Respublika əhəmiy-

yətli magistral avtomobil yollarından Bakı-Rostov, Bakı-

Astara, Bakı-Tbilisi, Yevlax-Balakən xətlərini göstərmək

olar.

Bahalı nəqliyyat növü hava nəqliyyatı hesab olunur.

Onunla çox saxlanılması mümkün olmayan, tez xarab

olan, çatdırılması tez gərək olan yüklər və sərnişinlərin da-

şınmasına üstünlük verilir. Hazırda respublika daxilində

bir çox istiqamətə hava xətti fəaliyyət göstərir. Hələ 1924-

cü ildən Bakı-Tbilisi, 1926-cı ildən isə Bakı-Moskva hava

xətti fəaliyyət göstərməkdədir.

Su nəqliyyatı dəniz və çay nəqliyyatına ayrılır. Dəniz

nəqliyyatı xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, Xəzər

dənizi Avropa ilə Asiya arasında əlverişli mövqedə yerlə-

şərək körpü rolunu oynayır.

Qazaxıstanla, Türkmənistanla, İranla, RF ilə, digər

Page 187: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

187

Mərkəzi Asiya dövlətləri ilə Xəzər dənizi vasitəsilə daşı-

malarda əsasən neft və neft məhsulları, meşə materialları,

taxıl, duz, kənd təsərrüfatı məhsullarından ibarətdir. Bu

daşımalarda yaradılmış gəmi-bərələ xüsusi rol oynayır.

Bunlardan 1962-ci ildə çəkilmiş, uzunluğu 343 km olan

Bakı –Türkmənbaşı, Bakı-Bektaş, Bakı-Aktau bərə xəttlə-

rini göstərə bilərik.

Azərbaycanda çay nəqliyyatından, demək olar ki, is-

tifadə olunmur. Yalnız Kürün ağzından Yevlax şəhərinə

qədər az miqdarda çay gəmiçiliyindən istifadə olunur.

Su nəqliyyatı ən ucuz nəqliyyat növü olmaqla res-

publika iqtisadiyyatında aparıcı əhəmiyyət kəsb edir.

Daşımalarda hələlik çoxçeşidli yüklərə malik olma-

yan boru kəmər nəqliyyatının qədim inkişaf tarixi vardır.

Azərbaycanda boru kəmər nəqliyyatının inkişafı neft-qaz

sənayesinin inkişafı ilə bağlıdır. Bu məqsədlə Rusiyada ilk

dəfə 12 km uzunluğu olan Balaxanı-Qaraşəhər neft borusu

xətti 1878-ci ildə hasil olunmuş nefti Xəzər sahilindəki

neft emalı zavodlarına çatdırmağa səbəb olmuşdur.

Neft Daşları – Bakı, Siyəzən-Bakı, Qroznı-Bakı neft

kəmərləri də çəkilərək respublikada məhsuldar qüvvələrin

inkişafı və düzgün yerləşdirilməsində çox əhəmiyyətli ol-

muşdur. 1997-ci ildə işə düşmüş Bakı-Qroznı-Novoro-

siysk (1411 km), 1999-cu ildə istifadəyə verilmiş, uzunlu-

ğu 830 km olan Bakı-Tbilisi-Supsa neft kəmərləri də Bakı

neftinin dünya bazarına çıxarılmasında mühüm rol oyna-

yır. 2006-cı ildə işə düşmüş uzunluğu 1776 km-ə çatan

Bakı-Tbilisi-Ceyhan əsas neft boru xətti vasitəsilə ildə 100

mln t-a qədər məhsul dünya bazarına çatdırılacaqdır.

Respublikada mövcud qaz kəmərlərinin ümumi

uzunluğu 40 min km-ə çatmaqla magistral qaz kəmərləri-

Page 188: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

188

nin uzunluğu 3,8 min km-dən çoxdur.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da fi-

ziki-coğrafi, inzibati, iqtisadi rayonlar müxtəlif prinsiplər

əsasında ayrılmışdır. Respublikada fiziki coğrafi xüsusiy-

yətlərinə görə Böyük Qafqaz, Kiçik Qafqaz, Araz, Lənkə-

ran, Naxçıvan böyük coğrafi regionlarını ayırmaq müm-

kün olduğu kimi təsərrüfata, əraziyə rəhbərliyi, idarəetmə-

ni, nəzarəti daha da yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar

Respublikası, 66 kənd və 13 şəhər rayonu, 77 şəhər, o

cümlədən Respublika və Muxtar Respublika tabeçiliyində

olan 11 şəhər, 251 şəhər tipli qəsəbə bə 4261 kənd inzibati

bölgüsü, 1712 kənd ərazi dairəsi ayrılır. Əməyin coğrafi

bölgüsü nəticəsində əmələ gəlmiş hər bir iqtisadi-coğrafi

rayon özünün ixtisaslaşmasına, təsərrüfatın inkişaf xüsu-

siyyətlərinə, coğrafi mövqeyinin özünəməxsusluğuna, is-

tehsalın əmək ehtiyatlarına və insanların milli adət-ənənə-

lərinə görə ölkənin qonşu rayonlarından fərqlənən ərazi-

lərdir.

Bu baxımdan respublikada son illər 10 iqtisadi rayo-

nu ayırmaq mümkün olmuşdur. Bunlardan Abşeron, Qu-

ba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala Böyük Qafqaz

təbii coğrafi regionunda yerləşir.

1. Abşeron iqtisadi –coğrafi rayonu

Ərazisi 6,0 min kv km, əhalisi 3,0 mln-dan çoxdur.

Tərkibinə Bakı, Sumqayıt, Xırdalan şəhəri, Abşeron və

Xızı inzibati rayonları daxildir.

İxtisaslaşmış təsərrüfatı yanacaq-energetika, metal-

lurgiya, maşınqayırma, kimya və neft-kimya, tikinti və

meşə, yüngül sənaye sahələridir.

2. Quba-Xaçmaz iqtisadi-coğrafi rayonu

Sahəsi 7,0 min kv km, əhalisi 460 min nəfərdir. Tər-

Page 189: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

189

kibindəXaçmaz, Quba, Qusar, Şabran, Siyəzən inzibati ra-

yonları yerləşir.

İxtisaslaşmış təsərrüfat sahələri yanacaq, yeyinti,

xalçaçılıq, meyvəçilik, tərəvəzçilik, kartof və turizmdən

ibarətdir.

3. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu

Sahəsi 8,8 min kv km, əhalisi 540 min nəfərdir. Tər-

kibi Şəki şəhəri, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən və

Şəki inzibati rayonlarında ibarətdir.

Burada bitkiçilik, baramaçılıq, üzümçülük, taxılçılıq,

meyvəçilik, ət-süd, ət-yun təmayüllü qoyunçuluq yaxşı in-

kişaf etmişdir. Respublikada tədarük olunan tütünün 15%-

ni, fındığın 90%-ni, gül yağının hamısını, taxılın 17%-ni,

yaşıl çay yarpağının 1,6%-ni, baramanın 32%-ni, ətin 9%-

ni bu rayonlar verir.

4. Dağlıq Şirvan iqtisadi-coğrafi rayonu

Sahəsi 7,1 min kv km, əhalisi 283 min nəfərdir. Tər-

kibi Ağsu, Şamaxı, İsmayıllı və Qobustandan ibarətdir.

Üzümçülük, bağçılıq, heyvandarlıq, şərabçılıq inkişaf et-

mişdir.

Kiçik Qafqaz coğrafi rayonunda Gəncə-Qazax, Yu-

xarı Qarabağ, Kəlbəcər-Laçın iqtisdi rayonları yerləşir.

5. Gəncə- Qazax iqtisadi –coğrafi rayonu

Sahəsi 12,4 min kv km, əhalisi 1,2 mln nəfərdir.

Tərkibi Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy,

Samux, Daşkəsən, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Qa-

zax inzibati rayonlarından ibarətdir.

Bu rayonlar respublika ərazisinin 14,5%-nə, əhalisi-

nin 14,3%-nə, illik məhsulun 10%-ə qədərinə malikdir.

Burada metallurgiya, maşınqayırma, yanacaq, kurort, sa-

natoriya, yüngül sənaye, dağ-mədən, taxılçılıq, kartofçu-

Page 190: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

190

luq inkişaf etmişdir.

6. Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonu

Sahəsi 6,4 min kv km, əhalisi 210 min nəfərdir. Tər-

kibi Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı inzibati rayonla-

rından ibarətdir.

İllik gəlirin 72%-ni kənd təsərrüfatı, 24%-ni sənaye

verir. Əsas yeri yeyinti sənayesi, heyvandarlıq, sanatoriya

sahəsi tutur.

7. Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonu

Sahəsi 5,8 min kv km, əhalisi 612 min nəfərdir. Tər-

kibinə Ağdam, Şuşa, Tərtər, Xocalı, Xocavənd, Fizuli,

Cəbrayıl inzibati rayonları, Xankəndi və Şuşa şəhərləri da-

xildir.

Baramaçılıq, şərabçılıq, meyvə-tərəvəz konservi, un-

üyütmə, çörəkbişirmə, pambıqtəmizləmə, toxuculuq, tikiş,

ipəkçilik, xalçaçılıq, ayaqqabı, gön-dəri sahələri inkişaf et-

mişdir.

8. Aran iqtisadi-coğrafi rayonu

Sahəsi 20,8 min kv km, əhalisi 1700 min nəfərdir.

Tərkibi Ağcabədi, Bərdə, Beyləqan, Yevlax, Ağdaş, Göy-

çay, Ucar, Kürdəmir, Zərdab, İmişli, Sabirabad, Hacıqa-

bul, Salyan, Neftçala, Biləsuvar, Saatlı inzibati rayonları,

Yevlax, Mingəçevir və Şirvan sahələrindən ibarətdir.

Əhalisinin 70%-i maddi istehsalda, 30%-i isə qeyri-

maddi istehsal sahəsində çalışır. Yanacaq-energetika, kim-

ya və neft-kimya, maşınqayırma, yüngül sənaye, yeyinti,

ASK inkişaf etmişdir.

9. Lənkəran –Astara iqtisadi-coğrafi rayonu

Sahəsi 6,1 min kv km, əhalisi 770 min nəfərdir. Tər-

kibi Lənkəran, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı

inzibati rayonları və Lənkəran şəhərlərindən ibarətdir.

Page 191: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

191

Ərazisinin 26%-i meşə ilə örtülmüşdür, 79%-i əhali-

nin maddi istehsalda, 21%-i qeyri-maddi istehsalda çalışır.

Meşə, yeyinti, yüngül, çayçılıq, suptropik bitkiçiliyi inki-

şaf etmişdir.

10. Naxçıvan iqtisadi –coğrafi rayonu

Sahəsi 5,5 min kv km, əhalisi 370 min nəfərdir. Tər-

kibi Naxçıvan, Culfa, Ordubad şəhərlərindən, Babək, Cul-

fa, Ordubad, Kəngərli, Sədərək, Şərur, Şahbuz inzibati ra-

yonlarından ibarətdir.

Respublika sənaye məhsulunun 2,8%-ni, kənd təsər-

rüfatı məhsullarının 3%-ə qədərini verir. Burada dağ-mə-

dən, meşə, yeyinti, yüngül sənaye, tikinti kombinatları

fəaliyyət göstərir. Tütünçülük, bağçılıq, baramaçılıq, iri və

xırdabuynuzlu mal-qara, donuzçuluq təsərrüfatları da

məhsul verən sahələrdəndir.

13.2. Rusiya Federasiyasında təsərrüfat sahələrinin

formalaşması

Ərazisi 17,4 mln kv m, əhalisi 150 milyon, əhalinin

sıxlığı 8,3 nəfər, ÜDM istehsalı2,4 trln dollar, adambaşına

düşən məhsul istehsalı 15820 dollar təşkil edir.

Ərazisi qərbdən - şərqə 10 min km, şimaldan-cənuba

4 min km məsafədə uzanır.Dünyanın bütün əkinlərinin

10%-i Rusiyada yerləşir. Əkinçilik kənd təsərrüfatının

ümumi məhsulunun 10%-ni, heyvandarlıq isə 60%-ni təş-

kil edir.

Rusiyada 150 milyon hektar əkin sahələrinin hər il

orta hesabla 42-47 milyon hektar dənli bitkilərə ayrılır. 7-

13 milyon hektarı payızlıq, 14-16 milyon hektarı yazlıq

buğda təşkil edir. Ümumi yığım 35-64 milyon ton təşkil

Page 192: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

192

edir. 2011-ci ildə ÜDM-da kənd təsərrüfatının payı 8% ol-

muşdur. Rusiya əhalisinin 27%-i kənd yerlərində yaşa-

yırlar.

Türkiyə və Misir kimi Rusiya Federasiyası da 2 qitə-

də yerləşərək (Avroasiya taleli) Qazaxıstanla 7200 km,

Ukrayna ilə 1270 km, Belorus ilə 990 km, Estoniya ilə

437 km, Azərbaycanla 367 km, Litva ilə 304 km, Latviya

ilə 250 km, Gürcüstanla 250 km, eləcə də Çinlə 4300 km,

Monqolustanla 3005 km, Norveçlə 196 km, Polşa ilə 244

km, Finlandiya ilə 1269 km və KXDR-lə 17 km sərhəd

xəttinə malikdir.

Çoxsahəli təsərrüfatının inkişafına müxtəlif və zən-

gin təbii şərait, təbii ehtiyatları müsbət təsir edir.

Dünyanın yeganə ölkəsidir ki, xammallarının bütün

nomenklaturasına görə Mendeleyevin Dövri Sistemində

olan elementlərin hamısı ilə sənaye əhəmiyyətinə malik

olmaqla təmin olunmuşdur.

Ərazinin 40%-ni tayqa, 11%-ni tundra təşkil edir.

Dəmir filizinin balans ehtiyatı 70 mlrd tondur. Kalium du-

zu ehtiyatına görə dünyada 1-ci yeri tutur.

-Yanacaq enerji ehtiyatları dünya əhəmiyyəti kəsb

edir;

-Neft ehtiyatı 27,0 mlrd t-a qədərdir (dünya ehtiyatı-

nın 13%-i);

- Təbii qaz ehtiyatına görə dünyada 1-ci yerdə durur

ki, onun da kəmiyyət göstəricisi 48,1 trln kubmetr təşkil

edir (dünya ehtiyatının 32%-i);

-Kömürün ümumi ehtiyatı 6000 mlrd t olmaqla

dünya ehtiyatının 45%-nə bərabərdir;

- Ölkədə 2,5 mln çay, 3 mln göl, 45 min kub km şirin

su ehtiyatı vardır;

Page 193: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

193

- İllik nəzəri hidroenerji potensialı 2,9 trln kvt/saat-

dırsa bunun texniki potensialı 1,7 trln kvt/saat, iqtisadi po-

tensialı 850 mlrd kvt/saatdan çox deyil, gücü 320 mln kvt-

a çatır;

- Dünya oduncaq ehtiyatının 25%-i buradadır. Onun

kəmiyyət göstəricisi 82 mlrd kubmetrdir, (dünya oduncaq

ehtiyatının 23%-i). Meşənin sahəsi 886 mln hektardır

(20%). Meşə sahəsinə və oduncaq ehtiyatına görə dünyada

ölkələr arasında 1-ci, regionlarda isə ancaq Latın Ameri-

kasından sonra ikinci yeri tutur.

- Sahəsi 31,5 min kv km olan dünyanın ən dərin gölü

(1620 m) Baykal burada yerləşir;

- Adambaşına düşən su təchizatına görə dünyada 1-ci

yeri tutur;

- Federativ dövlət olmaqla respublika idarəetmə üsu-

luna malikdir. Burada 89 subyektdən 21 respublika, 6 öl-

kə, 49 vilayət, 10 muxtar mahal, 1 muxtar vilayətə ayrılır;

- Ölkədə 100-dən artıq xalq yaşayır, rusların xüsusi

çəkisi 82%-dir, xristian, islam, buddizm dinləri aparıcıdır;

- İllik sənaye məhsulu istehsalı 60% təşkil edir. Mad-

di istehsal sahəsinin 70% xüsusi çəkisi vardır;

- Dünya sənaye məhsulunun 4,47%-ni verir;

- Maşınqayırmanın illik məhsul istehsalında 18,3%,

yanacaq sənayesinin 16,4%, elektroenergetikanın 13,1%,

yeyinti sənayesinin 12,0%, qara metallurgiyanın 9,1%,

kimya və neft kimyanın 8,1% xüsusi çəkiləri qeydə alın-

mışdır;

- Ölkənin illik yanacaq-enerji tələbatı 900 mln tut-a

bərabərdir;

- Hər il 540 mln tut həcmində yanacaq-enerji məh-

sulları ixrac edir;

Page 194: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

194

- Son illər 486 mln ton neft, 656 mlrd kubmetr qaz,

315 mln ton kömür hasil olunur;

- Ölkədə 600 İES, 100 SES, 9 AES və eləcə də KES,

GES, Geotermal ES, QES fəaliyyət göstərməklə ümumi

gücləri 214 mln kvt-dan çoxdur. Mövcud elektrik stansi-

yalarının gücü 148,7 mln kvt-dan çoxdur;

- Ölkə ərazisində dünya hidroenerji potensialının

12%-nin olması müəyyən edilmişdir. SES-lərdən alınan il-

lik elektrik enerjisinin hasilatına görə ölkə Kanada və

ABŞ-dan sonrakı 3-cü yeri tutur;

- Ölkədə qara metal filizlərinin hasilatını, saflaşdırıl-

masını, aqlomerasiyasını, odadavamlı metalların hasilatı-

nı, qeyri-filiz xammallarının əldə edilməsini, kömürün

kokslaşdırılması, çuqunun, poladın, prokatın, metallurgi-

yanın Mərkəz, Ural, Sibir bazaları ildə 87 mln ton dəmir

filizi, 72 mln ton pold istehsal etməyə imkan verir;

- İldə 610 min ton mis hasil edilir;

- Mineral gübrənin illik hasilatı 10,0 mln tondur;

- Adambaşına 7,4 kv metr pambıq parçanın illik əldə

edilməsi 1,1 mlrd kv m-dən çox deyildir;

- Avtomobil zavodları: N.Novqorod, Naberejnı Çel-

nı, Ulyanovsk, Miass, Moskva, Tolyatti, Likino şəhərlə-

rindədir.

13.3. Ukrayna Respublikasında təsərrüfat sahələrinin

formalaşması

Ukrayna - əhalisinin sayına və istehsal etdiyi məhsu-

lun həcminə görə Müstəqil Dövlətlər arasında böyük döv-

lətlərdən biridir.

Ukrayna qərbdə Polşa, Çexiya, Slovakiya, Macarıs-

Page 195: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

195

tan, Rumıniya, Belorusiya, Rusiya Federasiyası, Moldova

respublikası ilə həmsərhəddir.

Ərazisi 603,7 min kv km, əhalisi 50 milyon nəfər

təşkil edir. Ümumi Daxili Məhsul 305,6 milyard təşkil

edir. Hər nəfərə 6550 dollar məhsul istehsal edilmişdir.

İnzibati -ərazi cəhətdən 25 vilayətə və 3 iqtisadi ra-

yona bölünmüşdür.

Təsərrüfatın və insanların həyatı üçün əlverişli şərai-

tə malik olan Ukrayna, yaxşı iqtisadi-coğrafi mövqeyə

malikdir.

Ukrayna ərazisindən dəmir və avtomobil magistralla-

rı, neft və qaz kəmərləri, güclü elektrik xətləri keçir ki, bu

da xarici ölkələrlə iqtisadi inteqrasiyalar üçün böyük əhə-

miyyətə malikdir.

Ukrayna təbiətinin müəyyənləşdirici xüsusiyyəti Şər-

qi Avropa düzənliyində geniş mülayim coğrafi qurşaqda

yerləşmişdir. Relyefi geoloji quruluşuna görə ərazinin

70%-i düzənlik, 25%-i yüksəklik, 5%-i dağlar təşkil edir.

Ukraynanın ərazisi müxtəlif faydalı qazıntılarla zən-

gindir. Ukrayna xüsusən daş kömür, marqans və dəmir fi-

lizləri, təbii qazlar, kaolin, qrafit, ozokerit, kalium duzları,

külçə şəkilli təbii kükürdlə zəngindir.

Daş kömür Donetsk və Lvov-Volın hövzəsində, qo-

nur kömür –Dnepropetrovskidə yayılmışdır. Neft və qaz

yataqları qərbdə (Karpatonu), şərqdə (Dnepr çökəkliyində)

yayılmışdır. Əsas dəmir filizi yataqları Krivoy-Roq və

Azov –Qaradəniz dəmir filizi vilayətindədir. Dnepr sahili

hövzədə nəhəng marqans yataqları mövcuddur.

Ukrayna əkinçilik, yüksək məhsuldar heyvandarlıq,

sənaye və mülkü tikintilərin aparılması, insanların həyat

fəaliyyəti və istirahətləri üçün əlverişlidir.

Page 196: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

196

Ukrayna ərazisində 71 min böyük və kiçik çay vardır

(Dnepr, Dnestr, Cənubi Buq, Dunaydır). Dnepr uzunluğu-

na görə Avropada üçüncü çaydır.

Çay və göllərin sularından Ukraynanın su təchizatı

və suvarma işləri üçün istifadə edilir. Hidroresurlar ildə 45

mlrd kvt təşkil edir.

Ukrayna respublikasının 15%-dən artıq ərazisi meşə-

lərlə örtülüdür.

Respublika təbii ehtiyatlarla zəngindir. Əhalinin artı-

mı, xalq təsərrüfatının inkişafı, torpaq resurslarından sə-

mərəli istifadəsi üçün stimul yaradır. Kənd təsərrüfatında

istifadə edilən torpaqların sahəsi 42,7 mln ha, o cümlədən

şumlanan torpaqlar 34,4 mln ha təşkil edir.

Ukrayna respublikası MDB-də əhalisinin sayına gö-

rə (Rusiya Federasiyasından sonra) ikinci yeri tutur. Onun

əhalisi 1912-ci ilin əvvəlinə 50 mln nəfər olmuşdur. Ölkə-

də əhalinin 75%-i ukraynalılar, 21%-i ruslar, 1,3 yəhudi-

lər, 0,8 beloruslar, 0,6 moldovan, 0,5 polyak və bolqarlar,

1,6% digər millətlərin nümayəndələri təşkil edir.

Ukraynalılar slavyan xalqları içərisində sayca ruslar-

dan sonra ikinci xalqdır.

Ukraynada təhsili rus, moldova, macar və polyak dil-

lərində aparılan məktəblər fəaliyyət göstərir.

Ukrayna əhalisinin sayına ikinci dünya müharibəsi

çox təsir göstərmişdir. Faşistlər tərəfindən 3,3 milyon dinc

əhali qətlə yetirilmiş, 2,1 milyon nəfər faşist qullarına çev-

rilmiş və vətənlərindən didərgin salınmışdır. Müharibədən

əvvəlki səviyyənin bərpası üçün çox illər lazım olmuşdur.

Bununla belə, hazırda əhalinin illik təbii artımının azalma-

sı müşahidə edilir. 1966-1970-ci illərdə bu göstərici 6,9,

1980-ci illərdə 3,4 nəfər təşkil etmişdir (əhalinin hər 1000

Page 197: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

197

nəfərinə). Ölkə əhalisinin hər 67%-i şəhərlərdə yaşayır.

Hazırda respublikada 1300-ə qədər şəhər və qəsəbə vardır.

Beş şəhərin (Kiyev, Xarkov, Lvov, Odessa, Dnepropet-

rovsk) əhalisi milyondan artıqdır. Əhalinin yarıdan çoxu-

nu iqtisadi aktiv insanlar təşkil edir. Onların 75,6%-i mad-

di istehsal, 24,4%-i qeyri-istehsal sferasında çalışırlar.

Əhalinin orta sıxlığı hər bir kv km-ə 84 nəfərdir. Gözləni-

lən ömür uzunluğu kişilər 62,8, qadınlar 73,2 yaş təşkil

edir (1994-cü il). Respublika daxili miqrasiyalar şəhər

əhalisinin sayının artması ilə əlaqədardır. Respublikadan

kənara gedənlərin çoxu Rusiya Federasiyası və Qazaxıstan

respublikasınadır. 1897-1916-cı illərdə çoxlu ukraynalılar

Sibir və Uzaq Şərqə, eyni zamanda ABŞ və Kanadaya

köçmüşlər.

Ukrayna iqtisadi cəhətdən inkişaf etmiş, yüksək sə-

nayeləşmiş, çoxsahəli mexanikləşdirilmiş kənd təsərrüfatı-

na, maddi istehsalın digər sahələri, elm və mədəniyyətə

malik olan dövlətdir.

Ukraynanın müasir xalq təsərrüfatı strukturunda mil-

li gəliri yaradan sahələrin rolunu müəyyən etmək olar.

Onun tərkibində sənaye 48%, kənd təsərrüfatı 23%-ə ya-

xın, tikinti 9%, nəqliyyat 5%, digər sahələr 15% təşkil

edir.

Ukraynada sənayenin yeni sahələri: traktorqayırma,

dəzgahqayırma, cihazqayırma, elektrotexnika, turbin is-

tehsalı, təyyarə, avtomobil, gübrələr istehsalı, sintetik lif-

lər, ferroərinti, alüminium, pambıq parça, kətan, konserv,

tikinti sənayesi və digər yaradılmışdır.

Maşınqayırma xüsusi sürətlə inkişaf etməklə, yeyin-

ti sənayesinin strukturuna daxil olmuşdur.

Ukrayna sənayesinin müasir struktur xarakteri – ağır

Page 198: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

198

sənayenin böyük xüsusi çəkiyə: xüsusilə qara metallurgi-

ya, maşınqayırma və yanacaq (əsasən kömür) malik olma-

sıdır. Onlar sənaye məhsullarının 47%-ni verməklə, səna-

ye-istehsal sahələrində işləyənlərin 57%-i orada təmsil

olunur.

Sənaye strukturunda yeyinti sənayesi əsas yer tutur.

Şəkər istehsalında Ukraynanın rolu böyükdür. Səna-

ye işçilərinin 13%-ni təmsil edən yüngül sənaye respubli-

ka əhalisinin tələbatını əsasən təmin edir.

Ukraynanın xalq təsərrüfatı tərkibində kömür, qaz və

elektrik enerjisi sahələri olan güclü yanacaq-energetika

kompleksinə əsaslanır. Ümumi yanacaq hasilatında əsas

yeri kömür sənayesi (Respublika yanacaq hasilatının 2/3)

tutur. Daş kömür əsas iki yataqda Donetsk və Lvov-Vo-

linskidə cəmlənmişdir. İldə 200 mln ton kömür çıxarılır,

bunun təqribən 50%-i kokslaşan kömürdür.

Qaz sənayesinin əsas rayonu Xarkov vilayətindəki

Şebelinsk yatağıdır. Qaza olan tələbatın artması, onun yer-

li ehtiyatının məhdudluğu ilə əlaqədar Ukrayna Rusiya Fe-

derasiyasının şərq rayonlarından qaz alır.

Neft sənayesinin respublika iqtisadiyyatındakı rolu

aşağıdır. Karpatqabağı ərazidən (Dolina, Borislav) neft

çoxdan çıxarılır. İkinci neft hasilatı rayonu – Dnepr sahili

düzənlikdir. Əsas yataqları Çerniqov, Poltava, Sum və

Xarkov vilayətləridir.

Respublikada güclü elektroenergetika yaradılmışdır.

1913-cü ilə nisbətən elektrik enerjisi istehsalı 400 dəfə art-

mışdır. Çoxlu nəhəng istilik və hidroelektrik stansiyaları;

(xüsusən Donetsk –Dneprboyu rayonda) tikilmişdir. Elek-

trik enerjisinin çox hissəsini istilik elektrik stansiyaları ha-

sil edir. Çernobıl AES-də baş vermiş qəza nəticəsində res-

Page 199: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

199

publika ərazisində ekoloji vəziyyət kəskin surətdə pisləş-

mişdir.

Ukraynada güclü metallurgiya sənayesi yaradılmış-

dır. Kömür, dəmir filizi və manqan resurslarının Donbas

və Dneprboyu kimi yaxın ərazidə toplanması bu komplek-

sin inkişafına ideal şərait yaratmışdır. Qara metallurgiya-

nın üç mərkəzi –Dnepryanı, Donetsk və Azov sahili var-

dır.

Ümumi məhsulun həcminə və orada çalışanların sa-

yına görə maşınqayırma nəhəng sahədir. Ən çox metallur-

giya, dağ-mədən, energetik və kimya avadanlıqları, teplo-

voz, magistral yük vaqonları, çay və dəniz gəmiləri, yük

və minik maşınları, avtobuslar, metalkəsən dəzgahlar,

traktor, qarğıdalı yağı, şəkər çuğunduru yığan maşınlar və

digər istehsalı sahələri inkişaf etdirilmişdir. Sənayedə

müasir sahələr, elektrotexnika, dəqiq maşınqayırma, avto-

matlaşdırma vasitələri istehsalı da xüsusi yer tutur.

Bundan əlavə respublikada kimyəvi liflər, plastik

kütlələr, avtomobil şinləri, azot, fosfor, lak-boyalar isteh-

sal olunur.

Yeyinti sənayesi respublikada əsasən şəkər, yağ-piy,

meyvə-tərəvəz konservi, şərabçılıq sahələri ilə təmsil olu-

nur.

Ukraynanın bütün rayonlarında yerli materiallara

əsaslanan güclü tikinti sənayesi yaradılmışdır. Respublika

iqtisadiyyatında meşə tədarükü, mişar materialları, ağac

işləmə sənayesi sahələri də xüsusi əhəmiyyətə malikdir.

Ukraynanın iqtisadi-coğrafi mövqeyi burada hərtə-

rəfli kənd təsərrüfatının inkişafına zəmin yaratmışdır.

Respublikada kənd təsərrüfatı, sənaye, kənd təsərrü-

fat məhsullarının emalı, avadanlıq, bir sıra yardımçı isteh-

Page 200: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

200

sal, ixtisaslaşdırılmış nəqliyyat fəaliyyət göstərir.

Ukraynada bitkiçilik və həm də heyvandarlıq yüksək

səviyyədə inkişaf etmişdir. Kənd təsərrüfatı istehsalında

olan torpaq fonduna görə Rusiya Federasiyası və Qazaxıs-

tandan sonra MDB ölkələri arasında üçüncü yerdə durur.

2011-ci ildə 15,1 milyon hektar sahədə 39,3 milyon ton ta-

xıl istehsal olunmuşdur. 501 min hektar sahədə şəkər çu-

ğunduru əkilmiş, 13,8 milyon ton istehsal edilmişdir.

Əgər keçmişdə əkinlərin 90%-i taxıl bitkiləri altında

istifadə edilirdisə, hazırda isə yarısı istifadə edilir. Bu da

yem və texniki bitki əkinlərinin sahəsinin artırılması ilə

əlaqədardır. Taxıl bitkiləri sahələrinin azaldılması taxıl is-

tehsalını azaltmamışdır. Qarğıdalı əkinlərinin sahəsi xeyli

genişləndirilmişdir. Şəkər çuğunduru əkinləri 6 dəfədən

çox artırılmışdır. Respublikada kartofçuluq və tərəvəzçilik

özünəməxsus yer tutur. Tərəvəzçilik böyük şəhərlərin ət-

rafında genişləndirilmişdir. Bitkiçilikdə bağçılıq və üzüm-

çülük görkəmli yer tutur, bu əhalinin təzə meyvə ilə, kon-

serv sənayesini xammalla təmin edir.

Suvarılan torpaqların sahəsi 2 mln hektar artırılmış-

dır. Bu torpaqlarda tərəvəz, çəltik, buğda, yem bitkiləri ye-

tişdirilir.

Heyvandarlıqda əsas sahə iri buynuzlu heyvanlar

(4,5 milyon baş) təşkil edir və ölkənin hər yerində geniş

yayılmışdır. Şəhərətrafı ərazilərdə südlük heyvandarlıq,

Karpat və meşə-çöl zonasında ətlik-südlük heyvandarlıq

inkişaf etdirilir.

Xüsusi xalq təsərrüfatı əhəmiyyətinə malik olan

nəqliyyatın bütün növləri mövcuddur.

Ukrayna özünün qonşu ölkələri, xüsusilə MDB ölkə-

ləri, eynilə də dünyanın digər ölkələri ilə beynəlxalq əla-

Page 201: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

201

qələr saxlayır. İpək yolu ölkələrinə daxil olan 39 ölkədən

biri də Ukrayna respublikasıdır.

13.4. Qazaxıstan Respublikasında təsərrüfat

sahələrinin formalaşması

Qazaxıstan respublikası geniş ərazini əhatə edir. Qa-

zaxıstan Çin Xalq Respublikası, Qırğızıstan, Özbəkistan

və Türkmənistan respublikaları ilə həmsərhəddir. Ərazisi-

nin böyüklüyünə görə Qazaxıstan MDB ölkələri içərisində

(2724, 9 min kv km) ikinci yeri tutur (2012-ci il). Əhalinin

sıxlığı 6,2 nəfər təşkil edir.

Bugünkü Qazaxıstan iqtisadi cəhətdən yüksək inki-

şaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsidir. əhəng səna-

ye mərkəzləri, ərazi-istehsal kompleksləri yaranmış və ge-

niş nəqliyyat əlaqələri sistemi inkişaf etmişdir.

Qazaxıstanda çöllərdən cənubda yerləşən yarımsəhra

və səhralar daha geniş ərazilər tuturlar. Ərazinin yalnız

10%-i yüksək dağlıq əraziyə düşür (Altay, Cunqar Alata-

usu, Tyan-Şan).

Qazaxıstan respublikası təbii sərvətlərlə zəngin olan

ölkədir. Zənginliklər –müxtəlif faydalı qazıntılar, xam

torpaqlar, çöl, yarımsəhra, səhra və dağ-çəmən zonalarının

təbii yem ehtiyatlarıdır.

Respublikanın çöl və səhra düzənlikləri hələ qədim-

lərdən köçəri heyvandarlıq üçün istifadə edilmişdir.

Respublika ərazisi faydalı qazıntılarla zəngindir.

Mərkəzi Qazaxıstan ərazisində nəhəng mis, qurğuşun, sink,

nadir metallar, kömür, dəmir və marqans filiz yataqları

cəmlənmişdir. Məşhur Cezqazqan mis filizi yatağı MDB

ölkələri içərisində ehtiyatına görə birinci yerdə durur.

Page 202: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

202

Karakanda daş kömür hövzəsi (Donbas və Kuzbas-

dan sonra) üçüncü yeri tutur. Qazaxıstan Altayı mis-qur-

ğuşun-sink filizləri, qızıl, qalay, nadir metallarla məşhur-

dur.

Qazaxıstanın Ural hissəsində xromitlər, mis və as-

bestlər müəyyən edilmişdir. Aktyubinsk özünün fosforitlə-

ri və yüksək keyfiyyətli nikel filizləri ilə tanınır.

Xəzər sahili çökəklik və Manqışlaq yarımadası neft-

li-qazlı vilayətdir. Qədimlərdən Emba nefti özünün yük-

sək keyfiyyətilə şöhrət tapmışdır. Əvvəlcə Manqışlaqdakı

Jetıbay neft və Uzen qazlı-neftli mədənləri istifadə edil-

məyə başlamışdır. Xəzər sahili çökəklik xörək və kalium

duzları ilə də zəngindir.

Respublikanın iqlimi quru kontinentaldır.

Başlanğıclarını dağlardan götürən çaylar gur sulu-

durlar. Onlardan ən böyükləri İrtış, Qərbi Sibirdə Ob çayı-

na birləşir. İrtışın dağlıq hissəsində Buxtamin, Ust-Kame-

noqorsk SES və su dəryaçaları tikilmişdir. İrtışın dağlar-

dan çıxdığı yerdə Şulbin SES-i tikilib.

Qazaxıstan ərazisində Sırdərya çayı üzərində Çardər-

ya və Qızıl-Orda SES-ləri tikilmişdir. Digər dağ çayları

Semireçya Balxaş gölünə tökülür. Onun üzərində Kapçak

SES və dəryaçası tikilmişdir. Başlanğıcını Qırğızıstandan

götürən Çu cənubi Qazaxıstandan axaraq qumluqlarda itir.

Qazaxıstan respublikasının əhalisi 16,6 mln nəfər

(2012 il) təşkil edir. Kənd əhalisinin sayı 7,3 milyon nə-

fərdir (47,2%). Dövlət quruluşuna görə unitar respublika-

dır. Respublikada tarixən əhalinin tərkibi çoxmillətli ol-

muşdur. Qazaxlarla birlikdə burada ruslar, ukraynalılar,

tatarlar, özbəklər, uyqurlar, dunqanlar və digər xalqların

nümayəndələri yaşayırlar.

Page 203: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

203

Qazaxıstan əhalisinin yarıdan bir qədər çox hissəsi

şəhərlərdə (respublikada 83 şəhər və 194 şəhər tipli qəsəbə

vardır), qalan hissəsi kəndlərdə yaşayırlar. Ərazi üzrə əha-

li qeyri-bərabər yerləşmişdir.

Əhalinin təbii artımı Qazaxıstanda yüksəkdir. 1995-

ci ildə o, hər 1000 nəfərə düşən uşaq ölümü 27,3 adam

təşkil edir.

Ölkə üzrə əhalinin orta sıxlığı hər bir kv km-ə 6 nə-

fər. Gözlənilən uzun ömürlülük kişilər 60,8, qadınlar 71,0

yaş təşkil edirlər (1994 il).

Qazaxıstanda sovet hakimiyyəti illərində bir sıra ye-

ni şəhərlər yaranmışdır. Mərkəzi Qazaxıstanda Cezqazqan

və Balxaş şəhərlərində istehsal müəssisələrinin tikilməsi

ora çoxlu əhalini cəlb etmişdir.

Böyük Vətən müharibəsi dövründə respublikanın

əhalisi evakuasiya nəticəsində kəskin surətdə çoxalmışdır.

1951-1966-cı illərdə xam və dincə qoyulmuş torpaqların

istifadəyə verilməsi ilə əlaqədar respublikanın əhalisi 1,5

dəfə artmışdır. Həmin dövrdə respublikada məhsuldar

qüvvələr sürətlə inkişaf etmişdir. 15 il ərzində 20 yeni şə-

hər, 34 şəhər tipli qəsəbələr yaradılmışdır.

Qazaxıstan özünün sənaye və kənd təsərrüfatının in-

kişaf sahəsində nəhəng addımlar atmışdır. Sənaye isteh-

salının həcmi 1940-cı ildəkinə nisbətən 32 dəfə artmışdır.

Texniki tərəqqini müəyyənləşdirən sahələrdəki payı-elek-

troenergetika, kimya əsaslı surətdə artmışdır. Sənaye is-

tehsalının inkişafına görə Qazaxıstan –dünyanın qabaqcıl

sənaye ölkələri sırasına daxil olmuşdur. Respublikada əha-

linin hər adambaşına ABŞ və İngiltərədən çox dəmir, kö-

mür hasil və istehsal edilir.

Elektrik enerjisi İtaliya və Fransadan çox, kükürd

Page 204: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

204

turşusu AFR və Yaponiyadan çox istehsal edilir. Hazırda

respublika 80 ölkəyə 300 adda məhsul ixrac edir. Əsasən

dəmir, xromit və marqans filizləri, əlvan metallar, çuğun,

prokat, dəmir ərintiləri, kömür, neft, fosforit unu, pambıq-

liflər, yuyulmuş yun, taxıl, ət və s. göndərilir.

Respublikanın sənaye mənzərəsi energetika, əlvan və

qara metallurgiya, maşınqayırma, kömür, neft, kimya,

yüngül və yeyinti sənayesi ilə müəyyənləşdirilir. Qazaxıs-

tan ərazisində Karakanda –Temirtau, Karatau –Cambul,

Manqışlaq, Pavlodar-Ekibastuz kimi ərazi istehsal kom-

pleksləri yaradılmışdır.

Qazaxıstanın energetik resursları kömür və hidro-

enerji ehtiyatlarından ibarətdir.

Respublika sənayesinin qabaqcıl sahələrindən biri -

əlvan metallurgiyadır. Müharibədən sonra Altayda Ust-

Kamenoqorsk qurğuşun kombinatı tikilmişdir. Bu kombi-

natın əlvan metalları 20 ölkəyə ixrac edilir. Altayda Leni-

naqorsk və İrtış polimetal, Zıryanovsk qurğuşun, Belorsk

saflaşdırma kombinatı fəaliyyət göstərir.

Qazaxıstan ərazisində 400-ə qədər daş və boz kömür

yataqları vardır. Onların ehtiyatları 162 mlrd ton təşkil

edir. Daş kömür Karakanda, Ekibastuz və Kuu-Çekin höv-

zələrində daha çox ehtiyatlara malikdir.

Neft sənayesi Qazaxıstanda 1911-ci illərdən başlaya-

raq inkişafa başlamışdır. Əsas mədənləri Dossor, Makat,

Uzen, Martış, Kenkiyak, Quryev, Jestıbay və s-dir. Neft

hasilatı ilə əlaqədar respublikada neft emalı da inkişaf et-

dirilir. Neftayırma zavodları Quryev, Pavlodar, Çimkentdə

tikilmişdir. Respublikada eyni zamanda qaz hasilatı, qaz

emalı sənayesi də inkişaf etmişdir.

Maşınqayırma və metal emalı sahələri respublikada

Page 205: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

205

yenidir. Ağır maşınqayırma Alma-Atada, avtomat presslər

zavodu Çimkəntdə, cihazqayırma zavodu Kokçetavda fəa-

liyyət göstərirlər.

Respublikanın maşınqayırma müəssisələri 2 min ad-

dan çox maşın, avadanlıq, cihaz, mexanizm və ehtiyat his-

sələri buraxır.

Zəngin yerli xammallar əsasında respublikada kimya

sənayesi yaradılmışdır. Qazaxıstan sarı fosfor, ikiqat su-

perfosfat, ammofos, kükürd turşusu, karbit, sintetik kau-

çuk, xrom birləşmələri, plastik kütlələr və s. istehsal edir.

Yüngül sənaye Semipalatinskidə yun zavodu, ayaq-

qabı və tikiş fabrikləri Alma-Atada, pambıq təmizləmə za-

vodları Türküstan və Çimkəntdə fəaliyyət göstərirlər.

Yeyinti sənayesinin inkişafı üçün Qazaxıstan müxtə-

lif xammal ehtiyatlarına malikdir. Bunların sırasına ət-süd

sənayesi, un üyütmə, şəkər sənayesini göstərmək olar.

222,6 milyon hektar yararlı sahə vardır. Ondan 24,0 mil-

yon hektar əkin sahəsi (10,8%), 189 milyon hektar (85%)

otlaq sahəsi vardır.

Hazırda Qazaxıstan yüksək inkişaf etmiş əmtəəlik ta-

xılçılıq və heyvandarlıq təsərrüfatına malik ölkədir. Res-

publikada kənd təsərrüfatı məhsulları: taxıl, ət, pambıq,

dərman bitkiləri, yun, qaragül, düyü, şəkər çuğunduru, tə-

rəvəz, bostan bitkiləri, meyvə və üzüm yetişdirilir.

Qazaxıstan ərazisi bir neçə təbii-iqtisadi zonaya: çöl,

quru çöl, yarımsəhra, səhra və dağlıq bölünür. Kənd təsər-

rüfatını yerləşdirilməsi və ixtisaslaşdırılmasında şəraitin

özünəməxsusluğu nəzərə alınır. Respublikada əsas taxılçılıq rayonları Kustanay, Tur-

qay, Astana, Şimali Qazaxıstanın Aktyubinsk, Ural və Pavlodar vilayətləridir. Bitkiçilik məhsullarının yarıdan

Page 206: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

206

çoxu bu vilayətlərin payına düşür. Karakanda və Semipa-latinskn vilayətində taxıl, yem bitkiləri və kartof yetişdiri-lir.

İri buynuzlu heyvandarlıq Kustanay, Astana, Kokçe-tav, Pavlodar vilayətlərində yetişdirilir. Xırda dırnaqlılar isə Semipolatinsk, Çimkent, Taldı-Kurqan, Cambul, Al-ma-Ata, Aktyubinsk, Manqışlaq vilayətlərində yetişdirilir.

Sovet hakimiyyəti illərinə qədərki dövrdə Qazaxıs-tanda Transsibir magistralının bir hissəsi Orenburq-Aktyu-binsk-Daşkənt (cəmi 2 min km uzunluğunda) dəmir yolu keçirdi. Avtomobil yolları tamamilə yox idi. Sənayeləşdi-rilmənin ilk illərində Türgestan –Sibir dəmir yolu (Turksib 1442 km uzunluğunda), sonradan Petropavlovsk –Kara-kanda-Çu və digər dəmir yolları çəkilmişdir.

Dəmir yollarının uzunluğu 14,24 min km və bütün nəqliyyat növləri yüklərinin 87%-i dəmir yolunun payına düşür.

Avtomobil yollarının uzunluğu 97,3 min km olub respublikanın bütün vilayətləri arasında avtomobil nəqliy-yatı fəaliyyət göstərir. Boru-kəmər nəqliyyatı ümumi yük daşımalarda üçüncü yeri tutur. Respublikanı çoxlu miq-darda qaz kəmərləri kəsib keçir.

Su nəqliyyatı yük daşımalarda nisbətən az əhəmiyyət daşıyır. Respublikada çay və dəniz nəqliyyatı fəaliyyət göstərir. Bu yollarla əsasən mineral xammallar daşınır. Xəzər dənizində əsas limanları Yeraliyev, Aktau və Bauti-nodur.

Hava nəqliyyatı da yaxşı inkişaf etmişdir. Qazaxıstanda ümumi daxili məhsul 214,4 mlrd

dol.hər nəfərə düşən ümumi milli məhsul 13 min dollar təşkil edir. İxracın cəmi 5197 mln dol. idxalın cəmi isə 5692 mln dol. (1995-ci il) təşkil edir.

Page 207: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

207

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR

1. Azərbaycan XXI əsrin astanasında. Elmi-praktiki

konfransın materialları. Bakı. 1998

2. Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual problemləri.

Bakı.2005.s.336.

3. Böyük İqtisadi Ensiklopediya. Bakı. “Şərq-Qərb”

nəşriyyatı.2012. I,II,III,IV,V cildlər.

4. Balayev R.Ə., Urbanizasiya: şəhər iqtisadiyyatı və ərzaq

problemi. Bakı.2007, s.295.

5. Əliyev A., Şəkərəliyev A., Dadaşov İ., Dünya

iqtisadiyyatı: müasir dövrün problemləri .Bakı. 2003,

s.455.

6. İbrahimov İ.H., Kənd təsərrüfatının inkişafı və

sahibkarlığın formalaşması problemləri. Bakı, “Səda”.

2005. s.360.

7. Məmmədov R.H., Hüseynov T.B., Hüseynov A.A.

Məhsuldar qüvvələrin yerləşdirilməsi. “Maarif”

nəşriyyatı, Bakı-1992.

8. Müseyibov M.M., Allahverdiyev N.N., Əyyubov N.H.

Dünya ölkələrinin iqtisadi-coğrafi qruplaşdırılmasının bəzi

problemləri haqqında. “Abituriyent”in xüsusi buraxılışı.

Bakı.2002.

9. Tofiq Bəhərçi, Məmmədov R.H., Mehdiyeva V.Z.,

Quliyev T.S. Məhsuldar qüvvələrin inkişafı və

yerləşdirilməsi. “İqtisad Universiteti” nəşriyyatı, Bakı-

2008.

10. Nadirov A.A. Müstəqil Azərbaycanın iqtisadiyyatı.

Bakı.2002.

11. Nuriyev Ə. Regional siyasət və idarəetmə. Bakı, “Elm”,

Page 208: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

208

2004, s.348.

12. Tofiq Bəhərçi, Validə Mehdiyeva., Məhsuldar qüvvələrin

inkişafı və yerləşdirilməsi. Bakı. 2012. “İqtisad

Universiteti” nəşriyyatı s. 526.

13. Арбузов В.В., Грузин Д.П., Симакин В.И. Экономика

природопользования и природаохраны. Учебное

пособие – Пенза: Пензенский государственный

университет. 2004. с.251.

14. Голуб А.А., Струкова Е.Б. Экономика

природапользования: Учеб. посо-бие для вузов. М.:

Аспект-Пресс, 1995. с.188.

15. Колесников С.И. Экономика природoпользования.

Ростов-на Дону. Учебно-методическое пособие. 2000.

16. Нестеров П.М., Нестеров А.П. Экономика

природопользования и рынок. Учебник для вузов.

М.:Закон и право, ЮНИТИ, 1997. с.413.

Page 209: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

209

MÜNDƏRİCAT

Mövzu 1. Məhsuldar qüvvələrin yerləşdirilməsinin

qanunauyğunluğu, prinsipləri və amilləri.

1.1. Məhsuldar qüvvələr haqqında ümumi anlayış....................4

1.2. Məhsuldar qüvvələrin yerləşdirilməsinin qanunauy-

ğunluqları............................................................................6

1.3. Məhsuldar qüvvələrin yerləşdirilməsinin prinsipləri........11

1.4. Məhsuldar qüvvələrin yerləşdirilməsinin amilləri ...........13

1.5. Məhsuldar qüvvələrin inkişafının əsas şərtləri.................15

Mövzu 2. Məhsuldar qüvvələrin inkişafında ərazinin rolu.

2.1. Ərazi anlayışı....................................................................21

2.2. İstehsalın ərazi idarə olunması sisteminin formaları, ərazi-

istehsal komplekslərinin mahiyyəti..................................23

Mövzu 3. Dünyanın siyasi-iqtisadi xəritəsi.

3.1. Dünyanın siyasi xəritəsinin formalaşması mərhələləri.....27

3.2. Dünyanın siyasi və iqtisadi xəritəsində dəyişikliklər........33

3.3. Dünyada idarəetmə formaları...........................................35

3.4. Dünya xəritəsində mövcud ölkələrin iqtisadi - sosial

inkişafı .............................................................................38

Mövzu 4. Təbii sərvətlərdən səmərəli istifadə.

4.1. Təbii sərvətlər haqqında ümumi məlumat........................43

4.2. Mineral ehtiyatlar..............................................................45

4.3. Torpaq və su ehtiyatları....................................................46

4.4. Meşə, iqlim ehtiyatları......................................................50

4.5. Rekreasiya ehtiyatları........................................................53

Mövzu 5. Əhali məhsuldar qüvvələrin aparıcı tərkibi kimi.

5.1. Əhali haqqında ümumi məlumat, əhalinin artımı,

Page 210: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

210

məskunlaşması..................................................................55

5.2. Əhalinin sıxlığı, miqrasiyası.............................................59

5.3. Urbanizasiya.....................................................................61

Mövzu 6. Dünya təsərrüfatı və onun formalaşması.

6.1. Dünya təsərrüfatının formalaşması və inkişaf

mərhələləri.........................................................................65

6.2. Dünya təsərrüfatı və beynəlxalq təşkilatlar, inteqrasiya...75

6.3. Dünya regionlarında məhsuldar qüvvələrin inkişafı və

yerləşdirilməsi...................................................................90

Mövzu 7. Elmi-texniki inqilab.

7.1. Elmi-texniki inqilab və onun tərkib hissələri...................98

7.2. Elmi-texniki inqilabın əsas istiqamətləri.......................103

Mövzu 8. Dünya təsərrüfatının aqrar sənaye sahələri.

8.1. Dünya təsərrüfatında sənaye əsas sahə kimi...................107

8.2. Yanacaq-energetika kompleksi, ən çox neft, qaz və daş

kömür istehsal edən ölkələr............................................109

8.3. Metallurgiya sənayesi, qara metallurgiya, dəmir filizi

ehtiyatları və yerləşdiyi ölkələr........................................118

8.4. Maşınqayırma və metal emalı, maşınqayırma

zavodları..........................................................................122

8.5. Kimya və neft-kimya sənayesi........................................125

Mövzu 9. Yeyinti, yüngül sənaye və nəqliyyat sistemi.

9.1. Yeyinti sənayesi və onun yerləşdiyi ölkələr...................127

9.2. Yüngül sənaye və onun yerləşdiyi ölkələr......................131

9.3. Nəqliyyat sistemi, onun dünyanın müxtəlif ölkələri üzrə

yerləşməsi........................................................................133

Mövzu 10. Dünya təsərrüfatının kənd təsərrüfatı sahələri.

10.1. Aqrar sənaye kompleksdi (ASK), kənd təsərrüfatı

Page 211: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

211

sahəsi..............................................................................135

10.2. Dünyada kənd təsərrüfatında bitkiçilik və onun əsas

sahələrinin regionlar üzrə yerləşməsi............................137

10.3. Kənd təsərrüfatında heyvandarlıq və onun əsas

istiqamətləri, regionlar üzrə yerləşməsi........................146

Mövzu 11. İnkişaf etmiş ölkələrdə (İEÖ) təsərrüfat

sahələrinin formalaşması

11.1. Dünya ölkələri arasında regional fərqlər.......................151

11.2. İEÖ qrupunun ümumi oxşar əlamətləri, istisadi və sosial

fərqləri...........................................................................157

11.3. İEÖ-in rəqabət mərkəzləri.............................................161

Mövzu 12. İnkişaf etməkdə olan ölkələrdə (İEOÖ)

təsərrüfat sahələrinin formalaşması

12.1. İEOÖ-in ümumi səciyyəsi.............................................165

12.2. İEOÖ-in ümumi oxşar əlamətləri..................................166

12.3. İqtisadi inkişaf səviyyəsinə görə qruplar......................171

Mövzu 13. Müstəqil Dövlətlər Birliyi ölkələrində məhsuldar

qüvvələrin inkişafı və yerləşməsi.

13.1. Azərbaycan Respublikasında təsərrüfat sahələrinin

formalaşması..................................................................174

13.2. Rusiya Federasiyasında təsərrüfat sahələrinin

formalaşması.................................................................191

13.3. Ukrayna Respublikasında təsərrüfat sahələrinin

formalaşması..............................................................194

13.4. Qazaxıstan Respublikasında təsərrüfat sahələrinin

formalaşması..........................................................201

ƏDƏBİYYAT SİYAHISI......................................................207

Page 212: Məhsuldar qüvvələrin yerləşdirilməsilib.bbu.edu.az/files/book/11.pdf · Rəyçilər: Bəyalı Ataov iqtisad elmləri doktoru, professor Anar Abbasov iqtisad elmləri doktoru,

212

İBRAHİMOV İSLAM HACI OĞLU iqtisad elmləri doktoru, professor

Əməkdar Kənd Təsərrüfatı İşçisi

“MƏHSULDAR QÜVVƏLƏRİN

YERLƏŞDİRİLMƏSİ”

Redaktor:

Texniki redaktor:

Kompüter tərtibatçısı:

Komputer operatoru:

Yığılmağa verilmişdir:

Çapa imzalanıb:

Kağız formatı: 60\90 1/16

Həcmi: 13,3 ç.v.

Tiraj: 500

“Bakı Biznes Universiteti nəşriyyatı”

Bakı, H.Zərdabi küç. 88a

E-mail: [email protected]