119
QARAQAN MƏLƏK Kitabı PDF’yə Çevirdi : Zaur Hacıyev @guzgudeki_adam Kitabın Sahibi : Toğrul Cabar -zadə @togrul.jz BÜTÜN HÜQUQLAR QORUNUR!

MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

QARAQAN MƏLƏK

Kitabı PDF’yə Çevirdi : Zaur Hacıyev @guzgudeki_adam Kitabın Sahibi : Toğrul Cabar-zadə @togrul.jz

BÜTÜN HÜQUQLAR QORUNUR!

Page 2: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

İnsanları nə qədər çox tanıyıramsa,bir o qədər itlərə

sevgim artır. Adolf Hitler

Hekayəmə keçid üçün kiçik bir...

PROLOQ

Artıq neçənci gecə idi gözümə yuxu gəlmirdi.Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarını azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çəkib rahatlayırdım.Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün gözləmələri və altı- bazar həyatını yaşayan, özündən küsmüş, otuzyaşlı uşaq idim. Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir, buxarlanırdı.Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim. Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bır hissiyatsızlıq verirdi sanki.Elə bu dəqiqə otağın küncündəki

Page 3: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

dibçəkdə bitən kaktus olmağa da razı idim. Nə fərqi var ki,onsuz da.

3

Yağış getdikcə möhkəmlənir, göy gurultuları küçələrdə həyasızca şütüyən varlı balalarının təkərlərinin səsinə qarışır. Bakı çılpaq çirkinliyilə məni özündən daha da uzaqlaşdırırdı. Hava soyuyur və fikirləşirdim ki, bir dəqiqəlik də olsa, bugözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etmək üçün sabah gümrah olmalıyam.Bircə dəqiqə də bu mənzərəyə baxım. Payızın ikinci yağışı idi və bu yağış, deyəsən bütün noyabr ayı yağacaqdı. Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu noyabr da heç nə gözləmirdim. İllər

keçdikcə içdən qocalır və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü-gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür və orada gözəgörünməz bir qarışqaya çevrilirdim. Amma düz deyirlər ki,həyatın ən aşağı nöqtəsinə enəndə,ən pis vəziyyətində olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi,elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını,həyata baxışlarını və hisslərini,düşüncələrini və inamını dəyişir. Mən heç nəyə inanmırdım həmin gecə. Amma bu hadisə baş verdi.Və mənim həyatımı tamamilə dəyişdi.

4

Page 4: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

YAĞIŞ

Eşitdiyim gurultu məni sanki yuxudan oyatdı.Yuxusuz bir adam yuxusuzluq yuxusundan oyadacaq qədər özgə bir gurultu idi bu.Yox,bu göy gurultusu deyildi.Yox,bu növbəti qoca qadını ya uşağı vuran vicdansız avtoş deyildi. Yox, bu pəncərənin çırpılmasına da bənzəmirdi.Bu heç qapının döyülməsi də deyildi. Gurultu sanki yuxarıdan,haradasa düz mənim mənzilimin tavanından gəlmişdi. Axı bu necə olurdu? Mən sonuncu mərtəbədə yaşayıram. Məndən yuxarıda adam yoxdur ki,oradan səs gəlsin.Otağın içində o yan-bu yana getməyə başladım.Yağış dayanmaq bilmir,pəncərəyə sıçrayır və şırıltısı navalçalardan aşağı süzülürdü. Evdə oturmağa davam etmək və qapını açıb binanın damına qalxmaq arasında kiçik bir qərarsızlıq səddini aşmağa hazırlaşırdım. İnsanlar o qədər dəyişmişdi ki,ovçuluqdan kapitalizmə qədər. Əvvəllər pələngi əlləri ilə boğan kişilər indi bir mərtəbə yuxarıya qalxmağı özləri üçün böyük bir qəhrəmanlıq hesab edirdilər. İkinci şimşək gurultusundan sonra evin işıqları zəiflədi və yanıb sönməyə başladı. Yox,

5

yüz faiz damda nə isə işlər xarab idi.Ya yanğın başlayıb,ya nəsə düşüb dama,ya hansısa oğrunu elektrik cərəyanı kül edib.Əlimə gələn ilk pencəyi əynimə geyinib divarlardan tuta-tuta qapıya yaxınlaşdım. Bayır qapısını açan kimi sərin yel içəri süzüldü,yalın ayaqlarımın arasından keçib barmaqlarımı

Page 5: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qıdıqladı. Bu yəqin ki,son iki-üç ayda ən cəsarətli qərarım idi.Yalın ayaqlarla pilləkənləri qalxıb,blokdan dama keçən kiçik dəmir qapını araladım.Bakının bulud dolu qırmızımtıl səması və damcılardan parlayan qırlı dam ayaqlarımın altına işıq salırdı.Budur,damda,doğrudan da,kimsə var imiş.Qaramtıl bir şey antenaların arasında,bacaların arasında yerə uzanıb qalmışdı.Alaqaranlıqdan gözlərim heç nə seçmirdi,Amma bu adam idi. Yerində yırğalanır,dərindən nəsəf alır və qıvrılıb titrəyirdi. İçimdə sanki bir kişi instinkti oyandı və dərhal əynimdəki pencəyi çıxarıb onun üstünə atdım. “Narahat olmayın indi sizi aparacam evə,narahat olmayın” – sanki yaxşılıq etmək arzusunu bütün ruhumu soyuqluq yuxusundan ayıltmışdı. Yerdə dizlərini qucaqlamış bu adamı əllərimlə qaldırıb yavaş-yavaş qapıya tərəf yönəldim. Gözlədiyimdən daha ağır idi bu zavallı.Amma mən bu yağışın altında onu tək qoya bilməzdim.Lap dilənçi olsun,lap qonşuların antenasını oğurlayan bir oğru olsun fərq etməz,insan idi ən sonunda. Pilləkənləri

6

enib,evimə daxil oldum. Onu öz yatağıma uzadıb,üstünü qalın yorğanla örtdüm.Yazıq danışa da bilmirdi,elə yorğana bürünüb donurdu.Onu gecənin bu yarısı sorğu-suala tutmaq istəmirdim,həm də işıqlar sönmüşdü göz-gözü görmürdü. Divarlardan tutaraq qonaq otağına keçdim və divanda uzanıb üstümü pencəyimlə örtdüm. Heç olmasa vicdanımın gugecəki “Bu gün kimə yaxşılıq etdin” sualına cavabım var idi. Mən yazıq bir adamı yağışın sərt və soyuq damlalarından xilas etmişdim. Ona görə bəlkə belə tez gözlərimə yuxu

Page 6: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

gəldi.Yuxusuz gecələrimin bitəcəyinə bir işarə kimi başımı qoyan andan dərin uzun yuxuya getdim.

Səhər gözlədiyimdən daha tez açılmışdı sanki,amma içimdə heç bir yorğunluq yox idi. Hətta dünən canımda olan soyuqdəymə də itmişdi.Hətta payız səhərindən qızılgül qoxusu da gəlirdi. Nə qəribə səhər idi. İşə getmək,gecikmək,saatın zəngi... – Bütün bunlar sanki birgünlük silinmişdi həyatımdan. Buludların arasından üzümə günəş şəfəqləri düşür və yağışdan sonra gələn torpaq iyi qızılgül iyinə qarışırdı. Ayağa qalxanda yadıma düşdü ki,evdə tək deyiləm.O biri otaqda dünən damda tapdığım adam yatırdı. Tez çayı üstünə qoyub,o biri otağın qapısına yaxınlaşdım.Qapını yavaşca aralayıb yataqda uzanan adama baxdım... Və... gözlərimə inana bilmədim.

7

Gördüyüm mənzərə mənim ağlımı başımdan çıxartdı. Yatağımda çılpaq,ilahi bir gözəlliyə sahib olan qız uzanmışdı. Mavi gözləri mənə baxır,qaşlarından qorxu və baxışlarında uşaq saflığı hiss olunurdu. Məni görüb yorğana büründü... sanki qorunurmuş kimi yorğanı qucaqlayıb pişik kimi başını çıxarıb diqqətlə məni gözdən keçirdi. Mənim ağzım açıq qalmışdı... Yavaşca içəri daxil olub gülümsəməyə çalışdım. Bəlkə gülümsəsəydim o anlayardı ki, mən onu xilas etmişəm, oğurlamamışam. Amma nə gülümsəyə bilir nə danışa bilir, nə də ona yaxınlaşa bilirdim. Yorğan onu tam örtmür və bu örtünmə çılpaq bədəni gizlətmədən daha çox özünü qorumaya bənzəyirdi. Onun çiyini yorğanın kənarından

Page 7: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

görünür və bəyaz incə dərisi sanki işıq saçırdı. Düz uzun, hamar çılpaq ayaqlan və yenə də bu uşaq kimi məsum baxışlar. Necə gözəl idi bu qız. Mən bəlkə dünyada belə gözəl qadın görməmişdim. İlahi bir gözəllik var idi bu qızda... Amma mənim təəcüblərim bununla bitmədi. Elə ilk kəlməni ağzımdan çıxarmaq istəyəndə birdən ayaqlarımın altında nəyinsə olduğunu hiss edib yerə baxdım. Aman Allah, bu bəyaz, bəmbəyaz iri lələk idi. Bunu gördüyümü görən qız sanki suallarıma cavab üçün yorğanı azca aşağı saldı və mən onun çiyninin arxasından çıxan iri, ağappaq qanadı gördüm. Bax elə həmin an deyəcəyim söz də yadımdan çıxdı.

8

Yerimdə donub qaldım. Bu insan deyildi. Əgər ilk olaraq gözəl qadına yaxınlaşmaq qorxusu idisə içimdə indi mən heç vaxt anlaya bilməyəcəyim,qeyri-adi,ilahi bir möcüzə ilə üzbəüz durmuşdum. Bu mələk idi. Əsl mələk idi. Bir anın içində bütün dünənki gurultu və onu damdan gətirdiyim qızın ağır çəkisi,damda çılpaq uzanması bütün şübhəli suallar öz cavabını tapdı. Mənim damıma yaralı Mələk yıxılmışdı. Yatağın kənarından azca sızan qan da buna sübut idi. Bu əsl mələk idi,dünyanın ən gözəl qadınından iki qat,üç qat,bəlkə on qat gözəl bir varlıq.

Ayaqlarımı tərpədə bilməsəm də,danışa bilməsəm də düşünə bilirdim. Bəlkə Allaha inanırdım,möcüzələrə inanırdım,qeyri-adi bir qüvvələrin olmasına inanırdım,amma bunu mənə ən yaxın dostum belə danışsaydı ona inanmazdım.Damdan yaralı mələk tapacağım heç vaxt ağlımın ucundan belə keçməmişdi.İndi isə bu mənim gözlərimin

Page 8: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qarşısında idi.Mənim yatağımda,bəyaz qanadlı ilahi gözəlliyə sahib,çılpaq Mələk uzanmışdı. Və nə qədər tez hansısa bir qərara gəlsəydim o qədər yaxşı olardı. İnsan heç vaxt rastlaşmadığı bir hadisə ilə rastlaşanda nə etməli olduğunu bilmir. Bu yanğın olsaydı,yüz birə zəng edərdim.Bu,oğru olsaydı mətbəxə qaçıb bıçaq götürərdim. Bu fahişə olsaydı onu geyindirib yola salardım,bu canavar olsaydı belə,qışqıra-qışqıra

9

bayıra qaçardım. Amma bu Mələk idi. Və səhər yuxudan oyanıb yatağında Mələk görən insanlar üçün heç bir ölkə,heç bir dövlət qanun yaratmamışdı. Bunu mənə nə məktəbdə öyrədiblər,nə universitetdə. Sadəcə,nə etməli olduğumu bilmirdim. Amma qızcığaz dərindən nəfəs alır və əlini çiyninə atırdı. Deyəsən,qanadının biri yaralı idi. Yəqin ki,şimşək çaxanda onu vurub və o göydən düşüb mənim damıma. Getdikcə sanki onun əsl olduğunu beynim qəbul edir və mən yerimdən tərpənə bilirdim. “mən... ııı.. Siz... bura... sizi mən gətirdim... bayırda... yağış yağırdı...” – deyə mızıldandım. Amma o yenə də dil bilməyən uşaq kimi mavi parlaq gözlərini bərəldib mənə baxırdı. Dodaqları əsir və yarasını tuturdu. Mən cəld mətbəxə gedib onun yarasını sarımaq üçün pambıq,yod və digər şeylər götürdüm. Geri dönəndə o artıq yorğanın altından çıxmış və yataqda oturmuşdu. Onun çılpaq bədənini görüb yenidən donub qaldım. Həyatımda az qadın olmamışdı,amma bu qızın bədəni elə gözəl idi ki,hər xətt,bütün kölgələr,rəngi,hamarlığı... Hər şeyi ilə çox gözəl bədəni var idi. Uzun gümüşü saçları çiyninə düşür,və...

Page 9: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qanadları... Necə də gözəl idi bu böyük,bəlkə özü qədər böyük olan bəyaz qanadları... bir az da yaxınlaşıb onun yanında yatağın bir kənarında oturdum. Mənə diqqətlə baxır,azca qorxur,amma hiss edirdi ki,mən ona pislik

10

etməyəcəm. Nə qəribə və gözəl yaranış idi Mələk... “Mən insanam... Mən... Mən səni damdan tapdım... Səni,yəqin ki,şimşək vurub və qanadını yaralayıb,sən məni başa düşürsən?” Mələk diqqətlə gözlərimin içinə baxır və məni qəribə bir baş gicəllənməsi bürüyürdü... Utanırdım ondan. Onun təmizliyi və gözəlliyindən. Əlimi yavaşca ona tərəf uzadıb toxunmaq istədiyimi bildirdim. O da yavaşca əlini mənə tərəf uzatdı... Bizim əllərimiz toxunanda,mələk sakitcə diksindi. Mənim də içimdən sanki isti bir cərəyan keçdi. Onun bircə toxunuşundan bütün bədənim ehtiraslandı,sanki soyuq dəniz suyuna girirmiş kimi bütün hüceyrələrim yuxudan oyandı. Dünyanın ən incə,ən ilıq əlləri idi bu əllər. İlıq və soyuq... soyuq və incə... Çox qəribə və hamar. Onun əlindən tutb barmaqlarını ovuşdururdum. Gözlərinin içinə baxıb gülümsəyirdim.Ondan qəribə ətir gəlirdi.Sanki gül bağçalarından gələn qızılgül ətri kimi... Bütün nəfəsimi açır,bütün varlığımı qanadlandırırdı. Əlini buraxmadan o biri əlimlə yaralı qanadındakı qanlı lələkləri kənara çəkdim. Heç vaxt düşünməzdim ki,mələklər yaralana bilər. Bu kiçik bir yara idi. Amma yəqin bu kiçik yara bəs etmişdi onun yıxılmağına.Pambığı isti suya batırıb əvvəlcə yarasını çirkdən yudum.Mələk qaşlarını çatıb yarasına baxır və dərindən nəfəs alırdı. Mən başa düşürdüm ki,bu onu ağrıdır,amma dözürdü.

Page 10: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

11

Bilmirəm anlayırdımı nə etdiyimi,ya yox. Amma icazə verirdi buna. Yarasını dərmanladıqdan sonra yavaşca,asta hərəkətlərə sarımağa başladım.Çox yavaş hərəkət edirdim ki,o diksinməsin gözlərində o qədər qorxu və yazıqlıq var idi ki,bu məni çox incə və səliqəli olmağa məcbur edirdi. Bəyaz sarığı onun lələklərinin arasında qalır və gözdən itirdi.Çox böyük,bəyaz lələkləri var idi.Amma çox incə idilər,lap ipək kimi.Yarasını sarıyandan sonra onunla danışmağa çalışdım. Amma yenə də heç bir xeyri olmadı. O sanki quş idi.Baxır,toxunur,haradasa anlayır,amma danışa bilmirdi. Bəlkə də heç anlamırdı,sadəcə,qorxurdu və tərpənmirdi. Mən bilə bilmirdim. Amma onu daha belə çılpaq görə bilməzdim.Mənim vicdanım sanki buna icazə vermirdi.Onun anlamadan mənə bəxş etdiyi bu gözəlliyə haqqım çatmırdı mənim.Axı bu Mələk əsl qadın olsaydı,heç vaxt mən tərəfə baxmazdı. Mənim kimi sıradan oğlanlar üçün o həddindən artıq gözəl idi. Bu cürə qadınları heç filmlərdə də göstərmirlər,bu gözəlliyə malik qadınları ancaq seçilmiş insanlar görə bilir yəqin. Və mən heç vaxt seçilmişlərdən olmayacam.

12

Page 11: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

KÜLƏK

Yağış sakitləşəndən sonra Bakının şıltaq küləkləri əsməyə başlamışdı. Onların vıyıltısından köhnə stalinkanın arakəsmələri fit çalır,hündür ağacların gövdələri ağır və tənbəl rəqslərinə başlayırdı. Küləkli havada Bakı sakinləri,başlarını aşağı salıb,içlərinə doğru yığılır,gözlərini qıyır və hündür dağlarda yaşayan çinlilərə bənzəyirdilər.Amma bu davamlı küləklər bir tərəfdən də insanları daha çox qabağa itələyir,tənbəl-tənbəl hərəkət edən piyadaları yuxudan oyadıb yeni fəthlər və çalışqanlığa yönəldirdi.Mən pəncərədən küçəyə boylanır və bu adamları seyr edirdim. Artıq mələyin varlığına öyrəşmişdim. Və məni çox qəribə bir hiss bürüyürdü. İndi aşağıda gəzən insanların birisi Allaha inanır,birisi inanmır,birisi dua edir,o birisi Mələklərin nağıl olduğunu düşünür,amma mən onların hamısını sübut edə bilərdim bu möcüzənin həqiqət olduğunu.

Bu gün işə getmədim.Saatlarla Mələklə danışağa çalışdım,amma heç nə alınmadı.Elə gözlərini mənə zilləyib susr və səsimi dinləyirdi.Daha sonra ona yemək verməyə çalışdım,bu da alınmadı,

13

onda mən fikirləşdim ki,yəqin mələklər yemək yemir. Amma bir neçə saat sonra,qarnını tutduğunu,iylə içəridə nə isə bir

Page 12: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

şey axtardığını və mənə yazıq-yazıq baxmasından anladım ki,acdır.İki saatlıq əziyyətlərimdən və 3 dəfə dükana gedəndən sonra anladım ki,Mələk ac olanda ancaq süd içə bilir – bəyaz,soyuq süd.Lap mpişik balası kimi südü tökdüyüm kasadan içir və arada iri mavi gözlərin qaldırıb mənim onu izləməmə baxırdı. Köhnə sevgilim məni atıb gedərkən unutduğu paltarı ona vermişdim.Qanadlarının arasından paltarı birtəhər cırıb onun bədəninə uyğun etmişdim. Ayaqlarımı qucaqlayıb oturcağa qısılmış,Mələyə öz hekayəmi danışırdım. Öz taleyimi,öz işimi,öz anamı,atamı. O da süd içir, arada mənə baxır və gözəl gözlərindən suallar yağırdı üstümə. Amma mənim də suallarım var idi. Nə elməliyəm bu mələklə? Axı onu geriyə, göylərə qaytarmaq lazımdı.Deməli, yarası sağalmalıdır.Yarası sağalan kimi onu geriyə dama qaldırıb uçmasına kömək edəcəm.Amma içimdən bir səs də deyirdi kı. Mələyi heç yana buraxmayım, ona danışmağı öyrədim, insanların içində yaşamağı öyrədim. Amma görəsən, o, insanlarla yaşaya bilər? Hərdən də ağlıma gəlirdi kı, zəng eləyim məscidlərdən birinə, ya televiziyalardan birinə, bildirim ki, mələk tapmışam. Qoy bütün kanallar çəksin, bütün qəzetlər yazsın, qoy İnsanlar bilsin ki, doğrudan da, Allah var,

14

onun mələkləri var. Qoy ən ümidsiz xəstələr, ən kasıb uşaqlar da sevinsin ki, o biri dünyada bizi cənnət və bu cür gözəl mələklər gözləyir. Axı bu mələk, doğrudan da, sübut idi, Allahın, möcüzələrin, nağılların, bütün insanlığın əsrlərlə görmədən inandığı bütün müqəddəs varlıqların sübutu idi.

Page 13: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Mənim haqqım yox idi, onu hər kəsdən gizlətməyə. Bəlkə də Allah onu qəsdlə Bakıya göndərib, bəlkə bu Mələk bizim şəhəri ədalətsizlik və çirkinlikdən ikiüzlülük və cahillikdən xilas etmək üçün göndərilib? Mənim suallarıma cavab yox idi, onun baxışları da sonsuz, dərin sualları ilə sanki mənim suallarımın içində öz cavablarını axtarırdı. Necə zərif bir qız idi bu Mələk, necə incə və zərif, kimsəsiz, yaralı və sakit... getdikcə sanki onun gözəlliyindən daha çox ruhunun təmizliyinə vurulurdum. Mənim həyatımda heç vaxt yaxşı qadın olmamışdı. Həmişə özündən razı tüklü,həyasız, qarasifət qızlar idi vurulduğum gözəlçələr.Bircə öpüşə görə məndən min manatlıq nişan üzüyü tələb edən qızlar idi mənim sinif yoldaşlarım, qrup yoldaşlarım və iş yoldaşlarım. Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun, sadəcə, daşları idi. Yolun kənarında mənə lazım olmayan "Yol daşları" idi həmin yoldaşlar.

Külək birdən otağımdakı pəncərəni çırpıltı ilə açdı və pərdələr qalxıb şaxtalı havanı içəriyə süpürdü.

15

Bu səs və bu mənzərədən qorxan Mələk qanadlarını açıb yerindən sıçradı və mənə tərəf tullanıb, qucağıma qısındı.Məni bərk-bərk qucaqlayıb gözlərini yumdu... Mən də onu qucaqlayıb başını sığalladım. Gümüşü saçları sinəmə tökülür, qızılgül ətri başımı gicəlləndirirdi. Deməli, o, artıq mənə güvənir, deməli anlayır ki, mən onu xilas elmişəm. Başa düşür ki, mən yaxşı adamam... Mənim üçün bundan gözəl təsəlli ola bilməzdi bütün günahlarım qarşısında. Dünyaya

Page 14: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

enmiş yeganə Mələk mənim qucağımda rahatlıq tapır. Mən artıq yüzə yüz qərar vermişdim. Ona kömək edəcəm. Qanadlarını sağaldacam...

Günlər keçir, mən arada işə gedir, onu evdə bağlayır, gələndə süd və yeni sarğılar alır və divanda yatmağa öyrəşirdim.Əslində həyatımda o qədər şey dəyişməmişdi Mələk gələndən, həmişəki kimi işə gedir və gəlirdim.Sadəcə, aldığım südlər və işdə fikrə getdiyim dəqiqələr artmışdı.Nə fərqim var idi ki, digər işçilərdən? Sadəcə, mənim evimdə Mələk var idi, göydən düşmüş, yaralı bir qız. Mavi gözlü, gümüşü saçlı Mələk.Günlər keçir, külək dayanmaq bilmirdi, hiss olunurdu ki, bu şimal küləyi özü ilə qalın qara buludlar gətirəcək. Bu buludlar da ya yağışlar, ya da qarlı günləri Bakıya miras qoyub cənuba üzəcək. Heç xoşum gəlmirdi Bakının küləyindən. Nəyindən xoşum gəlirdi ki, küləyindən də gəlsin.Bakı

16

böyüyürdü. Binaları, pulları, əlaqələri... Bakı meqapolisə çevrilirdi. Və Bakının insanları cılızlaşırdı bununla. Bu qədər bahalı maşın bu qədər varlı adam necə bölüşəcəkdi bu kasıbların çiynini.Bu kasıbların kürəyini neçə varlı tapdalaya bilərdi, görəsən? Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar. Mən, yəqin ki, bu bölüşmədə ikinciyə aid idim. Mənim heç nəyim yox idi. İkiotaqlı kiçik "stalinka"mı çıxmaq şərtilə, heç nəyim yox idi. Sadəcə, 40 il müddətində 8 saat işləmək borcum var idi bu dövlətə. Nədir ki, yavaş-yavaş 40 ilim keçər, çıxaram pensiyaya, başlayaram yaşamağa.

Page 15: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Amma Mələk mənim düşüncələrimdən çıxmır və mən içimdə bir sıxıntı keçirirdim.Vurulurdum getdikcə ona... Hər evə qayıdanda, açarın səsinə dəhlizə çıxan, mənim ağ köynəyimdə mətbəxdə gəzən, pəncərədən səmaya baxıb dərindən ah çəkən, hərdən, çox nadir vaxtlarda əlimdən tutan və... Mələk... mənim mələyim... Gözəl mələk... İnanılmaz gözəlliyə sahib tərtəmiz ruhlu, içində heç bir pis fikir olmayan bakirə bir Mələk... Külək saçlarımı dağıdır və bazarlıqdan daşıdığım torbaları yelləncək kimi yellədirdi əlimdə. Bu gün Mələyə hədiyyə almışdım.Bu kiçik yun papaq idi və ağ yun corablar.Yəqin ki, onu soyuqdur bu küləkli havada. Az qalıb, qanadı sağalan kimi onu dama çıxaracam və icazə verəcəm uçsun,

17

əgər uçub getsə bu onun öz seçimi olacaq,əgər qalsa məni dünyanın ən xoşbəxt oğlanı edəcəkdi.Mən ona verirdim bu seçimi.Həm mənim hisslərim onda olmaya bilərdi.Axı mən,sadəcə,bir insanam.Adi,sıradan bir insan.O isə Mələk.Onun düşüncəsi,hissləri,həyatı dərk etməsi bizdən qat-qat yüksək ola bilərdi. Külək zibilliklərdən qəzet və zənbil parçalarını sovurub göyə qaldırır,sonra Bakının qollu-budaqlı ağaclarına ilişdirirdi. Küləklər şəhərinin adi,ən sıradan mənzillərindən birində bir oğlanla bir Mələk üzbəüz oturub bir-birinə baxırdı.Necə şirin idi bu qızcığaz,əyninə böyük olan köynəkdə,yun papaq və ağ corablarda.O böyük qanadları o qədər gözəl idi ki,bəzən onun üzünü,gözlərini unudur və ancaq qanadlarına tamaşa edirdim. Bu cürə gözəl mənzərəyə baxdıqca keçmişdə sevdiyim,vurulduğum qızlar yadıma düşür

Page 16: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

və nə qədər adi və çirkin olduqlarını anlayırdım. Özümə də onun yanında baxanda hiss edirdim ki,bir pillə aşağıyam,bir varlıq kimi,bir insan kimi,bir şəxsiyyət kimi.Axı biz insanların içi kin və paxıllıqla doludur.Özümüzdən yaxşı adam gördükdə belə içdə fikirləşirik ki,biz ondan yaxşıyıq,biz ondan gözəlik.Hər bir oğlan,hətta boks çempionunu görəndə belə düşünür ki,çox əsəbi halda dalaşsalar,o,çempionu beli üstə yıxa bilər.Ən eybəcər qız,gözəl bir qadını görəndə də içində fikirləşir ki,bu qadın gözəl olsa da,

18

mənim ürəyim daha təmizdir,ya mən daha ehtiraslıyam,ya daha maraqlıyam. Həmişə! Biz insanlar həmişə bizdən üstün insanları aşağılamaq üçün bir şeylər tapa bilərik.Amma bu Mələyin qarşısında sanki dilim-ağzım tutulmuşdu. Heç bir şübhə,heç bir sual yox idi içimdə. Əksinə,cavabı bilirdim. Bu Mələkdir,möcüzədir və məndən təmizdir,məndən günahsızdır. Bunu içdən qəbul edəndə,onun məndən daha yaxşı birisi olduğunu qəbul edəndə içimə qəribə bir hiss gəldi. Bəli, qarşılıq gözləmədən,heç bir səbəbə və nəticəsi axtarılmadan hiss etdiyim sevgi hiss idi. Sadəcə sevmək,uzaqdan sevmək,toxunmadan,onu istəmədən sevmək.Bir-bir keçmişdə sevdiyim qızlar yadıma düşür və anlayırdım ki,bu qız onların heç birisinə bənzəmir.Axı ona nə mənim atamın harada işləməsi,nə pullar,nə qızıllar maraqlı idi. Onun üçün fərqi yox idi mən nə dərəcədə yaraşıqlıyam,ya çirkin,boyum uzundur,ya qısa,hansı maşını sürürəm,hansı dilləri bilirəm,hansı ölkələrdə gəzdirəcəm onu. Mələyə bunların heç birisi maraqlı deyildi,onun gözlərinə baxır və

Page 17: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

anlayırdım ki,o belə deyil. Onun baxışlarında sevgi,hörmət və qürur hissi görürdüm. Kimliyimdən və necəliyimdən asılı olmayaraq,sadəcə,insan olduğuma görə,Allahın yaratdığı varlıq olduğuma görə mənə hörmət edirdi.Bəlkə də bunlar ancaq mənim ağlımdan keçən fikirlər idi.Amma onun gözlərinə baxanda,

19

onlardakı o parlaq işığı görəndə anlayırdım ki,bu qız çox təmiz və çox yaxşı birisidir.

Günlər çox sehrli keçirdi mənim üçün.Artıq bir həftə olardı ki,Mələk evimdə yaşayırdı. İşə getmirdim son iki gün,ona görə həmişəkindən bir az gec qayıtmalı olmuşdum. İşlər üst-üstə yığılıb qalır,mənim həyatım isə Mələyin yanında paralel bir dünyada davam edirdi,sanki çox həvəssiz və soyuq idim,Mələkdən kənar hər şeyə qarşı.Evə gələn kimi hər şeyi unudur və yalnız Mələyə tamaşa edirdim.Evdən gedəndə də onu yenidən görəcəyim anı düşünürdüm.İnsanlar isə qarışqa kimi işləyir öz aləmlərində hansısa vacib məsələləri həll edirdilər. Amma mən bilirdim ki,bütün onların bu rəqəmləri,planları,kağızları – hamısı boş-boş şeylərdi.İnsanlar bir anlıq belə dərindən nəfəs alıb həyatlarına kənardan baxmaq,bircə anlıq nə üçün yaşadıqlarını anlamaq istəmirdilər.

Qapını açanda narahatçılıq gəldi içimə,axı həmişə açarın səsinə dəhlizə çıxardı? Görəsən, nə olub Mələyə? Tez

Page 18: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

torbaları yerə qoyub yataq otağına keçdim. Ayaqlarını qucaqlayıb sıxılırdı.Gözlərini qıyır,ağzı büzülür,titrəyirdi. Mən ona ona yaxınlaşıb nə baş verdiyini öyrənməyə çalışdım. Amma danışa bilmirdi,susur,yazıq gözlərini mənə qaldırır və sanki ağlayırdı. Tez onun arxasına

20

Keçib qanadına baxdım... Aman Allah,onun qanadı qanamışdı,yarası açılmışdı deyəsən.Sarğıdan qan yatağa sızır və yerə tökülürdü. Çox qan itirirdi. Axı niyə belə olub,mən ki,hər şeyi düz eləmişdim. Bəlkə də səhv eləmişdim,tibdən o qədər yaxşı başım çıxmırdı. Amma əmin idim ki,bu,sadəcə,kiçik bir cızıqdır. İndi isə bu mənzərəni görüb özümü dünyanın ən alçaq adamı hiss edirdim. Mən necə bu qədər diqqətsiz ola bilərdim,axı? Amma onu həkimə də apara bilməzdim. Qorxurdum onu insanlara göstərməkdən. Özgə insanlara göstərmək olmazdı onu.Çox düşünmədən,telefonu qaldırıb,evə zəng elədim.Anama atama çoxdan zəng eləmirdim. Axı mən böyük qardaşım kimi deyildim. Onların istədiyi oğul,onların istədiyi həyat tərzində yaşayan,onların kiçik allahlar kimi cızdığı alın yazısı ilə hərəkət edən böyük qardaşım kimi olmamışdım mən. Onun kimi pencəkli,qalstuklu,nişanlı,toylu və arvadı hamilə deyildim mən.Ona görə məni rahatca evdən aralamışdılar. Bizim böyük evimiz var,üçmərtəbəli həyətində iki cipli. Anam da,atam da həkim idi. Onlar artıq uzun illərdi dövlət xəstəxanalarından birini ələk-vələk etmişdilər. Və bu bütün ailənin xoşuna gəlirdi,bircə məndən başqa. Mən dözə bilmirdim,onların azərbaycanlı dar düşüncələri və adət-ənənələrinə. Həmişə

Page 19: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sıxılırdım və həmişə hər şeyə özüm qadir olmaq istəyirdim. Ona

21

görə mənə bu köhnə evi,daha doğrusu atamın əli harama batmadan babamdan qalan evi vermişdilər. Daha doğrusu,mən bu evi özüm istəmişdim. Onlar mənə mərkəzdə yeni tikilmiş binalardan birində ev söz vermişdilər. Amma mən babamın mirasını onların haram pullarla qazandığı evə dəyişə bilməzdim. Bəlkə də çox sentimental doğulmuşdum iyirmi birinci əsr üçün. Amma mənim vicdanımın öz kodeksləri,öz qanunları var idi və mən ancaq öz vicdanımın səsi ilə hərəkət edirdim həmişə. Valideynlərim azadlığımı və seçmə hüququmu əlimdən alıb mənə bahalı maşın və qohumlardan birinin qızı ilə nişanlanmağımı istəyirdilər. Mən isə azad həyat və alın təri ilə qazandığım ruzini seçdim. Amma bu gün... Bu gün onların köməyinə həqiqətən ehtiyacım var idi.Atam cərrah idi,anam da yaxşı həkim idi,onları bura çağırsaydım,onların Mələyin qanadını sağalda bilsəydi... Kaş mənim dediyimə razılaşsınlar. Kaş hər şey alınsın. Mələk qəmli gözləri ilə mənə baxır və sakitcə mızıldanırdı. Onun elə incə səsi var idi ki,bu lap uşaq səsinə bənzəyən zərif qadın səsi idi. Necə də qəribə idi. O qız olsaydı,yəqin ki,20 yaşı olardı. Necə cavan və təmiz idi Mələk... Mən axı valideynlərimə bunu necə başa sala bilərdim. Onun Mələk olduğunu necə deyəcəkdim onlara? Bəlkə də heç nə deməsəm yaxşıdır. Sadəcə deyim ki,yaralanmışam məsə kömək lazımdı.

22

Page 20: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

“Ana,Anacan... Atanı da götür,gəlin mənim yanıma,deyəsən yaralanmışam. Ana... deyəsən,bıçaq yarasıdır. Neçə gündür gizlədirəm sizdən,amma deyəsən yaram açılıb və qanaxma dayanmaq bilmir”. Bu zəng bəs etmişdi ki,15 dəqiqə sonra atamla anam qapının ağzında dayansın. Düz tapmışdım,onlar mənim bıçaqlandığımı eşidib heç bir həkimi bura çağırmıyıblar ,söz-söhbət olmasın deyə özləri gəliblər. Onlar qapının ağzında durub mənə baxır,mən onları qucaqlayıb təşəkkür edirdi ki,məni dara qoymayıb gəldilər.

- Ata,Ana... mən yaralı-zad deyiləm...Sadəcə...

Atam qaşqabağını tökdü:

- Adam da belə şey deyər anasına,özün də bilirsən ki,xəstə arvaddır. Ürəyinə salır hər şeyi.

Anamın gözləri doldu və ağlamağa başladı.

- Ana ata... yox... siz başa düşmədiniz.Mən yalan danışmamışam,mənim yataq otağımda yaralı var...

Atam lap dəli oldu. O dəqiqə fikirləşdi ki,mən kimisə bıçaqlamışam.

- İt balası... sən nə danışırsan? Kimi yaralamısan,bizim ailənin adına ləkə gətirmək istəyirsən?

- Ata,mən yaralamamışam. Bu,şimşək,yarasıdır. Sişmək vurub onu.

- Kimi?

23

Page 21: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Ana can... bu mənim... bu mənim... belə deyim, dostumdur.Amma sizdən bır şey xahiş edəcəm.

Atam artıq çamadanı açır və lazımı sarğıları və dərmanları hazırlayırdı, şimşək yarasına qarşı nələr lazım olduğunu bilirdi, düzdü, bu hadisə ilə çox nadir hallarda rastlaşsa da, bilirdi ki, bu cərəyan keçirməsi nəticəsində daxili orqanlar partlaya bilər, amma bəzən bu, sadəcə, yüngül yanıqla bitirdi.

- Ata, qulaq as mənə... Siz mənə söz verməlisiz.Söz verməlisiz ki, mənim yataq otağımda gördüyünüz haqda susacaqsınız. Ən yaxın dostlarınıza belə, qardaşıma belə, heç kəsə deməyəcəksız heç nə!

Onlar mənim belə əsəbi və qəti olmağımdan narahatçılıq keçirdilər.

- Yaxşı bala. Narahat olma. Apar bızı dostunun yanına, onu müalicə edək.

- Yox, ata. Əvvəlcə söz ver. Söz ver mənə kişi kimi nə sən nə anam heç kəsə heç nə deməyəcəksiniz!

- Yaxşı oğul, söz verirəm. Söz verirəm. Nə mən nə anan heç kəsə heç nə deməyəcəyik.

Onları qucaqlayıb dərindən ah çəkdim.Mələyin qanı axırdı yəqin, mən də onları gecikdirirəm.Amma başqa cürə edə bilməzdim.İndi isə,

24

Page 22: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

anamı və atamı mələklə görüşə hazırlamalı idim.Yavaşca qapıya yaxınlaşıb onu araladım.

- Ata, içəridəki varlıq insan deyil, əvvəlcədən deyirəm qorxmayasız...

Bu sözləri demişdim ki, Mələk qanadlarını açıb bir neçə dəfə çırpdı. Sonra yenidən yatağa yıxıldı.Onun yatağa yıxılması ilə mənim anamın ürəyi gedib yerə yıxılması bir oldu.

- Ana, ana! Nə oldu sənə?!

- Aman Allah, bu nədir?! - deyə atam Mələyə tərəf yaxınlaşdı.

- Ana... Ana...

- Pıssımillah, pıssımillah!

- Ana, bismillahdır o... Nə pıs-pıs salmısan... qorxma... Bu mələkdir. Ata, o mələkdir.Qanadı yaralıdır.Şimşək vurub onu... Salıb yerə...

Atam dərmanlarını hazır tutsa da, yaxınlaşmağa qorxurdu, anamı sakitləşdirən kimi, atama yaxınlaşdım, və Mələyin əlindən tutdum.

- Mələk, bu mənim atamdır.O sənə kömək etmək istəyir... ata, qorxma yaxınlaş... Bu Mələkdir, yaralı bir Mələk...

Atam ona yaxınlaşıb yarasını gördü və həmin an onda həkim vicdanı oyandı sanki, özünü itirmədən, tez yaranı araladı.

- İrinləyib bu... əməliyyat eləməli olacağıq...

Page 23: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Necə yəni?

25

- Bax bu hissəni görürsən, buranı kəsib atmaq lazımdır. Kiçik olsa da, bu ət parçası onu öldürə bilər...

- Ata, axı onun qanadı...

- Narahat olma, yara özü laxtalanıb bağlayacaq o yeri, sadəcə, bu kiçik hissəni kəsmək lazımdı, o irinləyir və laxtalanmaya imkan vermir. Yaxşısı budur, sən onu möhkəm tut mən də iynə vurum, bir neçə dəqiqəyə yuxuya gedəcək

- Oldu ata... oldu... Mələk... qorxma. Biz sən xilas edəcəyik indi. Sadəcə bir az ağrıdacaq. Bircə damcı ağrıdacaq.

- Qızım qorxma, - deyə atam əlavə etdi...

Mən Mələklə danışdığımdan elə bildi ki, o məni başa düşür... elə bildi ki, danışa bilir. Ya da heç nə düşünmürdü atam?

Anam kənardan baxır və başını yelləyirdi. Dilinin altında mızıldanırdı "Allahım, ya rəbbim, bu nə cürə şeydi yaratmısan... Vay, vay, vay... Bu nə cinni ifritədi... bu nə mələkdi... quşdu... nədi... ay Allah!"

Biz Mələyi yatızdıran kimi atam əməliyyata başladı və tez bir zamanda onu bitirdi.Yarasını sarıyıb dedi ki, iki günə sarğını tamam açım ki, hava dəysin tez qurusun. Onun dediyinə görə üç günə, dörd günə uça bilərdi. Mələk xilas olmuşdu. İndi atamla anama başa salmalı idim hər şeyi.

Page 24: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

26

- Ata, ana... bilirəm, bunu sizə deməli idim.Amma... bilirsiz, bu çox təsadüfən oldu. Yağış yağan gün binanın damına nəsə düşdü, qalxdım gördüm adamdır,evə gətirdim ki,yağışın altında yatmasın, bir də səhər duranda gördüm ki, Mələkdi.Anacan, görürsən, necə gözəldi? Qızılgül ətri gəlir ondan.Çox gözəldi.Hələ bir lələklərinə bax?

Anamın gözləri tavanda qaçır və nə isə fikirləşirdi.

Atam ayağa qalxıb dedi:

- Axır ki, tale bizim ailənin üzünə güldü!..

- Ata nə mənada?..

Əlli yaşlı kişi birdən başladı hoppanmağa... Sevinməyə!

- Biz varlı olacağıq, varlı!.. Mənim balam, tarixə düşəcəyik... Bütün dünya bizi tanıyacaq və ən əsası mən... Mən ilk həkim olacam... Mələyi əməliyyat etmiş ilk həkim olacam dünyada! Biz varlandıq, Sən bilirsən bizə nə qədər pul verəcəklər bu Mələyə görə?

Onun bu sözlərindən gonbul anam hırıldayır və qızıl dişləri görünürdü.

- Ata!!! Sən nə danışırsan? Ana! Nəyə gülürsən? Bizim evimizdə yaralı var... Siz onu sağaltdız.İndi də satmaq isləyirsiz? Budur sizin vicdanınız? O bəyəm bizim mülkümüzdü ki, onu sataq, ya onun sayəsində məşhur olaq?

Anam dilləndi:

27

Page 25: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Atan nə deyir düz deyir. Heç görmüsən bir dəfə nəyisə səhv desin? Özü də axır vaxtlar vəziyyətimiz ağırlaşıb bizim. Prezident rüşvətlə mübarizəyə başlayıb.Bilirsən bu nə deməkdi? Kim rüşvət alsa onu işdən qovacaqlar. Bizim də bütün pulumuz rüşvətdən gəlirdi, özün bilirsən.İndi isə işlər çətindir.

- Ana,bunun nə dəxli var Mələyə? O bizim ailənin rüşvət almaq problemlərini həll eləməlidi bəyəm? Ana, ata... təsəvvür edin ki, bu mənim dostumdur, ya sevgilimdir, siz onu satacaqsız ki, bir az pul qazanasız?

Atam əsəbiləşib əlini masaya çırpdı:

- Ay kişi, bir az pul? Bir az pul? Sən bilirsən Mələyə görə nə qədər pul verərlər? Təsəvvür edirsən adicə Səhiyyə Nazirliyi nə qədər pul verər bizə ki, Mələyi müayinə eləsinlər, bilsinlər ki, onun hansı orqanları var, neçə qrup qanı var? Bilirsən bu nə cürə böyük bir tapıntıdır? Elm üçün, dünya üçün! Tibb üçün!

- Həə... tibb indi yadına düşdü? Bəs rüşvət alıb köməyə ehtiyacı olanları ölümə göndərəndə? Harda idi sizin vicdanınız? Ata, biz bunu dəfələrlə danışmışıq və mənə vicdandan, ədalətdən və tibdən danışmayın.Qazancınız da, pulunuz da eviniz də mənə lazım deyil. Sizdən bircə kömək istədim.Bircə kömək bu yazıq qızcığazın qanadını sağaltmaq. Siz hətta insan olmayan, bir manat pulu olmayan

28

Mələkdən belə pul istəyirsiz? Elə bil Tibb Universitetini yox, İqtisad Universitetini bitirmisiz!

Page 26: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Onlar mənə baxır və sanki hirslənməkdən, əksinə yazıqları gəlirdi mənə. Elə baxırdılar ki, elə bil mən nəsə xəstə bir adamam. Mənə xəstəyə baxdıqları kimi baxırdılar. Və çox peşəkar həkim kimi bilirdilər mənim xəstəliyim nədir. Onlar məndə vicdan xəstəliyi tapmışdılar. Və bu vicdan getdikcə böyüyür, xərçəng kimi mənim bütün bədənimi özünə tabe edir və axırıma çıxırdı.

Anam gözlərini qıyıb ağlamağa başladı:

- Kül sənin başına... gic oğlu gic. Elə bil dünyanın dərdi sənə qalıb. Qardaşına bax... Bir bax qardaşına, ondan nümunə götür.Adam kimi yaşayır. Sənə baxanda ürəyim yanır. Bu nə mətbəxdir, bu nə yataqdır?! Necə yaşayırsan bu tozun içində, yağlı qazanların içində necə yaşayırsan?!

- Ana, insan kimi. İnsan kimi yaşayıram.

Atam Mələyə baxdı və dedi:

- Bala, bu bəlkə elə sənin dediyin o Allahın sənə bir işarəsidir? Bəlkə o da baxıb nə gündəsən, sənə xilas göndərib bu Mələyi? Bəlkə bu da sənin ruzindir? Satıb ağ günə çıxmalısan?

- Ata can... bütün günlər ağdır. Hər səhər günəş doğur və hər səhər biz ağ günə çıxırıq, sadəcə, bunu içdən hiss eləmək lazımdır. Günəşi görmək üçün, dərindən təmiz hava ilə nəfəs almaq üçün nə dollar lazımdı nə avro... Ata, siz özünüz

29

hələ ağ günə çıxmamısız. Elə çapalayırsız pulun içində.Oğluma Mersedes, qızıma cehiz, arvadıma sırğa, özümə kostyum...

Page 27: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çox çətindir sizin həyatınız ata can... mən belə istəmirəm. Mənim heç nəyim olmasa da içimdə bir sevgi var. Və düz deyirsən, bəlkə də Mələyi Allah mənə göndərib, amma onu satmağım üçün yox, onu xilas etməyim üçün. Və mən əlimdən gələni eləyəcəm ki, bu Mələk yenidən uça bilsin. Köməyinizə görə çox sağ olun... Amma mənə mane olmayın. Mən sizə etibar eləyib bura çağırdım. İnamımı qırmayın... Sizə olan son ümidimi öldürməyin.

Külək pəncərələri silkələyir, onun uzun və kobud vıyıltıları mətbəxdən yataq otağına keçir və Mələyin yuxusuna qorxu və narahatçılıq qatırdı. Mən ilk dəfə otaqda siqaret çəkirdim. Bunun Mələyin xoşuna gəlməyəcəyini bilə-bilə edirdim. Onlar çıxıb getmişdilər. Mənə söz verib getmişdilər. Onları intiharla hədələmişdim. Bundan da keçə bilməzdilər. İndi isə Mələyin açıq çiyninə, hamar incə dərinin lələkli qanada keçidinə onun dərisinin gözəlliyinə baxır və siqareti içimə çəkirdim. Niyə mən? Niyə tanrı onu mənə göndərdi axı? Niyə yaralı Mələk? Amma nə qədər qəmli mənzərə olsa da, qanlı qanadlar yenə də mənə ümid verirdi. Deməli, hələ də ümid var. Deməli, bu çirkli və ədalətsiz insanların dünyasından yüksəklərdə haradasa buludların arasında

30

mələklər var.Bu Mələk kimi gözəl mələklər.Təmiz, xeyirxah, içlərində bircə qram nifrət və kin olmayan şəffaf, saf varlıqlar. Deməli, yaxşı insan olmaq axmaqlıq deyil. Deməli, zəmanə adamı olmaq lazım deyil, deməli, mənim vicdan xəstəliyim də xəstəlik deyil. Son illər necə yaşadığımı yadıma saldıqca

Page 28: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

anlayırdım ki, hər günüm intihardan bircə addımlıqda idi. Çünki buralarda tək idim. Mənim kimi adamlar yox idi bu ölkədə, özüm öz doğma vətənimdə özgə idim. Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. İş yoldaşlarım hər bazar günü görüşüb birlikdə içirdilər. Bu mənə maraqlı gəlmirdi, ona görə evdə otururdum. Ailəm hər həftə hansısa qohumların evinə gedir, ya toylara, ya yaslara gedirdilər. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, ikiüzlülük edir, bir-birilərinə bütün dostlar, bütün tanışlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir-birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən xoşbəxt idilər.Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim.

31

Külək daha sürətlə əsir və mətbəxdə yanılı qaIan televizordan Bakının xəbərləri yayımlanırdı. Neçə kökündən qopmuş ağac, neçə dağılmış zibil yeşiyi, parklarda böyrü üstə aşmış kaktuslar... deyəsən, külək gözləniləndən daha möhkəm idi. Evdən bayıra çıxmağa məcbur olan aparıcı xanım insanlara evdən çıxmamağı məsləhət görürdü. Deyilənə görə külək hələ getdikcə güclənəcəkdi. Təzə bazar, Yaşıl bazar və digər bazarların camaatı küləkdən şikayətlənir və deyirdilər ki,

Page 29: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

belə havalarda insanlar super-marketlərə gedir... Sonra hansısa rayonda prezidentin yeni açılmış fabrikin lentini kəsməyini göstərirlər və yanındakı nazirlər də, prezident də, onun can güdənləri də hamı küləkdən yellənir və ağac budaqları kimi o yan-bu yana gedirdilər. Necə də qəribədir. Küləyin əlində biz hamımız sadəcə, kiçik bir ağac budaqlarıyıq və bizim bütün açılışlarımız, qayda və qanunlarımız matəm və bayramlarımız bu böyük təbiət qüvvəsi qarşısında necə də cılız və önəmsizdir. Daha sonra xəbərlər proqramı Şirvan rayonuna bağlanır və yeni tikilmiş külək dəyirmanlarından reportaj göstərilir. Dəyirmanları tikən sahibkarlar onun enerji topladığından və bu enerjinin bütün rayonu istilik və işıqla təmin edə biləcəyindən danışırdı. Doğrudan da qəribədir, kiməsə yaxşı olan şeylər başqa birisinə pis olur. Burda ilahi bir nizam var sanki.

32

Mələk gözlərini ovuşdurub yatağın başına söykəndi. Dağınıq saçlarının arasından gözəl üzü görünür və dodaqları sanki gülümsəyirdi. Mənə baxıb, doğrudan da, gülümsəməyə başladı. İncə dodaqlarının arasından bəmbəyaz dişləri parıldadı. Mənə baxıb gülürdü. Sonra ayağa qalxdı. Mənə yaxınlaşıb qucaqladı. Mən də onu qucaqladım. Və... istəmədən bizim gözlərimiz kəsişdi. Bir-birimizə baxıb donub qaldıq. Mənim içim bu hissdən, bu sevgidən şam kimi əriyirdi. Ürəyim çoxdan ayağımın altına düşmüş, hətta fırlana-fırlana pilləkənlərlə birinci mərtəbəyə kimi getmişdi sanki, özümü itirmişdim, bu gözəllik və təmizliyin qarşısında, sadəcə, qula çevrilmişdim. İlahi, necə də gözəl idi. Mənim qollarımın

Page 30: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

arasında idi. Mənə baxır və gülümsəyirdi. Mənim ağ köynəyimdə, qanadı yaralı Mələyim. Dünyaya enmiş ilk Mələk, insana toxunmuş ilk Mələk idi sanki... Necə sevirdim onu... Hə, sevirdim. Bu hissin başqa adı yoxdur. Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa əgər kiçik bır pıçıltı ilə danışmağa qorxur və onun çox möhkəm bir səslə çıxacağından çəkinirsənsə. Əgər başın gicəllənir və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə... Buna ancaq sevgi deyirlər. Mən sevirdim... onu sevirdim... Bizim burunlarımız bir-birinə toxunur və onun isti nəfəsi mənim dodaqlarıma əsir, ondan gələn ətir

33

məni dəli eləyirdi. Gözlərindəki məsumluq itmir və sanki o nə etdiyini anlamırmış kimi baxışları az da olsa utanmırdı. Bizim dodaqlarımızın toxunmasına heç nə qalmamışdı. Arada, hətta azca lap kənardan toxunurdular da... mən onu öpmək istəyirdim. Bunun üçün həyatda hər şeyi verərdim. Hər şeyimi satardım, məhv olardım, cəhənnəmdə yanardım bircə öpüşünə görə... Amma... Amma... onun gözləri... gözlərindəki anlamsızlıq. O bilmirdi sevirəm onu, o bilmirdi öpüş nədir... Öpüşmək nədir... Mən ondan istifadə edə bilməzdim. Mənim vicdanım buna imkan verməzdi.Onun məsum baxışlarına fikir vermədən onu yatağıma sala bilməzdim. O mənə qarşı çıxmasa da, bunu eləyə bilməzdim. Onun gözlərində mənə qarşı sevgi, əsl sevgi olmamış bunu eləyə bilmərəm... bu fikirlərlə onu bağrıma basıb, yanağından öpdüm. Sonra başını sığallayıb, ayağa qalxdım. Mətbəxdən süd gətirdim, südü görən kimi yenə balaca pişiyə döndü sanki. Mənə baxıb

Page 31: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

gülümsədi. Gülümsəməyi yeni öyrənmişdi. Yəqin ki,son günlər mənim üzümdən gülüş itmirdi və o mənə baxıb gülümsəməyi öyrənmişdi. Mən də ona baxıb nağıllara inanmağa başlamışdım. Külək isə əsir, dayanmaq bilmirdi. Abşeron yarımadasında hava küləkli və şaxtalı keçəcəkdi. Bir neçə gün evdən bayıra çıxmaq olmazdı.

34

QAR

Üç gün sonra Bakının səliqəsindən əsər-əlamət qalmamışdı. Təzə tikilən binalardan neçə fəhlə yıxılmış,qum və sement topaları şəhərin üstündə uçuşub mərkəzi küçələrə tökülmüş, böyük ağaclar bahalı maşınların üstünə yıxılmış və mərkəzdəki bahalı geyim dükanlarının şüşə vitrinləri küləyə tab gətirməyib çilik-çilik olmuşdu. Alimlər nasə danışır və Bakının tarixində belə küləyin olmadığını bildirirdilər. Amma külək yavaş-yavaş sakitləşir və havada arabir, kiçik qar dənələri gözə dəyirdi.

Mən onun yarasını sonuncu dəfə yoxlayanda artıq laxtalanmış və laxtanın özü də sovrulub itmişdi onun lələkləri arasında, iki gün əvvəl qan olan hissədən indi yeni kiçik lələklər çıxırdı.

Necə istəyirdim Mələyi evdən çıxartmaq. Artıq külək yoxdur. Yəqin ki, sabah səhər uça bilərdi artıq öz evinə, məni

Page 32: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sonuncu dəfə qucaqlayıb, gülümsəyib uça bilərdi gəldiyi yerə. Amma heç olmasa bircə dəfə onu küçəyə çıxara bilsəydim. Bircə dəfə, onunla Bakının parklarını, dəniz kənarını gəzə bilsəydim. Ona ən bahalı restoranda

35

süd alardım. Ona ən hündür binanın damında Bakını göstərərdim. Ya da nəyinə lazımdır, о ki uça bilir. Amma onu avtomobilə mindirərdim. Onunla metroya düşərdim. İnsanları göstərərdim. Onu Park sinemada filmə aparardım. Amma... onun qanadları... Onun qanadlarını görən camaat hər şeyi anlayardı. Otaqda bir xeyli oyan-bu yana gəzişib sonunda qərar verdim. Gedirik gəzməyə! Heç olmasa həyatımda bircə dəfə bu küçələri sevgi ilə gəzməli idim. Bu Mələkdən istədiyim yeganə hədiyyə olardı mənim üçün.Mənim köhnə uzun bir plaşım var idi, onu şkafdan çıxarıb Mələyin çiyninə atdım. Bu plaşda o çox kiçik və şirin görünürdü. Kişi plaşında balaca bir qız. Qanadları da plaşın layları və zolaqlarının arasında itir batır və heç nə bilinmirdi. "Gəl,mənimlə,gəl, sənə Bakını göstərəcəm!” Onun əlindən tutub əynimə qalın bir şey geyinib evdən çıxdıq.Qapını bağlayıb, pilləkənləri enməyə başladıq. Biz aşağı enəndə lift yuxarı qalxırdı. Onun səsindən Mələk bir az qorxmuşdu. Amma əlimdən tutduğundan inanırdı və güvənirdi mənə. Onu necə də sevirdim! Çox sevirdim. Danışmasaq da,anlaşmasaq da sanki ötürürdük bir-birimizə bu cərəyanı, bu istini. Şəhərə çıxan kimi onun gözləri aydınlandı. Qəfəsə düşmüş quş kimi idi mənzildə. Səmaya baxır və əllərini açıb mənə ulduzları göstərirdi. Nə isə deməyə çalışır gözlərimə baxırdı.

Page 33: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

36

"Sən, deməli, ulduzlardan gəlmisən? Deməli, Cənnət də oralardadı? Bəs Allah?” Allah sözünü işlədən an Mələk əlimi daha möhkəm sıxdı və baxışlarını aşağı dikdi. Sanki çəkinirmiş kimi bu sözdən, ya tabe olurmuş kimi bir hiss var idi məndə... "Sən Allahı görmüsən?” bu sualımı verəndə ilk dəfə Mələk dil açdı və incə bir səslə təsdiqlədi. Bilmirəm o bunu hansı dildə dedi, amma mən onu anladım. Bəlkə də bu heç bir dil deyildi, sadəcə, səs idi. Sadəcə, incə bir səs.

Biz əl-ələ dənizkənarı parkı gəzir, insanlara baxır, uşaqların velosiped sürməyini və topla oynamağını seyr edir, yavaş-yavaş Park bulvara doğru yönəlirdik. Mən üzərimizə olan baxışları hiss edirdim. Bütün kişilər, ona baxırdı. Tərs baxışları ilə onun üzünü və bədən quruluşunu seyr edirdilər. Necə də qəribə idi, şəhərin ən gözəl qızı ilə əl-ələ gəzmək. Yəqin onlar hamısı mənim yerimdə olmaq istəyirdilər. Bu mənə qəribə bir qürur hissi verir və mən xoşbəxtliyin kiçik qurtumlarını dadırdım. Mələklə əl-ələ gəzən ilk kişi idim mən. Necə də qəribə hiss idi bu Biz Park bulvara qalxdıq və dənizə açılan mənzərə qarşısında əyləşib insanların arasında süd içməyə başladıq. Mən də süd içirdim. Sadəcə, ona görə, özünü pis hiss etməsin deyə. Amma bilirdim ki, pis hiss etməyəcək, axı o insanların qınağı olmaq, utanmaq və çəkinməyin nə olduğunu bilmirdi. Ən sonunda

37

bir Mələk idi. O, insanların qaydası ilə yaşamalı deyildi. Mən bol-bol danışır və haradasa əmin idim kj, danışdıqlarımın hamısını başa düşür. Ona valideynlərimdən, böyük

Page 34: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qardaşımdan onun ailəsindən mənim keçmiş sevgililərim və iş yerlərimdən danışır, onunla dualarımı və ilahi sonsuzluğa yönəlmiş suallarımı müzakirə edirdim. Necə gözəl həmsöhbət idi Mələk. Heç nə demədən səni dinləyir. Bəlkə də onun üstünlüyü elə bunda idi ,heç nə anlamasa da, diqqətlə və təmkinlə dinləməyi bacarırdı. Mavi gözləri işıldayır və içərinin ışıqlarından azca yaşıla və sarıya çalırdı. Dodaqları əsir, mən danışarkən dodaqlarımın hərəkətlərini sanki təkrarlamağa çalışır və sonra gülürdü. Ürəkdən gülürdü. Və onun güldüyü anlar incə şıltaq səsini eşidə bilirdim. Bu gülüş mənim yüzlərlə adi qızın sevgi etirafından önəmli idi. Onun gülüşündə heç bir alt məna, heç bir biclik və özünü göstərmə yox idi. Bu təmiz, səmimi və içdən gələn bir gülüş idi. Onun güldüyü anlar qonşu masalarda qızları ilə gələn oğlanlar sanki dəli olur və gözlərini Mələkdən çəkə bilmirdilər. Mən 3d filmə bilet alıb böyük popcorn götürdüm. Bəlkə də heç nə anlamayacaqdı filmdən, amma ən azından səslənmə, görüntülər ona maraqlı gələ bilərdi. Amma gözlədiklərimdən heç birisi olmadı. Biz kinoteatra girəndən Mələk dayanmadan popcorn yeyir və sevinirdi. Mənim heç

38

ağlıma gəlməzdi ki, təkcə süd içən Mələyin pop-corndan xoşu gələ bilər. Filmdə başı ancaq pop-corn yeməyə qarışmışdı. Heç filmə baxmır və kiçik kardon vedrə boşalan kimi məni məcbur edirdi ki, təzəsini alıb qayıdım. Camaatdan üzr istəyə-istəyə bəlkə dörd dəfə popcorn alıb qayıtmışdım. Film bitəndən sonra bir qab da alıb torbaya tökdüm ki, evdə ona

Page 35: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sürpriz edim səhər. Axı sonuncu günümüz idi bu bizim yəqin ki...

"Bilirsən, sənin getməyini heç istəmirəm... axı... sən, axı mən... mən səni sevirəm... bəlkə də sən bilmirsən sevgi nədir, amma hisslərin var sənin də, sən gülürsən, qucaqlaya bilirsən. Sənin baxışlarında bir işıq... görəsən, mənim dediklərimi anlayırsan?" - deyə ona baxırdım, o isə gülümsəyir və əlimi möhkəm sıxırdı. " Mənim sevgidə bəxtim o qədər də gəlirməyib həyatım boyu, həmişə ideal axtarmışam və sonda sən gəldin, göydən düşdün mənim ovcumun içinə. İndi isə özüm öz əllərimlə səni buraxıram. Yox... qovmuram!... Heç ağlına belə gətirmə, sadəcə, sənə seçim verirəm, azadlıq verirəm. Qanadın sağalıb artıq sabah uça biləcəksən... və... bil... bil ki, qalsan... geri qayıtsan məni dünyanın ən xoşbəxt oğlanı edəcəksən. Amma bil ki, uçsan da səni gözyaşı yox, sevgi ilə xatırlayacaq və səninlə keçirdiyim bu iki həftəni həyatımın ən dəyərli anları hesab edəcəyəm. Sən mənim üçün çox dəyərlisən. Mələk! Çox dəyərlisən".

39

Evə doğru addımladıqca, səmada qar dənələri artır və sakit küləksiz hava onları düz bir xətlə yerə süzürdü. Necə gözəl idi sarı lampaların ətrafındakı muncuq-muncuq qar dənələrinin rəqsi. Sanki ayrılıq carçıları idi bu dənələr. İçimdən bir səs deyirdi ki, evə qayıtma, Mələyi buraxma... qoru onu, qaçırt onu buralardan.

Biz bloka çatanda onu bir daha bərk-bərk qucaqladım və dedim: - əgər bilsəydim ki... əgər yüz faiz bilsəydim ki, mənə

Page 36: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qarşı hisslərin var... Ahh... indi tam zamanı olardı səni öpməyin...

Yox! Əgər sabah uçacaqsa qoy onun yaddaşında möhkəm iradəli bir oğlan kimi qalım. Zəif və sevgidən ağlını itirmiş biri kimi yox. Amma sözün əsl mənasında elə bu baş verirdi içimdə. Ağlımı itirirdim. Onun gözəlliyi qarşısında diz çökmüş kimi idi ruhum.

Qar getdikcə artır və mən soyuğu onun titrəyən əllərindən hiss edirdim. Doğrudan heç ağlıma gəlmirdi ki, ona verdiyim plaş çox nazik idi və ona soyuq ola bilərdi. "Bağışla, Bağışla... Mələyim.. gəl qalxaq evə... Bəsdir daha burada qaldıq", - deyib liftin düyməsini basdım və o, yavaşca yuxarı qalxmağa başladı. Mavi gözlər o yana bu yana baxır və nə üçün bu kiçik qutunun içinə girdiyimizi anlamağa çalışırdı. Evin qapısına yaxınlaşır və düşünürdüm ki, bu gccə onu narahat etməyəcəm. Axı səhər onu uçuş gözləyir,

40

ulduzlara doğru uzun bir səyahət. Onu narahat etmək və mələk paklığına toxunmaq istəmirdim. Açarı kilidə saldım və burmağa başlayanda açar tərpənmədi... Çox qəribə idi. Qapının kilidi sanki açıq idi. Elə bil onu məndən əvvəl açmışdılar. Gözlərim Mələyin gözləri ilə toqquşdu və o mənim baxışlarımdakı narahatlığı hiss etdi. Gümüşü saçlarını üzündən yığıb mənə daha da diqqətlə baxdı ki, nə baş verdiyini anlasın. Mən isə qapını açmağa belə qorxur, yerimdə donub qalmışdım. Çünki artıq bilirdim nə baş verib. Bircə bacardığım qapını geriyə sıxmaq və içəridən qapını itələyib açmağa cəhd edən adamları bayıra buraxmağa

Page 37: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çalışmaq idi. Sakitcə Mələyə pıçıldadım. "Qaç, qaç burdan... " Bu sözləri deyirdim ki, qapını içəridən iki nəfər itələməyə başladı və mən onların gücünə tab gətirməyib yerə yıxıldım. İçəridən sıpa kimi möhkəm və dolu iki polis işçisi çıxdı. Onlar qızın qolundan tutub mənə tərs-tərs baxdılar. "Qoduğa bax!... Bizim yolumuzu kəsirsən əə?!” onlar pilləkənləri enməyə başladılar və mən Mələyi əllərindən almaq İstəyəndə arxadan iki üç nəfər məni tutub evə tərəf çəkdi. Hər növbəti addımla Mələk məndən uzaqlaşır, yekəpər polislərin əlində çapalayır və sonuncu sevgi və qorxu dolu baxışlarını mənə ağrılı bir yaddaş kimi əbədi tullayırdı. Məni içəri sürüyən çox möhkəm iki kişi əli idi. Sonra mən anamı gördüm. Dəhlizə

41

sürünür və anamın bayır qapısını bağladığını görürdüm. Sonra üzümü çevirib məni içəri salan adamlara baxır, bu mənim atam və böyük olduğunu anlayırdım . "Niyə?... Niyə?... əclaflar.. alçaq adamlar... niyəəə??? Mən sizə nə eləmişəm axı?!. Nİyə?" Onlar məni yatağa alır və atam mənə nə isə bir iynə vurur. Mən yavaşca halımı itirirəm və sərxoş halda çapalayır, yataqdan qalxmağa çalışıram. Dilim kəkələyir və onları söyməyə davam edirəm" bb... buraxın mən... əclaflar... mə... mə... mənnn... getməliyəm... Məəl... ləək... onuu.... apardı. Poliss... Polisləər! Sizz! Siz elədiz bunu.... siiizz!... onu xilas et... ettməliyəm! Buraxın məni!... “

* * *

Page 38: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Yekəpər polislər Mələyin qollarını əzərək onu aşağı sürükləyib patrul maşınına basırdılar. Onlar onun Mələk olduğunu bilsəydilər belə, bir an dayanmazdılar. Axı onlara yuxarıdan əmr gəlmişdi ki, filan evdən filan qızı gətirin. Onlar Mələyi bərk tutur və onunla danışmağa çalışırdılar .

"Ceyran, tərpənmə bir azdan səni buraxacağıq çəmənliyə. Ha, ha, ha... " Öz səviyyəsiz zarafatları ilə sanki mənasız və vicdansız həyatlarına bir işq qatır, özlərinin sonuncu biz xoşbəxtik yalanını danışırdılar. Ya da, doğrudan, xoşbəxt idilər, bu

42

formada bu qarın və bu topa bığlarla bu çirkli qulaq və savadsız gözlərlə. Onlar qızı maşının arxa oturacağında aralarında əzə-əzə hansısa bir həbsxananın aşağı mərtəbəsindəki podvala apardılar. “Tez elə, ayaqların yoxdur az sənin?!" - deyib Mələyi arxadan vura-vura həbsxanaya tərəf sürükləyir yekə qarınlarından sallanan köynəklərini kəmərlərinin altına salmağa çalışırdılar. "İt balasına bax, qudurmuş heç qorxmur, nə baxırsan az? Üzümüzə niyə baxırsan?” - deyib onu daha da möhkəm itələyir və gülürdülər. Mələk çiyinlərini qısıb üzünü gümüş saçlarının altında gizlədir və qorxurdu. Görəsən bu insanlar onu hara aparır. Görəsən, onun günahı nə idi ki, onunla bu cürə davranırlar.

Mələyin incə qollarından yapışıb onu pilləkənlərlə aşağı endirdilər. Daha sonra aşağıdakı növbətçi polisə biri pıçıldadı:

Page 39: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Rəisin dediyi qızı gətirdik, ağzını bağla, heç kəsə quş buraxma. Sabah aparacaqlar bunu. İndi bas boş kameralardan birinə.

- Oldu, leytenant. Baş üstə!. Başqa nə elmək lazımdı?

- Heç nə, gör birşey-mirşey var cibində?

Cavan polis Mələyin plaşının ciblərini yoxlayır, qorxaq gözləri gah rülbəcə özündən böyüklərdən, gah da seçdiyi işdən və itirdiyi vicdanından utanaraq onun cibindən ancaq bir neçə ovuc popcorn çıxara bildi.

43

- Bu nədir, ə? Yaxşı bax... alt ciblərinə bax... az... utanmırsan? Olar əlini salsın alt ciblərə?

Mələk onların üzünə baxır və bu işıqlı otaqda növbəti və iki yekə polis onun simasını yaxşı görə bilirdilər. Bu, doğrudan da, çox gözəl qadın idi.

"Yaman şeysən ha, nəyisən rəisin? Neyniyir səni?"

Amma Mələk onları başa düşmür və iri mavi gözləri ilə onlara diqqətlə baxır və dərindən nəfəs alırdı.

Kişiləri bu lap özündən çıxarır və təəccübləndirirdi. Axı niyə bu qız qorxmur, niyə belə gözəldir və niyə ağlamır. Heç olmasa ən azından danışmalıdır. Nəsə soruşmalı, ya onları söyməli, ya hədələməlidir.

"Qardaş, bu bəlkə danışa bilmir? Ay qız, sənin dilin-ağzın var? Danışa bilirsən? Tı qovoriş po ruski?" Bütün bu sözlərin də xeyri olmadığını görən iki yekəpər polis cavan növbətçiyə qızı kameraya basmasını deyirlər.

Page 40: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Oğlan əlindəki qalın ağır açarlarla dəhlizə çıxır. Bura həbsxananın məhz həbs olunmayan, sadəcə, qanundan kənar tutulan adamları üçün nəzərdə tutulmuşdu. Son vaxtlar bu kameralar da boşalmışdı. Deyəsən, insanlar daha narazı deyildilər, ya da ki, narazı olmaqdan qorxurdular. Mürəkkəb şeylər boş verirdi şəhərdə. Amma Mələk... o bunları niyə bilsin axı? Yaxşı bir oğlanın yanından bu

44

iki polisin əlinə necə düşdü? Onu niyə bura gətiriblər? Nə vaxt süd içə biləcək? Nə vaxt geriyə, göylərə qayıda biləcək? Nə vaxt qanadı sağalacaq?

Onlar Mələyi kameraya basıb qapını arxadan bağladılar. Sonra öz söhbətlərinə davam edərək kameradan uzaqlaşdılar.

Mələk gümüşü saçlarını arxaya darayıb plaşa büründü. Diqqətlə qaranlıq otağa baxdı. Dəmir yataqlarda qalın köhnə iyrənc döşək və üzsüz iylənmiş bir yastıq var idi içəridə. Bir də kiçik barmaqlıqlı pəncərə. Mələk pəncərəyə yaxınlaşıb gözlərini səmaya qaldırdı. Buradan heç səma da görünmürdü bu yerin dibi idi. Barmaqlıq isə, sadəcə, həbsxananın rəislərinin maşınlarının təkərlərinə baxırdı. Çox keçmədi ki, yenidən uzun dəhlizdə xoşagəlməz polislərin addım səsləri eşidildi. Yox, bu polislər deyildi. Bu bir polis idi. O iki yekəpərdən daha yekəsi və daha tərlisi idi. Onun qoxusunu Mələk uzaqdan hiss edib yatağın kənarına qısıldı. Polis açarı çıxarıb qapını yavaşca itələdi. Dəmir qapı içəriyə doğru açıldı, daha sonra polis qapını içəridən bağladı. Mələyə tərəf yaxınlaşıb əlini belinə qoydu. "Bura bax, bunu özüm eləmək istəmirəm, amma əgər cibində pul varsa bura ver. Bir gecə

Page 41: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

burda qalıb sabah gedəcəksən onsuz da. Elə eləmə ki, aramız dəysin. Yoxsa qoymayacam sabaha burdan rahat çıxasan. Puldan, telefondan nə var üstündə?”

45

Bu polis o birilərdən daha təcrübəli idi. O bilirdi ki, gecənin yarısı hansısa qızı rəis bölməyə basıb səhər öz evinə aparacaqdısa, deməli, bu, sadəcə, onun gözünə xoş gələn bir fahişə idi, ya da ərli arvad, nə fərqi, rəis üçün öz arvadından başqa bütün qadınlar fahişə kimi bir şey idi. Və bu gecə o bu qızdan istifadə edə bilərdi. Mələk onun baxışlarında kobudluğu hiss edir və bu onu tir-tir əsdirirdi. Yiyəsiz pişik kimi aşağıdan yuxarı gözlərini qaldırır və başını çiyinlərinin arasında gizlədirdi. Polis cavabın gəlmədiyindən əsəbləşir və Mələyə doğru yaxınlaşırdı. İçindən qəribə bir şəhvət hissi keçir, Mələyin gözəl simasına baxır və anlayırdı ki, qapı bağlı olduğundan heç kəs onun burada nə etdiyini bilməyəcək. Amma qəribə bir çaqqal qorxaqlığı da var idi içində... Mələyə yaxınlaşıb onu divara söykədi. "Bax özün məcbur elədin məni" - deyib əli ilə onun plaşının düymələrini açdı. “İndi yoxlayarıq səni, görək üstündə pul var, ya yox. Həm də bu mənim borcumdu, sənin üstündə silah da ola bilər” - deyib bic-bic gülümsədi. Onun gülüşündən fahişəlik və qeyrətsizlik yağırdı. Mələyin baxışları isə düz onun gözlərinə dikilib sanki suallarına cavab axtarırdı. Hansısa yalnız Mələyə aid onun daxil suallarına cavab...

Polis əlini onun belinə, oradan da aşağıya-ayaqlarına doğru sürtməyə başladı. Arvadı ilə

46

Page 42: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

uzun illər şəhvət tapa bilməyən bu porsuq gecənin bu vaxtı ehtiraslanır və getdikcə əlləri Mələyin daha dərin, daha ayıb yerlərinə toxunurdu. Susmaq razılıq əlamətidir deyə düşünən polisin hərəkətləri daha utanmaz və daha namussuzlaşır,mələk isə artıq sıxılır və nə baş verdiyini anlaya bilməsə də, polisin kobud əlləri ondan yapışdıqca bu onu incidir və divara sıxılmış qanadındakı yara açılırdı. Polis iri piyli barmaqlarını Mələyin incə gözəl ayaqlarının arasına salmaq istəyən anda qarnı ilə Mələyə sıxıldı və divara sıxılan yaradan Mələk sıçradı. Bu çox möhkəm ağrıdan onun bütün bədəni əsdi və İlk dəfə olaraq qışqırdı. Onun səsi bütün həbsxanaya yayıldı, bütün tənha kameralara daxil olub geriyə - polisin qulaqlarına çırpıldı. Elə bu an polis Mələyi itələdi və onun əynindəki plaş yerə düşdü. Bundan sonra Mələyin qanadlan dar plaşdan qurtuldu və o bəyaz qanadlarını tam açıb kəpənək kimi divarın küncündə uçmağa, çapalamağa başladı. Böyük iri ağ qanadlar polisdən iki dəfə böyük idi. Mələk qorxur, vurnuxur, çapalayır və qanadları ixtiyarsız olaraq polisə dəyirdi. Polis gözlərini bərəldib bu dəhşətli mənzərəyə baxır və ağzını bağlamağa çalışırdı. "oy bləə... Sənin anavı... sənin var yoxuvu!" - deyə bağırıb bununla o biri polisləri köməyə çağırırdı. O biri polislər qapının arxasında dayanıb qapını döyür və içəridəki porsuğa başa

47

salmaq istəyirdilər ki, qapını içəridən bağlayıb. Mələk qorxur, polisə baxır, qanadlarını çırpır və əli ilə qanadından açılan qanı saxlamaq işləyirdi. Polis isə qorxusundan tumanını batırmışdı. Bir neçə dəqiqə əvval şəhvətdən batmalı olacağı

Page 43: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

tumanı indi qorxudan batmışdı. Bəlkə də eyni anda hər iki cürə batmışdı. Onun nə Allahı var idi, nə dini ki, Mələyin nə olduğunu anlaya bilsin. Onun bildiyi bircə şey var idi. Kəmərindən asılmış dəyənəyi qaldırıb mələyin çiyninə çırpdı. Balaca qızcığaz bu zərbədən dizi üstə çökdü. Növbəti zərbə onun yaralı olmayan qanadına dəydi və üçüncü zərbəni üzünü qorumaq üçün açılan qollara vuran polisin kəməri qopdu. Şalvarı əynindən sürüşüb düşdü. Amma o dayanmadan Mələyə zərbələr endirir və ünvansız "var-yox" söyüşlərini Mələk tərəfə yağdırırdı. Dəyənəyi ilə o yan-bu yan zərbələr endirərək qapıya yaxınlaşdı. Qapını açıb şalvarını qaldıra-qaldıra dostlarının arxasında gizləndi: "Mənim ağzımı cıralar bir də onun yanına girsəm. Mənim ağzımı cıralar. Bağlayın qapını! Bağlayın!" Polislər özlərindən rütbəcə böyük bu polisin əynindən düşmüş şalvarı və nəcislə dolu tumanına baxır və özlərini görməməzliyə vururdular. Onların hissləri çoxdan ölmüşdü, çiyinlərindəki ulduzlar altında gizlədirdilər ruhlarını.

48

* * *

Mən özümə gələndə artıq səhər açılmışdı. Onlar mənə nə vurmuşdularsa çox tez huşumu itirdim və bütün gecəni daş kimi yatdım. İndi isə... səhərimi başağrısı və qardaşımın məsləhətləri ilə açırdım.

Page 44: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Sən mənim balaca qardaşımsan, məndən nümunə götürməkdən həmişə başını zibillərə soxursan Atayla ana getdilər. Amma mən işimi-gücümü atıb burda sənə dayəlik eləyirəm. Ayıb deyil? Gör neçə yaşın var, özünü uşaq kimi aparırsan.

- Nə danışırsan sən, sənin heç danışdığından xəbərin var?

- Xəbərim var. Hər şeydan xəbərim var. Sənin Mələk tutmağından da, onu gizlətməyindən də. Hələ pulu qoyuram bir qırağa, sən heç bilirsən Mələyi gizlətdiyinə görə sənə neçə il iş düşür?

- İş düşür? Sən lap ağlını itirmisən qardaş... Hansı qanunda yazılıb ki, Mələk tapan kimi polisləri çağırın? Hə? Həm də sən bilirsən onlar ona nə edəcəklər? Hansı oyunları başına açacaqlar.

- Sən onu niyə düşünürsən. Sən özünü düşün!

- Mən özümü düşünüm, sən özünü düşün, o özünü düşünsün, biz özümüzü düşünək. Bəs kömək, bəs insanlıq, bəs ədalət? Başqalarını bəs kim düşünsün?

- Axmaq... qoy onlar da özləri özlərini düşünsünlər. Nə ədalət-ədalət salmısan. Oturursan isti

49

evində kimsə acından ölür küçədə indi get evi sat payla pulunu kasıblara. Budur ədalət?

- Qardaş, axı siz niyə məni aldatdız? Niyə mənim yeganə ümidimi verdiz polislərə? Nə haqla!

Page 45: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Ağıllı ol. Biz onu heç kimə verməmişik. Atamızın yaxşı əlaqələri var, özün bilirsən. Şəhərin yarısının işi düşüb ona vaxtilə. Həkim adamdır, kim xəstələnmir ki? Nəzir alandan nazirə kimi hamı xəstələnir. Bax atanın da əlaqələri böyükdür. Sənin yanından ayrılan kimi o başladı gizli-gizli bu xəbəri yaymağa ki, dünya gözəli bir qız var, göydən düşüb ağ qanadlı incə belli. Sən də bizim varlı balalarını bilirsən də, eşşəkdən təyyarəyə qədər istəyirlər hər şey bunların olsun. Özləri bu xəbərin iyinə milçək kimi yığışıb bir-bir başladılar zəng eləməyə. Axırda ata onlardan biri ilə görüşüb satdı Mələyi.

- Necə yəni satdı? Necə satdı Mələyi?

- Qaqa, Mələyi bilirsən neçəyə satdı ata? İki yüz əlli min manata satdı Mələyi. Heç nədən kimin əlinə bu qədər pul düşür ki, bizi üç dörd il qabağa atdı ee, bu pul. Səni, məni, bizim ailəni.

Mən onun gözlərinin içinə baxır və onların dərinliyində bircə qram vicdan bircə damcı insanlıq axtarırdım. Bütün bədənim əsəbdən əsir və nə edəcəyimi bilmirdim. Sadəcə bilmirdim. Pəncərələrdən lopa-lopa qar dənələrinin havada fırlandığını seyr edir və gözlərimin yaşını

50

silirdim. Onlar Mələyi satdılar. Onlar dünyanın ən gözəl varlığını təmiz və saf Mələyi satdılar. Mənim müqəddəs valideynlərim, mənim toxunulmaz, hörmətli və sevimli valideynlərim pula görə Allahın ən gözəl varlığını satdılar. Qar güclənir və o biri otaqdakı televizorun səsi mənə yeni xəbərlər gətirirdi. "Bakıda güclü qar yağıb və daha 3 gün qarın

Page 46: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

dayanmayacağı bildirilir. Əyninizi qalın geyinin, qaz sobalarından ehtiyatlı olun. Bu cürə havada bir neçə rayonda qaz bir saatlıq kəsilə bilər".

Qardaşım pencəyini geyinib evdən bayıra çıxdı, onun gedəcəyini çox arzulayırdım. Amma təkcə getməyi ilə hər şey kaş bitəydi. Mən qapının arxadan bağlandığını eşitdim. Tez onun arxasınca qaçdım. Amma qapı bağlı idi. O məni öz evimdə dustaq etmişdi. °Aç qapını! Qapını aç!" - deyə bağırıb qapını döyməyə başladım.

"Sakitləş, özünə gələn kimi qapını açacam.. Qal bir gün evdə,özünə gəl! Eşidirsən, bizə sənin dəliliklərin lazım deyil".

Mən daha nə edəcəyimi bilmədən inildəməyə başladım. "Deməli, sən valideynlərə görə, o qocaların sözünə görə qardaşına xətt çəkməyə razısan?"

Qardaşım artıq pilləkənləri düşə-düşə qışqırdı: "Qocalara görə yox, amma iki yüz əlli minə görə hə, aıən istəmirəm çıxıb işləri pozasan".

51

Bu onun sonuncu sözləri oldu. İndi mən evdə qalmışdım. Arxadan bağlı mənzilin yazıq bir sakini köhnə bir əşyası idim sanki. Mənim Mələyimi satdılar. Onlar necə bunu bacarırlar? Necə insan olduqlarını unuda bildilər?

Qar getdikcə güclənir və evlərdə qaz kəsilirdi. Bakı sakinləri məcburi yeməkləri qızdırıcı sobalarda bişirir, lap çalışqan kişilər iri çəkmələrini geyinib bazardan qaz balonu

Page 47: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

alırdılar. Qar bütün yolları örtmüşdü, küçədən keçənlər işini-gücünü atıb sürüşkən yollarda fırfıra kimi fırlanan maşınlara tamaşa edir, telefonlarına çəkirdilər. Çörəyin qiyməti iyirmi qəpik bahalaşmışdı. Bakı aeroportu işləmirdi. ANS, İTV, AZTV qardan danışır, metroloqlar,meteoroloqlar adını o qədər də yaxşı bilmədiyimiz onlarla alim verlişlərdə qarın kənd təsərrüfatına faydalarını sayırdılar. Çox qəribə idi Bakı. Ağ paltara bürünmüş bir şəhər. Qara kostyumlar, qara plaş və paltoları almağa öyrəşən millət də elə bil məcburi qar dənələri ilə ağarır. Sanki Allah öz fırçası ilə bu qara millətə daha ağ, daha təmiz olmağı çəkirdi. Amma hər səhər günəş çıxır və qarı əridir, yollarda ilişib qalan piyadalar yenidən əvvəlki qara vəziyyətini alırdı. Amma bu dəfə qara şalvarlar yox, qara və palçıqlı şalvarlarda gəzirdi millət. Antenalar zəifləyir, bir çox mənzildə televizorun təpəsinə çırpılan qapazlar eşidilirdi.

52

Oğlan uşaqları küçədən keçən qızlara qar yedizdirir və bununla öz sevgilərini bildirirdilər. Amma ən qəribəsi də odur ki, elə həmin qızlar da illər sonra həmin oğlanlar ilə evlənirdilər. Sadəcə, həmin qızlara yox, başqa qızlara qar yedizdirən oğlanlarla. Beləcə, onlar yeni oğlanları qar yedizdirməyən oğlan bilib sevir, oğlanlar da bu qızları onlardan əvvəl heç bir oğlanın əlindən qar yeməyən qız bilib evlənirdilər.

Mən nəsə etməli idim, Mələyi necəsə xilas etməli idim.

Page 48: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

* * *

Mələk möhkəm bir səsə yuxudan ayıldı. Soyuq kamerada kiçik barmaqlıqlardan qar dənələri içəri girir bir neçə dəfə dövr edib yerə düşür və əriyirdilər. Ərimiş qar dənələrindən Mələyin qarşısında kiçik bir gölməçə yaranmışdı. Şaxta qanadlarına hopur, yarası sızıldayırdı. Kameranın qabağında iki nəfər söhbət eləyir və silahları hazırlayırdılar. Mələyə bu səslər yeni idi, o nə tapança görmüşdü, nə dəyənək, nə hər hansı bir silah. Onun gəldiyi dünyada silah və zülm olmurdu. Qorxaq gözlərini qapıya dayayıb dərindən nəfəs aldı. İçindən bir səs deyirdi ki, bu həmin oğlandı onun yarasını sarıyan. Onu qoruyan və ona sevgi ilə baxan oğlan. İndicə gəlib onu bu çirkli

53

və soyuq yerdən xilas eləyəcək. Kirpikləri getdikcə ağarır və gözləri qəribə bir rəng çaları alırdı. Sanki kirpikləri fəsillərdən havadan asılı olaraq gah qonur,gah gümüşü, gah bəmbəyaz rəngə boyanırdı. Kameranın qapısı açıldı və içəriyə enli kobud sifətli bir cavan oğlan daxil oldu. Baxışlarında qəribə qorxaqlıq, alçaqlıq, haradasa biclik var idi. Enli, möhkəm amma daxildə qorxaq və tamahkar birinə bənzəyirdi. Diqqətlə Mələyə baxır və ağzı sulanırdı. Yanındakı cangüdənləri idi. Hiss olunurdu ki, həyatda bircə manatı da öz alın təri ilə qazanmayan, amma çox adamın alnını tərləməyə məcbur edən atasının, ya dayısının,ya anasının hesabına bu qədər hörmət və qüdrət qazanmış insanlardan idi.

Page 49: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

"Bah, bah, bah... buna baxın eey. əə... nə qəribə gözəldi... hii? onun danışığında ləhcə və qəribə ahənglər var idi. Mələk onun dediklərini anlamasa da, bu ahəng, bu müraciət və bu ağızdolusu açılan səviyyəsiz gülüş Mələkdə qorxa və kədər yaradırdı.

Onlar Mələyə yaxınlaşıb onun qanadlarına uzaqdan toxunur və hırıldayırdılar. Hiss olunurdu ki, bu başıboş cangüdənlərlə onların rəisləri arasında heç bir mədəni, zehni mənəvi fərq yoxdur. Çox qəribə bir məkanda hiss edirdi özünü Mələk. Cangüdənləri qoruyan cangüdənlər və eyni zamanda öz cangüdənlərini qoruyan böyük

54

cangüdən. Görəsən, bu insanlar Mələyi hara aparacaqdılar. Görəsən, onların məqsədi, və arzusu nə idi.

"Ayəə... di mən qalxdım üstə. Gətirərsiz bunu. Basın maşına, evə gedəciyəm”.

Cangüdənlər Mələyə yaxınlaşıb onun incə qollarından yapışdılar. Mələk dünənki dəyənəklərin ağrısından anlamışdı ki, onlara qarşı çıxmağın heç bir mənası yoxdur. Onlar istədiklərini edirlər və həmişə də edəcəklər. Axı Mələk burada tək idi. Onunkimilər bu yerlərdə yox idi. Ona görə azlıq təşkil etdiyi üçün susmalı və baş əyməlidir. Elə beləcə də oldu. Onlar Mələyin qollarından yapışıb onu türməboyu sürüyə-sürüyə apardılar. Digər kameralardan yazıq adamlar Mələyə baxır və bu onların uzun illik həyatlarında - türmə həyatlarında ən təmiz və ən gözəl xatirəyə çevrilirdi. Axı uzun illər sonra onlar yeni gəlmiş dustaqlara cavanlıq illərində bir

Page 50: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

dəfə dəmir barmaqlıqların arasından Mələk gördüklərini deyəcəklər. Cavan dustaqlar da qocaların burada illər boyu dəli olub ağıllarını itirəcəklərini düşünəcək.

Mələyin qolları iri möhkəm kişi caynaqlarında ağrıyır, gəzdikcə ayaqlarındakı dəyənək ağrıları təzələnirdi. Onu binadan çıxarıb qara bir furqona tərəf apardılar. Sonra həmin furqonun arxa qapısını açıb içəriyə tulladılar.

55

Bir neçə dəqiqə Mələk qaranlıqda qalıb nə baş verdiyini anlamadı. Bir anlıq bu qara furqon ona popkorn alan oğlanı və onunla liftə minməsini xatırlatdı. Bir anlıq düşündü ki, yenidən tanış mənzilin ilıq döşəmələrinə ayağını basıb evə girəcək. Qaldığı otaqda uzanıb pəncərədən yağan qara baxacaq. Və yarası sağalandan sonra həmin oğlanı qucağına alıb uçacaq buralardan. Ona öz dünyasını, öz dünyasının sakinlərini göstərəcək. Yuxarıdakılara bu yaxşı oğlan haqda xəbər verəcək. Amma bu qara qutu yavaş-yavaş silkələnməyə başladı. Mələk içəndə o yan-bu yana çevrilir, yaralı qanadları bu qara qutunun divarlarına dəydikcə furqonun içində ağ lələklər tökülür, mələk isə qorxur, dərindən nəfəs alır və inildəyirdi. Onu hara aparırlar? Ondan nə istəyirlər bu adamlar?

Qapılar açılanda Mələk artıq hansısa qapalı bir yerdə idi. Cangüdənlər Mələyi furqondan düşürüb qarajın içindən villaya qalxan pilləkənlərə yönəldilər. Pilləkənləri qalxaraq ikinci mərtəbədə bir yataq otağının bahalı qoz ağacından düzəldilmiş qapısını döydülər. Qapını həmin kobud sifətli və süni gülüşlü oğlan açdı. Onun haradasa otuza yaxın yaşı

Page 51: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

olardı, amma bayaqkı pencəyi əynindən çıxarmış və azca şişmiş qarnı və o qədər də enli olmayan çiyinləri onun yaşını bir az da çoxaldır və ona qəribə bir uşaq simalı, amma qoca bədənli bir görünüş verirdi. Bu yataq otağı idi.

56

İçəridə çoxlu qızılı heykəllər, böyük güzgü və otağın daxilində ayrıca hamam otağı var idi. Bu otağın özü Mələyin ilk dəfə düşdüyü evin bütün otaqlarından iki dəfə, bəlkə də üç dəfə böyük idi. Amma oradakı isti, oradakı sevgi sanki bu divarlardan içəriyə keçə bilmir və bu divarların içi pul hərisliyi və fahişəlik qoxuyurdu. Oğlan cangüdənlərə göz vurub qapını onların üzünə bağladı. Amma Mələyi içəriyə salmışdı. Ona diqqətlə baxır və gülümsəyirdi. Yataq otağının qırağında kokain və bir neçə şüşə şərab var idi. Oğlan həm içkili, həm hallı idi. Mələyə baxır və dilinin ucunda nə isə sözləri fırladır, heç cürə ağzından bayıra çıxara bilmirdi. Mələk təzə evinə baxır və heç nə anlaya bilmirdi, onun təmiz və saf ruhunda insanlara qarşı nifrət olmadığından o bu oğlana da nifrət edə bilmirdi. Sadəcə baxır və mavi gözlərinin parıltısı oğlanın ağlını başından çıxarırdı. Bu onun indiyə kimi yatdığı bütün fahişələrdən gözəl idi. Axı onun atası böyük bir şirkətin prezidenti idi. Uzun illərdir vəzifədə olan atasının milyonları bu evdə onun seyfində idi və ərköyün oğula da bütün oyuncaqlar alınırdı, təki bu narkotikdən əl çəksin. Mələyə diqqətlə baxır və çeynəyib tüpürə bilmədiyi sözlər yavaş-yavaş ağzından çıxmağa başlayırdı "Səni mən almışam, bilirsən? Dedilər qiymətivi, aldım. Məndə pul çoxdu. Amma yaman şeysən sən. Balamsan mənim... balam". Bu

Page 52: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

57

sözlərlə o Mələyə yaxınlaşıb onun əynindəki paltarı yavaş-yavaş çıxarmağa başladı. O bunu vəhşicəsinə edir, onu yaralarını düşünmürdü. Ona ancaq qadın bədəni lazım idi. O insanlığını çoxdan itirmişdi. Çoxdan itirmişdi ki, insanları mələklərdən ayıra bilsin. İndi onun üçün bütün qadınlar ayaqlarının arası, bütün kişilər isə qapazının altı idi. Onun üçün insanlar və məfhumlar hamısı şəhvət və qüdrət hisslərinin altında qalmış lazımsız hissəciklər idi. Mələyin əynindəki bütün paltarları çıxarandan sonra onun sinəsinə əl vurmağa başladı. Mələk dünyanın ən gözəl qadını olsa da, bu, sanki azərbaycanlı məmurun oğluna təsir etmir, o ehtiraslana bilmirdi. Bunu bacarmadığını görür, şərab şüşəsini boğazına çəkir və yerə atır, sonra yenidən kokain qəbul edib Mələyə yaxınlaşır, onun ayaqlarının arasına enir və öpməyə başlayır. Amma yenə heç bir hissiyyatı oyanmır, içki və narkotik onda bütün insani hissləri məhv etmiş,Mələk isə baş verdiyini anlamadan,istifadə olunduğunu başa düşmədən bu yazıq bədənə və onun çəkdiyi əzablara tamaşa edir. Oğlan özü öz əli özünü ehtiraslandırmağa çalışır. Ağzı köpüklənir,yenidən şərab içir,başını Mələyin ayaqları arasına sıxıb onu yatağa itələyir və bağıra-bağıra üstünə uzanırdı. Mələk bu ağır və iyrənc kişinin altında qanadlarını əzə-əzə sızıldayır,çapalayır,qanadlarını yumşaq

58

yataqdan ayırıb çırpmağa çalışır,hörümçək toruna düşmüş kəpənək kimi vurnuxur... oğlan isə var gücü ilə əlini tərpədərək özünü ehtiraslandırır və bu onda yavaş-yavaş

Page 53: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

alınmağa başlayır. Mələyin dodaqlarını dişləyir onun mavi gözlərini öpür və bu an uzaqdan əzan səsi eşidilirdi. Yatağın cırıltısı Mələyin əzabları və yekəpər vicdansız sərxoşun ahları əzanın səsinə qarışırdı. Pəncərələrdən qar bütün mənzərəni köhnə film kadrlarındakı toz kimi örtür. Qar getdikcə güclənir və dayanmaq bilmir.

* * *

- Qardaş... sənin buna ixtiyarın yoxdur. Eşidirsən? Mən uşaq deyiləm ki,məni evdə bağlayasan. Tüpürüm sənə də,bu ailəyə də,bu evə də. Mən gedirəm!

- Hara gedirsən? – deyə qardaşım ayağa qalxdı.

- Gedirəm Mələyi axtarmağa! Sənin köməyin olsa da,olmasa da mən onu tapacam.Nifrət edirəm sizə. Pul hərisləri. Vicdan oğruları. Nifrət edirəm sizə!

Qardaşım mənə baxır və anlayırdı ki,məni saxlaya bilməyəcək. Bayırda qarlı,şaxtalı külək vıyıldayırdı,mənim barmaqlarım donurdu. Hara gedəcəyimi bilmədən evin qapısını çırpıb çıxmışdım. Küçələrdə doğrudan da qiyamət idi. Adamlar isti paltarlara bürünüb büzüşə-büzüşə

59

addımlayır, avtobuslar sürüşür və yol polisləri bığlarını maşınlarının mikrofonuna sürtüb kişnəyirdilər. Hava çox qaranlıq idi. Hələ axşam təzəcə düşsə də, hava qaralmışdı. İlk taksini tutub evə yollandım. Atamla anam – onları öldürəsi

Page 54: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

olsam da,cavabı alacaqdım. Onların haqları çatmırdı mənə bunu etməyə. Və əgər valideynlər müqəddəsliyini itirirsə,niyə onlara hörmət etməliyəm ki,Allahın təmiz varlığı,müqəddəs Mələyi pula satan valideynlərim. Əclaf valideynlərim.

Qapını döymədən öz açarımı kilidə saldım. Yavaşca dəstəyi burub içəri girdim. Yenə anamla atam oturub başqalarını müzakirə edir və neçə dost ailədən varlı olduqlarını hesablamağa çalışırdılar. Mən ayaqqabı ilə otağa girib anamın kreditə aldığı bahalı xalçanın üstündə dayandım. Diqqətlə onların gözünün içinə baxdım:

- Baxın mənə,sizə heç bir pislik eləmək istəmirəm. Mənə Mələyi kimə satdığınızı deyin və bir də məni heç vaxt görməyəcəksiz.

Atam qaşlarını çatıb yerində vurnuxdu:

- Bu nə danışıqdır? Sən atanla,ananla danışırsan!!! Hörmət elə!

- Siz dünən mənim atamla anam olmaqdan öz xoşunuzla çıxdınız, siz artıq alverçilərsiz. Həm də oğru alverçilər!

Mənim əsəblərim gərilmişdi,artıq hər şeyə hazır idim. Mənim uzun illər yığıb topladığım

60

bütün sinirlər bu gecə partlayacaqdı. Onlar özləri bunu etmişdilər.

- Mən sizdən heç nə istəmirəm, mənə məndən aldığınızı verin. Mənə ünvanı deyin, onu hara göndərdiyiniz ünvanı. Mən bilirəm onu satmısız. Bilirəm onu kiməsə satmısız. Mənə,

Page 55: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sadəcə, bunu deyin və söz verirəm bir də heç vaxt sizin xoşbəxtliyinizə burnumu soxmayacam. Öz qırılmış millətinizlə, öz qırılmış adətlərinizlə xoşbəxt qalasız sizi. Amma mənim Mələyimi mənə qaytarın!

Atam ayağa qalxıb gülümsəyərək mənə xüsusi bir nifrət dolu baxışla yaxınlaşdı:

- Ağlını başına yığ. Biz bunu sənin yaxşılığın üçün etdik. Onsuz da axır-əvvəl kimsə xəbər tutacaqdı ki, Mələyi gizlədirsən bütün dünyadan, səni bilirsən hansı cəza gözləyəcəkdi. Bunu bilsəydilər... biz, sadəcə, səni də, Mələyi də xilas etdik!

- Xilas etdiz? Siz doğrudan kimisə xilas edə bilirsiz?

Atam əlini həkim xələtinə sürtüb dedi:

- Bala, biz gündə neçə adamı xilas edirik. Sənin xəbərin yoxdur!

- Ata, mənim xəbərim var siz necə xilas edirsiz, bu gününü xilas etmək üçün onun gələcəyini əlindən alırsız. Yarımçıq dərmanlarla xəstələri lap pis vəziyyətə salırsız ki, daimi müştəri olsunlar. Mən bilirəm sizin sistem necə işləyir. Mələyi necə xilas etmisiz ki, onu polislər apardı?

61

- Onu çox varlı bir adama satmışıq, onun qeydinə yaxşı qalacaqlar!

- Kimə?

- Bunun sənə dəxli yoxdur! Kəs səsini, yerini bil! Sən bizim çörəyi yemisən haram edərik sənə!

Page 56: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Haram çörəyin nəyini haram edəcəksiniz? -deyib atamın masasına yaxınlaşıb onun telefonunu götürdüm. Bu həyasızlıq olsa da, onun nömrələrinin içində son günlər ən çox danışdığı nömrəni tapdım. Bu nömrə adsız idi və bahalı nömrə idi. Mən çox asan anladım ki, bu həmin varlı şəxsdir! Deməli, Mələk ondadır. Bu nömrəm əzbərləyib evdən çıxdım. Artıq atama, anama deyəsi sözüm qalmamışdı. Yəqin ki, bu mənim evdən son çıxışım olacaqdı. Bəlkə də biz qan qohumu idik, amma ruhum düşmən idi onlarla. Mən onların bir hissəsi deyildim artıq.

62

DUMAN

İlk dəfə idi ki, qarlı havada duman görürdüm. Adətən qar çox təmiz şəffaf, bəmbəyaz səmadan yağardı. Amma bu dəfə qar sakitləşən kimi Xəzərin dalğaları Bakıya topa-topa duman

Page 57: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

gətirdi. Əvvəlcə duman ancaq teleqülləni tutdu. Onu gözə görünməz hala gətirdi. Bakı teleqülləsiz çox qəribə görünürdü. Teleqüllənin duman altında qalmasından bütün kanallar əziyyət çəkməyə başladı. Bir çox evlərdə antenalar işləmir və televizorların başına dəyən qapazlar daha da çoxalırdı. Mən artıq 3 gündür ki, Mələyin axtarışları ilə məşğul idim. Tanıdığım, tanımadığım bütün adamlardan tapdığım nömrə haqda məlumat almağa çalışırdım. Bu çox varlı bir adamın oğlu idi. O qədər varlı adam idi ki, onun bir səsi minlərlə insanın seçimi və səsindən üstün idi. Onun kimi adamlar istədiyi kiçik fiquru, insanı, ailəni bir neçə saatın içində məhv edə bilirdi. Mən onların əlində, sadəcə, bir oyuncaq olardım. Onlar üçün kiçik milçək qədər idi mənim təhlükəm. Bir az artıq vızıldasam,məni öz xüsusi milçək öldürənləri ilə əzərdilər. İşə getmirdim. Gecə-gündüz ancaq

63

Mələk haqda düşünürdüm. Görəsən, onun qanadları güclənib? Görəsən, onu xilas etmək olarmı? Amma o varlı adama yaxınlaşmaq istəsəm belə, bir neçə dəfə mənim taksimi villanın yolundan geriyə göndərdilər. Daha sonra mən dostlarımın köməyindən istifadə eləmək istədim. Amma onlar da razılaşmadılar. Hamısı öz iş yerindən qovulmaqdan və türməyə düşməkdən qorxdu. Və bu dumanlı gündə anladım kı, mübarizə aparmaq nədir? Özünü qurban vermək nədir, mən heç onların evinə belə yaxınlaşa bilməyəcək dərəcədə kiçiyəm. Duman şəhəri bürüdükcə əvvəlcə hündür binalar gözdən itir, daha sonra uca heykəllər dumanın içində itir-batır, uzaqdan nazik çubuqlara bənzəyirdilər. Gündə özünü

Page 58: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

reklam edən telefon şirkətlərinin hamısının dalğası gedir-gəlir və insanlar bir zəngi bir neçə dəfə etməli olurlar. Mənim zənglərimin isə heç bir nəticəsi olmur. Bu işə kimi cəlb etmək istəsəm, dediyim adamın adını eşidən kimi hamı qorxuya düşür və məndən uzaqlaşırdı. Ən dəhşətlisi isə sonra oldu. Mənim bu adam haqda bu qədər məlumat topladığımdan şübhələnən adamlar məni polisə cinayətkar kimi təqdim edirdilər. Onlar da bir dəfə evimə yaxınlaşıb məni bayıra çıxardılar. Bu polislər qanunu yox, şəxsi maraqları qoruyun polislərdən idi. Həmin adamın qüdrəti onların şərəfindən yüksək, ya onların şərəfi çox alçaq olduğundan

64

polislər mənə bir də bu adam haqda heç nə öyrənməyə çalışmamağı məsləhət gördülər. Və bu məsləhəti, sadəcə, sözlə demirdilər. Bu məsləhət dəyənəkləri çiynimdə bir neçə iz qoydu.

Dumanı yüzlərlə insan telefonlarına çəkib internetə yerləşdirir və düşünürdülər ki, fərqli yerlərdən çəkdirdikləri duman şəkilləri bir-birindən nə iləsə fərqlənir. Mən Mələyi düşünür və ağlıma çox ağrılı fikirlər gəlirdi. Bəlkə də hər şey mənim düşündüyüm kimi deyil? Bəlkə Mələyə mənimlə olduğu günlərdən daha yaxşıdır bu yeni günlər? Bəlkə doğrudan da varlı ailələr, bahalı maşınlar, hündür villalar - bəlkə doğrudan da onlarda xoşbəxtlik tapmaq olur? Axı mən bunu yoxlamadan necə bilə bilərəm? Necə kənardan qiymət verə bilərəm? Bəlkə Mələyə indi doğrudan da yaxşıdır?

Page 59: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Maşın yollarından bir dənə də olsun səs gəlmirdi, bütün maşınlar sakitcə tıxacda donub, sürücülərin gözünü örtən bu bəyaz duman onların hamısını sakitləşdirmişdi. Bəlkə də səbəb o idi ki, onlar yol uzunu uzanan tıxacı görə bilmirdilər. Hər qarşısındakı maşını görən elə bilirdi ki, bu sonuncu maşındı. Yol isə açılacaq indicə. Amma tıxaclar uzana-uzana dumanın bəyaz dalğalarında batır, gözdən itirdilər. Yollar sanki Bakının damarları idi, avtomobillər isə bu şəhəri yaşadan qan damarları kimi axır, dövr edır və şəhər

65

qidalanırdı. İndi isə bütün şəhərin yollarında tıxaclar sanki damarlardakı laxta kimi, Bakının ürəyini sıxır və qan dövranının düzəlməsi üçün qoca Bakı axsaya-axsaya mətbəxə girib soyuducudan yarım dilim limon sıxıb suyunu içirdi. Duman axşama yaxın lap qatılaşmışdı. Artıq o nə bəyaz idi, nə də boz. Artıq qapqara bir pərdə kimi bütün mənzərələri silmişdi. Pəncərələrdən baxan insanlar artıq heç nə görmürdülər. Televizorlar işləmir, telefonlar tutmur, pəncərələr heç nə görmürdülər. Bu gecə Bakıda hamı ailəsinə bir azca daha yaxın olmuşdu. Həmişə ayrı otaqlarda yaşayan ailə sakinləri ilk dəfə eyni masa arxasında axşam yeməyi yeyir, atalar uşaqların dərsləri ilə maraqlanır, qocalar xatirələrini danışır, uşaqlar isə çoxdan onları maraqlandıran suallarını verirdilər. İnsanları bircə addım bir-birinə yaxınlaşdırmaq üçün dörd milyonluq şəhəri dumana bürümək lazım imiş deməli. Artıq pəncərələrdən televizora dəyən qapazlar yox, uşaq qaqqıltıları eşidilirdi. Mətbəxlərdən ev yeməyinin iyi səmaya qalxır və hələ yemək bişməyən pəncərələrdə siqaret

Page 60: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çəkən kişilərin qarnı quruldayırdı. Duman bir neçə gün davam edəcəkdi. Belə duman bir gecəyə əriyənə oxşamırdı.

66

VƏHŞİ VƏ BƏDBƏXT

Mələk yatağın kənarında dizlərini qucaqlayıb tir-tir əsirdi. Bu adam onu zorlayır və döyürdü, bu çox pis adam idi. Onun qanadlarını əlləşdirir. Onların necə bədənə bitişdiyinə baxır sonra dartıb çıxarmaq istəyirdi. Sonra onu döyür, bərk-bərk döyür, bundan sonra ehtiraslanır və onun bütün bədənini öpərək ehtirasını boşaldır, sonra kokain çəkib uzun müddət onun üstündə uzanır, bundan sonra dizi üstə çöküb ağlamağa başlayırdı. Mələk diqqətlə bu insana baxır və sanki onun dərdlərini anlamağa çalışırdı. O, bir dəfə də olsun Mələklə danışmamışdı. O bilirdi ki, Mələk danışa bilmir. Adətən xarici ölkələrdən qızlar sifariş edər və onlarla yatardı, amma bu da onu bezdirəndən sonra daha çox şey istəmişdi. Və onun istəklərindən hər kəsin xəbəri var idi. Hərdən şəhərin mərkəzində barmağı ilə bir qadını göstərərdi. Bir neçə gün ərzində onun adamları həmin qadının ərinin cibinə narkotik atıb onu türməyə basar, sonra onun arvadına zəng edib hadisəni başa salardılar. Və ona təklif edərdilər rəisləri ilə yatmağı. Əgər bircə dəfə rəisləri ilə yatsaydı, onda

Page 61: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

67

onun ərini türmədən buraxardılar. Yazıq qadınlar da ərlərini xilas etmək üçün hər şeyə razılaşırdılar. Onu bu cür şeylər ehtiraslandırırdı. Biləndə ki, onunla yatan qadın bunu istəmədən edir. Bu ona xüsusi bir ləzzət verirdi. Onun kimi varlı insanlar bu şəhərdə çox idi. Onlar bir-birilərindən vəhşi və bir-birilərindən əclaf idilər. Amma bu oğlan hamıdan çox öz atasına nifrət edirdi. Çünki atası ondan daha varlı idi və atasına hər şeyə görə borclu idi. Və ən çox ona görə nifrət edirdi ki, atası onun üçün hər şey eləməyə hazır idi. Axı atası içdə bilirdi ki, oğlu murdar və əclafdır,amma buna baxmayaraq onu bütün yaxşı insanlardan üstün tutur, onun bütün dəliliklərinə dözürdü. Və oğul biləndə ki, atası onun yatdığı qadınlardan daha bahalı qadınlarla yatır, bu onu dəli eləyirdi. Axı atası ondan piyli, ondan tüklü, ondan qoca və ondan eybəcər idi. Amma qüdrəti və puluna görə onun fahişələrindən qat-qat gözəlləri atası ilə yatırdı. Ya da onunla yatan fahişələr elə onun atası ilə də gecələri keçirir və o anlayırdı ki, özü də illər ötdükcə qocalacaq,piylənəcək,daha tərli və daha eybəcər olacaq, amma bu fahişələr azalmayacaq. Onlar daha gözəl, daha cavan və daha ehtiraslı olacaq. Və o qədər gözəl oynayacaqlar ki, öz rollarını, o, az qala inanacaq - onların doğrudan da ondan ləzzət aldıqlarına inanacaq. Sürücüsü ona deyəndə ki, bir nəfər əsl

68

Mələk tutub və bu Mələk dünya gözəlidir, o, çox sevindi. İlk dəfə dünyanın ən varlı kişisi. Ən xoşbəxt kişisi olacaqdı. Çünki ilk Mələyi altına salan kişi olacaqdı. Onun kişiliyi bundan

Page 62: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

artığına çatmırdı. Heç bundan artıq kişiliyə ehtiyacı da yox idi. Şəhəri duman bürüyür, onun beynindəki dumana qarışırdı. Bu villa onun özünə məxsus idi və son üç günü Mələklə keçirmiş, ondan ləzzət almağa çalışmışdı. Amma alınmırdı. Sonra diz çöküb ağlayırdı. Yox, vicdanı oyanmırdı, yox... Mələyə yazığı gəlmirdi. Yox... Bu ağlamaq Allah qorxusu da deyildi. O, səbəbsiz ağlayırdı. Ərköyün uşaq dondurma istəyəndə ağlayır, amma dondurmanı yeyəndə də həyasızlığını saxlaya bilmir, ağlayır və dondurmanı yerə çırpırdı.

Mələyin qanadındakı yara sağalmışdı. Ammaa ayaqları və kürəyi çapıqlarla dolu idi. O öz kəməri ilə onu vururdu.

Qapı döyüləndə onun ilk ağlına gələn sürücüsü oldu. Yəqin ki, ona nə isə lazım idi. Amma qapını açanda qarşısında son ağlına gələcək insanı gördü. Bu onun atası idi. Qoca məmur, hiyləgər baxışları ilə otağa baxıb Mələyi incələdi. "Həə. budur? Bə niyə demirsən bunu bizə?"

İçəri girib oğlunu əli ilə itələdi. Onun arxasınca cangüdənləri girdi. Mələk bu qocaya baxır və düşünürdü ki, qoca onu bu alçağın əlindən qurtaracaq. Qoca isə cangüdənlərinə pıçıldayıb

69

Mələyə yaxınlaşır və nə isə pis bir şey düşünürdü. Cangüdənlər heç bir söz demədən oğulun əlindən tutub onu çölə çıxarır,ərköyün oğul əsəbindən partlayır və bağırırdı. “Əl çəkin! Əlinizi çəkin! Ataaa... Ataa... əl dəymə ona! Mən tapmışam! Mənimdi o! Ata!!!” – oğlan qapının arxasında cangüdənlərin əlində çapalayır və atasının Mələyi qapı

Page 63: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

arxasında necə zorladığını eşidirdi. Qəsdlə dərindən ah çəkir və bunu oğluna eşitdirirdi. Bu ata və oğul arasındakı rəqabət idi. Onlar ikisi də eyni qandan idi,eyni nəsildən idi. Və onların rəqabəti bina ucaltmaq,yardım etmək,elm öyrənmək,daha mədəni və daha çox uğur qazanmış ola bilmək deyildi. Onların rəqabəti qadında,qızılda və qüdrətdə idi. Onlar çoxdan insan olduqlarını unutmuşdular. İnsan olmaq,qara xalqın hər bir üzvü ilə bərabər insan adını daşımaq onlara ayıb gəlirdi. Ona görə insani dəyərlər də onlar üçün yox idi. Bu villada,bu insanların arasında heç kəs Mələyi düşünmür. Heç kəs onun möcüzə olduğunu anlamır, heç kəs ondan o dünya,Allah,axirət,ulduzlar haqda öyrənmək istəmirdi. Bu təbəqənin insanları çoxdan Allahlarını vicdanları ilə bir qəbirdə basdırmışdılar.

70

3 YOLÇU

Bütün ümidlərimi yumruğumda sıxıb evdən bayıra çıxdım. Bu dumanlı havada heç kəs növbəti addımını görmürdü və bu mənə azca da olsa cəsarət verirdi. Axı indi bütün şəhər mənim kimidir. Varlı-kasıb, güclü-gücsüz - hamı bu qeyri-adi təbiət hadisəsi qarşısında özünü itirmişdi. Bu mənə azca da olsun cəsarət və ümid verirdi. Evdən çıxanda bilmirdim hara gedəcəm, bilmirdim nə etməliyəm Mələyi geri qaytarmaq üçün. Onun mavi saf gözləri yadımdan çıxmırdı. Onun incə

Page 64: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

dərisi, ondan gələn qızılgül ətri, onun toxunulmaz ilahi gözəlliyə sahib bədəni. Bunlar haqda düşünür və inanmırdım ki, kimsə ona pislik edə bilər. Yəqin ki, onu yaxşı saxlayırlar, yəqin ki, Mələyi müxtəlif xarici alimlər təcrübələrdən keçirir, onun üzərində elmi kəşflər edir, sonra isə onu ailələrinə aparıb birlikdə şam süfrəsində əyləşir, onun gecə rahat yatması üçün otağının havasını dəyişir və yatağının yanına hər gecə bir bardaq süd qoyurlar. Bu fikirləri qəsdlə özümə yaradırdım ki, beynimə gələn əsl fikirləri, əsl ehtimalları örtsün, axı mən əmin idim ki, onunla eşşək kimi rəftar

71

edirlər. Mən bilirdim onu saxlayan adam necə adamdır. Mən bilirdim onlar adi insanlara nə qədər haqsızlıq ediblər. Mən bunların hamısını bilə-bilə boş yerdə durmağıma əsəbləşirdim. Axı Allah mənə qeyri-adi güc verməmişdi... Axı mənim varlı qohumlarım yox idi ki,kömək etsinlər, mən nə karate ilə məşğul olmuşdum, nə də boksla ki, bir-bir onun iki metrlik cangüdənlərini öldürüb evinə girə bilim. Mən adi,sıradan bir oğlan idim. Ən adı,ən sıradan. Özümü nə seçilmiş,nə də qəhrəman hiss edirdim. Dəqiq bilirdim ki,çox adi və çox gücsüzəm. Nə kitab qəhrəmanıyam, nə film qəhrəmanı. Mənim kimi oğlanlar doludur bu şəhərdə. On kilodan artıq qaldıranda qolu ağrıyan,iki dəqiqədən artıq qaçanda nəfəsi kəsilən. Bütün bunları anlayırdım. Tale bu dəqiqə məndən güclü və cəsarətli olmağımı istəyir. Amma mən bilirdim ki, aylıq maaşdan asılı adı bir vətəndaşam mən. Adi! Mənə kömək lazımdı,mən təkbaşına bu əjdahalarla,canavarlarla bacara bilmərəm.

Page 65: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Bu fikirlərlə küçədə addımlayır və şüuraltı seçdiyim ünvana yaxınlaşırdım. Bu məscid idi. Bakının ən böyük məscidlərindən birinə daxil olub,ən adlı-sanlı üzündən müqəddəslik yağan imamı görmək istədiyimi dedim. Məni qapıda uzun saqqallı kök kişilər qarşıladı. Onlar həqiqətən yaxşı insanlara oxşayırdılar. Bir anlıq peşman oldum. Peşman oldum ki, bu insanların arasında

72

deyiləm. Ömrümü bu məsciddə işləməyə və Allaha xidmət etməyə xərcləmək istəyirdim həmin an. Həm də Mələyin həyatıma gəlişindən sonra Allaha inamım da güclənmişdi.

- Salaməleyküm, bala... Buyur keç içəri.

- Bağışlayın, vaxtınızı almaq istəməzdim. Sadəcə...

- Bala, vaxtı verən də Allahdır, alan da Allahdır. Sən heç narahat olma. Əgər sənin ayağların səni məscidə gətiribsə, deməli, sənin köməyə ehtiyacın var.

- Bəli var. Allah sizdən razı olsun. Sadəcə, bilmədim bunu daha kimə deyim. Axı burada çoxlu müsəlmanlar olur. Cümə namazları olur, müxtəlif imkanlı müsəlmanlar olur. Onların köməyi dəyə bilər.

- Bala, əgər pul istəyirsənsə səhv gəlmisən. Bura Allahın evidir. Ondan pul yox, ondan bağışlanma istəməlidir müsəlmanlar.

Deyəsən, bura gələnlərin çoxu, doğrudan da, pul istəyirdi. Ən əclaf və ən sonuncu adamlar ümidləri üzüldükdən sonra məscidə gəlir, özlərini müsəlman elan edir və bu mollalardan

Page 66: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

nəzir, sədəqə, qurban əti istəyirdilər. Amma yəqin ki, onların arasında çoxlu fırıldağın da olduğundan Bu mollanın dili artıq onlara etiraz eləməməkdən bezmişdi. Ona görə,sadəcə,gözünü aşağı dikir və susurdu.

73

- Yox, yox... mənə pul lazım deyil. Mən, sadəcə, bir möcüzə haqda danışmaq istəyirəm. Mələklər haqda.

Kişi mənə diqqətlə baxıb xalçada əyləşdi.

- Bala, mələklər Allahın xidmətçiləridir. Uca Rəbbimiz onları nurdan yaradıb. Onlar cənnətdə, göylərdə, Allahın yanında Onun xidmətindədirlər.

- Bilmirəm sizə necə deyim. Mən bir Məlak görmüşəm. Bilirəm dediyim indi inandırıcı gəlmir, amma siz buna inanmalısınız. Mənim evimin üstünə bir ay əvvəl Mələk yıxılmışdı. Yaralı bir Mələk, Mən onu evə gətirib qanadlarını sarıdım. Qanadlarını sarıdım ki, sağalandan sonra uçub getsin. Bilirəm bu mənim səhvim idi ki, onu bura gətirmədim. Amma...

- Bala... Mələklər gözəgörünməz olur. Mələkləri insanlar görə bilməz. Sən yəqin səhv salmısan.

- Ay dayı... vallah... Mələyi nə ilə səhv salmaq olar ki? Başqa insan bədənli quş qanadlı bir canlı varmı ki, mən onunla səhv salım?

- Bala, sən məni dolamısan?

Page 67: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Axıracan qulaq asın. Mən onu evdə saxlayırdım. Amma sonra valideynlərim onu filankəsin oğluna saldılar. İndi Mələk onun evində sanki türmədədir. Bəlkə ona bu dəqiqə əzab verirlər orada. Bu ki, siz müsəlmanların borcudur. Allahın Mələyini siz xilas etməlisiniz!

- Dur çıx burdan.

74

- Necə yəni çıx? Bura Allahın evidir, siz məni çıxara bilməzsiniz.

- Dur çıx burdan, ya da bu dəqiqə polisi çağırıram. Gör kimin oğluna söz atırsan, özü də məsciddə.

Bu söz elə səsləndi ki, elə bil o müqəddəs bir ailənin üzvü idi. Onun adına məsciddə heç bir söz demək olmaz. Amma bir tərəfdən də düz deyirdi, onun kimi alçaq adamların adını məsciddə çəkmək günah olardı.

Sadəcə, gözlərimi məscidin günbəzinə qaldırıb sonra yenidən aşağıya bu yazıq mollaya saldım.

- Siz... siz... insanları ədalətə çağırırsız. Onları inanmağa çağırırsız. Amma... özünüz inana bilmirsiz! Allahdan başqa heç kəsdən qorxmadığınızı deyirsiz, şəhid olmuş səhabələrdən danışırsız, amma bir barmağınızdan çıxacaq bircə damla qana görə Allahınızı da, dininizi də tapdaq altına atarsız. Sonra diz çöküb dua edərsiz ki, sizı bağışlasın Allah. Bəs mübarizə?!

- Bala, lap tutaq ki, sənin danışdığın hekayə düzdür, tutaq ki, elə bir Mələk var! Mən bu qoca yaşımda sənə necə kömək edə bilərəm ki? Bu məscid çox insan üçün son ümid yeridir.

Page 68: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Bəs onlar əsəbiləşib buranı bağlasalar? Onda necə olacaq? Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə ikinci şamı heç cürə yandıra bilməzsən. İman da

75

ürəklərdə yanan şamlardır. Birdən alışmaz, birdən işıq salmaz, damla-damla, ovuc-ovuc yayılar,çoxalar! Hər kəs öz şamını tutmalıdır.

Mən ona diqqətlə baxıb pıçıltı ilə son sözləri dedim:

- Mələyi zorlayırlar, siz də şam tutursuz!

İnsanlar artıq Allahdan qorxmur və müsəlmanlar artıq oxuduqları Fatihəni də anlamırdılar. Bu surədə “Allah,yalnız səndən qorxur və yalnız sənə itaət edirik” ayəsi var. Amma bunu anlayan bir dənə də olsun müsəlman görməmişdim. Axı onlar Allahdan daha qüdrətli bildikləri polislərdən,məmurlardan qorxur və hər dəfə məscidin qapısının ağzını kəsib rüşvət istəyən mollabaşılara itaət edirdilər. Mənə yardımçı ola bilməyən,mələklərə və Allaha inanan, amma əsl Mələyi gördüyümü eşidəndə qaqqıltı ilə gülən bu insandan mənə kömək dəyə bilməzdi. Tələsik addımlarla oradan uzaqlaşdım. Əgər Allahın qulları kömək etmədisə,qoy qanun keşikçiləri etsin.

- Zəhmət olmasa keçin içəri və növbəni gözləyin.

Page 69: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Xanım... zəhmət olmasa... Axı gözləməyə vaxt yoxdur. Cinayət baş verib. Məhkəməyə vermək lazımdır onları.

- Bura bax... əgər qabağa keçmək istəyirsənsə əlin cibində olsun.

76

- Buyurun, məndə olan budur. Buraxın məni içəri.

- Keçin içəri, eşidirəm.

- Cənab hakim... cənab məmurlar... Mən bilmirəm heç necə deyim. Amma mənim yaxın bir adamımı qaçırdıblar.

- Qaçırdıblar?!

- Bəli, bəli... onu dustaq kimi saxlayır və ona işgəncə verirlər. Bu qızdır. İyirmiyaşlı bır qızdır. Onu məmin evimdən güclə çıxarıb aparıblar. İndi onu bəlkə zorlayırlar. Evdən də bayıra buraxmırlar.

- Ar olsun! Bu nə deməkdir! Heç belə şey olar?! Belə vəhşilik olar iyirmi birinci əsrdə?! Əgər o alçaqları tanıyırsınızsa, əgər adlarını bilirsinizsə, ya ünvanlarını bilirsinizsə tez deyin. Onların başına oyun açaq. Qızı qaytaraq, bu cinayətə görə onlara on ildən çox cəza düşəcək!

- Çox sağ olun! Çox sağ olun! Mən heç inanmırdım ki siz mənə kömək olacaqsız! Buyurun bu kağızda yazılıb, adları da, soyadları da, ünvanları da!

Onlar diqqətlə kağıza baxıb duruxdular. Sonra tərs-tərs mənə baxdılar. Daha sonra

Page 70: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

77

aralarından biri zəng etdi. Mən, sadəcə, bu sükuta tamaşa edir və onun nə ilə bitəcəyini düşünürdüm. Arxa qapı açıldı və məni çiyinlərimdən tutub bayırı çıxardılar. Heç nə demədən. Yazdığım adları və ünvanı səsləndirmədən. Sanki bu adların çəkilməsinin özü böyük bir cinayət idi!

Mən küçəyə çıxıb Bakıya baxdım. Onun təzə tikilən binaları və köhnə ağaclarına, yeni asfaltı və köhnə adamlarına, sonra heç vaxt dəyişməyən səmasına. Duman getdikcə seyrəlirdi. Az-maz insanları seçmək olurdu artıq. Amma beynimdəki,içimdəki duman getdikcə daha da dərinləşir, qatılaşır və mən suallarımın içində boğulurdum. Axı kimdən? Bu zəmanədə kimdən kömək istəyəsən? Bu Azərbaycanda kimdən tələb edəsən hüquqlarını?

Və mən ən son ümid yerinə getdim.

- Buyurun keçin içəri. Siz burada təhlükəsizlikdəsiniz. Bu xətti keçəndən siz artıq Azərbaycanda sayılmırsız. Bu kiçik torpaq sahəsi olsa da, siz artıq Avropadasız! Biz sizi daim dinləməyə və sizə yardımçı olmağa hazırıq.

- Çox sağ olun. Sizdən başqa kimə müraciət edəcəyimi sadəcə bilmirdim!

- Heç nə olmaz, əyləşin zəhmət olmasa və bu sənədi doldurun.

78

Page 71: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- ................... buyurun. Bağışlayın gec çəkdi. Çoxlu suallar var idi.

- Buyurun, artıq sizi dinləməyə hazırıq. Nə baş verib? Necə yardımçı ola bilərik?

- Mən, hər şeyi əvvəlcədən danışmaq istəyirəm. Yağışlar başlayan vaxtdan. Bu keçən ay olardı.

- Keçən ay? Hmm... çox gözəl,zəhmət olmasa bu sənədi də doldurun.

- ................. buyurun. Mən demək istəyirdim ki, mənim çox yaxın bir dostum var idi. Onun başına çox pis bir hadisə gəldi. Bizim varlı adamlardan biri...

- Aha...

- O onu oğurladı. Mənim qız dostumu oğurladı və...

- Bircə saniyə, bu sənədi götürün,həyətdə sürətini çıxarın,sonra iki şəkil çəkdirib qayıdın. Bir də bu siyahıya qol çəkin. Sonra buraya da,sonra buraya da!..

- .....ııı... Siz məni dinləyəcəksiniz ya yox? İndi gətirirəm oldu! .................. buyurun, dediyiniz hər şey buradadır.

- Aha,okey... okey... davam edin...

- İndi mənim sevgilimi,daha doğrusu,dostumu həmin varlı adam bu ünvanda yerləşən villada saxlayır və onu zorlayır!

- Oouu... vay... vay.... vay... bu haqda buraya danışın. Baxın bu mikrofona,bu kameraya da

79

Page 72: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Baxın. Ok... ok... indi bunları xarici dildə kameraya təkrarlayın.

- Yaxşı... yaxşı!.. Nə istəsəz edəcəm. Nə istəsəz edəcəm! Təki mənə kömək edin!

- Okey! Narahat olma. Biz bunu bacararıq,biz burada sizin kimi insanlara kömək etmək üçün varıq. İndi isə burada qol çəkin!

- Bu nədir?

- Burada qol çəkin ki, bu ölkəni bəyənmirsiz və qaçmaq istəyirsiz!

- Nə? Siz!.. Siz heç məni dinləyirsiz? Mən səhərdən danışıram siz heç məni dinləyirsiz ki? Mən qaçmaq istəmirəm, mən qaytarmaq istəyirəm öz haqqımı, öz dostumun azadlığını qaytarmaq istəyirəm!

- Amma siz ölkədən narazı olmağınızı qol çəkməlisiniz!

- Niyə, bunun şikayətimə nə aidiyyəti var ki?

- Xmm... OKEY! Deməli belə, siz burada qol çəkirsiz, sonra sizin kimi qol çəkənlərin sayı artır, sonra biz deyirik ki, ölkədə demokratiya olmalıdır və bombaları tökəcəyik başınıza? OKEY?

- Siz dəlisiz?

- Okey... okey... Buraya imza atın və altı ay ərzində sizin şikayətinizə baxılacaq. Bütün dünya xəbərdar olacaq. Unutmayın, biz sizi qoruyuruq. Biz sizin mələklərinizik!

Page 73: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

- Yox... Siz mənim Mələyim deyilsiz. Mənim Mələyimi tanımırsız siz!

80

PALÇIQ

Onlar Mələyi bəzəyib dostlarına,varlı ailələrdən olan tanışlarına göstərməyə başlamışdılar. Oğul,Mələyin qoluna öz adının baş hərfini yazdırtmış,atası həftədə bir dəfə onunla yatır,varlı,qır-qızıllı arvadlar isə Mələyə nifrət edir onun gözəlliyi qarşısında qara Azərbaycan pıspısaları olduqlarını anlayırdılar. Nə qədər Guccilər geyinsələr də,nə qədər mersedeslərdə gəzsələr də,özlərini restoranlarda göstərsələr də daxildə inək sağan,ayağı palçıqlı,qoltuğu tərli arvadlar idi. Üzlərinə nə qədər pudra yaxsalar da ayaqları tüklü,tükləri qırxdıqları yerlər isə diyir-diyir idi,onlar,sadəcə,tikanlarını qırxan kirpilər kimi idilər. Kirpiyə bənzəməmək üçün tikanlarını qırxır və bununla kirpidən çox siçovula bənzəyirdilər. Bütün kişilərin isə canına vəlvələ düşmüşdü. Onlar saatlarla öz aralarında mübahisə edir və Mələyi bölüşdürə bilmirdilər. Axı indiyə kimi hər şeyi bölüşdürmüşdülər,bilirdilər noxud kimindi,kişmiş kimindi,maşınlar kimindi xəstəxanalar kimindi,meyvələr kimindi,ayaqqabılar kimindi,yağ kimindi,su kimindi. Amma onların heç vaxt ağlına

Page 74: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

81

gəlməzdi ki,nə vaxtsa bu bar-bərəkətli torpaqları Mələk yetişdirəcək. Bu yeni problem onları çox sıxır və yekə qarınlı ağıllı kişilər,şeylərini sıxır və özlərini sakitləşdirməyə çalışırdılar. Bir-birilərinə təsəlli verir və səbir arzulayırdılar. Səbirli olun qardaşlar.Ədalət bərpa olacaq. Biz hamımız o Mələklə olacağıq. Növbə ilə. Bölə-bölə. Qardaş kimi! Bundan xəbər tutan ata və oğul da bu fikirlə razılaşmalı olmuşdular. Daha bəs idi onların bu kefli çağı. Artıq yağlı tikəni bütün canavarlarla bölmək vaxt idi.

Mələyin qanadları sağalmışdı və onunla bu iyrənc və zorakı rəftardan sonra uçub getmək istəyir,dəfələrlə villanın pəncərəsindən atılır və qanadlarını çırpırdı. Amma onun ayağına bağlanmış zəncir hər dəfə onu geriyə dartır və evin içinə salırdı. Ayağında zəncirin izi qalır və gecələri yatanda zəncir ona mane olur,ayağı qaşınır,gicişir və ağrıdırdı.

Pəncərədən həyətə baxır və gecə-gündüz ağlayırdı. Ağlayanda gözündən muncuq kimi gözəl buz dənələri tökülür və yerə dəyəndə pianonun incə notları kimi zərif, amma çox sakit səslər çıxarırdı. Və bu tökülən göz yaşlarından qəribə bir musiqi,qəmli notlar səslənir və Mələyi sakitləşdirir,onun içində ümid yaradır və bu anlarda Mələk gözünü göylərə qaldırır,səmaya baxır,onu yaradan müqəddəs qüvvəni yadına salır və

82

inanırdı ki, bu çətinliklərdən qurtula biləcək. Axı o dəfələrlə bu yerlərin üstündən uçmuş, yağışlı günlərdə öz lələklərindən

Page 75: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qoparıb bu diyarların üzərinə atmış, insanlara sevgi və xoşbəxtlik hissi bəxş etmişdi. Axı o sevirdi insanlara yaxşılıq etməyi, onların dərdlərinə kiçik sərin zərif küləklərlə sarğı olmağı.

Son günləri çox pis keçirdi. Dəqiqəbaşı ona yeni dar paltarlar gətirir, onu hansısa dərzilər bəzəyir, boynuna qızıllar asır, barmağına üzüklər salır, sonra maşınlara mindirib hansısa məclislərə aparırdılar. Hamı onun yanına yaxınlaşır varlı balaları öz bahalı telefonları ilə Mələklə şəkil çəkdirir, varlı qızlar onun yanında dayanıb özlərini diqqət mərkəzində hiss edir, qoca oliqarxlar isə artıq kişilik yerlərinin işləmədiyindən heyifsilənirdilər. Bütün varlı balalarının, əsasən də ən əsəbisinin qərarı ilə Mələyi birinci gecə ona verməli oldular. Axı onlar bilirdilər ki, bu ərköyün cavan, ümumiyyətlə, heç kəsi saymır və tapança ilə gəzirdi. O dəfələrlə küçədə adamları öldürür, xoşuna gələn və gəlməyən hamıda qorxu hissi yaradırdı. Atasının dostları belə onun yanında tir-tir əsirdilər. Mələyi yanına alıb özünü göstərir, hər yerdə onunla fırlanır və qolunu bərk-bərk sıxırdı. Hətta bir neçə dəfə evdə tapançanı onun gicgahına da sıxmışdı. Amma Mələyin gözlərində bir

83

damcı da olsun qorxu yox idi. Bu onu çox əsəbiləşdirmişdi. Axı o öyrəşmişdi ki, hamı ondan qorxur və çəkinir. Amma bu qız, bu Mələk onun qaydaları ilə oynamaq istəmirdi. Onda o, Mələyin gözünün qabağında öz itinin təpəsinə güllə çaxmış və itin qanı bütün otağa fışqırmışdı. Mələk üzünü tulub yatağın

Page 76: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qırağına qısılıb ağlamışdı. Axı niyə? Niyə ona bu qədər nifrət edir bu adamlar? Axı o kimə nə pislik eləyib ki? Niyə onu bölüşdürə bilmir bu insanlar. Nə istəyirlər ondan? Əslində elə problem də məhz bunda idi. Mələyə kənardan baxıb onun gözəlliyinə vurğun olmaqdan bu adamlar onu heç kəsə verməmək və sonuncu lələyinə kimi gəmirib bitirmək istəyirdilər. Mələyin ərköyün məmur balaları tərəfindən zorlandığını eşidən ədalətli məmurlardan biri də yaman əsəbiləşmişdi. Bu qudurğan küçüklər niyə belə qudurub axı? Niyə hər şeyin ən yaxşı onlarda olmalıdır? Həm də bu Mələkdir axı. Onunla təkcə yatmaq və adi fahişə kimi rəftar eləmək olmaz. Onu dəyərləndirmək lazımdır. O, böyük bir möcüzə və vətənimizin adını qaldıra biləcək böyük bir sərvətdir. Amma bu fikrini belə həmin nazir deməyə qorxurdu. Axı onu başa düşməzlər, bu qəribə əhatəsi onun bu rusdilli fikirlərini heç vaxt anlamaz və onun kişiliyinə şübhə edərdilər. Axı o bilirdi ki, əhatəsi üçün məfhumlara üç münasibət var idi. Yeyiləsi məfhumlar,zorlanası məfhumlar və pulla alınası məfhumlar.

84

Onlar üçün nə musiqi var idi, nə film mədəniyyəti, nə rəssamlıq, nə kitab, nə fəlsəfə. O bilirdi ki, əhatəsindəkiləri ancaq pul, yemək, qadın və binalar maraqlandırırdı. Pullarına ancaq şadlıq sarayları tikdirir və müğənnilərə bahalı hədiyyələr edirdilər. Amma nə bir kitabın çapında, nə bir teatrın təmirində, nə bir məktəbin açılışında bu pəzəvənglərdən bir şey gözləmək olmazdı.

Page 77: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Onlar palçıqlı ayaqlarını böyük otellərin təmiz xalçalarına silib içəri daxil olurdular. Haradan idi bu qədər palçıq? Bu qədər çirk şəhərdə. Sanki bəyaz dumanın seyrəlməsi ilə xalqın gözü açılmış və hamı öz ayağı altında çiynində, ağzında avtobusların tutacağında, metroların çıxışında, deputatların qalstukunda, məktəblərin cədvəllərində, bayraqların üstündə bu palçığı görməyə başlamışdılar. Hamı bundan danışır və xalqın narazılığı getdikcə artırdı. Niyə biz bu palçığa dözməliyik. Bu nədir axı? Bir gün külək, bir gün yağış, bir gün qar... sonra duman, indi də palçıq. Bu nə həyatdır biz yaşayırıq?!

Mən küçələri gəzir və topa-topa yığılmış qara camaatı görür və təəccüblənirdim. Necə də qəribədir. Heç Bakıda insanların yığılmasını görməzdim əvvəllər, sanki hamı öz kiçik

85

mənzillərində uzun bir qış yuxusundan ayılmış və küçələrə tökülmüşdü. Əvvəllər həyətdə nərd oynayan kişilər indi əllərində dırmıq və bellə həyəti palçıqdan təmizləyir, bahalı avtomobillər palçıq bataqlıqlarına ilişib qalır və kostyumlu adamlar məcbur olub xalqın içindən gedirdilər işlərinə. Xarici televiziyalar və jurnalistlər bu palçığı çəkir və dünyaya yayımlayırdı. Bunu görən bəzi məmurlar tez xariciləri öz saraylarına dəvət edir və onlara palçıqsız otaqlarda, palçıqsız divanlarda qonaqlıq verir, onları içirtdirir və sonra iki gözəl azərbaycanlı qız ilə yatağa göndərirdilər. Xaricilər bu min bir gecə nağılından ayılana kimi yolları da palçıqlardan təmizləyir, bir yolun palçıqlarını o biri yolun üstünə atırdılar. Xalq

Page 78: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

getdikcə bundan əsəbiləşir və çıxış yolu axtarırdı. Mən də çıxış yolu axtarırdım. Axı mən tək bunu bacara bilməzdim. Mələyi məndən başqa heç kəs xilas edə bilməzdi, amma mən tək də bunu edə bilməzdim. Mənə kömək lazım idi. Mən topa-topa yığışan adamların yanında əyləşib onların dediklərinə qulaq asırdım.

86

TOPA-TOPA YIĞIŞANLAR

“Onlar bizim hər şeyimizi əlimizdən alıblar!”

"Hər yer palçıqdır, hamısının cibində, üzündə, əllərində palçıq var".

“Onlar bizi aldadır və palçıqlarını gizlətməyə çalışırlar. Amma artıq duman çəkilib və gözlərimiz həqiqəti görür".

“Varlı adamlardı günahkar hər şeydə. O yekə maşınları, o hündür binaları, qızıl otelləri hansı pula tikirlər?"

Page 79: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

“Onlar bizi kölə kimi saxlayır, bizim tərimizlə öz bahalı çiçəklərinı sulayırlar."

“Onların itləri bizdən yaxşı yaşayır.”

“Biz bir quru çörəyə görə Allaha şükür edirik, onlar isə beşinci milyonu qazanmadıqları üçün Allahı söyürlər."

Mən diqqətlə bu qəmli adamların pıçıltı ilə dediklərini dinləyir və anlayırdım ki, onlar düz deyir. Günah varlılardadır. Axı onlar istəsələr hər küçədə bir yaxşı məktəb açar, hər işsizə iş verər

87

və kasıblara öz süfrələrindən balaca bir sümük atsalar belə, onlara böyük yaxşılıq etmiş olarlar. Adamlardan biri ağzını əyib danışmağa başladı.

- Mən belə varlıların böyük həyətlərində bağban işləyirdim. Uzun illər onların bütün xasiyyətlərinə bələd olmuşam. Onlar, çox qudurğan və insafsızdırlar. Onlar zibilliyə o qədər bahalı şeylər tullayırlar ki, xanımlar öz köhnə paltarlarını, kişilər köhnə pencəklərini, saatlarını, balaca həyasız uşaqlar öz telefonlarını - hamısını zibilliyə atırlar. Onların acgöz olduqlarını hamı bilir, hamı bilir ki, yağlı tikəni qapar və heç kəsə verməzlər. Amma köhnəlmiş, artıq onlara lazım olmayan, artıq geyinmədikləri və istifadə etməyəcəkləri paltarları və bəzəkləri, bunları ki, o milyonerlər məhəlləsinin yanında kiçik bir ehtiyacı olanlar üçün qutu düzəldib səliqə ilə

Page 80: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

onun içinə qoymaq olardı axı. O qutunun içindəkilər ilə yüzlərlə ailə dolana bilərdi. Amma yox....Mən bu fikri onlara bildirən kimi məni işdən qovmuşdular. Onlar qorxmuşdu. Qorxmuşdu ki, birdən geyindikləri qızıl tumanlar, gümüş corablardan kasıb xalqın xəbəri olar. Ona görə köhnə şeylərini zibilliyə atır, yandırır və tez gözdən silirdilər. Birdən bu hündür hasarların kənarında qalmış qara camaat görər ki, bunlar necə cah-calal içində qalırlar.

Onların dedikləri mənə də təsir edir və mən də öz dərdimi danışmaq istəyirdim, amma inanarlarmı,inanmazlarmı - bilmirdim.

88

Yenə də bütün gücümü, cəsarətimi toplayıb səsimi çıxartdım, amma mən pıçıldamadım, mən yüksək səslə qorxmadan öz fikrimi bildirdim. Düzünü dedim, gördüyümü dedim!

“Mənim evimə göydən Mələk düşmüşdü, həqiqi Mələk! İpək qanadlı, gümüş saçlı, mavi gözlü gözəl bir Mələk! Qanadı yaralı olduğundan onu evimdə saxlayır, ona süd verir və onu bəsləyirdim. O, çox gözəl bir qadın olsa da, ona barmağımla belə toxunmamışdım. Axı mən insanam və Mələk qarşısında təkcə özümü yox, bütün insanlığı təmsil edirəm. Başladım onu müalicə eləməyə və sağaltmağa, istədim ki, qanadı sağalan kimi uçub getsin istədiyi yerə, ya da kömək etsin insanlara. Allahdan bir xəbər gətirsin insanlara. Amma azad olsun, məndən asılı olmasın. Qanadının sağalmasına bir gün qalmışdı ki, mənim rüşvətxor valideynlərim yaltaq polisləri tökdülər evimə, satdılar Mələyi bir varlının balasına. Nə qədər

Page 81: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çalışsam da, onu geriyə qaytara bilmədim. Və varlılar başladı onu əldən-ələ atıb-tutmağa, zorlamağa, döyməyə, heyvan dərisindən geyindikləri xəz kimi Mələyi də yanlarında gəzdirib özlərini ona-buna göstərməyə! Bax buna görə Allah bu diyara yağışlar, qarlar, tufanlar, duman və palçıq göndərir. Onlar - varlılar günaha batmışlardı. Onlar Mələyi, Allahın müqəddəs varlığını öz palçıqlı ağızları ilə öpür öz palçıqlı əlləri ilə əlləyirlər!"

89

MƏLƏYİN HEKAYƏSİ

Mənim heç gözləmədiyim bir şey baş verdi. Danışdığım hekayədən bir gün keçmədi ki, bu hekayəni pıçıltı və bağırtılarla müxtəlif yerlərdə müxtəlif adamlardan eşitdim. Bakının palçıqlı küçələrində narazı xalq Mələyin hekayəsini bir-birinə danışır və düşünürdü ki, yuxarıdakılara dərsini vermək vaxtı gəlib çatıb. Onlar artıq azğınlaşıb və Allahın müqəddəs varlığını da satın alıb istədikləri kimi istifadə edirlər. Bu xalqın səbir kasasını doldurmuş və onun kənarlarından qırağa axmağa başlamış bir xəbərə çevrilmişdi. “Onlar Mələyə qan uddururlar, onlar Mələyi dünyadan gizlədir və ondan istifadə edirlər! Onlar Mələyin dadına baxandan sonra öz arvadlarını unudublar, öz xalqlarının adını batırıb, özlərini rüsvay ediblər!" - deyə küçədə qocalar danışır, cavanlar mızıldayır, işsizlər və işlilər bir çayxanalarda,

Page 82: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

küçələrdə, avtobus dayanacaqlarında, meydanlarda yığışıb Mələyin taleyini düşünürdülər. Mənə inanmayan məscidlərdə də cümə namazları vaxtı xütbələr Mələyə həsr olunur, bizim necə günah və zülmlə dolu bir zəmanədə

90

yaşamağımızdan danışılırdı. Xalqın axır ki, nəsə vecinə idi. Bu palçıqlı küçələri palçıqdan təmizləmək və Mələyi göylərə qaytarmaq istəyirdi bu xalq. Mən evdə gəzişir, arabir pencəyimi geyinib aşağı düşmək istəyir, yenidən pencəyimi soyunur və yerimdə otururdum. Ayağa qalxmaq mənim üçün çox çətin idi bu günlər. Mən sevgi və həsrətdən boğulur,eyni zamanda namus və intiqam hissləri içimdə qaynayır və Mələyimi əclaf adamların əlindən xilas etmək istəyirdim. Mələyin hekayəsi getdikcə daha çox yayılır və məktəblərdə Mələk haqqında danışan uşaqları məktəbdən qovulmaqla hədələyir, ailələrdə Mələk haqda danışan kişiləri, qadınları sakitləşdirir və polislər qaşqabaqlarını sallayıb bu xəbərin yalan olduğunu bildirirdilər. "Mələk-zad yoxdur, boş-boş şeylərdi, palçıq da yoxdur şəhərdə. Mələk də. İşinizlə məşğul olun, başınızı aşağı salıb işinizlə məşğul olun”. Bunu danışan kostyumlu adamların üstünə qara camaat yerdən palçıq atır, amma bu belə onların gözünə palçıq kimi görünmür, onlar bunu təkzib edir və yekə ciplərində gizlənirdilər. Jurnalistlər və xarici təşkilatlar bu suallara cavab axtarır və bütün kanallarda gündə bir dəfə də olsa Mələk kəlməsi, Allah kəlməsi işlənirdi. Amma bu sözləri işlədən aparıcıların dilləri topuq vurur və uzun illər dillərinə almadıqları sözləri

Page 83: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

deməkdə çətinlik çəkirdilər. Təzə böyümüş, 5-6 yaşlı uşaqlar isə,

91

ümumiyyətlə, bu iki kəlmənin heç birini anlamır və valideynlərinə baxıb gözlərini döyürdülər. Bu kəlmələri oyuncaq telefonlarının menyusunda, düymələrində axtarır və tapa bilmirdilər. Bütün bunlara kənardan baxır və anlayırdım ki, Bakıda dumandan, küləkdən, qardan daha böyük bir tufan baş verəcək, bunu hər kəs içində hiss edirdi, bütün xalq bunu hiss edirdi, hətta hisslərini söndürmüş qardaşım da. Qapımı döyəndə artıq bilirdim ki, bu odur. Atamın, anamın doğma balası, mənə yeni isti-isti məsləhətlər gətirən qardaşım.

- Bu nə xəbərdir yayılıb şəhərə? Hə?

Deyib qaşlarını gözünün üstünə salladı. Ayaqlarını silib içəri keçdi, divanda oturub divara baxdı, sonra mənə baxdı, sonra yenidən divara baxdı. Özünü itirmiş və əsəbiləşmişdi. Mən isə cavab vermirdim. Sadəcə, üzbəüz kresloda əyləşib diqqətlə onun gözlərinin içinə baxdım. Mənə çox maraqlı idi ki, bu adi adamın baxışlarında hansı xüsusilik, hansı şəxsi fikir, daxili ruh gizlənib? Amma baxışlarım onun göz bəbəklərinə çırpılır və hər çırpılanda sanki şüşəyə çırpılan daş səsi gəlirdi. Onlar öz daxillərini bağlamışdılar. Azərbaycanlılar öz eyvanlarını kərpiclə örtüb otaqları eyvana birləşdirdikləri kimi, bu adamlar qəlblərini də söküb nəfəslərinə birləşdirirdilər. Ona görə də heç vaxt heç nəyə görə sıxılmırdılar. Daxilləri

Page 84: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

92

axı geniş idi. Geniş idi daxilləri. Məni sıxan şeylər onları heç vaxt sıxmayacaqdı.

- Səninlə deyiləm? De görüm, bu nə xəbərdir yayılıb, ana da, ata da dəli olublar!

- Niyə dəli olublar?

- Necə yəni niyə? Hamı gedib-gəlib Mələk haqda danışır,işdə,evdə,televiziyada bu xəbəri sən yaymısan? Sən bizim pisliyimizi istəyirsən?

- Sizin pisliyinizi? Bu nə deməkdir ki? Lap mən demişəm? Bunun sizə nə dəxli?

- Necə yəni nə dəxli,axı biz onu satmışıq...ıı...vermişik... yəni... hara lazımdı ora... ötürmüşük... ıı... göndərmişik... lazım olan yerə!!!

- Dilin niyə topuq vurur,qardaş? Sən ki,saatlarla mənə başa salırdın ki,düz eləmisiz. Bəs indi nə olub birdən? Niyə qorxursuz ki? Əgər düz eləmisizsə burda qorxulu nə var ki?

O nə deyəcəyini bilmir,amma içi dolu idi.

- Sən çox qanmazsan,çox! Elə uşaqlıqdan biz bilirdik ki,səndən adam olmayacaq!

- Hə, düz deyirsən,məndən adam olmadı. Təəsüf ki,adam yox, insan doğuldum mən.

- İnsan yox,axmaqsan sən,axmaq. Sənə məktəbə ana kolbasa-çörək verirdi ki,sinifdə yeyəsən,onu sinifdə yemirdin

Page 85: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

ki,elə uşaqlar var onlar acdı. Utanırdın. Sonra da yemək qalırdı çantanda,saatlarla kitabların iy verirdi!

93

- Bunun bura nə dəxli var ki?

- Beşinci sinifdə qıza vurulmuşdun,biz hamımız sevinirdik ki,axır ağlı başına gəldi,adam oldu. Amma nə danışmışdınsa qıza,necə etiraf eləmişdinsə hisslərini,bütün ilboyu dostları ilə səni dolayırdı.

- Qardaş,bunları niyə deyirsən ki?

- Dayan,hələ gör nələr deyəcəm. Yüz adamın borcu var sənə,illərlə qaytarmır,sən heç istəmirsən də,ən yaxşı iş yoldaşların ayağının altını qazır,səndən yuxarı vəzifəyə qalxır,sən də başlayırsan onlara müdir deməyə!

- Nə olsun ki? Onlar istəyir müdir olmaq,mənə belə də yaxşıdı!

- Hə,amma müdir olandan sonra da sənin borcunu qaytarmadı Aslan! Hə? Bəs buna nə deyirsən? Sən əfəlsən əfəl!

- Yox...

- Elə əfəlin ən əfəlisən. Axmaqsan sən. Kişi deyilsən! Mənliyin və şərəfin yoxdur!

Onun bu sözlərindən sonra sükut çökdü. İlk dəfə idi ki,qardaşım mənə mənim haqda düşündüklərini deyirdi. Necə də qəribə idi. Deməli,onun kimi adamlar heç içlərində də anlamırlar ki,şərəfsiz və mənliksiz elə özləridir. Yəni bu adamlarda bircə damcı vicdan adlanan şey yoxdur. Ən böyük

Page 86: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

alçaqlıqlardan sonra belə,onlar düz etdiklərini düşünürlər! Mən dərindən nəfəs alıb özümü

94

sakitləşdirdim. Əsəbdən gözlərim azca dolmuş və barmaqlarım titrəyirdi. Amma özümü ələ alıb sakitcə dedim:

- Yaxşı,qardaş. Ola bilsin ki,bu saydıqlarının hamısı yaxşı insanın yox,axmaq adamın əlamətləridir. Ola bilsin ki, sənin dediklərin doğrudur. Mən əfələm,axmağam,mənliksiz və şərəfsiz biriyəm. Amma yalvarıram... Bax xahiş etmirəm,yalvarıram,mənim bircə sualıma səmimi cavab ver.

Bu sözlərdən sonra o ilk dəfə olaraq gözlərini mənim gözlərimə zillədi. Sanki bu yalvarıram kəlməsi onun buz qəlbinə kiçik bir isti damcı kimi düşüb buzları bir az əritdi.

- Buyur,ver sualını.

- Qardaş,sən o Mələyi gördün? Onun necə gözəl olduğunu gördün?

- Hə gördüm...

- Qardaş,o pis insana,pis varlığa oxşayırdı?

- Yox,oxşamırdı. Yaxşı birisinə oxşayırdı.

- Qardaş,sən inandın ki,bu varlıq göylərdən gəlib və əsl Mələkdir?

- Hə,inandım.

Mən azca susub davam etdim:

- Qardaş,bəs bu Mələyin müqəddəs və günahsız bir varlıq olduğunu hiss etdin?

Page 87: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

O udqunub şüşə gözlərini qırpıb dedi:

- Hiss elədim... ... ..

- Yaxşı qardaş. İndi bircə sualıma cavab ver...

95

- Buyur...

Deyib ikinci dəfə udqundu. Mən ona bir az da yaxınlaşıb sakitcə dedim:

- Qardaş, günahsız və müqəddəs bir Mələyi satmaqla düz etdiz?

O, diqqətlə mənə baxdı,sonra şüşə gözlərini o yana-bu yana çevirdi. Sonra dodaqlarını azca aralayıb əminlik və möhkəm səslə dedi:

- Hə, düz etdik.

İçəriyə elə bir sükut çökdü ki, hətta beşinci mərtəbənin plastik pəncərələrindən aşağıda gəzən adamların addımları altında fırçıldayan palçıq səsi bütün otağa doldu. Mənim artıq deyəsi bir sözüm qalmamışdı. Qardaşım susur və əminlik dolu baxışlarını üzümə zilləyirdi. Amma bu dəfə mən onun üzünə baxa bilmirdim. Axı artıq baxışlarım onun üzündə heç bir məna, heç bir vicdan, heç bir təsəlli axtarmırdı. Mən ilk dəfə idi əmin olmuşdum. Pis adamlar etdikləri pislikləri anlamır. Onlar qəbul etmirlər səhvlərini, onlar inana bilmirlər səhv etdiklərinə. Qardaşım əminliklə dedi ki, müqəddəs Mələyi satmaq ən doğru seçim idi, ən ədalətli qərar idi. Və ən qorxulusu o idi ki, o bunu, sadəcə, mənə sözdə qalib gəlmək üçün deyil, özünü sübut etmək üçün deyil, həqiqətən inandığı

Page 88: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

üçün deyirdi. Və bundan qorxulu heç nə yox idi mənim üçün. Deməli, bütün bu vəhşilikləri

96

törədənlər, bütün alçaq və ikiüzlü insanlar, rüşvətxorlar və böhtan atanlar, yalançılar və qatillər, bütün əclaf insanlar içlərində doğru etdiklərini düşünürlər. Deməli, yaxşı insanların etdikləri kiçik bir pislik ömür boyu acıdanda, onların etdikləri böyük əclaflıqlar bir qram belə incitmir. Onlar, hətta yaxşı adamları əfəl və axmaq adlandırırlar. Biz onların gözündə çox aşağı və mənasız insanlarıq. Axı biz insanlarda rəqib və düşmən, ov və şikar axtarmırıq. Axı biz sevgi ilə qidalanırıq, pul və hakimiyyət ilə deyil. Bax ona görə onlar heç vaxt bizi anlamayacaq və sevməyəcək. Axı onlar bizə yox, bizim azadlığımıza nifrət edir. Onlar bizim özümüzə yox, onlara olan sevgimizə nifrət edir.

Mələk haqda söz-söhbətlərin artması varlılara da təsir etmişdi. Onlar Mələyi gizlətməyə çalışır və onu ancaq özlərinin iştirak etdiyi məclislərdə ortaya çıxarırdılar. Mələk yaman arıqlamış və gözlərinin altı şişmişdi. Bütün bədənində göyərmiş ləkələr onunla edilən rəftardan xəbər verirdi. Amma bu halsız və gücsüz vəziyyətdə belə Mələk yer üzünün qadınlarından dəfələrə gözəl idi. Onu heç bir insanla müqayisə etmək olmazdı. O, sanki Afrika qəbilələrinin əlinə düşmüş sarışın bir qız kimi idi. Onu sevir, ondan istifadə edir və ona nifrət edirdilər. Bu yerlərin zadəganları və məmurları da

Page 89: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

97

ona niyəsə nifrət edirdilər. Yəni doğrudanmı hamısı belə pisdir? Yəni bu qədər məmurun, varlı-pullunun içində bir dənə də ürəyi yanan yox idi bu qızcığaza. Axı onların içində uşaqlarını xaricdə oxudanları da var onların içində gözəl təhsilli və çox mədəni olanları da var. Elə dövlət məmurları var ki, onlar ilin yarısını xaricdə keçirir və onlar çoxdan Avropa mədəniyyəti və ədalətinə sahib idilər. Onlar bilirdilər ki, bu Mələyi dünya səviyyəsində işıqlandırmaq lazımdır. Və belə məmurlardan bir neçəsi artıq öz aralarında danışır və bu məsələni həll etməyə çalışırdılar.

"Biz bilirik ki, bu əsl Mələkdir. Düzdür, biz Allaha inanmasaq da, amma artıq bunun sübut olunduğunun şahidi oluruq. Deməli, doğrudan da, səmada elə bir qüvvə var ki, onun əli ilə bu cürə müqəddəs varlıqlar yaranır. Biz Mələyi o birilərə də başa salıb dünya müstəvisinə çıxarmalıyıq. Təkcə Azərbaycan üçün yox, həm də dünya üçün. Bir təsəvvür edin nə qədər insan var öz inanclarında şübhə edən, nə qədər ümidsiz insan var və bu Mələk onlara ümid verəcək. Həm də biz nə bilirik bu Mələk nə üçün göndərilib bu dünyaya. Bizim nə laboratoriyalarımız var, nə də düzgün təcrübə apara bilirik, bəlkə dünya tibbi, dünya alimləri Mələyin sirrini tapdılar, bəlkə bu qızcığazın qanında xərçəngin və minlərlə başqa xəstəliyin dərmanı var? Bəlkə də ölümsüzlüyün

98

dərmanı var? Biz nə bilirik axı. Eşşək kimi hər tərpənəni altına salıb zorlamaq lazım deyil, bununla biz heç nəyə nail

Page 90: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

olmayacağıq. Bəlkə hansısa alimlər Mələklə danışa bildilər? Biz bunu da bacara bilmədik".

Böyük kabinetdə işini gücünü atmış, məmurlar əslində ölkənin taleyi üçün çox vacib olan bir məsələni həll etməyə çalışırdılar. Və bu məmurların sayı getdikcə artırdı. Hər yeni bu birləşməyə qoşulan məmur və nazir köməkçiləri, varlı biznesmenlər və polis rəisləri,neft və digər sərvətlərin sahibləri otaqlarda o yan-bu yana gəzişir və bu məsələyə aydınlıq gətirməyə çalışırdılar. Xaricdə səfərdə olan prezidentə isə heç kəsin zəng eləməyə cürəti çatmırdı. Axı nə deyəydilər ona? Göydən Mələk düşdü və bizim uşaqlarımız onu zorladı? Amma onlar bilirdilər ki, axır-əvvəl zibillərinin üstü açılacaq. Ona görə tez bir zamanda bu məsələlərə aydınlıq gətirməli idilər.

“Biz Mələk haqda bilən hər kəs ilə görüş keçirməli və bu gizli görüşdə hamılıqla səs verməliyik. Qərara gəlməliyik. Ölkə başçısı gəlməmiş bu məsələni özümüz həll etməyə çalışmalıyıq".

Amma onların bir yerə yığılıb görüş keçirməsi elə də asan iş deyildi, hətta mümkünsüz demək olardı. Hər biri öz var-dövlətinin içində şişib, harınlayıb

99

və uzun illər ölkə bölüşdürmələrində Qafqazı bölə bilməyən azərbaycanlı və erməni xanları kimi bir-birilərinə nifrət edir. Bir-birilərinin balalarını öldürmək ilə bir-birilərini hədələyir və

Page 91: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

prezidentin qarşısında elektrik naqillərində farağatda dayanan sərçələr kimi düzülür və ayrı vaxt bir-birilərinə salam verməyən yekəqarın kişilər ən yaxın dost kimi qucaqlaşırdılar. Sözsüz ki,hamının hər şeydən xəbəri var idi,amma artıq uzun illər yalan və ikiüzlülüyə öyrəşən bu adamlar öz aralarında da qarşılıqlı yalan və yaltaqlıqdan həzz alır və xalqa danışacaqları yalanları ilk öz aralarında məşq edirdilər. Bax elə bu yalanlar və bu soyuqluqlara görə görüşmək heç cürə alınmır,hər gün biri işinin çıxdığını bildirir və günü günə satırdılar. Bu azərbaycanlıların hər birinə xas xüsusiyyət idi. Bunun üçün məmur olmaq,milyonçu olmaq lazım deyildi. Azərbaycanlıların hamısı məsuliyyətsiz və günü günə satan olurdu müəyyən bir dövrdən sonra. Ona görə bütün maşın yollarında maşınları heyvan kimi sürür,bütün piyadalar tələsir və metrodan hava limanlarına qədər hamı bir-birini basıb keçməyə hazırlaşırdı. Vağzalın ən ucuz dükanının qarşısındakı basabas elə Milli Məclisin iclasdan sonra qapısındakı basabasdan heç nə ilə fərqlənmirdi. Eyni baxışlar,eyni mədəniyyət və eyni mədəniyyətsizlik. Sanki uzun əsrlər köləlikdə qalmış bu xalqın,doğrudan da,kültür və mədəniyyət,özünə hörmət və qarşısındakına

100

nəvaziş hissləri məhv olmuşdu. Mələk nə idi ki,bir çoxları üçün,sadəcə,evlərində saxladıqları şirlər,pələnglər və balıqlar kimi,xaricdən sifariş etdikləri fahişələr,qeyri-adi maşınlar və qızıllar kimi bir oyuncaq. Onların çoxusu üçün bu varlığın heç bir dəyəri yox idi. Onlar üçün Mələk anlayışı tamam başqa idi. Onlar mələkləri ancaq rus oliqarxlarının evlənmə yaşına

Page 92: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çatmış qızları və türk biznesmenlərinin ərə getməmiş bacılarında görür və onlar həqiqətən bu qızları oğullarına almaq və müqəddəsliyə qovuşmaq arzusunda gecələr yuxularını qatırdılar. Axı bu anadangəlmə çılpaq Mələkdən nə xeyir dəyə bilərdi onlara?! Həm də bu Mələyi hər növbəti kişidən sonra heç biri müqəddəs saymırdılar. Çünki o artıq bakirə deyildi. Elə tapdıqları ilk gündə bu Mələk pozulmuşdu. Onların adətlərinə görə bu Mələk artıq fahişə idi. Və onda olmuş, qalmış müqəddəsliyi də elə bu tüklü kişilər öz iri bədənləri, piyli qarınları ilə əzib içindən çıxarmışdılar.

Mən ilk siqaretimi damağıma qoyub evdən çıxdım. Artıq xalqa birləşmək və onlara həqiqəti bir daha söyləməyin vaxtı idi. Yuxarıdakılar görüşlər keçirib ortaq qərara gəlməyə çalışır, aşağıdakılar isə getdikcə daha çox əsəbiləşir, daha çox güclənir və daha çox qızırdılar. Bu qış aylarında Bakı gənclərinin qanı qaynayır, analar uşaqlarını qorxmadan küçəyə buraxır, məscidlərdə namaz

101

qılanlar namazdan sonra heç yerə dağılışmır və topa-topa künc-bucaqlarda toplaşıb bu nifrəti və ədalət arzusunu bir-birilərinə ötürürdülər. Əgər Bakıya yuxarıdan baxmaq olsaydı, od üzərinə qoyulmuş çaydana bənzəyirdi. Topa-topa köpüklər bir araya yığışır və yavaş-yavaş buxarlanırdılar. Bu kiçik hərəkətlər, kiçik köpüklər əslində qısa bir vaxtda suyun tamam qaynayacağı və çaydanın kənarlarından aşacağını xəbər verirdi. Amma yuxarıdakılar bu isinməyə baxmır, əksinə öz bölüşdürə bilmədikləri keçmiş pullarını öz bölüşdürə

Page 93: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

bilmədikləri gələcək planları və heç cürə bölüşdürə bilmədikləri Mələyi müzakirə edir və çolpa toyuqlar kimi bir-birilərini didir, qaqqıldayır və dimdikləşirdilər. Kaş onlar bir az ağıllı və dərrakəli olub bir azdan başlarına töküləcək qaynar sudan xəbər tutaydılar. Mən bilirdim ki, xalqın tamam coşması üçün kiçik bir qığılcım kifayətdir. Axı mən eşidirdim o söhbətləri. Hamı narazılığından danışır, taksi sürücüləri maşınlarını saxlayıb bu künc-bucaqlardakı camaata qarışır, tələbələr dərslərdən qaçıb ataları və qonşuları, qohumları və uzaq tanışları ilə bir yerə toplaşırdılar. Bu, sanki böyük bir yas məclisinə bənzəyirdi, camaatın toplaşması ilə bərabər, hansısa dükanlardan hazır yeməklər gəlir, kimsə evindən samovar düşürür, daha cəld olanları xalçalar gətirib yerə sərir və bu kütlə getdikcə daha da artırdı.

102

Jurnalistlər də milçək kimi qara kütlənin iyinə yığışıb gəlmişdilər. Onlar qara kütləni çəkir, kütlə isə televizora düşməyindən həzz alır və daha da çox guruldayırdı. Amma ən qəribəsı o idi ki, kütlə, sadəcə. susur və pıçıldayırdı. Ona görə nə polislər bir şey edə bilir, nə yoldan keçənlər bir şey başa düşürdü. Sanki yolları basmış bu palçıqdan qorunmaq üçün camaat bir-birinə yaxınlaşır və bir-birilərinin çiyinlərində kürəklərindəki toz-torpağı təmizləyirdilər. Bu nə mitinq idi, nə çağırış idi, nə istefa bağırtıları... Yox, sadəcə, Bakı küçələrində adamlar iki-üç dəfə çoxalmışdı. Hamı yenə də ora-bura gəzişir, kimlərsə salamlaşır, kafelərdə ən zirəkləri adamları başına yığıb danışır və bilməyənlərə Mələyin hekayəsini danışırdılar.

Page 94: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

"Deyilənə görə göydən bir Mələk düşüb, onu da veriblər nazirin birinə. Deyilənə görə evlənir indi Mələklə; ya özü,ya oğlu. Dəqiq bilinmir, deyəsən elə ikisi də".

"Yox, mən tamam başqa şey eşitmişəm, deyirlər, Mələk enib göydən bir cavan oğlan tapıb, sonra həmin oğlanı öldürüb meyitini qanlı gölə atıblar. Mələk də hər gün uçub gəlir o qanlı gölün başında ağlayır."

“Yox, yox, nağıl danışırsız siz. Mələk-zad yoxdur, təzə neft yatağı tapıblar, adını "Mələk"

103

qoyublar,ancaq bunu hamıdan gizlədirlər. Xalqdan gizlədirlər ki, ancaq özləri yesin.”

Bütün bunları eşidib əsəbiləşir və onlara bildiklərimi danışırdım.

“Ay camaat, şayiələrə inanmayın, həmin oğlan mən özüməm. Mələk mənim damıma düşüb, onu mən tapmışam. Mən onu xilas etmişəm. Sonra isə...”

Qocalardan biri mənim sözümü kəsdi "Ayıb olsun sənə, niyə yalan danışırsan, deee, Mələyi xilas eləyən oğlan indi televiziyaya müsahibə verir.”

Elə həmin an mən gözlərimə inanmaya-inanmaya kişinin göstərdiyi tərəfə baxdım. Doğrudan da kameraların

Page 95: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

qarşısında bir cavan oğlan Mələyi necə xilas elədiyini danışır və Mələyin itməsində hansısa adamları günahlandırırdı. Mən diqqətlə kənardan ona qulaq asır və yalanlarını eşidir, sonra diqqətlə onun gözlərinin içinə baxırdım. Mənə onun yalanını ifşa etməkdən çox, onun gözlərinin mənası maraqlı idi. Axı niyə bir insan özündən yalan uydurub danışsın? Kimdir o? Niyə bunu etsin? Sakitcə ona yaxınlaşıb əlimi çiyninə qoydum. Kameralar artıq çəkdiklərini çəkib getmişdilər.

- Salam, qardaş...

- Salam...

- Mələyi görən oğlan sənsən?

- Hə, mənəm.

- Qardaş, sən niyə yalan danışırsan?

104

- Niyə yalan danışım ki?

- Mənə də o maraqlıdır, niyə? Nə üçün?

- Mən yalançı deyiləm, Mələyi tapdım, xilas elədim, sonra Mələyi əlimdən aldılar.

- Kim aldı?

- Cavadov... Cavadov aldı.

- Kimdir Cavadov?

- Şəkər zavodunun direktoru. O aldı Mələyi, indi xalqdan gizlədir.

Page 96: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Elə həmin an mən artıq nəyisə anladım. Və dəqiqləşdirmək üçün sual verdim:

- Qardaş, ayıb olmasın soruşmaq, sən özün harada işləyirsən?

- Necə yəni harada işləyirəm, şəkər zavodunda.

Mən artıq əmin olmuşdum, öz fikirlərimdə. Məsələ nə Mələkdə idi, nə oğlanın yalan danışmasında. Məsələ Şəkər zavodunda və onun direktorunda, binalar və onları tikdirənlərdə, zavodların fəhlələri və böyüklərində, məktəblər və direktor müavinlərində, universitetlər və rektorlarda. Bax bu idi səbəb. Camaat, Mələkdə öz xilasını görürdü və hər biri bu Mələyin tutulmasında, bu Mələyin həbsində öz içindəki son vicdanın, son azadlığın həbsini görürdü. Ona görə camaat bu qədər Mələyi düşünür və coşurdu. Bu onların haqqı idi, bu onların ideyası və döyüşü idi. Uzun illər, əbədi əsrlərlə davam edən hakimiyyət davalarının

105

ortasında qalmışdı bu Mələk. Ağ bayraq kimi, göylərdə dalğalanan ağ göyərçin kimi bu mələk Azərbaycan xalqının azadlığı və xoşbəxtliyi idi. Amma kimdən və nədən? Bu sual xalqın içinə xof salır və onlar əmin olmaq istəyirdilər. Əmin olmaq istəyirdilər ki, Mələk hakimiyyətdə olanlardadır. Əmin olmaq istəyirdilər ki, Mələyə zülm edir yuxarıdakılar. Onlara kiçik bir sübut, kiçik bir qığılcım lazım idi tamam coşub-partlamaq üçün. Yuxarıdakıların başı müzakirələr və bir-birinin ətini yeməyə qarışdıqca Bakı küçələrində adamlar

Page 97: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

çoxalır və mən ürəklənirdim. İnanırdım ki, bu xalq bir dəfə də olsun ayağa qalxıb öz Mələyini – Allahın xalqa bəxş etdiyi Mələyi üç-beş nəfər məmurun əlindən ala biləcək. Axı beton divarların arasında gizlənən bu məmurlar nə fransızlar idi,nə almanlar idi, nə Olimp dağının allahları. Onlar hamısı bu xalq kimi qara millətdən olan azərbaycanlılar idilər. Onların da qoltuğunun altı tüklü, bədəni tərli və dişləri çürük idi. Onlar da hər bir azərbaycanlı kimi gecələri möhkəm xoruldayır və süfrədə minlərlə şirniyyat olsa belə, çayı qəndlə içir, onlar da səhərlər gözlərində zığla oyanır və axşamlar televizora baxır. Bu qara kostyumlar və qara ciplərlə, keçəl cangüdənlər və gur çıxışlarla onlar öz azərbaycanlılıqlarını gizlətməyə çalışsalar da, bunu bacara bilməzdilər. Heç bir italyan, fransız ya norveçli olmayacaqdı onların. Lap

106

Norveçin şahı olsalar belə, elə azərbaycanlıdırlar ki, azərbaycanlı. Bax bunu bilmirdi xalq, bunu bilmirdi millət. Daim, özünü alçalda-alçalda, sovetlərdən öyrəşdiyi boynubükük millət hələ də elə bilirdi ki, yuxarıda leninlər, stalinlər, böyük rus xalqı, SSRİ imperiyası nərə çəkir. Hardasa kremlin təpəsində də bütün qanunlar çıxır və məsələlər həll olunur. Onlar bilmirdilər ki, hansı küçədə bircə dəfə bərkdən "Azadlıq" qışqıran vətəndaşı yaxın üç binada ən azı beş məmur eşidəcək. Amma bu beton divarlar, şüşə qalxanlı polislər və televiziyadan gələn gurultulu səslər xalqı qorxutmuşdu. Üstəlik də bu Mələk xəbəri. Doğrudanmı Allahın elçisini onlar zindanda saxlayır və zorlayırlar?

Page 98: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Doğrudanmı, xalqın son ümidini ayaqları altda əzib dolayırlar? Xalq nəyə inanacağını bilmirdi. Xalqa sübut lazım idi, sübut.

107

DOLU

Aydın səmadan ilk dolu dənələri yerə düşəndə insanlar bunun nə olduğunu anlamır və bəziləri çaşıb bu dolunu kiminsə üzüyündən düşən brilyant daş bilib yerə əyilir, soyuq buz parçasını barmaqları arasında əzir və ancaq bir neçə saniyədən sonra başa düşürdü ki, bu buzdur. Bakı camaatı dolunu çox az hallarda görürdü. Demək olar ki, Bakıda dolu heç vaxt düşməmişdi. Ancaq soyuq-şaxtalı qış günlərində qar altında qalmış maşınların üstünə azca dolu yağar və bu dolu dənələri qarın altında itər və insanlar onları görməmiş əriyərdi. Amma son vaxtlar Bakının yağışları və qarları kimi, dolusu da gözlənilməz və möhkəm oldu. Navalçaların üstünə düşən yumurta boyda dənələr şıqqıldayır, yerə tökülən dolu camaatı qarışqa kimi o yan-bu yana qaçırdır və möhkəm

Page 99: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

dolular pəncərələri qırıb evlərə dolurdu. Varlı adamların keçəl cangüdənlərinin başını da dolu yarır və başından qan açılmış cangüdənləri görən varlılar daha çox qorxuya düşürdü. Xalq da qorxurdu, hakimiyyət də. Allahın gücü, qüdrəti qarşısında bütün insanlar məəttəl qalmış və

108

buna qarşı heç nə edə bilmirdilər. Dolu yağdıqca ağacların budaqları sınır və yerə tökülür, küçədə gəzişən adamlar dayanacaqlara, yeraltı keçidlərə, dükanlara doluşur və dolu göydə uçan quş qatarlarını öldürüb yerə tullayırdı. Bu çox qorxunc bir mənzərə yaradırdı xalqın gözündə. Göydən ölü qarğalar töküldükcə, sanki bu millətə pis bir xəbər, dəhşətli bir əlamət, işarə kimi görünürdü. Sanki dünyanın axırı gəlirdi. İnsanlar başlarını tutub bağırır, kimlərsə diz çöküb Allahdan bağışlanma diləyir, televiziyalar insanlara evlərində oturmağı və narahat olmamağı məsləhət verirdi. Bütün yollar gümüşü dolular və qanlı qara qarğalarla dolmuşdu. Maşınlar bu qarğaları əzərək yollarda hərəkət etməyə çalışır, turistlər və xaricilər Bakıda görünən bu dəhşətli mənzərəni fotoaparatlarına çəkirdi. Dolu gözlənilmədən gəlmişdi, və gözlənilmədən də qarşısındakı bütün ölü və diriləri dağıdır, binaların şiferlərini deşik-deşik edirdi. Məscidlərə toplaşan adamlar Allaha tövbə edir, kabinetlərə toplaşan adamlar xaricə köçmək haqqında düşünürdü. Nə isə olmuşdu bu məmləkətə. Nə isə qorxulu bir şey baş verirdi bu küçələrdə. Dolu dayanmadan yağır və bu gurultu daha qorxunc şeyləri üzə çıxarırdı. Kanalizasiyalar və yeraltı yuvalarda gizlənən

Page 100: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

siçovullar bu gurultunun səsinə bayıra çıxır və sanki batan gəmidən qaçan siçanlar kimi yollardakı dolu

109

dənizlərində boğulurdular. Qarğalar və siçovulların qanı bir-birinə qarışır və Bakı küçələri al-qana bürünürdü. Bəzən doludan qaçan insanların ayağı sürüşür və onlar bu qanlı, palçıqlı, meyitli torpağa üzüüstə yıxılır və dəhşətə gələrək bağırırdılar. Vətəninə nifrət edən bu vətəndaşlara böyük bir ibrət günü idi sanki. Məmurlar Mələyi villalardan birində gizlədir və ondan bu doluların, qarların səbəbini soruşurdular. Mələk isə heç nə demədən göylərə baxır, mavi təmiz gözlərində sual və qəm hiss olunurdu. Azca inildəyir, zərif çiyinlərini qucaqlayıb sakitcə ağlayırdı. Onun yaraları çoxdan sağalmışdı. Artıq neçə gündür ki, onu heç kəs döymürdü. Heç kəs söymürdü, sanki bu gonbul kişilər və qızıllı arvadların başı hansısa başqa işə qarışmışdı. Hətta ən bahalı otellərin ən bahalı nömrələrindən şəhərə baxan milyonerlər də küçədə yaşayan dilənçilərlə eyni hissləri yaşayırdı. Bu sondur, ya da ki, son yaxınlaşır. Əlbəttə, belə anlarda insanları heç nə və heç kəs xilas edə bilməzdi. Bu qiyamətə bənzəyirdi, imamlar və alimlər Allahın səmadan görünəcəyi və insanları sorğu-suala çəkəcəyi anı gözləyirdilər. Turizm şirkətlərinə gələn aramsız zənglərə cavan qızlar bircə cavab verirdilər. "Bağışlayın havalarla əlaqədar Bakı aeroportu işləmir” Bax bu cavabdan sonra, hətta ən imansız adamlar da bircə dəfə də olsa səmaya baxıb Allahdan bağışlanma

110

Page 101: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

diləyirdilər,sözsüz-kəlməsiz, sadəcə, ürkək və qorxaq bir ahla bunu bildirirdilər.

Dolunun bitməsi ilə daha iki gözlənilməz hadisə baş verdi. Birincisi, prezidentin uzaq səfərdən heç kəsə demədən, şəxsi təyyarəsində qayıtması və Mələyi müzakirə edən nazir və məmurların kabinetinə daxil olması. Və xalqın Mələyi ilk dəfə görməsi.

Bu hadisələr cəmi bir neçə saat aralıqla baş verdi. Əvvəlcə prezident kabinetə daxil olub, məmurların nəsə pıçıldaşdığını və Mələk haqda danışdığını eşitdi. Bu danışıqlardan heç bir şey anlaya bilməyən dövlət başçısı onların gizli yığıncağını pozaraq qəfil içəri girib soruşdu.

- Nə baş verir burda? Nəyin müzakirəsi gedir?

Çaşbaş halda qalan məmurların dilləri topuq vurmağa başladı. Nə deyəcəyini bilmir və hansı planı uyduracaqlarını düşünür,amma hadisənin qəfil baş verməsi ilə onlar yalanı belə uydura bilmirdilər. Hamısı susur və içlərindən heç biri ilk danışmağa cürət etmirdi.

- Sizinləyəm, nə baş verir burda, kün sizə deyib səhərin bu vaxtı yığışıb iclas edəsiz? Nə müzakirə olunur burda?

Əlbəttə, prezident hiss edirdi ki, ondan bəzi şeylər gizlədilir. Necə ki, dəfələrlə rüşvət və qanunsuzluqları ört-basdır edərək öz yaxınları və dostlarını xilas etmək üçün prezidentin gözündən qaçan sirlərini dərinlərə basdırdıqları kimi, indi

111

Page 102: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

də burada nəsə bir sirr var idi. Və prezident bundan xəbərdar idi. Amma ən pisi o idi ki, birdən biri yalan danışsa, o, çox pis cəzalana bilərdi. Çünki heç bir məmur əmin deyildi ki, prezidentin Mələkdən xəbəri yoxdur. Axı onun şəxsi komandası var idi və bu komanda nazirlərdən, ən kiçik məmurlara qədər hamısı haqda prezidentə məlumat verirdi. İclasları nə qədər gizli keçsə də, içlərində casuslar var idi. Həm bu dolu, bu qasırğalar, küləklər... Bunların hamısı rəislərin içinə bir xof salmışdı. Heç nə deməyən rəislərə baxan prezidentin hissləri də qarışıq idi. Dəqiq bilmirdi bu nə ilə bağlı ola bilər. Axı Bakıdan gedərkən ölkədə heç bir problem qalmamışdı, heç bir xarici siyasi axınlar da yox idi, heç bir plan və xüsusi tapşırıq da verməmişdi. Bəs durduğu yerdə nə baş verə bilərdi ki, bu qədər məmur bir yerə toplanıb bunu müzakirə eləsin.

- Yaxşı, otağımda olacam, biriniz gəlib mənə nə baş verdiyini danışarsız.

Prezident otağı tərk eləyən kimi içəridəkilər lap narahat olmağa başladılar. Axı onlar belə vacib bir şeyi gizlədirdilər. Düzdü, bu ilk dəfə olsa da, möcüzə olsa da, qeyri-adi bir şey olsa da, bu Azərbaycanın gələcəyi üçün çox vacib bir məsələ idi. Axı yer kürəsində yüzlərlə ölkədən Allah məhz bu diyarı seçdi, elçisini göndərmək üçün.

112

Mələyin ilk ayaq basdığı torpaq Azərbaycan torpağı oldu axı. Bu bütün dünyada Azərbaycana artan maraqları bir neçə dəfə

Page 103: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

də artıracaq bir xəbər idi. Saysız-hesabsız turist axınları, minlərlə investisiya, Roma papasından islam şeyxlərinə qədər - hamısı Allahın sübutu soruşulanda Azərbaycan kəlməsini işlədəcəkdilər. Məktəblərdə uşaqlara ilk dəfə Mələyin harada göründüyü soruşulanda hamısı dünya xəritəsində balaca nöqtə olan Azərbaycanı göstərəcəkdilər. Hələ bütün bunlar heç nədir. Ən əsası, Mələyi televiziyalar göstərəndə olacaq. Daha sonra böyük bir imarət tikilib Mələyi orada saxlaya biləcəyik. Dəmir barmaqlıqlar arasında rahat yaşayan Mələyi görmək üçün xaricilər minlərlə yevro xərcləyəcək. Özü də hər gün minlərlə xarici. Bir balaca Mələyin Azərbaycana gətirəcəyi gəlir bəlkə də neftdən çox olacaqdı. Bunu düşünən varlı iqtisadçılar artıq beyinlərində tam təsəvvür edirdilər bunu. İkinci Vatikan, ikinci Məkkə olacaqdı Bakı. Boş qalmış otellər zəvvarlar və dindarlarla dolacaqdı. İldə üç dəfə Mələyi dünyaya göstərmək üçün Azadlıq meydanına çıxara bilərdilər. Kiçik mələk suvenirləri, Mələyin çəkildiyi Azərbaycan filmi, Mələk hotel, Mələk plaza. Mələyin lələklərini varlı kolleksionerlərə milyona satmaq. Bunları müzakirə edir və məmurlar qərara gəlirdi ki, bu xəbəri prezidentə yazılı şəkildə vermək lazımdı, o bunu ondan gizlətdiyimizə

113

əsəbiləşmədən kağızda Mələyin Azərbaycana verəcəyi xeyirləri oxumalıdır. Və beləcə müzakirələr uzanır və uzanır, heç birisi cəsarət toplayıb prezidentin kabinetinə gedə bilmirdi.

Page 104: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

İkinci gözlənilməz hadisə bir neçə dəqiqə sonra baş verdi, bundan nə məmurların xəbəri oldu nə də məmurlardan otağında cavab gözləyən prezidentin. Amma məmurlardan və prezidentdən xəbər gözləyən və televizordan ayrılmayan bütün xalq bunu gözləri ilə gördü. Kanalların birində xəbərlər verilişi ortadan kəsildi və ekranda bir insan kölgəsi peyda oldu. Üzü görünməsə də, səsi eşidilən bu adam camaata müraciət elədi. "Mən televiziya işçisiyəm və əlimə düşən bu kadrları sizə təqdim eləməyi özümə borc bildim. Bunu bizim televiziyaya varlıların evində yaşayan bir qulluqçu göndərmişdi. Amma televiziyalar məmurlardan qorxduğundan bunu gizlətmiş və arxivə tullamışdılar. Lakin mən bunu xalqıma təqdim etməyi özümə borc bildim. İndən belə nə olur olsun. Mən qorxmuram. Çünki bilirəm ki, bizdən yuxarıda Allah var. Və o özü məni qoruyacaq.

Mən həmin vaxt türk kafelərinin birində oturub televizora baxırdım. Bu jurnalistin çıxışı başlayan andan dişləyib ağzımda saxladığım tikəni uda bilmirdim. Mənim kimi bütün camaat da gözlərini

114

ekrana zilləyib bu gizli reportaja baxırdılar. Və bir neçə saniyəlik sükutdan sonra kadrlar görünməyə başladı. Bahalı bir villada Ağappaq qanadlı mələyi yekəpər bir adam o yan-bu yana sürütləyir və bağırırdı ki, mənimlə yatmalısan mən səni satın almışam mənimlə yatmalısan. Mən bu kadrlarda Mələklə olan rəftara baxır və gözlərim dolurdu. Mənim qoluma girən bu incə qızı indi heyvan kimi o yan-bu yuna

Page 105: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sürütləyir və ona layiq olmadığı təhqirləri söyürdülər. Kafedə camaat donub qalmış heykəl baxışlarını ekrana zilləmişdilər. Mənim Mələyim onlardadır. Onların əlindədir. Alçaqların əlindədir mənim Mələyim. Deməli, doğrudan da, pul insanın gözünü tutur və deməli, onlar doğrudan da, xalqın pulunu yedikcə azğınlaşır və vəhşiləşirlər. Mənim əllərim titrəyir və barmaqlarım ovcuma sıxılıb yumruğa çevrilirdi. Mən yumruğumu sıxıb hər şeyə hazır idim bu an, kadrlar isə dayanmadan fırlanır və yeni mənzərələrlə qarşılaşırdıq. Necə Mələyi hansısa məmur balasına hədiyyə edirlər. Necə Mələklə şəkil çəkdirir və varlı day-dayların ərköyün, qudurğan nəvələri Mələyi ələ salır və onun dalınca qaçırdılar.0

Növbəti kadrlar göstərildikcə kafedə danışıqlar güclənir və səlis sözlər digər sözlərin içində əriyib küyə çevrilirdi. Ən sonuncu kadrlarda Mələyin necə Mədəniyyət Nazirliyinin binası köhnə Hökumət Evinin binasında məmurlar tərəfindən

115

gizlədildiyi göstərilir və bununla da xalq son günlər gözlədiyi sübutu tapır. Mən özümə gələnə kimi yanımda əyləşən adamlar mənim qolumdan yapışıb qışqırır: "Dur ay qardaş, dur Azadlıq meydanına!" Məni tutub xalqın içinə salırlar və biz küçələrə axışırıq. Bütün binalardan bütün evlərdə camaat tökülüb küçəyə Azadlıq meydanına - Hökumət Evinin qarşısına doğru irəliləyirlər. Çox qəribə idi bu mənzərə - uşaqlar, qocalar, qadınlar, cavanlar hamı var idi - bu kütlənin içində və mən ilk dəfə olaraq Mələk dama enəndən sonra ilk dəfə olaraq bu qədər cəsarətli və azad hiss edirdim özümü, deməli, mənim xalqım mənimlədir. Bu odlar yurdunun

Page 106: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

torpağında doğulmuş qeyrətli millət məni darda qoymadı. Xalqın oyanışı adlandırmaq olardı bunu, çünki hələ heç vaxt mitinqlərdə və hərəkatlarda bu qədər uşaq və qadın yox idi. Artıq bu kişi topaları deyil, bütöv-bütöv ailələr idi. Polis maşınları milçək kimi vıyıldayır, fırlanır və bilmirdilər kimin dalınca qaçsınlar. Axı bu danışılmış yürüş deyildi ki, başçısı olsun, ya başlandığı yer olsun. Bu yürüş hər bir evdən hər bir həyətdən başlayırdı. İnsanlar restoranlardan çıxır, kimsə zəng edir, kimisi avtobusları saxlayıb camaatı küçəyə tökür və “Mələyə azadlıq” - deyə şüarlarla xalq Azadlıq meydanına yürüyürdü. Mən artıq inamlı və nikbin idim. Biz bu alçaqların əlindən alacaqdıq Mələyi.

116

O gözəl Mələyi xilas edəcəkdik o biqeyrətlərin əlindən. Televizorda göstərilən bu videomateriallar çox keçmir ki, internetə yüklənir və artıq uzun illər Azərbaycan kanallarına baxmayan gənclər də bu məsələdən xəbər tuturlar. Bir neçə dəqiqə sonra kütlənin sayı ikiqat, daha sonra üçqat artır. Elə bu məqamda prezidentin kabinetinə yaxınlaşan məmurun qolundan dartıb geri çəkirlər. "Dayan! Batdıq, bütün kanallar bizi göstərir!" - bununla bir çox məmurun kitabı həqiqətən bağlanmışdı. Özü də birdəfəlik. Axı prezidentə qısa zamanda xəbər çatacaq, bəlkə də artıq çatıb.

Biz Azadlıq meydanına çatanda mən ilk dəfə xalqın qüdrətinin nə olduğunu anladım. Onu bütün ruhumla hiss etdim. Bu qədər adam, bu qədər yumruq, bu qədər ailə. Bu qədər insan. Hələ bu insanların fiziki qüvvəsi bir kənara adicə bu qədər adamın bircə gün meydanda qalması minlərlə iş

Page 107: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

yerinin boş qalması və minlərlə şirkətin müflis olması demək idi. Bu birbaşa ölkənin onurğa sümüyünə zərbə idi. Xalq meydanı ələ alır və havaya ağ lövhələrdə "Mələyə azadlıq" sözləri görünür. Minlərlə, yüzlərlə jurnalist bu kadrları çəkir və yayımlayır. Və zirvələrdən çıxışlar səslənir "Biz Mələyin azad olmasını tələb edirik", "Allahın müqəddəs varlığı xoşbəxt və azad olmalıdır", "İslam xətrinə, din xətrinə, vicdan xətrinə buraxın Mələyi”, "Namussuz və əyyaşlara istefa, Mələyə

117

azadlıq” bu çıxışlar artdıqca mən də yavaş-yavaş camaatın içindən irəliyə doğru hərəkət edir, çıxış etmək istəyi ilə özümü qabağa itələyirdim. Mikrofona çatıb onu əlimə aldım və üzümü xalqa tutdum. "Mələyi mən xilas etmişdim. O mənim evimin damına düşmüşdü. Sonra onun yaralı qanadlarını sarıyıb evdə saxladım. O çox gözəl idi, amma barmağımla belə ona toxunmadım. Ona toxunmasam da bütün ruhum və varlığımla vurulmuşam Mələyə, mən onu sevdim, o da məni sevdi, amma mən onu bağlamadım, gözlədim sağalmasını ki, özü seçim etsin, qalsın bu diyarda, yoxsa qayıtsın səmalara! Mən Mələyə bir dəfə də olsun toxunmadım, amma bu əclaflar onu zorladılar, pozdular, yaraladılar və döydülər, təhqir etdilər və söydülər, yuxarıda oturan varlılar Allahın bu xalqa göndərdiyi, bu dünyaya göndərdiyi ən müqəddəs varlığı da bir-birilərinə satıb istifadə etdilər”.

Mənim bu sözlərimdən sonra böyük bir gurultu bürüdü milləti. Artıq qışqırdıqları şüar da məlum deyildi, daha sonra mikrofonu başqaları götürdü, "Maaşlar artır bir dəfə, qiymətlər artıq üç dəfə”, Təhsil yoxdur, işlər rüşvətlədi, yollar

Page 108: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

pis gündə... və bu danışıqlar və çıxışların ardı-arası kəsilmirdi. İnsanların bütün dərdləri yadına düşür və getdikcə daha çox adam toplaşırdı meydana, amma gələn təkcə adamlar deyildi,

118

dəyənəklərlə silahlanmış polislər meydanı çevrəyə almaq istəyir, xalqı qovmaq istəyirdi. Amma polislər artdıqca camaat birə on artırdı. Meydanda yüzminlərlə adam var idi. Və bir neçə minlik polis dəstəsi kənara qısılıb bu möhtəşəm mənzərəyə tamaşa edirdi. Havada dəyişkənliklər baş verir və biz anlaya bilmirdik bu nədir. Əvvəlcə külək əsir və meydandakı adamların saçlarını dağıdır, sonra göyün üzündə iri-iri buludlar uçuşur və günəş gah onların arasında qalıb itir, gah yenidən üzə çıxırdı. Bütün bunlar yuxarıdan bir işarə idi. Xalqın ayağa qalxdığını prezidentdən gizlətməyə çalışan adamlar artıq ailələrinin dalınca qaçır və onlarla tez bir vaxtda ölkəni tərk etməyə hazırlaşırdılar. Ən yaxın adamları isə dövlət başçısının otağında ona baş verənləri danışır və vəziyyət necə içəridə, eləcə də çöldə daha da qəlizləşirdi. Xalq Mələyə azadlıq istəyirdi. Xalq Mələyi hakimiyyətin əlində oyuncaq olmağa layiq bilmir, yuxarıdakıları söyürdü. Xalqa nifrət eləyən bir çox məmur da polis rəislərini söyür, onları nəsə etməyə vadar edirdi. Yekəqarın, domba gözlü məmurların təzyiqi altında polis batalyonları və daxili qoşunların əsgərləri əmr alır və əmrə tabe olduqlarından xalqın üstünə cumurdular. Amma xalq, millət bu qorxunc mənzərədən çəkinmədən oturaq aksiyaya keçir və yerə otururdu. Bütün kanallar və xarici dövlətlərin mətbuat xidmətləri bu

Page 109: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

119

mənzərəni işıqlandırırdı. Görəsən, nə baş verib? Bu Mələk doğrudanmı var, yoxsa bu hakimiyyətin oyunudur, yoxsa dövlət çevrilişi etmək istəyən xarici qüvvələrin oyunudur. Xariciləri əsasən bu maraqlandırırdı. Axı onlar hələ uzun illər öncə inamlarını demoktratiyalarına satmışdılar. Və Mələyin əsl olduğunu bir an belə düşünmürdülər. Vəziyyətin nə yerdə olduğunu görən prezident çox əsəbiləşmiş və heç lazım olmayan bir vaxtda xalqın bu cürə ayağa qalxmasından narahat olmuşdu. Bir topa məmuru qabağına düzüb danlayır və bu cür şeyi ondan necə gizlətdiklərinə heyrətlənirdi. Amma artıq gec idi. Nə isə etmək artıq çox gec idi. Bütün millət və dünya ondan tədbir gözləyirdi. Nəsə etmək lazım idi. Çıxış yolunu düşünən prezident o yan-bu yana baxır və dilinin altından nəsə deyirdi. Azadlıq meydanından Prezident Aparatına qədər yığılmış xalqın səsindən məmurların otağındakı divar saatları silkələnir və yerə düşürdü. Bu bir daha onların yadına salırdı ki, fikirləşməyə vaxt yoxdur, tez bir qərara gəlmək lazımdır. Elə bu an, prezidentin yanına onun yaxın adamları Mələyi gətirir və çox qəribə bir hadisə baş verir. Özünü möhkəm və qüdrətli göstərən bu insan sanki uşaq ilk dəfə göy qurşağını görən kimi gözlərini bərəldib bu gözəl məxluqa baxır və donub qalır. Dünyanın bütün ölkələrini gəzmiş, var-dövlət və hakimiyyətin dadını bilmiş,

120

dövlət sirləri və ən qeyri-adi hadisələrin şahidi olmuş bir adam ilk dəfə nə deyəcəyini unutmuş və sadəcə, donub qalmışdı. Axı Mələk hamı üçün Mələk idi. Və prezident

Page 110: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

insanlardan nə qədər yuxarıda olsa da, Mələk qarşısında adi insana çevrilmişdi. Mələk mavi gözlərini qaldırıb tavana baxır və yaralanmış gözlərindən yavaşca damcılar süzülürdü. Onun çiyini göyərmiş gözlərinin altı yuxusuz gecələr və əzablardan azca qaralmışdı. O çox yorulmuşdu. Bu uzun səyahətindən və bu əzablardan. Daha əzablara dözə də bilməzdi. Onu azadlığa buraxmaq lazım idi. Həmin an kabinetdə olan hər kəs Mələyə baxır, xalqın gur səsini “Mələyə azadlıq" şüarını eşidir, sonra susur, donub qalmış prezidentə baxır və onun baxışlarından onun fikirlərini oxumağa çalışırdılar. İndi hər şey onun əlində idi. Elə bil xalq da bunu anlayırdı. Mən də bunu anlayırdım ki, bu dəqiqə nə isə baş verəcək. Bu dəqiqə hansısa bir otaqda mənim Mələyimin taleyi həll olunur. Sanki böyük Qladiator döyüşünün sonu idi və hamı sezarın baş barmağına baxırdı. Bu Mələk xalqa lazım idi. Onu görmək, onu xilas etmək lazım idi. İllərlə bir-birinin ətini yeyən bu xalq ilk dəfə olaraq müqəddəs bir ideya, saf və şanlı bir əqidə üçün toplanmışdı və dönmək fikri yox idi bu xalqın. İlk dəfə hakimiyyətlə xalqın arasında tam barışıq, tam ədalət bərpa oluna bilərdi. Mən də qışqırır,

121

varlılarla kasıbların müharibəsində yumruğumu göyə qaldırıb Mələyə azadlıq istəyirdim.

Elə həmin dəqiqələrdə Polis alaylarının arasından böyük qara ciplər Azadıq meydanının qarşısına gəldi. Xalq bundan daha da coşdu və bağırmağa başladı. Ciplərin qapısı açıldı və oradan Baş nazir və bir neçə digər nazir bayıra çıxdı. Polis alayları onları yaxşıca qoruyur və tribunaya qalxmaqlarına

Page 111: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

şərait yaradırdı. Nazirlərdən biri mikrofona yaxınlaşıb xalqa səsləndi. Bu sanki xalqın içinə böyük bir fəxr hissi gətirdi. Mən sevincimdən uçurdum. Çünki bilirdim bu nə deməkdir. Deməli, biz bacardıq. Heç kəsi öldürmədən, heç yeri dağıtmadan, heç bir kənar qüvvənin köməyi olmadan, xalq olaraq səsimizi hakimiyyətə çatdıra bildik. Nazirin xalqı sakitləşdirmə cəhdləri və Mələyi buraxma vədlərinin heç bir xeyri yox idi. Xalq bunu öz gözləri ilə görmək istəyirdi. Nazir söz versə də ki, hamı evə dağılışan kimi Mələk azadlığa buraxılacaq, xalq buna inanmaq istəmir və kənardan tribunaya daşlar yağmağa başlayırdı. Polislər və xüsusi cangüdənlər naziri qoruyur və elə bu an nazirə zəng gəlir. O telefonunu qulağına tutub ikicə kəlmə danışır və sonra üzünü mikrofona tutur "Azərbaycan Respublikasının Prezidentinin əmri və Milli Məclisinin qərarı ilə Mələk azadlığa buraxılır”.

122

XOŞBƏXT SONLUQ

Bundan sonra bir saniyəlik sükut çökür, küləyin vıyıltısı və yağış damcılarının səsindən başqa heç nə eşidilmir. Xalq donub qalır, mənim əllərim əsir, yağış damcıları göz yaşlarıma qarışır. Ədaləti istəyən bir çox məmur və prezident, xalqın

Page 112: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

içində ürəkdən ümid edən minlərlə adam, hamı susur və kövrəlir, göz yaşlarını güclə saxlayır. Bu sükut, bu ikicə saniyəlik sükut mənə əbədi bir səssizlik kimi gəlir. Bircə uzaqda dayanmış cangüdənlərin biri nazirliyin qapısını açır və gözəl bir qız meydanın qarşısına çıxır. Mənim gözlərim yaşla dolur, bu mənim Mələyimdi. Axır ki, onu azadlığa buraxırlar demək. Polis alayları aralanır və Mələyi nazirlərin əhatəsindən Azadlıq meydanına xalqın arasına buraxırlar. Mən camaatı itələyə-itələyə qabağa getməyə çalışıram, amma bütün xalq Mələyə yaxın olmaq üçün qabağa atılır. Mələk qarşıdakı insanların əlindən yapışır və qanadlarını açır. Bəyaz enli qanadlar bütün meydanı işıqlandırır, necə də gözəl görünür o kənardan. Qanadlarını çırpır və ağlayır. İnsanları itələyir və Mələyə tərəf addımlayıram.

123

On-on beş nəfəri də keçə bilsəm ona qovuşacam. Elə bu an camaat mələyi əlləri üstə qaldırır və gur səslər, alqışlar eşidilir. Minlərlə, yüz minlərlə insan "Mələyə azadlıq" - deyə bağırır. Mən axır ki, insanların arasından keçib Mələyə yaxınlaşa bilirəm. O məni görür və ilk dəfə nəsə bir səs çıxarır. Adımı deyə bilməsə də, danışa bilməsə də, onun çıxardığı bu qırıq səslərdən anlayıram ki, mənim adımı çəkir. Ürəyim yerindən çıxacaqdı. Bu qədər sevinc göz yaşları tökülməmişdi mənim gözlərimdən. Mələk də ağlayır və öz gözəl baxışları ilə mənim gözlərimə baxırdı. İnsanları azca itələyib Mələyin əllərinə toxuna bilmişdim. Onun incə barmaqlarını əlimdə sıxır və özümə tərəf dartırdım. O da mənə tərəf dartınır və

Page 113: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

yaxınlaşmaq istəyirdi. Və elə həmin an sanki gözlərim açıldı və beynim dumanlı bir yuxudan oyandı.

"Bir dəqiqə... dayanın... bir saniyə... ay qardaş!!! Yavaş... bir dəqiqə" Mən bu sözləri deyir və baş verənlərə inana bilmirdim. Sanki xoş bir yuxudan ayılıb dəhşətli bir qorxu yuxusuna düşmüşdüm. İnsanları indi daha yaxından görürdüm. Mənim Mələyi azad etmək üçün meydanlara tökülən xalqım. Mələyin üstünə cumur, onun əlindən tutur,qanadlarını dartır və qara millət bacardıqca bir-birini yumruqlayıb, itələyib Mələyə toxunmaq üçün özünə yer eləyirdi.

124

Hay-küyün içində qışqırırdım: "Dayanın, nə olub sizə! Aralanın, ona hava lazımdı. Əllərinizi çəkin!" Amma mənim sözlərim onların daş simalarına dəyir və mənim özümə qayıdırdı. Qadınlı-kişili, qocalı-uşaqlı - hamı Mələkdən yapışır və onu özlərinə tərəf çəkir, bəzi kişilər onu qucaqlayır və öpür. Uşaqlar yekə telefonları ilə onu çəkir, qadınlar onun gümüşü saçlarından yapışır və hər kəs Mələyi özünə çəkdikcə o arada əzilir, qanadları parçalanır, tükləri qopur, saçları yolunurdu. Yekəpər adamlar məni ayaqları altda əzir və Mələyə tərəf acgözcəsinə cumurdu. Mən onları yumruqlayır, Mələyi xilas etməyə çalışırdım. Kütlə quduzlaşmış və vəhşiləşmişdi. Yırtıcı canavarlar kimi qara millət bəyaz Mələyi didir, dartışdırır, əlləyir, bacardıqca özünə çəkir və bacardıqca Mələyin yumşaq dərisindən özlərinə bir ovuc Mələk tükü qopardır, Mələk saçı yolur, Mələyin dərisinə caynaqları ilə sancılıb onun ətini didirdilər. Topa-topa insanlar Mələk

Page 114: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

uğrunda dalaşır, bir-birilərini vurur, kimisi bıçaq çıxarır, kimisi daşla o birisinin gözünü çıxarır və hansısa həyasız arvadlar qışqırır ki, bütün günah elə bu fahişə Mələkdədir. Sonra onun sözünə inananlar ona hay verir və mən, sadəcə əzilmiş və döyülmüş halda güclə ayağa qalxıb camaatı aralamaq, Mələyi tapmaq və xilas etməyə çalışıram, amma anlayıram ki, bu

125

mümkün olmayacaq. Mənim gözlərimin qarşısında xalq Mələyi çaqqal kimi didir və gözəl qızdan bir neçə dəqiqə sonra, sadəcə, vəhşiləşmiş azğınlaşmış xalqın əllərində olan qan və ət parçaları qalır. Mələyin başı yerlərdə diyirlənir qolunu dartıb aparırlar, yerə düşmüş bədənindən hərə bir çimdik ət qopardır, dərisini dartıb soyurlar, qanı axdıqca onun ətrafına toplaşmış camaat da qan içində bir-birini təpikləyir, dişləyir, boğur və bağırırdı.

“Sizə nifrət eləyirəm! Eşidırsiz, hamınıza nifrət eləyirəm!!!"

Bu mənim qışqırdığım sonuncu cümlə olur!

126

Page 115: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

BÜRKÜ

Artıq yarım ildir ki, Bakıda nə bir külək əsir, bir yağış yağır. Heç yarpaq da tərpənmir budaqlarda. Mən dənizkənarı parkda skamyada əyləşib Azadlıq meydanına baxıram. Yanımdan topa-topa insanlar keçir, rəngarəng paltarlarda, park bulvara, gəmiyə, karusellərə tələsir, gənclər təzə mahnılara qulaq asır, qocalar nəsə danışır, ortayaşlılar biznes görüşündən çıxır, ya sevgililər yenicə parkda görüşüb əl-ələ tuturlar. Yeni verilişlər çəkilir, yeni saytlar müğənnilər və aktyorlar çıxır ortaya. Yeni restoranlar açılır və insanlar qarışqa kimi ora-bura gəzişir və həyatlarına davam edirlər. Lakin ikicə şey bu şəhərdə heç müzakirə olunmur. Birincisi, Mələk hadisəsi. Sanki insanlar bundan utanır və qorxur, sanki unutmaq istəyirlər, ya bütün bu Mələk hadisəsinin bir yalan, ya bir yuxu olmasına inanmaq istəyirlər. Bir də ki, bu bürkü. Təbiətin Bakıdan küsdüyünü bu millət heç dilinə belə gətirmir. Yaz, yay, payız, qış... Fəsillər dəyişir, amma nə fayda, yağış yağmır, qar yağmır, hava buludlu olmur, külək əsmir... Təsadüfən səhərlərin birində

127 cavan yarpaqların üzərinə şeh düşmür. Bircə mən bu skamyada oturur və ancaq bu iki şeyi müzakirə edirəm. Birinci, bu bürkünü, nə qədər çəkəcək bu bürkü, nə deməkdir bu, niyə Bakıda bir dəfə də olsa külək əsmir. Axı küləksiz Bakı

Page 116: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

necə küləklər şəhəri olacaq? Axı niyə məndən başqa bunu heç kəs düşünmür, ya düşünmək istəmir? İkincisi isə, mənim belə düşünməyə çətinlik çəkdiyim Mələk... O yadıma düşən kimi ürəyim sıxılır və içdən bir ağlamaq tutur məni. Özümü saxlaya bilməyib ağlayıram. Yanımdan keçən insanlar hərdən başlarını əyib məndən soruşurlar: "Nə olub?" Mən də onda hıçqırıqlar içində deyirəm: "Bir Mələk ölüb, bir Mələyi tikə-tikə parçalayıb məhv eləyiblər, günahsız bir Mələyi”. Amma bu sözləri eşidən kimi camaat uzaqlaşır və məni bu həqiqətlə baş-başa buraxırlar. Bu millətin əli Mələk qanına batıb. Bu millətə bağışlanma olacaqmı, deyə düşünür və özümə yer tapa bilmirəm. Artıq neçə aydır ki, bu skamyadan ayrılmıram. Hara gedim, niyə gedim? Mən qatillərin arasındaymışam. Mələyin azadlığını istəyən, varlılara nifrət eləyən bu kasıblar özləri varlılardan qat-qat vəhşi imiş sən demə. Sən demə, məsələ nə pulda, nə hakimiyyətdə imiş. Sən demə, məsələ insanların içində imiş. Bu Azərbaycan xalqının öz daxilində, öz mənəviyyatında imiş bütün çirk və saxtakarlıq.

128

Mən necə də uzun illər hakimiyyəti günahlandırırmışam,uzun illər erməniləri,ya rusları,ya amerikanları günahlandırırmışam öz içimdə.Amma bircə dəfə də ətrafıma boylanıb xalqa,millətə baxmamışam. Bu ki,əsl qatil millət,qara millət,vəhşi və yırtıcı çaqqal sürüsü imiş? Mən necə bunlar üçün qəfəs yox,ədalət istəyirmişəm? Bunlar ki,cəllada ölüm qışqıran,cəlladlar imiş. İki ay məmurların əzab verdiyi Mələyi bu xalq iki dəqiqənin içində parçaladı.

Page 117: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

Uzun aylar skamyadakı düşüncələrimi içimə yığıb, yığıb, axır partladım. Ayağa qalxıb, Azadlıq meydanına qaçdım. Qışqıra-qışqıra... camaata baxır və ağlayırdım. Üzümü saqqal və saç basdığından heç insana oxşamırdım! “İnsanlaaarr!!! İnsanlaarr!!! Sizə nifrət edirəm!!! Nə tez unutduz, nə tez yuduz əlinizdəki qanları? Nə tez basdırdınız öldürdüklərinizi!” Onlar mənə baxır gülür, və telefona çəkirdilər. Mən isə insanlara nifrətimdən partlayacaqdım. Mələyimi... mənim Mələyimi məhv etdi bunlar! Hamısı!.. Hamısı onu məhv elədi. Gözlərimi göyə qaldırıb səmalara baxırdım. “Ay Allah!!! Ay Allah!!! Eşidirsən məni? Niyə? Niyə? Ey hər şeyi eşidən,hər şeyi görən Allah,bəs Mələk göndərəndə görmürdünmü hansı xalqa göndərirsən? Ay Allah, bilmirdinmi hansı xalqa göndərirsən? Amma

129

Allahı günahlandırmaqdan çox, mənə əzab verən öz səhvlərim idi. Axı mən idim günahkar. Mənim günahım idi Mələyin ölümü! Mən onu xilas edə bilməmişdim. Bütün bu xalqdan fərqli olaraq mənim onu xilas eləmək gücüm var idi, mən onu xilas edə bilərdim. Amma etməmişdim. Mənə görə. Sevdiyim yeganə varlıq mənim ucbatımdan vəhşicəsinə öldürülmüşdü. Həmin andan mən nə özümə güzgüdə baxa bilirdim, nə də bu adamlara. Çünki hər birində mən Mələk qatili görürdüm. İstəməsəm də onlarda bu vəhşiliyi və amansızlığı görürdüm.

Page 118: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

130

Hekayəmi bitirmək üçün kiçik bir...

EPİLOQ “İnsan heyvandır, nə mələk və onun bədbəxtliyi

ondadır ki, nə qədər çox mələk olmaq

istəyirsə bir o qədər çox heyvanlaşır”

Blez Paskal

Hekayənin qəhrəmanı hələ çox əzablar çəkdi. Özünü günahlandırdı və Allaha yağdırdığı suallar bitmirdi. Ta ki, bürkü bitib Bakıya ilk yağış damlaları axanacan. İlk yağış damlaları ilə o anladı ki, heç bir günahı yoxdur. Sanki yağış onun fikirlərindəki dumanı yuyub apardı və baş vermiş hadisələrin mənzərəsi daha aydın göründü. Hekayənin qəhrəmanı anladı ki, Mələyin qanadı yaralanan gündən Mələk bilirmiş hara gəlir və niyə gəlir. Allah özü Mələyi bu torpağa göndərmişdi. Və Allah da, Mələk də ilk gündən bilirdilər nə olacaq. Onlar bilirdilər ki, xalq Mələyi parçalayıb məhv edəcək. O pəncərədən yağış damlalarına baxır və sevincdən ağlayırdı. Mələk bilirdi. Bilə-bilə ki ölümə gedir, bilə-bilə ki bu adamlardan ancaq nifrət və əzab görəcək, o yenə də gəlmişdi. Bu

Page 119: MƏLƏK - belc.az · gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq

sonuncu insan üçün, pəncərə qarşısında ağlayan sonuncu vicdanlı insan üçün. Onun inanması, müqəddəsliyə inanması və insan xislətini anlaması üçün!

8 yanvar 2012

131