93
NİFTALI GÖYÇƏLİ QƏDİM TURAN EPOSU 1

QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

NİFTALI GÖYÇƏLİ

QƏDİM TURAN EPOSU

1

Page 2: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

NİFTALI GÖYÇƏLİ

QƏDİM TURAN EPOSU

«GÖYÇƏ MÜHACİR NƏŞRİYYATI» BAKI- 2004

2

Page 3: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Məsləhətçi redaktor: ƏLRZA AMANBƏYLİ

Niftalı Göyçəli, Qədim Turan eposu, Bakı, «GÖYÇƏ MÜHACİR NƏŞRİYYATI», 2014

Niftalı Göyçəli 21. 03.1951-ci ildə Göyçə Mahalının Babacan kəndində anadan olmuş və ADU - nun Kitabxanaçılıq fakültəsini bitirmiş, kitabxanaçı biblioqraf ixtisası almışdır. O, Beş po- emanın, iki bioqrafik povestin müəllifidir. Bu əs- ər müəllifin Bütöv Azərbaycan eposundan sonra qələmə aldığı ikinci eposdur. Qeyd etmək lazımdır ki, Türk bədii ədə- biyyatında müasir dövrdə epos janrına müraciət edən ilk şair Niftalı Göyçəlidir.

Müəllif, tel: 055 850 78 64

«GÖYÇƏ MÜHACİR NƏŞRİYYATI»,2014

3

Page 4: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

ÖN SÖZ

Bəşəriyyətin tarixi ilə əlaqədar aparılan elmi tədqiqatlarbütün dünyaya sübut etmişdir ki, Mu qitəsinin Sakit okeandaəriməsindən sonra Atlanta dövründən qalma Şumərmədəniyyəti davam etmişdir. Arxeoloji nümunələr vəpoleoqrqfik informasiya vasitələri: istər piktoqrafik, istərsə dəheroqlif mədəniyyəti Şumərlərdən üzü bu yana inkişaf edərəkmüasir ünsiyyət formaları yaratmış və bədii təfəkkürlə elmitəfəkkürün vəhdətində mühüm rol oynamışdır. Beləliklə, elmhərtərəfli təsdiq edir ki, Şumər dövrü Türk tarixinin ən qədimçağları olmaqla insan nəslinin şəcərə başlanğıcıdır. Qərbalimləri də əbəs yerə deməyirlər ki, bəşəriyyətin tarixiŞumərdən başlayır... Coğrafi ərazi baxımından ən qədim insan məskənləriDəclə və Fərat çaylarının Sakit okena yaxın mənsəbləriarasında aşkar olunmuşdur. Bu məskənlərin şəhərləri: Uruk vəUr mədəniyyəti, eyni zamanda danışıq dilinin Türk leksionuMixi yazılarının oxunması ilə bir daha təsdiq olunmuşdur. Hal-hazırda dünyanın elə bir ərazisi yoxdur ki, az da olsa, oradaistər toponom, istərsə də hidronim və şəhər, qəsəbə, köylərinadlarının təkibində “ur” morfemi işlədilməmiş olsun. Ən qədim zamanlarda Turan, XIX əsrdən sonra Rusiya,SSRİ adlanan məkanın hər yerində “ur” tərkibli çoxsaylıtoponimlər, hidronimlər, şəhər, qəsəbə, köy adları vardır.Bunlardan bir neçəsini xatırlamaq fikirimizi əsaslandırar.Kuban bölgəsindəki hidronimlər: Ur-iup, İnq-ur, Ural bölgə-sində Ur-al, qərbdə P-ur-ut çayları indi də qədim adlarınısaxlamaqdadır. Rusiya imperiyasının ərazisində olanşəhərlərdən: Piterb-ur-q Almaniyadan gəlmə söz olsa da, “ur”morfemilə əlaqəlidir. Digər şəhərlər: Şat-ur-a, Ur-yuqunski,K-ur-sk, Tirqu-M-ur-eş, Tsy-ur-upinsk, Ur-enqoy və sairə...Çində Ur-umçi, U şəhəri (əslidə Ur olmuş...) və s. Almaniyada

4

Page 5: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Ayqsb-ur-q, R-ur, K-ur, Frab-ur, K-ur-kanbres, GüneyAzərbaycanda Ur-miya və s. Fransada Lyuksenb-ur-q və s.Hindistanda H-ur-appa, Cənubu Asiyada: Sinqap-ur, CənubiAmerikada şəhər: Mat-ur-in, çaylar: P-ur-us, Ah-ur-e və s.kimi toponimik şəhərlər, hidronimik çaylar qədim Şumerdəngələn anlayışlardır. Bütün bunlar əsas verir ki, şumərli insanlardünyanın hər yerinə yayıldıqca dildən gələn sözlərləməkanlara ad vermişlər və neçə minilliklər keçsə də, ilkinşəhərin adı Ur “ur” morfemi nəsldən-nəsilə söz tərkibindəyaşamaqdadır. “ur” morfemi toponimlərdə, hidronimlərdə olduğu kimixalqların da dillərində geniş işlənməkdədir və xalqlar sırasındaən çox Türk xalqları dillərindəki sözlərin tərkibində özünügöstərir. Məsələ: Ayn-ur, yağm-ur, çop-ur, məşh-ur, sam-ur,n-ur, eyni zamanda fellərdə; ot-ur, d-ur, soruş-ur, konuş-urvə s. belə çoxsaylı sözləri göstərmək olar... Digər xalqlarda:Ur-an, b-ur-an, Sat-ur-n, ur-avlinovka, ur-od, miniat-ur, p-ur-izm, ur-sprache, Kap-ur, Art-ur, şn-ur və s. bu kimimüxtəlif dillərdən çox sözlər yazmaq olar. Dünyanın coğrafiyasında və xalqların dillərində işlənənsözlər “ur” morfemli olması bir daha sübut edir ki, insannəslinin başlanğıcı Türk geni və təfəkkürü ilə başlayıb Yerkürəsinin səthinə yayılmışdır. Tarix elmi isə böyük Turanməkanı haqqında yaşı tam təyin olunmayan qədim dövlətçilikvə cəmiyyət barəsində çoxsaylı məlumatları hər zamanarxeoloji, poleoqrafik, numuzmatik, heraldik dəlillərlə sübutedir... “Qədim Turan eposu” bədii təxəyüldən gələn və tarixigerçəklikləri əks etdirən mədəniyyət abidəsidir. Bu eposuoxuyan başqa millətlərin və xalqların nümayəndəsi fikirlərəqısqanclıqla yanaşmasın, ona görə ki, dini kitablarda da insannəslinin Adəm və Həvvadan törəməsi, qardaş-bacı olmalarınısöyləyir. Yəni Yaradan buyurur ki, insanın insana zülm

5

Page 6: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

eləməsi, məhv eləməsi ixtiyarı yoxdur, dilindən aslı olmayaraqhamı bərabərdir... Dastanda Türk xalqlarına aid verilən obrazlar həminxalqların yaşadığı indiki ərazilərdə olan toponim və yaşayışməskənlərindən qaynaqlaması da təsadüfi deyil. Belə ki,Müasir Türk xalqlarının adları çox qədim zamanlarda tayfabaşçıları və el qəhrəmanlarının adları ilə əlaqədardır. Bundanəlavə, bəzi xalqların yaşadığı ərazini indi necə adlandırırsa,həmin ad da o xalqların keçmiş tarixi ilə bağlı məlumatdır.Məsələ: bizim “Hindistan”, Avropanın “İndia” dediyi məkanıhindistanlılar “Hundustan” kimi ifadə edir və burada “hun”morfemi əsas verir ki, o ərazidə çox qədim zamanlarda hunlaryaşamışlar. Oradakı insanlar sonradan minilliklər ərzində istərdil, istərsə də mədəniyyət baxımından inkişaf edərək müasirformaya gəlib çatmışdır. Niftalı Göyçəli bu eposu qələmə alarkən Qərbyazarlarının bəşər tarixində (dərindən fikirləşəndə) Türktarixinə qərəzli münasibətlərini nəzərə almışdır. Onların ortayaqoyduqları məntiqsiz fikirlərlə razılaşmadan tarixə obyektivbaxışla, əsasən minilliklərlə dildən-dilə müasir dövrümüzəgəlib çatan toponim və hidronimlərə önəm verərəkinkaredilməz dəlillərə istinad etmişdir. Bir həqiqəyi də nəzərə çatdırmaq lazımdır ki, insafəndesək, Qərb alimlərinin bir çoxları tarixi elmi araşdırmalarındabəşəriyyətin şəcərəsində Türk qanı və təfəkkürü önəmliolduğunu müşahidə edərək elmi məqalələr yazmışlar. Lakin oyazıları antitürk müha-fizəkar qərbçilər qəbul etmirlər. Eposda təsvir olunan dastanların dünya Türk xalqlarınımüasir adları ilə adlanması xülyalar əsasında deyil, reallıqlatəqdim olunur. Xalqların indiki adlarının yaranmasında, əlbəttəkeçmiş tarixin mühüm rolu vardır və morfemlərinəksəriyyətində azacıq deformasiya olsa da, şəkilçilərdə dəfelektivlilik, iltisaqilik həmin formada deformasiya hallarımüşahidə olunumaqdadır.

6

Page 7: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Bütün yuxarıda deyilənlər, söz yox ki, eposa olanoxucu münasibətlərinə əvvəlcədən verilən arayışlardır. Dahageniş diskusiyalar zərurəti yaranarsa, təqdim olunan söylənilənfikirlər mövzulara stimul vermək qabiliy-yətindədir.

ƏLRZA AMANBƏYLİ

7

Page 8: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Qədim UR şəhəri

ŞUMƏR DASTANI

Adəmlə Həvvadan törədi insan,Yayıldı cahana bir xeyli zaman.

Dəclə, Fərat çayı- sahil boyuncaŞəhərlər salındı, qalası uca.

Uruk oldu öncə möhtəşəm şəhər,Seçildi başqanı Türk oğlu Şumər.

Toplandı saraya bilgili insan,Fikirə, əmələ verildi meydan.

Susuz səhralara arxlar çəkildi,

8

Page 9: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Münbit torpaqlara taxıl əkildi.

Nemət, ərzaq ilə doldu anbarlar,Olmadı ehtiyac aclıq qəm-qübar.

Biliyi, zəkanı paylaşmaq üçünYazı gərək oldu zəruri, ötgün.

Şəkli yazılardan tərtib edərəkMixi yazısını yaratdı Zeyrək.

Dövlət qanunları gil lövhələrdəHəkk olundu nağıl, əfsanələr də.

Uruk kahinləri toplanıb hamı,Zikkurat qurdular-ibadət şamı.

İyirmi metrlik bu hündür binaPiramida oxşar yetişdi sona.

Sonra durmaq üçün üst binasındaMeydança quruldu lap ucasında.

Hər cümə günündə En ZiusudraQalxırdı məbədə hündürə-ora.

Zeyrəkin yazdığı dua- niyyətdənOxuyurdu kahin söz-nəsihətdən.

Kahinin avazlı zil-uca səsi,Gedirdi uzağa hər bir kəlməsi.

Zikkurat ətrafı şəhər əhli də

9

Page 10: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Dua edirdilər əlləri göydə...

Nuh deyən surələr Mixi xəttiləAyələr var idi məzmunu belə:

10

Page 11: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

ZIKKURAT 1. Ey insan , torpaqdan xəlq etdim səni. Ruh ilə bəzədim cansız bədəni.

2. Can verən də mənəm, alan da Mənəm. Yerlərə, göylərə xaqan da Mənəm.

3. Mənim ixtiyarım, hökmüm olmadan Bir nöqtə yerini dəyişməz, inan.

4. Yeddi duyğu verdim anlamaq üçün, Mənə səcdə elə, dua et hər gün.

5. Beş duyğu aiddir sənə müstəqil,

11

Page 12: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Altıncı beyninin içindədir, bil.

6. Altıncı duyğunu verdim ki, əsas Yarada biləsən Mənimlə təmas.

7. Eşitmək, iy bilmək gedişat üçün, Sizə yardım edir məlumat üçün.

8. Görməklə, dadmaqla, hissiyyatla sən Dünyəvi anlayış əldə edirsən.

9. Altıncı duyğu ki beyninizdə var, O bağlı qıfıldır, məndədir açar.

10. Kimə bir məsləhət, xəbər verirəm, Həmin duyğu ilə söz göndərirəm.

11.Sonsuzluq deyilən anlayış ki var. Tükənir orada sizin duyğular.

12.Yeddinci duyğu ki ruh göndərmişəm, Ona son mənzildə məkan vermişəm.

13. Altı istiqamət, tərəf siz bilən- Zamanla məkandır ömrə verilən.

14. Yuxarı, aşağı, ön, arxa divar, Sağ ilə sol tərəf anlamınız var.

15. Qəbir otağı da altı tərəfli Cəsədlər üçündür son mənzil, bəli.

15.Yeddinci müstəvi aləmdən kənar, Sizə son mənzildə sirli məkan var.

12

Page 13: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

16. Qəbir otağında kasıb, ya varlı Hamı bərabərdir, yox dövlət-malı.

17. Hər kəsin dövləti o dünya üçün Səvab qazancıdır, anlasın düzgün.

18. Heç kim bilə bilməz ölüm vaxtını, Qurmuşam hər kəsə əcəl taxtını.

19. Adımı çəkəmdə tək məni anın,

Bəşər hər kim isə, şərik qoşmayın.

20. Sizə xidmət edir bütün kainat, Ulduzlar, Ay, Günəş, yerdəki büsat.

21. İki aləm üçün xəlq etdim sizi, Mələklər qeyd edir əməlinizi.

22. Birinci yaşayış yer üzündədir, İkinci həyata var mizan-tədbir.

23. İkinci aləmdə yaşamaq ancaq Əmələ münasib rəftar olacaq.

24. Cəhənnəm əzabı çox dəhşətlidir, Bədəməllər üçün məşəqqətlidir.

25. Hər kəsə verdiyim qabiliyyətlə, Rüzi qazanmalı şükran biətlə.

26. Vermişəm hər kəsə peşə, bir sənət, Ondan hərəkətdir, Məndən bərəkət.

13

Page 14: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

27. Mənim verdiyimi alammaz bəşər, Mən ucaldan kəsə gəlməz bir xətər.

28. Mənim aldığımı verəmməz heç kim, Mənəm var da verən, alan da hakim.

29. Şeytanı nə üçün yaratmışam Mən, O mənim sirrimdir sizlər bilməyən.

30. Onun tərəfinə getməyin ki siz, Çətin sınaqlardan keçəsiz təmiz.

31. Şeytan yolu ilə gedənlər bilsin, Cavankən şər işdən qorxsun, çəkinsin.

32. Sonradan gec olur qocalan zaman, Tövbə qapısında qalacaq nalan.

33. -Tutduğum şər işdən peşmanam,- deyə Nə qədər desə də, yetməz ərsəyə.

34. Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var.

35. Mənə şərik qoşan olur özündən, Düşür Cəhhənəmə yalan sözündən.

36. Mənim ehtiyacım yoxdur heç nəyə, Bəşər qadir deyil o səviyyəyə.

37. Yalnız ibadətdir əsas tələbim,

Möminə köməyim, vardır səbəbim.

14

Page 15: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

38. Baxın, baş barmağın uc cizgiləri Fərqlidir, saymırıq bir əkizləri.

39. Adəmdən törəyən var ki nə qədər, Barmaq izlərilə ayrılır bəşər.

40. Hər kəsin şahidi öz barmağıdır, Yaxşı-pis əməlin həm ortağıdır.

41. Adəmdən həndəsi silsilə kimi Artırıram sizi, belədir çəmi.

42. Bir zaman yenə də silsilə sayaq İnsan azalması labüd olacaq.

43. Nə vaxt ki yer üzü tam boşalacaq, Qiyamət günü də onda qopacaq.

44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat.

45. Cənnətə gedənlər nura qərq olan Görəcəklər gözəl məkan firavan.

46.Mənəm söz, hikmətin sahibi olan, Şeytana uyanlar qalacaq nalan.

47.Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var.

48.Cəhənnəm əzabı çox dəhşətlidir, Bəd əməllər üçün məşəqqətlidir

15

Page 16: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

49. Mənim qüdrətimə səcdə etdilər, Əminamanlığa, kama yetdilər.

50.Tək Mənə ibadət, səcdə edənlər- Mömindir əməli pak olan bəşər.

51.İman olsun gərək qəlbin içində Azaddır hər insan din seçimində.

52.Mənim dediklərim səadət yolu- Hikmətdir, ibrətdir-mənalar dolu.

53.Öyrənmək istəsən doğrudan xəbər, Budur haqqın yolu əsas hikmətlər.

54.Birinci oxumaq-yazmağı öyrən, İdrakla aləmi dərk edəsən sən.

55. Sizə ki vermişəm birinci həyat, Elmlə, biliklə bağlıdır büsat.

56.Tarix ibrətləri anladır sizə, Bədii aiddir əyləncənizə.

57. Ölçü, çəki, zaman, hərəkət, məkan- Fizika öyrədir, anlayır insan.

58. Zahiri görünüş, quruluş, tərəf Həndəsi bilikdir məntiqi hədəf.

59. Kimya maddələrin təkini, yəni Öyrənir ayrılma, həm birləşməni.

16

Page 17: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

60. Hesab da öyrədir saylar olanı, Gedəni-gələni, əldə qalanı.

61. Coğrafiya deyən xəbər, gedişat Yer səthinə aid verir məlumat.

62. Mənim xəlq etdiyim- siz bəşəriyyət Mənim hökmüm ilə qurmuş ünsiyyət.

63. Heç kəs öyünməsin:- var-dövlətim var, Məndən aşağıdır qalan insanlar...

64. Hər kəsin yeri var mənim yanımda, Hamı bərabərdir haqq-divanımda.

65.Yalnız üstün olan xeyir əməldir, Axirət gününə yaxşı təməldir.

66.Məndən gizli deyil heç bir əməl, iş, Mənim hökmüm ilə dolanır gərdiş.

17

Page 18: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Beləcə, Urukda sivil bir həyatDavam eləyirdi, xoş idi ovqat.

Ölkədə intizam, əmin-amanlıq,Dinc asayiş vardı, həm mehribanlıq.

Tanrı sevgisiydi qəlblərə hakim,Şeytan həlqəsinə düşmürdü heç kim.

Bu xoş ünsiyyətə görə YaradanVermişdi Uruka həyat firavan.

Hamının işiydi qayğı, həm zəhmət,Verirdi əkinlər, bağlar bol nemət.

On uşaq var idi hər ailədə,On beşə çatırdı övlad bəzən də.

Uruk şəhərində artdıqca insanYayıldı ətrafa keçdikcə zaman.

Kəndlər, qəsəbələr, şəhər saldılar,Törəyib artmaqda vüsət aldılar.

Ur, Laqas, Eredu, Umma, Kiş, Nippur-Şəhər dövlətləri yarandı məşhur.

Urukun çox güclü ordusu vardı,Hər əsgər savaşda aslan olardı.

Döyüş meydanında sərkərdə, əsgərTufan, qasırğaya bənzəyirdilər.

18

Page 19: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Mahir ox atanlar, nişan alanlar,Vardı şimşək kimi qılınc çalanlar...

Ərləri mübariz, həm vətənpərvər,Alınmaz qalaydı köylər, şəhərlər.

Ancaq ədalətə söykənən divan,Şan-şöhrət vermişdi ölkəyə dövran.

Urukun başqanı Şumərə hörmət,Vardı xalq sevgisi, dərin məhəbbət.

Qonşu şəhərlərdə, qəsəbələrdə-Başqana ehtiram vardı hər yerdə.

Odur ki, uruklu insanlara da“Şumərlər” dedilər- belə bir adda.

Bilqames adında uruklu bir gəncCəsur igid vardı -elinə güvənc.

Vəhşi bir köhləni ram eləyərək,Minirdi, çapırdı-sürürdü zirək.

19

Page 20: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Fəqət at adlanan heyvan o zamanTəbiətdə azad sürürdü dövran.

İnək, qoyun, keçi-sağmal heyvanlar-Sürü saxlayırdı qədim insanlar.

Öküz, kəl qoşquda işlədilirdi,Cütə qoşulurdu, yer əkilirdi...

Yetişdi başqana belə bir xəbər,Vəhşini ram etmiş bir gənc hünərvər.

İgidin altında ağ bir kəhər atAğzında yüyəni durur farağat.

İgid ki qıy verir ani bir səslə,Heyvan qopur yerdən, qaçır həvəslə.

Sonra qanad açır sanki quş kimi,Dolanır çölləri, gəzir aləmi...

Başqan Bilqamesə göstərib maraq,Çağırdı saraya alınca soraq.

Buraxıb köhləni yaşıl səhraya,Bilqames çağrışa gəldi saraya.

Baş əyib başqana qarşıda durdu,Başqan da ədəblə taxta oturdu.

Söylədi:- Ey igid, vəhşi köhləniNecə ram etmisən, minirsən yəni.

20

Page 21: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Qaçır çox sürətlə o vəhşi heyvan,Onu ram eləmək deyildir asan.

Söylədi Bilqames:-Başqanım, hələAtı bala vaxtı gətirdim ələ.

Vərdiş eləyərək, yükə, yüyənəBir yaşar çağında öyrəndi mənə.

Böyüdü beləcə, köhlən at oldu,Aramızda dostluq, ünsiyyət oldu.

Tövlədə tutduğum bir madyan da var,Təlim başa gəlsə məqsəd alınar.

Minib köhlənimə qovaraq onuTutdum, kəməndimə saldım boynunu.

Döl götürmək üçün erkək-dişidənBelə bir tədbirə əl atmışam mən.

Uzaq məsafələr qət etmək üçünAt sürətlə qaçır dəvədən üstün...

-Fikir dəyərlidir,-söylədi Şümər,--At əldə etməli hər igid, əsgər.

Bu işi tapşırdım Bilqames, sənə,Bir il müddətinə xəbər ver mənə...

-Nə qədər çöllərdə vardır vəhşi at,Onları ram elə, süvari yarat.

21

Page 22: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Sonra təşkil elə hərbi təlimlər,Sücaət göstərsin at üstə əsgər.

Mahir kəməndçilər-igidlər bütünDüşdülər səhraya at tutmaq üçün.

Uzaq vadilərə, dağa getdilər,Vəhşi ilxılıarı təqib etdilər.

Bərədə, xəlvətdə pusqu qurdular,Çoxlu at tutdular, minib yordular.

Hər igid özünə götürdü bir at,Yemlədi, bəslədi gümrah, salamat.

22

Page 23: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Göstəriş müddəti, il tamam oldu,Təlimlər keçrildi, yarandı ordu.

Bilqames başqana verdi ki xəbər,Hazırdır döyüşçu- atlı min əsgər.

(Bəli, atla insan təması həminOlmuşdur ağ köhlən birinci-ilkin.)

Bilqames qazandı şərəf, şöhrət-şan,İgidə “Minbaşı” ad verdi başqan.

Mindi ağ köhlənə Bilqames o gün.Getdi düşərgəyə sifəti gülgün.

İgidlər də yeyib-içib şadyanaSöylədilər alqış, dua başqana.

23

Page 24: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Urukla bərabər Nil sahilindəDövlət qurmuşdular misirlilər də.

Qibtilər şəhərlər, köylər salmışdı,Əkin, heyvandarlıq vüsət almışdı.

Nil-Dəclə arası ticarət vardı,Misirlə Urukdan əmniyyət vardı.

Fəqət pozulmuşdu bu münasibət,Etmirdi sazişə Misir riayət.

Şumər danışığa elçi göndərdi,Öyrənsin ki, nədir Firunun dərdi.

Fəqət elçilərə qibti firunu

24

Page 25: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

İşgəncələr verdi, pozdu qanunu.

Sonra elçiləri göndərdi geri,Söydü, təhqir etdi şumərliləri.

Söylədi:-Az qalıb, yaxın zamandaQoyacam Uruku vayda-amanda.

Əzəcək Şuməri döyüş fillərim,Uzanır hər yana güclü əllərim.

Nə qədər insan var yer üzərində,Mənim qullarımdır, Allaham mən də!

Amma imkanı var, Uruq başqanıGəlsə hüzuruma, qurtarar canı...

Yetəndə Uruka bu təhqir- xəbərToplantı keçirdi təmkinlə Şumər.

Kahinlər məsləhət verdilər belə:Yürüşə hazırlıq, iş görmək hələ.

Dəclə-Fərat boyu Uruk kökənliŞəhərlərdən əsgər toplamaq yəni.

Keçirmək təcili təlim-tədbirlər,Bilək ki, hazırdır hər döyüşçü ər...

Yarandı bu yöndə nizami ordu,Misir şəhərinə yanaşıb durdu.

Qibtilər də çıxdı qarşıya həmən,Xəbər gözlədilər- Firun əmr edən.

25

Page 26: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Firunun vardı ki məlumatları,Şumərlər ram etmiş vəhşi atları.

At üstə vuruşan uruklu əsgərQartal, şahin kimi çevikdir hər ər.

Odur ki, əmr etdi, döyüş filləriVerilsin qabağa, keçsin irəli.

Dayansın arxada ox atanlar da,Yağdırsın oxları dalğa qaydada.

Sonra fillər həmlə eləsin zirək,Təntimiş düşməni məhv edək, əzək!

Firun düşününcə, tədbir görüncə,Bilqames bir hiylə işlətdi incə.

Qatrana bulanmış yanan oxlarıYağdırdı şumərlər düşmənə sarı.

Fillər yanar oxla vurulan zamanDüşdülər təşvişə hər nəhəng heyvan.

Yüz sayda nəhəng fil dönərkən geri,Qaçarkən əzildi Firun əsgəri.

Şəhər qapıları fil hücumundanAçıldı taybatay dağıldı bir an.

Enkid də gizlicə şimal tərəfdənBaşladı həmləyə birdən, qəflətən.

26

Page 27: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Pərən-pərən düşən qibti qoşunuQoruya bilmədi, lovğa Firunu.

Gördülər şumərlər çox cəsurdular,Atıb silahları təslim oldular.

Şumərlər şəhərə girən bir vaxtdaFirun zəhər içib ölmüşüdü taxtda.

Firunun arvadı gözəl gənc İştarEtdi Bilqamesə eşqini izhar.

Bilqames bildirdi Urukda onun,Sevdiyi gözəl var, divanə vurğun.

Söylədi Bilqames:-İgidlərimdənSev birini, qayğı, xidmət göstər sən.

İştar bu cavabdan çox məyus oldu,Qəlbinə intiqam, ədavət doldu.

Bir kəl buraxdırdı saraya İştar,Bilqamesə xətər yetirsin naçar.

Bilqames yuxuda olduğu zamanKəl üstünü aldı birdən, nagahan.

Kəlin fısıltısı ayıltdı onu,Gördü ki, ölümdür dayansa, sonu.

Qalxdı pələng kimi sıçradı yerdən,Atıldı arxaya, düşdü də birdən.

27

Page 28: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Götürüb nizəni harın heyvanıVurdu ürəyindən, qurtardı canı.

İştar qadın deyə cəza vermədi,Şəhərdən uzaq bir yerə göndərdi.

Şumər Bilqamesə göndərdi xəbər:-Enkid qalsın orda başında yüz ər.

Sən qayıt Uruka, qocalmışam mən,Ruhum gethagetdir, zəifdir bədən.

Uruklu igidlər Misirdə qalanSarayda qalibtək sürdülər dövran.

Qibti qızlar ilə həyat qurdular,Yaşayıb ömürü başa vurdular.

Doğulan uşaqlar danışdı belə,Qibti-Türk sözləri işlənən dillə.

Sonra “yəhudilər” adlandı onlar,Tayfalar şəklində mövcud oldular...

Bilqames Uruka qayıdan zamanGetdi axirətə, başqan verdi can.

Şumərin vəsiyyət etdiyi kimiBilqames seçildi dövlət hakimi.

Evləndi sevdiyi Nuna ilə də,Yaşadılar xoşbəxt bir ailədə.

28

Page 29: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

TATAR DASTANI

Urukdan törəyən tayfalar sonraNippur şəhərinə köçdü bir ara.

Böyüdü bu şəhər inkişaf etdi,Bilik, mədəniyyət qabağa getdi.

Bilgi sahələri üzrə ustalar,Vardı kahin yazan ayə, qatalar.

Hər kəs diləyirdi Tanrıdan dilək,Zənginlər yoxsula olurdu dəstək.

Şəhər yollarına daşlar döşənmiş,Saraylar var idi gözəl bəzənmiş.

Nippur gənclərinə “Tatur” deyənlər

29

Page 30: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Nəzərdə tuturdu cəsur, igid, ər.

“Tatur” bildirirdi Uruk kökəni,Şumərlər nəslindən olanlar yəni.

(Söyləyək ki, harda “Ur” kökən söz var,O yerdə türk adı tutmuşdur qərar...)

Beləcə, keçdikcə zaman, dövranlarCənubdan şimala axdı insanlar.

Nippurdan da köçüb Babilə gedənTayfalar yaratdı böyük bir güvən.

Simur bu şəhərdə xariqə qurdu,Babil sarayında taxta oturdu.

Səksən metrə çatan başı-kəlləsiTikildi bu zaman Babil qülləsi.

Sonra Hamur taxta əyləşdi başqan,Qurdu imperiya bir Babilistan.

Misirdən ayrılan yeni tayfalarİsrail dövləti yaratdı onlar.

Qibti türk kökənli bu zümrələrdəAğıl güclü idi, düşüncələr də.

Biliyə çox həvəs vardı burada,Olmuşdu oxumaq-yazmaq bir qayda.

Əsas hesab elmi, astranomiya,

30

Page 31: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

İnkişaf etmişdi həndəsə, kimya.

Fəqət bütpərəstlik cəhalət kimiƏzirdi zəkanı bir alət kimi.

Nuh deyən Tanrıdan gələn surələr,Vardı hüquq, əxlaq- gözəl ayələr.

Nuhun dedikləri olsa da üstün, Insan şər cənginə keçmişdi bütün.

Şərab düşgünlüyü tamam şəhərdəAşmışdı həddini eyş, həm işrət də.

Başqanı da zəif Yerusəlimin,Asayiş, intizam olmurdu təmin.

Ayıla bilmirdi başı şərabdan,Bütpərəst qəlbində olarmı iman.

Ləyaqətdən kənar, başdan xəstələrVardı karvan soyan quldur dəstələr.

Onların əlindən bezmişdi xalq da,Şər tüğyan edirdi əməl, əxlaqda.

O quldur dəstələr vermədən araBabil köylərinə girdilər sonra.

Hamura yetəndə bu soyğun, qarətSəfərbər olundu ordu, nəhayət.

Yeridi üstünə Yerusəlimin,

31

Page 32: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Məhv edildi quldur dəstələr həmin.

Tatur süvarisi öndə gedərəkŞəhəri dövrəyə aldılar zirək.

Sakinlər əks həmlə etmədilər də,Başqan təslim oldu qoşun girəndə.

Babil dövlətinə münasib olanSeçildi şəhərə yeni bir başqan.

Zikurat tikildi Yerusəlimdə,Hamı bir Tanrıya elədi səcdə...

Taturlar törəyib çoxalan zamanBabildən şimalda tutdular məkan.

Tayfalar birləşib yeni bir dövlətQurdular şəhərlər, köylər, nəhayət.

Tatur igidləri arasında birCəngavər var idi-timsalı bəbir.

Sanki bəbir kimi cəld atılırdı,Onunla cəng edən aciz qalırdı.

Enirdi zərbəsi üstən aşağı,Qılınc oynadırdı şimşək sayağı.

Bir dəfə səhrada at üstə AzurRast gəlir aslana, üzbəüz durur.

Qalxır ayaq üstə atın belinə,

32

Page 33: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Alır qılıncını tez də əlinə.

Atılır aslanın başına zirək,Çalır qılıncını həmlə edərək.

Vəhşinin başını bölür ikiyə,Çağrılır o gündən “Binipal” deyə.

(“Az” mahir deməkdir Şumer dilində,Sonra “As” deyilmiş Azur elində)

Azur taturlara seçildi başqan,Birləşdi ad ilə ləqəb o zaman.

Beləcə, başqanı Azurbinipal-Yarandı Babildə yeni bir əhval.

Başqanın həvəsi, marağı, meyli,Biliyə, maarifə var idi xeyli.

Elmin tarixində qədim bir soraq-Kitabxana qurdu ilkin olaraq.

Oldu Nineviya zəka mərkəzi,Qaynadı oradan idrakın tərzi.

Mixi yazıları, şəkli yazılar,Toplandı gil lövhə Babildə nə var.

Sonra da memarlar, rəssam, ustalar,Yığıldı saraya kahin, kastalar.

Bənzəri olmayan qədim dünyada

33

Page 34: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Bir saray tikdilər Nineviyada.

Başqan əmr etdi ki, bütün məmurlar-Oxuyub-yazmağı bilsinlər onlar.

Sonra da göstəriş verdi ki, bir dəSavad öyrədilsin hər bir məbəddə.

Əsasən uşaqlar, gənclər təhsiləCəlb edilsin, fikir verilsin dilə.

Qızlar tibb elmini bilsin əsasən,Sağlamlıq işinə olsunlar güvən.

Ölkədə asayiş, orduda nizam,Quruldu bu yöndə, iş oldu tamam.

Bəli, Nuh dövründən keçdikcə zamanAxırdı şimala, həm şərqə insan.

Odur ki, belə bir dövran gəlmişdi,Ölkələr yaranıb, həm yüksəlmişdi.

İnsanlar köç etmiş BabilistandanDövlət qurmuşdular-yeni bir məkan.

Urartu adlanan bu yeni dövlətYüksəliş həddinə çatdı, nəhayət.

Qırmızı dənizə tərəf gedənlərGüclü dövlət qurdu şumərkökənlər.

Bu yeni dövlətə Sur oldu başqan,

34

Page 35: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Suriya adlandı, keçdi az zaman.

Surdan sonra qızı SemiramidaSuriya başqanı seçildi o da.

Xülasə, dövlətlər, ölkələr artdı,Maraqlar çarpışma, qırğın yaratdı.

Babildən ayrılıb şərqə gedənlərHur tayfası vardı şumər kökənlər.

Sonra bu “hur” sözü çevrildi “hun”a, Hundustan deyildi yeni məkana...

Azur dövləti ki, qalxdı, yüksəldi,Qarşıya başqa bir maraq da gəldi.

Azur fikirləşdi: ”Gücüm var belə Düzən qurmalıyam dünyada hələ.

Qonşu ölkələrdən zorun əlindənQaçanlar ölkəmdə tapırlar güvən.

Əzməsi düz deyil zalım fağırı,Hamını bərabər yaratmış Tanrı.

Zülmə, istismara son qoyulmalı,Tanrı buyurduğu qanun olmalı.

Bütpərəst kahinlər beyin yoranlar-Cəza almalıdır şər uyduranlar.

Nuhun söylədiyi surələr, xəbər

35

Page 36: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Tanrıdan gələndir, odur peyğəmbər.

Birinci düz yola gətirmək üçünÖlkələrə məktub göndərim bütün.”

Aldılar məktubu qonşu dövlətlər,Fəqət rədd etdilər nadan, bidətlər.

Azur qərar verdi yürüşlər etsin,Qılınc gücü ilə məqsədə yetsin.

Suriya adlanan Surun ölkəsiHiss elədi qırğın, qan təhlükəsi.

Odur ki, yürüşdən tutanda xəbərGöndərdi daş-qaşla elçi beş nəfər.

Azur Suriyaya girdi qalibtək,Ona baş əydilər təzim edərək.

Suriya tacını SemiramidaTəqdim etdi ona, durdu qarşıda.

Baş əyib söylədi:-Ey böyük Azur,Sənindir səltənət, indi al, buyur!

Suriya ordusu bu gündən sonraƏmrinə hazırdır, buyursan hara.

Birləşdi bu yöndə hər iki ordu,Azurun əlində böyük güc oldu.

Midiya Babillə ittifaq etdi,

36

Page 37: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Azur ordusunun üstünə getdi.

Qarşılaşdı böyük hərbi qüvvələr,Bir-birinə qarşı vurdu zərbələr.

Amma çevik idi Azur ordusu,Var idi tədbiri, hiylə pusqusu.

Döyüşün ən qızğın vaxtı qəflətənÖndəki dəstələr çəkildi birdən.

Suvari dəstələr keçdi irəli,Girdilər cəbhəni yarıb içəri.

Pusquda dayanan suvarilər dəKeçdilər arxaya xəlvət, gizlində.

Düşdü məngənəyə Babil orusu,Dayandı qarşıda ölüm qorxusu.

Hünər göstərdilər suriyalılar,Ağır zərbə aldı midiyalılar.

İttifaq ordusu təslim olaraqBarış təklif etdi, endirdi bayraq.

Sücaət göstərdi SemiramidaÇarpışdı ər kimi savaşda o da.

37

Page 38: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Azur təslim olan gənc əsgərlərdənYeni ordu qurdu- böyük bir güvən.

Sonra Urartunun üstünə getdi,Qafqaza böyük bir ordu yeritdi.

Urartu basıldı, birinci SardurÖzünə qəsd etdi, gördü ki sondur.

Xülasə, Misirdən HundustanadəkAzur hökm elədi, qərar verdi tək.

Sonra Urartunun dövranı gəldi,Argişti zamanı qalxdı, yüksəldi.

Uraratu Babillə, həm Midiya iləİttifaq bağladı güc məqsədilə.

Azur üzərinə basdı ordunu,Bu dəfə Azurun yetişdi sonu.

Daşatan qurğular salındı işə,İnsanlar qorxuya, düşdü təşvişə.

Dolutək, borantək göydən daş endi,Ölüm hər qapıya, evə dirəndi.

Boşaldı şəhərdən, qaçdı insanlar,Uzandı günlərlə basqın, taranlar.

Getdi çarpışmalar, qanlı döyüşlər,Çökdü Nineviya-möhtəşəm şəhər...

38

Page 39: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Bəli, fırlandıqca dövr edən zamanDoğub-törəyirdi, artırdı insan.

Hələ ki, dəyməyən insan ayağıZəngin yerlər idi şimal torpağı.

Urartu elindən ayrılıb gedənTaturlar şimalda saldılar məskən.

Burda nemət vardı gen-bol doyunca,Yayılıb artdılar İtil boyunca.

Meşələr ov dolu, çayda balıq çox,Göbələk, çiyələk-uc-bucağı yox.

Maral sürüləri- istəyən qədər,Vəhşi toyuq, xoruz çəkirdi nəzər.

Adlandı bu məkan tatur elləri,Tarix vərəqlədi səhifələri.

Köylər, qəsəbələr artdı ilbəil,Yayıldı ətrafa, törədi nəsil...

Kiçik qəsəbəydi əvvəllər Kazan,Sonra şəhər oldu artdıqca insan.

Bir igid var idi Tatur elindən,Tatar adlanırdı elin dilindən.

Kazan sakiniydi bu cəsur ərən,Həm bilikli idi, həm uzaqgörən.

39

Page 40: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Ellər bu igidi seçdilər başqan,Adlandı bu məkan-yer Taturıstan.

Kökü Urdan gələn insan nəsiliƏhatə elədi böyük bir eli.

Silsilə dağlara dedilər Ural,Keçdi minilliklər, dəyişdi əhval.

Taturdan ayrılıb Urala gedənTayfalar birləşib yaratdı güvən.

Batur bu dövlətin oldu başqanı, Ordu yeritdi ki, tutsun Kazanı.

Taturlar qorunma xətti qurdular,Dayandı üz-üzə böyük ordular.

Tatur sərkərdəsi cəngavər SunqurXəbər göndərdi ki, tək gəlsin Batur.

Ortaya şərt qoyaq, söz verək ancaq,Bizdən sonra qırğın, qan olmayacaq.

Əgər qalib gəlsə savaşda Batur,Tatur ellərinin başqanı odur...

Yox, məğlub olarsa Batur savaşda,Olmasın arada dava-dalaş da.

Çəkilsin ordusu, getsin elinə,Bu qardaş qırğını kimə verər nə!..

40

Page 41: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Şərti qəbul etdi sərkərdə Batur,Çıxdılar metdana Baturla Sunqur.

Əvvəl qılınc ilə qarşı getdilər,Zərbələr vurdular, həm dəf etdilər.

O vurdu qılıncı, bu tutdu qalxan,Getdi bu cür həmlə bir xeyli zaman.

Yorulub düşdülər tamamən əldən,Batdı lap qan-tərə vürnuxan bədən.

Səhərdən başlayan həmlə, savaşma,Uzandı axşama bu cür çarpışma.

Arada dincəlib yemək yedilər,Haydı, yenə davam edək dedilər.

Vahiməli səslər, igid nərəsi, Başlandı yenə də qılınc həmləsi.

Sunqur son gücünü toplayıb həmənVurdu qılıncını zərb ilə birdən.

Baturun qalxanı iki bölündü,İgidə son məqam, ölüm göründü.

İkinci zərbəni vuranda SunqurBatur qalxan tutdu, dedi:-Dayan, dur.

Əgər igidsənsə, bax, nəzərə al,Nagah, təsadüfdür yaranmış bu hal.

41

Page 42: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

İndi at silahı, gəl güləş tutaq,Qol ilə, güc ilə savaşı udaq.

Sunqur təbəssümlə soruşdu ondan:-Neçə yaşım olar mənim, ey cavan?

Batur cavab verdi:- Çaldır saqqalın,Lakin çox güclüsən, gumrahdır halın.

Sunqur dedi:-Amma sən hələ gəncsən,Tülkütək hiyləgər, həm də iyrəncsən!

Mən qardaş qırğını olmasın deyə,Çıxdım bu meydana, girdim həmləyə.

Ölsəm də, bilirəm düz yoldayam mən,Sən də qan hərisi, talan güdənsən!

Mən Tanrı eşqiylə qılınc çalıram,Ondan diləyirəm, güvən alıram.

Sənin də şeytandır arxanda duran,Odur ki, gücsüzsən ey nadan insan!

Lap qol gücünə də çixsaq, nə fayda,Haqq sevən güclüdür, belədir qayda.

Sunqur söyləsə də hikmət, nəsihət,Batur israr etdi, durdu, nəhayət.

Sunqur qaldı naçar, güləşə girdi,Baturu qaldırıb yerə endirdi.

42

Page 43: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Qızmış qaplan kimi çəkdi bir nərə,Vurdu başıüstə Baturu yerə.

Baturun ağzından qan gəldi həmən,Cansız hala gəldi, süstləşdi bədən.

Sunqurun xiffətdən ağrıdı başı,Dözmədi bu hala, tökdü göz yaşı.

İyirmi beş yaşlı igid cəngavərÖmrü qurban verdi tamaha hədər.

Ural bəs etmədi o Türk oğluna,İstədi Kazan da baş əysin ona...

Nəhayət, Ordu da aldı meyiti,Üz tutub Urala çəkilib getdi.

Hələ ki bu yerdə dayansın dastan,Görək “hurlar” necə qurdu Hundustan.

43

Page 44: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

HUN DASTANI Hundustan deyilən geniş bir məkan

Hələ ki boşuydu, yox idi insan.

Urdan köç eləyən tayfa urlularGedib o yerlərdə tutdular qərar.

Artıb törədilər, həm çoxaldılar,Köylər, qəsəbələr, şəhər saldılar.

Birinci ən böyük möhtəşəm şəhərHurappa tikildi Babilə bənzər.

Hurduru seçdilər şəhərə başqan,Asayiş, qanunla dolandı dövran.

Hunalay dağları vadilərindən

44

Page 45: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Axırdı gur çaylar- sahili gülşən.

Əsasən Qanq adlı, həm Hund çaylarıAxırdı okean, dənizə sarı...

Dünyada nə qədər növdə meyvə var,Bitirdi bu yerdə, gətirirdi bar.

Heyvan növləri də yenə hər cürəYayılmış səhraya, meşə, düzlərə.

Ovçuluq, maldarlıq, həm təsərrüfat,İnkişaf elədi məişət, həyat.

Feodal dövlətlər yarandı xeyli,Maraqlar savaşa yönəltdi meyli.

Kimsə qalib gəldi, kimsə basıldı,Təqvimdə dinc həyat, gah zülm asıldı.

Təkmilləşmə getdi mədəniyyətdə,İnkişaf elədi incəsənət də...

Mixidən keçdilər qrafik yazıya,İlləri böldülər fəsillə aya.

Hesab üçün rəqəm icad etdilər,Sıfır ilə çox irəli getdilər.

Sıfır ilə rəqəm birləşməsindəDünyanı əks edir fəlsəfəsində.

Xülasə, yaratdı artım, tərəqqi,

45

Page 46: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Varlı-kasıb, fağır-zalım güc fərqi.

Əzilən, döyülən, qaçaq olanlar-Şimal torpağına çəkildi onlar.

Hunalay dağları silsiləsindənKeçərək Tibetdə saldılar məskən.

46

Page 47: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

ÇİNDƏ HUN TƏRƏQQİSİ

Sonra Çin adlanan bu yerlərdə dəİnsan yaşamırdı o dövrlərdə.

Artıb-törəyərək Tibetdə hunlarYansızı sahili yayıldı onlar.

Dilə təsir etdi iqlim, ərazi,Ləhcələr yaratdı- danışıq bəzi.

Əsasən “n” səsi söz tərkibindəÇox geniş yayıldı o zaman Çində.

İnkişaf, tərəqqi getdi bir zaman,Şəhərlər salındı, başçı oldu xan.

Tibetdə Sin Şuxan taxta oturdu.

47

Page 48: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Güclü güvən qurdu, yaratdı ordu.

Vahid hakimiyyət yaradaq,-deyəElçilər göndərdi bütün ölkəyə.

Əyalət, vilayət başqanlarına-Yayıldı bu xəbər tamam hər yana.

Fəqət hiddətləndi Çanşa xəbərdən,Rədd cavabı gəldi U şəhərindən.

U şəhər başqanı qəzəbli Çanşa Başladı Şuxanla qanlı savaşa.

Yansızı çayının sol sahilindəGəldilər üz-üzə Yanmən elində.

Çanşa Şuxan ilə çıxdı meydana,Qılınc ilə zərbə endirdi ona.

Şuxan qalxan tutdu güclü zərbəyə,Bu qafil zərbəni dəf etsin deyə.

Saxlaya bilmədi amma zərbəni,Çökdü diziüstə, əsdi bədəni.

Lakin güc toplayıb qalxdı ayağa,Başladı fənd ilə hərbə, qovğaya.

Çanşa bir də həmlə etdi Şuxana,Şuxan cəld zərbədən sapındı yana.

Çanşanın qılıncı yana keçəndə

48

Page 49: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Qaçırdı fürsəti, ilişdi fəndə.

Şuxan qılıncını vurdu arxadan,Çanşanın başını üzdü həmin an.

Sonra da ordular girdi savaşa,Silahlı əsgərlər gəldi baş-başa.

Əvvəl ox yağdırdı hər iki tərəf,Bir-birinə nişan, oldular hədəf.

Suvari hissələr gəldi üz-üzə,Həmlədə işləndi qalxanla nizə.

Şuxan suvarısi göstərdi hünər,Geri çəkildilər əvvəl bir qədər.

Tez də cinahlardan dairəvarıKeçdilər hücuma düşmənə sarı.

Sürətlə irəli qaçan atlarıDüşmən döndərincə keçdi vaxtları.

Arxadan, həm yandan uçan nizələrOldu ölüm anı qafil zərbələr.

Düşdülər tələyə piyadalar da,Şuxan oxçuları vardı pusquda.

Düşmən arxasına keçərək onlarDurmadan aramsız ox yağdırdılar.

Basıldı beləcə Çanşa ordusu,

49

Page 50: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Yansızı çayında axdı qanlı su.

Çanşalı sağ qalan çox döyüşçülərSüvari, piyada əsir düşdülər.

Şuxan əsirlərə verdi ki aman,Hərə öz elinə getsin durmadan.

Şuxan əsirlərə azadlıq verdi,Tibetdən Yunmenə taxt-tac gətirdi.

Burada möhtəşəm saray tikdirdi,Ətrafa qızılgül, ağac əkdirdi.

İnşaat, memarlıq yayıldı geniş,Binalar tikildi, naxış-zərif iş...

Hunalaydan tutmuş Altaya qədər,Əyalət, vilayət birləşdi yerlər.

Şərqdən də okean sahilinədəkŞuxana baş əydi, o hökm etdi tək.

Şuxan qovuşarkən əbədiyyətəÖvladı xan gəldi hakimiyyətə.

Xanın qohumları əyyan məmurlarVilayətlər üzrə hakim oldular.

Soydular milləti hər necə gəldi,Vergilər ilbəil qalxdı, yüksəldi.

Quraqlıq əkinə versə də ziyan,

50

Page 51: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Düyü tələb etdi, baxmadı əyyan.

Mal-qara aclıqdan tələf olsa da,Ət, süd tələb etdi kasta, kəndxuda.

Quraqlıq uzandı davam edərək,Aclıq fəlakəti yarardı fələk.

İki il dövr etdi ağır vəziyyət,Kəndlilər qıtlıqdan çəkdi əziyyət.

Uca dağlara da çox az yağdı qar,Yansızı, Sarı çay sızqa axdılar.

Aclıq dəhşətindən ölməmək üçünİnsan hər bir şeyə əl atdı büyün.

Sürünən, hərəkət eləyən heyvanAclığın əlacı oldu, son imkan.

Qurbağa, tısbağa, ilan yedilər,Həşərat, böcəyə qida dedilər.

İnsanlar üz tutdu şimala sarı,Keçdilər Altaydan aşıb dağları.

Var idi meşələr, yaşıl talalar,Köç etdi boşluğa çoxlu tayfalar.

51

Page 52: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

HUNLARIN ŞİMAL-ŞƏRQƏ AXINI

Bir yanı okean, bir yanı Ural,Başlandı Hun əsri,-səltənət, kural.

Gücləndi burada Tanhu dövləti,Mete zamanında artdı qüdrəti.

Çində də düzəldi sonra vəziyyət,Yaxşılığa doğru çöndü təbiət.

Ölənlər öldülər, qalan insanlarDirçəldi, yarandı hər cür imkanlar.

52

Page 53: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Qanun-qayda ilə getdi fəsillər,Var-dövlət yetirdi məhsuldar illər.

Çujan ələ aldı hakimiyyəti,Qurdu imperiya Çujan dövləti.

Qırx minlik bir güclü ordu yaratdı,İşğala, savaşa marağı artdı.

Nəhayət, şimala ordu yeritdi,Mete ölkəsini işğala getdi.

Dayandı üz-üzə böyük ordular,Basqına, savaşa hazır durdular.

Ox yağdı əvvəlcə Çujan tərəfdən,Hunlar cəld yayındı nişan, hədəfdən.

Ox yağan sahədən uzaq getdilər,Sağ-soldan basılıb həmlə etdilər.

At üstə çaparaq, ox yağdıraraq,Basqınlar elədi hunlar bu sayaq.

Çujan süvarisi qarşıya çıxdı,Vurdu bir-birini atından yıxdı.

Qılınclar cingilti saldı hər yana,Nə qədər insanlar boyandı qana.

Hunlar manevr edib çəkildi bəzən,Gah da hücum çəkdi gözlənilmədən.

53

Page 54: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Pusquda dayanan hun əsgərləriTaran hücum ilə girdi içəri.

Pazşəkilli zərbə vursunlar deyəÇujan ordusunu böldü ikiyə.

Beləcə, hunların zərbələrindənÇujan əsgərləri oldular pərən.

Uzandı çarpışma axşama qədər,Öldü bu savaşda minlərlə əsgər.

Sağ qalan canını qurtarmaq üçünƏl qaldırıb təslim oldular bütün.

Çujan ordusundan hesabla, təxminOn beş min əsgərdən məhv oldu on min.

Uzaqdan savaşa baxırdı Çujan,Gördü qurtuluşa qalmadı güman.

Başında beş minlik süvarisiləÜz tutdu cənuba qaçaraq belə.

Mete ordusu da təqib etmədi, Beş min itgi vardı, dərin getmədi.

Çujan ordusundan əsir düşənlərTapqaç türklər idi ərlər, ərənlər.

Mete aman verdi o insanlara,Yayıldı ölkəyə onlar da sonra.

54

Page 55: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Meteni də əcəl qılıncı vurdu,Oğlu Kiok xaqan taxta oturdu.

Kiok zamanında geniş bir məkanTabe oldu ona, o verdi fərman.

Saxalindən tutmuş Baykala qədərHun elləri idi-milləti türklər.

Çayları, meşəsi olan bu məkanFüsünkar yerlərdir Tanrı yaradan.

Şimalda sıx meşə Tayqa- deyilənVardı cənubunda səhra, düz, çəmən.

Hun ovladı yaşı səkkizə çatanTəlimlər keçirdi hər bir qız, oğlan.

Bəli, Hun övladı kəmənd, ox atmaq,Bilirdi at çapmaq, qılınc oynatmaq.

Kiok fərman verdi, yeni bir şəhərBaykal sahilində inşa etdilər.

Ağacdan naxışlı gözəl binalarQurdular tapqaçlar, çinli ustalar.

Tikildi mərkəzdə uca bir saray,Qoyuldu başına qızıl ulduz, ay.

Yerləşdi sarayda Kiok böyük xan,Ölkənin paytaxtı oldu bu məkan.

55

Page 56: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Kahinlər şəhərə diləyib uğurDedilər adına Tanıt Baykalur.

Yeni hun ordusu yaratdı Kiok,Ordu bütövlükdə adlandı “Dörtok”.

Yəni ki, dört yana hərəkət edən-Yenilməz bir qüvvə, inamlı güvən.

Uralın başqanı Ceyhun xan iləKiok qohum oldu nigah xəttilə.

Ceyhun xan qızını verdi Kioka,Birləşdi ordusu böyük Dortoka.

Kioka on oğul doğdu Dursunay,Sonbeşik oğluna ad verdi Altay.

Kiok hazırlaşdı böyük yürüşə,Çinin böyük xanı düşdü təşvişə.

Yeridi Tibetə on beş min qoşun,Tibetin başqanı təslim oldu Qun.

Çinin cənubunda böyük bir məkanTabqaca tabeydi, verirdi fərman.

Bu qafil yürüşdən tutunca xəbərÇixardı qarşıya otuz min əsgər.

İki Türk ordusu gəldi üz-üzə,Tsyan səhrasında qan çıxdı dizə.

56

Page 57: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Süvari, piyada cəngə girərəkVururdu, kəsirdi həmlə edərək.

Tapqaç xan başında süvarisiyləSağ cinah tərəfdə dururdu hələ.

Kiok bu məqamı üstün bilərəkTapqacı hədəfə almışdı zirək.

Oxçu atlıları yönəlti ona-Qara bulud kimi ox yağdı xana.

Xanın əsgərləri qorunmaq üçünOxa qalxan tutub durdular düşgün.

Kiok süvarisi vaxt itirmədənKeçdilər basqına qəflətən, birdən.

Qılınclar şimşəktək parladı göydə,Qırmızı boyandı yer kimi göy də.

Baş kəsən, qol kəsən polad qılınclarÇilədi göylərə qanlar o ki var.

Tapqac xan ordusu basılan zamanAğ bayraq qaldırıb, dilədi aman...

Kioka baş əydi Çin adlı dövlət,Onun tabe oldu bütün məmləkət.

Himalaydan tutmuş Urala qədərHun-tapqac dövləti yaratdı türklər.

57

Page 58: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Kiok da köç etdi o son dünyayaHakimiyyət keçdi oğlu Altaya.

Bir yanı Himalay, bir yanı Ural,Yarandı Məmləkət, olkə, el, kural.

On min kilometr-uzaq məsafə-İdarə eləmək çətin fəlsəfə...

58

Page 59: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

ÇİN SƏDDİ

TAPQAÇ TÜRKÜ YUN XANIN ÇİN SƏDDİ TİKDİRMƏSİ

Kiok xandan sonra oğlu Altay daÇində xaqan oldu tarix olayda.

Onun da ömürü yetəndə sona

59

Page 60: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Çatdı hakimiyyət varisi Yuna.

Gücləndi şimalda xan BurabujanOna tabe oldu böyük bir məkan.

Saxadan Urala hökm eləyərəkOrdular yaratı döyüşkən, zirək.

Bölündü ikiyə Kiok dövləti,Çin tərəf adlandı Yun məmləkəti.

Şimaldan qorxular yaradan nəhəngBurabujan Yunu eləmişdi dəng.

Burabujan hərdən gözlənilmədən,Hücumlar edirdi qəflətən, birdən.

Ancaq Tapqaç türklər süvariləriƏzirdi onları, şərxətərləri.

Yun göstəriş verdi, bütün çinlilərƏli silah tutan oldu səfərbər.

Yeritdi ordunu şimal tərəfə,Burabujan xanı aldı hədəfə.

Hun, tapqaç adlanan türk orduları Gəldilər üz-üzə, qırılıdı yarı.

Qanlı toqquşmalar vermədi fayda,Uzandı qırğınlar, savaş bu qayda.

Gah bu tərəf basdı, zərbələr vurdu,

60

Page 61: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Gah otərəf basdı, qırıldı durdu.

Savaş başlayandan keçdi yeddi gün,Qalib, məğlub sözü olmadı mümkün,

Elçilər göndərdi Burabujan xanSülh təklif elədi, gözlədi zaman.

Yun xan qəbul etdi təklif olanı,Dayandı bu qırğın, bu qardaş qanı.

Çəkildi ordular, amma ki Yun xanBir tədbir düşündü zərurət olan.

Ölkə sərhəddini qorumaq üçünBağladı şimalı sədlərlə bütün.

“Çin səddi” adlandı möhtəşəm hasar,Uzun illər boyu getdi inşalar...

(Fəqət nə faydası, sonra Çingiz nanYardı o sədləri, keçdi durmadan.

Çini fəth elədi, götürdü bütün,Savaşsız keçməyib tarixlər bir gün.)

Şimalda hökm edən BurabujanınKeçdi dövranı da tarix-zamanın.

Çox uzun sürmədi bu hakimiyyət,Gücləndi bölgələr, ellər, nəhayət.

Sibirdə, Yaqutda yeni dövlətlər,

61

Page 62: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Meydana gəldilər tac-səltənətlər.

Uraldan da qərbə, şimal tərəfdənAyrıldı tayfalar köçdülər felən.

Boşluq olan yerdə toparlandılar,Başqur, Çuvaş deyə məskən saldılar.

BAŞQUR-ÇUVAŞ DASTANI

Puqaç çuvaşların seçildi xanı,Şumerşi şəhəri oldu məkanı.

62

Page 63: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Suvar xan gücləndi Başqur tərəfdə,Çuvaş torpaqları durdu hədəfdə.

Puqaç xan Suvardan qorunmaq üçünSəfərbər elədi ölkəni bütün...

Başqurlara qarşı istehkam qurdu,Çubaysar ordunun başında durdu.

Çuvaş torpağına girdi başqurlar,Yelcikdə qoşunlar qarşılaşdılar.

Suvarla Çubaysar tutdular nizə,Gəldilər çaparlar qarşı,üz-üzə .

Suvar Çubaysarı saldı atından,Qorudu nizədən tutduğu qalxan.

Suvar xan edərkən yenidən həmləQorundu Çubaysar tədbirlə, fəndlə.

Suvar nizəsini tuşlarkən onaSıçrayıb quş kimi çəkildi yana.

Arxadan Suvara ox atdı zirək,Suvarın ömrünə xət çəkdi fələk.

Sancılmışdı xanın ox ürəyinə,Qaynayıb axırdı qan kürəyinə.

At sürüb meydana qovğa, cəng edənQaldı hərəkətsiz, ölü bir bədən.

63

Page 64: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Çubaysar da qalxıb mindi atına,Qalxdı haray-həşir göylər qatına.

Ölüb-öldürəni iki türk qardaş,Başlandı çarpışma, qanlı bir savaş.

Çalalar, çuxurlar qanla doldular,Başqurlar bu hərbdə məğlub oldular.

Çuvaş-baçqur adlı böyük bir dövlətYarandı Uraldan qərbdə nəhayət.

Puqaç xan dünyadan köçəndən sonraKeçdi hakimiyyət Alp Çubaysara

Kazanda xan Sançur gücləndi xeyli,Yana-yörəsinə uzandı əli.

Elçi göndərdi ki Çubaysar xana,Ona tabe olsun gəlsin divana.

Çubaysar da cavab verdi ki ona,Qardaşım, susama qırğına-qana.

Biz Türk övladıyıq, birdir qanımız,Sənintək bizim də var ad-sanımız.

Bu dünya genişdir, istəyin qədərNə çox cənub, qərbdə boş ərazilər.

Taxt-tac istəyirsən, buyur, gəl götür,Var heç kəsə qalmır, gedəndir ömür...

64

Page 65: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Çubaysar çatmışdı səksən yaşına,Hikmətlər yığmışdı müdrik başına.

Bilirdi taturlar sayca da çoxdur,Savaşdan sağ çıxma gümanı yoxdur.

Alıb tayfasını min nəfərədək,Ağ dəniz tərəfə çəkdi gedərək.

İnsanın ayağı dəyməyən hələBir məkanda qərar tutdular belə.

Elmanqa adlanan şəhər saldılar,Törəyib orada, həm çoxaldılar.

Çuvaş-Başqur deyə dövlət adlananBirləşdi Tatura- Sancur oldu xan.

Böyüdü beləcə Kazan xanlığı,Uzandı cənuba Sancur sağlığı.

Yerləşdi Kırıma çoxlu tayfalar,Peçenq, Qıpçaq, Oğuz adlandı onlar.

Dunay, Don çayları sahillərindəŞəhərlər qurdular, qəsəbələr də.

65

Page 66: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

YURAN XAN DASTANI

Etrusk türklər olan böyük tafalarXanlıq yaratdılar cənubda onlar.

66

Page 67: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Dunaydan Karbata uzanan xeyliƏrazi adlandı Etrusklar eli.

Yuran xan bu elin oldu başqanı.Ədalət üstündə qurdu divanı.

Qorudu əməldə haqqı deyəni,Hər kəs xeyir işlə ucaldı yəni.

Elm adamları çəkildi önə,Ölkə inkişafla düzəldi yönə.

Fəqət fırıldaqcı, baş kahin -bir şərXalqa din altında vururdu zərər.

“Daşqınlar olanda guya DunayaQurban veriləndə düşür məcraya.

Məhv etmir əkini, bağça-bağları, Çəkilir, azalır coşqun çağları...

Odur ki, yaz vaxtı Dunay coşanda,Bir qız atılırdı daşqına onda.”

Həqiqət budur ki, qarlar əriyir,Çayda su çoxalır,coşub kükrəyir.

Daşqın da məlumdur, bir həftə, beş gün:Yazın qaydasıdır, göstərir özün...

Əriyib qurtarır dağlardakı qar,Axdıqca azalır çaylarda sular...

67

Page 68: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Bunu anlamayan avvam kütlə də,İnanırdı kahin qurduğu fəndə.

Bir gözəl qız seçib el arasından Atırdılar çaya gedirdi qurban...

Yuran xan düşünür gizli bir tədbir,Mərasim zamanı belə nitq edir:

Söyləyir: Camaat,mələklərlə mən,Söhbət eləmişəm yuxuda dünən.

Belə dedilər ki, əvvəl kahiniGöndərim daşqınla onlara yəni.

Kahinə vacib bir söz deyəcəklər,Baş kahinə xəbər göndərəcəklər.

Bir cavan kahinin tutub əlindənCamaat daşqına atırlar həmən.

Kahinlər təəccüblə baxırlar xana,Baş kahin anlayır düşüb oyuna.

Kahin axıb gedir, keçir bir zaman,Baş kahinə baxıb soruşur Yuran:

-Baş kahin, nə imiş deyilən xəbər?Söylə ki, öyrənək, vacibsə əgər.

Kahin çaşıb qalır, bilmir nə desin,Anlayır açılıb üstü hiyləsin.

Belə olan halda söyləyir ki xan,

68

Page 69: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Yəqin layiq deyil o kahin oğlan.

Yaxşı olar, gedib öyrənəsən sən,Qayıdıb bizə də xəbər verəsən.

Öyrənək ki, nədir bu vacib xəbər,Bəlkə qarşımızda var təhlükələr.

Camaat kahini tutaraq həmən Atırlar Dunaya çox gözləmədən.

Baş kahin axaraq itir daşqında,Anlayır Yuranı insanlar sonda...

Xan qadağan edir bu mərasimi,Unudulub gedir “Qurban təqvimi”.

Yuran xan da sakit ömür sürmədi,Peçenqlər dövləti aman vermədi.

İndi bu olaydan məlumat verək,Peçenqlər haqqında mövzuya girək.

69

Page 70: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

KAZAK DASTANI

Yun xanın “Çin səddi” gələrkən başaÖzü də qocaldı, çatdı yüz yaşa.

Yaratdı məkanda Uyğur dövləti,Tərəqqi elədi, artdı qüdrəti...

70

Page 71: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Doğuda ikyə bölündü Turan,Şimalda hökm etdi Kapçak Kazak xan.

Çadırdan ev quran hun tafalarıTörəyib tutdular gen səhraları.

Doğuda Saxalin, batıda XəzərBöyük bir məkanda yayıldı ellər.

Kazak xandan Sunay doğdu on övladHər biri düzlükdə çıxardılar ad.

Onlar başqan kimi əyalətlərdə-Qurdular kurallar, düzən hər yerdə.

Şamanlar Kazaka yuxu dedilər,Qərbdən yürüş olan qorxu dedilər.

Söylədilər:- Xəzər xanın ordusuBöyükdür, güclüdür, vardır qorxusu.

Gərək tədbir görək qorunmaq üçün,Hazır durmalıyıq savaşa hər gün.

Odur ki, şimaldan, şərqdən,cənubdanYönəlsin qüvvələr qərbə tez zaman.

Toplandı beləcə, igirlər, ərlər,Hərbə hazır oldu döyüşçü əsgər.

Yarandı otuz min sayca bir ordu,Oljay bu ordunun başında durdu.

71

Page 72: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Otuz min əsgərin hər biri, hər ərAtlı igid idi- cəsur, hünərvər...

Ancaq süvarilər təşkil eləyənYarandı hunlarda ilk belə güvən.

Hücuma keçəndə belə bir orduTufan, qasırğaya bənzər olurdu.

İtil şəhərinə çatdı ki xəbər,Hunlar əsgər yığmış otuz min nəfər.

Xəzər xan da tədbir gördü təcili,Səfərbər elədi ölkəni, eli.

Az zaman ərzində otuz min ordu-Durmadan təcili hərb güvən qurdu.

Düzdü alayları İtil (Volqa)boyunca,İstehkamlar qurdu hasarı uca...

Şimaldan cənuba axan İtil çayBölürdü sərhəddi o tay, həm bu tay.

Qərbində peçenqlər dövran sürürdü,Şərqini tamamən hun götürürdü .

Elə ki silahlar alındı ələ,Birinci danışıq başlandı hələ.

Kazak xandan məktub aldı Xəzər xan,Yazırdı: “Savaşa hazırıq hər an.

Lakin hun yürüşü qarşısında məhz

72

Page 73: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Xəzərlər gücsüzdür, dayana bilməz.

Yaxşısı budur ki, görüş yaradaq,Danışaq ikimiz üz-üzə ancaq.

Mənim şərtlərim var, deyəcəm sənə,Sən də öz fikrini söylərsən mənə.”

Xəzər xan almadı belə sözləri,Hirsindən qıyıldı qanlı gözləri.

Söylədi:-“Nə imiş o “hun yürüşü”,Ondan da güclüdür xəzər döyüşü!

Tufan, qasırğa da olsalar, yenəMənim alp ordumun deyil vecinə.

Gəlsinlər savaşaq, zərbələrimdənOrdusu əzilib olacaq mədfən!..”

Çatdı bu xəbər də hun Kazak xana,Yığdı məmurları xan divanına.

Genəşik eləyib beyin yordular,Xülasə, belə bir plan qurdular.

Şimaldan İtili keçib yürüşlə,İtil şəhərinə etsinlər həmlə...

Belə düşünürdü hələ Xəzər xan:“Hunlar basqın edib gələr qarşıdan.

Çaya sallar salıb keçsələr əgər,

73

Page 74: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Sahilə çxmamış alarlar xətər.

Dolu tək tökülən, yağış tək yağanQoruna bilməzlər odlu oxlardan.

Od-alov içində yanar salları,Sahilə çıxmağa qalmaz halları...”

Fəqət xan düşünən olmadı fikir,Hünlar başqa yöndə gördülər tədbir.

Çəkdilər odunu Şimal tərəfdən,Keçdilət İtili nagah, qəflətən.

Oljas ağ at üstə öndə gedərək,Çağrdı Bayanı etmək üçün cəng.

Xəzər ordusunun hərbi başqanıBayan da at üstə aldı meydanı.

Tutub nizəsini Oljasa sarıGəldilər üz-üzə sürüb atları.

Oljas qalxan tutdu, fəqət zərbədən,Atdan düşdü yerə o ilk həmlədən.

Bayan geri dönüb təkrar, yenidənOljasın üstünə şığıdı birdən.

Oljas da zərbədən qorunsun deyəQılıncla nizəni böldü ikiyə.

Sonra tez qalxaraq atın belinə

74

Page 75: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Şığıdı Bayanın üstünə yenə.

Qılınc çarpışması uzandı xeyli,Bayan zəiflədi, yoruldu əli.

Oljas Qılıncını vurarkən həmənBayanın qılıncı çıxdı əlindən.

Silahsız naümid qalarkən BayanOljas əl saxlayıb, durdu həmin an.

Söylədi:-Ey igid, gəl barış edək,Arada şərt qoyaq, biz sülhə gedək.

Biz Türkük, qanımız kökümüz birdir,Hədər qan tökməyin dəyəri nədir.

Beləymiş qədərin, qismətin sənin,Qarşımda taleyin həll olur mənim.

Get söylə orduna, anlat belə ki,Barış istəyirik, vaxt var hələ ki.

Biz İtil çayını keçdiksə, deməkBaşqa tədbirimiz, var hiyə-kələk.

Otuz min atlının çaparında sizQarışqalar kimi əzilərsiniz.

Odur ki, silahı işə salmadanKeçin biz tərəfə tənha qalsın xan.

O lovğa başqanı dəyişmək ancaq,

75

Page 76: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Taxtdan salsaq onu, şər sovulacaq.

Biz də tərk edərik sizin ölkəni.Hamı xilas olar savaşdan yəni.

Bayan cavab verdi:-Mən bir əsgərəm,Ölüb-öldürməyə məhkum nökərəm.

Sən qalib, mən məğlub çatıb zamanım,Öldür, xəcalətdən qurtarsın canım.

Xəzər xandır ancaq ali hökmdar,Sülhə, savaşa da o verir qərar...

İşdən hal olunca başqan Xəzər xanƏmr etdi savaşsın ordu durmadan.

Yenibikə xatun- Bayan anasıTökdü göz yaşları ahu qaydası.

Gedib Xəzər xanın durdu önündə,Ağlayıb dil tökdü, dedi bu yöndə:

- Biz bacı-qardaşıq, ata övladı,İndi girov düşüb, oğlum dardadı.

Başqa bir tədbir gör, düşünmə savaş,Düşmən çox güclüdür, gerçəkdir təlaş.

Sən görüntü elə, taxtdan əl çək, get,Yeganə yol budur, xalqı xilas et.

Hunlar ölkəmizi tərk edib gedər,

76

Page 77: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Dönərsən taxtına, sovuşar bu şər.

Qəzəbdən gözləri qızmış Xəzər xanSöyədi:- Çox əfsus, böyük bacımsan!

Yoxsa qılıncımla doğrardım səni,Sanırsanmı belə ağılsız məni!?.

Övlad vətən üçün ölməlidir məhz,Oğlun da əsgərdir, igiddir dönməz.

O dönük çıxmayıb xalqa, vətənə,İndi də baş əymir yenə düşmənə.

Savaş qanunudur, neyləmək olar,Hər kəsin taleyi, bir yazısı var.

Kölə yaşamaqdan ölmək yaxşıdır,Yaranan ölümə məhkumdur axır.

Bizə basqın edən olsa da fələk,Mərdanə çarpışıb şərəfdir ölmək...

Nəhayət, Xəzər xan hökmünü verdi,Otuz min döyüşçü savaşa girdi.

Axdı insan qanı, torpaq qızardı,Hunlar ilk həmlədə cəbhəni yardı.

İtil şəhərini tutdular bütün,Xəzər xan sarayda öldürdü özün.

Seçildi ölkəyə yeni bir başqan,

77

Page 78: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

İtil ölkəsinə xan oldu Bayan.

O məğlub olsa da, mərd tək dayandı,Oljasdan rəgbət, sevgi qazandı.

Dost oldular iki igid hünərvər,Hörmətlə yad oldu ölən hər əsgər.

Hun, peçenq qarışıq ölən əsgərlərBöyük bir kurqanda dəfn edildilır.

Oljas ordu ilə döndü vətənə,Şamanlar qurdular ona şər, fitnə.

Yenə Kazak xana yuxu dedilər,Oljasdan təhlükə, qorxu dedilər.

Söylədilər:-Ey xan, Oljasın indiBöyümüş ad-sanı məşhur igiddi.

İçində niyyəti, diləyi vardır,Yerinə göz dikib, istəyi vardır.

Kazak xan Altau şəhərindəki-Topladı saraya şaman var nə ki.

Dedi baş şamana:-Əgər yuxularBir yerdən gəlirsə, oxşardır onlar.

İndi söyləsinlər şamanlar həmənHər biri yuxunu son zaman gələn.

Şamanlar bu sözdən qaldılar çaş-baş,

78

Page 79: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Əsasən baş şaman keçirdi təlaş.

Hərə bir müxtəlif yuxu söylədi...Kazak xan səbrlə susub dinlədi.

Sonra baş şamana verdi bir sual:-Nədən sən deyən tək deyildir əhval?

Oljas barəsində bir söz söyləyənOlmadı sizlərdən başqa şər deyən.

Səninlə sən kimi beş-altı şaman Vardır ara vuran hiyləgər şeytan!

Gəzib- dolanırsız tüfeyli bekar,Nə əkib-biçirsiz, nə sürünüz var.

Danışırsız Tanrı, mələk adından,Uydurursuz min cür fırıldaq, yalan.

Xalq sürü saxlayır- yeyəcək, zəhmət,Elə sənətkar da yaradır nemət...

Sizi yedizdirən, geydirən bu xalqGözləyir sizlərdən həqiqət, əxlaq.

Doludur içiniz böhtanla, şərlə,Vurur ürəyiniz çirkabla, kirlə!

Kazan xan əmr eti, xain şamanlar-Edam olundular bədxah insanlar.

Ölkədə intizam, düzən quruldu,

79

Page 80: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Yaman əməllərə zərbə vuruldu.

Bir gün Kazak xana çatdı ki xəbərQəribə yuxular deyir bir nəfər.

Nə şaman, nə falçı deyir özünə,Cəlb edir insanı hər bir sözünə.

Keçmiş min illərdən tarix söyləyir,Min il sonra nələr olacaq deyir.

Təəccüb, həm maraq götürdü xanı,Çağırdı evinə həmin insanı.

Arıq, qara gözlü, qaşları kaman,Bu şəxs cavan idi, həm subay oğlan.

Kazak xan oğlanı ayaqdan başaSüzüb nəzər ilə etdi tamaşa.

Sonra yer göstərib dedi:-Gəl,əyləş,Söylə nədir göydə dövr edən günəş?

Bəs nədir səmada o ay bərq vuran,Həm saysız ulduzlar sayrışan duran?

Oğlan cavab verdi:-Ey möhtərəm xan,Bütün bu görkəmi var bir yaradan.

Hər şey bir nöqtədən təkan alaraq,Gəlmiş hərəkətə sabit qalaraq.

Yaradan insana gedişat üçün.

80

Page 81: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Vermiş bu varlığı bir həyat üçün.

Bizə xidmət edir bütün kainat,Ulduz, Günəş, ayla bağlıdır həyat.

Günəş bir kürədir, yanır göylərdə,Ay zülmət gecəyə çəkir ağ pərdə.

Ulduzlar da kürə formasındadır,Dövr etmə vəhdətlik qaydasındadır.

Bircə an pozulsa qurulan nizam,Çaxnaşar kainat, məhv olar tamam.

Odur, ki sir bilən, böyük Yaradan,O bilir nə qədər sürəcək zaman.

Bir gün sönəcəkdir mövcud kainat,Sonra yaranacaq başqa bir həyat...

Bu sondur, dediyim axır zamandır,Lakin o vaxtacan dövranlar vardır.

Bəli, beş min ildən sonra gələcəkHunlardan bir igid çox yüksələcək.

Kazak hün ərləri batıya doğruHərəkət edəcək, var belə qurğu.

Haqqın, ədalətin çökdüyü yerdə-Düzənlər yapacaq köydə, şəhərdə.

Yürüşlər edəcək, çalacaq zəfər,

81

Page 82: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Baş əyəcək ona bütün ölkələr.

Dünyanı fəth edən bu Türk oğluna-Az bir ömür yazmış Yaradan ona.

Faciə gələcək onun başına,Yazılıb əcəli otuz yaşına.

Ona zəhər verən qadın olacaq,Türkü çökdürməyə yol budur ancaq.

Millətlər gələcək Türkdən törəyən,Dillər yaranacaq fərqli müəyyən.

Bildiyim bu qədər, Tanrıdan gələn,Beynimdə nə varsa, cavab verim mən.

Kazak xan söylədi:-Ey gənc, otuz ilHələ tam anlayış, müdriklik deyil.

Kainat haqqında söylədiklərin Nuhun dediyidir, bilirsən dərin.

Şumər türklərinin “Zikkurat”ındaVardır hikmətləri gedişatın da...

Fəqət beş min ildən sonra olacaqHadisə söyləmək xülyadır ancaq.

Əgər ki, bilənsən, yaxın zamandaSöylə bir olacaq bizim məkanda.

Gənc xanı dinləyib söylədi belə:

82

Page 83: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

-Məcburam bunları gətirim dilə.

Bir şər iş görünür taxtında sənin,Gedəcək ölkəndə böhranlar dərin.

Tanrının hökmüdür hər kəsə əcəl,Kiminə bir az gec, kiminə əvvəl.

Bütün yaranmışlar canlılar ki var.Ölüm gününə də verilmiş qəraq.

Sizin də dünyadan köç etməyiniz,Yaranmış canlıtək var getməyiniz.

Yüzün içindəsiz, aylar sürünür,Ömrünüz yüz birdə tamam görünür.

Taxt-tac uğurunda oğlanlarınızSavaş edəcəklər, son budur yalnız...

Oljas seçilərsə ölkə başqanı,Saxlaya biləcək gələn tufanı.

Vaxtınız az qalıb, Ey möhtərəm xan,Tədbir görmək gərək yetişib zaman.

Qaldı ki, üç min il, beş min il sonraNələr olacaqdır dursun kənara.

Sadəcə gələni söyləyirəm mən,Yaradan özüdür ən dərin bilən...

Xan göstəriş verdi qulluqçulara:

83

Page 84: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

-gənci geyindirin, yedirin sonra.

Pul verin bir kisə qızıl, gümüşdın,Layiqdir hörmətə, zənn edirəm mən.

Onun söylədiyi son sözü bir azSaf-çürük eləmək əbəs də olmaz.

Toplansın divana əyan, məmurlar,Genəşik olacaq işlərimiz var.

Nəhayət, toplandı nümayəndə fər,Hərə öz işindən verdi bir xəbər.

Dinlədi beləcə, xan vəziyyəti,Sonra bəyan etdi fikrini qəti.

Söylədi:-Bu gündən ölkənin xanı-Qəhrəman Oljasdır dövlət başqanı.

Gərək övladlarım inciməsinlər,Qarşıda təhlükə, vadır böyük şər.

Əgər böyük oğlum olarsa başqan,Ondan kiçik ona quracaq yaman.

Taxt-tac üzərində hər vaxt didişmə,Edəcək qardaşlar qanlı çəkişmə...

Bundan ziyan çəkən olacaq ölkə,Sonra bölünəcək lap tikə-tikə.

Xülasə, qonşular belə fürsəti

84

Page 85: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Nəzərdən qaçıra, yoxdu söhbəti.

Ölkə basqınlara məruz qalacaq,Ellər taptaq altda olacaq ancaq...

Oljas da qardaşdır oğlanlarıma,O qardaş övladı, yaxın canıma.

Hamı yaxşı bilir, o cəsur ərdir,Ağıllı sərkərdə, həm cəngavərdir.

Xana qarşı çıxan olmadı heç kəs,Bildilər ki, bunu xan demir əbəs...

Beləcə, Oljasın dövründə hunlarYüksək tərəqqiyə çatdılar onlar.

Çiy kərpicdən evlər inşa etdilər,Köylər, qəsəbələr, tikdilər şəhər.

Dayansın burada hələlik dastan,Sonra bəhs edərik hun olayından.

Deyərik Atilla alp cəngavərdən,Görən necə qurmuş tarixdə düzən.

85

Page 86: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

PEÇENQ DASTANI

Don İtil çayları arasında birPeçenqlər dövləti yaratdı Temir.

On min süvarisi olan bir ordu-

86

Page 87: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Təlimli əsgəri güvənlik qurdu.

Gecə hücumları, məşqi keçirdi,Etrusq ellərini işğala girdi.

Temir ordusuna göstəriş verdi:-Silah qaldıranla savaşın dedi.

Gecə əllərində məşəl tutaraqPeçenqlər hücumlar etdi bu sayaq.

Od-alov bürüdü göyləri, yeri,Yayıldı hər yana on min süvari.

Bu namərd hücumdan çaş-baş qalaraq Etrusklar üz tutdu qərbə qaçaraq.

Qocalar, uşaqlar, qızlar-gəlinlər,Qaçıb meşələrdə gizlənirdilər.

Hər kəs macal tapıb silah götürənQorunma mövqeyi tuturdu həmən.

Fəqət döyüşənlər Etrusk tərəfdən,Peçenq qılıncilə olurdu mədfən...

Səhərin toranı görünən zaman Qoşunu nizama gətirdi Yuran.

Etrusklar, peçenqlər gəldilər üzə,Savaş qırğın verdi, qan çıxdı dizə.

Daha çox qırıldı etrusk əsgəri,

87

Page 88: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Sağ qalan savaşdan çəkildi geri.

Yuxusuzluq halı təsir edərkənNeyləyə bilərdi yorğun bir bədən.

Yuran xan anladı son təhlükəni-Tamam məhv olmaqdır savaşmaq yəni.

Odur ki, qaldılar əlacsız, naçar,Saxlayıb savaşı təslim oldular.

Temir qalib kimi Yuran məğlub tək-Yuran xan Temirdən istədi dilək.

Söylədi:-İzin ver, ey qüdrətli xan,Biz qərbə çəkilək, boşdur o məkan.

Bu savaş, bu qırğın gərək deyildi,Nə qədər türk oğlu qurban verildi.

Köylər, qəsəbələr viranə qaldı,Denestur- bu boyda şəhər dağıldı.

Yerində kül qaldı gözəl şəhərin,Dəyəri budurmu, zorun, hünərin!

Təklif etsəydiniz əgər əvvəldən.Verərdim taxt-tacı savaşsız da mən.

Fərq nədir ki, başqan sən ol, ya da mən,Yaradan böyükdür, odur hökm edən.

Əsasən budur ki, ən vacib olan,

88

Page 89: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Əmin-amanlıqda yaşasın insan...

Temir xan söylədi:- Dərd çəkməyin siz,Qalası deyilik bu torpaqda biz.

Yenə öz ölkəndə başqan olaraq,Hökm edə bilərsən, şərtim var ancaq.

Etrusk ordusunda sağ qalan əsgər-Keçməli tabemə igid ərənlər.

Sonra biz çəkilib gedən zamandanSənsən bu ölkədə yenə də başqan.

Xəzər sahilləri cəlb edir məni,Füsünkar yerlərdir azlar vətəni.

Orada əbədi məşəl yanan yer, Məbəd var-Tanrının evi,-deyilir.

Yaralar sağaldan, xəstəyə köməkQatran var, qaynayır yerdən bulaq tək.

Orada təbiət bağlı-bağatlı,Yaşıldır dağları-min bir büsatlı.

Qışı mülayimdir, əlvan fəsillər,Aranlı, yaylaqlı varlıdır ellər.

Dağlar diyarıdır o gözəl məkan,Ulu babam olmuş mənim Xəzər xan.

Şərti qəbul etdi Yuran xan naçar,

89

Page 90: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Anladı bu yolda ancaq xilas var.

Birləşdi peçenqlər etrusklar iləQırx min ordu qurdu Temir xan belə.

İtil çayı ilə saysız gəmilərXəzər sularına axıb gəldilər.

Dənizdən sahilə çıxan bu orduDüşərgələr salıb çadırlar qurdu.

Azbanlar başqanı Şaburlu AlpərTemirin gücündən tutmuşdu xəbər.

Bilirdi, Temirdə var hiylə-qurma,Gecələr məşəllə keçir hücuma.

Qatrana bulanmış od saçan oxlarEləyir alova hər yanı düçar.

Böyük od axını tutur hər yanı,Vahimə yaradır, sıxır insanı.

Düşündü beləcə Şaburlu Alpər,Anladı Temirlə deyil bərabər.

On beş min əsgərlə girsə savaşa,Tamam məhv olmaqla gələcək başa.

Odur ki, danışdı Alpər Temirlə,Gəldilər araya iki xan belə.

Şabur sarayında görüldü tədbir,

90

Page 91: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Azlar ölkəsinə xan oldu Temir.

Alpəri də Manna qərbində olanƏyalət hakimi təyin etdi xan.

Temir barəsində son verək hələ,Etrusk söhbətinə qayıdaq belə.

Söyləyək tarixin düz yaddaşını,Uydurma, yalanın ataq daşını.

Xülasə, etrusklar törədi, artdı,Yayılıb boşluğa ellər yaratdı.

Atlantik okean- cənub sahili,Etrusk türklərinin uzandı eli.

Aralıq dənizi adalarındaQuruldu şəhərlər, köylər bir qayda.

Elenlər adlanan o qədim məkanTəkamül elədi az müddət-zaman.

Yuran xan nəslindən törəyənlər dəYunanlar adlandı sonra dillərdə...

Beləcə, Şumərdən başlayan türklərArtdıqca hər yana yayıldı bəşər.

Dolaşıb dünyanı məskən saldılar,Doldular boşluğa, həm çoxaldılar.

Soyuğun, istinin təsirlərindən

91

Page 92: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

Yarandı danışıq, dillər fərq edən.

Fəqət yer üzünün məskənlərindəQalmış “UR” kökəni elə indi də.

“Turan”, “Turk” sözündə əks olunan səs“UR” ilə bağlıdır, deyildir əbəs...

“Qədim Turan” adlı epos burada Dayansın hələlik, dursun sırada.

Adlandıraq bunu birinci hissə,Çox uzun getməyək, düşərik nəhsə.

Dastan qanunudur, kəsə yol gedək,İkinci hissədən ayrı bəhs edək.

92

Page 93: QƏDİM TURAN EPOSUebooks.azlibnet.az/book/EdsrqW2Y.pdf · Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə

93