13
Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “Həyat bilgisi” dərslik komplekti əlliflər: Aybəniz İbrahimova Gülər Mehdiyeva Saməddin İbrahimov Bakı: Aspoliqraf, 2014. RƏY

Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

Respublikanın ümumtəhsil məktəblərinin

2-ci sinifləri üçün “Həyat bilgisi” dərslik komplekti

Müəlliflər: Aybəniz İbrahimova

Gülər Mehdiyeva

Saməddin İbrahimov

Bakı: Aspoliqraf, 2014.

RƏY

Page 2: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

2

Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Dərslik “Biz şagirdik”, “Biz təbiətin övladıyıq”, “Biz vətəndaşıq” bölmələri üzrə

25 mövzunu əhatə edir.

Bununla yanaşı, bəzi iradlar olduğu kimi qalıb. Həmçinin, maketdə yeni

qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planına görə, 2-ci sinifdə

“Həyat bilgisi” fənninə həftədə 1 saat ayrılıb. İl ərzində fənnin tədrisinə ümumilikdə

32 saat vaxt verilir. Ona görə də müvafiq dərslik komplektindəki materiallar da 32

saata uyğun olmalıdır. Komplektdə 25 mövzu ilə bağlı material var. MMV-nin

14-15-ci səhifələrində verilmiş “İllik planlaşdırma” cədvəlində isə 36 həftə nəzərdə

tutulur. Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə tutulur.

Halbuki “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına

dair Müvəqqəti Təlimat”ın 4.4-cü bəndinə görə, kiçik summativ qiymətləndirmə hər

tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq keçirilməlidir.

Dərsliyin əvvəlki nəşrlərində verilmiş mövzulardan (30) beşinin ixtisar edilməsi

(və ya başqa mövzulara birləşdirilməsi) düzgün deyil. Əgər dərs saatları artırılırsa,

onda mövzular bu formada ixtisar oluna bilməz.

“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin 3.2-ci maddəsi dərsliklərin

birmənalı olaraq kurikuluma uyğun olması şərtini qoyur. Lakin dərslik komplektində

bir sıra alt standartlar ya reallaşdırılmamış və ya qismən reallaşdırılmışdır.

Məsələn:

1.1.1. Varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır.

Şagirdin bu alt standart çərçivəsində qazanacağı bilik və bacarıqlar “Təbiət və

biz” məzmun xəttinin birinci istiqamətinə aid olduğundan, fizika, astronomiya və

kimya yönümlüdür. Yəni onun burada əldə etdiyi ilkin nailiyyətlər həm də gələcəkdə

Page 3: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

3

bu fənlər üzrə öyrənəcəyi bilik və bacarıqlar üçün təməl təşkil edir. Məsələn, şagird

bu səviyyədə varlıqların bərk, maye və qaz halında olduğunu və heç olmasa, həmin

qrupların hər birinə aid varlıqlardan bir neçəsinin adını bilməli, ətrafındakı təbii və

süni maddələri fərqləndirməlidir. Dərslikdə dəfələrlə cisim, maddə, maye, qaz

anlayışlarından istifadə edilir, suyun bir haldan digərinə keçməsi haqqında danışılır,

lakin, bütün bunlar üçün əsas təşkil edən məlumatlar isə verilmir.

“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh. 8,

10) əsasən, bu alt standartda nəzərdə tutulan bilik və bacarıqlar 10-cu (“Yer kürəsi”)

və 16-cı (“Fəsillər”) mövzular çərçivəsində reallaşdırılır. Halbuki, elə mövzuların

adından da görünür ki, bu dərslərin 1.1.1. alt standartının qruplaşdırma anlayışı ilə

heç bir əlaqəsi yoxdur.

1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst

istifadə edir.

Bu bacarıqlar şagirdin hərtərəfli inkişafı, eləcə də gələcəkdə fizika, kimya və

astronomiya fənlərini dərindən mənimsəməsi üçün böyük önəm daşıyan bacarıqlardır.

Onların formalaşdırılması üçün nəzərdə tutulan avadanlıqlar isə adətən 2-ci sinif

şagirdinin müstəqil şəkildə istifadə edə biləcəyi sadə avadanlıqlardır. Məsələn, adi

gözlə görünməyən və ya yaxşı görünməyən varlıqları müşahidə etmək üçün lupa və

məktəbli mikroskopu, uzaqdakı varlıqları müşahidə etmək üçün durbin, göy

cisimlərini müşahidə etmək üçün məktəbli teleskopu, mayelərin həcmini ölçmək

üçün menzurka, varlıqların kütləsini ölçmək üçün tərəzi və s.

“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh. 8)

görə bu standart “Gün rejimi” (D. səh. 8-9) və “Temperatur və onun ölçülməsi”

(D. səh. 38-39) mövzuları çərçivəsində reallaşdırılır. Lakin buradakı

“avadanlıqlar”dan saat və termometrdən 2-ci sinif şagirdinin kurikulumda qeyd

olunduğu kimi, “sərbəst istifadə etməsi” hələ mümkün deyil. Belə ki, şagird 2-ci

sinfin 8-ci həftəsində dəqiqələri və saniyələri hələ öyrənməmiş olur. İkincisi də,

içində təhlükəli (zəhərli) maddə civə olan şüşə termometrdən 7 yaşlı şagirdin sərbəst

istifadəsi məqsədəmüvafiq hesab edilmir. Deməli, bu standartda nəzərdə tutulmuş

bilik və bacarıqların formalaşdırılacağını gözləmək qeyri-mümkündür.

1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.

“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.8)

görə bu alt standartda nəzərdə tutulan bilik və bacarıqlar 13-cü mövzunun tədrisi

çərçivəsində formalaşdırılır. Lakin bu mövzunun mətnində alt standartın mahiyyəti

ilə bağlı məlumat demək olar ki, yoxdur. Mövzuda şəkillərdən ikisinin (zavod və

Page 4: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

4

tüstüləyən yük avtomobili) bu məsələyə aidiyyəti var. Bunların da hər ikisi havanı

çirkləndirən mənbələrdir. Torpağı və suyu çirkləndirən mənbələr haqqında isə

məlumatlar yoxdur. Axı ətraf mühit yalnız havadan ibarət deyil. “Müəllim üçün

metodik vəsait”də də bu barədə məlumat verilmir.

2.3.2. Azərbaycan Respublikasının Dövlət gerbini təsvir edir.

Dərslikdə bununla bağlı verilmiş 25-ci mövzu (“Dövlətimiz və dövlət

rəmzlərimiz”) alt standartda formalaşdırılması nəzərdə tutulan bilik və bacarıqlarla

uyğun gəlmir. Belə ki, alt standartda söhbət şagirdin Dövlət gerbini yalnız təsvir

etməsindən gedir. Lakin həm dərslikdə, həm də metodik vəsaitdə (səh. 82) əsas

diqqət rəmzlər və gerbdəki elementlərin “ifadə etdiyi mənalara” yönəldilib. Hətta

dərsin məqsədlərindən biri kimi, “Dövlət gerbinin elementlərinin mənasının izah

edilməsi” tövsiyə edilib. Halbuki, bu “məna”ların heç bir rəsmi əsası yoxdur.

Qanunları şərh vermək hüququ olan qurumların bu haqda heç bir şərhi olmadığı üçün,

proqramda bunun nəzərdə tutulması qəbuledilməzdir.

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin 2-ci bəndində

göstərilənlər isə yalnız bunlardır: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd

budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının

təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının

rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov

qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun

sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır”.

2.4.2. Məktəbdəki və evdəki vəzifələrinin icrasını şəxsi inkişafı ilə

əlaqələndirir.

Bu alt standartın kurikuluma daxil edilməsində başlıca məqsəd şagirdin

məktəbdə və evdə yerinə yetirdiyi vəzifələrə, gördüyü işlərə lazımsız, vaxtını alan

işlər, böyüklərin amirlik istəyi kimi deyil, şəxsi bilik və bacarıqlarının inkişafına

kömək edən, fiziki sağlamlığını möhkəmləndirən, mənəvi dünyasını zənginləşdirən

vacib proseslər kimi baxmasına yardımçı olmaqdır.

“Müəllim üçün metodik vəsait”in 9-cu səhifəsindəki cədvələ görə bu alt standart

“Yenidən məktəbə” (D. səh. 6-7) və “Ailədə” (D. səh. 12-13) mövzuları çərçivəsində

reallaşdırılır. Lakin nə onların mətnlərində, nə də tövsiyələrdə bu barədə məlumat

verilmir. Burada söhbət ancaq ailədə və məktəbdə görülən işlərdən gedir.

4.1.2. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir.

Page 5: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

5

Dərslikdə və müəllim üçün metodik vəsaitdə “sağlamlıq” və “sağlam həyat

tərzi” anlayışları fərqləndirilmədiyindən, bu alt standartın düzgün və sistemli

formalaşdırılması üçün heç bir məlumat və tövsiyə verilməyib. Belə ki, insanın fiziki

sağlamlığı təkcə onun xəstə olmaması ilə ölçülmür, həm də onun psixoloji, mənəvi və

sosial durumunun qaydasında olması ilə müəyyən olunur (məsələn, fiziki cəhətdən

sağlam olan şəxs tüfeyli həyat tərzi də keçirə bilər).

Sağlam həyat tərzi ilə bağlı yuxarı sinif şagirdlərindən fərqli olaraq, ibtidai sinif

pilləsi şagirdlərinin əməl edəcəyi qaydalar da elə çox deyil və hər kəsə məlumdur:

hər gün müəyyən edilmiş eyni vaxtda yatmaq

(21.00-dan gec olmayaraq) və oyanmaq (7.00-dan gec olmayaraq);

səhər gimnastikası ilə müntəzəm məşğul olmaq;

təyin edilmiş vaxtlarda qida qəbul etmək;

şəxsi gigiyena qaydalarına riayət etmək;

məktəbdən evə gəldikdən sonra dincəlmək (yatmaq), daha sonra ev

tapşırıqlarını yerinə yetirmək;

havası dəyişilmiş otaqda işləmək və yatmaq.

4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri (gəzinti qadağan

olunan yerlər, elektrik və qaz qurğuları) tanıyır.

“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.11)

görə bu alt standartda nəzərdə tutulan bilik və bacarıqlar 9-cu mövzu (“Təhlükələrdən

qorunmağı hamı bacarmalıdır”) çərçivəsində reallaşdırılır. Lakin dərsliyin 22, 23-cü

səhifələrindəki müvafiq mətndə bu alt standarta aid olan yalnız bir dənə tikinti

meydançası şəkli və aşağıdakı cümlələr var: “Həyətlərdə qaz və işıq qurğularının,

yaxınlığında gəzmək və oynamaq da həyat üçün təhlükəli ola bilər. Məsələn

tikinti işləri gedən yerlərdə də oynamamalısan”.

“Müəllim üçün metodik vəsait”dəki resurslar isə bunlardır: “Dərslik, qayçı,

bıçaq, çəkic, indikator, mismar, şəkillər, respirator, əlehqaz”.

Alt standartda nəzərdə tutulan bilik və bacarıqları bu “resurslar”la

formalaşdırmaq mümkün deyil. Şagird gəzinti qadağan olunan yerləri, elektrik və qaz

qurğularını tanımaq üçün heç olmasa onların şəkillərini görməlidir. Kənd yerlərində

uşaqların çay kənarında, yarğanların qaşında və s. təhlükəli yerlərdə oynamamaqları

qeyd edilməlidir.

“Nəticə və ümumiləşdirmə”də yazılanlar (MMV. səh. 37) isə bunlardır:

“Müəllim dərsi yekunlaşdırır. Bildirir ki, həyatımızı məişət avadanlıqlarsız

Page 6: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

6

təsəvvür etmək mümkün deyil. Ona görə də bu avadanlıqlardan istifadə

qaydalarını hamı bilməlidir. Sağlamlığını qorumaq istəyən hər kəs məişət

avadanlıqları ilə qaydalara uyğun davranmalıdır...”

Bütün bu “nəticə”lər 4.2.2. alt standartına aid deyil.

4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid nişanları olan və olmayan

yerlərdə) izah və icra edir.

“Müəllim üçün metodik vəsait”in 9-cu səhifəsindəki cədvələ görə, bu alt standart

3-cü mövzu (“Yolda və nəqliyyatda”) çərçivəsində reallaşdırılır. Lakin dərsliyin

10-11-ci səhifələrindəki müvafiq mətndə ancaq piyada keçid nişanları olan və yol

hərəkətinin tənzimləndiyi yerlərlə (keçidlər, işıqforlar, keçid zolaqları) bağlı bilgilər

verilir. Alt standartın bəlkə də bundan daha vacib olan ikinci hissəsi piyada keçid

nişanları olmayan, hərəkətin tənzimlənmədiyi yerlərlə bağlı isə heç bir bilgi verilmir.

Halbuki, ölkənin yaşayış məntəqələrindəki yolların çox az bir hissəsində yol hərəkəti

tənzimlənir. Ona görə də alt standartın ikinci hissəsi ilə bağlı bilik və bacarıqların

aşılanması əslində daha böyük həyati əhəmiyyət daşıyır. Şagirdin belə yolları keçən

zaman əməl edəcəyi qaydaların “ixtisar”a salınması qəbuledilməzdir və onları

gündəlik həyatlarında istifadə edəcəkləri vacib bilik və bacarıqlardan məhrum edir.

Digər bir məsələ, dərslik komplektində fəndaxili və fənlərarası inteqrasiyanın

olmamasıdır. Mövzuların tədris vahidlərində “sistemləşdirib qruplaşdırılmasında”

psixoloji, məzmun və məntiqi ardıcıllıq prinsiplərinə əməl edilməmişdir.

Dərslikdə səhifə 8-9-da “Gün rejimi” ilə bağlı verilmiş saat şəkillərində

dəqiqələrin göstərilməsi fənlərarası inteqrasiya qaydalarına əməl edilmədiyini

göstərir. Belə ki, dəqiqə anlayışı riyaziyyat fənnində tədris ilinin ortalarında öyrədilir.

Dərslik komplektinin qüsurlarından biri də şagirdlərin həvəslə hazırlaşdığı,

bütün məktəblərdə təntənəli şəkildə keçirilən bayramlar haqqında məlumat

verilməməsidir. Halbuki, bəzi alt standartları (Məsələn, 3.1.1 və 3.4.1) mövsümilik

prinsipi çərçivəsində Yeni il, 8 Mart qadınlar bayramı, Novruz bayramı ilə əlaqəli

şəkildə reallaşdırmaq daha faydalı olar.

2. Dil və yazı üslubu baxımından

Dərslik komplektində mövzu adlarında sual və nida işarələrindən istifadə

edilməyib. Halbuki, ibtidai sinif dərsliklərində bu mühüm əhəmiyyət kəsb edir.

Məsələn, “Sağlamlıq nədir” (D. səh.16), “Yoluxucu xəstəliklərdən necə qorunmalı”

(D. səh.20) başlıqlarının sonunda “?” işarəsinin qoyulması məqsədəuyğundur.

Page 7: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

7

Dərslikdə sual və tapşırıqlar bölməsini göstərmək üçün (həm də dizayn elementi

kimi) şərti işarədən istifadə olunduğu bildirilir. Lakin bütün dərslik boyu bu şərti

işarə durğu işarəsini (sual işarəsini) əvəz edir. Ona görə də heç bir sual cümləsinin

sonunda sual işarəsi (?) yoxdur. Halbuki, şagirdlərdən sual cümləsinin sonunda sual

işarəsi qoymaq tələb olunur. Digər tərəfdən həmin şərti işarənin tapşırıqlara hansı

məntiqlə aid edildiyi də bilinmir.

Səhifə 6-7. Burada, mətnin yarısı (səh.6) müəllifin dilindən, digər yarısı (səh.7)

isə şagirdin dilindən verilib. Bu, pedaqoji və dərslik yaradıcılığı praktikası

baxımından düzgün deyil.

Səhifə 9. “Gün rejimi” mövzusunda aparılan “düzəliş”lər zamanı dərsliyin

əvvəlki variantında olan “14.00–17.00” və “17.00–19.00” məlumatları

silinmədiyindən qarışıqlıq yaranıb. Əvvəlki saat göstəricilərində heç bir yazılı izahat

olmadığı halda, “düzəliş”lərdə “istirahət saatları”, “ev tapşırıqlarının yerinə

yetirilməsi”, “oyunlar” və “şam yeməyi” kimi izahatlar var. Bu isə unifikasiya

prinsipinin pozulmasıdır. Burada, “19.00–21.00” saatlarında şagirdin televizora

baxması da düzgün hesab edilmir.

Səhifə 15. “Xəstələrə “Allah şəfa versin!” deməliyik” tövsiyəsi dərsliklərin

dünyəviliyi prinsipinə uyğun deyil. Bunun əvəzinə “Keçmiş olsun!”, “Yastığınız

yüngül olsun!” və s. kimi ifadələrdən istifadə etmək daha məqsədəuyğundur.

Səhifə 19. Mətndə yalnız mövsümə uyğun geyinməkdən söhbət gedir. Halbuki,

hava şəraitinə uyğun geyinmək ondan daha aktualdır.

Səhifə 24. “Yanğın baş verərkən onu söndürmək üçün bir çox binaların

dəhlizlərində yanğınsöndürmə balonları quraşdırılır” cümləsində “quraşdırılır”

sözünün əvəzinə “qoyulur” və ya “asılır” sözlərindən istifadə olunması daha

məqsədəuyğundur.

Səhifə 30. “Yer kürəsinin çox hissəsini su tutur” cümləsinin “Yer kürəsinin

səthinin çox hissəsini su tutur” kimi verilməsi tövsiyə edilir.

Səhifə 36. Mövzuda “Qırmızı kitab”ın adı çəkilir, lakin buraya daxil olan bitki

və heyvanların adları göstərilmir. Suallarda isə “Qırmızı kitab”a düşən bitki və

heyvanların adları soruşulur.

Səhifə 38-39. Mövzuda müəyyən çatışmamazlıq və səhvlər var:

Mətndə söhbət civəli termometrlərdən gedir, ancaq beş termometr şəklinin dördü

spirtli (qırmızı mayeli), biri isə elektron termometrdir.

Səhifə 39. “Tibbi termometr” adı ilə verilən mayeli termometr tibbi termometr

deyil. Belə ki, tibbi termometrlərdə gümüşü rəngi olan civədən istifadə olunur. Rəngli

Page 8: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

8

mayeli (spirtli) termometrlərdən isə havanın və suyun temperaturunu ölçmək üçün

istifadə olunur.

Burada, verilmiş Farenheyt termometri Azərbaycan şagirdi üçün nə bu gün, nə

də gələcəkdə heç bir praktik əhəmiyyət kəsb etməyəcək. Belə ki, ondan yalnız ABŞ,

Kayman adaları və Belizdə1, həm də dar çərçivədə istifadə olunur.

“Tibb termometrinin borusu civə ilə doldurulur” fikri düzgün deyil. Boru

civə ilə dolu olarsa hərəkət edə bilməz. Hazırda dünyanın bir çox ölkələrində civəli

tibb termometrləri qadağan olunub. İndi daha təhlükəsiz elektron və infraqırmızı

termometrlər geniş yayılıb. Mətndə şagirdlərə bu istiqamətdə müəyyən məlumat

verilməsi yaxşı olar.

Səhifə 42. “Yayı insanların istirahət fəsli də adlandırmaq olar” fikri düzgün

verilməmişdir. Belə ki, kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün bu dövr,

əksinə qızğın iş dövrüdür. Həm də insanların böyük bir hissəsi başqa fəsillərdə,

məsələn, qışda istirahət etməyə üstünlük verirlər.

Yenə həmin səhifədə “Heyvanların çoxu qış yuxusuna gedir” fikri düzgün

deyil. Əksinə, onların az bir hissəsi qış yuxusuna gedir.

Səhifə 46. “Sel” anlayışının izahı düzgün deyil. Hər daşqını sel adlandırmaq

olmaz. Selin əmələ gəlməsi üçün fərqli amillərin üst-üstə düşməsi lazımdır. Məsələn,

güclü yağışa məruz qalan dağ yamaclarında, eləcə də başlanğıcını oradan alan

çayların mənbəyində və yatağında sel materialı – aşınmış dağ süxurları yığılıb

mövcud olmalıdır. Çünki sel axınının adətən 50-60 faizi məhz bu süxurlardan ibarət

olur2.

Yenə həmin səhifədə “Masa” sözü “stol”, “eyvan” sözü “balkon” kimi yazılıb.

Səhifə 56. “Müsəlmanların Allaha ibadət etdiyi yer məscid adlanır” fikri

düzgün verilməmişdir. İslam dininə görə insan təmiz olan hər yerdə – evdə, bağda,

meşədə, qatarda Allaha ibadət edə bilər.

Səhifə 67. “Azərbaycanın sərhədlərini Milli Ordumuz qoruyur” fikri düzgün

deyil. Belə ki, sərhədlərimizi Milli Ordu yox, Sərhəd qoşunları qoruyur. Milli Ordu

yalnız ölkəyə təcavüz halında hərəkətə keçir.

“Dərslikləri qiymətləndirmə meyarları”nın 2.4-cü maddəsi bütün dərsliklərdə yeni

söz və terminlərin izahının verilməsi tələbini qoyur. Lakin “Həyat bilgisi 2”də xeyli

yeni söz və terminlərdən istifadə olunmasına baxmayaraq, cəmi 6 sözün izahı

verilmişdir.

1 http://az.wikipedia.org/wiki/Farengeyt_%C5%9Fkalas%C4%B1

2 http://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BB%D1%8C

Page 9: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

9

3. Dizayn və bədii tərtibat baxımından

“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 6.11-ci maddəsi

dərsliklərdə tədrislə əlaqəsi olmayan reklamları qadağan edir. Bunun əsas

səbəblərindən biri də dövlət büdcəsi hesabına çox böyük tirajla çap olunan və yarım

milyondan artıq şagirdin istifadə etdiyi dərsliklərdə hansısa özəl müəssisənin

məhsulunu yerləşdirib bazar subyektləri arasında ayrıseçkilik salmamaqdır. Axı

dövlət büdcəsi yalnız dərslikdə reklamı yerləşdirilən müəssisə və firmaların deyil,

həm də onların bazardakı rəqiblərinin ödədiyi vergilər hesabına formalaşır. Lakin

“Həyat bilgisi” dərsliyinin üz qabığının 3-cü səhifəsində kağız firmasının reklamı

verilib.

Dərsliyin bədii tərtibatında da ciddi qüsurlar var. “Ümumtəhsil sistemində dərslik

siyasəti” sənədinin 3.1-ci maddəsi “illüstrasiyaların yığcam və mövzulara uyğun

olması” tələbini qoyur. Dərslikdə bir çox hallarda bu tələbə əməl olunmayıb. Məsələn,

səhifə 28-31-da şəkillərin yığcamlığı haqqında danışmaq mümkün deyil. Belə ki,

buradakı üç şəkil qoşa səhifənin ümumi sahəsinin 3/4 hissəsini tutur.

Səhifə 9. Məktəb binasının təsvirində binanın üzərində “məktəb”sözü yazılıb.

Heç bir məktəb binasının üzərində “məktəb” sözü yazılmır.

Şagirdin televizora çox yaxın məsafədən baxdığı təsvir edilmişdir. Gigiyenik

baxımdan bu düzgün deyil.

Səhifə 10-11. 2-ci sinif şagirdinin şəhərdə məktəbə tək getməsi (səh.10),

avtobusda, eskalatorda və liftdə təkcə hərəkət etməsi (səh.11) reallığı əks etdirmir və

pedaqoji baxımdan düzgün deyil.

Səhifə 12. Televizorda göstərilən Azərbaycan xəritəsində Naxçıvan Muxtar

Respublikası görünmür.

Səhifə 12-13. “Ailə” mövzusunda ailənin baba, nənə, ata, ana və uşaqlardan

ibarət olduğu bildirilir. Lakin şəkillərin heç birində nənə təsvir olunmayıb.

Səhifə 16-17. Şəkildə məktəbli qız (səh.16) və oğlanın (səh.17) evdə məktəbli

paltarında yemək yeməsi təsvir olunmuşdur. Bu gigiyenik cəhətdən düzgün deyil.

Səhifə 27. Burada, verilən fiziki xəritə deyil, siyasi xəritədir. Ona görə də

şəkilaltı yazı dəyişdirilməlidir.

Səhifə 32. “Yabanı alma” adı ilə təqdim olunan şəkildəki meyvə “mədəni

alma”dır. Ağaca xidmət, məkan və meyvələr (iri, qırmızı) bunu açıq-aydın göstərir.

Page 10: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

10

Səhifə 57. Burada, Vilnüsdəki Sinaqoqun3 şəklinin verilməsi məqsədəuyğun

hesab edilmir. Bunun əvəzinə ölkəmizdəki sinaqoqlardan birinin şəklinin verilməsi

daha düzgün olar.

Səhifə 64. Şəkildə əsgərin ata-anası çox yaşlı təsvir olunmuşdur.

Səhifə 67. Azərbaycan Respublikasının xəritəsində ciddi qüsurlar var. Burada,

çox kiçik şəhər (Daşkəsən, Xızı, Culfa) və qəsəbələrin (Ləki, Qıvraq) adları verildiyi

halda, ölkənin faktiki olaraq ikinci sənaye mərkəzi olan Sumqayıtın (eləcə də

Lənkəranın) adının olmaması təəccüb doğurur. Digər tərəfdən isə bir sıra şəhər adları

öz statuslarına uyğun şriftlə verilməyib (Məsələn, Xankəndi).

Səhifə 69. Qalxan şəkli əvəzinə mənası anlaşılmayan dairə şəkli verilib. Digər

tərəfdən Azərbaycan Respublikasının Dövlət Gerbində təsvir olunan “qalxan” deyil,

“şərq qalxanıdır”.

“Ümumtəhsil məktəblərində dərslik siyasəti” sənədinin 6.7-ci maddəsi

dərsliklərin müəyyən texniki və gigiyenik tələblərə cavab verməsi şərtini qoyur.

Bu yaş qrupu üçün kitablarda neqativ şriftlərdən (vıvorotka) istifadəyə icazə

verilmədiyi halda, dərsliyin 5, 25, 47-ci və s. səhifələrində bu üsuldan istifadə edilib.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdə verilən tapşırıqların sayı çox azdır. Verilmiş sualların əksəriyyəti isə

pedaqoji baxımdan şagirdlərin yaş səviyyəsinə uyğun tərtib edilməmişdir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmunun işlənməsi baxımından

MMV-də dərsliyin səhifələrinin şəkil formasında verilməsi müəllimə dərsliksiz

işləmə imkanı yaratmaq üçündür. Lakin 47, 51, 71, 77 və 83-cü səhifələrdə dərsliyin

səhifələrinin yarısı kəsilmiş şəkildə verilmişdir.

Məzmun standartlarının reallaşdırılması ilə bağlı komplektdə verilən fənn

kurikulumu hazırda qüvvədə olan fənn kurikulumunun yeni variantı

(http://www.kurikulum.az) ilə uyğun deyil. Çünki komplektdə aşağıdakı alt

standartların heç biri yoxdur:

3 http://www.vilnius.skynet.lt/hramy25.html

Page 11: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

11

1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini

izah edir.

1.2.2. Üfüqün cəhətlərini təyin edir.

1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təsvir edir.

2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki fəaliyyətinə münasibət bildirir.

2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini izah edir.

2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir.

2.2.3. Milli pulla müvafiq hesablamalar aparır.

Belə olan halda müəllimin bu bilik və bacarıqları hansı resurslarla formalaşdırması

məlum deyil.

Əgər dərsliyin fənn kurikulumunun ilk variantı (Bax: “Ümumtəhsil məktəblərinin I-

IV sinifləri üçün fənn kurikulumları”. Bakı, 2008) ilə hazırlandığı iddia olunursa,

onda başqa problem yaranır. Belə ki, MMV-nin 8-11-ci səhifələrində verilmiş “Fənn

üzrə məzmun standartlarının reallaşma cədvəli”ndən də görünür ki, komplektdə ilk

variantda olan aşağıdakı alt standartlar reallaşdırılmayıb:

1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir.

2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki fəaliyyətinə münasibət bildirir.

2.2.1. Zəruri ehtiyaclarının ödənilməsini təmin edən istehsal sahələrini sadalayır.

2.3.2. Azərbaycan Respublikasının dövlət gerbini təsvir edir.

Rəsmi dövlət sənədi olan fənn kurikulumunun alt standartlarının məzmununa

müdaxilələr edilib. Məsələn, 2.4.1-də “formada” sözü “şəkildə” sözü ilə (səh.18),

2.2.3-də “etdiyini” sözü “etməyi” sözü ilə (səh.20) əvəzlənib.

4.2.3-də “və icra” (səh. 22), 3.1.2-də “tənqidi” (səh. 26), 2.2.4-də “və onlarla müvafiq

hesablamalar aparır” anlayışları ixtisar olunub. Vəsaitdə hər yerdə “alt standart”

anlayışı “standart” anlayışı ilə əvəzlənib. Halbuki, bunlar fərqli anlayışlardır.

25 dərsdən 16-sında bütün dünyada problem çözmə metodu kimi, istifadə

olunan “Beyin həmləsi”nin tətbiqi tövsiyə edilir. “Beyin həmləsi” ilə bağlı 5-ci dərsin

tədqiqat sualı anti-pedaqoji mahiyyət daşıyır: “İnsanlarla mehriban davranmaqda

məqsəd nədir?”. Şagird mehriban olma bacarığına çağdaş insanın yaşam tərzi kimi

yiyələnməlidir, məqsəd kimi deyil.

“Beyin həmləsi” metodu bəzən elə formada tətbiq edilir ki, öz əhəmiyyətini

itirir. Məsələn, 8-ci mövzunun tədrisi zamanı tədqiqat sualı belədir: “Qrip xəstəliyini

nə üçün yoluxucu xəstəlik adlandırırlar?”. Yalnız bir cavabı (İnsanlardan bir-

birinə yoluxduğuna görə) olan bu sualla sinifdə “Beyin həmləsi”ni yaratmaq mümkün

deyil. Lakin sual “Qrip xəstəliyindən necə qorunmaq olar?” formasında qoyulsa

Page 12: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

12

şagirdlər fərqli cavablar verər, problemə öz yanaşmalarını bildirər və bütün bu

cavabların içərisindən də metodun tələbinə uyğun olaraq, lazımlıları seçilib

qiymətləndirilər.

Bəzi dərs nümunələrində dərsin məqsədi və tədqiqat sualı müvafiq alt standarta

uyğun gəlmir. Məsələn, 6-cı mövzuda (səh. 30) formalaşdırılmalı olan alt standart

belədir: “Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir”. Lakin dərsin

məqsədi (1. Sağlamlığın məqsədini izah edir. 2. İnsanın normal fəaliyyətini onun

sağlamlığı ilə əlaqələndirir) də, onun tədqiqat sualı (Sağlamlıq nədir və ona necə nail

olmaq olar?) da yalnız fiziki sağlamlıq üzərində qurulub. Halbuki, fiziki sağlamlıq

sağlam həyat tərzinin yalnız bir hissəsidir. Deməli, bu dərs nümunəsi ilə nəzərdə

tutulan bilik və bacarıqların formalaşdırılması mümkün deyil.

Metodik vəsaitin digər qüsurlu hissələrindən biri də dərs nümunələrindəki

“Motivasıya”lardır. Buradakı tövsiyələrin bəziləri anlaşılmaz, hətta dərsin məqsədinə

uyğun deyil. Məsələn, səhifə 70-dəki “Motivasiya”da mənəvi keyfiyyətlərlə bağlı

bacarıqları formalaşdırmaq üçün iki qonşu haqqında “hekayə” təqdim edilir. Dalaşıb

küsən qonşulardan biri qohumunu görmək üçün başqa şəhərə getməli olur. Bu vaxt

onun evinə oğrular girir. Qonşu bunu bilsə də, küsülü olduğuna görə polisə xəbər

vermir. Bu isə artıq mənəviyyat məsələsi deyil, cinayətdir. Çünki qanunlara görə

cinayəti bilib gizlədən şəxs də cinayət məsuliyyəti daşıyır.

“Dərslikləri qiymətləndirmə meyarları”nın 2.1.5-ci maddəsi MMV üçün konkret

əlavə vəsaitlərə (elektron resurslar, əyani vəsaitlər, xəritələr, sxemlər və s.)

istiqamətləndirmə şərtini qoyur. Lakin vəsaitdə tövsiyə edilən əsas resurslar dərslik,

iş vərəqləri, şəkillərdir. Burada heç bir elektron resursa istiqamətləndirmə yoxdur.

Səhifə 35. “...hər bir şagirdi aşağıdakı meyar cədvəli ilə qiymətləndirə

bilər” cümləsində fikir düzgün ifadə olunmayıb. Belə ki, qiymətləndirilən şagird

deyil, onun fəaliyyəti, bilik və bacarığıdır. Həm də qiymətləndirmə “meyar cədvəli”

ilə deyil, cədvəldəki meyarlarla aparılır.

Səhifə 40. Təhlükəsizliklə bağlı dövlət xidmətlərinin adları düzgün

verilməmişdir. “Daxili İşlər Nazirliyinin 102 xidməti” əvəzinə “Polis bölməsi (102)”,

“Dövlət Yanğından Mühafizə Xidməti (112)” əvəzinə “Yanğınsöndürmə (112)”

yazılıb.

Səhifə 41. 3-cü tapşırıq düzgün tərtib olunmayıb. Belə çıxır ki, kök və ya arıq

olmaq xəstə olmaq deməkdir, ona görə də belə bədənlərdə sağlam ruh ola bilməz.

Səhifə 52. 2-ci testin sualı düzgün deyil. Belə çıxır ki, mavi rəng ancaq fiziki

xəritələrdə suyu göstərir. Halbuki bu, bütün xəritələr üçün keçərlidir.

Page 13: Müəlliflər: Aybəniz İbrahimova - derslik.edu.az maket PDF/nqmaket... · 1. Məzmunun işlənm ... Planlaşdırmaya görə sonuncu KSQ-ni 7-ci həftədə keçirmək nəzərdə

13

Səhifə 54. “Kapron qapaq” anlayışı düzgün deyil. Kaprondan sap, parça

alırlar. Qida məhsulları saxlanan qabları və ya onların qapaqlarını isə plastmasın

xüsusi növlərindən hazırlayırlar. Ona görə də “plastmas qapaq” olmalıdır.

Səhifə 55. Temperaturu ilboyu sıfır dərəcədən aşağı olan yerlərin “soyuq

qurşaqlar” adlandırılması düzgün deyil. Belə ki, soyuq qurşaqlar dedikdə, şimal

qütb dairəsindən Yerin şimal qütbünə qədər və cənub qütb dairəsindən Yerin cənub

qütbünə qədər olan ərazilər nəzərdə tutulur. Amma Yer üzərində temperaturu ilboyu

sıfır dərəcədən aşağı olan başqa ərazilər də var. Məsələn, Everestdə temperatur

həmişə sıfır dərəcədən aşağı olur.

Səhifə 60. Zəlzələ ilə bağlı əməl olunmalı qaydalar şəhər evləri (çoxmərtəbəli,

liftli evlər) üçün keçərlidir. Halbuki, kənd evlərində evdən çölə qaçmaq üçün imkan

var. Ona görə də diferensiasiya aparılması tövsiyə edilir.

Səhifə 74. “Əsas dinləri sadalayır” fikri düzgün verilməmişdir. Səmavi və

səmavi olmayan dinlər var. Lakin “əsas” və “qeyri-əsas” dinlər yoxdur.

Səhifə 77. “Hər bir müstəqil dövlətin pul vahidi var” fikri düzgün deyil.

Məsələn, Almaniya, Fransa, İspaniya və digər ölkələr müstəqil dövlətlərdir, lakin

özlərinin ayrıca pul vahidləri yoxdur.