10
MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ RƏQƏMSAL PUL İSTİQAMƏTİNDƏ

MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ RƏQƏMSAL PUL İSTİQAMƏTİNDƏ

Page 2: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Konsepsiyanın təqdimatı

Dematerializasiya br neçə il ödənişlər zamanı fəaliyyətdə olmuşdur. Son on ildə 200-dən artıq mobil ödəniş sistemləri yaradılmışdır. Əksər hallarda, bu sistemlər dəmir pulun kompüterləşdirilmiş formasıdır və onlar bir hesabdan digərinə köçürülür. Daha dəqiq desək, kommersiya bankları və mobil telefon operatorları, debit kartlar, rəqəmsal pul kisələri və rəqəmsal köçürmələrdə istifadə olunan «pul» heç də həqiqi pul deyil. Dəyərli olması üçün həqiqi pulun olması vacib deyil: o dəyərini saxlayır və bank-emitent tərəfindən ödənmədən dövriyyədə iştirak edə bilər.

Son tədbirlər onu göstərir ki, bankçılıq, çirkli pulların yuyulması, maliyyə siyasəti və kommerisya üzrə cari qaydalar heç də həmişə özəl sektor tərəfindən yaradılmış rəqəmsal pulun bir çox formalarını idarə edə bilmir.

Kağız pulu dematerializasiya nöqteyi nəzərindən modernizasiya nəticəsində təsirə məruz qalmamışdır. Son cəhdlər, məsələn Bitcoin, yüksək səviyyədə dəyişkənliyi və istifadəçilərin qorunmasının olmaması səbəbindən çox az sayda istifadəçini cəlb edə bilmişdir. Həmçinin böyük saxtakarlıq riski mövcuddur və qanun tənzimləyiciləri belə halların tezliyini saxlaya və onları tənzimləyə bilmirlər.

Mərkəzi bank üçün yeganə uzunmüddətli həll qanuni tender iştirakçısı kimi rəqəmsal pulun buraxılmasıdır. Bu, Roberto Giori Company (RGC) şirkətinin təklif etdiyi Giori Digital Money (GDM - Giori Rəqəmsal Pul) və Global Standard for Money Technology (GSMT - Pul texnologiyası üçün qlobal standart) ilə üst-üstə düşür.

GDM və GSMT konsepsiyaları mərkəzi banklar tərəfindən qanuni tender iştirakçısı kimi rəqəmsal pulun buraxılmasını və rəqəmsal pulu daha qənaətli, universal ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti bir neçə ilə daha ağıllı və cibinizə uyğun olacaq. Bu mobil telefonlarla yalnız pul köçürməsini etməyi deyil, həmçinin qanuni tender iştirakçısı olan pulla ödəniş etməyi və GDM və GSMT-nin hədəfi olan dövriyyədə pulun azaldılmasını mümkün edəcək. Mobil telefonlar getdikcə daha çox istifadə olunurlar, onlar qəpik və banknot kimi hər bir şəxsdə var və onlar bank xidmətlərini qeyri-bank xidmətlərinə çevirmək üçün dəyərli alət olacaqlar.

Page 3: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Demateriallaşdırılmış kağız pul

Pulun iki əsas forması var: qəpik və banknotlardan, dəmir puldan ibarət olan və bank hesablarında girişlərlə təqdim olunmuş kağız pul. Kağız pul həqiqi dəyərə malik deyil, onun dəyəri bank-emitentə (mərkəzi bank tərəfindən icazə verilən səlahiyyətli orqanlar) istifadəçilərin etdiyi inamdan yaranır.

Bizim hədəfimiz dematerializasiya, kağız pulun buraxılması və köçürülməsi üçün kompüterləşmiş həllin təqdim edilməsidir. O, hər hansı bir hesaba daxil edilmir, lakin mobil cihazda saxlanılır və bank sisteminə daxil olmadan telefon vasitəsilə bir istifadəçidən digərinə köçürülə bilər. O, kağız pul olduğu üçün biz bank hesablarının yaradılması və ya ötürülməsinə deyil, pul vahidlərinə müdaxilə edirik.

Fiziki pula alternativ olmaqdan ötrü rəqəmsal pul istifadəçilərin ona etiyi inamı doğrultmalıdır, bu, kağız pula xas xüsusiyyətdir və eyni xüsusiyyətlərə malik olmalıdır. Beləliklə, ilk olaraq o, təhlükəsiz olmalıdır.

İstehlakçılar tərəfindən geniş istifadə edilməsi üçün o çevik olmalı, hər kəs tərəfindən qəbul edilməli - texniki maneələrə malik olmalıdır və buraya asan istifadə, səmərəlilik və güvənlilik aiddir. Banklar bütün ödəniş sistemləri tərəfindən çevikliliyi və qəbul olunmanı təmin etməlidirlər.

Page 4: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Roberto Giori Company şirkəti tərəfindən təklif olunan rəqəmsal həll yolları

Roberto Giori Company şirkəti rəqəmsal dövrdə pulun üzləşdiyi hədəfləri öyrənmək və mobil texnologiyaya əsaslanan təhlükəsiz həllər təqdim etmək üçün qurulub.

Sistem iki ayrıca qurulma blokuna əsaslanıb: GDM vəGSMT.

Giori Digital Money (GDM) çap edilmiş banknotlar kimi rəqəmsal əsli «yaradan» (Giori Nota), mərkəzi bankdakı platformadır. O, dövriyyədəki (e-banknot) hər bir banknot üçün vahid, təhlükəsiz alqoritmdən ibarətdir. O, rəqəmsal pulun yaradılması sistemi üçün ilk qurulma blokudur. GDM rəqəmsal banknotları pərəkandə banklara və ya digər maliyyə platformalarına təhlükəsiz paylaşmanı təmin edən sistemin əsasıdır.

Hər banknotu xüsusi rəqəmlə təmin etməklə GDM hər rəqəmsal banknotun (e-note) buraxılmasını təmin edir. GDM buraxılmış hər e-notun əslliyini və xüsusiliyini yoxlaya bilər.

GDM digər rəqəmsal valyutalardan fərqli olaraq, qanuni tender iştirakçısı olan pul vahidi (sabit nominal dəyərli) yaradan demateriallaşmış valyuta kimi mərkəzi banklar tərəfindən yaradılmış rəqəmsal puldur.

Global Standard for Money Technology (GSMT) rəqəmsal banknotları digər platformalara paylamaq üçün lazım olan bütün digər funksiyaları idarə edən platformadır. O, həmçinin əməliyyatların izlənməsi və verilmiş ölkədə qüvvədə olan qanuni və rəhbər çərçivələr ilə uyğunlaşmaq üçün onlayn nəzarət üçün vacibdir. GSMT ilə rəqəmsal pulu buraxan özəl sektor deyil, mərkəzi bankdır. Beləliklə, GDM virtual deyil, həqiqi valyutadır və mərkəzi bank tərəfindən rəqəmsal formada dərc olunub.

GDM ilə mərkəzi bank qəpik və banknotların icarədarı olaraq qalır. GDM qanuni tender iştirakçısı olduğu üçün hər köçürmədən sonra mərkəzi banka qayıtmasına ehtiyac duymadan sərbəst şəkildə ticarətdə iştirak edə bilər. GSMT çərçivəsi dövriyyədəki rəqəmsal pulun etbarlılığını təmin etmək üçün yoxlanışların olmasına zəmanət verir.

Digər üstünlük bu milli rəqəmsal valyutanın mobil telefon texnologiyasının istifadəsinə əsaslanmasıdır. Heç bir bank hesabına ehtiyac yoxdur və hər kəs bu rəqəmsal pulun müxtəlif sayını telefonunda sanki pul kisəsində müxtəlif rəqəmli çap edilmiş banknotları saxladığı kimi saxlaya bilər.

Page 5: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Qanuni və rəhbər çərçivəyə ehtiyac

Fiziki pul kimi rəqəmsal pul buraxılışı da əsas layihədir. O, qəbul olunmasını, sabitliyini və tamlığını təmin etmək üçün yeni qanuni və rəhbər çərçivəyə ehtiyac duyur.

Cari Avropa qaydaları elektron pulu özəl operatorlar tərəfindən idarə olunan ödəniş vasitəsi kimi tənzimləyir.

Elektron pul qanuni tender iştirakçısı olan ödəniş vasitəsi olmağa hazırlaşırsa, pul vahidləri və mərkəzi banklar üçün yeni çərçivə yaradılmalıdır. Təcrübədə bu, «Avropa Mərkəzi Bankı və milli mərkəzi banklar tərəfindən buraxılmış banknotlar Birlik daxilində yeganə qanuni tender iştirakçısı statusuna malik olacaqlar» kimi Avropa Birliyində Fəaliyyət Razılaşmasının 128-ci maddəsinə düzəlişi tələb edir.Yeni qanuni çərçivə yeni rəqəmsal pulu buraxana bu inhisarçılığı genişləndirməli olacaq. Avropa Mərkəzi Bankı qanuni tender iştirakçısı olan yeni rəqəmsal pulun xüsusiyyətləri üzrə yeni qaydaları qəbul etməli olacaq.

Məlumat təhlükəsizliyi, məlumat məxfiliyi və məlumat qorunması ilə bağlı rəqəmsal pulun ötürülməsi üzrə yeni standartlar və həmçinin biznes davamlılığı kommersiya bankları və maliyyə xidməti təminatçılarının uyğunlaşması üçün təşkil edilməlidirlər.

Çirkli pulların yuyulması və maliyyət terrorizminin istifadəsindən maliyyə sistemini çəkindirmək üçün üçüncü tərəflər üçün qaydalara rəqəmsal pul transferini daxil etmək üçün direktivlər və qaydalarda da düzəliş edilməlidir. Bu yeni qaydalar ödəniş xidmətləri təqdim edən şirkətlərə xüsusi olaraq tətbiq ediləcək.

Page 6: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Mərkəzi banklar və nizamlayıcı orqanlar üçün üstünlüklər

Senyoraj adətən mərkəzi bank tərəfindən Dövlətə ödənilən və əməliyyat xərcləri üçün kiçik faiz saxlamaq üçün buraxılan banknotların dərcindən yaranan gəliri təsvir etmək üçün istifadə edilən şərtdir.

Rəqəmsal pulun mərkəzi bank tərəfindən çapı hər bir halda bu gəliri dəyişmir, sanki bu halda kağız pul çap edilir, yeganə fərq onun demateriallaşmasıdır. Çap edilmiş e-banknotlar hələ də mərkəzi bankın hesablarında kredit kimi göstəriləcək, senyorajdan gəlir gətirən məhsuldar aktivlərlə əks balansda yerləşəcək.

Digər bir üstünlük çirkli pulun yuyulması, terrorizmin maliyyələşməsi və digər maliyyə və sosial saxtakarlıqlara (ƏDV saxtakarlığı, qeyri-qanuni iş və s.) qarşı səmərəli şəkildə mübarizə aparmağı mümkün edir.

İstehlakçı üçün üstünlük

Cari elektron ödəniş sistemləri, məsələn kredit kart, PayPal və ya mobil köçürmələr, qəbul edən tərəfindən istifadə edilməmişdən əvvəl bir hesabdan digərinə köçürülməlidir. Belə sistemlərlə ödənişi əldə edən şəxs həm dərc edənə, həm də ödənişi göndərənə inanmalıdır. GDM kimi həqiqi rəqəmsal valyuta həqiqi dəyər tələb olunmadan bir şəxsdən digərinə göndərilir. Qanuni tender iştirakçısı olan rəqəmsal pul mərkəzi bank tərəfindən qorunduğu üçün o, inamlılığı, təhlükəsizliyi, mübadiləni, qəbul olunmanı və qlobal, standart çərçivə daxilində geniş istifadəni artıracaq.

Son Dünya Bankı hesabatına əsasən (Qlobal Maliyyə İnkişafı Hesabatı 2014: Maliyyə Daxiletməsi) məsələn mobil telefonla ödəniş və ya mobil bank xidmətləri kimi texnoloji innovasiyalardan faydalanan ilk şəxslər aşağı gəliri olan insanlardır. Bu innovasiyalar bank xidmətlərini kasıb adamlar, qadınlar və kənd yerlərində, az adam olan yerlərdə yaşayan, heç bir bank filialına malik olmayan adamlar üçün daha az xərcli və əlçatan edir. Beləliklə GDM – GSMT sistemi daha çox bankdan kənarda yaşayan insanlara malik ölkələrdə və ya bank sisteminin az inkişaf etdiyi və ya güvənli olmadığı ölkələrdəki istehlakçılar üçün xüsusi üstünlüyə malikdir. GDM monetar dəyərə malik və mobil telefonun SIM kartında saxlanan demateriallaşmış rəqəmsal puldur.

Əməliyyat xərcləri baxımından, bu, GDM – GSMT sistemini xərclərə qənaətli və ətraf mühit üçün rahat edir.

Page 7: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Dövlət üçün üstünlüklər

Kağız pulun avro və dollar zonasında istehsal xərci ildə 100 milyard avro/ dollar dəyərində qiymətləndirilir. Çap xərci olmadığı üçün və dərc xərcində kəskin azalma olduğu üçün demateriallaşmış kağız pul üçün xərclər kağız banknotların çapına nisbətən senyoraj gəlirinə daha az təsirə malikdirlər. Beləliklə, Dövlət üçün böyük gəlir mövcuddur.

Ciddi qanuni çərçivə daxilində mübadilələrin izlənməsi yalnız dövlət büdcəsinə deyil, həm də kriminal fəaliyyətlərə təsirə malik çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və müxtəlif növ maliyyə və sosial saxtakarlıqlara qarşı mübarizəni mümkün edir.

Page 8: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Bank sisteminə təsir

Demateriallaşmış kağız pulun buraxılışı iqtisadiyyatda yalnız bank sisteminin rolunu fundamental şəkildə dəyişməməlidir, çox güman ki, rəqəmsal ödəniş sistemlərinin xərclərini və fiziki pulun dairəsi xərcini azaldacaq. Kağız pulun idarəsinə və yüksək sayda ATM-lərin saxlanmasına cəlb edilmiş əməliyyatlar azalacaq, çünki demateriallaşmış kağız pulun istifadəsi artacaq.

Çoxlu bankları olan ölkələrdə dəmir pula nisbətən daha az kağız pul mövcuddur. Kağız pulun demateriallaşması bu münasibətə böyük səviyyədə təsir etməməlidir. Beləliklə banklar depozitlərin toplanması və onları iqtisadiyyatda əlçatan etmək üzrə işlərinə davam edə bilərlər.

Maliyyə daxiletməsi çərçivəsində GSMT pərakəndə bankların filiallarının olmadığı sahələrdə insanların əli çatması üçün dəyərli iqtisadi alət olacaq.

Mobil bank xidmətlərini təmin etmək üçün pərakəndə banklar tərəfindən görülən iş tərifəlayiqdir və çox güman ki, daha az ATM-lərə malik ölkələrə təsir imkanına malik olacaq. Lakin bu, dünyada bank hesablna malik olmayan, bank hesabına malik olub digər bankda hesaba malik şəxslərə ödəniş edə bilməyən şəxslərin problemini həll etməyəcək, çünki cari sistemlər xüsusi qrup banklara məhdudlaşıb və biri digəri ilə uyğunluq təşkil etmir. Pərakəndə banklar tərəfindən təklif olunan mobil bank xidmətləri bu gün nağd şəkildə ödənilən ictimai nəqliyyatda verilən kiçik məbləğlər üçün heç bir vaxt həll yolu olmayacaqlar.

GSMT pərakəndə banklarla rəqabət aparmağı düşünmür, lakin yanında bank fililalı olmayan şəxslərə bank xidmətlərini təqdim etmək üçün pərakəndə banklar tərəfindən istifadə oluna bilər.

Giori Digital Money əlavə infrastrukturu tələb etməyən tam inteqrasiya olunmuş rəqəmsal sistem olduğundan, o, mobil telefonun universallığı sayəsində pulu istənilən anda istənilən yerə köçürmək kimi vahid üstünlüyə malik xərclərə qənaətli pul köçürülməsi üçün lazım olan məlumat axınını mümkün edir.

Page 9: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

Son on ildə təqribən 200-dən artıq mobil ödəniş sistemləri yaradılmışdır. Bunlardan heç biri qanuni tender iştirakçısı kimi mərkəzi bank tərəfindən çap edilmiş rəqəmsal pul deyil Bu sistemlərdən heç biri çap edilmiş banknotları rəqəmsal pula və ya əksinə çevirə bilməz. GSMT® bir vahid sistemdə qanuni və rəhbər çərçivə ilə inamlı, təhlükəsiz əməliyyatlara malik qlobal beynəlxalq standartları təmin etmək üçün hazırlanmışdır. O, yüksək sayda bank xidmətlərindən məhrum şəxslərə malik ölkələrin marağındadır və lazım olan çap edilmiş banknotların həcmini kəskin şəkildə azaldır.

GSMT standartı həm mobil şəbəkə operatorları, həm də maliyyə institutlarından rəqəmsal maliyyə əməliyyatı axınının daha səmərəli şəkildə dünyanın hər yerində rəqabətqabliyyətli ötürmə qiymətindəıidarə etmək üçün istifadə edilə bilər.

Mənim məqsədim nağd puldan məhrum olmuş cəmiyyəti yaratmaq deyil, daha az nağd vəsaitə malik cəmiyyəti qurmaqdır.

Roberto GioriPrezidentThe Roberto Giori Company Ltd (İsveçrə)[email protected]

Page 10: MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YARADILMIŞ QANUNİ … · ödəniş sisteminin bir hissəsi kimi hərtərəfli həll yolu etmək üçün nəzərdə tutulub. Smartfonlar növbəti

The Roberto Giori Company Ltd

46, av Général Guisan • CH-1009 PULLY • [email protected] • www.robertogioricompany.com