16
Siz gecələr göyü seyr etməyi sevirsiniz uşaqlar? Heç seyr etmisiniz? Orada ayı və ulduzları görmüsünüz? O ayı və ulduzları Kim yaratdı bilirsinizmi? İndi isə diqqətlə dinləyin... Sizə İbrahim adlı bir uşaqdan danışacağam... Səssiz və qaranlıq bir gecə idi. İbrahim başını qaldırıb göyə baxdı. Göy üzü dəniz kimi idi. İbrahim bir az da diqqətlə baxdıqda kiçik ulduzları görməyə başladı. Birdən ulduzların içində böyük və parlaq ulduz onun diqqətini çəkdi. "Budur" Rəbbimi tapdım. Mənim Rəbbim millətimin səcdə etdikləri ağılsız daş deyil "- dedi. Balaca İbrahim sevinclə ulduza baxmağa davam etdi. Lakin İbrahimin sevinci az davam etdi. Gun çıxmağa başladıqda ulduz yox olub getdi. Təəssüf içində "Yox! Batan ulduz mənim Rəbbim ola bilməz dedi. İbrahim Rəbbini axtarmağa davam edirdi. Yenə səssiz bir gecədə dərdli-dərdli düşünərkən göyə baxdı. Parıldayan ayı gördükdə "Budur" tapdım onu dedi. Lakin İbrahimin sevinci yenə də az sürdü. Ay yavaş - yavaş gözdən itirdi. İbrahim üzgün halda"Yox! Bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz, deyirdi. Bir səhər günəş doğmaq üzrə idi. Az sonra günəş göz qamaşdıran bir parıltı ilə görünməyə başladı. İbrahimin gözləri qamaşdı. Sevinc içində " Budur mənim Rəbbim" . Yer üzünə can verən, meyvələri, tərəvəzləri cücərdən Rəbbimi tapdım. " dedi. İbrahimin sevinci gün boyu davam etdi. Axşam olanda günəş batdı. İbrahimi tərk etdi. İbrahim Rəbbinin günəş də olmadığını anladı. Balaca İbrahim artıq başa düşdü ki, ulduzlar zəifdir, onları sübh məğlub edir. Ay zəifdir , onu günəş məğlub edir. Başa düşmüşdü ki, nə günəş, nə ay, nə ulduzlar onu qoruya bilməzlər, çünki zəifdirlər. İbrahim başa düşdü ki, onun Rəbbi Allahdır. Allah diridir və ölmür. Əbədidir, qeyb olmur. Güclüdür, heç bir şey Onu məğlub etmir. İbrahim başa düşdü ki, ayın, günəşin, ulduzların da Rəbbi Allahdır. Aləmlərin də Rəbbi Allahdır.. Artıq İbrahimin haqqı öz tayfasına çatdırma zamanı gəldi. O tayfasına bildirdi ki, ulduzlar ibadət edilməyə layiq deyiilər. Çünki onlar özləri yaradılıblar və idarə olunurlar. Bəzən batıb, bəzən çıxırlar. Sizin ibadət etdiyin bütün ilahlar fayda verə bilmirlər.Onlar eşitmir, dərk etmirlər. Aparıcı uşaqlara uyğun müraciətlə: 1

Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Siz gecələr göyü seyr etməyi sevirsiniz uşaqlar? Heç seyr etmisiniz? Orada ayı və ulduzları görmüsünüz? O ayı və ulduzları Kim yaratdı bilirsinizmi? İndi isə diqqətlə dinləyin...Sizə İbrahim adlı bir uşaqdan danışacağam... Səssiz və qaranlıq bir gecə idi. İbrahim başını qaldırıb göyə baxdı. Göy üzü dəniz kimi idi.İbrahim bir az da diqqətlə baxdıqda kiçik ulduzları görməyə başladı. Birdən ulduzların içində böyük və parlaq ulduz onun diqqətini çəkdi. "Budur" Rəbbimi tapdım. Mənim Rəbbim millətimin səcdə etdikləri ağılsız daş deyil "- dedi. Balaca İbrahim sevinclə ulduza baxmağa davam etdi. Lakin İbrahimin sevinci az davam etdi. Gun çıxmağa başladıqda ulduz yox olub getdi. Təəssüf içində "Yox! Batan ulduz mənim Rəbbim ola bilməz dedi. İbrahim Rəbbini axtarmağa davam edirdi. Yenə səssiz bir gecədə dərdli-dərdli düşünərkən göyə baxdı. Parıldayan ayı gördükdə "Budur" tapdım onu dedi. Lakin İbrahimin sevinci yenə də az sürdü. Ay yavaş - yavaş gözdən itirdi. İbrahim üzgün halda"Yox! Bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz, deyirdi.Bir səhər günəş doğmaq üzrə idi. Az sonra günəş göz qamaşdıran bir parıltı ilə görünməyə başladı. İbrahimin gözləri qamaşdı. Sevinc içində " Budur mənim Rəbbim" . Yer üzünə can verən, meyvələri, tərəvəzləri cücərdən Rəbbimi tapdım. " dedi. İbrahimin sevinci gün boyu davam etdi. Axşam olanda günəş batdı. İbrahimi tərk etdi. İbrahim Rəbbinin günəş də olmadığını anladı. Balaca İbrahim artıq başa düşdü ki, ulduzlar zəifdir, onları sübh məğlub edir. Ay zəifdir , onu günəş məğlub edir. Başa düşmüşdü ki, nə günəş, nə ay, nə ulduzlar onu qoruya bilməzlər, çünki zəifdirlər. İbrahim başa düşdü ki, onun Rəbbi Allahdır. Allah diridir və ölmür. Əbədidir, qeyb olmur. Güclüdür, heç bir şey Onu məğlub etmir. İbrahim başa düşdü ki, ayın, günəşin, ulduzların da Rəbbi Allahdır. Aləmlərin də Rəbbi Allahdır..Artıq İbrahimin haqqı öz tayfasına çatdırma zamanı gəldi. O tayfasına bildirdi ki, ulduzlar ibadət edilməyə layiq deyiilər. Çünki onlar özləri yaradılıblar və idarə olunurlar. Bəzən batıb, bəzən çıxırlar.Sizin ibadət etdiyin bütün ilahlar fayda verə bilmirlər.Onlar eşitmir, dərk etmirlər.

Aparıcı uşaqlara uyğun müraciətlə:

1

Page 2: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

2

Uşaqlardan biri oxuyur:

Yay tətili gəldi. Məktəb bağlandı. Dərslərimiz bitdi. Kəndə, babamgilə qonaq getdik. Gecə babamgilin evinin damına çıxıb qaranlıqda səmanı seyr edirdim. Bu gecə hamılıqla Ramazan ayını qarşılayırdıq və bunun üçün təzə ayın çıxmasını gözləyirdik.Biz bu gözəl gecəni babam və nənəmlə qarşılamaq istəyirdik. Nənəm bir kitab gətirdi və mənə Ramazan ayı haqqında oxudu.

Əziz balam, Sənin tanıdığın bu ay əvvəlcə hilal şəklində olur. Hilal ay təqvimi ilə daxil olan ayın ilk gecəsində görünür. Hilal sap şəklində çıxır sonra yavaş-yavaş böyüyüb yumru olur, sonra yenə azalmağa davam edir.

Allahın kitabı olan Quranda “ Qamər”, yəni Ay adlı surə də var.Ay yeddi gün hilal şəklində olur. Ayın sonuna kimi isə qəmərə (aya) çevrilir.

Bir ildə 12 ay vardır. İl Məhərrəm ayı ilə başlayar, Zilhiccə ayı ilə bitər. Ramazan ayı ilin 12 ayından 9-cusudur. Ramazanın daxil olmasını da bu hilalı görməklə bilirik.

“Nənəcan, bəs Ramazan ayı nə deməkdirki?

Ramazan ayında Allahın kitabı Quran nazil olmuşdur , balacan. (

Allah Quranı Ramazan ayında “Qədr” adlanan bir gecədə nazil etmişdir.

Nənə:

Uşaq:

Nənə:

Bəqərə surəsi 185 -i oxumaq)

(uşaqlardan biri qədr surəsini avazla oxuyur və aparıcı tərcüməni oxuyur)

Page 3: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

On bir ayın həsrəti,

Nəhayət sona yetdi

Xeyirlərə çağıran

Əziz Ramazan gəldi!

Orucun ən əfzəli,

İbadətin gözəli,

Məscidlər də bu ayda

Təravihlə bəzənir

Sübhdən Məğribədək

Bil, oruc tutmaq gərək

Əzaları hifz edib

Pis əməldən çəkinmək

Oruc — qəlb rahatlığı,

O, bədən azadlığı,

Nəfs tərbiyə olunar

Mədə bilsə aclığı

Qardaşınla bölüşsən,

Əgər iftarını sən,

Azacıq yeməyini

Bərəkətli görərsən

Az vaxt keçsə İşadan,

Tez məscidə sən yollan

Qunut tut, Amin söylə,

Qəbul olunsun duan

Son on gün də yetişdi,

Artırıb ibadəti,

Bu günlərin təkində

Axtar Qədr gecəsini

Qiymətlidir hər saat,

Qurana da ayır vaxt!

Bağışlanma diləyib,

Tovbələrini çoxalt

Sevindirib miskini,

Paylayaraq fitrəni,

Bayram namazına tələs

Unutma həm təkbiri

Günlər nə tez keçdi,

Ömrü sanma əbədi

Getdi Ramazan ayı

Xeyirli qonaq idi

Amma qaldı əmanət,

O xoş günlərdən əlbət,

Gözəl, yaxşı əməllər

Uzaq dursun zəlalət!

Şirk qoşma ər-Rəhmana,

Ay yetsə də sona

Qoy Allah qovuşdursun

Növbəti Ramazana!

(Həcər Abbasova)

3

Uşaqların hər biri bir bəndi söyləyir:

Page 4: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Aparıcı oxuyur:

(Uşaqlardan biri ələq surəsinin ilk 5 ayələrini avazla oxuyur)

(”Ərəb hərflərini yazmağı öyrənirəm” kitabdan nümunə göstərmək və hər şəklin adını çəkmək.

Uşaq şəkilin baş hərifini söyləsin. Və aparıcı hərfi tanıtsın. Məsələn “balıq”, “b”, yəni “bə” hərfi)

(Uşaqlardan biri fatihə surəsini avazla oxusun ).

Əziz balalar, siz oxumağı sevirsiniz elə deyilmi? İnsan əgər kitab oxumasa, məktəbə

getməsə. Nə olar? -deyərsinizmi?

Bəli, savadsız olar, elmsiz olar, ağıllı qərarlar verə bilməz. Ona görə də hər birimiz dərslərimizi

yaxşı oxuyuruq. Elə deyilmi?

Elə ona görə də Allah bizlərə oxumağımız, ağıllı olmağımız üçün Quranı nazil etdi.

Hər birinizin evində bu kitabdan yəqin ki vardır.

Bilirsinizmi ki, bu kitabda bizə göndərilən ilk söz də elə “Oxu” olmuşdur?

Bəli, “İqra”-“Oxu” Allahın bizə göndərdiyi ilk əmrdir.

Allah “Oxu” dedikdə ilk olaraq Qurandan başlamağımızı demişdir. Yəqin ana və atalarınızı

evdə Quran oxuyarkən və əzbər öyrənərkən görmüsünüz.

Elə isə bundan sonra onlardan bu gözəl və maraqlı kitabı möhkəmdən oxumalarını istəyin.

Ərəbcə oxunarkən necə gözəl səsləndiyini də eşitmisinizmi? Elə isə sizə də ərəbcə oxumağı

öyrətmələrini tələb edin.

Baxın Quran hərflərini öyrənmək necə də asandır...

Bəs əzbərləmək? Yəqinki “fatihə” surəsini ana və atalarınız namazda oxuyarkən çox eşitmisiniz.

Görürsünüzmü, çox dinlədikdə Quranı

əzbərləmək necə də asandır? Elə isə valideynlərinizdən sizin üçün daima quran dinlətmələrini

tələb edin.

İndi mən sizə Qurandan bir hekayə oxuyacağam. Sonra isə sizə hekayədən suallar verəcəyəm

ki, diqqətinizi və yaddaşınızı yoxlayım. Diqqətlə qulaq asın ki cavab verə biləsiniz. Mənim

oxuduğum bu hekayədən Quranda lap çox maraqlıları vardır. Xoşunuz gələrsə ananızdan

tətildə sizin üçün oxumasını istəyin.

4

Page 5: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

5

Adəmin (Allahın ona salamı olsun) hekayəsi

İlk insan yaradıldı

Allah hər bir şeyi yaratdı. Bəs onlardan kim istifadə edəcəkdi? Kim faydalanacaqdı?

Allah yer üzündə insan yaratmaq istədi. Bu barədə mələklərə xəbər verdi. Mələklər

Allahın insan yaratmaq istəyinin sirrini anlamadılar. Onlar Allaha:

"Ey Rəbbimiz, insan dünyada qan tökər, günah edər",- dedilər.

Allah onlara:

- Siz bilmirsiniz, amma Mən bilirəm, deyə buyurdu.

Beləcə, Allah torpaqdan insan yaratdı. Adını Adəm qoydu. Allah Adəmə ruh üfürdü.

Adəm yeriməyə, eşitməyə, danışmağa, görməyə başladı. Bununla da Allahın yaratdığı

gözəllikləri görə bildi. Allah Adəmə yaratdığı hər bir şeyin adlarını öyrətdi. Adəmi

yaratdığı hər bir şeydən üstün etdi.

Mələklər Allahın sözündən çıxmırdılar. Mələklər günah işlətmirdlər. Ona görə də mələklər

insanın onlar kimi olmayıb günah edəcəyini düşünmüşdülər. İnsan isə günah edə bilirdi.

Allah mələkləri günah edə bilməyən, insanları isə günah edə bilən yaratmışdı.

Allah mələklərdən yaratdığı varlıqların adlarını soruşdu. Mələklər cavab verə bilmədilər.

Adəmdən soruşduqda isə bütün sualların cavabını verə bildi. Mələklər isə hamısı:

- Ey Rəbbimiz, biz doğurdan da sənin öyrətdiyindən artıq heç bir şey bilmirik, dedilər.

Mələklər Allahın insanı nə üçün yaratdığı sirrini artıq anladılar. İnsan elm öyrənəcək və

elm ilə Rəbbinə qulluq edəcəkdi.

İblis günah etdi

Sonra Allah mələklərə Adəmə səcdə etmələrini əmr etdi. Bütün mələklər Allahın əmrini

yerinə yetirdilər. Adəmə səcdə etdilər. Yalnız İblis səcdə etmədi. Üstəlik Allaha üsyan

edib belə dedi:

-Adəmi torpaqdan, məni isə oddan yaratdın. Mən ona səcdə etmərəm. İblis düşünürdü ki,

torpaq hara, od hara? Mən daha üstünəm. Halbuki, palçıqda yumşaqlıq və mülayimlik ,

odda isə tələskənlik və yanğı var idi. Bununla da İblisin özündən razılığı onu Adəmə

səcdə etməyə qoymadı.

Bu əməlinə görə Allah onu gözəlliklər məkanı olan Cənnətdən qovdu.

Amma İblisin öz istəkləri var idi. O dünyanın sonu gələnə qədər yaşamaq istəyirdi.

İnsanları doğru yoldan çıxartmaq istəyirdi . Onları günahkar etmək üçün hiylələr qurmaq

istəyirdi. İnsanları özü kimi Allahın əmrindən çıxan etmək istəyirdi. Beləcə Allah ona:

- Sən mənim peyğəmbərlərimin ardı ilə gedənləri doğru yoldan çıxara bilməyəcəksən,

bundan savayı insanları isə aldadacaqsan , dedi və onu qovdu.

Page 6: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Həvva yaradıldı

Allah Adəmin tək qalmasını istəmədi. Ona yoldaş yaratmaq istədi. Adəm uzun müddət

yuxuya getdi. Allah ondan yoldaşı Həvvanı yaratdı. Adəm yuxudan ayılıb onu gördükdə

təəccübləndi və sevindi. Adəm artıq tək olmadığı üçün çox xöşbəxt idi.

Cənnətdə nə isti var idi, nə də soyuq. Cənnətdə nə aclıq, nə də susuzluq var idi.

Cənnətdə gözəl, xoş nemətlər var idi. Adəm və Həvva Cənnətdə firavan gəzirdilər.

Oradakı nemətlərdən yeyirdilər. Allah onlara oradakı meyvələrin hər birindən yeməyə

icazə verdi. Lakin bir ağaca toxunmağa icazə vermədi. Allah:

- İblisin hiyləsinə aldanmayın. İblis sizin düşməninizdir. Sizi aldatmağa çalışır, dedi.

İblis hiylə işlətdi

Adəmlə Həvva Cənnətdə xoşbəxt gəzirdilər. İblis isə çox üzgün idi. Çünki özü

Cənnətdən qovulmuşdu. Adəm və Həvvanın xöşbəxtliyinə mane olmaq istəyirdi.

Bunun üçün yollar axtaran İblis axırı ki, yol tapdı. Adəmə bu sualı verməklə hiyləsinə

başladı:

- Ey Adəm, sənə əbədi yaşamağın yolunu deyimmi? Sonra ö sualına cavab verərək,

Allahın qadağan etdiyi ağacdan yeməyi onlara təklif etdi.

Adəmlə Həvva İblisə inanmadılar. İblis isə öz hiyləsindən əl çəkmədi.

O Həvvanı yoldan çıxarmaq üçün "Bu ağac gözəl və dadlıdır", dedi.

Həvvanın ağaca yavaş-yavaş meyli düşdü. Oradan bir nemət dərib yedi.

Dadının dadlı və şirin olduğunu gördü. Sonra ondan Adəmə də uzatdı. Beləcə,

hər ikisi bu ağacın meyvəsindən yedilər. Düşmənləri olan İblisin hiyləsinə aldanıb

Allahın sözündən çıxdılar. Allah da onları cəzalandırdı. Paltarları əyinlərindən

soyunduruldu. Ayıb yerləri bir-birilərinə göründü. Onlar çox utandılar. Yedikləri

nemətin onlara zərər verdiyini gördülər. Xəta etdiklərini anladılar.

Adəm və Həvva Cənnətdən endi

Allah onlara:

- Sizə İblis sizin düşməninizdir demədimmi? Onun hiyləsinə aldanmayın demədimmi? İndi ki belə oldu,

sizi Cənnətdən çıxaracağam. Sizi dünyaya göndərəcəyəm. Orada sizin öz vəzifələriniz olacaq, dedi.

Adəm və Həvva Allahdan onları bağışlamasını istədilər. Yəni tövbə etdilər.

Allah onları bağışladı. Çünki onlar İblis kimi günahlarında davam etmədilər. Onlar etdikləri bu

xətadan peşman oldular.

Allah onlara:

- Sizi dünyada sınayacağam. İmtahanda uduzmamaq üçün dediklərimi orada yerinə yetirməlisiniz.

İblisə aldanmamalısınız. Dünyada bir müddət yaşayacaqsınız. Vaxtı çatdıqda sizi təkrar dünyadan

alacağam. Mənim dediklərimdən çıxmasanız sizi yenə də qovulduğunuz Cənnətə qaytaracağam.

Mənim sizə olan Rəhmim və Mərhəmətim bax budur.

Beləcə, Allah Adəm və Həvvanı dünyaya endirdi. Onlar qovulduqları Cənnəti qazanmaq üçün çox

çalışdılar. Allaha çox ibadət etdilər.

6

Page 7: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

İlk insan, həm ilk nəbi-

Allah yaratdı Adəmi

Tək qoymadı onu Xaliq

Həvva oldu həmdəmi

...

Yoldan çıxardı İblis

Nə pis yoldaş o xəbis

İnsan xəta etsə, bil

Tövbəylə olar təmiz

...

Cənnətdən yerə endi

Həyat davam eylədi

Babamız Adəmdən

Saysız övlad törədi (Həcər Abbasova)

Allah neçə qat səma yaratdı? Yeddi

2. Allah yer üzünü işıqlandırmaq üçün nə yaratdı? Günəş

3. Allah torpaqdan nə yaratdı? İnsan

4. Allah hər şeyi yaratdıqdan sonra nə üzərinə yüksəldi? Ərş

5. Allahın mələkləri yaratdığı maddənin adı nə idi? Nur

6. Adəmə səcdə etməyən məxluq kim idi? İblis

7. Allahın cinləri yaratdığı maddənin adı nə idi? Od

8. İlk yaradılan insan kimdir? Adəm

9. Adəmə yoldaş olaraq yaradılan insan kimdir? Həvva

İndi isə mən sizə bir neçə tapmaca söyləyəcəyəm. Onların hər birinin cavabı Quranda vardır.

Bilənlər cavablandırsın. Bilməyənlər isə Ramazan ayı ərzində analarından eşitdikləri Quran

hekayələrindən sonra cavab tapacaqlar. İnşaAllah

Adəm

Onu yalnız torpaqdan,

Xəlq edibdir Rəbbimiz.

İlk bəşər övladıdır,

Onun nəslindənik biz.

Hud

Tufan sovuşdu getdi,

Köhnə, bütlər dirildi,

O, naşükür bir qövmə,

Peyğəmbər göndərildi.

7

İsa

O Məryəmin oğulu,

Xurma altda doğulub.

İncil verib səmadan,

Ona uca Yaradan.

Süleyman

Malik olub ən böyük,

Heyvanlar ordusuna.

Hud-Hud adlı bir quşu,

Kömək edirmiş ona.

Xumar

Page 8: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Aparıcı.

(Bəqərə, 183-ci ayəni oxuyur)

(İki uşağı iştirakı ilə)

Nərmin :

Anası,

Nərmin:

Anası:

Nərmin məyus halda:

Ana:

Nərmin sevincli halda:

Əzizlər balalar, bilirsinizmi müsəlmanın neçə bayramı var?

Bəli iki bayramı. Bunlardan biri Ramazandır. Bu bayram Ramazan ayı bitərkən sonuncu

gün olur. Bu çox gözəl bir gündür. Bu ay boyu oruc tutanların sevindikləri bir gündür.

Axı Ramazan ayında hər kəsə oruc tutmaq əmr olunmuşdur.

Anacan, Oruc tutmaq necə olur?

- Əziz balam, əvvəlcə oruc tutduğumuz günün gecəsi qalxıb yemək yiyərik. Buna

sahura qalxmaq deylir. Yeməyimizi subh namazının azanına qədər bitirərik. Sonra axşam

namazının azanına qədər heç bir şey yemərik. Axşam namazının azanında isə yeyib içə bilərik.

Buna da imsak deyilir. Beləcə oruc tutmuş olarıq.

Anacan bəs onda hər kəs oruc tutmalıdır?

Xeyr balacan. Xəstə olanlar, yaşı çox kiçik olanlar oruc tutmağa məcbur deyillər.

Axı mən də oruc tutmaq istəyirəm anacan.

Ağıllı qızım, əgər istəsən günün ilk yarısını sən də oruc tuta bilərsən ki, buna alışasan.

Sahurda bizimlə qalxıb yemək yesən. Günorta namazına qədər heç bir şey yeyib içməsən

bu da sənin orucun olar.

Anacan, mən də böyüyəndə sizin kimi sahur vaxtından iftar axtına qədər oruc tutacağam.

8

Page 9: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

İslamın beş şərti var,Öyrənən xeyir tapar:

Şəhadət, namaz, oruc,Zəkat və Həccdir onlar.

…Şəhadət gəlir öncə,Deyildir bu əyləncə

Dünyan təzə don geyərMənasın dərk edincə

Lə iləhə illAllahMuhəmməd RəsuluLLah

Adın müsəlman olarŞahidlik etsən, hərgah.

…Gündə beş fərz namazın

Saxlama heç qəzasınSübh, Zöhr, Əsr, Məğrib,İşanı qıl, qoyma qalsın

…Budur gəldi Ramazan

Sən orucla silahlanŞeytanlar zəncirlənib

Fürsətdir, savab qazan.…

Zəkat miskinin haqqı,Ildə bir dəfə vaxtdır.Xəsislik edən bilsin:

Onunla mal-pul artır.…

Müsəlman sevər HəcciHəm qocası, həm gənci

Hər möminə nəsib olsunKəbə görmək sevinci!

Aparıcı oxuyur:

Əziz balalar kim mənə deyər, neçə əli var? Bəs hər əlində neçə barmağı var?

Doğrudur... 5 barmağı var.

Bəs bilirsiniz ki, dinimiz İslamın da 5 şərti var?

Oruc tutmaq da bunlardan biridir? Elə isə dinləyin...

9

Həcər Abbasova

Page 10: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Aparıcı: Bilirsinizmi oruc tutan insan necə olmalıdır?

Səbrli olmal,hər şeyə tez

qəzəblənməməli

Şükr etməli, özündə olan hər

şeyin qədrini bilməli

Bunu 4 müxtəlif uşaq əlində tutsun və uca səslə söyləsin.

Mübahisə etməməlivə pis sözlər danış-

mamalı

Yalan danışmamalı və dedi qodu etməməli

Aparıcı: Çünki hər bir yaxşı insan belə olmalıdır. Ramazan ayı da bu gözəl davranışlarabaşlamaq üçün ən gözəl aydır.

10

Page 11: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Ramazan günü oyunu.

Ramazandakı gözəlliklər oyunu.

İftara dəvət oyunu

(səhnəcik düzədilir)

Uşaqlardan biri deyir və hədiyyə qazanır.

Bir uşaq yerdə uzanıb gözlərini yumur. Yatıb sanki. Başqa bir uşaq əlində zəng gəlsin. Yatan uşağı

oyatsın.

Uşaqlar əl üzlərini yuyur. Sahur üçün süfrəyə əyləşirlər.

qaranlıq olsun. Yeməyi bitirdikdən sonra uşaqlardan biri azan söyləyir. Uşaqlar səhər namazı

qılmağa başlayırlar. Sonra Quran oxuyur hər biri .

Sonra bir qədər yatıb dincəlirlər. Zöhr namazı qıldıqdan sonra baş qatıcı oyunlara başlasınlar.

Oyunlar başlanır.

1.

Qarışıq şəkillər verilib. Onları Ramazan gününə əsasən sırala. Növbəti səhifədə.

2. Kim iftar açarkən duanı söyləyər?

3. Orucu nə pozar? Seçin görək. Növbəti səhifədə.

Oyunlar bitdikdən sonra sıra ilə digər namazları qıldılar. Artıq axşam yaxınlaşır.

İftar süfrəsini hazırlayırlar.

Uşaqlardan biri azan oxuyur. İftar vaxtıdır. Axşam namazını qılıb. İftar üçün süfrəyə oturdular.

Uşaqlardan biri iftar duasını oxuyur.

Sonra işa namazını qılmaq üçün dəstamaz alırlar. Hazırlaşıb yaxınlıqdakı məscidə gedirlər.

Məscidin önündə başqa namaz qılmağa gələnləri görürlər.

Hər kəs namaza dayanır. Hər kəs təravih namazı qılır. Beləcə Ramazan günü oyunu bitir.

İndi isə Ramazanda edilən əməlləri xatırlayırıq.

Bir böyük öndə gedir. Hər uşaq paravoz kimi bir-birinin ardınca dayanır. Ramazanda edilən

bir əməli hər biri söyləyir.

Və beləcə paravozun nə qədər uzun olacağına baxılır. Uşaqlar bu sözləri söyləyirlər.

a)Ramazan ayında atamla birkdə marketdən iftar üçün ərzaqlar aldıq.

b) Ramazan ayında iftarda hamı bir süfrədə oturub orucumuzu açdıq.

c) Ramazan ayında hər kəs gecə yeməyə qalxdı. Sahur etdi.

d) Ramazan ayında anam rəfiqələri ilə birlikdə Quran oxumaq üçün yığışdılar.

e) Ramazan ayında ailəm tanıdıqlarımızı iftara dəvət etdi.

f) Ramazan ayında kasıblara yardım etdik.

Dostlar iki qrupa ayrılırlar. Birinci qrup iftar verən ailədir. Sanki marketə gedib iftar üçün alış-veriş

edirlər. Sonra yemək hazırlayıb süfrə qururlar. Digər qrup isə onlara qonaq olurlar. Hər kəs süfrəyə

oturub azanı gözləsin. Uşaqlardan biri azanı söyləsin. Hər kəs orucunu açsın. Sonra rolları dəyişib

qonaq olanlar bu dəfə ev sahibi olsun. Beləcə iftar verməyin və qonaq olmağın nə olduğunu hər

kəs başa düşsün.

Əgər zəng çalındısa demək sahur vaxtı gəldi.

(yerdən süfrə) (Salonu qaranlıq etmək)

(rəhlin üzərində Quran)

(səhnələşdirmək)

11

Page 12: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

quran oxumaq

iftar etmək

sahura qalxma

namaz qılmaq

dəstamaz almaq

təravihə getmək

12

Bir Ramazan günü edilən əməllərin ardıcıllığını tap

Page 13: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

yemək

içmək

oynamaq

quran oxumaq

13

Orucu nə pozar?

Page 14: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Dostlar 3 qrupa ayrılır.

Birinci qrup - Fitrəni alan adamlar.

İkinci qrup - Fitrə verənlər.

Üçüncü qrup - Veriləcək fitrələr.

Birinci qrup (fitrə alanlar) halqa kimi yerə otururlar.

İkinci qrup (fitrə verənlər) isə ayaq üstə dayanıb, “hanı mənim fitrəm?”-deyə qışqırır.

Sonra üçüncü qrupdan birini seçir.

Sonra həmin fitrə olan uşağın əlini, yerdə oturan fitrə alacaq uşağın əli ilə birləşdirir, ayağa

qaldırır.

Və beləcə bu hərəkəti digər uşaqlarla da təkrarlayır. Yerdə oturanlar hamısı ayağa qalxana qədər.

Sonra hər kəs əl ələ tutub dairə şəklində fırlanır və oxuyur. Fitrəmizi paylaşdıq, paylaşdıqca

böyüdük və çoxaldıq.

İndi isə Ramazanda sədəqə (fitrə zəkatı) oyunu oynayaq.

(bu qurpda hər kəsin əlində dənli bitkilərdən oyuncaq var).

(fitrə olan, əlində dənli bitki tutan uşaqlardan)

14

Fitrə oyunu (səhnələşdirmək)

Page 15: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Fitrə zəkatını hesablamaq (səhnəcik)

Aparıcı:

Mədinənin anası :

Mədinə gülümsəyərək :

Zeynəb:

-

Mədinə gülümsəyərək

Mədinə:

Zeynəb :

Mədinə:

Zeynəb :

Mədinə :

-

Aparıcı:

Mədinə riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir. Toplama, çıxma əməlini və

digər riyaziyyat məsələlərini də əla bilir.

Ramazan ayının mübarək günlərinin birində Mədinə ailəsi ilə axşam yeməyini yemək üçün iftar süfrəsinə

oturdu. Axşam naharını edib, bitirdikdən sonra Mədinə öz otağına keçib,dərs stolunda əyləşdi.

Elə bu vaxt, televizorda aparıcının belə dediyini eşitdi: “Ramazan ayından sonra gələn Şəvval ayının

başlandığını bildirən ay göründü. Allah Ramazan ayında tutduğunuz orucu və saleh əməllərinizi

qəbul etsin!”

Bu xəbər Ramazan ayının bitməsini və bayramın gəlişini bildirirdi.

Mədinə və ailəsi bayramın gəlməsinə çox sevindi və dərhal Allaha dua etməyə başladılar:

“Uca Rəbbimiz hər birimizin bu ayda etdiyimiz bütün ibadətləri qəbul etsin”.

-“Qızım,bu gecə sənin üzərinə vacib bir riyazi məsələni həll etmək düşür. Bilmək istəyirsənmi o nədir?

-“Bəli,bilirəm anacan. Bu yəqin ki, fitrə zəkatını hesablamaqdır”.

Bacıcan, fitrə zəkatı nədirki?

:

-“Əziz bacım,bil ki,fitrə zəkatı hər bir azad,ağıllı müsəlman kişi və qadına vacibdir.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) deyibki, Ramazan bayramından bir gün əvvələ qədər

hər bir kəsin adından düyü, kişmiş, xurma və buğda kimi ərzaqlar kasıblara fitrə zəkatı olaraq verilməlidir.

Onun miqdarı isə 1 saa qədərində olmalıdır. Saa keçmişdə insanların tətbiq etdikləri ölçü vahididir.

Bu xüsusi ölçüyə malik qab idi . İndiki ölçü ilə uyğunlaşdırsaq tutumu 2 kiloqram yarıma bərabərdir.

İndi də bəzi kəndlərdə insanlar ərzaqlarını belə qablarla ölçüb,“saa” ölçüsündən istifadə edirlər.

Ailə üzvləri Ərzaq Kiloqram

Atam düyü 2,5

Anam düyü 2,5

Mən düyü 2,5

Bacım düyü 2,5

2,5+2,5+2,5+2,5=10kq

- “Əziz bacım,yəni biz hər birimizə düşən 2,5kq-ı dörd dəfə təkrarlamalıyıq.Yəni toplamalıyıq.Və ya onu 4-ə

vurmalıyıq. Nəticədə,2,5*4=10kq alırıq.”

-“Mədinə, sən bütün bunları necə öyrənmisən?”

-“Biz müsəlman olaraq dinimizin əsaslarını öyrənməliyik ki,halalı haramdan seçə bilək.

Allah da bizdən razı qalsın”.

- “Bəs bunu necə etməliyik?”

“Dinimizi öyrədən bu kitabları oxumaqla.”

İşa namazını qıldıqdan sonra Mədinə və anası dörd kisə düyü götürdü. Hər kisənin çəkisi 2,5 kq olmaqla

bir adamın fitrəsinə bərabər idi. Mədinənin atası kisələri maşınına yerləşdirdi.

Ertəsi gün sübh namazının azanı verildikdə Mədinənin ailəsi artıq oyanmışdı. Bayram üçün hazırladıqları gözəl

paltarlarını geyinmişdilər. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dediyi kimi hər biri xurma

yeyib məscidə bayram namazı qılmağa getdilər. Qarşıda onları böyük bir bayram məclisi, qonaqlar, gəzintilər və hədiyyələr

gözəyirdi. Axı bu gün ən gözəl gün Ramazan bayramı idi.

(Sonra Mədinə vərəq və qələm gətirib

hesablamağa başlayır, və bu arada onun yanına balaca bacısı Zeynəb gəlir)

(qabı göstərmək)

(Beləliklə,Mədinə vərəq üzərində və ya lövhədə yazmağa başladı.)

(Hesabladıqdan sonra, Mədinə bacısına izah edir)

(və əli ilə rəfdəki kitabları işarə edir)

15

Page 16: Aparıcı uşaqlara uyğun müraciətləfeqih.com/uploads/books/cinara/ramazan_senari_Chinara.pdfŞirk qoşma ər-Rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana!

Aparıcı: Uşaqlar gəlin görək Ramazan haqqında nə öyrədik?

1. Ramazan ayı neçə gündür?

90, 15, 30

2. Ramazanda gecə qalxıb nəsə yeməyə nə deyilir?

Təravih, sahur, iftar

3.Ramazanda kimlərə kömək edə bilərik?

Kasıblara, varlılara, heç kəsə

4. Edilən yardımın adı nədir?

fitrə, oruc, zəkat

Tapmacaları tapaq:

Ramazanda tutarıq

Acıyarıq, susarıq

Sonra iftar açarıq

Bildinizmi bu nədir? (Oruc)

Çox uzundur bu namaz

Ramazan onsuz olmaz

İşadan sonra qılarıq

Bu namazın adı nədir? (Təravih)

Yaşasın axşam azanı

İndi oruc açma zamanı

Haydı doyur qarnınl

Nədir bu vaxtın adı? (İmsak)

16

Hazırladı: Çinarə Köçəriyeva.Bütün şeirlər: Həcər AbbasovaYalnız peyğəmbərlərin tapmacaları: XumarPs. Müəllif hüquqları qorunsun. Çünki hələ çap olunmamış kitabdan nümunələr var.