85
Mündəricat Giriş................................................. ...................................................... .................3 I Fəsil. Dünya neft bazarı və OPEK –in yaranması 1.1 Dünya neft bazarı............................................ ............................................5 1.2 OPEK-in yaranma səbəbləri və onun tarixi inkişafı.............................11 1.3 OPEK-in dünya neft bazarına təsiri ............................................... ........22 II Fəsil. OPEK-in idarə edilməsi və Azərbaycanın OPEK- lə qarşılıqlı əlaqələri 2.1 OPEK-in təşkilati strukturu və qərarların qəbulu mexanizmi ............28 2.2 OPEK-in tətbiq etdiyi qiymət siyasəti.............................................. ........35 2.3 Azərbaycanın OPEK-lə əməkdaşlığının perspektivləri.........................43 1

ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

  • Upload
    others

  • View
    0

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Mündəricat

Giriş........................................................................................................................3

I Fəsil. Dünya neft bazarı və OPEK –in yaranması

1.1 Dünya neft bazarı........................................................................................5

1.2 OPEK-in yaranma səbəbləri və onun tarixi inkişafı.............................11

1.3 OPEK-in dünya neft bazarına təsiri .......................................................22

II Fəsil. OPEK-in idarə edilməsi və Azərbaycanın OPEK-lə qarşılıqlı

əlaqələri

2.1 OPEK-in təşkilati strukturu və qərarların qəbulu mexanizmi ............28

2.2 OPEK-in tətbiq etdiyi qiymət siyasəti......................................................35

2.3 Azərbaycanın OPEK-lə əməkdaşlığının perspektivləri.........................43

Nəticə....................................................................................................................54

Ədəbiyyat siyahısı...............................................................................................56

1

Page 2: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Giriş

Mövzunun aktuallığı -Neftin dünya iqtisadi artımında və ayrı-ayrı

sənayecə inkişaf etmiş ölkələrin iqtisadiyyatında mühüm rolunu nəzərə alaraq bir

sıra iri miqyaslı beynəlxalq təşkilatlar yaradılmışdır ki, bu sırada ön mövqedə

1960-cı ildə yaradılmış və 12 ölkəni (Səudiyyə Ərəbistanı, Küveyt, İndoneziya,

BƏƏ, Qətər, Qabon, Nigeriya, İran, Venesuela, Liviya, İraq, Əlcəzair) təmsil

edən OPEK təşkilatı dayanır.OPEK dünya neft hasilatının 41%-nə və ya 1371

milyon tonuna nəzarət edir.

Buraxılış işində bu mövzuya toxunmağımın əsas məqsədi OPEK-in

yaradılması,onun fəaliyyət mexanizmi,həyata keçirdiyi neft strategiyaları və

təşkilatın inkişaf perspektivlərini təhlil etməklə aktual bir sahəni araşdırmaqdır.

Mövzuda əsas məqsəd –OPEK-in fəaliyyət dairəsini nəzərdən

keçirmək,təşkilatın neftlə bağlı həyata keçirilən strategiyalar və bu strategiyaların

dünya neft bazarına etdiyi təsiri öyrənməkdən ibarətdir. Buraxılış işində bütün

imkanların mövcudluğunu qeydə almış və gələcəkdə də OPEK-in bu təşkilata

üzv olmayan ölkələri üçün açıq olan tədbirlərində Azərbaycanı məmnuniyyətlə

görmək istədiyi qeyd edilmişdir.

Buraxılış işində neft təsərrüfatının iqtisadi strukturunun modernizasiya

problemlərinin təhlil və araşdırmaları hədəf seçilən tədqiqat işində sistemli,

situasiyon yanaşma və verifikasiya prinsipi əsasında sahəvi industriyanı

xarakterizə edən informasiyalar emal olunaraq müvafiq uyğun gələn nəticələri

səciyyələndirmişdir.

Məqsəd və nəticəlik vəhdətini rəhbər tutaraq tədqiqat işində OPEC və

Azərbaycanın neft strategiyasının formalaşması və reallaşması aspektləri,

rasional təsərrüfat quruculuğu, investisiyon siyasət və neft-qaz industriyasının

modernizasiyasının alternativ iqtisadi mexanizmləri çevrəsində isə təkliflər

paketi işlənmişdir.

2

Page 3: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Mövzunun obyekti - kimi OPEK üzv-ölkələri çıxış edir. OPEK

ölkələrinin başlıca gəlir qaynağını isə neft gəlirləri meydana gətirməkdədir.

Müasir dövrdə OPEK dünya neft bazarına aktiv təsiretmə imkanlarına

malikdir.1960-cı ildən bəri OPEK monopoliya imicini qoruyub saxlaya

bilmişdir.OPEK-in mənzil qərargahı Avstriyanın Vyana şəhərində yerləşir.

OPEK dünya neft bazarında neftin qiymətinin sabit saxlanılması məqsədilə

hasilat kvotası müəyyənləşdirir.Kvotalar OPEK-in dünya neft bazarında ən

böyuk tənzimləmə alətidir.Bu kvotalar təşkilat daxilində ölkələrə müəyyən

nisbətdə paylanılır.

OPEK-in dünya iqtisadiyyatındakı yeri danılmazdır.Təşkilat dünya neft

bazarlarına yüksək təsirə malikdir.Təşkilatın tarixi təcrübəsinin və üzv

ölkələrinin inkişaf tarixinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.Dünya

iqtisadiyyatının dünya neft bazarından asılılığını nəzərə alsaq bunun əhəmiyyəti

daha da artır.

Mövzunun predmenti- OPEK üzv ölkələrinin qlobal neft sənayesinə artan

rolunu və müasir amillərin təsirinin araşdırılması təşkil edir.Belə ki, dünya neft

hasilatının 40%-dən çoxuna nəzarət etməsini nəzərə alsaq, təşkilatın neftlə bağlı

həyata keçirdiyi bütün tədbirlərin dünya enerji daşıyıcıları bazarına etdiyi təsirin

dərəcəsini təsəvvür etmək çətin deyil.

3

Page 4: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

I Fəsil. OPEK ölkələrinin iqtisadiyyatı1.1. Dünya neft bazarı

“Neft və neft məhsulları bazarı” gündəlik həyatımızda rastlaşdığımız

“bazar” anlayışından kəskin fərqlənən, mücərrəd bir iqtisadi sistemi özündə əks

etdirən geniş və qarşılıqlı proseslərin vəhtətindən təşkil edilmiş bir məvhumdur.

Neft və neft məhsullarının reallaşdığı “bazar” dünyanın aparıcı dövlətlərində

yerləşən fond birjaları sayılır. Dünyada 130-dan çox iri fond birjaları fəaliyyət

göstərir. Birjalarda satılan əmtəələrin 30-40% sənaye məhsulları təşkil edir ki,

onların da içərisində neft və neft məhsulları yüksək çəkiyə malikdir.

Bu birjalar içərisində daha çox neft məhsullarının mübadiləsi ilə

ixtisaslaşan birjalar –Nyu –York və London birjalarıdır.Onu da qeyd etmək

lazımdır ki, birjalarda neft və neft məhsullarının mübadiləsi zamanı qiymətlərin

reallaşdırılması fyuçers sazişləri əsasında aparılır.

Sazişin şərtlərinə əsasən neft və neft məhsullarının mübadiləsi real mala

görə deyil, həmin malın mübadiləsi haqqında hüququn alınıb-satılmasıdır. Neftin

qiymətləndirilməsi kotirovkalara əsaslanır. Hal-hazırda fond birjalarında Light,

Sweet Crude Oil, IPE Brent Crude kimi neft kotirovkaları ən yüksək keyfiyyətli

neft markaları sayılır.Buna “neft fyuçers kotirofkası” deyilir.

Müasir dövrdə dünya təsərrüfatını analiz edərkən təbii ehtiyatlara olan

artan tələbatın əsas hissəsini məhz yanacaq ehtiyatlarının təşkil etdiyini görə

bilərik. Onu da qeyd etmək lazımdır ki, bu yanacaq daşıyıcılarının içərisində

neftin xüsusi çəkisi təxminən 40-50% təşikl edir.

Ümumdünya təsərrüfatına baş verən bütün dəyişikliklərdə neft amilinin

rolu olduqca böyükdür. Müasir neft sənayesi olduqca beynəlmiləl xarakter

almışdır.

Hazırki dövrdə neft məhsulları bazarının iqtisadi əsaslarının tədqiqi ilə bir

çox şirkətlər, qrumlar məşğul olur. Onlar gələcəkdə neft hasilatını, emalını, 4

Page 5: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

satışını, qiymətini, bu sahəyə qoyula biləcək investisiyanın həcmini, risklik

dərəcəsini və s. məlumatları araşdırırlar.

Hazırki şəraitə uyğun olan dünya bazarlarında tələbin tam ödənilməsi üçün

elə bir mexanizm yaranmışdır ki,qlobal şəkildə resursların axını baş verir.Bu

resurslar içərisində ən çox əhəmiyyət kəsb edəni enerji daşıyıcılarıdır.Bu halda

enerji dedikdə bir nömrəli hesab edilən neft başa düşülür..Dünya bazarlarında

xüsusi seqment təşkil edən neft bazarı öz dinamikliyi və spesifik işləmə

mexanizmi ilə seçilir.

Dünyada yerləşən neft ehtiyatlarının ümumi həcmi 1318 milyard barrel

təşkil edir.Bu ehtiyatların da əksəriyyəti Fars körfəzi ,Yaxın və Orta

Şərq ,Meksika körfəzi ,Xəzər hövzəsi və Şimal dənizinin şelf zonasının payına

düşür.

Buradan onu aydın görmək olur ki, ən böyük neft ehtiyatlarına malik olan

ölkələrin böyük bir qismi inkişaf etməkdə olan ölkələrdir.Təkcə Fars körfəzi

sahilində yerləşən ölkələrin neft ehtiyatı dünya neft resurslarının yarısını təşkil

edir.

Dünya bazarlarında neft ixrac edən o ölkələrdir ki, istehsal etdikləri neft

daxili istehlakdan daha çoxdur.Yaranmış bu artıqlıq ixracat yönümlü hesab

edilir.Yalnız bu halda neft ixrac edilə bilər.Hazırda neft ixrac edən ölkələr elə

məhz zəngin neft ehtiyatına malik olan ölkələrdir.Bu ölkələrin sahib olduqları

zəngin resurslar həm öz ölkəsinin ,həm də neft ehtiyatı olmayan və bu resursa

ehtiyacı olan ölkələrin tələbatını ödəyir.Yəni,qarşılıqlı şəkildə

razılaşmalar ,dünya bazarınada tələb və təklifin uzlaşması ilə ixrac prosesi

həyata keçirilir.Daha əvvəl də qeyd edildiyi kimi, neft ixrac edən ölkələr zəngin

neft yataqlarına sahib olan ,yəni Fars körfəzi , Xəzər dənizi , Meksika körfəzi ,

Şimal dənizi hövzəsinə aid olan ölkələr hesab edilir.

5

Page 6: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Dünyada neft ixracı sahəsində müəyyən birliklər qurulmuşdur.Bunlardan

biri OAPEC (Organization of Arab Petroleum Exporting Countries ) –dir. Əsas

məqsədi üzv ölkələrin inkişafını təmin etməkdən ibarət olan təşkilat ərəb

ölkələrinin enerji siyasətini koordinasiya edir.Təşkilat 1968-ci il 9 yanvarda

Küveyt , Liviya , Səudiyyə Ərəbistanının razılığı ilə Beyrutda yaradılmışdir .Hal-

Hazırda təşkilatı 11 üzvü var . Əlcəzair ,Bəhreyn , Misir , İraq , Küveyt , Liviya ,

Qatar , Səudiyyə Ərəbistanı , Suriya , Tunis və Birləşmiş Ərəb Əmirlikləri .

Dünya neft bazarında mühüm iştirakçılardan biri də neft idxalçı

ölkələridir.Hazırda dünya təsərrüfatının dinamik inkişafı ,post-industrial

mərhələsinin ən ali mərtəbəsinin yaranması hər bir ölkə üçün neftin əhəmiyyətini

artırır.

Bu onunla izah olunur ki , neft məhz ənənəvi yanacaq növü olsa da öz

alternativlərinə nisbətən optimallığı qoruyub saxlamaqdadır.Hazırad dünya neft

ehtiyatlarının 95%-ni özündə cəmləşdirən 20 ölkənin yeraltı sərvəti 180-dən çox

ölkənin təsərrüfatının canlanmasına şərait yaradır.

Hazırda dünya neft idxalının həcmi gündəlik 65 milyon barreldir.Bu

göstərici dünya neft istehlakının 78.7%-ni ifadə edir.Yəni istehlak edilmiş neftin

21.3%-i yerli istehsalın nəticəsində əldə olunmuşdur.Amerika Birləşmiş

Ştatlarının neft sənayesi gündəlik 8 milyon barrel neft istehsal edir.Bu

göstəricinin yalnız 1 milyon barrelini ixraca yönəldir.Birləşmiş Ştatların gündəlik

neft istehlakının həcmi isə 21 milyon barreldir.Beləliklə iqtisadiyyetına hər gün

əlavə olaraq 14 milyon barrel neft lazımdır ki , öz fəaliyyət mexanizmini

dayandırmasın .Beləliklə, ABŞ bu 14 milyon barreli hər gun idxal edir.Və bu

göstərici ilə dünyanın ən böyük neft idxal edən ölkəsidir.

Dünyanın ən böyük ikinci neft idxalatçısı ölkəsi olan Yaponiya

istehlakının hamısını idxal edir.Heç bir neft ehtiyatlarına malik olmayan

Yaponiya neft idxalından asılı ölkələr siyahındadır.Yaponiyanın gündəlik neft

idaxalının həcmi 5 milyon barreldən çoxdur. Çin isə öz şelf zonasından gündəlik 6

Page 7: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

olaraq 3.7 milyon barrel neft istehsal edir. Lakin Çin iqtisadiyyatının

dinamikliyinin qorunması üçün idxal olunan neftin həcmi gün ərzində 4 milyon

barreldir.

Avropa Birliyi ölkələri alternativ enerji mənbələrinin araşdırılması və

istifadəsinə çoxlu cəhdlər göstərsə də , hələ ki ,dünyanın ən çox neft idxal edən

regionlarındandir.Cədvəl 1-də neft idxal edən ölkələr və onların dünya

idxalındakı payı aydın ifadə olunmuşdur:

Sıra Ölkələr İdxalın həcmi(mln b/g)

1 Dünya 65410.00

2 ABŞ 14710.00

3 AİB 8613.00

4 Yaponiya 5032.00

5 Çin 4210.00

6 Almaniya 3026.00

7 Niderland 2648.00

8 Fransa 2465.00

9 Sinqapur 2440.00

10 Cənubi Koreya 2370.00

11 İtaliya 2223.00

12 Hindistan 2159.00

7

Page 8: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

13 İspaniya 1777.00

14 BB 1673.00

15 Kanada 1229.00

16 Belçika 1119.00

17 Tailand 0,832.00

18 Türkiyə 0,714.00

19 İndoneziya 0,672.00

20 Tayvan 0,660.40

Cədvəl 1.Ən çox neft idxal edən 20 ölkənin göstəriciləri

Dünyada idxal olunmuş neftin son tarixlərdə dinamik proseslər

çərçivəsində hərəkətlərinə nəzər saldıqda müəyyən dəyişikliklərin şahidi oluruq.

1995-ci ildə sənayeləşmiş ölkələr OPEK-dən gündəlik 16 milyon barrel neft idxal

edirlər.Bu göstəricinin 9.4 milyon barreli Fars körfəzinin payına

düşürdü.Sənayeləşmiş ölkələrə neft ixracı OPEK-in ümumi ixracının 2/3-ni Fars

körfəzinin isə 60%-ni özündə birləşdirir.

Ekspertlərin təxmininə görə 2020-ci ildə OPEK sənayeləşmiş ölkələrə 21

milyon barrel/gün , Fars körfəzi isə göndərdiyinin 3/2-I qədər ixrac edəcək.Eyni

vaxtda verilən proqnozlara görə OPEK inkişaf etmiş ölkələrə gündə 20 milyon

barrel neft ixrac edəcək.Qrafik 1-də verilən məlumata görə regionların idxal

meyli onların texnoloji inkişafı ilə birbaşa əlaqədar olacaqdır.

8

Page 9: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Dünya neft bazarında idxalatçı ölkələri , onun idxal meyllərini tədqiq

etdikdən sonra neft istehlakının da araşdırılması məqsədyönlüdür.Belə ki ,

dünyada çox mühüm strateji məhsul hesab edilən neft istehlakı bilavasitə

texnoloji və industrial səviyyədən asılıdir.

Dünyanın ən çox neft istehlak edən ölkələrinə nəzər salsaq görərik ki , bu

ölkələr ya post-industrial səviyyədə texnoloji kamilliyə çatmış , ya da elmi-

texniki tərəqqini öz təsərrüfatında tətbiqi ilə nailiyyət qazanmış ölkələrdir.Elə

məhz dünyanın ən nəhəng 25 neft neft istehlak edən ölkələrin 10-u inkişaf etmiş,

8-i yeni sənayeləşmiş ölkələrdir.Bazar münasibətləri şəraitində beynəlxalq

dərəcəli ixtisaslaşma və ölkələrin spesifik sahələrə üstünlük verməsi vahid dünya

bazarı , o cümlədən ən böyük əhəmiyyət kəsb edən dünya neft bazarının

tərəqqisinə gətirib çıxarır.

Hazırda dünya bazarında üstünlük əldə etmək ,bazar subyektlərinin

hərəkətlərini nəzarətdə saxlamaq nəhəng dövlətlərin xarici siyasətində prioritet

təşkil edir.

9

Page 10: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

1.2 OPEK-in yaranma səbəbləri və onun inkişaf tarixi

Dünyanın neft bazarında ən çox payı olan ölkələr birliyi OPEK (The

Organization of Petroleum Exporting Countries )yaranması mahiyyəti ilə olduqca

əhəmiyyət kəsb edir.

Belə ki ,OPEK-in mövcud olması səbəbinə diqqətlə nəzər saldıqda görürük ki

,bu təşkilat məhz tarixi proseslərin obyektiv qanuna uyğunluöuyla birbaşa

əlaqədardır.OPEK-əsas məqsədi üzv ölkələrin neft siyasətini unifikasiya və

koordinasiyasını həyata keçirmək olan könüllu olkələrarası iqtisadi

təşkilatdır.Beləki, bu təşkilat 1960-cı ildı yaradılmışdır.Əslində OPEK-in

formalaşmasının əsası 1949-cu ildə Venesuelanın İran ,Qabon , Küveyt , Liviya

və Səudiyyə Ərəbistanına neft istehsalında birgə əməkdaşlıq sahəsində təklifi ilə

qoyulmuşdur. Lakin adı çəkilən olkələrin neft istehsalı sahəsində səylərini

birləşdirmələri 1960-cı ilə təsadüf etmişdir.

Beləliklə 10-14 sentyabr Bağdad konfransı həyata keçirilir.Və bu

konfransda qəbul edilmiş qətnamə əsasında rəsmi olaraq OPEK yaradıldı.OPEK

yarandıqdan qısa müddət sonra genişlənməyə ,üzv ölkələrinin sayını artırmağa

başladı.1960-75-ci illərdə təşkilata Qatar (1961) ,İndoneziya (1962),Liviya (1962

), BƏƏ (1967),Əlcəzair (1969) və Nigeriya qoşuldu (1971).Ekvador və Qabon da

OPEK-ə daxil oldular. Lakin tez bir Zamanda üzvlukdən çıxdılar.Buna səbəb 2

milyon dollarlıq uzvluk haqqını ödəyə bilməməsi və ona qoyulan kvota ilə

razılaşmaması idi.

Eyni səbəbdən Qabon da 1995- ci ildə üzvlükdən çıxdı.Rusiya və Norveç

isə təşkilata daimi olmayan üzv kimi 2000-ci ilin əvvəllərində qoşuldu.İraq

təşkilatın üzvü olsa da 1998-ci ilin mart ayından etibarən OPEK kvotalarını öz

istehsalında nəzərə almır.

10

Page 11: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2008-ci ilin may ayından etibarən isə İndoneziya təşkilatdan xaric

olmuşdur.Buna səbəb isə İndoneziyanın OPEK kvotaları üzündən neft

sahəsindəki inkişafının azalması qeyd olunur.Hal-hazırda OPEK-in 12 üzvü

var.Cədvəl 2-də OPEK ölkələri haqqında ətraflı məlumat verilib

Təşkilatın yaranmasının əsas səbəbi dünya neft bazarında yaranmış

monopoliya idi.Beləki , 1959-cu ildə dünya neft istehsalı və emalının əsas

hissəsinə nəzarət edən 7 iri neft şirkəti-British

Petroleum ,Chevron ,Exxon ,Gulf ,Mobil , Royal Dutch,Shell və Texxonun xam

neft qiymətlərinin aşağı salması OPEK-in yaradılmasına səbəb oldu.Buna görə də

neft hasil edən inkişaf etməkdə olan olkələr OPEK adı altında qiymətlərin

sabitləşməsi istiqamətində monopol güc formalaşdırdılar.

Ölkə Region OPEK-ə

qoşuldu

Əhalisi Sahəsi(minkv

km)Əlcəzair Afrika 1969 34 mln 2381

Anqola Afrika 2007 12 mln 1246

Ekvador Cənubi

Amerika

2007 13 mln 281

İran Yaxın Şərq 1960 71 1648

İraq Yaxın Şərq 1960 29.49 mln 438

Küveyt Yaxın Şərq 1960 2.92 mln 18

Liviya Afrika 1962 6.28 mln 1760

Nigeriya Afrika 1971 151 mln 924

Qatar Yaxın Şərq 1961 0.86 mln 11

Səudiyyə

Ərəbistanı

Yaxın Şərq 1960 24.82 mln 2150

Birləşmiş

Ərəb

Əmirlikləri

Yaxın Şərq 1967 4.52 mln 84

Venesuela Cənubi 1960 27 mln 916

11

Page 12: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Amerika

Cədvəl 2.OPEK ölkələrinin xüsusiyyətləri (2009-cu il )

Təşkilatın yaradıldığı ilk vaxtlardan neft karteli qiymətlərin azaldılmasını

dayandırmışdır. 1973-cü ilin oktyabr ayında OPEK-in qərarı ilə əsas ölkələrdə

neft sənayesi milliləşdirildi.Bununla da OPEK dövlətləri qeyri-şərtsiz yeni

qiymətlər müəyyən etdilər. Həmin il “Fars körfəzi” qiymətlər sistemi “Fars

körfəzi + həqiqi fraxt” sistemi ilə əvəz olundu. Artıq neftin qiymətini onun həqiqi

sahibləri müəyyən etməyə başladılar. 1972-1981-ci illərdə neftin qiyməti – 14.5

dəfə, yanacağın qiyməti – 13.5 dəfə, bütünlükdə mineral xammallar üzrə isə

qiymətlər 12.5 dəfə artırıldı. OPEK ölkələri neftin qiymətini lazımi səviyyədə

saxlamaq məqsədi ilə onun çıxarılması həcmi barədə kvota razılığına gəlmişlər.

Odur ki, bu ölkələrdə neft çıxarılması uzun müddət 70-ci illərin

səviyyəsində saxlanılmışdır. Nəticə etibarı ilə qiymətlərin aşağı olması xammal

ixrac edən ölkələrin iqtisadiyyatına zərər vurduğu kimi, yuxarı olması da onu

idxal edən ölkələrin işini çətinləşdirdi. Odur ki, 70-ci illərdə yanacaq böhranı baş

verdi. Bu isə faydalı qazıntılardan səmərəli istifadə edilməsi probleminə, mineral

xammalların çıxarılması və istifadəsində ekstensiv metoddan intensiv metoda

keçirilməsinə zərurət yaratmışdır. OPEK ölkələri vəziyyətin acınacaqlı olduğunu

görüb hasilat və ixrac kvotasını artırdı.

Beləliklə də yanacaq böhranı nisbətən getdikcə yumşalmağa başladı. 1996-

cı ildə neftin bir tonunun qiyməti 146 dollar, 1997-ci ildə 134 dollar, 1998-ci ildə

80 dollar oldu. OPEK-ə daxil olmayan ölkələrdən sayılan Norveç, Meksika,

Oman və Misir hasilat kvotasını aşağı salmaqla neftin qiymətini yenidən artırmaq

istəsələr də ciddi bir yüksəliş əldə edə bilmədilər.

1999-cu ilin I rübündə vəziyyət daha kritik həddə çatdı. Bir barrel neftin

qiyməti artıq 10 dollar səviyyəsinə düşmüşdü. Bu vaxt OPEK işə qarışmalı oldu.

12

Page 13: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Təcili olaraq OPEK ölkələri ilə bura daxil olmayan ölkələr arasında konfrans

keçirildi. Konfrans zamanı qərara alındı ki, il ərzində neft hasilatı 100 mln. ton

azaldılsın. Nigeriya və İndoneziya iqtisadi çətinliyi ön plana çəkərək neft

hasilatını azaltmayacaqlarını bildirdilər. Lakin onların qərərı ümumi işə bir

çətinlik yaratmadı. OPEK-in hasilatı azaldacağı barədə fikirlər Nyu-York və

London fond birjalarında görünməmiş hərəkətliliyə səbəb oldu.

1999-cu ilin II rübündə neftin tonu 113 dollar oldu.

III rübdə 152 dollar, IV rübdə isə 177 dollara qədər qalxdı. 2000-ci ildə

OPEK neft hasilatını 1999-cu il səviyyəsində saxlamaq qərarına gəldi. Bu

açıqlama neft fyuçerslərinin mübadiləsi ilə məşğul olan firmaların, təşkilatların,

broker və agentlərin öz fyuçerslərini bir az da saxlamağa məcbur etdi. Birjalarda

fyuçerslər azaldığından neftin qiyməti son 10 illə müqayisədə psixoloji həddi

keçdi. 2000-ci ilin I rübündə neftin bir tonunun qiyməti 195 dollara qədər qalxdı.

Neft ixrac edən ölkələrin əzmkarlığı nəticəsində qiymətlər növbəti illərdə də 1.5-

1.8% artdı.

Qiymətlərin qalxması neft idxal edən ölkələri razı salmırdı. ABŞ və Qərb

ölkələri vəziyyətdən çıxış yolu axtarmağa başladılar. İraq neft yataqlarını təmirə

bağladığından neft hasilatını azaltdı. Bu hadisə ABŞ və Qərb ölkələrini tamamilə

özündən çıxardı. Neft idxal edən ölkələrin təzyiqi ilə BMT İraqa ərzaq və tibbi

ləvazimat, ABŞ isə maliyyə yardımını dayandırdı. Əlacsız qalan İraq hökuməti

yataqların bərpa işlərini dayandırdı.

2001-ci ildə dünya ölkələri üçün uğurlu il kimi başladı. Avropa ölkələrində

ÜDM-lun artım tempi 2.1% artdı. İEÖ-də bu artım 4.5%, İEOÖ-də isə 2.5%

oldu. İqtisadiyyat inkişaf etdikcə neftə olan tələbat artırdı. Neftə olan tələbat

2.4% və ya sutkada 80 mln. ton artdı. Neft ehtiyatları balansında da yüksəliş

qeydə alındı. Avroa ölkələrində neft ehtiyatı 83 gün, Amerikada isə 52 gün oldu.

Bu göstərici bu illər üçün çox əlverişli göstərici idi. Buna səbəb 2001-ci ildə

OPEK-in neft hasilatını sutkada 1.452 mln.barrel artırılması oldu.13

Page 14: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Meksika, Norveç və Oman neft məhsulları bazarında öz yerini qorumaq

üçün öz hasilatların OPEK-ə nisbətən daha çox artırmağa başladılar. İraq ABŞ və

BMT-nin təsiri ilə Qərb ölkələrindən neft barteri əvəzində 1.2 mlrd. dollarlıq neft

texnologiyası əldə etdi.

Beləliklə də ixrac limitini artırmağa başladı. Meksika, Norveç, Oman və

İraqın neft kvotasını artırması neftin bir tonunun qiymətini 20 dollara qədər aşağı

saldı. Vəziyyətin belə olduğunu görən OPEK həm neft ixracını artıran ölkələrə,

həm də ABŞ və Qərb ölkələrinə xəbərdarlıq etdi ki, əgər neftin bir tonunun

qiyməti 22-28 dollar aşağı düşərsə OPEK ölkələri neft hasilatını görünməmiş

səviyyədə azaldacaq. Bundan sonra ixracatçı ölkələr yenidən əvvəlki kvotaya

qayıtdılar. Beləliklə də qiymətlər OPEK-in təsiri ilə tənzimləndi.

2008-ci ilin aprel ayında Venada OPEK-in üçüncü sammiti (birinci 1975-

ci ildə Əlcəzairdə, ikinci 2000-ci ildə Venesuelada olub) keçirildi. Sammitin əsas

mövzusu neft idxal edən ölkələrin OPEK ölkələrinə etdikləri təzyiq ilə bağlı idi.

Venesuelanın energetika naziri Rafael Ramires qeyd etdi ki, İİƏT-nın neft

idxal edən ölkələri göstərilən təzyiqləri dərhal dayandırmalıdırlar. Əsas səbəb

kimi idxalçı ölkələrin İraqa etdikləri təzyiq əsas gətirildi. Prezident onu da qeyd

etdi ki, İraq təzyiqlər nəticəsində ixrac etdiyi neftin 20%-ni ABŞ-a, 60%-ni

Avropa Birliyi ölkələrinə, 20%-ni isə Çinə satır. Bu açıqlamalardan sonra neftin

qiyməti artmağa başladı. İyul ayının 11-də özünün ən yüksək həddinə - 147

dollar/barrelə çardı.

Tezliklə başlayan maliyyə böhranı neft məhsulları bazarına ciddi zərbə

vurdu. Neft məhsulları bazarına ilk zərbə Nyu-York fond birjasından gəldi.

Nymex indeksi 2.7% aşağı düşdü. Tezliklə Brent markalı neftin qiyməti 121

dollara endi. OPEK-in baş katibi Abdulla Əl-Bədri qeyd etdi ki, neftin ixracını

1.5-2 mln. barrel azaltdıqları haqqında məruzə verdi. Lakin bu tədbirlər də bir

nəticə vermədi. Qiymət getdikcə daha da enməyə başladı. Əlcəzairin energetika

14

Page 15: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

naziri Şəkib Xəlil qeyd etdi ki, OPEK çalışacaq ki, neftin bir barrelinin qiyməti

70-90 dollardan aşağı düşməsin.

Neftin qiymətinin aşağı düşməsini sürətləndirən amillərdən biri də neft

fyuçerslərinin qiymətinin aşağı düşməsi oldu. Belə ki, fyuçerslərin daha da aşağı

düşməsindən çəkinən iri firmalar öz fyuçerslərini satmağa başladılar. Buna

açıqlama gətirən Şəkib Xəlil qeyd etdi ki, qiymətlərin aşağı düşməsinə əsas

maliyyə böhranıdır. Maliyyə böhranı nəticəsində firmaların müflisləşməsi emal

sənayesində durğunluq yaratdı. Bununla da neftə tələb aşağı düşüb. Tələbat

azdırsa, qiymətlər də aşağı düşməlidir.

İNG Bankın proqnozlarına görə neftin qiymətinin 70 dollardan aşağı

düşməsi neft ixrac edən ölkələrdə büdcə kəsrinin yaranmasına səbəb ola bilər.

Qeyd edilir ki, Venesuela və İran dövlət büdcələrini 55-65 dollar qiymətində

hesabladıqlarından hal-hazırda onlar üçün büdcə kəsri gözlənilmir. Şərqin neft

ölkələrində xüsusilə, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Bəhreyn və

Omanda ÜDM-un 25% aşağı düşməsi gözlənilir.

2009-cu ilin I rübündə neftin orta qiyməti bir barrelə görə 51.75 dollar

olmuşdur. Neft ixrac edən ölkələrin çoxu artıq kəsrlə işləməyə başlayıb. Onların

gəliri xərclərini ödəyə bilmir.

OPEK-in baş katibi Abdulla Əl-Bədri qeyd etmişdir ki, 2009-cu ildə neftin

qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün lazım gələrsə, neft hasilatını

daha 1 mln. ton azaltmağa hazırdırlar. Böyük Britaniyanın baş naziri Qorden

Braun dünyanı maliyyə böhranı bürüyən bir vaxtda OPEK-in bu açıqlamasını

cəfəngiyat adlandırmışdır.

OPEK təkcə neft hasilatı və tənzimləməsi ilə məşğul olmur. O həm də

enerji bazarının gələcək inkişafını da tətqiq edir. Cədvəl 1-ə nəzər salaq.

Cədvəldən də göründüyü kimi nüvə enerjisinə tələbat gələcək illərdə

azalacaq. Bu da nüvə enerjisi ilə bağlı mənfi halların artması ilə izah olunur.

15

Page 16: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Ekoloji cəhətdən istehsalın təhlükəli olması, emal prosesinin baha başa gəlməsi

bu işi ləngidən hallardandır.

Nüvə enerjisinə nisbətən qaza olan tələbatın artacağı gözlənilir. Qaz

istehsalının bol olması bu sahənin əhəmiyyətini daha da artırır. Gələcəkdə qaz

hasilatının 2-3 dəfə artması da proqnozlaşdırılır. Buna əsas səbələrdən biri də

Əlcəzairdə nəhəng qaz yataqlarının kəşf olunmasıdır. Bundan başqa Qərbi

Sibirdə, Özbəkistanda, Türkmənistanda, İranda və Şimal dənizində yeni qaz

yatqlarının olması güman edilir. Son 10-15 ildə qaza olan tələbat 22% artıb.

Enerji daşıyıcısının növü1996-cı il 2015-ci il

B.Y.V. % B.Y.V. %

Ümumi 385 100 554 100

Təbii qaz 77 21.5 147 26.1

Neft 140 39.1 208 26.9

Kömür 90 25.2 131 23.2

Nüvə enerjisi 22 6.1 21 3.7

Bərpa oluna bilən enerji

ehtiyatları 29 8.1 57 10.1

Cədvəl 3.1996-2015-ci illər ərzində OPEK-in proqnozlaşdırdığı enerji

ehtiyatları

OPEK-in məqsədləri :

16

Page 17: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

OPEK-in məqsədi ,neftin qiymətinin stabilliyinin təmin olunması neftin

istehlakçılara çatdırılması , neft sahəsinə qoyulan investisiyalardan gəlir əldə

edilməsi üçün , təşkilatın üzv ölkələri arasnda neftin hasilatı sahəsində

fəaliyyətinin əlaqələndirilməsi və ümumi siyasətin işlənib hazırlanmasıdır.

OPEK-in əsas məqsədləri :

1.Üzv ölkələrin neft siyasətinin əlaqələndirilməsi və unifikasiyası;

2.Üzv ölkələrin maraqlarının qorunması üçün daha effektiv fərdi və

kollektiv vasitələrin müəyyən edilməsi;

3.Dünya neft bazarlarında neftin qiymətinin stabilliyinin təmin

edilməsi;

4.Nefti hasil edən ölkələrə diqqət yetirilməsi və aşağıdakıların təmin

edilməsi:neft istehsal edən ölkələrin gəlirlərinin dayanıqlığı, istehlakçı

ölkələrin effektiv ,səmərəli və mütəmadi olaraq neftlə təmin olunması,

neft sənayesinə investisiyalardan gələn gəlirlərin ədalətli

bolgüsü,bugünkü və gələcək nəsillərin rifahı üçün ətraf mühitin

müdafiəsi;

5.Dünya bazarınada neftin qiymətinin stabilləşdirilməsi uzrə

təşəbbüslərin həyata keçirilməsi məqsədilə OPEK-ə üzv olmayan

ölkələrlə əməkdaşlıq.

İqtisadi böhranların OPEK-in inkişafına təsiri.

Dünya iqtisadiyyatında baş verən böhran mühiti (adətən iqtisadi , siyasi və hərbi

qarşıdurma səbəbiylə )neft bazarlarına da ciddi təsir edir .Yaranmış bu vəziyyət

bilavasitə OPEK-in fəaliyyətinə və onun tənzimləmə mexanizminə təsir

edir .OPEK yarandıqdan sonra ilk olaraq ciddi mənada böhran 1970-ci illərdə

17

Page 18: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

yaşanmışdır .6 oktyabr 1973-cü ildə Suriya və Misirin İsrailə hərbi hücumundan

sonra Yom –Kippur müharibəsi başlandı .Bu ərəb-israil konflikti özü ilə yeni

böhran da yaratdı . Qərb ölkələri bu hadisədən sonra daha ucuz qiymətə neft alıb

əvəzində yüksək qiymətə III dünya ölkələrinə əmtəə ixracını dayandırmalı

oldu .1973-cü ildə ərəb ölkələri ABŞ-ın İsraili müharibədə dəstəklədiyinə görə

onu cəzalandırmaq məqsədilə neft embarqosuna əl atdılar .Opek qiymətlərin

qalxdığını elan edərək onu 5.11 $/barrel-ə çatdırdı .

-1979-cu ildə ABŞ-dakı neft böhranı İran inqilabının başlanması səbəbilə

yarandı.Bu proseslər neft sektorunu tamamilə dayandırdı. Yeni rejim neft ixracını

yenidən bərpa edənə qədər bazarda qiymətlər çox qalxdı .Səudiyyə Ərəbistanı

və digər OPEK ölkələri istehsalın həcmini artıdılar ki ,tarazlıq olsun .Lakin

yenədə 4%-lik istehsal kəsiri mövcud idi .Bütün bunlar gözlənilməz qiymət

artımına səbəb oldu .

-1980-1986-cı illər. On ildə rekord səviyyəyə çıxan neftin qiyməti 1980-ci ildən

sonra düşməyə başlayıb və 1986-cı ildə qiymətdəki eniş 46 faiz ilə ifadə

olunurdu. “Brend” markalı xam neftin bir barrelin qiyməti 8,75 dollara qədər

aşağı düşüb. OPEK bundan sonra sabit qiymət tətbiqindən imtina edib və neft

bazarında itirdiyi bazar payını yenidən qazanmaq üçün qiymətləri endirib.

-1990-1991-ci illər. İraqın Küveyt işğalı və ilk körfəz müharibəsi ilə neftin

qiyməti 41,90 dollara yüksəlib.

-1997-99-ci illər.Asiyada iqtisadi böhranın başlaması səbəbi ilə OPEK hasilatın

miqdarını 10 faiz yüksəltməyi qəbul edib.İqtisadi böhran 1998-ci ilin sonunda

“Brend” markalı neftin qiymətini 10 dollardan da aşağı salıb.

-2001-2003-cü illər.Dünyanın ən böyük iqtisadiyyatı və ən böyük enerji

istehlakçısı ABŞ-da 11 Sentyabr hadisəsi neft qiymətinin aşağı düşməsi ilə

nəticələnib. ABŞ və onun müttəfiqlərinin İraqı işğal etməsi ilə neft bazarında

neftə olan tələb gündəlik 2,5 milyon barrel azalıb. Neftin qiyməti müvəqqəti

18

Page 19: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

olaraq aşağı olub, ancaq artan tələb 2003-2004-cü illərdə neftin qiymətini

canlandırıb.

-2004- 2008-ci ilin ilk günlərində xam neftin bir barrel qiyməti ilk dəfə 100

dollar sərhəddini keçib. Neft qiymətindəki sürətli yükləliş davam edib və 2008-ci

ilin iyul ayında qiymət 147,27 dollarla bütün dövrlərin ən yüksək səviyyəsinə

qalxıb. Qlobal iqtisadi böhran ilə neftin qiyməti 147,27dollardan 2008-ci il

dekabr ayında 32,40 dollara qədər geriləyib. Neft qiymətindəki enişin qarşısını

almaq üçün OPEK hasilatı azaldıb.Bundan sonra, 2009-cu ilin sonundan etibarən

neft qiyməti 70-85 dollar ətrafında hərəkət edir.Əslində 2008-2009 dünya neft

bazarında olduqca tərəddüdlü dövrdür.Çünki , təsərrüfat mexanizminin yüksək

inkişafı –məcmu tələbin yüksək həcmi 2008-də neft qiymətlərinin dəhşətli

qrtımına səbəb oldu .Lakin ABŞ-da başlayan böhran qısa dövrdə bütün dünyaya

yayıldı .Yaranmış vəziyyət qiymətlərin kəskin azalması ,işsizlik və tələbin

minimumlaşdırılması ilə xarakterizə olunur .Dünya neft bazarı 2009-cu ilin 1-ci

yarısında qlobal böhran səbəbilə ən aşağı səviyyəyə düşmüşdür. Bu elə bir

səviyyədir ki ,bundan sonra o yalnız qalxa bilər .

Eyni zamanda OPEK-in daxilində də qarşıdurmalar hökm sürür.Ərəbistan

yarımadası ölkələri , xüsusilə ,Səudiyyə Ərəbistanı istehsal kvotaları tərəfdarı

olsa da İran , Venesuela və Anqola yaranmış mühitdə kvotalara riayət

etmirlər.OPEK demək olar ki, 2009-cu ilin payızında öz hədəfinə

çatıb.Beləki,bazarda tələbin artması hesabına neftin 1 barrelinin qiyməti 70$-a

qədər yüksəlmişdir.2010-cu ildə neftin qiymətində artım müşahidə

olunmuşdur.Və bu zaman 1 barrelin qiyməti 85$ olmuşdur.

Ümumiyyətlə böhran mühitində OPEK hər zaman olmasa da ;lazımi

anlarda olduqca konstruktiv davranır.Çünki OPEK üzv ölkələrin hər biri bu

böhranı öz iqtisadiyyatlarında yaşamaq fikrinfdə deyillər.Hamısı İEOÖ

kateqoriyasına aid olan təşkilat ölkələri dunya maliyyə sistemində mühüm rol

oynayırlar.Bu ona görədir ki,böyük həcmdə neft gəlirləri dünyanın ən nüfuzlu

19

Page 20: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

maliyyə şirkətlərinin sərəncamına verilir.Daha açıq şəkildə desək,OPEK

konstruktiv siyasətlə neftdən əldə etmiş gəlirlərin təhlükəsizliyini təmin edir.

20

Page 21: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

1.3 OPEK-in dünya neft bazarına təsiri

OPEK-in dünya iqsadiyatındakı yeri və rolu ,həmçinin düunya neft

bazarına təsiri dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul

edilmişdir.Dünyada mövcud olan neft ehtiyatları 1317 miyard barrelə

bərabərdir.Bu resursların təqribən ¾-ü OPEK ölkələrinin payına düşür.

Diaqram 1.OPEK ölkələrinin xam neft ehtiyatı (2011)

Diaqram 1-dən göründüyü kimi 2011-ci ilin sonunda OPEK ölkələri

arasında xam neft ehtiyatı üzrə ilk sıralarda Venesuela -297.6 milyard

barrel ,Səudiyyə Ərəbistanı -265.4 milyard barrel ,İran -154.6 milyard

barrel ,İraq 141.4 milyard barrel ,Küveyt -101.5 milyard barrel ,BƏƏ- 97.8

milyard barrel ,Liviya -48 milyard barrel ,Nigeriya -37.2 ,Qatar- 25.4 , Əlcəzair -

12.2 ,Anqola -10.5 ,Ekvador isə 8.2 milyard barrel təşkil edir.

OPEK mütəxəssislərinin fikrinə görə bu günkü neft istehsalı həcmləri

saxlanarsa təşkilat ölkələrində neft ehtiyatları 90 ilə tükənəcəyi halda ,digər neft

istehsal edən ölkələrdəki ehtiyatlar 20 ilə kifayət edər.Əlbəttə ki , yeni

21

Page 22: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

texnologiyaların tətbiqi OPEK mütəxəssislərin proqnozlarında müəyyən

dəyişikliklərə səbəb olacaqdır.

2012 1Q13 2Q13 3Q13 4Q13 2013 Artim %

Amerika 23.75 23.66 23.73 23.93 23.88 23.80 0.050.2

0

Avropa 13.80 13.27 13.48 13.58 13.42 13.44 -0.37

-2.6

5

Asiya-Sakit Okan 8.50 8.88 7.88 8.20 8.67 8.41 -0.09

-1.0

8

Cəmi 46.05 45.81 45.09 45.71 45.97 45.64 -0.41

-0.8

9

Orta Asiya 10.80 10.85 11.03 11.13 11.12 11.03 0.242.1

8Latın Amerikası 6.26 6.21 6.44 6.70 6.59 6.49 0.23

3.63

Orta Şərq 7.58 7.81 7.78 8.18 7.77 7.89 0.314.0

3

Afrika 3.38 3.39 3.38 3.32 3.47 3.39 0.010.2

6

Cəmi 28.02 28.25 28.63 29.33 28.95 28.80 0.782.7

7

Keçmiş Sovet İttifaqı 4.41 4.33 4.18 4.59 4.84 4.49 0.07

1.63

Digər Avropa 0.64 0.63 0.59 0.63 0.71 0.64 -0.01

-0.8

1

Çin 9.74 9.79 10.23 9.91 10.43 10.09 0.353.5

9Bütün digər regionlar 14.80 14.75 14.99 15.12 15.98 15.21 0.42

2.81

Bütün dünya 88.87 88.81 88.71 90.16 90.90 89.65 0.780.8

8İlkin qiymətləndirmə 88.87 88.95 88.66 90.14 90.87 89.66 0.79

0.89

Yenidən qiymətləndirmə 0.00 -0.14 0.04 0.02 0.03 -0.01 -0.01

-0.0

1

Cədvəl 4 2013-ci ildə dünya neft tələbatı22

Page 23: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Beynəlxalq energetika agentliyinin hesabatına görə yaxın gələcəkdə neft

ən əsas enerji mənbəyi olaraq qalacaq.Onun payı nəqliyyat sektorunda daha da

aratacaqdir.Maye qazın istehlakı 2020-ci ilə əhəmiyyətli dərəcədə artacaq və

kömurun istehlak səviyyəsinə çatacaqdir.Nüvə enerjisinin istifadəsində kiçik

artım tempi və stabilləşmə qeydə alınacaq.Hidroenerji və digər bərpa olunan

enerji resursları dünya enerji balansında kiçik templə də olsa sabit şəkildə

artacaqdır.Agentlik tərəfindən dünya iqtisadiyyatında illik 3.1% enerji

istehlakında isə illik 2% artım olacaqdır.

Hazırda dünya neft hasilatının yarısı OPEK ölkələrinin payına

düşür.İqtisadi nəzəriyyədə bazardakı subyektin bazar payının 33%-dən artıq

olduğu halda onun inhisarçi olduğunu nəzərə alsaq ,OPEK-in dünya neft

bazarlarında inhisarçı mövqe tutduğunun şahidi olarıq.OPEK-in dünya neft

bazarına çıxardığı “neft səbətinə” 12 üzv ölkənin istehsal etdikləri neft markaları

daxildir.Səbətdə hər bir ölkə 1 neft markası ilə təmsil olunur.Bu neft

markalarının qiymətləri tərkibindəki kükürd və yüngül fraksiyaların miqdarına

görə fərqlənir.

OPEK-in dünya neft bazarındakı yeri və rolu onun dünya neft bazarına

çıxardığı xam neftin miqdarı və qiymətlərə təsir imkanları ilə müəyyən olunur.

Təşkilat tərəfindən dünya bazarlarında neftin qiymətinin sabit saxlanılması

məqsədilə hasilat kvotası müəyyənləşdirilir.Daha sonra müəyyən olunmuş

ümumi kvotalar ölkələr arsında bölüşdürülür.

OPEK ölkələri tarixi proeslər fonunda istehsalında ciddi mənada

assimiliativ yanaşmalar ifadə etmişdir.

Beləki , XX əsrin son onilliklərində Fars körfəzində baş verən hərb və

siyasi hadisələr region ölkələrinin iqtisadiyyatına ciddi şəkildə təsir göstərdi.Əgər

1980-ci ildə Səudiyyə Ərəbistanında neft hasilatı 497 milyin ton idisə,1987-ci 23

Page 24: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

ildə bu göstərici təxminən iki dəfə azalaraq 255 milyon tona bərabər

olmuşdur.Analoji situasiya regionun digər ölkələrində də müşahidə olunmaqda

idi.1980-ci ildə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı müvafiq

olaraq 81.5 milyon ton və 82 milyon ton idisə ,1987-ci ildə bu göstərici müvafiq

olaraq 27 və 47.5 milyon tona bərabər olmuşdur.

Dünya neft bazarında OPEK ölkələri iştirak etməsə , onların inkişafı

mümkünsüz olar .Neft təşkilat ölkələrinin əsas gəlir mənbəyi olmaqla bütün ölkə

iqtisadiyyatını arxasınca aparır.Lakin neft qiymətləri nə qədər də yüksək olsa

xammal həmişə hazır məhsula nisbətən ucuzdur.Bu amili nəzərə alan bir sıra

OPEK ölkələri daxildə emaledici sənayenin inkişafına diqqət ayırmağa

başlmışlar.

Hazırda təşkilata üzv ölkələrdən İranın ixracının 33%-ni emaledici

sənayenin məhsulları tutur.İxrac olunan əmtəələr içərisində neft emalı və kimya

sənayesi məhsulları böyük çəkiyə malikdir.Cədvəl 5-dən ydin olur ki,dünya neft

bazarlarında baş vermiş dəyişikliklər OPEK ölkələrinin gəlirlərinə ciddi təsir:

İllər Faiz

1970 85

1975 96

1980 94

1985 84

1990 75

1995 62

2000 68

2001 66

24

Page 25: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2002 63

2003 64

2004 67

2005 72

2006 75

2007 77

2008 76

Cədvəl 5.OPEK ölkələrinin neftdən asılılıq dərəcəsi

Neft və neft məhsullarının ixracından əldə olunan gəlir İranın iqtisadi

inkişafının,valyuta gəlirlərinin və ölkə büdcəsinin formalaşdırılmasınin əsas

mənbəyidir.Ölkənin xarici valyuta gəlirlərinin 85%-i real gəlirlərinin 70%-dən

çoxu birbaşa və dolayı yolla neft istehsalı ilə bağlıdır.İran təsdiq ounmuş neft

ehtiyatlarına görə Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur .Bu ehtiyatların

80%-i Xuzistan vilayətindəki və Fars körfəzinin İrana aid olan sektorunun Şelf

zonasında yerləşən neft yataqlarının payına düşür.

2001-ci ildə İranda gündəlik neft hasilatı 3675 min barrel olmuşdur.Bir il

ərzində 182 milyon ton neft istehsal olunmuşdur ki, onun 112 milyon tonu ixrac

olunmuşdur .Dünya bazarında yüksək neft qiymətlərinin formalaşması əldə

olunan gəlirlərin nəzərdə tutulan gəlirlərdən 3 milyard dollar çox olması ilə

nəticələnmiş və dövlət büdcəsində neft gəliri 16 milyard dollar məbləğində əks

olunmuşdur.2007-ci ildə isə İran öz istehsalını artıraraq gündəlik 4030 min

barrelə çatdirmışdır ki ,bu da OPEK ölkələrində istehsal olunan neftin 12%-ni

təşkiln edir.OPEK ölkələrinin 2001-2007-ci illərdə istehsal etdikləri neftin

dinamik göstəriciləri ifadə olunub :25

Page 26: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Cədvəl 6.OPEK ölkələrinin xam neft istehsalı(min barrel/gün )

26

Sıra Ölkələr 2001 2002 2003 2004 2005 2006 2007

1 Əlcəzair 779 729 942 1311 1352 1368 1371

2 Anqola 740 894 901 1020 1241 1384 1694

3 Ekvador 394 379 402 507 511 518 511

4 İran 3572 3248 3741 3834 4091 4072 4030

5 İraq 2593 2126 1377 2107 1853 1957 2183

6 Küveyt 1947 1745 2107 2288 2573 2664 2574

7 Liviya 1323 1200 1431 1580 1693 1751 1673

8 Nigeriya 2017 1801 2166 2327 2365 2233 2059

9 Qatar 632 568 676 755 765 802 845

10Səudiyyə

Ərəbistanı7888 7093 8410 8897 9353 9207 8816

11

Birləşmiş

Ərəb

Əmirlikləri

2115 1900 2248 2343 2378 2568 2529

12 Venesuela 2791 2782 2643 3009 3066 3035 2949

OPEK 28008 25595 28187 31076 32305 32448 32077

Page 27: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

II Fəsil. OPEK-in idarə edilməsi və Azərbaycanın OPEK-lə qarşılıqlı

əlaqələri

2.1 OPEK-in təşkilati strukturu və qərarların qəbulu mexanizmi

OPEK-in nizamnaməsi 1961-ci il 10-14 sentyabrda Karakasda keçirilən

OPEK-in ikinci konfransında qəbul edilmişdir. Nizamnamədə OPEK-in yaranma

məqsədi , təşkilata üzvlük , onun idarə edilməsi , maliyyə və əlavə şərtlərin

şərhinə yer verilib .

Təşkilatın məqsədi neft istehsal edən ölkələrin neft siyasətinin

əlaqələndirilməsi,unifikasiyası ,dünya neft bazarında neftin qiymətinin

stabilliyinin təmin edilməsidir.

Üzvlük:

Təşkilata üzv olan ölkələr 3 qrupa ayrılır.

1)Bani üzv ölkələr (Səudiyyə Ərəbistanı ,İran , İraq , Venesuela ) .

2)Tam üzv ölkələr –OPEK-ə tam hüquqlu üzv olaraq qəbul edilən ölkələr.

3)Birləşmiş üzvlər-OPEK-in konfranslarında İdarə başçıları şurasında

məsləhətçi kimi iştirak edən ölkələrdir.Birləşmiş üzvlər üçün OPEK-in qərarları

heç bir məcburiyyət daşımır. Onlar tam hüquqlu üzv kimi katibliyin bütün

ümumi vasitələrindən istifadə edə bilər.

Xam neft ixrac edən istənilən ölkə OPEK-ə üzv qəbul edilə bilər .Bunun

üçün həmin ölkənin əvvəlcə təşkilata müraciətinə baxılır və konfransda

səsverməyə çıxarılır.Bani üzvlərin səsləri də daxil olmaqla qərar ¾ səs çoxluğu

ilə qəbul edilməlidir.

Təşkilatın nizamnaməsinə görə üzvlükdən şıxmaq istəyən ölkə əvvəlcə

konfransda təşkilatdan çıxmaq haqqında bildiriş göndərməlidir.Bu bildiriş

27

Page 28: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

konfrans tərəfindən qəbul edildikdən sonra , növbəti təqvim ilində bildiriş

göndərən ölkə təşkilatdan xaric edilir.

Növbəti təqvim ilinə qədər ölkə üzvlükdən irəli gələn bütün öhdəçilikləri

yerinə yetirməlidir.Təşkilatda üzvlüyü dayandırılan istənilən ölkənin təşkilata

yenidən üzv olması mümkündür.Bunun üçün təşkilata üzv olmaqla bağlı irəli

gələn bütün prosedur qaydaları yerinə yetirməlidir.

Təşkilatın strukturu :Hər bir təşkilat kimi OPEK-in də idarəetmə strukturu

ierarxik formada təşkil edilmişdir.

Konfrans təşkilatın ən ali orqanı hesab edilir. Konfrans üzv ölkələrinin

təmsilçilərindən ibarət olur.Təmsilçi bir və ya daha çox ola bilər .Həmçinin

təmsilçi kimi nümayəndələr müşahidəçi və məsləhətverici üzvləri də ola bilər.

Əgər təmsilçilərin sayı 1-dən çox olsa ,təyinatçı ölkə onların arasından

birini nümayəndə heyətinin sədri seçməlidir.Hər bir üzv ölkə bütün konfranslarda

öz nümayəndəsi ilə təmsil olunmalıdır.Üzvlərin ¾-ü iştirak etdikdə Konfrans baş

tutmuş hesab edilir.

Hər bir tam üzv ölkənin Konfransda bir səsvermə hüququ var.Konfransda

qərarlar prosedur qaydalar istisna olmaqla ,bütün üzv ölkələrin tam razılığı

əsasında qəbul edilir.

Konfransın qərarları ya ümumi toplantıların yekunundan 30 gün sonra ,ya

da üzv ölkələrin qəbul olunmuş qərara tam hazır olduqlarını Baş katibliyə

bildirişindən sonra qüvvəyə minir.Tam üzv ölkə konfransda iştirak etmədikdə

Katiblik 10 gün ərzində həmin ölkəni qəbul edilmiş qərarla tanış

etməlidir.Konfransda təşkilata üzv olmayan ölkə müşahidəçi qismində iştirak edə

bilər.Təbii ki , buna konfransın xüsusi icazəsi lazımdır.

Konfrans hər il ildə iki dəfə təyin olunmuş şəkildə həyata

keçirilir.Konfransın növbədənkənar iclası isə hər hansı bir ölkənin tələbi əsasında

28

Page 29: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

təşkilat prezidenti ilə məsləhətləşmədən sonra Baş Katiblik tərəfindən təşkil

olunur.

Konfrans adəti üzrə təşkilatın qərargah ofisində təşkil edilməlidir.Lakin ,

təcrübədən görünür ki , Konfrans hər hansı bir üzv ölkə yaxud başqa bir münasib

yerdə də keçirilə bilər.

Konfrans ilkin toplantıda təşkilata rəhbərlik üçün bir prezident və bir vitse-

prezident seçməlidir. Vitse-prezident təşkilat prezidentinin iştirak edə bilmədiyi

vaxtda onun məsuliyyətinin daşıyıcısıdır.Baş Katib konfrans katibi kimi də

fəaliyyət göstərir.Konfrans aşağıdakı öhdəlikləri daşıyır:

1)Təşkilatın ümumi fəaliyyət siyasətini təyin edir.

2)Təşkilata yeni üzvlərin daxil olmasına nəzarət edir .

3)İdarəetmə Şurasının hazırladığı hesabatları təsdiqləyir.

4) İdarəetmə Şurasını təşkilatın maraq və nüfuzuyla bağlı məsləhət və

təkliflər hazırlamağa istiqamətləndirir.

5) İdarəetmə Şurası tərəfindən təqdim edilmiş məsləhət və təklifləri

təşkilatın fəaliyyəti sahəsində müzakirə edərək qəbul edir.

6) İdarəetmə Şurası tərəfindən təqdim edilmiş büdcə planı təşkilatın

fəaliyyəti sahəsində qəbul edilir.

7) İdarəetmə Şurasıtərəfindən təqdim edilmiş auditor rəyi və hesablar

haqqında məlumatı təsdiq edir.

8)Hər hansı bir üzv ölkə ilə bağlı ,yaxud müəyyən məqsədlə əlaqədar

Konsultativ görüş təşkil edir.

9)Təşkilat nizamnaməsinə dəyişiklik edir .

10) İdarəetmə Şurasının sədrini və onun muavinini təyin edir.29

Page 30: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

11)Katibi təyin edir.

12)Bir illiyinə təşkilatın auditorunu təyin edir.

İdarəetmə Şurası üzv ölkələrin təyin etdiyi nümayəndələrdən ibarət olub

Konfrans tərəfindən təsdiq edilir.Təşkilatın hər bir üzvu İdarəetmə Şurasının

toplantılarında iştirak etməlidir.Beləki, bu yığıncaqlar üzvlərin 2/3-nin iştirakı ilə

baş tutmuş hesab olunur.

Hər hansı bir səbə üzundən nümayəndə iştirak etmədikdə öz yerinə vəkil

təyin edə bilər. Hər bir nümayəndənin 1 səs hüququ var.Bu səs hüququ İdarəetmə

Şurasının qərarlarının verilməsində irəli sürülür. İdarəetmə Şurasının hər

nümayəndəsi illik təyin olunur. İdarəetmə Şurası hər il ən azı iki dəfə

toplanır.Toplantı vaxtları şura sədri ilə katibin məsləhətləşməsi əsasında uyğun

vaxt intervalı ilə təyin olunur. İdarəetmə Şurasının növbədənkənar iclası ya şura

sədrinin , ya katibin , ya da üzvlərin 2/3-nin tələbi əsasında həyata keçirilə bilər.

İdarəetmə Şurası da Konfrans kimi ya mənzil qərargahda , ya da başqa

uyğun yerdə təşkil olunur.

İdarəetmə Şurasının məsuliyyətinə bunlar daxuildir :

1)Təşkilat işlərinin idarəedilməsini istiqamətləndirir və konfrans

qərarlarının həyata keçirilməsini təmin edir.

2)Ümumi katib tərəfindən tərtib olunmuş məlumatları qəbul edir.

3)Təşkilatın işi ilə əlaqədar təklif və məsləhətlərini Konfransa

təqdim edir .

4)Konfransın təsdiqi üçün hər təqvim ilində təşkilatın büdcəsini

hazırlayıb təqdim edir.

5)Bir illiyinə təşkilatın auditorluğunun namizədliyini təyin edir.

30

Page 31: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

6)Auditor rəyi və hesablar haqqında məlumatı nəzərdən keçirib

Konfransda təsdiq üçün təqdim edir .

7)İnzibati bölmələr və departamentlər tərəfindən hazırlanmış

tapşırıqları təsdiq edir.

8)Konfrans üçün növbədənkənar iclası təşkil edir.

9)Konfransın fəaliyyət tarixini hazırlayır.

İdarəetmə Şurasının sədri bir illiyinə seçilir. İdarəetmə Şurasının sədri bu

öhdəlikləri daşıyır.

İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir.

İdarəetmə Şurasının iclaslarını hazırlamaq üçün qərargahda iştirak etməlidi

Konfrans və Məsləhət xarakterli iclaslarda İdarəetmə Şurası təmsil etmək.

Əgər İdarəetmə Şurasında hər hansı ölkənin nümayəndəsi təşkilat

maraqlarına ziyan vurarsa üzv ölkələrin əksər hissəsi Şuranin sədrinə bunu rəsmi

şəkildə çatdirmalıdı.

Belə olduqda sədr tez bir zamanda sözügedən ölkə ilə əlaqə saxlayaraq

nümayəndəsinin dəyişməsini təşkil etməlidir.Təyin olunmuş yeni nümayəndə

Konfransın növbəti iclasında təsdiq olunur.

Katiblik İdarəetmə Şurasının nəzarəti altında təşkilatın idarəetmə

funksiyasını yerinə yetirir.Katiblik baş katib və işçi qrupundan ibarət olur.Katib

təşkilatın rəsmi təmsilçisi hesab olunur .

Baş Katib Katibliyin rəhbəri vəzifəsini daşıyır və İdarəetmə Şurasının

istiqaməti əsasında təşkilatın işlərini həyata keçirir.Baş Katib konfrans tərəfindən

3 illiyə təyin olunur. Baş katib üçün namizədlərdən tələb olunur:

a) 35 yaşdan yuxarı olmaq

31

Page 32: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

b) Hüquq ,iqtisadiyyat , mühəndislik ,biznes idarəçiliyi sahəsində

universitet məzunu olmaq.

c) 15 il iş təcrübəsi , bunun ən azı 10 ili energetika sənayesi ilə 5 ili isə

idarəetmə vəzifəsində keçmiş olsun .

Baş katib üzv ölkələrdən birinin vətəndaşı olmalıdır.onun öhdəliklərinə

aşağıdakılar daxildir:

1) Təşkilatın işini təşkil və icra etmək

2) Digər departamentlərin vəzifə və funksiyalarını yerinə yetirməyi təmin

etmək

3) İdarəetmə Şurasının iclaslarında müəyyən qərarların verilməsi üçün

məlumatları hazırlamaq

4)Həm konfrans qərarlarının yerinə yetirilməsi vəziyyəti , həm də

katibliyin fəaliyyəti barədə İdarəetmə Şurasını mütəmadi məlumatlandırır.

Bölmə direktorları və Departament sədrləri Baş katib tərəfindən təyin

olunaraq İdarəetmə Şurası təsdiqləyir.Katiblik ozu də işlərin icrası funksiyasına

görə bir neçə bölmə və departamentə ayrılır.

Beləki ,onun daxilinə Tədqiqat mərkəzi ,İnsan resursları departamenti,

İctimaiyyətlə əlaqədar və informasiya departamenti ,Katiblik qərargahı ,daxili

audit ,hüquq departamenti ,İqtissadi komissiya ,nazirlər departamenti fəaliyyət

göstərir.

Tədqiqatlar mərkəzi bunlardan məsuliyyət daşıyır:

1)Təşkilatın tələblərinə uyğun araşdırmalar aparmaq .

2)Enerji və neft-kimya sənayesində inkişaf müşahidə etmək və analiz

etmək

32

Page 33: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

3)Neft sənayesində mühüm əhəmiyyət kəsb edən iqtisadi və maliyyə

vəziyyətini analiz etmək

4)Katiblik və üzv ölkələri maraqlandıran məlumatlarla təmin etmək

İqtisadi Komissiya Katiblik daxilində fəaliyyət göstərən ixtisaslaşmış

struktur bölmədir və dünya neft bazarında ədalətli qiymət şəraitində stabilliyin

qorunub saxlanılmasında təşkilata kömık edir.

Komissiyanın əsas məqsədi dünya neft bazarında qiymət dəyişikliklərini

izləmək ,Nazirlər Konfransını neft qiymətlərinin dinamikası ilə tanış etmək və

neftin dünyanın bir nömrəli enerji mənbəyi olaraq qalmasına çalışmaqdır.

İqtisadi Komissiya- Komissiya Şurası ,Milli nümayəndələr , Komissiyanın

qərargahı və Komissiyanın kordinatorundan ibarətdir. Komissiyanın

koordinatoru həmçinin tədqiqat mərkəzinə rəhbərlik edir.

33

Page 34: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2.2 OPEK-in tətbiq etdiyi qiymət siyasəti

Dünya neft bazarında qiymətlərin bir sıra növü vardır:

-OPEK üzvü olan ölkələrin hökümətləri tərəfindən müəyyən edilən rəsmi satış

qiymətləri

-OPEK-ə daxil olmayan ixracatçıların rəsmi satış qiymətləri .Bu qiymətlər həmin

ölkələr tərəfindən OPEK-in qiymət səviyyəsindən , bazarın vəziyyətindən ,hasilat

xərclərindən və s. asılı olaraq müəyyən olunur.

-Müxtəlif düsturlara görə hesablanan qiymətlər , o cümlədən “net-bek”

qiymətləri

-Azad bazarda fəaliyyət göstərən və tələb-təklif nisbətinin təsiri altında

formalaşan birdəfəlik sövdələşmə qiymətləri

-Birja sövdələşmə qiymətləri:Bu qiymətlər neft birjalarında birdəfəlik

sövdələşmə qiymətləri , bazarın inkişaf proqnozu ,alver əməkiyyatları kimi

amillər nəzərə alınmaqla müəyyən edilir.Bu da qısamüddətli dövrdə bazar

vəziyyətinin indiqatoru sayılır.

-Neft məhsullarının növbəti reallaşması ilə birlikdə idxal ölkələrində neft emalına

kontraktların qiymətləri

-Əmtəə mübadiləsi razılaşmalarının qiymətləri

Sadalanan qiymət növlərinin ilk üçü müntəzəm kontraktlarda istifadə olunur.

1979-cu ilə qədər neft əsasən orta və uzun müddətli kontraktlara görə

reallaşdırılırdı.Birdəfəlik sövdələşmələrə görə reallaşdırılam əmtəələrin həcmi

həmin əmtəələrin ümumi ticarət həcminin 2-5%-ni təşkil edirdi.Birdəfəlik

sövdələşmə qiymətləri OPEK-in rəsmi qiymətlərinə bütövlükdə yaxın olmaqla

bir qədər onları ötüb keçirdi.1979-cu ildən başlayaraq birdəfəlik razılaşma

34

Page 35: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

qiymətləri neft bazarında qiymətlərin əmələ gəlməsində həlledici rol oynamağa

başladı.

Onlar hasilatın səviyyəsinin tənzimlənməsiüzrə ixracatçı ölkələr

tərəfindən qəbul edilən qərarlar ,habelə alver və digər amillərlə müəyyən

olunurdu.Proqnozlaşdırılmayan siyasi amillər xüsusilə praktiki əhəmiyyət kəsb

edir.Bazarda neft çatışmadıqda birdəfəlik sövdələşmə qiymətləri artır və neft

idxal edən ölkələr birdəfəlik sövdələşmələr üzrə satışı genişləndirməklə özlərini

müntəzəm kontraktlardan uzaqlaşdırmağı üstün tuturlar.Əksinə ,bazarda neft

arıqlığı yarandıqda birdəfəkil sövdələşmə qiymətləri aşağı götürülür və bu zaman

alıcılar müntəzəm kontraktlar baglamağı üstünlük verirlər.

1981-ci ildən etibarən neft bazarında təklifin tələbi ötub keçməsi müşahidə

olunan hallarda alıcılar ,xüsusilə də 1984-cü ildən müddətli kontraktlar üzrə

təsbit olunmuş qiymətlərdə alqını azaltmaqla birdəfəlik sövdələşmə bazarından

geniş istifadə etməyə başladılar .Bunun nəticəsində neftlə ticarətin ümumi

həcmində birdəfəlik sövdələşmələrin payı 1980-ci ildə 5%-dən 1994-cü ildə

30%-ə qədər artmışdır.

Bazarda meydana çıxan neft artıqlığı ixracatçıları qiymətlərin müəyyən

edilməsi üçün müxtəlif düsturlardan istifadə etməyə sövq etdi .Qiymətləri “net-

bek” də daxil olmaqla düstur əsasında müəyyən edilən kontraktlar 1985-ci ildən

sonra daha geniş yayılmağa başladı .Əvvəlcə Səudiyyə Ərəbistanı ,sonra isə digər

aparıcı ixracatçı ölkələr rəsmi satış qiymətlərindən imtina etdilər və onları

dünyanin iri ticarət mərkəzlərində neft məhsullarının qiymətlərindən asılı olaraq

tərəddüd edən qiymətlərlə əvəz etdilər .Həmin qiymətlər üzrə müntəzəm

kontraktlar bağlanırdı.Bu kontraktlar hec olmasa bir qədər müddətdə neft emalı

şirkətlərinə zəmanətli mənfəəti ,neft ixrac edənlərə isə etibarlı satış təmin edirdi .

“Net-bek” qiymətləri ilə neftin satışı OPEK üzvü olan ölkələr üçün daha

üstün tutulurdu . OPEK-dən kənarda isə birdəfəlik sövdələşmə qiymətləri

üzrə ,habelə bazar konyukturu nəzərə alınmaqla müəyyən edilən rəsmi və sorğu 35

Page 36: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

qiymətləri üzrə satış hakim idi.”Net-bek” qiymətlərindən və digər düsturlar üzrə

hesablanan qiymətlərdən istifadə OPEK üzvü olan ölkələrə qiymətlərə təzyiq

göstərməklə ixracı genişləndirməyə imkan verirdi.

1981-ci ildən başlayaraq neftin əmtəə mübadiləsi razılaşmaları ilə satışı

daha geniş vüsət aldı.Bu razılaşmalar özünün xeyli rəngarəngliyi ilə

səciyyələnirdi.Özündə müəyyən əmtəə miqdarının əvəzinə bütün neft miqdarının

ixrac olunmasını nəzərdə tutan xalis barter sövdələşmələrindən başqa idxal

olunan əmtəələrin bir hissəsini neft göndərməklə ,qalan hissəsini isə pul

formasında və kompensasiya razılaşmaları ilə ödənilməklə həyata keçirən

kontraktları birləşdirir.

İlk baxışda OPEK neft qiymətlərinin formalaşmasında çox məhdud rol

oynayır. OPEK ölkələri digər neft ixracatşıları kimi spot bazarında istədikləri

qiymət çərçivəsində resurslarını satmağa çalışır.Lakin bu fakt OPEK-in dünya

bazarında neft qiymətlərinin formalaşmasındakı rolunu tam əhatə etmir. Təşkilat

və onun dominant üzvü olan Səudiyyə Ərəbistanı istehsal kvotalarının həcmini

artırıb –azaldaraq neft qiymətlərinə təsir edir.

OPEK bazarda təklif razılığını qorumaq şərti ilə istehsal kvotalarını

formalaşdırır.Neftin qiyməti OPEK-in bazar prinsipləri çərçivəsində bu

hesablaşmaları necə apardığından dalğalanır .Opek istehsal kvotalarını tətbiq

etməklə qiymətlərdə istədiyi səviyyəni əldə etməyə can atır.Tələb-təklif

çərçivəsində neft qiymətləri OPEK və OPEK üzvü olmayan ölkələrin bazar

mühitinə təqdim etdiyi neftin həcmindən asılıdır.

Əgər bazarda təklifin həcmini və digər qiymətlərə təsir edəcək faktorları

OPEK təxmin edə bilməsə təşkilat yalniz hədəfinə qoyduğu qiymət səviyyəsinin

ən yaxın göstəricisinə çatmağa çalışır.

Çox fərqli bir yanaşma tərzi olan Beynəlxalq enerji agentliyinin

mütəxəssisi J.Smit OPEK-in bürokratik təbiəti haqqında belə fikirdədir: “OPEK

36

Page 37: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

bürokratik-dominant karteldir , hansiki ,üzvləri arasında eyni bir məhsulla bağlı

korporativ halda vahid bir qiymət ətrafında fikir birliyi yaradır və onu

reallaşdırır.”

Hal-hazırda əlavə gəlir əldə etmək üçün arzulanan qiymət səviyyəsinə nail

olmağın çətinlikləri yaşanır. Çünki uzunmüddətli dövrdə bazar subyektlərinin

davranışlarını proqnozlaşdırmaq tam nəticə vermir .

OPEK-in qiymətlərə təsiretmə imkanı yalnız uzunmüddətli dövrdə bazar

iştirakçılarının fəaliyyətindən asılıdır.Prinsipcə kvota qərarları OPEK-in bazarda

istədiyi qiymət səviyyəsi barədə siqnalı ifadə edir .Bunu vurğulamaq çox

mühümdür ki, bazar mühiti OPEK-in bu siqnalına necə cavab verəcək .Təbbi

ki ,yalnız bu halda bazar uğurlu ola bilər.Xüsusilə ,bu siqnal o vaxt effektli olur

ki ,bazar həqiqətən OPEK-in bazara göndərdiyi informasiyaların etibarlı

olduğuna inansın .

Baxmayaraq ki , OPEK qiymətlərin saxlanilmasında çoxlu uğurlar əldə

edib , bəzi hallarda o heç də bu uğurunun davamlılığını qoruya bilməmişdir.Əgər

qlobal səviyyədə neftə olan tələbat azalarsa qeyri-OPEK ölkələri maksimum

səviyyədə neft ixrac edə bilərlər .Lakin OPEK üzvləri istənilən qiymət

səviyyəsini saxlamaq üçün istehsalı azaltmaq məcburiyyətində qalırlar . Bəzi

hallarda bazarda gücün tarazsızlığı və digər səbəblər üzündən OPEK istehsalı

azaltmağı üzvlərə diktə edə bilmir .

Bəzi hallarda isə üzvlərin fərqli maraqları üzündən baş verir .Təşkilat

müəyyən qərarlar qəbul etsə də ,bir sıra üzvlər intensiv şəkildə onu pozmağa

çalışırlar. Çünki təşkilatın monitorinq mexanizmi o qədər güclü deyilki ,yaranmış

qanun pozuntularını aşkara çıxarsın .Həmçinin təşkilat bu üzvləri cəzalandırmaq

və qoyulmuş kvotaya uyğun davranmağı təşkil etmək iqtidarında deyil .OPEK-in

tələb etdiyi istehsal azalmaları çox vaxt balaca ölkələrə ciddi mənada problemlər

yaradır.

37

Page 38: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Bəzi hallarda bazar subyektləri bu halları nəzərə alıb OPEK-in istehsalı

tənzimləmə əməliyyatına şübhə ilə baxaraq mövcud informasiyanın etibarlılığını

tam hesab etmirlər.Bu hallarda doğrudur ki , üzv ölkələr arasında mövcud olan

böyuk səviyyə fərqi və siyasi qarşıdurma koordinasiya cəhdlərinin uğurunu aşağı

salsın .

Həmçinin istehsal və yatırımın azaldılması barədə məlumatların

çatdırılmasında çətinliklər bazarda bu siqnalın effektliyini azaldan səbəblərdən

biridir.

Dünya bazarında qlobal tələbin artması OPEK-in qiymətqoyma gücünə

başqa tərəfdən də təsir edir.1990-cı ildən etibarən ildən –ilə artan qlobal tələb

OPEL üzvü olmayan ölkələrin istehsalının dinamik artımına səbəb olmuşdur

(xüsusilə 2000-2002-ci ilərdə Rusiya istehsalının xüsusi artımı )

Faktdır ki , 1990-2007-ci illər ərzində neftə qlobal tələb gündəlik təxminən

20 milyon barrel artdığı halda ,qeyri-OPEK ölkələrin bazarda təklifinin həcmi

gündə 8 milyon barrel artmışdır.

Beləki , bazardaki neft tələbi ilə qeyri-OPEK ölkələrinin təklif artımının

fərqini bağlamaq OPEK-in öhdəliyinə düşür.1990-2004-cü illər ərzində təşkilat

əlavə olaraq təklifin həcmində gündəlik 10 milyon barrel artım həyata keçirərək

istehsalı 2004-cü ildə 33 milyon barrel/gün ,2077-ci ildə isə 32 milyon barrel/gün

təyin etmişdir.

OPEK üzvlərinin əksəriyyəti tam istehsal prosesi fəaliyyət göstərdikdə

OPEK-in qiymətlər üzərində heç bir təsiri olmur.Beləliklə , dolayı olarq

Səudiyyə Ərəbistanı qiymətqoyma funksiyasını itirir.

Əgər bazarda qiymətlər OPEK-in hədəfindən aşağıdırsa qısa müddət

ərzində istehsalı azaltmaq siyasəti həyata keçiriləcəkdir .Əgər qiymətlər

yuxarıdırsa ,proses tamamilə tərsinə çevriləcək ,OPEK istehsalın artımını həyata

38

Page 39: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

keçirəcək .OPEK qiymətqoyma mexanizmi onun hədəf təyin etdiyi “qiymət-

dəhlizinin” əldə edilməsinə xidmət edir .

Beynəlxalq enerji agentliyinin mütəxəssisi S.Horn bu prosesi şərh edərkən

OPEK-in tam bir monopolist davranışından bəhs edir .O hesab edir ki , bazarda

aşağı qiymət yalnız OPEK –in istehsalı artımından sonra baş verir .OPEK

ölkələrin sahib olduqları hidrokarbogen resursların həcmi və bu ehtiyatların

istehsalına yönəlmiş külli miqdarda kapital əldə ediləcək istehsalın həcminin

böyüklüyünü təsəvvür etməyə imkan verir.

Ümumiyyətlə OPEK-in istehsal həcmi ilə kvotaların həcmi bir-birinə

uyğun gəlməsə də bunlar arasında qarşılıqlı asılılıq var .Bunu xüsusilə qeyd

etmək lazımdır ki ,OPEK kvotaları bazar qiymətlərini təyin etsə də , elə məhz

onun özünü bazar qiymətləri təyin edir .Yəni bazardakı qiymətlərin dinamikası

təhlil edilir və buna uyğun kvota müəyyə olunur .

Dünya neft bazarında mövcud olan qiymətlər təbii ki , tələb və təklifin

qarşılıqlı asılılığı əsasında yaranır .Bu qiymətlərə daha əvvəl də qeyd olunduğu

kimi müxtəlif amillər təsir göstərir .Nəzərə alsaq ki , dünya neft bazarında payına

görə OPEK böyük göstəriciyə malikdir (40%-dən çox ) , elə məhz qiymətlərin

formalaşmasında da onun rolu böyükdür. OPEK-in dünya neft bazarına çıxardığı

“neft-səbəbini” tərkibi Cədvəl 7-də aydın verilib.Burada həmçinin qiymət

dinamikası da verilib.

Markanın

adı

Aprel

2013

May 2013 Fərq 2012 2013

Arab Light 101.97 101.06 -0.91 116.23 106.85

Basrah Light 98.22 98.23 0.01 114.02 103.54

Bonny Light 105.17 105.83 0.66 119.66 110.95

Es Sider 102.22 102.63 0.41 117.84 108.31

Girassol 103.84 103.69 -0.15 118.38 108.90

Iran Heavy 99.71 99.72 0.01 115.01 104.94

39

Page 40: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Kuwait Expor 100.07 99.82 -0.25 115.14 104.85

Marine 101.55 100.22 -1.33 115.04 105.03

Merey 93.84 94.02 0.18 107.43 96.92

Murban 104.46 102.83 -1.63 117.71 107.84

Oriente 95.56 96.40 0.84 110.08 99.40

Saharan

Blend

102.97 102.83 -0.14 117.71 108.97

Digər markalar

Brent 102.17 102.53 0.36 117.02 108.27Dubai 101.68 100.30 -1.38 114.62 105.18İsthmus 105.48 105.48 0.00 113.55 107.99Mars 100.37 99.39 -0.98 113.32 105.20Minas 101.25 99.11 -2.14 126.11 108.98Urals 102.06 102.52 0.46 115.47 107.38WTI 91.97 94.60 2.63 101.25 93.90

Fərqlər

WTI/Brent -10.20 -7.93 2.27 -15.76 -14.37Brent/Dubai 0.49 2.23 1.74 2.40 3.09

Qeyd: Arab Light və Basrah Light kimi digər Səudiyyə Ərəbistan xam nefti ilkin olaraq Amerikan Xam Neft Bazarına(ACM) əsaslanır.

Mənbə: Platt-nin, birbaşa Rabitə və Katibliyin qiymətləndirilməsi.

Cədvəl 7.OPEK-in dünya bazarındakı “neft səbəti” ( $/barrel )

OPEK-in “neft səbətin” də hər ölkə yalnız bir neft markası ilə təmsil

olunur .Beləki, Səudiyyə Ərəbistanı-Arab-light ;İraq- Basrah light ;Nigeriya-

40

Page 41: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

Bonny light;Liviya - Es Sider ; Anqola- Girassol ;İran- İran Heavy ;Küveyt -

Kuwait Export ;Qatar – Marine ;BƏƏ – Murban; Ekvador – Oriente ;Əlcəzair -

Saharah Blend markasına sahibdirlər .OPEK-in dünya neft bazarına çıxardığı

məhsullar ən çox tələb görənlərdir.

Belədir ki ,OPEK-in neft satışından əldə etdiyi gəlir milyard dollarla

ölçülür.

Sxem 1.Neftin illər üzrə qiymət dinamikası

Diaqram2. Neftin illər üzrə qiymət dinamikası $/b

Dünya təsərrüfatının dinamik inkişafı nəticəsində neftə qarşı yaranan böyük

miqdarda tələb , o cümlədən OPEC-ə üzv olan ölkələrin kvota həcmləri 2008-ci

ildə naft bazarlarında qiymətlərin böyük miqdarda artmasına gətirib çıxardı.

Qiymətlərə təsiretmə cəhdləri ,kvotaların təyini və tətbiqi OPEC-in vahid

məqsədinə xidmət edir.Bu məqsəd neft ehtiyatlarına malik İEOÖ-in iqtisadi

inkişafında mühüm əhəmiyyət kəsb edən neft gəlirlərinin sabitliyi və

uzunmüddətliliyini təmin etməkdən ibarətdir .Təbii ki , istehlakçıların da

maraqları nəzərə alınmaq şərti ilə bu proses həyata keçirilir.

41

1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 20110

20

40

60

80

100

120Neftin illər üzrə qiymət dinamikası $/b

Page 42: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2.3. Azərbaycanın OPEK-lə əməkdaşlığının perspektivləri

Azərbaycan tarixən neft hasil edən ən qədim ölkələrdən biridir .Orta əsrlərdə

Bakı nefti karvan vasitəsilə Böyük İpək Yolu ilə Avropaya və Şərqə aparılırdı .

Neft ölkənin xarici ticarətində aparıcı mövqelərindən birini tuturdu.Dünyada ilk

neft fontanı 1848-ci ildə Bakıda vurmuşdu .

XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı dünyanın ən böyük neft

hasilatçısına çevrilmişdir. XX əsrin ilk illərində Bakıda dünyada istehsal olunan

neftin yarısı istehsal olunurdu . XX əsrin ortalarına qədər Bakı dünyanın ən iri

neft istehsalçılarından biri olaraq qalırdı. II Dünya müharibəsi ərəfəsi onillikdə

və müharibə illərində Bakı SSRİ-in neft bazası rolunu oynayırdi .

Ural və Qərbi Sibirdə yeni neft yataqlarının tapılması nəticəsində

Azərbaycan neft sənayesinin SSRİ neft istehsalında payı 2%-ə qədər

azaldı .Tarixən neft istehsal edən ölkə olaraq Azərbaycan digər neft istehsal edən

ölkələrin inkişaf tarixini izləyir .

Digər neft istehsal edən ölkələrdə olduğu kimi Azərbaycanda da neft

istehsalının quru sahələrdən dəniz hovzəsinə keçidi xüsusi əhəmiyyət kəsb edir.

Kontinental neft yataqlarının tukənməsi ilə neft istehsalı dəniz hövzələrinə doğru

hərəkət etmişdir.

1949-cu ildə Neft daşlarının iri neft yataqlarının işlənməsinə başlanmış ,

bu yatağın tükənməsindən sonra 1980-ci ildə “Günəşli” neft yatağı istismar

edilməyə başlanmışdır ki ,artıq 1991-ci ildə bu yataqda axtarılan neft ümumi neft

hasilatının 57%-ni təşkil edirdi. 1980-ci illər ərzində Xəzərin daha böyuk

dərinliklərində geoloji kəşfiyyat işləri davam etdirilmişdir.Kəşf olunmuş

42

Page 43: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

yataqlardan “Azəri” ,”Çıraq” və “Qarabağ” yataqları böyük perspektivə

malikdir. Ekspertlərin fikrincə bu yataqların tam gücü ilə işləməsi nəticəsində

Azərbaycanda ildə 50 milyon tondan artıq neft hasil olunacaq . Nəticədə ölkə

dünya bazarında iri neft ixracatçısına çevriləcəkdir.

Ölkədə güclü neft-qaz kompleksinin yaradılması istehsal güclərinin

inkişafına və inteqrasiya proseslərinin sürətlənməsinə münbit zəmin

yaradacaqdır.

Bu kompleks ölkənin əsas sənaye –istehsal fondlarının 40%-dən şoxunu

təşkil edir.Azərbaycan neft-qaz sənaye kompleksinin inkişaf etdirilməsi neft-qaz

resurslarının effektiv istifadə üçün bir sıra təbii və iqtisadi şəraitə malikdir:

-Təsdiq olunmuş və proqnozlaşdırılan iri neft yataqlarının olması ;

-Azərbaycan neftinin yüksək keyfiyyət parametrlərinə malik olması, güclü

maddi-texniki bazanın , əsas fondların ,energetika təsərrüfatının mövcudluğu;

-Neft hasilatı həcmini bir neçə dəfə üstələyən diversifikasiyalı neft emalı

kompleksinin mövcudluğu ;

-İxtisaslı kadrların mövcudluğu .

Lakin neft sənayesinin inkişafı amillərindən bəzi səbəblərdən tam gücü ilə

istifadə olunmur. Nəzərdən qaçırmaq olmaz ki ,neft-qaz kompleksi qısamüddətli

perspektiv ölkə iqtisadiyyatının inkişafında xüsusi rol oynayır və gələcək

inkişafında da əhəmiyyətli rol oynayacaqdır .Bu məqsədlərə çatmaq üçün

aşağıdakı tədbirlərin görülməsi vacibdir :

-Kadrların təkmilləşdirilməsi də daxil olmaqla neft-qaz kompleksinin təşkilati və

texniki cəhətdən yeni səviyyəyə transformasiyası;

-Xarici investorlarla birlikdə effektiv neft hasilatı üzrə ümumi neft strategiyasının

hazırlanması

43

Page 44: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

-Xüsusi neft qanunvericiliyinin qəbul olunması

Ölkədəki mövcud kontinental və dəniz neft yataqları tükənməkdədir ,eyni

zamanda infrastruktur mənəvi cəhətdən qocalmışdır.Dənizdə tapılan yeni

yataqlar işlənməsi isə yeni texnologiyanın tətbiqini tələb edir.

Ölkənin neft-qaz sənayesi qarşısında ziddiyətli və çox cətin məsələ durur;

1.İşlənilməkdə olan yataqlarda istehsalın yenidən təşkili və

rekonstruksiyası;

2.Yeni yataqların kəşf olunmasə və istismarı.

İşlənilməkdə olan yataqların rekonstruksiyasi zamanı əsas məqsəd iqtisadi

cəhətdən qeyri-effektiv yataqlarda işlərin dayandırılması ,iqtisadi cəhətdən

rentabelli olan yataqlarin işlənməsinin modernləşdirilməsidir.

Həmçinin nəzərə almaq lazımdır ki , yataqların istismarı zamanı qərb

standartları tətbiq olunmuşdur və bu yataqların bir qismində müasir

texnologiyanın tətbiqi nəticəsində neft hasilatını bərpa etmək mümkündür.Bu

ehtiyatların istifadə olunması xarici kapitalın maddi və texniki köməyi vasitəsilə

həyata keçirilə bilər.

Azərbaycandakı iri neft yataqlarının istismarındakı texniki çətinliklərin

həll edilməsi zamanı xarici maliyyə və texniki köməyin zəruriliyi hələ SSRİ

dövründə hiss olunmağa başlanmışdı.1990-cı ildı tender nəticəsində ABŞ-ın

Amoko neft şirkətinə və Azəri yatağı üzrə layihənin iqtisadi-texniki analizi

həvalə olunmuşdur.

Daha sonra bu layihəyə bir neçə xarici şirkətlərin qoşulması nəticəsində

konsorsium yaradılmışdır.Ölkə müstəqillik qazandıqdan sonra xarici neft

şirkətlərinin Azərbaycan neft yataqlarının işlənməsinə cəlb olunması böyük vüsət

aldı.Artıq keçid dövrünün ilk illərində bir qrup neft şirkətləri ilə tamamlayıcı və

yeni müqavilələr imzalandı, müvafiq konsorsiumlar yaradıldı.

44

Page 45: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

1994-cü ildə inkişaf etmiş ölkələrin neft şirkətləri ilə bağlanmış “Əsrin

müqaviləsi” bu prosesdə özunəməxsus katalizator rolunu oynadı və növbəti

illərdə neft yataqlarının işlənməsi üzrə daha 18 iri kontraktın imzalanması ilə

nəticələndi .Azərbaycan iri neft-qaz yataqlarına malikdir .

Cədvəl 8-də bağlanmış müqavilələr üzrə neft yataqları və qoyulacaq

investisiyalar əks olunmuşdur .Xəzər dənizinin Azərbaycan sektoruna 130

perspektiv neft strukturu kəşf olunmuşdur ki ,onların təxminən 5-6 milyard ton

xam neft və 4-5 milyard kub metr təbii qazın olması proqnozlaşdırılır.

İmzalanmış kontraktlara görə onların qüvvədə olduğu müddətdə (təxminən

30 il) neft istehsalı 2.3-3.1 milyard ton və ya illik 70-100 milyon ton

olacaqdır.Bu dövr ərzində Azərbaycanın neft sektoruna orta hesabla 50-60

milyard $ xarici investisiya qoyulacaqdir.Müqayisə üçün qeyd edək ki , 1971-

1999-cu illərdə ölkədə 245 milyon ton neft istehsal olunmuşdur.

Bağlanmış müqavilələrdə Azərbaycanın orta payı təxminən 37.6% təşkil

edir.Bu da neft kontraktlarının miqyası və müqavilələrin ölkə iqtisadiyyatının

inkişafına göstərəcəyi müsbət təsiri göstərir.

Bu kontraktlarda 15 ölkədən 33 xarici neft şirkəti iştirak edir .Bununla

yanaşı B.Britaniyadan 130 , ABŞ-dan 110 , Fransa , Almaniya , İsveç , Yaponiya

, İtaliyadan 10-larla xidmət şirkətləri kontraktlar üzrə neft hasilatında dolayı yolla

iştirak edirlər .

Say Yataqların adıNeft ehtiyatı

(mln ton )

Qoyulacaq

investisiya (mlrd

$)

Azərbaycanın

payı

1Azəri,Çıraq və

Günəşli600 14-12 10

2 Qarabağ 80-150 1.7-2 7.5

45

Page 46: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

3 Şahdəniz 100 4 10

4 Əşrəfi ,Dan ulduzu 100-150 1.5-2 20

5Lənkəran dəniz

Talış dəniz100 1.5-2 15

6 Yalama D-222 100 1.5-2 40

7 Naxçıvan 75-100 5 50

8 Abşeron 150-300 3-3.5 50

9 Oğuz 75 2 50

10 Kürdaşı 90-120 2 50

11Güney-qərbi

Qobustan30-60 0.3-0.5 20

12 İnam 150-250 3-4 50

13

Muradxanlı,Cəfərli

,

Zərdab

50-80 1-1.5 50

14 Araz ,Alov ,Şərq 150-300 9 40

15 Kürsəngi,Qarabağlı 60-90 0.5-0.8 50

46

Page 47: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

16Atəşgah ,Yanan

tava ,Muğandəniz100 2 50

17 Zəfər, Məşəl 120-150 2 50

18Lerik dəniz ,

Cənub100-120 2 50

19 Padar 50-100 0.8-1 20

Cəmi 19 müqavilə 2330-3095 54.8-61.337.6

Cədvəl 8 Bağlanmış müqavilələr üzrə neft yataqları və qoyulacaq

investisiyalar

1994-cü ildə “Azəri” , “Çıraq” , “Günəşli” yataqlarının işlənməsi üzrə

Azərbaycan Dövlət Neft Şirkəti ilə qərb neft şirkətləri arasında imzalanmış

“Əsrin müqaviləsi” xüsusi əhəmiyyət kəsb edir .

Kontrakta görə 30 il ərzində 511 milyon ton neft hasil etmək nəzərdə

tutulur ki ,bunun 258 milyon tonu Azərbaycana çatacaq və investisiyaların 80%-

iqərb şirkətləri tərəfindən qoyulacaqdır.1997-ci ildə qazılmış 3 kəşfiyyat quyusu

göstərir ki ,yataqlarda ən azı 650 milyon ton neft və 150 milyar kub metr qaz var.

“Azəri” və “Çıraq” yataqları qərb neft şirkətləri ilə birlikdə istismar

olunacaq.Günəşli yatağının isə 2000 metrdən dərində yerləşən hissələrinə qərb

şirkətləri baxacaq .İstismar zamanı hasil edilmiş qaz kondensatı Azərbaycana

çatacaqdır .

“Əsrin müqaviləsi” 3 əsas mərhələdə həyata keçiriləcəkdir:

47

Page 48: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

1.1997-2000-ci illər.Bu illər ərzində kapital qoyuluşları böyük

əhəmiyyət kəsb edir,neft ixracı artır ,xarici investorlat ilk gəlirlərini

əldə edirlər .

2.2001-2005-ci illər. Neft ixracı əhəmiyyətli dərəcədə artır .Ümumi

gəlirin yarısının konsorsium xərclərinin ödənməsinə sərf

olunur .Azərbaycanın payına ümumi gəlirin 33%-i düşür.

3.2007-ci ildə etibarən isə Azərbaycan gəlirlərini 33%-dən 80%-dək

artırır.

Dünya iqtisadiyyatına daha sıx inteqrasiya və regionda geosiyasi vəziyyəti

nəzərə alaraq Azərbaycan “Əsrin müqaviləsindəki” payının bir qismini digər

ölkələrin neft şirkətlərinə satmışdır .

Müqavilə bağlanarkən Azərbaycan 30%-lik paya malik idisə ,daha sonra

10%-lik payını Rusiyanın Lukoil ,ABŞ-ın Ekson ,5%-lik payını isəTürk neft

şirkətinə satmışdır.

Yuxarıda qeyd etdiklərimizdən belə qənaətə gəlirik ki , neft sektorunun

inkişafı ,xüsusilə , “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycan

iqtisadiyyatının inkişaf lokomativi rolunu oynayır.

Bu gün dünya bazarında formalaşmış yüksək neft qiymətləri Azərbaycanın

valyuta gəlirlərinin artmasına səbəb olmuşdur.Neft ixracından əldə olunan

valyuta gəlirləri ölkə iqtisadiyyatının , xüsusilə qeyri-neft sektorunun inkişafı

üçün baza rolunu oynayır.Həmçinin neft gəlirləri hesabına ölkədə irimiqyaslı

infrastruktur layihələr həyata keçirilir.Neft gəlirləri Azərbaycana Bakı-

Axalqalakı-Qars dəmir yolunun çəkilməsinin əsas maliyyələşdirici rolunu

oynamağa imkan vermişdir.

48

Page 49: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2008-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 10milyard manatdan

çox olmuşdur.Qeyd etmək lazımdır ki ,Azərbaycanın dövlət büdcəsinin

gəlirlərinin 60%-i neft sektorundan əldə edilir.

Neft gəlirləri ölkənin tədiyyə balansında tarazlığın qorunub

saxlanılmasında və ölkənin ödəmə qabiliyyətli olmasında xüsusi rol oynayır.

Tədiyyə balansının təhlili göstərir ki , əvvəlki illərdə olduğu kimi ,2008-ci

ildə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya ,qeyri-

neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur.

Neft-qaz sektoru üzrə daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb

edilən xarici kapitalın hesabına formalaşır.Bu sektor üzrə ödənişlər isə mənfəətin

və investisiyaların repartriasiyasını , maşın mexanizm və digər avadanlıqların

idxalının ,həmçinin əsas ixrac boru kəmərlərinin tikintiləri ilə bağlı Türkiyə və

Gürcüstan ərazilərindəki işlərin maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks

etdirir. Neft-qaz sektoru üzrə yaranmış müsbət saldo iqtisadiyyatın digər

sahələrinin xarici valyutaya tələbatının maliyyələşdirilməsini və ölkənin valyuta

ehtiyatlarının artırılmasını təmin etmişdir.

Tədiyyə balansında ixrac olunmuş mallar arasında neft məhsulları

dominantlıq təşkil edir.İxracda neft məhsullarının payı 90%-dən çoxdur .2006-cı

il ərzində xarici dövlətlərə 12 milyard dollar dəyərində neft məhsulları ixrac

olunmuşdur ki ,bu da 2005-ci ilin müvafiq göstəricisindən1.8 dəfə çoxdur .

İxrac olunmuş neft məhsullarının yalniz 1.6 milyard dolları neft emali

məhsullarının ,10.4 milyard dolları isə xam neft ixracının payina düşür. İxrac

olunmuş xam neftin 9.9 milyard dolları Azərbaycan Beynəlxalq Əməliyyat

Şirkəti tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir.

Bunun da 1613.3 milyon dolları Azərbaycanın payına düşən ,8.2 milyard

dolları isə “Əsrin müqaviləsi” ilə bağlı konsorsiumun xarici səhmdarlarının

payına düşən neftin dəyəridir.İxrac olunmuş ümumi xam neftin 564.4 milyon

49

Page 50: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

dolları isə ARDNŞ və ölkənin digər müəssisələri tərəfindən xaricə

göndərilmişdir.

Dünya neft bazarında neft qiymətlərinin aşağı düşməsi ilk növbədə

Azərbaycanın tədiyyə balansında mənfi saldonun yaranmasına və ölkədə ödəmə

qabiliyyətinin aşağı düşməsi ilə nəticələnəcəkdir .Həmçinin dövlət ölkədə həyata

keçirilən çoxsaylı iqtisadi-sosial islahat və proqramıarın reallaşmasında

problemlərlə qarşılaşacaqdır.

Bu riskləri nəzərə alaraq dövlət tərəfindən Neft Fondu yaradılmışdır.Neft

Fondunun yaradılmasında əsas məqsəd neft gəlirlərindən səmərəli istifadə

olunmasının təşkili , yarana biləcək qiymət böhranı üçün valyuta ehtiyatlarının

formalaşdırılması və gələcək nəsillər üçün valyuta ehtiyatlarinin

yaradılmasıdır.Cari ildə ölkənin valyuta ehtiyatları 18 milyard dollardan artıqdir .

Neft kontraktlarının tam gücü ilə işləməsi nəticəsində ildə 50-60 milyon

ton neft istehsal olunmasına nail oluncacaq.Bu isə Azərbaycanı dünya neft

bazarlarının əhəmiyyətli oyunçularından birinə çevirəcəkdir.OPEK dünya

bazarlarında qiymətlərin yüksək saxlanilması məqsədilə təşkilata daxil olmayan ,

neft istehsal edən ölkələrlə danışıqlar aparır.

Aydındır ki ,Azərbaycan da OPEK-in maraq dairəsinə

düşməkdədir .Təşkilata daxil olmayan neft istehsal edən ölkələrin dünya

bazarlarına nəzarətsiz miqdarda neft çıxarmaları bazarda təklifi artırır və bu da

qiymətlərin aşağı düşməsinə səbəb olur.

Nəzərə almaq lazımdır ki , Xəzər nefti tərkibindəki kükürdün azlığı ,

yüngül fraksiyaları şox olması ilə fərqlənir və dünya neft bazarlarında

keyfiyyətli , rəqabətqabiliyyətli neftlərdən sayılır.Buna görə də Xəzər regionu

ölkələrinin ,xüsusilə Azərbaycanın kartelə qoşulması təşkilatın maraq

dairəsindədir .OPEK-in dünya neft bazarına təsiri danılmazdır ki ,bu da

Azərbaycanın neft bazarı konyukturasına təsir edir.

50

Page 51: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

2005-ci ildə fəaliyyətə başlamalı olan ,lakin 2006-cı ildə işə salınan Bakı-

Tiblisi-Ceyhan neft kəmərinin Aralıq dənizi neft bazarına təsirini əvvəlcədən

qiymətləndirən OPEK ölkələri hələ 2003-cu ildə Azərbaycanla danışıqlara

başlamışdı .

2003-cü ildə Bakıda keçirilən “Caspian oil and gas 2003” konfransında

Səudiyyə Ərəbistanının neft Naziri Əli əl Nəimi bildirmişdir. “Əgər tərəflər

Xəzər regionunda əməkdaşlığa başlamasalar neftin qiyməti 10$/barrelədək düşə

bilər ,əgər əməkdaşlıq baş tutarsa qiymətləri OPEK “qiymət dəhlizində”

saxlamaq mümkün olacaq” .O, konfransda Azərbaycanı OPEK-in strateji

partnyoru adlandırmışdır.Bu Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın

təşkilata dəvət olunması barədə açıq çağırış idi .

Azərbaycanın OPEK-ə azv olaması ölkənin maraqlarına cavab

vermir .Azərbaycanın təşkilata üzvlüyü nəticəsində əldə edəcəkləri və

itirəcəklərinə nəzər salsaq bunun çahidi olarıq .Təşkilata üzvlük nəticəsində ölkə

üzərində neftin istehsalının müəyyən səviyyədə saxlanılması barədə öhdəliklər

götürəcəkdir.

Yaranmış iqtisadi və geosiyasi situasiya Azərbaycanın neft hasilatını

azaltması real görsənmir və milli maraqlara cavab vermir .Neft istehsalının

azaldılması həmçinin ölkənin iqtisadi inkişafına da mənfi təsir göstərəcəkdir .Bu

zaman ölkəyə investisiya yatırmış qərb şirkətlərinin də maraqlarını nəzərdən

qaçırmaq olmaz .

Təşkilata üzv olacağı təqdirdə isə Azərbaycan dünya neft bazarında

qiymətin yüksək səviyyədə saxlanılması və neftdən gələn gəlirlərin

maksimallaşdırılması istiqamətində təşkilat ölkələri ilə birlikdə neft siyasətinin

işlənib hazırlanması üstünlüyünü qazanacaqdır.Azərbaycanın müasir reallıqlarını

nəzərə alsaq ölkənin “Qazaxistan təcrübəsindən” istifadə etməsi daha

məqsədəuyğundur.Bu Azərbaycana OPEK-in konfransında müşahidəçi qismində

iştirak etmək və təşkilatın dünya neft bazarında apardığı siyasətlə daha yaxından 51

Page 52: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

tanış olmaq hüququ verir.Neft istehsalının maksimum həddə çatdığı zaman isə

Azərbaycan milli maraqlarına cavab verəcəyi halda təşkilata üzvlük məsələsinə

baxa bilər.

Nəticə

Beləliklə, dünyanın enerji xəritəsinə və onun XX-XXI əsrin qovşağındakı

real mənzərəsinə nəzər yetirdikdən sonra belə bir qənaətə gəlmək olar ki, OPEK

52

Page 53: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

ölkələrinin, xüsusilə də Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv

olan dövlətlərin (Bəhreyn, Oman, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş

Ərəb Əmirlikləri) perspektivdə də dünya enerji bazarında xüsusi çəkisi kifayət

qədər böyükdür.

Bu gün dünya neft bazarının idarə edilməsində OPEK çox böyük təsirə

malikdir.Əlbəttə ,öz hədəfinə çatmaq üçün OPEK əzmlə fəaliyyət göstərib . Bu

gün də təşkilatın daxilində narazılıqlar , qarşıdurmaların olmasına baxmayaraq

OPEK dünya neft bazarının bir nömrəli oyunçusudur.Malik olduğu neft

ehtiyatlarını nəzərə alsaq uzun müddət məhz OPEK dünya neft bazarında bu

şəkildə qalacaq .Təşkilatın məqsədlərinə nəzər saldıqda hədəfi dünya neft

bazarında neft qiymətlərini özü müəyyənləşdirdiyi qiymət dəhlizində

saxlamaqdır. Təşkilatın əsas problemi isə bu siyasətini davam etdirmək üçün neft

istehsalında tətbiq etdiyi kvotalara üzv ölkələrin , xüsusilə Nigeriya və

Venesuelanın əməl etməmələridir.

Həmçinin ABŞ-ın İraqa müdaxiəsi nəticəsində yaranmış qeyri-stabil

vəziyyət ,neft ehtiyatlarına görə OPEK ölkələri arasında 3-cü yerdə olan İraqın

1990-cı illərdən bəri təşkilatın görüşlərində iştirak etməməsi və ABŞ-ın

işğalından sonra İraqın təşkilatdan çıxma ehtimalının yüksək olması təşkilatı

ciddi şəkildə narahat edir.OPEK-in fəaliyyətində əsas çatışmazlıqlardan biri də

odur ki ,burada maraqları bir-birinə əks olan ölkələr təmsil olunur. Səudiyyə

Ərəbistanının və Ərəbistan yarımadasının digər ölkələrinin əhalisinin sayı azdır,

lakin onların nəhəng neft yataqları var və bu ölkələrə xaricdən böyük həcmdə

investisiya qoyulur.

Həmçinin ,bu ölkələr qərbi neft şirkətləri ilə sıx əlaqələr saxlayırlar.OPEK-

ə daxil olan digər ölkələr , məsələn Nigeriyada isə əhalinin sayı çoxdur və bu

ölkələr üçün isə yoxsulluq xarakterikdir. Bu ölkələr qrupu , bahalı iqtisadi inkişaf

proqramlarını həyata keçirir və onların böyük xarici borcları var.Çox sadə

görünən bir problem isə , “ pulları hara xərcləmək” problemidir.Məsələn ,ərəb

53

Page 54: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

monarxları sel axını ilə gələn neft dollarlarını müxtəlif tikintilərə sərf

edirlər .Lakin sonradan dövlətlər öz gəlirlərini daha səmərəli olan sahələrə

xərcləməyə başladı.Üçüncü və əsas problemlərdən biri ,OPEK ölkələrinin

dünyanın aparıcı dövlətlərindən texnoloji cəhətdən geri qalmasınıkompensasiya

etməkdir. Bu problemin həlli sürətli sənayeləşmə və urbanizasiyadır.

Dünya neft ehtiyatının 78%-nə nəzarət etməsi təşkilatın inhisarçı

mövqeyini əks etdirir.Neft qiymətlərinin yüksək səviyyədə saxlanılmasında

təşkilat ölkələri ilə yanaşı neft istehsal edən iri transmilli şirkətlər də

maraqlıdır.Bu, onlara neft hasilatı , satışı və emalından daha çox gəlir əldə

etməyə imkan verir.Yaranmış bu situasiya isə Azərbaycanın xeyrinədir və ölkə

dünya neft bazarlarındakı bu konyukturadan valyuta gəlirlərinin artırılması

istiqamətində maksimum istifadə edir.

OPEK tarixi mövcudluğu ərzində müxtəlif çətinliklərlə

qarşılaşmışdır.Xüsusilə neft gəlirlərindən asılılıq səviyyəsinin yüksək olması

səbəbindən dünya neft bazarlarında qiymətin aşağı düşməsi , ölkələrin valyuta

gəlirlərinin azalması , ölkələrdə valyuta və iqtisadi gəginliyin artmasına səbəb

olmuşdur.

Bu çətinliklərin və yuxarıda sadalanan problemlərin aradan qaldırılması

zamanı təşkilat tərəfindən görülən tədbirlər və üzv ölkələrin inkişaf təcrübəsinin

öyrənilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var .Yaxın gələcəkdə

Azərbaycanın iri neft ixracatçısına çevriləcəyini nəzərə alsaq OPEK ölkələrinin

təcrübələrinin öyrənilməsinin nə qədər aktual olduğunun şahidi olarıq.

Ədəbiyyat

Müzəffər Məmmədov,Elçin İbadov “Beynəlxalq İqtisadi təşkilatlar”

Nazim Rza İsrafiloğlu “Neft qlobal münaqişələr mənbəyi”54

Page 55: ndubm.files.wordpress.com · Web viewMündəricat. Giriş........................................................................................................................ 3

OPEC-Annual Statistic Bulletin 2008

www.opec.org

OPEC Monthly Report. Yune 2010 / http:// www.opec.com.

Морозова И.Н. Особенности мирового рынка нефти в последней

четверти ХХ века и рольарабских продуцентов Персидского залива //

Восток /ORIENS/, 2002, № 3, с.92-97

“Neft terminlərinin izahlı lüğəti” – elektron kataloq

http://www.wikipediya.org – World Federation of Stock Exchanges

Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova – Beynəlxalq İqtisadi

Təşkilatlar. Bakı – 2008

Calal Mahmudov – Bakı nefti, neft milyonçuları və Nobel qardaşları. Bakı

– 2005

Бизнес и Нефть – спецализировенные издание. Москва – 2003-2004

55