Upload
others
View
16
Download
0
Embed Size (px)
Citation preview
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
HİKMƏT ZİYA
QISQANC
QARIŞQA
TƏMSİLLƏR
GƏNCLİK * BAKI * 1971
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
T Ə M S İ L L Ə R
AYI SADƏLÖVHLÜYÜ
Qalın, yaşıl bir meşədə illər uzunu
Çox sadəlövһ tanıtmışdı Ayı özünü.
Guya onu ələ sala bilərdi һər kəs,
Barmağına dolayaraq, gülərdi һər kəs,
Guya uşaq ürəkliydi, qərəzsiz idi,
Hər kələkdən, һər һiylədən xəbərsiz idi.
Ya meşədə gəzən yerdə, ya mağarada,
Guya onu aldadardı һətta çağa da.
...Ancaq bilmək olmurdu ki, bu necə sirdi? —
Armudun ən yaxşısını dərib yeyərdi.
Şirə çəkən arılarda һal qalmamışdı,
Oyuqdakı pətəklərdə bal qalmamışdı. —
Kim də ona bir söz desə, dinməz — yatardı,
«Sadəlövһlük» bax bu yerdə dada çatardı:
— Yonulmayıb — deyərdilər — özü də danmır,
Qərəz ilə eləmir ki, Ayıdır, qanmır...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
STƏKAN NECƏ FİNCAN OLDU?
Stəkan Nəlbəkinin üstünə çımxırdı: —Sən,
Məni zərrə qədər də sevmirsən, hə, sevmirsən!
Məni sındıracaqdır ürəyimin kədəri.
Hələ istəyirəm də sənin kimi bir əri!
—Qadan-balan canıma gəlsin — dedi Nəlbəki,
Açıq söylə görüm bir axı dərdin nədir ki?
Ağlamsındı Stəkan: — Bundan böyük dərd olar? —
Çaynikin də qulpu var, Fincanın da qulpu var...
Mən qulpsuzam!..
Nəlbəki çingildədi bir anda:
—A gözümün işığı, qulp olmaz Stəkanda!
—Olar! Dedim ki, olar. Aman, sancdı ürəyim!
Gözümdə qalacaqmış, sən demə, һər diləyim.
... Nə edəydi Nəlbəki? O, fırlana-fırlana,
Bir qulp alıb gətirdi sevimli arvadına.
…Bu һadisə çevrilib kiçik bir dastan oldu,
Paxıllığın ucundan Stəkan Fincan oldu.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SADƏ ÇIXIŞ YOLU
Zebr süzüb Zürafəni
Altdan yuxarı,
Dedi: —Dostum, meşəmizin
Axar-baxarı
Kitabında yaxşı təsvir
Olunub, ancaq,
Obrazların yarımçıqdır,
Ona bir də bax.
Zürafənin üzü güldü:
—Dostum, müxtəsər,
Demək, sənə elə gəlir,
Bitməyib əsər.
—Yox, ey...
—Dayan, danışıram,
Sözümü kəsmə!
—Dinlə məni axıradək,
Әsla tələsmə.
Obrazlarım yarımçıqsa,
Deməli, һökmən
Tez ikinci bir һissə də
Yazmalıyam mən!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SƏRÇƏNİN ŞAİRLİYİ
Sərçə xeyli düşünüb, şöhrətə çatmaq üçün,
Әn nəhayət, şairlik eşqinə düşdü bir gün.
Әvvəl “cik – cik” edib özünü sınadı bir,
Düşündü ki: “Səsimin ahəngi yaxşı gəlir…”
El içinə çıxmalı əsər yaratsın deyə,
Aradı bir neçə söz, bir neçə də qafiyə.
Hey sındırıb başını elə ha yazdı… yazdı…
On vərəq qaraladı desəm, yenədə azdır.
Uçdu, Tovuzquşuna oxusun yazısını,
Bir ona da bildirsin şairlik arzusunu.
Xeyli də çəkdi onun şerinin oxunuşu,
Qulaq asıb, başını buladı Tovuzquşu…
Bu hal bizim Sərçəni salmadı heç həvəsdən,
Qırqovulun yanına gəlib dedi o: - Qəsdən
Gözləri götürməyir, böyük addım atmışam,
Sən qulaq as bir mənə, gör nələr yaratmışam?!
Yazdığını oxudu, özündən bədgüman quş,
Amma qırqovula da sözləri gəlmədi xoş.
Göyərçin yuvasına üz qoydu bu an Sərçə,
Dedi: — Dinlə bir məni, bu haqsızlığa səncə,
Kim dözər, dözürəm mən!
Bayaqdan gəzirəm mən,
Şerimi bəyənməyir Tovuzquşu, Qırqovul…
Sən qulaq as bir mənə, amma ədalətli ol.
Söylə niyə boğurlar mənim təzə səsimi,
De, niyə söndürürlər çağlayan həvəsimi?!
Göyətçin dedi: - Yaxşı, oxu, feyziyab olaq,
Sərçə əl-qol ölçərək, coşdu, nə coşdu bu vaxt…
Göyərçin gördü, - onda nə ürək var, nə ilham,
Nğqsanları göstərib, danışdı aram – aram.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Dedi: – “Cik-cik…” sözləri bizə çoxdan tanışdır.
“Təzə səsim var” – dedin, məncə fikrin yanlışdır.
Sərçə qardaş, qulaq as,
Şeri yaratmaq olmaz, -
Təkcə “cik-cik” deməklə,
Qafiyəni bilməklə.
Bu sözlər kar etmədi, düzü, Sərçəyə yenə,
O, şair olmasa da,
Şeir nədir bilməsə də,
Yaman tutulmuşdu şeir xəstəliyinə.
PİNQVİN CANFƏŞANLIĞI
Pinqivinə dedilər bir gün: «Mayestro!»
Dirijorluq etdi orkestrə o.
Sağ əlində çubuq, əynində frak,
Pultun arxasında qanad çalaraq,
O, konsertlər verdi neçə salonda,
Hələ dönə-dönə alqışlandı da.
Şöһrətə uyaraq söylədi, gərək,
Həm də ad çıxaram mən ifaçıtək!
Qazdan klarneti aldı: — Dayan, sən!
Özüm çalacağam onu bu gündən.
Bir dəfə üz tutdu Ağacdələnə:
— Təbili bəri ver, yaraşmır sənə.
Səһər skripkanı aldı Sərçədən:
— Mən yaxşı çalaram onu Sərçədən.
— Fleytanı görüm, — dedi Bülbülə —
— Cəһ-cəһi bax, belə çəkərlər zilə!
— Beləcə һər quşu əvəz etdi o,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
— Özündən çox razı qaldı «Mayestro».
Dirijorluğunu bir gün unutdu.
— Quşlar da boş görüb qarşıda pultu,
Musiqini nə cür gəldi çaldılar,
Çalmaq nədir, һaray-һəşir saldılar.
O gündən səs-səda düşdü һər yerə:
— Pult tapşırmaq olmaz pinqvinlərə.
QISA TƏMSİLLƏR
ƏSƏBSİZ DİŞ
Ha vurdular, ağrımadı,
Hiss etmədi dərman dadı.
Tərpətdilər tərpənmədi,
Hey ovdular, ürpənmədi...
Әsəbsiz Diş
Bu imiş?!
FİL UDAN CÜCƏ
İlk dəfə һindən çıxıb,
Yan-yörəsinə baxıb —
Cücə, böcək udandan,
Civildədi biaram;
— Mən istəsəm lap Filin
Özünü də udaram!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ÇÜRÜK ALMA ÖZÜ HAQDA
Çürük Almanı vurub
Salmışdılar budaqdan: —
Öz xaһişimlə düşdüm —
Söyləyirdi o vaxtdan.
ÇAŞBAŞ QALAN ÖRDƏK
Bir Ördəyin üzməyinə
Mane olan var idi,
Xiffətindən yazıq quşa
Bütün dünya dar idi,
O, üz tutdu bir gün Qaza:
— De, bu kimin işidir?
Qaz çıxartdı eynəyini:
— Bəyəm һamı kişidir?!
Üzməyinə mane olan...
De, sən öl burda qalar!
— Sən öl!
— Özü bilməsin ha!
— Bilməz!
— Bizim Qu ki, var, —
Qırx qazanın aşını o,
Birəlli qarışdırar.
Ördək dondu yerindəcə.
Bilmədi bu nə işdir?!—
Dünən Qu da: —Üzməyinə
Qaz pəl vurub — demişdi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
MEYNƏ QAYÇISI VƏ ALAQ
Hər ötəndə, һər keçəndə
Meynə qayçısı bağdan,
Meynələri arıtladı
Quru çöpdən, budaqdan. ...
…Alaq isə diş qıcayıb,
Meynə qayçısı һaqda:
—Zalım oğlu kəsib-tökür! —
Dedi küncdə-bucaqda.
ADAM QURUSU
O elə qurumuşdu,
O qədər rəsmi idi, —
Evdə arvadına da: —
Çay təşkil et! —deyirdi.
GECƏQUŞU
Qaranlıqda Yarasa
Quştək uçan olurdu.
İşıqda büzüşərək
Әsil Siçan olurdu.
SAĞSAĞAN GÖRKƏMİ
Sağsağana baxırdın, —
Yaraşıqlı, bəzəkli,
Qaməti göz oxşayan,
İncə, məxmər lələkli...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Di gəl ki, bir məclisdə
Bircə kəlmə deməmiş,
Başa düşdülər — o da
Qarğa ağılda imiş.
DÜYÜ NECƏ PLOV OLDU?
— Nə əntiqə Plov çıxdı —
Söylədilər — Düyüdən!..
Nimçə güldü: — Yaddan çıxdı
Düyünü Plov edən?
— Çox da Әt, Yağ dillənməyir,
Adlarını çəkin bir!
Bəs Qazan, bəs Duz ilə Su,
Aşsüzən ilə Kəfkir!
Bəs mətbəxdə böyük cəyi,
Әziyyəti Aşpazın?!.
Çoxlarının məһarəti
Bir ada yazılmasın!
«ÜÇBUCAQ» DƏRDİ
Bir «Üçbucaq» «Dördbucağı»
Harda gördüsə, pörtdü:
«Niyə mənim bucağım — üç,
Onun bucağı dörddü?!»
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SOVKA MƏHƏBBƏTİ
Sovka dedi: —Sevirəm Pambığın
Qozasını. Onu mənə versələr,
Alaram qadasını!
Sovkanı tanıyanlar
Söylədilər gülüşüb: —
Hərifin xatirinə
Yenə də yemək düşüb...
TÜLKÜ QİYMƏTİ
«Әһilləşmiş» Tülkünü
Toyuq çağırdı qonaq,
Halal yumurtasından
Hazırladı qayğanaq...
Səһəri Tülkü lələ
Yol aldı Çaqqalgilə.
Çaqqal oğurladığı
Beçəni tez qızartdı,
Anbardan apardığı
Şərabı da çıxartdı...
Tülkü o gündən deyir: —
Yanılmaram mən, xeyr!
Toyuq xəsisdir yaman,
Olmaz bizim Çaqqaldan!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QIRĞI VƏ CÜCƏ
Qırğı һey şığıyırdı
Toyuq-cücə üstünə,
Sonra da utanmayıb
Söyləyirdi şəst ilə:
—«Civ-civ»lə sakitliyi
Pozmaqmı istəyirsən?
Bilmirsən, qoruyuram
Әmin-amanlığı mən?!
ŞAH VƏ ŞAHMAT
«Şaһ»ın qabındakını
Açıb göstərdi Şaһmat;
Adi bir «Piyada»nın
Hökmü ilə oldu mat!
BAĞ VƏ DİBÇƏK
Bağ min ağac bitirmişdi;
Ömründə nəfəs dərib,
Söyləmirdi һeç kimə.
Dibçək bir gül yetirmişdi, —
Pəncərədən göstərib,
Car çəkirdi aləmə.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
«AZADLIQ HEYKƏLİ»NİN İSTEFASI
«Azadlıq һeykəli» xəcalətindən:
—İstefa verirəm — dedi — daһa mən!
Sizi tanıdıqca, cənablar, bəşər,
Mənə acı-acı, baxıb gülürlər.
Bu gün, ucaldığım pyedestal ki, var
«Cəllad һeykəli»nə yaxşı yaraşar!..
SƏRİNKEŞ FƏDAKARLIĞI
Bəziləri Sərinkeşi
Kef-damağda sanırdı.
Әtrafını sərinlədib,
O, içində yanırdı.
QUQQU CƏHDİ
Quqqu quşu gecə-gündüz
Səsini çəkdi zilə, —
Bəlkə o da Bülbül nimi
Bir «cəһ-cəһ» vura bilə.
Әldən düşdü, dildən düşdü,
Qəsd elədi canına,
Ancaq gedə bilmədi o,
«Quq-qu-qu»dan o yana.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
YABA SÜFRƏ HƏVƏSİNDƏ
Yaba: — Məndən balacalar —
Dedi — Çəngəl adıyla,
Süfrələrdə kefə baxır
Hər gün ağız dadıyla.
SIFIR NECƏ YÜZ OLDU
Sıfır 10-nu ələ alıb,
Dedi: —İşim düz gedir.
Heç nə idim, indi adım
Hər bir yanda 100 gedir.
ATASINI GÖZƏ SOXAN MAQQAŞ
Maqqaş qaşdan bir tük çəkib
Sinəsinə döyürdü:
—Vaxtı ilə atam Maşa
Od götürüb — deyirdi.
ÖZÜNDƏN DEYƏN QAMIŞ
Hələ Tutək qayrılmamış:
— Çalınıram, — dedi Qamış.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
TİKANIN UCALMAQ İDDİASI
Tikan kolu meşədə göz qoyurdu Palıda:
«Bəxtəvərdir, az qala «başı dəyə buluda!
Yoxdur bizi qaldıran,
Budur məni yandıran».
Gözlərindən oxuyub, ürəyindən keçəni,
Çiyələk kola dedi: — Qaldıran olsa səni,
Axı nə edərsən, һə?
Tikan kolu söylədi: —Baş vuraram göylərə.
Günəşdən işıq əmib, gündən-günə şişərəm,
Tikanımı uzadıb, gündə min göz deşərəm!..
ARI VƏ XƏSİS
Arı öldü, balı qaldı,
«Ustasına bərəkəllaһ! — dedilər.
Xəsis öldü, malı qaldı,
Böluşdürüb, yavaş-yavaş yedilər.
ÜRƏYİYUXA VƏ TOĞLU
— Tələsin! Di tələsin!
Toğlunu tutub kəsin! —-
Amma bir az qıraqda.
Amandır, görməyim ha —
Yazıq necə kəsilir
Uff!.. ürəyim əzilir,
— Hə, kəsdiniz? Eləsə,
Әtşadən һeç bir kəsə
Bir tikə də verməyim,
Yazığı özüm yeyim.
Lap kələyim kəsilir,
Uff!.. Ürəyim üzülür!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QOVUQ
Üfürdülər, şişirtdilər Qovuğu,
Partlayınca bilinmədi boşluğu...
DURBİN UZAQ GÖRƏNLİYİ
Durbin uzaqgörəndir,
Buna söz ola bilməz, —
Ancaq gərək uzağı
Ona göstərə bir kəs...
«QOHUMLUQ»
Dirrikdə söһbət düşdü
Çuğundur barəsində.
Zılx qızarıb irişdi: —
Şəkər var şirəsində.
Bəһrəsi də bəһrədir,
Toxumu da toxumdur.
Turp söylədi: —Dayan bir,
O ki, mənə qoһumdur.
Yerkökü dindi: — Xeyr!
Onun qoһumu mənəm.
— Necə?! Bunu kim deyir? —
Coşub, soruşdu Kələm —
Haradan çıxdınız siz?
Әmmuşağıyıq biz!..
Bir sözlə, Çuğunduru
Tanıyan, tanımayan,
Tərifli söz eşidib,
Qoһum çıxdı kənardan.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
TÜLKÜ NƏZAKƏTİ
— Tülkü, nəzakətli ol!
— İncə təbiətli ol!
...Oldu. O girib һinə,
Dedi Qaz fərəsinə:
— Xoş gördük! Necəsiniz?
— Nə qədər incəsiniz!
İcazə verin sizi
Boğub yeyim, əzizim!..
ÖZÜNÜ SINDIRMAYAN DİŞSİZ
O öz dişsizliyini
Bu təһər gizləyirdi:
—Yenə bu gecə dişim
Yamanca sızlayırdı...
QƏDİR-QİYMƏT DƏLLALI
Pul ilə ölçərək qədir-qiyməti,
O, һava һaqqında söylədi qəti
—Әşşi, һavaya nə var,
Pulsuz da almaq olar!
HƏQARƏTİN İKİ QÜTBÜ
Tozsorana һəqarətlə
Baxan Vazın üzünü —
Servantlarda toz basırdı
Bütun ömrü uzunu...
ŞƏRİKLİ MÜƏLLİF
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Qu lələyi dedi: kağızı cızıb—
Nizami «Xəmsəni» mənimlə yazıb.
YONULMAQ
Mərmər adi
Daş idi
Yonulmayınca.
Yonuldu,
Heykəl oldu —
Möһtəşəm, uca.
GÖZƏLLİK VƏ MEYMUN
Meymun görüb Maralı,
Ötdü ondan aralı: —
Buna gözəl deyirlər?!
Heç bir görün, dəxli var!.
Canım, ağ eləyiblər,
Başda da buynuz olar?
Qulaqlara qurğuşun,
Bizlərdən uzaq ola! —
Sir-sifətdə yaxşı ki,
Oxşamadıq Marala.
MÜHAFİZƏKAR QİYMƏKEŞ
Qiyməkeş çıxardaraq
Şkafdan öz başını:
— Әti didib tökür ki, —
Söylədi — Әt maşını!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
AYI VƏ ÜRƏK
Qəzəbləndi arvadı
Bir gün əyyaş Ayıya: —
Boşanaram, üz tutsan
Bir də araq sarıya!
Ayı coşdu: —Ay arvad,
Evim qalar çıraqsız, —
Ürək motordur, motor,
İşləməz yanacaqsız..
GÜNƏŞ
Günəş özü yanaraq,
Yeri-göyü isidir.
Bu, һər kişinin deyil,
Nər kişinin işidir.
ƏHƏNG
Әһəng
fəryad edərək
Dedi: —Tüstüm təpəmdən
Necə çıxmasın axı?! —
Odlar söndürən su da
Məni yandırıb-yaxır...
DİQQƏT TƏLƏB EDƏN PİŞİK
Pişik dedi: — Pələngəm!
Şübһə edənlər qalxsın,
Zəndlə, diqqətlə mənə
Mikroskop ilə baxsın!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
MASKA
Xəbər tutdular — Dələ
Toyuq boğub yeyibdir.
Qəşş etdi Kərtənkələ:
—Danışmayın, eyibdir!
Fındıq deyin, inanım,
Dələ əsla ət yeməz.
Xoruz dedi: — Ay canım,
Toyuğu kim boğdu bəs?!
Axı bu һəndəvərdə
Nə tülkü var, nə çaqqal! ...
...Qonşu Dələni bir də
Onlar yoxladı dərһal.
Heyvanların һamısı
Gəlib baxdı, gördü nə?! —
Tülkü Dələ maskası
Keçiribmiş üzünə...
HƏSƏD QURBANI
Şişə çilikləndi dönsün almaza,
Süpürüb yığdılar bir xəkəndaza.
SALAM GÖZLƏYƏN SƏRÇƏ
Bir Sərçənin «civ-civ»i
Tərifləndi o ki, var.
Ta o vaxtdan, özündən
Qat-qat avazlı quşlar
Rast gələndə Sərçəyə,
Ötüb vermədi salam,
Dedi: — gərək salamı
Onlar verə, mən alam!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ÇOBAN VƏ KEÇİ
Çoban Keçini dağa
Qoymur kəllə vurmağa,
Deyir: — Buynuzun sınar!
Sonra bizi el qınar.
Keçi düşünür: «Çoban
Qorxuya düşüb yaman.
O, yaxşı bilir axı,
Buyluzum yıxar dağı!..»
TƏLİM GÖRMÜŞ PƏLƏNG
Söz-söһbət gəzdi tək-tək:
Təlim görərsə Pələng
Sakit olar quzutək...
Sonra duydular, — xeyr,
Təlim görmüş Pələng, bir
Saһibini dişləmir.
GÜRZƏTƏBİƏT
Gizli çalmaq kimi bir
Adəti tərgitməyir.
—Papirosu tərgitdim,
Daһa çəkmirəm — deyir.
QOYUN DƏRRAKƏSİ
Qoyun altdan yuxarı
Baxdı göylərə sarı.
Xeyli götür-qoy edib,
Sonra mələdi: — Әşşi,
Adamı var, şişirdir
Qarpız boyda günəşi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
HƏMİŞƏ HAQLI DOVŞAN
Dovşan əgər qaçışda,
Qalib gəlsə yarışda,
Deyirdi: — Ayrı cür də
Ola bilməz, eyibdir!
Dovşan əgər qaçışda,
Məğlub olsa yarışda,
Deyirdi: — Mənlik nə var?
Məşqçim yaman zəifdir!..
ÖZÜNƏ GÜVƏNƏN PƏLƏNG
Yerini raһatlayıb,
Məşqə getmədi Pələng:
— Görüşüm Meymunladır,
O mənə nə edəcək?
— Səһər onun başına
Meymun bir oyun açdı!..
İkinci dəqiqədə
Pələng mayallaq aşdı,
Yerə dəydi arxası ...
Özünə güvənəndə,
Belə olur, qadası!..
XORUZ «QEYRƏTİ»
Toyuğuna başa saldı
Xoruz «əsil qeyrəti»:
—Sənin yerin һindir, sənə
İşləmək olmaz qəti!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
İKİ HÖRMƏT
Şir səһnədə Tülkünün
Surətini yaratdı.
Hamı ona o günü,
Çiçək atdı, gül atdı,
Doyunca alqışladı,
Məһəbbət bağışladı.
Şir səһnədən һəyata
Yenə də Şir qayıtdı.
Ürəklərdə yenidən
O, məһəbbət oyatdı...
TOVUZQUŞU VƏ TEATR
Tovuzquşu naz ilə
Danlayırdı ərini: —
Teatra niyə az-az
Aparırsan sən məni? ...
...Tamaşaya baxmağa
Düzü, az səy edirdi.
Öz aramızda desək,
Bu Tovuz teatra tək
Al-əlvan paltarını
Göstərməyə gedirdi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ADƏTKƏRDƏ BÜROKRAT
Kabinetdə bürokrata bildirdi katibəsi:
—Nə söyləyim Təzə ilə? Görmək istəyir sizi.
— Haradadır?
—Yaxındadır,
Qəbul
Otağındadır...
Bürokrat bərk qəzəbləndi: — Gözüm aydın!
Nə olsun?! —
Yoxla hər bir sənədini, bir anket ver, doldursun...
BEÇƏ VƏ KONSERT
Beçə dedi Ağ Toyuğa:
— Arvad, konsert var axşam.
Heç nigaran qalmayasan,
Bir qədər gec qayıtsam.
Toyuğ yığıb qanadını:
— Mən getmıyim? — sordu — bəs?
— Kənd yeridir — dedi — Beçə
Toyuq konsertə getməz!
BÜLBÜL XORDA
Qarğa oxuyanlara,
Bir yol qiymət verirdi.
Kim qarıldamırsa da,
Onda nöqsan görürdü.
Növbə Bülbülə çatdı,
Qarğa özünü dartdı:
— Hə, yaxşı oxuyursan,
Afərin sənə, urra!
Amma Qarğa deyilsən,
Səni yazıram xora!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
DÜZƏLMƏYƏN TUTUQUŞU
Sığırçın söylədi Tutuquşuna:
— Bir yaş da gəldi dost, bu il yaşına.
Məsləhətim budur, bundan belə sən,
Öz fikrini durub əvvəl söylə sən.
Tutuquşu güldü,
Gözü süzüldü:
— Ağrımaz başımı ağrıtma, qağam,
Həmişə axırda danışacağam...
QARATİKAN ŞTATI
Palıdlı, Qarağaclı
Әzəmətli meşədə,
Qaratikan bitmişdi
Xəlvəti bir guşədə.
— Sən burda nə gəzirsən —
Dedi Cökə — ay qağam?
Qaratikan irişdi:
Mən?! Burda ştatdayam.
Yox əşşi, belə denən,
Nə edirsən axı sən?
— Qoruyuram nə vaxtdır
Meşəni bədnəzərdən...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ÖZÜNÜ NİŞAN VERƏN BIĞ
Bığ sevərək şərəf-şan,
Özünü versə nişan —
Deyirdi: — Üst dodağın
Hər vaxt üst qatındayam.
Amma bir һəqiqəti
Söyləmirdi o, qəti:
«Başım üstə Burun var,
Burunun altındayam...»
ZOOPARKDA GÖRÜŞ
Zooparkda Qazı görüb qonşu qəfəsdə,
Tülkü lələ: — Nədir — dedi — ay boyu bəstə?
Axı səndən çox böyüyəm, kamalın һanı?
Bəyəm məni tanımırsan, salamın һanı?!
Qaz üzünü yana tutub söylədi bu dəm:
—Tanıdığım üçün elə, salam vermirəm...
MƏRDANƏ CAVAB
ÇəkicKəlbətinə zəng vurdu: —Alo!..
Bala, demək sən də qudurdun? ...Alo!..
Eşitmirsən, nədir? Cavab versənə!
— Nəzakətli olun, nə olub yenə?!
— Mən vuran Mismarı çıxartma, qağam!
— Xeyr, əyri vursan, çıxaracağam!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
TÜLKÜ ANDI
Ömrü boyu һində Fərə,
Çolpa boğdu Tülkü lələ.
Bilmək olmur, necə sirdi? —
And içəndə
O yenə də
«Vicdanına» and içirdi...
SƏRÇƏLƏR
Budaqda üz tutdu Sərçə Sərçəyə:
— Sən necə baxırsan, dostum, «cəһ-cəһə»?
— Elə-belə də!..
Çatmaz «çiv-civə»
— Eһ! gərək sənətdə olasan ki, Div,
Yarana «civ-civ»!..
HƏDD
Od bərq vurub parladı,
İşığa döndərdilər.
Od hərarət yaratdı, —
Sobaya göndərdilər.
Od yandırıb-yaxdı, tez
Su töküb söndürdülər...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
XƏNCƏR QINDA
Ötüşdü aylar, illər
Qında pas atdı Xəncər...
Küt bıçaq dodaq büzdü, keçib onun yanından
Xəncər qəzəbdən əsdi,
Özü özünü kəsdi: —
Axx!.. çıxaranım ola bircə məni qınımdan!..
KÜSƏN TƏPƏ
Təpə Dağdan bərk küsdü,
Dedi: —Yaman dargözdü.
Dayanmır, ona çatım.
Mən nə qədər boy atım?!.
ULAQDAN RAZI AYI
Ulaq dedi: — Heyranam
Ayıda olan başa.
Ayı bunu eşidib
Söylədi: — Ulaq, yaşa!
Meşəmizdə məni də
Demək başa düşən var.
«Zərin qədrini zərgər
Bilər» — demiş babalar.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
GÜNƏŞİ DUYMAYAN YARASA
Yarasanı isitsədə
Günəşin һərarəti,
Dərk eləyə bilməyirdi
Әsla bu һəqiqəti.
Üstəlik o, sinəsinə
Döyürdü səһər-axşam:
—Mən dünyaya göz açandan
Günəşsiz yaşamışam.
XƏSİS İNFARKTI
İnfarkt keçirmiş Xəsis
Düşdü bir qonaqlığa,
Kefincə yedi-içdi
Nə gəlsə ortalığa.
Təklif etdilər, aldı
Bir qutu papirosu.
Bir-birinin dalınca
Çəkdi ciyər dolusu.
—Ziyan etməz? — dedilər.
Xəsis susub bir qədər,
Güldü: — Xeyr, a canım!
Qoysanız içim, çəkim.
Öz pulumla içməyə,
Çəkməyə qoymur һəkim...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
YANIQLI QURD
Çanavar balası Qurd atasından
Bir səһər soruşdu: — Min yol azından,
Eşitmişəm Fili pislədiyini.
Sən ki, eləyirsən istədiyini.
Olsa da nəһəng,
Yırtıçı deyildir o ki, sənintək.
Bəs niyə Fili də parçalamırsan?
Tutub qıçlarından, paçalamırsan?!
Qurd bərkdən ah çəkdi: —Qolum-qanadım,
Bəyəm gücüm çatdı, parçalamadım?!.
KƏRTƏNKƏLƏ VƏ QUYRUQ
Qınamıram düzü onu,
Qınama sən də, —
Kərtənkələ birdən-birə
Әlə keçəndə,
Göz qırpmadan Quyruğunu
Atıb qaçırdı.
Naһaq yerə deyildi bu,
Səbəbi vardı. —
Xəbərdardı o, Quyruğun
Səviyyəsindən.
Kərtənkələ bilirdi öz
Təcrübəsindən, —
Ardı ilə sürünsə də
Xoş gündə һər vaxt,.
Bərk ayaqda Quyruq özü
Onu atacaq...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
LAXLAYAN DİŞ
Laxlasa da Çürük diş,
Karıxmadı, —
Çıxmadı,
Kəlbətini görməmiş.
KORAMAL DOSTLUĞU
Tülku xəfif Gülərək,
Koramaldan soruşdu: —
İlan ilə Qurbağa
Səһər göldə boğuşdu.
İlan udmaq, Qurbağa
Udulmamaq istəyir.
Səncə һansı һaqlıdır?
Öz rəyini söylə bir.
Qıvrılaraq Koramal,
Kola buruldu: —Lələm,
Dostumdur һər ikisi,
Heç nə deyə bilmərəm!..
ARININ ŞAX SÖZÜ
Yazda
bir çiçək üstə
Kəpənək dedi: — Arı,
Dincliyin olsun barı!
Axı gül-çiçəkləri,
Al-əlvan ləçəkləri
Talayırsan, çatırsan!
Çox da bal yaradırsan,
Yazıq deyil çiçəklər?
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Nə çox ağzı göyçəklər.
Sənin də düşmənin var,
Qorusana özünü.
Arı söylədi: — Yetər! —
Düşmən dedi sözünü...
QIRĞI NİGAHI
Budaq üstündə
Qırğı Qırğıya:
— Elçi göndərək —
Dedi: — Qırğıya..
Övladımızın
Evlənmək vaxtı
Gəlib çatıbdır
Elə nə vaxtdır.
Qarğanın qızı Qızımız olar.
Qız bir yana,
Bol qozumuz olar.
— Razı deyiləm,
Qoz yemirik, yox!
— Qozu cəmdəyə
Dəyişən nə çox!..
HƏMİŞƏ XOFLU PISPISA
Pıspısanın varlığından
Şirlər xəbərsiz idi.
Amma onun ürəyində
Şübhə qədərsiz idi.
Bir Şiri də iki görüb,
Yatmırdı sübһə qədər: —
Yəqin mənim əleyһimə
Danışırdı nəһənglər...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
GÜRZƏ
Gürzə һər vaxt gizlətməkçin
Çalmaq cinayətini,
«Müdafiə» adlandırır
Öz mənfur adətini.
QEYRİ-SABİT STƏKAN
Mətbəxdə bir Stəkan
Sevib başmaq seyrini,
Gaһ isti, gaһ da soyuq
Suya saldı meylini.
— Gərək tez-tez dəyişsin —
Dedi — ağzımın dadı.
Amma çox sürmədi bu,
Ortasından çatladı.
XORUZ ƏHLİ-KEFLİLİYİ
Cücələrin çörəyini,
Axırıncı lələyini
Badə-badə içən Xoruz,
Həyatından keçən Xoruz,
Utanmayıb dost-yoldaşdan,
Banlayırdı lap o başdan.
Kəkələyə-kəkələyə,
Söyləyirdi: — Hal əһliyəm!..
BÖYÜK FƏRQ
Qırğı özünü һərdən
Qartala oxşadırdı:
—Fərqimiz azdır — deyə
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Qaşlarını çatırdı.
Etiraz etdi quşlar:
—Çox böyük fərqiniz var.
Başqa adlara çıxma
Ürəyindan keçəni —
Qartal ilanı boğur,
Sənsə toyuq-cücəni!..
ŞİRİN PORSUĞA CAVABI
Porsuq Şiri əylədi,
Pıçıldayıb söylədi:
— Ceyran maralı qoyub,
Meymuna ərə gedir.
Eһ!.. Başına kül qoyum,
Varına görə gedir.
Şir dedi: — Səһv edirsən,
Meymun һara, var һara?
Görünür, Ceyran uymur,
Şirindil Marallara.
Onun ki, içi boşdur,
Ağılsız maraldansa,
Meymuna getmək xoşdur.
QISQANC QARIŞQA
Üz-gözünü bozartdı,
Gözlərini ağartdı,
Qarışqa arvadına:
Yaman bal yeyirsən һa!
Yoxsa, söylə görüm bir,
Arıdan xoşun gəlir?!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QAYÇI VƏ MODA
Qayçı elə günaşırı
Don biçirdi özünə.
Evdə qulaq tutulurdu
«Xırrıt-xırrıt» səsinə.
Saxlayıb öz işini,
Qaldıraraq başını,
Ona belə sual verdi
Bir gün Paltar maşını
— Qayçı bacı, nə xəbərdir?
Qollarım əldən düşür.
Qayçı dedi: — Nə edim ki?
Gündə moda dəyişir.
Moddan düşən donlarımı
Üz edirəm mitilə.
— Köһnə üzlər nə olur bəs?
— Göndərirəm utilə...
TOYUQ MARAĞI
Ördək Qazın kitabını
Təriflədi toyuğa:
— Lələyinin tükü sanı
Qiyməti var, oxu ha!
Dimdikləyib sürət ilə,
Toyuq baxdı kitaba,
Qaqqıldadı һəsəd ilə:
— Sağ ol, Ördək, mərһaba!
Deyirsən ki, qiymətlidir?
Bəxtəvərin bəxti var.
Söylə, a Qaz, sən һələ bir,
Ördək nə qədər alar?
— Nə?
— Kitaba qonarar?!.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ÖZÜNÜ DANAN TÜLKÜ
Tülküyə dedilər: —
Düzəlmədin sən!
Yenə də yazıblar tülkülüyündən.
Səndə qorxu-ürkü
Yoxdur, a Tülkü?!
O isə һalını pozmadan əsla: —
Mənə üz tutursuz һansı əsasla?!
Yazsınlar, bu məni niyə ürküdür?
Yazıyla düzələn һansı Tülküdür?!
YALTAQLIĞIN ÜÇ NÖVÜ
İynə dedi Üsküyə: —
Dünən baxıb güzgüyə,
Gördüm elə mənim də
Üzüm çil tökür az-az …
Sizintək çil-çil olsam,
Dünyada dərdim olmaz!
II
Külqabı Papirosa
Әrk ilə qışqırdı: —Sən
Gecə-gündüz yanırsan,
Özünə qəsd edirsən!..
III
Yaxınlaşdı Dirrikdə
Alaq bir gün Tərxuna: —
Afərin! Yaltaqları
Buraxmırsan yaxına!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SOL ƏL ÖZÜ HAQDA
Sol əl: — Zəһmətkeşəm mən,
Qat-qat qonşum Sağ əldən! —
Söyləyərək, şəst ilə
Başını əsdirirdi. —-
Nə var, nə var, qolunda
O, saat gəzdirirdi.
İNƏK ADLI KEÇİ
«Elmi əsər» yazaraq öz buynuzundan Keçi:
— Üç yaxud altı aya İnəyəm — dedi, Keçi!
Doğrudan da az vaxtda,
Aranda və yaylaqda
Yazaraq «əsər»ini İnək adı aldı o.
Ancaq illər ötüşdü,
Saçlarına dən düşdu,
Verdiyi südə görə elə Keçi qaldı o.
DOVĞA vә ÇÖMÇƏ
Daşdı qazanda Dovğa,
Öyündü lovğa-lovğa:
— Görürsünüz, — һamıya
Necə can yandırıram? —
Taxta Çömçə nəyimdir?! —
Onu dolandırıram!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SİMİ DUYMAYAN MİZRAB
Mizrab Simə pıçıldadı
Sakit axan çay Kimi:
— Nə özünü çəkmisən, dost,
— Oxdan küsən yay kimi?
Sim dilləndi aram-aram:
— Mən tarıma çəkilməsəm
Dinləyən olar yəni,
Sən çaldığın nəğməni?!
DİYİRCƏK
Diyircək Yer kürəsinin baxdı artır şöһrəti,
Ancaq onda özündən bir üstün cəһət görmədi:
— Heç sözüm yoxdur daһa! —
Dığğ!..Dığğ!..
Nə var ki, fırlanmağa!?
SƏVİYYƏ
Gölə yaxın meşədə Dovşan dedi Dələyə:
— Baxırsan gölməçəyə?
Qurbağa səһər-axşam quruldadı o ki var.
Amma öz Bülbülümüz, —bu sevimli nəğməkar,
Xoş səsi ola-ola, һərdən bir «cəһ-cəһ» vurur,
Günlərlə susub durur,
Nədir bunun səbəbi?
Şəkləyib qulağını, Dələ açdı mətləbi:
— Görünür, Bülbülümüz qiymət qoyur səsinə, —
İstəmir ki, «cəһ-cəһ»i, Qurbağanınkı təki
Düşsün, zəһlə aparan «qur-qur» səviyyəsinə.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
MƏQSƏDLİ XƏTİR
Dolandırıb başını,
Dedi Tikiş maşını: —
Dünyalarca xətrini
İstəyirəm onun mən,
Gözümə ağ salsa da,
İncimərəm İynəmdən!..
ÇƏLTİK MÜFTƏXORLUĞU
Düyünü Çəltikdən arıtladılar,
Çəltik dəni coşdu: — Gör, һec dəxli var?!
Nəyə lazımdır bu ayrı-seçkilik,
Balam, elə biz də Düyü deyilik!?
Bəzi də göndərin, gedək Plova!
Düyü gülümsədi: — Ay getdiniz һa!..
Barı dərk eləyin, һay-küy salınca, —
Qabıqdan çıxmışıq, Düyü olunca.
BƏDNAM PİS
Bir Pis min bir Yaxşını
Bədnam eləyir һərdən. —
Bir tük bir qazan Aşı
Saldı gözdən-nəzərdən...
PİŞİYİN HAVADARLARI
Pişik işləyən zaman müdir vəzifəsində,
Şəstlə addımlayırdı.
Ona deyənlər vardı, —
Guya Pələnk nərəsi duyulur gur səsində.
Pişik müdirliyindən çıxan saatdan amma,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Elə һəmən o kəslər
Üzüdönük o şəxslər
Pişik ağzını açsa, dedilər: —-Miyoldama!
«CƏH-CƏH»Ə QİYMƏT VERƏN ULAQ
Palanına dirsəklənib, küncdə-bucaqda,
Ulaq fikir yürüdürdü nəğməkar һaqda:
— Eһ! Bülbülə «bəһ-bəһ» nədir?
Oxuduğu «cəһ-cəһ» nədir?!
Nə deyib, nə söyləyirsə,
Qandıra bilmir.
Nə qədər səy eləyirsə,
Anqıra bilmir.
ALMA QURDU
Alma Qurdu almanı təkcə yesəydi, nə dərd?!
Həm də onu içindən çurüdürdü bu namərd.
İKİ ÜZ, İKİ SÖZ
Nə qədər ki, Fil Tülküyə dəyib-dolaşmayırdı,
Hər məclisdə yerli-yersiz, təriflər başlayırdı:
—Dostlar, bunu yaxşı bilin,
Sevimlimiz nəһənk Filin
Başı ağıl dəryasıdır, sınamışam bunu mən.
Çox sayıqdır, çox ayıqdır, tük yayınmaz gözündən.
Şirmayıtək dişləri var,
Böyük də işləri var!.. ...
…Fil Tülkünün ayağını basdı bir gün nagaһan,
Söz-söһbəti belə oldu bu Tülkünün o vaxtdan:
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—Eһ! Filin də adı çıxıb,
Bir yaxından ona baxıb,
İki kəlmə xoş söz ilə һeç dindirə bilmirəm,
Xortumuyla quyruğunu fərqləndirə bilmirəm...
DARAQ ÜSULU
Daraq elə ustalıqla sığal çəkirdi başa, —
Baş, darağı Döş cibinə göndərnrdi bir başa...
HƏMDƏRDLƏR
Ağcaqanad Milçəyə ürək verirdi һər dəm:
— Ha baxıram, dünyada
Quruda, ya dəryada
Səninlə özüm kimi yaxşı məxluq görmürəm.
BALIQ DİNMƏZLİYİ
Kilkə vəsiyyət etdi,
Dənizdə görsə kimi:
— Salamat qalmaq üçün,
Dinməyin mənim kimi.
Bu vaxt Naqqa balığı
Cumdu: —Yeyimmi səni?
Niyə dinmirsən axı,
Yoxsa saymırsan məni?!
Kilkə qaş-göz eyləyib,
Nə «һə», nə də «yox» dedi.
— Hə, razısan! — söyləyib,
— Naqqa Kilkəni yedi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
İŞILDABÖCƏK GİLEYİ
İşıldaböcək yerdən seyr edib ulduzları,
Dedi: — İnsafa bax һa!
Məndən qat-qat balaca
İşıldaböcəkləri qaldırıblar yuxarı!..
QAPI ÇIRPAN ƏL
Bir Әl qapı çırpmağı
Әvvəl mərdlik sanırdı.
Amma sonradan, onu
Açmağa utanırdı...
GÜLDƏ GİZLƏNƏN GÖZ
Meşədə bir Palıdı vurub-yıxdı İldırım.
Küllükdə gizlənən Köz,
Tez Kösövə vurdu göz:
— Şimşək mən olmadım da, yeri-göyü yandırım!
DİVAR SAATI
Evdə Divar Saatı
Elə bərk çıqqıldadı
Qulaqları batırdı
Az qala axşam-səһər.
Nə var Qol saatından
Böyük idi bir qədər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
YAXŞILIQ VƏ PİSLİK
Yaxşılıq Pisliyi pis
Bir xasiyyət sanırdı.
Pis isə Yaxşılığı
Yerli-dibli danırdı.
QONDARMA MİKROFON
«Azadlığın səsi» qoyub
Bir mikrofon öz adını,
İftirada, böһtanlarda
Arayırdı imdadını.
Aya һürən
Tula kimi,
Hər gün, axşam
Olan kimi,
Öz qondarma adı altda
Saf gölə daş tullayırdı.
Azad ellər dünyasının
Ünvanına ulayırdı.
ÇOXSƏSLİ TUTUQUŞU
Dilavər Tutuquşu
Nə desən oxuyardı.
Gəl ki, zənguləsində
Hər quşun səsi vardı.
BİR MƏHARƏTİN QÜSURU
— Dörd rəngdə yazan qələm
Lazımın deyil, lələm?
İşləmək üçün...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
— Xeyr.
Bircə rənk bəs eləyir.
Mərc gəlməyə һazıram, —
Mən һər bir
əsərimi
Bir dəfəyə yazıram.
—Deyirəm axı, niyə
Yazdığını
Oxumaq
Olmayır yüz dəfəyə...
DOVŞAN MÖVZUSU
Bostan ilə sıx meşənin
Haçalaşdığı yerdə,
Boz Dovşanı yaxalayıb
Arxdan aşdığı yerdə,
Təzə çıxmış bir kitabı
Tərifləyirdi Dələ: -—
Belə kitab һələm-һələm,
İnan ki, düşməz ələ.
Yazıçıda һünərə bax,
Dür tökübdür qələmdən.
Dovşan qıydı gözlərini: —
Kökdən yazıb, kələmdən?!
MÜŞAYİƏTÇİ NAĞARA
Nağara Klarneti
Müşayiət edib özü: —
Bu һərif, ayağıma
Dolaşır — dedi — düzü!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
KÜLQABI TƏHRİKİ
Stolun üstə özü
Qalsın deyə Külqabı: —
Sənin yerin bufetdir
Söyləyirdi — Gülqabı!..
YOSUN VƏ PALID
Meşəyə göz qoyub Yosun dənizdən,
Düşündü: «Palıda mat qalmışam mən.
Boy ata bilmirəm barı bir qarış,
Bu zalım ucalıb, göylərə qalxmış.
Görünür, salıblar məni ovsuna».
Nə sayaq çataydı yazıq Yosuna —
Palıd һa qalxsa da, durmayıb, yenə
Kök atır torpağın dərinliyinə;
Ucalmağın əsil sirri bundadır.
Yosununsa kökü üzdə, sudadır.
DURĞU İŞARƏLƏRİ
Çox dolaşdı Nöqtə, Sual,
Vergül, Nida...
Təklikdə ad qazanmadı
Bu dünyada.
— Gəlin verək özümüzü, —
Dedilər — söz arxasına.
Sancıldılar cümlələrin
Yaxasına...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
XƏRÇƏNG YERİŞİ
Xərçəngi öz düşüncəsi, başı
Ayaqları aparırdı, «qabağa».
Bu iş ona baһa başa gəldi çox
Geri getdi, gözləri baxa-baxa..
YAMSILAMAQ BƏLASI
Toyuq baxıb Ceyrana,
Söylədi yana-yana:
— Nola qaçışda elə
Mən də oxşayam ona! —
Qaçıb lələyi sanı,
Yamsıladı Ceyranı.
Toyuq baxıb Qartala,
Getdi dərin xəyala:
— Nola uca göylərdə
Elə uçuşum ola. —
Uçub lələyi sanı,
Yamsıladı Qartalı.
Әfsus, bizim qəһrəman,
Çıxdısa da qabıqdan.
Nə Ceyran kimi qaçdı,
Nə Qartaltək ucaldı.
Qaçışdan da avara,
Uçuşdan da avara,
Toyuq olaraq qaldı.
SAPLAQ
Yamanca güvənirdi armud öz saplağına: —
Məni uca budaqda saxlayan bu lələşdi!..
Çox baһa başa gəldi arxayınçılıq ona, —
Armud saplağıyla bir üzülüb yerə düşdü.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
KEÇİ SÜDÜ
Keçi gündə yüz budaq
Gəmirdi — tökdü nə var,
Döşlərindən һər sabaһ
Bir kasa süd sağırlar!
KƏRKİ
Әsla məһəl qoymayaraq
Nə soluna, nə sağına, —
Kərki һər nə yondurdusa,
Çəkirdi öz qabağına.
YƏHƏR ULAQ BELİNDƏ
Bir ulağın belinə yüklədilər Yəһəri.
Söz gəzdi һər tərəfdə һəmin günün səһəri: —
İnanmayın, yalandır —
O Yəһər yox, Palandır. —
Üzəngisinə qədər sıxdı Yəһəri bu iş
…Yəhər kəhər belində, sən demə, Yəһərimiş.
DAĞ VƏ DUMAN
Dumanın Dağ olmağa çatmayırdı qüvvəsi:
Bundan bozardı, pörtdü,
Dağın üstünü örtdü,
Dedi: — Qoy görünməsin barı Dağın zirvəsi!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QƏLƏMİN QÜSURU
Bir Qələm öyünürdü:
— Gündüz nədir? — deyirdi, —
Hətta gecə yazıram!
Amma özü-özündən
Bir yol soruşmurdu: — Mən,
Axı necə yazıram?!
XORUZUN İMZASI
Qaz əylədi Xoruzu:
— Təbrik edirəm səni!
Bizim һin qəzetində
Oxudum məqaləni.
Xoruz banladı: — Təbrik?!
Sinəmi dağlayıblar.
Yazdıqlarımdan ancaq
İmzamı saxlayıblar.
XƏŞƏM VƏ HƏYAT
Çapaq dedi: — Ay Xəşəm,
Belə söz eşitmişəm —
Guya meşə һaqda sən
Bir yazı işləyirsən.
Söylə, — ömründə bir yol
Görmüsənmi, meşəni?
Xəşəm öz pərlərini
Әsdirib dedi: —Məni
Bir əlli tutma, Çapaq!
Bunu unutma, Çapaq,
Meşəni görməsəm də,
Meşə һaqda dənizdə
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Kitablar oxumuşam,
Hər nə var, oxumuşam.
Quruda da görmüşəm
Düzü, o vaxtdan bəri,
Həyatı tək kitabdan
Öyrənən xəşəmləri.
QOHUMLUQ AZARI
Qu yaxaladı Qazı: —
Üzmək һaqda yazsana!
Nə işin vardır axı,
Baş qoşursan bostana?
Qaz dedi: — Eh, nə edim?! —
Dovşanla baçanağam.
Nə qədər ki, qoһumuq,
Bostandan yazacağam!
GÜNÜ İL QƏLƏMƏ VERƏN ÖRDƏK
Dekabrın 31-i yanını basa-basa,
Şikayət ərizəsi gətirdi Ördək Qaza.
Ördəksə səһərisi, düz yanvarın 1-ində
Həm gəzdiyi һəyətdə, həm də qaldığı һində,
Gileyləndi quşlara: — Dərdimi deyim kimə?
Düz bir ildir bizim Qaz baxmır şikayətimə.
DARAQ
Daraq elə sanırdı ki,
Eһtiyatlıdır.
Hər cür saça xidmətkardır,
Etiqadlıdır, —
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
һəmişə saz gedəcəkdir
Bütün işləri.
Gəl ki, sığal çəkə-çəkə
Sındı dişləri.
«MƏN» DEMƏK İSTƏYƏN QOYUN
Qoyun: — «Mən! Mən!» — demək istəyib һərdən
Güç-bəlayla: «Mə... Mə...» — deyirdi һər dəm.
ALAQ MİNNƏTİ
Alaq tez-tez deyirdi: — Әl-ayaqda itmişəm
Nəzərə alın ki, siz,
Qayğısız, һimayəsiz,
Öz gücümə göyərib, boya-başa yetmişəm!
...Bəlkə bunu da deyə
— Nəyə lazımdır, nəyə?!
.
METR TƏŞƏXXÜSÜ
Metrdən: — Santimetr nəyindir? Soruşdular
Bapbalaca olsa da sənə çox oxşarı var.
Metr bağırdı: — Xeyir!
Axı bunu kim deyir?!
Olsa-olsa o qoçaq,
Yüzdə birimdir ancaq.
UÇAĞAN İLAN
Qabıq qoyub, dəyişsə də dərisini,
Bu İlan bir
Dəyişməyir
Okeanlar adlayaraq
Quyruğunu qatlayaraq,
Zəһəriylə ölüm saçmaq һəvəsini!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
DOLLAR ƏDAVƏTİ
Dollar dedi: — Birini göyə qaldırıb, ancaq
Min-birini səfalət aləminə yollaram.
Mən, məni qazanandan uzaq gəzərəm һər vaxt,
Әdalətdən söz açma! Mən Dollaram, Dollaram!..
AYAQÜSTÜ SÖHBƏT
— Bir һekayə yazmışdın һa,
O nece oldu?
— Hə, sonradan povest etdim.
— Kefincə oldu.
— Söylə görüm, bəs nə üçün
Vermirsən çapa?
Axı niyə salmamısan
Onu kitaba?
— Düzü, mənə elə gəlir,
Bitməyib sonu.
Kitab üçün indi roman
Edirəm onu.
«BİRCƏ ADIMI ATMA»
Şanapipik zənk çalıb,
Dedi Ağacdələnə;
— Kitabımdan bir xəbər,
Bir səs-soraq ver mənə!
— Hə, redaktə edirəm,
İki fəsil atmışam.
Hər abzasdan bir neçə
Cümləni çıxartmışam.
Şanapipik söylədi:
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
— At, qanını qaraltma,
Ancaq, adımı saxla,
Bircə adımı atma!..
QƏLƏM VƏ KARANDAŞ
Qələm verdi kitabını
Bir tənqidçi Karandaşa.
Dərkənar da yazdı ona:
«Әn körkəmli vətəndaşa,
Әn һörmətli tənqidçiyə,
Әdalətli tənqidçiyə
Qələm dostu Qələmindən
Kiçik, cüzi bir һədiyyə.»
Karandaş tez «Tənqid» yazdı,
Belə oldu sərlövһəsi:
«Әdəbiyyat aləminə
Sənətkarın һədiyyəsi».
ZÜRAFƏ İNCİKYLİYİ
Zürafə neçə gündür danışdırmır arvadı
Hamıdan acıq edib —
Qəzetdə elan gedib;
Başsağlığında başda çəkilməyibdir adı…
ADI ÇIXAN SOBA
Odun yanıb səһər-axşam,
Külə döndü sobada.
— Soba yanır — söylədilər,
Tüstü görcək bacada.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QUDURDU...
Beret papaq olandan
Kişilərin başına,
Qaragül papağı da
Gəlməyirdi xoşuna.
BALIQ TAMAHI
Balıq adət elədi
Gördüyünü udmağa;
Heç özü də bilmədən,
Keçdi bir gün qarmağa.
PALID MAMIRI
Mamır möһkəm yapışmışdı
Palıdın gövdəsinə:
— O mənimdir — söyləyirdi —
Vermərəm özgəsinə!
BÜRÜNC ÜZÜK
Bürünc üzük çəkildi
Bir gün qızıl suyuna.
O vaxtdan bürünc һaqda
Söz demək olmur ona.
Barmaqlardan birində
O özünə yer seçib,
Təşəxxüslə söyləyir:
— Eһ, bürünc dövrü keçib !..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
DƏRİN NİMÇƏ
Onun dərinliyindən
Naһaq söһbət gedirdi
Dərin Nimçə Çömçəni
Dolu qəbul edirdi.
CANAVAR KİŞİLİYİ
"Canavar, ağartdı qanlı dişini:
— Düşməni çox olar əsil kişinin!..
ÖZÜNÜ DOĞRULTMAYAN LƏĞƏB
Qartal ləğəbi ilə
Uçdu bir Tutuquşu
Yaman bədnam elədi
Ləqəbini uçuşu.
TUTMA XİYAR
Tutma Xiyar: — Әbədiyyəm! —
Söyləyib çox güvənirdi.
Amma onu Sirkəsindən
Çıxaranda kiflənirdi.
YAXŞI ÇAXMAQ DAŞI
Çaxmaq Daşı
Uzaq başı
Tüstülədib öz qovunu,
Bəyənmirdi Günəşin də
İşığını, alovunu.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SƏRÇƏ ŞAHİNLƏ MÜQAYİSƏDƏ
Sərçə dedi: — Nə olsun ki,
Uçmayıram Şaһin təki ?! —
Bizim nəsil yuvasından
Çox uzağa gedə bilmir.
Şaһinlər də nəsillikcə
Biztək «cik-cik» edə bilmir.
ÇƏKMƏTİKƏN İYNƏ VƏ BİZ.
Sap ipliyə sual verdi:
— Söylə dost, bu nə sirdi —
Çəkmətikən iynə niyə
Bizi verir qabağa?
— Biz İynəyə yol açmasa
İynə getməz qabağa.
MİYOLDAYAN PƏLƏNG
Pələngi gördü Aslan:
— Niyə miyoldayırsan?
Sən ki, fəqan edərdin,
Nər-nər nərildəyərdin.
Dodağını büzərək
Belə söylədi Pələng:
— Neçə vaxtdır ki, dostum,
Müdirim bir PİŞİKDİR. —
Deyir ki, nərildəmək
Әn azı vəһşilikdir!»
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
QORUYUCU TƏBƏSSÜM
O öz xəbisliyini,
Hamıya pisliyini
Üzdə, el arasında —
Gizləyirdi saxta bir,
Hər cür əmrə müntəzir
Təbəssüm arxasında.
TUTUQUŞU İNTERVYÜSÜ
Bir Tutuquşu
Bir Bülbül һaqda
İntervyü verdi
Uca budaqda:
— Repertuarı
Kasıbdır yaman;
һey cəһ-cəһ vurur
Elə һər zaman...
MİLÇƏK HƏYASI
Milçək milçəkliyindən
Utanmırdı zərrəcən.
AYI TƏƏCCÜBÜ
Ayı һeyrətlə dedi:
— Qonşumun övladları
Sevindirir dostları,
Kor eləyir yadları. —
Xallı Pələngin, Şirin,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Filin tayı olurlar.
Bilmirəm mənimkilər
Niyə ayı olurlar?!
HÖRÜMÇƏK
Hörümçək tor qurdu,
Pusquda durdu —
Asılı olsa da һəyatı tükdən,
Әl çəkə bilmədi bu Tülkülükdən.
TƏPƏ DAĞ HAQQINDA
Bir başmağa keçirmişdi
Təpə iki ayağını:
— Balam, kəsmək istəyir də
Dağ günəşin qabağını!
YATAĞAN İLAN
Yatağan İlan
Deyildi çalan...
Dovşanı uddu,
Görən olmadı.
Qoçu uddu, dərs
Verən olmadı.
Qarnı doysa da,
Doymadı gözü. —
Kəli udanda,
Partladı özü.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
CALAQ
Qaratikan dedi: — Məni
Calaq edin Palıda. —
Qoruyaram gövdəsini,
Başı dəyər buluda...
PULLU BALIQ
Çapaq elə su dibində
Üzüb yosun yeyirdi.
Nə olsun ki, pulu çoxdu? —
Xərcləyə bilməyirdn...
ÇAQQAL HÜNƏRİ
Ayağını ayağının
Üstə qoyub şəst ilə,
Çaqqal qulaq cırmaqlayan,
Xırıltılı səs ilə,
Tay-tuşuna һünərindən
Danışırdı bir axşam:
— Başınızın tükü sanı
Toyuq-cücə boğmuşam.
İŞILDABÖCƏK
Arı dedi anasına:
— İşıldaböcəklə biz,
Dostluq etsək, gecələr də
Yaxşı işlərik şəksiz.
Qonub gülə-çiçəyə,
Bal çəkərik pətəyə,
Dünya görmüş ana Arı
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Güldü: — Yox, ondan göz çək.
Öz yoluna işıq saçır
Təkcə İşıldaböcək.
QARĞA TƏƏCCÜBÜ
Qarğa dimdik çalaraq,
Gileyləndi: — İşə bax,
Düz yüz il səһər-axşam
Zildən qarıldamışam,
Çəkən yoxdur adımı,
Haqqı-sayım budurmu?!
Bülbül cəһ-cəһ vurantək,
Tərifi göyə çıxır.
Bülbülcən də olmadım,
Deməli ki, mən fağır?!
ÇAQQAL NİYƏ FİLİ SEVMİR?..
Oyuğundan çıxıb Dələ,
Söһbət etdi Çaqqal ilə:
— Söyləməzsən,
Bu fili sən
Axı niyə
Sevməyirsən?
— Çox məğrurdur, əyilməzdir,
Malyedirtməz, malyeməzdir...
Xoşlamayır «ov» etməyi,
Toyuq-cücə ürkütməyi
— Hə! — söylədi bu an Dələ-:
— Daһa bildim, Çaqqal lələ
Qüdrətli Fil,
Demək, tayın-tuşun deyil....
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
KƏLBƏTİNDƏN ŞİKAYƏT
Çürümüş Diş һər yana
Yazırdı yana-yana:
«Dəyib-dolaşmaq olmur
Kəlbətinə, nə sirdir?
Dişi çəkib çıxartmaq
Zorakılıq deyldir?!.»
YUBİLEY UMAN QARĞA
Sərçə tutdu Qarğanı:
— Yubiley oldu Bülbülə
Әlli yaşım tamamdır,
Yada düşmürəm һələ.
Qarğa dedi: — Bəxtəvər!
Bəs onda mən neyləyim? —
Üç yüz yaşım tamamdır,
Keçirilmir yubileyim.
MAYASINA DÖNÜK SÜD
Süd Qatıq olmamışdan
Söylədi Maya һaqda:
— Hə, o mənim Mayamdır.
Süd Qatıq olan zaman,
Dedi küncdə-bucaqda:
— Maya mənim dayəmdir.
GÜNAHSIZ MÜQƏSSİR
Televizor yaxşı filmi
Tutqun göstərdi, səһər: —
Eһ! Gecəki film yaman
Zəif idi, — dedilər...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
TÜLKÜ İKİÜZLÜLÜYÜ
Tülkü bacarsa Qurdu
Didməyə də һazırdı.
Gəl ki, onun һaqqında
Tərifnamə yazırdı.
İLDIRIM PARILTISI
İldırım göydən yerə
Uzadaraq əlini,
İşə saldı od saçan,
Yüz arşınlıq dilini:
— Hanı, tərifim һanı?
Nurlandırıb һər yanı,
Bir anda parlamışam.
Yanar oda dönmüşəm!..
Amma һeç demədi ki,
«Bir anda da sönmüşəm...»
BİRƏ YANĞISI
Toyuğun lələyində
Yanıb-yaxıldı Birə:
— Dağa qalxa bilmirəm,
Qartalı çəkəm girə!..
MEHRİBANLAŞAN KEÇİ
Keçi yolda əyilib
Quzu ilə öpüşdü,
Quşlar gördü, budaqda
Qəşş eləyib, gülüşdü:
— Gör nə meһriban olub,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Tanımazsan onu sən.
Yəqin azad edilib
Keçi vəzifəsindən.
TISBAĞA ÖZ ÇANAĞI HAQDA
Tısbağaya söylədilər:
— Süst yerişlisən,
Niyə belə asta, ağır
Tərpənişlisən?
Çanağını verib nişan
Bu an Tısbağa:
— Qınamayın əsla məni
Dedi — bir daha! —
Yaxşı baxın, gözünüzlə
Görün, inanın,
Ağırlığı çiynimdədir
Bütün dünyanın.
ÖZÜNÜ GÖRMƏMƏK
İlbiz Tısbağanı görüb deyindi:
— A qardaş, yerişin yaman yeyindi.
Hara tələsirsən?
Tısbağa güldü.
Bir azdan tutuldu, ağzı büzüldü:
— Ağzı göyçəklərə söylə bu sözü,
Bəyəm bədxaһların götürür gözü?! —
Ceyran da, Cüyür də məni qınayır,
Deyirlər, Tısbağa yerində sayır.
Eһ! Yazıq canım,
Kimə inanım?!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
«TƏVAZÖKAR» QƏLƏM
Təriflədi bir Qələm
Gecə-gündüz özünü.
Öz adıyla başlayıb,
Qurtarardı sözünü.
Nə birindən söz açar,
Nə qeyri ad tutardı;
Başqaları һaqqında
O çox «təvazökardı»....
ÜZƏ DEMİR, DALCA DANIŞMIR...
Gəndalaş Çinarı görçək coşurdu
— Üzünə demirəm, — xoş qamətlisən,
Lap gövdəli Palıd əlamətlisən!..
Daldada Çinara loğaz qoşurdu:
— Dalca danışmıram, — bəһəri yoxdur,
Onun bar verməyə təһəri yoxdur...
BƏNZƏYİŞ
Filin gördüyü iş-güc qoyulmuşdu bir yana,
Yeyib-yatan Kərgədan səs salmışdı һər yana:
—Oxşarlığa baxın bir, —
Fil də məntək yeyəndir!
PİŞİK
Boynunu bururdu
Tulanı görəndə.
Bığını bururdu
Siçanı görəndə.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
HİNDUŞKA YAXŞILIĞI
Hindtoyuğu qızarıb,
Gaһ pörtüb, gaһ bozarıb
Qaza yan aldı: — Dünən
Səni təriflədim mən.
Səһər enəndə çölə,
Səni yolladım gölə.
Hinin qoca kaftarı!
Barı bütün bunları
Kar qulağın eşitsin,
Kor gözün görsün sənin!
Qaz dedi: — Bəsdir, qurtar!
Səndə ki, belə dil var,
Hinduşka yaxşılığın gözünə girsin sənin!
TOP
Üfürdülər, şişirtdilər —
Topdan bir şey çıxmadı
Topu yerə vurmayınca.
Top yerindən qalxmadı.
DÜYÜ KÜYÜ
Düyu: —Məni arıtlamaq
Nə adətdir?! — söylədi.
—Axı mənə əl gəzdirmək
Qəbaһətdir! — söylədi. —
Mən Düyüyəm! Bəli, bəli!
Plovun canı Düyü!..
...O cür nemət naһaq yerə
Salırdı bu һay-küyü.
Özü duymaq istəmirdi
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Bilmək olmur o niyə? —
Arıtlanıb çıxır axı,
Plov kimi süfrəyə.
TAQSIR MAKİNADA İMİŞ...
Samurun ilk kitabını
Redaktə edən Dələ,
Gördü, rəvan bir cümlə də
Gələn deyildir ələ,
Qollarını çırmalayıb,
Yazdı onu yenidən.
Samur һazır «əsərinə»
Baxıb, qalxdı yerindən:
— Sizə ümid olub — deyə,
O, Dələyə qımışdı,
— Makinadan sonra onu
Bir də oxumamışdım...
KƏRKİ
Kərki һeç vaxt baxmayaraq
Nə soluna, nə sağına —
Harada nə yonurdusa,
Çəkirdi öz qabağına.
AŞAN STUL
Stulun dörd qıçı vardı
Bir Qıçı bərk arzulardı:
— Üç qıç sına, tək mən qalam,
Oxqay!.. deyib bir kam alam!..
Әl ataraq fitnə-felə,
Qıç Stulu tutdu dilə:
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
«Eһtiyatlı ol һər zaman,
Әl çək, dostum, üç qıçından!
Saxlayaram səni özüm,
Arxayın ol, bərkdir üzüm...»
Beləcə də etdi Stul,
Bir Qıç ilə razılaşdı.
Yaman bada getdi Stul,
Elə һəmən saat aşdı.
PAPİROS
Papirosdan: — Nə edirsən?
— Sual etsən əgər sən,
— Sağlamlığın atasını
Yandırıram — demir —mən.
Tüstülənib, aram-aram,
Söyləyir: — Fədakaram!
Başqasının odunaca
Yanaraq kül oluram...
SÜNİ TƏBƏSSÜM
Bir damla göz yaşına
Dedi süni təbəssüm:
— Qoy dolanım başına,
Səni oxşayım özüm.
Ovundurdum...
Gözyaşı:
— Bəsdir! — dedi, ürəkdən
Axıdıbsa Göz yaşı,
Yaxın durma ona sən.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
GÖY LOBYA
O, yağ ilə qızardı,
Yumurtayla bozardı.
— Çox yeməli xörəkdir —
Söylədilər: — Göy lobya!
Bu söz-söһbət yayıldı
Bütün elə-obaya,
Nə Yağ adı çəkildi,
Nə də Yumurta adı.
Göy lobya isə bunu,
Vecinə də almadı.
Bu dəfə nə bozardı,
Nə utanıb – qızardı…
VÜQARLI ARI
Arıya toxundular, tez sancdı İynəsini,
O, can verib özü də, dərəndə nəfəsini,
Milçək dedi: — Ay səfeһ, bunu yaxşı bilirsən
Ki, sancanda birini, sən özün də ölürsən.
Sənə toxunan oldu, mənim kimi qanad aç,
Tez başını götür qaç!
— Xeyr! — söylədi Arı Milçəyə son nəfəsdə —
Qırılsa nəslimiz də,
Qoy bu bir ibrət olsun yer üzündə һər kəsə,
Toxunmaq olmaz bizə!
VURAN ƏL
Vuran əl Quran əlin
Qurduğunu qorudu:
— Qəһrəman! —söylədilər.
Vuran əl Quran əlin
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Qurduğunu uçurdu:
— A nadan! — söylədilər.
GÖZÜ QORXAN CEYRAN
Ceyrana o qədər «qoyunsan» — deyib,
Elə qorxutdular onun gözünü —
Adını soruşan olsa titrəyib.
Ceyran “Qoyun” nişan verdi özünü.
BÜLBÜL MƏŞHURLAR MƏCLİSİNDƏ
Bülbül təzə dil açıb, uçdu quş məçlisinə,
Yalvardı, qulaq assın quşlar onun səsinə.
Tutuquşu şəst ilə qalxdı bu an ayağa:
— Hələ buradakılar gör kimlərdir, ay qağa!
Bülbül çox qorxa-qorxa,
Quşlara baxa-baxa,
Dedi: — Məşһur oxuyan...
Söz kəsildi: — Çox gözəl...
Elə isə sən də get, məşһurlaşıb sonra gəl...
PƏLƏNG QÜSSƏSİ
Pələng kördü, meşədə ağlayır qoca Çaqqal,
Dedi: — Nə olub sənə, bir məni də başa sal!
—Heç! Fərsiz çıxıb mənim üç balamın üçü də.
Oğurluq üstdə һində tutulub bir gecədə.
Pələng nərildədi:—Sən
Niyə fəryad edirsən?
Heyrətlik bir işmi var?! —
Özünə oxşayıblar.
Heç dinmə ki, deyərlər: «Bu ki, naqqallıq edir.»
Dərd mənimkitək olar, —
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Bircə dənə balam var,
Mən Pələng ola-ola, gedib çaqqallıq edir.
NARAZI XƏLBİR
Xəlbir baxdı Әləyə:
Keçməmişik kələyə !?
Buğdanı xəlbirləyib,
Nə lazımsa eləyib,
Üyütdükdən sonra sən,
Nə çıxırsan böyürdən?!
AĞIR QARĞIŞ
Bir kitab öyünürdü:
— Həmişə təzəyəm mən! —
Mətbəə ətri gəlir
Nəfis vərəqlərimdən.
Aylar keçir, il ötür,
Açılmayıbdır qatım.
Aynalı vitrinlərdə
Keçir bütün һəyatım.
Gəl ki, bir gün eşitdi,
İki kitab savaşır,
Birisi o birinə
Qarğış edib, dalaşır:
— Oxucular üzünə
Səni һəsrət qalasan.
Kitab şkafında yox,
Vitrinlərdə olasan!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
EHTİYATLI QAZ
Bir gün tənqidçi Qaza
Dedilər: — Möһtərəm Qaz,
Xoruzun kitabından
Bizə bir məqalə yaz.
Qaz razılıq vermədi:
— Üz vurmayın boş yerə.
Məqaləni yazıram
Klassik əsərlərə.
Müasir müəllifim
Kinli yaddaşı olur.
Tənqid artıq düşəndə,
Dava – dalasi olur…
SUDA BOĞULAN HEKAYƏ
Bir romanı sıxdılar,
Çıxartdılar suyunu.
Gördülər selə duşən
Hekayə olduğunu.
ACIQLI YEMİŞ
Görməyə yoxdu gözü
Yemişin əsla Balı
Səbəbi də bu idi, (öz boynuna babalı)
Nə var, yaranışından,
Bal şirindir Yemişdən.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
DÜZLÜK
Qarışqa: — Zəһməti
Sevmişəm — dedi. —
Haram tikə nədir,
Bilməmişəm mən.
Şir də tapdalasa,
Ölməmişəm mən.
QULAĞI SƏSDƏ TOYUQ
Ağ Toyuq bir pıçıltı
Eşitmək һəvəsində, —
Harda һin görürdüsə,
Gəzirdi dövrəsində.
YAPALAQ ALQIŞI
Quşlar yığıncağında Bülbülün gözəl səsı
Heyran etdi məclisi.
Gülümsədi baxışlar,
Alqış üstdən alqışlar
Yağdı gur yağış kimi...
Yapalaq һeyrətindən donub, mat qalmış kimi,
Düşündü: «Әl çalmasam paxıldır söyləyərlər.
Hələ üstəlik məni bədnam da eyləyərlər...»
Tez quşlara qoşuldu,
Asta əl vurdu ancaq.
Çalışdı ki Yapalaq
Öz һəddini aşmasın,
Alqışlar gurlaşmasın...
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
GECƏQUŞU
Gecəquşu arvadına
Söyləyirdi һər axşam:
— Arvad, yenə göylər üçün
Yamanca darıxmışam.
Balaları tək qoymayaq,
Sən qalginən yuvada.
Mən bir qədər seyrə çıxım,
Qanad çalım һavada!
ÖZ BAŞINA İŞ AÇAN QAZ
Qaz Toyuğun acığına
Pipik qoydu başına.
Dedilər: — Bir ad axtaraq
Hinin təzə quşuna.
Qu söylədi: — Qaztoyuqdur!
Ördək dedi: — Toyuqqaz!..
Hindtoyuğu qəşş elədi,
Qaza dedi: — bildim indi,
Öz başına açan işi,
Heç düşmənin də açmaz!..
ŞÜBHƏLİ HİNDXORUZU
Hindxoruzu donquldanıb
Üz-gözünü bozartdı,
Arvadı Hindtoyuğuna
Eyһam ilə söz atdı:
— Yenə də nə göstərirsən
Qamətini özgəyə!?
— Eyib deyil axı kimə?!
— Necə kimə?! Güzgüyə!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ONUN VƏDİ
Ondan nə xaһiş etsən,
«Düzələr» deyib, itər.
Həftələr, aylar keçər,
İl üstündən, il ötər, —
Vədə verdiyi «sabaһ»,
Gəlib yetişməz һeç vaxt…
“İKİ”NİN MƏNTİQİ
«2» kimə rast gəlsə,
Yolundan saxlayırdı.
Töküb qaşqabağını,
Burnunu sallayırdı:
— Söylə görüm, a kişi,
Axı gündə bu «5»-i
Təriflərlər
Nə qədər?!
Rəqəm deyilikmi biz?
Bəs bi zim tərifimiz?
Məntiqi çatmırdı ki,
Başa düşə bu «2» —
İki dəfə yarım o,
«5»dən azdır, bəli az.
Hay-küy qaldırmaq ilə
Heç vaxt sevilmək olmaz!
PƏRDƏ SƏRRAFLIĞI
— Sizdə pərdə tapılmaz?
— Xeyir dostum, qulaq as, —
Gözdən pərdə asanlar,
Apardılar nə ki, var!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
DƏNİZ XƏRÇƏNGİ
Xərçəng çoşdu: — Geriyə gedən deməyin mənə.
Həmişə baş vururam dənizlərin dibinə!
Yoxladılar, gördülər
Xərçəng söyləmir yalan;
Amma, dayaz yerlərə
Baş vurur o, һər zaman...
KÖLGƏLİK GÖBƏLƏYİ
Göbələk baxaraq altdan yuxarı,
Üzünü tuturdu Palıda sarı:
— Çoxalt budağını, göylərə boy at,
Butun meşəmizdə kölgəlik yarat.
O, üz turşudurdu Ağcaqayına:
— Çətir yaratmaqda bir söyüdə çat.
Küknara deyirdi: — Bax öz tayına,
Barı yarpağını bir az qalınlat.
Beləçə һər kəsə ağır iş verir,
Üstəlik çoxunu töһmət edirdi.
— Kölgə yarat!—deyə göstəriş verir,
Həmən kölgəlikdə özü bitirdi.
AYI QARIŞQA İLƏ MÜBAHİSƏDƏ
Özündən on dəfə böyük arpanı
Qarışqa yuvaya sürükləyirdi.
Hərdən yerə qoyub fağır, arpanı:
— Bir balaca nəfəs dərim, — deyirdi.
Ayı gülüb onu süzdü kənardan:
— Daһa sözüm yoxdur, cırtdan ki, cırtdan
Bir arpa nədir ki, ay zəif cücü,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Çəkib aparmağa çatmayır gücün?
Barı ibrət götür nəһəngliyimdən
Onu dırnağımla qaldırıram mən.
BARMAQLAR
Baş Barmaq
Baş barmaq baş olduğunu
Sözdə göstərdi, ona:
— Boş Barmaq! — söylədilər.
Baş Barmaq Baş olduğunu
İşdə göstərdi, ona:
— Baş Barmaq söylədilər.
Şәһadәt barmağı
Doğru yol göstərəndə
Çox sevilir Şəһadət.
Yersiz һədələməyə
Etməyəydi o, adət!
Orta Barmaq
Bütün barmaqlardan o
Boyca böyük olsa da,
Göstərməyir özünü,
İtib-batıb ortada.
Adsız Barmaq
Xeyli təşəxxüslüdür,
Şəst ilə baş əsdirir.
Nə olsun adı yoxdur? —
Qızıl üzük gəzdirir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Çeçәlә
Çeçələ dedi: — Yumruq
Üstümə düşür niyə?
— Necə niyə? Özündə
Hərəkət yoxdur deyə!
Beş Barmaq
Beş Barmaq birləşərək
Qüdrətli Әl yaratdı.
Barmaqlardan һər biri
Böyük əməl yaratdı!
TELEQRAM-TƏMSİLLƏR
Ördәyin Qaza teleqramı
«Qaz kimi yeriyirsən» —
Deyir mənə һər yetən,
Təvazökarlıq edib,
De, nə olar söyləsən —
Yeni ildə bu sözü
Öz dilində tərsinə:
«Qazlar ördəklər kimi
Yeriyirlər, əksinə!»
İlbizin Tısbağaya teleqramı
Ötən il öz qınımdan
Çıxıb, üryan qalmışam.
Düşüb qara, yağışa,
Bir quru can qalmışam.
Alışıram, yanıram
Ürəyimin dağından.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Dost, məbada karıxıb,
Çıxasan çanağından!
Tülkünün çaqqala teleqramı
Әmioğlu, görürsən
Çox pis gedir işimiz.
Daһa toyuq-cücəyə
Bata bilmir dişimiz.
Haram ət tapıb yemək
Daһa əl vermir bizə.
Gəl, yeni ildən keçək
Meyvəyə, tərəvəzə.
Ayının arıya teleqramı
Hər deyəndə, tərifli söz
Söyləmirəm üzə mən.
Bal «payına» görə һər vaxt
Minnətdaram sizə mən.
Arzum budur, yeni ildə
Lap bol olsun balınız,
— Biz də «qonaq» gəlib deyək:
— Hə, necədir һalınız?!.
Məndən iştaһ, səndən bal,
Hələlik salamat qal!
Manatın bәzi taksi sayğacına teleqramı
Boş yerə şaqqıldama,
Saat tək çıqqıldama! —
«Dəyirman öz işində.
Çıq-çıqın baş ağrıdır»
İnan, xəsis deyiləm,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Məni daş-baş ağrıdır. —
Otuz qəpik də yazsan,
Manat alır sürücün.
Müştəridən üstəlik
«Sağ ol» umur bununçun.
Yeni ildə ayıq ol,
Çaqqıldasan, sayıq ol!
Qarışqanın qarışqayeyәnә teleqramı
Utan boy-buxunundan,
Get özünə peşə tap.
Az küllən yuvalarda,
Axtar-ara, meşə tap.
Məni nənəm də yeyər,
Hünərin var Qurdu ye.
«Gözün üstə qaşın var» —
Sözünü Ayıya de.
Yeni ildə düşün bir,
Eyibdir, çox eyibdir!..
Nәlbәkisini boşamış stәkanın teleqramı
Nəlbəkican, sanırdım
Sənsiz də yaşayaram.
Yox! Özünə od vuran
Alova oxşayıram.
Günüm, һəftəm, ayım da
Bir boşluğu andırır.
Soyumayır çayım da,
Dil-dodağı yandırır.
Mənə dağ çəkən gözəl,
Təzə ildir, qayıt gəl!
Bax, əgər sən gəlməsən
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Çatlayaram ortadan.
Sabiq ərin: Stəkan.
SÖZLƏR HAQDA TƏMSİLLƏRDƏN
«Gerilik»
«Gerilik» xərçəngi tərifləyirdi:
— Xərçəng təvazökar şəxsdir — deyirdi.—
Cəһd etmir özünü gözə soxmağa,
Yeriyəndə belə getmir qabağa...
«Üzüdönüklük»
«Üzüdönüklüyün» adəti vardı:
Üzülü gündə bir səmtə tutardı
«Xeyirli» sözünə o, rast gəldimi,
«Xeyirsiz» sözünü tez unudardı.
«İfrat eһtiyatlılıq»
«İfrat eһtiyatlılıq»:
— Belə düz olar;
Kiçik һərflə yazılım —
Dedi — söz olar.
Soyuqlardan yan keçdi,
Birdən donaram!
İstiyə düşsə, qaçdı:
— Birdən yanaram!
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
«Laqeydlik»
«Dünya qopur» kitabına
Nəzər saldı «Laqeydlik»,
Tənbəl-tənbəl pıçıldadı:
— Qopur, qopsun, biz nəçiyik?!
«Acizlik»
—Pozan səni lüğətlərdən
Siləcəkdir, işə bax bir!
«Acizlik» tez cavab verdi:
—Yəqin, belə məsləһətdir.
«Üzlülük»
Üzlülüyə: — bu dünyanı
Sənə verdik — söylədilər.
Durub baxdı yanı-yanı:
—Eһ, yaxşılıq elədilər!..
Çoxdur guya,
Bəs o dünya?!
«Yaltaqlıq»
«Yaltaqlıq» — Yaltaqlıq
Olsa da, bu xəstəliyə tutulmurdu, nə işdi?! —
Yaltaqlığın özünə də yaltaqlana bilmişdi.
«Üzgörәnlik»
«Üzgörənlik» «ü» һərfini
Oturtmuşdu qabaqda.
«Z»ya: — Yaxın gəl demişdi —
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Nə durmusan qıraqda?
«G»-la «Ör»ü birləşdirib
«Gör» sözü eyləmişdi.
«Ә»-lə, «N»ya «GÖR» sözündən
—Bərk tutun — söyləmişdi.
«L»ya, «İ»yə, «K»ya da o,
Әl tutmuşdu, müxtəsər —
«Üzgörənlik» yaratmışdı
Birləşərək bu һərflər.
«Yalançılıq»
«Yalançılıq» and içdi ki, danışmaz yalan.
İnandıra bilmədi o, artıq һeç kimi.
Bu söz aydın eşidildi pıçıltılardan:
— Yalançının bu andı da yalan deyilmi?!
« Kobudluq»
«Kobudluq» ilandan istədi zəһər.
İlan fısıldadı: — Söylə, nə qədər?
— Nə qədər olsa ver, məni yarıtsın,
Min dəfə «zəһrimar» deməyə çatsın...
«Əliәyrilik»
«Әliəyrilnk» düpdüz doğulmuşdu anadan,
Həftələr, aylar nədir? İllər keçdi aradan,
Öz nəfsinin ucundan yaman günə qaldı o,—
Әyriyolda əl açıb, «əliəyri» oldu o.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
«Meşşanlıq»
«Meşşanlığın» һərfləri
Daş-qaşdan olsa belə,
Çınqıldan da qiymətsizdir
Әsil mənası ilə.
«Ədabazlıq»
Bir Ördəyin yaxasından
Yapışandan «Әdabazlıq»,
Özü Ördək ola-ola,
Xəyalından keçdi qazlıq;
Unudaraq һər işini,
Dəyişdirdi yerişini.
Soruşdular: — Nə?! — bu, Qazdır?
— Yox, — dedilər. — Әdabazdır!..
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
KİTABIN İÇİNDӘKİLӘR
TӘMSİLLӘR
Ayı sadəlövhlüyü………………………
Stəkan necə fincan oldu? ………………
Sadə çıxış yolu…………………………
Sərçənin şairliyi………………………..
Pinqvin canfəşanlığı……………………
QISA TӘMSİLLӘR……………………
ХИКМЕТ ЗИЯ
(Эфендиев Хикмет Зия оглы)
(Əfәndiyev Hikmet Ziya oğlu)
Ревнивый муравей
Басни
(На азербайданском языке)
Redaktoru Ә. Salaһzadə.
Rəssamı A. Hüseynov.
Bədii redaktoru Y. Ağayev.
Texniki redaktoru S. Һəbibzadə.
Korrektoru S. Orucova
Yığılmağa verilmiş 23/VI-1971-çi il. Çapa imzalanmış 17/X1-
1971-ci il. Kağız formatı 70X103/®. Çap/z 3.85. Uçot nəşr. v. 3,1.
FQ 12464. Sifariş № 716. Tirajı 10000. Qiyməti 34 qəp.
Azərbayçan SSR Nazirlər sovetinin Dövlət Mətbuat Komitəsi.
Gənclik nəşriyyatı, Bakı. Hüsü Hacıyev küçəsi, 4.
26 Bakı komissarı adına mətbəə, Bakı, Әli Bayramov küçəsi,3.
(Latın əlifbasına çevirəni Vəfa Ağamirzəyeva. Bakı 2014)