96
Ümumtәhsil mәktәblәrinin 5-ci sinfi üçün dәrslik Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin 03.07.2012-ci il tarixli 1249 nömrәli әmri ilә tәsdiq olunmuşdur. Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2012

Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

  • Upload
    buihanh

  • View
    254

  • Download
    2

Embed Size (px)

Citation preview

Page 1: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Ümumtәhsil mәktәblәrinin5-ci sinfi üçün dәrslik

Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin03.07.2012-ci il tarixli 1249 nömrәli әmri ilә tәsdiq olunmuşdur.

Ramin MAHMUDZADƏ

İsmayıl SADIQOV

Naidə İSAYEVA

2 0 1 2

Page 2: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Elmi redaktor: Rаsiм Əliquliyev, АМЕА-nın müxbir üzvü, t.е.d., professor

Milli kurikulum əsasında hazırlanmışdır. Ümumtəhsil məktəblərinin 5-ci sinfiüçün “İnformatika” dərslik komplektinə daxildir: 1. Dərslik.

2. Müəllim üçün vəsait.

İnformatika – 5. Ümumtəhsil məktəbləri üçün dərslik. R.MAHMUDZADƏ, İ.SADIQOV, N.İSAYEVA. Bakı, “Bakınəşr”, 2012, 96 səh. ISBN 978-9952-8145-5-2

© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2012© “Bakı” nəşriyyatı, 2012

Redaktor K.AbbasovaBədii redaktor T.MəlikRəssam M.HüseynovDizayn-konsepsiya “TM group” Korrektor A.Məsimov________________________________

Format 70×1001/16. Ofset kağızı №1. Fiziki çap vərəqi 6. Çapa imzalanmışdır 03.08.2012. Tiraj 115 500, pulsuz.

Page 3: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2
Page 4: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4

Page 5: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

5•

MÜNDƏRİCAT

İNFORMASİYAİnformasiya nədir . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 8İnformasiyanın kodlaşdırılması . . . . . . . . . . . . . . . . . . . 11İn for ma si ya modeli . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 14İnformasiyanı ölçmək olarmı? . . . . . . . . . . . . . . . . . . . . . 17

Özümüzü qiymətləndirək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 20

KOMPYUTERFərdi kompyuterlər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 22Kompyuter necə işləyir . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 25İş masası . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 28Menyu . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 31Fayllar və qovluqlar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34Pəncərə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 37

Özümüzü qiymətləndirək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 40

TƏTBİQİ PROQRAMLAR Kompyuterdə şəkil çəkirəm . . . . . . . . . . . . . . . . . . . . . . . 42Şəklin fraqmenti ilə iş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 45Fraqmentin əyilməsi və döndərilməsi . . . . . . . . . . . . . . . 48Mətn redaktoru . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 51Şəkilli mətnlər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 54Mətn redaktorunda şəkli necə çəkmək olar . . . . . . . . . . . 57

Özümüzü qiymətləndirək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 60

ALQORİTM VƏ PROQRAM Alqoritm . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 62Alqoritmi necə təqdim etmək olar . . . . . . . . . . . . . . . . . . 65Əyləncəli məsələlər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 69Proqram nədir . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 73Bağa işə başlayır . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 76Bağa sadə fiqurlar çəkir . . . . . . . . . . . . . . . . . . . . . . . . . 79

Özümüzü qiymətləndirək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 82

İNTERNET İnformasiya resursları . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 84İnternet . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 87Dünya hörümçək toru . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 90İnternetdə informasiyanın axtarışı . . . . . . . . . . . . . . . . . 93

Özümüzü qiymətləndirək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 96

Page 6: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

KİTABINIZLA TANIŞ OLUN!

Özümüzü qiymətləndirək hissəsində tədris vahidində öyrəndiklərinizintətbi qi ilə bağlı ümumiləşdirici sual və tapşırıqlar verilmişdir. Onlarsum mativ qiy mət lən dirməyə hazırlıq üçün də istifadə oluna bilər.

Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə bu ar dı cıl lıq layerləşdirilmişdir:

1. Maraq oyatma (motivasiya). Mövzunun tətbiqləri ilə bağlı maraqlı və ziy -yət və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekun laşır.

2. Fəaliyyət. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrinsəbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş tədqiqat xarakterlitap şırıqlar verilir. Praktik dərslərdə fəaliyyət tapşırığı alqoritm şəklindətəqdim olunur və hər bir addımın nəticəsi qeyd olunur.

3. İzahlar. Fəaliyyət zamanı kəşf etdiyiniz faktlarla bağlı bəzi açıqla malarverilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, düs -turlar, bir sözlə, dərsin əsas məzmunu burada əks etdirilir.

4. Biliklərin dərinləşdirilməsi. Əldə edilən bilikləri dərinləşdirmək üçünnümunələr və maraqlı məlumatlar verilir.

5. Araşdıraq-öyrənək. Mövzuda öyrənilənləri tamamlamaq, tətbiq etməkvə onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır.

6. Sual və tapşırıqlar. Hər mövzuda öyrəndiklərinizi nümayiş etdirməküçün nəzərdə tutulub.

5

6

2

1

Açar sözlər. Hər möv zu üzrə öyrənilən əsas anlayışlar.

3

4

ALPLogo proqramınıwww.bakineshr.az, yaxudwww.informatik.az ünvanındanyükləmək olar.

6

Page 7: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İn for ma si ya modeliHansısa obyektin bənzərini yaratmağa nə ehti -yac var? Model nədir? İnformasiya mode lininhansı növləri var?

İnformasiyanı ölçmək olarmı?Uzunluq, çəki və həcm kimi, informa si yanı daölçmək olarmı? İnfor masi yanın çoxluğu, yaxudazlığı nə deməkdir?

İnformasiyanın kodlaşdırılmasıKod nədir? İnformasiya nə üçün kodlaşdırılır?Kodlaşdırılmış informasiyanı necə oxumaqolar?

İnformasiya nədirİnfor ma siya nədir? On dan necə istifadə edir -lər? Biz informasiyanı necə qəbul edirik?

iNFORMASiYA

Page 8: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1.1. İNFORMASİYA NƏDİR

Hər gün siz nə isə öyrə nir , müəyyən in for masiya qəbul edirsiniz.Məktəbdə aldığınız bilik lər, kitablardan və başqa insan lar dan öy -rən di yiniz məlu matlar, tele vizi ya və radiodan eşitdiyiniz xəbərlər –bunların hamısı infor masi yadır. Sizcə, informasiya bizə nə üçün la -zımdır? İnformasiya almasaq, hə yatımız necə olar? İnformasiyanıhansı yollarla qəbul etmək olar?

8

İnformasiyanı necə almaq olar?

Tapşırıq. Verilmiş informasiyaları iş vərəqində yazın. Açar sözlər -dən is ti fadə etməklə hər bir informa si yanın ya nın da onuəldə et mə yin mümkün yollarını göstərin.

Bayırda hava çiskindir.Krandan gələn su qaynardır. Yeməyin duzu yoxdur. Qapı döyülür. Anam mətbəxdə qutab bişirir.

Açar sözlər: görməklə, eşitməklə, toxunmaqla, iylə mək lə, dad maq la.Nəticəni müzakirə edək:

– Nə üçün bütün informasiyaları eyni üsulla qəbul etməkolmur?

– İnformasiyanın qəbul edilməsi üsulu nədən asılıdır?

F Ə A L İ Y Y Ə T

Page 9: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İNFORMASİYA

İnsan informasiyanı 5 duyğu üzvü: göz,qulaq, burun, dil və dəri vasitəsilə alır.

Hansı duyğu üzvü tərəfindən qəbuledilməsindən asılı olaraq informasiya vi zu -al, səs, qoxu, dad və daktil infor ma si ya sıadla nır.

İnsan bütün duyğu üzvləri vasitəsilə informasiya ala bilir.Bəzən bir duyğu üzvündən alınan informasiya kifayət etmir. Mü -əy yən şə ra it də bir duyğu üzvü başqasının “çatış mazlığını” aradanqal dıra bilir.

İnsan qaranlıqda əşyanı gözlə görə bilməsə də, ona to xu nmaqlaəşyanın for ma sı, öl çüsü, hazırlandığı mate rial haqqında informasiyaala və onu tanıya bilər.

İnsan aldığı informasiyanın, de məkolar ki, 90%-ni gör mə, təxminən9%-ni eşitmə və yalnız 1%-ni qalanduyğu üzvləri vasitəsilə alır.

B U, M A R A Q L I D I R

Atalar sözünü izah et: “Yüz eşitməkdənsə,

bir görmək yaxşıdır”.

N Ü M U N Ə

· İnformasiya · Duyğu üzvləri· İnformasiyanın növləri· İnformasiyanın qəbulu · İn for masiya prosesləri

S Ö Z L Ü K

9

Page 10: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

10

Duyğu üzvlərinin verdiyi informasiya bəzənkifayət etmir, yaxud aldadıcı olur. Ona görə dəinsanlar ətraf aləm haqqında doğru-dü rüst məlu -mat almaq üçün müxtəlif alətlər, ci hazlar,qurğular ixtira etmişlər: xətkeş, tərəzi, kompas,termometr, teles kop, mikro skop və s. Belə qurğu -lardan biri də kompyuterdir.

İnsanlar informasiya toplamaqla yanaşı, onu saxlayır, dəyiş -dirir – emal edir, başqalarına ötürürlər. İnforma siya ilə aparılanbe lə əməliyyatlara, yəni onların toplanması, saxlanması, ötü -rülməsi və emal olunmasına informasiya prosesləri deyilir.

Heyvanlar da informasiyanı öz duyğu üzvləri vasitəsilə alır lar. Hərheyvan üçün mühüm əhəmiyyətə malik duyğu üzvü vardır. Şəkil dəkicanlılarda hansı duyğunun daha əsas ol ması haq qında məruzəhazırlayın.

1. İnsan ətraf aləmdən informasiyanı necə alır?2. İnsan verilmiş üç halda informasiya almaq üçün hansı duyğu

üzvlərindən istifadə edir: qəzetdə elan oxuyur; mürəbbə yeyir;mühərrikin səsini eşidir?

3. Teleskop, mikroskop və tərəzi hansı növ informasiyanı toplamağakömək edir?

4. Aşağıdakı fikirlərdən hansı doğrudur?– Duyğu üzvlərinin ətraf aləm haqqında bizə verdiyi informa si ya

həmişə düzgün olur.– İnsan informasiyanı duyğu üzvləri vasitəsilə alır.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

Qartal Canavar Yarasa Delfin

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

Page 11: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1.2. İNFORMASİYANIN KODLAŞDIRILMASI

İnsan aldığı informasiyanı müxtəlif formalarda saxlaya, yaxudtəqdim edə bilir. İnformasiyanın növündən və məqsəddən asılıolaraq təqdimetmə forması seçilir. Eyni bir mənzərəyə baxan şaironu şeirlə, rəssam rəsmlə, bəstə kar musiqi ilə ifadə edir. Xəzərdənizinin təqdim olunan formalarından hansı infor ma siyalarıalırsınız?

İnformasiyanı müxtəlif şərti işarələrlə də təqdim etmək olar.İnformasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələrsis teminə kod deyilir. İnformasi yanın hər hansı kodla göstə -rilməsi isə kodlaşdırma ad lanır.

Xəzərim, şən Xəzərim,Sahili gülşən Xəzərim....

İnformasiyanı müxtəlif formalarda necə göstərmək olar?

Tapşırıq. Aşağıdakı informasiyaları müxtəlif formalarda gös tə -rin.

1. Sinifdə 12 oğlan və 11 qız oxuyur. 2. Dərsdən yaxşı qiymət almısınız. 3. Yağış yağır. 4. Düz getmək qadağandır.

Nəticəni müzakirə edək:– İnformasiyaların hansı formada təqdim edilməsi daha an la -

şıq lı dır?

F Ə A L İ Y Y Ə T

11İNFORMASİYA•

Page 12: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Biz özümüz də hiss etmədən daimkodlaşdırma və kodaçma (dekod laş - dır ma) ilə məşğul oluruq.

Məktəbdə müəl lim sizin bili yi niziqiymətlən dirməkdən ötrü kod danistifadə edir (“5” – əla, “4” – yaxşı,“3” – kafi, “2” – qeyri-kafi).

Musiqi əsərlərini yazmaq üçün istifadə olunan not yazısı dakoddur. Yolların kənarında gördüyünüz yol nişanlarının hər birimüəyyən yol hərəkəti qaydasını ifadə edir. Başqa sözlə, hər bir yolhərəkəti nişanı bir qaydanın kodudur.

N Ü M U N Ə

“Yol verin” nişanı

Piyada keçidi Ocaq qalamaqqadağandır

Texnikanın inkişafı ilə yanaşı, informasiyanın müxtə lif kodlaş dırmaüsul ları da yarandı. XIX əsrin ikinci yarısında Amerika ixtiraçısıSamuel Morze nöqtə və tire işarələrindən ibarət yeni kod ixtira etdi.Teleqraf rabitəsində tətbiq olunan MORZE KODU bu gün də isti fadəedilir.

B U, M A R A Q L I D I R

· İnformasiyanın təqdim olunması· İnformasiyanın saxlanması· Kod· Kodlaşdırma· Dekodlaşdırma

S Ö Z L Ü K

12

Page 13: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

13

Təbii dillərin əsasını da kodlar təşkil edir. Danışıq zamanı bukodlar səslər, yazıda isə hərflər şəklində verilir. Hər dəfə yazı ya -zan da biz, əslində, kodlaşdırma ilə məşğul oluruq, çünki biz səs -ləri hərflərlə əvəzləyirik. Oxuma prosesi isə kod açmadır (dekod -laşdır madır).

1. İnformasiya nə üçün kodlaşdırılır? 2. Qoxu və dad informasiyaları kodlaşdırıla bilərmi?3. Riyazi ifadələri yazarkən hansı işarələrdən istifadə edir si niz?4. Bu işarələr hansı idman növlərini bildirir?

5. Morze əlifbasından istifadə edib aşağıdakı kodu açın:

Böyük türk-islam aliminin adındakı hər bir hərfonun əlif ba mızdakı nömrəsi ilə əvəz lə nib:

8 1 24 1 2 14Azər baycan əlifbasının hərflərini ardıcılnömrə lə mək lə söhbətin hansı alimdən get diyinimüəy yənləşdirin. Həmin alim haqqın da nə bilir -siniz? Onun adını Morze əlifbası ilə kodlaşdırın.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

– · – – – – – – · – – · · – · · ·

İNFORMASİYA•

Page 14: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1.3. İNFORMASİYA MODELİ

Ətrafımızda insanın yaratdığı elə obyektlər var ki, onlar gerçəkobyektlərin bənzəridir. Yer kürəsinin qlobusu, hansısa görkəmli şəx -siy yətin heykəli, mağazaların vitrinində gördüyünüz mane kenlər,uşaqlıqda oynadığınız oyuncaqlar real obyektlərə çox oxşayır.Qlobus nəyə lazımdır? Hansısa obyektin bənzərini yaratmağa nəehtiyac var?

Obyektləri öyrənmək üçün onları necə təsvir etmək olar?

Tapşırıq. Aşağıdakı obyektlərdən birini seçin və onu vərəqüzərində müxtəlif formalarda təsvir edin.

1. Futbol meydançası.2. Həftə ərzində keçiləcək dərslər.3. Mək təbdən evə getdiyin yol.4. Sevdiyin dondurma.

Nəticəni müzakirə edək:

– Təsvir olunan formalardan hansı obyekt haqqında dahaətraflı məlumat verir?

– Hər bir təqdim edilən forma nə zaman o birilərə nisbətəndaha əhəmiyyətli olur?

F Ə A L İ Y Y Ə T

14

Page 15: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Obyektlərin sadələş dirilmiş bənzəri mo deladlanır. Dərsin əvvəlində baxdı ğımız mo -dellər xarici görü nüşcə gerçək obyekt lərinözlərinə çox bənzəyir. Obyekt lərin görü nənəlamətlərinin əks olunduğu bu cür modellərəmaddi model deyilir. De məli, ql o bus Yerkürə sinin, heykəl han sısa şəx siyyətin, mane -

ken in sanın maddi mode lidir. Modellər obyektin bütün xassələrinideyil, yalnız əhəmiyyətli olan xassələrini əks etdirir.

Obyekti öyrənmək üçün maddi model yaratmaq vacib deyil.Mad di modellərdən başqa, informasiya modelləri də var. Əgərobyektin maddi modeli onun fiziki oxşarı dır sa, informasiya mo de -li onun təsviridir. Məsələn, xəritə Yer kürəsinin informasiya mo -de lidir. Fəaliyyət tapşırığında siz verilən obyektlərin infor masiyamo del ləri ni qurdunuz.

Bildiyiniz kimi, eyni informasiyanı müxtəlif yollarla təsvir et -mək, kodlaşdırmaq olar. Ona gö rə də eyni bir obyekt üçün müx -təlif in formasiya modelləri qurmaq mümkündür.

İN FORMASİYA MODELİNİN NÖVLƏRİ

SxemŞəkilCədvəlSözlə təsvir

Kompyuterinformasiyanı qəbuledir, saxlayır, emaledir və ötürür.

1961-ci ildə kosmosa əyninə ska fandrgeyindirilmiş maneken göndə rilmişdi.“İvan İvanoviç” adlandırılan bu ma ne -ken canlı insan kimi görü nürdü. Yerəenəndə manekeni tapan lar onu ölüyə,yaxud yadplanetliyə bənzətmə sinlərdeyə onun üzündə “MAKET” sözüyazılmışdı.

B U, M A R A Q L I D I R

İNFORMASİYA 15•

· Model· Modelləşdirmə· Maddi model· İnformasiya modeli

S Ö Z L Ü K

Page 16: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Biz özümüz də fikir vermədən hər gün real obyektlərin infor ma -siya modelləri ilə işləyirik. Eyni bir obyekt üçün məqsəddən asılıolaraq müxtəlif informasiya modelləri qurur, onlardan istifadəedirik.

Siz valideyninizlə yeni bir şəhərə gəlmisiniz və met ro va sitəsilə harasaget mək istəyirsiniz. İlk növbədə sizi nə maraq landıracaq? Metrovaqonlarının formasımı, rəngimi, qatarların neçə vaqondan ibarət olma -sımı, stansiyaların görünüşümü? Əlbəttə ki, yox! Sizə şəhər metro -politeninin sxemi lazım olacaq.

1. İnsanlar modeldən nə üçün istifadə edirlər? 2. Nə üçün bir obyektin bəzən bir neçə müxtəlif modeli qurulur? 3. Riyaziyyat və təsviri incəsənət dərslərində hansı informasiya mo -

dellərini qurmusunuz?

N Ü M U N Ə

Aşağıdakı məqsədlər üçün özünüz haqqında hansı məlumatın lazımolduğunu aydınlaşdırın. Hər bir məqsədə uyğun informasiya modeliniqurun. 1. Sinif yoldaşınıza 1 yaşında necə göründüyünüzü göstərmək

istəyirsiniz.2. Məktəbinizi dəyişirsiniz.3. Şəxsiyyət vəsiqəsi almalısınız.4. Məktəbli forması sifariş vermək lazımdır.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

16

Page 17: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İNFORMASİYA 17•

1.4. İNFORMASİYANI ÖLÇMƏK OLARMI?Əhmədlə Orxan riyaziyyat dərsindən sonra müba -hisə edir dilər. Əhməd:

– Sən müəllimin dediklərini başa düş -dünmü?

– Əlbəttə. Orada başa düşülməyən nəvar dı ki?

– Məncə, bir dərsdə həddən artıq in -formasiya ve rildi.

– Məncə, yox.– Necə yox? Əvvəlcə bir tərif verildi,

ardınca ikin cisi. Sonra da xassələr. Hələbundan sonra da yeni məsələlər. Bu qədər

şeyi necə başa sığışdırmaq olar? Başım lapşişdi.– Mənim başım şişməyib.– Çünki sənin başın mənimkindən böyükdür.

Ancaq bir az da in formasiya qəbul etsən, səninbaşın da şişəcək, – deyə Əhməd zara fat etdi.

İnformasiyanın həcmini necə müəyyən etmək olar?

Tapşırıq. Başqa şəhərdə yaşayan dostuna aşağıdakı məzmundateleqram göndərmək istəyirsən.

Əziz dostum Nicat! Səni ad günün münasibəti ilə təbrik edirəm. Sənədərslərində müvəffəqiyyətlər və bol-bol sevinc arzulayıram.

Dostun Alpay.

Teleqramı qəbul edən hər simvol üçün 1 qəpik ödəmək lazım ol -duğunu söylədi. Sənin isə cəmi 1 manat pulun var. Sözləri daha qısasinonimləri ilə əvəz etməklə və artıq sözləri silməklə onu elə dəyiş ki,teleqramı göndərməyə pulun çatsın.

Nəticəni müzakirə edək:– Hansı sözləri artıq hesab etdiniz? – Teleqramınız neçəyə başa gəldi?

F Ə A L İ Y Y Ə T

Sizcə, Əhmədin zarafatla dediyi fikir doğrudurmu?

Page 18: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Siz 4-cü sinfin sonunda – “Bu kitab necə ha zır -lanıb” mövzusunda kitab ların kompyu ter də hazır -lan dığını xatırla yır sınız. Çanta nıza yığdığınız bü -tün kitab ların elektron versiya larını bircə fləş-yaddaşa yazıb cibi niz də gəzdirə bilərsiniz. Müasirplanşet komp yuter lərinə isə on min lərlə kitabyerləşir.

Bəs bir kitabı, bir kitab sə hifəsini, bir cüm lənikom pyu terdə saxlamaq üçün nə qə dər yerlazımdır?

Əşyanın ağırlığını, yolun uzunluğu nu, zamanıölçdüyümüz kimi, informa siyanı da ölçmək olur.

İnformasiyanın həcmini ölç mək üçün ən kiçik ölçü vahidi bitadlanır. Bit yalnız iki qiymətdən birini ala bilər: 0 və ya 1.İnanmaq çətin olsa da, hər cür infor masiya: mətn, qra fika,musiqi, video kompyuterdə, sadəcə, bu iki rəqəm vasitəsilə sax la -nır. Məsələn, mətnin hər bir sim volunu (hərfləri, rəqəmləri, dur -ğu işarələrini, o cümlədən boşluq işa rəsini) kodlaşdırmaq üçün 8bitdən istifadə olunur.

8 ar dıcıl bitə xüsusi ad da verilib – bayt. 1 bayt = 8 bit

İnformasiyanın həcmini baytlarla ölçmək daha rahatdır.

B hərfi kompyuterdə 01000010 şəklində göstərilir. BaytBit

“İNFORMATİKA” sözü 11 simvoldan (hərfdən) ibarət oldu ğundan kom -pyu terin yaddaşında 11 bayt yer tutur. Bunu bitə çevirsək, 88 bit alınar:

11 ´ 8 bit = 88 bit.“İnformasiyanın həcminin ölçülməsi” ifadəsi isə 33 bayt, yaxud264 bit yer tutacaq.

N Ü M U N Ə

· Bit· Bayt· Kilobayt· Meqabayt· Giqabayt

S Ö Z L Ü K

18

Page 19: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Məsafəni ölçmək üçün metrlə yanaşı, kilometrdən, ağırlığı ölç -mək üçün qramla yanaşı, kiloqramdan istifadə edilir. Bö yük -həcmli in for masiyanı ölçmək üçün baytdan böyük vahidlər dətələb olunur.

1 kilobayt (Kbayt) = 1024 bayt1 meqabayt (Mbayt) = 1024 kilobayt 1 giqabayt (Gbayt) = 1024 meqabayt

Bu informasiya daşıyıcılarının tutumunu öyrənin və onları müqayisəedin.

Cavab variantları arasından uyğun cavabı söyləyin.

1. Videofilmin həcmi 4 Gbayt-dır. Bir disk 700 Mbayt informasiyatutur. Bu filmi köçürmək üçün neçə disk lazımdır? A) 1 B) 2 C) 6 D) 7

2. “5-ci sinif” söz birləşməsinin informasiya həcmi nə qədərdir?

A) 8 bayt B) 9 bayt C) 80 bit D) 64 bit

3. “Klaviatura” və “Kursor” sözlərinin informasiya həcmini tapın vəmüqayisə edin.

4. Yazı makinasında yazılmış bir səhifədə təxminən 30 sətir, hərsətirdə isə 60 simvol olur. Bir simvolun (hərf, rəqəm, xüsusisimvol) informasiya tutumunun 1 bayt olduğunu nəzərə alaraq birsəhifədəki informasiyanın həcmini bitlə ifadə edin.

5. Dərsliyinizin 1-ci səhifəsində neçə bit informasiya var?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

CD-ROMDisket Fləş-yaddaş DVD

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

İNFORMASİYA• 19

Page 20: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Fidan Milli İncəsənət Muzeyində məşhur rəssamların əsərləri ilətanış oldu. O, informasiyanı necə aldı?

A) dadmaqla B) görməklə C) iyləməklə

2. Anası Orxanın alnına toxundu və dərman gətirməyə getdi. O, Or -xan haqqında hansı informasiyanı aldı?

A) alnı soyuqdur B) yemək yeməyib

C) qızdırması var D) dərslərini hazırlamayıb

3. İnsan ətraf aləmdən informasiyanı, əsasən, bu duyğu üzvüvasitəsilə alır:

A) qulaq B) göz C) dəri D) dil

4. Əgər sözdə saitləri “0”, samitləri isə “1” ilə göstərsək, “Alətlər”sözünün təsviri necə olacaq?

A) 0011001 B) 0101111 C) 0101101 D) 1001010

5. Futbol oyununda hakimlər hansı kodlardan istifadə edirlər vəhəmin kodların açması nədir?

6. Fuad xoşladığı avtomobilin şəklini dostuna göstərdi. Burada şəkilnədir?

A) avtomobilin maddi modeli B) avtomobilin informasiya modeli

7. Bu nəyin informasiya modelidir?

A) Yer kürəsinin B) Günəş sisteminin

C) kosmosun D) qalaktikanın

8. Bu həcmlərdən ən böyük olanı hansıdır?

A) 1024 bayt B) 2048 bit C) 1 Kbayt D) 1025 bayt

9. “Nümunə” sözünün informasiya həcmi nə qədərdir?

A) 42 bit B) 6 bit C) 48 bayt D) 48 bit

10. “Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatınlarını şənliyə, toyaçağıranda uca dağın başında bir tonqal qalanardı. ... İki tonqalqalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var,düşmən basqını gözlənilir...” Verilmiş bu parçada hansıinformasiya prosesi təsvir olunub?

Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K

20

Page 21: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İş masasıKompyuterdə “iş masası” dedikdə nə başa dü -şülür? Orada nələr yerləşdirilir?

MenyuKompyuterlə menyunun nə əlaqəsi var? Başmenyuda nələr olur? Kontekst menyusu nədir?

Kompyuter necə işləyirKompyuter hansı hissələrdən ibarətdir? Proq -ram təminatı nədir? Kompyuterin işləməsi üçünhansı proqram təminatının olması vacibdir?

Fərdi kompyuterlərKompyuter hansı işləri görür? Sizə lazım olankompyuteri necə seçməli? Komp yuterin ölçüsüonun gü cü nə təsir edirmi?

Kompyuter

Fayllar və qovluqlarKompyuterdəki qovluqlarla adi qovluqların hansıoxşarlığı var? Kompyuterdə qovluqlarda nə sax -lanılır?

PəncərəProqram pəncərəsi nədir və o, hansı hissələrdəniba rətdir? Pəncərənin ölçülərini nə zaman də yi -şir lər?

Page 22: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.1. FƏRDİ KOMPYUTERLƏR

“Kompyuter” dedikdə, yəqin ki, masanın üzərinə qoyulan, yaxudçantada daşına bilən kompyuterləri düşünürsünüz. Ona görə ki,bu kompyuterlərdən məktəbinizdə və bir çoxunuzun evində var.Ovuca yerləşən kompyuterləri də dostunuzda, yaxud televizordagörmüsünüz. Bəs bunlardan fərqli görünən kompyuterlərə rast gəl -mi sinizmi? Kompyuterin ölçüsünün böyüklüyü onun daha güclüolması deməkdirmi?

22

Şəkildə gördükləriniz kompyuterlərin yalnız bir növüdür.Onlar fərdi kompyuter adlanır. Bu kompyuterlərdən daha böyük vədaha güclüləri də var.

Fərdi kompyuter evdə, yaxud müəssisələrdə bir nəfərin isti -fadəsi üçündür. Çox zaman kompyuter dedikdə fərdi kompyuternəzərdə tutulur.

Kompyuterləri necə fərqləndirmək olar?

Tapşırıq. Şəkildəki kompyuterləri müqayisə etməklə, onlarınoxşar və fərqli cə hət lərini müəyyənləşdirin. Onlarharada və necə istifadə oluna bilər?

Nəticəni müzakirə edək:– Şəkillərdə göstərilmiş kompyuterləri harada görmüsünüz?– Onların hansı ümumi cəhətləri var?– Bu kompyuterlərdə hansı işləri görmək olar?

F Ə A L İ Y Y Ə T

Page 23: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

KOMPYUTER

Fərdi kompyuterləri ölçülərinə və im kanlarına görə bir neçə nö -və ayırırlar.

Masaüstü kompyuterlər fərdi kom -pyu terlərin ən geniş yayılmış nö vüdür.On lar, əsasən, sistem bloku, monitor,kla viatura və si çandan ibarət olur.Adın dan da görün düyü kimi, ma saüs -tü kompyu terlərin ölçüləri elədir ki,on ları masa üzərində quraşdır maqolur.

Noutbukların, yaxud dizüstü kom p -yu ter lərin ölçüləri masaüstü kom pyu - ter lərə nisbətən kiçik olsa da, im kan -ları, demək olar ki, eynidir. Kiçik vəyüngül olduq la rından onları rahat da -şımaq mümkündür. Noutbuk lar elek - trik şəbəkəsi ilə yanaşı, bata reya ilə dəişləyə bilir.

Planşet kompyuterin ekra nındabarmaqla, yaxud stilus ad lanan xü -susi qələmlə işləmək olur. Başqasözlə, planşet kom pyu terlərdə kla -viatura və si çan dan istifadə etməməkdə olar. Ona görə də bəzi işlərdə bukom pyuterlər daha əlverişli olur. Sonza man lar çox populyar olan iPad (ay-pəd) də planşet kom pyu terlərə aid -dir.

Masaüstükompyuterlər

Noutbukkompyuterlər

Planşetkompyuterlər

Ovuciçikompyuterlər

FƏRDİ KOMPYUTERLƏR

23•

Page 24: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Ovuciçi kompyuterlər ölçülərinə görəplanşet kompyuter lərdən kiçik olur. Cibəyerləş di yindən onlara cib kompyu terləridə deyirlər. Planşetlərdə olduğu kimi, bukompyuterlərdə də öz qələmi ilə işlə məkolur.

Evdə və ya məktəbdə olan masaüstü kompyuterə diqqət yetirin. Onunhissələrinin bir-birinə necə bağlandığını araşdırın. Əgər evinizdə,yaxud yaxınlarınızda noutbuk varsa, bu iki növ kompyuterin uyğunhissələrini müqayisə edin.

1. Fərdi kompyuter nədir və onun hansı növləri var?2. iPad kompyuterlərin hansı növünə aiddir?3. Mobil telefonlar kompyuterlərin hansı imkanlarına malikdir?4. Sizə aşağıdakı məqsədlər üçün kompyuter almaq lazımdır. Hansını

seçərdiniz?– Evdə kompyuter proqramlarında işləmək, böyükhəcmli oyunlar

oy na maq, musiqiyə qulaq asmaq. A) ovuciçi kompyuter B) masaüstü kompyuter

– Müxtəlif yerlərə özünüzlə aparmaq, kompyuter proqramlarındaişləmək və İnternetə qoşul maq.A) noutbuk B) masaüstü kompyuter

– Sizə gələn məlumatları küçədə, evdə və ya başqa yerdə almaq vədərhal cavablandırmaq. A) ovuciçi kompyuter B) noutbuk

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

· Fərdi kompyuter· Masaüstü kompyuter· Noutbuk kompyuteri· Planşet kompyuter· Cib kompyuteri

S Ö Z L Ü K

24

Page 25: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.2. KOMPYUTER NECƏ İŞLƏYİR

Kompyuterlərdən müxtəlif məq səd lər üçün istifadə edilir. Şəkilçəkmək, musiqiyə qulaq asmaq, filmlərə baxmaq, oyun oynamaqkompyuterin imkanlarının çoxaz his səsidir. Havanı proq noz -laş dırmaq, təy yarə lərin uçuşu -nu ida rə etmək, işıqforları tən -zim ləmək kimi işlərdə komp -yu terlər əvəzsiz dir. Bəs komp -yu ter bu qədər işi ne cə yerinəyetirir? O, hansı hissə lərdənibarətdir? Bu hissələr bir-biriilə necə əlaqədə olur?

25KOMPYUTER•

Mürəkkəb obyektlərin hissələri bir-biri ilə necə əlaqəlidir? Bu hissələr hansı işləri görür?

Tapşırıq. Verilmiş obyektlərdən birini seçin və onun bir neçəhissəsini göstərin. Bu hissələrin nə üçün nəzərdətutulduğunu və onların bir-biri ilə əlaqəsini qeyd edin.

Vərəqdə aşağıdakı təqdimetmə formasını doldurun:

Obyektin adı ______________________________________Obyektin hissələri və onların funksiyaları ______________Hissələr arasındakı əlaqələr __________________________

Nəticəni müzakirə edək:– Seçdiyiniz obyekt nə üçün nəzərdə tutulub? – Onun hissələrindən biri işləməzsə, nə baş verər?– Bu hissələri kim, yaxud nə idarə edir?

F Ə A L İ Y Y Ə T

Page 26: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

26

Hər bir mürəkkəb obyekt kimi, kompyuter də çoxlu hissədən,məsələn, monitor, klaviatura, si çan və s. ibarətdir. Kompyuteritəşkil edən bütün qurğulara kompyuterin aparat təmi natı deyilir.

Kompyuterlərdən istifadə etmək üçün bu sahədə mühəndis ol -maq lazım deyil. Sadəcə, kompyuterlərin başlıca elementləri və on -ların necə işləməsi haqqında ümumi təsəvvürlərə malik olmaqkifayətdir.

Kompyuterin işləyə bilməsi üçün ona başa düşəcəyi dildəgöstərişlər toplusu – proqramlar verilməlidir. Kompyuterdə olanbütün proqramlar onun proqram təminatını təşkil edir.

İnformasiyanınişlən məsi və sax -lanması sistemblokunda başverir.

Klaviaturanınkö məyi ilə komp -yu terə mətninfor masiyası vəko mandalardaxil edilir.

Monitorkom pyu ter dəgörülən işlə -rin nəticəsiniekranda gös -tərir.

Siçan qur ğu -su vasi tə siləkom pyu terəmüxtəlifkomandalarverilir.

Kompyuteri sim fo nik orkestrləmüqa yisə etmək olar.Bu zaman onun “aparat tə minatı”musiqiçilər və musiqi alətləriolacaq. Proqram tə mi natını isənotlar yerinə yeti rəcək. Kompyu -terdə olduğu ki mi, notlar (proq -ramlar) mu siqiçilərə (ava dan lığa)nəyi, necə və nə vaxt ifa etməyigöstərir.

B U, M A R A Q L I D I R

Page 27: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

27

Kompyuterdə çoxlu sayda proq -ram olur. Onların vasitəsilə mətn -lərlə işləmək, şəkil çəkmək, musi -qiyə qulaq asmaq və başqa işləri ye -rinə yetirmək olar. Sərbəst işlə məyibacarandan sonra siz özünüz dəkompyuterinizə müxtəlif proq ram -lar yükləyəcəksiniz.

Elə bir proqram var ki, o, bütünkompyuterlərdə olmalıdır. Bu proq -ram əməliyyat sistemidir.

Fərdi kompyuterlərdə ən çoxişlənən əməliyyat sistemi Windowsəməliyyat sistemidir. Bundan baş -qa, Linux, Android kimi əməliy yatsistemləri də var.

Əmə liyyat sistemi kompyuterin başlıca proqramıdır. Kom p -yuteri işə salan kimi ilk yüklənən məhz bu proqramdır. Əməliy yatsis te mi kompyuterin bütün işini idarə edir. Bu proqram olmadankompyuterdə işləmək mümkün deyil.

1. İnformatika kabinetindəki kompyuterlərdə, yaxud evinizdəkikomp yuterdə quraşdırılmış əməliyyat sistemi haqqında aşağıdakıməlu matları toplayın: – Hansı əməliyyat sistemi və onun hansı versiyası quraşdırılıb?– Həmin əməliyyat sisteminin daha hansı versiyaları var?

2. Simfonik orkestrin nümunəsində “əməliyyat sistemi” rolunu kimoynayır?

1. Kompyuterin əsas qurğuları hansılardır?

2. Kompyuterin “aparat təminatı” dedikdə nə başa düşülür?

3. Proqram təminatına nələr daxildir?

4. Əməliyyat sistemi nədir?

5. İnformasiyanın emalı prosesini insanda və kompyuterdə misallarlaizah edin.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

KOMPYUTER•

· Aparat təminatı· Proqram təminatı· Əməliyyat sistemi

S Ö Z L Ü K

Page 28: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.3. İŞ MASASI

Evdə hər birinizin, yəqin ki, iş masanız var. Orada siz dərslə rinizihazırlayır, yazı yazır, şəkil çəkir və başqa işlərinizi yerinə yetirirsiniz.Bu işləri görmək üçün masanın üzərində hazırda lazım olan, yaxudtez-tez isti fadə etdiyiniz ləvazimatı yer ləş dirirsiniz. Masa nın gözlərin -də isə iş üçün lazımlı digər sənədlər və alətlər saxlanılır. Nə üçün bütünsənədləri və alətləri masanın üzərində sax la mır sınız? Masanıngözlərin də onları hansı qaydada yerləş dirirsiniz?

28

Kompyuterin iş masasında nə yerləşdirilir?

Tapşırıq. Göstərişləri yerinə yetirin və sualları cavablandırın.

1. Kompyuterinizin ekranında neçə simgə var? 2. “My Computer”, “My Documents” simgələri ekranın harasın -

dadır? 3. “Start” düyməsi harada yerləşir? 4. Ekranda saat indikatoru harada yerləşir? 5. Klaviaturanın dilini göstərən düyməni tapın. Siçanın göstəri -

cisini onun üzərinə aparıb gözləyin. Klaviaturada hansı dilaktivdir?

6. Siçanın göstəricisini “Recycle Bin” simgəsinin üzərinə aparın vəsol düyməni basın. Nə baş verdi?

7. Ekranda olan digər simgələri seçdirmək üçün nə etmək lazım -dır?

F Ə A L İ Y Y Ə T

Page 29: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Kompyuter işə salındıqdan sonra onunla işləmək üçün ekranaçıxan görüntü də İş masası adlanır. Kompyuterin iş masasındakiçik şə killər yerləşdirilib. Belə kiçik şəkil -lərə simgələr deyilir. Hər bir simgə müəyyənobyektə bağlı olur. Tez-tez istifadə olunanproqram və sənədlərin simgələri iş masasınayerləşdirilir.

İş masasının lap aşağısında Tap şı rıqlar zolağıyerləşir. Hə min zolağın sağ ucunda siz saat vəkla viatura indikatorunu görə bilərsiniz.

KOMPYUTER•

8. Yenə də siçanın göstəricisini “Recycle Bin” simgəsininüzərinə aparın və sol düyməni basıb saxlamaqla siçanıhərəkət etdirin. Siçanın düyməsini buraxın. “Recycle Bin”simgəsində hansı dəyişiklik baş verdi?

Nəticəni müzakirə edək:– Kompyuterin ekranında nə yerləşdirmək olar? – Sizcə, “Recycle Bin” (“Çör-Çöp qabı”) nə üçün lazımdır? – Vaxtı göstərən düymə nə zaman lazım ola bilər?– Klaviaturanın dilini göstərən düymə nə üçündür?

· İş masası· Simgə· Tapşırıqlar zolağı· Siçanın göstəricisi· Çıqqıltı· Qoşa çıqqıltı· İndikator

29

Simgələr

Tapşırıqlar zolağı

Siçanla işləyərkən ekranda gördüyünüz kiçik ox ( ) siçanıngöstəricisi adlanır. Göstərici siçanın bütün hərəkətlərini ekrandaəks etdirir. Siçanın sol düyməsinin basılmasına çıqqıltı deyilir.Siçanın düyməsini çıqqıldatmaqla ekranda hər hansı obyektiseçdirmək olar.

S Ö Z L Ü K

Page 30: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Çıqqıltını qoşa çıqqıltı ilə qarışdırmayın! Qoşa çıqqıltı siçanın soldüyməsinin iki dəfə cəld ardıcıl basılıb-buraxılmasına deyilir. Nəyisə(proqramı, sənədi) açmaq üçün qoşa çıqqıltıdan istifadə olunur.

İş masasının fonunu – üzərində simgələr yerləşən şəkli dəyiş -mək olar. Bu zaman simgələrin yeri dəyişmir.

Evdə, məktəbdə, yaxud başqa yerdə olan hər hansı iki kompyuterin işmasasını müqayisə edin. Aşağıdakı suallara cavab verin: 1. Kompyuterlərin iş masasında neçə simgə var? 2. Hansı eyniadlı simgələr var? 3. İş masalarının fonunda hansı şəkillər təsvir olunub? 4. Tapşırıqlar zolaqlarının rəngi və oradakı simgələr eynidirmi?

1. Kompyuterin iş masası nədir və orada nələr yerləşdirilir?2. Kompyuterdəki bütün proqramların simgələrini iş masasında

yerləşdirmək olarmı?3. Göstərici nədir və o, nəyi “göstərir”?4. Qoşa çıqqıltı nədir və onun adi çıqqıltıdan fərqi nədədir?5. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:

– Kompyuter tam yükləndikdən sonra açılan ilk ekran iş masasıadlanır.

– Siçanın sol düyməsinin basılması tıqqıltı adlanır. – Siçanın göstəricisini obyektin simgəsinin üzərinə gətirib çıq qıl -

datsaq, obyekt silinir. – Siçanın göstəricisini obyektin simgəsinin üzərinə gətirib qoşa çıq -

qıl datdıqda obyekt açılır. – İş masasında obyektin yerini dəyişmək üçün siçanın sağ düy mə -

sini basıb hərəkət etdirmək lazımdır.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

30

Page 31: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.4. MENYU

“Menyu” sözünü hamınız eşit -mi siniz. Şübhəsiz ki, men yudeyən də gözünüzün qaba ğınayemək lərin siyahısı gəlir. Şə -kildəki men yuda bəzi ya zılarnə üçün başqa rənglə seç di -rilib? Men yulara daha haradarast gəlmisiniz?

KOMPYUTER 31•

Kompyuterdə menyudan necə istifadə olunur?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı suallara vərəqdəcavablar yazın.

1. Tapşırıqlar zolağında klaviatura indikatorunu tapın. İndikatorEn, Az, yaxud Ru yazılarından hansını göstərir?

2. Siçanın göstəricisini onun üzərindəçıqqıldadın. işarəsi hansı sətrinqabağındadır?

3. Siçanın göstəricisini açılan siyahının sətir -ləri üzərində hərəkət etdirin. Bu zaman sətirlərin rəngi necədəyişir?

4. Az sətrini seçdirin və siçanın sol düyməsini çıqqıldadın.Klaviatura Azərbaycan əlifbası ilə iş rejiminə keçəcək. Pəncərəbağlandıq dan sonra En, Az, yaxud Ru yazılarının hansı görünür?

5. Tapşırıqlar zolağında saat indikatorunuqoşa çıqqıldatmaqla təqvimi açın. Ay, il vəgün harada yazılıb?

6. Date bölümündə ili, ayı və günü dəyişib özad gününüzün tarixini qoyun. Ayı də yiş -mək üçün neçə seçim var?

7. Yenidən cari tarixi bərpa edin.

Nəticəni müzakirə edək:– Açılan çərçivələrdə daha hansı seçimlər var idi?– Açılan çərçivələr menyuya nə ilə oxşayır?

F Ə A L İ Y Y Ə T

Page 32: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Ümumiyyətlə, “menyu” dedikdə se -çimi olan siyahı başa düşülür. Mə sələn,teatr tamaşalarının, ya xud te le vi ziyaverilişlərinin siya hılarına da men yudemək olar. Sadəcə, onlar uy ğun olaraqreper tuar və proqram adlan dırılır.

Kompyuter proqramlarında da men -yu lar geniş istifadə olunur. Hər bir kompyuter menyusu koman -dalar siyahısından ibarətdir. Belə menyu da komandaların seçimisiçan vasitə silə aparılır.

Kompyuterdə çoxlu menyu olsa da, onlardan biri Baş menyuadlanır və Start düyməsi vasitəsilə açılır. Bu menyudan müxtəlifproqramları baş latmaq olar. Nə vaxtsa yarat dı ğı nız sənədləri dəbu men yudan tapa bilərsiniz.

Əgər menyu sətrinin (bəndinin) sa ğında işarəsi varsa, deməli, bubən din içində başqa bir menyu da vardır. Həmin bənd seçdirildikdə onadaxil olan menyu açılır. Başqa menyunun içində olan menyuya altmenyu da deyilir.

· Menyu· Baş menyu· Alt menyu· Menyu bəndi (sətri)

S Ö Z L Ü K

32

Page 33: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Seçilmiş hər hansı, yaxud seçiləsi menyu komandası, adətən,xüsusi formada göstərilir. Məsələn, FileClose yazılışı File men -yu sunda Close komandasının seçildiyini (seçiləcəyini) bildirir.

Əgər menyunun hansısa bəndinin qarşısında işarəsi varsa,deməli, həmin bənd artıq seçilib. Göstəricini başqa bəndin üstündəçıq qıldatmaqla seçimi dəyişmək olar.

Siçanın göstəricisi hər hansı obyektin üzərində olduqda sağdüyməni çıqqıldatdıqda da menyu açılır. Bu menyuda həmin ob -yekt lə bağlı komandalar toplanır. Belə menyuya kontekst men -yusu deyilir.

İş masasındakı hər hansı obyektin kontekst menyusu ilə tanış olun.Bu menyuda hansı komandalar sizə tanışdır?

1. Menyu nədir və kompyuterdə menyulardan nə üçün istifadəolunur?

2. Baş menyu necə açılır?3. Menyu bəndindəki işarəsi nəyi bildirir?4. Menyu bəndindəki işarəsi nəyi göstərir?5. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:

– Kontekst menyusunun birinci bəndini seçməklə obyekti açmaqolar.

– Baş menyunu açmaq üçün simgəsindən istifadə olunur.

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

KOMPYUTER 33•

Page 34: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.5. FAYLLAR VƏ QOVLUQLAR

Dəftərlərinizi, rəsmlərinizi, fotoşəkillərinizi tez tapmaq üçün on -ları necə saxlamaq olar? Qovluqlardan istifadə edirsinizmi? Əgəredirsinizsə, orada nə saxlayırsınız?

34

Kompyuterdə qov luq larla nə etmək olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı suallara vərəqdəcavablar yazın.

1. İş masasının ixtiyari yerində siçanın sağ düyməsini çıqqıldadın.Açılan menyudan NewFolder komandasını seçin. Siçanın göstə -ricisini iş masasının başqa bir yerində çıqqıldadın. İş masasındahansı dəyişiklik baş verdi?

F Ə A L İ Y Y Ə T

Page 35: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Kompyuterdə olan şəkil, mətn, musiqi və başqa obyektlər komp -yu terin yaddaşında ayrıca ad altında saxlanılır. Onların sayıyüzlərlə, minlərlə ola bilər. Kompyuterdə hər bir mətn sənədi,musiqi, şəkil, video ayrılıqda fayl adlanır.

Kompyuterdə lazım olan faylları tez tapmaq üçün onlarınizamlı saxlamaq lazımdır. Bunun üçün qovluqlardanistifadə olunur. Hər bir qovluğun adı və simgəsi olur.Adətən, kompyuterdə adi qovluqlar eyni simgə iləgöstərilir.

Bəzi qovluqların xüsusi simgəsi var.

My Computer qovluğu vasitəsilə kompyuterdə saxlanılan bütüninformasiyalara, o cümlədən bütün qurğulara müraciət etməkolar. Sizə lazım olmayan və kompyuterdə saxlanmasına ehtiyacduyulmayan sənədlər Recycle Bin qovluğuna atılır. My Documents

My ComputerKompyuterim

Recycle BinÇör-Çöp qabı

KOMPYUTER 35•

2. Yeni yaratdığınız qovluğun simgəsiüstündə siçanın sağ düyməsini çıqqıl da -dın. Açılan menyudan Rename bəndiniseçin və seçdirilmiş yerdə öz adınızı ya -zın. Enter klavişini basın. Nə baş verdi?

3. Siçanın göstəricisini qovluğun üzərinəgətirib sol düyməni basılı vəziyyətdəsaxlayın və siçanı hərəkət etdirin. Beləvəziyyətdə qovluğu iş masasının sağyuxarı küncündə yerləşdirmək üçün nəetmək lazımdır?

4. Yaratdığınız qovluğun üstündə siçanın sağ düyməsini çıqqıldadınvə açılan siyahıdan Delete bəndini seçin. Nə baş verdi?

5. Klaviaturada Ctrl və Z klavişlərini birlikdə basın. Nə hadisə başverdi?

Nəticəni müzakirə edək:– Qovluqlarla hansı əməliyyatları aparmaq olar? – Nə üçün qovluqlara fərqli adlar verilir?

Page 36: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

qovluğu özünüz yarat dığınız sənədləri saxlamaqüçün nəzərdə tutulub. Bunlardan başqa, iş ma sa -sın da çoxlu sayda qovluqlar da ola bilər.

Qovluqlarda fayllar saxlanılır. Əgər qovluğuniçin dəki faylların özlə rini də hansısa qaydada

nizam lamaq lazım gələrsə, onda bir qov luğun içində yeni qov luq -lar yaratmaq olar.

Kompyuterin iş masasında My Documents simgəsini tapın və açın.Aşağıdakı suallara cavab verin:– My Documents qovluğunda hansı qovluqlar var?– Hər bir qovluqda olan faylların bir-ikisini açın. Bu fayllarda hansı

in formasiyalar var?

1. Qovluq nədir və orada nə saxlanılır?2. Kompyuterdəki qovluqlarla adi kağız qovluqların hansı ortaq və

fər q li əlamətləri var?3. Hər bir qovluğu “tanıdan” nədir?4. Nə zaman bir qovluğun içərisində başqa qovluq yaratmaq zərurəti

yaranır?5. Kompyuterdə qovluğu açmaq üçün nə etmək lazımdır? 6. Qovluqlarla hansı əməliyyatları aparmaq olar?7. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:

– Qovluqlarda fayllar və başqa qovluqlar yerləşdirilə bilər. – Yeni qovluq yaratmaq üçün NewFile menyu komandasından is -ti fadə olunur. – Uzaqlaşdırılmış fayllar Recycle Bin qovluğuna atı lır.

Yaratmaq Silmək

Yerinidəyişmək

Adını də yiş mək

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

· Fayl· Qovluq

36

S Ö Z L Ü K

Page 37: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

2.6. PƏNCƏRƏ

Bir vərəqdə müxtəlif məzmunlu bir neçə yazı olduqda, adətən,qarışmaması üçün onları bir-birindən çərçivələrlə ayırırıq.Windows əməliyyat sistemində işləyərkən eyni zamanda ekrandabir neçə sənəd, yaxud proqram açmaq olar. Ona görə də istifadəçiüçün işləmək rahat olsun deyə ayrıca proqramları, yaxud sənədləridə müəyyən çərçivələrin içərisində əks etdirmək məqsədəuyğunolur. Belə çərçivələrə pəncərə deyilir.

KOMPYUTER 37•

Proqram pəncərəsi ilə nə etmək olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı suallara vərəqdəcavablar yazın.

1. İş masasında Paint proqram simgəsini qoşa çıqqıl dadın. Açı lanpəncərəyə nəzər salın. düymələri harada yerləşir?

2. Pəncərənin düyməsini çıqqıldadın. Nə baş verdi?

3. Pəncərənin ölçülərini siçan vasitəsilə dəyişdirin. Bunun üçüngöstəricini pəncərənin çərçivəsinin üstünə gətirin və sol düymənibasılı saxlayaraq siçanı hərəkət etdirin. Siçanı sola, sağa, yuxarı vəaşağı hərəkət etdirdikcə pəncərənin tərəfləri necə dəyişir?

4. Pəncərənin yerini dəyişin. Bunun üçün göstəricini pəncərəninbaşlıq zolağının üzərinə gətirin və sol düyməni basılı saxlayaraqsiçanı hərəkət etdirin. Siçanı hərəkət etdirdikcə pəncərə yerini necədəyişir?

F Ə A L İ Y Y Ə T

Page 38: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Pəncərə Windows əməliyyat sisteminin əsas obyektlərindənbiridir. Əməliyyat sisteminin adı da məhz buradan yaranıb (in gi -lis cə “windows” – “pəncərələr”). İş masasında hansısa simgəni çıq -qıl datdıqda, yaxud hər hansı proqramı başlatdıqda ekranda pən -cərə açılır.

Bəs pəncərə hansı hissələrdən ibarətdir?

38

5. Pəncərənin düyməsini çıqqıldadın. Nə baş verdi?

Nəticəni müzakirə edək:– Adi pəncərə ilə proqram pəncərəsi arasında hansı oxşarlığı görür -

sünüz?– Pəncərənin ən yuxarı zolağındakı yazı, sizcə, nəyi bildirir? – Pəncərənin yerini dəyişmək nə vaxt lazım ola bilər?

Menyu zolağı Qapatma düyməsiBaşlıq zolağı

Pəncərənin çərçivəsi

İş sahəsi

Fırlatma zolağı

Pəncərənin çərçivəsi və başlıq zolağı olur. Başlıq zolağındaaçıl mış proqramın, sənədin, yaxud qovluğun adı yazılır. Başlıq zo -la ğının altında komandaların siyahısından ibarət menyu zolağıyerləşir.

Açılmış sənəd pəncərəyə sığışmırsa, fırlatma zolaqlarındanistifadə etməklə onun istənilən yerinə baxmaq olar.

Page 39: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Pəncərəni böyüdüb-kiçiltmək, yerini də -yiş mək və qapatmaq olar. Onu həm də tap şı -rıqlar zolağında müvəqqəti yerləşdir mək dəmüm kündür. Bu zaman yığılmış pəncərə tap -şı rıqlar zolağında düymə ilə əvəzlənir. Budüy məni çıqqıldatmaqla pəncərəni yenidənbərpa etmək olar.

Pəncərənin ölçülərini siçan vasitəsilə dəyişmək mümkündür.Bunun üçün siçanın göstəricisini pəncərənin ixtiyari tərəfinin vəya təpəsinin üzərinə aparın. Bu zaman siçanın göstəricisi ikiucluox şəklini (↔) alacaq. Siçanın sol düyməsini basıb saxlayın: indisiçanı ox istiqamətində hərəkət etdirsəniz, pəncərə həmin is ti qa -mət də böyüyəcək, yaxud kiçiləcək.

Aşağıdakı göstərişləri yerinə yetirin:

1. Kompyuterdə bir neçə pəncərə açın.2. Onların ölçülərini kiçildib yan-yana düzün.3. Siçanın göstəricisi ilə bir pəncərədən digərinə keçin.4. Pəncərələri qapadın.

1. Kompyuterdə pəncərə hansı elementlərdən ibarətdir?2. Pəncərə üzərində hansı əməliyyatları aparmaq olar?3. Kompyuterdə eyni zamanda neçə pəncərə açmaq olar?4. Pəncərəni qapatmadan onu iş masasından necə “yığışdırmaq” olar? 5. Başlıq zolağından hansı məqsədlər üçün istifadə etmək olar? 6. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:

– Proqram pəncərəsini kiçildib-böyütmək üçün düyməsindənistifadə olunur.

– Proqram pəncərəsini tapşırıqlar zolağına yığmaq üçün düy mə sin -dən istifadə edilir.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

KOMPYUTER•

· Pəncərə · Başlıq zolağı· Menyu zolağı· Fırlatma zolaqları

39

S Ö Z L Ü K

Page 40: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Fərdi kompyuterləri nəyə görə belə adlandırırlar?A) ölçülərinə görə B) gücünə görə C) istifadə qaydasına görə

2. Noutbuk cib kompyuterindən nə ilə fərqlənir?3. Şəkildə hansı növ kompyuterlər göstərilib?

4. Hansı proqram olmasa, kompyuter işləyə bilməz? Həmin proqramnə iş görür?

5. Bu təsvir necə adlanır?

6. Tapşırıqlar zolağı nədir və o, harada yerləşir?

7. Hansı fikirlər doğrudur?– Fayllar qovluqda saxlanılır.– Qovluqlar faylda saxlanılır.– Qovluğun içində qovluq saxlanıla bilər.– “My computer” qovluqdur.

8. Şəkilləri adlandır.

A)

B)

9. Kontekst menyusu nədir və onu açmaq üçün siçanın hansıdüyməsindən istifadə olunur?

10. Klaviaturanın dili hansıdır və Azərbaycan dilini necə seçməkolar?

Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K

40

Page 41: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Fraqmentin əyilməsi və döndərilməsiQrafik redaktorda şəklin fraqmentini necə döndərmək vəəymək olar? Hansı şəkillərin çəkilməsində bu əməliyyat -lardan istifadə olunur?

Mətn redaktoruMətn kompyuterə necə daxil edilir? Sənəd nədir və onu adimətndən nə fərqləndirir?

Şəklin fraqmenti ilə iş“Fraqment” nədir? Qrafik redaktorda şəklin fraqmenti iləhansı əməliyyatları aparmaq olar?

Kompyuterdə şəkil çəkirəmKompyuterdə şəkil çəkmək üçün proqramlar necə adlanır?Paint qrafik redaktorunda hansı rəsm alətləri var? Hən -dəsi fiqurlar hansı alətlərin köməyi ilə çəkilir?

Şəkilli mətnlərNə üçün mətnlərə şəkillər qoyulur? Mətn redaktorundamətnə şəkli necə əlavə etmək olar? Şəklin ölçülərini necədəyişmək olar?

Mətn redaktorunda şəkli necə çəkmək olarMətn redaktorunda şəkil çəkmək üçün hansı imkanlarvar? Mətn redaktorunda istənilən şəkli çəkmək olarmı?

Page 42: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.1. KOMPYUTERDƏ ŞƏKİL ÇƏKİRƏM

Hər biriniz uşaqlıqda kağız üzərində ev, ağac, gül, maşın, heyvanvə başqa şəkillər çəkmisiniz. Yəqin ki, aşağı siniflərdə ço xu nuzkompyuter vasitəsilə də bu işləri görmüsünüz və Paint proqramıilə tanışsınız. Kompyuterdə şəkil çəkmək üçün proqramlar necə adlanır? Paintproqramında hansı rəsm alətləri var?

42

Qrafik redaktorda şəkil çəkəndən sonra onu yaddaşda ne cəsax lamaq olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı sualların ca -vab larını vərəqdə yazın.

1. Paint proqramını başladın. Alət -lər qutusundakı hansı alətləri ta -nı yırsınız?

2. Alətlər qutusunun alətlərindənvə palitranın rənglərindən isti -fadə edib istədiyiniz bir şəkliçəkin. Bunun üçün hansı alət lər dən istifadə etmək olar?

3. Proqram pəncərəsini tapşırıqlar zolağına yığın. İş masasındaəvvəlki dərslərdən öz adınızla yaratdığınız qovluğu tapın. Əgəryoxdursa, onu yaradın. Paint proqram pəncərəsini bərpa edin.Bunun üçün nə etmək lazımdır?

F Ə A L İ Y Y Ə T

Page 43: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

TƏTBİQİ PROQRAMLAR

Kompyuterdə şəkil çəkmək üçün xüsusi proqramlardan – qra -fik redaktor lardan istifadə olunur. Paint qrafik redakto runu baş -lat dıqdan sonra proq ramın baş pəncərəsi açılacaq. Aşağı sinif lər -dən məlum olan alət ləri seçməklə müxtəlif şəkillər çəkmək olar.Adə tən, pən cərənin aşağısında palitra, solunda isə alətlər qutusuyer ləşir.

Alətlər qutusundan hər hansı aləti seçmək üçün siçanıngöstəricisini onun üzərində çıqqıldatmaq lazımdır.

Başlıq zolağı Menyu zolağı

İş sahəsi

Alətin rəngi soldüymə ilə seçilir.

Fonun rəngi sağdüymə ilə seçilir.

Palitra

Alətlər qutusu

43•

4. Çəkdiyiniz şəkli kompyuterin yaddaşında saxlamaq üçün men -yu sətrindən FileSave As bəndini seçin. Öz adınızla yarat dı -ğınız qovluğu tapıb açın. Qovluq harada yerləşir?

5. File name sahəsində şəkli adlandırın və Ok düyməsini çıqqıl -dadın. Şəkil faylının qovluğa yazıldığını yoxlayın.

6. Proqram pəncərəsini qapadın.

Nəticəni müzakirə edək:

– Paint proqram pəncərəsinin sizə məlum olan hissələrini sada - la yın.

– Şəkli çəkərkən hansı alətlərdən istifadə etdiniz?

Page 44: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Karandaşla şaquli, üfüqi və diaqonal xət -lər çəkmək üçün <Shift> klavişindən istifadəolunur. <Shift> klavişi basılmışsa, çəkilənxətlər ya şaquli, ya üfüqi, ya da 45 dərəcəlibucaq altında olacaq. Xətti çəkdikdən sonra<Shift> klavişini buraxın.

1. Qrafik redaktor nədir? A) mətnlərlə işləyən proqram B) musiqi ilə işləyən proqramC) nəşriyyat işçisi D) rəsmlərlə işləyən proqram

2. Paint proqramında alətlər qutusu nədir?A) rəng palitrası B) mətn yığmaq üçün şriftlərC) musiqi çalmaq üçün alətlər D) şəkil çəkmək üçün alətlər

3. Palitra olmadan qrafik redaktorda rəngli şəkil çəkmək olarmı?

4. Çəkdiyiniz şəkildəki səhvləri düzəltmək üçün hansı alətlərdənistifadə edə bilərsiniz?

5. Düz xətt alətindən istifadə etmədən hansı klavişin köməyi ilə düzxətti çəkmək olar?

A) <Alt> B) <Shift> C) <Ctrl> D)<Enter>

Paint proqramının alətləri

Paint.NET

proqramınınalətlər qutusuilə tanış olun.Hansı alətlərsizə tanışdır,hansıları sizilk dəfəgörürsünüz?Fikir lə rinizisöyləyin.

ARAŞDIRAQ – ÖYRƏNƏK

İxtiyari formalıseçdirmə

Seçdirmə

Rənglə doldurma

Böyüdücü

Fırça

Yazı

Əyri

Çoxbucaqlı

Də yir mi düzbucaqlı

Pozan

Rəng seçimi

Karandaş

Hava fırçası

Xətt

Düzbucaqlı

Ellips

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

· Qrafik redaktor· Alətlər qutusu· Palitra

S Ö Z L Ü K

44

Page 45: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.2. ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ

“Fraqment” dedikdə tamın hər hansı bir hissəsi nəzərdə tutu lur.Kağızda şəkil çəkərkən bəzən onun fraqmentinin yerini də yişmək,böyüdüb-kiçiltmək lazım gəlir. Bu hallarla qarşılaşdıqda nə edirsiniz?

Kompyuterdə də şəkil çəkərkən eyni hallarla üzləşmək müm -kün dür. Bəs kompyuterdə bu işləri necə görmək olar?

45TƏTBİQİ PROQRAMLAR•

Qrafik redaktorda şəklin fraq men tinin yerini, öl çülərininecə dəyiş mək və çoxaltmaq olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addım dakı suallarıncavablarını vərəqdə yazın.

1. Qrafik redaktorda ağac şəkli çəkin. Bunu hansı alətlər vasitəsiləetmək olar?

2. Alma şəkli çəkin. Bəs bu zaman hansı alət -lər dən istifadə etdiniz?

3. Almanı çoxaldıb ağacda yerləşdirin. Bunun

üçün seçdirmə alə ti vasitəsilə almanıseçdirin. Sonra <Ctrl> klavişini basılı saxla -yın. Seçdirilmiş fraqmenti hərəkət etdirib ağacın istədi yinizbudağına yerləşdirin və <Ctrl> klavişini buraxın. Neçə almayerləşdirdiniz?

4. İndi ağacı seçdirin və onu yuxarıdakı qaydada çoxaldın. Neçəağac çoxaltdınız?

5. Ortadakı ağacın ölçüsünü kiçildin. Bunun üçünonu seçdirin və künclərdəki tutacaqların birin -dən dartmaqla fraqmenti kiçildin. Yanlardakı tu -tacaqlardan tutub sıxsanız, şəkil necə gö rü nər?

6. Şəklə günəş, torpaq əlavə edə bilərsiniz.

F Ə A L İ Y Y Ə T

Page 46: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

46

Bəzən rəsmi çəkərkən bütöv bir fraq mentin yerini dəyişmək,su rə ti ni almaq, yaxud uzaqlaşdırmaq la zım gəlir. Bu nun üçün

seçdirmə alətlərindən isti fadə olu nur. Şəklin fraqmentini seç di r mək üçün

iki alətin birindən istifadə edilir:

– düzbucaqlı sahənin seçdirilməsi

– ixtiyari sahənin seçdirilməsi

Düzbucaqlı sahəni seçdirmək üçün si -ça nın sol düyməsini basın və seçdirmək istədiyiniz düzbucaqlınındiaqonalı bo yun ca göstəricini hərəkət etdirin. İxtiyari sahəniseçdirmək üçün siçanın sol düyməsini basın və göstəricini şəklinlazım olan his səsinin ətrafı ilə hərəkət etdirin.

Seçdirmə alətlərinin hər birini iki variantda istifadə etmək olar:

Seçdirmə əməlinin nəticəsini ləğv etmək üçün siçanın düy mə -si ni fraq mentdən kənarda hər hansı bir yerdə çıqqıldatmaq kifa -yət dir.

Seçdirilmiş fraq menti çoxaltmaq üçün əvvəlcə EditCopy ko -man dasını, sonra isə EditPaste komandasını seçmək lazımdır.Seç dirilmiş fraqment öz yerində qalmaqla yanaşı, surəti rəsm sa -hə sinin sol yuxarı küncündə görünəcək. Sonra siçanın düyməsinisu rətin üzərində basıb saxlamaqla onu lazım olan yerə çəkib apar - maq olar. Seçdirilmiş fraqmenti klaviaturada <Ctrl> klavi şi nibasmaqla da çoxaltmaq olar. Bunun üçün <Ctrl> klavişini bas -maqla seçdirilmiş fraqmenti başqa yerə aparmaq lazımdır.

Qeyri-şəffaf fon Şəffaf fon

· Fraqment· Şəklin fraqmenti· Seçdirmə aləti· Fraqmentin seçdirilməsi· Fraqmentin çoxaldılması

S Ö Z L Ü K

Nəticəni müzakirə edək:– Şəklin hazırlanmasında hansı alətlərdən istifadə etdiniz?– Seçdirilmiş fraqmenti necə çoxaltdınız?– Albomda həmin şəkli çəkmək lazım gəlsəydi, nə edərdiniz?

Page 47: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

47

Şəklin hər hansı seçdirilmiş fraqmentini silmək üçün klavia -turada <Delete> klavişindən istifadə olunur.

1. Şəklin fraqmentini seçdirmək üçün hansı alətdən istifadə olunur?

A) B) C) D)

2. Bu şəkildə seçdirmə alətinin hansı variantından isti -fadə edilib?

A) B)

3. Bu şəkli çəkmək üçün hansı alət lər -dən istifadə etmək olar?

A) B) C) D)

Fraqmentinqeyri-şəffaffonlaçoxaldılması

Fraqmentinşəffaf fonlaçoxaldılması

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

Şəklin fraqmentinin seçdirilməsi, çoxaldılması və başqa yerə kö çü rül -mə si əməliy yatlarından istifadə etməklə qrafik redaktorda müxtəlifmilli naxış la rı mızı çəkin.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

TƏTBİQİ PROQRAMLAR•

Page 48: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.3. FRAQMENTİN ƏYİLMƏSİ VƏ DÖNDƏRİLMƏSİ

Təbiətdə çoxlu obyektlə rastlaşırıq ki, onların müəyyən hissələribir-birinə çox bənzəyir. Həmin hissələr formaca eyni olsa da yarəngləri, ya da yerləşməsi fərqlidir. Aşağıdakı hər bir şəkildə oxşar hissələr var. Onları tapıb müqayisəedin. Bu hissələri nə fərqləndirir?

48

Qrafik redaktorda şəklin fraqmen tini necə dön dər mək vəəymək olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı suallarıncavablarını vərəqdə yazın.

1. aləti vasitəsilə belə bir əyri xətt çəkin:

2. Seçdirmə alətindən istifadə etməklə onun surətini alın və əv -vəlki xəttin yanında yerləşdirin. Hansı üsuldan istifadəetdiniz?

3. Surəti seçdirin və soldan sağa döndərin. Bunun üçün men yuzo lağından Image Flip and Rotate komandasını se çin. Açılanpəncərədə Ok düyməsini çıqqıldadın. İki hissəni bir ləş dirin.Seçdirmə alətinin hansı variantından istifadə etmək lazımdır?

F Ə A L İ Y Y Ə T

Page 49: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Paint proqramında şəklin istə ni lən fraqmentini çoxaltmaqlayanaşı, onu müx təlif bucaqlara döndərmək və əy mək olar.

ImageStretch and Skew ImageFlip and Rotate

TƏTBİQİ PROQRAMLAR 49•

4. Alınmış fiquru sarı rənglə boyayın. Qapalı fiquruniçərisini boyamaq üçün hansı alətdən istifadə etməkolar?

5. Fiqurun surətini alın.

6. İkinci fiquru (buğda dənəsini) seçdirin və əyin. Bunun üçünImage menyusunda Stretch and Skew bəndini seçin. Skew bö lü -mündə Horizontal sahə sində 45 yazın. Ok düyməsini çıqqıldadın.

7. Seçdirilmiş fraqmenti çoxaldın və sağdan sola dön də rin.Fraqmenti çoxaltmaq üçün hansı kla viş dən istifa də etdiniz?

8. Budaq çəkin və buğdaları çoxaldaraq onun üstü nədüzün.

Nəticəni müzakirə edək:

– Bu şəkli karandaşla vərəqdə, yoxsa qrafik redaktordaçəkmək daha asandır?

Fraqmenti əymək üçün əyməbucağını göstərmək lazım dır.

Fraqmenti döndərmək üçün dön məbucağını qeyd etmək lazımdır.

Page 50: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Şəkli soldan sağa döndərmək və əymək üçün öncə hansı alətdənistifadə etmək lazımdır?

A) B) C) D)

2. Şəklin fraqmentini döndərmək üçün hansı komanda veril məlidir?

A) ImageClear B) ImageFlip and Rotate

C) FileNew D) FileSave as

3. Sağdakı şəkli almaq üçün soldakı şəklin üzərində hansı əməliyyataparılıb?

A) döndərmə B) əymə C) yerdəyişmə D) böyütmə

Yuxarıdanaşağıya

döndərmə

Soldan sağadöndərmə

Orijinal

Əymə

Qrafik redaktorda asan yoldan istifadə etməkləbelə bir şəkil çəkin. Şəkli çəkmək üçün hansı alətlərdən istifadəetdiniz? Şəkil neçə sadə fraqmentdən ibarətdir?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

50

Page 51: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.4. MƏTN REDAKTORU Siz kompyuterdə mətn yazıb onu redaktə etməyi öyrənmisiniz.Kompyuterdə mətni yığmaq üçün hansı qurğudan istifadə olunur?Yığılmış mətnlərdən necə istifadə etmək mümkündür? Daha hansıqurğularda mətn yığmısınız?

TƏTBİQİ PROQRAMLAR 51•

Mətn redak torun da mətni yad daşda necə saxla maq olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı sualların ca -vab larını vərəqdə yazın.

1. Mətn redaktorunu başladın.

2. düyməsindən, yaxud FileNew menyu komandasındanistifadə etməklə yeni sənəd yaradın. Ekranda nə göründü?

3. Aşağıdakı mətni daxil edin:

Mətni yığmaq üçün klaviaturanın dilini Azərbaycan dilinə necədəyişdiniz?

4. Sənədi saxlamaq üçün alətlər zolağındakı Save düyməsiniçıqqıldadın, yaxud FileSave As menyu bəndini seçin. Açılmışpəncərənin başlığı necə adlanır?

5. File name sahəsində Saxara sözünü yazın və həmin sahəninsağındakı Save düyməsini çıqqıldadın. Nə baş verdi?

Planetimizdə ən böyük səhra Saxaradır. Onun uzunluğu 5630 km-dən yuxarıdır. Saxaranın sahəsi təxminən ABŞ-ın sahə si nə bə ra -bər dir. Bu səhra bir neçə dövlətin – Mərakeş, Əlcəzair, Tunis,Liviya, Sudan, Çad, Niger, Mali və Mavritaniyanın ərazisindəyerləşir.

F Ə A L İ Y Y Ə T

Page 52: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Kompyuterin ən geniş istifadə olunduğu sahələrdən birimətnlərin hazırlanmasıdır. İstənilən kompyu -terdə mətnlərlə işləmək üçün xüsusiproqramlar – mətn redaktorları qu raş dırılıb.Çoxlu sayda mətn redaktorları möv cud dur:Microsoft Word, Open Office.org Writer,AbiWord.

OpenOffice.org Writer mətn redaktorunun baş pəncərəsi belə gö -rü nür.

İş sahəsi

Başlıq zolağı Menyu zolağı Standart alətlər zolağı

Formatlamaalətlərizolağı

52

· Mətn redaktoru· Sənəd· Mətnin redaktəsi· Kursor· Sənədin çapı

S Ö Z L Ü K

6. düyməsindən, yaxud FileExit menyu komandasındanistifadə edərək proqram pəncərəsini qapadın. İş masasında özadınızla yaratdığınız qovluğu açıb yeni faylı tapın.

Nəticəni müzakirə edək:

– Mətn redaktorunun baş pəncərəsi hansı hissələrdən ibarətdir?– Mətni kompyuterə necə daxil etdiniz?– Səhvləri necə düzəltdiniz?– Kompyuterin yaddaşında mətni nə üçün saxladınız?

Page 53: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Mətn redaktorunda mətnə şəkil, cədvəl və başqa elementlər dəəlavə etmək olur. Belə elementlər əlavə edilmiş mətn sənəd ad la -nır. Kompyuterdə sənədin hazırlan ması bir neçə mərhələdən keçir:mətnin daxil edilməsi (yığılması), redaktə olun ması, formatlan ma -sı, yaddaşda sax lan ması, yaxud çap edil mə -si. Bu işlərin bəziləri ilə aşağı siniflərdəntanışsınız.

Mətn, adətən, kompyuterə klaviatura va -sitəsilə daxil edilir. Mətnin daxil edilməsizamanı növbəti simvolun yeri ekrandayanıb-sönən şaquli cizgi – kursor vasitəsiləgöstərilir. Kursoru sağa, sola, aşağı, yuxarı hərəkət etdirməküçün klaviaturanın ox klavişlərindən istifadə olunur.

Mətn redaktorunda çox zaman işin son nəticəsi mətnin kağızaçap olunmasıdır. Sənədi çapa vermək üçün FilePrint menyu ko -mandasını seçmək və açılan pəncərədə Ok düyməsini çıqqıl datmaqlazımdır. Bu zaman kompyuterə qoşulmuş printer işə ha zır və -ziyyətdə olmalıdır.

1. Mətn redaktoru nədir?2. “Mətn redaktoru” ifadəsində “redaktor” sözü nəyi bildirir?3. İbtidai siniflərdə hansı mətn redaktorları ilə tanış olmusunuz?4. Sənəd nədir və o, mətndən nə ilə fərqlənir? 5. Sənədi çap etmək üçün hansı qurğudan istifadə olunur?6. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:

– Yeni sənəd yaratmaq üçün File menyusundan Print bəndi seçilir.– Hazır sənədi kompyuterin yaddaşında saxlamaq üçün File men -

yu sun dan Save As komandası seçilir.– Yığılmış mətni çap etmək üçün File menyusundan New bəndi

seçilir.

Microsoft Word və OpenOffice.org Writer proqramlarının pəncərə -lərini müqayisə edin. Onların oxşar və fərqli cəhətlərini qeyd edin.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

TƏTBİQİ PROQRAMLAR 53•

Page 54: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.5. ŞƏKİLLİ MƏTNLƏR

Mətni daha maraqlı və anlaşıqlı etmək üçün onlara şəkillər əlavəolunur. Adətən, belə şəkillər mətni müşayiət edir və onu tamam -layır. Bəzən nəyisə sözlərlə təsvir etməkdənsə, onu şəkil lərlə,diaq ram larla vermək daha asan olur. Əlinizdə tutdu ğunuz kitabınşəkilsiz səhifələri varmı? Hansı səhifələr daha maraqlıdır: şəkliolan, yoxsa şəkli olmayan?

54

Mətnə şəkli necə əlavə etmək olar?

Tapşırıq. Göstə riş ləri yerinə yeti rin. Hər addımdakı suallarıncavablarını vərəqdə yazın.

1. Mətn redaktorlarından birini başladın. Hansı redaktoru başlatdı -nız?

2. Aşağıdakı mətni yığın.

3. Kursoru şəkli yerləşdirmək istədiyiniz yerə gətirin. Şəkli ha -rada yerləşdirmək istəyirsiniz?

Azərbaycanın təbiəti çox gözəldir. Ölkəmiz mülayim və subtropikiqlim qurşaqlarında yerləşdiyi üçün rəngarəng təbiətə malikdir.Vətənimizin dağları, meşələri görənləri valeh edir.

F Ə A L İ Y Y Ə T

Page 55: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Bəzi şəkillər qrafik redaktorlar va sitə silə hazırlanır, bəziləri isəskaner qurğusu ilə kompyuterə daxil edilir. Şəkilləri həm çi nin fləşvə digər yad dasaxlama qurğula rı vasitə silə də bir kompyuterdənbaşqasına köçür mək olur. Lazım olan şək -li İnternetdə də tapıb komp yuterin yad -daşına yazmaq müm kündür.

Mətnə daxil etdiyiniz şəklin ölçülərisizi razı salmaya bilər. Bu halda siz şəklinölçülərini dəyişə bilərsiniz. Bunun üçün aşağıdakı addımlarıyerinə yetirmək lazımdır:

1. Şəkli seçdirin. Bu zaman çərçivənin künclərində və tərəf lərininortasında qara düzbucaqlılar – tutacaqlar əmələ gələcək.

2. Siçanın göstəricisini tutacaqlardan birinin üzərinə gətirin.Göstərici ikibaşlı ox formasını alacaq.

3. Siçanın sol düyməsini basılı saxlamaqla onu istədiyiniz isti -qamətə hərəkət etdirin. Şəklin ölçüləri dəyişəcək.

Tutacaq

TƏTBİQİ PROQRAMLAR 55•

4. InsertPictureFrom file menyu komandasını seçin. Hansı pən -cə rə açıldı?

5. İş masasında öz adınızla yaratdığınız qovluqdan əvvəlki dərs -lər də saxladığınız şəkli tapın. Faylı seçdirib Open (Word proq -ra mında Insert) düyməsini çıqqıldadın. Sənəddə nə baş verdi?

Nəticəni müzakirə edək:

– Şəkli necə əlavə etdiniz?– Şəklin ölçüləri sizi qane edirmi? – Şəklin yerini və ölçülərini necə dəyişmək olar?

· Şəklin seçdirilməsi · Tutacaq

SÖZLÜK

Page 56: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Mətn redaktorunda aşağıdakı mətni yığın. Kompyuterin yadda şın -dan, yaxud başqa mənbələrdən uyğun şəkil tapıb mətnə əlavə edin.

NEFT NƏDİRNeft ən geniş istifadə edilən yanacaq növüdür. Neft insanlara çoxxeyir verir. Onun köməyi ilə biz işıq, isti alırıq. Neftin vasitəsilə maşın,təy yarə və gəmilər hərəkətə gəlir. Bütün dünyada vətənimiz “Neft səl -tənəti” adlandırılır.

1. Hansı hallarda mətnlərə şəkil əlavə edirlər?2. Şəkillər kompyuterə necə daxil olunur? 3. Mətnə əlavə ediləcək şəklin yerini necə müəyyənləşdirmək olar?4. Şəklin ölçülərini necə dəyişmək olar?5. Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin.

– Şəkli mətnə daxil etmək üçün komandanı Insert menyusundanseç mək lazımdır.

– Mətnə əlavə edilmiş şəklin ölçülərini dəyişmək olmur. – Kompyuterə şəkillər yalnız skaner qurğusu vasitəsilə daxil edilir.

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

56

Page 57: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

3.6. MƏTN REDAKTORUNDA ŞƏKLİNECƏ ÇƏKMƏK OLAR

Qrafik redaktorlarda şəklə mətn əlavə etmək imkanı var dır. Paintproqramının belə bir imkanı ilə 4-cü sinifdə ta nış olmusunuz. Həminproq ramda mətnlə işləmək üçün hansı alətdən istifadə olunur? Bəs,görəsən, mətn redakto ru nun öz imkan ların dan istifa də edib şəkilçəkmək olarmı?

TƏTBİQİ PROQRAMLAR 57•

Mətn redakto run da necə şəkil çəkmək olar?

Tapşırıq. Azərbaycan bayrağını çəkmək üçün göstərişlə ri yerinə ye -ti rin. Hər addımdakı sualların cavablarını vərəqdə ya zın.

1. Mətn redaktorlarından birini başladın. Hansı redaktorubaşlatdınız?

2. Müəllimin köməyi ilə Rəsm alətləri zolağını tapın. Həmin

zolaqda ( ) düy mə si ni seçin və iş sahəsində soldüyməni basılı saxlayaraq düzbucaqlı çəkin.

3. Düzbucaqlını seçdirin və iki dəfə surətini çıxardın. Surəti necəçıxartdınız?

F Ə A L İ Y Y Ə T

Page 58: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Mətn redaktorunda rəsm alətləri zolağı, adətən, baş pəncərəninaşağı hissəsində yer ləşir. Əgər həmin zolaq pəncərədə yox dursa,onu ViewToolbarsDrawing men yu ko mandası ilə görünən etməkolar.

MS Word proqramının rəsm alət ləri zolağı:

OpenOffice.org Writer proqramının rəsm alətləri zolağı:

4. Fiqurları birləşdirin. Bunu necə etdiniz?

5. Fiqurları bayrağın müvafiq rəngləri ilə boyayın. Bunun üçün hər bir

düzbucaqlını seçdirin və düyməsindən istifadə edin. Açılan rəngqutusundan lazım olan rəngi seçin.

6. Aypara və səkkizguşəli ulduzu çəkmək üçün avtofiqurlardan is -tifadə edin:

7. Ayparanı və ulduzu bayrağın üzərində düzgün yerləşdirin.

8. Ölçüləri dəyişdirin. Bunun üçün seçdirilmiş fiqurun künclə -rində olan tutacaqlardan istifadə edin.

9. Sənədi kompyuterin yaddaşında Bayraq adı ilə saxlayın. Bununüçün nə etməlisiniz?

10. Sənədi çapa verin. Bunu necə etmək olar?

Nəticəni müzakirə edək:

– Bu şəklin qrafik redaktorda çəkilməsi ilə mətn redaktorunda çə -kil mə si nin hansı oxşar və fərqli cəhətləri var?

58

Page 59: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Rəsm alətləri zolağında həndəsi fiqurlarıçəkmək üçün çoxlu düymə var. Həmin düy -mələrdən istifadə etməklə maraqlı rəsmlərhazırlamaq olur.

Unutmayın ki, ancaq seçdirilmiş fiqur la -rın yerini dəyişmək, silmək, ölçülərini də -yişmək, çoxaltmaq olar. Fiqurun seç dirilmiş olmasını onun ətra -fındakı tutacaqlar gös tərir.

Mətn redaktorunun rəsm alətlərindən istifadə etməklə belə bir sənədhazırlayın.

1. Mətn redaktorunda istənilən şəkli çəkmək olarmı?2. Qrafik redaktorda Seçdirmə alətinin funksiyalarını yada salın.

Mətn redaktorunda çəkilmiş şəklin hissələrini böyütmək olarmı? 3. Fiquru necə seçdirmək olar?4. Tutacaq nədir və ondan nə zaman istifadə edilir?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

Tutacaq

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

Düzbucaqlı Romb OxDəyirmidüzbucaqlı

Alqoritmləri təsvir etmək üçün aşağıdakı həndəsi fiqurlardanistifadə olunur:

TƏTBİQİ PROQRAMLAR•

· Rəsm alətləri zolağı· Fiqurun seçdirilməsi· Fiqurun yerdəyişməsi· Avtofiqur

SÖZLÜK

59

Page 60: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

60

1. Bu mühakimələrdən hansı doğru deyil? – Proqram pəncərəsini açmaq üçün iş masasında müvafiq simgəni

qoşa çıqqıldat maq lazımdır.– Kompyuterdə olan bütün proqramların simgələri iş masasında var.– Simgəni seçdirmək üçün siçanın göstəricisini onun üzərinə

gətirmək lazımdır.– Proqram pəncərəsini File menyusundan qapatmaq olar.

2. və alətlərindən nə üçün istifadə olunur?

3. 1-ci şəkildən 2-ci şəkli almaq üçün qrafik redaktorda hansı əməliy -yat lar aparılıb?

4. Bu şəkli qrafik redaktorda necə çəkmək olar?

5. Mətn redaktorunda kursordan soldakı simvolu silmək üçün hansıklavişdən istifadə olunur?

6. Mətni kompyuterin yaddaşında saxlamaq üçün hansı menyukomandasından istifadə olunur?

A) FileNew B) FileOpen C) FileSave as D) FileExit

7. Bu şəkillərdən hansını mətn redaktorunda hazırlamaq olmur?

Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K

Page 61: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Əyləncəli məsələlərƏl tərəzisində bir dəfə çəkməklə üç puldan sax -ta olanı necə tapmaq olar? 4 və 3 litrlik ba lon -lar vasitəsilə 2 litr suyu necə almaq olar?

Proqram nədirProqram və alqoritmi nə birləşdirir? Proqram -laş dırma dili nədir? ALPLogo proqram mühitinə dir?

Alqoritmi necə təqdim etmək olar Alqoritmi necə təsvir etmək lazımdır ki, icraedən üçün aydın olsun? Alqoritmlərin hansınöv ləri var?

AlqoritmAlqoritm nədir? İstənilən hərəkətlər ardıcıl lı ğı -na alqoritm demək olarmı? Alqoritmin addımınədir?

Alqoritm vä proqram

Bağa işə başlayırBağa necə hərəkət edir? Bağa üçün sadə proq ram -lar necə yazılır?

Bağa sadə fiqurlar çəkirSadə fiqurlar çəkmək üçün Bağaya hansı ko -man daları vermək lazımdır?

Page 62: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.1. ALQORİTM

Siz hər gün müxtəlif hərəkətlər planı qurur, müəyyən gös tə riş lə riyerinə yetirirsiniz. Məsələn, riyaziyyat dərsində dəftərə mə sə lə -nin həlli yolunu yazır, yemək bişirmək üçün hazır reseptlərdən is -ti fadə edirsiniz.

Şəkildə uşaqlar nə edir? Onların hərəkətlərinin ardıcıllığınınəhəmiyyəti varmı? Sxemə baxmasalar, onlar quş yuvasını düzgünyığa bilərlərmi? Bu sxemdən başqaları da istifadə edə bilərmi?

Görüləcək işin planını necə qurmaq olar?

Tapşırıq. Paint proqramında aşağıdakı şəkil çəkilib. Onun çə kil -mə ardıcıllığını yazın.

Nəticəni müzakirə edək:

– Şəklin çəkilməsində hansı alətlərdən istifadə edilib?– Yazdığınız planda neçə addım alındı? – Sizin yazdığınız göstərişlərdən yoldaşınız istifadə etməklə eyni

şəkli ala bilərmi?

F Ə A L İ Y Y Ə T

62

Page 63: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

ALQORİTM VƏ PROQRAM

Hər gün məktəbdə, evdə, küçədə müx -təlif məsələlər həll edirsiniz. Həmin mə sə -lə lərin həlli, adətən, bir neçə ardıcıl ad -dım dan ibarət olur.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən sonlusayda hə rəkətlər ardıcıllığına alqoritm deyilir. Alqoritmdə hər birbit kin hə rəkət addım, yaxud alqoritmin addımı adlanır.

İstənilən hərəkətlər ardıcıllığına alqoritm demək olmaz. Hərə -kətlər ardıcıllığının alqoritm adlandırılması üçün hər bir hərəkətdəqiq və konkret olmalı, onların sayı isə sonlu olmalıdır.

Düzbucaqlının perimetrini hesablamaq üçün aşağıdakı hərə kət -lər ardıcıllığını yerinə yetirmək lazımdır:

1. Düzbucaqlının tərəflərinin uzunluğunu (a və b) müəyyənetmək.

2. Birinci tərəfi ikiyə vurmaq: 2 • a3. İkinci tərəfi ikiyə vurmaq: 2 • b4. 2 və 3-cü addımların nəticəsini

toplamaq: P = 2 • a + 2 • b a

bP = 2 • a + 2 • b

N Ü M U N Ə

· Hərəkətlər ardıcıllığı· Alqoritm· Alqoritmin addımı

S Ö Z L Ü K

“Alqoritm” termini Orta Asiyada yaşa -mış Məhəmməd ibn Musa əl-Xarəz -minin (təxminən 783-850) adı ilə bağ lı -dır. Onun XII əsrdə Avropada latın dilinətərcümə olunmuş “Əl-cəbr və’l əl-muqa -ba la” əsə rinə tərcüməçi “Al goritmi denu mero Indorum” (“Əl-Xa rəzmi hindhesabı haq qında”) adını vermişdi. Əl-Xa -rəz minin bu əsərində ilk dəfə olaraq ərəbrəqəm lərinin yazılışı və onlar üzə rində“alt-alta” əməliyyatın aparıl ma sı qay dasışərh olunub.İlk çağlarda “alqoritm” dedikdə dörd hesab əməli – top lama, çıxma,vurma və bölmə başa düşülürdü. Lakin son ralar bu anlayış, qoyulmuşməsələnin həllinə aparıb çıxa ran sonlu sayda hərəkətlər ardıcıllığını daifadə etməyə baş ladı.

B U , M A R A Q L I D I R

63

Page 64: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Dərsliyinizin əvvəlki səhifələrində hansı alqoritmlərə rast gəl mi si niz?Bu alqoritmlərin icrası kim üçün nəzərdə tutulub? Riyaziyyat, Azərbaycan dili, texnologiya, təsviri incəsənət dərs lərin dəhansı alqoritmləri öyrənmisiniz? Onların adlarını yada salın. Daha çoxxoşunuza gələn birini isə addımlarla yazın.

1. Alqoritm nədir?2. Belə bir alqoritm verilmişdir:

1. 134-dən 45 çıxın.2. Alınmış nəticəni 4-ə vurun.3. Alınmış nəticəni 2-yə bölün.4. Alınmış nəticəni bir vahid artırın.Bu alqoritmin riyazi ifadəsi hansıdır?

A) 134 – 45 • 4 : 2 + 1 B) (134 – 45) • (4 : 2 + 1)C) (134 – 45) • 4 : 2 + 1 D) 134 – 45 • 4 : 2 – 1

3. Şagird belə bir alqoritmi Paint proqramında icra etdi: 1. Düzbucaqlı alətini seç.2. Qırmızı rəngi seç.3. Fiqur çək.4. İçini sarı rənglə boya.5. Ellips alətini seç.6. Göy rəngi seç.7. Göstəricini əvvəlki çəkilmiş fiqurun ortasına gətir.8. Fiquru çək.Nəticədə hansı şəkil alına bilər?

A) B) C) D)

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

64

Page 65: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.2. ALQORİTMİ NECƏ TƏQDİM ETMƏK OLAR 65ALQORİTM VƏ PROQRAM•

Alqoritmi hansı formada göstərmək daha yaxşı dır?

Tapşırıq. Verilmiş məsələnin həll alqoritmini müxtəlif üsullarlayazın. 6 litrlik balon su ilə doludur. 3 və 4 litrlik boş balon lar -dan istifadə etməklə 5 litr suyu necə almaq olar?

Nəticəni müzakirə edək:

– Məsələnin həllini sözlərlə necə söyləmək olar?

– Həll addımlarını balonların şəkilləri ilə göstərmək olarmı?

– Həlli cədvəl, yaxud sxem şəklində necə göstərmək olar?

3 l4 l

F Ə A L İ Y Y Ə T

Şəkildə nə təsvir olunub? Nə üçün şəkillər nömrələnib? Ağac əkmək qaydasını başqa cür necə göstərmək olar?

Alqoritmləri təqdim etmək üçün müxtəlif formalardan isti fadəolu nur. Ötən dərslərdə bir neçə alqo ritmlə ta nış olmusunuz. Bualqo ritm lərin hamısı sözlə təqdim edilmişdir.

Page 66: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Alqoritmin başlanğıcı və ya sonu

Verilənlərin daxil olunması və ya nəticənin əksetdirilməsi

Şərtin yoxlanması

Hərəkət (əməl) bloku

Keçid xətləri

Ancaq sözlə verilmə üsulu hə -mişə əlverişli olmur. Alqoritmitəsvir etmək üçün qrafik üsul -lardan – şəkil, sxem və cəd vəl -lərdən daha çox istifadə olunur.Alqoritm lərin qrafik təsvirinəoyun caqların, eləcə də başqa əş ya -ların yığılması üçün təlimatlardarast gəlmək mümkündür. Yarım -

fabrikat yeməklərin hazırlanma qaydaları çox vaxt şəkillərləverilir. Məlu matın hansı dildə yazılmasından asılı olmayaraqşəkillərlə təsvir olunmuş alqoritmlər daha anlaşıqlı olur.

Qrafik yazılış formasının ən çox istifadə olunan növüblok-sxemdir. Bu formadan, əsasən, proqramlaşdırmada istifadəedi lir. Burada alqoritmin addımları həndəsi fiqurlar şəklində ve -rilir, on ların ardıcıllığını göstərmək üçünsə keçid xətlərindən isti -fadə olu nur.

•Alqoritmin təqdimolunma forması•Blok-sxem•Cədvəl •Alqoritmin növü•Xətti alqoritm •Budaqlanan alqoritm•Dövri alqoritm

S Ö Z L Ü K

66

Page 67: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

67

Alqoritmin addımları müəyyənqaydada bir-biri nin ardınca yazı -lır. Ancaq on ların ya zıl dıq la rıardıcıl lıqla yerinə ye tirilməsi vacibdeyil. Ad dımların yerinə ye ti ril məardıcıllığına görə al qo ritmləri üçnövə ayır maq olar.

Xətti alqoritmlərdə ad dımlaryazıldığı ar dıcıllıqla yerinə yeti rilir. Elə alqoritm lər də var ki,növ bəti ad dımda şərtdən asılı ola raq iki variant dan biri seçilir.Belə al qo ritmlər budaq lanan alqoritmlər adlanır.

Bəzən alqoritmləri cədvəl şəklində göstərmək daha əlverişlisayılır.

Sinif otağınızdan məktəb kitabxanasına necə getmək olar? Gös -tərişləri müxtəlif formalarda təqdim edin. Alqoritmin hansı təq -dim olunma for ması daha rahatdır?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

N Ü M U N Ə

ALQORİTM VƏ PROQRAM•

Başlanğıc

Yataqdan qalxmaq

Əl-üzü yumaq

Geyinmək

Səhər yeməyi yemək

Məktəbə getmək

Son

Başlanğıc

Səkiyə yaxınlaş

Yaşıl işıq yanırmı?

Son

Yolu keç Dayan

hə yox

Xətti alqoritmlər

Budaqlanan alqoritmlər

Dövri alqoritmlər

Alqoritmin növləri

Xətti alqoritm Budaqlanan alqoritm

Page 68: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Bu alqoritmdən aydın görünür ki, 3 kotleti 6 dəqiqəyə qızartmaq olar.

1. Alqoritmlərin hansı təqdimolunma formalarını tanıyırsınız?

2. Alqoritmin şəkillərlə göstərilməsinin nə kimi üstünlükləri var?

3. Blok-sxemdə hansı qrafik elementlərdən istifadə olunur?

4. Addımlarının yerinə yetirilmə ardıcıllığına görə alqoritmlərinhansı növləri var?

5. Xətti alqoritm nədir?

6. Azərbaycan dili dərslərində inşa yazının planını qurarkən hansıformadan istifadə edirsiniz?

A) sxem B) cədvəl C) sözlə təsvir

7. Təsviri incəsənət dərslərində obyekti çəkmək alqoritmi necəgöstərilir?

A) cədvəllə B) blok-sxemlə C) şəkillə

Ana nahara kotlet qızardır. Kotletin birüzü 2 dəqiqəyə qızarır. Tavaya cəmi2 kotlet yerləşir. Ana 3 kotleti ən azıneçə dəqiqəyə qı zarda bilər? Kotletləri nömrələsək, onda alqoritmibelə göstərmək olar:

N Ü M U N Ə

Addım Tavaya qoymaq Qızartma vaxtı Hazır olan kotletinnömrəsi

hansı kotleti hansı üzünü

11 1-ci üzü

2 dəq2 1-ci üzü

21 2-ci üzü

2 dəq1

3 1-ci üzü

32 2-ci üzü

2 dəq2

3 2-ci üzü 3

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

68

Page 69: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.3. ƏYLƏNCƏLİ MƏSƏLƏLƏR

Bu şəkillər sizə 4-cü sinif dərsliyinizdən tanışdır. Onlar hansıməsələlərə aiddir, bu məsələlərin şərtləri necə idi? Bu məsələlərinecə həll etmək olar? Onların həll alqoritmlərini hansı şəkildəgöstərmək daha yaxşıdır?

ALQORİTM VƏ PROQRAM 69•

Məsələnin alqoritmini necə yazmaq olar?

Tapşırıq. Aşağıdakı məsələnin həll alqoritmini yazın.

Siçan damalı vərəqin qırmızı xanasındadır. Vərəqin müxtəlifxanalarında buğda dənələri var. Siçana elə komandalar verməklazımdır ki, o, bütün buğdaları yeyə bilsin. Eynixanadan iki dəfə keçmək olmaz.

Siçan aşağıdakı komandaları icra edə bilir:→n – n xana sağa

↑n – n xana yuxarı

←n – n xana sola

↓n – n xana aşağı

– buğdanı ye

Nəticəni müzakirə edək:

– Siçan üçün neçə yol göstərmək olar?

– Hansı yol daha qısadır?

– Alqoritmi hansı şəkildə yazmaq daha əlverişlidir?

– Bu alqoritmi sözlərlə yazmaq olardımı?

– Yazılmış alqoritmin icraçısı kimdir?

F Ə A L İ Y Y Ə T

Page 70: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Məsələ. 8 litrlik və 3 litrlik balonlar vasitəsilə 7 litr suyu necə yığ -maq olar? Bu məsələnin həll alqoritmini cədvəllə göstərin.

Bu məsələnin həll alqoritmini əvvəlcə sözlə ifadə edək:

1) 8 litrlik qabı su ilə doldurmaq.

2) 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.

3) 3 litrlik qabdakı suyu yerə boşaltmaq.

4) 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.

5) 3 litrlik qabdakı suyu yerə boşaltmaq.

6) 8 litrlik qabda qalan 2 litr suyu 3 litrlik qaba boşaltmaq (indi3 litrlik qabı doldurmaq üçün 1 litr su lazımdır).

7) 8 litrlik qabı su ilə doldurmaq.

8) 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.

İndi 8 litrlik qabda düz 7 litr su qalacaq.

Sözlə ifadə edilmiş bu alqoritmi cədvəl şəklində aşağıdakı kimigöstərmək olar.

AddımlarSu qabları

8 litrlik 3 litrlik

Başlanğıc 0 0

1 8 0

2 5 3

3 5 0

4 2 3

5 2 0

6 0 2

7 8 2

8 7 3

3 l8 l

70

N Ü M U N Ə

Page 71: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

ALQORİTM VƏ PROQRAM 71•

N Ü M U N Ə

Tərəzinin hər gözünə bir pul qoy

Son

Başlanğıc

Saxta pulyerdə

qalandır

Saxta pulyüngülgələn

gözdədir

hə yox

Həlli

Məsələ. 3 dəmir puldan bi risax ta dır və onun çə kisi yün -gül dür. Çəki daş ları ol mayan əl tərə -zisin də 1 də fə çək məklə sax -ta pulu necə müəy yənləşdir -mək olar?

Məsələ. 9 dəmir pul dan biri saxta dırvə onun çə kisi yüngüldür. Çəki daş larıolmayan əl tərəzi sin də 2 də fə çəkməkləsax ta pulu necə mü əy yənləşdir məkolar?

Başlanğıc

Tərəzinin hər gözünə bir pul qoy

Son

Tərəzinin hər gözünə 3 pul qoy

Saxta pul yerdəqalandır

Saxta pul yüngülgələn gözdədir

hə yox

Yerdəki 3 pulu götür,qalan 6 pulu kənara

qoy

Tərəzinin yüngülgələn gözündəki

3 pulu saxla, qalan6 pulu kənara qoy

Tərəziningözləri tarazlıq -

dadırmı?

hə yox

Həlli

Tərəziningözləri

tarazlıqda -dırmı? Tərəzinin

gözləritarazlıqdadırmı?

Page 72: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Məsələ 1. 27 dəmir puldan biri saxtadır və onun çəkisi yüngüldür.Çəki daşları olmayan əl tərəzisində 3 dəfə çəkməklə saxta pulu necəmüəy yənləşdirmək olar?

Məsələ 2. 4 litrlik və 3 litrlik balonlardan istifadə etməklə krandan2 litr suyu necə götürmək olar?

Fəaliyyət tapşırığında verilmiş məsələni aşağıdakı hal üçün həll edin.Qalın xətlər siçanın keçə bilmədiyi divarları göstərir.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

3 l4 l

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

72

Page 73: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.4. PROQRAM NƏDİR

Yəqin ki, çoxunuz uşaqlıqda pultla idarə olunan avtomobillə oy na -mısınız. Pultdakı düymələri basmaqla oyuncağı irəli, geri, sa ğa,sola hərəkət etdirmək olur. Müəyyən komandalar yığınını ye rinəyetirə bilən obyektə icraçı deyəcəyik. İcraçının yerinə yetirə bil di -yi komandaları isə icraçının komandalar sistemi adlan dıra cağıq.

Pultla idarə olunan avtomobilin komandalar sistemi necə olabilər? Sizə oyuncaq helikopteri idarə etmək üçün hansı əlavə ko man -dalar lazımdır?

ALQORİTM VƏ PROQRAM 73•

Damalı vərəq üzərində xətt və ya fiqur çəkmək üçün Cizgiçiyəhansı komandaları vermək olar?

Tapşırıq. Siz 4-cü sinifdə Cizgiçi ilə tanış olmusunuz. Cizgiçi da -malı vərəqin sol yuxarı küncündə dayanıb. Elə ko man -dalar verin ki, o, damalı vərəqdə monitor şəkli çəksin.

Nəticəni müzakirə edək:

– Cizgiçinin hərəkət etməsi üçün hansı komandaları ver di niz?– Cizgiçi hansı komandadan sonra keçdiyi yerdə iz qoyur?– Verilmiş məsələnin həll alqoritmi neçə addımdan ibarət

oldu?

F Ə A L İ Y Y Ə T

Page 74: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Kompyuterin özü də bir icraçıdır.İnsanın düzəltdiyi başqa icraçılardanfərqli olaraq onun komandalar siste miçox genişdir. Kompyuterə verilən ko -mandalar toplusuna proq ram deyi lir.Başqa sözlə, hər hansı işi görmək üçünalqoritm kompyuterə proqram şək -

lində verilir. Beləliklə, söz, cədvəl, şəkil, sxem for maları ilə yanaşı,proqram da alqoritmin təqdimolunma forma la rın dan biridir.

Bəs proqramı hansı “dildə” vermək lazımdır ki, kompyuter onuba şa düşsün? Bunun üçün xüsusi dillər – proqramlaşdırma dillə rivar. LOGO proqram laş dırma dili də belə dillərdənbiridir. Bu dil də işləmək elə oyuncaq maşını idarəetməyə bən zə yir.

LOGO dilini ALPLogo mühitində öy rə nəcəyik.ALPLogo-da komandaları Bağa icra edəcək. Bağaonun üçün ayrılmış iş sahəsində hərəkət edir. O, si zinkomandanızla qələmini endirib-qaldırmaqla iş sa hə -sinin istədiyiniz yerində cizgilər çəkə, yazı ya za bi lir.

ALPLogo proqramlaşdırma mühitinin baş pəncərəsində iki xü su - si hissə var: proqram sahəsi (Kod bölümü) və iş sahəsi (Qrafikabölümü). Proqram sahəsi, əslində, sadə mətn redaktorudur.

74

· İcraçı· İcraçının komandalar sistemi· Proqram · Proqramlaşdırma dili · LOGO dili

S Ö Z L Ü K

Page 75: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Ba ğa nın yerinə yetirəcəyi komandalar burada yazılır. Sağtərəfdəki iş sa həsi isə Bağanın “ərazisidir”. Bağanın vəzifəsiproqram sa hə sin də yazılmış proqramı iş sa hə sində icra etməkdir.Siz alətlər zo la ğın da kı Çalışdır düyməsini ba san kimi o,proqramın icrasına baş la yır.

Hər bir icraçı kimi Bağanın da öz komandalar sistemi var. Onudüz istiqamətdə hərəkət etdirmək üçün irəli və geri komandalarınə zərdə tutulub:

irəli <addımların sayı> geri <addımların sayı> Bağa sağa və sola istənilən bucaq qədər dönə bilər. Uyğun

komandalar belədir:sağa <dərəcə> sola <dərəcə>

İcraçının gəzdiyi iş sahəsinin ölçülərini öyrənin. Bunun üçün: 1. ALPLogo proqramını başladın. 2. irəli və geri komandaları vasitəsilə Bağanı irəli və geri hərəkət

etdirin.3. sağa 90 komandasını ardıcıl olaraq bir neçə dəfə yazın və düy -

məsini çıqqıldadın. Bağa necə hərəkət edir?4. sağa 90, sola 90, irəli və geri komandalarının köməyi ilə iş

sahəsinin ölçülərini müəyyən edin.

1. Alqoritmin icraçısı dedikdə nə nəzərdə tutulur? Aşağı sinifdəhansı icraçılarla tanış olmusunuz?

2. Proqram nədir?3. Proqramı alqoritmin təqdimolunma formalarından hesab etmək

olarmı?4. ALPLogo proqramlaşdırma mühitində icraçı nədir?

10 addım irəli getməsi üçünBağaya belə komanda verməklazımdır: irəli 10

45 dərəcə sağa dönməsi üçünBağaya verilən komanda beləolur: sağa 45

N Ü M U N Ə

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

ALQORİTM VƏ PROQRAM 75•

Page 76: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.5. BAĞA İŞƏ BAŞLAYIR

Bağa yalnız düz xətt üzrə hərəkət edir. Buna baxmayaraq, o, əyrixət lər də çəkə bilər.

Sizcə, Bağa əyri xətləri necə çəkir?

ALPLogo proqramlaşdırma mühitində sadə xətləri necə çəkmək olar?

Tapşırıq. Alqoritmi yerinə yetirin.1. ALPLogo proqramını başladın.2. sil

ilkinvəziyyət

irəli 30

komandalarını yazıb düyməsini çıqqıldadın. Bağa hansı hə -rə kəti etdi?

3. Aşağıdakı komandaları ardıcıl yazın. Sonra düyməsiniçıqqıldadın və nə baş verdiyini qeyd edin.

qələmiendir irəli 100

4. Aşağıdakı komandaları ardıcıl yazın və düyməsini çıqqıl -dadın. sağa 90 irəli 50

Alınmış xətti vərəqdə çəkin.

Nəticəni müzakirə edək:

– Şaquli xətt çəkmək üçün hansı komandaları yazdınız?– Bağaya üfüqi xətt çəkmək üçün hansı komandanı ver -

diniz?– Bağanı döndərmək üçün hansı komandadan istifadə etdi-

niz?

F Ə A L İ Y Y Ə T

76

Page 77: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Bağanın ilkin komandaları çox sadədir: irəli, geri, sağa, sola.Bu komandalardan xətlər,  fiqurlar çəkmək üçün də istifadə et -mək olar. Bunun üçün qələmiendir və qələmiqaldır ko man da larınəzərdə tutulub; qələmiendir komandasından sonra hərəkətzamanı Bağa iz qoyur. Yenidən izsiz hərəkət etməsi üçün onaqələmiqaldır komandası verilməlidir.

Başlanğıc halda Bağanın qələmi qalxmış vəziyyətdə olur vəyönü yuxarıyadır. Proqramın istənilən yerindən Bağanı ilkinvəziyyətə qaytarmaq üçün ilkinvəziyyət komandası nəzərdətutulub. Bağa ilkin vəziyyətə qayıtdıqda onun iş sahəsindən əvvəlçəkdiyi şəkil yerində qalır. İş sahəsini təmizləmək lazım gələrsə,bu halda sil komandasından istifadə etmək olar. Bağanın ad -dımları çox ki çikdir – ekrandakı iki qonşu nöqtə arasındakıməsafəyə bə ra bər dir. Ona görə irəli 1 koman dasının nəticəsigözlə hiss olunmaya da bilər.

Əgər iş sahəsində sınıq xətt çəkmək lazımdırsa, Bağanın isti -qamətini dəyişmək lazım gələcək. Onun üçün sağa və ya sola ko -mandalarından istifadə edilir.

Bucağın nə olduğunu, yəqin ki, bilirsiniz. Bağanın dönmə bu -cağı 0-dan 360 dərəcəyə kimi ola bilər.

sağa 90 sağa 45 sola 60

Aşağıdakı proqramı yazıb ALPLogo proqramında icra etsək, belə birsınıq xətt alınar.

qələmiendirirəli 50sağa 90irəli 100sağa 90irəli 50

N Ü M U N Ə

ALQORİTM VƏ PROQRAM 77•

Page 78: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Verilmiş fiquru çəkmək üçün Bağaya hansı komandalar verilməli dir?

2. Aşağıdakı komandaların icrası nəticəsində Bağa hansı fiquru çəkə cək?

3. Bağa sağa 90, yaxud sola 90 komandası vasitəsilə aşağıdakı rə qəm -lərin hansılarını çəkə bilər?

Bağaya belə bir proqram verin.Proqramda dönmə bucaqlarını (sağa 80)əvvəl 40, sonra 20-yə də yiş mək lə alınmışxətləri mü qa yisə edin. Bucaq kiçildikcənə dəyişir?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

qələmiendirirəli 50sağa 80irəli 50sağa 80irəli 50sağa 80irəli 50sağa 80

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

qələmiendirsağa 90irəli 50sağa 90irəli 50sağa 140irəli 70

qələmiendirsağa 90irəli 50sola 90irəli 50sağa 140irəli 70

qələmiendirsağa 90irəli 50sola 90irəli 50sağa 40irəli 70

A) B) C)

qələmiendirirəli 50sağa 90qələmiqaldırirəli 20qələmiendirirəli 40

A) B) C)

78

Page 79: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

4.6. BAĞA SADƏ FİQURLAR ÇƏKİR

Siz qrafik və mətn redaktorlarında sadə həndəsi fiqurları çək məyiöyrənmisiniz.

Bağa bu fiqurları çəkə bilərmi?

ALQORİTM VƏ PROQRAM 79•

ALPLogo proqramlaşdırma mühitində sadə fiqurları necə çək məkolar?

Tapşırıq. Alqoritmi yerinə yetirin və sualların cavablarını vərəqdəqeyd edin.

1. ALPLogo proqramını başladın.

2. Aşağıdakı komandaları ardıcıl yazın. Sonra düyməsiniçıqqıldadın. İcraçı hansı işi gördü?

sililkinvəziyyətqələmiendirirəli 100sola 90

3. Proqrama aşağıdakı komandaları əlavə edib yenidən düy -məsini çıqqıldadın.

irəli 100sola 90irəli 100sola 90irəli 100

Nəticəni müzakirə edək:

– Bağa hansı fiquru çəkdi?

– Neçə dəfə irəli və neçə dəfə sola komandası icra edildi?

– Əgər bütün sola komandalarının əvəzinə sağa koman -dasını yazsaydınız, nəticədə hansı fiqur alınardı?

– Bağa nə qədər yol getdi?

F Ə A L İ Y Y Ə T

Page 80: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

80

ALPLogo proqramlaşdırma mühitində sizə tanış olan müxtəlifhəndəsi fiqurlar çəkmək olar.

Bağa fiqurları müxtəlif rənglərlə də çəkə bilər. Bunun üçünçəkməyə başlamazdan öncə qələminrəngi komandası verilir vəlazım olan rəngin nömrəsi göstərilir. Proqrama rəng seçimikomandasını artıran zaman ekranın aşağı hissəsində yerləşən vəüzə rin də nömrələr yazılmış palitradan istifadə etmək olar. Bağacəmisi 16 rəng tanıyır (qara rəngin nömrəsi 0-a bərabərdir).

1. Uyğun komandalardan istifadə edib iki paralel düz xətt parçasınıçəkək. Bunun üçün proqram hissəsində aşağıdakı komandalarıyazıb Çalışdır düyməsini çıqqıldatmaq lazımdır.

2. Bərabərtərəfli üçbucaq çəkmək üçün Bağa bir tərəfi çəkib 120°dönməlidir. Aşağıdakı proqramın icrasından sonra tərəfi 100olan bərabərtərəfli üçbucaq çə ki lə cək.

90° 120°

120°

N Ü M U N Ə

qələmiendirsağa 90irəli 200qələmiqaldırsağa 90irəli 30sağa 90qələmiendir irəli 200

qələmiendirsağa 90irəli 100sola 120irəli 100sola 120irəli 100

Page 81: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Verilmiş proqramı icra etdikdənson ra Bağa iş sahəsində belə xəttçəkəcək:

Qələmin qalınlığını idarə etmək üçün qələmineni komandasınəzərdə tutulub:

qələmineni <qalınlıq>Burada <qalınlıq> yalnız 0-dan böyük qiymətlər ala bilər.

Qalınlıq 1 olduqda ən nazik xətt çəkilir.

ALQORİTM VƏ PROQRAM 81•

N Ü M U N Ə

qələmiendirsağa 90qələminrəngi 1irəli 50qələminrəngi 4irəli 50qələminrəngi 2irəli 50

qələmiendirqələminrəngi 4qələmineni 2irəli 50sağa 45qələmineni 3irəli 100sağa 90qələmineni 4irəli 100sola 45qələmineni 5irəli 100

Bağa iş sahəsində qələmiqaldır komandasından istifadə etmədənaşağıdakı şəkilləri çəkmişdir. Öyrəndiyiniz komandalardan istifadəetməklə bunu necə etməyi araşdırın.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

N Ü M U N Ə

Page 82: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Aşağıdakı komandaların icrasından sonra Bağa öz ilkin möv qe yin -dən hansı məsafədə olacaq?

irəli 30geri 80irəli 100geri 60

2. Aşağıdakı komandaların icrasından sonra icraçının çəkdiyiparçanın uzunluğu neçə addım olacaq?

qələmiendirirəli 50irəli 10geri 40geri 60irəli 105

3. Bu proqramın icrasından sonra iş sahəsində hansı fiqur çəkiləcək?

irəli 60geri 30sağa 90irəli 60

4. Proqram icra olunduqdan sonra çəkiləcək fiquru göstərin.

A) B) C)qələmiendirqələminrəngi 0irəli 50sağa 90qələmineni 5qələminrəngi 2irəli 50

Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K

82

Page 83: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Dünya hörümçək toruVeb-saytla veb-səhifənin hansı fərqi var? İnter -netdə veb-səhifələrə necə baxmaq olar? “Dünyahörümçək toru” nədir?

İnternetdə informasiyanın axtarışı İnternetdə istədiyiniz informasiyanı necə tap -maq olar? Axtarış sistemi nədir? Hansı məşhur axtarış sistemləri var?

İnternet İnternet barədə nə bilirsiniz? Kompyuteriİnternetə bağlamaq üçün hansı qurğulazımdır?

İnformasiya resursları “Resurs” termini nəyi bildirir? İnformasiyaresursu nədir?

iNTERNET

Page 84: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

5.1. İNFORMASİYA RESURSLARI

Hər biriniz kitabxanada, muzeydə olmusunuz. Kitabxana və arxivlər, mu zey və sərgi salonları nə üçün

yaradılır? Ki tablar ol masaydı, nə baş verərdi?

Ətrafınızdakı informasiyaları necə qruplaşdırmaq olar?

Tapşırıq. İnformasiyaları fənlər üzrə qrup laşdırın və cədvəli dol -durun.

Nəticəni müzakirə edək:– Eyni zamanda iki sütuna aid olan informasiya varmı? – Bu informasiyaları başqa cür necə qruplaşdırmaq olar? – Bu qruplara daha hansı informasiyaları aid etmək olar?

Azərbaycan dili Riyaziyyat İnformatika

Vurma cədvəliKompyuterlərin təsnifatıKoordinat şəbəkəsiAhəng qanunuAlqoritmlərin növləriDüzbucaqlının perimetri

Tənliyin tərifiNitq hissələriDüzbucaqlının sahəsiNatural ədədin mərtəbələriSimmetriyaSinonim sözlər

F Ə A L İ Y Y Ə T

84

Page 85: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İNTERNET

İnsanların müxtəlif ehtiyacları var. Bu ehtiyacların ödənmə sinəxidmət edən hər şey: yemək, enerji, əmək alətləri, faydalı qazın -tılar, informasiya və s. resurs adlanır.

“Resurs” fransız sözü olub “yardımçı vasitə” deməkdir.

Resursları iki qrupa ayırırlar: maddi və qeyri-maddi resurslar.Maddi resurslar hər hansı maddədən olub, for ma ya, rəngə, qo -xuya malik ola bilər. Qeyri-maddi resurslar isə belə xassələrəmalik olmur. Onların əsas hissəsini bəşəriyyətin topladığı bilik vəmədəniyyət təşkil edir.

Ən vacib qeyri-maddi resurslardan biri informasiya resurs ları -dır. İnformasiya resursları insanların yaratdıqları və maddidaşıyıcılarda saxlanılan biliklərdir.

İnformasiya resursu bir şəxsə və ya qu -ru ma, şəhərə və ya böl gəyə aid ola bilər.Mə sələn, bütün dün yadan toplanan infor-masiya dünya informasiya resursu hesabolu nur. Başqa sözlə, dünya informasiyare sursları dedik də ayrı-ayrı dövlətlərin in -for masiya resur s la rının toplusu nəzərdətu tulur.

İnformasiya resurslarını müxtəlif cür – təqdimolunma for -masına, istifadə məhdudiyyətinə, daşıyıcılarına, mövzulara görəqruplaşdırmaq olar.

Təqdimolunma formasına görə mətn, qrafik, səs və s. in for -ma siya resurslarını fərqləndirirlər.

Resursların növləri

Qeyri-maddi resurslarMaddi resurslar

Hər dəfə qəzet, yaxud jurnal aldıqda siz informasiya resursu əldəedirsiniz. Əgər orada beynəlxalq aləmdən informasiya dərc olunubsa,

həmin resursu dünya informasiya resursu hesab etmək olar.

N Ü M U N Ə

85•

· Resurs· Maddi resurslar· Qeyri-maddi resurslar· İnformasiya resursları· Dünya informasiya

resursu

S Ö Z L Ü K

Page 86: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Daşıyıcılarına görə informasiya resurslarını kağızda, disk lər -də, maqnit lentlərində, kompyuterin yaddaşında saxlanılan re -surslara ayırmaq olar.

İstifadəsinə qoyulan məhdudiyyətlərə görə informasiya re -surslarını fərdi məlumatlar, kommersiya sirri, yaxud dövlət sirrikimi kateqoriyalara ayırmaq olar.

İnformasiya resurslarını mövzular u..zrə də qruplaşdırmaq olar:təhsil resursları, qanunlar, statistik resurslar və s.

Son vaxtlar informasiya resurslarının əksəriyyəti elektrondaşı yıcılarda, İnternetdə yerləşdirilir. İnternetin köməyi ilə hərkəs istənilən mövzuda informasiyanı çox asanca əldə edə bilər.

Resurslar tükənən və tükənməyən olur. Məsələn, neft, təbii qaz,kömür, minerallar və başqa faydalı qazıntılar gec-tez qurtaracaq. Beləresursları bərpa etmək mümkün deyil. Tükənməyən resurslar isə zamankeçdikcə azalmır. Günəş enerjisi, külək, dalğalar, okeanlarda qabarmavə çəkilmələr belə resurslardandır.

Ölkəmizdə hansı tükənən təbii resurslar var? Sizcə, onların tükənmə -si nin qarşısını almaq olarmı?

1. “Resurs” termini nəyi bildirir? Nümunələr göstərin.2. İnformasiya resursu nədir?3. Dünya informasiya resurslarına nələri aid etmək olar?4. Hansı informasiyalar sizin məktəb informasiya resurslarınızı təş -

kil edir?

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

86

Page 87: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Kompyuterdə saxlanılan hər növ informasiya: şəkillər, mətnlər,mu siqilər, videolar informasiya resur su dur. Kom pyu terin hər birqurğusu: disk qur ğu ları, printer, skaner və başqa qur ğu lar maddiresursdur.

Bir kompyu ter də olan resurslardan baş qa bir kom pyuterdəistifadə edilməsi üçün onlar arasında əlaqə yaradılır. Ara larında

5.2. İNTERNET

Hər biriniz, yəqin ki, İnternet haq qın da eşitmisiniz. Ola bilsin, ço -xu nuz artıq İnternetdə nəyəsə baxmısınız, yaxud kiminləsəünsiyyətdə olmusunuz.

İnternet barədə nə bilirsiniz? Nə üçün bir otaqda, yaxudmüxtəlif yerlərdə olan kompyuterlər arasında əlaqə yaradılır?

İnternet nədir və o nə üçün lazımdır?

Tapşırıq. Cədvəlin birinci sütununda İnternet haqqında bildik -lərinizi yazın. Dərslikdəki mövzu ilə tanış olduqdansonra ikin ci sütunu doldurun.

F Ə A L İ Y Y Ə T

87İNTERNET•

İnternet haqqında nə bilirəm Yeni nə öyrəndim

Page 88: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

naqil, yaxud simsiz bağlantı yara dılmış iki,yaxud daha artıq kompyuter şəbəkə əmələgətirir. Dünyada ən böyük kompyuter şə bə -kəsi İnternetdir. İndi dün yada İnter netəyüz milyonlarla kom pyuter qoşulub. Onagö rə də İnterneti Qlobal şəbəkə də adlan -dırırlar.

Əgər sizin kompyuter İnternetə bağlan -mış sa, onda onun imkanları qat-qat geniş lənir. İnternetə bağlanmışkompyuterdən aşağıdakı işlər üçün də istifadə etmək olar.

Kitabxana Mağaza Ünsiyyət Əyləncə

Kitabxana. İnternetdə istənilənmöv zuda çoxlu sayda kitab: dərs liklər,dərs vəsaitləri, bədii ədəbiyyat, ensik -lo pedi ya lar, lü ğət lər və s. tap maq olar.Tapdığınız materialları öz kompyuteri -nizə köçürə bi lər siniz.

Mağaza. İndi mağazalarda satılanmal ları İnternetdən də almaq olar.Bunun üçün elektron ödəniş edilir.

Ünsiyyət. İnsanların bir çoxu İnter -net dən dostlarına, qo humlarına mək tub göndərmək, onlarladanışmaq üçün də istifadə edir. Bu zaman şəxsin dünyanın hansıyerində olmasının fərqi yoxdur.

Əyləncə. İnternetdə cürbəcür oyunlar var. Belə oyunları dünya -nın müxtəlif yerlərində yaşayan oyunçularla oynamaq olar.

Bəs İnternetə necə bağlanmaq olar? Bunun bir neçə yolu var: te - le fon xətti ilə, peyk kanalı və rəqəmli kabel televiziyası vasi təsilə.Bu yollardan ən geniş yayılmışı telefon xətti ilə olan bağlan tıdır.Bunun üçün siz öncə İnternet xidmətini təmin edən şirkəti –provayderi seç məli siniz. Provayder kompyuterinizi telefon xətti

· Kompyuter şəbəkəsi· İnternet· Qlobal şəbəkə· Provayder· Modem

S Ö Z L Ü K

88

Page 89: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

89

və simsiz texnologiyalar vasitə silə özünün mər kəzi kompyuterinəbağlayır. Onun mər kəzi kompyuteri isə İnternet şə bəkəsinə bağlıolur. Belə liklə də, sizin kompyu te riniz şəbəkədəki baş qa kom pyu -terlərə bağ lanmış olur. Bu zaman sizə aralıq bir qurğu da lazımdır.Bu qurğu modem ad lanır. Modem tele fon xətti ilə ötü rülən in for -masiyanı kom p yu te rin “başa düşdüyü” formaya çe vi rir.

İndi mobil telefonlar, planşet və cib kompyuterləri vasitəsilə dəİnternetə bağlanmaq olar.

Evdəki kompyuteriniz İnternetə qoşulubmu? Qoşulubsa, hansı pro -vay de rin xidmətindən istifadə edirsiniz? İnternet üçün ayda nə qədərpul ödə yirsiniz? Ata-ananızdan, böyük qardaş-bacınızdan bu mə lu -matları öy rənin. Öz məlumatlarınızı dostunuzun məlumatları ilətutuşdurun. Kimin daha çox pul ödəməsinin səbəbini aydınlaş dırmağaçalışın.

Dərsin əvvəlindəki cədvəlin ikinci sütununu doldurub suallara cavabverin:

– İnternet haqqında əvvəl bildikləriniz çox idi, yoxsa dərsdə yeni öy -rən dikləriniz?

– İnternetdən istifadə etmisinizmi?– Kompyuterlər İnternetə nə üçün qoşulur?– Kompyuteri İnternetə bağlamaq üçün hansı qurğu lazımdır? – İnternetdə hansı işləri görmək olar?

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

İstifadəçikompyuteri

Modem

Provayderinkompyuteri

İnternet resursları

İNTERNET•

Page 90: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

5.3. DÜNYA HÖRÜMÇƏK TORU

Ötən dərsdə İnternetdə hər çeşiddə ağlasığmaz sayda infor masiyaresursunun olduğu qeyd edilmişdi. Oradan hər kəs öz məqsədinəvə istəyinə uyğun müxtəlif resurslar əldə edə bilər.

Bəs bütün bu informasiya resursları harada yerləşdirilir? Buinformasiyalara necə baxmaq olar?

İnternetdə veb-səhifə lərə necə baxmaq olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin.

1. Kompyuterin iş masasında simgələrindən birini tapıbqoşa çıqqıldadın. Proqram pəncərəsi açılacaq. Kompyu teri niz dəbu simgələrdən hansı var?

2. Proqram pəncərəsində ünvan zolağını tapın. Ünvan zolağı ha -ra da yerləşir?

3. Ünvan zolağında aşağıdakı sətirlərdən birini yığıb <Enter> kla -vişini basın: mektebli.president.az; uzeyir.musigi-dunya.az;eco.preslib.az; scwra.gov.az.Ekranda aşağıdakı görüntülərdən hansı açıldı?

4. Siçanın göstəricisini yazıların üzərində gəzdirin. Əgər gös tə ri ci

şəklini alarsa, demək, həmin yazıdan başqa yazılara ke çid var.Belə yazıları çıqqıldadın. Yeni açılan səhifələrlə tanış olun.

5. Əvvəlki səhifəyə qayıtmaq üçün pəncərənin ünvan zolağında

düyməsini çıqqıldadın.

Nəticəni müzakirə edək:– mektebli.president.az səhifəsinin “Mədəniyyət” bölümündə hansı

milli-mənəvi dəyərlərimizdən danışılır?– eco.preslib.az səhifəsində hansı ekoloji problemlər barədə danı şılır? – Ü.Hacıbəyli haqqında nə bilirsiniz? – Azərbaycanda hansı dinlərin nümayəndələri yaşayır?

F Ə A L İ Y Y Ə T

90

Page 91: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Siz əvvəlki dərslərinizdə mətn redaktoru,qrafik redaktor, ALPLogo proqramlaşdırmamühiti və başqa proqram larda işlə misiniz.Bu sadala dığımız proqramlar da infor ma si -ya re surslarıdır və onlar sizin kompyu -terinizdə saxla nılır. İnternet isə sizə dün -yanın müxtəlif yerlərindəki kom pyuterlərdəsaxlanılan re surslardan istifadə etmək im -kanı verir. Bunun üçün İnternetin müxtəlifxidmətləri var. On lar dan ən geniş istifadə olunan xidmət Dünyahörümçək toru (World Wide Web), yaxud Veb adlanır. Dünyahörümçək toru veb-səhi fə lər adlanan fayllar yığınından ibarətdir.Veb-səhifələrdə mə lu matlar və başqa səhifələrə istinadlar olur.İstinadı çıqqıldat dıq da başqa səhifəyə keçilir. Bir-biri ilə əlaqəliveb-səhifələr veb-sayt əmələ gətirir.

İstinadı müəyyən etməyin ən etibarlı yolu siçanın göstəricisiniobyektin üzərinə gətirməkdir. Belə ki, istinadın üzərində olduqda

göstərici şəhadət barmağı açılmış sağ əl şəklini alır.Veb-saytlara baxmaq üçün xüsusi proqramlardan – brauzerlər -

dən istifadə olunur (“brauzer” termini ingilis dilində “gözdən ke -çirmək” mənasını verən “to browse” sözündən yaranıb). InternetExplorer, Mozilla Firefox, Opera, Google Chrome kimi brau -zerlərdən geniş istifadə olunur.

Brauzer başladıldıqdan sonra ekranda hər hansı saytın birincisəhifəsi – başlanğıc səhifə açılır.

Ünvan zolağı

İNTERNET•

· İnternet xidmətləri· İstinad· Brauzer· Veb-səhifə· Veb-sayt· Başlanğıc səhifə· Ünvan zolağı

91

S Ö Z L Ü K

Page 92: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Bəs Veb-də yerləşdirilmiş infor masiyalara necə baxmaq olar?Veb-səhifəni yük ləmək üçün proqrama onun ünvanını bil dirməklazımdır. Brauzerin ünvan zolağına hər hansı saytın ünvanınıyazan kimi ekranda tələb olunan səhifə əks edilir. Bu zaman həminsaytın faktik olaraq harada – Azərbaycanda, ABŞ-da, yaxudAvstraliyada olma sının heç bir önəmi yoxdur.

Fəaliyyət tapşırığında göstərilən saytlardan istifadə etməklə aşa ğı da -kı mövzuların birində referat hazırlayın.

1. Milli-mənəvi dəyərlərimiz.2. Qlobal ekoloji problemlər.3. Mədəniyyət incilərimiz.4. Müasir Azərbaycanda dinlər.

1. İnternetdə veb-səhifələrə baxmaq üçün hansı proqramdan istifadəolunur?

2. Brauzerdə lazım olan veb-səhifəyə necə keçmək olar? 3. Veb-saytla veb-səhifənin hansı fərqi var? 4. İstinadlar nə üçündür?5. “Dünya hörümçək toru” ifadəsinin mənasını izah etməyə çalışın.

Təhsil Na zirliyinin rəsmi veb-saytı http://www.edu.gov.az ün vanındayerləşir. Ona baxmaq üçün brauzerin ünvan zolağında həmin sətri yığıb<Enter> klavişini ba smaq lazımdır. Əgər sayt açılmasa, çox güman ki,ünvan düzgün yığılmayıb: ünvan dəqiq gös tərilməlidir, cizgi sola deyil(\), sağa əyik (/) olmalıdır. Əksər halda http:// önlüyünü yığmağaehtiyac yoxdur. Məsələn, sadəcə, www.edu.gov.az yazmaq olar.

N Ü M U N Ə

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

92

Page 93: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İNTERNET 93•

Lazım olan informa si yan ı İnternetdən necə tapmaq olar?

Tapşırıq. Göstərişləri yerinə yetirin. Hər addımdakı sualların ca -vab larını vərəqdə qeyd edin.

1. Kompyuterdəki veb-brauzerlərdən birini başladın. Açılan ilksayt hansıdır?

2. Brauzerin ünvan zolağında www.google.az ünvanını yazıb <Enter>klavişini basın. Müvafiq saytın pəncərəsi açılacaq. İndi ünvanzolağında google.az yazıb <Enter> klavişini basın. Ünvanda www.önlüyü vacibdirmi?

3. Bu saytın axtarış sətrində Azərbaycan sözünü yazın və<Enter> klavişini basın. Axtarışın nəticəsində neçə infor ma -siya resursu tapıldı?

F Ə A L İ Y Y Ə T

5.4. İNTERNETDƏ İNFORMASİYANIN AX TARIŞI

Bəzi hesablamalara görə, Veb-də milyardlarla səhifə informa si yavar. Sual oluna bilər: lazım olan informasiyanın hansı ünvanda yer -ləşdiyini bilmiriksə, onu necə tapa bilərik? Bəs axtarılan möv zu iləbağlı başqa saytlar varmı? Varsa, onların ünvanlarını necə bil məli?

Page 94: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

İnternetdə olan külli miqdarda informasiyalar arasında sizəlazım olanı tapmaq üçün xüsusi axtarış sistemləri, yaxud axtarışxidmətləri mövcuddur. Axtarış sistemi veb-səhifələrin nəhəngkataloqundan ibarətdir. Bu kataloqda nə istəsəniz tapa bilərsiniz.

Geniş istifadə olunan axtarış xidmətlərindən biri olan Googlewww.google.com, yaxud www.google.az ünvanında yerləşir. Onunaxtarış sətrində axtardığınız sözü və ya söz birləşməsini yığıbGoogle-da axtar düyməsini çıqqıldatmaq lazımdır.

Deyilənə görə, amerikalı riyaziyyatçı Edvard Kasner parkdauşaqları ilə gəzərkən onlarla böyük ədədlər barəsində söhbətedirmiş. Söhbət bir və yanında 100 sıfırdan düşəndə 9 yaşlıuşaqlardan biri onu “quqol” (google) kimi adlandırmağı təklif edib.

B U, M A R A Q L I D I R

4. Siçanın göstəricisini birinci istinadın üzərinə aparın və soldüyməni çıqqıldadın. Hansı veb-səhifə açıldı?

5. Açılan səhifədəki informasiya ilə tanış olun.

Nəticəni müzakirə edək:– Hansı brauzeri açdınız?– Brauzer pəncərəsində hansı veb-sayt açıldı? Onun ünvanı nə idi?– Axtarış nəticəsində tapılan resursda hansı məlumatlarla tanış

oldunuz? – Axtarış nəticəsində daha hansı istinadları gördünüz?

94

Page 95: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

Google ən yaxşılarından olsa da,yeganə axtarış sistemi deyil.

www.arama.com, www.yandex.ru,www.yahoo.com və digər axtarış xid -mət lərindən də geniş istifadə olunur.

Bəzən axtarışın nəticəsində minlərlə səhifənin ünvanı çıxır.Onların bir ço xu nun aradığınız mövzu ilə əlaqəsi olmaya bilər.Məsələn, sizi “Qaya” ansamblı maraqlandırırsa, axtarış sət rindəqaya yazıb arama etsəniz, nəticə siyahısında həm musiqi, həm dəgeolo giya ilə əlaqəli səhifələr yer alacaq. Ona görə də axtarışsisteminə sorğunu daha dəqiq vermək üçün qaya ansamblı, yaxudqaya musiqi yığmaq lazımdır.

1. İnternetdə müəyyən məlumatları tapmaq üçün nədən istifadə edi lir?

A) kitabxanadan

B) qrafik redaktordan C) axtarış sistemlərindənD) elektron poçtdan

2. Bu ünvanlardan hansılar axtarış sisteminin ünvanıdır?A) day.azB) google.az C) arama.comD) ict.az

Aşağıdakı mövzulardan birini seçin və axtarış sistemindən istifadəedib informasiya toplayın.

1. Azərbaycanda yaşayan xalqlar və onların adət-ənənələri.2. Azərbaycanın təbii sərvətləri.3. Qlobal ekoloji problemlər.4. Dünya mədəniyyət inciləri.Araşdırdığınız mövzuda mətn redaktorunda sənəd hazırlayın.

A R A Ş D I R A Q – Ö Y R Ə N Ə K

· · · S U A L   V Ə   T A P Ş I R I Q L A R · · ·

İNTERNET•

· İnternetdə axtarış· Axtarış sistemi · Axtarış sətri

95

S Ö Z L Ü K

Page 96: Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA 2 0 1 2

1. Bunlardan hansılar informasiya resursudur?– Təhsil qanunu– Milli Musiqi Fondu– Neft mədənləri– Bayatılar– Mingəçevir su elektrik stansiyası.

2. Hansı informasiya resursları təlim prosesinə aiddir?– Dərsliklər– İnformatika otağında davranış qaydaları– Qatarların hərəkət cədvəli– Vətəndaşların işə qəbulu qaydaları– Prezidentin sərəncamları– Dərs cədvəli– ALPLogo proqramı

3. Kompyuteri İnternetə qoşmaq üçün hansı qurğudan istifadəedirlər?

4. Hansı işləri İnternet vasitəsilə görmək olar? – Məktub göndərmək – Musiqiyə qulaq asmaq– Otaqları təmizləmək– Filmlərə baxmaq– Dostlarınızla söhbət etmək– Başqa ölkənin kitabxanasına girmək– Göydən Yer kürəsinə baxmaq– Alış-veriş etmək– Qida qəbul etmək

5. Bu simgələrdən hansılar brauzerlərə aiddir?

6. Veb-səhifədə siçanın göstəricisinin əl işarəsinə çevrilməsi nəyi bil -dirir?

Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K

96