20
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ RAFİQ QIZI ŞƏFİZADƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ İSTEHSALIN OPTİMALLAŞDIRILMASI PROBLEMLƏRİ 08.00.13 - İqtisadiyyatın riyazi və instrumental üsulları İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I BAKI - 2011 1

ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Əlyazması hüqüqünda

ELNURƏ RAFİQ QIZI ŞƏFİZADƏ

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ İSTEHSALIN OPTİMALLAŞDIRILMASI

PROBLEMLƏRİ

08.00.13 - İqtisadiyyatın riyazi və instrumental üsulları

İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKI - 2011

1

Page 2: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

Dissertasiya işi Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda yerinə yetirilmişdir.

Elmi rəhbərlər: akademik, fizika-riyaziyyat elmləri

doktoru, professor F.Ə.Əliyev iqtisad elmləri doktoru R.Ə. Balayev Rəsmi opponentlər:

iqtisad elmləri doktoru, dosent Y.H.Həsənli

iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent V.A.Mütəllimova

Aparıcı təşkilat:

Azərbaycan Texniki Universiteti, “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası

Müdafiə 20 sentyabr 2011-ci il saat 14.00-da Bakı Dövlət Universitetində, F.D.02.016 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. Ünvan: Az 1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23.

Dissertasiya işi ilə Bakı Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat 28 iyun 2011-ci ildə göndərilmişdir.

F.D. 02.016 Dissertasiya Şurasının elmi katibi

r.e.d., dosent N.Q.Əhmədov

2

Page 3: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən, həlli vacib sosial-iqtisadi bir problemdir. Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlü-kəsizliyi ilə sıx əlaqədardır. Məhz bu baxımdan ərzaq təhlükəsizli-yinin təmini daxili resursların mobilizə edilməsinə əsaslanmışdır. Bu yanaşma milli iqtisadi islahatlar strategiyasının işlənib hazırlan-ması, dayanıqlı inkişafı, effektiv hüquqi normaların istifadəsi, əhali-nin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox vacib dəyişik-liklərə əsaslanır.

Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi prioritet mahiy-yətə malik qlobal problemdir. Beynəlxalq səviyyədə ərzaq təhlükəs-izliyi “beynəlxalq əmək bölgüsündə maksimal iştirak və dünya ba-zarında özünəməxsus şəkildə “ərimə”dir”1. Bəşəriyyətin gələcəyini təyin edən dayanıqlı inkişafdır. Dayanıqlı inkişaf isə ərzaq da daxil olmaqla təbii resurslardan balanslaşdırılmış şəkildə istehlaka əsas-lanır.

Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin səviyyə-si kənd təsərrüfatında potensial istehsaldan və aqrar sənaye komp-leksi də daxil olmaqla ərzaq məhsullarının istehsalına yönəldilən investisiyanın həcmindən asılıdır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş siyasət nəzəri - metodoloji əsaslarda formalaşdırılmalıdır. Onun realizasiyası isə əmtəə istehsalçısına münbit sosial-iqtisadi şəraitin yaradılması ilə mümkündür.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin effektiv-liyinin artırılmasının zəruriliyi və bu sahənin iqtisadi-riyazi model-

3

1 Афанасьев С.Г. Продовольственная безопасность России, Москва, 2005, стр. 3.

Page 4: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

ləşdirmə baxımından lazımınca tədqiq edilməməsi dissertasiyanın mövzusunun seçılməsi üçün zəmin yaratmışdır.

Ölkənin ərzaqla təmin edilməsi bir çox təşkilati və iqtisadi məsələlərin kompleks həllini tələb edən mürəkkəb və çoxcəhətli bir problemdir. Ərzaq təhlükəsizliyi problemi Abbasov A.F., Ataşov B.X., Balayev R.Ə., Məmmədov M.M., Məmmədov N.M., Quliyev F.V., Süleymanov F.M., Xəlilov H.A., Altuxov A.İ., Balabanov V.S., Boyev V.R., Rumyantseva E.E., Dadalko D.D., Borisenko E.N., Qumerov R., Dzarasov S., Ilina Z.M., Korovkin V., Miloserdov V.V., Nazarenko V.I., Popsov A.Q., Serkov A.F., Serova E.V., Treysi M., Uornok C. U., Uşaçev İ.Q., Xlebutin E.B., Xromov Y. S., Çernyakov B.A., Çeşinskiy L.S. və s. müəlliflərin işlərində geniş tədqiq olunmuşdur.

İqtisadi sistemlərin riyazi modelləşdirilməsi ilə Avdulov P.V., Alesinskaya T.V., Arsenyev Y.N., Berejnaya E.V., Burkov V.N., Qluxov V.V., Dubrova T.A., Jdanov S.A., Zamkov O.O., İozaytis V.S., Kleyner Q.B., Kolemayev V.A., Kremer N.Ş. , Labsker L.Q., Laqoşa B.A., Malıxin V.İ., Kolemayeva V.A., Odintsov B.E., Orlova İ.V., Romanov A.N., Redxed K., Semyonov V.M., Fomin Q.P., Çernov V.A., Şelobayev S.İ., Eddous M., Fedoseyev V.V., Polovnikov V.A., ərzaq təhlükəsizliyinin iqtisadi-riyazi modeli Həsənli Y.H., bu problemin statistik analiz və proq-nozlaşdırma üsullarının tədqiqi ilə Bokanaç O.V. kimi müəlliflərin işlərində dərindən öyrənilmişdir.

İqtisadi proseslərin təbiətindəki qeyri-səlislik onların qeyri-səlis üsulla tədqiqi üçün zəmin yaradır. Qeyri-səlis məntiq Zadə L. və qeyri-müəyyənlik şəraitində verilənlərin işlənməsi Korneyev V.V., Zadə L., Berşteyn L.S., Borisov A.N., Kruqlov V.V., Melixov A.N., Terano T., qərar qəbuletmə məsələləri Nəsibov Ə.N., Yager R.R. tərəfindən təhlil edilmişdir. Məsələnin qeyri-səlis modelinin qurulmasına Leonenkov A., qeyri-səlis məntiqi çıxarılış qaydaları-nın tətbiqinə Mamdani E.H., Yager R.R.-in işlərində baxılmışdır. Məsələnin həllinin müəyyən mərhələsində qeyri-səlis parametrlərin hər hansı üsulla dəqiq qiymətlə əvəz edilməsi, yəni defazifikassiya-sının müxtəlif üsulları Calvo T., Filev D., Şıxlinskaya R.Y., Yager

4

Page 5: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

R.R. müəlliflər məşğul olmuşlar. Qeyri-səlis məntiqin iqtisadi-riyazi modellərə tətbiqi Guido J., İmanov Q.C., Nedosekin A.O. müəllif-lərin işlərində təhlil olunmuşdur.

Ərzaq təhlükəsizliyinin mühüm əhəmiyyətə malik problem olduğunu nəzərə alsaq, onun həlli ilə bağlı elmi-nəzəri, iqtisadi-təş-kilati və iqtisadi-riyazi modelləşdirmə baxımından ciddi araşdırma-ların aparılmasına ehtiyac duyulur. Məhz iqtisadi-riyazi modelləşdirmə problemi daha aydın, dəqiq görməyə, eləcə də daha çox əsaslandırılmış qərarlar verməyə imkan verir. Təqdim olunan bu dissertasiya işi ərzaq təhlükəsizliyi, onun strukturu, ərzaq təhlükəsizliyinin istehsal aspekti baxımından təhlili, Azərbaycanda əsas növ ərzaq məhsullarının istehsalının və ərzaq təhlükəsizliyinin mövcud vəziyyəti, bu problemin istehsal aspekti baxımından iqtisadi-riyazi modelləşdirilməsini əhatə etməklə çox aktualdır və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verə bilər.

İşin əsas məqsədi Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin ərzaqla özünütəminetmə poten-sialının səviyyəsinin müəyyənləşdirilməsidir.

Təqdim olunan dissertasiya işinin məqsədinə çatmaq üçün aşağıdakı vəzifələr qoyulur: 1. Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsaslarının, strukturunun,

göstəricilər sisteminin təhlili; 2. Ərzaq təhlükəsizliyinin istehsal aspektinin tədqiqi; 3. Azərbaycanda ərzaq təhlükəsizliyinin və əsas növ ərzaq məhsul-

larının istehsalının mövcud vəziyyətinin təhlili; 4. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas növ

ərzaq məhsullarına fizioloji qida normasına uyğun tələbatın daxili istehsal hesabına ödənilməsini müəyyənəşdirmək;

5. Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının istehsal-sahə strukturunun iqtisadi-riyazi modelinin qurulması və tədqiqi;

6. Təklif olunan modelə daxil olan müəyyən parametrlərin keyfiy-yət göstəricilərinin təkmilləşdirilməsi;

5

Page 6: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

7. Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının istehsal-sahə strukturunun iqtisadi-riyazi modelində səlis və qeyri-səlis aparatla təyin olunmuş parametrlər əsasında nəticə-lərin müqayisəsi;

8. Təqdim olunan modelin Azərbaycan iqtisadiyyatı timsalında realizasiyası.

Dissertasiya işinin obyekti Azərbaycan iqtisadiyyatının aq-rar sektoru və ərzaq təhlükəsizliyinə təsir edən iqtisadi sistemdir.

Dissertasiya işinin nəzəri və metodoloji əsasını müxtəlif iqtisadi məktəblərin təqdim etdiyi fundamental əsərlər, o cüm-lədən ölkədə və xaricdə dərc olunmuş ədəbiyyatlarda ərzaq təhlü-kəsizliyinin təhlili, ərzaq təhlükəsizliyinə təsir edən faktorlar, əsas növ ərzaq məhsullarının istehsalı, idxalı və ixracına və s. bu kimi mövzulara həsr olunmuş tədqiqatlar, işçi sənədlər təşkil etmişdir.

Dissertasiya işinin informasiya bazasını Azərbaycan Döv-lət Statistika Komitəsinin ərzaq məhsullarının istehsalı, məh-suldarlığı, idxal və ixracı, kənd təsərrüfatına yararlı torpaq sahə-lərinin dinamikası, əhalinin sayı, kənd təsərrüfatı və qida sənayesinin göstəricilərini əks etdirən cədvəlləri təşkil etmişdir.

Tədqiqat üsulları. İşdə statistik göstəricilərin iqtisadi təhlili aparılmış, iqtisadi-riyazi modelləşdirmə, xətti proqramlaşdırma, qeyri-səlis məntiqi çıxarılış qaydaları tətbiq olunmuş və müasir informasiya texnologiyalarından istifadə edilmişdir.

Dissertasiya işinin əsas elmi yenilikləri aşağıdakılardan ibarətdir:

1. Azərbaycanda əsas növ ərzaq məhsullarına fizioloji qida normasına uyğun təlabatın daxili istehsal hesabına ödənilməsi tendensiyası müəyyənləşdirilmişdir.

2. Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının istehsal-sahə strukturunun iqtisadi-riyazi modeli qurulmuş, səlis və qeyri-səlis üsulla tədqiq olunmuş və kənd təsərrüfatına yararlı torpaq sahələrinin optimal bölgüsü məsələsi həll olunmuşdur.

3. Təqdim olunan model hər iki üsulla Azərbaycan iqtisadiyyatı timsalında realizasiya olunaraq müvafiq nəticələr alınmışdır.

6

Page 7: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

Dissertasiya işinin nəzəri və əməli əhəmiyyəti. Təqdim olunan dissertasiya işi bir neçə aspektdən elmi və praktiki dəyərə malikdir. Belə ki, dissertasiyada təqdim olunan təhlillər kənd təsər-rüfatının, emal sənayesinin, qida sənayesində istehsalın mövcud və-ziyyətini, xarici iqtisadi əlaqələrdə saldonun dinamikasını, fizioloji qida normasına uyğun qida məhsullarına olan tələbatın daxili isteh-sal hesabına ödənilməsi tendensiyasını müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən dissertasiyada təqdim olunan model Azərbay-canda qida məhsullarına fizioloji qida normasına uyğun tələbatın daxili istehsal hesabına ödənilməsi potensialını müəyyənləşdirməyə imkan verir.

Dissertasiya işinin əsas elmi nəticələrinin tətbiqi haqqında arayış Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən verilmişdir.

Alınmış nəticələrin etibarlığı. Dissertasiyada təqdim olunan model Azərbaycan iqtisadi zonası üçün realizasiya olunmuşdur. Alınmış hesablama eksperimentlərinin nəticələri qrafiklərlə verilmiş və məlum nəticələrlə vizual olaraq müqayisə edilmişdir.

Tədqiqat işinin aprobasiyası və əməli reallaşdırılması. Dissertasiya işinin əsas nəticələri aşağıdakı Beynəlxalq elmi konfranslarında məruzə edilmişdir:

- İnformasiya texnologiyaları və Tətbiqi Proqramlar Movzu-sunda gənc tədqiqatçıların III Respublika Konfransının material-ları, Bakı-may-2004;

- Third Congress of the World Mathematical Society of Turkic countries, Almaty, June30-July 4, 2009.

7

Çap olunmuş elmi əsərlər. Dissertasiya işi üzrə 7 elmi əsər çap olunmuşdur [1-7].

Tədqiqat işinin nəticələri ərzaq təhlükəsizliyinin əsasən da-xili istehsal hesabına ödənilməsi, kənd təsərrüfatı və qida səna-yesində əsas növ ərzaq məhsullarının istehsalının optimallaşdırıl-ması və ərzaq məhsullarının istehsalının modelləşdirilməsi opera-tivlik və əyanilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyi üçün, kənd təsərrüfatı və qida sənayesinin iqtisadiyyatı ilə məşğul orqanların, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağ-

Page 8: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

lı dövlət siyasətinin yerinə yetirilməsində rolu olan təşkilatların iş mexanizmlərinin təkmilləşdirilməsi prosesində istifadə oluna bilər.

Dissertasiyanın həcmi və quruluşu. Dissertasiya işi 3 fəsil, nəticə, əlavə və 125 istifadə edilən ədəbiyyat siyahısından və 27 şəkil, 1 sxem, 29 cədvəldən ibarətdir.

DİSSERTASİYA İŞİNİN MƏZMUNU

Girişdə mövzunun aktuallığı əsaslandırılır, işin məqsədi gös-

tərilir və dissertasiyanın əsas nəticələri şərh olunur. Birinci fəsil “Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları”

adlanır. Bu fəsildə ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları, ərzaq təhlükəsizliyi anlayışı, ərzaq təhlükəsizliyi sisteminin strukturu, ərzaq təhlükəsizliyini xarakterizə edən göstəricilər sistemi və ona təsir edən amillər təhlil olumuşdur.

İkinci fəsildə Azərbaycan Respublikasinda ərzaq təhlükə-sizliyinin təmin edilməsinin və istehsalın həcminin mövcud vəziy-yəti təhlil olunmuşdur.

İkinci fəslin birinci yarımfəslində kənd təsərrüfatı istehsalı-nın mövcud vəziyyətinin təhlili kənd təsərrüfatının milli iqtisadiy-yatda payı, ayrı-ayrı təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı-nın ümumi məhsulunun dinamikası, kənd təsərrüftatı məhsullarının istehsalı və məhsuldarlığı, kənd təsərrüfatı məhsullarının maya də-yərinin səviyyəsi, kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclərin strukturu, kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən material məsrəflərinin strukturu baxımından təhlil edilmişdir. Təh-lillərdən göründüyü kimi 1995-ci illə müqayisədə son illərdə bütün təsərrüfat kateqoriyaları üzrə dəyər ifadəsində kənd təsərrüfatında ümumi məhsul 4,64 dəfə, bitkiçilikdə 4,99 dəfə, heyvandarlıqda 4,14 dəfə artmışdır. 2008-ci ildə bütün təsərrüfat kateqoriyaları üzrə istehsal edilən kənd təsərrüfatı məhsulunun 94,38%, bitkiçilikdə 98,02%, heyvandarlıqda 88,15%-i fərdi sahibkarların, ailə, kəndli və ev təsərrüfatların payına düşmüşdür. 1995-ci illə müqayisədə son illərdə dənli və dənli paxlalıların istehsalı 2,71 dəfə, kartof istehsalı

8

Page 9: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

6,93 dəfə, tərəvəz 2,89 dəfə, bostan bitkiləri 9,73 dəfə, şəkər çuğunduru 6,79 dəfə, meyvə 2,19 dəfə artmış, pambıq istehsalı 5 dəfə, tütün 4,76 dəfə, üzüm 2,63 dəfə, çay yarpağı 33,33 dəfə azalmışdır. 1996-cı illə müqayisədə 2008-ci ildə iri buynuzlu mal-qaranın sayı 49,36%, qoyun və keçi sayı 74,6%, quşların sayı 55,65% artmış, donuzların sayı 38,48% azalmışdır.

İkinci fəslin ikinci yarımfəslində emal sənayesinin mövcud vəziyyətinin təhlili sənaye sektoru üzrə əsas makroiqtisadi göstə-ricilərin dinamikası, sənayedə çalışanların orta aylıq nominal əmək haqqı, sənaye sektoruna yönəldilən investisiyaların həcmi, istehsalın dinamikası, qida məhsulları istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinin əsas göstəriciləri baxımından aparılmışdır. Təhlillərdən göründüyü kimi bütün sahələr üzrə investisiyaların həcmində artma müşahidə olunur. Lakin bütün sənaye kateqoriyası üzrə kapitala yönəldilən investisiyaların tərkibində xarici investisiyalar önəmli yer tutur (xarici investisiyalar-48%). Bu investisiyaların da 94,9%-i mədənçıxarma sənayesinə, 2,14%-i emal sənayesinə, qalan hissəsi isə digər sahələrə yönəldilmişdir. Mədənçıxarma sənayesindən baş-qa digər sahələr demək olar ki, əsasən daxili investisiyaların hesa-bına fəaliyyət göstərir, inkişaf edir.

Qida məhsulları sənayesinə sərmayənin az qoyulması istehsalın həcminə də öz təsirini göstərmişdir. 2000-ci illə müqayi-sədə son illərdə ət istehsalı 42,5% artmış, o cümlədən mal əti 23,7%, qoyun əti 23%, donuz əti 30%, quş əti 2,44 dəfə, kolbasa məmulat-ları 3,76 dəfə, yağlılıq dərəcəsi 1-3% olan süd 22%, yağlılıq dərəcəsi 6-29% olan süd 2,5 dəfə, pendir və kəsmik 40%, kərə yağı 10%, konservləşdirilmiş tərəvəz və meyvələr 5,73 dəfə, makaron məmulatları 2,02 dəfə, bitki yağları 19,2 dəfə, saflaşdırılmış pambıq yağı 7,15 dəfə, günəbaxan və saflor yağları 59%, digər yağlar 5,7 dəfə, marqarin 9,4 dəfə, mineral və qazlı sular 37,25 dəfə, alkoqolsuz içkilər 19,98 dəfə, meyvə şirələri 4,42 dəfə, qənnadı məmulatları 15,48 dəfə, qənd – rafinad 89%, un 507,7 dəfə, çörək və çörək-bulka məmulatları 10%, araq 66%, üzüm şərabı 41%, səməni pivəsi 4,54 dəfə, təbii çay 4,68 dəfə, papiros və siqaretlər 13%, yodlaşdırılmış duz 3,28 dəfə artmışdır. 2000-ci illə

9

Page 10: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

müqayisədə 2008-ci ildə yeməli balıq məhsulları (balıq konservləri daxil olmaqla) istehsalı 65%, nərə kürüsü 67%, şampan şərabı 76%, brendi (konyak) 83,8%, fermentləşdirilmiş tütün 74,8% azalmışdır. Qeyd edək ki, müqayisə olunan dövr ərzində ən yüksək artım səviyyəsi un, ən çox geriləmə səviyyəsi isə brendi (konyak) istehsalında müşahidə olunur.

İkinci fəslin üçüncü yarımfəslində Azərbaycanda əsas növ ərzaq məhsullarına olan təlabatın daxili istehsal hesabına ödənilməsi tendensiyası tədqiq edilmişdir. Bu tendensiyanın izlənilməsi üçün əsas növ qida məhsullarına fizioloji qida normasına uyğun ölkə səviyyəsində tələbatın tərkibində istehsalın xüsusi çəkisini müəyyənləşdirmək lazımdır. Yəni, aşağıdakı göstəricinin dinamikası izlənilməlidir:

burada, -i-ci ildə istehsal olunmuş j-cu növ məhsulun həcmi, -i-ci ildə j-cu növ məhsula fizioloji qida normasına uyğun ölkə səviyyəsində tələbatın həcmi, -i-ci ildə j-cu məhsula olan fizioloji qida norması çərçivəsində ölkə miqyasında tələdatın daxili istehsal hesabına ödənilən hissəsinin faizlə ifadə olunmuş qiyməti, İ-tədqiq olunan illərin indekslər coxluğu, J- əsas ərzaq məhsullarının indekslər çoxluğudur.

Təhlillərdən göründüyü kimi 2001-ci ildən başlayaraq dənli bitkilər və kartofun daxili istehsalı fizioloji qida normasına uyğun ölkə səviyyəsində tələbatın həcmini aşır. Meyvə və tərəvəz bitkiləri üçün isə daxili istehsalın həcmi 2001-ci ildən başlayaraq artmasına baxmayaraq hələ də tələbatın (fizioloji qida normasına uyğun) səviyyəsini aşmır (tərəvəz-95,23%, meyvə-97,04%). Digər məhsul-lar (bostan bitkiləri, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta) üçün daxili istehsalın həcmi 2000-ci illərin əvvəllərindən artmasına baxmayaraq, bu tələbatın az bir hissəsini (hətta -un maksimal qiymətlərində belə, məsələn: bostan bitkiləri-29,55%, ət və ət məhsulları-25,31%, süd və süd məhsulları-40,078%, yumurta-37,025%) ödəyir. 10

Page 11: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

İkinci fəslin dördüncü yarımfəslində ölkənin ərzaq təhlükə-sizliyinin təmin edilməsində xarici ticarətin rolu təhlil olunmuşdur. Göründüyü kimi son illərdə 2004-cü illə müqayisədə Azərbaycan Respublikasına idxal və ixrac olunan bütün ərzaq məhsullarının həcmi artmışdır. Hər iki istiqamətdə artım təqribən bərabərdir (ərzaq məhsullarının idxalının ümumi məbləği 2,71 dəfə, ərzaq məhsulla-rının ixracın ümumi məbləği 2,57 dəfə artmışdır). Amma bu hələ müqayisə olunan dövr ərzində respublikamızın beynəlxalq ticarətdə ərzaq məhsulları üzrə saldonun müsbət istiqamətdə dəyişməsi, və ya heç olmazsa, mənfi deyil 0-a bərabər olması demək deyildir. Belə ki, bu göstərici 2004-cü ildə -79,798 mln $, 2005-ci ildə -173,497 mln $, 2006-cı ildə -315,414 mln $, 2007-ci ildə -626,294 mln $, 2008-ci ildə -779,234 mln $ olmuşdur. 2004-cü illə müqayisədə 2008-ci ildə mənfi saldo 2,78 dəfə artmışdır.

Üçüncü fəsildə ərzaq təhlükəsizliyinin təmin edilməsində daxili istehsalın optimallaşdırılmasının adekvat riyazi modeli qurul-muş və tədqiq olunmuşdur.

Üçüncü fəslin birinci yarımfəslində ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd-təsərrüfatının istehsal-sahə strukturunun optimallaşdırılması modeli qurulmuşdur:

Modeldə əsas məqsəd kənd təsərrüfatına yararlı torpaqların məhsuldarlığa görə elə nisbətdə bölüşdürülməsidir ki, nəticədə istehlak səbətinə daxil olan ərzaq məhsullarının həcmi mümkün qədər yüksək olsun:

burada -istehlak səbətinə daxil olan bitkiçilik məhsullarının indekslər çoxluğu; - istehlak səbətinə daxil olan heyvandarlıq məhsullarının indekslər çoxluğu; -i-ci məhsulun məsuldarlıq səviyyəsi; -i-ci məhsul üçün ayrılacaq torpaq sahəsidir (axtarılanlardır).

Məhdudiyyətlər: Torpaq sahəsi üzrə: İstehsal üçün ayrılacaq torpaq sahələ-

rinin ümumi həcmi kənd təsərrüfatına yararlı torpaq sahəsini aşmamalıdır: 11

Page 12: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

burada S-kənd təsərrüfatına yararlı torpaq sahəsidir.

Yem üzrə: Heyvandarlıqda tələb olunan yemin müəyyən hissəsi bitkiçilikdən daxil olur, qalan hissəsi isə alınır. Bu isə aşağıdakı bərabərsizliklə ifadə oluna bilər:

burada -alınan yem; -i-ci bitkinin 1ha-dan j-cu heyvandarlıq növünə ayrılan yem; -i-ci növ heyvana lazım olan orta illik yem normasıdır.

Gübrə üzrə: Aydındır ki, bitkiçilikdə lazım olan mineral gübrələr kimya sənayesindən alınır, üzvi gübrələr isə heyvandar-lıqdan daxil olur. Bu isə aşağıdakı bərabərsizliklərlə ifadə oluna bilər:

burada - üzvi gübrələrin indekslər çoxluğu; -mineral gübrələrin indekslər çoxluğu; M-alınan mineral gübrələr ümumi həcmi; -i-ci növ bitkiyə ayrılmış torpaq sahəsinin 1ha-nın l-ci növ gübrə norması; -i-ci heyvandarlıq növünün 1ha-dan (burada 1ha sahədə normada saxlanıla biləcək heyvanlardan alınan) j-cu növ bitki üçün daxil olan üzvi gübrənin həcmi;

-j-cu növ bitkinin 1ha-ı üçün alınmış l-ci növ mineral gübrənin həcmidir.

12

Page 13: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

Digər resurslar üzrə (yem və gübrə istisna olmaqla):

burada: -digər resursların indekslər çoxluğu; -j-cu növ məhsul üçün i-ci növ istehsal xərcləridir (yem və gübrə

istisna olmaqla), .

-lərə qoyulan məhdudiyyətlər:

burada ci məhsula ayrılacaq torpaq sahəsinin minimum həddidir. Bu qiymətlər tədqiqatçı tərəfindən seçilir.

Üçüncü fəslin birinci yarımfəslində əsas növ ərzaq məhsullarının hər biri üçün təyin olunacaq minimum torpaq sahəsi səlis üsulla müəyyənləşdirilmişdir. Bu model Azərbaycan iqtisadi zonası üçün tədqiq olunaraq realizasiya olunmuş və nəticələr aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Cədvəl 1.

Istehlak səbətinə daxil olan ərzaq

məhsulları

Model əsasında məhsul istehsalına ayrılacaq torpaq

sahəsi (ha)

İstehsal olunacaq məhsulun həcmi

(ton)

İstehsal olunacaq məhsulun həcmi -Fizioloji normaya uyğun tələbatın

həcmi(ton) Taxıl 242930 653481,7 -656063 Kartof 171820 2522318 1823894 Bostan 233500 2900070 1625446 Tərəvəz 360670 5049380 3774756 Meyvə 473320 3282948 2584524

Ət (kəsilmiş çəki-də) 22480,66 628597 15,4

Süd və süd məh-sulları 8290 3316000 -1514

Yumurta (ədədlə) 32590 2440000000 -4484000

13

Page 14: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

Üçüncü fəslin ikinci yarımfəslində qeyri-səlis məntiq ərzaq

təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının istehsal-sahə strukturunun optimallaşdırılması modelinə tətbiq edilmişdir. Bu hal-da əsas növ ərzaq məhsullarının hər biri üçün təyin olunacaq mini-mum torpaq sahəsi qeyri-səlis məntiqi çıxarılış qaydaları əsasında müəyyənləşdirilmişdir. Bunun üçün ekspert qiymətləndirməsi əsa-sında əvvəlcə linqvistik dəyişənlər, onların term çoxluqları, interval qiymətləri təyin edilmiş və məntiqi qaydalar bazası yaradılmışdır. Bunun əsasında hər bir məhsul növü üçün qeyri-səlis məntiqi çıxarılış qaydalarından istifadə edərək giriş dəyişənlərinin səlis qiymətlərinə uyğun çıxış dəyişəninin (minimum torpaq sahəsinin) defazifikasiya olunmuş qiymətləri alınmışdır.

Bu model də Azərbaycan iqtisadi zonası üçün realizasiya olunmuş və nəticələr cədvəl 2-də göstərilmişdir.

Cədvəl 2. Istehlak

səbətinə daxil olan ərzaq məhsulları

Model əsasında məhsul istehsalına ayrılacaq tor-paq

sahəsi (ha)

İstehsal olunacaq məhsulun həcmi

(ton)

İstehsal olunacaq məhsulun həcmi -Fizioloji normaya uyğun tələbatın

həcmi(ton) Çörək və çörək

məhsulları 730890 1 966 094 656 549

Kartof 180710 2 652 823 1 954 399 Bostan 246290 3 058 922 1 784 298 Tərəvəz 390280 5 463 920 4 189 296 Meyvə 545570 3 784 074 3 085 650

ət (kəsilmiş çəki-də) 45100 1 229 906 601324,4

Süd və süd məh-sulları 8400 3 360 000 42 486

Yumurta (ədədlə) 34200 2 570 000 000 126 000 000

Təklif olunan model hər iki hal üçün MATLAB proqramlar

paketində realizasiya olunmuşdur. Sonda hər iki halda alınmış nəticələr müqayisə olunmuş,

onların üstünlük və çatışmazlıqları göstərilmişdir: 14

Page 15: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

1. Model əsasında hər bir məhsul növü üçün ayrılacaq minimum torpaq sahəsi ( -lərin) səlis təyin olunduğu halda taxılın (qeyd edək ki, burada yalnız ərzaqlıq taxıl nəzərdə tutulur) istehsalı 653481,7 ton, -lərin qeyri-səlis məntiqi cıxarılış qaydaları əsa-sında təyin olunduğu halda isə 19 660 94,1 ton proqnozlaşdırılır. Bu isə birinci halda tələbatın 49,9% -ni, ikinci halda isə 150,14% təşkil edir.

2. 2008-ci ildə 1077,1 min ton kartof istehsal olunub. Birinci mode-lin əsasında kartofun proqnozlaşdırılan istehsal həcmi 2522318 ton, ikinci halda isə 2652823 ton təşkil edəcəkdir. Real istehsalın həcmi tələbatın 154,2% -ni təşkil etmişdir. Birinci model əsasın-da alınmış nəticə tələbatın həcmindən 3,61 dəfə, ikinci halda 3,8 dəfə çox olmuşdur.

3. Tərəvəz istehsalı tələbatın son illərdə 96,36%-ni təşkil etmiş, birinci modelin nəticələrinə görə tərəvəz istehsalı tələbatın 3,96 dəfə çox, ikinci modelin nəticələrinə görə isə 4,3 dəfə çox proqnozlaşdırılır.

4. Bostan bitkilərinin istehsalı son illərdə tələbatın 32%-ni təşkil etmiş, birinci modelə görə istehsalın həcmi tələbatdan 2,28 dəfə, ikinci modelə görə isə 2,4 dəfə çox proqnozlaşdırılır.

5. Meyvə istehsalı 2008-ci ildə tələbatın 102%-ni təşkil etmiş, birinci modelə görə proqnozlaşdırılan istehsal həcmi tələbatdan 4,7 dəfə, ikinci modelə görə isə 5,42 dəfə çox olmuşdur.

6. Ət istehsalı 2009-cu ildə tələbatın 27,95%-ni təşkil etmişdir. Birinci modelə görə proqnozlaşdıran istehsal həcmi tələbatın 100%-ni, ikinci modelə görə isə 195%-ni təşkil edəcəkdir.

7. 2008-c ildə süd istehsalı tələbatın 41,65%-ni, birinci modelə görə 99,95%-ni, ikinci modelə görə 101,3%-ni təşkil edəcəkdir.

8. 2008-ci ildə yumurta istehsalı tələbatın 45%-ni təşkil etmişdir. Birinci modelə görə isə proqnozlaşdırılan istehsal həcmi tələbat-dan 998 dəfə, ikinci modelə görə isə 1051 dəfə çox olacaqdır.

9. Birinci modelə əsasən kənd təsərrüfatına yararlı torpaq sahələrin-dən bitkiçilikdə əkin sahələrinin 82,58%-nin, heyvandarlıqda isə 2,14%-nin, ikinci modelə görə isə əkin sahələrinin 100%, otlaq və biçənəklərin 2,96%-i istifadə olunacağı proqnozlaşdırılır.

15

Page 16: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

10. Göründüyü kimi Azərbaycanda hətta mövcud məhsuldarlıq səviyyəsində belə istehsal olunduğundan dəfələrlə çox məhsul istehsal oluna bilər. Bu, xüsusilə kartof, tərəvəz, bostan, meyvə və yumurta kimi məhsullarda görünür. Taxıl, ət və süd məhsul-larında bu artım digər məhsullara xüsusilə yumurta ilə müqayisə-də nəzərə çarpacaq dərəcədə görünmür. Deməli, bu məhsulların məhsuldarlığının artırılması vacibdir.

Dissertasiya işində əldə olunmuş əsas nəticələr aşağıda-kılardır: 1. Dissertasiya işində Azərbaycanda ərzaq təhlükəsizliyinin və is-

tehsalın mövcud vəziyyəti 1995-2008-ci illərin statistik göstərici-ləri əsasında təhlil edilərək kənd təsərrüfatı, qida sənayesində əsas növ ərzaq məhsullarının istehsalı, bu məhsulların idxal və ixracı ilə bağlı üstünlüklər və çatışmazlıqlar müəyyənləşdiril-mişdir.

2. Əsas növ ərzaq məhsulları üzrə fizioloji qida normasına uyğun tələbatın həcmi və bu tələbatın daxilində istehsalın xüsusi çəkisi müəyyənləşdirilmişdir.

3. Ərzaq təhlükəsizliyinin təmin edilməsində istehsalın optimallaş-dırılması modeli təklif edilmişdir ki, bu da kənd təsərrüfatına yararlı torpaq sahələrinin optimal bölgüsü məsələsinə gətiril-mişdir.

4. Təklif olunan model əsasında Azərbaycanın ərzaqla özünütəmin-etmə potensialı müəyyən edilmişdir.

5. Ərzaq təhlükəsizliyinin təmin edilməsində istehsalın optimallaş-dırılması modelində bir sıra keyfiyyət göstəriciləri qeyri-səlis aparatın köməyi ilə təkmilləşdirilmiş, qeyri-səlis optimallaşdırma məsələsi həll edilmiş və müqayisəli təhlilər aparılmışdır.

6. Dissertasiya işində təklif olunmuş modellər ərzaq təhlükəsizliyi ilə bağlı müxtəlif tipli məsələrin həllinə imkan verir.

Dissertasiyanın əsas nəticələri aşağıdakı çap olunmuş

işlərdə öz əksini tapmışdır: 1. Şəfizadə E.R. Kənd təsərrüfatı müəs-sisələrində istehsal struk-

turunun optimallaşdırılması məsələləri, İnformasiya texnologi-

16

Page 17: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

yaları və Tətbiqi Proqramlar Movzusunda gənc tədqiqatçıların III Respublika Konfransının materialları, Bakı-may-2004, s. 47-49.

2. Şəfizadə E.R., İsmayılov Ş.O. Azərbaycan Respublikasında aqrar sahənin dayanıqlı inkişafının proqnozlaşdırılması konsepsiyası, AMEA-nın Xəbərləri, İqtisadiyyat, Humanitar və İctimai Elmlər Seriyası, 2005, N2, s. 352-360.

3. Şəfizadə E.R. Azərbaycanda əsas ərzaq məhsullarına olan təla-batın daxili istehsalın hesabına ödənilməsi tendensiyası, AMEA-nın Xəbərləri, İqtisadiyyat Elmləri Seriyası, 2009, N3, s. 247-252.

4. Şəfizadə E.R. Ərzaq təhlükəsizliyinin təmin eilməsində istehsal-sahə strukturunun optimallaşdı-rılması modeli, Məruzələr AMEA, 2009, N3, s. 155-161.

5. Shafizade E.R., Shikhlinskaya R.Y. Optimization model of pro-duction-branch structure with fuzzy inference rules of agriculture for food security, Abstacts of the Third Congress of the World Mathematical Society of Turkic countries, Almaty, June30-July 4, 2009, Volume 2, p. 185.

6. Шафизаде Э.Р., Шихлинская Р.Ю. Применение нечетких правил логического вывода к модели оптимизации произ-водственно-отраслевой структуры сельского хозяйства для обеспечения продовольственной безопасности, Актуальные Проблемы Экономики, № 1(103), 2010, стр. 286-294, Украина, Киев.

7. Şəfizadə E.R. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində xarici ticarətin rolu, Journal of Qafqaz University, Economics and administration series, N30, 2010, s.146-150.

17

Page 18: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

ЭЛЬНУРА РАФИК кызы ШАФИЗАДЕ

ПРОБЛЕМЫ ОПТИМИЗАЦИИ ПРОИЗВОДСТВА ДЛЯ ОБЕСПЕЧЕНИЯ ПРОДОВОЛЬСТВЕННОЙ

БЕЗОПАСНОСТИ

ЗАКЛЮЧЕНИЕ В диссертации исследована сущность продо-вольствен-

ной безопасности, структура его системы, анализ продоволь-ственной безопасности с точки зрения производства, текущее состояние производства основных видов продовольственных товаров и продовольственной безопасности в Азербайджане, тенденция обеспечения потребности населения согласно фи-зиологическим нормам питания за счет собственного произ-водства в Азербайджане и предложена экономико-математи-ческая модель обеспечения продовольственной безопасности с точки зрения собственного производства. В работе использо-ваны экономико-статистические методы исс-ледования, даны графики на основе этих анализов. Предложенная автором экономико-математическая модель реализована четким и нечетким аппаратом. Полученные результаты сравниваются друг с другом и статистическими показателями.

Основные положения диссертации отраженны в 7 научных публикациях. Диссертационная работа состоит из 3 глав, выводов, списка литературы и приложения.

Полученные результаты на основе предложенной модели могут послужить индикаторами в обеспечении продо-вольственной безопасности Азербайджана.

18

Page 19: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

ELNURE RAFIK SHAFIZADE

PRODUCTION OPTIMIZATION PROBLEMS FOR FOOD SECURITY

SUMMARY

It was investigated food security essence, its structure, food

security analysis from production aspect, current state of main foods production and food security in Azerbaijan, tendency of provision with foods people demand respect to physiological norms by inner production in Azerbaijan and suggested economic-mathematical model of food security from point of view inner production.

In the work it was used economic-statistical methods and gave graphics on the base of these analyses. Presented economic-mathematical model was realized by crisp and fuzzy method. Given results were compared with each other and statistic parameters.

Key results of the dissertation have been reflected in 7 scientific publications. Dissertation consists of 3 chapters, results, bibliography and annex.

Suggested model results can be used as indicators in food security of Azerbaijan.

19

Page 20: ƏRBAYCAN RESPUBLIKASI TƏ İL NAZIRLİYİ BAKI DÖVLƏ İ …€¦ · AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZIRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüqüqünda ELNURƏ

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

ЭЛЬНУРА РАФИК КЫЗЫ ШАФИЗАДЕ

ПРОБЛЕМЫ ОПТИМИЗАЦИИ ПРОИЗВОДСТВА ДЛЯ ОБЕСПЕЧЕНИЯ ПРОДОВОЛЬСТВЕННОЙ

БЕЗОПАСНОСТИ

08.00.13-Математические и инструментальные методы экономики

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени доктора философии по экономическим наукам

БАКУ – 2011

20