17

Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

  • Upload
    lexuyen

  • View
    222

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon
Page 2: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

2

Respublikanın ümumtəhsil məktəblərinin

6-cı sinifləri üçün “Fransız dili” dərslik komplekti

Müəlliflər: Bilal İsmayılov

Çəmən Babaxanova

Rəfiqə İsayeva

Bakı: Kövsər, 2013.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik

8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon Appétit”,

“En ville”, “Apprentissage des langues”, “L’amitié est-elle importante pour

vous?”, “En voyage”, “Projets de vacances”) 32 mövzunu əhatə etmişdir.

Mövzular əvvəlki siniflərdəki mövzuların davamı olaraq seçilmişdir. Dərslikdə “Nitq

etiketlərinin deyiliş tərzi”, “Müşahidə et və öyrən”, “Oxu və öyrən”, “Elanlar”,

“Mədəniyyət və ölkəşünaslıq”, “Yadda saxla” rubrikaları, fransızca-Azərbaycanca-

rusca lüğət və mündəricat verilmişdir. Burada sözlər arasında əlaqə yarat, səhv və

düzgün fikirləri söylə, yarımçıq fikirləri məntiqi tamamla, dünənki (bugünkü və

gələcək) fəaliyyətin haqqında danış, sevdiklərini və sevmədiklərini söylə, verilmiş

müraciətlərə uyğun cavabları müəyyənləşdir, dostuna (yaxınlarına) məsləhət ver,

onlara arzu və istəklərini bildir, adət və ənənələri, yaşayış tərzini müqayisə et,

mövzularla bağlı layihə hazırla şərtli çalışmaların, “İndi sən bilirsən” başlığı altında

şifahi nitq, lüğət, qrammatika və ölkəşünaslıqla əlaqəli keçilənləri yoxlamaq üçün

ümumiləşdirici tapşırıqların verilməsi təqdirəlayiqdir.

Dərslik komplektindəki materiallarla yeni təhsil proqramına (kurikulum) əsasən

4 məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur.

Burada verilmiş materiallar fransız dilinin praktik olaraq öyrənilməsinə, şifahi nitq

üzrə bacarıq və vərdişlərin inkişaf etdirilməsinə yönəlmişdir. Bu məqsədi həyata

keçirmək üçün dərslikdəki təlim materialları sistemli və əlaqəli şəkildə məzmun

xətlərinə, əsas və alt standartlara uyğun, sadədən-mürəkkəbə doğru prinsipi əsasında

ardıcıllıqla qurulmuşdur. Lakin dərslik komplektində dinləmə üçün nəzərdə tutulan

audio vasitələrin olmaması dinləyib-anlama məzmun xətti üzrə standartların tam

reallaşmasına imkan vermir.

Page 4: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

4

Dərslikdəki çalışmalar şagirdlərin kommunikativ bacarıqlarının inkişafı üçün

məqsədyönlüdür.

Hər Unité-nin sonunda möhkəmləndirmə və summativ qiymətləndirmə

çalışmalarının verilməsi təqdirəlayiqdir. Çünki bu, tədris prosesində müəllimin dərsi

daha yaxşı ümumiləşdirməsinə imkan yaradır.

Ümumilikdə, bütün təlim materialları (leksik mövzular, materiallar, qrammatik

qaydalar, nümunələr və çalışmalar) şagirdlərin yaş səviyyəsinə uyğun, məqsədyönlü,

anlaşıqlı, sadə şəkildə tərtib olunmuş, onlar işlənərkən fəndaxili və fənlərarası

inteqrasiya nəzərə alınmışdır.

Dərslikdəki mövzular danışıq nitqinin inkişafına yönəlməklə, şagirdin müstəqil

təliminə imkan verir. Seçilmiş mövzular şagirdlərə lazımi biliklər aşılamaqla yanaşı,

onlarda əldə olunanların tətbiqinə və idraki bacarıqların formalaşdırılmasına da zəmin

yaradır.

Dərsliyin məzmunu, verilmiş təlim materialları, xarici dillərin tədrisində əsas

götürülən müasir baxışları özündə cəmləşdirməklə, məzmun standartlarını tam əhatə

edir.

Dərslikdə müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 13-də “Activité 6”, 4-cü sual cümləsinin müraciətinə cavabdakı “ses

grands-parents” artıqdır.

Səhifə 20-də cədvəldə verilmiş “payer en liquide” ifadəsinin tərcüməsi

“payer” feli ilə olan digər ifadələr kimi dərsliyin sonundakı “Vocabulaire”-də

verilmiş söz və ifadələrin tərkibinə salınmamışdır. Bu ifadənin də orada verilməsi

daha yaxşı olar.

Səhifə 41-də Unité 3-dəki dialoqda “Cécile”-in nitqindəki “Et qu’est-ce on va

boire?” müraciəti “Et qu’est-ce qu’on va boire?” kimi olmalıdır.

Səhifə 80-də “Activité 2”-nin 4-cü sual cümləsində “il suffit connaitre” deyil,

“il suffit de connaître” olmalıdır.

Səhifə 89-da “Activité 5”-dəki 4-cü sual cümləsində “tu l’utilise” ifadəsinin

sonundakı xəbər şəkilçisi tam verilməmişdir (“tu l’utilises”).

Səhifə 96-da Bilan 3-dəki “II. Lis et choisis la bonne réponse” şərti

səhifə 97-də test tapşırıqlarına aid olduğu üçün onlardan əvvəl verilməlidir.

Səhifə 97-də 5-ci test tapşırığında “il suffit parler” deyil, “il suffit de parler”

kimi olmalıdır.

Page 5: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

5

2. Dil və yazı üslubu baxımından

Dərslikdə dil və yazı üslubuna görə materialların dilinin və üslubunun,

mətnlərdəki fikirlərin, onların ifadə tərzinin, şagirdlərin yaş səviyyəsinə uyğunluğu,

dil qaydalarına (qrammatik və orfoqrafik qaydalar) əməl olunması gözlənilmişdir.

Materiallar şagirdlərin dünyagörüşünün formalaşdırılmasına və nitq

mədəniyyətinin inkişafına zəmin yaradır. Bir dərs üçün nəzərdə tutulmuş yeni termin

və sözlərin sayı normaldır, şagirdlərin yaş səviyyəsinə tam uyğun və anlaşıqlı

xarakterə malikdir. Hər mövzuya uyğun yeni termin və sözlərin verilməsi

təqdirəlayiq və məqsədyönlüdür.

Bununla belə, müəyyən texniki qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 6-da lüğət üzrə cədvəldə “une ami” sözünün sonunda “e” hərfi olmalıdır

(“une amie”).

Səhifə 7-də 4-cü və 5-ci tapşırıqlarda “Activités” sözü “Activité” kimi

olmalıdır.

Səhifə 10-da “partir” felinin şəxslər üzrə təsrifindəki “je suis parti” ifadəsində

digərlərində olduğu kimi, “e” hərfinin yazılması nəzərə alınmamışdır (“je suis

parti(e)” kimi olmalıdır).

Səhifə 32-də cədvəldə qrammatik qaydanın nömrəsi “4” deyil, “5” olmalıdır.

Eyni zamanda, sərlövhə ilə nümunələr arasında uyğunsuzluq var. Belə ki, cədvəlin

başlığı “Les pronoms compléments d’ objets in directs” olduğu üçün “le, la, l’,

les” deyil, nümunələrə uyğun olaraq “me, te, nous, vous, lui, leur” olmalıdır. Eyni

zamanda, sözlər bir-birindən aralı verilmişdir.

Yenə həmin səhifədə “Activité 1”-də verilmiş çalışma şərtin tələbinə uyğun

deyil. Şərtə əsasən vasitəli tamamlıqların altından xətt çəkilməli idi. Həmin

çalışmanın 3-cü cümləsindəki “motre” deyil, “montre” sözü olmalıdır. 5-ci

cümlədəki “Est-ce qu’il… va?” deyil, “Est-ce qu’elle… va?” olmalıdır, çünki ilk

sualda söhbət “cette cravate”-dan gedir.

“Activité 2”-nin şərtində “Activité 2” deyil, “Activité 1” olmalıdır.

Yenə həmin səhifədə “Activité 2”-də “Il lui donne le cryon noir”

cümləsindəki “cryon” sözü “crayon” kimi olmalıdır.

“Activité 3”-dəki 1-ci cümlədə “Tu me montre” ifadəsinin sonundakı xəbər

şəkilçisi tam verilməmişdir (“Tu me montres” olmalıdır).

Səhifə 37-də mətndə verilmiş “des basquets” sözü “les baskets” kimi olmalıdır.

Page 6: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

6

Səhifə 75-də 3-cü çalışmadakı “le monuoment” deyil, “le monument”

olmalıdır.

Səhifə 79-da “Activité 1”-in şərti MMV-dəki kimi “Ecoute, lis et choisis”

olmalıdır. Həmin çalışmadakı “appendre” sözü “apprendre” kimi olmalıdır.

Yenə həmin səhifədə “Activité 1”-in 5-ci cümləsindəki “L’espagnole”

sözündəki “e” hərfi artıqdır (“L’espagnol est sa langue” olmalıdır).

Səhifə 83-də “Max”-la bağlı məlumatda “Je sui allemand” cümləsi “Je suis

allemand” kimi olmalıdır.

Səhifə 84-də “Document D”-yə aid sərlövhədəki “correspondent” feli tək

halda verilməlidir (“correspond”).

Yenə həmin səhifədə cədvəldə “portugais” və “américain” sözləri böyük

hərflə yazılmalıdır. (“Portugais, Américain” olmalıdır).

Səhifə 90-da “Activité 4 və 5”-in şərtindəki “en groupe” sözünün sonunda

“s” hərfi yazılmalıdır (“Travaillez en groupes” olmalıdır).

Səhifə 93-də sərlövhədən əvvəl MMV-dəki kimi “Document D” yazılmalıdır.

Yenə həmin səhifədə mətndəki “Shusha” sözü “Choucha” kimi olmalıdır.

Səhifə 95-də “Grammaire”-də “la formation de l’adverbe en-ment” təkrar

yazıldığı üçün artıqdır.

Səhifə 99-da 5-ci tapşırığın 9-cu cümləsindəki “d’art” sözü “de l’art”,

çalışmadakı sıralanmada isə “9” sayından sonrakı nömrələnmələr “10” və “11”

olmalıdır.

Səhifə 100-də 8 və 9-cu tapşırıqlardakı “Fartima” sözündəki “r” hərfi artıqdır

(“Fatima” olmalıdır).

Səhifə 102-də digər səhifələrdə olduğu kimi səhifələnmədə sayın hərflə yazılışı

verilməlidir (“cent deux” olmalıdır).

Səhifə 104-də lüğət üzrə cədvəldə “des moyens de transports” ifadəsi “des

moyens de transport” kimi olmalıdır.

Səhifə 107-də “Activité 11”-dəki şərtlərdə “en groupe” sözünün sonunda “s”

hərfi yazılmalıdır (“en groupes”). Bu qüsur səhifə 109-da “Activité 16”-ya da

aiddir.

Səhifə 111-də 2-ci cədvəldəki “les adverbes beaucoup, déjà, bien, encore +

l’auxiliaire et le participe passé” modeli “l’auxliiaire + les adverbes beaucoup,

déjà, bien,encore + le participe passé(və ya le participe passé du verbe)” kimi

verilməlidir.

Page 7: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

7

Səhifə 114-də sərlövhədən əvvəl “Document D” yazılmalıdır.

Yenə həmin səhifədə “Activité 1”-dəki şərt “Lisez les Documents A et B et

répondez” deyil, “Lisez les Documents C, D et répondez” kimi olmalıdır.

Səhifə 119-da “Activité 3” və səhifə 120-də “Activité 5”-in şərtindəki “en

groupe” sözünün sonunda “s” hərfi yazılmalıdır (“en groupes” ).

Səhifə 121-də “Activité 1”-dəki suallarda vasitəli tamamlıqların altından xətt

çəkilsə, yaxud qara şriftlə verilsə, daha yaxşı olar.

Səhifə 123-də nümunələrdə “choisir” felinin cəm halındakı təsrifi “passer”

felinin təkrarı kimi verilmişdir (Nous choisirons, vous choisirez, ils (elles) choisiront

olmalıdır).

Səhifə 124-də cədvəldə “Ils/Elles comprendrons” deyil, “Ils/Elles

comprendront” olmalıdır.

Səhifə 125-də “Activité 1”-in şərtində “des verbe” sözünün sonunda “s” hərfi

yazılmalıdır (des verbes).

Yenə həmin səhifədə “Activité 1”-in sonundakı cümlədə “vingt deux” sözü

“vingt-deux” kimi yazılmalıdır.

Səhifə 126-da “Activité 1”-də 1-ci cümlə “Il y a du... ” deyil, “Il y a du

soleil…” olmalıdır.

Səhifə 128-də “Vocabulaire”-dəki “Les projets des vacances” ifadəsi “Les

projets de vacances” kimi olmalıdır.

Səhifə 134-də 8-ci test tapşırığındakı “les” sözü artıqdır (“J’ai beaucoup

d’amis, je ... aide souvent” olmalıdır).

3. Dizayn və bədii tərtibat baxımından

Mövzular gündəlik həyat və məişət tərzini özündə cəmləşdirməklə rəngarəng,

düşündürücü, şagirdi sərbəst yaradıcılığa sövq edən və axtarışa yönəldən öyrədici

xarakterə malikdir.

Dərsliyin bədii tərtibatı və dizaynı qənaətbəxşdir. Belə ki, fotoşəkillərin mövzu

ilə uyğunluğu, ifadəliliyi, aydınlığı, rəngarəngliyi, onların cəlbediciliyi, şagird

marağının nəzərə alınması prinsipi gözlənilmişdir.

Nəzərdə tutulan bütün amillər öz əksini tapmaqla yanaşı, məzmuna və yaş

səviyyəsinə tam uyğunluq təşkil edir.

Dərslikdə fotoşəkillərin sayı kifayət qədərdir. Mətnə görə onlar uyğun

yerləşdirilmişdir.

Page 8: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

8

Yalnız səhifə 5-də “Activité 2” və səhifə 58-də “Activité 1”-dəki şərtdə tələb

“Ecoute” (Dinlə) verilməsinə baxmayaraq, onu ifadə edən qulaqcıq işarəsi

göstərilməmişdir.

Səhifə 77-də və səhifə 85-də “Leçon 1”-də sərlövhəyə uyğun, səhifə 79-da

“Activité 1”-də isə şərtdə “Ecoute” (Dinlə) verilməsinə baxmayaraq, onu ifadə edən

qulaqcıq işarəsi göstərilməmişdir.

Səhifə 90-da “Activité 1”-in şərtində “Ecoute” (Dinlə) verilməsinə

baxmayaraq, orada da onu ifadə edən qulaqcıq işarəsi göstərilməmişdir.

Səhifə 101-də dialoqda “Th omas” sözündəki “Th” hərf birləşməsi digər

hərflərlə birlikdə yazılmalıdır (“Thomas”).

Səhifə 130-da 9-cu tapşırıqda “aller/retour” sözü “aller-retour” kimi olmalıdır.

Bununla belə, bəzi səhifələrdə durğu işarələrinin işlənməsində də texniki

qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 19-da “Activité 2”-də “des sandales”, c) bəndində “homme”, 35-ci

səhifənin sonunda “élèves”, səhifə 45-də “Activité 10”-nun II bəndində 3-cü və 4-

cü, səhifə 47-də “Activité 2”-də b) və c) bəndində sözlərdən sonra nöqtə (.)

olmamalıdır.

Səhifə 30-da “Activité 2”-nin şərtində sonda nöqtə (.) qoyulmalıdır.

Səhifə 112-də “Activité 6”-da “Il est tard”, “Tu as beaucoup travaillé”, “Il

fait très chaud” ifadələrindən sonra vergül (,) qoyulmalıdır.

Səhifə 129-da “Document A”-dakı “Vacances Educatives” ifadəsindən sonra

dırnaq işarəsi bağlanmalıdır.

Səhifə 132-də “Bilan 4”-də 5-ci test tapşırığındakı b) bəndində “le 28 juin”-

dən sonra qoyulmuş 3 nöqtə silinməlidir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Bu parametr üzrə bütün amillər öz əksini tapmış və qənaətbəxşdir. Tapşırıqlar

mövzular üzrə məzmuna uyğundur.

Tapşırıqların şərti anlaşıqlı, yığcam, lakonik və konkret olmaqla yanaşı, burada

sadədən-mürəkkəbə doğru prinsipi nəzərə alınmışdır. Əldə olunmuş biliklərin

tətbiqini tələb edən, idrakı bacarıqların formalaşdırılmasına yönəlmiş tapşırıqlar

üstünlük təşkil etmişdir. Şagirdlərin özünü müstəqil qiymətləndirə bilməsi üçün

Page 9: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

9

tapşırıqların, möhkəmləndirmə və summativ qiymətləndirmə üçün çalışmaların

verilməsi təqdirəlayiqdir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV) məzmununun

işlənməsi baxımından

Vəsait geniş metodoloji əsaslandırmaya malik olan giriş hissəsindən ibarətdir

(fransız dilinin tədrisinə dair kurikulumun məzmunun və tələblərinin reallaşdırılma

mexanizminin şərhi daxil olmaqla).

Dərslik və MMV-dən istifadə qaydaları, dərslikdə verilmiş mövzulara,

çalışmalara, dərsin gedişinə uyğun mexanizmlərin şərhi və əsaslandırılması, bütün

məzmun standartlarının reallaşdırılması səviyyəsi, təlim texnologiyaları haqqında

məlumat, məzmun xəritəsi, təlim məqsədlərinin əlaqəliliyi öz əksini tapmışdır.

Vəsaitdə təlim nəticələri və məzmun xətləri üzrə təlim nəticələrinin şərhi, fənlə

bağlı məzmun standartlarının reallaşdırılması və inteqrasiya (fəndaxili, fənlərarası)

cədvəllərində əsas və alt standartların paylanması düzgün və uyğun şəkildə

verilmişdir.

Planlaşdırma (illik və gündəlik planlaşdırma nümunəsi daxil olmaqla), təlim

məqsədləri, yeni materialla əvvəlki öyrənilmiş materialın əlaqəsinin təmini, təlim

texnologiyası üzrə mərhələlərin bir-biri ilə əlaqələndirilməsi, əlavə vəsaitlərdən

(resurslar) istifadənin nəzərdə tutulması, mövzuların tədrisi texnologiyası,

qiymətləndirmə və əlavə materialların verilməsi lazımi səviyyədə işlənmişdir.

Bununla belə, müəyyən texniki qüsurlara da rast gəlinir:

Səhifə 5-də sonuncu cümlədə “les ides” sözü “les idées” kimi olmalıdır.

Səhifə 7-də sərlövhədəki “russe” sözünün sonunda “s” hərfi yazılmalıdır.

Səhifə 11-də çalışmaların şərtlərinə aid nümunələrdə verilmiş “Parle de ce que

te n’as pas aimé pendant...?” müraciətindəki “te” sözü deyil, “tu” olmalıdır.

Həmin nümunələrdən sonrakı şərhdə yazılmış “Lesdites” sözləri ayrı

yazılmalıdır (“Les dites” olmalıdır).

Səhifə 12-də 2-ci cümlədəki “entrte” sözündəki “t” hərfi artıqdır (“entre”

olmalıdır).

Səhifə 13-də “Orientation des activités”-dəki “casse” sözü “classe” kimi

yazılmalıdır.

Səhifə 14-də ilk cümlədəki “prennent par” ifadəsi “prennent part” kimi

olmalıdır.

Page 10: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

10

Səhifə 17-də sərlövhədə “a” sözü “à” kimi yazılmalıdır.

Səhifə 24-də “Remarque”-da “Vie de cl.” təkrar olaraq 2 dəfə yazılmışdır.

Səhifə 25-də 2-ci abzasın sonundakı “les lèves” sözü “les élèves” kimi

olmalıdır.

Həmin şərhə aid 4-cü abzasdakı “a tout moment” ifadəsindəki “a” sözü “à”

kimi yazılmalı, ondan əvvəl verilən durğu işarəsi silinməlidir.

Səhifə 26-da 4-cü bənddəki ilk cümlədə verilmiş “d’e” sözü bitişik yazılmalıdır

(“de”).

Yenə həmin səhifədə 7-ci abzasın sonundakı “la préparations” sözündə “s”

hərfi artıqdır (“la préparation”).

Səhifə 28-də cədvəldə verilmiş “Unité 2. C’est la mode!” mövzusunun adı

“C’est à la mode!” kimi olmalıdır.

Səhifə 29-da Bilan 1-ə əsasən verilmiş “Document”-lar F və G deyil, A, B, C

olmalıdır.

Səhifə 30-da “Teste tes connaissances”-dan sonra yazılmış “Document C”

Bilan 2-yə aid olduğundan, “Document B”-dən sonra verilməlidir.

Səhifə 32-də Unité 8-də “Inform.”-a aid standartda 4.1.1 təkrarən 2 dəfə

yazılmışdır.

İlk alt-standart isə 1.3; deyil, 1.1.3 olmalıdır.

Həmin Unité-də “Vie de cl.”-la bağlı standartlarda 1.1.2 təkrar yazılmışdır.

Səhifə 132-də isə bu alt-standart 2.1.1 kimi verilmişdir.

Səhifə 33-də ikinci abzasda “Les Bilans sont est presenté” deyil, “Les Bilans

sont presentés” kimi verilməlidir.

Yenə həmin səhifədə “Bilan”-ın şərtindəki 1-ci hissədə “Ce travail doit-être”

cümləsində defis artıqdır (“Ce travail doit être”).

Yenə həmin səhifədə “10 point” deyil, “10 points”, “permet” deyil,

“permettent” olmalıdır.

Səhifə 34-də planda “forme” sözünün qarşısındakı artikl “le” deyil, “la”

olmalıdır.

Səhifə 35-də cədvəlin altındakı sual cümləsində “ce passe” deyil, “se passe”

olmalıdır.

Yenə həmin səhifədə şərhdəki “s’intégrant” sözü “s’intègrent” kimi

yazılmalıdır. Şərtdə “les standards du contenu défini et prévoit” deyil, “les

standards du contenu définient et prévoient” olmalıdır.

Page 11: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

11

Səhifə 36-da “Intégration”-dakı şərhdə “avec leçon de la musique” ifadəsi

“avec la leçon de la musique” kimi olmalıdır.

Səhifə 37-də “Généralisation et conclusion”-də “il obtenu son but” cümləsi

“il a obtenu son but” kimi olmalıdır. Yenə həmin şərtin sonundakı “obtenu” sözünə

“s” yazılmalıdır (“obtenus”).

Səhifə 39-da “L’organisation de la leçon”-dakı şərhdə “con climat” sözü “son

climat” kimi yazılmalıdır.

Səhifə 40-da “Activité 1”-də “On a fait de kayak” ifadəsi “On a fait du

kayak” kimi olmalıdır.

Səhifə 42-də “Leçon 2”-dəki standartlarda “3.1.1.” 2 dəfə verildiyi üçün biri

silinməlidir.

Səhifə 45-də “Activité 3”-də “Comme le tems passe vite!” ifadəsində “tems”

sözü “temps” kimi yazılmalıdır. Yenə həmin səhifədə “Activité 4”-də, 1-ci hissədə

“des petites cartes” deyil, “de petites cartes” olmalıdır.

Səhifə 46-da “Document C”-də ilk cümlədəki “pur” deyil, “pour” olmalıdır.

Səhifə 47-də “Activité 3”-ün şərhindəki 3-cü cümlədə “On pet” deyil, “On

peut” olmalıdır.

Səhifə 49-da “Expression du passé”-də 4-cü cümlədə “faire” deyil, “fait”

olmalıdır.

Səhifə 51-də “Attention”-da “Cet” deyil, “C’est” olmalıdır.

Yenə həmin səhifədə “Pour vérifier”-yə aid şərhin 3-cü cümləsində “les

phrase” sözünün sonunda “s” cəm şəkilçisi, “insiste” feli isə cəmdə yazılmalıdır

(“les phrases”, “insistent”).

Yenə həmin cümlədə “a tour de rôle” ifadəsində “a” deyil, “à” yazılmalıdır

(“à tour de rôle”).

Səhifə 52-də 1-ci şərtdəki nümunələrdə “qu’est-que” deyil, “qu’est-ce que”

olmalıdır.

Səhifə 54-də “Activité 6”-nın 5-ci cümləsində “il passé” deyil, “il a passé”

olmalıdır.

Yenə həmin səhifədə “Activité”-də şərhdə “et” deyil, “est” olmalıdır.

Səhifə 57-də “Communication”-da “Parles” deyil, “Parler” olmalıdır.

Səhifə 58-də “Intégration”-da “Math.” deyil, “Maths” olmalıdır. Ona aid

standartlarda “2.1.2.1.” alt-standartının sonundakı “1” artıqdır.

Page 12: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

12

Yenə həmin səhifədə “Unité 2”, “Leçon 1”-də “Les ressources”-la bağlı

verilmiş “la carte de l’Ile de la Réunion et de la Côte sauvage” “Unité 1”-in

təkrarıdır.

Səhifə 59-da “Les devoirs”-da “sur un les sujets” ifadəsindəki “un” artıqdır

(“sur les sujets” ).

Səhifə 65-də “Manière de dire”-də ilk cümlədə “sert” deyil, “servent”

olmalıdır.

Səhifə 66-da “Activité 2”-də “Oui, c’est est joli!” ifadəsində 2-ci “est” artıqdır

(“Oui, c’est joli! ”).

Səhifə 68-də “Présent de l’indicatif”-də şərhdə “pays” deyil, “payer”

olmalıdır.

Səhifə 71-də “Activité 1”-də 3-cü cümlədə “motre” və “mointre” deyil,

“montre” olmalıdır. Bu düzəliş həmin səhifədəki “Activité 2”-də 3-cü cümlədə də

(motre) nəzərə alınmalıdır (montre).

Yenə həmin çalışmada 5-ci cümlədə “Est-ce qu’il te va?” ifadəsində “il”

deyil, “elle” olmalıdır. Bu düzəliş səhifə 72-də 5-ci cümlədə də aparılmalıdır.

Səhifə 74-də “Activité 5”-dəki dialoqda “Le client”-nın nitqində söhbət “la

veste”-dən getdiyi üçün “Il est très large” deyil, “Elle est très large” olmalıdır.

Səhifə 75-də Unité 3, Leçon 1-də “Le type de la leçon”-da “dédfuctif” deyil,

“déductif” olmalıdır.

“L’intégration”-da “A.plas.”-la bağlı standartlarda 2.1.1; 2.3.4 alt standartları

deyil, 2.1.1 və 2.1.3 olmalıdır.

Səhifə 78-də “Activité 2”-də uyğunlaşmaların cavablarında (2-ci bənddə) 1-“b”

deyil, “g” olmalıdır. 4-də isə 1-“2” deyil, “e”, 6-da isə “b” deyil, “d” olmalıdır.

Səhifə 79-da “Activité 3”-də “un met” deyil, “on met” olmalıdır.

Yenə həmin səhifədə “Activité 1”-in “a” bəndində “le gratin de poisson”

ifadəsindəki “poisson” deyil, “poulet” olmalıdır, çünki aşağıda verilmiş ərzaq

məhsulları arasında lazım olan ərzaq “poulet”-dir.

“Activité 2”-də həmçinin, “poisson” deyil, “poulet” olmalıdır.

Səhifə 85-də “Activité 3”-ün şərhində “Dites” deyil,“Dis” olmalıdır.

Səhifə 86-da Unité 4, Leçon 1-də “travaille collectif” deyil, “travail collectif”

olmalıdır.

Səhifə 88-də “Activité 3”-də “4-3” deyil, “4-e” olmalıdır.

Page 13: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

13

Səhifə 89-da “Activité 5”-dəki “Modèle”-də “célebres” sözünün yazılışı

“célèbres” kimi olmalıdır.

Səhifə 90-da “Activité 8”-də 2-ci cümlədə “acheté”-nin qarşısında “a”

köməkçi feli yazılmalıdır (“Thomas a acheté”).

Səhifə 93-də “Unité 4”, “Leçon 3”-də “Les standards” sözü yazılmış, lakin

nəzərdə tutulan standartlar verilməmişdir (İllik planlaşdırmaya əsasən 1.1.1; 2.1.1;

2.1.4; 3.1.1; 3.1.2; 3.1.3; 4.1.1; 4.1.3 alt standartları yazılmalıdır).

Səhifə 94-də “Les verbes pronominaux”-da “conjugue” deyil, “conjuguent”

olmalıdır.

Səhifə 96-da “Activité 6”-da 1-ci cümlədə “une” sözünün biri artıqdır.

Səhifə 99-da “Unité 4”, “Leçon 4”-də “3.1.1.1” alt standartında sonuncu “1”

rəqəmi artıqdır.

Səhifə 100-də “Bilan 2”-də 3-cü çalışmada “Faux”-nun qarşısında “4, 6” deyil,

“1, 4” verilməlidir.

Səhifə 101-də “Tests sur la structure de la langue”-la bağlı cavablarda “8-d”

deyil, “8-b” yazılmalıdır.

Səhifə 102-də “Les buts”-də “des raisons apprendre” deyil, “des raisons

d’apprendre” olmalıdır.

Yenə həmin səhifədə “travail en paire” deyil, “travail en paires” olmalıdır.

Yenə həmin səhifədə “Demarches” hissəsində “Iles élèves” deyil, “Les élèves”

olmalıdır.

Səhifə 103-də “Activité 1”-də cədvəldə “appendre” deyil, “apprendre”,

“française” deyil, “français” olmalıdır.

Səhifə 104-də “Activité 2”-nin şərti “Relis” deyil, “Relie” olmalıdır.

Səhifə 105-də “Activité 1”-in 5-ci cümləsində “L’espagnole” sözünün

sonundakı “e” hərfi artıqdır (“L’espagnol”).

Yenə həmin səhifədə “Activité 2”-də 2-ci sualın cavabı “Il apprend le

français écrire en cette langue” deyil, “Il apprend le français pour écrire en cette

langue” olmalıdır.

Yenə həmin çalışmada 4-cü sual və cavab cümlələrində “il suffit”-dən sonra

“de” sözönü yazılmalıdır.

Yenə həmin səhifədə “Modèle conventionnelle” deyil, “Modèle

conventionnel" olmalıdır.

Yenə həmin çalışmada “trouver du travail” deyil, “trouver un travail”

Page 14: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

14

olmalıdır.

Səhifə 106-da “Activité 6”-nın şərtində “Compète” deyil, “Complète”

olmalıdır.

Səhifə 107-də 4-cü cümlədə “pour trouver des amis” təkrar olaraq 2-ci dəfə

yazılmışdır.

Səhifə 108-də digər dərslərdə standartlar verildiyi halda, “Leçon 3”-lə bağlı

standartlar verilməmişdir.

Səhifə 109-da “Activité 3”-ün şərti verilməmişdir (“Complète et écris” ).

Yenə həmin səhifədə “Leçon 4”-lə bağlı “Les standarts” sözünün qarşısında

standartlar göstərilməmişdir.

Səhifə 112-də “Vocabulaire”-də “L’odinateur” deyil, “L’ordinateur”, “Le

caractere” deyil, “Le caractère” olmalıdır.

Həmin cədvəldə “Culture et civilisation”-dakı “L’importance e la culture”

deyil, “L’importance de la culture” olmalıdır.

Yenə həmin səhifədə “Leçon 1”-in şərhində “comprend les valeurs” deyil,

“comprendre les valeurs” yazılmalıdır. Eyni zamanda, bu cümlədə fikrin sonluğu

yoxdur.

Səhifə 113-də “Activité 2”-də cavabların sırasına “6-f” də əlavə olunmalıdır.

Yenə həmin səhifədə “Activité 3”-də cədvəldə “Elodie”-yə aid sətirə “le thé”

sözü də əlavə olunmalıdır.

Səhifə 114-də “Activité 2”-nin sonunda “pur” deyil, “pour” olmalıdır.

Səhifə 115-də “Activité 3”-ün sonunda cümlədə “déconnecte” sözü

digərlərindən seçilməsi üçün kursivlə verilməlidir.

Səhifə 116-də “Activité 3”-də “conventionnelle” deyil, “conventionnel”

olmalıdır.

Səhifə 118-də “Activité 3”-də cavablarda “-a” deyil, “3-a” olmalıdır.

Yenə həmin səhifədə “Activité 4”-ün 2-ci cümləsində “moi” sözünün

sonunda “s” hərfi yazılmalıdır (“le premier mois” ).

Səhifə 119-da “Shusha” deyil, “Choucha” olmalıdır.

Səhifə 120-də Bilan 3-də, 5-ci çalışmanın 3-cü cümləsində “il faut les taper”

kursivlə deyil, adi formada verilməlidir.

Yenə həmin çalışmada 6-cı cümlədə “étranger” sözünün sonunda “s” hərfi

yazılmalı (“les pays étrangers”), 10-cu cümlədə isə “de le culture et d’art” deyil,

“de la culture et de l’art” olmalıdır. Bu çalışmada “9” rəqəmindən sonra cümlələrin

Page 15: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

15

sıralanmasında nömrələnmə “10” və “11” olmalıdır.

Səhifə 121-də 9-cu çalışmada “préférions” sözündəki “i” hərfi artıqdır.

(“préférons”).

Yenə həmin səhifədə cədvəldə “transports” sözündəki “s” hərfi artıqdır (“des

moyens de transport”).

Yenə həmin səhifədə “Grammaire”-də “préposition” sözünün qarşısındakı

“en” sözü kursivlə (“en”) olmalıdır.

Yenə həmin səhifədə “Culture et civilisation”-da “Internatiunal” sözündə

“u” hərfi artıqdır (“International”).

Səhifə 124-də “Activité 10”-da “Fistival” deyil, “Festival” olmalıdır.

Səhifə 126-da “Activité 14”-də 2-ci bəndin sonunda “Gandja” deyil,

“Tbilissi”, 3-ci bəndin sonunda isə “Gandja” deyil, “Gazakh” olmalıdır.

Səhifə 128-də 1-ci hissədə “au bureau du tourisme” deyil,“au bureau de

tourisme” olmalıdır.

Səhifə 129-da “Activité 4”-ün 3-cü sualının cavabında “regardez” deyil, “il

faut regarder” verilməlidir.

Yenə həmin səhifədə “Activité 6”-nın şərtində “(p.113)” deyil, “(p.112)”

göstərilməlidir. Bu yazılış səhifə 130-da “Activité 7”-yə də aiddir.

Səhifə 130-da “Activité 1”-in şərtində “les Documents A et B” deyil, “les

Documents C, D et répondez” olmalıdır.

Səhifə 132-də cədvəldə “Grammaire”-də “lui” sözü seçilməsi üçün kursivlə

verilməlidir.

Səhifə 134-də “Activité 3”-də cavablarda “5-f” deyil, “5-g” olmalıdır. “7-f”,

“8-h” , “9-i” cavabları da əlavə olunmalıdır.

Yenə həmin səhifədə “Activité 1”-də 10-cu cümlə “Dans le gîte il y a un tout

le nécessaire” deyil, “Dans le gîte il y a tout le nécessaire” olmalıdır.

Səhifə 135-də “Le locataire”-in nitqində “C’est bien” ifadəsi böyük hərflə

deyil, kiçik hərflə verilməlidir (“Ben, c’est bien”).

Səhifə 137-də “Activité 1”-də 2-ci sualın cavabındakı cümlədə “lui” sözü

kursivlə verilməlidir (“lui”).

Səhifə 139-da “Activité 4”-də “A une heur” sözünün sonunda “e” hərfi

yazılmalıdır (“A une heure”), “A vingt deux heures” isə “A vingt-deux heures” kimi

olmalıdır.

Səhifə 141-də “16-17 degré” sözünün sonunda “s” yazılmalıdır (“Il fera 16-17

Page 16: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

16

degrés”).

Səhifə 145-də (a) bəndində qaydanın şərhində “la particule” sözündən sonra

“que” sözü yazılmalıdır (“la particule que”).

Həmin qaydaya müvafiq şərhin (c) bəndində “bons meilleurs” sözləri arasında

defis yazılmalıdır (“bons- meilleurs”).

Səhifə 147-də “Les pronoms toniques”-lə bağlı nümunələrdə “aissi”

deyil,“aussi” olmalıdır.

Səhifə 148-də “Attention aux participe passé” müraciəti “Attention aux

participes passés” kimi yazılmalıdır.

Səhifə 149-da “Imparfait de l’indicatif”-lə bağlı nümunələrdə verilmiş

“maths” sözünün sonundakı “s” hərfi qara hərflə verilməlidir.

Yenə həmin səhifədə “nous mangions” sözünün yazılışında çap sürüşməsi

olmuşdur.

Səhifə 151-də “Vous vous préiparez” ifadəsindəki “i” hərfi artıqdır (“Vous

vous préparez”).

Səhifə 153-də “tu commrences” deyil, “tu commences” olmalıdır.

Səhifə 158-də “il/elle étais” deyil, “il/elle était” olmalıdır.

Səhifə 160-da “Sommaire”-də “ecoles” deyil, “écoles” , “l’inetrieur” deyil,

“l’intérieur” olmalıdır.

Durğu işarələrinin işlənməsində də texniki qüsurlara rast gəlinir:

Səhifə 52-də “Activité 4”-ün şərhində “il lui” sözləri arasında defis

yazılmalıdır.

Səhifə 65-də dialoqda “Quelle pointure vous faites, madame” müraciətindən

sonra sual qoyulmalıdır.

Səhifə 66-da “Activité 2”-dəki “Ça me plaît” ifadəsindən sonra nöqtə

qoyulmalıdır.

Səhifə 67-də “Conjugaison”-nun şərhində “le passé composé” ifadəsindən

sonra, səhifə 73-də “Activité 1”-in şərhində “2,3” ədədlərindən sonrakı vergül

işarəsi artıqdır.

Səhifə 76-da dialoqda “A quelle heure vous prenez votre petit déjeuner”–dən

sonra sual qoyulmalıdır.

Səhifə 91-də sonda “centre ville” sözü defislə yazılmalıdır. Bu səhifə 92,

“Activité 4”-ə də aiddir.

Səhifə 145-də sonda “Tu as quels disques Marion?” ifadəsində “disques”

Page 17: Respublikanın ümumtə - derslik.edu.azderslik.edu.az/monitoring/level6/PDF/Fransiz_dili_6.pdf · 8 bölmə üzrə (“Comme le temps passe vite!”, “C’est à la mode”, “Bon

17

sözündən sonra vergül işarəsi qoyulmalıdır.

Nəticə

1. Dərslik komplektindəki materiallarla xarici dil fənn kurikulumunda nəzərdə

tutulmuş əsas və alt standartlar demək olar ki, reallaşdırılmışdır.

2. Dərslik komplektində verilmiş materiallar fransız dilinin praktik olaraq

öyrənilməsinə, şifahi nitq üzrə bacarıq və vərdişlərin inkişaf etdirilməsinə

yönəlmişdir. Bu məqsədi həyata keçirmək üçün dərslikdəki təlim materialları sistemli

və əlaqəli şəkildə məzmun xətlərinə, əsas və alt standartlara uyğun, sadədən-

mürəkkəbə doğru prinsipi əsasında ardıcıllıqla qurulmuşdur.

3. Dərsliyin məzmunu, verilmiş təlim materialları, xarici dillərin tədrisində əsas

götürülən müasir baxışları özündə cəmləşdirməklə, məzmun standartlarını tam əhatə

edir.

4. Bununla yanaşı dərslikdə müəyyən qüsurlara, texniki səhvlərə də rast gəlinir.