22
Respublikanın ümumtə hsil məktəbl ərinin 6-sinifl əri üçün “Coğrafiya” dərslik komplekti əllifl ər: Elbrus Əlizadə Nərminə Seyfullayeva İrken Rakçeyeva Yelena Şabanova Bakı: Bakı Nəşr, 2013. Dərslik komplekti il ə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar v ə təklifl ər əsasında hazırlanmış YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

Respublikanın ümumtəhsil məktəblərinin

6-cı sinifləri üçün “Coğrafiya” dərslik komplekti

Müəlliflər: Elbrus Əlizadə

Nərminə Seyfullayeva

İrken Rakçeyeva

Yelena Şabanova

Bakı: Bakı Nəşr, 2013.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Dərslikdəki materiallar “Coğrafiya: dünən və bu gün”, “Cəmiyyət”, “Yerin bərk

təbəqəsi”, “Şəffaf kürə”, “Yerin su təbəqəsi”, “Təbiət və insan”, “Yer – Günəş

sistemində” və “Yer səthinin təsviri” tədris vahidlərinə ayrılmaqla, 50 mövzunu

əhatə etmişdir. Bu, kurikulum standartları əsasında hazırlanmış ilk dərslik

komplektidir.

Dərslikdə “Mündəricat”, “Dərsliyinizlə tanış olun” və “Yay layihələri”nə aid

nümunələr, tədris vahidlərinin sonunda ümumiləşdirici tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris

planına əsasən fənnin tədrisinə həftədə 2 saat olmaqla, 64 saat vaxt ayrılmışdır. Bura

həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ və yarımilliklərin sonunda

böyük summativ qiymətləndirmələrə ayrılan vaxt da daxildir.

Dərslikdə verilmiş materiallar yeni təhsil proqramına (kurikulum) əsasən 3

məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılmasını nəzərdə tutur. Materialın

elmi-metodik baxımdan standartlara uyğunluğu, elmiliyi, mövzular üzrə məqsədlərin

dəqiqliyi, fəndaxili və fənlərarası inteqrasiyanın mövcudluğu, şagirdlərin

dünyagörüşünün formalaşmasına və müstəqil təliminə imkan verməsi təqdirəlayiqdir.

Həmçinin, dərslikdəki materiallar şagirdlərin söz ehtiyatının və nitq mədəniyyətinin

formalaşmasına da yönəlmişdir. Burada illüstrasiyaların ifadəli və dəqiq olması,

tapşırıqların mövzularla uyğunluğu, elmiliyi, sadədən-mürəkkəbə prinsipinin

gözlənilməsi, dil və ifadə tərzi şagirdlərin yaş səviyyəsinə uyğundur.

Qeyd edilənlərlə yanaşı, dərslikdə bir sıra qüsurlara, qeyri-dəqiq izahlara,

texniki səhvlərə, düzgün qoyulmayan suallara da rast gəlinir. Bəzi mövzulardakı

mətnlərin izahına aid xəritə, sxem, şəkil, diaqram və s. illüstrativ materiallarda

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

3

müəyyən qüsurlar var. İradların bir hissəsi tövsiyə xarakterlidir. Bunlar

aşağıdakılardır:

Dərslikdə verilən bəzi mövzular 6-cı sinif şagirdləri üçün çətinlik yaradır. Belə

ki, coğrafiya fənni üçün tərtib edilmiş bəzi alt standart və açar sözlərdə həmin

mövzuların tədrisi yuxarı siniflərdə nəzərdə tutulmuşdur. Məsələn:

1.3.2 alt standartında - “miqyasın hesablanması”; 1.3.1 alt standartında -

“Planaalma”; 2.1.4 alt standartında - “Havanın orta sutkalıq temperaturu; 3.1.2 alt

standartında - “Əhalinin sıxlığı”; 2.1.8 alt standartında - “Torpaq tipləri”; 2.1.5 alt

standartında - “Göllərin mənşəyi”, “Axarlı və axarsız göllər”, “Körfəz, boğaz” – 7-ci

sinfin açar sözlərinə, “2.1.7. və 2.1.8. alt standartları ilə reallaşdırılan “TƏK” – Təbii

ərazi kompleksləri 9-cu sinfin standartlarına, səhifə 69-da “Dağların yaşı” 7-ci

sinfin, səhifə 96-da 3-cü tapşırıqdakı “İqlim diaqramı” isə 8-ci sinfin 2.1.4 alt

standartına aiddir .

Dərslikdə səhifə 10-da verilmiş Azərbaycanın 3D ölçülü xəritəsi isə 11-ci sinfin

standartlarına və açar sözlərinə aiddir.

Səhifə 6-da “Dərsliyin strukturun”da 4-cü tərkib hissə “Bu maraqlıdır”

adlandırılmışdır. Burada nümunə kimi T.Heyerdal haqqında şəkil və maraqlı məlumat

verilmişdir. Lakin dərsliyin 25-ci səhifəsində “Bu maraqlıdır” başlığı

yazılmamışdır. Həmçinin, dərsliyin bütün mövzuları içərisində yalnız 26 və 27-ci

mövzularda “Bu maraqlıdır” başlığı yazılmış və məlumat verilmişdir.

Səhifə 13-də mövzuda 1.3.1. alt standartını reallaşdıran “Üfüqün cəhətləri”nə

aid qısa anlayışın verilməsi yaxşı olar. Çünki mövzuda izahat bölməsinin 2-ci

abzasında “Paralellər Yer üzərində şərqdən qərbə doğru çəkilmiş xəyali

çevrələrdir” yazılmışdır. Həmçinin, mətndə şimal, cənub, şərq və qərb

yarımkürələrinə bölünmədən bəhs edilmişdir.

Yenə həmin səhifədə “Yer kürəsində hər hansı məntəqənin harada

yerləşməsi qlobus və xəritədə eninə və uzununa çəkilmiş xətlərlə ifadə olunur.

Bu xətlər - paralel və meridianlar adlanır” cümləsindən sonrakı abzasın “Yer

kürəsinin ən uzun paraleli ekvatordur. Ekvatoru Yer kürəsinin tənböləni də

adlandırırlar. O, Yeri şimal və cənub yarımkürələrinə bölür. Ekvatordan ən uzaq

məsafədə yerləşən nöqtələr coğrafi qütblərdir. Ekvatordan qütblərə doğru, ekvatora

paralel çəkilmiş çevrələrə paralellər deyilir” kimi verilməsi məqsədəmüvafiq hesab

edilir. Çünki mövzunun izahında verilən coğrafi enlik və coğrafi uzunluq anlayışları

7-ci sinfin standartlarına aiddir.

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

4

Səhifə 14-də “London şəhəri yaxınlığındakı Qrinviç rəsədxanasından keçən

meridian şərti olaraq başlanğıc meridianı kimi qəbul olunmuşdur” cümləsindən

sonra “Qrinviç meridianına əsasən Yer kürəsi şərq və qərb yarımkürələrinə bölünür”

fikrinin əlavə edilməsi təklif olunur.

Səhifə 16-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci cədvəldə “Ekvator

xəttində yerləşənlər” deyil, “Ekvator xəttini kəsənlər” yazılması yaxşı olar.

MMV-də “kəsən” yazılmışdır.

Səhifə 18-də “Dərinlik və hündürlük şkalası” mövzusu 1.3.1. alt standartı ilə

verilmişdir. Amma hündürlük şkalası 6-cı sinfin 2.1.2, dərinlik şkalası isə 2.1.5 alt

standartlarında verilmişdir. Bu səhifədəki “Dərinlik və hündürlük şkalası”nın aid

olduğu standartlara uyğun olaraq III və V tədris vahidində verilməsi düzgün olar.

Səhifə 19-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində, xəritədə “B” nöqtəsi 0

metrdən aşağıda göstərilmişdir. MMV-nin 42-ci səhifəsində “Öyrəndiklərinizi

yoxlayın” bölməsində isə “B” nöqtəsinin hündürlüyü 0-200 m verilmişdir.

Dəqiqləşdirilməsi məsləhətdir.

Səhifə 21-də “İzah” bölməsinin axırıncı abzasındakı “V-XV əsrlərdə Şərqdə

elmlərin inkişafı xeyli gücləndi” cümləsinin “V-XV əsrlərdə (Orta əsrlər) Şərqdə

elmlərin inkişafı xeyli gücləndi” kimi verilməsi daha dəqiq olar.

Səhifə 22-də 1-ci abzasda yazılmışdır ki, “XIII əsrdə yaşamış Azərbaycan

alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. O, polyak alimi

Kopernikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən

əsaslandırmışdır”. Bu fikrin dəqiqləşdirilməsi təklif edilir. Çünki Nəsirəddin Tusi

XIII əsrdə Nikolay Kopernik isə XVI əsrdə yaşamışdır. Göründüyü kimi, əsrlər fərqi

düz gəlmir. Həm də bu fikir 11-ci sinifdə Türk dünyası coğrafiya dərsliyində səhifə

21-də Əbu Reyhan Biruniyə aid edilmişdir.

Yenə həmin səhifədə “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən bu

cədvəlin

Eramı zın V əsrinə qədərki dövr V-XV əsrlər Böyük coğrafi kəşflər dövrü Müasir dövr

aşağıdakı kimi verilməsi təklif edilir.

Eramı zın V əsrinə qədərki dövr

(Qədim dövr)

V-XV əsrlər

(Orta əsrlər)

Böyük coğrafi kəşflər dövrü

(XV-XVIII)

Müasir dövr

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

5

Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsindəki “Açar sözlər”ə orta

əsrlər haqqında əlavələr olunması təklif edilir. Çünki mətnin “İzah” bölməsində orta

əsr alimləri Əbu Reyhan Biruni və Nəsirəddin Tusinin xidmətləri haqqında geniş

məlumat verilmişdir. Bundan əlavə səhifə 27-də “Ümumiləşdirici tapşırıqlar”

bölməsindəki 2-ci tapşırıqda “Orta əsrlər” haqqında soruşulmuşdur.

Həmin mövzu haqqında MMV-nin 44-cü səhifəsinin “C” bölməsində qruplarla

işdə 3-cü qrupun sualı da “orta əsrlər dövrü hansı əlamətlərlə səciyyələnir?”

kimidir. Bu uyğunsuzluqların aradan qaldırılması üçün göstərilən qeydlərin nəzərə

alınması məsləhətdir.

Səhifə 23-də “İzah” bölməsinin 2-ci abzasında xronoloji ardıcıllığı nəzərə

alaraq “Avropadan Hindistana ilk dəniz yolunu 1497-99-cu illərdə Vasko da

Qama açmışdır” cümləsinin abzasın axırında verilməsi, həm də cümlədəki

“açmışdır” sözünün “kəşf etmişdir” ilə əvəz olunması məqsədəmüvafiqdir.

Səhifə 24-də abzas 2-də “1519-cu ildə Fernan Magellan qərb istiqamətinə

üzərək Hindistana dəniz yolunu kəşf etmişdir” cümləsi “1519-cu ildə F.Magellan

qərb istiqamətinə üzərək Hindistana dəniz yolu axtarmaq məqsədi ilə səyahətə

cıxmışdır” yazılarsa daha yaxşı olar. Çünki, həmin mövzunun “Nə öyrəndiniz”,

“Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi yoxlayın” bölmələrində və

MMV-də Hindistana ilk dəniz yolunu Vasko da Qama kəsf etmişdir yazılır. Bu

şagirdlərdə çaşqınlıq yaradır. Yaxşı olar ki, F.Magellanın Hindistana qərbdən dəniz

yolunu kəşf etmək məqsədilə səyahəti haqqında olan məlumatı dərsliyin “Bu

maraqlıdır” bölməsində verilsin.

Səhifə 25-də “Nə öyrəndiniz” bölməsindəki beşinci cümləni yerinə yetirmək

üçün “Açar sözlər”də F.Magellana istinad edilmişdir. Yenə həmin səhifədə

“Öyrəndiklərinizi yoxlayın” bölməsində də ilk dünya səyahətini həyata keçirən

F.Magellan göstərilmişdir.

Bütün bunlara əsasən səhifə 24-də 2-ci abzasda “1519-cu ildə Fernan

Magellan qərb istiqamətinə üzərək Hindistana dəniz yolunu kəşf etmişdir”

cümləsinin “1519-cu ildə Fernan Magellan ekspedisiyası qərb istiqamətində

Hindistana dəniz yolu axtarmaq məqsədi ilə İspaniyadan yola düşmüşlər” kimi

yazılması daha doğru olar.

Səhifə 27-də 3-cü tapşırıqda verilmiş “Ölkələrin adı və paytaxtı yazılır və

xəritə rənglənir” cümləsinin “Ölkələrin adı və paytaxtı yazılır və xəritədə müxtəlif

rənglərlə rənglənir” kimi verilməsi daha doğru olar. Belə ki, səhifə 17-də axırıncı

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

6

abzasda siyasi xəritənin tərtib edilməsi qaydalarında düzgün olaraq “...müxtəlif rəng

çalarları ilə boyamaq olar” qeyd edilmişdir.

Səhifə 43-də “Açar sözlər”ə “avadanlıq” sözünün artırılması təklif edilir.

Çünki səhifə 42-də “Məhsul istehsalı üçün müxtəlif avadanlıq, insanların fiziki və

intellektual fəaliyyəti tələb olunur” cümləsində məhsulun istehsalında avadanlıqdan

bəhs olunur. Həmçinin, MMV-nin 61-ci səhifəsində “Nə öyrəndiniz?” bölməsində

də “Hazır məhsul istehsalı üçün avadanlıq tələb olunur” fikri qeyd edilmişdir.

Səhifə 46-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci tapşırıqda

“Ölkələrin yerləşdiyi müvafiq materikləri müəyyən edin” cümləsinin “Ölkələrin

yerləşdiyi müvafiq materik və qitələri müəyyən edin” kimi verilməsi daha dəqiq olar.

Çünki MMV-də səhifə 63-də “Öyrəndiklərinizi yoxlayın” cədvəlində ölkələr

materik və qitələrə görə qruplaşdırılmışdır.

Səhifə 47-də “Praktiki dərs”in “a” bəndində “Dünya əhalisinin sıxlığına” dair

tapşırıq verilmişdir. Lakin bunun haqqında tədris vahidi boyunca heç bir mövzuda

məlumat verilməmişdir. “Dünya əhalisinin sıxlığına” dair əvvəlki mövzularda

məlumat verilməsi təklif edilir. Eyni zamanda “Əhalinin sıxlığı” 7-ci sinfin 3.1.2 alt

standartında və açar sözlərində verilmişdir. 6-cı sinifdə “Əhalinin sıxlığı” verilən

“Praktiki dərs” isə 3.2.1 alt standartı ilə reallaşdırılmışdır.

Səhifə 55-dəki “Süxurlar” mövzusunun “Vulkan və qeyzerlər” mövzusundan

sonra verilməsi təklif edilir. Çünki səhifə 56-da mantiya maddəsindən yaranan

maqmatik süxurlardan danışılır və səhifə 57-də “Öyrəndiklərinizi tətbiq edin”

bölməsinə aid sxemdə maqmatik süxurun əmələ gəlməsinin vulkanizm prosesləri ilə

əlaqədar olduğu soruşulur. Təbii hadisələrin məntiqi ardıcıllığını nəzərə alaraq

“Vulkan və qeyzerlər” mövzusu “Süxurlar” mövzusundan əvvəl verilməlidir.

Səhifə 59-da “Vulkan və qeyzerlər” mövzusunda qeyzerlər dərsin izahında

demək olar ki, açılmamışdır. Bu haqda məlumat səhifə 60-da vulkan püskürməsi

sxemində verilmişdir. Qeyzerlər də vulkanlar kimi nisbətən geniş açıqlanmalı idi.

“Açar sözlər”də göstərilən qeyzerlər şagirdlər üçün çətinlik yaradır.

Səhifə 62-də 2-ci abzasda “Sakit okean qurşağı, Avrasiyanın şərq sahillərini,

Sakit okean sahillərini, Şimali və Cənubi Amerikanın qərb sahillərini əhatə

edir” cümləsindən “Sakit okean sahillərini” ifadəsi çıxarılarsa, cümlə daha düzgün

olar.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

7

Səhifə 66-da “Fəaliyyət” bölməsində “Açar sözlər”də cədvəlin başlıqlarının

yazılması məsləhət deyil. Həm də cədvəldəki cümlələr çox uzun verilmişdir. Fikirlər

qısa cümlələrlə verilərsə, şagirdlər üçün cavab vermək asan olar.

Səhifə 68-də 4-cü abzasda verilən digər ölkələrdə olan dağların hündürlüyü

haqqındakı məlumatın “Maraqlıdır” bölməsində verilməsi məsləhətdir.

Səhifə 79-da atmosferin qatlarının hamısının tam verilməsi məsləhətdir. Çünki

6-cı sinfin 2.1.3 alt standartında “Yerin hava qatını şərh edir” və məzmunda

reallaşan “Atmosferin quruluşu” yuxarı siniflərin standartlarında və məzmununda

bir daha verilmir. Atmosferin qatlarının yarımçıq verilməsi Yerin hava qatının

tamlığını itirir. Şagirdlər atmosferin quruluşu haqqında tam təsəvvürə malik olmurlar.

Yenə həmin səhifədə meteoritlər haqqında yalnız bir cümlə “Səmadan düşən

meteoritlər isə çoxlu çökəkliklər yaradır” yazılmışdır. Lakin bunun səbəbi

açıqlanmadığı üçün MMV-də səhifə 98-də 4-cü tədris vahidində verilən KSQ-də

10-cu tapşırığın – “2013-cü ilin fevral ayında Rusiyanın Sibir ərazisinə Çelyuskin

şəhərinə ağırlığı 1000 tondan çox olan meteorit düşmüşdür. Onun yerdə tapılan

ən böyük qırıntısının çəkisi 150 qramdan çox deyildi. Meteoritin çəkisinin bu

qədər kiçilməsinin səbəbini izah edin” tapşırığının yerinə yetirilməsi şagirdlər üçün

çətinlik yaradır.

Səhifə 82-də “Hiqrometr” cihazı və onun funksiyası haqqında məlumat

verilmişdir. Bunu nəzərə alaraq, səhifə 83-dəki “Öyrəndiklərinizi yoxlayın”

bölməsindəki cədvələ 5-ci qrafanın əlavə edilməsi və “havanın elementləri”

qrafasına “havanın rütubəti” sözünün artırılması təklif edilir.

Səhifə 83-də “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki cədvəlin 1-ci

qrafasında “Havanın elementləri” yazılsa da, havanın elementləri ilə bərabər

atmosfer hadisələrinə (yağış, külək) aid tapşırıqlar da verilmişdir. Buna düzəliş

edilməsi, yəni MMV-nin 89-cu səhifəsində “C” bəndində olduğu kimi, “havanın

elementləri” ifadəsi ilə yanaşı, “atmosfer hadisələri” ifadəsinin də verilməsi təklif

edilir.

Həmin cədvəldə havanın elementlərində 2-ci sırada “yağışın miqdarı”

ifadəsinin “yağıntının miqdarı” ilə əvəz olunması məqsədəuyğundur.

Səhifə 87-də “Musson küləkləri Şərqi Asiyanın Sakit okean sahilləri üçün

səciyyəvidir” cümləsinin “Musson küləkləri daha çox Şərqi Asiyanın Sakit okean

sahilləri üçün səciyyəvidir” kimi yazılması məqsədəuyğundur. Çünki musson

küləkləri təkcə bu əraziyə deyil, digər ərazilərə (Şimali Amerikanın Atlantik okeanı

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

8

sahillərinə) də xasdır. Ümumiyyətlə, briz və musson haqqında verilən sxemləri

bir-birindən fərqləndirmək şagirdlər üçün çətindir. Mussonun Avrasiyanın şərq

sahillərinin xəritə-sxemi üzərində verilməsi daha yaxşı olar.

Səhifə 100-də “Öyrəndiklərinizi tətbiq edin” bölməsindəki cədvəl MMV-də

səhifə 101-dəki cədvəldən fərqlənir.

Dərslikdə cədvəl belə verilmişdir:

MMV-də isə aşağıdakı kimi verilmişdir:

Materiklər Okeanlardan istifadə

imkanı böyük olan

ölkələr

Okeanlardan istifadə

imkanı zəif olan

ölkələr

Okeanlardan

istifadə imkanı

olmayan ölkələr

Qeyd edilən cədvəllərin dərslikdəki kimi verilməsi məsləhətdir.

Səhifə 103-də “Dərsdən sonra” bölməsindəki xəritə-sxemdəki 2-ci və

3-cü məntəqəyə aid coğrafi adlar MMV-də (səhifə 103-də) verilən adlarla üst-üstə

düşmür. Dərslikdə 2-ci məntəqə “Böyük Britaniya”, MMV-də isə “Abşeron”, 3-cü

məntəqə “Siciliya adası”, MMV-də isə “Kiçik Asiya” yarımadası kimi verilmişdir.

Bunların dəqiqləşdirilməsi təklif edilir.

Səhifə 111-də “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki 1-ci tapşırıq

MMV-də səhifə 108-də “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki tapşırıqla uyğun

gəlmir. Çünki tapşırığın düzgün cavabı a) axmaz mənşəli, b) vulkanik mənşəli

olmalıdır. MMV-də isə cavab belə yazılmışdır: 1.1-b 2-a 3-c 4-d. Burada, düzəliş

edilməlidir.

Səhifə 112-113-də “Aral gölü” əvəzinə “Urmiya gölü”nün verilməsi

məsləhətdir. Belə ki, “Həyat bilgisi 4” dərsliyinin 90-91-ci səhifələrdə bu mövzu

“Aral gölünün harayı” adı altında təxminən eyni məzmunla və şəkillərlə

verilmişdir.

Səhifə 116-da verilmiş “təbii kompleks” və “təbii komponent” anlayışları

6-cı sinfin yaş səviyyəsinə uyğun deyil. Bu anlayışlar 9-cu sinfin standartlarında və

“Açar sözlər”ində nəzərdə tutulmuşdur.

Yenə həmin səhifədə biosferə aid sxemin başqa sxemlə əvəz olunması daha

yaxşı olar. Çünki bu sxem 6-cı sinfin yaş səviyyəsinə uyğun deyil. Həm də həmin

Materiklər Okeanlardan istifadə imkanı

böyük olan ölkələr

Okeanlardan istifadə

imkanı olmayan ölkələr

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

9

səhifədə “İzah bölməsi”nin 1-ci abzasında atmosferin biosferə aid olan hissəsi

20-25 km göstərildiyi halda, həmin sxemdə 17-18 km verilmişdir.

Səhifə 134-də axırıncı abzasda Günəşin diametrinin Yerin diametrindən 110

dəfə böyük olduğu yazılmışdır. 10-cu sinfin coğrafiya dərsliyində səhifə 4-də isə 109

dəfə böyükdür verilmişdir. Bunların dəqiqləşdirilməsi məsləhətdir.

Səhifə 135-dəki cədvəldə planetlərin səthində orta temperatur qrafasında

Merkurinin səthinin temperaturu 125oC, Veneranın səthinin temperaturu isə 470

oC

göstərilmişdir. Bu ədədlərin dəqiqləşdirilməsi məsləhətdir. Merkurinin səthinin orta

temperaturu 125oC deyil, 450-500

oC olmalıdır. Əks halda səhifə 136-da

“Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci tapşırığın “A” bəndində “Günəşə

yaxınlaşdıqca planetlərin səthinin temperaturu necə dəyişir?” sualı şagirdlər

üçün çətinlik yaradar.

Səhifə 136-da “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “Sxemlərdən biri

eramızdan əvvəl yaşamış Klavdi Ptolemeyə (a)...” yazılmışdır. Klavdi Ptolemey

bizim eramızda yaşamışdır. Buna düzəliş edilməsi təklif edilir.

2. Dil və yazı üslubu baxımından

Dərslik komplektində nəzərdə tutulmuş materialların dili sadə və

başadüşüləndir. Mətnlərdəki fikirlərin ifadə tərzi şagirdlərin yaş xüsusiyyətlərinə

uyğundur. Yeni termin və sözlərin izahları verilmişdir. Materialların məzmunundan

asılı olaraq verilmiş terminlər lazımi saydadır. Mətnlərdə qrammatik və orfoqrafik

qaydalara əsasən əməl olunmuşdur. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar

aşağıdakılardır:

Səhifə 32-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində cədvəldə xalqın adı

“Azərbaycan” yazılmışdır. MMV-də isə səhifə 54-dəki müvafiq cədvəldə xalqın adı

“azərbaycanlı” kimi verilmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması məsləhətdir.

Səhifə 63-də zəlzələnin sxemində “Hiposentr” haqqında məlumatda “dalğaları

yayılır” ifadəsində “ı” artıqdır.

Səhifə 81-də axırıncı abzasda “Havanın temperaturunun dəyişməsi - küləyin,

havadakı su buxarı isə buludluluğun və yağıntının səbəbidir” cümləsinin

“Havanın temperaturunun dəyişməsi küləyin, havadakı su buxarı isə buludluluğun və

atmosfer yağıntılarının yaranmasına səbəb olur” kimi verilməsi yaxşı olar.

Səhifə 118-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci tapşırıq

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

10

“1. Buraxılmış sözləri yazın

+ + = TƏBİİ KOMPLEKS”

kimi verilmişdir. MMV-də səhifə 115-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində

isə 1-ci tapşırıq “1. İqlim + relyef + üzvi aləm + sular = təbii kompleks” kimi

verilmişdir. Dərslikdə də MMV-də olduğu kimi, dördüncü boş cədvəlin verilməsi

məsləhətdir.

Dərsliyin rus dilindəki variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 10-da 3-cü abzasda “…Казахстанам…” deyil, “…Казахстаном…”

yazılmalıdır.

Səhifə 11-də “...всходит солнце…” deyil, “…восходит Солнце…”

yazılmalıdır.

Səhifə 18-də “Шкала глубин и высот (м)”da düzənliklərin hündürlüyü

düzgün verilməmişdir.

Səhifə 21-də 3-cü abzasda “...до нашей дней карту” deyil, “…до наших

дней карту” yazılmalıdır. Yenə həmin abzasda “…использовал в науке

слово…” deyil, “...ввел в науку слово…” yazılmalıdır.

Səhifə 22-də şəkildə “Шамаха” deyil, “Шамахы” olmalıdır.

Yenə həmin səhifədə “Что узнали” bölməsində “…география

развивалось…” deyil, “...география развивалась…” olmalıdır.

Səhifə 24-də 1-ci abzasda “Лейф Эриксон…” deyil, “Лейф Эйриксон…”

olmalıdır.

Səhifə 33-də 3-cü abzasda “...на земле…” deyil, “...на Земле…” olmalıdır.

Səhifə 48-də 2-ci abzasda “...по статистики…” deyil, “…по статистике…”

olmalıdır.

Səhifə 59-da 1-ci abzasda “...за погодными сводками…” deyil, “...за

прогнозом погоды…” olmalıdır.

Səhifə 62-də “Деятельность” bölməsində “...Балакенском…” deyil,

“…Балакянском…” olmalıdır.

Səhifə 64-də 2-ci abzasda “На земле есть…” deyil, “На Земле есть…”

olmalıdır.

Səhifə 84-də axırıncı abzasda “…до восхода солнца, а самая высокая –

через 1-3 часа после полудня” fikri “…до восхода Солнца, а самая высокая –

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

11

через 2-3 часа после полудня” kimi yazılmalıdır. Həmin səhifənin axırında saat

2-dən aşağıda “Полдень” əvəzinə “День”, saat 12-dən aşağıda isə “Вечер” əvəzinə

“Ночь” yazılmalıdır.

Səhifə 86-da 3-cü abzasda “…аг-эль и гара-эль” əvəzinə “…аг ел и гара ел”

yazılmalıdır.

Səhifə 93-də xəritənin yanında “600-100” əvəzinə “600-1000” yazılmalıdır.

Yenə həmin səhifənin sonunda “...до земли…” əvəzinə “…до Земли…”

yazılmalıdır.

Səhifə 95-də xəritənin yanında “600-100” əvəzinə “600-1000” yazılmalıdır.

Səhifə 96-da 1-ci test tapşırığının “c” bəndində “... над землей…” əvəzinə

“…над Землей…” yazılmalıdır.

Səhifə 98-də 2-ci abzasda “планетой “Вода” əvəzinə “планетой Вода”

yazılmalıdır. Bu sözlər eynidir.

Səhifə 100-də cədvəldə “Cтраны, который могут…” əvəzinə “Страны,

которые могут…” yazılmalıdır.

Səhifə 103-də “После урока” bölməsində xəritədə olan rəqəmlər və obyektlər

MMV-də səhifə 103-də xəritədə olan rəqəmlər və obyektlərə uyğun gəlmir (Vəsaitdə

“После урока” sözləri yazılmayıb).

Səhifə 110-da 1-ci abzasda “...на поверхности земли…” əvəzinə “…на

поверхности Земли…” yazılmalıdır. 1-ci cədvəldə “…на земле – это Байкал…”

əvəzinə “…на Земле – это Байкал…” yazılmalıdır. 4-cü cədvəldə “…Марал-гель”

əvəzinə “Маралгель” yazılmalıdır. Axırıncı abzasda yazılmış cümlədən sonra

dərsliyin Azərbaycan dilində olan variantında olduğu kimi “За огромные размеры и

органический мир Каспий называют морем” cümləsi əlavə edilməlidir.

Səhifə 111-də “1. Ахмазы 2. Ледниковые 3. Тектонические

4. Запрудные” çıxarılması məsləhətdir. Belə ki, bu hissənin verilən tapşırıqla heç

bir əlaqəsi yoxdur.

Səhifə 118-də “Что узнали” hissəsində “Рельеф, климат, воды вкупе

называют” cümləsinə aydınlıq gətirmək məsləhətdir.

Səhifə 122-də axırıncı sətirdə “...чтобы достигать глубины…” əvəzinə

“…чтобы достичь глубины…” yazılmalıdır.

Səhifə 123-də axırıncı abzasda “Зимой солнце не всходит над горизонтом”

cümləsinin “А в определенное время года Солнце над горизонтом вовсе не

видно” kimi yazılması məqsədəuyğun hesab edilir.

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

12

Səhifə 124-də “Что узнали” hissəsində “...мох и лишайники” əvəzinə

“…мхи и лишайники” yazılmalıdır.

Səhifə 140-da 1-ci abzasda “Ось вращения земли…” əvəzinə “Ось

вращения Земли…” yazılmalıdır.

Səhifə 146-da 1-ci sətirdə “Оказавшись в незнакомым местностей…”

əvəzinə “Оказавшись в незнакомой местности… ” yazılmalıdır.

Səhifə 157-də 1-сi cədvəldə “Объект” əvəzinə “Размеры”, “Ширина и

длина двери” əvəzinə “Ширина двери и расстояние от ближайшей стены”,

“Ширина и длина окна” əvəzinə “Ширина окна и расстояние от ближайшей

стены”, “Длина класса” əvəzinə “Ширина класса” yazılmalıdır. 2-ci cədvəldə

“Окно” əvəzinə “Окна” yazılmalıdır.

Yenə həmin səhifədə 7-ci tapşırıqda “Выберите условные знаки для

изображения объектов” əvəzinə “Выберите условные знаки для изображения

других предметов” yazılması daha düzgün hesab edilir.

Yenə həmin səhifədə 10-сu tapşırıqda “...изобразите остальные объекты

на плане” əvəzinə “…изобразите объекты на плане” yazılmalıdır.

Dərsliyin sonunda forzasda verilmiş Проект 4-də “...тойс…” əvəzinə

“…той…” yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər

müvafiq yaş qrupuna uyğundur. Dərsliyin üz qabığı ilə MMV-nin üz qabığı eynidir.

Bunların fərqli verilməsi məsləhətdir.

Səhifə 6-da “Dərsliklə tanış olun” başlığında verilən şəkillər aydın deyil. Oxlar

rəngsiz verilmişdir. Bu şəkillərin bir qədər böyüdülərək, iki səhifədə verilməsi yaxşı

olar.

Səhifə 10-dakı xəritə-sxemin Azərbaycanın fiziki xəritəsi ilə əvəz olunması

təklif edilir. Çünki bu xəritə-sxemdə həm dənizin rəngi düzgün verilməmiş, həm də

xəritə eninə sıxışdırıldığına görə formasını itirmişdir.

Səhifə 16-da “Öyrəndiklərinizi tətbiq edin” bölməsində Hind və Atlantik

okeanlarının sahələri təxminən eyni göstərilmişdir. Fərqli göstərilərsə, yaxşı olar.

Səhifə 17-də “Fəaliyyət” bölməsindəki xəritələr məzmuna görə siyasi, fiziki və

iqlim xəritələri kimi göstərilmişdir. MMV-nin 41-ci səhifəsindəki tapşırıqda “fiziki

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

13

xəritə” əvəzinə “topoqrafik xəritə” verilmişdir. Bu uyğunsuzluğun aradan

qaldırılması təklif olunur.

Səhifə 20-də “Fəaliyyət” bölməsində Eratosfenin xəritəsi verilmədiyi halda,

MMV-də səhifə 43-də, “B” bölməsində “Eratosfenin xəritəsində Yerin hansı quru

sahələri təsvir edilmişdi?” soruşulmuşdur. Dərslikdə səhifə 20-də “Fəaliyyət”

bölməsində Eratosfenin xəritəsinin verilməsi məsləhətdir.

Səhifə 24-də xəritənin bir hissəsi göstərilməmişdir. MMV-də səhifə 46-dakı

sxemdə isə xəritə tam verilmişdir. Buna aydınlıq gətirilməsi təklif edilir.

Həmin xəritə-sxemdə Leyf Erikssonun səyahət etdiyi yolların göstərilməsi

təklif edilir. Çünki “Öyrəndiklərinizi tətbiq edin” bölməsindəki cədvəldə Leyf

Erikssonun haqqında şagirdlərə tapşırıq verilmişdir.

Səhifə 30-da “Fəaliyyət” bölməsində Türkiyədən olan uşaq avropoid irqinə aid

olduğuna görə onun dərisinin rənginin açıq rəngdə verilməsi təklif edilir.

Səhifə 31-dəki cədvəldə Ukubala, Naomi ilə Benəzirin saçının rəngi soruşulur.

Lakin səhifə 30-da verilən şəkillərdə həmin uşaqların başları örtülüdür. Bu da

şagirdlərin həmin suala cavab verməsinə çətinlik yaradır. Həmçinin, MMV-də səhifə

53-də 8-ci mövzuya aid verilən sxemdə Benəzirin şəkli dərslikdəki şəkillə eyni deyil.

Bu uyğunsuzluqların aradan qaldırılması məsləhətdir.

Səhifə 36-da “Böyük şəhərlərin böyük problemləri” mövzusu 3.2.5 alt

standartına əsasən verilmişdir. Lakin 6-cı sinifdə həmin alt standart, məzmun və

“Açar sözlər” aşağıdakı kimi verilmişdir.

Alt standart Məzmun Açar sözlər

3.2.5. Ətraf mühitdə

çirklənməyə məruz

qalmış ərazilərin

fotoalbomunu

hazırlayır

Ətraf mühitin

çirklənməsi.

Çirklənmə

mənbələri

Neftlə çirklənmiş ərazilər, məişət,

zavod və fabrik tullantıları

Sovet hakimiyyəti illərində neft bataqlıqlarına çevrilmiş Abşeron torpaqlarının

mövzu kimi seçilməsi daha məqsədəmüvafiq olar.

Səhifə 38-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci tapşırığın “c”

bəndindəki şəkil adlarının Azərbaycan dilində yazılması məsləhətdir. Bu həm də

“Dövlət dili haqqında” qanunun tələbdir.

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

14

Səhifə 45-də xəritə-sxemdə “Dünyanın varlı və ya kasıb ölkələri” düzgün

rənglənməmişdir. Belə ki, Azərbaycan varlı, Küveyt, BƏƏ, Türkiyə kasıb ölkələr

kimi göstərilmişdir. Sxemin adı isə “Dünyanın varlı və kasıb ölkələri” kimi

verilməlidir.

Səhifə 50-də xəritənin üzərindəki Azərbaycana aid şəkillərin, daha aydın

formada, səhifə 28-dəki Azərbaycanın siyasi xəritəsinin üzərində verilməsi

məqsədəuyğundur. Dərsliyin rus dilində olan variantında isə bu şəkillər səhifə

50-dəki xəritənin üzərində, ümumiyyətlə, verilməmişdir.

Səhifə 52-də “Fəaliyyət” bölməsindəki şəkil-sxemdə yerin daxili qatlarının

qalınlıqlarının cəmi yerin radiusunun qalınlığından çox fərqlənir. Buna görə də

rəqəmlərin qarşısında “qədər” sözünün yazılması məqsədəmüvafiqdir.

Səhifə 53-də “İzah” bölməsində yerin daxili qatları sxemində “üst mantiya”

sözü yazılarsa, daha dəqiq olar. Çünki mətndə “İzah” və “Nə öyrəndiniz?”

bölmələrində “Yer qabığı üst mantiya ilə birlikdə litosfer adlandırılır”

yazılmışdır.

Səhifə 74-75-də xəritədə Atlantik okeanının sahəsi “91 mln. km2” deyil,

“93 mln. km2”

yazılmalıdır.

Səhifə 80-də “ozon” sözü “Açar söz” olduğu halda, MMV-də səhifə 87-də

“ozon” sözü əvəzinə “məhvedici” sözü qalın şriftlə yazılmışdır. Buna düzəliş

edilməsi məsləhətdir.

Dərslikdə bəzi şəkillər aydın verilməmişdir. Məsələn, səhifə 39

(“Motivasiya”da 3-cü və 4-cü şəkillər), səhifə 81 (“Motivasiya” da 2-ci şəkil),

səhifə 88 (Tayfundan sonra), səhifə 111 (şəkil “b”), səhifə 112 (Aral dənizi), səhifə

116 (“Motivasiya”dakı şəkil), səhifə 117 (şəkil “b”), səhifə 132 (suvarma kanalı),

səhifə 134 (“Motivasiya”da 2, 3 və 4-cü şəkillər), səhifə 139 (“Öyrəndiklərinizi

yoxlayın”da “Ay səthinin” şəkli) və səhifə 147-də (“Qütb ulduzuna”), səhifə

153-də (“Fəaliyyət” bölməsindəki “a”) şəkillərin dəyişdirilməsi məsləhətdir.

Səhifə 93-də “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən xəritənin şərti

işarələrində “600-1000” əvəzinə “6000-1000” yazılmışdır. Həmçinin, həmin xəritədə

rəng şkalasında 2-ci və 3-cü rənglər bir-birindən fərqlənmir. Bunlara düzəliş edilməsi

məsləhətdir.

Burada xəritə-sxemdə “f” nöqtəsi qeyd olunmuş, MMV-də isə səhifə 96-nın D

bəndində həmin nöqtə qeyd olunmamışdır.

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

15

Səhifə 114-də 3-cü tapşırıqda dünya okeanının dərinliklərinə aid verilən

diaqramın

aşağıdakı kimi verilməsi məsləhətdir:

Səhifə 136-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində “a” şəklində Yer

planetinin görünüşü verilmişdir. MMV-də səhifə 127-də “Öyrəndiklərinizi

yoxlayın” bölməsində isə həmin şəklin adı “Mars” planeti kimi yazılmışdır. Bu

uyğunsuzluğun aradan qaldırılması təklif edilir.

Səhifə 137-də “Fəaliyyət” bölməsində verilən şəkil şagirdlərin yaş səviyyəsinə

uyğun deyil. Şəkildə Ayın görünüşünün dəyişməsi mərhələləri aydın

göstərilməmişdir. Belə ki, Ayın əsasən bir-birindən fərqlənən dörd görünüşü verilir.

Bu haqda şagirdlərə mövzunun əvvəlki hissəsində məlumat verilmir. Lakin

“Fəaliyyət” bölməsindəki şəkildə Ayın iki görünüşünün (1-ci gün və 14-cü gün)

verilməsi və suallar vasitəsilə Ayın 7 və 21 günlük görünüşlərinin müəyyən

edilməsinin tapşırılması şagirdlər üçün çətinlik yaradır.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımdan

Dərslik komplektində verilmiş tapşırıqlar məzmuna uyğun olmaqla, formaca

müxtəlifdir. Tapşırıqların əksəriyyəti biliklərin tətbiqinə və idrakı bacarıqların

formalaşdırılmasına yönəlmişdir. Reallığı əks etdirən, gündəlik həyatdan götürülən

0 Dərinlik

min.m

2

4

6

8

10

12

Dərinlik min.m 0

2

4

6

8

10

12

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

16

tapşırıqların sayı çoxdur. Belə tapşırıqları şagirdlər daha yaxşı başa düşür.

Tapşırıqların əksəriyyəti yığcam və lokanik verilmişdir. Çətinlik səviyyəsinə görə

sadədən-mürəkkəbə doğru ardıcıllıq gözlənilmişdir.

Bununla yanaşı, verilmiş bəzi tapşırıqlarda müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Dərslikdə səhifə 26-da 7-ci mövzunu dərsdə reallaşdırmaq çox çətindir. 3-cü

slayddakı “Ekspedisiya iştirakçıları haqqında məlumat”a isə dərsliyin heç bir yerində

rast gəlinmir.

Səhifə 35-də kənd yaşayış məntəqələrinin müvafiq tiplərinə aid verilən nöqtələr

MMV-nin 56-cı səhifəsində verilən cavablarla üst-üstə düşmür. Vəsaitdə A, B, C, D,

E nöqtələri, dərslikdə isə A, B, C, D nöqtələri verilmişdir. E nöqtəsi kontur xəritədə

göstərilməmişdir. Dərslikdə səhifə 33-34-də “İzah” bölməsində Avstraliyanın və

Mərkəzi Asiyanın kənd yaşayış formaları dağınıq, MMV-də isə 56-cı səhifədə həmin

ərazilərin kənd yaşayış forması qrup halında verilmişdir. Bu faktlara aydınlıq

gətirilməsi təklif olunur.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

Vəsaitdə dərslik və MMV-dən istifadə qaydalarının, məzmun xəritəsinin,

bölmələr üzrə strukturun, istifadə olunan təlim texnologiyaları haqqında məlumatın,

illik və gündəlik planlaşdırmaya aid nümunələrin, mətn standartlarının

reallaşdırılması cədvəlinin və qiymətləndirmə meyarlarının verilməsi müəllimlər

üçün böyük köməklikdir.

Dərslikdə olduğu kimi, vəsaitdə də təlim materialları 8 tədris vahidi üzrə

planlaşdırılmışdır.

Bununla yanaşı, MMV-də müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:

Səhifə 12-də “Standartların reallaşma cədvəli”ndə 4-cü mövzu cədvəldə 3.1.1

alt standartı ilə göstərilmişdir. Lakin səhifə 41-də 4-cü mövzuda 1.3.1 alt standartı

yazılmışdır. 4-cü mövzuda əslində 1.3.1 alt standartının reallaşdırılması nəzərdə

tutulmuşdur. Düzəldilməsi təklif edilir.

Yenə həmin səhifədə 14-cü mövzuda 3.1.1 alt standartı verilmişdir. Səhifə

64-də 14-cü mövzuda isə 3.2.1 alt standartı göstərilmişdir. Əslində 14-cü mövzuda

hər iki alt standart reallaşır. Düzəldilməsi təklif edilir.

Page 17: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

17

Yenə həmin səhifədə Layihə “Gəlin səyahətə çıxaq” mövzusu üçün 2.1.2 alt

standartı göstərilmişdir. Lakin səhifə 80-də isə 2.1.1 və 2.1.2 alt standartları

verilmişdir. Buna düzəliş edilməsi məsləhətdir.

Səhifə 19-da abzas 3-də 1-ci tədris vahidi. Tapşırıq 7-də olan izahat səhifə

50-də 1-ci tədris vahidi üzrə kiçik summativ qiymətləndirmədə verilən 7-ci tapşırığa

aid deyil. Səhifə 98-də 4-cü tədris vahidinin 8-ci tapşırığına aiddir.

Yenə həmin səhifədə 4-cü tədris vahidi. Tapşırıq 9-a verilən izahat səhifə

98-də 4-cü tədris vahidi üzrə kiçik summativ qiymətləndirmədə verilən 9-cu tapşırığa

aid deyil, həmin səhifədəki 8-ci tapşırığa aiddir. Düzəldilməsi təklif edilir.

Səhifə 22-də “Kontur xəritə üzrə işin yerinə yetirilməsi”ndə verilmiş xəritədə

“9” və “10” ədədlərinin yerinin dəyişdirilməsi məsləhətdir. Həmçinin, bu xəritədə

“6” ədədi bir qədər yuxarıda qeyd olunsa, yaxşı olar.

Səhifə 30-da “Diaqnostik qiymətləndirmə” cədvəlində başlıq kimi “Üsullar və

vasitələr” yazılmalıdır. Həmin cədvəldə söhbət üsul kimi verilmişdir. Söhbət şifahi

sorğu üsulunda vasitə kimi verilməlidir. Diaqnostik qiymətləndirilmədə

“Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq” üsulunun verilməsi

məsləhətdir.

Səhifə 40-da “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki cədvəldə “Cənubi

Amerika Qərb və Şərq yarımkürəsində yerləşir” yazılmışdır. Əslində bu, “3

yarımkürədə yerləşir” olmalıdır.

Səhifə 41-də cədvəlin 3-cü hissəsində topoqrafik xəritə göstərilmişdir. Dərslikdə

isə topoqrafik xəritə haqqında heç bir məlumat verilməmişdir.

Səhifə 47-də “Öyrəndiklərinizi tətbiq edin” cədvəlində “Eriksson Amerikanı

kəşf edib” yazılmışdır. Bu cümləyə düzəliş edilməsi təklif edilir. Çünki, dərslikdə

səhifə 24-də 1-ci abzasın axırında “Leyf Eriksson dəstəsi ilə bu materikin şimal-

şərqinə dəfələrlə səfər etmişdir” yazılmışdır. Səhifə 25-də “Nə öyrəndiniz” və

“Öyrəndiklərinizi yoxlayın” bölmələrində isə Amerikanın kəşfinin Leyf Erikssona

deyil, Xristofor Kolumba aid olduğu yazılmışdır. Bunlar şagirddə çaşqınlıq yaradır.

Səhifə 56-da “Öyrəndiklərinizi tətbiq edin” bölməsində mexaniki artımı

hesablayanda cavab mənfi (–) alınır. Fənlərarası inteqrasiya nəzərə alınarsa,

riyaziyyat fənninin tədrisində birinci yarımildə mənfi ədədlər anlayışı keçilmədiyinə

görə bu hesablamanın verilməsi məsləhət deyil.

Yenə həmin səhifədə “Qiymətləndirmə meyarı” cədvəlinin yuxarısında

fərqləndirmə meyarı göstərilməsinə baxmayaraq, nə cədvəldə, nə də ki dərslikdə

Page 18: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

18

fərqləndirməyə aid tapşırıqlar verilməmişdir. MMV-dəki cədvəldə və dərslikdə

fərqləndirmə meyarı şərhetmə meyarı kimi göstərilmişdir. Bunların dəqiqləşdirilməsi

məsləhətdir.

Səhifə 64-də xəritədə zəlzələlərin gücünün müxtəlif ballarla (7-8; 4-5) verilməsi

və onların hansı ölkələrə aid olmasının təyin edilməsi tapşırığı şagirdlər üçün çətinlik

yaradır. Bu tapşırığın sadələşdirilməsi məsləhətdir.

Səhifə 80-də “Öyrəndiklərinizi yoxlayın” cədvəlində Kür-Araz ovalığının

verilməsi məsləhətdir. Çünki dərsliyin 73-cü səhifəsində və rus dilində olan

variantda Kür-Araz ovalığı verilmişdir.

Vəsaitdəki bütün mövzularda “Alt standart”dan sonra “Dərsin məqsədi”

yazılmışdır. Burada “Dərsin məqsədi”nin əvəzinə, “Mövzunun təlim nəticələri”

yazılması təklif edilir, və ya “Dərsin məqsədi”ndən sonra mötərizədə “Təlim

nəticələri” yazılması məqsədəmüvafiq hesab olunur. Çünki “məqsəd” ənənəvi dərsdə

işlənirdi. Fənn kurikulumun əsas xüsusiyyəti nəticəyönlü olduğu üçün, həmin

ifadənin “Təlim nəticəsi” ifadəsi ilə əvəz edilməsi, daha doğru olar.

MMV-də bütün mövzular demək olar ki, “Ziqzaq” üsulu ilə verilmişdir. Bu

dərsin gedişində müəllimlər üçün xeyli çətinlik törədir. Çünki bu üsul həm çox vaxt

aparır, həm də şagirdlərin hamısının eyni vaxtda işləməsinə imkan vermir.

Səhifə 76-da C-bəndindəki sxemdə dağların hündürlüyündə “200 m”

verilmişdir. Lakin bu ədəd “2000 m” olmalıdır. Buna düzəliş edilərsə yaxşı olar.

Səhifə 77-də 1-ci abzasda “şagirdlərə izah edilməlidir ki, dağ sistemlərini

müvafiq rənglərlə - qəhvəyi rəngin müxtəlif çalarları ilə rəngləsinlər” –

cümləsində fikir yarımçıqdır.

Səhifə 86-da “Atmosferin quruluşu” mövzusunda 2.1.3, 2.1.4, 3.2.5 alt

standartlarının bir mövzuda verilməsi şagirdlərin bilikləri əldə etməsi və praktiki

işləri yerinə yetirməsində çətinlik yaradır. 2.1.4 və 3.2.5 alt standartlarının ayrı-ayrı

mövzularda verilməsi məsləhətdir.

Səhifə 89-da “Barometr” cihazının adı verilsə də, dərslikdə səhifə 82-də

verilən cihazların içində “Barometr” cihazı göstərilməmişdir. Burada “C” bəndində

“Hava hadisələri” ifadəsi “Atmosfer hadisələri” kimi yazılarsa, daha düzgün olar.

Səhifə 92-də qiymətləndirmə meyarında “Fərqləndirmə” verilsə də,

qiymətləndirmə cədvəlində “Fərqləndirmə” səviyyələri verilməmişdir.

Page 19: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

19

Səhifə 96-da qiymətləndirmə meyarları cədvəlindən də göründüyü kimi, 22-ci

mövzu ancaq iki meyara əsasən (2.1.3 alt standartı) qiymətləndirilir. Yəni 2.1.4 və

3.2.5 alt standartları haqqında məlumat verilməmişdir.

Səhifə 98-də 9-cu tapşırıqda xəritə-sxemdə verilmiş nöqtələr nəzərdə tutulan

tapşırığa uyğun deyil. Həmin nöqtələr dağlara deyil, düzənliklərə uyğun gəlir.

Səhifə 103-də “Öyrəndiklərinizi tətbiq edin” bölməsindəki cədvəlin başlığı

belə verilmişdir:

Dərslikdə səhifə 103-də isə belə verilmişdir.

Göründüyü kimi cədvəllərin başlıqları üst-üstə düşmür.

Səhifə 103-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci tapşırıqda Qara

dənizin adı verildiyi halda, MMV-də səhifə 103-də bu ad göstərilməmişdir.

Bu hissədə 1-ci tapşırığın 2-ci bəndində “Yeni torpaq” sözündən sonra “;”

qoyulmalıdır. Həm də “Yeni torpaq” adasının tərcümə edilmədən “Novaya Zemlya”

kimi yazılması məsləhətdir. Həmin tapşırıqda İslandiya adasının başqa ada ilə əvəz

olunması təklif edilir. Çünki İslandiya adası Şimal Buzlu okeanla Atlantik okeanın

sərhəddində yerləşdiyindən onun hansı okeana aid olduğunu təyin etmək şagird

üçün çətinlik törədir.

Səhifə 105-də dərsin 4-cü məqsədi dərslikdə 32-ci mövzuda

reallaşdırılmamışdır.

Səhifə 107-də “Qiymətləndirmə meyarı”nda başlıqda “Şərhetmə”nin də digər

meyarlar kimi verilməsi yaxşı olar.

Səhifə 108-də “Öyrəndiklərinizi tətbiq edin” bölməsindəki cədvəldə 1-ci

qrafada başlıqda yalnız “Göllər” göstərilmişdir. Burada tapşırığa uyğun olaraq həm

“göllər”, həm də “materiklər”in verilməsi daha doğru olar.

Göllər

Səhifə 142-də “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən çalışmalar

dərsliklə uzlaşmır. Məsələn, MMV-də 1-ci çalışma dərslikdə 2-ci çalışmaya; 2-ci

Okean

Coğrafi obyekt

Materiklər

Göllər

Page 20: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

20

çalışma 3-cü çalışmaya; 3-cü çalışma 4-cü çalışmaya; 4-cü çalışma isə 1-ci çalışmaya

uyğun gəlir. Bundan əlavə, MMV-də 3-cü və 4-cü çalışmalarda sıfırların biri artıqdır.

Bunlara düzəliş edilməsi təklif edilir. Çünki 22-ci mövzuda “Atmosferin

quruluşu”nda MMV-də 2.1.3 - “Yerin hava qatını şərh edir”. 2.1.4 - “Hava üzərində

müşahidələr aparır, nəticələri təqdim edir.” 3.2.5 - “Ətraf mühitin çirklənməyə məruz

qalmış ərazilərinin albomunu hazırlayır” alt standartlarının reallaşması nəzərdə

tutulmuşdur. Dərsin təlim nəticəsində (dərsin məqsədində) verilən 2.1.3 alt

standartına aid olan “atmosfer anlayışını izah edir”; “atmosferin quruluşunu və

əhəmiyyətini şərh edir” kimi təlim nəticələri reallaşır.

2.1.4 - “Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir” alt standartı

şagirdə ev tapşırığı kimi verilir. Sinifdə reallaşmayan alt standartın ev tapşırığı kimi

verilməsi şagird üçün çətinlik yaradır.

3.2.5 - “Ətraf mühitin çirklənməyə məruz qalmış ərazilərinin albomunu

hazırlayır” alt standartı yenə də dərslikdə ev tapşırığı kimi verilir. Lakin dərslikdə bu

haqda məlumat yoxdur. MMV-də səhifə 29-da “Layihələr üzrə işlər haqqında

tövsiyələr” verildiyi kimi, şagirdlərə bu haqda məlumat verilməmişdir.

Ümumiyyətlə, 6-cı sinif üçün bir dərs müddətində 3 alt standartın reallaşmasının

mümkünlüyü çətindir.

Yenə həmin səhifədə “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “D”

bəndində miqyasın hesablanmasında 3-4-ün həll qaydası dərslikdə səhifə 152-də olan

çalışmanın 2-3-nə uyğun gəlmir.

Səhifə 145-də verilən bu cədvəl

Məntəqələr Plan üzərində

məsafə (sm-lə)

İstiqamət Həqiqi

məsafə

2-ci məntəqə 6 Şərq 600 metr

3-cü məntəqə 4 Cənub-şərq 400 metr

4-cü məntəqə 2 Şimal-şərq 200 metr

5-ci məntəqə 2 Şimal 200 metr

6-cı məntəqə 4 Şimal-şərq 400 metr

7-ci məntəqə 2 Şimal-şərq 200 metr

8-ci məntəqə 1 Şimal-şərq 100 metr

Yolun ümumi uzunluğu

Page 21: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

21

dərslikdə səhifə 156-da aşağıdakı kimi verilmişdir:

Bu fərqlər aradan qaldırılarsa, yəni dərslikdəki kimi verilərsə, daha yaxşı olar.

8-ci tədris vahidinə aid olan əksər mövzuların dərsliyin sonunda deyil,

əvvəlində 2-ci və ya 3-cü tədris vahidlərində verilməsi tövsiyə edilir. Çünki plan və

xəritənin tərtibinə və oxunmasına aid olan 8-ci tədris vahidi dərsliyin əvvəlinə

gətirilərsə, sonrakı tədris vahidlərində həmin mövzulara aid olan tapşırıqların

şagirdlər tərəfindən yerinə yetirilməsi asanlaşar.

MMV-dəki bəzi mövzularda verilən qiymətləndirmə meyarlarını dərsdə 45

dəqiqə ərzində reallaşdırmaq çox çətinlik yaradar. Səhifə 103-də 30-cu, səhifə 107-

də isə 32-ci mövzu üçün 4 meyar, səhifə 117-də 36-cı mövzu üçün 5 meyar, səhifə

128-də 41-ci mövzu üçün 4 meyar verilmişdir. Hər meyarın da 3 səviyyədə verilməsi

qiymətləndirmənin düzgün aparılmasına imkan vermir. Məsələn: 36-cı mövzu üçün

verilmiş qiymətləndirmə meyarları:

İzahetmə

Təsviretmə

Müqayisəetmə

Müəyyənetmə

Məntəqələr Plan üzərində

məsafə (sm-lə)

İstiqamət Həqiqi

məsafə

1→2 4 Şərq 400 m

2→3

3→4

4→5

5→6

6→7

7→8

Yolun ümumi uzunluğu

Page 22: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün ...derslik.edu.az/monitoring/level6/PDF/Cografiya_6.pdf · Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri

22

Zəif Orta Yüksək

Meşələrin Yer üzərində

həyatın mövcud olması üçün

əhəmiyyətini izah etməkdə

çətinlik çəkir.

Meşələrin Yer üzərində

həyatın mövcud olması üçün

əhəmiyyətini əsasən izah

edir.

Meşələrin Yer üzərində

həyatın mövcud olması üçün

əhəmiyyətini düzgün izah

edir

Meşələrin xarici

görünüşünü təsvir etməkdə

çətinlik çəkir.

Meşələrin xarici

görünüşünü əsasən təsvir edir

Meşələrin xarici

görünüşünü ətraflı təsvir

edir.

Ekvatorial, enliyarpaqlı və

iynəyarpaqlı meşələri müqayisə

etməkdə çətinlik çəkir.

Ekvatorial, enliyarpaqlı

və iynəyarpaqlı meşələri

əsasən müqayisə edir.

Ekvatorial, enliyarpaqlı

və iynəyarpaqlı meşələri

düzgün müqayisə edir.

Xəritədə meşələrin yayılma

ərazilərini müəyyən etməkdə

çətinlik çəkir.

Xəritədə meşələrin

yayılma ərazilərini əsasən

müəyyən edir.

Xəritədə meşələrin

yayılma ərazilərini düzgün

müəyyən edir.

Meşələrin nümunəsində

TK-nin komponentləri arasında

əlaqələri izah etməkdə çətinlik

çəkir.

Meşələrin nümunəsində

TK-nin komponentləri

arasında əlaqələri müəllimin

köməyi ilə izah edir.

Meşələrin nümunəsində

TK-nin komponentləri

arasında əlaqələri düzgün

izah edir.

Göründüyü kimi, belə qiymətləndirmə meyarlarını bir dərs müddətində

reallaşdırmaq mümkün deyil. Dərsdə mövzuya uyğun qoyulan təlim nəticələri və

onlara əsasən qiymətləndirmə meyarlarının sadələşdirilməsi məqsədəuyğundur.