Upload
others
View
10
Download
0
Embed Size (px)
Citation preview
Respublikanın ümumtəhsil məktəblərinin
2-ci sinifləri üçün “Həyat bilgisi” dərsliyi
Müəlliflər: Aybəniz İbrahimova
Gülər Mehdiyeva
Saməddin İbrahimov
Bakı: Aspoliqraf, 2013.
Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və
təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Struktur və inteqrasiya baxımından;
2. Standartların dərslikdə əks olunması baxımından;
3. Məzmun, dil və üslub baxımından;
4. Bədii tərtibat və dizayn baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından;
1. Struktur və inteqrasiya baxımından
Dərslik komplekti dərslikdən, müəllim üçün metodik vəsaitdən və iş
dəftərindən ibarətdir.
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planına görə, 2-ci sinifdə
“Həyat bilgisi” fənninə həftədə 1 saat ayrılıb. İl ərzində fənnin tədrisinə ümumilikdə
32 saat vaxt verilir. Ona görə də müvafiq dərslik komplektindəki materiallar da 32
saata uyğun olmalıdır. Komplektdə 30 mövzu ilə bağlı material var. Müəlliflər qalan 2
saatı isə tədris ilinin sonunda (31-32-ci dərslər) “Keçilənlərin təkrarı”na və “Testlər
üzərində iş və qiymətləndirmə”yə həsr etməyi tövsiyə edirlər (MMV. 86).
Burada etiraz doğuran məsələ, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası”nın1 2.1-ci maddəsinin tələblərinin
pozulmasıdır. Belə ki, müəlliflər qaydaların tələblərinə uyğun olaraq illik
planlaşdırmada 1 diaqnostik qiymətləndirmə, ən azı 3 kiçik summativ
qiymətləndirmə (tədris vahidləri üzrə yekun) və 2 böyük summativ qiymətləndirmə
(yarımilliklər üzrə yekun) üçün dərslər nəzərdə tutmalı idilər. Ona görə də
mövzuların sayı 30 yox, ən yaxşı halda 26 ola bilərdi.
İndiki halda isə bu qiymətləndirmələrin hansı saatlar hesabına aparılacağı sual
altında qalır. Hər bir mövzu konkret alt-standartların reallaşdırılması ilə bağlı
olduğuna görə müəllimin onların hansınısa ixtisar etməsi də mümkün deyil.
2. Standartların dərslikdə əks olunması baxımından
“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin 3.2-ci maddəsi dərsliklərin
birmənalı olaraq kurikuluma uyğun olması şərtini qoyur. Lakin dərslik komplektində
bir sıra alt-standartlar ya reallaşdırılmamış və ya qismən reallaşdırılmışdır.
1 http://www.edu.gov.az/view.php?lang=az&menu=342&id=742
3
Məsələn:
1.1.1. Varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır.
Şagirdin bu alt-standart çərçivəsində qazanacağı bilik və bacarıqlar “Təbiət və
biz” məzmun xəttinin birinci istiqamətinə aid olduğundan, fizika, astronomiya və
kimya yönümlüdür. Yəni onun burada əldə etdiyi ilkin nailiyyətlər həm də gələcəkdə
bu fənlər üzrə öyrənəcəyi bilik və bacarıqlar üçün təməl təşkil edir. Məsələn, şagird
bu səviyyədə varlıqların bərk, maye və qaz halında olduğunu və heç olmasa, həmin
qrupların hər birinə aid varlıqlardan bir neçəsinin adını bilməli, ətrafındakı təbii və
süni maddələri fərqləndirməlidir. Dərslikdə dəfələrlə cisim, maddə, maye, qaz
anlayışlarından istifadə edilir, suyun bir haldan digərinə keçməsi haqqında danışılır,
nədənsə bütün bunlar üçün əsas təşkil edən məlumatlar isə verilmir.
“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh. 11)
əsasən, bu alt-standartda nəzərdə tutulan bilik və bacarıqlar 9-cu (“Yer kürəsi”) və 17-
ci (“Fəsillər”) mövzular çərçivəsində reallaşdırılır. Halbuki elə mövzuların adından
da görünür ki, bu dərslərin 1.1.1 alt-standartının, qruplaşdırma anlayışı ilə heç bir
əlaqəsi yoxdur.
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst
istifadə edir.
Bu bacarıqlar şagirdin hərtərəfli inkişafı, eləcə də gələcəkdə fizika, kimya və
astronomiya fənlərini dərindən mənimsəməsi üçün böyük önəm daşıyan bacarıqlardır.
Onların formalaşdırılması üçün nəzərdə tutulan avadanlıqlar isə adətən 2-ci sinif
şagirdinin müstəqil şəkildə istifadə edə biləcəyi sadə avadanlıqlardır. Məsələn, adi
gözlə görünməyən və ya yaxşı görünməyən varlıqları müşahidə etmək üçün lupa və
məktəbli mikroskopu, uzaqdakı varlıqları müşahidə etmək üçün durbin, göy
cisimlərini müşahidə etmək üçün məktəbli teleskopu, mayelərin həcmini ölçmək
üçün menzurka, varlıqların kütləsini ölçmək üçün tərəzi və s.
“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.11)
görə bu standart “Gün rejimi” (D. səh. 8-9) və “Temperatur və onun ölçülməsi”
(D. səh. 36-37) mövzuları çərçivəsində reallaşdırılır. Lakin buradakı
“avadanlıqlar”dan – saat və termometrdən 2-ci sinif şagirdinin kurikulumda qeyd
olunduğu kimi, “sərbəst istifadə etməsi” hələ mümkün deyil. Belə ki, şagird 2-ci
sinfin 8-ci həftəsində dəqiqələri və saniyələri hələ öyrənməmiş olur. İkincisi də içində
təhlükəli (zəhərli) maddə – civə olan şüşə termometrdən 7 yaşlı şagirdin sərbəst
4
istifadəsi məqsədəmüvafiq hesab edilmir. Deməli, bu standartda nəzərdə tutulmuş
bilik və bacarıqların formalaşdırılacağını gözləmək qeyri-mümkündür.
1.2.1. Təbiət hadisələrinin Yer səthində yaratdığı dəyişiklikləri sadə
formada izah edir.
Bu alt-standartın reallaşdırılmasında əsas məqsəd şagirdlərə Yerin relyefi ilə
bağlı ilkin məlumatlar vermək və relyefin formalaşmasında təbiət hadisələrinin –
zəlzələnin, vulkanın, istinin, soyuğun, küləyin, yağışın oynadığı rol haqqında sadə
bilgilər aşılamaqdır.
“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.8-10)
görə bu bilik və bacarıqlar 9, 10, 11, 14 və 17-ci mövzular çərçivəsində
formalaşdırılmalıdır. Lakin nə həmin mövzulara aid mətnlərdə nə də bununla bağlı
müvafiq dərs nümunələrində bu barədə heç bir məlumat yoxdur. Yalnız 10-cu dərs
nümunəsinin sonunda (MMV. səh. 41) müəllim üçün nəzərdə tutulmuş “Məlumat”da
iki səthi cümlə verilmişdir. Alt-standart isə vəsaitdə 14-cü dərs nümunəsinin əvvəlinə
əlavə olunub. Bu onu göstərir ki, şagirdin müasir təhsil prinsiplərinə uyğun olaraq alt-
standartdakı bilik və bacarıqları özünün əldə etməsi üçün komplektdə heç bir mənbə
yoxdur.
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.
“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.11)
görə bu alt-standartda nəzərdə tutulan bilik və bacarıqlar 10, 11 və 13-cü mövzuların
tədrisi çərçivəsində formalaşdırılır. Lakin bu mövzuların mətnlərinin heç birində alt-
standartla bağlı məlumat yoxdur. Yalnız 13-cü mövzuya aid şəkillərdən ikisinin
(zavod və tüstüləyən yük avtomobili) bu məsələyə aidiyyəti var. Bunların da hər ikisi
havanı çirkləndirən mənbələrdir. Torpağı və suyu çirkləndirən mənbələr haqqında isə
məlumatlar yoxdur. Axı ətraf mühit yalnız havadan ibarət deyil. “Müəllim üçün
metodik vəsait”də də bu barədə məlumat verilmir.
2.3.2. Azərbaycan Respublikasının Dövlət gerbini təsvir edir.
Dərslikdə bununla bağlı verilmiş 30-cu mövzu (“Dövlət rəmzlərimiz”) alt-
standartda formalaşdırılması nəzərdə tutulan bilik və bacarıqlarla uyğun gəlmir. Belə
ki, alt-standartda söhbət şagirdin Dövlət gerbini yalnız təsvir etməsindən gedir. Lakin
həm dərslikdə, həm də metodik vəsaitdə ( səh. 82) əsas diqqət rəmzlər və gerbdəki
elementlərin “ifadə etdiyi mənalara” yönəldilib. Hətta dərsin məqsədlərindən biri
kimi, “Dövlət gerbinin elementlərinin mənasının izah edilməsi” tövsiyə edilib.
5
Halbuki bu “məna”ların heç bir rəsmi əsası yoxdur. Qanunları şərh vermək hüququ
olan qurumların bu haqda heç bir şərhi olmadığı üçün, proqramda bu nəzərdə
tutulmamışdır.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin 2-ci bəndində
göstərilənlər isə yalnız bunlardır: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd
budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının
təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının
rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov
qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun
sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır”2.
Dərslikdə isə Əsasnamədə göstərilən bu elementlərin bəziləri şagirdlərə səhv və
təhrif edilməklə təqdim olunub. Məsələn: qalxan üzərində bayrağımızın rəngləri
olmadan, sünbüllər isə izahda “sünbül” kimi verilmişdir.
2.4.2. Məktəbdəki və evdəki vəzifələrinin icrasını şəxsi inkişafı ilə əlaqə-
ləndirir.
Bu alt-standartın kurikuluma daxil edilməsində başlıca məqsəd şagirdin
məktəbdə və evdə yerinə yetirdiyi vəzifələrə – gördüyü işlərə lazımsız, vaxtını alan
işlər, böyüklərin amirlik istəyi kimi deyil, şəxsi bilik və bacarıqlarının inkişafına
kömək edən, fiziki sağlamlığını möhkəmləndirən, mənəvi dünyasını zənginləşdirən
vacib proseslər kimi baxmasına yardımçı olmaqdır.
“Müəllim üçün metodik vəsait”in 9-cu səhifəsindəki cədvələ görə bu alt-standart
“Yenidən məktəbə” (D. səh. 6-7) və “Ailədə” (D. səh. 12-13) mövzuları çərçivəsində
reallaşdırılır. Lakin nə onların mətnlərində, nə də tövsiyələrdə bu barədə məlumat
verilməyib. Söhbət ancaq ailədə və məktəbdə görülən işlərdən gedir.
4.1.2. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir.
Dərslikdə və müəllim üçün metodik vəsaitdə “sağlamlıq” və “sağlam həyat
tərzi” anlayışları fərqləndirilmədiyindən, bu alt-standartın düzgün və sistemli
formalaşdırılması üçün heç bir məlumat və tövsiyə verilməyib. Belə ki, insanın fiziki
sağlamlığı təkcə onun xəstə olmaması ilə ölçülmür, həm də onun psixoloji, mənəvi və
sosial durumunun qaydasında olması ilə müəyyən olunur (məsələn, fiziki cəhətdən
sağlam olan şəxs tüfeyli həyat tərzi də keçirə bilər).
2 http://www.meclis.gov.az/?/az/topcontent/20
6
Sağlam həyat tərzi ilə bağlı yuxarı sinif şagirdlərindən fərqli olaraq, ibtidai sinif
pilləsi şagirdlərinin əməl edəcəyi qaydalar da elə çox deyil və hər kəsə məlumdur:
hər gün müəyyən edilmiş eyni vaxtda yatmaq (21.00-dan gec olmayaraq) və
oyanmaq (7.00-dan gec olmayaraq);
səhər gimnastikası ilə müntəzəm məşğul olmaq;
təyin edilmiş vaxtlarda qida qəbul etmək;
şəxsi gigiyena qaydalarına riayət etmək;
məktəbdən evə gəldikdən sonra dincəlmək (yatmaq), daha sonra ev
tapşırıqlarını yerinə yetirmək;
havası dəyişilmiş otaqda işləmək və yatmaq.
4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri (gəzinti qadağan
olunan yerlər, elektrik və qaz qurğuları) tanıyır.
“Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”nə (MMV. səh.11)
görə bu alt-standartda nəzərdə tutulan bilik və bacarıqlar 8-ci mövzu (“Təhlükələrdən
qorunmağı hamı bacarmalıdır”) çərçivəsində reallaşdırılır. Lakin dərsliyin 20-21-ci
səhifələrindəki müvafiq mətndə bu alt-standarta aid olan yalnız bir dənə tikinti
meydançası şəkli və bir cümlə var: “Yaddan çıxarmayın ki, həyətdə qaz və, işıq
qurğularının, tikinti meydançalarının yaxınlığında gəzmək və oynamaq təhlükəlidir”.
“Müəllim üçün metodik vəsait”dəki resurslar isə bunlardır: “Dərslik, iş dəftəri, qayçı,
bıçaq, çəkic, indikator, mismar, şəkillər” (?!).
Alt-standartda nəzərdə tutulan bilik və bacarıqları bu “resurslar”la
formalaşdırmaq mümkün deyil. Şagird gəzinti qadağan olunan yerləri, elektrik və
qaz qurğularını tanımaq üçün heç olmasa onların şəkillərini görməlidir. Kənd
yerlərində uşaqların çay kənarında, yarğanların qaşında və s. təhlükəli yerlərdə
oynamamaqları qeyd edilməlidir.
“Nəticə və ümumiləşdirmə”də yazılanlar (MMV. səh. 35) isə bunlardır:
“Müəllim dərsi yekunlaşdırır. Bildirir ki, həyatımızı məişət avadanlıqlarsız təsəvvür
etmək mümkün deyil. Ona görə də bu avadanlıqlardan istifadə qaydalarını hamı
bilməlidir. Sağlamlığını qorumaq istəyən hər kəs məişət avadanlıqları ilə qaydalara
uyğun davranmalıdır...”
Bütün bu “nəticə”lərin 4.2.2 alt-standartına nə aidiyyəti var? Məişət avadanlığı
hara, “gəzinti qadağan olunan yerlər, elektrik və qaz qurğuları” hara?
7
4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid nişanları olan və olmayan
yerlərdə) izah və icra edir.
“Müəllim üçün metodik vəsait”in 9-cu səhifəsindəki cədvələ görə, bu alt-
standart 3-cü mövzu (“Yolda və nəqliyyatda”) çərçivəsində reallaşdırılır. Lakin
dərsliyin 10-11-ci səhifələrindəki müvafiq mətndə ancaq piyada keçid nişanları olan
və yol hərəkətinin tənzimləndiyi yerlərlə (keçidlər, işıqforlar, keçid zolaqları) bağlı
bilgilər verilir. Alt-standartın bəlkə də bundan daha vacib olan ikinci hissəsi – piyada
keçid nişanları olmayan, hərəkətin tənzimlənmədiyi yerlərlə bağlı isə heç bir bilgi
verilmir. Halbuki ölkənin yaşayış məntəqələrindəki yolların çox az bir hissəsində yol
hərəkəti tənzimlənir. Ona görə də alt-standartın ikinci hissəsi ilə bağlı bilik və
bacarıqların aşılanması əslində daha böyük həyati əhəmiyyət daşıyır. Şagirdin belə
yolları keçən zaman əməl edəcəyi qaydaların “ixtisar”a salınması qəbuledilməzdir və
onları gündəlik həyatlarında istifadə edəcəkləri vacib bilik və bacarıqlardan məhrum
edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə
özünümühafizə bacarıqları nümayiş etdirir.
Bu alt-standart şagirdin tədris ili ərzində 4.1 standartı çərçivəsində
özünümühafizə ilə bağlı mənimsədiyi bilik və bacarıqların yerli şəraitə uyğun süni
yaradılmış ekstremal vəziyyətlərdə praktiki tətbiqini nəzərdə tutur. Buradan açıq-
aydın görünür ki, nəzərdə tutulan “süni yaradılmış ekstremal vəziyyət” həm sinifdə
(zəlzələ və yanğınla bağlı), həm də sinifdən kənarda (ildırım çaxması, daşqın və
subasması ilə bağlı) yaradıla bilər. “Fənn üzrə məzmun standartlarının
reallaşdırılması cədvəli”nə (MMV. səh.11) görə, bu alt-standart 18-ci mövzunun
(“Fövqəladə hadisələr”) tədrisi zamanı reallaşdırılır. Amma dərslikdəki mətndə bir-
iki cümləni çıxmaqla söhbət (D. səh. 42-43) fövqəladə hadisələrdən yox, təbiət
hadisələrindən gedir. Fövqəladə hadisələr zamanı lazım olan özünümühafizə
qaydalarından isə yalnız zəlzələ vaxtı əməl edilməli qaydalar sadalanır. “Müəllim
üçün metodik vəsait”də ( səh. 56-57) də həmin qaydaların təkrarı verilmişdir. Əvvəla,
onu qeyd etmək lazımdır ki, fövqəladə hadisələr dedikdə, yalnız zəlzələ nəzərdə
tutulmur. İkincisi də bütün bu dərs yalnız natamam nəzəri məlumatların aşılanmasına
həsr olunub. Bacarıqların nümayişi – alt-standart isə tamam yaddan çıxıb.
Digər bir məsələ, dərslik komplektində fəndaxili və fənlərarası inteqrasiyanın
olmamasıdır. Mövzuların tədris vahidlərində “sistemləşdirib qruplaşdırılmasında”
psixoloji, məzmun və məntiqi ardıcıllıq prinsiplərinə əməl edilməmişdir.
8
Dərsliyin 8-9-cu səhifələrində “Gün rejimi” ilə bağlı verilmiş saat şəkillərində
dəqiqələrin göstərilməsi fənlərarası inteqrasiya qaydalarına əməl edilmədiyini
göstərir. Belə ki, dəqiqə anlayışı riyaziyyat fənnində tədris ilinin ortalarında öyrədilir.
Dərslik komplektinin qüsurlarından biri də şagirdlərin həvəslə hazırlaşdığı,
bütün məktəblərdə təntənəli şəkildə keçirilən bayramlar haqqında məlumat
verilməməsidir. Halbuki bəzi alt-standartları (Məsələn, 3.1.1 və 3.4.1-i) mövsümilik
prinsipi çərçivəsində Yeni il, 8 Mart qadınlar bayramı, Novruz bayramı ilə əlaqəli
şəkildə reallaşdırmaq daha faydalı olardı.
3. Məzmun, dil və üslub baxımından
Dərslik komplektində mövzu adlarında sual və nida işarələrindən istifadə
edilməyib. Halbuki ibtidai sinif dərsliklərində bu mühüm əhəmiyyət kəsb edir.
Məsələn, “Sağlamlıq nədir” (D. səh. 14), “Yoluxucu xəstəliklərdən necə qorunmalı”
(D. səh. 18) başlıqlarının sonunda “?” işarəsi qoyulmayıb.
2-ci sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərdə “və s.” kimi ixtisarlardan
istifadə olunması məqsədəmüvafiq hesab edilmir. Amma dərsliyin 19, 30,31, 34, 36
və 46-cı səhifələrində bu ixtisardan istifadə edilib.
Dərslikdə xeyli sayda düzgün olmayan fikir və məlumatlar var. Məsələn:
Səhifə 9. Məsələn, “Gün rejimi” mövzusunda aparılan “düzəliş”lər zamanı
dərsliyin əvvəlki variantında olan “14.00–17.00” və “17.00–19.00” məlumatları
silinmədiyindən qarışıqlıq yaranmışdır. Əvvəlki saat göstəricilərində heç bir yazılı
izahat olmadığı halda “düzəliş”lərdə “istirahət saatları”, “ev tapşırıqlarının yerinə
yetirilməsi”, “oyunlar” və “şam yeməyi” kimi izahatlar var. Bu isə unifikasiya
prinsipinin pozulmasıdır. Sual olunur: Nəyə görə mövzudakı başqa saat
göstəricilərinə belə izahatlar verilməyib?
Səhifə 24. 1.1.2 alt-standartında –“avadanlıqlardan sərbəst istifadə olunur”
yazılır. Mövzuda təsvir olunan xəritə və qlobus isə avadanlıq yox, dərs vəsaitidir.
Verilmiş dünya xəritəsi isə daha çox şəklə oxşayır. Burada Azərbaycanın xəritəsi də
verilərsə, daha yaxşı olar.
Səhifə 37. Şəkillərdə OC və
OF göstərilib. “
OC”, “
OF” haqqında məlumat
verilmir. Hava termometrindəki F- (Farenheyt) şagird və müəllim üçün problem
yaradır. Bu, həm də 2-ci sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Belə ki,
9
üzərində Faranheyt şkalası olan bu termometrdən yalnız ABŞ, Kayman
adaları və Belizdə istifadə olunur3.
Qeyddə göstərilir ki, tibb termometrinin borusu civə ilə doldurulur, bəs digər
termometrlərin borusu nə ilə doldurulur?
Civə haqqında açıqlama verilmir. Verilən tibb və su termometrlərinin
üzərindəki rəqəmlər oxunmur.
Səhifə 42. “Sel – güclü yağıntılardan və ya əriyən qarlardan əmələ gələn
daşqındır”. Səhv izahdır. Hər daşqını sel adlandırmaq olmaz! Selin əmələ gəlməsi
üçün fərqli amillərin üst-üstə düşməsi lazımdır. Məsələn, güclü yağışa məruz qalan
dağ yamaclarında, eləcə də başlanğıcını oradan alan çayların mənbəyində və
yatağında sel materialı – aşınmış dağ süxurları yığılıb mövcud olmalıdır. Çünki sel
axınının adətən 50-60 faizi məhz bu süxurlardan ibarət olur4. Bu səhifədə “burağan”,
“yarğan” sözlərinin mənaları açıqlanmır. “Göy gölümüz” bitişik yazılmalıdır.
Səhifə 43. Masa sözü “stol”, eyvan sözü “balkon” kimi yazılıb.
Səhifə 67. “Azərbaycanın sərhədlərini Milli Ordumuz qoruyur” fikri düzgün
deyil. Belə ki, sərhədlərimizi Milli Ordu yox, Sərhəd qoşunları qoruyur. Milli Ordu
yalnız ölkəyə təcavüz halında hərəkətə keçir.
Səhifə 69. Mavi rənglə verilmiş cümlənin tərkibindəki iki sadə cümlə arasındakı
qrammatik əlaqə pozulub.
“Dərslikləri qiymətləndirmə meyarları”nın 2.4-cü maddəsi bütün dərsliklərdə yeni
söz və terminlərin izahının verilməsi tələbini qoyur. Lakin “Həyat bilgisi 2”-də xeyli
yeni söz və terminlərdən istifadə olunmasına baxmayaraq, lüğət yoxdur.
4. Bədii tərtibat və dizayn baxımından
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 6.11-ci maddəsi
dərsliklərdə tədrislə əlaqəsi olmayan reklamları qadağan edir. Bunun əsas
səbəblərindən biri də dövlət büdcəsi hesabına çox böyük tirajla çap olunan və yarım
milyondan artıq şagirdin istifadə etdiyi dərsliklərdə hansısa özəl müəssisənin
məhsulunu yerləşdirib bazar subyektləri arasında ayrıseçkilik salmamaqdır. Axı
dövlət büdcəsi yalnız dərslikdə reklamı yerləşdirilən müəssisə və firmaların yox, həm
də onların bazardakı rəqiblərinin ödədiyi vergilər hesabına formalaşır. Lakin “Həyat
3 http://az.wikipedia.org/wiki/Farengeyt_%C5%9Fkalas%C4%B1
4 http://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BB%D1%8C
10
bilgisi dərsliyinin 59-cu səhifəsində “Hunday” avtomobillərinin və SİNGER
paltartikən maşınının reklam xarakterli şəkillərinə rast gəlinir.
Dərsliyin bədii tərtibatında da ciddi qüsurlar var. “Ümumtəhsil sistemində dərslik
siyasəti” sənədinin 3.1-ci maddəsi “illüstrasiyaların yığcam və mövzulara uyğun
olması” tələbini qoyur. Dərslikdə bir çox hallarda bu tələbə əməl olunmayıb. Məsələn,
28-29-cu səhifələrdəki şəkillərin yığcamlığı haqqında danışmaq mümkün deyil. Belə
ki, buradakı üç şəkil qoşa səhifənin ümumi sahəsinin 3/4 hissəsini tutur. 29-cu
səhifədəki şəkillərdə oğlanın şəlalədən su içməsi, qızın isə əkin işi aparan traktorların
qaldırdığı toz-torpaq altında gül basdırması gigiyena qaydalarına uyğun deyil. 63-cü
səhifədəki şəkillər isə daha çox yerləşdirmə “üsul”u və təsvir primitivliyi ilə diqqəti
cəlb edir.
9-cu səhifədə məktəb binasının təsvirində binanın üstündə “məktəb” sözü
yazılıb. Heç bir məktəb binasının üzərində “məktəb” sözü yazılmır.
24-cü səhifədə verilmiş şəkil mövzuya uyğun deyil və şagirdin fikrini çaşdıra
bilər. Çünki mətndə söhbət sadəcə olaraq Yer kürəsinin Günəş ətrafında
fırlanmasından gedir. Şəkil isə Günəş sistemini əks etdirir. Amma burada da
yarımçıqlıq var. Planetlərin hamısı verilməyib.
25-ci səhifədəki xəritə şəkli rənglərin qarmaqarışıqlığı və gigiyenik baxımdan
qüsurlu olması ilə fərqlənir. Belə şəkillər şagirdlərin görmə qabiliyyətinə mənfi təsir
göstərir.
57-ci səhifədə Vilnüsdəki Sinaqoqun5 və Moskvadakı Danilov monastırının
6
(kilsə adı ilə?!) şəkillərinin verilməsi məqsədəmüvafiq hesab edilmir. Bunların
əvəzinə ölkəmizdəki kilsələrdən və sinaqoqlardan birinin şəkillərinin verilməsi daha
düzgün olardı. Axı bu cür şəkillər həm də reklam xarakteri daşıyır. Dərsliklərdə
ölkəmizdəki dini memarlıq abidələrinin verilməsi məqsədəmüvafiq hesab edilir.
Çünki bu həm də ölkəmizdə mövcud olan dini tolerantlığın təbliği kimi istifadə edilə
bilər.
“Ümumtəhsil məktəblərində dərslik siyasəti” sənədinin 6.7-ci maddəsi
dərsliklərin müəyyən texniki və gigiyenik tələblərə cavab verməsi şərtini qoyur.
Hələ oxu vərdişlərinə yaxşı yiyələnməmiş 1 və 2-ci sinif şagirdləri üçün
mətnlərdə şagirdlərin gözlərinin tez yorulmaması məqsədilə sətirlərin uzunluğunun
5 http://www.vilnius.skynet.lt/hramy25.html
6 http://www.sedmitza.ru/text/1041517.html
11
126-130 mm (keqel 14, 16, 20) olması tələbi var7. Halbuki dərsliyin materiallarındakı
sətirlərin əksəriyyəti 155 mm, hətta 160 mm uzunluğundadır.
Bu yaş qrupu üçün kitablarda neqativ şriftlərdən (vıvorotkadan) istifadəyə icazə
verilmədiyi halda, dərsliyin 5, 23, 25, 27, 33, 45-ci səhifələrində bu üsuldan istifadə
edilib.
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) (2009)
məzmunu baxımından
1. “Mündəricat”da tədris vahidləri alt bölmələrə ayrılaraq nömrələnib. Belə olan
halda onların özü də nömrələnməli idi, lakin nömrələnməyib. Şmustitullarda isə
(səh. 19, 37, 59) bu “prinsip” tamamilə unudularaq hər şey nömrəsiz verilib.
2. 4-cü səhifədə “Klaster (şaxələndirmə)” ilə bağlı yazılanlar və verilmiş sxem
söz assosiasiyalarına aiddir8. Bu səhv özünü 29-cu mövzunun tədrisi ilə bağlı
tövsiyələrdə də (səh. 80) göstərir. Belə ki, burada iş üsulu kimi klaster göstərilir,
əslində isə söz assosiasiyalarından istifadə edilir.
3. Dərs nümunəsinin sonundakı “Məlumat” bölməsində müəllim üçün mövzu
ilə bağlı əlavə bilgilərin verilməsi doğrudur. Lakin 4, 5, 7, 14, 16, 17, 23 və 24-cü
dərslərin sonunda bu prinsip unudulduğundan heç nə verilməyib. Ən başlıcası da
odur ki, bir çox hallarda bu məlumatların 2-ci sinif şagirdinə nə aidiyyətinin
olduğunu anlamaq mümkün deyil. Məsələn, 58-ci səhifədə “narkobiznes,
“narkomaniya”, “nüvə silahı”, “kimyəvi silah”, “bakterioloji silah”la bağlı fikirlərin
bu yaş kateqoriyasından olan uşaqlara nə aidiyyəti ola bilər? Axı bu cür metodik
vəsaitlərin məqsədi müəllimin ümumi dünyagörüşünü artırmaq yox, konkret fənnin
konkret sinifdə tədrisi prosesinə yardımçı olmaqdır.
4. 36-cı səhifə 35-ci səhifənin davamı olduğuna görə buradakı “Məlumat” da
“Sağlam həyat” alt-bölməsinə aiddir. Ona görə də yuxarıda – fon içərisindəki yazı
da “Sağlam həyat” olmalı idi. Bu yanaşma 58-ci səhifəyə də aiddir.
5. 7-ci səhifədəki “Qrup işinin qiymətləndirilməsi” cədvəlində “Meyar” yazılan
hissə iki yerə bölünməli və “Qrup” sözü də əlavə edilməlidir.
6. 8, 9, 10 və 11-ci səhifələrdə verilmiş “Fənn üzrə məzmun standartlarının
reallaşdırılması cədvəli”ndə göstərilən alt-standartlarla dərs nümunələrində verilən
alt-standartların bəziləri üst-üstə düşmür. Məsələn:
7 http://bestpravo.ru/sssr/eh-akty/m8g.htm ; http://life.of.lugansk.ua/archives/93
8 www.kurikulum.az/files/2_6.ppt
12
Standartların reallaşma
cədvəlində
Dərs nümunələrində
5-ci mövzu 4.1.1 , 4.1.2 4.1.2
9-cu mövzu 1.1.1, 1.2.1, 1.2.2 1.1.1, 1.1.2
10-cu mövzu 1.2.1, 1.2.2, 1.4.1 1.2.2 , 1.4.1
11-ci mövzu 1.2.1, 1.4.1. 2.2.2 1.1.1, 2,2,2
14-cü mövzu 1.2.1 1.1.1, 1.2.1
15-ci mövzu 1.1.2, 4.1.3 1.1.2
17-ci mövzu 1.1.1, 1.2.1, 4.2.1 1.1.1, 1.2.1, 4.1.3
19-cu mövzu 2.1.1, 3.2.1, 3.4.1 2.1.1
22-ci mövzu 3.4.1 3.4.1 , 3.2.1
23-cü mövzu 2.1.2, 3.1.1, 3.1.2 3.1.1, 3.1.2
7. Vəsaitdə ən qüsurlu məsələ, alt-standartlar, dərsin məqsədi və dərsin tipi
arasındakı uyğunsuzluqdur. Məsələn, 10-cu dərsdə (səh. 40) alt-standartlar və
məqsədlər şagirdin təsvir etmək, mənbələri ayırd etmək, izah etmək kimi bacarıqları
ilə bağlıdır. Amma dərsin tipi “yeni bilik verən” formasında göstərilib. Yalnız bilik
verməklə bağlı dərsdə sadalanan bacarıqları necə formalaşdırmaq olar? Eyni
uyğunsuzluğa 9, 11, 12, 14 və 16-cı dərslərdə də rast gəlinir. İl boyu tətbiqetmə ilə
bağlı heç bir dərsin nəzərdə tutulmamışdır. Müasir təhsildə şagirdin təlim-tərbiyə
prosesində qazandıqlarını tətbiq etməsinə isə daha çox önəm verilir.
8. Metodik vəsaitin digər qüsurlu hissələrindən biri də dərs nümunələrindəki
“Motivasıya”lardır. Buradakı tövsiyələrin bəziləri nəinki məntiqsiz, anlaşılmaz, hətta
dərsin məqsədinə uyğun deyil. Məsələn, 64-cü səhifədəki “Motivasiya”da müəlliflər
mənəvi keyfiyyətlərlə bağlı bacarıqları formalaşdırmaq üçün iki qonşu haqqında
“hekayə” təqdim edirlər. Dalaşıb küsən qonşulardan biri qohumuna yoluxmaq üçün
başqa şəhərə getməli olur. Bu vaxt onun evinə oğrular girir. Qonşu bunu bilsə də
küsülü olduğuna görə polisə xəbər vermir. Görünür müəlliflər unudurlar ki, bu artıq
mənəviyyat məsələsi yox, cinayətdir. Çünki qanunlara görə cinayəti bilib gizlədən
şəxs də cinayət məsuliyyəti daşıyır. Fərqi yoxdur, hansı səbəbdən olur-olsun...
9. “Dərslikləri qiymətləndirmə meyarları”nın 2.1.5-ci maddəsi MMV üçün əlavə
vəsaitlərə (elektron resurslar, əyani vəsaitlər, xəritələr, sxemlər və s.)
istiqamətləndirmə şərtini qoyur. Lakin vəsaitdə tövsiyə edilən əsas vəsaitlər dərslik,
iş dəftəri, iş vərəqləri, şəkillərdir. Burada heç bir elektron resursa istiqamətləndirmə
13
yoxdur. İl ərzində heç bir elektron resursdan istifadə etmədən müasir təlimi necə
həyata keçirmək olar?