33
Ümumi səhifəyə keçid Növbəti Şəhər: Bakı Məktəb: 300 Fənn: Azərbaycan dili Müəllif: Hüseynova Arzu Ramiz Tarix: 2013

Xedice

Embed Size (px)

Citation preview

Page 1: Xedice

Ümumi səhifəyə keçid Növbəti

Şəhər: BakıMəktəb: 300Fənn: Azərbaycan diliMüəllif: Hüseynova Arzu RamizTarix: 2013

Page 2: Xedice

-ar2 şəkilçisi adlardan fel

düzəldir.İsimdən fel

düzəldir. Məsələn:

otar.Sifətdən fel düzəldir:

boz-ar, göyər, ağar.

Qeyri-qəti gələcək

zaman –ar2 şəkilçisi ilə

düzəlir, hərəkət icra

oluna da, olunmaya da bilər. Qeyri-qəti gələcək

zamanın 2-ci, 3-cü şəxs cəminin tələffüzü

yazılış formala-rından

fərqlidir: gələrsiniz-[gələr-siz], gələrlər-[gələllər]. Qeyri-qəti gələcək za-

manın inkarı: yazmaz, atmaz,

gəlmərəm, yumaram

ma-ar

-ar2 şəkilçisi fellərdən

sifət düzəldir. Məsə-lən: gülər üz,

qaynar xətt, bənzər

xasiy-yətlər, oxşar

hadisələr, axar su.

-ar2 şəkilçisi fellərdən

isim düzəldir. Mə-sələn:

açar, də-yər, apar, yazar

və s.O, açarı yerə

saldı.

-ar2 şəkilçisi təsirsiz felləri

təsirliyə çevirir. -ar2

gələcək zaman

şəkilçi-sindən fərqlən-

dirmək üçün bu fellərdən sonra -maq2 şəkilçisini artırmaq lazım-dır. Cümlədə

fərqləndirmək üçün onun təsirli və ya

təsirsiz olmasına fikir

vermək lazımdır.

Təsirli olarsa, leksik

şəkilçidir, yəni feldən fel

düzəldən şəkilçi-dir.

mar, maz

-ar2

Page 3: Xedice

Gələcək zaman hərəkətin gələcəkdə, söhbət gedən andan sonra icra ediləcəyini və ya icra edilməyəcəyini bildirir. İki cür olur:1.Qəti gələcək zaman2.Qeyri-qəti gələcək zamanQəti gələcək zaman hərəkətin gələcəkdə icra ediləcəyini qətiyyətlə, əminliklə bildirir, -acaq2 şəkilçisi ilə düzəlir. –acaq2 şəkilçili felə saitlə başlanan şəxs şəkilçiləri artırdıqda q samiti ğ, k samiti isə y samitinə keçir; məsələn, baxacağam, gələcəyəm və s. Fel saitlə bitərsə, -acaq2 şəkilçisi ona bitişdirici “y” samiti vasitəsi ilə birləşir. Məs: darayacaq,işləyəcək və s. Bu zaman da bəzi fellərdə tələffüz və yazılış fərqi yaranır: başlayacaq - [başdıyacax]-acaq2 şəkilçisinin təlləfüz forması: acaq-[acax], əcək-[əcəx`]

-acaq2 şəkilçisi vasitəsi ilə gələcək zaman mənalı feli sifətlər düzəldilir. Məsələn: de-yiləcək söz, görüləcək iş. Feli sifətdə həm felə, həm də sifətə məxsus xüsusiyyətlər vardır.

-acaq2 sadə və düzəltmə fellərə artırılaraq düzəltmə isim əmələ gətirir. Məsələn: sığınacaq, dolanacaq, qanacaq, yanacaq və s.

-acaq2

Page 4: Xedice

Məchul növdə subyekt məlum olmur. Felin məchul növü təsirli fellərə -ıl4, ın4 şəkilçiləri artırmaqla düzəlir. Məchul növ fellər təsirlidən düzəlsə də,nəticədə təsirsiz olur.Divara mismar çalındı. Əşyalar içəri daşındı.

-ın4 şəkilçisini fellərə artırmaqla düzəltmə isimlər yaradır. -ın4 şəkilçisi isim düzəldən şəkilçi kimi işləndikdə vurğu qəbul edir. Bu zaman əmr şəklində olan fellərlə vurğusuna görə fərqlənir.əkin-əkin, səpin-səpin,biçin-biçin, axın-axın.

Qaydış növ fellərdə subyekt işi

öz üzərində icra edir. Qayıdış

növ də təsirli fellərə -ın4, -ıl4

şəkilçiləri artırılmaqla düzəlir.

Məsələn: Qarı deyindi.

Qaydış növ fellər də nəticə

etibarilə təsirsiz olur. İstisna

hal kimi geyindi, soyundu

felləri qayıdış növdə olsa da,

təsirlidən düzəlib təsirli də

qalır.

Əmr, xahiş ,məsləhət ,nəsihət və s. bildirən fel şəklinə felin əmr şəkli deyilir. Felin kökünə və ya başlanğıc formasına şəxs şəkilçilərini artırmaqla düzəlir. 2-ci şəxsin cəmində -ın4 şəkilçisini qəbul edir. Məsələn: gəlin, əkin, biçin, baxın və s.Əmr şəklində 2-ci şəxsin cəminin şəxs şəkilçisi vurğu qəbul etmir.

Sahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirmək üçün mənsubiyyət şəkilçilərindən istifadə olunur. 2-ci şəxsin təkində -ın4 şəkilçisini qəbul edir. Mənsubiyyət şəkilçili söz yiyəlik hal şəkilçili sözdən sonra gəldiyi zaman hər ikisi cümlənin bir üzvü olur.Məsələn: Sənin bacın məktəblidir.

Yiyəlik hallı isimlər özündən sonra

gələn sözlərlə əlaqəyə girərək

əşyalar, şəxslər arasında aidlik,

mənsubluq mənası yaradır. Xüsusi

şəkilçisi: -ın4 sualları: kimin? nəyin?

haranın?Məsələn: sənin kitabın

Müəyyənlik bildirən yiyəlik hal

həmişə özündən sonra mənsubiyyət

şəkilçili söz tələb edir, buna görə də

adətən ayrılıqda cümlə üzvü olmur.

Yalnız xəbər olur. Kitab Əlinindir.

-ın4

Page 5: Xedice

-ı4 şəkiçisi isimlərə qoşula-

raq düzəltmə sifət yaradır.

Rəng bildirənlər: qəhvəyi,

narıncı, gümüşü, qızılı.

Forma bildirənlər: armudu,

çərkəzi

Təsirlik hal iş, hal və hərəkətin obyekti-

ni, başqa sözlə, üzərində iş, hərəkət icra

olunan əşyanı bildirir. Təsirlik halın 2

növü var: 1.Müəyyən təsirlik hal.

2.Qeyri-müəyyən təsirlik hal.

Müəyyən təsirlik halın şəkilçisi -ı4-dır.

Müəyyən təsirlik hal kimi? nəyi?

haranı? suallarına cavab verir. Məs. :

Əli divarı rəngləyir.

-ı4 şəkilçisi fellərə qoşlaraq düzəltmə isim yaradır. Omonim şəkilçidir. Məsələn: çəki, yazı, ölü, qorxu, pozu.

İsmi başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də mənsubiyyət kateqoriyasıdır. -ı4 şəkilçisi 3-cü şəxsə aid mənsubiyyət şəkilçisidir. Bu şəkilçini qəbul etmiş isim həm insana, həm heyvana, həm də cansız əşyaya aid ola bilər. Məs.: atın ayağı, sinif rəhbəri, dost sözü.

-ı4 şəkilçisi adlara qoşularaq düzəltmə fel yaradır. Məsələn: bərkimək, ləngimək, turşumaq.

-ı4

Page 6: Xedice

Nəqli keçmiş zamanda keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verilir. Nəqli keçmiş zaman –mış4 şəkilçisi ilə düzəlir. Məsələn: atmışam, oxumuşam, demişəm.-mış4 şəkilçisi 2-ci şəxsin təki və cəmində fərqli tələffüz olunur.gəlmişsiniz-[gəlmisiz]yazmışsan-[yazmısan]

Feli sifət düzəltmək üçün müxtəlif şəkilçilərdən istifadə olunur. -mış4 şəkilçisi vasitəsilə keçmiş zaman mənalı feli sifətlər düzəldilir. Məsələn: oxumuş adam, deyilmiş söz, görülmüş iş.

İmiş hissəciyi sözlərə şəkilçi formasında da qoşula bilər. İmiş hissəciyi, şəkilçi forması -mış4 felin əmr şəklindən və şühudi keçmiş zamanından başqa bütün şəkillərinə qoşula bilər. Məsələn: biləcəkmiş, yazırmışsan, gələrmiş.

-miş4

Page 7: Xedice

-ır4 şəkilçisi fellərə artılaraq düzəltmə isim əmələ gətirir. Məsələn: kəsir, yatır, gəlir.İndiki zaman fellərdən fərqləndirmək üçün suallarına fikir vermək lazımdır.

İndiki zaman hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir. İndiki zaman fellərə -ır4 şəkilçisini artırmaqla düzəlir. İnkar fellər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (ma, mə) saiti düşür.Məs.: gəlmirəm, yazmırsan.

Müəyyən leksik şəkilçi artırmaqla təsirsiz fellərdən təsirli fel düzəltmək olar. -ır4 şəkilçisi də təsirsiz fellərdən təsirli fel yaradır.Məsələn: keçir, ötür, qaçır, bişir və s. Cümlədə indiki zamandan fərqləndirmək üçün təsirli olmasına fikir vermək lazımdır.

Page 8: Xedice

-lıq4 şəkilçisi isimə, sifətə, saya artırmaqla müxtəlif mənalı isimlər yaradır.Məkan bildirənlər: daşlıq, otluqMüccərəd məna bildirənlər: yaxşılıq, çoxluq, gözəllik Əşya bildrənlər: önlük, gözlükQohumluq anlayışı bildirənlər: analıq, bacılıq, qardaşlıq.

-lıq4 şəkilçisini isimlərə artırmaqla düzəltmə sifət yaradır. Omonim şəkilçidir.Məsələn: aylıq (maaş), donluq (parça), illik (plan), ikilik (taxta).

-lıq4

Page 9: Xedice

-la2 şəkilçisi adlardan fel

düzəldir. Məsələn: işlə, yellə,

gözlə, başla və s. -la2 şəkilçisi

qəbul etmiş fellərin bəziləri

vurğusu dəyişməklə mənası

dəyişən söz yaradır. Məsələn:

i`şlə-işlə`, ba`şla-başla`, i`zlə-izlə`

-la2 şəkilçisi düzəltmə zərf əmələ

gətirir. -la2 şəkilçisi [nan] kimi

tələffüz olunur. Məsələn: təlaşla-

[təlaşnan], güclə-[gücnən].

-la2 şəkilçisi vurğu qəbul etmir.

Məs.: ina`dla, zo`rla

-la2

İlə(-la2) birləşdirmə bağlayıcısı-

dır. İlə(-la2) bağlayıcısı, əsasən,

həmcins üzvlər arasında işlənir.

Məsələn: Sevinclə Nərgiz

rəfiqədir.

İlə (-la2) qoşması adlıq və yiyəlik

hallı sözlərə qoşularaq, əsasən,

birgəlik, bəzən də vasitə mənası

ifadə edir. Məsələn:

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə.

(S.Rüstəm)

Page 10: Xedice

-ma2

-ma2 şəkilçisi fellərdən sifət yaradır.Məsələn: burma (saç), alınma (söz).-ma2 şəkilçisi sifət düzəldən şəkilçi kimi işləndikdə vurğu qəbul edir.

-ma2 şəkilçisi fellərdən düzəltmə isim yara-dır.Məsələn: bölmə, dondurma, qovurma və s. -ma2 şəkilçisi isim düzəldən şəkilçi kimi işləndikdə vurğu qəbul edir.

İnkar fellər təsdiq fellərin kökünə və ya başlanğıc formasına –ma2 şəkilçisini artırmaqla düzəlir.Məsələn: demə, atma, qaçma və s. İsim və sifət düzəldən –ma2 şəkilçisi leksik şəkilçi kimi vurğu qəbul edir, özündən sonra şəkilçi gəldikdə vurğunu həmin şəkilçiyə ötürə bilir: gəlmə/ (adam), gəlmələri/n, vurma/ və s.Amma –ma2 inkar şəkilçisi qrammatik şəkilçidir, vurğu qəbul etmir, vurğunu özündən sonraya ötürmür. Məsələn: oxu/mayacaq, yaz /mamışdır və s.

2

Page 11: Xedice

-ıcı4 şəkilçisi sadə və düzəltmə fellərdən düzəltmə isim əmələ gətirir. Məsələn: bağlayıcı, soyuducu, seçici. Alıcı sözü həm düzəltmə isim, həm də düzəltmə sifət (alıcı quş) əmələ gətirir.

-ıcı4 şəkilçisi fellərdən düzəltmə sifət əmələ gətirir. Məsələn: kəsici, əzici, qurucu, yorucu,yoxlayıcı, üzücü və s.

-ıcı4

Page 12: Xedice

-i, -vi şəkilçisi isimlərdən isim əmələ gətirir. Alınma şəkil-

çidir.Toponimik adlara qoşularaq

nisbə bildi-rir. Məsələn: Ə.Təbrizi,

N.Gəncəvi və s.

-i, -vi şəkilçisi isimlər-dən düzəltmə sifət yaradır. -i, -vi

şəkilçisi alınma şəkilçidir.Mə-sələn:

elmi, kütləvi və s. Bəzən –i, -vi şəkilçisi

söz kökünün dəyişmə-sinə səbəb olur:

məna-mənəvi, xalq-xəlqi. Bu sözlər sadə

sözlərdir.

-i,-vi

Page 13: Xedice

-lı4

-lı4 şəkilçisi isimlərdən isim yaradr. Məsələn: məktəbli, şə-hərli, kəndli və s. Adətən, ad sonluqlarına artırılır. Mə-sələn: Nəcəfli, Cavadlı, Muradlı və s.

-lı4 şəkilçisi isimdən sifət əmələ gətirir. Məsələn: güllü, yağlı, güclü və s. Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq [ –rı ,-nı, -dı] kimi tələffüz olunur.Məsələn: qarlı-[qarrı], qanlı-[qannı], [saçlı-saşdı] və s.

-lı4

Page 14: Xedice

-ış4 Qarşılıq-birgəlik növ ya qarşı-qarşıya, ya da birgə icrasını bildirir. Qarşılıq-birgəlik növdə olan fellər -ış4 şəkilçisi ilə düzəldilir. Məsələn: yazışmaq, gülüşmək və s. Qarşılıq bildirən fellər təsirli fellərdən düzəlir və təsirsiz olur. Birgəlik bildirən fellər isə, əsasən təsirsiz fellərdən düzəlir və təsirsiz olaraq qalır.

Page 15: Xedice

-ca2 şəkilçisi fellərə qoşularaq

düzəltmə isim əmələ gətirir.Məsələn: düşüncə, əyləncə.

-ca2

-ca2 şəkilçisi isimlərdən zərf düzəldir

və həmin şəkilçi vurğu qəbul etmir.

Məsələn: tü /rkcə, fransı /zca, alma /nca.

-ca2 ədatı zərfə artırılır, vurğu qəbul

edir. Məsələn: xəfifcə /, yavaşca / ,

sakitcə / və s. Morfoloji üsulla çoxaltma dərəcəsini

yaratmaq üçün –ca2 şəkilçisindən

istifadə olunur. Məsələn: zorbaca,

xırdaca, yekəcə, körpəcə və s.Qrammatik şəkilçidir.

Page 16: Xedice

Məchul növ fellərdə iş qrammatik cəhətdən məlum olmur. Obyekt, yəni üzərində iş görülən əşya mübtədanın yerini tutur. -ıl4, -ın4 şəkilçisini artırmaqla düzəlir.Məchul növ fellər təsirlidən düzəlsə də, nəticədə təsirsiz olur. Məs.: yazılmaq, kəsildi, görüldü.

Şəxssiz fellər işlənin cümlənin mübtədası olmur, onu bərpa etməkdə qeyri-mümkündür. Belə fellər təsirsiz fellərə -ıl4 şəkilçisini artırmaqla düzəlir və yenə də təsirsiz olaraq qalır. Şəxssiz fellər yalnız III şəxsin təkində olur. Məsələn: baxılmaq, yanışılmaq, istifadə edilmək, hörmət edilmək, söz verilmək və s.

Qayıdış növ fellərdə subyekt işi öz üzərində icra edir. -ıl4, -ın4 şəkilçisini artırmaqla düzəlir.Təsirli fellərdən düzəlir və təsirsiz olur. Məs: hava açıldı, duman çəkildi və s.

-ıl4

Page 17: Xedice

-aq2 şəkilçisi fellərə artırmaqla düzəltmə

isim əmələ gətirir. Məsələn: yataq,

döşək, istək, sancaq və s.

-aq2 şəkilçisi fellərə artırmaqla düzəltmə

sifət əmələ gətirir.Məsələn: qorxaq,

çökək, soyuq, böyük və s.

Felin əmr şəkli felin kökünə və başlanğıc formasına şəxs şəkil-çilərini artırmaqla düzəlir. Məsələn:

qalaq, baxaq, oxuyaq,gələk, deyək və s.

-aq2

-aq2

Page 18: Xedice

-ıq4

-ıq4 şəkilçisi fellərə qoşularaq düzəltmə sifət əmələ gətirir.Məsələn: çürük, kəs-ik, açıq, sökük və s.

-ıq4 şəkilçisi xəbərlik şəkilçisidir. I şəxsin cəminin şəkilçisi kimi işlənir. Məsələn: həkimik, şagirdik, dostıq və s.

-ıq4

-ıq4 şəkilçisi fellərə

qoşularaq düzəltmə isim

əmələ gətirir. Məsələn:

bilik, danışıq, barışıq və

s. isim

sifətsınıq

Page 19: Xedice

-ım4

-ım4 şəkilçisi fellərə artırmaqla düzəltmə isimlər yaradır. Məsələn: geyim, duyum, seçim, düzüm və s.

Felin əmr şəkli əmr, xahiş, nəsihət, təklif və s. bildirir. Felin kökünə şəxs şəkilçisi artırmaqla düzəlir. I şəxsin təkində -ım4 şəkilçisini qəbul edir. Məsələn: yazım, oxuyum, gəlim, baxım və s.

Sahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirmək üçün mənsubiyyət şəkilçisindən istifadə olunur. I şəxsin təkində-ım4 şəkilçisindən istifadə olunur. Məsələn:kitabım, dostum, evim və s.

Page 20: Xedice

-dan2

Leksik

şəkilçi

• -dan2 şəkilçisi sifətlərə və saylara artırılaraq düzəltmə zərf yaradır.

• -dan2 şəkilçisinin iştirakı ilə yaranan zərflər tərzi-hərəkət və zaman bildirir.

• Məsələn: birdən, astadan, bərkdən, çoxdan və s.

Qrammatik şəkilç

i

• -dan2 şəkilçisi ismin çıxışlıq hal şəkilçisidir.

• -dan şəkilçisinin tələffüzü bəzən fərqlənir. m, n səslərindən sonra dan2 şəkilçisi gəldikdə [nan], [nən] kimi tələffüz olunur. Məsələn: qələmdən-[qələmnən], məndən-[mənnən] və s.

Page 21: Xedice

-a2

İsmin yönlük halı istiqamət bildirir.

Yönlük halda olan isimlər –a2 şəkilçisi qəbul edir. Sonu açıq

saitlə bitən isimlər yönlük

halda fərqli tələffüz olunur,

sonda a, ə saitləri ı, i, u, ü kimi

tələffüz olunur.Məsələn: özgəyə-[özgüyə], xalaya-

[xalıya] və s.

İşin gələcəkdə icra-sının arzu

edildiyini bildirən fel şəklinə felin

arzu şəkli deyilir. Felin arzu şəkli

felə -a2 şəkil-çisinin artırılması ilə düzəlir. Məsə-lən: oxuya, baxa, qazdıra, gələ və s.

Arzu şəklində feldən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri

işlədilir. Məsələn: Gərək(kaş) bilə və

s.

-a2 şəkilçisi fellərə qoşularaq dü-

zəltmə isim əmələ gətirir. Məsələn: Əsgərin yarası

bərk incidirdi. -a2 şəkilçisi qeyri-

məhsuldar şəkildə düzəltmə isim əmələ gətirir.

-a2 şəkilçisi adlara qoşularaq

düzəltmə fel əmələ gətirir.

Məsələn: qanamaq,

boşamaq, ələmək, yaşamaq və s.

Page 22: Xedice

sa2

• Hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildi-rən fel şəklinə felin şərt şəkli deyilir. Şərt şəkli felə -sa2 şəkilçisinin artırılması ilə düzəlir. Məsələn: qaçsa, görsə, danışsa, desə və s.

• Felin şərt şəkli müstəqil cümlənin xəbəri ola bilmir.

Qrammatikşəkilçi

• İsə hissəciyinin şəkilçi forması –sa2 –dır.• İsə (-sa2) hissəciyi əmr, arzu və şərt şəkillərindən başqa,

felin yerdə qalan xəbər, vacib, lazım şəkillərinə qoşula bilir. Məsələn: gələcəksə, demişsə, dönərsə, baxarsa və s.

Qrammatikşəkilçi

Page 23: Xedice

-dır4

İcbar sözü ərəbcə məcbur sözündən götürülüb. İcbar növ fellərdə hərəkəti danışan və ya haqqında danışan

şəxs deyil, başqası icra edir. -dır4, -t şəkilçisini artırmaqla düzəlir. Təsirli fellərə

qoşulur. Məsələn:yazdırmaq, sildirmək və s.

Təsirsiz fellərdən təsirli fel yaradan şəkilçilərdən biri də -dır4 şəkilçisidir. Məsələn:

yandırmaq, güldürmək, susdurmaq və s. Bu şəkilçini qəbul etmiş fellər məlum növdə olur.

-dır4 şəkilçisi III şəxsin şəkilçisi kimi işlənir.-dır4 şəkilçisi nəqli keçmiş zamana, qəti gələcək

zamana, vacib şəklinə, lazım şəklinə artırılır.Məsələn: gəlməlidir, gələsidir, gəlmişdir, gələcək-dir.

Page 24: Xedice

-da2

-da2

Yerlik hal hərəkətin icra olunduğu yeri bildirir. kimdə? nədə? harada? suallarına cavab verir. Yerlik halda olan

isimlər –da2 şəkilçisini qəbul edir. Məsələn: ağacda, parkda, kitabda, dostda və s.

Gün, ay, həftə, il, qış tipli isimlərə -da2 şəkilçisi artırmaqla zaman zərfi düzəltmək olur. Məsələn:

yayda, ayda, ildə, gündə və s.Gündə dayanma. (yerlik hal)

Gündə bizə gələrdi. (zərf düzəldən şəkilçi)

Page 25: Xedice

-malı2

Felin vacib şəkli hərəkətin icra olunmasının və ya olunmaması-nın vacib olduğunu bildirir. Felin kökünə və ya başlanğıc formasına –malı2 şəkilçisini artırmaqla düzəlir. Məsələn: görməliyəm, at-malıyam, deməliyəm və s.

-malı2 şəkilçisi feli sifət şəkilçisidir. -malı2 şəkilçisi vasitəsi ilə gələcək zaman mənalı feli sifətlər düzəldilir. Məsələn: görülməli (işlər), tikilməli (paltar) və s.Köhnə divarı sökməliyik. (felin vacib şəkli)Görməli yerlərimiz çoxdur. (feli sifət)

Page 26: Xedice

-ası2

Felin lazım şəkli hərəkətin icrasının lazım və ya lazım olmadığını bildirir. Felin kökünə və ya başlanğıc formasına –ası2 şəkilçisi artırmaqla düzəlir.Məsə-lən: dəyişəsidir, gələsiyəm,görəsisən və s. Lazım şəklinin inkarı deyil inkar hissəciyi ilə düzəlir. Mə-sələn: alası deyil, başlayası deyilsən və s.

Həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyan sözlərə feli sifət deyilir.-ası2 şəkilçisi vasitəsi ilə gələcək zaman mənalı feli sifətlər düzəldilir. Mə-sələn: deyiləsi (söz), yazılası (məktub), görüləsi (iş) və s.Sənə deyiləsi sözüm var. (feli sifət)Evə mebel alasıyıq. (felin lazım şəkli)

Page 27: Xedice

-ıb4

Feli bağlama həm felin, həm də zərfin xü-susiyyətini daşıyır. -ıb4 şəkilçisi feli bağlama yaradan şəkilçilərdən biridir. -ıb4 şəkilçisi hərəkətin zamanını, tərzini və səbəbini bildirir. Məsələn: gülümsəyib, qorxub, söykəyib və s.

Nəqli keçmiş zamanda keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verilir. Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb4 şəkilçisi vasitəsilə də əmələ gəlir.Məsələn: satıbsan, satıb-dır, satıbsınız, satıblar,gəlibsiniz, gəliblər və s.

Page 28: Xedice

-dar

-dar şəkilçisi bir variantlı

şəkilçidir.-dar şəkilçisi ərəb-fars

mənşəli şəkilçidir. -dar

(malik olmaq) şəkilçisi aid

olduğu dildə leksik mənaya

malik olan sözdür, lakin

bizim dildə leksik şəkilçidir.

İsimdən isim əmələ gətirir.

Məsəln:quldar, hökmdar, he-

sabdar və s.

-dar şəkilçisi leksik şəkilçidir.

Bir cür yazılan şəkilçidir.

Alınma şəkilçidir.

-dar şəkilçisi isimlərdən sifət

əmələ gətirir. Məsələn:evdar,

əməkdar və s.

Page 29: Xedice

-keş

-keş şəkilçisi bir cür yazılan şəkilçidir. -keş şəkilçisi ərəb-fars mənşəli şəkilçidir. -keş şəkilçisi aid olduğu dildə leksik mənaya malik olan sözdür, lakin bizim dildə leksik şəkilçidir. İsimdən isim əmələ gətirir. Məsələn:azarkeş, dəmkeş və s.

• Leksik şəkilçi

-keş şəkilçisi leksik şəkilçidir. Bir cür yazılan şəkilçidir. Alınma şəkiçidir. -keş şəkilçisi isimlərdən sifət əmələ gətirir. Məsələn: əzabkeş, zəhmətkeş, cəfakeş, qayğıkeş və s.

Page 30: Xedice

-gə

Leksik

şəkilçi

-gə şəkilçisi bir cür yazılır.-gə şəkilçisi qeyri-məhsuldar şəkilçidir.Milli şəkilçidir.Fellərdən düzəltmə isim əmələ gətirir.Məsələn: süpürgə, döngə, bölgə və s.

Leksik

şəkilçi

-gə şəkilçi bir cür yazılır.-gə şəkilçisi qeyri-məhsuldar şəkilçidir.Milli şəkilçidir.Bir sayından düzəltmə zərf yaradır.Məsələn: birgə.

Page 31: Xedice

-kı4

Page 32: Xedice

-maq

Qrammatik şəkilçi

• Həm felin, həm də is-min xüsusiyyətlərinə malik olan sözlərə məsdər deyilir.

• Məsdər –maq2 şəkil-çisinin iştirakı ilə yaranır. Məsələn: de-mək, baxmaq, gözlə-mək, gülmək və s.

Leksik şəkilçi

• -maq2 şəkilçisi fellərdən isim əmələ gətirir.

• Məsələn: qazmaq, cır-maq, yemək, çaxmaq və s.

Page 33: Xedice

-dı4

• Şühudi keçmiş zaman hərəkətin icrasını şahidlik yolu ilə bildirir. Əslində hərəkətin şahidi olan, onu görən danışır. Şühudi keçmiş fellərin kökünə və ya başlanğıc formasına –dı4 şəkilçisi artırmaqla düzəlir. Məsələn: aldım, gəldin, dedik və s.

Qrammatik şəkilçi

• -dı4 idi hissəciyinin şəkilçiləşmiş formasıdır. Vurğu qəbul etmir. İdi (-dı4) hissəciyi felin əmr şəklindən və şühudi keçmiş zamanından başqa, bütün şəkillərinə qoşula bilir. Məsələn: vuracaqdı, oxumuşdu, deyərdi, bilirdi və s.

Qrammatik şəkilçi