17
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ İNFORMASİYA-KOMMUNİKASİYA TEXONOLOGİYALARININ MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNDƏ TƏTBİQİ ÜZRƏ İLKİN BİLİKLƏR METODİKİ TÖVSİYƏ Bakı - 2016

İkt duzelish

  • Upload
    -

  • View
    61

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: İkt duzelish

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

İNFORMASİYA-KOMMUNİKASİYA

TEXONOLOGİYALARININ MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNDƏ TƏTBİQİ ÜZRƏ İLKİN BİLİKLƏR

METODİKİ TÖVSİYƏ

Bakı - 2016

Page 2: İkt duzelish

Buraxılışa məsul: Rafiq Bayramov

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri

Elmi redaktor: Asif Usubəliyev

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru

Redaktor: Ramazan Eyyubov

Bakı Slavyan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru

Tərtibçi: Toğrul Hidayətzadə

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin İnnovasiyalar və müasir texnologiyaların tətbiqi şöbəsinin baş metodisti

Page 3: İkt duzelish

İnformasiya-kommunikasiya texonologiyalarının mədəniyyət müəssisələrində tətbiqi üzrə ilkin biliklər

İKT nədir?

İnformasiya-kommunikasiya texnologiyaları – informasiyanın axtarışı,

toplanması, saxlanması, emalı üçün tələb olunan müasir vasitələr toplusudur.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən

mütəxəsislərə qısa olaraq İT və ya İT-mütəxəsisləri deyilir.

İKT-nin mədəniyyət müəssisələrində tətbiqi imkanları və faydaları

Müasir dövrü informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etmək

qeyri-mümkündür. İKT fəaliyyətin istənilən növündə (mədəniyyət, elm, siyasət,

istehsal və s.) geniş istifadə olunur. Bu gün sosial şəbəkələrin siyasi alətə və

propoqanda vasitəsinə çevrilməsi İKT və ondan istifadəni daha da zəruri edir.

Dövlət orqanlarının fəaliyyətinin səmərəliyinin və operativliyinin yüksəldilməsi,

əhali, biznes qurumları, eləcə də öz aralarında əlaqələrin asanlaşdırılması və

sərbəstləşdirilməsi məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından

istifadə edilməsi dünya təcrübəsində “elektron hökumət” (“e-hökumət”) anlayışı ilə

adlandırılmışdır.

İKT və internet resurslarından istifadə mədəniyyət sahəsindən də yan

keçməmişdir. Bu gün mədəniyyət müəssisələrində İKT-dən geniş istifadə

olunmaqdadır. Bura müəssisələrin veb-saytlarını, sosial şəbəkələrdə mövcud

səhifələri, rəsmi elektron poçt ünvanlarını, mədəniyyət müəssisələrində istifadə

olunan genişprofilli proqram təminatlarını (kitabxana sistemində - ALİSA) aid etmək

olar.

Page 4: İkt duzelish

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-

2020-ci illər üçün Milli Strategiyaya uyğun olaraq, cəmiyyətdə İKT-nin inkişafından

bəhrələnmə imkanının genişləndirilməsi üçün ilk növbədə əhalinin İKT üzrə

biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların

məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai

mərkəzlərin fəaliyyəti və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı

yaradılmışdır.

Regionlarda müntəzəm olaraq İKT üzrə müxtəlif təlim kursları, seminarlar

keçirilir.

Günümüzdə İnternet - televiziya və radio efirindən də böyük təbliğat vasitəsinə

çevrilib. Mədəniyyət sahəsinin önəmi, mədəniyyət müəssisələri haqda

informasiyanı, və görülən işin nəticələri haqda məlumatları İnternet vasitəsi ilə

vaxtında paylaşmaq və mədəniyyət müəssisələri arasında əlaqəni qurmaq olar.

Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi faydalarına görülən işin

effektivliyinin artırılması, kağız üzərində olan məlumatların rəqəmsallaşdırılması,

vaxt və əmək sərfiyyatının azaldılması, məlumatların uzunmüddətli saxlanmasının

təmin edilməsi aiddir.

Vebsəhifə və veb-sayt nədir?

Sayt (veb-sayt ing. website, web – “hörümçək toru” və site – “yer”) – qlobal

şəbəkədə (İnternetdə) bizim bir tam səhifə kimi gördüyümüz, öz ünvanı, sahibi olan

və müxtəlif səhifələrdən ibarət məlumatların kodlaşdırılaraq saxlanıldığı yer.

Qlobal şəbəkə - ümumi istifadə üçün açıq olan bütün veb-saytlardan ibarətdir.

Veb-sayt ibarət olduğu ayrı-ayrı səhifələrin vahid ünvanda (brauzerin ünvan sətri),

məzmunda, dizaynda və sistemdə birləşməsidir. Veb-saytın hər səhifəsi

proqramlaşdırma dillərində (HTML, XHTML, PHP, JAVA və s.) yazılmış kodla

doldurulan sadə fayllardan ibarətdir. Bu fayllar kompüterə yüklənir, brauzer

Page 5: İkt duzelish

tərəfindən emal olunur və kompüterin monitorunda veb-saytın veb-sahifələri kimi

görünür. Veb-saytlar müxtəlif informasiya (mətn, keçidlər, video və audio fayllar,

təqdimetmələr, şəkillər və s.) ilə doldurulur.

Veb-saytlar çox sayda mütəxəssislər tərəfindən sifarişçinin tələbinə uyğun

qurulur – dizaynerlər, proqramçılar və s.

Dünyada ilk veb-sayt 1991-ci ildə Tim Berners-Li tərəfindən hazırlanıb.

Müasir dövrdə veb-saytlar müxtəlif funksiyaları yerinə yetirir – vizit-sayt, forum,

təşkilat və müəssisə saytı, şəxsi sayt, onlayn alış-veriş saytları və s. Veb-saytın

köməyi ilə müxtəlif informasiyanı yaymaq mümkündür. Veb-saytlara giriş 7 gün 24

saat təmin olunduğundan, istənilən zaman istənilən informasiyanı paylaşmaq və əldə

etmək mümkündür.

Elektron poçt ünvanları

Elektron poçt - (Electronic Mail və ya E-Mail) müasir dövrdə insanlar arasında

ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet

şəbəkəsinin yerləşdiyi istənilən yerə mətn, veb-səhifə, şəkil, video və digər faylları

göndərməyə imkan verir.

Elektron ünvanla işləyərkən müxtəlif protokollarından istifadə

edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun

çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu

poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt

qutusunun abonenti daxil ola bilər.

abonent@ünvan - @ ("ət" və ya "doq") işarəsi kompüterə məktubun

göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir.

Page 6: İkt duzelish

Elektron poçtun qeydiyyatı

Elektron poçtun “Yandex” saytında qeydiyyatı.

İlk növbədə brauzerin URL ünvanına saytın ünvanı “http://yandex.ru” sətrini

yığıb, “Enter” düyməsini sıxırıq (şəkil 1).

Şəkil 1.

Yandex – nəinki elektron poçt xidməti təklif edən servisdir, o həmçinin nəhəng axtarış sistemidir. Saytda gündəlik yenilənən xəbəblərlə də tanış olmaq mümkündür.

Saytın yuxarı sağ küncündə “Завести почту” düyməsi var və bu düymənin üzərində siçanın (mouse) sol düyməsi sıxıldıqda, “Yandex”-də elektron poçtun qeydiyyat səhifəsinə keçid alırıq (şəkil 2).

Page 7: İkt duzelish

Şəkil 2

Bu səhifədə müvafiq xanalara istifadəçi məlumatları daxil edilir – Ad, soyad, istifadəçi adı (login), daxil olmaq üçün şifrə, mobil nömrə. Xanalar doldurulduqdan sonra, “Kodu qəbul et” (“Получить код”) düyməsi sıxılır (şəkil 3).

Şəkil 3

Daha sonra qeydiyyat zamanı göstərdiyiniz telefon nömrəsinə kod göndəriləcək. Göndərilən kodu müvafiq xanaya daxil edib “Təsdiq et” (“Подтвердить”) düyməsi sıxılır və nömrə təsdiq olunur (şəkil 4).

Page 8: İkt duzelish

Şəkil 4

Bütün məlumatlar daxil edildikdən sonra, “Qeydiyyat” (“Зарегистрироваться”) düyməsi sıxılaraq qeydiyyat prosesi tamamlanır və səhifə elektron poçt interfeysinə yönləndirilir (şəkil 5).

Şəkil 5

Elektron poçtdan istifadə Elektron poçtdan istifadə dedikdə, elektron poçt vasitəsi ilə məktub göndərmək,

qəbul etmək, lazımsız məktubları silmək başa düşülür.

Məktub göndərmək – elektron poçtdan istifadə edərək, bir və ya bir neçə elektron

poçt ünvanına məktubun göndərilməsi.

Məktub göndərmək üçün, elektron poçt ünvanınıza daxil olub, “Yazmaq”

(“Написать”) düyməsi sıxılır (şəkil 6).

Page 9: İkt duzelish

Şəkil 6

Açılan pəncərədə müvafiq xanalara məktub və onun təyinat ünvanı haqda məlumatlar, məktubun mövzusu və məzmunu, məktuba əlavə olunan fayllar seçilərək daxil edilir və göndərmək üçün “Göndər” (“Отправить”) düyməsi sıxılır (şəkil 7).

Şəkil 7

Page 10: İkt duzelish

Sosial şəbəkələr

Sosial şəbələr - (Social Networks) internet məkanında sosial qarşılıqlı əlaqələr,

sosial obyektlər (insan və təşkilatlar) arasında yaradılan əlaqələr. Bunlara

“Facebook”, “Twitter”, “MySpace”, “Instagram” və s. daxildir. Sosial şəbələr

internet cəmiyyətini formalaşdırır.

Facebook

Facebook (azərb. Feysbuk) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq

yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş,

dünyada ən böyük və ən çox maddi gəlirlərə malik olan sosial şəbəkədir.

“Facebook” sosial şəbəkəsində həm şəxsi istifadəçi hesabı, həm səhifə, həm də

qrup yaratmaq mümkündür. Buna misal olaraq fərdi, müəssisə, təşkilat, idarə, qurum

və digərlərini göstərmək olar.

Fərdi istifadəçi hesabı – yaratmaq üçün brauzerin URL ünvanına saytın ünvanı

“http://facebook.com” sətrini yığıb, “Enter” düyməsini sıxırıq (şəkil 8).

Şəkil 8

Page 11: İkt duzelish

Daha sonra saytın dilini dəyişmək üçün səhifənin sonunda yerləşən dil sırasından

“Azərbaycan dili”-ni seçirik (şəkil 9).

Şəkil 9

Açılan səhifənin “Qeydiyyatdan keç” bölməsində müvafiq xanalara məlumatları

daxil edib, “Qeydiyyatdan keç” düyməsini sıxaraq, qeydiyyatdan keçirik.

Qeydiyyatdan keçdikdən dərhal sonra, istifadəçi interfeysinə keçid alırıq (şəkil 10).

Page 12: İkt duzelish

Şəkil 10

Burada, axtarış panelində ad, soy ad və ya istifadəçi adını daxil edərək,

istədiyimiz şəxsə dostluq təklifi göndərə, mesaj yaza, məlumatları paylaşa bilərik.

Səhifə – yaratmaq üçün brauzerin URL ünvanına saytın ünvanı

“http://facebook.com” sətrini yığıb, “Enter” düyməsini sıxırıq. Açılan səhifədə,

“Səhifə yarat” düyməsini sıxırıq (şəkil 11).

Şəkil 11

Açılan səhifədə yaradılmaqda olan səhifənin hansı kateqoriyaya aid olduğunu və

səhifənin adını qeyd edərək, “Başla” düyməsini sıxırıq (şəkil 12).

Page 13: İkt duzelish

Şəkil 12

Bundan sonra, davam etmək üçün bizə öz istifadəçi səhifəmizə daxil olmaq təklif

olunacaq (şəkil 13).

Şəkil 13

İstifadəçi səhifəmizə daxil olduqdan sonra, səhifə haqda məlumatları müvafiq

xanalara daxil edirik və “Bilgini saxla” düyməsinə sıxırıq (şəkil 14).

Şəkil 14

Page 14: İkt duzelish

Bundan sonra səhifəmiz istifadəyə yararlı vəziyyətə gəlir və səhifəni məlumatlarla doldurmaq mərhələsi başlayır (şəkil 15).

Şəkil 15

Twitter

Twitter (azərb. Tvitter) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri

təklif edən sayt. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn

sms-ləri göndərə bilirlər.

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır.

Tvitlər istifadəçi tərəfindən yazılmış və dərc edilmiş qısa mətnlərdir ki, həmin

mətnlər digər Twitter istifadəçiləri tərəfindən görülür, lakin həmin mətnləri görən

istifadəçilərin sayı istifadəçini izləyən istifadəçilərin sayı ilə məhdudlaşır.

Page 15: İkt duzelish

İstifadəçilər tvitlərini Twitter vebsaytı və ya ölkələrində fəaliyyət göstərən Qısa

Mesaj Servisləri (SMS) vasitəsiylə yaza bilərlər. Xidmət pulsuz olsa da, mobil

operator mesajı Twitter-ə çatdırmaq üçün balansdan məbləğ çıxa bilər.

İstifadəçilər bir-birininə abunə yazıla bilirlər ki, bu hərəkət istifadəçini izləmək,

bu hərəkəti edən istifadəçi isə izləyici adlanır.

Twitter azərbaycan dilində fəaliyyət göstərmədiyindən, ingilis, rus və ya tük dilindən istifadə etmək olar.

Twitter-də qeydiyyatdan keçmək üçün, brauzerin URL ünvanına saytın ünvanı “http://twitter.com” sətrini yığıb, “Enter” düyməsini sıxırıq (şəkil 16).

Şəkil 16

Açılan səhifədə qeydiyyat formunun müvafiq xanalarına məlumatları daxil edib,

“Qeydiyyat” (“Регистрация”, rus dilli interfeysdə) düyməsini sıxaraq, qeydiyyatı

davam etdiririk. Açılan səhifədə istifadəçi adı seçirik və “Növbəti” (“Далее”)

düyməsini sıxırıq (şəkil 17).

Page 16: İkt duzelish

Şəkil 17

Daha sonra, maraq dairəsini qeyd edib “Davam et” (“Продолжить”) düyməsini sıxırıq (şəkil 18).

Şəkil 18

Beləliklə, istifadəçi interfeysinə yönləndirilirik və istifadəçi profil səhifəmiz açılır (şəkil 19).

Page 17: İkt duzelish

Şəkil 19

Bu səhifədə təklif olunan insanların səhifələrinə abunə yazıla bilər və ya maraqlandığımız şəxslərin səhifələrini izləyə bilərik, eləcə də qısa mesaj (tvit) yaza və bildirişlərlə tanış ola bilərik.