AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Preview:

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzu: TAXIL BİTKİLƏRİNİN GENEFONDU VƏ ON L ARIN SELEKSİYA ƏHƏMİYYƏTİ. Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov. Plan:. 1 . Arpa, genofondu və onun əsasında seleksiya üçün başlanğıc materialının yaradılması - PowerPoint PPT Presentation

Citation preview

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Mövzu: TAXIL BİTKİLƏRİNİN GENEFONDU VƏ ONLARIN SELEKSİYA

ƏHƏMİYYƏTİ

Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov

Plan:

• 1 . Arpa, genofondu və onun əsasında seleksiya üçün başlanğıc materialının yaradılması

• 2. Tritikalenin genofondu və mənşəyi• 3. Payızlıq çovdarın genofondu və mənşəyi • 4.Vələmirin genofondu və mənşəyi• 5. Darının genofondu və mənşəyi• 6. Qarğıdalı, onun qrupları və genofondu

A r p a

- Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, dənli yem, yarmalıq və texniki məqsədlər üçün becərilir

- Dənin tərkibində 7-14% zülal, 5,5% sellüloza, 65% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir

- Arpa dəni bütün kənd təsərrüfatı heyvanları üçün konsentratlı yemdir

- Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi

- Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim şəraitində becərməyə imkan verir. Ona görə də bu bitki dünyada geniş yayılmışdır

Arpa

Hordeum cinsinə aiddir

Cücərtisi tüstüvari (üzərində mum təbəqəsi olduğu üçün), yaxud zümrüdü yaşıl rənglidir.

Yarpağının dilçəsi iriliyinə və formasına görə buğda yarpağının dilçəsinə oxşardır. Qulaqcıqları çox iri və enli olduğu üçün biri digərinin üzərinə keçir

Çiçək qrupu sünbüldür. Sünbül oxunun hər pilləsində üç sünbülcük yerləşir. Sünbülcüyü birçiçəkli, sünbülcük pulcuqları xırda ensiz-lansetvarıdır

Qılçıqlı və qılçıqsız, pərdəli və çılpaqdənli formaları vardır. Qılçıqsızlarda qılçıq ya heç olmur, yaxud da onu üçqanadlı pər əvəz edir.

Özünü tozlayan bitkidir. Çox hallarda tozlanma qapalı gedir, ancaq çarpaz da tozlanır.

Arpanın növləri – hordeum cinsinin müəyyən edilmiş 30 növündən yalnız səpin arpası – hordeum sativum mədəni

olmaqla becərilən bütün formaları əhatə edir.

Yabanı növləri: H.spontaneum; H.bulbosum; H.murinum; H.leporirum; H.leguncul forme. Yabanı arpaların xarakterik

xüsusiyyətlərindən birisi sünbüllərinin ikicərgəli olmasıdır.

Arpanın yarımnövləri və qrupları

• Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişaf etmə dərəcəsinə görə səpin arpası üç yarımnövə bölünür:

• Çoxcərgəli arpalar – hordeum vulgare• ikicərgəli arpalar – hordeum distichum• qarışıq (keçid) cərgəli arpalar – hordeum

intermedium

Çoxcərgəli arpalar :

Sünbülünün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür:

Düzgün çoxcərgəli, yaxud altıüzlü arpalar; Düzgün olmayan çoxcərgəli, yaxud dördüzlü

arpalar.

İkİcərgəlİ arpalar:

• 1- Nutantia qrupu; • 2-Defisientia qrupu;

ArpanIn növmüxtəlİflİk ƏLAMƏTLƏRİNİN təyİnİ

• Dənin pərdəliliyi – pərdəli, çılpaq;• Sünbülün qılçıqlılığı və qılçıqların quruluşu

qılçıqlı, qılçıqsız, pərli;• Qılçıqların dişliliyi – başdan-başa dişli, yaxud

aşağı hissəsi hamar, yuxarısı zəif dişli;• Sünbülün rəngi – sarı, qara, bozumtul-qara;• Sünbülün sıxlığı – sıx, seyrək.

ArpanIn əsas sort əlamətlərİ 1. Sünbülün forması. Sünbülün forması onun en kəsiyinə adi gözlə diqqətlə baxılmaqla təyin edilə bilər. Sünbülün en kəsiyinin quruluşuna görə sortlar üç qrupa bölünür: Sünbülü romb formalı; Kvadrat formalı ; Düzbucaqlı formalı . 2. Sünbülün uzunluğu. 3. Sünbülün sıxlığı. Sortlar sünbülün sıxlığına görə 3 qrupa bölünür: seyrək sünbüllü – sünbül oxunun 4 sm-də 9-9,9 üzvcük olur; orta sıxlıqda – sünbül oxunun 4 sm-də 10-10,5 üzvcük olur; sıx sünbüllü – sünbül oxunun 4 sm-də 11-dən çox üzvcük olur. 4. Qılçıqların uzunluğu. 5. Çiçək pulcuğunun qılçığa keçməsi. Çiçək pulcuğunun qılçığa keçməsi – tədricən, kəskin, enli olur. tədricən keçid – qılçığın əsası enli olur, yuxarıya doğru getdikcə tədricən nazilir; kəskin keçid – qılçığın əsası çox nazik olduğuna görə çiçək pulcuğunun sonuna birləşmiş borunu andırır; enli keçid – qılçığın əsası enli olmaqla, əyri zəif burulmuş kimi görünür. 6. Dənin əsasının çıxıntısı – pərdəli dənlərdə dənin əsasının çıxıntısı uzun tükcüklərlə örtülü, keçə kimi,

tüksüz, yaxud qısa tükcüklüdür.

T r İ t İ k a l e

• Tritikale yeni dənli taxıl bitkisidir• Böyük məhsuldarlıq potensialı ilə fərqlənir• Buğda və çovdar hibrididir• Dənində 15-18% zülal olur• Unundan 20-30% buğda ununa qatdıqda yaxşı çörək

alınır• Tritikalenin küləşindən heyvandarlıqda yem və

döşənək kimi istifadə olunur

Mövcud olan trİtİkale formalarI

• Oktaploid (56 xromosomlu)

• Heksaploid (42 xromosomlu)

• Tetraploid (28 xromosomlu)

İrsi xüsusiyyətinə görə tritikale nə buğda, nə də çovdardır. A.F. Şulindin tritikalenin alınmasında iştirak edən buğda növündən asılı olaraq aşağıdakı sadə

təsnifatı təklif edir.

• Tritikale ayestivumforme – yumşaq buğda, çovdar hibridləri – oktaploid tritikale;

• Tritikale durumforme – bərk buğda çovdar hibridləri- heksaploid tritikale;

• Tritikale trispsikes – üç növlü yəni, üç növ bitkinin, yumşaq buğda, bərk buğda və çovdarın irsi əlamətləri cəmlənmiş heksaploid tritikale hibridləri.

Trİtİkale

Dişkimilər fəsiləsinin birinci qrup dənli taxıl bitkilərinə aiddir.

Kök sistemi saçaqlıdır. Rüşeym və buğum kökləri vardır. Heksaploid tritikale sortları cücərərkən 4-6

ədəd rüşeym kökcüyü əmələ gətirir. Gövdəsi içərisi boş 4-6 buğumarası olan

küləşdən ibarətdir.

Çovdar

• - Çovdar qiymətli ərzaq və yem bitkisidir• - Çovdarın dənindən spirt çəkmə və nişasta bişirmə sənayesində istifadə

olunur• - Çovdar– Secale cinsinə aiddir• - Cücərtisi darçını-bənövşəyi rənglidir.• - Yarpağının dilçəsi enli, kirpiklidir, qulaqcıqları xırdadır, çiçəkləmə

fazasından sonra tökülür• - Gövdəsi zərif, nazik elastikidir• - Çiçək qrupu sünbüldür. Sünbülün pilləsi bir sünbülcüklü və 2-3 çiçəklidir.

Ortadakı sünbülcük dən vermir• - Qılçıqları qısa, sünbülünə sıxılmış yaxud dağınıq vəziyyətlidir• - Dənləri uzunsov, uzunsov - oval formalı, əsası sivriləşmiş, yan tərəfləri bir

qədər basıq, səthi qırışıqlıdır

Vələmir qiymətli ərzaq və yem bitkisidir

Vələmirin dənindən yarma, peçenye, kofe, (tolokno. qerkules) və s. hazırlanır

Vələmirin dəni V1 və V2 vitaminləri, dəmir birləşmələri, kalsium və fosforla zəngindir. Dənin tərkibində 12-13% zülal, 40-45% nişasta, 4,5% yağ

vardır

Çörəkbişirmə sənayesində vələmir unu buğda yaxud çovdar ununa qatılır

Vələmirin küləşi digər taxılların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır.

Vələmir • - Vələmir Avena cinsinə aiddir• - Vələmirin 76 növündən 16-sı mədəni becəriləndir. Mədəni vələmirin 2 növü daha

çox yayılmışdır, səpin vələmiri (Avena sativa L.) və vizantin vələmiri (Avena byzantina C Koch.)

• - Mədəni becərilən vələmirdə nal olmur• - Yabanı vələmirin çiçək pulcuğu sıx tükcüklərlə örtülüdür, sünbülcük pulcuğunun

kürəyində dirsək kimi əyilmiş qılçıq olur• - Mədəni vələmirin cücərtisi açıq yaşıl rəngdədir• -Yarpağında qulaqcıqlar olmur, dilçəsi üçbucaq formalıdır• - Çiçək qrupu süpürgədir• - Sünbülcükləri 2-5 çiçəkli, qılçıqlı və qılçıqsızdır• - Dənləri çılpaq və pərdəli olur• - Öz-özünü tozlayandır, çarpaz da tozlayır. Çiçəkləmə süpürgənin nəhayətindən

başlayır• - Dənin qarın tərəfində şırım olur

Səpin vələmirinin süpürgəsinin formasına və dənin xarakterinə görə növmüxtəliflikləri

• Dağılan süpürgəli və dəni pərdəli• Sıxılmış süpürgəli və dəni pərdəli• Çılpaq dənli

Səpin vələmiri növmüxtəliflikəlamətləri

1.Süpürgələrinin quruluşu

2.Sünbülcük pulcuğunun rəngi

3.Qılçıqlılığı

4.Pərdəliliyi

Darı

• - Darı Panicum cinsinə aiddir• - Darı yarma istehsalı üçün becərilən əsas bitkidir• - Darı quşlar, heyvanlar üçün yaxşı yemdir• - Darı yarması (pşeno) yüksək qidalılıq və yaxşı dad

keyfiyyətinə görə fərqlənir• - Darı buğda kimi qədim bitkidir• - Darı bitkisi əkin sahəsinə və məhsuldarlığına görə

dünyada axırıncı yerlərdən birini tutur (d.t.b. içərisində)

DARI Panicum

1.Otluq darı (İtaliya darısı) - Panicum italicum

2.Adi darı - Panicum miliaceum

D A R I Saçaqlı kök sisteminə aiddir. Rüşeym kökü bir ədəddir. Kökü topağın 1,5

m dərinliyinə, ətrafa isə 1 m-ə qədər yayılır.Darı yatmağa və quraqlığa qarşı davamlılığını yüksəldən hava kökləri də

əmələ gətirir. Gövdəsi düz, sadə və budaqlanan içərisi boş, səthi tüklüdürYarpaqları arpa, buğda və vələmir yarpağına nisbətən enlidir. Yarpaq

ayasının səthi tüklü, əsas damarı kəskin inkişaf etmişdirÇiçək qrupu 15-50 sm uzunluğunda, yaşıl və açıq-sarı rəngli tüksüz

süpürgədir. Süpürgənin əsas oxu yaxşı şaxələnərək düz yaxud əyilmiş (10-40 ədəd) budaq əmələ gətirir

Sünbülcükləri budaqcıqların üzərində bir-bir yerləşir. Sünbülcük pulcuqları üç ədəd olur ki, onlardan biri xırda üçbucaq formalı olmaqla sünbülcüyün ən xaricində yerləşir, ikisi iri və qabarıq olduğu üçün sünbülcüyün digər hissələrini tam əhatə edir

Sünbülcüyü bir-iki çiçəklidir. Çiçəklərindən biri saplaqlı, ikicinsli və məhsuldar, digəri oturaq, bircinsli və məhsulsuzdur.

Meyvəsi pərdəli dənmeyvədir. Örtüklü dəni oval, oval-uzunsov, kürəşəkilli və xırdadır.

Adi darı süpürgəsinin formasına, sıxlığına və yan budaqların əsas oxdan ayrılma dərəcəsinə görə beş yarımnövə bölünür

• 1. Dağınıq süpürgəli (potentissimum Popov.) • 2. Asılan süpürgəli (effusum Al.)• 3. Əyilən süpürgəli (contractum Al.)• 4. Yarımkip süpürgəli (ovatum Popov.)• 5. Kip süpürgəli (compactum Korn.)

•Qarğıdalı dünya əkinçilik sistemində ən mühüm və ən məhsuldar dənli yem bitkisidir

•Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki və yem kimi istifadə edilən bitkidir.

•Qarğıdalının dənindən un, yarma, konserva, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, qlütamin turşusu, MIS (Cu) elementi, E və C vitaminləri alınır. Gövdə, yarpaq və qıçasından kağız, linoleum, viskoz, süni probka, plastmas, fəallaşdırılmış kömür, yuxu gətirici dərman və s. hazırlanır.

•Dənin tərkibində, torpaq-iqlim şəraitindən və becərmə texnologiyasından asılı olaraq 65-75% nişasta, 7,5-12% zülal, 1-2% şəkər, 4-8% yağ (nüvəsində 40%), 1,5-2% kül elementləri, mineral duzlar və vitaminlər var

•Qarğıdalı silosluq bitki kimi birinci yerdə durur.

•Qarğıdalı qədim bitkidir. Vətəni Mərkəzi və Cənubi Amerikanın tropik və subtropik zonaları sayılır

Qarğıdalının cinsi – Zea növü mays-dır.

• Bitkisinin quruluşuna görə ən əsas taxıllardan və həm də özünün daxil olduğu darıyabənzər taxıllardan fərqlənir. Ancaq vegetativ orqanları sorqoya oxşardır

• Cücərtisi digər taxılların cücərtisinə nisbətən iri, açıq-yaşıl rəngli olur. • Kök sistemi saçaqlı olmasına baxmayaraq torpağın dərinliyinə 2-3 m, ətrafa

isə 1,2-1,5 m-ə qədər gedə bilir. Kök kütləsinin 60%-ə qədəri əkin qatında yayılır

• Gövdənin yerüstü hissəsinin torpaq səthinə yaxın olan 2-3-4 buğumundan hava kökləri əmələ gəlir. Onlar bitkini əyilməkdən və yerə yatmaqdan mühafizə etdiyi üçün dayaq kökləri də adlanırlar

• Gövdəsi – düz, yoğun, qüvvətli, içərisi özəklə dolu, səthi tüksüz və parlaqdır. Sortlarından və becərilmə şəraitindən asılı olaraq gövdənin hündürlüyü 0,6-5m, diametri 2,0-7,0 sm olur

• Buğumaraların sayı 8-30 qədərdir, aşağı və orta mərtəbəsində əlavə zoğlar əmələ gəlir.

• Yarpağının ayası iri, enli – lansetvari, səthi tüklü kənarı isə kirpiklidir. Qulaqcıqları olmur, dilçəsi qısa və parlaq olur. Bu bitkidə 8-45 yarpaq əmələ gəlir.

Qarğıdalı ikiformalı çiçək qrupu əmələ gətirir

2. Yarpaq qoltuqlarındakı qıçanın üzərində kiçik yuvalarda yerləşib, dişicik çiçəklərindən ibarət olur

1. Gövdə və budaqların sonunda süpürgə (qotaz) təşkil edib, normal vəziyyətdə yalnız erkəkcik çiçəklərindən ibar olur

Qarğıdalı birevli, ayrı-ayrı cinsli bitki adlanır

Süpürgəsinin yan budaqları zəif şaxələnir

Erkəkcik sünbülcükləri iki-iki, üç-üç, hətta dörd-dörd yerləşməklə budaqlarda iki cərgə, əsas oxda bir neçə cərgədə düzülürlər

Sünbülcüyü ikiçiçəkli, sünbülcük pulcuqları iri, enli oval formalı, sivri nəhayətli, uzununa 3-9 damarlıdır. Çiçək pulcuqları nazik və zərifdir

Qıçası müxtəlif irilikdə, silindr, yaxud zəif konus formalı, üzəri bir neçə təbəqə qabıqla örtülmüşdür. Bu qabıqlar yalnız qını inkişaf etmiş yarpaqlardan ibarətdir. Qıçanın oxu üzərindəki yuvalarda sünbülcüklər cüt-cüt düzüldüyü üçün cərgələr həmişə cüt olur

Dişiciyin də sünbülcüyündə iki çiçək əmələ gəlir. Lakin onlardan yalnız biri inkişaf edir

Dişiciyin sütuncuğu saçaq adlanır. Saçaqlar qıçanın aşağı hissəsində uzun olur, yuxarıya doğru getdikcə qısalırlar.

Dənləri qıçanın üzərində 4-34 cərgədə düzülür, müxtəlif formalı (yuvarlaq, uzunsov-prizma və paz şəkillidir) və müxtəlif irilikdə olur

Qarğıdalının yarımnövləri

• Adi və ya bərkdənli qarğıdalı - Z.m. indurata• Dişşəkilli - Z.m. indentata;• Nişastalı - Z.m. amylaceae;• Partlayan - Z.m. everte;• Şəkərli - Z.m. saccharata;• Örtüklü - Z.m. tunicata;• Mumvarı - Z.m. ceratina;• Şəkərli-nişastalı - Z.m.amylo-saccharata;

Dənlərinin rəngi-

sarı, qırmızı, boz, darçını, bənövşəyi və hətta alabəzək də olur.

Qıçasının oxunun rəngi –

sünbülcük və çiçək pulcuqlarının rəngindən asılı olaraq ağ, qırmızı, qırmızımtıl, çəhrayı olur

Qarğıdalının növmüxtəlifliyi təyini

“ADAU-80” – qarğıdalı sortu

Azərbaycan Dövlət Aqrar Universitetinin sahəvi laboratoriyasında seçmə yolu ilə alınmışdır;

Sort məhsuldarlığına, vegetasiya müddətinə, davamlılığına görə standart və digər sortlardan üstündür;

SNSMDK-nın qərarı ilə 2011-ci ildə rayonlaşdırılmışdır;

Sortun müəllifləri : Qurbanov F.H., Cəfərov İ.H., Seyidəliyev N.Y., İsmayılov M.M., Mohumayev V.R., İsgəndərov A.İ.

Yetişmə qrupları Vegetasiya dövrü, günlər

Əsas gövdədə yarpaqların miqdarı

Fəal temperatur cəmi,

Tez yetişən 80-90 10-12 2100

Orta tez yetişən 90-100 12-14 2200

Orta yetişən 100-115 14-16 2400

Orta gec yetişən 115-130 16-18 2600

Gec yetişən 130-150 18-20 2800

Olduqca gec yetişən

150-dən daha çox 20-dən daha çox 3000-dən daha çox

Vegetasiya müddətlərinin uzunluğuna görə qarğıdalının sort və hibridlərinin təsnifatı

Recommended