“Clouda daxil” ol keçidi ilə IBM SmartCloud tərəfindən təqdim olunan

Preview:

DESCRIPTION

AzScienceNet şəbəkəsində IBM SmartCloud portal ı nda windows ə m ə liyyat sis teminin yaradılması təlimatı. - PowerPoint PPT Presentation

Citation preview

AzScienceNet şəbəkəsində IBM SmartCloud portalında windows əməliyyat sisteminin yaradılması

təlimatı

1/18

İlk olaraq www.azsciencenet.az səhifəsinə daxil olmaq və buradan, şəkildə gördüyünüz kimi, “AzCloud” keçidinə daxil olmaq və ya internet brauzerdə birbaşa olaraq www.cloud.azsciencenet.az ünvanına daxil olmaq lazımdır.

2/18

3/18

“Clouda daxil” ol keçidi ilə IBM SmartCloud tərəfindən təqdim olunan “giriş” səhifəsinə keçirik.

IBM SmartCloud proqramının ana səhifəsinə daxil oluruq

Qeydiyyatdan keçirdiyimiz istifadəçi adı və parolla sistemə daxil oluruq. Nəzərinizə çatdırmaq istəyirik ki, siz öz portalınızda yalnız sistem administratoru tərəfindən müəyyən icazələr verildikdən sonra əməliyyatlar apara biləcəksiniz.

4 /18

Qeydiyyatdan keçirdiyimiz yeni istifadəçinin şəxsi kabineti (portalı)

5 /18

“Catalog” bölməsinin “Virtual Images” hissəsinə daxil oluruq.

6 /18

2. Deploy in the cloud

1

1. “image”lərin arasından Windows 7 əməliyyat sistemini seçirik.2. “Deploy in the cloud” düyməsinə basırıq.

7 /18

Belə bir pəncərə açılacaq. Bu pəncərədə müəyyən sazlama əməliyyatları aparılacaq.

8 /18

3. Serverin adını və açıqlamasını yazırıq. “Persistent instance” bölməsində “persistent”, yəni “daimi” seçirik.

9 /18

4. Serverin tipini seçirik (parametrlər www.azsciencenet.az səhifəsinin “cloud” bölməsində)

10 /18

5. “Disks” bölməsində tələb olunan yaddaş həcmini seçirik (maximum 50 GB)

11 /18

6. “Configure Software” bölməsində serverə giriş üçün seçdiyimiz parolu yazmaq tələb olunur. 7. Bütün sazlamalardan sonra “OK” düyməsinə basırıq və serverimiz hazırlanır.

12 /18

Əgər bütün addımlardan sonra qarşınıza bu dialoq pəncərəsi çıxırsa deməli mərhələləri düzgün keçmisiniz və artıq bir neçə dəqiqə ərzində (təxminən 10-15) sizin serveriniz istismara hazır olacaq. “OK” düyməsinə basaraq davam edirik.

13 /18

Əvvəlki dialoq pəncərəsində “OK” düyməsini basdıqda bu səhifəyə avtomatik yönləndirilirsiniz. Burada serverin hazırlanmaqda olduğunu görəcəksiniz.

14 /18

Artıq serveriniz hazırdır. Aşağıda server haqqında müəyyən məlumatları görə bilərsiniz. Onların içərisində sizə ən çox lazım olanı İP ünvandır.

15 /18

Hazır olan serverə qoşulmaq üçün Windows-un standart RDC (Remote Desktop Connection) proqramından istifadə edirik. “Start” menyusundan RDC proqramını açib serverimizin IP ünvanını kompüter adı olan yerə yazırıq və “Connect” edirik.

16 /18

İstifadəçi adı və parolu daxil etmək üçün pəncərə açılır. İstifadəçi adı kimi “Administrator”, parol isə daha öncə bizdən server parametrlərini sazladığımız yerdə yazmağımız tələb olunan paroldur.

Qeyd : “Remember my credentials” bölümünü yalnız və yalnız öz şəxsi kompüterinizdən istifadə etdiyiniz zaman işarələyin. Bu funksiya daha sonra sizin serverə parolsuz daxil olmanızı təmin edir.

17/18

17/18

Beləliklə “Windows 7” əməliyyat sistemi hazırdır

Recommended