Upload
others
View
16
Download
0
Embed Size (px)
Citation preview
1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI
KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ
QAYDASI
Metodik vəsait
2015
2
3
Təkmilləşdirilmiş yeni nəşr
Tərtibçi: Məmmədova Səyyarə Nazim qızı Əsədova Həqiqət Qeybulla qızı Redaktorlar: Məmmədova Ülkər İzbail qızı Əhmədova Gülər Akif qızı
Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.
Müəllif hüquqları
4
Kitabların elmi cəhətdən işlənməsi
Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi
kitabxana kataloqlarının yaradılması prosesi hesab olunur.
Kataloqlaşdırma işinə sənədlərin analitik sintetik işlənməsi,
kataloqların təşkili, tərtibi, redaktə və idarəedilməsi prosesləri
daxildir.
Kataloqlaşdırma işinin əsas proseslərindən birini biblioqrafik
təsvirlərin tərtibi təşkil edir.
Biblioqrafik təsvir-sənədə dair biblioqrafik məlumatların
məcmusunu özündə əks etdirir. Biblioqrafik təsvirin tərtib
edilməsinin obyektini bütün dərc edilən sənəd növləri və müxtəlif
daşıyıcılarda dərc edilmiş sənədlər – kitablar, seriyalı və digər nəşri
davam edən resurslar, not, kartoqrafik, audiovizual, təsviri incəsənət,
normativ-texniki sənədlər, mikrofilmlər, elektron informasiya
resursları, sənədlərin tərkib hissəsi, eyni tipli və müxtəlif tipli
sənədlər qrupu təşkil edir. Təsvirin quruluşundan asılı olaraq
birsəviyyəli (monoqrafik) və çoxsəviyyəli biblioqrafik təsvirlər
müəyyən edilir.
Birsəviyyəli təsvir bir səviyyədən ibarət olur. Bu təsvir bir
hissəli sənədə, tamamlanmış çox hissəli sənədə verilə bilər.
Çoxsəviyyəli təsvir iki və daha artıq səviyyədən ibarətdir. Bu
təsvir çox hissəli sənədə (çoxcildli və ya komplekt sənədə, seriyalı
və ya ardı davam edən resuslara), çoxcildli sənədin bir və ya bir neçə
cildinə tərtib edilə bilər.
5
Biblioqrafik təsvirin tərkibinə aşağıdakı sahələr daxildir: 1-sərlövhə və məsuliyyətlik haqqında məlumat; 2-nəşr sahəsi; 3-xüsusi məlumatlar sahəsi; 4-buraxılış məlumatları sahəsi; 5-fiziki xarakteristika sahəsi; 6-seriya sahəsi; 7-qeyd sahəsi; 8-standart nömrə (və ya onun alternativi) və əldə olunma şərtləri sahəsi.
Biblioqrafik yazıda (təsvirdə) ayrı-ayrı sahə və ünsürlər
müəyyən edilmiş ardıcıllıq üzrə əks etdirilir. Ayrı-ayrı sahə və
ünsürlər təkrarlana bilər.
Müəyyən sənəd növlərinin təsviri üçün (təsviri, incəsənət,
audiovizual materiallar, kartoqrafik sənədlər, not nəşrləri, seriyalı və
digər ardı davam edən resurslar, normativ və texniki sənədlərin ayrı-
ayrı növləri, elektron informasiya resursları və s.) xüsusi ünsürlər və
spesfik məlumatlar sahəsi müəyyənləşdirilmişdir. Burada müəyyən
sənəd növü xarakterik olan informasiyanın xüsusiyyətləri, onun
fiziki daşıyıcısı, nəşrin tipi və s. məlumatlar əks etdirilir.
Biblioqrafik təsvirdə durğu işarələri iki funksiyanı yerinə
yetirir- adi durğu işarələri və biblioqrafik təsvirin sahə və
ünsürlərinin fərqləndirilməsi üçün tətbiq edilən durğu işarələri.
Təsvirdə aşağıdakı bölgü işarələrindən istifadə olunur: .- nöqtə tire . nöqtə , vergül
6
: qoşa nöqtə ; nöqtəli vergül ... nöqtələr (və yaxud üç nöqtə) / yan xətt // iki yan xətt () kiçik mötərizə [] kvadrat mötərizə + üstəgəl işarəsi = bərabərlik işarəsi Təsvir üçün əsas mənbə titul vərəqidir. Əgər kitabın titul
vərəqi yoxdursa, onda kitabın cildi əsas götürülməlidir. Kitab
haqqında lazımi məlumatları almaq üçün titul vərəqinin arxasına,
cildinə, kitabın axırıncı səhifəsinə, əgər bunlar kifayət deyilsə
kitabın mətninə müraciət edilməlidir.
Birsəviyyəli biblioqrafik təsvir
1.Təsvirin başlığı Başlıqda müəllifin, tərtibçinin, hazırlayanın, rəssamın,
redaktorun, tərcüməçinin, fotoqrafın və s. adı ola bilər. Təsvirin başlığında bir müəllifin adı yazılır. İki və üç müəllif olduqda, bir qayda olaraq birinci müəllif göstərilir. Əgər dörd və daha artıq müəllif olarsa, onda başlıq yazılmır, yəni sənəd sərlövhəyə görə təsvir olunur. Başlıqda şəxs adı ən çox tanınmış formada yazılır: - soyadı;
- soyadı və inisialı (atasının adının baş hərfləri ilə);
- soyadı, şəxsin tam adı ilə (adları);
- soyadı, şəxsin tam adı və atasının adı ilə
- təxəllüs;
- şəxsin adı;
7
- şəxsin və atasının adı;
- şəxsin adı və soyadı;
- şəxsin adı və ləqəbi;
- şəxsin adı sıra sayı ilə və ikinci adla, soyadı və ya ləqəbi.
Başlıqda ilkin olaraq müəllifin soyadı yazılır və vergüllə (,) müəllifin adından və atasının adından ayrılır. Cabbarlı, Cəfər. Axundov, Mirzə Fətəli Məmmədquluzadə, Cəlil Ordubadi, M.S. Mir Cəlal Nizami Gəncəvi İbn Sina Sent-Ekzüperi, Antuan de.
Başlıqda eyni soyadlı müəlliflərə aid bir neçə fərqləndirici əlamət ola bilər, yəni müəllifin anadan olduğu il, “ata”, “oğul”, “qız”, “böyük”, “kiçik” sözləri, titul və s. Bu əlamətlər müəllifin soyadından və adından sonra kiçik mötərizədə yazılır. Düma, Aleksandr (ata). Düma, Aleksandr (oğul).
İdarə və Təşkilatın adını əks etdirən təsvirin başlığı Təsvirin başlığında daimi və müvəqqəti təşkilatların, ali və
yerli hakimiyyət orqanlarının, ictimai təşkilatların, siyasi partiyaların, dini təşkilatların, beynəlxalq təşkilatların və s. adları ola bilər. Məsələn,
Respublika Elmi Pedaqoji Kitabxanası Bakı Dövlət Universiteti 2.Sərlövhə və məsul şəxslər haqqında məlumat sahəsi Əsas sərlövhə Əsas sərlövhə sənəddə necə verilibsə olduğu kimi, yəni
mənbədə olan ardıcıllıq və həmin işarələrlə verilməlidir. Sərlövhə bir və ya bir neçə cümlədən ibarət ola bilər. İki və daha çox sərlövhə verilərsə hər iki sərlövhə yazılır və aralarında nöqtə işarəsi qoyulur.
8
Öz xarakteri etibarilə əsas sərlövhə tematik / nəşrin məzmununu izah edən / məlumatlardan ibarət ola bilər.
Əsərlər Seçilmiş əsərlər Hesabat Xəritə Elektron Jurnal Materialın ümumi əlaməti Materialın ümumi əlaməti təsvirin obyektinə aid edilən
materialın sinfini (növünü ) bildirir. Bu terminlər aşağıdakılardır -Mətn -Əlyazması -Səsyazısı -Elektron resurs və s. Materialın ümumi əlaməti əsas sərlövhədən sonra böyük
hərflə kvadrat mötərizə içərisində yazılır. Asiya dövlətləri [Xəritə] Estrada musiqisi [Səsyazısı] Rus ədəbiyyatı Azərbaycan dilində [Mətn] Paralel sərlövhə. Paralel sərlövhə biblioqrafik təsvirin
ünsürlərindən biridir və kitabın başqa dildə olan sərlövhəsidir. Paralel sərlövhə əsas sərlövhədən sonra verilir və onlar birbirindən (=) işarəsi ilə ayrılırlar.
Sərlövhəyə dair məlumatlar. Sərlövhəyə dair məlumatlar əsas sərlövhəni, həmçinin digər
sərlövhəni aydınlaşdıran məlumatlar və izah edən məlumatları, əsərin təyinatını, növünü, janrı, sənədin digər dildən tərcüməsi haqqında məlumatları əks etdirir.
Sərlövhəyə aid məlumatdan əvvəl qoşa nöqtə (:) işarəsi tətbiq edilir. Məsələn,
Azərbaycan yazıçıları [Mətn]: Ensiklopediya Səfillər [Mətn]: Roman Əgər sərlövhəyə dair bir neçə məlumat olarsa, təsvirdə
hamısı göstərilir və onlar arasnda qoşa nöqtə (:) işarəsi yazılır.
9
Dərslik və dərs vəsaitlərinin biblioqrafik təsvirində nəşrin yalnız oxucu istiqaməti verilir, digər məlumatlar isə (Əsərin nəşrə təsdiqi, əlyazmanın bəyənilməsi) verilmir. Məsələn,
Əliyev Z. Ümumi biblioqrafiyaşünaslıq [Mətn]: Dərs vəsaiti Əsas sərlövhəni izah edən məlumatlar kvadrat mötərizə
içərisində verilir. Hüseyn Cavid [Mətn]: [Hüseyn Cavidin anadan
olmasının 120 illik yubileyi münasibətilə] Məsul şəxslər haqqında məlumatlar. Məsul şəxslər haqqında məlumatlarda təsvirin obyektini
təşkil edən bədii və digər xarakterli əsərlərin yaradılmasında iştirak edən şəxslər və iştirakçılar haqqında məlumat əks etdirir.
-müəlliflər haqqında məlumatlar - digər şəxslər haqqında məlumatlar (tərtibatçılar, redaktorlar,
tərcüməçilər və s.) İlkin məsul şəxslərdən haqqında məlumatlardan əvvəl yan
xətt yazılır. Sonrakı məlumatlar qrupu bir-birindən nöqtəli vergül (;) işarəsi ilə ayrılır.
Fəlsəfə [Mətn]: Ali məktəblər üçün dərslik/ Elmi red.
H.R. İmanov; Rəyçilər: A.M.Şükürov, A.A.Rəhimov Burada ardıcıllıq aşağıdakı kimi aparılır. -məsul şəxs, digər şəxslər, idarə və təşkilatlar. Əsərdə müəllif
olmasa əgər birinci idarə və təşkilat verilir. ; -nöqtəli vegül - məsul şəxslər, redaktorları və s. bir-birindən
ayırmaq üçün və s. , - vergül – bir neçə müəllif və redaktorları bir birindən
ayırmaq üçün.
10
Müəllifsiz kitabların təsvirilə məsul şəxslər haqqında məlumatda əvvəlcə idarə və təşkilat, sonra isə digər şəxslər haqqında məlumat verilir.
Cənubi Azərbaycan tarixi məsələləri / Azərb. Milli EA,
Şərqş. İn-tu; Ş.Ə.Tağıyev. Məsul şəxslər haqqında məlumatda bütün müəlliflərin soyadı
(familiyası) və inisialları göstərilir. (Əgər 3 müəllifdən artıq deyilsə). /X.İ.İsmayılov /F.S.Əmirova, M.B.Hüseynov /F.A.Axundov, M.N.Məmmədov, N.Ə. İmanquliyev Nəşrdə dörd, beş və daha artıq məsul şəxsin familyası
verilərsə müəlliflərin hamısı və ya birincisi göstərilir və kvadrat mötərizə içərisində [və başq.] sözü yazılır
/ V.M. Abbasov [və başq.] Titul vərəqində redaksiya heyəti verildikdə təsvirdə birinci
redaktorun familyası qeyd olunur. Məsələn: Kənd əməkçisinin təqvimi/ Red. heyəti: M. Babayev [və
başq.]; Rəs. Ə.Həsənov 3. Nəşr sahəsi Bu sahədə nəşri digər nəşrlərdən fərqləndirən xüsusiyyətləri
haqqında məlumatlar əks olunur. Nəşr haqqında məlumatlar müəyyən qayda üzrə ardıcıllıqla verilir.
2-ci nəşr 3-cü nəşr. İxtis. 5-ci nəşr və s. 4.Xüsusi məlumatlar sahəsi Bu sahə xüsusi daşıyıcılar çap edilən obyektlərin təsvirində
tətbiq edilir. Buraya not nəşrləri, normativ-texniki sənədlər və ya digər ardı davam edən resurslar aiddir.
Sənin adın [Notlar]: Fortepiano ilə oxumaq üçün
mahnılar/ R.Mirişli. –Partitura.
11
5. Buraxılış məlumatları sahəsi. Bu sahədə təsvirin obyektini təşkil edən sənədin nəşr yeri,
nəşr, tarixi, nəşriyyat haqqında məlumat verilir.
Bakı - B Moskva – M Nəşriyyatın yalnız adı yazılır Nəgiz nəşriyyatı - Nərgiz Nəşr ili ərəb rəqəmləri ilə yazılır “il” sözü yazılmır. Nəşr
ilindən əvvəl (,) vergül işarəsi yazılır. Məsələn, B.: Azərnəşr, 1993. 6.Fiziki xarakteristika sahəsi. Bu sahə təsvirin obyektinin fiziki forması, sənədin ölçüsü,
illüstrasiya və qoşma material haqqında məlumatları əks etdirir. Fiziki xarakteristika sahəsində fiziki vahidlər (rəqəmlər) və materialın xüsusi əlaməti haqqında məlumat verilir. Sənədin ölçüsü haqqnda məlumatdan əvvəl nöqtəli vergül (;) işarəsi yazlır. Məsələn,
250 s. [15] v.ill. 30x20 Bu sahədə qoşma material haqqında məlumatdan əvvəl
üstəgəl (+) işarəsi tətbiq edilir. .- 221 s.; rəng. Şək., xəritələr+ 1 kitabça (52 s.) 7.Seriya sahəsi. Bu sahə konkret kitabın ayrı-ayrı buraxılışlarla seriyalar üzrə
nəşrinə dair məlumatları özündə əks etdirir. Seriya sahəsi çoxhissəli sənəd və ayrıca buraxılış haqqında məlumatları cəmləşdirir.
Seriya sahəsinə aid olan məlumatlar ancaq kitabda verilən məlumatlara əsaslanır, digər mənbələrə müraciət olunmur.
Seriya sahəsində təsvirin obyekti hesab edilən və seriya sahəsinə daxil olan sərlövhə və məsul şəxslər haqqında məlumatlar sahəsinin ünsürləri əks etdirilir. Məsələn,
(Məktəb kitabxanası)
12
(Nağıllar aləmi) Seriya sahəsində bəzi sözlərin ixtisarına yol verilir. (Dünya ədəb. kitabx.) 8.Qeyd sahəsi. Qeyd sahəsində təsvirin digər sahələrində verilməyən əlavə
məlumatlar əhatə olunur. Bu sahədə bütün məlumatlar fakultativdir. Burada hər bir qeyddən sonra (.-) işarəsi verilir.
9.Beynəlxalq Standart Nömrəsi (və ya onun alternativi)
sahəsi və axtarış şərti təsvirin sonuncu sahəsidir. Sahə kitab mübadiləsi, kitab ticarəti və nəşriyyat statistikası, həmçinin də digər məqsədlər üçün zəruri məlumatları əks etdirir.
Standart nömrə sahəsində təsvirin obyektinə aid edilən beynəlxalq standart nömrələri verilir. Kitabın Beynəlxalq Standart Nömrəsi (İSBN- ) beynəlxalq və milli agentlik tərəfindən təyin edilərək kitabı digər nəşrlərdən fərqləndirən əsas əlamətlərdən biri hesab edilir. Məsələn, -İSBN 5-7975-0063-9
Biblioqrafik təsvirin sahələrinin kataloq kartoçkasında yazılışı :
Kitabın indeksi Müəllifin
Soyadı, və adı və atasının adının baş hərfi
Müəllif işarəsi
Əsas sərlövhə [Materialın ümumi əlaməti] =Paralel sərlövhə: Sərlövhəyə dair məlumatlar /
(roman) məsul şəxslər haqqında məlumatlar. (müəllif; müəllif; tərt.ed.: Red.:).- Nəşr haqqında (2-ci nəşr). məlumatlar -Buraxılış məlumatlar sahəsi (şəhər,) (Nəşrin yeri: nəşriyyat, nəşriyyat tarixi).- Fiziki xarakteristika sahəsi (Ölçülər, neçə səhifədən ibarətdir ). – Seriya sahəsi. Seriya haqqında məlumat beynəlxalq seriyalar. Beynəlxalq standart nömrəsi (İSBN) Seriyanın buraxılış nömrəsi
Kitabların yeni üsülla yazılış nümunəsi belədir.
13
Bir müəllifli kitabların təsviri:
373 (072) Rəhimov, A.N. R 51 Ana dilinin tədrisi metodikası [Mətn]: İbtidai siniflərdə / A.N.Rəhimov ; Red.: F.A.Rüstəmov.- B.: Nurlan, 2003.- 408s.
İki müəllifli kitabların təsviri:
373:913(038) İsmayılov, Ç. İ-73 Məktəblinin coğrafiya lüğəti [Mətn] / Ç. İsmayılov, Y.Qəribov; Red.: İ.Qasımzadə.- B.:Ayna, 2006.-239s İSBN 9952-23-019-2.
Üç müəllifli kitabların təsviri:
373:50(038) Abbasov, M. A 13 Məktəblinin təbiət elmləri lüğəti [Mətn] /M. Abbasov, M. Məşədibəyova, R.İbadov; Red.: İ.Qasımzadə. - B.: Ayna, 2006.- 219 s. İSBN9952-23-039-7
Çox müəllifli əsərləri təsvir edərkən başlıqda kitabın adını yazır, yan xətdən sonra 1-ci müəllifin adı, soyadı və başq. yazılır, daha sonra təsvir davam etdirilir.
821.512.162 Qurban Səid Q 86 Əli və Nino [Mətn]: Roman / -B.:Şərq- Qə rb, 2006.-208 s.
14
Çox müəllifli əsərlərin təsviri:
373 İnteraktiv kurikulum: mahiyyəti və İ-53 nümunələr [Mətn] : Müəllimlər üçün vəsait / F.Kərimova və başq.; Red.: M.M.Əmirov, A.M.Şiri-nova; Tərc.ed.: F.B.Abdullayeva.- B.: Adiloğlu, 2006. -234s. 94(479.24) Azərbaycan tarixi (ən qədim zamanlar- A 99 dan XX əsrədək) [Mətn] : Ali məktəblər üçün dərslik /Red.: Z.M.Bünyadov, Y.B.Yusifov. B.: Çıraq, 2005.-720 s. İSBN 5-552-01386-7.
Çox cildli əsərlərin təsvir qaydaları: Cildlərin hamısını kartoçkaya yerləşdiyi qədər (yəni yer çatdığı qədər) qalanını isə 2-ci kartoçka götürüb ardını yazırsınız.Əgər kitabın çap ili eynidirsə nəşriyyatın adından sonra ili yazır, aşağıda cilddən sonra səhifə (kitabın həcmi) yazılır. Kitabın nəşr ili müxtəlifdirsə onda təsvirdə nəşriyyatın adından sonra ili yazılmır.Hər bir cilddən sonra ili və həcmi (səhfəsi) qeyd edilir. Çox cildli əsərlərin təsviri: 82-1.512.162 Azərbaycan klassik ədəbiyyatından seçmə- A 99 lər [Mətn]: Ədəbiyyat antologiyası: 3 cilddə. - B.: Şərq-Qərb, 2005. c.1: VII-XII əsrlər Azərbaycan şeri-.424 s. c.2:XIII-XVI əsrlər Azərbaycan şeri.-408 s. c.3: XVII-XVIII əsrlər Azərbaycan şeri.-456s.
15
Kitabların elmi və texniki işlənməsi qaydaları Kitabxanada kitablar Universal Onluq Təsnifat əsasında elm
sahələri üzrə təsnifləşdirilir və “İkirəqəmli müəllif cədvəli”nə əsasən
müəllif işarəsi verilir. Təsnifat sahəsinə görə kitabın indeksi və
müəllif işarəsi kitabların titul səhifəsinin sağ küncündə, kitab
formulyarlarının və kataloq kartoçkalarının sol küncündə yazılır.
Məsələn: 372.8 - kitabın indeksi Ə 82 - müəllif işarəsi
Əgər kitab iki və ya üç müəllif tərəfindən yazılıbsa ona
birinci müəllifin soyadı üzrə müəllif işarəsi veririk.
Çoxmüəllifli kitablara kitabın adı ilə işarə yazılır.
81.374 Azərbaycanca-rusca lüğət [Mətn]: 4 cilddə / M.T. Tağıyev [və başq.]; Red.: İ.M.Aydınov [və başq. ]. -2-ci nəşr.-B.: Şərq- Qərb, 2006.- C.1: A-D.-896 s. C.2: E-K.-848 s. C.3: Q-R.-840 s. C.4:-984 s.
031 (479.24) Azərbaycan Xalq Cumhuriyyəti Ensiklo-pediyası [Mətn]: 2 cilddə /Y.Məmmədov [və
A 99 başq.] -B.:Lider, C.1: -2004.-440s. C.2: -2005.-472s.
16
Kitab kitabxanaya daxil olduqdan sonra, ilk növbədə, titul
səhifəsində nəşr edilən mətbuatın adının üstündə və 17-ci
səhifəsində ştamp qoyulur və sonra inventar kitabına yazılır. Kitabın
inventar kitabındakı nömrəsi kitaba yazılır. Kitaba ciblik və müddət
vərəqi yapışdırılır.
Kitaba indeks və müəllif işarəsi titul səhifəsinin sağ
küncündə karandaşla yazılır. Ondan sonra kitaba formulyar yazılır.
Müəllif işarəsi kitab müəllifinin soyadı, kitab müəllifsiz
olduqda sərlövhənin (yəni kitabın adının) ilk sözünün birinci hecası
ilə təyin olunur və hecanın baş hərfindən və iki rəqəmdən ibarət
olaraq yazılır.
Kitabın indeksi və müəllif işarəsi kitabların titul səhfəsinin
baş sağ küncündə, kataloq kartockaları və kitab formulyarlarının baş
sol küncündə yazılır. Formulyarın baş sağ küncündə kitabın inventar
nömrəsi yazılır.
17
Respublika Elmi Pedaqoji Kitabxanası
Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16 Bakı, Koroğlu Rəhimovküç.108
www.repk.az Vəsaitin satışı qadağandır!
18