32
AvtoStop 12/2016 №19 RESS

AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

  • Upload
    others

  • View
    11

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

AvtoStop12/2016

№19

RESS

Page 2: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

| 1

FEATURE ARTICLE

WWW.AVTOSTOP.TV

Rəhman və Rəhim olan Allahın adı ilə.

AVTOSTOP PRESS

Page 3: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

2 | | 3www.addictmotorist.com

FEATURE ARTICLEBU DƏFƏ NƏ OXUYACAQSINIZ ?

Hazırda ilin o mərhələsindəyik ki, yollardakı çətinliklər daha çox diqqət və ciddiyyət tələb edir. Yəni, qısdı, qar yağır, yollarda

buz qatı müşahidə olunur, qəzalar, təhlükəli hallar üçün “münbit şərait” yaranır. Lakin düşünürəm ki, həm özümüzü, həm maşınımızı, həm də hərəkətin digər iştirakçılarını təhlükəyə məruz qoymamaq, ciddi itkilər yaşamamaq üçün qış mövsümünə daha peşəkarcasına hazırlanmağımız çox lazımdır. Özü də səsimizi indi yüksəltməliyik ki, sonradan danışdıqlarımız “toydan sonra nağara” effekti yaratmasın...

Əslində bu haqda vaxtaşırı danışsaq da, “Avtos-top Press” jurnalı olaraq həyəcan təbili çalsaq da çatışmazlıqlar, problemlər bitmir ki, bitmir. Elə bir neçə gün əvvəl paytaxta yağan “yüngülvari” qar bir daha göstərdi ki, qışa hazırlıq işimizdə heç bir müsbət dəyişiklik baş verməyib. Yəni, “köhnə ha-mam, köhnə tas” məsələsi...

Həmin günlər şəhərimizin hansı yerlərində, xüsusən də yüksək ərazilərində necə problemlərin yaşandığını sadalamaq fikrində deyiləm və buna heç ehtiyac da yoxdur, amma təkcə Yasamal rayonunun bəzi küçələrindəki, Binəqədi, Yeni Günəşli yollarındakı çətinlikləri, eləcə də Tiflis prospektində, Böyükşor qovşağından 20 Yanvar dairəsinədək olan məsafədə, eləcə də bəzi körpü və tunellərdə uzun “probkalar”ın yaranmasını söyləməklə ümumi mənzərəni göstərmək müm-kündür. Halbuki Bakıya azacıq qar yağmışdı.

Özü də çox qəribədir, bizdə problem yalnız qarın yağması ilə bitmir. Yəni, ikinci dərdimiz qarın əriməsiylə başlayır, hər yeri su basır, şəhər cürbəcür göllərin məkanına, maşınlarsa “məzlum katerlər”ə çevrilir. Bəs bir neçə gün qarlı-şaxtalı gün yaşasaq vəziyyətimiz necə olardı? Nə qədər kədərli görünsə də bu sualın cavabını hamı bilir...

Və düşünürəm ki, bütün söylədiklərimiz, iradlarımız heç də yalnız paytaxtımıza deyil, ölkəmizin hər bir bölgəsinə aiddir. Məgər məşhur Ağsu aşırımı, Şamaxı, Xınalıq yolları, Şimal bölgələrindəki... vəziyyət nəqliyyatın mütəmadi çətinliklər yaşadığı yerlər sayılmırmı?!

Əlbəttə, əlaqədar qurumlar, cavabdeh şəxslər

qışın gəlişindən qabaq nəqliyyatın problemlər yaşamaması üçün maksimum tədbirlər görməli, önləyici addımlar atmalıdır. İlin çox hissəsini qarlı, buzlaq şəraitində yaşayan ölkələrin təcrübəsindən yararlanmalıdırlar.

Heç də elə təsəvvür yaranmasın ki, hər şeyin cavabdehi yalnız məmurlar, iş icraçılarıdır, xeyr. Bu heç də belə deyil. Məsuliyyətin tam yarısı sürücülərin üzərinə düşür. Çünki avto-mobil sahiblərinin böyük əksəriyyəti demək olar ki, maşınlarını mövsümə görə, xüsusən də qışa hazırlamırlar. Və qarlı havalarda yay-yaz aylarındakı kimi buz bağlamış yollara çıxırlar. Əlbəttə, “əşi, heç nə olmaz” – deyə-deyə.

Əslində hər bir sürücü bilməlidir ki, bu xüsusi hazırlıq tələb edən işdir. Əvvəla, soyuq, şaxtalı havalarda daha çox enerji ötürdüyündən akkumu-lyatora ciddi nəzarət edilməlidir ki, yolda çətinlik yaratmasın. Bizim etinasız yanaşdığımız silgəclər mütləq saz vəziyyətə gətirilməlidir. Alın şüşəsiylə yanaşı arxa şüşənin, eləcə də güzgülərin, həm də salonun normal qızdırılmasına diqqət yetirilməli, duman faralarının saz vəziyyətdə, antifrizin lazımi qaydada olmasına dəqiq fikir verilməlidir.

Maşının tormoz sisteminin tam saz vəziyyətdə olmasını təmin etmək lazımdır. “Keçən il yoxlatdırmışam”la iş bitməməlidir. Təkərlər mütləq qış rejimi üçün nəzərdə tutulan şinlərlə əvəzlənməlidir. Və təkərlər zəncirlərlə təmin olunmalıdır. Yox, əgər bu vacib tədbirlər görülmürsə onda mütləq gec-tez qəzayla üzləşmə baş verəcək, hətta bədbəxt hadisə qaçılmaz ola-caq. Bu azmış kimi, həmin situasiyada hərəkətin başqa iştirakçıları da o qorxunc vəziyyətin bir üzvünə çevriləcəklər. Ən yaxşı halda isə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşəcək, “prob-ka” yaranacaq, ardınca getdiyimiz vacib işlərimiz bərbad vəziyyətə düşəcək...

Gəlin əlimizdən gələni edək ki, sonradan bizi üzən, qarşımıza ciddi əngəllər çıxaran, sağlamlığımızı və həyatımızı təhlükəyə məruz qoyan hadisələrlə qarşılaşmayaq.

Qışa hazırıqmı?Dekabr 2016 | # 19Təsisçi

AvtoStop Media MMC

Baş Redaktor Babək Yusif oğlu

Redaktor Səma Abiyeva

Foto AvtoStop Media

Dizayn AvtoStop Media

Reklam Meneceri Zəhra İsgəndərova

([email protected])

Müəllifin fikirləri ilə redaksiyanın fikirləri üstüstə düşməyə bilər. Reklam mətnlərinə görə redaksiya məsuliyət

daşımır.

SƏHİFƏLƏR04 Hərəkətə başlama

Hərəkətə necə başlayım ?

08 Görəsən qızdırım ? Soyuq havalarda avtomobilindüzgün qızdırılma qaydaları

26 Oğlan evində toydur Avtomobil alanda aldan-mamaq üçün 3 effektiv üsul

33 AvtoNişan Xəbərdarlıq nişanları

36 Kimdir nömrə 1Avtomobil tarixində ilklərə imza atan şirkətlər hansılardır ?

42 Yapon günəşiİSUZU Motors

48 Rəngsaz Şəxsi qarahjda təkər

rəngləmək mümkündürmü?

52 AvtoİmtahanYol hərəkəti ilə bağlı özünü

sına

14səhifə

BAŞ REDAKTORDAN

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Babək Yusifoğ[email protected]

Ölkəmizdə yolların və nəqliyyat vasitələrinin istismara hazırlıq vəziyyəti, sürücülərin idarəetmədə peşəkarlıq səviyyəsi, avtomobillərdə mövsümə uyğun tədbirlərin alınması... Həmişə bu və ya digər səbəblərə görə problemlərlə müşayiət edilib. Bu da əsasən istər sürücü, istərsə də cavabdehliyik daşıyan məmur olaraq üzərimizə düşən vəzifəyə bir az barmaqarası baxmağımızla bağlıdır. Xüsusən də mövsümi hazırlıqlar məsələsində eyiblərimiz daha qabarıq özünü büruzə verir.

Page 4: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

| 5

July 2012 | Issue 312

4 |

AVTOFAYDA

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS

AVTOFAYDA

Tural Yusifov

Hərəkətə necə başlayım ?Doğrudan da səmimi şəkildə nələrisə öyrənmək istəyənlər, “mən hər şeyi

bilirəm” və ya “bu nədir ki, onu bacarmayım”... yekəxanalığından uzaq olan-lar istənilən məsələni açıq-aydın soruşmaqdan çəkinmirlər. Çünki öyrənək heç vaxt gec deyil. Amma bəziləri öyrənmək, məlumatlanmaq məsələsinə

çox qəribə baxırlar.

Hərdən hətta belə deyənlər də tapılır: “Tural, indi bizə maşını yerindən götürməyi (nəqliyyat

vasitəsi ilə hərəkətə başlamaq nəzərdə tutulur-red.) öyrədəcəksən?”

Qəribədir, bəs sizə televiziya kanallarında yumurta bişirməyi öyrədirlər. Halbuki qayğanağın sizin təhlükəsizliyinizlə heç bir əlaqəsi yoxdur. Amma nəqliyyat vasitəsinin idarə edilməsində hər bir hərəkət birbaşa insanın sağlamlığı, təhlükəsizliyi ilə bağlıdır. Dağlar kiçicik qum dənələrindən, daş parçalarından yaranmayıbmı?

Əslində çox sadə görünsə də, bəli, sü-kan arxasına keçib hərəkətə başlamağın öz qaydaları, incəlikləri vardır.

Gəlin məsələlərə diqqət yetirək. Düz yolda sürət qutusunun 1-ci pilləsində hərəkətə başlamaq olar və bu zaman qaz pedalına toxunmağa ehtiyac belə yoxdur. Mühərrik aşağı dövrülükdə işləyəndə ayağınızı ehmalca mufta-dan çəkin və çalışmaqda olan mexa-nizmin maşını artıq irəliyə apardığını hiss edəcəksiniz. Onda dabanı maşının döşəməsinə söykəyərək pəncənizin yuxarı hissəsini pedala qoyub təzyiqli hərəkətlərdən istifadə etməməklə pedal-larla “işləməyə” başlayın. Bu toxunuşlar elə ehmallı olmalıdır ki, sanki siz vals oynayırsınız.

Bu zaman nələr ön planda olmalıdır?

• Ayağınızı dərhal pedaldan çəksəniz proses kobud və nataraz olacaq. Dabanınızı maşının döşəməsindən çəkməyin. Kəskin hərəkətlərə yol verməyin, hər şey “yumşaq” alınmalıdır.

• Ayağınızı pedaldan tez çəkmək peşəkarlıq sayılmır. Həm də keçmə zamanını hiss etmədiyinizdən av-tomobil sönəcək. “Asta gedən çox gedər” – deyiblər.

• Pedaldan ayağın tez, kəskin şəkildə götürülməsi avtomobilin irəli hoppanmasına və sönməsinə səbəb olacaq.

Əlbəttə, həqiqətən harasa tələsə bilərsiniz. Bu zaman qazı artırmanız müm-kündür, amma qədərində. Əks halda qızmış ilişmə muftasının iyini hiss edə bilərsiniz.

Bununla bağlı təlimçilər adətən belə deyirlər: əl əyləcini aşağı sal, sonra hərəkət et:

A) yoxuşda deyilsinizsə bu nəyə lazımdır?

B) Təkərlər sizin hakimiyyətinizə tabe olmalıdır, əyləcin deyil.

Page 5: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

6 | AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

AVTOFAYDAAVTOFAYDA

AVTOSTOP PRESS 7 |

Tormozlama texnikası əslində necə olmalıdır? Qeyd edim ki, bir çox mi-nik avtomobillərində pedallar elə yerləşdirilib ki, siz eyni zamanda əyləc və qaz pedallarını basa bilirsiniz. Daha rahat olsun deyə pəncənizi iki pedal arasında saxlayın.

Onda pəncənizin sağ-sol kənarları hər iki pedala yaxın olacaq və pedallardan istifadə etməklə siz avtomobili daha yaxşı nəzarətdə saxlaya biləcəksiniz. Bu zaman daban yerində qalmalıdır. Artıq maşın daha tez və asan hərəkətə başlayacaq.

İrəliləmə baş verdiyi zaman qaz pedalı ilə

ehmal davranın. Sizin bir sürücü kimi yol-da təhlükəsiz hərəkətiniz üçün müqəddəs missiyanız qaz pedalına tədricən təzyiq etməkdir. Bu zaman nüəyyən məsafə getdikdən sonra avtomobil lazım olan sürəti “yığacaq” və növbəti manevrlərdə axıcılıq baş verəcək.

Əlbəttə, sürətə daha diqqətli olmaq lazımdır. Amma bu o demək deyil ki, məsələn, səbəbsiz yerə ehtiyatlanıb döngənin ortasında qaz pedalından pəncənizi dərhal çəkməlisiniz. Sürəti çox tez yığmısınızsa səhvinizi təhlükəsiz şəkildə düzəltməlisiniz. Bu, əslində idarəetmənin bütün hallarına aiddir. Yəni, sürücülüyün qızıl qaydalarından biri də sürətin manevrə uyğun olmasıdır. Və bütün bu proseslərdə sükanla davranmalara maksimum diqqət yetirilməlidir.

Sürətlənmənin daha bir nüansını yaddan çıxartmaq olmaz. Nə qədər asta tempdə irəliləyirsinizsə avtomobilin sürətini daha etibarlı şəkildə artıra biləcəksiniz. Əlbəttə, bu da pedallarla ehmalca davranmaların sayəsində olacaq.

Yüksək sürətlə gedərkən maşının yerlə təması sıx olmur. Bu nüans nəzərə alınmaqla manevrlərin axıcılığına nəzarət yüksək səviyyədə yerinə yetirilməlidir. Yüksək sürət zamanı ötmə manevrində də bəzi məqamlar çox vacibdir. Avtomobilinizin sürətini, sürətyığma imkanını, eləcə də ötəcəyiniz nəqliyyat vasitəsinin sürətini, yo-lun keyfiyyətini, qarşı hərəkət zolağının boş olmasını, xəbərdarlıq siqnallarını... doğru dəyərləndirməlisiniz. Hətta o da nəzərə alınmalıdır ki, hazırlaşdığınız manevr baş tutmadıqda çarəsiz vəziyyətdə qalmayasınız. Əlbəttə, bütün bunlar sizin üçündür.

Və belə düşünürəm ki, istənilən sədə və ya ciddi tövsiyələr əgər təhlükəsizliyə, can güvənliyinə görə verilirsə onlara barmaqarası baxılmamalıdır.

Sağlamlığınızdan, həyatınızdan önəmli nə ola bilər ki?

Page 6: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TVWWW.AVTOSTOP.TV

Dekabr 2016 | № 19 AVTOFAYDA

| 98

Bütün sürücülər yaxşı bilir, hər mövsümün gəlişi özü ilə bərabər avtomobillər üçün

xüsusi qayğılar, narahatlıqlar yaradır. Hətta ən sadə görünənləri belə bəzən ciddi suala çevrilə bilir. Elə götürək qış mövsümündə

hamını maraqlandıran sorğunu: yola düşməzdən qabaq maşının mühərrikini qızdırmalıyam, yoxsa bunun bir önəmi

yoxdur?

Tural Yusifov

Soyuq havalarda avtomobilin düzgün qızdırılması qaydası

Görəsən qızdırım ?AVTOSTOP PRESS

Page 7: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV

AVTOFAYDAİyun 2016 | № 15

10 | AVTOSTOP PRESS AVTOSTOP PRESS | 11

Əslində bir çoxları onun cavabını bilməsələr də motoru qızdırmağa üstünlük verirlər. Yəni, nə olar, nə

olmaz...Ümumiyyətlə bu məsələ bəzi

dönəmlərdə bir çox böyük audito-riyalarda ciddi müzakirələrə də səbəb olub. Bir çox hallarda Avropanın ekoloji standartları, ətraf mühitin çirklənməsinin qarşısının alınması prinsipləri müasir maşınqayırma sənayesi ekspertlərinin qızdırılmaya skeptik yanaşması ilə nəticələnib.

Bəzi ekspertlər deyirlər ki, indiki mühərriklər müasir texnologiyalarla hazırlandığına görə, yağlar artıq mine-ral deyil və mühərrik işə düşən kimi yağ motorun bütün nöqtələrinə gedib çatır. Onlara görə hərəkətsiz halda avtomobil mühərrikinin boş yerə işləməsi ekolo-giyaya ziyandır.

Bəs əslində avtomobili qızdırmaq lazımdırmı? Əgər qızdırmağa ehtiyac varsa bu necə edilməlidir?

Ölkəmizdəki iqlim şəraitinə nəzərən öncə onu qeyd edim ki, ümumiyyətlə Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik arası istismardan danışa bilərik. Bizdə sıfırın altında olan havaya yalnız Naxçıvanda rəst gəlmək olar ki, heç bu da Şimal ölkələrinin qışı ilə müqayisə edilə bilməz.

Soyuq havada mühərrikin işə salınması və boşuna işləməsi maşının kifayət qədər uzun məsafəni qət etməsinə bərabərdir. Onsuz da (nadir hallarda rastlaşdığımız) sıfır dərəcədən aşağı tempratur olmadığına görə, amartizasiya, sürət qutusu və ən nəhayət mühərrik yağının donması ehtimalının özü 0-a bərabərdir.

Mühərrik yağlalarında onların mənfi tempratura dözümlülüyü qeyd edilir. Bu həmçinin bütün sürtgü materiallarına da aiddir.

Bundan başqa, adətən indi sürtgü materiallarının hər birinin üzərində hansı dərəcəyə qədər şaxtaya dözümlü olduğu da qeyd edilir.

Burada maraqlı bir nüans da vardır. Bəzi sürücülər – guya vaxtdan səmərəli istifadə etsin deyə mühərriki işə salır, ardınca kon-disioneri qoşur, daha sonra əlinə bir dəsmal alıb avtomobilin ətrafına dolaşaraq şüşələri silir... və bir siqaret də çəkib maşına oturur.

Əlbəttə, o fikirləşir ki, motor qızmalıdır, lakin düşünmür ki, avtomobilin digər hissələrindəki yağlar hələ də soyuq vəziyyətdə qalmaqdadır.

Demək məsələyə səthi yanaşılmamalıdır. Mühərrikin optimal temperatura sahib olması üçün 5 dəqiqə lazımdır. Bu isə o deməkdir ki, siz durduğu yerdə avtomobili 5 dəqiqə qızdırırsınızsa demək 1000 km-ə qədər məsafə getmiş hesab edilirsiniz. Və sayənizdə motorun resursu bir neçə min km azalmış olur.

Page 8: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV12

AVTOFAYDA

Bəs nə etmək lazımdır? Avtomobilin xaricinə əl gəzdirərkən

mühərriki işə salmayın. Şüşələri si-lin, nömrəni təmizləyin, itin-pişiyin maşınınızın altında gizlənmədiyinə əmin olun, bundan sonra mühərriki işə salın, əyləci basın və sürət qutusunu 1-ə keçirin (avtomat sürətlər qutusudursa “D”-yə keçirin). Bütün bu proseduralar həmin hissələrdəki yağları da hərəkətə gətirəcək, yəni onlar da qızmağa başlayacaq.

Sürüşə başlamazdan öncə, ayağınızı əyləcdən çəkmədən ilk olaraq isti hava vuran cihazı deyil, şüşə qızdırıcıları işə salın. Yoxdursa, daha nə etmək olar, isti havavuranı tam aşağı sürət rejimində işə salın. İsti havanı şüşəyə istiqamətləndirin.

Bu zaman generatora elektrik yükü düşəcək və motor boş işləməyəcək, o generator rolunu oynamağa başlayacaq. Avtomobilin şüşəsi donubsa bu şüşənin açılıb-bağlanmasına da təsir göstərəcək.

Onun ardınca sükanı sağa və sola fırladın. Bu zaman hidrogücləndiricilərdə olan yağı hərəkətə gətirəcəksiniz. Vəssalam, avtomobil yola hazırdır. Lakin unutmaq olmaz, hərəkətə ehmalca başlamaq

lazımdır. Çünki yüksək dövrülülüyə ma-lik qaz verib getmək sizin avtomobilinizə ziyandır. Axı, maşınınızın mühərrikinin güclü olmasını nümayiş etdirməyə nə ehtiyac var?!

Mühərrik və sürət qutusu qızmağa başlasa da, asqının rezin elementləri, amartizatorlar və kuzov nahamar yol-larda daha böyük narahatlıqlar yaşayır. Əlbəttə, bunun məntiqi izahı da var: təsəvvür edin, sizi yuxudan oyadırlar və dərhal, özü də şaxtada 100 metrlik məsafəni yüksək sürətlə qaçmağı əmr edirlər. Bu, bir neçə km məsafə avtomo-bilin adaptasiyası ilə bağlıdır. Mütləq bir neçə dəqiqədən sonra avtomobil sizin əmrlərinizə adekvat cavab verəcəkdir.

Bəzi sürücülər üçün bir məsələni də mütləq qeyd etmək lazımdır. Köhnə avtomobillərdə mühərriki qızdıran zaman yağın motorda kifayət qədər olmadığını düşünüb “zaslonka”nı açardılar. İndiki avtomobillərdə isə artıq bu işi sizin yerinizə bort kompüter görür. Əgər mühərrikin ehtiyacı varsa, lazımi miqdarda yağ ötürüləcəkdir. Ona görə səhərlər avtomobilinizi işə salıb nahaq yerə işlətməyin. Dediyimiz ardıcıllığı yerinə yetirsəniz sevimli avtomobiliniz sizə uzun müddət qulluq edəcək.

1

23

4

5

Page 9: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS

Etibarlı şahid

Oxuduqlarımızdan, öyrəndiklərimizdən belə nəticə çıxara bilərik ki, əvvəlki dövrlərdə insan-lar daha çox fiziki güc, daha çox zaman sərf etsələr də nisbətən az problemlərlə üzləşiblər. Məsələn, təxminən 18-ci əsrə qədər nə ekoloji mühitin korlanması və nə də onun qarşısının necə alınması haqda kimsə baş sındırmayıb. Yaxud, orta əsrlərdə uzaq səyahət məcburiyyəti ilə üzləşənlərin ağlına dəvədən və ya atdan başqa heç nə gəlməzdi...və s.

Tural Yusifov

14 | |

Dekabr 2016 | № 19AVTOFAYDA

AVTOSTOP PRESS

Page 10: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS16 |

Dekabr 2016 | № 19AVTOFAYDA

AVTOSTOP PRESS 17

Əlbəttə, bu cür müqayisələrin sırasını istənilən qədər artırmaq mümkündür. Bəli, texnoloji inkişaf

özü ilə bərabər müəyyən mürəkkəblik də gətirir. Amma etiraf edək ki, hamı elmin, texnikanın... belə inkişafından məmnunluq duyur. Təbii, əyalətdə yaşayan biri hansısa vacib bir işin ardınca ölkəsinin paytaxtına getməkdən ötrü atın, ulağın belinə minib bir neçə gün sərf etmək istəməz. Və şübhəsiz ki, bütün bu proseslər özü ilə bərabər həyata inanılmaz bir sürət, dinamika gətirib.

Məsələyə sadə baxanda hər şey əla görünür. Amma bir qədər dərin düşündükdə məlum olur ki, inkişaf yaşam üçün inanılmaz komfort yaratsa da problemlərsiz də deyil. Özü də daha nürəkkəb, daha çətin problemlər...

Əlbəttə, indi bunun ən müxtəllif “növləri”ndən, ən müxtəlif nüanslarından söz açmaq istəmirəm. Sadəcə günümüzün ən “popu-lyar” “qanqaraçılığından” sayılan yol, avtoqəzalar zamanı yaranan situasiya-larla bağlı prosesləri misal çəkəcəyəm.

Əslində vəziyyət bir çox sürücülərimizə çox tanışdır: avtomobil qəzası baş verib, iş məhkəmədədir. Bu zaman sizi üzən bir sual-la qarşı-qarşıyasınız: günahkar deyilsinizsə olub-bitənləri siz necə sübut edəcəksiniz?..

– Qışa hazır olmayan hansısa maşın qarda sürüşür və avtomobilinizə dəyir... Yaxud, yağış zamanı ani diqqətsizlik üzündən siz kimisə vurursunuz və s. Siyahını uzatmaq mümkün-dür. Hələ mən ölkəmizdə mədəniyyətsiz və hazırlıqsız sürücülərin çoxluq təşkil etdiyi-ni, eləcə də bu üzdən yaşananları xüsusi vurğulamaq istəmirəm.

Dediyim kimi, belə hallarda isə günahın sizdə olmadığını sübut etmək çox çətin məsələyə çevrilir. Əgər hadisə baş verdiyi yerdə təhlükəsizlik kameraları yoxdursa demək mürəkkəb bir problem sizi gözləyir.

Page 11: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV18 |

AVTOFAYDA

AVTOSTOP PRESS

Dekabr 2016 | № 19

Axı, belə hallarda adətən hakimlər deyilənlərə inanmırlar. Elə siz də öz növbənizdə Dövlət Yol Polisinin (DYP) istintaqıyla razılaşmırsınız. Həm də söylədiklərinizin doğruluğunu kimsəyə is-patlaya bilmirsiniz. Dövr dəyişib, hər bir situasiya tutarlılıq tələb edir, yoxsa...

Əslində isə situasiya heç də çıxılmaz deyildir. Belə vəziyyətlərdən qurtulmaq üçün videoregistratorlar sizin etibarlı şahidiniz kimi imdadınıza yetişə bilər. Məhz bu məqamda inanıram ki, bəzi sürücülər o dəqiqə etiraz edəcəklər ki, “əşi, onun da bir xeyiri yoxdur!” Əlbəttə, bu iddianın da ilk baxışdan həqiqət kimi görünməsi müm-kündür, lakin, necə deyərlər “işin içində olan” adam kimi söyləyə bilərəm ki, bu bir bəhanədir. Özü də tənbəllərin bəhanəsi. Çünki «İnzibati Xətalar Məcəlləsi»nin 80-cı maddəsinə görə videogörüntü sübut sayılır.

Lakin burada da bəzi məqamlara diqqət vermək lazımdır ki, həmin görüntülər məhz tam sübut kimi qiymətləndirilsin. Ona görə də keyfiyyətli videoregistrator sizin “yol yoldaşınız” olmalıdır. Özü də “keyfiyyət” məsələsinə başdansovudu baxmaq lazımdeyil. Əks təqdirdə ziyan-dan qurtula bilməzsiniz. Ona görə də belə cihazın seçimində yanılmamalısınız.

Page 12: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV

Çəkilişin keyfiyyəti Məhkəmələrdə videoçəkilişdəki

görüntülər çox yüksək səviyyədə olmalıdr ki, onlar şahid, sübut kimi istifadə edil-sin. Yəni, həmin çəkiliş DYP əməkdaşının ikibaşlı şərh verməsinə, eləcə də digər şübhələrə yer buraxmamalıdır. Hadisə tam təsvir edilməlidir.

Avtomobillərin rəngi, markası, mode-li, dövlət nömrə nişanı, dönmə işıqları, hava şəraiti, qonşu zolaqlardakı situasiya videoda aydın, dəqiq görünməlidir. Bu-nun üçün söylədiyimiz kimi, keyfiyyətli, kamerası yüksək ölçülü, geniş bucağlı optikaya malik cihaz olmalıdır.

Özü də bu yüksək keyfiyyətin nəinki gündüzlər, hətta gecə vaxtı da vəzifəsini yerinə yetirə bilməsinə diqqət yetirməlisiniz. Hesab edirəm ki, belə bir işin öhdəsindən FullHD 1920x1080 və geniş bucaqlı (120 dərəcəli və daha şox) kameralar gələ bilər.

20 | 21

Dekabr 2016 | #19AVTOFAYDA

| 21AVTOSTOP PRESS AVTOSTOP PRESS

Videoda görünən nömrəİkinci əsas məsələ işə videonun işə baxan hakimdə

məhz həmin hadisə zamanı çəkildiyinə əminlik yaratmasıdır.

Çünki adsız fayllar məhkəmə proseslərində keçərli hesab olunmur. Görüntülərdə tarix dəqiq və tam əks edilməlidir. Onu da unutmaq lazım deyil ki, əsas vacib nüanslardan biri öz avtomobilinizin də nömrəsinin videoda qeydiyyata keçməsidir. Bu cür imkanlara malik videoregistratorlarsa satışda artıq mövcuddur.

Page 13: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV |

AVTOFAYDA Dekabr 2016 | #19

Zərbə sensoruNövbəti əsas məsələlərdən biri isə təkcə videoyazının

mövcudluğu deyil, həm də onun yaddaşda saxlanmasıdır. Əlbəttə, bu şərtlə bağlı söylənənlər müəyyən əsaslara söykənir.

Çünki bəzən hadisə zamanı videoregistrator sönür və hadisə zamanı görüntülər yaddaşa ötürülmür. G- sensor olan qurğular isə avtomobil ox üzrə zərbə aldığı an olanları yaddaş kartının xü-susi qovluğuna qeyd edir. Və bundan sonra isə həmin görüntüləri silmək mümkün deyil .

Yeri gəlmişkən, kommunal xidmətlər sayəsində dəymiş ziyanları belə G- sensor vasitəsi ilə qeydə almaq mümkündür. Və bu sadalananlar heç də bahalı olmayan videoregistratorlarda da var. Əsas odur ki, axtarasınız. Bu zaman siz beləsini tapacaqsınız.

Page 14: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV24 |

AVTOFAYDA

AVTOSTOP PRESS

Page 15: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV | 27

Dekabr 2016 | #19

| AVTOSTOP PRESS26 | AVTOSTOP PRESS

AVTOFAYDA

Oğlan evində toydur . . . Çoxdandır Azərbaycanda so-sial mesajlar verilən filmlər çəkilmirdi. Hamı bir ucdan

komediya çəkir, amma cəmiyyətə bu filmlərlə lazımi mesajları ötürən yoxdur.

Jurnalımızın dekabr buraxılışında, baxdığımız və çox bəyəndiyimiz “Oğlan evi 2” filminin əsas qəhramanı olan Baba elə-belə yerləşdirilməyib. O da sizdən biridir.

Etibar edib, inanan və aldadılan qəhraman. Rejissor İlham Qasımov və ssenari müəllifləri olan Dj.Fateh, Tural Sevdimalı çox ustalıqla cəmiyyətimizdə olan problemləri işıqlandırıblar. Verilən mesajlar çox önəmlidir. Bunlardan biri də avtomo-bil alqı-satqısı zamanı aldanmalardır. Sizi aldadırlar. Göz görə-görə. Siz də çox maraqlıdır ki, bunu qəbul edirsi-niz. Gəlin başlayaq…

Baba Güney Azərbaycandan olan həmyerlimizdir. Bakıda biznesi var. Və günlərin bir günü o,müştərisi üçün raritet avtomobil gətirir ki, pul qazansın. Yarıyolda isə avtomobil oğurlanır. Bu filmdə baş verir. Siz nə edirsiniz ?

Gedirsiz maşın bazarına,ordan özünüzə avtomobil alırsınız. Avto-mobil satıcıları isə filmdə göstərilən kimi sizə dil töküb bu maşını sataca-qlar. Daha doğrusu “satacaqlar”.

Proses necə gedəcək? Sizə deyəcəklər ki, DYP-də bunun qeydiyatı 350 manatdır.

Onlar sizi inandıracaqlar ki,notarius ən ucuzudur. Beləliklə gedirsiniz nota-riusa və sizə baş etibarnamə verirlər. Sözün döğrusu etibarnamənin nə ayağı olur, nə də başı.

Page 16: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV28 | | 29

AVTOFAYDA Noyabr 2016 | № 18

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Satıcı sizi əmin edir ki, avtomobil problemsizdir,bu etibarnamə sizə bütün hüquqları verir. Sonra isə 1 il ərizndə gedib adına keçirərsən.

Siz də şad-xürrəm avtomobili götürüb düzəlirsiniz yola. Bir az zaman keçir və siz düşünürsüz ki,uğurlu bir işə imza atmısınız. Və günlərin bir günü sizin av-tomobili YPX inspektoru saxlayır və av-tomobil cərimə meydançasına aparır.

Sizə sadəcə bir məlumat verilir : Av-tomobilin həbsi var. Kim verib həbsi, niyə verib, nə üçün verib bunlar sonrakı məsələdir. Əslində nə baş verib ?

Siz avtomobilə pul ödəmisiz, avtomobilə etibarnamə almısınız. Lakin avtomobil qeydiyyat şəhadətnaməsi ilə sizin deyil. Bu avtomobilin real sa-hibi var. O da bankdan nə vaxtsa kredit götürüb. Məsələn : gəlin köçən qızı üçün ətçəkən, tozsoran, qabyuyan, xalça, televizor,mebel,palltaryuyan, soyuducu üçün bankdan kredit götürüb.

Daha sonra isə adına olan avtomo-bili maşın bazarında bir alverçiyə dəyər dəyməzə satıb ki, toyu keçirməyə pulu olsun.

Page 17: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV30 |

AVTOFAYDA Dekabr 2016 | #19

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Krediti necə qaytaracağına əmin deyil. Günlərin bir günü kredit ödəmək qabiliyyəti olmur. Bank məhkəməyə müraciət edərək bu toy keçirən şəxsin adına olan əmlaka həbs qoyur.

Yəni sizin sürdüyünüz avtomobilə. Bank avtomobili sizdən alır, hərraca çıxarır, satır, cehizlərin pulunu götürür, yerdə hansısa məbləğ qalıbsa onu sizə yox, avtomobilin əsl sahibinə qaytarır.

Sizin avtomobilə hansısa hüququ-nuz varmı ? Yoxdur. Sizin heç nəyiniz yoxdur. Bir etibarnaməniz var ki, o da indiki situasiyada heç nəyə yaramır. Filmdə Babanın avtomobili oğurlanıb və o polisə müraciət edə bilir. Sizin situa-siyada sizə heç kim kömək etməyəcək.

Başqa bir situasiya. Yenə eyni sse-nari. Bu dəfə maşın bazarından deyil, internetdən avtomobil alırsınız.

Avtomobilin texniki passportla sahi-bi sizə etibarnamə verir. Və siz də 1 il ərzində avtomobili adınıza keçirməyi düşünürsünüz. Ay keçirdiniz ha… Avto-mobilin sahibi sizdən pulu alır və gedir xərcləməyə. Daha sonra qərar verir ki, pul var gedim boşanım. Bax belə.

«Mülki Məcəllə»yə əsasən ərlə arvadın evlilikdən sonra aldığı bütün əmlaklar boşananda yarıya bölünür. Deməli bu yarıya bölünən nədir ? Sizə “satılmış” avtomobil. Yenə də siz heç nə edə bilmirsiniz.

Eyni situasiya həmin şəxs vəfat edən də aid-dir. Sizə verilmiş etibarnamə qüvvədən düşür. Bütün bu vəziyətlərdə siz avtomobil alırsınız amma əslində avtomobil yox özünüzə pro-blem alırsınız. Bəs nə etmək lazımdır ? ilk olaraq avtomobili alan zaman etibarnamə hissəsini unudun. O, sizə heç nə vermir . Pu-lunuz havaya gedir.

Satan şəxslə DYP İmtahan-qeydiyyat şöbəsində alqı-satqı müqaviləsi bağlayın.

17 manat qeydiyyat şəhadətnaməsi, 22 manat nömrə üçün ödəyirsiniz vəssəlam.

Avtomobil sizə məxsus olur. Texniki pass-port sizin adınıza olur. Amma bu deyiləni etməsəniz sizə nə polis nə də digər orqan kömək etməyəcək. «Oğlan evi 2» filmi xoşbəxt sonluqla bitir. Siz də isə film olmadığına görə belə bitməyə bilər. Öz həyatınızın rejissoru özünüzsünüz. Necə bitəcəyinə özünüz qərar verin.

Page 18: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV | 33

Dekabr 2016 | № 19

Xəbərdarlıq nişanları

1.8. Svetoforla nizamlama.

Hərəkət növbəliyinin svetoforla nizamlandığı yolayrıclarında, piyada keçidlərinin

və ya yol sahələrinin qarşısında quraşdınlır. Qarşıda svetoforla nizamlanan

yolayrıcının olması haqqında xəbərdarlıq edir. Bu nişan yaşayış məntəqlərində

az sayda svetofor olan kəsişmələrdə quraşdırılır. Çünki yaşayış məntəqəsində

svetofor azdırsa , sürücü svetoforlu kəsişməyə hazır olmaya bilər. Nişan yaşayış

məntəqələrindən kənarda 150-300 metr məsafədə, yaşayış məntəqələrində

keçidə 50-100 metr qalmış quraşdırılır. Bəzi hallarda isə bu nişandan öncə 7.1.1

əlavə məlumat lövhəsi quraşdırılır.

AVTOSTOP PRESS

Page 19: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

| 35

İyuL 2016 | № 16

AVTOSTOP PRESS

Page 20: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV36 |

AVTOİDMAN

AVTOSTOP PRESS

Dekabr 2016 | #18

| 37AVTOSTOP PRESS

Kimdir nömrə 1 ?

Bildiyimiz kimi, indi insanlar demək olar ki, hər gün elmin, texnikanın yeni-yeni nailiyyətləri ilə tanış olurlar. Artıq bunlara elə alışıldı ki, çox nadir hallarda kəşflərə görə təəccüb yaşanır. Özü də maraqlısı da budur ki, bu tərəqqi ən müxtəlif – kənd təsərrüfatı sektorundan tutmuş kosmik texnologiyalarınadək bütün sahələri əhatə edir. Sanki nələrin yaradılacağı hər kəsə əvvəlcədən məlum imiş. Bəli, müasir dövr

belədi...

Page 21: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Aynur Hüseynzadə

38 | | 39

AVTOTARIX

AVTOSTOP PRESS

Dekabr 2016 | #19

Hətta elə texniki vasitələr var ki, öz dinamikasıyla digər sahələri nisbətən geridə qoyub. Məsələn, götürək müasir maşınqayırma sənayesini. Elə bir zaman yetişib ki, qarşılaşdığımız yeniliklər çox qısa zamanda öz yerini digərinə verərək özü tezliklə “tarixə” çevrilir. Diqqətli sürücülər yaxşı xatırlayır, çox da uzaq olmayan keçmişdə avtokondi-sioner, turbo püskürmə, avtomat sürətlər qutusu... olduqca maraqla qarşılanmşıdı. Hər kəs onların üstünlükərindən, vacibliyindən söz edirdi. Amma indi demək olar ki, hər kəs sadaladığımız cihazları avtomobilin sıradan bir qurğusu sayır. Adamlar həmin texniki vasitələrin necə, harada yaradıldığını ya bilmir, ya da çoxdan unudub.

Əlbəttə, bu məqamın özü bir qədər haqsızlıq kimi görünür. Və nəzərə alsaq ki, bütün bun-lara alın təriylə yoğurulmuş insan əməyi, çox böyük maliyyə, narahatlıqlarla dolu xey-li zaman... sərf edilib onda ən azı hər şeyin xatırlanmasına haqq verər, səssiz-səmirsiz unudulmasına razı olmarıq...

Gəlin öyrənək görək, həmin texnologiyaların bəzilərini nə vaxt, hansı avtomobil şirkətləri təqdim edib?

İlk daxili yanma mühərrikli avtomobil

Əslində daxili yanma mühərriklərini (DYM) o qədər də “cavan” hesab etmək olmaz. Tarix deməyə əsas verir ki, həmin proses təxminən 200 yaşına varmışdır. Bir qədər ətraflı məlumatlar üçün ilk avtomobillərdən başlamaq maraqlı olardı.

XIX əsrin əvvəllərində Avropada bir sıra alimlər, konstruktorlar paralel olaraq bu məsələ ilə məşğul olmağa başlamışdılar: bəziləri müştərək, bəziləri tək-tək, bir-birlərindən xəbərsiz. Və aparılan təcrübələr, axtarışlar xeyli müddət davam etmişdir. Nəhayət isveçrəli mühəndis Fransua İsaak de Rivaz 1806-cı ildə qaz halında olan hidrogen ilə işləyən daxili yanma mühərriki hazırlamağı bacardı.

Amma bununla kifayətlənmək olmazdı. İşlər davam etdilirdi. 20 ildən sonra ingilis mühəndis Semuel Braun bu sahədə müəyyən işləri ərsəyə gətirsə də fransız mexanik Etyen Le-nuar 1960-cı ildə qazla işləyən praktik ikitaktlı DYM-ini yarada bildi.

Təkmilləşmə isə davam edirdi. Belə ki, 1870-ci ildə Venada Ziqfrid Markus DYM-yə maye tətbiq etməklə adi arabanı “benzin”lə hərəkətə gətirmişdi. Amma buna görə brend olaraq hamı Karl Benzi xatlırlayır. Çünki o, 1895-ci ildə «Benz Patent Motorvagen» hazırlamaqla tarixə ilk daxili yanma mühərrikli avtomobilin müəllifi kimi düşdü.

İlk dizel mühərrikli avtomobil

Əlbəttə, yeni növ mühərriklərin təkmilləşmə prosesləri yenə davam edirdi. Bir sıra uğursuzluğa baxmayaraq Avropanın müxtəlif ölkələrində bu iş mütəmadi şəkildə sürdürülürdü. Bu dəfə alman əsilli konstruktor Rudolf Dizel dizel mühərriki yaratmaqla adını tarixə yazdı və qeyd edək ki, 1892-ci ildə “əsər”inin patentini də aldı. 1897-ci ildə də nəzərdə tutulan funksiyaları yerinə yetirən ilk dizel mühərriki yaradıldı.

Lakin buna baxmayaraq uzun müddət belə motorların avtomobillərə tətbiq edilməsi mümkün olmadı. Bu da mühərriklərdə yanacağın püskürməsindəki çatışmazlıqlarla bağlı idi. Ona görə də bu cür motorlar adətən gəmilərdə istifadə edilirdi. Müxtəlif çətinliklərlə qarşılaşsa da Rudolf Dizel müəyyən istehsal sahələri yarada bilmişdi. Amma çox çəkmədi ki, onun işləri yarımçıq qaldı. O, 55 yaşında müəmmalı şəkildə öldü. XX əsrin 20-ci illərində Robert Boş tərəfindən mükəmməlləşdirilən həmin mo-torlar ilk dəfə yük avtomobillərində istifadə olunmağa başlandı. Dizel mühərrikinin istifadə edildiyi ilk minik maşını isə “Mer-cedes-Benz” 260D oldu və o, ilk dəfə 1936-cı ildə Berlin sərgisində təqdim edildi.

Maşındakı 2.6 litrlik mühərrik 45 at gücü hasil edirdi ki, bu da 100 km məsafə üçün 10 litr yanacaq yandırırdı. Və bu motorlar 1980-ci ilə qədər heç bir qlobal dəyişikliyə məruz qalmadan istifadə olunub. Onu da xatırladaq ki, hələ də paytaxtımızda belə mühərriklərin fərqli modifikasiyasının tətbiq edildiyi “Mercedes-Benz” W123-ə rast gəlmək mümkündür.

İlk turbo püskürməli minik avtomobili

Qotlib Daymler, eləcə də Rudolf Dizel ilk mühərriki hazırladıqları zamandan yanacağın daha effektiv püskürməsinə nail olmaq üçün daim eksperiment ediblər. Turbokompressorlar hər zaman gəmilərdə, daha sonra isə aviasiyada istifadə olunurdu.

1960-cı illərdə ilk turbokompressorlu mi-nik avtomobilləri «Chevrolet Corvair Mon-za» və «Oldsmobile Jetfire» idi.

«GM»-dən olan bu cütlük 1962-ci ildə ABŞ-da böyük səs-küy yaratmışdı. 215 at gücünə malik bu “V” şəkilli 3.5 litrlik mühərrik 441 nm fırlanma anı hasilə gətirirdi. Lakin saatda 100 km sürəti 9 saniyəyə yığan bu avtomobillər konveyrdə 2 il qala bildilər. Onların əsas problemi etibarlı olmamasında idi.

İlk avtomat sürətlər qutusu

«General Motors»un fəxr etdiyi daha bir yenilik minik avtomobili üçün tam avtomatik sürətlər qutusu hazırlaması oldu. 1940-ı ildə «GM Hydra-Matic» sürətlər qutusu “Cadillac”, “Oldsmobile” və “Pontiac” maşınlarında opsiya olaraq tətbiq edildi. Məhz «GM Hydra-Matic» tarixə ilk avtomat sürətlər qutusu kimi keçdi. Həmçinin «GM»-dən savayı 4 pilləli hidromexa-niki avtomat sürət qutusu “Bentley” və “Rols Roys”lara da quraşdırıldı. Və idarəetməni daha rahat edən bu avtomat sürətlər qutusu digər istehsalçılara da örnək oldu.

İlk təhlükəsizlik yastığı İlk dəfə olaraq maşınlarda təhlükəsizlik

yastıqlarının tətbiqini «General Motors» şirkəti həyata keçirmişdir. 1972-ci ildə şirkət “Olds-mobile Toronado” modelində sükanda airbag quraşdırdı. Daha sonra isə bu airbag opsiya ola-raq sərnişinlərin oturacaqlarına da tətbiq edil-di. 1967-ci ildə Allane Bird ilk dəfə «Chrysler» şirkətinə təhlükəsizlik yastığının birinci versiyasını təqdim etdi. Lakin onu da bildirək ki, 1971-ci ildə Ford şirkəti “Ford Taunus” modelində bunu tətbiq etmək istəsə də bu, onlarda alınmamışdı. Sən demə, qismət «GM»-in imiş.

Page 22: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV40 |

AVTOTARIX

İlk yan təhlükəsizlik yastıqları

Yan təhlükəsizlik yastığının pioneri isə «Vol-vo» şirkəti olmuşdur. Belə ki, şirkət 1995-ci ildə bunu bütün sedanlarda və “Volvo” 850 universallarında tətbiqinə başlamşdı. 2012-ci ildə isə şirkət “V40” modelində ilk dəfə ola-raq piyadalar üçün də təhlükəsizlik yastığını quraşdırdı.

Dizlər üçün ilk təhlükəsizlik yastığı

Təsəvvür edin, bu yeniliyi nə “Mercedes”, nə “Toyota” nə də amerikanlar istifadə ediblər. Və birinci dəfə onu Cənubi Koreya şirkəti «Kia» maşınlarına quraşdırmışdır. 1993-cü ildə “Kia Sportage” modelinin ilk buraxılışında da bu yenilikdən istifadə olunmuşdur.

İlk kondisionerli avtomobil

Avtomobilə ilk kondisioneri yenə amerikalılar tətbiq ediblər. Bu “Packard” 12 sedanı olmuşdur. Maşın ilk dəfə 1939-cu ildə Çikaqoda təqdim edildi. O vaxtlar 1.000 dollara alınan maşına əlavə 300 dollar ödəməklə ona kondisioner opsiyası artırmaq mümkün idi. Bunun üçün avtomobilin kapotu açıb kondisioner quraşdırmaq olurdu. 1950-ci illərdə belə soyutma sistemlərindən az-çox istifadə edilsə də, əsas kondisioner bumu 1970-80-ci illərdə yaşandı...

Page 23: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV48 | | 49

İyun 2016 | № 15

AVTOSTOP PRESS AVTOSTOP PRESS

AVTOTARİX Dekabr 2016 | #18

Yapon günəşi

Page 24: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS50 | | 51

AVTOTARİX Dekabr 2016 | #19

| 51AVTOSTOP PRESS

Bu şirkəti Yaponiya avtomobil sənayesinin banisi adlandırırlar. Elə doğrusu da budur. Çünki qərargahı

1916-cı ildə Tokio şəhərində yaradılan həmin şirkət ilk yapon maşınlarının istehsalçısıdır. Ad üçünsə, necə deyərlər, ulduza-aya üz tutmayıblar, markaya elə ölkədəki çaylar-dan birinin – İsuzu çayının adını veriblər.

İstehsal müəssisənin yaradılmasının səbəbkarı olan «Tokio İshikawajima Shipbuil-ding and Engineering» daim avtomobillərinin effektini təmin etmək üçün imkanlarından maksimum yararlanmağa çalışırdı. Yapon maşınlarının pioneri sayılan “İsuzu” həm də dizel yanacağı ilə işləyən ilk ağır avtomobil hesab olunur.pusunu açdı.

Hər şey belə başladı...Əslində yaponlar belə bir texnikanın

istehsalının öhdəsindən tək başına gəlmədilər. Həmin dövrlərdə bu sahə üzrə dünyanın irəlidə gedənlərindən olan britaniyalılara müraciət etdilər. Və müəyyən danışıqlardan sonra – 1918-ci ildə Yaponiya şirkəti İngiltərənin «Wolseley Motors»-u ilə rəsmi müqavilə imzaladı. Ardınca isə “Günəşin doğulduğu ölkə”nin iş adamları britaniyalıların lisenziyası ilə yük maşınlarının istehsalına başladılar.

1933-cü ildə isə «İshikawajima Automo-tive Works» Yaponiyanın daha bir şirkəti ilə – «Dot Automobile Manufacturing»lə birləşdi və «Automobile Industries» adlandırıldı. Əlbəttə, istehsalçı böyüyə bilirsə demək istehsal imkanlarını da, etibarını da artmış olur.

Və növbəti ildə şirkət uğurlarını davam etdirməyi həqiqətən də bacardı. Keyfiyyətdə müəyyən mərhələləri artıq adladan şirkət dövlət qurumlarından – Ticarət və sənaye nazirliyindən aldığı sifarişə uyğun olaraq “İsuzu” modelinin istehsalını reallaşdırdı. Daha sonra Automobile İndustries dizel yanacaqları ilə bağlı ciddi araşdırmalara başladı. Onlar belə qənaətdə idilər ki, bu sahədə əskiklər var və onları aradan qaldırmaq mümkündür. Hətta bunun üçün xüsusi şöbə də yaradıldı. 1938-ci ildə Kava-saki şəhərində konveyerdən ilk «TX40» yük maşınları çıxmağa başladı.

Təxminən on bir il sonra – 1949-cu ildə şirkətin adı bir daha dəyişdirilərək «İsuzu Motors Limited» adlandırıldı. Onu da qeyd etmək lazımdır ki, şirkət istehsalla bərabər yeniliklər və araşdırmalar sahəsində də fəaliyyətini sürdürürdü. Çünki dünyanın o dövrdəki nəhəng avtomobil sənayeçiləri arasında “baş çıxarmaq” heç də asan məsələ deyildi. Ona görə də şirkət sonrakı dövrlərdə yeni “V” formalı 8 silindirli dizel mühərriki üzərində ciddi iş aparırdı. Və 1953-cü ildə “İsuzu” İngiltərənin Rootes şirkəti ilə birlikdə “Hillman” minik avtomobilinin istehsalına girişdi. 1959-cu ildə də yeni “Elf” LT yük avmobilləri konveyrdən buraxldı ki, həmin maşınlar olduqca qənaətçil DA 640 dizel mühərriki ilə təchiz edilmişdi.

1960-cı illərin əvvəlində isə İsuzu Motors Limiteddə əsl istehsal furroru baş verdi. Məhz həmin vaxtlarda şirkət tərəfindən ictimaiyyətə minik avtomobilləri üçün nəzərdə tutulan DL201 dizel mühərriki təqdim olundu. (Həcmi 2 l) Lakin işlər durmamışdı. Elə həmin dövrdə Fucisava şəhərində daha yeni bir zavod açmaqla satışa “WASP” yük maşınlarını, həmçinin “Belle” və “Vellet” minik avtomobillərini çıxarmış oldu. Təkmilləşmə isə davam edirdi. 1970-ci illərdə “İsuzu Forward” və “İsuzu Elf” 350 (KS) yük maşınları konveyerdən buraxıldı.

Yenilikçi və keyfiyyətli fəaliyyəti artıq onu dünyaya tanıtmışdı. Məhz bu səbəbdən də nəhəng şirkətlər onunla maraqlanırdılar. Onlardan biri də Birləşmiş Ştatların nəhəng avtomobil konserni General Motors idi. Və yaponlar həmin dövrlərdə – 1971-ci ildə

General Motorsla müqavilə imzaladılar və amerikalılar yapon şirkətinin səhmlərinin 31 faizinə sahib oldular. Bu müqavilənin nəticəsi özünü çox da gözlətmədi və 1974-cü ildə “Gemini” minik avtomobilinin hazırlıq işləri start götürdü. Növbəti illərdə isə modelin sırası bir qədər də rəngarəng oldu. Belə ki, 1977-ci ildə “İsuzu Florian”, 1979-cu ildə isə “Gemini” avtomobili dizel mühərriki ilə satışa çıxarıldı.

1975-ci ildə İsuzu şirkətinin Şimali Ameri-ka bölməsi – İsuzu Motors America – açıldı. Əslində bu şirkətin açılması ciddi addım idi, çünki onun ardınca zavodların və şirkətə məxsus departamentlərin sayı günü-gündən artırdı.

1980-ci illərdən şirkət “Fargo” adlı avtobusların istehsalına başladı və təxminən 1 sonra “Piazza” minik avtomobilləri işıq üzü gördü. Onu da göstərmək lazımdır ki, İsuzuya məxsus “Florian/Aska” markası RAC ralli yürüşlərində qələbə qazanmışdır.

Həm yaponlar, həm də amerikalılar işləri daha da genişlətmək, bazara daha çox təsir etmək məqsədiylə axtarışlarına ara vermək fikrində deyildilər. İsuzu Motors və Gene-ral Motors əməkdaşlığın sayəsində daha geniş fəaliyyət sərgiləyirdilər. Şirkətlər IBC Vehicles adlanan bir şirkət təsis edərək orada iki il müddətində ilk yolsuzluq avto-mobilinin “Amiqo” markasının istehsalını gerçəkəşdirdilər. Və eyni zamanda həmin maşının “Mi” (“İsuzu Myu”) adlanan 2 qapılı versiyası da buraxıldı. Elə eyni dövdə Subaru şirkəti ilə əməkdaşlıq start götürdü. Artıq 1989-cu ildə İsuzu dünyada orta və ağır yük maşınlarının istehsalı ilə liderə çevrilmişdi.

Page 25: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV52 | | 53

AVTOTARİX

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Lakin yenilik ənənələri davam etdirilirdi. Belə ki, sonrakı illəri də bu sahədə uğurlu hesab etmək olar. 1991-ci ildə ilk yenilənmiş “Trooper” yolusuzluq avtomobili debüt etdi. Çox çəkmədi ki, İsuzu ilk kommersiya tipli “N” modelini satışa çıxardı.

İsuzu markaları müxtəlif yürüşlərdə qələbələr qazanmaqdaydı. Məsələn, 1994 cü ildə “Trooper” Paris-Dakar rallisinin iki yürüşündə qalib gəldi, “Holden Jackaroo” modeli Avs-traliya safarisində birinci yeri qazandı. Artıq İsuzu etibarlılıq anlamına gəlmişdi. Hətta şirkət innovasiv kəşflərinə görə də saysız-hesabsız mükafatalara layiq görülmüşdür.

Nəhəng avtomobil şirkəti 1999-cu ildə Hino Motorsla avtobusların birgə istehsalı üçün müqavilə imzalayaraq yeni bir istehsal konveyerini işə saldı. İsuzu həmin dövrlərdə rəqabətin güclü olduğu Avropa bazarında öz sözünü demək üçün çalışmalarını gücləndirmişdi. Əlbəttə, keyfiyyət və digər məsələlərdə demək olar ki, problem görünmürdü. Və şirkət məqsədini reallaşdırmaq üçün xüsusi biznesplan hazırladı.

Həmin plana əsasən İsuzu ilk olaraq General Motorsun sahib olduğu səhmlərin faizini 31-dən 12-yə endirdi. Belə addımların atılması ona yönəldilmişdi ki, şirkət dizel mühərrikləri üzrə dünya bazarında lider olsun. Və böyük çabalar, inanılmaz əzm sayəsində İsuzu planlaşdırdığı layihəni həyata keçirməyə müvəffəq oldu. Və deyə bilərik ki, “İsuzu Giga” yük maşınları arasında Yaponiyada yeni müəyyən edilmiş ekoloji standartların tələblərinə cavab verən ilk avtomobil oldu.

2006-ci ildə isə İsuzu və General Motorsun əməkdaşlığı ləğv olundu və onlar tərəfindən LCV Platform Engineering Corporation adlı ortaq bir şirkət yaradıldı.

Bu gün də “İsuzu” markaları etibarlı və rahat olduğu üçün diqqət mərkəzində olan avtomobillərdən sayılır...

Page 26: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS54 | | 55

Oktyabr 2016 | № 17RƏNGSAZ

AVTOSTOP PRESS

ƏLVAN TƏKƏR

RƏNGSAZ Dekabr 2016 |#19

ŞƏXSİ QARAJDA DİSKLƏRİN RƏNGLƏNMƏSİ MÜMKÜNDÜRMÜ?

Page 27: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV WWW.AVTOSTOP.TV56 | AVTOSTOP PRESS 57 | AVTOSTOP PRESS

Dekabr 2016 | #19RƏNGSAZ

Hər bir sürücü arzu edir ki, onun avtomo-bili cəzbedici və estetik görünüşə sahib olsun. Bu arzuya çatmaq üçün avtobaz-

lar yaradıcı avtodizaynerlərin xidmətlərindən istifadə edirlər. Məlumatlı maşın sahibləri bilir ki, avtodizayna müxtəlif elementlər daxildir: görnüşə aid aksesuarlar, rəng, qanadlar, aero-qrafiya və əlbəttə, təkərlərdə qeyri-adi rəngli disklərin yerləşdirilməsi.

Əlbəttə, bütün bunların da reallaşdırılmasının fərqli-fərqli, özünəməxsus yönləri vardır. Və əksər sürücülər çalışırlar ki, daha gözoxşayan variantlar üçün geniş məlumata sahib olsunlar. Xüsusən də maşının özünün, eləcə də rəngli digər hissələrinin boyasına diqqət yetirirlər. Məsələn, hər kəs disklərinin necə rəngləndiyi, hansı boyalara üstünlük verildiyi, avtomobilin özünün ümumi görünüşünə nə rəngli disklərin uyğun gəldiyi ilə lap çox maraqlanır.

Adətən disklərin boyanması ən çox köhnə avtomobillərdə müşahidə edilir. Yəni, istismar zamanı yaranan qüsurları aradan qaldırmaq üçün sürücülər çox zaman diskləri rəngləyirlər. Əlbəttə, bunun necə edildiyini hər kəs bilmək istər.

Təbii, disklərdə əziklər, sıyrıntılar və digər nöqsanlar ola bilər. Və bunun üçün onların rənglənməsi iki for-

mada reallaşdırılır: sənaye üsullu rəngli tozla boyanması, bir də sürücülərin özlərinin müstəqil şəkildə bu prosesi həyata keçirməsi. Əlbəttə, disklərin sənaye üsullu rənglənməsi çox baha başa gəldiyindən o, hər kəsin cibinə görə deyil. Bu avtomobilə edilən bahalı yatırımdır.

Amma belə yatırıma maddi imkanı ol-mayanlar narahatlıq keçirməsinlər, qara-jda da akril boyalarla avtomobilin diskini rəngləmək o qədər də çətin, mürəkkəb bir iş deyil. Bunun üçün xüsusi təhsilə və ya akademik bilgilərə sahib olmağa lüzum da yoxdur. Lakin...

Əgər siz təkər disklərini tüninq etdirmək istəyirsinizsə ilk növbədə bir qədər səbrli olmalısınız, çünki bu təmkin və səliqə ilə görüləcək bir işdir. Tüninq işinə başlarkən öncə təkər disklərinin rənglənməsi üçün sizə hansı vəsitələrin lazım olacağını bilməlisiniz. O zaman ilk növbədə xırda və böyük sumbata kağızı (hər növdən 4 ədəd); rəngsaz skotçu (2 rulon), seçdiyiniz akril boya (4 şüşə), as-tar üçün akrill (2 şüşə), avtomobil lakı (1 şüşə), müdafiəedici vasitələr, həlledici və köhnə əskilər (ləkələrin silinməsi üçün) əldə etməlisiniz. Onu da bildirim ki, akril boyalar tozlu boyalardan fərqli olaraq daha geniş rəng palitrasına sahibdirlər.

Adətən disklərin rənglənməsi prose-si 2 gündən 5 günədək davam edir. Və rəngləmədən öncə prosesdə edəcəyiniz əməliyyatların gedişatını özünüz üçün müəyyənləşdirməlisiniz. İlk olaraq diskin hamarlığını yoxlayın. Əgər kələ-kötürlük aşkar etsəniz, onu aradan qaldırmağa çalışın. Əlbəttə, bunu peşəkar etsə daha yaxşıdır. Boya, astar rəng, lak seçən za-man onların eyni istehsalçı şirkətdən olmasına diqqət yetirin. Çünki onda bu vasitələr biri-biri ilə çox uyğun gələcəkdir. Akrili şüşə qablarda əldə edin. Daha son-ra diskin lazımi qaydada yuyulmasına fikir verin. Bu zaman süngər və yuyucu tozdan yararlanın. Əmin olun ki, diskin hətta görünməyən tərəfləri də qumdan və ya tozdan təmizlənib.

Yuyulduqdan sonra diskləri tam qurulayın. Diski yuduqdan sonra köhnə örtüyü silməyə çalışın. Bunun üçün sumbata kağızından istifadə edin. Köhnə boya bütünlüklə silindikdə siz astar vurmağa keçə bilərsiniz. Akril astarı çəkməzdən öncə diski yağdan da təmizləyin. Keyfiyyəti üçün 3 qat astar vurmaq məsləhət görülür.

Və bu zaman hər bir qatın qurumasını gözləyin. Bütün işlər başa çatdırıldıqdan sonra diskləri boyaya bilərsiniz. Əgər bunları diskin örtüyünü, yəni şini çıxarmadan edirsinizsə (belə etmək məsləhət görülmür) bu zaman rezinin üzərini polietilenlə və ya skotçla örtün. Diskləri iki rəngli istəyirsinzsə sizə rəngsaz skotçu lazım olacaq.

Bu zaman təkərin müxtəlif hissələrini skotçla örtüb ayrı-ayrı boyamalı olacaqsınız. Akril boyalarla səliqəli və ehtiyatlı davranın. Diski boyadıqdan sonra mütləq onun qurumasını gözləyin. Lap sonda disklərin üzərinə lak çəkin. Bu, boya örtüyünün daha davamlı qalmasına səbəb olacaq. Ən əsası isə boyama prose-sini apardığınız məkanda sağlamlığınız üçün təhlükəsizlik qaydalarına ciddi əməl edin. Unutmayın ki, akril boyalar insan zəhhətinə zərər verə bilər.

Page 28: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV

İMTAHANAVTO

58 | | 59

AVTOİMTAHAN Noyabr 2016 | № 18

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Page 29: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV

1. Minik avtomobilinin sürücüsü bu vəziyyətdə ötmə edə bilərmi ?

A) Edə bilər B) Yalnız yolayrıcında C) Heç bir halda edə bilməz

2. 3.5 t-a qədər olan «Qazel» sürücsü sol kənar zolağa çıxaraq: A) Ötmə,sola dönmə və geriyə dönmə edə bilər B) Sola və geriyə dönə bilər

C) Sola dönə bilər

D) Geriyə dönə bilər

3. Hansı sürücü parklanma qaydalarını pozub? A) Pikap və yük avtomobili B) Minik və yük avtomobili C) Pikap D) Yük avtomobili E) Heç biri

4. Tıxaca görə qırmızı rəngli avtomobil yolun ortasında qaldı. Hansı hərəkəti etməlidir ?

A) Gözləməlidir B) Geriytə hərəkət etməlidir

C) Sola dönməli və ya geriyə dönmə etməlidir

D) Etdiyi hər şey qanuna ziddir

60 | | 61

AVTOİMTAHAN Noyabr 2016 | № 18

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Page 30: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

5. Yolayrıcı hansı ardıcıllıqla keçilməlidir ? A) Tramvay minik avtomobili ilə birlikdə,yük,motosiklet B) Tramvay,yük,motosiklet,minik

C) Yük,motosiklet,tramvay minik avtomobili ilə birlikdə

6. Minik avtomobili marşrut avtobusunu icazə verilmiş maksimum sürət həddində ötə bilərmi?

A) Bəli B) Xeyr

WWW.AVTOSTOP.TV62 |

AVTOİMTAHAN

AVTOSTOP PRESS

Page 31: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

WWW.AVTOSTOP.TV64 | | 65

AVTOYUMOR Dekabr 2016 | № 19

AVTOSTOP PRESS AVTOSTOP PRESS

Page 32: AvtoStop · 2018-02-16 · Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz +5, +10 dərəcə istilik

Bu “sehirli çubuğ“u istifadə edəndə

ÖLMÜRSƏN!!!