20

40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

  • Upload
    others

  • View
    13

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət
Page 2: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

40 Hədis

Ġmam Nəvəvi

Müəllif: Yəhya ibn ġərəf ən-Nəvəvi

Tərcüməçi: Ramil Həsənov

Tərtib edən: Zeyd Sələfi

"Hər bir elm tələbəsi “Qırx hədis” kitabını

əzbərləməli, mənasını baĢa düĢməli və

tələblərinə uyğun əməl etməlidir.

(Muhəmməd əs-Saleh)

Page 3: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

__________________________________________________________________

BĠRĠNCĠ HƏDĠS

(Əməllər niyyətlərə görədir)

Möminlərin əmiri Əbu Həfsə Ömər ibn əl-Xattab (radiyallahu anhu) demiĢdir:

Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğunu eĢitdim: "Həqiqətən

əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin

hicrəti Allah və onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allah və Onun

Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya

qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr".

Rəvayəti iki hədis alimi Əbu Abdulla Muhəmməd ibn Ġsmayıl ibn Ġbrahim ibn əl-

Muğira ibn Bərdizbəh əl-Buxari və Əbul Hüseyn Müslim ibn əl-Həccac ibn

Müslim əl-QuĢeyri ən-Neysəburi öz "Səhih" adlı əsərlərində nəql etmiĢlər. Həmin

əsərlər ən mötəbər kitablar sayılır.

[əl-Buxari: "Vəhyin baĢlanması" fəsli, "Peyğəmbərə vəhy gəlməsi necə

baĢlamıĢdır" bölmü, 1-ci hədisdə;

Müslim: "Əmirlik" fəsli, "Peyğəmbərin ``Həqiqətən də əməllər niyyətlədir``

kəlamı və bu hədisin döyüĢ və s. əməlləri Ģamil etməsi" bölümü, 155 və 1907

rəqəmli hədislərdə rəvayət etmiĢdir.]

__________________________________________________________________

ĠKĠNCĠ HƏDĠS

(Ġslam, Ġman və Ġhsan)

Həmçinin Ömərdən (radiyallahu anhu) rəvayət edilir ki, o belə demiĢdir: "Bir gün

biz Peyğəmbərin (sallallahu aleyhi va salləm) hüzurunda oturmuĢduq. Yanımıza

düm ağ paltarlı, zil qara saçlı bir kiĢi gəldi. Üst-baĢında səfər niĢanələri yox idi.

Onu bizlərdən heç kəs tanımırdı. O, Peyğəmbərin (sallallahu aleyhi va salləm)

qarĢısında oturub dizlərini onun dizinə söykədi və əllərini budunun üzərinə qoyub

dedi: "Ey Muhamməd! Mənə İslam barəsində xəbər ver". Peyğəmbər (sallallahu

Page 4: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud

olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etmən, namaz

qılman, zəkat vermən, Ramazan orucunu tutman və yola çıxmağa gücün

çatırsa, Evə həcc etməndir". KiĢi dedi: “Doğru söylədin”. Biz onun sual verib

sonra da təsdiqləməsinə çox təəccübləndik. KiĢi yenidən dedi: "Mənə iman

barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha,

Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin

xeyrinə və şərinə iman gətirməyindir". KiĢi dedi: "Doğru söylədin. Mənə ihsan

barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha

Onu görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də bil ki, O, səni

görür." KiĢi dedi: "Mənə Qiyamət saatı barəsində xəbər ver". Peyğəmbər

(sallallahu aleyhi va salləm) buyurdu: "Bu barədə soruşulan soruşandan çox

bilmir." Həmin adam dedi: "Elə isə mənə onun əlamətləri barədə xəbər ver".

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Kəniz öz xanımını doğacaq.

Ayağı yalın, çılpaq və kasıb qoyun otaranların uca bina tikməkdə

yarışacaqlarını görəcəksən." Sonra o adam getdi. Mən bir müddət dayandım.

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Ey Ömər, sual verənin kim

olduğunu bilirsənmi?" Mən dedim: "Allah və Onun Rəsulu daha yaxĢı bilir". O

buyurdu: "Şübhəsiz ki, o, Cəbrail idi. Yanınıza gəlmişdi ki, sizə dininizi

öyrətsin." Müslim rəvayət edib.

__________________________________________________________________

ÜÇÜNCÜ HƏDĠS

(Ġslamın əsasları)

Əbu Abdurrahman Abdulla ibn Ömər ibn əl-Xattab (radiyallahu anhu) demiĢdir:

"Mən eĢitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "İslam

beş əsasın üzərində qurulmuşdur: “Lə iləhə illallah və Muhəmmədən

rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan

orucunu tutmaq." əl-Buxari və Müslim rəvayət etmişlər.

[əl-Buxari: "Ġman" kitabı, "Sizin duanız imanınızdır. Çünki Allah buyurur: (Ey

Rəsulum, bu Məkkə müĢriklərinə) de: "Əgər ibadətiniz olmasa Rəbbimin yanında

nə qədir-qiymətiniz olar?" bölümü, Nº 8;

Müslim: "Ġman" kitabi, "Ġslamın əsaslarının bəyanı" bölümü, Nº 16, Nº 21.]

__________________________________________________________________

DÖRDÜNCÜ HƏDĠS

(Ġnsanın yaradılıĢı və aqibəti)

Page 5: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

Abdulla ibn Məsuddan (radiyallahu anhu) rəvayət olunur ki, doğru danıĢan və

doğruluğu təsdiqlənən Peyğəmbər (sallallahu aleyhi va salləm) bizə danıĢdı ki:

"Sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən qırx gün nütfə

halında, sonra o vaxt qədər laxta qan halında, sonra həmin vaxt qədər

dişlənilmiş ət parçası halında olur. Daha sonra ona ruh üfürəcək bir mələk

göndərilir. Mələyə dörd kəlmə əmr verilir: „„(İnsanın) ruzisini, əcəlini,

əməlini, bədbəxt yoxsa xoşbəxt olacağını yazmaq.‟‟ Özündən başqa (haqq)

ilah olmayan Allah and olsun, sizlərdən biri Cənnət əhlinin əməlini edər.

Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu

qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək ora daxil olar. Həmçinin

sizlərədən biri də Cəhənnəm əhlinin əməlini edər. Nəhayət onunla Cəhənnəm

arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cənnət

əhlinin əməlini edərək ora daxil olar." əl-Buxari və Müslim rəvayət etmişlər.

[əl-Buxari: „„Vəhyin baĢlanması‟‟ kitabı, „„Mələklərin zikri‟‟ bölümü, Nº 3208;

Müslim: „„Qədər‟‟ kitabı, „„Ġnsanın necə yaradılması‟‟ bölümü, Nº 2643.]

__________________________________________________________________

BEġĠNCĠ HƏDĠS

(Bidətlərin rədd edilməsi)

Möminlərin anası ummu Abdulla (künyəli) AiĢə (radiyallahu anhə) demiĢdir:

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Kim bizim bu işimizə

ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar."* əl-Buxari və Müslim

rəvayət etmişdir. Müslimin rəvayətində deyilir: "Kim bizim etmədiyimiz bir

əməli edərsə, o rədd olunar."**

[* əl-Buxari: "əs-Sulh" kitabı, "Ġzə istalahu..." bölümü, Nº 2697;

Müslim: "əl-Əqdiyə" kitabı, "Nəqd əl-əhkəm əl-bətilə" bölmü, Nº 1718.

** Müslim, "Hökümlər" kitabı, "Saxta hökümlərin pozulması və bidət əməllərin

rədd edilməsi" bölümü, 1718-ci hədis.]

__________________________________________________________________

ALTINCI HƏDĠS

(Halal və haram)

Əbu Abdulla Numan ibn BəĢir (radiyallahu anhu) rəvayət edir ki, mən

Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə dediyini eĢitdim: "Həqiqətən halal

da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan)

şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli

şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli

Page 6: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında

sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər

bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun

qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası

vardır. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada

uğrayarsa, bütün bədən də fəsada uğrayar. Diqqət edin, o (ət parçası)

qəlbdir." əl-Buxari və Müslim rəvayət etmişlər.

[ əl-Buxari: "Ġman" kitabı, "Dinini qoruyanın fəziləti" bölümü, Nº 52;

Müslim: "əl-Məsəqa" kitabı, "Halalı götürmək və Ģübhələri tərk etmək" bölümü,

Nº 1599.]

__________________________________________________________________

YEDDĠNCĠ HƏDĠS

(Din nəsihətdir)

Əbu Ruqeyyə Təmim ibn Əus əd-Dəridən (radiyallahu anhu) Peyğəmbərin

(sallallahu aleyhi va salləm) belə buyurduğu nəql edilir: "Din nəsihətdir." Biz

dedik: "Kimin üçün, ey Allahın Elçisi?" O (sallallahu aleyhi va salləm) buyurdu:

"Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların imamları

(başçıları) və rəiyyətləri üçün." Müslim rəvayət etmişdir.

__________________________________________________________________

SƏKKĠZĠNCĠ HƏDĠS

(Müsəlmanın haqları)

Ġbn Ömərdən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi

va salləm) demiĢdir: "Mənə insanlar "Lə iləhə illəllah və Muhəmmədən

rasulullah" şəhadətini deyənə, namaz qılana və zəkat verənə qədər onlarla

vuruşmaq əmr olunmuşdur. Əgər bunu etsələr canlarını və mallarını məndən

qorumuş olarlar. Yalnız İslamın haqqı müstəsnadır. Onların sorğu-sualı

Allah təaləyə aiddir." Buxari və Müslim rəvayət etmişlər.

__________________________________________________________________

DOQQUZUNCU HƏDĠS

(Hər insan gücü çatan qədər mükəlləfdir)

Əbu Hüreyrə (künyəli) Abdurrahman ibn Saxr (radiyallahu anhu) demiĢdir: Mən

eĢitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "Mən sizə nəyi

Page 7: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız

qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlkiləri çox sual vermələri və

peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi." əl-Buxari və Müslim rəvayət

etmişdir.

[əl-Buxari: "Kitab və Sünnədən yapıĢmaq" kitabı, "Peyğəmbərin (sallallahu aleyhi

va salləm) sünnələri ilə getmək" bölümü, Nº 6777;

Müslim: "Fəzilətlər" kitabı, "Peyğəmbəri (sallallahu aleyhi va salləm) uca tutmaq"

bölümü, Nº 1337.]

__________________________________________________________________

ONUNCU HƏDĠS

(Halal qazanc va duaların qəbulu)

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurdu: "Həqiqətən də Allah təalə Tayyibdir (pakdır) və yalnız təmiz

olanı qəbul edir. Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də

əmr etmiş və buyurmuşdur: "Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən

yeyin və yaxşı işlər görün!" (əl-Muminun, 51). Başqa ayədə buyurur: "Ey iman

gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!" (əl-Bəqərə,

172). Sonra o, uzun müddət səfərdə olan saçı dağınıq, üstü toz-torpaqlı bir kiĢini

xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: “Ey Rəbbim, ey Rəbbim” deyirdi.

Onun yediyi də haram, içdiyi də haramdır. O, haramla bəslənibdir. Haradan

duası qəbul olunsun?" Müslim rəvayət etmişdir.

[Müslim, "Zəkat" kitabı, "Təmiz (halal) qazancdan olan sədəqənin qəbul olunması"

bölümü, 1015-ci hədisdə rəvayət etmiĢdir.]

__________________________________________________________________

ON BĠRĠNCĠ HƏDĠS

(ġübhələrdən uzaq durmaq)

Peyğəmbərin (sallallahu aleyhi va salləm) nəvəsi və onun reyhanı Əbu

Muhamməd Həsən ibn Əli ibn Əbu Talib (radiyallahu anhu) demiĢdir: Mən,

Peyğəmbərdən (sallallahu aleyhi va salləm) əzbərlədim ki: "Səni şübhələndirən

işi tərk et, şübhələndirməyəni götür." ət-Tirmizi və ən-Nəsai rəvayət etmişlər. ət-

Tirmizi demişdir: Hədis həsən səhihdir.

__________________________________________________________________

Page 8: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

ON ĠKĠNCĠ HƏDĠS

(Faydasız Ģeyləri tərk etmək)

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "İnsanın İslamının gözəlliyi, ona aid olmayan işləri tərk

etməsidir." Həsən hədisdir. Tirmizi və başqaları bu cür rəvayət etmişlər.

[ət-Tirmizi, "Zühd" kitabı, "Aidiyyəti olmayan sözləri danıĢan haqqında" bölümü,

2318-ci hədisdə;

Ġbn Məcə, "Fitnələr" kitabı, "Fitnələr zamanı dili qorumaq" bölümü, 3976-cı

hədisdə rəvayət etmiĢdir.]

__________________________________________________________________

ON ÜÇÜNCÜ HƏDĠS

(Ġslam qardaĢlığı)

Peyğəmbərin (sallallahu aleyhi va salləm) xidmətində dayanan Əbu Həmzə Ənəs

ibn Məlik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "Sizlərdən biri özünə istədiyini qardaşına istəməyincə,

iman gətirmiş sayılmaz." Buxari və Müslim.

[Buxari: Nº 13; Müslim: Nº 71.]

__________________________________________________________________

ON DÖRDÜNCÜ HƏDĠS

(Müsəlmanın toxunulmazlığı)

Ġbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "Müsəlmanın qanı halal sayılmır. Yalnız üç hal

müstəsnadır: Evli zinakar, cana can (qisası) və dinini tərk edib camaatdan

ayrılan." əl-Buxari və Müslim rəvayət etmişdir.

[əl-Buxari: "Qanbahası" kitabı, "Allahın ayəsi: “qulaq qulağa, diĢ...” bölümü, Nº

6484;

Müslim: "əl-Qasamə" kitabı, Nº 1676]

__________________________________________________________________

Page 9: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

ON BEġĠNCĠ HƏDĠS

(Gözəl söz danıĢmaq, qonĢunun və qonağın haqqını qorumaq)

Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) belə buyurmuĢdur: "Kim Allaha və axirət gününə iman gətiribsə, ya

xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə,

qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə,

qonağına yaxşılıq etsin." əl-Buxari və Müslim rəvayət etmişlər.

[Buxari: Nº 6110; Müslim: Nº 74.]

__________________________________________________________________

ON ALTINCI HƏDĠS

(Qəzəblənməmək)

Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət etmiĢdir ki, bir kiĢi Peyğəmbərin

(sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Mənə nəsihət et!" Peyğəmbər

(sallallahu aleyhi va salləm) buyurdu: "Qəzəblənmə!" Həmin kiĢi dediyini

dəfələrlə təkrarladı. Peyğəmbər (sallallahu aleyhi va salləm) yenə: "Qəzəblənmə!"

--- deyə cavab verdi." əl-Buxari və Müslim rəvayət etmişlər.

[Buxari: Nº 5765. Müslim: Nº 2449.]

__________________________________________________________________

ON YEDDĠNCĠ HƏDĠS

(Hər iĢdə yaxĢı və gözəl davranmaq)

Əbu Yalə ġəddəd ibn Əus (radiyallahu anhu) rəvayət etmiĢdir ki, Peyğəmbər

(sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Allah hər şeyə yaxşılıq etməyi vacib

etmişdir. (Düşməni) öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin.

Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". Müslim rəvayət

etmişdir.

[Hədis səhihdir. əl-Ġrva: Nº 2540; Müslim: 3/ 1548/ Nº 1955; Tirmizi: 2/ 431/ Nº

1430; Əbu Davud: 8/ 10/ Nº 2797; Nəsai: 7/ 227; Ġbn Məcə: 2/ 1058/ Nº 3170.]

__________________________________________________________________

Page 10: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

ON SƏKKĠZĠNCĠ HƏDĠS

(Təqva və gözəl əxlaq)

Əbu Zər Cundəb ibn Cunədə (radiyallahu anhu) və Əbu Əbdürrəhman Muaz ibn

Cəbəl (radiyallahu anhu) rəvayət etmiĢlər ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdu: "Harada olsan Allahdan qorx. Pislik etdikdən sonra

yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran." ət-Tirmizi rəvayət

etmiş və demişdir: "Həsən hədisdir." Bəzi nüsxələrdə demişdir: "Həsəndir

səhihdir."

[ət-Tirmizi, "YaxĢılıq" kitabı, "Ġnsanlarla ünsiyyətdə olmaq" bölümü, 1987-ci

hədisdə rəvayət etmiĢdir.]

__________________________________________________________________

ON DOQQUZUNCU HƏDĠS

(Allahın hüdudlarını aĢmamaq)

Əbul Abbas Abdulla ibn Abbas (radiyallahu anhu) demiĢdir: Bir gün mən

Peyğəmbərin (sallallahu aleyhi va salləm) arxasında idim. O (sallallahu aleyhi va

salləm) dedi: "Ay uşaq, mən sənə bir neçə kəlmə öyrədəcəyəm: Allahı qoru ki,

O da səni qorusun. Allahı qoru ki, Onu önündə görəsən. Bir şey istəyəndə

Allahdan istə. Kömək dilədikdə Allahdan dilə. Bil ki, əgər ümmət birləşib sənə

xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər

toplaşıb sənə zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə

bilərlər. Qələmlər qaldırılıb, vərəqlər quruyubdur."* ət-Tirmizi rəvayət etmiş

və demişdir: "Həsən-səhih hədisdir."

Ət-Tirmizidən baĢqalarının rəvayətində deyilir: "Allahı qoru, Onu qarşında

görərsən. Rahatlıq vaxtı Allaha tanışlıq ver ki, çətin anda səni tanısın. Bil ki,

başına gəlməyəcək işin olması mümkün deyildir. Başına gələndən isə, qaça

bilməzdin. Bil ki, qələbə səbirlədir. Şübhəsiz ki, sevinc də kədərlədir. Hər

çətinlikdən sonra asanlıq gəlir."**

[*ət-Tirmizi: "Qiyamətin necəliyi" kitabı, Nº 2516.

**Ġmam Əhməd: (1/307); Hakim: "əl-Müstədrək" əsəri (3/624).]

__________________________________________________________________

ĠYĠRMĠNCĠ HƏDĠS

(Həya imandandır)

Əbu Məsud Uqbə ibn Amr əl-Ənsari əl-Bədri (radiyallahu anhu) rəvayət edir ki,

Page 11: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Əvvəlki

peyğəmbərlikdən insanlara çatan söz belədir: Əgər utanmırsansa, istədiyini

et." əl-Buxari rəvayət etmişdir.

[Buxari: Nº 5769.]

__________________________________________________________________

ĠYĠRMĠ BĠRĠNCĠ HƏDĠS

(Allaha iman gətir və doğru yolu tut)

Əbu Amr (yaxud da bəzilərinin dediyinə görə) Əbu Amratə Süfyan ibn Abdulla

(radiyallahu anhu) demiĢdir: "Ey Peyğəmbər (sallallahu aleyhi va salləm), mənə

Ġslamda elə bir söz söylə ki, o haqda səndən sonra heç kimdən soruĢmayım."

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha iman gətirdim de,

sonra düz ol."

[Müslim: "Ġman" kitabı, "Ġslamın bütün vəsfləri" bölümü, Nº 38]

__________________________________________________________________

ĠYĠRMĠ ĠKĠNCĠ HƏDĠS

(Cənnətə aparan yol)

Əbu Abdulla Cabir ibn Abdulla əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, bir

kiĢi Peyğəmbərə (sallallahu aleyhi va salləm) sual verərək dedi: "Necə bilirsən,

mən vacib namazları qılsam, Ramazan orucu tutsam, halalı halal, haramı haram

saysam və buna heç nə əlavə etməsəm Cənnətə girərəm?" Peyğəmbər (sallallahu

aleyhi va salləm) buyurdu: "Bəli". Hədisi Müslim rəvayət etmişdir.

"Haramı haram saysam" yəni, ondan çəkinsəm. "Halalı halal" yəni, onun halal

olduğunu etiqad edərək yerinə yetirsəm.

[Müslim: "Ġman" kitabı, "Ġmanın bəyanı" bölümü, Nº 18.]

__________________________________________________________________

ĠYĠRMĠ ÜÇÜNCÜ HƏDĠS

(Hər xeyirli əməl sədəqədir)

Əbu Məlik əl-Haris ibn Asim əl-ƏĢari (radiyallahu anhu) rəvayət edir ki,

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Təmizlik imanın

yarısıdır. Əlhəmdulilləh* tərəzini doldurur. Sübhənallah** və əlhəmdulilləh

Page 12: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

(zikirlərini demək) göylə yer arasını doldururlar - və ya doldurur. Namaz

nurdur. Sədəqə sübutdur. Səbir işıqdır. Quran ya leyhinə ya da əleyhinə

dəlildir. Bütün insanlar səhər erkən çıxır və nəfsini sataraq ya onu azad edir,

ya da tələf edirlər."*** Müslim rəvayət etmişdir.

[* Zikirdir. Mənası: "Həmd Allaha məxsusdur."

** Zikirdir. Mənası: "Allah pak və nöqsansızdır."

*** Müslim: "Təmizlik kitabı, "Dəstəmazın fəziləti" bölümü, Nº 233]

__________________________________________________________________

ĠYĠRMĠ DÖRDÜNCÜ HƏDĠS

(Zülmün qadağan edilməsi)

Əbu Zər əl-Ğifəri (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm),

o da izzət və cəlal sahibi Rəbbindən rəvayət etmiĢdir ki, Allah təalə buyurmuĢdu:

"Ey qullarım! Mən nəfsimə zülmü haram etdim. Onu sizin aranızda da

haram etdim. Bir-birinizə zülm etməyin. Ey qullarım! Mənim haqq yola

(hidayətə) yönəltdiyim müstəsna olmaqla hamınız zəlalətdəsiniz. Məndən

hidayət istəyin, sizi ona yönəldim. Ey qullarım! Mənim yedirtdiyim istisna

edilməklə hamınız aclıq içindəsiniz. Məndən sizi yedirtməmi diləyin, sizi

yedirdim. Ey qullarım! Mənim geyindirdiyim müstəsna olmaqla hamınız

çılpaqsınız. Məndən sizi geyindirməyimi diləyin, sizi geyindirim. Ey qullarım!

Siz gecə-gündüz günahlar edirsiniz. Mən bütün günahları bağışlayıram.

Məndən bağışlanma diləyin, sizi bağışlayım. Ey qullarım! Siz zərərimə qalib

gəlib Mənə zərər verə bilməzsiniz. Siz xeyrimə qalib gəlib Mənə xeyir verə

bilməzsiniz. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və

cininiz aranızdakı ən təqvalı bir kişinin qəlbinə malik olsa belə, bu Mənim

mülkümdə heç nə artırmayacaq. Ey qullarım! Əgər sizin əvvəlinciniz və

axrıncınız, insanınız və cininiz aranızdakı ən pis əmələ sahib bir kişinin

qəlbinə malik olsa belə, bu Mənim mülkümdən heç nə azaltmayacaq. Ey

qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz bir daşın

üzərinə çıxıb Məndən istəsələr onların hər birinə istədiyini verərəm və bu

Məndə olanlardan heç nəyi azaltmaz. Yalnız dənizə batırılmış iynənin

götürdüyü qədər müstəsnadır. Ey qullarım! Bunlar sizin əməllərinizdir. Mən

onları sizin üçün sayıram. Sonra sizə tam şəkildə qaytaracağam. Kim bir

xeyir taparsa, Allaha həmd etsin. Kim başqa bir şey taparsa, ancaq özünü

qınasın." Müslim rəvayət etmişdir.

[Müslim: "Xeyirxahlıq" kitabı, "Zülmün haramlığı" bölümü, Nº 2577.]

__________________________________________________________________

Page 13: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

ĠYĠRMĠ BEġĠNCĠ HƏDĠS

(Uca Allahın lütfü və rəhmətinin geniĢliyi)

Əbu Zərr (radiyallahu anhu) yenə rəvayət etmiĢdir ki, Peyğəmbərin (sallallahu

aleyhi va salləm) əshabələrindən (radiyallahu anhum) ibarət bir dəstə insan Ona

(sallallahu aleyhi va salləm) belə dedi: "Ey Allahın elçisi, imkanlılar savabları

apardılar. Onlar bizim qıldığımız kimi namaz qılır, oruc tutduğumuz kimi oruc

tuturlar. Mal-mülklərinin artıq qalanından sədəqə verirlər." Peyğəmbər (sallallahu

aleyhi va salləm) buyurdu: "Məgər Allah sizə sədəqə üçün nə isə verməyib? Hər

bir “sübhənallah” sədəqədir. Hər bir “Allahu əkbər” sədəqədir. Hər bir

“əlhəmdulilləh” sədəqədir. Hər bir “Lə iləhə illəllah” sədəqədir. Sizdən

birinizin öz zövcəsi ilə yaxınlığı sədəqədir." Onlar dedilər: "Ey Allahın elçisi,

Ģəhvətin olmasında kiməsə savab var?" Peyğəmbər (sallallahu aleyhi va salləm)

buyururdu: "Necə bilirsiniz, əgər onu (şəhvətini) harama yönəltsə, günah

yazılar? Eləcə də halala yönəltsə, ona savab yazılar." Müslim rəvayət etmişdir.

[Müslim: "Zəkat" kitabı, "Bütün yaxĢı iĢlərə sədəqə adının verilməsi" bölümü, Nº

1006.]

__________________________________________________________________

ĠYĠRMĠ ALTINCI HƏDĠS

(Ġnsanları barıĢdırmaq, ədalətli və yardımsevər olmaq)

Əbu Hüreyrə (radiyallahu anhu) demiĢdir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "İnsan, günəşin çıxdığı hər bir gün oynaqlarının

sədəqəsini verməlidir. İki nəfərin arasında ədalətli olmaq sədəqədir. İnsana

miniyində kömək etmək, onu miniyinə əyləşdirmək və yükünü miniyinə

qaldırmaq sədəqədir. Gözəl söz sədəqədir. Namaza gedərkən atılan hər bir

addım sədəqədir. Yoldan narahatçılıq törədən bir şeyi götürmək sədəqədir." əl-Buxari və Müslim rəvayət etmişlər.

[əl-Buxari: "Sülh" kitabı, "Ġnsanların arasını düzəltməyin fəziləti" bölümü, Nº

2707;

Müslim: "Zəkat" kitabı, "Sədəqənin adının açıqlanması" bölümü, Nº 1009.]

__________________________________________________________________

ĠYĠRMĠ YEDDĠNCĠ HƏDĠS

(YaxĢılıq, gözəl əxlaq və günah)

Ən-Nəvvas ibn Siman (radiyallahu anhu) demiĢdir ki, Peyğəmbər (sallallahu

Page 14: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

aleyhi va salləm) buyurmuĢdur: "Yaxşılıq gözəl əxlaqdır. Günah, nəfsində

sıxıntı keçirdiyin və insanların bilməsini xoşlamadığındır."* Müslim rəvayət

etmişdir.

Vabisə ibn Məbəd (radiyallahu anhu) demiĢdir: "Mən Peyğəmbərin (sallallahu

aleyhi va salləm) hüzuruna gəldim. O (sallallahu aleyhi va salləm) mənə dedi:

"Yaxşılıq və günah haqqında soruşmağa gəldin?" Mən dedim: "Bəli".

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Qəlbindən soruş. Yaxşılıq

nəfsin qəlbə, qəlbin də nəfsə arxayın olduğudur. Günah nəfsdə keçirilən

sıxıntı və qəlbdəki tərəddüddür. İnsanlar sənə nə fitva versələr də bu

belədir."** Həsən hədisdir. İmam Əhməd və əd-Dariminin "Müsnəd" əsərində

bizə həsən sənədlə rəvayət edilmişdir.

[*Müslim: "Xeyirxahlıq" kitabı, "Xeyirxahlığın və günahın təfsiri" bölümü, Nº

2553.

**Ġmam Əhməd: "Müsnəd" (4/228); əd-Darimi (2/245-246).]

__________________________________________________________________

ĠYĠRMĠ SƏKKĠZĠNCĠ HƏDĠS

(Sünnəyə tabeçilik və bidətlərdən uzaqlaĢmaq)

Əbu Nəcih əl-Ġrbəd ibn Səriyə (radiyallahu anhu) demiĢdir: Peyğəmbər (sallallahu

aleyhi va salləm) bizə elə nəsihət etdi ki, bundan dolayı qəlblər titrədi, gözlər

doldu. Biz dedik: "Ey Allahın elçisi, bu sanki vidalaĢanın nəsihətidir. Bizə öyüd-

nəsihət ver." O (sallallahu aleyhi va salləm) buyurdu: "Sizə Allahdan qorxmağı,

üzərinizə kölə başçı qoyulsa da, eşidib itaət etməyi tövsiyə edirəm. Sizlərdən

uzun ömür yaşayan, çoxlu ixtilaflar görəcək. Sizə Mənim sünnəmlə və doğru

yolda olan xəlifələrin sünnəsi ilə getməyi tapşırıram. Ondan azı dişlərinizlə

yapışın. Sizi (dində) yeniliklərdən çəkindirirəm. Həqiqətən də hər bir yeni iş

bidətdir. Hər bir bidət isə zəlalətdir." Əbu Davud və ət-Tirmizi rəvayət etmişlər.

ət-Tirmizi: "Həsən-səhih hədisdir" demişdir.

__________________________________________________________________

ĠYĠRMĠ DOQQUZUNCU HƏDĠS

(Cənnətə aparan və cəhənnəmdən uzaqlaĢdıran səbəblər)

Muaz ibn Cəbəl (radiyallahu anhu) deyir ki, mən dedim: "Ey Allahın elçisi

(sallallahu aleyhi va salləm), məni Cənnətə salacaq və Cəhənnəmdən

uzaqlaĢdıracaq əməl haqqında agah et." O (sallallahu aleyhi va salləm) buyurdu:

"Sən çox böyük məsələ haqqında soruşdun. Bunu Allah kimin üçün

asanlaşdırıbsa, həmin şəxslərə asandır. Gərək Allaha ibadət edib Ona heç nəyi

şərik qoşmayasan. Namaz qılasan, zəkat verəsən, Ramazan orucu tutasan və

Page 15: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

Evi həcc edəsən."

Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə xeyir qapılarını işarə edimmi?

Oruc sipərdir. Sədəqə günahları, su odu söndürən kimi söndürür. Kişinin

gecə yarı qıldığı namaz da belədir." Sonra Peyğəmbər (sallallahu aleyhi va

salləm) (ayə) oxudu: "Onlar ibadət üçün yataqlarından qalxar... " və "heç kəs

bilməz!" (əs-Səcdə, 16-17) yerinə çatdı.

Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə ən əsas işi, onun sütununun və

zirvəsini xəbər verimmi?" Mən dedim: "Bəli, ey Allahın elçisi." O buyurdu: "Ən

əsas iş İslamdır. Onun dayağı namazdır. Hürgücünün zirvəsi isə cihaddır." Sonra dedi: "Bütün bunların hamısına malik olan barədə sənə xəbər

verimmi?." Mən dedim: "Bəli, ey Allahın elçisi." O (sallallahu aleyhi va salləm)

dilini tutaraq dedi: "Buna hakim ol." Mən dedim: "Ey Allahın elçisi, biz

danıĢdıqlarımıza görə sorğu-sual olunacağıq?" Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurdu: "Anan sənə ağlasın, ey Muaz. Məgər insanlar üzü (və ya

burnu) üstə odun içində dillərinin danışdığına görə sürünmürlərmi?" ət-

Tirmizi rəvayət etmiş və: "Həsən-səhih hədisdir" demişdir.

[Tirmizi: Nº 2825,]

__________________________________________________________________

OTUZUNCU HƏDĠS

(Allahın hədlərinə bağlılıq)

Əbu Sələbə əl-XuĢani Cursum ibn NaĢir (radiyallahu anhu) rəvayət etmiĢdir ki,

Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurmuĢdur. "Həqiqətən də, Allah

vacib olanları vacib etmişdir, onları tələf etməyin. Hədlər qoymuşdur, onları

aşmayın. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə

unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onları axtarmayın. "

[əd-Dəraqutni (4/185); əl-Hakim (4/115); əl-Beyhəqi (10/12).]

__________________________________________________________________

OTUZ BĠRĠNCĠ HƏDĠS

(Zahidliyin* mahiyyəti və səmərəsi)

Əbul Abbas Səd ibn Səhl əs-Səidi (radiyallahu anhu) rəvayət etmiĢdir ki, bir kiĢi

Peyğəmbərin (sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Ey Allahın elçisi,

mənə elə bir əməli göstər ki, onu edəndən sonra məni Allah da sevsin, insanlar da

sevsin." O (sallallahu aleyhi va salləm) buyurdu: "Dünyada zahidlik et, Allah

səni sevsin. İnsanlarda olanlara qarşı zahid ol, insanlar səni sevsin."** Həsən

hədisdir. İbn Məcə və qeyriləri həsən sənədlərlə rəvayət etmişlər.

Page 16: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

[*Zahidlik: Dünyaya çox bağlanmamaq, dünya malına həris olmamaq.

** Ġbn Məcə: Nº 4241; Əlbani "Səhih hədislər silsiləsi" Nº 944.]

__________________________________________________________________

OTUZ ĠKĠNCĠ HƏDĠS

(Qəsdli, yaxud qəsdsiz zərər vurmaq)

Əbu Səid Səd ibn Məlik ibn Sinən əl-Xudri (radiyallahu anhu) rəvayət etmiĢdir

ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Zərər toxundurmaq

olmaz. Zərər vurmaq da olmaz." Həsən hədisdir. Onu İbn Məcə, əd-Dəraqutni

və başqaları müsnəd olaraq, Məlik isə "Muvatta" kitabında mürsəl olaraq Amr ibn

Yəhyadan o da atasından o da Peyğəmbərdən (sallallahu aleyhi va salləm) rəvayət

etmişdir, lakin Əbu Səidi qeyd etməmişdir. Rəvayətin bir neçə (nəql) yolu var.

Onlar bir-birini əsaslandırırlar.

[Ġbn Məcə: Nº 2340; Ġbn Əhməd: 1/313; əl-Beyhəqi: 6/7.]

__________________________________________________________________

OTUZ ÜÇÜNCÜ HƏDĠS

(Ġslam hüququnun əsasları)

Ġbn Abbas (radiyallahu anhu) rəvayət etmiĢdir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "Əgər insanlara iddialarına görə verilsəydi, onlar

camaatın malını və canını iddia edərdilər. Lakin dəlil iddiaçı tərəfdə, and

içmə isə inkar edən tərəfdədir." Həsən hədisdir. əl-Beyhəqi və başqaları bu cür

rəvayət etmişlər. Hədisin bir hissəsi "Səhiheyn" (iki səhih: Buxari və Müslimin)

əsərlərindəndir.

[Beyhəqi: Nº 21733.]

__________________________________________________________________

OTUZ DÖRDÜNCÜ HƏDĠS

(Pislikdən çəkindirmək imandandır)

Əbu Səid əl-Xudri (radiyallahu anhu) demiĢdir: Mən Peyğəmbərin (sallallahu

aleyhi va salləm) belə buyurduğunu eĢitdim: "Sizlərdən kim bir pis əməli

görərsə, onu əli ilə, əgər bacarmasa dili ilə, əgər bacarmasa qəlbi ilə dəyişsin.

Page 17: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

Bu ən zəif iman sayılır."

[Müslim: "Ġman" kitabı, "Pis əməlin qadağan edilməsi imandandır" bölümü, Nº

49.]

__________________________________________________________________

OTUZ BEġĠNCĠ HƏDĠS

(Ġslamda qardaĢlıq və müsəlmanın haqları)

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmiĢdir ki, Peyğəmbər (sallallahu

aleyhi va salləm) buyurmuĢdur: "Bir-birinizə həsəd aparmayın. Bir-birinizə

kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın. Bir-birinizə nifrət

etməyin. Bir-birinizə arxa çevirməyin. Kimsə qardaşının alveri üstündən

alver etməsin. Ey Allahın qulları! Qardaş olun (və ya Allahın qardaş etdiyi

qullar olun). Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu zəlil

etməz, ona yalan danışmaz, onu təhqir etməz. Təqva bax buradadır. (O, üç

dəfə sinəsinə iĢarə etdi.) İnsanın şər etməsi üçün müsəlman qardaşını təhqir

etməsi kifayətdir. Hər bir müsəlmanın canı, malı və şərəfi digər müsəlmana

haramdır." Müslim rəvayət etmişdir.

[Müslim: "Xeyirxahlıq" kitabı, "Müsəlmana zülm etməyin haramlığı" bölümü, Nº

2564.]

__________________________________________________________________

OTUZ ALTINCI HƏDĠS

(Xeyirxahlıq yolları)

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmiĢdir ki, Peyğəmbər (sallallahu aleyhi

va salləm) buyurmuĢdur: "Kim bir müsəlmanın üzərindən dünya kədərlərindən

birini götürərsə, Allah da onun üzərindən Qiyamət gününün kədərlərindən

birini götürər. Kim çətinə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya

və axirət işini asanlaşdırar. Kim müsəlmanı örtərsə, Allah da onu dünya və

axirətdə örtər. İnsan qardaşının köməyində dayanana qədər Allah da onun

köməyində dayanar. Kim elm iltimas etmək üçün yola çıxarsa, Allah onun

Cənnətə yolunu asanlaşdırar. Allahın evlərindən birinə toplaşıb Onun

Kitabını oxuyan və bir-birinə öyrədən camaatın üzərinə sükunət nazil olar.

Onları mərhəmət bürüyər və mələklər dövrəyə alar. Allah onları Öz

dərgahındakılara xatırladar. Kimin əməli onu gecikdirərsə, nəsli onu

tələsdirməz." Müslim bu mətnlə rəvayət etmişdir.

Page 18: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

[Müslim: "Zikr" kitabı, "Quran oxumaq və zikr etmək üçün toplanmağın fəziləti"

bölümü, Nº 2699.]

__________________________________________________________________

OTUZ YEDDĠNCĠ HƏDĠS

(Uca Allahın ədaləti, lütfü və qüdrəti)

Ġbn Abbas (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm), o da

izzət və cəlal sahibi Rəbbindən rəvayət etmiĢdir ki, Allah təalə buyurmuĢdur:

"Həqiqətən də Allah savab və günah işləri yazmış, sonra onları açıqlamışdır.

Kim bir savab iş görmək istəyib onu etməzsə, Allah ona Öz dərgahında tam

bir savab yazar. Onu istəyib icra edərsə, Allah ona Öz dərgahında on

savabdan yeddi yüzə qədər və daha çox sayda yazar. Əgər bir günah etmək

istəyərsə, amma etməzsə, Allah ona tam bir savab yazar. Əgər istəyib edərsə,

Allah ona bir günah yazar." əl-Buxari və Müslim "Səhih" əsərlərində bu sözlərlə

rəvayət etmişlər.

[əl-Buxari: "ər-Riqaq" kitabı, "Savab və günah etmək istəyən haqda" bölümü, Nº

6491;

Müslim: "Ġman" kitabı, "Qul savab etmək istəyərsə yazılar, günah etmək istəyərsə

yazılmaz" bölümü, Nº 131.]

__________________________________________________________________

OTUZ SƏKKĠZĠNCĠ HƏDĠS

(Uca Allaha yaxın olmağın və sevgisini qazanmağın yolları)

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) demiĢdir: "Allah təalə buyurmuĢdur: "Kim Mənim dostumla

düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq

üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona vacib etdiklərimdir.

Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, hətta onu

sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və

gəzən ayağı olaram. Məndən istəsə, mütləq ona verərəm. Məndən sığınma

diləsə, mütləq ona sığınacaq verərəm." əl-Buxari rəvayət etmişdir.

[əl-Buxari: "Qəlbi yumĢaldan əməllər" kitabı, "Təvazökarlıq" bölümü, Nº 6502.]

__________________________________________________________________

Page 19: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

OTUZ DOQQUZUNCU HƏDĠS

(Dində çətinliyin olmaması)

Ġbn Abbas (radiyallahu anhu) rəvayət etmiĢdir ki, Peyğəmbər (sallallahu aleyhi va

salləm) buyurmuĢdur: "Allah mənə görə ümmətimin xata, unutqanlıq və

məcbur edildikəri işlərini bağışlamışdır." Həsən hədisdir. İbn Məcə, əl-Beyhəqi

və başqaları rəvayət etmişdir. (Hədis zəifdir)

[Ġbn Məcə: "Talaq" kitabı, "Məcbur edilərək və unutqanlıqla talaq" bölümü, Nº

2045;

əl-Beyhəqi: (7/357); əd-Dəraqutni: (4/170); Ġbn Hibban "Səhih" əsərində (16/202).]

__________________________________________________________________

QIRXINCI HƏDĠS

(Dünya axirətin tarlasıdır)

Ġbn Ömər (radiyallahu anhu) demiĢdir: Peyğəmbər (sallallahu aleyhi va salləm)

mənim çiyinlərimdən tutaraq buyurdu: "Dünyada bir qərib, yaxud yol keçən

adam kimi ol."

Ġbn Ömər deyərdi: "AxĢama çıxdıqda səhəri gözləmə, səhərə çıxdıqda axĢamı

gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün götür." əl-Buxari

rəvayət etmişdir.

[əl-Buxari: "Qəlbi yumĢaldan əməllər" kitabı, "Peyğəmbərin kəlamı: "Dünyada

qərib və ya yol keçən adam kimi yaĢa" bölümü, Nº 6416.]

__________________________________________________________________

QIRX BĠRĠNCĠ HƏDĠS

(Peyğəmbərə (sallallahu aleyhi va salləm) tabeçiliyin vacibliyi)

Əbu Muhamməd Abdulla ibn Amr ibn əl-As (radiyallahu anhu) demiĢdir:

Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuĢdur: "Sizlərdən hər birinizin

istəyi Mənim gətirdiyimə tabe olmayınca o, iman gətirmiş sayılmaz." Həsən-

səhih hədisdir. Onu "əl-Hüccə" kitabında səhih sənədlə rəvayət etmişik.

[əl-Bəğəvi: "ġərh Sünnə" (1/213) kitabında nəql etmiĢdir.]

__________________________________________________________________

Page 20: 40 H - kitabxana1.files.wordpress.com · aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət

QIRX ĠKĠNCĠ HƏDĠS

(Uca Allahın məğfirətinin geniĢliyi)

Ənəs ibn Malik (radiyallahu anhu) demiĢdir: Mən eĢitdim ki, Peyğəmbər

(sallallahu aleyhi va salləm) buyurur: Allah təalə demiĢdir: "Ey Adəm övladı, sən

Mənə nə vaxt dua etdin və Mənə nə vaxt ümid bəslədin, Mən sənin etdikərini

heç nəyə əhəmiyyət vermədən bağışladım. Ey Adəm övladı, əgər sənin

günahların göyün yüksəkliyinə çatarsa və sonra sən Məndən bağışlanma

diləyərsənsə, səni bağışlayaram. Ey Adəm övladı, əgər Mənim yanıma yer

boyda günahla gəlsən və sonra Mənə şərik qoşmadan Mənimlə qarşılaşsan,

sənin yanına yer boyda məğfirətlə gələrəm." ət-Tirmizi rəvayət etmiş və həsən-

səhih olduğunu söyləmişdir.

[ət-Tirmizi: "Dualar" kitabı, "Allah yüz mərhəmət yaratdı" bölümü, Nº 3540.]