32
1 Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən şükür və tərif yalnız Allaha məxsus- dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, On- dan bağışlanma və bizi doğru yola yönəltməyi di- ləyirik, nəfslərimizin şərindən və pis əməllərimiz- dən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahid- lik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. «Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz hal- da ölün!» 1 «Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədi- yiniz Allahdan və qohumluq əlaqələrini kəsmək- dən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.» 2 «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki,O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun El- çisinə itaət etsə, böyük bir uğur qazanar.» 3 1 Ali İmran, 102. 2 ən-Nisa, 1. 3 əl-Əhzab, 70-71.

Mˮrhˮmˮtli, Rˮhmli Allah n ad ilˮ · Mˮrhˮmˮtli, Rˮhmli Allahın ad ı il ... Adı ilə bir-birinizdən cürbəcür şeylər istədi-yiniz Allahdan və qohumluq əlaqələrini

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

  • 1

    Mərhəmətli, Rəhmli Allahın adı ilə!

    Həqiqətən şükür və tərif yalnız Allaha məxsus-dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, On-dan bağışlanma və bizi doğru yola yönəltməyi di-ləyirik, nəfslərimizin şərindən və pis əməllərimiz-dən qorunmaq üçün yalnız Ona pənah aparırıq.Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimiazdırarsa onu doğru yola yönəldən tapılmaz. Mənşahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqıolan məbud yoxdur, Onun şəriki yoxdur və şahid-lik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

    «Ey iman gətirənlər! Allahdan Ona layiq olantərzdə qorxun və ancaq müsəlman olduğunuz hal-da ölün!»1

    «Ey insanlar! Sizi tək bir candan xəlq edən, onunözündən zövcəsini yaradan və onlardan da bir çoxkişi və qadın törədib yer üzünə yayan Rəbbinizdənqorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədi-yiniz Allahdan və qohumluq əlaqələrini kəsmək-dən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.»2

    «Ey iman gətirənlər! Allahdan qorxun və doğrusöz danışın ki,O, sizin əməllərinizi islah etsin vəgünahlarınızı bağışlasın. Kim Allaha və Onun El-çisinə itaət etsə, böyük bir uğur qazanar.»3

    1 Ali İmran, 102.2 ən-Nisa, 1.3 əl-Əhzab, 70-71.

  • 2

    Ön söz

    Allaha şükürlər olsun ki, hal hazırda yaşadığı-mız dövrdə insanların pak dinimiz İslama, onun ər-kanlarına və başda Peyğəmbərimiz r olmaqla gör-kəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmə-yə meyli artır. Bu da təbii ki, müsəlmanların tərəq-qisi üçün çox faydalıdır. Dinimizə dönüş meyllərigücləndikcə insan təbiətinə xas olan xətaların datəbii olaraq ortaya çıxması müşahidə olunur. Bu xə-talardan biri də hikmətsizlikdir. Hikmətsizlik bə-zən gizli, bəzən də açıq şəkildə İslam dininə xələlgətirir ki, bundan da yad inanc sahibləri məharət-lə faydalanaraq müsəlmanları öz dinindən dön-dərməkdə istifadə edirlər. Elə bu səbəbdən də bukiçik risaləmdə adı çəkilən «xəstəliyə» toxunacaq,onun xüsusiyyətlərini izah edəcək, Allah və Onunrəsulunun r bu məsələyə dair mövqeyi ilə tanışolacaq və bu bəladan çəkinməyin yollarını izahedəcəyəm. Sözlərin ən doğrusu Allahın, yollarınən xeyirlisi isə Peyğəmbərimiz Məhəmmədin ryoludur. Allahdan bizi bu yoldan döndərməməkarzusu ilə…

    $$$$$

  • 3

    İnsan sonsuz elm sahibi olan Uca Allahın ya-ratdığı məxluqlar arasında xüsusi yeri olan bir var-lıqdır. Bu varlıq Rəbbi tərəfindən çox gözəl biçim-də yaradılmaqla bərabər, həm də bir çox keyfiy-yətləri ilə digər məxluqlardan fərqləndirilib. Buyaradılış, yəni insan müəyyən məqsəd üçün yara-dıldığından qarşısında qoyulan tələbləri həyatakeçirmək üçün bir çox nemətlərlə də mükafatlan-dırılıb. Bu nemətlərin sayı həddindən artıq çox ol-sa da onları iki qrupa bölmək olar:

    Birinci qrupa insanların hamısına verilən ne-mətləri, yəni göz, qəlb, əl, ayaq, nitq, ağız və s. aidetmək olar ki, bunlardan düzgün istifadə etməyibacaran insan aqil, bacarmayan isə cahil olur. UcaAllah bu nemətlər haqqında belə buyurur:

    «Allah sizi analarınızın bətnindən heç nə an-lamadığınız bir halda çıxartdı, sizə qulaq, göz vəürək verdi ki, bəlkə şükür edəsiniz.»1

    İkinci qrupa daxil olanlar isə Allahın yalnız is-tədiyi, Öz hikməti ilə rəva bildiyi şəxsə bəxş etdiyinemətlərdir ki, bunlara da Allahın hökmlərini düz-gün anlamaq qabiliyyətini, hidayət, elm, hikmətivə s. göstərmək olar.

    1 «ən-Nəhl» surəsi, 78.

  • 4

    Artıq məlum olduğu kimi bu risalədə məqsə-dim bu nemətlərdən birinə, yəni hikmətə toxun-maq, İslam kimi əzəmətli bir dinə dəvətdə hikmətməsələsini bir daha qardaşlarıma xatırlatmaqdır.İnsanın unutqan bir varlıq olduğunu Öz əzəli elmiilə bilən Allah Qurani Kərimdə Öz elçisinə beləbuyurur:

    «Sən xatırlat! Çünki xatırlatmaq möminlərəfayda verir».1

    Peyğəmbərimiz r bütün insanlara nümunə ola-raq göndərildiyi üçün Uca Allahın bu əmri onun ryolunu gedən bütün insanlara da şamil edilir. Bugün müsəlmanların gələcəyi, onların parlaq saba-hı, yetişən yeni nəslin həm fiziki, həm də mənəvibaxımdan sağlam böyüməsi naminə hər bir mü-səlman öz imkanlarını ortaya qoymalıdır. Müsəl-manların inkişaf etməsi üçün məsuliyyətli olan buillər Uca Allahdan bir imtahan olmaqla yanaşı, hərbir müsəlman üçün həm də çox şərəfli bir anlaryaşamaq fürsətidir. Mən belə dedikdə, dinimizəqayıdışın şərəfini və qürurunu yaşamağı nəzərdətuturam. Dinə qayıdışı müsəlmanların maarifpər-vər qüvvələri həyata keçirdiyi üçün bu sahədəuğurlarımız da nəzərəçarpacaq dərəcədədir. Bu iş-

    1 «əz-Zariyat» surəsi, 55.

  • 5

    də biz müsəlmanlar bir-birimizə arxa olmalı, insan-ları ən gözəl əxlaq dini olan İslama dəvət etməlivə bu işdə hikmət nümayiş etdirməliyik. İslamadəvət Uca Allah yanında bəyənilən əməl olmaqlabərabər, eyni zamanda çox ağır bir işdir. Bu iş də-vətçidən yüksək elm, əxlaq, səbr, mülayimlik vəhikmət tələb edir. Təsadüfi deyil ki, Uca Allah xe-yir içində olan insanın xüsusiyyətlərini sayarkənhaqqı tövsiyə edən insana da toxunaraq belə bu-yurub:

    «And olsun axşam çağına! Həqiqətən, insan zi-yan içərisindədir. Yalnız iman gətirib yaxşı işlərgörənlər, bir-birinə haqqı məsləhət görənlər vəbir-birinə səbirli olmağı məsləhət edənlərdən baş-qa.»1

    Bəli, ayədən göründüyü kimi ziyandan uzaqolmaq üçün İslama dəvət də daim gündəmdə sax-lanılmalıdır. Dəvətçi şəxsin ehtiyacı olacağı başlıcakeyfiyyətlərdən biri də hikmətdir. Hikmət, dəvət-çinin işinə təsir göstərən ən mühüm amillərdən bi-ridir. Bəs hikmət özü nə deməkdir? Hikmət sözü-nün mənası - «hər bir işi (zamanında, vaxtında) özyerinə qoymaq, istənilən məsələdə gecikməmək,tələsməmək və həddi keçməmək» deməkdir. İn-

    1 «əl-Asr» surəsi, 1-3.

  • 6

    sana bəxş edilən nemətləri qruplaşdıranda hikmə-tin yalnız Allahın Özünün istədiyi və layiq bildiyişəxsə verdiyini qeyd etmək düzgün olardı. Bu ba-rədə Uca Allah belə buyurur:

    «Allah istədiyi kəsə hikmət bəxş edir. Kiməhikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmiş-dir. Bunu isə ancaq düşüncəli insanlar anlayar-lar».1

    Dəyərli müsəlman qardaşlarım, bu ayədə in-san üçün çoxlu ibrətlər vardır. Birincisi, Uca Allahhikməti yalnız istədiyinə bəxş etdiyini deyir. De-mək, Allahın hikmət bəxş etmək istəmədiyi kəslərdə vardır. Heç bir şəriki olmayan Rəbbimizin in-sanların bir qisminə hikmət verməsi, digərləriniisə bundan məhrum etməsinin özü də Allahın hik-mətindən irəli gəlir. Hikmətdən məhrum olan in-san isə problemi özündə axtarmalıdır. Bu ayədəki«kimə hikmət verilmişsə, ona çoxlu xeyir verilmiş-dir» cümləsinə də diqqət yetirin. Görün bir Allahınbu neməti insanı hansı səviyyəyə çatdırır ki, Rəb-bimiz qızıl-gümüşü, oğul-uşağı, var-dövləti və s.deyil, məhz hikməti çoxlu xeyir adlandırır. Bununəksini fikirləşdikdə isə, yəni Uca Allahın kimisəhikmətdən məhrum etdiyini düşündükdə, ayəyə

    1 «əl-Bəqərə» surəsi, 269.

  • 7

    görə o insanın ziyan içində olması təsdiqlənir. Oinsan hətta yüksək mənsəb, var-dövlət sahibi olsabelə hikmətdən məhrum edilibsə, deməli ziyaniçindədir. Ayədəki «Allah kimə hikmət bəxş et-mişsə» ifadəsi isə bu nemətin irsi, anadangəlmədeyil, yalnız Uca Allahın istəyi və sonra insanındüzgün həyat fəaliyyəti sayəsində qazanıldığı ay-dınlaşır. Belə olan təqdirdə hikməti ilk öncə Alla-ha dua etmək, sonra elmə, elm əhlinə bağlı olmaq,gözəl əxlaq və s. keyfiyyətləri qazanmaqla əldə et-mək olar. Ayənin sonundakı «bunu ancaq ağıllıadamlar dərk edərlər» cümləsinin şərhinə isə eh-tiyac görmürəm.

    Ayədən bəlli olur ki, hikmət bəxş edilmiş insanxeyir içindədir. Deməli, insanın bu cür xeyirlə mü-kafatlandırılması yeganə səmavi din olan İslama də-vətlə öz bəhrəsini verməlidir. İnsanların ən xeyir-lisi Peyğəmbərimiz r olduğu təqdirdə. Uca Allahhətta ona da dəvətdə hikmətli olmağı əmr edir:

    «İnsanları Rəbbinin yoluna hikmətlə, gözəlöyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdəmübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşən-ləri də, doğru yolda olanları da yaxşı tanıyır».1

    1 «ən-Nəhl» surəsi, 125.

  • 8

    Bu ayədə ardıcıllıqla üç gözəl xüsusiyyət zikrolunur. Düzdür ayə Peyğəmbərimizə r müraciətformasında olsa da Uca Allah bu keyfiyyətləri hərbir möminə aid edir. İlk öncə Allah insanları Özdininə hikmətlə dəvət etməyi tövsiyə edir. Yəni,dəvət vaxtında, dəqiq və şəraiti nəzərə almaqla ol-malıdır. Tələsmək arzuolunmaz sonluqla nəticələ-nə bilər. Buna ən gözəl misal yenə Peyğəmbərimiz-dir r. Dəvətçilərin ən əfzəli olan Peyğəmbərimiz r13 il təkcə lə iləhə illəllah (yəni Allahdan başqaibadətə layiq haqq məbud yoxdur) kəlməsini təb-liğ edib. Dəvətin 13 il bu kəlimə üzərində qurul-ması insan oğlunun bu kəlimənin həqiqi mənasınıdərk etməmiş hər hansı bir günahdan çəkinməsi-nin qeyri mümkün olmaması ilə izah edilir. Bu il-lər bir də, insanın bu və ya digər günahı Allah xa-tirinə deyil, hansısa başqa bir səbəbə görə tərk edə-cəyi təqdirdə heç bir savab qazanmayacağını onaanlatmaq üçün lazım gəlmişdir. Əgər insanlarınən xeyirlisi və ağıllısı olan Peyğəmbərimizin rtəkcə bunu izah etməsi üçün 13 il tələb olunmuşsabizim tələsməyimiz əsl hikmətsizlik olardı. Pey-ğəmbərimizlə r bizim yaşadığımız dövr arasında14 əsrlik zaman fərqinin mövcud olmasına baxma-yaraq, insanların o dövrdə etdiyi günahlarla hal-

  • 9

    hazırda etdiyi günahları keyfiyyətcə araşdırdıqda,onların məzmunca eyni, lakin formaca dəyişdiril-diyinin şahidi oluruq.

    Bu ayədə toxunulan ikinci xüsusiyyət gözəlmoizə, gözəl danışıqdır ki, bu məsələ də Quranınbir çox yerində öz əksini tapıb. Uca Allah ayələrdəhətta kafirlə belə gözəl danışmağı bizə tövsiyəedir:

    «Fironun yanına gedin. Çünki o, həddini aş-mışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nə-sihət qəbul etsin, yaxud qorxsun!»1

    «Ən-Nəhl» surəsinin 125-ci ayəsində diqqətiçəkən üçüncü xüsusiyyət gözəl tərzdə mübahisəetmək bacarığıdır. Çox zaman dəvətçi mübahisəzamanı əsəbiləşərək hikmətsizliyə yol verir ki, buda sonda qarşı tərəfin onun dediklərini qəbul etmə-məsilə nəticələnir. Gözəl tərzdə danışmaq, moizəetmək, mübahisəyə qatılmaq asan iş deyildir. Bu-rada insandan yüksək həssaslıq tələb olunur. Çün-ki sən özün də bilmədən qarşındakı insanın qəlbi-nə toxuna bilərsən. İnsanlar etiqadlarında və əqi-dələrində müxtəlif olduqları üçün onların həqiqiİslam əqidəsinə dəvət üslubu da müxtəlif olur.Dəvətçi insanın cahil, bidətçi, kafir və ya müşrik

    1 «Taha» surəsi, 43-44.

  • 10

    (Allaha şərik qoşan) olmasını qətiyyən nəzərindənqaçırmamalıdır. Bu tip insanlarla mübahisə zama-nı onların etiqad və əqidəsinə hörmətsizlik göstə-rib təhqir etmək isə sünnəyə ziddir. Əvvəla, hərbir müsəlman İslam kimi əzəmətli bir dini təmsiletdiyi üçün əxlaqına fikir verməlidir. İkincisi dəbiz Peyğəmbərimizin r sünnəsi (yolu) ilə getdiyi-mizi unutmamalı, onun r yolunu böyük fəxrlə da-vam etdirdiyimiz üçün özümüzü Rəsulullahın radına layiq şəkildə aparmalıyıq. Unutmayaq ki, nəvaxtsa biz də düz yolda deyildik və Uca Allaha asi-lik nümayiş etdirərək günah işlər görürdük. Rəb-bimizin neməti olaraq haqla qarşılaşdıq və gözəlsurətdə dəvət olunduğumuz üçün bu haqqa bo-yun əydik. Buna görə Allaha şükürlər və həmd sə-na olsun!

    Əziz qardaşım, bundan sonra sən də kafirə, bi-dətçiyə, cahilə qarşı diqqətli ol! Çünki onlar malikolduqları etiqada və əqidəyə görə haqlı olduqları-nı zənn edirlər. Onlara səhf yolda olduqlarını an-latmaq isə məhz hikmət tələb edir. Elə bu səbəb-dəndir ki, Uca Allah hətta kafirin etiqadına beləsəbrlə yanaşmağı, onu təhqir etməməyi əmr edə-rək buyurur:

  • 11

    «Müşriklərin Allahdan başqalarına tapındıq-larını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düş-məncəsinə Allahı söyərlər. Biz hər bir ümmətəöz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə on-ların dönüşü öz Rəbbinə olacaq, O da nə etdiklə-ri barədə onlara xəbər verəcəkdir».1

    «Ey iman gətirənlər! Allah xatirinə ədaləti qo-ruyan şahidlər olun. Hər hansı bir camaata qarşıolan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin.Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allah-dan qorxun! Şübhəsiz ki, Allah nə etdikləriniz-dən xəbərdardır».2

    « Saziş bağladıqdan sonra onu pozmamış vəsizin əleyhinizə heç kəsə yardım göstərməmişmüşriklər istisnadır. Onlarla olan müqavilənizi,müddəti bitənədək yerinə yetirin. Həqiqətən,Allah müttəqiləri sevir».3

    Bu ayələrdən sonra belə bir sual meydana çı-xır: bəs İslam kafirə, müşrikə qarşı çıxmağı nə za-man halal edir? Cavabı yenə də Quran verir:

    «Allah din uğrunda sizinlə vuruşmayan və si-zi öz diyarınızdan qovub çıxartmayan kimsələrəyaxşılıq etmənizi və onlarla insafla davranmanı-

    1 «əl-Ən'am» surəsi, 108.2 «əl-Maidə» surəsi, 8.3 «ət-Tövbə» surəsi, 4.

  • 12

    zı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflıolanları sevir. Allah sizə ancaq sizinlə din uğrun-da vuruşan, sizi diyarınızdan qovub çıxardan vəçıxarılmanıza kömək edən kimsələrlə dostluq et-mənizi qadağan edir. Onlarla dostluq edənlər za-lımlardır.»1

    Baxın, bu İslam dinidir. Bu din hətta kafirə,müşrikə qarşı bu cür diqqətli olmağı tələb edir.Çünki İslam elm və hikmət üzərində qurulub. Bəsgörəsən bu cür saf bir dini zorakılıqda, terrordaittiham edənlərin bu ayələrdən xəbərləri varmı?

    Bu dinin kafirə münasibəti bu cür olduğu hal-da, bir çox qardaşlarımız bu cür təmiz bir dininnümayəndələri olduqlarını unudaraq nəinki ka-firə, müşrikə, bidətçiyə hətta öz yaxınlarına, xüsu-sən də valideynlərinə qarşı belə hikmətsizlik edir-lər. Bu məndə çox böyük təəssüf hissi doğurur.Düzdür, mən onu da başa düşürəm ki, biz uzunillər dinimizdən uzaqlaşdırıldığımızdan, onlar dabu mühitdə yaşadıqlarından bir çox məsələlərəqarşı sərt münasibət ifadə edir, Allaha tabe olmaq-dan çəkinir, çox zaman dinin qadağan etdiyi, lakinyad təsirlər nəticəsində «el adətlərinə» çevrilən

    1 «əl-Mumtəhinə» surəsi, 8-9.

  • 13

    tədbirlərə qatılmağa bizi təhrik edirlər, qəlbindəAllah qorxusu və sevgisi olanlarımızın imtina edə-cəyi təqdirdə bu valideyn-övlad konfliktinə çev-rilir. Lakin hətta bu tip anlaşılmazlıqlar belə bizəəsas vermir ki, valideynlərimizə qarşı nalayiq hə-rəkətlərə yol verək. Belə vəziyyətlə üzləşən qarda-şımız onlara hikmətlə dinin tələblərini izah etməli,bu cəhdlər nəticəsiz qaldıqda səbr edib onlar üçünAllahdan hidayət diləməlidirlər. Mən hətta deyər-dim ki, bu cavanlarımız üçün ən böyük imtahan-lardan biridir. Uca Allahın Qurani-Kərimdə Özü-nə münasibətdən sonra valideyni zikr etməsi mə-nim dediklərimi bir daha təsdiq edir:

    «Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana iləyaxşı davranmağı buyurmuşdur. Əgər onların bi-ri və ya hər ikisi sənin yanında qocalıq yaşına do-larsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırmavə onlara xoş söz söylə! Onların hər ikisinə rəhmedərək təvazökarlıq qanadının altına al və: “EyRəbbim! Onlar məni körpəliyimdən tərbiyə edibböyütdükləri kimi, Sən də onlara rəhm et!”– de».1

    Odur ki, əziz qardaşım, düşün ki, valideynlərhətta kafir olsalar belə, sənin onlara qarşı hikmət-sizlik etməyin müsəlmançılığımıza, xüsusən də Pey-

    1 «əl-İsra» surəsi, 23-24.

  • 14

    ğəmbərimizin r yoluna daim sadiq qalan bir qöv-mün adına yaraşan hərəkət deyil. Təəssüf ki, in-sanların böyük əksəriyyəti qohumluq əlaqələrinin,valideyn-övlad bağlılığının bir imtahan olaraq yal-nız bu dünyada mövcudluğundan, axirətdə isə be-lə bir bağlılığın olmayacağından xəbərsizdirlər.Əgər insanlar bu barədə məlumatlı olsaydılar vəbuna tam yəqinliklə inansaydılar, onda nə bir öv-lad valideynin üzünə ağ olardı, nə də bir valideynöz övladını dinə bağlı olub şəriət hökmləri ilə ya-şadığına və ya hər hansı başqa bir səbəbə görə haq-sız yerə incidərdi. Bu bağlılığın müvəqqəti bir halolduğuna toxunan Uca Allah Qurani-Kərimdə be-lə buyurur:

    «Qulaqbatırıcı bir səs gələndə – o gün insanqaçacaq öz qardaşından, anasından, atasından, ar-vadından və övladlarından! O gün onlardan hərbirinin yetərincə işi olacaqdır.»1

    Elə bu səbəbdəndir ki, göndərildiyi qövmlərəöz əxlaqı ilə nümunə olan peyğəmbərlər insanlarıbu məsələdə çaşmamağa çağırıblar. Onlara bir im-tahan olaraq yaradılan dünya fitnəsinə uymamağıtövsiyə ediblər. İbrahim peyğəmbərin u, atası

    1 «Əbəsə» surəsi, 33-37.

  • 15

    Azəri dinə dəvət etməsi bu mənada hamınıza nü-munə olmalıdır!

    «Bir zaman o, atasına demişdi: “Atacan! Nəüçün eşitməyən, görməyən və sənə heç bir fayda-sı olmayan bir şeyə sitayiş edirsən? Atacan! Hə-qiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir.Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan!Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhə-mətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki,Mərhəmətli Allahdan sənə bir əzab toxunsun vəbeləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sənmənim məbudlarımdan üzmü çevirirsən, ey İb-rahim!? Əgər buna son qoymasan, səni mütləqdaşqalaq edəcəyəm. Uzun müddət məndən uzaqol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəb-bimdən sənin üçün bağışlanma diləyəcəyəm. Hə-qiqətən, O mənə qarşı çox lütfkardır».1

    Bax qardaşım! İbrahim peyğəmbərin u atasıkafir idi və kafir olaraq da öldü. Lakin onun kafirolmasına rəğmən peyğəmbəru ona "atacan" deyəmüraciət edir. Hətta atası onu qovduqda belə onasülh, əmin-amanlıq arzulayır və onun üçün bağış-lanma diləyəcəyini bildirir. Uca Allah isə müşrik,kafir üçün bağışlanma diləməyi hər bir peyğəmbə-

    1 «Məryəm» surəsi, 42-47.

  • 16

    rə və onların ardıcıllarına qadağan edərək belə bu-yurur:

    «Müşriklərin Cəhənnəm sakinləri olduqlarıonlara bəlli olduqdan sonra, qohum olsalar belə,Peyğəmbərə və möminlərə onlar üçün bağışlan-ma diləmək yaraşmaz. İbrahimin öz atası üçünbağışlanma diləməsi isə sadəcə ona verdiyi vədəgörə idi. Atasının Allaha düşmən olduğu onabəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqi-qətən, İbrahim Allaha çox yalvaran həlim birkimsə idi».1

    Müsəlman qardaşım! Əsl hikmət bax elə budurki, İbrahim peyğəmbərinu timsalında Uca Allahonu bizə nümunə göstərir. Bu peyğəmbərin dəvə-tindəki hikmətə bu gün çoxlarının ehtiyacı olduğuşübhəsizdir. Doğru yolda olduğunu görən Allahonu mükafatlandıraraq məqamını yüksəldir. UcaAllah bu barədə belə buyurur:

    «İbrahim onları və onların Allahdan başqa yal-vardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı vəYaqubu bəxş etdik. Biz onların hər ikisini pey-ğəmbər etdik. Biz onlara öz mərhəmətimizdən ətaetdik və gələcək nəsillər həmişə yada salsın deyəonlara yaxşı ad qismət elədik».2

    1 «ət-Tövbə» surəsi, 113-114.2 «Məryəm» surəsi, 49-50.

  • 17

    Bu ayədəki mücdə hikmətli olub, gözəl həyattərzi yaşayan, insanların tənəsindən qorxmayıbAllahın adını uca tutan insanın Uca Allah tərəfin-dən bir gün mütləq ucaldılacağına əsl sübutdur.Bir daha sizi dünyaya gəlməyinizdə səbəbkar olanvalideynlərinizə qarşı mülayim, itaətkar və hik-mətli olmağa çağırıram. Allah köməyiniz olsun!Mömin olan şəxs bilməlidir ki, onun dəvətinin sə-mərəli olması üçün o müəyyən gözəl xüsusiyyət-lərə malik olmalıdır. Bu xüsusiyyətlərin sayı ümu-mən çox olsa da onların içində beş xüsusiyyət xü-susilə seçilir. Bunlar təqva (Allah qorxusu), ixlas(hər işi yalnız Allah rizasını qazanmaq üçün et-mək), elm, təvazökarlıq və mülayimlikdir. Bu xü-susiyyətlərin hər birinin üzərində ayrıca dayan-mağı məsləhət bilirəm.

    Təqva - Peyğəmbərimizin r səhabələrinə tez-tez etdiyi bir nəsihətdir. Bu məfhum əvvəl qeydetdiyim kimi Allah qorxusu mənasını daşıyır. Allah-dan qorxmaq, Onun qadağan etdiyi şeylərdən çə-kinmək, Peyğəmbərimizə r tabe olmaq, onun töv-siyələrinə daim riayət etmək təqvalı olmaq demək-dir. Biz bu gün özümüzü Peyğəmbərimizin r ar-dıcılı sayırıqsa, onun r hər dəfə səhabələri y qar-şısındakı çıxışında «təqvalı olun!» tövsiyəsini də

  • 18

    heç zaman unutmamalıyıq. Təqva barəsində istərQurani-Kərimdə, istərsə də Peyğəmbərimizin rsünnəsində (səhih hədislərdə) kifayət qədər dəlil-lər vardır. Uca Allah Quranda belə buyurur:

    «… Kim Allahdan qorxarsa, Allah onun işiniasanlaşdırar».1

    Ayənin bu hissəsində Uca Allah Ondan qorxanşəxsin işlərini asanlaşdıracağını vəd verir. Bununəksi, yəni Allahdan qorxmamaq işlərin çətinləşə-cəyi ilə nəticələnmək deməkdir. Deməli, bu günçətinliklə üzləşən hər bir insan anlamalıdır ki, o,ya Allahdan lazımınca qorxmur və buna görə dəproblemlər ilə üzləşir, ya da Uca Allah onu buçətinliklərlə imtahan edir. Çətinliyin hardasa UcaAllahın imtahanı ola biləcəyi fikrinə gəlincə isəPeyğəmbərimizin r həyatını buna misal göstərməkolar. Allahdan ən çox qorxan Peyğəmbər r idisədə Rəbbimiz onu aclıq, çətinlik və nəhayət üç oğulitkisi ilə imtahana çəkdi. O r nə yolundan döndü,nə də dəvətdən və ibadətdən yayındı. Ayədəki«işlərini asanlaşdırmaq» dedikdə burada həmçi-nin o şəxsin dəvəti də qəsd edilə bilər. Yəni UcaAllah dəvətçinin işini asanlaşdırar, İslama dəvət

    1 «Talaq» surəsi, 4.

  • 19

    etdiyi şəxs onu düzgün anlayar, dediklərini qəbuledər və özünə qarşı insanlarda nifrət oyatmaz.Çünki dəvət edilən şəxs həqiqi müsəlman əxlaqınıöz gözü ilə görəcək, aradan kin və anlaşılmazlıqqaldırılacaq.

    Təqvalı olmaq eyni zamanda Uca Allahın hör-mətini qazanmaq deməkdir. Bizim hər birimiz ət-rafdakıların hörmətini qazandıqda sevinirik və buda təbiidir. İndi baxın görün Allahın hörmətini qa-zanmaq nə dərəcədə xöşbəxtlikdir. Bu barədə UcaAllah belə buyurur:

    «Ey insanlar! Biz sizi kişi və qadından yarat-dıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalq-lara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah ya-nında ən hörmətli olanınız Ondan ən çox qorxa-nınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdar-dır».1

    Təqvalı insanın dəvəti hikmətli olur. Yəni təq-va dəvətçini ədalətli, niyyəti düz olmağa, qarşısın-dakına alçaq gözlə baxmamağa sövq edir. Unut-maq olmaz ki, bizim hamımız insanıq və elə bu sə-bəbdən də müəyyən səhvlər edirik. Məsum yalnızpeyğəmbərlər olub. Əgər bu belədirsə səhvi olan,yolunu azan insanı bataqlıqda qoymaq əsla düz-

    1 «əl-Hucurat» surəsi, 13.

  • 20

    gün deyil. Biz bir müsəlman olaraq əl uzadıb onla-rı o bataqlıqdan çıxarmalıyıq. O insan küfr, şirk, bi-dət etsə belə bizim borcumuz onu başa salmaqdır.Onların xətasına, etiqad və əqidəsinə gülüb isteh-za etmək də hikmətsizlikdir. Təqvalı insan UcaAllahın aşağıdakı ayəsindən xəbərdar olmalıdır.

    «Ey iman gətirənlər! Bir camaat digərini məs-xərəyə qoymasın. Ola bilər ki, bunlar onlardandaha yaxşı olsunlar. Qadınlar da qadınları lağaqoymasınlar. Ola bilər ki, bunlar onlardan dahayaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdik-dən sonra fasiq adlanmaq necə də pisdir. Məhztövbə etməyənlər zalımlardır».1

    Müsəlmanın səhvini dərhal kəskin qəbul edibpis zənn etmək də təqvadan uzaq, hikmətsiz birhərəkətdir. Sələf alimlərindən biri deyir ki, əgərmüsəlman qardaşımın hər hansı bir səhvi barəsin-də mənə xəbər verilərsə, onun bu hərəkətinə yet-miş cür bəraət axtararam. Ola bilər o bunu bilmə-dən edib və ya ona səhv yol göstəriblər və s. Də-qiqləşdirmədən hökm verməyin özü də hikmət-sizlikdir.

    1 «əl-Hucurat» surəsi, 11.

  • 21

    Qeyd etdik ki möminə xas ikinci gözəl xüsu-siyyət ixlasdır. Mömin olan insan daim niyyətinintəmizlənməsinə çalışmalıdır. Yəni insan ola bilərki, axşam bir niyyətdə olsun, səhər isə tamam baş-qa niyyətlə günə başlasın. Şeytan hər addımda bi-zə vəsvəsə edir ki, niyyətimizi dəyişək, ixlasdanuzaqlaşaq. Sufyan əs-Səuri məhz bu səbəbdən de-yib ki: «Ən çətin islah etdiyim şey niyyətimdir».1Mömin etdiyi bütün gözəl əməlləri ixlasla yalnızAllah xatirinə etməlidir. Bu məsələdə bəşər sevgi-si, dünya mənfəəti düşünmək insanın ixlasını orta-dan qaldırır. Əksinə gözəl əməli Allah xatirinə et-dikdə Uca Allah o insana həm bəşər sevgisi, həmdə dünya mənfəəti nəsib edir. Uca Allah ixlaslayaxşı əməl edən insanı aşağıdakı kimi vəsf edərəkbuyurur:

    «İnsanları Allaha tərəf çağıran, yaxşı iş görənvə: “Həqiqətən, mən müsəlmanlardanam!”– de-yən kəsdən daha gözəl söz deyən kim ola bilər?»2

    İxlasla bağlı fikri ümumiləşdirərək demək istə-yirəm ki, ixlas əməllərin Allah yanında qəbul edi-lib edilməməsində rol oynayan başlıca şərtlərindən-dir. Kasıbdır o kəs ki, ömrü boyu yaxşı əməllər et-

    1 «Təzkiratu-s-sami vəl-mutəkəllim» əsəri, səh. 68.2 «Fussilət» surəsi, 33.

  • 22

    sin və haqq-hesab günü bu əməllərin qəbul edil-məməsinin şahidi olsun. Bu cür vəziyyətə düşmək-dən Allaha sığınırıq! Amin!

    İslam dəvəti ilə məşğul olan möminin növbətigözəl xüsusiyyəti elmdir. Çünki dəvət elmsiz edi-lərsə bu arzuolunan nəticəni verməz. Bu din elmüzərində qurulduğu üçün onu kiməsə elmsiz an-latmaq gülünc görünür. İslamda hər bir hökm, hərbir qayda dəlilə, sübuta əsaslanır. İslam Uca Allahyanında qəbul olunacaq yeganə dindir. Bu barədəUca Allah belə buyurur:

    «İslamdan başqa bir din axtaran şəxsdən, odin heç vaxt qəbul olunmaz və o, axirətdə ziyanauğrayanlardan olar».1

    Əgər bu belədirsə onda bu dinin inkaredilməzdəlillərə söykənməsi də şübhəsiz görünməlidir.Uca Allah bu barədə belə buyurur:

    «De: “Bu, mənim yolumdur. Mən və mənə ta-be olanlar, mötəbər dəlillərə əsasən, insanlarıAllaha tərəf çağırırıq. Allah pakdır, müqəddəs-dir. Mən də müşriklərdən deyiləm”».2

    Ayədən göründüyü kimi Allahın yoluna yalnızelmlə, dəlillərlə və hikmətlə dəvət etmək lazımdır.

    1 «Ali-İmran» surəsi, 85.2 «Yusuf» surəsi, 108.

  • 23

    Peyğəmbərimizin r özü və ondan sonra yaşamışsəhabələri də bu qaydaya riayət etmişlər. Elə busəbəbdən də peyğəmbərimiz r onları elmə həvəs-ləndirərək demişdir: «Cənnət bağlarının yanındanötüb keçdikdə orada dincəlin və zövq alın». Səha-bələr soruşdular: «Ey Allahın elçisi! Haradadır oCənnət bağları? (Axı hələ qiyamət qopmayıb?)» Odedi: «Bu elm məclisləridir».1 Həqiqətən elm məc-lisindən sonra insan özündə bir rahatlıq hiss edir,yeni günə həvəs və tam yəqinliklə başlayır. Çünkibelə məclislərdən sonra bir daha əmin olur ki, hərşey bu dünya ilə bitmir və axirət deyilən bir mə-qam da var ki, orada mömini heç bir sıxıntı və yaçətinlik gözləmir. İnsan bu dünyanın bütün naz-nemətinə sahib olsa belə yenə onun qəlbi rahatlıqtapmır. İnsanların da yalnız cuzi bir hissəsi budünyada istədiklərinə, arzu etdiklərinə çatır. Di-gərləri də bunları əldə etmək üçün o qədər çalışır-lar ki, sonda yaradılışın əsl mənasını unudurlar.Hətta öz istəklərinə nail olanlar belə bir müddətsonra sıxıntı duymağa, qəlb rahatsızlığı hiss etmə-yə başlayır. Çünki əldə etdikləri onun üçün adilə-şir və o yenə də nə isə bir yenilik axtarışına başla-

    1 «Silsilətul əhadis əs-səhihə», 2562 - ci hədis. Bu hədis həsəndir.

  • 24

    yır. Nə isə yeni, daha maraqlı bir şey ortalığa çıx-mayanda isə bu cür insanların həyatı iztirablarladolur. Çünki çoxları hələ dərk edə bilmir ki, dün-ya həzzi müvəqqəti və ən başlıcası isə məhdud-dur. Deməli, hər iki halda: yəni kasıbçılıqda da,firavan həyatda da insan qəlbi rahat olmur. Əslaqil insan isə yaradılışın mahiyyətini, mənasını in-sana həm yoxsulluqda, həm də firavanlıqda rahat-lıq verməyən qəlbin hisslərini və digər bizə mə-lum olmayan halların mövcud olmasında bir mə-na, bir hikmət gizləndiyinin fərqindədir. Məxluqa-tın ən xeyirlisi və ağıllısı olan Peyğəmbərimiz röz ətrafındakı səhabələrini elm məclislərində işti-rak edib qəlb rahatlığı tapmağa çağırmasını, onla-ra ancaq belə yerlərdə rahat olacaqlarını bildirmə-si də onun r bu dünya zövqünün yalnız keçici birhiss olmasına tam yəqinliklə inanması ilə izah et-mək olar.

    Dəyərli qardaşım, indi bax gör hansı daha yax-şıdır. Peyğəmbərimizin r dəvəti bu cür hikmətliolduğuna görə onun ardıcıllarının sayı günü-gün-dən artırdı.

    İslama dəvət edən möminə xas dördüncü gözəlxüsusiyyət təvazökarlıqdır. Təvazökarlıq insanıhəm daxildən, həm də xaricdən gözəlləşdirən bir

  • 25

    amildir. Heç şübhəsiz ki, sizin hər biriniz küçədə,avtobusda və ya ümumiyyətlə, ictimai yerlərdəözünü təkəbbürlü aparan insanlarla rastlaşmısınızvə təkəbbürlə gəzən insanın kənardan necə gülüncvə xoşagəlməz olduğunun da şahidi olmusunuz.Əgər bu hal sizdə ikrah hissi oyadırsa, deməli si-zin də özünüzü belə aparmağınız ətrafınızdakılar-da ikrah hissi oyadacaq. Uca Allah Quranda tə-kəbbürlü insana yaradılışı barədə düşünməyi töv-siyə edir. Həqiqətən də insan nədən yarandığını vəhansı mərhələlərdən keçib dünyaya gəldiyini biranlıq düşünsə heç vaxt təkəbbürlük etməz. Onuntəkəbbürlülüyü çox vaxt var-dövləti, oğul-uşağı,cəmiyyətdəki mövqeyi və digər məsələlərlə bağlıolur. Lakin düşüncəsi olan insan çox gözəl bilir ki,onun malik olduğu bu nemətlər heç onun da de-yildir. Bu nemətlərin hamısı Allaha məxsusdur.Çünki ölüm mələyi insanın gözünə görünən kimio şəxs artıq bu nemətlərin sahibi olmaq qüvvəsiniitirir. Ölüm mələyi isə hər dəqiqə insanın gözünəgörünə bilər. Belə ki, bu məsələni insan deyil, bü-tün nemətləri ona verməklə bəzisini azdıran vəbəzisini də mükafatlandıran Allah həll edir. Beşdəqiqə sonra sağ olacağınıza heç vaxt əmin ola bil-məzsiniz. Uca Allah hətta peyğəmbərləri belə bu

  • 26

    bəlaya yoluxmaqdan çəkindirib. Ayələrin birindəbelə buyurulur:

    «Səhər və axşam çağı Rəbbinin Üzünü dilə-yərək Ona dua edənlərlə birlikdə özünü səbirliapar. Dünyanın bərbəzəyini istəyərək nəzərləri-ni yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdanxəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan vəişləri səmərəsiz olan bir kimsəyə itaət etmə!»1

    Ümumiyyətlə elmi olan insan təkəbbürlük et-məməlidir. Xüsusən də dəvət zamanı bu hal bəyə-nilmir. Dəvətdə hikmətli olan insan tam yəqinlikləbilməlidir ki, ondan da böyük alimlər olub və ola-caq. Məsələn, Buxari kimi böyük alimin Səhih əsə-ri on iki əsrdən artıq bir müddətdir ki, bütün nə-sillər tərəfindən sevilə-sevilə oxunur. Allahın ver-diyi nemətlərə görə təkəbbürlük edənləri Allah dasevməz. Çünki heç kəs Qurani-Kərimdən və ya Pey-ğəmbərimizdən r bircə dənə də olsun dəlil gətirəbilməz ki, cəmiyyətdə puluna, imkanına, adamı-na, oğul-uşağının sayına görə sayılıb seçilən insanAllah yanında da eyni hörmətə malikdir. Əksinə,Uca Allah Öz yanında ən hörmətli insana toxuna-raq deyir ki:

    1 «əl-Kəhf» surəsi, 28.

  • 27

    «Şübhəsiz ki, Allah yanında ən hörmətli ola-nınız Ondan ən çox qorxanınızdır. Həqiqətən,Allah Biləndir, Xəbərdardır».1

    Peyğəmbərimiz r də bu barədə belə deyir: «KimAllahın rizasını qazanmaq üçün təvazökarlıq edər-sə, Allah da onu ucaldar».2 Bir də unutmayın ki,Allahın sevimlisi olmaq yaşla bağlı deyil. Əbu Bəkrt deyir: «Ola bilər ki, Allah yanında az yaşlı olançox yaşlı olanlardan daha hörmətli olsun».3

    Möminə xas beşinci gözəl xüsusiyyət mülayim-likdir. Dəvətçi şəxs dəvət etdiyi insanla mülayimolmasa, onun dəvəti heç vaxt alınmayacaqdır. İn-sanlar heç zaman onun ətrafında toplaşmayacaq-lar. Belə bir vəziyyəti Öz elçisinə r xatırladan UcaAllah belə buyurur:

    «Allahın mərhəməti sayəsində sən onlarla mü-layim rəftar etdin. Əgər sən kobud və daş qəlbliolsaydın, onlar hökmən sənin ətrafından dağılı-şardılar. Sən onların günahından keç, Allahdanonların bağışlanmalarını dilə və görəcəyin işlərbarədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə

    1 «əl-Hucurat» surəsi, 13.2 Əhmədin «Müsnəd» əsəri, 1/44; Albaninin «Səhihul Camius-Sağir» əsəri,

    6162.3 Deyləminin «Firdovs» əsəri, 5/159.

  • 28

    isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvək-kül edənləri sevir».1

    İnsanlarla onların yaşlarına, baxışlarına, anla-ma dərəcəsinə müvafiq danışmaq da mülayimli-yin əlamətlərindəndir. Möminlərin sevimlisi, Pey-ğəmbərimizin r sünnəsinə daim sadiqlik nümayişetdirən Əli ibn Əbu Talibt belə demişdir: «İnsan-larla onların başa düşdüyü tərzdə danışın. Allahvə onun rəsulunun r təkzib olunmasınımı istəyir-siniz?»2

    Dəyərli qardaşlarım, İslama dəvət zamanı yu-xarıda adlarını çəkdiyim gözəl insanların - ƏbuBəkrt və Əli ibn Əbu Talibin t tövsiyələrini unut-mamağı da sizə məsləhət edirəm. Onlar Peyğəm-bərimizin r səhabələri idi və xeyirdə bizdən də üs-tün idilər. Peyğəmbərimizə r gəlincə isə dəvətdəvə hikmətdə onun kimisi nə ondan öncə, nə də on-dan sonra olmayıb və bundan sonra da olmaya-caq. Peyğəmbərimiz r Muaz ibn Cəbəli t Yəmə-nə göndərdikdə ona belə demişdir: «Sən kitab əh-lindən olan bir qövmün yanına gedirsən, elə isəonları (tövhidə) "əşhədü ən lə iləhə illəllahu və əş-hədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə

    1 «Ali-İmran» surəsi, 159.2 Buxarinin «Səhih» əsəri, 1/95;

  • 29

    dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər verki, Allah onlara gün ərzində beş vaxt namaz qıl-maqlarını fərz1 buyurmuşdur. Buna da itaət edər-lərsə, o qövmə xəbər ver ki, Allah onlara varlıla-rından götürülüb kasıblarına paylanan sədəqənin(zəkatın) verilməsini fərz buyurmuşdur. Buna daitaət edərlərsə, onların ən qiymətli mallarını gö-türməkdən çəkin! Habelə məzlumun duasındanqorx! Həqiqətən, onun duası ilə Allahın arasındaheç bir maneə yoxdur»2

    Baxın bu da Peyğəmbərimizin r dəvət üslubu-dur. O r məsələləri böyükdən kiçiyə qədər mər-hələləyərək əvvəlkini qəbul edəcəkləri təqdirdənövbəti olana keçməyi tövsiyə edir. Bu da iki kəl-məsindən biri «qılınc müsəlmanıq» deyənlərin fi-kirlərinin əsassız və böhtan olmasına bir dəlildir.İslam qılıncla deyil, təbliğ yolu ilə yayılıb. Tarixdəbu barədə çoxlu məlumatlar mövcuddur. Peyğəm-bərimizin r dəvətdə hikmətinə gəlincə isə bu gündünyamızın hazırkı durumunda belə bir insanaehtiyac daha çoxdur. O peyğəmbərlərin sonuncu-su oldu. Onun r yolunu gedən möminlərin başlı-

    1 Hər bir müsəlmana vacib olan əməl.2 Buxarinin «Səhih» əsəri, 1395; Muslimin «Səhih» əsəri, 121.

  • 30

    ca vəzifəsi Rəsulullahın r risaləsini hikmət, əxlaqvə mülayimliklə yaymaqdır ki, belə olacağı təqdir-də İslama zidd fikirlər öz-özlüyündə ortadan qal-xacaq. Hətta inanın ki, gözəl, mülayim rəftar kafiriilk anda belə mövqeyindən döndərib müsəlmanedə bilər. İmranın t atası Hüseyn müşrik bir insanidi. Öz tayfasında çox hörmətli ağsaqqallardan bi-ri sayılırdı. Qureyşlilər onun yanına gəlib ondannəsihət istəyib deyirlər ki, bəs Məhəmməd r bi-zim bütləri təhqir edib deyir ki, onlar sizə nə bir xe-yir, nə də bir zərər verə bilməz. Ondan xahiş edir-lər ki, Məhəmmədin r yanına gedib ondan belədanışmamasını nəsihət etsin. Hüseyn onların xa-hişini nəzərə alıb Peyğəmbərimizin r yanına yol-lanır. Peyğəmbər r onu çox gözəl qarşılayıb otur-maq üçün yer göstərir. O, ona göstərilən yerdə əy-ləşib Peyğəmbərdən r soruşur: "Ya Məhəmməd!Doğrudurmu ki, sən bizim bütləri təhqir edirsən?"Peyğəmbərimiz r onun sualını çox gözəl şəkildəelə sualla cavablandıraraq soruşur: "Ya Hüseyn nəqədər ilahiyə ibadət edirsən?" O, isə cavabında : "Bi-rinə göydə, yeddisinə yerdə" söyləyir. Peyğəmbə-rimiz r onun bu cavabından sonra soruşur: "Yax-şı, sənə qəflətən bəla gəldikdə kimə müraciət edir-sən?" O deyir: "Yalnız göydəkinə". Onda Peyğəm-

  • 31

    bərimiz r növbəti sualı verir: "Bəs nə üçün gələnbəladan səni qoruyana, sənə istədiklərini verənəyerdəkiləri şərik qoşursan?". Hüseyn fikirləşir ki,doğrudan da Məhəmməd r düz deyir. Doğrudanda göydə olan Allah kifayət etdiyi halda yerdəkibütləri, daşları vasitəçi etmək, şərik qoşmaq ağılabatan iş deyil. Lakin burada onun diqqətini çəkənvə xoşuna gələn bir hal da Məhəmmədin r fikirlə-rində dünya mənfəətindən uzaq, sırf Allah qorxu-su, ixlas, hikmət, mülayimlilik və insanpərvərliyinolması idi. O, dərhal şəhadət gətirərək müsəlmanoldu. Yanında oturan Qureyşlilər isə Məhəmmə-din r onu iki cümlə ilə yoluna gətirdiyindən hey-rətlərini gizlədə bilmirdilər. Peyğəmbərimiz r sə-habələrinə tapşırır ki, onu evinə qədər ötürsünlər.İmran ibn Hüseyn t qalxıb atasının başından vəəllərindən öpür. Peyğəmbərimiz r isə onun ardın-ca baxıb deyir: «Baxın, kafir kimi gəldi, müsəlmanolaraq getdi».1

    Əziz qardaşlarım, Peyğəmbərimizin r bu cürdavranması hamımıza bir örnəkdir. Axı biz özü-müzü onun ardıcılı hesab edirik. Əgər siz də də-vət etməkdə ona r oxşasanız inanın ki, dəvət etdi-

    1 İbn Həcərin «İsabə» əsəri, 2/87.

  • 32

    yiniz insan heç vaxt deməyəcək ki, "siz düz demir-siniz", "mən dədə-babamdan belə görmüşəm" və s.Bir daha vurğulamaq istəyirəm ki, hər şeydən ön-cə valideynlərinizlə bu cür hikmətlə davranın! Daimtəqvalı olun, yalnız Allahdan qorxun və yalnızOndan bağışlanma diləyin. O həqiqətən, Bağışla-yan və Rəhmlidir. Peyğəmbərimiz r buyurub: «Hə-qiqətən Allah ümmətinin bilməyərəkdən, unut-qanlıqdan və məcburiyyət qarşısında etdiyi xəta-larını bağışlayıb».1

    Allah hamınızın günahlarını bağışlasın və biziqiyamət günü Peyğəmbərimizlə r birlikdə Kövsərhovuzu ətrafında toplananlardan etsin! Amin!

    Əssəlamu-aleykum və rəhmətullahi və bərəka-tuh!

    1 Daraqutninin «Sunən» əsəri, 4/170; Albaninin «Səhihul Camius-Sağir»əsəri, 6162.