33
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Ədəbiyyat” dərslik komplektində verilmiş materiallara dair İLKİN RƏY

Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

  • Upload
    others

  • View
    0

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif

“Ədəbiyyat” dərslik komplektində verilmiş materiallara

dair

İLKİN RƏY

Page 2: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Respublikanın ümumtəhsil məktəblərinin

8-ci sinifləri üçün “Ədəbiyyat” dərslik

komplekti

Müəlliflər:

Bilal Həsənli

Soltan Hüseynoğlu

Sədaqət Məmmədova

Aynur Mustafayeva

Nuriyyə Verdiyeva

Bakı: Bakı Nəşr - 2015.

Page 3: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmun xətləri:

1. Ədəbiyyat və həyat həqiqətləri

2. Şifahi nitq

3. Yazılı nitq

4. Dil qaydaları

məzmun xətləri üzrə 5 əsas və 15 alt standartın

reallaşdırılmasına yönəlmişdir.

Page 4: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan,

hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən,

sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.

1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan,

hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.

1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema)

hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.

1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram poema) janr

xüsusiyyətlərini müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii

təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.

Page 5: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri

1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş

etdirir.1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ

və janr baxımından müqayisə edir.

1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə

əsaslanmaqla səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii

təzad, kinayə) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya

xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

Page 6: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmun xətləri üzrə əsas və alt

standartlar2. Şifahi nitq

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir

və ifadə vasitələrindən istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.

2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş

etdirir.2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

3. Yazılı nitq

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.

3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə

münasibət bildirir.

3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər

(inşa, esse, məruzə) yazır.

Page 7: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Ümumi təhsili həyata keçirən bütün təhsil

müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti

və digər tədris vasitələrinin elmi-metodiki

monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

Page 8: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu

1.2. Materialların elmiliyi və müasir elmi baxışlara

uyğunluğu

1.3. Materialların elmi-metodiki baxımdan mübahisə

doğurmaması

1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın

reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin

mümkünlüyü

1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin

gözlənilməsi

Page 9: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə

nail olmağa imkan verməsi

1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi

1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf

etdirən fəaliyyət xətləri arasında mütənasibliyin

gözlənilməsi

1.9. Fəndaxili və fənlərarası inteqrasiya

1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiq-

yönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə

alınması

Page 10: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı

uyğunluq

1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji

və metodiki baxımdan vaxtında verilməsi

1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması

1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və

sosial inklüziya, tolerantlıq prinsiplərinin təmin

olunması

1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və

tarixinə hörmətin gözlənilməsi

1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli

istifadənin təbliğ olunması

Page 11: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

2. Dil və yazı üslubu baxımından

2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki

fikirlərin, onların ifadə tərzinin şagirdlərin yaş

səviyyəsinə uyğunluğu

2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir

dərs üçün nəzərdə tutulmuş materialda yeni termin və

sözlərin sayının həddindən artıq olmaması

2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması

2.4. Materialların şagirdlərin dünyagörüşünün formalaşdı-

rılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin

inkişafına təsir səviyyəsi

Page 12: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

3. Dizayn və bədii tərtibat baxımından

3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların

dərsliyin məzmununa uyğunluğu

3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənil-

məsinə köməkliyi

3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu

3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğun-

luğu

Page 13: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

3. Dizayn və bədii tərtibat baxımından

3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların

reallığı əks etdirməsi

3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması

3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə

olunması

3.8. Vahid dizaynın qorunması

Page 14: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Parametrlər üzrə monitorinq meyarları

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

4.1. Tapşırıqların mövzularla uyğunluğu

4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi

4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün

tapşırıqların verilməsi

4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının

mütənasibliyi

4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi, elmiliyi,

gündəlik həyatdan götürülməsi

Page 15: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

1. Giriş

1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,

tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,

tövsiyə olunan iş planı

1.2. Təlim texnologiyaları haqqında məlumat

1.3. Mövzular üzrə alt standartların xəritəsi

Page 16: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

2. Planlaşdırma

2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması

2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş

materiallarla əlaqənin təmin olunması

2.3. İstifadə olunan təlim texnologiyasının idrak taksonomiyası-

nın mərhələləri ilə əlaqələndirilməsi

2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin

koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına

yönəlməsi

Page 17: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

2. Planlaşdırma

2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar,

xəritələr, sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması

2.6. İllik və gündəlik planlaşdırma nümunəsi

2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli

2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Page 18: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

3. Mövzuların tədrisi texnologiyası

4. Qiymətləndirmə

5. Əlavə materialların verilməsi

6. İstifadə olunan mənbələr

Page 19: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dərsliyin strukturu

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Dərslikdə verilmiş materiallar “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”,

“Yazılı nitq” məzmun xətləri üzrə 5 əsas və 15 alt standartın reallaşdırılmasına

yönəlmişdir.

Dərslik “Qədim dövr Azərbaycan ədəbiyyatı”, “Orta dövr

Azərbaycan ədəbiyyatı”, “Yeni dövr Azərbaycan ədəbiyyatı – I mərhələ”,

“Yeni dövr Azərbaycan ədəbiyyatı – II mərhələ”, “Yeni dövr Azərbaycan

ədəbiyyatı – III mərhələ” adlı 5 bölmədən, 208 səhifədən ibarətdir. Burada

həmçinin “Dərsliklə necə işləməli?”, “Qədim və zəngin ədəbiyyatımız”,

“İnformasiya xarakterli mətni - məruzəni necə yazmalı?”, “Layihələr üzrə

iş”, “Sinifdənxaric oxu materialları”, “İfadəli oxuda istifadə edilən şərti

işarələr”, “Lüğət”, “Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti”, “Oxumağı

məsləhət görürük”, “Başlıqlar”, “Mövzular üzrə internet mənbələri” hissələri,

“Yada salın”, “Düşünün”, “Oxuda aydınlaşdırın”, “Məzmun üzrə iş”, “Təhlil

üzrə iş”, “Evdə iş”, “Araşdırın, fikirləşin, cavab verin”, “Unutmayın”,

“Tətbiq, müzakirə, yaradıcı iş”, “Müstəqil iş üçün” rubrikaları verilmişdir.

Page 20: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dərslik komplektində fənn kurikulumunun məzmun

standartlarının reallaşdırılması səviyyəsi qənaətbəxşdir. Faktların,

təlim materiallarının elmiliyi, dəqiqliyi və etibarlılığı prinsipi

gözlənilmişdir. Mövzularda didaktik, tərbiyəvi tələblər gözlənilmiş,

tələbyönlük və nəticəyönlük prinsiplərinə əməl edilmişdir. Tədris

vahidlərinin, o cümlədən materialların sadədən mürəkkəbə doğru

ardıcıllığına əməl olunmuş, fəndaxili və fənlərarası inteqrasiya üçün

materiallar verilmişdir. Tapşırıq və çalışmalarda yaradıcılıq,

rəngarənglik və yaş səviyyəsinə uyğunluq gözlənilmiş, müstəqil və

interaktiv təlimə zəmin yaradılmışdır. Çalışma və tapşırıqların

formalaşdırılması zamanı qapalı, açıq və yarımaçıq tipli tapşırıqların

sayındakı mütənasibliyə, eləcə də nəzəri məlumatlarla praktik

tapşırıqlar arasındakı vəhdətə əməl edilmişdir. Komplektdə

özünüqiymətləndirmə materiallarına da yer verilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

Məzmunun işlənməsi baxımından

Page 21: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmunun işlənməsi baxımından

Dərslik komplektində 1.1.1. (Müxtəlif vəznli (heca, əruz)

şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram,

poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu

kitablarından istifadə etməklə aydınlaşdırır), 1.2.3. (Bədii

nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad,

kinayə) rolunu aydınlaşdırır) alt standartları natamam şəkildə

reallaşdırılır. Belə ki, 1.1.1. alt standartı ilə bağlı MMV-də

dərsə verilən tələb, təlim nəticəsi, demək olar ki, həmişə eyni

olur: “Əsərdə (dastanda, hekayədə, şeirdə və s.) tanış

olmadığı sözlərin mənasını lüğətlərdən, sorğu

kitablarından istifadə etməklə aydınlaşdırır” (MMV,

səh.78, 84 və s.).

Page 22: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmunun işlənməsi baxımından

Bununla bağlı dərslikdə verilən tapşırıqlar da (əsasən, əsərin

oxusu zamanı bu tələb qoyulur), demək olar ki, eyni cür ifadə

olunur: “Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən,

sorğu kitablarından aydınlaşdırın”. Müvafiq alt standart həm

təlim nəticəsi kimi, həm də tapşırıq olaraq təkrarlanır. Əvvəla,

müvafiq alt standartın təlim nəticəsi kimi təkrarlanması

məqsədəuyğun deyil. Bu zaman alt standartdan hansı təlim

nəticələri çıxa biləcəyi təxmini olaraq müəyyənləşdirilməli, sonra

isə onların icrası reallaşdırılmalı idi. Şagirdlərin leksik bazasını

zənginləşdirmək üçün sonrakı mərhələdə bu sözlərin müxtəlif

formada istifadəsini təmin edən çalışma və tapşırıqlara yer verilmir,

nəticədə problemə sistemli və ardıcıl yanaşma özünü göstərmir.

Page 23: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmunun işlənməsi baxımından

Mövzu boyu alt standartlara verilən müvafiq təlim nəticələrinin

MMV-nin girişində – alt standartların verildiyi hissədə

ümumiləşdirilmiş şəkildə təqdim edilməsi yaxşı olar.

Dərsliyin “Ən qədim zamanlardan XIII əsrə qədər” olan

hissəsində (səh.11) VII əsrə qədərki ədəbi dövr barədə məlumat

“Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və

mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır”

cümləsi ilə yekunlaşır. Əslində isə, o dövrlərin ədəbi mənzərəsi

ümumtürk ədəbiyyatı kontekstində bir neçə cümlə ilə təsvir edilə bilər.

Bu zaman “Kitabi-Dədə Qorqud” eposunun da təsadüfi bir abidə

olmaması şagirdlərə aydın olar.

Ə.Xaqani və N.Gəncəvi əsərlərini farsca yazıb, onların əsərlərindən

verilən nümunələrin sonunda tərcüməçilərin adlarını göstərmək daha

yaxşı olar. Səhifə 27-də Xaqani Şirvaninin “Gənclərə nəsihət”

əsərinin, səhifə 32-də Nizami Gəncəvinin “Sultan Səncər və qarı”

mənzum hekayəsinin tərcüməçisi göstərilməyib.

Page 24: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Məzmunun işlənməsi baxımından

M.F.Axundzadənin yaradıcılığı ilə bağlı hər hansı bir nümunənin

dərslikdə öz əksini tapmaması təəssüf doğurur.

S.Ə.Nəbati (XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi

kimi) yaradıcılığından hansısa ədəbi nümunənin də dərsliyə daxil edilməsi

məqsədəuyğun olardı. Belə ki, XVIII – XX əsr Azərbaycan ədəbiyyatı

dedikdə nədənsə yalnız Şimali Azərbaycanda yaranan ədəbi nümunələr

nəzərdə tutulur ki, bu da yanlış bir tendensiyadır. Əslində, M.F.Axundzadə

və S.Ə.Nəbati yaradıcılığının dərslikdə təmsil olunmasını heç bir mövzunu

dərslikdən çıxarmadan, sadəcə bəzi mövzuların saatını azaltmaqla da

nizamlamaq olar.

Səhifə 34. Şagirdlərin ilk dəfə rastlaşdıqları ədəbiyyatşünaslıq terminləri

– lirik-epik, epik-lirik poemalar haqqında məlumat verilir, lakin heç bir

nümunə göstərilmir. Nümunə olaraq bir neçə əsərin adı çəkilsə, şagird bu

barədə daha geniş təsəvvürə malik olar.

Səhifə 38. Klassik ədəbiyyatda “dastan” sözünün daşıdığı mənanın izah

olunması məqsədəuyğundur. (“Dastani - Əhməd Hərami”). Səhifə 200-

də “dastan” sözü yalnız folklor baxımından şərh olunub.

Page 25: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dil və yazı üslubu baxımından

Dərslik komplekti dil və üslub baxımından, demək olar ki, şagirdlərin

yaş səviyyəsinə uyğundur, yeni söz və terminlərin izahının verilməsi

qənaətbəxş səviyyədədir. Dil qaydalarına, əsasən, əməl edilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

Səhifə 32. “Mozaika” sözünün izahının verilməsi məqsədəuyğundur.

Səhifə 40-41. “Təhlil üzrə iş”də verilmiş “təf`ilə” sözünün

apostrofsuz “təfilə” şəklində yazılması məqsədəuyğundur.

Səhifə 52. “Mənzumə” (tarixi mənzumə) və “intibah” sözlərinin

mənası izah edilsə, yaxud lüğətdə mənası göstərilsə, informasiyanın

bütövlüyü təmin edilmiş olar.

Səhifə 200, 201, 203, 204-də ədəbiyyatşünaslıq terminlərinin izahı

zamanı (boy, beyt, ədəbi qəhrəman, ideya, qol, mətlə, təxəllüs və s.)

nümunələrdən istifadə edilməsi məqsədəuyğundur.

Page 26: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dərslik komplekti dizayn və tərtibat baxımından qənaətbəxşdir.

Vahid dizayn üslubu, şəkillərin mətnlərə uyğun yerləşdirilməsi və

həcm nisbəti, əsasən, gözlənilmişdir. Rəsm və illüstrasiyalar

orijinal, ifadəli və aydın olmaqla yanaşı, məzmunun

mənimsənilməsinə səmərəli təsir göstərir. Rəsm və illüstrasiyalarda

cəlbedicilik və şagird marağının nəzərə alınması, demək olar ki,

təmin olunmuşdur. Lakin təəssüf ki, bu cür illüstrasiyalar azlıq

təşkil edir, mövzuların əksəriyyəti üçün təqdim edilmir. Yaxşı olardı

ki, irihəcmli mövzulara bir deyil, bir neçə, “Ana”, “Məktub

yetişmədi” kimi ortahəcmli mövzular üçün isə bir ədəd bu cür

maraqlı illüstrasiya əlavə edilə idi.

Dizayn və bədii tərtibat baxımından

Page 27: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dərslikdəki müəlliflərin şəkilləri illüstrasiyalarla müqayisədə

solğun və keyfiyətsizdir (səh. 26, 77, 80, 92 və s.). Komplektin üz

qabığının tərtibatı onun məzmununa, əsasən, uyğundur.

Dizayn və bədii tərtibat baxımından

Page 28: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Dizayn və bədii tərtibat baxımından

Səhifə 6-7. Rəng və

şriftlərin seçilməsi

baxımından

uyğunsuzluq olduğu

üçün bəzi hissələr

rahat oxunmur.

Səhifə 187. İfadəli oxuda istifadə edilən şərti işarələr və ona aid cədvəl

dərslikdə 6-cı səhifədə “Dərsliklə necə işləməli” başlığı altında verilən

məlumatlar sırasında olmalıdır. İfadəli oxu ilə bağlı tapşırıqların icrası

zamanı bu cədvəldən istifadə edilməsi şagirdlərə xatırladılmalıdır.

Page 29: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Tapşırıqlar, demək olar ki, mövzulara uyğun seçilmiş, biliklərin

tətbiqini tələb edən, şagirdin özünü müstəqil şəkildə qiymətləndirə

bilməsinə şərait yaradan tapşırıqlara üstünlük verilmişdir.

Səhifə 29. “Evdə iş” rubrikasındakı tapşırığın (“Şər və pislikdən

uzaq olmaq fikrini necə başa düşürəm?” mövzusunda esse

yazın”) mahiyyəti aydın deyil.

Page 30: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsaitin maketi 208 səhifədən ibarətdir.

MMV-də “Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik

komplektində reallaşdırılması mexanizmlərinin şərhi”, “VIII

sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri”, “Fənn

üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”, “VIII

sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi”,

“Fəndaxili inteqrasiya”, “Fənlərarası inteqrasiya”,

“Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından

istifadə”, “Diferensial təlim imkanları”, “Ədəbiyyat fənni üzrə

yeni məktəbdaxili qiymətləndirmə”, “Mövzular üzrə təlim

materialları ilə iş texnologiyasının şərhi”, “Kiçik summativ

qiymətləndirmə vasitələri”, “I yarımil üzrə layihələr”, “II

yarımil üzrə layihələr”, “Gündəlik planlaşdırmaya aid

nümunələr”, “Mənbələr” və “Başlıqlar” öz əksini tapmışdır.

Page 31: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

MMV-də fənn kurikulumunun tələblərinin reallaşma

mexanizmlərinin şərhi və əsaslandırılması qənaətbəxşdir. Təlim

nəticələrinin alt standartlara uyğunluğu, tətbiq olunan metod və

üsulların məzmun standartlarının reallaşdırılmasındakı rolu,

əsasən, qənaətbəxşdir. Təlim nəticələri reallaşdırılan zaman

əlaqəliliyə və mərhələliyə əməl olunmuş, innovativ metodların

tətbiqində şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır.

Materiallar hər tədris vahidi üzrə xarakterlərinə görə

qruplaşdırılmış, qiymətləndirmənin müxtəlif növlərinə aid

nümunələr verilmişdir.

Lakin müəllimə inşa, esse, məruzə mətnlərinin

qiymətləndirilməsi ilə bağlı metodik tövsiyə verilməmişdir.

Page 32: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından1.1.5 (Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə

bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə)

müəyyənləşdirir) alt standartının reallaşmasında MMV müəllimə yetərli

şəkildə yardımçı olmur. Bu alt standart ədəbi nümunələrdə bədii təsvir və

ifadə vasitələrinin müəyyənləşdirilməsini tələb edir. Yaxşı olardı ki,

MMV bu məsələdə qismən də olsa, müəllimə yardımçı olsun. Ən azından

ədəbi nümunənin bir parçasındakı təsvir və ifadə vasitələri göstərilə

bilərdi.

1.2.3. (Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii

təzad, kinayə) rolunu aydınlaşdırır) alt standartının reallaşdırılmasında

da MMV yetərli rol oynamır. Ümumiyyətlə, bu alt standartın dərsin hansı

mərhələsində və necə həyata keçiriləcəyi barədə müəllimə metodik

tövsiyə verilmir. 2.1.1. (Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında

sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir) alt

standartının da nə cür reallaşdırılacağı bərədə MMV müəllimə metodik

tövsiyə vermir, dərsin gedişini təhlil edərkən bu barədə danışılmır.

Page 33: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas 8-ci ...derslik.edu.az/news/prezentasiyalar/edebiyyat_8_derslik_komplekti... · Ümumtəhsil fənləri üzrə dərsliklərin,

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

MMV-də müəyyən orfoqrafik və üslub səhvlərinə də yol

verilmişdir:

Səhifə 29. 2-ci abzasda “Respublika” sözü böyük hərflə

yazılmalıdır.

Səhifə 94. 7-ci tapşırığın şərtinin (“Sovuşmaq” sözünün

mənası hansı variantda düzgün verilib?”) aşağıdakı redaktədə

verilməsi daha məqsədəuyğun olardı: “Sovuşdu” sözü mətndəki

yerinə görə hansı mənanı ifadə edir?”

Səhifə 178. Məhmət Akif Ərsoyun adı başlıqda “Məhmət”,

mətndə “Məhməd” kimi gedib.