60
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU. II Bölmə: Bitki xəstəlikləri. Mövzu 5 . Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla mübarizənin əsas şərtləri. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİAQRONOMLUQ İXTİSASI ÜZRƏ

FİTOPATOLOGİYA KURSU

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Mövzu 5. Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla

mübarizənin əsas şərtləri

II Bölmə: Bitki xəstəlikləri

Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

5.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

5.2 Buğda bitkisinin pas xəstəlikləri və onlarla mübarizənin

əsas prinsipləri

5.3 Buğda bitkisinin digər göbələk mənşəlı xəstəlikləri, onlar

əleyhinə mübarizə

5.4 Buğda bitkisinin bakteriya mənşəli xəstəlikləri və onlarla

mübarizə

5.5 Saxlama zamanı buğda dənlərinin xəstəlikləri, onların

qarşısının alınma yolları

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ədəbiyyat

1. İbrahim Cəfərov Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009, 326 s.2. İbrahim Cəfərov Fitopatologiya. Bakı: «Şərq-Qərb», 2012, 561 s.3. Məmmədov Q.Y., İsmayılov M.M. Bitkiçilik. Bakı: «Şərq-Qərb», 2012, 355 s.4. Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.5. Защита растений от болезней / В.А.Шкаликов, О.О.Велошапкина, Д.Д.Букреев и др. под ред. В.А.Шкаликова -3-е изд. испр. и доп. – М.: КолосС, 2010, 404 с.6. Гриценко В.В., Стройков Ю.М., Третьяков Н.Н. Вредители и болезни сельскохозяйственных культур. 2-е изд., перераб. М.: «Академия», 2010, 224 с.7. George N.Agrios Plant Pathology. Academic Press Inc, 2005, 952 p.

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

BUĞDA BİTKİSİNİN MÜASİR TƏSNİFATDA YERİ

Aləm - Bitkiçilik

Şöbə- Örtülü toxumlular

Sinif – Birləpəlilər

Yarım sinif – Dənçiçəklilər

Fəsilə - Dənlilər

Cins - Buğda

Latın adı - Triticum L.

Növlər

Yumşaq buğda –Triticum aestivum

Triticum aethiopicumTriticum araraticumTriticum boeoticumTriticum carthlicumTriticum compactum

Triticum dicoccon

Bərk buğda – Triticum durum

Triticum ispahanicumTriticum karamyschevii

Triticum militinae

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

İllər üzrə buğdanın istehsalı (FAOSTAT) min. tonla

Ölkələr 1985 1995 2005 2010

Çin 85807 102211 96160 115180.30

Hindistan 44069 65767 72000 80710.00

ABŞ 65975 59404 57106 60102.60

Rusiya 21 000 30119 45500 41507.60

Fransa 28 784 30880 36922 38207.00

Kanada 24 252 24989 25547 23166.80

Avstraliya 15999 16504 24067 22138.00

Almaniya 13802 17763 23578 24106.70

Pakistan 11703 17002 21591 23310.80

Türkiyə 17032 18015 21000 19660.00

Mənbə: http://ru.wikipedia.org/wiki/Пшеница

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının proq-

nozlarına əsasən buğdanın dünya istehsalı 2010-2011-ci illərdə

4%-ə qədəri aşağı düşərək və 653 mln. ton təşkil edəcəkdir,

baxmayaraq ki, tələbat 667 mln. tondur. İstehsalın azalması

Rusiya və ABŞ-da quraqlıq, Avstraliya və Kanadada sel səbəb

olmuşdur. Bundan əlavə Çində buğda əkinlərinin 42%-i

quraqlıqdan əziyyət çəkmişdir. Bu quraqlıq 2011-ci ilin yazına

qədər davam edə bilər.

2008-ci ildə buğdanın istehsalı öz tarixində maksimum <687

mln. tona çatmışdır.

Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

İllər Ümumi əkin sahəsi (1000 ha)

Ümumi yığım (1000 ton)

Hektarın məhsuldarlığı (s/ha)

2000 494,8 1173,3 23,7

2001 570,7 1526,7 26,8

2002 650,3 1730,8 26,6

2003 591,5 1545,0 26,2

2004 610,0 1611,1 26,4

2005 591,2 1565,2 26,5

2006 561,4 1493,8 26,7

2007 487,3 1328,6 27,3

2008 598,2 1664,2 27,8

2009 803,8 2131,5 26,5

2010 655,8 1305,4 19,9

2011 653,8 1639,8 25,1

Azərbaycanda payızlıq buğda

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğda dəni100 qram dənin qidalılıq dəyəriEnergetik qiyməti: 360 kkalZülallar: 15 qramYağlar: 2 - 2,5 qramKarbohidratlar: 68 -71 qramNişasta: 65- 68 qramDisaxaridlər: 3 qramBallast maddə:10 qram

Mənbə: Dənli bitkilərin təsnifat standartları

Qidalılıq dəyəri

Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Sürmə xəstəlikləriBitkinin yoluxma fazasından asılı olaraq sürmə

göbələklərini şərti olaraq 4 qrupa bölürlər:

Buğdanın bərk sürməsi inkişaf

tipi üzrə - toxumların cücərməsi

dövrü müxtəlif infeksiyalar:

a)toxumun səthində;

b)toxumlarla yanaşı torpaqda;

c)toxumun pərdəsi altında

(pərdəsi olan dənli bitkilərdə)

I qrupBuğdanın toz sürməsi inkişaf tipi üzrə - çiçək

vasitəsilə çiçəkləmə dövrü yoluxma. Rüşeymdən normal inkişaf edən

dəncikdə rüşeym halında olan mitsel. Toxumlar

cücərən zaman o böyümə üçün tərpənir və bitkini diffuz olaraq yoluxur.

II qrup

Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Demək olar ki, bütün

vegetasiya dövrü yoluxma.

Qarğıdalının qovuqlu

sürməsi belə inkişaf edir.

Toxumların cücərməsi

dövrü torpağın səthində

cücərtilərin yoluxması

III qrup

IV qrup

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Sıra sayı Xəstəlik Xəstəlik törədici

Yoluxma tipiI

II III IVa b c1 Buğdanın bərk sürməsi Tilletia tritici (T. caries) + - - - - -2 Buğdanın toz sürməsi Ustilago tritici - - - + - -3 Buğdanın cırtdan sürməsi Tilletia controversa - - - - - +4 Buğdanın gövdə sürməsi Urocystis tritici + + - - - -5 Çovdarın gövdə sürməsi Urocystis occulta + + - - - -6 Arpanın toz sürməsi Ustilago nuda - - - + - -7 Arpanın bərk sürməsi Ustilago hordei + - - - - -8 Arpanın qara sürməsi Ustilago nigra + - - - - -9 Yulafın bərk sürməsi Ustilago avenae + - + - - -

10 Vələmirin sürməsi Ustilago levis Sphacelotheca panicimiliacei

++ -- +

---

--

--

11 Qarğıdalının toz sürməsi Sorosporium reilianum f. sp. zeae + + - - - -

12 Qarğıdalının qovuqlu sürməsi Ustilago zeae + + - - + -

Dənli -taxıllarda sürmə xəstəliklərinin əsas növləri

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

5.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

Buğdanın bərk və ya iylənən sürməsi – Tilletia caries (DC.) Tul., Tilletia laevis Kuehn.

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. İki yaxın növ Tilletia caries və T.laevis buğdanın bərk və ya iylənən sürmə xəstəliyinin törədicisidir.

Sinonimləri:Tilletia caries üçün=T.tritici (Bjerk.) Ç.Winter;

Tilletia laevis üçün=T.foetida (Wallr.) Ziro.Bioloji qrupu:Biotrof

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

T.caries və T.laevis həyat tsikli və əmələ gətirdikləri simptomlara görə oxşardırlar.

Növlər teliosporların morfologiyasına (T.caries növündə teliosporlar tozlu, T.laevis -də hamar) və yayılma

zonalarına görə fərqlənirlər.

Törədicilər teliospor şəklində toxumlarda və ya quraqlıq zonalarda torpaqda saxlanılır. Səpindən sonra teliosporlar

cücərir və haploid bazidiosporlarla (sporidi) bazidilər formalaşırlar.

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bazidisporların mayalanmasından sonra dikariotik infeksion hiflər əmələ gəlir. Belə hiflər buğdanın cücərtisinə daxil olur. Törədici bitkinin böyümə

konusuna çatır və sonrakı müddətlərdə onunla birlikdə inkişaf edir.

T.caries göbələyinin teliosporları şaraoxşar, açıq və ya tünd qəhvəyi rəngli, ölçüləri 14-25 x 12,6-21 mkm-dir.

Örtüyü torlu, adətən 5 künçlüdür.

T.laevis göbələyinin teliosporları ellipsoidal və ya uzunsov, tünd qəhvəyi rəngli, ölçüləri 13,5-

22,5x12,6-18 mkm-dir. Örtüyü hamardır

Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

• RAKSİL 0,4-0,5 l/t

• SKARLET ME 0,5 l/t

• VİTOVAKS 3 l/t

• TMTD 1,5-2,0 kq/t

NÖVBƏLİ ƏKİN

DAVAMLI SORTLAR

SAĞLAM ƏKİN

MATERİALI

YÜKSƏK AQROTEXNİKA

Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia caries

Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia laevis

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 21: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bazidilərin cücərməsi

Page 22: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

XƏSTƏLİYİN YAYILMA

AREALI

ABŞ

HİNDİSTAN

TÜRKİYƏ

AZƏRBAYCANRUSİYA

UKRAYNA

Page 23: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Torpaqda teliosporların maksimum cücərməsi 40-60%-lik nisbi rütubətdə qeydə alınmışdır, buğda cücərtilərinin ən güclü yoluxması isə 5-100C

temperaturda baş verir. Nəticədə payızlıq buğda

gecikmiş əkin müddətlərində və yazlıqlar daha erkən səpində güclü

surətdə yoluxurlar.

Xəstəlik törədici buğda növlərinin əksəriyyətində

yaşaya bilir, eyni zamanda o tritikale, arpa, çovdar və başqa ot bitkilərində

qeydə alınmışdır. Mühafizə tədbirlərinin rəngarəng olmasına baxmayaraq,

xəstəlik buğda üçün zərərliliyini saxlayır.

Page 24: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

MÜBARİZƏ TƏDBİRLƏRİ

NÖVBƏLİ ƏKİN

SAĞLAM ƏKİN MATERİALI

YÜKSƏK AQROTEXNİKA

DAVAMLI SORTLAR

Page 25: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Suspenziya dozatorunun şkala

bölümü

Suspenziya məsarifil/dəqiqə

Məhsuldarlığı, ton/ saat

buğda arpa yulaf noxud

3 0,4 2 1 0,5 25 0,8 4 2 1,5 47 1,4 6 3 2,5 69 1,8 8 4 3,5 8

11 2,2 10 6 4,5 1013 2,6 12 8 6 1215 3,0 14 10 8 1418 3,6 17 13 11 1820 4,0 20 15 13 21

Ps – 10 a toxum dərmanlayıcısının suspenziyaməsarifi və məhsuldarlığı

Page 26: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. Tilletia controversa payızlıq buğdanın cırtdan sürməsinin törədicisi

Sinonimləri:T.nanifika (Wagn.) Savul., T.tritici- repentis

(DS) Ziro.Bioloji qrupu:Biotrof

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 27: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yoluxmanın simptomları buğdanın sünbülləmə dövründə görünməyə başlayır. Sirayətlənən bitkilər güclü kollanır, sağlamlara nisbətən (1,5 –4,0 dəfə)

böyümədən qalır. Yoluxan sünbüllər daha sıx, qısa və ya tam yetişməyə qədər yarım açıq vəziyyətdə qalırlar.

Sünbülcüklər artır, hər bir sünbülcükdə olan çiçəklərin miqdarı yüksəlir. Sünbüllərdə dən əvəzinə sferik və ya

geniş ellipsvari «sürmə kisələri» formalaşırlar. Buğdanın toplanması dövrü soruslar dağıldıqda, teliosporlar

toxumları çirkləndirir və torpağa tökülürlər.

Teliosporlar torpaqda həyatilik qabiliyyətini uzun illər ərzində (10 ilə qədər) saxlayırlar. Onlar aşağı

temperatur və işıqda torpağın və ya toxumların səthində 30-50 gün müddətində yetişdikdən sonra cücərirlər.

Page 28: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 29: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 30: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 31: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 32: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

XƏSTƏLİYİN YAYILMA AREALI

AMERİKA AVROPA ŞƏRQİ ASİYA

MDB

Page 33: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Teliosporların cücərməsi üçün dağınıq işıq, 3-5 həftə müddətində temperaturun 3-50 C-yə qədər düşməsi, torpağın üst səthinin kəsiyində uzun zaman 46-60% rütubətin olması tələb olunur.

Bitkilərin yoluxması üçün əlverişli temperatur şəraiti qalın qar örtüyü zəminində (0-80C, maksimum 10-120C) formalaşır.

150C-dən yuxarı temperatur sporların cücərməsinə mənfi təsir göstərir.

Tilletia controversa göbələyi payızlıq buğdanı yoluxur, yazlıqlarda xəstəlik qeydə alınmamışdır. Buğdadan başqa bir çox dənliləri də sirayətləndirir. Xəstəlik çox zərərlidir.

Patogenlə yoluxmuş sahələr demək olar ki, məhsul vermirlər.

Page 34: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Toxumların termiki yolla işlənməsi əhəmiyyətlidir. Dünyanın bir çox ölkələrində, eləcə də Rusiya Federasiyasında bunun

üçün KTS-0,5 təminat komplektindən istifadə edilir. Toxumlar 3-4 saat müddətinə 450 və ya 2 saatlığa 470-lik suya

tökülür, sonra kondisiya rütubətliliyinə qədər qurudulur.

Qeyd edilməlidir ki, termoterapiyadan sonra bəzi buğda sortlarının cücərmə qabiliyyəti aşağı düşür. Buna görə də

termoişlənməni bir partiya toxum üçün edib, onların cücərmə qabiliyyəti aydınlaşdırılır.

Page 35: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Urocystis cinsi. Urocystis tritici buğdanın gövdə sürməsinin törədicisi

Müasir adı: Urocystis agropyri (Preuss) J.Schroet.Bioloji qrupu: Biotrof

Buğdanın gövdə sürməsi – Urocystis tritici Koehn.

Page 36: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bitkilər cücərti fazasında yoluxmağa başlayırlar. Mitsel bitki üzrə yayılır, əvvəlcə yarpaqlarda, sonra yarpaq qınlarında, az hallarda gövdədə telilər xətt şəklində (uzunluğu 2 mm-dən bir

neçə sm-ə qədər) əmələ gəlir.

Epidermis partlayan zaman telilər üzə çıxır, çılpaqlaşırlar. Teliosporlar qara qəhvəyi, həlqəvi, 20-45 x12-38 mkm

diametrlidir. Bir aylıq istirahət dövründən sonra teliosporların təpəsində 2-4 silindrik bazidisporlardan ibarət bazidi inkişaf edir.

Xəstəlik Orta Asiya Türk Respublikalarının, Azərbaycan və Gürcüstanın buğda əkinlərində yayılmışdır. Ədəbiyyat

məlumatlarına görə xəstəliyə mənbə xarakterli Stavropol, Krasnodar ölkəsi və Krımın buğda sahələrində də rast gəlinir.

Page 37: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Urocystis tritici

Page 38: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Urocystis tritici

Page 39: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Torpağın aşağı rütubəti (10-15%) və 10-200C temperatur infeksiya

prosesinə əlverişli şərait yaradır. Sporların

cücərməsi üçün optimal şərait 18-240C temperatur və 60% nisbi rütubətdir.

Buğdanın gövdə sürməsi iqtisadi əhəmiyyət kəsb

edən xəstəliklər qrupuna aid deyildir. Xəstəliyin

zərəri buğda bitkilərinin boyunun qısa olması, az miqdarda yarpaq əmələ

gəlməsi və onların ölçülərinin kiçikliyi ilə

xarakterizə olunur. Xəstə bitkilər sağlamlara nisbətən

5 dəfə az məhsul verirlər.

Page 40: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Ustilaginaceae fəsiləsi, Ustilago cinsi. Ustilago tritici buğdanın toz sürməsinin törədicisi

Sinonimləri:Ustilago tritici (Pers.) Iens., U.vavilovii

Jacz.Bioloji qrupu:Biotrof

Buğdanın toz sürməsi – Ustilago tritici (Pers.) Rostr.

Page 41: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 42: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 43: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 44: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğdanın sürmə xəstəlik törədicilərinin teliosporları:1- bərk sürmə: a - Tilletia caries [t.tritici]; b- T.laevis; c- T.triticoides; ç – T.intermedia; 2- toz sürmə; 3- cırtdan sürmə; 4- gövdə sürməsi; 5 – hind sürməsi

Page 45: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 46: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Toz sürmə sünbüllərin əmələ

gəlməsi dövrü zühür edir. Xəstəliyin

nəticəsində sünbülün bütün hissələri dağılır,

yoluxan sünbülcüklər qara

spor kütləsinə çevrilir.

Buğdanın toz sürmə xəstəliyinin

törədicisi mitsel formasında

toxumun rüşey-mində saxlanılır.

Toxumun cücərməsi ilə eyni zamanda mitselin fəallaşması baş

verir və o, bitkinin böyümə nöqtəsinə doğru yayılmağa

başlayır.

Sünbülün əmələ gəlməsi dövrü patogen onun

bütün formalaşmış hissələrində oturur. Sonrakı müddətdə

mitseldən teliosporlar əmələ

gəlir və sira-yətlənmiş sünbül dən əvəzinə yalnız qara spor kütləsi

saxlayır.

Page 47: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Toz sürmə xəstəliyi dünyanın buğda becərilən bütün

ölkələrində geniş yayılmışdır.

Teliosporların cücərməsi və mitselin

böyüməsi üçün optimal temperatur

23-250C və nisbi rütubət 60-95% -dir. 7-80C temperaturda bitki toxumalarında mitselin böyüməsi

dayanır.

Page 48: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1

Triticum

Hordeum

Secale

Aegilops Agropiron

Haynaldia

Elytrigia

Elimus

TÖRƏDİCİNİN YOLUXDUĞU BİTKİLƏR

Page 49: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğda və arpa toxumlarının toz sürmədən qorunmasında termiki zərərsizləşdirilmənin variantları

Variant Əlavə işləmə Termiki işləmə Sonrakı işləmə

İsti su ilə zərərsizləşdirmə

İslatma (20ºC, 48 saat)

45ºC (2-3 saat)

Nazik qat sərmək, tez-tez

qarışdırmaq

Qaynar su ilə zərərsizləşdirmə

Suda isitmək (54ºC, 1-2 dəqiqə)

51-52ºC (10 dəqiqə)

Tez soyutmaq, qurutmaq

Qaynar su ilə islatmaqla

zərərsizləşdirmək

Toxumun kütləsinin 5-6%-i qədər su ilə

islatmaq (56-58ºC-yə qədər qızdırmaq)

56-58ºC 1 saat

45ºC 30 dəqiqə qurutmaq

Page 50: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tarla bitkilərinin pas xəstəliklərinin əsas növləri

S/s Xəstəlik Xəstəlik törədiciSahib bitki

əsas aralıqMüxtəlif sahiblilər

1 Dənlilərin gövdə pası Puccinia graminis Dənlilər Zirinc, mahoniya

2 Buğdanın qonur yarpaq pası Puccinia recondita Buğda Qaraqaytaran

3 Yulafın taclı pası Puccinia coronifera Yulaf Murdarça növləri

4 Arpanın cırtdan pası Puccinia hordei Arpa Qaranquş otu5 Qarğıdalının pası Puccinia sorghi Qarğıdalı Dovşan kələmi6 Noxudun pası Uromyces pisi Noxud Südləyən7 Yoncanın pası Uromyces medicaginis Yonca Südləyən

Təksahiblilər1 Günəbaxanın pası Puccinia helianthi Günəbaxan -2 Çuğundurun pası Uromyces betae Çuğundur -3 Kətanın pası Melampsora lini Kətan -

4 Qara yoncanın pası Uromyces fallens Qara yonca -

Page 51: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi,

Urediniomycetes sinfi, Uredinales sırası,

Pucciniaceae fəsiləsi, Puccinia cinsi

Bioloji qrupu:

Biotrof

Buğdanın qonur pası -Puccinia recondita Rob. ex Desm. f. tritici

5.2 Buğda bitkisinin pas xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Page 52: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia recondita - teliosporları

Page 53: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia recondita - uredinosporları

Page 54: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Xəstəliyin törədicisi ikisahibli, tam inkişaf tsiklinə malik olan və beş tip spormərhələsi əmələ gətirən

obliqat parazitdir.

Həyat tsiklinin vegetativ fazasında dikariotik mitsel şəklində etsispor, teliospor və uredinospor mövcuddur.

Buğda bitkilərində və bir sıra yabanı dənlilərdə gedən uredinomərhələdə bir neçə generasiya növbələşir. Onların miqdarı ilin hava şəraitindən və bitkilərin

vegetasiya dövrünün uzunluğundan asılıdır.

Page 55: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogen vegetativ həyat tsiklində buğdadan əlavə Aegilops, Cesale, Hordeum, Elymus, Agropirum, Bromus cinslərinə aid olan bitki növlərini də sirayətlənir.

Dünyanın buğda becərilən bütün ölkələrində geniş yayılmışdır. Xəstəliyə ölkəmizin buğda əkinlərində rast gəlinir və bəzi illərdə taxılçılığa güclü ziyan vurur.

Page 56: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğda bitkisində qonur pas xəstəliyini törədən fitopatogen göbələk əsasən payızlıq buğdanın yarpaqlarında və yabanı dənlilərdə mitsel formasında qışlayır.

Sporların cücərməsi üçün damcı su tələb olunur. Əlverişli temperatur şəraitində (15-250C) infeksiya 6-8 saat müddə-tində həyata keçir, növbəti uredinospor generasiyası 7-10 gündən sonra baş verir.

Xəstəliyin ən güclü inkişafı buğdanın çiçəkləməsi dövrü müşahidə olunur. Uredinosporlar küləklə yayılırlar.

Buğdanın qonur pası dən istehsalına əhəmiyyətli dərəcədə zərər vurur. Ölkəmizə qonşu Şimali Qafqaz regionunda 10 ildə 2-3 dəfə xəstəliyin yayılması və inkişafı epifitotiya xarakterli olur.

Page 57: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yüksək aqrotexnika, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir.

Xəstəliyin ilkin simptomları göründükdə ekoloji fungisidlərdən 25% tilt k.e., 0,5 l/ha məsariflə xəstəliyin inkişafını tamamilə dayandıra bilir.

Iki komponentli sistem xüsusiyyətlərə malik Folukur BT fungisidi də vegetasiya dövrü 1l/ha məsariflə buğda bitkisinin pas mənşəli xəstəliklərinə qarşı öldürücü təsir göstərir.

Page 58: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Basidiomycota şöbəsi, Urediniomycetes

sinfi, Uredinales sırası, Pucciniaceae

fəsiləsi, Puccinia cinsi

Bioloji qrupu:

Biotrof

Buğdanın zolaqlı və ya gövdə pası- Puccinia graminis Pers. f. tritici Eriks. et Nemn.

Page 59: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis

Page 60: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis