35
Azərbaycan Dövlət Aqrar Universiteti Magistrant: Etibar Verdiyev Elmi rəhbər: dosent Elfira Məlikova 2012-ci il Gəncə AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ İKT-nin TƏTBİQİ

Azərbaycan Dövlət Aqrar Universiteti

  • Upload
    daw

  • View
    149

  • Download
    8

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ İKT- nin TƏTBİQİ. Azərbaycan Dövlət Aqrar Universiteti. Magistrant : E tibar Verdiyev Elmi rəhbər : dos ent E lfira Məlikova. 2012-ci il Gəncə. GİRİŞ. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Magistrant: Etibar Verdiyev

Elmi rəhbər: dosent Elfira Məlikova

2012-ci il

Gəncə

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ İKT-nin

TƏTBİQİ

Page 2: Azərbaycan Dövlət Aqrar Universiteti

2

GİRİŞ

Son illər Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və ölkənin milli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyasını təmin edilməsi istiqamətində bir çox nailiyyətlər əldə edilməkdədir. İlk öncə ölkəmizdə İKT-nin təhsil sisteminə tətbiqi sahəsində hüquqi baza yaradılmışdır.

Page 3: Azərbaycan Dövlət Aqrar Universiteti

3

DÖVLƏT PROQRAMLARI

Bu istiqamətdə qəbul edilmiş dövlət sənədləri içərisində xüsusilə 2 dövlət proqramını qeyd etmək olar. Bunlar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyul tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"dır.

Page 4: Azərbaycan Dövlət Aqrar Universiteti

4

DÖVLƏT PROQRAMLARI

Birinci proqramda əhalinin bütün təbəqələrindən olan insanlara keyfiyyətli təhsil almaq imkanlarının yaradılması üçün İKT-nin təhsilin bütün pillələrində geniş tətbiqi ilə vahid informasiya təhsil mühitinin formalaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyən edilmişdir. İkinçi proqramda isə Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyən edilmişdir.

Page 5: Azərbaycan Dövlət Aqrar Universiteti

5

ADAU-da İKT-nin tətbiqi

2008-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etməyə başlayan professor Mirdaməd Sadıqov bu Dövlət Proqramlarına uyğun olaraq İKT-nin universitetdə səmərəli tətbiqi nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsini planlaşdırılmışdır:

• İKT infrastrukturunun inkişaf etdirilməsi;• Elektron təhsil texnologiyalarının tətbiqinin

genişləndirilməsi;• İdarəetmənin kompüterləşməsi;• Kadr potensialının gücləndirilməsində İKT-nin tətbiqi;• İKT üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi.

Əminlikdə deyə bilərik ki, yuxarıda qeyd olunan istiqamətlər üzrə universitetdə bir çox işlər görülmüşdür.

Page 6: Azərbaycan Dövlət Aqrar Universiteti

6

İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi

İlk öncə universitetdə İKT infrastrukturunun inkişaf etdirilməsi, texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2009-ci ildə yeni şöbə yaradıldı. Hal-hazırda şöbə İnformasiya texnologiyaları və kompüter resurs adı altında İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr mərkəzin nəzdində fəaliyyət göstərir.

Page 7: Azərbaycan Dövlət Aqrar Universiteti

7

Foto rublika

Şöbə əməkdaşları “Davamlı inkişaf və müasir təhsil sistemi”

mövzusunda keçirlən konfransda. Gəncə, 2011-ci il.

Page 8: Azərbaycan Dövlət Aqrar Universiteti

8

Şöbənin vəzifə öhdəlikləri

Şöbəyə yaranan gündən etibarən aşağıdakı vəzifələri həyata keçirmək tapşırılmışdır:

- universitetin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması;

- universitetin İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi;

- universitetin şəbəkə infrastrukturunun yaradılması, idarəetmə və nəzarət sisteminin yaradılması;

- intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması;

Page 9: Azərbaycan Dövlət Aqrar Universiteti

9

Şöbənin vəzifə öhdəlikləri

• - bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər yaradılması;

• - elektron təhsil (e-learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası;

• - universitetin distant təhsilin sistemi yaradılması;• - təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs

mərkəzinin yaradılması;• - universitet saytının yaradılması və mütəmadi

dəstəklənməsinin təmin olunması;• - təhsildə dünya informasiya resurslarından səmərəli

istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi;

Page 10: Azərbaycan Dövlət Aqrar Universiteti

10

Şöbənin vəzifə öhdəlikləri

- təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyalarının səmərəli tətbiqinin təmin edilməsi;

- "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi;

- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi;

- yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;

Page 11: Azərbaycan Dövlət Aqrar Universiteti

11

Əməkdaşların vəzifə öhdəlikləri

yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması.

- informasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi sənədlərin monitorinqinin aparılması;

- təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi.

Şöbə universitetdə təhsilin informasiyalaşdırılması istiqamətində qısa müddət ərzində bir çox işlər görmüşdür.

Page 12: Azərbaycan Dövlət Aqrar Universiteti

12

İnformasiya-kommunikasiya üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi

Universitetdə informasiya-kommunikasiya üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması məqsədi ilə bütün fakültələr və şöbələr müasir kompüterlərlə avadanlığları ilə təchiz olunmuşdur. Universitetin şəbəkə infrastrukturunun yaradılması və internet şəbəkəsinə çıxışının təmin olunması məqsədi ilə demək olar kı, bütün fakültələrdə bu istiqamətdə işlər görülmuşdur. Bütün fakültələrdə informasiya mübadiləsi aparmaq üçün WI-FI sistemi quraşdılmış və fasiləsiz sürətli internet tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Hal-hazırda isə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması və intranet xidmətlərinin təşkili istiqamətində işlər gedir.

Page 13: Azərbaycan Dövlət Aqrar Universiteti

13

Foto rublika

Şöbə əməkdaşları II Kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma beynəlxalq “Caspian Agro” sərgisində. Bakı 2009-cu il.

Page 14: Azərbaycan Dövlət Aqrar Universiteti

14

İKT-nin tədris prosesinə tətbiqi

İKT-nin tədris prosesinə tətbiqi sahəsində də müəyyən addımlar atılmışdır. Hal-hazırda 6 fakültənin hər birində ayrıca kompüter otağları yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Hər bir fakültədə elektron mühazirə otaqları yardılmışdır və mühazirələr tələbələrə multimedia sistemi vasitəsi ilə təqdim edilir. Həmçinin fakültələrin foyelərində quraşdırılmış monitorlar vasitəsi ilə tədris prosesi haqqında tələbələrə zəruri məlumatlar çatdırılır.

Page 15: Azərbaycan Dövlət Aqrar Universiteti

15

Foto rublika

Şöbə əməkdaşları ADAU-nun 80 illik yubileyində.

Gəncə ,2010-cu il.

Page 16: Azərbaycan Dövlət Aqrar Universiteti

16

“Elektron-test sistemi”

Hal-hazırda tələbələrin biliklərinin qiymətləndirilməsi məqsədilə "elektron-test sistemi” layihəsi üzərində işlər gedir. Layihə görə 120 kompüterdən ibarət 2 kompüter otağının istifadəyə verilməsi planlaşdırılır. Artıq layihədə nəzərdə tutulan bir çox işlər görülmüşdur. Kompüterlərin çoxu və imtahanlarda şəffaflığı təmin etmək üçün hər bir kompüter otağına xüsusi veb-kamera qoşulmuşdur.

Page 17: Azərbaycan Dövlət Aqrar Universiteti

17

Foto rublika

Şöbə əməkdaşları «Kompüter Resurs Mərkəzinin» açılışında.

Gəncə, 2011-ci il.

Page 18: Azərbaycan Dövlət Aqrar Universiteti

18

İnformasiya texnologiyaları üzrə ixtisaslar

Universitetin bakalavr və magistr təhsil pilləsində 2 ixtisas üzrə informasiya texnologiyaları mütəxəssisi hazırlanır. Bunlar Nazirlər Kabinetinin 9 yanvar 1997-cu il 4 saylı qərarı ilə təsdiq olunmuş İnformasiya sistemləri və Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 saylı qərarı ilə təsdiq olunmuş İnformasiya mühəndisliyi ixtisaslarıdır. İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimləri xüsusi ilə bu 2 ixtisasın tədrisində İKT-ni geniş tətbiqi edirlər və yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına çalışırlar. Lakin digər ixtisasların tədrisində İKT-nin geniş tətbiqi təmin olunur.

Page 19: Azərbaycan Dövlət Aqrar Universiteti

19

“Mühazirələrin elektron formada yığılması” təlimatı

Universitetdə bütün fənlər üzrə müasir elektron mühazirələrin hazırlanması, onların resurs bazasının yaradılması və tədris prosesinə inteqrasiyası istiqamətində də bir çox işlər görülmuşdur. İlk öncə İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi tərəfindən 2009-cu ildə “Mühazirələrin elektron formada yığılması” təlimatı hazırlanmışdir. Daha sonra müəllimlərin İKT üzrə savadlılığının artırılmasına məqsədilə kompüter bilikləri və interaktiv dərs üzrə təlimlər keçirilmişdir.

Page 20: Azərbaycan Dövlət Aqrar Universiteti

20

Elektron kitabxanası

2010-cu ildə universitetin Elektron kitabxanası (http://library.adau.edu.az) yaradılmış, fənlər üzrə bütün elektron mühazirə və kitablar kitabxananın elektron kataloquna yerləşdirilmişdir və tələbələrin istifadəsinə verilmişdir. Həmçinin Elektron kitabxanada internetə qoşulmuş 15 kompüter və WI-FI sistemi pulsuz tələbələrin istifadəsinə verilmişdir. Beləliklə də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha bir aldım atılmışdır.

Page 21: Azərbaycan Dövlət Aqrar Universiteti

21

Foto rublika

Şöbə əməkdaşları ADAU-nun Elektron kitabxanasında. Gəncə, 2010-cu il.

Page 22: Azərbaycan Dövlət Aqrar Universiteti

22

Distant və Əlavə Təhsil Mərkəzi

• Universitetdə distant təhsil sisteminin yaradılması və inkişafı istiqamətində də bir çox işlər görülmuşdur. 2008-ci ildə universitetdə Distant və Əlavə Təhsil Mərkəzi yaradılmışdır. Burada distant təhsilin təşkili üçün lazımi avadanlıqlar quraşdırılmış və kompüterlərə zəruri proqram təminatı ilə təmin edilmişdir. Mərkəzdə təhsil distant formada aparılır. Hal-hazırda elektronlaşdırılma, elektron kitabxananın yaradılması, müəllim və tələbələrin elektron məlumat bazasının yaradılması işləri gedir.

Page 23: Azərbaycan Dövlət Aqrar Universiteti

23

Foto rublika

Şöbə əməkdaşları Distant və Əlavə Təhsil Mərkəzində. 

Gəncə, 2009-cu il.

Page 24: Azərbaycan Dövlət Aqrar Universiteti

24

www.adau.edu.az

2009-cu ildən universitetin www.adau.edu.az ünvanlı yeni saytı fəaliyyət göstərir. Sayt azərbaycan, rus və ingilis dili bölmələrindən ibarətdir. Sayt əsas səhifə, axtarış, haqqımızda, xəritə, elektron xidmət, xəbərlər, KİV, A-Z suallar, təhsil, abituriyentlər, tələbələr, məzunlar, konfrans, elmi tədqiqatlar, e-kitabxana, arxiv, administrasiya, ictimai təşkilatlar, Aqrar mütəxəssis qəzeti, məşhur qonaqlar, biznes, ADAU 80, qalereya, e-müraciət əlaqə bölmələrindən ibarətdir. Saytdan universitet haqqına tam məlumat əldə etmək olar.

Page 25: Azərbaycan Dövlət Aqrar Universiteti

25

www.adau.edu.az

2009-cu ildən universitetin www.adau.edu.az ünvanlı yeni saytı fəaliyyət göstərir. Sayt azərbaycan, rus və ingilis dili bölmələrindən ibarətdir. Sayt əsas səhifə, axtarış, haqqımızda, xəritə, elektron xidmət, xəbərlər, KİV, A-Z suallar, təhsil, abituriyentlər, tələbələr, məzunlar, konfrans, elmi tədqiqatlar, e-kitabxana, arxiv, administrasiya, ictimai təşkilatlar, Aqrar mütəxəssis qəzeti, məşhur qonaqlar, biznes, ADAU 80, qalereya, e-müraciət əlaqə bölmələrindən ibarətdir. Saytdan universitet haqqına tam məlumat əldə etmək olar.

Page 26: Azərbaycan Dövlət Aqrar Universiteti

26

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

Page 27: Azərbaycan Dövlət Aqrar Universiteti

27

Foto rublika

Şöbə əməkdaşları «Tələbə-məzun» dövlət elektron məlumat sisteminin

istifadəçilər üçün təlimdə. Bakı, 2011-ci il.

Page 28: Azərbaycan Dövlət Aqrar Universiteti

28

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

Page 29: Azərbaycan Dövlət Aqrar Universiteti

29

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

Page 30: Azərbaycan Dövlət Aqrar Universiteti

30

“ADAU-nun kompüter avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları haqqında” təlimat

Universitetdə İKT sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi məqsədi ilə İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi tərəfindən 2011-ci ildə “ADAU-nun kompüter avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları haqqında” təlimat hazırlanmışır və mütəmadi şöbə tərəfindən universitetin kompüter avadanlıqlarının monitorinqi keçirilir.

Page 31: Azərbaycan Dövlət Aqrar Universiteti

31

Telekörpülər

Universitetin beynəlxalq əlaqələrində də İKT-dən istifadə edilir. Universitetdə 2009-2011-ci illərdə ADAU və ABŞ-ın Oklahoma, İllinoys, Miçiqan, Boston universitetləri və Norveç universiteti ilə mütəmadi telekörpülər təşkil olunub. Bu isə öz növbəsində təhsilin beynəlxalq standartla uyğunlaşdırımasında öz tövhəsini verir.

Page 32: Azərbaycan Dövlət Aqrar Universiteti

32

İnternet kafe

Universitetdə tələbə və müəllimlərin asudə vaxtının təşkili üçün də İKT-dən geniş istifadə edilir. Buna misal olaraq universitetdə pulsuz fəaliyyət göstərən 2 internet kafe göstərmək olar.

Page 33: Azərbaycan Dövlət Aqrar Universiteti

33

“ADAU-nun 2011-2015-ci illər üçün strateji inkişaf plan”

Sonda onu qeyd edə bilərik ki, universitetin “2011-2015-ci illər üçün strateji inkişaf plan”ın İnformasiya-Kommunikasiya Texnologiyaları strategiyası adlı fəsillində də gələcəkdə universitetdə İKT-nin tətbiqi istiqamətində bir çox işlərin görülməsi planlaşdırılır.

 

Page 34: Azərbaycan Dövlət Aqrar Universiteti

34

Foto rublika

Şöbə əməkdaşları «Məzun yarmarkası»-2011» Texniki işçi heyəti ilə.

Gəncə ,2011-ci il.

Page 35: Azərbaycan Dövlət Aqrar Universiteti

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK

Əlaqə: Azərbaycan Dövlət Aqrar Universiteti,İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr Mərkəsi, İnformasiya Texnologiyaları və Kompüter Resurs şöbəsi.Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti, 262. Poçt indeksi: AZ2000Tel: (+99422) 256 87 19; Faks: (+99422) 256 24 08; Veb sayt: www.adau.edu.az E-mail: [email protected]