49
1 Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanası Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün asanlaşd Ülkər Məmmədova Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün asanlaşdırılmış “İKT-dən istifadə üsulları və proqram təminatları ilə işləmə qaydası” metodik vəsait.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi ... · Domen adlar sistemi (Domain Name System - DNS) 80-ci illərdə yaradılmışdır, ərazi, sahə mənasını verir

  • Upload
    others

  • View
    16

  • Download
    0

Embed Size (px)

Citation preview

1

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Ümumtəhsil, peşə və orta ixtisas təhsili

müəssisələrinin kitabxanaçıları üçün asanlaşd

Ülkər Məmmədova

Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin

kitabxanaçıları üçün asanlaşdırılmış “İKT-dən istifadə

üsulları və proqram təminatları ilə işləmə qaydası”

metodik vəsait.

2

Müəllif:

Məmmədova Ülkər İzbail qızı - Respublika Elmi Pedaqoji Kitabxanasının Elmi metodik və təhlil şöbəsinin müdiri

3

Qeyd: Vəsaitin bəzi bölmələri Osman Gündüzün “Kompüter”, Babək Abasovun “Microsoft Access” kitabına və ULTRA şirkətinin “ALISA sisteminin təlim materialları”na istinadən hazırlanmışdır.

GİRİŞ

Bu vəsait “Milli təhsil strategiyasının 4.7-ci (ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi) bəndi”nin icrasına uyğun olaraq ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün kitabxana sistemlərinin avtomatlaşdırıl-masında strateji hədəflər və tədbirlər çərçivəsində treninqlərin keçirilməsi prosesində kitabxanaçılara köməklik məqsədilə tərtib edilmiş və kitabxanaçıların yeni informasiya texnologiyalarından səmərəli istifadə etmələri üçün hazırlanmışdır. Vəsaitdə faydalı internet resursları haqqında geniş məlumat verilmişdir.

Kompüter texnologiyasının ən səmərəli tətbiq sahələrindən biri informasiya sistemlərinin yaradılmasıdır. Informasiya sistemi avtomatlaşdırılmış informasiyanın toplanması, saxlanması və axtarışını həyata keçirən texniki, linqvistik, proqram və təşkilati vasitələrdən ibarət mürəkkəb kompleksdir. Onun əsasını verilənlər bazası təşkil edir. Bunun üçün də vəsaitdə kitabxana işinin avtomatlaşdırılmasını təmin edəcək verilənlər bazası

4

idarəetmə sisteminin vasitələrindən biri olan Microsoft Access proqramının öyrənilməsi də öz əksini tapmışdır.

Eyni zamanda metodik vəsaitdə ULTRA şirkətinin yaratdığı son texnologiyaların tətbiqi ilə işləyən ALISA - vahid mərkəzləşdirilmiş kitabxana sistemi haqqında məlumat verilmişdir.

İNTERNET HAQQINDA ÜMUMİ MƏLUMAT

İnternet dünyanın müxtəlif yerlərində milyonlarla insanın sərbəst ünsiyyət vasitəsidir. Istənilən məlumatın alınması və ötürülməsi internet resursları vasitəsilə daha sürətli həyata keçirilir. İnternet - qlobal şəbəkədə birləşmiş kompüterlər çoxluğudur. İnternet özündə milyonlarla kompüteri, proqramları, verilənlər bazalarını və müxtəlif faylları birləşdirən şəbəkədir. Məhz buna görədir ki, “İnternet” termininin geniş açılışı www, “World Wide Web” – “Ümumdünya hörümçək toru” adlanır. İnternetdən danışarkən istifadə etdiyimiz Web səhifə, Web sayt birləşməsindəki “Web” sözünün tərcüməsi də “tor” – şəbəkə deməkdir.

Istifadəçinin internetə qoşulması üçün tələb olunan elementlər:

1. Kompüter

2. Telefon xətti

3. Provayderlə razılıq

4. Modem (ADSL və ya Wi-fi)

5

İstifadəçinin İnternetə qoşulmasını, məktublarının göndəril-məsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı

6

kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Kompyuterlərin sayı çox olduqla interneti paylamaq üçün XAB aparatından istifadə olunur. Xab aparatı həmçinin kompyuterlər arasında şəbəkə yaradaraq öz aralarında məlumatların ötürülmə imkanı ilə yanaşı, digər İKT aparatlarından (skaner, printer) bütün kompyuterlərin ortaq istifadəsinə şərait yaradır.

QURĞULAR

PRİNTER Kompyuterlərlə iş prosesində ən çox istifadə olunan periferiya qurğusu printerdir. Printer kompyuterdəki mətn materiallarını, təsvirləri, qrafik materialları kağıza köçürmək üçün istifadə olunur.

Hər hansı bir sənədi çapa vermək üçün pəncərənin yuxarı

panelindən işarəsinin üzərində mouse`u vuraraq açılan yarımpəncərədən Print- Печать əmrini seçirik.

7

SKANER Skaner qrafik informasiyanı səth üzərindən oxuyan və kompyuterin yaddaşına köçürən qurğudur. Skanerlərdən istifadə üsulları bu qurğuların istehsal olunduğu firma və modellərindən asılı olaraq dəyişir.

8

Skanerlə əldə olunan elektron informasiyanı kompyuterin yaddaşına köçürməklə yanaşı, çap etmə imkanı olan qurğularında həmçinin kağız üzərində çoxaltmaq da mümkündür. Ümumiyyətlə, skaner və çap (ikisi birində) qurğusundan eyni zamanda kseroks aparatının əvəzləyicisi kimi də istifadə etmək mümkündür. WEB KAMERA Veb kamera video təsvirlərinin sadələşdirilərək İnternetə ötürülməsi üçün istifadə edilir. Qurğudan adətən videokonfransların keçirilməsi zamanı və ya kompyuterlər arasında informasiya mübadiləsinin videozənglə yerinə yetirilməsində istifadə olunur. Birçox sosial şəbəkələrdə videozəng funksiyası aktiv olsa da, www.skype.com veb saytı birbaşa video zənglər üçün nəzərdə tutulmuşdur.

9

BRAUZERLƏR VƏ AXTARIŞ

İnternetdə istifadəçinin rahat işləməsi üçün proqramlar yaradılmışdır ki,bunlarada brauzerlər (browser) deyilir. Hazırda müxtəlif brauzerlər mövcuddur: 1.

Microsoft İnternet Explorer

2.

Firefox Mozilla

3.

Google chrome

10

4.

Safari

5.

Opera

“Microsoft İnternet Explorer” 1995-ci ildə yaradılmış və

1999-ildən başlayaraq ən çox istifadə olunan brauzerdir. “Microsoft İnternet Explorer” brauzeri istənilən web

səhifəyə daxil olmaq üçün keçid funksiyasını yerinə yetirir.

“Microsoft İnternet Explorer” proqramının əsas panelləri Standart Buttons, Address Bar və Links panelləridir:

Standart Buttons panelində əsas istifadə olunan düymələr yerləşir: əvvəlki səhifəyə qayıtmaq, sonrakı səhifəyə keçmək, əməliyyatı dayandırmaq, səhifəni yeniləmək, əsas səhifəyə keçmək.

Address bar paneli ünvan yazmaq üçün istifadə olunur. Istədiyimiz web saytın ünvanını həmin panelə daxil etdikdən sonra panelin sağında yerləşən Go düyməsini və ya klaviaturada yerləşən ENTER düyməsini vururuq. Davamlı olaraq müraciət etdiyimiz hər hansı bir web səhifəni Favorites bölməsində yadda saxlayırıq və beləcə gələn dəfə həmin web səhifəyə daxil olmaq üçün ünvanı yazmağa ehtiyac qalmır.

Links panelində tez-tez müraciət etdiyimiz səhifələrə

11

istinadlar yerləşir. Standart Buttons panelində birinci və ikinci mövqedə Back (geri) və Forward (irəli) düymələri yerləşib. Bu düymələrin köməyilə artıq müraciət etdiyimiz əvvəlki və sonrakı səhifələrə keçə bilərik.

Stop (dayandır) və Refresh (yenilə) düymələrindən hər hansı bir səhifəyə keçidin dayandırılması və ya texniki səbəblərdən donmuş səhifəni yeniləmək üçün istifadə olunur.

Home page (ev səhifəsi) düyməsi ən əvvəlki səhifəyə qayıtmaq üçün keçid funksiyasını yerinə yetirir.

QEYD: digər brauzerlərin işləmə qaydası da Microsoft İnternet Explorer-lə oxşardır. Daxil olmaq istədiyimiz internet səhifəsinin ünvanını biliriksə bu ünvanı (Məs: www.repk.az) brauzerin adres panelinə yazıb ENTER düyməsini vururuq. Əgər hər hansı bir ünvan bilmiriksə vəya konkret bir məlumat axtarırıqsa, bu halda axtarış sistemlərindən istifadə edirik. Bunun üçün adres panelinə axtarış sistemi saytlarından birinin ünvanını yazırıq. ( məs: www.google.az) bu halda aşağıdakı pəncərə açılır: Google sözünün altındakı pəncərəyə axtardığımız hər hansı məlumatı daxil edib ENTER düyməsini vururuq. Əgər axtardığımız

12

şəkildirsə, əvvəlcə qara paneldə göstərilən Şəkillər sətrini seçib daha sonra axtardığımız şəklin adını daxil edib, ENTER düyməsini vururuq. Bu halda aşağıdakı görünüşdə bir pəncərə açılır:

İstifadə etmək istədiyimiz şəkli kompyuterin yaddaşında saxlamaq üçün əvvəlcə mouse`un sol düyməsi ilə şəklin üstünə bir dəfə klikləyirik. Şəkil açıldıqdan sonra mouse`un sağ düyməsi ilə şəkli klikləyib açılan pəncərədə Save picture as - Сохранить картинку как... sətrini mouse`un sol düyməsi ilə klikləyirik. Kompyuterin yaddaşına yüklənən şəkillər, sənədlər, musiqilər, videolar formatına uyğun olaraq START- ПУСК panelinin yanındakı papka pəncərəsinin içərisindəki Libraries - Библиотеки papkasındakı müvafiq qovluqlara vəya Downloads - Загрузки qovluğuna və Desktop - Рабочий стол`a (kompyuterin ekranına) düşəcəkdir.

13

DOMENLƏR

Hər hansı bir web səhifəyə keçmək üçün onun ünvanını yazmaq lazımdır. Ünvanını yazdığımız web səhifənin hansı təşkilata, hansı ölkəyə aid olduğunu müəyyənləşdirmək üçün sayt ünvanların sonuna domenlər əlavə olunmuşdur.

Domen veb saytın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb sayta girə bilməzlər.

Domen adlar sistemi (Domain Name System - DNS) 80-ci illərdə yaradılmışdır, ərazi, sahə mənasını verir. Domenlər I, II, III səviyyəli olurlar:

Birinci səviyyəli domenlər coğrafi domenlərdir: az – Azərbaycan de – Almaniya fr – Fransa se – İsveç ru – Rusiya uk – Böyük Britaniya tr – Türkiyə və s.

İkinci səviyyəli domenlər əsasən şəhər, əyalət adları olur.

Üçüncü səviyyəli domenlər isə firma, müəssisə adlarından ibarətdir.

Ən çox istifadə olunan domenlər: com – kommersiya təşkilatları; edu – təhsil müəssisələri; gov – hakimiyyət qurumları; mil – hərbi qurumlar; net – müxtəlif şəbəkə agentlikləri və ya provayderlər; int – beynəlxalq təşkilatlar; org – qeyri-kommersiya təşkilatları.

14

WEB SAYTLAR İnternet müəyyən məqsədlər üçün (informasiya axtarışı,

kommunikasiya, əyləncə, kommersiya və s.) müxtəlif elektron resursların toplandığı bir məkandır. İnternetə daxil olduğumuz zaman qarşımızda internet şəbəkənin geniş imkanları açılır: İnformasiya axtarışı

İnformasiya axtarışı, istifadəçinin sorğusuna uyğun sənədlərin tapılması və istifadəçiyə təqdim olunması prosedurudur. İnternetdə axtarışı rahat və daha məhsuldar həyata keçirmək üçün müxtəlif axtarış saytları mövcuddur. Bu saytlar vasitəsi ilə dünyanın hər yerində hər hansı bir məhsulun qiyməti, istehsalçısı və digər xüsusiyyətləri haqqında məlumat ala bilərik. Həmçinin, maarifləndirici məqsədlərlə yaradılmış axtarış saytlarından müxtəlif ədəbiyyat, məqalə və ya elmi məlumatların da əldə edilməsi mümkündür. Kommunikasiya

İstifadəçilərin internetə qoşulmasında əsas məqsədlərindən biri də elektron poçtdan istifadədir. Elektron formada göndərilən məktub dünyanın istəlinlən nöqtəsinə bir neçə dəqiqəyə çatır. Həmçinin, internetdə çoxsaylı elanlar, forumlar, sosial şəbəkələr və çatlar informasiya alış-verişini daha asan və məhsuldar edir. Əyləncə

İnternetdə kifayət qədər əyləncə xarakterli informasiyalar da mövcuddur. Fərdi yaradılmış səhifələrdə hər bir istifadəçinin maraqlarına uyğun fotoşəkillər, musiqi, kino və s. informasiya toplamaq mümkündür.

Kommersiya

15

İnternetdə ən çox yayılmış saytlar məhz kommersiya xarakterli saytlardır. Internetdə hər hansı bir saytın yerləşdirilməsi üçün pul ödəmək lazım gəldiyindən yaradılan saytlardan kommersiya məqsədli istifadə olunur. Hər hansı məhsulun satışından və ya tez-tez müraciət edilən saytların reklamından gəlir əldə edilməsi mümkündür.

İnternetdə xəbər saytlarından başlayaraq sosial şəbəkələrə qədər bir çox web saytlar fəaliyyət göstərir.

Bunlara misal olaraq aşağıdakı web saytları göstərmək olar:

Xəbər saytları: www.day.az, www.trend.az , www.milli.az

Nazirliklər:www.edu.gov.az, www.mct.gov.az .

Sosial şəbəkələr:www.facebook.com; www.twitter.com .

Dövlət təşkilatları:www.president.az , www.cabmin.gov.az .

Mətbu orqanları: www.azerbaijan-news.az .

Ali təhsil müəssisələri: www.bsu.edu.az , www.aseu.az .

Kitabxanalar:www.repk.az , www.anl.az, www.libraries.az . Əyləncə: www.open.az , www.mp3.tac.az .

Informasiya axtarışı: www.google.com , www.yandex.ru .

ELEKTRON POÇT Poçt iki şəxs arasındakı informasiya mübadiləsini həyata

keçirmək üçün istifadə olunan rabitə vasitəsidir. Elektron poçt isə

16

informasiya mübadiləsinin internet vasitəsilə həyata keçirilməsidir. Elektron poçt vasitəsilə yerləşdiyiniz coğrafi ərazidən asılı olmayaraq istənilən məlumatı (musiqi, video, şəkil, qovluq, sənəd, link və s.) göndərmək olur.

Elektron poçt vasitəsilə aparılan informasiya mübadiləsi ənənəvi poçtdan bir çox üstünlükləri ilə fərqlənir.

Elektron poçt ünvanını bu xidmətləri mövcud olan Web saytlardan əldə etmək mümkündür: www.mail.az, www.mail.ru, www.hotmail.com , www.rambler.ru və s.

Məsələn: www.hotmail.com səhifəsində elektron poçt ünvanı açmaq üçün: ilk öncə Sign up now - (qeydiyyatdan keç) sətrini seçirik.

17

daha sonra açılmış sorğu səhifəsindəki bütün xanalara haqqımızda uyğun məlumatları qeyd edirik.

18

I accept – (məlumatların doğruluğunu qəbul edirəm) düyməsini vuraraq qeydiyyatı yekunlaşdırırıq.

Elektron poçt vasitəsilə sənədin gondərilməsi üçün: - poçt ünvanımızın əsas panelindən Compose – Создать

(Yarat) düyməsini seçirik.

- Səhifə açıldıqdan sonra ilk olaraq To – Кому (kimə)

bölməsinə məktub gondərəcəyimiz şəxs və ya idarənin elektron poçt ünvanını yazırıq.

- Sonra Subject – Тема (mövzü) bölməsinə göndərəcəyimiz sənədlə bağlı qısa məlumat və ya elə sənədin adını yazırıq.

- Göndərmək istəyimiz hər hansı bir sənədi Attach – Вложения (yüklə) bölməsinə daxil olub lazımi sənədi seçib Open – Открыть (faylı aç) komandasını yerinə yetiririk.

19

- Son mərhələ olaraq Send – Отправить (göndər) düyməsini seçərək sənədi göndəririk.

QEYD: Elektron poçt ünvanı yaratmaq üçün müxtəlif portallar mövcuddur (www.hotmail.com; mail.ru; rambler.ru; www.gmail.com və s.). Qeydiyyatdan keçmə üsulu bütün elektron poçt portalları üçün eynidir.

20

MICROSOFT OFFICE WORD

Microsoft Office Word sənədini açma qaydası:

1. Monitorda sənədin işarəsi varsa mouse`un oxunu üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik. 2. Monitorda WORD sənədin işarəsi yoxdursa ekran boşluğunda mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan pəncərənin New-Создать sətrindən Microsoft Office Word Document – Документ Microsoft Office Word yazısının üzərində mouse`un sol düyməsi ilə bir dəfə klikləyirik. 3. Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs – Все программы sətrinin üzərində mouse`un sol düyməsini klikləyərək açılan proqramlar siyahısından Microsoft Office papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office Word sətrinin üzərində bir dəfə klikləyirik.

*****************************************************

WORD sənədi açdıqdan sonra, mətni yazacağımız dil, şrift və ölçüdən asılı olaraq tənzimləyirik.

1. Dili dəyişmək üçün WORD sənədin sağ aşağı panelindən /EN/ bölməsinin istində mouse`un sol düyməsini bir dəfə klikləyib açılmış dillər pəncərəsindən işləyəcəyimiz dili seçirik. 2. UNİCODE üçün, yuxarı sol şrift panelindən Calibri(Bold) –

Calibri(основной текст) şrifti Times New Roman olaraq

dəyişirik, şriftin sağındakı -11- ölçünü isə -14- olaraq dəyişirik.

21

QEYD: Klaviaturalar istehsal firmasından asılı olaraq müxtəlif formatda olur. Bəzi klaviaturalarda həm ingilis, həm rus, həm də azərbaycan əlifbası olur. Bəzilərində isə əksər hallarda azərbaycan əlifbası olmur. Buna görə də, ilk olaraq klaviaturada azərbaycan hərflərinin yerini təyin edək:

Ü -

Ö -

Ğ -

I -

Ə -

Ç -

Ş -

*****************************************************

Mətn tənzimləmələri:

Başlığı qalın hərflərlə yazmaq üçün şrift panelinin alt

hissəsindəki -

sətrindən B(menyu ingilis dilindədirsə) – Ж (menyu rus

dilindədirsə) seçirik.

B (Bold) – Ж (Жирный) I (Italic) – К (Курсив) U (Underline) – Ч (Подчеркнутый)

B I U Ж К Ч

22

Növbəti sətrə keçmək üçün ENTER düyməsindən

istifadə edirik (mətn yazarkən cümlələr səhifənin ölçüsünə uyğun

özləri yerləşir, hər cümlənin sonunda Enter düyməsini vurmağa

ehtiyac yoxdur. Enter düyməsi yalnız abzas bitimində istifadə

olunur).

Abzas buraxmaq üçün TAB düyməsindən istifadə

edirik (TAB düyməsindən bir dəfə istifadə etdikdən sonra artıq

növbəti bütün abzaslarda söz önündəki abzas məsafəsini

komputer avtomatik olaraq özü tənzimləyir).

Cümlənin baş hərfini böyük yazmaq üçün Shift

düyməsini basıb saxlayaraq, böyük yazmaq istədiyimiz hərfi

vururuq (əgər bütöv söz böyük hərflərlə yazılmalıdırsa, bu zaman

CAPS LOCK düyməsini bir dəfə vuraraq aktivləşdirib və sözü

yazdıqdan sonra eyni düyməni bir dəfə də vuraraq deaktiv edirik).

*****************************************************

Azərbaycan dili klaviaturası ilə işləyiriksə:

Nöqtə qoymaq üçün

Vergül qoymaq üçün +

İki nöqtə qoymaq üçün

+

Nöqtəli vergül qoymaq üçün

+

23

Sual işarəsi qoymaq üçün

+

Nida işarəsi qoymaq üçün

+

Dırnaq açıb bağlamaq üçün

+

Mötərizə işarələri üçün

+

+

*****************************************************

Klaviaturada işarələrin yeri yazarkən istifadə etdiyimiz dildən asılı olaraq dəyişir. Əgər bizə lazım olan hər hansı bir işarə seçdiyimiz dilin klaviaturasında aktiv deyilsə, klaviaturanın dilini işarənin aktiv olduğu dilə dəyişirik.

№ Işarəsini yazmaq üçün klaviaturanın dilini Rus dilinə çeviririk

+

@ Işarəsini yazmaq üçün klavia-

turanın dilini İngilis dilinə çeviririk

+

MICROSOFT OFFICE POWERPOINT

Microsoft Office PowerPoint sənədini açma qaydası:

4. Monitorda sənədin işarəsi varsa mouse`un oxunu

24

üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik. 5. Monitorda POWERPOINT sənədin işarəsi yoxdursa ekran boşluğunda mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan pəncərənin New-Создать sətrindən Microsoft Office PowerPoint Presentation – Презентация Microsoft Office PowerPoint yazısının üzərində mouse`un sol düyməsi ilə bir dəfə klikləyirik. 6. Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs – Все программы sətrinin üzərində mouse`un sol düyməsini klikləyərək açılan proqramlar siyahısından Microsoft Office papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office PowerPoint sətrinin üzərində bir dəfə klikləyirik.

*****************************************************

Microsoft Office PowerPoint sənədində işləmə qaydası:

1. İlk olaraq Home – Главная panelindən New slide - Создать слайд pəncərəsindən Blank - Пустой слайд pəncərəsini seçərək boş səhifə yaradırıq.

2. Səhifəyə əlavə etmək istədiyimiz şəkli kompyuterə yükləndiyi qovluqda tapıb kopyalayaraq slayd səhifəsinə daxil edirik. Şəklin ölçülərini kənarlarından mouse`un sol düyməsi ilə tutaraq hərəkət etdirib dəyişə bilərik. 3. Şəkilə başlıq daxil etmək üçün İnsert – Вставка panelindəki Wordart pəncərəsindən istifadə edirik.

25

4. Şəkilə mətn daxil etmək üçün isə həmin paneldən Text Box – Надпись pəncərəsindən istifadə edirik. 5. Hazırladığımız sənədi şəkil kimi yadda saxlamaq istəyiriksə, klaviaturadakı CTRL və A düymələrini sıra ilə vururuq. Beləcə sənəddə həm şəkil, həm başlıq həm də mətn seçilir. Sənədin üzərində mouse`un sağ düyməsini vururuq və açılan pəncərədən

Save as picture – Сохранить как рисунок sətrini seçirik. Açılan pəncərədə şəklin hansı qovluğa düşəcəyi göstərilir və eyni zamanda şəkilə ad verib formatını JPEG (standart şəkil formatı) təyin edib Save – Сохранить düyməsini seçirik.

MICROSOFT OFFICE

EXCEL

Microsoft Office Excel sənədini açma qaydası:

26

1.Monitorda sənədin işarəsi varsa mouse`un oxunu üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik. 2.Monitorda EXCEL sənədin işarəsi yoxdursa ekran boşluğunda mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan pəncərənin New-Создать sətrindən Microsoft Office Excel Document – Документ Microsoft Office Excel yazısının üzərində mouse`un sol düyməsi ilə bir dəfə klikləyirik. 3.Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs – Все программы sətrinin üzərində mouse`un sol düyməsini klikləyərək açılan proqramlar siyahısından Microsoft Office papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office Excel sətrinin üzərində bir dəfə klikləyirik. ***************************************************** EXCEL sənədi açdıqdan sonra, mətni yazacağımız dil, şrift və ölçüdən asılı olaraq tənzimləyirik. ***************************************************** EXCEL`də işləməyə başlamadan əvvəl sənədin sərhəddini təyin edirik. Bunun üçün Page layout – Разметка страницы panelində Size – Размер bölməsinə daxil oluruq və açılan pəncərədən A4 sətrini seçirik. Yazı yazılarkən A4 sərhəddindən kənara çıxmırıq.

27

Yazdığımız cümlənin ölçüsünə uyğun xanaları birləşdirmək üçün həmin xanaları seçib Home – Главная panelindən Merge & Center - Объединить и поместить в центре bölməsini seçirik.

Əgər cədvəl qurulursa, cədvəllərin kənarlarını vurğulamaq üçün, cədvəli tam şəkildə seçib, üzərində mouse`un sağ düyməsini vururuq, açılan pəncərədən Format Cells – Формат ячеек sətrini seçib, açılan pəncərədə Border – Граница bölməsinə daxil olub Outline – Внешние və İnside – Внутренние xanalarını seçirik və OK düyməsini vururuq.

28

29

Hesablama apararkən məbləğləri toplamaq üçün lazımi sütunu seçərək Home – Главная panelindəki cəm işarəsini ∑ vururuq.

30

ELEKTRON KİTABXANALAR Müasir kitabxana işini yeni informasiya və kommunikasiya

texnologiyaları olmadan təsəvvür etmək bir qədər çətindir. İnformasiya və kommunikasiya texnologiyalarının insan fəaliyyətinin bir sıra sahələrində olduğu kimi kitabxana işində də tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və optimallaşmasına gətirib çıxarır. Kitabxana işinin avtomatlaşdırılması təcrübəsi dünya ölkələrinə ötən əsrin 60-cı illərindən tanış olsa da Azərbaycanda bu tip fəaliyyətin həyata keçirilməsi 90-cı illərin sonlarına təsadüf edir.

Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmsal formatda hazırlanmış müxtəlif mövzuları əhatə edən sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir.

Elektron kitabxana müəllif hüquqlarını qoruyub saxlamaqla, milli ədəbiyyat nümunələrini elektron daşıyıcılarına köçürməklə yaradılır. Eyni zamanda elektron kitabxanaya müəllifin öz arzusu ilə onun təqdim etdiyi əsərin elektron versiyası da daxil edilə bilər. Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir.

Elektron kitabxanaların siyahısı:

www.preslib.az www.anl.az

www.kitabxana.net www.libraries.az

VERİLƏNLƏR BAZASI VƏ MS ACCESS PROQRAM TƏMİNATI HAQQINDA MƏLUMAT

31

Müasir dövrümüzdə verilənlər bazası və verilənlər bazalarının

idarəetmə sistemləri terminləri geniş yayılmışdır və yalnız kompüterlərə aid olan terminlər kimi istifadə olunur.

Verilənlər bazası (VB) kompüterlərin yaddaşında təşkil edilərək saxlanılan informasiya yığımıdır. Verilənlər bazalarında istənilən qədər istənilən həcmdə məlumatlar saxlanılır. Verilənlər bazası cədvəllər şəklində hazırlanır.

Verilənlər – informasiyanın dialektik tərkib hissəsi olmaqla, adətən nitq, mətn və əyani informasiyaya xas olan adi sərbəst strukturlu informasiyadan fərqli olaraq xüsusi formada təsvir olunmuş informasiya növüdür. Bu cür təsvir forması verilənlərin toplanılmasını, saxlanılmasını avtomatlaşdırmağa imkan verir. Daha sonra bu məlumatlar insanlar vəya informasiya vasitələri ilə emal edilir. Kompyuter texnologiyasında verilənlərnkompyuterdə saxlanmaq, emal olunmaq və əlaqə kanalları ilə ötürülmək üçün qeyd olunmuş informasiyadır.

Verilənlər bazalarının yaradılmasnı və emalını həyata keçirən sistemlərə (dil və proqram vasitələrinə) verilənlər bazasının idarəetmə sistemləri (VBİS) deyilir. VBİS-lər istifadəçi ilə verilənlər bazaları arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən proqramlardır.

Müasir VBİS-lərin tərkibinə aşağıdakılar daxildir: Cədvəllər və onların arasında əlaqələri yaradan vasitələr

toplusu;

Məlumatları daxil etmək, dəyişdirmək, axtarmaq və

müxtəlif şəkillərdə (mətn, qrafik) əks etdirmək imkanı verən

istifadəçi interfeysi;

Yuxarı səviyyəli proqramlaşdırma vasitələri.

MS Office proqram paketinə daxil olan MS Access proqramı həm bir fərdi kompüterdə, həm də lokal kompüter şəbəkəsində fəaliyyət göstərə bilən VBİS-dir. MS Access proqramında

32

İnternet şəbəkəsi ilə qarşılıqlı əlaqədə işləmək imkanları mövcuddur. MS Access verilənlərin saxlanılmasını və emalını həyata keçirmək imkanı verən sadə və çox güclü VBİS-dir.

Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və s. obyektlərin iş fəaliyyətləri ilə bağlı məlumatlar toplusudur.

VB yaratmaq üçün lazımi məlumatlar toplanılır, bazanın informasiya - məntiqi modeli yaradılır, cədvəllərin strukturları və cədvəllər arasında əlaqə formaları müəyyən edilir.

Verilənlər bazalarında aşağıda göstərilən verilənlərdən ibarət cədvəllər saxlanıla bilər:

Firma və ya müəssisə işçiləri barədə məlumatlar;

Firma və ya müəssisə ilə bağlı məlumatlar;

Firma avadanlıqları barədə məlumatlar;

Maliyyə, alqı və satqı ilə bağlı məlumatlar;

Aylıq, illik satış ilə bağlı məlumatlar;

Ünvanlarla bağlı məlumatlar;

Statistik məlumatlar və s.

ELEKTRON OXUCU QEYDİYYATI VERİLƏNLƏR BAZASININ QURULMASI

Ilk öncə İŞ STOLU-nda MS Access proqramını açırıq.

33

Əmrlər panelindən Create - Создание bölməsini açırıq və Table design - Конструктор таблиц əmrini seçirik. Açılan pəncərədə xanalara uyğun olaraq məlumatları daxil edirik.

Field name – Имя поля bölməsinə oxucu formulyarının üz qabığındakı sorğu əmrlərini şaquli istiqamətdə daxil edirik.

Data tipe – Тип данных bölməsində isə birinci bölmədəki əmrlərin tipini qeyd edirik. Məs: Adı – Text (Текстовый); Təvəllüdü – Data/time (Дата/время).

Oxucu kodu – Oxucu biletinə veriləcək nömrədir.

Əmrləri daxil etdikdən sonra mouse-un oxunu cədvəlin yuxarı hissəsindəki Table1 – Таблица1 panelinin üzərinə gətirib mouse-un sağ düyməsini vuraraq açılan kiçik pəncərədə Save – Сохранить sətrini seçirik sonra ekranda açılan Save as –

34

Сохранение pəncərəsində hazırladığımız VB-yə Oxucu Qeydiyyatı adını veririk və mouse-un sol düyməsi ilə OK düyməsini seçirik.

Sonda Oxucu qeydiyyatı panelinin üzərində mouse-un sağ düyməsini vururuq açılan kiçik pəncərədən Close – Закрыть sətrini mouse-un sol düyməsi ilə seçərək ilk mərhələni

yekunlaşdırmış oluruq.

KİTAB VERİLİŞİ VERİLƏNLƏR BAZASININ QURULMASI

Oxucu qeydiyyatı VB-ni işlədiyimiz qaydada eyni ardıcıllıqla Əmrlər panelindən Create - Создание bölməsini açırıq və Table design - Конструктор таблиц əmrini seçirik. Açılan pəncərədə xanalara uyğun olaraq formulyarın içliyindəki sorğu əmrlərini daxil edirik. Oxucu kodu əlaqələndirici funksiyasını daşıdığı üçün əvvəlki cədvələ uyğun olaraq Oxucu kodu sözünü bu cədvəldə də ilk olaraq yazırıq. Bu cədvələ isə Kitab verilişi adını veririk.

35

Bu bölmədə isə oxucuya verilən ədəbiyyatın qeydiyyatı üçün:

Verilmə tarixi Inventar nömrəsi Şöbə Müəllif Sərlövhə Qaytarılma tarixi

yazılır.

CƏDVƏLLƏR ARASINDA ƏLAQƏNİN YARADILMASI

Əmrlər panelindən Database tools - Работа с базами данных bölməsinə daxil oluruq və Relationships - Схема данных əmrini seçirik.

Açılan Show table - Добавление таблицы pəncərəsindən hər iki cədvəli seçərək Add - Добавить düyməsini vururuq. Sonra alətlər panelindən Edit relationships - Изменить связи bölməsini seçirik.

36

Açılmış pəncərənin Create new - Новое düyməsini seçirik və ikinci yarım pəncərədə əlaqə yaradacağımız cədvəllərin adlarını qeyd edirik.

OK düyməsini seçirik.

Analoq oxucu qeydiyyatında olduğu kimi Elektron formulyarda da Kitab verilişi cədvəlinin formulyar içliyi şəklində olması üçün Kitab verilişi cədvəlini Oxucu qeydiyyatı cədvəlinin daxilinə əlavə edirik.

Oxucu qeydiyyatı cədvəlinə daxil oluruq. Alətlər panelindən More - Дополнительно bölməsini seçib açılan alt yarımpən-cərədən Subdatasheet - Подтаблица sətrini seçirik.

37

Kitab verilişi cədvəlini seçirik.

Elektron Oxucu Qeydiyyatı Verilənlər Bazası hazırdır.

AXTARIŞ PANELİNİN YARADILMASI

Axtarış paneli kitabxanaçıya oxucunu tapmaqda və ya verilmiş ədəbiyyatın kimin adında olduğunu öyrənmək üçün kömək edəcəkdir. Bunun üçün əmrlər panelindən Create - Создание bölməsinə daxil olaraq Query design - Конструктор запросов əmrini seçirik. Açılan Show Table - Добавление таблицы pəncərəsindən hər iki cədvəli seçərək Add - Добавить düyməsini seçirik.

38

Açar sözləri üzərində mouse-un sol düyməsini iki dəfə klikləyərək axtarış sətrinə əlavə edirik.

Səhifəyə AXTARIŞ PANELİ adını verərək işimizi yekunlaşdırırıq.

39

ELEKTRON QEYDİYYAT (EQ) VERİLƏNLƏR BAZASI

EQ Verilənlər Bazasında oxucuların elektron qeydiyyatı həyata keçirilir. Oxucular haqda bütün məlumatlar verilənlər bazasına daxil edilir və hər oxucuya məxsus elektron “oxucu formulyarı”

40

əlavə olunur.

Elektron “oxucu formulyarı” kitabxanaçıların standart olaraq tərtib etdikləri “oxucu formulyarı”nın elektron versiyasıdır. Həmçinin, elektron “oxucu formulyarı”na tələb olunarsa oxucunun şəkli, şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilə bilər.

Elektron qeydiyyatdan keçmiş oxucu haqqında hər hansı məlumatın tapılması üçün EQ Verilənlər Bazasının Axtarış bölməsi vasitəsi ilə oxucu haqqında hər hansı bir məlumatı (adı, soyadı, oxucu kodu və s.) “açar söz”ü daxil edərək lazımi məlumatları əldə edə bilirik.

41

Ümumi oxucuların siyahısının fərdi çap olunması tələb olunarsa EQ Verilənlər Bazasının Forms- Форма pəncərəsindən daxil olaraq baxa və çap edə bilərik.

42

KİTABİŞLƏMƏ VERİLƏNLƏR BAZASI

Kitabişləmə Verilənlər Bazası da Summar-uçot kitabının elektron formasıdır, müəssisəyə daxil olan kitablar bu bazada qeydiyyatdan keçir, elmi və texniki cəhətdən işlənildikdən sonra Elektron Kataloqa salınmaq üçün müvafiq şöbəyə yönləndirilir.

43

DÖVRİ MƏTBUAT VERİLƏNLƏR BAZASI

Dövri mətbuat Verilənlər Bazasında müəssisəyə daxil olan qəzet və jurnallar işlənilir.

ELEKTRON KATALOQ (EK)VERİLƏNLƏR BAZASI

Elektron Kataloq Verilənlər Bazasına müəssisəyə daxil olmuş, elmi və texniki cəhətdən işlənmiş kitablar qeyd olunur.

Elektron Kataloq Verilənlər Bazasına eyni zamanda əldə olunan ədəbiyyatın varsa, elektron versiyasını da fayl şəklində yükləmək mümkündür.

44

EK Verilənlər Bazasında hər hansı bir kitabı axtarmaq üçün, bazanın Axtarış bölməsinə daxil olaraq kitab haqqında istənilən məlumatı daxil edərək axtardığımız kitabı tapa bilərik.

A L I S A

45

(AUTHOMATED LIBRARY INFORMATION SYSTEM of AZERBAIJAN)

(AZƏRBAYCANIN AVTOMATLAŞDIRILMIŞ KİTABXANA İNFORMASİYA SİSTEMİ)

ALISA sistemi - kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır. Sistem MARC21, İSO2709, UNİCODE, Z3950 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl və dövlət təhsil müəssisələrinin kitabxana proseslərinin avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. ALISA sisteminin üstünlüklərindən biri də bir üzvlük bileti ilə bütün kitabxanalara daxil olmaq imkanının olmasıdır. Kitabxanaçılar üçün isə sistemin əsas üstünlüyü bazaya daxil olan ədəbiyyat artıq ikinci bir müəssisə tərəfindən təkrar işlənmir, sadəcə ədəbiyyatın inventar nömrəsini qeyd etməklə kitabişləmə və kataloqlaşdırma işini yekunlaşdırmaq mümkündür.

Sistem kitabxana daxili prosesləri- oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Proqramın tətbiqində əsas məqsəd istənilən kitabxananın sistemə qoşulma imkanının olması, onlayn xidmətlərin yaradılması və kitabxananın daxili proseslərinin tam avtomatlaşdırılmasıdır.

Sistem 16 moduldan ibarət qurulmuşdur: Təşkilatı struktur, Kataloqlaşdırma, Sifariş, Mini HR (daxili oxucu bazası), Kitab verilişi, Təhlükəsizlik və səlahiyyət modulu, Nüsxələr, Bron, Dinamik axtarış modulu, Sənədin tarixçəsi, Kitablar üzrə ətraflı axtarış modulu, Dinamik hesabatlar modulu, Mənbə, Oxucuların şəxsi kabineti, Komplektləşdirmə, Oxucuların kitab rezervasiya modulu.

MÜNDƏRİCAT

46

Giriş...............................................................................................5 İnternet haqqında ümumi məlumat..............................................6 Qurğular.........................................................................................8 Brauzerlər və axtarış....................................................................11 Domenlər.....................................................................................15 Web saytlar..................................................................................16 Elektron poçt...............................................................................18 Microsoft Office Word………………………………………………….………….22 Microsoft Office Powerpoint…………………………………………………...26 Microsoft Office Excel………………………………………………………..…….28 Elektron kitabxanalar…………………………………………………….………...32 Verilənlər bazası və MS Access proqram təminatı haqqında məlumat…………………………………………………………………….…….……..33 ALISA …………………………………………………………………………………….…48

47

Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

48

Müəllif hüquqları qorunur!

Respublika Elmi Pedaqoji Kitabxanası

Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16

Bakı, Koroğlu Rəhimovküç.,108.

[email protected] [email protected]

49

www.repk.az