16
Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular. Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

  • Upload
    kenley

  • View
    97

  • Download
    4

Embed Size (px)

DESCRIPTION

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular. Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsi

İstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası

Fənn: Zoogigiyena

Mövzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular.

Mühazirəçi: Dos. Məmmədova O.M.

Gəncə - 2009

Page 2: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Plan1.Su təchizatı, sistemləri, suvarılma və heyvanın suya

tələbatı, su təchizatı.2.İçməli suyun zərərsizləşdirilməsi (Cl, O3, şualanma,

dadlaşdırma, ultrasəs, çökdürmə, koaqulyasiya və süzülməsi).

3.Kənd təsərrüfatı heyvanlarının suvarılması gigiyenası.4.Çirkab sular (bioloji süzgəclər).5.Mexaniki təmizlənmə, bioloji, kimyavi dezinfeksiya,

termiki və s.

Page 3: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Ədəbiyyat siyahısı1.Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t hayvanlarının ümumi

gigiyenası, Gəncə - 2009.2.Ə.A.Əsgərov və başqaları. Müasir ekologiya, Bakı – 2007.3.Ə.A.Əsgərov,M.M.Əliyev, O.M.Məmmədova. Sanitariya və

zoogigiyena fənnindən metodik göstəriş. Gəncə-2005.4. Ə.A.Əsgərov. Ətraf mühitin qorunması və təbii sərvətlərdən

istifadə, Bakı – 1989.5. Ə.A.Əsgərov, E.M.Hüseynov. Müasir ekologiya, Gəncə - 2004.

Page 4: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Sanitariya mədəniyyəti olmayan yerdəHeç bir mədəniyyətdən söhbət gedə bilməz

Semaşko

BMT-nin cavabı:“Dünyada bir nömrəli qatil – bir stəkan çirkli sudur”

Page 5: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Su təchizatı, sistemləri, suvarılma və heyvanın suya tələbatı, su təchizatı. Kənd təsərrüfatında su təchizatının təşkilində insanların, heyvanların suya

olan tələbatı, bitkilərin suvarılması, kənd təsərrüfatı məhsullarının hazırlanması və yanğın əleyhinə tələblər üçün lazım olan suyun miqdarı maksimal tələbatla hesablanır.

Kənd təsərrüfatının su təchizatı iki yerə bölünür: mərkəzləşdirilmiş və yerli su təchizatı. Mərkəzləşdirilmiş su təchizatında suyun təmizlənməsi, keyfiyyətcə yaxşılaşdırılması və zərərsizləşdirilməsi kimi işlər asanlıqla yerinə yetirilir. Mərkəzləndirilmiş su təchizatının üstünlüklərini nəzərə alaraq hazırda ölkəmizin heyvandarlıq təsərrüfatları mexanikləşdirilmiş su təchizatından istifadəyə keçir.Mərkəzləşdirilmiş su təchizatında suyun çirklənməsinin qarşısını almaq məqsədilə 3 sanitariya nəzarəti zonası olmalıdır:1). mütləq nəzarət zonası,su mənbəyi və qurğular yerləşir;2).məhdudlaşdırırlmış zona;

3).nəzarət zonası. Yerli su təchizatı- kəhriz, artezian, bulaq, çay, arx, göl və gölməcə suları

aiddir.İçməli su mənbələri və suyun istifadəsi üzərində ciddi sanitariya nəzarəti olmalıdır. Su mənbələrini yoluxmadan və çirklənmədən qorumaq üçün onların ətrafı hasarlanmalıdır.

Page 6: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Kənd təsərrüfatı heyvanları, quşlar və xəzdərili heyvanlar üçün gündəlik su normaları

Növləri Tövlə şəraitində bir başa (litr) Yayda Otlaqda qışda və yazda

Inəklər 80 30-60 25-35

Buğalar və düyünlər 50 - -

Iki yaşınədək olan cavan:Qaramal6 aylığa qədər buzovlar

3020

--

--

Atlar:Damazlıq atlarAyğırlar

608070

25-50--

20-25--

Qoyunlar:YaşlılarCavanlar (1 yaşadək)

-103

2,5-6--

1-3--

Donuzlar:Çoşqalı donuzlarSüddən ayrılmış çoşqalar

605

--

--

Quşlar:Hinduşkalar və toyuqlarQaz və ördəklər

11,25

--

--

Page 7: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

İçməli suyun zərərsizləşdirilməsi (Cl, O3, şualanma,dadlaşdırma, ultrasəs, çökdürmə, koaqulyasiya və süzülməsi).

Suyun təmizlənmə üsulları (çökdürmə, süzmə, koaqulyasiya) onu mikroorqanizmlərdən təmizləyir.Suyun, xüsusilə yerüstü suların insan və heyvanlar arasında yoluxucu və parazitar xəstəliklərin yayılmasında rolunu nəzərə alaraq onun zərərsizləşdirilməsinin böyük əhəmiyyəti vardır.

Ən əlverişli,ucuz başa gələn, suyu effektli olaraq zərərsizləşdirən, bağırsaq çöplərinin miqdarını kəskin şəkildə azaldan və ən geniş tətbiq edilən üsul suyun xlorlaşdırılmasıdır. Patogen mikroblardan dizenteriya mikrobları, vəba virionları, qarın yatalağı, pasterellalar, bağırsaq çöpləri xlora çox həssasdır. Su xlorlu əhənglə CaOCl2 və ya xlor qazı (Cl2) ilə xlorlaşdırılır.

Suyun zərərsizləşdirilməsində qaynatma və ultrabənövşəyi şüalardan istifadə olunur. Qaynatma üsulu boğaz, yeni doğmuş və körpələrin suvarılması üçün tətbiq edilir. Ultrabənövşəyi şüalar yüksək bakterisid təsirı malikdir.Hazırda suyun ultrabənövşəyi şüalarla zərərsizləşdirilməsi üçün aşağıdakı tipli lampalar buraxılır:PRK-7 lampası(civə-kvars lampası), OV-AKX-1 elektrik şüa qurğusu, RKS-2,5 lampalı (civə-kvars lampası),OV-1PRKS. Lampalar suyun içində qurulur.

Page 8: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Içməli suyun keyfiyyətinin yaxşılaşdırılma üsulları

Əsas üsullar

Rəngsizləşdirilmə

Koaqulyasiya

Çökdürmə

Filtrasiya

Zərərsizləşdirmə

Kimyavi üsul

Xlorlaşdırma Ozonlaşdırma

Gümüşün oliqodinamik təsiri ilə

Fiziki

Ultrabənövşəyi şualandırmaUltrasəslə təsir

Termik

Xüsusi işlənmə üsuluDuzsuzlaşdırma

DəmirsizləşdirməFtorsuzlaşdırmaQazsızlaşdırma

Page 9: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

BUV-60 P lampalı OV-3N tipli qurğu. Bu suyun xaricində qurulur,işıqlanma xaricdən aparılır, bir saatda 8m3 suyu zərərsizləşdirir. Ultrabənövşəyi şüalarla suyun zərərsizləşdirirlməsi üsulu suyun xlorlaşdırırlmasından üstündür. Belə ki, bu üsulla suyun təbii, fiziki və kimyəvi xassələri dəyişmir, bakteriyalar daha tez tələf olur, şüalandırma nəinki mikrobların vegetativ formaları, hətta sporlar da tələf olur.

Kənd təsərrüfatı heyvanlarının suvarılması gigiyenası Heyvanların vaxtında suvarılmaması və ya pis keyfiyyətli su ilə suvarılması

inəklərin südünü, kökəldilən heyvanlarda gündəlik artımı, qoyunlarda yunun miqdarını azaldır, xəstəlik və tələfat yüksəlir, yemlərdən pis istifadə edilir.

Orqanizmə daxil olan su heyvanların sinir sistemində bir sıra proseslərə təsir edir və orqanizmin sususzluğunu aradan qaldırır.Heyvanların suya olan tələbatı onların yaşından, növündən, məhsuldarlığından, istismar və metereoloji şəraitdən, yemləmədən, və s. asılıdır.Məs.gündəlik süd sağımı 12 kq olan inək bir gündə 35-40 su içdiyi halda, gündəlik süd sağımı 40 kq olan inək 110 litr su içir.

Hazırda qaramal üçün PA-1,PA-1m, PAV-9m və PA-2, donuzlar üçün PAV-2A, PAS-2 və APS-2, qaramal və donuzlar üçün PAV-( fərdi avtomat suvatlar buraxılır.

Page 10: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

PA-1 avtomat suvatın həcmi 21 olan bir, PA-2 suvatı iki su yığılan kasadan, klapan mexanizmindən və pedaldan ibarətdir. Heyvanların qrup ilə suvarılması üçün aşağıdakı suvatlar vardır: qaramal üçün PPA-1,7(tutumu 1700 l), AQK-12, AQK-12A, AQK-4, donuzlar üçün APQ, ART-6 və AQS-24, quçlar üçün P-1,

P-4, APK-2, p-2C. Qaramalın bağsiz sistemdə saxlanılmasında elektrik qızdırıcısı ilə təmin

olunmuş AQK-4 markalı avtosuvat tətbiq olunur. Donuzların düşərgədə və ya qış binalarında suvarılması üçün AQS-24 vakuum suvatı tətbiq olunur. Toyuqların suvarılması üçün P-1 təknəli suvat tətbiq edilir. Toyuqlar üçün PV, P-4, APK-2, fincanlı AP-2 və V şəkilli suvatlar da vardır.

Çirkab sular (bioloji süzgəclər) Sənaye və kənd təsərrüfatı müəssisələrindən, mənzillərdən, hamamlardan,

xəstəxanalardan, baytarlıq məntəqələrindən və s. çıxan, habelə həyətlərdən və küçələrdən axan çirkab suları adlanır. Çilkab sularının tərkibində çoxlu miqdarda patogen mikroblar, helmint sürfələri, parazit qurdlar və s. olduğundan səhiyyə cəhətindən çox qorxulu sayılır. Çirkab sularının buraxılmasına səhiyyə və baytarlıq işçiləri nəzarət etməlidirlər.

Page 11: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Çirkab suları mexaniki, kimyəvi və bioloji üsullarla təmizlənir. Təmizləmə adətən iki fazada keçirilir: ilk və son təmizləmə. İlk fazada çirkab suyunda olan asılı maddələr,qum, yağ, neft, benzin təmizlənir. Asılı maddələri, mexaniki və həll olmuş maddələri çökdürmək üçün koaqulyasiya və kimyəvi birləşmələrdən istifadə edilir. Son fazada isə bioloji oksidləşmə, aerasiya, süzgəcdən keçirmə kimi əməliyyatlar aparılır.

Ümumiyyətlə çirkab sularının süzücü torpaq sahəsindən keçirilməli başqa təmizləyici üsüllardan üstündür.

Bioloji süzgəclər suvarma tarlası və süzücü üsulu ilə birlikdə tətbiq edilir. Bioloji süzgəclər koks və ya şlak, torf və digər məsaməli materiallardan hazırlanır.

Çirkab suları xlorlu əhəng və ya xlor qazı ilə zərərsizləşdirilir. Xlorlaşdırma qaydası içməli sularda olduğu kimidir. Xlorlaşdırmadan əvvəl və sonra suyun koli-titri təyin edilir. Zərərsizləşdiriləcək çirkab su üçün fəal xlorun dozası belə götürülür: biloji üsulla işlənmiş 1 litr çirkab su üçün 10-20 mq, mexaniki təmizləmədə 20-30 mq, pis təmizlənmiş və ya təmizlənməmiş çirkab su üçün 50-60 mq.

Page 12: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Mexaniki təmizlənmə, bioloji, kimyavi dezinfeksiya, termiki və s. Çirkab suyunun mexaniki təmizlənməsi üçün bir neçə ardıcıl təmizləyici

qurğular (tor, qumsaxlayan, çükdürmə hovuzu, iy tutusu) tətbiq edilir.Çirkab suyu bu qurğulardan ardıcıl olaraq keçirilir, Bu zaman suda olan qaba hissəciklər torlarda saxlanır, sonra su qumsaxlayıcı hovuza keçir, bu hovuzun başlanqıc hissəsi dərin olur, sonrakı hissə isə getdikcə dayazlaşır. Sonar su o biri təmizləyici, durulducu hovuza keçir, burada lil və asılı hissəciklər çökür, mikroorqanizmlərin təsiri altında parçalanır.

Bioloji təmizləmə üsulunda məqsəd çirkab sularını zərəsizləşdirmək və üzvi maddələrin minerraşması, parçalanması üçün şərait yaratmaqdır. Bioloji təmizləmə üzvi maddələr, mikroorqanizmlər və oksigen olan mühitdə gedir.

Qışda torpağın süzmə və minerallaşdırma qabiliyyəti aşağı düşür, çünki torpağın üst qatı donur və minerallaşmayan üzvi maddələr torpağın səthində qalır. Bunlar torpağın süzmə qabiliyyətini çətinləşdirir. Buna görə də suvarılma və suyun süzülməsui üçün ayrılmış sahələr yazda şumlanmalı və ya yumşaldılmalıdır.

Page 13: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Şaxtalı quyunun quruluşu Bulağın kaptajı

Page 14: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Sahil kənarı filtirli quyu Suyun süzülmə sxemi

Page 15: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

Gölün ümumi görünüşü BE-2,5 aftomatik su vuranın sxemi

Page 16: Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular

Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

PA-2 klapanlı su suvatı PA-1 klapanlı su suvatı