134
1 ӘLİXAN MUSAYEV MӘXLUQATIN ӘN XEYİRLİSİNİN (s.ә.s) KӘLAMLARINDAN GÖTÜRÜLMÜŞ HÖKMLӘRİN ӘSASI Abdul-Ğani әl-Mәqdisi Azerislam.com Birinci cild Bakı – 2002

hokumlerin esasi

  • Upload
    pluton-

  • View
    277

  • Download
    21

Embed Size (px)

DESCRIPTION

hokumlerin esasi

Citation preview

Page 1: hokumlerin esasi

1

ӘLİXAN MUSAYEV

MӘXLUQATIN ӘN XEYİRLİSİNİN (s.ә.s)

KӘLAMLARINDAN GÖTÜRÜLMÜŞ

HÖKMLӘRİN ӘSASI

Abdul-Ğani әl-Mәqdisi

Azerislam.com

Birinci cild

Bakı – 2002

Page 2: hokumlerin esasi

2

Tәrcümәçi vә tәrtib: ӘLİXAN MUSAYEV İxtisas redaktorları: QAMӘT SÜLEYMANOV RӘŞAD AXUNDOV

Redaktor: SӘFӘRBӘY SӘFӘRBӘYOV

Texniki redaktorlar: ELXAN RÜSTӘMOV FİKRӘT ALLAHVERDİYEV

Page 3: hokumlerin esasi

3

Rәhmli, Mәrhәmәtli Allahın adı ilә!

Page 4: hokumlerin esasi

4

«Ey Rәbbim! Köksümü açıb genişlәt;

İşimi yüngüllәşdir;

Dilimdәki düyünü aç ki,

Sözümü yaxşı anlasınlar!»

(TA HA, 25-28)

Page 5: hokumlerin esasi

5

TӘRCÜMӘÇİNİN ÖN SÖZÜ

Şükür vә tәrif Allaha mәxsusdur, biz Ona şükür edir, Onu tәrif edirik, Onu kömәyә çağırırıq, Ondan bağışlanma dilәyirik, nәfslәrimizdәki şәrdәn, әmәllәrimizdәki pisliklәrdәn qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönәltdiyi şәxsi azdıran, azdırdığı şәxsi isә haqq yoluna yönәldәn tapılmaz. Şәhadәt edirәm ki, Allahdan başqa ibadәt haqqı olan mәbud yoxdur, Onun şәriki yoxdur vә şәhadәt edirәm ki, Mәhәmmәd (s.ә.s) Onun qulu vә elçisidir.

Müsәlman qardaş vә bacılarımın istәyini nәzәrә alıb şәriәt hökmlәri ilә bağlı hәdislәr toplusundan ibarәt olan bu kitabı tәrcümә etmәk qәrarına gәldim.

Bu kitabın haşiyәsindә yazılan bәzi kәlmәlәrin izahı, İbn Hәcәr әl-Әsqәlaninin «Sәhihu-l-Buxari»yә vә әn-Nәvәvinin «Sәhih Müslim»ә verdiyi şәrhdәn, hәmçinin hәdislәrdәn çıxarılan nәticәlәr dә bu mәnbәlәrdәn vә bir dә Abdullah ibn Әbdürrәhman ibn Saleh Әli Bәssәmin bu kitaba verdiyi şәrhindәn götürmüşәm.

Fiqhi mәsәlәlәrlә bağlı olan bәzi rәylәr isә Mәhәmmәd ibn Saleh әl-Üseyminin ictihadı nәticәsindә (islam alimlәrinin icması1 vә onların әsaslandığı dәlillәri nәzәrә alaraq) verdiyi rәylәrdir.

Hәdislәrin mәnbәlәri kitabın әslindә olmadığı üçün onların hansı mәnbәdәn götürüldüyünü müәyyәn edib kitaba әlavә etmişәm. Bu әlavәlәr hәdislәrin sonunda mötәrizә içәrisindәdir.

Quran ayәlәrinin tәrcümәsini isә Ziya Bünyadov vә Vasim Mәmmәdәliyevin tәrcümә etdiklәri Qurandan bilavasitә götürmüşәm.

Kitab 426 hәdis vә 20 bölmәdәn ibarәtdir, hәr bölmәyә dә müxtәlif sayda fәsillәr daxildir.

Bundan әlavә, hәr bölmәnin sonunda onun xülasәsi dә verilmişdir.

1 Әbu Hәnifә, Malik ibn Әnәs, Mәhәmmәd ibn İdris әş-Şafii, Әhmәd ibn Hәnbәl vә

başqaları.

Page 6: hokumlerin esasi

6

Fiqh haqqında anlayış Fiqh kәlmәsinin lüğәti mәnası: Anlama, başa düşülmә demәkdir. İstilahi (şәriәt baxımından) mәnası: Quran vә Peyğәmbәrin (s.ә.s)

sünnәsindәki (hәdislәrindәki) dәlillәrdәn çıxarılan şәriәt hökmlәri ilә bağlı olan elm.

Mövzusu: Fiqh – ibadәt vә s. şәriәt hökmlәri haqqında bәhs edәn elmdir.

Sәmәrәsi: Bu elm hәr bir müsәlmana ibadәtlәri düzgün yerinә yetirmәyә, bununla da dünya vә axirәtdә sәadәtә qovuşmağa kömәk edir. Peyğәmbәr (Ona vә ailәsinә Allahın xeyir-duası vә salamı olsun! – sәllәllahu әleyhi vә sәllәm – s.ә.v.) demişdir: «Uca Allah xeyir istәdiyi bәndәsini dindә fәqih1 edir» (Müslim, 4933-cü hәdis).

Hökmü: Bu elmә yiyәlәnmәk fardu-l-kifayәdir2. Uca Allah buyurur: «[Ehtiyac olmadıqda] möminlәrin hamısı birdәn [cihada, döyüşә]

çıxmamalıdır. Barı hәr tayfadan bir dәstә [dini elmlәri öyrәnmәk, sonra da din qardaşlarına öyrәtmәk üçün] qalsınlar ki, camaatı [döyüşdәn] qayıtdığı zaman onları [Allahın әzabı ilә] qorxutsun. Bәlkә, onlar (әldә etdiklәri biliklәr sayәsindә yaramaz işlәrdәn, nalayiq hәrәkәtlәrdәn) çәkinsinlәr!» (әt-Tövbә, 122).

Şәriәt hökmlәrinin növlәri Vacib: Buna әmәl edәn savab qazanır, onu tәrk edәn isә әzaba düçar

olur. Bura namaz, oruc vә s. kimi әmәllәr daxildir. Haram: Bunu tәrk edәn savab qazanır, әmәl edәn isә әzaba düçar olur.

Bura zina, oğurluq vә s. kimi әmәllәr daxildir.

1 Quran vә hәdislәrә әsaslanaraq bir çox şәriәt hökmlәrindәn anlayışı olan şәxs. 2 Fardu-l-kifayә: bir vә ya daha çox müsәlmanların yerinә yetirmәsi ilә digәrlәri üçün

vacib olmayan әmәlә deyilir.

Page 7: hokumlerin esasi

7

Müstәhәb: Buna әmәl edәn savab qazanır, onu tәrk edәn isә әzaba düçar olmur. Bura Aşura gününün orucu vә s. kimi әmәllәr daxildir.

Mәkruh: Bunu tәrk edәn savaba nail olur, әmәl edәn isә әzaba düçar olmur. Bura mәscidә sol ayaqla daxil olmaq vә s. kimi әmәllәr daxildir.

Mübah: Buna әmәl edәn vә ya onu tәrk edәn nә savab qazanır, nә dә ki әzaba düçar olur.

Bu kitabın tәrtib olunmasında kömәk göstәrmiş bütün müsәlman qardaşlarıma öz tәşәkkürümü bildirirәm.

Bu tәrcümәnin nöqsanlardan vә xәtalardan xali olmadığı üçün, bu barәdә qeyd vә mülahizәlәrini bildirәcәk oxuculara әvvәlcәdәn tәşәkkür edirik. Onların dәyәrli mәslәhәtlәri bu kitabın gәlәcәk nәşrlәrindә nәzәrә alınacaqdır.

Tәrcümәçidәn

Page 8: hokumlerin esasi

8

MÜQӘDDİMӘ Şeyx Әbu Mәhәmmәd abdul-Ğani ibn abdul-Vahid ibn Ali ibn Surur әl-

Mәqdisi (Allah ona rәhm etsin!) dedi: «әl-Mәlik, әl-Cabbar, әl-Vahid, әl-Qahhәr olan Allaha hәmd olsun! Şәhadәt verirәm ki, tәk olan, heç bir şәriki olmayan Allahdan başqa ibadәt olunacaq mәbud yoxdur. Göylәrin, yerin vә onların arasında olanların Rәbbi әl-Әziz, әl-Ğaffardır, vә şәhadәt verirәm ki, Mәhәmmәd Onun seçilmiş qulu vә elçisidir. Ona, onun ailәsinә vә xeyirxah sәhabәlәrinә Allahın salavatı vә salamı olsun!

Bәzi müsәlman qardaşlarım şәriәt hökmlәrinә dair iki imamın – Әbu Abdullah Mәhәmmәd ibn İsmail ibn İbrahim әl-Buxari vә Müslim ibnu-l-Hәccac ibn Müslim әl-Quşeyri әn-Nisaburinin, üzәrindә müttәfiq olduğu hәdislәri müxtәsәr şәkildә yazmağı mәndәn xahiş etdilәr. Onların xahişini nәzәrә alıb fayda vermәk üçün bu kitabı yazıram.

Allahdan istәyirәm ki, bu kitabı yazanı, oxuyanı, әzbәrlәyәni, onun haqqında eşidәni vә ona nәzәr salanı onunla faydalandırsın, bu әmәli Kәramәtli Allah xatirinә olunan xalis әmәllәrdәn etsin vә bununla da Onun yanında nicat tapanları Nәim cәnnәtlәrinә yetişdirsin. Hәqiqәtәn, O, bizә bәs edәr. O, nә gözәl vәkildir!

Müәllifdәn.

Page 9: hokumlerin esasi

9

әl-Buxarinin tәrcümeyi-halı1 Adı: Mәhәmmәd ibn İsmail ibn İbrahim ibni-l-Muğirә ibn Bәrdizbә әl-

Cufi. Künyәsi: Әbu Abdullah. Tәvәllüdü: hicrәtin 194-cü ilindә şәvval ayının 13-ü Buxara şәhәrindә

anadan olmuşdur. O, uşaq ikәn kor olur. Anası gecә-gündüz oğlu üçün dua edir vә Uca

Allah onun görmә qabiliyyәtini qaytarır. Anası hicrәtin 210-cu ilindә onu vә qardaşı Әhmәdi Hәccә aparır vә hәdis elminә olan hәvәsinә görә onu Mәkkә şәhәrindә qoyub gedir. Tarixçilәr qeyd edirlәr ki, o zaman әl-Buxari artıq yetmiş min hәdis әzbәr bilirdi.

Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hәdislәri toplamaq üçün o Şam, Misir, Bәsrә, Hicaz, Kufә, Bağdad vә bir çox başqa yerlәrә sәyahәt edir.

Onun haqqında deyilәnlәrdәn: İbn Kәsir demişdir: «O, bir dәfә kitaba baxmaqla (oxumaqla) onu

әzbәrlәyәrdi». İbn Mücahid demişdir: «Mәhәmmәd ibn Sәllәmin yanında idim. O

mәnә dedi: – Bir az әvvәl gәlmiş olsaydın, sәnә yetmiş min hәdis әzbәr bilәn uşağı göstәrәrdim».

Quteybә ibn Sәid demişdir: «Fәqihlәrlә, zahidlәrlә vә abidlәrlә oldum, lakin Mәhәmmәd ibn İsmail kimisini görmәdim. O, öz zamanında Ömәr (r.a.) kimi idi».

Tirmizi demişdir: «Sәnәd2 vә ilәl3 elmindә Mәhәmmәd ibn İsmail kimisini görmәdim».

Әsәrlәri: 1. «әs-Sәhih». Kitabın tam adı: «әl-Cәmiu-s-sәhih әl-musnәd min hәdisi

rasulillәhi sallallahu aleyhi vә sәllәmә vә sunәnihi vә әyyamihi». 2. «Әsami-s-sәhabә» 3. «әt-Tarixu-l-kәbir» 4. «әt-Tarixu-l-әvsat» 5. «әt-Tarixu-s-sağir» 6. «Qadayә-s-sәhabә vә-t-tabiin»

1 Mәlumatlar «Sәhihu-l-Buxari»nin şәrhinin müqәddimәsindәn götürülmüşdür. 2 Hәdisin mәtninә qәdәr sadalanan ravilәrin (yәni hәdisi rәvayәt edәn kәslәrin)

silsilәsinin araşdırılması. 3 Hәdisin sәnәdindә vә ya mәtnindә olan vә onu zәiflәdә bilәcәk amillәrin araşdırılması.

Page 10: hokumlerin esasi

10

7. «әl-İlәl» 8. «әl-Kunә» 9. «Birru-l-valideyn» 10. «әl-Mәbsut» 11. «әt-Tәfsiru-l-kәbir» 12. «әl-Musnәdu-l-kәbir» 13. «Cuzu rafu-l-yәdeyn fi-s-salәti» 14. «Cuzu-l-qiraәti xalfә-l-imәmi» 15. «Xalqu әfali-l-ibәd». Vәfatı: Hicrәtin 256-cı ilindә şәvval ayının 1-i, Fitrә bayramının gecәsi

Sәmәrqәnddә vәfat etmişdir. Buxari «әs-Sәhih» әsәrini iki әsas sәbәbә görә yazmışdır: – O rәvayәt edir ki, biz İshaq ibn Rәhavyanın yanında idik. O bizә dedi:

«Yaxşı olardı ki, Peyğәmbәrin (s.ә.s) sünnәsi barәsindә sәhih kitab tәrtib edәsiniz». Onun tәklifi çox xoşuma gәldi vә «әl-Cәmiu-s-sәhih» kitabını tәrtib etmәyә başladım.

– O rәvayәt edir ki, bir dәfә mәn Peyğәmbәri (s.ә.s) yuxuda gördüm. Әlimdәki yelpiklә onu yelpiklәyir vә üzәrinә qonan milçәklәri ondan uzaqlaşdırırdım. Alimlәrdәn gördüyüm yuxu barәsindә soruşduqda onlar mәnә dedi ki, sәn Peyğәmbәrin (s.ә.s) adından istifadә olunaraq uydurulan rәvayәtlәri ondan uzaqlaşdıracaqsan. Bu da mötәbәr hәdislәri cәm etmәyim üçün bir sәbәb oldu.

Kitabı tәrtib etdiyi üsul: Әl-Buxari demişdir: «Mәn "әl-Cami" әsәrindә olan hәdislәri on altı il

әrzindә, altı yüz min hәdisin içәrisindәn seçib tәrtib etdim». O hәmçinin demişdir: «Mәn hәr bir hәdisi bu kitaba yazmamışdan әvvәl

yuyunub iki rükәt namaz qılardım». Hәdisin mötәbәrliyini tәsdiq etmәk üçün qoyduğu şәrtlәr: 1. Sәnәddә olan bağlılıq. Yәni sәnәdin әvvәlindәn (hәdisi rәvayәt edәn

şәxsdәn) axırına (sәhabәlәrә) qәdәr olan ravilәr hәdisi biri-birindәn (hәr biri hәdisi ona rәvayәt edәn şәxsdәn bilavasitә) eşitmәlidir.

2. Ravilәrin әdalәtli olması. Yәni hәr bir ravi hәddi-büluğa çatmış, şüurlu, Allah vә Onun elçisinә müti olan, әxlaqlı müsәlman olmalıdır.

3. Ravilәrin mühafizәkarlığı. Yәni hәr bir ravi eşitdiyi hәdisi olduğu kimi qәlbindә (әzbәrdәn) vә ya yazılı şәkildә (dәyişdirilmәmәyi üçün) mühafizә etmәlidir.

Page 11: hokumlerin esasi

11

4. Rәvayәtlәr arasında ziddiyyәtin olmaması. Yәni hәr hansı bir ravinin rәvayәt etdiyi hәdis başqa ravilәrin vә ya ondan da üstün olan ravinin rәvayәt etdiyi hәdisә zidd olmamalıdır.

5. Rәvayәtdә illәnin olmaması. Yәni hәdisin mәtnindә vә ya sәnәdindә onu zәiflәdәn amil olmamalıdır.

6. Eyni әsrdә yaşamaq. Yәni hәr bir ravi hәdisi ona rәvayәt edәn şәxslә eyni әsrdә yaşamalıdır.

7. Rastlaşma. Yәni hәr bir ravi hәdisi ona rәvayәt edәn şәxslә bir dәfә dә olsa belә rastlaşmalıdır.

Page 12: hokumlerin esasi

12

Müslimin tәrcümeyi-halı1 Adı: Müslim ibnu-l-Hәccac ibn Müslim ibn Vard әl-Quşeyri әn-

Nisaburi. Künyәsi: Әbu-l-Hüseyn. Tәvәllüdü: Müslim hicrәtin 204-cü ilindә Nisabur şәhәrindә anadan

olmuşdur. Uşaq ikәn hәdis elmini çox sevirdi. Tәhsilini ilk dәfә yaşadığı şәhәrdә

olan alimlәrdәn mәnimsәmişdir. Sonralar o, Peyğәmbәrin (s.ә.s) hәdislәrini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad vә bir çox başqa yerlәrә sәyahәt etmişdir.

Onun haqqında deyilәnlәrdәn: Әbu-l-Fadl Әhmәd ibn Sәlәmә demişdir: «Mәn Әbu Zura vә Әbu

Hatimin Müslimә qarşı olan münasibәtini gördüm. Onlar hәdis elmindә Müslim ibnu-l-Hәccacı әsrinin alimlәrindәn üstün sayırdılar». Әbu Qüreyş demişdir: «Dörd hafiz mövcuddur: bunlar Әbu Zura,

Mәhәmmәd ibn İsmail, әd-Dәrimi vә Müslimdir». Mәslәmә ibn Qasim demişdir: «O, mötәbәr hafizlәrdәn olub, hәdis

elmindәn çox anlayışı var idi». Xәlili demişdir: «Onun fәzilәtlәrini qeyd etmәyә ehtiyac yoxdur. Çünki,

o, bundan da artıq mәşhurdur». Әsәrlәri: 1. «әs-Sәhih». Kitabın tam adı: «әl-Musnәdu-s-Sәhih»dir. 2. «әt-Tabәqat». 3. «әl-Әsma va-l-kunә». 4. «әt-Tәmyiz». 5. «әl-Münfәridәtu-l-vihdәn». 6. «Suәlәtu-l-imam Әhmәd». 7. «Әvhami-l-muhәddisin». 8. «Әvlәdi-s-sahәbә». 9. «Әfradi-ş-şamiyyin». 10. «әl-Әqran». 11. «Mәşәyix Malik». 12. «Mәşәyix Şöbә». 13. «Mәşәyixu-s-Sәuri».

1 Mәlumatlar «Sәhih Müslim»in şәrhinin müqәddimәsindәn götürülmüşdür.

Page 13: hokumlerin esasi

13

14. «әl-Muxadramin». 15. «әl-İntifa bi uhubi-s-siba». Vәfatı: Müslim hicrәtin 261-ci ilindә Rәcәb ayının 2-si Nisabur

şәhәrindә vәfat etmişdir. O, bu kitabı bir әsas sәbәbә görә yazmışdır. Belә ki, tәlәbәlәrindәn biri1

ondan sәhih hәdislәri bir kitabda cәm etmәsini xahiş edir. Müslim onun bu xahişini nәzәrә alıb «әl-Musnәdu-s-Sәhih» әsәrini tәrtib edir.

Hәdisin mötәbәrliyini tәsdiq etmәk üçün qoyduğu şәrtlәr: 1. Sәnәddә olan bağlılıq. Yәni sәnәdin әvvәlindәn (hәdisi rәvayәt edәn

şәxsdәn) axırına (sәhabәlәrә) qәdәr olan ravilәr biri-birindәn (hәr biri hәdisi ona rәvayәt edәn şәxsdәn bilavasitә) eşitmәlidir.

2. Ravilәrin әdalәtli olması. Yәni hәr bir ravi hәddi-büluğa çatmış, şüurlu, Allah vә Onun elçisinә müti olan, әxlaqlı müsәlman olmalıdır.

3. Ravilәrin mühafizәkarlığı. Yәni hәr bir ravi eşitdiyi hәdisi olduğu kimi qәlbindә (әzbәrdәn) vә ya yazılı şәkildә (dәyişdirilmәmәsi üçün) mühafizә etmәlidir.

4. Rәvayәtlәr arasında ziddiyyәtin olmaması. Yәni hәr hansı bir ravinin rәvayәt etdiyi hәdis başqa ravilәrin vә ya ondan da üstün olan ravinin rәvayәt etdiyi hәdisә zidd olmamalıdır.

5. Rәvayәtdә illәnin olmaması. Yәni hәdisin mәtnindә vә ya sәnәdindә onu zәiflәdәn amil olmamalıdır.

6. Eyni әsrdә yaşamaq. Yәni hәr bir ravi hәdisi ona rәvayәt edәn şәxslә eyni әsrdә yaşamalıdır.

1 Xәtib әl-Bağdadi «Tarixu-l-Bağdad» әsәrindә (4-cü cild, 186-cı sәhifә) bu tәlәbәnin

Әhmәd ibn Sәlәmә әn-Nisaburi olduğunu qeyd etmişdir.

Page 14: hokumlerin esasi

14

BİRİNCİ BÖLMӘ: «TӘHARӘT»

1. Ömәr ibnu-l-Xәttab (Allah ondan razı olsun! – radıyallahu anhu – r.a) dedi: «Rәsulullahın: "Әmәllәr niyyәtlәrә görәdir vә hәr bir kәsin etdiyi әmәl niyyәti ilә ölçülür1. Kimin hicrәt etmәsi Allah vә Onun rәsulu (onun buyuruğunu yerinә yetirmәk) üçündürsә, onun hicrәti (etdiyi hәr bir әmәl) Allah vә Onun rәsulu (onun razılığını qazanmaq) üçündür2. Kimin ki, hicrәti dünyaya nail olmaq vә ya qadınla evlәnmәk üçündürsә, onun hicrәti niyyәt etdiyindә tamamlanır3" – dediyini eşitdim» (әl-Buxari, 1; Müslim, 4904).

Niyyәt: lüğәti mәnası – qәsd etmәkdir. İstilahi mәnası – qәlbi hәr hansı bir әmәli etmәyә vә ya ondan çәkinmәyә yönәltmәkdir.

Hicrәt: lüğәti mәnası – tәrk etmәkdir. İstilahi mәnası – Allahın qadağan etdiyi şeylәri tәrk etmәkdir.

Hicrәt iki qisimdir: 1) Tәhlükәli yerdәn әmin-amanlıq olan yerә hicrәt; 2) Küfr olan yerdәn iman olan yerә hicrәt.

1-ci hәdisdәn çıxarılan nәticәlәr: – Niyyәt ibadәtdir. Buna görә dә möminin hәr ibadәt üçün niyyәt etmәsi

vacibdir; – Hәdisin әvvәli әmәllәrlә, axırı isә әmәllәrin cәzası ilә bağlıdır; – Niyyәt әmәlin qәbul olması üçün şәrtdir; – Niyyәtin yeri qәlbdir. Hәr hansı ibadәti etdikdә niyyәti tәlәffüz etmәk

yenilikdir. Yalnız hәcc vә ümrә üçün olunan niyyәt müstәsnadır. Bu iki ibadәt növündә niyyәt tәlәffüz olunur;

– Allah xatirinә şirk vә küfr olan ölkәdәn İslam ölkәsinә olunan hicrәt әfzәl ibadәtlәrdәndir;

– Dünya vә qadın xatirinә olunan ibadәt riyakarlıq sayılır. 2. Әbu Hureyra (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Sizdәn

birinizin dәstәmazı pozulduqda dәstәmaz almayınca Allah onun (dәstә-mazsız qıldığı) namazını qәbul etmәz» (әl-Buxari, 6954; Müslim, 536).

2-ci hәdisdәn çıxarılan nәticәlәr: – Dәstәmazsız qılınan namaz qәbul olunmur; – Dәstәmazı batil edәn amil namazı da batil edir;

1 Günah vә ya savab qazanır. 2 Onun savabını Allah verir. 3 İstәdiyinә yalnız bu dünyada nail olur.

Page 15: hokumlerin esasi

15

– Dәstәmaz namazın şәrtlәrindәndir; – Sәhvәn dәstәmazsız qılınan namaz tәkrar qılınmalıdır. 3. Abdullah ibn Amr ibnu-l-As (r.a), möminlәrin anası Aişә (r.a)1 vә

Әbu Hüreyrә (r.a) rәvayәt edirlәr ki, Peyğәmbәr (s.ә.s) bir nәfәrin dәstәmaz alıb dabanlarını tam yumadığını görüb dedi: «Vay olsun cәhәnnәmdә yanan dabanlara!» (әl-Buxari, 60; Müslim, 565, 571, 572).

3-cü hәdisdәn çıxarılan nәticәlәr: – Dәstәmaz alarkәn yuyulması vacib olan әzaların tam isladılması; – Dәstәmazı tam şәkildә almayanın әzaba düçar olması; – Ayaqların yuyulmasının vacib olması. 4. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Sizdәn

biriniz dәstәmaz aldıqda suyu burnuna alıb sonra onu burnundan kәnar etsin, ayaqyolunda tәharәt etdikdә tәk sayda tәmizlәnsin. Sizdәn biriniz yuxudan oyandıqda dәstәmaz alacağı qaba әlini salmazdan әvvәl әllәrini üç dәfә yusun, çünki o, әlinin nәyә toxunduğunu bilmir» (әl-Buxari, 162; Müslim, 559, 560, 561).

4-cü hәdisdәn çıxarılan nәticәlәr: – Dәstәmaz alınan zaman buruna su almağın vacib olması; – Ayaqyolunda tәk sayda tәmizlәnmәnin müstәhәb olması; – Yuxudan oyanana әllәrini qaba salmazdan öncә (әllәrini) üç dәfә

yumasının müstәhәb olması; – Yuxunun dәstәmazı pozan amil olması. 5. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Sizdәn

biriniz daimi bir yerdә duran (durğun) suya sidik ifraz edib sonra hәmin su ilә yuyunmasın» (әl-Buxari, 239; Müslim, 654). Әbu Hüreyrәnin başqa bir rәvayәtindә deyilir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Sizdәn biriniz cәnabәt2 halında olduqda daimi bir yerdә duran suda yuyunmasın» (Müslim, 656).

5-ci hәdisdәn çıxarılan nәticәlәr: – Daimi bir yerdә olan suya sidik ifraz etmәyin qadağan olması;

1 Uca Allah buyurur: «Peyğәmbәr möminlәrә onların özlәrindәn daha yaxındır. Onun

zövcәlәri möminlәrin anasıdır» («әl-Әhzab», 6). 2 Cinsi әlaqәdәn vә ya hәr hansı yolla mәni ifraz edilmәsindәn sonrakı hal.

Page 16: hokumlerin esasi

16

– Sidik ifraz olunmuş sudan dәstәmaz vә qüsl üçün istifadәnin qadağan olunması (Axar su isә müstәsnadır);

– Sidiyin suya ifraz edilmәsinin әdәbsizlik olması. 6. Әbu Hüreyrә rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «İt, sizdәn

birinizin qabından (su vә s.) içәrsә, o qabı yeddi dәfә yuyun!» Müslimin әlavәsindә: «Birincisini torpaqla1» (әl-Buxari, 172; Müslim,

648, 649). 7. Abdullah ibn Muğaffәl (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) üzr:

«İt, sizdәn birinizin qabını yalayarsa, o qabı yeddi dәfә yuyun vә sәkkizincini torpaqlayın2» (Müslim, 651).

6-cı vә 7-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – İtin murdar sayılması; – İtin yaladığı (vә ya içdiyi) qabın yeddi dәfә yuyulmasının vacib

olması; – Qabın yuyulmasında torpağın istifadә edilmәsinin vacib olması; – İslam dininin bu cür әzәmәtli şәriәt qanunlarına vә tәmizliyә riayәt

etmәsi; – Ov iti, çoban iti (mal-qaranı qoryuan) vә hәyәt-bacanı qoryuan itlәrin

müstәsna olması. 8. Osman ibn Әffanın mövlası Humran rәvayәt edir ki, Osman (r.a)

dәstәmaz almaq üçün su istәdi. Ona gәtirilәn sudan әllәrinә töküb onu üç dәfә yudu. Sonra sağ әli ilә qabdan su götürüb ağzını yaxaladı vә burnunu (burnuna su çәkib çıxarmaqla) tәmizlәdi, sonra üç dәfә üzünü, üç dәfә dә qollarını dirsәklәrә3 qәdәr yudu, başına mәsh çәkdi vә üç dәfә dә ayaqlarını topuqlara4 qәdәr yudu. Sonra dedi: «Mәn Peyğәmbәrin (s.ә.s) bu cür dәstәmaz alıb: "Kim mәnim dәstәmazım kimi dәstәmaz alıb nәfsini danışdırmayaraq5 iki rükәt namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar" – dediyini eşitdim» (әl-Buxari, 159; Müslim, 537).

9. Amr ibn Әbu-l-Hәsәn Abdullah ibn Zeyddәn (r.a) Peyğәmbәrin

(s.ә.s) dәstәmazı haqqında soruşdu. O, bir qab su istәdi vә Peyğәmbәrin

1 Yeddi dәfәdәn birini torpaqla yumaq. 2 Yeddi dәfәdәn birindә torpaqla suyu qarışdırmaqla yumaq. 3 Dirsәklәr daxil olmaq şәrtilә. 4 Topuqlar daxil olmaq şәrtilә. 5 Namaza aid olmayan işlәr vә s.

Page 17: hokumlerin esasi

17

(s.ә.s) dәstәmazı kimi dәstәmaz aldı: qabdan su töküb üç dәfә әllәrini yudu. Sonra sağ әli ilә qabdan su götürәrәk üç dәfә ağzını yaxaladı vә burnunu (burnuna su alı çıxarmaqla) tәmizlәdi. Sonra üç dәfә üzünü, iki dәfә dә qollarını dirsәklәrә qәdәr yudu, sonra әllәrini suya saldı vә yaş әllәrini başının önündәn arxasına doğru vә әksinә çәkәrәk bir dәfә mәsh etdi vә daha sonra ayaqlarını yudu. (әl-Buxari, 186; Müslim, 554).

Başqa bir rәvayәtdә: «Başının önündәn qafasına doğru mәsh etdi, sonra isә әllәrini mәshi başladığı yerә doğru qaytardı» (Müslim, 556).

Başqa bir rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) bizim yanımıza gәldi vә biz ona dәstәmaz almaq üçün misdәn olan tәurda1 su gәtirdik» (әl-Buxari, 197).

8-ci vә 9-cu hәdislәrdәn çıxarılan nәticәlәr: – Әllәrin, dәstәmaz alınan suya salınmasından öncә üç dәfә yuyul-

masının şәriәt qanunundan olması; – Dәstәmaz aldıqda sağ tәrәfdәn başlamağın müstәhәb olması; – Ağız vә burunun yaxalanması hökmünün vacibә yaxın olması; – Üzü üç dәfә yumağın müstәhәb olması2. Üzün hәddi: saçların bitdiyi

yerdәn çәnәyә qәdәr uzununa, qulaqdan o biri qulağa qәdәr isә eninә sayılır. Ağız vә burunu üç dәfә yaxalamaq da bura daxildir;

– Әllәri dirsәklәrә qәdәr (dirsәklәr daxil olmaq şәrtilә) üç dәfә yumağın müstәhәb olması3;

– Bir dәfә başa mәsh çәkmәyin vacib olması; – Ayaqları topuqlara qәdәr (topuqlar daxil olmaqla) üç dәfә yumağın

müstәhәb olması 4; – Әzaların yuyulmasını vә mәsh olunmasını tәrtib ilә (ardıcıllıqla)

etmәyin vacib olması; (Bu, Peyğәmbәrin (s.ә.s) dәstәmazının kamil vәsfidir); – Dәstәmaz aldıqdan sonra iki rükәt namaz qılmağın müstәhәb olması; – Namazın kamilliyi, qәlbin Allah ilә bağlı olmasından asılıdır ki, bu da

insanı ixlaslı olmağa sövq edir. Şübhәsiz ki, namazda dünya işlәri haqqında fikirlәşmәk namazın savabının azalmasına sәbәbdir. Şeytan tәrәfindәn olunan vәsvәsәlәri tәrk edәn şәxs isә savaba nail olur;

Dәstәmazın kamil alınması kiçik günahların bağışlanmasına sәbәbdir. Böyük günahlar isә yalnız tövbә ilә bağışlanır. Uca Allah buyurur:

1 Tasa oxşar qab. 2 Bu müstәhәbdir. Vacib isә bir dәfә yumaqdır. 3 Bu müstәhәbdir. Vacib isә bir dәfә yumaqdır. 4 Bu müstәhәbdir. Vacib isә bir dәfә yumaqdır.

Page 18: hokumlerin esasi

18

«Әgәr sizә qadağan olunmuş böyük günahlardan çәkinәrsinizsә, Biz dә

sizin qәbahәtlәrinizin (kiçik günahlarınızın) üstünü örtәr vә sizi şәrәfli bir mәnzilә çatdırarıq.» («әn-Nisa» surәsi, 31).

Tövbәnin şәrtlәri isә bunlardır: 1) Tövbәni ixlas ilә Allah üçün etmәk; 2) Keçmiş günaha görә peşmançılıq hissi keçirtmәk; 3) Keçmiş günaha bir daha qayıtmamağı niyyәt etmәk; 4) Keçmiş günahı bir daha tәkrar etmәmәk; 5) Tövbәni qәbul olunan vaxtda etmәk. Tövbәnin qәbul olunmayan vaxtı ikidir: 1) Ölüm anında, can (ruh) boğaza yetişdiyi zaman. Uca Allah buyurur: «Günah işlәr görmәkdә davam edәrәk ölüm yetişәn anda "Mәn indi tövbә

etdim" deyәnlәrin vә kafir olaraq ölәnlәrin tövbәsi qәbul olunmaz. Biz onlar üçün şiddәtli bir әzab hazırlamışıq» («әn-Nisa» surәsi, 18).

2) Qiyamәt günü, günәş mәğribdәn çıxıb mәşriqdә batdığı zaman. Uca Allah buyurur:

«Rәbbinin bәzi qiyamәt әlamәtlәri gәlәcәyi gün әvvәlcә iman

gәtirmәmiş vә ya imanında bir xeyir qazanmamış şәxsә (sonrakı) imanı heç bir fayda vermәz. De ki: "Gözlәyin, doğrusu, biz dә gözlәyirik"» («әl-Әnam» surәsi, 158). Әbu Hüreyrәdәn (r.a) rәvayәt olunan hәdisdә deyilir ki, «Peyğәmbәr

(s.ә.s) demişdir: "Günәş mәğribdәn çıxmayınca Qiyamәt yetişmәz. Günәş mәğribdәn çıxdığı zaman insanların hamısı iman gәtirәcәk, lakin heç bir

Page 19: hokumlerin esasi

19

şәxsә o gün gәtirdiyi imanı fayda vermәyәcәk". Sonra Peyğәmbәr (s.ә.s) bu ayәni oxudu» («Sәhih әl-Buxari», 8/147, 4636-cı hәdis, «әl-Әnam» surәsi 168-ci ayәnin şәrhi).

– Ağız vә burunu üç dәfә su ilә yaxalamağın müstәhәb olması 1; – Әllәri dirsәklәrә qәdәr (dirsәklәr daxil olmaqla) iki dәfә yumağın caiz

olması; – Üzü yumaq üçün tәk әl ilә (icmanın rәyinә görә isә hәm dә iki әl ilә)

qabdan su götürmәyin müstәhәb olması; – Başı hәrtәrәfli mәsh etmәyin әfzәl olması. 10. Aişә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) geyindikdә, darandıqda,

yuyunduqda vә hәr bir işindә sağdan başlamağı xoşlayardı» (әl-Buxari, 426; Müslim 615).

10-cu hәdisdәn çıxarılan nәticәlәr: – Tәmiz (pak) sayılan işlәrdә sağdan başlamağın (vә ya sağ әli istifadә

etmәyin) әfzәl olması; – Murdar işlәr üçün sol әlin işlәdilmәsi; – Şәriәtin bu yolla insanları islah etmәsi; – Dәstәmaz aldıqda sağ tәrәfdәn başlamağın әfzәl olması. 11. Nüeym әl-Muğmir Әbu Hüreyrәdәn (r.a) rәvayәt edir ki,

«Peyğәmbәr (s.ә.s) dedi: "Qiyamәt günü ümmәtimin dәstәmaz suyu dәydiyi üzlәri, әllәri vә ayaqları nur saçacaq. Bacardığınız qәdәr artıq dәstәmaz alın2» (әl-Buxari, 136).

Başqa bir rәvayәtdә isә Әbu Hüreyrә (r.a) dәstәmaz aldıqda qollarını çiyinlәrinә qәdәr3, ayaqlarını da dizlәrinә qәdәr4 yuyub deyir: «Peyğәmbәrin (s.ә.s): "Qiyamәt günü ümmәtimin dәstәmaz suyu dәydiyi üzlәri, әllәri vә ayaqları nur saçacaq. Bacardığınız qәdәr artıq dәstәmaz alın5" – dediyini eşitdim» (Müslim, 579).

12. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, sevimli Peyğәmbәrimizin (s.ә.s):

«Möminin bәr-bәzәyi dәstәmaz suyunun dәydiyi әzalarındadır» – dediyini eşitdim. (Müslim, 585).

1 Bu müstәhәbdir. Vacib isә bir dәfә yumaqdır. 2 Maili qeyd olunmuş cümlә Әbu Hüreyrәnin (r.a) әlavәsidir. 3 Çiyinә yaxın. 4 Dizә yaxın. 5 Maili qeyd olunmuş cümlә Әbu Hüreyrәnin (r.a) әlavәsidir.

Page 20: hokumlerin esasi

20

11-ci vә 12-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Qolları dirsәkdәn çox yuxarı, ayaqları da topuqdan çox yuxarıya qәdәr

yumaq Әbu Hüreyrәnin etdiyi әmәldir (ictihaddır). Әbu Hәnifәnin, әş-Şafiinin, Әhmәdin, İbn Hәcәrin, әn-Nәvәvinin vә s. rәyinә görә bunu etmәk caizdir. Lakin Malikin, ibn Teymiyyәnin, ibnu-l-Qeyyimin, Abdurrahmәn әs-Sәdinin vә s. rәyinә görә bu caiz deyildir.

Uca Allah qolları dirsәklәrә qәdәr (dirsәklәr dә daxil olmaqla), ayaqları da topuqlara qәdәr (topuqlar da daxil olmaqla) yumağı әmr etmişdir. Peyğәmbәr (s.ә.s) vә onun sәhabәlәri dә davamlı olaraq belә etmişlәr. Bu sәbәbdәn dә ikinci rәy daha mötәbәr sayılır.

– Әqidә vә qeyb1 ilә bağlı mәsәlәlәrdәn fәrqli olaraq fiqhi mәsәlәlәrdә ictihad etmәyin caiz olması;

– Qiyamәt günü dәstәmaz suyunun dәydiyi әzaların nur saçması. Birinci fәsil: «Ayaqyoluna daxil olmaq vә tәmizlәnmәk» 13. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) ayaqyoluna

daxil olduqda: «Allahummә inni әuzu bikә minә-l-xubsi vә-l-xәbais!» (Allahım, şeytanlardan2 vә onların şәrindәn3 sәnә sığınıram!) – duasını oxuyardı. (әl-Buxari, 142; Müslim, 829).

13-cü hәdisdәn çıxarılan nәticәlәr: – Ayaq yoluna daxil olmaq istәdikdә bu duanın oxunmasının müstәhәb

olması; – Şeytanların şәrindәn qorunmaq üçün bu duanın oxunmasının әhә-

miyyәtli olması; – Nәcasәtdәn tәmizlәnmәnin vacib olması. 14. Әbu Әyyub әl-Әnsari (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Ayaqyolunda üzünüzü vә ya arxanızı qiblәyә yönәltmәyin, yalnız şәrqә vә ya qәrbә tәrәf yönәlin!4» (әl-Buxari, 144; Müslim, 608). Әbu Әyyub (r.a) rәvayәt edir ki: «Biz Şama gәldikdә, orada tәha-

rәtxanaların5 üzü qiblәyә bina edildiyini gördük vә Allahdan bağışlan-

1 Cәnnәt, Cәhәnnәm, mәlәklәr vә s. 2 Erkәk vә dişi cinlәr. 3 Günahlardan. 4 Yәni, yan tәrәf qiblәyә yönәlmәlidir. 5 Tualet.

Page 21: hokumlerin esasi

21

mamızı dilәyәrәk bacardığımız qәdәr o tәharәtxanalardan uzaqlaşdıq» (Müslim, 3-cü cild, sәh.149).

14-cü hәdisdәn çıxarılan nәticәlәr: – Subaşına çıxdıqda (yüngül vә ya ağır) qiblәyә tәrәf yönәlmәyin (üzü

vә ya arxası qiblәyә tәrәf oturmağın) qadağan olunması; – Yanı qiblәyә (sol vә ya sağ) yönәlmәyin vacib olması; – Şәriәtin (Allah vә Onun elçisinin) buyurduğu vә qadağan etdiyi

әmәllәr bütün ümmәtlәr üçündür. Lakin bәzәn müәyyәn ümmәtlәr üçün xüsusiyyәtlәr olur ki, bu da onlardandır. Peyğәmbәrin (s.ә.s) «Şәrqә vә ya qәrbә tәrәf yönәlin» әmri Mәdinә vә o әtrafda yaşayan sakinlәr üçündür1;

– Bunun hikmәti şәrәfli Kәbәni әzәmәtlәşdirmәk vә ona ehtiram etmәk üçündür;

– Sәhabәlәrin Şamdakı tәharәtxanalarda etdiklәri istiğfar (bağışlanma dilәmәk) dil ilә ifadә olunmamışdır. Çünki subaşına çıxdıqda tәlәffüzlә Allahı zikr etmәk olmaz.

15. Abdullah ibn Ömәr ibni-l-Xәttab (r.a) rәvayәt edir ki, «Bir gün mәn

Hәfsanın (r.a)2 evinin hasarına qalxdım vә Peyğәmbәrin (s.ә.s) üzü Şama, arxası da qiblәyә oturaraq subaşına çıxdığını gördüm» (әl-Buxari, 148; Müslim, 611).

15-ci hәdisdәn çıxarılan nәticәlәr: – Örtülü yerdә subaşına çıxdıqda arxası qiblәyә yönәlmәyin caiz olması. Qeyd: İslam alimlәri bu mәsәlәdә ixtilaf etmişlәr. Alimlәrin bir qismi:

«Örtülü vә ya açıq olan yerdә subaşına çıxdıqda (üzü vә ya arxası) qiblәyә yönәlmәyin әleyhinәdir». Bu rәyi dәstәklәyәnlәrin dәlillәri aşağıdakılardır:

1) Subaşına çıxdıqda (üzü vә ya arxası) qiblәyә yönәlmәyin qadağan olunmasına dair varid olan bütün hәdislәr.

2) Bu әmәlin qadağan olunması Peyğәmbәrin (s.ә.s) әmrindәn, caiz olması isә hәrәkәtlәrindәn götürülüb vә ola bilәr ki, yalnız ona mәxsus olsun.

Bu rәyi dәstәklәyәn alimlәr: Әbu Hüreyrә (r.a), İbn Mәsud (r.a), Әbu Hәnifә, Әhmәd ibn Hәnbәl, İbn Teymiyyә, İbnu-l-Qeyyim, Mücahid, әn-Nәxәi, әs-Sәuri, İbn Hәzm, Mәhәmmәd ibn İbrahim, әn-Nәvәvi, әş-Şәukәni, әl-Әvzai.

1 Yәni cәnub vә şimal istiqamәtindә yaşayanlar. Lakin şәrq vә qәrb istiqamәtindә yaşayanlar şimal vә cәnub tәrәfә yönәlmәlidirlәr.

2 Ömәrin (r.a) qızı vә Peyğәmbәrin (s.ә.s) hәyat yoldaşıdır.

Page 22: hokumlerin esasi

22

Bu fәsildә olan hәdisә әsaslanaraq, örtülü yerdә subaşına çıxdıqda (üzü vә ya arxası) qiblәyә tәrәf yönәlmәyi caiz sayan alimlәr isә bunlardır:

Abdullah ibn Ömәr (r.a), Malik ibn Әnәs, әş-Şafii, Әhmәd ibn Hәnbәl (başqa rәvayәtdә), İshaq, Şabi, Üseymin, Әli Bәssәm.

Doğrusunu Allah bilir. 16. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ayaqyoluna

getdikdә mәn vә mәnim kimi bir uşaq onun üçün su1 vә daş aparardıq. O isә su ilә tәmizlәnәrdi» (әl-Buxari, 152; Müslim, 619).

16-cı hәdisdәn çıxarılan nәticәlәr: – Ayaqyolunda su ilә tәmizlәnmәk daş ilә tәmizlәnmәkdәn daha

әfzәldir; – Müsәlman subaşına çıxmazdan öncә tәmizlәnmәk üçün su vә s.

hazırlamalıdır ki, sonra paltarı vә ya bәdәni nәcisә bulaşmasın; – Övrәt yerini başqasına göstәrmәk haram olduğu üçün müsәlman hәr

bir nәzәrdәn qorunmalıdır. Bu yalnız hәyat yoldaşı üçün müstәsnadır; – Uşaqların böyüklәrә xidmәt etmәsi müstәhәbdir. 17. Әbu Qәtadә әl-Haris ibn Rabi әl-Әnsari (r.a) rәvayәt edir ki,

«Peyğәmbәr (s.ә.s) dedi: "Sizdәn biriniz sidik ifraz etdikdә sağ әli ilә cinsiyyәt üzvündәn tutmasın, yuyunduqda2 da sağ әli ilә yuyunmasın vә qabın3 içinә üfürmәsin!"» (әl-Buxari, 153; Müslim, 612).

17-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sidik ifraz etdikdә sağ әli cinsi orqana toxundurmanın qadağan

olunması; – Ayaqyolunda (su vә s. ilә) tәmizlәndikdә sağ әldәn istifadә etmәyin

qadağan olunması; – (әrzaq üçün istifadә olunan) Qabın içәrisinә üfürmәyin qadağan

olunması; Bu qadağan olunmuş әmәllәrin hansı hökmdә olduğu barәdә alimlәr

ixtilaf etmişlәr; a) İcmanın (Әbu Hәnifә, Malik, Şafii, Әhmәd vә s.) rәyinә görә bunlar

mәkruh sayılır (yәni bәyәnilmir). Bu da daha mötәbәr rәysayılır. b) Zahirilәrin rәyinә görә isә bunlar haram sayılır.

1 Dәridәn hazırlanmış kiçik su qabında. 2 Nәcisdәn tәmizlәndikdә. 3 Su, yemәk vә s. әrzağın saxlandığı qab.

Page 23: hokumlerin esasi

23

– Murdar sayılan işlәrdә sol әlin istifadә olunması; – Sağ әlin şәrәfli vә sol әldәn әfzәl olması; – Tәmizliyә riayәt etmәyin vacib olması; – Şәriәt qanunlarının (insanı) fayda verәn işlәrә sövq etmәsi vә ziyan

verәn işlәrdәn çәkindirmәsi. Bu da şәriәtin yüksәk sәviyyәdә olmasına dәlalәt edir.

18. Abdullah ibn Abbas (r.a.) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) iki

qәbrin yanında dayanıb dedi: «Bu qәbirdәkilәr günah etdiklәrinә görә әzab çәkirlәr: onlardan birisi sidik ifraz etdikdә ondan tәmizlәnmәzdi, o birisi isә söz gәzdirәrdi1». Sonra yaş bir budaq qırıb onu iki yerә böldü vә hәr bir qәbrin üzәrinә bir yarısını sancdı2. Sәhabәlәr: «Nә üçün belә etdin, ey Allahın elçisi?» – deyә soruşduqda, o dedi: «Budaqlar quruyana qәdәr әzabları yüngüllәşsin» (әl-Buxari, 218; Müslim, 675).

18-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qәbr әzabının mövcud olması; – Nәcisdәn tәmizlәnmәyәnin qәbr әzabına düçar olması; – İnsanlar arasında (fitnә-fәsad törәtmәk niyyәtilә) söz gәzdirmәyin

haram olması; – Söz gәzdirәnin qәbr әzabına düçar olması; – Peyğәmbәrin (s.ә.s) öz sәhabәlәrinә qarşı mәrhәmәtli olması vә onları

bu şәrdәn çәkindirmәsi; – Qeybәtin caiz olmaması. Peyğәmbәrin (s.ә.s) qәbrdә olanların adını

qeyd etmәmәsi buna dәlalәt edir; – Hәr bir günah sahibinin qәbrinin üzәrinә yaş budaq sancmaqla onun

әzabının yüngüllәşmәsi barәdә olan rәylәr: a) Bәzi alimlәr bu hәdisә әsaslanaraq bu әmәlin caiz olmasını iddia edir.

Bunun üçün onlar «әl-İsra» surәsinin 44-cü ayәsinә dә әsaslanırlar. Uca Allah bu ayәdә buyurur:

«…Elә bir şey yoxdur ki, Allaha tәrif deyib Ona şükr etmәsin…» («әl-

İsra» surәsi, 44)

1 Fitnә-fәsad yaymaq üçün birinin sözünü o birisinә demәk. 2 Bu, yalnız Peyğәmbәrә (s.ә.s) xas olan әmәldir.

Page 24: hokumlerin esasi

24

b) Әksәr islam alimlәri bu әmәlin yalnız Peyğәmbәrә (s.ә.s) xas olduğunu qәbul edirlәr. Onların әsasları isә aşağıdakılardır:

1) Peyğәmbәrin (s.ә.s) yalnız bu iki qәbrin üzәrinә yaş budaq sancması. 2) Bu hadisәdәn sonra Peyğәmbәrin (s.ә.s) bunu bir daha tәkrar

etmәmәsi. 3) Sәhabәlәrdәn bunun caiz olması haqqında rәvayәtin olmaması. 4) Qәbirdә olanın әzab çәkmәsi qeybi mәsәlәdir vә bunu bilmәk üçün

dә yalnız peyğәmbәr olmaq lazımdır. 5) Bu әmәlin caiz olmasına dair göstәrilәn ayә, dәlil olmaq üçün münasib

deyildir. Çünki ayә hәr bir mәxluqun Allahı tәrif etmәsinә dәlalәt edir. Buradakı mәsәlә isә qәbrdә olan әzabın yüngüllәşmәsinә aiddir.

İkinci fәsil: «Dişlәrin misvakla1 tәmizlәnmәsi» 19. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Ümmәtimә әziyyәt olmasaydı, hәr namaz üçün dişlәrini misvakla tәmizlәmәyi onlara әmr edәrdim» (әl-Buxari, 887; Müslim, 1450).

19-cu hәdisdәn çıxarılan nәticәlәr: – Dişlәrin misvakla tәmizlәnmәsinin fәzilәtli vә müstәhәb olması; – Namaza başlamazdan әvvәl dişlәrin misvakla tәmizlәnmәsinin

müstәhәb olması; – İslam ümmәtinә әziyyәt olmasın deyә dişlәrin misvakla tәmizlәn-

mәsinin fәrz (vacib) buyurulmaması; – Peyğәmbәrin (s.ә.s) ümmәtinә qarşı şәfqәtli vә mәrhәmәtli olması; – Şәriәt qanunlarının çox yüngül vә mәşәqqәtsiz olması. Uca Allah

buyurur: «…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istәr…» («әl-Bәqәrә»

surәsi, 185). – hәqiqәtәn, fәsadı aradan qaldırmaq, fayda vermәkdәn әfzәldir.

Dişlәrin misvakla tәmizlәnmәsinin faydalı olduğuna baxmayaraq, Pey-ğәmbәr (s.ә.s) ümmәtinin arasına düşә bilәcәk fәsadı aradan qaldırmaq üçün bunu onlara vacib buyurmadı.

1 Xüsusi bitki olub, dişlәri tәmizlәmәk üçün istifadә olunur.

Page 25: hokumlerin esasi

25

20. Hüzeyfә ibnu-l-Yәmәn (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) gecә yuxudan oyandıqda dişlәrini misvakla tәmizlәyәrdi. (әl-Buxari, 245; Müslim, 593).

20-ci hәdisdәn çıxarılan nәticәlәr: – Yuxudan oyandıqda dişlәrin misvakla tәmizlәnmәsinin fәzilәtli vә

müstәhәb olması; – Ağızda olan iyin dәyişildiyi zaman dişlәrin misvakla tәmizlәnmәsinin

fәzilәtli vә müstәhәb olması; – Bu әmәlin tәmizlik vә әdәbdәn sayılması. 21. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) başını sinәmә

söykәmişdi. Bu vaxt Әbdürrәhman ibn Әbu Bәkr әs-Siddiq (r.a) әlindә yaş misvak dişlәrini tәmizlәyә-tәmizlәyә içәri daxil oldu. Peyğәmbәr (s.ә.s) onun әlindәki misvaka nәzәr saldı. Mәn misvakı götürüb onu dişlәrimin arasında әzdim vә tәmizlәyib Peyğәmbәrә (s.ә.s) verdim. O, misvakla dişlәrini elә gözәl tәmizlәdi ki, bundan әvvәl dişlәrini belә tәmizlәdiyini görmәmişdim. Dişlәrini tәmizlәdikdәn sonra әlini vә ya barmağını yuxarı qaldırdı, üç dәfә «Әn Uca әr-Rәfiqin (dostun) yanında» – dedi vә başı sinәmdә ikәn vәfat etdi» (әl-Buxari, 4438).

21-ci hәdisdәn çıxarılan nәticәlәr: – Dişlәrin yaş misvakla tәmizlәnmәsinin müstәhәb olmas; – Başqa misvakdan (onu tәmizlәdikdәn sonra) istifadә etmәyin caiz

olması; – İşarәnin dәlalәt etdiyi bir әmәli yerinә yetirmәyin caiz olması. – «Әn Uca әr-Rәfiq» – Burada әn-Nisa surәsinin 69-cu ayәsindә xatır-

lananlar qәsd olunur. Uca Allah bu ayәdә buyurur: «Allaha vә peyğәmbәrә itaәt edәnlәr (axirәtdә) Allahın nemәtlәr verdiyi

nәbilәr, siddiqlәr, şәhidlәr vә salehlәrlә bir yerdә olacaqlar. Onlar isә necә dә gözәl yoldaşlardır.

22. Әbu Musa әl-Әş‘ari rәvayәt edir ki, Peyğәmbәrin (s.ә.s) yanına

gәldim vә onun yaş misvakla dişlәrini tәmizlәdiyini gördüm. O, misvakın

Page 26: hokumlerin esasi

26

bir tәrәfini dilinin üzәrinә qoyaraq «u,u»1 edirdi» (әl-Buxari, 244; Müslim, 591).

22-ci hәdisdәn çıxarılan nәticәlәr: – Hәqiqәtәn, dişlәri misvakla tәmizlәmәk ibadәtdir; – Dişlәri daimi olaraq misvakla tәmizlәmәk paklığın kamilliyindәndir2; – Hәrdәn misvakla dilin üst nahiyәsini tәmizlәmәk müstәhәbdir. Üçüncü fәsil: «Xuffun3 üzәrinә mәshin çәkilmәsi» 23. Әl-Muğira ibn Şöbә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) ilә

sәfәrdә olanda onun ayağından xuffu çıxartmaq üçün әyildim. Bunu görәn Peyğәmbәr (s.ә.s) mәnә dedi: «Onları çıxarma! Mәn dәstәmazlı ikәn onları ayağıma geyindim». Sonra onların üzәrinә mәsh çәkdi. (әl-Buxari, 206; Müslim, 630).

23-cü hәdisdәn çıxarılan nәticәlәr: – Xuf üzәrinә bir dәfә mәsh çәkilmәsinin caiz olması. Әli ibn Әbu Talib (r.a) demişdir: «Din rәy (ağıl) ilә olsa idi, xuffun

üzәrinә deyil, altına mәsh çәkmәk daha düzgün sayılardı. Lakin mәn Peyğәmbәrin (s.ә.s) xuffunun üzәrinә mәsh çәkdiyini gördüm» (Әbu Davud, «Sünnә», 1-ci cild, sәh.192, 162-ci hәdis).

– Xuffu geyinәrkәn ayaqların tәharәtli (dәstәmaz alarkәn yuyulmuş) olması, onun üzәrinә çәkilәn mәshin caiz olması üçün şәrtdir;

– Alimlәrә vә hörmәtli insanlara xidmәt etmәyin müstәhәb olması (bәyәnilәnilmәsi).

24. Hüzeyfә ibnu-l-Yәmәn (r.a) deyir ki, mәn Peyğәmbәrlә (s.ә.s) birgә

idim. O, subaşına çıxdı, dәstәmaz aldı vә xuffunun üzәrinә mәsh çәkdi. (Müslim, 623).

24-cü hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә ikәn xuffun üzәrinә mәsh çәkilmәsinin caiz olması; Sәfәrdә olan üçün mәshin müddәti 3 sutka (72 saat), yerli sakin üçün isә

bir sutkadır (24 saat). Müddәti (xuffu geyindikdәn sonra) ilk mәshin

1 Qusmaq istәyәnin çıxardığı sәs kimi sәs çıxarmaq. 2 Yalnız oruc tutan şәxsә misvakdan uzun müddәt istifadә etmәk – mübaliğә etmәk –

caiz deyildir. 3 Dәridәn hazırlanmış ayaq geyimi.

Page 27: hokumlerin esasi

27

çәkildiyi andan sayılır. Mәsh etmәk yalnız dәstәmaz alan üçün caizdir. Qüsl edәn isә xuffu çıxarıb ayaqlarını yumalıdır.

Dördüncü fәsil: «Mәzi1 vә s. haqqında» 25. Әli ibn Әbu Talib (r.a) deyir ki, mәndәn çoxlu mәzi ifraz olunurdu.

Peyğәmbәrin (s.ә.s) kürәkәni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görә dә әl-Miqdad ibnu-l-Әsvәdi (r.a) bu mәsәlәnin hökmünü öyrәnmәk üçün onun yanına göndәrdim. Rәsulullah (s.ә.s): «Cinsiyyәt üzvünü yusun vә dәstәmaz alsın» – deyә cavab verdi. (әl-Buxari, 269; Müslim, 693).

25-ci hәdisdәn çıxarılan nәticәlәr: – Mәzinin nәcasәt (murdar) sayılması vә (ona bulaşan yerin) yuyul-

masının vacib olması; – Mәzi cinsiyyәt üzvündәn gәldiyinә görә dәstәmazı pozan amillәrdәn

sayılması; – Cinsiyyәt üzvünün yuyulmasının vacib olması; – Bu halda qüsl etmәyin vacib olmaması; – Mәzinin su ilә yuyulmasının vacib olması. 26. Abdullah ibn Zeyd ibn Asim әl-Mazini (r.a) rәvayәt edir ki, namaz

qılarkәn nәfsinә şübhә2 düşәn bir kişi barәsindә Peyğәmbәrә (s.ә.s) şikayәt edildikdә o dedi: «Sәs eşitmәyincә vә ya iy hiss etmәyincә namazı tәrk etmәsin» (әl-Buxari, 177; Müslim, 802).

26-cı hәdisdәn çıxarılan nәticәlәr: – Tәharәtin pozulub-pozulmamasına olan şәkk nә dәstәmazı, nә dә

namazı batil etmir; – Sәbәbsiz olaraq namazı tәrk etmәk haramdır; – Arxadan çıxan sәsli vә ya iyli hava dәstәmazı batil edәn amildir. Qeyd: Arxadan çıxan sәssiz vә iysiz hava da dәstәmazı batil edәn

amildir. 27. Ummu Qeys bint Mihsan әl-Әsәdiyyә (r.a) rәvayәt edir ki, o, südәmәr

oğlunu gәtirib Peyğәmbәrin (s.ә.s) dizinin üstündә otuzdurdu vә uşaq onun

1 Şәhvәt nәticәsindә cinsiyyәt üzvündәn çıxan ağ rәngli, duru maye. 2 Yәni, ondan yel çıxdığını zәnn etmәklә namazdan yayınan.

Page 28: hokumlerin esasi

28

paltarına sidik ifraz edib onu batırdı. Peyğәmbәr (s.ә.s) paltarının üzәrinә su sәpdi vә onu yumadı» (әl-Buxari, 223; Müslim, 663).

28. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s) yanına bir uşaq

gәtirdilәr vә o, onun paltarını batırdı. Peyğәmbәr (s.ә.s) paltarının üzәrinә su sәpdi vә onu yumadı» (әl-Buxari, 222; Müslim, 660).

27-ci vә 28-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Südәmәr oğlan uşağının sidik ifraz etmәklә batırdığı yerin tәmiz-

lәnmәsi üçün hәmin yerә su sәpmәk kifayәt edir; – Südәmәr qız uşağının sidik ifraz etmәklә batırdığı yeri isә yumaq

lazımdır; – Yemәk yeyәn oğlan vә ya qız uşağının sidik ifraz etmәklә batırdığı

yeri yumaq lazımdır. Qeyd: Ağır subaşına çıxanın yaşından vә cinsindәn asılı olmayaraq

batırdığı yeri yumaq vacibdir. – Bu hәdis hәmçinin peyğәmbәrin (s.ә.s) әxlaqlı vә tәvazökar olmasına

da dәlildir. 29. Әnәs ibn Malik rәvayәt edir ki, «Bir bәdәvi1 gәlib mәscidin içini

(ora sidik ifraz etmәklә) batırdı. Sәhabәlәr onu qovub mәsciddәn xaric etmәk istәdikdә Peyğәmbәr (s.ә.s) qoymadı. Sonra onun batırdığı yerә bir qab su tökmәyi әmr etdi vә ora su töküldü» (әl-Buxari, 221; Müslim, 657, 658).

29-cu hәdisdәn çıxarılan nәticәlәr: – Sidik ifraz olunan torpağın üzәrinә su tökmәklә o yeri tәmizlәmәk; – Mәscidlәri tәmiz saxlamaq vә orada әdәbsizlik etmәmәk; – Peyğәmbәrin (s.ә.s) mülayim, rәhmli vә әxlaqlı olması; Qeyd: İnsanlardan uzaq olmaq cәhalәt doğurur. Sәhrada yaşayan bәdәvi

әrәb dә buna misaldır. 30. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәrin (s.ә.s): «Beş şey

fitrәtdәndir2: cinsiyyәt üzvündәki artıq әti kәsmәk, qasıqdakı tüklәri tәmizlәmәk, bığları qısaltmaq, dırnaqları kәsmәk vә qoltuqaltı tüklәri qopartmaq» – dediyini eşitdim. (әl-Buxari, 5889; Müslim, 596).

1 Sәhrada yaşayan (köçәri) әrәb. 2 Sünnәtdәndir.

Page 29: hokumlerin esasi

29

30-cu hәdisdәn çıxarılan nәticәlәr: – Cinsiyyәt üzvündәki dәrini kәsmәk vacibdir. Bu hökm yalnız kişi

cinsinә şamil edilir. – Övrәt yerinin tüklәrini qırxmaq, bığları qısaltmaq, dırnaqları kәsmәk

vә qoltuqaltı tüklәri qopartmaq (vә ya qırxmaq) müstәhәbdir. Qeyd: Bunları etmәk tәmizlik vә İslamın gözәlliyindәndir. Hәmçinin

müsәlmanın tәmizliyi onun imanındandır. Әbu Malik әl-Әşaridәn (r.a) rәvayәt olunan hәdisdә Peyğәmbәr (s.ә.s) demişdir: «Tәmizlik imanın yarısıdır…» (Müslim, 3-cü cild, sәh.95, 533-cü hәdis).

– Hәr bir xeyirә can atmaq vә şәrdәn uzaq olmaq insanın fitrәtindәndir; – İslam dini gözәlliyә, tәmizliyә vә kamilliyә dәvәt edәn bir dindir; Bu hәdisdә qeyd olunan beş әmәldәn başqa tәmizlikdәn sayılan başqa

әmәllәr dә var ki, onlar müxtәlif hәdislәrdә qeyd olunmuşdur; Bunlara riayәt edәn müsәlman ikiqat fayda (yәni dünyada ikәn tәmizlik,

axirәti üçün isә savab) әldә etmiş olur. Beşinci fәsil: «Cәnabәt qüslü» 31. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, cәnabәt1 halında Mәdinәnin

küçәlәrindәn birindә Peyğәmbәr (s.ә.s) ilә rastlaşdım. Gizlincә ondan uzaqlaşıb gedib qüsl etdim, sonra Peyğәmbәrin (s.ә.s) yanına qayıtdım. O: «Әbu Hüreyrә, harada idin?» – deyә soruşduqda, mәn dedim: «Mәn cәnabәt halında idim. Belә natәmiz halda da sәnin yanında oturmaq istәmәdim». O dedi: «Subhәnallah! Müsәlman (başqa bir rәvayәtdә: mömin) murdarlanmaz!» (әl-Buxari, 283; Müslim, 822, 823).

31-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cәnabәt halı murdar hal sayılmır (yәni müsәlmanın zatı heç zaman

murdarlanmır); – Qüslü gecikdirmәk caizdir; – Elm әhli vә s. bu kimi hörmәtli insanlar arasında әn gözәl qiyafәdә

iştirak etmәk; – Mәclisi tәrk etdikdә izn istәmәk müstәhәbdir. 32. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) cәnabәt qüslü etdikdә

әllәrini yuyar, sonra dәstәmaz alar, sonra üç dәfә başına su töküb әllәri2 ilә

1 Cinsi әlaqәdәn vә ya hәr hansı yolla mәni ifraz edilmәsindәn sonrakı hal. 2 Barmaqlarını saçlarının arasına daxil etmәklә.

Page 30: hokumlerin esasi

30

onu saçlarının dibinә çatdırar vә daha sonra bәdәninin qalan yerini yuyardı» (әl-Buxari, 272; Müslim, 716).

33. Aişә (r.a) deyir ki, «Mәn Peyğәmbәr (s.ә.s) ilә bәrabәr bir qabdan su

götürәrәk qüsl edәrdik» (әl-Buxari, 273; Müslim, 729). 32-ci vә 33-cü hәdislәrdәn çıxarılan nәticәlәr: – Cәnabәt qüslü vacibdir; Bu hәdisdә Peyğәmbәr (s.ә.s) qüslün kamil şәkildә edilmәsini bizә

öyrәtmişdir. Lakin başqa hәdislәrdә o, bәdәnin hәr yerini su ilә (ardıcıllığa riayәt etmәdәn) yumaqla vacib olan qüslü dә bizә öyrәtmişdir;

– Әr-arvadın, birinin digәrinin övrәt yerinә baxması caizdir; – Әr-arvadın bәrabәr qüsl etmәsi caizdir. Qeyd: Bәzi müsәlmanlar әr-arvadın, birinin digәrinin övrәt yerinә nәzәr

salmasının haram olduğunu iddia edirlәr vә dәlil olaraq aşağıdakı hәdislәrә istinad edirlәr:

1) Aişә (r.a) demişdir: «Mәn Peyğәmbәrin (s.ә.s) övrәtini heç zaman görmәmişәm».

Bu hәdis bir neçә isnadla rәvayәt olunub, lakin onların heç biri mötәbәr deyildir.1

* Tәbәrani, Xәtib vә Әbu Nüeymin rәvayәt etdiyi isnadda Bәrәkә ibn Mәhәmmәd әl-Hәlәbi adında ravi (hәdis rәvayәt edәn) yalançı vә hәdis uyduranlardandır.

* İbn Macә vә İbn Sәdin rәvayәt etdiyi isnadda ravilәrdәn biri mәchuldur (yәni onun kim olduğu bәlli deyil).

2) İbn Abbas (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Sizdәn biriniz zövcәsi vә ya cariyәsi ilә cinsi әlaqәdә olduqda onun fәrcinә (cinsiyyәt üzvünә) baxmasın! Hәqiqәtәn, bu, korluq әmәlә gәtirir».2

Bu hәdis bir neçә isnadla rәvayәt olunub, lakin onların heç biri mötәbәr deyildir.

* İbn Adiy, İbn Әsakir, İbn Әbi Hatimin rәvayәt etdiyi isnadda Bәqiyyә adlı ravi yalançılardan rәvayәt etmәklә mәşhurdur.

34. Peyğәmbәrin (s.ә.s) hәyat yoldaşı Meymunә bintu-l-Haris (r.a) deyir

ki, «mәn Peyğәmbәrә (s.ә.s) qüsl etmәk üçün su gәtirdim. O, suyu sağ әli ilә sol әlinin üzәrinә iki vә ya üç dәfә tökdü, sonra övrәt yerini yudu. Sonra iki vә ya üç dәfә әlini yerә (vә ya divara) vurdu, sonra ağzını, burnunu, üzünü vә

1 Әlbaninin «Әdәbu-z-zifaf» («Evlәnmә әdәblәri») әsәri, sәh.37. 2 Әlbaninin «Zәif hәdislәr silsilәsi» әsәri, 1/351, 195-ci hәdis.

Page 31: hokumlerin esasi

31

qollarını yudu, sonra başına su tökdü vә bәdәninin qalan yerini dә yudu, daha sonra isә qırağa çәkilib ayaqlarını yudu. Mәn qurulanmaq üçün ona dәsmal gәtirdim. O dәsmalı götürmәyib әllәrinin suyunu çırpdı» (әl-Buxari, 274, 276; Müslim, 765).

34-cü hәdisdәn çıxarılan nәticәlәr: – Әllәri iki vә ya üç dәfә yumağın caiz olması; – Bәdәni dәsmalla qurulamamağın caiz olması; – Qüslün dәstәmazı әvәz etmәsi; – Qüslün әvvәlindә övrәt yerinin yuyulması; – Әzaları bir dәfә yumaqla kifayәtlәnmәk; 35. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, atası Ömәr ibn әl-Xәttab

(r.a) Rәsulullahdan (s.ә.s): «Ey Allahın elçisi! Bizdәn birimiz cәnabәt halında yata bilәrmi?» – deyә soruşdu. O dedi: «Bәli, sizdәn biriniz cәnabәt halında olarsa dәstәmaz alıb yatsın!» (әl-Buxari, 287; Müslim, 700).

35-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cәnabәtli halda yatmazdan әvvәl dәstәmaz almağın müstәhәb olması; – Cәnabәtli olanın, qüsl vә ya dәstәmaz almayıb yatmasının mәkruh

(bәyәnilmәyәn) olması. 36. Peyğәmbәrin (s.ә.s) zövcәsi Ummu Sәlәmә (r.a) rәvayәt edir ki, Әbu

Tәlhәnin(r.a) zövcәsi Ummu Suleym (r.a) Peyğәmbәrin (s.ә.s) yanına gәlib dedi: «Ey Allahın elçisi! Hәqiqәtәn, Allah haqqı soruşana utanmağı әmr etmir. Mәgәr qadın pollyusiya1 halında qüsl etmәlidir?» Peyğәmbәr (s.ә.s) dedi: «Bәli, әgәr mәninin2 әsәr-әlamәtini (paltarında vә ya bәdәnindә) görübsә qüsl etmәlidir» (әl-Buxari, 282; Müslim, 710).

36-cı hәdisdәn çıxarılan nәticәlәr: – Yuxuda ikәn mәni ifraz edәn qadın qüsl etmәlidir; – Allahın Özünә layiq olan sifәtdә hәyalı olması; – Elm tәlәb etdikdә utanmamaq. Hәtta utanmaq lazım gәlәn mәsәlәlәrdә

belә öyrәnmәk üçün sual vermәk caizdir. Hәqiqәtәn, iki şәxs elm öyrәnә bilmәz: utanan vә tәkәbbürlü olan.

– Utandırıcı sual vermәzdәn әvvәl, soruşulan şәxsә münasib başlıq ilә (Allah haqqı demәkdәn utanmaz vә s.) müraciәt etmәk.

1 Yuxuda olarkәn mәni ifraz etmәk. 2 Sperma.

Page 32: hokumlerin esasi

32

37. Aişә (r.a) rәvayәt edir ki, «mәn Peyğәmbәrin (s.ә.s) üzәrinә mәni

düşmüş paltarını yuyardım vә onun lәkәsi getmәsә dә Rәsulullah (s.ә.s) o paltarda namazını qılardı» (әl-Buxari, 231; Müslim, 670).

Başqa bir rәvayәtdә deyir ki, «әlimlә onu sürtәrdim vә Peyğәmbәr (s.ә.s) dә o paltarla namazını qılardı» (Müslim, 672).

37-ci hәdisdәn çıxarılan nәticәlәr: İslam alimlәri mәninin hökmü barәsindә müxtәlif rәydәdirlәr: * Hәnәfi vә Maliki mәzhәbinә görә mәni nәcis sayılır. Onlar dәlil olaraq

bu hәdisә әsaslanırlar vә deyirlәr ki, Aişәnin (r.a) Peyğәmbәrin (s.ә.s) paltarını yuması, mәninin nәcis olmağına dәlalәt edir.

* Şafii, Hәnbәli mәzhәbi, İbn Hәzm, hәdis әhli vә İbn Teymiyyәnin rәyinә görә mәni nәcis sayılmır. Onlar aşağıdakı dәlillәrә әsaslanırlar:

a) Aişәnin (r.a) Peyğәmbәrin (s.ә.s) paltarını sürtmәsi buna dәlalәt edir. Nәcis olsa idi, sürtmәklә kifayәtlәnmәz, әksinә onu yuyardı.

b) İnsan mәnidәn törәnmişdir vә ağıla sığılmazdır ki, Uca Allah onu nәcisdәn (murdar maddәdәn) yaratsın.

v) Peyğәmbәr (s.ә.s) sidikdәn tәmizlәnmәyi әmr etdiyi kimi mәnidәn tәmizlәnmәyi әmr etmәmişdir.

q) Mәniyә bulaşmış paltarın yuyulması onun nәcis olmasına dәlalәt etmir, mәs. palçıq vә s. bulanmış paltarın yuyulması kimi.

– Mәni bulaşmış paltarın, bәdәnin vә s. yuyulmasının vacib olmaması; – Mәninin nәcis sayılmaması; – Mәni bulaşmış paltarın, bәdәnin vә s. yuyulmasının müstәhәb olması. 38. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Qadınının әllәri vә ayaqları arasında oturub ona cәhd1 göstәrәnә qüsl etmәk vacibdir» (әl-Buxari, 291; Müslim, 781).

Başqa bir rәvayәtdә: «mәni ifraz etmәsә belә» (Müslim, 782). 38-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cinsi әlaqәdә olana, mәni ifraz etmәsә belә, qüsl etmәyin vacib

olması. 39. Әlinin (r.a) nәvәsi Mәhәmmәd rәvayәt edir ki, o, atası Hüseyn (r.a)

vә bir dәstә camaat Cabir ibn Abdullahdan (r.a) qüsl haqqında soruşdular.

1 Onunla cinsi әlaqәdә olmaq.

Page 33: hokumlerin esasi

33

O dedi: «Bir saa1 kifayәt edәr». Bir kişi: «Mәnә kifayәt etmir» – dedikdә, Cabir ona: «Sәndәn çox saçı olan vә sәndәn dә xeyirlisinә (yәni Peyğәmbәrә (s.ә.s) kifayәt edәrdi» – deyib sonra bizә imamlıq edib namazı qıldırdı. (әl-Buxari, 252; Müslim, 731).

Başqa lәfzdә olunan rәvayәt: «Peyğәmbәr (s.ә.s) üç dәfә başına su tökәrdi» (әl-Buxari, 255).

Müәllif deyir ki, Cabirә (r.a) «Mәnә kifayәt etmir» – deyәn kişi Mәhәmmәdin2 oğlu Hәsәndir.

39-cu hәdisdәn çıxarılan nәticәlәr: – Cәnabәt qüslünün vacib olması; – Dörd ovuc suyun qüsl etmәk üçün kifayәt olması; – Suyu israf (hәddindәn artıq lazımsız yerә istifadә etmәk) etmәmәyin

müstәhәb olması; – Peyğәmbәrin (s.ә.s) sünnәsinә müxalif olanhәr bir әmәlin inkar

edilmәsi. Altıncı fәsil: «Tәyәmmüm3» 40. İmran ibn Hüseyn (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) bir kişinin

qırağa çәkilib camaatla namaz qılmadığını görüb ona dedi: «Ey filankәs! Camaatla namaz qılmağına mane olan nәdir?» O: «Ey Allahın elçisi! Cәnabәt halındayam, su da yoxdur» – dedikdә, Peyğәmbәr (s.ә.s) dedi: «Torpaqla tәmizlәn, bu sәnә kifayәt edәr» (әl-Buxari, 344).

40-cı hәdisdәn çıxarılan nәticәlәr: – Tәyәmmüm (su olmadıqda) qüslü әvәz edir; – Tәyәmmümü yalnız zәrurәt halında (su tapılmadıqda, xәstәlәndikdә

vә s. zәruri hallarda) etmәk caizdir; – Sәhv vә ya günah işlәdәn şәxsi dәrhal tәhqir etmәk, günahlandırmaq

vә acılamaq caiz deyil. Çünki ola bilәr ki, onun etdiyi әmәl hәr hansı bir üzrlü sәbәbә görә olsun;

– Elmi mәsәlәlәrdә ictihad etmәk (müctәhid üçün) caizdir.

1 Yә‘ni, dörd ovuc. 2 Mәhәmmәd ibn Әli (r.a). 3 Torpaqla tәmizlәnmәk.

Page 34: hokumlerin esasi

34

41. Әmmar ibn Yasir (r.a) deyir ki, Peyğәmbәr (s.ә.s) mәni bir iş üçün göndәrdi. Yolda cәnabәt halına düşdüm vә su tapmadığım üçün heyvanın torpaqda eşәlәndiyi kimi torpaqda eşәlәndim, sonra bunu Peyğәmbәrә (s.ә.s) xәbәr verdim. Peyğәmbәr (s.ә.s): «Sәnә әlini torpağa vurub tәmizlәnmәk kifayәt edәrdi» – deyib әllәrini bir dәfә torpağa vurdu, sonra sol vә sağ әlinә vә üzünә mәsh çәkdi» (әl-Buxari, 347; Müslim, 110).

41-ci hәdisdәn çıxarılan nәticәlәr: – Tәyәmmüm etmәzdәn әvvәl su axtarmağın vacib olması; – Tәyәmmüm edәn şәxsә bir dәfә әllәrini torpağa vurmaqla üz vә

әllәrini (bilәklәrә qәdәr) mәsh etmәsi; – Tәyәmmümün qüslü әvәz etmәsi; – Tәyәmmümü tәrtiblә (әvvәlcә üzü, sonra da әllәri mәsh etmәklә)

yerinә yetirmәyin1 vacib olması; – İctihad etmәyin caiz olması; 42. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Mәnә beş şey verilib ki, bunlar mәndәn әvvәlki peyğәmbәrlәrә verilmәyib: bir ay әvvәl düşmәnin qәlbinә qorxu salaraq ona qalib gәlmәyim, yer üzünün mәnim üçün pak vә mәscid2 olması – belә ki, ümmәtimdәn olan hәr bir şәxs istәnilәn yerdә vaxtı girmiş namazı qılmalıdır, – qәnimәtlәrin3 mәnә halal olması – mәndәn qabaq heç bir peyğәmbәrә halal olmayıb –, Qiyamәt günü şәfaәt4 vermәyim vә bir dә, hәr bir peyğәmbәr yalnız öz qövmünә göndәrilәrdi, mәn isә bütün insanlara göndәrilmişәm» (әl-Buxari, 335; Müslim, 1163).

42-ci hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) başqa peyğәmbәrlәrdәn, ümmәtinin dә başqa

ümmәtlәrdәn әfzәl olması; – Peyğәmbәrә (s.ә.s) vә onun ümmәtinә bu beş xüsusiyyәtin verilmәsi; – Torpaqdan tәyәmmüm etmәyin caiz olması; – İstәnilәn yerdә (müstәsna olan yerlәrdәn başqa5) namaz qılmağın caiz

olması; – Qәnimәti mәnimsәmәyin halal olması;

1 Uca Allah buyurmuşdur: «Su tapmasanız, pak torpaqla tәyәmmüm edin, ondan

üzünüzә vә әllәrinizә sürtün» («әl-Maidә» surәsi, 6). 2 İbadәt yeri olması. 3 Cihadda әldә edilәn mal. 4 Böyük şәfaәt. 5 Murdar olan yerlәr, qәbiristanlıq vә qәsb edilmiş mәkan.

Page 35: hokumlerin esasi

35

– Namazı öz vaxtında qılmağın vacib olması; – İslam dininin bütün bәşәriyyәtә göndәrilmәsi. Bu hәdisdәn әlavә, aşağıdakı ayә dә Peyğәmbәrin (s.ә.s) bütün

bәşәriyyәtә göndәrilmәsinә dәlalәt edir. Uca Allah buyurur: «[Ya Mәhәmmәd!] De ki: "Ey insanlar! Mәn Allahın sizin hamınıza

göndәrilmiş elçisiyәm (peyğәmbәriyәm)"…» («әl-Әraf» surәsi, 158). Yeddinci fәsil: «Heyz1» 43. Aişә (r.a) rәvayәt edir ki, Әbu Hübeyşin qızı Fatimә (r.a): «Mәn

davamlı istihazә2 oluram. Buna görә namazımı tәrk edimmi?» – deyә Peyğәmbәrdәn (s.ә.s) soruşdu. O: «Xeyr, o bir tәrdir, lakin adәtin üzrә heyz olduğun günlәr namazları tәrk et, sonra isә qüsl edib namazını qıl» – deyә cavab verdi. (әl-Buxari, 306; Müslim, 753).

Başqa rәvayәtdә: «Bu heyz qanı deyil. Yalnız heyz olduqda namazını tәrk et, sonra isә yuyunub namazını qıl» (Müslim, 751).

44. Aişә (r.a) rәvayәt edir ki, Ummu Hәbibә3 (r.a) yeddi il istihazә oldu

vә bu haqda Peyğәmbәrdәn (s.ә.s) soruşdu. O: «Bu bir tәrdir» – deyib yuyunmağı ona әmr etdi. Ummu Hәbibә dә hәr namaz üçün yuyunardı. (әl-Buxari, 327; Müslim, 754).

43-cü vә 44-cü hәdislәrdәn çıxarılan nәticәlәr: – Heyz vә istihazәnin arasında olan fәrq; a) Heyz qanı müәyyәn günlәrdә gәlir, lakin istihazә qanı hәr zaman gәlә

bilәr; b) İstihazә qanı ibadәt etmәyә mane olmur. Heyz qanı gәldiyi zaman isә

ibadәt dayandırılır; – Heyz zamanı buraxılan namazların qәzası qılınmamalıdır. Bu rüxsәt

Allah vә Onun elçisi tәrәfindәndir.

1 Qadından hәr ayın müәyyәn günlәrindә gәlәn qan. 2 Adәti üzrә gәlәn qandan çox (әlavә günlәrdә) gәlәn qan. 3 Ummu Hәbibә bint Cәhş.

Page 36: hokumlerin esasi

36

– İstihazә olan qadına, hәr namaz üçün qüsl etmәk vacib deyil. Bir dәfә qüsl edib (heyzdәn tәmizlәndikdәn sonra) sonra isә yalnız dәstәmaz almaq kifayәtdir.

– Öyrәnmәk üçün sual verdikdә utanmamaq. 45. Aişә (r.a) rәvayәt edir ki: «Mәn vә Peyğәmbәr (s.ә.s), hәr ikimiz

cәnabәtli1 olduğumuz halda bir qabdan su götürәrәk qüsl edәrdik» (әl-Buxari, 299; Müslim, 729).

46. Aişә (r.a) rәvayәt edir ki: «Mәn heyzli olarkәn, Peyğәmbәr (s.ә.s)

övrәt yerimi2 bağlamağımı әmr edәr, sonra da mәnimlә yaxınlıq3 edәrdi» (әl-Buxari, 300; Müslim, 677).

47. Aişә (r.a) rәvayәt edir ki: «Peyğәmbәr (s.ә.s) etikafda olarkәn başını

(mәsciddәn qırağa) çıxardar vә mәn dә heyzli halda onun başını yuyardım» (әl-Buxari, 301; Müslim, 684).

48. Aişә (r.a) rәvayәt edir ki: «Mәn heyzli olarkәn Peyğәmbәr (s.ә.s)

mәnә söykәnib Quran oxuyardı» (әl-Buxari, 297; Müslim, 691). 45-ci, 46-cı, 47-ci vә 48-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Әr-arvadın bәrabәr yuyunmasının caiz olması; – Heyzli qadınla cinsi әlaqәdәn başqa hәr bir zövq verәn hәrәkәt (haram

buyurulmuş әlaqәdәn başqa4) etmәyin caiz olması. – Qadının bu halda cinsi orqanını örtmәsi; – Bu halda mәscidә daxil olmamaq; – Etikafda olan şәxs hәr hansı bir bәdәn üzvünü mәsciddәn xaricә

çıxararsa, bu onun etikafını batil etmir. – Heyzli qadına söykәnib Quran oxumağın caiz olması. 49. Muazәtu bint Abdullah (r.a) rәvayәt edir ki, mәn Aişәdәn (r.a): «Nә

üçün heyzli qadın orucun qәzasını tutur, namazın qәzasını isә qılmır?» – deyә soruşdum. O mәndәn: «Sәn Hәrurisәn5?» – deyә soruşduqda, mәn: «Xeyr, Hәruri deyilәm, lakin öyrәnmәk üçün soruşuram» – cavabını

1 Cinsi әlaqәdәn sonra. 2 Yalnız cinsi orqan. 3 Cinsi әlaqәdәn başqa hәr şey (öpmәk, qucaqlamaq vә s.). 4 Arxa dәlikdәn cinsi әlaqәdә olmaq. 5 Hәrura: Kufәdәn iki mil aralıda yerlәşәn şәhәrdir. Burada Aişә (r.a) xaricilәrin

qolundan olan cәrәyanı nәzәrdә tutur.

Page 37: hokumlerin esasi

37

verdim. Aişә dedi: «Biz heyzli olarkәn oruc vә namazı tәrk edir, sonra isә yalnız orucun qәzasını tutmağa әmr olunardıq» (әl-Buxari, 321; Müslim, 761).

49-cu hәdisdәn çıxarılan nәticәlәr: – Qadın heyzdәn tәmizlәndikdәn sonra namazın qәzasını qılmır, orucun

isә qәzasını tutmalıdır; – Sünnәni bәyәnmәyәnә e’tiraz etmәk; – Peyğәmbәrin (s.ә.s) hәr hansı bir әmәli tәsdiq etmәsi sünnәtdәndir

(yәni ibadәtdәndir); – Öyrәnmәk vә doğru yol ilә getmәk istәyәnә elmi bәyan etmәk. Xülasә. Suyun qismlәri: – tahur (tәmiz); – nәcis (murdar). Nәcasәtin növlәri: – insanın sidik vә nәcisi; – әti yeyilmәyәn heyvanların sidik vә nәcisi; – itin seliyi (ağız suyu); – heyz, nifas vә istihazә nәticәsindә çıxan qan; – donuz; – mәzi; – meyit. Dәstәmazın şәrtlәri: – müsәlman olmaq; – hәddi-büluğa çatmaq; – ruhi xәstә olmamaq; – tәmiz su tapmaq; – niyyәt etmәk; – suyun dәriyә çatmasına mane olan hәr bir amili (boya, lak vә s.)

aradan qaldırmaq; – bәdәnin nәcasәtdәn tәmizlәnmәsi (paklaşdırılması); – sidik vә ya nәcisdәn azad olmaq. Bu şәrtlәrdәn biri yerinә yetirilmәzsә dәstәmaz batil olur.

Page 38: hokumlerin esasi

38

Dәstәmazın vaciblәri: – üzü yumaq, ağzı yaxalamaq, buruna su alıb çıxartmaqla onu tә-

mizlәmәk; – qolları, barmaqların ucundan dirsәklәrә qәdәr – dirsәklәr dә daxil

olmaqla – yumaq; – başa vә qulağa mәsh etmәk; – ayaqları, barmaqların ucundan topuqlara qәdәr – topuqlar da daxil

olmaqla – yumaq; – bu vaciblәri ardıcıl yerinә yetirmәk – bu vaciblәri fasilәsiz (ara vermәdәn) yerinә yetirmәk Dәstәmazın sünnәlәri: – dәstәmaza başladıqda «bismillәh» demәk; – misvakla dişlәri tәmizlәmәk; – әllәri yumaq; – barmaqların arasını yumaq; – sıx saqqalın dibinә su çatdırmaq (seyrәk saqqalın dibinә su çatdırmaq

isә vacibdir); – әzaları iki vә ya üç dәfә yumaq; – әzaları sağ tәrәfdәn başlayaraq yumaq; – dәstәmazdan sonra dua oxumaq; – suyu israf etmәmәk. Dәstәmazı batil edәn amillәr: – öndәn vә arxadan çıxan sidik, nәcis, mәzi, istihazә halında gәlәn qan vә s.

– dәrin yuxuya getmәk vә ya huşu itirmәk; – dәvә әti yemәk (bir çox alimlәrin rәyinә görә);

– cinsi әlaqәyә girmәk (bu hәm dә qüslü batil edir); – heyz vә nifas halı (bu hәm dә qüslü batil edir); – pollüsiya1 baş verdikdә (bu hәm dә qüslü batil edir); – övrәt yerinә toxunmaq (bәzi alimlәrin rәyinә görә);

Mәshin şәrtlәri: – ayaqqabı, corab vә ona oxşar ayaq geyimlәrini dәstәmaz aldıqdan

sonra geymәk; – ayaq geyiminin üzәrindә nәcisin olmaması;

1 Yuxuda mәninin ifraz olması.

Page 39: hokumlerin esasi

39

– mәshdәn yalnız dәstәmaz aldıqda istifadә etmәli (qüsl etdikdә isә ayaqlar yuyulmalıdır);

– mәshin müddәti dәstәmaz alınıb ilk mәsh çәkilәn andan başlayaraq müsafir üçün üç sutka (72 saat), yerli sakin üçün isә bir sutka (24 saat) davam edir.

Qeyd: Mәshin müddәtinin bitmәsi onu batil etmir. Qüslü vacib edәn hallar: – heyz vә nifasdan tәmizlәndikdә; – cinsi әlaqәdә olduqda; – şәhvәt nәticәsindә mәni ifraz olunduqda; – cümә namazına getdikdә (Bir çox alimlәrin rәyinә görә); – islam dininә daxil olduqda. Qüslün növlәri: – kamil qüsl, yәni Peyğәmbәrin (s.ә.s) göstәrdiyi qaydada qüsl etmәk; – vacib qüsl, yәni bәdәnin hәr yerini yumaqla kifayәtlәnmәk. Hәr iki halda olunan qüsl mötәbәr sayılır, lakin kamil qüsl edәn daha

çox savaba nail olur. Tәyәmmüm: Ovucların içini tәmiz torpağa vә ya üzәrindә toz-torpaq olan yerә

vurmaq, sonra әllәri üzә sürtmәk, daha sonra әllәri biri-birinә sürtmәk. Aşağıdakı hallarda namaz tәyәmmümlә әvvәl vaxtında qılınır: – suyun tapılmayacağına әmin olduqda; – suyun tapılmayacağına daha çox ehtimal olduqda; – suyun tapılıb-tapılmayacağına tәrәddüd olduqda; Bu hallarda namazı tәyәmmümlә qıldıqdan sonra su tapıldıqda namaz

yenidәn qılınmır. Subaşına çıxmağın әdәblәri: – Subaşına çıxdıqda dua etmәk; – üzü vә arxası qiblәyә oturmamaq; – nәzәrdәn qorunmaq; – ayaqyolunda (tualetdә) danışmamaq; – axmayan sulara sidik vә ya nәcis ifraz etmәmәk; – sidik ifraz edәrkәn ayaq üstә durmamaq; – ön vә arxa ifrazat çıxışlarını su, kağız vә s. buna bәnzәr tәmizlәyici ilә

tәmizlәmәk;

Page 40: hokumlerin esasi

40

– sağ әllә tәmizlәnmәmәk; – ifrazat çıxışlarını ehtiram olunan әşyalarla(şәkil, yeyinti mәhsulu vә

s.) tәmizlәmәmәk; – ayaqyoluna sol ayaqla daxil olub sağ ayaqla çıxmaq; – ayaqyolundan çıxdıqda dua etmәk; – ayaqyolundan çıxdıqda әllәri sabunla yumaq. Qeyd: İki şәrtlә ayaq üstә sidik ifraz etmәk caizdir: 1) Sidiyin sıçrayıb

bәdәn vә paltara düşmәyәcәyinә әmin olduqda; 2) Nәzәrdәn qorunmağına әmin olduqda.

Page 41: hokumlerin esasi

41

İKİNCİ BÖLMӘ: «NAMAZ» Birinci fәsil: «Namazın vaxtları» 50. Әbu Amr әş-Şeybani1 Abdullah ibn Mәsudun (r.a) evini göstәrib

dedi: «Bu evin sahibi bizә dedi ki, mәn Peyğәmbәrdәn (s.ә.s) hansı әmәlin Allah yanında daha sevimli olduğunu soruşdum. O dedi: "Vaxtında qılınan namaz". Mәn: "Sonra hansı?" – deyә soruşdum. O dedi: "Valideynlәrin qayğısına qalmaq". Mәn: "Sonra hansı?" – deyә soruşdum. O dedi: "Allah yolunda cihad etmәk". Bundan әlavә yenә soruşsaydım, onu da mәnә deyәrdi» (әl-Buxari, 527; Müslim, 250).

50-ci hәdisdәn çıxarılan nәticәlәr: – Allah yanında әn sevimli әmәl vaxtında qılınan namaz, valideynlәrin

qayğısına qalmaq vә Allah yolunda cihad etmәkdir. Qeyd: İmansız adama bunları etmәyin heç bir faydası yoxdur. – Әmәllәr müxtәlif dәrәcәlәrdә olub fәzilәt baxımından biri digәrindәn

fәrqlәnir; – Allahın mәhәbbәtinin isbatı. Bu mәhәbbәt Onun zatına layiq olan

şәkildәdir vә keyfiyyәti (necәliyi) bizә mәlum deyildir; – Elm barәsindә verilәn sualın әfzәl olması; Peyğәmbәrdәn (s.ә.s) bir neçә dәfә әn fәzilәtli әmәl haqqında soruşulub.

O (s.ә.s), hәr dәfә olduğu mәqama münasib cavablar vermişdir. Demәli, hәr bir әmәli mәqamında yerinә yetirmәk әfzәl әmәllәrdәn sayılır.

51. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) fәcr namazını2

qılarkәn, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isә evlәrinә qayıdar vә qaranlıq olduğundan heç kәs onları tanımazdı» (әl-Buxari, 578; Müslim, 1456).

51-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sübh namazının ilkin vaxtında qılınması әfzәldir; – Qadınların namaz qılmaq üçün mәscidә gәlmәsi caizdir; – Mömin qadının hicab geyinmәsi vacibdir.

1 Adı: Sәd ibn İyәs. 2 Sübh namazı.

Page 42: hokumlerin esasi

42

52. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) günәş zeniti keçdikdә (şiddәtli istidә) zöhrü, günәş saf olduqda (hәlә saralmamış) әsri, günәş batdıqda da mәğribi qılardı. İşanı isә, sәhabәlәrin toplandığını gördükdә tez (vaxtı girәndә), yubandıqlarını gördükdә isә gec qılardı. Sübhü isә Peyğәmbәr (s.ә.s) qaranlıqda qılardı» (әl-Buxari, 560; Müslim, 1458).

52-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sübh, zöhr, әsr vә mәğrib namazlarını ilkin vaxtında qılmaq әfzәldir; – İşa namazını isә gecәnin yarısına qәdәr tәxirә salmaq әfzәldir; – İmam işa namazını qılmaq üçün camaatın toplanmasını vә ya

yubanmasını nәzәrә almalıdır; – Camaatla namaz qılmaq әfzәldir; – Hәr namazı tәyin olunmuş vaxtda qılmaq әfzәldir. 53. Әbu-l-Minfәl1 rәvayәt edir ki, «Mәn vә atam, Әbu Bәrzәtә әl-

Әslәminin yanına getdik. Atam ona: "Danış, görәk Peyğәmbәr (s.ә.s) namazları necә qılardı?» – deyә müraciәt etdikdә, o dedi: "Peyğәmbәr (s.ә.s) әl-Hәciri2 – sizin saydığınız ilk namazı – günәş zeniti keçdikdә qılardı. Әsri qıldıqdan sonra bizlәrdәn biri şәhәrin kәnarında yerlәşәn evinә qayıdar, günәş isә hәlә dә saralmamışdı. Mәğrib haqqında dediyi isә yadımdan çıxıbdır3. "әl-Atәmәtu" adlandırdığınız İşanı da gecikdirmәyi xoşlayar, ondan qabaq yatmağı vә ondan sonra danışmağı isә bәyәnmәzdi. Sübh namazını isә hәr bir kәsin yanındakını seçdiyi vaxtda (hava bir az işıqlandıqda) bitirәrdi. Bu namazda o, altmış ayәdәn yüz ayәyә qәdәr oxuyardı» (әl-Buxari, 547; Müslim, 1403).

53-cü hәdisdәn çıxarılan nәticәlәr: – Namazların vaxtı Peyğәmbәr (s.ә.s) tәrәfindәn (Allahın әmri ilә)

müәyyәn olunmuşdur; – Peyğәmbәr (s.ә.s) İşa namazından savayı başqa namazları ilkin

vaxtında qılmışdır; – İşa namazını gecәnin yarısına qәdәr tәxirә salmaq әfzәldir; – İşa namazından qabaq yatmaq, sonra isә danışmaq mәkruhdur

(bәyәnilmir).

1 Adı: Sәyyar ibn Sәlәmә. 2 Zöhr namazının adıdır. 3 Maili qeyd olunmuş cümlә Әbu-l-Minfәlin sözüdür.

Page 43: hokumlerin esasi

43

Qeyd: İşa namazından sonra faydalı işlә mәşğul olmaq (dәrs hazırlamaq, kitab oxumaq vә s.) müstәsnadır.

– İşa namazını «atәmәtu» adlandırmaq (mәkruhdur) bәyәnilmir; – Sübh namazını qıldıqda uzun surәlәri oxumaq müstәhәbdir. 54. Әli (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Xәndәk günü1 dedi:

"Onlar (müşriklәr) bizi orta namazdan2 gün batana qәdәr yayındırdılar. Allah onların evlәrini vә qәbirlәrini odla doldursun!" Sonra onu (Әsri) Mәğriblә İşa arasında qıldı» (әl-Buxari, 2931; Müslim, 1424).

55. Abdullah ibn Mәsud (r.a) rәvayәt edir ki, «Müşriklәr Peyğәmbәri

(s.ә.s) günәş qızarana vә ya saralana qәdәr Әsr namazından yayındırdılar. Bunu görәn Peyğәmbәr (s.ә.s) dedi: "Onlar bizi Әsr namazından yayındırdılar. Allah da onların içәrilәrini vә qәbirlәrini odla doldursun!"» (Müslim, 1425).

54-cü vә 55-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Әsr namazının orta namaz adlanması; – İmkansızlıqdan hәr hansı bir namazın vaxtından gec qılınmasının caiz

olması. Qeyd: Bu hadisә әl-Bәqәrә surәsinin 239-cu ayәsi nazil olmamışdan

әvvәl baş vermişdir. Bu ayә namazın vaxtından gec qılınmasının caiz olmasını nәsx3 etmişdir. Uca Allah buyurur:

«[Fәrz, vacib] namazlara, xüsusilә orta namaza [günortadan sonrakı әsr

namazına] riayәt [әmәl] edin vә Allaha itaәt üçün ayağa qalxın [namaza durun]. Әgәr [düşmәndәn vә ya yırtıcı heyvandan] qorxsanız [namazınızı] piyada gedә-gedә vә ya minik üstә qılın. [Tәhlükәdәn sovuşmağınıza] әmin olduqda isә Allahı, bilmәdiyiniz şeylәri [namazı, duanı] sizә [Peyğәmbәr vә

1 Xәndәk döyüşündә. 2 Әsr namazı. 3 Hökmünü lәğv etmişdir.

Page 44: hokumlerin esasi

44

Quran vasitәsilә] nә cür öyrәdibsә, o cür anın [zikr edin, namaz qılın]» («әl-Bәqәrә» surәsi, 238-239).

– Namazını unudan şәxs yadına düşәn zaman onu qılmalıdır; – Mәzlumun (zülm olunanın) zalımın әleyhinә hәddi aşmayaraq dua

etmәsi caizdir ki, bu da qisasın bir növüdür; – Hәdisi mәna ilә yox, varid olduğu lәfzdә rәvayәt etmәk әfzәldir. 56. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) İşa

namazını gecikdirdi vә bunu görәn Ömәr gәlib dedi: "Ey Allahın elçisi! Qadınlar vә uşaqlar uzanıb (gözlәmәyә taqәtlәri yoxdur)". Peyğәmbәr (s.ә.s) saçlarından su dama-dama bayıra çıxdı vә dedi: "Ümmәtimә – vә ya insanlara – çәtin olmasaydı, bu saatda namaz1 qılmağı onlara әmr edәrdim"» (әl-Buxari, 571; Müslim, 1450).

56-cı hәdisdәn çıxarılan nәticәlәr: – İşa namazının nә zaman (әvvәl, yoxsa axır vaxtında) qılınmasının

әfzәl olduğu barәdә alimlәr ixtilaf etmişlәr; a) Bәzi alimlәr işa namazının әvvәl vaxtında qılınmasını әfzәl sayırlar.

Buna dәlil olaraq Peyğәmbәrin (s.ә.s) çox vaxt bu namazı әvvәl vaxtında qıldığına istinad edirlәr. Peyğәmbәrin (s.ә.s) bәzәn bu namazı axır vaxtında qılmağını isә üzrlü hal olması, vә yaxud bu әmәlin caiz olması kimi qәbul edirlәr.

b) Әksәr alimlәr bu namazın axır vaxtında qılınmasını әfzәl sayırlar vә dәlil olaraq İbn Abbas (r.a) vә başqa sәhabәlәrin buna bәnzәr rәvayәt etdiyi hәdislәrә istinad edirlәr. O ki qaldı Peyğәmbәrin (s.ә.s) çox vaxt bu namazı әvvәl vaxtında qılmasına, bunu o, namaz qıldırdığı camaata әziyyәt olmasın deyә belә edәrdi.

– İslam şәriәtinә görә әziyyәt verәn әmәllәr әfzәl olsa belә ondan çәkinmәk yaxşıdır. Uca Allah buyurur:

«Allah heç kәsi qüvvәsi çatmayan işi görmәyә vadar etmәz…» («әl-

Bәqәrә» surәsi, 286); «Allahdan bacardığınız qәdәr qorxun» («әt-Tәğabun» surәsi, 16).

1 Yәni, İşa namazı.

Page 45: hokumlerin esasi

45

– Peyğәmbәrin (s.ә.s) ümmәtinә qarşı rәhmli vә şәfqәtli olması; – Qadınların vә uşaqların camaatla namaz qılmasının caiz olması; – Elmdә üstün olan şәxslәrә nәsihәt vermәyin caiz olması. 57. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr dedi: "Şam yemәyi gәtirildiyi

zaman iqamә verilәrsә, әvvәlcә yemәyi yeyin! (Sonra namaz qılın)"» (әl-Buxari, 5465; Müslim, 1241).

57-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namazın vaxtı daxil olduğu zaman yemәk-içmәk tәqdim olunarsa,

öncә yemәyi yemәk vә ya suyu içmәk, sonra isә namaz qılmaq lazımdır. Bir şәrtlә ki, namazın vaxtı çıxmasın.

– İslam dininin sadә vә asan olması; – Namazdan yayındıran hәr bir amildәn uzaqlaşmaq. 58. Aişә (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin (s.ә.s): "Yemәk

gәtirildiyi zaman, hәmçinin öndәn vә arxadan çıxanı1 dәf edәrәk (sax-layaraq) namaz qılınmamalıdır" – dediyini eşitdim» (Müslim, 1246).

58-ci hәdisdәn çıxarılan nәticәlәr: – Süfrәyә yemәk verildiyi zaman namaz qılmaq mәkruhdur; – Öndәn vә arxadan çıxanı (sidiyi vә ya nәcisi) dәf edәrәk (saxlayaraq)

namaz qılmaq mәkruhdur; – Namazdan yayındıran hәr bir şeydәn çәkinmәk vacibdir; – Yemәk-içmәyә vә subaşına çıxmağa olan ehtiyac namazı tәxirә

salmaq (namazın vaxtını bir az gecikdirmәk) üçün sәbәbdir. 59. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «(Sadiqliyindә vә

müsәlmanlığında şәkk olmayan) bir neçә sәhabә vә onların arasında әn sadiq, dinindә dә әn möhkәm olan Ömәrin (r.a) Peyğәmbәrin (s.ә.s): "Sübh namazından sonra gün çıxana qәdәr vә Әsr namazından sonra gün batana qәdәr namaz qılmağı nәhy2 etdi"yini mәnә xәbәr verdilәr» (әl-Buxari, 581; Müslim, 1918).

60. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Sübh namazından sonra gün çıxana vә Әsr namazından sonra gün batana qәdәr namaz qılınmamalıdır"» (әl-Buxari, 586; Müslim, 1920).

1 Sidik vә nәcis. 2 Qadağan.

Page 46: hokumlerin esasi

46

Müәllif1 deyir ki, «Bu fәsilә dair Әli ibn Әbu Talib (r.a), Abdullah ibn Mәsud (r.a), Abdullah ibn Ömәr (r.a), Abdullah ibn Amr ibnu-l-As (r.a), Әbu Hüreyrә (r.a), Sәmura ibn Cündәb (r.a), Sәlәmәtu ibn әl-Әkva (r.a), Zeyd ibn Sabit (r.a), Muaz ibn Afra (r.a), Kәab ibn Murra (r.a), Әbu Sәlәmә әl-Bәhili (r.a), Amr ibn Abәsә әs-Sulәmi (r.a), Aişә (r.a) vә әs-Sunabihi2 hәdis rәvayәt etmişlәr.

59-cu vә 60-cı hәdislәrdәn çıxarılan nәticәlәr: Bu qadağan olunmuş vaxtlarda namazların qılınması barәsindә alimlәrin

rәyi: 1. İcma (Әbu Hәnifә, Malik, Şafii, Әhmәd ibn Hәnbәl vә s.) bu

hәdislәrә әsaslanaraq namazların bu vaxtlarda qılınmasının mәkruh (qadağan) olmasını tәsdiq etmişlәr.

2. Zahirilәr bu hәdislәrin mәnsux3 olduğuna üstünlük verib, namazların bu vaxtlarda qılınmasının caiz olduğunu iddia etmişlәr.

Qeyd: Fәrz namazlarını üzrlü sәbәbә görә bu vaxtlarda qılmaq caizdir. Bundan әlavә sәbәbi olan namazları da (mәscidә daxil olduqda qılınan namaz vә s.) bu vaxtlarda qılmaq caizdir.

Müәllif burada yalnız iki vaxtı qeyd etmişdir: 1) Sübh namazından sonra günәş üfüqdәn tәxmini 3 metrә qalxana

qәdәr. 2) Әsr namazından sonra gün batana qәdәr. 3) Müslimin rәvayәt etdiyi hәdisdә isә günәşin zenitdә olduğu vaxtın da

qadağan olduğu qeyd edilmişdir. 61. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Xәndәk günü gün

batdıqdan sonra Ömәr (r.a) Qureyşin4 kafirlәrini söyә-söyә gәlib Peyğәmbәrә (s.ә.s) dedi: "Ey Allahın elçisi! Әsr namazını gün bata-batda qıldım". (Bunu eşidәn) Peyğәmbәr (s.ә.s): "Allaha and olsun ki, hәlә Әsr namazını qılmamışam" – deyib bizimlә bәrabәr Buthanә5 gәldi, orada dәstәmaz alıb Әsr, sonra da Mәğrib namazını qıldıq» (әl-Buxari, 596; Müslim, 1428).

61-ci hәdisdәn çıxarılan nәticәlәr:

1 Abdul-Ğani әl-Mәqdisi. 2 Tabiindir. (Peyğәmbәri (s.ә.s) görmәyib vә ondan hәdis eşitmәyibdir). 3 Yәni hökmdәn düşmüş. 4 Mәkkәdә yaşayan qәbilәnin adıdır. 5 Mәdinә şәhәrindәki vadinin (dәrә) adıdır.

Page 47: hokumlerin esasi

47

– Fәrz namazlarından hәr hansı biri buraxıldığı zaman onun qәzasını qılmaq vacibdir;

– Hәdisin zahiri mәnası Peyğәmbәrin (s.ә.s) Әsr namazını unutqan-lıqdan yox, әksinә, qәsdәn gecikdirmәsinә dәlalәt edir. Lakin qeyd etmәk lazımdır ki, bu hadisә qorxu namazının Allah tәrәfindәn bәyan olunmasından әvvәl baş vermişdir;

– Bu hәdis, qәzaya qalmış namazın vaxtı daxil olmuş namazdan әvvәl qılınmasının caiz olmasına dәlalәt edir. Lakin vaxtı daxil olmuş namazın qәzaya qalma ehtimalı olarsa, әvvәlcә onu qılmaq lazımdır ki, qәzaların sayı artmasın;

– Peyğәmbәrin (s.ә.s) Ömәrin (r.a) bu hәrәkәtinә etirazını bildirmәmәsi, zalımın әleyhinә dua edilmәsinin caiz olmasına dәlalәt edir;

– Tәlәb olunmadan and içmәyin caiz olması. İkinci fәsil: «Camaat namazının fәzilәti vә onun vacib olması» 62. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Camaatla qılınan namaz, tәk qılınan namazdan iyirmi yeddi dәrәcә1 (artıq) әfzәldir"» (әl-Buxari, 645; Müslim, 1475).

62-ci hәdisdәn çıxarılan nәticәlәr: – Camaatla qılınan namazın әfzәl olması; – Tәk qılınan namazın savabının camaatla qılınan namazdan az olması; – Tәk qılınan namazın mәqbul olunması. 63. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Kişinin

camaatla qıldığı namazının savabı evindә vә bazarda tәk qıldığı namazın savabından iyirmi beş dәfә artıqdır. Belә ki, o, mükәmmәl şәkildә dәstәmaz alıb yalnız camaatla namaz qılmaq üçün mәscidә getdiyi zaman, hәr addımına bir savabı artar vә bir günahı silinәr. Camaatla namaz qılarsa, o namazı camaatla qıldığı yerdә gözlәdiyi müddәtdә mәlәklәr onun üçün dua edib deyәrlәr: "Allahım, ona xeyir-dua ver! Allahım, onu bağışla! Allahım, ona rәhm et!" Camaat namazını gözlәdiyi müddәtdә isә camaatla namaz qılan kimi hesab olunar2» (әl-Buxari, 647; Müslim, 1476).

63-cü hәdisdәn çıxarılan nәticәlәr:

1 Savab. 2 Yәni, savabı eynidir.

Page 48: hokumlerin esasi

48

– Mәsciddә camaatla qılınan namazın әfzәl olması; – Tәk qılınan namazın savabının camaatla qılınan namazın savabından

az olması; – Camaatla namaz qılmağın şәrt (yәni namazın şәrtlәrindәn) olmaması; – Namaz qılmaq üçün mәscidә gedәnin atdığı addımlara görә savab

qazanması vә günahlarının silinmәsi; – Fәrz namazının qılınmasını gözlәyәn şәxsin namaz qılan şәxs qәdәr

savab qazanması. 64. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Hәqiqәtәn, münafiqlәr üçün әn çәtin sayılan namaz İşa vә Sübh na-mazlarıdır. Halbuki onlar bu iki namazın nә dәrәcәdә fәzilәtli olduğunu bilsәlәr, imәklәmәli olsalar belә, bu namazı qılmağa tәlәsәrlәr. Artıq mәn, bir nәfәri öz yerimә camaata namaz qıldırmaq üçün (imam) tәyin edib sonra әllәrindә odun şәlәsi olan bir dәstә kişi (sәhabә) ilә camaat namazına gәlmәyәnlәrin evlәrinә gedib onu1 yandırmağı qәsd etdim» (әl-Buxari, 657; Müslim, 1480).

64-cü hәdisdәn çıxarılan nәticәlәr: – Hәddi-büluğa çatmış oğlan uşağına camaatla namaz qılmağın vacib

olması; – Üzrsüz sәbәbә görә camaat namazını tәrk edәnin günah qazanması; – İşa vә Sübh namazlarının fәzilәtli olması; – İşa vә Sübh namazlarının camaatla qılınmasının münafiqlәr üçün çәtin

olması. 65. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Sizdәn biriniz, zövcәsi mәscidә getmәk üçün ondan izn istәdiyi zaman, ona (zövcәsinә) mane olmasın». Bunu eşidәn Bilal ibn Abdullah2: «Allaha and olsun ki, onlara (mәscidә getmәyә) mane olacağıq» – dedi. Abdullah (r.a) yaxınlaşıb onu çox sәrt danladıqdan sonra dedi: «Mәn sәnә Rәsulullahdan (s.ә.s) hәdis danışıram, sәn dә deyirsәn ki, Allaha and olsun ki, onlara mane olacağıq» (әl-Buxari, 873; Müslim, 987, 988).

Başqa rәvayәtdә: «Allahın kәnizlәrinә (müsәlman qadınlara) mәscidә getmәyi qadağan etmәyin!» (Müslim, 989).

65-ci hәdisdәn çıxarılan nәticәlәr:

1 Onların evlәrini. 2 Bilal ibn Abdullah ibn Ömәr ibni-l-Xәttab.

Page 49: hokumlerin esasi

49

– Qadın mәsciddә namaz qılmaq istәdiyi zaman ona icazә vermәyin müstәhәb olması. Bunun caiz olması isә mötәbәr hәdislәrdә olduğu kimi iki şәrtlә bağlıdır: 1) Qadının xarici görünüşünün cәlbedici olmaması; 2) Qadının fitnәyә sәbәb olmaması.

– Hәdisin zahiri mәnası icazәnin yalnız mәsciddә qılınan namazla bağlı olmasına dәlalәt edir. Lakin, qadının bayram (fitrә vә qurban) xütbәlәrini dinlәmәk üçün mәscidә getmәsi vacibdir;

– Peyğәmbәrin (s.ә.s) sünnәsinә etiraz edәnә kәskin cavab vermәk; – Şәriәt hökmünü öz fikriylә yozan şәxsә bunu әdәblә, ehtiramla vә

gözәl surәtdә başa salmaq. 66. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәr (s.ә.s) ilә

bir yerdә Zöhrdәn әvvәl vә sonra, hәmçinin Cümә, Mәğrib vә İşa namazlarından sonra da iki rükәt namaz qıldım» (әl-Buxari, 937).

Başqa rәvayәtdә: «Mәğrib, İşa vә Cümәnin (iki rükәt sünnә namazını) evindә qılardı» (әl-Buxari, 1172; Müslim, 1695).

Başqa rәvayәtdә İbn Ömәr (r.a) deyir ki, Hәfsa (r.a) ona rәvayәt etdi ki, «Peyğәmbәr (s.ә.s) fәcr daxil olduqda iki rükәt xәfif (qısa) namaz qılardı. (Gün әrzindә) elә bir saat var idi ki, o vaxt mәn Peyğәmbәrin (s.ә.s) yanına daxil olmazdım» (әl-Buxari, 1173.

66-cı hәdisdәn çıxarılan nәticәlәr: – Hәdisdә qeyd olunan ratibә namazlarının vә onların müntәzәm şәkildә

qılınmasının müstәhәb olması; – Әsr namazında ratibә namazlarının olmaması; – Mәğrib, İşa, Sübh vә Cümә namazlarının ratibәlәrini evdә qılmağın

әfzәl olması; – Sübh namazında qılınan ratibәnin qısa olması. 67. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) başqa nafilә na-

mazlarına nisbәtәn Fәcr namazının sünnәsinә daha çox davamlı vә daha çox bağlı idi» (әl-Buxari, 1163).

Başqa rәvayәtdә: «Fәcr namazının iki rükәti dünya vә içindәkilәrdәn xeyirlidir» (Müslim, 1685).

Üçüncü fәsil: «Azan1»

1 Xüsusi kәlmәlәrlә namazın vaxtının daxil olmasını elan etmәk.

Page 50: hokumlerin esasi

50

68. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Bilal (r.a) azanın sözlәrini cüt sayda, iqamәni1 isә tәk sayda demәyә әmr olundu» (әl-Buxari, 605; Müslim, 836).

68-ci hәdisdәn çıxarılan nәticәlәr: – Azan vә iqamәnin namazdan әvvәl deyilmәsinin vacib olması; – Azanın sözlәrinin cüt, iqamәnin sözlәrinin tәk sayda deyilmәsinin

müstәhәb olması. Belә ki, azanın әvvәlindә olan tәkbir – Allahu әkbәr – 4 dәfә, sonundakı tövhid kәlmәsi – Lә ilәhә illәllah (Allahdan başqa ibadәtә layiq mәbud yoxdur) – 1 dәfә deyilir. İqamәnin әvvәlindә olan tәkbir vә bir dә «Qad qamәti-s-salәt» (Artıq

namaz başladı) kәlmәsi cüt sayda deyilir. Azan vә iqamә kişilәr üçün fardul-kifayәdir. 69. Әbu Cüheyfә – Vahb ibn Abdullah әs-Suvai (r.a) deyir ki, «Mәn

Peyğәmbәrin (s.ә.s) yanına gәldim. O, dәridәn hazırlanmış qırmızı rәngli çadırda idi. Bu vaxt Bilal (r.a) Peyğәmbәrin (s.ә.s) dәstәmaz aldığı qabdakı suyu bayıra çıxartdı. Sәhabәlәr dә, xeyir-bәrәkәtә nail olsunlar deyә, o sudan (әllәri ilә) götürdülәr. Sәhabәlәrdәn bәzilәrinә su çatmadığı üçün әllәrini su götürәn sәhabәlәrin әllәrinә sürtdülәr. Sonra Peyğәmbәr (s.ә.s) (üzәrindә qara xәtlәr olan) qırmızı geyimdә çadırdan bayıra çıxdı. Mәn dayanıb onun ayaqlarının (dizdәn aşağı) ağlığına baxırdım. Sonra Bilal (r.a) azan verdi. O, başını sağa vә sola çevirәrәk "namaza tәlәsin", "nicat tapmaq üçün tәlәsin" deyir, mәn dә onun ardı ilә (tәlәffüz etdiyi sözlәri) tәkrar edirdim. Sonra Peyğәmbәr (s.ә.s) üçün (sutra2 olsun deyә) nizәyә oxşar, ancaq onun yarısı boyda olan silah yerә sancıldı vә o, (camaatla birgә) iki rükәt Zöhr vә iki rükәt Әsr namazını qıldı3. Peyğәmbәr (s.ә.s) Mәdinәyә qayıdana qәdәr (dördrükәtli namazları) iki rükәt qıldı» (әl-Buxari, 187; Müslim, 1119).

69-cu hәdisdәn çıxarılan nәticәlәr: – Müәzzin azan verdiyi zaman «Hayyә alә-s-salәt» (Namaza tәlәsin) vә

«Hayyә alә-l-fәlәh» (Nicat tapmaq üçün tәlәsin) deyәrkәn başını sağa vә sola döndәrmәsinin caiz olması;

– Sәfәrdә olan müddәtdә dörd rükәtli namazları (Zöhr, Әsr vә İşa) qısaldıb iki rükәt qılınması;

1 Namaza durduqda oxunan xüsusi kәlmәlәr. 2 Namaz qılanın önünә qoyduğu sәd. 3 Sәfәrdә olduğu üçün belә etdi.

Page 51: hokumlerin esasi

51

– Namaz qılanın önündә sütrәnin olması; – Sәhabәlәrin Peyğәmbәri (s.ә.s) çox sevmәsi vә ondan bәrәkәt umması. Qeyd: Ümumiyyәtlә, xeyir-bәrәkәtә üç yolla nail olmaq olar: 1) Allaha dua edib Ondan istәmәklә; 2) Zәmzәm suyunu içmәklә. Buna dәlil: Cabir ibn Abdullahdan (r.a)

rәvayәt olunan hәdisdә Peyğәmbәr (s.ә.s) demişdir: «Zәmzәm suyu, onu içәn üçündür(şәfadır)» («Müsnәd», 3/357; «Sәhih hәdislәr silsilәsi», 2/543; «İrvau-l-ğalil», 4/320, 1123-cü hәdis).

3) Peyğәmbәrin (s.ә.s) sağlığında onun dәstәmazının suyundan vә s. xeyir-bәrәkәt ummaq.

– Xalis qırmızı rәngdә olmayan paltarı geyinmәyin caiz olması. Qeyd: İbnu-l-Qeyyim xalis qırmızı rәngdә olan paltarın yalnız kişilәr

üçün qadağan olunmasını «Zadu-l-Mәad» kitabında açıqlamışdır. 70. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Hәqiqәtәn, Bilal gecә (Fәcrdәn әvvәl) azan verir. Siz Ummu Mәktumun oğlu (r.a) azan verәnә qәdәr (dan yeri ağarana qәdәr) yeyin, için!» (әl-Buxari, 617; Müslim, 2531).

70-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sübh namazının vaxtının daxil olmasından bir müddәt әvvәl azan

vermәyin caiz olması. Demәli, sübh namazı üçün iki dәfә azan verilә bilәr: birincisi vaxtından әvvәl, ikincisi isә vaxtı daxil olduqda.

– Bir mәsciddә azan vermәk üçün iki müәzzinin tәyin olunması; – Müәzzinin kor olması onun azan vermәyinә mane olmur. Çünki Umm

Mәktumun oğlu (r.a) kor idi; – Әdalәtli olan tәk bir şәxsin verdiyi xәbәrә inanıb ona әmәl etmәk. 71. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Müәzzinin1 azan verdiyini eşitdiyiniz zaman onun dediklәrini (azanda deyilәn sözlәri) tәkrar edin!» (әl-Buxari, 611; Müslim, 846).

71-ci hәdisdәn çıxarılan nәticәlәr: – Müәzzinin dediklәrini tәkrar etmәk (yәni müәzzin hәr cümlәni

tamamladıqca o cümlәni eşidәnlәr tәkrar etmәlidirlәr); – Yalnız «hayyә alә-s-salәt» vә «hayyә alә-l-fәlәh» cümlәlәrindәn sonra

«lә hәulә va lә quvvәtә illә billәh (yәni qüdrәt vә qüvvәt yalnız Allaha mәxsusdur)» demәk lazımdır;

1 Müәzzin – azan verәn.

Page 52: hokumlerin esasi

52

– Yalnız subaşına çıxan şәxs üçün bunu tәkrar etmәk caiz deyildir. Cabir ibn Abdullahdan (r.a) rәvayәt olunan hәdisdә Peyğәmbәr (s.ә.s)

demişdir: «Azanı eşidib "Allahummә Rabbә hәzihi-d-dәvәti-t-tәәmmәti va-s-salәtu-l-qaimә, ә’ti Muhәmmәdәn әl-vasilәtә va-l-fadılәtә va-bәashu mәqamәn mәhmudәn әllәzi vәadtәh" deyәn hәr bir müsәlmana Qiyamәt günü şәfaәtim yetişәr» (әl-Buxari, 2/112, 614-cü hәdis).

Duanın tәrcümәsi: «Tamamlanmış bu dәvәtin1 vә ödәnilәn namazların Rәbbi olan Allahım! Mәhәmmәdi vasitәçi vә fәzilәt sahibi et vә onu (ona) vәd etdiyin hәmd olunan mәqama yetişdir!»

Uca Allah Qurani-kәrimdә buyurmuşdur: «Ola bilsin ki, Rәbbin sәni (Qiyamәt günü hamı tәrәfindәn) bәyәnilib

tәriflәnәn bir mәqama (axirәtdәki әn böyük şәfaәt mәqamına) yetişdirsin!» («әl-İsra» surәsi, 79).

Dördüncü fәsil: «Qiblәyә tәrәf yönәlmәk» 72. İbn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) üzünü üzәrinә

mindiyi heyvanın getdiyi istiqamәtә tutub, başı ilә işarә edәrәk namazını qılardı». Hәmçinin İbn Ömәr (r.a) dә bunu edәrdi. (әl-Buxari, 1105; Müslim, 1208).

Başqa rәvayәtdә: «Dәvәsinin üzәrindә vitr namazını qılardı» (Müslim, 1613).

Başqa rәvayәtdә: «Minik üzәrindә fәrz2 olan namazı qılmazdı» (әl-Buxari, 1097; Müslim, 1616).

72-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә ikәn, sünnәt namazlarının minik üzәrindә qılınmasının caiz

olması; – Minik üzәrindә vacib olan namazın yalnız zәruriyyәt halında

qılınması; – Baş ilә işarә etmәklә rüku vә sәcdәni әvәz etmәk;

1 Burada tövhid – lә ilәhә illәllah, Muhәmmәdәn rәsulullah – nәzәrdә tutulur. 2 Sübh, zöhr, әsr, mәğrib vә işa.

Page 53: hokumlerin esasi

53

– Minik üzәrindә namaz qılanın qiblәsinin, onun getdiyi istiqamәtdә olması;

– Vitr namazının minik üzәrindә qılınması onun vacib namazlardan olmamasına dәlalәt edir;

– İbadәtlәrin asanlaşdırılması Allahın hikmәtindәn sayılır. 73. İbn Ömәr (r.a) rәvayәt edir ki, «Camaat Quba mәscidindә1 Sübh

namazını (Qüdsә tәrәf) qılarkәn sәhabәlәrdәn biri gәlib onlara dedi: "Hәqiqәtәn, bu gecә Peyğәmbәrә (s.ә.s) Quran2 nazil olub vә qiblәnin (Kәbәyә tәrәf) dәyişdirilmәsi ona әmr edilib". Camaat (namaz qıldıqları vәziyyәtdә) Kәbәyә tәrәf döndülәr» (әl-Buxari, 4491; Müslim, 1178).

73-cü hәdisdәn çıxarılan nәticәlәr: – İlk dәfә müsәlmanların qiblәsi mәscidü-l-әqsa (beytü-l-müqәddәs) idi.

Sonra isә Allah onlara Qiyamәtә qәdәr mәscidü-l-hәrama üz tutmağı әmr etdi;

– Әn әfzәl yer Allahın evinin yerlәşdiyi mәqamdır; – Bәzi hökmlәrin nәsx olunması. Bu barәdә Uca Allah buyurur: «Biz (zaman, mәkan vә şәraitin tәlәbinә görә) hәr hansı bir ayәnin

hökmünü lәğv edir vә ya onu unutdururuqsa ondan daha yaxşısını, yaxud ona bәnzәrini gәtiririk. Allahın hәr şeyә qadir olduğunu bilmirsinizmi?» («әl-Bәqәrә», 106).

– Sәhvәn qiblәdәn başqa tәrәfә yönәlәn şәxs namazda ikәn qiblәyә tәrәf dönә bilәr. Bu halda qıldığı rükәtlәr sәhih, mötәbәr sayılır;

– Bir nәfәr әdalәtli şәxsin verdiyi xәbәr mәqbuldur. 74. Әnәs ibn Sirin rәvayәt edir ki, «Әnәs ibn Malik (r.a) Şamdan

qayıdarkәn biz onunla Aynu-t-tәmr3 şәhәrindә rastlaşdıq. Mәn onu uzunqulağının üzәrindә qiblәdәn sol tәrәfә namaz qıldığını görüb; "Sәn qiblәyә tәrәf namaz qılmırsan?" – deyә ondan soruşduqda o dedi:

1 Mәdinә şәhәrindә bina edilәn ilk mәscid. 2 «Әl-Bәqәrә» surәsinin 144-cü ayәsi. 3 İraqın qәrbindә yerlәşәn şәhәr.

Page 54: hokumlerin esasi

54

"Peyğәmbәrin (s.ә.s) belә namaz qıldığını görmәsәydim belә etmәzdim"» (әl-Buxari, 1100; Müslim, 1618).

74-cü hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә ikәn, sünnәt namazının minik üzәrindә qılınmasının caiz

olması; – Minik üzәrindә namaz qılanın qiblәsinin onun getdiyi istiqamәtdә

olması. Beşinci fәsil: «Sәflәr1» 75. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, Peyğәmbәr dedi: «Cәrgәlәrinizi

düzәldin! Hәqiqәtәn, cәrgәlәrin düz olması namazın tamamlan-masındandır» (әl-Buxari, 723; Müslim, 974).

75-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cәrgәlәrin düz xәtt şәklindә düzәldilmәsinin müstәhәb olması; – Cәrgәlәrin düzәldilmәsinin namazın kamilliyindәn hesab olunması; – Cәrgәlәrin düz olmamasının namazın naqisliyinә dәlalәt edәn

bәyәnilmәyәn bir hal olması; – Camaatla qılınan namazın әfzәl olması. (Çünki yalnız camaatla qılınan

namazda cәrgәlәrin düzәldilmәsinә görә savab әldә etmәk mümkündür.); Cәrgәlәrin düzәldilmәsinin hikmәti Peyğәmbәrdәn (s.ә.s) rәvayәt

olunan hәdisdә qeyd olunmuşdur. Cabir ibn Sәmura (r.a) rәvayәt edir ki, bir gün Peyğәmbәr (s.ә.s) bizә

dedi: «Mәgәr siz mәlәklәrin, Rәbbi yanında cәrgәlәrә düzәldiyi şәkildә cәrgәlәrinizi düzәltmәk istәmirsiniz?» Sәhabәlәr: «Ey Allahın elçisi! Onlar Rәbbi yanında cәrgәlәri necә düzәldirlәr?» – deyә soruşduqda, o dedi: «Әvvәlki sәfdәn başlayaraq cәrgәlәri tamamlayır2 vә onları düz xәtt şәklindә düzәldirlәr» (Müslim, 4/372, 967-ci hәdis).

76. Әn-Nüman ibn Bәşir (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin

(s.ә.s): "Cәrgәlәrinizi düzәldin, yoxsa Allah da sizin üzlәrinizi biri-birindәn ayırar" – dediyini eşitdim» (әl-Buxari, 717; Müslim, 977).

Başqa bir rәvayәtdә әn-Nüman (r.a) deyir ki, «Peyğәmbәr (s.ә.s) qәdәhlәri3 düzәldirmiş kimi, cәrgәlәrimizi düzәldәr vә biz onun vacib olduğunu dәrk edәnә qәdәr bunu davam edәrdi. Bir gün Peyğәmbәr (s.ә.s)

1 Cәrgәlәr. 2 Yәni cәrgәlәrdә boş yer qoymurlar. 3 Püşk atmaq üçün taxtadan düzәldilmiş oxlar.

Page 55: hokumlerin esasi

55

namaza başlamamışdan әvvәl bir kişinin sinәsinin (cәrgәdәn) qabağa çıxdığını görüb dedi: "Ey Allahın qulları! Cәrgәlәrinizi düzәldin, yoxsa Allah da sizin üzlәrinizi biri-birindәn ayırar"» (Müslim, 978).

76-cı hәdisdәn çıxarılan nәticәlәr: – Cәrgәlәrin düz xәtt şәklindә düzәldilmәsinin vacib olması; – Peyğәmbәrin (s.ә.s) cәrgәlәrin düzәldilmәsinә çox diqqәt yetirmәsi bu

әmәlin imamın vәzifәsindәn olmasına dәlalәt edir; – Hәr bir cәzanın edilәn әmәlin müqabilinә görә verilmәsi; – Peyğәmbәrin (s.ә.s) cәrgәlәrin әyriliyinә qәzәblәnmәsi, bu әmәlin

günah olmasına dәlalәt edir; – Azan vә iqamә arasında imamın danışmasının caiz olması. 77. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Bir gün nәnәm Muleykә (r.a)

Peyğәmbәri (s.ә.s) yemәyә dәvәt etdi. O, yemәyini yedikdәn sonra dedi: "Qalxın, sizә namaz qıldırım". Mәn qalxıb uzun müddәt işlәdilib rәngi qaralan hәsirimizi su ilә tәmizlәdim. Peyğәmbәr (s.ә.s) bu hәsirin üzәrindә dayandı, mәn vә yanımdakı yetim1 onun arxasında, nәnәm dә bizim arxamızda durdu. Peyğәmbәr (s.ә.s) iki rükәt namaz qıldıqdan sonra çıxıb getdi» (әl-Buxari, 380; Müslim, 1497).

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) ona vә anasına – ya xalasına – namaz qıldırdı. Әnәs (r.a) deyir ki, "O, mәni sağ tәrәfinә, qadını isә arxa tәrәfimizә keçirtdi"» (Müslim, 1500).

77-ci hәdisdәn çıxarılan nәticәlәr: – İcmanın rәyinә görә uşağın cәrgәdә dayanması sәfin tamamlanmasına

mane olmur; – Bu hәdis nafilә (әlavә) namaz üçün varid olub, lakin fәrz namazına da

şamil edilir. Elә isә yalnız nafilә namazının uşaqla bәrabәr (bir cәrgәdә) qılınmasının caiz olduğunu iddia edәn şәxs tutarlı dәlil gәtirmәlidir;

– İmamla namaz qılanlar üçün onun arxasında dayanmaq daha әfzәldir; – Camaatla qılınan namazda qadınlar kişilәrin arxasında dayanma-

lıdırlar; – Nafilә namazını camaatla qılmaq caizdir, lakin bir şәrtlә ki, adәt

halına salınmasın; – Tәlim mәqsәdilә namaz qıldırmağın caiz olması; – Peyğәmbәrin (s.ә.s) tәvazökar vә gözәl әxlaq sahibi olması;

1 Adı: Damiradır. O, Hüseyn ibn Abdullahın babasıdır.

Page 56: hokumlerin esasi

56

– Qonaqlıq vә s. tәklif olunan yerә getmәk müstәhәbdir. Yalnız toya çağırış olduqda getmәk vacibdir ki, bu da müstәsnadır.

78. İbn Abbas (r.a) rәvayәt edir ki, «Bir gün mәn xalam Meymunәnin

(r.a) evindә gecәlәdim. Peyğәmbәr (s.ә.s) gecә namazına durduğu zaman mәn gәlib onun sol tәrәfindә dayandım. O, mәnim başımdan tutub sağ tәrәfinә keçirdi» (әl-Buxari, 6316; Müslim, 1785).

78-ci hәdisdәn çıxarılan nәticәlәr: – İmamla namaz qılan şәxs (tәkdirsә) onun sağ tәrәfindә durmalıdır; – İmamın sol tәrәfindә dayananın qıldığı namaz mәqbuldur; – İmamın namazda ikәn sol tәrәfindә dayananı sağına keçirmәsi caizdir; – Namazın qaydasında qılınması üçün hәr hansı bir hәrәkәt etmәk onu

batil etmir. Mәsәlәn: bilmәyәrәkdәn arxası qiblәyә namaz qılan şәxsin xatırladığı zaman sәmtini dәyişmәsi.

– Uşaqla hәddi-büluğa çatmış şәxsin bir cәrgәdә dayanması; – Gecә namazının qılınmasının müstәhәb olması; – İbn Abbasın (r.a) uşaq ikәn ictihad etmәsi vә elmә nail olmaq üçün

çalışması; – Namazı qıldıran şәxsin imam olmaq üçün niyyәt etmәsi şәrt deyil.

Çünki, bunu nә Peyğәmbәr (s.ә.s), nә dә sәhabәlәr etmәyib. Altıncı fәsil: «İmamlıq» 79. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«İmamdan әvvәl başını (sәcdәdәn) qaldıran qorxmur ki, Allah da onun başını – vә ya surәtini uzunqulağın surәtinә çevirәr?» (әl-Buxari, 691; Müslim, 962, 963).

79-cu hәdisdәn çıxarılan nәticәlәr: – Namazın hәrәkәtlәrindә, oxunan surә vә dualarda imamı ötmәyin

haram olması; Qeyd: İmamı qabaqlamağın namazı batil etmәsi barәdә islam

alimlәrinin iki rәyi var: 1) İcmanın (Әbu Hәnifә, әş-Şafii, Malik vә s.) rәyinә görә bu әmәl

namazı batil etmir. 2) Әhmәd ibn Hәnbәlin, ibn Teymiyyәnin vә s. rәyinә görә namaz batil

olur. – Namazda imama itaәt etmәyin vacib olması;

Page 57: hokumlerin esasi

57

– Hәr hansı bir cәzanın edilәn әmәlin müqabilindә olması; – İmamı ötmәk namazı tezliklә bitirmәyә olan rәğbәtә dәlalәt edir. 80. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Hә-

qiqәtәn, imam, namazı qıldırmaq (namaz qılanların ona itaәt etmәsi) üçün seçilib, ona müxalif olmayın! Tәkbir1 etdikdә tәkbir, rüku etdikdә dә rüku edin! "Sәmi Allahu limәn hәmidәh2" dedikdә "Rabbәnә vә lәkәl hәmd3" deyin! Sәcdә etdikdә sәcdә edin! İmam namazı oturaraq qılarsa, siz dә oturmuş vәziyyәtdә qılın!» (әl-Buxari, 722, 734; Müslim, 920).

81. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) xәstә ikәn oturmuş

vәziyyәtdә evindә namaz qılırdı. Arxasındakı camaatın ayaq üstә namaz qıldığını hiss edib onlara oturmaqlarını işarә etdi vә namazı qılıb qurtardıqdan sonra dedi: "Hәqiqәtәn, imam namazı qıldırmaq üçün seçilib. Rüku edәrsә rüku edin, rükudan qalxdıqda siz dә rükudan qalxın! "Sәmi Allahu limәn hәmidәh" dedikdә "Rabbәnә vә lәkәl hәmd" deyin! Namazı oturaraqq qılarsa siz dә oturmuş vәziyyәtdә qılın!"» (әl-Buxari, 1113; Müslim, 925).

80-ci vә 81-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Hәr hansı fәrz namazını qılmış şәxsin sonradan hәmin namazı camaata

qıldırmaq üçün onlara imamlıq etmәsi barәdә islam alimlәrinin iki rәyi var: 1) Malikilәrin vә hәnәfilәrin rәyinә görә bunu etmәk caiz deyil. Onlar

bu iki hәdisә vә bu mәnada olan hәdislәrә әsaslanıb belә nәticәyә gәliblәr. 2) әş-Şafii, Әhmәd ibn Hәnbәl, әt-Tabәri, İbn Qüdamә, İbn Teymiyyә,

İbnu-l-Qeyyim vә s. rәyinә görә bunu etmәk caizdir. Onlar Müaz ibn Cәbәlin (r.a) hәdisinә әsaslanıb bu nәticәyә gәliblәr. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Müaz ibn Cәbәl (r.a) Peyğәmbәr (s.ә.s) ilә birlikdә İşa namazını qılar, sonra isә gedib qövmünә İşa namazı qıldırardı» (Müslim, 4/406, 1043-cü hәdis).

– İmam oturaraq namaz qılarsa, arxasındakıların hansı vәziyyәtdә namaz qılmaqları barәdә islam alimlәrinin üç rәyi var:

1) Zahirilәrin, Әvzainin vә s. rәyinә görә imamın arxasındakılar, ayaq üstә durmağa qadir olsalar belә, imama tabe olub namazlarını oturaraq qılmalıdırlar. Onlar bu iki hәdisә vә bu mәnada olan hәdislәrә әsaslanıb belә nәticәyә gәliblәr.

1 Yә‘ni, «Allahu әkbәr» demәk. 2 Allah Ona hәmd edәni eşitdi. 3 Ey Rәbbimiz! Hәmd yalnız Sәnәdir.

Page 58: hokumlerin esasi

58

2) Әbu Hәnifә, әş-Şafii vә s. rәyinә görә imamın arxasındakılar ayaq üstә durmağa qadirdirlәrsә, dayanıb namazlarını qılmalıdırlar. Onlar aşağıdakı hәdisә әsaslanıb belә nәticәyә gәliblәr: Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ömrünün

sonunda xәstә ikәn oturaraq, arxasındakılar isә ayaq üstә namaz qıldılar vә Peyğәmbәr (s.ә.s) onlara oturmağı әmr etmәdi» (әl-Buxari, 2/204, 689-cu hәdis).

3) Әhmәd ibn Hәnbәl bu iki rәyi cәm edib demişdir: Әgәr imam namaza ayaq üstә başlayıb sonradan rükәtlәrin birindә oturarsa, arxadakılara namazlarını ayaq üstә tamamlamaq vacibdir. Yox, әgәr imam oturub namaza başlayarsa, o zaman arxadakıların oturaraq namaz qılması vacibdir.

– İmama tabe olmağın vacibliyi vә onu qabaqlamağın haram olması; – İmam «Sәmiallahu limәn hәmidәh» dedikdә, arxasındakıların yalnız

«Rabbәnә vә lәkәl hәmd» demәsi; – Namazı camaata qıldırmaq üçün imamın tәyin olunmasının hikmәti,

ona tabe olaraq eyni şәkildә namazın qılınmasındadır; – Zәruriyyәt halında namazda olanın işarә etmәsi. 82. Abdullah ibn Yezid әl-Xatmi әl-Әnsari (r.a) әl-Bәra ibn Azibdәn (r.a)

rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) "Sәmi Allahu limәn hәmidәh" dedikdәn sonra sәcdәyә gedәnә qәdәr heç birimiz belini bükmәzdi. O sәcdә etdikdәn sonra biz dә sәcdә edәrdik» (әl-Buxari, 811; Müslim, 1063).

82-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәhabәlәrin Peyğәmbәrә (s.ә.s) müti olması; – İmamdan tez vә ya çox gec hәr hansı bir hәrәkәtn edilmәmәsi. 83. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «İmam

"Amin" desә, siz dә deyin! Kimin "Amin" demәsi mәlәklәrin "Amin" demәsinә müvafiq olarsa onun keçmiş günahları bağışlanar» (әl-Buxari, 780; Müslim, 912).

83-cü hәdisdәn çıxarılan nәticәlәr: – Namazı tәk vә ya camaat şәklindә qılanlar üçün «Amin» demәk

sünnәdir; – «Amin» kәlmәsini demәk kiçik günahların bağışlanmasına sәbәbdir; – «Amin» deyәn şәxs qәlbi ilә onu dәrk etmәlidir; – «Amin» kәlmәsi sәslә deyilmәlidir. Çünki Peyğәmbәr (s.ә.s) qeyd

etmişdir ki, «İmam "Amin" desә…», bunu da eşitmәk üçün sәslә demәk lazımdır;

Page 59: hokumlerin esasi

59

– Mәlәklәrin әmәlinә oxşar әmәl etmәk әn әfzәl ibadәtlәrdәn sayılır. 84. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Sizdәn

biriniz camaata namaz qıldırdıqda onu yüngüllәşdirsin, çünki onların arasında zәif, xәstә vә ehtiyac içindә olanı var. Tәk qıldığınız namazı isә istәdiyiniz qәdәr uzadın» (әl-Buxari, 803; Müslim, 1047).

85. Әbu Mәsud әl-Әnsari әl-Bәdri (r.a) rәvayәt edir ki, «Bir kişi

Peyğәmbәrin (s.ә.s) yanına gәlib dedi: "Filankәs Sübh namazını uzatdığı üçün mәn o namaza gec gәlirәm". (Bunu eşidәn) Peyğәmbәr (s.ә.s) qәzәblәndi vә mәn onun belә şiddәtlә qәzәblәnmәsini görmәmişdim. (O üzünü sәhabәlәrә tutub) dedi: "Ey insanlar! Hәqiqәtәn, sizin aranızda (insanları) özündәn uzaqlaşdıranlar var. Sizdәn biriniz camaata imamlıq etdikdә namazı yüngüllәşdirsin! Çünki onun arxasında duranlar arasında yaşlı, uşaq vә ehtiyacı olan var"» (әl-Buxari, 7159; Müslim, 1044).

84-cü vә 85-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Camaat namazını tamamlamaq şәrti ilә, onu yüngüllәşdirmәyin vacib

olması; – Camaat namazını uzun-uzadı qıldırana Peyğәmbәrin (s.ә.s)

qәzәblәnmәsi bu әmәlin sünnәyә müxalif olmasına dәlalәt edir. Qeyd etmәk lazımdır ki, hәrdәn Peyğәmbәr (s.ә.s) münasib olan yerdә namazı uzadardı.

– Namazı tәk qılan şәxs, vaxtı çıxmamaq şәrti ilә istәdiyi qәdәr onu uzada bilәr;

– Namaz qıldıran şәxsin xәstәlәri, uşaqları, körpәli qadınları, qocaları vә s. aciz olanları nәzәrә alması vacibdir;

– Mömin şәxs insanlar üçün onları xeyirә aparan yolu asanlaşdırmalı vә onları xeyirә nail olmağa rәğbәtlәndirmәlidir.

Yeddinci fәsil: «Peyğәmbәrin (s.ә.s) namazı» 86. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) tәkbir edib

(Fatihә surәsini) oxumazdan әvvәl bir az fasilә verәrdi. Mәn: «Ey Allahın elçisi, tәkbirlә qiraәt arasında verdiyin fasilәdә nә oxuyursan?» – deyә soruşduqda o mәnә dedi: "Allahummә bә’id bәyni vә beynә xatayәyә kәmә bә’adtә bәynә-l-mәşriqi vә-l-mәğrib. Allahummә nәqqini min xatayayә kәmә yunәqqә-s-sәubul-әbyәdu minә-d-dәnәs. Allahummә-ğsilni min

Page 60: hokumlerin esasi

60

xatayayә bil-mә’i vә-s-sәlci vә-l-bәradi (Allahım, mәşriqi1 mәğribdәn2 uzaqlaşdırdığın kimi, mәni dә xәtalarımdan uzaqlaşdır! Allahım, ağ paltarın çirkabdan tәmizlәndiyi kimi mәni dә xәtalarımdan tәmizlә! Allahım, mәnim xәtalarımı su, qar vә buz ilә tәmizlә!)" duasını oxuyuram» (әl-Buxari, 744; Müslim, 1353).

86-cı hәdisdәn çıxarılan nәticәlәr: – Namazda, tәkbirdәn sonra istiftah (açılış) duasını oxumağın müstәhәb

olması; – Bu duanın yalnız birinci rükәtdә Fatihә surәsindәn әvvәl oxunması; – Sәsli namazlarda belә (sübh, mәğrib vә işa) bu duanın sәssiz oxun-

ması; – Sәhabәlәrin Peyğәmbәrin (s.ә.s) hәrәkәtlәrinә diqqәt yetirmәsi. (Bu

onların elmә hәris olmasına dәlalәt edir); – Bu duanı çox uzatmamağın müstәhәb olması. 87. Aişә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) tәkbir vә qiraәtlә ("әl-

hәmdu lillahi Rabbi-l-alәmin" demәklә) namaza başlayardı. Rüku etdikdә başını düz tutar, yuxarı vә aşağı әymәzdi. Rükudan qalxdıqda tam dikәlәnә qәdәr sәcdә etmәz, sәcdәdәn qalxdıqda da rahat oturmamış yenidәn sәcdә etmәzdi. İki rükәtdәn bir tәhiyyatı3 oxuyardı. (Tәşәhhüdü oxuduğu zaman) sol ayağının üzәrindә oturub sağ ayağının barmaqlarını qiblәyә tәrәf yönәldәr vә şeytan oturuşundan4 (sәhabәlәrini) çәkindirәrdi. Hәmçinin, heyvan oturuşundan5 da (onları) çәkindirәr vә namazını salam vermәklә bitirәrdi» (Müslim, 1110).

87-ci hәdisdәn çıxarılan nәticәlәr: – Aişәnin (r.a) Peyğәmbәrin (s.ә.s) daim qıldığı namazı vәsf etmәsi; – Namazın әvvәlindәn sonunadәk (namazdan kәnar) artıq edilәn hәrәkәt

vә ya tәlәffüzün haram sayılması. Belә ki, bu, namazı batil edә bilәr. – Fatihә surәsini «әlhәmdülillahi Rabbil alәmin» ayәsindәn başlayıb

oxumaq (rükndür); – Rüku etmәk, rükudan qalxmaq, qalxdıqdan sonra dikәlmәk, sәcdә

etmәk, sәcdәdәn qalxıb oturmaq vә axırıncı tәşәhhüdü oxumaq (rükndür); – İlk tәşәhhüdü oxumaq (vacibdir);

1 Günçıxan. 2 Günbatan. 3 Tәşәhhüddә salavata qәdәr oxunan dua. 4 Ayaqları yana çәkib arxanı yerә vurmaq. 5 Sәcdә etdikdә dirsәklәri yerә qoymaq.

Page 61: hokumlerin esasi

61

– Tәşәhhüd oxunan zaman sol ayağın üzәrindә oturub sağ ayağın barmaqlarını qiblәyә tәrәf yönәltmәk (sünnәdir);

– Şeytan vә ya heyvan kimi oturmamaq (haramdı; – Namazı salam vermәklә xәtm etmәk (rükndür). 88. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) namaza

başladıqda, rüku etdikdә vә rükudan qalxdıqda әllәrini çiyinlәri bәrabәrinә qaldırar, "Sәmi Allahu limәn hәmidәh, Rabbәnә vә lәkәl hәmd" duasını oxuyardı. Sәcdәdә isә belә etmәzdi» (әl-Buxari, 735; Müslim, 860).

88-ci hәdisdәn çıxarılan nәticәlәr: – İcmanın (әksәr islam alimlәrinin) rәyinә görә namaza başladıqda, rüku

etdikdә vә rükudan qalxdıqda әllәri qaldırmaq müstәhәbdir. Әş-Şafii, Әhmәd ibn Hәnbәl, İbn Teymiyyә vә s. rәyinә görә üç vә ya dörd rükәtli namazlarda tәşәhhüddәn sonra üçüncü rükәtә qalxdıqda da әllәri qaldırmaq müstәhәbdir. Onlar aşağıdakı hәdisә әsaslanmışlar: İbn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ikinci rükәtdәn sonra

qalxdıqda әllәrini qaldırardı» (әl-Buxari, 2/259, 739-cu hәdis). – Әllәrin çiyin bәrabәrinә qaldırılması. 89. İbn Abbas (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Yeddi әza

üzәrinә: alın – әli ilә burnuna işarә etdi, – әllәr, dizlәr vә ayaq barmaqları üzәrinә sәcdә etmәk mәnә әmr olundu» (әl-Buxari, 809; Müslim, 1098).

89-cu hәdisdәn çıxarılan nәticә: – Hәdisdә qeyd olunan әzalar üzәrinә sәcdә etmәyin vacib olması. 90. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) namaza

başladıqda vә rüku etdikdә tәkbir1 edәr, rükudan qalxdıqda "Sәmiallahu limәn hәmidәh", qalxıb dikәldikdә isә "Rabbәnә vә lәkәl hәmd" deyәr, sonra tәkbir edib sәcdә edәr, yenә tәkbir edib sәcdәdәn qalxar, sonra tәkbir edib bir daha sәcdә edәr vә yenә tәkbir edib sәcdәdәn qalxardı. Hәmçinin ikinci rükәtdәn (tәşәhhüdü oxuduqdan) sonra qalxdıqda da tәkbir edәrdi. Peyğәmbәr (s.ә.s) namazını bitirәnә qәdәr belә edәrdi» (әl-Buxari, 789; Müslim, 866).

91. Mutarrif ibn Abdullah rәvayәt edir ki, «Mәn vә İmran ibn Hüseyn

(r.a) Әli ibn Әbu Talibin (r.a) arxasında namaz qıldıq. O, sәcdә etdikdә,

1 «Allahu әkbәr» demәk.

Page 62: hokumlerin esasi

62

sәcdәdәn qalxdıqda vә ikinci rükәtdәn sonra (üçüncü rükәtә qalxdıqda) tәkbir etdi. Namazı qılıb qurtardıqdan sonra İmran ibn Hüseyn (r.a) әlimdәn tutub dedi: "Bu, mәnә Mәhәmmәdin (s.ә.s) qıldığı namazı xatırlatdı" vә ya1 "O bizә Mәhәmmәdin (s.ә.s) namazını qıldırdı"» (әl-Buxari, 786; Müslim, 871).

90-cı vә 91-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namaza başladıqda vә rüku etdikdә tәkbir gәtirmәk; – Rükudan qalxaraq «sәmiallahu limәn hәmidәh» demәk yalnız imam

vә tәkbaşına namaz qılan üçün vacibdir; – Rükudan qalxıb dikәldikdә «Rabbәnә vә lәkәl hәmd» demәk hәr bir

namaz qılana vacibdir; – Namazı rahatlıqla qılmaq (rükndür); – Sәcdәyә getdikdә vә sәcdәdәn qalxıb oturduqda tәkbir etmәk ( Allahı

Әkbәr demәk sünnәtdir); – Tәşәhhüddәn sonra üçüncü rükәtә qalxdıqda tәkbir etmәk (sünnәtdir). 92. әl-Bәra ibn Azib (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin (s.ә.s)

qıldığı namaza diqqәt etdim vә qiyamda2, rükuda, rükudan sonra dikәldikdә, sәcdәdә, iki sәcdә arasında vә sonuncu tәşәhhüddә olduğu (sәrf etdiyi) zamanlar bәrabәr olmağa yaxın idi» (Müslim, 1057).

Başqa bir rәvayәtdә isә: «Qiyamda vә tәşәhhüddә olduğu zamandan başqa» (әl-Buxari, 792).

92-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qiyam, rüku, rükudan qalxıb dikәldikdә, sәcdә, iki sәcdә arasında vә

sonuncu tәşәhhüdә sәrf olunan vaxtın bәrabәr olması әfzәldir. Qeyd etmәk lazımdır ki, bir çox hәdislәrdә qiyam vә sonuncu tәşәhhüdә

sәrf olunan vaxtın daha uzun olması varid olub. (Elә isә hәr ikisini etmәk caizdir)

– Sәhabәlәrin Peyğәmbәrin (s.ә.s) hәr bir hәrәkәtinә diqqәt yetirmәsi. 93. Sabit әl-Bunәni rәvayәt edir ki, «Әnәs ibn Malik (r.a) dedi: "Mәn

sizә Peyğәmbәrin (s.ә.s) bizә qıldırdığı namazı qıldıracağam". Sabit deyir ki, "Әnәs (r.a) bәzi hәrәkәtlәr edirdi ki, sizin onu etdiyinizi görmürәm. O, rükudan qalxıb dikәldikdә (dayandığı müddәti) vә sәcdәdәn qalxıb

1 Bu, ravilәrdәn birinin etdiyi şәkdir. 2 Ayaq üstә Fatihә vә s. surәlәrin oxunduğu hal.

Page 63: hokumlerin esasi

63

oturduqda (oturduğu müddәti) o qәdәr uzadardı ki, (sәcdә etmәyi) unutduğunu zәnn edәrdik"» (әl-Buxari, 800; Müslim, 1060).

93-cü hәdisdәn çıxarılan nәticәlәr: – Rükudan sonrakı qiyamda vә iki sәcdә arasında olan vaxtı uzatmaq; – Sәhabәlәrin sünnәtlәrә tam riayәt etmәsi. 94. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin (s.ә.s)

arxasında durub tam vә sadә şәkildә (xәfif) qıldığım namaz kimi, heç bir imamın arxasında namaz qılmadım» (әl-Buxari, 708; Müslim, 1054).

94-cü hәdisdәn çıxarılan nәticәlәr: – İmam, arxasında olan camaata әziyyәt vermәmәk üçün, namazı qısa,

lakin tam şәkildә (әrkanları, vaciblәri vә sünnәlәri yerinә yetirmәklә) qılmalıdır;

– Peyğәmbәrin (s.ә.s) qıldığı namaz kamil olduğu üçün hәr bir müsәlman ona müti olmalıdır ki, çox savab vә böyük müvәffәqiyyәtә nail olsun.

95. Әbu Qilabә1 rәvayәt edir ki, «Bir gün Malik ibn әl-Hüveyris (r.a)

bizim mәscidә gәlib dedi: "Peyğәmbәrin (s.ә.s) necә namaz qıldığını görmüşәmsә elәcә dә sizә namaz qıldıracağam. Әyyub dedi: "Mәn Әbu Qilәbәdәn: "O necә namaz qılıb?" – deyә soruşdum. O dedi: "Bizim şeyxin2 qıldığı namaz kimi namaz qıldı. O, sәcdәdәn başını qaldırdıqda, ikinci rükәtә qalxmamışdan әvvәl bir müddәt oturardı"» (әl-Buxari, 677).

95-ci hәdisdәn çıxarılan nәticәlәr: – Növbәti rükәtә (ikinci vә ya dördüncü rükәtә) qalxmazdan öncә

oturmağın müstәhәb olması; – Hәr hansı әmәli öyrәtmәk mәqsәdilә nümunә üçün onu göstәrmәk.

Belә ki, bununla öyrәnmәk istәyәn daha tez qavrayır; – İbadәti münasib olmayan vaxtda olsa belә öyrәtmәk üçün göstәrmәk

caizdir. Çünki öyrәtmәk, elmi çatdırmaq özü dә ibadәtdәn sayılır.

1 Adı: Abdullah ibn Zeyd әl-Cәrmi әl-Bәsri. 2 Әbu Yezid Amr ibn Sәlәmә әl-Cәrmi.

Page 64: hokumlerin esasi

64

96. Abdullah ibn Malik (r.a) – İbn Büheynә1 – rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) sәcdә etdikdә qollarını o qәdәr aralayardı ki, qoltuğunun altının ağlığı bilinәrdi» (әl-Buxari, 390; Müslim, 1105).

96-cı hәdisdәn çıxarılan nәticәlәr: – Hәdisdә qeyd olunan şәkildә sәcdә etmәk müstәhәbdir; – Bu qaydada sәcdә etmәyin çox böyük әhәmiyyәti var. Belә ki, o,

insanı namazı daha çox hәvәslә qılmağa rәğbәtlәndirir vә bu cür vәziyyәtdә hәr bir bәdәn üzvü öz yerini tutur.

97. Әbu Sәlәmә2 rәvayәt edir ki, «Mәn Әnәs ibn Malikdәn (r.a):

"Peyğәmbәr (s.ә.s) ayaqqabıda namaz qılıbmı?" – deyә soruşduqda, o: "Bәli" – deyә cavab verdi» (әl-Buxari, 386; Müslim, 1236).

97-ci hәdisdәn çıxarılan nәticәlәr: – Tәmiz (murdar olmayan) ayaqqabı ilә namaz qılmağın müstәhәb

olması; – Tәmiz (murdar olmayan) ayaqqabı ilә mәscidә daxil olmağın caiz

olması. 98. Әbu Qәtadә әl-Әnsari (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

Ümamәni (Zeynәbin qızı) qucağında tutaraq namaz qıldı» (әl-Buxari, 516; Müslim, 1212).

99. Әbu-l-As ibnu-r-Rabinin (r.a) rәvayәtindә isә: «Sәcdә etdikdә onu

(Ümamәni) yerә qoyar, ayağa qalxdıqda isә yenidәn qucağına alardı» (әl-Buxari, 516; Müslim, 1212).

98-ci vә 99-cu hәdisdәn çıxarılan nәticәlәr: – Hәr bir nafilә vә ya fәrz namazı qılan şәxsә (imama, onun arxasın-

dakılara vә tәk başına namaz qılana) hәdisdә qeyd olunan hәrәkәtlәri etmәk caizdir;

– Bu hәdis Peyğәmbәrimizin (s.ә.s) rәhmli, әxlaqlı, lәtafәtli vә tәva-zökar olmasına dәlalәt edir. İslam alimlәri bütün dәlillәri nәzәrә alıb namazda olan hәrәkәtlәri dörd qismә bölmüşlәr:

1) Namazı batil edәn, haram sayılan hәrәkәtlәr. Mәs: danışmaq, qәhqәhә ilә gülmәk vә s.

1 Bu lәqәblә mәşhurdur. 2 Adı: Sәid ibn Yezid.

Page 65: hokumlerin esasi

65

2) Namazı batil etmәyәn, lakin mәkruh (bәyәnilmәyәn) sayılan hәrәkәtlәr. Mәs: yuxarı baxmaq, әllәri belә qoymaq vә s.

3) Ehtiyac ucundan edilәn (namazı batil etmәyәn) hәrәkәtlәr. Mәs: bәdәnin hәr hansı bir yerini qaşımaq, gözlәri yummaq, öskürmәk, asqırmaq vә s.

4) Vacib olan hәrәkәtlәr. Mәs: boş cәrgәlәri doldurmaq, «Sübhәnallah» demәklә imama sәhv etdiyini xatırlatmaq vә s.

100. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Sәcdәdә bәdәninizi (әl, ayaq, bel vә s.) şax tutun vә itin dirsәklәndiyi kimi dirsәklәnmәyin1» (әl-Buxari, 822; Müslim, 1102).

100-cü hәdisdәn çıxarılan nәticәlәr: – Sәcdәni lazımi qaydada, hәdisdә qeyd olunduğu kimi yerinә yetirmәk; – İt kimi dirsәklәnmәmәk; – İbadәtin hәrәkәtlәrindә heyvanlara oxşamamaq. Sәkkizinci fәsil: «Rüku vә sәcdә zamanı olan arxayınçılığın vacibliyi» 101. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) mәscidә

daxil oldu. Onun ardınca da bir nәfәr mәscidә daxil oldu vә namaz qıldı. Sonra gәlib Peyğәmbәrә (s.ә.s) salam verdi. Peyğәmbәr (s.ә.s) onun salamını aldıqdan sonra ona dedi: "Qayıt, namazını qıl! Sәn namaz qılmadın". O kişi gedib әvvәl qıldığı kimi namaz qıldı, sonra gәlib Peyğәmbәrә (s.ә.s) salam verdi. Yenә Peyğәmbәr (s.ә.s) onun salamını aldıqdan sonra ona dedi: "Qayıt, namazını qıl! Sәn namaz qılmadın". Üçüncü dәfә dә bu hal tәkrar olunduqdan sonra o kişi dedi: "Sәni haqq ilә göndәrәn Allaha and olsun ki, başqa cür namaz qıla bilmirәm, mәnә (düzgün) namaz qılmağı öyrәt". Peyğәmbәr (s.ә.s) ona dedi: "Namaza başladığın zaman tәkbir et. Sonra bacardığın qәdәr Quran ayәlәrindәn oxu. Sonra rüku et vә tam rahat olana qәdәr o vәziyyәtdә qal. Sonra rükudan qalx vә dikәl. Sonra sәcdә et vә tam rahat olana qәdәr o vәziyyәtdә qal. Sonra sәcdәdәn qalx vә tam rahat vәziyyәtdә otur. Daha sonra isә bu etdiklәrini qalan rükәtlәrdә tәkrar et» (әl-Buxari, 793; Müslim, 883).

101-ci hәdisdәn çıxarılan nәticәlәr:

1 Sәcdә zamanı dirsәklәri yerә qoymaq.

Page 66: hokumlerin esasi

66

– Bu hәdisdә qeyd olunan hәr bir әmәl namazın әrkanlarından sayılır vә onlardan birini tәrk edәnin namazı batil olur;

– Hәdisdә qeyd olunan hәrәkәtlәri hәr bir rükәtdә tәkrar etmәk lazımdır; – Bu hәrәkәtlәrin ardıcıl yerinә yetirilmәsi dә namazın әrkanlarındandır.

Peyğәmbәrin (s.ә.s) hәr iki hәrәkәti «sonra» kәlmәsi ilә bir-birinә bağlaması buna dәlalәt edir;

– Hәtta bilmәyәrәkdәn bu hәrәkәtlәrdәn birini tәrk etmәk namazı batil edir. Çünki Peyğәmbәr (s.ә.s) bilmәyәrәkdәn bunu edәnә qayıdıb namazını tәkrar qılmağını әmr etdi;

– Cahil (elmsiz) olan şәxs namazı qıldığı zaman onun әrkanlarını yerinә yetirmәklә kifayәtlәnә bilәr. Lakin, qeyd etmәk lazımdır ki, namazın vaciblәrini vә sünnәlәrini dә öyrәnmәk onun borcudur;

– Bu hәdis tәrbiyәvi әhәmiyyәtә malikdir. Belә ki, hәr bir müәllim tәlәbәsinә bacarmadığı bir işi әmr etmәmәli, hәtta bacardığı işi belә әmr etdiyi zaman gözәl üslubla ona başa salmalıdır;

– Hәr hansı bir mәsәlә haqqında soruşulduqda ona әtraflı cavab vermәk müstәhәbdir;

– İstiftahı (tәkbirlә Fatihә surәsinin arasında oxunan dua), istiazәni (tәşәhhüd vә salavatdan sonra oxunan dua) oxumaq, әllәri qaldırmaq vә onları sinә üzәrinә qoymaq müstәhәbdir;

– Müәllimin tәlәbәyә, әvvәlcә әn mühüm sayılan әmәllәri öyrәtmәsi. İslam alimlәri namazda oxunan surәlәrin miqdarı barәsindә ixtilaf

etmişlәr. a) Hәnәfi mәzhәbinin rәyinә görә Qurandan müyәssәr olan qәdәr

oxumaq kifayәtdir. Onlar dәlil olaraq «Müzzәmmil» surәsinin 20-ci ayәsinә әsaslanmışlar. Uca Allah bu ayәdә buyurur:

«Qurandan sizә müyәssәr olanı oxuyun (tәhәccüd namazı sizә vacib

olmadığı üçün gecәlәr onu imkanınız çatdığı qәdәr qılıb Quran oxuyun)». b) İcmanın (әş-Şafii, Malik, Әhmәd vә s.) rәyinә görә Fatihә surәsinin

daima oxunması vacibdir (rükndür). Onlar dәlil olaraq Peyğәmbәrin (s.ә.s) hәdislәrinә әsaslanmışlar. Übadә ibnu-s-Samit rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Fatihә surәsi oxunmadan qılınan namaz batildir"» (әl-Buxari, 2/276, 756-cı hәdis; Müslim, 4/322, 872-ci hәdis). Qeyd etmәk lazımdır ki, bu daha mötәbәr sayılan rәydir. O ki qaldı Hәnәfi mәzhәbinin әsaslandığı ayәyә, bu ayә gecә namazı üçün nazil olmuşdur.

Page 67: hokumlerin esasi

67

Doqquzuncu fәsil: «Namazda mütaliә» 102. Übadә ibnu-s-Samit (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"(Namazın hәr hansı bir rükәtindә) "Fatihә" surәsini oxumayanın namazı batildir"» (әl-Buxari, 756; Müslim, 872, 873).

102-ci hәdisdәn çıxarılan nәticәlәr: – Fatihә surәsinin namazın hәr bir rükәtindә oxunması (rükndür); – Bilmәyәrәkdәn, qәsdәn vә yaxud da unudub Fatihә surәsini oxu-

mayanın (oxumadığı) rükәtinin batil olması. İslam alimlәri imamın arxasında dayananların Fatihә surәsini oxuyub-

oxumamaları barәdә ixtilaf etmişlәr: a) Şafii mәzhәbi vә hәdis әhlinin rәyinә görә imamın arxasında duranlar

üçün sәsli vә sәssiz qılınan namazda Fatihә surәsini oxumaq vacibdir. Onlar bu vә buna oxşar hәdislәrә әsaslanmışlar.

b) Hәnbәli vә Hәnәfi mәzhәblәrinin rәyinә görә isә imamın bu surәni oxuması kifayәtdir. Onlar «әl-Әraf» surәsinin 204-cü ayәsinә әsaslan-mışlar. Uca Allah bu ayәdә buyurur:

«Quran oxunan zaman onu dinlәyin vә susun ki, bәlkә, rәhm oluna-

sınız!». Doğrusunu Allah bilir! 103. Әbu Qәtadә әl-Әnsari (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Zöhr

namazının birinci iki rükәtindә (hәr rükәtdә) "Fatihә" vә başqa surәlәr oxuyar, birinci rükәti uzun, ikincini isә qısa edәrdi. Üçüncü vә dördüncü rükәtlәrdә isә yalnız "Fatihә" surәsini oxuyardı. Hәmçinin, sübh namazının birinci rükәtini uzadar, ikinci rükәtini isә qısa edәrdi» (әl-Buxari, 759; Müslim, 1012).

103-cü hәdisdәn çıxarılan nәticәlәr: – Zöhr vә Әsr namazlarının 1-ci vә 2-ci rükәtindә Fatihә surәsindәn

sonra hәr hansı bir surәni oxumaq müstәhәbdir; – Zöhr vә Әsr namazlarının 3-cü vә 4-cü rükәtindә isә yalnız Fatihә

surәsini oxumaq kifayәtdir; – Zöhr vә Әsr namazlarında hәr bir növbәti rükәtin әvvәlkindәn daha

qısa olması müstәhәbdir.

Page 68: hokumlerin esasi

68

Qeyd etmәk lazımdır ki, әvvәlki başlıqlarda olan hökmlәr Sübh, Mәğrib vә İşa namazlarına da aiddir.

– Zöhr vә Әsr namazlarını sәssiz qılmaq sünnәtdir; – Öyrәtmәk mәqsәdilә bu namazlarda hәr hansı bir ayәni (surәnin

әvvәlindәn ortasından vә ya sonundan) sәslә oxumaq caizdir. 104. Cübeyr ibn Mutim (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin (s.ә.s)

Mәğrib namazında "Tur" surәsini oxuduğunu eşitdim» (әl-Buxari, 765; Müslim, 1035).

104-cü hәdisdәn çıxarılan nәticәlәr: – Mәğrib namazını sәslә qılmaq sünnәtdir; – Bu namazda uzun surә oxumaq caizdir. 105. әl-Bәra ibn Azib (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) sәfәrdә

ikәn işa namazını qıldı vә iki rükәtdәn birindә "Tin" surәsini oxudu. Mәn onun kimi gözәl sәslә – vә ya qiraәtlә – oxuyan dinlәmәmişdim» (әl-Buxari, 769; Müslim, 1039).

105-ci hәdisdәn çıxarılan nәticәlәr: – İşa namazında qısa surәlәr oxumaq caizdir; – Sәfәrdә qılınan namazları yüngüllәşdirmәk daha әfzәldir; – Namazda oxunan surәlәri gözәl sәslә oxumaq tәqvanı (Allaha qarşı

olan qorxunu) artırır vә yatmış qәlbi oyadır. 106. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) sәhabәlәrdәn birini

dәstә başçısı tәyin edib döyüşә göndәrdi. Sәhabәlәr onun qıldırdığı hәr bir namazı "İxlas" surәsi ilә bitirdiyini Peyğәmbәrә (s.ә.s) xәbәr verdilәr. O dedi: "Ondan nә üçün belә etdiyini soruşun". Sәhabәlәr ondan (nә üçün belә etdiyini) soruşduqda, o dedi: "Bu surә Rәhmanın sifәtlәrini şamil edir vә mәn dә onu oxumağı çox sevirәm". Peyğәmbәr (s.ә.s) dedi: "Ona deyin ki, Allah-tәala da onu sevir"» (әl-Buxari, 7375; Müslim, 1887).

106-cı hәdisdәn çıxarılan nәticәlәr: – Hәr hansı bir namazda Fatihә surәsindәn sonra qısa surәlәrdәn

oxumagın caiz olması; – İxlas surәsinin çox vaxt namazda oxunmasının müstәhәb olması; – Әmәllәrin savabının niyyәtә görә yazılması; – Әmr sahiblәrinin elm vә fәzilәtli insanlardan olması; – Allahın sifәtlәrini sevәni Allah da sevәr;

Page 69: hokumlerin esasi

69

– Quranda olan surәlәrin birinin digәrindәn fәzilәt baxımından üstün olması.

107. Cabir (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Müaza (r.a) dedi:

"Yaxşı olar ki, camaata namaz qıldırdıqda arxanda duranların arasında qoca, zәif vә ehtiyacı olanı nәzәrә alıb "Әla", "Şәms" vә "Leyl" kimi surәlәr oxuyasan"» (әl-Buxari, 705).

107-ci hәdisdәn çıxarılan nәticәlәr: – İmamın, arxasında dayanan qocaları, uşaqları vә ehtiyacı olanları

nәzәrә alması; – Peyğәmbәrin (s.ә.s) sәhabәlәri gözәl tәrzdә öyrәtmәsi. Onuncu fәsil: «"Bismillәhir-rahmәnir-rahim"i sәslә oxumamaq» 108. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s), Әbu Bәkr

(r.a) vә Ömәr (r.a) namaza "әlhәmdu lillәhi rabbi-l-alәmin"1 ayәsi ilә başlayardılar» (әl-Buxari, 743).

Başqa rәvayәtdә Әnәs ibn Malik (r.a) deyir ki, «Peyğәmbәr (s.ә.s), Әbu Bәkr (r.a), Ömәr (r.a) vә Osman (r.a) ilә namaz qıldım, onlardan heç birinin "bismillәhi-r-rahmәni-r-rahim"i sәslә oxuduğunu eşitmәdim» (Müslim, 888).

109. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s), Әbu Bәkr

(r.a), Ömәr (r.a) vә Osman (r.a) ilә namaz qıldım vә onların hәr birinin namaza "әlhәmdu lillәhi rabbi-l-alәmin" ayәsi ilә başlamasının şahidi oldum. Onlar "bismillәhi-r-rahmәni-r-rahim"i mütaliәnin nә әvvәlindә, nә dә sonunda oxumazdılar» (Müslim, 890).

108-ci vә 109-cu hәdislәrdәn çıxarılan nәticәlәr: – İstiazәdәn (әuzu billәhi minә-ş-şeytani-r-rәcim)2 sonra «bismillәhi-r-

rahmәni-r-rahim» duasını oxumaq müstәhәbdir; – «bismillәhi-r-rahmәni-r-rahim» duası sәsli namazda da sәssiz

oxunmalıdır. On birinci fәsil: «Sәhv sәcdәsi»

1 Tәrcümәsi: Bütün hәmdlәr yalnız alәmlәrin Rәbbi Allah üçündür! 2 Tәrcümәsi: Lәnәtlәnmiş şeytandan Allaha sığınıram!

Page 70: hokumlerin esasi

70

110. Mәhәmmәd ibn Sirin deyir ki, Әbu Hüreyrә (r.a) ona, Peyğәmbәrin (s.ә.s) aşiy1 namazlarından birini qıldırdığını rәvayәt edib, lakin hansı namaz olduğu onun yadından çıxıb. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) bizә iki rükәt namaz qıldırıb salam verdikdәn sonra sanki qәzәbli halda mәsciddәki ağac parçasına söykәndi. Sonra sağ әlinin barmaqlarını sol әlinin barmaqlarına keçirtdi vә sağ yanağını sol әlinin arxası üzәrinә qoydu. Bir neçә nәfәr "Namaz qısaldı?" deyib, mәsciddәn bayıra çıxdı. Әbu Bәkr (r.a) vә Ömәr (r.a) Peyğәmbәrә (s.ә.s) söz demәyә cürәt etmәdilәr. Sәhabәlәrdәn Zu-l-Yәdәyn(r.a) adlı, qolları uzun olan birisi (r.a) Peyğәmbәrdәn (s.ә.s) "Unutdun, yoxsa namaz qısaldı?" – deyә soruşduqda, o: "Unutmadım vә namaz da qısalmadı" – dedi, sonra üzünü sәhabәlәrә tutub: "Zu-l-Yәdәyn dediyi düzdür?" – deyә soruşdu. Onlar: "Bәli" – deyә cavab verdilәr. Peyğәmbәr (s.ә.s) qalxıb tәrk etdiyi iki rükәti camaata qıldırdı vә salam verdi. Sonra tәkbir edib sәcdә etdi, yenә tәkbir edib sәcdәdәn qalxdı, sonra yenә tәkbir edib sәcdә etdi, daha sonra tәkbir edib sәcdәdәn qalxdı vә salam verdi» (әl-Buxari, 482; Müslim, 1288).

110-cu hәdisdәn çıxarılan nәticәlәr: – Sәhv sәcdәsi üç halda edilir: 1) hәrәkәt vә ya kәlmә namaza әlavә

olunduqda, 2) hәmçinin naqislәşdirildikdә, 3) şәkk-şübhә olanda. – Peyğәmbәrlәrin sәhv etmәsi mümkündür. Belә ki, onların etdiyi

sәhvdә hikmәt vardır: a) belә sәhvlәr yalnız hәrәkәtlәrdә baş verir. Bu da ona görәdir ki, hәr

bir sәhv edәn müsәlmana xәtasını necә düzәltmәsi ona bәyan olsun. Bu da onların sünnәsindәn sayılır.

b) Peyğәmbәrlәr tәbliğ etdiklәri kәlmәlәrdә sәhv etmirlәr. – Namazın tamamlandığını zәnn edәrәk onu bitirәnin qıldığı rükәtlәr

batil olmur; – Namazı tamamladıqdan sonra danışmaq onu batil etmir; – Sәhvәn vә ya unudaraq namazda xәta etmәk (әlavә etmәk vә ya

naqislәşdirmәk) onu batil etmir; – Namazda sәhv edәn, iki dәfә sәcdә etmәlidir; – İmam sәhv sәcdәsi edәrsә ona tabe olanlar(namazda) da bunu

etmәlidirlәr; – Sәhv sәcdәsindәn sonra tәşәhhüdü oxumaq sünnәyә müvafiq deyildir.

1 Günәş zeniti keçdikdәn sonra gün batana qәdәr olan vaxtda qılınan namaz (zöhr vә ya

әsr).

Page 71: hokumlerin esasi

71

111. Abdullah ibn Büheynә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Zöhr namazını qılarkәn ikinci rükәtdәn sonra tәşәhhüdә oturmayıb üçüncü rükәtә qalxdı vә camaat da onunla bәrabәr qalxdı. Namazı qılıb qurtardıqda, salam vermәmişdәn әvvәl tәkbir edәrәk iki dәfә sәhv sәcdәsi etdi, sonra da salamları verdi» (әl-Buxari, 1224; Müslim, 1270).

111-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namazda ilk tәşәhhüdü tәrk edәnә sәhv sәcdәsi etmәk vacibdir; – İlk tәşәhhüd namazın әrkanlarından sayılmır. Çünki belә olsa idi

Peyğәmbәr (s.ә.s) sәhv sәcdәsi ilә kifayәtlәnmәz vә tәrk etdiyinә görә bir rükәt dә әlavә qılardı;

– Sәhabәlәrin dә ilk tәşәhhüdü tәrk etmәsi imama (Peyğәmbәrә) tabe olmağın әhәmiyyәtinә dәlalәt edir;

– Bu cür halda sәhv sәcdәsi salamdan öncә yerinә yetirilmәlidir; – Sәhv sәcdәsindәn sonra dәrhal salam verilmәli vә heç bir dua,

tәşәhhüd oxunulmamalıdır; – Bildiyimiz kimi, qәsdәn edilәn sәhv namazı batil edir. Lakin imamın

arxasındakılar ona tabe olaraq qәsdәn etdiklәri xәtaya görә yalnız sәhv sәcdәsi edir vә qıldıqları rükәtlәr dә batil olmur. Çünki hәr bir xәtaya görә imam mәәsuliyyәt daşıyır.

Qeyd: Bu sәhv, namazın rüknlәrindә olmamalıdır. On ikinci fәsil: «Namaz qılanın önündәn keçmәk» 112. Әbu Cuheym1 (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Namaz qılanın önündәn keçәn, etdiyi әmәlin nә dәrәcәdә günah sayıldığını bilsәydi qırx (gün, vә ya ay, vә ya il) gözlәyәr vә onun önündәn keçmәzdi"». Әbu-n-Nadr2 deyir ki: «Bilmirәm, qırx gün dedi, yoxsa qırx ay, yoxsa da qırx il» (әl-Buxari, 510; Müslim, 1132).

112-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namaz qılanın önündәn keçmәk haramdır. Yalnız onun vә ya

önündәki sütrәnin arxasından keçmәk caizdir; – Keçidlәrdә sütrәsiz namaz qılmaq bәyәnilmir.

1 Adı: Abdullah ibnu-l-Haris ibnu-s-Simmә. 2 Adı: Haşim ibnu-l-Qasim әl-Leysi әl-Xorasani.

Page 72: hokumlerin esasi

72

113. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s): "Sizdәn biriniz namaz qıldığı zaman önünә sütrә qoysun! Bundan sonra isә önündәn keçmәk istәyәni әli ilә dәf etsin, keçmәyә cәhd edәrsә onunla mübarizә aparsın, çünki artıq o, şeytandır" – dediyini eşitdim» (әl-Buxari, 509; Müslim, 1128).

113-cü hәdisdәn çıxarılan nәticәlәr: – Namaz qılan şәxs namazı batil olmasın vә ya savabı azalmasın deyә

önünә sütrә qoymalıdır; – Namaz qılan şәxs önündәn keçmәk istәyәnә mane olmaq üçün sütrәyә

yaxın mövqe tutmalıdır; – Namaz qılanın önündәn keçmәk şeytan әmәlindәn sayılır; – Namaz qılan şәxs onun önündәn keçәni işarә vә ya әli ilә dәf

etmәlidir; – Namaz qılan şәxs dәf olunanın aldığı xәsarәtә görә (ayağı burxulsa,

qolu sınsa vә s.) mәsuliyyәt daşımır; – Dәf etmәyin hikmәti ondadır ki, namaz qılan vә önündәn keçәn günah

qazanmasın; – Birinci dәfәdәn şiddәtlә dәf etmәk caiz deyildir; – Namaz qılan şәxsә artıq önündәn keçmiş şәxsi geriyә qaytarması caiz

deyildir. 114. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

Minada1 camaatla namaz qılarkәn mәn – artıq yetkinlik çağına çatmışdım – dişi eşşәyin üzәrindә gәlib bәzi sәflәrin arasından (önündәn) keçdim vә eşşәyi otlamağa buraxdıqdan sonra (namaz qılmaq üçün) sәfә daxil oldum. Etdiyim hәrәkәtә görә dә heç kәs mәni günahlandırmadı» (әl-Buxari, 493; Müslim, 1124).

114-cü hәdisdәn çıxarılan nәticәlәr: – İmamla qılınan camaat namazında, (eşşәk üzәrindә vә s. halda)

cәrgәlәrin önündәn keçmәk orada olanların namazlarını batil etmir; – Bu hadisә baş verdiyi zaman artıq Abdullah ibn Abbas (r.a) hәddi-

büluğa çatmışdı; – Peyğәmbәrin (s.ә.s) hәr hansı bir (ibadәt mәqsәdilә olunan) әmәli

tәsdiq etmәsi onun sünnәsindәn sayılır. Burada da İbn Abbasın (r.a) etdiyi hәrәkәti inkar etmәmәsi iki şeyә dәlalәt edir. a) namazın batil olmamasına, b) imamla qılınan namazda cәrgәlәrin önündәn keçmәyin caiz olmasına;

1 Mәkkә yaxınlığında olan vadinin adıdır.

Page 73: hokumlerin esasi

73

– İmam, arxasındakılar üçün sütrә sayılır. 115. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) tәhәccüd (gecә)

namazını qılarkәn mәn onun önündә (evimizin kiçik olduğu üçün) ayaqlarımı qiblәyә tәrәf uzadıb uzanmışdım. O, sәcdә etdikdә әllәrini ayaqlarıma toxundurar, mәn dә ayaqlarımı yığardım, sәcdәdәn qalxdıqda isә yenә ayaqlarımı uzadardım. O zamanlar evlәrdә işıq da yox idi» (әl-Buxari, 382; Müslim, 1145).

115-ci hәdisdәn çıxarılan nәticәlәr: – Dar yerdә uzanan şәxsin önündә namaz qılmaq caizdir; – Belә vәziyyәtdә uzanan şәxs qadın olsa belә namaz batil olmur vә

(namaz qılanın) savabından da azalmır; – Qadına toxunduqda dәstәmaz pozulmur. Namaz qılanın önündәn qadının, qara itin vә eşşәyin keçmәsilә namaz

batil olurmu? a) İcmanın (Әbu Hәnifә, Malik, Şafii vә s.) rәyinә görә namaz batil

olmur. b) Әhmәd ibn Hәnbәl vә İbn Hәzmin rәyinә görә namaz batil olur. Qeyd etmәk lazımdır ki, birinci rәy daha mötәbәr sayılır. On üçüncü fәsil: «Ümumilik»1 116. Әbu Qatәdә әl-Әnsari2 (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

dedi: "Sizdәn biriniz mәscidә daxil olduqda iki rükәt namaz qılmamış oturmasın"» (әl-Buxari, 1167; Müslim, 1651).

116-cı hәdisdәn çıxarılan nәticәlәr: – İki rükәt mәscid namazı qılmaq müstәhәbdir. Zahiri mәzhәbinin

rәyinә görә isә, bu, vacibdir. Lakin, qeyd etmәk lazımdır ki, vacib olan yalnız beş vaxt namazdır: Sübh, Zöhr, Әsr, Mәğrib vә İşa namazları.

– Bu namaz istәnilәn vaxt, mәscidә daxil olduqda qılınır; – İslam alimlәri qeyd etmişlәr ki, yalnız Mәkkәdә «Mәscidü-l-hәrama»

daxil olduqda tәvaf etmәk bu namazı әvәz edir;

1 Yәni, bir neçә mövzu ilә bağlı şәriәt mәsәlәlәrinin bir fәsil (ünvan) altında dәrc

olunması. 2 Adı: әl-Haris ibn Rabi.

Page 74: hokumlerin esasi

74

– Mәscidә daxil olmaq istәyәn üçün dәstәmaz almaq müstәhәbdir. 117. Zeyd ibn Әrqam (r.a) rәvayәt edir ki, «Biz İslamın әvvәlindә

namaz әsnasında danışardıq. Bu hal ayә («әl-Bәqәrә» surәsi, 238) nazil olana qәdәr davam etdi. (Bu ayәdә Uca Allah buyurur):

"Namazlara, xüsusilә dә orta namaza (әsr namazı) riayәt edin vә Allaha

itaәt etmәk üçün ayağa qalxın vә sükutla namaz qılın!". Belәliklә, sükutla namaz qılmaq vә namaz әsnasında danışmamaq bizә әmr olundu» (әl-Buxari, 4534; Müslim, 1203).

117-ci hәdisdәn çıxarılan nәticәlәr: – İslamın әvvәlindә namaz әsnasında ehtiyac ucundan danışmağın caiz

olması; – «әl-Bәqәrә» surәsinin 238-ci ayәsi nazil olmaqla namaz әsnasında

danışmağın haram olması. – Unutqanlıqdan vә bilmәyәrәkdәn danışanın namazı batil olmur; – Namaza aid olmayan artıq kәlmә tәlәffüz etmәk namazı batil edir; – Bu hәdis istәnilәn şәriәt hökmünün nәsx (lәğv) olunmasının yәqin-

liyinә dәlalәt edir. Nasix (hökmü lәğv edәnin) vә mәnsuxun (hökmü vә ya lәfzi lәğv

olunmuşun) növlәri: 1) Ayәnin başqa bir ayәni nәsx etmәsi. Buna misal: İslam dininin ilk vaxtlarında şәrab içmәk qadağan

olunmamışdır. (Bax: әl-Bәqәrә, 219 vә әn-Nisa, 43). Sonra Uca Allah әl-Maidә surәsinin 90-cı ayәsini nazil etmәklә әvvәl rüxsәt verilmiş ayәlәrin hökmünü nәsx etdi.

2) Ayәnin hәdisi nәsx etmәsi. Buna misal: İslam diniin ilk vaxtlarında namaz әsnasında danışmaq

qadağan olunmamışdı. Sonra Uca Allah «әl-Bәqәrә» surәsinin 238-ci ayәsini nazil etmәklә әvvәl rüxsәt verilmiş hökmü nәsx etdi.

3) Hәdisin başqa bir hәdisi nәsx etmәsi. Buna misal: İslam dininin ilk vaxtlarında siğә (sonradan boşanmaq

niyyәti ilә müvәqqәti nikah bağlamaq) qadağan olunmamışdı. Lakin

Page 75: hokumlerin esasi

75

Xeybәr döyüşündә, sonra bir daha Mәkkәnin fәthi günü Peyğәmbәrin (s.ә.s) әmri1 ilә әvvәl rüxsәt verilmiş bu hökm nәsx olundu.

Mәhәmmәd ibn Әli rәvayәt edir ki, «O, atası Әli ibn Әbu Talibin (r.a) İbn Abbasa (r.a) «Peyğәmbәrin (s.ә.s) Xeybәr günü mutanı vә eşşәk әtini yeyilmәsinin qadağan etmәsini» xәbәr verdiyini eşitmişdir» (Müslim, «Nikah» bölmәsi, 9/193, 3421).

Qeyd etmәk lazımdır ki, Peyğәmbәr (s.ә.s) müvәqqәti rüxsәt verilmiş hәr hansı hökmü bir dәfә dә olsun belә әmәl etmәmişdir.

118. Abdullah ibn Ömәr (r.a) vә Әbu Hüreyrә (r.a) rәvayәt edirlәr ki,

«Peyğәmbәr (s.ә.s) dedi: "İstinin şiddәtli vaxtı hava soyuyana qәdәr namaz (zöhr namazını) qılmayın. Hәqiqәtәn, (bu hava) Cәhәnnәmin isti havasındandır"» (әl-Buxari, 533; Müslim, 1394).

118-ci hәdisdәn çıxarılan nәticәlәr: – Zöhr namazını, şiddәtli istidә hava sәrinlәşәnә qәdәr, vaxtını

ötürmәmәk şәrtilә tәxirә salmaq caizdir; – Bu әmәlin hikmәti namaz qılanın rahatlığındadır. Belә ki, şәriәt,

namazın arxayınlıqla qılınmasına rüxsәt vermişdir; – Bu hökm hәm camaatla, hәm dә tәkbaşına qılınan namaza şamil edilir; – Namaz qılan onu yayındıran hәr bir amildәn uzaq olmalıdır. 119. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s): "Na-

mazını unudan onu yadına saldığı zaman qılsın! Unutduğu namazın cәrimәsi belәdir" – deyib bu ayәni oxudu:

"Mәni yad etmәk üçün namaz qıl!"2» (әl-Buxari, 597). Başqa rәvayәtdә: «Namazı unudanın vә ya yatıb qalanın (namaz)

cәrimәsi, yadına düşdüyü zaman onu qılmasıdır» (Müslim, 1558). 119-cu hәdisdәn çıxarılan nәticәlәr: – Namazı unudan şәxs xatırladıqda, yatıb qalan isә oyandıqda onun

qәzasını dәrhal qılmalıdır; – Üzrlü sәbәbә görә namazı vaxtında qılmayana günah yazılmır.

1 Uca Allah buyurur: «O, kefi istәyәni havadan danışmır. O, ancaq Allah tәrәfindәn nazil

olan bir vәhydir» («әn-Nәcm» surәsi, 3-4). 2 «Ta ha» surәsi, 14-cü ayә.

Page 76: hokumlerin esasi

76

Qeyd etmәk lazımdır ki, bu sәbәblәr artıq hәdislәrdәn bizә mәlumdur. Belә ki, insanın istәdiyi sәbәb üzrlü hesab oluna bilmәz.

120. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Müaz ibn Cәbәl (r.a)

Peyğәmbәr (s.ә.s) ilә İşa namazı qılar, sonra da qövmünә qayıtdıqda bu namazı onlara qıldırardı» (әl-Buxari, 700; Müslim, 1040).

120-ci hәdisdәn çıxarılan nәticәlәr: – Nafilә niyyәti ilә fәrz namazı qılanlara imamlıq etmәyin caiz olması; – Fәrz niyyәti ilә nafilә namazı qılanlara imamlıq etmәyin xüsusәn caiz

olması; – Lazım gәldikdә fәrz namazını iki dәfә qılmağın caiz olması. 121. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Biz şiddәtli istidә Peyğәmbәr

(s.ә.s) ilә namaz qılardıq. Yer isti olduğu üçün sәhabәlәrdәn bәzilәri paltarının qolunu çәkib üzәrinә sәcdә edәrdi» (әl-Buxari, 1208; Müslim, 1406).

121-ci hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) sәhabәlәrlә şiddәtli istidә Zöhr namazını qılması.

Qeyd etmәk lazımdır ki, bu hәdislә әvvәldә keçmiş 118-ci hәdisi cәm etmәk mümkündür. Belә ki, Zöhr namazını şiddәtli istidә qılmaq caiz, tәxirә salmaq isә әfzәldir. Hәmçinin bu hәdisdә torpağın şiddәtli istisi, 118-ci hәdisdә isә havanın şiddәtli istisi qәsd olunur.

– Paltarın qolunun, әtәyinin vә s. üzәrinә sәcdә etmәk caizdir. Belә ki, yalnız ehtiyac olduqda (istidә, soyuqda, tikanlıqda vә s.) bunu etmәk caizdir.

122. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Sizdәn

biriniz çiynini örtmәyәn bir paltarda namaz qılmasın!"» (әl-Buxari, 359; Müslim, 1151).

122-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namazda çiyinlәrin örtülü olması barәdә alimlәrin rәyi aşağıdakı

kimidir: a) Әhmәd ibn Hәnbәlin rәyinә görә namazda çiyinlәri örtmәk vacibdir.

O, bu hәdisә әsaslanmışdır. b) İcmanın (Әbu Hәnifә, Malik, Şafii vә s.) rәyinә görә namazda

çiyinlәri örtmәk әfzәl vә müstәhәbdir (bәyәnilәndir). Onlar әl-Buxarinin verdiyi hәdisә әsaslanmışlar: Sәid ibnu-l-Haris (r.a) rәvayәt edir ki,

Page 77: hokumlerin esasi

77

«Peyğәmbәr (s.ә.s) onun paltarına baxıb demişdir: "Geniş olarsa, ona bürün (göbәkdәn yuxarı vә aşağı olan yerlәri örtmәk), dar olarsa yalnız övrәt yerini (göbәkdәn dizә qәdәr) ört!"» (әl-Buxari, 1/563, 361-ci hәdis).

– Müsәlmanın namaz qılan gözәl görünüşlü olması bәyәnilәn haldır. 123. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Sarımsaq vә ya soğan yemiş şәxs mәscidimizә yaxınlaşmayıb evindә otursun!" Sonra ona bir qab tәrәvәz gәtirdilәr. Peyğәmbәr (s.ә.s) ondan iy gәldiyini hiss etdikdә onun nә olduğunu soruşdu vә ona bunun tәrәvәz olduğu xәbәr verildi. O, bu tәrәvәzi yanındakı sәhabәlәrә verilmәsini әmr etdi, özü isә ondan yemәdi. (Әbu Әyyub әl-Әnsari) onun tәrәvәzi bәyәnmәdiyini görüb haram olduğunu zәnn etdi vә yemәdi. Peyğәmbәr (s.ә.s) dә ona dedi: "Ye! Bu haram deyil, lakin mәn (Quran oxuyub ibadәt etmәklә) Rәbbimә yaxınlaşıram deyә yemirәm"» (әl-Buxari, 855; Müslim, 1253).

124. Cabir (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Soğan,

sarımsaq vә ya kәvәr yeyәn mәscidimizә yaxınlaşmasın. Hәqiqәtәn, insanların әziyyәt çәkdiyindәn mәlәklәr dә әziyyәt çәkir"» (Müslim, 1254).

123-cü vә 124-cü hәdislәrdәn çıxarılan nәticәlәr: – Sarımsaq, soğan vә kәvәr yeyib mәscidә gәlmәyin qadağan olunması; – Hәmçinin bir sıra xoşagetmәz, pis iyli (papiros vә s.) mәmulatları

istifadә etdikdәn sonra mәscidә getmәk qadağandır; – Mәscidә yaxınlaşmamağın hikmәti, mәlәklәrә vә namaz qılanlara

әziyyәtin verilmәmәsindәdir; – Sarımsaq, soğan vә gәvәri münasib vaxtda yemәk caizdir. On dördüncü fәsil: «Tәşәhhüd1» 125. Abdullah ibn Mәsud (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) mәnә

Qurandan bir surә öyrәtdiyi kimi, tәşәhhüdü dә öyrәtdi. (O dedi): "әt-tәhiyyatu lillәhi va-s-salavatu va-t-teyyibatu, әs-sәlәmu aleykә әyyuhәn-n-nәbiyyu va rahmәtullahi va bәrakәtuhu, әs-sәlәmu aleynә va alә ibәdillәhi-s-salihin, әşhәdu әn lә ilәhә illәllahu va әşhәdu әnnә muhammәdәn abduhu va rasuluhu"» (әl-Buxari, 831; Müslim, 899).

1 Namazın sonunda oxunan dua.

Page 78: hokumlerin esasi

78

Duanın tәrcümәsi: «Bütün alqışlar, dualar vә yaxşı işlәr Allah üçün edilir. Ey Peyğәmbәr, sәnә salam olsun, Allahın mәrhәmәti vә bәrәkәti yetişsin. Bizә vә Allahın әmәlisaleh bәndәlәrinә salam olsun. Mәn şahidlik edirәm ki, Allahdan başqa (ibadәtә layiq olan) mәbud (ilah) yoxdur vә şahidlik edirәm ki, Mәhәmmәd Onun qulu vә elçisidir»

126. Başqa rәvayәtdә: «Sizdәn biriniz namazda oturduğu zaman bu

duanı oxusun: "әt-tәhiyyatu lillәhi…". Bunu etsә, göydә vә yerdә olan saleh qullara salam vermiş olar. (Bu duanı oxuduqdan) sonra istәdiyi duanı oxusun!» (әl-Buxari, 1202; Müslim, 895).

125-ci vә 126-cı hәdislәrdәn çıxarılan nәticәlәr: – İbn Mәsudun (r.a) rәvayәt etdiyi bu tәşәhhüd rәvayәt olunan bütün

tәşәhhüdlәrin әn әfzәl sayılır; – Tәşәhhüdü oturub oxumaq vacibdir; – Allahı alqışlamaq, Peyğәmbәrә (s.ә.s) vә onun sәhabәlәrinә (r.a)

xeyir-dua dilәmәk onların haqlarındandır. 127. Әbdürrәhman ibn Әbi Leylә deyir ki, Kәb ibn Ucra (r.a) ilә

rastlaşdıq vә o mәnә: «İstәyirsәn sәnә hәdiyyә verim?» deyib rәvayәt etdi ki, bir dәfә Peyğәmbәr (s.ә.s) bizim yanımıza gәldi vә biz ona dedik: «Ey Allahın elçisi! Sәnә salam vermәyi artıq öyrәndik. İndi isә sәnә necә salavat etmәyi bizә öyrәt». O dedi: «Deyin: "Allahummә salli alә Muhammәdin va alә әli Muhammәd, kәmә salleytә alә İbrahimә va alә әli İbrahim, innәkә hәmidun mәcid, va barik alә Muhammәdin va alә әli Muhammәd, kәmә bәraktә alә İbrahimә va alә әli İbrahim, innәkә hәmidun mәcid"» (әl-Buxari, 6357; Müslim, 907).

Duanın tәrcümәsi: «Allahım, Mәhәmmәdә vә onun ailәsinә dә İbrahimә vә onun ailәsinә xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sәn, hәqiqәtәn, alqışlara vә hәmdlәrә layiqsәn. Mәhәmmәdә vә onun ailәsinә dә İbrahimә vә onun ailәsinә bәrәkәt verdiyin kimi bәrәkәt ver! Sәn, hәqiqәtәn, alqışlara vә hәmdlәrә layiqsәn».

127-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sonuncu tәşәhhüddәn sonra Peyğәmbәrә (s.ә.s) salavat gәtirmәk

barәsindә alimlәrin rәyi: a) Şafii vә Әhmәd ibn Hәnbәlin rәyinә görә salavat gәtirmәk vacibdir.

Onlar yuxarıdakı hәdisә әsaslanmışlar. b) Әbu Hәnifә vә Malikin rәyinә görә salavat gәtirmәk sünnәdir. Onlar

Әbu Davudun «Sünәn» әsәrindә olan hәdisә әsaslanmışlar. Abdullah ibn

Page 79: hokumlerin esasi

79

Mәsud rәvayәt edir ki, «Bir gün Peyğәmbәr (s.ә.s) ona tәşәhhüdü öyrәtdi vә dedi: "Bunu desәn namazı tamamlamış olarsan"» («Sünәn», 3/178, 966-cı hәdis).

– Peyğәmbәrә (s.ә.s) salavat gәtirmәk onun haqlarındandır; – Artıq Peyğәmbәr (.ә.s) sәhabәlәrinә ona salam vә salavat gәtirmәyin

keyfiyyәtini öyrәtmişdir; – Qiyamәtә qәdәr İslam ümmәtinin Peyğәmbәrә (s.ә.s) salam vә salavat

gәtirmәsi onun dәrәcәsinin vә hörmәtinin artması üçün әn әsas sәbәblәrdәn biridir;

– Hәqiqәtәn sәlәf1 elmi mәsәlәlәri biri-birinә hәdiyyә edәr vә onu әn qiymәtli hәdiyyә hesab edәrdilәr. Doğrudan da elm әn gözәl hәdiyyәdir!

128. Әbu hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) namazda dua

edib deyәrdi: "Allahummә inni әuzu bikә mәn azәbi-l-qabr va min azәbi-n-nar va min fitnәti-l-mәhyә va-l-mәmәti va min fitnәti-l-mәsihi-d-dәccal"» (әl-Buxari, 1377).

Duanın tәrcümәsi: «Allahım, hәqiqәtәn mәn qәbr vә cәhәnnәm әzabından, hәyatın vә ölümün fitnәsindәn vә yalançı mәsihin fitnәsinin şәrindәn Sәnә sığınıram!».

Başqa rәvayәtdә: «Tәşәhhüddә dörd şeydәn Allaha sığının: "Allahummә inni әuzu bikә min azәbi cәhәnnәm va әuzu bikә min azәbi-l-qabr va әuzu bikә min fitnәti-l-mәhyә va-l-mәmәti va әuzu bikә min şәrri fitnәti-l-mәsihi-d-dәccal"» (Müslim, 1324).

128-ci hәdisdәn çıxarılan nәticәlәr: – Tәşәhhüd vә salavatdan sonra bu duanı oxumağın müstәhәb olması; – Qәbr vә cәhәnnәm әzabının mövcud olması vә ona iman etmәyin

vacibliyi; – Hәyatın vә ölümün fitnәsinin mövcud olması. Qeyd etmәk lazımdır

ki, ölümün fitnәsi deyildikdә qәbrdә olan sorğu-sual qәsd olunur. – Dünya şәhvәtlәrindәn vә onun şәrindәn Allaha sığınmaq; – Mәsihi-d-Dәccal Qiyamәtin on böyük әlamәtlәrindәn biri sayılır.

Hüzeyfә ibn Әsid әl-Ğifari(r.a) rәvayәt edir ki, «bir gün Peyğәmbәr (s.ә.s) bizdәn: «Nәyi xatırlayırsınız?» – deyә soruşdu. Biz: «Qiyamәti xatırlayırıq» – cavabını verdik. O, dedi: «Hәqiqәtәn, on әlamәt görmәmiş Qiyamәt qopmaz». Sonra dumanı, dәccalı, heyvanı (dәbbәni), günәşin

1 Mәnası: keçmiş nәsil demәkdir. Burada Peyğәmbәr (s.ә.s), onun әhli-beyti, sәhabәlәr

vә onların ardınca gedәnlәr nәzәrdә tutulur.

Page 80: hokumlerin esasi

80

mәğribdәn çıxmasını, İsanın (ә.s) nazil olmasını1, Yәcuc vә mәcucun peyda olmasını, Ayın üç dәfә: mәşriqdә, mәğribdә vә Әrәb yarımadasında tutulmasını vә Yәmәndәn çıxan odun insanları mәhşәrә tәrәf yönәltmәsini xatırlatdı» (Müslim, 18/234, 7214-cü hәdis).

129. Abdullah ibn Amr ibni-l-As (r.a) Әbu Bәkrdәn (r.a) rәvayәt edir ki,

o, Peyğәmbәrә (s.ә.s) dedi: «Namazda dua etmәyi mәnә öyrәt!» Peyğәmbәr (s.ә.s) dә ona dedi: «De: "Allahummә inni zalәmtu nәfsi zulmәn kәsiran va lә yәğfiru-z-zunubә illә әntә, fәğfirli mәğfiratәn min indikә varhәmni innәkә әntәl-ğafuru-r-rahim"» (әl-Buxari, 834; Müslim, 6809).

Duanın tәrcümәsi: «Allahım, mәn nәfsimә çox zülm etmişәm, günahları bağışlayan isә yalnız Sәnsәn, mәni bağışla vә mәnә rәhm et! Hәqiqәtәn, Sәn bağışlayan vә rәhm edәnsәn!»

129-cu hәdisdәn çıxarılan nәticәlәr: – Bu duanı namazda oxumağın müstәhәb olması; – Әbu Bәkr әs-Siddiqin (r.a) elm sahibi olması; – Peyğәmbәrin (s.ә.s) sәhabәsinә qarşı diqqәtli olması vә onun istәyini

yerinә yetirmәsi; – Bu duanın sәcdәdә vә ya tәşәhhüddәn sonra oxunması; – Peyğәmbәrin (s.ә.s) vә Әbu Bәkrin (r.a) tәvzökar vә tәqvalı (Allahdan

çox qorxan) olması. 130. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) "Allahın kömәyi vә

zәfәr gәldikdә; insanların dәstә-dәstә Allahın dininә daxil olduğunu gördüyün zaman; Rәbbini hәmd-sәna ilә tәqdis et vә Ondan bağışlanmağını dilә; Hәqiqәtәn, O, tövbәlәri qәbul edәndir" («әn-Nәsr») surәsi nazil olduqdan sonra hәr namazında bu duanı oxuyardı: "Subhәnәkә Allahummә Rabbәnә va bihәmdikә, Allahummә-ğ-firli"» (әl-Buxari, 794; Müslim, 1087).

Duanın tәrcümәsi: «Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rәbbim, Sәnә hәmd olsun! Allahım, mәni bağışla!»

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) rüku vә sәcdәdә bu duanı çox edәrdi: "Subhәnәkә Allahummә Rabbәnә va bihәmdikә, Allahummә-ğ -firli» (Müslim, 1085).

1 İsanın Qiyamәtdәn әvvәl nazil olmasına iki ayә dәlalәt edir: «Şübhәsiz ki, o (İsanın zühuru) Qiyamәt saatı üçün bir әlamәtdir» (әz-Zuxruf, 61); «Kitab әhlindәn elә bir kәs olmaz ki, ölümündәn әvvәl ona (İsaya) iman gәtirmәsin»

(әn-Nisa, 159).

Page 81: hokumlerin esasi

81

130-cu hәdisdәn çıxarılan nәticәlәr: – Rüku vә sәcdәdә bu duanı etmәyin müstәhәb olması; – İbadәtlәri, xüsusәn dә namazları istiğfar etmәklә (Allahdan

bağışlanma dilәmәklә) tamamlamaq; – Allahı nöqsanlardan uzaq saymaq, Ona hәmd-sәna etmәk vә Ondan

bağışlanma dilәmәk duanın qәbul olmasına sәbәbdir; – Allahdan bağışlanma dilәmәk әfzәl әmәllәrdәn sayılır. On beşinci fәsil: «Vitr1 namazı» 131. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

minbәrdә ikәn bir kişi ondan gecә namazı haqqında soruşduqda o, dedi: "İki rükәt, iki rükәt qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükәt (vitr) namaz qılıb cüt-cüt qıldığınız namazların (cәmi) sayını tәklәşdirin"; Belәliklә dә "Vitri gecә qıldığınız namazların sonuncusu edin!"» (әl-Buxari, 990, 998; Müslim, 174, 175).

131-ci hәdisdәn çıxarılan nәticәlәr: – Gecә qılınan rükәtlәrin cüt sayda (iki-iki) olması; – Gecә yuxudan oyanmağa qadir olan şәxs üçün Vitr namazını gecәnin

axırında qılmaqğın daha әfzәl olması; – Vitr namazının qılınmasının müstәhәb olması. 132. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) gecәnin hәr vaxtında

– әvvәlindә, ortasında vә axırında Vitr namazını qılardı. (Әfzәl olduğu üçün) Vitri sübh namazına yaxın (gecәnin sonunda) qılardı» (әl-Buxari, 996; Müslim, 1434).

132-ci hәdisdәn çıxarılan nәticәlәr: – Vitr namazını gecәnin әvvәlindә, ya ortasında, ya da axırında qılmaq

caizdir; – Vitr namazını gecәnin axırında qılmaq daha әfzәldir. 133. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) gecә on üç rükәt

namaz qılardı. Sonuncu beş rükәti ardıcıl (heç bir rükәtdә tәşәhhüdә oturmadan) qılıb yalnız sonuncu rükәtdә (tәşәhhüdә) oturardı» (Müslim, 1717).

1 Gecә qılınan tәkrükәtli namaz.

Page 82: hokumlerin esasi

82

133-cü hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) gecә namazını (tәhәccüd) on üç rükәt qılması. (O,

namazları cüt-cüt qılar, sonra isә onları Vitr ilә tamamlayardı); – Peyğәmbәrin (s.ә.s) beş rükәt ardıcıl namaz qılması; – Gecә namazının fәrz namazlarından sonra әn әfzәl namaz sayılması; – Әl-Mühamili Peyğәmbәrin (s.ә.s) vitr namazının növlәrini aşağıdakı

kimi qeyd etmişdir: a) bir rükәt; b) üç rükәt (iki, sonra da bir ayrı, vә ya üç rükәt ardıcıl); v) beş rükәt (ardıcıl); q) yeddi rükәt (altı rükәt ardıcıl qılıb tәşәhhüdü oxumaq, sonra qalxıb

yeddinci rükәti tamamlamaq); d) doqquz rükәt (sәkkiz rükәt ardıcıl qılıb tәşәhhüd oxumaq, sonra

qalxıb doqquzuncu rükәti tamamlamaq); e) on bir rükәt (on rükәti cüt-cüt qılıb salam vermәklә tamamlamaq,

sonra da bir rükәt qılmaq).1 Qeyd: Burada, ardıcıl dedikdә, rükәtlәr arasında tәşәhhüdü oxumamaq

nәzәrdә tutulur. On altıncı fәsil: «Namazdan sonra oxunan zikrlәr» 134. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s)

zamanında fәrz namazından sonrakı zikrlәr sәslә edilәrdi. Mәn namazın bitmәsini, zikrlәri eşitmәklә tәyin edәrdim» (әl-Buxari, 831; Müslim, 1318).

Başqa rәvayәtdә: «Biz Peyğәmbәrin (s.ә.s) tәkbiri etmәsilә namazı qılıb qurtardığını yәqin edәrdik» (Müslim, 1317).

134-cü hәdisdәn çıxarılan nәticәlәr: – Namazdan sonra zikr etmәyin müstәhәb olması. Belә ki, bu, Pey-

ğәmbәrә (s.ә.s) mütilik әlamәtindәn sayılır; – Zikr etdikdә sәsi qaldırmağın caiz olması; – İbn Abbas (r.a) sәhabәlәrin ucadan zikr etdiklәrini mәscidin kәna-

rından eşitmişdir.

1 «Teysiru-l-allәm», 1/282.

Page 83: hokumlerin esasi

83

135. Vәrrad1 rәvayәt edir ki, «Ağam әl-Muğira ibn Şöbә (r.a) Müaviyәyә (r.a) göndәrdiyi mәktubu diktә edib mәnә yazdırdı: «Peyğәmbәr (s.ә.s) fәrz namazlarından sonra zikr edib deyәrdi: "Lә ilәhә illәllahu vahdәhu lә şәrikә lәh, lәhu-l-mulku va lәhu-l-hәmdu va huva alә kulli şeyin qadir. Allahummә lә mәnia limә әtaytә va lә mu’tiyә limә mәnatә va lә yәnfәu zә-l-cәddu minkә-l-cәd". Sonra mәn, Müaviyәnin (r.a) bu zikri etmәyi camaata әmr etdiyini eşitdim» (әl-Buxari, 844; Müslim, 1337).

Duanın tәrcümәsi: «Allahdan başqa ibadәtә layiq olan mәbud yoxdur, tәkdir, heç bir şәriki yoxdur. Mülk, hәmd yalnız Onun üçündür vә O hәr şeyә qadirdir. Allahım, Sәnin (nemәt) әta etdiyinә mane olan, mane olduğuna da(nemәt) әta edәn tapılmaz vә hәr hansı var-dövlәt sahibinin var-dövlәti Sәnin yanında ona heç bir fayda vermәz».

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) dedi-qodunu, israf etmәyi, çox sual vermәyi, ananın üzünә ağ olmağı, qız uşaqlarını diri-diri basdırmağı, (var-dövlәti) xәrclәmәyib yığmağı qadağan etdi» (әl-Buxari, 6473).

135-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namazdan sonra bu duanı oxumağın müstәhәb sayılması; – Bu duanın tövhidlә bağlı olması; – Hәdisdә qeyd olunanların Peyğәmbәrin (s.ә.s) qadağan etdiyi

әmәllәrdәn olması; – Yalnız Allaha tәvәkkül etmәk. Çünki nemәti әta etmәk, ondan

mәhrum etmәk ancaq Allaha mәxsusdur; – Sәhabәlәrin dәrhal sünnәtә riayәt etmәsi; – Bir nәfәr tәrәfindin varid olan xәbәrin qәbul olunması. 136. Summi Әbu Salehdәn, o da Әbu Hüreyrәdәn (r.a) rәvayәt edir ki,

«Mühacirlәrdәn2 olan kasıblar Peyğәmbәrin (s.ә.s) yanına gәlib dedilәr: "Ey Allahın elçisi! Dövlәtlilәr cәnnәtә vә әbәdi nemәtә nail oldular". Peyğәmbәr (s.ә.s) bunun sәbәbini soruşduqda, onlar dedilәr: "Onlar bizim kimi namaz qılır, oruc tuturlar. Bundan әlavә onlar sәdәqә verir, qul azad edirlәr, biz isә bunu bacarmırıq". Peyğәmbәr (s.ә.s) onlara dedi: "İstәyirsiniz sizә elә bir şey öyrәdim ki, onu etdikdә әn fәzilәtli insanlardan olasınız vә yalnız onu edәnin fәzilәti sizin fәzilәtiniz kimi olsun?" Onlar: "Öyrәt, ey Allahın elçisi!" – dedikdә, o dedi: "Hәr (fәrz olan) namazdan

1 Әbu Sәid әs-Sәqafi. 2 Mәkkәnin fәthindәn, yә’ni hicrәtin 8-ci ilindәn әvvәl Mәkkәdәn Mәdinәyә hicrәt

edәnlәr.

Page 84: hokumlerin esasi

84

sonra 33 dәfә tәsbih1, tәkbir2 vә tәhmid3 edin"» (әl-Buxari, 843; Müslim, 1346). Әbu Saleh rәvayәt edir ki, «Onlar yenidәn Peyğәmbәrin (s.ә.s) yanına

gәlib: "Ey Allahın elçisi! Dövlәtli qardaşlarımız etdiyimiz zikrlәri eşidib bizim kimi zikr edirlәr" – dedikdә, o dedi: "Bu Allahın istәdiyinә verdiyi lütfüdür"»

Summi rәvayәt edir ki, «Mәn bu hәdisi yaxınlarıma danışdım. Onlar mәnә: "Sәn sәhv edirsәn, әksinә 33 dәfә tәsbih, 33 dәfә tәhmid vә 33 dәfә tәkbir etmәlisәn" – dedikdә, mәn Әbu Salehin yanına gedib bunu ona xәbәr verdim. O mәnim әlimdәn tutub dedi: "Allahu әkbәr, subhәnallah, әlhәmdu-lillәh – bunların cәmi 33-ә çatana qәdәr zikr et!"» (Müslim, 1346).

136-cı hәdisdәn çıxarılan nәticәlәr: – Savab qazanmaq üçün sәhabәlәrdә olan şiddәtli rәğbәt. Belә ki, onlar

fәzilәtli әmәllәrdә biri-birinә qibtә edәrdilәr; – Müsәlmanın Allah yolunda var-dövlәtindәn xәrclәmәsi onun

Cәnnәtdә dәrәcәsinin yüksәlmәsinә sәbәbdir; – Hәdisdә qeyd olunan zikrlәr fәzilәtli zikrlәrdәndir; – Hәqiqәtәn, hidayәt (düz yola yönәltmәk) vә ruzi Allahın әlindәdir vә o

yalnız istәdiyi şәxsә ondan әta edir; – Zikrlәr hәdisdә varid olduğu qaydada yerinә yetirilmәlidir. 137. Aişә (r.a) rәvayәt edir ki, «Bir dәfә Peyğәmbәr (s.ә.s) üzәrindә

müxtәlif rәnglәrdәn ibarәt xәtlәr olan paltarda namaz qıldı vә o xәtlәrә nәzәr saldı. Namazı qılıb qurtardıqdan sonra dedi: "Aparın bu paltarı verin Әbu Cәhmә4, mәnә dә sadә (üzәrindә fikri yayındıra bilәcәk әlamәt olmayan) bir әnbicaniyyә5 gәtirin. Hәqiqәtәn, bu, mәni namazdan yayındırdı"» (әl-Buxari, 373; Müslim, 1238).

137-ci hәdisdәn çıxarılan nәticәlәr: – Namazı qorxu ilә qılmaq vә ondan yayındıra bilәcәk hәr bir amildәn

uzaq olmaq; – Hәdiyyәni qәbul etmәk;

1 «Subhәnallah» demәk. 2 «Allahu әkbәr» demәk. 3 «Әlhәmdu lillәh» demәk. 4 Adı: Übeydullah ibn Huzeyfә әl-Quraşi әl-Adәvi (r.a). 5 Yundan hazırlanmış paltar.

Page 85: hokumlerin esasi

85

– Müәyyәn sәbәbә görә hәdiyyәni qәbul etmәmәk, bir şәrtlә ki, hәdiyyә verәn incimәsin deyә, bunun sәbәbini bәyan etmәk lazımdır;

– Peyğәmbәrin (s.ә.s) әxlaqının gözәlliyi hәdiyyә verәn şәxslә olan münasibәtdәn açıq-aydın görünür;

– Üzәrindә xәtlәr olan libası geyinmәyin caiz olması; – Namazdan yayındıran amillәrlә mәscidlәri bәzәmәmәk. On yeddinci fәsil: «Sәfәrdә iki namazı cәm etmәk» 138. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

sәfәrdә olduğu müddәtdә Zöhrlә Әsr namazını, Mәğriblә dә İşa namazını cәm edәrdi» (әl-Buxari, 1107).

138-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә, xәstәlәndikdә, cihadda vә s. hәdislәrdә varid olan bu kimi

sәbәblәrә görә Zöhrlә Әsri, Mәğriblә dә İşa namazlarını cәm edib qılmaq caizdir;

– Bu namazları cәm şәklindә tezlәşdirmәklә1, vә ya tәxirә salmaqla2 qılmaq caizdir;

– Cәm etmәk yalnız bu namazlara mәxsusdur. Fәcr namazı isә heç bir namazla cәm edilmir.

On sәkkizinci fәsil: «Sәfәrdә namazı qısaltmaq» 139. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrә (s.ә.s),

Әbu Bәkrә (r.a), Ömәrә (r.a) vә Osmana (r.a) yol yoldaşı oldum. Onlar sәfәrdә olduqları müddәtdә namazları iki rükәtdәn artıq qılmazdılar» (әl-Buxari, 1102; Müslim, 1577).

139-cu hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә dördrükәtli namazları qısaldıb iki rükәt qılmaq; – Sәfәrdә namazı qısaltmaq Peyğәmbәrin (s.ә.s) vә raşidi xәlifәlәrin

sünnәsindәndir; – Bu rüxsәt Allahın insanlara olan lütfündәndir;

1 Tezlәşdirmәk: zöhrlә әsri zöhrün әvvәl vaxtında, mәğriblә işanı da mәğribin әvvәl

vaxtında cәm edib qılmaq. 2 Tәxirә salmaq: zöhrlә әsri әsrin axır vaxtında, mәğriblә işanı da işanın axır vaxtında

cәm edib qılmaq.

Page 86: hokumlerin esasi

86

– Bu hәdisdә sәfәrin mәsafәsi qeyd olunmamışdır. Buna görә dә sәfәr üçün mәsafә yerli adәtә görә ölçülür.

On doqquzuncu fәsil: «Cümә» 140. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Cümә namazına gәlәn qüsl etmәlidir"» (әl-Buxari, 894; Müslim, 1948). 140-cı hәdisdәn çıxarılan nәticәlәr: – Cümә qüslünün vacib olması. Qeyd etmәk lazımdır ki, qüslsüz qılınan

Cümә namazı mәqbuldur; – Bu qüsl cümә namazından әvvәl edilmәlidir. Hәdisdә cümә günü yox,

Cümә namazı nәzәrdә tutulur; – Cümә namazına getmәzdәn әvvәl qüsl etmәk daha әfzәldir; – Qüsl etmәyin hikmәti ondadır ki, insan ibadәt etdiyi yerә tәmiz vә

gözәl qiyafәdә getsin. Uca Allah «әl-Әraf» surәsinin 31-ci ayәsindә buyurur:

«Ey Adәm oğulları! Hәr ibadәt vaxtı mәscidә gedәrkәn gözәl libas-

larınızı geyin»; – Qüsl yalnız cümә namazını qılan şәxsә vacibdir. Bu namazı tәrk edib

Zöhrü qılarsa qüsl etmәk ona lazım gәlmәz. 141. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) (cümә

günü) iki xütbә verәr vә onların arasında oturardı» (әl-Buxari, 920; Müslim, 1992).

141-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cümә namazından әvvәl iki xütbә verilmәlidir ki, bu da namazın sәhih

(mötәbәr) olması üçün şәrtdir. әl-Hәlәbi demişdir: «Peyğәmbәrdәn (s.ә.s) xütbәsiz Cümә namazı qıldığı rәvayәt olunmamışdır. Bunu etmәk caiz olsa idi bir dәfә dә olsa belә Peyğәmbәr (s.ә.s) Cümә namazını xütbәsiz qılar vә belәliklә dә bunun caiz olduğunu ümmәtinә bәyan edәrdi».

Qeyd: ümumiyyәtlә hәr hansı bir müvәqqәti rüxsәt verilmiş ibadәti Peyğәmbәr (s.ә.s) heç zaman etmәmişdir.

– İmamın ayaq üstә xütbә vermәsi müstәhәbdir; – Hәmçinin iki xütbә arasında oturması da müstәhәbdir.

Page 87: hokumlerin esasi

87

142. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) cümә

xütbәsini verdiyi zaman bir kişi gәlib oturdu. Peyğәmbәr (s.ә.s) ondan: "Namaz qıldınmı?" – deyә soruşduqda, o: "Yox" – dedi. Peyğәmbәr (s.ә.s) dә ona әmr edib dedi: "Dur, iki rükәt namaz qıl!"» (әl-Buxari, 930; Müslim, 2017).

142-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cümә namazından әvvәl olan iki xütbәnin verilmәsi vacibdir; – Mәscidә daxil olduqda qılınan iki rükәt namaz müstәhәbdir; – Bu iki rükәti qılmamış oturan şәxs dәrhal qalxıb onu qıla bilәr; – İmamın xütbә zamanı zәrurәt olduqda xütbәdәnkәnar danışması

caizdir; – Cümә namazı yalnız iki rükәt qılınır. – Peyğәmbәr (s.ә.s) hansı vәziyyәtdә olduğundan asılı olmayaraq

gördüyü xәtanı dәrhal düzәltmәsi; 143. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Cümә

günü imam xütbә verdiyi zaman yanında oturana "Danışma!" deyәn (cümәnin) savabını qazanmaz"» (әl-Buxari, 934; Müslim, 1962).

143-cü hәdisdәn çıxarılan nәticәlәr: – Xütbә zamanı imamı dinlәmәk vә susmaq vacibdir; – Xütbәni dinlәyib susmaq yalnız onu eşidәnlәr üçün vacibdir. 144. Әbu Hazim ibn Dinar rәvayәt edir ki, «Bir dәstә kişi mübahisә-

lәrini hәll etmәk üçün gәlib Sәhl ibn Sәd әs-Saididәn (r.a) Peyğәmbәrin (s.ә.s) minbәrinin hansı ağacdan düzәldilmәsi barәsindә soruşdular. O, minbәrin meşә yulğunundan1 olduğunu vә Peyğәmbәrin (s.ә.s) onun (minbәrin) üzәrindә necә namaz qıldığını xәbәr verib dedi: "Peyğәmbәr (s.ә.s) minbәrin üzәrindә tәkbir edib (namaza başladı) sonra rüku etdi, (rükudan qalxdı)2. Sonra dalı-dalı gedәrәk minbәrdәn düşdü vә (minbәrin yanında) sәcdә etdi. O, bu qaydada namazını başa çatdırdıqdan sonra üzünü sәhabәlәrә tutub dedi: "Ey insanlar! Namazın qılınmasında mәnә tәqlid edәsiniz vә necә qılınmasını mәndәn öyrәnәsiniz deyә belә etdim"» (әl-Buxari, 917; Müslim, 1216).

1 Meşәdә bitәn ağac. 2 Mötәrizәlәrin içindәki әlavә bu hәdisin başqa rәvayәtindәn götürülüb.

Page 88: hokumlerin esasi

88

144-cü hәdisdәn çıxarılan nәticәlәr: – Tabiinlәrin elmi bәhs etmәsi vә alimlәrdәn bәhrәlәnmәsi; – İmamın tәlim üçün hündür yerdә dayanıb namaz qılmasının caiz

olması; – Ehtiyac ucundan namazda hәrәkәt etmәyin caiz olması; – İbadәtdә Peyğәmbәri (s.ә.s) tәqib etmәyin vacib olması; – Peyğәmbәrin (s.ә.s) gözәl şәkildә tәlim keçmәsi. 145. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Cәnabәt qüslü (kimi qüsl) edib, cümә gününün ilk saatında1 mәscidә gedәn şәxs bir dәvә, ikinci saatında gedәn bir öküz, üçüncü saatında gedәn bir qoç, dördüncü saatında gedәn bir xoruz, beşinci saatında gedәn isә bir yumurta qurban etmiş2 kimidir. İmam minbәrә çıxdıqda isә artıq mәlәklәr onun xütbәsini dinlәyәr"» (әl-Buxari, 881; Müslim, 1961).

145-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cümә qüslünün fәzilәtli olması; – Cümә gününün ilk saatında mәscidә getmәyin әfzәl olması; – Cümә qüslünün savabının yalnız cümә namazına gәlәn üçün yazıl-

ması; – Fәzilәt baxımından dәvәnin öküzdәn, öküzdә qoçdan daha әfzәl

olması; – Sәdәqәnin, az da olsa belә, mәqbul olması; – Mәlәklәrin mәscidin qapılarında dayanıb daxil olanları kitablarına

qeyd etmәsi; – İmam daxil olduqdan sonra isә mәlәklәrin xütbәni dinlәmәk üçün

dayandıqları yeri tәrk etmәsi; – Gün doğan andan imamın mәscidә daxil olduğu ana qәdәr olan

müddәti beş yerә bölmәklә hәdisdә qeyd olunan saatları tәyin etmәk mümkündür;

– Yalnız üç sinif heyvandan qurban vermәk caizdir: dәvә, öküz vә qoç (keçi dә bura daxildir).

146. Sәlәmәtu ibn әl-Әkva (r.a) – ağacın altında beyәt3 etmiş sәhabә-

lәrdәndir – rәvayәt edir ki, «Biz Peyğәmbәr (s.ә.s) ilә bәrabәr Cümә

1 Bu әlavәni müәllif imam Malikin «Muvatta» әsәrindәn götürüb. 2 Sәdәqә vermiş. 3 Peyğәmbәrә (s.ә.s) sәdaqәt andı içmәk. Bu beyәt Hudeybiyyә sülhü әrәfәsindә olub vә

orada 1400 vә ya bir az çox sәhabә iştirak edib.

Page 89: hokumlerin esasi

89

namazını, divarların kölgәlәnә bilәcәyimiz kölgәsi olmadığı bir zamanda qılıb qurtarardıq» (әl-Buxari, 4168; Müslim, 1990).

Başqa rәvayәtdә: «Biz Peyğәmbәr (s.ә.s) ilә bәrabәr, günәş zeniti keçdikdәn sonra Cümә namazını qılar, sonra da kölgәlәnmәk üçün yer axtarardıq» (Müslim, 1989).

146-cı hәdisdәn çıxarılan nәticәlәr: – Cümә namazını әvvәl vaxtında qılmaq. Alimlәr cümә namazının әvvәl

vaxtı barәsindә ixtilaf etmişlәr. Lakin qeyd etmәk lazımdır ki, günәş zeniti keçdikdәn sonra (zöhr namazının başladığı vaxt) qılmaq әfzәl1, әvvәl isә (bayram namazlarının başladığı zaman) bunu etmәk caizdir2.

– Cümә namazını zöhrün axır vaxtına qәdәr qılmaq caizdir. 147. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Cümә günü

Fәcr namazında "Sәcdә" vә "İnsan" surәlәrini oxuyardı» (әl-Buxari, 891; Müslim, 2031).

147-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cümә günü, fәcr namazında bu iki surәni oxumağın müstәhәb olması

(bәyәnilmәsi); – Peyğәmbәrin (s.ә.s) çox vaxt Fәcr namazında bu surәlәri oxuması. İyirminci fәsil: «İki bayram3» 148. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s), Әbu

Bәkr (r.a) vә Ömәr (r.a) bayram namazlarını xütbәdәn әvvәl qılardılar» (әl-Buxari, 963; Müslim, 2041).

149. әl-Bәra ibn Azib (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Qurban

bayramında namazdan sonra verdiyi xütbәdә dedi: "Bizim kimi namaz qılıb qurban kәsәnin qurbanı qәbul olunur. Namazdan әvvәl bunu edәnin kәsdiyi (heyvan) qurban kimi qәbul olunmur"». Әl-Bәra ibn Azibin (r.a) dayısı Әbu Burdәtә ibn Niyar (r.a) deyir ki, «Mәn Peyğәmbәrә (s.ә.s): "Ey Allahın elçisi! Mәn bu günün yemәk-içmәk (bayram) günü olduğunu bilib bir qoyun kәsdim. Bu qoyun evimdә kәsilәn ilk heyvan olsun deyә onu

1 Çünki Peyğәmbәr (s.ә.s) daima belә edәrdi. 2 Çünki Peyğәmbәr (s.ә.s) hәrdәn belә edәrdi. 3 Fitrә (şәvval ayının 1-i) vә Qurban (zi-l-hiccә ayının 10-u) bayramları.

Page 90: hokumlerin esasi

90

namazdan әvvәl kәsdim vә nahar etdim" – dedikdә, o dedi: "Kәsdiyin qoyun yalnız yemәk üçündür (qurban kimi qәbul olunmur)". Mәn Peyğәmbәrdәn (s.ә.s) "Ey Allahın elçisi! Mәnim evimdә iki qoyundan da sevimli olan bir çәpişim var. Onu kәssәm qurbanı әvәz edәrmi?" – deyә soruşduqda, o dedi: "Bәli, lakin sәndәn sonra belә edәnin (bayramdan әvvәl kәsdiyi heyvanının) әvәzini vermәz"» (әl-Buxari, 955; Müslim, 5042, 5043).

148-ci vә 149-cu hәdislәrdәn çıxarılan nәticәlәr: Peyğәmbәr (s.ә.s) ilk bayram namazını – fitrә bayramı – hicrәtin ikinci

ilindә qılmışdır. – Xütbәni bayram namazından sonra vermәk Peyğәmbәrin (s.ә.s)

sünnәsindәndir1; – Namaz qılıb xütbәni dinlәyib sonra qurbanını kәsәn şәxs sünnәtә

riayәt etmiş sayılır; – Qurbanın kәsilmә vaxtı bayram namazının tamamlanması ilә başlayır.

Vaxtından tez qurbanını kәsәn, cahil dә olsa belә, kәsdiyi heyvan qurban kimi yox, sәdәqә kimi qәbul olunur;

– Hәmin gün sevinc, fәrәh vә yeyib-içmәk günüdür. Elә isә o günü bayram niyyәtilә keçirmәk ibadәtdәn sayılır;

– Bir yaşından az kәsilәn qurbanlıq keçi qurban kimi mәqbul deyildir; – Çәpişin qurbanlıq kimi qәbul olunması yalnız Әbu Burdәtәyә (r.a)

mәxsusdur. 150. Cundub ibn Abdullah әl-Bәcәli (r.a) rәvayәt edir ki, «Peyğәmbәr

(s.ә.s) Qurban günü (bayram) namazı qıldı, sonra xütbә verdi, daha sonra qurbanlıq heyvanı kәsdi vә dedi: «Namazdan әvvәl qurban verәn, (bayram namazından sonra) onun әvәzinә başqa bir heyvan kәssin! Qurban vermәyәn isә, Allahın adını çәkib ("bismillәh" deyib) heyvanı kәssin!"» (әl-Buxari, 985; Müslim, 5037).

150-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qurban kәsmәk tәkid olunmuş sünnәdir. Belә ki, imkanı olmayana

qurban kәsmәk vacib deyildir. 151. Cabir (r.a) rәvayәt edir ki, «Mәn, Peyğәmbәrin (s.ә.s) qıldığı

bayram namazının şahidi oldum. O, xütbәdәn әvvәl azan vә iqamә vermәdәn bayram namazını qıldı vә (xütbә zamanı) sәhabәlәrә Allahdan

1 Yәni daima etdiyi әmәllәrdәndir.

Page 91: hokumlerin esasi

91

qorxmağı, Ona itaәt etmәyi әmr etdi. Sonra onlara öyüd-nәsihәt etdi vә (Allahın axirәt gününә hazırladığı nemәt vә әzabını) xatırlatdı. Daha sonra Bilalın (r.a) әlindәn tutub qadınların yanına getdi. Onlara da öyüd-nәsihәt edib xatırlatdıqdan sonra dedi: "Hәqiqәtәn, Cәhәnnәm әhlinin (sakinlәrinin) әksәriyyәti siz1 olacaqsınız". Onların arasından bir qarayanız qadın ayağa qalxıb: "Nә üçün, ey Allahın elçisi?" – deyә soruşduqda, o dedi: "Çünki, siz (qadınlar) çox gileylәnir vә әrlәrinizin sizә etdiyi yaxşılıqlara qarşı nankorluq edirsiniz". Qadınlar da bәr-bәzәklәrini, sırğa vә üzüklәrini Bilalın (r.a) әtәyinә atıb Allah yolunda sәdәqә verdilәr» (әl-Buxari, 978; Müslim, 2041).

151-ci hәdisdәn çıxarılan nәticәlәr: – Bayram namazının xütbәdәn әvvәl qılınması; – Bayram namazının azan vә iqamәsiz qılınması; – İmamın ayaq üstә xütbә vermәsi (müstәhәbdir); – İmamın xitab olunanlara tәqvanı (Allahdan qorxmağı) әmr etmәsi vә

münasib mövzuda danışması; – Tәqvanı artırmaq üçün Cәhәnnәmi xatırlatmaq; – Qadınlara ayrıca vәzә vermәk iki sәbәbә görә olar: a) xütbәni eşit-

mәdiklәri tәqdirdә; b) yalnız qadınlara aid olanı onlara xatırlatdıqda; – Qadınların bayram namazında iştirak etmәsi; – Qadınların xütbә zamanı (vә s. yerlәrdә) kişilәrә qarışmaması; – Allahın bәxş etdiyi nemәtә naşükürlüyün Cәhәnnәmә aparan amil-

lәrdәn olması; – Sәdәqә vermәyin әzabdan qurtarmaq üçün bir sәbәb olması; – Әzabın sәbәbini soruşmaq sәhabә qadının düşüncәli olmasına dәlalәt

edir; – Ağıllı, düşüncәli qadın ona mәxsus olan maldan, әrinin izni olmasa

belә, sәdәqә verә bilәr; – Әzabdan qurtarmaq üçün xeyirxah işlәr görmәyә tәlәsmәk; – Cәhәnnәm әhlinin әksәriyyәtinin qadın olması. Bunun da sәbәbi

hәdisdә açıq-aydın qeyd olunmuşdur. 152. Ummu Atiyyә2 (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) bakirә

qızların, heyzli qadınların bayram namazlarına gәlmәsini bizә әmr edәr vә heyzli qadınları namaz qılınan yerdәn uzaqlaşdırardı» (әl-Buxari, 351; Müslim, 2051).

1 Yәni, qadınlar. 2 Adı: Nuseybәtu bint Kәb әl-Әnsariyyә.

Page 92: hokumlerin esasi

92

Başqa rәvayәtdә: «Bakirә qızları vә heyzli qadınları bayram namazına çıxartmaq bizә әmr olunardı. Heyzli qadınlar o günün xeyir-bәrәkәtinә nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdәn aralı) oturar, tәkbir vә dua edәrdilәr» (әl-Buxari, 971).

152-ci hәdisdәn çıxarılan nәticәlәr: – Bayram namazının hökmü: a) Hәnbәli mәzhәbinin rәyinә görә bu namazları qılmaq fәrdu-l-

kifayәdir; b) Maliki vә Şafii mәzhәblәrinin rәyinә görә bu namazları qılmaq

sünnәtdir; v) Hәnәfi mәzhәbinin rәyinә görә bu namazları qılmaq vacibdir. Qeyd etmәk lazımdır ki, Peyğәmbәrin (s.ә.s) hәtta qadınlara bu namazı

müşahidә etmәyi әmr etmәsi bu namazın çox әhәmiyyәtli olmasına işarәdir. – Heyzli qadının mәscidә (ibadәt olunan yerә) daxil olmaması; – Bayram namazı qılındığı yerin mәscid hökmündә olması; – Heyzli qadının dua vә zikr etmәsi; – Bayram gününün fәzilәti böyükdür. Belә ki, o gün Uca Allah duaları

qәbul edir; – Bayram günü deyilәn tәkbirin qaydası: «Allahu әkbәr, Allahu әkbәr, lә ilәhә illәllah, Allahu әkbәr, Allahu

әkbәr vә lilәhi-l-hәmd». Bu duanı hәr kәs camaatla (xorla) demәmәk şәrtilә tәkrarlamalıdır.

İyirmi birinci fәsil: «Kusuf1 namazı» 153. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s) zamanında günәşin

üzü tutuldu vә o, camaatı namaza çağırmaq üçün bir nәfәr göndәrdi. Onlar namaz qılmaq üçün toplandıqdan sonra Peyğәmbәr (s.ә.s) tәkbir edib dörd ruku vә dörd sәcdәdәn ibarәt iki rükәt namaz qıldı» (Müslim, 2089).

153-cü hәdisdәn çıxarılan nәticәlәr: – Günәş tutulduqda qılınan namazın müstәhәb olması; – Kusuf namazında Allaha dua etmәk, Ondan bağışlanma dilәmәk

(müstәhәbdir); – Kusuf namazı üçün azanın vermәk(müstәhәbdir); – Bu namazın iki rükәt, dörd rüku vә dörd sәcdәdәn ibarәt olması;

1 Günәşin tutulması prosesi.

Page 93: hokumlerin esasi

93

– Peyğәmbәrin (s.ә.s) zamanında günәşin tutulması. 154. Әbu Mәsud – Uqbәtu ibn Amr – әl-Әnsari әl-Bәdri (r.a) rәvayәt

edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Hәqiqәtәn, günәş vә ay Allahın yaratdığı rәmzlәrdir ki, Allah bununla (günәş vә ay tutulması ilә) qullarını qorxudur. Günәş vә ayın üzü heç kәsin ölümünә vә ya doğulduğuna görә tutulmur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın vә bu hal sona çatana qәdәr Allaha dua edin!"» (әl-Buxari, 1041; Müslim, 2111).

154-cü hәdisdәn çıxarılan nәticәlәr: – Günәş vә ya ay tutulduqda Allaha dua etmәk vә ümidlә Ondan

bağışlanma dilәmәk; – Günәş vә ya ayın üzü açılana qәdәr namaz qılıb dua etmәk; – Günәş vә ya ayın tutulması zamanı (namaz qılınması) qadağan

olunmuş vaxta tәsadüf etsә belә, kusuf vә ya xusuf1 namazını qılmaq caizdir. Çünki bunlar sәbәbli namazlardandır;

– Günәş vә ya ayın tutulmasının hikmәti ondadır ki, insanlar günah etdiklәrini dәrk etsinlәr vә ondan çәkinsinlәr. Hәmçinin yatmış qәlblәr oyansın vә Qiyamәt gününü xatırlasın.

155. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s) zamanında günәş

tutuldu vә o, camaata namaz qıldırdı. Namaz әsnasında qiyam2 vә rukunu uzatdı, sonra rukudan qalxdı vә әvvәlkinә nisbәtәn az qiyamda durdu, sonra ruku etdi vә әvvәlkinә nisbәtәn az rukuda qaldı, (rukudan qalxdıqdan) sonra sәcdә etdi vә onu da uzatdı. İkinci rükәti dә bu qaydada qılıb, artıq günәşin üzü açıldığı zaman namazını bitirdi. Sonra Allaha hәmd-sәna edib dedi: "Hәqiqәtәn, günәş vә ay Allahın yaratdığı rәmzlәrdir. Onlar heç kәsin ölümünә vә ya doğulduğuna görә tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, tәkbir gәtirin, namaz qılın vә sәdәqә verin. Ey Mәhәmmәd ümmәti! Allaha and olsun ki, heç biriniz Allahın zina etdiyi quluna (kişi vә ya qadın) qarşı qeyrәtli3 olduğu kimi (qeyrәtli) ola bilmәz. Ey Mәhәmmәd ümmәti! Mәnim bildiyimi bilsәniz, az gülüb çox ağlayardınız"» (әl-Buxari, 1044; Müslim, 2086).

156. Әbu Musa әl-Әşari (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s)

zamanında günәş tutuldu. O, qiyamәtin qopduğunu zәnn edib mәscidә gәldi

1 Xusuf – Ay tutulduqda qılınan namaz. 2 Tәkbirdәn rükuya qәdәr ayaq üstә dua vә surәlәrin oxunduğu hal. 3 Allaha layiqdir, necәliyi bizә mәlum deyil.

Page 94: hokumlerin esasi

94

vә namaz qıldı. Namaz әsnasında qiyamı, rukunu vә sәcdәni uzatdı. Mәn onun bu cür namaz qıldığını görmәmişdim. Namaz qıldıqdan sonra dedi: "Allahın göndәrdiyi bu rәmzlәr, kiminsә ölümünә vә doğulmasına görә deyildir, lakin Allah bununla qullarını qorxudur. Belә olduğunu gördüyünüz zaman Allaha zikr vә dua etmәyә, ondan bağışlanma dilәmәyә tәlәsin!"» (әl-Buxari, 1059; Muslim, 2114).

155-ci vә 156-cı hәdislәrdәn çıxarılan nәticәlәr: – Kusuf vә ya Xusuf namazından sonrakı xütbәnin hökmü: a) Şafii mәzhәbinә görә bu namazlardan sonra xütbә vermәk

müstәhәbdir; b) Hәnәfi, Maliki vә Hәnbәli mәzhәblәrinin rәyinә görә xütbә vermәk

bәyәnilmir. Bu daha mötәbәr rәy sayılır. Lakin qeyd etmәk lazımdır ki, ehtiyac ucundan qısa moizә vermәk caizdir. Çünki Peyğәmbәr (s.ә.s) insanların: «Günәş İbrahimin1 ölümünә görә tutulmuşdur» – dediyini eşitdikdә demişdir: «Hәqiqәtәn, günәş vә ay Allahın yaratdığı rәmzlәrdir. Onlar heç kәsin ölümünә vә ya doğulduğuna görә tutulmur…»

– İcmanın rәyinә görә bu namazlar tәkid olunmuş sünnәlәrdәndir; – Bu namazlar hәdisdә vәsf olunan qaydada qılınmalıdır; – Bu namazlarda qiyam, rüku vә sәcdәni uzatmaq bәyәnilәn haldır; – Әvvәlki rükәt sonrakı rükәtdәn daha uzun olmalıdır; – Bu namazlar günәş vә ya ayın tutulduğu vaxtdan başlayıb açıldığı

vaxta qәdәr qılınır; – Ehtiyac olduqda namazdan sonra xütbә vermәk caizdir; – Xütbәni Allahı hәmdü-sәna etmәklә başlamaq lazımdır; – Günәş vә ay Allahın kainatda yaratdığı rәmzlәrdir ki, bu da Onun

qüdrәtli vә hikmәtli olmağını tәsdiq edir; – Günәş vә ayın tutulmasında hikmәt ondadır ki, insanlar qorxsun vә

günah etdiklәrini dәrk etsinlәr; – Bu vaxt dua etmәk, namaz qılmaq vә sәdәqә vermәk bizә әmr

olunmuşdur; – Bu ibadәtlәri etmәklә әzabdan sovuşmaq mümkündür; – Peyğәmbәr (s.ә.s) zinakarlığın (fahişәliyin) böyük günahlardan

olmasını ümmәtinә bәyan etmiş vә onları ondan çәkindirmişdir; – Allah Ona layiq sifәtdә qeyrәtlidir; Ümumiyyәtlә Allahın ad vә

sifәtlәri barәsindә söhbәt açıldıqda aşağıdakılardan çәkinmәk vacibdir: * Tәhrif: Sözü lәfzini vә ya mәnasını dәyişdirmәk. Mәsәlәn: İstiva

(ucalmaq) sözünü istәvlә (hökm altına almaq) sözü ilә dәyişdirmәk.

1 Peyğәmbәrin (s.ә.s) oğlunun adıdır.

Page 95: hokumlerin esasi

95

* Tatil: Sözü tamamilә inkar etmәk. Mәsәlәn: Allahın әli yoxdur demәk. * Tәkyif: Sözün keyfiyyәtini (necә-nәcürlüyünü) izah etmәk. Mәsәlәn:

Allahın Öz әllәrilә Adәmi (a.s) necә yaratdığını izah etmәk. * Tәmsil vә Tәşbih: Bәnzәtmә vә oxşatma. Mәsәlәn: Allahın әli mәnim

әlim kimidir vә ya ona oxşayır demәk. Hәr bir müsәlman Quran vә mötәbәr hәdislәrdә sabit olmuş Allahın ad

vә sifәtlәrini tәsdiq etmәli, inkar olunanları (Ona layiq olmayan ad vә sifәtlәri) inkar etmәli, mәlum olmayanlar barәsindә isә susmalıdır.

– Günahkarlar üçün şiddәtli әzabın hazırlanması. Belә ki, bu әzabdan insanların xәbәri olsa az gülüb çox ağlayarlar.

– Allahın Peyğәmbәrә (s.ә.s) qeybdәn xәbәr vermәsi. İyirmi ikinci fәsil: «İstisqa1 namazı» 157. Abdullah ibn Zeyd ibn Asim әl-Mazini (r.a) rәvayәt edir ki,

«Peyğәmbәr (s.ә.s) yağışın nazil olmasını Allahdan istәmәk üçün әbasını tәrsinә çevirib (geyindi) Qiblәyә tәrәf döndü vә dua etdi. Sonra iki rükәt sәslә namaz qıldı» (әl-Buxari, 1024; Müslim, 2086).

157-ci hәdisdәn çıxarılan nәticәlәr: – İstisqa namazını qılmaq (müstәhәbdir); – Xütbәni İstisqa namazından әvvәl vermәk; – Dua etdikdә qiblәyә tәrәf yönәlmәk; – Dua etdikdә libası tәrsinә çevirib geyinmәk; – İstisqa namazını sәslә qılmaq. Qeyd: cümә, bayram, xüsuf vә kusuf namazları da sәslә qılınır. – Bu namazı geniş yerdә qılmaq. 158. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Cümә günü bir kişi, mәscidә

Ömәrin (r.a) evinin istiqamәtindә olan qapıdan daxil oldu vә ayaq üstә xütbә verәn Peyğәmbәrә (s.ә.s) yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara hәlak olur, sәfәrlәr dә dayandırılıb (quraqlıq olduğu üçün dәvәlәrlә sәfәrә çıxmaq olmur). Allahın bizә yağış nazil etmәsi üçün dua et!" Peyğәmbәr (s.ә.s) әllәrini qaldırıb üç dәfә "Allahım, bizә yağış endir!" – deyә dua etdi». Әnәs (r.a) deyir ki, «Allaha and olsun ki, göydә nәinki bulud, heç bulud

parçası da yox idi. Bizimlә Sәlin1 arasında da nә bir ev, nә dә bir koma var

1 Yağışın nazil olmasını istәmәk üçün qılınan namaz.

Page 96: hokumlerin esasi

96

idi. Birdәn Sәlin arxasından qalxanabәnzәr bir bulud göründü. Bulud gәlib sәmanın ortasına çatdıqda yayıldı vә yağış yağdı. Allaha and olsun ki, bir hәftә gün üzü görmәdik. Cümә günü bir kişi yenә mәscidә Ömәrin (r.a) evinin istiqamәtindә olan qapıdan daxil oldu vә ayaq üstә xütbә verәn Peyğәmbәrә (s.ә.s) yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara hәlak olur, sәfәrlәr dә dayandırılıb (yolları su basdığı üçün dәvәlәrlә sәfәrә çıxmaq olmur). Allaha, yağışı dayandırması üçün dua et!" Peyğәmbәr (s.ә.s) әllәrini qaldırıb dua etdi vә dedi: "Allahummә hәvaleynә va lә әleynә, Allahummә alә-l-әkәm va-z-zirab va butuni-l-әudiyә va mәnabiti-l-әşcar". Bu duadan sonra buludlar çәkildi vә biz qızmar günәşin altında gәzişmәyә başladıq». Şureyk deyir ki, «Mәn Әnәsdәn (r.a): "O (ikinci dәfә gәlәn kişi) hәmәn

kişi (birinci dәfә gәlәn) idi?" – deyә soruşduqda, o: "Bilmirәm" – deyә cavab verdi» (әl-Buxari, 1013; Müslim, 2075).

Duanın tәrcümәsi: «Allahım, bu yağışı bizim ziyanımız üçün yox, xeyrimiz üçün endir. Allahım, bu yağışı yaylaların, tәpәlәrin, vadilәrin üzәrinә vә ağacların dibinә endir!»

158-ci hәdisdәn çıxarılan nәticәlәr: – Xütbәni ayaq üstә vermәk; – Yağışın yağması üçün dua etmәk; – Dua etdikdә әllәri qaldırmaq; – Yağışın dәrhal yağması Mәhәmmәdin (s.ә.s) peyğәmbәrliyini tәsdiq

edәn möcüzәlәrdәndir; – Yağışın yağması üçün Peyğәmbәr (s.ә.s) kimi dua etmәk (müstә-

hәbdir); – Allahdan qorxan, saleh insanın tәlәbini nәzәrә alıb dua etmәk

(caizdir). İyirmi üçüncü fәsil: «Qorxu namazı» 159. Abdullah ibn Ömәr ibni-l-Xәttab (r.a) rәvayәt edir ki, «Peyğәmbәr

(s.ә.s) döyüşdә düşmәnlә qarşılaşdığımız zaman bizә qorxu namazı qıldırardı. Bir dәstә sәhabә onunla namaza başlayar, o biri dәstә isә onları qoruyardı. Bir rükәt qıldıqdan sonra isә dәstәlәr yerlәrini dәyişәr vә Peyğәmbәr (s.ә.s) ikinci rükәti tamamlayardı. Daha sonra isә hәr dәstә

1 Mәdinә şәhәrindәki dağın adıdır.

Page 97: hokumlerin esasi

97

(әvvәlcә ikinci dәstә, sonra da birinci dәstә) qalan bir rükәti tamamlayardı» (әl-Buxari, 942; Müslim, 1939).

159-cu hәdisdәn çıxarılan nәticәlәr: – Hәr hansı bir tәhlükәli sәbәbә görә qorxu namazı qılmaq; – Bu namazı hәdisdә göstәrilәn qaydada qılmaq; – Zәruriyyәt üçün namazda artıq hәrәkәt etmәk onu batil etmir; – Qorxu, tәhlükә olsa belә namazları vaxtında vә camaat şәklindә

qılmaq üçün sәy göstәrmәk; – Düşmәndәn ehtiyat etmәk. 160. Yezid ibn Rumәn, Saleh ibn Xavvәt ibn Cubeyrdәn, o da

Peyğәmbәr (s.ә.s) ilә bәrabәr «Zatu-r-Riqa» döyüşündә qorxu namazı qılan sәhabәdәn rәvayәt edir ki, «Bir dәstә, Peyğәmbәr (s.ә.s) ilә bәrabәr namaza başladı, o biri dәstә isә (onları qorumaq üçün) düşmәnә tәrәf döndü. Peyğәmbәr (s.ә.s) bir rükәt qıldıqdan sonra ayağa qalxıb sәhabәlәr ikinci rükәti sәrbәst tamamlayana qәdәr hәrәkәtsiz dayanıb gözlәdi. Dәstәlәr yerlәrini dәyişdirdikdәn sonra ikinci rükәti qıldı vә o biri dәstә ikinci rükәti tamamlayana qәdәr hәrәkәtsiz dayanıb gözlәdi. Sonra isә (onlardan әvvәl) salam verib namazı tamamladı» (әl-Buxari, 4129; Müslim, 1944).

Müәllif deyir ki, «Peyğәmbәr (s.ә.s) ilә bәrabәr namaz qılan sәhabә Sәhl ibn Әbi Hәsmәtәdir (r.a)».

160-cı hәdisdәn çıxarılan nәticәlәr: – Qorxu namazı müxtәlif keyfiyyәtlәrdә varid olmuşdur. Lakin Malik,

Şafii, Әhmәd vә s. islam alimlәri bu hәdisdә vәsf olunmuş qaydanı seçmişlәr;

– Namazın camaatla birgә qılınması; – Qorxu namazının hәdisdә göstәrilәn qaydada qılınması; – Bu namazın әmin-amanlıqda qılınan namazdan fәrqlәnmәsi. 161. Cabir ibn Abdullah әl-Әnsari (r.a) rәvayәt edir ki, «Mәn

Peyğәmbәr (s.ә.s) ilә qorxu namazını qıldım. O, bizi iki cәrgәyә düzdü vә düşmәn mövqeyi bizimlә qiblә arasında olduğu vәziyyәtdә namaza başladı. Biz onunla bәrabәr tәkbir vә ruku etdik, sonra da rukudan qalxdıq. O, birinci sәf ilә bәrabәr sәcdә etdiyi zaman ikinci sәf düşmәnә qarşı dayanıb gözlәdi. Onlar (hәr iki) sәcdәni etdikdәn sonra ikinci sәf dә sәcdә etdi. Ayağa qalxdıqdan sonra isә cәrgәlәr yerlәrini (1-ci cәrgә 2-ci cәrgәnin, 2-ci cәrgә dә 1-ci cәrgәnin yerinә keçmәklә) dәyişdirdi vә ikinci rükәti dә

Page 98: hokumlerin esasi

98

әvvәlki rükәt kimi qıldıq. Sonra isә hamımız onunla bәrabәr salam verib namazı bitirdik».

Cabir (r.a) deyir ki, «(Onların qıldığı namaz) keşikçilәrimizin әmirlәrini qoruduğu zaman qıldıqları namaz kimidir» (Müslim, 1943).

Başqa rәvayәtdә: «O, Peyğәmbәr (s.ә.s) ilә bәrabәr qorxu namazını yeddinci döyüşdә – Zәtu-r-Riqa döyüşündә qıldı» (әl-Buxari, 4125).

161-ci hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) namazı bu qaydada qıldırması onun әdalәtli

olmasına dәlalәt edir; – Qorxu namazını hәdisdә göstәrilәn qaydada qılmaq. İyirmi dördüncü fәsil: «Cәnazәlәr» 162. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Nәcaşinin1

ölüm xәbәrini elan etdikdәn sonra namaz qılınan yerә gәldi, cәrgәlәri düzdü vә dörd tәkbirli (rüku vә sәcdәsiz) namaz qıldı» (әl-Buxari, 1333; Müslim, 2201).

163. Cabir (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Nәcaşinin (cәnazә)

namazını qıldığı zaman mәn ikinci vә ya üçüncü sәfdә idim» (әl-Buxari, 3878).

164. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) meyit

dәfn olunduqdan sonra qәbrin önündә dayanıb dörd tәkbirli (rüku vә sәcdәsiz) namaz qıldı» (Müslim, 2208).

162-ci, 163-cü vә 164-cü hәdislәrdәn çıxarılan nәticәlәr: – Qәriblikdә ölәn şәxs üçün (cәnazәni müşahidә etmәyәrәk) qılınan

cәnazә namazının hökmü: a) Әbu Hәnifә vә Malikin rәyinә görә belә namaz qılmaq caiz deyildir.

Peyğәmbәrin (s.ә.s) Nәcaşi üçün qıldığı cәnazә namazı isә ona (s.ә.s) mәxsusdur.

b) Şafiinin rәyinә görә isә belә namaz qılmaq caizdir. İmam Şafii bu hәdislәrә әsaslanıb belә nәticә çıxarmışdır.

v) Әhmәd ibn Hәnbәl, İbn Teymiyyә, İbnu-l-Qeyyim, Әbdürrәhman әs-Sәdi vә s. alimlәrin rәyi müfәssәldir. Belә ki, qürbәtdә ölәn şәxs üçün

1 Bu, Hәbәşistan krallarının tituludur. Qeyd olunanın adı Әshәmәdir.

Page 99: hokumlerin esasi

99

cәnazә namazı qılınıbsa, qeyrilәri üçün bu namazı qılmaq vacib deyildir. Әks halda isә, cәnazә müşahidә olunmasa belә, bu namazı qılmaq vacibdir.

Qeyd etmәk lazımdır ki, üçüncü rәy әn mötәbәr rәy sayılır. – Cәnazә namazını qılmaq fardu-l-kifayәdir; – Cәnazә namazının dörd tәkbirdәn ibarәt olması. Birinci tәkbirdәn

sonra Fatihә surәsi, ikinci tәkbirdәn sonra salavat, üçüncü tәkbirdәn sonra mәrhum üçün dua oxunur vә dördüncü tәkbirdәn sonra isә salam vermәklә namaz tamamlanır.

Qeyd etmәk lazımdır ki, bu namazda rüku vә sәcdә edilmir. – Cәnazә namazını qılanların sayı lap çox olarsa, onu bayram namazının

qılındığı yerdә qılmaq müstәhәbdir; – Namaz qılanların sayının çox olması vәfat edәn şәxsin xeyrinәdir; – Ölәn şәxsin kim (kişi, qadın vә ya uşaq) olduğu namaz qılanlara

bildirilmәlidir. 165. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) (vәfat etdikdәn sonra)

ağ rәngli, tәrtәmiz üç Yәmәn sarğısı (kәfәn) ilә sarındı. Bu sarğıların arasında köynәk vә әmmamә yox idi» (әl-Buxari, 1264; Müslim, 2177).

165-ci hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) kәfәninin üç sarğıdan ibarәt olması; – Kәfәnin ağ vә tәmiz olması. (müstәhәbdir) Qeyd: qadının kәfәni beş sarğıdan ibarәtdir. 166. Ummu Atiyyә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) qızı Zeynәb

(r.a) vәfat etdikdәn sonra bizim yanımıza gәlib dedi: "Zeynәbi üç, ya beş, ya da (ehtiyac varsa) bundan da çox su, sidr1 vә kafur2 ilә yuyun. Qurtardıqdan sonra mәnә xәbәr verin. Biz onu yuyub qurtardıqdan sonra Peyğәmbәri (s.ә.s) çağırdıq. O, izarını (paltarın aşağı hissәsi) onlara verib dedi: "Onu buna sarıyın!"» (әl-Buxari, 1257; Müslim, 2165).

Başqa rәvayәtdә: «…üç, ya beş, ya da yeddi dәfә…» (әl-Buxari, 1259; Müslim, 2168).

Başqa rәvayәtdә Peyğәmbәr (s.ә.s) әmr edib deyir: «Sağ tәrәfindәn, dәstәmazda yuyulan әzalarından başlayın…» (әl-Buxari, 1256; Müslim, 2172).

Başqa rәvayәtdә Ummu Atiyyә deyir ki, «Saçlarını üç hörük hördük» (әl-Buxari, 1259; Müslim, 2168).

1 Şam fәsilәsindәn olub, hәmişәyaşıl iynәyarpaqlı ağacdır. 2 Әtir növü. Kafur: dәfnәkimilәr fәsilәsindәn hәmişәyaşıl ağacdır.

Page 100: hokumlerin esasi

100

166-cı hәdisdәn çıxarılan nәticәlәr: – Müsәlman meyitini qüsl etmәk fәrdu-l-kifayәdir; – Qadını yalnız qadın, kişini dә yalnız kişi yumalıdır. Yalnız әr-arvad

müstәsnadır. Belә ki, onlardan biri digәrini yuya bilәr; – Meyiti üç vә ya daha çox tәk sayda yumaq; – Qüsl etdikdә sidr vә kafurdan istifadә etmәk; – Qüsl etdikdә sağ tәrәfdәn – dәstәmazda yuyulan әzalardan başlamaq; – Qadının saçlarını üç hörük hörmәk; – Ancaq Peyğәmbәrә (s.ә.s) mәxsus olan bir şeyin (paltarın, saçı, aldığı

su vә s.) vasitәsilә bәrәkәtә nail olmaq olar. 167. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Bir kişi Әrafada1

mindiyi heyvanın üzәrindәn yerә düşdü vә boynu sındı. (Vәfat etdikdәn sonra) Peyğәmbәr (s.ә.s) dedi: "Onu su vә sidr ilә yuyub iki sarğı (kәfәn) ilә sarıyın. Onu әtirlәmәyin vә başını da örtmәyin hәqiqәtәn, o, Qiyamәt günü tәlbiyә2 edәrәk dirilәcәk"» (әl-Buxari, 1265; Müslim, 2884).

167-ci hәdisdәn çıxarılan nәticәlәr: – Ehramda3 ikәn ölәn şәxsi qüsl etmәk; – Qüsl etdikdә sidrdәn istifadә etmәk; – Meyiti kәfәnlәmәk; – Ehramda ikәn ölәn şәxsi әtirlәmәmәk; – Başını örtmәmәk; – Meyiti iki sarğı ilә kәfәnlәmәk. Qeyd: iki sarğı dedikdә, göbәkdәn aşağı vә ondan yuxarı olan sarğılar

nәzәrdә tutulur. Bundan belә nәticә çıxır ki, meyiti bir qat kәfәnә bükmәk kifayәtdir.

168. Ummu Atiyyә әl-Әnsariyyә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr

(s.ә.s) bizә (qadınlara) cәnazәni tәqib4 etmәyi qadağan etdi, lakin haram olmasını tәkid etmәdi» (әl-Buxari, 1278; Müslim, 2164).

1 Mәkkәnin yaxınlığında yerlәşәn dağ vә onun әtrafında olan yerin adıdır. Hәmçinin, zi-

l-hiccә ayının 9-u Әrafa günü adlanır. 2 Bu duanı oxumaq: «lәbbeyk-әllahummә lәbbeyk, lәbbeykә lә şәrikә lәkә lәbbeyk,

innә-l-hәmdә va-n-ni‘mәtә lәkә va-l-mulk lә şәrikә lәk». 3 Ehram – niyyәt edib Hәcc marәsiminә başladıqdan bayram gününә qәdәr olan vaxtdır. 4 Tәqib – cәnazәni qәbiristanlığa qәdәr müşayiәt etmәk vә dәfn mәrasimindә iştirak

etmәkdir.

Page 101: hokumlerin esasi

101

168-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cәnazәni tәqib etmәyin qadınlara qadağan olması; – Qadına cәnazәni tәqib etmәyin qadağan edilmәsinә sәbәb, onun bu

anda sәbr etmәmәsidir. 169. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Cәnazәni (ölәn şәxsi) dәfn etmәyә tәlәsin! Hәqiqәtәn, o, saleh olarsa, siz (ona) xeyir nәsib etmiş, әks halda isә şәri boynunuzdan atmış olarsınız"» (әl-Buxari, 1315; Müslim, 2183).

169-cu hәdisdәn çıxarılan nәticәlәr: – Meyiti dәfn etmәyә tәlәsmәk. Bir şәrtlә ki, tәlәsmәkdәn meyitә vә ya

onu aparanlara zәrәr toxunmasın; – Әmәlisaleh insanların cәnazәsini tәqib etmәk vә günahkarlardan

uzaqlaşmaq. 170. Sәmurә ibn Cundәb (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәr (s.ә.s)

ilә nifasdan1 vәfat etmiş qadının cәnazә namazını qıldım. O, namazda ikәn (axıra qәdәr) meyitin orta nahiyәsindә dayandı» (әl-Buxari, 1331; Müslim, 2234).

170-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qadın üçün cәnazә namazının qılınması; – Qadın üçün qılınan namazda kişidәn fәrqli olaraq imam üzü qiblәyә

cәnazәnin orta nahiyәsindә dayanmalıdır2; – Doğuş zamanı vәfat etmiş qadın şәhid sayılsa belә, onun üçün cәnazә

namazı qılınmalıdır. Çünki Allah yolunda vuruşub şәhid olanla bu şәhidlik rütbәsi fәrqlidir.

171. Әbu Musa Abdullah ibn Qeys әl-Әnsari (r.a) rәvayәt edir ki,

«Peyğәmbәr (s.ә.s), meyit üçün ağlayan zaman sәsini qaldıran, saçını qırxan (vә ya yolan) vә paltarını cıran qadından uzaq idi3» (әl-Buxari, 1296; Müslim, 283).

171-ci hәdisdәn çıxarılan nәticәlәr:

1 Nifas – uşaq doğduqdan sonra, adәtәn qırx günә qәdәr qadının fәrcindәn gәlәn qana

deyilir. Nifasdan: yә‘ni, nifas olan müddәtdә vә ya nifas qanından ya da doğuşda. 2 Kişi üçün cәnazә namazı qıldıran imam meyitin baş tәrәfindә dayanmalıdır. 3 Günah etmәkdә onlara şәrik olmazdı.

Page 102: hokumlerin esasi

102

– Saç yolmaq, paltar cırmaq, qışqırmaq vә s. bu kimi bәyәnilmәyәn әmәllәrlә Allahın yazdığı qәdәrә etiraz etmәyin haram olması;

– Cәhalәt әhlinin şәriәtә müxalif olan әmәllәrinә tәqlid etmәyin haram olması;

– Hәdisdә qeyd olunan әmәllәrin böyük günahlardan sayılması; – Hәddi aşmayaraq hәzin-hәzin ağlamağın caiz olması. Peyğәmbәr

(s.ә.s) oğlu İbrahim vәfat etdikdә onun üçün ağlaması buna dәlildir. Müsibәtә düçar olmuş hәr bir müsәlmana aşağıdakı ayә vә hәdisi

xatırlatmaq ona fayda verәr. Uca Allah buyurur: «Әlbәttә, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can vә mәhsul

qıtlığı ilә imtahan edәrik. Sәbr edәn şәxslәrә müjdә ver! O kәslәr ki, başlarına bir müsibәt gәldiyi zaman: "Biz Allahın bәndәlәriyik vә (ölәndәn sonra) Ona tәrәf (Onun dәrgahına) qayıdacağıq!" – deyirlәr. Onları Rәbbi tәrәfindәn bağışlanmaq vә rәhmәt gözlәyir. Onlar doğru yoldan olanlardır» («әl-Bәqәrә» surәsi, 155-157).

Süheyb (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi: «Mömin bәndәnin hәr bir әmәli qәribә vә onun üçün xeyirlidir. Bu da yalnız möminә mәxsusdur. Ona nemәt әta olunduqda ona şükr edir, bәla gәldikdә isә ona sәbr edir vә hәr ikisi onun üçün xeyirli olur».

172. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s) zövcәsi Ummu

Sәlәmә (r.a) vә Ummu Hәbibә (r.a) Hәbәşistandakı Mariya adlı kilsәnin gözәl olduğunu vә içәrisindәki şәkillәri müşahidә etmәsini ölümqabağı ona xәbәr verdilәr, O, başını qaldırıb dedi: "Onlar vәfat etmiş saleh insanın qәbrinin üzәrindә mәscid tikir, sonra da içәrisindә onun şәklini tәsvir edirlәr. Onlar Allah yanında mәxluqatın şәrlisi hesab olunurlar» (әl-Buxari, 1341; Müslim, 1181).

172-ci hәdisdәn çıxarılan nәticәlәr:

Page 103: hokumlerin esasi

103

– Qәbrin üzәrindә mәscid vә ya ona bәnzәr tikili tikmәyin qadağan olunması;

– Mәscidin içәrisindә şәkil tәsvir etmәyin qadağan olunması; – Bunu edәnlәrin Allah yanında әn şәrli insanlardan hesab olunması. 173. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ölümqabağı demişdir:

"Allah yәhudi vә nәsranilәrә, peyğәmbәrlәrinin qәbrlәri üzәrindә mәscid bina etdiklәrinә görә lәnәt etmişdir"».

Aişә deyir ki: «Bunu demәsә idi evimdәn xaric bir yerdә dәfn edilәrdi» (әl-Buxari, 1330; Müslim, 1184).

173-cü hәdisdәn çıxarılan nәticәlәr: – Qәbrin üzәrindә mәscid vә ya ona bәnzәr tikili tikmәyin qadağan

olunması; – Peyğәmbәrin (s.ә.s) yәhudi vә nәsranilәrin (xristianların) etdiklәri

günah barәsindә xәbәr vermәsi; – Qәbrin yanında qılınan namazın böyük şirkә aparan vasitәlәrdәn

olması; – Allah Peyğәmbәrini (s.ә.s) şirk üçün vasitә olmaqdan qorumuşdur. – Bu, Peyğәmbәrimizin (s.ә.s) ölüm anında etdiyi vәsiyyәtlәrdәndir. Bir çoxları әl-Kәhf surәsinin 21-ci ayәsinә әsaslanaraq islam dinindә

qәbrin üzәrindә mәscidin tikilmәsinә icazә verir. Uca Allah bu ayәdә demişdir:

«(Nәhayәt, әshabi-kәhf öldükdәn sonra kafirlәr) dedilәr: "Onların

üstündә bir bina tikin. Rәbbi (onların öldüyünü, yaxud yenidәn yuxuya getdiyini vә nәyә etiqad etdiklәrini) daha yaxşı bilir". (Әshabi-kәhf haqqındakı mübahisәdә) qalib gәlәnlәr isә: "Onların (mәzarı) üstündә (Allaha ibadәt etmәk mәqsәdilә) bir mәscid tikәcәyik" – dedilәr».

Bunun izahı isә belәdir: 1) Bu anlayış Peyğәmbәrdәn (s.ә.s) varid olan mötәbәr hәdislәrә ziddir; 2) Ehtimal var ki, bu әmәl onların şәriәtinә görә caiz olub. Lakin qeyd

etmәk lazımdır ki, bu çox zәif ehtimaldır; 3) Allahın onlar haqqında xәbәr vermәsi heç dә bu әmәlin müsәlmanlara

vacib vә ya müstәhәb olmasına dәlalәt etmir;

Page 104: hokumlerin esasi

104

4) «Onların üstündә bir mәscid tikәcәyik» – ifadәsinin kim tәrәfindәn deyildiyi dәqiq mәlum deyildir;

5) Ayәdә onların mәscid tikmәk istәyi qeyd olunub, lakin tikib-tikmәdiklәri mәlum deyildir.

174. Abdullah ibn Mәs‘ud (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"(Ölәn şәxs üçün ağladıqda) üz-gözünә döyәn1, paltarını cıran vә cahiliyyә dövründәn qalan sözlәri2 işlәdәn bizdәn deyildir3"» (әl-Buxari, 1294; Müslim, 281).

174-cü hәdisdәn çıxarılan nәticәlәr: – Üz vә sinәyә vurmaq, paltarı cırmaq vә cahillәrin Allahın qәdәrinә

etiraz әlamәti olaraq istifadә etdiklәri kәlmәlәri demәyin qadağan olun-ması;

– Hәdisdә qeyd olunan әmәllәrin böyük günahlardan sayılması. 175. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Cәnazәni müşahidә4 edib namazını qılana bir, (ondan sonra) dәfn olunana qәdәr onu tәqib edәnә isә iki qirat qәdәr savab yazılır". Sәhabәlәr: "İki qirat nә qәdәrdir?" – deyә soruşduqda, Peyğәmbәr (s.ә.s): "İki böyük dağ kimidir" – deyә cavab verdi» (әl-Buxari, 1325; Müslim, 2186).

Başqa rәvayәtdә: «Qiratların әn kiçiyi Uhud dağı kimidir» (Müslim, 2189).

175-ci hәdisdәn çıxarılan nәticәlәr: – Meyitә cәnazә namazını qılıb onu dәfn olunana qәdәr tәqib edәn

böyük savab qazanır, – Bunu edәnin nә qәdәr savab qazandığını yalnız Allah bilir; – Peyğәmbәrin (s.ә.s) ümmәtini bu iki әmәli etmәyә rәğbәtlәndirmәsi,

Allahın meyitә bәxş etdiyi nemәtdir. Belә ki, namaz qılıb tәqib edәnlәrin sayı çox olduqca, meyit üçün dua edib bağışlanma dilәyәnlәrin sayı da çox olar;

– Müsәlmanın qazandığı savabın nisbәti әmәllәrinin nisbәtilә ölçülür. Belә ki, Peyğәmbәr (s.ә.s) meyitә cәnazә namazını qılanın bir qirat, bununla belә onu dәfn olunana qәdәr tәqib edәnin isә iki qirat savab qazanması haqqında xәbәr vermişdir.

1 Hәmçinin, bәdәninin başqa әzalarınıa әziyyәt verәn. 2 Aslanım, igidim, mәlәyim, canım vә s. 3 Yәni, bizim sünnәtdәn, yoldan. Qeyd: bu әmәllәri edәn islamdan xaric olmur, kafir

sayılmır. 4 Meyitin yuyulub kәfәnlәnmәsindә iştirak etmәk.

Page 105: hokumlerin esasi

105

Xülasә Namazın rüknlәri: – qiyam (namazı ayaq üstә qılmaq); – tәkbirlә (Allahu әkbәr demәklә) namaza başlamaq; – Fatihә surәsini oxumaq; – rüku etmәk; – rükudan qalxıb dikәlmәk; – sәcdә etmәk; – sәcdәdәn qalxıb oturmaq (yalnız iki sәcdә arasında); – bu hәrәkәtlәri (rahatlıqla) tәlәsmәdәn etmәk; – axırıncı rükәtdә tәşәhhüd demәk üçün oturmaq; – axırıncı rükәtdә tәşәhhüdü oxumaq; – bu hәrәkәtlәri tәrtiblә ( ardıcıllıqla) etmәk; – salam ilә namazı tamamlamaq. Bu rüknlәrdәn hәr hansı birini bilәrәkdәn tәrk edәnin namazı batil olur.

Lakin sәhvәn bu rüknlәrdәn bәzilәrini tәrk edәn tәrk etdiyi rüknә görә yenidәn bir rükәt әlavә qılmalı vә sәhv sәcdәsi etmәlidir. Namazı çox tez qılan, yaxud ayaq üstә qılmaq imkanı ola-ola oturaq qılan vә yaxud ilk tәkbiri etmәyәn namazı yenidәn tam qılmalıdır.

Namazın vaciblәri: – ehram tәkbirindәn (namazı başladıqda edilәn tәkbirdәn) başqa olan

tәkbirlәr; – «sәmi-Allahu limәn hәmidәh» demәk; – «Rabbәnә vә lәkәl hәmd» demәk; – «sübhanә Rabbiyә-l-azım» demәk; – «sübhanә Rabbiyә-l-әlә» demәk; – «Rabbi-ğ-firli» demәk; – dörd vә üç rükәtli namazın ikinci rükәtindәn sonra oturmaq; – dörd vә üç rükәtli namazın ikinci rükәtindәn sonra tәşәhhüdü oxumaq. Bu vaciblәrdәn hәr hansı birini bilәrәkdәn tәrk edәnin namazı batil olur.

Lakin sәhvәn bu vaciblәrdәn birini tәrk edәn tәrk etdiyi vaciblәrә görә yalnız iki dәfә sәhv sәcdәsi etmәlidir.

Namazın şәrtlәri: – müsәlman olmaq; – hәddi-büluğa çatmaq;

Page 106: hokumlerin esasi

106

– ağıllı (nә dediyini vә etdiyini qavramaq qabiliyyәtindә) olmaq; – tәharәtli olmaq (qüsl vә ya dәstәmazlı, vә ya onları әvәz edәn

tәyәmmümlü olmaq); – hәr namazı vaxtında qılmaq; – paltarı, bәdәni vә namaz qılınan yeri nәcasәtdәn (murdarlıqdan)

tәmizlәmәk; – ayıb yerlәrini (övrәti) örtmәk; – qiblәyә tәrәf durmaq. Aşağıdakı hallarda qiblәyә tәrәf durmaq şәrt deyil: a) qorxu olduqda (düşmәndәn, vәhşi heyvandan vә s.); b) aciz olduqda (xәstәlik, mәcburiyyәt vә s.); v) fәrz namazlarından başqa minik üzәrindә qılınan nafilә namazlarında; – hәr namaz üçün (qәlbdә) niyyәt etmәk. Bilәrәkdәn bu şәrtlәrdәn birini tәrk edәnin namazı batildir. Namazın sünnәlәri (müstәhәblәri): – istiftah (Fatihә surәsindәn qabaq oxunan dua); – «bismillәhi-r-rahmәni-r-rahim» demәk; – «Amin» demәk; – Fatihә surәsindәn sonra oxunan hәr hansı bir surә; – sübh, mәğrib, işa vә s. sәsli namazlarda sәslә oxumaq; – «sübhanә Rabbiyә-l-azım» duasını bir dәfәdәn artıq oxumaq; – rükuda bu duadan başqa oxunan dualar; – sonuncu tәşәhhüddә salavatdan sonra oxunan dualar; – әllәri qaldırmaq (tәkbir edәrәk namaza daxil olduqda, rüku etdikdә,

rükudan vә tәşәhhüddәn sonra üçüncü rükәtә qalxdıqda); – sağ әl sol әlin üzәrindә olmaqla әllәri sinәnin üzәrinә qoymaq; – sәcdә yerinә baxmaq; – birinci rükәtin ikinci rükәtdәn, ikinci rükәtin üçüncü rükәtdәn, üçüncü

rükәtin dә dördüncü rükәtdәn uzun olması; – tәşәhhüddә vә ikinci, dördüncü rükәtlәrә qalxmazdan әvvәl sol ayaq

üzәrindә oturmaq vә sağ ayağın barmaqlarını qiblәyә tәrәf yönәltmәk; – tәşәhhüddә işarә barmağını qiblәyә tәrәf yönәltmәk vә ya onu tәr-

pәtmәk; – rükuda, әllәri açıq vәziyyәtdә dizdәn tutmaq; – «sübhanә Rabbiyә-l-әlә» duasını bir dәfәdәn artıq oxumaq; – «Rabbi-ğ-firli» duasını bir dәfәdәn artıq oxumaq; – Peyğәmbәrә (s.ә.s) salavat gәtirmәk. Bu sünnәlәrin birini tәrk etmәk namazı batil etmir vә sәhv sәcdәsi

etmәk dә lazım gәlmir, yalnız namaz qılan artıq savab qazanmır.

Page 107: hokumlerin esasi

107

Namazda bәyәnilmәyәn әmәllәr: – yuxarı baxmaq; – sәbәbsiz yerә başı döndәrmәk; – namazdan yayındıran şeylәrә baxmaq; – әllәri belә qoymaq; – sәcdәdә dirsәklәri yerә qoymaq; – gözlәri yummaq; – sәbәbsiz yerә artıq hәrәkәtlәr etmәk (qaşınmaq, tәrpәnmәk vә s.); – süfrәdә yemәk olduqda namaz qılmaq; – eyni rükәtdә Fatihәni tәkrar oxumaq; – sidiyi, havanı vә s. saxlayaraq ayaqyoluna getmәmәk. Bu mәkruhlardan birini etmәk namazı batil etmir vә sәhv sәcdәsi etmәk

dә lazım gәlmir, yalnız namaz qılan artıq savab qazanmır. Namazı batil edәn şeylәr: – namaz әsnasında (namazdan kәnar danışmaq; – әrkan, vacib vә şәrtlәrdәn hәr hansı birini qәsdәn tәrk etmәk. Әrkanlardan birini bilmәyәrәkdәn tәrk etmәk dә namazı batil edir.

Page 108: hokumlerin esasi

108

ÜÇÜNCÜ BÖLMӘ: ZӘKAT 176. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Müaz

ibn Cәbәli (r.a) Yәmәnә göndәrdikdә ona demişdir: "Sәn kitab әhlindәn olan bir qövmün yanına gedirsәn, elә isә onları (tövhidә) "әşhәdü әn lә ilәhә illәllahu vә әşhәdü әnnә Mühәmmәdәn rәsulullah" kәlmәsinә dәvәt et. Buna itaәt edәrlәrsә, o qövmә xәbәr ver ki, Allah onlara gün әrzindә beş vaxt namaz qılmaqlarını fәrz1 buyurmuşdur. Buna itaәt edәrlәrsә, o qövmә xәbәr ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sәdәqәnin (zәkatın) verilmәsini fәrz buyurmuşdur. Buna da itaәt edәrlәrsә, onların әn qiymәtli mallarını götürmәkdәn çәkin! Habelә, mәzlumun duasından qorx! Hәqiqәtәn, onun duası ilә Allahın arasında heç bir maneә yoxdur» (әl-Buxari, 1395; Müslim, 121).

176-cı hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) sәhabәlәrinә dәvәtin üslubunu öyrәtmәsi; – Qeyri-müsәlmanla münaqişә etmәk vә onda olan şübhәlәri rәdd etmәk

üçün hazırlaşmaq; – Hikmәtlә dәvәt etmәyin üslublarını öyrәnmәk; – Dәvәt etdikdә әn mühüm әmrlәrdәn başlamaq; – Tövhidin әn mühüm әmr sayılması. Belә ki, Uca Allah onsuz heç bir

ibadәti qәbul etmir; – Beş vaxt qılınan namazlar dinin dayağı olduğu üçün tövhiddәn sonra

әn mühüm әmr hesab olunur; – Zәkatın da әn mühüm әmr hesab olunması; – İlk mühüm sayılan әmәlә itaәt etmәmiş sonrakına keçmәmәk; – Zәkatın, kasıblar üçün tәsәlli vә tәskinlik olması; – Zәkat toplayana malın әn qiymәtlisindәn vә әn gözәlindәn götürmәsi

haramdır. Belә ki, götürdüyü zәkat malı nә çox qiymәtli vә gözәl, nә dә ki, çox ucuz vә keyfiyyәtsiz olmamalıdır;

– Zәkat toplayan zülm etmәkdәn çәkinmәlidir. Belә ki, zülm etmәk әn böyük günahlardandır;

– Mәzlum kafir olsa belә, onun duasının qәbul olunması; – Әmr sahiblәrinin zәkat toplayanlara nәsihәt vermәsi; – Yalnız beş namazın fәrz olması; – Sәkkiz sinif2 (zәkat verilәn) insanların yalnız bir qisminә (kasıblara)

zәkat vermәklә kifayәtlәnmәk caizdir;

1 Hәr bir müsәlmana vacib olan әmәl. 2 Bax: Tövbә surәsi, 60.

Page 109: hokumlerin esasi

109

– Zәkatın yerli varlılardan götürülüb yerli kasıblara paylanılması. Lakin qeyd etmәk lazımdır ki, zәkatı yerli sakinlәrdәn qeyrisinә dә vermәk caizdir. Çünki, ayәdә xatırlanan sәkkiz sinifdәn biri müsafirdir ki o da yerli sayılmır.

177. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"İki yüz dirhәmdәn1 az, beş dәvәdәn az vә üç yüz saadan2 az miqdarda olan maldan sәdәqә (zәkat) verilmir"» (әl-Buxari, 1459; Müslim, 2260).

177-ci hәdisdәn çıxarılan nәticәlәr: – Hәdisdә göstәrilәn qәdәr vә ondan çox malı olanın zәkat vermәsi

vacibdir; – Hәdisdә göstәrilәn miqdardan az malı olanın zәkat vermәsi vacib

deyildir; – Gümüş 595 qrama çatdıqdan sonra әldә olunan mәblәğdәn onda birin

dörddә biri zәkat verilir; – Beşdәn az dәvәsi olana zәkat düşmür – Dәnli bitkinin ümumi çәkisi 612 kq vә bundan çox olarsa, ondan zәkat

verilir. 178. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Müsәlmana, qulun vә atın sәdәqәsini (zәkatını) vermәk vacib deyildir"» (әl-Buxari, 1464; Müslim, 2270).

Başqә rәvayәtdә: «yalnız fitrә sәdәqәsini (zәkatını) vermәk vacibdir» (Müslim, 2273).

178-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qula zәkat çıxarmağın vacib olmaması; – Atın zәkat malından sayılmaması; – Qulun fitrә zәkatını çıxarması onun ağasına vacibdir; – Artım üçün saxlanılan maldan (dәvә, öküz, qoç, qızıl-gümüş vә s.)

fәrqli olaraq xidmәt üçün saxlanılan mala (at, eşşәk, maşın, ev vә s.) zәkat düşmür.

Qeyd etmәk lazımdır ki, yalnız hәr hansı mötәbәr dәlilә әsalanaraq zәkat malını tәyin etmәk caizdir.

1 O vaxt mövcud olan gümüş pul, 200 dirhәm = 595 qram gümüşә bәrabәrdir. 2 1 saa: 2 kq. 40 qrama bәrabәrdir. 300 saa = 612 kq.

Page 110: hokumlerin esasi

110

179. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Ev heyvanlarına, quyu vә mәdәn üçün zәmanәt yoxdur. Xәzinәnin(tapılan) zәkatı isә onun beşdә biridir"» (әl-Buxari, 1499; Müslim, 4440).

179-cu hәdisdәn çıxarılan nәticәlәr: – Ev heyvanının sahibindәn xәbәrsiz ziyan vurduğu yerә (tarla, әkin

sahәsi vә s.) görә sahibi cavabdehlik daşımır. Lakin bunu sahibinin tәşәbbüsü ilә edәrsә, o zaman sahibi sığorta ödәmәlidir.

– Fәhlә öz istәyi ilә quyuya vә ya mәdәnә düşәr vә fәlakәtә uğrayarsa, buna görә müdiriyyәt cavabdehlik daşımır. Lakin fәhlәni mәcbur edib fәlakәtә uğradan şәxs etdiyi әmәlә görә mәsuliyyәt daşıyır.

– Xәzinә tapıldıqda (az vә ya çox) onun beşdә biri sәdәqә verilmәlidir; – Bu növ sәdәqә xәzinә tapılan an verilmәlidir; – Tapılan xәzinәnin qiymәtindәn1 yox, onun özündәn2 sәdәqә veril-

mәlidir; – Bәzi alimlәrin rәyinә görә mülki torpaqdan tapılan xәzinәdәn sәdәqә

verilmir. Lakin qeyd etmәk lazımdır ki, ehtiyat üçün bu sәdәqәni vermәk daha әfzәldir.

– Tapılan xәzinә zәkat malından çox qәnimәtә bәnzәyir. Buna görә dә onun beşdәn birini Allah yolunda hәr bir xeyirli әmәlә sәrf etmәk caizdir. Belә ki, bununla zәkat malı arasında bir çox fәrqlәr vardır ki, bu da aşağıdakı kimidir:

a) Zәkat malı müәyyәn vaxtda verilir, xәzinә üçün isә heç bir vaxt tәyin olunmamışdır.

b) Zәkat malının qiymәti dәyәrindә pul vermәk caizdir, xәzinәnin isә yalnız özündәn sәdәqә verilmәlidir.

v) Zәkat malı müәyyәn miqdardan çıxarılır, xәzinә üçün isә belә miqdar tәyin olunmayıb.

q) Zәkat yalnız ayәdә göstәrilәn sәkkiz sinif insanlara verilir, xәzinәnin beşdәn biri isә istәnilәn xeyirxah iş üçün istifadә oluna bilәr.

d) Zәkatın miqdarı minimum malın ondan birinin dörddә biri, maksimum da malın ondan biridir. Xәzinәdәn verilәn malın miqdarı isә onun beşdәn biridir.

180. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) Ömәri (r.a)

zәkat toplamaq üçün göndәrdi. Sonra İbn Cәmil (r.a) Xalid ibnu-l-Vәlid (r.a) vә Abbasdan (r.a) (zәkatı vermәdiklәrinә görә) Peyğәmbәrә (s.ә.s)

1 Tapılan xәzinәnin beşdә biri dәyәrindә pul ödәmәk. 2 Qızıl olsa qızıl, gümüş olsa gümüş vә s.

Page 111: hokumlerin esasi

111

şikayәt edildikdә, o dedi: "İbn Cәmilin zәkatdan boyun qaçırması yalnız ona görәdir ki, o, kasıb ikәn Allah onu zәngin etdi. Xalid barәsindә isә (şikayәt etmәklә) siz ona zülm etmiş hesab olunursunuz1. Çünki artıq o, malını – döyüş sursatları vә s. üçün Allah yolunda sәrf etmişdir. O ki qaldı Abbasa, onun zәkatı vә onun misli qәdәr mәnim boynumadır. Ey Ömәr! Kişinin әmisi, onun atası mislindәdir"» (әl-Buxari, 1468; Müslim, 2274).

180-ci hәdisdәn çıxarılan nәticәlәr: – Tәyin olunmuş şәxsin hakim tәrәfindәn zәkat toplamağa göndәrilmәsi; – Zәkat vermәyәnlәr barәsindә hakimә şikayәt etmәyin caiz olması; – Cәhd göstәrib zәkat vermәkdәn imtina edәnlәrin günah qazanması; – Allah yolunda sәrf edilmәsi tәyin olunan maldan zәkatın verilmәsi; – İstәnilәn әşyanın Allah yolunda sәrf olunmasını tәyin vә ya vәsiyyәt

etmәk caizdir; – Әminin ata mislindә olması; – "O ki qaldı Abbasa…" cümlәsindә iki növ anlayış var: a) alimlәrin bir qismi deyir ki, bu zәkatın әvvәldәn tәcili surәtdә

verilmәsinin caiz olmasına dәlalәt edir; b) digәr qismi isә deyir ki, bu qeyrisinin әvәzinә zәkat vermәyin caiz

olmasına dәlalәt edir. Qeyd etmәk lazımdır ki, hәr iki ehtimal mümkündür. 181. Abdullah ibn Zeyd ibn Asim әl-Mazini (r.a) dedi: «Peyğәmbәr

(s.ә.s) Hüneyn döyüşündәn әldә etdiyi qәnimәtlәri insanlar arasında bölüşdürdü vә әnsarlara (Allah onlardan razı olsun!) heç bir şey vermәdi. Bu bölgüdәn onlara heç nә çatmadığı üçün incidiklәrini görәn Peyğәmbәr (s.ә.s) xitab edәrәk onlara dedi: "Mәgәr zәlalәt içindә olduğunuz halda, Allah sizi mәnim vasitәmlә düz yola yönәltmәdimi? Sizin qәlblәriniz biri-birindәn ayrı idi. Mәgәr Allah mәnim vasitәmlә onları bir-birinә sevdirmәdimi? Siz kasıb ikәn O mәnim vasitәmlә sizi zәngin etmәdimi? Mәgәr Allahın elçisinin bölgüsü ilә razılaşmağa sizә nә isә mane olur?" Әnsarlar Peyğәmbәrin (s.ә.s) hәr sualına "Allah vә rәsulu haqlıdır" – deyә cavab verdilәr. Sonra o, yenә xitab edib dedi: "İstәsәydiniz, deyәrdiniz ki, "sәn bizә bunca nemәtlәr verdin". İstәmirsiniz ki, insanlar qoç vә dәvә әldә etsinlәr, siz isә Peyğәmbәrlә birgә olasınız? Hicrәt olmasa idi mәn dә әnsarlardan olardım. İnsanlar dәrә vә vadidә gәzmәli olsalar, mәn dә

1 Yәni, Allah yolunda öz istәyi ilә malından xәrclәyәn Xalidin (r.a) zәkatdan boyun

qaçırması qeyri-mümkündür.

Page 112: hokumlerin esasi

112

әnsarların dәrә vә vadisindә gәzәrәm. Әnsarlar köynәk, insanlar isә onun üzәrindәn geyinilәn libas mislindәdir1. Hәqiqәtәn, siz mәndәn sonra belә hallara mәruz qalacaqsınız, lakin Qiyamәt günü hovuzun әtrafında mәnimlә qarşılaşana qәdәr sәbr edin!"» (әl-Buxari, 4330; Müslim, 2443).

181-ci hәdisdәn çıxarılan nәticәlәr: – Qәlbi islam dini ilә tam sabit olmayana qәnimәtdәn pay vermәk; – Mәslәhәt bilib dinindә sabit olanlara qәnimәtdәn pay vermәmәk; – Dünya nemәtlәrinә olan rәğbәt iman vә ixlası batil etmir. Bir şәrtlә ki,

bu rәğbәt yalnız Allah xatirinә olsun. – Münasib yerdә lazım gәldikdә haqqı bәyan etmәk üçün moizә vermәk; – Әmәlin hansı mәqsәdlә edilmәsini bәyan etmәyin hikmәtdәn

sayılması; – Peyğәmbәrin (s.ә.s) sәhabәlәrlә, xüsusәn dә әnsarlarla mülayim

davranması; – Peyğәmbәrin (s.ә.s) әnsarlara qeybdәn, gәlәcәkdә baş vәrәcәk

hadisәlәrdәn xәbәr vermәsi onun möcüzәlәrindәndir; – Çәtinliklәrә sәbr etmәk, Qiyamәt günü Peyğәmbәr (s.ә.s) ilә hovuz

әtrafında qarşılaşmaq üçün amildir. Fitrә zәkatı 182. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) xurma

vә ya arpadan bir saa qәdәr fitrә – vә ya Ramazan – zәkatını vermәyi kişi, qadın, azad vә qul olan müsәlmanlara fәrz buyurdu. Sonra insanlar yarım saa buğda vermәyi ona bәrabәr etdilәr» (әl-Buxari, 1507; Müslim, 2277).

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) fitrә zәkatını camaat bayram namazına gәlmәmişdәn qabaq ödәmәyi әmr etmişdir» (Müslim, 2285).

183. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Biz Peyğәmbәrin (s.ә.s)

zamanında bir saa miqdarında yeyinti mәhsulu, ya xurma, ya arpa, ya kәsmik (vә ya şor), ya da kişmişdәn fitrә zәkatı verәrdik. Müaviyәnin (r.a) zamanında buğda ortaya çıxdıqda, o dedi: "Bir mud2 buğda iki mud arpaya bәrabәrdir". Әbu Sәid (r.a) dedi: "Mәn Peyğәmbәrin (s.ә.s)

1 Peyğәmbәr (s.ә.s) әnsarların ona daha yaxın olduğunu göstәrmәk üçün belә misal

çәkib. 2 Bir mud 510 qrama bәrabәrdir.

Page 113: hokumlerin esasi

113

zamanında olduğu miqdarda1, fitrә zәkatını verәcәyәm"» (әl-Buxari, 1508; Müslim, 2280, 2281).

182-ci vә 183-cü hәdislәrdәn çıxarılan nәticәlәr: – Fitrә zәkatının verilmәsi vacibdir; – Bu zәkatı vermәk hәr bir kişi vә qadın, uşaq vә böyük, azad vә qul

olan müsәlmanlara vacibdir; – Ana bәtnindә olan uşağın yerinә fitrә zәkatını çıxartmaq vacib

deyildir; – İcmanın (Malik, Şafii, Әhmәd vә s.) rәyinә görә, fitrә zәkatının

miqdarı bir saadan az olmamalıdır; – Fitrә zәkatı bayram namazından әvvәl çıxardılıb kasıblara pay-

lanmalıdır. Xülasә Zәkat vermәk hәr bir var-dövlәtli, azad müsәlman üçün vacibdir. Әldә edilәn, yığılmış malın2 zәkatını vermәk üçün onun üzәrindәn bir il

keçmәli vә ilin tamamında zәkat çıxardılmalıdır. Dәnli bitkilәr (buğda, arpa, düyü vә s.) vә saxlanılması mümkün olan

meyvәlәrin (qoz, fındıq, şabalıd, badam vә s.) zәkatı yığım günü verilmәlidir (bax: «әl-Әnam» surәsi, 141).

Zәkat malı dörd qismә bölünür: 1) mal-qara, 2) qızıl vә gümüş, 3) bitkilәr, 4) ticarәt malı. Zәkat verilәn insanlar sәkkiz qismә bölünür: 1) yoxsul, 2) miskin, 3) zәkatı yığıb paylayan, 4) ürәyi islama isinişib

bağlanan, 5) azad edilәcәk kölә, 6) borclu olan, 7) Allah yolunda cihad edәn, 8) pulu qurtarıb yolda qalan müsafir (Bax: «Tövbә» surәsi, 60).

1 Yәni, buğdadan da bir saa verәcәyәm. 2 Qızıl-gümüş, mal-qara vә ticarәt malı.

Page 114: hokumlerin esasi

114

Mal-qaranın zәkatı: Dәvә (erkәk vә ya dişi, qoca vә ya cavan heyvan olması heç bir

әhәmiyyәt kәsb etmir)

Sayı Çıxarılan zәkatın miqdarı 5-dәn 9-a qәdәr 1 qoç 10-dan 14-ә qәdәr 2 qoç 15-dәn 19-a qәdәr 3 qoç 20-dәn 24-ә qәdәr 4 qoç 25-dәn 35-ә qәdәr 1 әdәd 1 illik dişi dәvә 36-dan 45-ә qәdәr 1 әdәd 2 illik dişi dәvә 46-dan 60-a qәdәr 1 әdәd 3 illik dişi dәvә 61-dәn 75-ә qәdәr 1 әdәd 4 illik dişi dәvә 76-dan 90-a qәdәr 2 әdәd iki illik dişi dәvә 91-dәn 120-yә qәdәr 3 әdәd üç illik dişi dәvә

Dәvәlәrin sayı 121 vә ondan çox olarsa hәr 40 dәvәyә 1 әdәd 2 illik dişi

dәvә vә hәr 50 dәvәyә 1 әdәd 3 illik dişi dәvә zәkat verilir. Bu bölüm Әnәs ibn Malikin (r.a) rәvayәt etdiyi hәdisdә qeyd olunmuşdur1.

Öküz (erkәk vә ya dişi, qoca vә ya cavan heyvan olması heç bir

әhәmiyyәt kәsb etmir)

Sayı Çıxarılan zәkatın miqdarı 30 maldan 1 әdәd 1 illik dişi vә ya erkәk mal 40 maldan 1 әdәd 2 illik dişi mal 50 maldan 1 әdәd 2 illik dişi mal

Malın sayı 60 vә ya ondan çox olarsa, hәr 30 maldan 1 әdәd 1 illik dişi

vә ya erkәk vә hәr 40 maldan 1 әdәd 2 illik dişi mal zәkat verilir. Bu bölüm Müaz ibn Cәbәlin (r.a) rәvayәt etdiyi hәdisdә2 qeyd olunmuşdur.

Onluqların (30, 40, 50 vә s.) arasındakı saylara (32, 35, 46 vә s. kimi) zәkat düşmür.

1 Bax: «Sәhihu-l-Buxari», 1454-cü hәdis. 2 Bax: Әhmәdin «Müsnәd» әsәri, 5/230; Әbu Davud, 1578-ci hәdis.

Page 115: hokumlerin esasi

115

Qoç (erkәk vә ya dişi, qoca vә ya cavan heyvan olması heç bir әhәmiyyәt kәsb etmir)

Sayı Çıxarılan zәkatın miqdarı 40-dan 120-yә qәdәr 1 qoç 121-dәn 200-ә qәdәr 2 qoç 201-dәn 300-ә qәdәr 3 qoç

Qoyunların sayı 300 keçәrsә, hәr yüz qoyuna bir әdәd qoç zәkat verilir.

Bu bölüm Әnәs ibn Malikin (r.a) rәvayәt etdiyi hәdisdә1 qeyd olunmuşdur. Qeyd: a) zәkat verilәn heyvanın eybi olmamalıdır; b) yalnız otarılan

heyvanlardan yuxarıdakı bölümdә zәkat çıxarılır. Bitkilәrin zәkatı:

Bitkinin növü Çıxarılan zәkatın miqdarı Yağış, çay vә s. tәbii sularla özba-

şına sulanan bitkilәr Yığılan mәhsulun ondan bir hissәsi

Sahibi tәrәfindәn (onun әziyyәti ilә) sulanan bitkilәr

Yığılan mәhsulun ondan bir his-sәsinin yarısı

612 kq vә ondan artıq miqdarda olan bitkilәrdәn zәkat verilir. Bundan az

miqdarda olduqda isә zәkat düşmür. Bu bölüm Abdullah ibn Ömәr (r.a) vә Әbu Sәid әl-Xudrinin (r.a)

rәvayәt etdiklәri hәdislәrdә2 qeyd olunmuşdur. Qeyd: tәrәvәz vә saxlanılması mümkün olmayan meyvәlәrdәn zәkat

verilmir. Qızıl vә gümüşün zәkatı:

Miqdarı Çıxarılan zәkat 20 misqal (85 qram) vә daha çox

qızıla Ümumi miqdarın ondan birinin

dörddәn bir hissәsi, yәni 2.5% 200 dirhәm (595 qram) vә daha

çox gümüşә Ümumi miqdarın ondan birinin

dörddәn bir hissәsi, yәni 2.5%

1 Bax: «Sәhihu-l-Buxari», 1454-cü hәdis. 2 Bax: «Sәhihu-l-Buxari», 1483 vә 1484-cü hәdislәr.

Page 116: hokumlerin esasi

116

Bundan az miqdarda olan gümüş vә qızıla zәkat düşmür. Bu bölüm Әli ibn Әbu Talibin (r.a) vә Әbu Sәid әl-Xudrinin (r.a)

rәvayәt etdiyi hәdislәrdә1 qeyd olunmuşdur. Qeyd: Bir çox alimlәr ümumi dәlillәrә әsaslanaraq ticarәt malından

zәkat vermәyi vacib hesab edirlәr. Belә ki, ticarәt malı qızıl vә gümüş kimi bir ilin tamamında malın ümumi dәyәrinin onda birinin 1/4 hissәsi zәkat verilir. Onların әsaslandığı dәlillәrin bir qismi bunlardır:

1) Uca Allah buyurur: «Mallarında da dilәnçinin vә yoxsulun haqqı var» («әz-Zariyat» surәsi,

19). 2) Abdullah ibn Abbasın hәdisi. (176-cı hәdisә bax). 3) Qiyas. Belә ki, ticarәt malını satıb әldә edilәn pul qızıl vә gümüş pula

müqayisә olunur.

1 Bax: Әhmәdin «Müsnәd» әsәri, 1/121, 132; «Sәhihu-l-Buxari», 1459-cu hәdis.

Page 117: hokumlerin esasi

117

DÖRDÜNCÜ BÖLMӘ: ORUC 184. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, Peyğәmbәr (s.ә.s) dedi:

«Ramazan ayından bir vә ya iki gün әvvәl (o günlәri xüsusilәşdirib) oruc tutmayın! Lakin, adәti üzrә bu günlәrdә oruc tutan şәxs orucunu tutsun» (әl-Buxari, 1914; Müslim, 2514).

184-cü hәdisdәn çıxarılan nәticәlәr: – Ramazan ayından bir vә ya iki gün әvvәl o günü xüsusilәşdirәrәk oruc

tutmağın qadağan olunması; – Hәr hansı sәbәbә görә bu günlәrdә oruc tutmağın caiz olması. 185. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәrin (s.ә.s) belә

dediyini eşitdim: "Ramazan ayını (hilalı) gördüyünüz zaman oruc tutun! Şaban ayını (hilalı) gördüyünüz zaman isә orucu tәrk edin! Ramazan ayının başlanması sizә bәyan olmadığı halda isә Şaban ayının günlәrini tamamlayın"» (әl-Buxari, 1906; Müslim, 2496). Şәrh: Qәmәri tәvimlә aylarda olan günlәrin sayı 29 vә ya 30 gündür.

Belә ki, Şaban ayının 29-u Ramazan ayının başlanması bәyan olmamışsa, bu ay otuz gündәn hesablanır vә o gün oruc tutulmur.

185-ci hәdisdәn çıxarılan nәticәlәr: – Ramazan ayının başlanması vә bitmәsi tәzә ayın (hilalın) görünmәsi

ilә әlaqәlidir; – Ramazan ayının başlanması vә bitmәsi bәyan olmadığı halda, bitmәsi

gözlәnilәn ayın 30-cu gününü tamamlamaq lazımdır. 186. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Dan

yeri ağarana yaxın (sәhur vaxtı) orucunuzu açın! Hәqiqәtәn bu vaxt açılan orucun bәrәkәti var"» (әl-Buxari, 1923; Müslim, 2544).

186-cı hәdisdәn çıxarılan nәticәlәr: – Dan yeri ağarana yaxın oruc açmağın müstәhәb olması; – Peyğәmbәrin (s.ә.s) әmrini yerinә yetirmәklә savab qazanmaq; – Dan yeri ağarana yaxın qidalanmağın, hәmçinin dә bu vaxtın bәrәkәtli

olması. 187. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Zeyd ibn Sabit (r.a) dedi:

"Biz Peyğәmbәrlә (s.ә.s) birlikdә dan yeri ağaranda orucumuzu açıb sonra isә namaz qıldıq". Әnәs (r.a) deyir ki, mәn Zeyddәn (r.a): "Azanla

Page 118: hokumlerin esasi

118

yemәyiniz (sәhur) arasında olan vaxt nә qәdәr idi?" – deyә soruşduqda, o dedi: "Әlli ayә miqdarında"» (әl-Buxari, 1921; Müslim, 2547).

187-ci hәdisdәn çıxarılan nәticәlәr: – Dan yeri ağarana yaxın sәhur etmәyin fәzilәtli olması; – Sübh namazının әvvәl vaxtında qılınması. 188. Aişә (r.a) vә Ummu Sәlәmә (r.a) rәvayәt edirlәr ki, «Peyğәmbәr

(s.ә.s) Fәcr namazından әvvәl cinsi әlaqәdә olar, sonra isә qüsl edib orucunu tutardı» (әl-Buxari, 1930; Müslim, 2584).

188-ci hәdisdәn çıxarılan nәticәlәr: – Cәnabәt halında tutulan oruc mәqbuldur; – Hәmçinin pollüsiya halında tutulan oruc da mәqbuldur; – Bu mәsәlәdә vacib vә nafilә orucları arasında heç bir fәrq yoxdur; – Peyğәmbәrin (s.ә.s) zövcәlәrinin islam ümmәtinә qarşı qayğıkeş

olmaları. 189. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Oruc

tutan şәxs unudub yemәk yeyәrsә vә ya su içәrsә, orucunu tamamlasın. Çünki onu yedirib-içirәn Allahdır"» (әl-Buxari, 1933; Müslim, 2709).

189-cu hәdisdәn çıxarılan nәticәlәr: – Oruc tutulan müddәtdә unudaraq yemәk vә ya içmәk orucu batil etmir.

Hәmçinin icmanın rәyinә görә, unudaraq cinsi әlaqәdә olmaq belә, orucu batil etmir. Bu rәyi dәstәklәyәnlәr ümumi dәlillәrә әsaslanırlar. Әbu Sәlәmәdәn (r.a) rәvayәt olunan hәdisdә Peyğәmbәr (s.ә.s) demişdir: «Ramazan ayında unudub orucunu pozan şәxsә nә qәza etmәk, nә dә kәffarә (cәrimә) vermәk lazım gәlmir» (İbn Hibban, 906-cı hәdis; әl-Hakim, 1/430 – hәdis Müslimin şәrtinә görә sәhihdir. Bax: «İrvau-l-Ğalil», 4/87).

– Oruc tutan şәxs bunları (yemәk, içmәk vә s.) öz ixtiyarı ilә etmәdiyi üçün buraxdığı sәhvә görә heç bir günah qazanmır;

– «Onu yedirib-içirәn Allahdır» – yәni bu iş Allahın yazdığı qәdәr nәticәsindә baş verib.

190. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Biz Peyğәmbәrlә (s.ә.s) bir

yerdә oturmuşduq. Bu vaxt bir kişi gәlib ona dedi: "Hәlak oldum, ey Allahın elçisi". Peyğәmbәr (s.ә.s): "Nә olub sәnә?" deyә sәbәbini ondan

Page 119: hokumlerin esasi

119

soruşdu. O dedi: "Oruclu ikәn zövcәmlә cinsi әlaqәdә olmuşam"1. Peyğәmbәr (s.ә.s) ondan: "Qul azad edә bilәrsәnmi?" – deyә soruşdu, O, xeyr deyә cavab verdi. Peyğәmbәr (s.ә.s): "İki ay ardıcıl oruc tuta bilәrsәnmi?" – deyә soruşdu. O, xeyr deyә cavab verdi. Peyğәmbәr (s.ә.s) ondan: "Altmış yoxsulu (miskini) yedirdә bilәrsәnmi?" – deyә soruşdu. O, eyrx deyә cavab verdi. Sonra o (s.ә.s), bir qәdәr susdu. Elә bu zaman sәhabәlәrdәn biri ona bir zәnbil xurma gәtirdi. Peyğәmbәr (s.ә.s) zәnbili götürüb bayaq sual verәn kişiyә uzatdı vә dedi: "Götür bunu sәdәqә et"2. O dedi: "Ey allahın elçisi, mәndәn dә kasıb olana sәdәqә edim? Allaha and olsun ki, Mәdinәdә mәnim ailәmdәn dә kasıb ailә yoxdur". Peyğәmbәr (s.ә.s) güldü vә dedi: "Elә isә bunu ailәnә sәdәqә et"» (әl-Buxari, 1936; Müslim, 2590).

190-cı hәdisdәn çıxarılan nәticәlәr: – Ramazan ayının oruc tutulan müddәtindә qәsdәn cinsi әlaqәyә girәn

kәffarә (cәrimә) ödәmәlidir; – Ramazan ayının oruc tutulan müddәtindә unutqanlıqdan, bilmә-

yәrәkdәn vә ya mәcburiyyәt qarşısında cinsi әlaqәyә girәn isә kәffarә (cәrimә) ödәmәmәlidir;

– Kәffarәni ödәyәn şәxs, bunu hәdisdә göstәrilәn tәrtib üzrә etmәlidir; – Ramazan ayının oruc tutulan müddәtindә cinsi әlaqәdә olmaq

müsәlmanı hәqiqi mәnada hәlak edәn amillәrdәn sayılır; – Kәffarәni ödәmәk kasıb olan şәxsә belә vacibdir; – Başqasının yerinә kәffarә ödәmәyin caiz olması; – Peyğәmbәrin (s.ә.s) gözәl әxlaq sahibi olması; – Günah edәn şәxs, peşman olub tövbә etsә belә, üzәrindә olan cәrimә

haqqı qüvvәdәn düşmür; – Günah edәn şәxsә başqası tәrәfindәn (onun әvәzinә) ödәnilәn cәri-

mәdәn istifadә etmәsi caizdir. Birinci fәsil: «Sәfәrdә tutulan oruc» 191. Aişә (r.a) rәvayәt edir ki, «Hәmzә ibn Amr әl-Әslәmi (r.a)

Peyğәmbәrә (s.ә.s) dedi: "Sәfәrdә oruc tuta bilәrәmmi?" Peyğәmbәr (s.ә.s) cavabında ona belә dedi: "İstәyirsәn tut, istәmirsәnsә tutma!"» (әl-Buxari, 1943; Müslim, 2620).

1 Başqa rәvayәtdә: "Ramazan ayında zövcәmlә cinsi әlaqәdә olmuşam". 2 Günahının bağışlanması üçün cәrimә ver.

Page 120: hokumlerin esasi

120

191-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә oruc tutmağın caiz olması; – Sәfәrdә tutulan orucun ixtiyari olması. Belә ki, qüvvәsi çatan şәxsә

sәfәrdә oruc tutmaq müstәhәbdir. 192. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ilә sәfәrdә

olduğumuz müddәtdә oruc tutanlarla tutmayanlar buna görә biri-birini qınamaz vә tәqsirlәndirmәzdilәr» (әl-Buxari, 1947; Müslim, 2615).

192-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә oruc tutmağın vә ya tutmamağın caiz olması; – Peyğәmbәrin (s.ә.s) onların bu әmәlinә irad tutmaması. 193. Әbu-d-Dәrdә (r.a) rәvayәt edir ki, «Biz Peyğәmbәr (s.ә.s) ilә

bәrabәr Ramazan ayında şiddәtli bir istidә sәfәrә çıxdıq. Bizim aramızda Peyğәmbәr (s.ә.s) vә Abdullah ibn Ravahәdәn (r.a) savayı oruc tutan yox idi» (әl-Buxari, 1945; Müslim, 2625).

193-cü hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә oruc tutmağın caiz olması; – Şiddәtli istidә oruc tutmağın caiz olması. 194. Cabir ibn Abdullah (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) sәfәrdә

ikәn taqәtdәn düşmüş bir kişinin әtrafına toplaşmış sәhabәlәri görüb onlardan onun nә üçün bu hala düşmәsi barәsindә soruşdu. Onlar: "O, oruc tutub" – deyә cavab verdikdә, Peyğәmbәr (s.ә.s) dedi: "Sәfәrdә oruc tutmaq xeyirxahlıqdan deyildir"» (әl-Buxari, 1946; Müslim, 2607).

Başqa rәvayәtdә: «Allahın sizә rüxsәt verdiyi әmәldәn möhkәm yapışın» (Müslim, 2609).

194-cü hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә tutulan orucun ixtiyari olması; – Nәfsә zülm etmәmәk şәrtilә sәfәrdә oruc tutmağın caiz olması. Әks

halda tutulan oruc bәyәnilmir, lakin oruc mәqbul sayılır; – Taqәti olmayan şәxsә sәfәrdә oruc tutmamağın daha әfzәl sayılması; – Sәfәrin müddәtindә mәhdudiyyәtin olmaması. 195. Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ilә bәrabәr

sәfәrdә olduğumuz zaman aramızda oruc tutan vә tutmayanlar var idi. Biz

Page 121: hokumlerin esasi

121

az kölgәlik olan yerdә istirahәt etmәk üçün dayandıq. Oruc tutan qardaşlarının taqәtdәn düşüb susadıqlarını görәn sәhabәlәr onlar üçün çadır qurdular vә onlara su içirtdilәr. Bunu görәn Peyğәmbәr (s.ә.s) dedi: "Bu gün oruc tutmayanlar savab qazandılar"» (әl-Buxari, 2890; Müslim, 2617).

195-ci hәdisdәn çıxarılan nәticәlәr: – Sәfәrdә tutulan orucun ixtiyari olması; – Sәhabәlәrin çәtinlikdә dә oruc tutmaları; – Qardaşlara xidmәt etmәyin fәzilәti; – Sәfәrdә oruc tutmamağın daha әfzәl olması. Lakin bir şәrtlә ki, bunun

sәbәbi olsun; – İslam dininin insanları yalnız xeyirxah olmağa çağırması. 196. Aişә (r.a) rәvayәt edir ki, «Mәn Ramazan ayından qalan qәza

oruclarını yalnız Şaban ayında tutardım» (әl-Buxari, 1950; Müslim, 2682). 196-cı hәdisdәn çıxarılan nәticәlәr: – Qәzaya qalmış Ramazan orucunun icra edilmәsini Şaban ayına qәdәr

tәxirә salmaq caizdir; – Heç bir üzrlü sәbәb olmadığı halda qәzaya qalmış orucları tez bir

zamanda icra etmәk daha әfzәldir; – Qәzaya qalmış orucu növbәti Ramazan ayı daxil olana kimi tәxirә

salmaq bәyәnilmir; – Bu hәdis Aişәnin (r.a) Peyğәmbәrlә (s.ә.s) gözәl әxlaqla davranmasına

dәlalәt edir. 197. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Orucu ödә-

mәyib vәfat etmiş şәxsin yerinә onun vәlisi oruc tutmalıdır"» (әl-Buxari, 1952; Müslim, 2687).

197-ci hәdisdәn çıxarılan nәticәlәr: – Vәfat etmiş şәxsin Allaha vә ya insanlara olan borcunun ödәnilmәsi

vacibdir; Qeyd etmәk lazımdır ki, başqa hәdislәr bu әmәlin müstәhәb olmasına

dәlalәt edir. Bu da icmanın rәyinә müvafiqdir. – Bu borcu ödәmәk varislәrdәn birisinin öhdәsinә düşür. 198. Abdullah ibn Abbas (r.a) rәvayәt edir ki, «Bir kişi gәlib

Peyğәmbәrә (s.ә.s) dedi: "Ey Allahın elçisi! Anam vәfat etmiş vә boynunda bir ayın oruc haqqı qalmışdır. Mәn onun yerinә bu orucu tuta bilәrәmmi?"

Page 122: hokumlerin esasi

122

Peyğәmbәr (s.ә.s) dedi: "Ananın borcu qalmış olsa idi sәn onu ödәyәrdinmi?" Kişi: "Bәli" deyә cavab verdikdә, Peyğәmbәr (s.ә.s) dedi: "Allahın borcunu ödәmәk bundan da vacibdir"» (әl-Buxari, 1953; Müslim, 2689).

Başqa rәvayәtdә: «Bir qadın gәlib Peyğәmbәrә (s.ә.s) dedi: "Ey Allahın elçisi! Anam vәfat etmiş vә boynunda nәzir orucunun haqqı qalmışdır. Mәn onun әvәzinә bu orucu tuta bilәrәmmi?" Peyğәmbәr (s.ә.s) soruşdu: "Ananın borcu qalmış olsa idi sәn onu ödәyәrdinmi?" Qadın: "Bәli" – deyә cavab verdikdә, Peyğәmbәr (s.ә.s) dedi: "Elә isә onun әvәzinә bu orucu tut"» (әl-Buxari, 1953; Müslim, 2688).

198-ci hәdisdәn çıxarılan nәticәlәr: – Vәfat etmiş şәxsin әvәzinә vacib vә ya nәzir orucunun tutulması; – Vәfat etmiş şәxsin Allaha vә ya insanlara olan borcunun ödәnilmәsi; – Şәriәt mәsәlәlәrindә qiyas etmәyin caiz olması; – İlk növbәdә Allahın haqqının ödәnilmәsinin vacibliyi. 199. Sәhl ibn Sәd әs-Saidi (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"İnsanlar iftarı tezlәşdirmәk1 vә sәhuru gecikdirmәklә2 xeyrә nail olarlar"» (әl-Buxari, 1957; Müslim, 2549).

Qeyd: «vә sәhuru gecikdirmәklә» ifadәsini Buxari vә Müslim rәvayәt etmәmişlәr. Belә ki, bu ifadә Әhmәdin Müsnәd әsәrindә (5/146; 172) zәif sәnәdlә rәvayәt olunmuşdur (Bax: «İrvau-l-Ğalil, 4/32, 917-ci hәdisin çıxarışı).

199-cu hәdisdәn çıxarılan nәticәlәr: – Günәş batan kimi iftar etmәyin müstәhәb olması; – İftarı tezlәşdirmәklә xeyrә nail olmaq; – Peyğәmbәrin (s.ә.s) sünnәsinә riayәt etmәk. 200. Ömәr ibnu-l-Xәttab (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Gecәnin buradan (mәşriqdәn) yaxınlaşdığı, gündüzün dә buradan (mәğribdәn) uzaqlaşdığı zaman artıq oruc tutanın iftar etmәk vaxtıdır"» (әl-Buxari, 1954; Müslim, 2553).

200-cü hәdisdәn çıxarılan nәticә: – Günәş batan kimi iftar etmәyin müstәhәb olması.

1 Әvvәl vaxtında. 2 Axır vaxtında

Page 123: hokumlerin esasi

123

201. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) ardıcıl

oruc tutmağı1 qadağan etdi. Sәhabәlәr: "Ey Allahın elçisi! Axı sәn ardıcıl oruc tutursan!" – deyә ona müraciәt etdikdә, o dedi: "Mәnim halım sizin halınız kimi deyil. Mәnә yemәk-içmәk (Rәbbim tәrәfindәn) verilir"» (әl-Buxari, 1962; Müslim, 2558).

Bu hәdisi hәmçinin Әbu Hüreyrә (r.a)2, Aişә (r.a)3 vә Әnәs (r.a)4 dә rәvayәt etmişlәr.

202. Әbu Sәid әl-Xudrinin (r.a) rәvayәtindә isә «Peyğәmbәr (s.ә.s) dedi:

"Sizdәn biriniz ardıcıl oruc tutmaq istәsә, iftarı sәhura qәdәr tәxirә salsın"» (әl-Buxari, 1963).

201-ci vә 202-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrә (s.ә.s) yemәk-içmәk verilmәsi hәqiqi mәnasındadır; – Ardıcıl oruc tutmağın hökmü a) Bәzi islam alimlәrinin rәyinә görә qüdrәti vә qüvvәsi çatan şәxsә belә

oruc tutmaq caizdir. b) Әbu Hәnifә, Malik vә Şafiinin rәyinә görә belә oruc tutmaq

haramdır. Onlar mәhz bu hәdisә әsaslanmışlar. v) Әhmәdin rәyinә görә, sәhura qәdәr ardıcıl oruc tutmaq caiz, bunu

tәrk etmәk isә әfzәldir. Bir neçә gün ardıcıl oruc tutmaq isә mәkruhdur. Bu rәylәrin xülasәsi: Bir neçә gün ardıcıl oruc tutmaq haram, sәhura

qәdәr bunu etmәk caiz, etmәmәk isә daha әfzәldir. – Allah vә Onun elçisinin, ümmәtini zәrәr verәn әmәldәn çәkindirmәsi

onlara qarşı rәhmli olmasına dәlalәt edir; – Şәriәt hökmlәrindә mübaliğә etmәk (onu şişirtmәk) qadağandır. Belә

ki, hәr bir haqqı olanın haqqını ödәmәk vacibdir; – Ardıcıl oruc tutmaq yalnız Peyğәmbәrә (s.ә.s) mәxsusdur. İkinci fәsil: «Әn fәzilәtli oruclar» 203. Abdullah ibn Amr ibni-l-As (r.a) rәvayәt edir ki, «Mәnim: "Allaha

and olsun ki, ölәnә qәdәr gündüzlәri oruc tutub, gecәlәri namaz qılacağam" dediyim Peyğәmbәrә (s.ә.s) xәbәr verildi vә o dedi: "Bunu sәn demisәn?".

1 Yәni iki vә daha çox ardıcıl günlәrdә yemәk yemәdәn vә su içmәdәn oruc tutmaq. 2 Müslim, 2561. 3 әl-Buxari, 1964; Müslim, 2567. 4 әl-Buxari, 1961; Müslim, 2566.

Page 124: hokumlerin esasi

124

Mәn "Bәli, mәn demişәm" – deyә cavab verdikdә o dedi: "Sәn bunu bacarmayacaqsan. Elә isә hәm oruc tut, hәm dә yemәk ye, hәm namaz qıl, hәm dә dincәl. Hәr ayın üç gününü oruc tut. Hәqiqәtәn bir әmәlin savabı on hәsәnәtә (savaba) bәrabәrdir. Belә etsәn, bir ilin orucunu tutmuş hesab olunarsan". Mәn: "Bundan әfzәlini etmәyә taqәtim çatar" – dedikdә o dedi: "(İki gün buraxmaqla) bir gün oruc tut!" Mәn yenә: "Bundan әfzәlini etmәyә taqәtim çatar" – dedikdә o dedi: "Günaşırı oruc tut. Bu әn әfzәl sayılan Davudun (ә.s) orucudur". Mәn bir daha: "Bundan әfzәlini etmәyә taqәtim çatar" – dedikdә o dedi: "Bundan әfzәl oruc yoxdur"» (әl-Buxari, 1979; Müslim, 2721).

Başqa rәvayәtdә: «Qardaşım Davudun (ә.s) il boyu tutduğu orucdan әfzәl oruc yoxdur. Elә isә günaşırı oruc tut!» (әl-Buxari, 1980).

203-cü hәdisdәn çıxarılan nәticәlәr: – Abdullah ibn Amr ibni-l-Asın (r.a) savaba nail olmaq üçün çalışması; – Peyğәmbәrin (s.ә.s) bu sәhabәyә qayğıkeşlik göstәrmәsi; – Davudun (ә.s) tutduğu orucun әfzәl oruc hesab olunması; – Peyğәmbәrin (s.ә.s) sәhabәsinin nәyә qadir olduğunu bilmәsi; – İl boyu fasilәsiz oruc tutmağın mәkruh olması; – İslam dinindә olan hökmlәrin asanlıqla, mübaliğә etmәdәn yerinә

yetirilmәsi. 204. Abdullah ibn Amr ibni-l-As (r.a) rәvayәt edir ki, «Peyğәmbәr

(s.ә.s) dedi: "Allah üçün әn sevimli olan oruc Davudun (ә.s) tutduğu orucdur vә әn sevimli namaz da onun qıldığı namazdır. O gecәnin yarısını yatar, sonra qalxıb üçdә birini namaz qılar, sonra da onun altıda birini yenә yatardı. Orucu isә günaşırı tutardı"» (Müslim, 2731).

204-cü hәdisdәn çıxarılan nәticәlәr: – Günaşırı tutulan orucun әn fәzilәtli oruc sayılması; – Gecәnin yarısını yatıb, sonra üçdә birini namaz qılmaq vә yenә altıda

birini yatmaq әn әfzәl qiyam (gecә qılınan namaz) sayılır; – İbadәtdә mübaliğә etmәmәk; – Allah üçün olan ibadәtlәr müxtәlifdir. Elә isә hәr bir ibadәti öz

vaxtında yerinә yetirmәk vacibdir. 205. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) mәnә üç şeyi

– hәr ayın üç gününü oruc tutmağı, iki rükәt Düha namazı vә bir dә yatmamışdan әvvәl Vitr namazını qılmağı nәsihәt etdi"» (әl-Buxari, 1981; Müslim, 1669).

Page 125: hokumlerin esasi

125

205-ci hәdisdәn çıxarılan nәticәlәr: – hәr ayın üç gününü oruc tutmağın әfzәl olması. Xüsusәn dә «Beyd»1

günlәrini oruc tutmaq sünnәtdәndir; – İki rükәt Düha vә yatmamışdan әvvәl Vitr namazı qılmağın әfzәl

olması. 206. Mәhәmmәd ibn Abbad ibn Cәfәr deyir ki, «Mәn Cabir ibn

Abdullahdan (r.a): "Peyğәmbәr (s.ә.s) cümә günü oruc tutmağı qadağan edibmi?" – deyә soruşduqda, o: "Bәli" – deyә cavab verdi» (әl-Buxari, 1974; Müslim, 2676).

207. Әbu Hüreyrә (r.a) rәvayәt edir ki, «Mәn Peyğәmbәrin (s.ә.s) "Heç

kәs cümә günü oruc tutmasın! (Cümә günü oruc tutmaq istәyәn) ondan әvvәlki, ya da ondan sonrakı günü dә oruc tutsun!"» (әl-Buxari, 1975; Müslim, 2678).

206-cı vә 207-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Cümә günü oruc tutmağın qadağan olunması; – Ondan bir gün qabaq vә ya sonra olan günlә bәrabәr cümә günü oruc

tutmağın caiz olması. 208. İbn Әzharın mövlası Әbu Übeyd2 (r.a) rәvayәt edir ki, «Mәn Ömәr

ibnu-l-Xәttabla (r.a) bayram günündә (bayram namazı xütbәsindә) iştirak etdim. O dedi: "Peyğәmbәr (s.ә.s) bu günlәrdә – Fitrә vә Qurban bayramlarında – oruc tutmağı qadağan etmişdir"» (әl-Buxari, 1990; Müslim, 2666).

208-ci hәdisdәn çıxarılan nәticәlәr: – Fitrә vә Qurban bayramlarında oruc tutmağın haram sayılması; – Qәza orucunu belә bu günlәrdә tutmağın caiz olmaması; – Zaman vә mәqama münasib xütbә vermәyin müstәhәb olması. 209. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) bayram3

günlәrindә oruc tutmağı, ihtiba vә sammәni, bir dә Sübh vә Әsrdәn sonra namaz qılmağı qadağan etdi"» (әl-Buxari, 1991, 1992; Müslim, 5466).

1 Qәmәri tәqvimlә hәr ayın 13-ü, 14-ü vә 15-i. 2 Adı: Sәd ibn Übeyd. 3 Fitrә vә Qurban bayramları.

Page 126: hokumlerin esasi

126

İhtiba: Ayaqları yan tәrәfә çәkmәklә yan (arxası) üstә oturmaq vә onun (ayaqların) üzәrinә bir örtük örtmәkdir.

Sammә: Bunun iki mәnası var: 1) Dilçilәrin rәyinә görә, bu, parçanı sağ tәrәfdәn gәtirib sol çiyin vә qol

nahiyәsini örtmәk, sonra da arxadan gәtirib sağ çiyin vә qol nahiyәsini örtmәkdir. Bu halda qolların çıxıntısı üçün dәlik qalmır.

Qeyd: Dilçilәrin rәyinә görә, sammә bәyәnilmir (mәkruhdur). Çünki bu halda namaz qılmaq çox çәtindir.

2) Fәqihlәrin rәyinә görә isә, bu, parçaya bürünüb sonra onun hәr hansı bir tәrәfini qaldırıb çiyin üzәrinә qoymaqdır ki, bu halda övrәt yeri açıq qalır.

Qeyd: Fәqihlәrin rәyinә görә sammә haramdır. Çünki bu halda övrәt yeri açıq qalır.

209-cu hәdisdәn çıxarılan nәticәlәr: – Hәdisdә qadağan olunanlardan çәkinmәk; – Bayram günlәrindә oruc tutmağın qadağan olması; – Sübh vә әsr namazlarından sonra namaz qılmağın qadağan olması; – İhtiba vә sammәnın mәkruh olması. Lakin bu hallarda övrәt yeri

açılarsa, bunu etmәk haram sayılır; – Şәriәt insanların vәziyyәtini nәzәrә almış vә onlara münasib hökmlәr

tәyin etmişdir. 210. Әbu Sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi:

"Allah, Onun yolunda (cihadda) bir gün oruc tutanı yetmiş payız (yetmiş illik mәsafә qәdәr) oddan (Cәhәnnәmdәn) uzaqlaşdırar"» (әl-Buxari, 2840; Müslim, 2704).

210-cu hәdisdәn çıxarılan nәticәlәr: – Cihadda oruc tutmağın fәzilәti; – Müstәqil (cihada getmәdәn) oruc tutmağın müstәhәb sayılması; – Cәhәnnәm odundan uzaqlaşmaqla Cәnnәt nemәtlәrinә yaxınlaşmaq; – «İl» kәlmәsini «payız»la ifadә etmәyin caiz olması. Üçüncü fәsil: «Qәdr gecәsi» 211. Abdullah ibn Ömәr (r.a) rәvayәt edir ki, «Bir dәstә kişi Qәdr

gecәsinin Ramazan ayının axır yeddi gecәyә tәsadüf olunduğunu röyalarında gördülәr. Peyğәmbәr (s.ә.s) onlara dedi: "Röyalarınızın bir-

Page 127: hokumlerin esasi

127

birinә müvafiq olduğu artıq mәnә bәllidir. Elә isә axır yeddi gecәdә onәu tapmaq üçün sәy göstәrin"» (әl-Buxari, 2015; Müslim, 2753).

212. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) dedi: "Ramazanın

axır on gününün tәk günlәrindә Qәdr gecәsini tapmaq üçün sәy göstәrin!"» (әl-Buxari, 2017; Müslim, 2755, 2759).

211-ci vә 212-ci hәdislәrdәn çıxarılan nәticәlәr: – Qәdr gecәsinin fәzilәti. Bu gecәdә bir çox hadisәlәr baş verir ki, bu da

onun üstünlüyünә dәlalәt edir. Belә ki, Quranın bu gecәdә nazil olması, hәmçinin mәlәklәrin dә hәr il bu gecәdә nazil olması vә bir illik qәdәrin yazılması da buna misaldır.

– Bu gecәlәrdә ibadәtlәri artırmaq (xüsusәn dә Quran oxumaq) müs-tәhәbdir;

– Allah tәrәfindәn olan röyanın hәqiqәt olması. 213. Әbu sәid әl-Xudri (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s)

Ramazan ayının orta on gününü1 (mәsciddә) etikaf2 edәrdi. Bir dәfә o, Ramazan ayının iyirmi birinci gecәsindә – yәni sәhәrisi etikafdan çıxdığı gecә dedi: "Mәnimlә etikaf edәnlәr axır on günü dә etikaf etsinlәr! Artıq o gecә mәnә göstәrildi, sonra isә unutduruldu (yadımdan çıxdı). O gecәnin sәhәri su vә gil üzәrinә sәcdә etdiyimi gördüm. Elә isә o gecәni, (Ramazan ayının) axır on gününün tәk günlәrindә tapmağa sәy göstәrin". Әbu Sәid (r.a) deyir ki: «O gecә bәrk yağış yağdı. Mәscid ağac, külәş vә

şaxdan tikildiyi üçün yağış suyu onun içәrisinә daxil oldu. O gecәnin sәhәri, mәn Peyğәmbәrin (s.ә.s) alnının suya vә palçığa batdığını öz gözümlә gördüm» (әl-Buxari, 2016; Müslim, 2761).

213-cü hәdisdәn çıxarılan nәticәlәr: – Peyğәmbәrin (s.ә.s) Ramazan ayının orta on gününü etikaf etmәsi

yalnız ona görә idi ki, o, Qәdr gecәsinin axır on günә tәsadüf olunduğundan xәbәrsiz idi;

– Qәdr gecәsinin tәk sayda olan gecәlәrә tәsadüf etmәsi; – Peyğәmbәrin (s.ә.s) röyalarının hәqiqәt olması; – Peyğәmbәr (s.ә.s) mәscidinin vәsf olunması.

1 Ayın 10-dan 20-dәk. 2 Allaha ibadәt mәqsәdilә bir müddәt mәsciddә qalmaq.

Page 128: hokumlerin esasi

128

Dördüncü fәsil: «Etikaf» 214. Aişә (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (s.ә.s) vәfat edәnә qәdәr

Ramazan ayının axır on günlәrini etikaf edәrdi. Onun vәfatından sonra isә zövcәlәri etikaf edәrdilәr» (әl-Buxari, 2026; Müslim, 2776).

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) Ramazan aylarında etikaf edәrdi. O, hәr dәfә sübh namazını qılar, sonra da etikaf etdiyi yerә gedәrdi» (әl-Buxari, 2041).

214-cü hәdisdәn çıxarılan nәticәlәr: – Etikafın Peyğәmbәrin (s.ә.s) sünnәsindәn olması; – Etikafın dünya vә axirәtdә olan sәmәrәsi; – Etikafı ramazan ayının axır on günündә etmәyin әfzәl olması; – Qadınlara etikaf etmәyin caiz olması; – Sübh namazından sonra etikaf olunan yerdә olmaq; – Etikaf üçün müәyyәn bir yer tutmağın caiz olması; – Etikafda olan müddәtdә cinsi әlaqәyә girmәyin qadağan olması.

Habelә, sәbәbsiz mәsciddәn çıxmaq vә dünyәvi işlәrlә mәşğul olmaq da buna aiddir.

215. Aişә (r.a) rәvayәt edir ki, «O, heyzli olduğu halda Peyğәmbәrin

(s.ә.s) saçını darayardı. O anda Peyğәmbәr (s.ә.s) mәsciddә etikafda olduğu üçün başını Aişәnin (r.a) komasına tәrәf uzadardı» (әl-Buxari, 2028; Müslim, 684).

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) ehtiyacı olmadan sәbәbsiz yerә (etikafdan çıxıb) evә daxil olmazdı» (әl-Buxari, 2029; Müslim, 683).

Başqa bir rәvayәtdә Aişә (r.a) deyir ki, "Hәqiqәtәn mәn yalnız ehtiyacım olduqda evә daxil olardım. Hәtta evdә olan xәstәyә belә ayaqüstü baş çәkәrdim» (Müslim, 683).

215-ci hәdisdәn çıxarılan nәticәlәr: – Etikafda olan müddәtdә saça qulluq etmәyin caiz olması; – Heyzli qadınla ünsiyyәtdә olmağın caiz olması; – Etikafın yalnız mәsciddә icra olunması; – Yalnız ehtiyac üzündәn mәsciddәn çıxmağın caiz olması; – Bәdәnin bir hissәsini mәsciddәn bayıra çıxarmaq isә buna aid deyil; – Heyzli qadının mәscidә daxil olmaması; – Ehtiyac üzündәn mәsciddәn çıxanın tez bir zamanda qayıtması; – Etikafda olan müddәtdә qadına şәhvәt hissi olmadan toxunmağın caiz

olması.

Page 129: hokumlerin esasi

129

216. Ömәr ibnu-l-Xәttab (r.a) rәvayәt edir ki, «Mәn cahillik dövründә Mәscidülhәramda bir gecә etikafda olmağı nәzir etmişәm» – deyә nә edәcәyimi Peyğәmbәrdәn (s.ә.s) soruşduqda, o (s.ә.s) dedi: «Nәzirini yerinә yetir!» (әl-Buxari, 2043; Müslim, 4268).

216-cı hәdisdәn çıxarılan nәticәlәr: – İslamı qәbul etdikdәn sonra belә nәzirin yerinә yetirilmәsinin vacib

olması; – Etikaf etmәk müstәhәbdir, lakin nәzir olunduqda vacib hökmündә

olur. 217. Sәfiyyә bint Huyey (r.a) rәvayәt edir ki, «Bir gecә Peyğәmbәr

(s.ә.s) etikafda olduğu vaxt onu ziyarәt etdim. Bir müddәt onunla söhbәt etdim. Sonra qalxıb evә qayıtmaq istәdikdә o da mәnimlә (mәni ötürmәk üçün) qalxdı. Ummu Sәlәmәnin (r.a) qapısının önünә çatdıqda әnsarlardan olan iki kişi salam verib bizim yanımızdan keçdi. Peyğәmbәr (s.ә.s) onlara: "Dayanın! Bu Sәfiyyә bint Hüyeydir" deyә müraciәt etdikdә, onlar tәәccüblә: "Sübhanәllah, ya rәsulullah!" – deyә cavab verdilәr. Peyğәmbәr (s.ә.s) onlara dedi: "Hәqiqәtәn, şeytan Adәm övladının qan damarına belә daxil olur. Belә ki, qәlbinizә şәr (şәkk-şübhә, pis fikir) salmağından qorxdum"» (әl-Buxari, 2035).

Başqa rәvayәtdә: «Peyğәmbәr (s.ә.s) Ramazanın axır on gününü etikaf etdikdә Sәfiyyә (r.a) onu ziyarәt etdi…»

217-ci hәdisdәn çıxarılan nәticәlәr: – Ramazan ayının axır on gününü etikaf etmәyin әfzәl olması; – Etikafda mәslәhәt üçün bir müddәt söhbәt etmәyin caiz olması; – Lәtafәtli vә gözәl әxlaqlı olmaq; – Alicәnab olmaq; – İttiham olunmaqdan qorunmaq; – Şeytanın daima insanla olması; – Hakimin mühakimә olunana hökmün mәğzini bәyan etmәsi; – Etikaf edәnә zövcәsi ilә tәkliyә çәkilib söhbәt etmәyin caiz olması.

Page 130: hokumlerin esasi

130

Xülasә Tәzә ayın görünmәsi ilә orucluğun başlanması vә bitmәsi. Orucun әrkanları: – Oruc tutmaq üçün niyyәt etmәk; – Dan yeri ağarandan gün batana qәdәr qadağan olunmuş şeylәrdәn

(yemәk, içmәk, cinsi әlaqә vә s.) çәkinmәk. Oruc hәr bir hәddi-büluğa çatmış, ağlı başında olan vә taqәti çatan

müsәlmana vacibdir. Müsafir vә xәstәlәr müstәsnadır. Hamilә vә süd verәn qadınlar da müstәsnadır. Heyz vә nifas halında oruc tutmaq isә haramdır. Oruc zamanı bәyәnilәn әmәllәr: – Sәhur (dan yeri ağarmamışdan әvvәlki yeyib-içmәk); – Sәhuru tәxirә salmaq (dan yeri ağarana yaxın etmәk); – İftarı tezlәşdirmәk; – Xurma vә ya su ilә iftar etmәk; – İftardan öncә dua etmәk; – Söyüş söyәnә, tәhqir edәnә mәhәl qoymamaq; – Dişlәri misvakla tәmizlәmәk; – Çoxlu Quran oxumaq; – Ramazanın axır on gününü etikaf etmәk; – Bu günlәrdә ibadәti artırmaq; – Oruc tutanlara iftar yemәyi vermәk. Orucu batil edәn amillәr: – Qәsdәn qusmaq; – Qәsdlә yemәk, içmәk vә cinsi әlaqәdә olmaq; – Dәrman içmәk vә ya qidalandırıcı iynәlәrdәn (qlükoza vә s.) istifadә

etmәk; – Heyz vә nifas halına düşmәk; – Qәsdlә mәni ifraz etmәk. Yuxuda vә xәstәlik nәticәsindә ifraz olunan

mәni isә müstәsnadır.

Page 131: hokumlerin esasi

131

BӘ’Zİ ӘRӘB SÖZLӘRİNİN İZAHI Abid – İbadәt edәn şәxs. Vadi – Dәrә. Qiblә – Müqәddәs Kә’bәyә olan istiqamәt. Dәccal – Qiyamәtә yaxın Allahlıq vә ya peyğәmbәrlik iddiasında olan

yalançı mәsih. Әnsar – Peyğәmbәrin (s.ә.s) zamanında yaşayan vә dini uğrunda öz

yerlәrindәn hicrәt edәnlәri qәbul edәn Mәdinә şәhәrinin sakinlәri.

Әcr – Savab. Zahid – Tәrkidünya Zәkat – Lüğәti mә’nası: artmaq, çoxalmaq.

İstilahi mә’nası: tә’yin olunmuş miqdara çatmış, mә’lum olan vaxtda (ilin tamamında vә ya mәhsul yığımı zamanı) sәkkiz sinif insanlar üçün ayrılan mal.

İstilah – Sözün şәriәt baxımından şәrhi. İstihazә – Qadından adәti üzrә hәr ayın müәyyәn günlәrindә gәlәn

qandan әlavә günlәrdә gәlәn qan. Yә’cuc vә Mә’cuc – Qiyamәtә yaxın bir vaxtda peyda olan iki tayfanın adıdır. Kә’bә – Mәkkә şәhәrindә yerlәşәn Allahın müqәddәs evi. Künyә – Ad vә lәqәbdәn başqa hәr hansı şәxsә verilәn xüsusi әlamәt. Mәdinә – Peyğәmbәrin (s.ә.s) şәhәri. Mәzlum – Zülm olunan. Moizә – Çıxış etmәk, mühazirә söylәmәk. Mütaliә – oxumaq. Namaz – Lüğәti mә’nası: dua.

İstilahi mә’nası: Tәkbirlә (Allahu Әkbәr demәklә) başlayıb tәslimlә (salam vermәklә) bitәn, xüsusi kәlmәlәrdәn vә hәrәkәtlәrdәn ibarәt olan ibadәt.

Oruc – Lüğәti mә’nası: pәhriz (nәfsi saxlamaq). İstilahi mә’nası: Dan yeri ağarandan gün batana qәdәr qadağan olmuş şeylәrdәn (yemәk, içmәk, cinsi әlaqәdә olmaq vә s.) çәkinmәk.

Pollüsiya – Yuxuda olarkәn mәni (sperma) ifraz etmәk. Sәhabә – Peyğәmbәr (s.ә.s) ilә sağlığında görüşmüş, ona iman

gәtirmiş vә mö’min olaraq vәfat etmiş şәxs. Tabiin – Sәhabә ilә sağlığında görüşmüş, islamı qәbul etmiş vә

mö’min olaraq vәfat etmiş şәxs. Tәqlid – Yamsılama, oxşatma, bәnzәtmә. Tәharәt – Tәmizlәnmәk, paklanmaq. Tәşәhhüd – Namazın ikinci vә sonuncu rükәtlәrindә oturaq vәziyyәtdә

oxunan dua. Titul – Fәxri ad.

Page 132: hokumlerin esasi

132

Ümrә – İbadәt mәqsәdilә istәnilәn vaxt müqәddәs Kә’bәni ziyarәt etmәk.

Fardul-ayn – Namaz, oruc vә b. kimi hәr bir müsәlman şәxsin üzәrinә düşәn vacib әmәl

Fardul-kifayә – Bir vә ya daha çox müsәlmanların yerinә yetirmәsi ilә digәrlәri üçün vacib olmayan әmәl.

Fәth – Zәfәr, qәlәbә, açılış. Hәcc – İbadәt mәqsәdilә ilin müәyyәn vaxtında Mәkkәni ziyarәt

etmәk.

Page 133: hokumlerin esasi

133

M Ü N D Ә R İ C A T

Tәrcümәçinin ön sözü............................................................................................... 5 Müqәddimә............................................................................................................... 8 Әl-Buxarinin tәrcümeyi-halı .................................................................................... 9 Müslimin tәrcümeyi-halı ........................................................................................ 12 BİRİNCİ BÖLMӘ: TӘHARӘT ......................................................................... 14

Birinci fәsil: «Ayaqyoluna daxil olmaq vә tәmizlәnmәk».............................. 20 İkinci fәsil: «Dişlәrin misvakla tәmizlәnmәsi» ............................................... 24 Üçüncü fәsil: «Xuffun üzәrinә mәshin çәkilmәsi» ......................................... 26 Dördüncü fәsil: «Mәzi vә s. haqqında»........................................................... 27 Beşinci fәsil: «Cәnabәt qüslü» ........................................................................ 29 Altıncı fәsil: «Tәyәmmüm» ............................................................................ 33 Yeddinci fәsil: «Heyz».................................................................................... 35 Xülasә.............................................................................................................. 37

İKİNCİ BÖLMӘ: NAMAZ ................................................................................. 41

Birinci fәsil: «Namazın vaxtları» .................................................................... 41 İkinci fәsil: «Camaat namazının fәzilәti vә onun vacib olması» .................... 47 Üçüncü fәsil: «Azan» ...................................................................................... 49 Dördüncü fәsil: «Qiblәyә tәrәf yönәlmәk» ..................................................... 52 Beşinci fәsil: «Sәflәr» ..................................................................................... 54 Altıncı fәsil: «İmamlıq» .................................................................................. 56 Yeddinci fәsil: «Peyğәmbәrin (s.ә.s) namazı» ................................................ 59 Sәkkizinci fәsil: «Rüku vә sәcdә zamanı olan arxayınçılığın vacibliyi» ........ 65 Doqquzuncu fәsil: «Namazda mütaliә» .......................................................... 67 Onuncu fәsil: «"Bismillәhir-rahmәnir-rahim"i sәslә oxumamaq».................. 69 On birinci fәsil: «Sәhv sәcdәsi» ...................................................................... 70 On ikinci fәsil: «Namaz qılanın önündәn keçmәk» ........................................ 71 On üçüncü fәsil: «Ümumilik» ......................................................................... 73 On dördüncü fәsil: «Tәşәhhüd» ...................................................................... 77 On beşinci fәsil: «Vitr namazı»....................................................................... 81 On altıncı fәsil: «Namazdan sonra oxunan zikrlәr» ........................................ 82 On yeddinci fәsil: «Sәfәrdә iki namazı cәm etmәk»....................................... 85 On sәkkizinci fәsil: «Sәfәrdә namazı qısaltmaq» ........................................... 85 On doqquzuncu fәsil: «Cümә»........................................................................ 86 İyirminci fәsil: «İki bayram»........................................................................... 89 İyirmi birinci fәsil: «Kusuf namazı» ............................................................... 92 İyirmi ikinci fәsil: «İstisqa namazı»................................................................ 95 İyirmi üçüncü fәsil: «Qorxu namazı».............................................................. 97 İyirmi dördüncü fәsil: «Cәnazәlәr»................................................................. 98 Xülasә............................................................................................................ 105

Page 134: hokumlerin esasi

134

ÜÇÜNCÜ BÖLMӘ: ZӘKAT ............................................................................ 108

Fitrә zәkatı..................................................................................................... 112 Xülasә............................................................................................................ 113

DÖRDÜNCÜ BÖLMӘ: ORUC ........................................................................ 117

Birinci fәsil: «Sәfәrdә tutulan oruc» ............................................................. 119 İkinci fәsil: «Әn fәzilәtli oruclar» ................................................................. 123 Üçüncü fәsil: «Qәdr gecәsi» ......................................................................... 126 Dördüncü fәsil: «Etikaf» ............................................................................... 128 Xülasә............................................................................................................ 129

Bәzi әrәb sözlәrinin izahı ................................................................................... 131