7
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°105 APREL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 5

Inforex Weekly#105

  • Upload
    inforex

  • View
    222

  • Download
    1

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#105: treyder ucun heftelik online Forex icmali

Citation preview

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°105 APREL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ5

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avro/dollar ötən həftə göstərilən trend xəttindən yuxarı qayıdışı həyata keçirdi.Hazırda vacib dəstək olan 1.07820 səviyyəsində ticarət gedir və buradan yuxarı dönüş müşahidə edərsək, 1.112155 nöqtəsinə istiqamətlənmiş hərəkət görə biləcəyik.Yunanıstan məsələsi həftə ərzində diqqət mərkəzində olacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Uoll-Street —işləmək üçün heç də yaxşı yer deyil

Sərt mübarizə. Hədə-qorxular.Stress. Əməkhaqqı artımının azlığı.Hazırda əksər işçilər Uoll-stritdəki həyatı belə təsvir edirlər.Bunu Options Group-un 100 -ə yaxın maaliyyə mütəxəssisi arasında apardığı sorğu nəticələri deyir.İştirakçılara işlərindən,şirkətlərindən,əməkhaqqınmdan və perspektivlərdən nə qədər razı olduqları barədə sual verilib. ”Çox hallarda iş yerimizi qoruyub saxlaya bilməyimiz bizim bonusumuz olur.Maaliyyə mütəxəssisləri arasında neqativ əhval-ruhiyyə Uoll-Strit və 2008-ci il böhranından sonra maaliyyə sferasına baxmağa əsas verir.Banklar səhmdarlara və nizamlayıcı orqanlara tabe olmağa məcburdur.Maaliyyə şirkətləri sorğunun belə nəticələrindən narahat olmalıdırlar,çünki,bu sferaya etimadını itirən mütəxəssislər başqa sahəyə,məsələn Google və Facebook kimi şirkətlərə gedə bilərlər. Uoll-striit bununla mübarizə aparır və yaxşı əməkdaşları itirməmək üçün onların bəzilərinin əməkhaqlarını qaldırmaqla motivasiya edir.Hazırda orta bonus $173 min təşkil edir ki,bu da əvvəlkindən 20 000 azdır.

ortamüddətli perspektivüçün proqnozlar

M.Draqi investorlara satışları artırmamağı tövsiyyə edir

AMB sədri M.DRaqi investorları spekulyativ satışları artırmamağa çağırıb.O qeyd edir ki,avronun enişinə hesablanmış satışlar açmaq mənasızdır. Yunanıstanla bağlı vəziyyət gərgin olsa da,ölkənin birlik tərkibindən çıxması barədə danışmaq tezdir.Qeyd edək ki,24 apreldə Yunanıstan kreditorlarla razılıq əldə etməyə nail olmazsa,vəziyyət old-uqca çətin olacaq.Bu da avroya təzyiq göstərir və satışların artmasına səbəb olur.

CFTC: investorlar narahatlıqla dollardakı “təmiz” alışları azaldırlar

CFTC-nin açıqladığı son məlumatlardan görünür ki,treyderlər dollardakı satışları aktiv olaraq azaldırlar.Dollarda satışlar $49.4 -milyarddan $39 milyarda -a düşüb.Ümumiyyətlə,dollardakı satışlar demək olar ki,bütün əsas valyutalar qarşısında azalıb.Avrodakı spekulyativ satışlar ən çox idi,amma hazırda bu satışların həcmində azalma müşahidə edilir.Luni və aussidə satışlarda elə bir dəıyişiklik yoxdur.

2

Yunanıstan üçün heç bir güzəşt olmayacaq

Afina BVF qarşısında ödəməsi lazım olan borcun vaxtının uzadılması ehtimalını artıq yoxlayıb,amma K.Laqard qəti olaraq bildirib ki,heç bir güzəştdən söhbət gedə bilməz.Qeyd edək ki,12 mayda Yunanıstan BVF-a EUR747 milyon qaytarmalıdır.Draqi Yunanıstanı üfüqdə görünən defolt təhlükəsindən xəbərdar edib və tələsmək lazım olduğunu bildirib.Razılaşma əldə edilmək üçün növbəti imkan cümə günü Riqada avrozona maaliyyə nazirlərinin iclasında olacaq.

Draqi iqtisadiyyatı uçurumdan çıxarıb

Hələ bir neçə ay əvvəl analitiklər hesab ediridlər ki,Avrozonanı itirilmiş infliyasiya ,işsizliyin artrması və milli hərəkatlar onilliyi gözləyir.Çox az adam inanırdı ki,AMB rəhbərliyi nəyəsə nail ola biləcək.Bəziləri hətta bildirirdi ki,Draqi qorxudan “aradan çıxacaq” və İtaliyanın prezidenti olacaq. Amma Draqi çoxlarını təəccübləndirdi.Birinci,AMB-nin başlatdığı kütləvi zəiflədilmə proqramı gözləmələri üstələdi ,hətta Almaniya maaliyyə naziri Şoyble də bunun effektli olacağına inanmırdı. İkinci,hazırda bütün indikatorlar ,həmçinin istehlak indikatorları qrafiki yuxarı istiqamətlənib.İnfliyasiya gözləmələri isə enişi dayandırıb.Hazırda hamını maraqlandıran bir sual var,Draqi bu tempi davam etdirə biləcəkmi?

BANKLARIN

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Daxil olduğumuz həftə ABŞ,Avrozona,Yeni Zellandiya və Avstraliya makroiqtisadsi statistikasına baxmaq imkanı yaradacaq.Demək olar ki,hər gün vacib makroiqtisadi rəqəmlər sayəsində treyderlər tərəfindən maraqla gözlənəcək.Həftənin ikinci günü treyderlər Avstraliya monetar siyasətinə dair hesabatı izləyəcəklər.Bu sənəd asiya sessiyasında treyderlərə təqdim olunacaq.Ona görə də avstraliya dollarının volatilliyinin artması mümkündür.Av-ropa sessiyasında ZEW agentliyinin iqtisadi əhval-ruhiyyə ilə bağlı hesabatı diqqət mərkəzində olacaq.Məlumdur ki,əvvəlki 2 hesabat optimist olmuşdu və bu dəfə də belə olacağı gözlənilir.Çərşənbə günü sterlinqin ticarət aktivliyinin artması gözlənilir,belə ki,İngiltərə Bankının monetar siyasətə dair protokolu dərc olunacaq.Amerika sessiyasında isə daşınmaz əmlak bazarının satış indeksi məlum olacaq.Cümə axşamı pərakəndə satışlar diqqətlə izlənəcək.Bu xəbər sterlinqin həm dollar,həm də digər valyutalar qarşısında volatilliyini çoxalda bilər.Həftənin son günü diqqət mərkəzində avropa sessiyası olacaq və bu zaman Almaniya işgüzar mühit İfo indeksi açıqlanacaq.Amerika sessiyasında ABŞ -da uzunmüddətli məhsul sifarişləri dərc olunacaq.Ümumi olaraq belə nəticəyə gəlmək olar ki,treyderlər daha çox aktivlik çərşənbə ,cümə axşamı,cümə günü göstərəcəklər.

3

Avro: monetar və siyasi təzyiqlər altında.Proqnoz ayı istiqamətlidir

Avropa MB son iclasında aydınca bildirdi ki,2016-cı ilin 3cü rübünün sonuna qədər QE-ni davam etdirmək niyyətindədir.Monetar akkomodasiya və aşağı faiz dərəcələri avronu maaliyyələşdirmə valyutası olaraq cəlbedici edir,avroya təzyiq artır.

Yena krosslarda bahalaşır.Proqnoz buğa istiqamətlidir.

Biz hesab edirik ki,yena krosslarda bahalaşmağa davam edəcək.Kapital axını barədə rəqəmlər Yapon investorlarının xarici aktivləri aktiv olaraq aldığını göstərir.Bu o deməkdir ki,qısamüddətli perspektivdə dollar/yena diapazondan kənara çıxmağa çalışacaq.Amma AMB-nin etdiyi monetar zəifləmə avro/yenaya təzyiq göstərəcək.

Funt:aşağı infliyasiya və siyasi risklər.Proqnoz ayı istiqamətlidir.

Son vaxtlarda funt/dollar volatilliyin azalması hesabına dəstək alıb.Biz bu sıçrayışı yeni satışlar üçün imkan olaraq qəbul edirik və İngitərə Bankının iclas protokollarının dərcinin bir çox suallara aydınlıq gətirəcəyini hesab edirik.Risk və gəlir mütənasibliyi funtun yenaya qarşı satışlarını cəlbedici edir.

Avstraliya dolları-korreksiya müvəqqətidir?Proqnoz ayı istiqamətlidir.

Biz əvvəlki kimi avstraliya dollarında ayıları dəstəkləyirik.Qiymətin RBA-nın faiz dərəcələrini endirmə ehtimalını nəzərə alması qalxış korreksiyasının inkişafına yol aça bilər.RBA-nın iclas protokollarını izləmək lazımdır.

20.04.15 - 24.04.15 həftəlik proqnoz

Morgan Stanleydən əsas cütlüklərin həftə ərzində gözlənilən dinamikası barədə

Dollar ortamüddətli periodda qalxa bilər.Proqnoz buğa meyllidir.Ştatlar investorları zəif rəqəmlərlə məyus edirlər və bu ötən həftə dolların eniş korreksiyasına rəvac ver-di.Fedrezervin qərarı qəbul olunan informasiyadan asılıdır,ona görə də dollarda vola-tilliyin artacağını gözləmək olar.Amma biz hər şeyə baxmayaraq dolların yenə də gü-clü olacağını gözləyirik.AMB-nin QE-dən imtina etməməyi planlaşdırması həmçinin dolların qalxışını sürətləndirə bilər.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Neft

Qrafik hər an eniş tendensiyasına dönə bilər.Yuxarıdan təzyiqin çox olması hazırki səviyyələrdən bu tendensiyanın başlanması mümkündür.Yeni satışlar üçün 74.56 səviyyəsinin yoxlanmasını gözləmək lazımdır.

4

“Brent” nefti və qızılın hərəkət potensialının təyin edilməsi

Qızıl

Müqavimət nöqtəsinin 1248.00 olduğu lokal flet müşahidə olunur.Yan diapazonu 1144.93-1287.17 aralığındadır.

INFOREX WEEKLY DALGA ANAlİZI

Dalğa analizi EUR/USD, GBP/USD

Eur/usd

İkiqat ziqzaq (ii) of [v] of 3 dalğası daxilində inkişadfını davam etdirir və yaxın vaxtda (iii) of [v] of 3 dalğası daxilində eniş başlaya bilər.

5

Gbp/usd

2 of (3) dalğası daxilində iri korreksiya modeli formalaşmasını başa çatdırır.Onun tam başa çatması üçün daha bir impuls dalğası lazımdır.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal