9
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°123 AVQUST 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3 DALĞA ANALİZİ 7

Inforex Weekly#123

  • Upload
    inforex

  • View
    224

  • Download
    1

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#123 : treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#123

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°123 AVQUST 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3 DALĞA

ANALİZİ7

Page 2: Inforex Weekly#123

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Başqalarının ticarət siqnallarından istifadə etməklə hansı riskə gedirsiniz

Hazır siqnallardan,başqa treyderlərin məsləhətlərindən nə dərəcədə istifadə edirsiniz?Bunlardan istifadə edərək nəsə qazana bilmisinizmi və nə qədər zaman?Bildirik ki,internetdə külli miqdarda hazır siqnallar satılır və alınır.Bir çox yeni başlayan treyderlər də bu göydəndüşmə fürsətdən istifadə etməyə tələsir,tez bir zamanda varlanmaq üçün bu üsuldan istifadə edirlər.Nəzərə almaq lazımdır ki,belə siqnallar məhz yeni başlayanların tamah və həddindən artıq yüksək gözləmələrini doğrultmaq istəklərini nəzərə alaraq pul qazanmaq məqsədi ilə satılır.Başqa siqnallardan istifadə edilməsinin zərərlərinə baxaq.

1.Ümumi fikri bilmək olmur . 2. Müəllifin kim olduğu dəqiq bilinmir.3.Özünə inam itir.4.Öyrəşmə baş verir və hansısa səbədən əlaqə kəsilirsə,heç nəsiz qalmaq ehtimalı güclüdür. 5.Özünüinkişaf üçün vaxt olmur.Yadda saxlamaq laızmdır ki,yalnız sizin üçün rahat olan və özünüzə məxsus, ticarət sistemi yaxşı nəticələr verə bilər,burada da daim strategiyanı təkmilləşdirmək şərtdir.Başqalarının siqnallarından istifadə edən treyder isə gec və ya tez vəsaitini itirməyə məhkumdur.

01

Page 3: Inforex Weekly#123

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Diapazon nəhayət ki qırıldı!.Avro FRS-lə bağlı narahatlıq və qorxulardan dəstək alır,bu da qalxış dinamikasının güclənməsinə səbəb olur.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Page 4: Inforex Weekly#123

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

BANKLARINortamüddətli perspektivüçün proqnozlar

Morgan Stanley: avronun,dolların və digər əsas valyutaların perspektivlərinə baxış

Dollar. İnkişaf etməkdə olan ölkə valyutaları qarşısında möhkəmlənəcəkFOMC protokolları sentyabrda faiz dərəcələrinin qaldırılması ehtimallarını gücləndirir,amma yenə də hər şey statistik göstəricilərdən asılı olacaq.İyul göstəriciləri isə faiz dərəcələrinin qaldırılmasını dekabra saxlaya bilər.Amma hər bir halda biz dol-larda buğaların tərəfindəyik.

Avro. Fondlaşdırma üçün əla fürsət var. Buğalar üstün ola bilərHesab edirik ki,avro yaxın həftələrdə möhkəmlənəcək.İnvestorların riskə marağının güclənməsi avroya dəstək verəcək,bundan başqa riskli aktivlərin maaliyyələşməsi üçün avrodan istifadə edilib və bu orderlərdən çıxılması avroya əlavə dəstək verəcək.

Funt sterlinq. Digər valyutalardan daha arxayın görünür.Buğalar üstündürBiz hesab edirik ki,yaxın gələcəkdə funt faiz dərəcələri differensialından dəstək ala-caq.Əgər Böyük Britaniyadan statistik göstəricilər sevindirməyə davam edərsə,faiz dərəcələrinin qaldırılmasına start daha yaxın vaxtda verilə bilər.

Scotiabank: spekulyantlar dolları rekord templə satırlar

CFTC-in son hesabatı göstərir ki , 18 avqusta qədərki həftədə dollardakı təmiz alışların həcmi ciddi olaraq azalıb.( $5.3 mlrd).Spekulyantlar frankdan başqa bütün valyuta-lara münasibəti yaxşılaşdırıb,amma luni,aussi və kividəki satışlar elə də azalmayıb.Avrodakı satışların həcmi $3.1 mlrd azalaraq 12.8 milyarda çatıb.Spekulyantlar funta münasibətlərini müəyyən edə bilmirlər:həm alışların ,həm də satışların sayı artıb.Aussidə dəyişikliklər elə də nəzərəçarpan olmayıb.

FRS FAIZ DƏRƏCƏLƏRINI QALDIRMAĞA TƏLƏSMƏ! BU YAXŞI IDEYA DEYIL

Sentyabrın ikinci yarısında FRS-in növbəti iclası keçiriləcək və bunu bütün dün-ya gözləyir.Ekspertlər bu barədə proqnozlar verirlər,requlyator faiz dərəcələrini qaldırmağa cəsarət edəcəkmi? DoubleLine Capital rəhbəri Cefri Qundlax hesab edir ki,bu qərar FRS-in özü üçün kifayət qədər problematik olacaq.

Qudlax borc bazarları üzrə nüfuzlu ekspertdir,onu Bill Qrossun davamçısı da adlandırırlar.FRS-in əsas problemi ondadır ki, “çirkli “ istiqrazlar 4 ildə ən minimal səviyyəyə düşüb.

“ “Çirkli “ istiqrazlar minimal səviyyədə olduğu zamanda faiz dərəcələrini qaldırmaq, - yaxşı ideya deyil”, -deyə o Reuters-ə müsahibəsində bildirib.O həmçinin əlavə edib ki,əgər FRS sentyabrda faiz dərəcələrini qaldırmağa cəsarət edərsə, «Pandorra yeşiyini açmağa risk edəcək», qaldırılma özü isə,monetar siyasətin sərtləşdirilməsinin yeni mərhələsi olacaq.Bundan başqa FRS-ə faiz dərəcələrini qaldırmağa Çin iqtisadiyyatının zəifləməsi mane olmalıdır.

Hələ ötən il ekspertlər hamısı bir ağızdan faiz dərəcələrinin keçən il qaldırılacağı barədə danışan zaman Qundlax dedi ki bu olmayacaq və o haqlı idi.

Nə üçün Qundlax yüksəkriskli istiqrazlar barədə danışır?Məsələ bundadır ki,enerji sektoru şirkətləri indi ən yüksək borc yükünü daşıyan sektordur,neftin ucuzlaşması isə onların riskini göylərə qədər qaldırıb. UBS deyir ki,yaxın vaxtda bu sektorda de-folt görəcəyik,əgər FRS faiz dərəcələrini qaldırrarsa,bu defoltlar seriyası olacaq.Neft sektoruna dair bir çox şirkətlər iflas edə bilər,onların ardınca isə bu digər sektorlara keçərək iflaslar seriyasına çevrilər.

Page 5: Inforex Weekly#123

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

başlamalıdır, o neftin 200 dollara qədər qalxacağını proqnozlaşdıraraq bildirdi ki,bunun üçün neft sektoruna in-vestisiya qoyuluşunu azaltmaq və istehsalı azaltmaq,bununla da bazarda neft qıtlığı yaratmaq lazımdır.

2. Aleksey Miller, «Qazprom» rəhbəri: $150

İki il əvvəl Qazprom sədri A.Miller bildirdi ki, Brent neftinin qiyməti $150-a qalxa bilər,buna Şimali Afrikada neft istehsalının zəifləməsi səbəb olmalıdır.Bundan əvvəl,2008-ci ildə isə Miller hesab edirdi ki,neft $250-a qədər bahalaşacaq,o zaman neft $140-a çatdı,amma 2009-cu ilin əvvəllərində $70-a düşdü.

3. Nikolas Maduro,Vensuela prezidenti: $100

Venesuela neftin ucuzlaşmasından çox zərər gördü ,bu faktdır.Ölkə büdcəsi demək olar ki,100% neft qiymətindən asılıdır.Bu ilin mayında prezident bildirdi ki,ölkə büdcəsini idarə etmək üçün neft ən azı 100 dollara satılmalıdır.Hələ ki,Venesuela və OPEK-in birgə gizlin planı baş tutmamış qalır.

4. Vaqit Ələkbərov «Lukoyl» rəhbəri: $70

Yayın əvvəlində Ələkbərov bildirirdi ki,onun proqnozlarına görə,yaxın 3 ildə neftin qiyməti $60-70 olacaq və o bu səviyyəni o vaxt aşağı hesab edirdi.May ayında isə Vaqit Ələkbərov başqa rəqəm - $75 dedi.O ümumiyyətlə ehtiyatlılğı və bazardakı vəziyyəti izləməsi ilə fərqlənir.Amma onun bu son proqnozu ilə uyğun gəlməyən bir məqam var ki,bu da ilin əvvəlində neftin 25 dolara qədər düşəcəyi proqnozu ilə hamını qorxutmasıdır.

5. Fitch: $65

Beynəlxalq reytinq agentliyi Fitch-in gözləmələrinə görə,bu il Brent-in orta qiyməti $65 olmalı idi.Agentliyin fikrincə 2 ildən sonra neft $80-a qədər qalxmalıdır.

6.Aleksey Ulyukaev,Rusiya iqtisadi inkişaf naziri : $60

Rusiya iqtisadi inkişaf naziri iyunda bildirdi ki, 2015-ci ildə neft $60 ,2016-cı ildə isə - $75-a satılacaq. Qeyd etmək lazımdır ki,nazir öz fikirlərinə əmindir və bazardakı panikaya aldanmır.

7. Harri Şippinq,iqtisadçı : $20

Bu ilin fevralında tanınmış iqtisadçı Harri Şipinq dedi ki, Amerika nefti $10–20 a düşəcək. Onun məntiqi sadədir, kartelllər nefti barəbərlik nöqtəsindən yuxarıda saxlamağa çalışırlar, amma onlardan başqa neft istehsalçıları da var.

Onlar daha çox almağa çalışırlar, ona görə də onlar süni qaldırılmış qiymətlərdən istifadə edirlər ki, daha çox satsınlar. Belə çıxır ki, OPEK neft kollapsının qarşısını almaq üçün çalışır, ABŞ və Kanada isə hasilatı çoxaltmaqla bazarda təklifi genişləndirirlər.

Dünya Bankı da bu arada o qədər də optimist olmayan proqnozlar irəli sürürlər.Bank ekspertləri hesab edirlər ki,İranın bazara tam olaraq qayıtması ilə neft $10 -a qədər düşəcək.

Analitiklərin reytinqi və ya nə üçün neft barədə verilən proqnozlara inanmaq olmaz?!

Ötən həftə neft get gedə ucuzlaşmağa davam etdi və aylıq minimumlar yeniləndi. Amma hətta indi də elə analitiklər var ki,neftin gələn il 100 və 200 dollar olacağına inanırlar. Bu analitiklərin reytinq siyahısına baxsaq:

Ötən həftə neft get gedə ucuzlaşmağa davam etdi və aylıq minimumlar yeniləndi.Amma hətta indi də elə analitiklər var ki,neftin gələn il 100 və 200 dollar olacağına inanırlar.Bu analitiklərin reytinq siyahısına baxsaq:

1. Abdulla-Əl Bədri,OPEK-in baş müşaviri : $200

Neft ixrac edən ölkələri birliyinin rəhbəri optimizmlər reytinqində birinci yerdədir.İlin əvvəlində,neft ucuzlaşmağa başlayanda o cəsarətli açıqlama vermdi və bildirdi ki,neft burdan o yana ucuzlaşmayacaq və qalxış

Page 6: Inforex Weekly#123

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Trend potensialının təyini. Həftəlik icmal

BRENT

İrihəcmli eniş davam edir və satıcılar üçün yaxşı xəbər budur ki,Bollincerin aşağı xətti aktual hədəfin 36.86 səviyyəsində olduğunu göstərir. ADX-in təzyiqi isə buğalara şans vermir.Neft yeni minimumlar təyin edə bilər.Ümumi eniş hədəfi - 36.83.

QIZIL

Qalxış korreksiyası potensialı Bollincerin orta xəttinə qədərdir (1228.59)Biz görürük ki,mümkün korreksiya artıq əldə olunub - 1169.01.Bu test ayıların qızıla yenə hücum edə biləcəyini göstərir.

Page 7: Inforex Weekly#123

24 – 28 avqust üçün texniki proqnoz XAU/USD:

Həftə ərzində ticarətlərin gedişi iki əsas faktorla məyyən olunacaq.Birinci,dünya bazarındakı səhmlərin dinamikası.Çindəki maaliyyə qeyri-sabitliyi investorları riskli aktivlərdən təhlüksiz aktivlərə yönəlməsinə səbəb olmuşdu və qızıl da belə aktivlərdəndir.İkincisi,qızılla infliyasiya gözləmələri arasında korrelyasiyanın ayrılması bu həftə işlənə bilər.”Qara qızılın “ ucuzlaşmağa və yeni minimumlara düşməsi ,amerika qiymətli kağızlarının gəlirliliyinin azalması fonunda həftə ərzində 1173/1190 səviyyəsində Sell açmaq və gəliri 1144 səviyyəsində fiksə etmək olar.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

24.08.2015 - 28.08.2015 həftəlik fundamental analiz

Cümə axşamı,27 avqustda bazarı ABŞ ÜDM və işsizlik müavinətləri hesabatları gözləyir,bazarın bu informasiyanı necə həzm edəcəyi maraqlıdır.28 avqustda İsveçrə və Böyük Britaniya ÜDM hesabatları təqdim edəcək.Əgər Böyük Britaniya statistikası gözlənilən kimi pozitiv olmazsa,bazarı sürpriz gözləyəcək.Almaniya istehlak qiymətləri avroya hansı istiqamətə getmək lazım olduğunu bildirəcək,amma bazar hər zaman mümkün olduğu kimi bu dəfə də bu hesabatları iqnor edə bilər,ona görə də texniki analizi yaddan çıxarmayaq.

Avro üçün vacib gün çərşənbə axşamı 25 avqustda olacaq ,həmin gün Almaniya ÜDM və İfo iqtisadi mühit barədə hesabat açıqlanacaq.Axşam saatlarında CB istehlakçıların inam indeksi və yeni ev satışları ilə dolların reaksiyası izlənəcək.

Həftənin iqtisadi statistikası o qədər də dolğun deyil,amma elə də az xəbərlər gözlənilmir!

Page 8: Inforex Weekly#123

INFOREX WEEKLY07

Dalğa analizi EUR/USD GBP/USDEUR/USD

Qalxış hərəkətinin gücünü nəzərə alsaq,indi [c] of Y of (B) dalğasının inkişaf etməsi ehtimal olunur və qalxışın davamı gözlənilir.

GBP/USD

Funtda vəziyyət dəyişməyib və yaxın vaxtda davamlı qalxışın [iii] of C of (2) dalğası daxilində inkişafı və maksimumların yenilənməsi gözlənilir.

DALĞA ANAlİZİ

Page 9: Inforex Weekly#123

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal