11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°72 SENTYABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

Inforex Weekly#72

  • Upload
    inforex

  • View
    232

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#72: treyderler ucun heftelik online Forex icmali

Citation preview

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°72 SENTYABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Eur/usd cütlüyü hazırda 1.31fiquruna yaxınlaşır.Cütlük bu səviyyəni aşağı qırmağa nail olarsa,1.300 və 1.2950 səviyyələri növbəti eniş hədəfləri olacaq.Müqavimətlər 1.3212,1.3272 və 1.3350/80 ətraflarındadır. Həftə ərzində fundamental fonda cütlüyün təzyiq altında qalacağını gözləmək olar.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

RBS AMB-nin yaxın aylarda atacağı addımlar barədəRBS analitiklərinin fikrincə AMB sentyabr iclasında faiz dərəcələrini 0.10%-ə salacaq,amma bu dekabr və növbəti mart ayında baş verəcək daha vacib hadisələrin proloqu olacaq. «Yaxın gələcəkdə QE -nin işə salınması mümkündür , amma hələ ki,bu ehtimal zəifdir.Biz hesab edirik ki,AMB dekabr və ya mart ayında ABS alışlarına başlaya bilər », - deyə bank ekspertləri qeyd edirlər.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Nordea həftənin əsas hadisəsi barədəNordea valyuta strateqləri həftənin vacib hadisələrinə baxarkən AMB-nin pul-kredit siyasətinə dair iclasının əsas hadisə olduğunu qeyd edirlər.Bank ekspertlərinin fikrincə faiz dərəcələrinin azaldılmasının mənası yoxdur.Kütləvi zəiflədilmə proqramının başladılması tələskənlik olardı.Nordea strateqləri aktivlərlə təminatlandıran qiymətli kağızların alışına işarələr veriləcəyini istisna etmirlər (ABS). Bundan başqa ekspertlər M.Draqinin lazım gələrsə,tədbir görməyə hazır olduğunu bildirəcəyini ,və faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə qalacağını yenidən təstiq edəcəyini gözləyir.

Avro avqustu minimumlarda başa çatdırdı

Əsas valyuta yayı və avqust ayını enişl başa çatdırdı. Avro/dolların reabilitasiya üçün demək olar ki,şansı yoxdur-yalnız ABŞ iqtisadi statistikası qəfildən pisləşərsə,bu baş verə bilər ki,bildiyimiz kimi bu ehtimal çox zəifdir.Hələ ki,diqqətlər Avrozonanın zəif hesabatlarına və MB-ın iclasına yönəlib.

Avrozonada yenidən baxılmış infliyasiya indeksi gözlənildiyi kimi 0,3% oldu,əvvəlki ayda isə bu rəqəm 0,4% olmuşdu.

Hələ ki,AMB -nin atdığı monetar addımlar heç bir nəticə vermir.Payızda LTRO formatında 2 ardıcıl iclas keçiriləcək,amma yəqin ki, stabilizaiya üçün əlavə dəstəyə ehtiyac olacaq.

İstisna deyil ki,yaxın müddət ərzində avro/dollar 1.31 ətrafına düşməklə illik “dib” səviyyəsini yeniləyəcək.

Bu həftədən nə gözləməliyik? - Crédit AgricoleBu həftə geosiyasi hadisələrdən savayı Draqinin Cekson-Holldakı yumşaq çıxışından sonra hansı addımları atacağı diqqət mərkəzində olacaq.Biz əminik ki,mərkəzi bank TLTRO proqramının şərtlərini daha cəlbedici edəcək və aktivlərlə təminatlandırılan qiymətli kağızların alışına start verəcək,amma faiz dərəcələrinin daha da aşağı salınacağını və kütləvi zəiflədilməyə başlanacağını gözləmək lazım deyil.Digər 4 Mərkəzi Bank həmçinin iclas keçirəcək,amma hazırki monetar siyasətin dəyişilməsi ehtimalı zəifdir.Bu həftə açıqlanacaq iqtisadi göstəricilər müxtəlif olacaq və dinamikaya müəyyən təsir göstərəcək.ABŞ qeyri k/t sektorunda məşğulluq səviyyəsi rəqəmləri yəqin ki,230.000 artım göstərəcək.İşsizlik səviyyəsinin dəyişməyəcəyini gözləmək olar.Eyni zamanda biz Almaniyada sənaye istehsalında artım gözləyirik,Britaniya sənaye sektorunda işgüzar aktivlik isə aşağı düşə bilər.Ümumiyyətlə,bazarda əhval-ruhiyyə elə də yüksək olmayacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Avroya satış təzyiqi yüksəlirBarclays qeyd edir ki,Alman istiqrazlarının gəlirliliyinin rekord aşağı səviyyəyə düşməsi avroya neqativ təsir göstərir. “ (EUR/JPY) və (EUR/GBP) krossları gü-clü dəstək səviyyələrini aşağı qırıblar və bu da enişin yeni minimumlara qədər da-vam edəcəyindən xəəbər verir. Avro dollara qarşı yeni minimumu qırıb və $1.3100 səviyyəsinə istiqamətlənib. (EUR/AUD) həmçinin eniş trayektoriyası cızır “, bank qeyd edir.

Nomura: EUR/USD - nə üçün zəifdir? Nə gözləmək lazımdır?

Nomura bankın «ayı» mövqeyi 2 hərəkətverici qüvvə ilə əlaqəlidir: Əvvəla Avrozo-naya səhmdar kapitalı axınının azalması,ikinci AMB monetar siyasətinin ABŞ və Bri-taniya siyasətindən geri qalması.Bildiyimiz kimi FRS və İngiltərə Bankı artıq monetar siyasəti sərtləşdirməyə başlayıblar. BU deyilənlər son vaxtlarda 4- faktorla güclənib:Birinci səbəb bundan ibarətdir ki,M .Draqi Cekson Hollda vəziyyəti şərh edərkən,ortamüddətli infliyasiya gözləmlərindən narahat olduğunu və vəziyyətin nəzarətdən çıxdığını bildirdi.

«Biz AMB-nin sentyabr-oktyabr ayında faiz dərəcələrini daha 10 bazis punktu aşağı salacağını ,dekabrda isə aktivlərlə təminat verilən qiymətli kağızların alışına başlayacağını gözləyirik,» - Nomura proqnozlaşdırır. İkinci faktor onu göstərir ki,iyunun sonundan başlayaraq kapital axınında mühüm dəyişiklilklər baş verir ,belə ki,iyun ayında regiona $24.3 milyard kapital qoyulmuşdusa,iyul ayında bu rəqəm $1.4 milyard,avqustda isə mənf səviyyəyə keçərək -$2.8 milyard olub .

Üçüncü faktor Rusiya-Ukraina konfliktinin regiona etdiyi mənfi təsirdir. Dordüncü fak-tor ABŞ-dan alınan pozitiv rəqəmlər və Ellenin tonudur ki,bu da EURUSD cütlüyünün enişi davam etdirməsi üçün növbəti səbəbdir. «Ümumiyyətlə biz əminik ki,FRS-in sentyabr iclasında monetar siyasətdə mühüm dəyişikliklər ediləcək.Bu,dollara dəstək verəcək və nəticədə EURUSD yaxın müddətdə 1.30 psixoloji səviyyəsini yoxlayacaq ,» - Nomura bildirir

Spekulyantlar avro və yenada satış orderlərini artırırlar

CFTC-in açıqladığı məlumatlara görə, r spekulyantlar təmiz satış orderlərinin sayını avroda (-150 657 order əvvəlki həftə -138 825 order) və yenada (-102 891 order ,əvvəlki həftə 87 271 order) artırıblar.Qeyd edək ki,spekulyativ satış orderlərinin həcmi avroda 24 iyul 2012 ci ildən, yenada – 21 yanvar 2014 cü ildən indiyə qədər ən yüksək səviyyəyə çatıb.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

EUR/USD

Cütlük 1.3100 dəstəyinə yaxınlaşıb. Güclü həddindən çox satılmanı nəzərə alsaq,bu dəstəkdən şağıda möhkəmlənmə ehtimalı elə də real görünmür və 1.3300 ətrafına sıçrayış gözləmək olar, buranın yuxarı qırılması 1.3450 yaxınlığına qalxışa yol açacaq. Qalxışın davamı 1.3450 ətrafında məhdudlaşa bilər və yenidən 1.3100, 1.2660-1.2755 yaxınlığına istiqamətlənmiş hərəkət başlaya bilər.

Texniki baxış

Forex bazarında ticarət siqnalları və onlardan istifadə qaydaları

Hər bir treyder treydinqə başladığı ilk vaxtlarda kənardan köməyə ehtiyac duyur.Bu yardım analitik icmallar və proqnozlar və ticarət siqnalları ola bilər.

Siqnal — bazara daxil olma və çıxış vaxtının göstərildiyi məlumatdır.Siqnalda həmçinin az itki ilə bazardan çıxış nöqtəsi -stop-loss da göstərilməlidir.Başqa sözlə deyilərsə,siqnalla bəzi treyderlər ticarət apararkən riayət etdikləri informasiyadır.Nəzərə alınmalıdır ki,ticarət siqnalları ticarət aparmaq üçün bəzi qaydalara əməl etmək lazımdır.Siqnallarda qəfil çıxan xəbərlər ,fors majorlar nəzərə alınmaya bilər.Siqnala əsasən order açmazdan əvvəl bazarda ümumi vəziyyət öyrənilməlidir.Əgər fundamental və texniki baxımdan vəziyyət verilən siqnalın əksinədirsə,bazara girişi özünə sui-qəsd olar.Siqnala əsasən bazara daxil olduqda böyük lotla order açmaq olmaz.Yaxşı olar ki,sistemi və gəlirliliyi öyrənərək tədricən pul qazanasınız.Siqnalların spesifikliyini və müxtəlifliyini nəzərə alaraq demək olar ki,siqnallar tövsiyyə xarak-teri daşıyır və onları öz stategiyanızı nəzərə almaqla istifadə etməyiniz əlverişlidir.Ən əsası isə,bu siqnal nə qədər dəyərli olursa olsun,intuisiyanız sizə əksini deyirsə,bu siqnaldan istifadə etməyin.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

USD/JPY

Cütlük yenə də 104.10 səviyyəsindən yuxarıda möhkəmlənməyə cəhd edir.Bu cəhdlər uğurlu olarsa, 105.40 maksimumuna qalxış mümkün olacaq.Əks halda, 102.80-103.10 ərazisinə korreksiya mümkündür .

GBP/USD

Cütlük 1.6600 səviyyəsindən yuxarıda möhkəmlənə bilmir,buna görə də 1.6465 dəstəyi qısamüddətli periodda yoxlana bilər .Amma ordan aşağıda möhkəmlənmə ehtimalı zəifdir.Korreksiya fazasına daxil olmaq üçün cütlük 1.6600 səviyyəsini qırmalıdır ,bu halda 1.6860-1.6900 diapazonu daxilində hərəkət başlaya bilər.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Ötən həftəyə baxış

Valyuta bazarında ötən həftə Amerika dolları güc yığmağa davam etdi.Dollar qarşısında ən çox zəifləyən valyuta avro oldu.Avro bütün həftə bədbin əhvalda ticarət apardı və 11-aylıq minimumlar yaxınlığında qaldı.Bundan başqa geosiyasi risklərin yüksəlməsi ,pisləşən Avrozona statistikasının gözü önündə avroya güclü təzyiq göstərdi.Bu təzyiq AMB-nin yumşaldılma isyasətinin tətbiq ediləcəyi ilə bağlı fikirlərin səsləndirilməsi ilə daha da gücləndi.Ötən həftə ABŞ -da ÜDM-in 2 ci qiymətləndirilməsi göstərdi ki,iqtisadi yüksəliş əvvəlki rübə nəzərən daha da sürətli olub.

Britaniya valyutası həftəni yan trendində başa vurdu.Cütlüyə Britaniya ipoteka kreditləşməsi və Ukrainada gərginliklə bağlı narahatlıqlar nisbi dəstək verdi.Bundan başqa invesorlar Britaniya CBİ hesabatına diqqət yetirdilər və bu hesabat göstərdi ki,pərakəndə satışçılar satışların artacağını gözləyirlər.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Ötən həftə Kanada dollarının dinamikasında da volatilliyin artması müşahidə olundu.Həftənin əvvəlində va-lyuta minimumlara düşsə də,sonradan aylıq minimumlara qalxdı.Valyutaya FRS sədri J.Ellenin şərhləri təzyiq göstərdi,belə ki,Ellen xəbərdarlıq etdi ki,əgər ABŞ-da iqtisadi yüksəliş indiki templə gedərsə,faiz dərəcələri vaxtından əvvəl artırıla bilər.

XAU/USD:

“Sarı metalı ” bu həftə satmaq üçün 2 səbəb göstərilə bilər.Əvvəla ötən həftə 10 illik Amerika kağızlarının gəlirliliyinin azalmasını müşahidə etdik.Avrozonada infliyasiya rəqəmləri illik hesablamada 0.3% azalma nümayiş etdirdi.İkincisi,müəyyən konsolidasiyadan sonra dollar indeksi ABŞ-dan alınan pozitiv xəbərlər fonunda qalxış dinamikasını inkişaf etdirə bilər və bu da qızıl üçün neqativ faktordur.Bu gözləmələr fonunda XAU/USD-da 1290-1300 səviyyəsində hədəf с 1270 olmaqla satış orderi açmaq olar.

Həftəlik analiz 1 sentyabr – 5 sentyabr: Qızılı satmaq üçün 2 səbəb

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD

Mümkün variantlardan birinə görə ,hazırda (E) of [B] eniş dalğasının başa çatması ehtimal olunur və bu dalğa iri ziqzaq,ikiqat kombinasiya şəklini ala bilər. B of (E) of [B] qalxış korreksiyasının başlaması mümkündür.

GBP/USD

D of (B) qalxış ziqzaqının [c] of D klini ilə başa çatması , ikiqat ziqzaq formasını ala biləcək E of (B) eniş dalğasının yaranması ehtimal olunur.

INFOREX WEEKLY09 DALGA ANALIZI

USD/CHF

Mümkün variantlardan birinə görə, inkişaf edən E of (4) qalxış dalğası iri ziqzaq şəklini ala bilər. [b] of E of (4) eniş korreklsiyası gözlənilir.

USD/JPY

ÜFüqi uzanan 4 of (A) korreksiyası inkişaf edir.Bu halda onun ardınca qiymətin 5 of (A) dalğası şəklində sıçrayışını və [e] of 4 of (A) eniş ziqzaqı gözləmək olar.

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal