414

MÜNDƏRtCAT - lib.bbu.edu.azlib.bbu.edu.az/files/book/224.pdf · cəmiyyət miqyasında gəlirlər və xərclərin dövriyyəsi, makroiqtisadi göstəricilər sistemi, ümumidaxili

  • Upload
    others

  • View
    24

  • Download
    0

Embed Size (px)

Citation preview

M Ü N D Ə R t C A T

Müqəddimə ................................................................................ 9

Bölmə 1

İqtisadi nəzəriyyəyə giriş və ümumi iqtisadi problemlər

I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu §1. İqtisadiyyat anlayışı. Onun müxtəlif mənalarda və səviyyələrdə səciyyələndirilməsi. İqtisadiyyatın başlıca

funksiyası ............. .< ............................................................. 12 §2. Nemət; məcmunu və hövləri. Təbii Və iqtisadi nemətlər.... 15 §3. İnsan iqtisadiyyat aləmində. İqtisadi’nəzəriyyədə

* insan modeli .................................................................................. 16 I §4. İstehsal, bölgü, mübadilə və istehlakm qarşılıqlı əlaqəsi ...20 §5. Tələbatlar və resurslar. İstehsal imkanları. İqtisadi seçim. Müasir istehsalın quruluşu ............................................................................ 22

n fəsil. İqtisadi nəzəriyyənin predmeti və metodu ^§1. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsinə

müxtəlif baxışlar (yanaşma) .................................................. 28 §2. İqtisadi münasibətlər sistemi ................................................. 31

'f‘§3. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar............................... 33 §4. Məhdud resurslar şəraitində istehsal, bölgü, mübadilə və

istehlak sferasında insanlann davranışı. Subyektiv psixoloji qanunlar ................................................. 34

jr §5. İqtisadi nəzəriyyənin funksiyalan ............................................ 37 f §6. İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri ................... 38 ^ §7. İqtisadi nəzəriyyənin tədqiqat və şərh metodlan ...................... 46

m fəsil, iqtisadi sistem və mülkiyyət §1. İqtisadi sistem: məzmunu, xarakteri və

ümumi əsasları ....................................................................... 48 §2. İctimai istehsal və onun tərəfləri. Məhsuldar qüvvələr və

istehsal münasibətləri. İqtisadi sistemdə təsərrüfat mexanizmi ............................................................. 51

§3. İqtisadi sistemin tipləri. Keçid iqtisadiyyatı .......................... 54 §4. Mülkiyyət: məzmunu, iqtisadi və hüquqi kateqoriya kimi.

Mülkiyyət hüququ. Mülkiyyətin obyektləri və subyektləri ........................................................................ 58

§5. Mülkiyyətin formalan və onlann reallaşdıniması.

3

Azərbaycanda yeni mülkiyyət formalarının yaradılması... 60

IV fəsil. Bazar iqtisadiyyatı: ümumi əsaslan, qanunlan və modelləri

§1. Bazar iqtisadiyyatı və onun genetik əsasları. Natural və əmtəə istehsalı .....................................................64

§2. Məhsulun iqtisadi formaları. Əmtəənin xassələri. Pulun meydana gəlməsi, mahiyyəti və funksiyaları ..............67

§3. Bazar iqtisadiyyatı: mahiyyəti, əsas cəhətləri, obyekt və subyektləri ............................................................. 70

§4. Bazar iqtisadiyyatmın qanunları, tipləri və modelləri ...........73 §5. İnzibati-amirlik sistemindən (planlı iqtisadiyyatdan)

bazar iqtisadiyyatına keçidin zəruriliyi və yolları .................. 76

Bölmə 2 Mikroiqtisadiyyat

V fəsil. Mikroiqtisadiyyat və onun təşkili formaları §1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formalan.

Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu .................... 78 §2. Sahibkarlıq və biznes fəaliyyəti. Mikroiqtisadi sahədə

istehsal, bölgü, mübadilə və istehlak ..................................... 82 §3. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar

strukturunun formalaşması ....................................................87 §4. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması .............88

yi fəsil. Bazar və onun fəaliyyət mexanizmi. Bazar infrastrukturu §1. Bazar; mahiyyəti və meydana gəlmə şərtləri.

Bazarın funksiyaları, forma və növləri .................................. ̂ 4 §2. Bazar qanunları və bazar mexanizmi.

Bazar əlaqələrinin tipləri ........................................................ 98 §3. Tələb və ona təsir edən amillər. Tələb qanunu.

Fərdi və bazar tələbi. Tələbin elastikliyi .............................. 101 §4. Təklif və ona təsir edən amillər. Təklif qanunu.

Təklifin elastikliyi ................................................................ 105 ,§5. Qiymətin əmələgəlmə mexanizmi. Bazar tarazlığı.

Subyektiv qiymətləndirmə. Faydalılıq həddi ....................... 107 §6. Bazar infrastrukturu. Birja ................................................... 111

VII fəsil. Mikroiqtisadi sistemdə firma (müəssisə). İstehsal xərcləri və mənfəət

§1. Firmanın (müəssisənin) məzmunu və təşkili formaları ........ 112 §2. Firmanın sahibkarlıq fəaliyyəti və istehsal funksiyası.

Məhsuldarlıq və məhsuldarlıq həddi ..................................... 116 §3. Firmanın istehsal xərcləri. Firmanın istehsal fondları,

onlarm dövranı, dövriyyəsi və amortizasiyası ...................... 118 §4. Firmanm gəlirləri və mənfəəti. Mənfəətin bölgüsü .............. 125 §5. Firmanın idarə edilməsi. Menecment .................................... 128

VIII fəsil. Bazar rəqabəti və inhisar. Antiinhisar tənzimlənməsi §1. Azad rəqabət; məzmunu və formaları. Sağlam və

qeyri-sağlam rəqabət ............................................................. 130 §2. Təkmil rəqabət bazarı və onun effektivliyi.

Rəqabətin iqtisadi rolu ......................................................... 132 §3. Qeyri-təkmil rəqabət bazarı və bazar hökmranlığı ............... 134 §4. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları.

İnhisarçı rəqabət. Oliqopoliya ............................................... 136 §5. Rəqabət və inhisarın sintezi. Antiinhisar tənzimlənmə

tədbirləri ................................................................................ 141

IX fəsil. İstehsal: mahiyyəti və amilləri. İstehsal amilləri bazarı §1. İstehsalın məzmunu və məqsədi. İstehsal amilləri və

onlara olan tələb .................................................................... 143 §2. Resurslar, onlardan istifadə qaydaları və normaları.

Resurslarm qarşılıqlı əvəzlənməsi ........................................ 145 §3. Əmək istehsal amili kimi. İş qüvvəsi və əmək.

Əmək bazarı, əməyə olan tələb və təklif. Əmək haqqı və məşğulluq ..................................................... 147

§4. Kapital istehsal amili kimi. Kapital bazarı. Kapitala olan tələb və təklif .................................................. 149

§5. Kapital və investisiya qoyuluşları. İnvestisiya qoyuluşlarının səmərəliliyi .................................................... 152

X fəsil. Torpaq və aqrar münasibətlər. Renta. Torpaq bazan §1. İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və

onların xüsusiyyətləri ............................................................ 155 §2. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma

formaları ................................................................................ 157 §3. Aqrar bölmədə istehsalın təşkili formaları.

Kəndh fermer təsərrüfatları. Aqrar Sənaye

5

Kompleksləri (ASK) .............................................................. 158 §4. Torpaq icarəsi və icarə haqqı. İcarə haqqının tərkib

ünsürləri ................................................................................. 160 §5. Renta və onun formaları, Differensial və mütləq renta .... 161 §6. Torpaq bazarı və torpağın qiyməti ........................................ 165 §7. Azərbaycanda aqrar islahatlar və əsas məqsədlər .................. 166

Bölmə 3 Makroiqtisadiyyat

XI fəsil. Makroiqtisadiyyat və onun göstəriciləri §1. Makroiqtisadiyyat - milli iqtisadiyyat vahid bir tam kimi.

Mezoiqtisadiyyat ................................................................... 170 §2. Makroiqtisadiyyatın əsas cəhətləri ........................................ 173 §3. Milli iqtisadiyyatda gəlirlər və xərclərin dövriyyəsi ............. 175

§4. Makroiqtisadi göstəricilər sistemi. Ümumi daxili məhsul (ÜDM) və onun hesablanma üsulları.

Qiymət indeksinin gəlir göstəricilərinə təsiri ........................ 176 §5. Milli gəlir (MG) və onun bölgüsü.

Sərəncamda qalan gəlir .......................................................... 180

Xn fəsil. Təkrar istehsal və iqtisadi artım. İşsizlik və əhalinin məşğulluğu problemi

§1. Təkrar istehsal və onun əsas cəhətləri. Sadə və geniş təkrar istehsal. Təkrar istehsalın proporsiyaları ..................... 181

§2. İqtisadi tsikl və istehsal tsiklinin fazaları. Makroiqtisadi tarazlıq ............................................................ 183

§3. İqtisadi artım: mahiyyəti və amilləri. İqtisadi artımm dövlət tənzimlənməsi ............................................................ 188

§4. Əmək resursları və məşğulluq. İşsizlik və onun formaları. Azərbaycanda işsizlik problemi ............................................. 190

XIII fəsil. Pul-kredit sistemi və pul-kredit siyasəti §1. Pul və onun funksiyaları ........................................................ 194 §2. Pul sistemi, onun mahiyyəti və tipləri ................................... 195 §3. Pul kütləsi və onun quruluşu. Pul aqreqatları ........................ 197 §4. Pula olan tələb və pul təklifi .................................................. 199 §5. Kredit: mahiyyəti, funksiyaları, mənbələri və formaları... 202 §6. Banklar, onların növləri və funksiyaları ................................ 205 §7. Qiymətli kağızlar bazarı ........................................................ 211 §8. Dövlətin pul-kredit siyasəti ................................................... 213

6

§9. İnflyasiya: mahiyyəti, səbəbləri və sosial iqtisadi nəticələri. Antiinflyasiya tədbirləri ............................................ 215

XIV fəsil. Maliyyə münasibətləri. Dövlət büdcəsi və vergilər §1. Maliyyənin mahiyyəti, zəruriliyi və funksiyaları.

Maliyyə sistemi ...................................................................... 223 §2. Dövlət büdcəsi. Büdcənin gəlirləri və xərcləri ...................... 227 §3. Yerli büdcələr. Büdcə kəsiri; səbəbləri və tənzimlənməsi... 233 §4. Vergilər: mahiyyəti, növləri və funksiyaları.

Vergi dərəcələri ...................................................................... 235 §5. Dövlətin fıskal siyasəti ........................................................... 239

XV fəsil. Gəlirlər, onların bölgüsü və yenidən bölgüsü. Həyat səviyyəsi. Əhalinin sosial müdafiəsi

§1. Gəlirlər və onlarm bölgüsü .................................................... 241 §2. Əhali gəlirlərinin formalaşması mənbələri və onlarm

qeyri-bərabərliyi. Lorens əyrisi .............................................. 245 §3. Həyat səviyyəsi və onun göstəriciləri .................................... 249 §4. Yoxsulluq və onun müəyyən edilməsi səbəbləri ................... 254 §5. Əhalinin sosial müdafiəsi ....................................................... 256

XVI fəsil. İqtisadi idarəetmə sistemi §1. İdarəetmə: məzmunu və strukturu ......................................... 260 §2. İqtisadi idarəetmə: məzmunu, obyektləri, subyektləri .......... 262 §3. İqtisadi idarəetmənin funksiyaları.......................................... 265 §4. İqtisadi idarəetmənin prinsipləri ............................................ 266 §5. İqtisadi idarəetmə mexanizmi ................................................ 269 §6. İqtisadi idarəetmə metodları .................................................. 271 §7. İqtisadi idarəetmə sistemində planlaşdırma,

proqramlaşdırma və proqnozlaşdırma .................................... 273 §8. iqtisadi idarəetmə sistemində intizam, məsuliyyət,

nəzarət və uçot ........................................................................ 275 §9. İqtisadi idarəetmə sistemində menecment ............................. 278 §10. Marketinq: mahiyyəti, funksiyaları

və idərəetmədə rolu .............................................................. 282 §11. İqtisadi idarəetmə sistemində dövlətin rolu ........................ 286

Bölmə 4. Ümumdünya təsərrüfatı

XVn fəsil. Ümumdünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər

§1. Ümumdünya təsərrüfatı: məzmunu, yaranması amilləri... 294 §2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları ............... 299 §3. İqtisadi inteqrasiya və onun formaları .................................. 308 §4. Beynəlxalq valyuta sistemi.Valyuta bazarı........................... 309 §5. Tədiyyə balansı və onun quruluşu ........................................ 314 §6. İqtisadi qloballaşma .............................................................. 317

Bölmə 5. Keçid dövrü və milli iqtisadiyyat

XVIII fəsil. Azərbaycanın keçid dövrü iqtisadiyyatı və onun formalaşdırılması

§1. Keçid dövrünün zəruriliyi və mahiyyəti ............................... 320 §2. Keçid dövrü iqtisadiyyatınm məzmunu və əsas cəhətləri.. 322 §3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri ............... 324 §4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat

mexanizmi və ziddiyyətləri .................................................. 326 §5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı, onun məzmunu,

qarşıdaduran vəzifələr və formalaşmasmda dövlətin rolu 328

XIX fəsil. Müstəqil milli iqtisadiyyat və milli bazar: məzmunu və formalaşdırılması

§1. Milli iqtisadiyyat: məzmunu və xarakterik cəhətləri ............ 338 §2. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasının əsas

şərtləri və istiqamətləri .......................................................... 342 §3. Milli bazar və milli valyuta ................................................... 347 §4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit

inkişafının təmin edilməsində dövlətin rolu .......................... 350

İqtisadi terminlərin müxtəsər izahh lüğəti ............................. 353

İqtisadiyyat elmi sahəsində Nobel mükafatı laureatları ........ 410

Azərbaycan Respublikası üzrə 1995 və 2000-2006-cı illərə

aid bəzi mühüm sosial-iqtisadi göstəriciləri ................................ 414

MÜQƏDDİMƏ

Bakı Dövlət Universitetinin «Ümumi iqtisadiyyat» kafedrasında hazırlanmış İqtisadiyyat (İqtisadi nəzəriyyə) adlı dərslik Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan keçən dövr ərzində Azərbaycan dilində yazılmış növbəti dərslikdir.

Dərslik tədris olunan fənnin adına uyğun olaraq «İqtisadiyyat» adlanır. Ancaq çoxsahəli olan iqtisadiyyatm bütün tərəfləri və problemlərini, ayrılmış saat çərçivəsində, əhatə etmək mümkün olmadığı üçün başlıca diqqət iqtisadiyyatm ümumi və nəzəri problemlərinin öyrənilməsinə yönəldilir və bunu nəzərə alaraq dərsliyin adındakı «İqtisadi nəzəriyyə» məfhumu mötərizə içərisində verilir.

Belə bir dərsliyin yazılmasında məqsəd qeyri-iqtisad fakültələrində təhsil alan tələbələrin iqtisadi biliklər əldə etmələrinə, bazar iqtisadiyyatı sistemində tələb olunan davranış qaydalarına yiyələnmək və onlara uyğun fəaliyyət göstərmələrinə lazımı istiqamət verməkdir.

BDU-nun «İqtisadiyyat» kafedrası tərəfindən, qeyri-iqtisadiy- yat fakültələri üçün hazırlanmış və 2002-ci ildə nəşr edilmiş «İqtisadi nəzəriyyə» dərsliyi tələbələrin iqtisadi təfəkkürünün formalaşmasında müsbət rol oynamışdır. Bu dərslik 2004-cü ildə təkrar nəşr edilsə də, hazırda onu əldə etmək çətindir. Bu səbəbdən də tələbələrin istifadə edə biləcəyi və müasir tələblərə cavab verən yeni dərsliyin yazılmasına ehtiyac yaranmışdır.

Bununla belə, haqqında danışılan dərsliyin çapmdan keçən dövr ərzində ali təhsilin yeni standarta uyğun tədris olunması tövsiyə edilmiş və BDU-nun «Ümumi iqtisadiyyat» kafedrası, standartın tələbləri nəzərə alınmaqla, 2004-cü ildə təsdiq edilmiş, yeni proqram üzrə «İqtisadiyyat» fənnini tədris etsə də, tələbələr yeni dərslik və dərs vəsaitləri ilə lazımı dərəcədə təmin olunmamışdır.

Digər tərəfdən, yaşadığımız dövrün iqtisadi reallıqları sürətlə dəyişir, keçid vəziyyətində olan iqtisadi sistemlər əsaslı surətdə yeniləşir, bazar münasibətləri daha açıq formalarda özünü biruzə verir və iqtisadi həyatda üstün mövqelərə çıxır. Azərbaycan iqtisadiyyatı əsaslı şəkildə dəyişir, sürətlə inkişaf edir və öz müstəqilliyini daha da möhkəmləndirir.

Belə bir şəraitdə baş verən hadisə və prosesləri nəzərə almaq, dərk etmək və cəmiyyətin iqtisadi həyatında nələr olduğunu gənc nəslə çatdırmaq tələb olunur və bu tələb yeni dərsliklər olduğu halda ödənilə bilər.

Bütün bunlarla yanaşı, BDU-nun «Baloniya» təhsil sisteminə keçməsi, «İqtisadiyyat»m seçmə fənlər qrupuna daxil edilərək onun tədrisinə 30 saat vaxtın ayrılması da, yeni dərsliyin yazıhb tələbələrin ixtiyarma verilməsini zəruri edir.

BDU-nun «Ümumi iqtisadiyyat» kafedrası ortaya çıxan ehtiyacı nəzərə alaraq «Bakalavr pilləsi üçün İqtisadiyyat fənninin proqramı» (2004-cü il) üzrə tədris sahəsində əldə edilmiş təcrübəni ümumiləşdirərək «İqtisadiyyat» (İqtisadi nəzəriyyə) kursu üzrə yeni dərsliyin hazırlanmasını lazım bilmişdir.

Yeni dərsliyi özünün quruluşu, məzmunu və bəzi cəhətlərinə görə əvvəlki dərslikdən fərqlənsə də, müəllif onun orijinal bir əsər olduğunu iddia etmək fikrindən uzaqdır.

Müasir «İqtisadi nəzəriyyə klassik siyasi iqtisadın və marji- nalizm nəzəriyyələrinin sintezi olmaqla» yeni yanaşma tələb edir və bunu nəzərə alaraq mövcud dərslik özünün quruluşu, məzmunu və bir çox cəhətləri ilə fərqli şəkildə yazılmışdır. Birincisi, dərslik əsasən müasir iqtisadiyyatın öyrənilməsinə yeni yanaşma tələb edən nəzəri- metodoloji bazaya istinad edilməklə hazırlanmış və əvvəlki dərslikdə olmayan bəzi mövzular bu dərsliyə salınmışdır. İkincisi, humanitar fakültələrin tələbələrinin riyazi biliklərinin yetərincə olmadığını nəzərə alaraq, dərslikdə riyazi formula və qrafıklərdən az, məntiqi sxemlərdən isə geniş istifadə olunmuşdur. Bu sxemlərin verilməsi özlüyündə məqsəd deyil, ayrı-ayrı məsələləri başa düşmək üçün bir vasitədir. Üçüncüsü, Azərbaycanda bazar iqtisadiyyatının formalaşdırılması ilə bağlı həyata keçirilən islahatlar prosesi aidiyyatı olan mövzularda əks etdirilmiş Azərbaycan Respublikası üzrə 1995-ci və 2000- 2006-cı illərə aid əsas sosial-iqtisadi göstəricilər əlavə şəklində bu dərsliyə salınmışdır. Dördüncüsü, şərhmə ehtiyacı olan çoxsaylı iqtisadi terminlərin müxtəsər izahlı lüğəti və iqtisadiyyat elmləri üzrə Nobel mükafatı laureatları haqqında məlumatlar verilmişdir.

Dərslik 5 bölmədən ibarətdir: «İqtisadi nəzəriyyəyə giriş və ümumi iqtisadi problemlər» adlanan

birinci bölmədə, iqtisadi nəzəriyyənin əsas anlayışları, iqtisadiyyat və cəmiyyətdə onun rolu, iqtisadi nəzəriyyə nəyi öyrənir, iqtisadi sistemlər və onlarm tipləri, mülkiyyət və mülkiyyət hüququ, bazar iqtisadiyyatı, onun ümumi əsasları, qanunları və modelləri şərh olunur.

İkinci bölmə «Mikroiqtisadiyyat» adlanır. Burada mikroiqti- sadiyyatın məzmunu və təşkili formaları, bazar və onun fəaliyyət mexanizmi, bazar infrastrukturu, mikroiqtisadi sistemdə fİrma

10

(müəssisə) və onun təşkili formaları, firmanın istehsal xərcləri və mənfəəti şərh olunur. Bu bölmədə bazar rəqabəti və inhisar, istehsal və onun amilləri, istehsal amilləri bazarı, renta münasibətləri geniş şərh edilir.

«Makroiqtisadiyyat» adlanan üçüncü bölmədə, vahid tam halında götürülən milli iqtisadiyyatm problemləri önə çəkilir və öyrənilir. Burada, cəmiyyət miqyasında gəlirlər və xərclərin dövriyyəsi, makroiqtisadi göstəricilər sistemi, ümumidaxili məhsulun hesablanma üsulları, ümumi milli məhsul və milli gəlir, təkrar istehsal və iqtisadi artım, əhalinin məşğulluğu problemi, pul-kredit və maliyyə sistemi, gəlirlər və onların bölgüsü, həyat səviyyəsi və əhalinin sosial müdafiəsi məsələləri, habelə iqtisadi idarəetmə sistemi və dövlətin iqtisadi fəaliyyəti ilə bağlı məsələlər şərh olunur.

Dördüncü bölmə «Ümumdünya təsərrüfat»ı adlanır və burada milli iqtisadiyyatların sintezi olan beynəbcalq iqtisadiyyat haqqında müxtəsər şərh verilir.

Beşinci bölmədə, keçid dövrü iqtisadiyyatı və müstəqil milli iqtisadiyyatm formalaşdırılması ilə bağlı problemlər və onların həlli yolları şərh olunur. Burada müstəqil milli iqtisadiyyatı formalaşdırmaq sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin şərhinə xüsusi diqqət verilir.

Dərsliyin yazılmasmda xarici ölkə müəlliflərinin rus dilində nəşr olunmuş dərsliklərindən, o cümlədən Mokkonell K.R., Bryu S.L. (ABŞ) 2 cildlik «Ekonomiks» dərsliyindən, Azərbaycan dilində nəşr edilmiş bütün dərsliklərdən müəyyən dərəcədə istifadə olunmuşdur.

Oxucu bu dərslikdən müasir iqtisadiyyata dair müəyyən qədər məlumat ala bilər.

Dərslik mövcud standart nəzərə alınmaqla, 2004-cü ildə bakalavr pilləsi üçün təsdiq edilmiş iqtisadiyyat fənninin proqram mövzularına uyğun hazırlanmışdır.

11

BÖLMƏ 1

İQTİSADİ NƏZƏRİYYƏYƏ GİRİŞ VƏ ÜMUMİ İQTİSADİ PROBLEMLƏR

I Fəsil

İQTİSADİYYAT VƏ CƏMİYYƏTDƏ ONUN ROLU

1. İqtisadiyyat anlayışı. Onun müxtəlif mənalarda və səviyyələrdə səciyyələndirilməsi. İqtisadiyyatın başlıca funksiyası.

2. Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər. 3. İnsan iqtisadiyyat aləmində. İqtisadi nəzəriyyədə insan modeli. 4. İstehsal, bölgü, mübadilə və istehlakın qarşılıqlı əlaqəsi. 5. Tələbatlar və resurslar. İstehsalm imkanları, iqtisadi seçim. Müasir

istehsalın quruluşu.

§1. İqtisadiyyat anlayışı. Onun müxtəlif mənalarda və səviyyələrdə səciyyələndirilməsi. İqtisadiyyatın başhca funksiyası

Bir elm və tədris fənni kimi iqtisadi)^at müxtəlif adlar altmda bütün dünya xalqları tərəfindən öyrənilir. İqtisadiyyatm nə üçün öyrənildiyini başa düşmək üçün ilk növbədə «iqtisadiyyat»m özünün mənasmı bilmək lazımdır.

«İqtisadiyyat» («ekonomika») -yunanca «oykos» (ev, təsərrüfat), «nomos» (təlim-qanun) sözlərindən əmələ gəlmiş hərfi mənada ev təsərrüfatmı idarə etmək deməkdir. «Oykonomiya» məfhumu ilə yanaşı bir neçə yüz il ərzində «politeya» məfhumu da işlədilmişdir ki, mənası ictimai quruluş deməkdir. Geniş mənada bu sözlərdə təsərrüfat və iqtisadiyyatın ictimai quruluşu, ictimai təşkili və onu idarə edən qanunlar ifadə olunmuşdur. Yəni iqtisadiyyat elə təşkil və idarə olunmalıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun. Belə bir məqsədə çatmaq üçün insanlar lap qədimlərdən iqtisadiyyatm elmi əsasları və nəzəriyyəsini yaratmağa, iqtisadiyyatı öyrənən elmlərin inkişafma nail olmuşlar.

«İqtisadiyyat» terminini ilk dəfə bÖ)rük yunan mütəfəkkiri Aristotel elmi ədəbiyyata gətirmişdir. Öunan filosofu Ksenofont «Ekonomiks» əsərini əvvəl yazsa da, Aristotel özünün «Politika»

12

əsərində iqtisadiyyatın vəzifəsini və hansı sahələri əhatə etməsini aydın şərh etmişdir. O, iqtisadiyyatı ev təsərrüfatını idarə etmək haqqında elm kimi səciyyələndirmişdir. Ev təsərrüfatı dedikdə isə quldarların latifundiya təsərrüfatları, malikanələri nəzərdə tutulurdu. Bu təsərrüfatlarda qullar quldarların ailələri üçün natural məhsullar istehsal edirdilər. Aristotel bu məhsulları insanlara lazım olan təbii sərvət adlandırır.

İki min ildən artıq bir dövr ərzində «iqtisadiyyat» öz adını saxlamışdır.

Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi, cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi: üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. Lakin elmin xüsusi sahəsi olmaqla iqtisadiyyat bir çox iqtisad elmlərini özündə birləşdirir və cəmiyyətin iqtisadi həyatını nəzəri və praktiki cəhətdən hərtərəfli öyrənir.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. Yuxarıda şərh etdiyimiz və bundan sonra şərh edəcəyimiz ümumi

məsələləri; II. «mikroiqtisadiyyat»!, yəni iqtisadiyyat ev təsərrüfatı, fİrma və bazar

səviyyəsində öyrənilir; III. «makroiqtisadiyyat»!, yəni bütövlükdə götürülmüş milli iqtisadiyyat

və dövlətin bu səviyyədə iştirakı məsələlərini öyrənir; burada «mezoiqtisadiyyat» deyilən bir səviyyə də var ki, bu ayn-ayn kompleksləri, sahələrarası iqtisadi münasibətləri öyrənir;

IV. Meqoiqtisadiyyat, yəni bütövlükdə götürülən dünya iqtisadiyyatı öyrənilir.

V. Keçid iqtisadiyyatı, yəni bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemləri öyrənilir.

İqtisadiyyat - həyat nemətlərinin (yaşayış vasitələrinin) yaradılması və istifadəsi yolu ilə insanların və cəmiyyətin zəruri tələbatlarının ödənilməsini təmin edən təsərrüfat sistemidir.

Geniş mənada iqtisadiyyatın məzmunu və tərkib hissələri aşağıdakı sxemdə verilmişdir.

13

1. iqtisadiyyat- ev təsərrüfatını idarə etmək qabiliyyətidir. 2. İqtisadiyyat - tarixən müəyyən istehsal üsulunda iqtisadi

münasibətlərin məcmusudur, cəmiyyətin iqtisadi bazisidir. 3. İqtisadiyyat - ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə

və istehlakı əhatə edən fəaliyyət sferasıdır. 4. İqtisadiyyat - mikro və makro səviyyədə məhdud resurslardan

səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauyğunluqlarını öyrənən elmi-nəzəri sistemdir.

İnsanların başlıca fəaliyyət sahəsi olan iqtisadiyyatın başlıca funksiyası məhdud resurslar şəraitində cəmiyyətin artmaqda olan tələbatlannı ödəyən nemətlər yaratmaqdır. Bu cür nemətlər yaratmadan insanın özünün mövcudluğu qeyri mümkündür.

§2. Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər

Nemət - insanlann müəyyən tələbatlannı ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullandır. Cürbəcür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və ağaclann meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanlann həyatı üçün həmişə arxa olub, onlann yaşayış mənbəyini təşkil edib; insanlann məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaradılan iqtisadi nemətlər.

Mövcud ədəbiyyatda nemətlər aşağıdakı kimi təsnifləşdirilir: 1. Maddi və qeyri-maddi nemətlər. 2. İqtisadi və qeyri-iqtisadi nemətlər. 3. İstehlak və istehsal nemətləri. 4. Xüsusi və ictimai nemətlər.

Maddi nemətlər təbiətin verdiyi və insanın əməyi ilə yaradılmış bütün faydalı şeylərdir və onlar maddi məzmuna malikdir. İnsanlann maddi tələbatları bu nemətlərlə ödənilir.

Qeyri-maddi nemətlər - insanlann mənəvi qabiliyyətlrəinin formalaşmasına xidmət edən nemətlərdir (təhsil, səhiyyə, elm, incəsənət və s.).

İstehlak nemətləri - insanlann istehlak tələbatlarını ödəyən son məhsullar və xidmətlərdir.

İstehsal nemətləri - bilavasitə istehsal prosesində iştirak edən və ona xidmət edən vasitələrdir (binalar, maşınlar, qurğular, mühəndis biliyi və s.).

Xüsusi nemətlər-haqqı ödənilməklə ondan istifadə edənlərə məxsus olur (nəqliyyatdan istifadə və s.).

15

ictimai nemətlər - ölkə vətəndaşlarının hamısının istifadə etdiyi nemətlərdir (milli müdafiə, ictimai qaydalara əməl olunması, sabitlik və s.).

İnsanların məhsuldar fəaliyyəti ilə yaradılan iqtisadi nemətlər bilavasitə tələbatların ödənilməsi baxımından məhduddur. Pol Sa- muelson az təsadüf edilən və məhdud miqdarda təklif olunan əmtəə və xidmətləri iqtisadi nemət hesab edir.

Tələbatlarla müqayisədə nemətlərin məhdudluğu insanların davramşma təsir edir, onların davranışını müəyyən edir.

Nemətlərin iqtisadi və ya qeyri-iqtisadi nemət olması onların çoxluğu və azlığı ilə izah edilir. K.Mengerə görə (Avstriya məktəbi) dağ çayınm suyu bol olduğuna görə o iqtisadi nemət deyil, çünki o tələbatdan çoxdur. Tələbatı ödəmək üçün su azdırsa, bu iqtisadi nemətdir.

Ümumiyyətlə, nemətə dair müxtəlif baxışlar vardır (Bu haqda BDU-nun nəşri olan 2002-ci il İqtisadi nəzəriyyə dərsliyinin 131- 133-cü səhifələrini oxumaq məsləhətdir).

§3. İnsan iqtisadiyyat aləmində. İqtisadi nəzəriyyədə insan modeli

Belə bir sual ortaya çıxır ki, iqtisad elmi nöqteyi-nəzərindən insan kimdir? Və onun həyat fəaliyytinin hansı tərəfləri iqtisadi nəzəriyyə tərəfindən öyrənilir?

Müasir iqtisadçılar belə hesab edirlər ki, iqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarmı öyrənir.

İnsan - ictimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və cəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nəticəsində tələbatlarmı ödəyə bilirlər.

Ancaq cəmiyyətin milli gəlirinin istehsalmda bütün insanlar eyni vaxtda, eyni yaşda bərabər səviyyədə iştirak etmirlər. Lakin bir il ərzində yaradılmış ictimai məhsuldan hamı pay alır, istehsalda iştirak etməyənlər də istehlakçı olur. Bunun səbəbi insanların yaş qruplarında və işləmək qabiliyyətlərində fərqin olmasıdır.

Sosioloqlar müəyyən etmişlər ki, uşaq 16 yaşına qədər ailə və cəmiyyət hesabına yaşayır. Qanunla, uşaqların əməyindən istifadə etmək qadağan olunur. Bu yaşda uşaqlar ancaq istehlakçıdırlar. Təxminən 20 yaşından etibarən (həyatının ikinci dövrü) insan tələbatını qismən öz əməyilə ödəməyə başlayır. Bu yaşdan etibarən in- samn tələbatı artmağa başlayır və insanlar artan tələbatlarını ödə-

16

məyə can atırlar. Bu da işçilərin ixtisaslarını artırmağa, işin keyfiyyətini yaxşılaşdırmağa və daha çox istehsal etməyə (çox qazanmağa) stimul yaradır.

Üçüncü dövrdə 30-45 yaşında insan məhsuldarlığın və istehla- km ən yüksək həddinə çatır. İşçilərin əməyilə yaradılmış gəlirin miqdarı onların şəxsi mənimsədiklərindən 3-4 dəfə çox olur.

Dördüncü dövr işləyən pensiyaçıların həyat fəaliyyətini əhatə edir. Onların istehlak etdikləri maddi nemətlərin miqdarı azalır və onlar yeni yaradılmış məhsulun az bir hissəsini istehsal edirlər.

Bundan sonrakı dövr işi tamamilə dayandırmaqla başa çatır və pensiyaçı tamamilə ailənin və cəmiyyətin hesabına yaşayır. ^

Əmək fəaliyyəti dövründə insan istehlak etdiyindən daha çox nemət yaradır. Əgər işlək qabiliyyəti olanlar istehlak etdiyindən artıq (çox) nemət yaratmasa, insan cəmiyyəti yaşaya bilməz.

Beləliklə, deyə bilərik ki, ayrı-ayrı işçilərin, onların ailələrinin və cəmiyyətin həyat şəraitini yaxşılaşdırmağın həlledici şərti işləmək qabiliyyəti olan əhalinin daha çox və yüksək keyfiyyətli məhsul istehsalına nail olmasıdır. Məhz bunun sayəsində hər bir işçi cəmiyyətdən daha çox maddi nemət və xidmət əldə edib öz tələbatını ödəyə bilər.

Buradan da bütün insanların onlarm həyatının, yaşayışının əsasını təmin edən iqtisadiyyata marağı meydana gəlir.

Bu o deməkdir ki, ixtisasından, peşəsindən, işlədiyi sahədən asıh olmayaraq hamı iqtisadiyyatı bilməli, onu öyrənməklə lazımi bilik əldə etməlidir, iqtisadi təfəkkürünü formalaşdırmahdır.

Ölkəmizin bazar iqtisadiyyatına keçdiyi indiki şəraitdə iqtisadi biliklərə yiyələnmək daha çox lazımdır. Bu mürəkkəb iqtisadi sistem olan bazar iqtisadiyyatı şəraitində yaşaya bilmək, mövcud olmaq üçün lazımdır.

İnsanın həyatı bioloji, sosial, maddi və mənəvi amillərin qarşılıqlı təsiri, çulğalaşması sayəsində mümkün olur. Onun fəaliyyətinin müxtəlif tərəfləri müxtəlif elmlər tərəfindən öyrənilir. İqtisadi nəzəriyyə isə insanın iqtisadi həyatını, onun iqtisadi maraq və mənafelərini, onların reallaşdırılması mexanizmini və davramşlanm öyrənir.

İnsan fəahyyətinin ən mühüm sahəsi ictimai istehsal sferasıdır. Bu sfera çərçivəsində insan, resursların məhdud (az) olduğu bir şəraitdə, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə məşğul olur və öz maraqlarını reallaşdırır. İnsan nəinki ist hsalçıdır,

' BopHCOB E.B. ƏKOHOMimecKaa Tcopıwf

17

o, həm də istehlakçıdır. O, həm istehsal edir, məhsul yaradır, həm də texnikanı hərəkətə gətirir, texnika və texnologiyadan istifadə qaydalarını müəyyən edir.

İnsan nə üçün işləyir? Cavab hamıya aydındır. Ən qədim dövrlərdən başlayaraq, insan yaşayış vasitələri əldə etmək üçün çalışır, əmək sərf edir. Bu zaman fiziki əməkdən daha çox istifadə olunur. Daha çox məhsul əldə etmək üçün və fiziki əməyini yüngülləşdirmək üçün insanlar daha çox çalışır, yeni alətlər düzəldir. Proses bu qayda ilə davam edir və bu gün də baş verir. Nəticədə əllə qazma alətini xış, xışı kotan, kotanı isə traktor, ekskovator və s. əvəz edir. İnsan mürəkkəb maşın və mexanizmlər düzəldib əmək prosesində onlardan istifadə edir.

Resursların məhdud olduğu şəraitdə heç nə havayı başa gəlmir. Buna görə də bazar iqtisadiyyatı nəzəriyyəçiləri əməyə xərc kimi baxırlar, onu pul formasında hesaba alırlar. İnsanı əmək fəaliyyəti ilə məşğul olmağa vadar edən, onu hərəkətə gətirən qüvvə və stimulların müəyyən edilməsi iqtisad elminin ən mühüm problemlərindən biridir. İnsan cəmiyyətinin tarixi ərzində insanı əmək fəaliyyətinə təhrik edən iki əsas üsul məlumdur:

1) qeyri-iqtisadi məcburiyyət; 2) iqtisadi məcburiyyət. Birinci halda insan işləməyə məcbur edilir, işləməsə döyülür,

öldürülür və s. Bu üsulu quldar, mülkədar, feodal, diktator və s. tətbiq edir.

İkinci halda insan maddi cəhətdən maraqlandırılır, yaşamaq üçün işləməyə məcbur olur. İnsan öz yaşayışını təmin etmək naminə, kənar məcburiyyət olmadan işləməyə can atır.

Bunlara əsasən deyə bilərik ki, insanın əmək fəaliyyəti ilə məşğul olmasına təhrik edən səbəblər (amillər) müxtəlif istehsal üsulları şəraitində eyni deyildir. Və onun xarakteri istehsal resursları (vasitələri) və istehsalın nəticələrinin mənimsənilməsi formasından, yəni mülkiyyət hüququnun hakim formasından asılıdır.

İnsanlar çox müxtəlif olduğundan onların əməyə münasibəti, əməyə təhrik edən səbəblər də cürbəcürdür. Bunu əsas götürərək alimlər insan modelini yaratmağa çalışmışlar.

İnsan modeli - müxtəlif sosial-iqtisadi sistemdə fəaliyyət göstərən insan və onu fəahyyətə gətirən amillər haqqında təsəvvür yaratmaqdır.

İnsan modeli - fərdi səciyyələndirən əsas parametrləri, yəni insanın iqtisadi fəallığına təkan verən amilləri, onun məqsədini və insanın öz məqsədinə çatması üçün dərketmə imkanlarını özündə ehtiva edir.

18

iqtisad elmi insanların iqtisadi davranışlarını aydınlaşdırmağa çalışır. Yəni onların maddi və mənəvi nemətlərin yaradılması, bölgüsü və istifadəsi zamanı fərdi və ictimai hərəkətlərini öyrənir.

İnsan modelini nəzəri təhlil üçün ilkin şərt kimi götürən nəzəriyyəçi alimlər təklif, tələb, rəqabət, mənfəət, istehlakçı davranışı haqqında özlərinin çoxsaylı nəzəriyyələrini yaradırlar.

İqtisad ədəbiyyatında insanın «modelləşdirilməsi»nin 4 istiqaməti xüsusi olaraq qeyd edilir.

Birinci istiqamət - ingilis klassik məktəbinə, marjinalistlərə və neoklassiklərə məxsusdur. Bu istiqamətdə hazırlanmış «iqtisadi insan» modelində ön plana fərdin eqoist marağı, pul əldə etmək marağı çəkilir, deməli, iqtisadiyyatla məşğul olan insan daha çox pul, gəliri əldə etmək məqsədilə fəaliyyət göstərir ( bu model XVIII əsrdə irəli sürülmüşdür). Bu modeldə «iqtisadi adam» azad rəqabət şəraitində fəaliyyət göstərir və onun fəaliyyəti kənar qüvvələr tərəfindən məhdudlaşdırılmır (dövlət tərəfindən). Bu şəraitdə fəaliyyət göstərən insan imkanların və resursların məhdud olduğu şəraitdə az məsrəflə daha çox nəticə əldə etməyə çalışır.

İkinci istiqamət - keynsçi məktəbə, institusionistlərə və tarixi məktəbə aiddir. Bu modeldə insanı iqtisadi fəaliyyətlə məşğul olmağa stimul yaradan yalnız maddi nemət, pul əldə etmək marağı deyildir. Ənənələrə, adətlərə əməl etmək, nüfuzunu gözləmək, həyatdan ləzzət almaq və s. kimi psixoloji amillər də rol oynayır. Bu modeldə tarazlıq yaratmaq üçün dövlətin prosesdə iştirakı vacib sayılır.

Üçüncü istiqamət - «iqtisadi insan modeli»nin prinsipcə yeni bir növü olub müasir reallıqları özündə əks etdirir. Bu modeldə hərəkətverici amil kimi yalnız maddi tərəf deyil insanm mənəvi tələbatları mühüm əhəmiyyət kəsb edir (əmək prosesinin özündən razı qalmaq, onun sosial əhəmiyyəti, mürəkkəbliyi və s.). yeni model çox- müxtəlifliyi və tələbatm dinamik olması ilə fərqlənir. Burada başlıca tələbat özünü ifadə etməkdə azadlığın olmasmdan, başqa adamlarla sərbəst əlaqə yaradılmasından, mənəvi cəhətdən özünümüəyyənlik- dən, mədəniyyət növünü seçməkdə azad olmasından, ictimai-siyasi görüşündə azad olmasmdan ibarətdir. Belə bir istəyi olan insan demokratik və plüralizmin hökm sürdüyü bir cəmiyyətdə yaşamağı arzu edir.

Dördüncüsü - «inzibati insan» modelidir. Müasir iqtisadçılar, sosioloqlar sovet adamını inzibati-amirlik təsərrüfat sistemi üçün xarakterik olduğunu göstərirlər. Sovet adamı qeyri-bazar ruhlu idi.

19

Məqsədi ikili idi. Həm öz tələbatını və həm də cəmiyyətin plan üzrə qarşıya qoyduğu vəzifələri yerinə yetirmək. Plan tapşırıqlarına əməl etmək əsas borc hesab olunardı. Bu sistemdə də insan öz xərclərini azaltmaqla xeyirini maksimuma çatdırmağa can atır. Bu isə rasional iqtisadi davranış deməkdir.

Resursların məhdud olduğu dünyada insan istənilən təsərrüfat sistemində öz xərclərini azaltmağa və maksimum xeyir götürməyə can atır.'

§ 4. İstehsal, bölgü, mübadilə və istehlak

Təbiətlə və bir-birilə daim əlaqədə olan insan müntəzəm olaraq istehlak etməlidir. Bunun üçün isə o, fasiləsiz olaraq lazım olan nemətləri istehsal etməlidir. Bunun üçün insanın fəaliyyəti ilə yaradılmış və təbiətdən götürülmüş sərvət hərəkətə gətirilir. Sərvətin hərəkəti istehsal-bölgü-mübadilə-istehlak mərhələlərindən keçir və sonuncuda başa çatır. Hərəkətin çıxış mərhələsi istehsaldır - bu faydalı məhsulların yaradılması prosesidir. Təbiətlə münasibətə girən insan təbiət maddələrini və güclərini birləşdirərək özünə lazım olan nemətlər (məhsullar) hazırlayır. Məsələn, ağacdan mebel, filizdən çuğun və s. düzəldir.

İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güclü olur. Bunu müəyyən etmək üçün ÜDM ölkə əhalisinin sayma bölürlər. Məsələn, Azərbaycanda adam başına ümumi daxili məhsul 1995-ci ildə 282,1 manat (319,3 dollar), 2000-ci ildə 595,1 manat (665,1 dollar), 2006-cı ildə isə 2156,4 manat (2413,7 dollar) olmuşdur.

Bölgü - yaradılmış sərvətin cəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacağı payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həcmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müha-

’ «İqtisadi insan modelləri». Çepurin M.İ. və Kiselyovanın redaktəsi ilə yazılmış

«Курс экономической теории» dərsliyindən götürülmüşdür. Kirov, «ACA», 2002.səh.

18-25.

20

ribə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.

Mübadilə - bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.

İstehlak - bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.

Göründüyü kimi istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə insanlar arasında təsərrüfat əlaqələri yaranır və bu əlaqələr əsasən bazar vasitəsilə baş verir ki, bunu sonra geniş öyrənəcəyik. Bu cür əlaqələr həm ayrıca götürülmüş firmalar səviyyəsində, həm də bütün cəmiyyət miqyasında yaranır.

Ancaq cəmiyyət miqyasında istehsal-bölgü-mübadilə-istehlak prosesləri çox mürəkkəb olsa da qarşılıqlı əlaqədə, asıhlıqda baş verir və vahid tam bir proses kimi mövcud olur. Bu tamhqda o ictimai istehsal kimi mövcud olub fəaliyyət göstərir. İstehsal-bölgü-müba- dilə-istehlak vahid tamın nisbi müstəqil hissələridir. Lakin onlar arasında əlaqə, asılılıq o qədər güclüdür ki, onları ayırmaq çətin olur. Məsələn, istehsal elə istehlak deməkdir. Belə ki, istehsal zamanı pambığı əyirib ip istehsal edirlər. Bu zaman pambıq istehlak olunur, nəticə isə yeni məhsuldur. Nəticəsi yeni məhsul olan istehlak məhsuldar istehlakdır.

Bilavasitə insanların tələbatını ödəmək üçün məhsulların istehlakı şəxsi istehlak adlanır. Bu istehlakm nəticəsində insanın iş qüvvəsi təkrar istehsal olunur.

İstehsal bölgü ilə də sıx bağlıdır. Belə ki, istehsal etmək üçün ilk növbədə işçilər və əmək alətləri təsərrüfat sahələri arasında, müxtəlif məhsul növləri istehsalı üzrə bölünməlidir. Müasir inkişaf etmiş ölkələrdə sənayenin 500-dən artıq sahəsi, yarımsahələri vardır və bütün istehsal vasitələri və işçilər onların arasında bölünmüşdür. Belə bir bölgünün nəticəsində xalq təsərrüfatı sahələri istehsal amilləri ilə təmin olunurlar. Bu bölgü istehsala aid bölgüdür və bunsuz məhsulun istehsalı baş verməz.

İstehsal mübadilə ilə də sıx bağlıdır. Çünki, istehsal insanların fəaliyyət və bacarıqlarının mübadiləsi prosesidir. Belə ki, əmək bölgüsünün nəticəsində hər bir işçi konkret sahənin məhsulunun istehsalı üzrə ixtisaslaşır. Onların fəaliyyətləri və bacarıqları da müxtəlif

21

olur. Buna görə də onlar öz bacarıqlarını, qabiliyyətlərini və istehsal etdikləri məhsullarını mübadilə edirlər.

Buna əyani misal olaraq kombayn istehsalını göstərmək olar. Kombaynı istehsal etmək üçün zavodun bütün konstruktorlan, mühəndisləri, texnoloqları, müxtəlif peşədən olan işçilər, habelə sahibkarlar və idarəedici heyət öz işlərinin nəticəsi üzrə, bilik və bacarıqları sahəsində mübadilə edirlər, məsləhətləşirlər. Nəticədə son məhsul kimi kombayn hazır olur.

Beləliklə, məhsulun istehsalı ilə başlayıb istehlak ilə başa çatan ictimai istehsal prosesi fasiləsiz təkrar istehsal prosesidir və prosesdə məhsulun istehsalı getdikcə artır. Nə üçün? İndi bu suala cavab vermək lazımdır.

§5. Tələbatlar və resurslar. İstehsalın imkanları. İqtisadi seçim. Müasir istehsalın quruluşu

Tələbat - insanın, sosial qrupun və cəmiyyətin həyat-fəaliyyətini qoruyub saxlamaq üçün lazımlı və ödənilməsi zəruri olan ehtiyacdır. Tələbatlar insanı fəallaşdıran daxili qüvvədir, hərəkətverici stimuldur. İnsanın tələbatları çox müxtəlifdir, cürbə-cürdür. Tələbatların daşıyıcıları olan subyektlər: fərdlər, qruplar, kollektivlər və cəmiyyətdir. Buna uyğun olaraq tələbatları fərdi tələbat, qrupun tələbatı, kollektiv tələbat və cəmiyyətin tələbatına ayırmaq olar.

Obyektinə görə (onların istiqamətləndiyi əşya, şey) tələbatlar maddi tələbatlar, mənəvi tələbatlar, etik (əxlaqa aid olan) və estetik (incəsənətə aid) tələbatlara ayrılır.

Fəaliyyət sferasına görə tələbatlar əməyə olan tələbata, ünsiyyət (münasibət) saxlamaq tələbatına, istirahətə, qabilİ3^əti bərpa etməyə olan tələbata və iqtisadi tələbata ayırmaq olar.

Bizim üçün başlıca olanı iqtisadi tələbatdır. İqtisadi tələbat in- sanm ehtiyacmm o hissəsidir ki, onun ödənilməsi üçün maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı lazımdır. İstehsalla insanın ödənilməmiş ehtiyacları arasmda möhkəm bir əlaqə vardır. İstehsal bir neçə istiqamətdə insanlarm tələbatına təsir göstərir.

Birincisi, istehsal konkret bir nemət yaradır və insanm müəyyən ehtiyacının reallaşmasma səbəb olur. Bu isə özlüyündə yeni ehtiyaclar doğurur. Belə hesab edək ki, fərd bir maşın alıb. Bundan sonra onun yeni və çoxlu ehtiyacları meydana çıxır. O, maşım sığor- talamalı, ona qaraj tikməli, yanacaq almalı, ehtiyat hissələri tapma- hdır.

22

ikincisi, istehsalın texniki yeniləşməsi sayəsində yeni şeylər meydana gəlir, həyat şəraiti dəyişir və keyfiyyətcə yeni tələbatlar meydana gəlir. Məsələn, yeni maşınlar, mobil telefonlar, videomaqnitofonlar və s. satışa çıxarılır və adamlarda onları almaq istəyi yaranır.

Üçüncüsü, istehsal nəinki istehlak etmək üçün məhsul verir, həm də onun istehlak üsuluna təsir göstərir. Məsələn, ibtidai insan əti çiy halda, əli ilə yeyirdi. Müasir insan isə onu bişmiş halda, çəngəl-bıçaqdan istifadə etməklə yeyir və s.

Deməli, istehsal istehlakı və istehlak üsulunu yaradır. Öz növbəsində, iqtisadi tələbatlar istehsala güclü təsir göstərir. Bu təsir iki xətlə baş verir.

Birincisi, tələbat yaradıcı fəaliyylətin daxili hərəkətverici qüvvəsi və istiqamətvericisidir.

İkincisi, insanların tələbləri kəmiyyət və keyfiyyət baxımından tez dəyişəndir. İnsanların tələbatları yeni məhsulların meydana gəlməsinə təkan verir. Tələbat bəzən istehsalı qabaqlayır və istehsalı yeni məqsədlərə cavab verməyə təhrik edir.

Görkəmli alman fllosofh Q.Hegelin (1770-1831) yazdığına görə «Tarixə yaxından nəzər saldıqda insanların hərəkətini onların tələbatından, hərisliyindən, mənafeyindən irəli gəldiyini görərik...» (əs. T.8. 1935, S.20).

İstehsalla tələbatın daxili qarşılıqlı əlaqəsi tələbatın artması qanunundan nəşət edir.

Tələbatların artması qanunu. Cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır.

Tələbatların artması obyektiv bir zərurətdir və qanun statusuna malikdir. Bu qanun istehsalın və mədəniyyətin inkişafı ilə insanın tələ- batlarmın artması və təkmilləşməsinin zərurət olduğunu ifadə edir.

Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiyyətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir. ^

Əgər istehsal və tələbatların qarşılıqlı əlaqəsinə dair ümumiləşdirmə aparsaq deyə bilərik ki, tələbatların artması sonsuzdur. Bu cür artrnı isə yalnız əmək bölgüsünün dərinləşməsi, istehsalın inkişafı və keyfiyyətcə təkmilləşməsi sayəsində mümkün ola bilər. Bunlardan biri digərindən asılıdır.

Ancaq tələbatların artması qanununun fəaliyyəti üçün bütün 23

zamanlarda və bütün ölkələrdə şərait eyni olmur. Hətta elə ölkələr var ki, istehsalın artımı əhalinin artımından geri qalır, tələbatlar ödənilmir. Bu qanun inkişaf etmiş ölkələrdə daha səmərəli fəaliyyət göstərir. Buna görə də deyə bilərik ki, tələbatın artması mütləq iqtisadi qanun deyildir. O meyl kimi fəaliyyət göstərir və sosial-iqtisadi inkişafın ümumi istiqamətini müəyyən edir. Bu meyl o zaman özünü göstərir ki, ÜDM-in həcmində hər nəfərin payı artır, şəxsi gəlir çoxalır və əhalinin istehlak tələbatı daha dolğun ödənilir.

Resurslar. Tələbatları ödəmək üçün istehsalı genişləndirmək lazundır. Bundan ötrü isə istehsal üçün tələb olunan resurslar lazımi qədər olmalıdır. Lakin hər bir konkret zamanda istehsal üçün lazım olan resurslar məhduddur, yəni tələb olunandan azdır.

İstehsal resursları - istehsalın baş verməsi və inkişafı üçün zəruri olan istehsal amillərinin məcmusudur.

Mövcud ədəbiyyatda resurslar aşağıdakı kimi təsnifləşdirilir: A) maddi resurslar: B) insan resursları; C) maliyyə resursları. Maddi resurslara torpaq, xammal, material və kapital (maşın,

avadanlıq, istehsal binaları və s.) daxildir. İnsan resurslarına əmək və sahibkarlıq qabiliyyəti aiddir. Maliyyə resursları dedikdə istehsala başlamaq üçün lazun olan pul

vəsaiti başa düşülür. Təbii sərvətlərin getdikcə tükənməsi və potensial ehtiyatların azlığı

istehsalın imkanlarını məhdudlaşdırır. Belə şəraitdə istehsalın effektivliyinin artırılması vəzifəsi ortaya çıxır. Yəni resurslardan daha səmərəli istifadə etməklə tələbatların daha dolğun ödənilməsinə nail olmaq. Bu əsas vəzifələrdən biridir.

İqtisadçılar mövcud və gələcək tələbatların ödənilməsi imkanlarını öyrənməyə çalışırlar. Bunun üçün istehsalm imkanları hesablanır. İstehsal imkanları dedikdə resurslardan tam istifadə olunduğu şəraitdə məhsul buraxıhşımn ən yüksək həcminə nail olmaq başa düşülür, yəni nə qədər mümkündürsə bir o qədər istehsal etmək. Ancaq istehsalın imkanları tələbatların bütün növlərini ödəməyə kifayət etmir. Buradan da yeni bir iqtisadi vəzifə meydana çıxır. Bu da alternativ seçim etməkdən ibarətdir. Deməli, ödənilmək imkanı olmayan tələbatı başqa məhsullarla ödəmək lazım gəlir. Bunun üçün də istehsal amillərindən daha əlverişlisini və çox olam seçmək lazım gəlir.

Hər hansı bir məhsulun istehsalı üçün bütün resurslardan tam

24

istifadə edilərsə, onda digər məhsuların istehsalına resurslar çatmaya bilər.

Alternativ variant odur ki, bir növ məhsulun istehsalına yönəldilən vəsaiti azaltmaqla onun hesabına digər növ məhsulu istehsal etmək mümkün olsun. Bu zaman nə istehsal etmək və nə qədər istehsal etməyi seçmək lazım gəlir. Ancaq resurslar elə bölünməlidir ki, məhsulun bütün növlərindən istehsal etmək mümkün olsun. Əks halda çatışmayan məhsula olan tələbat ödənilməz. İnsanlar ən qədim dövrlərdən başlayaraq tələbatlarını ödəmək üçün istehsalı daim inkişaf etdirmiş və mövcud resurslardan istifadə etməyin üsul və vasitələrini təkmilləşdirmişlər.

Tarixi inkişaf prosesində istehsal bir neçə ardıcıl mərhələdən keçmişdir: 1. Aqrar inqilab baş vermiş (10 min il əvvəl), əkinçilik və maldarlıq

inkişaf etməyə başlamışdır. Qədim əkinçilik - heyvandarlıq mədəniyyəti b.e.ə. VIII-VII minilliklərə aid edilir. Bu sənayeləşməyə qədərki dövr adlanır. Bu dövrün əsas cəhətləri aşağıdakılardır: iqtisadiyyatın ilkin sferası - kənd təsərrüfatı üstünlük təşkil edir; əhalinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olur; əl əməyi üstünlük təşkil edir; istehsalda əmək bölgüsü çox zəifdir və istehsalm natural təşkili forması əsrlər boyu qalmaqda davam edir; əhalinin tələbatları çox bəsitdir: istehsal durğun vəziyyətdədir.

2. Sənaye çevrilişi mərhələsi. XVIII əsrin 60-cı illərində İngiltərədə olmuş sənaye çevrilişi, XIX əsrin 50-60-cı illərində Qərbi Avropada və ABŞ-da başa çatır. Bu istehsalın maşmiı sənaye mərhələsi idi. Onun xüsusiyyətləri: bu iqtisadiyyatın ikinci sferasıdır - maşmiı sənaye istehsalı; istehsalın kənd təsərrüfatı, tikinti və nəqliyyat kimi sahələri maşın texnikası əsasında yenidən təşkil olunur; əhalinin əsas hissəsi sənayedə çalışır; cəmiyyətdə ictimai əmək bölgüsü dərinləşir, çoxsaylı yeni-yeni sahələr yaramr; istehsalm təşkilinin (Ə-P) bazar forması kimi mürəkkəb sistemi yaramr; sürətli urbanizasiya prosesi gedir, şəhər əhalisi sürətlə artır; istehsal güclərinin artması və çoxşaxəli olması geniş miqyasda maddi və mədəni tələbatların ödənilməsini mümkün edir; bu

25

mərhələdə əhali sürətlə artır. 3. İstehsalm postindustrial inkişaf mərhələsi. Onun əsas əlamətləri:

üçüncü sfera - xidmət sferası daha da inkişaf edir. İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti xidmət sahəsində çalışır; elm büavasitə məhsuldar qüvvəyə çevrilir. Onun sayəsində təbiətdə olmayan məhsullar yaradılır; bütün sahələrdə (istehsalda və məişətdə) informasiya və hesab- layıcı texnikadan geniş istifadə olunur və bu da avtomatlaşdır- manı mümkün edir; müəssisələrdə elmi işçilərin rolu artır, yüksək ixtisaslı kadrlar çalışır; istehsal bütün vətəndaşların ən xırda tələbatlarını belə ödəməyə qadirdir və daha yüksək ehtiyaclarını ödəməyə imkanlıdır.

Hazırda istehsalm daha yüksək inkişaf mərhələsinə ABŞ, Kanada. Yaponiya, Qərbi Avropa və digər ölkələr nail olmuşlar.

Müasir istehsalın quruluşu. Dünya ölkələrinin iqtisadi inkişaf səviyyələri qeyri-bərabərdir. Bir

qrup ölkələr istehsalın birinci pilləsində ilişib qalıblar, başqaları əsasən ikinci mərhələdədir, ancaq Qərbin az bir qrup ölkəsi postindustrial təsərrüfata malikdir. Liderlərdən geri qalan bir çox ölkələr onlarm arxasınca gəlir. Müasir inkişaf səviyyəsində istehsalm özünəməxsus quruluşu formalaşmışdır. Bu struktur XX əsrin sonlarında formalaşmışdır və onun xarakterik xüsusiyyətləri bunlardır:

Birincisi, postindustrial istehsalm quruluşu qərarlaşmış və perspektivdə tələbatları ödəməyə qadirdir;

İkincisi, bütün inkişaf etmiş ölkələrdə istehsal qarşılıqlı əlaqədə olan iki istehsal tipindən ibarətdir: maddi istehsal və qeyri-maddi istehsal;

Üçüncüsü, xüsusi istehsala xas olan xidmət sferası genişlənir və spesifik nemət olan xidməti yaradır. Məsələn, nəqliyyat xidməti və s.

Xidmətlər iki növə ayrılır: maddi xidmətlərə (yük daşıyan nəqliyyat, istehsala rabitə xidməti, ticarət, mənzil-məişət xidməti və s); qeyri-maddi xidmətlərə (təhsil, səhiyyə, elmi xidmət, incəsənət, kre- ditləşdirmə, sığortalama, sosial xidmətlər və s.).

Maddi istehsal Maddi nemət istehsalı

Maddi xidmət istehsalı

26

Qeyri-maddi istehsal Qeyri-maddi xidmət istehsalı

Qeyri-maddi nemət istehsalı

Cəmiyyətin sərvətinin artması və onun tələbatlarının ödənilməsi dərəcəsi istehsal fəaliyyətinin hər iki növündən asılıdır.

İqtisadi inkişafın nəticəsi olaraq iki meyl özünü göstərir. Birincisi, maddi istehsal inkişaf etdikcə mənəvi mədəniyyətin

inkişafı üçün ilkin şərtlər (şərait) yaranır. Maddi istehsalda çalışanların sayı azalır və əksinə, qeyri-maddi istehsalda çalışanların sayı artır və bu sahə genişlənir.

İkincisi, ictimai istehsalın hər iki növü arasında qarşılıqlı əlaqə genişlənir. Qeyri-maddi nemətlərin istehsalı (yeni elmi kəşflər, texniki yeniliklər, təhsil, mədəniyyət) maddi istehsalın inkişaBna güclü təsir göstərir.

Nəticə - müasir iqtisadiyyat cəmiyyəti maddi və qeyri-maddi nemətlər və xidmətlərlə təmin edən təsərrüfat sahələrinin məcmusudur. O, ictimai əmək bölgüsü sayəsində ayrı-ayrı sahələrə, yarımsa- hələrə və ilkin özəklərə bölünmüşdür, ancaq qarşılıqlı əlaqədə vahid tam şəklində fəaliyyət göstərirlər.

n Fəsil

İQTİSADİ NƏZƏRİYYƏNİN

PREDMETİ VƏ METODU

1. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsinə müxtəlif yanaşma (baxışlar).

2. İqtisadi münasibətlər sistemi. 3. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar. 4. Məhdud resurslar şəraitində istehsal, bölgü, mübadilə və istehlak

sferasmda insanların davranışı. Subyektiv-psixoloji qanunlar. 5. İqtisadi nəzəriyyənin funksiyaları. 6. İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri. 7. İqtisadi nəzəriyyənin tədqiqat və şərh metodları.

27

§1. iqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsinə müxtəlif yanaşma (baxışlar)

İqtisadi nəzəriyyənin cəmiyyətin həyatında rolunu başa düşmək üçün ilk növbədə onun tədqiqat obyektini və predmetini müəyyən etmək lazundır.

Hər bir elmin müstəqil mövcudluğunun ilkin şərti həmin elmin öyrəndiyi sahə, onun konkret predmetinin müəyyən edilməsidir.

İqtisadiyyata və onun nəzəri cəhətdən öyrənilməsinə yanaşma üsulları, qarşıya qoyulan məqsədlər eyni olmadığından iqtisadi nəzəriyyənin predmetinin də müəyyən edilməsinə yanaşılmasında da fərqlər vardır. Elə buna görədir ki, onun predmetinin müəyyən edilməsində vahid fikir formalaşmamışdır. Bunun əsas səbəbi nədir? Bu iqtisadiyyatın müxtəlif maraqları olan insanların, sosial qrupların, siniflərin fəaliyyət dairəsi olması ilə bağlıdır. Burada maraqlar üst- üstə düşmür və buna görə də iqtisadiyyatın öyrənilməsinə müxtəlif maraqların daşıyıcıları cürbəcür yanaşır və onun predmetini müəyyən edirlər. İqtisadiyyat elə bir sahədir ki, orada mənafelər toqquşur. İqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsindəki çətinlik və fikir ayrılığı da mənafelərdəki müxtəliflikdən irəli gəlir. Son illərdə müxtəlif ölkələrdə nəşr edilmiş dərsliklər deyilən fikri bir daha təsdiqləyir. Prof. Y.Borisovun fikrincə iqtisadi nəzəriyyənin predmetinin müəyyən edilməsindəki fikir ayrılığı iqtisadiyyatm özünün mürəkkəbliyi ilə bağlıdır və onun müxtəlif tərəflərini ayırıb öyrənmək olar.

İqtisadi nəzəriyyəyə aid əsərlərin məzmununda olan fərqə baxmayaraq onların hamısmı «dövləti necə varlı etmək», «artan tələbatları necə ödəmək» kimi ideyalar birləşdirir. Bütün müəlliflər inanırlar ki, tacir, sələmçi, fermer və sənayeçinin sərvəti artarsa onda bütün millət varlı olar, insanlar yaxşı yaşayar. Buna görə də iqtisad elmi meydana gəldiyi vaxtdan etibarən sərvət və onun artırılması yollarını müəyyən etməyi özünün predmeti etmişdir.

Klassik siyasi iqtisad nümayəndələri A.Smit, D.Rikardo, Fi- ziokratiya məktəbi «Xalqlar sərvətinin» həqiqi mənbəyini istehsalda axtarırlar. Klassik məktəbin nümayəndələri istehsalın inkişafmm «təbii» qanunlarını aşkara çıxarmağı iqtisad elminin başlıca vəzifəsi hesab etmişlər. Onlarm nəzəri müddəaları əməli əhəmiyyət kəsb etmişdir (D.Rikardo).

Marksist siyasi iqtisad da maddi nemətlərin istehsalı sferasını (geniş mənada) tədqiqat obyekti olaraq seçmişdir. Marksist təlimə

28

görə iqtisadi nəzəriyyənin (siyasi iqtisadın) predmeti maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanlar arasında yaranan ictimai istehsal münasibətləri və onları idarə edən qanunlardır.

Kembric universitetinin professoru A.Marşall XIX əsrin sonlarında «Siyasi iqtisad» elminin adına dəyişərək «Ekonomiks» - İqtisadiyyat elmi adlandırdı və onun predmetini özündən əvvəlkilərdən fərqli olaraq müəyyən etdi. Marşalla görə iqtisadiyyat elmi (ekonomiks) məhdud resurslar aləmində (şəraitində) nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların davranışını öyrənir. Neoklassik təlimə görə iqtisadi nəzəriyyənin predmeti «xalis iqtisadiyyat»dır - yəni, özünün ictimai təşkili formasından asılı olmayaraq, xüsusi mülkiyyətçilərin təsərrüfat fəaliyyətidir.

Prof. Çepurin M.N. və prof. Kiselyovanm «İqtisadi nəzəriyyə kursu» dərsliyində deyilir: «iqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarını öyrənir, yəni onların maddi və qeyri-maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı olan hərəkətlərini, iqtisadi davranışlarmın qanunauyğunluqlarını öyrənir». Müasir iqtisad ədəbiyyatında (dərsltklərdə) iqtisadi nəzəriyyənin predmeti tələbatların ödənilməsi, məqsədlərin çoxluğu və onların ödənilməsi üçün lazun olan nemətlərin azlığı (məhdud olması) ilə əlaqələndirilir. Buradan da məhdud resurslardan səmərəli istifadə edilməsi, yəni az məsrəflə arzu olunan yüksək nəticəyə nail olmağm yollarının tədqiq edilməsi və göstərilməsi iqtisadi nəzəriyyənin başlıca vəzifəsi hesab edilir. İngilis iqtisadçısı Laynel Robinson iqtisad elminin predmetini aşağıdakı kimi müəyyən edir: «Məhdud resurslara sərəncam verməyin zəruri olduğu vaxt insan davranışmm aldığı formalar, məhz iqtisad elminin vahid predmetini təşkil edir... İqtisad elmi - insan davramşlarım məqsədlər və resurslarm çatışmazlığı nisbəti baxımından öyrənir». (Sitat prof. Çepurin M.N. və prof. Kiselyovanm «İqtisadi nəzəriyyə kursu»ndan götürülmüşdür, s.38).

P.Samuelson «Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyəyə 5 cür tərif verir: 1. İqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələrilə

əlaqəli olan fəaliyyət növləri haqqında elmdir. 2. İqtisadi nəzəriyyə nadir və məhdud məhsuldar resurslardan müxtəlif

əmtəələrin istehsalı və istehlakı məqsədilə onların cəmiyyət üzvləri arasında bölüşdürülməsi və insanlar tərəfindən istifadə olunması haqqında elmdir.

29

3. iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar həyat fəaliyyəti. onların vasitələr əldə etmək və həmin vasitələrlə yaşamaq və istifadə etmək haqqında elmdir.

4. İqtisadi nəzəriyyə bəşəriyyətin istehlak və istehsal sahəsində öz vəzifələrinin öhdəsindən necə gəlmək haqqında elmdir.

5. İqtisadi nəzəriyyə sərvət haqqında elmdir. Bu təriflərdə qoyulmuş məsələlər müasir dərsliklərdə verilmiş təriflərə

lakonik şəkildə daxil edilmişdir. (İqtisadi nəzəriyyə, 2002. s.37). Diqqətlə baxdıqda aydın olur ki, bütün müəlliflər insanm iqtisadi

davranışından, davranışın formalarından və insan davranışının qanunauyğunluqlarından söhbət açdıqda əslində təsərrüfatçı subyektlərin iqtisadi münasibətlərindən, bu münasibətlərin formalarm- dan və bu münasibətləri idarə edən qanunlardan damşırlar. Başqa cür ola da bilməz, axı iqtisadi nəzəriyyə humanitar elmdir, insanların iqtisadi həyatı, iqtisadi mənafeyi və iqtisadi fəaliyyəti ilə bağlı olan problemləri öyrənir.

İqtisadiyyat bir elm kimi hələ formalaşdığı orta əsrlərdə Şərqin görkəmli alimləri də iqtisadi münasibətlərin öyrənilməsini cəmiyyətin həyatı, onun inkişafı prosesinin dərk edilməsi üçün əhəmiyyətli olduğu fikrini söyləmişlər. Görkəmli Azərbaycan alimi N.Tusi (1201-1274), ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) insanların iqtisadi sahədəki fəaliyyətlərini cəmiyyətin mövcudluğu və inkişafının əsası hesab etmişlər. N.Tusi iqtisadiyyatı öyrənən elmi «İctima- iyyat» adlandırır və göstərir ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, rəftar və davranışında səhvlərə yol verməsin» (Əxlaqi-Nasir, səh.210). «N.Tusinin iqtisad elminə verdiyi bu tərifdəki «İnsanın rəftar və davranışı» kimi anlayışlar iqtisad elminin predmetinin müəyyən edilməsinə müasir yanaşma baxımından çox yaxmdır.

Yuxarıda deyilənlərə əsasən, iqtisadi nəzəriyyənin predmetini bu cür müəyyən etmək olar:

İqtisadi nəzəriyyə - məhdud resurslar şəraitində həyat nemətlərinin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iqtisadi davranış formaları, iqtisadi münasibətləri və onları idarə edən qanunlar haqqmda ehndir.

İqtisadi nəzəriyyənin tədqiq etdiyi sahəni və predmetini aşağıdakı sxemdə verilmiş ardıcıllıqla öyrənmək tövsiyə olunur.

30

Sxem 2. İqtisadi nəzəriyyənin predmetinin öyrənilməsi

ardıcıllığı §2. İqtisadi münasibətlər sistemi

İqtisadi münasibətlər cürbəcürdür və sistem halmdadır. Bu sistemdə istehsal vasitələri və istehsalın nəticəsi olan nemətlərin mənimsənilməsi üzrə münasibətlər müəyyənedici rola malikdir. Bu, mülkiyyət münasibətləridir və onun haqqında gələn mövzuda ətraflı danışılacaq. Ancaq burada onu bilmək lazımdır ki, iqtisadiyyatda həlledici mövqe müəssisə sahiblərinə, hazırlanan nemətlərin mül

31

kiyyətçilərinə məxsusdur. Buna görə də sosial-iqtisadi münasibətlər əsasən mülkiyyətin tipindən (formasından) asılıdır. Sosial-iqtisadi münasibətlərin məzmunu və inkişaf istiqamətləri mülkiyyətlə müəyyən olunur.

Təşkilati-iqtisadi münasibətlər. Bu münasibətlər iqtisadi fəa- li)^ətin təşkili ilə bağlıdır. Belə ki, ictimai istehsal, bölgü, mübadilə və istehlak müəyyən formada təşkil olunmadan baş verə bilməz. Prosesin təşkili insanların birgə fəaliyyəti zamanı zəruridir, (skrip- kaçı) (arılar, qarışqalar). Bu zaman aşağıdakı təşkilati məsələlər həll edilir:

Ayrı-ayrı işləri yerinə yetirmək üçün adamları necə bölmək və bütün işçiləri müəssisənin qarşısında duran ümumi məqsəd ətrafında birləşdirmək; Təsərrüfat fəaliyyətini hansı üsullarla həyata keçirmək; Adamların

məhsuldar fəaliyyətini kim və necə idarə edəcək. Bunlarla bağh təşkilati-iqtisadi münasibətlər üç iri növə ayrılır: 1. Əməyin bölgüsü və istehsal daxilində (sahələr arasında, müəssisələr

arasında və onların bölmələrinin daxilində) onların kooperasiyası. 2. Təsərrüfat fəaliyyətinin müəyyən formada təşkili (natural, bazar

təşkili). 3. İqtisadiyyatın idarə edilməsi (kortəbii-bazar və planlı dövlət tənzimi).

Sxem 3. İqtisadi münasibətlər sistemi

Sosial-iqtisadi münasibətlər spesiflkdir və tarixən keçicidir. İbtidai-icma, quldarlıq, feodalizm, kapitalizmin hər birinin özünə xas

32

olan sosial-iqtisadi münasibətləri var. Mülkiyyətin bir formasımn digərini əvəz etməsi ilə sosial-iqtisadi münasibətlər də dəyişir. Ancaq təşkilati-iqtisadi münasibətlər sosial-iqtisadi münasibətlərdən asılı olmayaraq da mövcud olur. Bunlar iqtisadiyyatm ümumi elementləridir. Məsələn, müxtəlif ictimai sistemlərdə təsərrüfatm eyni təşkili for- masmı tətbiq etmək olar (fabrik, universam, xidmət müəssisəsi və s.). həmçinin, əməyin elmi təşkilini və idarəetmə formasını tətbiq etmək də mümkündür.

Beləliklə, iqtisadi nəzəriyyə iki münasibət tipini öyrənir: 1. Mülkiyyət münasibətlərini (sosial-iqtisadi münasibətləri); 2. Təşkilati-iqtisadi münasibətləri.

§3. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar

İqtisadiyyat elmi öyrəndiyi hadisə və prosesləri iqtisadi anlayışlar, iqtisadi kateqoriyaların köməkliyi ilə öyrənir, araşdırır, onların mahiyyətini və qanunlarını açıb göstərir. Hər cür anlayış kateqoriya deyildir. İqtisadi kateqoriya real iqtisadi gerçəkliyi əks etdirən məntiqi anlayışdır. İqtisadi kateqoriyalar cəmiyyətin iqtisadi həyatını ümumiləşdirilmiş şəkildə əks etdirir, onun ayrı-ayrı cəhətlərini nəzəri olaraq ifadə edir. İqtisadi münasibətlər nəzəri olaraq iqtisadi kateqoriyalarda ifadə olunur. Mülkiyyət, kapital, pul, mənfəət və s. iqtisadi kateqoriyalardır. Onlar olduqca çoxdur və tədris prosesində onlarla tanış olacağıq.

İqtisadi qanunlar. İqtisadi qanunların iqtisadi nəzəriyyənin predmetinə aid olduğunu yuxanda göstərdik. İqtisadi qanun da kateqoriyadır, lakin mürəkkəb məzmunlu kateqoriyadır. Nəzəri tədqiqatların gedişində iqtisadi qanunun məzmunu, fəaliyyət mexanizmi və onlardan istifadə etməyin üsul və vasitələri müəyyən edilir.

Ən ümumi formada qanun - hadisələr, proseslər arasındakı müəyyən zəruri münasibətdir, bu da onların daxili təbiəti və mahiyyətindən irəli gəlir. Hər cür əlaqə forması qanun deyildir. Qanun hadisələrdəki mühüm, möhkəm, sabit, təkrarlanan, səbəb və nəticə əlaqələrinin ifadəsidir. Qanunları insanlar yaratmır, onlar obyektiv baş verən hadisələr və ya proseslərə məxsusdur. Bu cür hadisə və proseslər həm təbiət, həm də cəmiyyətdə baş verir. Ancaq onların qanunları, o cümlədən də iqtisadi qanunlar bir-birindən fərqlidirlər.

Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektivdir, yəni onlar insanların iradəsindən asıh olmayaraq meydana gəlib fəaliyyət

33

göstərirlər. Ancaq təbiət qanunları insanların tştirakı olmadan fəaliyyət göstərirlər və uzun ömürlüdürlər.

İqtisadi qanunlar isə insanların təsərrüfat fəaliyyəti və iqtisadi münasibətləri ilə bağlıdır. Onlar uzun ömürlü deyildir, müəyyən konkret şəraitlə bağlı meydana gəlib fəaliyyət göstərirlər. Həmin tarixi şəraitin yox olması ilə bağlı onların bir çoxu öz fəaliyyətlərini dayandırır.

İqtisadi qanunlar ən ümumi, ümumi və spesifik qanunlar olmaqla fərqlənirlər.

İqtisadi nəzəriyyə bütün bu qanunları öyrənir, onların fəaliyyət və istifadə mexanizmlərini aşkara çıxarır. Bu iqtisadi nəzəriyyənin ən başlıca funksiyasıdır (dərketmə funksiyası). İqtisadi qanunlarla yanaşı dövlətin qəbul etdiyi və hüquqi qüvvəsi olan qanunlar da var ki. iqtisadi proseslərin təşkili və idarə edilməsində mühüm rol oynayırlar.

Sxem 4. Qanunlar sistemi

§4. Məhdud resurslar şəraitində istehsal, bölgü, mübadilə və istehlak sferasında insanların davranışı.

Subyektiv-psixoloji qanunlar

İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyəti, iqtisadi münasibətlər zamanı insanların davranışlarmı, onların davranış formalarım da

34

öyrənir. Onların davranışları həm obyektiv şəraitdən, obyektiv iqtisadi qanunların tələbindən və həm də subyektiv-psixoloji amillərdən, subyektiv-psixoloji qanunlardan asılı olaraq baş verir.

İnsanlar məhdud imkanlar və resursların az olduğu bir dünyada yaşayırlar. Hava və günəş şüası istisna olmaqla, insanları əhatə edən və onların istifadə etdiyi nə varsa kəmiyyət və keyfiyyətcə məhduddur. İnsanların fiziki və mənəvi qabiliyyətləri də məhduddur. Vaxtın özü də məhduddur, sutka cəmi 24 saatdır.

Bunlarla belə, bu məhdud resurslardan istifadə imkanları, variantları da müxtəlifdir. İnsanların seçimi üçün imkanlar da böyükdür və bu seçim təsərrüfatçı subyektin bacarığından, qabiliyyətindən çox asılıdır. Məsələn, metaldan kosmik raket, traktor, tank, uşaq oyuncaqları və s. düzəltmək olar. Mövcud vaxtdan səmərəli və səmərəsiz istifadə mümkündür. Müxtəlif resurslardan istifadə olunması imkanı onların təbii xassələri ilə bağlıdır. Onlardan alternativ qaydada istifadə edilməsi ilə insanların öz qarşılarına qoyduqları məqsədlərin əhəmiyyətliliyi dərəcəsindən asılıdır.

Resursların məhdudluğu insanları öz tələbatlarmı ödəmək naminə alternativ variantlardan istifadə etməyə məcbur edir və o, seçim qarşısında qalır, məhdud resursları hansı məqsədə yönəltmək sualına cavab vermək və ona uyğun olaraq da addımlar atmaq. Belə şəraitdə təsərrüfatçı subyekt hansı addımları atmalıdır? Nə, necə və kim üçün istehsal etməlidir?

İqtisadi nəzəriyyə iqtisadi subyektlərin müxtəlif maddi və mənəvi nemətlərin istehsah, bölgüsü, mübadiləsi və istehlakı prosesində iqtisadi davramşlarını, yəni fərdi və ictimai fəaliyyətləri zamanı hansı qərarlar qəbul edəcəkləri ilə bağlı məsələləri ayırıb öyrənir.

Resursların məhdudluğu onlardan istifadə edilməsində alternativliyi tələb edir. Yəni, cəmiyyət seçim qarşısında qalır. Resursları mülkü sahəyə sərf etsin, yoxsa hərbi sahəyə. Məsələn, fərz edək ki, iki əmtəə - tank və yağ istehsal etmək lazımdır. Mövcud resursların hamısı 5 mln.kq. yağ istehsal etməyə çatır. Bu vəsait tank istehsalına sərf edildikdə maksimum 15 min tank istehsal etmək olar. Cəmiyyət yağ istehsalma resursları azaltsa, ancaq onda tank istehsal etmək olar və əksinə. Bütün resurslar tank istehsalına sərf edilərsə cəmiyyət yağsız qalar. Əgər seçim edib hər iki əmtəədən istehsal etmək istəyirsə resursları lazımi nisbətdə yenidən bölməlidir. Bu istehsalın imkanını göstərir. Resurslardan tam istifadə olunmaya da bilər ki, bu da itkidir. Bizim misalunızda 5 mln. ton yağın dəyəri 15 min tanka istifadə olunur. Bu o deməkdir ki, 5 mln. ton yağ istehsal etmək

35

üçün 15 min tankın istehsalından imtina etmək lazımdır. Burada 5 mln. ton yağın qiyməti 15 min tankda ifadə olunmuşdur. Bu zaman qiymət alternativ dəyərdə ifadə olunur. Deməli, iqtisadi anlamda qiymət alternativ dəyər, yaxud əldən verilmiş imkanlara görə xərclə bağlıdır.

Məhdud resurslar müəyyən nisbətlərdə cəmiyyət tərəfindən yığıma (kapital qoyuluşuna) və istehlaka ayrılmalıdır (bölünməlidir). Burada nisbətlərdən asılı olaraq yığım və istehlakın səviyyəsi dəyişəcəkdir. Bu prosesə obyektiv amillərlə yanaşı, subyektiv-psi- xoloji amillər də təsir göstərir. Məsələn, C.M.Keyns əldə olunmuş gəlirin yığrnıa və istehlaka ayrılması nisbətinin psixoloji amillərlə bağlı olduğunu göstərir.

İqtisadiyyat sferasında obyektiv iqtisadi qanunlarla yanaşı subyektiv-psixoloji qanunlar da fəaliyyət göstərir ki, iqtisadi tədqiqatlar zamanı nəzərə alınmalıdır.

Təsərrüfatçı subyektlərin iqtisadi davranışlarmda subyektiv- psixoloji qanunların olması nə ilə izah olunur?

Məlumdur ki, psixologiya insanın daxili aləmini, ürəyinin səsini ifadə edir ki, bu da insanın şüurunda, iradəsində, tələbatında və digər davranış cəhətlərində özünü göstərir.

İnsanların əksəriyyətinin həyatı təsərrüfat fəahyyəti ilə bağlı olur, vaxtlarının çoxu buna sərf olunur. Buna görə də çoxsaylı insanlarda iqtisadi psixologiya formalaşır. Buna iqtisadi şüur və təfəkkür, təsərrüfat fəaliyyətinin motivləri və iqtisadi mənafelər daxildir. Bütün bunlar isə insanların maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakında iştirakının real səbəbləridir. Təsərrüfat fəaliyyəti, xüsusilə də bazar münasibətləri şəraitində iqtisadi pskologiyanm müdaxiləsi olmadan mümkün deyildir.

İnsanlar istehsal qərarları qəbul edəndə və onları həyata keçirəndə özlərinin iqtisadi düşüncələrinə və mənafelərinə uyğun hərəkət edirlər. Və nəticədə onların təsərrüfatçılıq davranışlarında müəyyən psixoloji qanunlar təzahür edir (meydana çıxır). Bu qanunlara fay- dahlıq həddinin azalması qanunu, əhali gəlirlərinin istehlaka və yığıma bölünməsinə təsir edən qanunlar və b. aiddir.

Beləliklə, təsərrüfat fəaliyyətində uzunmüddətli meylləri hərtərəfli öyrənmək üçün, iqtisadi nəzəriyyə iki tip qanunları - obyektiv- iqtisadi və subyektiv-psixoloji qanunları öyrənməlidir.

36

§5. İqtisadi nəzəriyyənin funksiyaları

İqtisadi nəzəriyyə bir sıra funksiyaları yerinə yetirir. Bunlar aşağıdakılardır: 1. Dərketmə funksiyası; 2. Proqnozlaşdırma funksiyası; 3. Praktiki funksiya; 4. İdeoloji funksiya; 5. Metodoloji funksiya.

Dərketmə funksiyası - cəmiyyətin iqtisadi həyatı onun vasitəsilə dərk edilib öyrənilir. İqtisadi hadisə və proseslərin mahiyyətinin öyrənilməsi orada fəaliyyət göstərən qanunların aşkara çıxarılmasına imkan verir. Bu cür öyrənmə faktlardan, çoxsaylı iqtisadi məlumatların və təsərrüfatçı subyektlərin davranışlarının təhlilindən başlayır. Bu cür öyrənmə Qərb ədəbiyyatında təsviri elm kimi səciyyələndirilir. Dərketmə prosesində faktların rolu danılmazdır. Faktlara əsaslanan iqtisadi nəzəriyyə özünün elmi xarakterini saxlayır. Faktlar dəqiq, doğru olduqda onlara əsaslanan nəzəri nəticələr də elmi olur. Real faktların elmi şəkildə ümumüəşdirilməsi, inkişaf meyllərini və inkişaf qanunlarını açmağa imkan verir. Qərb ədəbiyyatmda mövcud faktlara əsaslanaraq çıxarılan nəzəri nəticələr pozitiv elmə aid edilir.

Proqnozlaşdırıcı funksiya - İqtisadi nəzəriyyənin bu funksiyası gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasım işləyib hazırlayır. Bunlar elmi-texniki və sosial-iqtisadi inkişafın proqnozları üçün nəzəri bazadır. Nəzəriyyəyə əsaslanan proqnozlar milli iqtisadiyyatm inkişaf planlarını və proqramlarım hazırlamaq üçün çox əhəmiyyətlidir.

Praktiki funksiya - İqtisadi nəzəriyyənin bu funksiyası dövlətin iqtisadi siyasətinin əsaslandırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodlarım müəyyən etmək üçün əhəmiyyətlidir. Qərb ədəbiyyatında bunu normativ iqtisadi nəzəriyyə adlandırırlar və bu nəzəriyyə iqtisadiyyat və dövlətin iqtisadi siyasəti necə olmalıdır sualma cavab verməhdir.

İqtisadi nəzəriyyə qarşıya qoyulmuş vəzifələrin (məqsədlərin) yerinə yetirilməsinin mümkün olub-olmayacağını müəyyən etməlidir. İqtisadi nəzəriyyə dövlətin iqtisadi fəaliyyəti və sahibkarlıqla bağlı tövsiyələr hazırlayıb təklif edə bilər. Elmə əsaslanmaqla hazırlanmış iqtisadi siyasət uğurla reallaşdırılır.

İdeoloji funksiya - İqtisadi nəzəriyyə hər hansı bir partiyanın

37

əlində mübarizə vasitəsi olmamalıdır və buna yol vermək olmaz. Bununla belə iqtisadi nəzəriyyə istənilən iqtisadi sistemin ziddiyyətlərini və onların həlli yollarmı açıb göstərməlidir. İqtisadi nəzəriyyə təsərrüfatçı subyektlərin yaradıcı fəaliyyətinin ideya-nəzəri əsasını təşkil etməli və onu istiqamətləndirməlidir. Bu bir elm olmaqla, real gerçəkliyi olduğu kimi, qərəzsiz əks etdirməlidir. İdeyalarda, baxışlarda dolaşıqlıq, kəskin mübarizə şəraitində yalmz elmilik prinsipi iqtisadi nəzəriyyənin obyektivliyini təmin edə bilər və mövcud iqtisadi sistemin həqiqi mənzərəsini açıb göstərə bilər.

Metodoloji funksiya - bir çox konkret iqtisad elmləri mövcuddur və onlar üçün nəzəri baza olmalıdır. Belə bir nəzəri baza rolunu iqtisadi nəzəriyyə elmi oynayır.

Sxem 5. İqtisadi nəzəriyyənin funksiyaları

§6. İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri

Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən, iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri- mümkündür.

Qədim elmin ən yüksək nümunələrini antik yunanlar və roma- lıhr yaratmışlar. Bir çox iqtisadi hadisələr: mübadilə, pul, qiymət, ticarət, mənfəət, borc faizi hələ qədim Misirdə, Babilistanda, Çində, Hindistanda, İranda məlum idi.

İqtisadi fİkrin meydana gəlməsi ilk növbədə iqtisadiyyatın inkişafı ilə bağh idi. Qədim dövrlərdə inkişaf etmiş iqtisadiyyat Şərq ölkələrində meydana gəlmişdir. İqtisadiyyatm əkinçilik, heyvandarlıq, sənətkarlıq, ticarət, suvarma sistemləri, şəhər mədəniyyəti də adı çəkilən ölkələrdə yüksək səviyyədə inkişaf etmişdi. İctimai əmək bölgüsü, əmtəə mübadiləsi və pul da qədim Şərqdə meydana gəlmişdir. İqtisadiyyatm inkişafı iqtisadi fikrin də məhz Şərqdə mey

38

dana gəlməsinə səbəb olmuşdur. Qədim Şərq sivilizasiyası yunan və Avropa mədəniyyətlərinə, elmi fikrin inkişafına, elmi təlimlərin meydana gəlməsinə, o cümlədən də iqtisadi təlimin yaranmasına çox müsbət təsir göstərmişdir. Cəmiyyətin iqtisadi problemlərinin öyrənilməsi sahəsində yunan mütəfəkkirlərinin böyük xidmətləri olmuşdur. Quldarlıq cəmiyyətinin iqtisadi sisteminin, təsərrüfat fəaliyyətinin öyrənilməsi də yunan filosofları Ksenofont, Platon və Aristotelin adı ilə bağlıdır, «İ qtisadiyyat» («Ekonomiya») məhfumunu da elmə onlar gətirmişdir.

Aristotel (b.e.ə. 364-322) və Platon (b.e.ə.428-348) iqtisadi həyata dair bilikləri sistemləşdirməyə səy göstərmişlər. Məhz Aristotel təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri öyrənməyə nail olur, iqtisadiyyatı xrematistikadan fərqləndirir. İlk dəfə olaraq iqtisadiyyatı ev təsərrüfatı haqqında elm, xrematistikanı isə ticarət, faiz əldə etməklə varlanmaq elmi adlandırır. O, dəyər, qiymət və pul haqqında nəzəriyyəni daha da inkişaf etdirir.

«Ekonomika» - «Ekonomiya» termini də yunan yazıçısı-tarixçisi Ksenofonta (b.e.ə.430-355) məxsusdur. «Eykonomiya»nın mənası isə ev təsərrüfatını idarə etmək, təşkil etmək bacarığı kimi izah olunur.

İqtisadi təlimin sistemli inkişafının sonrakı mərhələsi merkan- tilistlərin adı ilə bağlıdır. Merkantilizm (ital. «merkante» - ticarət, tacir) - iqtisadi nəzəriyyə məktəbi kimi İngiltərədə, Fransa və İtalii- yada meydana gəlmişdir.

İctimai əmək bölgüsünün və mübadilənin inkişafı qapalı natural təsərrüfatın hüdudlarını aşmağa və iqtisadiyyatın müəyyən bir dövlətin hüdudları çərçivəsində vahid halda formalaşmasma gətirib çıxartdı. Bütün ölkənin xalq təsərrüfatı haqqında biliklərin yaradılmasına ehtiyac duyuldu.

1615-ci ildə Fransız iqtisadçısı Antuan de Monkretyen (1575- 1621) özünün «Siyasi iqtisad traktatı»nı nəşr etdirir. Onun iddiasına görə istehsalm başlıca məqsədi ticarəti genişləndirməkdən ibarətdir. Monkretyen «Ekonomiya» adını «Siyasi iqtisad»la əvəz edir ki, elmin bu adı indiyə kimi saxlanılır. Elmin adındakı «pohteya» sözü də qədim yunan mənşəlidir. O, «polis» (şəhər, dövlət) sözündən götürülmüş və geniş məna yükünə malikdir - dövlət təsərrüfatını, ictimai təsərrüfatı idarə etmək mədəniyyəti deməkdir. Bu dövrün siyasi iqtisadı emprik xarakterdə olub dövlətin istifadə edəcəyi faktları, tövsiyələri verirdi ki, bunlar da dövlətin və monarxlarm gəlirinin artmasına xidmət edirdi.

39

Merkantilistlər qızıl və gümüşü sərvətin əsas forması hesab edir, daxili və xarici ticarət vasitəsilə bu sərvətin artırılması yollarını göstərməyə çalışırdılar. Merkantilizm xarici ticarətdə dövlət tərəfindən himayəçilik siyasətinin həyata keçirilməsini tövsiyə edirdi. Dövlət öz iqtisadi siyasəti ilə daxili və xarici ticarətin genişlənməsinə, daxili bazarın xarici müdaxilədən qorunmasına yönəldilmiş tədbirlər həyata keçirməli idi. Hansı ölkədə olmasından asılı olmayaraq bütün merkantilistlər dövlətin iqtisadi proseslərə fəal müdaxiləsinə tərəfdar idilər.

Merkantilizmin görkəmli nümayəndələri: İngiltərədə Tomas Man (1571-1641), Fransada A.Monkretyen (1575-1621), Jan Batista Kolber (1619-1683), Rusiyada İvan Pasaşkov (1652-1726) və b. hesab olunur.

İqtisadiyyatda hökmran mövqelərin ticarət kapitalından sənaye kapitalına keçməsilə merkantilizm dövrü də başa çatır. İstehsalın sənaye inkişaf mərhələsinə keçidlə bağlı olaraq klassik siyasi iqtisad meydana gəlir və siyasi iqtisadın inkişafı üçün zəmin yaranır.

Əvvəlcə klassik iqtisad məktəbinin daxilində spesifik cərəyan hesab olunan fiziokratlar məktəbi meydana gəlmişdir.

Fiziokratlar (yunanca təbiətin hökmranlığı deməkdir) - siyasi iqtisad məktəbi, XVIII əsrin ortalarında Fransada meydana gəlmiş, sonralar İtaliyada, İngiltərədə və Almaniyada yayılmışdır. Fransada bu məktəbin yaradıcıları Fransua Kene (1694-1774) və A.Tyurqo- dur (1727-1781). Fiziokratiya təliminə görə yalnız əkinçilik ictimai sərvəti artırır. Yalnız kənd təsərrüfatı əməyi məhsuldardır və «xalis gəlir» yaradır. Sənaye və ticarətdə «xalis məhsul» yaranmır və qeyri- məhsuldar sahələrdir. Sənaye kənd təsərrüfatının verdiyi xammalı emal edir, ticarət isə hazır əmtəələri satır. Onlarm gəlirləri «ikinci əldən» asılıdır.

F.Kene ilk dəfə olaraq ictimai məhsulun təkrar istehsah prosesini və xalis məhsulun cəmiyyətdə bölgüsü məsələsini öyrənməyə səy göstərir. Cəmiyyətin üç sinifdən ibarət olduğunu və xalis məhsulun bu siniflər arasmdakı bölgüsünü özünün «İqtisadi cədvəl»ində şərh edir.

Klassik siyasi iqtisad məktəbi İngiltərədə yaranmış (XVII- XVIII) və inkişaf etmişdir. Bu nəzəri məktəbin baniləri Ulyam Petti (1623-1687), Adam Smit (1723-1790), David Rikardo (1772-1823), C.Styuart Mil (1806-1873), Fransa iqtisadçısı Jan-Batist Sey (1762- 1832) və başqaları hesab olunurlar.

Klassik siyasi iqtisadın bu nümayəndələrinin görüşlərində

40

müəyyən fərqlərin olmasına baxmayaraq onlar kapitalizm iqtisadiyyatını, bazar münasibətlərinin dərindən tədqiq edərək milli gəlirin artırılması haqqında öz təlimlərini yaratdılar və sərvətin mənbəyinin əmək olduğunu göstərdilər. «Əmək sərvətin atası və fəal prinsipi, torpaq isə anasıdır» kəlamı da U.Pettiyə məxsusdur.

Klassiklər azad iqtisadiyyat, tam iqtisadi azadlıq, azad rəqabətin olmasını və dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdı- rılmasmı nəzəri olaraq əsaslandırmağa çalışırdılar.

Klassik məktəb insana öz marağı, mənafeyi olan «iqtisadi insan» kimi baxırdı. Smitə görə «görünməyən əl» iqtisadiyyatı avtomatik olaraq tənzimləyir və sistem uzun müddətli tarazlı vəziyyətdə olur. İşsizlik, ifrat istehsal, yaxud əmtəə çatışmazlığı olmur. A.Smit və D.Rikardoya görə sərvətin ən ümumi forması əmtəə və pulda maddiləşmiş dəyərdir. Dəyərin özü isə əmtəəni istehsal edən işçilərin əməyi ilə yaradılır. A.Smitə görə yalnız əkinçi əməyi deyil, digər sahələrdəki əməklər də sərvət, nemət yaradıcısıdır. Bu məktəb əmək- dəyər nəzəriyyəsi əsasında öz təlimlərini qurmuş və kapitalizm iqtisadi sistemini hərtərəfli təhlil edərək, onun inkişafmm qanunauyğunluqlarını açıb göstərmişlər. Onlar əslində bazar iqtisadi sisteminin mahiyyətini, qanunlarını və fəaliyyət mexanizmi haqqında mükəmməl nəzəriyyə yaratmışlar.

K.Marksın iqtisadi təlimi. K.Marks (1818-1883) özünün başlıca iqtisadi əsəri olan «Kapital»da dəyərin əməklə yaradılması nəzəriyyəsini və izafi dəyər nəzəriyyəsini yeni yanaşma ilə tədqiq və şərh etmişdir. K.Marks bazar iqtisadiyyatını - kapitalizm iqtisadi sistemini dərindən təhlil etmiş, Kapital, mənfəət haqqmda dolğun nəzəriyyə yaratmışdır. ABŞ iqtisadçısı V.Leontyev yazır ki, kim həqiqətən bilmək istəyirsə ki, mənfəət, əmək haqqı, kapitalist müəssisəsi nədir, o, «Kapital»m cildlərində bu haqda real cavab tapa bilər. (Borisov. S.48).

K.Marksa görə sahibkarın əldə etdiyi mənfəət də fəhlənin əməyilə yaradıhr.

K.Marksa görə cəmiyyətin kapitalist forması öz daxili ziddiyyətlərinin dərinləşməsi nəticəsində məhv olacaq və öz yerini daha mütərəqqi quruluş olan sosializm (kommunizm) cəmiyyətinə verəcəkdir.

Neoklassik nəzəriyyələr. Bu nəzəriyyələr XIX əsrin sonlarmda İngiltərədə yaranmışdır. Kembric universitetinin professoru A.Mar- şall (1842-1924) «Ekonomiksin prinsipləri» (1890) əsərində «Eko- nomiks»i siyasi iqtisada qarşı qoyur və onu elmi dövriyyəyə buraxır.

41

o «Ekonomiks»i məhdud resurslar şəraitində nadir (az) olan nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi prosesində iqtisadi subyektlərin davranışları haqqında elm hesab edir.

Neoklassik istiqamət marjinal (fr. Marjinal - hədd) inqilabın nəticəsində meydana gəlmişdir. Bu inqilab: 1.faydalılıq həddi nəzəriyyəsini; 2.əməyin və kapitalın məhsuldarhq həddi nəzəriyylərini meydana gətirdi.

Neoklassik məktəb əmtəə və xidmətlərin istehlakçılannın bazar davranışlarını öyrənürdi. Lakin bu məktəb bazar strukturlarını idarə etməyin sistemli nəzəriyyəsini yarada bilmədi. Bu boşluğu siyasi iqtisadın Avstriya məktəbi doldurdu. Məktəbin nümayəndələri K.Men- ger (1840-1921), Oyken Bem-Baverk (1851-1914) və F.Vizer (1851- 1926) əmək-dəyər nəzəriyyəsinin əksinə olan subyektiv-psixoloji konsepsiyanı irəli sürdülər. Bu konsekpsiyaya görə hər bir şəxs nemətin faydalüığına uyğun olaraq nemətin qiyməthtliyini (dəyərini) özü müəyyən edir. Nəzəriyyəyə hədd kəmiyyətlərinin gətirilməsi iqtisadiyyatda riyazi məktəbin yaranmasına səbəb oldu. Bu məktəbin əsas nümayəndələri - ingilis U.Cevons, isveçrəli L.Valras, italiyah V.Pareto ali riyaziyyatdan istifadə edərək son kəmiyyətləri müəyyən edirlər. Riyazi metodun köməyi ilə istehsalda, bazarda və istehlakda bir çox funksional asıhlıqları müəyyən etmək mümkün olmuşdur.

J.B.Seyin «bazar qanunu» (bu qanuna görə təklif həmişə tələbi doğurur - «əmtəə əmtəəyə mübadilə olunur») - əsas götürərək, neo- klassiklər bazar iqtisadiyyatının avtomatik olaraq özünü tənzimləməsini, dinamik və böhransız inkişafını əsaslandırırlar.

İqtisad elmində azad bazar tərəfdarları olub, dövlətin iqtisadi proseslərə müdaxiləsinin təhlükəli olduğunu iddia edən avstriya- amerikan iqtisadçısı Fridrix Hayek (1899-1992) və avstriya iqtisadçısı Lyudviq Mizes (1891-1973) kimi iqtisadçıların adları xüsusi olaraq çəkilir.

1929-1933-cü illər dünya iqtisadi böhram ilə mikroiqtisadi ne- oliberal nəzəriyyələrində böhran baş verdi. İqtisadi nəzəriyyədə Keynsçilik bir istiqamət kimi meydana gəldi. Bu məktəb makroiqtisadi problemləri ön plana çəkir və dövlətin iqtisadi proseslərə müdaxiləsini zəruri sayn. C.M.Keynsin (1883-1946) 1936-ci üdə çapdan çıxmış «MəşğuUuq, faiz və pul haqqında ümumi nəzəriyyə» əsəri iqtisadi nəzəriyyədə həqiqi inqilab yaratdı və mikroiqtisadi səviyyədə həlli çətin olan bir çox problemlərin cavabmı verdi.

C.Keyns Seyin «bazar qanunu»ndan imtina etdi və bazarın avtomatik tənzimlənməsi sisteminin olmasma istinad edən neo-

42

klassik nəzəriyyəyə qarşı çıxdı. Keynsə görə iqtisadiyyatın «mü- hərrik»i təklif deyil, tələbdir. «Tələb istehsalın və təklifin inkişafına səbəb olur». Keyns dövlətin vergi-büdcə və pul-kredit siyasətindən istifadə etməyi məsləhət görür.

C.Keynsin nəzəri sisteminin daha da inkişaf etdirilməsində Amerika alimləri E.Hansen və P.Samuelsonun xidmətləri xüsusi olaraq qeyd edilir. İqtisad elmində «Ekonomiks»in mövcud olduğu vaxtdan keçən bir dövr ərzində onun məzmununda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu dəyişikliklər Keynsçi inqilabm, idarəetmə inqilabının, C.Robinsonun «natamam rəqabət», E.Çemberlinin «inhisarçı rəqabət», P.Samuelsonun «qarışıq iqtisadiyyat» və s. sayəsində baş vermişdir.

İqtisadi fikir tarixində xüsusi seçilən nəzəriyyələrdən biri də monetarizmdir. Monetaristlər milli iqtisadiyyatın inkişafını tədavüldə olan pulun miqdarı ilə bağlayırlar. Bu nəzəriyyə iqtisadiyyatı tənzim edən dövlətin pul-kredit siyasətinin əsasmı təşkil etmişdir. İqti- sadiyyatm dövlət tənzimi, müasir monetaristlərin fikrincə, pul emissiyası və pul kütləsi üzərində nəzarətdən, dövlət büdcəsinin tarazlığına nail olmaqdan, kreditlər üçün yüksək bank faizi qoymaqdan ibarət olmahdır ki, inflyasiyanın qarşısı ahnsın. Monetarizmin müasir konsepsiyası Nobel mükafatı laureatı (1976) Milton Fridmenin əsərlərində aydm şərh olunmuşdur. Fridmenə görə təsərrüfat həyatmda- kı dəyişikliklər pul emissiyası, pul impulsu ilə bağlıdır. «Təsərrüfat dollar tütəyinin təsiri altında oynayır, onun rəqsini təkrar edir» (M.Fridmen).

«Neoklassik makroiqtisadi nəzəriyyə». Bu nəzəriyyə 1970-ci illərdə mikroiqtisadi təhlil prinsiplərinin makroiqtisadiyyata tətbiqi nəticəsində formalaşmışdır. Neo klassiklər «rasional gözləmə» hipo- tezini irəli sürdülər. Onun müəllifi Nobel mükafatı laureatı (1995), Çikaqo universitetinin professoru Robert Lukas (1937-ci il) olmuşdur. Bu ideyaya görə gələcəkdə gözlənilən qiymətlər iqtisadi qərarlar qəbul edənlərin haımsmm davramşlarma təsir göstərən çox mühüm motivdir (kompaniyalar, təşkilatlar və ayrıca ailə üçün). Rasional gözləmə hipotezi daim irəliyə baxmağa və baş verəcək dəyişikliyə uyğun hərəkət etməyi lazım bilir.

Müasir, mühüm iqtisadi nəzəriyyələrdən biri də «təklif iqtisadiyyatı» nəzəriyyəsidir. Onun müəllifi amerika iqtisadçısı Artur Laf- ferdir. 1970-ci illərdə Keynsçi model əsasında, dövlət tənzimi uğursuzluğa düçar olur.

Bu nəzəriyyə tələb əsasında iqtisadiyyatın dövlət tənziminə,

43

yəni, tələbin tənzimlənməsi əleyhinə yönəlmişdir. Laffer və onun tərəfdarlarına görə, iqtisadi inkişafm əsas amili tələb deyil, təklifdir. «Təklif iqtisadiyyatı» tərəfdarlarına görə, dövlətin iqtisadi proseslərə müdaxiləsi məhdudlaşdırılmalı və şəxsi təşəbbüs stimullaşdırılma- lıdır. Bunun üçün: vergilər azaldılmalı, dövlət məsrəfləri ixtisar edilməli, tədavüldə olan pulun miqdarı dövlət krediti siyasəti vasitəsilə azaldılmalıdır. Bu nəzəriyyə, 80-ci illərdə «Reyqonomika» siyasətinin mühüm ünsürü olmuşdur.

İnstitusional-sosioloji istiqamət - onun nümayəndələri T.Veb- len, C.Kommons, S.U.Mitçell, C.Helbreytdir. Bu istiqamət, öz başlanğıcını C.Kommonsun 1924-cü ildə Nyu-Yorkda çıxmış «İnstitu- sional iqtisadiyyat» kitabından götürmüşdür. Ancaq bu istiqamətin banisi T.Veblen (1857-1929) sayılır. «İnstitusionalizm» (adət, qayda yaratmaq) və «institut» (qayda, qanunla yaxud idarə tərəfindən müəyyən edilmiş) kimi mənaları verir.

Bu istiqamət, «iqtisadi insan»ı ayrılıqda deyil, onun olduğu mühitlə bağlı öyrənməyi təklif edir. Buna görə də təsərrüfat üçün «iqtisadi insan» «sosial insan» anlayışı ilə əvəz edilir, yəni, ictimai münasibətlərin toplusunda olan insanı yaxud «konkret situasiyada olan insan»! başlanğıc götürür. Dövlət, ailə, mənəvi və hüquqi normalar, korporasiya, həmkarlar, müxtəlif iqtisadi mexanizm, xüsusi mülkiyyət, kredit və s. insanı əhatə edən mühitə aid edilir və bu mühitin iqtisadi proseslərə təsiri öyrənilir.

Başqa bir istiqamət «ictimai seçim nəzəriyyəsi»dir. Burada siyasi və iqtisadi hadisələr qarşılıqlı əlaqə halında tədqiq edilir. Şəxsi maraq (mənafe) nəinki fərdin və firmamn, habelə cəmiyyətin ictimai həyatm hərəkətverici amili hesab edilir. Həqiqətdə isə, ictimai həyatda şəxsi maraqların ümumi marağa uyğun gəlmədiyi hallar çox olur.

Sxem 6. İqtisadi nəzəriyyənin inkişaf istiqamətləri

44

iqtisadi nəzəriyyənin inkişafının göstərilən bütün bu istiqamətləri, başlıca olaraq Qərb dünyasına məxsusdur. Ancaq, bilmək lazımdır ki, iqtisadi fikir Şərq ölkələrində, o cümlədən Azərbaycanda da inkişaf etmişdir. Xüsusilə, Orta əsr Şərqində iqtisadi fikrin inkişafı sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişlər olmuşdur. Bu sahədə Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048), Bəhmənyar (993-1066), Nizami Gəncəvi (1141-1209), Nəsrəddin Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlərin xidmətləri, elmi fikirləri diqqəti daha çox cəlb edir. Bu dahi şəxsiyyətlərin əsərlərində iqtisadi hadisə, proseslər və onların qanunauyğunluqları haqqında qiymətli fikirlər öz əksini tapmışdır. Onların əsərlərində əmək bölgüsü, mübadilə, sərvət və onun yaradılması, əmtəə, pul, bazar, maliyyə, vergi, sərvətin bölgüsü, əməyin ictimai olması və s. kimi iqtisadi məsələlərə geniş yer verilmişdir.

İslam dininin Azərbaycanda yayılması, xalqımızm mədəniyyətinə, sosial-iqtisadi həyatına, dünya görüşünə güclü təsir göstərmişdir. Müqəddəs kitabımız olan «Qurani-Kərim»də və Məhəmməd Peyğəmbərin kəlam və hədislərində mülkiyyət, sərvət, mübadüə, ticarət, pul, sələm, əmək, bölgü və vergi kimi iqtisadi məsələlərə lazımi qədər yer ayrılmış və onların şərhi verilmişdir.

Azərbaycanda iqtisadi fikrin inkişafında Nizami Gəncəvinin xüsusi yeri vardır. Onun «Xəmsə»sində əmək, sərvət onun mənbəyi məsələlərinə xüsusi əhmiyyət verilir, maddi və mənəvi nemətlərin yaradıcısı olan əməkçi insanların fəaliyyətinə yüksək qiymət verir, əmək və peşə bölgüsünün sərvətin artırılmasmdakı əvəzsiz rolundan danışır. O, əmtəə mübadiləsi, bazar, pul, qiymət, sələmçilik, faiz haqqmda və ədalətli cəmiyyətə dair öz düşüncələrini ustalıqla ifadə etmişdir.

Azərbaycan iqtisadi fikrinin inkişafmda XIII əsrdə yaşamış Nəsrəddin Tusinin çox böyük xidmətləri olmuşdur. Onun «Əxlaqi- Nasir» və «Maliyyə haqqmda tədqiqat» əsərləri iqtisadi fikirlərlə zəngindir və onlarm öyrənilməsi çox faydahdır.

Azərbaycan iqtisadi fikri sonrakı əsrlərdə də görkəmli mütəfəkkirlərin əsərlərində müxtəlif dərəcədə Öz əksini tapmışdır. Bu cəhətdən XIX əsrin ikinci yansmda fəaliyyət göstərmiş M.F.Axundov, N.B.Zərdabi, N.B.Vəzirov və digər görkəmli şəxsiyyətlərin iqtisadi fikirləri çox qiymətlidir.

XX əsr Azərbaycan iqtisadi fikrinin inkişafı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökumətin iqtisadi proqramla- rmda və Sovet dövründə isə fəaliyyət göstərmiş iqtisadçı alimlərin əsərlərində öz əksini tapmışdır.

45

§7. İqtisadi nəzəriyyənin tədqiqat və şərh metodları

İqtisadi hadisə və proseslərin tədqiqat və şərh metodlarını dərindən öyrənmədən onların mahiyyətini, qanunlarını, inkişaf meyllərini və qanunauyğunluqlarmı lazımi səviyyədə bilmək olmaz.

Metodologiya - həqiqəti elmi dərk etməyin üsulları, vasitələri, priyomları haqqında elmdir və ona yiyələnməklə iqtisadi hadisələr və proseslər öyrənilir, insanların iqtisadi şüuru formalaşdırılır.

İqtisadi həyat haqqında iki cür təfəkkür formalaşır: 1) adi təfəkkür; 2) elmi təfəkkür, iqtisadiyyat hamının marağına toxunan bir sahədir. Onun haqqında hamıda adi təsəvvürlər yaranır. Elmi təfəkkür isə iqtisadiyyatı hərtərəfli, tam halında, sistemli şəkildə əks etdirir. Bu cür təfəkkürə elmi yanaşma yolu ilə nail olmaq mümkündür.

İqtisadi nəzəriyyə təsərrüfat hadisələrinin xarici təzahürlərindən onların mahiyyətinə daxil olur, onlarm daxili məzmununu öyrənir. Bu zaman bir çox metodlardan istifadə olunur.

Tədqiqat metodları çoxdur və bütün elmlərdə onlardan istifadə olunur. Bu metodları belə qruplaşdırmaq olar:

1. Ən ümumi (fəlsəfi) metodlar - bütün elm sahələrini silahlandırır (məsələn, metafizik və dialektik metod);

2. Ümumi-elmi metodlar (tarixi, məntiqi, riyazi və s.); 3. Spesifik metod - bu yanaşmada (elmin hər bir sahəsi üçün). Metafizik metod - bütün hadisələr ayrılıqda (əlaqəsiz), sakit

və dəyişməz halda öyrənilir. Bu cür yanaşma sistemin ayrıca bir elementinin öyrənildiyi halda mümkündür (məsələn, mülkiyyət tipi, bazarın bir növü, pulun funksiyası və s.).

Dialektik metod - iqtisadi nəzəriyyə bu metoda əsaslandıqda həqiqəti tam əks etdirə bilir.

Dialektika - təbiətin, cəmiyyətin və təfəkkürün meydana gəlməsi və inkişafınm ən ümumi qanunauyğunluqları haqqmda təlimdir.

H.Hegel dialektikanın sistemli nəzəriyyəsini yaratnuşdır. Bu nəzəriyyədə mərkəzi yeri ziddiyyətlər təşkil edir. Hegelə görə «ziddiyyətlər hər cür inkişafın daxili «mühərrik»idir».

İqtisadi nəzəriyyə iqtisadi hadisə və proseslərdə olan ziddiyyətləri və onların həlli yollarım öyrənir.

Dialektik metod yalnız ziddiyyətləri deyil, əksliklərin vəhdət- liyini də əks etdirir. Məsələn, iqtisadi həyatda bir çox problemlər tərəflərin razılığı əsasında həll olunur.

Tarixi və məntiqinin vəhdətliyi metodu. Hadisələrə tarixi yanaşılır və öyrənilir. Məntiqi əldə olunmuş nəticələr tarixini təsdiq

46

edir. Məntiq - real təsərrüfat həyatında mövcud olan hadisə və proseslərdə səbəb-nəticə əlaqələrini dərindən və düzgün başa düşməyə imkan verən elmi alətdir. Məntiqi yanaşma mürəkkəb təsərrüfat əlaqələrini məntiqi düşünməyə və nəticələr çıxarmağa imkan verir.

İqtisadi tədqiqatlar zamanı təhlil və sintez metodundan geniş istifadə olunur. Təhlil zamanı öyrənilən obyekt tərkib hissələrinə ayrılır. Hər bir hissə ayrılıqda tədqiq olunur və sonrakı pillədə ayrı- ayrı hissələr arasındakı əlaqələr araşdırılır və hadisə bütövlükdə öyrənilir.

XX əsrin II yarısından iqtisadi tədqiqatlarda riyazi metodlardan və statistikadan daha geniş istifadə olunur. Nəticədə iqtisadi- riyazi metodun tətbiqi daha düzgün nəticələr əldə etməyə, modellər qurmağa imkan verir. İqtisadi statistika nəzəri tədqiqatların faktlara əsaslanmasına imkan yaradır. Bu metodların tətbiqi sayəsində dünya iqtisad elminin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. 1969- cu ildən başlayaraq iqtisadi sahədə Nobel mükafatları verilir. Məsələn, bu mükafatı 1970-ci ildə P.Samuelson (ABŞ) - iqtisad elmində elmi təhlilin səviyyəsini yüksəltdiyinə görə alır. 1973-cü ildə V.Leontyev (ABŞ) - «Xərclər - buraxılış» metodunu işlədiyinə görə alır. 1974-cü il F.Hayek (İng.) və Q.Myurdal (İsveç) - pul nəzəriyyəsi, konyunktur dəyişiklik və iqtisadi, sosial və struktur hadisələrinin qarşıhqh asılılığı haqqındakı işlərə görə mükafata layiq görülürlər.

İqtisadi sahədə Nobel mükafatı alanlarm əksəriyyəti riyazi- statistik metodlardan geniş istifadə etdikləri üçün yüksək elmi nəticələrə nail olmuşdular.

III Fəsil

İQTİSADİ SİSTEM VƏ MÜLKİYYƏT

1. iqtisadi sistem: məzmunu, xarakteri və ümumi əsasları. 2. İctimai istehsal və onun tərəfləri. Məhsuldar qüvvələr və istehsal

münasibətləri. İqtisadi sistemdə təsərrüfat mexanizmi. 3. İqtisadi sistemin tipləri. Keçid iqtisadiyyatı. 4. Mülkiyyət: məzmunu, iqtisadi və hüquqi kateqoriya kimi. Mül

kiyyət hüququ. Mülkiyyətin obyektləri və subyektləri. 5. Mülkiyyətin formaları və onların reallaşdırılması. Azərbaycanda

yeni mülkiyyət formalarının yaradılması.

47

§1. iqtisadi sistem: məzmunu, xarakteri və ümumi əsasları

İctimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq lazımdır. Təbiətin öz nizamı, cəmiyyətin isə öz nizamı vardır. Təbiətdə də, cəmiyyətdə də baş verən hadisə və proseslər qarşılıqlı əlaqədə və asılılıqda olur. Bu proseslərdə iştirak edən bütün komponentlər görünməz tellərlə bir-birilə bağlıdır. Bu komponentlərin hər birinin də öz daxili quruluşu, sistemi mövcuddur.

Sistem dedikdə - vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür.

Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki hər bir sistemdaxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili komponentlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşıhqh asılılıqda və vəhdətlikdə mövcuddurlar.

Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri, özünə xas olan əlaqələndirici mexanizmi vardır. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir. Hər bir iqtisadi sistem müəyyən maddi-texniki baza üzərində formalaşır. Maddi- texniki əsas özünün inkişaf səviyyəsinə görə eyni olmadığı üçün iqtisadi sistemlər də öz məzmununa, inkişaf səviyyəsinə və əlaqələndirici mexanizminə görə müxtəlif olurlar.

İqtisadi sistemlər müxtəlif məzmunlu və səviyyəli olsalar da onların hamısı üç mühüm vəzifəni yerinə yetirməlidir. Bu, məhdud resurslarm mövcud olduğu şəraitdə nə istehsal etmək, necə istehsal etmək və kim üçün istehsal etməkdən ibarət olan üç vəzifədir. Bu vəzifələri həmin sistemlərdə fəaliyyət göstərən təsərrüfatçı subyektlər yerinə yetirməlidir.

Birinci vəzifə - nə istehsal etməkdir. Burada belə bir qərar qəbul olunmahdır ki, məhz hansı nemət, hansı keyfiyyətdə və miqdarda istehsal olunmalıdır.

İkinci vəzifə - necə istehsal etməkdir. Burada belə bir qərar verilməlidir ki, nemət (məhsul) hansı məhdud resurslar, onların kombinasiyası və hansı texnikanın köməyi ilə istehsal olunmalıdır.

Üçüncü vəzifə - kim üçün istehsal etməkdir. Bu problem nemətlərin bölgüsü ilə bağlıdır: istehsal olunmuş nemət kimə çatacaq

48

və iqtisadi subyekt hansı məbləğdə ona sahib (malik) olacaqdır. Bunlar o deməkdir ki, insanların iqtisadi (təsərrüfat) fəaliyyəti,

bəzən düşünüldüyü kimi, heç də ixtiyarı bir fəaliyyət deyildir. Nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı müəyyən formalarda həyata keçirilir və həmişə bu və ya digər şəkildə təşkil olunur. Buna görə də iqtisadi sistem (təsərrüfat sistemi) maddi və qeyri-maddi nemətlərin istehsalçısı və istehlakçısı arasındakı əlaqələrin qaydaya salınmış sistemindən ibarətdir.

insan cəmiyyətinin tarixi inkişafının müxtəlif dövrlərində mövcud olmuş ibtidai icma təsərrüfatı, quldar latifundiyası, feodal malikanəsi, kapitalist sahibkar müəssisəsi və sosialist müəssisəsinin hər biri özlüyündə bir təsərrüfat sistemidir. Onlar da məhdud resurslar şəraitində fəaliyyət göstərir. Onların hər biri müəyyən maddi- texniki əsasa, münasibətlər sisteminə, təsərrüfatçılıq mexanizminə və idarəetmə formalarına malikdir.

Deməli, təsərrüfat (iqtisadi) sistemi vahid bir orqanizmdir. Ev təsərrüfatı, müəssisə və milli təsərrüfat bu cür vahid təsərrüfatlardır. Onların hər birinin daxili təşkili və idarəetmə sistemi vardır ki, onlar daim yaxşılaşdırılmalıdır.

İqtisadi sistem müxtəlif quruluşlu olur. Bu quruluşu təşkil edən hər bir hissə yarımsistem kimi çıxış edir. Məsələn, məlumdur ki, müasir istehsal iki yarımsistemdən ibarətdir: maddi istehsal sferası və qeyri-maddi istehsal sferası. Bazar sisteminə də bir çox nisbi müstəqil bazarlar daxildir. Müəssisələr müxtəlif sexlərdən, müəssisə- daxili idarə sistemlərindən, təchizat və məhsulun satışı və s. şöbələrdən ibarət yarımsistemlərə malikdir.

Milli iqtisadiyyat xalq təsərrüfatı komplekslərini; pul, kredit və maliyyə sistemlərini; ümummilli iqtisadi idarəetmə sistemlərini və s. özündə birləşdirir. İqtisadiyyatda sistemlərin tipləri və formaları müxtəlifdir. Onların ən sadəsi ev təsərrüfatı, mürəkkəbi isə cəmiyyətin sosial-iqtisadi quruluşudur.Təsərrüfatın strukturunda isə müxtəlif «qatlar»m olduğu aydındır. Bunlardan istehsal texnikası, yəni müxtəlif texniki sistemləri - robot kompleksi, texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemi və s. göstərmək olar.

İqtisadiyyatın təşkilində - əmək bölgüsü sistemi, səhmdar cəmiyyətlərdə iştirak sistemi və s. Əməyin ödənilməsində - əməyin ödənilməsi sistemi, tarif sistemi və s. hər biri özlüyündə yarım sistemlərdir.

İqtisadi sistemlər öz xarakteri etibarilə də fərqlənir. Birincisi, natural istehsaldır ki, bu müəyyən çərçivədə uzun bir dövr ərzində

49

qapalı şəkildə fəaliyyət göstərir. İkincisi, açıq iqtisadi sistemdir ki, buna misal olaraq əmtəə-bazar təsərrüfatını göstərmək olar. Bunların haqqmda sonrakı mövzularda geniş danışılacaq.

Beləliklə, iqtisadi sistem - maddi və qeyri-maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı zamanı yaranmış, bir-birilə möhkəm tellərlə bağlı olan təsərrüfat münasibətlə-

İqtisadi sistemi təşkil edən əsas ünsürlər bunlardır: 1. İqtisadi resurslar üzərində qərarlaşmış mülkiyyət formaları və

təsərrüfat fəaliyyətinin nəticələrinin mənimsənilməsinə əsaslanan sosial-iqtisadi münasibətlər;

2. Təsərrüfat mexanizmi və iqtisadiyyatm təşkiU və idarə edilməsi formaları, iqtisadi fəaliyyətin tənzimlənməsi üsulları;

3. Təsərrüfat subyektləri arasındakı konkret iqtisadi əlaqə formaları.

Cəmiyyətin məhsuldar qüvvələri iqtisadi sistemin maddi-texniki əsasım və insani potensialım təşkil edir.

Akademik Q.P.Juravlyeva iqtisadi sistemin aşağıdakı ümumi momentlərini göstərmişdir: 1. İstehsal qüvvələri - məhsuldar qüvvələr: 1) təbii resurslar, insan- larm

imkanlan və s. 2) ictimai qüvvələr (istehsal vasitələri, əmək bölgüsü və s.), ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.

2. İqtisadi münasibətlər: 1) sosial-iqtisadi münasibətlər (mülkiyyət münasibətləri), 2) təşkilati-iqtisadi münasibətlər (təcrübə mübadiləsi, menecment, marketinq və s.), 3) texniki-iqtisadi münasibətlər.

50

Adı çəkilən müəllifə görə iqtisadi sistem - istehsalçılarla istehlakçılar arasında, maddi nemətlər istehsalı sahələri ilə qeyri-maddi istehsal sahələri və xidmət sferası arasında əlaqələrin qaydaya düşmüş, müvazinətli olan sistemidir.

C.Helbreytin fikrincə «Ən yaxşı iqtisadi sistem, insanların çox ehtiyac duyduğu şeylərlə, onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir». Bunun üçün iqtisadi sisteifı aşağıdakı məsələlərin həllinə nail olmalıdır: 1. İqtisadiyyatın optimal strukturu formalaşdırılmalıdır; 2. İqtisadi fəaliyyətin bütün növlərinin əlaqəsini təmin etməlidir; 3. Sosial məqsədlərin həyata keçirilməsini təmin etməlidir.

Sxem 2. İqtisadi sistemlərin məqsədləri

§2. İctimai istehsal və onun tərəfləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri.

İqtisadi sistemdə təsərrüfat mexanizmi

Hər bir iqtisadi sistemdə istehsal, bölgü, mübadilə və istehlak sistemin sabit, dəyişməz ünsürləridir. Onların vəhdətliyi ictimai istehsalı təşkil edir və bu vəhdətlikdə bilavasitə istehsal aparıcı rol oynayır.

İstehsal - insanın məqsədəuyğun məhsuldar fəaliyyətidir. Bu fəaliyyətin nəticəsində insana lazım olan nemətlər yaramr. Özünə

51

lazım olan nemətləri yaratmaq üçün insan təbiətə müraciət edir, onunla əlaqəyə girir. Buna görə də istehsal - ilk növbədə insanla təbiət arasmda qarşılıqlı təsir, insanın maddi nemətlərə (ərzaq, paltar, mənzil və s.) olan tələbatını ödəmək naminə bu nemətləri hazırlamağa yönəldilmiş məqsədəuyğun fəaliyyət prosesidir.

İstehsal prosesinin baş verməsi üçün:l) əmək alətləri (vasitələri) , 2) əmək predmetləri, 3) bu vasitələri hərəkətə gətirməyi bacaran insanlar lazımdır.

Əmək vasitələri ilə əmək predmetləri istehsal vasitələrini təşkil edir. İstehsal vasitələri istehsalın maddi amilini, bu vasitələri hərəkətə gətirən insanlar isə istehsalın şəxsi amilini təşkil edir.

İstehsal vasitələri və onları hərəkətə gətirən, maddi və mənəvi nemətlər istehsal etməyi bacaran insanlar cəmiyyətin məhsuldar qüvvələri (məhsul yaradan qüvvələri) adlamr. Cəmiyyətin sərvətini artıran nə varsa məhsuldar qüvvədir. Bu mənada istehsala xidmət edən bütün sahələr, o cümlədən elm də məhsuldar qüvvədir. Məhsul yaradan qüvvələr (məhsuldar qüvvə) ictimai istehsalm birinci tərəfini təşkil edir və insanların təbiətə münasibətini ifadə edir. İnsanın tələbatlarını ödəmək üçün yalnız təbiətlə əlaqəyə girmək kifayət deyildir. Bunun üçün insanlar öz aralarında istehsal edə bilmək üçün münasibətə, istehsal münasibətlərinə girməlidirlər. İqtisadi sistemin məzmununa daxil olan istehsal münasibətləri ictimai istehsalm ikinci tərəfini təşkil edir.

İstehsal etmək üçün insanlar müəyyən formada birləşməli, bilik və bacarıqlarını mübadilə etməli, öz aralarında müəyyən münasibətə girməlidirlər. Yalnız bu münasibətlər sayəsində insanlar təbiətlə əlaqəyə girib lazım olan nemətləri istehsal edə bilirlər.

Tərif: Maddi nemətlərin ictimai istehsalı və mənimsənilməsi üzrə yaranan münasibətlər istehsal münasibətləri adlanır.

İnsanlar həmişə əsasən birlikdə, icma, qrup, kollektiv halında istehsalla məşğul olur və bu zaman zəruri olan münasibətlərə girməklə istehsal edə bilirlər. «Ayrıhb xüsusiləşmiş fərdin cəmiyyətdən kənardakı istehsalı, ... birlikdə yaşayıb bir-biri ilə danışan fərdlər olmadan dilin inkişafı kimi mənasız bir şeydir» (K.Marks).

İstehsal münasibətləri eyni xarakterli deyildir. İstehsalm texniki təşkili ilə bağlı münasibətlər də onun məzmununa aid olub hər cür istehsala xasdır.

Bilavasitə əmək prosesində istehsalm təşkili ilə bağlı münasibətlərdən başqa iqtisadi, istehsal münasibətləri də mövcuddur. Bunlar istehsal vasitələri (amilləri) və istehsalm nəticəsi olan nemətlərin

52

mənimsənilməsi üzrə münasibətlərdir, mülkiyyət münasibətləridir. Bütün iqtisadi sistemlərin əsasmı mülkiyyət münasibətləri təşkil edir. İstehsal münasibətlərinin mahiyyəti, forması və tipləri istehsal amilləri üzərində mülkiyyətin forması ilə müəyyən olunur.

İstehsal münasibətləri sistem halındadır. Bu sistemə mülkiyyət münasibətləri ilə yanaşı istehsal, bölgü, mübadilə və istehlak prosesi zamam yaranan münasibətlər də daxildir. İstehsal münasibətlərinin subyekti yalnız istehsalın özündə çalışan insanlar deyil, özünün fəaliyyət növündən asılı olmayaraq cəmiyyətin bütün üzvləridir. Bilavasitə istehsalla məşğul olmayanlar bölgü, mübadilə və istehlak proseslərində iştirak edirlər.

İqtisadi münasibətlər mürəkkəb sistemdir və bu sistemdə birinci və ikinci dərəcəli, sadə və mürəkkəb, əsas və törəmə münasibətlər fərqləndirilməlidir.

İqtisadi sistem insanların düşünülmüş, müəyyən məqsədə yönəldilmiş fəaliyyəti ilə bağlıdır. İnsan öz fəaliyyətinə mütəşəkkillik və idarəetmə ünsürlərini də daxil edir. Buna görə də ictimai istehsalda sosial-iqtisadi forma ilə yanaşı müəyyən təşkilati-iqtisadi formalar da mövcuddur. Birgə əmək fəaliyyəti müəyyən qaydada təşkil və idarə olunmağı tələb edir.

Deməli, iqtisadi sistemin təşkili və idarə olunması üzrə də münasibətlər yaranır və iqtisadi münasibətlər sistemində özünə məxsus yer tutur. Beləliklə, ictimai istehsal münasibətləri sistemində üç növ münasibətlər xüsusi olaraq fərqlənirlər: 1) Məhsuldar qüvvələrin fəahyyəti prosesində insanların iştirakını ifadə edən texnoloji münasibətlər: 2) Sosial-iqtisadi münasibətlər, yəni mülkiyyət münasibətləri. Bu müəyyənedicidir; 3) İstehsalın təşkili və idarə olunması üzrə münasibətlər. Bunlar bütün iqtisadi sistemlərə xas olan münasibətlərdir, ancaq onlar öz spesifikliyi ilə fərqlənir.

Təsərrüfat mexanizmi. İqtisadi sistemlər özlərinə xas olan təsərrüfat mexanizminə

malikdir və belə bir mexanizmin olmasını əksər iqtisadçılar qəbul edir. Hətta, bəzi müəlliflər iqtisadi sistemi «istehsala, gəhrə, istehla- ka aid qərarlarm qəbul edilməsi və reallaşdırılması üçün mexanizm və institutlarm məcmusu» hesab edirlər.

F.Prayor adlı iqtisadçı iqtisadi sistemi ona aid olan mexanizmin ünsürlərinin məcmusu kimi səciyyələndirərək qeyd edir ki, iqtisadi sistem «...iqtisadi davranışlara və nəticələrə təsir edən institutları, təşkilatları, qanun və qaydaları, ənənələri, inamları, mövqeləri, qadağaları və davranış sxemlərini özündə birləşdirir» (İqt.nəz. s.54-

53

55). Burada sadalanan qanun və qadağalar, qaydalar, davranış sxemləri təsərrüfat mexanizminin ünsürlərinə aiddir.

Hər bir iqtisadi sistem müəyyən qaydada təşkil və idarə olunmalıdır, iqtisadi sistemin iştirakçıları müəyyən mexanizmin ünsürləri vasitəsilə əlaqəyə girməli, münasibətdə olmalı, istehsal edilmiş nemətlərin bölgüsündə iştirak edib ondan pay almahdırlar.

Alimlər istehsalı, bölgünü, mübadiləni və istehlakı iqtisadi sistemin müəyyənedici elementləri hesab edirlər. Artıq məlumdur ki, məhdud resurslar şəraitində iqtisadi sistemin elementlərinin hər birinin özünə xas olan fəaliyyət mexanizmi ilə yanaşı, onlarm vəhdət- liyini təmin edən mexanizm də vardır. Bütün bunlar iqtisadi sistemdə fəaliyyət göstərən mexanizmlərdir.

İqtisadi sistemin təsərrüfat mexanizmi - sistemi hərəkətə gətirmək, idarə etmək üçün tətbiq olunan konkret təsərrüfatçılıq formalarının, metodların, iqtisadi göstəricilərin və mənafelərin, tənzimləyici vasitələrin, hüquqi normaların və təşkilat strukturlarmm məcmusudur.

Bazar iqtisadiyyatı mexanizminin tam fəaliyyət göstərmədiyi iqtisadi sisteınlərdə qeyri-iqtisadi metodlardan, vasitələrdən də istifadə olunur. Burada qeyri-iqtisadi məcburiyyət vasitələri olan cəza formalarmdan, məcbur etmədən, zorakılıqdan, adət-ənənələrdən, dini qaydalardan və s. istifadə olunur. Qeyri-iqtisadi metodların geniş tətbiq edildiyi iqtisadi sistemlərdə bazar elementlərindən də istifadə olunur, (qiymətdən, ticarət qaydalanndan və s.).

Bazar iqtisadi sistemin qərarlaşdığı şəraitdə: iqtisadi metodlar, bazar mexanizmi, inhisar mexanizmi, plan mexanizmi, inzibati-hü- quq mexanizmi eyni vaxtda fəaliyyət göstərir və buna qarışıq mexanizm də demək olar. Ancaq iqtisadi sistem bazar təbiətli olduğuna görə təsərrüfatçıhğın bazar mexanizmi həlledici rola malikdir. Bu sistemdə qiymət, vergi, faiz, renta, mənfəət, əmək haqqı və s. kimi iqtisadi vasitələrlə təsərrüfat mexanizmi hərəkətə gətirilir. Təsərrüfat mexanizminin bu vasitələrindən sonrakı mövzularda geniş damşı- lacaqdır.

§3. İqtisadi sistemin tipləri. Keçid iqtisadiyyatı

İqtisadi sistemlər özlərinin maddi-texniki bazasma, mülkiyyətin formaları və mülkiyyət münasibətlərinin xarakterinə, təsərrüfat mexanizminə və idarəetmə sistemlərinə görə və başhca sosial-iqtisadi problemlərin həllinin təşkili və həlli üsullarma görə fərqlənirlər.

54

iqtisadi sistemlər özlərinin inkişaf səviyyələri, yetkinlik dərəcələri və həll etməli olduqları vəzifələrin (problemlərin) müxtəlif olma- sma baxmayaraq, bütün iqtisadi sistemlərin hamısı üçün eyni olan problemlər də mövcuddur. Bunlar: 1) nə istehsal etmək; 2) necə istehsal etmək; 3) kim üçün istehsal etməkdir. Bu problemlərin həlli üsulları da müxtəlifdir.

İqtisadi sistemlərin fərqləndirilməsinə yanaşma üsulları eyni deyildir. Müasir ədəbiyyatda aşağıdakı yanaşma üsulları mövcuddur: 1) formasiyalı; 2) sivilizasiyalı; 3) mərhələli; 4) informasiyalı və s.

Formasiyalı yanaşma K.Marks təliminə aiddir. Bu təlimə görə, cəmiyyət öz tarixi inkişafında beş mərhələdən keçir və bu mərhələlərin hər biri digərindən köklü fərqli olan istehsal üsullarıdır, iqtisadi sistemlərdir. K.Marks tarixin inkişaf mərhələlərini: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, kommunizm (sosializm) kimi adlandırır və onların hər birini ayrıca ictimai-iqtisadi formasiya hesab edir. K.Marksa görə insan cəmiyyəti ardıcıl olaraq bu mərhələlərdən keçərək, kommunizm adlandırılan cəmiyyətə çatacaq. O, bu cəmiyyətə yüksək dərəcədə inkişaf etmiş və insanlarm bütün əsas tələbatlarmı ödəməyə qadir olan iqtisadi sistem kimi baxırdı.

Mərhələli yanaşma. Amerikalı alim Uolter Rostou da hesab edir ki, cəmiyyətin inkişafı beş mərhələdən keçir: 1) ənənəvi cəmiyyət, 2) keçid cəmiyyəti (mərkəzləşmiş dövlət yaranır, sahibkarlıq inkişaf edir), 3) irəliyə hərəkət mərhələsi (sənaye inqilabı), 4) yetkinlik mərhələsi (ETİ, şəhər əhalisinin hökmranhğı), 5) kütləvi istehlak mərhələsi (istehlak şeyləri istehsalı artır, xidmət sferası üstünlük təşkil edir).

Sivilizasiyalı yanaşma. Bu yanaşmada, cəmiyyətin tarixi inkişafı sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyələndirilir və ictimai inkişafda yeddi sivilizasiya dövrü göstərilir: 1. Neolit sivilizasiyası - 30-35 əsr; 2. Şərq sivilizasiyası - 20-30 əsr; 3. Antik sivilizasiya - 12-13 əsr; 4. İlkin feodal sivilizasiyası - 7 əsr; 5. Sənayeləşmənin əvvəli - 4,5 əsr; 6. Sənaye dövrü - 2,3 əsr; 7. Sənayeləşmədən sonrakı dövr - 1,3 əsr.

Müasir dövrü isə informasiya əsri kimi səciyyələndirilir. Cəmiyyətin inkişafının bu cür dövrlərə bölünməsinin özü şərtidir və belə bölgü iqtisadi sistemləri fərqləndirməyi şərtləndirmir.

Mövcud ədəbiyyatda iqtisadi sistemləri fərqləndirmək üçün

55

dörd meyar əsas götürülür: 1. İstehsal amilləri üzərində mülkiyyətin forması; 2. Əsas iqtisadi qərarların necə qəbul edilməsi; 3. İqtisadi fəaliyyətin əlaqələndirilməsi üsulu; 4. İqtisadi fəaliyyətin həyata keçirilməsində maraqlandırmamn motivləri.

Bu meyarlara uyğun olaraq sxemdəki iqtisadi sistemləri fərqləndirmək olar.

Ənənəvi Bazar İnzibati, mərkəzləş- Qarışıq Keçid iqtisadi iqtisadiyyatı dirilmiş təsərrüfat iqtisadi iqtisa- sistem sistemi sistemi (planlı idarə sistem diyyatı

olunan sistem) sistemi

Sxem 3. İqtisadi sistemin növləri

Deməli, bu meyarlara əsasən iqtisadi sistemlərin aşağıdakı növləri göstərilir: 1. ənənəvi iqtisadi sistem; 2. bazar iqtisadi sistemi; 3. planlı iqtisadi sistem; 4. qarışıq iqtisadi sistem; 5. keçid iqtisadi sistemi.

I. Ənənəvi iqtisadi sistem. Bu sistem adət-ənənələrə əsaslanmaqla istehsalı təşkil etdiyinə, istehsal zamanı uzun dövr ərzində eyni üsul və vasitələrdən istifadə edildiyinə görə belə adlandırılır. Bu iqtisadi sistemdə:

çoxukladlıq mövcuddur - müxtəlif mülkiyyət formalarına əsaslanır; bir çox ölkələrdə icma mülkiyyət forması saxlanılır və bunun əsasında natural təsərrüfat mövcuddur; xırda xüsusi mülkiyyət və bu əsasda xırda əmtəə istehsalı mövcuddur; bu iqtisadi sistemə xas olan təsərrüfat forması kənd təsərrüfatı və sənətkarlıqdır.

Bu sistemdə iqtisadi qərarlar hər bir uklad səviyyəsində, icmalar olduğu halda icmada, icma başçısı səviyyəsində qəbul olunur. İstehsalm məqsədi minimum tələbatları ödəməkdir. Bu iqtisadi sistem geridə qalmış, ən sadə texnikaya və əl əməyinə əsaslamr. Adət- ənənələr qabaqcıl texnikanın və texnologiyaların tətbiqinə mane olur. Buna görə də əmək məhsuldarlığının səviyyəsi çox aşağıdır.

II. Bazar iqtisadi sistemi. Bu əmtəə-pul münasibətlərinə və xüsusi mülkiyyətə əsaslanan, bazar qanunları və bazar mexanizmi ilə

56

tənzim olunan, istehsalçı və istehlakçıların azad rəqabəti və azad seçiminin hökm sürdüyü iqtisadi sistemdir. Bu sistemdə istehsalçı və istehlakçılar bazar qiymətləri vasitəsilə lazrnı olan informasiyanı alır: nə, necə və kim üçün istehsal etmək haqqında müstəqil qərar qəbul edirlər. Bu sistemdə bazar qiymətləri tələb və təklif əsasında formalaşır. Əsas məqsəd - yüksək mənfəət əldə etməkdir.

Bir iqtisadi sistem kimi bazar iqtisadiyyatı XVI - XVIII əsrlər ərzində formalaşmışdır. Və öz inkişafında iki əsas mərhələdən keçmişdir: 1. azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı; 2. müasir bazar iqtisadiyyatı.

Azad rəqabətin hakim olduğu mərhələdə əsas tənzimləyici mexanizm bazarın öz mexanizmidir, dövlət iqtisadi proseslərə əsasən müdaxüə etmir.

Müasir bazar iqtisadiyyatı şəraitində bazarın öz mexanizmi, inhisar mexanizmi və dövlət tənzimi mexanizmi eyni vaxtda fəaliyyət göstərir. (Bu iqtisadi sistem haqqında sonra ətraflı danışılacaq).

III. Planlı iqtisadi sistem. Bu iqtisadi sistem istehsal vasitələri və digər iqtisadi resurslar üzərində ictimai (dövlət) mülkiyyətə, iqti- sadiyyatm mərkəzdən planlı idarə olunmasına əsaslamr. Əsas iqtisadi qərarlar mərkəzləşdirilmiş qaydada qəbul olunur.

Ölkənin sosial-iqtisadi inkişaf planları hazırlamr, icra olunmaq üçün yerlərə, müəssisələrə çatdırılır. Plan tapşınqlannm yerinə yetirilməsi üçün resurslar tapşırıqlara uyğun olaraq bölüşdürülür. İstehsal edilmiş məhsullar planlı qaydada istehlakçılara çatdırılır. Planların yerinə yetirilməsi üzərində mərkəzi nəzarət həyata keçirilir və s. Burada söhbət mərkəzdən planlı idarə edilən və bütün iqtisadiyyatı əhatə edən bir sistemdən gedir. Buna misal olaraq keçmiş SSRİ iqtisadiyyatını göstərmək olar.

IV. Qarışıq iqtisadi sistem. Bu sistem haqqında vahid fikir yoxdur. Bu sistem aşağıdakı cəhətləri ilə xarakterizə olunur: 1. Burada iqtisadiyyatın xüsusi və dövlət bölməsi eyni vaxtda fəaliyyət

göstərir. 2. Bu iqtisadi sistemdə bazar mexanizmi ilə yanaşı, dövlət tənzimi

mexanizmi də fəaliyyət göstərir. 3. Bu iqtisadi sistemdə bazar mexanizmi və plan mexanizmindən

istifadə olunur. 4. Qarışıq iqtisadi sistemdə iqtisadiyyatın sosial yönümü güclüdür.

Burada sosial müdafiə tədbirləri geniş miqyasda həyata keçirilir. V. Keçid iqtisadiyyatı. Bu keçid xarakterli olduğuna görə keçid

iqtisadiyyatı adlanır və bir iqtisadi sistemdən digər iqtisadi sis

57

temə keçməklə bağlı olaraq yaranır və müəyyən bir dövr ərzində mövcud olur. Hal-hazırda keçmiş sosialist ölkələrindəki, o cümlədən də Azərbaycanın müasir iqtisadiyyatı keçid iqtisadiyyatıdır. Burada mərkəzdən idarə olunan iqtisadi sistemdən bazar iqtisadiyyatı sisteminə keçid prosesi gedir. Bu proses müəyyən dövr ərzində baş verdiyinə görə ona keçid dövrü iqtisadiyyatı da deyilir. Keçid iqtisadiyyatı aşağıdakı cəhətlərlə səciyyəvidir: 1. Burada eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və

həm də yeni meydana gələn sistemin münasibətləri mövcuddur. 2. Keçid dövrü iqtisadiyyatı çoxukladlıdır, müxtəlif təsərrüfat formaları

fəaliyyət göstərir. 3. Bu iqtisadiyyatın özünəməxsus təsərrüfatçılıq mexanizmi və

idarəetmə sistemi vardır. 4. Keçid iqtisadiyyatı şəraitində sosial-iqtisadi ziddiyyətlər çox və

kəskin xarakterdə olur. 5. Keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem keçid dövrü şəraitində

formalaşır. Bu mövzu haqqında sonra ətraflı danışılacaq.

§4. Mülkiyyət: məzmunu, iqtisadi və hüquqi kateqoriya kimi.

Mülkiyyət hüququ. Mülkiyyətin obyektləri və subyektləri.

Mülkiyyət bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət münasibətlər sistemidir. Dünyanm görkəmli elm xadimləri mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi mahiyyətini və onun cəmiyyətin həyatmda oynadığı rolunu açıb göstərmişlər.

Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da o, əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir (Hegel).

İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət - istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. İctimai formada mənimsəmənin müxtəlif formalarda olduğunu başa düşmək üçün aşağıdakı sualların cavablarına fikir vermək lazımdır. Bu müəssisə Jidmindir? -Mənimdir! Bu müəssisə kimindir? - Sahibkarındır! Bəs bu müəssisə kimindir? - Bizimdir! O müəssisə kimindir? - Dövlətindir və s. Burada mənimdir, sahibkarındır, bizimdir və dövlətindir ifadələri mənimsəmənin (mülkiyyətin) müxtəlif formalarda olduğunu ifadə edir.

Mülkiyyət, real məzmuna malik olan iqtisadi kateqoriyadır.

58

o, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir. Mülkiyyət münasibətləri istehsal vasitələri və istehsalın nəticələrinin mənimsənilməsinə görə insanlar arasında yaranan və müntəzəm təkrar olunan iqtisadi münasibətlər sistemidir.

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənhkdə mülkiyyət, sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.

Müasir iqtisadi nəzəriyyədə «mülkiyyət hüququ iqtisadi nəzə- riyyəsi»ndən geniş istifadə olunur. Bu nəzəriyyənin müəllifi ABŞ iqtisadçısı R.Kouzdur və onun çoxlu tərəfdarları vardır. Bu nəzə- riyyə tərəfdarları öz tədqiqatlarında «mülkiyyət» deyil, «mülkiyyət hüququ» anlayışmdan istifadə edirlər. Bu müəlliflərə görə, özlüyündə resurslar mülkiyyət deyil, «resurslardan istifadə etmək hüququ mül- kiyyətdir - bax bu mülkiyyəti təşkil edir.» (Çepurin, Kiselyova, s.69).

İngilis hüquqşünası A.Oner 1961-ci ildə aşağıdakı 11 mülkiy- yət hüququnun olduğunu göstərmişdir.

Sahib olma hüququ - nemət üzərində tam fiziki nəzarət hüququ: İstifadə hüququ - nemətin faydalı xassəsini özün üçün istifadə etmək: İdarəetmə hüququ - nemətin istifadə olunmasım kimin və necə həyata keçirəcəyinə qərar vermək: Gəlir götürmək hüququ - nemtin istifadə olunmasından əldə olunan nəticəyə sahib olmaq hüququ: Suverenlik hüququ - neməti özgəninkiləşdirmə, istehlak etmək, məhv etmək, dəyişmək hüququ:

59

1.

2.

3.

5.

6. Təhlükəsizlik hüququ - nemətlərdən məhrum olmaqdan və xarici mühitin vurduğu ziyandan qorunmaq hüququ:

7. Nemətin vərəsəliyə verilməsi hüququ: 8. Nemətlərə sahib olmanın möhkəmliyi hüququ: 9. Ziyanlı istifadədən müdafiə hüququ - digər təsərrüfat agentlə- rinə

ziyan vura biləcək formadan istifadəyə qadağa qoymaq: 10. Cəzalandırmaq formasında cavabdehlik hüququ - yəni nemətin borca

görə ödənilməsinin mümkünlüyü: 11. Pozulmuş hüquqların bərpa etdirilməsi hüququ - bu, qalıq xarakterli

hüquq adlanır. Mülkiyyət hüququ «oyun qaydaları»ndan başqa bir şey deyildir.

Bu davranış qaydaları, münasibətləridir və hamı onlara əməl etməlidir. Bu hüquq dövlətin müəyyən etdiyi normalar, qəbul etdiyi qanunlar çərçivəsində həyata keçirilir.

Mülkiyyətin obyektləri və subyektləri vardır. Mülkiyyətin obyektləri - mülkiyyət ola biləcək hər şey, yəni

mülkiyyətin maddi varlığı hesab olunur. Məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s.

Mülkiyyətin subyektləri - mülkiyyətin sahibləri: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.

§5. Mülkiyyətin formaları və onların reallaşdırılması. Azərbaycanda yeni mülkiyyət formalarının

yaradılması

İnsan cəmiyyətinin bütün inkişaf dövrlərində, bütün ictünai- iqtisadi formasiyalarda mülkiyyətin müəyyən tipi və ona uyğun gələn formaları olmuşdur.

Mülkiyyətin iki əsas tipi məlumdur: 1. İctimai mülkiyyət tipi; 2. Xüsusi mülkiyyət tipi.

İctimai mülkiyyət tipinin də iki əsas forması vardır: 1. İcma mülkiyyəti: 2.Sosialist ictimai mülkiyyəti - bu, geniş mənada dövlətə məxsus olan mülkiyyət formasıdır. Kooperativ mülkiyyəti də ictimai mülkiyyətdir. Müasir ədəbiyyatda dövlətlərə məxsus olan mülkiyyət də ictimai mülkiyyət adlanır.

Xüsusi mülkiyyət tipi. Bu tipin əsas formaları: 1. Quldar xüsusi mülkiyyət forması - burada istehsal vasitələri və qullar

üzərində quldarların şəriksiz mülkiyyəti mövcud olur. 2. Feodal torpaq mülkiyyəti forması - burada torpaq üzərində feodalın

tam, təhkimli kəndli üzərində natamam mülkiyyəti mövcud olur.

60

3. Kapitalist xüsusi mülkiyyət forması. Burada istehsalın bütün maddi amilləri üzərində xüsusi kapitalist mülkiyyətidir. İş qüvvəsinin sahibi olan işçi isə öz iş qüvvəsinin mülkiyyətçisidir.

Hər mülkiyyət tipinə uyğun olan digər forma və növlər də vardır. Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır.

Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir. Təkrar olmasın deyə mülkiyyətin forması ilə təsərrüfatın formasını bir yerdə şərh edəcəyik.

I. Fərdi mülkiyyət forması - bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);

II. Xüsusi mülkiyyət forması - bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.

III. Dövlət mülkiyyəti forması - bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.

IV. Kooperativ mülkiyyət forması - Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.

V. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, ondan istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.

VI. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.

VII. Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.

VIII. Şəxsi mülkiyyət - ailənin şəxsi ehtiyaclarınm ödənilməsinə xidmət edən nə varsa hamısmı əhatə edir.

IX. Qarışıq mülkiyyət - müxtəlif mülkiyyət sahiblərinin razı

61

laşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyi ilə həyata keçirilir.

X. İntellektual mülkiyyət - intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə, kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda «İntellektual mülkiyyət» lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. intellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır.

İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri: konstruk- tor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.

Bütün bunlarla yanaşı mülkiyyətin çoxsaylı törəmə formaları da vardır. Dini icmaların, könüllü ictimai təşkilatların və s. törəmə mülkiyyət formalarıdır. Səhmdar, kooperativ, qarışıq mülkiyyətlər də müəyyən mənada törəmədir.

Azərbaycanın keçid dövrü şəraitində yuxarıda göstərilən bütün mülkiyyət formaları vardır.

Mülkiyyət formaları iqtisadi və hüquqi cəhətdən reallaşdırılır. İqtisadi eəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə

gəlir gətirsin, yəni iqtisadi xeyir versin. İqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s. əldə etməyə imkan yaradır.

Hüquqi cəhətdən reallaşdırma - sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir.

Müasir dövrdə Azərbayeanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi gedir. Nəticədə mülkiyyətin müxtəlif formaları yaradılır ki, bu da bazar iqtisadiyyatına keçmək üçün obyektiv zərurətdir. Azərbaycanda Konstitusiyasında təsbit olunmuş mülkiyyət formaları sxemdə verilmişdir. ____________________________

Azərbaycan Konstitusiyasında təsbit olunmuş mülkiyyət formaları

Dövlət

Xüsusi

Bələdiyyə mülkiyyəti mülkiyyəti mülkiyyəti

Sxem 3. Azərbaycanda təsbit olunmuş mülkiyyət formaları

62

Müasir dövrdə mülkiyyətin inkişafı sahəsində müəyyən dəyişikliklər baş verir ki, bu da özünü mülkiyyətin fərdiləşməsində, mülkiyyətin difersifıkasiyasında, bəzi mülkiyyət formalarının güclənməsində və s. göstərir.

Sxem 4. Mülkiyyətin inkişaf meylləri

IV Fəsil

BAZAR İQTİSADİYYATI; ÜMUMİ ƏSASLARI, QANUNLARI VƏ MODELLƏRİ

1. Bazar iqtisadiyyatı və onun genetik əsasları. Natural və əmtəə istehsalı. 2. Məhsulun iqtisadi forması. Əmtəənin xassələri. Pulun meydana

gəlməsi və mahiyyəti. 3. Bazar iqtisadiyyatı: mahiyyəti, əsas cəhətləri, obyekt və subyektləri. 4. Bazar iqtisadiyyatının qanunları, tipləri və modelləri. 5. İnzibati-amirlik sistemindən (planlı iqtisadiyyatdan) bazar

iqtisadiyyatına keçidin zəruriliyi və yolları. «Şok terapiyası».

63

§1. Bazar iqtisadiyyatı və onun genetik əsasları. Natural və əmtəə istehsalı

Bazar iqtisadiyyatı dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmış sistemdir. Bazar iqtisadiyyatı məfhumundakı «bazar» iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar, bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. Ancaq o, bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.

Bazar, istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır. Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.

Bir iqtisadi sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları «bazar iqtisadiyyatı - kapitalizm» ifadəsini işlədirlər.

Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.

Bazar iqtisadiyyatı özünə xas genetik əsaslara malikdir. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə əmtəə mübadiləsi, mübadilənin inkişafı gedişində pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.

İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır: 1) təsərrüfatın qapalı olması; 2) əmək universal xarakter daşıyır; 3) təsərrüfat əlaqələri birbaşadır.

Natural təsərrüfat qapalıdır. Bu təsərrüfatın mövcud olduğu cəmiyyətlərdə təsərrüfat əlaqəsiz, dağınıq şəkildə fəaliyyət göstərir (ailə, icma, malikanə). Hər bir təsərrüfat vahidi özlərinə məxsus resurslardan istifadə edir və ailənin tələbatını ödəmək üçün məhsul

64

\ istehsal edirlər. Müasir dövrdə (dövlətin daxilində inkişaf etmiş əmtəə istehsalı olduğu halda) bəzi təsərrüfat birliklərində, kənd təsərrüfatı müəssisələrində və hətta ayrıca bir dövlətdə də qapalılığa, natu- rallığa meyl ola bilər.

Natural istehsal üçün universal əl əməyi xarakterikdir. Əməyin növlərə bölünməsi yoxdur. Məsələn, bir nəfər əyirir, toxuyur, boyayır və s. Burada ən sadə alətlərdən istifadə olunur.

Natural təsərrüfatda istehsalla istehlak arasında birbaşa iqtisadi əlaqə yaranır. Burada «istehsal-bölgü-istehlak» əlaqəsi var, mübadilə isə yoxdur. Bu cür əlaqə natural təsərrüfatın davamlığını təmin edir. Burada ancaq sadə təkrar istehsal baş verir.

Qərb ədəbiyyatında natural təsərrüfat sistemi ənənəvi iqtisadiyyat adlandırılır. Onun xarakterik cəhətləri: 1) istehlak üçün eyni, ənənəvi məhsul istehsal etmək; 2) texniki tərəqqinin məhdudluğu; 3) cəmiyyətin həyat tərzində dəyişikliyin olmasında geriliyin qalması; 4) sosial-iqtisadi münasibətlərdə durğunluq.

Əmtəə istehsalı. Təsərrüfat təşkilinin ikinci forması əmtəə istehsalıdır. Əmtəə istehsalı - təşkilati-iqtisadi münasibətlərin elə sistemidir ki, burada məhsullar bazarda satılmaq üçün istehsal olunur. Əmtəə təsərrüfatının əsas cəhətləri: 1. təsərrüfat açıqdır; 2. əmək bölgüsünə əsaslanır; 3. təsərrüfat əlaqələri bilvasitədir (dolayıdır), bazar vasitəsdədir.

Əmtəə istehsalı ictimai əmək bölgüsünə əsaslanır. Hər bir istehsalçı konkret, ixtisaslaşmış məhsulun istehsalı ilə məşğul olur. Hər bir sahədə, müəssisədə yaradılmış artıq məhsul başqa faydalı şeylərlə mübadilə edilir. Əmtəə istehsalında əmək bölgüsünün rolu elmi cəhətdən A.Smit tərəfindən əsaslandırılmışdır.

Əmək bölgüsü əmtəə istehsalı sayəsində geniş meydan alır və ictimai əmək bölgüsü qanun statusu alır və fəaliyyət göstərir. İctimai əmək bölgüsünün aşağıdakı formaları meydana gəlir: 1. Beynəlxalq (ölkələrarası) əmək bölgüsü; 2. Ümumi (xalq təsərrüfatının sahələri arasında) əmək bölgüsü; 3. Xüsusi (sahələr daxilində) əmək bölgüsü; 4. Tək (müəssisə daxilində) əmək bölgüsü.

Əmtəə təsərrüfatı - açıq sistemdir. Burada istehsalçılar öz is- tehlakları üçün deyil, başqa adamlara satın aq üçün istehsal edirlər. Bu təsərrüfatda hər şey bazar üçün istehsal olunur.

Əmtəə təsərrüfatına istehsalçı və istehlakçılar arasında dolayı, bilvasitə əlaqə forması xasdır. Bu istehsal - mübadilə - istehlak əlaqəsidir. Məhsul ancaq mübadilədən sonra istehlaka daxil olur. İs-

65

/ tehsalçı və istehlakçı arasında iqtisadi münasibət bazar vasitəsilə yaranır. Əmtəə təsərrüfatı üçün geniş təkrar istehsal xasdır.

Əmtəə istehsalının 5-7 min il tarixi vardır. O, ibtidai-icma dövrünün sonlarından indiyə kimi mövcuddur. O, bütün ictimai- iqtisadi sistemlərdə mövcud olmuşdur və özünün tarixi inkişaf mərhələlərini keçmişdir.

Əmtəə istehsalının meydana gəlməsinin ümumi əsası ictimai əmək bölgüsüdür. Əmək bölgüsünün inkişafı ilə əmtəə istehsalı da genişlənir. Artıq elə müəssisələr yaranır ki, onlar bir deyil, bir neçə əmtəəlik məhsul istehsal edir (diversifikasiya).

Sxem 5. İctimai təsərrüfatın tipləri

Əmtəə istehsalının meydana gəlməsinin başqa bir səbəbi, adamların təsərrüfatca əlahiddələşməsidir (ayrıismasıdır). Ayrılma müəy

66

yən bir əmtəənin istehsalına şərait yaradır. Ayrılmış istehsalçı öz məhsulunu mübadilə etmək üçün bazar əlaqəsinə girir. Belə bir əlaqə, kənar müdaxilə olmadan, öz mənafeyini reallaşdırmaq naminə baş verir və məhsulun keyfiyyəti və miqdarını artırmaqda maraqlı olur.

Təsərrüfatca əlahiddələşmə mülkiyyətin forması ilə bağlıdır. Buna uyğun gələn isə xüsusi mülkiyyət formasıdır. Xüsusi mülkiyyət ayrılıb müstəqil əmtəə istehsalçısı olmağı şərtləndirir.

Əmtəə istehsalının iki növü vardır: 1. Sadə əmtəə istehsalı (təsərrüfatı); 2. Kapitalist əmtəə təsərrüfatı (istehsalı)

Sadə əmtəə təsərrüfatı, istehsalçının şəxsi əməyinə və sadə alətlərə əsaslanan kəndlinin və sənətkarların təsərrüfatıdır.

Kapitalist əmtəə təsərrüfatı - istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və əsasən muzdlu əməyə əsaslanır. Bu təsərrüfatın meydana gəlməsi və inkişafı ilə istehsal edilən hər şey və hətta iş qüvvəsi də əmtəə olur. Və natural təsərrüfatı sıxışdırıb aradan çıxarır. Kapitalist əmtəə istehsalçısı sahibkar olur.

Klassik kapitalizm şəraitində, xüsusi mülkiyyətin artması ilə əmtəə istehsalı daha da genişlənir və özünün əsası kimi yeni mülkiyyət formaları: səhmdar, korporativ və yoldaşlıq yaranır (XX əsrdə).

Klassik kapitalizm şəraitində əmtəə istehsalı ən ümumi forma alır və hər şey əmtəə olur. XX əsrin ikinci yarısından etibarən, elmi- texniki tərəqqinin təsiri və dövlətin təsərrüfat həyatına müdaxiləsinin təsiri altında iqtisadiyyatın qeyri-əmtəə bölməsi yaranır (fundamental elmi tədqiqatlar, pulsuz təhsil, hərbi-sənaye kompleksinin bir çox məhsulları və s.). Bu forma getdikcə genişlənir. Buna görə də müasir istehsalı qarışıq istehsal adlandırmaq olar. Ancaq üstünlük əmtəə təsərrüfatına məxsusdur.

§2. Məhsulun iqtisadi forması. Əmtəənin xassələri. Pulun meydana gəlməsi və mahiyyəti

İstənilən əmək məhsulu, özünün natural formasında bu və digər tələbatı ödəmək qabiliyyətinə malikdir. Məhsulun bu qabiliyyəti «istehlak dəyəri» adlanır. Məsələn, çörək insanın yeməyə, paltar geyinməyə olan tələbatını ödəyir. Traktor, kombayn faydası olan istehsal vasitələridir.

İqtisadi nəzəriyyədə «faydalılıq» dedikdə hər cür tələbatı ödəmək qabiliyyəti, hətta ziyanlı olanlar da (narkotik, papiros və s.) faydalı hesab edilir.

67

Maddi nemətin neçə cür faydası vardır? İnsanlar təcrübədə və elm sayəsində şeylərin bir çox faydalı keyfiyyətlərini aşkar edir. Bir məhsul bir çox cəhətdən faydalı ola bilər. Məsələn, çıxarılan xam neftdən çoxsaylı məhsullar alınır. Sual olunur ki, nemətin faydasını kim və necə müəyyən edir, hansı meyar əsas götürülür - obyektiv meyar yaxud subyektiv? Bu, istehsalçı və istehlakçı tərəfindən müxtəlif cür qiymətləndirilir.

Məhsulun istehsalçısı onun keyfiyyətini obyektiv qiymətləndirir. Məhsulun faydalılığı onun əşyavi xassəsindən ayrı deyildir və ölçülə bilir. Məsələn, südün tərkibi yağdan, zülaldan, vitaminlərdən və s. ibarətdir. Bu komponentlərə görə onun keyfiyyəti və deməli, faydalılıq dərəcəsi müəyyən edilir. Ərzaq məhsulunda olan faydalı maddələr çoxdursa o, keyfiyyətli hesab olunur və onun dəyəri artır. İstehlakçı isə özünün subyektiv düşüncəsi ilə nemətin faydasını müəyyən edir. Bu zaman özünün zövqünü, ona olan ehtiyacını və seçimini əsas götürür. Biri seylon çayını xoşlayır, digəri kəklikotu çayını. Subyektiv qiymətləndirmə nemətin azlığından və çoxluğundan da asılıdır. Əmtəə istehsalı şəraitində faydalılıq kateqoriyası daha böyük əhəmiyyət kəsb edir.

Məhsulun iqtisadi forması müxtəlif olur. Məhsulun natural forması və əmtəə forması onun əsas formalarıdır. Bunlarla yanaşı zəruri məhsul və izafi məhsul, xüsusi məhsul və ictimai məhsul, milli məhsul və s.də məhsulun ictimai-iqtisadi formalarıdır.

Əmtəə və onun xassələri. Əmtəənin iki xassəsi vardır: onun birinci xassəsi faydalı olub insanın bu və ya digər tələbatını ödəmək qabiliyyətidir. Əmtəə kimi istehsal olunan məhsulun keyfiyyətinə tələb yüksək olur. Faydası olan hər şey əmtəə deyildir. Hansı halda faydalı şey əmtəə olur? 1. O şeylər ki, insan əməyinin məhsuludur. 2. İstehsalçının özü üçün deyil, başqası üçün istehsal olunur və ictimai cəhətdən faydalı olur. 3. Bazarda başqa bir faydalı şeylə mübadilə olunur və ekvivalenti satıcıya ödənilir.

Deməli, əmtəə ictimai cəhətdən faydalı olub, bazarda başqa bir məhsula mübadilə olunan ictimai əmək məhsuludur.

Bazarda başqa bir əmtəə ilə mübadilə olunan əmtəə mübadilə dəyərinə malik olur. Mübadilə dəyəri müəyyən bir əmtəənin başqa bir əmtəəyə miqdar nisbətində mübadiləsidir. Məsələn, 20 kq. taxıl = 10 m. parçaya. 1 stul = 2 kq. yağa. Bu cür bərabərlik hamıya aydındır. Aydın olmayan odur ki, 1 stul necə ola bilər ki, 2 kq. yağa bərabər olur? Faydalı şeylər kəmiyyətcə müqayisə oluna bilməz. Biri metrlə ölçülür, digəri çəki ilə və s.

68

Vaxtı ilə qədim yunan filosofu Aristotel göstərirdi ki. bərabərlik olmadan mübadilə ola bilməz, bərabərlik isə ölçüsüz olmur. Bəs ölçən nədir? Bu suala 100 illər ərzində cavab verən olmamışdır. Ancaq XVIII - XIX əsrlərdə cavab tapıldı ki, bu əmtəələrdə olan dəyərdir (əməkdir). Bütün əmtəələr dəyərə malikdir. Dəyəri yaradan isə insanın əməyidir. Dəyər əmtəədə maddiləşmiş ictimai-zəruri əməkdir. Deməli, əmtəənin iki xassəsi: onun istehlak dəyəri və dəyəridir. Əmtəənin ikili xassəsi isə əməyin ikili xarakterdə olmasından irəli gəlir. Əmtəəni yaradan əmək konkret əməkdən (bu istehlak dəyərini yaradır) və mücərrəd əməkdən (bu əmtəənin dəyərini yaradır) ibarətdir. Bütün əmtəələr dəyərə malikdir və onların mübadiləsi əslində dəyərlərin mübadiləsidir. Onların dəyərləri bərabər olmalıdır ki, mübadilə oluna bilsinlər. Bu bir qanundur - dəyər qanunu. Bu qanun tələb edir ki, əmtəələrin istehsalı da, mübadiləsi də onların istehsalına sərf edilən ictimai-zəruri əməyə uyğun olsun.

Sxem 6. Əmtənin xassələri 69

Pulun meydana gəlməsi və mahiyyəti. Əmtəələrin mübadiləsi icmalar arasında baş vermişdir. Ancaq bu

zaman hamı tərəfindən qəbul edilmiş bir ekvivalent yox idi. Buna görə də faydalı bir məhsulun digərinə mübadiləsi təsadüfi və bəsit formada baş verirdi. Tədricən istehsal olunan əmtəələrin növləri və miqdarı getdikcə artır. Bir əmtəə daha çox əmtəə ilə mübadilə oluna bilərdi. Ancaq çətinlik yaranır. Birinə taxıl lazımdır, digərinə kətan. Və beləliklə, mübadilə baş vermir.

Tədricən böyük regionlarda, bazarlarda ümumi ekvivalent meydana gəlir. Bu başqa əmtəələrlə mübadilə oluna bilən, çox satıla bilən əmtəə ola bilərdi. Məsələn, yunanlarda və ərəblərdə bu mal- qara olub, slavyanlarda xəz-dəri. Ticarət genişlənib beynəlxalq miqyas aldıqca, regional və yerli ekvivalentlər rol oynaya bilmir. Nəticədə, bütün xalqların qəbul etdiyi ən ümumi ekvivalent meydana gəlir. Bu, puldur. Pul üçün yararlı metal qızıl seçilir. Qızıl parlaq, az tapılan, asan parçalanan, xarab olmayan, təmiz (saf) halda mövcud olduğuna görə, pul rolunu oynaya bilmişdir.

Pul - xüsusi əmtəə olub, ümumi ekvivalent rolunu oynayır. Əvvəl külçə halında olan qızıl, hər dəfə çəkilməsin deyə, xüsusi f^or- mada kəsilir, üzərində əyar və möhür olur. Bu, sikkə adlanır (manat). Qızıl sikkələr işləndikcə çəkisini itirir. Buna görə də, dövlət onu daha az qiymətli olan gümüş və mis pullarla əvəz edir. Sonradan metal pullar kağız pullarla əvəz olunur. Kağız pullarla yanaşı kredit pulları: veksel, banknot və s. buraxılır.

Pul, bütün əmtəələrin dəyərinin ölçüsü funksiyasını yerinə yetirir və dəyərin ölçüsü olur. Pul bundan başqa, tədavül vasitəsi, tə- diyyə vasitəsi, yığım vasitəsi və dünya pulu kimi funksiyaları da yerinə yetirir. Bunların haqqında başqa bir mövzuda danışılacaq.

§3. Bazar iqtisadiyyatı: mahiyyəti, əsas cəhətləri, obyekt və subyektləri

Bazar iqtisadiyyatı ictimai istehsalın təşkilinin elə bir formasıdır ki, istehsalçı və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, bir-biri üçün işləyir, öz iqtisadi mənafelərini reallaşdırmaq üçün alqı-satqı əlaqəsinə girirlər. Onların fəaliyyətləri mənfəətin əldə olunmasına yönəldilmişdir. Mənfəət əldə etmək bu iqtisadi sistemdə başlıca məqsəddir.

Bazar iqtisadiyyatı xüsusi münasibətlər sistemi olub, öz qanunları ilə tənzimlənir. Onun öz mexanizmi vardır.

70

Bazar iqtisadiyyatının nəzəri əsasları klassik siyasi iqtisadın baniləri U.Pctti, A.Smit, D.Rikardo, K.Marks, C.S.Mill və s. tərəfindən yaradılmış və müasir iqtisadi məktəblər tərəfindən daha da inkişaf etdirilir. Bazar iqtisadiyyatının mahiyyətini başa düşmək üçün aşağıdakı cəhətlər əsas götürülməlidir. Bu sistemdə: 1. Xüsusi mülkiyyətin üstünlüyü şəraitində müxtəlif mülkiyyət formaları mövcud olub reallaşır; 2. İqtisadi əlahiddələşmə və xüsusi sahibkarlıq fəaliyyəti; 3. İqtisadi azadlıq, sərbəst təsərrüfat fəaliyyəti, iqtisadiyyatın demokratikləşdirilməsi; 4. Qiymətlərin sərbəst müəyyən edilməsi və bazar qiymətlərinin əsas informasiya vasitəsi olması; 5. İqtisadi mənafelərin və rəqabətin təkanverici «mühərrik» rolunu oynaması; 6. Bazar münasibətləri, istehsalçı və istehlakçı əlaqələrinin sabit xarakterdə olması; 7. Bazarda əmtəə və xidmət bolluğunun olması və keyfiyyətə tələbatın artması; 8. Tələb və təklif mexanizminin daim fəaliyyətdə olması; 9. Pul münasibətlərinin həlledici rola malik olması; 10. İqtisadiyyatın «açıq» xarakterdə olması və iqtisadi əlaqələrin geniş beynəlmiləl miqyas alması; 11. İstehsalın əsas məqsədinin yüksək mənfəət əldə etmək olmasıdır. Bazar iqtisadiyyatının əsas əlamətlərini, müsbət və mənfi tərəflərini aşağıdakı sxemin köməyilə başa düşmək olar.

Əsas olamotlori ❖ İqtisadiyyatın əsası-rcsurslar üzərində xüsusi mülkiyyət. ❖ Sahibkarlığın azadlığı və maddi məsuliyyəti. ❖ İqtisadi partnyorların azad seçilməsi. ❖ İqtisadi əlaqə iştirakçıların şəxsi mənafeləri. ❖ Bazar mexanizmləri ilə iqtisadiyyatın özünü tənzimi. ❖ Dövlətin iqtisadiyyata minimum müdaxiləsi.

Əsas müsbət

cəhətləri • Yüksək təşəbbüskarlığı və səmərəliliyi stimullaşdırmaq. • Qeyri səmərəli istehsalı aradan çıxartmaq. • Əməyin nəticələrinə görə gəlirlərin bölgüsü. • İstehlakçılara daha çox hüquq və imkanlar verilməsi. • Çoxlu idarəetmə aparatı tələb etmir.

Əsas mənfi

cəhətləri • Cəmiyyətdə qeyri-bərabərliyi sürətləndirir. • İqtisadiyyatda çoxlu qeyri-sabitlik yaradır. • Cəmiyyətə zəruri olan, lakin qeyri-rentabelli nemətlərə

biganədir. • Biznesin insanlara və təbiətə verəcək zərərə biganədir.

Sxem 7. Bazar iqtisadiyyatının əsas əlamətləri: müsbət və mənfi cəhətləri

71

Bu iqtisadi sistemdə dövlətin iqtisadi proseslərə müdaxiləsi məhduddur.

Bütün bu eəhətlər, əsas etibarilə, xalis bazar iqtisadiyyatını səciyyələndirir və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı üçün xarakterikdir. Lakin müasir bazar iqtisadiyyatı üçün deyilənlərlə yanaşı, digər cəhətlər də səciyyəvidir. Bunlara aiddir: 1. Dövlətin iqtisadi proseslərə müdaxiləsinin nisbətən geniş olması; 2. İqtisadiyyatın sosial yönümünün genişlənməsi; 3. İstehsalın təşkilinin korporativ formasının üstünlük təşkil etməsi və buna görə də azad rəqabət mühitinin zəifləməsi; 4. Beynəlxalq bazar münasibətlərinin daha böyük miqyasda olması və transmilli korporasiyaların güclü mövqeyə malik olması. Göründüyü kimi, bazar iqtisadiyyatı mürəkkəb, çoxcəhətli münasibətlər sistemini özündə ehtiva edir (birləşdirir).

Bazar iqtisadiyyatının obyektləri və subyektləri vardır. Bazar iqtisadiyyatının obyektləri: şirkətlər, firmalar, birliklər, konsernlər, korporasiyalar, fermer təsərrüfatları və s. Bazar iqtisadiyyatının subyektləri: sahibkarlar, biznesmenlər, kommcrsantlar, muzdlu işçilər, istehlakçılar.

Bazar təsərrüfatının subyektlərini üç qrupa bölürlər: 1. Ev təsərrüfatı; 2. Sahibkarlar (biznes) 3. Hökumət. Beynəbtalq bazar münasibətləri şəraitində başqa bir subyekt sərhəddən kənarda olanlardır.

Ev təsərrüfatı - iqtisadiyyatın istehlak sferasında fəaliyyət göstərən əsas struktur vahididir. Bu bir və daha çox adamdan ibarət ola bilər. İstehsal olunmuş maddi nemətlər və xidmətlər ev təsərrüfatlarında istehlak olunur. Ev təsərrüfatları bazar təsərrüfatında istehsal amillərinin mülkiyyətçisi və əsas təqdim edicisidir. İstehsal amillərinin satışından alınan pullar istehlak tələbatlarının ödənilməsinə sərf olunur.

Biznes (sahibkarlıq) - bu, gəlir (mənfəət) götürmək məqsədilə fəaliyyət göstərən işgüzar müəssisədir. Bu fəaliyyət özünün, yaxud kənardan alınmış kapital qoymaqla baş verir. Burada alınmış gəlir yalnız şəxsi istehlaka deyil, istehsal fəaliyyətinin genişləndirilməsinə də sərf olunur. Biznes, bazar təsərrüfatında əmtəə və xidmətləri təklif edən fəaliyyətdir.

Hökumət - müxtəlif büdcə təşkilatlarını təmsil edir. Məqsədləri mənfəət götürmək deyil, dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını reallaşdırmaqdır.

Eyni bir şəxs ev təsərrüfatını, biznesi və hökuməti təmsil edə bilər. Dövlət qulluğunda muzdla işləyərək eyni vaxtda qiymətli kağızlara sahib olmaqla biznesi təmsil edir, öz gəlirini istehlak şeyləri

72

nin alınmasına sərf etməklə həmin şəxs ev təsərrüfatının üzvünü təmsil edir. Bütün subyektlər bazar təsərrüfatının iştirakçılarıdır və bazar qanunlarına uyğun olaraq fəaliyyət göstərirlər.

§4. Bazar iqtisadiyyatının qanunları, tipləri və modelləri

Bazar iqtisadiyyatı tam bir sistemdir və onu tənzim edən qanunlara tabedir. Bu qanunların bir çoxu, ümumiyyətlə iqtisadi sistemlərə aid edilə bilər. Aşağıdakı qanunlar bazar münasibətləri şəraitində fəaliyyət göstərirlər və onların fəaliyyəti nəzərə alınmalıdır.

1. İctimai əmək bölgüsü qanunu; 2.Tələbatların artması qanunu; 3. İctimai əmək məhsuldarlığının artması qanunu; 4.Propor- sional inkişaf qanunu; 5.Kapital yığımı qanunu; 6. Mənfəət qanunu; 7. Orta mənfəət qanunu; 8. Rəqabət qanunu; 9. Dəyər qanunu; 10.Pul tədavülü qanunu; ll.Tələb qanunu; 12.Təklif qanunu; 13.Qiymətlərin tarazlığı qanunu və s.

İqtisadi qanunlar çoxdur və bu siyahını davam etdirmək olar. Bu sırada istehsal, bölgü, mübadilə və istehlak fazalarının hər birinin özünə xas olan qanunları da göstərmək olar. Bu qanunların hər biri haqqında yeri gəldikcə ətraflı şərh veriləcəkdir. Ancaq bunu bilmək lazımdır ki, bu qanunlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Bazar iqtisadiyyatının müxtəlif tipləri və modelləri vardır. Bazar iqtisadiyyatının mahiyyəti dəyişməsə də, onun məzmununda müəyyən dəyişikliklərin olması nəticəsində ciddi fərqlər yaranır və bu da bazar iqtisadiyyatının müxtəlif tiplərinin olması fikrini söyləməyə əsas verir. Aşağıdakı tipləri göstərmək olar:

1. Azad sahibkarlığa və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı;

2. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı; 3. Qarışıq bazar iqtisadiyyatı, yaxud azad rəqabət mexanizminə,

inhisar mexanizminə və dövlət tənzimi mexanizminə əsaslanan bazar iqtisadiyyatı.

Azad rəqabətə və azad sahibkarlığa əsaslanan bazar iqtisadiyyatını xalis bazar iqtisadiyyatı kimi səciyyələndirmək olar. Bu, tip xalis bazar mexanizmi ilə tənzimlənir və XVIII əsr və XIX əsrin sonuncu rübünə qədər olan bir dövrü əhatə edir.

Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı XIX əsrin sonlarından XX əsrin 30-40-cı illərini əhatə edən bir dövrdə olmuşdur. Bu XIX əsrin 70-ci illərindən başlayaraq iqtisadiyyatda inhisar hökmranlığının yaranması ilə bağlıdır. Bu zaman iqtisadiy

73

Q

yat azad rəqabət və inhisar mexanizmilə tənzim olunurdu. İnhisarçılıq bazar mexanizminin fəaliyyətini məhdudlaşdırırdı.

Qarışıq bazar iqtisadiyyatı, yaxud azad rəqabət mexanizminə, inhisar mexanizminə və dövlət tənzimi mexanizminə əsaslanan bazar iqtisadiyyatı XX əsrin 30-40-cı illərindən etibarən dünyanın inkişaf etmiş ölkələrində formalaşmış iqtisadi sistemdir.

Artıq XX əsrin 30-40-cı illərindən etibarən azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatına dövlət tənzimi mexanizminin müdaxiləsi baş verir. Bu proses, əsasən, 1929-1933-cü il böhranından sonra güclənir və dövlətin iqtisadi proseslərə müdaxiləsi müntəzəm xarakter alır.

Müasir dünyada hakim olan bazar iqtisadiyyatı tipi məhz qarışıq bazar iqtisadiyyatı tipidir. Və bu tipin müxtəlif modelləri mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrindəki bazar iqtisadiyyatı sonuncu tipin müxtəlif modelləridir və onlar hər bir konkret ölkənin spesifik xüsusiyyətləri, adət-ənənələri, coğrafi mövqeyi və iqtisadi ehtiyatların (təbii resurslar) miqdarı və inkişaf səviyyələrinə uyğun olaraq fərqlənirlər.

Mövcud ədəbiyyatda bazar iqtisadiyyatlı ölkələrin modellərini öz məzmununa (mahiyyətinə) görə iki növə ayırırlar - liberal və sosial yönümlü. Bu növlərə daxil olanlar da bir-birindən müəyyən cəhətlərinə görə fərqlənirlər.

Amerika (ABŞ) modeli. Bu liberal bazar iqtisadiyyatı modelidir. Onun əsas xüsusiyyətləri: 1. Dövlət mülkiyyəti az xüsusi çəkiyə malikdir və dövlətin iqtisadiyyatı

tənzim etməsi nisbətən azdır, məhduddur. 2. Sahibkarlığın inkişafına şərait yaradılır. Xüsusilə də kiçik

sahibkarlığın. Kiçik sahibkarlıq yeni iş yerlərinin açılmasına kömək edir. Xırda sahibkarlıq, 80-ci illərdə hər il 80 % yeni iş yerini təmin etmişdir.

3. Varlılarla yoxsullar arasında fərq çox böyükdür. Yapon modeli - bu model daha spesifıkdir. Burada resursların əsas

hissəsi «dinc məqsədlər» üçün, sənayenin iqtisadi artımına yönəldilir. Hərbi xərclər çox azdır. Bu ölkədə Amerika və Qərbi Avropa ölkələrinin patentləri və lisenziyaları azad surətdə əldə edilə bilir.

İş qüvvəsi nisbətən ucuzdur. Xammal və yanacağı ucuz qiymətə xarici bazardan alırlar.

Milli iqtisadiyyata dövlət qayğısı yüksəkdir, iqtisadiyyatın əsas sahələri dövlətin yardımı ilə inkişaf etdirilir. İqtisadiyyat dinamik inkişaf edir.

74

50-ci illərdən başlayaraq iqtisadiyyat planlaşdırılır. Bunlar beş illik planlardır. İqtisadiyyatda möcüzələr baş verir. Firmanın işçiləri idarəetməyə cəlb olunur, fəhlələrə ömürlük haqq təyin olunur. Burada ümumi mənafe hamının işidir. Əmək haqqlarında az fərq vardır. Dövlət sosial bərabərsizliyə qarşı mübarizə aparır. Bu model sosial yönümlüdür. Vətəndaşların xəstəlik və işsizlik hallarında sosial hüquqları qorunur.

Alman modeli. Bu da sosial yönümlü modeldir. Modelin ideoloqu Lyudviq Erxarddır. Modelin aşağıdakı xüsusiyyətləri vardır: 1. İqtisadiyyata dövlət güclü təsir göstərir, başlıca olaraq sosial sahəyə.

Burada tibbi xidmət və təhsil pulsuzdur. 2. 70-ci illərdən başlayaraq makroiqtisadi göstəricilər planlaşdırılır. 3. Mərkəzi bank tam müstəqildir və bankların rolu böyükdür. 4. Əmək haqqlarının səviyyəsində fərq azdır.

Fransa modeli. Bu, Amerika modeli ilə Alman modelinin arasındadır. İqtisadiyyat dövlət tərəfindən yüksək dərəcədə tənzimlənir. 1947-ci ildən iqtisadiyyat planlaşdırılır. Dövlətin özü sahibkarlıq fəaliyyətilə məşğul olur və kapital yığımı prosesinə müdaxilə edir.

İsveç modeli. Bu sosial istiqamətli modeldir. Bərabərsizlik azaldılma obyektidir. Az təminatlı təbəqələr üzərində güclü himayədarlıq var. Həyat səviyyəsi yüksəkdir. Son 110 ildən çoxdur ki, ÜMM orta hesabla ildə 2,5 % artmaqda davam edir. İşsizlərin sayı 2%-dən çox olmur. İqtisadiyyatın dövlət bölməsi güclüdür və xidmətlərin bir çoxu pulsuzdur. Dövlət qiymətlərin tənzimlənməsinə xüsusi fikir verir.

Cənubi Koreya modeli. Dövlətin iqtisadi tənzimləmə fəaliyyəti güclüdür. Planlaşdırmadan istifadə olunur. 1962-ci ildən 5 illik planlar tərtib olunur. İnvestisiya layihələri hazırlanır, büdcə vəsaitindən istifadə olunur. Maliyyə-kredit sferası uzun müddət dövlət inhisarında olmuşdur. 80-ci illərin birinci yarısından xüsusi maliyyə-kredit təşkilatları fəaliyyətə başlamışdır. Xarici iqtisadi fəaliyyət dövlət tərəfindən tənzimlənir, ixrac stimullaşdırılır, idxal məhdudlaşdırılır. Bu isə milli iqtisadiyyatın inkişafına təsir göstərmişdir. İxraca xüsusi nəzarət olunur.

Çin Xalq Respublikasında planlı iqtisadiyyatla yanaşı, əmtəə- pul münasibətlərindən də istifadə olunur. Mikroiqtisadi sferada bazara geniş meydan verilir, xüsusi sahibkarlığa şərait yaradılır. Burada «Sosialist planlı əmtəə iqtisadiyyatı» modelinə üstünlük verilir.

Bu modelləri öyrənməkdə əsas məqsəd, Azərbaycanın iqtisadi inkişaf modeli seçilərkən onlardan ən yaxşısına istiqamət götürmək

75

mümkün olsun. Azərbaycan üçün məqbul sayıla bilən model, «tənzim olunan sosial bazar iqtisadiyyatı modeli» ola bilər.

5. İnzibati-amirlik sistemindən (planlı iqtisadiyyatdan) bazar iqtisadiyyatına keçidin zəruriliyi və yolları. «Şok terapiyası»

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş gənc, müstəqil dövlətlər hansı iqtisadi sistemə keçmək yolunu seçməli idi? Artıq 70 il mövcud olmuş sovet iqtisadi sistemi dağılmışdır (ədəbiyyatda bu inzibati-amirlik sistemi kimi, mərkəzdən planlı idarə olunan iqtisadi sistem və s. kimi adlandırılır) və Azərbaycan da daxil olmaqla, bütün postsovet respublikaları bazar iqtisadiyyatına - kapitalizmə keçmək yolunu seçdilər. Bu, aşağıdakı səbəblərlə bağlıdır:

- Bazar iqtisadiyyatı hakim bir təsərrüfat forması kimi bir neçə yüz il ərzində fəaliyyət göstərmiş və dünyanın ən inkişaf etmiş ölkələri bu iqtisadi sistem sayəsində belə bir yüksəkliyə qalxmışlar. Gənc dövlətlər də bunu nəzərə alıblar.

- Dağılmış iqtisadi sistemi bərpa etmək qeyri-mümkündür və məqsədəuyğun deyildir. Bazar iqtisadi sistemindən qeyri bir mütərəqqi iqtisadi sistem yox idi ki, ona istiqamət götürülsün. Gənc milli dövlətlər bazar münasibətləri yolu ilə gedən ölkələrin əhatəsində idi. Onlarla iqtisadi münasibətlərə girmək, təcrübələrindən, iqtisadi imkanlarından və yardımlarından istifadə etmək, böyük dövlətlərdən siyasi və iqtisadi dəstək almaq üçün bu yolla getmək lazun idi. Bu zərurət oldu.

Ancaq bazar iqtisadiyyatı yolu ilə getmək asan iş deyildir. Bu, bir-birinə əks olan bir sistemdən tamamilə başqa sistemə keçmək deməkdir və bunun üçün siyasi iradə, vaxt, təerübə, böyük miqyaslı islahatlar və küllü miqdarda vəsait lazımdır.

Azərbaycan siyasi müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına keçmək yolunu tutdu və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Bu keçid üçün ilk növbədə hüquqi əsas yaradılmalıdır. Elə bir əsas olmalıdır ki, bazar iqtisadiyyatına keçmək üçün lazımi addımlar atmağa icazə versin, görülən işlərin hüquqi təminatı olsun.

Bunun ardınca lazımi islahatlar həyata keçirilməlidir. Bu islahatlar, bilavasitə, bazar iqtisadiyyatına keçmək üçün zəruri olan mülkiyyət bazasının yaradılmasını təmin etməlidir. Bu isə dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə mümkündür. Özəlləşdirmə yolu ilə müxtəlif mülkiyyət formaları və onların da əsasında müxtəlif təsərrüfat formalarının yaradılması mümkün olur. Müxtəlif mül

76

kiyyət formaları əsasında bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan sahibkarlığın müxtəlif istiqamətləri yaranır: xüsusi sahibkarlıq. fərdi sahibkarlıq, kollektiv sahibkarlıq, dövlət sahibkarlığı və s. Özəlləşdirmə nəticəsində mülkiyyət üzərində dövlət inhisarı ləğv edilir. Azad sahibkarlığın maddi zəmini yaranır. Çoxsaylı sahibkarların fəaliyyət göstərdiyi bir şəraitdə azad rəqabət üçün əlverişli imkan yaranır. Azad sahibkarlıq və azad rəqabət mühiti, elə bazar iqtisadiyyatı mühitidir.

Mülkiyyətin özəlləşdirilməsi ilə yanaşı maliyyə-bank sahəsində islahatlar aparılmalı, milli pul vahidi dövriyyəyə buraxılmalı, onun valyuta kimi hərəkəti təmin olunmalıdır. Ölkənin bank sistemi formalaşdırılmalıdır.

Ölkənin müxtəlif növ bazarlarının yaranıb fəaliyyət göstərməsi təmin edilməli və qiymətlər liberallaşdırılmalıdır.

Bütün bunlar olduğu şəraitdə ölkənin bazar iqtisadiyyatı yolu ilə getdiyi fikrini söyləmək olar. Hazırda deyə bilərik ki, Azərbaycanda bazar iqtisadiyyatına keçmək üçün lazım olan hər cür şərait yaradılıb və iqtisadiyyat bazar münasibətləri əsasında formalaşır.

Müasir bazar iqtisadiyyatı tənzim olunan bir sistemdir. Buna görə də Azərbaycanın bazar istiqamətli, sosial yönümlü iqtisadiyyatı da dövlət tərəfindən tənzim olunmalıdır. Dövlətin köməkliyi ilə yeni iqtisadi sistemə xas olan təşkilati-idarəetmə strukturları da formalaşdırılmalıdır.

Bazar iqtisadiyyatına keçməyin iki əsas yolu vardır: tədrici keçid və sıçrayışlı keçid. Tədrici keçid normal keçid prosesidir. İkinciyə misal olaraq Rusiyada tətbiqinə cəhd göstərilən «şok terapiyası» adlanan yoldur. Bu, qüsurlu yoldur və yenicə müstəqillik əldə etmiş, yeni iqtisadi sistemə keçməyə istiqamət götürmüş ölkələr üçün məqbul sayıla bilməz.

Bazar iqtisadiyyatına keçməyin ən başlıca şərtlərindən biri də ölkədə siyasi sabitliyin olmasıdır.

Azərbaycanın bazar iqtisadiyyatına keçməsi ilə bağlı məsələlər XXIIl fəsildə şərh olunur.

77

BÖLMƏ 2

MİKROİQTISADİYYAT

V Fəsil

MİKROİQTİSADİYYAT

VƏ ONUN TƏŞKİLİ FORMALARI

1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cə miyyətin həyatında mikroiqtisadiyyatın rolu.

2. Sahibkarlıq fəaliyyəti: mikroiqtisadi sahədə istehsal, bölgü, mübadilə və istehlak.

3. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması.

4. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması.

§1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu

İqtisadiyyat kursunun 2-ci və ən mürəkkəb bölməsi «Mikroiq- tisadiyyat»dır. İqtisadiyyatın bu bölməsində cəmiyyət üçün lazım olan maddi həyat nemətləri və xidmətlər istehsal edilir. Hər bir ölkənin müasir təsərrüfatı özünün ictimailəşmə səviyyəsinə görə müxtəlif olur. Mikroiqtisadiyyat iqtisadiyyatın ən aşağı pilləsidir, ilkin qatıdır.

Mikroiqtisadiyyat (yunanca «mikros» - «kiçik» deməkdir) - vahid xalq təsərrüfatının bir hissəsidir. Bütün istehsal amillərinə sahib olan xüsusi mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadİ3^atla məşğul olan təsərrüfatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır.

Mikroiqtisadiyyat kapitalizmin azad rəqabətə, azad sahibkarlığa əsaslandığı dövründə, yəni klassik kapitalizm şəraitində sürətlə inkişaf edib formalaşmışdır. Xüsusi kapitalist müəssisələri, bazarın müxtəlif növləri, istehsal və bazar infrastrukturları mikroiqtisadi səviyyədə yaranıb fəaliyyət göstərir. Son iki əsr ərzində mikroiqtisa-

78

diyyatda bö5mk dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən birincisi, istchsalm maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində; ikincisi, təsərrüfatın formasında; üçüncüsü də milli istehsalın tərkibində baş vermişdir. Başlıca dəyişiklik onun quruluşunda olmuşdur. Bu dəyişiklikləri ilk növbədə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin timsalında aydın görmək olar.

Qərb ölkələrinin iqtisadiyyatı ilkin dövrlərdə təkbaşına fəaliyyət göstərən sahibkarların müstəqil təsərrüfatlarından ibarət idi. Onların əksəriyyəti kənd yerlərində fəaliyyət göstərirdi. Tədriclə bu yerlərdə böyük dəyişikliklər baş verir. Məsələn, əgər ABŞ-da 1890-cı ildə 80 % amerikalı, azad mülkiyyətçilər öz sahələrində, özləri üçün işləyirdisə, hazırda onlar cəmi 10 % təşkil edir.

Kiçik təsərrüfatlar bir neçə dəfə iqtisadiyyatda öz yerlərini (təsərrüfat formalarını) dəyişmiş və daha geniş sahələrə yayılmışdır. Bu istehsalın bir mərhələsindən digərinə keçidlə baş vermişdir. Belə ki, sənayeləşməyə qədərki dövrdə kiçik azad mülkiyyətçilər kənd yerlərində və sənətkarlıq istehsalında çoxluq təşkil edirdilərsə, industrial epoxanın (sənaye epoxası) başlanğıcında daha çox sənaye müəssisələri yaranır və üstünlük təşkil edir. Postindustrial cəmiyyətdə xidmət sferası üstünlük təşkil edir.

Qərb ölkələrinin müasir iqtisadiyyatlarında xüsusi mənimsəmə forması kimi kiçik təsərrüfatlar üstünlük təşkil edir. Bunlara aiddir: çoxsaylı kənd təsərrüfatı fermaları, saysız-hesabsız ailə köşkləri, restoranlar, motellər, apteklər, kinoteatrlar (yedəkli). ABŞ-da 80-ci illərin ortalarından kiçik istehsala xüsusi partnyorluq kapitalı və böyük olmayan səhmdar cəmiyyətləri də daxil edirdilər ki, onların illik istehsal etdikləri məhsulun dəyəri 100 min dollardan az idi. Burada iş qüvvəsinin 1/3-dən istifadə olunurdu. Ölkə ailələrinin 1/5-i kiçik müəssisələrlə bağlı idi.

Kiçik təsərrüfatlar İngiltərədə də möhkəm mövqeyə malikdir. Burada 80-ci illərin əvvəlinə 100 min böyük olmayan firma və 230 min pərakəndə ticarət müəssisəsi vardı. Hər on işləyəndən birinin öz firması var. Bu kiçik müəssisələr bütün iş yerlərinin 1/4-ni təmin edir. Ümumi Milli Məhsulun 1/5-i onların payına düşür.

Azərbaycanda mikroiqtisadiyyatın vəziyyəti. Keçid dövrü şəraitində kiçik müəssisələr və kooperativlər iqtisadiyyatda mühüm yer tuturlar.

Bu barədə aşağıdakı cədvəldən məlumat almaq olar'.

' Azərbaycan statistik gösləricilori 2007. səh.109

79

İlbr Kiçik müəssisə və kooperativlərin sayı

Onlarda işləyənlərin sayı

2000 24731 125804 2001 25121 118714 2002 24721 125804 2003 21178 187521 2004 19462 135831

2006 12232 90131

ölkənin bütün məcmu təsərrüfatı həcmcə iki hissəyə ayrılır. Bu ABŞ-da daha aydın görünür. Burada korporasiyalar bütün fərdi firmalardan orta hesabla 50 dəfədən çox məhsul satır. 800 aparıcı firmanın istehsalda, nəqliyyatda, kommunal xidmətdə və ticarətdə istifadə etdiyi adamların sayı 15 milyon kiçik bizneslə məşğul olan təsərrüfatların istifadə etdiyi qədərdir. ABŞ-da bütün sahibkarların 80 %-i kiçik və orta sahibkarlardan ibarətdir, ancaq onlar ÜDM-in 20 %-ni istehsal edirlər. 20 % təşkil edən iri korporasiyalar ÜDM-in 80 %-ni istehsal edir. Kiçik müəssisələrdə əmək məhsuldarlığı aşağıdır.

Kiçik müəssisələr əsasən yaşamaq üçün daha çox səy göstərirlər. Onların çoxu rəqabətə tab gətirməyərək bağlanır. Ancaq onların yenilərinin yaranması da çox tez baş verir. 1987-ci il məlumatına görə İngiltərədə kiçik müəssisələrin həftəlik artımı 500 olmuşdur. Deməli, bütövlükdə mikrosahibkarhq forması daha davamlıdır.

Mikroiqtisadi təsərrüfatların möhkəmliyinin (davamlığınm) mühüm səbəblərirdır. 1) Onların çevik olması - istehlakçıların tələbinə tez uyğunlaşması; 2) Bazarın kiçik əməliyyatlarına xidmət etməyin zəruriliyi. Misal olaraq,

alıcıların standart olmayan paltara, ayaqqabıya tələbatım ödəmək, təmir işləri (saat, ayaqqabı, avtomobil), şəxsi xidmət göstərmək (ailə həkimi, ailə vəkili, yerli bərbər), həddən çox bahalı əmtəələr mağazası vasitəsilə yüksək gəlirli insanlara xidmət göstərmək (təmtəraqlı (zəngin) yaxtalar, yüksək keyfiyyətli idman avtomobilləri və s.).

3) Böyük yığma zavodlar üçün standart komplekslərin hazırlanması üzrə dar ixtisaslaşmış istehsallar; böyük kompaniyaların məhsullarının satışı (televizor, soyuducu, paltaryuyan maşınlar) ilə məşğul olma.

4) Müasir mikroprosessor texnikasının istifadəsi bu kiçik müəssisələrdə böyük iqtisadi səmərə verir.

80

5) Dövlətin kiçik biznesə yardımı (maliyyə, güzəştli vergi, elmi məsləhətlər vermək).

Mikroiqtisadiyyatın dayanıqlı komponentlərindən biri də ev təsərrüfatıdır. Bu təsərrüfatı ailə aparır, yəni qarşılıqlı əlaqədə olan, bir-birinə kömək duran ailə üzvləri. Ailə təsərrüfatı ilk növbədə onun mövcudluğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kollektiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir. Ailə cəmiyyətin ilkin özəyidir. Ailələr mikroiqtisadi səviyyədə firmalarla əlaqədə olur. Bu iqtisadi əlaqədir və tsiklik axın şəklində qurulmuşdur.

Tsiklik axın - bu istehsal amillərinin, əmtəə və xidmətlərin əsas təsərrüfat subyektləri arasında baş verən dairəvi hərəkətdir. Bu subyektlərin hər biri digərindən müəyyən asılılığa malikdir və digəri ilə iqtisadi əlaqəni qaydaya salır. Belə ki, ev təsərrüfatı istehsal resurslarına malikdir. Bir ailə istehsalın əşya amilinə malikdir - torpağa və kapitala. Digər ailə isə iş qüvvəsinə malikdir. İstehsalın bütün bu amilləri resurs bazarı vasitəsilə (tərpənməz əmlak bazarı, borc kapitalı bazarı və s.) müəssisənin əlinə keçir.

Digər tərəfdən müəssisə istehsal amillərinin qiymətinə uyğun olaraq onların sahiblərinə pul ödəyir. Bu pul ailənin gəlirini təşkil edir. Bu pula ailə istehlak şeyləri bazarından və xidmətlər bazarından lazım olan nemətləri əldə edir. Faydalı məhsulların satışından əldə olunan pul firmaya qayıdır. Tsiklik hərəkət bu qayda üzrə təkrar olunur. Bütün bunlar mikroiqtisadiyyatın dayanıqlığını təmin edir.

Yuxarıda təsvir olunan resursların, məhsulların və gəlirlərin dövriyyəsi modeli aşağıdakıları göstərir. Birincisi, mikroiqtisadiyyat qapalı sistem kimi fəaliyyət göstərə bilər. İkincisi, bu sistemin dövlət tərəfindən idarəedici təsirə ehtiyacı yoxdur. Üçüncüsü, onun özünü tənzimləməsinin əsası kimi bazar çıxış edir.

Mikroiqtisadiyyatın bütün bu xarakterik cəhətləri sahibkarlıq və biznesin inkişafı üçün əlverişli xarici mühit yaradır.

Mikroiqtisadiyyatın strukturlarında təsərrüfatla məşğul olan ailələrin rolu həddindən artıq böyükdür. Dövlət ev təsərrüfatı adlanan bu sahəyə ciddi fikir verməli və onların inkişafına hərtərəfli yardım etməlidir.

Ailələrin iqtisadiyyatı nə qədər möhkəm olarsa, dövlətin də dayağı etibarlı və güclü olar.

Bütövlükdə mikroiqtisadiyyatın cəmiyyətin həyatında rolu çox böyükdür. Mikroiqtisadiyyat milli iqtisadiyyatın əsasını təşkil edir, hər bir xalqın adət-ənənələri, milli dəyərləri, istehsal və istehlak üsu

81

lu mikroiqtisadiyyatda qorunub saxlanılır. Mikroiqtisadiyyat cəmiyyətin artan tələbatlarını ödəmək üçün

lazım olan maddi nemətlərin və çoxsaylı xidmətlərin istehsalını həyata keçirir. Mikroiqtisadiyyat ictimai əmək bölgüsünün dərininə və eninə inkişafına və tətbiqinə geniş imkanlar yaradır. Peşələr, ixtisaslar burada yaranır və tətbiq edilir. Elmi-texniki kəşflər, ixtiralar bu sahələrdə baş verir və tətbiq edilir.

Mikroiqtisadiyyat dövlət büdcəsinin maliyyə təminatçısıdır, əsas vergi ödəyiciləri burada cəmləşmişdir.

Mikroiqtisadiyyat əsasən bazar təbiətlidir və özünün tənzimlənmə mexanizminə malikdir. Bazarın əsas növləri mikroiqtisadiyyat səviyyəsində yaranır və fəaliyyət göstərir. Azad bazar, azad sahibkarlıq, azad rəqabət və sərbəst qiymətlər mikroiqtisadiyyat səviyyəsində əlverişli zəmin tapır.

Mikroiqtisadiyyat geniş əhali kütləsini əhatə edən, adamları daha çox özünə cəlb edən, onlara iş verən sahələri özündə birləşdirir. Əhalinin yaşayış səviyyəsi mikroiqtisadiyyatın vəziyyətindən, onun formalaşmış strukturundan asılıdır. Ölkənin makroiqtisadiyyatı da mikroiqtisadiyyatın inkişafından asılıdır.

Bütün bunlara görə mikroiqtisadiyyatın inkişafına dövlətin daim qayğısı olmalıdır.

§2. Sahibkarlıq fəaliyyəti: mikroiqtisadi sahədə istehsal, bölgü, mübadilə və istehlak

Biz əvvəlki mövzuda göstərmişdik ki, istehsalın baş verməsi üçün üç amilin - əmək, əmək vasitələri (kapital) və əmək predmetləri (torpaq) - olması zəruridir. Özlüyündə şəxsi və maddi (əşyavi) amillər (resurslar) müəyyən formada təşkil olunmasa, heç bir məhsul istehsal edilə bilməz. Bunun üçün həm də istehsalın dördüncü amili - sahibkarlıq fəaliyyəti lazımdır.

Sahibkar - firmanın təşkili və idarə edilməsi riskini və məsuliyyətini öz üzərinə götürən şəxsdir (qrup insandır).

Sahibkarlıq fəaliyyət növüdür və onu iki əsasa görə fərqləndirmək olar: miqyasına və fəaliyyətin xarakterinə görə.

1. Miqyasına görə iki əsas növə ayrılır: 1) Fərdi sahibkarlıq - bu bir şəxsin və onun ailəsinin yaradıcı

fəaliyyətidir (ticarət köşkü, böyük olmayan aptek, kimyəvi təmizləmə və s. yaratmaq). Bu halda asanlıqla müəyyən etmək olar ki, riskə gedən, məsuliyyəti öz üzərinə götürən, idarə edən kimdir. Azərbay

82

can Respublikasında Sahibkarlıq haqqında qanunla azərbaycan vətəndaşları və xarici vətəndaşlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

2) Kollektiv sahibkarlıq - hər hansı bir kollektiv birgə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu cür sahibkarlıq mülkiyyət payı əsasında yaradılmış firmalarda həyata keçirilir. Burada riski, məsuliyyəti, qərarların qəbulunu bir qrup şəxs öz üzərinə götürür (yoldaşlığın, səhmdar cəmiyyətin üzvləri).

Sahibkarlıqla bağlı vəzifələri müxtəlif qruplar yerinə yetirir. Məsələn, idarəedici qərarları direktorlar, menecerlər qəbul edir.

2. Öz xarakterinə görə sahibkarlıq fəaliyyəti bir neçə formada olur. 1) Qeyri-kommersiya sahibkarlığı - bu varlanmaq naminə məhsul satışı

ilə bağlı deyildir. Bu cür fəaliyyətlə müxtəlif xeyriyyəçi və mədəni-maarifçilik təşkilatları məşğul olurlar. Məsələn, ABŞ-da ailələrin 3/4-ü bu məqsəd üçün vəsait ayırır (1980-ci illərdə hər ailə ildə orta hesabla 790 dollar ayırmışdır). Bütün xeyriyyəçilik fondunun 90 %-i ailələrin payına düşür, cəmi 5 %-i korporasiyalardan ayrılır.

2) Kommersiya fəaliyyəti, yaxud biznes - bu gəlir gətirən fəaliyyətdir. Bura daxildir:

- qeyri-istehsal biznesi - peşəkar idman, konsert fəaliyyəti və s.; - ticarət biznesi - ticarət müəssisələrində; - xidmət sferasında biznes, məsələn, hüquq kontoru, turist xidməti; - istehsal biznesi - sənaye, kənd təsərrüfatı, tikinti və s.də gəlirli

fəaliyyət. Dövlət sahibkarlığı - dövlət müəssisələrində həyata keçirilir.

Ancaq burada təsərrüfat rəhbərinin təşəbbüsü yuxarı orqanların əmr və göstərişləri ilə məhdudlaşdırılır.

Bazar iqtisadiyyatı şəraitində xüsusi sahibkarlıqla məşğul olmaq mikroiqtisadiyyatın əsasını təşkil edir. Bazar şəraitində sahibkarlıq fəaliyyəti azaddır. O, təsərrüfat fəaliyyətində azad olmalıdır: • Bu iqtisadi subyektin özünün malik olduğu əmlakından, icarəyə

götürdüyü sahədən istifadə etmək azadlığıdır. • Bu nəyi və necə istehsal etmək, istehlakçını və tədarükçünü seçmək

sahəsində azadlıqdır; • Bu qiymətləri qoymaq, mənfəəti bölüşdürmək (vergini ödədikdən

sonra) və digər istehsal məsələlərini həll etmək sahəsində azadlıqdır. Azərbaycan qanunvericiliyinə görə sahibkarlıq fəaliyyəti və-

83

təndaşlarm müstəqil təşəbbüskarlıq fəaliyyəti olub, mənfəət götürməyə istiqamətləndirilmişdir. Bu fəaliyyət müəyyən təşkilati-hüquqi formada, yəni müəssisə formasında həyata keçirilir.

Sahibkarların hüquq və vəzifələri qanunla müəyyən edilir. Sahibkarlıq fərdi əmək fəaliyyəti ilə məşğul olmaq formasında və

muzdlu əmək tətbiq etməklə fəaliyyət göstərmək üçün müəssisə kimi qeydiyyata alınır.

Bəzən belə fikirlər səslənir ki, kiçik sahibkarlar daha azaddırlar. Ancaq müasir iqtisadiyyatda aparıcı mövqe iri müəssisələrə məxsusdur. Güclü rəqabət şəraitində kiçik müəssisələrin daha azad olmalarından danışmaq düz olmaz. Onlar yaşayış uğrunda daim mübarizə aparmalı olurlar.

Müasir dövrdə Qərbdə sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində mümkün olmuşdur.

Son iyirmi ildə Yaponiyada sahibkarların ümumi sayı 2 dəfə, ABŞ-da 2,5 dəfə artmışdır.

Azərbaycanda da sahibkarların sayı getdikcə artır, bu, həyata keçirilən islahatların nəticəsində mümkün olur.

Sahibkarların funksiyaları. Dünya iqtisad ədəbiyyatında sahibkarların üç funksiyası göstərilir:

Birinci funksiya resurslar əldə etməkdir. İstənilən təsərrüfat fəaliyyəti üçün istehsalın obyektiv amilləri (istehsal vasitələri) və subyektiv, şəxsi amili (iş görməyi bacaran işçilər) olmalıdır ki, onların əldə edilməsi sahibkarın işidir.

İkinci funksiya - təşkilatçılıq funksiyasıdır. Bu istehsal amillərinin elə birləşdirilməsi və kombinasiyasını təşkil etməlidir ki, məqsədə çatmağı təmin etsin.

Üçüncü funksiya - yaradıcılıq funksiyasıdır. Bu təşkilati-tə- sərrüfatçılıq novatorluğu ilə bağlıdır. Sahibkarın bu funksiyası müasir elmi-texniki tərəqi və qeyri-qiymət rəqabətinin gücləndiyi bir zamanda daha da artmışdır.

İnnovasiya ilə bağlı sahibkarın funksiyasının güclənməsi sahibkarlıq fəaliyyəti üçün yeni iqtisadi mühit yaradır. Elmi-texniki işləmələrin bazarı sürətlə inkişaf edir. Yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı vençur biznesi genişlənir.

Sahibkarlığın informasiya bazası, informasiya infrastrukturu təkmilləşir. Dövlət orqanlarından məlumat almaq imkanları artır, patent-lisenziya xidməti möhkəmlənir. Elektron hesablayıcı maşınlarda toplanmış məlumat bankı şəbəkəsi yaradılır və inkişaf edir.

84

Sahibkarlığın inkişafı üçün müəyyən şərait, mühit lazımdır və belə bir mühit daim olmalıdır. Sahibkarlıq mühitini yaradan amillər

Cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə sahibkarlıq fəaliyyətinin strukturunda dəyişikliklər baş verir, sahibkarlığın yeni formaları meydana gəlir.

Artıq Yaponiya və Qərb ölkələrində XXI əsrdə sahibkarlığın mövcud ola biləcək perspektiv istiqamətləri müəyyən edilmişdir. Yaponiyada informasiya biznesinə ümidlər bağlanır. Dünyanın informasiya bazarından istifadə edən Yapon sahibkarları başqalarından tez və daha yaxşı texnoloji yenilikləri tətbiq edirlər. Almaniya, İngiltərə və Fransada sənaye texnologiyası sahəsinə üstünlük verilir. ABŞ-da işçilərin intellektual səviyyəsinin yüksəldilməsinə daha böyük diqqət yetirilir (onların təhsil səviyyəsinə, ixtisasına) və sahibkarlığın potensial imkanını intellektdə görürlər.

Madam ki, sahibkarın funksiyasında ağırlıq mərkəzi ycnilikçi- liyin üzərinə keçirilir, onda sahibkarın şəxsiyyətinə, onun psixoloji

85

xarakteristikasına qarşı yeni tələblər meydana çıxır. ABŞ-ın «Mak- Berend Kompani» firması öz tədqiqatları vasitəsilə biznesmenin aşağıdakı şəxsi keyfiyyətlərini üzə çıxarmışdır:

imkanların və təşəbbüskarlığın axtarışı yolu ilə məqsədə çatmaq;

riskə hazır olmaq (riski azaltmağa çalışmaq, yaxud nəticəyə nəzarət

etmək); effektliyə və keyfiyyətə meylli olmaq (tez, yaxşı və ucuz istehsal etməyi bacarmaq); işçi əlaqələrdə cəlbedicilik (bütün məsuliyyəti öz üzərinə götürmək);

məqsədə can atmaq (məqsədi yaxşı anlamaq, uzaqgörənlik);

məlumatlı olmağa cəhd göstərmək (müştəri haqqında, tədarükçü,

rəqib haqqında şəxsən məlumat toplamaq); müntəzəm (sistemli)

planlaşdırma və müşahidə etmək (planlaşdırmaq, təsərrüfat

göstəricilərini izləmək və onlardan qərar qəbulunda istifadə etmək); inandırmağı bacarmaq, işgüzar və şəxsi əlaqə qurmaq; müstəqil və özünə inamlı olmaq (öz bacarığına inanmaqla çətin məsələləri həll etmək).

Bu tələblərə əsasən, hamının sahibkar ola biləcəyinə inanmaq olmaz, yəni hamı sahibkar ola bilməz. (Bu məlumat Y.Borisovun dərsliyindən götürülüb).

Sahibkar mikroiqtisadiyyatda əsas iqtisadi agentdir. O bilavasitə istehsalla məşğul olur, maddi nemətlər və xidmətlər istehsal edir. Lakin onun məqsədi məhsul istehsal etmək deyildir. Əsas məqsəd mənfəət əldə etməkdir. O, bazar iqtisadiyyatı şəraitində yaşayır və buna görə də əmtəə istehsalçısı kimi çıxış edir.

Mikroiqtisadi səviyyədə bütün sahibkarlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər, biri biri üçün əmtəə istehsalçısı olur, biri digəri üçün alıcı, digəri isə satıcı rolunda çıxış edir. Onlar istehsal olunmuş məhsulun əsas istehlakçılarıdır. Məhsulların mübadiləsi əsasən onların arasında baş verir.

Mikroiqtisadi səviyyədə isə bölgü özünəməxsus, spesifik bir formada aparılır. Belə ki, istehsalın baş verməsi üçün istehsalın maddi və şəxsi amilləri mikroiqtisadiyyat sahələri arasında bazar mexanizmi vasitəsilə bölüşdürülür. Bazarm bütün əsas növləri mikroiqtisadiyyat strukturuna daxildir və onun fəaliyyəti, mexanizmi bütün sahibkarların fəaliyyətini tənzimləyir. Buna görə də mikroiqtisadi səviyyədə istehsal, bölgü, mübadilə və istehlak bazar rəqabəti, tələb, təklif və bazar qiy-

86

mətlərinin təsiri altında baş verir. Sahibkarlar istehsalı, bölgünü, mübadiləni və istehlakı əsas

məqsədə - mənfəətin əldə olunmasına cavab verən istiqamətdə həyata keçirirlər. Bu zaman məhdud resurslar elə nisbətdə bölünməlidir ki, bazarın tələbinə cavab verən ucuz və keyfiyyətli əmtəələr istehsal etmək mümkün olsun.

Mikroiqtisadi səviyyədə istehlak məhsuldar və şəxsi istehlak formasında baş verir. Buna uyğun olaraq da istehsal olunmuş məhsulların bir hissəsi yenidən istehsala, resurs kimi, istehsal amili kimi daxil olur. Digər hissəsi isə sahibkarların və işçilərin şəxsi istchlakı- nm ödənilməsi üçün ayrılır. Bu istchlakın nəticəsində iş qüvvəsi təkrar istehsal olunur və istehsalın yenidən başlanması üçün imkan yaranır.

Beləliklə, mikroiqtisadi səviyyədə istehsal, bölgü, mübadilə və istchlakın nəticəsində təkrar istehsal prosesi fasiləsiz baş verir və cəmiyyətin tələbatlarını ödəmək üçün maddi zəmin yaranır.

§3. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması

Mikroiqtisadiyyat yüz minlərlə müəssisənin, ailələrin, fərdlə- rin, çoxsaylı bazarların və nəhayət, dövlətin də bu və digər dərəcədə iştirak etdiyi fəaliyyət sferasıdır. İqtisadiyyatın bu səviyyəsi ictimai əmək bölgüsünün inkişafı nəticəsində formalaşmışdır.

İlkin olaraq, ən böyük əmək bölgüsü cəmiyyətdə baş versə də (əkinçilik maldarlıqdan ayrılmış, sənətkarlıq əkinçilikdən ayrılmış, sonra isə tacirlər sinfi meydana gəlmişdir) onun dərinləşməsi nəticəsində ixtisaslaşmış konkret istehsal sahələri yaranmağa başlamışdır.

Əmək bölgüsü əməyin, istehsalın ayrı-ayrı sahələrində, sahələrin daxilində və müəssisə daxilində müəyyən bir məhsulun və məhsulun hissəsinin istehsalı üzrə bölünməsidir. Belə bir bölgünün nəticəsində böyük sahələr, yarımsahələr, yanmsahələr isə birliklər və müəssisələr formasında təşkil olunur. İstehsalın bu təşkili formasında birliklər və müəssisələr bilavasitə məhsulun istehsalçılarıdır.

Bazar iqtisadiyyatının hakim olduğu kapitalizmdən əvvəlki cəmiyyətlərdə əmək bölgüsü zəif inkişaf etdiyindən lazımi quruluşa malik mikroiqtisadiyyat formalaşmamışdır. Əvvəlki cəmiyyətlərdə əsasən kənd təsərrüfatı, qismən də sənət sahələri fəaliyyət göstərirdi. Bu isə müxtəlif növ bazarların yaranması və fəaliyyət göstərməsi üçün azlıq edirdi.

87

Kapitalizmə keçməklə əmək bölgüsü daha da dərinləşir, istehsalın sənaye kimi yeni sahəsi meydana gəlir, manufakturalar yaranır, manufakturalarda əmək bölgüsü baş verir və nəticədə əmək bölgüsü məhsuldarlığı görünməmiş dərəcədə yüksəldir. Bu dövrü, mik- roiqtisadiyyatm bazar strukturunun formalaşdığı dövr kimi səciyyələndirmək olar. Sahibkarlıq fəaliyyətinin genişlənərək daha yeni-yeni sahələri əhatə etməsi də məhz bu dövrdən etibarən baş vemıişdir.

İstehsala maşın tətbiqi və maşmiı istehsalın təşkilinin əsas forması kimi kapitalist fabrikləri meydana gəlir. Bu istehsalın mikro səviyyəsində böyük keyfiyyət dəyişikliyi demək idi. Əmək bölgüsünün daha da inkişafı nəticəsində sənayenin yeni-yeni sahələri meydana gəlir. Demək olar ki, mikroiqtisadiyyatın bazar strukturu formalaşır və nəticədə bazarın müxtəlif növləri yaranır. Yerli bazarlar genişlənir və region bazarları əmələ gəlir. Region bazarlarının qarşılıqlı əlaqəsi sayəsində milli bazar formalaşır.

Bütün bunlar sənayesi inkişaf edən ölkələrin mikroiqtisadiyya- tmm formalaşması prosesini başa çatdırır. Və mikroiqtisadiyyat bazar qanunları və bazar mexanizmi əsasında fəaliyyət göstərir.

§4. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranmasfi

Hər bir mövcud iqtisadi sistem əsas və köməkçi sahələrdən ibarətdir. Köməkçi sahələr bilavasitə əsas sahəyə xidmət edir, onun fəaliyyəti üçün lazımi şərait yaradır. Əsas sahəyə xidmət edən bütün struktur halqaları infrastruktur adlanır.

İnfrastruktura sosial-iqtisadi həyatın çox mühüm, zəruri olan tərkib hissəsidir və onun da öz strukturu vardır. Ümumi şəkildə infrastruktur sahələrinə aiddir: nəqliyyat, rabitə, səhiyyə, elm və s. Bunların hər biri də özlüyündə nisbi müstəqil sahələrdir və özlərinin də infrastruktur sahələri vardır.

«İnfrastruktura» latın mənşəli sözdür (infra - aşağı, alt və struktura - yerləşmə mənalarını ifadə edir) və aşağı struktura mənasını verir. Başlıca təyinatı əsas sahələrə xidmət etməkdir və buna görə də köməkçi rol oynayır.

Bir anlayış kimi infrastruktura ilk dəfə olaraq XX əsrin I ya-

' Mövzunu daha dərindən öyrənmək üçün Teymur Vəliyevin

«İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti», Bakı, 2000-ci ildə nəşr

olunmuş kitabına müraciət etmək olar.

88

rısında hərbi sahədə işlədilmiş və leksikona daxil olmuşdur. Hərbi sahədə bu silahlı qüvvələrə xidmət edən köməkçi sahələri nəzərdə tuturdu. Məsələn, hərbi aerodromlar, təlim keçmək üçün poliqonlar, raket buraxan meydançalar, orduya səhiyyə xidməti göstərən sahələr və s. infrastruktura aid edilir.

Artıq XX əsrin 40-cı illərindən etibarən infrastruktura maddi istehsal sahələrinin normal fəaliyyətini təmin edən kompleks təsərrüfat sahəsi kimi xarakterizə edilir və öyrənilir.

İqtisadiyyatın hər bir konkret səviyyəsinə uyğun olan infrastruktur sahələri vardır. Belə ki, mikroiqtisadiyyata xas olan infrastruktur (mikroinfrastruktur) sahələri, mezoiqtisadiyyata xas olan (mezoinfrastruktur) infrastruktur sahələri, makroiqtisadiyyata xas olan infrastruktur (makroinfrastruktur) sahələri, meqoiqtisadiyyata xas olan infrastruktur (meqoinfrastruktur) sahələri formalaşıb fəaliyyət göstərir.

Bu yanaşmada mikroiqtisadiyyatm strukturunda istehsalçı firmalar (müəssisələr), ev təsərrüfatları, bazarlar və onlara xidmət edən infrastrukturlar fəaliyyət göstərir. Bu strukturda biri əsas işi görür, digəri isə ona xidmət göstərir və infrastruktur rolunda çıxış edir. Məsələn, mikroiqtisadi sistemə daxil olan istehsalçı firmalar maddi məhsullar istehsal edən əsas, aparıcı sahədir. Rabitə xidməti göstərən müəssisə isə bütün istehsalçı firmalar, ev təsərrüfatları üçün infrastruktur rolunu oynayır. İstehsalçı firmalara xidmət edən daxili və xarici infrastrukturlar vardır. Firmanın daxili infrastrukturuna bilavasitə firmanın tabeliyində olan nəqliyyat vasitələri, məhsulları və ehtiyatları saxlamaq üçün qarajlar və təmir emalatxanaları, idarə etmək üçün rabitə qovşağı, işçilərə xidmət üçün müəssisədaxili poliklinika, yeməkxanalar, yataqxanalar, uşaq bağçaları, idman kompleksləri, sağlamlıq ocaqları və s. daxildir. Bir çox iri müəssisələrdə sexlərarası yollar, istilik sistemi (qazanxanalar), elektrik şəbəkələri də firmadaxili infrastruktura aiddir. Firmalara məxsus reklam, marketinq, informasiya sistemləri, tədris mərkəzi (ixtisasartırma), elmi-tədqiqat laboratoriyaları və s. də infrastruktura aid olmaqla hüquqi cəhətdən firmalara tabedir və ona xidmət edir.

Firmadaxili infrastrukturlarla yanaşı mikroiqtisadiyyata xidmət edən aşağıdakı infrastruktur sahələrini də göstərmək olar:

1. Mikroiqtisadi sistemdə fəaliyyət göstərən müstəqil infrastrukturlar.

Bunlara aiddir: kommersiya bankları, özəl sığorta şirkətləri, məişət xidməti sistemi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, ra

89

bitə sistemləri, su, elektrik, yanacaq xidməti göstərən müəssisələr, yol, səhiyyə, təhsil, elm, hüquq və s. xidmətlər.

2. Mezoiqtisadiyyata aid olan infrastrukturlar. Bu səviyyədə elə infrastruktur obyektləri vardır ki, onların xidmətindən mikroiq- tisadi sferada fəaliyyət göstərən hüquqi və fiziki şəxslər də istifadə edirlər. Məsələn, neft şirkətlərinin yanacaq doldurma məntəqələrindən, elektrik şəbəkələrindən, onlara məxsus olan yollardan, təmir müəssisələrindən, nəqliyyat vasitələrindən və s., hətta kiçik müəssisələr də bəhrələnə bilərlər.

3. Makroiqtisadi sistemə aid olan infrastrukturlar. Bu səviyyəyə aid olan Milli Bankın, magistral yolların, ölkənin vergi sisteminin, maliyyə orqanlarının, qanunvericilik orqanlarının, dövlətin elektrik sisteminin və s.in xidmətindən də mikroiqtisadiyyata məxsus təsərrüfatçı subyektlər istifadə edirlər.

4. Meqoiqtisadi sistemə aid olan infratsruktur obyektləri. Bunlara beynəlxalq maliyyə qurumlarını, beynəlxalq nəqliyyat və rabitə sistemlərini, beynəlxalq limanları, azad ticarət və lizinq xidməti zonalarını və s. aid etmək olar. Mikroiqtisadiyyata aid olan firmalar göstərilən beynəlxalq qurumların xidmətlərindən istifadə etmək imkanına malikdirlər.

Deməli, mikroiqtisadi sistemə aid olan təsərrüfatçı subyektlər bütün səviyyələrdə mövcud olan infrastruktur obyektlərinin xidmətindən bu və digər dərəcədə istifadə edə bilirlər. Buna görə də bütün səviyyələrdə infrastrukturların lazımi dərəcədə inkişafı bütövlükdə iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün zəruri şərtdir.

Bütövlükdə götürülən infrastruktur üç əsas sahəyə ayrılır. Birincisi, istehsal infrastrukturu. Bu bilavasitə istehsala xidmət edir, onun sabit və dinamik inkişafına fasiləsiz təkrar olunmasına şərait yaradır. Bilavasitə istehsala xidmət edən nəqliyyat və rabitə sistemləri, tikililər, texniki təmir xidməti və s. istehsal infrastruktura aiddir.

İkincisi, sosial infrastruktur. Bu bilavasitə sosial tələbatların ödənilməsinə xidmət edir. Səhiyyə, təhsil, elm, mədəniyyət, idman, mənzil təminatı, əhaliyə xidmət edən ticarət, sağlamlığa yardımçı olan digər bütün sahələr sosial infrastruktura aiddir.

Üçüncüsü, bazar infrastrukturu. Bu bazarın normal fəaliyyətinə xidmət edən bütün sahələri əhatə edir və bu haqda sonrakı mövzuda ətraflı danışılacaqdır.

İnfrastruktur sahələrinin yaranma tarixi qədimdir. Yollar, körpülər, ticarət yolları üzərində karvansaralar, qədim suvarma sistemləri və s. kimi infrastruktur sahələri eramızdan əvvəlki zaman

90

larda yaranmışdır. Lakin onun sonrakı inkişafı ictimai əmək bölgüsünün genişlənməsi, bazar iqtisadiyyatının yaranması və kapitalizmin meydana gəlməsilə bağlıdır.

Kapitalist istehsalı təşkilinin sadə kooperasiya, manufaktura və maşınlı sənaye formalarının meydana gəlib inkişaf etməsilə mik- roiqtisadiyyata xidmət edən infrastruktur sahələri də yaranıb fəaliyyət göstərir. İstehsalın xüsusi sahibkarlıq formalarının təşkili bazar münasibətlərinin genişlənməsinə səbəb olur, rəqabət güclənir. Belə bir şəraitdə istehsalın bazarın tələblərinə cavab verən strukturunun formalaşması və bu struktura uyğun gələn, onun inkişafını təmin edən şəraitin formalaşmasına obyektiv zərurət yaranır. İstehsala xidmət edən infrastruktur sahələrinin yaranması da bu zərurətdən irəli gəlmişdir. Elmin, texnikanın sonrakı inkişafı, ETİ-ın baş verməsi, istehsalın elmi bazasının genişlənməsi infrastruktur sahələrinin də genişlənməsinə səbəb olmuşdur.

Mikroiqtisadiyyatın strukturuna uyğun gələn və əsasən ona xidmət edən mikroinfrastruktur yaranıb fəaliyyət göstərir. Yuxarıda qeyd etdik ki, bütövlükdə mikroiqtisadiyyat öz strukturlarına görə istehsalçı firmalardan, ev təsərrüfatlarından, bazarlardan ibarətdir və infrastruktura aid olan bütün halqalar (özəklər) qarşılıqlı əlaqədə və qarşılıqlı təsir halında mövcud olub fəaliyyət göstərirlər.

Bu sistemdə istehsalçı firmalar, ev təsərrüfatları və xidmət göstərən infrastrukturlar bazarın subyektləridir, bazar isə onların qarşılıqlı əlaqələrini təmin edən əsas mexanizmdir (müəssisədaxili infrastrukturlar müstəqil bazar subyekti deyillər).

Mikroiqtisadiyyat üçün vahid bir infrastruktur yoxdur. Burada mürəkkəb tərkibli infrastruktur fəaliyyət göstərir. Bu tərkibə aşağıdakı infrastrukturlar daxildir: 1. istehsala xidmət edən infrastruktur; 2. ev təsərrüfatlarına xidmət edən infrastruktur: 3. xidmət sahələrinin öz infrastrukturları; 4. bazarın infrastrukturu.

Mikroiqtisadi sistemə daxil olan struktur halqalarının hansının əsas və hansının yardımçı infrastruktur olduğunu müəyyən etmək üçün onların konkret şəraitdəki fəaliyyətini öyrənmək lazımdır. Məsələn, nəqliyyat müəssisələri istehsala xidmət etdiyi halda infrastruktur rolunda çıxış edirsə, müstəqil müəssisə olmaqla onların özlərinin də infrastrukturları vardır.

Mikroiqtisadiyyat çoxsahəlidir və hər sahənin də özünə uyğun olan infrastrukturu vardır. Məsələn, sənayenin və onun hər bir sahəsinin öz infrastrukturu vardır. Kənd təsərrüfatının öz infrastrukturu, tikintinin, nəqliyyatın və ticarətin də özlərinə məxsus infra

91

strukturları vardır. Bütün bu infrastrukturlar konkret sahənin xüsusiyyətindən asılı olaraq konkret funksiyaları yerinə yetirirlər.

İnfrastrukturun ən başlıca funksiyası əsas sahəyə xidmət göstərməkdir. Ancaq bu adi xidmət deyil, əsas sahənin fəaliyyətinin səmərəliliyini artıran, yüksək nəticələr əldə etməsinə şərait yaradan, sabit və dinamik inkişafını təmin etməyə qadir olan bir xidmətdir.

Firma daxili infrastrukturun əsas funksiyası müəssisənin normal fəaliyyətini təmin etməkdən ibarətdir.

Firmadan xaric infrastrukturlar bilavasitə firmalara tabe olmayan müstəqil fəaliyyət göstərən xidmət sahələridir. Onların hər biri hüquqi şəxs, bazar subyektləri olmaqla bütövlükdə mikroiqtisa- diyyata xidmət göstərirlər. Bu zaman onların hər biri özünə aid olan funksiyanı yerinə yetirir. Bu zaman infrastruktura aid olan hər hansı bir sahə öz funksiyasını lazımi səviyyədə yerinə yetirməzsə, bu digər sahələrin fəaliyyətinə mənfi təsir göstərəcək, mikroiqtisadiyya- tm normal inkişafı pozulacaq. Məsələn, mikroiqtisadi sahələrə verilən enerji (elektrik) dayandırılarsa, bu bütün qalan sahələrin işinin qismən yaxud da tamamilə dayanmasına səbəb olacaqdır.

Xidmət sahələri başqa sahələrə və bir birinə nəzərən infrastruktur funksiyasını yerinə yetirirlər. Özləri isə əslində hüquqi şəxs statusuna malik müstəqil müəssisələrdir və onlar xidmət istehsalçıla- rıdırlar. Onların istehsalının nəticəsi başqaları üçün göstərdikləri xidmətdir, özləri üçün isə dəyər (pul) formasında ifadə olunan gəlirdir və ÜDM-in tərkibinə daxil edilir. Buradan da infrastrukturun digər bir funksiyası aşkara çıxır. Bu ÜDM-in yaranmasında iştirak etmək funksiyasıdır. Özünün bu funksiyası ilə infrastrukturlar həm xidmət etdikləri əsas sahələrin gəlirlərinin formalaşmasında iştirak edir və ona təsir göstərir həm də öz gəlirlərini formalaşdırırlar. Nəticədə infrastrukturlar ölkənin ÜDM-in formalaşması prosesində bilavasitə iştirak edirlər. Və bu məhsulda onların payı getdikcə artır.

İnfrastruktur fəaliyyətdə olan hər hansı bir sistemin zəruri komponenti kimi çıxış edir və bütöv sistemin əsas, aparıcı sahəsinə xidmət edir. Eyni zamanda infrastrukturun özü də xidmət göstərən ayrı-ayrı sahə və müəssisələrin məcmusu kimi mövcuddur və sistem halındadır.

İnfrastrukturun bilavasitə istehsala təsirinin müəyyən xüsusiyyətləri vardır: 1. İnfrastruktur texnoloji proseslərə bilavasitə təsir göstərmir; 2. Onun fəaliyyətinin nəticəsi xidmət etdiyi sahənin məhsulunda birbaşa

maddi formada ifadə olunmur;

92

3. infrastruktur xidmət göstərdiyi sahənin, müəssisənin iqtisadi nəticələrinə təsir göstərir və xərclərində ifadə olunur;

4. İnfrastruktur istehsal olunan məhsulun hərəkətinə təsir edir, onun dövriyyəsini sürətləndirir;

5. İnfrastruktur istehsal olunmuş məhsulun, xammalın, yarımfab- rikatların qorunub saxlanılmasına, xarab olmasının qarşısının alınmasına və bununla da itkilərin azaldılmasına bilavasitə təsir göstərir.

Deməli, infrastruktur istehsal fəaliyyəti üçün normal şərait yaradır, təkrar istehsal prosesini sürətləndirir və onun fasiləsizliyini təmin edir. Bu isə istehsal fondlarından, instehsala qoyulmuş investisiyalardan səmərəli istifadə etməyə imkan yaradır və istehsalçı müəssisələrin mənfəətli işləməsini təmin edir.

Mikroiqtisadi səviyyədə infrastrukturların genişlənib inkişaf etməsi ölkənin ən başlıca problemlərindən olan işsizliyin azaldılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə real imkan yaradır. Bu da özlüyündə əhalinin gəlirlərinin artmasına, yoxsulluğun azaldılmasına və həyat səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərir.

Müstəqillik əldə etmiş Azərbaycan Respublikası bütün səviyyələrdə özünün iqtisadiyyatını formalaşdırır. Ən öncə mikroiqti- sadiyyatını yaradır, onun strukturunu bazar iqtisadiyyatının tələblərinə uyğun olan bir şəkildə yenidən qurur. Bu zaman mikroiqtİsa- diyyata xidmət edəcək infrastruktur özəkləri də yaradılır. Bu cür özəklərin yaradılması iqtisadiyyatın neft sektorunda, nəqliyyatda, rabitədə, ticarətdə, tikintidə daha aydın gözə çarpır. Digər sahələrdə də əvvəllər mövcud olmuş infrastruktur sahələri bərpa edilir və yeniləri yaradılır. Yollar çəkilir, körpülər tikilir, neft terminalları, neftin nəqli üçün boru kəmərləri inşa edilir.

Bazara keçidlə bağlı bazar infrastrukturu formalaşdırılır. Birjalar, kommersiya bankları, yarmarkalar, sığorta kompaniyaları, informasiya və reklam agentlikləri, ticarət palataları, gömrük sistemi, məsləhət kompaniyaları, audit kompaniyaları, qiymətli kağızlar bazarı, lisenziya və patent bazarı və s. bütün bunlar Azərbaycanda yeni yaradılmış infrastruktur özəkləridir. Sosial infrastruktur sahəsində də xeyli iş görülmüş, yeni-yeni xidmət sferaları yaradılmışdır.

Azərbaycanın kənd təsərrüfatı sferasında, regionlarında infrastruktur sahələri çox zəif inkişaf etmişdir və buna görə də əhalinin şəhərlərə axını güclüdür.

Azərbaycan Respublikası regionlarının inkişaf proqramında

93

infrastruktur subyektlərinin genişləndirilməsi istiqamətində bir çox işlərin görülməsi nəzərdə tutulmuşdur və bu sahədə xeyli iş görülmüşdür. Rayonlarda idman kompleksləri, məktəblər, xəstəxanalar, rabitə qovşaqları tikilir, yollar, körpülər bərpa edilir. Rayonların elektrik və qaz təminatı istiqamətində işlər görülür. Bütün bunlar regionlarda mikroiqtisadiyyatın əsas sahələrinin inkişaf etməsinə şərait yaradır.

Respublikamızda makro və meqoiqtisadiyyat səviyyələrində də yeni infrastruktur obyektləri yaradılır ki, bunlar da Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılmasma birbaşa xidmət edir.

VI Fəsil

BAZAR VƏ ONUN FƏALİYYƏT MEXANİZMİ. BAZAR İNFRASTRUKTURU

1. Bazar: mahiyyəti və meydana gəlmə şərtləri. Bazarın funksiyaları, strukturu, forma və növləri.

2. Bazar qanunları və bazar mexanizmi. Bazar əlaqələrinin tipləri. 3. Tələb qanunu. Tələbə təsir edən amillər. Fərdi və bazar tələbi. Tələbin

elastikliyi. 4. Təklif və ona təsir edən amillər. Təklif qanunu. Təklifin elastikliyi. 5. Qiymətin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı. Subyektiv

qiymətləndirmə. Faydalılıq həddi. 6. Bazar infrastrukturu. Birja.

§1. Bazar: mahiyyəti və meydana gəlmə şərtləri. Bazarın funksiyaları, strukturu, forma və növləri

Bazar iqtisadiyyatı sistemində aparıcı mövqe bazara məxsusdur. Bazar nədir? sualına müxtəlif cavablar verilir. Onun ən sadə tərifi: bazar - əmtəələrin alqı-satqısı əməliyyatlarının məcmusudur. Bazar - satıcı və alıcıların görüşdüyü məkandır və s.

Bunlar bazar haqqında ən səthi təsəvvürlərdir. Bir qədər geniş tərif verənlər bazarı aşağıdakı kimi səciyyələndirirlər. Bazar - tələb və təklifin məcmusudur. Bazar - ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir. Bazar - ticarət apar

94

maq üçün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir. Bazar - əmtəə mübadiləsi və əmtəə - pul mübadiləsi formasıdır. Bazar - əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapmış mübadilədir. Bazar - ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir və s.

Bütün bu təriflərə daxil edilmiş anlayışlar geniş mənada başa düşülən bazar kateqoriyasının məzmununa daxildir və onu müxtəlif tərəfdən səciyyələndirir.

Əvvəlki mövzuda göstərmişdik ki, bazar tarixən bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. Bazar əvvəl məhəlli, yerli, region, milli və nəhayət dünya bazarı səviyyəsinə qədər yüksələn tarixi bir inkişaf yolu keçmişdir. Onun da meydana gəlib inkişaf etməsi: 1. İctimai əmək bölgüsünün yaranıb inkişaf etməsi; 2. Xüsusi mülkiyyətin yaranması; 3. İstehsalçıların müstəqil əmtəə istehsalçısı kimi fəaliyyət göstərmək imkanına malik olmaları ilə mümkün olmuşdur.

Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Ancaq burada satıcı - əmtəə - pul - alıcı iştirak edir. Bu artıq iqtisadi əlaqə formasıdır, yəni əmtəə-pul tədavülüdür. Burada satıcının məqsədi əlində olan əmtəəni pula çevirməkdir, alıcının məqsədi isə əlində olan pula özünə lazım olan faydalı neməti əldə etməkdir. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtləridir (komponentləridir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.

Bazarda tərəflər münasibətə girirlər, bu münasibətlər çoxsaylı bazar subyektlərinin münasibətləridir və sistem halındadır. Deməli, bazar iqtisadi münasibətlər sistemidir və onların öz qanunları vardır ki, bazar münasibətləri həmin qanunlarla idarə olunur, tənzimlənir.

Beləliklə, bazar - ictimai əmək bölgüsünə və mülkiyyətin müxtəlif formalarına əsaslanan spesifik fəaliyyət sferası olub, əmtəə - pul vasitəsilə münasibətdə olan alıcı və satıcıların iqtisadi mənafelərinin (maraqlarının) reallaşdırılmasına xidmət edən mürəkkəb iqtisadi mexanizmdir.

Bazar qədər insanları, xalqları, ölkələri birləşdirən ikinci bir vasitə yoxdur. Milli təsərrüfatlar bazar vasitəsilə bütövləşir və for

95

malaşır. Milli təsərrüfatlar da bazar əlaqələrinə girərək dünya təsərrüfatını yaradır.

Tarixən əvvəl, məhəlli, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır. Ölkələr arasında iqtisadi əlaqələrin yaranması və genişlənməsi isə dünya bazarının yaranmasına səbəb olmuşdur.

Coğrafi yerləşməsinə, əhatə dairəsinə görə müxtəlif bazarların yaranması əmtəə istehsalının artması, əmək bölgüsünün dərinləşməsi, nəqliyyat və rabitə vasitələrinin inkişafı nəticəsində mümkün olmuşdur.

Müasir dünyada ayrı-ayrı milli təsərrüfatların və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsində bazarların rolu getdikcə artır və funksiyaları çoxalır. Bu, əmtəə-bazar təsərrüfatının qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri nəticəsində baş verir. Belə ki, 1) istehsal sferasında müntəzəm olaraq faydalı məhsullar yaradılır ki, bunlar da daim bazara çıxarılır və alqı-satqı obyekti olur; 2) hazırlanmış hər bir məhsul potensial gəlir mənbəyidir və hökmən reallaşdırılmalıdır; 3) əmək bölgüsünün mövcud olması bazar vasitəsilə mübadilənin olmasını zəruri edir. Bununla yanaşı bazar da öz növbəsində əmtəələrin yaradılması prosesinə əks təsir göstərir və istehsalla əks əlaqə yaranır. Bu, bazarın əsas funksiyalarından biridir - əks iqtisadi əlaqə yaratmaq funksiyası. Bazarın ikinci funksiyası istehsal sferası ilə isteh- lak sferasını birləşdirmək, deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir. Bazarın funksiyalarından biri də istehsalın son nəticələri üzərində əsas nəzarətçi olmaq funksiyası. Bu nəzarət kəmiyyət və keyfiyyətə nəzarətdir. Digər bir funksiyası isə iqtisadi mənafelərin reallaşdırılmasına xidmət funksiyasıdır. Bazar əlaqələri istehsalçı və istehlakçıların öz maraqlarının həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: «Mənə lazım olanı, mənə ver, sən isə sənə lazım olanı alarsan» (A.Smit). Bazarın tənzimləyici, bölüşdü- rücü, qiyməti formalaşdırmaq kimi funksiyaları da vardır.

Bazarın strukturu. Müasir inkişaf etmiş ölkələrdə funksional təyinatına görə çoxsaylı bazarlar fəaliyyət göstərir və bazarlar sistemini yaradır. Bazarlar çoxsaylıdır, nə qədər əmtəə və xidmətlər varsa, bir o qədər də bazar vardır.

1) İstchlak məhsullarının bazarı; 2) istehsal vasitələri bazarı; 3) xidmətlər bazan; 4) əmək (iş qüvvəsi) bazarı; 5) elmi və təcrübə- konstruktor işləmələr bazarı (elmin məhsulları, istehsala tətbiq üçün

96

hazır olan texnologiyalar); 6) borc kapitalı/bazarı; 7) qiymətli kağızlar bazarı; 8) valyuta bazan; 9) mənəvi nemətlər bazarı (alimin, yazıçının, rəssamın və s. intellektual fəaliyyətinin məhsullarının pulla reallaşdırılması); 10) informasiya məhsulları bazarı və s.

Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar, istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də, bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir. İstənilən bazarın normal fəaliyyəti üçün sxemdə göstərilən şərtlərin olması olduqca vacibdir.

Sxem 1. Bazarın normal fəaliyyətini təmin edən şərtlər

97

§2. Bazar qanunları və bazar mexanizmi. Bazar əlaqələrinin tipləri

Bazar mürəkkəb münasibətlər sistemidir və bu münasibətlər bazara xas olan qanunlarla və onların fəaliyyət mexanizmləri ilə tənzimlənirlər. Bu qanunlara aiddir: tələb qanunu, təklif qanunu, rəqabət qanunu, dəyər qanunu, mənfəət qanunu və s. Bu qanunların hər birinə xas olan fəaliyyət mexanizmi vardır və onlar məcmu halda bazarın fəaliyyət mexanizmini təşkil edir.

Öz konkret növündən asılı olmayaraq, hər bir bazar aşağıdakı əsas ünsürlərə söykənir, onlara əsaslanır; qiymət, tələb, təklif və rəqabət. Bazar mexanizminin bu ünsürlərini ətraflı şərh edəcəyik. Məhz bazar mexanizminin bu ünsürlərinin fəaliyyəti sayəsində əvvəlki mövzuda göstərilən üç əsas vəzifə - nə istehsal etmək? necə istehsal etmək? kimin üçün istehsal etmək? - həll olunur. Bunu dərsliklərdə verilmiş belə bir misalla izah edirlər: fərz edək ki, əhalinin gəliri artıb və istehlak etdiyi kartofu azaldıb ət almağa üstünlük verir. Bu zaman kartofa olan tələbat azalır və ətin alınması çoxalır. Belə olduqda ətin qiyməti artır və kartofun qiyməti aşağı düşür. Nəticədə kartof istehsalçısı əlavə gəlir götürə bilmir və sahəyə əlavə kapital qoymur. Heyvandarlıq gəlirli sahə olduğundan başqa sahibkarların diqqətini cəlb edir və sahəyə əlavə kapital qoyulur. Kartof istehsalçıları mənfəətin bir hissəsini itirdiyinə görə daha gəlirli sahə axtarırlar.

Müəyyən bir dövr ərzində qiymətlərin nisbətindəki dəyişiklik ət istehsalını artırır və kartofun istehsalını azaldır. Bazarda ətin müxtəlif növlərinin qiymətləri də müxtəlif olacaq və əhalinin hər bir təbəqəsi gəlirinə uyğun olan qiymətlərlə ət alacaq. Bu proses bazarda tarazlıq yaradır. Bu tarazlığı yaradan birinci qiymət oldu - məhz qiymət istehsalçını istehsalın istiqamətini dəyişməyə məcbur etdi. Qiymətin dəyişməsi istehsal texnologiyasını seçməyə təsir etdi. Nəticədə gəlirlərin mövcud səviyyəsində məhsulun kimlər tərəfindən istehlak ediləcəyini qiymət müəyyən etdi.

Tələb - (alıcılıq qabiliyyəti) bazarda əmtəələrə olan tələbatdır ki, istehlakçı bazar qiymətindən və pul gəlirindən asılı olaraq ala bilər, yəni ala biləcəyi əmtəənin miqdarıdır.

Təklif - bu mövcud qiymətlərlə satılmaq üçün bazarda olan əmtəə və xidmətlərin miqdarıdır.

Tələb və təklifin nisbətindən asılı olaraq, qiymət «tarazlı» adlanan qiymət ətrafında enib-qalxır. Kənarlaşma nəticəsində qiymə

98

tin elə bir səviyyəsi qərarlaşır ki, bu da tələb və təklifin tarazlığına səbəb olur, istehlak və istehsal arasında tarazlıq yaranır.

Rəqabət - bazar mexanizmində hərəkətverici «mühərrik» rolunu oynayır. Belə ki, hər bir sahibkarın məqsədi maksimum mənfəət əldə etməkdir. Buna görə o, təsərrüfat fəaliyyətinin miqyasını genişləndirir. Bu zaman hər bir sahibkar daha əlverişli istehsal şəraitinə malik olmağa, əmtəələrini satmağa, istehsalım genişləndirməyə çalışır. Nəticədə, sahibkarların münasibətləri bəhsləşmə, rəqabət forması alır. Əgər təklif tələbdən çoxdursa, bu zaman həmin əmtəənin satıcıları arasında rəqabətə başlayır. Öz əmtəələrini satmaq üçün hər bir satıcı qiyməti aşağı salmaqla müştərini özünə cəlb etməyə çalışır. Prosesin uzun çəkdiyi bir şəraitdə həmin əmtəənin istehsalı azalır. Tələb təklifdən çox olduqda isə rəqabət alıcılar arasında baş verir. İmkanlı alıcı daha yüksək qiymət təklif edir. Qıt olan həmin əmtəəyə tələb artdığına görə onun istehsalı genişləndirilir. Bazar mexanizmi bu qayda ilə fasiləsiz fəaliyyət göstərir.

Lakin bazarda əlaqələrin tipləri müxtəlifdir. Məlum olduğu kimi natural təsərrüfatda istehsal olunmuş məhsul bilavasitə bölgü sferasına daxil olur və bölünür. Bu zaman istehlakçı arzusu ilə seçim edə bilmir. Bazar təsərrüfatı şəraitində isə onun subyektləri iqtisadi cəhətdən azaddır.

Alıcının azadlığı -əvəzedici və sərbəst nemətlərdən istədiyini seçmək azadlığı, ən yaxşı xidmət göstərən və əmtəəsini əlverişli şərtlərlə satanı tapmaq azadlığıdır.

Satıcının azadlığı - daha münasib alıcı tapmaq, satışdan əldə etdiyi pula öz arzusuna uyğun sərəncam vermək azadlığıdır.

Alıcı və satıcı üçün azadlıq ticarət sövdələşmələrində istədiyi qədər seçim etmək imkanında olmasıdır. Bazar şəraitində mümkün olan azadlığı iqtisadçılar üç tipə ayırırlar: 1. azad bazar; 2. qeyri- leqal bazar; 3. tənzimlənən bazar.

Azad bazar tipi şəraitində maksimum iqtisadi azadlıq var. Başqa sözlə burada kortəbiilik, inkişafın nəticələrinin bilinməməsi, idarəolunmazhq hökm sürür ki, bu da tədavül sferasında klassik kapitalizmin əsas cəhətlərində ifadə olunur. Bu cəhətlər aşağıdakılardır: 1. Bazarda bir o qədər də böyük olmayan firmanın fərdi mülkiyyətçisi

sərbəst davranır; 2. İstehsalçı alıcı ilə əvvəlcədən sövdələşməmiş istehsal edir; 3. İstehsalçı istehsal etdiyi məhsulun əhaliyə pərakəndə satışı ilə

özü məşğul olur. Bu bazar tipində hər iki bazar subyekti iqtisadi suverenliyə

99

malikdir. Dövbt bu bazarı möhkəm qanunlarla tənzim etmir. Ancaq bazarın bu dərəcədə azad olması onun agcntlərinin Özbaşınalığına, qaydalara əməl etməməsinə gətirib çıxarır. Buna görə də onu «vəhşi bazar», «sivil olmayan bazar» adlandırırlar.

Qeyri-leqal bazar tipi öz subyektlərinin davranışına görə azad bazar tipinə yaxındır, ancaq ondan köklü fərqləri vardır. Bu bazırın iki növü var: gizli bazar və qara bazar.

Gizli bazar - adından göründüyü kimi qanunla icazə verilməyən, patent və lisenziya olmadan, vergi ödəmədən fəaliyyət göstərir. Bu cür ticarət forması çox vaxt möhtəkirlik xarakteri alır, az tapılan əmtəələrlə gizli alverçilik edilir.

Qara bazar - burada satışına icazə verilməyən əmtəələrin gizli ticarəti həyata keçirilir. Qanunvericilikdə (Azərbaycanda) silah satışı, partlayıcı maddələr, partlayıcı qurğular, narkotik vasitələr satışı qadağandır. Gizli çap üsulu ilə məşğul olmaq, pornoqrafik xarakterli material çap edib yaymaq da qadağandır.

Azad bazar və qeyri-leqal bazar dövlət ticarətindən kənarda fəaliyyət göstərir. Bazar kortəbiiliyi, qeyri-leqal bazarlar inkişaf etmiş bazar ölkələrində də mövcuddur. Əsas bazar tipi «tənzim olunan bazar»dır.

Tənzim olunan bazar - bu dövlət tərəfindən dəstəklənən müəyyən qaydalar əsasında fəaliyyət göstərən bazardır. Belə bir bazara keçid XX əsrdə baş vermişdir. Bu bazar əlaqələrinin mütəşəkkil olması və idarə edilməsi meylinin güclənməsi sayəsində mümkün olmuşdur. Artıq, müasir dövrdə iri müəssisələr qeyri-müəyyən alıcı üçün istehsal etmir. İri firmalar əvvəl müştərisini (alıcısını) tapır, yaxud dövlətdən sifariş qəbul edir, sonra istehsala başlayır. Məsələn, dəzgahlar sifarişlə satılır və bazar yeni cəhətlərlə zənginləşir. Tənzim olunan bazarın əsas cəhətləri bunlardır:

1. Əmtəələrin əsas kütləsi böyük təsərrüfat birlikləri tərəfindən reallaşdırılır.

2. Məhsulun böyük hissəsi əvvəlcədən bağlanmış kontraktlar, firmaların və dövlətin sifarişləri əsasında hazırlanır.

3. Böyük bir ticarət vasitəçiləri ordusu əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə məşğuldur.

4. İri istehsalçılar əvvəl bazarı öyrənir və alıcıların tələbini formalaşdırır.

5. Dövlət bazarda qanunla «oyun qaydaları»nı müəyyən edir. XX əsrin ikinci yarısından etibarən bazar əlaqələri xeyli

mürəkkəbləşir. Əgər keçmişdə istehsalçı özü məhsulunu birbaşa satırdı

100

sa, müasir dövrdə çoxsaylı vasitəçilər fəaliyyət göstərir. Bir çox əmtəələr onların vasitəçiliyi ilə müxtəlif xidmət sahələrində uzun müddət qalır, yenidən alqı-satqı vasitəsi olur (scrvis xidməti, təmir işi və s.).

Müasir dövrdə tənzimlənən bazar özünün yüksək zirvəsinə çatır və sosial instituta çevrilir. Bazar münasibətlərinin tənzimlənməsində qanunlar, məhkəmələr, sanitar epidemioloji nəzarət, vergi orqanları. audit xidməti və s. kimi institutlar fəaliyyət göstərir. Hətta ticarət qaydalarını pozanlar, antiinhisar qanunvericiliyinə əməl etməyənlər cinayət məsuliyyətinə cəlb edilirlər.

Qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərdiyinə görə müasir bazar «sivil bazar» adlandırılır. Azərbaycanda belə bir bazarın formalaşdırılmasına nail olmaq lazımdır.

§3. Tələbə təsir edən amillər. Tələb qanunu. Fərdi və bazar tələbi. Tələbin elastikliyi

Bazarın fəaliyyət mexanizmində qiymətin xüsusi rolu vardır. Tələb mexanizmi də, təklif mexanizmi də bilavasitə bazar qiymətləri ilə bağlıdır. Və onun vasitəsilə fəaliyyət göstərir.

Tələb - tədiyyə qabiliyyətli tələbatdır, yəni alıcının ala biləcəyi əmtəə və xidmətlərin məcmusudur. Başqa sözlə, alıcıda olan pulun miqdarıdır ki, həmin pulla özünə lazım olan əmtəələri ala bilər. Əgər pul yoxdursa, alıcılıq qabiliyyəti də yoxdur, yəni tələb də yoxdur.

Tələbə müxtəlif amillər təsir edir. Bu amillərdən ən başlıcası qiymətdir. Qiymət alıcının tələbinə birbaşa təsir göstərir. Qiymətin dəyişməsilə eyni miqdar pula alınacaq eyni adlı əmtəənin miqdarı müxtəlif olacaqdır. Məsələn, alıcının 1000 manat pulu var. Bazarda soğanın 1 t. 100 manat olduqda, o, 10 t. soğan alacaq, soğanın qiyməti 50 manat olduqda 20 t. alacaq, 25 manat olduqda isə 40 t. Soğan alacaq. Deməli, əmtəənin qiyməti yuxarı olduqda, eyni miqdar pula alınacaq əmtəənin miqdarı az olacaq və əksinə, qiymət aşağı olduqda alınacaq əmtəənin miqdarı da çox olacaq.

Göründüyü kimi, əmtəənin bazar qiyməti ilə eyni miqdar pula alınmış əmtəənin kəmiyyəti arasında müəyyən asılılıq var və bu asılılıq tələb qanununu ifadə edir, tələb qanunu da elə bu deməkdir. Deməli, qiymətin dəyişməsi ilə tələb də dəyişir. Bu tələb əyrisində belə ifadə olunur. Burada tərs mütənasib asılılıq mövcuddur.

101

Tələb əyrisi

P - qiymətin hərəkəti, Q - əmtəənin miqdarı - bazardan alınmış, D - tələb əyrisi.

Qanunu başqa cür də ifadə etmək olar: bazara daxil olan eyniadlı əmtəələrin miqdarı çox olarsa, bərabər şəraitdə həmin əmtəə daha aşağı qiymətlə reallaşacaq.

Tələbə təsir edən digər amil əhali gəlirlərinin artmasıdır. Eyni qiymətlər şəraitində gəlir artırsa, alıcılıq qabiliyyəti də yüksək olur.

Gəlirin eyni qaldığı şəraitdə qiymətlər aşağı düşərsə, alıcı digər əmtəələr də ala biləcək. Bu, gəlir effekti adlanır. Qiymətlər aşağı olarsa, az gəlirli əhali də yaxşı yaşayar.

Əvəzləmə effekti - eyni tələbatı ödəyən iki əmtəədən ən ucuzunu aldıqda daha çox əmtəə almaq mümkün olur və alıcının tələbi daha dolğun ödənilir. Deməli, tələbə təsir edən amillərdən biri də qarşılıqlı əvəzlənən əmtəələrin olmasıdır (kərə yağı marqarinlə əvəzlənə bilər).

Tələbin dəyişməsi onun artıb azalmasında özünü göstərir. İstehlakçıların hər hansı mümkün olan qiymətlə daha çox əmtəə almaq istəyi və almaq imkanları olursa, biz bunu tələbin artımı kimi qəbul edirik. Qrafıkdə tələbin bu artımı tələb əyrisinin sağ istiqamətli sürüşməsilə özünü göstərəcək və əksinə, tələbin azalmasını izah etmək üçün biz qrafıkdə tələb əyrisinin sol istiqamətdə sürüşməsini göstərə bilərik.

102

Qiymətlərin dəyişməsilə tələbin kəmiyyətcə dəyişməsi dərəcəsi tələbin clastikliyini xarakterizə edir. Qiymətin dinamikasından asılı olaraq tələbin dəyişməsi dərəcəsi tələbin elastikliyi adlanır. Tələb o zaman elastik olur ki, onun kəmiyyəti qiymətə nisbətən daha çox dəyişsin. Məsələn, maşının qiyməti 1 % artdıqda, ona olan tələb 2 % azalır, az satılır.

Deməli, məhsulun qiyməti artdıqca tələbin həcmi aşağı düşür və əksinə, qiymətlərin aşağı düşməsi tələbin həcmini artırır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə nə dərəcədə cavab verdiyini göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişirsə, bu əmtəəyə olan tələbin elastik olduğunu göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu tələbin qeyri-elastik olduğunu göstərir. Beləliklə, clastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Tələbin qiymət elastikliyi (Ed) tələbin həcmindəki dəyişikliyin qiymətdəki dəyişikliyə faizlə nisbəti ilə hesablanır. Yəni Ed = tələbin həcmindəki dəyişiklik (faizlə) ____________

Qiymətdəki dəyişiklik (faizlə)

Tələbin qiymət elastikliyi

O

-D

Ed= co Tam elastik tələb

103

qeyri-elastik tolob təbb

Fərdi tələblə bazar tələbini fərqləndirmək lazımdır. Fərdi tələb hər bir ayrıca alıcının ala bilmək qabiliyyətidir. Ayrı-ayrı adamların gəlirləri eyni olmur, biri kasıb, digəri varlı olur. Buna görə də tələblər müxtəlif olur. Bazar tələbi bütün alıcıların məcmu tələbidir, yəni bazara çıxarılan və əmtəələrin alınmasına sərf olunan pulun miqdarıdır. Bazarın tələbi də qiymətlərdən asılı olaraq dəyişir.

Tələbə təsir edən qeyri-qiymət amilləri: gəlirlərin səviyyəsi, başqa əmtəələrin qiyməti və faydalılığı, əvəzləyici əmtəələr, dəb, alıcıların zövqü, reklam, kreditlə alma və s.

Bütövlükdə tələbə təsir edən amilləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar. ________________________

Tələbə təsir edən amillər

Qiymət amili Qeyri-qiymət amilləri

İstehlakçıların gəliri

Əlaqəli,bir-birini əvəz edən

əmtəələrin və bir-birini ta-

mamlayan əmtəələrin möv-

cudluğu

Alıçıların sayı

Bazarın həcmi

Alıcıların zövqü,

milli xüsusiyyətləri

Qiymətlərin

dəyişilməsi ilə

əlaqədar Eözləmələr

Sxem 2. Tələbə təsir edən amillər

104

§4. Təklif və ona təsir edən amillər. Təklif qanunu. Təklifin elastikliyi

Təklif - bu satıcıların satmaq üçün bazara çıxardıqları əmtəələrin miqdarıdır.

Bazarda əmtəənin qiyməti yüksək olduqda satıcılar təklifi artırırlar ki, daha çox satsınlar. Ancaq hər bir satıcının təklif etdiyi əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq təklifin həcmi də dəyişəcək. Belə ki, qiymət artanda təklif də artır və əksinə, qiymət azalanda təklif də azalır. Məsələn, bazarda kartofun 1 kq.nm qiyməti 15 manat olanda 20 ton, 5 manat olanda isə 3 ton təklif edilə bilər. Burada qiymətlə təklif arasında asılılıq düz mütənasibdir. Təklif qanunu da bu asılılığı xarakterizə edir. Belə ki, qiymət qalxanda təklif də artır və əksinə, qiymət aşağı düşdükdə, təklif də azalır. Bunun qrafik təsviri aşağıdakı kimi olacaq.

P - qiymətin səviyyəsi, Q - təklifin miqdarı, S - təklif əyrisi.

Təklifin dəyişməsinə aşağıdakı qeyri-qiymət amilləri də təsir göstərir. 1. Təklifin dəyişməsi tələblə bağlıdır, tələb artarsa, təklif də artır və

əksinə, tələb azalanda təklif də azalır. 2. Təklifə təsir edən başlıca amil istehsal xərcləridir. İstehsal xərclərini

aşağı salmaq mümkün olduqda təklif artır və əksinə. S.Vergiqoyma - vergilər artanda istehsal azalır, vergilər azalanda istehsal

artır və deməli, təklif də artır. 4. Proqnoz da təklifə təsir göstərir və s.

105

Təklifə təsir edən amilləri ümumi şəkildə, sxemdə aşağıdakı

Sxem 3. Təklifə təsir edən amillər

Qiymətlərin qalxmasına cavab olaraq təklifin həcminin dəyişməsi dərəcəsi təklifin elastikliyini xarakterizə edir. Elastiklik dedikdə, qiymətlərin dinamikasından asılı olaraq təklifin dəyişməsi dərəcəsi başa düşülür. Tez xarab olan məhsulların təklifi elastik olmaya bilər.

Təklifin artıb azalmasının qrafiki təsviri aşağıdakı kimi olacaq.

Təklif qanununa görə yüksək qiymətlər təklifin həcminin artmasına səbəb olur. Təklifin qiymət elastikliyi təklifin həcminin qiymətin dəyişməsi nəticəsində necə dəyişdiyini göstərir. Təklifin həcmi

106

qiymətin dəyişməsi nəticəsində çox dəyişərsə, təklif elastik olar. Təklifin həcmi qiymət dəyişmələri nəticəsində az dəyişərsə, təklif qeyri- elastik olar. Təklifin qiymət elastikliyi (Es) təklifin həcminin dəyişməsinin qiymətin dəyişməsinə faizlə nisbəti ilə hesablanır.

Yəni: Es= Təklifin həcminin dəyişməsi (faizlə) Qiymətin dəyişməsi (faizlə)

Təklifin qiymət clastikliyinin qrafik təsviri.

Sz

Es= 00 E.= 1 Es=0

Tam elastik təklif Vahid elastik təklif Tam qeyri-elastik təklif

§5. Qiymətin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı. Subyektiv qiymətləndirmə. Faydalılıq həddi

Qiymət bazar mexanizminin ən fəal və dəyişkən komponentidir. Qiymətə müxtəlif təriflər verirlər. Marksist təlimə görə, qiymət dəyərin pulda ifadəsidir, mübadilə dəyərinin çevrilmiş formasıdır. Qiymətin pulla bağlı olması şübhəsizdir. Bunu hamı bilir ki, qiymət alıcının müəyyən əmtəəni almaq üçün satıcıya verdiyi pulun miqdarıdır.

Əmtəənin istehsalına və reallaşdırılmasına çəkilən bütün xərclər qiymətdə öz əksini tapır və qiymət vasitəsilə ödənilir.

A.Marşalla görə qiymət istehsal xərcləri, tələb və təklifin qarşılıqlı təsirindən yaranır.

Qiymətin iqtisadi cəhətdən müəyyən edilməsində onun obyektiv məzmunu əsas götürülür. Əmtəələrin istehsalına çəkilən xərclərin artması qiymətlərin qalxmasına səbəb olur və əksinə, istehsal

107

xərcləri azalırsa, qiymətlər aşağı olur. Vergilərin artırılması da qiymətlərin qalxmasına səbəb olur.

Bazar qiymətlərinə təsir edən başlıca amillərdən biri tələbin artmasıdır. Belə ki, əhalidə olan pulun miqdarının artması qiymətlərin qalxmasına səbəb olur. Ancaq tələb qiyməti artırmaya da bilər.

Tələb qiyməti - alıcının təklif etdiyi qiymətdir. Bu qiymətin yuxarı həddi alıcıda olan və xərcləmək istədiyi pulun miqdarıdır. Alıcı öz pulunu nəzərə alaraq qiymət təklif edir. Tələbə təsir edən amillərin hamısı qiymətə təsir edir.

Bazar qiymətlərinin formalaşması həmçinin əmtəələrin təklifi ilə bağlıdır.

Təklif qiyməti - əmtəələrin istehsalına çəkilən xərclər və mənfəətlə bağlıdır. Təklif qiymətinin ən aşağı həddi istehsala çəkilən xərclərdir. İstehsalçı əmtəəsini elə bir qiymətə satmalıdır ki, qoyduğu xərcləri ödəsin və mənfəət də əldə etsin. Ən pis halda qiymət istehsal xərclərini ödəməlidir.

Bazarda tələb və təklifin təsiri altında qiymətlərdə dəyişiklik baş verir və nəticədə tarazlı qiymətlər yaranır. Bu o zaman baş verir ki, bazarda tələb və təklif uyğun gəlir, yəni tələb olunan əmtəələrin miqdarı təklif olunan əmtəələrin miqdarına bərabər olur.

Tarazlıq nöqtəsi

Tələb və təklif əyrisinin kəsişmə nöqtəsinə tarazlıq nöqtəsi, yaxud müvazinət qiyməti deyilir. Bu halda E nöqtəsində tələb təklifə bərabər olur (Qı), qiymət isə (Pı) tarazlaşdırıcı formada çıxış edir.

Bazar qiymətlərinə təsir edən amillərdən biri də rəqabətdir. Rəqib tərəf bazarı ələ almaq, müştərini özünə cəlb etmək üçün qiy

108

məti aşağı salır. Qiymət nəzəriyyələri sırasında subyektiv qiymətləndirməyə dair

nəzəriyyə Avropa ədəbiyyatında daha geniş şərh olunur və populyardır. Bu qiymətləndirmə Avstriya məktəbinin «faydalılıq həddi» nəzəriyyəsi ilə bağlıdır (onun baniləri K.Menger, O.Bem-Baverk və F.Vizerdir). Əmək-dəyər nəzəriyyəsinə görə dəyər istehsalda yaranır və mübadilə dəyəri şəklində bazarda meydana çıxır, yəni dəyər qiymətə çevrilir. Avstriya məktəbinə görə alıcı əmtəəni dəyərinə görə deyil, onun üçün faydalı olduğuna görə alır ki, müəyyən tələbatım ödəsin və alıcı həmin əmtəənin onun üçün nə dərəcədə faydalı olduğunu nəzərə alaraq qiymətləndirir.

«Qiymətlilik» - bu subyektiv münasibətdir, belə ki, subyekt onu faydasına görə qiymətləndirir. Avstriya məktəbinin təliminə görə dəyər (qiymətlilik) müəyyən bir şeyə daxilən xas olan obyektiv xassə deyildir. Ancaq subyektiv qiymətləndirmə nəticəsində bazarda alıcının nəzərində dəyər xassəsi alır. Yəni almaq istədiyi əmtəə onun üçün dəyərlidir (qiymətlidir), yaxud ona lazım deyilsə, dəyərsizdir.

Faydalılığa görə qiymətin müəyyən edilməsi «faydalılıq həddi» nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə:

1. Faydalılıq - subyektiv qiymətləndirmədir və hər bir alıcı alacağı əmtəəni onun şəxsi tələbatını ödəyəcəyi dərəcəsinə əsasən qiymətli hesab edir. Yəni bu şey ona çox lazımdırsa qiymətlidir (dəyərlidir), az lazımdırsa, az qiymətlidir. K.Mcngerə görə təsərrüfatçı subyektin şüurundan kənarda qiymət (dəyər) mövcud deyildir.

2. Nemətin faydalılığı iki cür olur; a) miqdarı məhdud olmayan (su, hava və s.) nemətləri insanlar

özləri üçün qiymətli hesab etmir. Çünki bunlar insanın tələbatını ödəmək üçün lazım olduğundan çoxdur;

b) bu miqdarı az və kifayət qədər çalışmayan nemətlərdir ki, onlara olan tələbatı ödəmək (doyuzdurmaq) üçün azlıq edir. Məhz bu nemətləri təsərrüfatçı subyektlər qiymətli hesab edirlər.

Belə bir sual yaranır: necə olur ki, insanın həyatı üçün zəruri olan su qiymətsiz, insanın həyatı üçün lazım olmayan almaz daha qiymətli hesab edilir? K.Menger bunu suyun çoxluğu və almazın azlığı ilə izah edir. A.Smit isə onların istehsalına sərf olunmuş əməyin miqdarmdakı fərqlə izah edir. Təcrübədə istehsal olunan məhsulların qiymətləri müəyyən edilərkən onların azlığı və çoxluğu nəzərə alınmalıdır.

3. Bu nəzəriyyəyə əsasən insanın tələbatı əhəmiyyətlilik dərəcəsinə görə, əldə olan nemətin miqdarından asılı olaraq, azalan xətt

109

üzrə ödənilir. Bu zaman hər bir nemətin qiymətliyi: 1. Onun tələbatın ödənilməsinin əhəmiyyətliliyindən. 2. Ondan doyma dərəcəsindən asılı olaraq müəyyən edilir. Məsələn, ərzağa olan tələbatın yüksək dərəcədə ödənilməsi insanın həyatının saxlanılması mənasında əhəmiyyətlidir. Sonrakı mərhələdə ərzağın istehlakı sağlamlığı saxlamaq üçün lazımdır. Daha sonrakı istehlak həzz almaq üçün lazımdır ki, getdikcə bu həzzalma azalır. Onun sonrakı qəbulu o həddə çatır ki, insan tamamilə doyur və həzzalma yox olur, yeməkdən imtina olunur. Fasiləsiz yemək sağlamlıq və hətta həyat üçün təhlükə yaradır. Buradan o nəticə çıxır ki, nemətin faydalılığı getdikcə azalır, yəni istehlak olunduqca faydası aşağı düşür. Deməli, şəxsi istehlak prosesində faydalılığın azalması qanunu fəaliyyət göstərir. Eyni bir nemət çox istehlak edildikcə insan doyur və onun sonrakı istehlakı faydasız olur. Deməli, onun subyektiv qiyməti az olur, yaxud qiymətsiz olur. Faydalılığın son həddi bazarda bitir, «sonuncu nüsxə» faydalılığın son həddini və qiymətliyin dərəcəsini müəyyən edir. Bunu izah etmək üçün Bem-Baverk 5 kisə buğdası olan və meşədə yaşayan qocanın davranışını misal gətirir. 5 kisənin faydası azalan ardıcıllıqla düzülür. 1-ci kisə ən vacib tələbatı - yeməyi ödəyir, 2-ci kisə qidalanmanı yaxşılaşdırmaq üçündür, 3-cüsü ev quşlarını yemləmək üçündür, 4-cü pivə hazırlamaq üçündür, 5-cisi isə tutuquşunu yemləmək üçündür. Əgər bunların hansından imtina etmək zərurəti yaransa, qoca ən az tələbatı ödəyən 5-ci kisədən imtina edərdi. Qalan kisələrin qiyməti 5-ci kisənin qiymətilə (qiymətliliyi ilə) müəyyən olunur.

Eyni bir məhsulun həddən artıq istehlakı onu ziyanlı bir nemətə çevirir.

Faydalılığın son həddi və deməli, nemətin qiymətliliyi həmin nemətin ehtiyatından və ona olan tələbatdan asılıdır. «Ehtiyat» azalanda və tələbat artanda qiymətlilik və faydalılıq artır. Deməli, bazar qiyməti faydalılığın son həddindən asılıdır.

Bu subyektiv qiymətləndirməyə bulaq başında suyun faydasını səhrada bir stəkan suyun faydası ilə müqayisə edirlər. Ancaq faydalılıq nəzəriyyəçiləri müxtəlif nemətlərin faydasını ölçmək üçün vahid ölçü tapa bilmədilər. Subyektiv-psixoloji qiymətləndirmə ancaq istehlakçının müəyyən etdiyi qiymətdir və birtərəflidir. Çünki bu zaman istehsalçının marağı, onun çəkdiyi xərclər nəzərə alınmır. Bu çatışmazlığı görkəmli ingilis iqtisadçısı A.Marşall aradan qaldırdı.

Qiymətin bir neçə növü vardır: Topdan satış qiymətləri; pərakəndə satış qiymətləri; müqavilə

110

qiymətləri; tənzimlənən qiymətlər (yuxan həddini dövlət müəyyən edir); qeydə alınmış möhkəm qiymətlər (planda əvvəlcədən göstərilir); inhisar qiymətləri; xidmət tarifləri və s.

Qiymətlər müəyyən funksiyaları yerinə yetirir: 1. Bazar subyektlərini məlumatlandırmaq - informasiya çatdırmaq

funksiyası; 2. İstehsal məsrəflərinin uçota alınması funksiyası; 3.Stimullaşdırıcı funksiya; 4. Bölüşdürücülük funksiyası; 5. Tənzimləyici funksiya. O, bazar mexanizminin tərkib ünsürü kimi bu

funksiyanı yerinə yetirir.

§6. Bazar infrastrukturu. Birja

«İnfrastruktur» termini latın mənşəlidir. O, infra -«aşağı, alt» və struktur - «yerləşmə» sözlərindən əmələ gəlmişdir. Başlıca təyinatı əsas sahəyə xidmət göstərməkdir. Müstəqil bir termin kimi «infrastruktur» leksikona hərbi sahədən keçmişdir. Ədəbiyyatda göstərilir ki, silahlı qüvvələrin normal fəaliyyətini təmin edən bütün köməkçi sahələr onun infrastrukturunu təşkil edir və bir anlayış kimi İkinci Dünya müharibəsi zamanı işlədilmişdir.

Öz konkret təyinatına görə infrastrukturlar istehsal infrastrukturuna, sosial infrastruktura və bazar infrastrukturuna ayrılır. Burada bazara xidmət edən infrastruktur sahələri haqqında danışılır. Bazar infrastrukturuna aşağıdakılar daxildir;

Birjalar: əmtəə, əmək, fond, valyuta, resurs, opsion, banklara- rası, universal birjalar; marketinq və onun elmi-tədqiqat mərkəzləri; kredit və bank sistemi; vergi sistemi; yarmarkalar, hərraclar; sığorta sistemləri; ticarət palataları; ticarət-sərgi kompleksləri; informasiya və kommunikasiya vasitələri; auditor kompaniyaları; sahəyə aid ixtisaslı kadrların hazırlanması; xüsusi məsləhətxana xidməti; azad iqtisadi-ticarət zonaları və s.

Bu infrastrukturlarsız bazarın normal fəaliyyətindən danışmaq olmaz.

Bu infrastrukturda birjaların xüsusi yeri vardır. Birja özü də bazardır. Ancaq o, mütəşəkkil bazardır. «Birja» latın sözü olub, mənası «koşelyok» (pul kisəsi) deməkdir. Əmtəə birjalarının tarixi XVI əsrdən başlayır (1531-ci il). Birja əsasən topdansatış ticarəti formasında fəaliyyət göstərir və satılacaq əmtəələrin nümunələri alıcılara nümayiş etdirilir.

111

Əmtəə birjalarında sövdələşmələr həm pulla, həm də əmtəələrin qarşılıqlı mübadiləsi formasında aparılır.

Birja tələb və təklifə əsasən qiymətlərin qoyulması, əmtəələrin çəkisi, həcmi, keyfiyyəti üzrə standartların müəyyən edilməsi ilə də məşğul olur. Birjada alqı-satqı sövdələşmələri üzrə müqavilələr bağlanır. Satılacaq əmtəələr, onların qiymətləri, miqdarına dair məlumat bülletenləri buraxılır.

(Birjaların qalan növləri haqqında «İqtisadi nəzəriyyə» dərsliyi 158-166-cı səhifələrdə oxumaq olar).

VII Fəsil

MİKROİQTİSADİ SİSTEMDƏ FİRMA (MÜƏSSİSƏ).

İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT

1. Firmanın (müəssisənin) məzmunu və təşkili formaları. 2. Firmanın sahibkarlıq fəaliyyəti və istehsal funksiyası. Məhsuldarlıq və

məhsuldarlıq həddi. 3. Firmanın istehsal xərcləri. Firmanın istehsal fondları, onların dövranı,

dövriyyəsi və amortizasiyası. 4. Firmanın gəlirləri və mənfəəti. Mənfəətin bölgüsü. 5. Firmanın idarə edilməsi. Menecment.

§1. Firmanın (müəssisənin) məzmunu və təşkili formaları

Hər bir ölkənin iqtisadiyyatı təsərrüfat fəaliyyəti ilə məşğul olan, cürbəcür əmtəə və xidmətlər istehsal edən çoxsaylı subyektlərdən ibarətdir. Onların bir çoxu insanların həyatı üçün zəruri olan yaşayış vasitələri istehsal edir. Digər firmalar istehsal vasitələri (investisiya əmtəələri): dəzgahlar, maşınlar, metallar və s. istehsal edirlər.

Bəzi firmalar isə istehsala xidmət edir (məhsulu daşıyır, saxlayır, rabitə xidməti göstərir). Nəhayət, elə firmalar da var ki, əhaliyə müxtəlif xidmətlər göstərir.

Hər bir firma istehsal vasitələrinin və onları hərəkətə gətirən və istehsal edən insanların məcmusudur. Onlar müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir və bazarın subyektidir. O əmtəə və xidmətlərin istehsalçısıdır.

112

Beləliklə, firma - texniki-iqtisadi və sosial kompleks olub cəmiyyət üçün faydalı nemətlər istehsal edən təsərrüfat vahididir.

Bir-biri ilə qarşılıqlı münasibətdə olan firmalar mikroiqtisadi sistemdə fəaliyyət göstərən əsas təsərrüfat vahidləridir. Onlar makroiqtisadi sistemdə ilk özəklərdir və bütün milli təsərrüfatın vəziyyəti bu özəklərin, bütövlükdə götürülən fəaliyyətindən, onların vəziyyətindən asılıdır.

Bazar mühitində fəaliyyət göstərən firmanın bütün komponentləri dəyər forması alır, pulla qiymətləndirilir, nəticələri pulla hesablanır və bazarın prinsiplərinə uyğun olaraq istifadə olunur. Firmaya daxil olan bütün resurslar pul ifadəsinə malikdirlər, onun fəaliyj^ətinin nəticələri də pul formasında çıxış edir.

İqtisadi fəaliyyətin səmərəlilik, qənaətcillik və effektivlik kimi baza prinsipləri ilk növbədə firma səviyyəsində həyata keçirilir.

Bazar iqtisadiyyatının «mühərriki» olan rəqabət məhz firmalar səviyyəsində öz subyektini tapır və fəaliyyət göstərir.

Firmanın istehsal fəaliyyəti, məqsədi ikili xarakter daşıyır - istehsal etdiyi məhsulu reallaşdırmaq və mənfəət əldə etmək, onu daha da artırmaqdır. Bu onun fəaliyyətinə təkan verən əsas amildir - mənfəət ancaq tələbata cavab verən məhsullar istehsal etməklə əldə oluna bilər. Deməli, firmanın ikinci məqsədi istehlakçıların tələbini ən yaxşı şəkildə ödəməkdən ibarətdir. Firma istehlakçısını tapmalı və onun üçün istehsal etməlidir.

Hər bir firmanın məqsədi, vəzifələri, fəaliyyətinin əsas istiqaməti onun «nizamnaməsində», «təsis sənədlərində» öz əksini tapır.

Firmalar təşkili formalarına, fəaliyyət istiqamətlərinə, həcminə görə fərqli olurlar. I. Firmalar ilk növbədə fəaliyyət sferasına görə fərqlənirlər: 1) Maddi istehsal sferalarında fəaliyyət göstərən firmalar (sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, rabitədə); 2) Qeyri-maddi istehsal sferasında fəaliyyət göstərən firmalar - bunların başlıca vəzifəsi xidmət göstərməkdir: 3) Vasitəçilik fəaliyyəti ilə məşğul olan firmalar. Onların vəzifəsi istehsalçı ilə istehlakçı arasında əlaqə yaratmaqdır. II. Firmalar istehsal etdikləri məhsulların növlərindən asılı olaraq ixtisaslı və çoxprofilli firma kimi də fərqləndirilir. Belə ki, ixtisaslı firma məhdud sayda məhsul istehsal edir. Çoxprofilli firma isə müxtəlif cür əmtəələr istehsal edir. III. Firmalar öz həcmlərinə görə də fərqlənirlər: ən kiçik, kiçik, orta, iri və ən iri. Məsələn, ABŞ-da hasilat sənayesindən başqa, qalan

113

sahələrdə ən kiçik firmalara 20-yə qədər işçisi olanlar aid edilir. Kiçik firmalara 100-ə qədər, orta firmaya - 500-ə qədər, iri firmalara - 500-dən yuxarı, ən iri firmalara isə daha çox işçisi olanlar daxil edilir. ABŞ-da bütün firmaların 80 %-ni kiçik firmalar təşkil edir, ancaq onlar ÜDM-in yalnız 20 %-ni istehsal edirlər. İri korporasiyalar 20 %-dir. Ancaq onlar ÜDM-in 80 %-ni istehsal edirlər. Göründüyü kimi bütün firmaların 1/5-ni təşkil edən iri müəssisələr (firmalar) məhsulların əsas hissəsini istehsal edir. Bu, iri firmaların bir çox üstünlüyə malik olmaları ilə bağlıdır: 1. İstehsalın miqyasının böyük olması firma daxilində ictimai əmək bölgüsünün üstünlüklərindən istifadə etməyə imkan verir və əmək məhsuldarlığı artır. 2. İstehsal xərclərini azaltmaq məqsədilə ixtisaslaşmış avadanlığı ancaq iri firmalar ala bilər. 3. İri firmalar topdansatış anbarlarından böyük partiyada resurslar almaq hüququna və imkanına malikdir. 4. İri firmalar elmi-tədqiqat və təcrübə-konstruktor proqramlarına vəsait qoymaq imkanına malikdir. Bu isə istehsal xərclərini azaltmağa və məhsulun keyfiyyətini artırmağa imkan verir.

Bütün bunları Qərb iqtisadçıları «Miqyas effekti» adlandırırlar. Ancaq iri istehsalın üstünlüyü firmaların həddən çox böyük olmasına haqq qazandırmır. Firmalar optimal həcmdə olduqda daha səmərəli fəaliyyət göstərirlər. Bununla belə, son onilliklərdə inkişaf etmiş ölkələrdə kiçik biznes fəaliyyəti genişlənmişdir. Bunun səbəbləri: birincisi, elmi-texniki inqilabın müasir mərhələsi kiçik firmaların effektli fəaliyyəti üçün maddi baza yaratmışdır; ikincisi də, əhalinin gəliri artdığı bir şəraitdə xidmət sferasının genişlənməsinə tələbat yaranmışdır.

Kiçik firmaların da bir çox üstünlükləri vardır: • o çevikdir, dəyişən şəraitə daha tez uyğunlaşır, istehlakçıların dəyişən

tələbini operativ əks etdirir;

• kiçik sahibkarlığın inkişafı iş qüvvəsi və kapitalın ərazi və sahələr

üzrə axınını asanlaşdırır;

• kiçik firmalar elmi-texniki tərəqqidəki yeniliyi daha tez duyur və

tətbiq edə bilir;

• kiçik firmalar unikal məhsulların istehsalına tez uyğunlaşır, texniki

cəhətdən ucuz xərclə tez silahlana bilir, çəkilən xərclər tez ödənilir; • kiçik firmalar ixtisaslaşmanın inkişafına səbəb olur, iri korpo-

114

rasiyalan kiçik seriyalı məhsulların istehsalından azad edir; • kiçik firmalar üçün yeni məhsulun layihələşdirilməsindən onun

tətbiqinə və bazara çıxmasına qədərki vaxt daha qısa olur. Əgər kiçik firmalar üçün bu müddət 2-3 ildirsə, iri firmalar üçün 3-5 ildir. Səmərəli ixtiralar kiçik firmalara ucuz başa gəlir.

Kiçik bizneslə məşğul olmaq işsizliyin azalmasına səbəb olur və buna görə də kiçik firmaların yaradılması dövlət tərəfindən müdafiə olunur, onlara kredit verilir, vergidə güzəştlər olunur.

Azərbaycanda da inkişaf etmiş ölkələrin bu təcrübəsindən istifadə olunmalıdır.

Firmalar istehsal xarakteristikası və quruluşuna görə də fərqlənirlər.

İstehsal - firmaların fəaliyyətinin əsas sahəsidir. Mövcud firma hansı məhsulu istehsal edir, nə kimi istehsal vasitələrindən istifadə olunur, istehsal amillərindən hansı nisbətlərdə istifadə edilir və s. bütün bunlara əsasən xarakterizə olunur. Bu zaman istehsal olunan məhsulun həcmi, keyfiyyəti də nəzərə alınır. İstehsal xarakteristikası firmanın fəaliyyət sferasından asılıdır.

İstehsal sferasından və istehsal amillərindən istifadə dərəcəsinə görə firmalar «kapital tutumlu», «material tutumlu», «enerji tutumlu», «əmək tutumlu» və müasir dövrdə «elm tutumlu» olmaqla fərqlənirlər. Sonuncuya o müəssisələr aid edilir ki, onların məhsulları elm və texnikanın ən yeni nailiyyətlərindən istifadə etməklə hazırlanır (məs.; kompüterlər, tibbi avadanlıqlar).

Firmaların istehsal xarakteristikasına istehsalın miqyasının müəyyən edilməsi də daxildir. Bu cəhətdən «iri seriyalı», «seriyalı», «tək», və «fərdi» istehsallar fərqlənirlər.

İstehsal xarakteristikası zamanı firmaların fəaliyyətinin digər tərəfləri də nəzərdən keçirilə bilər (istehsal amillərinin vəziyyəti və s.).

Müasir iqtisadiyyatda biznesin təşkilinin çoxsaylı forması vardır. Hüquqi cəhətdən bütün təşkilatlar hüquqi şəxs statusuna malikdir və iki qrupa ayrılır: 1) kommersiya firmaları; 2) qeyri-kommersiya firmaları. Kommersiya firmalarının məqsədi mənfəət əldə etməkdir. Kommersiya fəaliyyti ilə məşğul olan, hüquqi şəxs kimi üç növ firma xüsusi fərqləndirilir: 1. Fərdi sahibkarlıqla məşğul olan; 2. Partnyorluq (tərəfdaşlıq) əsasında fəaliyyət göstərən: 3. Korporasiyalar.

Birinci firma bir mülkiyyətçiyə məxsusdur. Bu cür firmanın sahibi müəssisəni təkbaşına idarə edir, əldə etdiyi mənfəətə özü sə

115

rəncam verir. ABŞ-da qeydiyyatdan keçmiş bütün firmaların 74%-i fərdi sahibkarlıqla məşğul olurlar (onlar 13 milyon təşkil edir). Bütün hüquqlar firma sahibinə məxsusdur.

Biznesin təşkilinin ikinci forması partnyorluqdur. Bu cür firmaların mülkiyyəti 2-3 şəxsin əlində olur. Sahibkarlıq birlikdə həyata keçirilir. Əldə olunan mənfəət payı nizamnamə kapitalına qoyulmuş paya uyğun bölünür. Firmanın öhdəliyinə hamı cavabdehdir, birlikdə məsuliyyət daşıyırlar.

Firmaların təşkilinin mürəkkəb forması korporasiyadır. ABŞ firmalarının yalnız 19 %-i korporasiyalardır. Ancaq onların illik dövriyyəsi 89 %-dir. Bu cür firmaların illik dövriyyəsi orta hesabla 2,1 milyard dollardır.

Korporasiya özü mürəkkəb ləşkilati struktura malikdir və iştirakçıların sayı minlərlədir. Korporasiyalar bizim tanıdığımız səhmdar cəmiyyətlərdir. Onun nizamnamə kapitalı müxtəlif firmaların və vətəndaşların iştirak payının cəmindən ibarətdir. Səhmdar cəmiyyətin iştirakçıları aldıqları səhmə görə gəlirin bölgüsündə iştirak edir və dividend alır. Ən çox səhmi olan şəxs nəzarət paketinə sahib olur (50 + 1). Səhmdarların ümumi yığıncağı cəmiyyətin idarəcdici rəhbərlərini seçir.

Korporasiyanın bir çox üstünlükləri vardır:

• daha çox vəsait toplaya bilir;

• iştirakçıların firmanın öhdəlikləri üçün məsuliyyəti azdır;

• geniş bazarlarda fəaliyyət imkanına malikdir;

• dövlət hakimiyyətindən öz maraqları üçün istifadə etmək imkanı vardır.

Firmaların təşkilinin hər bir formasının, özünün də strukturu və həcmi müxtəlif olur. Bunlar haqqında əvvəldə danışılmışdır.

§2. Firmanın sahibkarlıq fəaliyyəti və istehsal funksiyası. Məhsuldarlıq və məhsuldarlıq həddi

Hər bir firma mülkiyyətçidir, mülkiyyət sahibidir. O öz mülkiyyətini reallaşdırmaqla gəlir götürmək məqsədinə çatmaq istəyir və buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu zaman o istehsal amillərinin qarşılıqlı fəaliyyətini təşkil edir. O nə istehsal etmək, necə istehsal etmək və kim üçün istehsal etmək prinsiplərinə əsaslanmaqla fəaliyyət göstərir.

Firma sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və

16

mənfəət əldə etmək məqsədilə, qanunvericilikdə qadağan olunmayan, təsərrüfat fəaliyyətinin bütün növləri ilə, o cümlədən, məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında fəaliyyət göstərir. Onun bu fəaliyyəti müstəqildir və əsasən bazar qanunları ilə tənzim olunur.

Firmanın sahibkarlıq fəaliyyəti onun həyata keçirdiyi funksiyalarda ifadə olunur. Sahibkar kimi firmanın əsas funksiyalarından aşağıdakıları qeyd etmək olar:

1. İstehsal funksiyası. Bu, məhdud (mövcud) resurslar şəraitində, mənfəət əldə etmək məqsədilə, istehsal amillərini əmtəə istehsalı və xidmət prosesində vahid halda birləşdirmək funksiyasıdır. Bu zaman firma mövcud resurslardan istifadə etməklə maksimum miqdarda məhsul istehsalına nail olmalıdır. Burada resursların sərfi ilə məhsul buraxılışı arasında bir asılılıq vardır. Buna əsasən ən az məsrəflə nəzərdə tutulan qədər məhsul buraxılışının mümkünlüyünü müəyyən etmək olar. Firma istehsalın miqyasını genişləndirməklə də buraxılışın həcmini artıra bilir.

2. Əmək (əməyin təşkili) məhsuldarlığını yüksəltmək funksiyasıdır.

Bunun üçün ilk növbədə istehsalın texnikası və texnologiyası təkmilləşdirilir, istehsalın təşkili və əmək şəraiti yaxşılaşdırılır, işçilərin ixtisası artırılır və maddi cəhətdən həvəsləndirilir. Firma daxilində ixtisaslaşmanın dərinləşdirilməsi və yeni texnologiyadan istifadə etməklə də məhsuldarlığı artırmaq mümkündür. Müəssisə daxilində əmək bölgüsünün dərinləşməsi məhsuldarlığı artırır.

3. Firmanın yenilikçilik funksiyası. Sahibkar firma daim axtarışda olmalı, yeni metodlar, ideyalar, ixtiralar tətbiq etməklə özünün rəqabət gücünü, istehsal etdiyi məhsulun keyfiyyətini artırmağa nail olmalıdır. Yeniliyin tətbiqinin iqtisadi səmərəsi, onun tətbiqindən alman xeyir ona çəkilən xərclərdən çox olur. Yenilikçiliyin geniş tətbiqi firmanın innovasiya fəaliyyəti kimi qiymətləndirilir. Yeni ideya, ixtira, yeni məhsul növü və xidmət istehlakçı tərəfindən yeni keyfiyyət halında qəbul olunursa, deməli, firma öz funksiyasını yerinə yetirib.

4. Firmanın kommersiya funksiyası. Bir sahibkar olmaqla firma bazarın subyektidir. O, əmtəə istehsalçısı olmaqla yanaşı həm də istehlakçıdır. O həm alır və həm də satır, yəni kommersiya fəaliyyəti ilə məşğul olur. Bu funksiya istehsal edilmiş məhsulların vaxtında reallaşdırılmasma xidmət edir. Bunun üçün firma bazarın tələbinə uyğun əmtəələr istehsal etməli, alıcını özünə cəlb etməklə məhsulunu

117

reallaşdırmalıdır. Göstərilən funksiyaları yerinə yetirməklə firma özünün əsas

məqsədinə - yüksək (maksimum) mənfəət əldə etmək məqsədinə çata bilər. Firma istehsalçıdır, o istehsal amillərinin müxtəlif kombinasiyalarında istifadə etməklə məhsulun buraxılışını nəzərdə tutulan həddə çatdırmağa səy göstərir. O. buraxılışın həcmini artırmaq istəyirsə, istehsal amillərini artırmalıdır. İstehsal amillərini artırmaqla buraxılışın həcminin artırılması «miqyas effekti» adlanır. Ancaq firmanın inzibati xərcləri artırsa onda miqyasın effekti artmır, əksinə azalır. Çünki, çəkilən xərclərə nisbətən buraxılışın həcmi azalır.

İqtisadçılar istehsal amillərinin məhsuldarlığının həddini və məhsuldarlığın həddinin azalması problemini öyrənirlər. Bu zaman istehsal amillərinin nisbətlərinin dəyişildiyi şəraitdə bir amilin məhsuldarlığının mümkün həddini müəyyən edirlər. Və məlum olur ki, digər amillərə nisbətdə amillərin birinin çox artması onun məhsuldarlığını azaldır. Buradan da istehsal amillərinin məhsuldarlığı (gəlirliyinin) həddinin azalmasının qanun olduğunu müəyyən edirlər. Məsələn, firma işçilərin sayını dəyişməz saxlayıb, dəzgahların sayını artırırsa, onda dəzgahların gücündən tam istifadə olunmayacaq və onların məhsuldarlığı azalacaqdır.

Beləliklə, məhsuldarlıq həddi nəzəriyyəsi istehsal amillərinin optimal nisbətinə nail olmaqla istehsalı təşkil etmək baxımından çox faydalıdır.

§3. Firmanın istehsal xərcləri. Firmanın istehsal fondları, onların dövranı, dövriyyəsi və amortizasiyası

İstehsalçı firma istehsal etdiyi hər bir məhsula və xidmətə müəyyən qədər xərc çəkir. Məhsullar və xidmətlər əmtəə kimi istehsal edildiyindən onların satışı ilə bağlı zəruri olan xərclər də çəkilir. Əmtəə və xidmətlərin istehsalı və satışı ilə bağlı çəkilən xərclər firmanın istehsal xərcləri adlanır.

İqtisadi nöqteyi nəzərdən istehsal xərcləri sərf olunmuş bütün material və xidmətlərin dəyərindən ibarətdir. Çəkilən xərclər qiymətlərdə öz əksini tapır və qiymətlər vasitəsilə reallaşaraq ödənilir. Qiymətlərin səviyyəsi çəkilən xərclərin az və ya çox olduğunu müəyyən etməyə imkan verir. Çəkilən xərclər iki üsulla qiymətləndirilir: 1) mühasibat üsulu; 2) iqtisadi üsul.

Mühasibat üsulu ilə firmanın istehsal zamanı istifadə etdiyi bütün resursların (xammal, material, amortizasiya, əməyin ödənüməsi və s.)

118

pulla alınmasına sərf edilmiş bütün faktiki məsrəflər uçota alınır və he- sablamr. Faktiki məsrəflər aydın məsrəflərdir, «aşkardn».

İqtisadi üsulla isə «görünməyən» məsrəflər də hesablanır. Məsələn, bankdan alınan borca görə firmanın ödədiyi faiz də xərclərə daxil edilir. İqtisadçılar nəzərə alınmayan imkanlara görə itkiləri, sahibkarın firmasına rəhbərlik zamanı əmək haqqı almamasını, öz binasından istifadəyə görə icarə haqqının ödəməməsi kimi hallan da nəzərə almaqla çəkilməli olan xərcləri hesablayır. Və bu qəbildən olan məsrəfləri əldən verilmiş (itirilmiş) imkanlara görə məsrəflər adlandırırlar. «İtirilmiş imkanlara görə xərclər» dedikdə, istehsal və reallaşmaya aid mümkün çoxsaylı variantlardan yalnız birindən istifadə zamanı ortaya çıxan xərclər və itirilmiş gəlir (gəlirin itirilməsi) başa düşülür. İqtisadi nöqteyi nəzərdən sahibkarın əməyinə istehsal xərci kimi baxmaq lazımdır.

Xərclərin növləri. Hər bir firma mümkün məcmu məsrəflərlə maksimum mənfəət götürməyə çalışır. Məcmu məsrəflərin həcmi isə istehsalın həcmindən asılı olaraq dəyişir. Məcmu məsrəflər iki hissəyə bölünür: 1.Sabit xərclər; 2.Dəyişən xərclər.

Sabit xərclərə aiddir: amortizasiya, xidmət göstərən (köməkçi) heyətin əmək haqları, sığorta, reklam xərcləri, kreditə görə faiz və s.

Sabit xərclər buraxılan məhsulun həcmindən asılı deyildir və firma heç nə istehsal etmədiyi halda da mövcuddur.

Dəyişən xərclər əsasən istehsalın həcmi artırıldığı halda və qiymətlərin dəyişməsindən asılı olaraq artıb-azala bilər. Dəyişən xərclərə aiddir: xammalın, materialın, yanacağın alınması xərcləri; istehsal işçilərinin əmək haqlarının ödənilməsi və s. Bu xərclər istehsal olunan məhsulun həcminə proporsional olaraq dəyişir. Hər bir firma bilmək istəyir ki, nə qədər məhsul istehsal edib bazara çıxarmaq lazımdır. Məsrəflərin həddi vasitəsilə məsələni həll etmək olar. Məsrəflərin həddi isə bir məhsul vahidinə əlavə resurslar sərf edildiyi halda məhsul buraxılışının həcminin dəyişməsi ilə müəyyən olunur. Aydındır ki, əlavə resurslar sərf edildikdə istehsalın həcmi dəyişəcəkdir. Ancaq bu zaman sabit xərclər dəyişməyəcək və istehsalın dinamikası dəyişən xərelərin hesabına olacaqdır, onunla müəyyən ediləcəkdir.

Firma bir məhsul vahidinə çəkilən xərcləri də hesablayır və bu məhsul vahidinin orta hesabla ona neçəyə başa gəldiyini bilmək istəyir. Bunun üçün də məcmu məsrəfləri, istehsal etdiyi bütün məhsulun həcminə bölmək lazımdır. Hər bir firma çalışır ki, az məsrəflə daha çox məhsul istehsal etsin, istehsal xərclərinə qənaət etməklə

119

istehsalın səmərəsini artırsın.

Sabit, dəyişən və ümumi istehsal xərclərinin qrafiki

TC

Bu qrafikin absis xəttində istehsalın həcmini Q ilə, ordinat xəttində xərcləri C-lə işarə etsək, onda sabit xərclər, absis xəttinə paralel olaraq (FC) düz xətt formasını almış olur.

VC- dəyişən xərclər TC- ümumi xərclər

Qrafıkdə dəyişən xərclər VC ilə işarə olunub. Onu da qeyd etmək lazımdır ki, istehsal xərclərinin dəyişən və sabit xərclərə bölünməsi yalnız firmanın qısamüddətli fəaliyyəti dövründə mümkündür. Qısamüddətli dövrdə sabit xərclər dəyişilməz qalır. Firma istehsalın həcmini yalnız dəyişən xərclərə təsir etməklə dəyişdirir. Uzunmüddətli dövrdə isə bütün xərclər dəyişən olurlar, yəni bu o qədər üzünmüddətli mərhələdir ki, firmaya öz istehsal güclərinin dəyişməsinə imkan yaradır.

Sabit xərclərlə dəyişən xərclərin cəmi ümumi xərcləri təşkil edir. Qrafıkdə ümumi xərclər TC ilə işarə olunub. Onda TC=FC-ı-VC olacaqdır.

Ümumi xərclərin qeyri-bərabər dəyişməsi istehsalın artması ilə məhsul vahidinə çəkilən xərclərin və ya orta xərclərin də dəyişməsinə gətirib çıxarır. Orta xərclər ümumi xərclərin istehsal olunmuş məhsula nisbəti kimi müəyyən olunur (AC=TC/Q). Bazar tarazlığını anlamaq üçün xərclərin bu növü xüsusi əhəmiyyət kəsb edir, çünki sahibkar onları minimallaşdırmağa çalışır. Orta xərclərin əyrisi, bir qayda olaraq U formalı olur və əvvəlcə kifayət qədər yüksək olur. Bu onunla əlaqədardır ki, böyük miqdarda olan sabit xərclər məhsulun az qisminə paylanır. İstehsal artdıqca sabit xərclər M nöqtəsində minimuma enərək getdikcə daha çox məhsul vahidinin payına dü-

120

şür. istehsalın həcmi artdıqca orta xərclərin kəmiyyətinə sabit xərclər yox, dəyişən xərclər təsir göstərir. Ona görə də gəlirliyin azalması qanununa görə , əyri yuxarıya doğru qalxır. Nəzərə almaq lazımdır ki, orta xərclərin əyrisi birbaşa orta sabit xərclərin (AEG və orta dəyişən xərclərin (AVC) əyrisindən asılıdır.

Firmanın orta xərcləri

AC- orta xərclər AFC- sabit orta xərclər AVC- dəyişən orta xərclər

Sabit xərclər qısa müddət ərzində dəyişməz qalır, ona görə də istehsal olunmuş məhsulun miqdarı artdıqca orta sabit xərclərin kəmiyyəti azalır. Orta dəyişən xərclərə gəldikdə isə, onlar ilk əvvəl orta sabit xərclərə nisbətən aşağı olur, sonra isə orta ümumi xərclərə yaxınlaşaraq artmağa başlayır. TC=FC-ı-VC oldluğundan bu bərabərliyin hər iki tərəfini Q-yə bölərək biz AC=AFC+AVC bərabərliyini alarıq. Başqa sözlə, AFC və AVC əyrilərini toplamaqla AC əyrisini almaq olar.

Sahibkar üçün orta xərclər əyrisi mühüm əhəmiyyət daşıyır, çünki istehsalın hansı həcmində məhsul vahidinə çəkiləcək xərclərin minimal olmasını müəyyən etməyə imkan verir.

Firmanın istehsal fondları. Hər bir müəssisə istehsal vasitələri və iş qüvvəsi ilə özünü təmin etdikdən sonra bilavasitə istehsala başlayır. Əmtəə-pul münasibətlərinin hakim olduğu bir şəraitdə istehsal üçün lazım olan əmək vasitələri, əmək cisimləri və iş qüvvəsi əmtəə kimi çıxış edir. Buna görə də müəssisə əlində olan pulla istehsal vasitələri və iş qüvvəsi alır.

121

P-Ə

istehsal vasitələri

İş qüvvəsi

Sonra o istehsala (İ) başlayır və istehsal etdiyi əmtəələri reallaşdıraraq pula çevirir (Ə-P). Bu proses daim təkrar olunur və fondların dövranı adlanır. Fondların dövranı belə bir ardıcıllıqla baş verir:

P-Ə < İstehsal vasitələri

İş qüvvəsi . Ə -P

Öz hərəkətində fondlar ardıcıl olaraq üç mərhələdən keçir, formasını dəyişir və özünün başlanğıc formasına qayıdır. Pul forması məhsuldar formaya, məhsuldar forma əmtəə formasına, əmtəə forması isə pul formasına çevrilir. Fondlar öz hərəkətində, eyni zamanda, üç formanın üçündə də olur. İkinci mərhələdə fondlar istehsalda olur, birinci və üçüncü mərhələdə isə tədavül dairəsində olur. Tədavül dairəsində olan fondlar tədavül fondu adlanır.

Fondların dövriyyəsi. - Fondların dövranı daimi təkrar olunan bir prosesdir. Bu prosesdə dövranlar bir-birini əvəz edir və fondların dövriyyəsini təşkil edir. Fondların dövriyyəsi müəyyən vaxt ərzində baş verir və dövriyyə vaxtını təşkil edir. Dövriyyə vaxtı istehsal vaxtı ilə tədavül vaxtının cəmindən ibarətdir. Dövriyyə vaxtının azaldılması istehsalın səmərəsini artırmağın güclü mənbəyidir. Bu eyni məbləğ resurslarla daha çox məhsul istehsal etməyə imkan verir. Dövriyyə vaxtının uzanması istehsal fondlarının hərəkətini ləngidir, əlavə xərclərə səbəb olur.

Dövriyyə vaxtının ən mühüm tərkib ünsürü istehsal vaxtıdır. İstehsal vaxtına daxildir: 1. Xammal, material və avadanlıqların istehsal ehtiyatında olduğu vaxt; 2. İş dövrü, yəni əmək cisminin iş qüvvəsi tərəfindən emal prosesində

olduğu vaxt; 3. İnsanın iştirakı olmadan istehsalın təbii təsir prosesində olduğu vaxt

(kimya sənayesində, əkinçilikdə, şərab istehsalında, mebel istehsalında və başqa sahələrdə);

4. Əmək prosesində fasilə vaxtı, bu müəssisənin iş rejimindən irəli gələn vaxt (növbələrarası vaxt, istirahət günü) və müxtəlif səbəb

122

lərdən boşdayanmalardır. Dövriyyə vaxtının ikinci tərkib ünsürü tədavül vaxtıdır. Ona

daxildir: İstehsal vasitələrinin alınmasına sərf olunan vaxt; müəssisənin iş

qüvvəsi ilə təmin edilməsinə gedən vaxt; əmtəələrin reallaşdırılması vaxtı. Dövriyyə vaxtını qısaltmağın yolları: elmi-texniki nailiyyətlərin

mənimsənilməsinin sürətləndirilməsi; istehsalın təşkilinin yaxşılaşdırılması və onun ritmikliyinin təmin edilməsi; avadanlığın növbəlilik əmsalının yüksəldilməsi; iş vaxtı itkisinin azaldılması; iqtisadi əlaqələrin mütərəqi formalarının inkişafı; topdansatış ticarətinin və nəqliyyatın işinin təkmilləşdirilməsi.

Bu vaxtın qısaldılması istehsal fondlarından istifadənin faydasını artırır.

Dövriyyə prosesində istehsal fondlarının bütün ünsürləri eyni sürətlə dövr etmir və öz dəyərlərini istehsal edilən məhsulun üzərinə eyni tərzdə keçirmir. Buna görə də Özünün dövretmə xüsusiyyətlərinə görə fondlar əsas və dövriyyə fondlarına ayrılır. Bu cür bölgünün maddi əsası əmək vasitələri ilə əmək cisimlərinin fərqidir.

Əsas fondlar - istehsal prosesində bütövlükdə iştirak edir, öz dəyərini istehsal olunmuş məhsula hissə-hissə keçirir, istehsal prosesində uzun müddət iştirak edir və öz formasını uzun müddət dəyişmir. İstehsal binaları, maşınlar, qurğular, avadanlıqlar və digər əmək alətləri əsas fondlara aiddir.

Dövriyyə fondları - istehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini istehsal olunmuş məhsula bütövlükdə keçirir, yalnız bir istehsal dövründə iştirak edir və özünün ilkin formasını dəyişir. Xammal, yarunfabrikat, yardımçı material, yanacaq, enerji dövriyyə fondlarına aiddir. Dövriyyə fondları il ərzində bir neçə dəfə dövr edir.

İstehsal prosesində əsas fondlar aşınır, xarab olur, tədriclə öz istehlak dəyərini itirir, onların dəyəri isə istehsal olunmuş məhsulun üzərinə keçir. Bəs xarab olub sıradan çıxmış əsas fondlar nəyin hesabına bərpa olunur? Həmin fondlarla istehsal olunmuş məhsullar satıldıqca əsas fondların dəyərindən həmin məhsulun dəyərinə daxil olan hissəsi ayrılıb xüsusi fondda yığılır. Bu amortizasiya fondu adlanır.

Bu fondun bir hissəsi xarab olmuş, köhnəlmiş əsas fondun cari və əsaslı təmirinə sərf olunur və fondların itirdiyi dəyərin bir hissəsi yenidən bərpa olunur.

Amortizasiya fondu üçün ayırmalar amortizasiya normasına əsasən müəyyən edilir. Amortizasiya norması əsas fondun ilkin dəyə

123

rinin onun ömür müddətinə nisbətilə müəyyən edilir. Məsələn, fərz edək

ki, frezer dəzgahmm ilkin dəyəri 45000 manat, fəaliyyət müddəti isə 15

ildir. Bu zaman amortizasiya norması 45000 _ 3QQQ^^

15 olacaqdır.

Əsas fondların iki cür aşınması məlumdur: fiziki və mənəvi aşınma. Fiziki aşınma əsas fondların işlənib, xarab olub, öz istehlak dəyərini

tamamilə itirməsidir. Fiziki aşınma bir tərəfdən istehsal prosesində onların işləyib, sürtülüb, köhnəlməsi nəticəsində, digər tərəfdən isə küləyin, şaxtanın, yağıntının, bir sözlə, təbii proseslərin təsiri nəticəsində baş verir.

Fiziki aşınma ilə yanaşı əsas fondların mənəvi aşınması da baş verir. Mənəvi aşınma elmi-texniki tərəqqinin təsiri nəticəsində baş verir. Mənəvi aşınma zamanı əsas fondlar fiziki cəhətdən işləməyə qabil olduğu halda mənəvi cəhətdən köhnəlir, vaxtından əvvəl sıradan çıxır. Mənəvi aşınmanın iki növü məlumdur. Birinci növ mənəvi aşınma o zaman baş verir ki, əmək məhsuldarlığının yüksəlməsi nəticəsində mövcud əmək vasitəsinin dəyəri aşağı düşür, ucuzlaşır. Yəni yeni istehsal edilən maşın, cihaz və s. həmin dövrdə istehsalda fəaliyyət göstərən eyni növdən olan maşın, cihazdan ucuz başa gəlir. Bununla belə, eyni cihazların müxtəlif dəyəri ola bilməz. Çünki onların real ictimai dəyəri mövcud dövrdə istehsallarına sərf olunan ictimai zəruri əməyin miqdarı ilə müəyyən olunur. Buna görə də, əmək vasitəsinin ilkin dəyəri yeni şəraitdə, yəni eyni növdən olan əmək vasitələrinin daha ucuz başa gəldiyi şəraitdə hesablanacaqdır. Amortizasiya norması dəyəri daha aşağı olan əmək vasitələrinin dəyərinə uyğun hesablanacaq. Belə olduqda əvvəlki istehsal vasitəsi mənəvi cəhətdən yararsızlaşır və istehsaldan çıxarılır.

Mənəvi aşınmanın ikinci növü daha təkmil və səmərəli əmək vasitələri meydana gəldikdə baş verir. Yeni əmək vasitələri daha ucuz məhsulların istehsalını artırır və buna görə eyni növdən işdə olan əmək vasitələri fiziki cəhətdən işləməyə qabil olduğu halda mənəvi cəhətdən köhnəlmiş hesab olunur və qiymətdən düşür. Cəmiyyət daha məhsuldar əmək vasitəsi tətbiq etməkdə maraqlı olur.

Mənəvi köhnəlmə nəticəsində hər hansı bir müəssisə itirirsə bütövlükdə cəmiyyət qazanır. Çünki yeni fondların istifadə olunmasından əldə edilən qənaət itkilərin yerini doldurur.

Müəssisələrin əsas və dövriyyə fondları ilə yanaşı tədavül fondları olur. Tədavül fondlarına aiddir: hazır olub istehsalı tərk edən məhsullar, müəssisənin pul vəsaiti. Dövriyyə prosesində tədavül

124

fondu dövriyyə fondu ilə çox yaxın olub bir-birini tamamlayır və hər bir dövriyyədən sonra bərpa olunurlar. Məcmu halda dövriyyə fondu ilə tədavül fondu dövriyyə vəsaitini təşkil edir.

Dövriyyə vəsaitinin istifadəsinin səmərəliliyi dövriyyə sürəti ilə xarakterizə olunur.

§4. Firmanın gəlirləri və mənfəəti. Mənfəətin bölgüsü

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma əmtəə və xidmətin istehsalına çəkdiyi xərclərin müqabilində müəyyən məbləğ gəlir əldə edir.

Gəlir - firmanın fəaliyyətinin ən mühüm göstəricisi olub, pul formasında bütün daxilolmaların məcmusundan ibarətdir. Gəlir firmanın bütün fəaliyyətinin nəticəsində yaranır. Firmanın işinin son nəticəsi istehsal edilmiş və reallaşdırılmış, yəni haqqı ödənilmiş məhsullardır.

Xərclərin növlərinə görə gəlirlər müxtəlif olur: 1. Ümumi gəlir - müəyyən miqdar əmtəənin satışından əldə olunan

pulun miqdarıdır. Onun məbləği əmtəələrin qiymətlərinin həmin əmtəələrin kütləsinin hasilinə bərabərdir:

ÜG = ƏxQ 2.0rta gəlir - ümumi gəlirin məhsul vahidinin miqdarına nisbətinə

bərabərdir. Y.ni: _0G --------------

Ə (miqdarı) Firmanın ümumi gəliri satılan məhsulun miqdarının artması ilə

çoxalır. Hər bir firmanın məqsədi öz fəaliyyətinin nəticəsi olaraq mənfəət

əldə etməkdir. Mənfəət - firmanın əmtəə (xidmət) satışından əldə etdiyi gəlirin

istehsal xərclərindən artığıdır. Yaxud əmtəələrin topdansatış qiyməti ilə istehsal xərcləri (maya dəyəri) arasındakı fərqdir.

Mənfəətin iki mühüm funksiyası vardır: 1. Firmanın pul yığımının (maliyyəsinin) həcmini xarakterizə

edir; 2. Mənfəət firmanm istehsal və sosial inkişafına xərclərin

maliyyələşdirilməsinin başlıca mənbəyidir. Mənfəət həm də vergi mexanizmi vasitəsilə, büdcə gəlirlərini formalaşdıran əsas mənbədir.

Firmanm fəaliyyətinin əsas prinsipi mənfəəti maksimum sə

125

viyyəyə çatdırmaqdır. Bu səbəbdən də mənfəət istehsalın effektivliyinin əsas göstəricisi hesab olunur.

Maksimum mənfəət - firmanın daxili və xarici fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi sayəsində əldə olunur. Mənfəətin maksimuma çatdırılması o zaman mümkündür ki, buraxılan hər bir məhsul vahidi mənfəətli olsun.

Mənfəətin kəmiyyəti o halda maksimuma çatır ki, məhsulun buraxılışına çəkilən son xərclər mənfəətin son həddinə uyğun gəlsin. Başqa sözlə, istehsalı o həddə qədər artırmaq lazımdır ki, mənfəətin həddi xərclərin son həddinə bərabər olsun.

Mənfəətin növləri. Təsərrüfat subyektlərinin səviyyəsinə uyğun olaraq mənfəətin müxtəlif növləri mövcud olur. Bunlara aiddir: ümumi (balans) mənfəəti: məhsulun reallaşdu'ilmasından mənfəət; reallaşdırılmamış əməliyyatlardan mənfəət: xalis mənfəət.

1. Ümumi (balans) mənfəəti - firmanın əldə etdiyi bütün mənfəətlərin cəmidir.

2. Məhsulun reallaşdırılmasından mənfəət - məhsulun reallaş- dırılmasmdan əldə edilmiş (əlavə dəyər vergisiz və aksizlərsiz) gəlirlə məhsulun maya dəyəri arasındakı fərq kimi meydana çıxır.

3. Reallaşdırılmamış əməliyyatlardan mənfəət. Bu firmanın satışdan kənar yollarla əldə etdiyi mənfəətdir. Buraya ;

1) Başqa firmaların fəaliyyətində payçı kimi iştirakdan; 2) Əmlakın icarəyə verilməsindən: 3) Firmaya məxsus səhmlərdən, istiqrazlardan və digər qiymətli

kağızlardan gəlirlərdən: 4) Məhsulun istehsalı və reallaşdırılması ilə bağlı olmayan gəlirlər,

məsələn sanksiyalara görə ödəmələr və s. daxildir. 4. Xalis mənfəət - ümumi mənfəətdən vergilər və digər məcburi

ödəmələr çıxıldıqdan sonra yaranır, yəni yerdə qalanıdır. Mənfəətin bölgüsü. Firmanın illik mənfəəti ölkənin

qanunvericiliyinə və daxili nizamnaməsinə uyğun olaraq bölüşdürülür. İlk növbədə mənfəətdən dövlət büdcəsinə və yerli büdcələrə vergi

ödənilir. Büdcəyə vergi ödəmələri dərəcələr üzrə hesablanır. Hazırda firmalar (müəssisələr) ümumi mənfəətdən aşağıdakı vergi

və ödəmələri həyata keçirirlər: - mənfəətdən dövlət büdcəsinə vergi; - əmək haqqı fondunun artırılmasına görə vergi; - əmlakın orta illik dəyərindən əmlak vergisi: - mənzil fondlarına və sosial-mədəni obyektlərin saxlanılmasına

vergi;

126

- vahid yerli vergi və s. Mənfəət vergiyə cəlb olunan zaman vergi güzəştləri nəzərə alınır.

Güzəştlər isə müxtəlif olur. Firmalar mənfəətdən vergi ilə yanaşı aşağıdakı gəlir və mənfəət

növlərindən də vergi ödəyirlər: - firmalar özlərinə məxsus səhmlər, istiqrazlar və digər qiymətli

kağızlara görə aldıqları dividend və faizdən; - ölkə ərazisində yaradılmış başqa müəssisələrdə iştirakına görə

aldığı gəlirdən; -icarəyə görə gəlir də daxil olmaqla, kazinolardan, oyuncaq

bazalarından, video salonlarından, prokata verməkdən və s. əldə olunan gəlirdən.

Hər bir təsərrüfatçı subyekt xalis mənfəətdən istifadə qaydalarını özü müəyyən edir. Məsələn, səhmdar cəmiyyətin mənfəəti bu sxem üzrə bölüşdürülür:

Xalis mənfəət = ehtiyat fondu -t- yığım fondu + təsisçilər arasında bölüşdürülən mənfəət.

Xarici inhisarçıların iştirakı ilə olan firmaların xalis mənfəəti = ehtiyat fondu + yığım fondu + istehlak fondu + təsisçilər arasında bölüşdürülən mənfəət.

Firmalarda ehtiyat fondu istehsal fəaliyyətinin dayanmaması və kreditor borcları ödəmək üçün yaradılır. Yığım fondu isə əsas fondlar almaq, dövriyyə vəsaitini formalaşdırmaq, yeni avadanlıqlar almaq üçün yaradılır. İstehlak fondu sosial inkişaf tədbirləri və maddi həvəsləndirmə məqsədilə yaradılır.

Rentabellik. Firmanın məsrəflərinin effektivliyini rentabellik göstəricisi ilə müəyyən edirlər. Rentabellik birdəfəlik və cari məsrəflərin effektivliyi göstəricisidir. Ümumi şəkildə rentabellik mənfəətin birdəfəlik və cari məsrəflərə nisbəti kimi müəyyən edilir.

İstehsalın rentabelliyi məhsulun rentabelliyindən fərqləndirilir. İstehsalın rentabelliyi firmanın vəsaitindən nə dərəcədə səmərəli istifadə edildiyini göstərir. İstehsalın rentabelliyi illik mənfəətin əsas fondların orta illik dəyəri və dövriyyə vəsaitlərinin məbləği cəminin faizlə nisbətinə bərabərdir.

Məhsulun rentabelliyi - cari məsrəflərin nə dərəcədə səmərəli olduğunu göstərir. Məhsulun rentabelliyi əmtəəlik məhsulun real- laşdırılmasından əldə edilmiş mənfəətin məhsulun maya dəyərinə nisbəti ilə müəyyən edilir.

127

Sxem 1. Rentabelliyə təsir edən amillər

Bazar iqtisadiyyatı şəraitində firmaların işinin vəziyyətini müəyyən etmək üçün digər göstəricilərdən də istifadə olunur.

§5. Firmanın idarə edilməsi. Menecment

Firma təsərrüfat fəaliyyəti ilə məşğul olan sosial-iqtisadi orqanizmdir və onun da idarə olunmağa ehtiyacı vardır. Təsərrüfatın idarə edilməsi təşkilati-iqtisadi münasibətlərin bir formasıdır. Sahibkarlıq fəaliyyəti və biznesin təşkili üçün bu münasibətlərdən istifadə edilir.

Təsərrüfatı idarə etmək ictimai əmək prosesinə məqsədyönlü təsir etmək, onu qaydaya salmaq deməkdir, idarə etmək əvvəlcədən nəzərdə tutulmuş nəticələri əldə etmək üçün hər bir işçinin və firmanın təsərrüfat fəaliyyətini təşkil etməyi, razılaşdırmağı, tənzim etməyi və nəzarət etməyi nəzərdə tutur.

Sivilizasiyalı cəmiyyətdə idarəetmə iki vəzifəni yerinə yetirməlidir: 1. O əmək fəaliyyətini təşkil edib qaydaya salmalı; 2. Sahibkarın mülkiyyətini iqtisadi cəhətdən reallaşdıraraq onun

gəlirinin yaranmasını təmin etməlidir. İdarəetmənin obyekti bilavasitə maddi nemətləri və xidmətləri

istehsal edən əmək kollektividir. İdarəetmə əməyi iki növ fəaliyyəti əhatə edir: idarəetməni və

idarəetməyə hazırlığı. Bilavasitə idarəetmə ilə təsərrüfatın rəhbərləri - firmanın direktoru,

onun müavinləri, baş mütəxəssislər, şöbə rəisləri, sex müdir-

128

ləri, dispetçer və b. məşğul olurlar.Bunların əsas vəzifəsi optimal qərarlar qəbul edib qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək işini təşkil etməkdir.

İdarəetməyə hazırlıq işlərini planlaşdırıcılar, mühasiblər, iqtisadçılar, hesabdarlar, katibələr, makinaçılar və b. həyata keçirirlər. Onlar idarəetmə üçün lazım olan məlumatları toplayır, təhlil edir və əsas qərarların qəbul edilməsi üçün təqdim edirlər.

Korporasiyaların yaranması ilə «fəaliyyətdə olan kapitalist», yəni istehsalı istiqamətləndirən mülkiyyətçi (kapitalın bir hissəsinin sahibi), borc verib faiz əldə edən pul kapitalı sahibliyindən (mülkiyyətçilərdən) ayrılır. Eyni zamanda fəaliyyətdə olan kapitalistlərdən muzdla işləyən qulluqçular, idarə edənlər ayrılır. Bu onunla bağlıdır ki, mülkiyyət və idarəetmə prinsipcə müxtəlif iqtisadi münasibətləri ifadə edir. Müxtəlif səviyyəli idarəçilər meydana gəlir.

XX əsrin 30-cu illərində Qərb sosioloqları və iqtisadçıları «idarəetmə inqilabı» nəzəriyyəsini yaradırlar. Bu nəzəriyyəyə görə, səhmdar müəssisəsi forması geniş yayıldığı bir şəraitdə banklar və korporasiyalar üzərində sahibkar kapitalistlərin hakimiyyəti direktorların, texnoloqlarm (yüksək ixtisaslı mütəxəssislərin - alimlərin, mühəndis-texnoloqlann, menecerlərin), inzibatçı məmurlardan ibarət olan mütəxəssislərin əlinə keçir. Nəhəng korporasiyaları idarə edənləri, əsasən direktorlar şurası seçir.

Mikroiqtisadi səviyyədə istehsalın idarə edilməsi fərdi kapital sahibləri tərəfindən deyil, səhmdarların seçdiyi idarə orqanları tərəfindən həyata keçirilir. Ancaq səhmlərin böyük bir hissəsini ələ keçirən mülkiyyətçilər birləşərək güclü maliyyə qrupuna çevrilir və korporasiyanın fəaliyyətinə müdaxilə etmək imkanlarına malik olurlar. İri sahibkarlıqla məşğul olan korporasiyalar inhisarçı vəziyyətində olur və planlı fəaliyyət göstərir. Müasir iri maşınlı istehsalı idarə etmək planlı xarakterdə olmaqla yanaşı, həm də elmi xarakter daşıyır. Müasir firmaları güclü potensialı olan elmi aparat idarə edir. İdarəetmə sahəsində baş verən dəyişikliklər elmin yeni sahəsinin - menecmentin meydana gəlməsinə səbəb olmuşdur.

Menecment (ing.idarəctmə) - nəzəri və praktiki biliklər sistemidir. O, istehsalı idarə etməyin prinsipləri, metodları, vasitələri və formaları haqqında elmdir. Menecment istehsalın effektivliyinin yüksəldilməsinə və yüksək mənfəətin əldə edilməsi məqsədinə xidmət edir.

Menecment istehsalın elə idarə olunmasını və təşkilini nəzərdə tutur ki, nəticədə əmək məhsuldarlığı yüksəlsin, istehsal xərcləri

129

azalsın, az vaxtda və az məsrəflərlə daha yüksək nəticələr əldə edilsin, mənfəət artsın.

Buna nail olmaq üçün firma sahibləri yüksək ixtisaslı idarəçi- ləri - menecerləri işə qəbul edir və idarəetmə funksiyasını onlara həvalə edir. Bunlar muzdlu işçilərdir və yüksək biliyə, idarəetmə qabiliyyətinə malik olan insanlardır.

İdarəetmənin bu mütərəqqi forması XVI fəsildə geniş şərh olunur.

VIII Fəsil

BAZAR RƏQABƏTİ VƏ İNHİSAR. ANTİİNHİSAR TƏNZİMLƏNMƏSİ

1. Azad rəqabət: məzmunu və formaları. Sağlam və qeyri-sağlam rəqabət.

2. Təkmil rəqabət bazan və onun effektivliyi. Rəqabətin iqtisadi rolu. 3. Qeyri-təkmil rəqabət bazarı və bazar hakimiyyəti (ağalığı). 4. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları. İnhisarçı rəqabət.

Oliqopoliya. 5. Rəqabət və inhisarın sintezi. Antiinhisar tənzimlənmə tədbirləri.

§l.Azad rəqabət: məzmunu və formaları. Sağlam və qeyri-sağlam rəqabət

Bazar subyektləri öz aralarında daima qarşılıqlı əlaqədə və bir-birinə təsir etmə halında fəaliyyət göstərirlər ki, bu əlaqə formalarından biri azad rəqabətdir.

Rəqabət (lat.concureo - üz-üzə gəlmək, toqquşmaq) bazar təsərrüfatının yarandığı vaxtdan etibarən onun iştirakçıları arasında daim mövcud olan iqtisadi bəhsləşmə formasıdır. Bu bəhsləşmə əmtəələrin və xidmətlərin daha yaxşı istehsalı, alqışı, satqısı şərtlərinə sahib olmaq uğrunda gedir. Hər bir bazar subyekti bazarı öz əlinə almağa, istehlakçıları öz tərəfinə çəkməyə və yüksək mənfəət götürməyə çalışır.

Rəqabət azad bazar şəraitində, çoxsaylı əmtəə sahiblərinin müstəqil fəaliyyət göstərdiyi və bazar qiymətlərinin sərbəst formalaşdığı bir şəraitdə azad şəkildə aparılır. Bu zaman bazarda çoxsaylı alıcılar və satıcılar mövcuddur. Onların hər biri sərbəst şəkildə bazarı tərk edib digər bazara daxil ola bilərlər. Azad bazarda alıcı və sa

130

tıcı bazar qiymətlərindən asılıdır. Azad rəqabət şəraitində hər bir rəqabət aparan şəxs ancaq öz gücünə arxalanır, bazar məkanında özünə yer tutmağa çalışır, iqtisadi cəhətdən güclü olmaq və daim mövcud olmaq uğrunda mübarizə aparır. Rəqabət bazarın, bazar iqtisadiyyatının mövcudluğunun zəruri şərtidir, onun inkişafının hərəkətverici «mühərriki»dir. «Rəqabət - bazarın iqtisadi qanunudur»

Kapitalizmə qədərki dövrlərdə rəqabət Avropada mövcud olmuş (XI - XVIIl əsrlərdə) sex qanunları ilə məhdudlaşdırılırdı. Kapitalist sahibkarlığı formasının meydana gəlməsi, bazar iqtisadiyyatının formalaşması ilə rəqabət mühiti yaranır və azad rəqabət genişlənir.

Azad rəqabətin iki əsas formasını göstərirlər: 1. sahədaxili rəqabət: 2. sahələrarası rəqabət.

Sahədaxili rəqabət - eyni sahədə fəaliyyət göstərən sahibkarlar arasında baş verir. Bu, əmtəə istehsalının və satışının daha əlverişli şərtləri, əlavə mənfəət əldə etmək uğrunda aparılan rəqabətdir. Eyni əmtəəni istehsal edən çoxsaylı istehsalçıların istehsal şəraiti eyni olmadığından, müxtəlif müəssisələrdə istehsal edilmiş məhsulların da fərdi dəyərləri müxtəlif olacaq. Bu məhsullar isə bazarda ictimai zəruri məsrəflərə uyğun olan qiymətlə satılacaqdır. Bu zaman fərdi məsrəfləri bazar qiymətindən çox olan sahibkar itirəcək, fərdi məsrəfləri bazar qiymətindən az olan sahibkarlar isə əlavə mənfəət götürəcəklər. Nəticədə sahibkarların bir qismi müflisləşib sıradan çıxacaqdır.

Sahələrarası rəqabət. Bu, müxtəlif sahələrdə çalışan kapital sahiblərinin öz kapitallarını daha gəlirli sahələrə qoymaq uğrunda apardıqları rəqabətdir. Kapital həmişə mənfəət norması az olan sahədən mənfəət norması yüksək olan sahələrə axır. Nəticədə müxtəlif sahələrdə yaranmış mənfəət bazar mexanizmi vasitəsilə bölünür və eyni miqdar kapital sahibləri bərabər mənfəət əldə edirlər (orta mənfəət), «...yalnız müxtəlif istehsal sahələrindəki kapitalların rəqabəti istehsal qiymətini yaradır ki, bu da müxtəlif sahələr arasında mənfəət normasını tənləşdirir» (K.Marks).

Rəqabət əmtəələrin, kapitalların, iş qüvvəsinin sərbəst hərəkət etdiyi, qeyri-iqtisadi maneələrin olmadığı bir şəraitdə baş verirsə, bu sağlam rəqabətdir və normal bazara xasdır.

Ancaq həyatda qeyri-sağlam rəqabət forması da mövcud olur. Bu, başqalarının reklamından, adından, markasından, dövlət məmurlarının himayəsindən istifadə etməklə mümkün olur. Qeyri-

131

sağlam rəqabət bir çox hallarda cinayətlə nəticələnir. Rəqabətin bu üsullarla aparılması qanunla qadağan olunmalıdır.

§2. Təkmil rəqabət bazarı və onun effektivliyi. Rəqabətin iqtisadi rolu

Azad rəqabəti səciyyələndirən başqa bir cəhət də göstərilir və bu onun xarakterini daha tam ifadə edir. Qərb iqtisad ədəbiyyatında bu, xalis rəqabət adlandırılır. Çünki, bazarın bu modeli dövlətin müdaxiləsindən və inhisarçılıqdan azaddır. Bu bazarın iştirakçıları əmtəələrin keyfiyyəti, qiymətləri və alış-verişindən əldə edəcəkləri xeyir haqqında mükəmməl informasiyaya malikdirlər. Bunlara əsasən də rəqabətin bu növünü təkmil rəqabət adlandırırlar.

Təkmil rəqabət şəraitində istehsalçı bazar qiymətlərinin səviyyəsinə təsir etmək gücündə deyil. Ancaq istehsal xərclərinin həcmi mənfəətin miqdarına və istehsalı genişləndirməyə imkan verə bilər. Firmanın taleyi də onun istehsala qoyduğu xərclərin səviyyəsindən asılıdır. Çünki, təkmil rəqabət şəraitində qiymət rəqabəti əsas rol oynayır. İstehsalçı üçün əmtəənin qiyməti istehsal xərcləri və mənfəətə bərabər olmalıdır. Ancaq istehsal xərelərini azaltmaqla bazarda aşağı qiymətlər təklif edib bazarı ələ almaq olar. Bu zaman alıcı eyni keyfiyyətli məhsuldan aşağı qiymətə olanını almağa üstünlük verəcəkdir. Rəqabətin bu metodu qiymət rəqabəti adlanır. Qiyməti aşağı salmaqla rəqibindən iqtisadi cəhətdən güclü olan istehsalçı qalib gələ bilər.

Bəzi hallarda rəqibinə qalib gəlmək üçün dempinqdən istifadə olunur. Dempinq bazarı ələ almaq üçün qiymətlərin həddən artıq aşağı salınmasıdır. Bazara bu yolla sahib olan istehsalçı (satıcı) sonradan qiymətləri qaldırır və itirdiyinin yerini doldurur.

Təkmil rəqabət bazarında qeyri-qiymət metodlarından da istifadə olunur. Onlardan əsası keyfiyyət vasitəsilə alıcını özünə cəlb etməkdir. Bu zaman əmtəələrin, xidmətlərin keyfiyyəti yaxşılaşdırılır. Alıcını ilk növbədə keyfiyyət maraqlandırdığına görə qiyməti eyni olan əmtəələrdən ən keyfiyyətlisini almağa, keyfiyyətli xidmətdən istifadə etməyə üstünlük verir. Buna misal olaraq Azərbayeanda olan yanacaqdoldurma məntəqələrini göstərmək olar.

Bazar təsərrüfatında rəqabətin əhəmiyyətli rola malik olduğu demək olar ki hamı tərəfindən qəbul olunan bir faktdır. Biz əvvəl göstərdik ki, «rəqabət bazar iqtisadiyyatının mühərrikidir». O böyük gücə malikdir. Bu güc tələblə təklifin nisbətini, bazar qiymətlərinin

132

səviyyəsini, bazarın strukturunu dəyişməyə və onun inkişafına təsir göstərməyə qadirdir. Rəqabət bir çox funksiyaları yerinə yetirir və bu funksiyalar aşağıdakı sxemdə göstərilmişdir.

Sxem 1. Rəqabətin funksiyaları

Rəqabət bazar iqtisadiyyatının qanunudur və müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.

Onun birinci istiqaməti: - rəqabət qiymətlərin tarazlaşmasına səbəb olur. Bazar qiyməti tarazlıq qiymətindən yuxarı ola bilər. Bu halda təklif tələbdən çox olur, bazarda əmtəə artıqlığı yaranır. Bütün satıcılar baha satmağa çalışırlar. Bu rəqabətdə əmtəəsini ucuz satan qalib gəlir. Belə olduqda bütün satıcılar qiyməti aşağı salmağa məcbur olurlar və qiymət tarazlıq nöqtəsinə doğru hərəkət etməyə başlayır. Qiymətlər kütləvi surətdə aşağı düşdüyündən artıq məhsullar alınır, məhsul çatışmazlığı yaranır.

Digər tərəfdən alıcılar arasında rəqabət kəskinləşir. Hamı ucuz qiymətə çox almağa çalışır. Bu rəqabətdə daha baha alan qalib gəlir, o daha çox alır. Bunun ardınca digər alıcılar da baha almalı olurlar və nəticədə qiymət yenidən tələb tərəfdən tarazlıq qiymətinə yaxınlaşır. Qiymətlərin qalxması ilə əmtəə təklifi artır. İstehsal üçün stimul yaranır, əmtəə çatışmazlığı aradan qalxır. Tarazlıq qiymətinin yaranması ilə tələb və təklifin bərabərliyi yaranır.

Bütün bunlar o deməkdir ki, rəqabət təklif və tələbi bərabərləşdirən və tarazlıq qiymətinə nail olmaqda güclü bir vasitədir.

İkinci istiqamət: rəqabət əmtəələrin istehsalı və reallaşdırılması üçün ictimai normal şəraitin yaranmasına təsir göstərir. Belə ki, rəqabət sayəsində istehsalın istənilən sahəsində istehsal olunmuş yekcins, keyfiyyətcə eyni olan əmtəələr üçün eyni qiymət müəyyən edilir (mövcud anda). Bu bütün əmtəə istehsalçılarını «oyun qayda- ları»na uyğun hərəkət etməyə məcbur edir. Yəni obyektiv iqtisadi

133

qanunların tələblərinə əməl etmələri tələb olunur. Tarazlı qiymətlərin səviyyəsi əmtəə istehsalçıları üçün səmərəli

təsərrüfatçılıq etmələri üçün norma olur. Daha çox mənfəət götürmək üçün normadan yüksək qiymət qoyan istehsalçı ağır vəziyyətə düşə bilər.

Rəqabət ictimai normal şəraitə məhəl qoymayanları cəzalandırır. Buna görə də istehsalçılar əmtəələrin istehsalı və reallaşdmlması zama- m ictimai normal şəraitə uyğun hərəkət etməlidirlər.

Üçüncü istiqamət: rəqabət elmi-texniki tərəqqini və istehsalın effektivliyini yüksəltməyi stimullaşdırır.

Artıq bilirik ki, fərdi istehsal xərcləri daha az olan istehsalçılar çox gəlir götürürlər. Çünki, fərdi əmtəələr daha yüksək olan bazar qiymətinə satılır. Fərdi istehsal xərcləri isə yeni texnikanın tətbiqi, texnologiyadan istifadə, əməyin səmərəli təşkili, istehsalın elmi əsaslarda qurulması sayəsində resurslara qənaət etməklə mümkün ola bilir. Bununla da rəqabət hamını elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etməsinə sövq edir və iqtisadi tərəqqi üçün yol açılır.

Dördüncü istiqamət: rəqabət sosial-iqtisadi təbəqələşməni gücləndirir. Rəqabətin nəticəsində iqtisadi cəhətdən zəif olanlar sıradan çıxır, güclülər isə daha da varlanır, güclənir. Məsələn, ABŞ-da 80-ci illərin əvvəllərində 1,5 milyon fermer rəqabətə davam gətirməyərək öz fəaliyyətini dayandırmışdır.

Beşinci istiqamət: rəqabət bazar iqtisadiyyatını inhisarçılığa doğru aparır. Azad rəqabət nəticədə inhisarların yaranmasına gətirib çıxarır. Sonrakı paraqrafda bu haqda geniş danışılacaq.

§3. Qeyri-təkmil rəqabət bazarı və bazar hakimiyyəti (ağalığı)

Təkmil rəqabət bazarı haqqında yuxarıda dediyimiz üstünlüklərin bir çoxu real həyatda reallaşmu-. Əslində azad rəqabət yəni təkmil rəqabət bazar modeli xalis şəklində az-az sahələrdə olur. Ancaq bəzi bazarlar öz xarakterinə görə (məsələn, xarici valyutalar bazarı, taxıl bazarı) təkmil rəqabət bazar modelinə yaxın ola bilər. Bununla belə bazar mexanizminin mahiyyətini başa düşmək üçün elmi cəhətdən bu modelin öyrənilməsi əhəmiyyyətlidir.

Qeyri-təkmil rəqabət bazarının nə demək olduğunu başa düşmək üçün təkmil (azad) rəqabət bazarının əsas cəhətlərini bir daha yada salmaq lazımdır. Bunlar aşağıdakılardır: alıcıların və satıcıların çoxsaylı olması; istehsal amillərinin yüksək mobilliyi; daxil olmaqda və bazardan çıxmaqda heç bir maneənin olmaması; satılan

134

məhsulların yekcins olması; bütün bazar iştirakçılarının eyni dərəcədə məlumatları almaq imkanının olması.

Əgər bu göstərilən cəhətlərdən hər hansı biri belə olmasa, onu təkmil rəqabət bazarı adlandırmaq olmaz. Göstərilən beş cəhətdən biri yoxdursa, bu qcyri-təkmil rəqabətli bazardır. Bu o deməkdir ki, bazar öz mexanizmləri ilə tam fəaliyyət göstərə bilmir və ona kənar müdaxilələr vardır.

Qeyri-təkmil rəqabət bazarının üç əsas növü mövcuddur: 1. Xalis inhisar - bu o zaman olur ki, bazarda yalnız bir firma əmtəənin

yaxud xidmətin yeganə satıcısı olsun. Burada firma ilə sahə eyniləşir. Bu bazarda rəqib tərəflər olmur, alıcı satıcının təklif etdiyi qiymətlə razılaşmağa məcburdur.

2. Oliqopoliya. Müəyyən bir sahədə bü* neçə firma fəaliyyət göstərir, düopoliya isə sahədə iki firmamn mövcud olduğu vəziyyətdir.

3. İnhisarçı rəqabət - bu şəraitdə bazarda nisbətən çoxsaylı finnalar olur və onlar fərqli differensiallaşmış məhsullar istehsal edirlər. Bu bazarlar haqqında sonrakı paraqrafda ətraflı şərh verilir.

Qeyri-təkmil rəqabət bazarına daxil olmaqda bir çox maneələr vardır:

1. Dövlət müəyyən bir firmaya xüsusi hüquq verir (məsələn, poçt xidməti, nəqliyyat xidməti, kabel televiziyası). Başqa firmaların həmin sahələrdə fəaliyyət göstərmək hüququ olmur. Bu cür maneələrin çoxu təbii inhisarların fəaliyyəti ilə bağlıdır.

2. Təkrar istehsal olunmayan və az tapılan resurslar üzərində mülkiyyətin olması (məsələn, almaz bazarında «De Birs» kompaniyasının ağalığı).

3. Müəlliflik və patent hüququ. Hüququ patentlə müdafiə olunan firma lisenziya satışı ilə məşğul olur və inhisar üstünlüyünə malik olur. Belələri bağlı inhisar adlanır, onun rəqibi olmur.

4. İri istehsalın üstünlüyü - bu cür istehsal sahələri istehsal xərclərini aşağı salıb, istehsal olunan məhsulun həcmini artıra bilir. Çox kapital tələb olunduğundan bu cür sahələrə girmək çətindir. Məsələn, iri kapitalı olmayan avtomobil istehsalı sahəsinə girə bilməz.

5. Bəzi sahələrə daxil olmağa mafioz qruplar mane olur. Bütün bunlara əsasən müxtəlif sahələrdə bazarların

təmərküzləşməsinin və az əllərdə cəmləşməsinin səbəblərini başa düşmək olar.

Digər firmaların daxil ola bilmədiyi bütün sahələrdə bazarın ağalığı yaranır, rəqabət mühiti olmur, qiymətlər sərbəst şəkildə formalaşmır.

135

§4. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları. İnhisarçı rəqabət. Oliqopoliya

İnhisar nədir? sualına cavab verməzdən əvvəl «inhisar» termininin özünün mənasını bilmək lazımdır. İnhisar (monopoliya) iki mənada işlədilir: birinci halda müəyyən bir obyektə şəriksiz sahib olmağ, onu mənimsəmək (məsələn, torpaq mülkiyyəti üzərində inhisar). İkinci halda isə müəyyən bir istehsal sahəsi üzərində, bazarda inhisarçılıq. Burada söhbət bazar inhisarçılığmdan gedir.

İnhisar (monopoliya) - yunan mənşəli sözdür - «mono» - bir, «poleo» - satıram deməkdir. Bu mənada fiziki yaxud hüquqi şəxsin bazara sahib olub, onun üzərində ağalığını təmin etməsi elə inhisar deməkdir. Ancaq «xalis inhisar»ın olması ifadəsi də şərtidir, elmi abstraksiyadır. Reallıqda tam mənada «azad rəqabət» olmadığı kimi «xalis inhisar» bazarı da yoxdur. Elə buna görə də bəzi tədqiqatçılar «xalis inhisar» terminini «qeyri-təkmil rəqabət» termini ilə əvəzləməyi təklif edirlər. Ancaq almaz kimi əvəzi olmayan əmtəələrin istehsalında və satışında «xalis inhisardan» danışmaq olar.

Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX-XX əsrlərin hüdudlarında (qovşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərsə də (XIX əsrdə), müasir dövrdə «azad rəqabətə» az hallarda (qiymətli kağızlar bazarında, kənd təsərrüfatı məhsulları bazarında) rast gəlmək olur. Bununla belə azad rəqabətin dərinləşməsi inhisarların yaranmasına gətirib çıxardı. Korporativ və maliyyə kapitalının meydana gəlməsi ilə azad rəqabəti inhisarçılıq əvəz etdi.

İqtisadiyyatın inhisarlaşması istehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində baş vermişdir. Burada elmi-texniki tərəqinin xüsusi rolu olmuşdur. Təmərküzləşmə və mərkəzləşmə hər ikisi də istehsalın və kapitalın iriləşməsi, daha böyük həcmə çatması, daha az əllərdə toplanması prosesidir ki, nəticədə inhisarlaşmaya səbəb olur.

İnhisarlaşma sahibkarların, inhisarçıların sövdələşməsinə imkan yaradır.

Sövdələşmə: 1. İstehsal ediləcək məhsulun miqdarı haqqında; 2, Əmtəələrin satış qiymətləri haqqında; 3. Xammal mənbələri haqqında; 4. Bazarları öz aralarında bölmək haqqında və s. üzrə olur.

İnhisarların aşağıdakı növləri vardır: 1. Ticarət sövdələşməsinin yerinə görə. Bunun da iki növü

var-

136

dir: a) çoxsaylı alıcılara müəyyən əmtəəni satan müəssisələrin birliyi - inhisar (monopoliya); b) bütün satıcılardan hər hansı bir məhsulu almaq üzrə təsərrüfatçı birləşmə - monopsoniya. Məsələn, nəhəng bir yeyinti-sənaye korporasiyası bütün kənd təsərrüfatı məhsullarını fermerlərdən öz istədiyi qiymətə satın alır.

2. Bazara sahib olmağın miqyasına görə. Bu da öz növbəsində müxtəlif inhisar növlərinə bölünür: a) ancaq bir sahənin bazar fəaliyyətini əhatə edən - xalis inhisar. Burada bir satıcı fəaliyyət göstərir, satış üçün nəzərdə tutulan əmtəələrin miqdarı və onun qiymətinə tam nəzarət edir. Başqa birisi buraya daxil ola bilməz, b) milli təsərrüfat səviyyəsində mütləq inhisar yaratmaq olar. Bu dövlətin yaxud onun bir təsərrüfat orqanının əlində olur (məsələn, xarici ticarət inhisarı və s.). eynilə də cəmiyyət miqyasında mütləq monopsoniya fəaliyyət göstərə bilər, məsələn, dövlət yeganə alıcı kimi çıxış edir.

3. Meydana gəlməsinin xarakteri və səbəblərinə görə. Bu əlamətlərinə görə aşağıdakı inhisar birlikləri fərqlənir:

a) Təbii inhisar. Bu inhisara öz sərəncamında nadir və sərbəst təkrar olunmayan istehsal ünsürləri olan mülkiyyətçi və təsərrüfat orqanı aiddir (məsələn, az tapılan metal, pambıq yaxud üzüm yetişən torpaq sahəsinə malik olan). Texnoloji xüsusiyyətinə görə analoqu olmayan istehsal sahəsi də təbii inhisara aiddir. Bu inhisar şəraitində istehsal olunan əmtəənin əvəzləyicisi olmur.

b) Açıq inhisar. Bu qanuni əsasda yaradılır. İnhisarın bu növü rəqabətdən qorunmaq üçün yaradılır. Bunlara aiddir: patent sistemi, müəlliflik hüququ, əmtəə nişanları.

4.Süni inhisar. Şərti süni adlandırılan bu inhisar yüksək mənfəət götürmək məqsədilə yaradılır. Bu zaman başqalarının bazara daxil olmasına maneə yaradılır (məsələn, xammal mənbələrini ələ keçirir, enerjidən məhrum etdirir, bankdan kredit almasına mane olur və s.); rəqibinə nisbətən daha yüksək texnologiya tətbiq edir; daha böyük həcmdə kapital qoyub səmərə əldə edir; keyfiyyətli reklam vasitəsilə rəqibini sıxışdırır.

İnhisarın aşağıdakı formaları vardır: kartel, sindikat, trest və konsern,konqlomerat.

Kartel - bir sahənin, bir neçə sənaye müəssisəsinin ittifaqıdır. Onun iştirakçıları istehsal vasitələri və məhsul üzərində mülkiyyətini saxlayır, yaradılmış məhsulu bazarda özü satır. Fəaliyyət kvota əsasında (istehsal olunan məhsulda hər kəsin payı, qiymət, satış bazarı haqqında razılaşma və s.) həyata keçirilir.

Sindikat - yekcins məhsullar istehsal edən bir neçə müəssisə

137

nin birliyidir. İstehsalın maddi şərtləri üzərində iştirakçıların mülkiyyəti saxlanılır. İstehsal olunmuş məhsul ümumi orqan tərəfindən reallaşdırılır.

Trest - qrup müəssisələrin inhisar birliyidir ki, buraya daxil olan firmalar (kapitalistlər) həm istehsal, həm də satış müstəqilliyini itirirlər.

Konsern - formal müstəqilliyə malik müəssisələrin ittifaqıdır. Bu ittifaqa sənayenin müxtəlif sahələri; ticarət, nəqliyyat və banklar daxil olur. Baş firma qalanlarının fəaliyyətinə maliyyə nəzarəti həyata keçirir. Müasir dövrdə konsernlər geniş miqyas almışdır.

Konqlomerat - aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır. Burada firmalara vahid mərkəzdən maliyyə rəhbərliyi həyata keçirilir. Təsisçilər təsis mənfəəti əldə edirlər. Bu birliyə daxil olan firmalar müxtəlif əməliyyatları icra edirlər.

Bazarın inhisarlaşdırılması bazar məkanını rəqiblərdən təmizləyir. Bu, nəticədə inhisar qiymətləri qoymağa və yüksək inhisar mənfəəti götürməyə imkan yaradır.

İnhisar qiymətləri. Qiymətlərin yaranmasının inhisara məxsus öz xüsusiyyətləri vardır.

1. Başlıca xüsusiyyət. Azad rəqabət şəraitində istehsalçı və istehlakçılar tamamilə bazar qiymətlərindən asılıdır və iştirakçıların heç biri qiymətə təsir etmək gücündə deyil. Ancaq inhisarçı firma istehsal etdiyi məhsula özü qiymət qoyur. Onun istehsal etdiyi məhsulun miqdarı qiymətə təsir etmir. Tələbdən isə öz xeyirlərinə istifadə edirlər. Firma inhisar qiymətilə məşğul olur.

İnhisar qiyməti - bazar qiymətinin xüsusi növüdür və ictimai dəyərdən ya aşağı, yaxud da yuxarı müəyyən edilir. O tarazlı qiymət səviyyəsində də ola bilər. Əsas məqsəd inhisar mənfəəti əldə etməkdir. Qiymətin o səviyyəsi müəyyən edilir ki, inhisar gəliri əldə olunsun. ABŞ iqtisadçıları S.Fişcr, R.Dornbuş və R.Şmalenzi «İqtisadiyyat» dərsliyində göstərirlər ki, inhisarçı qiyməti də, buraxılışın həcmini də özləri müəyyən edir. İnhisar qiyməti ilə buraxılışın səviyyəsi arasında heç bir qarşılıqlı əlaqə yoxdur. Buna görə də inhisarçı üçün təklif əyrisi mövcud deyildir.

2. İnhisar qiymətqoymasının ikinci xüsusiyyəti. Məmulatı istehsal edən kompaniya öz məhsuluna yüksək inhisar qiyməti qoyur və bu ictimai dəyərdən yüksək olur. Bunu etmək üçün inhisarçı istehsalın həcmini azaldır, qıtlıq yaradır və bununla da süni yolla tə

138

ləbi artırır və bundan istifadə edərək qiyməti qaldırır. 3. Bazarı ələ almış firma başqa cür hərəkət edir. Bu elə bazardır ki,

xırda əmtəə istehsalçıları da öz məhsullarım burada satırlar. İnhisarçı aşağı qiyməti müəyyən edir və əmtəələri autsayderlərdən alır. Süni surətdə məhsulların qiymətlərini ictimai qiymətdən yaxud tarazlıq qiymətindən aşağı salır və əmtəələri alaraq süni qıtlıq yaradır. Onların təklifi inhisarçı tələbdən çox olur. Bir qayda olaraq Qərb ölkələri, Asiya, Afrika və Latın Amerikası ölkələrindən aşağı inhisar qiymətilə xammal alırlar (bu monopsoniyadır).

4. Digər bir xüsusiyyət ondan ibarətdir ki, xırda istehsalçılara qarşı eyni vaxtda inhisar və monopsoniya fəaliyyət göstərir. Biri yüksək qiymətə satır, digəri isə aşağı qiymətə alır. Qiymət «qayçısı» işə düşür. Nəticədə inhisar birlikləri tarazlıq qiymətləri və onun tənzimləyici rolunu heçə endirir. Onun yerini yüksək inhisar qiymətləri tutur.

5. İnhisar qiymətləri inhisara daxil olmayanlarm gəlirlərinin bir hissəsinin inhisarçılarm xeyirinə yenidən bölünməsini təmin edir.

6. İnhisar qiymətləri vasitəsilə yüksək mənfəət əldə edən inhisarçılarda elmi-texniki nailiyyətlərin istehsala tətbiqinə marağı azaldır. Ancaq güclü rəqabətin təsiri altında yeni texnika tətbiq edilir.

İnhisarçı rəqabət. Bu fərqli (ancaq oxşar) məhsullar istehsal edən firmalar arasında mövcud olan rəqabət formasıdır və qeyri- təkmil rəqabət bazarının bir tipidir (növüdür). Bazarın bu növü, oli- qapoliq bazara nisbətən, rəqiblərin çoxsaylı olması ilə fərqlənir. Ancaq onların sayı azad rəqabət bazarmdakmdan azdır. Burada iştirak edən firmaların hər biri bazarda bir o qədər də böyük olmayan paya malikdir. Eyni yox, bir-birinə oxşar məhsullar istehsal edən bu firmalar bazar qiymətlərinə az da olsa nəzarət edə bilirlər. İnhisarçı rəqabət şəraitində iştirakçı firmaların sayca bir o qədər də çox olmasalar da, istehsalın həcmini azaltmaq və qiymətləri süni surətdə qaldırmaq üçün razılığa gəlmələri asan olmur. Onlar çoxsaylı olduğundan nisbətən müstəqil siyasət yeridirlər və bir-birinin marağını nəzərə almırlar.

İnhisarçılığm bu modellərində, nisbətən məhdud sayda olan rəqiblər, məhsulun differensiasiyasma əsaslanırlar. Burada eyni bir məhsulun müxtəlif növləri istehsal edilir. Məsələn, kompüterlər cihazların gücünə görə, proqram təminatına görə, qrafiki nəticələrinə görə bir-birindən fərqlənə bilər.

Məhsulun differensiasiyasma əsaslanan rəqabət, qeyri-qiymət amillərindən geniş istifadə olunmaqla onun keyfiyyəti, satışının təş

139

kili, xidmətin keyfiyyəti vasitəsilə də aparıla bilər. Burada reklamın, ticarət nişanlarının, qablaşdırmanm, ticarət markalarından da istifadə olunur. Bütün bunların hamısında məqsəd rəqibi qabaqlamaq və yüksək mənfəət götürməkdir.

Oliqopoliya - qeyri-təkmil rəqabət bazarının bir tipidir. Bu məhsulun əsas hissəsinin bir neçə iri firma tərəfindən istehsal edildiyi bazar strukturudur və bazarda az sayda firma fəaliyyət göstərir. Oliqopoliyanın mühüm cəhəti bazarda satıcıların az sayda olmasıdır.

Oliqopolist istehsal sahələrində firmaların sayı azad rəqabət bazarmdakmdan az, inhisar şəraitindəkindən çoxdur. Bu o deməkdir ki, oliqopolist bazar qiymətlərinə nəzarət etmək imkanına malikdir, ancaq inhisara nisbətən qiymət üzərində ağalıq zəifdir.

Oliqopoliyanın xüsusi bir halı düopoliyadır. Bu, bazarın iki istehsalçı arasında bölündüyü halda olur. Oliqopoliya üç nəfərdən çox iştirakçı olduğu halda mövcuddur. Bazarı inkişaf etmiş iqtisadiyyatlı ölkələrdə oliqopoliya istehsalı tipi üstünlük təşkil edir və əsasən emal sənayesi üçün xarakterikdir. Məsələn, ABŞ-da qurğuşunun ilkin emalı dörd ən iri istehsalçı arasında bölünmüşdür: pivə, siqaret, soyuducu və paltaryuyan maşınlar istehsalının 90 %-i, ilkin alimini- um və təyyarəqayırma məhsulları istehsalının 64 %-ndə dörd istehsalçı tərəfindən həyata keçirilir.

İngiltərə və Almaniyada siqaret bazarının 94 %-i üç istehsalçının əlindədir. Fransada siqaret və soyuducu istehsalı 100 % üç istehsalçının əlindədir.

Beləliklə, oliqopoliya şəraitində bazar ya bir neçə istehsalçı arasında bölünmüşdür, yaxud da bazarın bir hissəsi iri firmaların əlindədir, qalan hissəsi isə çoxsaylı xırda istehsalçıların (inhisarçı rəqabətçilərin) ixtiyarındadır. Nə qədər az sayda istehsalçı bazarı öz aralarında bölürsə, orada inhisarçılıq güclüdür. Miqyas effekti ilə bağlı olan istehsal texnologiyası oliqopoliyanın meydana gəlməsi səbəblərindəndir və sahəyə daxil olmağın təbii maneəsidir. Oliqopolist bazara daxil olmağın çətinliyinin başqa bir səbəbi patentləşdir- mə və lisenziyalaşdırmadın Resurslar üzərində nəzarət, reklam üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunması da oliqopolist sahəyə daxil olmağı çətinləşdirir.

Oliqopolist firmalar sabit mənfəət əldə edirlər. Oliqopoliyanın mühüm cəhətlərindən biri sahə firmalarının

qarşılıqlı asılılığıdır. Onlar rəqib olsalar da partnyordurlar. Biri iş görmək istədikdə başqalarının marağını da nəzərə almalıdır. Çünki,

140

onun mənfəətinin miqdarı digər partnyorların müəyyən etdikləri istehsalın həcmindən və qiymətlərindən asılıdır. Məsələn, əgər oli- qopolist firma çox az istehsal edirsə, onda məhsulun qiyməti yuxarı olacaq, əksinə, çox istehsal edərsə qiymətlər sahənin qiymətinin səviyyəsindən aşağı olacaq. Bu isə başqalarının mənfi reaksiyasına səbəb olacaqdır. Hər iki halda firmanın mənfəəti aşağı düşə bilər. Buna görə də, oliqopolist sahə iştirakçıları qiymətlə qarşılıqlı asılı olurlar.

Oliqopolistlər öz aralarında sövdələşə bilməzlər. Çünki, anti- inhisar qanunvericiliyi buna icazə vermir. Gizli sövdələşmə isə risklidir, üstü açıla bilər.

§5. Rəqabət və inhisarın sintezi. Antiinhisar tənzimlənmə tədbirləri

İnhisarların ağalığı rəqabəti aradan qaldıra bilmir və iqtisadiyyatda inhisarçılıqla yanaşı rəqabət də mövcud olur. Əgər hər hansı bir bazarda rəqabət zəifləyirsə, bütün cəmiyyətə öz təsirini göstərir. Çünki, cəmiyyətdə inhisarlarla yanaşı inhisara daxil olmayan xüsusi mülkiyyətçilər və payçılıq əsasında fəaliyyət göstərən kooperativlər də mövcuddur, inhisar ağalığı şəraitində aşağıdakı rəqabət formaları mövcud olur:

1) inhisarların daxilində (istehsal şərtlərinin və gəlirin bölgüsü zamanı), 2) inhisar ittifaqları arasında (bazarda tutulan yer üstündə), 3) inhisarlarla autsayderlər arasında.

Ancaq inhisar rəqabəti öz metodları cəhətdən azad rəqabət üsullarından fərqlənir. İnhisarlar rəqabətdə qalib gəlmək üçün həm iqtisadi və həm də qeyri-iqtisadi metodlardan istifadə edirlər. Ən çox istifadə olunan metodlar bunlardır: rəqibini xammal, enerji resursları, kredit, yeni texnika və texnologiya almaqdan məhrum etmək; rəqibinin istehsal sirrlərini öyrənmək; inhisarçı kriminal vasitələrdən də istifadə edir (rəqibinin binasını yandırmaq, terror əməliyyatı və sifarişlə öldürmək).

Bütün istehsalın və bazarın dövlətin əlində cəmləşməsi yolu ilə yarana biləcək inhisarçılıq isə dövlətin özü üçün təhlükəlidir, onun varlığını sarsıda bilər.

Demokratik və hüquqi dövlətlərdə inhisarların təhlükəli addımları inhisarlar əleyhinə mübarizəyə səbəb olur.

İnhisarlar əleyhinə mübarizə aparan qüvvələr: 1. Çoxsaylı xırda istehsalçılar və istehlakçılardır. Onlar

inhisar

141

lar tərəfindən qarət olunur. 2. Dövlət. Hüquq, iqtisadiyyatda mövcud olan bu

münaqişələrin həllində mühüm rol oynayır. Dövlət inhisarçı fəaliyyəti tənzimləməyə çalışır. Bu onunla

bağlıdır ki, XIX əsrin sonlarında ABŞ-da inhisarçı bazar geniş vüsət alır. Bu zaman inhisarların zorakılığına qarşı istehlakçıların, xırda və orta sahibkarların geniş mübarizəsi başlayır. Bu prosesi tənzimləmək üçün dövlət inhisarlar əleyhinə qanunlar qəbul etməli olur. 1890-cı ildə amerika konqresi trestlər əleyhinə «Şerman aktı»nı qəbul edir.

Tənzimləmə dörd istiqamətdə həyata keçirilir; 1. Bazarın inhisarlaşdırılması məhdudlaşdırılır. Şerman qanununa

görə 60 %-dən çox paya malik olmaq bazarın inhisarlaşması hesab olunur. Qanun bazarda başqasının ziyanına ola bilən inhisar- çılığı qadağan edir. İnhisarçı məhsulunun artıq hissəsini xarici bazarda sata bilər.

1914-cü ildə Kleyton aktı qəbul edilir. 2. Tənzimləmənin ikinci istiqaməti rəqabət aparan kompaniyaların

birləşməsini qadağan etməkdir. Kleyton aktına görə kompaniyaların qovuşması inhisarçılığı gücləndirir və rəqabəti zəiflədir. Bu qanun birləşmənin qarşısını ala bilmir, ancaq onların az bir hissəsinə dövlət nəzarət edir.

S.Tənzimləmənin üçüncü istiqaməti - inhisar qiymətlərinin qoyulmasını qadağan edir. Bu prosesə 1914-cü ildə yaradılmış Federal Ticarət Komissiyası nəzarət edir. 1914-cü ildən 1977-ci ilə qədər komissiya qiymətlərdə inhisar sövdələşməsinə dair 1400 əmr vermişdir.

4. Tənzimləmənin dördüncü istiqaməti - rəqabətin saxlanılması və onun milli formasının müdafiə edilməsidh. Bu qanun qeyri-sağlam rəqabət əleyhinə yönəldilmişdir (rəqibin məhsullarını saxtalaşdırmaq, patentə əməl etməmək, əmtəə və firma nişanlarından istifadə etmək, istehlakçıları aldatmaq). XX əsrin 90-cı illərinin sonlarında 40-dan çox ölkə antiinhisar qanunvericiliyi aktı qəbul etmişdir. Azərbaycanda da belə bir qanun qəbul edilmişdir.

Antiinhisar qanunvericiliyi bazar iqtisadiyyatının əsaslarının qorunub saxlanılmasına yönəldilmişdir, ancaq o inhisarçılığı aradan qaldırmağa qadir deyildir. Və müasir bazar iqtisadiyyatı demək olar ki, inhisarçılıqla rəqabətin sintezindən ibarətdir. Biz bunu inhisarçı rəqabət və oliqopolik bazar modellərində aydın şəkildə görə bilərik və bu haqda əvvəlki suallarda ətraflı danışıldı.

142

Amerika iqtisadçısı Edvard Çemberlin 1933-cü ildə yazdığı «İnhisarçı rəqabət nəzəriyyəsi» kitabında yazır ki, rəqabət və inhisarın uyğunluğuna inhisarçı rəqabətdə nail olunur. Burada inhisarla rəqabət sintez halındadır, biri digərinə təsir göstərir. «Rəqabət inhisarı doğurur, inhisar da rəqabəti».

IX Fəsil

İSTEHSAL: MAHİYYƏTİ VƏ AMİLLƏRİ. İSTEHSAL AMİLLƏRİ BAZARI

1. İstehsalın məzmunu və məqsədi. İstehsal amilləri və onlara olan tələb (tələbat).

2. Resurslar, onlardan istifadə qaydaları və normaları. Resursların qarşılıqlı əvəzlənməsi.

3. Əmək istehsal amili kimi. İş qüvvəsi və əmək. İş qabiliyyətli əhali. Əmək bazarı, əməyə olan tələb və təklif. Əmək haqqı və məşğulluq.

4. Kapital istehsal amili kimi. Kapital bazarı. Kapitala olan tələb və təklif. 5. Kapital və investisiya qoyuluşları. İnvestisiya qoyuluşlarının

səmərəliliyi.

§1.İstehsalın məzmunu və məqsədi. İstehsal amilləri və

onlara olan tələb (tələbat)

Cəmiyyətin və onun tərəqqisinin əsasını istehsal təşkil edir. Ona görə ki, insanın yaşayışının ən adi, ancaq başlıca şərti olan nemətlər məhz istehsalda yaranır.

İstehsal - cəmiyyətin yaşaması və inkişafı üçün zəruri olan maddi və mənəvi nemətlərin yaradılması məqsədilə insanın təbiətin cism və qüvvələrinə təsir göstərmə prosesidir, insanla təbiət arasında mübadilə prosesidir.

Bu prosesdə təbiət cisimləri və qüvvələri insanların tələbatlarına uyğun olan və mənimsənilə bilən şəklə salınır.

istehsal hər şeydən əvvəl fərdi istehsaldır, yəni ayrı-ayrı fərdlə- rin istehsalıdır. Ancaq fəaliyətin hansı formasından asılı olmayaraq istehsal həmişə ictimai xarakter daşıyır. Çünki insanlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər, istehsal etdikləri məhsulları mübadilə

143

edirlər, bir-biri üçün işləyirlər. Deməli, əmək də, istehsal da ictimai xarakter alır.

Bütövlükdə götürülən istehsalın məqsədi cəmiyyətin daim artmaqda olan bütün tələbatlarını ödəmək üçün lazım olan məhsulları (nemətləri) istehsal etməkdir.

Ancaq istehsal etmək üçün onun amilləri və istehsal üçün şərait lazımdır. Hər bir istehsal üsulu şəraitində istehsalın baş verməsi üçün, ilkin olaraq, üç başlıca amil olmalıdır: 1. İnsanın iş qüvvəsi (əməyi); 2. Əmək vasitələri (alətləri); 3. Əmək predmetləri (cisimləri). Əmək vasitələri və əmək cisimləri birlikdə istehsal vasitələri adlanır və istehsalın maddi amilini təşkil edir. İş qüvvəsi və istehsala sahiblik edən şəxs onun şəxsi amilidir.

İstehsalın inkişafı bu amillərin keyfiyyətindən, inkişaf səviyyəsindən, onların qədərindən, kombinasiyasından və istifadəsinin səmərəli təşkilindən asılıdır.

İstehsalın inkişafı həm də onun enerji təminatından, texnologiyaların inkişafından, informatikadan və təbii şəraitdən asılıdır. İstehsalın amilləri bu sxemdə əks edilmişdir.

Sxem 1. İstehsal amilləri

Qərb iqtisad ədəbiyyatında istehsalın 4 əsas amili göstərilir və başqa cür qruplaşdırılır: 1. Əmək; 2. Kapital; 3. Torpaq və 4.Sahibkarlıq fəaliyyəti. Bu amillərin hər birinin istehsaldakı rolu və birinci üç amilin bazarları məsələsi ətraflı öyrənilir.

144

Əmək dedikdə, müəyyən bir faydalı nəticənin alınmasına yönəldilmiş insan fəaliyyəti nəzərdə tutulur.

Kapital dedikdə - maddi nemətlərin istehsalı üçün lazım olan yığılmış bütün istehsal vasitələri nəzərdə tutulur.

Torpaq dedikdə - yalnız özlüyündə torpaq deyil, onunla yanaşı hava, su və təbiətin istifadə üçün verdiyi bütün nemətlər nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti dedikdə - istehsalın yuxarıda göstərilən üç amilin birləşməsinə təsir edən, onların hərəkətə gətirilməsi və istifadəsini təmin edən fəaliyyət növü başa düşülür.

Bütün bu amillər istehsal prosesində qarşılıqlı təsir halında, birlikdə fəaliyyət göstərirlər. Lakin onların hər birinin öz funksiyası, öz rolu olduğundan onların hər biri ayrılıqda, nisbi müstəqil şəkildə

Sxem 2. Müasir istehsalın amilləri

§2.Resurslar, onlardan istifadə qaydaları və normaları. Resursların qarşılıqlı əvəzlənməsi

İstehsalın baş verməsi üçün lazım olan bütün təbii, insanın əməyilə yaradılan və istehsalda istifadə edilən istehsal vasitələri və onları hərəkətə gətirən insanlar iqtisadi resurslar adlanır. Bu resurslara maliyyə (pul) vasitələri də daxildir.

Resurslar aşağıdakı kimi təsnifləşdirilir: 1) maddi resurslar; 2) insan resursları; 3) maliyyə resursları. Maddi resurslara torpaq, xammal, materiallar və kapital daxildir. İnsan resurslarına iş qüvvəsi (əmək) və sahibkarlıq qabiliyyəti

aiddir. Maliyyə resurslarına istehsal üçün tələb olunan pul vəsaitləri

daxildir.

145

Bazar münasibətləri şəraitində bütün resurslar bazar süzgəcindən keçir, bazar mexanizminin köməyilə hərəkətə gətirilərək istifadə olunur. Resurslar məhduddur, onlara olan tələbat isə böyükdür, Onlardan elə istifadə olunmalıdır ki, firmaların tələbi ödənilsin və lazım olunan qədər əmtəə və xidmətlər istehsal oluna bilsin. Elə istehsalın funksiyası da, mövcud resurslar şəraitində maksimum miqdarda məhsul buraxılışını təmin etməkdir^ Göründüyü kimi, resursların sərfi ilə məhsulun buraxılışı arasında bir asılılıq vardır. Buradan da mövcud resurslarla buraxılacaq məhsulun maksimum miqdarını müəyyən etmək imkanı əldə edilir. Bunun üçün də mövcud resurslardan müxtəlif kombinasiyalarda istifadə etməklə əmək məhsuldarlığı yüksəldilir və məhsul buraxılışı artırılır. Bu işlə məşğul olan firmalardır ki, onların da məqsədi mənfəəti maksimuma çatdırmaqdır. Buna görə də resurslardan istifadə normaları müəyyən edilir və müntəzəm olaraq yeniləşdirilir. Rəqabət şəraitində ən az məsrəflərlə daha yüksək nəticələrə nail olmaq zəruri tələbdir və ona əməl edilməlidir. Bunun üçün konkret şəraitdə hansı istehsal amilindən istifadə etmək sərfəlidirsə ona üstünlük verilir. Hər bir konkret istehsal amilindən istifadə həddi var və həddən artıq istifadə edildikdə onun məhsuldarlığı azalır. Buna görə də qarşılıqlı əlaqədə istifadə olunan istehsal amilləri arasında uyğun nisbətlər təmin edilməlidir. Bu amillərdən müxtəlif kombinasiyalarda istifadə etməklə buraxılışın həcmini əvvəlki səviyyədə saxlamaq və ya artnmaq olar. Bu zaman istehsal amillərindən qarşılıqlı əvəzləməklə istifadə edilməsi faydalı olur. Ancaq qarşılıqlı əvəzlənmənin dərəcəsi müxtəlif növ ola bilər:

1. Mütləq qarşılıqlı əvəzlənmə - bu o halda olur ki, nəzərdə tutulan buraxılışın həcmi iki dəyişən resursdan birindən istifadə etməklə yaxud da onların kombinasiyası yolu ilə təmin edilir. Məsələn, yeni texnika tətbiq etməklə (bu halda canlı əməyə qənaət olunur).

2. Mütləq komplektləşdirmə - mövcud məhsul növünün istehsalı üçün eyni proporsiyada dəyişən resursdan istifadə olunur. Burada resursların yeganə mümkün kombinasiyasından istifadə olunur. Onların nisbəti kəmiyyətcə eynidir, nisbət birinin xeyrinə çox dəyişsə istehsal qeyri mümkün olur (məsələn, 1 süpürgəçiyə 20 süpürgə lazım deyil. 20 maşina 1 sürücü nisbəti ağıla batmazdır.)

3. Qismən qarşılıqlı əvəzlənmə - bu halda məhsul istehsalı üçün iki dəyişən resursdan istifadə olunur, məsələn, əmək və kapitaldan. Ancaq onlar tapşırıqdan asılı olaraq müxtəlif kombinasi

146

yada dəyişə bilər. Qarşılıqlı əvəzlənməni başqa mənada da başa düşmək olar.

Məsələn, tikintidə daşı kərpiclə, dəmiri şiferlə, ağacı metal konstruksiya ilə əvəz etmək olar. Bu müxtəlif halda ola bilir: 1-ci halda, daş çatışmadı- qda, onu kərpiclə əvəz etmək olar; 2-ci halda şifer dəmirdən ucuz olduqda və s. Bütün bu qarşılıqlı əvəzlənmələrdə məqsəd daha az resurslardan istifadə etməklə daha çox məhsul istehsal etməkdir.

§3. Əmək istehsal amili kimi. İş qüvvəsi və əmək. Əmək bazarı, əməyə olan tələb və təklif. Əmək haqqı və məşğulluq

İstehsalın dəyişməz və sabit amillərindən biri əməkdir. Əmək insanın məqsədəuyğun, şüurlu fəaliyyətidir. Bu fəaliyyət isə insanın iş qüvvəsinin sərfi nəticəsində mümkün olur.

İş qüvvəsi nədir? Müəyyən bir neməti əldə etmək üçün insanın hər dəfə işə saldığı fiziki və mənəvi qabiliyyətlərinin məcmusudur.

Əməklər müxtəlif məzmunlu olur: fiziki və əqli əmək; ixtisaslı və ixtisassız əmək; ağır əmək və yüngül əmək; canlı əmək və keçmiş əmək; məhsuldar əmək və qeyri-məhsuldar əmək və s.

Öz funksional təyinatına görə əməklər: sənaye əməyi, aqrar əmək, elm əməyi, idarəetmə əməyi, sahibkar əməyi və fəhlə əməyi və s. kimi də fərqlənirlər.

Öz xarakterinə görə də əməklər fərqlənirlər: azad əmək, asılı əmək, muzdlu əmək, təhkimli kəndli əməyi və s. Əməyin növləri

Əmək müəyyən vaxt ərzində sərf olunur ki, bu vaxt iş vaxtı və yaxud iş günü adlanır. Əməyin təbii ölçüsü vaxtdır (1 saatlıq əmək və s.).

Məhsulun istehsalı əmək sərfilə mümkün olur. Əməyin məhsuldarlığının yüksəlməsi ilə istehsal olunan məhsulun miqdarı artır. Əməyin məhsuldarlığı onun sərfinin səmərəliliyi dərəcəsini ifadə edir. Əməyin intensivliyi isə onun sərfinin tezliyi dərəcəsini ifadə edir və nəticədə istehsal olunan məhsulun miqdarı artır. Hər bir sahibkar çalışır ki, onun müəssisəsində əmək məhsuldarlığı yüksək olsun.

Bazar iqtisadiyyatı şəraitində əmək (iş qüvvəsi) əmtəədir və onun öz bazarı vardır. İstehsal resurslarından biri kimi əmək bazarının öz fərqli cəhətləri və əlamətləri vardır. Əmək bazarının əsas fərqli cəhəti ondan ibarətdir ki, bu bazarda həmkrlar ittifaqı, korporasiya və dövlət iştirak edir. Digər tərəfdən əmək insanın həyat fəaliyyətinin funksiyasıdır, insandan ayrı deyildir. Buna görə də bazarda firma və iş qüvvəsinin daşıyıcısı qarşılıqlı münasibətdə olur. Ancaq əmək insandan ayrı satıla bilməz, alqı-satqı obyekti ola bilməz, onun daşıyıcısı olan insan da alınıb satıla bilməz, bəs satılan nədir? Marksist təlimə görə əmək deyil, iş qüvvəsi alınıb satılır. Müasir ədəbiyyatda əmək deyil əməyin göstərdiyi xidmət alınıb satılır fikri geniş yayılmışdır.

Əməyin alqı-satqısı muzdlu formada həyata keçirilir, yəni işçi muzdla işə götürülür. Bu zaman işə götürən tərəf əməkdən istifadə hüququnu alır. Deməli, alınıb-satılan əmək deyil, əməyin xidmətindən istifadə hüququdur. Əməkdən istifadə hüququ da bazar qanunlarının tələbinə uyğun həyata keçirilir.

Digər bazarlardan fərqli olaraq əmək bazarının öz xüsusiyyətləri vardır:

1. Adi əmtəələrin alqı-satqısı zamanı alıcı və satıcının əlaqəsi (kreditə verilən istisna olmaqla) o saat da kəsilir. Əmək bazarında isə əsasən müqavilə münasibəti formasından istifadə edilir və işə götürənlə işçinin əlaqəsi uzun müddətli olur;

2. Əmək bazarında qeyri-pul amilləri böyük rol oynayır - işin mürəkkəbliyi və prestijliyi, əmək şəraiti və təhlükəsizliyi, məşğulluğa təminat, peşə-ixtisas səviyyəsi, kollektivdə mənəvi mühit və s.

3. Müxtəlif strukturların təsiri - həmkarlar ittifaqı, əmək qanunvericiliyi, məşğulluğa dair dövlət siyasəti, sahibkarlar ittifaqı və s. Əhalinin əksəriyyəti muzdlu işçilərdir və cəmiyyətin sabitliyi onların həyatından çox asılıdır. Buna görə də göstərilən orqanlar əmək bazarında baş verən proseslərə biganə qala bilməzlər və onun tənzimlənməsində fəal iştirak etməlidirlər.

148

işləyən əhali sərf etdiyi əməyin müqabilində müəyyən əmək haqqı alır və bu amil iş qüvvəsinin alqı-satqısı zamanı nəzərə alınır. Dar mənada əmək haqqı müəyyən vaxt (saat, gün və s.) ərzində istifadə edilmiş əməyin pulla ödənilməsidir. Əmək haqqı gəlir mənbələrindən biri olmaqla başqa bir mövzuda ətraflı şərh olunur.

Əmək haqqı nominal və real əmək haqqı olmaqla fərqləndirilir. Nominal əmək haqqı - pul formasmda işçinin aldığı məbləğdir. Real əmək haqqı - pulun yaşayış vasitələrində ifadəsidir. Əmək bazarında tələb və təklif əsasında proses baş verir. Əmək

bazarında tələb tərəfdən sahibkarlar (firma) və dövlət çıxış edir (tələbin subyektləri). Təklifin subyekti kimi ev təsərrüfatları çıxış edir.

Muzdla işə götürülən işçilərin sayı iki amildən asılıdır: 1) əmək haqqının həcmindən; 2) son əmək məhsulunun qiymətliliyindən (pul ifadəsində). Muzdlu işçilərin sayı artdıqca məhsuldarlığın həddi azalır. Əmək haqqının mövcud miqdarı kifayət etmədikdə işə götürmə dayandırılır. Belə ki, əmək haqqı dərəcəsi (stavkası) artdıqca, bərabər şəraitdə, sahibkar əmək tətbiqini azaldır. Və əksinə, əmək haqqı stav- kası azaldıqda işə götürülənlərin sayı artu*. Əmək təklifi də əmək haqqının kəmiyyətindən asılıdır. Əmək haqqı yüksək olduqda əmək təklifi də artır. Bu bir çox amillərdən asılıdır: a) ölkə əhalisinin iş qabiliyyətli hissəsinin sayından və onun iqtisadi fəal

hissəsinin miqdarından; b) iş gününün orta uzunluğundan; c) işçilərin peşə-ixtisas tərkibindən və s.

Bu problem əhalinin məşğulluğu ilə bağlıdır. Əgər bütün sahibkarların əmək haqqı fondu ölkə əhalisinin işləyə bilənlərinin sayına uyğun olsa, onda tələb və təklif uyğun olar və tam məşğulluq təmin olunardı. Bu isə əməli cəhətdən qeyri-mümkündür və buna görə də ölkədə işsizlik problemi daim mövcud olur.

§4. Kapital istehsal amili kimi. Kapital bazarı. Kapitala olan tələb və təklif

Kapital məsələsi iqtisadi nəzəriyyədə mübahisə doğuran məsələlərdəndir və ona müxtəlif təriflər verilir:

1) A.Smitə görə kapital yığılmış əməkdir; 2) D.Rikardoya görə kapital istehsal vasitələridir; 3) K.Marksa görə kapital - öz-özünə artan dəyərdir, izafi dəyər yaradan dəyərdir, istismar münasibətləridir, 4) Digər müəlliflərə görə kapital yığılmış puldur və s.

149

Bütün bu müxtəlif baxışlarda belə bir ümumilik var: kapital gəlir gətirir. Buradan da ona belə bir geniş tərif verilir: Kapital - gəlir gətirən dəyərdir. Bu mənada istehsal fondları, torpaq, qiymətli kağızlar, banka qoyulmuş depozitlər, toplanmış biliklər («insan kapitalı») və s. kapitaldır. Sadalanan nemətlərin hər biri müxtəlif formalarda gəlir gətirir.

F.Kens, A.Smit, S.C.Mill, A.Marşall kimi görkəmli iqtisadçılar kapitalı tərkib ünsürləri üzrə əsas və dövriyyə kapitallarına ayırırlar. Bunlar dövr etmə xüsusiyyətlərinə görə fərqlənirlər.

Əsas kapital: 1. İstehsalda bütövlükdə iştirak edir və öz dəyərini istehsal olunmuş məhsulun üzərinə hissə-hissə keçirir (binalar, maşınlar, qurğular); 2. Əsas kapital bir neçə istehsal prosesində iştirak edir, öz formasını saxlayır.

Dövriyyə kapitalı: 1. İstehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini məhsulun üzərinə birdən-birə keçirir; 2. Yalnız bir istehsal prosesində iştirak edir və ilkin formasını dəyişir (xammal, material, elektrik enerjisi və s.).

Kapitalın öz bazarı vardır və bu bazarda kapital alınıb satılır. İqtisadçılar fiziki formasında kapitalı onun xidmət göstərməsindən fərqləndirirlər. Belə ki, nemət olan kapital (maşın, dəzgah, bina və s.) xidmət göstərən kapitaldan fərqləndirilir və qiymətləndirilir. Maşının öz qiymətilə ondan istifadənin qiyməti (pul ifadəsində maşın - saat) yəni icarəyə verildiyinə görə alınan icarə haqqı fərqlənir. Buna görə də kapital bazarı dedikdə onun üç seqmenti nəzərdə tutulur:

1. Kapital neməti bazan, burada istehsal fondları alımb-satılır;

150

2. Kapital xidməti bazarı - fondlar haqqı ödənilməklə, müvəqqəti istifadə üçün icarəyə verilə bilər;

S.Borc kapitalı bazarıdır ki, faiz gətirir. İstehsal amili olan kapital bilavasitə istehsalda iştirak edir və onun

köməyilə nemətlər hazırlanır. Bu nemət nə qədər çox hazırlanarsa, kapitalın məhsuldarlığı da bir o qədər yüksək olar. Kapitalın məhsuldarlığı onun gəlirliyində, yaxud kapitalın gəlirliyi normasında ifadə olunur. Kapitalın gəlir gətirməsi ağacın meyvə verməsi kimi təbii haldır.

Bazarda kapitala olan tələb firma sahibləri tərəfindən irəli sürülür, məhsuldar kapitalı təklif edən isə ev təsərrüfatlarıdır.

Kapitalın xidmətini tələb və təklif edən isə firmalardır. Biri icarəyə verir, başqası isə icarəyə götürür. Məsələn, firma ona məxsus kompüteri icarəyə verib icarə haqqı alır. İstehsalın normal fəaliyyətini, fasiləsizliyini təmin etmək üçün pul formasında olan kapitaldan da istifadə olunur. Bu borc kapitalıdır. Borc kapitalına olan tələb də istehsal fondları almaq üçün lazımdır, pul əldə etmək üçün yox.

Kapitala görə sahibkar mənfəət əldə etməlidir. Lakin kapital həddən çox prosesə cəlb edildikdə mənfəət azalır. Bu kapitalın gəlirliyinin azalmasıdır və qanundur. Belə bir qanunun olduğunu Smit, Rikardo, Marks və Marşall görmüş və öyrənmişlər.

Rəqabət nəticəsində kapitalın sahələr arasında axını və əks axını baş verir, müxtəlif sahələrdə yaranmış mənfəət bölüşdürülür və orta mənfəət yaranır.

Borc verilən (təklif) kapitalın mənbəyi isə müvəqqəti sərbəstləşən pul vəsaitidir ki, banklarda toplanır və ehtiyacı olanlara təklif edilir və müqabilində faiz ödənilir. Pul təklifi çox olarsa, faiz norması aşağı olur, tələb çox, təklif az olduqda isə faiz norması yüksək olur. Faiz norması borc kapitalının gətirdiyi gəlirin borc verilmiş kapitala faizlə nisbətidir. Faiz borc kapitalının istifadəsinə görə ödənilən «haqqdır». Tələb və təklifdən asılı olaraq faiz dərəcələri (stavkası) nominal və real olaraq fərqlənirlər.

Nominal faiz dərəcəsi - inflyasiya səviyyəsini nəzərə almadan müəyyən edilmiş cari bazar dərəcəsidir. Real faiz dərəcəsi - nəzərdə tutulan (göstərilən) inflyasiya sürəti çıxılmış nominal faiz dərəcəsidir. Məsələn, illik nominal faiz dərəcəsi 9 %-dir, gözlənilən inflyasiya sürəti 5 %-dir, onda (9-5)=4 %-ə. Deməli, real faiz dərəcəsi 4 %-dir.

Faiz dərəcələri müxtəlif amillərdən asılı olaraq dəyişir: 1. borcun verildiyi müddətdən; 2. borc vəsaiti bazarının inhisarlaşması səviyyəsindən; 3. tələbdən və təklifdən.

151

§5. Kapital və investisiya qoyuluşları. İnvestisiya qoyuluşlarının səmərəliliyi

Kapital və investisiya qoyuluşları arasında qarşılıqlı əlaqə vardır. İnvestisiya kapitalın tətbiqi formasıdır ki, nəticədə kapital nemətlərinin özü (istehsal avadanlığı, dəzgahlar, maşın və s.), onun ehtiyatı artır.

Real investisiya (latınca «investre» - «geyindirmək» deməkdir) gəlir əldə etmək məqsədilə iqtisadiyyata uzun müddətə kapital qoymaqdır. İnvestisiya müəyyən müddət ərzində əmtəə və istehsal vasitələrinin istehsalına (evlər, zavodlar, texnika və s.) və ya ehtiyatlara (xammal, material, istehlak şeyləri və s.) sərf olunan vəsaitdir. İnvestisiya qoyuluşları müxtəlif istiqamətli olur, onun obyektləri və subyektləri vardır.

Sxem 5. investisiyanın obyektləri və subyektləri

İnvestisiyalar mənşəyinə, mənbəyinə, məqsədinə, yerləşdirmə müddətinə və istifadə xarakterinə görə fərqlənir. İnvestisiya maliyyə məzmununa görə mənfəət əldə etmək məqsədilə təsərrüfat fəaliyyətinə qoyulan bütün növ vasitələrdir. Milli iqtisadiyyatda investisiya cəmiyyətin real kapitalının, o cümlədən insan kapitalının artırılmasına yönəldilən iqtisadi resurslardır. İqtisadi məzmununa görə investisiya əsas kapitalın yaradılması, yeniləşdir ilməsi ilə bağlı xərclərdir. İnvestisiya gəlir gətirən vəsaitdir. İnvestisiya qoyuluşları iki amillə müəyyən olunur: gözlənilən xalis mənfəətin norması; bank faizinin real dərəcəsi. Xalis mənfəət norması artmımın faiz dərəcəsindən üstün

152

olması investisiyanı stimullaşdırır. İnvestisiya əsasən iki istiqamətdə qoyulur: əsas kapitala qoyulan

investisiyalar və maliyyə aktivlərinə qoyulan investisiyalar. İnvestisiyalar istehsal sahələrinə, əmtəə və material ehtiyatlarına,

mənzil tikintisinə və s. qoyulur. İnvestisiyalar xüsusi investisiyalara və dövlət investisiyalarına

ayrılır. Xüsusi investisiyalar mənfəət əldə etmək məqsədini güdür, dövlət investisiyaları iqtisadi inkişafın tənzimlənməsinə və ölkənin müdafiəsinə yönəldilir.

Xüsusi və dövlət vəsaitləri ilə yanaşı şirkətlərin bölüşdürülməmiş mənfəəti, amortizasiya ayırmaları, kənardan alınmış (borc) vəsait, qiymətli kağızların satışından əldə olunan gəlirlər və uzun müddətli kreditlər də investisiya mənbələridir.

İnvestisiyaların aşağıdakı növləri vardır: 1. daxili investisiyalar; 2. xarici investisiyalar; 3. real və ya birbaşa investisiyalar (iqtisadiyyatın müxtəlif sahələrinə); 4. maliyyə investisiyaları - qiymətli kağızlara qoyulan; 5. intellektual investisiyalar - kadrların hazırlanmasına, təcrübənin

öyrədilməsinə və s. İnvestisiya qoymaq üçün lazımi şərait, mühit olmalıdır və bu

mühiti təmin edən amillər aşağıdakı sxemdə göstərilmişdir. İnvestisiya mühiti-siyasi, iqtisadi, hüquqi, sosial,

məişət və s. amillərin məcmuudur

İnvestorlar üçün dəqiq

hüquqi bazanın yaradılması

Vergilərin tənzimlənməsi

Əmtəə və xidmətlər bazarının

cəlbediciliyi

Fondların tənzimlənməsi- |-4 nə

yönəldilən amortizasiya

İnvestisiya riskinin sığortası

qüvvəsinin mövcudluğu

«

r

Valyuta riski

s

Siyasi şərait

Pul bazarının sabitliyi Kapitalın qayıtması və s.

Sxem 6. İnvestisiya mühiti.

153

Kapital xüsusi bir əmtəədir və borc verməklə satılır. Bu halda pul xüsusi qabiliyyətə malik olmaqla dəyərin artırılması və mənfəətin yaranması prosesində iştirak edir. Pulun kapital kimi hərəkətində investisiyaların xüsusi rolu vardır. Başlıca odur ki, investisiyalar səmərəli istiqamətlərə yönəldilsin və yüksək səmərə versin.

İnvestisiyalar o halda səmərəli olur ki, nəzərdə tutulan dövrdə gəlir gətirsin, ancaq bu gəlirin miqdarı faizin bazar stavkasından az olmamalıdır, heç olmasa borc faizi dərəcəsinə bərabər olmalıdır.

Bazar rəqabəti şəraitində investisiya layihələrindən ən optimalını seçmək lazımdır. İnvestisiya qoyuluşundan əldə olunacaq gəlirin səviyyəsini müəyyən etməkdə faiz dərəcələri çox əhəmiyyətli rol oynayır.

İnvestisiya layihələrinin effektivliyini əsaslandırmaq üçün əldə olunacaq gəlirin səviyyəsini faiz dərəcələri ilə müqayisə edirlər. Bu əsas üsullardan biridir. İnvestisiya layihələri həyata keçirirkən (avadanlıq alanda, yeni zavod tikəndə, dəmir yolu çəkəndə və s.) bugünkü xərclərin miqdarını gələcəkdə götürüləcək gəlirlə müqayisə etmək lazımdır. Ola bilər ki hazırki halda pulu banka qoyub faiz götürmək daha sərfəlidir. Başqa birisi kapitalını yüksək gəlirli qiymətli kağızların alınmasına sərf edib gəlir götürür və s. İnvestisiya qoyarkən vaxt amili nəzərə alınmalıdır. Ola bilər ki indi qoyulan kapital bir ildən sonra 10 % gəlir gətirsin, iki ildən sonra 30 %. Buna görə də vaxt amili həmişə nəzərə alınmalıdır.

X Fəsil

TORPAQ VƏ AQRAR MÜNASİBƏTLƏR. RENTA. TORPAQ BAZARI

1. İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və onların xüsusiyyətləri.

2. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma formaları. 3. Aqrar bölmədə istehsalın təşkili formaları. Kəndli fermer təsərrüfatları.

Aqrar-sənaye kompleksləri. 4. Torpaq icarəsi və icarə haqqı. İcarə haqqının tərkib ünsürləri. 5. Renta və onun formaları. Differensial və mütləq renta. 6. Torpaq bazarı və torpağın qiyməti. 7. Azərbaycanda aqrar islahatlar və əsas məqsədlər.

154

§1. istehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və onların xüsusiyyətləri

İstehsalın baş verməsi üçün zəruri olan amillərdən biri də torpaqdır. İnsanların istehsal fəaliyyəti ilə məşğul olduğu vaxtdan etibarən torpaq əsas istehsal vasitəsi olub xalqları həyat nemətləri ilə təmin edib. Klassik siyasi iqtisadın banisi U.Petti təsadüfən deməmişdir ki, «əmək sərvətin atası, ...torpaq isə onun anasıdır». Torpaq dedikdə yalnız müəyyən bir coğrafi ərazi deyil, torpağın təkində olan nə varsa (neft, qaz, filiz, kömür və s.) hamısı, habelə, meşə sahələri, su resursları, balıq sərvətləri də nəzərdə tutulur. Bunlarla yanaşı «torpaq» anlayışına bütün biosfer də aid edilir.

Müxtəlif dövrlərdə bilavasitə torpağın və ona daxil olan müxtəlif tərəflərin (anlayışların) rolu və əhəmiyyəti eyni olmamış və fərqli qiymətləndirilmişdir. Belə ki, bir çox əsrlər ərzində torpaq başlıca yaşayış mənbəyi olmuş və ilk növbədə məhsul vermə qabiliyyətinə, yəni münbitliyinə görə qiymətləndirilmişdir. Sənayeləş- dirməyə qədərki dövrdə təsərrüfat əsasən torpaq üzərində təşkil edilmiş və məhsul yetişdirilmişdir. Sənaye inqilabı şəraitində və sənayeləşmə dövründə torpağın təkində olan faydalı qazıntılar daha böyük əhəmiyyət kəsb edir, hər bir dövlət bu sərvətlərə sahib olmağa çalışır ki, bu da müharibələrə və müstəmləkəçiliyə səbəb olur.

Müasir dövrdə torpağın bəşəriyyətin həyatındakı rolunu, əhəmiyyətini müəyyən etmək, qiymətləndirmək o qədər də asan iş deyildir. Belə ki, bir tərəfdən insanların təbiətdən və torpağın təbii gücündən asılılığı əhəmiyyətli dərəcədə azalmışdır. Elmi-texniki inqilab və yeni texnologiyaların meydana gəlməsi süni yolla torpağın münbitliyinin artırılmasına, yeni enerji növlərindən istifadə etməyə, sintetik materialların meydana gəlməsinə imkan yaratmışdır. Digər tərəfdən isə, bir çox təbii resurslar yox olma həddinə çatmışdır. Yer kürəsində içməli su problemi yaranmışdır, kəşf edilmiş neft ehtiyatları 40-50 ildən, daş kömür isə 100 il ərzində hasil olunub qurtara bilər. Meşələr məhv edilir, atmosferin havası sürətlə çirklənir, planetdə istiləşmə baş verir, bir çox heyvan növlərinin nəsli kəsilmək üzrədir. Təbii su tutarları çirklənir, balıq ehtiyatlan azalır. Daha təhlükəli olan odur ki, insanlar onu yedizdirən yararlı torpaq sahələrini də çirkləndirir, məhsuldar torpaq sahələri yararsız hala salınır.

Beləliklə, ekosferanın ümumi vəziyyətinin pisləşməsi insanları təbiət qüvvələrindən daha çox asılı edir və bununla bağlı olaraq, geniş mənada, torpağın əhəmiyyəti getdikcə daha da artır. Həmçinin

155

də faydalı qazıntıların, ilk növbədə də enerji daşıyıcıları olan neft və qazın əldə edilməsinin əhəmiyyəti artır. Bununla belə, ayrı-ayrı şəhərlərdə, rayonlarda və bir çox ölkələrdə avtomobillərin sayı, əhalinin sayı sürətlə artır, sənaye obyektləri, inzibati binalar mərkəzlərdə cəmləşir, yaşayış binalarının tikintisi genişlənir və belə bir şəraitdə torpağa olan tələbat və torpağın qiyməti də durmadan artır.

İnsanın hər cür əmək fəaliyyəti bu və ya digər dərəcədə torpaqla bağlıdır. Torpaq kənd təsərrüfatında və hasilat sənayesində bilavasitə istehsalın amili kimi çıxış edir və yaxud da istehsal binalarının, qurğuların, nəqliyyat və başqa kommunikasiyaların və habelə yaşayış binalarının yerləşdiyi yerdir, sahədir. Buna görə də torpaq ümumi istehsal vasitəsidir. Lakin o bilavasitə təkrar istehsal olunmur.

Torpaq mülkiyyət obyektidir və buna görə də ona sahib olmaq, iqtisadi cəhətdən reallaşdırmaq, torpağa sərəncam vermək və ondan istifadə etmək üzrə mürəkkəb münasibətlər sistemi yaranır və inkişaf edir. Torpaqla bağlı yaranan iqtisadi münasibətlər məcmu halında aqrar münasibətlər adlanır. Bu münasibətlər təsərrüfat həyatında aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla formalaşır: 1. Torpaq əsasında təşkil olunan təsərrüfat ənənəvi olaraq kənd

təsərrüfatı adlanır. Kənd təsərrüfatı mürəkkəb iqtisadi, təbii- bioloji bir sistemdir. Burada təkrar istehsal torpaqdan, sudan, bitki və heyvanat aləmindən istifadəyə əsaslanır. Buna görə də onun tənzim edilməsi və idarə olunmasında iqtisadi, təbii-bioloji qanunlardan əlaqəli şəkildə istifadə olunmalıdır. İqtisadi və bioloji proseslərin tarazlığı gözlənilməli, ona əməl olunmalıdır.

2. Kənd təsərrüfatında bioloji proseslərin öz ahəngi (bitkilərin, heyvanların böyüməsi), öz tsikli var və il ərzində fərqli olurlar. Elm və texnikanın inkişafı bu proseslərə müəyyən təsir göstərsə də bioloji prosesləri tam dəyişə bilmir.

3. Kənd təsərrüfatı istehsalı eyni zamanda hava-iqlim faktorundan xeyli dərəcədə asılıdır (quraqlıq, şaxta və s.).

4. Kənd təsərrüfatı istehsalının bir xüsusiyyəti də onun mövsümi olmasıdır. Əkinçilik işi il ərzində olmur, f^asilələr əmələ gəlir. Bu zaman qarşıya çıxan işsizlik problemi həll edilməli, əmək isə ödənilməlidir. Göstərilən bütün bu fərqli cəhətlər aqrar münasibətlərin formalaşmasında çox mühüm rol oynayır və nəzərə alınmalıdır.

156

§2. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma formaları

Aqrar münasibətlər özünün konkret formasından asılı olma- yaraq, torpaq üzərində mülkiyyətə əsaslanır və bilavasitə torpaq mülkiyyətinin iqtisadi cəhətdən rcallaşdırılmasını nəzərdə tutur.

Torpağa sahib olmaq, ona sərəncam vermək və istifadə etmək bilavasitə torpaq üzərində mülkiyyətin formasından asılıdır və bu mülkiyyət formaları müxtəlif olduğundan yaranan münasibətlər də fərqli olacaqdır.

Belə ki, feodal torpaq mülkiyyəti əsasında formalaşacaq aqrar münasibətlər torpaq üzərində kapitalist mülkiyyətinə, yaxud torpaq üzərində dövlət mülkiyyətinə əsaslanan aqrar münasibətlərdən fərqli olacaqdır. Çünki müxtəlif mülkiyyət formaları bazasında yaradı- lacaq təsərrüfat formaları da başqa-başqa olacaqdır və buna görə də əməyin təşkili, torpaqdan götürülən gəlirin bölgüsü və mənimsənil- məsi formalarının müxtəlifliyi ilə fərqlənəcəkdir.

Torpaq üzərində mülkiyyətin tarixən mövcud olmuş aşağıdakı formalarını göstərmək olar: icma torpaq mülkiyyəti, xüsusi torpaq mülkiyyəti (bunun da quldar, feodal və kapitalist torpaq mülkiyyəti kimi növlərini göstərmək olar), dövlət (ictimai) torpaq mülkiyyəti, bələdiyyə torpaq mülkiyyəti və s. Banklar və dini icmalar da ən bö- yük torpaq mülkiyyətçiləridir.

Torpaq mülkiyyətçisi onu iqtisadi cəhətdən reallaşdırıb ondan gəlir götürə bilər (iqtisadi səmərə əldə edə bilər). Torpaq mülkiyyəti- nin sahibi onu reallaşdırmağın müxtəlif mexanizmlərindən istifadə edə bilər. Bunu aşağıdakı yollarla reallaşdırmaq olar: 1. Sahibkar öz torpağında təsərrüfat təşkil edib, cürbəcür məhsul

götürə bilər. 2. Torpağı icarəyə verib əvəzində icarə haqqı, renta ala bilər. 3. Torpağından istifadəyə görə başqasından haqq ala bilər, göm-

rük haqqı ala bilər, vergi qoya bilər. 4. Torpağı ömürlük başqasının istifadəsinə verib ondan müxtəlif

formalarda gəlir götürə bilər. Torpağı satıb pul əldə edə bilər, girov qoyub müxtəlif məqsədlər üçün istifadə edə bilər (kredit götürə bilər).

Torpağın iqtisadi cəhətdən reallaşdırılması yalnız kənd təsər- rüfatı ilə bağlı olan sahələrə deyil, sənaye və tikinti əhəmiyyətli tor- paq sahələrinə də aiddir.

5.

157

§3. Aqrar bölmədə istehsalın təşkili formaları. Kəndli fermer təsərrüfatları. Aqrar-sənaye kompleksləri

Torpaq üzərində mülkiyyətin formasından asılı olaraq, ona əsaslanan cürbəcür təsərrüfat formaları yaradıla bilər. Bu formaların bir çoxu keçmişdə qalsa da onların adlarını yada salmaq artıq olmazdı. Bunlar aşağıdakılardır: 1. İcma təsərrüfatı. 2. Quldar təsərrüfatı - latifundiyalar. 3. Feodal təsərrüfatı - təhkimli əməyinə əsaslanan malikanə təsərrüfatı (malikanələrdə muzdlu əməkdən istifadə oluna bilər). 4. Kapitalist kəndli fermer təsərrüfatı. 5. Kollektiv (kooperativ) kəndli təsərrüfatı. 6. Ailə əməyinə əsaslanan fərdi kəndli təsərrüfatı. 7. Dövlət mülkiyyətinə əsaslanan dövlət kəndli təsərrüfatı və s.

Bu təsərrüfotlarm hər birinə xas olan əmək təşkili formaları vardır və bu formalardan dünyanın ayrı-ayrı ölkələrində istifadə olunur. Bunlardan əməyin fərdi, icarə, kooperativ (kollektiv), xüsusi və dövlət təşkili formalarını göstərmək olar. Burada tətbiq olunan əmək azad adamın əməyi, qulun, təhkimli kəndlinin, muzdlu fəhlənin əməyi ola bilər.

Aqrar sahədə təşkil olunan müəssisələr öz məzmunu və xarakteri etibarilə müxtəlif olurlar. Müasir dövrdə dünyanın əksər ölkələrində torpaq üzərində təşkil olunmuş təsərrüfatlar bazar təbiətlidir, kapitalist təsərrüfatı kimi yaradılmışdır.

Kapitalizmin meydana gəlməsi üə kapitalm fəaliyyət sferası genişlənir, o nəinki ticarəti, sənayeni və kredit-maliyyə sferalarım, habelə, torpaq üzərində təsərrüfat qurmaq istəyən sahələri də əhatə edir.

Kapital kənd təsərrüfatını, hasilat sənayesini, meşə-ağac emalını, tikintini və digər sahələri öz fəaliyyət sahəsinə çevirir. Bu zaman torpaqla bağlı olan istehsal münasibətləri əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayır, əvvəllər mövcud olmuş torpaq mülkiyyəti yeni şəkil alır.

Kənd təsərrüfatı sferasında təşkil olunmuş kapitalist tipli təsərrüfatın əsas forması fermer təsərrüfatlarıdır. Kapitalizmdə fermer təsərrüfatlarının iki əsas növü mövcud olur: 1) muzdlu əməyə əsaslanan fermer təsərrüfatı; 2) ailə əməyinə əsaslanan kəndli fermer təsərrüfatı.

Torpaq üzərində kapitalist tipli təsərrüfatların yaranması və fəaliyyətində üç sinif iştirak edir: torpaq mülkiyyətçisi, torpağı ica

158

rəyə götürən sahibkar kapitalist (icarədar) və muzdlu fəhlələr. Kapitalizm şəraitində torpaq üzərində iki növ inhisar formalaşır;

1. Torpaq üzərində xüsusi mülkiyyət inhisarı; 2. Təsərrüfat obyekti kimi torpaq üzərində inhisar.

Torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdınimasında və aqrar münasibətlərin formalaşmasında hər iki inhisar növünün özünəməxsus rolları vardır.

Kapitalizm inkişaf etdikcə bilavasitə istehsalçı olan kəndlilərin əsas istehsal vasitəsi olan torpaqdan ayrılması prosesi baş verir ki, bu da muzdlu əməyin tətbiqinə və kapitalist təsərrüfat formasının yaranmasına səbəb olur. Bu cür proses hal-hazırda Azərbaycanda da baş verir, muzdlu əməyə əsaslanan kapitalist kəndli-fermer təsərrüfatları yaranır.

Müasir dövrdə aqrar bölmədə istehsalın təşkilinin ən başlıca forması Aqrar-Sənaye Kompleksinin (ASK) yaradılmasıdır. Belə komplekslərin yaranması kənd təsərrüfatı istehsalınm sənaye əsasları üzərində qurulmasını nəzərdə tutur. ASK - üç sahəni özünə daxil edir:

I sahə - kənd təsərrüfatına istehsal vasitələri verən sənaye sahələri və kənd təsərrüfatına istehsal-tcxniki xidmət göstərən sahələr;

II sahə - kənd təsərrüfatının özü; III sahə - kənd təsərrüfatı məhsullarını istehlakçılara çatdıran sahə

(tədarük, emal, saxlama, daşınma, reallaşdırma). Aqrar-Sənaye Kompleksində istehsalın inkişafını təmin edən

infrastrukturun mühüm rolu vardır. Buraya aiddir: yol-nəqliyyat təsərrüfatı; maddi-texniki təchizat; rabitə; məhsulun saxlanılması sistemi (anbar, tara təsərrüfatı və s.); enerji, informasiya və s. sistemlər. ASK-nm inkişafında sosial infrastrukturların da lazımi səviyyədə olması tələb olunur. Müasir dövrdə müxtəlif sahələr qovuşaraq vahid təkrar istehsal orqanizmini təşkil edir.

Son məqsəd ölkənin ərzaq məhsullarına və kənd təsərrüfatı xammalına olan tələbatını ödəməkdir. Təkcə kənd təsərrüfatı bu vəzifənin öhdəsindən gələ bilməz. Bunun üçün ASK-nm bütün sahələri razılaşdırılmış, uyğun nisbətlərdə inkişaf etdirilməlidir.

Bəzi sənaye sahələri kənd təsərrüfatı profillidir və onun üçün işləyir. Bu kənd təsərrüfatı maşınları, kübrə, heyvandarlıq üçün avadanlıq istehsal edən zavodlardır. Bütövlükdə xalq təsərrüfatı sahələrinin yarıdan çoxu kəndə istehsal vasitələri verir. Bununla belə, onlarla sahə kənd təsərrüfatı mənşəli xammal və materialla işləyir.

Beləliklə, ASK vahid xalq təsərrüfatı sisteminin mühüm tərkib hissəsidir və ölkə iqtisadiyyatında əvəzsiz rol oynayır.

159

§4.Torpaq icarəsi və icarə haqqı. İcarə haqqının tərkib ünsürləri

Torpaq mülkiyyətçisi ondan müxtəlif formalarda istifadə edib gəlir götürə bilər. Kapitalizm cəmiyyətlərində torpağı icarəyə verib gəlir götürmək forması geniş yayılmışdır. Torpağın sahibləri əsasən torpağın becərilməsilə məşğul olmur, ancaq torpağı icarəyə verirlər. Belə də ola bilər ki, torpağın sahibi torpağmı özü becərsin, ancaq onun bir hissəsini icarəyə versin. Məqsəd torpaqdan gəlir əldə etməkdir.

Torpağın icarəsi - torpaqdan istifadə formasıdır ki, bu zaman torpaq mülkiyyətçisi özünün torpaq sahəsini müəyyən müddətə haqqı ödənilməklə, təsərrüfatçılıq etmək üçün başqa bir şəxsə verir. Torpağı icarəyə götürən şəxs ondan istifadə haqqı olaraq torpaq mülkiyyətçisinə icarə haqqı verir. Torpağın icarəyə verilməsi və icarə haqqı müqavilə ilə müəyyən edilir.

Torpağın icarəyə verilməsi quldarlıq cəmiyyətində meydana gəlmişdir. Qədim Babilistan çarı Hammurapinin (b.e.ə.XVIII əsr) qanunlarında torpağın icarəyə verilməsi şərtləri ciddi şəkildə müəyyən edilmişdir: icarə qısamüddətli idi (1-2 ilə), icarə haqqı natural idi (məhsulun 1/3-i və ya 1/2-i) yaxud pul formasında ödənilirdi. Müasir inkişaf etməkdə olan ölkələrdə kəndlinin torpaqdan istifadəsinin əsas forması kimi icarədən istifadə olunur. Məsələn, İranda ailələrin 60%-i torpağı icarəyə götürür. Argentina və Panamada torpaqdan istifadənin 75%-ni icarə forması təşkil edir. İcarə haqqı pul yaxud məhsulla ödənilir, yaxud da sahibkarın torpağında işləməklə borcunu ödəməli olur.

Torpağın kapitalistcəsinə icarəyə verilməsi formasının meydana gəlməsilə icarə haqqı yeni məzmun kəsb edir. İcarə haqqı mexanizmi vasitəsilə həm torpaq icarəyə verilməzdən əvvəl ona qoyulmuş kapitalın geri qayıtmasını (amortizasiyasını) və həm də torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasmm əsas forması kimi rentanı ödəməlidir. Deməli, icarə haqqı iki hissədən ibarətdir: renta və icarəyə verilmiş sahədə olan əsas kapitalın (tikililər, çoxillik bitkilər, yollar, suvarma sistemləri və s.) faizi.

Torpağın icarəyə verilmə müddəti müxtəlif ölkələrdə müxtəlifdir. İcarə müddəti uzun olduqda torpağı icarəyə götürən kapital sahibi torpağa əlavə xərc qoyub əlavə gəlir götürmək imkanı əldə edir. İcarəyə verən mülkiyyətçi isə çalışır ki, icarə müddəti qısa olsun. Bununla o, yeni müqavilə bağlayarkən icarə haqqını artırmaq imkanı əldə edir. Bu səbəbdən də torpağı icarəyə verənlə onu icarəyə

160

götürən arasında daim mübarizə gedir. Bəzi ölkələrdə şəraitdən asılı olaraq torpaq əvvəlki sahibləri olan

iri feodalların əlində qalmışdır və onlar öz torpaqlarını müvəqqəti olaraq istifadə üçün başqalarına verirlər. Bu zaman torpaq sahibləri təhkimli kəndli əməyinin tətbiqini dayandırırlar.

Muzdlu əmək tətbiq etməklə torpağın icarəyə götürülməsi forması İngiltərədə, Niderlandda, Fransada və ABŞ-da geniş yayılmışdır.

Hazırda Qərb ölkələrində ümumi torpaq fondundan icarəyə verilən torpaqların azalması müşahidə olunur. Bu müxtəlif amillərlə bağlıdır:

1. Kimya sənayesində kənd təsərrüfatı xammalını əvəz edən çoxsaylı məhsullar istehsal olunur.

2. Kənd təsərrüfatı istehsalının təmərküzləşmə səviyyəsi yüksəlir, təmərküzləşmiş müəssisələrin rəqabət gücü artır və bunun nəticəsində də zəhmətkeş kəndlilərin və fermerlərin müflisləşməsi prosesi gedir.

S.Eyni bir şəxsdə torpaq mülkiyyətçisi ilə sahibkar birləşir, mülkiyyətçi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bütün bunların nəticəsində aqrar münasibətlərdə müəyyən dəyişikliklər baş verir.

§5. Renta və onun formaları. Differensial və mütləq renta

Torpaq mülkiyyəti formasından əldə olunan gəlir növü renta adlanır. Renta torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırıl- masınm başlıca formasıdır.

Renta (fr.rente, latınca - rcddita - geriyə verilmiş) - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan və nisbətən sabit gəlir növüdür, onu torpaq mülkiyyətçisi əldə edir.

Torpaq üzərində mülkiyyətin tarixən müxtəlif formalarda olması rentanın da müxtəlif formalarda götürülməsinə səbəb olmuşdur. Rentanın feodal torpaq rentası və kapitalist torpaq rentası kimi formaları olmuşdur.

Feodal torpaq rentası üç başlıca formada ödənilmişdir: 1. İşləyib ödəmə (biyar) - renta: 2. Məhsul (töycü) - renta; 3. Pul - renta.

Birinci halda təhkimli kəndli həftənin müəyyən günlərini əvəzsiz olaraq feodalın torpağında işləməlidir.

İkinci halda kəndli öz borcunu məhsul şəklində ödəyirdi. Üçüncü halda kəndli məhsulu satıb onun pulunu torpaq sahi-

161

binə verməli idi. Hər üç halda kəndli feodalın ona verdiyi pay torpağından

istifadənin əvəzini ödəmiş olur, feodala müxtəlif formalı gəlir verirdi. Kapitalist torpaq rentası - sahibkar kapitalistin iearəyə götürdüyü

torpaqdan əldə etdiyi mənfəətin orta mənfəətdən artıq qalan və torpaq mülkiyyətçisinə verilən hissəsidir (K.Marsk). Torpaq mülkiyyətçisi öz torpağını sahibkarlıqla məşğul olan kapital sahibinə icarəyə verib əvəzində rcnta alır.

K.Marks təliminə görə renta muzdlu kənd təsərrüfatı fəhlələrinin əməyi ilə yaradılır və torpaq mülkiyyətçiləri tərəfindən mənimsənilir. Marksist yanaşma rentaya dair başqa nəzəriyyələrdən fərqlənir. Məsələn, fiziokratlar rentanı təbiətin bəxşişi hesab edirlər. Renta nəzəriyyəsi D.Rikardo tərəfindən geniş şəkildə inkişaf etdirilmişdir. O, ilk dəfə olaraq rentanı dəyər qanunu əsasında izah etməyə çalışmış və onu torpağın məhsulunun ictimai qiyməti ilə fərdi qiymətləri arasındakı fərq kimi izah etmişdir.

Kapitalist torpaq rentasının iki növü mövcuddur: difierensial renta və mütləq renta. Rcntanm mahiyyətini başa düşmək üçün belə bir suala cavab vermək lazımdır: necə olur ki, torpağı icarəyə götürən sahibkar-kapitalist torpağa kapital qoymaqla özü də mənfəət götürür və orta mənfəətdən artığını da renta şəklində torpaq mülkiyyətçisinə verir? Bu artıq mənfəət hansı şəraitdən asılı olaraq yaranır?

Qoyulan sualın cavabını vermək üçün sənaye və kənd təsərrüfatında əlavə (üstəlik) mənfəətin yaranma mexanizmini aydınlaşdırmaq lazımdır.

Sənayedə istehsala yeni texnika tətbiq edib məhsulun fərdi istehsal qiymətini ictimai istehsal qiymətindən aşağı salan sahibkar əlavə mənfəət götürə bilir. Əgər inhisar mövcud deyilsə, bu əlavə mənfəət müvəqqəti olacaq. Çünki eyni sahənin qalan sahibkarları da xəbər tutan kimi, yeni texnikanı tətbiq edəcək və başqaları kimi mənfəət götürəcəkdir. Əlavə mənfəət götürmək üçün yeni cəhdlər ediləcək, yeni texnika tətbiq etmək lazım gələcək.

Kənd təsərrüfatında isə vəziyyət başqadır. Əvvəla, əsas istehsal vasitəsi olan torpağın özü məhduddur. Onun təbii münbitliyi və məkanca yerləşməsi adamlardan asılı deyildir. Torpağın bir çox parametrləri, o cümlədən də onun iqlim şəraiti, məkanca yerləşdiyi yer min illərlə dəyişməz qalır. Torpaq sahələri təbii münbitliyinə görə müxtəlif olur (münbit, orta münbit, az münbit, pis torpaqlar).

İkincisi, cəmiyyətin artan tələbatını ödəmək üçün yalnız yaxşı, məhsuldar sahələri becərmək kifayət etmir. Buna görə də cəmiyyətin

162

tələbatını ödəmək üçün orta və aşağı münbitlikdə olan, bazardan, satış məntəqələrindən uzaq məsafələrdə yerləşən torpaq sahələri də becərilməlidir.

Üçüncüsü, müxtəlif vəziyyətdə olan torpaq sahələrində məhsul vahidinin istehsalına çəkilən xərclər müxtəlif olacaqdır. Belə ki, yaxşı torpaqda istehsal olunan məhsul ucuz (məhsuldarlıq səviyyəsi yüksək olacaq), pis torpaqlarda istehsal olunan məhsul baha başa gələcəkdir (məhsuldarlıq səviyyəsi aşağı olduğuna görə). Əgər məhsullar yaxşı torpaqda istehsal olunan məhsulun qiymətilə satılsa, onda pis torpaqda istehsal olunan məhsullar ucuz satılar və nəticədə bütün sahələr becərilməz. Buna görə də sənayedən fərqli olaraq kənd təsərrüfatı məhsulları üçün ictimai qiymət (bazar qiyməti) kimi pis torpaqda (az münbit və məkanca uzaq olan torpaqlar) istehsal olunmuş məhsulun qiyməti götürüləcək və bütün məhsullar bu qiymətlə satılacaq. Nəticədə orta və yaxşı torpaq sahələrindən əlavə gəlir götürüləcəkdir. Bu əlavə gəlir pis torpaqlarda istehsal olunmuş məhsulun qiymətilə (ictimai ischsal qiyməti) orta və yaxşı torpaqlarda istehsal olunmuş məhsulların fərdi qiymətləri arasındakı fərqdir. Götürülən bu əlavə gəlir daimi olacaqdır.

Dördüncüsü, torpaq sahələri becərilir, biri münbitdir, digəri isə pis torpaqdır, başqa birisi isə orta münbitliyə malikdir. Hər üç sahədə təsərrüfat təşkil olunur, məhsul becərilir. Təsərrüfat obyekti kimi torpaq üzərində inhisar var, kim hansı torpağı becərirsə, həmişə də onu becərməli olacaqdır, istəsə də, istəməsə də bəxtinə nə cür torpaq çıxıbsa onunla da məşğul olmalı, becərməlidir. Buna görə də torpağın münbitliyi və məkanca yerləşməsindən asılı olaraq əlavə mənfəət götürüləcəkdir və bu differensial (fərq) renta adlanır.

Differensial renta I və II olur. I Differensial renta - torpağın təbii münbitliyindəki fərqlə və

məkanca müxtəlif məsafələrdə yerləşməsilə bağlıdır. Torpağın təbii münbitliyindəki fərq müxtəlif münbitlikdə olan eyni bir torpaq sahəsinə bərabər miqdarda kapital qoyulduqda müxtəlif miqdarda məhsulun götürülməsində özünü göstərir. Belə olduqda məhsulun fərdi qiymətləri fərqli olacaqdır və eyni bazar qiymətinə satıldığı üçün əldə olunan gəlirin miqdarı da müxtəlif olacaq. Məkanca bazara yaxın olan torpağı becərən kapital sahibləri, bazardan uzaq olan torpağı becərənlərə nisbətən az nəqliyyat xərci ilə öz məhsullarını bazara çıxaracaq və əlavə gəlir götürəcəkdir.

I Differensial rentanın əmələ gəlmə mexanizmini aşağıdakı cədvəlin köməyilə aydın başa düşmək olar.

163

75

a* &.

C C = =

u

r '2

- CUJ “

O O C C u

rs/i rx

Hor sentnerin istehsal

qiyməti C ^ Bütün məhsulun istehsal qiyməti

u. U.W. O 53 cM p

—^^2 :5

fərdi

CL rs

ictimai y İS İJ o

d s

fərdi ictimai

1 100 20 6 20 30

10 120 180 60

2 100 20 5 24 30

6 120 150 30

3 100 20

4 30 30 0 120 120 0

II Differcnsial rcnta - torpağa əlavə kapital qoyulması, elmi- texniki tərəqqi nailiyyətlərindən istifadə olunması sayəsində torpaqdan götürülən əlavə mənfəətdir. Elmin nailiyyətlərindən istifadə etməklə torpağın iqtisadi münbitliyi artırılır. Nəticədə torpağın məhsul verimi artır, əlavə olunmuş məhsulun satışından əlavə mənfəət əldə olunur ki, bu da II differcnsial rcntanı təşkil edir. Torpaq sahəsi icarədə olduğu müddətdə II differcnsial rentanı icarədar kapitalist mənimsəyir. İcarə müqaviləsi təzələndikdə isə II differcnsial renta müqavilə üzrə torpaq mülkiyyətçisinə çatır.

Mütləq rcnta. Sual oluna bilər ki, əgər pis torpaq sahələri renta vermirsə, sahibi onu nə üçün icarəyə verir? Torpaq üzərində xüsusi mülkiyyət inhisarı olduğu kapitalizm cəmiyyətində ən pis torpaqların da sahibi var. Ehtiyac olduğundan ən pis torpaq sahələri də icarəyə verilir. Bu cür torpaq sahələrinin becərilməsinə daha çox əmək sərf olunur. Sənaye ilə müqayisədə kənd təsərrüfatında texnikadan istifadə səviyyəsi aşağıdır. Buna görə də pis torpaq sahələrində istehsal olunan məhsul həddindən artıq baha başa gəlir və əsasən öz dəyərinə satılır. Çünki, kənd təsərrüfatı məhsulunun bazar qiymətinə mütləq renta da daxil edilir. Nəticədə ictimai istehsal qiymətilə kənd təsərrüfatı məhsullarının bazar qiymətləri arasında fərq yaranır ki, bu fərq mütləq rentanı təşkil edir. Mütləq rentanı inhisarçı olan torpaq mülkiyyətçisi mənimsəyir.

İnhisar rcntası. Xüsusi əlverişli təbii şərait subtropik bitkilər, çay, pambıq və s. becərməyə imkan verir. Bu cür məhsullar inhisar qiymətləri ilə satılır, inhisar qiymətləri isə bir qayda olaraq məhsulun fərdi dəyərindən yüksək olur ki, bu da torpaq mülkiyyətçisinə inhisar rentası almağa imkan yaradır.

Hasilat sənayesi və tikinti sahələrində rcnta. Enerji daşıyıcıları və digər faydalı qazıntıların yerdən çıxarılması ilə bağlı fəaliyyət

164

göstərən hasilat sənayesində də renta kənd təsərrüfatında yarandığı qaydaya uyğun olaraq mövcud olur. Faydalı qazıntılar, neft, qaz və digər hasil olunacaq təbii sərvətlər yerin müxtəlif dərinliklərində yerləşir, onların ehtiyatları da eyni deyildir və buna görə də onların hasilatına çəkilən xərclər də eyni deyildir. Hasilat sənayesində də məhsulların bazar qiyməti ən pis şəraitdə çıxarılan məhsulun qiymətinə uyğun olaraq müəyyən edilir. Buna görə də daha əlverişli sahələrdən az məsrəflə çıxarılan faydalı qazıntıların satışından əlavə gəlir yaranacaq ki, bu, differensial rentadır və torpaq mülkiyyətçisi tərəfindən mənimsənilir.

Torpaq mülkiyyətçisi tikinti aparmaq məqsədilə torpağı icarəyə götürəndən də renta alır (icarə haqqı kimi). Differensial rcnta- nın miqdarı tikinti aparılan sahənin harada yerləşməsindən (şəhərin kənarında, yaxud mərkəzində) asılı olur. Differensial rentanm yüksək olması mənzillərin qiymətinin qalxmasının əsas səbəblərin- dəndir. Bu isə böyük şəhərlərdə mənzil probleminin həllini çətinləşdirir, mənzilə ehtiyacı olanların sayı getdikcə artır.

§6.Torpaq bazarı və torpağın qiyməti

Bazar iqtisadiyyatı şəraitində digər şeylər kimi torpaq da alqı- satqı obyekti olur, torpaq bazarındakı tələb və təklifdən asılı olaraq alınıb satılır. Ancaq becərilməmiş (xam torpaq), heç bir əmək sərf edilməmiş, kapital qoyulmamış torpaq sahəsinin dəyəri yoxdur. Belə olduğu halda torpağın qiyməti nə ilə və necə müəyyən olunur? Hər şeyin alqı-satqı obyekti olduğu bir şəraitdə elə şeylər var ki, onların qiyməti dəyərilə deyil istifadə edilməsindən əldə olunan gəlirə görə, faydalılığına görə müəyyən olunur. Bu cür əmtəələrin qiyməti irrasional qiymət adlanır. Torpaq da irrasional qiyməti olan əmtəədir. Torpağını satan mülkiyyətçi ilk növbədə ona çalışır ki, torpaqdan əvvəl əldə etdiyi gəliri itirməsin. Buna görə də torpağı satıb pulunu xərcləmək olmaz. Torpaq mülkiyyətçisi torpağını satıb əldə etdiyi pulu banka qoyub faiz götürməklə əvvəlki gəlirini saxlaya bilər. Bunun üçün torpağın sahibi onu elə bir pul məbləğinə satmalıdır ki, həmin pulu banka qoyduqda onun gətirdiyi faiz torpaqdan götürdüyü rentaya bərabər olsun. Eyni zamanda torpağı alan şəxs də mövcud şəraitdə bankın faizi ilə torpağın verdiyi rentanm məbləğini müqayisə edir və torpağı almağın, yoxsa pulu banka qoyub faiz götürməyin əlverişli olduğunu müəyyənləşdirməyə çalışır. Göründüyü kimi torpağın qiyməti kapitallaşmış rentadır (faiz gətirən pul kapitaldır).

165

Bərabər şəraitdə torpaqdan götürülən rentanın miqdarı onun qiymətinin müəyyən edilməsində həlledici rol oynayır. Torpağın qiyməti həmçinin bankın verdiyi faizdən asılıdır. Borc faiz norması nə qədər yüksək olarsa torpağın qiyməti bir o qədər aşağı olar. Deməli, torpağın qiyməti rentanın kəmiyyəti ilə düz, borc faiz norması ilə tərs mütənasibdir. Onu bu formula ilə ifadə etmək olar:

7 =i^-100

burada: - torpağm qiyməti; - torpaq rentası, - faiz normasıdır.

Rentanın məbləği dəyişməz qaldığı şəraitdə borc faiz dərəcəsi azalarsa, torpağın qiyməti arta bilər. Torpağın qiyməti ona olan tələb və təklifdən də asılı olaraq dəyişir. Aydındır ki, təklif olunan torpaq sahələri dəyişməzdir. Ancaq yüksək tələbat olduqda yararsız, bataqlıq, şoranlaşmış torpaq sahələri də satıla bilər. Bütövlükdə götürüldükdə satmaq üçün təklif olunan torpaq sahələri azalır, ona olan tələb isə artır. Bu isə torpağm qiymətinin müntəzəm olaraq artmasına səbəb olur.

Bazar münasibətlərinin genişləndiyi Azərbaycanda da torpağın qiyməti sürətlə artır. Bu xüsusilə Bakıda və digər böyük şəhərlərdə daha aydın müşahidə olunur. Torpağın qiymətinin artması həm hər nəfərə düşən torpaq sahəsinin və həm də yararlı torpaq sahələrinin azalması ilə bağlıdır. Bu azalma aşağıdakı səbəblərlə bağlıdır: əhalinin artması və yararlı torpaqların tikinti üçün ayrılması; torpaqların şoranlaşması və erroziyaya uğraması; sənaye obyektlərinin, hərbi bazaların, inzibati binaların yararlı torpaqlarda yerləşdirilməsi; nəqliyyat-kommunikasiya sistemlərinin genişlənməsi və s.

Azərbaycan ərazilərinin 20 %-nin erməni işğalçıları tərəfindən işğal edilməsi nəticəsində torpaqların azalması da torpaq bazarına öz təsirini göstərir və onun qiymətinin artmasına səbəb olur. Bundan əlavə daşınmaz əmlak bazarının, ipoteka sisteminin lazımi səviyyədə formalaşmaması və bu sahədə təcrübənin olmaması da torpağın alqı-satqısında, onun qiymətinin müəyyən edilməsində özbaşınalığa, hərcmərcliyə səbəb olur. Bütün bunlar isə sivil torpaq bazarının formalaşması prosesini ləngidir.

§7. Azərbaycanda aqrar islahatlar və əsas məqsədlər

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş vermiş dəyişikliklərin nəticəsində keçmiş sovetlərə məxsus iqtisadi

166

sistem və o cümlədən də aqrar sahə dağılmış, dərin böhran vəziyyətinə düşmüşdür. 1990-1995-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalı nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Belə ki, 1990-cı ilə nisbətən 1995-ci ildə taxıl istehsalı 34,8 %, pambıq 49,6 %, tütün 84.1 %, kartof 84,1 %, tərəvəz 50,5 %, üzüm 74,2 %, çay 69,4 %, ət 54.2 %, süd 14,5 %, yun istehsalı 19 % aşağı düşmüşdür. Kənd təsərrüfatında yaranmış vəziyyət emal sahəsinə də öz təsirini göstərmiş, emal müəssisələri üzrə əsas məhsul növləri istehsalında azalma olmuşdur.

Aqrar sahədə mövcud böhranın aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalının stabilləşdirilməsi, istehsalçıların təsərrüfat-maliyyə fəaliyyətinin rentabelliyinin təmin edilməsi məqsədilə əsaslı iqtisadi islahatların həyata keçirilməsi, mülkiyyət münasibətlərinin dəyişdirilməsi, yeni tip təsərrüfat formalarının təşkili obyektiv zərurətə çevrilmişdir. Respublikamızda islahatların aparılmasının zəruriliyi kənddə təsərrüfatsızlıq hallarının artması, kənd əhalisinin həyat şəraitinin pisləşməsi ilə də sıx bağlı olmuşdur.

Xalq təsərrüfatının bir çox sahələrinin inkişafı aqrar sahənin inkişafından asılıdır, onunla bağlıdır. Belə ki, bu sahə ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən 75 %-ni ödəyir. Respublika xalq təsərrüfatında çalışan əmək adamlarının təxminən 25- 30 %-indən çoxu aqrar sahədə çalışır və milli məhsulun 35-40 %-ə qədərini yaradırlar. Yeyinti sənaye məhsullarının 60-70 %-i kənd təsərrüfatı məhsulları hesabına baş verir. Belə bir əhəmiyyətli sahədə islahatlar keçirib, onu bazar münasibətləri əsasında yenidən qurmaq başlıca bir vəzifə kimi qarşıya çıxır və bu vəzifəni yerinə yetirmək üçün islahatlar həyata keçirilir.

1991-ci ildən başlayaraq, ölkədə aqrar islahatları həyata keçirmək üçün 40-dan artıq hüquqi-normativ sənəd hazırlanmışdır, islahatların hüquqi əsasını Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş «Torpaq məcəlləsi», «Mülkiyyət haqqında», «Torpaq vergisi haqqında», «Aqrar islahatların əsas istiqamətləri haqqında», «Kolxoz və sovxozların islahatı haqqında» qanunlar, «Sovxoz və kolxozların əmlakının bölüşdürülməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydası» və digər normativ- hüquqi sənədlər təşkil edir.

İslahatların nəticəsində 1970 kolxoz və sovxoz, bütün kənd təsərrüfatı müəssisələri, habelə yeyinti məhsulları və texniki bitkilər emal edən və kəndə xidmət göstərən müəssisələr özəlləşdirilmişdir.

İslahatların gedişində sovxozların bazasında 41 dövlət toxum

167

çuluq və damazlıq müəssisələri yaradılmış, qalan təsərrüfatların əmlakı və torpaqları qanunvericiliyə uyğun olaraq kənd əhalisi arasında bölünmüşdür. İslahatlara qədər kolxoz və sovxozların istifadəsində 1.460 min hektar əkinə yararlı torpaq sahəsi (ölkənin bütün torpaqlarının 16,8 %-i) olmuşdur. Müharibə nəticəsində işğal altında olan ərazilərdə 300 min hektar əkin sahələri və çoxillik əkmələr qalmışdır.

İslahatların nəticəsində 1.392 min hektar torpaq sahəsinin 1.351 min hektarı (97 %-i), 3.497 min nəfəri birləşdirən 870 min ailə arasında bölüşdürülərək onların əbədi mülkiyyətinə verilmişdir.

İslahatlar aparılan təsərrüfatların 2.662 milyard (köhnə pula - AZM) manat əmlakı olmuşdur. Həmin əmlakın 183 mlrd, manatlığı dövlətdə, 610 mlrd, manatlığı bələdiyyə mülkiyyətində saxlanmış, 1.870 mlrd, manatlığım isə təsərrüfatların üzvləri almışlar. Onlara 63 mindən artıq maşın-traktor, 4 mindən artıq heyvandarlıq binaları, 454 min başdan artıq iri buynuzlu mal-qara, 1,9 milyon başdan artıq qoyun-keçi və s. verilmişdir. Əmlak payı alanların sayı 800 min nəfərə qədər olmuşdur.

Kənd təsərrüfatı və yeyinti məhsulları emal edən, kəndə texnika və kimya xidməti göstərən bütün müəssisələr dövlətsizləşdirilib, özəlləşdirilmişdir. İslahatların nəticəsində kənddə yeni təsərrüfat forması kimi fermer təsərrüfatları yaranmışdır. Bu təsərrüfatların sayı 2000-ci ildə 3248, 2002-ci ildə 2589, 2004-cü ildə 2661 olmuşdur. Bu təsərrüfatlar əsasən xüsusi mülkiyyət bazasında yaradılmış, ailə əməyi və muzdlu əməkdən istifadə olunmaqla fəaliyyət göstərir. Aqrar islahatlar nəticəsində kənddə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmışdır. Və dövlət bu sahəyə xüsusi qayğı göstərir. Aqrar islahatların dərinləşdirilməsi, sahibkarlığın inkişafına kömək məqsədilə bir neçə mühüm dövlət sənədi qəbul edilmişdir. Belə ki, 22 mart 1999-cu il tarixli fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilmiş, bu vergilərə görə əvvəlki bütün borclar silinmiş, onlara neft məhsullarının pərakəndə satışında 2 il güzəştlər verilmişdir. Digər fərman və qanunla aqrar islahat nəticəsində ləğv olunmuş kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, banklara və dövlət müəssisələrinə yaranmış borcları silinmişdir. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam liberallaşdı- rılmış, yanacaq, texnika, kübrə və s. kənd təsərrüfatı üçün vacib olan məhsulların güzəştli qiymətlərlə satışı həyata keçirilir, qiymətlər art

168

dığı şəraitdə dövlət müəyyən kompensasiya ödəyir. Aqrar sahədə kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü,

nəqli, saxlanılması, emalı və satışı ilə məşğul olan təsərrüfat, müəssisə və bölmələrin bir vahiddə, yəni Aqrar-Sənaye Kompleksləri halında formalaşdırılması da aqrar islahatların məqsədlərindəndir. Bu sahədə islahatlar, o cümlədən də özəlləşdirmə müxtəlif təsərrüfat formalarının yaradılmasına gətirib çıxarmışdır. Bu təsərrüfatlara: xüsusi sahibkarlığın payı bəlli təsərrüfatlar, aqroservis, səhmdar cəmiyyətləri, assosiasiyalar, müştərək müəssisələr və s. aiddir. Çoxukladlı təsərrüfatçılıq şəraitində aqrar-sənaye istehsalının səmərəliyini yüksəltmək üçün kənd təsərrüfatı məhsullarının istehsalından hazır məhsulun istehlakçıya çatdırılmasınadək bütün vəsilələr arasında texniki, texnoloji və təşkilati-iqtisadi əlaqələrin dövlət tərəfindən tənzimlənməsi olduqca vacibdir. Bu zaman aqrar bölmədə kiçik və orta sahibkarlığın inkişafına üstünlük verilməli və burada inhisarçılığa yol verilməməlidir.

Kənddə aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və ilbəil yüksək nəticələr əldə edilmişdir. Əgər 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı orta hesabla ildə 12 % aşağı düşürdüsə, artıq 1996-2004-cü illərdən başlayaraq (1997- ci il istisna olmaqla) ümumi məhsul istehsalı orta hesabla 7 faiz artmış və 2003-cü ilə nisbətən 2004-cü ildə bu artım 4,6 faizə bərabər olmuşdur. 2004-cü ildə ölkədə 2158,2 min ton taxıl, 930,4 min ton kartof, 1076,2 min ton tərəvəz məhsulu istehsal edilmişdir. Bu dövr ərzində kənd təsərrüfatı istehsalının quruluşu xeyli yaxşılaşdınimışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası aqrar bölmənin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bununla yanaşı, aqrar sahəyə dövlət tərəfindən verilən bütün imtiyazlar, kreditlər, investisiya şirkətinin, «Aqrolizinq»in yaradılması, texnikanın alınması, kəndlilərə kübrə və yanacaq almaq üçün 80 milyon manat həcmində vəsaitin ayrılması onun inkişafına böyük təkan vermişdir. Təkcə 2006-cı ildə 500-ə yaxın kənd təsərrüfatı müəssisəsi tikilmişdir ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Görülən bütün tədbirlər nəticəsində 2006-cı ildə kənd təsərrüfatının ümumi məhsulu 11 milyon manat və ya 5 faiz artaraq 109 milyon manata çatmışdır.

Bütün bunlar onu göstərir ki, aqrar bölmənin bazar münasibətləri əsasında, sosial yönümdə inkişaf etdirilməsi ölkəmizin müstəqil inkişafında çox böyük rol oynayacaq, əhalinin ərzağa olan tələbatının əsasən yerli məhsullar hesabma ödənilməsini təmin edəcəkdir.

169

BÖLMƏ 3

MAKROİQTİSADİYYAT

XI Fəsil

MAKROİQTİSADİYYAT (MİLLİ İQTİSADİYYAT) VƏ ONUN GÖSTƏRİCİLƏRİ

1. Makroiqtisadiyyat - milli iqtisadiyyat vahid bir tam kimi. Mezo- iqtisadiyyat.

2. Makroiqtisadiyyatm əsas cəhətləri. 3. Milli iqtisadiyyatda gəlirlər və xərclərin dövriyyəsi. 4. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsul (ÜDM) və

onun hesablanma üsulları (metodları). Qiymət indeksinin gəlir göstəricilərinə təsiri.

5. Milli gəlir (MG) və onun bölgüsü. Sərəncamda qalan gəlir.

§1.Makroiqtisadiyyat - milli iqtisadiyyat vahid bir tam kimi. Mezoiqtisadiyyat

Makroiqtisadiyyat (yun. Makro - böyük) milli təsərrüfatı vahid bir tam halında birləşdirən münasibətlər sistemidir. Makroiqtisadiyyat bütövlükdə götürülən milli təsərrüfatın özüdür.

Müasir milli təsərrüfatı üç səviyyədə öyrənü-lər, bu onun təşkilinin üç səviyyəsi ilə bağlıdır: 1. Aşağı səviyyə (mikroiqtisadiyyat); 2. Orta səviyyə (mezoiqtisadiyyat); 3. Yuxarı səviyyə (makroiqtisadiyyat). Bu səviyyələrin hər birinin öz xarakterik cəhətləri vardır və onlar aşağıdakı iqtisadi əlamətlərinə görə fərqlənirlər.

1. Əmək bölgüsü və əmək kooperasiyasının dərəcəsinə görə; 2. Mülkiyyətin tipinə (formasına) görə; 3. Təsərrüfatın təşkilinin formasına görə; 4. İdaəretmə növünə görə. Əvvəlki mövzularda təsərrüfatın aşağı pilləsi, yəni firma, bazar və

ev təsərrüfatı səviyyəsində olan mikroiqtisadiyyat haqqında danışılmışdır. Maddi və mənəvi nemətlərin mikroiqtisadi səviyyədə istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesini öyrəndik. Biz öyrəndik ki, mikroiqtisadiyyat tək əmək bölgüsü, sadə əmək kooperasiyası, xüsusi mülkiyyət və azad bazar münasibətləri əsasında fəaliyyət göstərir.

Lakin məhsuldar qüvvələrin inkişafı nəticəsində təsərrüfatın

170

təşkilinin yeni pilləsi formalaşır. Bu orta pillə olan mezoiqtisadiy- yatdır. Mezo - yunanca - mesos - aralıq, orta mənasını verir.

Mezoiqtisadiyyat istehsalın təmərküzləşməsi və mərkəzləşmə- si nəticəsində formalaşır. İri həcmli birliklər, kombinatlar, komplekslər yaranır. Hətta texnoloji cəhətdən əlaqəsi olmayan konqlomeratlar yaranır. Məsələn, avtomobil zavodları birliyi (eyni texnologiyaya əsaslanan müəssisələrin birliyi), toxuculuq kombinatı, kimya kombinatı (burada xammalı eyni mənbədən alan, yaxud birinin məhsulu digəri üçün xammal olan müəssisələrin birliyi) və yaxud maliyyə cəhətdən müdafiə olunmaq üçün müxtəlif sahənin müəssisələrinin birliyi olan konqlomerat (bank, gəmiqayırma, mehmanxana kimi müəssisələr birliyi). İnhisar birlikləri formaları da mezoiqtisa- diyyata aiddir.

Payçılıq əsasında yaradılan səhmdar cəmiyyətlər də iştirakçıların böyük həcmdə kapitalı əsasında fəaliyyət göstərir. Müxtəlif inhisar birliklərinin qovuşması əsasında maliyyə kapitalı yaranır və bu kapitalın çoxsaylı filialları fəaliyyət göstərir və ana cəmiyyət qız və nəvə cəmiyyətləri üzərində nəzarəti həyata keçirir. Hazırda dünya iqtisadiyyatında əsas gücə malik olan TMK-da ana cəmiyyətlərə tabedir. İri səhmdar kapital bir neçə səhmdar cəmiyyətin nəzarət paketinə sahib olmaqla onlara rəhbərliyi öz əlinə alır (bu holdinq nəzarəti adlanır).

Maliyyə kapitalı nəinki maddi istehsal sahələrini, bank kapitalını, habelə qeyri-bank maliyyə-kredit təşkilatlarını (müxtəlif fondları, sığorta cəmiyyətlərini və s.) özlərinə tabe edir.

ETİ dərinləşməsi ilə istehsalın və kapitalın daha da mərkəz- ləşməsi nəticəsində (XX əsrin II yarısında) mürəkkəb strukturlu maliyyə-sənaye qrupları yaranır. Bu mezoiqtisadi sistemdə yeni bir struktur halqası idi. Bu cür qruplara sənaye müəssisələri, maliyyə- kredit idarələri, ticarət təşkilatları, elmi-tədqiqat institutları, konst- ruktor büroları və s. daxil olur.

XX əsrin II yarısından etibarən ən iri istehsal birliklərində istehsalın diversifikasiyası (lat. müxtəlif və etmək) baş verir, yəni kompaniyaların buraxdığı məhsulların növlərinin sayı artır. Nəticədə istehsal birliyi çoxsahəli mürəkkəb kompleksə çevrilir. Məsələn, ən iri kimya kompaniyaları minlərlə adda məhsul buraxır. Bütün bunlar mezoiqtisadi səviyyə üçün xarakterik olan əmək bölgüsü və əmək kooperasiyası sayəsində mümkün olur.

Mezoiqtisadi səviyyədə inteqrasiya başqa tip mülkiyyət əsasında baş verir. Burada istehsal vasitələri və istehsalın nəticələri payçılıq qaydasında mənimsəməyə əsaslanır.

Mezoiqtisadi sistem bazar münasibətləri dairəsini daraldır.

171

Maliyyə istehsal qrupuna daxil olan müəssisə, təşkilatlar öz aralarında qeyri-bazar əlaqələrinə girirlər. Nəticədə bazar məkanı daralır. Məsələn, trestə və kombinata daxil olan zavod müstəqil bazar əlaqəsini itirir, çünki o iqtisadi cəhətdən müstəqil deyildir. Bir çox hallarda iri korporasiyalar bazarla bilavasitə əlaqə saxlamır və öz məhsullarının satışını başqa, kiçik firmalara həvalə edir və bu françayzinq xidməti adlanır.

Françayzinq - baş korporasiya kiçik müəssisələrə lisenziya satmaqla əmtəə və xidmətlərin istehsalı və satışına icazə verir. Məsələn, 1800 amerika korporasiyası öz əmtəələrini 0,5 mln. kiçik müəssisələr vasitəsilə satmışdır (1985-ci ildə).

Bütün bu deyilənlər mezoiqtisadiyyatın bazarı inhisarlaşdır- mağa meylli olduğunu göstərir. Kartel, sindikat, konsern və trest kimi inhisar birliyi formaları da mezoiqtisadi sistemə daxildir.

Nəhayət, mezoiqtisadiyyat iqtisadiyyatı idarə etməyin yeni for- malannı yaradır. İri istehsal birliklərində planlı özünüidarə sistemi mövcuddır. Onlar istehsalı da, satışı da planlı həyata keçirirlər. Maliyyə sənaye qruplarına (MSQ) daxil olan çoxsaylı sahələr arasmda uyğun proporsiyaların saxlanılması tələbi planlı idarəetməni zəruri edir və bu səviyyədə iqtisadiyyat yüksək dərəcədə planlı idarə olunur.

Göründüyü kimi, mikroiqtisadiyyat və mezoiqtisadiyyatlar öz səviyyələrinə görə fərqlənirlər. Bunu aşağıdakı cədvəldən də aydın görmək olari.

Fərqlərin meyarları Təsərrüfatın səviyyəsi

Mikroiqtisadi müəssisələr Mezoiqtisadi sistem Əmək bölgüsü və kooperasiyasının

növü Tək əmək bölgüsü və sadə

kooperasiya, fabrika Xüsusi əmək bölgüsü, sahələrarası kompleks,

iqtisadi inteqrasiya (MSO) Mülkiyyət tipi Xüsusi mənimsəmə Ümumi pay bölgüsü əsasında mənimsəmə

Təsərrüfatın təşkili növü Kiçik müəssisələr arasında azad bazar

əlaqələri Mezosistem daxilində qeyri-bazar və kvazibazar

əlaqələri Təsərrüfat fəaliyyətinin

tənzimlənməsi forması Bazarın tənzimləyici təsiri (qiymət

sistemi) Mezosistemdə planlı özünüidarə

Mezoiqtisadi sistem mikroiqtisadiyyatı makroiqtisadiyyatla birləşdirən aralıq bir halqadır. Mikroiqtisadiyyat da, mezoiqtisadiyyat da hər ikisi makroiqtisadi sistemə, yəni vahid milli iqtisadiyyata daxildirlər. Onlar milli iqtisadiyyatın tərkibinə daxil olan müxtəlif səviyyələrdir və yalnız makroiqtisadi səviyyəyə aid olan münasibətlərlə birlikdə vahid milli iqtisadi sistemin bütövlüyünü təşkil edirlər.

EopHcoB E.O. ƏKOHOMHHecKajı Teopna. M., 2002. c.362. 172

§2. Makroiqtisadiyyatın əsas cəhətləri

İqtisadiyyatın müxtəlif səviyyələrdə öyrənilməsi heç də hamı tərəfindən qəbul edilmir. Məsələn, İngilis klassik siyasi iqtisad iqtisadiyyatı bütövlükdə öyrənməmişlər, fərdi və ictimai kapitalı ayrı- ayrılıqda tədqiq etməmişlər. Onlar milli miqyasda fəaliyyət göstərən dövlətin və digər institutların fəaliyyətini lazımi səviyyədə tədqiq etməmişlər.

Yalnız fiziokratiya məktəbinin banisi F.Kene ilk dəfə olaraq ictimai istehsalı tam şəkildə öyrənməyə cəhd göstərmişdir. O illik məhsulun üç sinif arasında neçə dövr etdiyini «İqtisadi cədvəl»də izah etməyə çalışmışdır.

İctimai kapitalın cəmiyyət miqyasında təkrar istehsalına dair mükəmməl nəzəriyyəni K.Marks yaratmışdır. O bütövlükdə cəmiyyət miqyasında ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesini özünün «Kapital» əsərində geniş şərh etmişdir.

XIX əsrin sonuncu rübündə iqtisadi nəzəriyyədə meydana gəlmiş neoklassik istiqamət milli təsərrüfatı kiçik iqtisadi formalara ayırıb tədqiq edir, ağacın arxasında meşəni görmək istəmir.

XIX əsrin sonu və XX əsrin əvvəllərində mezoiqtisadiyyatın yaranması və dövlətin iqtisadi proseslərin tənzimlənməsinə fəal müdaxilə etməsi iqtisadiyyatın bütövlükdə cəmiyyət miqyasında öyrənilməsinin zəruri olduğunu göstərdi. Görkəmli ingilis iqtisadçısı C.Keyns sübut etdi ki, dövlətin iştirakı olmadan sabit iqtisadi artıma nail olmaq və işsizliyi aradan qaldırmaq olmaz. Bununla da Keyns bütövlükdə götürülən xalq təsərrüfatının nəzəri cəhətdən öyrənilməsini önə çəkdi və mikroünsürlərə xalq təsərrüfatının tərkib hissəsi kimi baxmağı lazım bildi.

Beləliklə, indiyə kimi iqtisadi nəzəriyyədə iki nisbi müstəqil hissə: mikroiqtisadiyyat və makroiqtisadiyyat qalır və öyrənilir. Ancaq bu cür bölgünün tərəfdarları və əleyhdarları vardır. Lakin fakt budur ki, mikroiqtisadiyyat və makroiqtisadiyyat müstəqil bölmələr kimi tədris olunur. Bu da faktdır ki, vahid olan iqtisadiyyatın müxtəlif səviyyələri arasında fərqli cəhətlərlə yanaşı ümumi prinsiplər də vardır və onlar nəzərdən qaçırılmamalıdır.

Makroiqtisadiyyatın özünə məxsus spesifik cəhətləri vardır. Makroiqtisadiyyat elə münasibətlər sistemidir ki, bütün ayrı-ayrı təsərrüfatları vahid tam halında birləşdirir. Onun ayrı-ayrı səviyyələri arasında möhkəm tellərlə bağlı iqtisadi əlaqələr vardır.

Makroiqtisadiyyat birdən-birə yaranmamışdır. Hətta uzun

173

dövr ərzində bir ölkənin ayrı-ayrı regionları arasında iqtisadi əlaqələr olmamışdır. Orta əsrlərin sonu və yeni dövrün başlanğıcında millət meydana gəlir və bu dövrdən də makroiqtisadiyyat yaranmağa başlayır. Avropada daxili bazarın, kapitalist istehsalının və milli dövlətin yaranması ilə millət də, onun milli təsərrüfatı da formalaşmışdır.

XX əsrin ikinci yarısından etibarən makroiqtisadiyyatın hərtərəfli inkişafı üçün, Qərb ölkələrində şərait yaranır. Mikro və me- zoiqtisadiyyatlar vahid xalq təsərrüfatının tərkibində möhkəm tellərlə bağlanırlar.

Vahid xalq təsərrüfatı aşağıdakı əlamətləri ilə fərqlənir: 1. Milli iqtisadiyyatın (xalq təsərrüfatının) bütövlüyü milli əmək

bölgüsünə əsaslanır. Milli əmək bölgüsü (ümumi) bütün iri istehsal sferalarını, sahələri və iqtisadi regionları bir-biri ilə bağlayır, qarşılıqlı asılılıq halında fəaliyyət göstərmələrini təmin edir. Ümumi əmək bölgüsü əsasında sahələr arasında möhkəm qarşılıqlı əlaqələrin yaranması iqtisadiyyatın makrosistemini yaradır və bu cür sistem xalq təsərrüfatı kompleksi adlanır. Bu, maddi və qeyri-maddi istehsal sahələrini vahid bir orqanizm halında birləşdirir.

2. Makroiqtisadi sistemdə əsas birləşdirici mülkiyyət forması ümumi-birgə mülkiyyətdir. Bu ümumi xalqa məxsus olan dövlət mülkiyyətidir.

3. Makroiqtisadiyyatın mühüm tərkib hissəsi olan milli bazar bütün yerli bazarları vahid bir məkanda birləşdirir və milli pul vahidi tətbiq olunur.

Ancaq bəzi ictimai nemətlər var ki, onlar bölünmür və hamıya məxsusdur. Bunlar xalq təsərrüfatının qeyri-bazar bölməsini yaradır və bütün vətəndaşlara pulsuz xidmət göstərir. Bunlara aiddir: müavinətlər, təhsil, tibbi xidmət və s. bu sahələr dövlət tərəfindən tənzimlənir.

4. Milli iqtisadiyyat yeni tip dövlət idarəetmə sisteminin olmasını tələb edir. Ümummilli mülkiyyətin subyekti olan dövlət iqtisadi və qeyri-iqtisadi forma və metodlardan istifadə etməklə xalq təsərrüfatını cəmiyyət səviyyəsində tənzimləyir. Dövlət öz əlində olan maliyyə, kredit, büdcə və digər vasitələrdən istifadə edərək həyata keçirdiyi iqtisadi siyasətlə mikro və mezoiqtisadi subyektlərlə əlaqələr qurur və ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir.

Makroiqtisadi səviyyədə milli iqtisadiyyatın ictimailəşmə səviyyəsi yüksəlir və onun sosial istiqaməti güclənir.

174

Mezo və makroiqtisadiyyatların əsas cəhətlərini meyarlar üzrə fərqləndirən cədvəh

Fərqlərin meyarları 'l'əsərrüfatm sə\iyyəsi

MezoiqtisadI sistcm iVIakroiqtisadi sistem Əmək bölgüsä və

kooperasiyasının növü Əməyin xüsusi bölgüsü və mezo inteqrasiya

(M SO) Ümumi əmək bölgüsü və xalq təsərrüfatı

kompleksi Mülkiyyət tipi Ümumi pay bölgüsü əsasında mənimsəmə Ümumi birgə (dövlət) mülkiyyət

Təsərrüfatın təşkili növü Mczosistem daxilində qcyri- bazar və

kvazibazar əlaqələri Milli təsərrüfatın qeyri-bazar bölməsi Təsərrüfatın idarə edilməsi

forması Mczosistem daxilində planlı idarəetmə Makroiqtisadi əlaqələrin dövlət tərəfindən

idarə edilməsi

Göründüyü kimi, makroiqtisadiyyat milliiqtisadi inteqrasiya xarakterlidir, vahid təsərrüfat sistemidir.

§3. Milli iqtisadiyyatda gəlirlər və xərclərin dövriyyəsi

Bazar iqtisadiyyatı şəraitində bütün istehsal amillərinin subyektləri əmtəələrin və xidmətlərin istehsalında iştirak edirlər. İstehsal amillərinin sahibləri bazarın əsas subyektləridir. İstehsal amillərinin sahibləri gəlir əldə edirlər (əmək haqqı, mənfəət, faiz və renta), gəlirlər isə pul formasında olur. Bazar iqtisadiyyatı şəraitində bir subyektin gəliri başqası üçün xərcdir. Buna görə də makroiqtisadi nəzəriyyədə milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi prosesi öyrənilir. Dövriyyə prosesi sadədir:

1. Firma bazar vasitəsilə istehsal amillərini ev təsərrüfatından əldə edib onların xidmətindən istifadə edir.

2. Firmaların istehsal etdikləri əmtəələr və xidmətlər ev təsərrüfatlarına daxil olur.

Bütün resurslar və son məhsullar pulla ödənilir: 1.Alınan istehsal amillərinin xidmətinə görə firmalardan pul ev

təsərrüfatlarına keçir. Bu pul ev təsərrüfatları üçün gəlirdir, firmalar üçün isə xərcdir.

2.Ev təsərrüfatları firmalardan əmtəə və xidmətlər alır. Pul ev təsərrüfatlarından firmaya daxil olur. Bu pul ev təsərrüfatları üçün xərcdir, firmalar üçün isə gəlirdir.

Bağlı iqtisadiyyat şəraitində proses daim təkrar olunur. Bu prosesə dövləti də daxil etsək, onda:

BopHCOB E.<I>. ƏKOHOMHwecKafl reopa«. M., 2002, c.367.

175

1. Dövlət firmalardan və ev təsərrüfatlarından vergi tutur. 2. Eyni zamanda dövlət transfertlər və subsidiyalar ödəyir. 3. Bunlardan əlavə dövlət bazardan istehsal amilləri (əmək və

digərləri) alıb onlann xidmətlərindən istifadə edir. Həm də firmaların istehsal etdiyi müxtəlif məhsulları alır. Bütün bunların nəticəsində milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi baş verir. Və istehsalın yenidən təkrar olunması üçün şərait yaranır.

§4. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsul (ÜDM) və onun hesablanma üsulları (metodları).

Qiymət indeksinin gəlir göstəricilərinə təsiri

Bütövlükdə götürülən xalq təsərrüfatı səviyyəsində ölkənin iqtisadiyyatının vəziyyətini, onun inkişaf səviyyəsini səciyyələndirən bir neçə iqtisadi göstəricilərdən istifadə olunur. Müasir ədəbiyyatda bunlar makroiqtisadi göstəricilər adlanır. Bunlara aiddir: 1.Milli sərvət; 2. Ümumi milli məhsul; 3. Ümumi daxili məhsul, yaxud Xalis milli məhsul; 4. Milli gəlir.

Milli sərvət - müəyyən bir dövrdə hər hansı bir dövlətin, xalqın malik olduğü, onun tarixi boyu yığılmış bütün sərvətidir. Hər il istehsal olunan məhsulun hesabına milli sərvət artırılır və təzələnir. Milli sərvəti çox olan ölkə güclü, xalqı isə yaxşı yaşayır.

Quruluş etibarilə milli sərvətə daxildir: 1. Cəmiyyətin istehsal fondları. Bunlar da öz növbəsində əsas və

dövriyyə fondlarına ayrılır. 2. Sosial sahənin əsas fondları - məktəb, xəstəxana binaları,

mədəni maarif və idman obyektləri, yaşayış binaları və əhalinin şəxsi əmlakı.

3. Xalqa məxsus təbii sərvətlər - torpaqlar və onun təki, sular, meşələr.

4. Geniş mənada götürüldükdə cəmiyyətin mənəvi potensialı, insan zəkasının məhsulları və mədəniyyət də milli sərvətdir.

Cəmiyyətin inkişafı ilə milli sərvətin quruluşunda müəyyən dəyişikliklər baş verir, onun kəmiyyəti artır, keyfiyyəti isə yaxşılaşır.

Uzun bir dövr ərzində milli iqtisadiyyatın əsas göstəriciləri maddi istehsalda yaranmış dəyər əsasında hesablanmışdır. Bu cür yanaşma A.Smit təliminə istinad edirdi. Smitə görə milli təsərrüfatda sərf olunan əmək: 1) məhsuldar əməyə (bu əmək maddi nemətlər yaradır); 2) qeyri-məhsuldar əməyə (sərvət yaratmır, ancaq onu istehlak edir) ayrılır.

176

Bu nəzəriyyəyə istinad edərək cəmiyyətdə maddi nemətlərin istehsalı göstəricisi kimi məcmu məhsulu səciyyələndirən Məcmu İctimai Məhsul (MİM) göstəricisindən istifadə edilir.

Məcmu İctimai Məhsul (MİM) isə bir il ərzində maddi istehsalda yaradılan məhsulun miqdarından ibarətdir.

Dəyər ifadəsində - Məcmu İctimai Məhsul (MİM) bütün təsərrüfat vahidlərində yaradılmış məhsulun dəyərlərinin cəmidir. Onu hesablayarkən sərf edilmiş istehsal vasitələrinin dəyərinin (İv) üzərinə yeni dəyər (əlavə edilmiş - Əd) əlavə edirlər. Deməli, (MİM)=İv+Əd (əlavə edilmiş dəyər).

Bu göstəricinin çatışmazlığı ondan ibarətdir ki, bütün maddi tərəflər təkrar-təkrar uçota alınır ki, bu da MİM həcmini süni olaraq artırır.

Bu çatışmazlığı aradan qaldırmaq üçün ÜİM-dən təkrar uçota almaları çıxmaq lazımdır. Bunun üçün ÜM aralıq məhsula və son məhsula bölünür.

Aralıq məhsullar - MİM bir hissəsi olub hər il cari maddi məsrəflər üçün ayrılır (xammal, material, yanacaq, enerji və s.) və bunlar istehsaldan çıxmır.

Son məhsul - il ərzində yaradılmış MİM qalan hissəsidir və is- tchlaka daxil olur: əhalinin istehlakına, əmək vasitələrinin bərpasına və yığıma gedir.

Son məhsula aiddir: istehlak şeyləri, maşın və avadanlıqlar (illik amortizasiya fondu), hazır tikinti obyektləri. Son məhsul təkrarlardan azaddır.

4. MİM-dən istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxılır ((C+V-f-m) - C = V-ı-m). Yerdə qalan milli gəlirdir. Bu il ərzində yaranmış yeni dəyərdir. Bu, son məhsulun dəyəridir, keçmiş dəyəri özünə daxil etmir. (A.Smitə görə).

MG maddi istehsalın bütün özəklərinin əldə etdikləri gəlirlərin cəmidir. Lakin, hazırda milli təsərrüfatların vəziyyətini səciyyələndirən yeni tip makroiqtisadi göstəricilərdən də istifadə edilir. Bu Ümumi Daxili Məhsul (ÜDM) göstəricisidir.

ÜDM milli hesablar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir.

Milli iqtisadiyyatın yeni tip göstəriciləri neoklassik məktəbin aşağıdakı nəzəri müddəalarına əsaslanır:

1. Bütün faydalı və qiymətli nə varsa, maddi istehsalda və xidmət sferasında yaranır;

2. Bütün ictimai məhsul üç istehsal amilinin (torpaq, əmək, ka

177

pital) tətbiqi sayəsində yaranır. Bu metodologiyaya görə bütün ictimai məhsul əmtəə və

xidmətlərin qiymətləri cəmi kimi hesablanır. Buradan belə bir nəticə çıxır ki, bütün ictimai məhsul yalnız maddi istehsalda deyil xidmət sferalarında da yaranır.

Deməli, ÜDM bir il ərzində iqtisadiyyatda yaradılmış əmtəə və xidmətlərin bazar dəyərinin cəmindən ibarətdir.

ÜDM - müəyyən dövr ərzində mövcud ölkənin ərazisində istehsal olunmuş bütün məhsulun dəyəri ilə ölçülür. Bunun ölkə və xarici vətəndaşlar tərəfindən istehsal edilməsinin fərqi yoxdur.

ÜDM üç əsas metoddan istifadə olunmaqla hesablanır: Məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş dəyər üzrə; I. Məsrəflər üzrə ÜDM-in hesablanması; 1) Əhalinin istehlak xərcləri (C), 2) ümumi xüsusi investisiyalar (1), 3) əmtəə və xidmətlərin dövlət alışı (G) 4) xalis ixracat (ixrac və idxalın fərqi) - (Xn)

Deməli, ÜDM = C + I + G -H X„

II. ÜDM-in gəlirlər üzrə hesablanması: 1) əmək haqqı (W), 2) faiz (r), 3) renta (R), 4) mənfəət (m). Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər

(T) və mülkiyyətdən vergi (Tı) də əlavə edilir Onda, ÜDM = W-1-r + R + m + d + T+Tı Ölkədə fəaliyyət göstərən daxili və xarici vətəndaşların gəlirləri

ÜDM-ə daxil edilir. III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal

metodu adlanır). Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur.

Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-in kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikləri dəyərlərin cəmidir.

ÜDM-dən başqa makroiqtisadi təhlildə Ümumi Milli Məhsul (ÜMM) göstəricisindən də istifadə edilir.

ÜMM - ölkə vətəndaşlarının (il ərzində) daxildə və xaricdə ya-

178

ratdıqlan son məhsul və xidmətlərin məcmusudur. Bu zaman xarici vətəndaşların ölkə daxilində əldə etdikləri gəliri ümumi məbləğdən çıxmaq lazımdır.

Ümumi milli məhsul son məhsulun dəyərindən ibarət olub milli miqyasda bölüşdürülür və istifadə olunur.

Yaradılmış ÜMM əlavə edilmiş dəyərlərin məcmu kimi meydana çıxır. ÜMM-in quruluşu müxtəlif ölkələrdə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə ÜMM-də xidmət sferasının payı 70-75 faizə qədərdir.

Bölünmüş ÜMM = Milli gəlir + xidmət sferasının gəlirləri + amortizasiya

ÜMM-in bölgüsü nəticəsində bütün təsərrüfat vahidlərinin və əhalinin gəlirləri formalaşır. Gəlir forması almış ÜMM son istehla- ka (şəxsi və məhsuldar) gedir: • Maddi nemətlərin və xidmətlərin əhalinin istehlakına (istehlakın

bütün növləri); • Məcmu yığıma (kapital qoyuluşuna və maddi dövriyyə vəsaitinə); • Dövlət idarə orqanlarına, müdafiəyə, elmə və s; • Xarici ticarət saldosu (idxal və ixracın fərqi).

Bütün ölkələrin xarici ticarət dövriyyəsi eyni olmadığından iqtisadiyyatların inkişaf səviyyələrini müqayisə etmək üçün ÜDM göstəricisindən istifadə olunur. Çünki, bu göstərici hər bir ölkənin öz daxilində əldə olunmuş son nəticələri özünə daxil edir (ticarət saldosu buraya daxil edilmir).

ÜMM-ə və ÜDM-ə yeni yaranmış dəyərlə yanaşı amortizasiya da daxildir (əsas kapitalın bərpasına sərf olunan). İllik amortizasiyanı ÜDM-dən çıxdıqda Xalis Milli Məhsul (XMM) qalır. XMM-a dövlətin müəyyən etdiyi dolayı vergilər də daxildir.

XMM-dən dolayı vergiləri çıxdıqda yerdə qalan milli gəlir (Milli gəlir) adlanır. Ancaq XMM göstəricisinin müəyyən çatışmazlığı vardır. Belə ki, bəzi şeylər (ictimai nemətlər) və xidmətlər var ki, satılmır və bazar qiyməti yoxdur. Bu nemətlər və xidmətlər ÜMM xüsusi hesablama metodu üzrə daxil edilir. Bu, şərti əlavə edilmiş dəyərdir (şərti maliyyə vahidi).

Məsələn, ev kirayə edən şəxs evin sahibinə kirayə haqqı verir. Ev sahibinin mənzilin xidmətindən istifadəsi ÜMM-ə şərti olaraq «icarə haqqı» daxil edilir, guya ki, o özü özünə «icarə haqqı ödəyir». ABŞ-da hüquqşünasın, yanğınsöndürənin, polisin, senatorun və digər işçilərin xidmətlərinin dəyəri, onların əmək haqqı göstəricilərinə uyğun olaraq, şərti ÜMM daxil edilir.

179

ÜMM göstəricisinin başqa bir çatışmayan cəhəti də var. Belə ki, inflyasiya şəraitində bazar qiymətləri ÜMM-in həqiqi dəyərini təhrif edir.

Buna görə də nominal ÜMM və real ÜMM-i fərqləndirirlər. Nominal ÜMM - cari bazar qiymətləri ilə son məhsul və

xidmətlərin cəmidir. Real ÜMM - baza ilinin qiymətləri ilə hesablanmış məhsul və

xidmətlərin dəyərlərinin cəmidir. Nominal və real ÜMM kəmiyyətlərini biləndən sonra onların

fərqini hesablamaq olar, bu ÜMM-in deflyatoru adlanır. ÜMM deflyatoru = Nominal ÜMM/Rcal ÜMM nisbətinə. Deflyator hesabat ilində məhsul vahidinin orta qiymətindəki

dəyişikliyi göstərir (baza ilinə nisbətən).

§5. Milli gəlir (MG) və onun bölgüsü. Sərəncamda qalan gəlir

Makroiqtisadi göstəricilərdən biri də Milli gəlirdir (MG). Milli gəlirin yaranması və bölgüsü məsələsində klassüc siyasi

iqtisadın yanaşması ilə müasir yanaşma arasmda da fərqlər mövcuddur. Marksist iqtisadi ləlimə görə milli gəlir maddi istehsal sferasında

yaranır. MG ümumi ictimai məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra yerdə qalan hissədir, yəni yeni yaranmış dəyərdir. Bu zəruri və izafi məhsulun dəyərindən ibarətdir.

Müasir nəzəriyyələrə görə MG bütün iqtisadi agentlərin gəlirinin cəmidir. MG maddi istehsal sferasında və qeyri-maddi xidmət sahəsində yaradılır. Bu nəzəriyyələrə görə MG ÜDM-in istehsalı zamanı ödənilmiş əmək haqqı, mənfəət, faiz və rentanm cəmindən ibarətdir, yəni bu gəlirlərin cəmindən ibarətdir.

MG-in ilkin bölgüsü zamanı istehsal amilləri iştirakçılarının gəlirləri formalaşır, yəni fəhlə əmək haqqı alır, sahibkar mənfəət, bank kapitalının sahibi faiz, torpaq mülkiyyətçisi isə renta alır.

MG-in ilkin bölgüsündən sonra onun yenidən bölgüsü baş verir və nəticədə cəmiyyətin bütün üzvlərinin gəlirləri formalaşır. MG- in yenidən bölgüsündə dövlət büdcəsi xüsusi rol oynayır.

MG-in bölgüsü zamanı sərəncamda qalan şəxsi gəlirin məbləği də müəyyən edilir.

Sərəncamda qalan gəlir ev təsərrüfatının il ərzində əldə etdiyi gəlirdir. Qazanılmış gəlirlərdən sosial sığorta ödəmələri, müəssisənin mənfəətindən vergilər çıxılır, onlar əhalidə qalmır. Dövlətdən trans-

180

fenlər (müavinətlər) əhalinin sərəncamına keçir və onların gəlirlərinin bir hissəsini təşkil edir.

Beləliklə, sərəncamda qalan gəlir faktiki əldə edilmiş gəlirdir. MG-dən - müəssisələrin mənfəətindən vergilər - sosial sığortaya

ayırmalar - fərdi gəlir vergisi - korporasiyaların bölünməmiş mənfəəti + transfert ödəmələri = sərəncamda qalan şəxsi gəlir.

Bu əhalinin bilavasitə istifadə edəcəyi gəlirdir. Ancaq bu gəlirlərin hesablanması və əhalinin ehtiyaclarını ödəməsi

dərəcəsi qiymətlərin səviyyəsindən asılıdır.

XII Fəsil

TƏKRAR İSTEHSAL VƏ İQTİSADİ ARTIM.

İŞSİZLİK VƏ ƏHALİNİN MƏŞĞULLUĞU PROBLEMİ

1. Təkrar istehsal və onun əsas cəhətləri. Sadə və geniş təkrar

istehsal. Təkrar istehsalın proporsiyaları. 2. İqtisadi tsikl və istehsal tsiklinin fazaları. Makroiqtisadi taraz- hq. 3. İqtisadi artım: mahiyyəti və amilləri. İqtisadi artımın tipləri.

İqtisadi artımın dövlət tənzimi. 4. Əmək resursları və məşğulluq. İşsizliyin formaları. Azərbaycanda

işsizlik problemi.

§1. Təkrar istehsal və onun əsas cəhətləri. Sadə və geniş təkrar istehsal. Təkrar istehsalın proporsiyaları

Cəmiyyətin yaşayıb inkişaf etməsinin başlıca şərti istehsalın fasiləsiz olaraq davam etdirilməsidir. Cəmiyyət daim istehlak edir və deməli fasiləsiz də istehsal etməlidir. Daim təkrar edilən və fasiləsiz bərpa olunan istehsal təkrar istehsaldır.

İstehsalın fasiləsiz təkrar olunması üçün ilk növbədə istehsal amillərinin Özü təkrar istehsal edilməlidir (iş qüvvəsi və istehsal vasitələri). İstehsal prosesində istehlak edilmiş istehsal amillərinin yeri doldurulmalıdır. Bərpası mümkün olan təbii resurslar da (balıq, meşə və s.) yenidən təkrar istehsal edilməlidir.

Bütün bunlar cəmiyyətin məhsuldar qüvvələridir, onlar daim təkrar istehsal edilməli və artırılmalıdır.

İstehsalın ictimai forması kimi istehsal münasibətləri də daim

181

təkri^ baş verməlidir (məs. mülkiyyət münasibətləri, bazar əlaqələri və_^L

'[Təkrar istehsalın iki növü vardır: sadə və geniş təkrar istehsal. Sadə təkrar istehsal zəfnıa^nı istehsalın həcmi dəyişmir, istehsal əvvəlki miqyasda baş verir. Bu zaman yeni yaranmış əlavə dəyər bütövlükdə istehlak tələbatının ödənilməsinə sərf olunur.

Geniş təkrar istehsal zamanı istehsalın həcmi artır, genişlənir. Bu istehsal amillərinin kəmiyyətinin və keyfiyyətinin artması hesabına baş verir. Bu artımın maddi əsası yeni yaranmış dəyərdir. Yeni yaranmış dəyərin bir hissəsi yenidən istehsal amillərinin alınmasına, həm də əvvəlkindən çox miqdarda alınmasına yönəldilir və istehsala cəlb edili^

Kapitalizmə qədərki cəmiyyətlərə sadə təkrar istehsal xarakterikdir. Kapitalizm geniş təkrar istehsal üçün yol açdı, iqtisadiyyat çox böyük sürətlə inkişaf etməyə başladı.

Sadə təkrar istehsal geniş təkrar istehsalın bir anıdır. İstehsal əvvəlki həcmdə bərpa olunmalıdır ki, onun bazasında genişlənə bilsin. Sadə təkrar istehsal olmasa geniş təkrar istehsal da olmaz.

İctimai istehsalın istehsal, bölgü, mübadilə və istehlak kimi ardıcıl fazaları təkrar istehsal prosesində nisbi müstəqil fazaları kimi mövcud olub fəaliyyət göstərirlər.

I. İstehsal fazası əsas və başlanğıc fazadır. Bu fazada yaradılan istehsalın maddi amilləri geniş təkrar istehsalın baş verməsini mümkün edir.

II. Bölgü fazası geniş təkrar istehsalın baş verməsi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri bir pillədir. Bu fazada ÜDM ödəmə fonduna, yığım fonduna və istehlak fonduna ayrılır. Bu fondların yenidən bölgüsü hesabına cəmiyyətin tələbatları ödənilir.

III. Mübadilə fazası. Bölünmüş məhsul mübadiləJfiizasmı keçməklə istehlak fazasına daxil olur. İstehsalın maddi amillərinin və şəxsi amilinin alqı-satqısı nəticəsində təkrar istehsalın baş verməsi üçün imkan yaranır.

IV. İstehlak fazası təkrar istehsalın tamamlayıcı fazasıdır. Bu fazada məhsulun istehsal vasitələrindən ibarət olan hissəsi yenidən məhsuldar istehlaka, istehlak şeylərindən ibarət olan hissəsi isə şəxsi isteh- laka daxil olur. Nəticədə təkrar istehsalın baş verməsi mümkün olur.

Ancaq ictimai təkrar istehsalın yenidən baş verməsi üçün zəruri olan proporsiyalar saxlanıldığı bir şəraitdə mümkün olur.

Sadə və geniş təkrar istehsalın da hər birinə xas olan proporsiyalar vardır ki, onlar hökmən təmin olunmalıdır.

182

Bütövlükdə götürülən ictimai istehsalın iki bölmədən - 1 və II bölmələrdən, yəni istehsal vasitələri istehsal edən bölmə (I) və islch- lak şeyləri istehsal edən bölmədən (II) ibarət olduğunun fərz edildiyi halda sadə təkrar istehsalın baş verməsi üçün:

1) I bölmənin məhsulu istehlak edilmiş istehsal vasitələrinin yerini doldurmalıdır, yəni ödəmə fonduna bərabər olmalıdır-

I (C + V + m) = IC + IIC;

2) İstehsal edilmiş istehlak şeyləri bütün xalis məhsula bərabər olmalıdır-

II (C -f V + m) = I(V + m) + II(V + m); (3) Birinci bölmənin xalis məhsulu ikinci bölmənin ödəmə fon-

dun^ərabər olmalıdır - I (V + m) = IIC.

Geniş təkrar istehsalın baş verməsi üçün cəmiyyətdə istehlak edildiyindən daha çox istehsal vasitələri istehsal edilməlidir ki, geniş təkrar istehsalın baş verməsi üçün lazım olan qədər istehsal vasitələri olsun. Bunlar təkrar istehsalın baş verməsi üçün zəruri şərtlərdir. Lakin hər dəfə istehsal vasitələri bərpa ediləndə və yenisi alınarkən elmin, texnikanın yeni nailiyyətləri nəzərə alınmalıdır.

Geniş miqyasda təkrar istehsalın baş verməsi üçün aşağıdakı proporsiyalann təmin edilməsi zəruridir: 1) I (C+V+m) > IC + IIC. 2) I(V+m)>IIC. 3) I (V+m) + II(V+m) > II (C+V+m)

Bütün bu proporsiyalann olduğu şəraitdə istehsalın fasiləsizliyi təmin olunmalıdır.

§2. İqtisadi tsikl və istehsal tsiklinin fazaları. Makroiqtisadi tarazlıq

Makroiqtisadiyyat üçün iki cür vəziyyət xasdır: 1. Tarazlıq vəziyyəti, bu halda cəmiyyətdə istehsal və istehlak

(təklif və tələb) tarazlı olur. İstehsalın inkişafı fasiləsiz olur. 2. Qeyri-tarazlıq vəziyyəti - bu halda cəmiyyət miqyasında

istehsalla istehlak arasında tarazlıq pozulur və böhran baş verir. Qeyri-tarazlıq olduqda sabitlik pozulur və bu öz ifadəsini istehsalın həcmində, qiymətlərin səviyyəsində, iş qabiliyyətli əhalinin məşğulluğunda, mənfəət normasında, faiz normasında və s. tapır. Tarazlıq

183

vəziyyətindən bu cür kənarlaşmalar böhranla nəticələnir. Böhran nədir? İqtisadi böhran - bu təsərrüfat sistemində tarazlığın

ciddi surətdə pozulmasıdır ki, istehsalla bazarın əlaqəsi tez- tez kəsilir. Bu da bütövlükdə iqtisadi sistemin fəaliyyətində disbalans yaradır.

Böhranlar cürbəcür olur. Ancaq onları üç əsasa görə təsnifləşdirmək olar.

I. Təsərrüfat sistemində tarazlığın pozulma miqyasına görə: 1 ) Ümumi böhran - bu bütün milli təsərrüfatı bürüyür. 2 ) Qismən böhran - bir sferanı, yaxud bir sahəni əhatə edir.

Məsələn, maliyyə böhranı. Bu zaman dövlət maliyyəsi pozulur, büdcə kəsiri artır. Pul-kredit böhranı - pul-kredit sistemini sarsıdır. Bank krediti azalır, əmanətçilər əmanətlərini bankdan götürür, pul çatızmazlığı yaranır və s.

II. İqtisadiyyatda müntəzəm olaraq tarazlıq pozulur: 1) Böhranlar dövrü olaraq təkrar olunur - bu tsiklik böhran da

adlanır. 2) Aralıq böhranlar - müəyyən mərhələdə proses kəsilir, az

müddətli olur, kəskin olmur. 3) Sahələr üzrə böhran - xalq təsərrüfatının bir və bir neçə sahəsini

əhatə edir. 4) Aqrar böhran - kənd təsərrüfatını əhatə edən böhrandır. 5) Struktur böhran - xalq təsərrüfatının sahələri arasında əlaqələr

pozulur. III. Təkrar istehsal proporsiyalarımn pozulması xarakterinə görə: 1) İfrat istehsal böhranı - daha çox məhsul istehsal olunur, ancaq

satılmır. 2) Qıtlıq böhranı - məhsul az istehsal olunur, çatışmır. Böhran iqtisadi tsiklin fazalarından biridir. Bir böhrandan

digər böhranadək olan dövr istehsal tsikli adlanır. İqtisadi tsikl bir- birini əvəz edən fazalardan ibarətdir. Klassik kapitalizm dövründə iqtisadi tsiklin 4 fazası qeyd olunur: böhran, durğunluq (depressii- ya), canlanma və yüksəliş. Bunlar ifrat istehsal böhranının fazalarıdır.

1. Böhran (enmə) fazasında istehsalın artımı dayanır və aşağı düşür. Bu həddən çox əmtəələrin istehsalı ilə bağlıdır. Firmalar istehsal etdikləri məhsulları sata bilmirlər, firmaların kütləvi şəkildə müflisləşməsi baş verir. Əmək haqqı azalır və işsizlik artır. Kredit əlaqələri pozulur, qiymətli kağızlar bazarında hərcmərclik yaranır, səhmlərin kursu düşür. Sahibkarların yaranan borcları ödəmək üçün

184

pula olan tələbi artır. 2. Böhranın ardınca durğunluq (depressiya) fazası başlanır.

İstehsalın düşməsi prosesi dayanır, bununla birlikdə qiymətlər düşür. Tədriclə əmtəə ehtiyatı azalır, tələb az olduğundan sərbəst pul kapitalı artır, bank faizi minimum səviyyəyə düşür. Təklifin tələbi üstələməyi tədriclə azalır və onların tarazlığı yaranır. Bu andan böhrandan çıxmaq üçün təbii şərait yaranır.

İstehsal vasitələrinin qiymətlərinin düşməsi və kreditin ucuzlaşması yeni kapital yığımına, geniş təkrar istehsalın yeni texniki baza üzərində bərpa olunmasına imkan yaradır.

3. Canlanma - bu istehsalın böhrandan əvvəlki səviyyədə genişləndirilməsi deməkdir. Əmtəə ehtiyatı bazarın tələbini fasiləsiz təmin etmək səviyyəsində müəyyən edilir. Alıcılıq qabiliyyəti artdıqca qiymətlər də tədriclə yüksəlir. İşsizlik azalır, pul kapitalına olan tələb artır, faiz dərəcəsi yüksəlir.

4. Canlanmanın ardınca yüksəliş fazası başlayır (ing. bum) - bu dövrdə məhsul buraxılışı böhrandan əvvəlki səviyyəni ötüb keçir. Nəticədə işsizlik xeyli azalır. Tələb artdığına görə qiymətlər yüksəlir. İstehsalın gəlirlik səviyyəsi artır. Kreditə olan tələb artır və bununla da bank faiz norması da yüksəlir.

İqtisadi böhranlar klassik kapitalizm dövründə, ilk dəfə 1825- ci ildə İngiltərədə baş vermişdir. Bundan sonra dövrü olaraq hər 8- 12 ildən bir təkrar olunmuşdur. İstehsalın tsiklik inkişafının səbəbləri nədir?

1. Tələblə təklifin nisbətinin pozulması. 2. Mənfəət əldə etmək və onu artırmaq naminə sahibkarlar istehsalı

daim genişləndirir, tələb isə nəzərə alınmır, nəticədə məhsul artıqlığı yaranır.

Böhranın dağıdıcı və sağlamlaşdırıcı tərəfləri vardır. Dağıdıcı tərəf - tonlarla məhsul məhv edilir. Çoxsaylı firmalar müflis olub sıradan çıxır və s. Sağlamlaşdırıcı tərəf - durğunluq dövründə yaranmış vəziyyətdən çıxmaq üçün əsas kapital təzələnir və məhsul ucuz başa gəlir, istehsal mənfəətli olur və istehsalın daha yüksək səviyyəsinə çatmaq üçün şərait yaranır.

Deməli, klassik kapitalizm dövründə tsiklik inkişafm kortəbii mexanizmi fəaliyyət göstərir, iqtisadiyyat bu mexanizmlə tənzimlənir.

Ancaq 1929 - 1933-cü illərdə baş vermiş dünya böhranı zamanı kortəbii tənzimlənmə mexanizmi aciz qaldı. O vaxtdan etibarən milli iqtisadiyyatın tsiklik inkişafında yeni xüsusiyyətlər üzə çıxdı. Bu iki amillə bağlıdır:

185

Birinci amil - XX əsrin ikinci yarısından etibarən ETİ-nin ictimai məhsulun təkrar istehsalına güclü təsir göstərməsidir. ETİ- nin təsiri altında böhranların hərəkəti dəyişir və onun yeni növləri meydana gəlir. Elm tutumlu sahələr davamlı oldu (mikroelektroni- ka, robotqayırma və s.). Digər tərəfdən də ETİ struktur böhranlarına səbəb oldu (sənayenin kömür, toxuculuq, metallurgiya kimi sahələrində).

ETİ - əsas kapitalın dövriyyə sürətini artırdı, onu daha müasir texnika ilə əvəzləməyə imkan verdi və böhranlar tez-tez, 5-6 ildən bir təkrar olunmağa başladı.

İkinci amil - Dövlətin iqtisadi artım prosesinə fəal müdaxilə etməsidir. Məqsəd böhranın dağıdıcı təsirini azaltmaq və iqtisadiyyatın sabit inkişafına nail olmaqdır. Dövlətin iqtisadi proseslərə müdaxiləsi nəticəsində böhranların dağıdıcı təsiri azaldı.

İqtisadi tsikl enmə və qalxmalarla xarakterizə olunur və bazar iqtisadiyyatı şəraitində qanunauyğun bir haldır. 1929-1933-cü illər böh- ram dünya iqtisadiyyatına böyük zərbə vurdu. 1974-1975-ci illərdə olmuş böhran istehsalm kəskin aşağı düşməsinə səbəb oldu.

Azərbaycan da daxil olmaqla SSRİ-də 80-ci illərin sonlarından başlayaraq istehsalın səviyyəsi 1995-ci ilə olan dövrədək fasiləsiz olaraq aşağı düşməyə başladı və iqtisadiyyat böhran vəziyyətində oldu. 1996-cı ildən başlayaraq aşağı düşmənin qarşısı alındı və iqtisadiyyatda artım prosesi baş verməyə başladı.

Hər bir ölkə çalışır ki, onun iqtisadiyyatı makroiqtisadiyyat səviyyəsində tarazlı olsun. Makroiqtisadi tarazlıq iqtisadiyyatın bütün sahələrində, ilk növbədə də tələb və təklif arasında tarazlığın olmasını nəzərdə tutur. Bunun üçün də bir-birilə bağlı olan əmək, əmtəə və kapital bazarlarında tələblə təklif arasında tarazlıq olmalıdır.

Cəmiyyət miqyasında isə ilk növbədə gəlirlər və xərclər arasında tarazlıq olmalıdır. Cəmiyyətin məcmu tələbi ilə məcmu təklifi arasında uyğunluq olmasa tələbatlar ödənilməz. Bunun üçün də istehsal olunmuş ÜDM (təklif) istifadə olunmuş ÜDM-ə (tələbə) uyğun olmalıdır.

Belə bir sual ortaya çıxır: görəsən bazar mexanizmi tarazlığı təmin etməyə qadirdirmi?

Klassik və neoklassik nəzəriyyələrə görə bazar mexanizmi avtomatik olaraq tarazlığı təmin edir. Keynsçi təlim əsaslandırır ki, bazar mexanizmi iqtisadi tarazlığı təmin etmir və buna görə də dövlət iqtisadi proseslərə fəal müdaxilə etməlidir. Bunun üçün dövlət özünün büdcə-vergi və pul-kredit mexanizmindən, siyasətindən isti

186

fadə etməlidir. Demək olar ki, klassiklərdən və ncoklassiklərdən (A.Smit,

D.Rikardo, B.Sey, A.Marşall, A.Piqu və b.) heç biri makroiqtisadi kateqoriyaları geniş miqyasda öz tədqiqatlarına cəlb etməmişlər. Onlar əsasən mikroiqtisadi təhlillə məşğul olsalar da, bütövlükdə bazar sisteminin fəaliyyətdə olduğunu nəzərə alırdılar. Onlar ümumi iqtisadi tarazlıq modelini, azad rəqabət şəraitində, qısa bir dövr üçün nəzərdən keçirirdilər. Bu modelin əsası kimi Sey qanununa istinad edilirdi. Bu qanuna görə «Hər bir təklif özünə uyğun tələb yaradır». Əmtəələr satılıb pula çevrilən kimi də tələb yaranır. Əldə olunmuş gəlir o andan da əmtəə və xidmətlərin alınmasına sərf olunur. Bütün əmtəələr satılır və istehsal üçün tələb yaranır və s. Deməli, heç bir böhran ola bilməz.

Reallıqda isə əldə olunmuş gəlirin bir hissəsi şəxsi yığıma gedir. Deməli, təklif olunan məhsulun hamısı satılmır və tarazlıq pozulur. Bunu hiss edən klassik nəzəriyyəçilər ümumi iqtisadi tarazlıq nəzəriyyəsini irəli sürdülər. Bu nəzəriyyəyə görə, tam məşğulluq şəraitində gəlir və xərclərin tarazlığı avtomatik olaraq təmin edilir. Belə ki: 1. Faiz dərəcələri investisiya vəsaitinə olan tələblə təklifi ta- razlayır; 2. Çevik əmək haqqı əmək bazarında tələblə təklifi tarazlaşdırır; 3. Çevik (dəyişkən) qiymətlər isə bazarı «təmizləyir» və deməli uzun dövr üçün ifrat istehsal ola bilməz. Tədavüldə artıq pulun olması isə ancaq nominal kəmiyyətlərə təsir göstərə bilər. Klassik nəzəriyyəyə görə bazar mexanizmi bütün cəmiyyət miqyasında pozulmuş proporsiyaları özü düzəldir və dövlətin bu proseslərə qarışması lazım deyildir.

XX əsrin 29-33-cü illərində baş vermiş dağıdıcı böhran əksini sübut etdi: bazar mexanizmi avtomatik olaraq iqtisadi prosesləri tənzim etməyə qadir deyü və dövlətin iqtisadiyyatı tənzimləmə fəaliyyəti zəruridir. Bu Keynsin və Keynçilərin əsas tezisləridir. Keynsə görə:

1. Məcmu təklif məcmu tələbi müəyyən etmir, əksinə, məcmu tələb məcmu təklifi müəyyən edir.

2. Keynsə görə əmək haqqı və qiymətlər tam çevikliyə, dəyişkənliyə malik deyillər.

3. Faiz dərəcəsi investisiyaların və şəxsi yığımın həcmini tarazlaşdırmır.

4. İqtisadiyyatda tam məşğulluq avtomatik olaraq əldə olumnur. Bunlara görə dövlət iqtisadi proseslərə müdaxilə edib onu

tənzimləməlidir. C.Keyns «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi» adlı

187

əsərində makroiqtisadi səviyyədə iqtisadiyyatın tarazlı inkişafımn nəzəri əsaslarını işləyib hazırlayır və əməli fəaliyyət üçün konkret tövsiyələr verir.

İqtisadçılar ona çalışırlar ki, istehsal və istehlak arasında mövcud olan bərabərsizlik, yəni pozulmuş nisbətlər bərpa olunsun. Deməli, məcmu tələblə məcmu təklif tarazlı oslun, iqtisadiyyat stabil inkişaf etsin.

§3. İqtisadi artım; mahiyyəti və amilləri, İqtisadi artımın tipləri. İqtisadi artımın dövlət tənzimi.

İstənilən ölkənin qarşısına qoyduğu uzun müddətli vəzifələrdən biri uzun dövr üçün iqtisadi artıma nail olmaq, onun stabil və optimal tempinin saxlanılmasını stimullaşdırmaqdır.

İqtisadi artım nədir və onu hansı amillərlə stimullaşdırmaq olar? İqtisadi artıma dair müxtəlif nəzəriyyələr və müxtəlif modellər işlənib hazırlanmışdır. Burada məqsəd bütövlükdə cəmiyyətin artan tələbatlarını fasiləsiz ödəmək üçün lazım olan qədər məhsulun istehsalına nail olmaqdır. İstehsal edilmiş milli məhsul cəmiyyətin həm istehsal və həm də qeyri-istehsal ehtiyaclarının ödənilməsinə sərf olunur. Məhsulun artımı hər iki istiqamətdə olan ehtiyacların ödənilməsinə kifayət etməlidir. Bunun üçün istehsal geniş miqyasda təkrar olunmalıdır, yəni geniş təkrar istehsal baş verməlidir. İqtisadi artımın ən sadə tərifi real ifadədə (inflyasiyadan təmizlənmiş) ÜDM (yaxud ÜMM) hesablanması ilə bağlıdır.

İqtisadi artım - nəzərdən keçirilən dövrdə, real ÜDM (yaxud ÜMM) nisbi olaraq dəyişməsidir, yəni onun artmasıdır. İqtisadi artım tempi real ÜDM-in artım sürətinə (tempinə) uyğun olaraq faizlə hesablanır. Belə ki, ÜDM-in artım tempi = nəzərdən keçirilən dövrdəki real ÜDM-dən əvvəlki dövrdəki real ÜDM-i çıxıb, əvvəlki dövrdəki real ÜDM-ə bölüb 100 %-ə vururuq.

İqtisadi artım göstəricisi müsbət də ola bilər, mənfi də, «0» da. Məsələn, iqtisadiyyatda böhran olduqda artım sürəti aşağı düşür və «0» nöqtəsinə çata bilir. 90-cı illərin əvvəllərində Azərbaycanda iqtisadiyyatın inkişaf templəri aşağı düşmüşdür. Yalnız 1996-cı ildən başlayaraq artım hiss olunmağa başlamışdır.

İqtisadiyyatda baş verən artım templərini dəqiq səciyyələndirmək üçün real ÜDM-in əhalinin hər nəfərinə düşən payının artımı göstəricisindən istifadə edilir. Bu göstərici ölkə iqtisadiyyatının vəziyyətini daha düzgün əks etdirir. Ancaq bu göstərici də bütün hal

188

larda etibarlı sayılmır. Məsələn, ölüm halları artdığı halda hər nəfərə düşən pay da arta bilər. Buna görə də iqtisadiyyatın vəziyyətini səciyyələndirən müxtəlif göstəricilərdən istifadə olunur.]^

İqtisadi artıma təsir edən aşağıdakı amillər əsas rol oynayır. Bu amillərə üç aspektdə baxmaq olar: 1) mütləq (kəmiyyətcə); 2) nisbi (keyfiyyətcə); 3) funksional asılılıq cəhətdən, yəni bu amillərlə istehsalın həcminin dinamikası arasındakı funksional asılılıq.

Mikroiqtisadi səviyyədə məhsulun istehsalı və artımı istehsal amillərinin qarşılıqlı təsiri sayəsində baş verir. Burada kəmiyyətcə dəyişiklik olur. İstənilən istehsal amilinin artımı məhsulun kəmiyyətini artırır (10 hektar əvəzinə 15 hektar sahə becərilərsə, məhsul artar). Bu ekstensiv təkrar istehsal tipidir, ekstensiv artımdır.

Keyfiyyət tərəfdən yanaşdıqda - burada istehsal amillərində baş verən keyfiyyət dəyişikliyi xarakterizə edilir. Bunun üçün nisbi göstəricilərdən istifadə edilir və iqtisadi artımın amili müəyyənləşdirilir. Bunlara aiddir: 1) əməyin məhsuldarlığı; 2) kapitalın məhsuldarlığı; 3) torpağın məhsuldarlığı (təbii resursların). Bu göstəricilər iqtisadi artımı keyfiyyət cəhətdən səciyyələndirir.

Qeyd etmək lazımdır ki, istehsal amillərini kəmiyyətcə artırmadan da onların keyfiyyəti hesabına artıma nail olmaq mümkündür. Bu intensiv iqtisadi artım adlanır və ekstensiv artımdan daha faydalıdır. İstehsal amillərinin məhsuldarlığının son həddi nə qədər çox olarsa, onların faydası da bir o qədər çox olar.

İqtisadi artıma təsir edən xarici amillərdən biri texniki tərəqqidir. Texniki tərəqqinin iqtisadi artıma təsiri birbaşa deyil, dolayısı ilə təsir edir. TT - istehsal amillərində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur. Belə ki, daha mükəmməl texnikanın istehsala tətbiqi istehsal amillərindən qənaətlə istifadə etməyə imkan verir, bu isə artıma səbəb olur, istehsalın müsbət artım tempi yaranır. Bu ona görə olur ki, resursların məhsuldarlığı yüksəlir, keyfiyyəti isə yaxşılaşır. İstehsal amillərindən səmərəli istifadə olunması isə ÜDM-in artmasına imkan yaradır. Beləliklə, TT-nin nəticəsində intensiv iqtisadi artım baş verir.

Hər bir istehsal amilinin özü də ayrılıqda iqtisadi artıma təsir göstərir. Texniki tərəqqi əmək məhsuldarlığının yüksəlməsinə təsir edir ki, bu da iqtisadi artıma səbəb olur.

Elmi biliklərin artması, insanın təcrübəsi də iqtisadi artıma səbəb olur.

İdarəetmə bacarığı, istehsalın elmi təşkili də, yeniliklərin istehsala tətbiqi də iqtisadi artıma səbəb olur. Bunlara nail olmaq üçün isə insan

189

kapitalının formalaşmasına investisiya qoymaq lazımdır. Əsas kapitala investisiya qoymaqla onun strukturu və

keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqla iqtisadi artıma təsir göstərmək olar.

§4. Əmək resursları və məşğulluq. İşsizliyin formaları. Azərbaycanda işsizlik problemi

Hazırda respublikamızda mövcud olan ən mühüm sosial- iqtisadi problemlərdən biri də cəmiyyət miqyasında iş qabiliyyətli əhali ilə onlar üçün iş yerlərinin sayı arasında tarazlığa nail olmaqdır. Bu sahədə nisbətin pozulması ya işsizliyin yaranmasına yaxud da artıq iş yerlərinin boş qalmasına səbəb olur. Bu cür halların qarşısını almaq üçün əmək resurslarına olan tələbat və iş qüvvəsinin sayı haqqında statistik uçot aparılır. Ancaq bütün cəmiyyət miqyasında onların sayını tam müəyyən etmək çox da asan iş deyildir.

Müasir dövrdə əməklə məşğul olmaq aşağıdakı prinsiplərə əsaslanır:

1. Məşğulluğun seçilməsi azadlığı (azad seçim). Bu azadlıq konstitusiya ilə müəyyən olunur (maddə 35).

2. Məhsuldar məşğulluq - hər kəs öz qabiliyyətinə, ixtisasına, peşəsinə uyğun sahələrdə çalışıb öz əməyinə uyğun gəlir əldə etməlidir. Hər kəs özünə uyğun olan işlə təmin olunsa, bu məşğulluq üçün çox zəruridir.

3. Tam məşğulluq. Konstitusiya ilə əmək hüququ verilir və işsizlikdən müdafiə olunmaq hüququ vardır.

4. Məşğulluğun qanunvericiliklə tənzimlənməsi. Böhranlarla bağlı işsizliyin olmasını artıq göstərdik. Bu iqtisadi

tsiklə bağlıdır və böhran zamanı yaranır. XX əsrin ikinci yarısından etibarən məşğulluq problemi kəskinləşdi və xroniki hal aldı. Bununla bağlı bütün inkişaf etmiş ölkələr işsizliyin qarşısını almaq və məşğulluğu təmin etməklə bağlı tədbirlər görməyə başladı. Hazırda bizim ölkəmizdə də bu istiqamətdə dövlət səviyyəsində işlər görülür. Prezident Azərbaycanda 600 min iş yeri açmağa söz vermişdir və sözünə əməl edərək 2007-ci ilin ərzində 620 min iş yerinin açılmasına nail olmuşdur.

Məşğul kimə deyilir? İşsiz kimə? Bu suallara cavab üçün Beynəlxalq Əmək Təşkilatının məsləhət gördüyü meyarlardan istifadə olunur.

İlk olaraq ölkənin bütün əhalisi iki hissəyə bölünür:

190

1. iqtisadi cəhətdən fəal olmayan əhali - buraya ölkənin iş qüvvəsi tərkibinə daxil olmayan əhalisi daxildir. Onlara aiddir: gündüz oxuyan şagird və tələbələr: pensiyaçılar; ev təsərrüfatı ilə məşğul olanlar (uşaq və xəstəyə baxanlar da daxil olmaqla); iş axtarmaqla məşğul olanlar; işə ehtiyacı olmayanlar (gəlir mənbəyindən asılı olmayaraq).

2. İqtisadi cəhətdən fəal əhali (Qərb ədəbiyyatmda - «cəmiyyətin məcmu iş qüvvəsi» - bu, əhalinin öz iş qüvvəsini təklif edən hissəsidir).

Əhalinin iqtisadi fəallıq səviyyəsi aşağıdakı kimi müəyyən edilir: Ə s - F 0

-------------------- , 100%

İ F - İqtisadi fəal əhalinin sayı; Ə s - əhalinin sayı; F 0- iqtisadi fəal olmayan əhali.

İqtisadi fəal əhali iki qrupa bölünür: A. Məşğul olanlar - 16 yaş və ondan çox olan (kiçik yaşda

olanlar da), hansı ki: 1) muzdla işləyir və haqq alır (tam və natamam işləyənlər); 2) ailə müəssisəsində əmək haqqı almadan çalışır; 3) muzdla işləmir, müstəqil olaraq özünü işlə təmin edir (işə götü- rən, öz müəssisəsinin rəhbəri, fərdi əsasda işləyənlər) ; 4) müvəqqəti olaraq işdə olmayanlar (xəstəliyə görə, xəstəyə qulluq edir, təhsil, tədris məzuniyyəti, əmək haqqı saxlanılmadan məzu- niyyət, qismən əmək haqqı saxlanılmaqla məzuniyyət və s.).

B. İşsizlər - 16 yaş və çox olan şəxslər: gəlir gətirən işi yoxdur; iş axtarmaqla məşğuldur: işə götürülməyə hazır olanlar; göndəriş üzrə oxuyanlar - işlədiyi sahə üzrə.

Məşğul olan (M) və işsizlərin müqayisəsi yolu ilə işsizliyin sə- viyyəsi müəyyən edilir.

İşsizliyin səviyyəsi (İs) - İqtisadi fəal əhalinin (İf) sayında iş- sizlərin xüsusi çəkisini ifadə edir. Formulu belədir:

^ -100%

1) 2) 3) 4)

Is = If

İnkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi artmağa meyllidir. Məsələn, ABŞ-da 60-cı illərdə işsizliyin səviyyəsi 5 %, 1995-ci ildə 5,6 %, İtaliyada 5 %, 1995-ci ildə 11,1 % olmuşdur. Azərbaycanda

191

da işsizliyin səviyyəsi yüksəkdir. İşsizliyin səbəbləri və növləri. İşsizliyin səbəbləri müxtəlifdir.

Uzun dövr ərzində mövcud olmuş ədəbiyyatda işsizliyin növləri müxtəlif cür adlandırılmış və izah edilmişdir. Məsələn, cari işsizlik, gizli işsizlik, durğun işsizlik, texnoloji işsizlik, struktur işsizlik.

Müasir ədəbiyyatda işsizliyin aşağıdakı növləri göstərilir və səbəbləri də müxtəlif cür izah olunur. Bunlar:

• Friksion işsizlik - könüllü və qısamüddətli olur;

• Struktur işsizlik - nisbətən uzun müddətli olur;

• Məcburi işsizlik - ixtisasın dəyişməsi ilə bağlıdır; • Tsiklik işsizlik - iqtisadiyyatda enmələr və böhran zamanı baş verir.

Eyni zamanda təbii işsizlik, onun səviyyəsi də öyrənilir. Friksion və struktur işsizliyin olmasına təbii hal kimi baxılır. Bir çox iqtisadçılar təbii işsizliyi inflyasiyanı yüksəltməyən işsizlik kimi səciyyələndirirlər. 1929-1933-cü il böhranlarından sonra ABŞ-da və digər ölkələrdə işsizliklə mübarizə, əhalinin məşğulluğunu təmin etmək dövlətin ən mühüm vəzifəsi hesab olunur. Ancaq heç bir ölkədə tam məşğulluğa nail olunmadı.

Təbii işsizliyə friksion və struktur işsizliyin cəmi kimi baxan bir çox Qərb iqtisadçıları təbii işsizliyin səviyyəsini hesablamağa çalışırlar. İşsizliyin təbii səviyyəsi 5,5 - 6 % həddində müəyyən edilir və normal sayılır.

İşsizlik əmək resurslarının, iqtisadi potensialın itkisi deməkdir. ABŞ iqtisadçısı Artur Oyken işsizliklə məhsul itkisi arasındakı asılılığı riyazi yolla hesablamağa və itkini müəyyən etməyə səy edir. Bu asılılıq Oyken qanunu adlandırılır. O göstərir ki, işsizlik təbii səviyyədən 1 % yüksək olduqda, işsizliklə bağlı məhsul itkisi 2,5 %-ə çatır. Məlum olur ki, işsizliyin artması milyardlarla dollar məhsul itkisinə səbəb olur.

Artıq XX əsrin 70-ci illərindən başlayaraq Qərb dövlətləri məşğulluq siyasəti yeridir və zəhmətkeşlərin iqtisadi təhlükəsizliyini təmin etmək tədbirləri görür. Bunun üçün dövlət aşağıdakı tədbirləri həyata keçirir:

1.

3.

Kütləvi işsizlik dövründə qanunvericilik qaydasında iş günü və iş həftəsinin uzunluğunu müəyyən edir, onu qısaldır; Müəssisələrdə iş yerlərinin bölünməsini «məsləhət» görür (işçilər arasında); Dövlət bölməsində işçiləri vaxtından əvvəl pensiyaya göndərir (2-3 il əvvəl);

192

4. Yeni iş yerləri yaradır, yol tikmək və s. kimi ictimai işləri təşkil edir; 5. Ölkəyə xaricdən gələnlərin qarşısını alır, ölkədə olan xarici

vətəndaşları ölkədən çıxarır və s. İşsizliklə məşğul olan təşkilatlardan biri əmək birjalarıdır. Əmək

birjaları işsizlərin və iş axtaranların uçotunu aparır, onları boş iş yerlərinə göndərir. Ancaq onların göndərişi məcburi xarakter daşımır.

Zəhmətkeşlərin iqtisadi təhlükəsizliyi vasitələrindən biri də işsizliyə görə sığorta fondudur ki, işsizlərə maddi yardım edir. Bu fond işləyənlərin hesabına yaradılır və ancaq işsizlərin bir hissəsinə çatır. Onun verilmə müddəti və miqdarı müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, ABŞ-da əmək haqqının 60-80 %-i, 3-12 ay ərzində, Fransada gündə 40 frank, əlavə olaraq əmək haqının 42%-i, İngiltərədə sutkada 28,5 f.st.

Azərbaycanda da işsiz əhalinin müdafiəsi ilə bağlı tədbirlər görülür: 1. Əmək yarmarkaları təşkil olunur; 2. Məşğulluq mərkəzləri fəaliyyət göstərir; 3. İşsiz qaldığı müddətdə müəyyən maddi yardımlar edilir; 4. İctimai işlər təşkil olunur - yollar çəkilir, yaşıllaşdırma idarəsi vasitəsilə iş verilir. 5. Regionlarda yeni iş yerləri açılır və s.

Bütün bunlar işləmək qabiliyyəti olan əhalini işlə təmin etməyə yönəldilmiş tədbirlərdir.

XIII Fəsil

PUL-KREDİT SİSTEMİ VƏ PUL-KREDİT SİYASƏTİ

1. Pul və onun funksiyaları. 2. Pul sistemi, onun mahiyyəti və tipləri. 3. Pul kütləsi və onun quruluşu. Pul aqreqatları. 4. Pula olan tələb və pul təklifi. 5. Kredit: mahiyyəti, funksiyaları, mənbələri və formaları. 6. Banklar, onların növləri və funksiyaları. 7. Qiymətli kağızlar bazarı. 8. Dövlətin pul- kredit siyasəti. 9. İnflyasiya: mahiyyəti, səbəbləri və sosial-iqtisadi nəticələri. Anti-

inflyasiya tədbirləri

193

§1. Pul və onun funksiylari

Pul bizim gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Ancaq pul həmişə olmamışdır və o tarixi inkişafın məhsuludur, konkret şəraitdə meydana gəlmişdir. Onun meydana gəlməsilə əmtəə mübadiləsi prosesində mövcud olan bir çox çətinliklər aradan qalxmışdır.

Tarixi inkişaf prosesində müxtəlif formalı pullar meydana gəlmiş, inkişaf etmiş və mükəmməl bir şəkil almışdır. İlkin mərhələlərdə pul rolunda çıxış edən əmtəələr həm pul funksiyasını yerinə yetirmiş, həm də adi əmtəə kimi alınıb satılmışdır. Məsələn, xəz-dəri, buğda, bəzək əşyaları, qızıl, gümüş və s.

Bazar münasibətləri inkişaf etdikcə pula olan təlabat artır və tədavülə simvolik pullar (kağız pullar, xırda pullar) buraxılır.

Mübadilə əlaqələrinin sonrakı inkişafı kredit pullarının meydana gəlməsinə səbəb oldu.

Pul mütləq likvidlik qabiliyyətinə malikdir, yəni başqa hər hansı bir əmtəəyə əlavə xərc çəkmədən dəyişmək qabiliyyətinə malikdir.

Müasir pullar ənənəvi pullardan fərqlidir. Dövlət bir tərəfdən ödəniş vasitəsi funksiyalarını yerinə yetirən pulları dövriyyəyə buraxır, onlar iqtisadiyyatda qanuni olaraq tədiyələri ödəyir. Bu zaman tədavülə nə qədər pul buraxmağın lazım olduğunu Mərkəzi Bank dövlətlə razılaşdırır.

Müasir pullar dekret pullardır və hökumət mübadilə zamanı onların qəbul olunmasını və borcların ödənilməsinin qanuni vasitəsi olduğunu əvvəldən elan edir (bildirir). Digər tərəfdən də, ölkənin əhalisi tədavülə buraxılmış kağız pulların mübadilə vasitəsi olduğunu qəbul edir və öz dövlətinin buraxdığı pulların etibarlılığını təmin edəcəyinə inanır.

İqtisadiyyatda pul mühüm funksiyaları yerinə yetirir və buna görə də əhalinin pula tələbi vardır. Əhali pulu onun yerinə yetirdiyi funksiyalarına görə qiymətli sayır. Müasir ədəbiyyatda pulun aşağıdakı dörd funksiyası göstərilir: 1) hesab vahidi; 2) mübadilə vasitəsi: 3) dəyərləri saxlamaq vasitəsi; 4) ödəniş (tədiyə) vasitəsi.

Pulun hesab vahidi funksiyası. Barter iqtisadiyyatında pul rol oynamır və burada ticarət əmtəələrin nisbi qiymətləri ilə aparılır. Mübadilə prosesində nə qədər çox əmtəə olarsa, bir o qədər də çox nisbi qiymətlər olur. Buradan da obyektiv olaraq bütün əmtəələr üçün vahid bir ölçünün olması zərurəti meydana gəlir. Belə bir vahid ölçü rolunda pul çıxış edir və bütün əmtəələrin dəyəri pulda ifadə

194

olunur, qiymətlər isə pul ifadəsində ortaya çıxır. Pulun mübadilə vasitəsi funksiyası. Əmtəənin mübadiləsi zamanı

hər iki iştirakçının tələbləri ödənilməlidir, yəni taxıl satana parça lazımdırsa, parça satana da taxılın lazım olması gərəkdir. Mübadilə ancaq bu halda baş tuta bilər. Ancaq mübadilə olunacaq əmtəələrin sayı çoxaldıqca ciddi problemlər yaranır. Belə ki, taxıl satana parça lazımdırsa, parça satana yağ lazımdır. Yağ satana isə nə taxıl və nə də parça lazımdır, ona da qazan lazımdır. Bu problemi pul həll edir. Pul alqı-satqıda vasitəçi olur. Bu halda Ə-Ə mübadilə formulası Ə-P-Ə formulası ilə əvəz olunur ki, bu da əmtəə tədavülü adlanır. Mübadilə vasitəsi olaraq pul kimi əvvəl qızıl və gümüşdən istifadə olunur. Sonralar isə kağız pullar kəsilir (XII əsrdə Çində) və tədavül vasitəsi olaraq istifadə edilir.

Pul həm də dəyərləri saxlamaq vasitəsi funksiyasını yerinə yetirir. Sərvət yığıb saxlamağın müxtəlif vasitələri vardır və onlardan biri də puldur Bu zaman pul yığım vasitəsi funksiyasını yerinə yetirir və insanların öz sərvətlərini dəyər-pul formasında saxlamalarına xidmət edir. Əgər inflyasiya yoxdursa, pul sərvət toplamağın ən rahat formasıdır.

Pulun tədiyyə (ödəniş) vasitəsi funksiyası öhdəliklər və borclarla bağlıdır. Borclar uçota alınır və ödənilir. Bu zaman pul ödəniş (tədiyyə) vasitəsi funksiyasını yerinə yetirir. Pul əsasən alınmış borcların, kreditlərin ödənilməsi zamanı tədiyyə vasitəsi rolunda çıxış edir.

Beləliklə, pul dörd başlıca funksiyanı yerinə yetirən aktivdir və yüksək likvidliyə malikdir. Yəni o istənilən vaxt istənilən əmtəə ilə mübadilə oluna bilər. Qeyd etmək lazımdır ki, marksist təlimə (klassik təlimə) görə göstərilən funksiyalarla yanaşı pulun dəyər ölçüsü olmaq və dünya pulu kimi funksiyaları da vardır.

Müasir dünyada pul artıq öz əmtəə təbiətini itirmişdir. Qızıl daha pul rolunda çıxış etmir, buna görə də qızıl sikkələr buraxılmır. Ancaq dünya bazarında qızıl yüksək likvidliyə malik olduğu üçün dövlətlər onu öz ehtiyatları kimi yığıb saxlayırlar.

Qızılın pul kimi tədavüldən çıxması və pul funksiyasını da- yandırması qızılın demonetizasiyası adlanır. Qızıl pul rolunda çıxış etməsə də onu əldə etməyə olan maraq yenə də yüksəkdir.

§2. Pul sistemi, onun mahiyyəti və tipləri

Bazar iqtisadiyyatı sistemində pul daim hərəkətdə olur, öz funksiyalarını yerinə yetirir. Pulun tədavülü fasiləsiz olmalıdır və

195

bunsuz bazarlar fəaliyyət göstərə bilməz. Pulun daim hərəkətdə olması onun dövriyyəsi adlanır.

Dünyada pul tədavülünün müxtəlif sistemləri mövcuddur və onlar tarixi inkişafın gedişi ilə formalaşmış, hər dövlətin öz qanunları ilə təsbit edilmişdir. Deməli, pul sistemi dedikdə, hər bir ölkədə qərarlaşmış və dövlət tərəfindən qanunvericilikdə müəyyən edilmiş pul tədavülünün təşkili forması başa düşülür.

Dövriyyədə olan pullar müxtəlifdir və bu pulların növündən asılı olaraq pul dövriyyəsi sistemi iki tipə ayrılır: • tam qiymətli qızıl və gümüş pulların dövriyyədə olduğu, kredit

pulların isə sərbəst şəkildə metal pullara (sikkələrə, yaxud külçələrə) dəyişdirildiyi metal pul dövriyyəsi sistemi;

• qızıl pulların tədavüldən sıxışdırılıb çıxarıldığı və buna görə də kredit və kağız pulların qızıl pullara dəyişdirilmədiyi kredit və kağız pulların dövriyyəsi sistemi.

Pul sisteminin ən mühüm tərkib hissələri aşağıdakılardır: 1) Milli pul vahidi (manat, dollar, rubl və s.). Onun vasitəsilə əmtəə və

xidmətlərin qiymətləri ifadə olunur; 2) Nağd pul dövriyyəsində qanuni ödəmə vasitələri hesab olunan kredit

və kağız pul sistemi, xırda metal pullar; 3) Pul emisiyası sistemi, yəni tədavülə pul buraxmağın qanunla

müəyyən edilməsi qaydası; 4) Pul tədavülünün tənzimlənməsi ilə bağlı məsələlərlə məşğul olan

dövlət orqanları; 5) Valyuta nisbəti.

Metal pulların tarixi çox qədimdir və onların kəsilmə tarixi e.ə.VII əsrə (685-684) Lidiya dövləti dövrünə gedib çıxır. Tarixdə iki cür metal pul sistemi mövcud olmuşdur: bimetalizm və monome- talizm. Bimetalizm ikili pul sistemidir. Bu sistemdə pul kimi qızıl və gümüşdən istifadə olunurdu. İkili pul sistemi bir sıra Qərbi Avropa ölkələrində mövcud olmuşdur. XIX əsrin axırlarında gümüş mədənlərinin kəşfi, gümüş metalının bolluğu nəticə etibarilə gümüş pulların kəsilməsinin dayandırılmasına gətirib çıxardı. Bimetalizm monome- talizmlə (bir pul sistemi) əvəz olundu və yalnız qızıl metalından pul materialı kimi istifadə olunmağa başlandı. Bu zaman kredit və kağız pullar sərbəst surətdə qızıla dəyişdirilirdi.

Tarixdə monometalizmin üç növü mövcud olmuşdur: qızıl- sikkə standartı, qızıl külçə standartı və qızıl devizli standart. Qızıl sikkə standartı - monometalizm birinci dünya müharibəsinə qədər

196

mövcud olmuşdur. Bu zaman kağız və kredit pullar sərbəst surətdə qızıl pullara dəyişdirilirdi. Qızıl külçə standartı Birinci Dünya Müharibəsi illərində İngiltərədə və Fransada tətbiq olunurdu. Bu zaman standart qızıl külçənin qiymətinə uyğun miqdarda dəyər nişanları təqdim olunan zaman onun qızıla dəyişməsini nəzərdə tuturdu. Qızıl devizli (deviz qızılı əvəz edən valyutadır) monometalizm 1922- ci ildə Geniya konfransından sonra bir çox ölkələrdə tətbiq olunmağa başlamışdır. Bu zaman banknotların qızıla dəyişdirilən xarici valyutalara mübadiləsinə icazə verilirdi.

1929-1933-cü illərdə dünyanı bürümüş dağıdıcı böhran monometalizm sisteminə də son qoydu. 30-cu illərdən etibarən Qərbi Avropa ölkələrində xırdalanmayan kredit pul sistemi adlanan yeni bir sistem qərarlaşmağa başladı. Bu yeni sistemin səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) kredit pulların üstünlük təşkil etməsi; b) qızıl pulların tədavüldən çıxarılması; c) kağız pulların (banknotların) qızıla dəyişdirilməsindən imtina

edilməsi və bu pulların qızıl məzmununun ləğv edilməsi; d) ' xüsusi sahibkarlığı və dövləti kreditləşdirmək məqsədilə pul emi-

siyasının gücləndirilməsi; e) nağdsız həyata keçirilən dövriyyənin xeyli genişləndirilməsi; f) pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi.

Beləliklə, müasir pul tədavülü qızıla xırdalanmayan kredit və kağız pullardan və xırda pullardan ibarətdir. Kredit və kağız pulların buraxılması funksiyası ancaq dövlətə məxsusdur. Dövlətin bu funksiyasını onun tabeliyində (mülkiyyətində) olan Mərkəzi Bank icra edir.

§3. Pul kütləsi və onun quruluşu. Pul aqreqatları

Hər bir ölkədə onun iqtisadiyyatına xidmət edən müəyyən miqdarda pul kütləsi olur. Pul kütləsi dedikdə, bütövlükdə xalq təsərrüfatında əmtəə və xidmətlərin alqı-satqısım, nağd və nağdsız formalarda ödənişləri təmin edən mövcud pul vəsaitlərinin məcmusu nəzərdə tutulur. Pul kütləsinin strukturu iki hissədən ibarətdir: aktiv hissə və passiv hissə. Təsərrüfat dövriyyəsinə real surətdə xidmət edən pul vəsaitləri aktiv hissəyə, pul yığımları, hesablaşma, hesablarda qalan qalıqlar isə passiv hissəyə aiddir. Passiv pullardan hesablaşma vasitəsi kimi istifadə olunur. Pul kütləsinin strukturu mürəkkəbdir. O heç də yalnız gündəlik işlətdiyimiz kağız pullardan

197

və xırda metal pullardan ibarət deyildir. Pul kütləsində kağız pulların payı 25%-dən çox olmur.

inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə passiv adlandırdığımız pullardan daha geniş istifadə olunur. Belə ki, bu cür ölkələrdə müəssisə və təşkilatlar arasında sövdələşmələr və habelə pərakən- də ticarətdəki alqı-satqıların çox hissəsi də bank hesablaşmalarından istifadə etmək yolu ilə həyata keçirilir. Bu zaman çeklərdən, kredit kartlarından, yol çeklərindən və s. istifadə olunur. Köçürmə əməliyyatlarını həyata keçirmək üçün alıcının və satıcının bankda hesabları olmalıdır. Alıcı çekdən, yaxud kredit kartından istifadə etməklə əmtəə və xidmətlərin haqqını Ödəmək üçün banka aldığı şeylərin məbləğini öz hesabından satıcının hesabına köçürməyi əmr edir. Bu məbləği çek vasitəsilə bank nağd pulla da ödəyə bilər.

Bunlardan başqa pul kütləsinin passiv hissəsində elə komponentlər var ki, onlardan bilavasitə alqı-satqı vasitəsi kimi istifadə etmək olmaz. Bunlara aiddir: kommersiya banklarında və digər kredit-maliyyə müəssisələrindəki əmanətlər, müddətli hesablara qoyulmuş pullar, qısa müddətli dövlət istiqrazları, investisiya fondlarının səhmləri. Adı çəkilən bu komponentlər (ünsürlər) «kvazi-pul- lar» adlandırılır, (kvazi-latın mənşəli «quasi» sözü olub, mənası- sanki, elə bil ki, guya deməkdir) Bunlar qeyri-real pullar hesab olunsalar da pul kütləsinin strukturunda daha çox paya malikdir və onların payı sürətlə artır.

«Kvazi-pullar» mütləq likvidliyə (pula çevrilə bilən) malik olmasalar da, pula çevrilə bilmək qabiliyyətinə malikdirlər. Onlardan müddətli əmanətləri, istiqrazları, bəzi növ səhmləri tezliklə nağd pula çevirmək mümkündür.

Pul kütləsi bir neçə pul aqreqatı şəklində (M0.M1.M2.M3) qruplaşdırılır. Pul aqreqatları (pul birləşməsi) pul kütləsinin göstəricisidir. Pul aqreqatları pul kütləsinə daxil olan komponentlərin likvid- liyinin (pula çevrilmə) azalması ardıcıllığı prinsipi üzrə yaradılır.

Daha likvid olan pul aqreqatı Mo-dır ki, tədavüldə olan nağd pulları özünə daxil edir.

Likvidliyinə görə fərqlənən ikinci pul aqreqatı Mı-dir. Bu aqreqat nağd pullar (Mo) və cari hesablarda olan pulları özündə birləşdirir və çeklərin köməyilə xidmət göstərir. Daha az likvid olan pul aqruqatı Mz-dir. Bu aqreqat Mı aqreqatının bütün komponentlərini, kommersiya banklarındakı müddətli əmanətləri və əmanət hesablarında olan pulları, ixtisaslaşmış maliyyə institutlarının depozitlərini özündə birləşdirir.

198

Likvidliyi çox az olan pul aqreqatı M3- dür. M3 aqreqatı M2 aqreqatını, bankların depozit sertfıkatlarım, dövlətin borc istiqrazlarını, dövlətin və kommersiya banklarının digər qiymətli kağızlarını özündə birləşdirir. Bütün bu aqreqatların cəmi: Mo +Mı +M2 -HMS = M pul kütləsini təşkil edir. M bütün pul kütləsini təşkil edir.

Azərbaycanda Mo. Mı. M2 aqreqatlarından istifadə olunur və hər il respublikada olan pul kütləsinə dair məlumat dərc olunur.

Pula çevrilmək qabiliyyətinə görə bütün sərvətlər eyni səviyyəli olmur. Yüksək dərəcədə pula çevrilmə qabiliyytinə (likvidliyə) malik olan əmlak növlərinə qızıl, başqa qiymətli metallar, daş-qaş, neft, incəsənət əsərləri aiddir. Çətinliklə pula çevrilən əmlaka isə istehsal binaları, avadanlıqlar, qurğular və s. aid edilir.

Pul kütləsinin strukturunun likvidlik dərəcəsinə görə aqreqat- laşdırılmasında başlıca məqsəd ölkədə olan pulun hərəkətinə nəzarət etmək, makroiqtisadi siyasətin həyata keçirilməsi zamanı ondan istifadə etməkdir.

§4. Pula olan tələb və pul təklifi

Hər bir ölkədə makroiqtisadi tarazlıq eyni dərəcədə pul bazarında müəyyən tarazlığın olmasını nəzərdə tutur. Ən başlıca pro- porsiya pula olan tələblə pul təklifi arasında tarazlığın olmasıdır.

Pul bazarı. Bu pul vəsaitləri bazarıdır ki, pula olan tələb və pul təklifinin qarşılıqlı təsiri nəticəsində pul kütləsi ilə faiz dərəcələri arasında qarşılıqlı asıllıq yaranır. Pul bazarının başqa bazarlardan fərqi odur ki, pul bazarında başqa əmtəələr kimi pul «alınıb-satılmır», sövdələşmələrdə pul digər pula çevrilmək qabiliyyəti olan vasitələrlə mübadilə olunur.

Pula olan tələb təsərrüfat agentlərində saxlanılan pul vəsaitlərinin miqdarı ilə müəyyən olunur, başqa sözlə bu real ifadədə qiymət indeksi nəzərə alınmaqla, pul ehtiyatına olan tələbdir. Real pul ehtiyatı əldə olan nağd pulları, habelə cari və müddətsiz hesablarda olan pul qalığını özündə birləşdirən pul kütləsi (M) ilə iqtisadiyyatda qiymətlərin (P) ümumi səviyyəsi arasındakı nisbəti ifadə edir. Pula olan tələb gəlirlərin səviyyəsi ilə bağlıdır və gəlirlərin artması pula olan tələbi də artırır. Real pul vəsaitinə olan tələb gəlirlərin səviyyəsi ilə düz, faizin dərəcəsi ilə tərs mütənasibdir.

Pul təklifi. Bazarda pul kimi dövriyyədə olan müxtəlif maliyyə vəsaitlərinin (ödəmə vasitələri) məcmusu pul təklifini təşkil edir.

Pul təklifi əsasən Mərkəzi Bank tərəfindən tənzimlənir. Ancaq

199

pul kütləsinin tərkibinə nağd pullarla (kağız pullar və metal sikkələr) yanaşı cari hesablarda olan pullar da daxildir. Cari hesablarda olan pullar (əmanətə qoyulmuş) çox asanlıqla nağd pula çevrilə bilirlər. Pul kütləsinin tərkibinə yuxarıda göstərilənlərlə yanaşı kommersiya banklarının vaxtlı (müddətli) və əmanət hesablarında saxladıqları və ixtisaslaşmış maliyyə təşkilatlarının depozitdə olan vəsaitləri də daxildir. Bu o deməkdir ki, pul təklifi yalnız Mərkəzi Bankın siyasətindən asılı deyildir. O həm də kommersiya banklarının fəaliyyətindən və əhalinin davranışlarından da asılıdır. Çünki nağd pullara sərəncam verən əhalidir, o istəsə əllərində olan pulları dövriyyəyə buraxar, yaxud da müəyyən məqsədləri naminə sandıqda şaxlar və ancaq lazım olduğu hallarda pulu sandıqdan çıxarıb xərcləyər. Göründüyü kimi əhalinin davranışları tədavüldə olan pulların kəmiyyətinə bir başa təsir göstərir.

Tədavülə daxil olan pulun miqdarı yalnız Mərkəzi Bank tərəfindən yeni pulların emisiyası nəticəsində deyil, habelə kommersiya bankları tərəfindən kreditlərin genişləndirilməsi nəticəsində da artır. Ancaq alınmış borclar banklara paylandıqda isə tədavüldə olan pul kütləsi azalır. Kredit əməliyyatları vasitəsilə pul kütləsinin artırılması təklif multiplikatoru adlanır.

Əhalidə nağd olan pullar və Kommersiya banklarının ehtiyatlarının cəmi pul bazasını təşkil edir. İqtisadiyyatda pul təklifi pul bazasına proporsional olmalıdır. Ancaq təcrübə göstərir ki, Mərkəzi Bank ölkədə pul təklifinə tam nəzarət edə bilmir, əllərdə olan nağd pullarla bank hesablarında olan depozitlərin nisbətini arzu olunan nisbətdə saxlaya bilmir. Nəticədə tədavüldə olan pulun miqdarı müxtəlif istiqamətlərdə dəyişir (artıb-azalır). İqtisadiyyat isə pul bazarında tarazlığın olmasında maraqlıdır. İlk növbədə pula olan tələblə pul təklifi arasında müvazinət (tarazlıq) olmalıdır.

Pula olan tələb. Pula olan tələb ilk növbədə təsərrüfatçı subyektlərin saxladıqdan pul vəsaitinin miqdarı ilə müəyyən olunur. Bu mahiyyətcə pula olan tələbdir.

Pula olan tələb pulun yerinə yetirdiyi üç funksiyadan (tədavül vasitəsi, ödəniş vasitəsi və sərvət yığımı vasitəsi) irəli gəlir. Birinci halda əmtəə və xidmətlərin alqı-satqısmı həyata keçirmək üçün pula olan tələbdən, ikinci halda tədiyyələri (vaxtı çatmış ödənişləri) ödəmək üçün pula olan tələbi və üçüncü halda isə digər maliyyə aktivlərini (istiqrazları, səhmləri və s.) əldə etmək vasitəsi kimi pula olan tələbin ödənilməsi nəzərdə tutulur.

Tədavül vasitəsi kimi əmtəə və xidmətlərin alqı-satqısı üçün

200

pula olan tələb əsasən cəmiyyətin pul gəliri ilə müəyyən olunur və ÜMM düz mütənasib olaraq dəyişir. Ödəniş vasitəsi kimi pula olan tələb vaxtı çatmış tədiyyələrin ödənilməsi zərurətindən və onların kəmiyyətilə müəyyən olunur.

Maliyyə aktivlərini əldə etmək üçün pula olan tələb isə faiz və dividentlər formasında gəlir əldə etmək marağı ilə müəyyən olunur və faiz dərəcələrinə tərs mütənasib olaraq dəyişir.

Pula olan tələbə dair müxtəlif nəzəriyyələr yaranmışdır*. Bunlardan geniş yayılmışlarından biri monetarist nəzəriyyədir və o XVIII əsrdə meydana gəlmiş «pulun miqdar nəzəriyyəsi»nə əsaslanır. Pulun miqdar nəzəriyyəsinə görə qiymətlərin mütləq səviyyəsi nominal pul qalığının təklifi ilə müəyyən olunur. Başqa sözlə, pul təklifi nə qədər çox olarsa, qiymətlərin səviyyəsi də bir o qədər yüksək olur və əksinə. Bu asılılığı Kembric bərabərliyi adlanan aşağıdakı tənlik şəklində ifadə etmək olar.

M= KPU Burada: M- tədavüldəki pulun miqdarı; K- nominal gəlir ilə nəzərdə tutulan pul qalığı arasında nisbət; P- qiymətlərin mütləq səviyyəsi; U- real gəlirdir. Hesab edilsə ki real gəlir (U) dəyişməz kəmiyyətdir, onda belə

nəticəyə gəlmək olar ki. Pulun (M) nominal kəmiyyətinin dəyişməsi qiymətlərin (P) mütləq kəmiyyətinin də dəyişməsinə səbəb olacaq.

Amerikalı professor İ.Fişer «pulun alıcılıq gücü» (1911) əsərində pulun miqdar nəzəriyyəsinə əsaslanan aşağıdakı bərabərliyi təklif edir:

MV=PU Burada: V- pulun dövriyyə surətidir: əgər bərabərliyin hər iki

tərəfini V-yə bölsək belə bir formula alınar: PU

M= ---------

' Klassik nəzəriyyəyə görə tədavül üçün lazım olan pulun miqdarı nağd pula

satılacaq əmtəələrin qiymətləri cəminin eyni adlı pul vahidinin dövriyyə sürətinə

nisbəti ilə müəyyən olunur və bu formula ilə ifadə olunur M=Əq Ds

201

Deməli, təsərrüfatçı subyektlərdə pul qalığı azdırsa, onda eyni miqdar əmtəə və xidmətlərin alqı-satqısı üçün pulun dövriyyə sürətini (V) artırmaq lazımdır.

Deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, pula olan tələb aşağıdakı amillərdən asılıdır: a) qiymətlərin səviyyəsindən. Başqa şərtlər sabit qaldıqda qiymətlərin

səviyyəsi nə qədər yüksək olarsa, pula olan tələb də bir o qədər yüksək olar və əksinə;

b) istehsalın real həcmindən. İstehsalın həcmi artanda əhalinin real gəlirləri də artır və nəticədə insanlara daha çox pul lazım olur;

c) pulun dövriyyə sürəti nə qədər yüksək olarsa tədavül üçün daha az pul lazım olar və əksinə.

Pul tədavül vasitəsi funksiyası ilə yanaşı tədiyə (ödəniş) vasitəsi funksiyasını da yerinə yetirdiyinə görə pul tədavülü qanununu tam şəkildə aşağıdakı kimi ifadə etmək olar.

M= Əq-Kp+T-qT Ds

Deməli, tədavül edən pulun miqdarı (M) bərabərdir: reallaşdırılacaq əmtəələrin qiymətlərinin cəmi (Əq), çıxaq kreditə satılan əmtəələrin qiymətlərinin cəmi (Kp), üstə gələk ödənilməsi vaxtı çatmış tədiyyələr (T), çıxaq qarşılıqlı ödənilən tədiyyələr (qT). bölünsün eyni adlı pul vahidinin dövriyyələrinin (Ds) sayına.

Hər bir bazarda olduğu kimi pul bazarında da tarazlıq tələb olunur, bu o zaman mümkündür ki. pula olan tələblə pul təklifi arasında uyğun nisbət yaranır. Belə bir nisbət olduqda isə makroiqtisadi sabitlik yaranır və inflyasiya baş vermir.

§5. Kredit: mahiyyəti, funksiyaları, mənbələri və formaları

Bazar iqtisadiyyatı şəraitində pul kütləsi fasiləsiz hərəkətdə olmalıdır və bu bir qanundur. Pulun hərəkətdə olduğu formalardan biri kreditdir. Kredit iqtisadi kateqoriyadır, latın mənşəli «eredi- tum» sözündəndir və mənası «borc», «credo»- «müəyyən faizlə» pul yaxud əmtəələri borc verməyə etibar edirəm, inanıram deməkdir.

Bazar iqtisadiyatı şəraitində müvəqqəti sərbəst pul vəsaiti yaranır və eyni zamanda sərbəst pula ehtiyacı olan, onu borc kimi götürüb istifadə etməkdə maraqlı olan bazar subyektləri vardır. Buna görə də müvəqqəti sərbəst pul vəsaiti borc kapitalı bazarına daxil olmalı, kredit-maliyyə orqanlarının əlinə keçməli və ehtiyacı olan

202

sahələrə tətbiq olunmalıdır. Müvəqqəti sərbəst pul vəsaiti sahibi üçün gəlir gətirməlidir və buna görə də sərbəst pullar müəyyən mərkəzlərdə toplanır, borc kapitalı forması alır və hərəkət edir. Borc kapitalının hərəkət forması kreditdir.

Tarixən kredit ibtidai icma quruluşunun dağıldığı dövrdə, əmlak bərabərsizliyi yarandığı zaman meydana gəlmiş və sələm kapitalı formasında fəaliyyət göstərmişdir. Sələmçilik əsasən istehlak xarakterli idi və istehsala xidmət etmirdi. Kapitalizm cəmiyyətinin meydana gəlməsi, bazar iqtisadiyyatının inkişafı ilə sələm kapitalı borc kapitalı adını alır və əsasən istehsala xidmət edir, iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilir.

Kredit iqtisadi kateqoriya olmaqla borc verənlə borc alan arasında yaranan iqtisadi münasibətləri ifadə edir. Kredit müxtəlif formalarda verilir, vaxtı çatanda geri qaytarılır, istifadəsinə görə faiz ödənilir. Kredit müəyyən prinsiplərə əsalanmaqla verilir. Kreditin verilməsinin əsas prinsipləri bunlardır: a) Kredit müəyyən məqsəd üçün verilir; b) Kredit müəyyən müddətə verilir; c) Kredit geri qaytarmaq şərtilə verilir; d) Kredit müəyyən faizlə verilir; e) Kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun)

Kredit təkrar istehsalı həyata keçirmək, onun fasiləsizliyini təmin etmək zəruriliyindən irəli gəlmişdir. Belə ki, kapitalın müxtəlif tərkib ünsürləri eyni vaxtda dövr etmir, bu səbəbdən müəssisələrdə müvəqqəti istifadə etmək üçün pul vəsaitinə ehtiyac olur və kredit götürməyə ehtiyac yaranır.

Kredit müvəqqəti sərbəstləşən və müxtəlif formalarda toplanmış aşağıdakı əsas mənbələr hesabına verilir: 1. Əmtəələrin satışı vaxtı ilə xammalın, materialın, yanacağın

alınmasına və əmək haqqının ödənilməsi müddətləri arasındakı fərqlə əlaqədar olaraq pul formasında sərbəstləşən dövriyyə vəsaitlərinin bir hissəsi;

2. Müəssisələrdə (firmalarda) əsas kapitalın bərpası üçün yığılmış amortizasiya ayırmaları;

3. Büdcə vəsaitinin və müxtəlif məqsədli fondların vəsaitlərinin bir hissəsi;

4. Kapital yığımı üçün toplanan vəsaitlər; 5. Əhalinin pul yığımları; 6. Müəssisələrin banklarda olan depozitləri.

İqtisadiyyatda kredit bir çox funksiyları yerinə yetirir.

203

Əwəla, kredit istehsalın həcminin genişlənməsinə kömək edir. İkincisi, kredit yenidən bölmək funksiyasını yerinə yetirir. Onun

sayəsində xüsusi əmanətlər, müəssisə və firmaların mənfəətləri, dövlət gəlirləri borc kapitalına çevrilərək iqtisadiyyatın zəruri olan sahələrinə yönəldilir.

Üçüncüsü, kredit tədavül xərclərinə qənaət etməyə imkan verir. Belə ki, kredit münasibətləri inkişaf edib genişləndikcə nağdsız hesablaşmalardan daha çox istifadə olunur və pul kütləsinin hərəkəti sürətlənir.

Dördüncüsü, kredit kapitalın təmərküzləşməsi və mərkəzləş- məsi prosesini sürətləndirir. Belə ki, rəqabət mübarizəsi şəraitində güclü firmalar kreditdən istifadə edərək zəif firmaları özlərinə tabe edir, digər firmalar isə rəqabətə tab gətirmək üçün bir-birilə birləşməyi üstün tuturlar, bu zaman kreditdən bir vasitə kimi istifadə olunur. Güclülər kreditdən xeyir görür, zəiflər isə onun ağır şərtlərinə məruz qalır və rəqabətdə uduzurlar.

Beşincisi, kredit ondan istifadə edən müəssisələrin, firmaların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir və tənzimləyici funksiyanı yerinə yetirir.

Altıncısı, kredit nağd pullara qənaət edilməsinə kömək edir. Kredit əmtəə və pul şəklində olmaqla müxtəlif formalarda həyata

keçirilir. Bunlardan ən əsasları aşağıdakılardır: Kommersiya krediti: Bu, müəssisələrin bir-birinə məhsul şəklində

verdikləri borcdur. Kommersiya kreditinin əsas aləti vekseldir ki, onun vasitəsilə rəsmiləşdirilir. Veksel qiymətli kağız olub, möhlət vaxtı başa çatanda veksel verən (borc alan) şəxsin veksel sahibi (borc verən) qarşısında pul öhdəçiliyini əks etdirir. Verilmiş veksellər bankda uçota alınır. Kreditin bu forması məhduddur, onunla əmək haqqı vermək olmur.

Bank krediti. Bu, banklar, xüsusi maliyyə kredit təşkilatlan (fondlar, assosiasiyalar) tərəfindən sahibkarlara, müssəsələrə və təsərrüfatlara pul borcu formasında verilən kreditdir. Bank krediti qaytarılma müddətinə görə qısamüddətli (1 ilə qədər), ortamüddətli (1 ildən 5 ilə qədər), uzunmüddətli (5 ildən yuxarı) olur. Bank kredit münasibətlərində əsas yer tutur və müəssisələrin normal fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Təsərrüfatlar arası pul krediti. Bu təsərrüfatçı subyektlərin bir- birinə verdikləri kreditdir. Müəssisə və təşkilatlar istiqrazlar, səhmlər, kredit biletləri və digər qiymətli kağızları almaqla kredit münasibətlərinə girirlər.

204

İstehlak krediti. Bu kredit 3 ilə qədər müddətə istehlakçılara kommersiya krediti formasında (möhlətlə əmtəələrin satılması) və bank krediti formasında uzun müddətli istehlak şeylərini (avtomobil, soyuducu, televizor və s.) almaq üçün verilir.

ipoteka krediti. Bu, daşınmaz əmlakı (torpaq, binalar) girov qoymaq şərtilə uzun müddətə verilən kreditdir. İpoteka kreditindən yaşayış binlarmın tikilməsi və kənd təsərrüfatında əsas istehsal fondlarının yeniləşdirilməsi üçün istifadə edilir. Kreditin bu növü kapitalın təmərküzləşdirilməsinə kömək edir. İpoteka kreditinin əsas aləti bankların və müəssisələrin buraxdıqları ipoteka istiqrazlarıdır.

Dövlət krediti. Kreditin bu forması dövlətlə ona borc verən əhali və bizneslə məşğul olanlar arasındakı münasibətləri əhatə edir. Burada dövlət borc alan, əhali və xüsusi biznes isə borc verəndir. Dövlət kreditinin mənbəyi dövlətin və yerli orqanların buraxdıqları istiqrazlardır. Bu kreditdən dövlət büdcəsinin kəsirini doldurmaq üçün istifadə olunur.

Beynəlxalq kredit. Kreditin bu forması borc kapitalının beynəlxalq iqtisadi münasibətlər sferasında hərəkətini əks etdirir, beynəlxalq kredit əmtəə və pul (valyuta) formasında verilir. Bu kredit münasibətlərində (kredit verən və kredit alan) banklar, xüsusi firmalar, müəssisələr, dövlət, beynəlxalq, region və yerli təşkilatlar iştirak edirlər. Beynəlxalq kredit ölkələr arası iqtisadi münasibətlərin genişlənməsində və inteqrasiya proseslərinin sürətlənməsində mühüm rola malikdir.

Dünya praktikasında banklarla yanaşı qeyri-bank kredit-maliyyə təşkilatları da mövcuddur və kredit münasibətlərində fəal iştirak edirlər. Bu cür qeyri-maliyyə təşkilatlarına investisiya fondları, sığorta kompaniyaları, qeyri-dövlət pensiya fondları, əmanət kassaları, lombardlar aid edilir. Kredit vasitələri kifayət qədər çox olan bu qeyri-bank kredit-maliyyə təşkilatları banklarla güclü rəqabət apara bilirlər. Bununla belə dövlətin kredit sisteminin əsasını bank sistemi təşkil edir.

Bazar iqtisadiyyatının inkişafı nəticəsində müasir kredit sistemi formalaşmışdır. Kredit sistemi dövlətin əlində iqtisadiyyatı tənzim etmə vasitəsidir. Bu sistemdə banklar həlledici rola malikdir.

§6. Banklar, onların növləri və funksiyaları

Bank - qiymətli kağızlarla alver edən və kreditorlarla borc alanlar arasında vasitəçilik edən müəssisədir. Bank bir tərəfdən fəa

205

liyyətdə olmayan, sərbəst pul vasitələri və gəlirləri toplayır, digər tərəfdən isə pul vəsaitlərini fəaliyyətli sahibkarların sərəncamına verir. Banklar sərbəst pulların mərkəzləşdirilməsini, habelə ondan istehsal və tədavül dairəsində istifadə olunmasını təmin edir. Banklar başqa müəssisələrdən fərqli olaraq istehsal dairəsində deyil, tədavül dairəsində fəaliyyət göstərir.

Banklar sistem halında olub ayrı-ayrı bankları və bank institutlarını özündə birləşdirir. Bank kapitalının təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində bank nəhəngləri meydana gəlmişdir. Bank işinin beynəlmiləlləşməsi nəticəsində transmilli banklar və maliyyə qrumları yaranmışdır.

Bütövlükdə bank sistemi bütün pul vəsaitlərinin səfərbər edilməsini, onların bank kapitalına və deməli borc kapitalına çevrilməsini təmin edir.

Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemləri müxtəlif quruluşda formalaşmışdır: 1) İki pilləli bank sistemi. Bu sistem mərkəzi bank və kommersiya banklarından ibarətdir: 2) Mərkəzsizləşdiril- miş bank sistemi (məsələn ABŞ-ın Federal Ehtiyat Sistemi). Bu sistemdə Mərkəzi bank həm dövlət və həm də xüsusi mülkiyyətə əsaslanmaqla qarışıq mülkiyyət kimi fəaliyyət göstərir.

SSRİ dövründə mərkəzləşdirilmiş Vahid bank sistemi fəaliyyət göstərmişdir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində iki pilləli bank sistemi mövcuddur. Bu sistemdə başlıca rol Mərkəzi banka məxsusdur və birinci pillədə durur. Mərkəzi bank XVIII-XIX əsrlərdə kommersiya banklarından ayrılıb müstəqilləşmişdir. Bir qayda olaraq Mərkəzi bank dövlətə məxsus olur və iqtisadiyyatın makroiqtisadi səviyyədə tənzimlənməsinin mühüm aləti hesab olunur.

Mərkəzi bankın iqtisadiyyatda aparıcı qolu onun yerinə yetirdiyi çoxsaylı funksiyalarda özünü göstərir. Həmin funksiyalar bunlardır: 1) Milli pul nişanlarının emissiyasını həyata keçirir, yəni onların

tədavülə buraxılması və tədavüldən götürülməsi işini təşkil edir; 2) Digər banklar və kredit-maliyyə təşkilatlarının fəaliyyətləri üzərində

ümumi nəzarəti həyata keçirir; 3) Kommersiya banklarına kreditlər verir; 4) Dövlətin qiymətli kağızlarını buraxır, onların ödənilməsini və

alqı-satqısını təşkil edir; 5) MB hökümət təşkilatlarının hesablaşmalarını aparır, büdcənin kassa

icraçısı rolunu yerinə yetirir;

206

6) Dövlətin qızıl və valyuta ehtiyatlarını saxlayır, beynəlxalq valyuta əməliyyatlarını yerinə yetirir, ölkədə valyutanın tənzimlənməsini həyata keçirir;

7) Dövlətin pul-kredit siyasətini həyata keçirir, antiinflyasiya tədbirləri görür.

Mənsubiyyətlərinə görə Mərkəzi banklar bütün ölkələrdə eyni deyildir, başlıca fərq onların kimin mülkiyyətində olmasıdır. Məsələn, Almaniyada, Azərbaycanda, Böyük Britaniyada və Fransada, Rusiya Federasiyasında mərkəzi banklar dövlət mülkiyyətindədir. ABŞ-da mərkəzi bank səhmdar cəmiyyəti formasında fəaliyyət göstərir və onun kapitalı əsasən özəl bankların kapitalı hesabına formalaşır. ABŞ-ın bütün kommersiya banklarının 40%-i Federal Ehtiyatlar Sisteminin (FES) üzvləridir. Bankların 60%-i müstəqil fəaliyyət göstərirlər.

Avstriyada mərkəzi bankın kapitalının 50%-i, Yaponiyada isə 55 %-i dövlətə məxsusdur. İsveçrənin Mərkəzi bankı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərsə də, onların fəaliyyətinə dövlət nəzarət edir.

Bazar münasibətləri sisteminə keçən Azərbaycanın yeni bank sistemi formalaşdırılır. Azərbaycan Respublikasında ikipilləli bank sistemi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının milli bank sisteminə aşağıdakı banklar daxildir:

Azərbaycan Respublikasının Milli Bankı; Azərbaycan Respublikası Aqrar-Sənaye Səhmdar-Kommersiya

Bankı; Azərbaycan Respublikası Əmanət Səhmdar - Kommersiya Bankı; Beynəlxalq Bank. Bunlardan başqa. Respublikamızda Azakbank, Bakinvest- bank,

Azkombank, Azimanbank, Təbrizbank, Karvanbank, Elin- bank, Zaminbank və s. banklarla yanaşı Azərdəmiryolbank, Azəri- qazbank, Rabitəbank, Nəqliyyat bank kimi sahə bankları da fəaliyyət göstərir.

Azərbaycanda həm müstəqil banklar, həm də xarici kapitalın iştirakı ilə yaradılan bir sıra banklar da fəaliyyət göstərir. (Azər- türkbank, Milliranbank və s.)

Azərbaycan Respublikasının Milli Bankı Respublikanın baş bankıdır, o Mərkəzi Bank statusuna malikdir və Mərkəzi Bankın funksiyalarını yerinə yetirir. Azərbaycan Respublikasının Milli

207

Məclisi Respublikanın bank sitemini tənzimləmək məqsədilə «Banklar və bank fəaliyyəti haqqında» və «Azərbaycan Respublikasının Milli Bankı haqqında» 3 dəfə qanun qəbul etmişdir (1992-ci, 1996-cı və 2004-cü illərdə).

2004-cü ildə qəbul edilən qanun «Banklar haqqında qanun» adlanır. Bu qanuna görə Milli Bank ali icra hakimiyyətinin başçısına - Respublika Prezidentinə hesabat verir və ona tabedir. Qanunla Milli Banka dövlət mənafeyindən irəli gələn müstəqil siyasət yeritmək səlahiyyəti verilmişdir. MB-nin nizamnamə kapitalı 15 milyard manat (AZN) müəyyən edilmişdir.

Mərkəzi bankın funksiyalarına dair yuxanda göstərilənlər Azərbaycan Respublikası Milli Bankına da aiddir. Azərbaycanda bank əməliyyatı aparmaq üçün lisenziya alan 129 kredit təşkilatı var. 2006-cı ilin aprelinə olan məlumata görə yerli bankların sayı 44, xarici kapitallı bankların sayı 18, nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən bankların sayı 7, nizamnamə kapitalının 50 %-dən azını təşkil edən xarici bankların sayı 2-dir. Qeyri- bank kredit təşkilatlarının sayı isə 85-dir. Bankların nizamnamə kapitalının məbləği hazırda 10 milyon manatdır.

Bazar iqtisadiyyatı şəraitində geniş fəaliyyət göstərən, ikinci pillədə duran banklar kommersiya bankları adlanır. Kommersiya bankı mənfəət əldə etmək məqsədilə yaradılmış kommersiya müəssisəsidir. Kommersiya bankları iqtisadiyyatın «sinir» sistemi adlandırılır, universal xarakter daşıyır, konkret sahələrə maliyyə-kredit xidməti göstərir. Kommersiya bankları kredit, fond və vasitəçilik əməliyyatlarını yerinə yetirir, hesablaşmaları həyata keçirir, xalq təsərrüfatı miqyasında tədiyyə (ödəniş) dövriyyəsini təşkil edirlər.

Kommersiya bankları əhalinin və müəssisələrin əmanətlərini qəbul edir, müvəqqəti sərbəstləşmiş pul vəsaitinin yenidən bölgüsündə, müssəsələr arasında qarşılıqlı ödəmələrin həyata keçirilməsində, qiymətli kağızlarla əməliyyatların yerinə yetirilməsində maliyyə vasitəçi rolunu oynayırlar.

Kommersiya banklarının uğurlu fəaliyyəti onların müvəqqəti sərbəstləşən pul vasitələrini səfərbərliyə ala bilmək bacarığından asılıdır. Bankların vəsaitləri cəlb etmə sahəsində əməliyyatları passiv əməliyyat adlanır. Toplanmış vəsaitlərin məqsədyönlü yerləşdirilməsi sahəsindəki əməliyyatları isə aktiv əməliyyat adlanır. Bundan əlavə banklar vasitəçilik rolunda da çıxış edə bilər, əmlakın idarə edilməsi, qiymətli kağızlara sərəncam verilməsi sahəsində də inamlı əməliyyatlar apara bilər.

208

Kommersiya bankları milli çərçivədə pul hesablaşmalarını həyata keçirir, bu hesablaşamalar nağd və nağdsız qaydada aparılır. Bütün hesablaşmalar banklarda açılımış hesablar üzrə həyata keçirilir və bu zaman nağdsız hesablaşma qaydasından geniş istifadə olunur. Bank hesabları hesablaşma hesabı, cari hesablar, depozit hesablar, valyuta hesabı və s. formalarda olur. Bütün firma və müəssisələrin bank hesabları olur.

Banklar pul vəsaitlərinə olan ehtiyaclarını əhalidən, firma və müəssisələrdən, dövlətin icra strukturlarından və yerli icra orqanlarından cəlb edilmiş vəsaitlər hesabına ödəyir. Bu vəsaitlərin cəlb edilməsi bankların passiv əməliyyatına aiddir. Cəlb edilmiş vəsaitlər, borc vəsaitləri və bankın özünün vəsaitləri hesabına bank resursları formalaşır. Bu resurslar fiziki və hüquqi şəxslərin əmanətləri hesabına daha da artır. Müştərilərin əmanətləri (depozitləri) müddətsiz, müddətli və şərti ola bilər.

Banklar üçün müddətli əmanətlərin (depozitlərin) cəlb edilməsi sərfəlidir. Çünki bank bu əmanətə uzun müddət sərəncam vermək imkanında olur. Müddətsiz qoyulmuş əmanətləri sahibləri istədiyi vaxt geri götürə bilər. Müəyyən şərtlə banka qoyulmuş əmanətlər də əvvəlcədən razılaşdırılmış şərtə əsasən geri götürülə bilər.

Kommersiya bankları bir-birindən kredit almaq yolu ilə də resurs ehtiyatını artıra bilər. Güclü banklar aldıqları kredit hesabına gəlir əldə edə bilər. Belə ki, kredit alan bank onu başqa banklarda yerləşdirib əlavə gəlir götürür. Mərkəzi Bankın funksiyalarından biri kommersiya banklarını maliyyələşdirməkdir. MB kommersiya banklarının resurs ehtiyatlarına nəzarət edir, lazım gəldikdə onlara kredit verir, lazım olduqda kommersiya banklarının resurslarını azaldır və bu resursları ehtiyatda saxlayır.

Kommersiya bankları yarananda onların qanunla müəyyən edilmiş miqdarda nizamnamə kapitalları olur. Bundan əlavə bu bankların ehtiyat fondları, mənfəətdən ayırmalar hesabına yaradılan digər fondları olur ki, bunlar bankların öz vəsaitləri hesab olunur. Bütün yuxarıda göstərilən əməliyyatlar bankların resurs toplamaq fəaliyyəti ilə bağlı olduğuna görə onların passiv əməliyyatlarına aiddir.

Kommersiya banklarının əsas məqsədləri sərəncamlarında olan resursları gəlirli sahələrdə yerləşdirib yüksək mənfəət əldə etməkdir. Onların bu istiqamətdə həyata keçirdikləri əməliyyatları aktiv əməliyyatlara aiddir. Kommersiya banklarının aktiv əməliyyatlarından kredit əməliyyatları xüsusi əhəmiyyət kəsb edir. Çünki

209

onlar müəssisələrə, təşkilatlara, əhaliyə və digər banklara kreditlər verib faiz almaqla öz gəlirlərini təmin edirlər. Lakin burada müəyyən risk vardır, ola bilər ki, kredit alan onu qaytarmaq imkanında olmasın və yaxud onu vaxtında qaytarmasın. Buna görə də borc verən bank kredit alanın bütün imkanlarını öyrənməlidir, onun maddi vəziyyətindən xəbərdar olmalıdır, verdiyi kredit üçün maddi təminatın olub-olmadığını bilməlidir.

Müasir dövrdə kommersiya bankları daha geniş miqyaslı əməliyyatlar yerinə yetirir: Beləki, banklar öz müştərilərinə lazımi məlumatlar çatdırır, məsləhətlər verir, etibarnamə əsasında başqa şəxslərin əmlak və vəsaitlərinin idarə edilməsi üzrə bank xidməti göstərir. Bunlardan başqa banklar səhmlər paketinin idarə edilməsi; büdcə və vergilərin planlaşdırılması kimi maliyyə xidmətləri göstərir və işini həyata keçirirlər.

Bunlardan başqa, banklar firmalarda mühasibat uçotunu təftiş və maliyyə vəziyyətini təhlil edir, kredit kartoçkalarının buraxılması, valyuta dəyişmək, müştərilərin qiymətli kağızlarını saxlamaq kimi əməliyyatları da yerinə yetirirlər.

Banklar müstəqil təsərrüfat subyektləri, hüquqi şəxslərdir. Bazar iqtisadiyyatı şəraitində onların öz maraqlan, məqsədləri vardır. Onların başlıca məqsədi faiz mexanizmi vasitəsilə mənfəət əldə etməkdir. Bank faizi demək olar ki, kreditin qiymətidir.

Fəaliyyətdə olan kapital sahibləri borc aldıqları kapitalı istehsalda, yaxud xidmət sferasında istifadə edir və həmin kapitala görə mənfəət götürürlər. Onlar mənfəətin bir hissəsini borc aldıqları kapitalın istifadəsi üçün haqq kimi borc kapitalının sahibinə verirlər. Bu hissə borc faizidir. Borc kapitalına görə gəlirlərin məbləğinin borc verilmiş kapitalın məbləğinə nisbəti faiz norması adlanır. Azad rəqabət şəraitində faiz norması pul bazarında tələb ilə təklif arasındakı nisbətdən asılıdır. Burada riskin dərəcəsi də nəzərə alınır. Risk ondan ibarətdir ki, verilən borc vaxtında qaytarılmaya da bilər. Buna görə də risk üçün faiz müəyyən edilir və borc vaxtında qaytarıl- madıqda borclu əlavə faiz ödəməli olur.

Bankın fəaliyyəti onun üçün mənfəət gətirir, bankın mənfəəti bankın əmanətçilərinə verdiyi faizlə, verdiyi borca görə aldığı faizin fərqindən ibarətdft-. Bankın gəlirinə bank mənfəətindən başqa, birja əməliyyatlarından əldə edilən mənfəət, innovasiyadan gəlir, komisi- on haqları da daxildir. Banklar öz xərclərini öz gəlirləri hesabına ödəyirlər.

210

§7. Qiymətli kağızlar bazarı

Qiymətli kağızlar da kapitalın xüsusi formasıdır. Bazar iqtisadiyyatı şəraitində qiymətli kağızlar alqı-satqı obyektidir və onların öz bazarları vardır. Qiymətli kağızlar bazarı maliyyə bazarına daxildir və onun bir qoludur.

Qiymətli kağızlara səhmlər, istiqrazlar, veksellər, sertifikatlar və s. aiddir. Qiymətli kağızlar nağd və nağdsız formalarda buraxılır. Nağd formada qiymətli kağızlar, texniki normalara uyğun olaraq, fiziki formada blankda çap olunur və normativ sənədlərdə təsdiqini tapır. Nağdsız buraxılan qiymətli kağızlar fiziki formada mövcud olmur, ona sahib olmaq hüquqi qeydiyyat sənədlərində yazılır. Bu cür kağızların buraxılması qlobal sertifikat adlanan sənəd vasitəsilə rəsmləşdirilir. Qlobal sertfikat onu buraxanın razılığı ilə, saxlanılmaq üçün depozitə qoyulur. Nağd buraxılmayan səhmlərin sahibi bir neçə səhmi bir sertifikata yazdırıb depozitdə saxlaya bilər.

Qiymətli kağızların meydana gəlməsi maddi resursların alqı satqısı, yəni real aktivlər bazarının fəaliyyətilə bağlıdır. Qiymətli kağızlar fond aktivləri adlanır. Bu cür aktivlərin meydana gəlməsi və onların alqı-satqısı sərbəst pul vəsaitlərini səfərbərliyə alıb iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsinə geniş imkan yaratmışdır.

Qiymətli kağızların meydana gəlməsi nəticəsində kapitalın bir növ ikiləşməsi baş verir. Bir tərəfdə real kapital, yəni istehsal fondları formasında olan kapital, digər tərəfədə isə onların qiymətli kağızlar formasında ifadələri mövcud olur.

Kapitalın bu cür formalarda meydana gəlməsi, qiymətli kağızların buraxılması, inkişafı kommersiya və istehsal fəaliyyətinin genişlənməsi ilə kredit resurslarının cəlb edilməsi işinin mürəkkəbləşməsi ilə bağlıdır. Belə ki, istehsalın inkişaf etdirilməsi və genişləndirilməsi üçün bir neçə sahibkarın vəsaiti kifayət etmir. Bunun üçün daha çox sayda sahibkarın və digər şəxslərin maliyyə vəsaitlərini səfərbərliyə almaq, kapitalın həcmini artırmaq lazım gəlir.

Fond bazarının (qiymətli kağızlar bazarı belə adlanır) inkişafı borc kapitalı ilə bağlıdır və ona əsaslanır. Belə ki, qiymətli kağızları almaq pul kapitalının bir hissəsini borca vermək deməkdir. Satılan qiymətli kağız kredit sənədidir, onun sahibi gəlir götürmək hüququ əldə edir. Bu gəlir faiz və ya divident formasında əldə edilir. Qiymətli kağızları əldə etməklə sahibkarlar özlərinin maliyyə vəziyyətlərini stabilləşdirmək imkanı qazanırlar. Riskli layihələr üçün bankdan kredit almaq həmişə mümkün olmur. Ancaq səhmlər burax

211

maq yolu ilə bu cür layihələri maliyyələşdirmək mümkün olur. Qiymətli kağızlar bazarının fəaliyyətdə olması elmi-texniki işləmələrin geniş həcmdə maliyyələşdirilməsinə imkan yaradır.

Real aktivlərdən asılı olmayaraq qiymətli kağızlar bazarda müstəqil dövr edə bilir. Bunun iki əsas səbəbi vardır: 1) borc əməliyyatı prosesində mülkiyyət olan kapital, fəaliyyətdə olan

kapitaldan ayrılır; 2) qiymətli kağızlar potensial pul kapitalından ibarətdir və yüksək

dərəcədə likvidliyə malikdir, yəni asanlıqla nağd pula çevrilə bilir. Qiymətli kağızlar bazarı pul bazarından və kapital bazarından

ibarətdir. Pul bazarında qısa müddətli (bir il) qiymətli kağızlar dövr edir. Veksel, bank sertifikatı pul bazan alətləri hesab olunur. Pul bazarı sahibkarların qısa dövr üçün maliyyə vəsaitlərinə olan ehtiyaclarının ödənilməsinə xidmət edir.

Kapital bazarında isə ödənilmə müddəti bir ildən çox olan, yaxud müddətsiz qiymətli kağızlar dövr edir (məsələn səhmlər).

Kapital bazarı təsərrüfatçı subyektləri uzun müddətli maliyyə vəsaiti ilə təmin edir.

Qiymətli kağızlar bazarının aşağıdakı funksiyalarını göstərmək olar: birincisi, istehsalı təşkil etmək və genişləndirmək məqsədilə, sərbəst pul vəsaitlərini səfərbərliyə almaq; ikincisi, investorlara qiymətli kağızların qiymətləri haqqında məlumat çatdırmaq; üçüncüsü, səfərbərliyə alınmış vəsaitin bazarın tələbinə uyğun bölünməsinə imkan yaratmaq.

Özünün təşkilat strukturuna görə qiymətli kağızlar bazarı ilkin bazara və ikinci bazara ayrılır.

İlkin bazar. Bu bazarda yeni buraxılmış qiymətli kağızların satışı baş verir. İlk dəfə buraxılmış səhmlərin və istiqrazların satışı nəticəsində onları buraxan lazım olan miqdarda maliyyə vəsaiti əldə edir, qiymətli kağız isə onu ilkin alanın əlinə keçir və onu yenidən başqasına satmaq hüququ qazanır.

Qiymətli kağızları buraxan şəxs emitent adlanır, qiymətli kağızı əldə edən şəxs isə investor adlanır. Fond bazarında qiymətli kağızların əsas alıcıları hüquqi şəxslərdir, ilk növbədə banklar, sığorta təşkilatları, investisiya və pensiya fondlarıdır.

İkinci bazar. Qiymətli kağızların sonrakı alqı-satqısı nəticəsində ikinci bazar yaranır. Bunun sayəsində maliyyə resursları sonrakı investorlar arasında yenidən bölüşdürülür. İkinci bazar olmadan çoxsaylı yeni layihələr maliyyə mənbəyindən məhrum olardı.

İkinci bazarın strukturunda qiymətli kağızların birjada döv

212

riyyəsi və birjadan kənar dövriyyəsinin xüsusi yeri vardır. Birja bazarında qiymətli kağızlar birjada alınıb-satılır.

Birjadan kənar bazarda da qiymətli kağızların alqı-satqısı baş verir. Birja bazarı Fond birjası adlanır və qiymətli kağızların mütəşəkkil bazarıdır. Fond birjalarına ancaq birja qaydalarına uyğun gələn kompaniyalar buraxılır. Birjada alınıb-satılan qiymətli kağız daha üstün hesab olunur.

Gənc və maliyyə cəhətdən zəif olan komponiyalarm qiymətli kağızları birjadan kənar bazarlarda dövr edir.

Fond bazarının iki növü vardır: 1) Spot bazarı; 2) Müddətli bazar. Spot bazarda nağd sövdələşmələr aparılır və qiymətli kağızların

haqqı alqı-satqı vaxtı ödənilir. Müddətli bazarda vaxtı göstərilməklə sövdələşmələr aparılır və

müqavilə bağlanır. Burada gələcəkdə ödənilməsi zəruri olan öhdəliklər və onun müddəti göstərilir.

Fond birjalarını dövlət və xüsusi komponiyalar yarada bilər. Dövlətin qiymətli kağızlar bazarında ancaq dövlətin buraxdığı qiymətli kağızlar satılır və dövlətin ehtiyacını (büdcə kəsiri) ödəmək üçün lazımi vəsait toplanır. Bu bazarda əməliyyatlar aparmaqla Mərkəzi Bank pul tədavülünü tənzimləyir. Qeyri-dövlət qiymətli kağızlar bazarı isə özəl sektora xidmət edir və onların maliyyə ehtiyaclarının ödənilməsində yardımçı rol oynayır.

Qiymətli kağızlar bazarının ümumi vəziyyəti fond indeksi vasitəsilə qiymətləndirilir. O dünyanın iri birjalarında səhmlərin kursunun dəyişməsinin qeydiyyatını aparır. Maliyyə qəzetlərində fond indeksi dərc olunur. Bu yolla bazar iştirakçıları firmaların, şirkətlərin iqtisadi vəziyyətləri haqqında məlumat əldə edirlər. Əgər müəyyən bir şirkətin qiymətli kağızı yüksək dəyərlə satılırsa, deməli həmin şirkətin işi yaxşıdır və əksinə.

İqtisadiyyatın ümumi vəziyyəti qiymətli kağızlar bazarındakı vəziyyətdən çox asılıdır. Qiymətli kağızların kursunun (bazar qiymətinin) düşməsi iqtisadiyyata mənfi təsir göstərir, onun fasiləsizliyini pozur. Bu cür halların təsirini azaltmaq üçün dövlət fond bazarının fəaliyyətini tənzimləməlidir.

§ 8. Dövlətin pul-kredit siyasəti

Makroiqtisadi sabitliyin təmin edilməsi dövlətin pul-kredit siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Bunun təmin edilməsi üçün

213

iqtisadiyyatın stabilliyinə xidmət edən düşünülmüş pul-kredit siyasəti yeridilməli, pul bazarında tarazlıq yaradılmalıdır. Bunun üçün dövlət özünün pul-kredit siyasətini hazırlayarkən təcürbədə özünü doğrultmuş pul nəzəriyyəsinə əsaslanmalıdır. Müasir pul nəzəriyyəsi pulun və pul-kredit siyasətinin bütövlükdə iqtisadiyyata təsirini öyrənir. Dövlətin pul-kredit siyasətini Mərkəzi Bank yerinə yetirir.

Pul-kredit siyasəti dedikdə, pul-kredit sisteminin fəaliyyəti, pul tədavülü, borc kapitalının bazarı, nağdsız hesablaşmaların qaydalarını nizama salmaq sahəsində Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür. Bu siyasət işgüzar fəaliyyətin təmin edilməsi məqsədinə yönəldilmiş kompleks tədbirlər sistemidir. Bu tədbirlərdə məqsəd, həmçinin, pul vahidini möhkəmləndirmək, qiymətləri sabitləşdirmək, iqtisadiyyatın optimal strukturunu qurmaq və iqtisadi artım tempini sabitləşdirməkdən ibarətdir. Özünün pul-kredit siyasəti ilə dövlət inflyasiyanın qarşısını almağa, balans- laşdırılmış xarici iqtisadi əlaqələr qurmağa səy göstərir.

Mərkəzi Bank pul-kredit siyasəti vasitəsilə təkrar istehsal prosesinə təsir göstərmək, böhranların təsirini azaltmaq, milli gəlirin və ÜDM-in artımını stimullaşdırmaq imkanlarına malikdir. O, ölkədə pul təklifinin həcminə və onun vasitəsilə istehsalın və məşğulluğun səviyyəsinə təsir etmək gücünə malikdir.

Mərkəzi Bankın pul-kredit siyasəti müxtəlif vasitələrlə həyata keçirilir. Bu siyasətin ən mühüm alətləri bunlardır:

a) açıq bazarda əməliyyatlar; b) uçot dərəcələri sahəsində siyasət; c) bank ehtiyatlarının məcburi normalarını tənzim etmək. Mərkəzi Bankın pul-kredit siyasətinin başlıca istiqaməti açıq

bazarda əməliyyatlardan ibarətdir. Bazar iqtisadiyyatı ölkələrdə bu vasitədən geniş istifadə olunur. Pul təklifinə təsir edən bu əməliyyatın mahiyyətini dövlət istiqrazlarının alınması, yaxud satılması təşkil edir. Bu əməliyyat qiymətli kağızlar bazarında aparılır. MB lazım olduqda qiymətli kağızları satmaq yolu ilə tədavül sferasmdakı artıq pulları geri alır, tədavüldə pul azlığı olduqda isə qiymətli kağızları almaqla tədavülə əlavə pul daxil edilir. MB bununla kommersiya banklarının ehtiyatlarını artırır, pul təklifinin artımına kömək edir və əksinə qiymətli kağızların satışı isə bu ehtiyatların azalması ilə nəticələnir.

Uçot dərəcələri siyasəti vasitəsilə Mərkəzi Bank kommersiya banklarının məcburi ehtiyatlarını götürmələri üzrə faiz dərəcələrini tənzimləyir. Mərkəzi Bank bir qayda olaraq kommersiya banklarını

214

maliyyələşdirir, onlara borc verir. Bu borcların verildiyi faiz dərəcəsinə uçot dərəcəsi deyilir.

Konkret vəziyyətdən asılı olaraq kommersiya banklarının Mərkəzi Bankdan götürməli olduğu pul vəsaitlərinə görə ödənilən faizin dərəcəsi aşağı-yuxarı ola bilər. Mərkəzi Bank faiz dərəcələri vasitəsilə kommersiya banklarının kredit vermək imkanlarını genişləndirə və yaxud məhdudlaşdıra bilər. Bununla da tədavüldə olan pulun kütləsini artırmaq yaxud azaltmaq olar.

Bununla yanaşı Mərkəzi Bank lombard dərəcələrindən istifadə etməklə də kommersiya banklarına kredit verə bilir. Bu zaman Mərkəzi Bank kommersiya banklarının borc öhdəliklərini girov götürməklə onlara müəyyən faiz dərəcələri ilə kredit verir.

Məcburi ehtiyat normalarını tənzimləyən Mərkəzi Bank ehtiyatların həcminə təsir etmək imkanına malikdir. Bütün bunlar üçün məcburi ehtiyat normalarının müəyyənləşdirilməsi Mərkəzi Banka imkan verir ki, pul təklifinə səmərəli təsir göstərsin. Mərkəzi Bank iqtisadi konyunkturadan asılı olaraq ehtiyat normasını 3 %- dən 20 %-ə qədər müəyyən edə bilər. Ehtiyat normaları qanunla müəyyən olunur. Əgər bankın qanunla müəyyən olunmuş mümkün ehtiyat normasından artıq ehtiyatları olarsa, yalnız o halda o borc verməklə pul təklifini artıra bilər.

Pul-kredit siyasətinin iki növündən istifadə olunur. Birincisi, yumşaq pul-kredit siyasətidir. Yumşaq pul-kredit siyasəti pul kütləsinin artırılması və faiz dərəcələrinin aşağı salınması yolu ilə iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmişdir.

İkincisi, sərt pul-kredit siyasəti. Bu siyasət məhdudlaşdırıcı xarakter daşıyır, tədavüldə pul kütləsinin artmasını ləngidir və ya inflyasiya əleyhinə istifadə olunur.

Yumşaq və sərt pul-kredit siyasətləri çevik pul-kredit siyasətini xarakterizə edir. Bu siyasət iqtisadi tsiklin fazalarına uyğun olaraq dəyişir. Təcrübədən məlumdur ki, sənayecə inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən əsasən çevik pul-kredit siyasətindən istifadə olunur.

§9. İnflyasiya: mahiyyəti, səbəbləri və sosial-iqtisadi nəticələri. Antiinflyasiya tədbirləri

Sosial-iqtisadi hadisə kimi inflyasiya bir neçə yüz il ərzində mövcud olmuşdur və indi də mövcuddur. İnflyasiya məfhumu latın mənşəli «inflatio» sözündən əmələ gəlib, şişmə, hədsiz artırılma mə

215

nalarını verir. İnflyasiyaya müxtəlif cür təriflər verilir. ABŞ iqtisadçıları

inflyasiyanı qiymətlərin ümumi səviyyəsinin qalxması kimi səciyyələndirirlər (Ekonomiks). Bəzi müəlliflər pul tədavülü sferasının həddən artıq kağız pulla dolmasını inflyasiya hesab edirlər. Ancaq inflyasiyanın bu şəkildə müəyyən edilməsi onun mahiyyətini, məzmununu tam ifadə etmir.

İnflyasiyanın ən ümumi, geniş tərifi belədir: İnflyasiya tədavülə əmtəə dövriyyəsinin tələblərindən artıq pul kütləsi buraxılması nəticəsində əmtəə qiymətlərinin artması və pul vahidinin qiymətdən düşməsi deməkdir. İnflyasiya qiymətlərin ümumi artımı formasında baş verir, pulun alıcılıq qabiliyyəti aşağı düşür, yəni pul qiymətsizlə- şir.

İnflyasiya əmtəə və xidmətlərin qiymətlərinin qalxmasında özünü göstərsə də ona yalnız qiymət hadisəsi kimi baxmaq olmaz. O təkrar istehsal proporsiyalarının, makroiqtisadi səviyyədə tələb və təklifin tarazlığının pozulması kimi başa düşülməlidir. Məhz buna görə də inflyasiya makroiqtisadi qeyri-sabitliyin əsas səbəblərindən hesab olunur.

Cəmiyyətdə qiymətlərin artması həmişə olur, ancaq qiymətlərin hər cür artması inflyasiya demək deyildir. İnflyasiya bütün bazarlarda qiymətlərin qalxması deməkdir.

Qiymətlərin ümumi səviyyəsinin qalxması kimi müəyyən edilən inflyasiyanın səviyyəsi qiymət indeksinin köməyilə müəyyən edilir. Bu zaman istehlak əmtəələri qiymətlərinin indeksindən, istehsal təyinatlı əmtəələrin topdan satış qiymətlərinin indeksindən, ÜMM qiymətlərinin indeksindən geniş istifadə olunur. Bütün bu indekslər müəyyən dövr ərzində qiymətlərin orta səviyyəsində baş verən dəyişiklikləri əks etdirir.

Qiymət indeksi onun mövcud ümumi səviyyəsinin baza ilinə olan nisbəti ilə müəyyən edilir. Məsələn, əgər 2000-ci il baza ili götürülsə və həmin ilin qiymət səviyyəsini 100 hesab etsək, 2005-ci ildə qiymət indeksini 115-ə bərabər fərz etsək bu o deməkdir ki, 2005-ci ildə qiymətlər 15 % yüksək olubdur. Deməli, 2000-ci ildə 100 manata olan əmtəənin qiyməti 2005-ci ildə 115 manat olubdur.

İnflyasiyanın sürətini hesablamaq üçün baza ilinin (2000-ci il) qiymət indeksini götürülən ilin (2005-ci il) qiymət indeksindən çıxıb, 100 vurub, 2005-ci ilin qiymət indeksinə bölmək lazımdır.

Hesab etsək ki 2000-ci ildə qiymət indeksi- 112,6, 2005-ci ildə qiymət indeksi- 115,3 olubdur.

216

Onda inflyasiyanın sürəti = (115,3-112,6) x 100 = 2,3 %-ə 115,3

Qiymətlərin ümumi səviyyəsini ölçmək üçün ÜMM qiymətlər indeksindən də istifadə olunur. ÜMM qiymətlər indeksi = nominal ÜMM x 100

real ÜMM Burada nominal ÜMM mövcud ildə cari qiymətlərlə xərcləri, real

ÜMM isə baza ilindəki qiymətlərlə xərcləri əks etdirir. Real ÜMM qiymətlərin hesabına ÜMM nə qədər artdığını göstərir.

Dünyanın bütün ölkələrində inflyasiya hadisəsi olmuşdur. Bəzi ölkələrdə inflyasiyanın səviyyəsi 3400%, 400%, 33000% və s. çatmışdır. Azərbaycanda da 1992-1994-cü illərdə inflyasiyanın səviyyəsi yüksək olmuşdur: 1992-ci ildə -1670 %, 1993-cü ildə - 1390 %, 1994- cü ildə - 1890% olmuşdur. 1995-ci ildə onun səviyyəsi- 84 %-ə, 1996- cı ildə isə 1,5 %-ə qədər aşağı düşmüşdür. 2007-ci ilin aprel və may aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 16,5 % olmuşdur.

Qiymətlərin qalxması çox müxtəlif səbəblərdən ola bilər, hətta konkret iqtisadi şəraitdən asılı olaraq da qiymətlərdə qalxma halları olur.

Pul sferasındakı vəziyyətdən asılı olmayaraq qiymətlər aşağıdakı hallardan asılı olaraq da qalxa bilər: - əmək məhsuldarıhğınm dinamikasında dəyişikliklər olanda:

tsiklik və mövsümi enib-qalxmalar zamanı; təkrar istehsal strukturunda dəyişikliklər edildikdə: bazar inhisarlaşdıqda; yeni vergi sistemi tətbiq olunduqda; pul vahidinin devalivasiyası (başqa valyutalara nisbətən kursun

aşağı salınması) və revalivasiyası (islahat yolu ilə əvvəlki kursun bərpası) zamanı; • xarici iqtisadi əlaqələrin təsirindən: • təbii fəlakətlər və müharibələr baş verdikdə və s.

İnflyasiyanın səbəbləri bunların hansılarıdır? Qiymətlərin qalxması ilə inflyasiya törədən aşağıdakı səbəblər göstərilir: dövlət büdcəsində kəsir olduqda. Büdcə kəsiri əlavə emissiya hesabına maliyyələşdirilirsə, bu tədavüldə pul kütləsinin artmasına səbəb olur: • əgər investisiyalar əlavə pul emissiyası hesabına həyata keçirilirsə, qiymətlər inflyasiyon olaraq qalxır; • iqtisadiyyatın «açıq» olması inflyasiyanın xaricdən ölkəyə keçməsinə təhlükə yaradır. Məsələn, idxal olunan neftin qiymətinin yüksək olması digər əmtəələrin qiymətlərinin də qalxmasına səbəb

217

olur və inflyasiya baş verir; • bazarda inhisarçılıq olduqda süni yollarla əmtəə qıtlığı yaradılır və qiymətlər uzun müddət yüksək olaraq qalır; • inflayasiyanın olacağını əvvəlcədən proqnozlaşdırmaq inflyasiyadan özünü qoruma xarakter alır. Belə ki, inflyasiyanın olacağından ehtiyatlanan adamlar öz pullarını xərcləməyə məcbur olurlar ki, bu da qiymətlərin qalxmasına səbəb olur və s.

Son illərdə dövlət xərclərinin artması, «qiymət- əmək haqqı nisbəti»nin dəyişməsi, inflyasiyanın başqa ölkələrə keçməsi və s. inflyasiyanın baş verməsinin əsas səbəbləri kimi göstərilir.

İnflyasiyanın tipləri və müxtəlif növləri vardır. Qərb iqtisadçıları inflyasiyanın iki tipinin olduğunu qeyd edirlər: a) tələb inflyasiyası; b) xərc inflyasiyası.

Tələb inflyasiyası. Bu zaman məcmu tələb və məcmu təklifin tarazlığı tələbin artması hesabına pozulur yəni tədavüldə pul kütləsi artır. Bunun səbəbləri:

1) Dövlətin hərbi və sosial sifarişlərinin genişlənməsi; 2) İstehsal güclərinin tam yüklənməsi ilə bağlı istehsal vasitələrinə

tələbatın artması; 3) Əhalinin alıcılıq qabiliyyətinin (əmək haqqlanmn) artması. Bunların nəticəsində əmtəələr az olduğu halda, tədavüldə pul çox

olur və qiymətlər qalxır. Başqa sözlə tədavüldə olan pul əmtəə qıtlığı ilə üzləşir və qiymətlərin ümumi səviyyəsi qabar. Tələbin sonrakı artımı inflyasiyaya səbəb olur. Bu xalis inflyasiyadır.

Xərc inflyasiyası. Bu istehsal xərclərinin artması və nəticədə məcmu təklifin azalmasından doğan inflyasiyadır.

İstehsal xərclərinin artması qiymətlərin artması deməkdir. Xərclər aşağıdakı səbəblərdən arta bilər. Oliqopolik bazarlarda qiymətlərin yüksək olması, dövlətin maliyyə siyasəti (vergilərin artırılması), xammalın qiymətinin artması, əmək haqqların artırılması tələbi və s. Bütün xərclər qiymətə əlavə olunur və qiyməti qaldırır ki, nəticədə inflyasiya baş verir.

İnflyasiyanın bu tiplərini fərqləndirmək çətindir, belə ki, əmək haqqımn artması inflyasiyanın hər iki tipinə də aid edilə bilər.

İnflyasiyanın növləri. İnflyasiya səviyyəsinə və doğurduğu sosial iqtisadi nəticələrinə görə müxtəlif olur. II ərzində qiymətlər 10% səviyyəsindən çox olmayanda buna sürünən, yaxud mülayim inflyasiya deyilir. Keynsçilər bu növ inflyasiyanı iqtisadiyyat üçün faydalı hesab edirlər. Bu növ inflyasiya iqtisadiyyatın və tələbin dəyişən şəraitinə uyğun qiymətlərdə düzəlişlər etməyə imkan verir.

218

inflyasiyanın ikinci növü çaparaq, yaxud sürətli inflyasiyadır. Bu inflyasiya zamanı il ərzində qiymətlər 20 %-dən 200%-ə qədər yüksəlir. Bu iqtisadiyyatda ciddi gərginlik yaradır və arzu olunmazdır.

Hiperinflyasiya. Tədavüldə pulun miqdarı və qiymətlərin səviyyəsi son dərəcə yüksək olanda onu hiperinflyasiya adlandırırlar. İnflyasiyanın bu növündə pul tamamilə qiymətdən düşür və natural mübadiləyə üstünlük verilir. Bu cür inflyasiya milli təsərrüfatı dağıdır.

Göstərilən hər üç inflyasiya növü açıq inflyasiyaya aiddir. İnflyasiya gizli şəkildə də baş verə bilər.Bu zaman qiymətlərin artması baş verməyə də bilər. Ancaq əmtəə qıtlığı olur, böyük növbələr yaranır. Zahirən qiymətlər sabit qalır, lakin pul kütləsi artdığına görə əmtəə qıtlığı yaranır. Qiymətlər üzərində ciddi nəzarət olduqda in- flyasij'a gizli şəkildə baş verir.

İnflyasiyanın tarazlaşdırılmış və tarazlaşdırılmamış növləri də olur. İnflyasiya tarazlı olanda qiymətlərin artması əksər əmtəələr üçün sakit baş verir, sabit olur. Tarazlaşdırılmamış inflyasiya şəraitində müxtəlif əmtəələrin qiymətləri müxtəlif proporsiyada daim dəyişir, artır. Tarazlaşdırılmamış inflyasiya sahibkarların fəaliyyəti üçün çox böyük əngəllər törədir, fəaliyyət üçün düzgün istiqamət seçmək çətin olur. Tarazlaşdırılmış inflyasiya təhlükəli deyildir və lazım gəldikdə əmtəələrin qiymətlərini qaldırmaq olur.

İnflyasiyanın gözlənilən və gözlənilməyən növləri də olur. Gözlənilən inflyasiyanı müəyyən dövr üçün əvvəlcədən

proqnozlaşdırmaq olar. Bu, dövlətin qiymətləri liberallaşdırmaq istəyi ilə bağlı əvvəlcədən «planlaşdırılır».

Gözlənilməyən inflyasiya qəfildən baş verir, qiymətlər birdən- birə sıçrayışla qalxır. Bu isə pul tədavülünə və vergi sisteminə mənfi təsir göstərir. Əhali vahiməyə düşür, nə gördüsə alır, çətin vəziyyət yaranır və qiymətlər yenidən qalxır.

İnflyasiyanın mənfi tərəfləri ilə yanaşı onun müsbət tərəflərini də qeyd edirlər. O, iqtisadi artıma kömək edir. Belə ki inflyasiya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə iqtisadi vəziyyəti canlandıran bir amil kimi çıxış edir. Lakin inflyasiya dərinləşdikcə inkişafı pozan, sosial-iqtisadi sabitsizliyi gücləndirən amilə çevrilir, gərginliyi artırır.

İnflyasiya cəmiyyətin sosial-iqtisadi həyatında arzuolunmaz nəticələr doğurur. Belə ki sürətli inflyasiya korporasiyaların və xırda firmaların iqtisadi itkilərinə səbəb olur. O səmərəli makroiqtisadi siyasətin həyata keçirilməsi işini çətinləşdirir. Qiymətlər obyektiv informasiya ötürmək funksiyasını yerinə yetirə bilmir. Qiymətlərin

219

qeyri-bərabər artımı iqtisadi sahələr arasında disproporsiyaları gücləndirir. Əhalinin istehlakının strukturu pozulur.

İnflyasiya əmtəə qıtlığının yaranmasına, pulun əmtəəyə çevrilə bilməməsinə, barter əməliyyatlarının güclənməsinə səbəb olur.

Sürətli inflyasiya fiskal siyasətə mənfi təsir göstərir. Belə ki inflyasiya vergilərdən daxil olan vəsaitləri qiymətsizləşdirir.

İnflyasiya əhalinin pul yığmaq marağını öldürür, onların əmanətlərini qiymətdən salır, kredit verən banklara və digər kredit təşkilatlarına böyük ziyan vurur.

Beynəlxalq iqtisadi əlaqələrin genişləndiyi şəraitdə inflyasiya asanlıqla bir ölkədən digərinə keçə bilir, beynəlxalq valyuta və kredit münasibətlərində ciddi çətinliklər yaradır.

Bütövlükdə inflyasiya makroiqtisadi sabitliyi pozur və yuxarıda göstərilən mənfi iqtisadi nəticələrə səbəb olur. Bununla yanaşı inflyasiyanın doğurduğu sosial nəticələr də çox ağrılı və ziyanlıdır.

İnflyasiyanın aşağıdakı sosial nəticələrini göstərmək olar: - İnflyasiya gəlirlərin bölgüsü, onun istifadəsi ilə bağlı olan sahələrə böyük ziyan verir. O milli gəlirin yenidən bölgüsünə səbəb olur, nominal və real əmək haqlarının artım templərinin əmtəə və xidmətlərin qiymətlərinin sürətli artımmdan geri qalmasını şərtləndirir.

İnflyasiyadan muzdla işləyənlər, sərbəst peşə sahibləri, təqaüdçülər, əhalinin sosial müdafiəyə ehtiyacı olan digər təbəqələri ciddi zərər çəkirlər.

İnflyasiya həmçinin məşğulluq probleminin həllinə ciddi təsir göstərir. Belə ki sürətli və hiper inflyasiyalar zamanı heç kəs qiymətdən düşmüş pullara öz məhsullarını dəyişmək istəmir və buna görə də istehsalın həcmi azaldılır və təklifin azalması isə işsizliyin daha da artmasına səbəb olur. İşsizliyin artması isə əhalinin gəlirlərini azaldır, əhali inflyasiyadan daha çox ziyan çəkir.

Hər bir dövlət mümkün olan vasitələrlə inflyasiyanın qarşısını almaq, heç olmasa onun sürətini azaltmaq məqsədilə antiinflyasiya tədbirlərini həyata keçirir. Bu məqsədlə hazırlanmış antiinflyasiya proqramının reallaşdırılması iqtisadiyyatın sabitləşdirilməsində zəruri tədbir hesab olunur. Antiinflyasiya proqramının əsasını inflyasiyanın səbəblərinin və amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini azaltmağa imkan verən tədbirlər kompleksi təşkil edir. Dünya təcrübəsində inflyasiya şəraitində iqtisadiyyatı idarə etməyin iki yolu məlumdur: biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirlərin köməyilə inflyasiyanı aradan qaldırmaqdır.

220

İngiltərədə və ABŞ-da dövlət səviyyəsində inflyasiya əleyhinə mübarizə aparmaq vəzifəsi irəli sürülür. Bəzi ölkələrdə isə inflyasiyaya uyğunlaşmaq (indcksasiya etmək və s.) tədbirləri həyata keçirilir.

İnflyasiyaya uyğunlaşmaq siyasəti elə qurulur ki, bazar subyektləri öz fəaliyyətlərində inflyasiyanı nəzərə alırlar. Onlar pulun qiymətdən düşməsi nəticəsində baş verən itkilərin uçotunu aparmaq yolu ilə həyata keçirirlər. Firmalar inflyasiya şəraitində qoyulan kapitalın tez geri qayıtmasını mümkün edən layihələrə üstünlük verirlər. Firmalar dövriyyə vəsaitləri çatışmazlığım aradan qaldırmaq üçün kənar mənbələrdən istifadə etməyə meyl göstərirlər ki, bu onlar üçün böyük riskdir.

Muzdla işləyən işçilər də alıcılıq qabiliyyəti aşağı düşmüş pulla əmək haqqı aldıqları bir şəraitdə itirdiklərini kompensasiya yolu ilə əldə etməyə və əlavə mənbələr tapmağa çalışırlar. Onlar ailə büdcəsinin xərclərini inflyasiya şəraitinə uyğunlaşdırmaqla vəziyyətdən çıxmağa çalışırlar.

Dövlət makroiqtisadi səviyyədə inflyasiya prosesinə təsir etmək, tədiyyə qabiliyyətli tələbi tənzimləmək məqsədilə büdcənin gəlir və xərcləri ilə manevr edir.

Belə ki inflyasiya zamanı dövlət artıq tələbə öz xərclərini azaldır və vergiləri artırır. Nəticədə inflyasiyanın sürəti düşür. Ancaq büdcənin kəsirdə olması vergi və xərclərlə manevr etməyi məhdudlaşdırır.

Bəzi hallarda dövlətin müdaxiləsi olmadan. Mərkəzi Bank özünün pul-kredit siyasəti vasitəsilə inflyasiya prosesinə təsir etməyə çalışır. Bu zaman Mərkəzi Bank tədavüldə olan pulun miqdarı və borc faiz dərəcələrini dəyişməklə iqtisadiyyata təsir göstərir. O öz tədbirləri ilə tədavüldə olan artıq pulların bir hissəsini geriyə qaytarır, faiz dərəcələrini artırmaqla tədavülə əlavə pul kütləsinin daxil olmasının qarşısını alır. Bu isə inflyasiyanın sürətini aşağı salır.

Müasir bazar iqtisadiyyatı inflyasiyalıdır və onu törədən bütün amilləri aradan qaldırmaq çətindir. Bununla belə bir çox ölkələrin inflyasiyanı buxovlamaq, onun sürətini azaltmaq və nəticələrini aradan qaldırmaq sahəsində təcrübələri vardır. Bu təcrübəni öyrənmək çox faydalı olardı.

Son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatında da inflyasiya hadisəsi baş vermiş və qiymətlər tədriclə qalxaraq 2008-ci ildə inflyasiya səviyyəsinin təqribən 22%-ə çatmasına səbəb olmuşdur. Baş vermiş inflyasiyanın qarşısını almaq məqsədilə Azərbaycan hö

221

kuməti bir sıra tədbirlər həyata keçirməyə başlamışdır. 31 may 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti

İ.H.Əliyev «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» fərman imzalamışdır.

Azərbaycanda qiymətlərin qalxmasının və inflyasiya səviyyəsinin yüksək olması səbəbləri haqqında deyilir: «İnflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olması əsasən dünya bazarında xam neftin qiymətinin artmasının istehsal xərcələrinə təsiri nəticəsində idxal mallarının bahalaşması, dövriyyədə olan pul kütləsi həcminin artması və izafi pul kütləsinin müxtəlif maliyyə alətlərinə cəlbolun- ma mexanizminin kifayət qədər inkişaf etməməsi, iqtisadiyyata yönəldilən investisiyaların strukturunun təkmil olmaması, istehsalda, ticarətdə və idxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizənin yetərli olmaması və s. səbəblərlə bağlıdır».

Fərmanda inflyasiyanın səbəbləri ilə yanaşı onun aradan qaldırılmasının konkret istiqamətləri və həyata keçirilməsi zəruri olan tədbirlər də öz əksini tapmışdır (bax: Xalq qəzeti 1 iyun 2005-ci il). Qiymətlərin qalxmasına və inflyasiyanın qarşısının alınmasına təsir edə biləcək aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

- qiymətli kağızların buraxılması və onun bazarının genişləndirilməsi;

- inzibati xərclərin azaldılması; - dövriyyədə olan pul kütləsinin həcminin azaldılması; - inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s. Bu və digər antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə

baxmayaraq, hələ də respublikada inflyasiyanın qarşısını almaq mümkün olmayıb. Buna görə də dövlət ölkə iqtisadiyyatında inhi- sarçıhğm güclü olmasını nəzərə alaraq inhisarçılığa qarşı inzibati vasitələrlə mübarizəni gücləndirməyi nəzərdə tutmuşdur.

Azərbaycanda inflyasiyanın mülayim, sakit tərzdə baş verməsini təmin etmək üçün milli iqtisadiyyatı inkişaf etdirmək və daxili bazarların tələbini yerli məhsullar hesabına təmin etmək lazımdır.

222

XIV Fəsil

MALİYYƏ MÜNASİBƏTLƏRİ: DÖVLƏT BÜDCƏSİ VƏ VERGİLƏR

L Maliyyənin mahiyyəti, zəruriliyi və funksiyaları. Maliyyə sistemi. 2. Dövlət büdcəsi. Büdcənin gəlirləri və xərcləri. 3. Yerli büdcələr. Büdcə kəsiri: səbəbləri və tənzimlənməsi. 4. Vergilərin mahiyyəti, növləri və funksiyaları. Vergilərin dərəcələri. 5. Dövlətin fiskal siyasəti.

§1. Maliyyənin mahiyyəti, zəruriliyi və funksiyaları. MaÖyyə sistemi

Cəmiyyətin formalaşmasında və fəaliyyətində iqtisadi alət kimi maliyyənin xüsusi rolu vardır. Lakin maliyyə münasibətləri birdən-birə meydana gəlməmişdir. Belə ki, ictimai əmək bölgüsünün inkişafı nəticəsində fərdi istehsalın meydana gəlməsi, xüsusi mülkiyyətin qərarlaşması ilə dövlət yaranmışdır. Dövlət xüsusi növ hakimiyyət forması olaraq digər strukturlarla yanaşı ölkənin yaşaması və fəaliyyəti üçün pul f^ondlarmın yaranması, bölgüsü və yenidən bölgüsü mexanizmini öz əlində saxlayır və tənzimləyir. Dövlət maliyyəsi cəmiyyətin inkişafının müəyyən mərhələsində əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə bağlıdır və dövlətin zəruri ehtiyaclarının ödənilməsi üçün pul resurslarının səfərbər olunması üzrə pul münasibətlərini ifadə edir. «Maliyyə» anlayışı latınca «fınansiya» - sözündən əmələ gəlib tədiyyə, gəlir mənasını ifadə edir.

«Maliyyə» dövlətin gəlir və xərclərini ifadə edən iqtisadi münasibət, bir anlayış kimi XIII-XV əsrlərdə İtaliyada, XVI əsrdə Fransada işlədilmişdir. Getdikcə əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində «maliyyə» termini dünyanın bir sıra ölkələrində daha geniş status almışdır.

Maliyyə anlayışı pul münasibətlərini ifadə etsə də o bütövlükdə pul münasibətlərini tam əhatə etmir. Yəni pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş tutumlu anlayışdır.

Pul münasibətləri dövlətlə müəssisələr, dövlətlə əhali, müəssisə- lərarası, dövlətlə digər subyektlər arasında geniş pul münasibətlərini ifadə edir.

Maliyyə münasibətləri bilavasitə pul fondlarının yaradılması,

223

bölgüsü, yenidən bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini əhatə edir.

Maliyyə münasibətləri iqtisadi münasibətlərin ayrılmaz hissəsi kimi iqtisadi bazisin tərkibinə daxildir. Maliyyə münasibətləri iqtisadi münasibətlər sisteminin reallaşmasına mühüm təsir göstərir.

Maliyyə iqtisadi kateqoriya kimi iqtisadiyyatın bütün sahələrində pul fondlarının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadəsi prosesində yaranan iqtisadi münasibətlər sistemini ifadə edir. Maliyyənin mövcudluğunu zəruri edən səbəblər bunlardır: 1. Əmtəə-pul münasibətlərinin meydana gəlib inkişaf etməsi; 2. Dövlətin fəaliyyət göstərməsi, yəni ölkədə maliyyə ehtiyaclarının ödənilməsi, dövlətin iqtisadi vəzifələri yerinə yetirməsi; 3. Təkrar istehsal prosesinin fasiləsiz olaraq baş verməsi, müəssisələrdə istehsal fondlarının dövranının ardıcıllığının təmin edilməsi; 4. Ölkədə yaradılan Ümumi Milli məhsulun və Milli gəlirin bölgüsü və yenidən bölgüsünün həyata keçirilməsi; 5. Mülkiyyətçilər arasında əmtəə-pul münasibətlərinin yaranmasının zəruriliyi; 6. İqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi istifadə olunması; 7. Bazar iqtisadiyyatı şəraitində daxili və beynəlxalq bazar əlaqələrinə girmək, beynəlxalq kredit əməliyyatlarına qoşulmaq məqsədi və s.

Maliyyə münasibətlərini zəruri edən bu səbəblər kompleks xarakter daşıyır və bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır.

Beləliklə, maliyyənin meydana gəlməsi, cəmiyyətdə rolu, inkişaf qanunauyğunluqları, ictimai təkrar istehsal prosesinə təsiri hər bir dövlətin öz funksiyalarını yerinə yetirmə xüsusiyyətləri ilə müəyyən olunur. Ölkədə maliyyə münasibətləri əsasən aşağıdakı iki sahəni əhatə edir:

1. Dövlət büdcəsində, büdcədənkənar fondlarda toplanan və dövlətə məxsus olan mərkəzləşmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlı olan pul münasibətlərini.

2. Mikroözəklərdə qalan qeyri-mərkəzləşmiş pul fondlarını. Bunları nəzərə alaraq maliyyəyə daha geniş formada tərif

vermək olar: maliyyə - dövlətin öz sosial-iqtisadi funksiyalarını və vəzifələrini yerinə yetirməsi, geniş təkrar istehsal şərtlərinin təmin olunması məqsədilə mərkəzləşmiş və qeyri-mərkəzləşmiş pul vəsaiti fondlarının əmələ gəlməsi, bölüşdürülməsi və onların istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.

Maliyyənin məzmunu və fəaliyyət mexanizmi onun yerinə yetirdiyi aşağıdakı funksiyalarda ifadə olunur:

224

1. Təkrar istehsal funksiyası, yəni ölkədə geniş təkrar istehsalın fasiləsiz olaraq baş verməsi, stabilliyin təmin olunması, istehsal və tədavül fondlarının hərəkəti maliyyə təminatından daha çox asılıdır.

2. Bölüşdürücü funksiya vasitəsilə Ümumi Milli məhsulun və Milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.

S.Nəzarət funksiyası vasitəsilə cəmiyyətdə pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzərində iqtisadi nəzarət həyata keçirilir. Maliyyə nəzarəti istehsal dairəsindən başlayaraq bölgü, mübadilə və istehlak sferasını da əhatə edir. Maliyyə vasitəsilə dövlət tərəfindən cəmiyyətin maddi və pul resursları üzərində ciddi nəzarət həyata keçirilir.

4. Maliyyənin stimullaşdırıcı funksiyası vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradılması, bölgüsü və istifadə olunmasında həvəsləndirici motivlərin rolu daha da güclənir və nəzərə alınır.

5. Maliyyənin tənzimləmə funksiyası vasitəsilə dövlət iqtisadiyyatın sabitliyini, inflyasiyanın səviyyəsini tənzimləyir və əhalinin sosial problemlərinə bilavasitə təsir göstərən iqtisadi metodları hərəkətə gətirir.

Maliyyənin mövcud funksiyaları maliyyə sistemi vasitəsilə reallaşır.

Maliyyə sistemi maliyyə anlayışına nisbətən daha geniş və əhatəlidir. Belə ki, maliyyə sistemi təkcə pul fondlarının əmələ gəlməsini deyil, eyni zamanda ondan istifadə olunma mexanizmini, metodlarını və bölgü üsullarını əhatə edir.

Beləliklə, maliyyə sistemi ölkədə pul vəsaitləri fondlarının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadə olunmasının forma və metodlarını özündə birləşdirir.

Azərbaycan Respublikasının mövcud maliyyə sisteminə aşağıdakı maliyyə strukturları daxildir.

Dövlət maliyyəsinə dövlət büdcəsi, büdcədənkənar fondlar və

225

dövlət krediti daxildir. Müəssisə, idarə və təşkilatların maliyyəsinə kommersiya və biznes

fəaliyyəti əsasında fəaliyyət göstərən müəssisələrin, dövlət müəssisələrinin, təşkilat və idarələrin, ictimai birliklərin maliyyəsi daxildir.

Sığorta maliyyəsinə, sosial, şəxsi və əmlak sığortası daxildir. Kredit sisteminin mahiyyətinə dövlət, beynəlxalq və kommersiya bankları vasitəsilə həyata keçirilən kredit əməliyyatları daxildir.

Beynəlxalq maliyyə sisteminə ölkələrarası xarici investisiya qoyuluşu, idxal, ixrac, kredit, yardım və digər maliyyələşmə əməliyyatları daxildir.

Dövlət və qeyri-dövlət müəssisələri (firmalar) və təşkilatlar mikroiqtisadiyyatın strukturları kimi pul vəsaitləri fondlarının yaranmasının ilkin əsasını təşkil edirlər. Yəni, müəssisələrdə mülkiyyət və kapital sahibləri istehsal fəaliyyəti nəticəsində ilkin gəlirlərini bölüşdürərək, bir hissəsini dövlət maliyyəsinin formalaşmasına yönəldirlər. Deməli, mikroiqtisadi səviyyədə yaradılan pul vəsaitləri fondları, makroiqtisadi səviyyədə dövlət maliyyəsinin formalaşmasının maddi əsasını təşkil edir.

Maliyyə sisteminin subyektləri arasında maliyyə münasibətləri aşağıdakı istiqamətlərdə baş verir:

1. Dövlətlə müəssisələr arasında maliyyə münasibətləri. Burada həm dövlət, həm də müəssisələr maliyyə subyektləri kimi öz aralarında müxtəlif maliyyə əməliyyatlarını həyata keçirirlər (büdcəyə ödəmələr, xərclərin maliyyələşməsi, müxtəlif növ ayırmalar və s.).

2. Müəssisələr, təşkilatlar, firmalar arasında maliyyə münasibətləri. Bunlara təsərrüfat müqavilələri, qarşılıqlı ödənişlər, cərimə ödəmələri, alqı-satqı münasibətləri və s. üzrə münasibətlər daxildir.

3. Müəssisələrlə (firmalarla) banklar və qeyri-bank təşkilatları arasında maliyyə münasibətləri. Buraya kredit əməliyyatları, bank ödənişləri, kassa hesablaşmaları, köçürmələr və s. üzrə münasibətlər daxildir.

4. Müəssisə (firma) daxilində təsərrüfat əlaqələrinə xidmət edən maliyyə münasibətləri. Buraya əməyin ödənilməsi, maddi həvəsləndirmə və s. ilə bağlı olan pul münasibətləri aiddir.

5. Dövlətlə dövlətsizləşdirilmiş və özəlləşdirilmiş müəssisə (firma) və təşkilatlar arasında maliyyə münasibətləri. Bunlar əmək haqqının, faiz və rüsumların ödənilməsi, vergi verilməsi və s. ilə bağlı olan münasibətləri əhatə edir.

6. Dövlətlə büdcə və büdcədən maliyyələşən təşkilatlar arasm-

226

da maliyyə münasibətləri. Buraya elm, təhsil, səhiyyə, idman, xidmət və digər sosial problemlərlə bağlı olan pul münasibətləri daxildir.

7. Dövlətlə əhali arasında maliyyə münasibətləri. Buraya ödəmələr, rüsumlar, vergilər üzrə münasibətlər daxildir.

8. Dövlətlə xarici ölkələr, beynəlxalq təşkilatlar arasında maliyyə münasibətləri. Bunlar kreditlərin alınması, idxal və ixrac əməliyyatları, xarici investisiya qoyuluşları, xeyriyyə fondları və s. üzrə münasibətləri əhatə edir.

Maliyyə sisteminin obyektlərinə maliyyə sisteminə daxil olan qrup və həlqələrin bütün növ pul resursları və qiymətli kağızları daxildir. Həmin pul fondları vasitəsilə maliyyə sisteminin subyektləri məqsədəuyğun surətdə öz funksiyalarını yerinə yetirir.

Bazar münasibətlərinə keçid şəraitində Azərbaycanın yeni məzmunlu maliyyə sistemi formalaşdırılır və onların fəaliyyətindən ölkənin sosial-iqtisadi problemlərinin həllində geniş istifadə olunur.

Maliyyə sistemində ölkə iqtisadiyyatını tənzimləyən və maliyyə təminatı yaradan başlıca alətlərdən biri dövlət büdcəsidir.

§2. Dövlət büdcəsi. Büdcənin gəlirləri və xərcləri. Büdcə kəsiri; səbəbləri və tənzimlənməsi

Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır.

Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır.

Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdu’).

Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.

Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi fun

227

ksiyalarda öz əksini tapır. Onlara aşağıdakılar daxildir: - Ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata

keçirir; - Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri

ehtiyaclarını ödəmək üçün istifadə olunur; - İqtisadiyyatın dövlət tənzimlənməsinə və stimullaşdırılmasına xidmət

edir; - Sosial siyasətli maliyyə təminatını yerinə yetirir; - İnvestisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır; - Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaranmasını təmin edir və

istifadəsinə nəzarət edir. Azərbaycanda keçid dövrü iqtisadiyyatı şəraitində dövlət

büdcəsinin əsasən aşağıdakı istiqamətlərə yönəldilməsinə üstünlük verilir: - İqtisadiyyatda əsaslı islahatların və struktur dəyişikliklərin

maliyyələşdirilməsinə; - Uzunmüddətli proqram və proqnozların maliyyələşdirilməsinə; - Elmi-texniki və kadr potensialının maliyyələşməsinə; - Sosial-iqtisadi inkişafa; - Ölkənin müdafiə sisteminin möhkəmləndirilməsinə və s.

Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcəsindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.

Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc (məxaric) hissələrdən ibarətdir.

Respublika dövlət büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət bölməsində yaranır.

Dövlət büdcəsinin gəlhlərinə (mədaxilinə) aşağıdakılar daxildir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan alman kreditlər və qrantlar; pul-şey lotereyaları üzrə daxilolmalar; kreditlər üzrə faizlər; məqsədli büdcə fondlarının gəlirləri, neft fondundan ayırmalar və s.

Respublika dövlət büdcəsinin xərc (məxaric) istiqamətlərinə aşağıdakılar daxildir:

228

Azərbaycan Respublikasının dövlət və idarəetmə aparatının saxlanması, elm xərcləri, müdafiə xərcləri, hüquq-mühafizə orqanlarının xərcləri, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri, mədəniyyət, incəsənət, idman, mənzil-kommunal xərcləri, dövlət investisiya xərcləri. İqtisadi fəaliyyətlə bağlı olan xərclər, beynəlxalq təşkilatlara üzvlük haqqı, dövlətin xarici borcları üzrə xərclər, banklarla hesablaşma xərcləri, ekologiya ilə bağlı xərclər və s.

Dövlət büdcəsinin xərcləri mərkəzləşdirilmiş və yerli xərclərə bölünür. Onlar Respublika dövlət büdcəsi haqqında qanun müzakirə və təsdiq olunarkən müəyyənləşdirilir.

Dövlət büdcəsinin gəlir və xərc hissəsinin tarazlı (mütənasib) olması hər bir ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Lakin büdcə kəsiri ölkədə maliyyə hadisəsi kimi labüddür və bir sıra səbəblər nəticəsində meydana çıxır. Dünyanın bütün ölkələrində pul vəsaitlərinin normal hərəkəti və istifadə olunması zamanı büdcənin gəlir və xərc hissələri arasında nisbət pozula bilir və büdcə kəsiri yaranır. Bəzi hallarda büdcənin formalaşması prosesində gəlirin xərclərdən artıqlığı vəziyyətinə də rast gəlinir. Belə artıqlıq dövlətin xəzinəsinin daha da artmasına təsir göstərir. Bu halda həmin büdcə profısitli büdcə adlanır. Məsələn, Azərbaycan Respublikasının 2006- cı il üçün dövlət büdcəsi gəlirləri - 3868,8 milyon manat, xərcləri 3790,1 milyon manat olmuşdur. Beləliklə, büdcə profisiti 91,9 milyon manat təşkil etmişdir.

Büdcə kəsiri (defisiti) dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması deməkdir.

Büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asıhdır və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yeti- rüməsinə mənfi təsir göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir.

Büdcə kəsirinin əmələ gəlmə səbəbləri aşağıdakılardır: 1. Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət

vəsaitlərinin xərclənməsi; 2. Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin

artması; 3. İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət

xərclərinin artması; 4. Ölkədə müdafiə xərclərinin artması. Hər bir ölkədə iqtisadtiyyatm qeyri-sabitliyinin baş verməsi,

iqtisadi fəaliyyət sahələrindən daxil olan vergilərin azalması gizli

229

iqtisadiyyat sferasının vergilərdən yayınması, dövlət idarəetmə strukturları xərclərinin çoxalması halları büdcə kəsirinin artmasına ciddi təsir göstərir.

Dövlət büdcəsinin kəsirinin tədricən aradan qaldırılmasında daxili və xarici mənbələrdən istifadə edilir.

Dövlət büdcə kəsirinin örtülməsini həyata keçirmək üçün ilk növbədə yerli mənbələrdən: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.dən istifadə edilir.

Dövlət büdcə kəsirinin aradan qaldırılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir. Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövründə dünyanın bir sıra ölkələrindən xeyli məbləğdə uzun müddətli və güzəştli faizlə kreditlər almış, xarici investisiyalardan istifadə edərək sosial-iqtisadi inkişafda mühüm irəliləyişlərə nail olmuşdur. Lakin bəzi hallarda kreditlərdən, xarici sərmayələrdən əsassız və səmərəsiz istifadə olunduğuna görə, onlar büdcənin gəlirlərinə o qədər də müsbət təsir etmir. Xüsusilə, dəqiq iqtisadi inkişaf proqramı olmadan büdcə xərclərinin süni olaraq artırılması və subsidiyaların ayrılması son nəticədə büdcə kəsirinin daha da artmasına və dövlət borcunun əmələ gəlməsinə səbəb olmuşdur.

Ümumiyyətlə, dövlət büdcəsinin kəsiri mənfi haldır. Lakin onun süni, əsassız yollarla aradan qaldırılması daha böyük problemlər doğurur. Eyni zamanda əsassız emissiya etmək, süni olaraq dövlət borcunun əmələ gəlməsinə yol vermək məqsədəuyğun sayılmır.

Büdcə kəsirinin aradan qaldırılması tədbirlərinə əsasən aşağıdakılar daxildir:

1. Daha yüksək gəlirlərin əldə olunması məqsədilə büdcə vəsaitlərinin ən səmərəli sahələrə yönəldilməsi;

2. Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılması;

3. Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin nisbətən ixtisar edilməsi;

4. Hərbi xərclərin azaldılması; 5. Daha vacib sosial proqramların maliyyələşdirilməsi; 6. Dövlət idarəetmə xərclərinin azaldılması; 7. Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə

olunması, banklardan alınan kredit faiz dərəcələrinin artınlmasr,

230

8. Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına üstünlük verilməsi və s.

Dövlət büdcəsinin xərclərinin gəlirlərdən daha çox olması bir sıra sosial-iqtisadi problemlərin yaranmasına və dövlət borclarının əmələ gəlməsinə səbəb olur. Borcun alınması və qaytarılması borc- lanma adlanır. Dövlət borcları dedikdə, ölkənin deyil, yalnız hökumətin borcları nəzərdə tutulur. Dövlətin borclanması əslində dövlətin gələcəkdə haradansa əldə edəcəyi gəlirlərin sərf edilməsidir.

Dövlət borclanmasınm səbəbləri bunlardır: 1. Müharibələr in, təbii fəlakətlərlə əlaqədar xərclərin

maliyyələşdirilməsi; 2. İnvestisiyaların maliyyələşdirilməsi; 3. Büdcə tarazlığının təmin olunmaması; 4. Əvvəlki borcları qaytarmaq üçün borclanma. Dövlət borcları müddət, mənbə, məcburiyyət əlamətlərinə görə

təsnifləşdirilir. Müddət əlamətlərinə görə dövlət borcları uzunmüddətli və

qısamüddətli borclara bölünür. Belə borclara investisiyaların maliyyələşdirilməsi üçün kredit və kapital bazarlarından götürülən borclardır. Dövlət uzunmüddətli borclar almaqla uzunmüddətli dövlət istiqrazları buraxır.

Qısamüddətli borclar əsasən xəzinənin cari ehtiyacını ödəmək məqsədilə alınır.

Dövlət borclarının mənbəyinin bir hissəsini daxili maliyyə bazarlarından dövlət istiqrazları və qiymətli kağızların alqı-satqısı hesabına yaranan daxili borc təşkil edir. Bu borcları milli pul vahidi ilə asanlıqla ödəmək mümkündür. Bununla yanaşı daxili borcların mənbəyinə dövlətin əhaliyə (əmək haqqı), müəssisə və təşkilatlara, təqaüdçülərə, sosial müdafiəyə, kompensasiya məqsədlərinə və s. maliyyə borcları da daxildir.

Dövlətin daxili borclarının yaranması və daha da artması ölkə iqtisadiyyatında mövcud sosial-iqtisadi çətinliklərə səbəb olur. Xüsusilə bu proses ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərir.

Daxili bazardan borc almaq imkanı olmadıqda dövlət xarici mənbələrdən borc almaq məcburiyyətində qalır. Xarici mənbələrdən borc, qiymətli kağızların satışı və ya birbaşa borc alınması yolu ilə əldə edilir. Həmin qiymətli kağızlar xarici ölkələrin valyutalarına uyğun olaraq buraxılır.

Xarici dövlət borcları aşağıdakı mənbələrdən əldə edilir:

231

xarici dövlətlərdən; xarici dövlətlərin banklarından; xarici dövlətlərin müəssisə və vətəndaşlarından; beynəlxalq maliyyə-kredit təşkilatlarından.

Xarici borclanma kimi alman kreditlərin əsas formaları bunlardır: investisiya, ixracat kreditləri və tədiyyə balanslarının tənzimlənməsi üçün verilən kreditlər. Xarici dövlət borcunda normal hal borcların və faizlərin vaxtında ödənilməsi hesab olunur.

Dövlət borclarının idarə olunmasında mühüm cəhətlərdən biri də dövlət borclarının möhkəmləndirilməsi və borcların əvəz olunması əməliyyatlarıdır.

Dövlət borclarmm möhkəmləndirilməsi dedikdə borc məsrəflərinin azaldılması başa düşülür. Bunun üçün qısa və uzunmüddətli borcların uzunmüddətli və davamlı borclara çevrilməsi tədbirləri həyata keçirilir. Məqsəd borcun əsas məbləğlərinin ödəmə müddətini uzatmaq və borc məsrəflərinin məbləğlərini azaltmaqdır. Dövlət borclarının əvəz olunması əməliyyatlarının əsasını əsas məbləği eyni olan köhnə borcların aşağı yeni borclarla əvəz edilməsi durur. Dövlət borcları alternativsiz, könüllü və məcburi formalarda həyata keçirilir.

Borcların alternativsiz əvəzetmə formasında yüksək faizli qiymətli kağızın sahibi onun əvəzində aşağı faizli yeni qiymətli kağızlar qəbul etməlidir.

Könüllü əvəzetmə zamanı qiymətli kağız sahibi köhnə qiymətli kağızları saxlamaq və ya onu eyni borc məbləği dəyərinə daha aşağı faizli yeni qiymətli kağızlarla dəyişmək imkanına malikdir.

Dövlət borclarmm məcburi əvəz edilməsi zamanı qiymətli kağız sahiblərinə birbaşa deyil, dolayı təzyiq göstərilir, dəyişiklik haqqında xəbərdarlıq edilir.

Maliyyə sistemində dövlət büdcəsi ilə yanaşı, büdcədənkənar xüsusi məqsədli fondlar fəaliyyət göstərir. Bu fondlar sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata malikdir. Büdcədənkənar fondların başlıca məqsədi əhaliyə sosial xidmət göstərilməsi, infrastruktur sahələrinin inkişafına təkan verilməsi və həvəsləndirilməsi, iqtisadiyyatın aparıcı sahələrinin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi, yardımçı ehtiyat fondunun yaradılması və s. ibarətdir.

Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı büdcədənkənar xüsusi dövlət fondları fəaliyyət göstərir: Dövlət Yol Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu.

232

Azərbaycan Respublikasının 6 mart 1996-cı il tarixli qanununa əsasən büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlıq idarəsində cəmləşdirilmişdir. Büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri (ödənişlər) hesabına formalaşır.

Bunlarla yanaşı, respublikada əhalinin sosial müdafiəsi, sosial təminat, pensiya, məşğulluq, əlillərin sosial müdafiəsi üzrə büdcədənkənar fondlar da fəaliyyət göstərir ki, onlar dövlət büdcəsinin xərclərinin bir hissəsi hesabına formalaşır. Həmin fondlardan dövrü olaraq əhalinin müxtəlif kateqoriyalı təbəqələrinin sosial ehtiyaclarının ödənilməsi məqsədilə istif^adə olunur.

§3. Yerli büdcələr: mahiyyəti və formalaşma mənbələri

Dövlətin maliyyə sisteminin mühüm tərkib hissələrindən biri də yerli büdcələrdir. Yerli büdcələr yerli hakimiyyət və idarəetmə orqanlarına məxsus olan şəhərlərdə, rayonlarda, vilayət və ştatlarda yerli pul vəsaitləri fondları hesabına formalaşan büdcələrdir. Bir qayda olaraq, yerli büdcələr dövlət büdcəsinin tərkibinə daxil olmur və nisbi müstəqilliyə malikdir.

Cəmiyyətdə yerli büdcələrin rolu ikinci dərəcəli hesab olunsa da, bütün dövlətlərin maliyyə sistemində onların payı 30-60 faizə qədər (ABŞ, AFR, Yaponiyada 50-60 faiz. Böyük Britaniya, Fransada - 30 faizdən yuxarı) təşkil edir. Yerli büdcələrin xərcləri hesabına ilk növbədə mənzil-kommunal obyektləri, yol tikintisi, məktəb, rabitə vasitələri, istilik sistemləri, mənzil tikintisi, bələdiyyə idarəetmə sistemi və s. maliyyələşdirilir. Bununla yanaşı, yerli büdcələr hesabına yerli inzibati idarəetmə, polis, məhkəmə və prokurorluq orqanları maliyyələşir.

Yerli büdcələrin xərclərinin digər hissəsi şəhərlərin, rayonların, kəndlərin sosial-mədəni ehtiyaclarının ödənilməsinə, səhiyyənin və ekoloji tarazlığın qorunub saxlanılmasına yönəldilir.

Müasir dövrdə bütün ölkələrdə mərkəzləşmiş dövlət maliyyəsi ilə müqayisədə yerli maliyyə fondlarının üstün artmasına xüsusi diqqət yetirilir. Belə ki, yerli idarəetmə orqanları cəmiyyətin siyasi və iqtisadi inkişafında mühüm rol oynayır ki, bu da yerli büdcələrin həcminin artmasından daha çox asılıdır. Yerli maliyyə sisteminin mühüm tərkib hissələrindən biri də xüsusi təyinatlı yerli fondlar (so

233

sial xarakterli) və bələdiyyə fondlarıdır. Onlar müxtəlif yollarla formalaşır və təyinatı üzrə istifadə olunur. Hazırda Azərbaycanda bələdiyyə sisteminin daha da inkişaf etməsi və bələdiyyə fondlarının yaradılması və səmərəli istifadə olunması hesabına yerli büdcələrin pul vəsaitləri fondu daim artır.

Yerli büdcələrin gəlir hissəsi yerli gəlir daxilolmaları, yerli orqanlara məxsus olan müəssisələrin mənfəətindən vergilər hesabına, mərkəzi büdcədən subsidiya, dotasiya və bələdiyyə istiqrazlarının satışından əldə olunan pul vəsaitləri əsasında formalaşır.

Yerli vergilər bir neçə qrupa bölünür. Birinci qrup vergilər bütün ölkələrdə əsasən yerli büdcələrin formalaşmasına yönəldilir. Onlara torpaq vergisi, avtomobillərdən istifadə vergisi, qaz və elektrik enerjisindən istifadə haqqı və digərləri aiddir. İkinci qrup vergilər ölkənin vergi sisteminin xüsusiyyətindən asılıdır. Bəzi ölkələrdə vergilərdən büdcənin gəlir hissəsinin formalaşması üçün istifadə olunur. Digər ölkələrdə isə, məsələn, ABŞ-da gəlir və korporasiyaların mənfəət vergilərindən əsasən digər məqsədlər üçün istifadə olunur.

Yerli büdcələrə daxil olan xüsusi qrup vergilərdən biri də ticarətlə məşğul olan və onlara lisenziya verən təşkilatların vergiləridir.

Yerli hakimiyyət orqanları öz sərəncamlarında olan mülkiyyətdən istifadə edir və yerli büdcəyə əlavə pul vəsaitləri cəlb etmək imkanı əldə edirlər. Bir sıra ölkələrdə onlar torpaqlan, əmlakı icarəyə verir və ondan icarə haqqı formasında gəlir əldə edirlər.

Yerli büdcələrin gəlir hissəsinə eyni zamanda cərimə ödənişləri, məhkəmə, notarius rüsumları, müxtəlif yardımlar daxildir. Qeyd etmək olar ki, yerli büdcələr hesabına yerli idarəetmə orqanlarının tam surətdə maliyyələşdirilməsi mümkün deyildir. Belə ki, yerli idarəetmə orqanlarının öhdəçiliyi təkcə yerli vəzifələrin yerinə yetirilməsi ilə deyil, hökumətin, ümumi dövlət proqramlarının həyata keçirilməsi ilə də bağlıdır.

Buna görə də, dövlət büdcəsi yerli büdcələrə kömək məqsədilə subsidiya və ya subvensiya formasında maliyyə yardımı ayırır. Həm subsidiya həm də subvensiya yerli büdcəyə dövlət dotasiyası hesab olunur.

Subsidiya - elə dotasiya növüdür ki, yerli idarəetmə orqanları ondan ümumi təyinatlı məqsədlər üçün istifadə edə bilərlər.

Subvensiya - elə dotasiya növüdür ki, ondan yerli idarəetmə orqanları yalnız xüsusi təyinatlı məqsədlər (körpülərin, məktəb binalarının tikintisi) üçün istifadə edə bilər. Yerli büdcənin gəlirlərində

234

subsidiyanın payı 20-40 faizə qədərdir. Yerli idarəetmə orqanlarına məxsus olan yerli büdcələr nisbi müstəqilliyə malik olsalar da öz fəaliyyətində mərkəzi hakimiyyət orqanlarının qərarlarına istinad edirlər. Əks halda onlar tez bir zamanda subsidiya və subvensiya növlü mərkəzi büdcə dotasiyalardan azad ola bilərlər. Yerli büdcələrin kə- sirli olması da xroniki haldır. Belə ki, yerli büdcələrin gəlirləri nəzərdə tutulan sosial-iqtisadi məqsədləri tam ödəyə bilmir. Ona görə də bələdiyyə istiqrazlarının buraxılışından və qiymətli kağızlar bazarında onların satışından istifadə olunur. Yerli orqanların qiymətli kağızlarla apardıqları əməliyyatlara mərkəzi hökumət daim nəzarət edir. Çünki, qiymətli kağızlarla əməliyyatların aparılması pul tədavülünün vəziyyətinə bilavasitə təsir edir. Yerli istiqrazların fəaliyyət müddəti 10 ildən 60 ilədək müəyyən olunur.

§4. Vergilərin mahiyyəti, növləri və funksiyaları. Vergilərin dərəcələri

Dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsində dövlət büdcəsinin gəlirlərinin mühüm hissəsini təşkil edən vergilər xüsusi yer tutur. Vergi qədim tarixi olan dövlət gəliridir. Vergilərin yaranma tarixi dövlətlərin təşəkkül tapması və cəmiyyətli siniflərə bölünməsi dövrünə təsadüf edir.

İlkin inkişaf dövrlərində vergilər əsasən natural formada mövcud olmuş və sonralar isə əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlı olaraq vergilərin pul formasında ödənilməsi zərurəti meydana çıxmışdır. İlk mütəşəkkil vergi sistemlərindən biri qədim Romanın vergi sistemidir. Roma vətəndaşları öz əmlakları və ailə vəziyyətlərinə görə təqdim etdikləri ərizəyə əsasən vergiyə cəlb olunmuşlar. Ümumiyyətlə, qədim Romada vergilərin sayı 200-dən artıq olmuşdur. Eramızdan əvvəl IV-III əsrlərdə vergi sisteminin inkişafı həm ümumdövlət, həm də yerli vergilərin yaranmasına gətirib çıxardı.

XVII əsrin əvvəllərindən başlayaraq vergilər büdcənin gəlir hissəsinin əsas mənbəyinə çevrilmişdir. XIX əsrdən başlayaraq vergilər öz inkişafında yeni bir mərhələyə qədəm qoymağa başladı. Yəni, bu dövrdə vergilərin sayı azalmış və onun hüquqi bazası yaranmışdır. Bu dövrdə hər bir ölkənin iqtisadi inkişafında vergilərin mühüm rol oynaması görkəmli iqtisadçıları da ciddi surətdə düşündürməyə başladı.

XX əsrin əvvəllərindən başlayaraq dünya ölkələrinin vergi sistemində əsaslı dönüş yarandı və dövlət büdcəsinin gəlirlərində birba

235

şa və dolayı vergilərin xüsusi çəkisi artmağa başladı. Beləliklə, vergi sistemi zaman keçdikcə inkişaf etmiş və insanların düşüncə tərzinə çevrilmişdir.

Vergilər dövlətin öz vəzifələrini yerinə yetirmək məqsədilə qanunvericilik əsasında fiziki və hüquqi şəxslərdən məcburi qaydada tutulan rüsumlardır.

Vergilərin iqtisadi funksiyası stimullaşdırmaq cəhətdən daha güclüdür. Belə ki, vergilər haqqında qəbul olunmuş qanun və qanunvericilik aktlarının məqsədəuyğun surətdə nəzərə alınması vergilərin stimullaşdırıcı rolunu daha da artırır. Vergilər maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.

Azərbaycan Respublikasında vergi məcəlləsinə uyğun olaraq aşağıdakı vergi növləri tətbiq olunur. Bunlar birbaşa və dolayı vergi növlərinə bölünür.

Birbaşa vergilər vergi ödəyicilərinin dövlətə gəlirdən, əmlakdan və sərvətdən istifadəyə görə ödədikləri vergilərdir. Belə vergilərin obyekti kimi vergi ödəyicilərinin gəlirləri (əmək haqqı, mənfəət, faiz və s.) və əmlakın dəyəri (torpaq, bağ, mənzil, maşın, binalar və s.) çıxış edir.

Birbaşa vergilərə aşağıdakılar daxildir: Müəssisələrdən mənfəət vergisi; əhalidən gəlir vergisi; torpaq

vergisi; əmlak vergisi; royalti vergisi; mədən vergisi; birdəfəlik rüsum; təbii sərvətlərdən istifadəyə gÖrə haqq və s.

Dolayı vergilər əmtəələrin, tariflərin və xidmətlərin qiymətlərinə əlavə olaraq qoyulmuş vergilərdir.

Dolayı vergilərə bunlar daxildir: Əlavə dəyər vergisi; aksizlər; ixracat vergisi; gömrük rüsumu;

istehlak vergisi; yol fonduna daxil olan vəsaitlər; yenidən qiymətləndirmədən daxil olan vəsaitlər; patentləşdirmədən daxil olan vəsaitlər və s.

Birbaşa vergilər üzrə: • mənfəətdən vergi - müəssisənin (firmanın) əldə etdiyi mənfəətdən

dövlət büdcəsinə normativ əsasında ayrılan vergilərdir; • torpaq vergisi - torpaqdan istifadə ilə bağlı vergidir; • gəlir vergisi - fiziki şəxslərin və bütün vergi ödəyicilərinin

gəlirlərindən tutulan vergidir. Gəlir vergisinin aylıq və illik vergi dərəcələri qəbul olunmuş qanunvericiliklə müəyyən olunur;

• əmlak vergisi - bütün əmlak növlərindən istifadəyə görə ödənilən

236

vergilərdir və s. Dolayı vergilər üzrə:

• əlavə dəyər vergisi - hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunan hissəsinin dövlət büdcəsinə ayrılan hissəsidir (hazırda bu vergi 18 % təşkil edir).

• aksizlər - fransızca - aqrise, latınca aqriqcre sözündən götürülmüş «kəsmək» deməkdir. Aksiz vergisi ölkə ərazisində kütləvi isteh- lak əmtəələrinə (qənd, çay, tütün, duz, kibrit, spirtli içkilər və s.), həmçinin kommunal, nəqliyyat və mədəni xidmət növlərinə (telefon, nəqliyyat yük daşımaları, avia və nəqliyyat biletləri, kino- filmlərin nümayiş etdirilməsi və s. üzrə) görə ödənilən vergidir.

• gömrük rüsumu - ölkənin sərhədlərini keçən idxal, ixrac və tranzit əmtəələrinə görə ödənilən vergidir. Bu rüsumlar dövlət tərəfindən qanunvericiliklə müəyyən olunur:

• nəqliyyat vergisi - bütün növ nəqliyyat vasitələrindən istifadəyə görə tutulan vergidir və s.

Vergilər sosial-iqtisadi təyinatından asılı olaraq iki başlıca funksiyanı yerinə yetirir.

1. Fiskal funksiya - onun köməyilə dövlətin bütün pul gəlirləri vergilər hesabına toplanır;

2. İqtisadi funksiya - onun vasitəsilə vergilər stimullaşdırıcı, məhdudlaşdırıcı və nəzarətedici formalarda iqtisadi fəaliyyətə təsir edir, cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində və bütövlükdə ictimai təkrar istehsal prosesinin hərəkətində başlıca rol oynayır.

Vergilərin tənzimləyici funksiyası onu ifadə edir ki, dövlət vergi aləti vasitəsilə bütün iqtisadi prosesi tənzimləyir və özünün iqtisadi siyasət tədbirlərini həyata keçirir.

Vergilər sistem halında olub fəaliyyət göstərir. Vergi sistemi ölkədə istifadə olunan bütün vergi növlərinin məcmusuna deyilir. Ümumiyyətlə dörd cür vergi sistemindən istifadə olunur: 1) Proqressiv (mütərəqqi) vergi sistemi; 2) Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi; 3) Qarışıq vergi sistemi; 4) Proporsional vergi sistemi.

Proqressiv vergi sistemi şəraitində vergi ödəyicilərinin gəlirləri artdıqca gəlirə tətbiq edilən verginin dərəcəsi də artır.

Reqressiv vergi sisteminə görə vergi ödəyicilərinin gəlirləri artdıqca tətbiq edilən vergi dərəcəsi aşağı salınır.

237

Qarışıq vergi sisteminə görə gəlirlərin artıb-azalmasından asılı olmayaraq vergi faizi ya dəyişmir, ya da müəyyən həddə qədər artır və sonra azalır, yaxud bunun əksinə olur.

Proporsional vergi sistemi şəraitində gəlirlərin artıb-azalmasından asılı olmayaraq eyni vergi dərəcəsi müəyyən olunur.

Vergiqoymanın əsas prinsipləri aşağıdakılardır: 1. Vergilərin məcburi ödənilməsi prinsipi, yəni bütün vergilərin

ödənilməsi məcburi xarakter daşıyır. 2. Nemətlərin əldə olunması ilə əlaqəlilik prinsipi - yəni birbaşa vergilər

əsasən nemət və sərvətlərdən istifadəyə görə müəyyən olunur. 3. Sosial ədalət prinsipi, yəni vergi növlərinin və vergi dərəcələrinin

müəyyən olunmasında sosial ədalət prinsipi nəzərə alınmalıdır. 4. Dövlətlə təsərrüfat subyektlərinin mənafelərinin əlaqələndirilməsi

prinsipi. Belə ki, bütün iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər vergi tələblərini vaxtlı-vaxtmda yerinə yetirməli və dövlətin sosial-iqtisadi funksiyalarının yerinə yetirilməsinə kömək etməlidir.

5. Vergiqoymada səmərəlilik prinsipi, yəni vergilərin faydalılığının, möhkəmliyinin, elastikliyinin, davamlığmın qorunub saxlanmasıdır.

6. Vergiqoymada yığım prinsipi - yəni vergi ödəyicilərinin büdcəyə ödədikləri pul məbləği ilə onların öz gəlirləri arasında fərqin azalmasına xüsusi diqqət yetirilməlidir. Bu gəlir hesabına vətəndaşların yığımlarının artması baş verir.

Vergi dərəcəsi - hər bir vergi obyektinə görə (əmək haqqının, daşınmaz əmlakın hər vahidinə düşən verginin miqdarı) hesablanan vergi ayırmalarının kəmiyyətidir. Vergi daxilolmalarının həcmi vergi dərəcəsinin kəmiyyətindən daha çox asılıdır.

Amerika iqtisadçısı Artur Laffer vergi dərəcələrinin kəmiyyəti ilə dövlət büdcəsinə daxil olan vergi vəsaitləri arasındakı asılılığı aşağıdakı qrafiki təsvir əsasında göstərmişdir.

Qrafiki təsvir əsasında A.Laffer göstərmişdir ki, heç də daimi olaraq vergi dərəcələrinin artması dövlətin vergi gəlirlərinin çoxalmasına təsir etmir. Bəzi hallarda vergi dərəcələrinin öz həddini ötməsi halları büdcə daxilolmalarının səviyyəsinə bu və ya digər dərəcədə mənfi təsir göstərir. A.Lafferin tədqiqatı nəzəri və praktiki cəhətdən bir daha sübut edir ki, vətəndaşlar nə qədər varlı olsalar, dövlət də daha çox varlanar.

238

Y

Burada: X - vergi dərəcələrinin səviyyəsi (faizlə); Y - büdcəyə vergi daxilolmalarının orta illik həcmi; Xo - optimal vergi dərəcəsi, yəni büdcəyə daxil olmaların

maksimum həddi;

§5. Dövlətin fiskal siyasəti

Bazar iqtisadiyyatı şəraitində dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlətin fiskal siyasəti xüsusi rol oynayır. Belə ki, dövlət fiskal (vergi) siyasətini həyata keçirməklə iqtisadi proseslərə müdaxilə edir və dövlət büdcəsinin gəlirlərinin formalaşmasına bilavasitə təsir göstərir.

Dövlətin fiskal siyasəti dövlət büdcəsinin gəlir hissəsinin tam surətdə yerinə yetirilməsi məqsədilə vergi qoyuluşu sferasında həyata keçirilən tədbirlər sistemidir.

Dövlətin fiskal siyasətinin həyata keçirilməsi ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafına, iqtisadi artımın təmin olunmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, inflyasiyanın səviyyəsinin tənzimlənməsinə birbaşa təsir göstərir.

Fiskal siyasətin nəzəri əsasları görkəmli ingilis iqtisadçısı C.M.Keyns tərəfindən işlənib hazırlanmış və məcmu tələblə məcmu təklif amillərinin reallaşmasında dövlətin rolunun artması mexa

239

nizmi göstərilmişdir. Müasir dövrdə dövlət fiskal siyasətin əsas istiqamətlərini həyata

keçirməklə maddi və pul resurslarının daha çox hissəsini öz əlində cəmləşdirir və ölkə iqtisadiyyatının ən vacib problemlərinə sərf edir.

Azərbaycanda keçid iqtisadiyyatı şəraitində dövlət vergi siyasətini daha da gücləndirməklə fiskal siyasətin həyata keçirilməsinə güclü baza yaradır.

Artıq respublikada ümumi daxili məhsulun 45 faizi dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülür. Xüsusilə, respublikada son dövrdə birbaşa və dolayı vergilərin dərəcələri tənzimlənmiş və onların büdcəyə daxil olması mexanizmi təkmilləşdirilmişdir.

Azərbaycanda dövlət büdcəsi kəsirli olsa da dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasında nisbətin tənzimlənməsində fiskal siyasət mühüm rol oynayır. Fiskal siyasət maliyyə büdcə siyasəti kimi də səslənir və qiymət, pul-kredit və digər siyasət formaları ilə qarşılıqlı surətdə əlaqədardır.

Azərbaycanda dövlətin fiskal siyasətinin həyata keçirilməsində vergi sisteminin təkmilləşdirilməsi xüsusi rol oynayır.

Azərbaycanda büdcəyə vergi daxilolmalarının həcmini aşağıdakı qaydada artırmaq olar:

1. Vergi ödəyicilərinin sayını artırmaqla; 2. Dolayı vergi ödəyən obyektlərin sayını artırmaqla; 3. Birbaşa və dolayı vergi qoyuluşunda vergi dərəcələrini

artırmaqla. Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsində yuxanda

göstərilən istiqamətlərin xüsusi rolu vardır. Xüsusilə, dövlətin fiskal siyasətinin reallaşmasında vergi ödəyicilərinin sayının artırılması olduqca zəruridir. Bunun üçün dövlət və özəl bölmələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı daim artırılmalı, onlar üçün əlverişli şərait yaradılmalı və gəlir səviyyəsi çoxalmalıdır. Belə bir şəraitdə vergi ödəyicilərinin sayının artması hesabına vergi daxilolmalarının kəmiyyəti də artacaqdır.

Bununla yanaşı dolayı vergiləri ödəyən fəaliyyət növlərinin sayının artırılmasına da xüsusi diqqət yetirilməlidir. Yəni respublikada sahibkarlıq fəaliyyətinin bütün formalarına şərait yaradılmalı, onlara kömək məqsədilə uzun müddətli və güzəştli kreditlərin ayrılması təcrübəsi daha da gücləndirilməlidir.

Eyni zamanda dolayı vergi ödəyicüərinin fəaliyyətinə güclü nəzarət olunmalıdır. Vergi rejimi nisbətən tənzimlənməli, vergi yükü azaldılmalı, proqressiv və proporsional vergi sisteminə üstünlük verüməHdü.

240

Vergi sisteminə aid göstərilən tövsiyələr vaxtında nəzərə alınarsa, dövlətin fıskal siyasətinin həyata keçirilməsində müsbət irəliləyiş baş verər.

XV Fəsil

Gəlirlər, onların bölgüsü və yenidən bölgüsü. Həyat səviyyəsi. Əhalinin sosial müdafiəsi.

1. Gəlirlər və onların bölgüsü. 2. Əhali gəlirlərinin formalaşması mənbələri və onların qeyri-bərabərliyi.

Lorens əyrisi 3. Həyat səviyyəsi və onun göstəriciləri 4. Yoxsulluq və onun müəyyən edilməsi səbəbləri 5. Əhalinin sosial müdafiəsi

§1. Gəlirlər və onların bölgüsü

Gəlirlər bütün tarixi dövrlərdə iqtisadiyyatın inkişafı, ölkənin iqtisadi potensialının artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin daim fəaliyyət göstərən vacib istiqaməti kimi çıxış etmişdir və edir. Bazar iqtisadiyyatına keçidlə xarakterizə olunan hazırkı dövrdə kifayət qədər gəlirə və onun artım tempinə nail olmadan hər hansı bir mühüm sosial-iqtisadi problemi müvəffəqiyyətlə həll etmək mümkün deyildir. Odur ki, gəlirlər və onunla əlaqadar olan sosial-iqtisadi problemlər öz aktuallığı və əhəmiyyəti baxımdan həmişə diqqət mərkəzində olmuşdur.

Hələ vaxtı ilə merkantilizmin nümayəndələri A.Monkretyen, T.Mann, fiziokratların nümayəndələri F.Kene və J.Türqo, klassik siyasi iqtisadın nümayəndələri U.Petti, A.Smit, D.Rikardo, marksizmin nümayündələri K.Marks, F.Engels öz əsərlərində gəlir və onun formalarını mənsub olduqları siniflərin və məktəblərin mə- nafelerindən izah etmişlər. A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərində ölkənin bütün illik məhsulunu üç hissəyə: torpaq rentasına, əmək haqqına, mənfəətlə bölmüş və onları xalqın üç müxtəlif sinfinin gəlirləri kimi xarakterizə etmişdir. K.Marks «Kapital» əsərinin 3-cü cildində gəlirə müəyyən vaxt ərzində (bir il) yaradılan bütün yeni dəyər və ya onunla ölçülə bilən məhsul kimi baxmışdır. Həmçinin o, torpaq rentasından, əmək

241

haqqından, mənfətdon və faizdən bəhs etmiş və onları yeni yaradılan dəyərdə ayrı-ayrı siniflərin, qrupların və ayrıca şəxsin mənimsədiyi pay kimi ifadə etmişdir.

Bazar iqtisadiyyatı şəraitində istehsalın nəticəsi əmtəə forması alır və təkrar istehsal prosesində onların hərəkəti gəlirlərin formalaşması, bölgüsü və istifadəsi vasitəsilə həyata keçir. İstehlak şeylərinin natural bölgüsü baş verməzdən əvvəl pul gəlirlərinin bölgüsü baş verir. Cəmiyyət üzvləri öz təlabatlarmı ödəmək üçün Ümumi Daxili Məhsuldan (ÜDM) onlara çatmalı olan payları ilk növbədə pul gəliri formasında əldə edirlər və sonra həmin pulu şəxsi isteh- laklarmı ödəmək üçün zəruri olan maddi nemətlərə və pullu xidmətlərə mübadilə edirlər. Buradan da iqtisadçılar gəlirlərə müəyyən məbləğ “pul", “maddi nemət”, “xidmətlər axım“ kimi baxmışlar. Deməli, konkret formalarından asılı olmayaraq (xalis gəlir, şəxsi gəlir, əmək haqqı, mənfəət, renta, faiz) gəlir dəyərin bir hissəsini və ya dəyərin bu hissəsi ilə ölçülə bilən məhsulu ifadə edir və pul axını kimi üzə çıxır.

Gəlirlər kateqoriyasının mürəkkəb, geniş və əhatəli olması onun mahiyyətini başa düşməyi çətinləşdirdiyindən ona makro və mikro səviyyəsində yanaşmaq lazımdır. Makro səviyyədə gəlir dedikdə, cəmiyyət miqyasında gəlir başa düşülür və bu zaman milli gəlir nəzərdə tutulur. Mikro səviyyədə gəlir dedikdə isə istehsal amilləri sahiblərinin gəlirləri - torpaq rentası, mənfəət, əmək haqqı və faiz nəzərdə tutulur.

Gəlirlərin bütün konkret formaları milli gəlirin ilkin və təkrar bölgüsü zamanı formalaşır. Milli gəlir cəmiyyətin hər bir üzvünün gəlirlərinin, eləcə də, yaşayışının mənbəyidir. Milli gəlirin ilkin bölgüsü istehsal amillərinin sahiblərinin gəlirlərin yaranması ilə başa çatır və bölgünün birinci mərhələsini özündə əks etdirir. Lakin milli gəlirin ilkin bölgüsü ilə onun bölgüsü prosesi başa çatmır. Çünki gəlirlərin yalnız onu yaradanlar arasında bölüşdürülməsi cəmiyyətin bütün tələbatlarının ödənilməsi üçün kifayət etmir. Əhalinin bütün təbəqələrinin, qruplarının maddi və mənəvi tələbatlarının ödənilməsi, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi və təhlükəsizliyinin təmin olunması, elmin, texnikanın inkişafı zərurəti milli gəlirin təkrar bölgüsünü zəruri edir.Bu bölgü maliyyə-kredit institutlarının, ictimai təşkilatların, qiymətli kağızların köməyi ilə baş verir və ayrı- ayrı şəxslərin, əhalinin bütün təbəqə və qruplarının gəlirlərinin formalaşması ilə başa çatır. Cəmiyyətdə təkrar bölgünün nəticəsi olan gəlirlər və ilkin gəlirlər fərqli kəmiyyətlərdir. Hazırda sosial demok

242

rat bazar iqtisadiyyatı modeli ilə inkişaf edən ölkələrdə milli gəlirin bölgüsündə təkrar bölgünün xüsusi çəkisi getdikcə artır.

Milli gəlirin ilkin və təkrar bölgüsü əhalinin sərəncamında qalan gəlirlərinin formalaşması ilə başa çatır. Sərəncamda qalan gəlirlərin bir hissəsi şəxsi istehlaka gedir və qeyri-istehsal istehlakı üçün istifadə olunan maddi nemətlərdə reallaşır. Onun digər hissəsi isə gəlir sahibinin yaşayışının təmin edilməsinə gedir.

Bazar iqtisadiyyatı şəraitində milli gəlirlərin bölgüsü və onun insanların davranışına təsiri ilə bağlı iqtisadçılar arasında fikir ayrılığı mövcuddur. Bir qrup iqtisadçılar iqtisadi səmərəliliyi önə çəkərək milli gəlirin qeyri-bərabər bölgüsünü zəruri hesab edirlər. Digər qrup iqtisadçılar isə ümumi rifahı əsas götürərək milli gəlirlərin bərabər bölgüsünü vacib sayırlar.

İqtiadi sistemin bazar modelini seçən ölkələrdə milli gəlir bazar prinsipləri ilə bölüşdürülür. Bu prinsipə gÖrə hər bir istehsal amilinin sahibinin gəliri həmin amildən əldə olunan son məhsula uyğun olmalıdır. Bu halda milli gəlir qeyri-bərabər bölünəcəkdir. Əgər tarixə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə milli gəlirin qeyri-bərabər bölgüsü cəmiyyətin bütün üzvlərinin gəlirlərinin, sərvətlərinin artmasının, onların gəlirləri arasında kəskin fərqlərin aradan qaldırılması və azalmasının, cəmiyyətin mövcudluğu və çiçəklənməsinin mühüm şərti və onun təsdiqi kimi çıxış edir. Beləliklə, milli gəlirin bölgüsü və yenidən bölgüsündən danışarkən bərabər bölgü ilə ədalətli bölgünü, qeyri-bərabərliklə ədalətsizliyi qarışdırmaq olmaz. Çünki, birincisi, burada cəmiyyətin iqtisadi inkişaf maraqları ilə insanların şəxsi maraqları kəsişir, ikincisi, qeyri-bərabər olan şey ədalətli, bərabər olan şey isə ədalətsiz ola bilər.

Milli gəlirin bölgüsündə ədalətlilik prinspi əmək qabiliyyətli bütün ölkə vətəndaşları əməyinə, mülkiyyət sahibləri mülkiyyətinə, sahibkarlar sahibkarlıq qabiliyyətinə, əmək və sahibkarlıq qabiliyyəti, mülkiyyəti olmayan əhali isə bir insan olaraq yaşamaq hüququna uyğun olaraq milli gəlirdən pay əldə etdikdə təmin edilmiş olur. Şübhəsiz ki, burada gəlirlərin bərabər bölgüsü qeyri-mümkündür. Əmək sahibləri, mülkiyyət sahibləri, sahibkarlar da fərqli gəlirə malik olacaqlar, çünki onların həm gəlir əldə etməsi üsulu və forması, həm də qabiliyyəti və mülkiyyətin həcmi baxımından bir-birindən fərqlənirlər. Deməli, milli gəlirin bölgüsü bərabər deyil, ədalətli ola bilər.

Bazar iqtisadiyyatı şəraitində milli gəlirin bölgüsü istehsalda iştirak və istehsalın nəticələrilə sıx əlaqələndirildiyindən, o əmtəə

243

istehsalını, xidmətlər göstərilməsini və gəlirlərin həcmini müəyyən edən çox mühüm amil kimi çıxış edir. Doğrudur, bu əlaqənin güclənməsi labüdən milli gəlirin bölgüsündə qeyri-bərabərliyin dərinləşməsinə səbəb olur, lakin gəlirlərə görə qeyri-bərabərliyinin bu cür güclənməsi, iqtisadi baxımdan ədalət prinsipini daha da möhkəmləndirir. Odur ki, bu mühüm cəhəti nəzərə almadan bərabər bölgü dalınca qaçmaq cəhdi iqtisadi səmərəliliyi azalda bilər. İqtisadi səmərəliliyin azalması isə bir qayda olaraq iqtisadi artımın aşağı düşməsinə və iqtisadi tənəzzülə, ÜDM və şəxsi gəlirin azalmasına səbəb olar.

Gəlirlərin iqtisadi məzmunun başa düşülməsində nəzəri və praktiki baxımdan əhəmiyyət kəsb edən məsələlərdən biri də nominal və real gəlirlərin fərqləndirilməsidir. Bazar iqtisadiyyatı şəraitində istehsalın nəticəsi olan yeni yaradılan məhsul və ya yeni yaradılan dəyər pulla ifadə olunduğundan gəlirlər də ilk növbədə pul gəlirləri formasında üzə çıxır. Praktikada gəlirlər pul formasında üzə çıxdığından onlara hər şeydən əvvəl, nominal və real pul gəlirlər nöqteyi-nəzərdən yanaşılır. Yeni yaradılan dəyərin mövcud qiymətlərlə bu cür ifadə olunması nominal pul gəlirləri adlanır və cəmiyyətin illik pul gəlirlərinin səviyyəsini xarakterizə və ifadə edir. Lakin cari qiymətlərdə ifadə olunan nominal pul gəlirləri gəlirlərin real artımını tam və dəqiq əks etdirə bilmir. Ona görə də müqayisəli (dəyişməz) qiymətlərlə də ölkədə yeni yaradılan dəyəri qiymətləndirmək vacibdir. Bu yolla hesablanan gəlir real pul gəliri adlanır və o, qiymət dəyişiklərini nəzərə almaqla hesablanan nominal pul gəlirlərini özündə əks etdirir. Gəlirlərin göstəriciləri aşağıdakı sxemdə əks olunmuşdur.

Sxem 1. Gəlirlərin göstəriciləri

244

§2. Əhali gəlirlərinin formalaşması mənbəələri və onların qeyri-bərabərliyi. Lorens əyrisi

Əhali gəlirləri dedikdə müəyyən vaxt ərzində milli gəlirin cəmiyyət üzvlərinin sərəncamına daxil olan və onların şəxsi gəlirləri formasında üzə çıxan hissəsi başa düşülür. Əhalinin istehlak səviyyəsini müəyyən edən bu gəlirlər pul və natural formada çıxış edir və insanların çox müxtəlif fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Bu fəaliyyət sahələri içərisində cəmiyyət üçün əhəmiyyətli olanı iqtisadi fəaliyyətdir. Odur ki, əhali gəlirlərindən danışarkən hər şeydən əvvəl, iqtisadi fəaliyyətdən əldə olunan gəlirlər əsas götürülür. Əhalinin pul gəlirlərinə əmək haqqı, mənfəət, pensiyalar, təqaüdlər, müxtəlif növ yardımlar, müavinətlər, faiz, renta, dvidend, kənd təsərrüfatı məhsullarının satışından gəlirlər və s. Daxildir. Natural gəlirlərə isə ev təsərrüfatları tərəfindən şəxsi istehlak üçün istehsal olunan məhsullar aiddir.

Bazar iqtisadiyyatlı ölkələrdə əhalinin gəlirləri əsasən dörd başlıca mənbədən formalaşır:

- əmək gəliri (əmək haqqı); - mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlir (dividcnd, faiz,

renta, mənfəət); ’ - sosial transfertlər (pensiya, işsizliyə görə müavinət, yardım

lar, köməklər vəi.a.); -şəxsi yardımçı və fermer təsərrüfatından gəlirlər.

Sxemdə pul gəlirlərinin strukturu təsvir olunmuşdur

[>

t>

Əmək haqqı, renta, faiz.mənfoot

Təqaüd, müavinət, pensiya və s.

Səhmlərə görə dividend, yığım-

dan faiz və s.

Sxem 2. Pul gəlirinin strukturu

Ölkələr əhalinin məcmu gəlirlərinin tərkibi baxımdan bir-birindən fərqlənirlər. Burada ölkənin hansı inkişaf modelinin seçməsi xüsusi rol oynayır. Liberal və sosial bazar iqtisadiyyatı modelini seçən ölkələrdə əhalinin məcmu gəlirlərində əmək gəlirləri, sosial- demokrat inkişaf modelini əsas götürən ölkələrdə isə sosial ödəmələr

245

daha böyük, yüksək xüsusi çəkiyə malik olur. Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Azərbaycan sosial bazar iqtisadiyyatı modelini seçdiyindən müxtəlif illərdə əhalinin aylıq adambaşına pul gəlirlərində əmək gəliri 35-60%, sosial transfertlər 6-13%, kənd təsərrüfatı məhsulları və s. satışlardan gəlir 8-19 %, digər gəlirlər (sahibkarlıq fəaliyyətinin, mülkiyyətin, qiymətli kağızların və s. gətirdiyi gəlirlər) 9-40% arasında dəyişmişdir.

Əhali gəlirlərinin rəsmi statistikada göstərilən istiqamətləri, mənbələri ilə yanaşı, onun qeyri-leqal mənbələri də mövcuddur və bu gəlirlər iqtisadiyyatımızın hazırki vəziyyətində əhalinin həyat səviyyəsinə müəyyən dərəcədə təsir göstərir. Qeyri-leqal gəlirlərin əldə olunmasının iki mühüm istiqaməti mövcuddur. Birinci istiqamət, ümumi kriminal mənşəli əməksiz gəlir olub, reket, rüşvət, oğurluq, korrupsiya, narkobiznes, qaçaqmalçılıq, dillerlik və s. ilə əlaqədardır. Bu cür fəaliyyətin nəticəsində əldə olunan gəlirlər çox məhdud bir qrup adamın əlində toplanır. İkinci istiqamət isə birincidən fərqli olaraq keçid iqtisadiyyatı və onun doğurduğu gizli iqtisadiyyatı ilə bağlıdır. Buraya gizli sex, sahə, müəssisə, lisenziyası olmayan küçə ticarəti və digər fərdi əmək fəaliyyətindən gələn gəlirlər aiddir.

Gizli iqtisadiyyat bu və ya digər dərəcədə dünyanın bütün ölkələri üçün xarakterikdir. XX əsrin sonlannda inkişaf etmiş ölkələrdə gizli iqtisadiyyat ÜMM-in 3-25% səviyyəsində olmuşdur. Dağılma ərəfəsində olan SSRİ-də gizli iqtisadiyyat ÜMM-in 5-7%-i həddmdə idi. Polşada və Macarıstanda isə dövlət bölməsində çalışan işçilərin 50-70 %- i gizli iqtisadiyyatm bu və ya digər növü ilə məşğul olmuşdur.

Dünyanın əksər ölkələrində əhalinin aylıq adambaşına pul gəlirlərində insan kapitalı üzərində mülkiyyətdən gələn gəlir - əmək haqqı daha çox xüsusi çəkiyə malik olduğundan onun üzərində nisbətən geniş dayanaq. Hazırda geniş tədris olunan “Ekonomiks” dərsliyində K.Makkonnell və S.Bryu əmək haqqı dedikdə əməyin istifadəsi, onun ödənilən qiymətini nəzərdə tuturlar. Əmək haqqının ödənilməsinin iki forması vardır: işə və vaxta görə əmək haqqı. Vaxta görə əmək haqqı işlənmiş vaxta görə verilir və adətən işçinin fərdi əmək payını müəyyən etmək mümkün olmayan sahələrdə tətbiq olunur. Hazırda vaxta görə əmək haqqı daha bö)mk xüsusi çəkiyə malikdir. Sənayecə inkişaf etmiş ölkələrdə işçilərin 70-80-%-i vaxta görə əmək haqqı alırlar. İşə görə əmək haqqı isə görülmüş işin miqdarına görə verilən əmək haqqıdır və bir qayda olaraq işçinin fərdi əmək payını müəyyən etmək mümkün olan sahələrdə tətbiq olunur. Sahibkarlar bu və ya digər əmək haqqı formasını tətbiq edərkən yu-

246

xarda qeyd olunan cəhətlə yanaşı daha çox mənfəət əldə etmək istəyini də reallaşdırmağa cəhd edirlər. Odur ki bəzən bir müəssisədə hər iki əmək haqqı forması eyni vaxtda tətbiq oluna bilər.

Əmək haqqı formaları bir çox sistemlərdə tətbiq olunur. Bura ənənəvi sistemlərdən (müstəqim, mükafatlı, akkord və s.) başqa, yaşa və staja görə əmək haqqı, mənfəətin artırılmasında roluna görə əmək haqqı, mənfəətdə iştiraka görə əmək haqqı və s. daxildir.

Əmək haqqından danışarkən nominal və real əmək haqqını da fərqləndirmək lazımdır. Nominal əmək haqqı fəhlənin pul formasında aldığı əmək haqqıdır. Lakin o, işçinin və ailəsinin necə yaşadığını qiymətləndirməyə imkan vermir. Odur ki praktikada işçinin necə yaşadığına, həyat səviyyəsinə qiymət verilərkən onun real əmək haqqından istifadə olunur. Real əmək haqqı yaşayış vasitələrində ifadə olunan nominal əmək haqqıdır. Onun səviyyəsi nominal əmək haqqından, vergilər və digər məcburi ödənişlərdən, istehlak şeylərinin qiymətlərindən asılıdır.

Bazar iqtisadiyyatlı ölkələrdə gəlirlər bazar prinsipləri əsasında bölüşdürüldüyündən, bazar və onun fəaliyyət mexanzmi daha çox iqtisadi vəzifələrin həllinə yönəldiyindən şəxsi gəlirlərdən əldə etdikləri payın həcmi baxımından əhali qeyri-bərabər vəziyyətdə olur və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək yerinə düşər ki, əhali gəlirlərinin qeyri-bərabərliyinin abstrakt imkanı hələ şəxsi gəlir yaradılana və bölüşdürülənə qədər mövcud olur. İnsanların təhsili, peşə hazırlığı, risk etmək bacarığı, sosial-iqtisadi vəziyyəti müxtəlifdir, iqtisadi ehtiyyatlar, o cümlədən də, torpaq, kapital cəmiyyət üzvləri arasında qeyri-bərabər bölünmüşdür, ayrı- seçkilik amilindən bəşəriyyət hələ də xilas olmaq iqtidarında deyildir və s. Bu amillərin hər biri əhalinin gəlirləri formalaşarkən uyğun istiqamətlər üzrə öz təsirini göstərir və son nəticədə gəlirlərdə qeyri - bərabərliyə səbəb olurlar.

İstehsal resursları və onlardan istifadəyə görə gəlirlər

Resursların növləri

Ciəlirin növləri

əmək torpaq Kapital sahibkarlıq (sahibkar-

lıq qabiliyyəti)

V V V V əmək haqqı

renta faiz mənfəət

Sxem 3. İstehsal amilləri iştirakçılarının gəlirləri

247

Əhali gəlirlərinin qeyri-bərabərliyini əyani təsəvvür edərkən Lorens (Amerikan iqtisadçısı və statistiki, 1876-1959-cu illər) əyrisindən istifadə edilir. Qrafıkdə OE xətti - gəlirlərin mütləq bərabər bölgüsünü və cəmiyyətdə hər 20 % əhalinin şəxsi gəlirdən 20% pay əldə etdiyini; F nöqtəsi isə şəxsi gəlirlərin mütləq qeyri-bərabər bölgüsünü və cəmiyyətdə 1 % əhalinin məcmu gəlirlərin hamısını mənimsədiyini göstərir. OabsdE - Lorens əyrisi isə əhalinin adambaşına gəlirlərin faktiki bölgüsünü göstərir (Şəkildə 2005-ci ildə Azərbaycanda əhalinin adambaşına gəlirlərinin faktiki bölgüsü əks olunmuşdur).

100

80

Gəlirlərin faizi

69.2

60

47,6

40

29.3

20

13,2

Lorens əyrisi (gəlirlərin faktiki

mənimsənilinəsi)

Mütləq qeyri-

Hərabərlik

20 40

Əhalinin faizi

Lorens əyrisi Oabsd E əyrisi OE xəttindən nə qədər çox kənarlaşarsa əhalinin

adambaşına gəlirlərinin qeyri-bərabərliyi də bir o qədər yüksək olur. Qrafıkdən aydın göründüyü kimi əhali tərəfindən gəlirlərin mütləq bərabər və mütləq qeyri-bərabər bölgüsü yalnız nəzəri cəhətdən mümkündür. Lakin bir ölkədə əhali gəlirlərinin qeyri-bərabərliyinin yüksək, digər ölkədə isə az olması mümkündür. Əgər biz dünya ölkələrində əhalinin adambaşına düşən gəlirlərin həcminə görə qeyri- bərabərliyinə nəzər salsaq görərik ki, sosial-demokrat bazar iqtisadiyyatı modelini seçən ölkələrdə gəlirlərin qeyri-bərabərliyi daha aşağıdır və bir qayda olaraq bu siyahıda gənc dövlətlər öndə gedirlər.

Gəlirlərin qeyri-bərabərliyi dərəcəsini müəyyən edərkən Cinni əmsalından istifadə olunur. Bu məqsədlə İtalyan iqtisadçı - statistiki

248

Korrado Cilini (1884-1945-ci illər) Lorens əyrisilə mütləq bərabərlik xətti arasındakı sahəni OFE-in sahəsilə müqayisə etmişdir.

C = S, : S C - Cinni əmsalı; Sı - Lorens əyrisilə mütləq bərabərlik xətti

arasındakı sahə; S - OFE-in sahəsidir. Bu əmsal sonralar iqtisad elminə Cinni əmsalı adı ilə daxil

olunmuşdur. Cinni əmsalı mütləq bərabərliklə (OE) mütləq - qeyri- bərabərlik arasında (F) yerləşir və 0-1 arasında dəyişir. 1994 - 2005- ci illərdə Azərbaycanda Cinni əmsalı azalan istiqamətdə dəyişmiş və hazırda 0,293 təşkil edir. 1992-ci ildə ABŞ-da 0,480, 1994-cü ildə Braziliyada 0,634, 1995-ci ildə Polşada 0,272, 1997-ci ildə Rusiyada 0,378 olmuşdur.

Əhalinin adambaşına gəlirlərinin diferensiallaşma dərəcəsinin müəyyən edilməsinin üsullarından biri də desil əmsalıdır. Desil əmsalında ən aşağı və ən yüksək gəlir desilləri müqayisə edilir. 2005- ci ildə Azərbaycanda desil əmsalı 3,3, bu ərəfədə ABŞ-da desil əmsalı - 6,0, İsveçdə - 3,0, Rusiyada - 16,0 olmuşdur. Azərbaycanda gəlirlərin differensiallaşması dünyanın inkişaf etmiş ölkələrindən və təhlükəsizlik həddindən (8,0 dəfə) aşağıdır.

Əhali gəlirlərin qeyri-bərabərliyinin müəyyən edilməsinin üsul- lanndan biri də yoxsul, aztəminatlı, təminatlı və yüksək təminatlı əhali qrupları üzrə gəlirlərin difercnsiallaşmasının müəyyən edilməsidir. Bu zaman hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə şərtlənən və xarakterizə olunan istehlak büdcəsindən istifadə edilir, İstehlak büdcəsi burada əhali üzrə gəlirlərin sərhəddinin müəyyənedicisi küni çıxış edir.

§3. Həyat səviyyəsi və onun göstəriciləri

Cəmiyyət üzvlərinin necə yaşamasını xarakterizə etmək üçün həyat səviyyəsi kateqoriyasından və onun göstəricilərindən istifadə olunur. O, cəmiyyət üzvlərinin təkrar istehsalı ilə bağlı olub, insanların fiziki, sosial və mənəvi tələbatlarının ödənilməsi dərəcəsini ifadə edir.

Həyat səviyyəsindən danışarkən ilk öncə məhdud və geniş mənada həyat səviyyəsini fərqləndirmək lazımdır. Məhdud mənada həyat səviyyəsi, ailənin real gəlirlərinin həcmini, əmtəə və xidmətlərin faktiki istehlakı səviyyəsini əks etdirir. Geniş mənada həyat səviyyəsi isə ailə üzvlərinin sosial-iqtisadi vəziyyətini və onun bütün tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə edir. Bu zaman onların ərzaq və qeyri-ərzaq məhsulları, tibbi xidmətlərlə təminatı,

249

əmək və məişət şəraiti, asudə vaxtın miqyası və istifadəsi nəzərə alınır. Həmçinin müqayisə məqsədilə mikro, makro və qlobal səviyyədə həyat səviyyəsini də fərqləndirmək lazımdır. Mikro səviyyədə həyat səviyyəsi dedikdə, müxtəlif əhali qruplarının, makro səviyyədə həyat səviyyəsi dedikdə bütövlükdə ölkə əhalisinin, qlobal səviyyədə həyat səviyyəsi dedikdə isə müxtəlif ölkələrdə həyat səviyyəsi nəzərdə tutulur.

XX əsrin sonlarana qədər ölkələrdə həyat səviyyəsini xarakterizə etmək üçün ümumi iqtisadi inkişaf səviyyəsini əks etdirən göstəricidən istifadə olunurdu. Belə bir göstərici ÜMM və ya ÜDM idi. Lakin bu göstərici ümumi olduğundan reallığı heç də düzgün əks etdirə bilmirdi. Belə ki, son məlumatlara görə ABŞ - da ildə 10,2 trilyon ABŞ dolları, Yaponiyada 4,3 trilyon ABŞ dolları, Almaniyada 2,4 trilyon ABŞ dolları, Çində 1,2 trilyon ABŞ dolları dəyərində ÜDM istehsal olunmasına baxmayaraq adambaşına düşən ÜMM həcminə, buradan da həyat səviyyəsinə görə ABŞ dünya ölkələri içərisində 3-cü, Yaponiya 4-cü, Almaniya 9-cu yerdə, Çin isə inkişaf etməkdə olan ölkələrlə bir sırada gedir. Odur ki, qlobal miqyasda həyat səviyyəsini xarakterizə etmək üçün 1990-cı ildən başlayaraq BMT-nin təşəbbüsü ilə yeni göstərici - “insanın inkişafı indeksi” tətbiq edilməyə başlanmışdır.

“İnsanın inkişafı indeksi”- ni hesablayarkən üç mühüm göstəricidən istifadə olunur. Bu göstəricilərə adambaşına düşən real ÜDM, doğulandan ölənə qədər gözlənilən ömrün uzunluğu və təhsil səviyyəsi daxildir. BMT-nin müəyyən etdiyi normalara görə ölkədə “insanın inkişafı indeksi” 0,5- ə qədər olarsa o, aşağı, 0,5 - 0,8 arasında olarsa orta, 0,8-dən yuxarı olarsa yüksək həyat səviyyəli hesab olunur. “İnsanın inkişafı indeksi” göstəriciləri içərisində adambaşına düşən real ÜDM göstəricisi xüsusi rol oynayır. Ölkədə adambaşına nə qədər çox real ÜDM düşərsə, digər şərtlər dəyişməz qaldıqda əhalinin gəlirləri, buradan da həyat səviyyəsi bir o qədər yüksək olar. Son məlumatlara görə dünyada adambaşına düşən ÜDM-in həcminə görə Norveç, İsveçrə, ABŞ, Yaponiya, Danimarka, İsveç, Böyük Britaniya, Honq Konq (Çin), Finlandiya, Fransa, Almaniya və b. öndə gedirlər. Bu ölkələrdə adambaşına düşən ÜDM dünyanın zəif inkişaf etmiş ölkələrindən dəfələrlə yüksəkdir. Azərbaycanda 2005-ci ildə adambaşına 1518 ABŞ dollar məbləğində gəlir düşmüşdür.

“İnsanın inkişafı indeksi” göstəriciləri içərisində doğulandan gözlənilən ömrün uzunluğu da əhəmiyyətli rol oynayır. Bu göstə

250

rici həm əhalinin gəlirləri, həm də onların istehlak səviyyəsi ilə sıx bağlıdır. Dünyada ən uzun ömürlülər ölkəsi Niderlandiya, Norveç, Yaponiya, İsveç, İsveçrə, Finlandiya, Fransa, İtaliya, Böyük Britaniya, Belçika, Kanada, Avstraliya, Avstriya, Almaniyadır (orta ömür 78-82 il). 2005-ci ildə Azərbaycanda bu göstərici 72,4 il, o cümlədən, kişilər üzrə 69,6 il, qadınlar üzrə 75,1 il olmuşdur. MDB- yə daxil olan ölkələr arasında Azərbaycan 2- ci yerdədir.

“İnsanın inkişafı indeksi” göstəriciləri içərisində əhalinin təhsil səviyyəsi də xüsusi rola malikdir. 2005-ci ildə Azərbaycanda əhalinin hər 1000 nəfərindən 911-nin (91,1%) ali və orta (tam və natamam) təhsili olmuşdur. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə (95- 99 %) kəmiyyət baxımdan bu pis göstərici deyildir.

“İnsanın inkişafı indeksi” ümumiləşdirici göstərici olub, qlobal səviyyədə müxtəlif ölkələrdə həyat səviyyəsini müqayisə etmək və ölkədə həyat səviyyəsində baş verən dəyişiklikləri müəyyən etmək baxımından qiymətli olsa da, ölkə daxilində həyat səviyyəsi haqqında tam və dolğun təsəvvürə malik olmağa imkan vermir. Odur ki, ölkədə həyat səviyyəsini dolğun xarakterizə etmək üçün istehlak səviyyəsi göstəricisindən də istifadə etmək lazımdır.

İqtisadiyyat inkişaf etdikcə əhalinin istehlak xərcləri artır və onların sturukturu əhəmiyyətli dərəcədə yaxşılaşır. İstehlak xərclərində baş verən bu müsbət dəyişikliklər həyat səviyyəsinin müəyyən edilməsində xüsusi rolu olan qida məhsullarının adambaşına istehlakında da əhəmiyyətli dəyişikliyə səbəb olur. Faktlar göstərir ki, 2001- 2005-ci illərdə Azərbaycanda ÜDM iki dəfə, əhalinin istehlak xərcləri orta hesabla 1,63 dəfə artdığından əksər ərzaq məhsullarının istehlakı 1990-cı il səviyyəsinə yaxınlaşmış, bəzi məhsullar üzrə isə (balıq və balıq məhsulları, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları) bu səviyyəni keçmişdir.

Həyat səviyyəsi ərzaqla yanaşı qeyri-ərzaq malları və xidmətlər istehlakı səviyyəsindən və mədəni ehtiyaclarını ödənilməsi dərəcəsindən də asılıdır. Bu baxımdan əhalinin mənzilə olan təlaba- tınm ödənilməsi və onların abadlıq şəraiti xüsusi rol oynayır. 2005-ci ildə Azərbaycanda orta hesabla bir sakinə düşən yaşayış sahəsi ölkədə 12,5 kv. metr təşkil etmişdir. Ölkədə mənzillərin 16,8 %-nin mərkəzi isitmə sistemi, 54,0 %-nin telefonu, 90,7 %-nin kanalizasiyası, 64,6 %-nin vanna, duş, hamamı, 57,4 %-nin şəbəkə qazı, 52,2 %- nin isti su təhcizatı, 73,0%-nin su kəməri olmuşdır.

Həyat səviyyəsini əks etdirən göstəricilərdən biri də bir yaşma çatmamış uşaq ölümüdür. Ölkədə həyat səviyyəsi yüksək olduqca

251

uşaq ölümü də az olur. Uşaq ölümü inkişaf etmiş ölkələr üçün ən böyük bəla hesab edilir və cəmiyyət ona qarşı bütün vasitələrlə mübarizə aparır. Azərbaycanda da uşaq ölümü son dövrlərdə azalmağa başlamışdır. Bir yaşına çatmamış ən çox uşaq ölümü 1993-cü ildə (28,2 nəfər) olmuşdur. 2005-ci ildə isə bu göstərici 9,3-ə enmişdir. Uşaq ölümünün yüksək olması əhali gəlirlərinin az olması və aşağı templərlə artması, qida çatışmazlığı, mənzillərin abadlıq şəraiti, səhiyyənin yarıtmaz vəziyyəti və s. ilə əlaqədardır. Faktlar göstərir ki, Azərbaycanda uşaq ölümünün 45,0%-dən çoxu qidalanma və mənzil şəraiti ilə bağlı olan tənəffüs orqanlarının xəstəliklərilə əlaqədardır.

Əhalinin həyat səviyyəsini əks etdirmək baxımından sosial- mədəni xidmət sahələrinin inkişafı və onların səmərəli yerləşdirilməsi də çox əhəmiyyətlidir. Ölkəmizdə iqtisadi islahatların ilk dövrlərində əsas diqqət və maliyyə resursları iqtisadiyyatın maliyyə cəhətdən sağlamlaşdınlmasına və makroiqtisadi göstəricilərin stabilləşdi- rilməsinə yönəldildiyindən sosial sahə və onun problemləri arxa plana keçirilmişdir. Maliyyə vəsaitlərinin çatışmaması səbəbindən sosial-mədəni obyektlərin mövcud səviyyəsini qoruyub saxlamaq mümkün olmamış, bəzi xidmət sahələri, müəssisələri bağlanmış, fəaliyyətdə olan müəssisələrin göstərdiyi xidmətlərin keyfiyyəti aşağı düşmüş, təklif olunan xidmətlərin böyük əksəriyyətinin pullu olması ölkə vətəndaşlarının həyat səviyyəsinə mənfi təsir göstərmişdir. 1990-2006- ci illərdə Azərbaycanda məktəbə qədər uşaq müəssisələri 421, kitabxanalar 601, klub müəssisələri 917 ədəd azalmışdır. Teatrların sayı (professional) 10 ədəd artdığı halda teatra gələnlərin sayı isə 832 min nəfər azalmışdır. Bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün lazımi dövlət tədbirləri həyata keçirilir.

Səhiyyənin inkişafı əhalinin həyat səviyyəsi göstəriciləri içərisində xüsusi rol oynayır. Ölkədə müasir tibb texnikası və yüksək ixtisaslı həkimlərlə təmin olunmuş nə qədər çox səhiyyə müəssisələri olarsa əhalinin sağlamlığı, onun təminatı da bir o qədər yüksək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropada səhiyyənin vəziyyəti haqqında son hesabatında göstərilir ki, Almaniya, İsveçrə və Avropanın digər inkişaf etmiş ölkələrində səhiyyə sistemi və göstərilən xidmətlər yüksək səviyyədədir. Azərbaycanda 2005-ci ildə səhiyyəyə çəkilən xərclər ildə adambaşına 20 ABŞ dolları olmuşdursa, bu göstərici İsveçrədə 2794 ABŞ dolları, Norveçdə 2612 ABŞ dollarına bərabərdir. Avstriya, Belçika, Almaniya, İslandiya, Fransa və İsveçrədə yalnız dərman preparatlarının alınmasına ildə adambaşına 300 ABŞ dolları xərclənmişdir. Səhiyyənin zəif inkişafı ölkədə

252

yod çatışmazlığı ilə bağlı xəstəliklərin, eləcə də, müxtəlif yoluxucu xəstəliklərin - vərəmin, diftcriiyanm, malyariyanın, dəmir çatışmazlığı anomiyası, qazanılan immunitet çatışmazlığı sindromunun (QİÇS) və mənşəyi bəlli olmayan onlarca başqa xəstəliklərin yayılmasına səbəb olmuşdur.

Həyat səviyyəsini qiymətləndirmək baxımından asudə vaxtın həcmi və ondan istifadə səviyyəsi də əhəmiyyətlidir. Ölkə sosial- iqtisadi cəhətdən nə qədər inkişaf edirsə, asudə vaxtdan istifadənin səmərəliyi də bir o qədər yüksək olar. Keçid dövründə bir sıra müəssisələrin maliyyə, texniki və s. problemlərlə əlaqədar bağlanması, istehsal güclərindən tam istifadə edilməməsi, infrastrukturun pozulması, işsizlik, yaşayış minimunun bahalaşması adamları gecə-gün- düz işləmək məcburiyyətində qoymuş, bayramlar və istirahət günləri arzuolunmaz etmiş, asudə vaxt problemi arxa plana keçmişdir.

BMT beynəlxalq statistikasında həyat səviyyəsi göstəricilər sistemi

-►

-►

-►

Əhalinin doğum, ölüm və digər demoqrafik xaraterikstikası Sanitar-gigiyenik həyat səviyyəsi Mənzil şəraiti Təhsil və mədəniyyət Əmək və məşğulluq şəraiti Əhalinin gəlir və xərcləri Həyat dəyəri və istehlak qiymətləri İstirahətin təşkili Nəqliyyat vasitələri Sosial təminat Şəxsiyyətin azadlığı

BMT-nin qiymətləndirməsinə görə hazırda Azərbaycan da həyat səviyyəsi baxımından orta yaşayış səviyyəsinə (0,5-0,8) malik ölkələr sırasına çıxmışdır. MDB-yə daxil olan ölkələrdən yalnız Rusiya, Belarusiya, Ukrayna və Qazaxstan Azərbaycandan öndə gedirlər. Dünya üzrə ilk yerlərdə isə Norveç, İsveç, Avstraliya, Kanada və Niderland gedirlər.

253

§4. Yoxsulluq və onun müəyyən edilməsi səbəbləri

Dünyanın bütün ölkələri əhalinin adambaşına aylıq gəlirlərinin və istehlak xərclərinin həcminə, quruluşuna, həyat səviyyəsinə görə əhəmiyyətli dərəcədə qeyri-bərabər vəziyyətdədir. Bir çox aüələr yoxsul və aztəminatlı olmaqla digər ailələrdən fərqlənirlər. Yoxsulluq və aztəminatlıhq inkişaf səviyyəsindən asılı olmayaraq bütün, xüsusilə də, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir və bu son onilliklərdə dünyada ümumbəşəri problemə çevrilmişdir.

Yoxsulluq ölkədə elmi cəhətdən müəyyən olunmuş minimum yaşayış normalarına malik olmayan cəmiyyət üzvlərinin sosial-iqtisadi vəziyyətini ifadə edən kateqoriyadır. Təcrübədə o yaşayış minimumu kimi müəyyən olunur. Yaşayış minimumu minimum istehlak səbətinin dəyərilə icbari ödənişlərin məcmundan ibarətdir. Minimum istehlak səbəti insamn sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri- ərzaq mallan və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusunu əks etdirir və sosial - demoqrafik qruplar, bir nəfər və ailənin xərc maddələri üzrə formalaşdırılır.

Yoxsulluq istehlak xərclərinin kəmiyyətindən (həddindən) asılı olaraq mütləq və nisbi yoxsulluğa ayrılır. Ölkə əhalisinin sosial yardımlar almaq hüququnu müəyyən edərkən bu bölgü - mütləq və nisbi yoxsulluq xüsusi əhəmiyyət daşıyır. Mütləq yoxsulluq minimum həyat səviyyəsi olub, insanların qida məhsullarına, mənzilə və geyim şeylərinə olan fizioloji tələbatları ilə müəyyən olunur. Aztəminatlı və təmin olunmuş əhali ilə müqayisədə onların əmək haqlarının, pensiyaların minimumu, müavinətlərin və digər sosial ödənişlərin səviyyəsi aşağı olur. 2003-2005-ci illəri əhatə edən YAİİDP mütləq yoxsulluq həddi kimi Azərbaycanda ayda adambaşına 24 AZN (25,8 ABŞ dolları) müəyyən edilmişdir və ölkə əhalisinin 49%-nin aylıq gəlirinin mütləq yoxsulluq həddindən aşağı olduğu üzə çıxmışdır.

Nisbi yoxsulluq isə ölkədə orta rifah səviyyəsinə nisbətən minimum istehlak səbətinin neçəyə başa gəldiyini göstərir. Azərbaycanda nisbi yoxsulluq həddi adambaşına orta istehlak xərclərinin səviyyəsinin 60%-i həddində müəyyən edilmişdir. Rusiyada bu orta gəlirlərin 40%-i, Avropa İttifaqına üzv ölkələrdə ev təsərrüfatı xərclərinin 50 ‘/o-i həcmində müəyyən olunmuşdur.

Dünya ölkələri XX əsrin 90-cı illərinin ortalanna qədər yoxsulluq həddini dəyərcə qiymətləndirmək üçün adambaşına ildə 275- 370 ABŞ dollarından istifadə etmişdir. Ən aşağı hədd (275 ABŞ dol-

254

lan) həyat səviyyəsinin o qədər yüksək olmadığı Hindistanda tətbiq olunmuşdur. Yoxsulluğun yuxan göstəricisi isə (370 ABŞ dolları) inkişaf etməkdə olan ölkələrdə tətbiq edilmişdir. XXI əsrin başlanğıcında dünya əhalisinin 2,8 milyard nəfərinin gündəlik gəliri 2 ABŞ dollarından, 1,2 milyard nəfərinin gündəlik gəliri isə 1 ABŞ dollarından aşağı olmuşdur. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 1/3-i bu sonuncu kateqoriyaya aid edilir. Bunun təqribən 600 milyon nəfərdən çoxu ən yoxsullara aiddir və onlar yalnız minimum ərzağa olan tələbatım ödəyirlər.

Yoxsulluq, onların miqdan və sıraları daim təzələnir və dəyişir. Ölkədə ÜDM artdıqca yoxsulların ümumi sayı azalır. Bununla yanaşı, cəmiyyət inkişaf etdikcə onun hər bir üzvünün təlabatları da artır. Təlabaüar və onların ödənilməsi imkanı artdıqca yoxsulluğun həddi də yüksəlir. Əgər 2001-ci ildə ölkə əhalisinin 49%-i mütləq yoxsul olmuşdursa, 2003-cü ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 44,7yo-ə, 2005-ci ildə 29,3%-ə qədər azalmış, 2007-ci ildə isə onu minimuma endirmək nəzərdə tutulmuşdur, hazırda bu rəqəm 20%-dir.

Yoxsulluq nəinki yoxsulların özləri üçün, eyni zamanda, cəmiyyət üçün çox böyük bəladır. Əgər cəmiyyətin müəyyən bir hissəsi yoxsulluq içərisində yaşayırsa, bütövlükdə bu ölkədə firavanlı- qdan damşmaq olmaz.

Yoxsul əhali ilə yanaşı onlardan qismən yaxşı yaşayan aztəminatlı əhali də mövcuddur. Əhalinin o hissəsi aztəminatlı hesab olunur ki, onlar yoxsul əhali ilə təmin olunmuş əhali arasında olurlar. Bir qayda olaraq aztəminatlı əhalinin əməyinin ödənilməsi səviyyəsi, pensiya təminatı və onun səviyyəsi, aldıqları təqaüdlərin məbləği təmin olunmuş əhali ilə müqayisədə aşağı olur. Praktikada aztəminatlı əhalini müəyyən edərkən aşağı hədd kimi yaşayış minimumu, yuxarı hədd olaraq isə minimum istehlak büdcəsi götürülür. Başqa sözlə aztəminatlı əhalinin gəlirləri yaşayış minimumu və minimum istehlak büdcəsi arasında olur. Minimum istehlak büdcəsi burada insanlann normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan əmtəə və xidmətləri ifadə edir. Yaşayış minimumu isə yoxsulluğun yuxan həddi və aztəminatlığın aşağı həddi kimi çıxış edir və aztəminatlı əhalinin qoruyucusu funksiyasını yerinə yetirir.

Əgər əhalinin adambaşına gəlirləri minimum istehlak büdcəsindən yüksək olarsa, onlar təmin olunmuş və yüksək təminatlı hesab olunur və bir qayda olaraq daha zəngin istehlak səbətinə malik olurlar.

255

§5. Əhalinin sosial müdafiəsi

Bazar iqtisadiyyatı şəraitində dövlətin fəaliyyətinin çox mühüm istiqamətlərindən biri də sosial sahə ilə bağlıdır.

Hələ vaxtı ilə bütün bəlaların kökünü azad rəqabətdə axtaran Sismondi iqtisadi azadlığın dövlət tənzimlənməsi ilə əvəz olunmasının vacibliyini qeyd edirdi və göstərirdi ki, insanların maddi rifahı dövlətdən asılıdır. Sismondinin bu fikirlərini daha da inkişaf etdirən C.S. Mili isə göstərirdi ki, bəzi fəaliyyət dairələri fərdlərə kifayət qədər mənfəət əldə etməyə, azad rəqabət isə bir sıra iqtisadi problemləri həll etməyə imkan vermir. Ona görə də dövlət ölkədə infrastrukturların yaradılması, elmin inkişafı və s. xərcləri öz üzərinə götürməlidir və sosial təminatın dövlət sistemi yaradılmalıdır. Onlarla həmfikir olan C.M.Keyns isə aşağı gəlirli əhali qruplarının mənafelərinin qorunması üçün gəlirlərin yenidən bölgüsünün vacibliyini əsaslandırmışdır.

Dünya ölkələrinin, xüsusilə də, keçid iqtisadiyyatlı ölkələrin daha çox üzləşdiyi yoxsulluq, aztəminatlılıq və həyat səviyyəsinin pisləşməsi sonda sosial narazılığa və digər neqativ hallara səbəb olduğundan dövlət cəmiyyətin aztəminatlı üzvlərinin həyat səviyyəsinin mühafizəsinin və əhalinin sosial müdafiəsini təşldl edir. Bu məqsədlə dövlət bir sıra vacib tədbirlər həyata keçirir. Sosial sahədə dövlətin yerinə yetirdiyi vəzifələr çoxşaxəli olduğundan onları aşağıdakı kimi qruplaşdırmaq olar:

- əhalinin həyat səviyyəsinin stabilləşdirilməsi və kütləvi yox- sulluğun qarşısının alınması;

- işsizliyin artırmnm qarşısının alınması və onlarm maddi cəhətdən təmin olunması;

- antiinflyasiya tədbirləri həyata keçirməklə əhalinin real gəlirlərinin stabilliyinin qorunub saxlanması;

- sosial sferaya aid olan sahələrin inkişaf etdirilməsi. Dövlətin sosial siyasətində əhali gəlirləri ilə bağlı siyasət xüsusi

yer tutur. Bazar və onun tənzimləmə mexanizmi sosial proqramlar üçün nəzərdə tutulmamışdır. O, hər şeydən əvvəl iqtisadi vəzifəni yerinə yetirir və məhdud iqtisadi ehtiyatlardan səmərəli istifadəyə yönəlmişdir. Sosial ədalət prinsipindən çıxış edərək əhalinin gəlirlərini formalaşdırmaq onun funksiyası deyildir. Bazarın bu etinasızlığı humanizm nöqteyi-nəzərindən əhali gəlirlərinin formalaşmasına dövlətin tənzimləyici müdaxiləsini, gəlirlərdəki qeyri-bərabərliyin, yoxsulların, aztəminatlıların azaldılması və gəlirlərin mühafizəsi is-

256

tiqamətində fəaliyyət göstərməsini zəruri edir. Dövlətin gəlirlərlə bağlı siyasətinin həyata keçirilməsi müəyyən

prinsipial çətinliklərlə bağlıdır. Bura hər şeydən əvvəl, milli gəlirin həcmi daxildir. Çünki məhz ölkədə yaradılan milli gəlirin həcmindən asılı olaraq onun əhalinin şəxsi istehlakına sərf olunan hissəsi və gəlirlərdəki fərqlərin azaldılması imkanı da formalaşır. İkincisi, insanların heç də hamısı ölkədə gəlirlərdəki qeyri-bərabərliyin arzuolunmazhğı haqda düşünmür və yalnız həddən artıq qeyri- bərabərliyin və yoxsulluğun əleyhinədirlər. Üçüncüsü, gəlirlərdəki qeyri-bərabərliyin insanların mənafelərilə bağlı olmasıdır. Hər bir insanın mənafeyi hər şeydən öncə onun yaşayışının maddi əsasını təşkil edən, qabiliyyətlərinin və mülkiyyət hüququnun reallaşması forması kimi üzə çıxan gəlirlər vasitəsi ilə baş verdiyindən burada birmənalı qərarın qəbul edilməsi qeyri mümkündür.

Demokratik cəmiyyətlərdə dövlət əhalinin sosial müdafiəsini təşkil etmək üçün bir sıra məqsədyönlü qabaqlayıcı praktiki tədbirlər və sosial proqramlar həyata keçirir. Buna əyani misal olaraq Azərbaycanda müstəqilliyin ilk illərində qəbul olunan qanunları və Dövlət Proqramlarını göstərə bilərik. Belə ki, Azərbaycanın Milli Məclisi 1991-1995 ci illərdə «Əhalinin məşğulluğu haqqında», «Vətəndaşların pensiya təminatı haqqında », «Əlillərin sosial müdafiəsi haqqında», «Minimum istehlak büdcəsi haqqında», «Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında», «Məzuniyyətlər haqqında» çox vacib qanunlar qəbul etmişdir və hazırda onlar daha da təkmilləşdirilir. Bu sırada 2003-2005-ci illəri əhatə edən «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı»-nı xüsusilə qeyd etmək lazımdır. Bu Dövlət Proqramları iri vəsait tutumlu olmaqla yanaşı onların həyata keçirilməsi ölkədə yoxsulların sayının minimuma endirilməsində, regionlarda sosial inkişafın tarazlaşmasında, əhalinin sosial müdafiəsinin güclənməsində mühüm mərhələ olacaqdır.

Əhalinin sosial müdafiəsi tədbirlərinin əsasında elmi cəhətdən əsaslandırılmış yaşayış minimumu durur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, yaşayış minimumu əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi sisteminin formalaşmasında və tətbiqində, əhalinin aztəminatlı təbəqələrinin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdı-

257

rılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən hədinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində əsas rol oynayır. «Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac zənbili haqqında», Azərbaycan Respublikasının Qanununda 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52 manat nəzərdə tutulmuşdur.

Dövlət vətəndaşların sosial müdafiəsini sosial sığorta və dövlət yardımları proqramları əsasında təşkil edir. Sosial sığorta proqramları sosial sığorta fondunun vəsaiti hesabına həyata keçirilir və fondun vəsaiti sığorta olunanlardan tutulan məcburi sığorta ayırmaları hesabına formalaşır. Dövlət yardımları proqramları isə Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Yoxsul və aztəminatlı əhalinin gəlirlərinin mühafizə edilməsində ünvanlı sosial müavinətlər (sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştlər və s.) müstəsna əhəmiyyətə malikdir. Bu müavinətlər qocalara, xəstələrə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, heç bir gəliri olmayanlara və s. verilir.

«Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac zənbili haqqında» Azərbaycan Respublikasının Qanununda ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə ehtiyac meyarının 2007-ci il yanvar ayının 1-dən 35 manat, 2007-ci ilin iyulun l-dən isə 40 manat məbləğində müəyyən edilmişdir.

Əhalinin sosial müdafiəsində əmək pensiyalarının baza hissəsinin qaldırılması və onun indcksləşdirlməsi xüsusi rol oynayır. Ölkədə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pesiyasının baza hissəsi ildən - ilə artırılır.

«Yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2007- ci ilin yanvarın 1-dən bu məbləğ 40 manat müəyyənləşdirilmişdir.

Qeyd olunan bu sosial müdafiə tədbirləri ilə yanaşı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ilin fevral ayından yaşa görə 30 manat, əlilliyə görə əlillik dərəcələrindən və qruplardan asılı olaraq 20-75 manat, ailə başçısını itirməyə görə 25 manat, bir yaşadək uşağı olan aztəminatlı ailələrə 15 manat, uşağın anadan olmasına görə 35 manat, dəfn üçün 65 manat müavinət vermək nəzərdə tutulmuşdur.

258

2007-ci ildə enerjidaşıyıcılarının qiymətlərinin qaldırılması əhalinin az təminmatlı hissəsinin real gəlirlərinin və həyat səviyyəsinin aşağı düşməsi ilə sonlandı. Bunu nəzərə alaraq Dövlət başçısı aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə 2007-ci ilin fevralın 1-dən büdcədən maliyyələşən işçilərin əmək haqlarının 25% artırılması, minimumum əmək haqqının və yaşa görə pensiyanın baza hissəsinin 50 manata qaldırılması ilə bağlı sərəncam imzalamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu qeyd olunanlarla yanaşı aztəmiatlı əhaliyə hər ay ərzağa dəyişilən ərzaq talonla- rının verilməsi, xüsusi proqramlar üzrə yüksək səviyyədə pulsuz səhiyyə xidmətinin həyata keçirilməsi, ailə başçısını itirən uşaqlı ailələrə xüsusi yardımların ödənilməsi bir çox cəhətdən səmərəlidir. Bu baxundan İngiltərə və Skandinaviya ölkələrinin təcrübəsi təqdirəlayiqdir. Bu ölkələr "ümumi rifah dövləti" istiqamətində daha irəli getmişlər. Məsələn, İngiltərədə "beşikdən qəbrədək" adlı proqrama uyğun olaraq dövlət uşaq doğulduğu andan başlayaraq ona kömək və yardımlar göstərməyə başlayır. Bu yardımlar kamillik yaşına çatanadək davam etdirilir. Bütün ömrü boyu o, pulsuz tibbi xidmətlə əhatə olunur, işsiz qaldıqda, xəstələndikdə, pensiyaya çıxdıqda yardım alır, daim dövlət qayğısını hiss edir.

Əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətlərindən biri də gəlirlərin indeksləşdirilməsidir. Gəlirləri mühafizə etmək və vətəndaşların alıcılıq qabiliyyətini qoruyub saxlamaq üçün əhalinin pul gəlirləri və əmanətləri qiymət indeksinə uyğun artmalıdır. Çünki, bu tədbir pensiyaçıların və büdcədən maliyyələşdirilən vətəndaşlarm həyat səviyyəsini inflyasiya dövründə qismən də olsa kompensasiya etməyə imkan verir. Bunu əsas götürərək ölkə prezidenti «Əmək pensii- yası haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2007-ci ilin yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsinin və sığorta olunanların fərdi hesablarının sığorta hissəsinə toplanan pensiya kapitalmm istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun indeksləşdirilməsini həyata keçirmək barədə xüsusi sərəncam imzalamışdır.

Yuxarda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, dövlətin əlində əhalinin sosial müdafiəsi ilə bağlı kifayət qədər təsirli vasitələr vardır. Odur ki, dövlət iqtisadi imkan daxilində bu vasitələrdən səmərəli və məqsədyönlü istifadə etməli, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirməli və yoxsulların sayının minimuma endirməlidir.

259

XVI Fəsil

İQTİSADİ İDARƏETMƏ VƏ TƏNZİMLƏNMƏ.

MENECMENT VƏ MARKETİNQ

1. İdarəetmə: məzmunu və strukturu. 2. İqtisadi idarəetmə: məzmunu, obyektləri, subyektləri. 3. İqtisadi idarəetmənin funksiyaları. 4. İqtisadi idarəetmənin prinsipləri. 5. İqtisadi idarəetmə mexanizmi. 6. İqtisadi idarəetmə metodları. 7. İqtisadi idarəetmə sistemində planlaşdırma, proqramlaşdırma- və

proqnozlaşdırma 8. İqtisadi idarəetmə sistemində intizam, məsuliyyət, nəzarət və uçot. 9. İqtisadi idarəetmə sistemində menecment 10. Marketinq: mahiyyəti, funksiyaları və idarəetmədə rolu. 11. İqtisadi idarəetmə sistemində dövlətin rolu.

§1. İdarəetmə: məzmunu və strukturu.

Bütün cəmiyyətdəki hadisə və proseslərə şüurlu təsir etmək, onlara istiqamət vermək, mövcud imkanlardan məqsədyönlü şəkildə istifadə etmək sahəsində görülən işlərin nəticəsi və əldə edilmiş təcrübə idarəetmə adlanan fəaliyyət növünün meydana gəlib qərarlaş- masına səbəb olmuşdur. Ona ümumi şəkildə belə bir tərif vermək olar: İdarəetmə - qarşıya qoyulmuş məqsədə nail olmaq naminə resursların səfərbərliyə alınması və səmərəli istifadə edilməsi, ictimai əlaqə, qayda və nəzarətin təmin edilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyət növü insanların çox qədimlərdən düşünüb tapdıqları və istifadə etdikləri münasibət formasıdır. İdarəetmənin meydana gəlmə tarixini dəqiq göstərmək çətindir. Ancaq bunu demək olar ki, idarəetmə ictimai əmək bölgüsünün inkişafının nəticəsində digər fəaliyyət növlərindən ayrılaraq müstəqil bir forma almış, əsrlər boyu emprik xarakter daşısa da, tədriclə özünün elmi əsaslarını tapmış və inkişaf edərək mürəkkəb münasibətlər sisteminə çevrilmişdir. O öz qanunları, qanunauyğunluqları, prinsipləri və mexanizmləri olan münasibətlər sistemidir.

İdarəetmə vasitəsi ilə maddi imkanlar, sosial-iqtisadi münasibətlər məqsədyönlü şəkildə təşkil olunur, onun struktur həlqələri

260

(ünsürləri) arasında əlaqə yaradılır, əvvəlcədən nəzərdə tutulmuş məqsədə çatmaq və arzuolunan nəticəni əldə etmək üçun konkret obyektə şüurlu təsir göstərilir. Bu şüurlu idarəetmədir. Şüurlu idarəetmə obyektiv qanunları, əldə olunmuş təcrübəni, sosial-iqtisadi inkişafın meyllərini bilmək və nəzərə almaqla həyata keçirilir. Bu zaman idarə ediləcək obyektlər, qarşıya qoyulacaq məqsədlər, onlara nail olmağın üsul və vasitələri əvvəlcədən düşünülmüş şəkildə müəyyən edilir və idarəetmə mexanizmi işə salınır. Şüurlu idarəetmə elmi idarəetməyə yaxın anlayışdır, lakin onlar tam üst-üstə düşən anlayışlar deyildir. Elmi idarəetmə bütövlükdə idarəetmə elminin, digər sosial-iqtisadi elmlərin, təbiət elmlərinin, texniki elmlərin nailiyyətlərindən istifadə etməklə mümkün olur və insanın idarəetmə sahəsindəki fəaliyyətinin məqsədyönlü şəkildə qurulmasım və daha fəal olmasını mümkün edir.

Şüurlu idarəetmənin əksi kortəbii idarəetmədir. Kortəbii idarəetməni kompası olmayan gəminin idarə edilməsinə bənzətmək olar. Burada şüurlu amil iştirak etsə də, idarə edilən obyekt (gəmi) əsas mexanizmlərin birindən məhrum olduğundan onun hərəkət istiqaməti təxmini, kor-koranə müəyyən edilir və buna görə də onun son mənzilə nə zaman çatacağı, təhlükələrlə üzləşib-üzləşməyəcəyi məlum deyil. Sosial-iqtisadi həyatda da bu cür kortəbii idarəetmə hallarına rast gəlmək olar.

Bazarın tələbini nəzərə almadan istehsal etmək, heç bir zərurət olmadan, obyektiv şəraiti nəzərə almadan hər hansı bir obyektin idarəetmə strukturunun ləğvinə xitam vermək və s. buna misal ola bilər.

Cəmiyyətin bütün inkişaf mərhələlərində elmi idarəetmə mümkün olmur, bunun üçün lazımı şərait lazımdır. Elmi idarəetmə üçün inkişaf etmiş ictimai əmək bölgüsü sistemi, elm və texnikanın zəruri inkişaf səviyyəsi, idarəetmə elminin özünün inkişaf etməsi, adamlarda idarəetmə mədəniyyəti, təcrübəsi və məqsədli fəaliyyət göstərmək bacarığı olmalıdır. İdarəetmədə insan amili əsas rol oynayır, buna görə də adamların idarəetmə bacarığı, inkişaf səviyyəsi, mürəkkəb proseslərdən baş çıxararaq, optimal qərarlar qəbul edib, onları reallaşdırmaq qabiliyyətinə malik olmaları lazımdır.

İdarəetmə müxtəlif səviyyəli və məsqsədli olur: ən başlıca məqsədi məhdud resurslardan və potensial imkanlardan səmərəli istifadə etməklə cəmiyyətin sabit, dinamik inkişafına və tələbatlarının dolğun ödənilməsinə nail olmaqdır.

İdarəetmə özünəməxsus mürəkkəb bir sistemdir, o həm də müxtəlif sistemlərin, o cümlədən, iqtisadi və texniki sistemlərin, in

261

formasiya sistemlərinin məcmusudur. İdarəetmə ümumbəşəri mədəniyyətdir, hamı bacardığı dərəcədə onu inkişaf etdirir və ondan istifadə edir. O tədriclə milli sistemlər çərçivəsini aşaraq dünya sosial- iqtisadi sistemləri əhatə edən bir prosesə çevrilir. Beynəlxalq əlaqələr sistemi genişləndikcə beynəlxalq idarəetmə münasibətləri də inkişaf edir, onun yeni-yeni sistemləri və yarım sistemləri yaranır. Bununla belə, hər bir ölkə özünün idarəetmə sistemini formalaşdırır və müstəqil olaraq təkmilləşdirərək inkişaf etdirir.

İdarəetmə cəmiyyətin bütün sahələrini əhatə edən çoxcəhətli bir prosesdir. O siyasi idarəetmə, iqtisadi idarəetmə və dövlət idarəçiliyindən ibarət üç iri sahəyə ayrılır. Bu mövzuda biz əsasən iqtisadi idarəetmə sistemini öyrənəcəyik.

§2. İqtisadi idarəetmə: məzmunu, obyektləri, subyektləri

İqtisadiyyat müstəqil fəaliyyət sahəsi kimi idarə olunmağa möhtacdır. Onun sistemli xarakter alması əmək bölgüsünün və kooperasiyasının yaranması və inkişafı ilə bağlıdır. İctimai formasmdan asılı olmayaraq birgə əmək fəaliyyəti idarə olunmağı tələb edir. Birgə əməyi idarə etmək zərurəti rüşeym hahnda ilk insan cəmiyyətində yaranmışdır. Kapitalist manufakturalan, sonra isə fabrik-zavodlarm yaranması ilə onlann idarə edilməsi sistemi də yaramr və inkişaf edir.

Öz mahiyyəti etibarı ilə idarəetmə prosesi pozulma, hərc- mərclik prosesinin antipotudur. Onun vəzifəsi mövcud sistemi sta- billəşdirmək, onun keyfiyyət halını, orta səviyyəli dinamik inkişafını, tarazlığını saxlamaq, təkmilləşdirilməsini təmin etmək və arzuo- lunan faydalı nəticəyə nail olmaqdır. Mövcud iqtisadi sistem, başqa sistemlərdə olduğu kimi, daxili və xarici amillərin təsirinə məruz qalır və dəiyşikliyə uğrayır. Dəyişən şəraitə uyğun olaraq, öz vaxtında sistemin strukturunda yeniləşdirməni həyata keçirmək işini təmin etmək, qaydaya salmaq idarəetmənin vəzifəsidir. Bu isə iqtisadi sistemi onun özünə xas olan obyektiv qanunauyğunluqlara və meyllərə uyğun hala gətirməkdir. Ümumi şəkildə deyilsə, iqtisadi idarəetmənin ali məqsədi iqtisadi sistemin fəaliyyətini optimallaşdırmaq, daha az səy və məsrəflə mümkün olan daha çox iqtisadi nəticələrə nail olmaqla cəmiyyətin tələbatını ödəməkdir.

idarəetmə münasibətlər sistemidir, onun da məzmunu, prinsipləri, vasitələri və hədləri vardır. Bu münasibətlər idarəetmə funksiyalarını həyata keçirmək üzrə yaranan münasibətlərdir və onlar iqti

262

sadi sistemə daxilən xas olan mexanizm vasitəsilə tənzimlənir. İdarəetmə iqtisadi formalar, metodlar, göstəricilər, norma və

normativlər vasitəsilə həyata keçirilirsə, bu iqtisadi idarəetmə adlanır. İqtisadi idarəetmə obyektiv iqtisadi qanunların tələblərinə uyğun həyata keçirilməlidir. İqtisadiyyatın əsasən öz metodları və prinsipləri ilə idarə olunması sayəsində onun inkişafı təmin edilir, tarazlığı və bütövlüyü saxlanılır. Deyilənlərə əsasən iqtisadi idarəetməni belə səciyyələndirmək olar. İqtisadi idarəetmə - iqtisadi hadisə və prosesləri tənzim edən obyektiv qanunları bilmək və istifadə etmək əsasında iqtisadiyyata daxilən xas olan mexanizmi hərəkətə gətirməklə ölkənin iqtisadi potensialından məqsədyönlü şəkildə, effektli istifadəyə yönəldilmiş fəaliyyətdir. Bu fəaliyyət bazar mexanizmi və dövlət tənzimi mexanizmləri vasitəsi ilə tənzimlənir.

İqtisadi idarəetmənin obyektləri və subyektləri vardır. İdarə edən və idarə olunan sistemlər arasında fərqlər və müəyyən xüsusiyyətlər vardır. Bütövlükdə iqtisadi sistem və onun yarım sistemləri idarəetmə obyektidir. Başqa cür desək, bütövlükdə xalq təsərrüfatı, onun ayrı-ayrı sahələri, korporasiyalar- səhmdar cəmiyyətlər, trestlər, konsernlər, birliklər, firmalar (müəssisələr), əmək kollektivləri, fərdi bizneslə məşğul olanlar, ayrı-ayrı işçilər idarəetmə obyektləridir. İctimai təkrar istehsal və onun fazaları- istehsal, bölgü, mübadilə və istehlak - iqtisadi idarəetmə obyektləridir.

İdarəetmənin subyektləri; dövlət və onun orqanları; inhisar birliklərinin idarə orqanları; səhmdar cəmiyyətlərin idarə orqanları; birliklərin idarə orqanları; müəssisələrin (firmaların) idarə orqanları; sahibkarlar və menecerlər; maliyyə-bank orqanları; müxtəlif fondlar; bizneslə məşğul olan fərdlər və s. İqtisadi idarəetmənin subyektləri iqtisadi vasitələrin, kateqoriya və qanunların, bir sözlə, idarəetmə mexanizmlərinin köməyi ilə istehsalı, bölgünü, mübadiləni və istehlakı idarə edirlər. Onlar istehsal amillərini, resursları bazarın tələbinə uyğun, bazar mexanizmini nəzərə almaqla bölüşdürür, istehsalı stimullaşdırır, onun effektivliyi və gəlirliyini təmin edir. Əslində resurslardan optimal şəkildə istifadənin təmin edilməsi yolu ilə yüksək nəticələrə nail olmaq iqtisadi idarəetmənin başlıca vəzifəsidir və idarəetmənin subyektləri bu vəzifənin yerinə yetirilməsinə nail olmağa çalışmalıdırlar. Bu vəzifə, o zaman yerinə yetirilə bilər ki, idarə edilən obyekt ilə idarə edən subyekt arasında uyğunluq olsun.

İqtisadi idarəetmənin (iqtisadi sistemlərin idarə olunmasının) bir neçə forması mövcuddur: a) azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində xalis bazar

263

mexanizmlərinə əsaslanan kortəbii idarə olunma; b) iqtisadiyyatın xüsusi və dövlət bölmələrinin birgə fəaliyyət

göstərdiyi qarışıq iqtisadiyyatın bazar mexanizmi və dövlət tənzimi mexanizmləri ilə idarə olunması;

c) ictimai mülkiyyət və xüsusi mülkiyyət formaları əsasında fəaliyyət göstərən təsərrüfatın dövlət planı və bazar mexanizmindən istifadə etməklə idarə olunması;

d) ictimai mülkiyyətin hakim olduğu təsərrüfatın vahid plan

əsasında mərkəzdən idarə olunması. İqtisadiyyatın kortəbii idarə olunduğu şəraitdə iqtisadi sistemin

qaydaya salınması çoxsaylı təsadüflərdən, kortəbii hərəktələr- dən asılı olaraq ümumi meyl kimi özünə yol açır və bir növ «avtomatik» fəaliyyət göstərir. Bununla belə, təsərrüfatla məşğul olan adamlar öz iqtisadi fəaliyyətlərini kortəbii proseslərin tələblərinə uyğunlaşdırmağa və onlara müəyyən təsir göstərərək özlərinə uyğun olan istiqamətə yönəlməyə səy göstərirlər. Tənzimlənməyən bazarda saysız-hesabsız alqı-satqı əməliyyatları gedir və bu proseslərin arxasında meyl kimi fəaliyyət göstərən bazar qanunları - dəyər qanunu, tələb və təklif qanunu, rəqabət qanunu, orta mənfəət qanunu və b. qanunlar durur. Kənar müdaxilə olmadan bazar mexanizminin fəaliyyəti nəticəsində ictimai əməyin kortəbii bölgüsü baş verir, iqtisadi resurslar müxtəlif sahələr arasında bölünür, kapitalın kortəbii axını baş verir, iqtisadi proporsiyalar yaranır, pozulur və kortəbii qüvvələrin təsiri altında yenidən bərpa olunur. Proses fasiləsiz təkrar olunur. Burada bazar mexanizmi iqtisadiyyatın başlıca idarəedici qüvvəsi olur.

İqtisadi idarəetmənin 2-ci formasında şüurlu iqtisadi idarəetmə bazar mexanizmi ilə yanaşı fəaliyyət göstərir. Belə ki, bazar mexanizmi ilə özünün tənzimləmə mexanizmini əlaqələndirməyə çalışan dövlət iqtisadi vasitələrlə bazarın fəaliyyətinə yol açmağa şərait yaratmağa və iqtisadi inkişafa təsir etməyə səy göstərir. İqtisadi idarəetmənin 3-cü formasında şüurlu amil daha güclü rol oynayır. Belə ki, dövlət iqtisadiyyatı mərkəzdən planlı idarə etməklə yanaşı, bazar elementlərindən, bazar mexanizminin ayrı-ayrı ünsürlərindən istifadə edir (məsələn Çində). İqtisadi idarəetmənin 4-cü formasında isə iqtisadiyyat əsasən plan mexanizminin köməyi ilə mərkəzdən, dövlət tərəfindən idarə olunur (keçmiş Sovetlər ölkəsində olduğu kimi). Şüurlu iqtisadi idarəetmə-adamların qarşıya qoyduqları məqsədlərə çatmağa yönəldilmiş fəaliyyətləri ilə bağlıdır. İqtisadiyyatı idarə etmək üçün ictimai orqanlar, idarəetmə sistemləri, yəni iqtisadi siste

264

mə şüurlu təsir göstərən orqanlar və təşkilatlar meydana gəlir və mövcud sosial-iqtisadi sistemin təbiətinə uyğun olaraq fəaliyyət göstərir və onların fəaliyyətləri müntəzəm olaraq təkmilləşdirilir.

Cəmiyyətin inkişafı, elmi-texniki tərəqqinin təsiri altında adamların kortəbii qüvvələr üzərində ağalığı artır, şüurlu idarəetmə fəaliyyəti güclənir, müxtəlif səviyyəli yeni iqtisadi idarəetmə orqanları yaranır, dövlətin iqtisadi proseslərə nüfuz etməsi genişlənir və idarəetmədəki rolu güclənir.

§3. İqtisadi idarəetmənin funksiyaları

İdarəetmə funksiyaları idarəetmə sahəsində əmək bölgüsünün təzahür formalarıdır. Əmək bölgüsünə uyğun olaraq idarəetmə aparatı təşkil olunur və onun hər bir bölməsi müəyyən funksiyaların icrası üzrə ixtisaslaşır. İdarəetmə funksiyaları öz məzmunu, strukturu və təzahür formalarına görə fərqli olsalar da onların hamısı eyni bir mahiyyəti ifadə edir və əsas məqsədin reallaşmasına xidmət edir.

İqtisadiyyatın idarəedilməsi obyektiv iqtisadi qanunlarla və dövlətin qəbul etdiyi hüquqi qanunlarla tənzimlənir. Bu qanunların fəaliyyəti şəraitində iqtisadi idarəetmə istehsalın bazarın tələbinə uyğunluğunu təmin etməli, istehsal olunmuş məhsulun reallaşdırıl- masına şərait yaratmalı, istehsalın öz xərclərini öz hesabına ödənilməsini və mənfəət götürülməsini təmin etməlidir. Bununla da mülkiyyətin bütün forma və növlərinin iqtisadi cəhətdən reallaşdı- nlmasına şərait yaradılmış olur. Hər iki tip qanunlar sistemi iqtisadi idarəetmənin qarşısında duran funksiyaların həyata keçirilməsinə xidmət etməlidir.

İdarəetmənin funksiyaları çoxtərəflidir və onları idarəetmə prosesinin məzmununa, idarəetmə obyektlərinə, yerinə yetirilməli olan vəzifələrə və s. görə qruplaşdırmaq olar. Məsələn, idarəetmə prosesinin məzmununu əks etdirən funksiyalar planlaşdırma, təşkil etmə, tənzimləmə, əlaqləndirmə, uçot və nəzarətdən ibarətdir. Bəzi müəlliflər idarəetmə funksiyalarını inzibati, texniki, istehsal, iqtisadi və təsərrüfatçılıq formalarına görə qruplaşdırırlar. İdarəetmənin yerinə yetirməli olduğu bir çox vəzifələri vardır. Bu vəzifələrin yerinə yetirilməsi baxımından iqtisadi idarəetmənin aşağıdakı əsas funksiyalarını göstərmək olar:

1. Makroiqtisadiyyat səviyyəsində (bütün cəmiyyət miqyasında): a) İctimai təkrar istehsalın fasiləsizliyini təmin etmək yolu ilə

ictimai məhsulun (ümummilli məhsulun) sabit artımına nail olmaq

265

və əhalinin artan tələbatının ödənilməsinə şərait yaratmaq; b) Pul tədavülünün sabitliyini saxlamaq və inflyasiyaya yol

verməmək; c) İş qabiliyyətli əhalinin tam məşğulluğunu təmin etmək və

işsizliyin qarşısını almaq; d) Cəmiyyətin gəlirlərini formalaşdırmaq və sosial ədaləti təmin

etmək; II. Mikroiqtisadiyyat səviyyəsində: a) İstehsal amillərinin səmərəli bölgüsü, istifadəsinin

effektivliyini artırmaq yolu ilə firmanın (müəssisənin) gəlirliyini təmin etmək, yüksək mənfəət götürmək;

b) İstehsalın optimal strukturunu formalaşdırmaq və onun sabit inkişafına nail olmaq. Bunun üçün isə elmi-texniki tərəqqinin nailiyyətlərini müntəzəm olaraq istehsala tətbiq etmək;

c) Firmanın öz gəlirləri ilə öz xərclərinin ödənilməsinə nail olmaq və əldə olunmuş gəlirlərin sosial ədalət prinsipi ilə bölünməsini təmin etmək.

Hər iki səviyyədə iqtisadi idarəetmə mülkiyyət formalarının iqtisadi cəhətdən reallaşmasını təmin etməlidir. Bu idarəetmənin çox mühüm funksiyasıdır. Başqa bir mühüm funksiya dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə maksimum şərait yaratmaqdır.

İdarəetmənin bütün funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir və idarəetmə sisteminin qarşısında duran başlıca vəzifənin həyata keçirilməsinə xidmət edir.

§4. İqtisadi idarəetmənin prinsipləri

İqtisadi idarəetmə onun müvəffəqiyyətini təmin edən prinsiplərə əsaslanmalıdır. İdarəetmədə prinsip dedikdə, idarəetmə orqanlarının, təşkilatların və şəxslərin fəaliyyətini istiqamətləndirən rəhbərlik qaydaları, davranışlar sistemi başa düşülür ki, onlara əsaslanmadan idarəetmənin funksiyalannı yerinə yetirmək olmaz. İdarəetmənin qanunları, prinsipləri, metodları, funksiyaları və məqsədləri arasında üzvü əlaqə vardır, biri digərinə təsir göstərir və ümumi məqsədin reallaşmasına xidmət edirlər.

İdarəetmə sistemində müxtəlif prinsiplərdən istifadə olunur ki, onlar qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələrə uyğun olaraq seçilib istifadə edilir. İqtisadi idarəetmənin aşağıdakı prinsipləri mühüm əhəmiyyət kəsb edir:

1. Obyektivlik prinsipi. Bu prinsip iqtisadi qanunların tə

266

ləblərini dərindən bilməklə onlara istinad etmək, real imkanları nəzərə almaq və iqtisadiyyatın həqiqi vəziyyətini əsas götürməklə təmin edilir. Obyektiv fəaliyyət göstərən bazar qanunlarını bilmədən effektli idarəetmə qeyri mümkündür. Marketinq fəaliyyəti də, biznes fəaliyyəti də bu prinsipə istinad etmədən lazımi səmərə verməz. Obyektiv şəraiti, qanunların tələbələrini nəzərə almadan atılan hər bir addım uğursuzluqlara gətirib çıxarır. Məsələn, pul tədavülü qanununun tələbləri nəzərə alınmadan tədavülə fasiləsiz pul buraxılması inflyasiyaya səbəb olur. İdarəetmədə subyektiv fəaliyyətin rolu böyük olsa da, subyektin özbaşınalığına yol vermək olmaz.

2. Konkretlik prinsipi. Konkret iqtisadi proseslərin idarə edilməsi, dəqiq və elmi cəhətdən işlənilmiş məlumatlar əsasında, daxili və xarici amilləri tam nəzərə almaqla həyata keçirilir. Konkret şəraitə uyğun olaraq addımlar atılmalıdır. Məsələn, mövcud şəraitə uyğun vergi qoymaq, bazara uyğun qiymətlər tətbiq etmək olar.

3. Optimallıq prinsipi. Bu prinsip idarəetmə prosesində müxtəlif variantlardan, üsul və vasitələrdən ən əlverişlisini, yüksək iqtisadi nəticələrin əldə olunmasına imkan yaradanın seçib istifadə etməyi nəzərdə tutur.

4. Effektivlik prinsipi. Bu prinsip əmək, maddi və maliyyə resurslarından səmərəli istifadə olunmasını, az məsrəflərlə daha yüksək nəticələrin əldə edilməsini nəzərdə tutur. Nəticəsi daha yüksək səmərə verən iqtisadi fəaliyyətlə məşğul olmaq və onun idarə olunmasını həyata keçirmək bu prinsipə əsaslanmaqla mümkün olur.

5. Özünü müəyyənləşdirmə prinsipi. Hər bir təsərrüfat obyekti müəyyən məsrəflər hesabına fəaliyyət göstərir. Firmaların, şirkətlərin və s. iqtisadi idarəetmə sistemi elə təşkil olunmalıdır ki, təsərrüfat fəaliyyətinin nəticəsində əldə olunmuş ümumi gəlirdən xərclər çıxıldıqdan sonra xalis gəlir götürsün, bu gəlirin hesabına öz istehsalını genişləndirmək üçün maddi imkanı olsun və ehtiyaclarını öz vəsaiti hesabına ödəyə bilsin.

6. Əsas halqanın seçilməsi prinsipi. Sistem halında fəaliyyətdə olan iqtisadiyyatın bütün halqaları müxtəlif, ancaq bir-birləri ilə bağlı vəzifələri yerinə yetirirlər. Lakin öz əhəmiyyətinə görə bu vəzifələr eyni olmur. Burada birinci və ikinci dərəcəli vəzifələr, əsas və əsas olmayan vəzifələr, mühüm və mühüm olmayan vəzifələr vardır. Buna görə də konkret şəraitə, qarşıya qoyulmuş strateji məqsədlərə uyğun olaraq vəzifələr zəncirinin halqalarından əsas halqanı tapıb ayırmaq lazımdır. Bu elə bir halqadır ki, qalanlar onunla bağlıdır, əsas vəzifə (problem) həll olunduqea qalan vəzifələr də yerinə yetiri-

267

ləçəkdir. Məsələn, müasir dövrdə iqtisadi müstəqilliyə nail olmaq respublikamızın qarşıya qoyduğu strateji məqsəddir. Bu məqsədə çatmaq üçün bazar iqtisadiyyatına keçmək, bunun üçün isə mülkiyyətin müxtəlif növləri (formaları) əsasında müxtəlif təsərrüfat formaları yaratmaq lazımdır. Buna nail olmaq üçün isə mülkiyyəti dövlətsizləşdirmək və özəlləşdirməni həyata keçirmək lazımdır. Yalnız bunları etməklə azad sahibkarlığa yol açmaq və bazar iqtisadiyyatına keçmək olar. Bu vəzifələr sırasında əsas halqa bazar iqtisadiyyatına keçməkdir. İqtisadiyyat bazar kateqoriyaları, mexanizmləri vasitəsilə idarə olunur.

7. Stimullaşdırma prinsipi. İdarəetmə hər şeydən əvvəl adamların əmək fəaliyyətini təşkil etməkdir. Onlar öz fəaliyyətləri ilə yaşayış vasitələrini (nemətlərini) yaradırlar. Bu nemətlərin istehsalı, onların keyfiyyəti, kəmiyyəti adamların fəaliyyətinin iqtisadi cəhətdən idarə edilməsindən çox asılıdır. Adamların isə öz mənafeləri, maraqları və tələbatları vardır. Onların fəaliyyəti müəyyən təkanverici amillərin, qüvvələrin təsiri ilə hərəkətə gətirilir. Burada iqtisadi idarəetmənin stimullaşdırıcı vasitələrindən istifadə olunur və əmək fəaliyyəti hərəkətə gətirilir.

Adamlar nə edirlərsə etsinlər hökmən onlarm orada marağı, tələbatı, mənafeyi vardır. Ancaq, tələbat ödənildikdə real olur. Deməli, tələbatım ödəmək vasitəsi ilə adamlarm fəaliyyətinə təsir etmək olur. Məhz tələbat adamlarm iqtisadi davranışmı müəyyən edir.

Tələbatlar cürbəcür olur: şəxsi tələbat, kollektiv tələbat (istehsalın, ailənin), ictimai tələbat. Tələbatlar maddi, mənəvi, sosial tələbatlara ayrılır. Bu tələbatlar ödənilməsə, adamlar yaşaya bilməz. İqtisadi idarəetmədə maddi tələbatlardan istehsalın inkişafı və effektivliyinin təmin edilməsi aləti kimi istifadə olunur. Tələbatlar mənafe, məqsəd kimi dərk olunur. Mənafe - dərk olunmuş tələbatdır. Adamlarm tələbatları və mənafelərinin iqtisadi idarəetmədə nəzərə alınması onlarm əmək fəallığının və digər fəaliyyətlərinin sti- mullaşdırılmasmda ifadə olunur.

iqtisadi stimullaşdırma əməyin ödənilməsində, mükafatlandı- rılmasmda özünü aydın göstərir. Çox almaq üçün yaxşı işləmək, yaxşı işləmək üçün isə çox pay verilməlidir. Əməklərdəki fərqlərin düzgün nəzərə alınması, yüksək nəticələrə görə əməyin mükafatlandırılması istehsalçının maddi marağını artırır, daha yaxşı işləməyə həvəsləndirir.

İqtisadi stimullaşdırma əmək haqqı, mənfəət, faiz, renta, vergi, investisiya, kredit, gömrük haqqı və s. vasitələrlə həyata keçirilir.

268

iqtisadi idarəetmənin ərazi və sahə, idarəetmə funksiyalarının əlaqələndirilməsi, demokratik mərkəziyyət, elmilik və s. kimi prinsipləri də vardır.

§5. İqtisadi idarəetmə mexanizmi

İqtisadi idarəetmə prosesdir və müəyyən məqsədə yönəldilmişdir. Onun baş verməsi müəyyən mexanizmin hərəkətə gətirilməsi ilə mümkün olur. İqtisadi idarəetmə mexanizmi - iqtisadi prosesləri idarə etmək üçün tətbiq olunan konkret təsərrüfatçılıq formalarının, metodların, iqtisadi göstəricilərin və mənafelərin, hüquqi normaların və təşkilat strukturunun məcmusudur. Bu mexanizm spesifik iqtisadi alətlərin vasitəsi ilə hərəkətə gətirilir. İqtisadi idarəetmədə istifadə olunan vasitələr, alətlər bunlardır: qiymətlər, vergilər, istehsal xərcləri - maya dəyəri, mənfəət, faiz, renta, əmək haqqı, mənfəətdən ayırmalar, maddi stimullaşdırma formaları, amortizasiya ayınnalan, təsərrüfat müqavilələri, müxtəlif səviyyəli planlar, gömrük sistemi, pul aqreqatları, müxtəlif qiymətli kağızlar, məqsədli fondlar və s.

İqtisadi idarəetmə subyektləri bu mexanizm və vasitələrdən istifadə etməklə bütövlükdə iqtisadiyatı idarə edirlər. Hər bir təkrar istehsal tsikli başa çatdıqdan sonra ona yenidən başlamaq üçün əldə olunmuş gəlirlər mülkiyyət formalarına uyğun olaraq bölüşdürülür. İlkin bölgü nəticəsində mənfəət, renta, faiz, əmək haqqı formaları almış gəlirlər yaranır. Qiymətlər, vergilər, tariflər, cərimələr, qiymətli kağızlar vasitəsi ilə yenidən bölgü baş verir. Yenidən bölgüdə dövlət büdcəsi xüsusi rol oynayır.

İqtisadi idarəetmə mexanizmində qiymətlərin böyük rolu vardır. Qiymətlər elə bir alətdir ki, onların vasitəsi ilə firmaların istehsal xərcləri və mənfəəti, gəlirlərdən dövlət büdcəsinə tədiyyələr, ticarət təşkilatlarının mənfəəti, istehsalı idarə edən orqanların gəlirləri formalaşdırılır. Bunlarla yanaşı qiymətlər vasitəsilə iqtisadiyyatın ayrı- ayrı sahələrinin inkişafı stimullaşdınlır, gəlirlərdəki fərqlər nisbətən aradan qaldırılır, əhalinin sosial müdafiəsi aləti kimi istifadə olunur (qiymətlərin aşağı salınması, inhisar qiymətləri əleyhinə tədbirlər, fərqli tariflər və s.)

İqtisadi idarəetmənin ən güclü alətlərindən biri də vergi sistemidir. Vergilər vasitəsilə gəlirlərin yenidən bölgüsü həyata keçirilir, bütün səviyyələrdə dövlət büdcəsinin gəlirləri formalaşdırılır, iqtisadi fəaliyyət növləri stimullaşdınlır, lazım gəldikdə bəzi fəaliyyət sahələri məhdudlaşdırılır. Gömrük vergisi vasitəsilə daxili bazar müdafiə

269

olunur və dövlətin valyuta ehtiyatlan artır. İqtisadi idarəetmə mexanizmində stimullaşdırma vasitələrindən

geniş istifadə olunur. Bu vasitələrin köməyi ilə istehsalın effektivliyi və əmək məhsuldarlığının yüksəldilməsi, istehsal xərclərinin azaldılması, məhsulun keyfiyyətinin yüksəldilməsi, əmək intizamının möhkəmləndirilməsi, kadrların axıcılığının qarşısının alınması, ixtisaslı kadrların cəlb edilməsi, elmin inkişaf etdirilməsi, texnikanın tərəqqisi və tətbiqi və s. kimi proseslər idarə olunur.

Əmək haqqı əhalinin əsas hissəsinin gəlirlərinin başlıca mənbəyi olmaqla yanaşı, bölgüdə və istehlakda sosial ədalətin təmin edilməsi vasitələrindən biri kimi də güclü idarəetmə keyfiyyətinə malikdir. Onun vasitəsi ilə maddi maraq prinsipi tətbiq edilir və iqtisadi mənafelər idarə olunur.

Pulsuz heç bir idarəetmə mexanizmi işləmir. Bütün dəyər göstəriciləri, hesablaşmalar, pul və pul aqreqatları vasitəsilə həyata keçirilir. Pul həm idarəetmə və həm də idarə olunma obyektidir. Pul tədavülü onun hərəkət qanununa uyğun olmalıdır. Onun normadan artıq buraxılmasına, qiymətdən düşməsinə yol verilməməlidir. Əks təqdirdə inflyasiya baş verir, iqtisadi idarəetmə mexanizmi iflic vəziyyətinə düşür və iqtisadi böhran baş verir. İqtisadi böhrandan çıxmaq üçün iqtisadi idarəetmə mexanizminin bütün həlqələrində sağlamlaşdırma tədbirləri həyata keçirilməlidir. İlk növbədə maliyyə- kredit sistemi qaydaya salınmalıdır.

Maliyyə sistemi vasitəsilə cəmiyyətdə pul fondları yaradılır və bölüşdürlür. Bu fondlar vasitəsi ilə geniş təkrar istehsalın ehtiyacları ödənilir, iqtisadi proseslər maliyyələşdirilir, firmaların, sahələrin, regionların pula olan ehtiyacları ödənilir və onların mənafeləri əlaqələndirilir. Maliyyənin köməyi ilə elmi-texniki tərəqqinin aparıcı istiqamətləri, sosial sahələr inkişaf etdirilir, əməyin ödənilməsi təmin edilir. Dövlətlə müəssisələr (firmalar) arasında, müəssisələrin özləri arasında, müəssisələrlə banklar arasında, müəssisələrin öz daxili sahələri arasında, dövlətlə kooperativ təşkilatları, ictimai təşkilatlar, əhali arasında münasibətlər maliyyə mexanizmi vasitəsi ilə yaranır, tənzim edilir və s. Bütün bunlar maliyyənin geniş imkanlara malik iqtisadi idarəetmə sistemi olduğunu göstərir.

İqtisadi idarəetmənin mühüm alətlərindən biri də kreditdir. Kredit vasitəsilə cəmiyyətdə müvəqqəti sərbəstləşən pul vəsaiti hərəkətə gətirilir, iqtisadiyyatın bu və ya digər sahəsinin ehtiyaclarının ödənilməsinə yönəldilir. Ondan təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, istehsalın yeni-yeni sahələrinin yaradılması, sahibkar-

270

larin və əhalinin müəyyən ehtiyaclarının ödənilməsi üçün istifadə olunur. Kredit həm də xidmətində olduğu obyektin iqtisadi fəaliyyəti üzərində nəzarət, dövlətin əlində tənzim etmə vasitəsi və faiz şəklində gəlir gətirmək alətidir.

Beləliklə, bütövlükdə götürülən təsərrüfat mexanizmi, o cümlədən də iqtisadi idarəetmə mexanizmi iqtisadi proseslərə rəhbərliyin iqtisadi formasıdır və onun vasitəsilə iqtisadi prosesləri idarə etmək mümkün olur. Bu mexanizmin tərkib hissələrindən biri də idarəetmənin metodlarıdır.

§6. İqtisadi idarəetmə metodları

İqtisadiyyatı idarəetmənin funksiyaları və prinsipləri təsərrü- fatçılığm müəyyən metodlarından istifadə etməklə həyata keçirilir. İdarə olunan obyektə təsir vasitəsi olan metodlar müxtəlif üsullar və vasitələrdən istifadə olunmaqla tətbiq olunur. Hər bir idarə olunan obyektə uyğun metodların, üsul və vasitələrin seçilməsi iqtisadi proseslərin idarə edilməsinə müsbət təsir göstərir.

İdarəetmə metodları öz məzmununa, idarəetmə obyektinə, tə- siretmə xarakterinə, təşkilati formalarına görə müxtəlif olub bir- birindən fərqlənirlər. İqtisadi idarəetmə prosesində iqtisadi, sosial- psixoloji, inzibati-təşkilati, hüquqi, mənəvi-tərbiyəvi metodlardan istifadə olunur. İdarəetmə mürəkkəb bir prosesdir, onu yaxşı, bir və ya bir-neçə metodun tətbiq edilməsi ilə həyata keçirmək qeyri- mümkündür və buna görə də iqtisadi proseslərin idarə olunmasında metodlar sistemindən istifadə etmək lazım gəlir. Burada istifadə olunan üsullar, vasitələr bir-birindən fərqlidirlər. Məsələn, iqtisadi metodlar təsərrüfat fəaliyyətinə iqtisadi vasitələrdən istifadə etməklə təsir edirsə, inzibati metodlar təşkil etmə və nizamlamaq vasitəsilə, mənəvi metodlar isə tərbiyəedici vasitələrdən istifadə etməklə, hüquqi metodla qanun-qayda yaratmaq, tənzimetmə vasitələri tətbiq olunmaqla həyata keçirilir.

İqtisadi idarəetmə metodları yuxarıda göstərilən iqtisadi mexanizm, onun ünsürləri, alətlərinin tətbiq edilməsi ilə həyata keçirilir. Bu metodların tətbiqi sayəsində qiymət, mənfəət, əmək haqqı, faiz, kredit, vergi, gömrük haqqı, renta və s. kimi iqtisadi kateqoriyalar iqtisadiyyatın idarə edilməsi və dövlət tərəfindən tənzimlənməsi prosesinə güclü təsir göstərən vasitələrə çevrilir. Məsələn, vergi sisteminin real şəraitə uyğun olaraq düzgün tətbiq edilməsi sahibkarlarda istehsala kapital qoymaq həvəsi yaradır, istehsal genişlənir və

271

büdcənin gəlir bazası. Yaxud faiz dərəcələrinin aşağı salınması, ucuz kredit təklifi sahibkarlarda kredit götürmək həvəsi yaradır, nəticədə istehsal genişlənir, yeni iş yerləri açılır və işsizlərin sayı müəyyən qədər azalır, məşğulluq artır. Başqa bir misal gömrük sistemindən göstərək. Düzgün tətbiq edilmiş idxal tarifləri xaricdən ölkəyə əmtəə axınının qarşısını alır və nəticədə daxili bazar xarici müdaxilədən müdafiə olunur, milli sahibkarlığın inkişafına şərait yaranır. Bir sözlə, bütövlükdə iqtisadi idarəetmə metodunda tətbiq olunan vasitələrdən düzgün istifadə etməklə, bütün səviyyələrdə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə və iqtisadi artıma güclü təsir göstərmək mümkün olur.

İqtisadi təhlil idarəetmə metodları sırasında mühüm əhəmiyyət kəsb edir. İqtisadi təhlil vasitəsi ilə təsərrüfat fəaliyyətinin nəticələri ümumiləşdirilir, nöqsanlar aşkara çıxarılır, ehtiyatlar öyrənilir və onlardan istifadəni yaxşılaşdırmaq üçün tədbirlər görülür.

İdarəetmənin inzibati metodu vasitəsi ilə idarə edən subyektin idarəolunan obyektə birbaşa təsiri həyata keçirilir ki, bu əmrlər, sərəncamlar və göstərişlər verməklə mümkün olur. Rəhbərlik tərəfindən verilən normativ göstərişlər, sərəncamlar, əmrlər hökmən yerinə yetirilməlidir. Bunlar idarəetmənin daha çevik vasitələridir. İnzibati idarəetmə vasitələri idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzim edilməsi qaydalarını müəyyən edir. Bu metodda təşkiletmə, sərəncamvermə üsullarından istifadə edilməsi iqtisadiyyatın idarə edilməsinin fasiləsizliyini təmin edir.

Dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyatın idarə edilməsi sistemində mənəvi-psixoloji metoddan, adamların şüurunun formalaşdırılması vasitələrindən geniş istifadə olunur. Bilavasitə iş görən adamlarla gündəlik məşğul olmaq, onlarda gördüyü işə şüurlu münasibət yaratmaq, qarşıya qoyulmuş məqsədin hökmən yerinə yetirilməsinin vacibliyini onlara başa salmaq lazımdır. Hər bir işçi tutduğu vəzifədən asılı olmayaraq, görməli olduğu işinin vacibliyini, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını dərk etməli və qarşıya qoyulmuş məqsədin həyata keçirilməsinə öz doğma işi kimi yanaşmalıdır. Bunun üçün yalnız tərbiyə işi kifayət deyildir, həm də kollektivdə, iş yerlərində sağlam-psixoloji iqlim olmalıdır. Elə buna görə də sənayecə inkişaf etmiş ölkələrdə iri sənaye müəssisələrində, istehsal birliklərində sosial-psixoloji münasibətləri öyrənən xüsusi şöbələr yaradılır, tədqiqatlar aparılır, əldə olunmuş nəticələrdən idarəetmə prosesində istifadə edilir. Təcrübə göstərir ki, sosial-psixoloji metodun tətbiqi insanlararası münasibət

272

lərin inkişafına, istehsal nəticələrinin artmasına və bütövlükdə sosial-iqtisadi proseslərin inkişafına müsbət təsir göstərir.

İqtisadi idarəetmə prosesində göstərilən və tətbiqi mümkün olan digər metodların öyrənilib kompleks halda istifadə olunması idarəetmə sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa əlverişli imkan yaradır və bu imkandan maksimum bəhrələnmək üçün idarəetmə haqqındakı bilikləri daim təkmilləşdirmək və artırmaq lazımdır.

§7. İqtisadi idarəetmə sistemində planlaşdırma, proqramlaşdırma və proqnozlaşdırma

Planlaşdırma idarəetmə funksiayasıdır. Planlaşdırmanın nəticəsi öz əksini planlarda tapır. Plan elmi idarəetmənin mühüm vasitəsidir və buna görə də idarəetmə mexanizmində mərkəzi yerlərdən birini tutur. Planlaşdırma fəal idarəetmə prosesi olmaqla xalq təsərrüfatının sahələri və regionlarının, ictimai təkrar istehsalın bütün sferalarının razılaşdırılmış, balanslaşdırılmış inkişafını həyata keçirməyin başlıca formasıdır. Lakin bütövlükdə cəmiyyət miqyasında tam planlaşdırmanı həyata keçirmək heç kimə nəsib olmamışdır və arzu olaraq qalır. Ayrı-ayrı firmalarda (müəssisələrdə), şirkətlərdə isə iqtisadi proseslər əvvəlcədən hazırlanmış mükəmməl planlar əsasında idarə olunur.

İdarəetmə funksiyası olmaq etibar üə planlaşdırmadan demək olar ki, inkişaf etmiş bütün ölkələrdə istifadə olunur. Bu başlıca olaraq strateji planlaşdırmadır. Müxtəlif ölkələrdə planlaşdırmanm miqyası, səviyyəsi eyni olmasa da, artıq müasir dövrdə milli miqyasda uzunmüddətli dövlət proqramlan işlənib hazırlanır və həyata keçirilir.

Planlaşdırma ilə Fransada - Baş Planlaşdırma Komisarhğı, İngiltərədə - İqtisadi İnkişafın Milli Şurası, Yaponiyada - İqtisadi Planlaşdırma Agentliyi, ABŞ-da Milli Planlaşdırma Assosiasiyası və «gələcək üçün ehtiyatlar» tədqiqatlar bürosu, digər ölkələrdə Dövlət Plan Komitələri, bizim respublikamızda isə İqtisadi İnkişaf Nazirliyi məşğul olur.

Planlar elmi olmalıdır. Bu, obyektiv qanunları bilmək, elmi- texniki tərəqqinin nailiyyətlərinə, ayrı-ayrı elmlərin əldə etdikləri son nəticələrə istinad etməklə hazırlanmalı, real faktlara əsaslanmalıdır. Planlar müxtəlif olsalar da, onların əsas tərkib hissələri eyni olur: məqsəd və vəzifələr; qarşıya qoyulmuş məqsədə çatmağın yolları və vasitələri; plan tapşırıqlarının yerinə yetirilməsi üçün zəruri olan resurslar; iqtisadiyyatın inkişafında balanslığı təmin edən re

273

surslar; planın yerinə yetirilməsinə nəzarət. Planlaşdırmada, planların tərkibində proqnozlaşdırma,

modelləşdirmə və proqnozlaşdırmanın mühüm əhəmiyyəti vardır. Çünki elmi idarəetmə istehsal sahələrinin inkişaf meyllərini, qanunauyğunluqlarım görməyi tələb edir. Buna görə də planların tərkibində proqnozlaşdırma məlumatlarından geniş istifadə olunur. Proqnozlarda iqtisadiyyatın gələcək inkişafının şərtləri, yolları və vəzifələri açıqlanır. Bu zaman proqnozlaşdırma planlaşdırmanın bir funksiyası kimi çıxış edir və mühüm əhəmiyyətə malikdir. Buradan da xalq təsərrüfatı planlarının işlənib hazırlanmasında, elmi-texniki tərəqqinin planlaşdırılmasında proqnozlaşdırma metodundan istifadə edilməsi zərurəti meydana çıxır.

Planlaşdırma sistemində proqramlaşdırmadan geniş istifadə olunur. Burada başlıca olaraq uzun müddətli dövlət proqramları tərtib olunur və özəl bölmə məqsədli proqramların həyata keçirilməsinə cəlb edilir.

Planlaşdırmada normativ və balans metodlarından istifadə olunur. Balans metodundan istifadə etməklə iqtisadiyyatın inkişafında proporsionallığı saxlamaq mümkün olur və planlaşdırmanın mühüm vəzifələrindən biri elə proporsionallığı təmin etməkdir.

Planlaşdırmada normativ metodun tətbiqi elmi cəhətdən əsaslandırılmış norma və normativlərin hazırlanmasına əsaslanır. Norma və normativlər ən vacib xammal, yanacaq-enerji, material və s. ehtiyatlardan istifadənin normalaşdırılması məqsədini güdür və planların tərtibində istifadə olunur. Sosial normativlərdən sosial sahələrin inkişafında, əməyin təhlili və əmək şəraitinin yaxşılaşdırılmasında istifadə olunur. İqtisadi metodlarla idarəetmə şəraitində iqtisadi normativlər iqtisadiyatın planlı tənzimlənməsi və məhsuldar əməyin stimullaşdırılmasınm başlıca aləti olur. Uzunmüddətli iqtisadi normalar müəssisələrin büdcə ilə münasibətlərini, əməyin ödənilməsi fondunu, stimullaşdırma fondlarının, digər məqsədli fondların formalaşdınimasmı tənzimləyir. Bir normativ kimi qiymətlərdən də istifadə olunur.

Məqsədin müəyyən edilməsi planlaşdırma fəaliyyətinin çıxış nöqtəsidir. Məqsəd aydın olduqdan sonra bütün fəaliyyət ona istiqamətləndirilir və plan tapşırıqları onun icraçılarına çatdırılır.

Plan tapşırıqlarının yerinə yetirilməsində təsərrüfat müqavilələrinin mühüm rolu vardır. Təsərrüfat müqaviləsi təsərrüfat mexanizminin mühüm tərkib hissəsidir. Bu müqavilələrdən dövlətin iqtisadi siyasətində, ictimai istehsalın planlı qaydada təşkilində, müqa

274

vilə iştirakçıları arasında intizam və qayda-qanunun yaradılmasında istifadə olunur. Bütün bunlar, müəyyən dərəcədə, müqavilə iştirakçılarının müqavilə intizamına necə əməl etmələrindən asılıdır. Müqavilə intizamının zəif olması, pozulması bir çox firmaların planlı və fasiləsiz işləməsinə mane olur, onları ziyana salır.

Planlar optimal olmalı, yəni mövcud resurslardan, istehsal amillərindən, maliyyə ehtiyatlarından daha yüksək nəticələr alınmasına imkan yaradan planlar olmalıdır.

İqtisadi idarəetmə sistemində planların, proqramların əvəzsiz rolu olduğunu bilməklə yanaşı, planlaşdırmanın bazar münasibətlərinə keçid şəraitində daha da təkmilləşdirilməsi və ondan istifadənin yaxşılaşdırılmasının zəruri olduğunu da göstərmək lazımdır. Kon- yukturaya uyub planlı idarəetmə metodundan imtina etmək iqtisadiyyatı uçuruma aparmaqla nəticələnə bilər.

§8. İqtisadi idarəetmə sistemində intizam, məsuliyyət, nəzarət və uçot

İqtisadi idarəetmə sistemində möhkəm intizam, ciddi məsuliyyət, dəqiq uçot və nəzarət olmasa, idarəetəmənin səmərəliliyini təmin etmək olmaz. Burada intizam və məsuliyyət bilavasitə idarəetmə subyektlərinin fəaliyyəti ilə bağlıdır və bilavasitə onlara aiddir. Nəzarət və uçot isə bilavasitə iqtisadi idarəetmənin funksiyalarına aiddir.

İqtisadi sahədə intizamlı olmaq aşağıdakıları nəzərdə tutur: müəyyən olunmuş qaydalara ciddi əməl etmək; iqtisadi sahəyə aid olan qanunları, sərəncam və göstərişləri yerinə yetirmək; plan tapşırıqları və müqavilə öhdəliklərini vaxtında icra etmək; büdcəyə tə- diyyələri vaxtında ödəmək, maliyyə-kredit intizamına əməl etmək; norma və normativlərdən düzgün istifadə etmək; əməyin ödənilməsi və stimullaşdırılması prinsiplərini gözləmək; əmək intizamına riayət etmək. İdarəetmədə intizam yüksək iqtisadi nəticələrə nail olmaq, iqtisadi fəaliyyətin bütün sahələrində normal iş rejimini təmin etmək deməkdir. Məsuliyyət də elə buradan irəli gəlir. Tutduğu vəzifədən asılı olmayaraq, qoyulmuş qaydaları, qanunları kim pozursa məsuliyyət daşımalıdır.

İntizamın vəziyyəti üçün cavabdeh olan, qaydalara, qanunlara əməl etməyən fiziki və hüquqi şəxslər, iqtisadi vasitələrlə cəzalandırılmaqla, məsuliyyətə cəlb olunurlar. Onlar inzibati cəza da ola bilərlər. İqtisadi idarəetmədə maddi məsuliyyət əsas rol oynayır.

Maddi məsuliyyət təsərrüfat müqavilələrinə, plan tapşırıqları

275

na, tədiyyələrin ödənilməsinə əməl edilmədiyi hallarda, maliyyə- kredit intizamı pozulduqda, dəmir yollarında və limanlarda yüklərin boşaldılması ləngidildikdə və digər hallarda tətbiq olunur.

Təcrübədə sübut olunub ki, iqtisadi idarəetmə intizamı, qayda-qanun pozulduqda iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlar, kollektivlər, firmalar, birliklər və dövlət ziyan çəkir. Buna görə də idarəetmə fəaliyyətinə nəzarət həyata keçirilir.

Nəzarət idarəetmənin mühüm funksiyası, idarəetmə orqanının fəaliyyətinin tərkib hissəsidir. Nəzarətin başlıca məqsədi qərarların qəbulu ilə icrası arasındakı vəhdətliyi təmin etmək, sosial-iqtisadi inkişaf prosesində meydana çıxan nöqsanları, kənarlaşma hallarını aradan qaldırmaqdır. Onun başlıca məzmunu isə yoxlamaqla, baş verə biləcək nöqsanların qarşısını almaqdan ibarətdir.

Nəzarət hər bir ölkənin pul vahidi ilə aparılır. Respublikamızda isə nəzarət milli pul vahidi olan manatla aparılır. Manatla nəzarəti yuxarı təsərrüfat orqanları, maliyyə, kredit, vergi idarələri, dövlət və ictimai nəzarət orqanları həyata keçirir.

Vaxtında və müntəzəm həyata keçirilən nəzarət qüsurları tam aşkar etməyə, artıq xərclərin qarşısını almağa, plan tapşırıqlarının, büdcə ödəmələrinin vaxtında yerinə yetirilməsinə, investisiyalardan, kreditlərdən səmərəli istifadə etməyə və qanunsuz maliyyə əməliyyatlarının, vergidən yayınma hallarının, iqtisadi təxribatların və pozuntuların qarşısını almağa imkan yaradır.

Respublikamızın iqtisadi müstəqilliyə, bazar iqtisadiyyatına doğru irəlilədiyi bir vaxtda möhkəm intizama, ciddi məsuliyyətə və məqsədyönlü nəzarətə böyük ehtiyacı vardır. Lakin dəqiq uçot olmadan nə intizam yaratmaq, nə məsuliyyət tələb etmək və nə də effektli nəzarəti həyata keçirmək olar.

Uçot - iqtisadiyyatı idarə etmək funksiyasıdır. Onun vəzifəsi real təsərrüfatçılıq prosesləri, onların nəticələri, istifadə olunmuş ehtiyatlar və s. haqqında məlumatların alınması, qeyddən keçirilməsi, yığılması və işlənilməsindən ibarətdir. Bu cür məlumatlar bütün sə- viyyələrdəki idarəetmə orqanlarına əsaslandırılmış qərarlar qəbul etmək üçün lazımdır. Uçotun üç növü mövcuddur: operativ uçot, mühasibat uçotu və statistik uçot.

Operativ uçot - operativ idarəetmə üçün zəruri olan ilkin məlumatların müşahidə olunması, ölçülməsi, qeydə alınması, ilkin işlənməsi və ümumiləşdirilməsidir.

Mühasibat uçotu - pul ölçüsündə ifadə oluna bilən bütün hadisə və proseslərin hərtərəfli, fasiləsiz əks etdirilməsi və qeydə alınma

276

sıdır. O, firma və təşkilatların vəsaitinin mövcudluğunu və hərəkətini əks etdirir, ciddi sənədli xarakter daşıyır və onların təsərrüfat- maliyyə fəaliyyətinin təhlili üçün əsas məlumat mənbəyidir.

Statistik uçot - uçotun bu növünün əsas vəzifəsi dövlət tapşırıqlarının yerinə yetirilməsinin gedişi və nəticələri haqqında, mövcud ehtiyatlar haqqında, iqtisadiyyatın, bütün maddi istehsal, qeyri- maddi istehsal sahələrinin inkişafı haqqında məlumatları toplamaq, işləmək, təhlil etmək və vaxtında aidiyyatı olan iqtisadi orqanlara çatdırmaqdır. Uçotun bütün növləri qarşılıqlı əlaqədə olmaqla vahid metodoloji prinsiplərə əsaslanır, bir-birini tamamlamaqla ölkə iqtisadiyyatı uçotunun vahid sistemini əmələ gətirir.

Bazar iqtisadiyyatına keçildiyi, beynəlxalq iqtisadi əlaqələrin genişləndiyi indiki dövrdə uçot və statistika sahəsində uyğun dəyişikliklər etmək və beynəlxalq milli hesabatlar sisteminə qoşulmaq tələb olunur. Bunu nəzərə alan Respublika Nazirlər Kabineti Azərbaycanın beynəlxalq praktikada qəbul olunmuş uçot və statistika sisteminə keçilməsinin dövlət proqramını hazırlayıb təsdiq etmişdir.

Dövlət proqramının əsas məqsədi bazar münasibətləri şəraitində uçot və statistika sistemini, iqtisadi fəaliyyəti dəqiq əks etdirən beynəlxalq standartlara uyğunlaşdırmaq, müxtəlif mülkiyyət formalarının, iqtisadiyyat sahələrinin vəziyyətini, imkanlarını obyektiv, düzgün qiymətləndirmək əsasında cəmiyyət həyatının dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyini artırmaqdan, sosial-iqtisadi inkişafı proqnozlaşdırmaq, idarəetmə qərarlarının nəticələrini qiymətləndirmək üçün informasiya bazası yaratmaq və dəqiq məlumatlar əldə etmək imkanı ilə təmin etməkdir. Bu proqram Azərbaycan iqtisadiyyatının və onun ayrı-ayrı sahələrinin dünya birliyindəki əhəmiyyətini (yerini) obyektiv təhlil etməyə, beynəlxalq əmək bölgü- sündəki inkişaf meyllərini aşkara çıxarmağa, dünya bazarının vəziyyətini və imkanlarını qiymətləndirməyə imkan verir və iqtisadiyyatımızın gələcək inkişafı üçün geniş perspektivlər açır.

Adı çəkilən proqramda statistikanın ümumi metodoloji əsaslarının və göstəricələr sisteminin yaradılması, mühasibat və bank uçotunun yenidən qurulması, maliyyə, büdcə, bank və qiymət statistikasının beynəlxalq standartlara uyğun olan bir şəkilə salınması, beynəlxalq normativlər nəzərə alınmaqla xarici ticarət və gömrük xidməti göstəricilərinin dəqiqləşdirilməsi, məhsulların vahid katalo- qlaşdırma sisteminin yaradılması, ştrixli kodlaşdırma sisteminin tətbiq edilməsi və s. tədbirlər nəzərdə tutulmuşdur. Bütün bunlar iqtisadi idarəetmənin təkmilləşdirilməsində, məqsədyönlü sosial-iqtisadi

277

siyasətin həyata keçirilməsində, Azərbaycanın beynəlxalq iqtisadi əlaqlərinin genişləndirilməsində və respublikamızın dünya birliyinə qoşulmasında mühüm rol oynayacaqdır.

§9. İqtisadi idarəetmə sistemində menecment

Müasir bazar iqtisadiyyatı şəraitində yeni idarəetmə formalarının tətbiq edilməsi dövrün tələbindən irəli gəlir. Belə idarəetmə formalarından biri menecmentlikdir. Menecment (İngilis sözü, menecment-idarəetmə mənasını verir) kommersiya müəssisələrinin ida- rəedilmə sistemi olub, məqsədi istehsalın səmərəliliyini yüksəltmək, mənfəəti artırmaq və rəqabətə davamlılığını təmin etməkdir. Menecment mikroiqtisadiyyatın (firmanın) idarə olunmasının «prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemidir.»

Bazar münasibətləri şəraitində əmək bölgüsünün dərinləşməsinin yeni təzahür forması olan menecerlik sahibkarların başqa şəxslərə verdiyi funksiyadır. İstehsalın həcminin artması, iqtisadi əlaqələrin genişlənməsi çoxsaylı funksiyaların icra olunmasını zəruri edir. Sahibkar isə onların hamısı ilə məşğul ola bilmir. Buna onun vaxtı da çatmır. Mülkiyyətçi sahibkar müəyyən anda hiss edir ki, işin öhdəsindən gələ bilmir və köməkçi idarəçilərə ehtiyacı var. Bu cür muzdlu idarəçi menecer adlandırılır, onun icra etdiyi funksiyalara isə menecment deyilir.

İdarəetmə funksiyasının bir qisminin sahibkardan ayrılıb başqa şəxslərə verilməsi birdən-birə olmamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmış şərait idarəetmə məsələlərinə yeni şəkildə yanaşmağı, yeni metod və vasitələrin tətbiq edilməsini zəruri etmişdir, İstehsalın təmərküzləşməsi və mərkəzləşməsi, inhisarların yaranması, yeni texnika və texnologiyaların istehsal proseslərinə tətbiqi, istehsal əlaqlərinin genişlənməsi idarəetmə sisteminə təsir etmiş və onu mürəkkəbləşdirmişdir. Belə bir vəziyyətdə idarəetmə müstəqil fəaliyyət sahəsi kimi ayrılıb nisbi müstəqillik kəsb etmişdir. Bu prosesin davamı olaraq XX əsrin ortalarında baş vermiş elmi-texniki inqilab (ETİ) bilavasitə idarəetmə münasibətlərinə təsir etdi. İstehsalın idarə edilməsində yeni qayda, yeni əmək intizamı, yeni təşkilatçılıq bacarığı tələb etdi və idarəetmə elminə böyük ehtiyac yarandı. İdarəetmə funksiyalarını yerinə yetirən adamların qarşısında yeni tələblər qoyuldu, onların rolu daha da artı. Buna görə də yeni keyfiyyətlərə, bacarığa malik idarəçilərin - menecerlərin formalaşdırılması zərurəti meydana çıxdı. Firmadaxili proseslərin peşəkar

278

idarəedilməsi ilə məşğul olan mütəxəssislərin - menecerlərin nüfuzu, sosial vəziyyəti və əsasən də idarəetmə sahəsindəki rolunun artması «menecerlik inqilabı» konsepsiyasının yaranmasına səbəb olmuşdur.

Menecmentlik fəaliyyətinin meydana gəlməsi, yuxarıda göstərilənlərlə yanaşı, konkret olaraq aşağıdakı amillərlə bağlıdır:

1. Korporasiyaların, səhmdar cəmiyyətlərin yaranması ilə onların daşınmaz və daşınan əmlaklarının səmərəli idarə edilməsi funksiyasının xüsusi şəxslərə və ya qruplara verilməsi zərurəti doğurur;

2. Rəqabət mübarizəsinin güclənməsi firmanın işinin elə təşkilini tələb edir ki, onun rəqabət qabiliyyəti artsın;

3. İstehsal texnologiyasının mürəkkəbləşməsi, avadanlığın dəyərinin artması, firmanın daxili strukturunun çox halqanı olması, işçilərin sayının çox olması və s. firmadaxili idarəetmə sisteminin təkmilləşdirilməsini tələb edir. İşi elə təşkil etmək lazım gəlir ki, onun hər bir iştirakçısı yaxşı işləmək üçün məsuliyyət hiss etsin, təşəbbüskar, yaradıcı olsun;

4. Başlıcası da budur ki, firmanın malik olduğu iqtisadi resurslardan, potensial imkanlardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədlərə nail olunsun.

Tək sahibkar bu qədər işin öhdəsindən gələ bilməyəcəyini hiss etdiyi andan bacarıqlı, işgüzar adamlarla birgə işləməyi üstün tutur və bir çox funksiyalarını onlarla bölməli olur ki, iqtisadiyyat səmərəli idarə olunsun. Resursların səmərəli idarə olunması yolu ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq menecerlər qarşısında qoyulmuş əsas tələbdir.

Menecerlər mülkiyyətçi deyildir, ancaq işlədikləri müəssisələrin səhmlərini ala bilərlər. Bundan asılı olmayaraq menecerlər xidmətində olduğu firmanın mənafeyini əsas tutmalıdır.

Menecment yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən firmalarda sosial-iqtisadi proseslərin idarə olunmasını əks etdirir. Menecment mikrososial idarəetmə prinsipləri ilə realizə olunur. Həmin prinsiplər aşağıdakılardır: 1. Hər bir işçinin fərdi potensialının maksimum nəzərə alınması; 2. Müxtəlif işçi qruplarının sıx birliyini və əmkdaşlığmı nəzərdə

tutan «işgüzar partnyorluğun» təmin edilməsi; 3. «İqtisadi mərkəziyyətsizlik» prinsipi - bu firmanın hər bir

halqasında müstəqil inzibati-təsərrüfat qərarları qəbul edilməsini nəzərdə tutur. Bir funksiya olmaq etibarilə menecmentin əsas istiqamətləri

aşağıdakılardır:

279

• Firmanın mikro-sosial strukturunun müəyyən edUməsi - qruplar və onların arasındakı münasibətlərin (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafik) dəqiqləşdirilməsi;

• Kiçik qrupların («müstəqil işçi briqadaların», «məqsədli qrupların») yaradılması yolu ilə kollektiv səyləri birləşdirmək;

• Sosioloji tədqiqatlar yolu ilə «qeyri-formal» qrupların seçilməsi. Müasir dövrdə menecment firmada istehsabn səmərəli sosial təşkilinin nəzəriyyəsi kimi geniş nüfuz qazanmışdır. İnkişaf etmiş sənaye ölkələrinin təcrübəsi göstərir ki, firmaların işinin səmərəli sosial təşkili onlarm fəaliyyətinə müsbət təsir göstərən güclü amilə çevrilmişdir.

Ancaq burada deyilənlərdən o nəticə çıxarmaq olmaz ki, menecerlər ancaq firmadaxili sosial problemlərin həlli ilə məşğul olurlar, bu onların fəaliyyətində bir istiqamətdir. Firmanın fəaliyyətinin planlaşdırılması və gələcək işinin proqramlaşdırılması, hətta proqnozların hazırlanması da menecerlərin işidir. Firmada uçot, satış, təchizat, maliyyə işləri ilə də menecerlər məşğul olurlar. Bu onunla bağlıdır ki, firmaların genişlənməsi ilə mühasibat şöbəsinin, reallaşdırma (satış) şöbəsinin, planlaşdırma şöbəsinin, texniki xidmət şöbəsinin, marketinq, reklam şöbəsinin rəisləri olan menecerlər meydana gəlir. Menecerlik funksiyasını bir neçə şəxs icra etdiyi zaman müəssisənin sahibi məhdud sayda funksiyanı özündə saxlayır və ancaq müəssisənin fəaliyyətinə nəzarət edir. Menecerlər isə istehsal üzərində gündəlik nəzarət etməli, iş bölgüsü aparmalı, təchizatın vaxtında olmasını təmin etməlidirlər.

Sahibkarlıq və menecmentlik iki müxtəlif fəaliyyət növü olsa da, onların arasında müəyyən ümumilik vardır və bəzən iqtisadçılar onu sahibkarlıq menecmenti adlandırırlar. Sahibkarlıq və menecment eyni bir şəxs tərəfindən də həyata keçirilə bilər. Lakin onların eyni funksiya olduğunu söyləmək düz olmazdı. Belə ki, sahibkarlıq yeni bazarlar, əmtəələr, xidmətlər, istehsal texnologiyası, istehsalın yeni təşkili formalarını tapmaq və istifadə etməyi nəzərdə tutur. Sahibkar firmanın fəaliyyəti ilə bağlı riski öz üzərinə götürür, son qərarı da o verir.

Çoxsaylı işçiləri olan böyük müəssisələrdə istehsalın inkişaf etdirilməsi problemləri ilə yüksək rəhbər vəzifədə olan bir qrup sahibkar məşğul olur. Onlar müəssisələrə gəlir, müşavirələrdə iştirak edir və başqa yollarla müəssisələrin şöbələri ilə əlaqə yaradır, menecerlərin ağıllı təkliflərinin reallaşmasına yardımçı olurlar. Sahibkarlıq təfəkkürü menecerlər vasitəsi ilə daha aşağı rəhbər vəzifələr tutmuş işçilərə, onlar isə bilavasitə icraçılara ötürürlər. İstehsalın bu

280

cür birgə idarə edilməsi iş rejimini yaxşılaşdırır, işin nəticəsinin yaxşı olmasını təmin edir.

Bazar iqtisadiyyatı şəraitində işin nəticələri firma kollektivinin sosial problemlərinin həlli ilə bağlıdır. Buna görə də menecerlər firma əməkdaşlarının sosial problemlərinin həlli ilə bağlı sahibkarlarla məsləhətləşmələr aparır və onların müsbət həllinə çalışır. Son qərar sahibkara mənsub olsa da, bu və ya digər məsələlərdə menecerlərin və işçilərin fikirlərinin öyrənilməsi məqsədəuyğun sayılır.

Artıq sübut olunmuşdur ki, müasir dövrdə firmaların idarə edilməsində, işin təşkilində, kollektivin, sosial qrupların fəaliyyətinin əsas məqsədə doğru istiqamətləndirilməsində menecerlərin rolu böyükdür. Buna görə də, menecerlər bilikli, təcrübəli, çevik, iş görməyi bacaran, firmanın mənafelərini üstün tutmağı bacaran bir şəxs ola bilər. O, mühasibliyi bilməli, məsrəf və gəlirləri müqayisə etməyi, mənfəət və itkini hesablamağı, müəssisənin imkanlarını aşkara çıxarmağı bacarmalıdır. Menecer iclas aparmağı, optimal qərarlar qəbul etməyi bacarmalı, peşəkar, işgüzar söhbətlər təşkil etməli, az danışıb çox iş görməyi bacarmalı, müstəqil qərar qəbul etmək və qəbul etdiyi qərarı həyata keçirə bilmək qabiliyyətinə malik olmalı, adamlarla işləməyi bacarmalı, nəzakətli, qayğıkeş və tələbkar olmalıdır. Bütün bu və digər müsbət keyfiyyətlərə malik olmaq üçün menecer daim öyrənməli, bilik və bacarığını artırmaq qayğısına qalmalıdır.

Menecmentin vahid bir qaydası yoxdur. Buna görə də me- necmentlik idarəetmə sisteminin yaranması, onun tətbiq edilməsini bir ölkənin, yaxud bir neçə adamın adı ilə bağlamaq olmaz. Məsələn, ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya və s kimi ölkələrdə sahibkarlıq idarə üsulunda, menecerlik fəaliyyətində müəyyən fərqlər və xüsusiyyətlər vardır. Onlar bir-birinin təcrübəsini öyrənməklə yanaşı idarəetmə sahəsindəki öz ənənələrini də qoruyub saxlayırlar. Bununla belə, menecmentin strukturunda, əsas prinsiplərində və inkişaf istiqamətlərində ümumi cəhətlər vardır ki, bütün ölkələrdə onlar əsas götürülür. Məsələn, menecment idarə sisteminin tətbiq edildiyi ölkələrdə onun quruluşunda istehsal menecmenti, maliyyə menecmenti və bazar menecmenti əsas yer tutur.

Dünyanın inkişaf etmiş ölkələrinin mikroiqtisadiyyatı idarəetmə sahəsindəki təcrübəsini, o cümlədən də menecerlik fəaliyyəti sahəsində uzun illər ərzində qazanılmış müsbət təcrübənin öyrənilməsinin formalaşmaqda olan Azərbaycan sahibkarları, onların idarəetmə fəaliyyətlərinin təşkili üçün böyük əhəmiyyəti vardır. Sahibkarlar bacarıqlı menecerlər hazırlamaq qayğısına qalmalı və bu isti

281

qamətdə lazımi işlər görməyi unutmamalıdırlar. Sahibkarlar me- necmentlik idarəetmə sisteminin öyrənilməsi və tətbiqində ləngliyə yol versələr rəqabətdə uduzar və öz məqsədlərinə nail olmazlar.

§10. Marketinq: mahiyyəti, funksiyaları və idarəetmədə rolu

XX əsrin əvvəllərindən etibarən iqtisadiyyatın idarə edilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən biri də marketinq sisteminin meydana gəlməsi olmuşdur. Marketinq ingiliscə «market» sözündən olub, lüğəti mənası bazar deməkdir. Lakin «bazar» məfhumu onun mahiyyətini, məzmununu tam ifadə etmir. Marketinq bazar iqtisadiyyatı sistemində idarəetmə fəaliyyəti olub, əsasən mikroiqtisa- diyyatın (firmanın, müəssisənin) bazar təşkili ilə məşğul olur.ı

Bu fəaliyyət bilavasitə istehsal və mübadilənin təşkili ilə bağlı olduğundan marketinq bilavasitə idarəetmə fəaliyyəti kimi meydana gəlmişdir və indi də idarəetmə funksiyasını yerinə yetirir.

İdarəetmə funksiyası (fəaliyyəti) olmaqla marketinqin meydana gəlməsinin iki əsas səbəbi vardır. Birincisi, ifrat istehsalın nəticəsində bazarın tələbindən artıq əmtəə və xidmətlər istehsal olunur, bazar tapmaq, satmaq problemi yaranır və istehsal olunmuş məhsulların reallaşdırılması çətinləşir. İkincisi, bazar çatışmazlığı şəraitində alıcı uğrunda rəqabət mübarizəsi kəskinləşir və belə bir şəraitdə istehsalı və mübadiləni yeni qaydada təşkil etmək zərurəti yaranır.

Bazar iqtisadiyyatı şəraitində istehsal etmək problem deyildir, əsas çətinlik istehsal olunmuş əmtəə və xidmətlərin reallaşdırılması- dır. Buna görə də yaranmış çətinlikləri aradan qaldırmaq üçün belə bir ümumi fikir formalaşmışdır ki, istehsalçılar istehsal etdikləri əmtəə və xidmətləri satmaqdan ötrü, istehlakçıları (alıcıları) əvvəlcədən axtarıb tapmalı, onların tələbatlarını öyrənməli və bundan sonra bu tələbatları daha dolğun ödəyə biləcək məhsul istehsal etməlidirlər.

Marketinq fəaliyyəti XX əsrin başlanğıcında ABŞ-da meydana gəlmişdir. O zaman məhsulun ifrat istehsalı ilə bağlı reallaşdırma problemi kəskin dururdu, qeyri-qiymət rəqabəti vasitələrindən istifadə etməklə problemi həll etməyin yollarını axtarırdılar. Bu axtarışların nəticəsində əldə olunmuş təcrübənin ümumiləşdirilməsi- nin yekunu kimi marketinq meydana gəlir. Əldə olunmuş nəticə ondan ibarət idi ki, istehsalçı müəssisə öz taleyini bazarın kortəbii qüvvələrinin ixtiyarına verməməlidir. O, bazarla işləməli, istehsal

^ Flip Kotler «Marketinqin əsasları». Bakı, «Ergün» - 1993, səh.10. 282

etməzdən əwəl alıcısını tanımalı, «Kim üçün? Nə? Və nə qədər?» istehsal edəcəyini bilməlidir. Bu doğru fikirdir ki, «marketinq bu və ya digər dərəcədə bazara aid olan insan fəaliyyətidir... Mübadilənin baş verməsi üçün bazarla aparılan işdir». Müəssisə (firma) istehsalçı kimi yalnız əmtəə və xidmət təklifçisi kimi qaldıqca onun əmtəə və xidmətlərin reallaşdırılması işi çətinləşir, buna görə də o, tələbin formalaşmasına yaxından kömək etməyə məcburdur və bu onun öz mənafeyinə uyğundur.

Marketinq müəssisənin işinin «bazar təşkili» forması olmaqla, onun məqsədi mövcud istehsalın bazarın tələbini qabaqlamaq, əmtəələrin satışını sürətləndirmək üçün əlverişli şərait yaratmaqla ona sərf olunan «qüvvəni» azaltmağın operativ sistemini yaratmaqdır. Bu sistemə daxildir: a) mövcud müəssisə istehsal etdiyi məhsula tədiyyə qabiliyyətli tələbin

dinamikası və konyukturasını öyrənmək; b) mövcud əmtəələrin qiymətindəki dəyişikliyi, əvəzləyicisini və

hərəkətlərinin sərhədlərini öyrənib təhlil etmək; c) potensial istehlakçının gəlirlərini və mövcud əmtəənin istehlakı- nm

həcmini proqonozlaşdırmaq; ç) rəqabət mübarizəsinin qeyri-qiymət forması kimi reklamdan istifadə

etmək; d) mövcud əmtəələrin və xidmətlərin satışını stimullaşdırmaq (güzəştli

satış yolu ilə alıcıları cəlb etmək, lotoreya oyunu keçirmək və s.), istehlakçının təminat hüququnu (əmtəə qüsurlu olduqda qaytarmaq hüququ) genişləndirmək;

e) əmtəə çeşidlərini qruplar üzrə planlaşdırmaq; f) istehlakçılar üçün ticarət xidmətini təşkil etmək.

Bu xidmətlər elə təşkil olunmalıdır ki, istehlakçı (alıcı) əmtəənin yanma deyil, əmtəə istehlakçının yanına gedib çıxsın (satış yarmarkaları təşkil etmək, əmtəələri evə aparmaq, səyyar satış təşkil etmək və s.). Marketinq vasitələri bazara yüksək təsir göstərmək üçün uzlaşdırılmalı və məcmu halda fəaliyyət göstərməlidir.

Marketinq fəaliyyəti müəyyən prinsiplərə əsaslanır və əməli təcrübədə ümumiləşdirilmiş şəkildə üç mərhələdə həyata keçirilir: birinci mərhələdə, bazarın öyrənilməsi əsasında firmanın məhsullarının istehsalı çeşidlər üzrə proqnozlaşdırılır; ikinci mərhələdə, müəyyən edilmiş istehsal planının dəqiq yerinə yetirilməsi - müştərinin seçilməsi və onunla əlaqə, çeşidlərin strukturu və keyfiyyəti üzərində nəzarət; üçüncü mərəhələdə, marketinq planını həyata keçirməkəm təələrin satışı bazarına sahib olmaq.

283

Marketinq bazarı öyrənməklə yanaşı, mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə, potensial tələbatların aşkara çıxarılmasına, bazar təchizatının planlaşdırılmasma yönəldilmiş fəaliyyətdir.

Bu mənada marketinqi firmanın fəaliyyətini bazarın sabitliyinin təmin edilməsinə istiqamətləndirmək sahəsindəki fəaliyyət kimi də qiymətləndirmək olar. Belə ki, istehsalçı firmaya sabit bazar lazımdır və bu sabitliyi marketinq xidməti vasitəsilə təmin etmək mümkün olur.Bunun üçün tələbin uçotunu düzgün təşkil etmək və əsas fəaliyyəti onun ödənilməsinə yönəltməkdir.Biznes üçün alıcı lazımdır. Alıcının tələbi və sifarişi sabit qaldıqca firmanın istehsal fəaliyyəti də sabit xarakter alır. Buna görə də marketinq fəaliyyəti sabit alıcı tapmaq və həm də öz alıcısının istehlak tələbini, ehtiyaclarını ödəməyə yönəlmiş fəaliyyət hesab etmək olar.

İstehsalçı öz müştəriləri, alıcıları qarşısında cavabdehlik daşıyır. Madamki istehlakçını (alıcını) istehsalçı axtarıb tapır, deməli o da istehlakçı qarşısında məsuliyyət daşıyır və üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirməyə borcludur. Əks təqdirdə istehsalçı firmalara sanksiyalar tətbiq oluna bilər. Marketinq fəaliyyətində bunlar nəzərə alınmalıdır ki, firma cəriməyə düşməsin.

Marketinq sabit alıcı tapmağa cəhd göstərən satıcılara vasitəçilik xidməti göstərir və satıcı qarşısında yaranan problemlərin həllinə yönəldilmiş funksiyanı yerinə yetirir ki, bu da onun əsas funksiyasıdır. İstehsal edilmiş əmtəə və xidmətlərin satışı firma üçün mühüm olsa da satış marketinq üçün mühüm olmayan funksiyadır. Çünki istehlakçı ehtiyaclarının vaxtında aşkar olunması, lazım olan əmtəələrin hazırlanması, əmtəələrə müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkil edilməsi və səmərəli stimul- laşdırılması kimi xidməti bölmələrin yaxşılaşması əmtəələrin asanlıqla satışını təmin etmiş olur, yəni yaxşı təşkil olunmuş marketinq fəaliyyəti firmanın satış probleminin asanlıqla həll olunmasına şərait yaradır. Marketinq fəaliyyətinə sivilizasiyalı rəqabət forması kimi də baxmaq olar.Əgər hər bir firma özünün marketinq xidməti vasitəsi ilə bazarı, istehlakçını ələ almağa səy göstərirsə, bu əslində rəqabətdir, marketinq rəqabətidir.

İctimai istehsalın inkişafı ilə rəqabətin özü də inkişaf edir, forma və üsulları da dəyişir. Marketinq də rəqabətin yeni forması kimi meydana gəlmişdir. Marketinq rəqabətinin üç tərəfi vardır. Birinci tərəf istehsalçıdır ki, onun məqsədi yüksək mənfəəti təmin edən keyfiyyətli əmtəələr, xidmətlər istehsal etməkdir. İkinci tərəf

284

istehsal olunmuş əmtəələrin, xidmətlərin reallaşdırılmasıdır. Üçüncü tərəf istehlakçıların tələbatlarının nə dərəcədə ödənilməsini öyrənmək və bunun əsasında da rəqabəti təşkil etməkdir. Sahibkarlar marketinqdən rəqabət mübarizəsində bir vasitə kimi istifadə edir, bazar vasitəsi ilə dinc formada öz rəqibinə təsir göstərir.

Marketinq bütövlükdə bazar iqtisadiyyatına aid bir kateqoriyadır və onu yalnız alqı-satqının baş verdiyi bazara aid etmək olmaz. Marketinq yalnız məhsulların, xidmətlərin reallaşdırılmasına deyil, eyni zamanda istehsala xidmət edir, onu tənzimləyir, genişlənməsinə, çeşidin, keyfiyyətin artmasına şərait yaradır. Bütövlükdə marketinq ictimai təkrar istehsala xidmət edir, onun reallaşma ilə bağlı problemlərinin həllində və fasiləsiz baş verərək genişlənməsində böyük rol oynayır.

Marketinq idarəetmə (funksiyası) olsa da, onun özü də idarə olunmalıdır. Marketinqin idarə olunması təcrübədə yaranır və formalaşır. Belə ki, mübadilə prosesində müəyyən çətinliklər yaranır, ziddiyyətlər meydana çıxır ki, onların aradan qaldırılması yollarını, üsul və vasitələrinin tapılması sahəsidə böyük təcrübə əldə olunur. Məsələn, firma öz məqsədlərinə çatmaq naminə öz alıcıları ilə əlverişli mübadilənin təşkilinə, möhkəmləndirilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir ki, belə bir nəzarətin həyata keçirilməsi marketinqin idarə edilməsi deməkdir.

Firmanın marketinq üzrə sahələri (bölmələri) və onların rəisləri (müdirləri) vardır. Marketinqi idarə edənlərin vəzifəsi təkcə müştəri tapmaq, tələbatın yaradılması və genişləndirilməsi ilə bitmir, lazım gələndə tələbatın dəyişdirilməsi və yeniləşdirilməsi ilə bağlı problemləri də həll etməlidir. Mütəxəssislərin fikrincə «marketinqin idarə olunması- tələbatın idarə olunmasıdır». Buna görə də marketinqi idarə edənlərin vəzifəsi tələbatın səviyyəsinə, vaxtına və xarakterinə elə təsir göstərməlidir ki, bu firmanın qarşıya qoyduğu məqsədlərə çatmasına kömək göstərsin. Firmalarda marketinqin vəziyyətini təhlil edən, nəzərdə tutulmuş planların icrasını, yaxud nəzarət funksiyalarını yerinə yetirən vəzifəli şəxslər - marketinq üzrə mütəxəssislər çalışır. Burada satış üzrə, reklam xidməti üzrə, satışın stimul- laşdırılması üzrə, əmtəələr üzrə, qiymət qoyma problemləri üzrə və marketinq tədqiqatları üzrə rəislər, marketoloqlar fəaliyyət göstərir.

Yuxarıda deyilənlərə əsasən, nəticəyə gəlmək olar ki, istehsalçı firmanın müstəqil marketinq şöbəsinin olması bazar iqtisadiyyatı şəraitində bir zərurətdir. Və inkişaf etmiş ölkələrdə marketinq fəaliyyəti müəssisələrin (firmaların) işini bazarın, istehlakçıların tələbi

285

nə tabe edə bilmişdir. Bazar münasibətləri əsasında yenicə fəaliyyət göstərməyə

başlayan Azərbaycan sahibkarları dünya ölkələrinin qabaqcıl firmalarının marketinq sahəsindəki təcrübəsini öyrənib tətbiq etməyi unutmamalıdırlar.

§11. İqtisadi idarəetmə sistemində dövlətin rolu.

a) Dövlətin iqtisadi proseslərin idarə edilməsində iştirakının zəruriliyi

Dövlət yarandığı vaxtdan etibarən, bütün dövrlərdə, iqtisadi proseslərin idarə edilməsində bu və ya digər dərəcədə iştirak etmişdir. Bu onun əsas funksiyalarından biri olub, iqtisadiyyatın sabit və normal fəaliyyət göstərməsini təmin etmək zərurətindən irəli gəlmişdir. Ancaq o, öz fəaliyyəti ilə iqtisadi inkişafı sürətləndirə və ya əksinə ləngidə bilər. Biz isə burada dövlətin iqtisadi proseslərə müsbət mənada təsirindən danışmağı lazım bilirik.

Tanınmış Amerika iqtisadçısı V.Leontiyev iqtisadiyyatı gəmiyə, dövləti onun sükanına, maddi marağı isə güclü küləyə bənzədir. Dövlət iqtisadiyyatın istiqamətini məqsədəuyğun olan səmtə yönəltməli, əsas məqsədə çatmaqda yardımçı olmalıdır, maddi maraq isə gəmini (yelkəni) hərəkətə gətirən stimullaşdırıcı amil rolunu oynamalıdır. Dövlət ümummilli mənafelərin daşıyıcısıdır və onun bilavasitə idarəetmə sistemində iştirakı olmadan ayrı-ayrı iqtisadi rayonların, regionların, firma və şirkətlərin, əmək kollektivləri və fərdlərin mənafelərini ümumdövlət mənafeyi ilə əlaqələndirmək olmaz. İdarəetmədə dövlətin iştirakı olmadan ölkənin bir-biri ilə qarşılıqlı əlaqədə, asılılıq şəraitində fəaliyyət göstərən və bütöv bir sistem təşkil edən sosial-iqtisadi inkişafı qeyri-mümkündür. Dövlət iqtisadiyyatın idarə edilməsində özünün iştirakı ilə strukturun formalaşdırılması, investisiya qoyuluşları, modernləşdirmə, iqtisadi artım tempi və onun stimullaşdırılması, proporsiyaların optimallaşdırıl- ması, istehsalın dünya bazarında rəqabət aparmaq qabiliyyətini yüksəltmək, sosial gərginliyi yumşaltmaq və sabitliyi təmin etmək, inflyasiyaya qarşı qabaqlayıcı tədbirləri həyata keçirmək, işsizliyin qarşısını almaq, inhisarçılıqla mübarizə aparmaq və s. bu kimi problemlərin həlli ilə bilavasitə məşğul olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlətin vəzifələrindən biri də bazar iqtisadiyyatı sisteminin əsaslarının möhkəmləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirmək və sahibkarlığın inkişafına köməklik göstərməkdir.

286

iqtisadi idarəetmə sistemində dövlətin iştirakını zəruri edən amillərdən biri də dövlətin özünün mülkiyyətçi, təsərrüfatçı olmasıdır. İqtisadiyyatın dövlət bölməsinin olması onun bilavasitə dövlət orqanları tərəfindən idarə edilməsini tələb edir. Bazar subyekti olmaqla dövlət iqtisadiyyatın bazar qanunları əsasında inkişafında maraqlıdır və ona yardımçı olmalıdır.

Dövlətin iqtisadi proseslərin idarə edilməsində iştirakı onun qanunverici, icraedici və məhkəmələrdən ibarət olan hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Dövlət qanunvericilik fəaliyyəti ilə mülkiyyət formaları və təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan çoxsaylı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlərin formalaşmasının hüquqi bazasını yaradır. O özünün müxtəlif səviyyəli inzibati orqanları, icraedici strukturlar, nazirliklər, komitələr, birliklər, şirkətlər, habelə, maliyyə-bank sisteminin alətləri olan büdcə, kredit, müxtəlif fondlar və s. vasitəsilə iqtisadi idarəetmə sistemində fəaliyyət göstərir. Mübahisəli məsələlər isə iqtisad məhkəməsinin iştirakı ilə həll olunur.

İqtisadi proseslərin idarə olunmasında dövlətin fəaliyyəti, onun iqtisadi rolunun mahiyyəti bilavasitə həyata keçirdiyi iqtisadi funksiyalarda öz ifadəsini tapır.

b) Dövlətin iqtisadi funksiyaları İqtisadi proseslərin idarə edilməsində dövlətin iştirakının formaları

və onun yerinə yetirdiyi funksiyalar müxtəlif və çoxcəhətlidir. İki cildlik «Ekonomiks» dərsliyinin müəllifləri dövlətin iqtisadi rolunun təhlili üçün baza rolu oynayan beş funksiyasının ətraflı şərhini vermişlər.^ Müəlliflər hökumətin yerinə yetirməli olduğu funksiyaları iki qrupa bölürlər:

Birinci qrup hökumətin bazar sisteminə dayaq olmaq və fəaliyyətini yüngülləşdirməyə yönəldilmiş vəzifələri ilə bağlı olan aşağıdakı funksiyalardır: 1. Bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin

və hüquqi bazanın təmin edilməsi; 2. Rəqabətin qorunub saxlanılması.

İkinci qrup funksiyalara aşağıdakıları aid edirlər: 1. Gəlir və sərvətlərin yenidən bölünməsi; 2. Milli məhsulun quruluşunu dəyişmək məqsədilə resursların

bölgüsünü təkmilləşdirmək;

' K.Makkonnell, S.Bryu. «Ekonomiks»., M. 1992. soh.94-101. 287

3. iqtisadiyyatın sabitləşməsi, başqa sözlə, iqtisadi şəraitin dəyişməsindən yaranan inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək, iqtisadi artımı stimullaşdırmaq.

İkinci qrup funksiyaları yerinə yetirməklə hökumət bazar sisteminin fəaliyyətini gücləndirir və modifıkasiya edir.

Bütünlükdə dövlətin yerinə yetirdiyi bu və ya digər funksiyalar iqtisadiyyatda səmərəliliyin, sosial ədalətin və sabitliyin təmin edilməsinə yönəldilmişdir.

Dövlətin həyata keçirdiyi bütün bu funksiyalar bazar iqtisadiyyatı şəraitində yaxşılaşdırma tənzimlənməsi ilə bağlıdır və müəyyən mənada onları dövlətin tənzimləyici funksiyasının əsas istiqamətləri adlandırmaq olar. Sual olunur ki,bazarın özünün obyektiv tənzimləyici mexanizmi olduğu bir şəraitdə nə üçün dövlət iqtisadi proseslərə müdaxilə edib onun tənzimlənməsi ilə məşğul olur? Növbəti bölmədə bu suala cavab verilir.

c) Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi

İqtisadiyyatın bilavasitə dövlət tərəfindən idarə edilməsi ilə bazar iqtisadiyyatı şəraitində onun dövlət tərəfindən tənzimlənməsi eyni proses olmayıb, müxtəlif məqsəd daşıyır. Məsələn, mülkiyyətin 90%-dən çoxu dövlətə məxsus olduğu keçmiş SSRİ-də planlı idarəetmə sistemi fəaliyyət göstərmişdir. O zaman bütün iqtisadi və siyasi güclər dövlətin əlində cəmləşdiyi üçün bütövlükdə cəmiyyət, onun regionları, bütün istehsal özəkləri vahid məqsədə tabe edilmiş, planlı qaydada mərkəzdən idarə olunmuşdur. Dövlət özünün çoxşaxəli idarəetmə orqanları vasitəsilə, bütün ölkə üçün, vahid plan tapşırıqlarını hazırlayıb respublikalara, regionlara, müəssisə və şəxslərə qədər olan istehsalçılara çatdırır və onların vaxtında yerinə yetirilməsi üzərində nəzarət edirdi.

Əsas dayağı xüsusi mülkiyyət olan bazar iqtisadiyyatı şəraitində iqtisadiyyat başlıca olaraq bazar qanunları və mexanizmləri vasitəsi ilə idarə olunur. Keçid dövrünü yaşayan ölkələrdə isə iqtisadiyyat spesifik xarakterə və məzmuna malik olduğu üçün onun idarə edilməsi və dövlət tərəfindən tənzimlənməsinin də öz xüsusiyyətləri vardır.

Bazar münasibətləri sisteminin hakim olduğu və sənayecə inkişaf etmiş ölkələrdə dövlətin iqtisadi proseslərə fəal müdaxiləsi kapitalizmin inhisarçı inkişaf mərhələsinə təsadüf edir. Belə ki, XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatda inhisar hökmranlığının güclənməsi nəticəsində işlək bazar mexanizmi güclü təzyiq

288

məruz qalır, xüsusi sahibkarlıq inhisar ağalığı ilə üzləşir, azad sahibkarlıq fəaliyyəti, azad rəqabət üçün imkanlar məhdudlaşır. Yaranmış vəziyyət dövlətin iqtisadi proseslərə müdaxiləsini, xüsusi qanun və qərarların qəbul edilməsini tələb edir və ilk dəfə olaraq ABŞ- da belə qanunlar qəbul edilir.

Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin dağıdıcı sosial-iqtisadi böhranı və onun nəticələrinin bazar mexanizminin gücü ilə aradan qaldırılmasının qeyri-mümkünlüyünü üzə çıxardı və dövlətin işə qarışaraq fəal tənzimləyici fəaliyyət göstərməsinin zəruri olduğunu bir daha təsdiq etdi.

İkinci dünya müharibəsindən sonra dağılmış təsərrüfatların bərpa edilməsi və inkişaf etdirilməsi də bilavasitə dövlətin iştirakı ilə olmuşdur. XX əsrin ikinci yarısından başlayaraq dövlətin fəaliyyətinin sosial istiqaməti genişlənir, əhalinin sosial müdafiəsi ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi zərurəti meydana çıxır və bir çox inkişaf etmiş ölkələrdə reallığa çevrilir. Bu isə dövlətin iqtisadi proseslərdə iştirakı ilə bağlı yeni tələblərin meydana çıxmasına səbəb olmuşdur. İqtisadçılar düzgün olaraq, 50-ci illərdən başlayan və 70-ci illərdə genişlənən bu prosesi dövlətin iqtisadiyyata müdaxiləsinin yeni bir mərhələsi kimi qiymətləndirirlər. Bu mərhələdə beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və beynəlxalq münasibətlərin formalaşmasında dövlətin yaxından iştirakı daha aydın görünür.

Bütün yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi proseslərin idarə olunmasına müdaxiləsi və onun tənzimləyici fəaliyyəti zəruridir. Bu aşağıdakı amillərlə bağlıdır:

Birincisi, cəmiyyətdə elə sosial-iqtisadi problemlər yaranır ki, bazar mexanizmilə onların həlli mümkün olmur və hətta bazarın özü bəzi həll edə bilmədiyi problemləri doğurur. Məsələn, işsizlik, gəlirlərin bölgüsündə qeyri-bərabərlik, inflyasiya, inhisarçılıq, böhranlar və s. kimi problemlər bu qəbildəndir.

İkincisi, ölkələrarası xarici iqtisadi əlaqələrin yaranması, genişlənməsi, dərinləşməsi, yeni-yeni formaların meydana gəlməsi dövlətlərin bu proseslərdə yaxından iştirakını və tənzimlənməsini tələb edir.

Üçüncüsü, elm, texnika və texnologiya sahəsində əldə olunmuş nailiyyətlərin istehsala tətbiqi nəticəsində istehsalın miqyası artmış, coğrafiyası genişlənmiş, onun yeni-yeni sahələri meydana gəlmişdir ki, nəticədə idarə etmə prosesləri mürəkkəbləşmişdir. Bütün bu proseslər uzunmüddətli proqramların hazırlanması, maliyyələşdirilməsi və həyata keçirilməsi ilə mümkün olur və bu da dövlətin iştirakını

289

zəruri edir. Dördüncüsü, iqtisadiyyatda insan amilinin rolunun artması ilə

yanaşı, meydana çıxan sosial problemlərin həlli məqsədilə sosial təyinatlı istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial proqramları hazırlayıb həyata keçirilməsi və nəticədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi bazar mexanizmi vasitəsilə deyil, dövlətin fəaliyyəti sayəsində mümkün olur.

Dövlətin iqtisadi proseslərin tənzimlənməsində iştirakının zəruri olduğunu əsaslandırmaqla demək istəmirik ki, yaranmış bütün problemləri dövlət təkbaşfina, öz gücü ilə həll etməlidir. Bilmək lazımdır ki, dövlət iqtisadi prosesləri bazar qanunlarından və mexanizmlərindən istifadə etməklə tənzimləyir. Digər tərəfdən də, dövlət xüsusi sahibkarları ölkədə yaranmış problemlərin həllinə cəlb etməli, onların fəaliyyətini stimullaşdırmalı və iqtisadi güclərindən istifadə elməlidir. Bunun özü də dövlət tənziminin bir formasıdır.

Müasir dövrdə heç bir iqtisadi məktəb, heç kəs iqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakının zəruriliyini inkar etmir. Mübahisə dövlətin iştirakının dərəcəsi, hədləri ətrafında gedir. Əksər iqtisadçılar problemlərin bazar mexanizmi ilə dövlətin tənzimlənmə mexanizmindən birgə, qarşılıqlı əlaqədə səmərəli istifadə etməklə həll olunmasına tərəfdardırlar ki, bu cür yanaşmanı doğru hesab etmək olar.

İqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakı dərəcəsi bütün ölkələrdə eyni deyildir. Bu bir çox amillərdən, o cümlədən, hər bir ölkənin ənənəsindən və iqtisadi gücündən asılıdır. Dövlətin öz tənzimləyici funksiyasını səmərəli şəkildə yerinə yetirə bilməsi üçün maddi imkanlara, tənzimlənmə sisteminə və lazımı təcrübəyə malik olması lazımdır. İqtisadiyyatın dövlət tənziminin üsulları, forma və metodları aşağıdakı sxemdə aydın şəkildə göstərilmişdir.

Dövlətin bilavasitə həyata keçirdiyi tənzimləyici funksiya konkret obyektin tənzimlənməsinə yönəldilir. Tənzimlənmənin obyektləri isə çox genişdir və demək olar ki, sosial-iqtisadi həyatın btün tərəflərini əhatə edir. Hətta təbiətin mühafizəsi, ekologiya ilə bağlı proseslər də tənzimlənmə obyektinə daxildir. Tənzimlənmə obyekti olmaqla xarici iqtisadi münasibətlərə dövlətin müdaxiləsinin əhəmiyyəti böyükdür. Bütövlükdə xalq təsərrüfatı və onun ayrı-ayrı sahələri, regionların inkişafı problemi, gəlirlərin bölgüsü və yenidən bölgüsü, iri həcmli investisiya qoyuluşları, maliyyə münasibətləri, pul tədavülü, qiymətlər sistemi və s. ilə bağlı hadisə və proseslər dövlətin tənzimləmə obekti ola bilərlər.

290

üsulları

Qanunvericilik İnzibati Məhkəmə

Bilavasitə Formaları

Dolayısıyla 1

Metodları

İnzibati İqtisadi

Xüsusi biznesin inzibatiləşdirlməsi

Dövlət sahibkarlığı

Kredit Büdcə- vergi

Sxem 1. İqtisadiyyatın dövlət tənziminin üsul, forma və metodları

İqtisadiyyatın dövbt tənzimlənməsinin obyektləri ilə yanaşı, subyektləri də vardır ki, onlar mülkiyyət mənsubiyyətinə, özlərinin gəlirləri və əmlakının səviyyəsinə görə fərqlənirlər. Tənzimlənmənin subyektləri iqtisadiyyatın özəl və dövlət bölmələrində fəaliyyət göstərən sosial qruplar, əmək fəaliyyəti ilə məşğul olan şəxslər və s. ola bilərlər.

İlk baxışda belə görünə bilər ki, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində əsas məqsəd bazarın qüsurlarını aradan qaldırmaq, bazar mexanizminin çatışmazlıqlarını tamamlamaq, bazara yardımçı olmaqdan ibarətdir. Əslində isə tənzimlənmənin başlıca məqsədi iqtisadi sistemin normal fəaliyyətini təmin etmək, səmərəliliyini yüksəltmək, sabit sosial-iqtisadi inkişafını təmin etməkdir.

ç) İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin funksiyaları və metodları

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin funksiyası onun iqtisadi fimksiyaları ilə eyni olmasalar da çox yaxın anlayışlardır.

Dövlət iqtisadi prosesləri tənzimləmək üçün bazar subyektlərinin iqtisadi fəaliyyətini, davranış qaydalarını nizama salan hüquqi qanunlar, normalar və normativ aktlar qəbul edir. Dövlətlə sahib-

291

karlar arasında, sahibkarların özləri arasında, firma və şirkətlər arasında münasibətləri tənzimləyən qaydaları müəyyən edir. Bununla dövlət bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan hüquqi əsas yaradır və bu onun funksiyasıdır.

Bazar iqtisadiyyatının hərəkətverici «mühərriki» rəqabətdir, ancaq rəqabət üçün lazımi şərait olmalıdır. Dövlətin bu istiqamətdə olan fəaliyyəti rəqabət mühitini qoruyub saxlamaq üçün ona mane olan əngəlləri aradan qaldırılmasına yönəldilmişdir. Dövlət bir tərəfdən rəqabətə mane olan inhisar əleyhinə qanunlar qəbul edirsə, digər tərəfdən də firmalar üçün gəlirlik səviyyəsinə maksimum və minimum hədlər qoyur, nəzarət sistemindən istifadə edir. Beynəlxalq səviyyədə rəqabət mühiti yaratmaq üçün ölkələrarası müqavilələr sistemindən istifadə olunur, ikitərəfli yaxud da çoxtərəfli müqavilələr bağlanır. Bu rəqabət mühiti yaratmaq sahəsində dövlətin tənzimləyici funksiyasıdır.

Dövlətin tənzimləyici funksiyalarından biri də bilavasitə bölgü sferasına aiddir. Dövlət bu funksiyasını resursların və gəlirlərin yenidən bölgüsü mexanizmi vasitəsilə həyata keçirir. Resursların yenidən bölgüsü cəmiyyətin qarşısında duran konkret məqsədlərin re- allaşdırılmasına yönəldilmişdir. Gəlirlərin yenidən bölgüsü və gəlir- lərdəki fərqi azaltmaq yolu ilə sosial ədaləti bərpa etmək, aztəminatlı ailələrin sosial mühafizəsini təmin etmək deməkdir.

Dövlətin tənzimləmə funksiyalarından biri də iqtisadi stabilliyin təmin edilməsi ilə bağlıdır. Dövlət büdcə-vergi, pul-kredit siyasətlərindən istifadə etməklə böhran hallarının qarşısını almaq, inflyasiyanın səviyyəsini aşağı salmaq, işsizliyi azaltmaq, məşğulluğun arzuo- lunan səviyyəsinə nail olmaq yolu ilə iqtisadi artımın dinamikliyini təmin etməyə çalışır.

Bazar iqtisadiyyatı şəraitində elə sahələr var ki, gəlir gətirmədiyinə görə xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, belə sahələrə kapital qoymaqda maraqlı olmurlar. Bunlara aiddir: milli müdafiə, təhsil sisteminin inkişaf etdirilməsi, təbii fəlakətlərlə mübarizə, ziyanvericilərə qarşı mübarizə aparmaq və s. Bu kimi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət vergi formasında tutulmuş vəsait hesabına xüsusi fondlar yaradır və istifadə edir. Burada da dövlət bölgü mexanizminin köməyi ilə resursların yenidən bölgüsünü həyata keçirir və bununla da milli məhsulun quruluşunu dəyişməyə nail olur. Bu dövlətin tənzimləyici funksiyalarından biridir.

Dövlətin tənzimləyici funksiyalarından biri də iqtisadiyyatın özəl bölməsi və dövlət bölməsi arasındakı iqtisadi münasibətlərin

292

tənzimlənməsi ilə bağlıdır. Qarışıq iqtisadiyyat şəraitində iqtisadiyyatın hər iki bölməsi arasında uyğun nisbətləri saxlamaq, onların qarşılıqlı fəaliyyətini təmin etmək dövlətin əsas vəzifələrindən biridir. Bu məqsədlə dövlət özəl bölmənin inkişafına yardımçı olur, geri qalan sahələrə maliyyə yardımı edir, investisiya qoyuluşlarını artırmaq üçün stimullaşdırıcı vasitələrdən istifadə edir.

Dövlət özünün tənzimləyici funksiyalarım reallaşdırmaq məqsədi ilə müxtəlif istiqamətli iqtisadi siyasətini işləyib hazırlayır və həyata keçirir.

Hər bir dövlət özünün iqtisadi sahədə həyata keçirməli olduğu funksiyalarını müəyyən metodlardan istifadə etməklə həyata keçirir.

Dövlətin iqtisadi tənzimləmədə istifadə etdiyi metodlar, üsul və vasitələr çoxdur və biz onların haqqında iqtisadi idarelmə metodları paraqrafmda ətraflı şərhini vermişik. İqtisadiyyatın tənzimlənməsi prosesində inzibati və iqtisadi idarəetmə metodlarından geniş istifadə olunur. Bu zaman hər iki metod qarşılıqlı şəkildə əlaqələndirilir, eyni zamanda hüquqi vasitə və üsullardan istifadə olunur. İqtisadi metodla tənzimləmə iqtisadi idaretmə vasitələri olan qiymət, faiz dərəcələri, vergi sistemi, iqtisadi stimullaşdırmanm digər alətlərindən istifadə etməklə həyata keçirilir. Məsələn, dövlət vergiyə cəlb etməkdən azad etməklə kapitalın bir sahədən başqa sahəyə axınını stimullaşdıra bilər. Və yaxud depozit qoyuluşlarına verilən faizin dərəcəsini artırmaqla əmanətə qoyulan pulun miqdarını artırmaq olur və s.

Dövlət inzibati metodlarla tənzimləmə zamanı qanunlar, qərarlar, sərəncamlar və birbaşa göstəricilərdən istifadə edir. Bu birbaşa tənzimləmə metodu adlandırılır. Bu metodla dövlət bu və ya digər fəaliyyət sahəsini məhdudlaşdırır, qadağan edir və yaxud hər hansı bir sahənin fəaliyyətinə icazə verilir. Qeyd etmək lazımdır ki, hər bir inzibati tənzimlənmə üsulu müəyyən iqtisadi vasitələrin köməyi ilə reallaşır. Məsələn, vergidə güzəşt etməklə firmanın fəaliyyətini stimullaşdırmaq üçün güzəştli verginin tətbiqinə dair hökumətin qərarı olmalıdır.

Lakin inzibati tənzimlənmə formaları, metodları konkret şəraitə uyğun olaraq tətbiq edilməzsə, arzu olunan nəticə verməz. Ona görə də bu metodlar daima təkmilləşdirilməli, yeni üsul və vasitələrdən istifadə olunmalıdır.

293

BÖLMƏ 4

UMUMDUNYA TƏSƏRRÜFATI

XVII Fəsil

ÜMUMDÜNYA TƏSƏRRÜFATI VƏ

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

1. Ümumdünya təsərrüfatı: məzmunu, yaranması amilləri. 2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları. 3. İqtisadi inteqrasiya və onun formaları 4. Beynəlxalq valyuta sistemi.Valyuta bazarı. 5. Tədiyyə balansı və onun quruluşu. 6. İqtisadi qloballaşma.

§ 1. Ümumdünya təsərrüfatı, məzmunu, yaranması amilləri

İqtisadiyyat bir elm kimi iqtisadi sistemləri həm milli təsərrüfat (makroiqtisadiyyat) çərçivəsində, həm də dünya iqtisadiyyatı (meqoiqtisadiyyat) miqyasında öyrənir.

Beynəlxalq iqtisadiyyat dünya ölkələrinin milli və beynəlxalq maraqları əsasında formalaşan və daim inkişaf edən bütöv bir sistemidir. Beynəlxalq iqtisadiyyat daha geniş məzmuna malik olaraq özündə «ümumdünya təsərrüfatı» və «beynəlxalq iqtisadi münasibətlər» anlayışlarını birləşdirir.

Ümumdünya təsərrüfatı beynəlxalq əmək bölgüsünün tarixi inkişafının nəticəsidir. Ümumdünya təsərrüfatı özünün ictimai-iqtisadi quruluşundan asılı olmayaraq beynəlxalq əmək bölgüsünə əsaslanan, beynəlxalq iqtisadi münasibətlər sistemində bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələrlə bağlı olan dünya ölkələrinin milli təsərrüfatlarınm məcmusudur. Ümumdünya təsərrüfatının formalaşması iki mühüm şərtlə xarakterizə olunur. Birincisi, dünya iqtisadiyyatının yaranması nəticəsində beynəlxalq iqtisadi əlaqələrin obyektiv zərurətə çevrilməsi; ikincisi, dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrin faydalı olması. Ümumdünya təsərrüfatı çox tərəfli və müxtəlif mərhələli bir orqanizmdir. Ayrı-ayrı tarixi inkişaf dövrlərində məhsuldar qüvvələrin inkişafı və beynəlxalq əmək bölgüsünün daha da genişlənməsi nəticəsində ümumdünya təsərrüfatının formalaşmasında

294

və onun məzmununda əsaslı dəyişikliklər baş vermişdir. Dünya təsərrüfatının təşəkkül tapmasının əsaslarını bu sxemdən

görmək olar.

Sxem 1. Beynəlxalq iqtisadi münasibətlər

Beynəlxalq əmək bölgüsü ərazi əmək bölgüsünün inkişaf forması kimi dünya ölkələrinin müxtəlif əmtəə və xidmət növlərinin istehsalı üzrə ixtisaslaşması və onlar arasında həmin məhsulların bir- birilə mübadilə olunması prosesidir. Beynəlxalq əmək bölgüsü hər bir ölkənin malik olduğu təbii və iqtisadi resurslardan, elmi-texniki və əmək potensialından daha səmərəli istifadə olunmasına şərait yaradır. Digər tərəfdən, beynəlxalq əmək bölgüsü əsasında dünya ölkələri öz təbii və iqtisadi sərvətlərini bir-birilə mübadilə edir və «müqayisəli xərclər» əsasında onlardan səmərəli surətdə istifadə edirlər.

Beynəlxalq əmək bölgüsü əsasında inkişaf etmiş ölkələrdə dünya təsərrüfatının formalaşması sənayedə klassik kapitalist müəssisələrinin yaranmasının üç mərhələsini əhatə edir: sadə kooperasiya sahibkarlığı dövrü (təxminən XVI əsrin ortalarına qədər sənayedə sahibkarlığın meydana gəlməsi); manufaktura istehsalı dövrü (XVI -

295

XVIII əsrlərdə), maşınlı istehsal dövrü (XVIII-XIX əsrlər). İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sənaye çevrilişi dövründə (XVIII əsrin ortalarından başlayaraq), xüsusilə, elektrotexnika inqilabının daha geniş vüsət aldığı dövrdə (XIX əsrin sonu XX əsrin əvvələrin- də) dünya təsərrüfatının formalaşması tarixən başa çatdı. Məhsuldar qüvvələrin inkişafı nəticəsində elmi-texniki tərəqqinin və elmi- texniki inqilabın nəticələrindən dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri bəhrələnərək beynəlxalq ixtisaslaşma və kooperasiya əlaqələrinə qoşulmağa başladılar. Belə ki. dünyanın hər bir ölkəsi benəlxalq iqtisadi əlaqə yaratmadan öz iqtisadi inkişafını həyata keçirə bilməz və dünya ölkələrinin iqtisadi birliyinə daxil olmaq imkanını qazana bilməz. Müasir dövr dünya ölkələrinin milli təsərrüfatlarının beynəlmiləlləşməsi və qloballaşması dövrü kimi formalaşır. Dünyanın hər bir ölkəsi həm öz daxili imkanlarından (istehsal amillərindən), həm də xaricdən daha yeni texnika və texnologiyanı idxal etməklə öz müstəqil milli iqtisadiyyatını formalaşdırır və inkişaf etdirir. Buradan belə bir nəticə çıxarmaq olar ki, dünya ölkələri milli sosial-iqtisadi tərəqiyyə nail olmaq məqsədilə ümumdünya təsərrüfatının qanunauyğunluqlarını dərk etməli və onun üstünlüklərindən daim istifadə etməlidir.

Bunları nəzərə alaraq ümumdünya təsərrüfatının yaranması amillərinə aşağıdakıları aid etmək olar: • dünya ölkələrinin milli iqtisadi sistemlərinin müxtəlifliyi; • dünya ölkələrinin müxtəlifliyi; • beynəlxalq əmək bölgüsü əsasında dünya ölkələri arasında ticarət-

iqtisadi və elmi-texniki əlaqələrin yaranmasının zəruriliyi;

• dünya ölkələri arasında istehsal amillərinin qeyri-bərabər yerləşməsi;

• ölkələr arasında əmtəə və xidmətlərin hərəkətində fərqli cəhətlərin

olması;

• beynəlxalq təkrar istehsal prosesinin formalaşması; • ölkələrin milli valyutalarının bir-birindən fərqli olması; • məhsuldar qüvvələrin və istehsal münasibətlərinin beynəlmiləlləşməsi

prosesinin baş verməsi; • dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakınm zəruriliyi;

Ümumdünya təsərrüfatının yaranmasını zəruri edən amillər bir daha təsdiq edir ki, dünya ölkələrinin gələcək tərəqqisi və inkişafı onların qarşılıqlı əlaqəsindən daha çox asılıdır. Xüsusilə, müasir dövrün (XXI əsrin) elə qlobal problemləri var ki, onlar dünya xalqlarını bir-birinə yaxınlaşdırır və onlara ümumbəşəri mənafelərini

296

reallaşdırmaq imkanı verir. Müasir dövrdə beynəlxalq əmək bölgüsü əsasında istehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşması özünün ən yüksək səviyyəsinə çatmışdır. Demək olar ki, dünya ölkələrində istehsal olunan bir sıra məhsul növləri istehsalın beynəlxalq ixtisaslaşma prosesi əsasında baş verir. Məsələn, «Boinq-747» markalı təyyarənin istehsalı üçün 4,5 min detal və birləşmələr lazım gəlir. Bunların istehsalı ilə dünyanın 1500 şirkəti məşğul olur. Müasir mikroelektronika, maşınqayırma, gəmiqayırma, dəzgah istehsalı, müxtəlif növ yarımfabrikatlar, seriyalı formada dünyanın ayrı-ayrı ölkələrində əvəzedici (oxşar) məhsul kimi istehsal edilir.

İstehsalın beynəlxalq kooperasiyalaşması dedikdə, ayrı-ayrı ölkələr arasında istehsahn bu və digər məhsul növləri üzrə ixtisaslaşması və birgə məhsul istehsah üzrə qarşıhqh əlaqəsi nəzərdə tutulur.

Müasir dövrdə istehsalın beynəlxalq ixtisaslaşması və koope- rativləşməsi prosesi daim inkişaf edir və təkmilləşir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin, region, sahə və müəssisələrin müxtəlif əmək bölgüsü əsasında məhsul, detal və hissələrin (qovşaq) istehsalı üzrə ixtisaslaşması prosesidir. İstehsalın beynəlxalq ixtisaslaşmasının üç əsas forması vardır. • əşya (predmet) üzrə ixtisaslaşma; • detal (hissə, qovşaq) üzrə ixtisaslaşma; • texnoloji ixtisaslaşma (istehsal prosesinin mərhələlərə ayrılması yolu ilə məhsul istehsalı).

Müasir dövrdə öz inkişaf səviyyəsindən asılı olmayaraq dünya ölkələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşmışlar. Məsələn, Meksika, BƏƏ, Norveç, İraq, İran və Azərbaycan neft, Hindistan çay, Braziliya kofe və s. üzrə ixtisaslaşmışlar.

Ümumdünya təsərrüfatı birdən-birə meydana gəlməmişdir. O, aşağıdakı mərhələləri əhatə edir.

Ümumdünya təsərrüfatının yaranması ölkələrarası ticarət əlaqələrinin yaranması və inkişafı ilə bağlıdır. Onun sonrakı inkişafı və formalaşması isə böyük coğraiı kəşflərdən başlayaraq (XV-XVI əsrin sonu) XX əsrin əvvəlinə qədər olan bir dövrü əhatə edir. Bu dövrdə dünya ticarəti mütləq üstünlüyə malik olmuş, zəbt olunmuş ölkələrdən xammal və metropoliyalardan hazır sənaye məhsulların ixracı üstünlük təşkil edirdi. Dünya iqtisadi və ərazi cəhətdən bölündü, bazar yönümlü dünya iqtisadiyyatı formalaşmağa başladı. İnkişaf etmiş ölkələr, metropoliyalar, iqtisadi cəhətdən asılı, zəif və müstəmləkə xarakterli ölkələr dünya iqtisadiyyatının başlıca subyektləri hc-

297

sab olunurdu. Müstəmləkəçi ölkələr siyasi və iqtisadi ağalığa malik olaraq xammal mənbələrini, ucuz iş qüvvəsini və satış bazarlarını ələ keçirirdilər. Həmin dövrün xarakterik xüsusiyyətləri bunlardır: • dünya müstəmləkə təsərrüfat sisteminin yaranması; • mövcud iqtisadi münasibətlərin hüquqi əsaslarmın formalaşması; • qe^i-bərabər hüquqlu və qeyri-ekvivalent mübadilənin hökm sürməsi;

Ümumdünya təsərrüfatının inkişafının sonrakı dövrü XX əsrin 20-50-ci illərini əhatə edir. Bu dövrün əsas xarakterik cəhətləri aşağıdakılardır: • dünya kapitalist təsərrüfatı sistemi ilə yanaşı sosialist təsərrüfat

sistemi formalaşır; • əmtəə ixracına nisbətən kapital ixracı daha da genişlənir; • kapitalın bilavasitə istehsala cəlb olunması meyli güclənir;

• xarici ticarətin müxtəlif formaları yaranır və beynəlxalq əmtəə

dövriyyəsində onun xüsusi çəkisi artmağa başlayır;

• xarici iqtisadi ələqələrin yeni formaları yaranır (elmi-texniki

əməkdaşlıq, iş qüvvələrinin beynəlxalq miqrasiyası və s.)

• milli təsərrüfat sistemində qarşılıqlı əlaqə və asıldıq daha da güclənir.

Ümumdünya təsərrüfatının inkişafının üçüncü mərəhələsi XX

əsrin 50-ci illərindən başlayaraq hazırkı dövrü əhatə edir. Bu dövrün

əsas xarakterik cəhətləri aşağıdakılardır:

• XX əsrin 60-ci illərindən başlayaraq müstəmləkə sisteminin böhranı

və dağılması baş verir;

• dünya ölkələrinin böyük əksəriyyəti siyasi cəhətdən müstəqillik əldə

etməyə başlayır;

• dünya ölkələri arasında iqtisadi interqrasiya şaquli və üfiqi

istiqamətdə daha da güclənir;

• istehsalın beynəlxalq ixtisaslaşma və kooperasiyalaşma səviyyəsi

daha da artır;

• transmilli korporasiyaların dünya miqyasında rolu genişlənir; • Şaquli inteqrasiya o deməkdir ki, investisiya kompaniyasının

xaricdə istehsal etdirdiyi məhsul əsas istehsal namenklaturasmdan müəyyən səviyyədə fbrqlidir. Lakin onlar eyni texnoloji prosesə malikdirlər;

Üfiqi inteqrasiya o deməkdir ki, xaricdə istehsal olunan bir namenklaturah hazır məhsul ölkədə istehsal olunan məhsulla oxşardır və nisbətən aşağı istehsal xərcləri ilə fərqlənir.

Ümumdünya təsərrüfatımn inkişafımn bu mərhələsində region-

298

laşma və qloballaşma daha geniş vüsət alır və müasir dövrdə bir sıra

xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərə aşağıdakılar aiddir:

• dünya ölkələrinin qeyri-bərabər iqtisadi inkişaf səviyyəsi və müxtəlif

geosiyasi mövqeyə malik olmaları;

• dünya ölkələri və regionları arasında istehsal amillərinin qeyri-

bərabər bölgüsü;

• inkişaf etmiş ölkələrin zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatına

kapital qoyuluşuna daha çox meyl göstərməsi;

• müasir şəraitdə inkişaf etmiş dünya ölkələrinin iqtisadi qloballaşma

prosesində iqtisadi maraqlarının müxtəlifliyi;

• Müasir qloballaşma prosesində transmilli kapitalın daha geniş miqyas

alması;

• İqtisadi qloballaşma şəraitində inkişaf etməkdə olan ölkələrin öz milli

müstəqilliyini qoruyub saxlanması meylinin güclənməsi;

• Region ölkələrinin iqtisadi inteqrasiya əlaqələrinə qoşulmaq meylinin güclənməsi.

§ 2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları

Dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələr vahid bir sistem təşkil edir və beynəlxalq iqtisadi münasibətlərə əsaslanır. Beynəlxalq iqtisadi münasibətlər bəşəriyyətin mövcudluğunu və dövlətlərin beynəlxalq maraqlarının qarşılıqlı surətdə reallaşmasını əks etdirən münasibətlər sistemidir. Milli təsərrüfatlar bir-birilə qarşılıqlı asılılıqda və əlaqədə olaraq beynəlxalq iqtisadi münasibətlərin əsas daşıyıcıları kimi çıxış edirlər. Beynəlxalq iqtisadi münasibətlər müxtəlif dövlətlər, fiziki və hüquqi şəxslər arasında maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sferasında yaranan iqtisadi münasibətlər

sistemidir. Beynəlxalq iqtisadi münasibətlər milli təsərrüfatların beynəlmiləlləşməsi prosesi nəticəsində yaranır. Beynəlxalq iqtisadi münasibətlər əsasında ümumdünya təsərrüfatı formalaşır və inkişaf edir.

Beynəbcalq iqtisadi münasibətlərin əsas formaları bunlardır: • beynəlxalq ticarət; • kapitalın beynəlxalq hərəkəti (kapital ixracı), beynəlxalq investisiya

fəaliyyəti; • iş qüvvəsinin beynəlxalq miqrasiyası; • elmi-texniki mübadilə;

299

• beynəlxalq valyuta münasibətləri. Beynəlxalq ticarət dünya ölkələri arasında əmtəə və xidmətlərin

mübadiləsi prosesidir. Beynəlxalq ticarət qədim dövrü əhatə edən, geniş yayılmış əlaqə

formasıdır. XIX əsrdə dünya ticarəti daha geniş yayılaraq dünya ölkələrini əhatə etmişdir. Beynəlxalq ticarəti zəruri edən şərt elmi- texniki inqilabın nəticələrinin istehsala tətbiq olunması nəticəsində dünya bazar tələblərinə cavab verən yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsul və xidmətlərə tələbatın artması olmuşdur. Digər tərəfdən dünya ölkələrində istehsal amillərinin qeyri-bərabər olması, onların ərazilərinin bir-birindən fərqlənməsi ölkələr arasında dünya ticarətinin formalaşması və inkişafını zəruri edir. Dünya ticarətində hər bir ölkənin özünə məxsus marağı vardır. Beynəlxalq əmək bölgüsü inkişaf etdikcə ayrı-ayrı milli təsərrüfatlarda yarailan əmtəə və xidmətlər beynəlxalq ticarətin əsas obyektinə çevrilir. Əmək bölgüsü dərinləşdikcə beynəlxalq ticarətin strukturunda əsaslı dəyişikliklər baş verir. Yeni-yeni əmtəə və xidmətlər yaradılır və dünya bazarı vasitəsilə ölkələrin təlabatlarmı ödəyir.

Dünya ticarəti əmtəə və xidmətlərin idxal və ixrac əməliyyatları ilə xarakterizə olunur. Dünya ticarətinin ilkin mərəhələsində aqrar ölkələrdən xammal və ərzaq məhsullarının ixracına daha çox üstünlük verilmişdir.

Xüsusilə inkişaf etmiş ölkələrdən zəif inkişaf etmiş ölkələrə müxtəlif növ avadanlıq, dəzgah, cihazlar ixracı daha çox üstünlük təşkil edirdi. Həmin ölkələrdən ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya və s. göstərmək olar.

Müasir dövrdə beynəlxalq ticarətin bir sıra xarakterik xüsusiyyətləri vardır: • dünya bazarında müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin

mübadiləsinə daha çox yer verilməsi; (patentlərə, lisenziyalara, nou-hau və s.)

• beynəlxalq korporasiyaların dünya bazar münasibətləri sistemində fəaliyyətinin daha da genişləndirilməsi;

• dünya ticarət dövriyyəsində idxal və ixrac əməliyyatlarının nisbətinin dəyişilməsi.

• dünya ölkələrində xarici ticarət fəaliyyətinin səmərəliliyinin artırılmasının əsas yolları bunlardır:

• ixrac əməliyyatlarında istehsal vasitələri və hazır məhsulların xüsusi çəkisi mütləq üstünlüyə malik olmalıdır;

300

• idxal əməliyyatlarında ölkədə bilavasitə istehsal olunmayan məhsullara daha çox üstünlük verilməlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ticarət sayəsində yüksək nəticələrə nail olmuşdur. Bu dövr ərzində Azərbaycan 135-ə qədər xarici dövlətlə ticarət əməliyyatları aparır. 2005-ci ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 8558,4 milyon ABŞ dolları, o cümlədən, idxal 4211,2 milyon, ixrac 4347,2 milyon dollar olmuşdur. Belə ki, xarici ticarət dövriyyəsinin 50,8 faizini ixrac, 49,2 faizini idxal təşkil etmişdir. Xarici ticarət əlaqələrinin 72,5 faizi Uzaq Xarici dövlətlərlə, 27,5 faizi MDB üzvü ölkələri ilə aparılmışdır.

2004- cü illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 2005-ci ildə 20,0 faiz artmışdır. 2005-ci ildə Azərbaycanda 3308,6 milyon dollar dəyərində 9033,1 min ton neft və neft məhsulları ixrac olunmuşdur. Neft və neft məhsullarının 94,9 faizi uzaq xarici dövlətlərə, 5,1 faizi MDB ölkələrinə göndərilmişdir.

2005- ci ildə Azərbaycanın İtaliya, Rusiya, Türkiyə, Fransa, Koreya, Çin, Almaniya, Ukrayna və digər ölkələrlə ticarət əlaqələri daha geniş olmuşdur. 1991-2005-ci illərdə Azərbaycamn xarici ticarət dövriyyəsini təhlil etdikdə görünür ki, 2005-ci ildən başlayaraq ixrac əməliyyatları üstünlük təşkil etmiş və müsbət saldo ilə nəticələnmişdir.

Xarici ticarət dövriyyəsi (min ABŞ dolları) Cədvəl № 1

illər Dövriyyə İdxal İxrac Saldo 1991 4002234,3 1881266.2 2120968,1 + 239701,9 1992 2423835.0 939862,0 1483973,0 + 544111,0 1993 1353467,1 628806,0 724661,1 + 95855.1 1994 1430644.7 777910.5 652734,2 - 125176,3 1995 1304856,5 667657,2 637199,3 - 30457,9 1996 1591881,8 960636.3 631245,5 - 329390.8 1997 1575652.9 794343,2 781309,7 - 13033,5 1998 1682647,9 1076497,4 606150,5 - 470346,9 1999 1965552,4 1035888,8 929663,6 - 106225.2 2000 2917291,1 1172071,2 1745219,9 + 573148,7 2001 3745313,5 1431107,4 2314206,1 + 883098,7

2002 3832883,7 1665484,0 2167399,7 + 501915,7 2003 5216558,9 2626181,1 259.377,8 - 35803,3 2004 7131393,9 3515930,0 3615463,9 + 99533,9 2005 8558358,5 4211207,3 4347151,2 + 135943,9 2006 11639,8 5267.6 6372,2 + 1104,6

Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə təkcə neft məhsulları deyil, qeyri-neft sektorunun hazır məhsullarının ixracına daha

301

çox üstünlük veriləcəkdir. Dünya ölkələri öz maraqlarına uyğun olaraq xarici ticarət siyasətini

iki əsas istiqamətdə həyata keçirir. 1. Azad ticarət siyasəti. Sənayedə inqilabdan sonra ölkələr

arasında azad ticarət siyasətinə daha çox üstünlük verildi və dünya ticarətində iştirak edən ölkələrin sayı gündən-günə artmağa başladı.

Azad ticarət siyasətinin başlıca cəhəti azad ticarət zonalarının yaradılması, ticarət aparan ölkələr arasında vergi və gömrük rejiminin sadələşdirilməsini həyata keçirməkdir. Bu siyasət hər bir ölkənin milli maraqlarına uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

2. Proteksionizm (himayəçilik) siyasətidir. Bu ticarət siyasəti hər bir ölkənin daxili bazarının qorunub saxlanması, milli iqtisadi mənafelərin daim üstün tutulması və ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət edir. Xarici ticarətdə himayədarlıq siyasəti dövlət tərəfindən qanunlar və qanunvericilik aktları vasitəsilə tənzimlənir. Onlara: ölkələrarası ticarət sazişlərinin bağlanması, kvotaların (ticarət məhdudiyyətlərin) qoyulması, tarif sistemində dəyişikliklər edilməsi, potent və lisenziyalara ciddi nəzarət olunması, himayədarlıq siyasətinin tənzimlənməsində istifadə olunan əsas metodlar və s. aiddir.

Xarici ticarət siyasətinin tiplərini aşağıdakı sxem əsasında görmək olar.

Sxem 2. Xarici ticarət siyasətinin tipləri

Beynəlxalq iqtisadi münasibətlərin formalarından biri kapitalın beynəlxalq hərəkətidir (miqrasiyasıdır). Dünya ölkələri arasında iqtisadi əlaqələr inkişaf etdikcə kapital ixracının rolu daha da artır. Kapital ixracı - dövlət və xüsusi firmalar tərəfindən kapitalın xarici ölkələrdə yerləşdirilməsi prosesidir. Kapital ixracı xarici bazarların bölüş

302

dürülməsi uğrunda gedən iqtisadi mübarizə vasitəsidir. Kapital ixrac edən ölkələr kapital ixrac olunan ölkələrdə öz xüsusi müəssisələrini yaradır, tikintilərdə payçı (şərikli) formada iştirak edir, özlərinin filiallarını və kompaniyalarını açırlar.

Kapital ixracını zəruri edən əsas şərtlər bunlardır: - dünyanm bir çox ölkələrində nisbi kapital artıqlığmm mövcud olması; - dünyanın ayrı-ayrı ölkələrində kapitala olan tələbatın qeyri- bərabər

olması; - kapital ixrac olunan ölkələrdə onun daha yüksək mənfəət gətirmək

imkanı; - dünya ölkələrində təbii sərvətlərin qeyri-bərabər olması; - kapital ixrac olunan ölkələrdə istehsal xərclərinin, xüsusilə əmək

haqqının aşağı olması. Kapital ixracını həyata keçirən ölkə üçün müsbət cəhət ondan

ibarətdir ki, həmin ölkənin dünya kapital bazarında nüfuzu artır və ölkənin iqtisadiyyatına daha çox gəlir daxil olur.

Kapital ixracının mənfi cəhəti ondan ibarətdir ki, kapital ixracı nəticəsində daxili kapitalın bir hissəsi ölkənin milli geniş təkrar istehsalından çıxır və ölkənin iqtisadi artım sürətinə mənfi təsir göstərir. Bunlarla yanaşı kapital ixracı həmin ölkədə vergilərin həcminə, işsizlik səviyyəsinə mənfi təsir göstərir.

Dünya ölkələri arasında kapital ixracımn üç əsas forması vardır: -Borc kapitalı formasında; - Sahibkarlıq kapitalı formasında; - İnvestisiya qoyuluşu formasında Borc kapitalı forması tarixən sahibkar kapitalından əvvəl meydana

gəlmişdir. Borc kapitalı əsasən ayrı-ayrı ölkələrə və regionlara istiqrazlar və kredit verilməsi formasında həyata keçirilir.

Kapitalın sahibkarlıq formasında kapitalın digər ölkələrin istehsal, ticarət, xidmət, maliyyə, kommunal və başqa sahələrinə qoyulması və müxtəlif müəssisələrin yaradılması və inkişaf etdirilməsi üçün nəzərdə tutulur. Hazırda dünya ölkələri arasında kapital ixrac edən ölkələr ABŞ, Almaniya,Yaponiya, İngiltərə, Avropa İttifaqı Ölkələri və s. xüsusilə fərqlənir.

İnvestisiya qoyuluşu dünya ölkələri arasında kapitalın hərəkətinin əsas formalarından biridir. İnvestisiya qoyuluşunun iki əsas forması vardır:

- Birbaşa xarici investisiya - Portfel investisiyası Birbaşa xarici investisiya investorların mülkiyyətində və nəza

303

rətində olan xarici müəssisələrin kreditləşdirilməsi və ya səhmlərin satın alınması yolu ilə tətbiq edilir.

- Portfel investisiyalar investorların mülkiyyətində və ya nəzarətində olmayan xarici müəssisələrin kreditləşdirilməsi və ya səhmlərinin satın alınması yolu ilə tətbiq edilir.

Müasir dövrdə inkişaf etmiş ölkələrin əksəriyyətinin digər ölkələrdə hər iki formada investisiya yatırımları vardır. Bunlara: ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsveç, Belçika, Avstriya və s. aid etmək olar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun iqtisadiyyatına indiyə kimi 16 milyard dollar xarici investisiya qoyulmuşdur. Onun 60 faizə yaxını neft sektoruna, qalanı isə digər fəaliyyət sahələrinə yönəldilmişdir. Azərbaycanda kapital qoyuluşları əsasən neft sektorunun inkişafına yönəldilmişdir. Xüsusilə, Bakı-Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yol tikintisinin həyata keçirilməsinə bütövlükdə 20 milyard dollara yaxın xarici və daxili investisiya qoyuluşu həyata keçirilmişdir. Kapital ixracı ölkələr arasında beynəlxalq infrastruktur sisteminin formalaşmasına şərait yaradır.

Beynəlxalq infrastruktur sisteminə aşağıdakılan aid etmək olar: - Beynəlxalq nəqliyyat sistemi; - Beynəlxalq boru kəmərləri; - Beynəlxalq informasiya və kommunikasiya sistemi; - Beynəlxalq lizinq kompaniyası; - Beynəlxalq unifıkasiya (iqtisadi və sosial inkişaf haqqında

statistik məlumatların vahid formaya salınması) - Beynəlxalq bank-kredit sistemi; - Beynəlxalq marketinq sistemi - Beynəbcalq birja növləri (əmtəə, fond, qiymətli kağızlar birjası). Dünya ölkələri arasında müasir beynəlxalq infrastruktur

sisteminin daha da inkişafı və təkmilləşdirilməsi beynəlxalq iqtisadi münasibətlərin daha geniş miqyas almasına təsir göstərir.

Beynəlxalq iqtisadi münasibətlərin digər formalarından biri iş qüvvəsinin beynəlxalq miqrasiyasıdır.

Müasir dövrdə kapitalın beynəlxalq hərəkəti ilə yanaşı əmək ehtiyatlarının bir ölkədən digər ölkələrə miqrasiyası daha geniş miqyas almışdır. İş qüvvələrinin müasir miqrasiyası təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesinin inkişafının nəticəsidir. Yəni dünya əmtəə bazarı ilə yanaşı olaraq dünya əmək bazarı da yaranu*. İş qüv

304

vəsinin beynəlxalq miqrasiyasının səbəbləri aşağıdakılarla bağlıdır: - dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakı; - əmək haqlarında milli fərqlərin olması; - bəzi dünya ölkələrində ixtisaslaşmış və qeyri-ixtisaslaşmış iş

qüvvəsinin əmək haqları arasında fərqlərin nəzərə alınmaması; - məşğulluq və işsizlik səviyyəsində milli fərqlərin olması. Belə ki,

zəif inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi təqribən 30-40 faiz təşkil etdiyi halda inkişaf etmiş ölkələrdə bu 6 faiz təşkil edir.

- milli təsərrüfatlarda xarici (əcnəbi) işə götürənlərin yerli iş qüvvəsinə laqeyd münasibətinin mövcud olması;

- dünya ölkələrində iqtisadi-siyasi vəziyyətin dəyişməsi; - yeni iqtisadi sistemə keçidlə bağlı olan iqtisadi çətinliklər və s.; İş qüvvəsinin beynəlxalq miqrasiyası özündə emiqrasiya və

immiqrasiya proseslərini birləşdirir. Emiqrasiya bir ölkədən digər bir ölkəyə daimi yaşamağa getməsi, immiqrasiya isə ölkəyə daimi yaşamağa gəlməni ifadə edir.

Beynəbcalq ünmiqrantlar beş əsas kateqoriyaya ayrılır: 1) im- miqrantlar və qeyri-immiqrantlar; 2) kontrakt üzrə işləyən immi- qrantlar; 3) qeyri-leqal immiqrantlar; 4) sığınacaq istəyən şəxslər; 5) qaçqınlar.

ABŞ-da, Avropa ölkələrində, Rusiya, Türkiyə, BƏƏ, Küveytdə 80-90-cı illərdə iş qüvvəsinin beynəlxalq hərəkətinin göstərilən formaları daha intensiv xarakter almışdır.

Müasir dövrdə iş qüvvəsinin beynəlxalq miqrasiyasında müxtəlif peşə və ixtisasa malik olan mütəxəssislərin axını daha çox üstünlük təşkil edir. Xüsusilə, müstəqillik əldə etmiş gənc milli dövlətlərdə iş qüvvəsinin ölkə daxili və beynəlxalq miqrasiyası güclü surətdə baş verirdi. 1991-2004-cü ilə qədər Azərbaycandan digər xarici ölkələrə müxtəlif formalarda iş qüvvəsinin beynəlxalq hərəkəti baş vermişdir. Həmin ölkələr Almaniya, Türkiyə, İran, Kanada, İzrail, Ərəb ölkələrini və s. misal göstərmək olar. Belə beynəlxalq miqrasiya prosesinin başlıca səbəbi keçid dövründə yaranan siyasi, iqtisadi, maliyyə, məşğulluq və digər çətinliklərlə bağlı idi.

Hazırda iş qüvvəsinin beynəlxalq bazarlarını dörd qrupa ayırmaq olar. 1) Yaxın Şərqin neft istehsal edən ölkələri. Onlara Ərəb ölkələri, Pakistan, Banqladeş, Hindistan və s. aid etmək olar. Həmin ölkələrdə işçilərin ümumi sayında xarici iş qüvvəsinin sayı orta hesabla 60-70 % təşkil edir. 2) Qərbi Avropa ölkələri. Onlara əsasən Avropa iqtisadi birliyi ölkələri daxildir ki, 80-90-cı illərdə həmin ölkələrdə çalışan xarici mühacirlərin sayı hər bir ölkə əhalisinin orta

305

hesabla 7-9 %-ni təşkil edir. 3) Amerika Birləşmiş Ştatları. Bu ölkədə mühaeirlər ümumi işçilərin 5% təşkil edir. Elm sferasında çalışanların orta hesabla 25%-ə qədəri xarici vətəndaşlardır. 4) Latın Amerikası ölkələri. Argentina qonşu ölkələrdən sərbəst iş qüvvəsinin qəbul olunmasında mühüm rol oynayır. Bu ölkədə çalışan ümumi mühacirlərin sayı 8 milyon nəfər təşkil edir.

İş qüvvəsinin beynəlxalq miqrasiyası Beynəlxalq Əmək Təşkilatı (1946) tərəfindən tənzim edilir. Bu təşkilat dövlət, həmkarlar ittifaqları və sahibkarların bcnyəlxalq sosial tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Bütün işçilərin əmək və sosial həyat şəraitinin yaxşılaşdırılmasında, onların gəlirlərinin artırılmasında öz təsir dairəsini genişləndirir.

Beynəlxalq iqtisadi münasibətlərin mühüm formalarından biri də elmi-texniki mübadilədir. Dünya ölkələri arasında elmi-texniki əlaqələr daim genişlənir və məhsuldar qüvvələrin beynəlmiləlləşməsinə təsir edir. Hər bir ölkənin malik olduğu elmi-texniki ideyalar, ixtiralar, kəşflər tezliklə Beynəlxalq elmi-texniki əməkdaşlıq əsasında dünyanın müxtəlif ölkələrinə yayılır və maddiləşir. Beynəlxalq elmi-texniki əməkdaşlıq müxtəlif ölkələrin dövlətləri, hüquqi və fiziki şəxsləri arasında elmi-texniki ideyaların, məhsul və xidmətlərin yaranması, işlənib hazırlanması və birgə bölgüsü üzrə iqtisadi münasibətlər sistemidir. Elmi-texniki əməkdaşlıq əsasən dünya təsərrüfatının inkişafının ikinci mərhələsində meydana gəlmiş və özünün ən yüksək inkişafına elmi-texniki inqilab dövründə çatmışdır. Beynəlxalq elmi-texniki əməkdaşlıq elm və texnika sferasında beynəlxalq əmək bölgüsünə əsaslanır və elmi-texniki tərəqqinin beynəlmiləlləşməsinə şərait yaradır.

Ölkələrarası elmi-texniki əməkdaşlığın ən səmərəli və fəal formalarına aşağıdakıları aid etmək olar: • ən yeni elmi-texniki ideyalardan və nailiyyətlərdən istifadə etmək

üçün ümumi elmi-texniki mərkəzlərin, büroların və laboratoriyaların yaradılması;

• müasir elmi-texniki ideyalara və marketinq tədqiqatlarına üstünlük verilməsi;

• fəaliyyətdə olan texnika və texnologiyanın təkmilləşdirilməsi sahəsində birgə ekspertiza aparılması;

• elmi-texniki siyasət məsələləri üzrə cari koordinasiya mərkəzlərinin yaradılması və məsləhətlərin aparılması;

• elmi-texnika sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazır

306

lanması və mübadiləsi; • birgə elmi-texniki proqramların işlənib hazırlanması, xüsusilə, dünya

sivilizasiyasının qlobal problemləri üzrə qərarların qəbul olunması; • ən yeni məhsulların və məmulatların birgə yaradılması məqsədilə

istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşması; • yüksək dəyərə (bahalı) malik olan yeni avadanlıqların icarəyə

verilməsi (lizinq xidməti) • yeni istehsalın mənimsənilməsinə texniki kömək göstərilməsi; • beynəlxalq informasiya «məlumat bankının» yadaniması; • elmi-texniki işləmələrin və tədqiqatların əlaqləndirilməsi

(koordinasiyası) Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın 135-ə qədər

ölkəsi ilə ticarət iqtisadi və elmi-texniki istiqamətlərdə əlaqələr yaradır. Xüsusilə, Respblikanın elm, təhsil, səhiyyə, texnika və texnologiya sahəsində ABŞ, Almaniya, İtaliya, Koreya, Kanada, Türkiyə, Rusiya, İzrail, İran və digər ölkələrlə əlaqə saxlayır. Azərbaycanda özəl sektorda fəaliyyət göstərən yerli və xarici sahibkarlar istehsal və xidmət üçün lazım olan bütün avadanlıqları, texnika və texnologiyanı xarici ölkələrdən gətirirlər. Tikinti bazarında satılan tikinti materiallarının və istifadə olunan texnikanın (maşınlar, qurğular, avadanlıqlar, kranlar və s.) 70-80 faizi idxalın payına düşür. Hazırda respublikada aqrolizinq komitəsinin fəaliyyəti nəticəsində xarici ölkələrdən müxtəlif növlü kənd təsərrüfat texnikası və digər vasitələr gətirilir və uzun müddətli icarəyə verilir. Azərbaycanda rabitə, kompüter, telefon, internet, faks və digər elektron cihazları və aparatlardan istifadə olunması bilavasitə elmi-texniki mübadilənin uğurlu nəticəsidir.

Beynəlxalq münasibətlərin mühüm formalarından biri də valyuta münasibətləridir. Valyuta münasibətləri dünya ölkələri arasında iqtisadi əlaqələrə xidmət edən milli pul vahidlərinin fəaliyyəti ilə bağlı yaranan iqtisadi münasibətlərdir. Dünya valyuta sistemi ümumdünya təsərrüfatının inkişafına xidmət edən, hüquqi cəhətdən dövlətlərarası müqavilələrlə təsbit olunan beynəlxalq münasibətlərin əsas formasıdır. Ölkələrarası beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə beynəlxalq valyuta münasibətləri də inkişaf edir və təkmüləşir,

(Mövzunun 4-cü paraqrafında bu məsələyə daha geniş yer verilir)

307

§ 3. iqtisadi inteqrasiya və onun formaları

XX əsrin ortalarından başlayaraq ölkələr arasında təsərrüfat əlaqələrinin yeni forması kimi inteqrasiya daha da güclənməyə başladı. «İnteqrasiya» termini latınca «İnteqratio» sözündən olub «müxtəlif hissələrin bir tam kimi birləşməsi», bütövləşməsi deməkdir. Beynəlxalq iqtisadi inteqrasiya dünya ölkələri arasında məhsulların və istehsal amillərinin sərbəst hərəkətinə məhdudiyyət qoyulmadan onların hərəkətinin birgə təmin edilməsi prosesidir. Dünya ölkələri arasında benyəlxalq iqtisadi inteqrasiya istehsalın beynəlmiləlləşməsinin yüksək inkişaf etmiş formasıdır. Bu prosesdə nəinki bütün iqtisadi əlaqələr (münasibətlər), eyni zamanda dövlətlərin iqtisadi siyasət istiqamətləri bir-birilə uzlaşdırılır.

Dünya ölkələri arasında Beynəlxalq iqtisadi inteqrasiya prosesinin yaranması və inkişafı aşağıdakı amillərlə bağlıdır: - dünya ölkələri arasında beynəlxalq əmək bölgüsünün daha da

dərinləşməsi; - istehsalın beynəlmiləlləşməsi və kooperasiyalaşmasmın güclənməsi; - milli iqtisadiyyatların açıq xarakter daşıması; - elmi-texniki tərəqqinin nəticələrinin dünya səviyyəsinə çıxması;

Hazırda beynəlxalq iqtisadi inteqrasiya prosesində iki istiqamət bir-birindən fərqləndirilir. Birincisi, ölkələrin «Beynəlxalq yaxınlaşmasıdır», ikincisi, «Regionların yaxınlaşmasıdır». Beynəlxalq miqyasda yaxınlaşma dünya ticarətində tətbiq edilən tarif və qeyri- tarif məhdudlaşdırmalarm aradan qaldırılması yolu ilə həyata keçirilir. Regional yaxınlaşma əsasən regional iqtisadi birliklərə daxil olan ölkələr arasında iqtisadi, siyasi, hərbi və s məsələlərin bir-birilə uzlaşdırılmasıdır. Regional iqtisadi yaxınlaşmada olan ölkələr müxtəlif inkişaf səviyyələrinə malik olsalar da, onların bir-birilə yaxınlaşması olduqca zəruridir.

Beynəlxalq iqtisadi inteqrasiya 4 formada həyata keçirilir. 1. Azad ticarət zonalarının yaradılması. Bu inteqrasiyanın daha

geniş yayılmış formasıdır. ABŞ-da, Avropa ölkələrində. Afrikada, Latın Amerikasında, Dubayda, Türkiyədə, Azad Ticarət Zonaları yaradılmışdır və onlar ölkələr arasında gömrük tarif məhdudiyyətinin aradan qalıdırılmasma əsaslanır.

2. Gömrük birliyi. Bu azad ticarət zonasına nisbətən gömrük tarif məhdudiyyətlərini tamamilə aradan qaldırır və sərbəst ticarət (kommersiya) fəaliyyəti yaradır. (QATT təşkilatı) (Tarif və Ticarət Tənzimlənməsi haqqında baş saziş).

308

S.Ümumi bazar. Beynəlxalq iqtisadi inteqrasiyanın daha geniş və mürəkkəb formasıdır. Buna 1957-ci ildə yaradılmış Avropa iqtisadi birliyinin geniş miqyaslı fəaliyyətini göstərmək olar. Bu birliyə daxil olan ölkələr arasında qarşılıqlı hesablaşmaları həyata keçirmək məqsədilə (1979-cu ildə kollektiv valyutaların «EKÜİ»-nü (Avropa hesab vahidi) yaradılır.

Hazırda «Ümumi Avropa bazarı» beynəlxalq ticarətin mərkəzinə çevrilmişdir. Dünya ticarət dövriyyəsinin üçdə bir hissəsi Avropa iqtisadi birliyinin payına düşür. Bu birlik indi ABŞ-dan 3,6 dəfə, Yaponiyadan 3,8 dəfə çox əmtəə ixrac edir.

Dünya ölkələri arasında Beynəlxalq iqtisadi inteqrasiya əlaqələri və formaları daha da genişlənir. Onlara: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatını (OESD), İslam Konfransı Ölkələrinin təşkilatını, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BVF), GUAM Ölkələri Təşkilatı. NAFTA (ABŞ, Kanada, Meksika), Qara Dəniz Hövzəsi Ətrafı Ölkələrinin təşkilatı (11 ölkəni birləşdirir). Müstəqil Dövlətlər Birliyi (MDB), Cənubi Şərqi Asiya Ölkələri Assosiasiyası (Asian), Neft İxrac Edən Ölkələr (OPEK) göstərmək olar.

Müstəqil Azərbaycan beynəlxalq iqtisadi inteqrasiya prosesində səmərəli formada iştirak edir. Xüsusilə, «Traseka», «Trans- Qafqaz» nəqliyyat dəhlizi, «Böyük İpək Yolu» və digər beynəlxalq layihələrin həyata keçirilməsi respublikanın iqtisadi qloballaşmada iştirakını təcəssüm etdirir.

Xüsusilə, Bakı Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi- Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Ba- kı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və istifadəyə verilməsi ölkənin iqtisadi inteqrasiyası prosesində uğurlu iştirakını bir daha təsdiq edir.

§ 4. Beynəlxalq valyuta sistemi. Valyuta bazarı

Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.

Valyuta (İtalyanca- «Valuta», «qiymət», «dəyər») mənasını

309

daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.

Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.

- tam dönərli (sərbəst dönərli qabiliyyəti olan); - qismən dönərli: - qeyri-dönərli (dönərlik qabiliyyəti olmayan).

Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam dönərli qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanm konvertləş- dirilməsi adlanır. Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60- nm valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, İngiltərənin funt-sterlinqini, Almaniya markasını və s. göstərmək olar.

Qismən dönərli valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları dönərli qabiliyyəti olmayan valyutalar hesab olunur.

Dünya valyuta sistemi birdən-birə meydana gəlməmişdir. Belə ki, dünya təsərrüfat sisteminin təkamül yolu ilə formalaşması beynəlxalq valyuta sisteminin yaranmasına səbəb olmuşdur.

Dünya valyuta sistemi dünya bazannm inkişafı nəticəsində öz missiyasını genişləndirmiş və dövlətlərarası razılaşma əsasında tənzimlənir. Dünya valyuta sisteminin əsas elementlərinə aşağıdakılar daxildir: - Beynəlxalq ödəmə vasitəsi; - valyuta kursunun yaranma və müdafiə olunma mexanizmi; - beynəlxalq ödəmələrin balanslaşdırılması qaydaları; - valyuta mübadilə şərtləri; - valyuta və qızıl bazarlarının fəaliyyətinin tənzimlənməsi; - beynəlxalq valyuta münasibətlərini tənzimləyən dövlətlərarası institutların hüquq və vəzifələri.

Dünya ölkələri arasında təsərrüfat əlaqələrinin daim genişlənməsi beynəlxalq valyuta sisteminin inkişafı və təkmilləşdirilməsinə

310

təsir göstərir. 1944-cü ildə Beynəlxalq Valyuta Fondunun (BVF) yaradılması, Avropa Valyuta sisteminin təşkil edilməsi dünya ölkələrinin nüfuzlu valyutalarının konvertləşdirilməsi prosesində mövcud olan çətinlikləri aradan qaldırdı. Hazırda dünya ölkələri milli valyutalarla yanaşı beynəlxalq əməliyyatlarda kollektiv valyutalardan da istifadə edirlər. Kollektiv valyuta (EKYİ) 1979-cu ildən Avropa iqtisadi birliyinə daxil olan ölkələr arasında hesablaşma pul vahidi kimi fəaliyyət göstərmiş, sonra Yevro ilə əvəz olunmuşdur.

Ölkələrarası Beynəlxalq hesablaşmalarda valyuta klirinqindən istifadə olunur. Valyuta klirinqi - mal göndərilməsi və göstərilən xidmətlərin dəyərinin qarşılıqlı surətdə əmtəə və xidmətlərlə ödənilməsi üzrə hökumətlərarası sazişdir.Beynəlxalq valyuta münasibətlərinin inkişafında beynəlxalq valyuta bazarı mühüm rol oynayır. Beynəlxalq valyuta bazarı - dünya ölkələrinin bütün valyutalarının alqı- satqısı əməliyyatlarının aparıldığı bazardır.

Beynəlxalq valyuta bazarında valyuta məzənnəsi formalaşır. Valyuta məzənnəsi (kursu) dedikdə, bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində ifadə olunmuş qiyməti nəzərdə tutulur. Valyuta məzənnəsi müxtəlif amillərin valyuta bazarına təsirindən asılı olaraq dəyişir. Valyuta bazarında valyuta kursu müəyyən edilərkən dünya bankının metodikası əsas götürülür. Yəni bu metodikaya görə 15 adda məhsulun hər iki ölkədə satış qiymətləri müqayisə olunur və onun əsasında valyuta kursu müəyyən edilir. 15 adda məhsulların adları dünya təcrübəsinə əsasən qəbul olunur və onların adları dəyişdirilir.

Valyuta kursuna təsir edən amillərə aşağıdakılar daxildir: - alıcıların zövqündə əmələ gələn dəyişikliklər; - əhalinin gəlirlərindəki fərqlər; - inflyasiya səviyyəsinin dəyişməsi; - real faiz dərəcəsinin dəyişilməsi; - Beynəlxalq hesablaşmalarda valyutadan istifadə dərəcəsi və s.

Milli valyutanın beynəlxalq valyuta rolunda çıxış etməsi ölkənin milli iqtisadiyyatına müsbət təsir göstərir. Çünki, beynəlxalq hesablaşmaların milli valyuta ilə aparılması xarici investisiyaların cəlb olunmasına, satış bazarının ələ keçirilməsinə, ölkəyə məxsus olan maddi, əmək və maliyyə resurslarından səmərəli istifadə olunmasına təsir göstərir.

Milli valyutaların daxili və xarici dönərlilik qabiliyyətini fərqləndirmək lazımdır. Daxili dönərlilik dedikdə, milli valyutanın ölkə daxilində hər bir əmtəə və xidmətə çevrilmək qabiliyyəti nəzərdə tu

311

tulur. Xarici dönərlilik dedikdə isə qeyri-rczidentlər tərəfindən milli valyutanın istənilən xarici valyutaya (mövcud valyuta məzənnəsinə uyğun olaraq) dəyişdirilməsi nəzərdə tutulur,

Ümumdünya təsərrüfatı sisteminin formalaşmasına uyğun ola- raq beynəlxalq valyuta sisteminin inkişafının dörd mərhələsi vardır. Birinci mərhələsi XIX-XX əsrlərdə kortəbii surətdə qərarlaşan «qızıl standart» valyuta sistemidir. Bu dövrdə beynəlxalq valyuta-kredit sistemində mərkəzi yeri qızıl tuturdu. Hər bir ölkənin qızıl standar- tına uyğun olaraq milli valyutası daxili bazarda sərbəst şəkildə qızı- la çevrilirdi. Ölkə daxilində pul kütləsi ilə qızıl ehtiyatı arasında nis- bət gözlənilirdi və qızılın sərbəst idxal və ixracında heç bir maneə yox idi.

Beynəlxalq valyuta sistemini aşağıdakı sxem əsasmda müəy- yən etmək olar.

Valyuta kursu

sistemi Faaliyyot dö>xü Sistemin

tipləri Valyuta kursunun rejimi

Qızıl standart

sistemi XIX əsrin sonu XX əsrin 30-cu

illərinin ortası

Qızıl

standart Valyuta kursunun paritetinin qızıl

üzrə müəyyənləşdirilməsi

Bretton-Vuds sistemi

1940-cı illərin

ortası 70-ci

illərin əvvəli

Qızıl dollar

standartı Mövcud bazarda formalaşmış valyuta

kursunun dollara və qızılın rəsmi

qiymətinin dollara nisbəti üzrə

müəyyən olunmuş valyuta kursu Üzan valyuta

kursu sistemi (Yamayka

valyuta sistemi)

I971-Cİ ildən

dolların qızıla

konvertləşmosi-

nin rəsmi ləğvi.

Ço.\ valyutalı standart

Regional valyuta qrupları

çərçivəsində onların qarşılıqlı

əlaqəsində idarə olunan üzən valyuta

kursu Sxem 3. Beynəlxalq valyuta sistemi

Qızılın nadir (nəcib) metal olması, tədavüldə hərəkətinin çətinlik törətməsi, pul kütləsinin azalması və s. amillərlə bağlı olaraq kağız pulların dövriyyəyə buraxılması obyektiv zərurətə çevrildi. Qızıl standartı dövriyyədə ayrı-ayrı ölkələrin milli valyutalarının qızıla nisbətinə görə müxtəlif olmuşdur. Məsələn, qızıl standartı sistemində 1 ABŞ dolları 23,22 qram qızıla, İngiltərədə 1 fund sterlinq 113,00 qram xalis qızıla və s. bərabər tutulurdu.

Bu sistemin xarakterik cəhətlərindən biri də ondan ibərətdir ki, bəzi ölkələr məhsul ixracına daha çox üstünlük verərək ölkəyə qızıl axınına nail olurdular.

Beynəlxalq valyuta sisteminin ikinci mərhələsi XX əsrin 30-cu illərindən başlayaraq 50-60-cı illərdə başa çatmışdır.Bu sistemin

312

Bretton-Vuds valyuta sistemi (tənzimlənən valyuta məzənnəsi) adlanır. 1944-cü ildə dünya ölkələri beynəlxalq valyuta sistemini tənzimləmək məqsədilə ABŞ-ın Bretton-Vuds şəhərində beynəlxalq konfrans keçirmişdir. Konfransda köhnə sistemin üstünlüklərini saxlamaq yolu ilə nəzərə çarpan çatışmazlıqları aradan qaldırmaq haqqında qərar qəbul olunmuşdur. Bu sistemə əsasən ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi qəbul edildi, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi. Bretton- Vuds Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı və kapitalist ölkələri arasında valyuta məzənnələrini tənzimləməklə məşğul olmağa başlandı. ABŞ dolları qızıla və başqa ölkələrin milli valyutaları ilə mübadilə olunmaq funksiyasına malik oldu. Bretton-Vuds valyuta sistemi ABŞ iqtisadiyyatında bir sıra geriləmələrə səbəb oldu. Xüsusilə, 50-60-cı illərdə ABŞ-ın tədiyyə balansı mənfi saldoya malik olmuş, xarici nümayəndələrin daha çox dollara malik olması ABŞ qızılının başqa ölkələrə axmasına səbəb olmuşdur. 70-ci illərdə bu problem daha da kəskinləşməyə başlamışdır. 15 avqust 1971-ci ildə ABŞ prezidenti R.Nikson tərəfindən dolların qızıla bərabər tutulması prosesinin qarşısı alındı və 35 dolların 1 unsiya qızıla dəyişdirilməsi dayandırılıdı. Beləliklə, 1971- 1973-cü illərdə tənzimlənən valyuta məzənnəsi sistemi tamamilə dağıldı.

Üçüncü valyuta məzənnəsi sistemi 1976-cı ildə BVF üzvləri arasında Kinqostonda (Yamayka) keçirilmiş müşavirədə qəbul edilmişdir. Bu sistem «üzən» valyuta məzənnəsi adlanır. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, bütün valyuta vahidlərinin qızılla mübadilə olunma əlaqələri tamamilə aradan qalxır. BVF-na üzv olan ölkələr «sabit» və ya «üzən» məzənnə sistemində sərbəst iştirak etmək imkanı əldə etdilər ABŞ, Kanada, İngiltərə, Yaponiya və digər inkişaf etmiş ölkələr tələb və təklifdən asılı olaraq sərbəst valyuta məzənnələrini müəyyən etdilər və bu sistemdə ABŞ dolları mütləq üstünlük qazandı.

Beynəlxalq valyuta sisteminin tərkib hissələrindən biri də Avropa İttifaqı ölkələrinin valyuta sistemidir .Bu sistem 1979-cu ilin mart aymda Avropa İttifaqı ölkələrinin qarşılıqh razılaşmalar əsasında yaradılmışdır. Belə ki, həmin ildə EKÜİ bu ittifaqa daxil olan ölkələrin hesablaşma vasitəsi olan kollektiv valyuta kimi dövriyyəyə buraxılmışdır. EK- Üİ-nin dövriyyəyə buraxılmasmm üstünlükləri bunlardır:

-Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanılması;

- iqtisadi inkişaf prosesində həmin ölkələrin iştirakına maliyyə

313

təminatı verilməsi; - Aİ ölkələrinin ABŞ dollarının təsirindən xilas olunması. - Avropa valyuta məzənnəsi sistemində Aİ-yə daxil olan ölkələr

arasında 1 yanvar 2002-ci ildən etibarən «avro» banktnotlan dövriyyəyə buraxılmışdır. «Avro» pul vahidi Aİ-yə daxil olan ölkələrin əlaqələrinin daha da genişlənməsinə, onların iqtisadi potensialının artmasına təsir göstərir.

Azərbaycan Respublikasında 15 avqust 1992-ci ildən etibarən milli valyuta - manat dövriyyəyə buraxılmışdır. 1994-cü ildən etibarən «valyuta tənzimlənməsi» haqqında qanun qəbul edilmiş, ona uyğun olaraq milli valyutanın xarici valyutalarla mübadilə nisbəti, onların tənzimlənməsi mexanizmi və əhalinin alıcılıq qabiliyyətinə təsiri müəyyən edilmişdir.

2006-cı ildən etibarən Azərbaycanda inflyasiya prosesi ilə bağlı olaraq milli pul vahidinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində denominasiya siyasəti həyata keçirilmişdir. Milli valyutanın xarici valyutaya nisbətən dönərlilik səviyyəsi və gücü (möhkəmliyi) artmışdır. Yeni pul vahidinin əvvəlki valyuta ilə nisbəti 5000 AzM= 1 AZN olmuşdur.

§ 5. Tədiyyə balansı və onun quruluşu

Beynəlxalq əmək bölgüsünün inkişafı nəticəsində dünya ölkələri arasında iqtisadi əlaqələr daha da genişlənir. Beynəlxalq iqtisadi əlaqələri və hesablaşmaları əks etdirən sənədlərdən biri tədiyyə balansıdır. Beynəlxalq hesablaşmalar balansları arasında tədiyyə balansı mərkəzi yer tutur. Tədiyyə (ödəniş) balansı xarici Ölkələrə ödəniş və xaricdən daxil olma əməliyyatların nisbətinin pul vasitəsilə əks etdirən sənəddir.

Tədiyyə balansı müəyyən dövr üçün (ay, rüb, il) tərtib edilir, Tədiyyə balansı xaricdən valyuta daxilolmalar ödəmələrdən çox olduqda aktiv (müsbət saldo), əksinə ödəmələr daxilolmalardan çox olduqda passiv (mənfi saldo) olur. Tədiyyə balansında müsbət saldo qalığı olarsa ölkənin qızıl valyuta ehtiyatı artır.

Tədiyyə balansının strukturuna aşağıdakılar aiddir: - cari əməliyyatlar hesabı - əmtəə və xidmətlər; - xarici ticarət balansı - buraya əmtəələrin ixracı və idxalı daxildir; - xidmətlər balansı - buraya sığorta daxil olmaqla nəqliyyat, səfərlər,

tikinti, rabitə, maliyyə, dövlət və digər xidmət növləri aiddir; - gəlirlər balansı - buraya əmək ödənişləri, qiymətli kağızlar portfe-

314

lindən gəlir, birbaşa investisiyalardan gəlir və digər gəlir növləri; - cari transferlər- buraya beynəlxalq təşkilatlara üzvlük haqqı, humanitar,

texniki və digər yardımlar, pul baratları və digər köçürmələr daxildir; - kapitalın və maliyyənin hərəkəti hesabı - buraya neft bonusu,

mühacirlərin transferləri, qeyri-maliyyə aktivlərinin alınması (torpaq, onun sərvətləri və s.) daxildir;

- iqtisadiyyata invesitisiya qoyuluşu- buraya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar, səhmdar kapital və digər kapital növləri, portfel investisiyalar aiddir;

- digər investisiyalar: aktiv və passiv əməliyyatlar, ticarət kreditləri, kreditlər və ssudalar (borclar) nəğd pullar və depozitlər və digər aktivlər daxildir.

2005-ci ildə Azərbaycanın tədiyyə balansının quruluşuna diqqət yetirdikdə görünür ki, cari əməliyyatlar hesabı, ixrac əməliyyatları, gəlir balansı, birbaşa xarici investisiyalar, kapital və maliyyə hesabı və s. üzrə müsbət saldo əldə olunmuşdur. Ölkənin tədiyyə balansına təsir edən amillər bunlardır: - ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, iqtisadiyyatda baş verən

dəyişikliklər, xarici dövlət borclarının artması, iqtisadiyyatın hər- biləşdirilməsi, kapitalın beynəlxalq hərəkətinin miqyası, beynəlxalq ticarətdəki əsaslı dəyişikliklər, valyuta məzənnəsi, inflyasiya səviyyəsi və s. Tədiyyə balansı bir ölkənin xarici ölkələrlə iqtisadi əlaqələrinin mövcud vəziyyətini səciyyələndirən makroiqtisadi göstəricidir. Bir ölkə digər ölkə ilə iqtisadi əlaqə istiqamətlərini - müəyyən edərkən ilk növbədə həmin ölkənin tədiyyə balansına diqqət yetirir. Tədiyyə balansının bu cəhətini nəzərə alaraq hökumət ardıcıl olaraq tədiyyə balansını müxtəlif üsullarla tənzimləyir.

- tədiyyə balansının tarazlaşdırılması. Bu məqsədlə dövlət tədiyyə balansının kəsirini ödəmək məqsədilə BVF-dən ehtiyat (şərtsiz) kredit alır və qızıl valyuta ehtiyatlarından istifadə edir;

- dövlət büdcənin vasitəsi ilə yenidən bölgü prosesində milli gəlirin xüsusi çəkisinin artması;

- ölkənin kapital ixrac edən ölkələrlə beynəlxalq iqtisadi münasibətlərə girməsi;

- xarici ölkələrdən borc alınması və ölkənin aktivlərinin xaricə satılması; - deflyasiya siyasətinin həyata keçirilməsi, bu siyasət daxili tələbin

azaldılmasına, qiymətlərin və əmək haqqının dondurulmasına, mülkü məqsədlərə büdcə xərclərinin məhdudlaşdırılmasına yönəl-

315

dilir. Deflyasiya siyasətinin üç əsas məqsədi vardır: 1) mərkəzi bankın uçot dərəcələrinin dəyişdirilməsi; 2) kreditə məhdudiyyət qoyulması; 3) pul kütləsinin artımına hədd qoyulması. -Devalvasiya siyasəti vasitəsilə tənzimləmədə əmtəə və xidmətlərin ixracı stimullaşdırıhr, idxal məhdudlaşdırılır və milli valyutanın kursu aşağı salınır.

Təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi nəticəsində tədiyyə balansının beynəlxalq tənzimlənməsi obyektiv zərurətə çevrilmişdir. Vaxtilə C.M.Keyns bazarın avtomatik tənzimlənməsinə qarşı çıxaraq tədiyyə balansının dövlət tənzimlənməsinə üstünlük vermişdir. Bu dövrdə dövlət makroiqtisadi tənzimləmə mexanizmlərini güclü surətdə işə salmışdır.

Tədiyyə balansının beynəlxalq tənzimlənmə vasitələrinə aşağıdakıları aid etmək olar: - ixrac olunan beynəlxalq kreditlərin şərtlərinin razılaşdırılması; - mərkəzi banklar arasında qarşılıqlı qısa müddətli kreditlərin verilməsi; - beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kreditlərindən

istifadə olunması; İnkişaf etmiş xarici ölkələrin tədiyyə balansı həmişə aktiv olur.

Belə ki, onların xarici investisiyalardan, beynəbcalq kreditlərdən və xidmətlərdən daxil olmalarmm xüsusi çəkisi daha çoxdur. Kapital ixrac edən ölkələr beynəlxalq valyutanm ixracı ilə bağlı xərclərini kapital ixrac olunan ölkələrdən əldə olunan gəlirlər hesabına ödəyirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun müddət tədiyyə balansında mənfi saldo (passiv əməliyyatlar) qalığı üstünlük təşkil etmişdir. Belə ki, ölkədə mövcud olan sosial-iqtisadi çətinliklər (1991-1997-ci illər) makro-iqtisadi, qeyri-sabit vəziyyət, yəni böhran vəziyyəti, ciddi maliyyə çətinlikləri ölkəni xarici ölkələrdən iqtisadi asılılıqda saxlamış, iri həcmli beynəlxalq kreditlər alınmış, ölkəyə xarici investisiya qoyuluşu həyata keçirilmişdir. Göstərilən amillər 2000-ci ilə qədər ölkənin tədiyyə balansında mənfi saldo qalığının iqtisadi üstünlük təşkil etməsinə səbəb olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatının inkişafında sabit və dinamik artım səviyyəsinin baş verməsi tədiyyə balansının strukturuna müsbət təsir göstərmişdir. Xüsusilə, ölkənin ixrac potensialı genişlənmiş, xarici və daxili investisiya qoyuluşlarından əldə olunan gəlirlərin həcmi artmışdır.

316

§ 6. iqtisadi qloballaşma

Yer kürəsində mövcud olan müxtəlif ölkələrin və xalqların ümumbəşəri mənafelərinə xidmət edən, onları beynəlmiləl prinsiplər əsasında bir-birinə yaxınlaşdıran və dünya birliyində iştirakını təmin edən dünyəvi proseslərdən biri qloballaşmadır. Qlobal fransızca «ümumi», latınca «qlobus», Türkcə (kürə) mənasını daşıyır.

Qloballaşma ümumbəşəri məzmuna malik olmaqla bəşəriyyət üçün həlli zəruri olan müxtəlif istiqamətli problemləri əhatə edir. Müasir şəraitdə qloballaşma dünya siyasətində və iqtisadiyyatında prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu reallıq bəşər cəmiyyətinin inkişaf qanunauyğunluqlarını daha geniş dərk etmək, inkişaf prioritetlərini düzgün müəyyən etmək zərurətindən doğur.

Qloballaşma problemləri özünəməxsus xarakterik xüsusiyyətlərə malikdir: - bu problemlər ümumbəşəri xarakter daşıyır. Belə ki, yaşından,

cinsindən, yaşadıqları ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün insanlar daim qlobal problemlərlə üzləşir;

- qlobal problemlər beynəlmiləl xarakterə malikdir. Yəni dünya birliyi ölkələrinin bütün səylərinin əlaqələndirilməsini tələb edir.

- qlobal problemlərə ümumbəşəri siyasi, iqtisadi, ekoloji, texniki təhlükəsizlik, sağlamlıq, müharibə, sülh, müdafiə və digər problemlər kompleksi daxildir;

- qloballaşma problemləri dünya ölkələrinin və xalqlarının ümumbəşəri mənafelərinin uyğunlaşması və reallaşması prosesidir;

XX əsrin sonu XXI əsrin əvvəllərində qloballaşma problemləri dünya ölkələrinin transmilli maraqlarına çevrilmişdir.İqtisadi qloballaşma dünya ölkələri siyasətinin əsas istiqaməti və başlıca yoludur. Xüsusilə, iqtisadi qloballaşma prosesi qlobal iqtisadiyyatın formalaşmasına maddi-iqtisadi şərait yaradır. Müasir dövrdə qloballaşma qanunauyğun və ziddiyyətli bir proses olsa da, ona mütəxəssislər müxtəlif istiqamətlərdə yanaşırlar. Onlar qloballaşmanın məzmununa ya bir tərəfli mövqedən yanaşır, ya da inkişaf etmiş dünya ölkələrinin beynəlxalq iqtisadi maraqlarının reallaşma forması kimi baxırlar. Lakin bütün ölkələrin bu prosesdə məqsədi, iştirak imkanları, amilləri və formaları eyni deyildir. Belə ki, hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi, maddi-texniki, təbii imkanları bir-birindən fərqlidir. Bu səbəblər dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakına maddi əsas yaradır. Xüsusilə, müstəqillik əldə etmiş Azərbaycanın mövcud iqtisadi, insani, elmi potensialı, təbii sərvətlə

317

ri, coğrafi mövqeyi onun iqtisadi qloballaşma prosesində iştirakım zəruri edir. Dövlətin siyasi durumu, fəal xarici siyasət, beynəlxalq nüfuzu və çoxsaylı beynəlxalq təşkilatlarda iştirakı iqtisadi qloballaşma prosesinə qoşulma meylini daha da gücləndirir. Ancaq iqtisadi qloballaşma milli iqtisadiyyatın zəifləməsinə deyil, onun iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına xidmət etməlidir. Vahid qlobal sistemdə iştirak edən bütün dövlətlər öz iqtisadi gücünü artırmalı və daha yaxşı yaşamalıdır. Bütövlükdə qloballaşma prosesinə qoşulma hər bir ölkənin arzu və istəyidir. İqtisadi qloballaşma ölkələrin strateji iqtisadi məqsədinə və mənafelərinə xidmət edən bir prosesdir. Müstəqil inkişaf yolu ilə gedən Azərbaycanın iqtisadi qloballaşmaya qoşulmasının əsas istiqamətləri bunlardır: - Respublikanın qiymətli təbii sərvətlərinin hasil edilərək dünya bazarına

çıxarılması və dünya ölkələrinin digər sərvətlərinin ölkə iqtisadiyyatına cəlb edilməsi:

- Azərbaycanın Avrasiya nəqliyyat sisteminə, TRASEKA proqramına qoşulması;

- Xarici investisiyaların iqtisadiyyatın neft və qeyri-neft sektorlarına cəlb edilməsi:

- Xarici ticarət əlaqələrinin daha da genişləndirilməsi Azərbaycan öz təbii-iqtisadi sərvətlərinə görə iqtisadi qloballaşma

prosesində öz rolunu və nüfuzunu artırır. Hazırda ekspertlər Xəzərin Azərbaycan sektorunda neft ehtiyatının 4-10 milyard tona yaxın, qaz ehtiyatının isə 1.200 milyard m^ həcmində olduğunu göstərirlər. Bu Azərbaycanın beynəlxalq əmək bölgüsü sistemində və qlobal iqtisadiyyatda iştirakına imkan yaradır. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» neft strategiyasına uyğun olaraq neft ehtiyatlarını hasil etmək məqsədilə dünyanın 14 ölkəsinin 33 nüfuzlu şirkəti ilə 22 müqavilə bağlanmışdır. Bu beynəlxalq layihələrin reallaşmasına 60 milyard ABŞ dolları həcmində vəsait sərf etmək nəzərdə tutulur. Hasil edilmiş nefti dünya bazarına çıxarmaq məqsədilə Bakı-Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan ixrac neft borusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Göstərilən beynəlxalq layihələrin həyata keçirilməsinin birlikdə dəyəri 16 milyard ABŞ dollarına bərabərdir. Həmin beynəlxalq layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qloballaşma prosesində iştirakını bir daha təsdiq edir. Azərbaycanın iqtisadi qloballaşma prosesində iştirakına

318

maddi təminat verən əsas amillərdən biri* xarici investisiya qoyulmuşdur. 1994-cü ildən başlayaraq ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi ilbəil artır, İndiyə kimi ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, onun 60 faizdən çoxu neft sektoruna, qalan hissəsi isə qeyri-neft sektoru sahələrinə yönəldilmişdir.

Təkcə 2005-ci ildə ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmi 4893,2 milyon ABŞ dolları olmuşdur. Bu vəsaitin 698,4 milyon ABŞ dolları maliyyə kreditlərinin, 3799,9 milyon ABŞ dolları neft sənayesinin, 87,1 milyon ABŞ dolları birgə müəssisələr və xarici firmaların, 1,0 milyon ABŞ dolları neft bonusunun payına düşür. Bu ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşunda daha çox xüsusi çəkiyə malik olan ölkələrlə Böyük Britaniya, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və s. ölkələr daxildir. Bu onu göstərir ki, respublikanın UDM-da xarici investisiya qoyuluşunun xüsusi çəkisi ardıcıl olaraq artır.

Əgər ölkə iqtisadiyyatında 2002-ci ildə xarici və birgə (müştərək) müəssisələrin sayı 748 olmuşdursa, 2005-ci ildə 796-ya çatmışdır. Onların əksəriyyəti tam xarici investisiyalı müəssisələr hesab olunur və Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsini sübut edir. Əlbəttə, iqtisadi qloballaşma prosesi dünya ölkələrinin ümumbəşəri iqtisadi mənafelərinin uyğunlaşmasına və reallaşmasına göstərdiyi müsbət təsirlə yanaşı onun mənfi təzahürləri də meydana çıxır. Belə ki, qlobal ədalətsizlik, qeyri-bərabər inkişaf səviyyəsi, TMK-ın zəif inkişaf etmiş ölkələr üzərində hökmranlıq iddiaları və s. amillər əks qloballaşma hərəkatının yayılmasına şərait yaradır. Əks qlobalçılar yeni sosial fenomcndilər. Onlar beynəlxalq kommunikasiya sistemini və layihələri müdafiə etsələr də, bazar rəqabəti prinsipini inkar edən «qloballaşmanı» müdafiə etmirlər. Əks qloballaşma strukturları əsasən Qərb ölkələrinin təşəbbüsü ilə yaradılmışdır ki, onlar qloballaşma prosesinin zəif inkişaf etmiş ölkələrin iqtisadi maraqlarına toxunulması ideyasını müdafiə edirlər.

Hazırda əks qloballaşma tərəfdarı olan ölkələrin sayı artmışdır. Bunu həmin ölkələrin öz ölkəsinə, xalqına, milli sərvətlərinə, milli iqtisadiyyatına və gələcək inkişaf strategiyasına böyük hörmət hissinin təcəssümü kimi qiymətləndirmək olar.

Azərbaycanın dünya birliyində öz mövqeyini daim artırması, onun dünyanın 135 ölkəsi ilə hərtərəfli əlaqələrinin genişlənməsi, çoxsaylı Beynəlxalq maliyyə qurumlarının və təşkilatlarının üzvü olması iqtisadi qloballaşma prosesində iştirakının bariz nümunəsidir.

319

BÖLMƏ 5

KEÇİD DÖVRÜ VƏ MİLLİ İQTİSADİYYAT

XVIII FƏSİL

Azərbaycanın keçid dövrü iqtisadiyyatı

və onun formalaşdırılması

1. Keçid dövrünün zəruriliyi və mahiyyəti 2. Keçid dövrü iqtisadiyyatının məzmunu və əsas cəhətləri 3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri və

qanunauyğunluqları 4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat mexanizmi və

ziddiyyətləri 5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı: məzmunu qarşıda duran

vəzifələr və formalaşmasında dövlətin rolu.

§ 1. Keçid dövrünün mahiyyəti və zəruriliyi

İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. İnkişafın bir mərhələsindən digərinə keçir, cəmiyyətin bir forması başqa, daha mütərəqqi forması ilə əvəz olunur. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. İqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini göstərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verir ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formalan ilə yanaşı mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxtda mövcud olduğu bir şəraitdə iqtisadiyyat qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibəüəri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur, tədriclə kapitalist təsərrüfat formasına keçid

320

baş verir və yeni iqtisadi sistem bərqərar olur. Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər "Keçid iqtisadiyyatı” adlandırırlar.

Keçid iqtisadiyyatına eyni bir iqtisadi sistemin daxilində baş verən keçid prosesini də misal göstərmək olar. Belə bir keçid vəziyyəti azad rəqabətə əsaslanan bazar iqtisadiyyatından inhisarçılığın üstünlük təşkil etdiyi iqtisadi sistemə keçidlə bağlı olaraq yaranmışdır. Eyni sistem daxilində keçid vəziyyəti kapitalizm sisteminin əsaslarının eyni olaraq qaldığı bir şəraitdə yaranır.

Feodalizmdən kapitalizmə, bir iqtisadi sistemdən digərinə keçidin nə zaman başlandığını və nə zaman başa çatdığını söyləmək çətindir və burada xüsusi keçid dövrünün olmasından söhbət ola bilməz (bəzi ölkələrdə bu keçid prosesi bir neçə 100 il davam etmişdir).

Əsası müxtəlif olan iqtisadi sistemli cəmiyyətlərin birinin digərini əvəz etməsi sıçrayışla, inqilabi yolla baş verir və bu zaman köhnə cəmiyyətin sosial-iqtisadi münasibətləri yeniləri ilə əvəz olunur. Buna misal olaraq Rusiyada kapitalizmdən sosializmə keçilməsi prosesini göstərmək olar. 1917-ci il çevrilişi ilə başlayan bu proses 30-cu illərin ortalarında başa çatdı. 15-20 ili əhatə edən bu dövr xüsusi “Keçid dövrü” adlandırılır.

XX əsrin sonlarında Şərqi Avropa sosialist ölkələrində və xüsusilə də SSRİ-də baş verən əsaslı dəyişikliklərin nəticəsində, 70 il ərzində mövcud olmuş. Sovetlərə məxsus sosial-iqtisadi münasibətlər sistemi dağılmış və onu əvəz edəcək bazar iqtisadiyyatına, kapitalist iqtisadiyyatına keçid prosesi başlanmışdır. Bu prosesin başa çatması yəqin ki, 25-30 il çəkəcəkdir. Bu dövr ərzində fəaliyyətdə olan iqtisadiyyat keçid xarakterlidir və onu «keçid dövrü iqtisadiyyatı» adlandırmaq olar. Belə bir iqtisadiyyatın nə zamana qədər mövcud olub, fəaliyyət göstərəcəyini əvvəlcədən söyləmək mümkün deyildir.

Keçid xarakterli iqtisadiyyatlar üçün ümumi olan cəhət onların hamısında həm köhnə və həm də yeni yaranmaqda olan cəmiyyətin təsərrüfat formalarının mövcud olub fəaliyyət göstərməsidir.

Qeyd etmək lazımdır ki, «Keçid dövrü iqtisadiyyatı» və onun ayrı-ayrı problemlərinin öyrənilməsi yeni məsələ deyildir. Azərbaycanın yeni reallıqları şəraitində keçid dövrü iqtisadiyyatı məsələləri, onun qarşısında duran vəzifələrin düzgün müəyyən edilməsi və yerinə yetirilməsi yolları, üsul və vasitələrinin nəzəri olaraq hazırlanması və əməli olaraq həyata keçirilməsi baxımından çox lazımdır. Reallıq bundan ibarətdir İd, Azərbaycan özünün keçid dövrünü yaşayır. Bu dövr ərzində onun yerinə yetirməli olacağı strateji vəzifə

321

özünün müstəqil milli iqtisadiyyatını yaratmaqdır. Belə bir vəzifəni həyata keçirmək üçün başlıca vasitə kimi bazar iqtisadiyyatı seçilmişdir. Bu iqtisadi sistemə birdən-birə keçmək mümkün olmadığı üçün xüsusi keçid dövrü obyektiv zərurət olmuşdur (Azərbaycanın keçid dövrü iqtisadiyyatı haqqında sonrakı paraqrafda ətraflı danışılacaq).

Keçid dövrünün zəruriliyi həm də onunla bağlıdır ki, bir-birinə tamamilə əks olan iqtisadi sistemlər arasında kəskin mübarizə keçid dövrü şəraitində baş verir. Məhz mövcud sistemin transformasiyası, ona xas olan münasibətlər sisteminin köklü surətdə dəyişdirilməsi, yeni iqtisadi sistemin yaradılması və tam şəkildə formalaşdırılması kimi çətin vəzifələr keçid dövrü ərzində yerinə yetirilməlidir. Bunun üçün dağılmaqda olan iqtisadi sistemin əsası kimi ona xas olan mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çoxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə, bank sistemləri yeni əsaslar üzərində formalaşdırılmalı, yeni tip xarici iqtisadi əlaqələr qurulmalıdır və ən başlıcası isə yaradılmaqda olan sistemdə fəaliyyət göstərəcək yeni təfəkkürlü insanlar formalaşdırmaq lazımdır. Bütün bunlar üçün vaxt, xüsusi bir keçid dövrünün olması tələb olunur.

Keçid dövrü köklü fərqləri olan bir sosial-iqtisadi sistemdən başqa sistemə qədəm qoyulduğu andan başlayır və bu keçid prosesinin başa çatdığı vaxta qədər olan bir dövrü əhatə edir. Bu dövrün əhatə etdiyi vaxt keçid dövrünü yaşamış bütün ölkələr üçün eyni ola bilməz. Onun müddəti keçid dövrünü yaşayan ölkələrin sosial-iqtisadi sistemindən, sosial-siyasi vəziyyətdən, xarici amillərin təsiri dərəcəsindən və keçməli olduğu iqtisadi sistemin xarakteri və mürəkkəbliyindən, ölkənin iqtisadiyyatının inkişaf səviyyəsindən və s. asılıdır. Bütün bu səbəbdən də İceçid dövrü ərzində həlli zəruri olan problemlər və vəzifələr də müxtəlif olur.

§ 2. Keçid dövrü iqtisadiyyatının məzmunu və əsas cəhətləri

Keçid dövrünün iqtisadiyyatı keçid xarakterli olub bir iqtisadi sistemdən digərinə keçid vəziyyətində olan iqtisadiyyatdır. Bu iqtisadiyyat həm özündən əvvəlki və həm də keçilməsi zəruri olan yeni münasibətlərin bəzi xüsusiyyətlərini özündə birləşdirir. Keçid dövrünün iqtisadiyyatı əsaslı dəyişikliklər edilməsi sayəsində mümkün olur və bütün sahələri əhatə edir. İqtisadiyyat sahəsində bu dəyişiklik ilk növbədə mülkiyyət münasibətlərində baş verir və nəticədə

322

keçid iqtisadiyyatının formalaşması üçün zəruri olan mülkiyyət formaları və onların əsasında isə müxtəlif xarakterli və istiqamətli təsərrüfat formaları yaranır. Yaranmış təsərrüfat formalarına uyğun olan, onların fəaliyyətini tənzimləyən təsərrüfat mexanizmi və idarəetmə formaları yaranır. İqtisadi münasibətlər sisteminin digər struktur halqalarında da köhnələri yeniləri ilə əvəz olunur. Bu zaman həm qanuni və həm də qeyri-qanuni yollarla əsas iqtisadi münasibətlər sistemi dəyişdirilir. Nəticədə əvvəlki iqtisadi sistemdən mahiyyətcə fərqli olan yeni bir iqtisadi sistem formalaşır. Lakin bu hələ keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem deyildir. Bu əvvəlki sistemi əvəz edən keçid dövrünə xas olan iqtisadiyyatdır ki, onun da öz məzmunu, xarakterik xüsusiyyətləri, münasibətlər sistemi, strukturu və özünə uyğun olan idarəetmə, tənzimlənmə mexanizmləri vardır.

Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olduğuna görə uzun ömürlü olmur və gec-tez təkamül yolu ilə öz yerini qurulması məqsəd kimi qarşıya qoyulmuş iqtisadi sistemə verməlidir. Buna görə də, köhnə iqtisadi sistemin əsaslarının dağılması ilə yanaşı yeni iqtisadi sistemin əsaslarının yaradılması prosesi də gedir. Bu heç də «mövcud sistemin əsaslarının yenidən qurulması» demək deyildir. Nəzərə almaq lazımdır ki, köhnə sistem tamamilə dağılır, yeni sistemin əsasları isə keçid dövrü iqtisadiyyatı əsasında yenidən qurulur. Buna görə də ilk növbədə keçid dövrü iqtisadiyyatı formalaşdırılmalıdır. Ancaq bunun üçün keçid dövrü iqtisadiyyatının məzmunu, xarakteri, təsərrüfat formaları, təsərrüfat mexanizmi, idarəetmə sistemləri haqqında biliyə malik olmaq lazımdır.

Keçid dövrü iqtisadiyyatına “öz zəmini olmayan” bir sistem kimi baxmaq olmaz və əsası olmayan iqtisadi sistemin mövcudluğu ağla sığmazdır. Keçid dövrü iqtisadiyyatının əsasını çoxmülkiyyətlik təşkil edir və onun da əsasında müxtəlif təsərrüfat formaları yaranır. Bu təsərrüfat formaları arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yaranması ilə münasibətlər sistemi formalaşır və keçid dövrünün iqtisadi sisteminin məzmununa daxil olur. Bu təsərrüfat formalarının hər biri nisbi müstəqil olub, fəaliyyət göstərsələr də, bir-biri ilə iqtisadi əlaqə telləri vasitəsi ilə bağlı olub, vahid keçid dövrü iqtisadiyyatını təşkil edirlər. Mövcud təsərrüfat formalarının hamısı eyni bir dövlətin hüquqi qanunları ilə tənzim olunur, dövlət büdcəsi ilə bağlıdırlar və vahid pul sistemindən istifadə edirlər.

Çox mühüm cəhətlərdən biri də keçid dövrü iqtisadiyyatının məzmununa (strukturuna) daxil olan hər bir təsərrüfat formasının

323

tam formalaşmamış vahid milli bazarın subyekti kimi fəaliyyət göstərməsidir. Buna görə də, hər bir təsərrüfat forması az da olsa bazarın tənzimləyici mexanizminin təsirinə məruz qalır, yəni bazar mexanizmi ilə tənzim olunur.

Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olsa da, müəyyən mənada təkrar istehsal olunur, onun təkrar istehsalı çoxukladlıq əsasında baş verir və bu zaman aparıcı təsərrüfat formaları əsas rol oynayır. Burada təkrar istehsal keçid dövrünün uzunömürlü olmasına deyil, yeni iqtisadi sistemin əsaslarının yaradılmasına xidmət edir. Keçid dövründə də ÜMM (ÜDM) və milli gəlir yaranır, bölüşdürülür, mübadilə mərhələsindən keçir, istehlak olunur və ləng də olsa iqtisadiyyatda artım baş verir. Bunu keçid dövrünü yaşayan ölkələrin, o cümlədən də Azərbaycanın timsalında görmək olar. Məsələn, Respublikanın istehsalında yaranmış geriləmə hallarının qarşısı alınmış, ölkədə iqtisadi sabitlik təmin olunmuşdur. 1996-ci ildən başlayaraq ÜDM ilbəil artmağa başlamışdır. Bununla belə, keçid dövrü iqtisadiyyatına sabit inkişaf edən bir iqtisadiyyat kimi baxmaq olmaz və ona qeyri-sabit inkişaf xasdır ki, bu da onun xarakterik cəhətlərindən biridir.

§ 3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri və qanunauyğunluqları

Keçid dövrü iqtisadiyyatının başlıca xüsusiyyətlərindən biri də onun çoxukladlı olmasıdır. İqtisadi ədəbiyyatlarda uklad anlayışı cürbəcür mənalandırılır. Ancaq əsas fikirlər bundan ibarətdir ki, uklad «xüsusi iqtisadi münasibət tipidir», «istehsal münasibətlərinin ... ilkin təzahürlərindəndir», «uklad təsərrüfat formasıdır» və s.

Uklad həmişə başqa münasibətlərlə yanaşı olur və müəyyən münasibət tipi olduğuna görə konkret təsərrüfat forması ilə bağlıdır və bu mənada demək olar ki, uklad eyni vaxtda mövcud olub fəaliyyət göstərən müxtəlif məzmunlu təsərrüfat formalarıdır. Hər bir ukladın öz məzmunu, məqsədi, mənafeyi və maddi-texniki əsası vardır. Hər bir uklad nisbi müstəqil olsa da, keçid dövrü iqtisadiyyatının və ümumiyyətlə keçid xarakterli iqtisadiyyatların ünsürü kimi çıxış edir.

Bəzi müəlliflərin fikrincə, hətta inkişaf etmiş iqtisadi sistemlərdə də ukladlar mövcuddur. Bu məsələ üzərində ətraflı dayanmayaraq onu qeyd etmək lazımdır ki, ukladların mövcudluğu keçid vəziyyətləri ilə bağlıdır və onların bəziləri köhnə iqtisadi sistemlə

324

bağlı olduğu üçün tədriclə yox olub sıradan çıxırlar, bəziləri keçilməsi nəzərdə tutulan iqtisadi sistemin əsas ünsürləri kimi inkişaf edib yeni iqtisadi sistemi formalaşdırırlar, digərləri isə əsas təsərrüfat formaları ilə yanaşı inkişaf edib yaranmaqda olan yeni qarışıq iqtisadiyyatın ünsürlərinə çevrilir və uklad vəziyyətindən çıxırlar. Çoxukladlıq isə keçid dövrü iqtisadiyyatının xüsusiyyətidir və onu səciyyələndirən əsas cəhətlərdən biridir.

Beləliklə, çoxukladlıq keçid dövrü, keçid xarakterli iqtisadiyyatlar üçün səciyyəvi olan cürbəcür mülkiyyət formaları əsasında yaranıb, yanaşı fəaliyyət göstərən müxtəlif məzmunlu və məqsədli təsərrüfatların mövcudluq formasıdır. Hər bir uklad iqtisadiyyatın pozulmuş strukturunda yeri olan təsərrüfat forması kimi çıxış edir və keçid dövrü iqtisadiyyatının formalaşmasında özlərinə məxsus rol oynayırlar. Keçid dövrü iqtisadiyyatı şəraitində bütün ölkələrdə ukladların sayı və tərkibi eyni olmur. Lakin onların hamısı üçün xarakterik olan aşağıdakı ukladları göstərmək olar:

1. İqtisadiyyatın dövlət bölməsini əhatə edən dövlət ukladı. Keçid dövrünün ilkin çağlarında bu ukladın payı çox olur, çünki bir çox aparıcı sahələr dövlətin mülkiyyətində olur;

2. Xırda əmtəə istehsalı ukladı. Bu sənətkarların, kustarların, aqrar bölmədə fərdi istehsal fəaliyyəti ilə məşğul olan istehsalçıların təsərrüfatını əhatə edir və bunlar bazar üçün əmtəə istehsalçılarıdır;

3. Xüsusi təsərrüfat ukladı. Bu xüsusi sahibkarlığa əsaslanan, xüsusi mülkiyyət və muzdlu əmək bazasında fəaliyyət göstərən istehsal və xidmət sferalarını əhatə edən təsərrüfat formasıdır;

4. Kooperativ uklad. Bu kooperasiya üzvlərinin mülkiyyət payından yaranmış, birgə mülkiyyətə və onların birgə fəaliyyətinə əsaslanan təsərrüfat formasıdır;

5. Dövlət kapitalizm ukladı. Bu uklad keçid dövrü dövləti ilə xarici kapital sahibləri arasında yaranan iqtisadi münasibətlər əsasında formalaşır. Dövlət özünün keçid dövrü iqtisadiyyatı problemlərini həll etmək məqsədilə xarici kapitalı ölkə iqtisadiyyatına cəlb etmək formasından istifadə edir.

Hər bir ölkə keçmək istədiyi iqtisadi sistemin əsaslarını keçid dövründə yaradır və yaratdığı təsərrüfat formaları ilk dövrlərdə uklad xarakterində olur və tədriclə inkişaf edərək əsas formaya çevrilir.

Çoxukladlı iqtisadiyyat özünün spesfik qanunauyğunluqları ilə fərqlənən bir iqtisadi sistemdir: Əwəla, bu iqtisadi sistemi tənzim edən vahid təsərrüfat mexanizmi olmur; İkincisi, bu iqtisadi sistemdə fəaliyyət göstərən təsərrüfat formaları inkişafa müxtəlif

325

meyillidirlər; Üçüncüsü, bu iqtisadi sistem qısaömürlüdür, uzun dövr üçün öz-özünü tam təkrar istehsal etmək mexanizminə malik deyildir. Təkrar istehsal gələcəyə istiqamətli olan təsərrüfat formaları çərçivəsində baş verir; Dördüncüsü, keçid dövrü iqtisadiyyatı güclü dövlət tənziminə ehtiyacı olan bir iqtisadiyyatdır. IDövlət bu iqtisadi sistemi formalaşdırmalıdır ki, yeninin əsasları onun içərisində yaransın və inkişaf edib möhkəmlənsin; Beşincisi, keçid dövrü iqtisadiyyatında mürəkkəb iqtisadi münasibətlər dəsti fəaliyyət göstərir.

§ 4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat mexanizmi və ziddiyyətləri

Keçid dövrü iqtisadiyyatı üçün səciyyəvi olan münasibətlər sistemi yaranır. Mülkiyyət çoxnövlülüyü münasibətlərin çoxtərəfli olmasını zəruri edir. Bu münasibətlərə aiddir: mülkiyyətin müxtəlif formaları əsasında yaranmış müxtəlif təsərrüfatlar arasındakı (müxtəlif səviyyəli) münasibətlər; dövlətlə müxtəlif təsərrüfat formalan arasındala münasibətlər; inhisarçılığın mövcud olması ilə yaranan münasibətlər; əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlı fəaliyyətə başlayan bazar strukturlan arasındakı münasibətlər. Keçid dövrünün iqtisadi sistemi müxtəlif, cürbəcür səviyyəli mexanizmlərlə idarə olunur.

Keçid dövrü iqtisadiyyatının idarəetmə mexanizmləri həm mürəkkəb, həm də ziddiyyətlidir. Buraya bazar mexanizminin ünsürləri, dövlət tənzimi mexanizmi, fərdi fəaliyyət, natural istehsala məxsus mexanizmlər, keçmiş iqtisadi sistemə məxsus mexanizm, plan mexanizmi, inhisarlara məxsus mexanizmlər, yeni iqtisadi sistemə uyğun formalaşdırılan mexanizmlər, gizli iqtisadiyyata xas olan «mexanizm»lər eyni vaxtda fəaliyyət göstərirlər.

Keçid dövrü iqtisadiyyatı şəraitində çoxcəhətli bölgü münasibətləri və mexanizmləri fəaliyyət göstərir. Onlara aiddir;

a) mülkiyyətə görə bölgü; b) paya görə bölgü; c) əməyə görə bölgü; d) büdcə mexanizmi vasitəsi ilə bölgü və yenidən bölgü; e) inhisar mexanizmi ilə bölgü; f) bazar mexanizmi vasitəsi ilə bölgü; g) fondlar vasitəsi ilə bölgü; h) qeyri-qanuni vasitələrlə bölgü və s. Keçid dövrü üçün xarakterik olan xüsusi bölgü formalarından biri

mülkiyyətin cəmiyyət üzvləri arasında bölgüsüdür. Bu bölgü

326

forması keçid dövrü iqtisadiyyatının formalaşmasında əsas rol oynayır. Keçid dövrü şəraitində, onun spesfıkliyinə uyğun xarici iqtisadi

münasibətlər sistemi yaranıb inkişaf edir. Keçid dövrü iqtisadi münasibətlər sistemində maliyyə münasibətləri, pul-kredit münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü iqtisadiyyatında müxtəlif pul sistemlərindən istifadə olunur.

Keçid dövrü iqtisadiyyatı ziddiyyətli bir sistemdir və o aşağıdakı zidiyyətlərlə xarakterizə olunur:

1. Köhnə iqtisadi sistemin içərisində yaranıb keçid dövrünə miras qalan ziddiyyətlər. Bu qəbildən olan ziddiyyətlər köhnə iqtisadi sistemin dağılmasına səbəb olmuş və dağılmış iqtisadi sistemlə keçid dövrünə daxil olmuşdur. Bunlar iqtisadiyyatda durğunluğun, işsizliyin, inflyasiyanın əvvəlki iqtisadi əlaqələrin qırılması ilə bağlı yaranan ziddiyyətlərdir;

2. Keçid dövründə mülkiyyət müxtəlifliyinə əsaslanan çoxsaylı təsərrüfat formaları yaranıb fəaliyyət göstərir və onların daşıyıcıları (təmsilçiləri) olan subyektlər arasında yaşamaq uğrunda mübarizə gedir;

3. Köhnə iqtisadi sistemdən qalmış idarəetmə mexanizmlərin və ona məxsus qiymət, pul sistemi, maliyyə-kredit, vergi sisteminin və habelə bölgü mexanizminin qalması ilə bağlı olan ziddiyyətlər.

4. Resurslara olan ehtiyacların artması ilə resurs (kapital) çatışmamazlığı arasındakı ziddiyyətlər;

5. İqtisadi münasibətlərin formalaşması üçün əsas olan hüquqi bazanın vaxtında yaradılmaması və bürokratik idarə aparatının fəaliyyətinin uzun müddət qalmasından doğan ziddiyyətlər;

6. Adamların yeni şəraitdə işləyib yaşamaq sahəsində təcrübələrinin olmaması və yeni təfəkkürlü kadrların olmamasından doğan ziddiyyətlər;

7. Xarici amillərin tə'sirindən yaranmış ziddiyyətlər (siyasi təzyiqlər, iqtisadi blokadalar və s.).

Bütün bu amillərin doğurduğu ziddiyyətlərlə yanaşı, keçid dövrünün bir əsas ziddiyyəti də vardır. Keçid dövrünün əsas ziddiyyəti dağılmaqda olan və hələ tamamilə dağılmamış köhnə iqtisadi sistemlə yeni yaranmaqda olan və əsasları hələ tamamilə yaradılmamış iqtisadi sistemlər arasındakı ziddiyyətdir. Yeni yaranmaqda olan cəmiyyətin daşıyıcıları olan insanlar tədriclə bu ziddiyyətləri həll etməklə öz qarşılarına qoyduqları məqsədlərə çata bilərlər.

Bütün bu ziddiyyətlərin və onların doğurduğu problemlərin

327

həllində başlıca rolu dövlət oynayır, (dövlətin bu sahədə oynadığı rolu Azərbaycanın keçid dövrü iqtisadiyyatı §-5 də ətraflı şərh olunur),

§ 5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı: məzmunu, qarşıda duran vəzifələr və formalaşmasında dövlətin rolu

Sovet iqtisadi sistemi XX əsrin sonuncu on illiyinin başlanğıcında görünməmiş bir sürətlə dağıldı. Dağılma nəticəsində dövlət müstəqilliyi əldə etmiş Azərbaycan çətin iqtisadi vəziyyətə düşdü, onun iqtisadiyyatı əvvəlki sistemdən qopub ayrıldı. 1991-ci ildən etibarən respublikamız strukturu pozulmuş, möhkəm maliyyə-kredit sistemi olmayan, inflyasiyanın, işsizliyin hökm sürdüyü, idarəetmə mexanizmi iflic vəziyyətinə düşmüş, güclü xammal çatışmazlığı ilə üzləşmiş, müəssisələrin fəaliyyətinin əksəriyyəti dayanmış, bazar in- hisarçılığının hökm sürdüyü, xarici əlaqələri pozulmuş bir iqtisadiyyatla üzbəüz dayanmışdır. 1990-cı illə müqayisədə, 1991-ci ildən başlayaraq istehsalın bütün sahələrində artım tempi ildə 25-30 % aşağı düşməyə başlamışdı.

Yaranmış vəziyyətdən çıxmaq üçün geriyə qayıtmaq mümkün deyildi və yeganə yol Azərbaycanın iqtisadiyyatını yeni əsaslar üzərinə keçirmək, bazar münasibətləri əsasında müstəqil inkişaf etməyə qadir olan milli iqtisadiyyatımızı formalaşdırmaq lazım idi. Güclü milli iqtisadiyyatı isə birdən-birə yaratmaq mümkün deyildir. Bunun üçün nə şərait var idi, nə də tələb olunan vəsait. Bütünlükdə cəmiyyət, onun üzvləri tamamilə ona yad olan bir sistemdə işləmək, yaşamaq üçün hazır deyildi. Adamlar köhnə qaydalarla işləmək vərdişlərindən tam azad olmamışdılar. Yeni iqtisadi sistemin əsasları isə hələ yaradılmamış, adamlarda sahibkarlıq vərdişləri çox zəif, bazar mühitində işləmək təcrübəsi isə yox dərəcəsində idi. Bütün bunlara görə də bazar iqtisadiyyatı sisteminə birdən-birə keçmək qeyri- mümkün idi və köhnə iqtisadi sistemdən xilas olub yeni-bazar münasibətləri sisteminə keçmək üçün xüsusi bir keçid dövrü lazımdır.

Mövcud ədəbiyyatda keçid dövrünü bir qayda olaraq, inzibati amirlik sisteminin hakim olduğu və mərkəzdən planlı idarə olunan sosial-iqtisadi sistemdən bazar iqtisadiyyatına keçmək dövrü kimi səciyyələndirilir. Bu, keçid dövrünün məzmununa xas cəhət olsa da, Azərbaycanın keçid dövrü üçün məqbul sayıla bilməz, çünki Azərbaycanın keçid dövründə həll edəcəyi problemlər daha böyükdür və daha çətindir.

328

Azərbaycan dövlət müstəqilliyinə nail olsa da, digər sahələrdə onun müstəqilliyi hələ tam tə'min olunmamışdır. Bu gün də onun qarşısında duran strateji məqsəd bütün sahələrdə, ilk növbədə də, iqtisadi sahədə müstəqilliyə nail olub azad, demokratik prinsiplərə əsaslanan sosial-iqtisadi sistemi yaratmaqdır. Belə bir strateji məqsədə çatmağın vasitəsi kimi iqtisadiyyatın bazar forması, bazar iqtisadiyyatı seçilmişdir. Buna görə strateji məqsədə çatmaqda zəruri vasitələrin yaradılması da keçid dövrü ərzində həll olunmalıdır.

Beləliklə, Azərbaycanın keçid dövrü mərkəzdən planlı idarə olunan, inzibati-amirlik sisteminin hakim olduğu sosial-iqtisadi sitemdən bazar münasibətləri əsasında azad, müstəqil inkişaf etməyə qadir olan sosial-iqtisadi sistemə keçmək dövrüdür. Belə bir keçid dövrü 1991-ci üdən başlayu- və nə zaman başa çatacağını dəqiq göstərmək çətindir. Hər halda bu keçid üçün ən azı 15-25 il lazım gələcəkdir.

Azərbaycanın keçid dövründə həll edilməsi zəruri olan əsas vəzifələr aşağıdakılardanübarətdir:

1. Azərbaycanın mövcud iqtisadiyyatını köhnə, inzibati-amirlik buxovlarından azad etmək, mülkiyyət üzərində dövlət inhisarına son qoymaq, idarəetmədə vaxtı keçmiş formalardan imtina etmək;

2. İctimai mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi, habelə, gizli iqtisadiyyatın liberallaşdırılması yolu ilə müxtəlif mülkiyyət formaları və növlərini formalaşdırmaq və bu əsasda cürbəcür təsərrüfat ukladlarının yaradılmasına nail olmaq və azad sahibkarlığın inkişafına şərait yaratmaq;

3. Azərbaycanın sağlam maliyyə, kredit, bank və valyuta münasibətlərini formalaşdırmaq, pul tədavülünü qaydaya salmaq, inflyasiyanın qarşısını almaq və iqtisadiyyatı böhran vəziyyətindən qurtarıb sabit inkişafa nail olmaq;

4. Azərbaycan iqtisadiyyatında yeni əmək bölgüsü sistemini və bazar strukturunu formalaşdırmaq, daxili və xarici bazarların mövcudluğunu təmin edən şəraiti yaratmaq, istehsal, bazar və sosial infrastrukturları formalaşdırmaq;

5. Azərbaycan xalqını bazar münasibətləri şəraitində işləmək və yaşaya bilmək ruhunda tərbiyə etmək, yeni keyfiyyətli kadrlar hazırlamaq;

6. Yeni sosial-iqtisadi sistemin idarəetmə mexanizmini formalaşdırmaq, dövlətin idarəetmə orqanlarını yeni tələblər səviyyəsində qurmaq, strukturunu təkmilləşdirmək və keçid dövrü vəzifələrinin həyata keçirilməsində fəal rolunu təmin etmək;

7. Əhalinin bazar kortəbiliyinə tab gətirə bilməyən təbəqələri

329

nin sosial müdafiəsini təmin etmək, işsizliyin aradan qaldırılması və məşğulluğun optimal səviyyəsinə nail olmaq;

8. Yeni iqtisadi sistemə keçməyi, keçid dövrü münasibətləri şəraitində müstəqil fəaliyyət göstərməyi, xarici iqtisadi əlaqələrdə fəal iştirakı təmin edən hüquqi baza yaratmaq.

Bütün bu vəzifələrin yerinə yetirilməsi respublikanın bazar iqtisadiyyatına keçməsinə, milli iqtisadiyyatın formalaşmasına və müstəqilliyin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu zaman artıq qərarlaşmış milli iqtisadiyyat bazar qanunlarına, bazar mexanizminə və dövlət tənziminə əsaslanmaqla fəaliyyət göstərcəkdir. Bu da keçid dövrünün başa çatması demək olacaqdır.

Azərbaycan özünün keçid dövrünü yaşayır. Belə bir dövrün iqtisadiyyatı da keçid xarakterli iqtisadiyyatdır. Bunu onunla izah etmək lazımdır ki, respublikamızda köhnə iqtisadi sistemin əsasları hələ də tamamilə dağılmayıb, yeni iqtisadi sistemin əsasları isə tam yaradılmayıb. İstehsal və xidmət sferalarında dövlətin mülkiyyət inhisarı hələ də qalmaqdadır. Eyni vaxtda yeni mülkiyyət formalan, xüsusi sahibkarlığa əsaslanan təsərrüfat formaları da yaranıb fəaliyyət göstərir. İqtisadiyyat köhnə inzibati - amirlik idarəetmə metodlarından yaxasını qurtara bilməyib, ancaq bununla yanaşı azad sahibkarlığa yol açılıb, müstəqil fəaliyyət göstərən firmalar, şirkətlər yaranıb, qiymətlər liberallaşdırılıb və bazar münasibətləri tədricən genişlənir. İqtisadiyyatın köhnə strukturları, köhnə əmək bölgüsü hələ də tamamilə dağılmasa da yeni strukturlar formalaşmağa başlayır, buna uyğun olaraq da daxili bazarın struktur halqaları yaranıb fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatda demokratik qaydalar hələ ki formalaşmamışdır. Köhnə qaydaların təsiri altında düşünən adamlarla yanaşı bazar təfəkkürünə malik olub fəaliyyət göstərən insanların da sayı getdikcə artır. Azərbaycan hökumətinin, icra orqanlarının yeni strukturları hələ də tam formalaşmamışdır. Bununla belə, bazar iqtisadiyyatının tələblərinə uyğun olan dövlət və qeyri-dövlət strukturları da yaradılır.

Bütün bunlardan aydın olur ki, eyni vaxtda həm köhnə sistemdən qalmış formalar, münasibətlər mövcuddur, həm də yeni qurulmaqda olan sosial-iqtisadi sistemin məzmununu təşkil edən yeni formalar, münasibətlər meydana gəlir, tədricən genişlənib özünə möhkəm yer tutur. Bütün bunlar o deməkdir ki, Azərbaycanın ha- zırki iqtisadiyyatı keçid dövrünə uyğun olan bir iqtisadiyatdır. Azərbaycanın keçid dövrü iqtisadiyyatı çoxukladlı bir iqtisadiyyatdır. Əvvəlki paraqrafda adlarını çəkdiyimiz ukladların hamısı res

330

publikamızda mövcuddur və fəaliyyət göstərir. Keçid dövrü iqtisadiyyatının çoxukladlı iqtisadiyyat kimi

formalaşması keçid dövrünün başlıca qanunauyğunluqlarmdan biridir. Ço- xukladlılıq mülkiyyətin müxtəlif formalarda olması və onun çoxnövlülüyü üə bağlıdır. Keçid dövründə müxtəlif mülkiyyətlərin olmasının özü də obyektivdir və aşağıdakı səbəblərlə bağlıdır.

1. Sovetlər dövründə mövcud olmuş dövlət, kooperativ və şəxsi mülkiyyət formaları birdən birə aradan çıxmadı, dəyişilmiş formalarda olsa da, keçid dövründə də qalmaqda davam edir və müəyyən təsərrüfat fonnasının əsası kimi mövcuddur;

2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi sayəsində yeni mülkiyyət formaları - səhmdar mülkiyyət, xüsusi mülkiyyət, kooperativ mülkiyyət və s. meydana gəlir ki, onların da əsasında yeni təsərrüfat formaları yaranır;

3. Xarici investorların respublikaya kapital gətirmələri, yerli sahibkarlarla birgə müəssisələr yaratmaları nəticəsində qarışıq mülkiyyət forması yaranır və onun da əsasında yeni bir təsərrüfat forması meydana gəlib fəaliyyət göstərir.

Bütün bu mülkiyyət formaları və təsərrüfatların daşıyıcıları bazar subyektləri kimi fəaliyyət göstərir. Bununla belə, bazar iqtisadiyyatına keçmək üçün onun möhkəm iqtisadi əsası olan xüsusi mülkiyyət forma- smı qərarlaşdırmaq lazımdır. Bunun əsas yolu isə dövlət mülkiyyətini dövlətsizləşdirmək və özəlləşdirməkdən ibarətdir.

Özəlləşdirmə - dövlət mülkiyyətinin xüsusi mülkiyyətə vermək (çevirmək) prosesidir və buna görə də iqtisadiyyatda xüsusi bölmənin qabaqcıl mövqe tutmasına aparan yoldur. Özəlləşdirmə bütün mülkiyyət formalarının bərabər hüquqlu və toxunulmazlığını təmin etməlidir. Özəlləşdirmədə yerli fiziki və hüquqi şəxslərlə yanaşı, başqa ölkələrin sahibkarları, şirkətləri də iştirak edə bilər.

Azərbaycanda özəlləşdirmənin hüquqi bazası yaradılmış, həyata keçirilməsinin dövlət proqramı işlənib və həyata keçirilməkdədir. «Özəlləşdirmə haqqında» qanunla yanaşı, 1995-ci il sentyabrın 29-da «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul edilmiş və reallaşdınlmağa başlanılmışdır. Dövlət Əmlak Komitəsinin 1999-cu ilin yanvar ayının əvvəlinə olan məlumatına görə Azərbaycanda özəlləşdirmənin həyata keçirilməsi nəticəsində 20620 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bunlardan 9434-ü məişət xidməti, 2047 ticarət və ictimai iaşə, 433 yanacaqdoldurma məntəqəsi, 567 çörək ticarəti və çörəkbişirmə obyekti, 595 sənaye, 291 tikinti müəs

331

sisəsi və avadanlığı, 5749 nəqliyyat vasitəsi, 87 tikintisi dondurulmuş və tikintisi başa çatdırılmamış obyekt, 107 aptek, 255 icarəyə verilmiş obyekt, 1106 icarəyə verilmiş qeyri-yaşayış obyekti özəl bölməyə keçmişdir. 1997-ci ilin mart-avqust aylarında hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verilmişdir.

1997- ci ildə 870 orta və iri dövlət müəssisəsinin səhmdar cəmiyyətə çevrilməsi haqqında qərar qəbul edilmişdir. 1999-cu il yanvar ayının əvvəllərinədək 954 səhmdar cəmiyyətin səhmləri pullu hərraca çıxarılmışdır. 1999-cu il yanvar ayının 1-nə olan məlumata görə çek hərracları, pullu hərraclar və qapalı abunə yazılışı nəticəsində respublikada 60721 səhmdar cəmiyyət yaranıb.

1998- ci ilin sonuna olan məlumata görə özəlləşdirmədən büdcəyə 299 mlrd. 980 mln. manata yaxın vəsait daxil olub. Ölkədə özəlləşdirmənin həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır və nəticədə, 1997-ci ilin sonuna ümumi daxili məhsulda özəl bölmənin payı 46%-ə, o cümlədən, aqrar bölmədə 85%-ə çatmışdır.

Respublikada torpaq islahatının nəticəsində kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaranmışdır ki, bu təsərrüfatlar özəl bölmənin aparıcı sahələrindən biri hesab olunur. Qeyd etmək lazımdır ki, özəlləşdirməni həyata keçirən dövlət özünü heç zaman mülkiyyətindən tamamilə məhrum etməyəcək, bir çox aparıcı sahələr dövlətin əlində qalacaq, iqtisadiyyatın dövlət bölməsini təşkil edəcək və bazar subyekti kimi fəaliyyət göstərəcəkdir.

Keçid dövrü iqtisadiyyatı müxtəlif təsərrüfat formalarının sıx əlaqədə olduğu qarışıq bir iqtisadiyyat kimi fəaliyyət göstərir. Dövlət təsərrüfatı, xüsusi təsərrüfatlar, kopperativlər, xırda əmtəə təsərrüfatları və s. Bazar əlaqələrinə girməklə bazarın formalaşmasında bərabərhüquqlu subyektlər kimi iştirak edirlər və onların münasibətləri bazar qanunları və dövlətin tənzimlənmə mexanizmilə idarə olunur. Lakin iqtisadiyyatm özü sistem halında hələ formalaşmadığı üçün onun tənzimləmə mexanizmi də lazımi səviyyədə qurulmamışdır.

Beləliklə, keçid dövrü iqtisadiyyatı çoxukladlı olmaqla yanaşı, məhsuldar qüvvələri dağılmış, strukturu pozulmuş, çoxsaylı təsərrüfat formaları arasında bazar əlaqələrinin hələ formalaşmadığı, yetkin olmayan iqtisadi münasibətləri həm köhnə və həm də yeni idarəetmə mexanizminin ünsürlərini özündə birləşdirən mürəkkəb və ziddiyyətli bir iqtisadiyyatdır. Keçid dövrü iqtisadiyyatı ziddiyyətlərlə dolu olan bir iqtisadiyyatdır.

Azərbaycan keçid dövrünü müvəffəqiyyətlə başa vurmaq, ba

332

zar iqtisadiyyatı kimi yeni bir iqtisadi sistemə keçmək üçün zəruri şərtlərə, şərait və amillərə malik olmalıdır.

Azad sahibkarlığın mövcud olması üçün iki başlıca şərt olmalıdır: 1. İstehsal vasitələri və pul sərvəti üzərində xüsusi mülkiyyətin

olması; 2. İstehsal vasitələrindən məhrum edilmiş və muzdla işləməyə razı

olan çoxsaylı adamların olması. «İlkin kapital yığımı» adını almış, bu amillərdən ikincisi, yəni çoxsaylı işçi qüvvəsi respublikada vardır. İstehsal vasitələri və pul kapitalının ayrı-ayrı əllərdə toplanaraq ilkin yığım rolunda çıxış etməsi keçid dövrünün çətin problemlərindən biridir. Azərbaycanda iş adamları, mülkiyyət sahələri qanuni və qeyri-qanuni yollardan istifadə etməklə ilkin kapital əldə edə bilmişlər.

Qanuni yollar - səhmdar cəmiyyətləri yaratmaq, daxili və xarici ticarət vasitəsilə, birja əməliyyatları və valyuta alverçiliyi, sığorta və xeyrij^ə cəmiyyətlərinə pul cəlb etmək, dövlətin istiqraz sistemi, dövlətin vergi sistemi, dövlətin kreditləri, xarici borclar və s. Qeyri-qanuni yollar - geniş yayılmış rüşvət, xeyriyyəçilik adı ilə pul toplayıb onu mənimsəmək (Vahidbank və b.), qaçaqmalçılıq və qa- rətçilik yolları ilə, qanunla icazə verilməyən biznes fəaliyyəti ilə, müharibədən istifadə edib, işğal olunmuş əraziləri qarət etmək, ictimai mülkiyyətin oğurlanması və müxtəlif yollarla mənimsənilməsi, keçmiş Sovet dövründə qeyri-qanuni yollarla yığılmış sərvət və s.

Bazar münasibətlərinə keçməyin real olduğunu görən ayrı-ayrı şəxslər, bəzi qruplar, vəzifəli şəxslər pul əldə etməyin bütün üsul və vasitələrindən istifadə etməyə çalışırlar. Təki pul olsun! Ancaq təkcə pulun olması bazar qaydalarına keçmək üçün kifayət deyildir. Bunun üçün istehsal vasitələri də adamların əlində toplanmalıdır. Bu proses tarixən məlum olan bir çox üsul və vasitələrlə həyata keçirilmişdir. Azərbaycanda bu proses aşağıdakı üsullardan istifadə olunmaqla həyata keçirilmişdir: - dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə; - mülkiyyətin bir hissəsinin satılması yolu ilə; - xüsusi xidməti olan şəxslərə dövlət bəxşişi formasında; - səhmlərin satılması, səhmdar cəmiyyətlərin yaradılması vasitəsilə; - əmlakın uzunmüddətli icarəyə verilməsi ilə; - mülkiyyət paylarının satılması yolu ilə; - rəqabət yolu ilə və s.

Qeyri-qanuni yollarla da istehsal vasitələri və pul sərvətini ayrı- ayrı əllərdə toplanması Azərbaycan əhalisinin əksər çoxluğunun bu

333

vasitələrdən məhrum olmasına səbəb olur, təbəqələşmə güclənir. Hər iki qrup amillərin mövcudluğu bazar iqtisadiyyatı sisteminə keçilməsinə, sahibkarhğın inkişafı üçün şəraitin yaradılmasına xidmət edir.

Sahibkarlığın inkişafı - bazar iqtisadiyatının zəruri tələbidir və bunun üçün lazımi şərait lazımdır. Belə bir şərait keçid dövrü ərzində, Azərbaycan dövlətinin bilavasitə köməkliyi sayəsində yarana bilər. Sahibkarlığa yol açmaq özəl bölmənin inkişafına şərait yaratmaq deməkdir. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən asılı olmayaraq «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan respublikasının qanunu və digər qanunvericilik aktlanilə tənzimlənir. Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və xarici hüquqi şəxslər respublikamızda sahibkarlıqla məşğul ola bilər.

Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün təkcə hüquqi bazanın olması kifayət deyildir, bunun üçün makroiqtisadi sabitlik, xarici iqtisadi əlaqələrin liberallaşdırılması, dövlətin fəal yardımı lazımdır. Keçid dövründə sahibkarlıq fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradılmışdır. Bunlardan Dövlət Anti- inhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsini, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Xarici İnvestisiya Mərkəzi və b. göstərmək olar. Bu qurumların bəzilərinin müstəqil fəali)^əti ləğv edilsə də, onlar xeyli iş görə bilmişlər. Sahibkarların sayının artması və xüsusi bölmənin genişlənməsi ilə onun öz qurumları, idarəetmə strukturları da yaranıb genişlənir. Belə bir şəraitdə iqtisadiyyatın dövlət bölməsi ilə özəl bölməsi arasında sağlam rəqabət üçün şərait yaradılmalıdır. Sahibkarlığın fəaliyyət strukturunun düzgün formalaşdırılması da mühüm vəzifələrdən biridir.

Sahibkarlıq fəaliyyəti üçün digər şərtlərlə yanaşı bazar da lazımdır, həm də ilk növbədə daxili bazar. İstehsal vasitələrinin və iş qüvəsinin bazarı ilə yanaşı istehlak şeylərinin bazan, kapital bazarı və qiymətli kağızlar bazarı da olmalıdır. Onlardan biri çatışmasa sahibkarlararası bazar münasibətləri tam formalaşmaz.

Bazar hamının - dövlətin də, xüsusi sahibkarların da, xırda əmtəə istehsalçılarının da malını «xırıd» etməyə qadir olan iqtisad «dəyirman»dır və onun yaradılmasında hamı iştirak etməlidir. Əslində mülkiyyət sahibləri istehsalçı sahibkarlar kimi bir-biri üçün bazar rolu oynayırlar və buna görə daxili bazarı birgə formalaşdırmalıdırlar. Hər bir sahibkar özü bazar ola biləcək sahələrin inkişafı

334

na kömək etməli, öz kapitallarını dünya təcrübəsində mövcud olan formalarda birləşdirməlidirlər. Və öz kapitallarını daxili bazarın yaranmasına xidmət göstərən sahələrin inkişafına yönəltməlidirlər.

Keçid dövründə milli istehsal bazasında yaranıb, yenicə ayaq tutan sahibkarlığın dayağı, arxası olan milli bazar xarici müdaxilədən qorunmalı, dövlət tərəfindən himayə olunmalıdır. Hər hansı bir məhsulun milli miqyasda istehsalı olmadıqda, ya zəif olduqda, daxili bazarın tələbini ödəmədikdə xaricdə istehsal olunan əmtəələr daxili bazara yol tapır, ayrı-ayrı əmtəələrin ticarətində inhisar yaranır, bazarın milli istehsalla əlaqəsi zəifləyir. Milli pul vahidi xarici əmtəə satıcılarının əlində toplanır. Xarici valyutaya dəyişdirilir və onun köməkliyi ilə xarici əmtəələr yenidən daxili bazara gətirilir. Nəticədə daxili bazar xarici istehsalçılara xidmət edir ki, bu da milli sahibkarlığın inkşafına mane olur. Respublikada yaranan belə bir vəziyyət nəzərə alınmalı və milli sahibkarlığın inkşafına şərait yaradılmalıdır.

Əhalinin geniş təbəqəsini sahibkarlığa cəlb etməyin əsas yolu özəlləşdirmədir. O, kiçik və orta sahibkarlığın formalaşmasmm maddi əsasının yaranmasına bilavasitə xidmət edir. Sahibkarlığın kiçik və orta təbəqəsinin meydana gəlməsi bazar münasibətlərinə keçilməsi prosesini sürətləndirir və onun əsas dayağı olur. Keçid dövrü iqtisadiyyatının formalaşması dövlətin iştirakı olmadan qeyri-mümkündür.

Azərbaycan dövlətinin iqtisadi rolu. Bu rol onun keçid dövrü şəraitində həyata keçirdiyi funksiyaların miqyası ilə müəyyən olunur. Keçid dövrü şəraitində Azərbaycan dövləti ikili rol oynamağa və iki əsas istiqamətdə fəaliyyət göstərməyə məcburdur. Bir tərəfdən, 0. köhnə iqtisadi sistemin dağılması prosesinin az ziyanla başa çatması naminə onu öz nəzarəti altına almalıdır. Digər tərəfdən isə milli mənafelərimizə cavab verən yeni iqtisadi sistemin yaradılması prosesində fəal iştirak etməlidir. Buna görə də Azərbaycan dövləti yerinə yetirəcəyi vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirməlidir: 1. Köhnə iqtisadi sistemin dağıdılması, ləğv edilməsi ilə bağlı fun

ksiyalar; 2. Keçid dövrü iqtisadiyyatının formalaşdırılması ilə bağlı funksiyalar; 3. Yeni iqtisadi sistemin formalaşdırılması ilə bağlı funksiyalar; 4. Respublikanın iqtisadi müstəqilliyinin təmin edilməsi ilə bağlı

funksiyalar. Bu funksiyalardan 1-ci və 2-ci funksiyalar keçid dövrü çərçi

335

vəsi ilə bağlıdır və keçici xarakter daşıyır. Digər iqtisadi funksiyalar sonrakı dövrdə də qalacaq və yeni şəraitə uyğun olan yeni funksiyalar da meydana çıxacaqdır. Respublikamız malik olduğu potensialı öz xalqının mənafelərinə uyğun istifadə edə bilmək üçün lazun olan təsərrüfat forması, iqtisadiyyat və idarəetmə mexanizmi yaratmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, öz daxili qanunauyğunluqları ilə inkşaf edə bilsin, fasiləsiz təkrar olunsun, xalqın tələbatını dolğun ödəməklə yanaşı, milli inkişafı təmin etməyə qadir olsun. Belə bir iqtisadiyyat tənzim olunan, sosial-bazar iqtisadiyyatı ola bilər. İqtisadiyyatın bu istiqamətdə formalaşmasında dövlət, onun orqanları yaxından iştirak etməli, güclü islahatlar keçirilməlidir.

İslahatlar keçirmək keçid dövrü dövlətinin əsas funksiyalarından biridir. İslahatlar keçirməklə dövlət özünün mülkiyyət üzərindəki inhisarını ləğv edir. Və bununla da müxtəlif mülkiyyət formalarının, əsas da müxtəlif təsərrüfat formalarının və xüsusi sahibkarlığın meydana gəlib fəaliyyət göstərməsinə bilavasitə kömək etmiş olur. Dövlətin islahat tədbirləri maliyyə-kredit, pul tədavülü, bank, büdcə, vergi, sığorta və gömrük kimi sahələri də əhatə edir. Torpaq islahatı keçirməklə dövlət aqrar bölməni bazara istiqamətləndirmiş, fermer təsərrüfatlarının meydana gəlməsinə şərait yaratmışdır. İslahatlar iqtisadiyyatın dövlət bölməsinin bazar istiqamətində formalaşmasını təmin etməlidir.

Sosial sahədə islahatlar keçirməklə, dövlət əhalisinin sosial müdafiəsi sistemini bazarın tələblərinə uyğun şəkildə formalaşdırmalıdır. Bu zaman əhalinin məşğulluğunun təmin edilməsi birinci dərəcəli vəzifə kimi ön planda durmalıdır.

Keçid dövrü iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi onun mühüm funksiyasıdır. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haqqında XV mövzuda ətraflı danışılmışdır. Burada qısa şəkildə onu qeyd etmək lazımdır ki, Azərbaycanın keçid vəziyyətdə olan iqtisadiyyatını bazarın kortəbii qüvvələrinin ixtiyarına buraxmaq olmaz. Əvvəla, bazar iqtisadiyyatı hələ formalaşmayıb və formalaşması üçün dövlət bu prosesə özünün maliyyə-kredit, vergi, büdcə, qiymət, antiinhisar və s. siyasəti ilə təsir göstərməlidir. Digər tərəfdən isə dövlət özünün struktur və investisiya siyasəti, elmi- texniki siyasəti, aqrar siyasəti, xarici iqtisadi siyasəti vasitəsilə milli iqtisadİ5^atın bazar strukturunun formalaşması və milli bazarın yaranmasına bilavasitə kömək etməlidir.

Azərbaycanın iqtisadiyyatının keçid vəziyyətində olması, kapital çatışmazlığı dövləti xarici dövlətlərə, şirkətlərə, beynəlxalq ma

336

liyyə təşkilatlarına üz tutmağa, onlardan yardım almağa, borc götürməyə və xarici ticarəti liberallaşdırmağa vadar edir. Belə şəraitdə iqtisadi asılılıq təhlükəsi yaranır ki, buradan da dövlətin milli iqtisadiyyatı, daxili bazarı xarici təcavüzdən, təxribatdan qorumaqla bağlı funksiyası meydana çıxır. Dövlət xarici müştəriləri qorxutmamaq şərti ilə elə siyasət yeritməlidir ki, həm xarici kapitalın və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə olunsun, həm də yerli sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradılsın, onlara stimul olsun. Bunun üçün dövlət güzəştli kreditdən, vergidən azad etmək yaxud güzəşt vermək, təşkilati və hüquqi vasitələrdən istifadə edir.

Dövlət cəmiyyət miqyasında sabitliyin təminatçısı olduğuna görə özünün sabitləşdiricilik funksiyasını həyata keçirir. Azərbaycan dövləti özünün bu funksiyası ilə büdcənin kəsirini azaltmağa, pul tədavülünü qaydaya salmağa, qiymətləri tələb-təklif əsasında formalaşdırmağa, inflyasiyanın tempini azaltmağa və əhalinin məşğulluğuna nail olmağa çalışır. Bu istiqamətlərin hər birinə aid olan dövlət tədbirləri həyata keçirilir. Bununla belə, bazar iqtisadiyyatı formalaşdıqca dövlət özünün bir çox tənzimləyici tədbirlərindən əl çəkməklə özəl bölmənin sərbəst fəaliyyətinə şərait yaratmalıdır, yəni iqtisadi proseslərə dövlətin birbaşa müdaxiləsi azalmalıdır.

Özünün funksiyalarını həyata keçirərkən dövlət müəyyən qanunlara, qanunvericilik aktlarına əsaslanmalıdır, ancaq köhnə sistemin qanunları yeni şəraitdə yaramır və buna görə də keçid dövrü dövləti qanunvericilik funksiyası da yerinə yetirməlidir. Dövlət özünün qanunvericilik funksiyası vasitəsilə cəmiyyətin normal fəaliyyətini təmin edə bilən qanunların özünü və onların reallaşdırılması mexanizmini hazırlayır. Dövlət qanunlar vasitəsilə bazarda «oyun qaydalarını» müəyyən edir, istehsalçı və istehlakçıların hüquqlarını müəyyən edir. Azərbaycanın Milli Məclisi bazar iqtisadiyyatına şərait yaradan bir çox qanunlar qəbul etmişdir. Bununla yanaşı Azərbaycan Prezidentinin iqtisadi məsələlərə dair bir çox fərmanları, NK-nin sərəncam və qərarları keçid dövrü münasibətlərinin tənzimlənməsində hüquqi əsas rolunu oynayır. Dövlət öz funksiyasını ardıcıl yerinə yetirməlidir ki, keçid dövrü iqtisadiyatmın yaranması və inkişaf etməsində və habelə milli iqtisadiyyatımızın formalaşmasında özünə xas rolunu oynaya bilsin.

337

XIX Fəsil

MÜSTƏQİL MİLLİ İQTİSADİYYAT

VƏ MİLLİ BAZAR:

MƏZMUNU VƏ FORMALAŞDIRILMASI

1. Milli iqtisadiyyat: məzmunu və xarakterik cəhətləri 2. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasının əsas

şərtləri və istiqamətləri 3. Milli bazar və milli valyuta 4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit

inkişafının təmin edilməsində dövlətin rolu

§1 Milli iqtisadiyyatın məzmunu və xarakterik cəhətləri

Bu mövzunun öyrənilməsi dövlət suverenliyi əldə etmiş və özünün keçid dövrünü yaşayan Azərbaycan xalqının müstəqil iqtisadiyyatım yaratmaq arzusu, istəyi ilə bağlıdır. Hər bir xalq içərisində yaşayıb işlədiyi milli iqtisadiyyatın məzmununu, mahiyyətini, xarakterik cəhətlərini, inkişafının qanunauyğunluqlarım dərindən bilməlidir ki, onun formalaşması prosesində fəal iştirak edə bilsin. Bunun üçün ilk növbədə milli iqtisadiyyat haqqında aydın təsəvvürə malik olmaq lazundır.

Milli iqtisadiyyat müəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası, münasibətlər sistemi, təsərrüfat mexanizmi və idarəetmə strukturları olan sosial-iqtisadi orqanizmdir. Lakin o, öz mahiyyətinə görə sırf milli ola bilməz və başqa ölkələrdə artıq mövcud olan iqtisadi sistemlərdən birinin modelinə uyğun olmaqla yanaşı, özünün spesifikliyi və milli dəyərləri ilə fərqlənir.

Ayrı-ayrı ölkələrin milli iqtisadiyyat modelləri bir-biri ilə eyni olmur və onların meydana gəldikləri tarixi şərait, inkişaf səviyyələri, strukturları, qanunauyğunluqları, xarakterləri fərqli olur. Ancaq bütün bunları nəzərə almaqla, hər bir ölkənin, yaxud ölkələr qrupunun iqtisadi inkişaf modelini müəyyən etmək mümkün olur. Bunu bilmək vacibdir ki, milli iqtisadiyyat bazar təbiətli də ola bilər, qey- ri-bazar təbiətli də. Milli iqtisadiyyatların tipi müxtəlif olur və öz xarakterlərinə görə aşağıdakı kimi fərqləndirilir:

1. Müstəqil milli iqtisadiyyat; 2. Yarıasılı milli iqtisadiyyat;

338

3. Tam asılı milli iqtisadiyyat; 4. Müstəmləkə və yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat; 5. Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət

göstərən milli iqtisadiyyat. Çox qısa şəkildə onların məzmununu belə şərh etmək olar: Müstəqil milli iqtisadiyyat - tam suveren dövləti və azad

iqtisadiyyatı olan ölkəyə məxsusdur və bütövlükdə öz xalqının mənafelərini ifadə edir.

Yariasılı milli iqtisadiyyat - yarım müstəmləkə xarakterlidir və iqtisadi cəhətdən asılı olan ölkəyə məxsusdur və qismən öz xalqının mənafeyini ifadə edə bilir.

Tam asılı milli iqtisadiyyat - müstəmləkə xarakterlidir, həm dövlət müstəqilliyi həm də iqtisadi müstəqilliyi olmayan ölkələrə məxsusdur və demək olar ki, öz xalqına çox cüzi xidmət edir.

Müstəmləkə və yarımmüstəmləkə xarakterli iqtisadiyyatlar - müəyyən cəhətlərinə görə fərqlənsələr də, onların hər ikisi də asılılığında olduqları dövlətin mənafelərinə uyğun formalaşdırılır, kənardan idarə olunur və bu zaman, demək olar ki, milli mənafelər nəzərə alınmır.

Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadiyyat - siyasi və iqtisadi cəhətdən formal müstəqilliyi olub iqtisadiyyatı ittifaq (federasiya) əmək bölgüsü sisteminə bağlı olan ölkəyə məxsusdur. Buna misal olaraq keçmiş Sovetlər Birliyinə daxil olan müttəfiq respublikaların iqtisadiyyatını və federasiya subyektlərinin iqtisadiyyatım göstərmək olar (məs: Tatarıstanın iqtisadiyyatı). Bu qəbildən olan iqtisadiyyatı asılı iqtisadiyyat kimi səciyyələndirmək olar. Keçmiş İttifaqın tərkibində olmuş Azərbaycanın o dövrdəki iqtisadiyyatını da asılı iqtisadiyyat kimi səciyyələndirmək lazmıdır.

Asılı vəziyyətdə olan ölkələrin iqtisadiyyatları hakim iqtisadi sistemin tərkibində fəaliyyət göstərdiklərinə görə onların milli iqtisadiyyat statusu formal xarakter daşıyır, içərisində olduğu iqtisadi sistemin ab-havasına uyğun qurulub fəaliyyət göstərir.

Milli iqtisadiyyat birdən-birə meydana gəlmir. O, öz zəmini üzərində, milli ərazilərdə, təbii-coğrafi şəraitdə, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə əsaslanmaqla əsrlər ərzində meydana gəlir, inkişaf edir, zəruri olan pillələri keçir və tədriclə formalaşaraq müstəqil yaşamaq qabiliyyəti əldə edir. Buna görə də o, müstəqil milli iqtisadiyyat adlandırılır. Bundan sonrakı şərhimizdə əsas diqqəti müstəqil milli iqtisadiyyatla bağlı problemlərin izahına yönəltməyi lazım bil

339

dik. Bu respublikamızın müstəqil milli iqtisadiyyatının formalaşması problemləri ilə bağlıdır.

Müstəqil iqtisadiyyatı olmaq hər bir xalqın arzusudur və «müstəqil milli iqtisadiyyat» anlayışı da asılılıqdan xilas olub müstəqil yaşamaq istəyinin ifadəsi kimi meydana gəlmişdir. Ancaq müstəqil milli iqtisadiyyatın formalaşdırılması müəyyən şərtlər daxilində mümkün ola bilər. Bunun ən başlıca və ilkin şərti dövlət müstəqilliyinin olmasıdır. Lakin bu o zaman müsbət amil kimi çıxış edir ki, suveren dövlət - həm daxili və həm də xarici sahədə müstəqil iqtisadi siyasət yeridə bilsin. Bununla belə, dövlət öz suverenliyini o zaman qoruyub saxlaya bilər ki, onun müstəqil iqtisadiyyatı olsun. Yalnız müstəqil milli iqtisadiyyat suveren dövlətin iqtisadi bazisi ola bilər. Elə buna görədir ki, müstəqil milli iqtisadiyyatın formalaşdırılması strateji vəzifə kimi ön plana çəkilir.

Milli iqtisadiyyatın ən başlıca mövcudluq şərti onun müstəqil olmasıdır. İqtisadiyyatın müstəqil olması isə o zaman mümkündür ki, onun: 1) özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz dayaqları üzərində inkişaf edə bilsin və özünün təkrar istehsal etmək qabiliyyətinə malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə-kredit, bank sistemi fəaliyyət göstərsin; 4) formalaşmış infrastrukturları olsun; 5) səhmanlı, çevik təsərrüfat mexanizmi və dövlət idarəçilik ənənələri olsun.

Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial isiqamətli, ölkənin iş qabiliyyətli əhalisini işlə təmin etmək imkanında olmalıdır.

Müstəqil müli iqtisadiyyat ümumdünya təsərrüfatınm nisbi müstəqil tərkib hissəsi olub beynəlxalq əmək bölgüsü sistemində fəaliyyət göstərir. Əsasən öz potensialma arxalansa da, beynəkalq əmək bölgüsünün üstünlüklərindən istifadə edir, özünün formalaşmış daxili bazarı ilə yanaşı xarici bazara çıxmaq imkanma malik olur və buna görə də onun hərtərəfli xarici iqtisadi əlaqələr sistemi olmalıdır.

Müstəqil milli iqtisadiyyat azad iqtisadiyyatdır, o başqasının himayəsindən, ələ baxımlıqdan qurtarıb öz imkanları hesabına yaşamağa qadir olur və buna görə də dövlətin, millətin və hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsi üçün maddi imkanlar yaradır. Deməli, müstəqil milli iqtisadiyyat iqtisadi cəhətdən güclü olur. Yəni mövcud təbii, iqtisadi, intellektual potensialı hərəkətə gətirib ölkənin öz-özünü təmin etmək və idarə olunmaq qabiliyyətinə malik olur. Müstəqil milli iqtisadiyyat azad yaşamaq qabiliyyətinə malik olduğuna görə ölkənin iqtisadi azadlığını da təmin edir. Və iqtisadiyyat demokratizm prinsipləri əsasında inkişaf edir. Bazar

340

təbiətli müstəqil milli iqtisadiyyatın fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmır (burada iqtisadiyyata dövlətin müdaxiləsi nəzərdə tutulmur). Burada mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət və sərbəst qiymətlər mövcuddur. Bu cür azadlıq mütləq mənada başa düşülməməlidir.

Müstəqil milli iqtisadiyyat öz-özünü təkrar istehsal etmək qabiliyyətində olur, istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə bütün proses sona qədər davam edir və bütün aparıcı sahələr üzrə son məhsul istehsalı təmin edilmiş olur. Təkrar istehsalın dolğun və hərtərəfli həyata keçrilməsi müstəqil təsərrüfat, siyasi və mədəni inkişafın bir tam kimi götürülməsinin nəticəsində mümkün olur və iqtisadi sistemin özünün bütövlüyü təmin edilir.

Müstəqil milli iqtisadiyyat inkişaf etmiş məhsuldar qüvvələrə, maddi-texniki əsasa, formalaşmış əmək bölgüsü sisteminə malik olur və onun strukturu müstəqil mövcud olmağın şərtlərinə uyğun gəlir. Buna görə də əmək bölgüsünün halqaları arasında səmərəli istehsal əlaqələri formalaşır, inteqrasiya prosesi güclənir ki, nəticədə milli iqtisadiyyatın tamlığı təmin olunur. Bu cəhətdən müstəqil ölkənin məhsuldar qüvvələrinin tamlığı, istehsal amillərinin və hər bir müəssisənin (firmanın) ölkə iqtisadiyyatına inteqrasiya olunma dərəcəsi və milli mənafelərin reallaşmasında oynadığı rolları mənasında mühüm əhəmiyyət kəsb edir.

Müstəqil milli iqtisadiyyat çərçivəsində mövcud olan mənbələr və dövlət tənzimi hesabına istehsalın ehtiyacları üçün tələb olunan zəruri resurslar və işçi qüvvəsi təminatı mexanizmi sabit olur ki, bu da dinamik inkişafı üçün şərait yaradır.

Milli iqtisadiyyat milli mənafelərin daşıyıcısıdır və ancaq öz tamlığında bu statusa malik olub, öz funksiyasını yerinə yetirə bilər. Bu o zaman mümkün olur ki, milli iqtisadiyyat müstəqil və daxili bütövlüyə malik olur. Bu o deməkdir ki, müstəqil milli iqtisadiyyat tam formalaşmış milli iqtisadiyyatdır. Müstəqil milli iqtisadiyyat özünə xas olan sosial-iqtisadi münasibətlər sisteminə malikdir.

Ancaq bu münasibətlər sisiteminin məzmunu və xarakteri, onun hansı mülkiyyət və təsərrüfat formaları əsasında fomalaşma- sından asılıdır. Buna görə də bütün müstəqil milli iqtisadiyyatlar eyni xarekterli olmurlar, onlar bazar təbiətli də ola bilərlər, qeyri- bazar təbiətli də. Məsələn, Çin Respublikasının müstəqil milli iqtis- diyyatı bazar təbiətli deyildir. Müstəqil milli iqtisadiyyatlı ölkələrdə hakim mülkiyyət formasından asılı olaraq istehsal, bölgü, mübadilə, istehlak münasibətləri qərarlaşır və təsərrüfat mexanizmi fəaliyyət

341

göstərir, sahmanlı idarəetmə sistemi olur. Müstəqil milli iqtisadiyyatın göstəricilər sistemi vardır ki, onların

vasitəsi ilə hər bir ölkənin inkişaf səviyyəssi, iqtisadi qüdrəti və nəyə qadir olduğunu müəyyən etmək mümkün olur. Bu göstəricilər sisteminə ümumi milli məhsul (ÜMM), ümumi daxili məhsul (ÜDM), xalis milli məhsul (XMM), və milli gəlir (MG) daxildir.Bu göstəricilərin hər birinin öz məzmunu, mənası vardır, ancaq bir-birilə qarşılıqlı surətdə bağlıdırlar. (Bu göstəricilər haqqında XI mövzuya bax!)

§ 2. Müstəqil milli iqtisadiyyatın formalaşmasının əsas şərtləri və istiqamətləri

Yuxarıda göstərdiyimiz kimi öz təbii yolu ilə yaranıb inkişaf edən ölkələrdə milli iqtisadiyyatlar əsrlər ərzində tədriclə formalaşır. Ancaq uzun tarixi bir dövr ərzində başqa dövlətlərin asılılığında olub, özünün müstəqilliyinə nail olan ölkələrdə isə milli iqtisadiyyatlar, özlərinə məxsus xüsusiyyətləri ilə, müəyyən amillərin təsiri altında, spesifik bir şəraitdə formalaşırlar.

Müstəqil milli iqtisadiyyat milli dövlətçiliyin, formalaşmış milli şüurun, milli bazarın və real iqtisadi azadlığın olduğu bir şəraitdə formalaşa bilər. Bunun üçün həlledici şərt dövlətin, millətin (xalqın) siyasi və iqtisadi suverenliyinin olmasıdır. Lakin siyasi müstəqilliyin əldə olunması olsa-olsa müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün imkan yaradır. Ancaq belə imkandan birdən-birə istifadə etmək qeyri-mümkündür. Asılı olan ölkə siyasi müstəqillik əldə edən kimi özünə məxsus arzu etdiyi xüsusi bir iqtisadi sistemə daxil olmur və buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılması, yerinə yetirilməsi zəruri olan, strateji məqsəd, vəzifə kimi qarşıya qoyulur.

Strateji bir vəzifə kimi müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün müəyyən tarixi bir dövr lazımdır. Belə bir dövr «keçid dövrü» adlanır və müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi keçid dövrü çərçivəsində başlayır və başa çatır. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün xüsusi keçid dövrünün olması obyektiv zərurətdir, başlıca şərtdir.

Müstəqil milli iqtisadiyatı formalaşdırmağın mühüm şərtlərindən biri ilk andan milli istiqamətin əsas kimi götürülməsidir və bu əsas rəhbər tutulmaqla iqtisadiyyat yeni prinsiplərə əsaslanmaqla elə formalaşdırılmalıdır ki, müstəqilliyi təmin olunsun. Mühüm olan şərtlərdən biri də milli iqtisadiyyatın hansı sosial-iqtisadi münasibətlər əsasında formalaşdırılacağının əvvəlcədən müəyyən edilməsidir.

342

Əgər milli iqtisadiyyatı bazar münasibətləri, bazar iqtisadiyyatı əsasları üzərində qurmaq nəzərdə tutulmuşsa, onda müstəqil milli iqtisadiyyatın formalaşması prosesini hələ yetkin olmayan bazarın kortəbii fəaliyyət göstərən mexanizminin öhdəsinə buraxmaq olmaz. Burada dövlətin güclü tənzimləyici mexanizmi işə salınmalıdır və bu çox mühüm əhəmiyyəti olan şərtlərdən biridir. Müstəqil milli iqtisadiyyatın formalaşdırılması ümumxalq işi olmalı, bütün təbəqələr bu prosesdə öz imkanları çərçivəsində iştirak etməlidirlər. Bunun üçün də siyasi sabitlik, milli birlik, milli həmrəylik və sülh lazımdır.

Göstərilən bu və ya digər şərtlər daxilində müstəqil milli iqtisadiyyatı formalaşdırmağın əsas istiqamətlərini müəyyən edib, həmin istiqamətlərdə konkret addımlar atmaq olar.

Azərbaycanın müstəqil milli iqtisadiyyatının real modelinin necə olacağı haqqında qəti fikir söyləmək çətindir. Ancaq Azərbaycanın keçid dövru iqtisadiyyatının təhlili göstərir ki, xalis bazar iqtisadiyyatı modeli və onun istənilən variantı milli iqtisadiyyatımız ücün uyğun gəlmir. Müasir iqtisadi sistemlər yalnız bazarın öz mexanizmi ilə avtomatik idarə oluna bilməz və dövlət tənzimi mexanizmindən istifadə edilir. Milli iqtisadiyyatın tənzimləyici mexanizmi onun özünün xarakterindən, strukturundan asılı olaraq formalaşır. Əgər iqtisadiyyat bazar təbiətlidirsə, onda bazar mexanizmi, dövlət tənzimi mexanizmi və inhisar mexanizmi fəaliyyət göstərəcək. Ancaq ola bilər ki, plan da daxil olmaqla mürəkkəb strukturlu idarəetmə mexanizmi formalaşsın. Müasir iqtisadi sistemlərdə xalis bazar mexanizmi deyil, mürəkkəb strukturlu tənzimləyici mexanizm fəaliyyət göstərir. Keçid dövru şəraitində müxtəlif mexanizmləri əlaqələndirməklə tənzim etmək və Azərbaycan iqtisadiyyatını əsas məqsədə doğru istiqamətləndirmək lazımdır. Əsas məqsəd isə müstəqil milli iqtisadiyyatı formalaşdırmaqdır.

Azərbaycan ücün elə bir inkişaf modeli seçilməlidir ki, onun fəallaşdırılması nəticəsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması, iqtisadiyyatın təhlükəsiz və effektli fəaliyyət göstərməsi, gəlirlərin ədalətli bölgüsü, bütövlükdə cəmiyyətin və onun hər bir üzvünün tələbatının daha dolğun ödənilməsini təmin etmək mümkün olsun. Bu elə bir model olmalıdır ki, xarici iqtisadi əlaqələrdən, inteqrasiya proseslərindən maksimum bəhrələnmək mümkün olsun. Azərbaycan ücün məqbul sayılan belə bir model «Tənzim olunan, sosial istiqamətli bazar iqtisadiyyatı modeli» ola bilər. Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması prosesi bu modelin tələblərinin reallaşdırılması istiqamətində getməlidir.

343

Müstəqil milli iqtisadiyyatin formalaşdırılması istiqamətində atılan ilk addım köhnə iqtisadi sistemin dağıdılması və yeni iqtisadi sistemin formalaşdırılmasına təminat verən hüquqi bazasının yaradılmasıdır. Respublikamızda bu istiqamətdə lazımınca işlər görülmüş, çoxsaylı qanunlar, qanunverici aktlar, normativ sənədlər qəbul edilmişdir. Lakin onların bir çoxunun işlək mexanizmi yoxdur və belə bir mexanizmin yaradılması təxirəsalınmaz vəzifə olaraq qarşıda durur.

Hər bir iqtisadi sistemin o cümlədən, milli iqtisadiyyatın for- malaşdırılmasının əsas şərtlərindən biri onun mülkiyyət bazasının yaradılmasıdır. Bunun üçün mülkiyyət üzərində dövlət inhisarının ləğv edilməsi yolu ilə mülkiyyət çoxnövlüyünə nail omaq lazımdır. Bu sahədə lazımi işlər görmək müstəqil milli iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan əsas addımlardan biridir. Bu proses mülkiyyətin dövlətsizləşdirilib özəlləşdirilməsi yolu ilə aparılır (bu haqda əvvəlki fəsillərdə ətraflı danışılmışdır). Ancaq onu bilmək lazımdır ki, dövləti mülkiyyətdən məhrum etmək özlüyündə məqsəd deyildir. Başlıcası budur ki, dövlətin əlindən alınmış mülkiyyət kimin əlinə keçir. Əgər özəlləşdirmə zamanı əsas sahələr xarici sahibkarların mülkiyyətinə keçirsə, bu heç zaman milli mənafelərimizi ifadə edə bilməz. Digər tərəfdən də müstəqil milli iqtisadiyyatı formalaşdıran bir dövləti mülkiyyətdən tamamilə məhrum etmək olmaz. Əwəla, bu onunla izah olunur ki, milli iqtisadiyyatın formalaşdırıl- masında mülkiyyətin bütün formalarından istifadə etmək lazımdır. Digər tərəfdən də, müstəqil milli iqtisadiyyatın formalaşdırıldığı bir şəraitdə mülkiyyətin dövlət forması iqtisadiyyatın tənzimlənməsi, proporsiyaların təmin olunmasında mühum funksiyanı öz üzərinə götürür. Üçüncüsü də, dövlət mülkiyyəti iqtisadi prosesləri sosial yö- nümlü edir, yəni ictimai istehsalın bütün sahə və özəklərində ümumi milli mənafelərin təzahür etməsinə şərait yaradır. Dördüncüsü də, dövlət mülkiyyəti milli iqtisadiyyatın tarazlı inkişafını təmin etməklə baza sahələrinin və infrastrukturların inkişafına şərait yaradır. Deməli, müstəqil milli iqtisadiyyatın strukturunda (məzmununda) dövlət mülkiyyəti özünəməxsus yer tutmalıdır və bu mülkiyyətin formalaşdırılması istiqamətində lazımi işlər görülməlidir.

Uzun illər İttifaqın tərkibində fəaliyyət göstərmiş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün ərazisində olub, mərkəzə tabe olan müəssisələrin, əmlakın mülkiyyətçisi olur. Ancaq milli respublika ücün bu müəssisələrin hüquqi cəhətdən mül- kiyyətçisi olmaq hələ kifayət deyildir. Bu müəssisələrin xammal,

344

material, ehtiyat hissələri, avadanlıqlar və s. ilə bağlı problemlərinin həll edilməsi ancaq köhnə əlaqələrin yeni əsasda bərpası ilə mümkündür. Eyni zamanda respublikada istehsal olunan əksər məhsul növlərinin satış bazarı da ancaq keçmiş ittifaq respublikaları ola bilər. Bu o deməkdir ki, asılılıqdan xilas olmuş milli iqtisadiyyat əvvəl içərisində yaşadığı iqtisadiyyatla mövcud olmuş köhnə iqtisadi əlaqələri tamamilə kəsməməli, əksinə, saxlamah və yeni əsaslarla inkişaf etdirməlidir. Bu müstəqil iqtisadiyyatın formalaşmasının istiqamətlərindən biri olmalıdır.

Beləliklə, Respublikanın mülkiyyətinə keçən müəssisələrin ittifaq xarakterli sahə təkrar istehsal əlaqələrindən tədriclə azad edilməsi və eyni zamanda onların respublikadaxili bazar münasibətlərinə cəlb edilməsi və bu müəssisələrin əlaqədə olduğu keçmiş müəssisələrlə yeni münasibətlərin qurulması müstəqil milli iqtisadiyyatın formalaşması istiqamətlərindən biri olmaqla mühüm əhəmiyyət kəsb edir. Bununla belə, əlaqələr elə qurulmalıdır ki, yenidən asılılıq üçün təhlükə yaranmasın.

Müstəqillik əldə etmiş dövlət özünün iqtisadi təhlükəsizliyinin təmin olunması qayğısına qalmalıdır. Əks təqdirdə nəinki xarici bazarlarını itirər, hətta daxili bazarı da xaricilərin əlinə keçər. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında başlıca istiqamətlərdən biri kimi iqtisadi təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bunun ücün elə tədbirlər sistemi hazırlanıb həyata keçirilməlidir ki, milli sahibkarlığın inkişafına şərait yaransın, milli iqtisadiyyat rəqabət qabiliyyətli olsun, xarici rəqabətdən qorxmasın. Buna nail olmaq üçün isə dünya standartlarına uyğun gələn yüksək keyfiyyətli məhsullar istehsal etməyə qadir olan istehsal strukturları formalaşdırmaq lazımdır. Müstəqil milli iqtisadiyyatın özünə məxsus pul, maliyyə, kredit, bank sistemi olmalıdır. Buna görə də bu istiqamətdə əsaslı islahatların aparılması, yeni pul münasibətləri sisteminin formalaşdırılması iqtisadi müstəqillik üçün əsas şərt və bu yolda mühüm istiqamətdir.

Müstəqil milli valyutanın olması, onun dönərliyinin təmin edilməsi istiqamətində atılan hər bir addım ölkənin müstəqil dünya ölkələri ilə sabit iqtisadi əlaqələr qurub inteqrasiya proseslərinə qoşulması və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etməklə müstəqil milli iqtisadiyyatını formalaşdırmaq istiqamətində həyata keçirilən ən vacib tədbirlərdəndir. Hər bir müstəqil olkə öz gücünə nə qədər arxalansa da öz milli iqtisadiyyatını formalaşdırarkən digər ölkələrin iqtisadi imkanlanndan da istifadə etməyi

345

bacarmalıdır. Bu ona bir tərəfdən öz iqtisadi potensialının bir hissəsini reallaşdırmağa imkan yaradırsa, digər tərəfdən də xarici kapitalın, xarici bazarm gücündən istifadə etməklə müstəqil milli iqtisadiyyatın formalaşması üçün maddi imkan yaradır.

Müstəqil milli iqtisadiyyat müəyyən prinsiplərə əsaslanmaqla formalaşdırılmalıdır. Artıq yuxarıda verilmiş şərhlərə əsasən aşağıdakı prinsiplərin rəhbər tutulması qənaətinə gəlmək olar.

Birincisi, əsasən özünün daxili imkanlarına, potensial gücünə arxalanmaq prinsipi. Belə bir prinsipə arxalanmaqla milli iqtisadiyyatın sabit və təhlükəsiz inkişafını təmin etmək olar. Lakin bu xarici ölkələrin iqtisadi imkanlarından istifadə etməyi inkar etmir və belə imkanlardan istifadə olunmalıdır.

İkincisi, milli dəyərlərə, ənənələrə arxalanmaq və onlan yaşatmaq prinsipi. Yalnız Azərbaycan xalqına məxsus, olub onu öz məhsulları ilə hər yerdə tanıtmağa qadir olan bütün istehsal sahələri, sənət nümunələri, iri və xırdalığından asılı olmayaraq, qorunub saxlanılmalı və inkişaf etdirilməlidir.

Üçüncüsü, tarixlik prinsipi. Bu prinsip müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesində konkret tarixi şəraitin nəzərə alınmasmı nəzərdə tutur. Məsələn, Azərbaycan dövləti müharibə vəziyyətində olduğunu, torpaqlarının 20%-dən çoxunun işğal altmda tapdalandığını heç zaman unutmamalı və ölkənin müdafiəsi ilə bağlı sahələrin inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.

Dördüncüsü, Azərbaycan İslam Dünyasına məxsus bir ölkə olduğu üçün öz iqtisadiyyatını formalaşdırma prosesində İslam iqtisadi dəyərlərindən də bəhrələnməyi bir prinsip olaraq əsas tutmalıdır.

Beşincisi, optimallıq prinsipi. Bu prinsip müxtəlif iqtisadi sistemlərdən, bazar modellərindən milli mənafelərimizə ən uyğun gələnini seçməyi və formalaşdırmağı nəzərdə tutur.

Altıncısı, müasirlik prinsipi. Bu prinsip müstəqil iqtisadiyyatımızı formalaşdırma prosesində dar milli çərçivədə qalmamağı, dünya ölkələrinin təcrübəsindən, köməyindən, elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə olunmasım nəzərdə tutur.

Müstəqil milli iqtisadiyyatın formalaşdırılması bir sıra qanunauyğunluqlara əməl olunmasını da tələb edir: 1. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında ləngliyə yol

vermək olmaz, proses tədriclə getsə də sürətli olmalıdır; 2. Köhnə iqtisadi sistemdə milli mənafelərimizə uyğun gələn nə yarsa,

qorunub saxlanılmalı və istifadə olunmalıdır; 3. İqtisadiyyatın təkrar istehsal strukturuna daxil olan bütün sahə-

346

lərinin eyni vaxtda formalaşdırılması; 4. Bütün sahələrdə bazar münasibətləri sisteminə eyni vaxtda keçilməsi

və milli bazarın formalaşdırılması; 5. Müstəqil iqtisadiyyatın Azərbaycan xalqının milli mənafelərinin

reallaşdırılmasını təmin edən bir şəkildə formalaşdırılması; 6. Yeni məzmunlu milli iqtisadiyyatın formalaşdırılması prosesində

Azərbaycan xalqının və dövlətin fəal iştirakının təmin olması. Adı çəkilən prinsiplər və qanunauyğunluqlara əməl etməklə

müstəqilliyimizin möhkəm bünövrəsi olan iqtisadiyyatı formalaşdırmaq kimi çətin bir vəzifəni yerinə yetirmək olar.

§3. Milli bazar və milli valyuta

Müstəqil milli iqtisadiyyatın zəruri, mövcud şərtlərindən biri vahid milli bazarın olmasıdır. Milli iqtisadiyyatın strukturunda milli bazarın özünəməxsus yeri və rolu vardır. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşması ilə yanaşı, onun etibarlı dayağı olan milli bazar da formalaşdırılmalıdır.

Milli bazar milli iqtisadiyyata əsaslanan mürəkkəb strukturlu, bazar subyektlərinin iqtisadi mənafelərinin reallaşmasına xidmət edən iqtisadi mexanizmə və idarəetmə quruluşuna malik münasibətlər sistemidir. Milli bazarın təməlini ilk növbədə ölkənin özündə, məhsulların və xidmətlərin kütləvi istehsalı təşkil edir, o milli iqtisadiyyata söykənir. Milli bazar istehsalçi və istehlakçılardan ibarət olan bazar subyektlərinin səmərəli fəaliyyəti ücün şərait yaratmaqla yanaşı ölkənin dünya iqtisadi məkanına çıxmasını da təmin etməlidir.

Milli bazarın yaranması ilk növbədə daxili bazarların yaranması ilə bağlıdır və o, ardıcıl mərhələlərdən keçməklə formalaşır. Birinci mərhələdə, məhəlli bazarlar yaranır, ikinci mərhələdə, məhəlli bazarların əsasında yerli bazarlar yaranır, üçüncü mərhələdə, isə region bazarları formalaşır, dördüncü mərhələdə, region bazarlar ölkənin iqtisadi rayonlarını bir-biri ilə bağlayır və vahid milli bazarın yaranması prosesi başa çatır. Milli bazarın formalaşması prosesində onun subyekt və obyektləri genişlənir.

Milli bazar milli iqtisadiyyatın təzahürüdür və bu mənada milli iqtisadiyyat və milli bazar elə bir ərazi, istehsal və mübadilə vahidliyidir ki, orada istehsal-tədavül əlaqələri müəyyən iqtisadi, sosial, siyasi və mənəvi birliyə malik olmalıdır. Buna görə də müstəqil vahid/nilli bazarın formalaşması aşağıdakı zəruri şərtlər daxilində mümkün olur:

347

1. Real müstəqil milli dövlətin olması; 2. İctimai əmək bölgüsünün formalaşmış ölkədaxili strukturunun

olması; 3. Milli iqtisadiyyatın formalaşmış bazar strukturunun olması; 4. Bütün regionların inkişaf etmiş iqtisadiyyatlarının olması; 5. İnkişaf etmiş əmtəə-pul münasibətlərinin mövcud olması və s. Müstəqil milli bazarın formalaşdın İmasının özu:

a. müxtəlif mülkiyyət formaları əsasında milli sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasını;

b. milli bazarın özünün daxili strukturunu təşkil edən çoxsaylı bazar növlərinin yaradılmasını;

C. bazar infrastrukturlarının təşkil edilməsini; ç. milli bazarı tənzimləyən mexanizmlərin fəaliyyəti üçün şəraitin yaradılmasını və idarəetmə sisteminin qurulmasını tələb edir.

Milli bazarlar əhatə etdiyi ərazi, həcmi, təşkili formaları, strukturu və qarşıya qoyulmuş məqsədlər baxımından fərqlənirlər. Onlar müxtəlif modelli və istiqamətli olur. Müstəqil milli bazar əsasən milli valyutaya. Özünün qiymət sisteminə, daxili qayda-qanunlara, hüquqi bazaya əsaslanmaqla fəaliyyət göstərir və tənzimlənir.

Özünün keçid dövrünü yaşayan Ölkələr, o cümlədən də Azərbaycan üçün müstəqil, vahid milli bazarın formalaşdırılması, vaxt baxımından, keçid dövründə həyata keçirilməlidir. Onun formalaşması prosesi kortəbii getməməlidir və bilavasitə dövlətin iştirakı və nəzarəti altında həyata keçirilməlidir.

Müstəqil milli bazar qapalı ola bilməz və o, dünya bazarının nisbi müstəqil tərkib hissəsi kimi fəaliyyət göstərir. Lakin milli bazar nə qədər güclu, rəqabət qabiliyyətli olsa belə, o, xarici müdaxilədən qorunmalıdır. Milli bazarın təhlükəsizliyinin təmin olunması bilavasitə dövlətin işidir.

Milli bazarın əsas dayaqlarından biri möhkəm məzənnəyə malik milli valyutanın olmasıdır. Uzun bir tarixi dövr ərzində Azərbaycanın milli valyutası olmayıb. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra manat milli valyuta statusu qazanmış və fəaliyyət göstərir. Milli pul nişanı milli valyuta hesab olunur, dövlət tərəfindən dövriyyəyə buraxılır və məcburi kursu müəyyən edilir. Ancaq milli pul vahidi beynəbcalq hesablaşma, iqtisadi münasibətlərin iştirakçısı kimi çıxış etdikdə valyutaya çevrilir. Valyuta rolunu yalnız pul vahidləri deyil, həmçinin beynəbcalq ödəmə vasitəsi kimi pul əvəzinə qəbul edilən çek, xəzinə bonları, pay sənədləri, istiqrazlar və s. qiymətli kağızlar oynayır. Dövlətin iqtisadi gücü onun

348

milli valyutasının gücü ilə ölçülür. Azərbaycan Respublikasının milli valyutası tədavüldə olan, həmçinin tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanları ilə dəyişdirilə bilən Milli Bankın bank biletləri (banknotları) şəklində olan manatlar və sikkələrdir.

Milli valyutanın beynəbcalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunvericiliyi ilə tənzim edilir. «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası qanununa görə, milli valyuta ilə hesablaşmalara heç bir məhdudiyyət qoyulmadan aparılır. Bir ölkənin milli valyutası valyuta bazarında başqa ölkənin valyutasına dəyişdirilir, yaxud alınıb-satılır. Rezidentlər Azərbaycan Respublikasının Milli Bankının müəyyən etdiyi qaydada və məqsədlərə uyğun olaraq Respublikanın daxili valyuta bazarında xarici valyutanı satmaq və almaq hüququna malikdirlər.

Elə ölkələr vardır ki, onların valyutaları tam dönərlik qabiliyyətinə malikdir və buna görə də həmin ölkələrin valyutalarına heç bir məhdudiyyət qoyulmur, sərbəst sürətdə çevrilir və onlar sərbəst valyuta adlanır. Bu cür valyutaları icazə olmadan da hər hansı bir ölkənin valyutası ilə dəyişdirmək olar. Bu, valyutanın konvertləşdi- rilməsi adlanır. Dünyanın 60-dan cox ölkəsinin valyutası sərbəst valyuta adlanır və onlar tam dönərlik qabiliyyətinə malikdir. Milli valyutanın dönərlik qabiliyyəti onun arxasında duran real məhsullar və qızılla təmin olunur.

Əgər bir ölkənin milli valyutasına məhdudiyyət qoyulursa, o, qismən dönərli valyuta adlanır və yalnız bəzi ölkələrin valyutası ilə dəyişdirilə bilər. Defısit xarici valyuta xərclənməsinin qarşısını almaq üçün dəyərli şeylərin ölkəyə gətirilməsi və ölkədən çıxarılmasında məhdudiyyətlər, qadağalar qoyulur və valyuta tənzimlənməsi tədbirləri həyata keçirilir ki, bu cür ölkələrin valyutaları qapalı yaxud qeyri-dönərli valyuta adlanır və yalnız bir ölkə çərçivəsində tətbiq edilir. Yalnız bir ölkənin öz daxilindəki əməliyyatların həyata keçirilməsində iştirak edən, dönərli olub-olmamasından asılı olmayaraq, milli valyuta yerli valyuta adlanır.

Müstəqil milli bazarın mühüm struktur halqalarından birini onun milli valyuta bazarı təşkil edir. Və bu bazarda yerli və xarici valyutaların alqı-satqı əməliyyatları həyata keçirilir. Lakin milli valyutanın beynəlxalq dövriyyəyə çıxarılması daha əhəmiyyətlidir və ölkə üçün faydalı nəticələr verir. Buna görə də milli valyuta bazarının beynəlxalq valyuta bazarı ilə əlaqəsinin yaradılması müstəqil milli iqtisadiyyatlarını formalaşdırmaqda olan ölkələr ücün çox

349

vacibdir. Bu sahədə Beynəlxalq Valyuta Fondunun köməyindən istifadə etmək faydalı olar. Milli valyutanın dünya bazarında alqı-sat- qısı dünya bazarı ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsinin genişlənməsinə şərait yaradır və tədriclə milli valyutanın rəqabət mexanizminə qoşulmasına səbəb olur. Beynəlxalq əlaqələrin genişlənməsi ölkələrin milli valyutalarının beynəlxalq dövriyyəyə cəlb olunmasına imkan yaradır və hər bir müstəqil ölkə bu imkandan səmərəli istifadə edib özünün milli iqtisadiyyatını daha da inkişaf etdirməyə çalışmalıdır.

§4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit inkişafının təmin edilməsində dövlətin rolu

Tarixən təbii inkişaf yolunu keçmiş ölkələrdə milli iqtisadiyyatların formalaşması və müstəqil inkişafı prosesi tədriclə olmuş və bu proseslərdə dövlətin iştirakı nəzərə çarpacaq dərəcədə olmamışdır. Ancaq uzun tarixi bir dövr ərzində başqa dövlətlərin tərkibində olub, asılı bir cəmiyyətdə yaşamış xalqlar dövlət suverenliyi əldə etdikdən sonra zəif, dağılmış və milli mənafelərə tam uyğun olmayan bir iqtisadiyyat miras qalır. Və bu xalqlar öz suverenliyini qoruyub saxlamaq üçün dövlətin gücündən, siyasətindən istifadə etməklə müstəqil milli iqtisadiyyatlarını formalaşdırmalı olurlar. Dövlətin müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesində yaxından iştirakı onun funksiyalarından ən vacibidir. Bu, özünün keçid dövrünü yaşayan Azərbaycan dövlətinin də funksiyasıdır.

Müstəqil milli iqtisadiyyatın formalaşdırılması keçid dövrü ərzində həyata keçirilir, keçid dövrü isə çətinliklər, ziddiyyətlərlə dolu olan bir dövrdür və belə bir şəraitdə müstəqil milli iqtisadiyyatın formalaşması prosesini kortəbii qüvvələrin öhdəsinə buraxmaq olmaz və dövlətin bu proseslərdə iştirakı obyektiv zərurət olur. Əwəla, milli iqtisadiyyat əsasən xalqın yaşadığı milli ərazilərdə mövcud olan potensial imkanlar, sərvətlər hesabına formalaşdırılır. Dövlətin ən başlıca vəzifəsi millətə məxsus olan torpaqları, sərvətləri yağı düşməndən qorumaqdır. Ərazilərin itirilməsi güclü təbii iqtisadi və insan potensialını itirmək deməkdir. Azərbaycan torpaqlannın 20 %-nin itirilməsi buna parlaq misaldır. İtirilmiş ərazilərdə yüzlərlə sənaye, tikinti, nəqliyyat obyektləri, kənd təsərrüfatına yararlı torpaqların 14,8%-i Respublika iqtisadiyyatı üçün işləmir. Yaranmış vəziyyətdən ancaq öz xalqına arxalanan dövlətin gücü ilə çıxmaq olar. İkincisi, müstəqil milli iqtisadiyyat yeni iqtisadi sistem əsasında

350

formalaşır. Buna görə də dövlət yeni iqtisadi sistemin əsaslarının yaradılmasına xidmət edən islahat tədbirləri həyata keçirir, yeni təsərrüfat formalarının yaranması və fəaliyyət göstərməsinə iqtisadi, siyasi, hüquqi şərait yaradır. Bu, dövlətin vəzifəsidir. Artıq Azərbaycanın bazar iqtisadiyyatına keçmək istiqamətini götürməsi günümüzün reallığıdır. Buna görə də dövlət orqanlarının əsas fəaliyyəti bilavasitə bazar iqtisadiyyatına keçməyi təmin edən şəraitin yaradılmasına yönəldilməlidir. Üçüncüsü, dövlət müstəqil milli iqtisadiyyatın formalaşdırıılması prosesində bilavasitə, iştirak etməklə yanaşı onu xarici müdaxilədən, təzyiqlərdən də qorunmalıdır və bu onun başlıca funksiyalarından biridir. Bu ona görə lazımdır ki, milli iqtisadiyyat öz dayaqları üzərində inkişaf etsin və yenidən asılılığa düşməsin. Dördüncüsü, göstərilən istiqamətdə dövlətin funksiyalarından biri də yeni yaranmış təsərrüfat sisteminin inkişaf etdirilməsi və idarə olunması ilə bağlıdır. Yeni iqtisadi sistemə daxil olub müstəqil milli iqtisadiyyatın məzmununu təşkil edən təsərrüfat formaları məhz keçid dövrü şəraitində yaranır. Bütün bu təsərrüfat formaları dövlət nəzarətində olmalı, onun himayəsi altında inkişaf etməlidir. Bunun üçün dövlət sahibkarlığın inkişafına maddi və mənəvi yardım etməli, sahibkarlığın inkişafına buxov ola bilən inhisarçılıq əleyhinə tədbirlər həyata keçirməli, vergi, qiymət, kredit, faiz kimi iqtisadi vasitələrlə milli sahibkarlığın inkişafını həvəsləndirməlidir. Bununla yanaşı bir mülkiyyətçi kimi dövlət milli iqtisadiyyatın ictimai (dövlət) bölməsini fomalaşdırmalı və idarəetmə sistemini yaratmalıdır. Bütövlükdə milli iqtisadiyyatın inkişaf etdirilməsi, sabitliyin saxlanılması və effektivliyin təmin edilməsi dövlətin iqtisadi fəaliyyəti ilə bağlıdır. Dövlətin həyata keçirdiyi tədbirlər iqtisadiyyatın xüsusi və dövlət bölmələrinin sabit və effektli inkişafına şərait yaratmalıdır ki, hər iki bölmə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə vahid milli iqtisadiyyatın qarşısında duran vəzifələrin öhdəsindən gələ bilsin.

Ümummilli səviyyədə iqtisadiyyatın proqnozlaşdırılması və proqramlaşdırılması, elmi-texniki tərəqqini təmin edən tədbirlərin hazırlanıb həyata keçirilməsi də bilavasitə dövlətə aid olan problemlərdir və dövlət onları həll etməlidir. Beşincisi, dövlətin iqtisadi müstəqilliyin təmin edilməsi ilə bağlı həyata keçirməli olduğu tədbirlərlə bağlıdır. İqtisadi müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq Azərbaycan xalqının strateji məqsədidir. Dövlət, bu sahədəki fəaliyyətini keçid dövru başa çatdıqdan sonra da davam etdirir. Ona gorə ki, Azərbaycan Respublikası yaşadıqca onun iqtisadi müstəqilliyi də qorunub saxlanılmalıdır. Bunu Azərbaycan xalqının

351

varlığı, gələcək taleyi tələb edir və buna görə də dövlətin iqtisadi müstəqilliyin təmin edilməsinə xidmət edən funksiyası, fəaliyyəti dəyişməzdir.

Dövlət, milli iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi sahəsindəki rolunu reallaşdırmaq üçün özünün iqtisadi siyasət tədbirlərini işləyib hazırlamalı və ardıcıl olaraq həyata keçirməlidir.

Dövlət, müstəqil milli iqtisadiyyatın formalaşdırılması sahəsində öz iqtisadi rolunu o zaman müvəffəqiyyətlə reallaşdıra bilər ki, onun yeni təfəkkürlü milli kadrları olsun. Bu kadrlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar: • Ümummilli mənafeyi özünün dar şəxsi mənafeyindən üstün tutmağa, xalqının gələcəyi naminə özünü qurban verməyə hazır olsun; • Bazar iqtisadiyyatına dair dərin biliklərə, yüksək iqtisadi təfəkkürə malik olsun; • Öz ixtisasını bilməklə yanaşı, bazar şəraitində işləməyi bacarsın; • Geniş dünyagörüşü, siyasi cəhətdən hazırlıqlı, dərin biliyi ilə fərqlənsin və dünyada gedən proseslərdən baş çıxara bilsin; • İdarəetmə, təşkilatçılıq bacanğı olsun, adamlarla işləməyi bacarsın və yorulmadan işləmək qabiliyyətinə malik olsun.

Bu keyfiyyətdə kadrların hazırlanmasına yönəldilmiş dövlət tədbirlər sistemi olmalı və ardıcıl olaraq reallaşdırılmalıdır.

352

İQTİSADİ TERMİNLƏRİN MÜXTƏSƏR İZAHI

- A-

Abbası - Azərbaycanda uzun illər ərzində dövriyyədə olmuş 20 qəpiklik metal pulun adı.

Abonement - nəyə və kimə isə xidmət göstərmək, istifadə hüququ verən sənəd.

Aborigen - Ölkənin, ərazinin yerli (köklü) əhalisi. Abstraksiya - hadisələrin təhlili zamanı istifadə olunan mücərrəd yanaşma

metodu. İqtisadi təhlil prosesində öyrənilən hadisənin mahiyyətinə xələl gətirməyən ikinci, üçüncü dərəcəli amillərdən sərf - nəzər etmək yəni, şüurlu olaraq nəzərə almamaq.

Avtargiya (yunanca autarkia) - beynəkalq əlaqələrdən, dünya bazann- dan təcrid olunmuş halda öz-özünü təmin etmə, müstəqil yaşamaq siyasəti. Bu siyasət əsasən avtoritar rejimlər tərəfindən tətbiq edilir.

Avtoritar rejim - mütləq hakimiyyətə, sərt tabeçilik prinsipinə əsaslanan rejim;İqtisadiyyatda hökümət tərəfindən iqtisadi həyatın geniş miqyasda reqlamentləşdirilməsi və tənzimlənməsi.

Avrovalyuta - öz ölkəsindən kənar banklarda yerləşən xarici valyuta. Məsələn, Almaniya banklarının hesablarında olan ABŞ dolları -“avrodollar”, İsveçrə banklarının hesablannda olan Almaniya markası - “avromarka” adlanır. Avrofrank, avroyena, avrofunt və s. mövcuddur.

Avropa iqtisadi birliyi (AİB) - İqtisadi əməkdaşlığın bir forması. 1957-ci il müqaviləsi əsasında Fransanı, AFR-i, İtaliyanı, Belçikanı, Niderlandı və Lüksemburqu birəşdirən iqtisadi qrup. 1973- cü ilin yanvarında onun tərkibinə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ilin yanvarında isə Yunanıstan daxil olmuşdur. Birliyin təşkilində əsas məqsəd iş qüvvəsinin, kapitalın və istehsal vasitələrinin maneəsiz hərəkətini təmin etməklə bu ölkələrdə iqtisadi inkişafa əsaslı təkan verməkdir.

Avropa valyuta vahidi (EKYÜ) - avrovalyuta vahidi. AİB üzvü ölkələrinin milli valyutaları əsasında hesablanan və digər maliyyə- kredit və valyuta əməliyyatlarında hesab aparılarkən istifadə olunan kollektiv valyuta. 1999-cu ildə vahid avropa valyutası olan “Avro" “EKYÜ"nu əvəz etdi.

Avuarlar - Xarici banklarda müəyyən istifadə rejimi ilə xarici valyuta, qiymətli kağızlar, qızıl depozitlər formasında saxlanılan vəsaitlər.

353

Aktivlor - mülkiyyətçinin (sahibkarın) malik olduğu maddi və maliyyə resursları, qiymətli kağızlar, daşınmaz əmlak.

Aqrar məsələ - torpaq, kəndli ilə bağlı məsələdir. Torpaq üzərində mülkiyyətin iqtisadi cəhətdən reallaşdırılması, torpaq əsasında təsərrüfatın təşkili və torpaqdan istifadə üzrə olan münasibətləri əhatə edir.

Aqrar-sənaye inteqrasiyası - kənd təsərrüfatı ilə sənayenin, onunla bağlı olan sahələrinin üzvi əlaqəliliyi.

Aqrar-sənaye kompleksi (ASK) - kənd təsərrüfatı ilə sənayenin bəzi sahələrinin birliyi: kənd təsərrüfatı məhsulları istehsal edən (I); aqrar bölmə üçün maşınlar istehsal edən sənayenin (II); kənd təsərrüfatı xammalının emalı, saxlanması və istehlakçılara çatdırılması və habelə, kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması sahələrinin (III) məcmusu.

Aksiz - bəzi kütləvi istehlak mallarına: spirt, spirtli içkilər, tütün məmulatları, xammal növlərinə, zinət əşyalarına tətbiq olunan dolayı vergi.

Auksion - hərrac (açıq satış), bazarın növlərindən biri, bu bazarda əmtəələr ən yüksək qiyməti verənə satılır.

Azad bazar - azad sahibkarlığa, sərbəst rəqabətə əsaslanan, dövlətin müdaxiləsindən azad olan bazar, bazar qanunlarının dolğunluğu ilə fəaliyyət göstərdiyi bazar.

Azad ticarət - fəaliyyəti kənar qüvvələrin (dövlətin) fəaliyyəti ilə məhdudlaşdırılmayan ticarət. Bu daxili və xarici ticarətin əsas prinsipidir.

Azad sahibkarlıq - xüsusi firmanın öz kapitalından, istehsal resurslarından hansı sahədə necə istifadə etmək, nə və kim üçün istehsal etmək, məhsulunu satmaq və əldə olunmuş gəliri necə bölmək kimi məsələlərin həllində sərbəst davranmaq.

Agent - müvəkkil, başqa şəxslərin tapşırığı ilə müəyyən fəaliyyəti yerinə yetirən hüquqi və fiziki şəxs. İqtisadi münasibətlərin iştirakçısı.

Alıcı bazan - təklifə nisbətən tələbin artıq olduğu bazar vəziyyəti. Ahcı qiyməti - alıcının müəyyən vaxt müddətində qiymətli kağızları və ya

əmtəəni almağa hazır olduğu ən yüksək qiymət. Ailə büdcəsi - ailənin müəyyən dövr ərzində pulla hesablanan gəliri və

xərcləri,yəni mədaxil-məxarici. Açıq iqtisadiyyat - sərhədləri başqa ölkələrdən gələn kapital, iş qüvvəsi,

əmtəə axını üçün açıq olan və öz əmtəə və kapitallarını başqa ölkələrə sərbəst ixrac edən ölkə iqtisadiyyatı.

354

Açıq inhisar - bir firmanın müəyyən dövr ərzində bazarda tək satıcı kimi fəaliyyəti. Açıq inhisar şəraitində firma rəqabətdən qorxmur.

Amortizasiya - əsas kapitalın istismarı nəticəsində tədricən onun dəyərinin azalması. Başqa sözlə, avadanlıq istifadə edildikcə öz dəyərini hissə-hissə istehsal edilmiş məhsulun üzərinə keçirir. Amortizasiya ayırmaları hesabına tam sıradan çıxmış avadanlıqların əvəzinə yenisi alınır.

Amortizasiya norması - illik amortizasiya ayırmaları məbləğinin əsas fondların orta illik dəyərinə faizlə nisbəti.

Antiinhisar qanunçuluğu - dövlət səviyyəsində qəbul edilmiş və inhisar əleyhinə mübarizəyə yönəldilmiş qanunlar.

Arbitraj - qarşılıqlı müqavilə öhdəliyinin pozulması ilə əlaqədar olan münaqişənin həll edilməsi yollarından biri.

Arbitraj məhkəməsi - qarşılıqlı öhdəliklər üzrə pozulmuş təsərrüfat müqavilələrinin bərpası üçün daimi fəaliyyət göstərən məhkəmə.

Avropa İttifaqı (Aİ) - 1957-ci ildə Avropa ölkələrinin qarşılıqlı int- eqrasiyasmı sürətləndirmək məqsədilə yaradılmışdır. 1992-ci ildən Avropa Birliyi (AB) adlanır. İlk vaxtlar 6, sonra 16, hazırda isə 25 ölkəni özündə birləşdirir. Birliyə daxil olan ölkələr arasında maneəsiz iqtisadi əlaqələr mövcuddur.

Asiya inkişaf bankı - 45 ölkəni birləşdirən beynəlxalq bank. Əsası 1968- ci ildə qoyulmuş bu bankın əsas məqsədi milli inkişaf proqramlarının həyata keçirilməsində Asiya ölkələrinə maliyyə, iqtisadi və texniki yardım göstərməkdir. Bankın qərargahı Filippinin Manila şəhərində yerləşir.

Audit - müəssisələrin, firmaların və təşkilatların fəaliyyətinə maliyyə nəzarətinin həyata keçirilməsinin xüsusi forması.

Azad iqtisadi zona - burada milli və xarici sahibkarlara fəaliyyət üçün əlverişli şərait yaradılır. Bunun üçün ilk öncə müəyyən ərazidə azad iqtisadi zonanın yaradılması haqqında qanun verilir. Orada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli rejim tətbiq edilir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 1990-cı ildə 42 dövlət tərəfindən yaradılmış beynəlxalq iqtisadi qurum. Mərkəzi və Şərqi Avropa ölkələrinin bazar iqtisadiyyatına keçmələrinə maliyyə yardımı etmək məqsədi daşıyır.

Ahcıhq qabiliyyəti pariteti - müxtəlif ölkələrin iki və daha çox pul vahidləri, valyutaları arasında onların müəyyən əmtəə və xidmətlərə görə alıcılıq qabiliyyətəri əsasında təyin olunan nisbət. Alıcılıq qabiliyyəti pariteti müəyyən qrup əmtəələrə görə (xüsusi)

355

və ümumi məhsula görə(ümumi) müəyyən olunur. Məsələn, eyni məhsul dəsti Rusiyada 200 min rubl, ABŞ-da 50 dollar təşkil edirsə, onda alıcılıq qabiliyyəti pariteti 01 dollara 4000 rubl təşkil edir.

-B-

Barrel -dünya bazarında neft satışında ölçü vahidi; neft üçün 1 barrel 159 litrə bərabərdir.

Baza texnologiyaları - məhsul (faydalı qazıntılar) istehsalının (hasilatının) əsas üsulu. BT-nin təkmilləşdirilməsi sayəsində istehsalın bütün texnoloji sistemi yeniləşdirilir. Nəticədə istehsalın səmərəsi yüksəlir.

Baza məlumatı - konkret vaxta aid olan həqiqi sosial-iqtisadi məlumatlardır. Bundan müqayisə zamanı istifadə olunur.

Bazar - əmtəə və xidmətlərin alınıb-satıldığı, ticarət sövdələşmələrinin aparıldığı yer. Alıcı və satıcıları görüşdürən, onların maraqlarını reallaşdıran iqtisadi mexanizm. Bazar mürəkkəb münasibətlər sistemidir və onun çoxsaylı növləri vardır. Bazar öz qanunları və öz mexanizmləri ilə tənzim olunur. Bazarın əsas kateqoriyaları qiymət, tələb, təklif və rəqabətdir.

Bazar iqtisadiyyatı - mövcud iqtisadi sistemlərdən ən geniş yayıl- mışıdır, azad sahibkarlığa və mülkiyyət çoxnövlülüyünə əsaslanır. Bazar iqtisadiyyatı, bazar təbiətli olub, bazar qanunlan ilə tənzimlənən və dövlətin müdaxiləsinin məhdud olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatı kapitalizmin meydana gəlməsi ilə formalaşmışdır.

Bazar infrastrukturu - bazarın normal fəaliyyət göstərməsinə xidmət edən müəssisələr, təşkilatlar, idarələr sistemidir. Buraya əmtəə, fond və valyuta birjaları, əmək birjaları, digər kommersiya təşkilatları (banklar, sığorta təşkilatları və s.) daxildir.

Bazar mexanizmi - bazarm normal fəaliyyətini təmin edən qanun və kateqoriyalarm məcmusu. Cəmiyyətdə baş verən iqtisadi proseslərə bazar vasitəsilə təsir göstərmək. Məsələn, ictimai məhsulun reallaşması, qiymətin, investisiyanm, istehsal vasitələrinin, iş qüvvəsinin və i.a. hərəkətinə bazar vasitəsilə təsir göstərmək. Tələb, təklif, qiymət, rəqabət, mənfəət və s. Kateqoriyalarmm qarşılıqlı fəaliyyəti.

Bazar sosializmi - iqtisadi sistem olub, maddi ehtiyatların əsas hissəsinin dövlət mülkiyyətində olması və bazar mexanizmindən istifadə olunması ilə səciyyələnir.

Bazar sistemi - qarşılıqlı əlaqədə olan çoxsaylı bazarların məcmusu. Bazar tutumu (həcmi) - əhalinin tələbinin və əmtəə təklifinin miqdarı

356

ilə xarakterizə edilən, mövcud qiymətlər səviyyəsində əmtəələrin reallaşdırıla bilən həcmi.

Bazar tələbi - tələbin ümumi həcmi, bütün fərdi tələblərin məcmusu. Bazar qiyməti - alıcı və satıcı tərəfindən reallaşdırılan əmtəənin satıldığı

qiymət. Azad rəqabət bazarında tələb və təklifin təsiri altında formalaşan qiymət.

Bazarın təmərküzləşməsi - bazarda əmtəə təklifinin iki, dörd, yaxud səkkiz firmanın əlində cəmləşməsi.

Bazarın subyektləri - bazarın bir-biri ilə qarşılıqlı münasibətdə olan iki əsas subyekti: alıcı və satıcı və bir də onların arasında vasitəçilik edən şəxs.

Baza valyutası - bütün digər ölkələrin valyutalarının qiymətləndirilməsi üçün baza rolu oynayan valyuta (Məs: ABŞ dolları).

Balans - bir idarə və müəssisənin müəyyən müddət ərzində gəlir və çıxarının yekunu.

Balans dəyəri - mühasibat balansında əsas fondların, vasitələrin, qeyri-maddi aktivlərin və digər dövriyyə vəsaitlərinin dəyər ifadəsində qiymətləndirilməsi.

Banklar - maliyyə-kredit müəssisələri olub, fiziki və hüquqi şəxslərdə sərbəstləşmiş pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyaları yerinə yetirən xüsusi iqtisadi institutlar.

Bank aktivləri - Ssuda və qiymətli kağızlarda yerləşdirilən vəsait, habelə, kassadakı nağd pullar.

Bank passivləri - bankın öz kapitalı və cəlb olunmuş depozitlər. Bank zəmanəti - bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə

yetirilməsi haqqında zəmanət verməsi. Bank krediti - sahibkarlara, digər fiziki, hüquqi şəxslərə pul borcları

şəklində verilən kredit. Banknot - Mərkəzi Bankın buraxdığı, nominalı yüksək olan kredit

pullarının əsas növü. Barter - əmtəələrin pulun vasitəçiliyi olmadan mübadiləsi (Ə-Ə

mübadiləsi) Beynəlxalq Valyuta Fondu (BVF) - BMT-nin egidası altında fəaliyyət

göstərən və maliyyə-kredit tənzimlənməsi ilə məşğul olan təşkilat. 1944-cü ildə yaranmış və 44 dövlətin üzv olduğu bu təşkilatda hazırda 170 dövlət təmsil olunur. BVF üzv ölkələrə qısamüddətli (1-3 il) güzəştli kreditlər verir, onların tədiyyə balanslarının tarazlaşdırılmasına yardım edir.

357

Beynəlxalq bazar - dünya ölkələrinin daxil olduqları bazar. Beynəlxalq əmək bölgüsü - əməyin ictimai ərazi bölgüsünün yüksək

forması olub, ayrı-ayrı ölkələrin mübadilə etdikləri müəyyən növ məhsul istehsalı üzrə ixtisaslaşması; ölkələr arasında ictimai istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasını ifadə edən mütərəqqi proses.

Beynəlxalq lizinq - lizinq kampaniyaları tərəfindən bir ölkədə xarici firmadan hər hansı bir əmlakı pulla alıb digər bir firmaya uzun müddət icarəyə vermək. Əsasən texnikanın, maşın və avadanlığın icarəyə verilməsi forması.

Beynəlxalq valyuta-kredit təşkilatı - valyuta və maliyyə-kredit münasibətlərinin tənzim edilməsi məqsədilə beynəbcalq sazişlər əsasında yaradılmış təşkilat. Məs. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və s.

Beynəlxalq ticarət rüsumu - bu və ya digər ölkənin sərhədindən gömrükxana vasitəsilə buraxılan əmtəələrə qoyulan vergi.

Beynəlxalq qızıl standartı -XIX əsr və XX əsrin əvvəllərində fəal- iyyət göstərmiş beynəlxalq valyuta sistemidir ki, ona müvafiq olaraq hər ölkə öz pul vahidlərinin dəyərini qızılın müəyyən kəmiyyəti ilə ifadə edirdi, özünün qızıl ehtiyatı ilə tədavüldəki pul kütləsi arasında dəyişməz nisbəti gözləyirdi və qızılın sərbəst idxal və ixracına yol verirdi. Milli valyuta sərbəst qızıla dəyişdirilirdi.

Bretton-Vud sistemi - 1944-cü ildə Bretton-Vud (ABŞ) konfransında beynəlxalq valyuta sisteminin yeni qaydası müəyyən edilir. Yeni sistem iştirakçı dövlətlərin qəti müəyyən edilmiş qızıl paritetinə və valyuta kursuna əsaslanırdı. Kurs yalnız Fondun icazəsi ilə dəyişdirilə bilərdi. ABŞ dolları (35 dollar 1 unsiya qızıl) əsas ehtiyat və hesablaşma valyutası olaraq qəbul edilir.

Biznes - bazar iqtisadiyyatı şəraitində mənfəət əldə etmək məqsədilə subyektlərin iqtisadi fəaliyyəti. Biznes işgüzar fəaliyyətdir.

Birja - bazar təşkilinin xüsusi forması. Əmtəələrin və qiymətli kağızların kütləvi alqı-satqısı aparılan bazar.

Birja vahidi - nümunəvi birja sazişində nəzərdə tutulan, məlum əmtəələrin standartlaşdırılmış minimal satış həcmi.

Birja qiyməti - tələblə təklifin nisbətlərinə əsaslanmış birja ticarəti qaydası ilə satılan əmtəə və xidmətlərin qiyməti.

Birja məzənnəsi - birjada dövriyyədə olan qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) satış qiyməti.

Broker (makler, dəllal) - alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs. Broker firmaları mövcuddur. Broker müştərinin adından,

358

onun tapşırığı və hesabına işləyir. Birja rüsumu - birja komitəsi tərəfindən, onun üzvlərindən və

müştərilərindən alınan və onlara birja sövdələşməsi hüququ verən rüsum (vergi).

Birgə müəssisə - məhsul istehsal etmək və xidmət göstərmək məqsədi ilə müxtəlif ölkələrin sahibkarlarının xüsusi əməkdaşlığı əsasında yaradılan müştərək müəssisə.

Beş əsas iqtisadi sual - hər bir iqtisadiyyat beş əsas iqtisadi suala cavab verməlidir: nə istehsal etmək, necə istehsal etmək, istehsal olunmuş məhsulun ümumi həcmini necə bölmək, ümumi məşğulluğa necə nail olmaq və iqtisadi sistemin elastikliyini necə təmin etmək?

Borc öhdəliyi - borc götürənin kreditora verdiyi sənəd. Bu sənəddə borclunun öhdəliyi əks olunur.

Bonus - 1) əlavə mükafatlandırma: 2) saziş şərtlərinə uyğun olaraq alıcının satıcıya güzəştləri.

Bölgü - ictimai təkrar istehsalı fazalarından biri, istehsal amillərinin və istehlak şeylərinin təyinatı üzrə bölünməsini həyata keçirən mexanizm. Bölgünün mahiyyətini istehsal müəyyən edir. O, istehsalın məhsuludur, ancaq istehsalın inkişafına mənfi və müsbət təsir göstərə bilər.

Büdcə - müəyyən vaxtda (1 ildə) dövlətin, yerli idarə orqanlarının, firmaların, müəssisələrin, ailənin və ayrı-ayrı şəxslərin pul gəlirləri ilə xərclərinin balansı, dövlətin əsas maliyyə planı.

Büdcə gəlirləri - büdcəyə birbaşa vergilərdən və dolayı vergilərdən daxil olmalar.

Büdcə kəsiri - büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği. Büdcə tənzimlənməsi - iqtisadi inkişafın stimullaşdırılması, inflyasiyanın

azaldılması, ticarət balansında mənfi meyllərin aradan qaldırılması və s. məqsədlə dövlətin vergi siyasətində və öz xərclərində fəal dəyişikliklər aparması.

Büdcə maliyyələşdirilməsi - geri qaytarılmamaq şərtilə dövlət büdcəsindən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti.

Böhran - iqtisadi tsiklin ilk fazası. Böhran fazasında istehsalda və investisiya qoyuluşlarında kəskin enmə baş verir, işsizlik artır, tələblə təklifin nisbəti pozulur, müəssisələrin fəaliyyəti zəifləyir və dayanması baş verir. Ən kəskin böhran 1929-1933-cü illərdə sənayesi inkişaf etmiş ölkələrdə baş vermişdir.

359

c -

Cari hesab - idarənin, təşkilatın, müəssisənin saxlanması və müxtəlif tədiyyələr üzrə nağdsız hesablaşmalar aparmaq üçün bankdakı hesabı. Tədiyyə balansının xarici ticarət, xidmətlər, qeyri-kommersiya transfertləri üzrə ödəmələrin hesabı.

Cari valyuta siyasəti - valyuta siyasətinin tərkib hissəsi; valyuta məzənnəsinin, valyuta üzrə mümkün ola bilən əməliyyatların, valyuta və qızıl bazarı fəaliyyətinin gündəlik operativ tənzimlənməsinə yönəldilən tədbirlərin məcmusu.

Cari proqnozlar - proqnozlaşdırmanın bir növü olub, tələbin cari dövr üçün (bir il, kvartal) tərtib edilən proqnozları əhatə edir.

Cərimə - mövcud qanunlan, müqavilələri və ya məlum qaydaları pozan fiziki və hüquqi şəxslərə tətbiq edilən maddi tədbir - alman pul; mülki hüquq qanunvericiliyinə görə Dəbbə pulu növüdür.

- ç

Çeşid - məhsulun növ, tip, sort, ölçü, marka və s. üzrə tərkibi. Məhsulun çeşidinin düzgün müəyyənləşdirilməsi, əhalinin tələbatlarının daha yaxşı ödənilməsi, istehlakçıların tələblərinə cavab verməyən məhsulların buraxılmasına yol verilməməsi məqsədini güdür.

Çeşid siyasəti - çeşidin inkişafı, təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində iqtisadi siyasət.

Çek - fiziki və ya hüquqi şəxsin bankdä olan cari hesabından sənədi təqdim edənə, orada göstərilən məbləğdə pul ödənilmək haqqında banka əmr verən sənəddir.

Çoxtərəfli hesablaşma - xarici ticarət, kredit, investisiya, qeyri-ti- carət ödənişləri üzrə qarşılıqlı hesablaşma sistemi; üç və daha çox ölkəni əhatə edir.

-D-

Daxili bazar - milli iqtisadiyyatın tərkib ünsürü olub, ona xidmət edən bazar. Daxili bazar mürəkkəb struktura malik olub, əhalinin tələbatlarının ödənilməsinə xidmət edir. Daxili bazar dövlət tərəfindən himayə olunmalıdır.

Dəmyə əkinçilik - rütubətli iqlim şəraitində suvarılma olmadan aparılan əkinçilik

Daxili ticarət - ölkənin daxili tələbatlarının ödənilməsinə xidmət

360

edən iqtisadiyyat sahəsidir. Daxili xərc - firmanın məhsulun istehsalına bilavasitə özünün çəkdiyi

xərc. Bu, firmanın daxili resursları hesabına təmin edilir. Daimi xərc - firmanın istehsal edib-etməməsindən asılı olmayaraq çəkdiyi

xərc. Məsələn, amortizasiya ayırmaları, icarəyə götürdüyü bina üçün icarə haqqı, götürdüyü kredit üçün faiz və s.

Dəyişən xərclər - firmanın almalı olduğu istehsal vasitələrinin qiymətlərinin artıb-azalmasından və istehsalın həcminin dəyişməsindən asılı olaraq xərclər artıb-azalır, yəni dəyişir.

Debitor borc - göndərilmiş məhsullar və xidmətlər üçün hüquqi və fiziki şəxslərin müəssisə və təşkilatlara verəcəyi borcların məbləği.

Devalvasiya - valyuta kursunun rəsmi aşağı salınması; ölkənin pul sisteminin sabitləşdirilməsi məqsədilə qanunvericilik qaydasında milli pul vahidinin, qızılın məzmununun aşağı salınması və ya kağız pulun rəsmi kursunun qızıla və digər ölkələrin valyutasına nəzərən endirilməsi.

Devizlər - beynəlxalq hesablaşmalarda qızılı əvəz edən. Buna qızıl deviz də deyilir.

Diversifikasiya - firmanın bir-birilə əlaqəsi olmayan bir çox məhsulların çeşidlərini və istehsal həcmini eyni vaxtda inkişaf etdirməsi.

Denominasiya - kağız pul vahidinin müəyyən edilmiş nisbətdə iri pul vahidlərinə dəyişdirilməsi. Azərbaycanda milli pul 5000 : 1 nisbətində dəyişdirildi.

Demoqrafiya - yer kürəsi əhalisinin təbii artımını, tərkibini (mili, yaş, cins), yerləşməsini və s. öyrənən elm sahəsi.

Demoqrafik siyasət - dövlətin fəaliyyət sahəsi; əhalinin tərkibi, yerləşməsi və dinamikasının tənzimlənməsinə yönəldilmiş siyasət. Demoqrafik siyasət dövlətin sosial siyasətinin tərkib hissəsidir.

Dempinq siyasəti - bazara sahib olmaq üsulu; rəqabət mübarizəsi formalarından biri olub, xarici bazarlarda əmtəələrin istehsal xərclərindən ucuz qiymətə satmaqla, bazarı ələ keçirmək siyasəti.

Depozit - müəyyən məqsədlə saxlamaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və qiymətli kağız. Bank depozit sahibinə faiz Ödəyir.

Depozitor - 1) depozit sahibi; 2) məlum vaxtda müəssisə və təşkilatlara borcu olan, lakin bu və ya digər səbəbdən hələlik onu ödəməyən fiziki və yaxud hüquqi şəxs.

Depressiya - istehsal tsiklin fazalarından biri. İqtisadiyyatda durğunluq, işgüzar fəallığın və istehsalın azalması, işsizlik, əmtəə və xidmətlərə tələbin azalması ilə səciyyələnir.

361

Deflyasiya - tədavülə lazım olan kağız pulun miqdarını qızılın miqdarına daha çox uyğunlaşdırmaq üçün tədavüldən artıq pul kütləsinin çıxarılması. İnflyasiyanın sürətinin aşağı salınması üsullarından biri.

Defisit - 1) zərər, ziyan; 2) əskik, kəsik, çatışmazlıq. Dəyər qanunu - əmtəə istehsalının qanunu. Əmtəələrin istehsalı və

mübadiləsində bu qanunun tələbi nəzərə alınmalıdır. Dövlət qanununun tələbinə görə əmtəələrin istehsalı və mübadiləsi ictimai zəruri əməyə uyğun olmalıdır.

Dəyər - əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş ictimai zəruri əməyi (K.Marks); əmtəənin istehsalına çəkilən bütün xərclərin məcmusu. Dəyərin yaranmasında bütün istehsal amilləri iştirak edir (Jan Batist Sey).

Dəyər göstəriciləri - iqtisadi hadisələri dəyər (pul) ifadəsində səciyyələndirən və qiymətlərin köməyilə müəyyən edilən göstəricilər.

Dividend - qazanc payı; səhmdar cəmiyyəti üzvlərinin qoymuş olduqları kapitala görə aldıqları mənfəət, səhmin gətirdiyi gəlir.

Diskont - buraxılan qiymətli kağızın bazar qiymətilə nominal dəyəri arasındakı fərq.

Dotasiya - öz gəlirləri ilə öz məsrəflərini ödəyə bilməyən müəssisə və təşkilatlara dövlət büdcəsindən geri alınmamaq şərtilə verilən təxsisatlar (ayırmalar).

Doy-Cons indeksi - işgüzar fəaliyyəti əks etdirən göstərici; 30 ən iri Amerika Kompaniyasının səhmlərinin kurslarının dinamikası əsasında hesablanır; dinamika Nyu-York fond birjasının qiymətlərinə görə müəyyən olunur və konyunkturu əks etdirən ən yaxşı barometrlərdən sayılır.

Dövlət müəssisəsi - dövlət mülkiyyəti əsasında yaradılan və dövlətə məxsus olan müəssisə.

Dövriyyə fondları (kapitalı) - müəssisənin istehsal prosesinə hissə- hissə daxil olan, öz dəyərini istehsal edilən məhsulun üzərinə bütövlükdə keçirən, yalnız bir istehsal dövründə iştirak edən vəsaitləri (xammal, yanacaq, material, əmək haqqı).

Dövlətsizləşdirmə - dövlətə məxsus mülkiyyətin müəyyən hissəsinin dövlət idarəçiliyindən çıxarılması.

Dövlət maliyyəsi - dövlətə məxsus olan mərkəzləşdirilmiş pul vəsaiti fondları.

Dövlət büdcəsi - dövlətin əsas maliyyə planı; pul mədaxil-məxaric balansı.

Dövlət mülkiyyəti - dövlətə məxsus olan mülkiyyət (torpaq, kapital

362

və s. üzərində). Dövlət sektoru - iqtisadiyyatın dövlətə məxsus olan sahələri. Dövlətin daxili borcu - dövlətin öz vətəndaşlarına, firmalara və

müəssisələrə borcu. Dünya bazarı - bütün ölkələrin öz əmtəə və xidmətlərini reallaşdırdığı

(alıb-satdığı) bazar. Dünya bazan qiyməti - dünya ticarətinin əsas mərkəzlərinin sərbəst

konversiya edilmiş valyuta ilə müəyyən etdikləri qiymətdir; dünya bazarında əmtəə və xidmətlərin alınıb-satıldığı qiymətdir.

-E-

Ekologiya - təbiətlə cəmiyyətin qarşılıqlı təsirinin ümumi qanunauyğunluqları haqqında elm; cəmiyyətin ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan məqsədyönlü istifadəsinə yönəldilmiş xüsusi fəaliyyət sahəsi.

Ekyü - Avropa İqtisadi Birliyi tərəfindən təsis edilmiş Avropa pul hesablaşma vahidi. Avropa İqtisadi Birliyinin 10 ölkəsinin valyutası əsasında qiymətləndirilir. Bu məqsədlə 2800 ton qızıl depozitə qoyulmuşdur (maddi şəkildə deyil, yazılı şəkildə). 1991-ci il məzənnəsinə görə 1 Ekyü 1,193 ABŞ dollarına bərabərdir (1 Ekyü = 1,193 dollar).

Eksperiment - bəşəriyyətin ictimai-iqtisadi təcrübəsi olub, dərketmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı. Elmi- texniki tərəqqinin inkişafı ilə əlaqədar eliperimentin sferası genişlənir.

Ekspert qiyməti - bilavasitə ölçüyə gəlməyən proseslərin, hadisələrin kəmiyyətcə və ya sıraca qiymətləndirilməsi; mütəxəssislərin rəyinə əsaslanır.

Ekstensiv inkişaf yolu - istehsal məkanını genişləndirmək, əlavə istehsal amilləri (istehsal vasitələri, iş qüvvəsi, torpaq) cəlb etmək yolu ilə iqtisadi artıma nail olmaqdır.

Eİm - ictünai şüur formalarmdan biri, səhih biliklər sistemi; insamn əməli və nəzəri fəaliyyətinin özünəməxsus sahəsi olub, təbiətüı, cəmiyyətin və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemi.

Elmi-texniki inqilab (ETİ) - təbiətin daha dərin xassələrinin və qanunauyğunluqlarının dərk edilməsi və mənimsənilməsi əsasında məhsuldar qüvvələrin kökündən dəyişməsi, elm, texnika və istehsalın qarşılıqlı təsirinin güclənməsi, elmin bilavasitə məhsuldar qüvvəyə intensiv surətdə çevrilməsi prosesi.

363

Elmi-texniki tərəqqi (ETT) - bu fasiləsiz proses olub, cəmiyyətin inkişafının bütün mərhələlərində elm və texnikada baş verən mütərəqqi dəyişiklikləri özündə ifadə edir.

Elmi-texniki potensial - elm və texnikanın inkişafa təsiri imkanlarını xarakterizə edən bütün göstəricilərin məcmusu.

Elastik əmsalı - tələbin (təklifin) həcminin dəyişmə faizinin əmtəənin qiymətinin dəyişmə faizinə nisbəti.

Embarqo - hər hansı dövlət tərəfindən başqa ölkələrə məhsul göndərilməsi və ya xarici ölkədən gətirilməsinə qadağan qoyulmasıdır.

Emissiya - qiymətli kağızların, bank biletləri və kağız pulların kəsilib buraxılması və tədavüldən çıxarılması əməliyyatı; əməliyyat Mərkəzi Bank tərəfindən həyata keçirilir.

Emitent - dövriyyəyə kağız pul, qiymətli kağızlar, ödəniş-hesablaşma sənədləri buraxan dövlət, müəssisə, idarə və təşkilat.

Emiqrasiya - bir dövlətin vətəndaşlarının müxtəlif səbəbdən digər ölkəyə köçməsi. Bu adamlar emiqrant (mühacir) adlanır.

Ehtiyac - ödənilməsi zəruri olan tələbat. Erqonomika - istehsal prosesində insanın funksional imkanlarını öyrənən

(insanın əmək məhsuldarlığı, iş qabiliyyətini yüksəltmək üçün optimal şəraitin yaradılması imkanlarını və qanunauyğunluqlarını aşkara çıxaran) elm, fənn; istehsalın səmərələşdirilməsi məqsədilə konkret istehsal fəaliyyəti şəraitində insanla maşının qarşılıqlı təsirini öyrənən elm.

Era - Yerin və onun üzvü aləminin təbii inkişafının uzun mərhələsini göstərən vaxt.

-Ə-

Əlavə dəyər vergisi (ƏDV) - dolayı vergi növü olub, əmtəə və xidmətlərin reallaşdırılması zamanı onların dəyərinə edilmiş əlavə; ölkəyə gətirilən və vergi tutulan bütün məhsullardan dövlət büdcəsinə, dəyər ifadəsində, ödənilən məbləğdir.

Əlavə vergi - müəyyən əmtəələr və xidmətlərə görə qiymət üzərinə əlavə edilmiş məbləğ.

Əmək - insanın məqsədəuyğun məhsuldar fəaliyyəti; insanm fiziki və əqli qabiliyyətlərinin sərfi prosesi. Bu fəaliyyətin nəticəsi müxtəlif məzmunlu məhsuldur.

Əmək bölgüsü - əmək fəaliyyətinin differensiyasiyalaşması və ixtisaslaşması; müxtəlif əmək fəaliyyəti növlərinin meydana gəlməsi; əməyin müxtəlif məhsul və xidmətlərin istehsalı üzrə növlərə ayrıl

364

ması və onların mübadiləsi. Əyri - bəzi iqtisadi qanunauyğunluqların qrafik əyrisi (təsviri). Əmək dəyər nəzəriyyəsi - dəyərin əməklə yaradıldığı və əməklə

ölçüldüyünü irəli sürən nəzəriyyə. Bu nəzəriyyə klassik burjua siyasi iqtisadçıları tərəfindən yaradılmış və K.Marks tərəfindən inkişaf etdirilmişdir.

Əmək məhsuldarlığının artması qanunu - ümumi iqtisadi qanun. Canlı və maddiləşmiş əməyə qənaəti özündə əks etdirir, əmək sərfinin səmərəliliyi dərəcəsini ifadə edir.

Əmək tutumlu əmtəə - istehsalına daha çox əmək sərfi tələb edən əmtəələr (başqa əmtəələrə nisbətən).

Əmək resursları - əhalinin işləmək qabiliyyəti olan hissəsi. Əmək haqqı - işçinin müəyyən vaxt ərzində sərf etdiyi əməyin miqdarına

və istehsal etdiyi məhsula görə aldığı payın pul ifadəsidir. Əmək haqqı iş qüvvəsi dəyərinin çevrilmiş formasıdır.

Əmək haqqı və qiymətin inflyasiya spirah - əmək haqqı dərəcəsinin yüksəlməsi qiymətin artmasına səbəb olur, qiymətin artması isə öz növbəsində əmək haqqının yüksəlməsinə təsir göstərir.

Əməyin elmi təşkili (ƏET) - elmin və qabaqcıl təcrübənin əsasında əməyin təşkilinin səmərəliləşdirilməsi.

Əməyin intensivliyi - əməyin sərfinin tezliyi (gərginliyi) dərəcəsi. İstehsal prosesində işçinin vahid vaxt ərzində sərf etdiyi enerjinin miqdarı ilə ölçülür.

Əmək intizamı - müəssisə və təşkilatlarda, istehsal birliklərində müəyyən edilmiş qaydalara ciddi əməl olunması.

Əməyin keyfiyyəti - əməyin mürəkkəblik, intensivlik (gərginlik) və ağırlıq dərəcəsini özündə əks etdirir. Əməyin ictimai faydalılıq dərəcəsinin, onun səmərəliliyinin, yararlılığının, peşə qabiliyyətinin əks etdirməsi.

Əmək kooperasiyası - əməyin təşkili forması. Əmək kooperasiyası istehsal prosesində ayrı-ayrı işçilərin, əmək kollektivlərinin və s. əlaqələndirilmiş birgə əmək fəaliyyəti.

Əmanət bankı - əhalinin pul yığımlarını və sərbəst pul ehtiyatlarını özündə cəmləşdirən və həmçinin əhaliyə kredit verən və kredit hesablaşma əməliyyatlarını yerinə yetirən kredit bankıdır.

Əmtəə - mübadilə edilmək, bazarda satılmaq üçün istehsal olunan məhsul. Məhsulun iqtisadi forması.

Əmtəənin dəyəri - əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş ictimai əməyi; ə.d. istehsal xərclər və onun faydahlığı ilə müəyyən olunur (subyektiv yanaşma).

365

Əmtəə təklifi - müəyyən dövrdə realizə olunmaq üçün bazara çıxarılan əmtəələrin (xidmətlərin) miqdarı.

Əmtəənin istehlak dəyəri - insanın bu və ya digər tələbatını ödəmək qabiliyyəti, onun faydalılığı.

Əmtəəlik məhsul - məlum vaxt müddətində müəssisənin fəaliyyətini xarakterizə edən iqtisadi göstərici. Mövcud keyfiyyət standartlarına və norma sənədlərinə uyğun gələn, satılmaq üçün istehsal edilmiş məhsullar.

Əmtəənin rəqabət qabiliyyəti - bazarda öz keyfiyyəti və qiymətilə eyni adlı digər əmtəələrdən fərqli olan, alıcını özünə cəlb etmək və satıla bilmək qabiliyyəti.

Ənənəvi iqtisadiyyat - uzun bir tarixi dövr ərzində mövcud olub nəsldən-nəslə keçən, adət-ənənələrə və eyni texnologiyaya əsaslanaraq mövcud olan iqtisadiyyat. Burada istehsal və istehlak üsulları ciddi qorunub saxlanılır.

Əsas fondlar (kapital) - istehsal prosesində bütövlükdə iştirak edən, öz dəyərini istehsal olunan məhsulun üzərinə hissə-hissə keçirən, bir neçə istehsal dövründə iştirak edən və özünün natural formasını saxlayan əmək vasitələridir. Əsas fondlara binalar, maşınlar, qurğular və s. daxildir.

Əsas fondların fiziki aşınması (köhnəlməsi) - əmək vasitələrinin maddi köhnəlməsi (dağılması, yeyilməsi): onlardan istifadə prosesində, yaxud onların boş dayanması üzündən, təbiət qüvvələrinin təsiri və ya fövqəladə vəziyyət (yanğın, daşqın və s.) nəticəsində bu vasitələrin öz istehlak dəyərini və ümumiyyətlə dəyərini itrməsi.

Əsas fondların mənəvi aşınması (köhnəlməsi) - hər hansı bir maşm, avadanhq və qurğunun işləməyə yararh olduğu halda vaxtından əvvəl istehsaldan çıxarılmasıdır. Bu, iki səbəbdən olur: 1) elmi-texniki tərəqqinin nəticəsində əvvəlkindən daha ucuz qurğu istehsal edildikdə, 2) əvvəlkindən daha məhsuldar, ucuz məhsul istehsalına səbəb olan maşın istehsala tətbiq edildikdə. Məsələn, kompüter əl yazı makinasını prosesdən sıxışdırıb çıxarır.

Əsaslı vəsait qoyuluşu - istehsal və qeyri-istehsal sahələrində əsas fondların təkrar istehsalı üçün nəzərdə tutulan maliyyə vəsaitləri.

Əhalinin pul gəlirləri - əhalinin əldə etdiyi və topladığı pulun ümumi məbləği, əhalinin real gəlirlərinin əsası.

Əhalinin real gəlirləri - əhalinin pul gəlirlərinin yaşayış vasitələrində ifadəsi. Adam başına real istifadə edilən və yığılan maddi nemətlərin və xidmətlərin həcmi əsasında müəyyən olunur.

Əhalinin sosial təminatı - təhsilin, səhiyyənin, sağlamlıq ocaqlarının,

366

idman qurğularının və başqa sahələrin vəziyyəti və səviyyəsini əks etdirən təminat.

Əhalinin sosial müdafiəsi - az təminatlı əhalinin yaşayışının təmin edilməsinə yönəldilmiş dövlət tədbirləri.

Əhalinin orta sıxlığı - ölkə (bölgə, rayon) əhalisinin ümumi sayının onun (ölkənin)ümumi sahəsinə nisbəti.

Əhalinin həyat səviyyəsi - əhalinin hər nəfərinə düşən ərzağın, qeyri- ərzaq məhsullarının, maddi nemətlərin və xidmətin kəmiyyət və keyfiyyətini əks etdirən səviyyə.

Ətraf mühitin mühafizəsi - ölkədə torpağın, yerin təkinin, su ehtiyatlarının, bitki və heyvanlar aləminin mühafizəsi, onlardan elmi cəhətdən əsaslandırılmış tərzdə səmərəli istifadə edilməsi üçün havanın və suyun təmiz saxlanması, təbii sərvətlərin artırılması, insanı əhatə edən mühitin yaxşılaşdırılması üçün lazımi tədbirlər kompleksinin işlənib hazırlanması və həyata keçirilməsi.

-F-

Faiz - borc kapitalının hərəkəti zamanı gətirdiyi gəlir. Bankın verdiyi kreditə görə aldığı haqq. Bankın fiziki və hüquqi şəxslərdən cəlb etdiyi əmanətlərə (depozitlərə) görə ödədiyi haqq. Faizin həcmi kreditin miqdarından, verilmə müddətindən, illik ödəmə normasından (dərəcəsindən) asılıdır.

Faiz norması - illik faiz məbləğinin borc verilən pul kapitala olan nisbəti. Faiz dərəcəsi - faizin səviyyəsi, onun son həddi, bankın, o cümlədən

əmanət bankının müxtəlif növ əməliyyatları üzrə müəyyən edilir. Borc vasitəsinə olan tələb və təklifdən asılı olaraq faiz dərəcəsi vaxtaşırı dəyişə bilər.

Faydalılıq həddinin azalması qanunu - hər hansı bir məhsulun və ya xidmətin istehlakı zamanı istifadə edilən hər bir sonuncu nüsxənin faydasının həddi getdikcə azalır. Məsələn, birinci stəkan suyun faydası daha çoxdur, suyun içilməsi davam etdikcə hər sonra içilən stəkan suyun faydası getdikcə azalır və faydasız olur.

Fermer - aqrar sahədə torpaq üzərində müəssisə yaradıb sahibkarlıqla məşğul olan şəxs, sahibkar.

Fermer təsərrüfatları - torpaqdan istifadə əsasında aqrar sahədə fəaliyyət göstərən xüsusi müəssisə forması. Onun iki növü mövcuddur: muzdlu əməyə əsaslanan və şəxsi əməyə əsaslanan fermer təsərrüfatı.

367

Fərdi istehsal - vahid məmulat (məhsul) nümunəsi, nüsxəsi buraxılışı ilə xarakterizə edilən istehsal növü (tipi). Bu zaman əsasən məhsulun (məmulatın) eksperiment nümunəsi yaradılır. Əgər o, təcrübədən, sınaqdan müvəffəqiyyətlə çıxarsa, onun seriyalı, yaxud kütləvi istehsal edilməsinə başlanır.

Fərdi tələb - ayrıca bir abcının ala bilmək imkanı, alıcılıq qabiliyyəti. Fiskal siyasət - dövlət məsrəfləri və vergiləri sahəsində siyasət,

iqtisadiyyatın sabitləşdirilməsinə, xüsusən də dövlət bölməsmdə nizam- layıcı tədbirlərin həyata keçirilməsinə yönəldilən iqtisadi siyasət.

Firma - bazar iqtisadiyyatının əsas iqtisadi agenti. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisənin müəyyən təşkilatı forması; istehlakçıların tələbini ödəyən əmtəə və xidmətləri istehsal edib bazara çıxaran iqtisadi subyekt.

Firmanın gəlirləri - firmanın əsas istehsal (xidmət) fəaliyyətindən və digər fəaliyyət növlərindən əldə etdiyi gəlirlərin məcmusu.

Firmanın xərcləri - məhsulun (xidmətin) istehsalı və reallaşdırılması ilə əlaqədar çəkdiyi bütün məsrəflərin məcmusu.

Firmanın nişanı - əmtəənin firmaya məxsus olduğu əlamətini göstərən işarə, şəkil və yaxud fərqləndirici rəng.

Fiziki tələbat - tələbatın bir növü; insanın fiziki qabiliyyətinin təkrar istehsalında orqanizmin fizioloji xüsusiyyətləri ilə əlaqədar yaranan tələbat. Bu növ tələbata yeməyə, içməyə, yuxuya, mənzilə, paltara, şəxsi gigiyenaya və s. olan tələbatlar daxildir.

Fiktiv kapital - qiymətli kağızlar şəklində olan kapital; bu, sahibinə dividend və yaxud faiz şəklində müntəzəm gəlir gətirmək hüququ verir.

Filips əyrisi - inflyasiyanın orta səviyyəsi ilə işsizliyin və əmək haqqının səviyyəsi arasında qarşılıqlı əlaqəni əks etdirən əyri.

Fond birjası - qiymətli kağızların alqı-satqısı üzrə təşkil edilmiş və müntəzəm fəaliyyət göstərən bazar; qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) alqı-satqısını həyata keçirən bazar növü.

Fondverimi - firmanın (müəssisənin), sahənin istehsal əsas fondlarmdan istifadənin səmərəlilik səviyyəsini səciyyələndirən ümumiləşdirici göstəricidir. Fondverimi əsas göstəricisi istehsal fondların 1 yaxud 1000 manatlıq dəyərinə düşən məhsul istehsalmın miqdandır.

Fondtutumu - fondveriminə əks olan göstərici, məhsulun bir manatına düşən əsas istehsal fondlarının dəyərini səciyyələndirir.

Fövqəladə vergilər - dövlət büdcəsinə daxil edilən məcburi ödənclər; ölkədə xüsusi vəziyyət yarandıqda müəyyən edilir.

Friksion işsizlik - işsizliyin bir forması; öz qabiliyyətinə uyğun, daha 368

yaxşı iş axtarmaq məqsədilə könüllü işdən çıxan, yeni iş yeri tapana qədər işçinin işsiz qalması.

-G-

Gen mühəndisliyi - molekulyar genetikanın genetik proseslərdə iştirak edə bilən, süni DNT molekulları yaradılması ilə bağlı olan sahəsi.

Geniş təkrar istehsal - artan miqyasda təkrar istehsal prosesi. Gəlir - müəyyən fəaliyyətin nəticəsində dəyər və natura formasında əldə

olunan gəlir (qazanc). Gəlirin əmək haqqı, mənfəət, faiz və renta kimi əsas formaları vardır.

Gəlirin funksional bölgüsü - milli gəlirin istehsal amillərinin sahibləri arasında əmək haqqına, mənfəətə, faiz və rentaya bölünməsi.

Gəlir vergisi - verginin bir növü; vətəndaşların və yaxud hüquqi şəxslərin bütün gəlirlərindən dövlət tərəfindən tutulan vergi.

Gizli iqtisadiyyat - rəsmi qeydiyyatdan keçməyən, vergidən yayınan, statistikada nəzərə alınmayan, gizlində fəaliyyət göstərən iqtisadiyyat.

Gizli sövdələşmə - firmaların istehsalın həcmi, xammal mənbələri, satış bazarları və qiymətlərin səviyyəsi haqqında razılaşma. Bu cür sövdələşmə inhisarçılıqla nəticələnir.

Girov - borc öhdəliyini yerinə yetirəcəyinə təminatvermə növlərindən biri. Girov kimi xammal, material, mülk, torpaq, veksel və s. qoyula bilər.

Gömrük - ölkənin iqtisadi sərhədlərinin mühafizəsi sistemi. Gömrük rüsumu - xarici ölkələrdə istehsal olunan məhsullar milli

sərhədlərdən keçirilərkən dövlət tərəfindən alınan pul vəsaiti (vergi). Gömrük tarifi - ölkədən çıxarılan və ölkəyə gətirilən malların

sistemləşdirilmiş qruplar üzrə tətbiq edilən vergi norması. Gömrük ittifaqı - iki və ya daha çox dövlətin gömrük siyasətinin iden-

tifikasiyası əsasında vahid gömrük qanunvericiliyinin işlənib hazırlanması və üçüncü ölkələrə qarşı eyni gömrük siyasətinin tətbiqi.

“Görünməyən əl” - bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətini stimullaşdıran bazar mexanizmi; yüksək mənfəət əldə etməyə təhrik edən “qüvvə”.

Görünməyən inflyasiya - müəyyən dövrdə gözlənilmədən yüksək olan inflyasiya səviyyəsi; qiymətlərin gözlənilmədən qakması.

Göstəricilər sistemi - ölkənin, regionun, müəssisənin, ailənin vəziyyətini və onun dəyişməsini, iqtisadi inkişafı, artımı, yüksəlişi və enməni əks etdirən rəqəmlər, meyyarlar, səviyyələr, ölçmə vasitələri.

369

Göstəricilər iqtisadi sistemin və iqtisadi obyektin vəziyyətini səciyyələndirir.

Gözlənilən gəlir - hər hansı bir iqtisadi fəaliyyətin nəticəsində əldə olunacaq proqnozlaşdırılmış gəlir.

-H-

Hazır məhsul - müəyyən müəssisədə və müəyyən dövrdə istehsalı tam başa çatmaqla kənara və ya öz müəssisəsinin qeyri-sənaye təsərrüfatlarına, təşkilatlarına buraxılan hazır məmulat və yarım fabrikatlar. Hazır məhsul müəyyən edilmiş standartlara uyğun olmalıdır.

Hasilat sənayesi - öz əmək predmetlərini təbiətdə tapan, emal sənayesi üçün xammal çıxaran, meşə tədarükü, balıq və dəniz heyvanları ovu ilə məşğul olan, dəniz məhsulları hasil edən müəssisələrin məcmusu.

Hesab pulları - milli pul vahidlərinin adı - dollar, funt-sterlinq, lirə, marka, manat və s. Əmtəə və xidmətlərin, borc öhdəlikləri həcminin, qiymətli kağızların məzənnəsinin və s. ümumən qəbul olunmuş ideal ifadə forması kimi çıxış edirlər.

Hesablaşma hesabı - müəssisənin, birliyin, təşkilatın müvəqqəti sərbəst pul vəsaitlərinin saxlanması və nağdsız hesablaşmalar aparılması üçün banklarda olan hesabı.

Hesablayıcı elektron maşınlar (НЕМ) - əsas elementləri elektron cihazlardan ibarət olan hesablayıcı maşınların vəzifəsi informasiyanın işlənməsi prosesini və hesablamaları avtomatlaşdırmaqdan ibarətdir.

Hesablama texnikası - riyazi hesablamaların və informasiyaların işlənməsinin avtomatlaşdırılması vasitələrini birləşdirən texnika.

Həqiqi tələb - əhalinin real olaraq bazardan ala biləcəyi əmtəə və xidmətlərin məcmusu: əhalinin istehlak şeyləri və xidmətlər almaq üçün bazara çıxardığı pulun miqdarı.

Həqiqi tələbat - istehsalın əldə edilmiş səviyyəsi çərçivəsində formalaşmış və ödənilməsi mümkün olan ehtiyaclardır.

Həyat tərzi - insanın həyat və fəaliyyətinin qərarlaşmış mövcudluq forması. Həyat tərzi istehsalın inkişaf səviyyəsindən, adət-ənənələrdən, dini etiqadlardan və s. amillərdən asılı olaraq formalaşır.

Həyat səviyyəsi - istehsalın inkişaf səviyyəsindən və hakim sosial- iqtisadi sistemdən irəli gəlməklə adamların maddi, sosial, mədəni və intellektual tələbinin ödənilməsi dərəcəsi. O, təkcə maddi və

370

mədəni nemətlərin və xidmətlərin faktiki istehlakı miqdarından deyil, eyni zamanda həmin nemətlərə və xidmətlərə olan tələbatın inkişaf səviyyəsindən də asılıdır.

Himayəçilik siyasəti - milli iqtisadiyyatın, milli sahibkarlığın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti.

Hərrac - əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə müəyyən miqdarda əmtəənin və yaxud əşyanın açıq surətdə satılması forması. Əmtəənin alıcısı o şəxs hesab edilir ki, hərrac satışı prosesində əmtəəni ən yüksək qiymətə alsın.

Hiperinflyasiya - əmtəələrin qiymətlərinin və dövriyyədə olan pul kütləsinin son dərəcə yüksək sürətlə artması. Bu pul vahidinin dəyərinin kəskin surətdə aşağı düşməsinə və təsərrüfat əlaqələrinin pozulmasına səbəb olur.

Hüquqi şəxs - qanunvericiliyə uyğun olaraq vətəndaşlıq subyekti (o cümlədən, təsərrüfatçılıq hüququ və vəzifələri) kimi çıxış edən təşkilat, müəssisə və ya idarə: hüquqi şəxsin öz balansı, möhürü və banklarda hesablaşma hesabı olur.

-X-

Xalq təsərrüfatı - müəyyən ərazi çərçivəsində istehsal və qeyri- istehsal sahələrinin bir-birinə ictimai əmək bölgüsü ilə bağlı olan tarixən təşəkkül tapmış sistemi.

Xalq təsərrüfat sahəsi - keyfiyyətcə oxşar müəssisələrin, birliklərin və digər təsərrüfat vahidlərinin məcmusu; ictimai əmək bölgüsü sistemində yerinə yetirilən vəzifələrin, istehsal edilən məhsulun, yaxud göstərilən xidmətlərin geniş təkrar istehsal prosesindəki rolların ümumiliyi ilə xarakterizə olunur.

Xalq istehlakı malları - dəyəri və istehlak dəyəri olan məcmu məhsulların bilavasitə insan tələbatını ödəyən hissəsi - şəxsi istehlak şeyləri; əhalinin maddi nemətlərə olan şəxsi tələbatını ödəyə bilən istehlak dəyərlərinin məcmusu.

Xalq istehlala malları bazarı - ölkənin milli bazarının bir hissəsi; satış obyekti xalq istehlakı mallarıdır.

Xammal - ilkin əmək süzgəcindən keçmiş əmək cismləri (predmet- ləri); bunlar təbii və üzvi mənşəli olub, əmək prosesində istifadə olunurlar.

Xalis milli məhsul (XMM) - ümumi milli məhsulun dəyər tərkibindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və vergilər çıxıldıqdan sonra yerdə qalan XMM-dir. XMM - ölkənin iqti

371

sadiyyatının inkişaf səviyyəsinin göstəricilərindən biridir. Xarici borc - dövlətin xarici kreditorlara (beynəbcalq maliyyə

qurumlarına, xarici dövlətlərə) müəyyən müddətdə qaytarmalı borcu, yəni ölkənin xarici borclarının və onlara görə ödənilməmiş faizin ümumi həcmi.

Xarici istiqraz - beynəbcalq kredit forması. Xarici valyuta bazarı - bir ölkənin valyutası ilə başqa ölkənin valyutasını

almaq üçün istifadə olunan bazar. Xarici ticarət - malların gətirilməsi (idxalat) və göndərilməsi (ixracat) ilə

səciyyələnən ölkələrarası ticarət. Xarici ticarət dövriyyəsi - xarici ticarətin inkişafının ümumiləşdirici

göstəricisi; ixracatın və idxalatın ümumi həcmi. Xarici ticarət siyasəti - xarici ticarətin genişləndirilməsi, onun əmtəə və

coğrafi strukturunun təkmilləşdirilməsi üçün dövlət tərəfindən müəyyən olunmuş və həyata keçirilən tədbirlərin məcmusu.

Xarici ticarət saldosu - dəyər ifadəsində ixracatla idxal arasındakı fərq. İdxalat ixracatdan çox olduqda saldo mənfi olur.Əksinə, ixrac idxaldan çox olduqda saldo müsbət olur.

Xarici ticarət defisiti - dövlətin nəzərdə (planda) tutduğu ixracın kəsirli qalması.

Xalis inhisar - konkret əmtəə bazarında yalnız bir satıcının fəaliyyət göstərməsi; bu bazarda rəqabət olmur.

Xalis rəqabət bazan - heç bir ayrıca alıcının və satıcının cari qiymətlərin səviyyəsinə təsir göstərmədiyi şəraitdə oxşar əmtəələrlə alqı- satqı sövdası aparan satıcılar və alıcılar arasındakı rəqabət mübarizəsi meydanı. Belə bazarların satıcıları marketinq strateqiyasının hazırlanmasına çox vaxt sərf etmir. Belə bazara kənar müdaxilə olmur.

Xalis tədavül xərcləri - tədavül xərclərinin bir növü; əmtəələrin realizə edilməsi prosesində dəyər formalarının dəyişməsi (əmtəənin pula və pulun əmtəəyə çevrilməsi) ilə əlaqədar xərclər. Xalis tədavül xərcləri əmtəəyə heç bir əlavə gəlir gətirməməsi ilə fərqlənir. Bu məsrəflər qeyri-məhsuldar xərclərdir.

Xah’s mənfəət - müəssisənin ümumi mənfəətindən bütün ödəmələr çıxdıqdan sonra yerdə qalan hissə. Xalis mənfəət müəssisənin sərəncamında qalan və sərbəst şəkildə istifadə olunan məbləğdir.

Xəzinə - dövlətin ümumi maliyyə ehtiyatı; dövlətin maliyyə resurslarının məcmusu.

Xəzinə bileti - dövlət tərəfindən buraxılan, təminatı heç bir qiymətli metal ehtiyatı ilə təmin edilməyən kağız pul.

372

Xidmət sferası - iqtisadiyyatın mühüm sahələrindən biri; əhaliyə xidmət göstərməklə məşğul olan sahələrin, müəssisələrin və təşkilatların məcmusu.

Xidmət bazarı - xalq istehlakı malları bazarının tərkib hissəsi: satış obyekti əhaliyə göstərilən pullu xidmətlərdir. Buraya məişət xidmətləri müəssisələrinin xidmətləri, mənzil-kommunal təsərrüfatı müəssisələrinin xidmətləri, sərnişin nəqliyyatının, mədəniyyət və istirahət idarələrinin və s. xidmətləri aiddir.

Xidmətedid proseslər - istehsal proseslərinin normal, fasiləsiz və ahəngdar gedişində xidmət göstərən bütün proseslərin məcmusu.

Xüsusi mülkiyyət - mənimsəmənin xüsusi forması; iqtisadi münasibətlərin ifadəsi, hüquqi mənada isə xüsusi şəxslərin və firmaların kapital və başqa aktivləri satmaq və vəsiyyət etmək, istifadə etmək, nəzarət etmək, sahib olmaq hüququ.

Xoldinq (holdinq) - elə işgüzarlıq fəaliyyətidir ki, müxtəlif kampaniyaların səhm nəzarət paketləri başqa bir kampaniya (holdinq kampaniyası) tərəfindən alınır və nəticədə onlann fəaliyyətinə nəzarət edilir və dividend formasında gəlir qazanılır. Holdinqə görə həmin müəssisələr “qız" cəmiyyəti adlandırılır. Holdinq iri məbləğdə investisiya tələb edir, odur ki, bir neçə fiziki, yaxud hüquqi şəxslərin birgə səyi nəticəsində təşkil edilir.

- İ -

İqtisadiyyat - cəmiyyəti həyat nemətləri ilə təmin edən aparıcı sahə; insanların həyat fəaliyyətinin mühüm sferası; aparıcı elm sahəsi.

İqtisadi artım - istifadə olunan istehsal amillərini artırmaqla, yaxud texnika və texnologiyanı təkmilləşdirməklə adambaşına düşən ümumi milli məhsulu artırmaq, istehsal olunmuş əmtəə və xidmətlərin kəmiyyətinin istehlak olunmuş əmtəə və xidmətlərin kəmiyyətindən çox olması.

İqtisadi artımın ekstensiv tipi - istehsal amilləri hesabına istehsal məkanının genişləndirilməsi ilə məhsulun artımına nail olmaq. Məsələn, əkin sahəsini genişləndirməklə taxıl istehsalını artırmaq.

İqtisadi artımın intensiv tipi - istehsal məkanını genişləndirmədən, keyfiyyət amilləri hesabına iqtisadi artıma nail olmaq. İqtisadi artım elmi-texnikanın ən yeni nailiyyətlərindən, yeni texnologiyalardan, qabaqcıl idarəetmə metodlarından istifadə etmək və işçilərin ixtisaslarını artırmaqla əmək məhsuldarlığının yüksəldilməsilə mümkün olur.

373

iqtisadi birlik - beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi işində ümumi məqsədə nail olmaq üçün birləşən ölkələr qrupu. Məsələn, Avropa İqtisadi Birliyi (AIB).

İqtisadi blokada - bir ölkənin bir və ya bir neçə ölkə tərəfindən, əmtəələrin və xidmətlərin alqı-satqısından məhrum edilməsi, sərhədlərinin bağlanması və həmin ölkənin iqtisadi cəhətdən təklənməsi.

İqtisadi vasitələr və stimullar - iqtisadiyyatı idarəetmə mexanizminin tərkib hissələri. Qiymət, vergi, əmək haqqı, kredit, faiz və s. iqtisadi vasitə və stimullara aiddir.

İqtisadi qanun - iqtisadi hadisə və proseslərdə mühüm, daim təkrar olunan, sabit, möhkəm, mahiyyətli səbəb və nəticə əlaqələrin ifadəsi.

İqtisadi model - real vəziyyətin, iqtisadi proseslərin, hadisələrin sadələşdirilməsi, abstrakt ümumiləşdirilməsi; iqtisadi model, iqtisadi inkişaf yolu.

İqtisadi siyasət - elmi müddəa və ideyaların, məqsəd və vəzifələrin, siyasi vasitə və əməli tədbirlərin məcmusu. Hər bir dövlət ölkənin iqtisadi problemlərinin həllinə yönəldilmiş iqtisadi siyasət xəttini işləyib hazırlayır və həyata keçirir.

İqtsadi nəzəriyyə - iqtisadi hadisə və proseslərin təhlilindən qanunauyğunluqlar çıxartmaq; əsas iqtisadi ideyalar sistemi. İqtisadi gerçəklik, ümumi inkişaf qanunauyğunluqları, kateqoriyaları və mühüm əlaqələri haqqında bütöv təsəvvür yaradan elmi bilik forması; iqtisad elmlərinin metodoloji əsası.

İqtisadi eksperiment - xalq təsərrüfatı sahələrində istehsal prosesinin və əməyin təşkilinin yeni, həm də səmərəli forma, metod və üsullannı tapmaq məqsədilə aparılan axtarışların və sınaqların mütərəqqi forması.

İqtisadi münasibətlər - maddi nemətlər istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanlar arasında yaranan münasibətlər.

İqtisadi taktika - cari situasiya nəzərə alınmaqla nisbətən qısamüddətli dövr üçün müəyyən olunan iqtisadi davranış, iqtisadi fəaliyyət xətti.

İmmiqrasiya - başqa dövlət vətəndaşının müxtəlif səbəblər üzündən bir ölkəyə köçüb getməsi. Bu adamlar immiqrant adlanır.

İqtisadi inkişaf səviyyəsi - müəyyən dövr (vaxt) ərzində ölkənin (bir qrup ölkənin, iqtisadi rayonun və s.) xalq təsərrüfatının maddi istehsal sahələrinin vəziyyəti. Bu adambaşına düşən ümumi milli məhsul, ümumi daxili məhsul, milli gəlir və habelə ictimai istehsalın strukturu əhalinin məşğuliyyətinin kəmiyyət və keyfiyyət,

374

təbii resurslardan istifadə edilməsi, ictimai istehsalın təşkili, iqtisadi səmərəliliyi və s. ilə müəyyən edilir.

İqtisadi inteqrasiya - müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınmasıdır.

İqtisadi sistem - cəmiyyətdə baş verən hakim iqtisadi münasibətlər və təşkilat formaları əsasında təşəkkül tapmış sistem. Xalqların və cəmiyyətlərin iqtisadi həyatının təşkili forması. Müxtəlif komponentlərin məcmusu.

İqtisadi kibernetika - kibernetikanın nəzəri, metod və üsullarının iqtisadi sistemlərə tətbiq edilməsilə məşğul olan elm sahəsi.

İqtisadi potensial - ölkənin təbii ehtiyatları, istehsal vasitələri, əmək resursları, elmi-texniki imkanları, bütün yığılmış milli sərvəti; milli iqtisadiyyatda əmtəə və xidmətlər istehsalının həcmi, strukturu, texniki səviyyəsi və keyfiyyəti.

İqtisadi proqnoz - iqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin gələcək inkişaf istiqamətləri haqqında elmi tədqiqatlar sistemi.

İqtisadi resurslar - iqtisadiyyatın fəaliyyətdə olması imkanları: maddi, iş qüvvəsi və maliyyə vasitələrinin məcmusu. Təbii resurslar da bu tərkibə daxildir.

İqtisadi islahatlar - dövlətin ölkə iqtisadiyyatında həyata keçirdiyi qismən və köklü dəyişikliklər sistemi.

İqtisadi stimullaşdırma - adamların əmək fəaliyyətinə cəlb edilməsi, onları arzuolunan istiqamətlərə yönəldilməsi, vəsaitlərin sərfinə həvəsləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin məcmusu.

İqtisadi tsikl - iqtisadiyyatda dövrü olaraq enmə və qabcmalarla səciyyəvi olan proses. İqtisadi tsiklin: böhran, durğunluq, canlanma və yüksəliş fazaları vardır.

İqtisadi təbəqələşmə - ölkə əhalisinin öz iqtisadi imkanlarına görə fərqli qruplara bölünməsi. İqtisadi təbəqələşmənin səbəbləri: mülkiyyətdə qeyri-bərabərliyin, ölkədə korrupsiyanın olması və gəlirlərin qeyri-bərabər bölgüsüdür.

İqtisadi tələbat - cəmiyyətin ödənilməsi zəruri olan iqtisadi ehtiyacları. İqtisadi tələbat iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsilə ödənilir.

İqtisadi coğrafiya - ictimai istehsalın ərazi üzrə yerləşdirilməsi qanunauyğunluqlarını, onun inkişafı şəraiti və xüsusiyyətlərini, müxtəlif ölkə və regionlarda yerləşdirilməsini öyrənməklə məşğul olan və coğrafiya elmləri kompleksinə daxil olan ictimai elm sahəsi.

İmtiyazlı səhm - gəliri möhkəm faiz şəklində təsbit edilmiş, satın

375

alınması ilk növbədə nəzərdə tutulmuş səhm. İmtiyazlı səhmlərin sahibləri, bir qayda olaraq, səhmdar cəmiyyətin fəaliyyətində bilavasitə iştirak etmirlər.

İndeks - hər hansı bir iqtisadi hadisənin ardıcıl dəyişməsini faizlə ifadə edən rəqəm.

İqtisadi idarəetmə metodları - cəmiyyətin zəruri nəticələrə nail olması məqsədilə işçilərin, sahibkarların, əmək kollektivlərinin iqtisadi münasibətlərinə və mənafelərinə (maraqlarma) təsir etmə üsulları.

İnduksiya - 1) elmi-tədqiqat metodu, bu metodla, xüsusi faktlar əsasında ümumi müddəalar, prinsiplər çıxarılır; 2) xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu.

İnvestisiya - kapitalın hərəkət forması; ölkə daxilində və xaricində müəyyən müəssisələrin tikilməsinə və yenidən qurulmasına uzun müddətli kapital qoyuluşu.

İnvestisiya siyasəti - daha yüksək gəlir əldə etmək məqsədi ilə əsaslı vəsait qoyuluşunun başlıca istiqamətlərini və xalq təsərrüfatının həlledici sahələrində onların cəmləşdirilməsi üzrə tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu.

İnvestisiya bankı - xalq təsərrüfatının müxtəlif sahələrinin maliyyələşdirilməsi və uzunmüddətli kreditləşməsi ilə məşğul olan bank.

İnvestor - hər hansı bir sahəyə vəsait qoyan. İnjinirinq - dünya ölkəri arasında kommersiya əsasında elmi-texniki

mübadilənin bir forması, işgüzar xidmət forması. Məsələn, mühəndis məsləhət xidməti, məhsul istehsalı və satışı prosesinin hazırlanması və təmin edilməsi, sənaye, kənd təsərrüfatı, infrastruktur üzrə kompleks xidmətlər və başqaları buraya daxildir.

İnhisar - 1) bu və ya digər məhsulun istehsalı və satışının əhəmiyyətli hissəsini öz əlində toplayan və bazarda hökmranlıq edən iri müəssisələr, firmalar və yaxud birliklərin olduğu bazar situasiyası; 2) bu və ya digər fəaliyyətin həyata keçirilməsində müəssisələrə, yaxud fiziki şəxslərə dövlətin verdiyi müstəsna hüquq.

İnhisarçılıq - təsərrüfat subyektlərinin daha yüksək gəlir əldə etmək məqsədilə azad rəqabətə yol verməməsinə, onun məhdudlaşdırıl- masına və aradan qaldırılmasına yönəldilən fəaliyyət.

İnhisar qiyməti - inhisarın müəyyən etdiyi qiymət növü; istehsal xərcləri üstə gəl orta mənfəətdən yüksək olan qiymət; inhisarlar məqsədlərindən asılı olaraq, həm aşağı, həm də yüksək inhisar qiyməti qoya bilərlər.

İnhisarçı rəqabət bazarı - rəqabətə və inhisara əsaslanan qiymətlərin eyni vaxtda mövcud olduğu bazar.

376

inhisar mənfəəti - bir qayda olaraq inhisarçıların öz əmtəələrini adi bazar qiyməti ilə deyil, inhisar qiyməti ilə reallaşdırırlar, bu isə bazar qiymətindən xeyli yüksək olur; qiyməti artırmaq və azaltmaqla əldə edilən mənfəət inhisar mənfəətini təşkil edir.

İnflyasiya - tədavül kanallarının həddən artıq pul kütləsi ilə dolması, pul kütləsi ilə əmtəə təklifi arasında tarazlığın pozulması nəticəsində pulun qiymətdən düşməsi və qiymətlərin surətlə qalxmasıdır.

İnfrastruktur - istehsal və qeyri-istehsal sahələrinə xidmət edən müəssisə və sahələrin məcmusu.

İntellektual mülkiyyət - əqlin, biliyin məhsulları olan mülkiyyət; əqli mülkiyyətin sahibi onu reallaşdırıb gəlir götürmək hüququna malikdir. Əqli mülkiyyətə aiddir: elmi-texniki sahədə ixtiralar, elmi ideyalar, bədii, rəsm əsərləri, kompütür proqramları və s.

İpoteka - uzun müddətli borc almaq məqsədi ilə daşınmaz əmlakın (torpağın, tikililərin və s.) girov qoyulması. Bu yolla verilən vəsait ipoteka krediti adlanır.

İnstitusionalizm - bütövlükdə iqtisadi fəaliyyətin effektliyinin təmin olunmasında institutların (dövlətin, təşkilatların, idarələrin) mühüm rol oynadığını əsaslandıran iqtisadi nəzəriyyə. Bu nəzəriyyə XX əsrin 20-30-cu illərində meydana gəlmişdir.

İmic - firma və onun istehsal etdiyi əmtəələr haqqında yaradılan təsəvvür. İstehlak büdcəsi - ailənin gəlir və xərclərinin balansı. Bu, ailənin müxtəlif

qruplarının həyat səviyyəsini səciyyələndirir. İstehlak dəyəri - şeyin faydalılığı, insanın hər-hansı bir tələbatını ödəmək

qabiliyyəti. İstehsal (maddi) - cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri

maddi nemətlərin yaradılması prosesi. 1. insanların təbiətə münasibətidir. İstehsal adamların həyat fəaliyyətinin təbii şəraiti olmaqla yanaşı, onların digər fəaliyyət növlərinin də maddi əsasıdır.

İstehsal vasitələri bazan - bazarın tərkib hissəsi, istehsal vasitələrinin alqı-satqısını reallaşdıran mexanizm.

İstehsal amilləri - istehsalda istifadə olunan iqtisadi resurslar, torpaq, kapital (istehsal vasitələri), əmək, sahibkarlıq qabiliyyəti, səmərəli idarəetmə.

İstehsal vasitələri - əmək vasitələri və əmək cisimlərinin (pred- metlərinin) məcmusu.

İstehsal vaxü - istehsal vasitələrinin istehsal dairəsində olduğu vaxt. İstehsal fondlarının dövram - istehsal fondlarının hərəkəti prosesində

377

onun ardıcıl surətdə bir formadan başqa formaya çevrilməsi və yenidən əvvəlki formaya qayıtması.

İstehsal fondlarının dövriyyəsi - ayrıca bir əməliyyat kimi deyil, dövri surətdə təkrar olunan dövran, dövranlann cəmi.

İstehsal istehlakı - istehlakın bir növü; istehsalın tələbatını ödəmək üçün istehsal vasitələrinin istehlakı. Bilavasitə istehsal prosesində həyata keçirilir. Xammalın, maşının, avadanlığın, yanacağın və s. istehsal prosesində istehlakı.

İstehsal xərcləri - məhsulun istehsalı və reallaşdırılmasına sərf olunan məsrəflərin cəminin pulla ifadəsi.

İstehsal potensialı - ölkənin, sahənin, müəssisənin iqtisadi gücünün dəyərcə və maddi əşyaca səciyyələndirilməsi; istehsal aparatının maksimum həcmdə məhsul istehsal etmək qabiliyyətini ifadə edir.

İxtisaslaşma - fərdlərin, firmaların, regionlann, yaxud ölkənin resurslarından istifadə etməklə bir (bəzən bir neçə) növ məhsulu istehsal etmələri və xidmətlərin görülməsi.

İxrac - hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkələrə satılması məqsədilə əmtəə və xidmətlərin dünya bazarına çıxarılması.

İcarə - əsas fondların bir qisminin (hissəsinin), müəyyən ödəndə, müvəqqəti istifadəyə verilməsi.

İcarə intizamı - hər bir işçinin, kollektivin, sahibkarın daha yüksək idarə etmə səviyyəsində qəbul edilmiş qərar, sərəncam və göstərişlərə dəqiq əməl edilməsi; sahibkarların bağladıqları müqavilələri və öhdəlikləri vaxtında icra etməsi.

İctimai iaşə - əhalini tam qidalı yeməklərlə təmin etmək məqsədində olan xalq təsərrüfatı sahəsi.

İş vaxtı - qanuna müvafiq müəyyən edilmiş vaxt; işçinin işdə olduğu vaxt. İş qüvvəsi - insanın fiziki və mənəvi qabiliyyətinin məcmusu. İşə görə əmək haqqı - əməyin ödənilməsi forması; bu formada işçi istehsal

etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin kəmiyyət və keyfiyyətinə uyğun olaraq haqq alır.

İşsizlik səviyyəsi - işsizlərin sayının qeydə alınmış iş qabilyyətli fəhlə və qulluqçuların ümumi sayına nisbətinin göstəricisi.

İşsizliyin təbii səviyyəsi - tam məşğulluq zamam olan işsizlik səviyyəsi. İşsizlik - iş axtaran, işlə məşğul olmayan əhalinin mütləq miqdarı və ya

onun ümumi əmək qabiliyyətlilərə faizlə nisbəti. İzafi dəyər - əlavə, üstəlik dəyər; K.Marks təliminə görə, izafi dəyər

istehsal prosesində fəhlənin əməyilə öz iş qüvvəsinin dəyərindən artıq

378

yaratdığı və sahibkar tərəfindən havayı mənimsənilən dəyərdir. İzafi məhsul - bilavasitə istehsalda və xidmət prosesində yaranan milli

gəlirin bir hissəsi; cəmiyyətin ehtiyaclarının ödənilməsinin maddi əsası.

K

Kalkulyasiya - xərc növləri üzrə məhsul vahidinin maya dəyərinin hesablanması.

Kapital - geniş mənada mənfəət gətirmək qabiliyyətində olan hər şey: dar mənada istehsal amillərindən biri - istehsal etmək üçün lazım olan və əməklə yaradılan bütün resurslar. Maliyyə kapitalı, insan kapitalı ifadələri də işlədilir.

Kartel - inhisar birliyi forması; iqtisadiyyatın müəyyən sahəsindəki eyni müəssisələr arasında istehsalın həcmi, satış bazarı, qiymətlər və digər kommersiya şərtləri barədə inhisarçı razılaşma.

Kapital qoyuluşu - iqtisadiyyatm hər hansı bir sahəsinə əsash qoyuluş. Kapitalm hərəkət balansı - tədiyyə balansınm tərkib hissəsi; ölkəyə

kapitalm gətirilməsi və ölkədən çıxaniması əməliyyatlarmm hesabı. Kapitaltutumlu əmtəə - nisbətən daha çox miqdarda kapital tətbiq etməklə

istehsal olunan məhsul. Kateqoriya - iqtisadi nəzəriyyədə müxtəlif hadisələri və kəmiyyət

göstəricilərini ifadə edən anlayışlar. Məsələn, pul, əmtəə, tələb, təklif, rəqabət, mənfəət və s.

Kapital ixracı - 1) mənfəət əldə etmək məqsədilə vətəndaşların, şirkətlərin və dövlətin başqa ölkələrdə yerləşdirdiyi kapital; 2 ) ölkənin vətəndaşlarının və firmalarının başqa ölkələrdən real aktiv və qiymətli kağızlar əldə etmək üçün sərf etdikləri məbləğ.

Kadastr - obyektin (torpaq, bina və s.) gəlirliliyini və qiymətləndirilməsi haqqında informasiya olan sənəd (reyestr).

Kağız pullar - tədavül vasitəsi kimi istifadə olunan kağız pul nişanları. Banknotları (əskinasları) və xəzinə biletlərini ifadə edir.

Keynsçilik - istehsal amillərinin tam istifadə olunmadığı şəraitdə tarazlıq vəziyyətini təhlil edən makroiqtisadi nəzəri istiqamət. C.M.Keynsin adı ilə bağlı olan bu istiqamət iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyini əsaslandırmışdır.

Klirinq - ölkələr, kompaniyalar, firmalar, müəssisələr arasında qarşılıqlı ödəmə yolu ilə aparılan nağdsız hesablaşma: qarşılıqlı ödəmələr məhsulla həyata keçirilir.

Komanda iqtisadiyyatı - maddi resursların dövlətin mülkiyyətində

379

olduğu şəraitdə mərkəzləşdirilmiş planlaşdırma ilə istehsalın təşkili, idarəedilməsini və istiqamətləndirilməsini təşkil edən üsul.

Kommersiya - 1) ticarət; 2) mənfəət əldə etmək məqsədi ilə ticarət fəaliyyəti ilə məşğul olmaq.

Kommersiya krediti - istehsalçı müəssisənin digər alıcı müəssisəyə əmtəəni möhlətlə satması; kommersiya kreditinin əsas aləti vekseldir.

Kommersiya riski - prosesin inkişafı və bazarın vəziyyətinə dair kifayət qədər dəqiq və dəyanətli məlumatların olmadığı qeyri- müəyyənlik şəraitində gəlirlərin azalması, yaxud itirilməsi ilə bilavasitə bağlı olan qərarlar qəbul edilməsi.

Kombinələşmə - sənayedə istehsalın təmərküzləşmə forması; kom- binələşmədə bir istehsalın məhsulları digərləri üçün xammal, yarımfabrikat, yaxud yardımçı material olur; kombinələşmə bir müəssisədə müxtəlif istehsalların birləşməsinə əsaslanır.

Kompaniya - bir neçə müstəqil mülkiyyətçinin kapitallarını birləşdirən sahibkarların müəssisəsi, firması, şirkəti, birlik.

Konqlomerat - inhisar birliyi növü; texnoloji cəhətdən bir-birilə əlaqəsi olmayan müxtəlif sahələrin müəssisələrinin birliyi; konqlomerat bir-biri ilə funksional əlaqəsi olmayan müəssisələrin iri kompaniyalar tərəfindən udulması yolu ilə yaradılmışdır.

Konsern - formal olaraq müstəqil, lakin üzərlərində maliyyə nəzarəti qoyma yolu ilə bir sıra müəssisələri birləşdirən inhisar birliyi.

Konsorsium - müəyyən maliyyə tədbirlərinin həyata keçirilməsi üçün bir neçə iri bank, şirkət və s. firmaların müvəqqəti birləşməsi.

Konsessiya - ölkə daxilində sənaye müəssisələri təşkil etmək, hasilatla məşğul olmaq üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə, şirkətlərə və ya başqa dövlətə verilən hüquq, imtiyaz;

Konsentrat - faydalı qazıntıların saflaşdırılması nəticəsində əldə edilən yarımfabrikat qarışığı.

Kompensasiya - əvəzini vermək, qarşılığın ödənilməsi; müvazi- nətləşdirmə.

Konversiya edilməyən valyuta - digər xarici ölkələrin valyutalarma müstəqil və qeyri-məhdud miqdarda dəyişdirilə büməyən valyuta.

Konyunktura - bazarda yaranmış tələb və təklifin səviyyəsi, bazann fəallığı, qiymətlərlə, satış həcmləri ilə səciyyələnən iqtisadi situasiya.

Kooperativ - vətəndaşların mülkiyyət payı əsasında yaratdıqları könüllü təşkilat;

Kooperasiyalaşma - müəyyən məhsulu birgə hazırlayan və özünün təsərrüfat müstəqilliyini saxlayan müəssisələr arasmda uzunmüd

380

dətli istehsal əlaqələri sistemi. Korporasiya - hüquqi və fiziki şəxslərin təsərrüfat müəssisələri yaratmaq

məqsədilə qanunla öhdəlik götürmüş könüllü təşkilat (səhmdar müəssisə).

Kombinat - xammalı eyni mənbədən alan sənaye müəssisələrin birliyi. Korrupsiya - ölkədə məmurların və ictimai xadimlərin dövlət

səviyyəsində bir-birinə rüşvət verməsi. Kupon - dividend və ya faiz şəklində sahibinə müəyyən gəlir gətirən

qiymətli kağızın (səhm və ya istiqraz) faiz talonu. Krona - Çexiya, İsveç, Norveçin və s. ölkələrin pul vahidi. Kror - Cənub-Şərqi Asiyanın bir sıra dövlətlərində iri pul vahidi (10

milyon rupiyə bərabərdir). Kruzeyro - Braziliyanın pul vahidi (100 sentavoya bərabərdir). Kupyura - üzərində nominal dəyəri göstərilmiş əskinas, səhm, istiqraz və

digər qiymətli kağızlar. Kre^t - borc kapitalının hərəkət forması; banklar tərəfindən fiziki və

hüquqi şəxslərə geri qaytarılmaqla, faizi ödənilməklə, müəyyən müddətə və təminatla verilən borcdur.

Kredit bazan - borc kapitalı bazarı; borc verənlə borc alan arasında münasibətlərin məcmusu. Kredit bazarı borcvermənin bütün formalarını - kommersiya, bank, istehlak, dövlət, beynəbcalq kreditlərini əhatə edir.

Kredit siyasəti - makroiqtisadi sabitliyi, pul tədavülünü sabit saxlamaq, inflyasiyaya yol verməmək siyasəti.

-Q-

Qanun - təbiət və cəmiyyətdə hadisə və prosesləri tənzimləyən ali qaydalardır; qanun hadisə və proseslərdə ən mühüm, sabit, təkrarlanan, səbəb-nəticə əlaqələrinin ifadəsidir. Qanunlar obyektivdir, insanların arzusundan, istəyindən asılı olmayaraq fəaliyyət göstərir. İnsanların yaratdığı qanunlar isə hüquqi qüvvəyə malikdir, onları dəyişdirmək, yenisi ilə əvəz etmək olar. Hüquqi qanunlar da alidir, mövcud dövlətin bütün vətəndaşları onlara tabe olmalı, onlara əməl etməlidir. İqtisadi qanunlar da obyektiv olub iqtisadi prosesləri tənzimləyir (tələb qanunu, təklif qanunu, rəqabət qanunu və s.).

Qapalı valyuta, (konvertləşməyən valyuta) - yalnız bir ölkə ərazisində istifadə edilən valyuta. Əksər inkişaf etməkdə olan ölkələrin valyutaları konversiya olunmayan valyutadır.

3 8 1

Qarant (zəmanət) - bu və ya digər öhdəliyin yerinə yetirilməsinə təminat (zəmanət) vermək. Öhdəlik yerinə yetirilmədikdə qarant məsuliyyət daşıyır.

Qapalı iqtisadiyyat - öz daxili imkanları hesabına fəaliyyət göstərən, ixrac və idxal əməliyyatları ilə məşğul olmayan ölkənin iqtisadiyyatı.

Qapalı tipli korporasiya - açıq hərracda səhmlər satmayan korporasiya. Qarışıq iqtisadi sistem - müxtəlif mülkiyyət formalan və təsərrüfat

formalarının eyni vaxtda mövcud olduğu iqtisadiyyat. Qarışıq iqtisadi sistem müxtəlif mexanizmlərdən istifadə olunmaqla tənzimlənir.

Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) - sosialist dövlətlərinin çoxtərəfli əməkdaşlığının beynəbcalq iqtisadi təşkilatı. 1949-cu ildə yaradılmışdır.

Qeyri-elastik təklif - elastik əmsalının təklif vahidindən az olması; qiymətin dəyişmə faizinin təklifin həcminin dəyişmə faizindən çox olması.

Qeyri-elastik tələb - elastik əmsalının tələb vahidindən az olması; qiymətin dəyişmə faizinin tələbin həcminin dəyişmə faizindən çox olması.

Qeyri-istehsal fondları - qeyri-istehsal sahəsinin müəssisə və təşkilatlarının sərəncamında olan, istehsal prosesində bilavasitə iştirak etməyən və onun davam etdirilməsinə dolayı yolla köməklik göstərən mənzil fondları, mədəni-məişət ocaqları, binalar, qurğular və s. daxildir.

Qeyri-məhsuldar əmək - bilavasitə məhsulun və dəyərin yaranmasında iştirak etməyən əmək.

Qeyri-məhsuldar xərclər - istehsalın təşkili, material resurslarının uçota alınması və saxlanması proseslərində, eləcə də istehlakçılarla olan müqavilə şərtlərinin pozulması və s. səbəblərdən yaranan məsrəflər (pul ifadəsi ilə).

Qənaət - istehsal zamanı vəsaitdən və vaxtdan səmərəli istifadə edildikdən sonra sərəncamda qalan vəsait və vaxt. Qənaət edilmiş vaxt cəmiyyət üçün əsl sərvətdir.

Qənaət rejimi - istehsal zamanı mövcud resurslardan və vaxtdan səmərəli istifadə etməklə az məsrəflə və az vaxtda daha çox nəticə əldə etmək. Əmək məhsuldarlığını yüksəltməklə canlı və keçmiş əməyə qənaət olunur.

Qənaət edilmiş vəsait - gələcəkdə istifadəsi nəzərdə tutulan toplanmış maddi və pul vəsaitləri.

382

Qızıl - parlaq metal; əmtəə istehsalı şəraitində ümumi dəyər forması, pul rolu oynayan əmtəə; hazırda qızıl pul rolunda çıxış etmir, adi metal olaraq istehsalda istifadə olunur.

Qızıl ehtiyatı - külçələr və sikkələr halında qızıl ehtiyatı fondu olub, mərkəzi emissiya bankına məxsusdur; beynəlxalq hesablaşmalar aparılmasını həyata keçirərkən ehtiyat fondu kimi fəaliyyət göstərir.

Qızıl pariteti - paritet müxtəlif ölkələrin valyutaları arasındakı nisbəti əks etdirir; ölkənin pul vahidi tərkibində xalis qızılın çəkisidir, bu ölkənin qanunvericiliyi ilə rəsmiləşdirilir. Dövlət Bankı tərəfindən xarici valyutanın təyin edilməsində baza kimi istifadə edilir.

Qızıl təminatı - ölkənin Mərkəzi Bankında qızıl ehtiyatı olub, bank emissiyasını ödəmək üçün istifadə olunur.

Qızılın hərəkəti - qızılın ölkəyə axıb gəlməsi, yaxud xaricə axıb getməsi. Qızıl standartı - kağız pulların təsbit olunmuş qiymətlər əsasında qızıla

sərbəst dəyişdirilməsinə və qızılın xaricə sərbəst aparılmasına icazə verən pul sistemi.

Qız cəmiyyəti - inhisarların hakim olduğu inkişaf etmiş ölkələrdə nəhəng inhisar birliyi olan ana korporasiyanın (cəmiyyətin) filialları.

Qiymət - əmtəə və xidmət vahidi üçün ödənilən pulun miqdarı. Qiymət indeksi - qiymətin dəyişməsinin və bunun bilavasitə əsas

amillərin təsiri nəticəsində baş verməsini müəyyən etmək məqsədilə hesablanan xüsusi göstərici. Bundan məhsulun nominal həcmi ilə onun real həcminə nisbətini, inflyasiyanın sürətini hesablamaqda istifadə olunur.

Qiymətin liberallaşdırılması - bazara daha çox əmtəə daxil olması şəraitində qiymətin bazarda sərbəst formalaşması. Bu prosesdə dövlət qiyməti müəyyən etməkdən kənarda dayanır, qiymətin qoyulmasına müdaxilə etmir.

Qiymət miqyası - müəyyən ölkədə pul vahidi kimi müəyyən edilmiş metalın (qızılın və yaxud gümüşün) çəki miqdarı. Q.m. xalis texniki funksiyanı yerinə yetirir: onun köməyilə müəyyən adda pul vahidi bütün əmtəələrin ölçülməsinə və istifadə olunmasına xidmət edir. Azərbaycanda Q.m. manatdır.

Qiymətin tarazhğı - rəqabətli bazarda tələb və təklifin həcminin bərabərliyi şəraitindəki qiymət; əmtəə və xidmətlərin nə artıqlığı, nə də çatışmazlığı şəraitində olan qiymət.

Qiymətin səviyyəsi - ölkədə istehsal olunan əmtəə və xidmətlərin

383

qiymətlərinin illik orta səviyyəsi. Qiymət nəzəriyyələri - qiymətin mahiyyəti, məzmunu, dəyişməsi və

rolunu öyrənən elmi istiqamət. Qiymətli kağız - sahibinin müəyyən mülk və ya pul məbləğini ala bilməsi

hüququnu təsdiq edən qiymətli kağız, pul və ya əmtəə sənədi formasında olan borc öhdəliyi.

Qloballaşma (iqtisadiyyatda) - milli iqtisadiyyatların bir-birindən daha çox qarşılıqlı asılılığa düşməsi, vahid dünya iqtisadiyyatının yaranması prosesi.

Qlobus - Yerin çox kiçildilmiş kürəformasında modeli.

L-

Laq - vaxt etibarı ilə bir hadisənin onunla bağlı digər hadisəyə nisbətən geri qalmasını, yaxud onu ötüb keçməsini əks etdirən göstərici.

Laffer əyrisi - vergi daxil olmalarının vergi dərəcəsindən asılılığını əks etdirir. Vergi dərəcəsinin optimal həddi olduğunu və bu həddin aşılmasının vergi daxil olmalarının azalması ilə nəticələnəcəyini göstərir.

Lisenziya - ayrı-ayrı şəxslərin və təşkilatların patentlə mühafizə olunan ixtiralardan, texniki biliklərdən, təcrübədən, istehsal sirrindən, ticarət markasından, bəzi texnologiyaların tətbiqindən istifadə etmələrinə verilən icazə.

Lisenziya ticarəti - “nou-xau" patent və ixtiralara olan lisenziya sövdələşmələri də daxil edilməklə texnologiyalarda beynəbcalq ticarət forması. Patentlər və onlarla əlaqədar olan “nou-xau’’-larin kompleks şəkildə verilməsini nəzərdə tutan lisenziya sazişləri.

Lizinq - istehlakçıların sifarişi ilə satın alınmış əmlakın (maşın, avadanlıq, dəzgah və s.) onlara orta və uzun müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növü.

Likvidlik - hər hansı bir məhsulun pula çevrilmək qabiliyyəti, tək və ya bir qrup fiziki şəxsin, firmanın və ya hər hansı başqa təşkilatın, müəssisənin öz maliyyə təəhhüdlərini (öhdəliklərini) ödəmək qabiliyyətini əks etdirən göstərici; tezliklə pula çevrilə bilən.

Likvidlik xüsusiyyəti - hər hansı bir təşkilatın, idarənin, fiziki və hüquqi şəxsin öz borcunu ödəyə bilmək qabiliyyəti.

Limit - son norma. Ayrı-ayrı sahələrdə ehtiyat göstəricisi. Limit qiymətlər - qiymətin son həddi; müəyyən məhsul növünün qiy-

384

mət səviyyəsinin yuxarı həddi. Lokal bazar - bir neçə yaşayış məntəqələrini birləşdirən hər hansı bir bazar

(yerli bazar). Lombard - əhalidən daşınan əmlakı və qiymətli əşyaları girov qəbul

etməklə borc verən müəssisə; xidmət növü. Lorents əyrisi - ölkənin məcmu pul gəlirlərinin aztəminatlı və yüksək

gəlirli ailələr arasında bölgüsünün qrafiki təsviri. L.Ə. gəlirlərin bölgüsündə qeyri-bərabərliyin olduğunu aydın göstərir.

- M -

Makroiqtisadiyyat - elmi təlim; m.i. iqtisad elminin bütövlükdə iqtisadiyyatın xalq təsərrüfatı səviyyəsində ümumi qanunauyğunluqlarını öyrənən bölməsi; makroiqtisadiyyat iqtisadi agentlərin məcmu davranışları haqqında elm.

Makroiqtisadi tarazlıq - makroiqtisadi səviyyədə tələblə təklif arasında ümumi tarazlıq.

Maddi istehsal - maddi nemətlər yaradılan istehsal sahələri. Buraya əsasən sənaye, kənd təsərrüfatı, tikinti, istehsala xidmət edən rabitə, ictimai iaşə daxildir.

Maddi tələbat - ödənilməsi zəruri olan maddi (çörəyə, mənzilə, paltara və s.) ehtiyaclar.

Maya dəyəri - məhsulun istehsalı və satışı ilə əlaqədar xərclərin məcmusu. Makler - birjalarda sövdələrin bağlanması üzrə vasitəçilik edən şəxs.

Müştərilərin tapşırığı ilə və onların hesabına iş görən. Marja - depozitlərin, qiymətli kağızların alış və satış qiymətləri arasındakı

fərq. Marjinalizm - XIX əsrin 70-80-ci illərində təşəkkül tapmış iqtisadi

nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir məhsulun mübadilə dəyəri onun istifadə olunan son vahidinin dəyərliyi ilə müəyyən olunur.

Manufaktura - əl əməyinə və əmək bölgüsünə (sadə əmək bölgüsü) əsaslanan, muzdlu əmək tətbiqi ilə işləyən kapitalist - sahibkar müəssisəsi: M. XVI-XVIII əsrlərdə Qərbi Avropada yaranmış və sonra maşınlı istehsalla əvəz olunmuşdur.

Maliyyə kapitalı - inhisarçı sənaye kapitalı ilə inhisarçı bank kapitalının qovuşmasından yaranan inhisarçı kapital; pul kapitalı.

Maliyyə bazarı - qiymətli kağızlar, kredit və valyuta bazarlarını əhatə edən bazar.

385

Maliyyə - pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzrə münasibətlər sistemi.

Maliyyə sistemi - dövlətin maliyyə fəaliyyətini və maliyyə münasibətlərini tənzimləyən qanunlar, qaydalar və normaların məcmusu (pul sistemi, maliyyə idarələri sistemi).

Maliyyə iqtisadi stabilləşmə - yüksək inflyasiyanın aradan qaldırılmasına yönələn kompleks iqtisadi siyasət tədbirləri. Bunlara büdcə kəsirinin aradan qaldırılması, faiz dərəcələrinin artırılması, əhali gəlirlərinin məhdudlaşdırılması və s. daxildir.

Marketinq - tələbat amilləri məsələlərinin ətraflı öyrənilməsi və onların aktiv qeydiyyatı ilə məşğul olması; ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş fəaliyyətin növü. Bazarın hərtərəfli öyrənilməsi; bazar iqtisadiyyatı şəraitində idarəetmə üsulu kimi qiymətləndirilir.

Marketinqin məqsədi - şəxsi və ictimai tələbatı ödəyə bilən miqdarda satış həcminə nail olmaqla, istehsalın yüksək səmərəliliyinin və gəlirliyinin təmin edilməsi.

Marketoloq - marketinq üzrə mütəxəssis. Material tutumluğu - hər hansı bir məhsulun istehsalına material

resurslarının sərfini təyin edən, ictimai istehsalın iqtisadi səmərəlilik göstəricilərinin ən mühümlərindən biri.

Menecment - idarəetmə elmi və fəaliyyəti; istehsalın gəlirliliyini və səmərəliliyini yüksəltmək məqsədilə idarəetmədə tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusu.

Menecer - sahibkar tərəfindən təyin edilmiş və istehsalın idarə edilməsini təşkil edən yüksək ixtisaslı mütəxəssis.

Meliorasiya - qurutma, suvarma və s. yolu ilə torpaqların münbitliyini yaxşılaşdırma.

Merkantilizm - ilkin kapitalizm dövründə (XVI-XVIII əsrlər) yaranmış iqtisadi nəzəriyyə və iqtisadi siyasət. M. qızıl və gümüşü əsas sərvət hesab edir, bu sərvəti artırmaqla ölkəni varlı etmək ideyasını əsaslandırmağa çalışırdılar.

Metod - təbiətdə, cəmiyyətdə və təfəkkürdə baş verən proseslərin və qanunauyğunluqların öyrənilməsinə yanaşmağın qayda və üsulları sistemi.

Meqapolis - şəhər aqlomerasiyalarının və ya iri şəhərlərin birləşməsi nəticəsində yaranan nəhəng şəhər sistemi.

Metropoliya - müstəmləkəsi olan ölkə. Metodologiya - a) hər hansı bir elm sahəsində tətbiq edilən tədqiqat

üsullarının məcmusu; b) elmi dərketmənin prinsipləri, formaları,

386

üsulları və formaları haqqında təlim. Mənfəət - müəssisənin ümumi gəlirindən istehsal məsrəfləri çıxıldıqdan

sonra yerdə qalan hissə. Mənfəət istehsalın səmərəliliyini yüksəltməkdə hərəkətverici qüvvədir.

Məcmu təklif - müxtəlif qiymət səviyyəsində təklif oluna bilən əmtəə və xidmətlərin ümumi miqdarı, kəmiyyəti.

Məcmu tələb - müxtəlif qiymət səviyyəsində alına biləcək əmtəə və xidmətlərin ümumi həcmi.

Məcburi ehtiyat - qanunla müəyyən edilən ehtiyat. Məsrəf və nəticələrin təhlili - məsrəf və nəticələr arasında qarşılıqlı

asılılığı tədqiq etmək üçün istifadə olunan metod. Məşğulluq - əhalinin əmək fəaliyyətində iştirakı. Məşğulluq səviyyəsi

əmək qabiliyyətli əhalinin miqdarı ilə iş yerlərinin nisbətindən asılıdır. Məhsuldar qüvvələr - istehsal vasitələri və onları hərəkətə gətirərək maddi

nemətlər istehsal etməyi bacaran insanlar. Elm də məhsuldar qüvvədir. Başlıca məhsuldar qüvvə insanın özüdür.

Məqsədli bazar - firmanın marketinq fəaliyyəti üçün seçilmiş bir və ya bir neçə bazar sistemi.

Minimum əmək haqqı - ən aşağı əmək haqqıdır, qanunla sahibkar ondan aşağı əmək haqqı verməməlidir. Bu əmək haqqı işçinin zəruri tələbatını ödəməli və iş qüvvəsinin təkrar istehsalını təmin etməlidir.

Milli iqtisadi təhlükəsizlik - ən əlverişsiz şəraitdə belə milli maraqların qorunması, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş fəaliyyət.

Milli gəlir - müəyyən dövrdə, məsələn, bir ildə yaradılmış ümumi məhsul dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra yerdə qalan hissə (birgə götürülmüş mənfəət, əmək haqqı, renta və faiz).

Milliləşdirmə - qanunvericilik yolu ilə əmlakın xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi.

Miqrasiya - əhalinin müxtəlif səbəblər üzündən bir yerdən (kənddən, ölkədən) başqa yerə köçməsi.

Mikroiqtisadi təlim - ev təsərrüfatı, firma, sahələr kimi bir-birindən ayrılmış iqtisadi vahidləri, ayn-ayn bazaları, konkret qiyməüəri və konkret əmtəə və xidmətləri tədqiq edən iqtisad elminin bir bölməsi.

Mikroiqtisadiyyat - iqtisadiyyatın ev təsərrüfatları, firmalar, müəssisələr, bazarlar və bazar subyektləri səviyyəsindəki durumu (mövcudluq halı).

387

Milli sərvət - xalqın öz tarixi ərzində yaratdığı sərvət; xalq təsərrüfatında bütün istehsal və qeyri-istehsal fondlarının, ehtiyatların, şəxsi və ictimai əmlakın məcmusu.

Milli məhsul - ölkədə bir il ərzində yaranan məcmu məhsulu ifadə edir. Onun Ümumi milli məhsul (UMM) və Ümumi daxili məhsul (ÜDM) kimi növləri var.

Müəssisə - vahid xalq təsərrüfatında ilkin özək; hüquqi və fiziki şəxs sifətində müstəqil təsərrüfat vahidi; o öz əmlalundan və istehsal vasitələrindən istifadə edərək hər hansı bir məhsul istehsal edir, onu reallaşdırır və yaxud xidmət sahəsində fəaliyyət göstərir.

Mülkiyyət - mühüm iqtisadi kateqoriya olub, dövlətin, fiziki və hüquqi şəxslərin istehsal vasitələri və istehsalın nəticələrinin mənimsənilməsi üzrə münasibətlərini ifadə edir; o, həm də hüquqi kateqoriyadır, mülkiyyətçi əmlaka sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququna malikdir. Ona fəlsəfi və tarixi kateqoriya kimi də baxılır.

Müasir iqtisadi təfəkkür - elmin ən yeni nailiyyətlərini və ictimai istehsalın indiki inkişaf mərhələsinin keyfiyyət xüsusiyyətlərini əks etdirən iqtisadi görüşlər (fikirlər).

Müştərək müəssisə - xarici ölkələrlə milli sənaye və digər sahələrdə olan əməkdaşlığın yeni, mütərəqqi və mürəkkəb forması. O, tərəfdaşların şərikli mülkiyyətinə və onun istifadəsinin nəticələrinin mənimsənilməsində birgə fəaliyyətə əsaslanır.

Mütərəqqi (proqressiv) vergi - vergi ödəyənin gəliri artdıqca orta normanın artması və həmin gəlir azaldıqca azalan vergi.

Multiplikator - bir dəyişənin artımının digər dəyişənin nə qədər artdığını əks etdirən əmsal. M. iqtisadiyyatın müxtəlif bölmələrində baş verən dəyişikliklərin zəncirvari nəticələrinin kəmiyyətcə ölçülməsi üçün tətbiq olunur.

Müqayisəli üstünlük - bir istehsalçının digər istehsalçı ilə müqayisədə daha az məsrəflə işləmək imkanında olması, nəticədə birinci daha yüksək qazanc əldə edir. Müqayisəli üstünlük müxtəlif ölkələr üçün səciyyəvidir və beynəbolq ticarətdə öz əksini tapır.

Müqayisəli xərclər - xərclərin müqayisəsi yolu ilə daha ucuz başa gələn məhsulun istehsalına üstünlük vermək. Ölkədə baha başa gələn məhsulu ucuz istehsal edən ölkədən almaq.

Monetarizm - iqtisadiyyatda dəyişikliklərin pul kütləsinin həcminin artıb-azalmasından asılı olduğunu iddia edən nəzəriyyə.

Monopsoniya - inhisarçı (bir) alıcmm olduğu bazar; o digər alıcı ol- madığma görə kənd təsərrüfatı məhsullannı aşağı qiymətlə ala bilir.

388

Monokultura - müəyyən bir ölkənin yalnız bir bitki növü yetişdirmək üzrə ixtisaslaşması.

Mövsümi enib-qalxma - mövsümün dəyişməsi ilə iqtisadi fəallıq səviyyəsinin, o cümlədən, qiymətlərin bir il ərzində artıb-azalması.

-N-

Nağdsız hesablaşmalar - nağd pulun iştirakı olmadan müəyyən məbləği tədiyyəçinin (ödəyicinin) hesabından satıcının hesabına keçirməklə, yaxud qarşılıqlı tələbləri hesablamaqla həyata keçirilən hesablaşmalar.

Natural göstəricilər - hadisələrin kəmiyyətini onlara xas olan natural formada səciyyələndirən göstəricilər; hadisələrin fiziki vəziyyətini əks etdirən vahidlərlə ölçülür. Məsələn, natural ifadədə neft çıxarılması kütlə, yaxud həcm vahidlərində, əhalinin hər nəfərinə görə şəkər istehlakı kiloqramla, ümumi taxıl yığımı tonla və ya sentnerlə, minik maşınlarının buraxılışı-ədədlə ölçülür və s.

Natural təsərrüfat - mübadilə və satış üçün məhsul istehsal edən təsərrüfatdan fərqli olaraq öz ehtiyaclarını özü istehsal etdiyi məhsullar hesabına təmin edən qapalı təsərrüfat, yalnız öz daxili ehtiyaclarını öz istehsalı hesabına ödəyən təsərrüfat.

Nağd hesablaşmalara görə güzəştlər - ödənişləri tezliklə ödəyən alıcılara qiymətdə edilən güzəştlər.

Natamam rəqabət - xalis rəqabətin və xalis inhisarın fəaliyyət göstərdiyi bazarlardan başqa, bütün bazarlar; inhisarçı rəqabət, oliqopoliya, oliqopsoniya və s.

Nominal - 1) qiymətli kağızların (səhm, istiqraz və kağız pul) üzərində göstərilən nominal dəyər; 2) faktiki dəyərə uyğun gəlməyən, rəsmi elan edilmiş dəyər.

Nominal dəyər - qiymətli kağızların, banknotların, sikkələrin üzərində göstərilən dəyər; malın, pulun üstündə yazılan qiymət.

Nominal əmək haqqı - muzdlu işçilərin aldığı pul vəsaitlərinin məbləği, real əmək haqqından fərqli olaraq nominal əmək haqqında qiymətlərin dinamikası nəzərə alınmır.

Nominal gəlir - müəyyən dövr ərzində hər bir fərdin və ya sosial qrupun əldə etdiyi müəyyən miqdar pul gəliri.

“Nou-xau” - əmtəələrin istehsalının və reallaşdırılmasının təşkili üçün zəruri olan elmi-texniki və iqtisadi biliklər, istehsal və təsərrüfat təcrübəsi, xüsusi vərdişlər məcmusu. Elmi-texniki, ticarət- maliyyə “nou-xau”ları bir-birindən fərqləndirilir.

389

Normativ - hər bir vahid üçün sərf edilən vəsait və ya materialın miqdarı. Normal mənfəət - sahibkar gəlirinin hissəsi; sahibkarlıq qabiliyyətini

saxlamaq və onu əldə etmək üçün firma ödənişləri verməli, minimum gəlir o qədər olmalıdır ki, sahibkarlıq qabiliyyətini mükafatlandırmaq, firmanın sahibkarlıq fəaliyyətini stimullaşdırmaq mümkün ola bilsin.

Nulifikasiya - 1) ləğvetmə, hər hansı bir qanunun etibarsız olmasını etiraf etmək; 2) pul həddindən çox qiymətdən düşdükdə dövlət qanun verməklə əvvəlki pul nişanını ləğv edir.

Nümunə bazar - yeni məhsul nümunələri satışının keçirildiyi yer. Bu bazarda yeni növ məmulatın külli miqdarda istehsalının kommersiya baxımından yararlı olub-olmaması yoxlanılır.

- O -

Oliqopoliya - müəyyən məhsulların istehsalında və bazarında bir neçə iri firmanın hakim mövqedə olması.

Oliqopolik bazar - bir-birinin qiymətqoyma siyasətinə və marketinq strategiyasına həssas olan azsaylı satıcıların çoxlu sayda alıcılarla ticarət etdiyi bazar.

OPEK - neft ixrac edən ölkələrin 1960-cı ildə yaratdığı təşkilat; bura daxil olan dövlətlər təşkilatı neft hasilatı və ixracı sahəsində eyni siyasət yeritmək və ona qiymət qoymaq məqsədilə yaratmışlar.

Opsion - müəyyən vaxtlarda qiymətli kağızların şərtləndirilmiş qiymətlərlə əldə edilməsi və satılması hüququ; iki tərəf arasındakı imtiyazlı sazişdir. Bir tərəf digər tərəfə öz maliyyə vəsaitini (səhmi, istiqrazı, xarici valyutanı və s.) satmaq və ya almaq hüququ verir. Alqı-satqı üzrə saziş bağlayan tərəflər müəyyən öhdəliklər götürürlər.

Operativ uçot - istehsalın ayrı-ayrı sahələrində təsərrüfat əməliyyatlarının, hadisə və proseslərin cari qaydada əks etdirilməsi üsulu. Buna bəzən operativ-texniki uçot da deyilir. Bu uçotun əsas məqsədi, istehsala nəzarətin həyata keçirilməsi və onun operativ idarə edilməsini təmin etməkdir.

Optimal variant - müxtəlif, çoxsaylı variantlardan ən səmərəlisi, əlverişlisi.

Optimal istehsal miqdarı - optimal istehsal nöqtəsinə uyğun olan istehsalın kəmiyyəti.

Orta xərclər - firmanın ümumi xərclər həcminin onun məhsulunun

390

həcminə bölünməsi: dəyişən və daimi xərclərin bölünmə məbləğinə bərabər olması.

Orta dəyişən xərclər - firmanın dəyişən xərclərinin ümumi həcminin onun məhsulunun həcminə bölünməsi (istehsal olunmuş məhsulun miqdarına).

Orta daimi xərclər - firmanın daimi xərclərinin ümumi həcminin onun məhsulunun həcminə bölünməsi (istehsal olunmuş məhsulun miqdarına).

Ouken qanunu - Amerika iqtisadçısı A.Ouken tərəfindən təklif edilmişdir. Bu qanuna görə işsizliyin artması ilə real istehsalın azalması arasında asılılıq vardır. Onun hesablamasına görə asılılıq daimidir və 3 əmsalına bərabərdir, yəni işsizliyin İfaiz artması istehsalın 3 faiz azalmasına səbəb olur.

- O -

Ödəmə fondu - ictimai məhsulun istehsalı prosesində istehlak olunmuş istehsal vasitələrinin ödənilməsi məqsədilə yaradılmış fond.

Ödəmə qabiliyyəti - ticarət, kredit və ya digər təsərrüfat əməliyyatları yerinə yetirilərkən meydana çıxan, ödəniş öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirə bilmək qabiliyyəti.

Ödəniş (tədiyyə) balansı - hər hansı bir müəssisə və təşkilatın digər təşkilatla müəyyən vaxt müddətində bağladığı sazişə uyğun xidmət göstərməsini, pul vəsaitlərinin hərəkətini və birtərəfli ödənişləri özündə əks etdirən sistemləşdirilmiş qeydiyyat hesabı.

Ödənilməyən tələb - bazarda lazımi əmtəələrin olmaması, yaxud onlann keyfiyyətinin və çeşidinin alıcıların arzu və istəklərinə uyğun gəlməməsi üzündən həqiqi (gerçək) tələbüı realizə olunmayan hissəsi.

Ödənişli xidmət - istehlakçıya haqqı ödənilməklə göstərilən xidmət. Özünümaliyyələşdirmə - təsərrüfatçılıq forması; öz gəlirləri ilə öz

xərclərini ödəyə bilmək. Özününküləşdirmə - fiziki və ya hüquqi şəxsin hər hansı bir əşyanı,

əmlakı, müəssisəni özünün mülkiyyəti etməsi, mənimsəməsi. Özəlləşdirmə - dövlətdə və yaxud ictimai mülkiyyətdə olan müəssisə və

əmlaklarının ayrı-ayrı vətəndaşlara, xüsusi firmalara, o cümlədən, xarici firmalara pulla satılması, yaxud pulsuz xüsusi (özəl) mülkiyyətə verilməsi.

Öz xərcini ödəmə - istehsal olunan məhsulun satışı və ya göstərilən xidmət hesabına qazanılan gəlirlə öz xərclərini tam ödəmək üzrə təsərrüfatçılıq prinsipi.

391

öhdəlik zəmanəti - hüquqi və ya fiziki şəxsin öz üzərinə götürdü}m öhdəliyə əməl edəcəyinə əminliyi təsdiqləyən sənəd.

Ölkə daxilində kapital yığımı - milli gəlirin bir hissəsinin ehtiyat kapital kimi yığılması; gəlirin hesabına əsas istehsal fondlarının artırılması.

-P-

Paritet - tərəflərin bərabərhüquqlu olması; Paritet müxtəlif ölkələrin valyutaları arasında qızıl hesabı ilə xidmət.

Pay iştirakçıları - pay qoymaq əsasında müəssisə yaradılması; P.i. iştirak payına uyğun olaraq iştirakçı mənfəətdən pay alır.

Pay fondu - kooperativ təşkilatı üzvlərinin üzvülük payından yaradılan fond.

Paraflama - tərəflərin müqavilədə göstərilən şərtlərə razılıq əlamətini bildirən müxtəsər imza. Bu müqavilənin səhifələrinə adı, atasının adı, familiyası qoyulmaqla təsdiq edilir.

Patent - 1) ixtiraçımn ixtira hüququnu təsdiq edən şəhadətnamə; 2) hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəd.

Patent-lisenziya fəaliyyəti - firmamn, müəssisənin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatının, elm-istehsal birliyinin informasiya fəaliyyətinin struktur hissəsi; patent müdafiəsi, yaxud lisenziya sazişləri predmeti ola bilən elmi-texniki nəticələrin aşkar edilməsindən ibarətdir.

Patent hüququ - ayrıca hüquq sahəsi; onun formaları, patent verməklə ixtiraların hüquqi mühafizə sistemini müəyyənləşdirir.

Partnyorluq - qanunlara ziddiyyət təşkil etməyən (sərbəst) müqavilə əsasmda iki və ya daha çox adamm şərikli işləmək üçün birləşməsi.

Penya - dəbbə pulu forması (cəza) ; borclu tərəf öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə müəyyən məbləğ əlavə ödəyir.

Pərakəndə satış ticarəti - ticarətin təşkili forması; bu ticarət yolu ilə əmtəələr geniş istehlakçılara satılır (çoxsaylı mağazalarda, köşklərdə, yeməbcanalarda və s.).

Pərakəndə saüş qiyməti - bazar qiymətinin bir forması; qiymətlər sistemində axırıncı (sonuncu) qiymət; əhaliyə və digər son istehlakçılara satılan əmtəələrin və xidmətlərin qiyməti.

Pərakəndə satış əmtəə dövriyyəsi - əmtəə tədavülü prosesində xalq istehlakı mallarının və xidmətlərin əhaliyə və digər son istehlakçılara satışının pul ifadəsilə ümumi miqdarı.

392

Potensial rəqib - artıq yüksək iqtisadi mənfəət götürən firmaların fəaliyyət göstərdiyi sahələrə yeni firmaların daxil olmaq imkanı.

Praktika (təcrübə) - insanın məqsədyönlü fəaliyyət göstərdiyi sahə; əldə olunmuş elmi nəticələrin meyarı.

Prefisit - gəlirlərin xərcləri üstələməsi. Preyskurant - əmtəə və xidmətlərin qiymətlərini əks etdirən məlumat

sənədi. Preferensiya - bir dövlətin digər dövlətlə ticarət əlaqəsi zamanı ona verdiyi

üstünlüklər, etdiyi güzəştlər. Prioritet (latınca prior-birinci, böyük) - müəyyən zaman kəsiyində

üstünlük verilən, əhəmiyyətli hesab edilən sahələr (iqtisadiyyatın prioritet sahələri, inkişafın prioritet istiqamətləri).

Proteksionizm - gömrük vasitələrindən, valyuta, yaxud kredit siyasətindən istifadə edərək dövlətin öz milli əmtəə istehsalçılarını xarici rəqabətdən qoruması.

Proqnozlaşdırma - hər hansı bir hadisənin, yaxud hadisələr sisteminin inkişafı istiqamətlərinə yönəldilmiş elmi tədqiqat. Hadisələrin gələcəkdə ola biləcəyi nəticələri haqqında məlumat əldə etmək və alternativ məlumatlar hazırlamaq.

Proqress - irəliyə hərəkət, nailiyyət deməkdir. İnkişafın tipi, istiqaməti; onun üçün aşağıdan yüksəyə, az mükəmməllikdən tam mükəmməlliyə doğru irəliləyiş səciyyəvidir.

Proporsiyalar - ölkənin rayonları, xalq təsərrüfatı sahələri, ictimai istehsalın bölmələri, hissələri və elementləri arasındakı nisbətlər.

Pul - dəyərin ən inkişaf etmiş forması; ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi əmtəə; pul müasir bazar iqtisadiyyatı sistemində ən güclü tənzimləyici alət.

Pulun dəyəri - pul vahidinə (manata) - dəyişilən əmtəə və xidmətin miqdarı; pul vahidinin alıcılıq qabiliyyəti.

Pul tədavülü - əməyin ödənilməsi, əmtəənin realizəsi, xidmətə görə hesablaşma və digər tədiyyələrin başa çatması prosesində pulun fasiləsiz hərəkəti.

Pul tədavülü qanunu - dövriyyə üçün lazım olan pulun miqdarını müəyyən edən qanun.

Pul formaları - tam dəyərli (qızıl, gümüş) və pul əvəzləyiciləri (metal sikkələr və kağız pullar), kredit pulları (veksellər, çeklər), qeyri- nağd hesab pulları (banklarda hesablar, plastik kartlar).

Pul kütləsi - nağd və nağdsız pullann cəmi. Pul islahatı - dövlət tərəfindən pul sisteminin tam və ya qismən

dəyişdirilməsi üçün görülən tədbirlər kompleksi.

393

Pul bazan - sərbəst pul vəsaitlərinin səfərbərliyə abnması, kredit təşkilatlan tərəfindən pulun borca verilməsi; valyutalann və qiymətli kağızlann alqı-satqısı əməliyyatlannın həyata keçirildiyi bazar.

Pul-kredit böhranı - kredit-pul sisteminin sarsıntısı; kommersiya və bank kreditinin kəskin azalması.

Pul kütləsi - müəyyən vaxtda dövriyyədə olan bütün pulların ümumi miqdarı. Buraya banklarda, əhalidə, eyni zamanda göndərişlərdə (yollarda) olan pulların ümumi məbləği də daxildir.

Pul sistemi - ölkədə ənənəvi olaraq formalaşan, yaxud milli qa- nunçuluqla qorunan pul dövriyyəsinin təşkili forması.

Pul kapitalı - investisiya üçün sərəncamda olan pul; faiz formasında gəlir gətirən kapital.

Pulun qiymətdən düşməsi - əmtəəyə nəzərən pulun alıcılıq qabiliyyətinin və yaxud onun valyutaya nəzərən məzənnəsinin aşağı düşməsi.

-R-

Rantye - istehsalla məşğul olmayan, ancaq pulun və qiymətli kağızların gətirdiyi gəlir hesabına yaşayan şəxs, qrup.

Rabitə - xidmət göstərməklə məşğul olan infrastruktur sahəsi; informasiya qəbul edən və ötürən təsərrüfat növü.

Rayonlaşdırma - ölkə ərazisinin təbii-inzibati, iqtisadi və s. Xüsusiyyətləri əsasında rayonlara bölünməsi.

Real əmək haqqı - pulla alınan əmək haqqının yaşayış vasitələrində və xidmətlərdə ifadəsi. Pulun real tələbatı ödəyə bilmək qabiliyyəti.

Real ÜMM - baza ilinin qiymətləri ilə hesablanan məhsul. Real faiz norması - inflyasiya nəzərə alınmaqla hesablanan faiz norması. Real gəlir - müəyyən müddət ərzində ayrı-ayrı şəxslər və ya qrupların

özlərinin nominal gəlirləri ilə ala biləcəyi əmtəə və xidmətlərin miqdarı; qiymətin dəyişməsinə əlavə edilmiş nominal gəlir; əhalinin alıcılıq qabiliyyətini əks etdirir və yaşayış vasitələrində ifadə olunur.

Restraksiya - 1) mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərin azaldılması; 2) inhisarların süni yolla qıtlıq yaradıb (istehsalı və satışı məhdudlaşdırmaqla) qiymətləri artırmaqla yüksək mənfəət əldə etməyə xidmət edən məhdudlaşdırma tədbirləri.

Restraktiv hskal siyasət - əmtəə və xidmətlərə dövlət xərclərinin, o cümlədən, idxal xərclərinin azaldılması, eyni zamanda vergilərin və gömrük rüsumlarının artırılması hesabına məcmu tələbin azaldılması siyasəti.

394

Renta - torpaq mülkiyyətindən istifadəyə görə mülkiyyətçinin əldə etdiyi gəlir.

Reklam - əmtəə və xidmətlərə alıcı cəlb etmək, onların satışını sürətləndirmək məqsədilə onların keyfiyyəti, istehlak xarakteristikası, qiymətləri haqqında alıcılara məlumat çatdırmaq vasitəsi; rəqabətdə istifadə olunan güclü alət.

Revalvasiya - milli valyuta kursunun başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi, tədavüldə olan pulun miqdarını dəyişmədən əmtəə dövriyyəsinin artırılması.

Renovasiya - mənəvi və fiziki aşınmış (köhnəlmiş) istehsal fondlarının yenisi ilə əvəz olunması prosesi.

Realizə etmək - əmtəənin satılması, qiymətli kağızların, əmlakın pula çevrilməsi, istiqrazın, səhmlərin yayılması və s.

Realizə olunmuş məhsul - müxtəlif vasitələrlə satılmış məhsul. Reeksport - xarici ölkələrdən gətirilən əmtəənin emal edilmədən başqa bir

ölkəyə ixrac edilməsi. Reinvestisiya etmək - investisiya hesabına alınan gəlirin (məs. dividendin)

təkrar investisiya edilməsi. Reket - şantaj və hədə-qorxu ilə başqasından pul qoparan şəxs və ya

şəxslər. Region - müəyyən əmtəələrə görə və müəyyən məqsədlər üçün ölkənin

ayrı-ayrı rayonlarının və vilayətlərinin birliyi. Regiona dövlətin bir neçə inzibati-ərazi vahidi daxil ola bilər.

Regional bazar - müəyyən ərazi ilə məhdudlaşan bazar; region əlamətinə görə ölkələr qrupunu əhatə edən bazar. Məsələn, Ümumi bazar (Qərbi Avropa ölkələri qrupu) və s.

Regional qiymətlər - ayrı-ayrı region bazarlarında əmtəələrin qiymətləri. Rentabellik - müəssisənin müəyyən vaxt (il, rüb) ərzində istehsal

fəaliyyətinin mənfəətliyini (ziyanlığını) xarakterizə edən göstərici. Rentabellik norması - istehsal fondlarından istifadənin səmərəliliyini ifadə

edir və mənfəətin istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi çıxış edir.

Resurs - insanın həyat nemətləri istehsal etmək üçün istifadə etdiyi və istifadə edə biləcəyi maddi, əmək, maliyyə və təbii nemətlərin məcmu.

Resurslar bazan - resursların alınıb-satıldığı bazar. Resursların məşğulluğu - resursların istehsala və xidmət proseslərinə cəlb

olunmaları səviyyəsi; bu, tam və natamam ola bilər. Resurslann bölgüsünün səmərəbliyi - cəmiyyətin daha çox ehtiyac

395

duyduğu məhsulları istehsal etməyi təmin etmək üçün resursların bölgüsünü ilk növbədə həmin məhsulları istehsal edən firma və sahələr arasında bölgüsünə üstünlük vermək; rəqabətli bazarda hər bir məmulatın son xərclərinin bazar qiymətlərinə bərabər olması.

Reklamasiya - məhsulda aşkar olunan və müvafiq aktla rəsmiləşdirilən qüsurlarla, komplektsizliklə əlaqədar olaraq həmin məhsulun istehsalçısına qarşı irəli sürülən iddia.

Rəqabət - təsərrüfat fəaliyyəti ilə məşğul olan iqtisadi subyektlər arasında məhsulların və xidmətlərin daha əlverişli istehsal sahələrində və satış bazarlarında üstünlük uğrunda mübarizə forması.

Rikardo bərabərliyi - bu bərabərliyə görə vergilərin tam yığılmaması səbəbindən yaranmış büdcə kəsiri xüsusi investisiyaları azaltmır. Çünki xüsusi yığımları artırır, yəni xüsusi və dövlət yığımlarının cəmi dəyişməz kəmiyyətdir.

Riyazi statistika - tətbiqi riyaziyyatın statistiki məlumatların işlənməsi, onun təhlili metodları və qaydaları ilə məşğul olan bölməsi.

Royaltı - təbii ehtiyatların çıxarılması və hasilatı ilə məşğul olma hüququna görə ödəniş (vergi).

-S-

Saldo - müəyyən aralıq vaxtda pul daxil olmaları ilə xərcləri arasındakı fərq; ölkənin ixracının dəyəri ilə idxalının dəyəri arasındakı fərq (ticarət balansınm saldosu).

Sabit məhsuldarlıq - istehsal amillərinin artmasının istehsal miqdarının eyni dərəcədə artmasına səbəb olduğu hal.

Sadə təkrar istehsal - istehsalın əvvəlki həcmdə təkrar olunması. Bu halda əldə olunmuş izafi məhsul (mənfəət) bütövlükdə istehlak tələbatının ödənilməsinə sərf olunur.

Sahədaxili rəqabət - mövcud olmaq, üstəlik mənfəət əldə etmək uğrunda eyni istehsal sahəsinin sahibkarları arasmda gedən mübarizə forması.

Sanasiya - müflisləşmək təhlükəsi olan müəssisənin vəziyyətinin yaxşılaşdırılmasına, müflisləşmənin qarşısının ahnmasına yönəldilmiş tədbirlər sistemi.

Sahibkar - mülkiyyəti, əmlakı, kapitalı (pulu) olub işgüzar fəaliyyətlə məşğul olan şəxs. S. qanunla icazə verilən bütün sahələrdə fəaliyyət göstərib istədiyi qədər mənfəət götürmək hüququna malikdir.

Sahibkarlıq - gəlir (qazanc) əldə etmək naminə risk edərək bütün

396

əmlakın cavabdehliyini və məsuliyyətini öz üzərinə götürən şəxsin (sahibkarın) işgüzar iqtisadi fəaliyyəti.

Sahibkarlıq qabiliyyəti - məhsul istehsalı zamanı insanın resurslardan ağıllı və səmərəli istifadə etmək, cəsarətlə qərar qəbul etmək, istehsalı artırmaq və ağıllı risk etmək bacarığı.

Sahibkarlıq fəaliyyətinə təminat - ölkədə sahibkarlıq fəaliyyətinə şərait yaradılması. Dövlətin sahibkarlıq qabiliyyəti və imkanı olan subyektlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa təminat verməsi, hüquqlarının müdafiə olunması.

Sahibkarlıq subyektləri - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərd, qrup, firma (müəssisə), şirkət, dövlət.

Sabit qiymətlər - uzun müddət bazar qiymətlərinin tələb və təklifin uyğun olması sayəsində sabit qalması.

Sanksiya (iqtisadi) - müqavilə, maliyyə-büdcə, vergi, kredit və plan intizamını pozanlara qarşı qanunda, normativ aktlarda və bağlanmış müqavilələrdə nəzərdə tutulmuş maddi təsir tədbirləri.

Satınalma qiymətləri - dövlət təşkilatları və müəssisələrin kənd təsərrüfatı müəssisələrindən və əhalidən satın aldıqları kənd təsərrüfatı məhsullarının qiyməti.

Saxlama xərcləri - tədavül xərclərinin əmtəələrin saxlanması ilə əlaqədar olan hissəsi. Bu xərclər əlavə tədavül xərclərinə aid edilir. Saxlama xərcləri məhsuldar xarakter daşıyır.

Sahələrarası rəqabət - müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar arasında eyni miqdarda kapital qoymaqla daha çox mənfəət əldə etmək uğrunda gedən mübarizə forması. S.r. kapitalı ən gəlirli sahəyə qoymaq uğrunda rəqabətdir.

Saxlama (əmanət) - iqtisadi proses olub, əhalinin gəlirinin cari ist- ehlak məqsədi üçün istifadə edilməyən və yığılan hissəsi.

Sertifikat - 1) məhsulun keyfiyyətini təsdiq edən sənəd; 2) sahibinin müəyyən sahədə bilik və bacarığını təsdiqləyən sənəd; 3) istiqraz növü; 4) sahibinin müəyyən məbləğ pul vəsaiti ödədiyini təsdiqləyən sənəd.

Səhm - səhmdar cəmiyyətin nizamnamə fonduna pul verdiyini təsdiqləyən və öz sahibinə səhmdar cəmiyyətinin mənfəətinin bir hissəsini dividend şəklində almaq və onun idarə olunmasında iştirak etmək (imtiyazlı səhmdən başqa) hüququ verən qiymətli kağız.

Səhm məzənnəsi - qiymətli kağızlar bazarında səhmin alınıb- satıldığı qiymət.

Səhmdar cəmiyyəti - təsərrüfat fəaliyyətini həyata keçirmək məq

397

sədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılmış müəssisə (korporasiya), cəmiyyət.

Səhmlərin nəzarət paketi (nəzarət səhm paketi) - cəmiyyətin bütün səhmlərinin 50+1 faizinə sahib olan şəxsin əlində olur. Bu paketin sahibi cəmiyyətin fəaliyyətinə nəzarət hüququna malikdir.

Səhm kapitalı - səhmdar cəmiyyətin bütün kapitalı. Səhmin gəlirliyi - səhmin illik dividendinin bazar qiymətinin faizlə

ifadəsi. Sənayeləşdirmə - ölkədə maşınh iri sənayenin yaradılması və ölkə

iqtisadiyyatını sənaye əsasları üzərinə keçirib inkişaf etdirilməsi prosesi.

Sənaye robotları - əl ilə yerinə yetirilən əməliyyatlarda olan iş dəqiqliyinin, işin fasiləsizliyinin, əmək məhsuldarlığının və hazırlanan məhsulların keyfiyyətinin (iqtisadi səmərəliliyinin) yüksəldilməsində insanların vərdiş və bacarıq qabiliyyətini əvəz etməyə imkan verən əmək vasitələri, avtomat maşın.

Sərbəst seçmə - mülkiyyətçinin öz pul və maddi resurslarından istədiyi kimi istifadə etmək hüququ, fəhlənin öz qabiliyyətinə uyğun istədiyi əmək növünü sərbəst seçmək və alıcının öz gəlirini onun üçün ən yaxşı və lazım olan əmtəə və xidmətlərə xərcləmək hüququ.

Sərbəst üzən valyuta - nəzarət olunmayan valyuta kursu; xarici valyutaya tələb və təklifin təsiri altında onun kursunun qalxıb-enə bilməsi.

Sərmayədar - işə, istehsala sərmayə qoyan və ona sahib olan şəxs. Sey qanunu - təklif nəzəriyyəsinin müəllifi, fransız iqtisadçısı Jan Batist

Seyə görə, satıcı əmtəəsini satdıqdan sonra dərhal alıcıya çevrildiyinə görə təklif avtomatik olaraq tələbi yaradır. Buna görə də, təkliflə tələb arasında daim tarazlıq yaranır. İqtisadi həyat isə bunu təsdiq etmir.

Sindikat - inhisar birliyi forması; S. yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri iştirakçıların öz mülkiyyətində qalır, istehsal olunan məhsul sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi kontor tərəfindən reallaşdırılır.

Sikkə - müxtəlif metaldan-qızıldan, gümüşdən, misdən və mis ərin- tilərdən, müasir dövrdə-mis, nikel və alüminiumun müxtəlif ərin- tilərindən hazırlanan pul nişanı; tədavül və tədiyə (ödəmə) vasitəsidir.

398

Sikkə gəliri - dövlətin sikkə kəsilməsindən götürdüyü gəlir; natamam dəyərli sikkənin nominal dəyərilə tərkibindəlo metalın bazar dəyəri arasındakı fərqdən (sikkənin kəsilməsi xərcləri çıxılmaqla) ibarətdir.

Senyoraj - dövlətin pul emissiyasından əldə etdiyi gəlir. Sintez - təhlil prosesində hasil olunmuş ayrı-ayrı ünsürlər arasındakı

əlaqəni müəyyən etmə və onlardan ümumi nəticə çıxarma üsulu. Son istehlakçı - məhsulun (əmtəənin) texniki-iqtisadi parametrlərinə və

istehlak xassələrinə görə onun üçün nəzərdə tutulmuş və həmin məhsulu (əmtəəni) istifadə edəcək istehlakçı.

Son hədd xərcləri - məhsul vahidinə əlavə istehsal xərclərinin artması; ümumi xərclərin dəyişməsinin məhsulun həcminin dəyişməsinə bərabər olması.

Sosial təminat - qocalara və əmək qabiliyyətini itirənlərə, habelə ana və uşaqlara maddi təminat və xidmət göstərilməsi üzrə iqtisadi- sosial tədbirlər sistemi.

Staqnasiya - iqtisadiyyatda, istehsalda, ticarətdə geriləməkdən əvvəlki və ya onu müşayiət edən durğunluq.

Staqflyasiya - staqnasiya və inflyasiyanın birləşməsi; iqtisadi böhranla inflyasiyanın birləşdiyi vəziyyət.

Standart - dövlətin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş nümunə, etalon, model, əsas.

Standartlaşdırma - məmulatın tipi, markası, parametrləri, ölçüləri və keyfiyyəti, eləcə də ölçü miqdarı, sınaq metodları, qablaşdırma qaydası, saxlanması və istehsal texnologiyası üzrə vahid normaların müəyyən edilməsi.

Status - müəssisənin, sahibkarın qanunvericiliyə uyğun təsbit edilən təşkilati-hüquqi formaları, nizamnamələri, hüquq və vəzifələri, məsuliyyət və səlahiyyətləri ilə səciyyələnən və müəyyən olunan hüquqi vəziyyəti.

Struktur (quruluş) - sistemi təşkil edən və bir-birilə qarşılıqlı əlaqədə olan bölmələrin (halqaların, vəsilələrin) məcmusu.

Strateji əmtəələr - ölkənin milli təhlükəsizliyinə zərəri aradan qaldırmaq məqsədilə ixracatı qadağan edilən, məhdudlaşdırılan, yaxud ciddi nəzarətə alınan əmtəələr.

Struktur işsizlik - işsizliyin bir forması. İstehsal texnologiyasında və istehsalın strukturunda dəyişiklik olanda baş verir, yeni texnika tətbiq edildikdə ya işçinin əvvəlki peşəsi yeni texnologiyanın tələblərinə cavab vermir və yaxud sahibkarların iş qüvvəsini almağa tələbi azalır.

399

Statistika - 1) cəmiyyətin və xalq təsərrüfatının inkişafındakı kəmiyyət dəyişikliklərindən bəhs edən elm; 2) hər cür kütləvi hadisələrin miqdarca hesaba alınması.

Sığorta - məqsədli pul vəsaitləri fondu; bu fond təbii fəlakətlər, təsərrüfatda təsadüfi xoşagəlməz hadisələr zamanı, yaxud vətəndaşların həyatında müəyyən hadisələr olduqda fondun iştirakçılarına maddi yardım göstərmək məqsədilə yaradılır.

Sığorta edən - sığorta edilənə və ya müqavilədə göstərilən şərtə uyğun başqa şəxsə, sığortaçıya dəyən zərər, yaxud da sığorta məbləğini ödəməyi öz öhdəsinə götürən təşkilat, cəmiyyət.

Subsidiya - dövlətin büdcəsi hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə, yaxud başqa dövlətlərə, əsasən, pul formasında göstərilən yardım.

Subvensiya - 1) dövlət tərəfindən yerli dövlət təşkilatlarına və ya xalq təsərrüfatının müəyyən bir sahəsinə, müəssisəyə edilən maddi pul, yardım forması.

SDV - Sərbəst dönərli valyuta.

- ş -

Şəxsi gəlir - vətəndaşların əldə etdikləri gəlir. Ş.g. əmək haqqından, şəxsi təsərrüfatdan, qiymətli kağızlardan, şəxsi xidmətdən və s. mənbələrdən yaranır.

Şəxsi istehlak - əhali istehlakının tərkib hissəsi; şəxsi istehlak mənbəyi ailə büdcəsi, şəxsi və ev təsərrüfatında natural məhsul istehsalı, habelə ictimai istehlak fondunun bir hissəsi.

Şəxsi yaradılmış təsərrüfat - xüsusi mülkiyyətin bir növü; şəxsi, yaxud ailə əməyinə əsaslanan həyətyanı, yaxud ayrıca götürülmüş torpaq sahəsində bağ-bostan təsərrüfatı.

Şəxsi gəlir vergisi - ayrı-ayrı şəxslərin gəlirlərinə qoyulan vergi. Şirkət - müəssisənin təşkilati forması, burada kapital iştirakçıların birgə

əmanətləri əsasında yaradılır. O, tam şirkət, qarışıq şirkət, məhdud məsuliyyətli şirkət növlərinə ayrılır.

Şerman qanunu - inhisarçılığa qarşı 1890-cı ildə ABŞ-da qəbul edilmiş qanun.

400

-T-

Tarif - müəssisələrə, təşkilatlara və əhaliyə göstərilən xidmətlərə görə olan ödəniş norması; xalq təsərrüfatı sahələrində müxtəlif xidmətlərin haqqını müəyyən etməyə imkan verən qiymətlər sistemi.

Tarif dərəcəsi - yerinə yetirilən işin mürəkkəbliyini və işçinin ixtisas dərəcəsini səciyyələndirən göstərici. Tarif cədvəlinin əsas ünsürlərindən biri.

Tarif sistemi - tarif-ixtisas məlumat kitablarını, tarif şəbəkələrini, tarif qiymətlərini və əmək haqqı üçün region əmsallarını özündə birləşdirir.

Tarif əmsalı - tarif cədvəlini səciyyələndirir. Bu və ya digər dərəcədən olan tarif maaş dərəcəsinin vahid kimi götürülən birinci dərəcənin tarif maaş dərəcəsinə nisbətindən ibarətdir.

Tarif maaş dərəcəsi - bir saat, yaxud gün ərzində işçinin müvafiq dərəcəli əməyinin ödənilməsi həcmi.

Tarif sistemi - normativlərin məcmusu; bu sistemə daxildir: tarif maaş dərəcəsi, tarif cədvəli, tarif-ixtisas sorğu kitabçası.

Tam məşğulluq - 1) əmtəə və xidmət istehsalı üçün mövcud olan iqtisadi resurslardan tam istifadə etmə; 2) friksion və struktur işsizlik olsa da, tsiklik işsizliyin olmaması ilə səciyyələnir.

Tarazlaşmış bazar - əmtəələrin ümumi həcmi, strukturu, çeşidi və keyfiyyəti üzrə tələb və təklif arasında uyğunluq saxlanılmış bazar.

Tarazlıq qiyməti - azad rəqabətin olduğu bazarda tələb və təklifin uyğun gəldiyi anda yaranan qiymət.

Terminal (latınca terminalis - son mərhələ, son istiqamət) - nəqliyyat yolunun başlanğıc və ya son mərhələsi mənasında işlədilir.

Texniki tərəqqi - texnikanın, texnologiyanın inkişafı və təkmilləşdirilməsi, elmi-texniki tərəqqinin son nailiyyətlərinin istehsala tətbiqi prosesi.

Texniki nəzarət - məhsulun keyfiyyət göstəricilərinin müəyyən olunmuş tələbata (standartlara, texniki şərtlərə) uyğunluğunun yoxlanılması.

Texniki təhlükəsizlik - müəyyən istehsalda əmək şəraitinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən təşkilati, texniki sanitariya-gigiyenik, tədris-maarif və hüquqi tədbirlər sistemi.

Texnoloji intizam - istehsal prosesində məhsul hazırlanması, texnologiyanın tələblərinə ciddi və dəqiq əməl olunması.

Texnoloji proses - sənayedə, tikintidə, kənd təsərrüfatında və digər

401

sahələrdə xammal, material, yarımfabrikat, yaxud məmulat alınmasının, emalının və ya yenidən emalının üsul və vasitələrinin məcmusu.

Texnologiya - elm sahəsi olub, təbiət məhsullarının alınması və onların emal edilərkən istehlak şeylərinə, istehsal vasitələrinə çevrilməsi üsulu və proseslərini öyrənir. Texnologiya elmi məharət, ustalıq, bacarıq, becərmə və hazırlanma metodlarının məcmusudur.

Təbii ehtiyatlar - insanların maddi və mənəvi tələbatını ödəmək məqsədilə cəmiyyət tərəfindən istifadə edilməsi mümkün olan təbiətin bir hissəsi.

Tədavül - əmtəə və xidmətlərin pulun vasitəsilə mübadiləsi (ə-p-ə). Tədavül vaxtı - müəssisənin istehsal fondlarının dövranı zamanı onların

tədavül sferasında olduğu vaxtdır. Tədavül xərcləri - əmtəənin tədavül prosesindəki hərəkəti ilə bağlı çəkilən

xərclər. T.x. iki növə ayrılır: xalis və əlavə. Xalis tədavül xərcləri əmtəələrin pula və pulun əmtəəyə çevrilməsi ilə bağlı çəkilən bütün xərcləri əhatə edir. Əlavə t.x. istehsalın tədavüldə davamı ilə bağlı xərclərdir (məhsulun istehsaldan ticarət yerinə çatdırılması xərcləri).

Təbiətdən istifadə - iqtisadi və sosial məqsədlər üçün cəmiyyət tərəfindən təbii resurslardan istifadə edilməsi, onun mühafizəsi və yenidən bərpa edilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Tədiyə balansı (ölkənin tədiyə balansı) - başqa ölkədən daxil olan pulun ümumi məbləği ilə digər ölkələrə pul tədiyələrinin (ödəmələrinin) məbləği arasındakı nisbət.

Tədiyə qabiliyyəti - dövlətin, hüquqi və fiziki şəxslərin ödəmələr üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti (ödəmək üçün kifayət qədər pulun olması).

Tədiyə intizamı - müəyyən olunmuş miqdarda pul tədiyələrinin müəssisə, təşkilat, idarə və vətəndaşlar tərəfindən vaxtlı-vaxtında ödənilməsi.

Təklif - bazarda olan və oraya göndərilə bilən əmtəə və xidmətlərin məcmusu;

Təklif qiyməti - rəqabətli bazarda satıcının təklif etdiyi qiymət. Təklifin qiymət elastikliyi - təklif olunan əmtəənin həcminin dəyişməsi

faizinin onun qiymətinin dəyişməsi faizinə nisbəti; əmtəə təklifinin həcminin onun qiymətinin dəyişməsinə reaksiyası.

Təklif qanunu - müəyyən bərabər şəraitdə qiymətin dəyişməsi ilə təklifin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi; bu, düz asılı

402

lıqdır: qiymət qalxanda təklif artır və əksinə. Tələb - müəyyən bərabər şəraitdə alıcının ala biləcəyi əmtəə və

xidmətlərin məcmusudur; alıcının ala bilmək qabiliyyətidir, almaq üçün alıcıda olan pulun miqdarıdır.

Tələb qanunu - müəyyən bərabər şəraitdə qiymətin dəyişməsilə tələbin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi; burada tərs asılılıqdır, qiymətin qabcması ilə tələb azalır və əksinə qiymətin düşməsi ilə tələb artır (eyni miqdar pula daha çox əmtəə almaq olur).

Tələbin tənzimlənməsi - məcmu tələbi artırmaq və ya azaltmaq məqsədilə pul-kredit və fıskal siyasətdən istifadə edilməsi. Tələbə məqsədyönlü təsir etmə.

Tələb amili - iqtisadi artımdan asılı olaraq tələbin ümumi səviyyəsinin yüksəlməsinin iqtisadiyyatın potensial məhsuldarlığını artırmağa imkan verməsi.

Tələb qiyməti - alıcının bazarda təklif etdiyi qiymət, bu qiymətin aşağı həddi alıcının xərcləmək istədiyi pulun miqdarı ilə müəyyən olunur.

Tələbin elastikliyi - təsir altında olduğu amillərdə (əhalinin pul gəlirləri, qiymət və tariflərin səviyyələri, onların arasındakı nisbətlər, ailələrin sayı və tərkibi və s.) hər hansı dəyişiklik nəticəsində əhali tələbinin dəyişmə qabiliyyəti.

Tələbat - fərdin şəxsi və mədəni səviyyəsinə müvafiq olaraq özünəməxsus ehtiyacı; orqanizmin, şəxsiyyətin, sosial qrupların və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır, fəallığın daxili oyadıcısıdır; tələbat ödənilməsi zəruri olan ehtiyac.

Tənzim edilən bazar - əsasən obyektiv iqtisadi və hüquqi qanunların təsiri altında fəaliyyət göstərən bazar. Bu cür bazar - bazar iqtisadiyyatının müasir mərhələsində mövcud olur.

Təsərrüfatçılıq subyektləri - əmtəənin istehsalı, satışı və yaxud alınması ilə məşğul olan hüquqi və fiziki şəxs.

Təsbit edilmiş valyuta kursu - sərbəst şəkildə yüksəldilməsinə, yaxud azaldılmasına icazə verilməyən valyuta kursu.

Təkrar istehsal - istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, daim təkrarlanması.

Tədavül vasitəsi - pulun funksiyalarından biri; alqı-satqı əməliyyatlarında vasitəçi rolunu oynayan dəyər forması.

Təsərrüfat mexanizmi - iqtisadi prosesləri, təsərrüfat fəaliyyətini idarə etmək üçün tətbiq olunan təsərrüfatçılıq formalarının, me-

403

todlann, hüquqi normaların və təşkilati strukturların məcmusu. Ticarət - əmtəə tədavülü, istehlak üçün hazır olan əmtəələrin istehsal

dairəsindən istehlak dairəsinə hərəkətini təmin edən xalq təsərrüfatı sahəsi.

Ticarət güzəştləri - əmtəənin pərakəndə satış qiymətinin bir hissəsi; tədavül xərclərini ödəmək və pərakəndə ticarət müəssisəsi və təşkilatlarının mənfəətinin yaradılması üçün nəzərdə tutulur.

Torpaq - istehsalın amillərindən biri; üzərində əmək prosesi gedən yer, faydalı qazıntıların mənbəyi, kənd təsərrüfatı məhsulları istehsalında başlıca və əsas istehsal vasitəsi kimi istifadə edilən və xüsusi təbii xassələrə malik olan bir nemət.

Torpaq rentası - torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdı- rılmasının başlıca iqtisadi forması. Torpaq mülkiyyətçisinin əldə etdiyi gəlir.

“Torpaqtutumlu” əmtəə - istehsalı nisbətən böyük miqdarda təbii resurs (torpaq) tələb edən əmtəə.

Transaksiya xərcləri - istehsala və dövriyyəyə əsas xərclərdən əlavə əməliyyat xərcləri, vasitəli, qoşma xərclər.

Transfert ödəmələr - dövlət büdcəsindən vəsaitlərin yenidən bölgüsü qaydasında əhaliyə və sahibkarlara verilən pul vəsaitləri; pulun bir bankdan başqa banka və ya bir ölkədən başqa ölkəyə köçürülməsi.

Tranzit - sərnişin və yükün aralıq məntəqədən ötüb keçməklə bir məntəqədən digərinə daşınması.

Transmilli korporasiya (TMK) - beynəlxalq konsern; istehsalda, əmtəələrin satışında aparıcı vəziyyətinə görə dünya bazarında fəal- iyyət göstərən ən iri kampaniya.

Tsildik işsizlik - işsizliyin bir forması; iqtisadi böhranlar baş verdikdə istehsalın azalması ilə yaranan işsizlik forması.

Trest - inhisarın bir forması; burada istehsal vasitələri üzərində mövcud sahibkarlar qrupunun birgə mülkiyyəti yaranır. Buraya daxil olan sahibkarlar istehsal vasitələri üzərində mülkiyyəti, habelə texnologiya, patentlər və istehsal olunan məhsullara öz hüquqlarını birliyə verir; inhisar birliyi forması kimi buraya daxil olan müəssisələr özlərinin istehsal, kommersiya və hüquqi müstəqilliklərini itirirlər.

TRASEKA - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi.

404

- u -

Uzunmüddətli proqnozlar - iqtisadi, sosial və texniki sahələrdə perspektiv inkişaf proseslərinin vəziyyətinin və qiymətləndirilməsinin tədqiqi ilə bağlı hadisənin necə inkişaf edəcəyini irəlicədən görmə.

Ucuz pul siyasəti - tədavüldə pul kütləsinin artırılması siyasəti. Unifikasiya - müxtəlif növ məhsulların, hissələrin, qovşaqların və digər

konstruksiya elemetlərinin, tətbiq edilən materialların, texnoloji proseslərin səmərəli şəkildə eyni hala salınmasının təmin edilməsi.

Uçot - ictimai istehsalın idarə edilməsi funksiyası, real təsərrüfat prosesləri, onların nəticələri, istifadə olunmuş ehtiyatlar və s. Haqqındakı məlumatların alınması, qeyddən keçirilməsi, yığılması və işlənilməsindən ibarətdir.

Urbanizasiya - maddi və mənəvi mədəniyyətin, kəndin inkişafı zərərinə olaraq, böyük şəhərlərdə toplanması.

Uçot faizi - tədiyə vaxtı çatmamış borc öhdəliklərinin satın alınmasından ötrü avans verilmiş pul üçün banklar tərəfindən tutulan haqq (faizlə).

- Ü -

Ümumi dövriyyə - istehsalın həcm göstəricilərindən biri, müəssisənin müəyyən aralıq vaxtda (il ərzində) bütün istehsal sexlərinin istehsal etdiyi bütün məhsul növlərinin və sənaye xarakterli işlərinin ümumi həcmi.

Ümumi daxili məhsul (ÜDM) - ərazi xüsusiyyətlərinə görə hesablanır. Bu, mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində yerləşmiş müəssisələrin, maddi və xidmət sferalarının illik ümumi dəyəri.

Ümumi milli məhsul (ÜMM) - ölkə vətəndaşlarının ölkədə və xaricdə bir il ərzində istehsal etdikləri əmtəə və xidmətlərin ümumi bazar dəyəri.

Ümumi daxili investisiya - daxili mənbələr hesabına yeni istehsal olunmuş istehsal vasitələrinin məsrəfi; maşın, avadanlıq, alətlər və binalar, habelə əmtəə-material ehtiyatlarını artırmaq üçün sərf olunan məsrəflər.

Ümumi ictimai məhsul - bütün maddi istehsal sahələrinin iqtisadi inkişafının ümumiləşdirici göstəricisi (klassik yanaşma).

Ümumi gəlir - firmanın bütün sahələrdəki fəaliyyətinin nəticəsində

405

əldə etdiyi gəlirlərin məcmusu. Ümumi tələbat - cəmiyyətin və onun üzvlərinin bütün tələbatlarının

məcmusu. Ümumi iqtisadi qanunlar - cəmiyyətin inkişafının bütün mərhələlərində

fəaliyyət göstərən iqtisadi qanunlar. Məsələn, iqtisadi münasibətlərin məhsuldar qüvvələrin inkişaf səviyyəsinə və xarakterinə uyğunluğu qanunu, tələbatın artması qanunu, əmək məhsuldarlığının yüksəlməsi qanunu və s.

Ümumi məhsul - müəssisənin kənara vermək üçün, yaxud gələcəkdə öz istehsalında istifadə üçün istehsal etdiyi məhsulun həcmini səciyyələndirən göstərici.

Ümumi xərclər - firmanın sabit və dəyişən xərclərinin cəmi. Üzən valyuta kursu - çevik, dəyişən valyuta kursu.

- V-

Valyuta - ölkələrin pul vahidi (Azərbaycan manatı, ABŞ dolları); xarici dövlətlərin pul nişanları, tədavül və tədiyənin kredit vasitələri - xarici pul vahidlərində (veksel, çek və s.) ifadə olunur və beynəbcalq hesablaşmalarda istifadə edilir.

Valyuta kursu - bir ölkənin pul vahidinin qiymətinin başqa ölkənin pul vahidində ifadə olunması. Bunun əsasında bir ölkənin valyutası başqa ölkənin valyutasına dəyişdirilir.

Valyuta bazarı - müxtəlif ölkələrin valyutalarının (istər sərbəst dönərli, istərsə də qismən dönərli olan) satıcıları və alıcıları arasında iqtisadi münasibətləri reallaşdıran mexanizm, bazar.

Valyuta böhranı - pul-kredit sisteminin böhranı. Valyuta münasibətlərinin tənzimində ciddi çətinliklərin yaranması.

Valyuta blokadası - bir ölkə və yaxud ölkələr qrupu tərəfindən digər ölkəyə münasibətində beynəlxalq hesablaşmaların normal gedişini pozmaq və onun iqtisadiyyatının əsaslarını sarsıtmaq məqsədilə həyata keçirilən valyuta tədbirləri sistemi.

Valyuta tənzimlənməsi - valyuta kursunun dövlət tərəfindən müəyyən səviyyədə saxlanılması. Dövlət valyuta kursuna iki yolla təsir edə bilir: 1) borc faiz dərəcəsini dəyişməklə: 2) valyuta inter- vensiyası (valyuta bazarında xarici valyuta və qızılın alqı-satqısı) vasitəsilə.

Valyuta riski - xarici ticarət, kredit və valyuta əməliyyatlarının aparıldığı vaxt xarici valyutanın milli valyutaya nisbəti məzənnəsinin

406

dəyişilməsi ilə əlaqədar zərər çəkməsi qorxusu. Valyutasız mübadilə - valyutanın iştirakı olmadan həyata keçirilən

beynəlxalq mübadilə. Valyuta dəhlizi - dövlət tərəfindən valyuta kursunun dəyişməsinə icazə

verilən hədd. Valyuta opsionu - təcili birja sazişlərinin şərtlərindən biri. Bu şərtə görə,

tərəflərdən birinə müəyyən hüquqlarından istifadə, yaxud imtina etmək səlahiyyəti verilir.

Valyuta pariteti - müxtəlif ölkələrin valyutaları arasında alıcılıq qabiliyyəti hesabilə müəyyənləşdirilmiş nisbət. Müasir şəraitdə özünün nizamnaməsinə görə ölkələr arasında valyuta hesablaşma münasibətləri Beynəlxalq Valyuta Fondu tərəfindən nizama salınır (bax: valyuta məzənnəsi).

Valyuta birjası - xarici valyutaların alqı-satqısını təşkil edən, eyni zamanda tələb və təklifi nəzərə alaraq onların valyuta məzənnəsini müəyyən edən təşkilat.

Valyuta ehtiyatı - ölkənin Mərkəzi Bankında və valyuta maliyyə orqanlarında olan qızıl və xarici valyutaların mərkəzləşdirilmiş ehtiyatı.

Valyutanın konversiya edilmə qabiliyyəti - valyutanın müstəqil surətdə digər valyutalara dəyişdirilə bilmə qabiliyyəti.

Valyuta məzənnəsi - bir ölkənin pul vahidinin digər ölkənin pul vahidilə ifadə edilməsi. Müxtəlif ölkələrin valyutalarının dəyişdirilməsi nisbətləri.

Valyuta siyasəti - valyuta münasibətləri sahəsində Mərkəzi Bankın və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən normativ və monetar tədbirlərin məcmusu.

Valyuta alverçiliyi - müxtəlif bazarlarda valyuta kursları fərqindən istifadə edərək valyuta alqı-satqısı yolu ilə gəlir əldə etmək.

Vaxta qənaət qanunu - cəmiyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərən ümumi iqtisadi qanunlardan biri. Vaxta qənaət dedikdə, makro və mikro iqtisadiyyat səviyyəsində canlı və maddiləşmiş əməyə qənaət başa düşülür. Hər hansı məhsulun istehsalına nə qədər az vaxt sərf edilərsə, əmək məhsuldarhğı o qədər yüksəlmiş olar.

Vaxt norması - məhsul (iş) vahidi istehsalına sərf olunan iş vaxtının elmi əsaslandırılmış, nizama salınmış həcmi; adam - saatla (dəqiqə ilə, günlə) müəyyən edilir.

Vaxtamuzd əmək haqqı - işçiyə saat, gün, il ərzindəki fəaliyyətinə görə hesablanan haqqdır; bu formada işçinin əmək haqqının

407

həcmi işlənmiş vaxtın kəmiyyətindən, ixtisasından, əməyinin keyfiyyətindən asılı olur.

Vaxt - materiyanın əsas formalarından biri olub, insan cəmiyyətinin həyatında və elmdə hadisələrin ardıcıllığını, onların arasında keçən müddəti və proseslərin başvermə sürətini təyin edir.

Veksel - borc ödənişi üçün, müəyyən olunmuş formada, tərtib edilmiş öhdəlik sənədi. Veksellər adi və köçürmə formada mövcuddur.

Vauçer - qiymətli kağızların bir növü: inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən ölkələrdə dövlət mülkiyyətinin özəlləşdirmə çeki. V. dövlət əmlakını əhali arasında müftə bölüşdürmə qaydası ilə xüsusi əllərə verilərkən vətəndaşların həmin əmlakdan bərabər pay almasına şəhadət edir.

Vençur biznesi - texniki və texnoloji yeniliklərin, elmi nailiyyətlərin hələ tətbiq olunmamış nəticələrinin əməli istifadəsinə yönələn biznes növü. V. b. risk tələb edən biznes növüdür.

Vergi - dövlət tərəfindən müəssisələrdən, firmalardan, təşkilatlardan, vətəndaşlardan və s. tutulan məcburi ödəmələr. Verginin məbləği qanunla müəyyən edilir.

Vergi sistemi - ölkədə tutulan vergilərin, vergiqoymanın forma və metodları, vergilərin yığılması və istifadəsi, habelə vergi orqanlarının məcmusudur.

Vergitutma bazası - vergitutma obyektlərinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi.

Vergitutma obyekti - qanunla müəyyən edilmiş vergiyə cəlb edilən bütün obyektlər.

Vergi dərəcəsi - vergiqoyma norması, dərəcəsi. Vergi dərəcələri proporsional, proqressiv, sabit və s. olur.

Y-

Yarımfabrikat - əmək məhsulu; bir, yaxud bir neçə emal mərhələsi keçdikdən sonra hazır məhsula çevrilir.

Yanacaq - energetika kompleksi - yanacaq-energetika ehtiyatlarını istehsal edən kompleks.

Yarmarka - əmtəə birjasının sadə forması olub, toptansatış ticarətini həyata keçirir.

Yaşayış minimumu - insanların həyat fəaliyyətinin saxlanması və iş qüvvəsinin təkrar olunması üçün zəruri olan minimum yaşayış vasitələri. Yaşayış minimumu cəmiyyətin inkişafının hazırki

408

şəraitində ən aşağı ictimai zəruri həyat səviyyəsi ilə müəyyən edilir. Yoxsulluq - hər hansı bir ölkədə əsaslandırılmış normalar üzrə minimum

yaşayış vasitələri olmayan cəmiyyətin müəyyən təbəqəsinin iqtisadi vəziyyətidir.

Yoxsulluğun səviyyəsi - əhalinin gəlirinin 50 faizindən çoxu ərzaq məhsullarının alınmasına sərf edilərsə, bu, yoxsulluq hesab edilir.

Zloti - Polşa Respublikasının pul vahidi (100 qroşa bərabərdir). Zəhmətsiz gəlirlər - əsasən bölgü prinsipləri ilə ziddiyət təşkil edən

gəlirlər. Onlara əmək fəaliyyəti ilə əlaqədar olmayan, əmək məsrəfləri ilə ölçüyə gəlməyən və qeyri-qanuni yolla əldə olunan gəlirlər aid edilir.

Zəruri əmək - işçinin öz iş qüvvəsini bərpa etmək və ailəsinin tələbatını ödəmək üçün lazım olan məhsulun istehsalına sərf etdiyi əmək.

Zəruri iş vaxtı - ümumi iş vaxtının bir hissəsi olub, iş qüvvəsinin təkrar istehsalını təmin edə bilən zəruri məhsulun yaradılmasına sərf olunan vaxt.

Zəruri məhsul - maddi istehsal işçisinin yeni yaratdığı məhsulun bir hissəsi. Bundan işçinin həyatının və ailəsinin saxlanması üçün istifadə olunur.

409

iqtisadiyyat üzrə Nobel mükafatı laureatları

1901-ci ildən başlayaraq verilən illik beynəlxalq mükafat İsveç mühəndisi - kimyaçısı, ixtiraçı və sənayeçi Alfred Bernard Nobelin (21.10.1833-10.12.1896) adınadır. Nobelin vəsiyyətinə əsasən onun ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir: əvvəllər 31 mln. İsveç kronası olan həmin məbləğin 12,4%-i (3,74 mln. krona) Bakıdakı «Nobel qardaşları» şirkətindən A.No- bclə düşən səhmin hesabına idi. Mükafatın verilməsi üçün Nobelin vəsiyyət etdiyi elmlərin siyahısında iqtisadiyyat elmlərinin adı olmamışdır. 1968-ci ildə İsveç Dövlət Bankı özünün 300 illiyi münasibəti ilə İqtisadiyyat elmləri sahəsində işlərə görə Nobel Xatirə mükafatını təsis etmişdir.

Mükafat Nobelin anadan olduğu gündə elan edilir, vəfat etdiyi 10 dekabr günündə isə Stokholumda və Osloda təntənəli mərasimdə təqdim olunur.

İqtisadiyyat elmləri sahəsində Nobel mükafatı laureatları aşağıdakılardır:

1969- cu il - Yan Tinbergen (Hollandiya), Raqnar Friş (Norveç). İqtisadi proseslərin təhlilinin riyazi metodlarınm işlənilməsinə görə.

1970- ci il - Pol Samuelson (ABŞ), iqtisad elmində elmi təhlilin səviyyəsinin yüksəldilməsində töhfəsinə görə.

1971- ci il - Saymon Kuznets (ABŞ). İqtisadi artımın empirik tədqiqinə görə.

1972- ci il - Kennet Errou - (ABŞ), Conn Hikk (Böyük Britaniya). Ümumi iqtisadi tarazlıq və rifah nəzəriyyələri üzrə əsərlərinə görə.

1973- cü il - Vasiliy Leontyev (ABŞ). “Xərclər-buraxılış” (“Sa- hələrarası balans") metodunun işlənilməsi və iqtisadi problemlərin təhlilində tətbiqinə görə.

1974- cü il - Fridrix Fon Hayek (Avstriya, ABŞ), Qunnar Myurdal (İsveç). Pul nəzəriyyəsi, konyunktur dəyişiklikləri və iqtisadi, sosial və struktur hadisələrin qarşılıqlı asılılığının təhlili sahəsində işlərinə görə.

1975- ci il - Leonid Kantoroviç (SSRİ), Tyallinq Kupmans (ABŞ). Resurslardan optimal istifadə nəzəriyyəsinin işlənilməsinə görə.

1976- cı il - Milton Fridmen (ABŞ). İstehlak sahəsində tədqi

410

qatları, monetar nəzəriyyə və pul tədavülü tarixinin işlənilməsinə görə. 1977- ci il - Ceyms Mid (Böyük Britaniya), Bertin Ulin (İsveç).

Beynəlxalq ticarət nəzəriyyəsi və kapitalın hərəkəti sahəsi üzrə işlərinə görə.

1978- ci il - Herbert Saymon (ABŞ). İqtisadi təşkilatlarda strukturun və qərarlar qəbul edilməsi proseslərinin tədqiqinə görə.

1979- cu il - Artur Lyuis (ABŞ), Teodor Şults (ABŞ), inkişaf etməkdə olan ölkələrin problemlərinin tədqiqi üzrə işlərinə görə.

1980- ci il - Lourens Kleyn (ABŞ), iqtisadi modellərin yaradılması və onların iqtisadi siyasət və dövri dəyişikliklərin təhlilində tətbiqi üzrə işlərinə görə.

1981- ci il - Ceyms Tobin (ABŞ). Maliyyə bazarlarının ist- ehlak, istehsal, məşğulluq və qiymətlərlə əlaqələrinin tədqiqinə görə.

1982- ci il - Corc Stiqler (ABŞ). Sənaye strukturlarının öyrənilməsi, bazarların fəaliyyətinin təhlili və iqtisadiyyatın dövlət tənzimlənməsinin rolunun təhlilinə görə.

1983- cü il - Jerar Debre (ABŞ). Ümumi iqtisadi tarazlıq nəzəriyyəsi üzrə işlərinə görə.

1984- cü il - Riçard Stoun (Böyük Britaniya). Milli hesablar sisteminin yaradılması və statistik ölçmələrə görə.

1985- ci il - Franko Modilyani (ABŞ). Maliyyə siyasəti problemlərinin tədqiqi üzrə işlərinə görə.

1986- cı il - Ceyms Byukenen (ABŞ). Qərarlar qəbulu nəzəriyyəsinin saziş və konstitusion əsaslarının təhlili üzrə işlərinə görə.

1987- ci il - Robert Solou (ABŞ). İqtisadi artım nəzəriyyəsi sahəsində fundamental tədqiqatlarına görə.

1988- ci il - Moris Alle (Fransa). İqtisadi tarazlıq nəzəriyyəsi, iqtisadi artımın, investisiyaların və faiz dərəcələrinin qarşılıqlı əlaqəsi üzrə tədqiqatlarına görə.

1989- cu il - Tryuqve Haavelmo (Norveç). İqtisadi təhlil nəzəriyyəsinə töhfəsinə görə.

1990- cı il - Harri Markovits, Merton Miller, Uilyam Şarp (hamısı ABŞ). Resursların bölgüsündə həlledici rol oynayan müasir maliyyə bazarları nəzəriyyəsinin işlənilməsinə görə.

1991- Cİ il - Ronald Kouz (ABŞ). İnstitutsional strukturda və iqtisadiyyatın fəaliyyətində ictimai (transaksiya) xərcləri və mülkiyyət hüquqlarının mahiyyətinin açılmasına, müəyyənləşdirilməsinə görə.

1992- ci il - Harri Bekker (ABŞ). Makroiqtisadi təhlilin tətbiqi

411

sahəsinin genişləndirilməsi və insan kapitalı nəzəriyyəsinin işl- ənilməsinə görə.

1993- cü il - Duqlas Nort, Robert Fogel (hər ikisi ABŞ). İqtisadi tarix sahəsində yeni istiqamət kimi iqtisadi statistikadan istifadə olunmasına görə.

1994- cü il - Con Xarsani, Con Neş (hər ikisi ABŞ), Reynhard Zelten (AFR). Oyun nəzəriyyəsinin iqtisadi proseslərə tətbiqinə görə.

1995- ci il - Robert Lukas (ABŞ). Səmərəli gözləmələr nəzəriyyəsinin işlənilməsi və tətbiqi, onun iqtisadi siyasətin işlənilməsində istifadəsinə görə.

1996- cı il - Uilyam Vikri (ABŞ), Ceyms Mirrlis (Böyük Britaniya). İqtisadiyyatda kafi olmayan və təzadlı informasiya şəraitində stimullar nəzəriyyəsinin işlənilməsinə görə.

1997- ci il - Robert Merton və Mayron Skoulz (ABŞ). Əsasında bütün maliyyə bazarlarının fəaliyyəti qurulmuş törəmə qiymətli kağızların dəyərinin qiymətləndirilməsi düsturunun işlənilməsinə görə.

1998- ci il - Amartia Sen (Hindistan). Əhalinin rifah halının iqtisadi təhlilinə verdiyi töhfəyə görə.

1999- cu il - Robert Mendell. Açıq bazar iqtisadiyyatlı ölkələrdə pul və maliyyə siyasəti sahəsində tədqiqatlarına görə.

2000- ci il - Makseden Devid. Ev təsərrüfatı istehlakının həllinin ekonometrik təhlilinə görə.

2001- ci il - Spons Maykl. Assimetrik informasiyalı bazarların təhlili sahəsindəki xidmətlərinə görə.

2002- ci il - Smit Vernon. İqtisadi təhlil aparan zaman laboratoriya sınaqları tətbiq etdiyinə görə. Daniyel Kaneman. Psixologiyada tətbiq edilən metodların iqtisadi tədqiqatlarda istifadə edilməsinə həsr olunmuş işlərinə görə.

2003- cü il - Enqi Robert, Qrencer Klayv. Müvəqqəti iqtisadi tsikllərin təhlili metodlarına görə, hansıki, ÜDM-in, qiymətin, səhmlərə qiymətin qoyulmasını və s. inkişafını müəyyən etməyə imkan verir.

2004- cü il-Finn Kidland (Norveç), Edvard Preskott (ABŞ). Dinamik makroiqtisadiyyatda zaman amilinin iqtisadi siyasətə təsirinin öyrənilməsinə verdikləri töhfə və işgüzar dövrlərin hərəkətverici qüvvələrinin tədqiqatına görə.

2005- ci il - Robert Aumann (İsrail), Tomas Şellinq (ABŞ). Bizim münaqişənin mahiyyəti anlayışımızın dərinləşdirilməsi və oyun

412

lar nəzəriyyəsinin analizi yolu ilə əməkdaşlığa doğru. 2006- cı il - Edmund Felps (ABŞ). Makroiqtisadi siyasətdə qısa və

uzunmüddətli effektlər arasında qarşılıqlı əlaqənin tədqiqinə görə. 2007- ci il - Leonid Qirvits, Erik Meskin, Rodjer Mayerson (ABŞ),

Optimal mexanizmlər nəzəriyyəsinin əsaslarının yaradılmasına görə.

413

Azərbaycan Respublikası üzrə 1995 və 2000_2006.cı iUərə aid bəzi mühüm sosialjqtisadi göstəricilər

1995 2000 2001 2002 2003 2004 2005 2006 Əhalinin sayı (min nafər) 7726,2 8081 8141,4 8202,5 8265,7 8347,3 8436,4 8532,7 Əhalinin təbii artımı (nəfar) 92487 70293 65072 64193 64466 82041 89939 96698 İqtisadiyyatda maşğuİ olanlar (min nəfər) 3613 3704,5 3715 3726,5 3747 3809,1 3850,2 3973 işsiz statusu verilmiş şəxslərin sayı (nəfər) 28314 43739 48446 50963 54365 55945 56343 53862 Əhalinin gəlirləri (mlyn. AZN) 1340,6 4047,3 4301,6 5018,6 5738,1 6595,1 8063,6 9949,8 Adambaşına düşən gəlirlər (AZN) 177,2 510,5 538,3 623,3 707,2 805,6 974,9 1189,5 Əhalinin xərcləri (mlyn. AZN) 1275,8 3272,2 3498,4 4171,2 4793,8 5549,9 6508,7 8006,7 iqtisadiyyatda orta aylıq əmək haqqı (AZN) 12,5 44,3 52 63,1 77,4 99,4 123,6 149 Ümumi daxili məhsul (mlyn. AZN) 2133,8 4718,1 5315,6 6062,5 7146,5 8530,2 12522,5 18037,1 Adambaşına düşən ümumi daxili məhsul (AZN) 282,1 595,1 665,2 752,9 880,8 1042 1513,9 2156,4 Son istchlak (mlyn. AZN) 2072,8 3753,8 3994,2 4565,3 5170,9 5861,3 6579,7 7743,4 Ümumi yığım (mlyn. AZN) 507,4 975,4 1099,1 2096,2 3799,8 4946,7 5201,2 5597,5 Əsas kapitala investisiyalar (mlyn. AZN) 228 967,8 1170,8 2107 3786,4 4922,8 5769,9 6234,5 Dövlət büdcəsinin gəlirləri (mlyn. AZN) 316,9 714,6 784,8 910,2 1220,9 1509,5 2055,2 3868,8 ümumi daxili məhsulda, faizlə 14,9 15,1 14,7 15 17,1 17,7 16,4 21,4 Dövlət büdcəsinin xərcləri (mlyn. A2^) 428,4 764 807,5 931,8 1234,5 1502,1 2140,7 3790,1 ümumi daxili məhsulda, faizlə 20,1 16,2 15,2 15,4 17,3 17,6 17,1 21 Dövlət büdcəsinin kəsiri (mlyn. AZN) -111,4 -49,3 -22,7 -21,5 -13,6 7,3 -85,5 78,6 ümumi daxili məhsulda, faidə 5,2 1 0,4 0,4 0,2 0,1 0,7 0,4 iqtisadiyyatda mənfəət (mlyn. AZN) 510,4 539,9 626,8 916,2 1141,9 1776 2133,1 2741,3 Geniş mənada pul kütləsi (mlyn. manat) 259,9 509,7 686,8 785,2 1018,8 1503 1841,8 3440,5 Təyin olunmuş aylıq pensiyalann orta məbləği(AZN) 3,5 14,4 14,7 17,7 23,8 24 28,5 41,1 Kredit qoyuluşları 289,8 464,4 486,3 520,2 670,3 989,5 1440,9 2362,7 Qısa müddətli kreditlər (xüsusi çəkisi - faizlə) 87.3 72 72.8 72 72.7 70.8 63.4 48.3 Uzun müddətli kreditlər (xüsusi çəkisi - faizlə) 12,7 18 17,2 18 17.3 29.2 36.6 51.7 Xarici ticarət dövriyyəsi (mlyn. ABŞ dolları) 1304,9 2917,3 3745,3 3832,9 5216,6 7131,4 8558,4 11639,8 İxrac (mlyn. ABŞ dolları) 637,2 1745,2 2314,2 2167,4 2590,4 3615,4 4347,2 6372,2 İdxal (mlyn. ABŞ dolları) 661,1 1172,1 1431,1 1665,5 2626,2 3516 4211,2 5267,6 İnflyasiyanın tempi (əvvəlki ilə nisbətdə) 511,8 101,8 101,5 İ 02,8 102,2 106,7 109,6 108,3