Upload
lynhi
View
340
Download
5
Embed Size (px)
Citation preview
~ 1 ~
~ 2 ~
N.ƏHMƏDOV
Nəvələrə nəsihət, Bakı, 68 səh. 208
İnformasiyanın bolluğu əsrdə insanlar çoxsaylı mənbələrdən, böyük
həcmli məlumatlardan lazımi səviyyədə istifadə etməkdə problemlərlə
rastlaşır. Xüsusilə, Azərbaycanda əlifbanın bir neçə dəfə dəyişməsi
ilə əlaqədar olaraq yeni nəslin nümayəndələri köhnə əlifba ilə
yazılmış bilik mənbələrindən kifayət qədər bəhrələnə bilmirlər.
Nəticədə onlar Azərbaycan xalqının uzun illər yaratmış olduğu
arxivlərindən kənarda qalır ki, bunun da nə demək olduğunu anlayır.
Bu kitabçanı yazmaqla məqsəd, həyatda ən çox istifadə olunan
danışılan hikmətli kəlamları və atalar sözlərinin bəzilərini gənc
oxuculara çatdırmaqdır. Ümid edirik ki, bu kitabçada toplananlar
möhtərəm oxucuları razı salacaq və onların dünya görüşünün
artmasında az da olsa rolu olacaq.
~ 3 ~
Mənim qənaətim
Bütün insanlar şübhəsiz kamil bilikli, dünya görünüşlü olmaq
arzusu ilə yaşayırlar. Bunun üçün çoxsaylı vasitələrin olması hamıya
məlumdur. Bunlardan biri də mütaliə etmək və kitab oxumaqdır.
Hamıya məlumdur ki, informasiyanın gündən-günə surətlə artdığı
XXI əsrdə bütün kitabları oxumaq, informasiya mənbələri ilə tanış
olmaq imkan daxilində deyil. Onu da nəzərə almaq lazımdır ki, bu
bilik mənbələrindən məhrum olmaq insanların həyatla
ayaqlaşmamasına gətirib çıxara bilər.
Azərbaycanda bir-neçə dəfə əlifbanın dəyişdirilməsi millətin uzun
illərlə yaratdığı bilik mənbələrindən məhrum olmasına, həyatla
ayaqlaşmamasına gətirib çıxara bilər.
Elə bu səbəbdən də, bu sahədə milli problemin həlli yolları
tapılmalıdır. Əks halda gənc nəsil bir sıra dəyərli bilik mənbələrindən
uzaqlaşa bilər.
Bunun qarşısını almaq üçün bir sıra vasitələr var. Onlardan biri də
bəzi kitablardakı məlumatların əsas, ən vacib hissələrini seçməli,
ayırmalı və onlardan electron məlumat mənbəyi yaradılmalıdır.
Beləliklə, çox dəyərli kitablardan və həyatda eşitdiyim hikmətli
kəlamları və atalar sözlərini bu kitabçada cəmləşdirib nəvələrə,
oxuculara çatdırmaq qarşıya məqsəd qoyulmuşdu.
Bu kitabça vasitəsilə nəvələr çox qısa vaxtda nəyəsə nail ola bilər.
Bu məlumatlar onların görüşlərdə, dostları ilə söhbətlərində öz
fikirlərini daha aydın və səlist bildirməklərinə kömək edə bilər.
Eyni zamanda bu kitabça Azərbaycan xalqının dəyərli janrı olan
hikmətli kəlamların və atalar sözlərinin gənclər arasında
yayılmasında və təbliğində hansısa rol oynayacaq.
Kitabçanı oxuyanda nəvələr xoşuna gələn bir məqamla rastlaşsa,
onları düşünməyə vadar etsə, kitabça haqqında kiməsə fikrini
bildirsə, din haqqında məlumatlardan “nəyisə” yeni
~ 4 ~
məlumat kimi qəbul etsə və yadında saxlasa, deməli əməyimiz hədər
getməyib.
Əgər bu kitabçadakı məlumat sizə birinci dəfə çatdırılarsa, ya da
fikirləri yadınıza salırsa, təkrar etməyə nail olursa, deməli bu kitabın
yazılmasına ehtiyac olduğunu düşünməkdə səhv etməmişik.
Nadir Əhmədov
~ 5 ~
Nəvələrə nəsihət
Uşaqlar nə qədər istedadlı olsanız da böyüklərin, babaların,
nənələrin, ata və ananızın sözünə baxmasanız, dərsinizi oxumasanız
daima mütaliə etməsəniz və dünya görüşünüzü genişləndirməsəniz heç
nəyə nail ola bilməzsiniz.
Siz həyatda nə qədər çox biliyə malik, sağlam olsanız, ətrafınızda
olan insanlara hörmətlə, lütfkarlıqla yanaşsanız, onda ətraf da,
cəmiyyət də sizə hörmətlə yanaşacaq. Bu da sizing həyatda xoşbəxt
olmağınıza zəmin yaradacaq.
Əziz nəvələr:
- Həyatda sağlam, bilikli və bacarıqlı olmalı;
- Ata-ananın, babaların, nənələrin, böyüklərin, müəllimlərin və sizə
nə isə öyrədən ustadın sözlərinə diqqətli olmalı, nəticə çıxarmalı,
hörmət etməli;
- Həyatda səbrli, ədalətli, azad fikirli, təvazökar, insanpərvər,
xeyirxah, vətən təəssübkeşli olmalı, səhvini vaxtında qəbul etməyi,
bağışlamağı, lazım gələndə üzr istəməyi, özündən zəiflərə, xüsusilə,
qadınlara hörmət etməyi, insane əməyinə qiymət verməyi, düz
danışmağı, başqasının fikrini dinləməyi, yeri gələndə “Çox sağ ol”
deməyi və hörmət etməyi, həyatdan zövq almağı bacarmalı;
- İntiqam, düşmənçilik və qərəz hissi ilə yaşamamalı;
- Paxıllığı, lovğalığı, yalançılığı, ikiüzlülüyü, acgözlüyü, kin-kudurəti
həmiçəlik kənara atmalı;
- Kompüteri, xarici dili, interneti dərindən bilməli və səmərəli
istifadə etməli;
- Dinə hörmətlə yanaşmalı və cəmiyyətdə öz rolunu dərk etməli.
~ 6 ~
Özüm qədər çox istədiyim, həyatda nəyi etməyi
bacarmadığımı sizdən gözlədiyim və ümid bəslədiyim nəvələr,
çox-çox xahiş edirəm bu kitabçanı oxuyun, bu sizing minimum
biliyiniz ola bilər, bunları bilsəniz dərk, qəbul etsəniz onda siz
bizim layiqli əvəzedicimiz olacaqsınız. Bu da həyatın
inkişafıdır.
Əziz balalar, sizə bunalrı məmnunluqla demək və çatdırmaq
istəyinə nail olmuşam.
Nadir Əhmədov
~ 7 ~
Qiymətli incidir hikmətli kəlam
Hədiyyələrin ən qiymətlisi hikmətli kəlamdır.
Məhəmməd Peyğəmbər (ə.s.)
Böyüklərlə oturun, alimlərdən soruşun,
Hikmət əhli ilə oturun-durun.
Məhəmməd Peyğəmbər (ə.s.)
Hikmətlə, biliklə, comərdlikdə sən,
Hər iki dünyada şahsan, hakimsən.
N.Xosrov
Dünyanın bünövrəsi hikmətlə qoyuldu.
Kəlam
Hər vaxt xatırlayın!
Kainatın bəzəyi insandır.
Söz hafizədir.
Xalqın ən böyük sərvəti onun dilidir.
Xoş söz dəmir qapını açar.
Qılınc bədəni, pis söz ağlı yaralayar.
Şirin dili olanların dostları hər gün bir az da artar.
Kitab hərisi ol, təvazökarlığa adət et.
Kitab onu oxuyana xoşbəxtlik gətirir.
Gül gözəldir, kitab güldən də gözəldir.
Kitab hikmət bağçasının qapısıdır.
Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdı yarımçıq papaqçılıqdan.
Gözləriniz və nəfsiniz tox olsun.
Hər kəs özü gələcəyini yaradır.
~ 8 ~
Ot kökü üstündə bitər.
Aslanın erkəyi, dişisi olmaz.
Tələsmək olar, tələsik iş görmək olmaz.
Xoşxasiyyət və insaflı olmağı özünə peşə et.
Bir gün elm öyrənmək, bir neçə il ibadət etməkdən xeyirlidir.
Vaxtını itirən bəxtini itirər.
Adamın həmişə bədəni və paltarı təmiz olmalıdır.
Ağlı başında olan övlad ata və ananı unutmaz.
Öz bilik və istedadınla lovğalanma.
Sizdən hərəkət, Allahdan bərəkət.
Dediyindən peşiman olmamaq üçün düşün, sonra danış.
Çox bilib az danışan ol, az bilib çox danışan olma.
Çalış səni xalq tərifləsin, nəinki özün özünü.
Qardaş qırğını düşməni sevindirər.
Allah-təala insanı göydən yerə endirib,
Müəllim insanı yerdən göyə qaldırıb.
Dilinə yaxşıdan başqa heç bir şey deməyə adət etmə.
Ədalətli ol ki, ədalət görəsən.
Nəslin qocalarının hörmətini saxla.
Özünə rəva bilmədiyini başqalarına da rəva bilmə.
Istəyirsən sənin qədrini bilsinlər,sən dəbaşqalarının qədrini bil.
Yeyərkən tələsmə, ən azı 20 dəfə çeynə.
Səhər tezdən durmağa adət et.
Nə iş görürsənsə onu ehtiyatlı gör.
Pislə oturan yaxşılıq qazana bilməz.
Bilməyən yox, bilmək istəməyən sarsaqdır.
Həyat mebarizədir.
Yaşamaq üçün qalib gəlməyi öyrən.
Kədər ağıllı adamların müəllimidir.
Pul yaxşı bir xidmətçidir, amma pis ağadır.
Həmişə başqa adamlarda yaxşı tərəfi axtar, pisi yox.
~ 9 ~
Ağllı adamlar başqalarının qüsurlarını görərək, öz qüsurlarından azad
olur.
Biliyinə qürrələnmə, bilmədiklərin bildiklərindən qat-qat çoxdur.
Özünüzə qarşı tələbkar və başqalarına mərhəmətli olduqda sizin
düşməniniz
olmaz.
Dözüm acıdır, lakın meyvəsi şirindir.
Hövsələ ağlın xəzinəsidir.
Insanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
Hörmət və izzət pulla alınmır, onu göstərdiyin xeyirxahlıqla əldə edə
bilərsən.
Unutma ! Yaxşılıq etsən də özünə qayıdır, pislik etsən də!
Yaxşılıq güdürsənsə, özün yaxşı ol.
Kim etdiyi yaxşılıqla lovğalanırsa, onu geri almış olur.
Yaxşı kitablar oxumaq ağıllı adamlar ilə söhbət etmək deməkdir.
Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir.
Dahi Nizami Gəncəvi deyib:
“Kitab elə bir zinətdir ki, ondan hamı yesə də qurtarmaz.
Dünyada nə qədər kitab var belə,
Çalışıb vuruşub gətirdim ələ.
Oxudum, oxudum, sonra da
Hər gizli xəznədən bir dürr çıxardım”
“ Yaşamaq yanmaqdı, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır”
~ 10 ~
“Qandal açılsa da qollarımızdan,
Köləlik hələ də beynimizdədir.”
Əgər yol əyrisə, düz olmaq üçün
Bu əyri yollardan necə düz keçim?
Biri-birimizə atdığımız daş
Vətənə, millətə dəyir, a qardaş!
Indi keçəl Həmzə iş başındadı,
Koroğlu Həmzəyə cangüdən olmuş.
Dünən bu Vətənə düşmən olanlar,
Vətən aşıqınə çevrilmiş bu gün.
Çox gördük xalqını qul edənləri,
Eləsi gəlsin ki, xalqa qul olsun.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda yazıq həqiqət.
Rüşvətin qolları elə güclüdür,
Poladdan olsa da əyər qanunu.
Heç demə, ən böyük haqsızlıq imiş,
Haqqını istəyən millətin haqqı.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasan, vay o düzlüyə.
~ 11 ~
Özün düz olmasan, tapmazsan düzü
Əyrilər içində düzü seçəndə...
Səsin fəryadını eşitmək asan,
Qələmin fəryadı yetişmir sizə.
“Bir ondan razıyam ki,
Özümdən narazıyam”.
Yoxdan yaratmısan məni sən özün,
Ya məni yox elə, ya da dərdimi.
Məni quyudan çıxaran kəndir,
Indi boğazıma keçıb halqa tək.
Bir vaxt rusca idi bütün reklamlar,
Indi ingiliscə dürtülür gözə.
Xalqa arxasını çevirənlərin
Arxası həmişə yerdə sürünür.
Səbirli olmaq ağıllı olmağa bərabərdir.
Səbirdən sonra həmişə uğur gəlir.
Həyatda heç bir güzəşt etməmək ağılsızlıq əlamətidir.
Hövsələ ağlın xəzinəsidir.
Etiraf etmək kişilik əlamətidir.
Vətəni sevməyən insan olmaz.
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.”
“Ah, Vətən, candan keçmək istədim,
Bu əziz yolda ölmək istədim.”
~ 12 ~
Vətənin üçün qan, dostunuz üçün göz yaşı, ailəniz üçün tər tökün.
Mənliyi olmayan millət başqa millətlərin ovudur.
Torpaq uğrunda ölən varsa Vətəndir.
Yad ocağının alovundan, Vətən ocağının tüstüsü yaxşıdır.
Torpaqdan pay olmaz.
Torpaq qızıl quşdur, əldən buraxdın – uçar gedər.
Torpağa tər versən, o da sənə bar verər.
Torpağın qədrini bilməyən ulaya-ulaya qalar.
Hər bir türk bilməlidir türk olduğunu.
Kim Vətəndən məhrum olsa, o, ata-baba nəslindən məhrum olar.
“Vətən” sözü cəsarətsiz adamı da igid edər.
Vətənə vurulmuş yaranı hər birimiz öz ürəyimizin dərinliyində hiss
etməliyik.
Hər şeyin dayağı olduğu kimi, insanın da dayağı onun vicdanıdır.
Ən yüksək elm müdriklik, ən yüksək müdriklik isə xeyirxahlıqdır.
Yaxşı tərbiyə bizim xoş gələcəyimiz, pis tərbiyə bizim göz
yaşlarımızdır.
Ən böyük xəyanət – soyuqqanlılıq,
Ən böyük cinayət – biganəlikdir.
“Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?”
Düşmənçilik axmaqlıq əlamətidir.
Mərdin ölüsü, namərdin dirisindən hörmətli olar.
~ 13 ~
Dayaz çaylar səs-küylə, dərin çaylar sakit axar.
“Yaman əməlindən daim qocalar,
Yaxşı əməlindən ucalar insan.”
Qəddar adam yaltaq və qorxaq olar.
Qəddarlıq nadanlıq əlamətidir.
Hər bir şeyin tullantısı olduğu kimi, cəmiyyətin də tullantısı qəddar,
qorxaq, yaltaq, nadan və ikiüzlü adamlardır.
Kin saxlamaq cahillik əlamətidir.
Yadından çıxarma ki, axmaq adama sirr vermək olmaz.
Hər işdə xeyir güdən adam ziyan çəkər.
Var dövlət olanda coşma, əlindən çıxanda çaşma.
Dünyanın ən yazıq adamı həyatı özü üçün yaşayanlardır.
Adamın adamı olmaq üçün, gərək adam özü adam olsun.
Xeyirxah əməl, xeyirxah tərbiyənin nəticəsidir.
Ədalətli adam özünə arzulamadığını başqasına da arzulamaz.
Həyatın hər anını qənimət bil.
Yadından çıxartma ki, qəmöqüssə insanın gücünü azaldır.
Acgöz adam dünyanın yiyəsi olsa belə, yenə də acdır.
Təmiz qəlbli, xeyirxah niyyətli adamın dili şirin olar.
Heç nə bacarmayıb hər şey etmək istəyəndən uzaq ol.
Tanıdığın uzaq yol tanımadığın yaxın yoldan yaxşıdır.
Dərdin yarısını səbr etməklə sağaltmaq olar.
Yadından çıxartma ki, sənə deyən, səndən də, başqasına deyəcək.
Verən əl, alan əldən daha hörmətlidir.
Varlısansa simic olma.
Gözəl söz insan qəlbinə məlhəmdir.
Yadında saxla ki, pis adam heç kim haqqında yaxşı fikirdə olmaz.
~ 14 ~
Hər bir işdə tələsmək də olmaz, gecikmək də.
Laqeydliyin bir səbəbi də nadanlıqdır.
Bağışlamağı bacarmaq əxlaqdandır.
Mərd adam bağışladığını minnət saymaz.
Yadından çıxarma ki, ailəyə çörək vermək igidlik yox vəzifədir.
Qohumlara çörək vermək vəzifə yox igidlikdir.
Yada çörək vermək vəzifə, igidlik yox, qəhrəmanlıqdır.
Hər bir musiqini başa düşmək və sevmək olar - əgər qulaq asa bilsən.
Səhv etməmək üçün diqqətli olmalısan.
Adamların sözlərinə inanmaq üçün əvvəl yoxla, əks halda tez-tez
aldanmış olarsan.
Xeyirxah adam həmişəyaşıl ağaca bənzər – ilin fəslindən asılı
olmayaraq kölgəlidir.
Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.
Mümkün olmayan şeyləri arzu etmə.
Ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş sən öz kömək
əlini uzat.
Dəfələrlə fikirləş, sonra dilinə gətir.
Dönə-dönə götür qoy et, sonra həyata keçir.
Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə.
Bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma.
Yaxşı ad qazanmaq xatirinə qanunsuzluğa yol vermə.
Dövlətlənəndə qudurub yan-yörəni qapma.
Yoxsulluqdan ruhdan düşüb yazıq-yazıq baxma.
Heç kəslə dava-dalaş salma, hami ilə təvazökar ol.
Özünə rəva bilmədiyin şeylər üstündə qardaşını danlama.
Ağlın başındadırsa heç vaxt ata və ana haqqını unutma.
Dindirilməmiş danışma, xahiş edilməmiş
~ 15 ~
məsləhət verib nəsihət etmə.
Malını elə yerə qoy ki, istəyəndə tapasan.
Ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş eşidəsən.
Ümidsizlik baş verdikdə ümidini itirmə, ümid ümidsizliklə bağlıdır.
Həmişə yalan danışmaqdan, sırtıqlan utan, yaxşı işlər görməkdən isə
utanma.
O qədər yumşaq olma ki, səni “hop” eləyib udsunlar.
O qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar.
Başqaları ilə məsləhətləşməyi özünə əskiklik hesab etmə.
Ağıllı qocalar və sınanmış dostlarla məsləhətləş.
Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.
Istəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə.
Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma.
Həya, abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.
Dalda ələ salınmaq istəmirsənsə, əlinin altında işləyənlərlə mülayim
dolan.
Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına yamanlıq etmə.
Istəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil.
Istəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et.
Istəyirsən ki, dilin uzun olsun, əlini gödək et.
Təzə dost tapdıqda, köhnəsinə arxa çevirmə.
Tək olmaq pislə oturmaqdan yaxşıdır.
Xəbər ürək açan deyilsə, sən sus, başqası desin.
O şey ki, arxayınsan sənə deyəcəklər, soruşmağa tələsmə.
Bir yerə girməzdən əvvəl ordan necə çıxmağı düşün.
~ 16 ~
Unutma ki, öz borcunu dərk edib, onu yerinə yetirməmək
qorxaqlıqdır.
Cavanlığında ele yaşa ki, qocalıqda xoşbəxt olasan.
Heç vaxt özgənin bədbəxtliyinə gülmə, sevinmə.
Unutma ki, yaxşı məsləhətçi istənilən sərvətdən yaxşıdır.
Təşəkkür vaxtında gözəldir.
Insana qəmdən pis şey yoxdur.
Qocalığa gülmə, çünki sən ona doğru gedirsən.
Nəcibdən ayrılıb nanəcibə qoşulma.
Əgər istəyirsən qəmini çəksinlər, başqalarının qəmini çək.
Bir kəsi tanımaq istəyirsənsə, oturub-durduğu yoldaşlarına nəzər yetir.
Başqalarının bəxtəvərliyinə qibtə etmə.
Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək.
Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazma.
Heç bir zaman özün edə biləcəyin bir iş üçün başqasını narahat etmə.
Unutma ki, əcaib, qəribə güyimlər gözəlliyi də eybəcərləşdirir.
Bil ki, ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz.
Insan öz əqlilə məsləhətləşməmiş işə başlamaz.
Ağıllı adam özündən güclüyə meydan oxumaz.
Ağıl insanın mənəvi silahıdır.
Ağıl qızıl tacdır, hər başda olmaz.
Zarafat şərin müqəddəməsi, bütün bəlaların bələdçisidir.
Acı dil qəddar ürəyin əlamətidir.
Minnətdarlıq qəlbın nəcibliyinin əlamətidir.
Unutma ki, kədərdə də ədəb var.
Göz yaşlarında da həddi bilmək lazımdır.
Yalnız ağılsız adamlar kədərdə hədd-hüdud gözləmirlər.
~ 17 ~
Sadəlik təkcə ən gözəl yox, həm də ən vacib keyfiyyətdir.
Ən gözəl zinət təmiz vicdandır.
Yalnız ağıl, elm, iradə, vicdan insanı ucaldır.
“Qorxuram!” sözünü demək, adamın öz vivdanı qarşısında etdiyi
etirafdır.
Qazanc dövləti artırar, insaf şöhrəti.
Həqiqət acı olsa da, qarşısındakının xoşuna gəlməsə də, çəkinmə üzə
de!
Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə
dəlalət edir.
Unutma ki, həddən çox mübahisə edəndə həqiqət itir.
Əgər həqiqəti eşitmək istəyirsənsə, sərbəst danışmağa icazə ver.
Dünyada kişi üçün ən gözəl libas doğruluq libasıdır.
Bil ki, yalnız yalan insanı alşaldır.
Döğru sözə and içməyə ehtiyac yoxdur.
Unutma, ataya itaət Allaha itaət deməkdir.
Atanın üzünə ağ olmaq Allahın üzünə ağ olmaqdır.
Heç vaxt bilərəkdən valideyinlərin üzünə qabarmayın.
Ana məhəbbəti bütün hisslərdən və dünya nemətlərindən ən
daimisidir.
Deyirlər ki, ev bir məmləkətə bənzəyir, ana onun padşahına.
Dünyada yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum
olanlardır.
Ustadının, müəlliminin hörmətini uca tut, onları ata-ana qədər sev.
Insanlara hörmət öz-özünə hörmət deməkdir.
Işi sabaha saxlamaq ağılsızlıqdır, sabah nə olacaq bizə məlum deyil.
Bircə saatın qədrini bilməyən həyatın tam qiymıtini başa düşə bilməz.
~ 18 ~
Bu günün bir saatı sabahın iki saatına bərabərdir.
Üç səhər tez qalxan əlavə bir gün qazanar.
Xöşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir.
Öz-özünə hörmət etməyən adam xoşbəxt ola bilməz.
Suyun çoxluğu əkinə zərər verən kimi, yeməyin də çoxluğu bədənə
zərər verir.
Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbr və
təmkinlilik nişanəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir.
Səhhəti yerində olan adam qıymətsiz xəzinə sahibidir.
Çox yatmaq ölümə səbəb olar, ömrü az edər.
Borcun yoxsa dövlətlisən, canın sağlamdırsa xoşbəxt.
Sağlam olmaq varlı olmaqdan yaxşıdır.
Sarsaqla dostluq etməkdənsə, ağıllı ilə düşmən olmaq yaxşıdır.
Dostluq yalnız ağlın və yaşın yetkinliyi vaxtı möhkəm olur.
Yalnız yaxşı insanlar arasında dostluq mümkündür.
Dostunun az olmasını istəmirsənsə, paxıl olma.
Mərdlik ilə çatar arzuya insan.
It sənə dost olar bir sümük atsan.
Namərd qədir bilməz qurban da olsan.
Pis dostdan tək yaşamaq yaxşıdır.
Eyibsiz dost axtaran axırda dostsuz qalar.
Dost ona deyərlər ki, dostunun eybini özündən başqa heç kimə
deməsin.
Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən.
Xəbərçiyə inanan dostunu məhv edər.
~ 19 ~
Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır.
Unutma, qonağı qapıya qədər ötürərlər.
Qonağın düşmənin olsa da, ona diqqətli ol.
Evə qonaq gələndə saata baxma.
Qonaq yanında uşağı vurmaq ev süpürmək qonağa hörmətsizlikdir.
Qonağın təşəkkürü, onun qızıl hədiyyəsindən qiymətlidir.
Əmək hər şeyə qalib gəlir.
Köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz də səadət ola bilməz.
Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin
mənbəyidir.
Əmək sevincdir, tənbəllik isə ağır bəla.
Cavanlıqda tənbəllik eləyən, qocalanda cındır geyər.
Heç kimlə qaba davranma, çünki sənə eyni qaydada cavab verərlər.
Imanlı adam həmişə ədalət tərəfdarıdır.
“Yox” demək bacarığı həyatın qaydalarından biridir.
Tale adama yol açır səy isə bu yolu davam etdirir.
Həddindən artıq təriflənmək, yalana bənzər.
Axına qarşı üzmək arzusu təhlükəlidir.
Haqq-hesab apar, amma çox dərininə getmə, nifrət oyadır.
Təntənəli giriş barəsində yox, uğurlu nəticə haqqında fikirləş.
Qəm-qüssədən qorumaq həm ağıllı, həm faydalı işdir.
Hər şeyi tərifləməyə tələsmə.
Fikir oyatmaq, yada salmaq incə işdir.
Universal adamda, bütün yaxşı cəhətlər cəmləşir.
Tərifəlayiq şeyləri təriflə bu zövqün olmasını göstərir.
~ 20 ~
Dözülə bilən zarafatlar, xoş zarafatlardır.
Pisliyi unuda bilmək insana verilən əm gözəl nemətdir.
Batmaqdan xilas olmaq üçün üzməyi öyrən.
Təmkinlik kamilliyin məbədidir.
Insan daha çox öyrəndikcə, daha çox insan olur.
Ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir.
Öz nəfsinin ağası olmaq – yüksək ruha xas olan xüsusiyyətdir.
Həmvətənlərinə xas olan nöqsanlardan yaxa qurtar.
Lütfkarlıq hər şeyi bəzəyir “yox” sözünü yumşaldır.
Şöhrət ciddi əmək hesabına qazanılır.
Günəşin üzünü tutmaq üçün balaca bir bulud kifayət edir.
Ən etibarlı müdafiə bilik və bacarıqdır.
Kimdənsə xoşun gəlmədiyini gizlət.
Heç vaxt özünə hörmətini itirmə.
Özündən çıxmamaq – kamilliyin əsas qaydalarından biridir.
Incə zövqü olan yaxşılığa daha çox can atır.
Dərhal rədd cavabı vermə, qoy ümidlər damcı-damcı yoxa çıxsın.
Yonulmazlıq savadsızlıqdan irəli gəlir.
Yerli-yersiz hər şeyə irad tutmaq həmişə pis təsir bağışlayır.
Şəxsiyyət olmağın ən qısa yolu – dost seçməyi bacarmaqdır.
Əclaf adamlarla dil tapmaq asan deyil, onlar üçün qayda yoxdur.
Hər xoşa gəlməz işdə məna axtarmaq özü mənasız işdir.
Həkimin ustalığı dərmansız müalicə etməklə ölçülür.
Elə bir adam yoxdur ki, ona məsləhət lazım olmasın.
Söhbət etmək məharətinə yiyələn, çünki söhbətdə şəxsiyyət məlum
olar.
~ 21 ~
Gözləmə ki, su boğazına çatsın, qabaqcadan kənara çəkil.
Qulaq asanda mühakimə yürütməyə tələsmə.
Dostluğu qoruyub saxlamaq, onu yaratmaqdan çox çətindir.
Kimlərdən çox asılısansa, onlara qarşı çox dözümlü olmalısan.
Şərəfsiz qələbə - qələbə deyil, məğlubiyyətdir.
Bir yalan öz ardınca başqasını dartıb gətirir.
Hətta düzgün olduğun hallarda da güzəştə getmək yaxşıdır.
Özün yaşamaq istəyirsənsə, başqalarına da yaşamağa imkan ver.
Hər şeydən əmma çıxaran olma.
Mahir atıcı həmişə bir az yuxarısını nişan alar.
Hər bir adamdan nə isə yaxşı şey götürə bilmək şox yaxşı
qabiliyyətdir.
Özünü müdrik saymaq, müdrik olmaq demək deyil.
Əsrin yetirdiyi yaxşı adamları tanı.
Qabaqcadan işin düzələcəyinə əmin olmaq onun məhvinə aparır.
Bəziləri qəm-qüssə çəkdiklərinə görə ölürlər, digərləri çəkmədiklərinə
görə çox yaşayırlar.
Acı dərmanla müalicə etmək olmaz, bunun üçün həbləri
şirinləşdirməli.
Aydın fikirli adamlar hamıya xoş gəlirlər.
Düşmən üçün də barışıq qapılarının birini açıq qoymalı.
Tərslikdən hərəkət etmə, sağlam düşüncə ilə hərəkət et.
Ən yaxşı şeyi iti yerindən tutsan səni yaralaya bilər.
Ən gərəksiz şeyin dəstəyindən yapışsan səni müdafiə edə bilər.
Pis söz desən, ondan da pisini eşidərsən.
~ 22 ~
Dünyada olan ən gözəl və kamil şeylərə diqqət yetir və öyrən.
Heç vaxt işi yarımçıq göstərmə.
Kiminlə iş görürsən onun xasiyyətini öyrən.
Özünü həddən artıq dartma deyingən olma bunlar ədəb qaydalarına
ziddi.
Həmişə elə hərəkət et ki, sanki kənardan sənə baxırlar.
Yaxşılıq bizim balaca dünyanın günəşidir.
~ 23 ~
El çələngi Atalar sözləri
Nə qədər uzun olsa da, düz yolla get!
Ən böyük dövlət ağıldır.
Dünyada usta çox, ustad isə azdır.
Sənətin böyüyü, kiçiyi olmaz.
Yer yağışdan, alim elmdən doymaz.
Dünyada pis sənət yoxdur, pis sənətkar var.
Qüvvə hər şeyi sındırır, ağıl qüvvəni.
Ata-ananın qədrini bil!
Ata-ananın üzünə ağ olma!
Böyüyün sözünü kəsmə!
Böyük danışanda kiçik susar.
Zarafatdan uzaq ol.
Zarafatın axırı çox vaxt davadır.
Tənbəl kəfəni sağlığında geyinər.
Bir yalançı dost min düşməndən qorxuludur.
Bir tikənin qırx il haqqı var.
Bizə çatdı, dəyirman yatdı.
Qızsız ana, duzsuz xörək.
Qonaq evə girənəcən utanar, ev yiyəsi sonra.
Eşşəyə dedilər: “Mərifətini göstər”. Yıxıldı, ağnadı.
Eşşəyə qantarğa keçirtməklə at olmaz.
Ət ilə dırnaq arasına girən iylənib çıxar.
Iki ağız bir olanda, bir ağız heç olar.
Ilan qabığını dəyişər, xasiyyətini dəyişməz.
Itdən çox çarıx aparan yoxdu, yenə ayaqyalındır.
Min daş-qaşın olunca, bir ağıllı başın olsun.
Ölmə eşşəyim, yaz gələr yonca bitər, yonca bitəndə də eşşək itər.
~ 24 ~
Soruşan dağlar aşar, soruşmayan çöldə qalar.
Hər buluddan ildırım çıxmaz.
Çörəyi tək yeyən, yükü də tək aparar.
Ağılsız baş, şamsız fənər kimidi.
Allah sağ əli sol ələ möhtac eləməsin.
Ac elə bilir doymaz, tox elə bilir acmaz.
Çox bilən quş dimdiyindən tora düşər.
Dama-dama göl olar.
Ildə, ayda bir namaz, onu da şeytan qoymaz.
Iti öldürənə sürütdürərlər.
It ətə, uşaq məhəbbətə.
Iş adamın cövhəridir.
Qələm yazanı qılınc poza bilməz.
Qurddan qorxan qoyun saxlamaz.
Mal yiyəsinə oxşamasa haramdı.
Özünə əriştə doğraya bilmir, özgəyə umac ovur.
Pulu qazanmaq asandır, düzgün xərcləmək çətindir.
Səbr hər dərdə dərmandır.
Sözü at, yiyəsi tapılar.
Toydan sonra nağara.
Ucuz ətin şorbası olmaz.
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Yersiz gəldi, yerli qaç.
Alim olmaq asandır, adam olmaq çətin.
Gül gözəl əlində daha da çox ətir saçar.
Acı ağacı bal ilə suvarmaqla şirin olmaz.
Heç vaxt ağıl öz sahibinə zərər yetirməz.
Elm dövlətdən yaxşıdır: Elm səni qoruyar, dövləti gərək sən
qoruyasan”.
Hər bir şəxs öz niyyətini pis və nalayıq işlərdən təmizləsin.
~ 25 ~
Adama nəvaziş etsən, sənin böyüklüyün getməz əldən.
Varın çox olması əsas deyil, könül tox olması əsasdır.
Çox yoxsul var ki, könülcə toxdur.
Elə varlılar da var ki, həmişə acgözdür.
Namərd adamla dost olma, ona inanma.
Insan xeyirxah, ədalətli, namuslu olmaq üçün doğulur.
Öz dostunla da, düşmənlə də hədd saxla.
Bir nəfərə edilən ədalətsizlik, hamı üçün təhlükəlidir.
Paxıllıq dəmir pası kimidir, axırda da dəmiri yeyər.
Paxılın odu özünü yandırar.
Varlı ilə dost olub yoxsula gülmə.
Hər bir şey naziklikdən sınarsa insan qalınlıqdan sınar.
Hər kimə yaxşılıq və pislik etsən özünə edirsən.
Yoldan çıxmaq ayıb deyil, yola gəlməmək ayıbdır.
Zərərin yarısından qayıtmaq özü də mənfəətdir.
Ata-ananıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər.
Xoşbəxt o adamdır ki, başqalarının malına göz dikməz.
Dostların ən yaxşısı odur ki, sən onu yaddan çıxartsan da, o, səni yad
edər.
Cavanların yaxşısı odur ki, qocalar kimi davranırlar.
Kitab onu yazana, oxuyana xoşbəxtlik gətirəcəkdir.
Qayda-qanun olmadıqda ruzi verənin qədir-qiyməti bilinməz.
Ruzi verəninə minnətdarlıq bildirmək vacibdir.
Adamın həmişə bədəni və paltarı təmiz olar.
Ağlı başında olan hər övlad heç vaxt ata və ana haqqında unutmaz.
Yaxşı deyiblər: “bilik ağlın aynasıdır”.
Yaxşıdan başqa heç bir şey deməyə adət etməyərsən.
Yersiz deyilən söz nə qədər gözəl olsa da, yenə də çirkin görünər.
~ 26 ~
Yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir.
Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar bir birindən ayrılmaz əkiz
qardaşdırlar.
Yaxşılıq etməkdən peşiman olma, çünki yaxşı və pisliyin mükafatı bu
dünyada çatacaq.
Elm və sənətdən əl çəkmək geriliklə razılaşmaq deməkdir.
Bədənini sözə qulaq asmağa və sənə tabe olmağa zorla məcbur
etməlisən.
Yaxşılığı başa vurmaq yaxşılıq etmək kimi bir şeydir.
Xoş xasiyyət və insanpərvər olmağı özünə peşə et.
Etdiyin kömək sənə qarşı məhəbbəti artırar, düşmən də dönüb dost ola
bilər.
Adamların ən yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə
getməsin.
Qaşqabaqlı adam yaxşı sayılmaz.
Özündən başqa heç kəsə sirr demə, desən onu artıq sirr hesab etmə.
Bilmədiyin elmdən dəm vurma, o elmdən çörək gözləmə.
Dediyindən peşiman olmamaq üçün əvvəl düşün, sonra sözü ağzından
çıxart.
Alim olsan özünü az bilən hesab et ki, bilik qapıları sənin üzünə
açılsın.
Məsləhətçisi çoban olan şah rəiyyətə qoyun gözüylə baxar.
Öldürüb peşiman olmaqdansa, bağışla peşiman ol.
Insan tələssə də, tələsik iş görməməlidir.
Ədalət dövlətin şahı sayılıb.
Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır.
Iblis özünü Allah saysa da, qorxulu deyil, onu Allah kimi tanıyanlar
qorxuludur.
~ 27 ~
Atasını sevə n qızı tanrı da sevər, beləsi həmişə xoşbəxt olur.
Qəflət yuxusundan ayılmağın özü də bir naxışdır.
Yatağan çobanın qoyunlarını qurd yeyər.
Ördək balasına üzmək öyrətməzlər.
Adam bir iş görəndə onu hərtərəfli fikirləşməlidir.
Malın yaxşı olması azdır, gərək səsin və reklamın da yaxşı olsun.
Murdar iş görənlərin son qazancı murdarçılıq olacaq.
Pəhləvan güləşdə, arvad yoxsulluqda, dost dar gündə tanınar.
Ittifaq olmayan yerdə nifaq olar.
Hürən itdən qorxma, həmişə hürməyən itdən qorx.
Böyük müharibəyə hazır olmayan ölkə ilə heç kəs böyük sülhə
gəlməz.
Şah qan tökməkdə səbrli, hökm verməkdə təmkinli olmalıdır.
Sərhəddini qorumayan evinin divarını da qoruya bilməz.
Qanunu ayaqlanan ölkənin bayrağı da ayaqlanar.
Zora, gücə sahib olan Allahı unudar.
Insan öz baxışlarına daima yenidən baxmalıdır.
Əgər ağlın varsa, sənət öyrən.
Bilik ağlın aynasıdır!
Dilini yaxşıdan başqa heç bir şey deməyə adət etmə.
Sözü yerində deməli, yersiz deyilən söz nə qədər gözəl olsa da
faydasızdır.
Camaat içində heç kəsə nəsihət etmə.
Elə yerə get ki, səni axtarırlar.
Xoş de ki, xoş eşidəsən.
Tayfanın qocalarının hörmətini saxla.
Yersiz utanmaq insana ziyan vurur.
~ 28 ~
Əsl insanlıq camaatı incitməməkdir.
Buğdadan arpa, arpadan buğda bitməz.
Camaat ilə mehriban danış və qaş qabağını turşutma.
Elə et sənin süfrəndən tox qalxsınlar.
Təklik pis yoldaşdan yaxşıdır.
Hər kəs öz evində, ölkəsində olan padşah kimidir.
Laqeydlik axmaqlığa bərabərdir.
Oğul olduqda ona yaxşı bir ad qoy, üzmək öyrət.
Nəyi yaxşı bilirsənsə, o barədə danış.
Zülmü sevən olma.
Yaxın qonşu, uzaq qohumdan irəlidir.
Boş qazan kimi tez qızıb, tez də soyumayın.
Çobanın çoban, şahın da şah dərdi var.
Kimini qeyrəti əyilməyə qoymur, kimi də qarnı.
Bütün padşahları yaltaqlıq yıxıb.
Qonşusuna xain çıxan ölkəyə xəyanət edir.
Qonşuya xəyanət edən Allaha xəyanət edir.
Şirin belinə minmək olar, oradan sağ-salamat düşmək müşküldür.
Şəkəri suda gizlətməzlər.
Ağac var ki, oduna yarayır, ağac da var ki, oxa, nizəyə yarayır.
Bəla batmanla gəlir, misqalla çıxır.
Insan var ki, ölsə də yaşayır, insan da var ki, diri ikən ölüdür.
Söz övlad kimidir, yaxşıdırsa yaxşılıq gətirəcək, yamandırsa
yamanlıq.
Insanı hörmətə dörd əlamət mindirir: ağıl, hikmət, təmkinlik və ədalət.
Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma.
Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsinə tabe olma.
~ 29 ~
Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına yamanlıq etmə.
Istəyirsən camaatdan üstün olasan, duz-çörək verən ol.
Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
Haqq acı olsa da onu dinləmək lazımdır.
Istəyirsən düşmən sənin sirrini bilməsin, onu heç kimə demə.
Ən aldadılmış adam ona deyərlər ki, nağdını nisyəyə dəyişər.
Istəyirsən dilin uzun olsun, əlini gödək et.
Yeyərkən tələsmə, camaatın tikəsinə baxma.
Israfçılığa yol verməzsən, maddi güzəranın xeyli yaxşılaşar.
Səkkiz saata mədə boşalmalıdır, boşalmırsa, o çürümüş tuluqdur.
Həmişə bir tikə az yeyib, bir badə az içməlisən.
Xörəkdən əvvəl meyvə gətir yesinlər, bir az ara ver, sonra yemək ver.
Şərab düşkünü olma, elə et ki, sənin sərxoşluğunu bilməsinlər.
Puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab edilər.
Heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil.
Elə dalaş ki, barışığa yer qalsın.
Hər gün hamama getməyin nəinki xeyri yoxdur, hətta zərəri vardır,
əsəbləri oynaqları yumşaldır,onların bərkliyini azaldır.
Səhər tezdən durmağa adət etmək lazımdır.
Gün çıxandan sonra duran adamın ruzisi az olar.
Zəhmət sevən ol, hər şey tənbəllikdən deyil, zəhmətdən əmələ gəlir.
Mal şirin olar, lakın candan şirin ola bilməz.
~ 30 ~
Müflis olmaq istəmirsənsə, qazanmamış xərcləmə.
Ev almaq istəyirsənsə, elə küçədə al ki, adamları etibarlı olsun.
Elə ki, ev aldın, qonşuna hörmət et, onun haqqını tapdalama.
Qocaların kefini soruşub, hörmətlərini saxla.
Qonşuların evinə baxmaqla onları narahat etmə.
Mal şirin olsa da, onu arvad-uşağından əsirgəmə.
Övlad pis olsa da, elm və sənət öyrətməkdə səhlənkarlıq göstərmə.
Övlad üçün ən yaxşı miras tərbiyədir, peşədir.
Insan nə qədər sağdır, onun dosta ehtiyacı vardır.
Dostu çox olanın eyibləri örtülər, ləyaqəti meydana çıxar.
Yaxşı dost böyük xəzinədir.
Dostlarınla narazı vaxtlarda da, xoş vaxtlardakı kimi rəftar et.
Tamahkar adamdan qaç, onun dostluğu tamah üzündən olar.
Kinli adamlarla dostluq etmə.
Çalış özünə düşmən qazanma.
Allah-Təala şükür edənləri sevər.
Öz müəllimlərinin haqqını itirməyən, qədrini bilən ol.
Tək-tək adamların gətirdiyi xəbərlərə inanma.
Arasıkəsilmədən gətirilən xəbərlərə qarşı soyuqqanlı olma.
Ən böyük biclik, düz danışmaqdır.
Sınaqdan çıxarılmamış adama inanma.
Malın əvəzini tapmaq olar, canın isə yox.
Öz işini bütünlüklə başqalarının ixtiyarına vermə.
Ən böyük məharət düzlükdür.
Satmaq istədiyin şeylərin qiymətini öyrən.
~ 31 ~
Sən öz dediyinə əmin olmasan, dediyin də düz çıxmaz.
Yaxşılıq etməyi pislik etməkdən üstün tutmalı.
Insanların ən yaxşısı insanlara xeyir verəndir.
Ciddilik lazım olan yerdə zarafat edib, zarafat yerində ciddilik
göstərmə.
Düşmən nə qədər zəif olsa da, sən ona zəif baxma.
Biri yaxşılıq etsə dərhal təşəkkür et.
~ 32 ~
Şəki lətifələrindən
Baba və nənələr nəvələrini çox sevirlər. Bu barədə çox deyilmiş, çox
yazılmışdır. Şəkililər belə deyirlər: “Övlad fındıqdırsa, nəvə ləpəsidir”.
* * *
- Nəvəsini həddindən çox istəyən babalardan biri onu oxşaya-oxşaya
deyir:
- Sənin ağzo yiyim! Gözo yiyim! Burno yiyim!
Nəvazişdən xoşallanan nəvə babasına:
- Ay baba, mən də sənin başo yiyim – deyir.
* * *
- Hacı dayı pul qazanmaq üçün bütün peşələri sınaqdan keçirirdi. O,
nəhayət, dəlləklik etmək fikrinə düşdü və qonşu rayonlardan birində
“fəaliyyətə” başladı. İlk müştərinin üzünü sabunlaya-sabunlaya bir-iki
məzəli Şəki lətifəsi danışıb, ülgücü müştərinin üzünə elə çəkdi ki, elə
bil oraqla arpa biçirdi. Qulağının dibində bərk ağrı hiss edən müştəri
dik atılaraq dedi:
- Usta, bir az yavaş, sonra qulağımı kəsərsən!
- Hacı dayı heç özünü itirmədən təzəcə kəsdiyi qulağı müştəriyə
göstərib soruşdu:
- Bunu deyirsen?
* * *
- Bir gün Hacı dayının qonşusu yüyürə-yüyürə çayxanaya daxil olur.
O, Hacını görcək cəld deyir:
- Hacı muştuluğumu ver, camışın balalayıb.
- Rəhmətliyin oğlu, nə muştuluq? Camışım boğaz idi, bilirdim ki,
balalıyacaq.
- Kəlçənin balaladığını desəydin, ayrı məsələ.
~ 33 ~
* * *
- Bir göynüklü Bakıdan Şəkiyə gəlmək üçün qatara bilet alır. Həmin
qatar şimal istiqamətində gedir. O, vaqonun alt yarısunda yatır. Bir
müddətdən sonra o, yuxudan ayılır və vaqonun ikinci yarısında
yatandan soruşur ki, siz hara gedirsiniz, o da cavab verir ki, Dərbəndə.
Göynüklü təəccüblə deyir:
- Elmin inkişafına bir bax, qatarın alt yarısı Şəkiyə, üst yarısı isə
Dərbəndə gedir.
* * *
Abdulcabbarın cibində bircə manat pulu qalmışdı. Çox
fikirləşəndən sonra avtobusa minib Suçmaya yola düşür:
- Suçmada restoran işçiləri Abdulcabbarı sevinclə qarşılayıb, stol
arxasına dəvət
edirlər.
- Ürəyin nə istəyir, ay abdulcabbar?
- Əvvəlcə bir piti gətirin!
Abdulcabbar pitini yeyib, bığlarını siləndən sonra iki şiş kabab sifariş
edir. Yeyə-yeyə restoran işçilərini məzəli zarafatları ilə xeyli
güldürür bir-iki stəkan çay içəndən sonra yola düzəlir, restoran müdiri
onun dalınca:
- Ay Abdulcabbar yeyib-içdiklərinin pulunu verməmiş hara
gedirsən? – soruşur.
Abdulcabbar halını pozmadan deyir:
- Ay pir olmuş, pulum olseydi Şəkidən bura niyə gəlirdim ki? Elə
orda yiyif-içərdim da!
* * *
Hacı dayının arvadı güzgü haqqında eşitmişdi, amma görməmişdi.
Ərinin bir-neçə dəfə güzgüyə baxıb, sonra da gizlətdiyini görən arvadı
imkan axtarırdı ki, həmin güzgünü ələ keçirib özünə baxsın.
Günlərin bir günü kişi biçinə gedir. Fürsətdən istifadə edən arvad
ehmalca güzgünü götürüb baxır və təəccüblə öz-özünə deyir:
~ 34 ~
- Başı batmış! Mən də elə bilirdim ki, kişi özünə baxır, güzgüdəki arvad
imiş!
* * *
Bir nəfər qəzet köşkündə satıcı işləyən Hacı dayıdan soruşur:
- Hacı dayı, “Şəki fəhləsi” qəzetinin sabahkı nömrəsi yoxdur ki?
- Ay bala, “Şəki fəhləsi” qəzetinin sabahkı nömrəsini dünən satmışam! -
deyə, Hacı
dayı cavab verir.
* * *
Mirzə Abdulcabbarın anası toyuq-cücə saxlamağı xoşlayırdı. Bir gün
baş ağrılarından bərk şikayət edən anası Mirzəyə məsləhət görür ki,
toyuqları farağatlasın. Mirzə “baş üstə” – deyib cumur toyuqların canına.
Bir-bir başlarını üzüb atır otlağa. Bir azdan anası evdən səslənir:
- Ay oğul, toyuqları farağatladın?
- Narahat olma, elə farağatlamışam ki, bir də səsləri çıxmıyacaq...
Hamısının başını üzmüşəm.
* * *
Bir şəkili Bakının avtovağzalında taksiyə minir. Maşında sürücünün ad
və familiyası olan kiçik lohfəni götürüb, zarafatyana soruşur:
- Əmioğlu, habı kimdi ki, şəklini bura vurublar?
- Qədeş, o canidir, onu axtarırlar.
Şəkili hiss edir ki, sürücü onu lağa qoyur, gülə-gülə deyir:
- Elə bil sizə oxşayır, nicə də sizə oxşayır!
* * *
Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta
~ 35 ~
getməyə hazırlaşır. Qonaq gələn qohumlardan biri kök arvada məsləhət
verir ki, əvvəlcə oğlunu evləndirsin, gəlin gətirsin, sonra isə kurorta gedər.
Kök arvad qonağa qulaq asır, oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən qadın kök qadıngilə gəlir, onun
bərk
arıqladığını görərək mənalı soruşur:
- Kurorta getdinmi, yaman arıqlamısan?
Kök qadın köksünü ötürərək:
- Yox, kurorta gedə bilmədim, kurort bizə gəldi, - deyə cavab verir.
* * *
Qatarda Bakıya gedən bir sərnişin vaqonda kupeyə daxil olub orada
oturanlara nəzər saldıqdan və salam verdikdən sonra dinməz-söyləməz
qıçını qıçının üstünə aşıraraq əlindəki qəzeti guya oxuyurmuş kimi
görkəm alır.
Fikirli olduğundan o, qəzeti tərsinə tutmuşdu. Bunu dərhal hiss edən
bir uşaq nəzakətlə dillənir:
- Ay əmi, axı siz qəzeti tərsinə tutmusoz, onu nətəri oxiyirsoz?
Şəkili özünü itirmədən deyir:
- A bacıoğlu, qəzeti düz tutub oxumağa nə varki? Oğul odur ki, tərsinə
oxumağı bacarsın.
* * *
Hacı dayının bir qohumu can verirdi. Bakıdan professor çağırırlar.
Professor içəri girəndə görür ki, xəstə o dünya ilə əlləşir, amma hey gülür.
O, buna yaman təəccüblənir: “Mən bu cür can verməni görməmişəm
ömrümdə birinci dəfədir görürəm”.
Hacı dayı onu başa saldı ki, xəstə Şəki baməzələrindəndir, öləndə də
özünü sındırmır.
~ 36 ~
* * *
- Deyirlər, Hacı dayı danışanda hamı qarnını tutub gülür, amma özünün
heç dodağı
da qaçmır. Düzdürmü?
- Deyirsən dodağı qaçsın, kişi dodaqsız qalsın?
* * *
Hacı dayıdan soruşurlar: “Oğuldan-uşaqdan nəyiniz var? Sizin
yolunuzu kim davam etdirəcək?”
Hacı deyir:
- Birisi var, bicin biridir. Fikri-zikri məndən pul qopartmaqdır. Dünən
qabağıma qoyub doyunca danlamışam: “Ədə, sən də camaat kimi get işlə,
pul qazan. Palaza bürün elnən sürün”. Qurumsaq söz altında qalmadı: “Ay
dədə, pul ver, gedim palaz alım”.
* * *
Abdulcabbar eşitmişdi ki, kurortlarda adamlara yaxşı baxırlar, onların
qulluğunda dururlar.
Evdəki qayğıdan, dedi-qodudan bir müddət uzaq olmaq üçün o,
putyovka alaraq kurorta gedir.
Sanatoriyada onu çox yaxşı qarşılayır və deyirlər:
- Qardaş, heç narahat olma, bizim sanatoriyada özünü lap evinizdəki kimi
hiss edəcəksiniz.
Abdulcabbar çaşqın halda deyinir:
- A kişilər, axı mən öydən bezikib bura gəldim ki, istirahət eliyim, siz
isə fərəhlə deyirsiniz ki, özümü öydəki kimi hiss edəcəm. Hayıf mənim
zənnimə!
* * *
Bir şəkilinin sağ ayağı anadangəlmə bir az axsaq idi. Dostları zarafatla
onun axsaq olmasının səbəbini soruşanda vacab verərdi:
- Ə, ağlozu başoza yığın. Mən axsaq döyüləm, yer əyridi.
~ 37 ~
* * *
Bir gün dəhnəli çiynində boş xurcun alıb həftə bazarına gedirmiş.
Yolda başqa kənddən bir nəfərə rast gəlir. Onların sözləri çəp düşür.
Dalaşmış olurlar. Dəhnəli yerdən yekə bir daş götürüb xurcuna salır və
onu kişinin qulağının dibinə ilişdirir. Kişi yıxılıb ölür. Dəhnəli tez
xurcunu yerə silkələyib daşı yerə salır və hadisə yerinə gələnlərə deyir:
- Ə, köpək oğlunun heç canı yox imiş, boş xurcun dəyməklə öldü!
* * *
Bir gün qatarda eyni kupedə yol yoldaşı olan 3 sərnişin tanışlıq üçün
özlərini bir-birinə təqdim edir.
Birisi əlini uzadaraq deyir:
- Ivan Petroviç, zaparojest!
O birisi:
- Vasili Petroviç, moskviç!
Şəkili Məmməd isə özünü belə təqdim edir:
- Mamed, QAZ-24!
* * *
Bir gün xan, oğlu və nökər birlikdə piyada yaylağa yola düşürlər. Yol
çox yoxuş olduğundan xan öz paltosunu nökərə verir ki, aparsın. Bir az
getdikdən sonra xanın oğlu atasına deyir ki, nökərə tapşırın mənim də
paltomu götürsün, apara bilmirəm. Beləliklə, nökər 2 adamın paltosunu
zorla aparır. Xan nökərə baxıb oğluna deyir:
- Ay oğul, sən bir paltonu apara bilmədin, ancaq nökər bir eşşəyin
yükünü aparır.
Hazırcavab nökər xana deyir:
- Ağa sağ olsun, mən bir eşşəyin yox, iki eşşəyin yükünü aparıram.
~ 38 ~
* * *
Birisi kasıbkarlıqla başını dolandıran bir ailəyə qonaq gəlmişdi. Qonaq
sırtıq adam imiş və görünür ev sahibini əsəbləşdirmək üçün çay içərkən
qəndi ağzına iki-iki qoyurdu. Ev sahibi özünü saxlaya bilməyib:
- Ə, qəndi niyə iki-iki ötürürsən, - deyərək qəzəbini biruzə verir. Qonaq
heç halını pozmadan deyir:
- Deyirsən qəndi ağzıma dörd-dörd qoyum, ağzım cırılsın?
* * *
Şəkili Bakıda yaşayan vəzifəli həmyerlisinin yanına gedərək işinin
düzəlməsi üçün köməklik istəyir və buna nail olur, təəccübünü
gizlətmədən deyir:
- Işimi düzüb-qoşduğuna görə çox sağ ol, amma qanunu pozdun. Axı
kənarda
yaşayan vəzifəli şəkililər öz yerlilərinə kömək etmirlər.
* * *
Bir şəkili qərara gəlir ki, oğluna elə gəlin gətirsin ki, o “hayındı” sözünü
deyə bilməsin və bu məqsədlə oğlunu rus qızı ilə evləndirir. Yeni ailə
qurmuş gənclər daimi yaşamaq üçün Moskvaya gedirlər. Bir müddət sonra
oğlanın atası onlara qonaq gedir. O, qapını döyərkən rus gəlini soruşur:
- Hayındı, koqo xotite?
Şəkili öz-özünə deyir:
- Sənə eşq olsun, şəkili dili!
* * *
Qonşu rayonlardan birisi Şəki bazarına xiyar gətirmişdi. Zarafatçıl
şəkili satıcıya yaxınlaşaraq soruşur:
- Ə, qardaşoğlu, habı yerpənəy neçiyədi?
- Mini min manata.
- Mini min manata bahadı, biri bir manatdan ver, hamısını götürüm.
~ 39 ~
* * *
Keçmişdə bir şəkili ailəsi ilə kəl arabasında tanımadığı Yevlax
şəhərinə getməyə qərara alır. Onlar qaranlıq düşdüyünə görə yolda
gecələməli olurlar. Lotular gecə yarısı arabanın üzünü Şəkiyə tərəf
çevirirlər. Bu işdən bixəbər olan şəkili səhər açılan kimi arabasında yola
düzəlir, xeyli yol getdikdən sonra Şəkiyə çatır və buranın Yevlax
olduğunu zənn edərək deyir:
- Bu Yevlax lap Şəkiyə oxşayır ki.
* * *
Qışlaqda Salatın xala axşam rəhmətə gedir. Səhər eşidib gələnlərdən
Nəsib kouş rəhmətliyin oğlu Məhəmməddən soruşur:
- Ə, ciyin öləndə yanında kim olub? Axşam səhərəcən yanında kim
qalıb?
Məhəmməd deyir ki, mən qalmışam.
- Ə, heç olmazsa bir meşoq qoz sındıraydın.
Məhəmməd cavabında deyir ki, qorxdum taqqıltı eşidib oyanar.
* * *
Bir daza sataşırlar:
- Niyə başın tük saxlamayıb?
Daz özünü itirməyib deyir:
- Hər baş bir şey saxlayır, mənimki ağılı seçib.
* * *
Göynüklünün yolu Rusiyanın bir şəhərinə düşür. O, rus dilini zəif
bilirdi. Restoranda yemək sifariş edərkən ona başqa yeməklərlə bərabər
“Fasol” da təklif edirlər. Göynüklü bu yeməyin adını ilk dəfə eşitdiyi
üçün onu sifariş edir. Bunun adi lobya
~ 40 ~
olduğunu görüb, öz-özünə deyir ki, görünür, rus xörəkpaylayan qız da
mənim göynüklü olduğumu bilib, lövyə təklif etdi.
* * *
Əcnəbilərdən biri Şəkidə yaşadığı 9 mərtəbəli mehmanxananın
eyvanından qarşı tərəfdəki Cümə məscidindən birisində əzan
oxunduğunu görür və bu mənzərə onu heyrətləndirir. O, küçəyə çıxır və
yetim oğlu Nurəddin ilə rastlaşır. Əcnəbi minarədəki kişinin nə üçün
çığırdığını soruşduqda, yetim oğlu Nurəddin deyir:
- O, kişi necə olubsa ora çıxıb, indi düşə bilmir, köməyə adam çağırır.
* * *
Bir gün birisi gecənin yarısı gəlir diş doxturunun yanına. Diş
doxturuna deyir ki, ay doxtur, mənim dişimi çıxarda bilərsən? Doxtur
qayıdıf buna diyir ki, gecdir, savax gələrsən kabinetə, orda çıxardaram.
Diyir, ə, yekə kişisən, puloo verəcəm də. Doxtur diyir:
- Ha, a qohum, bu ayrı məsələ, puloo versən diş nədi, hələ gözoo da
çıxardaram!
* * *
Bir gün Ceyran oğlu Bakıya geyirmiş. Gözü yoltənzimləyənə sataşır,
qaçıf, bunnan soruşur ki, a qohum, səndə kəvər toxumu var?
Milsəner buna baxıf deyir ki:
- Alə, kəvər toxumu nədi, alə, nə danışırsan?
Diyir:
- Ə, sən kəvər toxumu satmırsan ki?
- Alə, yox, alə, nə kəvər toxumu?
~ 41 ~
- Bəs yolun ortasında niyə dəyanmısan?
- Alə, mən yolgöstərənəm, alə!
- A qohum, səən cano yiyim, habı səhər-səhər öydən çıxan köpəkoğlu
bilmir ki, hara
gedir, sən ona yol göstərirsən.
* * *
Dəlləyin ülgücü çox küt olduğundan Cumay kişiyə yaman əziyyət
verirdi. Dəllək müştərinin könlünü almaq üşün onu söhbətə tutur:
- Qardaşın varmı?
- Bəli, var.
- Neşə qardaşsınız?
- Sənin əlindən salamat qurtarsam iki qardaş oluruq.
* * *
Bir gün Hacı dayının iti ölür. Sataşmaq məqsədilə bir-neçə dostu ona
başsağlığı verir: -“Hacı, axır qəmin olsun, başın sağ olsun!”
Hacı özünü sındırmadan: - “Sağ olun, əyaxlaroz var olsun. Ancaq
heç bilmirdim ki, itimin bu qədər qohum-əqrəbası, simsarı varmış” –
deyir.
* * *
Hacı dayı baş ağrısından şikayətlənir. Ona deyirlər ki, Hacı, yəqin
başını gücə salmısan. Hacı dayı qayıdır ki:
Ömrümdə bicə dəfə də olsun başımı işlətməmişəm.
* * *
Bir dəfə Şəki xanı öz ailəsi və yaxın adamları ilə Gəncə xanına qonaq
gedir. Şəki xanı Hacı dayını da özü ilə aparır ki, qonaqlıqda məzəli
lətifələrlə adamları əyləndirsin. Hacı dayı öz əli ilə itini də aparır. Onları
Gəncə xanı adamları ilə qarşılayır. Onların arasında bir nəfər erməni də
varmış. Gəncə xanının
~ 42 ~
çoxsaylı itləri Hacı dayının itini görən kimi ona hücum edirlər, qalmaqal
düşür. Erməni Hacı dayıya yaxınlaşaraq onun itinə işarə edib istehza ilə
soruşur:
- Hacı, kömək eləsənə?
Hacı dayı:
- O qədər keşişin içində nə işi var ki, hələ onu boğurlar.
* * *
Abdulcabbar sərxoş olub yolun ortasında uzanır. Milis nəfəri onu qaldırıb
əmr edir:
- Arxamca, düz milis idarəsinə!
Abdulcabbar kəkələyə-kəkələyə cavab verir:
- Gedə bilsəm evimizə gedərəm, milis idarəsində nə işim var ki?
* * *
Mərhumun bacısı ağlaya-ağlaya deyir:
- Can qardaş, bu cinazə sənə heç yaraşmır.
Qonşu özünü saxlaya bilməyib dedi:
- Cənnətliyin qızı cənazə kimə yaraşır ki, ona yaraşsın.
* * *
Hacı dayı çox danışırlar bu dünyadan o dünyadan, siz necə
düşünürsünüz hansı yaxşıdır. Ay bala, danışanların hamısına inanma, əgər
o dünyada pis olsaydı, ordan qaçan olardı, amma indiyə qədər heç kəs
qayıtmayıb.
~ 43 ~
Molla Nəsrəddinin
sərgüzəştlərindən
Teymurləng bir gün söhbət əsnasında Molladan soruşur:
- Molla, cənnət böyükdür, ya cəhənnəm?
Molla deyir:
- Cənnət böyük olar.
Teymur soruşur:
- Nədən bilirsən ki, cənnət böyük olar?
Molla deyir:
- Çünki kasıb dövlətlidən çoxdur. Əgər cənnət haqqında deyilənlər
doğrudursa heç
inanmıram ki, ora bircə nəfər də olsun dövlətli gedə bilə.
* * *
Günlərin birində Mollanın inəyi itir. Yazıq küçələrə düşüb car çəkir, özü
də tez-tez deyir:
- Kimə rast gəlir-gəlsin, qazıya rast gəlməsin. Soruşurlar ki:
- Ay Molla, qazıdan niyə belə qorxursan ki?
Rast gəlsə nə olar?
Molla deyir:
- Sizin savadınız yoxdu, bilmirsiniz. Mən qanun kitablarına bələdəm. Inək
qazıya rast gəlsə, salacaq o qanun kitablarına, halal eləyib inəyi yeyəcək,
çox danışsam, hələ özümü də cərimə eləyəcəklər.
* * *
Necə olursa, Molla birisi ilə savaşır, tutub aparırlar hakimin yanına.
Sən demə, bir neçə gün ondan qabaq da bir məsələ üçün hakimin
yanında olmuşdu. Mollanı görcək hakim deyir:
- Molla, heç sənə ayıb deyilmi?
Bununla ikinci dəfədir ki, sən bu divanxanaya gəlirsən.
Molla soruşur:
~ 44 ~
- Bu divanxanaya gələndə nə olar ki?..
Hakim deyir:
- Necə yəni nə olar? Sən bilmirsən ki, buraya düz adam gəlməz?
Molla deyir:
- Balam, mən ömrümdə vur-tut ikicə dəfə buraya gəlmişəm. Sən elə
gündə burdasan
ki.
* * *
Şəhər qazısının Molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən ötrü
Molla qazının yanına getməyə məcbur olur. Evinin qabağına çatanda
qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını döyür. Qazının
nökəri qapıya gəlib, xəbər alır:
- Kimi istəyirsən?
Molla deyir:
- Qazını görəcəyəm...
Nökər deyir:
- Ağam evdə yoxdur, bazara gedib.
Molla deyir:
Qayıdanda ağana deyinən ki, bazara gedəndə bir də başını yadından
çıxardıb pəncərədə qoymasın. Yoxsa xalq elə bilər ki, evdədir.
* * *
Biri Mollaya 5 manat verib deyir:
- Molla, al bu 5 manatı, gündə hər namazdan sonra mənə 5 dua elə.
Molla pulun 1 manatını qaytarıb deyir:
- Filankəs, doğrusu gecələr qısa olduğundan sübh namazını qılmağa dura
bilmirəm.
Al, pulunun 1 manatını qaytarım özünə.
~ 45 ~
* * *
Molla biri 10 qəpikdən yumurta alıb, biri 9 qəpikdən satırmış.
Dostlarından biri soruşur:
- Molla bu nə alverdi? Sən ki, bunda zərər eləyirsən.
Molla cavab verir:
- Zərərin eybi yoxdur. Mən bunu gözə görünmək üçün eləyirəm. Qoy
desinlər ki,
molla tacir olub.
* * *
Xəsis adamlardan biri ilə Mollanın mübahisəsi düşür. Çox deyişmədən,
sözgüləşdirmədən sonra, axırı xəsis Mollaya deyir:
- Hər nə deyirsən, de! Amma hər halda bu pul zəhrimar elə şeydi ki, hamı
onu sevir.
Hətta lap özün də sevirsən.
Molla deyir:
- Düzdü sevirəm. Ancaq bu sənin sevməyindən deyil. Mən pulu onun
üçün sevirəm
ki, məni sənin kimi adamlara möhtac olmaqdan xilas eləyir.
* * *
Dövlətlilərdən biri öz varını göstərmək məqsədilə Mollanı qınaq çağırır.
Axşam süfrə açılır. Ortalığa o qədər müxtəlif xörəklər gəlir ki, Mollanın
gözü dörd olur. Molla – “fürsətdir” – deyib, doyunca yeyir. Ev sahibi
özünü çəkə-çəkə deyir:
- Hə, Molla, xörəklər necədir? Bəyənirsənmi?
Molla deyir:
- Vallah, Mən bir dəfə ilə fikrimi deyə bilmərəm. Gərək bir neçə dəfə də
gəlib
yeyəm, sonra.
* * *
Molla bir gün tanışlarından birinin evinə qonaq gedir. Xörək olmadığına
görə, ev sahibi Mollanın qabağına yağ ilə bal qoyur. Yağı yeyib
qurtarırlar. Molla yavaşca balı qabağına çəkib çörəksiz-filansız yeməyə
başlayır. Bunu görən ev sahibi deyir:
~ 46 ~
- Molla, balı elə yavan yemə! Ürəyini yandırar.
Molla deyir:
- Kimin ürəyini yandırdığını Allah bilir.
* * *
Günlərin birində Molla şəhərə getməyə hazırlaşır. Bunu eşidən kənd
camaatı mollanın başına yığılıb hərə bir şey tapşırır. Molla baxır ki, şey
tapşıran çoxdu, amma almaq üçün heç pul verən yoxdu. Elə hamısı deyir:
“Molla, mənə filan şey al gətir, pulunu neçə olsa verərəm”. Heç kəsin
ürəyini sındırmaq istəmyən Molla da hamıya “yaxşı, baş üstə, göz üstə” –
deyə cavab verir. Bu halda camaatın içindən bir uşaq çıxıb Mollanın
yanına gəlir, bir abbası pul uzadıb deyir:
- Molla əmi, al bu pulu, mənə də şəhərdən bir tütək al gətir.
Molla pulu alıb uca səslə uşağa deyir:
- Bala, sən çaldın.
* * *
Bir gün Molla toyuq yeyirmiş. Bir nəfər görüb Mollaya yanaşıb deyir:
- Molla , ondan bir az da mənə ver!
Molla deyir:
- Mənim deyil, arvadımındı.
- Indiki sən yeyirsən?
- Mən yeyəndə nə olar? Verəndə tapşırıb ki, heç kəsə vermə, özün ye!
* * *
Gecənin bir yarısı Molla tələsik arvadı yuxudan oyadır:
- Arvad, arvad, tez ol, eynəyimi ver mənə!...
Arvad soruşur:
- A kişi gecə qaranlıqda, yorğan-döşəyin içində eynəyi neyləyirsən?
~ 47 ~
Molla deyir:
- Arvad, tez ol, bir yaxşı yuxu görürəm, ancaq bəzi yerləri qaranlıqdı
deyə seçə
bilmirəm. Eynəyi ver, yaxşı-yaxşı baxım.
* * *
Molla bazardan 10 girvəngə ət alıb göndərir evə ki, arvad bir-iki gün
xörək bişirsin. Arvad qonşu arvadları da başına yığıb, əti bişirib yeyirlər.
Molla axşam keyfi kök , damağı çağ, böyük bir iştaha ilə özünü evə salır
ki, indi əti yeyəcək. Çatan kimi səslənir:
- Arvad, acam, xörək çək, gətir!
Arvad gətirib bir az çörək, 1-2 baş da soğanı qoyur Mollanın qabağına.
Molla soruşur:
- Arvad, bəs ətdən niyə bişirməmisən?
Arvad deyir:
- Başıma daş düşsün. Əti suya çəkib qoydum taxçaya ki, ocağı yandırım,
bir də
baxdım ki, azar dəymiş pişik hamısını tər-təmiz yeyib.
Molla heç bir söz deməyib durur ayağa. Pişiyi tutub qoyur tərəziyə.
Çəkib baxır ki, düz 10 girvəngədir. Üzünü arvada tutub deyir:
- Indi özün insafla de! Əgər bu pişikdirsə, bəs ət hanı? Əgər ətdirs, bəs
pişik hanı?
* * *
Mollanın arvadı azarlayır. Yazıq hər gün işdən gələndən sonra, arvadın
yanında oturub 1-2 saat ağlayır. Xəstəni yoxlamağa gələn arvadlardan
biri deyir:
- Molla qorxulu bir şey yoxdur, bu gün sabaha sağalıb durar. Sən niyə
belə
ağlayırsan?
~ 48 ~
Molla deyir:
- Bacı mən iş adamıyam. Evdə çox az oluram. Bəlkə sabah yıxılıb öldü.
Onda
ağlamağa vaxtım olmuyacaq. Odur ki, nə qədər indi bekaram ağlayıram.
* * *
Mollaya xəbər verirlər:
- Arvadın yıxılıb, ağlı başından çıxıb.
Molla heç əhvalını pozmadan deyir:
- Bir şey gərək əvvəldən ola ki, sonra da çıxa. Arvad mənimdirsə, onun
heç əvvəldən
də ağlı yox idi.
* * *
Bir gün bir dostu Mollanı aldatmaq məqsədilə deyir:
- Molla, Molla, ora bax, plov aparırlar.
Molla deyir:
- Mənə nə?
Dostu deyir:
- Sizə aparırlar.
Molla deyir:
- Onda sənə nə?
* * *
Bir gün Molladan soruşurlar:
- Molla səhər açılar-açılmaz niyə bu camaat hərə evindən çıxıb bir tərəfə
gedir?
Molla çox fikirləşəndən sonra deyir:
- Çünki hamısı eyni tərəfə getsə, dünyanın bir tərəfi ağırlıq eləyib uçar.
* * *
Bir gün mMolladan soruşurlar:
- Molla, təzə ay çıxandan sonra köhnə ayı neyləyirlər?
Molla deyir:
- Doğrayıb ulduz-mulduz qayırırlar.
~ 49 ~
* * *
Bir gün bir məclisdə Molladan soruşurlar:
- Molla haqq hardadır?
Molla deyir:
Haqq var ki, yerini deyim?...
* * *
Günlərin birində quldurlar Mollanı yolda tutub soyurlar. Cibindəki
pullarını alandan sonra başlayırlar özünü də döyməyə. Molla axırda dilə
gəlib deyir:
- Yaxşı, var-yoxumu əlimdən aldınız öz yerində, bəz özümü niyə
döyürsünüz?
Quldurlar deyirlər:
- Gec gəlmisən və az gətirmisən.
* * *
Necə olursa, Molla üzüyünü evdə itirir, çıxıb küçə qapısında axtarçağa
başlayır. Bunu görən qonşulardan biri soruşur:
- Molla nə axtarırsan?
Molla deyir:
- Üzüyüm düşdü, onu axtarıram.
Qonşu soruşur:
- Hanı, hara düşdü?
Molla deyir:
- Evdə düşüb.
Qonşu soruşur:
- Bəs evdə düşüb, burda niyə axtarırsan?
Molla deyir:
- Evin içi qaranlıqdı, bura işıqdı. Onunçun burda axtarıram.
~ 50 ~
* * *
Molla gecənin yarısı çıxıb küçələri axtarmağa başlayır. Gözətçi gəlib
onu saxlayıb soruşur:
- Gecənin bu vaxtı buralarda nə axtarırsan?
Molla deyir:
- Yuxum qaçıb, onu axtarıram.
* * *
Bir gün Molladan soruşurlar:
- Molla sən böyüksən, yoxsa qardaşın?
Molla deyir:
- Vallah, keçən il atam deyirdi ki, o məndən bir yaş böyükdü. O hesabla
gərək indi
bir yaşda olaq.
* * *
Mollanın başının ortası daz imiş. Bir gün dəlləyə başını qırxdırıb
pulun yarısını verir. Dəllək soruşur:
- Molla, belə niyə? Bəs yarısını niyə vermirsən?
Molla başının daz yerini göstərib deyir:
- Çünki sən yarısını qırxıbsan, yarısı özü qırxılandı.
~ 51 ~
Dini adətlər haqqında qısa məlumatlar
ADƏM. (qədim yəhudicə - “İnsan” mənasındadır) İudaizm, xristian və
islam dinlərinə görə ilk insan Adəmdir. Deyilənə görə, Allah onu
torpaqdan yaratmışdır. Bütün insanlar Adəm və Həvvadan törənmişlər.
HƏVVA. Yeva – Bibliya əfsanələrinə görə, dünyada “ilk Adam”ın
(Adəmin) arvadı: güya Allah onu Adəmin qabırğasından yaratmışdır.
İudizm, xristian və müsəlman mifologiyalarına görə bəşəriyyət tarixində
ilk qadındır.
İSLAM. Peyğəmbərin Quranda (Quran – İslamın səmavi müqəddəs
kitabıdır) xəbər verdiyi Bir olan Allaha inanmağın qanunudur. Bu qanun
tərəfdarları müsəlman adlanır.
MƏHƏMMƏD PEYĞƏMBƏR ( ə.s.) İslam dininin banisidir. O, milad
570-ci il rəbiüləvvəl 17-də, gün çıxmamışdan bir az əvvəl Məkkə
şəhərinin Haşimilər yaşayan məhəlləsində anadan olmuşdur. Atası
Abdullahı, anası Aminəni kiçik yaşlarından itirmişdir. Əvvəl babasının,
sonra əmisinin himayəsində olmuşdur. Xədicə ilə evlənmiş, 632-ci ilin
səfər ayının 28-də, bazar ertəsi günü vəfat etmişdir. Qəbri Mədinə
şəhərindədir.
AMİNƏ. Məhəmməd Peyğəmbərin (ə.s.) anası. Aminə hamilə olanda
başı üzərində peyda olan mələklər ona demişdilər: “Sənin oğlun olacaq,
adını Məhəmməd qoyarsan”. Abdullahın məzarını ziyarət etmək üçün
Mədinəyə gedərkən Aminə elə oradaca vəfat etmişdir.
XƏDİCƏ. Məkkə şəhərində varlı, dul qadın. Qüreyşilər qəbiləsinə
mənsubdur. Onun gəlir verən çoxlu manufakturası vardı. Gözəl, əməli-
saleh qadın idi. Adamlar onu boş yerə Tahir (təmiz,pak)
adlandırmamışlar. Məhəmməd onunla evlənməyi təklif etmişdir. 25 yaşlı
Məhəmməd 40 yaşlı Xədicəylə evlənmiş: 3 oğul, 4 qız olmuşdur,
İbrahimdən başqa hamısı Xədicədən olmuşdur.
~ 52 ~
İBRAHİM XƏLİL. Babildə doğulmuş peyğəmbərlərdən biridir. Kəbənin
əsasını qoymuşdur . onun övladı olmadığı üçün Allaha dua edir, oğlu
olduğu təqdirdə onu qurban kəsəcəyini bildirir. Fəqət oğlunu qurban
kəsmək istəyərkən bıçaq kəsmir, hirslənir, bıçağı daşa çalır, daş ikiyə
bölünür. Allah-Təalanın buyruğu ilə Cəbrayıl bir qoç gətirir və İbrahim
Xəlil qoçu qurban kəsir.
ZƏMZƏM. Məkkədə Kəbənin 18 metrliyində çıxan müqəddəs
çeşmədir. Rəvayətə görə, İbrahimin arvadı Hacər körpə İsmayıl üçün su
tapmaq məqsədi ilə Səfa və Mərvə təpələri fəvvarə vurmuşdur.
NUH. Adəmdən sonra dünyaya gələn ikinci peyğəmbərdir. Deyilənə
görə 950 il yaşamışdır. Allahın əmri ilə Nuh bir gəmi düzəltmişdir.
Dənizdə başlayan tufan 40 gün, 40 gecə davam etmişdir. Bütün canlılar
məhv olmuşdur. Allahın əmri ilə tufan dayandı. Gəmidəki Nuhun arvadı,
uşaqları, bir də onun dininə iman gətirənlər salamat qaldılar.
İSA. Xristianlığın əfsanəvi banisi – peyğəmbəri olub. Güya o öz nəfəsi
ilə ölüləri dirildə bilirmiş. Onu Allahın oğlu da adlandırırlar. Isa
Fələstində yeni bir din təbliğ etdiyinə görə çarmıxa çəkilmişdir.
MUSA. Yəhudilərin Bibliyasında qeyd edilən Moisey peyğəmbərdir.
Musa Tur adlı dağa çıxıb Allahı görmək istəmişdir. Ona səs gəlmişdir ki,
“Məni görə bilməzsən”, gözünə parlaq bir işıq – nur görünmüşdür. Onun
möcüzələrindən biri əlini yuxarı qaldıranda işıq – nur saçmasıdır.
DAVUD. Israil-Yəhudi dövlətinin (e.ə.II əsrin sonu – e.ə.təq.950)
padşahı. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış,
əhalini siyahıya almışdır. Davud nəhəng pəhləvan Qolnafa qalıb gələn
gənc kimi təsvir olunur. Dəmirçiliklə də məşğul olmuşdur. Islamda Davud
Məhəmməddən (ə.s.) əvvəlki peyğəmbərlərdən hesab olunur.
~ 53 ~
SÜLEYMAN. Davud peyğəmbərin oğludur. Atasının ölümündən sonra
eramızdan əvvəl 1016-cı ildə hökmdar olmuşdur. Müqəddəs Qüds-
Yerusəlim şəhəri Onun vaxtında şöhrət tapmışdır. Onun haqqında çoxlu
rəvayətlər var. Süleyman bütün quşların, heyvanların dilini bilirmiş,
külək də, cinlər də Süleyman peyğəmbərin ixtiyarında imiş.
CƏBRAYIL. Islam dini tarixində müqəddəs mələklərdən (Baş Mələk)
ən işlək mələyin adıdır. O, Allahın bütün sifarişlərini və Quran ayələrini
ilahi vəhy kimi Məhəmməd Peyğəmbərə (ə.s.) nazil etmişdir. Məhəmməd
(ə.s.) bir məsələ qarşısında çətinə düşdüyü zamanda da Cəbrayıl özünü
yetirib. Ona Allahın əmrini və necə hərəkət etməli olduğunu bildirmişdir.
YƏHYA. Səmanın ikinci Qatında olan peyğəmbərlərdən biridir. Onun
adı nadir hallarda adamlara qoyulur. Belə rəvayət edirlər ki, bu ad
populyar adlardan biri olmasa da, Qiyamət günü hər qəbrdən 7 Yəhya səs
verəcəkdir. Bu o deməkdir ki, qəbrlərin üstündə abidə ucaltmaq İslam
qanunlarına ziddir. Qəbrlər itməlidir. Bu mənada minilliklər keçdikcə itib-
batmış qəbrlərin yerində yeni qəbrlər qazıyıb oraya ölmüşlər
basdırılmalıdır. Yoxsa Yer üzü başdan başa qəbristanlığa çevrilə bilər.
KƏRİM. Möhtərəm, səxavətli, hörmətli mənasındadır. “Quran” sözünə
“Kərim” sözünün əlavəsi Quranın hörmətli, mərhəmətli, səxavətli bir
müqəddəs dini kitab olmasını göstərir.
BİSMİLLAH. Dindarların bir işə başladıqda söylədikləri söz. Mənası
“Allahın adı ilə başlayıram” deməkdir. Islam deyimi, yazımı və fiziki
hərəkətlərinin başlanğıcı “Bismillah” sözü ilə başlanır. O, fikrin ilk
addımıdır.
~ 54 ~
KƏBƏ. Müsəlman mülahizələrinə görə indiki Kəbə məbədi Adəm
tərəfindən tikilmişdir. Ibrahimə Allah tərəfindən nida gəlmişdir ki, oğlu
İsmayılla bərabər məbədi bərpa etsin. Məhəmmədin dövründə də Kəbə
bərpa edilmişdir. Bərpa işlərində peyğəmbər özü iştirak etmiş, “Qara
daşı”, “Həcəri-Əsvəd”i yerinə qoymaq Ona müyəssər olmuşdur. Indiki
Kəbə məbədi hər tərəfi 400 arşın olan dördbucaqlı bir sahənin mərkəzində
yerləşmişdir. Məscid-Əlhəram adını daşıyan bu aynabənd Soltan Səlim
tərəfindən tikilmişdir.
MİKAYIL. Allah tərəfindən müəyyən vəzifə daşıyan dörd mələk var.
Onlardan biri də Mikayıldır.
ƏZRAYIL. Digər dörd mələkdən biri də Əzrayıldır. Ölüm mələyidir.
AXIR ZAMAN. Kürreyi-ərzin məhvi-Qiyamət gününə işarədir. Axır
zamandan sonra Yerdə bir müddət həyat sönəcək. Məhəmməd Peyğəmbər
(ə.s.) axır zaman nəbisi kimi bu dönya durduqca böyük Allahın elçisi kimi
qalacaq, bir daha Onu heç bir peyğəmbər əvəz etməyəcəkdir.
Axirətlə Axır Zamanı qarışıq salmaq olmaz. Axirət hər bir müsəlmanın
bu fani dünyanı tərk edib axırətə, yəni daimi olan dünyaya qovuşmasıdır.
124 min peyğəmbərdən yalnız 4-nə müqəddəs kitab nazil olmuşdur.
Həzrəti Davuda “Zəbur”
Həzrəti Musaya “Tövrat”
Həzrəti İsaya “İncil”
Həzrəti Məhəmmədə “Quran”
Islam dini dinlərin içərisində ən çox nizama çağıran dindir.
Zəkatı ildə bir dəfə vermək məcburidir.
Adamın həmişə bədəni və paltarı təmiz olar.
Allah-Təala buyurur: “Səndən hərəkət, məndən bərəkət”
Din insanların mənəvi təmizliyidir.
~ 55 ~
Din insanları birləşdirir.
Islam dininin əsasları 5 bünövrədən ibarətdir. Namaz, zəkat, Həcc,
Orucluq, Vilayət.
Allah deyən namurad qalmaz.
Xasiyyəti yaxşı olan adam, Allahın ən yaxşı bəndəsidir.
Islam təkcə din yox, həyat tərzi, təfəkkür, adət və ənənələr, zəngin
mədəni irsdir.
~ 56 ~
Dünyanın yeddi möcüzəsi
1. Yunanıstanın Olimp dağında tikilmiş yunan allahlarının başçısı Zevsin
fil sümüyündən və mərmərdən düzəldilmiş hündürlüyü 12 metr olan
abidə (e.ə. V əsr )
2. Misirin İsgəndəriyə Faroso dəniz mayakı – hündürlüyü 122 metr (e.ə.
III əsr).
3. Misir ehramları (piramidaları). Ən böyük piramida e.ə. 2575-ci ildə
firon Heopsa tərəfindən tikdirilmişdir. Bu ehramın hündürlüyü 146,6
metrdir və onun tikintisinə iki milyondan çox daş sərf olunub. Bu
daşların hər birinin ağırlığı əlli tona qədərdir. Bu ehramlarda fironlar dəfn
olunurdu.
4. Türkiyənin Efes şəhərində ov və məhsuldarlıq Allahı olan
Astemidanın şəhərinə ucaldılan məbəd (e.ə IV əsr).
5. Türkiyədə Halikarnasda çar Movsolun özünə tikdirdiyi mavzoley (e.ə.
IV əsrin ortaları ) .
6. Aralıq dənizindəki Rodos adasında Günəş Allahı Heliosun şərəfinə
ucaldılmış hündürlüyü 37 metr olan tunc olan abidə (e.ə. III əsr).
7. Babil hökmdarı Navuxodonosorun öz arvadı üçün Mesapatomiyada
saldırdığı əzəmətli asma bağlar – Semiramida bağları (e.ə. VII əsr) bu
bağlar piramida şəklində qaldırılmış daş sütunlar üzərində salınmış və
burada qeyri adi ağaclar əkilmişdir.
Bizim eramızın möcüzələri
- 1350-ci ildə italiyada tikilən əyilən qüllə - Pizzan qülləsi.
- Parisdəki məşhur Eyfel qülləsi. 1889-cu ildə inşa edilmişdir.
- Kanadanın Toronto şəhərində, hündürlüyü 553,34 metr olan ən uca
müasir televiziya qülləsi.
- La-Manş boğazının dibi ilə şəkilmiş dünyanın ən uzun dənizaltı tuneli.
Tunelin uzunluğu 50 km-dir.
~ 57 ~
- Yaponiyadakı Seykan tuneli dünyada ən uzun dəmiryolu tunelidir. 53,8
km uzunluğunda olan bu xətt iki adanı birləşdirir. Tunelin çəkilişi 24 ilə
başa çatıb, onun dənizin altındakı dərinliyi 100 metrdir.
- London metrosunun uzunluğu 171 km-dir. Bu dünyada ən uzun yeraltı
dəmiryoludur.
- Ən böyük futbol stadionu Braziliyadadır, 205 min adam tutur.
- Dünyada ən dərin mağara Fransadadır, dərinliyi 602 metrdir.
- Dünyada ən böyük sualtı mağara Meksikadadır. Onun 39480 metri
öyrənilmişdir.
- Dünyada ən böyük mağara Malayziyadadır. Onun uzunluğu 700 metr,
hündürlüyü 70 metrdir.
- Ən nəhəng məbəd VII əsrdə tikilmiş Məkkədəki (Səudiyyə Ərəbistanı)
məscididir ki, milyonlarla müsəlman zəvvarları ziyarət edirlər.
- Ən hündür kilsə İspaniyanın Barselona şəhərindədir. Onun hündürlüyü
106 metrdir.
- Ən böyük aysberq Sakit okeandadır. Onun uzunluğu 335 km, eni 79
km-dir.
- Dünyada ən böyük buzlaq Antarktidadakı Lamberq buzlağıdır,
uzunluğu 700 km-dir.
- Ən sürətlə hərəkət edən buzlaq Alyaskadadır. O, gündə 20 metrədək
sürüşür.
- Dünyanın ən böyük səhrası olan Saxara Afrikadadır. Onun sahəsi 9
milyon km3-dir.
- Yer kürəsinin ən alçaq nöqtəsi İsraildəki Ölü dənizidir. O, dəniz
səviyyəsindən 400 metr aşağıda yerləşir. Bu dənizin suyu o qədər
duzludur ki, onda batmaq mümkün deyil.
- Ən uzun körpü Böyük Britaniyada Hamber çayı üzərindədir. Onun
uzunluğu 1410 metrdir.
- Ən enli körpü Avstraliyanın Sidney buxtasında tikilib. Onun eni 48,8
metrdir.
~ 58 ~
- Dünyanın ən böyük səddi Çin səddidir. Onun uzunluğu 6 min km-dən
çoxdur.
KAİNAT
- Yer kürəsi 4,5 milyard il əvvəl qaz şəklində olub. Onun çevrəsinin
uzunluğu 40024 km, diametri isə 12578 km-dir. Yerin 3/4 hissəsi sudan
ibarətdir.
- Günəş 5 milyard il əvvəl yaranıb, yeri isidir, kainatda olan orta həcmli
ulduzdur. Diametri 1392000 km-dir. Səthindəki hərarət 6 min dərəcədir.
- Ay yerin təbii peyki olub, 4 milyard ildir ki, onun ətrafında fırlanır. Ilk
dəfə 1969-cu ilin iyul ayının 21-də aya Amerika astronavtları
düşmüşdülər. Ay işığı Günəş şüalarının Aydan əksidir. Ay yer kürəsindən
4 dəfə kiçikdir.
- Yerlə Günəş arasında məsafə 147-152 milyon km-dir. Ayla isə 356-400
min km-dir.
- Ilk insanlar təxminən 2 milyon il əvvəl yaranmışlar.
- Ilk ən böyük şəhər türkiyədə yerləşən Çetal-Hyyukdur. E.ə.6250-ci ildə
burada əhalinin sayı 6 min nəfər olub.
- Ilk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdir. Sonralar bu oyunlar
hər 4 ildən bir keçirilirdi.
Demək məndən, eşitmək sizdən
Əziz oxucular! Mən həyatda eşitdiyim, bildiyim və çoxillik həyatımda
təcrübədən keçirdiyim kəlamları və nəsihətləri qısa şəkildə sizə, yetişən
gənc nəslə və nəvələrə çatdırdım. Mübaliğəsiz deyə bilərəm ki, uşaqların
tərbiyəsində valideynlərin rolu danılmazdır. Məktəb və ictimai mühit bu
tərbiyənin davamı olmaqla mühüm yerlərdən birini tutur. Uşağı valideynə
hörmət ruhunda tərbiyə etmək üçün ən gözəl vasitə ata-ananın ona
məhəbbət və şəfqət, istək və sevgi göstərməsi labüddür. Bu danılmazdır
ki, uşaq sevdiyi şəxsin ardınca gedir, onun təlim və tövsiyələrini,
nəsihətlərini qəbul edir. Qurani-Kərimdə deyilir:
~ 59 ~
“Övladlarınızı əzizləyin, onlara gözəl ədəb öyrədin”.
“Atanın övlada məhəbbətlə baxmağı ibadətdir”.
“Uşaqları sevin, onlara mərhəmət göstərin. Onlara söz verdikdə yerinə
yetirin, çünki uşaqların nəzərində ruzini yetirən valideynidir”.
“Valideynlərinizə yaxşılıq edin ki, övladınız da sizə yaxşılıq etsin”.
“Yaxşılıq və xeyirxahlıq arasında ədalətli olmağı istədiyiniz kimi,
övladlarınız arasında da ədalətli olun”.
“Uşaq yeddi il ağa, yeddi il qul, yeddi il isə vəzirdir”.
Məhəmməd Peyğəmbər (ə.s.)
“Atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir”.
Məhəmməd Peyğəmbər (ə.s.)
“Uşağı 7 il azad buraxın, 7 il ədəb tərbiyə öyrədin, 7 il iş işlədin”.
Həzrət Əli (ə.s.)
Bir daha tövsiyyə edirəm:
Gözünüz və nəfsiniz tox olsun.
Hər kəs öz gələcəyini yaradır.
Pis övlad, pis nəvə yoxdur, şıltaq nəvə var.
Tələsmək olar, tələsik iş görmək olmaz.
Xoşxasiyyət və insaflı olmağı özünüzə peşə edin.
Həmişə bədəninizi və paltarınızı təmiz saxlayın.
Ata və ananızı heç vaxt unutmayın.
Dediklərinizdən peşiman olmamaq üçün, düşünün, sonra danışın.
Çox bilən, az danışan və səbrli olun.
Ədalətli olmağı heç vaxt unutmayın.
Nəslin qocalarının hörmətini saxlayın.
~ 60 ~
Öz bilik və istedadınızla, cəmiyyətdə tutduğunuz mövqe ilə, vəzifə ilə
lovğalanmayın.
Özünüzə rəva bilmədiyinizi, başqalarına da rəva bilməyin.
Vətəninizi, torpağınızı, dilinizi sevin, milli adət-ənənələrinizə hörmətlə
yanaşın.
Heç vaxt unutmayın ki, İslam dini mənəvi və cismani paklıq, bərabərlik,
əmin-amanlıq dinidir.
Dini qaydalara hörmətlə yanaşın.
Bütün deyilənlərə əməl etməyin açarı yalnız elmdədir.
“Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər elmi kamil biləsən!”
“Atalar və uşaqlar” hekayəsindən uşaqların atalar haqqında nə
fikirləşdiklərini sizə çatdırmaq istərdim:
5 yaşında – Atam hər şeyi bilir.
10 yaşında – Atam çox şey bilir.
15 yaşında – Mən də atam qədər bilirəm.
20 yaşında – Əgər düzünü desəm, atam heç nə bilmir.
30 yaşında – Hər halda, atam nə isə bilir.
40 yaşında – Atamın da fikrini bilsəydim, pis olmazdı...
50 yaşında – Atam hər şeyi bilir.....
60 yaşında – Ah.... Atam sağ olsaydı..........
Bu çox ibrətamiz bir hekayədir. Siz həmişə ata-ana fikirlərinə hörmətlə
yanaşın. Ola bilməz ki, valideynlər həmişə düzgün fikirləşsinlər. Lakin siz
onların fikirlərinə hörmətlə yanaşmalı və hər məsələni, səsinizi ucaltmaqla
yox, mülayimliklə həll etməlisiniz. Bəzən dara düşəndə mərhum
valideynlər insanın yuxusuna gəlir, məsləhət verir, övladını uşaq kimi
əzizləyir.
~ 61 ~
Ayılanda nə qədər kədərlənirsə: “Kaş yuxudan ayılmayaydım!” . Siz də
qocalın, çoxlu nəvə-nəticəniz olsun və həmişə deyəsiniz: “Kaş atam sağ
olaydı”.
Məsləhət və nəsihət məndən, eşitmək və əməl etmək sizdən. Şəxsiyyət
kimi yetişmək yolunda sizə uğurlar arzulayıram.
~ 62 ~
ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİNDƏN
1. Səbr, hövsələ, cansağlığı, ayıq-sayıqlıq, ehtiyatlılıq və şücaət ilə bütün
işlərini həyata keçirə bilərsən.
2. Qalib gəlmək Tanrının köməyinin, bəndənin tədbirinin nəticəsidir.
3. Işin nəticəsini alın yazısının ayağına yazmaqla pərdələmək mümkün
olsa da, Peyğəmbərimiz Məhəmməd (ə.s.) buyurduğu kimi hər işi
məsləhətlə görün.
4. Bir işi başlamazdan əvvəl əl saxlayıb həmin işi nə cür qurtarmağın
yollarını götür-qoy edin.
5. Qanun-qaydalara əməl edin. Dövlətdən, ailənizdən, qohum-əqrəbadan
və özünüzdən muğayat olun. Hər yerdə və hər vaxt islam dini qaydalarına
əməl edin.
6. Gündəlik həyatınızda işlərinizi razılıq, barışıq, urvat, səbr və hövsələ
ilə yoluna Qoyun.
7. Dostla düşmən arasında güzəşt, barışıq yaradın.
8. Tanrının yaratdığı bəndələri ədalət və insaf ilə özünüzdən razı salın.
9. Rəhminizi günahlıdan da, günahsızdan da əsirgəməyin.
10. Xeyir-ehsan işləri ilə adamların ürəyində yurd salın.
11. Kasıblara, əlinizin altında olanlara rəhmlik göstərin.
12. Üstünüzə yalvar-yaxarla, tövbə ilə gələnləri, sizə yamanlığı keçmiş
olsa da, işlərinizə çoxlu ziyan yetirmiş olsalar belə, hörmətlə qarşılayın.
Onların bəd əməllərini yadınızdan çıxarın.
13. Aqilləri, biliciləri, yaxşı kəlam söyləyən adamları, rəvayət
söyləyənləri (tarixçiləri), alimləri hörmət və nəzakətlə qəbul edin.
14. Şücaətli adamlarla dostluq edin, çünki allah-Təalanın özü də bu cür
adamları dost seçib.
15. Fağırlara, miskinlərə dost gözü ilə baxın onları incitməyin.
16. Pozucu və ağzıyırtıq adamları məclisinizə yaxın qoymayın, sözlərinə
inanmayın. Hər kimdən töhmət, qeybət elədilərsə, əhəmiyyət verməyin.
~ 63 ~
17. Işinizi əzmkarlıq və qətiyyətlə görün. Hər hansı işi görmək niyyətinə
düşəndə o işi axıra çatdırmayınca ondan əl çəkməyin. Ağzınızdan çıxan
bütün sözlərə əməl edin.
18. Heç kəsə mərdimazarlıq etməyin, heç bir işə maneçilik törətməyin ki,
Allah-Təalanın qəzəbinə düçar olmayasınız və Tanrı işinizi əyib,
vəziyyətinizi müşkülə salmasın.
19. Heç kəsdə pislik axtarmayın, kimisə pisləsələr əhəmiyyət verməyin.
Əgər birində pislik görmüş olsanız, həmin adama o qədər güzəşt eləyin ki,
o şəxs axırda pisliyini yerə qoysun. Pislik eləyən adamlara o qədər
yaxşılıq eləyin ki, o, ayağınıza gəlib baş əysin.
20. Arif o adamdır ki, işini yerinə düşməsindən asılı olaraq gah sərtlik,
gah da mülayimlik göstərir. Əgər çox mülayimlik göstərmiş olsanız acgöz
və tamahkar insanlar sizi udacaq, əgər həddən artıq sərtlik göstərmiş
olsanız, sizdən qaçacaq və sizə yaxınlaşan olmayacaq.
21. Həyatda hər cür çətinliyə qalib gəlmək Tanrının köməyinin, bəndənin
tədbirinin nəticəsidir.
~ 64 ~
Davranış qaydaları
- Küçə ilə gedərkən bir qayda olaraq kişi qadının solunda getməlidir.
- Yolda hər hansı bir maneəyə rast gələndə kişi onu birinci keçir, sonra da
qadına kömək edir.
- Avtobusa, trolleybusa əvvəlcə qadın minməlidir.
- Düşəndə isə əvvəlcə kişi düşür və qadının düşməsinə kömək edir.
- Qadını müşayiət edərkən siqaret çəkmək olmaz.
- Maşını kişi özü sürürsə, əvvəlcə qadına qabaq oturacaqda oturmağa
kömək edir və sonra özü maşına əyləşir.
- Dostunuzun, tanışınızın maşınına minərkən qabaqdakı oturacaqda
əyləşmək lazımdır.
- Kişi qadın üçün qapını açarkən ondan bir qədər irəlidə olur. Binaya
qadından sonra girmək lazımdır.
- Pilləkənlə enərkən kişi qadından bir-iki pillə irəlidə, çıxarkən bir-iki
pillə geridə addımlayır.
- Teatra, kinoya gələndə kişi biletləri əlində elə tutmalıdır ki, nəzarətçi
görə bilsin. Bu zaman qadın irəli buraxılır.
- Qarderobda kişi qadına paltosunu, plaşını çıxarmaqda kömək edir və
özü yalnız bundan sonra soyunur.
- Tamaşa salonunda sıraların arasında öz yerinizə keçərkən üzünüzü
əyləşənlərə tərəf tutmaqla keçmək lazımdır. Həm də əvvəlcə qadın keçir
sonra kişi.
- Tamaşanın gedişi və fasilələr zamanı bərkdən söhbət edərək
ətrafdakıların diqqətini özünə cəlb etmək yaxşı deyil.
- Tamaşanın axırına yaxın qadını tək qoyub, hamıdan qabaq qarderoba
qaçmaq, teatr kollektivinin əməyinə qarşı hörmətsizlikdir.
- Restoranda stol qabaqcadan seçilibsə, yaxud sifariş edilibsə kişi yol
göstərməkdən ötrü qabaqda gedir. Əgər sifariş olunmayıbsa onda ofisiant,
qadın və kişi.
~ 65 ~
- Stola yaxınlaşarkən kişi əyləşməkdə qadına kömək edir, stulu stoldan
kənara çəkir və qadın əyləşərkən stulu stola yaxınlaşdırır. Kişi qadının
solunda, stol kiçik olanda isə qarşısında əyləşir.
- Stol arxasında əyləşəndən sonra kişi menyunu qadına verib xörək
seçməyi təklif edir. Sifariş ediləcək yemək növü dəqiqləşdiriləndən sonra,
ofisianta xörəklər barəsində sifarişi həmişə kişi verir.
- Giriş qapısı ilə üzbə-üz duran stul stolun başı hesab olunur. Əgər qapı
yan tərəfdədirsə küçəyə baxan pəncərə stul stolun başı hesab olunur.
- Yaşca kiçik özünü təqdim edir.
- Tanış olarkən onun gözünə baxmaq və bir az gülümsəmək olar.
- Kişilər görüşərkən əlcəyi mmütləq çıxarmalı, qadınlar üçün vacib deyil.
~ 66 ~
İstifadə olunmuş ədəbiyyat
1. “Qobusnamə”, Azərnəşr, 1989.
2. Hacı Sabir Əfəndi, “Peyğəmbər (ə.s.) meracı”
3. Mail Dəmirli, “Türk dünyasının bəxtiyarı”, Təfəkkür, 2002.
4. Ənvər Mete “O torpağın övladları”, 2006.
5. M.Əliyev, “Mən dünyanı öyrənirəm”, 2005.
6. Əbdülhəlimov Hikmət, “Şəki folkloru”, 2002.
7. Əfqan, “Şahlar şahı”.
8. Rəhimli Aqil, “Hikmətli nəsihətlər”, 1998.
9. Mola Nəsrəddin lətifələri.
10. Əmir Teymurun vəsiyyətləri.
~ 67 ~
İçərisindəkilər
Mənim qənaətim......................................................................................3
Nəvələrə nəsihət.......................................................................................5
Qiymətli incidir hikmətli kəlam...............................................................7
Hər vaxt xatırlayın....................................................................................7
El çələngi (Atalar sözləri).......................................................................23
Şəki lətifələrindən...................................................................................32
Molla Nəsrəddinin sərgüzəştlərindən.....................................................43
Dini adətlər haqda qısa məlumatlar........................................................51
Dünyanın möcüzələri..............................................................................56
Demək məndən, eşitmək sizdən.............................................................58
Əmir Teymurun vəsiyyətlərindən...........................................................62
Davranış qaydaları..................................................................................64
Istifadə olunmuş ədəbiyyat.....................................................................66
~ 68 ~