55
Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların əsas bankçılıq sistemləri təmin edir ki, sifariş edən müştəri ilə bağlı saxlanan bütün statik məlumatlar (ad, ünvan, hesab nömrəsi) avtomatik şəkildə çıxan MT103 ödəniş tapşırığının düzgün sıralarına və istənilən uyğun MT202COV daxil edilsin. - Təcrübi olduğu hallarda, aralıq və benefisiar banklar sifariş verən müştəri haqqında tam və mənalı informasiya alanadək ödənişlərin emal edilməsini gecikdirir. - Hər dəfə MT103-də ödəyici haqqında qeyri-adekvat informasiya olduqda avtomatik təhqiqata başlamaq üçün aralıq benefisiar bankların sistemləri vardır. -Daxil olan ödənişlər üçün emal və risk əsaslı nümunə seçiminə riayət qeyri-adekvat ödəyici informasiyasının müəyyən edilməsi. PİS təcrübələrə dair nümunələr - Müştəri vəsaitlərinin səhvən bloklaşdırılması, gecikdirilməsi yaxud rədd edilməsi riskinin aradan qaldırılması üçün bütün çıxan MT103-lərdə benefisiar haqqında yetərli informasiyanın təmin edilməsi üçün ödəyən banklar yetərli tədbir görmür. - Ödəyici haqqında mənasız yaxud qeyri-adekvat Informasiyalı daxil olan ödənişlərin aşkar edilmə- si üçün banklarda prosedurlar yoxdur, bu, sanksiya- ların pozulması ilə həyata keçirilən ödənişlərin sezilmədən keçməsinə imkan verə bilər. - Ödəyici haqqında natamam yaxud mənasız informasiya ilə ödənişləri müəyyən etmək üçün yetərli olmayan proseslər - Hətta əgər ödəniş əsas müştəri tranzaksiyası üçün örtük olduqda belə bütün bankdan banka ödənişlərdən istifadəyə davam. - Ödəniş mesajlarında bütün dillərdə ifadələrin axta- rılması, məs, „müştərilərimizdən biri‟ yaxud „dəyərli müşltərimiz‟, bu, bank yaxud müştərinin öz kimliyini gizlətməyə cəhd göstərdiyinin göstəricisi ola bilər. - Bütün müxbir bankların MT202 və MT202COV- dan bütün istifadələrinin yoxlanması - MT202COV-un MET yoxlama prosesinin əlavə elementi kimi təqdim edilməsi, o cümlədən yerli tən zimləyicinin yeni mesaj tipindən lazımi istifadəni gözləyib gözləməməsi. - Göndərən bankın müxbir əlaqəsi olan istənilən yerdə həmişə MT103 və uyğun MT202COV göndərilir və həmişə “öz-özünə klirinq” vəziyyətindədir (məs, bankın üzvü olduğu sxem daxilində Avro ödənişləri). - MT202COV-dən lazım olduğu şəkildə istifadə edil- mədiyi halın aşkar edilməsi üçün MT202 mesajları- nın müvafiq xanalarında “örtük (cover)” sözünün axtarılması. 56

Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri

YAXŞI təcrübələrə dair nümunələr

- Bankların əsas bankçılıq sistemləri təmin edir

ki, sifariş edən müştəri ilə bağlı saxlanan bütün

statik məlumatlar (ad, ünvan, hesab nömrəsi)

avtomatik şəkildə çıxan MT103 ödəniş

tapşırığının düzgün sıralarına və istənilən

uyğun MT202COV daxil edilsin.

- Təcrübi olduğu hallarda, aralıq və benefisiar banklar sifariş verən müştəri haqqında tam və mənalı informasiya alanadək ödənişlərin emal edilməsini gecikdirir.

- Hər dəfə MT103-də ödəyici haqqında qeyri-adekvat informasiya olduqda avtomatik təhqiqata başlamaq üçün aralıq və benefisiar bankların sistemləri vardır.

-Daxil olan ödənişlər üçün emal və risk əsaslı nümunə seçiminə riayət qeyri-adekvat ödəyici informasiyasının müəyyən edilməsi.

PİS təcrübələrə dair nümunələr

- Müştəri vəsaitlərinin səhvən bloklaşdırılması, gecikdirilməsi yaxud rədd edilməsi riskinin aradan qaldırılması üçün bütün çıxan MT103-lərdə benefisiar haqqında yetərli informasiyanın təmin edilməsi üçün ödəyən banklar yetərli tədbir görmür.

- Ödəyici haqqında mənasız yaxud qeyri-adekvat Informasiyalı daxil olan ödənişlərin aşkar edilmə- si üçün banklarda prosedurlar yoxdur, bu, sanksiya- ların pozulması ilə həyata keçirilən ödənişlərin sezilmədən keçməsinə imkan verə bilər.

- Ödəyici haqqında natamam yaxud mənasız informasiya ilə ödənişləri müəyyən etmək üçün yetərli olmayan proseslər - Hətta əgər ödəniş əsas müştəri tranzaksiyası üçün örtük olduqda belə bütün bankdan banka ödənişlərdən istifadəyə davam.

- Ödəniş mesajlarında bütün dillərdə ifadələrin axta- rılması, məs, „müştərilərimizdən biri‟ yaxud „dəyərli müşltərimiz‟, bu, bank yaxud müştərinin öz kimliyini gizlətməyə cəhd göstərdiyinin göstəricisi ola bilər.

- Bütün müxbir bankların MT202 və MT202COV- dan bütün istifadələrinin yoxlanması

- MT202COV-un MET yoxlama prosesinin əlavə elementi kimi təqdim edilməsi, o cümlədən yerli tən zimləyicinin yeni mesaj tipindən lazımi istifadəni gözləyib gözləməməsi.

- Göndərən bankın müxbir əlaqəsi olan istənilən yerdə həmişə MT103 və uyğun MT202COV göndərilir və həmişə “öz-özünə klirinq” vəziyyətindədir (məs, bankın üzvü olduğu sxem daxilində Avro ödənişləri).

- MT202COV-dən lazım olduğu şəkildə istifadə edil- mədiyi halın aşkar edilməsi üçün MT202 mesajları- nın müvafiq xanalarında “örtük (cover)” sözünün axtarılması.

56

Page 2: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi MEP-pul köçürmələri

YAXŞI təcrübələrə dair nümunələr

PİS təcrübələrə dair nümunələr

- Daxil olan müştəri ödənişlərinin risk yönümlü

nümunələşdirilməsini həyata keçirmək üçün

mütəxəssis qrupunun yaradılması, bundan sonra

ödəyici haqqında qeyri-adekvat, yaxud mənasız

informasiya olan beynəlxalq ödənişlər

təşəbbüsündə bulunan bankların müəyyən edilməsi

üçün təfərrüatlı təhlil həyata keçirilir.

- Davamlı olaraq qaydaları pozan banklara qarşı müvafiq tədbirin həyata keçirilməsi ilə bağlı mürəkkəb məsələ haqqında oxşar banklarla fəal şəkildə dialoqun aparılması.

57

Page 3: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Sanksiyalar və aktivlərin dondurulması-İdarəetmə

Yuxarı rəhbərlik maliyyə sanksiyaları ilə bağlı maliyyə institutunun öhdəlikləri haqqında yetərli informasiyaya malik olmalıdır ki, onlara funksiyalarını effektiv şəkildə həyata keçirmək imkanı

verir.

Özünüqiymətləndirmə sualları:

· Sizin maliyyə institutunuz sanksiyalar rejiminə müvafiq olmaq üçün məsuliyyəti aydın şəkildə ötürmüşdürmü? Kimə?

· Maliyyə institutu fəaliyyətin monitorinqini necə həyata keçirir? (Məs, uyğunluq və pozulma hallarına dair statistik yaxud nəqli hesabatlar)

YAXŞI təcrübələrə dair nümunələr

- Yetərli səlahiyyəti olan fərd maliyyə institutunun sanksiyalar rejiminə müvafiqliyinə nəzarətə görə məsuliyyət daşıyır.

- Müştərilərin fərqli situasiyaların hansı mərhələlərində skrininq edildikləri aydındır (məs, müştərilər agentlərdən, yaxud qrupdakı digər şirkətlərdən keçdikdə).

- Sanksiyaların faktiki hədəf uyğunluğu və pozulmasında müvafiq kəskinləşmə vardır. -Xəbərdarlıq vaxtında göndərilir.

PİS təcrübələrə dair nümunələr - Maliyyə institutu inanır ki, məbləğlər kiçik olduqda sanksiyalaşdırılmış fərdlərə və müəssisələrə ödənişlərə icazə verilir. Aktivlərin Dondurulması Orqanından lisenziya olmasa, bu cinayət əməli ola bilər.

- Sanksiyaların uyğunluğunun monitorinqini həyata keçirmək üçün daxili audit resursu müəyyən edilməmişdir.

- İri təşkilatdakı bəzi biznes vahidləri düşünür ki, onlar istisnadır.

58

Page 4: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Sanksiyalar və aktivlərin dondurulması – Risklərin qiymətləndirilməsi

Maliyyə institutu hansı biznes sahələrinin Konsolidasiya edilmiş siyahıdakı fiziki yaxud hüquqi şəxslərə servis, yaxud resurslar təmin etmək ehtimalının yüksək olmasını nəzərdən keçirməlidir.

Özünüqiymətləndirmə sualları:

· Maliyyə institutunuzun daxildə pozuntu hallarının baş vermə ehtimalının olduğu sahə ilə bağlı aydın baxışı vardırmı? (Bu, müxtəlif biznes xəttlərini, satış kanallarını, coğrafi məkanları və s. əhatə edə bilər).

· Maliyyə institutu yeni yurisdiksiyaya daxil olduqdan, yaxud yeni məhsul təqdim etdikdən sonra

risklərin qiymətləndirilməsi hansı şəkildə yeniləndirilir?

YAXŞI təcrübələrə dair nümunələr

- Beynəlxalq əməliyyatlar həyata keçirən, yaxud funt sterlinqdən başqa valyutalarla işləyən maliyyə institutu müvafiq yerli maliyyə sanksiyaları rejiminin tələblərini başa düşür.

- Kiçik maliyyə institutu, hətta risklərin qiymətləndirilməsi qeyri-formal olsa da belə, sanksiyalar rejimindən və onun harada ən həssas olmasından xəbərdardır.

PİS təcrübələrə dair nümunələr -Risklərin qiymətləndirilməsinin yeniləndirilməsi üçün proses yoxdur. - Maliyyə institutu yalnız pul köçürmələrinə şamil etmək üçün maliyyə sanksiyaları həyata keçirir və öz risklərini hələ qiymətləndirməmişdir

59

Page 5: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Sanksiyalar və aktivlətin dondurulması-Siyahıların Skrininqi

Maliyyə institutu biznesinin təbiəti, ölçüsü və riskinə müvafiq effektiv, müsair skrininq sistemləri olmalıdır. Özlüyündə skrininq hüquqi tələb olmasa da, yeni müştərilərin və ödənişlərin Konsolidasiya edilmiş Siyahı ilə müqayisəli skrininqi və siyahıya yeni adlar daxil edildikdə mövcud müştərilərin skrininqi maliyyə institutlarının sanksiyalar rejimini pozmayacağını təmin etmisnə kömək edir (bəzi maliyyə

institutları bilərəkdən sanksiyalara görə siyahıya salınmış müştəriləri saxlamağa davam edə bilərlər:

Aktivlərin Dondurulması Orqanına lisenziya verildiyi təqdirdə buna icazə verilir.)

Özünü qiymətləndirmə sualları:

·

·

·

Müştərilər nə vaxt siyahılarla tutuşdurulur, istər Konsolidasiya edilmiş Siyahı olsun, istər maliyyə institutlarının tərtib etdiyi daxili müşahidə siyahıları, yaxud kommersiya provayderlərinin siyahıları olsun? (Müştəri qəbul edildikdə skrininq həyata keçirilməlidir. Retrospektiv skrininq tərəfindən törənən riski əsaslandırmaq üçün yaxşı səbəblərə ehtiyac vardır, məs, ümumi lisenziyaların mövcudluğu.) Əgər müştəri maliyyə institutuna göndərilirsə, maliyyə institutu müştərinin siyahıda olmadığına necə əmin olur? (Maliyyə institutu müştərini siyahı ilə tutuşdururmu, yaxud o, göndərən tərəfdən təminat istəyirmi?)

Maliyyə institutu Konsolidasiya edilmiş Siyahıdakı dəyişikliklərdən necə xəbər tutur? (Əllə idarə edilən yaxud avtomatlaşdırılmış sistemlər vardırmı? Hər yeniləndirmədən sonra müştəri siyahıları yenidən skrininq edilirmi?)

YAXŞI təcrübələrə dair nümunələr

-Maliyyə institutu hansı əllə və avtomatlaşdırılmış

skrininq qarışığının ən müvafiq olduğunu nəzərdən

keçirmişdir.

- Əllə skrininqı üzərində keyfiyyət nəzarəti həyata keçirilir.

- Maliyyə institutlarının avtomatlaşdırılmış sistemlərdən istifadə etdiyi hallarda bunlar “qeyri-dəqiq üst-üstə düşmələrə (fuzzy matches)” səbəb ola bilər (məs, adların oxşar yaxud fərqli yazılışını, adların əksini, rəqəmlərin rotasiyasını, işarələrlə manipulyasiyanı müəyyən edə bilmək).

PİS təcrübələrə dair nümunələr

- Maliyyə institutu qəbul edir ki, vasitəçi müştərini

skrininq etmişdir, lakin bunu yoxlamır.

- Maliyyə institutlarının avtomatlaşdırılmış sistemlər- dən istifadə etdiyi hallarda,o, müştəriləri necə yoxla- maq lazım olduğunu başa düşmür və uyğun gəlmə hallarının gözlənilməyəcək dərəcədə çox yaxud az olub-olmadığını yoxlamır.

- Yalnız polislə bağlı iddialar olduğu təqdirdə sığorta şirkəti skrininq həyata keçirir.

- Müştərilərin məlumat bazalarının skrininqi birdəfə-

likdir. - Maliyyə institutu müştərilərin direktorları və məlum benefisiar mülkiyyətçilərini riskə həssas əsasda skrininq edir.

- Maliyyə institutu siyahıda olan fərdin hesabına malik olduqda, bu hesabın statusu əməkdaşlara

aydın şəkildə ötürülür.

-Maliyyə institutunda ödəniş tapşırıqlarının

monitorinqi üçün vasitə yoxdur. - Maliyyə institutu yalnız digər maliyyə institutunun skrininqinə (məs, outsource edənlər yaxud vasitəçilər) inanır, özünü məmnun etmək üçün addım- lar atdıqdan sonra bu, müvafiqdir.

60

Page 6: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Sanksiyalar və aktivlətin dondurulması –Uyğunluqlar və eskalasiya

Müştərinin adı Konsolidasiya edilmiş Siyahıdakı şəxsin adına uyğun gəldikdə, bu, çox vaxt “yanlış pozitiv”dir (məs, müştərinin adı eyni, yaxud oxşardır, lakin o, eyni şəxs deyildir). Ad uyğunluqlarının hansı halda real olduğunu müəyyən etmək və müvafiq olduğu təqdirdə aktivləri dondurmaq üçün maliyyə institutlarının prosedurları olmalıdır.

Özünüqiymətləndirmə sualları:

· Ad uyğunluğunun real olub-olmadığını müəyyən etmək üçün maliyyə institutu hansı addımları atır? (məs, maliyyə institutu ad, doğum tarixi, ünvan, yaxud digər müştəri məlumatları kimi müəyyənedici informasiyaya baxırmı?)

· Pozuntu halı olduğu təqdirdə, aydın prosedur vardırmı? (Buraya, məs, yuxarı rəhbərliyin, Xəzinədarlığın yaxud FSA-nın xəbərdar olunması və Şübhəli Fəaliyyətə dair Hesabata nəzər yetirilməsi daxil ola bilər).

YAXŞI təcrübələrə dair nümunələr

- “Yanlış pozitiv”lərin müəyyən edilməsi üçün kifayət qədər resurs vardır.

PİS təcrübələrə dair nümunələr -Maliyyə institutu maliyyə sanksiyaları rejiminin pozulması ilə bağlı Aktivlərin Dondurulması

Orqanını məlumatlandırmır:

bu, cinayət əməli ola bilər.

- Pozuntu halından, habelə Aktivlərin Dondurulması

Orqanını xəbərdar etmək öhdəliyini yerinə

yetirdikdən sonra maliyyə institutu pozuntu halı

ilə bağlı tənzimləyicini

məlumatlandırıb- məlumatlandırmamaq

məsələsini nəzərdən keçirir.

- Konsolidasiya edilmiş Siyahı ilə uyğunluq müəyyən

edildikdən sonra hesab dondurulmamışdır. Əgər,

nəticədə, təhkim olunmuş şəxs tərəfindən saxlanılan,

mülkiyyətdə olan, yaxud nəzarət edilən vəsaitlərlə iş

aparılırsa, yaxud təhkim edilmiş şəxsə təqdim edilirsə,

bu, cinayət əməli ola bilər.

- Resursların olmaması maliyyə institutuna uyğunluq

hallarını adekvat şəkildə təhlil etməyə mane olur.

- Potensial hədəf uyğunluqlarının yanlış pozitiv

olması hesab edildikdə, audit izləməsi həyata

keçirilmir.

61

Page 7: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Sanksiyalar və aktivlərin dondurulması – Silahlar və onların yayılması Xarici siyasət məqsədlərinə nail olmaq üçün hökumət maliyyə sanksiyaları ilə bir arada ticarətin müəyyən

növləri üzərində nəzarət həyata keçirir. Nüvə, radioloji, kimyəvi, yaxud biloji silah proqramlarında istifadə

üçün mal və xidmətlərin ixracına ciddi nəzarət olunur. Maliyyə institutlarının sistemləri və nəzarətləri

üzləşdikləri proliferasiya – yayılma risklərini ünvanlamalıdırlar.

Özünüqiymətləndirmə sualları:

·

·

·

Maliyyə institutunuz yüksək riskli ölkələrlə ticarəti maliyyələşdirirmi? Maliyyələşdirirsə, əks tərəflər və mallar üzrə əlavə ehtiyat tədbirləri tətbiq edilirmi? Şübhə qaldığı təqdirdə, ticarətin qanuni olması ilə bağlı ixracatçılardan sübut aranırmı?

Maliyyə institutunuzun yüksək riskli ölkələrdən müştəriləri yaxud belə yerlərdən olan fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmaq tarixçəsi vardırmı? Vardırsa, maliyyə institutu sanksiya vəziyyətinin bu cür əks tərəflərə hansı şəkildə təsir göstərə biləcəyini nəzərdən keçiribmi və müvafiq qaydaların onlara necə təsir edəcəyini onlarla müzakirə edibmi?

Yüksək riskli yurisdiksiyalarla hansı digər bizneslər həyata keçirilir və silahların yayılmasına aidiyyatı olan tranzaksiyalarla bağlı risklərin məhdudlaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

YAXŞI təcrübələrə dair nümunələr

- Bank müştərilərinin yüksək riskli yurisdiksiyalara

mal ixrac edib etmədiyini müəyyən etmişdir və

tranzaksiyalarla bağlı gücləndirimiş yoxlama həyata

keçirir, məs, mallara ixrac məhdudiyyətlərinin

olmasını, yaxud son istifadəçilərin narahatlığa səbəb

ola biləcəyini müəyyən edir.

PİS təcrübələrə dair nümunələr

- Maliyyə institutu qəbul edir ki, müştərilərin

narahatlığa səbəb olan ölkələrə mal satması ixracın

qanuniliyi baxımından yoxlanılacaqdır və

bununla bağlı müştərilərdən sübut

tələb etmir.

- Sığortaçı AB Qaydaları 961/2010-un onun müştəriləri ilə əlaqələrinə təsir edib-etmədiyini müəyyən etməyib.

- Şübhə olduğu təqdirdə, bank müştəridən müvafiq

dövlət orqanlarından əldə edilmiş lazımi sənədlərin

nümayiş etdirilməsini tələb edir. - Maliyyə institutu bilir ki, onun müştəriləri yüksək

- Dövlət müştərilərindən birinə qarşı

Terrorizmlə Mübarizə Akti 2008-ə müvafiq

olaraq tədbir gördüyü təqdirdə maliyyə institutu

bu vəziyyətə necə reaksiya verməyi

nəzərdən keçirmişdir.

riskli yurisdiksiyalardakı fiziki və hüquqi şəxslərlə

iş birliyi aparır, lakin həmin müştərilərlə müvafiq

qaydaların olması və onlara təsiri ilə bağlı

ünsiyyət aparmır. 62

Page 8: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM təlimi Sanksiyalar və aktivlərin dondurulması – Çalışma

2010-cu ilin avqust ayında biz Royal Bank of Scotland-ı (RBS) maliyyə sanksiyalarının pozulmasının qarşısının alınması üçün nəzərdə tutulan sistem və nəzarətlərdəki qüsurlara görə 5.6 mln funt sterlinq məbləğində cərimələdik.

·

·

·

RBS müştərilərini – və onların etdikləri və aldıqları ödənişləri – sanksiyalar siyahısı ilə adekvat şəkildə tutuşdura bilməmiş və bununla da bunun sanksiyalaşdırılmış insan və təşkilatlara və insan və təşkilatlardan ödənişlərə rəvac verə bilmə riskinə səbəb olmuşdur.

Bank, məs, müştərilərinin funt sterlinq, yaxud avto ilə beynəlxalq ödənişlərini yoxlamamışdır.

O, həmçinin “yanlış uyğunluq” proqram təminatının effektivliyini təmin edə bilməmiş və, bir çox hallarda, müştəri şirkətlərin və benefisiar mülkiyyətçilərinin adlarını skrininq etməmişdir.

YAXŞI təcrübələrə dair nümunələr

PİS təcrübələrə dair nümunələr

63

Page 9: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

A

Hesab Monitorinq Orderi

Birləşmiş Krallıq və bəzi digər ölkələrdə dövlət orqanının maliyyə institutundan müəyyən zaman kəsiyində şübhəli hesaba dair tranzaksiya informasiyasının təmin edilməsini tələb edən sənəd.

Affidavit

Məhkəmə məmuru, notarius, yaxud digər səlahiyyətli şəxs qarşısında andla verilən yazılı bəyanat. Bir qayda olaraq axtarış, həbs qəti imkan tədbiri yaxud müsadirənin tətbiqi üçün faktiki əsas kimi istifadə olunur.

Alternativ Köçürmə Sistemi (AKS)

Xəlvəti bankçılıq, yaxud qeyri-formal dəyər transferi sistemləri. Çox vaxt Yaxın Şərq, Afrika, yaxud Asiyadan olan etnik qruplarla əlaqəlidir və bir qayda olaraq formal bankçılıq sistemindən kənar ölkələr arasında dəyər transferini əhatə edir. Digər ölkədə müvafiq biznes əlaqəsi olan mal satan adi mağaza köçürmə müəssisəsi ola bilər. Adətən valyuta fiziki olaraq hərəkət etdirilmir və verifikasiya və uçotla bağlı formallıq olmur. Pul köçürməsi borc hesab vərəqəsi, kuryerlər, məktub, yaxud fakslar vasitəsilə kodlaşdırılmış informasiya ilə həyata keçirilir. Üzərində müəyyən edilməsi mümkün olmayan rəqəm olan demək olar ki, istənilən sənəd digər ölkədə dəyərlilərin götürülməsi üçün istifadə edilə bilər. Ölkədən asılı olaraq sistemlərə fərqli adlarla istinad edilir: Hawala (“dəyişmək”, yaxud “transformasiya” anlamını verən ərəb sözü), Hundi (Hindi dilində “toplamaq” deməkdir), Chiti banking (sistemin fəaliyyət tərzinə istinad edir), Chop Shop Banking (Çin) və Poey Kuan (Tailand).

Pulların Yuyulması ilə mübarizə sahəsində beynəlxalq məlumatlar bazası (PYMBM)

Pulların yuyulması ilə mübarizə qanun və qaydalarının, o cümlədən pulların yuyulmasına nəzarət tədbirlərinin iki sinfinin – daxili qanunlar və beynəlxalq əməkdaşlıq – təhlilini, habelə milli kontaktlar və səlahiyyətli orqanlara dair informasiyanı özündə ehtiva edən toplu. PYMBM təhlükəsizdir, müxtəlif dillərdə təqdim edilir və yurisdiksiyalar arası araşdırmalar aparan hüquq-mühafizə orqanları üçün mühüm istinad alətidir.

64

Page 10: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Çirkli pulların yuyulması ilə mübarizə proqramına, ən azı, aşağıdakılar daxil edilməlidir:

1.

2.

3.

4.

Yazılı daxili siyasətlər, prosedurlar və nəzarətlər;

Təhkim edilmiş PYM uyğunluq mütəxəssisi;

Əməkdaşların davamlı təlimləndirilməsi; və

Proqramı testləşdirmək üçün müstəqil yoxlama.

Həbs orderi

Hüquq-mühafizə orqanının zabitinə bu və ya digər şəxsi saxlamaq və həbs etmək və onlara şikayətə cavab vermək, yaxud başqa şəkildə məhkəməyə gəlməyi tələb etmək səlahiyyəti verən məhkəmə orderi.

Pulların yuyulması ilə mübarizə üzrə Asiya/Sakit Okean hövzəsi Qrupu (ASQ)

Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF tipli regional qurum, Asiya/Sakit okean hövzəsi ölkələrinin yurisdiksiyalarından ibarətdir.

Aktivlər üzrə menecer

Müəssisənin investisiya proqramını yönləndirmək üçün şirkət yaxud trast tərəfindən yazılı müqavilə ilə təyin edilmiş şəxs. Proqram tam diskresionar hesab ola bilər, yaxud müqavilə ona məhdudiyyətlər qoya bilər. Aktivlər üzrə menecerə ödənilən haqqlar əldə edilən fəaliyyət, ticarət komissiyaları, yaxud onun rəhbərliyi

altında olan daşınmaz əmlakın qiymətləndirilməsinin müəyyən faiziə əsasında ola bilər. Yüksək haqqları və

mülkiyyəti, yaxud benefisiarlarla yaxın əlaqələr aktivlər üzrə meneceri qeyri-adi fəaliyyətlə bağlı hesabat

vermək borcu və müştəri qarşısında fidusiar borc arasında qalmaqla potensial ziddiyyətə məruz qoya bilər.

Aktivlərin qorunması

Bu və ya digər şəxsə qarşı iddia irəli sürüldüyü təqdirdə, aktivlərin daha az həssas olmasını təmin etmək məqsədilə aktivlərin hansı şəkildə saxlanıldığının yenidən təşkilatlandırılmasını özündə ehtiva edən proses. Aktivlərin qorunması habelə aktivləri digər yurisdiksiyalarda vergi tətbiq edilməsindən qorumaq

məqsədilə vergi planlaşdırıcıları tərəfindən istifadə edilən termindir.

Aktivlərin qorunması Trastları (AQT)

Əsas məqsədi bir kəsin var-dövlətinin kreditorlardan mühafizə və müdafiə edilməsi olmaqla adətən ofşor olaraq yaradılan (yəni yerləşdirilən) geri çağırıla bilməyən trastın xüsusi forması. Aktiv üzərində hüquq himayəçi adlanan şəxsə ötürülür. Ümumiyyətlə AQT-lərdən aktivlərin müdafiəsi üçün istifadə edilir və adətən vergi baxımından neytral olur. Onların son funksiyası benefisiarları nəzərdə tutmaqdan ibarətdir. Bəzi proponentlərə görə, AQT-lər xarici qəyyumlara ABŞ məhkəmə orderlərinə məhəl qoymamaq və

trastın aktivlərinə təhlükə törədən hüquqi hərəkətə cavab olaraq sadəcə olaraq məsuliyyəti digər yurisdik-

siyaya ötürmək imkanı verir (bunlara “uçan trastlar” da deyilir).

65

Page 11: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Avtomatlaşdırılmış Klirinq Palatası (AKP)

Paketlərdə yaranan iri həcmli həm kredit, həm də debit tranzaksiyalarını emal edən elektron bankçılıq şəbəkəsi. AKP-nin kredit köçürmələrinə birbaşa depozit əmək haqqı ödənişləri və podratçılara və təchizatçılara ödənişlər daxildir. AKP-nin debit köçürmələrinə sığorta premiyaları üzrə istehlakçı ödənişləri, ipoteka kreditləri və digər xərc növləri daxildir. Sistem əvvəldən edilmiş kütləvi sifarişlər üçün istifadə olunur – məs, iri korporasiyanın tam əmək haqqı. Həm hökumətlər, həm də kommersiya sektoru AKP sistemindən istifadə edə bilər. AKP sistemi pulların yuyulması riski aşağı olan, kiçik dollarlı iri həcmli daxili tranzaksiyaların transferi üçün dizayn edilmişdir. Bununla belə, AKP vasitəsilə iri məbləğləri göndərə bilmək imkanı və beynəlxalq tranzaksiyalar maliyyə institutlarını daha yüksək pulların yuyulması riskinə məruz qoya bilər. Xüsusilə hesablar birbaşa kontakt olmadan İnternet üzərindən açıldıqda, ciddi PYM monitorinq sistemi olmayan maliyyə institutları əlavə riskı məruz qala bilər

B

Bank Draftı

Pulların yuyulmasına həssasdır, çünki o, nüfuzlu institut tərəfindən istifadə olunan nüfuzlu beynəlxalq monetar aləti təmsil edir və çox vaxt təqdim edilərkən nağd şəkildə və bankd draftını verən institutun digər ölkədəki hesabından ödənilir.

Beynəlxalq Hesablaşmalar Bankı (BHB)

Mərkəzi banklar üçün bank kimi xidmət göstərən və dünya iqtisadiyyatında sabitliyin əldə olunması naminə beynəlxalq monetar və mkaliyyə əməkdaşlığına dəstək verən beynəlxalq təşkilat. Bank Nəzarəti üzrə Bazel Komitəsinin Katibliyi orada yerləşir. Komitə Müştərini Tanı məsələləri üzrə geniş nəzarət standartlarını və təlimatları formalaşdırılmışdır.

Bank Sirri

Banklara hesab sahibinin razılığı olmadan hesab haqqında informasiyanı – hətta hesabın mövcud olduğunu açıqlamağı – qadağan edən qanun və qaydalara aiddir. Maliyyə institutları və onlara nəzarət edən qurumlar arasında milli sərhədlər boyunca informasiya axınını qadağan edir. FATF-ın 2003-cü ildə buraxılmış 40 Tövsiyəsinin 4-cü tövsiyəsində deyilir ki, müxtəlif ölkələr məxfilik haqqında qanunların FATF-ın Tövsitələrinin icra edilməsinə mane olmamasını təmin etməlidirlər.

66

Page 12: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Bank Sirri Aktı (PYM)

ABŞ-ın çirkli pulların yuyulması ilə mübarizə sahəsində əsas tənzimləyici əsasnaməsi (Başlıq 31, ABŞ Kodeks Bölmələri 5311-5355), 1970-ci ildə qüvvəyə minmişdir və 2001-ci ildə ABŞ Vətəndaş Aktı ilə əhəmiyyətli dəyişikliklər edilmişdir. Digər tədbirlər arasında o, maliyyə institutlarına və bir çox digər bizneslərə pulların yuyulması, o cümlədən müxtəlif maliyyə tranzaksiyaları ilə bağlı məlumat verilməsi və uçot yazılarının saxlanması ilə bağlı nəzarət tətbiq edir. Bank Sirri Aktı (PYM) Uyğunluq proqramı

Bank Sirri Aktında müəyyən edildiyi kimi, ABŞ-da yerləşən müliyyə institutlarından çirkli pulların yuyulması və aidiyyatı olan maliyyə cinayətlərinə nəzarət etmək məqsədilə yaratmaq və icra etmək tələb olunan proqram. Proqramın komponentlərinə ən azı daxildir: daxili siyasət, prosedur və nəzarətlərin hazırlanması; uyğunluq mütəxəssisinin təyin edilməsi; əməkdaşların davamlı təlimi və proqramı testləşdirmək üçün müstəqil audit funksiyası.

Bare Trust/adsız trast

Həmçinin quru, formal, “lüt”, passiv yaxud sadə trast adlandırılır, bu zaman qəyyumlardan tələb edildikdə yalnız trast əmlakını benefisiarlara tapşırmaqdan başqa heç nə tələb olunnur.

Bazel MET Sənədi

2001-ci ilin oktyabr ayında Bank Nəzarəti üzrə Bazel Komitəsinin (BNBK) banklar üçün nəşr etdirdiyi Müştərilərin Eyniləşdirmə Tədbirləri (MET) üzrə təlimat sənədi. Sənədə sağlam Müştərini Tanı siyasət və prosedurları daxildir, Komitəyə görə, bunlar bankların təhlükəsizlik və sağlamlığının və bank sisteminin t amlığının qorunmasında mühümdür. 2003-cü ilin fevral ayında Bank Nəzarəti üzrə Bazel Komitəsi “Hesabın açılması və müştərinin identifikasiyasına dair ümumi rəhbərlik” çap etdirmişdir.

Bank Nəzarəti üzrə Bazel Komitəsi (Bazel Komitəsi)

Bazel Komitəsi dünya boyunca sağlam nəzarət standartlarının təşviqi məqsədilə 1974-cü ildə böyük onluğa daxil olan ölkələrin mərkəzi bankları tərəfindən yaradılmışdır. Onun katibliyi İsveçrənin Bazel şəhərində Beynəlxalq Hesablaşmalar Bankı tərəfindən təyin edilir. Digər sənədlərlə bir arada o, banklar üçün müştərinin eyniləşdirmə tədbirləri, konsolidasiya edilmiş Müştərini Tanı risklərin idarə edilməsi, ödəniş mesajlarında şəffaflıq, beynəlxalq pul köçürmələriə aid örtük ödəniş mesajları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq və terrorizmlə mübarizə ilə əlaqədar yurisdiksiyalar arasında maliyyə yazılarının paylaşdırılması sənədlərini tərtib etmişdir.

Paket emalı

Məlumatların emalı və məlumatların kommunikasiyasının transmissiyasının bir növü, bu zaman tranzaksiyalar bir qayda olaraq eyni computer tərəfindən və eyni tətbiqə müvafiq şəkildə qruplaşdırılır və emala göndərilir.

67

Page 13: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Paket köçürmə

Eyni maliyyə institutuna göndərilən və sonunda fərqli şəxslər üçün nəzərdə tutula bilən, bir sıra fərdi pul köçürmələrindən ibarət köçürmə.

Adsız forma

Sertifikat, səhm transferi, yaxud digər sənədlə bağlı adsız forma təyin edilmiş investisiya, yaxud depozitin satılmasına, transferinə, təhvil verilməsinə, yaxud əlavə yazılı təlimat əldə etmək ehtiyacı olmadan sahibinə ünvanlamaq imkan verir.

Adsız dövriyyə alətləri

Adsız formada monetar alətlər daxildir, məs: ya adsız formada olan, məhdudiyyətli şəkildə indossament edilən, saxta ödənilən şəxsə verilən dövriyyə alətləri (o cümlədən, çeklər, sadə veksellər və pul baratları), ya da elə bir şəkildə ki, onun adı çatdırılma zamanı ötürülür.

Adsız səhm

Korporasiyanın mülkiyyətçiliyini adsız səhm sertifikatına fiziki olaraq malik olan şəxsə təqdim edən dövriyyə alətləri.

Adsız səhm sertifikatı

Bu və ya digər fərdə, yaxud təşkilata deyil, “Adsız” olaraq verilən dövriyyə korporativ səhm sertifikatı.

Benami hesabı

Nominal hesab da adlandırılır. Digəri, yaxud digərlərinin adından bir şəxs, yaxud müəssisə tərəfindən saxlanan Benami hesabları Hindistan yarımqitəsinin havala xəlvəti bankçılıq sistemi ilə əlaqəlidir. Bir yurisdiksiyada olan, vəsaitlərini havaladar vasitəsilə dugər yurisdiksiyaya hərəkət etdirmək yollarını axtaran şəxs əsl kimliyini, yaxud vəsaitlərin resipientinin əsl kimliyini ört-basdır etmək üçün Benami hesabı, yaxud Benami tranzaksiyasından istifadə edə bilər.

Benefisiar mülkiyyətçi

Yekun olaraq tranzaksiyanın həyata keçirildiyi hesaba malik, yaxud ona nəzarət edən fiziki şəxs. O, həmçinin, hüquqi şəxs, yaxud quruluş üzərində son effektiv nəzarəti həyata keçirən şəxsləri də özündə birləşdirir.

Benefisiar

Bütün trastların (xeyriyyə, yaxud qanunla icazə verilən qeyri-xeyriyyə trastlarından başqa) benefisiarları olmalıdır ki, buraya təsisçi daxil ola bilər. Trastlara həmçinin maksimal zaman kəsiyi daxildir ki, buna “müddətsiz dövr” deyilir və normal olaraq 100 il davam edir. Trastların sonda təsdiq edilə bilən benefisiarı olmalı olsa da, onların müəyyən edilməmiş mövcud benefisiarları olmaya bilər. Trastların yalnız müəyyən səlahiyyətləri ola bilər.

68

Page 14: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti - PY/TMM Təlimi İzahlı lüğət

Biometrika

Bir şəxsi digərindən fərqləndirən xüsusiyyətləri müəyyən edən elm. Biometrika texnologiyasının üç forması vardır - barmaq izləri, səsin tanınması və gözün qüzehi qişasının skrininqi, bu, nə vaxtsa kağız üzərində qələmlə çəkilmiş köhnəlmiş imzalara şamil edilə bilər. Müəyyən institutlar müştərilərinin kimliyini verifikasiya etmək üçün biometrikadan istifadə edirlər. Müştərilərin identifikasiya qaydalarının yaranması ilə biometric alətlər maliyyə institutunda daha geniş istifadə edilə bilər.

Qara Bazar Peso Mübadiləs (QBPM)

Kolumbiyanın Qara Bazar Peso Mübadiləsi (QBPM) ticarət əsaslı çirkli pulların yuyulmasının mürəkkəb metoduna dair nümunədir. QBPM ilkin olaraq Kolumbiyanın alyuta mübadiləsi üzrə məhdudlaşdırıcı siyasətlərindən yaranmışdır. Həmin siyasətlərdən yayınmaq üçün Kolumbiya biznesləri qara bazarda, yaxud parallel maliyyə bazarında fəaliyyət göstərən peso brokerləri ilə iş birliyi aparmaqla dövlətin vergilərindən yayınırdılar. Kolumbiya narkotik qaçaqmalçıları ABŞ-da yerləşən ABŞ narkotik dollarlarının müqabilində Kolumbiyada Kolumbiya pesosu almaq üçün bu metoddan yararlanmışlar. ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası Sənədinə görə, oxşar qara bazar mübadilə sistemlərinə Venesuelada və Argentina, Braziliya və Paraqvay arasındakı üç sərhəd zonasında rast gəlinir. Dubaydakı ticari mallar, habelə Çin və Avropada istehsal edilmiş mallar QBPM-ə oxşar narkotik yönümlü sistemlər vasitəsilə satın alınır. QBPM ABŞ-dakı kartellərdən narkotik gəlirini əldə edən və pesoları Kolumbiya daxilindəki kartellərə transfer edən brokerlər vasitəsilə fəaliyyət göstərir.

Dollarlar diqqət cəlb etmədən peso brokeri tərəfindən ABŞ-ın maliyyə sisteminə yerləşdirilir, yəni “yuyulur”. Sonra dollarlar brokerlər tərəfindən ixrac üçün ABŞ-dan mal almaq məqsədilə dollara ehtiyacı olan biznesmenlərə “satılır”.

Çox vaxt ixraca hazır olan malların pulunu Kolumbya (yaxud digar ölkənin) idxalçısı adından faktiki olaraq narkotiklərdən əldə edilən dollardan istifadə edən peso broker ödəyir.

Çek şirkəti

“Əks birləşmələr” vasitəailə açıq şəkildə alqı-satqısı həyata keçiriləcək səhmlər emissiya etmək niyyətində olan özəl korporasiyalar tərəfindən istifadə edilmək üçün dizayn edilmiş şirkət növü, bu zaman onların ilkin açıq yerləşdirməsi zamanı çox xərclər çəkilmir. Çek şirkətlərinin çox vaxt az aktivləri olur, kiçik biznes fəaliyyəti ilə məşğul olurlar və biznes planları, yaxud təcrübəli rəhbərliyi olmur.

Bukmeyker

Bukmeyker, əsas etibarilə idman hadisələri olmaqla, ayrı-ayrı fərdlərdən müxtəlif məsələlərlə bağlı mərclər qəbul edir. Bukmeykerlər pulların yuyulmasına həssasdırlar, çünki çirkli pul yuyanlar müştərilərinə “mərc sürüşmələrini” əldə etmək üçün pul təklif edə bilərlər, bu, çox vaxt qələbənin dəyərindən 7-10% çox olur. Pul yuyan şəxs sonra təmiz pulu bukmeykerdən toplayır.

69

Page 15: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Filial

Biznesin maliyyə institutunun hüquqi baxımdan asılı hissəsini formalaşdıran bir hissəsi, maliyyə institutunun biznesinə xas bütün, yaxud bəzi tranzaksiyaları həyata keçirir.

Bureau de Change

“Casa de cambio” yaxud “mübadilə məntəqəsi” adlandırılan bureau de change pul yuyanlar üçün cəlbedici olan bir sıra xidmətlər təklif edir: valyuta mübadiləsi və kiçik nominallı banknotların iri nominallara konsolidasiyası; maliyyə alətlərinin, məs, səyahət çekləri, pul baratları və şəxsi çeklərin mübadiləsi; və teleqraf köçürmə vasitələri. Bəzi ölkələrdə belə bizneslər ənənəvi maliyyə institutları olduqlarından, pulların yuyulması ilə bağlı ciddi şəkildə yoxlanılmır. Onların müştəriləri də təsadüfidir, bu, həmin bizneslərin “müştərilərini tanımalarını” daha da çətinləşdirir.

Bust-out (bank kartlarından istifadə etməklə dələduzluq)

Cinayətkarların qanuni şəkildə əldə etdikləri kredit, yaxud malların ödənilməsindən yayınaraq saxtakarlıq yolu ilə kredit əldə etməyə çalışdıqları sxem. Bir qayda olaraq, bust-out həlqəsi oğurlanmış, yaxud saxta yollarla əldə edilmiş kredit kartları üzrə kredit satışlarını alan shell yaxud front bizneslər kimi fəaliyyət göstərir. Cinayətkarlar kartları, yaxud nömrələri kredit kart terminallarından keçirir, lakin ya heç bir mal, yaxud xidmət təmin etmir, ya da oğurluq, yaxud lisenziyasız mallar təmin edirlər. Günahsız kredit kart şirkəti front biznesin hesabını kreditləşdirir. Tranzaksiyaları dəyişməzdən əvvəl cinayətkarlar vəsaitləri front biznesin hesablarından çıxarmış olurlar.

Bu dələduzluq sxemlərində bilərəkdən iştirak edən kart sahibləri adətən “aldıqları mallar” üçün kredit kart şirkətlərinə pul ödəməkdən imtina edirlər. Bu insanlar ya kredit kartlarını saxta yollarla, yaxud oğurluq identifikasiya ilə, ya da aşkar edilməsi mümkünsüz olan yollarla əldə etmişlər. Bust-out sxemləri iri müflisləşmə dələduzluqlarının yaradılmasında çox məşhurdur, bu zaman biznes müəssisələr kreditləri şirkətin, yaxud əmlakın faktiki dəyərindən artıq qiymətə təminatlandırır, sonra isə pulla birlikdə yoxa çıxır və borc verən tərəfi əhəmiyyətli itki ilə üz-üzə qoyurlar.

C

Kart sahibi

Maliyyə tranzaksiyası kartı verilən şəxs, yaxud kartdan istifadə etmək səlahiyyəti olan əlavə şəxs.

Karib hövzəsi ölkələrinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (KFATF)

Karib dənizi hövzəsi ölkələrindən ibarət, FATF tərzli regional qurum, buraya daxildir: Aruba, Baham adaları, Britaniya Virgin adaları, Kayman adaları və Yamayka.

70

Page 16: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Casa de Cambio

Bax Mübadilə məntəqəsi.

Nağd pul əsaslı biznes

Müştərilərin təmin edilən məhsul, yaxud xidmətlərə görə nağd ödəniş həyata keçirdikləri istənilən biznes, məs, restoranlar, pizza çatdırılma xidmətləri, taksi maliyyə institutları, qəpiklə işləyən maşınlar, yaxud maşın yuyanlar. Qanunsuz olaraq əldə edilmiş vəsaitlərin biznes tərəfindən faktiki olaraq qazanılmış nağd pulla birləşməsini təmin etmək üçün çirkli pulların yuyulması ilə məşğul olan bəzi şəxslər nağd pul əsaslı biznesi idarə edir, yaxud ondan istifadə edir.

Nağd pulla təminatlandırılmış kreditlər

Nağd pulla təminatlandırılmış kreditdə kredit təminatı kimi nağd pul depoziti çıxış edir. Bəzən nağd pul depozitləri digər yurisdiksiyada ola bilər.

Nağd pul depozitləri

Maliyyə institutunun hesablarında yerləşdirilmiş nağd pul məbləğləri. “Yerləşdirmə fazası” da daxil olmaqla, pulların yuyulmasına həssasdır, çünki cinayətkarlar maliyyə institutlarında depozitlər yerləşdirməklə nağd pullarını nağdsız iqtisadiyyata hərəkət etdirir.

Kassir çeki

Çox vaxt nağd pulla alınan ümumi istifadə edilən monetar alət. Pulların yuyulması məqsədi üçün istifadə edilən kassir çekləri nüfuzlu institutdan,məs, bank yaxud kredit ittifaqı, alınmış alət təmin edir.

MET

Bax Müştərinin eyniləşdirmə tədbirləri

CDPC (Fransızca: Comité Européen pour les Problèmes Criminels)

Avropa Şurasının Cinayət Problemlərinə dair Avropa Komitəsi. Əvvəllər PC-R-EV adlanan MONEYVAL CDPC-in alt komitəsidir, bu, FATF üzvü olmayan Avropa ölkələrində çirkli pulların yuyulması ilə mübarizənin qiymətləndirilməsi sahəsindəki ekspertlərdən ibarət komitədir.

Sertifikat/Şəhadətnamə

Yazılı formal təsdiq, ABŞ Vətəndaş Aktına görə bu sənəddən tənzimləyicilər müxtəlif kontekstdə istifadə edirlər, o cümlədən respondent bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış yazılı bəyanat, bu sənəd bankın shell banklarla fəaliyyət göstərmədiyini təsdiq edir (ABŞ Vətəndaş Aktının 313-cü bölməsinə görə). Bu, həmçinin, ABŞ federal agenti tərəfindən yazılı ifadə ola bilər, burada qeyd edilir ki, onun ABŞ Vətəndaş Aktının 314(a) Bölməsinə görə maliyyə institutundan istədiyi informasiya pullarln yuyulması, yaxud terrorizmin maliyyələşdirilməsi ilə əlaqəlidir.

71

Page 17: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Zəncir İstinad Sxemi

Bax Piramida Sxemi.

Chiti Banking

Bax Alternativ Köçürmə Sistemi.

Chop Shop Banking

Bax Alternativ Köçürmə Sistemi.

CICAD (İspanca: Comisión Interamericana para el Control del Abuso de Drogas)

Bax Amerika Ştatları Təşkilatı – Amerika daxili narkotiklərdən suu-stifadəyə nəzarət komissiyası.

Klirinq hesabı

Həmçinin “omnibus”, yaxud “konsentrasiya hesabı” adlanır. Maliyyə institutunun adından saxlanılan klirinq hesabından, əsas etibarilə daxili administrativ, yaxud bankdan banka tranzaksiyaları üçün istifadə olunur, bu tranzaksiyalar zamanı vəsaitlər ilkin vəsait göndərənlər şəxsən identifikasiya edilmədən köçürülür və birləşdirilir. ABŞ Vətəndaş Aktı müştəri tranzaksiyaları üçün belə hesablardan istifadəni qadağan edir.

Yığma – kolleksiya hesabları

Xarici ölkələrdən olan immiqrantlar bir çox kiçik məbləğli valyutanı yaşadıqları yerdə bir hesaba toplayır və toplanılmış məbləğ vəsaitlərin mənbələri ilə bağlı sənədləşmə olmadan önların doğma vətənlərindəki hesaba köçürülür. Asiya, yaxud Afrikadan olan müəyyən etnik qruplar pulların yuyulması üçün kolleksiya hesablarından istifadə edə bilərlər.

Kollectiv bilgi

Müəyyən məsələ, müştəri, yaxud hesabla bağlı maliyyə institutunun direktorları, mütəxəssisləri və əməkdaşları tərəfindən ayrı olaraq saxlanılan bilgi. Uyğunluğa görə korporativ məsuliyyət və uyğunsuzluğa görə öhdəlik təklif etmək üçün kollektiv bilgi məfhumundan istifadə edilə bilər. Məs, maliyyə institutunun bilgisi dedikdə, məşğulluqlarının miqyası daxilində bütün əməkdaşların bildiklərinin cəmi nəzərdə tutulur. Belə ki, əgər Əməkdaş A müştəri informasiyasının bir tərəfini bilirsə, Əməkdaş B bunun ikinci, Əməkdaş C isə üçüncü tərəfini bilir, institute isə müştəri informasiyasının bütün tərəflərini bilir.

Commission Rogatoire – Məhkəmə tapşırığı

Letters rogatory kimi də adlandırılan commission rogatoires – məhkəmə tapşırıqları dedikdə xarici yurisdiksiyada sübutlar axtararkən bir ölkənin mərkəzi orqanının digər ölkənin mərkəzi orqanına hüquqi, yaxud ədliyyə yardımı üçün göndərdiyi yazılı xahişlər nəzərdə tutulur. Həmin xahiş-məktubda, bir qayda olaraq, xahişin təbiəti, xahiş edən ölkənin müvafiq cinayət məsuliyyətləri, xahişin edildiyi hüqiqi şərt və axtarılan informasiya təsbit edilir.

72

Page 18: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Konsentrasiya hesabı

Bax Klirinq hesabı

Konsentrasiya riski

Konsentrasiya riski, əsas etibarilə, balans hesabatının aktivlər olan tərəfinə şamil edilir. Ümumi olaraq istifadə edilən təcrübə kimi nəzarətçilər nəinki banklardan kredit konsentrasiyalarının müəyyən edilməsi üçün informasiya sistemlərinin olmasını tələb edir, hətta bankın bir borcalana, yaxud aidiyyatı olan borcalanlar qrupuna kreditlərin verilməsini məhdudlaşdıran limitlər müəyyən edirlər. Müştərilərin kim olduğunu və onların digər müştərilərlə əlaqələrini dəqiqliklə bilmədən (Müştərini Tanı siyasətləri vasitəsilə) bank konsentrasiya riskini ölçmək iqtidarında olmur, bu, xüsusilə də, aidiyyatı olan əks tərəflər və əlaqəli kreditlər kontekstində müvafiqdir. Öhdəliklər tərəfində isə konsentrasiya riski maliyyələşdirmə riski, xüsusilə də iri əmanətçilər tərəfindən vəsaitlərin erkən və qəfil çıxarılması riski ilə əlaqəlidir, bu, institutun likvidliyinə zərər vura bilər.

Məxfilik

Müəyyən faktların, məlumat və informasiyanın ictimaiyətdən, yaxud icazəsiz baxışdan saxlanmasə. ABŞ, Birləşmiş Krallıq və bir çox digər yurisdiksiyalarda şübhəli tranzaksiya, yaxud fəaliyyətlə bağlı hesabatlar tərtib edilərkən məxfilik tələb olunur – institutun əməkdaşları hesabatın göndərilməsi ilə bağlı müştərini xəbərdar edə bilməzlər. Digər kontekstdə, institut müştəri ilə bağlı informasiyanı yurisdiksiyanın bank sirri haqqında qanunlarına zidd olaraq hüquq-mühafizə orqanlarına, yaxud maliyyə kəşfiyyatı orqanına açıqladıqda, məxfiliyin pozulması halı baş verə bilər.

Konfiskasiya

Buraya tətbiq edilə bildiyi təqdirdə müsadirə daxildir və səlahiyyətli orqan, yaxud məhkəmə orderi ilə vəsaitlər, yaxud digər aktivlərdən daimi məhrumetmə deməkdir. Konfiskasiya, yaxud müsadirə hüquqi, yaxud inzibati prosedur vasitəsilə həyata keçirilir, bu zaman təsbit edilmiş vəsaitlərin, yaxud digər aktivlərin mülkiyyəti dövlətə keçir. Bu transferdən sonra konfiskasiya, yaxud müsadirə zamanı təsibt edilmiş vəsaitlər, yaxud digər aktivlərdə marağı olan şəxslər, yaxud müəssisələr, prinsip etibailə, konsfiskasiya, yaxud müsadirə edilmiş aktivlərə olan bütün hüquqlarını itirir. Konfiskasiya, yaxud müsadirə orderləri bir qayda olaraq cinayət məhkumluğuna, yaxud məhkəmə qərarına bağlanır, orada konfiskasiya, yaxud müsadirə edilmiş əmlakın qanun pozuntusu ilə əldə edildiyi, yaxud qanunu pozmaqla istifadə üçün nəzərdə tutulduğu müəyyən edilir. Konfiskasiya pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı səmərəli tədbir görmək üçün istifadə edilən əsas strateji alətdir. Cinayət-çühakimə icraatı sisteminin cinayət fəaliyyətindən əldə edilən vəsaitlərin izlənməsi, dondurulması və nəhayət müsadirə edilməsi üçün effektiv və səmərəli şərtlərinin olması mühümdür. Bir çox hüquqi yardım müqavilələri digər yerdəki cinayət təqibinə əsasən bir yurisdiksiyada aktivlərin müsadirəsini nəzərdə tuta bilər.

Konstruktiv (könülsüz) Trast Öhdəliyi

Əlində olan əmlakın müştəriyə deyil, başqa şəxsə olduğunu “bildiyi” hesab edilən maliyyə institutuna himayəçilik öhdəliklərinin tətbiqi. Əgər maliyyə institutu vəsaitləri hüquqi sahibin maraqlarına zərər verə biləcək tərzdə idarə edərsə, yaxud köçürərsə, trastın pozulması riski ilə üzləşə bilər. Vəsaitlərin cinayət qurbanından əldə edilə bilmə və nəticədə qurbanın vəsaitlərinin, yaxud əmlakının itirilməsi ehtimalı olduğu halda, çirkli pulların yuyulması ilə mübarizə aparan mütəxəssislər xüsusilə ayıq-sayıq olmalıdırlar.

73

Page 19: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Əsas prinsiplər

Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tərtib edilmiş Effektiv Bank Nəzarətinin Əsas Prinsipləri, Qiymətli Kağızlar Komitələrinin Beynəlxalq Təşkilatı tərəfindən tərtib edilmiş Qiymətli Kağızların

Tənzimlənməsinin Məqsəd və Prinsipləri və Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosiasiyası tərəfindən

tərtib edilmiş Sığorta Nəzarətinin Prinsipləri

Korporativ subyektlər

FATF-ın Konsultasiya Sənədində aşağıdakı şəkildə müəyyəne edilir:

1.

2.

3.

4.

Korporasiyalar: (a) Özəl məhdud şirkətlər və səhmləri birjada alınıb satılmayan açıq səhmdar cəmiyyətləri.

(b) Beynəlxalq biznes şirkətləri/ ofşor şirkətər .

Trastlar.

Fondlar.

Məhdud tərəfdaşlıqlar və məhdud məsuliyyətli tərəfdaşlıqlar.

Bəzən korporativ subyektlərin son benefisiar mülkiyyətçilərini və nəzarətçilərini müəyyən etmək çətin olur, bu, həmin subyektləri pulların yuyulmasına həssas edir. FATF 2003-cü ildə nəşr edilmiş yeniləndirilmiş 40 Tövsiyəsinin hüquqi şəxslərlə bağlı MET-ğ dair bölmədə belə subyektlərə xüsusi diqqət yetirir (Tövsiyə 5).

Müxbir bankçılıq

Bir bankın (“müxbir bank”) digər banka (“respondent bank”) bank xidmətləri göstərməsi. Bir qayda olaraq, iri beynəlxalq banklar dünyanın müxtəlif yerindəki minlərlə digər bank üçün müxbir rolunu oynayır. Respondent banklara geniş çeşidlir xidmərlər trəmin edilə bilər, o cümlədən nağd pulun idarə edilməsi

(məs, müxtəlif valyutalarda faiz gətirən hesablar), beynəlxalq vəsait köçürmələri, çek klirinq xidmətləri,

tranzit hesablar və forex xidmətləri.

Cinayət Vəsaitlərinin Yuyulması, Axtarışı və Müsadirə edilməsi haqqında Avropa Şurasının Konvensiyası

Konvensiya 1990-cı ilin sentyabr ayında Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir, o, bütün növ cinayət əməllərini ünvanladığı üçün Vyana Konvensiyasına nisbətən daha güclü təsirə malikdir. Çirkli pulların yuyulması cinayətinə təkcə narkotiklərin trəfikiinqi deyil, bütün ciddi cinayətlərlə əlaqəli

olan pulların yuyulması da daxil edilmişdir.

74

Page 20: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Terrorizmlə mübarizə komitəsi (Counter-Terrorism Committee (CTC))

BMT Təhlükəsizlik Şurasının 1373 saylı (2001) qətnaməsinə uyğun olaraq BMT Komitəsi yaradılmışdır. Terrorizmlə mübarizə məsələsinə gəldikdə, CTC-yə Təhlükəsizlik Şurasının 15 üzvü daxildir. Komitə

BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinin icrasını monitorinq edir və terrorizmlə mübarizə

aparmaq üçün üzv ölkələrin potensialının artırılmasını qarşıya məqsəd qoyur.

Kredit kartları Mal və xidmətlər almaq və kredit üzrə nağd pul avansları əldə etmək məqsədilə istifadə edilən kredit limitli plastik kart. Sonra kart sahibinə verilmiş kredit emitent banka ödənilir. Kartda olan məbləğ cinayətdən əldə edilmiş pulla ödənildikdə kredit kartlarından pulların yuyulması üçün istifadə edilə bilər. Kredit maliyyələşdirilməsi

Bahalı mallar almaq və sonradan borc vəsaitin cinayətkar vəsaitlər hesabına ödəmək üçün kreditdən istifadə. Cinayətkar dəyəri yüksək olan aktiv, məs, yaxta almaq üçün vəsait götürür, krediti dərhal qanunsuz vəsaitlərlə nağd olaraq ödəyir, qayığı satır və hər şeyə yenidən başlayır. Kreditləri qanunsuz pullarla ödəməklə çirkli pulları yuyanlar cinayətkar fəaliyyətin maliyyələşdirilməsi üçün kreditdən istifadə edə bilər.

Cinayətkar vəsaitlər

Cinayət törədilməsindən birbaşa, yaxud dolayısı ilə əldə edilən istənilən əmlak.

Sərhədlərarası

Ən azı iki ölkənin iştirakı ilə həyata keçirilən fəaliyyətlər kontekstində istifadə edilir, məs, pulun bir ölkədən digərinə köçürülməsi, yaxud valyutanın sərhəddən keçirilməsi

Sərhədlərarası köçürmə

Mənbə bankın və benefisiarın fərqli yurisdiksiyalarda yerləşdiyi istənilən pul köçürməsi. Sərhədlərarası köçürmə həmçinin ən azı bir sərhədlərarası elementə malik istənilən pul köçürməsi zəncirinə şamil edilir.

Cuckoo Smurfing

Alternativ köçürmə sistemlərinə bağlı olan pulların yuyulması forması, bu zaman cinayətkar vəsaitlər xaricdən real vəsaitlər, yaxud ödənişlər gözləyən şəxslərin hesabları vasitəsilə transfer edilir. “Cuckoo smurfing” termini ilk dəfə Birləşmiş Krallıqdakı təhqiqatlarda işlənmişdir, bu, məhz orada əhəmiyyətli çirkli pul yuyulması vasitəsidir.

Valyuta

Banknot və qəpiklər mübadilə vasitəsi kimi dövriyyədədir.

Valyuta qaçaqmalçılığı

İri məbləğdə nağd pulun sərhədlər boyunca, çox vaxt bank sirri ciddi qorunan, mübadilə nəzarəti, yaxud çirkli pulların yuyulması ilə mübariuzə qanunvericiliyi zəif olan ölkələrə qanunsuz hərəkəti.

75

Page 21: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Valyuta Tranzaksiya Hesabatı (CTR)

Müəyyən pul limitlərindən artıq valyuta tranzaksiyasını sənədləşdirən hesabat. Həmçinin bir gün ərzində həyata keçirilən, üst-üstə toplandıqda tələb olunan hesabat məbləğindən yüksək olan mix saylı valyuta tranzaksiyaları üzrə də CTR tərtib edilə bilər. ABŞ daxil olmaqla bir sıra ölkələrdə CTR-lər xüsusi şərtlər daxilində dövlət orqanlarına göndərilməlidir.

Kastodian

Digər şəxslər, yaxud institutlarının aktivlərinin idarə edilməsi, yaxud nəzarət edilməsi, yaxud saxlanmasına görə məsuliyyət daşıyan bank, maliyyə institute, yaxud digər müəssisə. Bir qayda olaraq, kastodianlar haqqında söhbət açılan aktivlərin fəal, aqressiv menecerləri deyildirlər, əvəzində isə passiv olaraq aktivləri saxlayırlar.

Kastodi

Müştərinin investisiyaları, yaxud aktivlərinin qorunması və inzibatçılığı, yaxud bunu etmək səlahiyyəti.

Müştərinin Eyniləşdirmə Tədbirləri (MET)

Pulların yuyulmasına nəzarət baxımından bu, müştərilərlə işləmək üçün yüksək əxlaqi və peşəkar standartları təşviq edən adekvat siyasətlərin, təcrübələrin və prosedurların icrası deməkdir və bankların məqsədli, yaxud məqsədsiz şəkildə cinayətkar elementlər tərəfindən istifadə edilməsinin qarşısının alınması üçün dizayn edilmişdir. MET-ə təkcə müştərilərin kimliyinin müəyyən edilməsi deyil, habelə müştəri, yaxud hesab növü üçün normal, yaxud gözlənilən tranzaksiyalara uyğun gəlməyən tranzaksiyaları müəyyən etmək üçün hesabın fəaliyyətinin monitorinqi daxildir.

Müştərinin İdentifikasiyası Proqramı (MİP)

İnstitutun müştərilərin kinliyinin identifikasiyası və verifikasiyasını qarşıya qoyan siyasət və prosedurları. Ümumiyyətlə, proqram yazılı olmalı, yüksək rəhbərlik tərəfindən təsdiq edilməli və müştərinin xəbərdar edilməsi prosedurlarını özündə ehtiva etməlidir.

Müştəri İnformasiyasi Orderi

Bütün maliyyə institutlarından – yaxud seçilmiş banklar vı digər maliyyə institutlarından – təhqiqat aparılan şəxsə məxsus istənilən hesabın təfərrüatlarını təmin etməyi tələb edir, bununla da təhqiqatçıya şübhəli şəxsin hesablarının harada saxlanıldığını aşkar etmək imkanı verir.

D

76

Page 22: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Debit kartı

Kart sahibinə öhdəlikləri ödəmək, yaxud digər məkanlarda, yaxud bizneslərdə alış-veriş etmək üçün adına olan, əvvəldən mövcud hesabdan vəsait çıxarmaq imkanı verən, maliyyə institute tərəfindən təqdim edilən kart. Əgər debit kartlar bank sirri cənnəti mövcud olan ölkələrin maliyyə institutlar tərəfindən verilirsə, cinayət vəsaitlərinin yuyulmasında onların rahat alət olması aşkarlanmışdır, çünki onlar debitləşdirilmiş vəsaitlərin mənbəyi ilə bağlı demək olar ki, heç bir iz buraxmır. Debit Tranzaksiyası

Mal və xidmətlərin alınması, yaxud nağd pulun əldə edilməsi məqsədilə bank kartından istifadəni əhatə edən tranzaksiya. Tranzaksiya avtomatik şəkildə kart sahibinin depozit hesabını debitləşdirir.

Müəyyən edilmiş cinayət kateqoriyaları

FATF, 2003-cü ildə nəşr etdirdiyi 40 Tövsiyəsində ilk dəfə olaraq “müəyyən edilmiş cinayət kateqoriyala- rı”nın siyahısını təqdim edir, burada pulların yuyulması təhqiqatlarına apara biləcək cinayətlər sadalanır. Hər ölkə həmin cinayətləri və onların elementlərini necə müəyyən edəcəyini qərarlaşdıra bilər.Bir çox ölkələr

hansı cinayətlərin pulların yuyulması üçün predikativ rolunu oynadığını təsbit etmir və sadəcə olaraq qeyd

edirlər ki, bütün ağır cinayətlər predikativ ola bilər. Digərləri, məs, pulların yuyulması ilə bağlı təhqiqatın

aparılması üçün cinayətlərin uzun siyahısını təsbit edirlər. FATF-ın tərifinə görə, müəyyən edilmiş

kateqoriyalar aşağıdakılardır:

- Mütəşəkkil cinayətkar qrupda və reketdə iştirak; - Terrorizm, o cümlədən terrorizmin maliyyələşdirilməsi;

- İnsan alveri və miqrant qaçaqçalçılığı;

- Cinsi istismar, o cümlədən uşaqların cinsi istismarı;

- Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz trəfikinqi;

- Qanunsuz silah trəfikinqi;

- Oğurluq və digər malların qanunsuz trəfikinqi;

- Korrupsiya və rüşvət;

- Dələduzluq;

- Saxta valyuta;

- Saxta mallar və piratçılıq;

- Ətraf mühitlə bağlı cinayət;

- Qətl, ağır bədən xəsarəti;

- Adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və girovların götürülməsi;

- Talan, yaxud oğurluq;

- Qaçaqmalçılıq;

- Soyğun;

- Saxtalaşdırma;

- Piratçılıq və

- Insayder alqı-satqısı və bazar manipulyasiyası.

77

Page 23: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Müəyyən edilmiş qeyri-kommersiya biznes və peşələri

FATF-a görə, aşağıdakı bizneslər FATF-ın 2003-cü ildə verilmiş 40 Tövsuysinə uyğun fəaliyyət göstərməlidirlər:

- Kazinolar (o cümlədən İnternet kazinolar). - Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan vasitəçilər.

- Qiymətli metal dilerləri.

- Qiymətli daş dilerləri.

- Vəkillər, notariuslar, digər müstəqil hüquq peşəkarları və mühasiblər. Tək fəaliyyət göstərənlərə,

tərəfdaşlara və peşəkar maliyyə institutları daxilində fəaliyyət göstərən peşəkarlara aiddir. O, digər

bizneslərin əməkdaşları olan “daxili” peşəkarlara, yaxud artıq çirkli pulların yuyulması ilə mübarizə

tədbirləri tətbiq olunan dövlət qurumlarında işləyən peşəkarlara şamil edilmir.

- Trast və şirkər xidmət provayderləri. Tövsiyələrə görə digər yerlərdə əhatə edilməyən və aşağıdakı

xidmətlərdən istənilən birini üçüncü tərəflərə təmin edən bütün bizneslərə, yaxud şəxslərə aiddir:

- Hüquqi şəxslərin formalaşdırma agenti kimi fəaliyyət göstərmə.

- Şirkətin direktoru, yaxud katibi, tərəfdaşlığın tərəfdaşı, yaxud digər hüquqi şəxslərə münasibətdə oxşar

vəzifədə fəaliyyət göstərmə (yaxud digər şəxsin belə fəaliyyət göstərməsini təşkil etmək).

- Şirkət, tərəfdaşlıq, yaxud istənilən digər hüquqi şəxs, yaxud quruluş üçün qeydiyyata alınmış ofis,

biznes ünvanı, yaxud məkanın, yazışma, yaxud inzibati ünvanın təmin edilməsi

- Ekspress trastın qəyyumu kimi fəliyyət göstərmə (yaxud digər şəxsin belə fəaliyyət göstərməsini təşkil

etmək).

- Digər şəxs üçün namizəd səhmdar kimi fəliyyət göstərmə (yaxud digər şəxsin belə fəaliyyət göstərməsini

təşkil etmək).

Açıqlama orderi

Təhqiqata aid informasiyaya malik şəxsdən müsahibə zamanı suallara cavab verməyi, informasiya təmin etməyi, yaxud sənədləşmə təqdim etməyi tələb edən sənəd. Order təkcə aktivləri üzərində təhqiqat aparılan şəxsə qarşı deyil, həmçinin üçüncü tərəfə, məs, maliyyə institutuna tətbiq edilə bilər.

Daxili transfer

Mənbə və benefisiar institutun eyni yurisdiksiyada yerləşdiyi pul köçürməsi. Ona görə də, daxili transfer tamamilə ayrıca götürülmüş bir yurisdiksiya daxilində baş verən pul köçürmələrinin istənilən zəncirinə şamil edilir (hətta pul köçürməsinin həyata keçirilməsi üçün istifadə edilən system digər yurisdiksiyada yerləşsə belə).

Yuxarıdan aşağı müxbir klirinq bankı (Downstream Correspondent Clearer)

Bir institutdan müxbir bankçılıq xidmətləri alan və institutda saxladığı hesabın valyutasında digər maliyyə institutlarına müxbir bankçılıq xidmətləri təmin edən müxbir bank müştərisi

Quru trast

Bax adsız trast.

78

Page 24: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

E

Şərqi və Cənubi Afrika Çirkli Pulların Yuyulması ilə Mübarizə Qrupu (ESAAMLG)

Afrikanın şərqindən cənubuna qədər 14 ölkəni özündə birləşdirən, FATF tərzli regional qurum. 1999-cü ildə yaradılmışdır.

Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont qrupu

1995-ci ildə bir sıra milli maliyyə kəşfiyyatı orqanı (MKO) Eqmont qrupu adlanan qeyri-formal təşkilatda birgə fəaliyyətə başladı. Qrup öz adını Brüsseldə ilk toplantı keçirilən Eqmont-Arenberq sarayından götürmüşdür. Qrupun məqsədi MKO-lara milli çirkli pulların yuyulması ilə mübarizə proqraçlarına dəstəyi artırmaq üçün forum təmin etməkdən və informasiyanın paylaşdırılması üçün protokollar tərtib etməkdən ibarətdir. MKO-ların dəstəyinə maliyyə kəşfiyyatının genişləndirilməsi və sistemləşdirilməsi, belə təşkilatların əməkdaşlarının təcrübə və imkanlarının artırılması və yeni texnologiyaların tətbiq edilməsi və maliyyə cinayətlərinin təhqiqatı üçün informasiyanın paylaşdırılması üçün MKO-lar arasında kommunikasiyanın artırılmasına dəstək verməkdən ibarətdir.

Elektron bankçılıq

Maliyyə institutları arasında vəsaitlərin nağd pul, çeklər, yaxud digər dövriyyə alətləri vasitəsilə deyil, elektron siqnalların mübadiləsi vasitəsilə transfer edilən bankçılıq forması.

Elektron nağd pul (E-nağd pul)

İnternet üçün nəzərdə tutulmuş ödəniş mexanizmi olan elektron nağd pul kompüterin hard diskində, yaxud plastik kartın mikroçipində elektron şəklində saxlanan monetar dəyər vahidlərini təmsil edir. O, nağd pul kimi anonimdir və ani dəyərə malikdir. Anonim olması və iri məbləğlərin tez və asanlıqla İnternet üzərindən “daşınması” səbəbindən E-nağd pul çirkli pulları yuyanları cəlb edir.

Vəsaitlərin elektron transferi (Electronic Funds Transfer (EFT))

Maliyyə institutları arasında vəsaitlərin elektron olaraq hərəkəti. ABŞ-da ən çox istifadə edilən iki ümumi vəsaitlərin elektron transfer sistemi bunlardır: FedWire və CHIPS. (çox vaxt SWIFT üçüncü EFT sistemi hesab edilir, amma əslində o, pul keçirmə sisteminin özü deyil, institutlar arasında pul köçürmələri üçün təlimatlar daşıyan beynəlxalq mesaj sistemidir). Vəsaitlərin hərəkətinə şərait yaradan, amma texniki olaraq EFT olmayan digər sistemlərə avtomatlaşdırılmış klirinq palataları (APT) daxildir, APT-lər institutlar arasında hesabdan hesaba köçürmələr üçün mesajların paket emalını həyata keçirən şəbəkələrdir.

79

Page 25: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Elektron pullar (E-pullar)

Bax Elektron nağd pul

Əlavə eyniləşdirmə tədbirləri (ƏED)

Müştərilər və maliyyə institutlarının fəaliyyətlərinin və vəsaitlərinin qanuniliyinin müəyyən edilməsi məqsədini daşıyan əlavə yoxlama və ehtiyat tədbirləri

Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Avroasiya Qrupu (AAQ)

FATF tərzli regional qurum, 2004-cü ilin oktyabrında Moskvada yaradılmışdır. Üzv ölkələrə Belorusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Avropa Birliyi (AB)

Avropa Birliyi demokratik Avropa ölkələri birliyidir. Onun üzv dövlətləri ümumi təsisatlar yaratmışlar və suverenliklərinin bir hissəsini bu təsisatlara ötürürlər ki, kollektiv maraq doğuran məsələlər ürə qərarlar Avropa səviyyəsində demokratik şəkildə qəbul edilsin.

Maliyyə Sistemindən Çirkli Pulların Yuyulması və terrorizmin Maliyyələşdirilməsi məqsədilə istifadənin qarşısının alınması üzrə Avropa Birliyinin Direktivi

İlk olaraq 1991-ci ilin iyun ayında Avropa Birliyi tərəfindən qəbul edilmiş direktiv AB-nin üzv dövlətlərindən daxili maliyyə sistemlərindən pulların yuyulması məqsədilə istifadə edilməsinin qarşısının alınması üçün lazım olduğu təqdirdə milli qanunlara dəyişiklik etməklə müəyyən nəticələrə nail olmağı tələb edir. Direktiv Vyana Konvensiyasında müəyyən edildiyi kimi, narkotiklərin trəfikinqi ilə məhdudlaşdırılmışdır. Direktivin miqyası, habelə, pul yuyanlar tərəfindən sui-istifadəyə ən həssas olan kredit və maliyyə institutları ilə məhdudlaşdırılmışdır, lakin üzv dövlətlər pulların yuyulmasına cəlb edilməsi ehtimal olunan digər sektorları da əhatə etməyə həvəsləndirilmişlər. Direktiv 2001-ci ilin dekabrında yenidən işlənmiş və çirkli pulların yuyulması ilə bağlı cinayətlər kredit və maliyyə i nstitutlarını aşaraq, korporativ xidmət provayderləri, kazinolar, vəkil və mühasiblərə də şamil edilmişdir. 2005-ci ilin sentyabrında qəbul edilmiş üçüncü direktiv ilk iki direktivi əvəz etmişdir. FATF-ın pulların yuyulması ilə mübarizəyə dair tövsiyələrinə müvafiq olaraq AB-nin Üçüncü Direktivi əvvəlki direktivlərin miqyasını genişləndirərək aşağıdakıları ora daxil etmişdir:

- “Çirkli pulların yuyulması”və “terrorizmin maliyyələşdirilməsi”nin ayrı-ayrı termin kimi müəyyən edilməsi. - Müştərilərin identifikasiyası və şübhəli tranzaksiyalara daor hesabatlıq öhdəliklərinin trastlara və şirkət

xidmət provayderlərinə, həyat sığortası vasitəçilərinə və malları müəyyən məbləğdən yuxarı qiymətə nağd

olaraq satan dilerlərə şamil edilməsi

- Müştərilərin eyniləşdirilməsi tədbirlərinə risk əsaslı yanaşma.

- Pulların yuyulması, yaxud terrorizmin maliyyələşdirilməsi ilə bağlı şübhəyə dair məlumat verən

əməkdaşların mühafizəsi.

- Üzv dövlətlərə şübhəli tranzaksiyaya dair hesabatlardan istifadə və onlardan əldə edilən nəticələrlə

bağlı hərtərəfli statistikanın saxlanması öhdəliyinin verilməsi.

- Bütün maliyyə institutlarından hüquqi və fiziki şəxslərin malik olduğu bütün hesabların “benefisiar

mülkiyyətçiləri”nin identifikasiya və verifikasiyasının tələb edilməsi.

80

Page 26: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Europol

Avropa Hüquq-Mühafizə Təşkilatı, məqsədi terrorizmin, narkotiklərin qanunsuz trəfikinqivə mütəşəkkil beynəlxalq cinayətkarlığın digər ağır formalarının qarşısının alınması və onunla mübarizə sahəsində üzv ölkələrin səlahiyyətli orqanlarının effektivliyini və əməkdaşlığını artırmaqdan ibarətdir. Çirkli pulların yuyulması ilə mübarizə sahəsində Europol Avropa Birliyinin üzv ölkələrinin hüquq-mühafizə sahəsindəki səlahiyyətli orqanlarını EKM-lər (Europol Koordinasiya Mütəxəssisi) və analitiklər vasitəsilə əməliyyat və analitik dəstəklə təmin edir.

Mübadilə məntəqəsi

Bax Bureau de Change.

İmtiyazlı hesab

Bəzi ölkələrdə maliyyə institutlarının müəyyən müştərilərinə qaydalardan kənarlaşma imkanı verirlir, bu zaman maliyyə institutuna müəyyən tranzaksiyalarla bağlı başqa şəkildə tələb olunan hesabatlıqla bağlı məsuliyyətdən imtina etmək icazəsi verilir. Vergidən azad hesablar sənədləşdirilməli və belə istisnalar təmin edən maliyyə institutları onların tranzaksiyalarını monitorinq etməlidirlər.

Ekspress Trast

Təsisçi tərəfindən adətən sənəd şəklində, məs. yazılı etibarnamə formasında yaradılan trast. Ekspress trastlar qanunun işləməsi vasitəsilə yaradılan trastlarla ziddiyyət təşkil edir və təsisçinin trast, yaxud digər oxşar hüquqi təsisatlar (məs, konstruktiv trast) yaratmaqla bağlı aydın məqsədi, yaxud qərarından törəmir.

Ekstradisiya

Məhkum edilmiş, yaxud müqəssir bilinəm şəxsin ikitərəfli müqavilə əsasında bir ölkədən digərinə təslim edilməsi, belə müqavilələrdə belə mübadilələrin şərtləri təsbit edilir, məs, mübadilə edilə bilinən şəxslər və mübadiləyə icazə verilən cinayətlər. Narkotik Maddələrin və Psixotrop Maddələrin Qanunsuz Trəfikinqinə qarşı 1988-ci ildə qəbul edilmiş Vyana Konvensiyası çirkli pulların yuyulmasını beynəlxalq səviyyədə ekstradisiyaya məruz qala bilən cinayət kimi müəyyən etmişdir.

Ekstraterritorial diapazon

Bir ölkənin siyasət və qanunlarının digər ölkənin vətəndaş və institutlarına şamil edilməsi. ABŞ pulların yuyulması qanununda bır sıra müddəalar vardır ki, bunlar qadağa və sanksiyaları digər ölkələrə genişləndirir. Məs, əgər “hadisə” “qismən” ABŞ-da baş verərsə, əsas ABŞ çirkli pulların yuyulması ilə mübarizə qanununun ekstraterritorial yurisdiksiyası ABŞ vətəndaşı olmayan şəxsə də tətbiq edilə bilər

F

81

Page 27: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Maliyyə məsələləri üzrə işçi qrupu (FATF)

FATF 1989-cu ildə yeddi sənaye ölkəsi tərəfindən çirkli pulların yuyulması ilə mübarizə məqsədilə milli və qlibal tədbirlərə dəstək vermək üçün yaradılmışdır. Bu, dünya boyunca çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə standart və tədbirlərini müəyyən edən beynəlxalq səviyyədə siyasəti müəyyən edən qurumdur. Onun Tövsiyələrinin qanun gücü yoxdur. 2003-cü ildə FATF Çirkli Pulların yuyulması üzrə 40 Tövsiyəsini yenidən işləmişdir. Təşkilatın vəzifələrinə üzv olmayan ölkələr tərəfindən tövsiyələrinin qəbulu və icrasının təşviqi də daxildir. Qrup həmçinin Terrorizmin maliyyələş- dirilməsi haqqında Xüsusi Tövsiyələr tərtib etmişdir və hazırki çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi meyl və metodları ilə bağlı nümunələr verməklə illik tipologiya hesabatlarını hazırlayır.

Cənubi Amerikada Çirkli Pulların Yuyulması ilə bağlı Maliyyə Məsələləri üzrə işçi qrupu (GAFISUD – Grupo de Acción Financiera de Sudamérica)

Cənubi Amerika üçün yaradılmış FATF tərzli regional qurum, 2000-ci ildə yaradılmışdır. Üzvləri: Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Ekvador, Meksika, Panama, Paraqvay, Peru və Uruqvay.

Maliyyə məsələləri üzrə işçi qrupu tərzli Regional qurum (FSRB)

FSRB-lərin forma və funksiyaları FATF-la oxşardır. Bununla belə, onların səyləri xüsusi regionlara hədəflənir. Məs, Karib dəniz hövzəsi ölkələrinin Maliyyə Məsələləri üzrə İşçi Qrupu, Şərqi və Cənubi Amerika Çirkli Pulların Yuyulması ilə Mübarizə Qrupu və Yaxın Şərq və Şimali Afrika Maliyyə Məsələləri üzrə İşçi Qrupu.

Maliyyə institutu

FATF-ın 40 Tövsiyəsinə görə, maliyyə institute dedikdə müştərilərin adından aşağıdakı fəaliyyətlər, yaxud əməliyyatlardan birini biznes şəklində həyata keçirən istənilən şəxs yaxud müəssisə nəzərdə tutulur:

- İctimaiyyətdən depozitlərin və digər ödənilə bilən vəsaitlərin qəbulu. - Kreditlərin verilməsi.

- Maliyyə lizinqi.

- Pul yaxud dəyərin transferi.

- Ödəniş vasitələrinin buraxılması və idarə edilməsi (məs, kredit və debit kartları, çeklər, səyahət çekləri,

pul baratları və banker draftları, elektron pullar).

- Maliyyə zəmanət və öhdəlikləri.

- Aşağıdakıların alqı-satqısı:

a) pul bazarı alətləri (çeklər, qəbzlər, derivativlər, depozit sertifikatları və s.);

b) forex;

c) mübadilə, faiz dərəcəsi və indeks alətləri;

d) transfer edilə bilən qiymətli kağızlar və

e) əmtəə fyumerslərinin alqı-satqısı.

- Qiymətli kağız emissiyasında iştirak və belə emissiyalarla bağlı maliyyə xidmətlərinin təmin edilməsi.

- Individual və kollektiv portfelin idarə edilməsi.

- Nağd pul, yaxud likvid qiymətli kağızların digər şəxslərin adından saxlanması və inzibatçılığı.

- Digər şəxslərin adından vəsaitlərin, yaxud pulların başqa şəkildə investisiyası, inzibatçılığı, yaxud idarə

edilməsi.

- Həyat sığortası və digər investisiya ilə əlaqəli sığortanın anderraytinqi və yerləşdirilməsi.

- pul və valyuta mübadiləsi.

82

Page 28: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Maliyyə Kəşfiyyatı Orqanı (MKO)

Milli çirkli pulların yuyulması ilə mübarizə fəaliyyətinə dəstək məqsədilə naliyyə hesabatlarından informasiya əldə edən, oun emal edən və sonra onu müvafiq dövlət orqanına açıqlayan mərkəzi dövlət idarəsi. MKO-nun fəaliyyətlərinə daxildir: informasiyanın alınması, təhlili və yayılması, bəzən pozuntu hallarının araşdırılması və açıqlamalarda qeyd edilmiş fərdlərin cinayət təqibi.

Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP)

1999-cu ildə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən yaradılan FSAP böhran potensialının azaldılması məqsədilə yurisdiksiyaların maliyyə sistemlərinin güclü və zəif tərəflərini qiymətləndirir.

Mühasib-kriminalist

Maliyyə sübutlarının təhlili və pulların yuyulması da daxil olmaqla “ağ yaxalıqlıların cinayəti” hallarında ekspert şahid kimi şəhadətlik etməkdə ixtisaslaşır.

Müsadirə

Dövlət qurumunun hüquqi tədbirinin nəticəsində özəl mülkiyyət yaxud aktivlərin daimi itirilməsi. Bir qayda olaraq , əmlak sahibi qanuna müvafiq fəaliyyət göstərə bilmir, yaxud əmlak müəyyən növ cinayət fəaliyyəti ilə bağlı olur.

Dondurma

Dövlət tədbiri ilə aktivlər, yaxud bank hesablarının mübadiləsi, çıxarlması, likvidasiyası, yaxud istifadəsinin qarşısının alınması, yaxud məhdudlaşdırılması. FATF-ın “Xüsusi Tövsiyə III-ün Təfsiredici Qeydi: Terror Aktivlərinin Dondurulması və Konfiskasiyası”nda müəyyən edildiyi kimi: dondurma mexanizminə görə səlahiyyətli orqan, yaxud məhkəmə tərəfindən başlanılmış tədbir əsasında və həmin tədbirin qüvvədə olduğu müddət ərzində vəsaitlərin, yaxud digər aktivlərin köçürülməsi, konvertasiyası, satılması, yaxud hərəkətinin qadağan edilməsi. Dondurulmuş vəsaitlər, yaxud digər aktivlər təsbit edilmiş vəsaitlərdə, yaxud digər aktivlərdə dondurma zamanı marağı olan şəxs(lər)in, yaxud müəssisə(lər)in əmlakı olmağa davam edir və dondurma mexanizminə görə tədbirə başlamazdan qabaq belə şəxslər, yaxud müəssisələr tərəfindən təyin edilmiş maliyyə institutları, yaxud digər təsisatlar tərəfindən idarə edilməyə davam edilə biər.

Front şirkəti

Qanunsuz vəsaitləri qanuni məhsul, yaxud xidmətlərin satışından əldə edilən gəlirlər qarışdıran biznes. Cinayətkarlar vəsaitlərə qanuni mənbə donu geydirməklə qanunsuz pulların yuyulması üçün from

şirkətlərdən istifadə edirlər Mütəşəkkil cinayətkarlar heroin trəfikinqindən əldə edilmiş vəsaitləri

maskalamaq məqsədilə pizzeriyalardan istifadə etmişlər. Qanunsuz vəsaitlərin front şirkətinin məhsul və

xidmətlərini bazar dərəcələrindən kifayət qədər aşağı s\viyyədə, hətta istehsal xərclərindən aşağı

məbləğdə subsiyalaşdırlmasına imkan yaratmaqla front şirkətlərinin əhəmiyyətli məbləğdə qanunsuz

vəsaitlərə çıxışı ola bilər. Front şirkətləri maliyyə bazarlarından borc almalı olan qanuni maliyyə institutları

üzərində müqayisəli üstünlüyə malikdirlər, bu, qanuni bizneslərin front şirkətlərlə rəqabət aparmasını

çətinləşdirir.

83

Page 29: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Fyuçerslər

Müəyyən keyfiyyət və məbləğdə malların müəyyən qiymətə müəyyən edilmiş gələcək tarixdə çatdırılmasını tələb edən müqavilələr.

G

GAFISUD (Spanish: Grupo de Acción Financiera de Sudamérica)

Bax Cənubi Amerikada çirkli pulların yuyulması ilə bağlı maliyyə məsələləri üzrə işçi qrupu.

Qeytkiperlər – qapıçı - nəzarətçilər

Pulların hərəkətini əhatə edən tranzaksiyalara yardım edən peşəkarlar, məs, vəkillər, notariuslar, mühasiblər, investisiya müşavirləri və trast və şirlət xidmət provayderləri, onlar pulların yuyulmasının müəyyən edilməsi, qarşısının alınması və hesabatlığın təmin edilməsində xüsusi rola malik olmalıdırlar. Onların rolu mühümdür, çünki onlar qanunsuz pulların maliyyə sisteminə daxil olmasını bloklaşdıra, yaxud da buna rəvac verə bilərlər. Birləşmiş Krallıq və Kayman adaları kimi bəzi ölkələr qeytkiperlərə maliyyə instiutlarına tətbiq edilənlərə

oxşar şəkildə eyniləşdirmə tələbləri tətbiq edirlər. Beynəlxalq səviyyədə qeytkiperlərlə bağlı qaydaların iki

əsas nümunəsi – Avropa Birliyinin 2001-ci ildə qəbul edilmiş yenidən işlənmiş çirkli pulların yuyulması ilə

mübarizə direktivi və 2003-cü ildə qəbul edilmiş FATF-ım 40 Tövsiyəsi – hər iki sənəddə bu peşəkarlar

üçün çirkli pulların yuyulması ilə mübarizə şərtləri vardır.

Giro House

Bax Köçürmə xidmətləri.

Pulların yuyulmasına qarşı qlobal proqram (Global Program against Money Laundering (GPML))

BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizədə istifadə etdiyi əsas alət. BMT GPML vasitəsilə üzv-dövlətlərə pulların yuyulması ilə mübarizə sahəsində qanunvericiliyin qəbul edilməsinə və ölkələrin cinayətlə mübarizə aparam mexanizmlərin hazırlanması və həyata keçirilməsinə kömək edir çirkli pulların yuyulması ilə mübarizə proqramının hazırlanmasını müdafiə edir, problem və reaksiyaları monitorinq və təhlil edir, ictimaiyyəti maarifləndirir və BMT və digər büynəlxalq təşkilatlar arasında birgə çirkli pulların yuyulması ilə mübarizə sahəsində birgə təşəbbüslərdə koordinator rolunu oynayır.

Qrantor

Adətən digər bir şəxsin xeyrinə trast yaradan və vəsait təmin edən şəxs.

84

Page 30: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Sənaye cəhətdən inkişaf etmiş 8 dövlətdən ibarət qrup (G-8)

ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Birləşmiş Krallıq, Kanada və Rusiyadan ibarət qrup.

Sənaye cəhətdən inkişaf etmiş 10 dövlətdən ibarət qrup (G-10)

Qrup G-7 dövlətlər qrupu və əlavə olaraq İsveç, Belçika, Niderland və İsveçrədən ibarətdir, İsveçrə 1964-cü ildə qrupa daxil olan 11-ci ölkədir.

Hazırda 11 üzvü olsa da, qrup yenə də G-10 adlanır.

Sənaye cəhətdən inkişaf etmiş 7 dövlətdən ibarət qrup (G-7)

7 ölkədən ibarət qrup: ABÇ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Birləşmiş Krallıq və Kanada.

Körfəz Əməkdaşlığı Şurası (KƏŞ)

1981-ci ildə yaradılmış KƏŞ iqtisadiyyat və sənaye sahəsində üzv dövlətlər atasında əməkdaşlığı təşviq edir. Üzv dövlətlərə daxildir – Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Əmman və BƏƏ. Ayrı-ayrı üzvləri olmasa da, bütünlükdə KƏŞ FATF-ın üzvüdür.

H

Zərərli, yaxud imtiyazlı vergi rejimləri

BMT və İƏIT mübahisəli mövqe tutmuşlar ki, xarici biznesin inkişafına təkan vermək məqsədilə vergi dərəcəsi olmayan, yaxud aşağı dərəcəli vergi tətbiq edən ölkə “zərərli vergi təcrübələri” sərgiləyir. Onların təbirincə, ofşor vergi rejimləri real biznes və birbaşa xarici investisiyaların cəlb edilməsi deyil, biznesi digər ölkədən yayındıran və vergidən yayınmaya rəvac verən yırtıcı vergi siyasətlərinə dəstək verilməsi məqsədini güdür

Hawala

Vəsaitlərin təhlükəsiz və rahat şəkildə sərhədlərarası hərəkətinə rəvac vermək üçün hind və çin sivilizasiyalarında istifadə edilən vəsaitlərin mübadilə sistemi. Hawala qərb maliyyə sistemlərindən bir neçə əsr əvvəl yaranmışdır. Vətənlərinə vəsait göstərmək istəyən tacirlər pullarını normal halda ticari biznesə malik hawala brokeri, yaxud hawaladar vasitəsilə göndərərdilər. normal Bankir vəsaitlərin , kiçik haqq müqabilində, digər bankirdən, normal olaraq digər ölkədəki tacirdən alınmasını təşkil edərdi. İki bankir normal ticarət prosesi vasitəsilə hesablaşardılar. Bu gün metod eynidir, dünyanın müxtəlif yerlərindəki biznesmenlər beyməlxalq səviyyədə üçüncü tərəflər üçün pulların hərəkət etdirilməsi üçün özlərinin korporativ hesablarından istifadə edirlər.

85

Page 31: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Depozitlər və çıxarmalar ənənəvi maliyyə institutları vasitəsilə deyil, hawaladarlar vasitəsilə həyata keçirilir. Təcrübə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə həssasdır – vəsaitlər faktiki olaraq sərhədləri aşmır, tranzaksiyalar məxfidir, çünki ciddi şəkildə uçot aparılmır. Pakistanda system hundi adlanır. Bax Alternativ Köçürmə Sistemi.

Hecləşdirmə fondu

Hecləşdirmə fondu özəl olaraq təklif edilən – bir qayda olaraq yüksək riskli - investisiya vasitəsidir – bu zaman iştirakçıların töhfələri bir araya gətirilir və qiymətli kağızlar portfeli, əmtəə fyuçers müqavilələri, yaxud digər aktivlərə yatırılır. Adətən investorlar yüksək xalis kapitala malik olur və investisiyaları rüblük, yarımillik və illik əsasda ödəyirlər.

Hundi

Bax Hawala.

I

İdentifikasiya/kimlik oğurluğu

İstifadə üçün icazə olmadan digər şəxsin identifikasiyasının saxta tranzaksiyalarda istifadə məqsədilə mənimsənilməsi, bu, maliyyə institutunun, yaxud kimliyi istifadı edilən qurbanın itkisi ilə nəticələnir.

Qeyri-formal dəyər transferi sistemi (QDTS)

Bax Alternativ Köçürmə Sistemi.

Inteqrasiya

Çox vaxt klassik pulların yuyulması prosesinin üçüncü və sonuncu mərhələsi kimi istinad edilən inteqrasiya fazası zamanı yuyulmuş vəsaitlər vəsaitlər maliyyə sisteminə yenidən daxil edilməklə və onlara qanuni don geyindirməklə geriyə - iqtisadiyyata yerlşdirilir.

Vasitəçi maliyyə institutu

Pul köçürməsini həyata keçirənin maliyyə institutundan vəsaitləri qəbul edir və ödəniş tapşırığını resipientin maliyyə institutuna ötürür. Beynəlxalq vəsaitlərin transmissiyası zamanı vasitəçi maliyyə institutları adətən müxtəlif ölkələrdə yerləşir.

86

Page 32: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Daxili nəzarət

Pulların yuyulması daxil olmaqla maliyyə təbiətli cinayətkar fəaliyyəti və şübhəli fəaliyyəti aşkar etmək üçün institutda mövcud olan siyasət və prosedurlar. Effektiv çirkli pulların yuyulması ilə mübarizəyə uyğunluq proqramının əsas komponentlərindən biri daxili nəzarətdir.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası (IAIS)

IAIS pulların yuyulması daxil olmaqla müxtəlif məsələlər üzrə qlobal sıöorta prinsiplərini, standartlarını və təlimat sənədlərini tərtib edir. 1994-cü ildə yaradılan İAİS təxminən 180 yurisdiksiyada sığorta nəzarət qurumlarını təmsil edir.

Beynəlxalq İnkişaf və yenidənqurma Bankı (BİYB) və Beynəlxalq İnkişaf Assosiasuyası (BİA)

Bax Dünya Bankı.

Beynəlxalq Biznes Şirkəti (BBŞ)

Alternativ olaraq”exempt company” vergidən azad olunan şirkət adlandırılan müxtəlif ofşor korporatov strukturlar, bunlar yaradam yurisdiksiyadan kənarda biznes istifadə sahəsində ixtisaslaşır – ani yaradılma, məxfilik, geniş səlahiyyət, aşağı xərclər, sıfıra yaxın vergi və minimum hesabatlıq tələbləri.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC)

1956-cı ildə yaradılmış İFC inkişaf etməkdə olan dünyada özəl sector üçün kredit və kapital maliyyələş- dirməsinin ən iri çoxtərəfli mənbəyidir. O, Dünya Bankı qrupunun üzvüdür və baş ofisi Vaşinqton şəhərində yerləşir. İFC yoxsulluğun azaldılması yolu kimi inkişaf etməkdə olan ölkələrdə dayanıqlı özəl sector investisiyasını təşviq edir. Onun çirkli pulların yuyulması ilə mübarizə sahəsinə təmin etdiyi t öhfələrə daxildir – bazar tamlığının olmaması və maliyyə sui-istifadəsinə öz töhfəsini verə biləcək struktur və instisusional zəifliklərin ünvanlanmasında ölkələrə kömək.

Beynəlxalq Maliyyə İnstitutları (BMİ)

BMİ-lər birdən çox ölkədə yaradılan, yaxud nizamnəməsi qəbul edilən maliyyə institularıdır. Ən çox tanınan BMİ-lər Beynəlxalq Valyuta Fondu və Dünya Bankıdır. BMİ-lər beynəlxalq maliyyə sisteminin tamlığının sui-istifadədən qorunmasında mühüm rol oynayır. Onların gündəliyinin ayrılmaz hissəsini çirkli pulların yuyulması ilə mübarizədə ölkənin potensialının artırılamsından ibarətdir.

Beynəlxalq Valyuta Fondu (BVF)

180-dan çox dünya ölkəsini özündə birləşdirən BVF monetary əməkdaşlığı təşviq etmək, iqtisadi artım və yüksək səviyyəli məşğulluğa dəstək vermək və ölkələrə müvəqqəti maliyyə yardımı təmin etmək məqsədilə yaradılmışdır. Təşkilatın məqsədləri yaradılan andan bəri dəyişilməz qalmışdır. Onun müşahidə, maliyyə yardımı və texniki dəstəkdən ibarət olan əməliyyatları üzv ölkələrin dəyişməkdə olan ehtiyaclarının qarşılanmasına uyğunlaşdırılmışdır. 1999-cu ildən bəri BVF, əsas etibarilə üzv ölkələrin pulların yuyulmasına nəzarət standartlarına, məs, FATF tərəfindən tərtib edilmiş standartlara, uyğunluğundakı irəliləyişlərin qiymətləndirilməsin kömək göstərməklə çirkli pulların yuyulması ilə qlobal mübarizədə daha fəal rol oynamışdır.

87

Page 33: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Beynəlxalq Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə mübarizə Aktı

Bu Akt 2001-ci ildə qəbul edilmiş ABŞ Vətəndaş Aktının III Başlığını təmsil edir, burada birbaşa çirkli pulların yuyulması ilə mübarizə məsələlərinə aid həmin baza qanunun hamısı da olmasa, bir çox müddəalarından ibarətdir.

Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası Hesabatı (INCSR)

İllik olaraq ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilir; hesabata bir çox ölkədə pulların yuyulması səylərinin status ilə bağlı geniş bölmə yer alır.

Beynəlxalq Polis Təşkilatı (Interpol)

Fransanın Lion şəhərində yerləşən İnterpol beynəlxalq cinayət və pulların yuyulması məsələlərində milli hüquq-mühafizə orqanlarına xidmətlər təmin edir, bu xidmət, məs, qaçaqların yerinin tapılmaında, yaxud beynəlxalq cinayətlərlə əlaqəli maoliyyə fəaliyyətinin müəyyən edilməsində üzv dövlətlərdən yardım istənilməsinə dair xəbərdarlıqların, “indikatorlar”ın verilməsi. İnterpolun hər üzv dövləti Milli Mərkəzi Büro (MMB) təyin edir və yardım xahişləri onlar vasitəsilə emal edilir.

Internet Bankçılıq

Biznes planını icra etmək üçün İnternetdən istifadə edən bankçılıq biznesi modeler, bu biznesin mürketinq səyləri, tranzaksiyalarının icrası və müştəri xidmətləri funksiyaları qabaqcıl elektron texnologiyalarından çox asılıdır. İnternet bankçılığında pulların yuyulması ilə bağlı əsas narahatlıq maliyyə institutu ilə əlaqə yaradan “sifətsiz” müştərini müəyyən etməyin və Müştərinin Eyniləşdirmə Tədbiri prosedurlarının çətin olmasındadır.

Investisiya bankçılığı

Maliyyə institute daxilində ayrı department, yaxud bölmə; o, korporativ əməliyyatlar üçün müxtəlif mənbələrdən və ənənəvi bankçılıq alətlərinə digər alternativlərdən iri məbləğləri toplamaqla strateji kapitallaşma təmin edir

QDTS

Qeyri-formal dəyər transferi sistemi. Bax Alternativ Köçürmə Sistemi.

K

88

Page 34: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Pulların yuyulmasına dair Kinqston Bəyannaməsi

1992-ci ildə ABŞ, Birləşmiş Krallıq, Fransa, Kanada, Niderlandın rəhbərliyi ilə 17 Karib dənizi hövzəsi ölkəsini Yamaykada bir yerə topladı. Toplantının sonunda ölkələr Çirkli Pulların Yuyulması haqqında Kinqston Bəyannaməsini qəbul etdilər, sənəd 1988-ci ildə qəbul edilmiş BMT Narkotiklərin Qanunsuz Trəfikinqi haqqında Konvensiyası ilə həmrəylik ifadə edir. Bəyannamə habelə FATF-ın 40 Tövsiyəsini və Karib dənizi hövzəsi ölkələrinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun yaradıldığı Aruba toplantısında qəbul edilmiş 19 Tövsiyəni icra etməyə razılıq vermişdir.

Bilik

Qadağan olunmuş hərəkəti müşaiyət edən əqli vəziyyət. FATF-ın 2003-cü ildə qəbul edilmiş 40 Tövsiyyəsinin 2-ci Tövsiyəsində deyilir ki, ölkələr təmin etməlidirlər ki, pulların yuyulması cinayətini sübuta yetirmək üçün tələb olunan məqsəd və bilik Vyana və Palermo Konvensiyalarında müəyyən edilmiş standartlara, o cümlədən belə əqli vəziyyətin obyektiv faktiki şəraitdən irəli gəlməsi konsepsiyasına uyğun olsun. Çirkli pulların yuyulması ilə mübarizəni müşaiyət edən biliyin dəqiq tərifi ölkədən ölkəyə fərqlənir. Müəyyən şəraitdə biliyə qəsdən bilməməzlik, yəni bəzi çəhkəmələrin müəyyən etdiyi kimi “faktları bilməkdən qəsdən yayılmaq” daxil ola bilər: məs, tranzaksiyaya cəlb olunmuş pulların potensial qanunsuz mənbəyinə məqsədyönlü şəkildə məhəl qoymadan bank mütəxəssisinin tranzaksiyaya davam etməsi.

Müxbir Bankını Tanı (MBT)

Respondent bankın benefisiar mülkiyyətçilərinin və bank üçün “normal və gözlənilən” fəaliyyət növünün müəyyən edilməsində istifadə edilən çirkli pulların yuyulması ilə mübarizə siyasət və prosedurları toplusu. Şübhəli fəaliyyətin və pulların yuyulmasının aşkar edilməsində MBT əsas alətdir, çünki çox vaxt beynəlxalq səviyyədə cinayət vəsaitlərini yumaq üçün müxbir hesablarından vasitə kimi istifadə edilir. ABŞ Vətəndaşlıq Aktına məcburi müddəalar daxil edilmişdir ki, bunlar birbaşa xarici müxbir banklarla bağlı ABŞ maliyyə institutlarının riayət etməli olduğu prosedurlara aiddir.

Müştərini Tanı (MT)

Müştərinin əsl kimliyini və “normal və gözlənilən” fəaliyyət növünü müəyyən etmək və bu və ya digər müştəri üçün “qeyri-adi” olan fəaliyyəti aşkar etmək üçün istifadə edilən çirkli pulların yuyulması ilə mübarizə sahəsində siyasət və prosedurlar. Bir çox ekspertlər inanır ki, sağlam MT proqramı çirkli pulların yuyulması ilə səmərəli mübarizə proqramının ən yaxşı alətlərindəndir.

Əməkdaşını Tanı (ƏT)

Maraqlar münaqişəsi, pulların yuyulması, keçmiş cinayətkar fəaliyyət və şübhəli fəaliyyəti aşkar etmək məqsədilə institutun əməkdaşları daha yaxşı tanıması və bilməsi üçün çirkli pulalrın yuyulması ilə mübarizə siyasət və prosedurları. ƏT şübhəli fəaliyyətin aşkar edilməsində əsas alətdir, çünki müştərilər pulları yuyanlarla ortaq ola bilərlər.

89

Page 35: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

L Şaxələndirmə

Klassik üç mərhələli pulların yuyulması prosesinin yeləşdirmə və inteqrasiya arasındakı ikinci fazası, şaxələndirməyə audit izləməsini ört-basdır etmək və anonimliyi təmin etmək məqsədilə dizayn edilmiş mürəkkəb səviyyəli maliyyə tranzaksiyaları yaratmaqla qanunsuz vəsaitləri mənbələrindən uzaqlaşdırmaq daxildir.

Hüquq riski

2001-ci ildə Bazelin Banklar üçün Müştərinin Eyniləşdirmə Tədbirləri Sənədində məcburi şəkildə həyata keçirilə bilməyən məhkəmə qərarlarının, əks mühakimələrin, yaxud müqavilələrin maliyyə institutuna zərər vurması, yaxud dağıtması kimi müəyyən edilmişdir. Bundan əlavə, dövlət banklara inzibati, yaxud kriminal cərimələr tətbiq edə bilər. Bankın cəlb edildiyi məhkəmə işi bank üçün adi hüquqi xərclərdən daha ağır nəticələr verə bilər. Banklar müştərilərinin müəyyən edilməsində və onların pulların yuyulmasına əlaqələrini başa düşülməsi və idarə edilməsində ehtiyat tədbirlərindən istifadə etməsələr, özlərini belə hüquqi risklərdən effektiv şəkildə qorumaq iqtidarında olmaya bilərlər.

Akkreditiv

Bank tərəfi ndən verilən kredit aləti, müəyyən şərtlərin yerinə yetirildiyi təqdirdə müştəri adından üçüncü tərəfə ödənişlərin edilməsi zəmanəti verir. Akkreditivlər bir qayda olaraq ixracın maliyyələşdiriulməsi üçün istifadə edilir. İxracatçılar əmin olmaq istəyirlər ki, onların mallarının son alıcısı ödənişi həyata keçirəcəkdir və bu, alıcının bank akkreditivi alması ilə həyata keçirilir. Sonra akkreditiv ödənişin edilməli olduğu şəhərdəki müxbir banka yönləndirilir. Mallar göndərilmək üçün yüklədildikdə, idxal məntəqəsində alındıqda, gömrükdən keçirildikdə və çatdırıldıqda akkreditiv tərtib olunur. Mübadilə nəzarəti zəif olan ölkədən pul köçürməklə və idxal tranzaksiyasının həyata keçirilməsi görüntüsü yaratmağa kömək etməklə akkreditivlər pulların yuyulmasına rəvac verə bilər. İdxal və ixrac qiymətləri ilə manipulyasiya etməklə pulları yuyarkən akkreditivlər fasad rolunu oynaya bilərlər. Mövcud olmayan ticarət əməliyyatlarına qanuni don geydirmək üçün pul köçürmələri zamanı pulların yuyulmasında bir vasitə kimi akkreditivdən istifadə edilə bilər

Məhkəmə tapşırığı

Bax Commission Rogatoire.

Pulların yuyulmasında “geriyə kredit” metodu (Loan Back Method)

Loan-back – geriyə kredit zamanı cinayətkar qanunsuz vəsaitləri sahibi olduğu ofşor müəssisəyə yerləşdirir və sonra həmin vəsaitləri özünə, yaxud malik olduğu şirkətə “kredit verir”. Bu metod işləkdir, çünki bəzi ölkələrdə faktiki olaraq ofşor hesablarına kimin nəzarət etdiyini müəyyən etmək çətindir. Bu proses pul yuyan şəxsə qanunsuz pulları “yumağa” və nəzərdə tutulmuş faiz ödənişlərini çıxmaqla vergi güzəştlərinə nail olmağa imkan verir.

90

Page 36: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Lockbox - Seyf

Banklar tərəfindən şirkətlərə təklif edilən xidmət, bu zaman şirkət poçt vasitəsilə poçt qutusunda ödənişlər alır, bank gündə bir neçə dəfə ödənişləri götürür, onları müştərinin hesabına yatırır və şirkətə depozitlər haqqında xəbər verir. Xidmət şirkətə pulu alan kimi işə qoymağa imkanı verir, lakin əldə edilən dəyərin xidmətin dəyərini aşması üçün məbləğlər iri olmalıdır. Sığorta sənayesində həyat sığortası və annuitet məhsulların ödənişi üçün “lockbox”lardan geniş istifadə edilir.

M

Məktub yönləndirmə, yaxud məktub salma xidməti (Mail-Forwarding or Mail-Drop Service)

Bu və ya digər məkanda yaşamayan, haqq ödəyən müştərilər adından məktub və bağlamalar üçün çatdırma məkanı kimi sabit fiziki ünvandan istifadə edən hüquqi kommersiya müəssisəsi. Mail müştərinin xahişi ilə saxlanıla, yaxud yönləndirilə bilər. Bəzi mail-drop-lar fakslar üçün də oxşar xidmətlər təmin edir. Pul yuyanlar çox vaxt mail drop ünvanlarından öz ünvanları kimi istifadə edir, bəzən qutularının nömrələrinə ya “lüks-nömrə”, ya da ”mənzil” nömrəsi kimi istinad edirlər. Çox vaxt shell, yaxud lisenziyasız bankların mail drop ünvanları olur.

İdxal və/ixrav qiymətləri ilə manipulyasiya

Pulların bir ölkədən digərinə hərəkət etdirilməsi üçün beynəlxalq ticarətdə alqı-satqısı həyata keçirilən malların, yaxud xidmətlərin qiymətinin dəyərindən az, yaxud çox göstərilməsindən istifadə edən pulların yuyulması metodu.

Anlaşma Memorandumu

İki tərəf arasında razılıq; bu və ya digər məsələ ilə bağlı tərəflər arasındakı münasibətləri idarə edən prinsipləri müəyyən edir. Çox vaxt ölkələr beynəlxalq səviyyədə aktivlərin müsadirəsi hallarında aktivlərin paylaşdırılması, yaxud çirkli pulların yuyulması ilə mübarizə təşəbbüslərində müvafiq vəzifələrinin müəyyən edilməsində anlaşma memorandumundan istifadə edirlər. Davamlı əsasda şübhəli tranzaksiya haqqında hesabatları almaq və təhlil etmək və polis və gömrük orqanları ilə sıx əlaqələr yaratmaq vəzifəsini daşıyan Maliyyə Kəşfiyyatı Orqanları (MKO-lar) təhqiqatlar kontekstində öz aralarında qeyri-formal şəkildə, çox vaxt Anlaşma Memorandumu vasitəsilə paylaşırlar. MKO-rın Eqmont Qrupu belə Anlaşma Memorandumları üçün model müəyyən etmişlər. Qarşılıqlı hüquqi yardım sazişindən fərqli olaraq (bax aşağıda) bu yanaşmadan bir qayda olaraq sübut əldə edilməsi üçün deyil, sübuta aparıb çıxara biləcək kəşfiyyat məlumatının əldə edilməsi üçün istifadə edilir.

Yaxın Şərq və Şimali Afrika Maliyyə Tədbirləri üzrə işçi qrupu (MENAFATF)

2004-cü ildə Yaxın Şərq və Şimali Afrika regionları üçün yaradılmış FATF tərzli qurum.

91

Page 37: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Çirkli pulların yuyulması üzrə səhnələşdirilmiş məhkəmə prosesi

BMT Narkotiklər və Cinayətkarlıqla Mübarizə Ofisi (UNODC) və Amerika Dövlətlərinin Amerika daxili Narkotiklərdən Sui-İstifadəyə Nəzarət Komitəsi Təşkilatı tərəfindən Latın Amerikasının müxtəlif ölkələrində başlanılmış proqram. Proqramın məqsədi pulların yuyulmasının qarşısını almaq üçün təhqiqatçıları, araşdırıcıları və hakimlərini nou-hau ilə təmin etməkdən ibarətdir. O, dəqiq hadisələr ətrafında quraşdırılmış hallardan istifadə edir. Proqram 2002-ci ildə Ekvadorda yaradılandan bəri bir sıra səhnələşdirilmiş məhkəmə prosesi həyata keçirilmişdir.

Monetar alətlər

Yol çekləri, dövriyə alətləri, o cümlədən personal çeklər və biznes çekləri, rəsmi bank çekləri, kassa çekləri, veksellər, pul baratları, qiymətli kağızlar, yaxud adsız səhmlər. Bir qayda olaraq valyuta ilə birlikdə monetar alətlər də bir çox ölkənin çirkli pulların yuyulması ilə mübarizə qaydalarına daxil edilmişdir və maliyyə institutları onlarla bağlı müştəri fəaliyyətinə dair hesabat verməli və uçot yazılarını saxlamalıdırlar.

Pulların yuyulması

Qanuni görüntü vermək məqsədilə qanunsuz yolla əldə edilmiş əmlak, yaxud vəsaitlərin mövcudluğunun, mənbəyinin, hərəkətinin, son çatdırılma yerinin, yaxud qanunsuz tətbiqinin gizlədilməsi, yaxud ört-basdır edilməsi. Proses üç hissədən ibarətdir: vəsaitlərin maliyyə sisteminə yerləşdiriməsi, vəsaitlərin mənbəyini, mülkiyyətini və məkanını ört-basdır etmək üçün tranzaksiyaların şaxələndirilməsi və vəsaitlərin qanuni görünüşü olan holdinqlər şəklində cəmiyyətə inteqrasiyası. Pulların yuyulmasının tərifi onun cinayət kimi tanındığı ölkələrdə fərqlidir.

Pulların Yuyulması haqqında Hesabatlıq Mütəxəssisi (PYHM)

Termin müxtəlif beynəlxalq qaydalarda işlədilir, maliyyə institutunun çirkli pulların yuyulması ilə mübarizə fəaliyyət və proqramına və yerli MKO-ya şübhəli tranzaksiyalar haqqında məlumat verməyə görə məsuliyyət daşıyan şəxsə şamil edilir. PYHM çirkli pulların yuyulması ilə mübarizə strategiya və siyasətlərinin icrasında əsas şəxsdir.

Pul baratı

Bir qayda olaraq kiçik nominallarda (adətən Euro/USD 500-dən az) nağd olaraq əldə edilən monetar alət. Bu, adətən çek hesabları olmayan insanlar tərəfindən hesabları, yaxud satıcının personal çek qəbul etməyəcəyi hallarda alış-verişi ödəmək üçün istifadə edilir. Pul baratlarından pulların yuyulması üçün istifadə edilə bilər, çünki onlar fərdin hesabı deyil, emitent institut tərəfindən istifadə edilən alətdir.

Pul xidmətləri biznesi (PXB)

ABŞ və digər yerlərdə pul köçürmə şirkətləri üçün istifadə edilən termin; kassa çekləri; pul baratları emitentləri, satıcıları və ödəyiciləri və yol çekləri; mübadilə məntəqələri və saxlanılan məbləği olan kart məhsulu şirkətləri.

92

Page 38: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Pul, yaxud Dəyər Transferi Xidməti

Nağd pul, çek, yaxud digər monetar alətləri qəbul edən, bir məkanda dəyəri saxlaya və müvafiq məbləği digər məkandakı benefisiara nağd pul, yaxud digər formada kommunikasiya, mesaj, transfer, yaxud pul/ dəyər transferi xidmətinin aid olduğu klirinq şəbəkəsi vasitəsilə ödəyə bilən maliyyə sidməti. Belə xidmətlərin həyata keçirdiyi tranzaksiyalara bir , yaxud daha çox vasitəçi və üçüncü tərəfind yekun ödənişi cəlb edilə bilər. Pul, yaxud dəyər transferi xidməti formal olaraq fiziki, yaxud hüquqi şəxslər tərəfindən tənzimlənən maliyyə sistemi (məs, bank hesabları), qeyri-formal şəkildə bank olmayan kredit institutları və

biznes müəssisələri və tənzimlənən sistemdən kənar həyata keçirilə bilər. Bəzi yurisdiksiyalarda qeyri-formal

sistemlərə alternative köçürmə sistemləri, yaxud xəlvəti (yaxud parallel) bank sistemləri kimi istinad edilir.

MONEYVAL

Çirkli Pulların Yuyulması ilə Mübarizə Tədbirlərinin Qiymətləndiriməsi üzrə Avropa Şurasının Ekspertlərdən İbarət Komitəsi. Əvvəllər PC-R-EV adlanılan komitə Avropa Şurasının FATF üzvü olmayan ölkələrindəki çirkli pulların yuyulması ilə mübarizə sahəsindəki özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmələri həyata keçirmək məqsədilə 1977-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən yaradılmışdır. MONEYVAL Avropa Şurasının Cinayət Məsələləri üzrə Avropa Komitəsinin (CDPC) alt-komitəsidir.

Monitorinq

İnstitutun çirkli pulların yuyulması ilə mübarizə proqramının elementi olan monitorinq zamanı müştəri fəaliyyəti qeyri-adi, yaxud şübhəli fəaliyyət, nümunələri meylləri, yaxud onların əsaslandığı, normal haldan kənarlaşan tranzalsiyalar yoxlanılır. Tranzaksiyalar çox vaxt proqram təminatı vasitəsilə monitorinq edilir, bu proqram təminatları müştərinin fəaliyyətini “normal və gözlənilən” hesab edilən sərhədlə müqayisə edir.

Qarşılıqlı (investisiya) fondu

Davamlı olaraq yeni səhmlər təklif edən investisiya şirkəti və tələb edildiyi təqdirdə öz kapoitalından istifadə etməklə digər şirkətlərin diversifikasiya edilmiş qiymətli kağızlarına yatırmaq üçün mövcud səhmləri geri alan investisiya şirkəti. Pullar fərdlərdən toplanılır və onların adından müxtəlif səhmlərə, yaxud borc portfellərinə investisiya edilir.

Qarşılıqlı hüquqi yardım sazişi (QHYS)

Ölkələr arasında hüquqi məsələlərdə qarşılıqlı yardıma və rəsmi araşdırmalar və təhqiqatlarda istifadə üçün sənədlər və şahidlərə və müvafiq ölkələrin özəl və dövlət sektorlarındakı digər hüquqi və ədliyyə mənbələrinə çıxışa şərait yaradan saziş.

N

93

Page 39: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

ƏEÖƏ

Bax Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilərin (ƏEÖƏ) siyahısı.

ƏEÖƏ meyarları

FATF-ın 2000-ci ilin fevralında nəşr etdirilmiş Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilər haqqında Hesabatındakı meyarlar, hansı ölkələrin ƏEÖƏ kimi müəyyən etmək məqsədilə istifadə edilir. Bax Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilərin (ƏEÖƏ) siyahısı.

Nestinq

Bir xarici bankın öz tranzaksiyalarını həyata keçirmək üçün başqa xarici müxbir bank hesabından istifadəsi.

Nominal hesab

Bax Benami hesab.

Nominal şirkət

Adına olan qiymətli kağızlar və digər aktivləri başqalarının adından saxlamaq, yaxud müştərilərin adından nominal direktorların və/yaxud mütəxəssislər təmin etmək məqsədilə yaraılmış korporasiya.

Əməkdaşlıq Etməyən Ölkələrin və Ərazilərin (ƏEÖƏ) siyahısı

1999-cu ildə Maliyyə Məsələləri üzrə İşçi Qrupu tərəfindən çirkli pulların yuyulması ilə mübarizə sahəsində qlobal səylərdə əməkdaşlıq etməyən, yaxud çikrli pulların yuyulması ilə mübarizə sahəsində adekvat nəzarəti olmayan kimi müəyyən edilmiş ölkə və ərazilər. Bu siyahıdan axırıncı dəfə 2006-cı ilin oktyabr ayında ölkə adı çıxarılmışdır.

Qeyri-kommersiya ticarət və biznesləri

Bax Müəyyən edilmiş qeyri-maliyyə biznes və peşələri.

Qeyri-hökumət təşkilatı (QHT)

Birbaşa olaraq bu və ya digər ölkənin hökuməti ilə əlaqəsi olnayan beynəlxalq təşkilatlar, məs, Sərhədsiz Həkimlər, Beynəlxalq Qızıl Xaç. Bəzi ölkələrin QHT-lər üçün çirkli pulların yuyulması ilə mübarizə haqqında qaydalarında hələ də müəyyən boşluqlar var və bəziləri narahatlıq keçirilər ki, terrorçular və terrorçulara rəğbət bəsləyənlət gizli şəkildə bu ylla pulları hərəkət etdirməyə çalışa bilərlər.

94

Page 40: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Qeyri-kommersiya təşkilatı (QKT)

Yurisdiksiya və hüquqi sistemdən asılı olaraq bunların müxtəlif formaları ola bilər, o cümlədən assosiasiyalar, fondlar, xeyriyyə komitələri, icma xidməti təşkilatları, ictimai maraqlara xidmət edən korporasiyalar, məhdud səlahiyyətli şirkətlər və ictimai xeyriyyə institutları. Xeyriyyə, dini, mədəni, təhsil, social, yaxud qardaşlıq məqsədlərin üçün vəsait toplayan, yaxud xərcləyən təşkilatları müdafiə etmək məqsədilə səlahiyyətli orqanlara kömək etmək üçün FATF təcrübələr təklif etmişdir.

Nostro hesabı

Nostro və vostro hesablar müxtəlif yurisdiksiyalardakı iki bank tərəfindən saxlanılan“güzgü” hesablardır, məqsədi bir-birinin yerli valyutasında – xüsusilə iki institut arasındakı xarici valyuta tranzaksiyalarını balanslaşdıran klirinq hesablarına - tranzaksiyalara rəvac verməkdən ibarətdir. Məs, Braziliyadakı Bank X ABŞ-dakı Bank Y-də “nostro” (hərfi tərcüməsi “bizim”) adlanan USD hesabı aça bilər; Bank Y Braziliyada Bank X-də Brazilita realı ilə güzgü hesabı – “vostro” (“sənin”) açır. Maliyyə tənzimləyiciləri əsas münasibət daxilində çox səviyyəli hesablar olduğu təqdirdə nostro və vostro hesabları ilə bağlı münasibətlərdə şəffaflıqla bağlı narahatlıqlarını ifadə etmişlər.

O

Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC)

ABŞ Maliyyə Nazirliyi daxilində ofis; ABŞ xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə əsasən hədəf xarici ölkərlə, terrorizmi maliyyələşdirən təşkilatlar, terrorçular, beynəlxalq narkotik qaçaqmalçıları və digərlərinə qarşı iqtisadi və ticarət samksiyalarını idarə edir və həyata keçirir. 2001-ci ilind sentyabrından sonra OFAC çirkli pulların yuyulması ilə mübarizə sahəsində də əsas söz sahibinə çevrilmişdir. Ofis müxtəlif siyahılardan istifadə edir, o cümlədən “Xüsusi olaraq müəyyən edilmiş narkotik qaçaqmalçıları” və “Xüsusi olaraq müəyyən edilmiş terrorçular”, onun qaydaları ABŞ şəxslərindən, o cümlədən maliyyə institutlarından OFAC tərəfindən müəyyən edilmiş ölkə, müəssisə, yaxud fərdin marağının olduğu hesablar, ödəniş, yaxud transferləri bloklaşdırmaq və haqqında hesabat verməyi tələb edir. OFAC-ın tələbləri ekstraterritorial diapazona malikdir, çünki onlar ABŞ-dan kənarda yerləşən ABŞ şəxsləri və müəssisələrindən müvafiq şəkildə fəaliyyət göstərməyi tələb edir. Mənbə, yaxud son məqsədindən asılı olmayaraq, ABŞ maliyyə institutu OFAC tərəfindən müəyyən edilmiş müəssisə ilə bağlı tranzaksiyada vasitəçi rolunu oynayırsa, vəsaitlər blokaşdırılmalıdır.

95

Page 41: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Ofşor

Sərfi tərcüməsi bir kəsin ana vətənindən kənarda deməkdir – Avropa vətəndaşı üçün ABŞ “ofşor”dur. Pulların yuyulması ilə bağlı leksikonda isə, bu termin aşağı vergi dərəcələri, yaxud verginin olmaması, yaxud ciddi bank sirri qaydaları səbəbindən xarici investisiyalar üçün münbit hesab edilən yurisdiksiyalara şamil edilir.

Ofşor Bank

Bank fəaliyyətlərini həyata keçirmək üçün lisenziyası olsa da, ofşor bank lisenziyanın bir şərti kimi yerli vətəndaşlarla, yaxud yerli valyutada biznes aparmaq qadağan edilir.

Ofşor Maliyyə Mərkəzi (OMM)

Fiziki, yaxud hüquqi baxımdan yurisdiksiyada mövcud olmaq üçün banklara, ticarət şirkətlərinə və digər korporativ, yaxud hüquqi şəxslərə xidmət göstərən, yaxud onları başqa şəkildə həvəsləndirən, lakin onların əməliyyatlarını “ofşor” , yəni yurisdiksiyadan kənar (bax Ofşor) səviyyəsində məhdudlaşdıran təsisatlar. ABŞ və Avropanın əsas maliyyə mərkəzlərinə yaxın olmaq üçün OMM-lər tarixən Karib dənizi hövzəsi ölkələrində, yaxud Aralıq dənizi adalarında yerləşmişdir.

Bank Nəzarətçilərinin Ofşor Qrupu (OGBS)

Yurisdiksiyalarındakı bankların nəzarətini təşviq edən və Ofşor Bank Nəzarətçiləri, Bazel Komitərinin üzv dövlətləti və digər bank nəzarətçiləri arasında beynəlxalq əməkdaşlığı genişləndirən təşkilat. OGBS 1980-ci ildə sıx əlaqəsi olan Bank Nəzarəti üzrə Bazel Komitəsinin təhriki ilə yaradılmışdır. Sərhədlərarası Bankçılıq üzrə İşçi Qrupu vasitəsilə Ofşor qrup Banklar üçün 2001-ci ildə nəşr edilən Müştərinin Eyniləşdirmə Tədbiri sənədinin hazırlanmasında Bazel Komitəsinə qoşulmuşdur. Sənəddə Bazel Komitəsinin əvvəllər tərtib edilmiş sənədlərinin prinsipləri daha da gücləndirilir, burada Müştərini Tanı (MT) standartlarının əsas elementləri və onların icrası haqqında daha dəqiq təlimatlar təmin edilir. Ofşor Qrupunun üzvləri sənəddə olan MT standartlarına tam riayər edirlər. İşçi Qrup habelə Müştərinin Eyniləşdirmə Tədbirləri sənədinə əlavə kimi Hesabın Açılması və Müştərinin İdentifikasiyasına Ümumi Rəhbərlik adlı sənəd tərtib etmişdir.

Omnibus Hesabı

Bax Klirinq hesabı.

Əməliyyat riski

Qeyri-adekvat, yaxud müvəffəqiyyətsizliyə düçar olmuş daxili proseslər, insan amili, yaxud sistemlər səbəbindən, yaxud kənar hadisələrin nəticəsində əməliyyatlara birbaşa, yaxud dolayısı ilə itki riski. İctimaiyyət qəbul etsə ki, bank səmərəli şəkildə əməliyyat riskini idarə edə bilmir, bu, bankın biznesini dağıda, yaxud ona zərər verə bilər.

96

Page 42: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT)

Qlobal iqtisadiyyatda dövlətlərə iqtisadi məsələlərdə yardım edən beynəlxalq təşkilat. FATF-ın Parisdəki katibliyi İƏİT-in binasında yerləşir.

Amerika dövlətləri təşkilatı (ADT): Amerikadaxil Narkotiklərdən Sui-istifadəyə Nəzarət Komitəsi (Comisión Interamericana para el Control del Abuso de Drogas) (CICAD)

ADT Amerikadaxili NArkotiklərdən Sui-istifadəyə Nəzarət Komitəsi (CİCAD) vasitəsilə çirkli pulların yuyulması ilə mübarizə haqqında bir neçə tövsiyyələr toplusunu nəşr etdirmişdir. Onlara 1992-ci ildə nəşr edilmiş ADT Model Qaydalarına düzəlişlər daxildir. CİCAD çirkli pulların yuyulması ilə mübarizə sahəsində dövlət məmurları və bankirlərə təlim seminarlarını maliyyələşdirmiş və koordinasiya etmişdir və Qərb yarımkürəsində üzv dövlətlərinin çirkli pulların yuyulması ilə mübarizə səylərinə nəzarət edir.

Təşəbbüskar

Kartsahibi, yaxud hesab olmadığı təqdirdə pul köçürməsini həyata keçirmək üçün maliyyə institutuna sifariş verən şəxs (hüquqi, yaxud fiziki).

Over The Counter (Birbaşa) (OTC)

Pulların yuyulması kontekstində iki aydın məna:

1.

2.

ABŞ Bank Sirri aktı hesabatlıq formalarında istifadə edildiyi kimi, o, filialda fiziki olaraq həyata keçirilən nağd pul depozitlərinə aid edilir.

Qiymətli kağızlar sənayesində o, mütəşəkkil birjada siyahıya alınmamış səhmlərin alqı-satqısı, yaxud korporativ səhmlər, ipoteka, yaxud aktivlərlə dəstəklənən qiymətli kağızlar, valyuta svopları və s. üçün olan bazarı təsvir edir. OTC bazarda alqı-satqı fiziki mübadilə müstəvisində deyil, broker-diler vasitəsilə məsafədən həyata keçirilir və qiymətlər mübadilə məkanındakı “auksion qiymət təklifi” tərəfindən deyil, alıcı ilə satıcı arasında danışıqlar yolu ilə müəyyən edilir.

P

Passiv Trast

Bax adsız trast.

97

Page 43: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Tranzit hesab

Xarici maliyyə institutu tərəfindən depozitar institutda açılmış tranzaksiya hesabı, maliyyə institutunun müştəriləri bunun vasitəsilə hesab açılan ölkədə ya birbaşa, ya da alt-hesablar vasitəsilə bank fəaliyyətləri və tranzaksiyalarına baş vururlar. Belə hesablar onları saxlayan depozitar institutlarını riskə məruz qoyurlar, çünki maliyyə institutunun son olaraq tranzit hesablarından istifadə edən müştəriləri ilə bağlı eyniləşdirmə tədbirlərini tətbiq etmək çətin ola bilər.

PC-R-EV

Bax MONEYVAL.

Valyutanın fiziki olaraq sərhədlərarası daşınması

Valyutanın, yaxud adsız dövriyə alətinin bir ölkədən digərinə daxilə, yaxud xaricə daşınması. Bu terminə daxildir: (1) fiziki şəxs tərəfindən fiziki, yaxud həmin şəxsin yükü, yaxud nəqliyyat vasitəsində daşınma; (2) valyutanın yük konteynerləri vasitəsilə daşınması; və (3) valyuta, yaxud adsız dövtiyə alətlərinin poçtla göndərilməsi.

Fiziki mövcudluq

Faktiki olaraq mövcud; biznes uçotunu həyata keçirdiyi və nəzarət edilən ölkə daxilində fiziki baxımdan yerləşən institutun məntiqi şəkildə idarə edilməsi. Yerli agent, yaxud aşağı səviyyəli əməkdaşların sadəcə mövcudluğu fiziki mövcudluq demək deyildir.

Yerləşdirmə

Pulların yuyulması prosesinin birinci fazası: qeyri-qanuni fəaliyyətdən əldə edilmiş nağd pul vəsaitlərinin fiziki yerləşdirilməsi.

Poey Kuan

Bax Alternativ Köçürmə Sistemi.

Siyasətlər

Maliyyə institutunun əməli qaydaları və əməkdaşların necə davranmalı olduqlarını müəyyən edən daxili qaydalar.

Siyasiləşmiş Şəxs (SŞ)

FATF-ın 2003-cü ildə yenidən işlənmiş 40 Tövsiyəsinə görə, SŞ dedikdə xarici ölkədə görkəmli ictimai funksiyalar həvalə edilmiş fərd nəzərdə tutulur, məs, dövlət başcısı, ali siyasi xadim, ali dövlət məmuru, ədliyyə, yaxud hərbi məmur, dövlətə məxsus korporasiyanın baş icraçı direktoru, yaxud mühüm siyasi partiyanın rəsmisi, habelə onların ailələri və yaxın adamları. SŞ termini təsbit edilmiş kateqoriyalardakı orta ranqlı fərdlərə şamil edilmir. Müxtəlif ölkələrin qaydalarında SŞ termini müəyyən edilir, buraya daxili, habelə xarici şəxslər daxil ola bilər.

98

Page 44: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Ponzi Sxemi

ABŞ həbsxanalarında 10 il məhkumluq yaşamış İtaliya immiqrantı Çarlz Ponzinin adını daşıyan pulların yuyulması sistemi. Bu sxemə görə 40.000 nəfərə qarşı $15,000,000 məbləğində dələduzluq hərəkəti həyata keçirilmişdir. Əvvəlki investorlara pulalrını ödəmək üçün yeni investorların pulundan istifadə etmək Ponzinin adının sinoniminə çevrilmişdir. Ponzi sxemlərinə saxta, mövcud olmayan investisiya sxemləri daxildir, bu zaman investorlara qeyri-adi cəlbedici gəlir vəd etməklə yatırım etməyə şirnikləndirilirlər. Sxemin operatoru yeni investorların pulları ilə əvvəlki investorların pulunu ödəməklə əməliyyatın davamlığını təmin edə bilər, proses sxem öz ağırlığından dağılana və/yaxud təşviq edən şəxs qalıq pullarla yoxa çıxana qədər davam edir. Bu yaxınlarda Bernie Madoffun iştirak etdiyi sxem Ponzi sxeminə dair nümunədir. İnvestorların Ponzi sxemində iştirakını təmin etmək üçün əsas bank zəmanəti, bərpaedilə bilən proqram, bank istiqraz proqramı və yüksək gəlir vədlərindən istifadə edilir. Predikativ cinayətlər

“Təsbit edilmiş qanunsuz fəaliyyətlər”, subyekt tranzaksiyaya cəlb edildiyi təqdirdə buradan əldə edilən gəlir pulların yuyulması ilə bağlı təhqiqata təkan verə bilər. Çirkli pulların yuyulması ilə mübarizə qanunlarının bir çoxunda belə cinayətlərin geniş tərifi, yaxud siyahısı verilmişdir. Predikativ cinayətlər bəzən ağır cinayətlər, yaxud “cinayət məcəlləsindəki bütün cinayətlər” kimi müəyyən edilir.

Özəl bankçılıq

Maliyyə institutu daxilində varlı fərdlərə yüksək keyfiyyətli peşəkar xidmət təqdim edən departament. Özəl bankçılıq tranzaksiyaları məxfi, mürəkkəb benefisiar ardıcıllıqlı, ofşor investisiya alətləri, vergi sığınacaqlı və kredit verilməsi xidmətlərinə malik olmağa meyllidir. Bir çox dövlətlər özəl bankçılığı pulların yuyulmasına çox həssas hesab edir.

Özəl Investisiya Şirkəti (ÖİŞ)

Personal Investisiya Şirkəti kimi də tanınan ÖİŞ çox vaxt mülkiyyətçilərinə dair informasiyanın məxfiliyini qorumaq məqsədilə ciddi məxfilik qanunları olan ofşor yurisdiksiyada yaradılan korporasiya növüdür. Bəzi yurisdiksiyalarda beynəlxalq biznes şirkəti yaxud vergidən azad şirkət dedikdə özəl investisiya şirkəti nəzərdə tutulur. ÖİŞ-lər pulların yuyulmasında əsas vasitələr hesab edilir.

Piramida sxemi

Ponzi sxemi ilə eynidir.

R

99

Page 45: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Red Flag – Xüsusi indikatorlar

Diqqəti potensial şübhəli situasiyaya, tranzaksiyaya, yaxud situasiyaya , yaxud yönəltməli olan xəbərdarlıq siqnalı.

Tənzimləyici orqan

Yelir təsisatlar kateqoriyasına nəzarətə görə məsuliyyət daşıyan dövlət müəssisəsi. Bu orqanın, \ümumiyyətlə, qaydalar tərtib etmək, inspeksiyalar aparmaq, cərimə tətbiq etmək, fəaliyyətləri azaltmaq və bəzən də yurisdiksiyasında olan təsisatların nizamnamələrinə xitam vermək səlahiyyəti olur. Bir çox maliyyə tənzimləyici qurumları pulların yulmasının qarşısının alınması və aşkar edilməsində əsas rol oynayır.

Köçürmə xidmətləri

Giro house, yaxud casas de cambio kimi istinad edilən köçürmə xidmətləri bank sistemi vasitəsilə digər hesaba transfer etdikləri nağd pul, yaxud digər vəsaitləri alan xidmətlərdir. Bu hesab pulların son resipientə təhvil verildiyi xarici yurisdiksiyadakı əlaqəli şirkətə mənsub olur.

Standart və Kodekslərə Riayət edilməsi haqqında hesabat (ROSC)

Fiskal və maliyyə sabitliyi üçün ölkələrin beynəlxalq səviyyədə tanıdıqları standart və kodekslərə riayət etmə səviyyəsini icmallaşdıran BVF və Dünya Bankı tərəfindən istifadə edilən hesabat. Standartlar pul və maliyyə sabitliyinin şəffaflığını, fiscal şəffaflığı, bank nəzarətini, qiymətli kağızları, sığortanı, ösəniş sistemlərini, korporativ idarəetməni, mühasibat uçotunu, audit və ödəmə qabiliyyətinin olmaması və kreditorların hüquqlarını yoxlayır. 2002-ci ildən bəri ora həmçinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə standartlarının yoxlanılması da daxil edilmişdir. ROSC Ölkələrin bu standartlara riayət etməsini icmallaşdıran ROSC-lar üzv dövlətin xahişi ilə nəşr etdirilir. BVF və Dünya Bankı kreditləri nəzərdən keçirilərkən və risklərin qiymətləndirilməsi məqsədilə özəl sector üçün (o cümlədən reytinq agentlikləri) nəticələrdən istifadə edilir. ROSC-lar həmçinin ölkənin pulların yuyulması ilə əlaqəli perspektiv risklərinin müəyyən edilməsində də faydalıdır.

Nüfuz riski

Dəqiq olub olmamasından asılı olmayaraq maliyyə institutunun biznes təcrübələri və əlaqələri ilə bağlı mənfi rəyin institutun tamlığına etimadın itirilməsi potensialı. Banklar və digər maliyyə institutları nüfuz riskinə xüsusilə həssasdır, çünki onlar müıştərilər tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətlər üçün alət, yaxud qurban rolu oynaya bilərlər. Belə institutlar Müştərini Tanı və Əməkdaşını Tanı proqramları vasitəsilə özlərini qoruya bilərlər.

Respondent Bank

Digər maliyyə institutu bu bank üçün müxbir hesabı açır, saxlayır, yaxud idarə edir.

100

Page 46: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Retrospektiv ehtiyat tədbirləri

Qanuniliyini aşker etmək məqsədilə mövcud müştərilər və onların hesablarının kimliyi və fəaliyyətinin yoxlanması. Çirkli pulların yuyulması ilə mübarizə çərçivələrini qəbul edərkən Kayman və Bahama adaları naliyyə institutlarından mövcud müştərilərlə bağlı eyniləşdirmə tədbirlərinin həyata keçirilməsini tələb etmişlər.Birləşmiş Krallıq tələbi nəzərdən keçirdi, lakin icra etmədi, bu zaman maliyyə sektorundakı bizneslərin iş yükünün ağır olmasına istinad etdi. ABŞ-da retrospeltiv ehtiyat tədbirləri tələb olunmur.

Risk əsaslı yanaşma

Pulların yuyulması ilə mübarizə proqramının effektivliyini maksimallaşdırmaq üçün müxtəlif növ biznesər, müştərilər, hesab və tranzaksiyalarla əlaqəli fərqli risklərin qiymətləndirilməsi.

Risk Matrisası Maliyyə institutuna biznes, yaxud müştəri əlaqələrinin pulların yuyulması riskinin qiymətləndirilməsi imkanı verən sənəd, yaxud çart. Risk matrisası riskin kritik elementlərini, yaxud parametrlərini – məs, mənbə ölkə, yaxud gözlənilən tranzksiyaların növü – müəyyən edir ki, institutlar potensial müştərinin aşağı, orta, yaxud yüksək pul yuyulması riski törətdiyini hesablaya bilsinlər. Matrisa, bundan əlavə, instituta bu və ya digər hesabların yaxud müştərilərin tranzaksiyalarının monitorinqinin tezliyinə dair məlumatlı qərarlar vermək mkanı verir.

S

Təhlükəsizlik zonası/Safe harbor

Maliyyə Kəşfiyyatı Orqanına (MKO) vicdanlı şəkildə şübhələri ilə bağlı məlumat verdikdə Maliyyə institutlarının, onların direktorlarının, mütəxəssislərinin və əməkdaşlarının müqavilə, yaxud istənilən qanunvericilik, tənzimləyici, yaxud inzibati qadağalarla tətbiq edilən informasiya açıqlanması üzrə istənilən pozuntu halına görə cinayət və mülki öhdəlikdən hüquqi müdafiəsi (hətta əgər əsl cinayət fəaliyyətinin nədən ibarət olduğunu dəqiqliklə bilməsələr belə və qanunsuz fəaliyyətin əslində baş verib-verməməsindən asılı olmayaraq).

Depozit qutuları

Bank saxlancı daxilində təhlükəsiz qutu, müştərinin qorumaq arzusunda olduğu istənilən əşyanın, məs, hüquqi sənədlər, ziət əşyaları, qəpiklər, vəsiyyətnamələr və s. saxlanması üçün istifadə edilə bilər. Depozit qutularından cinayət vəsaitlərinin saxlanması üçün də istifadə edilə bilər.

101

Page 47: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Üzərində həbs qoymaq

Dondurma mexanizminə görə səlahiyyətli orqan, yaxud məhkəmə tərəfindən başlanılmış akt əsasında vəsaitlərin, yaxud digər aktivlərin transferi, konvertasiyası, istifadəsi, yaxud hərəkətinin qadağan edilməsi. Lakin dondurmadan fərqli olaraq, üzərində həbs qoyulması səlahiyyətli orqana təsbit edilmiş vəsaitlər, yaxud digər aktivlərə nəzarəti ələ keçirmək imkanı verir. Səlahiyyətli orqan üzərinə həbs qoyulmuş aktivlərin inzibatçılığını, yaxud idarə edilməsini öz üzərinə götürsə də, həmin aktivlər həbs zamanı şəxs(lər)in, yaxud müəssisə(lər)in əmlakında marağı olanların mülkiyyəti olmağa davam edir.

Öz-özünü tənzimləyən təşkilat (ÖTT)

Bu və ya digər peşəni təmsil edən (məs, vəkillər, notariuslar, digər müstəqil hüquq peşəkarları, yaxud mühasiblər) və üzv-peşəkarlardan ibarət qurum; peşəyə başlamaq və həyata keçirmək üçün ixtisas səviyyəsinə malik şəxsləri tənzimləyir və həmçinin nəzarət, yaxud monitorinq funksiyalarını həyata keçirir. Məs, belə bir qurum həmin peşə sahiblərinin yüksək etik standartlara cavab verməsini təmin etmək

üçün qaydaları həyata keçirə bilər.

Yüksək Xarici Siyasi Fiqur

Xarici siyasiləşmiş şəxslər üçün istifadə edilən ABŞ termini. Bax Siyasiləşmiş Şəxslər.

Təsisçilər

Öz aktivlərinin mülkiyyətini etibarnamə əsasında himayəçilərə transfer edən şəxslər, yaxud şirkətlər. Himayəçilər trastın aktivlərinin yatırılması və distibusiyası ilə bağlı müəyyən ehtiyalıq göstərdiyi hallarda həmin etibarnamə hüquqi baxımdan məcburi olmayan məktubla müşaiyət edilə bilər və məktubda təsisçinin aktivləri ilə bağlı arzuları qeyd edilir.

Shell Bank

Yalnız kağız üzərində mövcud olan, təsis edildiyi, yaxud lisenziya aldığı ölkədə fiziki mövcudluğu olmayan və konsolidasiya edilmiş effektiv nəzarət tətbiq edilməyən tənzimlənən maliyyə xidmətləri qrupunun törəmə təşkilatı olmayan bank. Bu banklar gündəlik tənzimlənmədən yayınmaq iqtidarındadırlar. FATF-ın 40 Tövsiyəsinin 18-ci Tövsiyəsində deyilir ki, ölkələr shell bankların yaradılmasını təsdiq etməməli və onların davamlı fəaliyyətini qəbul etmməlidirlər. Maliyyə instituları shell banklarla müxbir bankçılıq münasibətlərinə girməməli, yaxud bu münasibətləri davam etdirməməli və hesablarının shell banklar tərəfindən istifadəsinə icazə verən respondent xarici maliyyə institutları ilə əlaqələrin yaradılmasının əleyhinə olmalıdırlar.

Adi trast

Bax adsız trast.

Smart kart

Ənənəvi kredit, yaxud debit kartlarına oxşayan plastik kart, onun tərkibində maqnit zolaqdan daha çox informasiya saxlamaq iqtidarında olan kompüter çipləri olur, məs, tibbi sığorta, e-nağd pul, hökumət identifikasiyası və kredit kart məlumatları

102

Page 48: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Smurfing

Geniş şəkildə istifadə edilən pulların yuyulması metodu olan smurfing hesabatlıq limitindən az məbləğdə nağd pul depozitləri qoyan, monetar alətlər, yaxud bank draftları alan çoxsaylı fərdləri və/yaxud tranzaksiyaları əhatə edir. Bax Strukturlaşdırma.

Smörflər

Pul yuyanlar tərəfindən hesabatlıq limitindən aşağı məbləğdə monetar alətlər almaq, yaxud valyuta, yaxud monetar alətləri depozitə yerləşdirmək məqsədilə bir maliyyə institutundan digərinə getmək üçün istifadə edilən fərdlər.

Xüsusi tövsiyələr

Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə FATF-ın beynəlxalq standartları. 2001-ci ildə Vaşinqton şəhərində keçirilən Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizəyə dair Fövqəladə Plenar iclasda FATF terrorizmin maliyyələşdirilməsi ilə bağlı səkkiz Xüsusi Tövsiyə tərtib etməklə öz missiyasını çirkli pulların yuyulması ilə mübarizədən kənara çıxarmışdır. İclas zamanı FATF terrorizmin maliyyələşdirilməsinə dair yeni standartlar təqdim etmiş və bütün ölkələri onları qəbul və icra etməyə çağırmışdır. 2004-cü ilin oktyabr ayında FATF sərhədlərarasl pul köçürmələrini ünvanlayan doqquzuncu Xüsusi Tövsiyəni nəşr etdirmişdir. “Xüsusi Tövsiyələr” terroristlərə və onların dəstəkçilərinə beynəlxalq maliyyə sisteminə çıxış imkanı verməmək üçün dizayn edilmişdir.

Split Depozitlər

Müştərinin müəyyən məbləğdə pulu hissələrə ayırdığı və ilkin məbləğin üzərinə gələn, iki, yaxud daha çox hesabda daha kiçik depozitkər yerləşdirən depozitlər seriyası.

Operativ eksperiment

Məxfi xidmət orqamlarının əməkdaşlarının bəzən “front” biznes vasitəsilə informasiya toplamaq və cinayətkar davranışa dair sübut əldə etmək üçün şübhəli bilinən, yaxud məlum cinayətkarların etimadını qazanmaq üçün cinayətkar kimi fəaliyyət göstərdiyi təhqiqat taktikası. Bu, cinayətkarların müəyyən edilməsində, cinayətkar təşkilatlara daxil olmaqda və çirkli pulların yuyulmasında “çirkli” əmlakın müəyyən edilməsində və digər hallarda effektiv vasitədir.

Saxlanan məbləğli kart

Müəyyən pul dəyərini saxlayan əvvəldən ödənilmiş məbləğ, hər dəfə kartdan istifadə edildikdə satınalma məbləği kartdan çıxılır.

STR

Bax Şübhəli Əməliyyata dair Hesabat.

103

Page 49: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Strukturlaşdırma

Nağd pul depozitlərinin, yaxud pul çıxarmalarının qanunsuz şəkildə kiçik məbləğlərə bölünməsi, yaxud valyuta hesabatlığı limitinə müvafiq qalmaq üçün monetar alətlərin alqı-satqısı. Bu təcrübəyə pul məbləğinin daha kiçik miqdarlara bölünməsi və ilkin məbləğin üstünə gələn iki, yaxud daha çox deposit, yaxud çıxarmaların edilməsi daxil edilə bilər. Maliyyə institutlafrının hesabat verməsindən yayınmaq üçün pulları yuyanlar strukturklaşdırmadan istifadə edirlər. Məcburi valyuta hesabatlığı tələbləri olan yurisdiksiyalarda bu metoddan geniş istifadə edilir. Bax Smurfing.

Məhkəməyə çağırış

Şahidin məhkəmədə iştirakını tələb edən, məhkəmə tərəfindən verilən məcburi hüuqi proses, bəzən şahidin təsbit edilmiş səndləri gətirməsini tələb edir

Şübhəli fəaliyyət

Çirkli pulların yuyulması, yaxud digər cinayət əməli, yaxud terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli ola biləcək qeyri-adi, yaxud sual doğuracaq müştərişı davranışı, yaxud fəaliyyəti. Müştərinin məlum qanuni biznesinəvbi, şəxsi fəaliyyətlərinə, yaxud həmin növ biznes, yaxud hesab üçün normal fəaliyyət səviyyəsinə uyğun olmayan tranzaksiyaya da aid ola bilər

Şübhəli fəaliyyətə dair hesabat (STR)

Bax Şübhəli Əməliyyata dair hesabat.

Şübhəli Əməliyyata dair hesabat (STR)

Maliyyə institutunun sual doğuran tranzaksiyasının hesabını özündə ehtiva edən dövlət forması. Bir çox yurisdiksiya maliyyə institutlarından şübhəli tranzaksiyalarla bağlı müvafiq dövlət qurumlarına şübhəli tranzaksiya hesabatını (STR) verməyi tələb edir.

T

Vergi cənnəti

Xarici investorlar və depozitorlara xüsusi vergi stimulları, yaxud vergidən yayınma təklif edən ölkələr.

104

Page 50: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Vergi informasiyası mübadiləsinə dair müqavilələr

Milli hökumətlər arasında pulların yuyulması və vergidən yayınma ilə bağlı təhqiqatlar üçün sübutlar verə biləcək ikitərəfli müqavilələr.

Terrorizmin maliyyələşdirilməsi

Terror aktları törətmək üçün terrorçuların öz əməliyyatlarını maliyyələşdirməsi prosesi. Fəaliyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün terrorçulara maliyyə dəstəyi lazımdır. Maliyyə sistemindən istifadədə terroçular və digər cinayətkarlar arasında az fərq vardır. Cinayətkar təşkilatında olduğu kimi, uğurlu terrorçu, yaxud terror qrupu effektiv maliyyə insfrastrukturunu qurmaq və saxlamaq iqtidarında olan bir qrupdur. Bunu etmək üçün qrup, yaxud fərd maliyyələşdirmə mənbələrini və həmin mənbələr arasındakı əlaqələrə və onların dəstəklədiyi fəaliyyətlərə maneçilik törədən vasitələri inkişaf etdirməlidirlər. Onlar vəsaitlərin mövcud olması və terror aktlarə üçün mal, yaxud xidmətlərin alqısı üçün istifadəsi naminə yollar axtarmalıdırlar. Terror hücumlarının həyata keçirilməsi üçün heç də həmişə iri məbləğlər lazım olmur və əlaqəli tranzaksiyalar da mütləq şəkildə mürəkkəb deyildirlər. Terror fəaliyyətləri üçün iki əsas maliyyələşdirmə mənbəyi vardır. Birincisi ölkələrdən, təşkilat, yaxud fərdlərdən gələn maliyyə dəstəyidir. Digəri isə geniş çeşidli gəlir gətirən qanunsuz fəaliyyətlərdən ibarətdir, o cümlədən qaçaqmalçılıq və kredit kartı dələduzluğu.

İfadə vermə

Şahidin adətən and altında verdiyi şifahi təqdimat, bu zaman şahidin bildiyi faktlar təsvir olunur.

Xəbərdar etmə - Tipping Off

Şübhəli bilinən şəxsə onunla bağlı Şübhəli Tranzaksiya Hesabatının tərtib edildiyi, yaxud səlahiyyətli orqanlar tərəfindən araşdırılma aparılması, yaxud izlənilməsi barədə xəbərdarlıq etməklə bağlı düzgün olmayan, yaxud qanunsuz hərəkət

Ticarət maliyyəsi

Bax Akkreditiv.

Transparency International (TI)

Berlin şəhərində yerləşən, hökumətin hesabatlığının artırılası və həm beynəlxalq, həm də milli korrupsiyanın cilovlanmasına qulluq edən QHT. 1993-cü ildə yaradılmış Tİ təqribən 100 ölkədə fəaliyyət göstərir. O, internet səhifəsində “korrupsiya xəbərləri”ni yerləşdirir və korrupsiya ilə əlaqəli məqalə və hesabatların arxivini təklif edir. Onun Korrupsiya Online Tədqiqatı və İnformasiya Sistemi (CORİS) dünyada, bəlkə də, korrupsiya üzrə ən hərtərəfli məlumatlar bazasıdır. Tİ illik Korrupsiya Qavrama İndeksi (KQİ) ilə məşhurdur, bu indeks dövlət rəsmiləri arasında korrupsiyanın qəbul edilmiş səviyyəsinə görə ölkələri sıralayır. Təşkilatın Rüşvət Ödəyənlət İndeksi (RÖİ) rüşvətə meylli olmaq baxımından aparıcı ixrac ölkələrini sıralayır. Tİ-in illik Qlobal Korrupsiya hesabatı özündə KQİ və RÖİ-ni birləşdirir və ümumi korrupsiya səviyyəsinə görə ölkələri sıralayır. Siyahılar maliyyə institutlarına bu və ya digər yurisdiksiya ilə əalqəli riski müəyyən etməyə kömək edir.

105

Page 51: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Trast

Mülkiyyət sahibi (hüququ verən şəxs - qrantor), benefisiar və əmlakı meneceri (himayəçi) arasında razılıq; bunun vasitəsilə himayəçi qrantor tərəfindən müəyyən edilmiş şərtlərə müvafiq olaraq benefisiarın xeyrinə əmlakı idarə edir.

Himayəçi

Ödəniş əsaslı peşəkar, şirkət, yaxud trast fondunda aktivləri himayəçinin öz aktivlərindən ayrı saxlayan ödənilməyən şəxs ola bilər. Himayəçi istənilən arzi məktubunu nəzərə almaqla təsisçinin etibarnaməsinə əsasən aktivləri investisiya edir və onlarla iş aparır.

Tipologiya

Pulların yuyuylası metoduna aiddir və FATF tərəfindən istifadə edilən termindir.

U

Xəlvəti bankçılıq

Bax Alternativ Köçürmə Sistemi

Birləşmiş Millətlər Təşkilatl (BMT)

Əməkdaşlıq və kollektiv təhlükəsizlik vasitəsilə sülhün qorunması öhdəliyini götürən 51 ölkə tərəfindən 1945-ci ildə yaradılmış beynəlxalq təşkilat. Bu gün, demək olar ki, dünyanın hər bir ölkəsi BMT-nin üzvüdür. Həmçinin bax Vyana Konvensiyası. BMT müxtəlif təşəbbüslərlə mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizəyə öz töhfəsini verir, məs, bu məsələdə BMT Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin əsas aləti olan Çirkli Pulların yuyulması ilə mübarizə sahəsində Qlobal Proqram (GPML). BMT GPML vasitəsilə üzv dövlətlərə pulların yuyulması ilə mübarizə sahəsində qanunvericilik təqdim etmək və bu cinayətlə mübarizə mexanizmlərini hazırlamağa kömək edir. Proqram çirkli pulların yuyulması ilə mübarizə siyasətinin hazırlanmasına zəmin yaradır, problem və reaksiyaları monitorinq və təhlil edir, pulların yuyulması ilə bağlı ictimaiyyəti maarifləndirir və digər beynəlxalq təşkilatlarla çirkli pulların yuyulması ilə mübarizə sahəsində birgə təşəbbüslərin koordinatoru rolunu oynayır.

BMT Təhlükəsizlik Şurasının 1267 saylı qətnaməsi

1999-cu ildə qəbul edilmiş qətnamə Üsəma bin Laden və Al-Qaeda təşkilatına dəstək verdiyi üçün Taliban tərəfindən nəzarət edilən Əfqanıstana sanksiyalar tətbiq etmişdir.

106

Page 52: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Sonradan sanksiyalar dəyişdirilmiş və gücləndirilmişdir – onlar daha müstəsna olaraq Əfqanıstana hədəflənməmişdir və hazırtda o, Al-Qaeda, yaxud Talibanın planlaşdırılmasında, yaxud maliyyələşdirilmə- sində iştirak edən istənilən fərdə, qrupa, müqaviləyə, yaxud müəssisəyə tətbiq edilir. Maliyyə institutlarının tranzaksiyaları bloklaşdıra və BMT 1267 Komitəsi tərəfindən tərtib edilən, müəyyən edilmiş terrorçu müəssisələrin siyahısında olan istənilən şəxs, yaxud müəssisənin aktivlərini dondura bilməsi üçün sanksiyaların icra proqramlarının qəbul edilməsinə məcbur edilir. BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsi

2001-ci ildə qəbul edilmiş qətnamə üzv dövlətlərdən qanun və qaydaların qəbul edilməsi və inzibati strukturların yaradılması vasitəsilə terrorizmlə mübarizə aparmaq üçün silsilə tədbirlərin görülməsini tələb edir. Qətnamə həmçinin üzv dövlətlərdən “terror hərəkətlərinin maliyyələşdirilməsi, yaxud onlara dəstəklə bağlı cinayət araşdırmaları, yaxud cinayət təqiblərində bir-birilərinə ən böyük yardımın göstərilməsini” tələb edir

Qeyri-adi tranzaksiya

Hesabatlıq tələblərindən yayınmaq üçün dizayn edildiyi görünən tranzaksiya, hesabın tranzaksiya nümunələrinə uyğun deyildir, yaxud həmin növ hesab üçün gözlənilən fəaliyyətdən kənarlaşma mövcuddur.

ABŞ Vətənpərvər Aktı

2001-ci ilin Terror Aktının Qarsını Almaq və Mane Olmaq üçün Tələb olunan Müvafiq Alətləri Təmin etməklə Amerikanın birləşdirilməsi və gücləndirilməsi (İctimai hüquq 107-56). 2001-ci ilin oktyabrında qüvvəyə minmiş ABŞ-ın bu tarixi qanunu Bank Sirri Aktına 50 dəyişiklik daxil olmaqla ani olaraq çirkli pulların yuyulması ilə mübarizə sahəsinə dəyişikliklər gətirdi

Aktln 2001-ci ildə qəbul edilmiş – Beynəlxalq Çirkli Pulların yuyulmasının aradan qaldırılamsı və

terrorizmin maliyyələşdirilməsi ilə mübarizə adlı III Başlığında çirkli pulların yuyulması ilə mübarizəyə

dair şərtlərin çox hissəsi yer almışdır.

V

Dəyər Transferi xidməti

Bax Pul köçürməsi xidməti.

Vyana Konvensiyası

1988-ci ildə Narkotik vasitələr və psixotrop maddələrin qeyri-qanuni ticarəti əleyhinə qəbul edilmiş konvensiya. Vyana Konvensiyasınq qoşulan ölkələr narkotiklərin trəfikinqi və əlaqəli pulların yuyulmasının kriminallaşdırılması və narkotiklərin trəfikinqindən əldə edilmiş vəsaitlərin konfiskasiya edilməsi öhdəliyini götürürlər. Konvensiyadakı Maddə III pulların yuyulmasının hərtərəfli tərifini təmin edir, bu, sonradan qəbul edilmiş milli qanunvericilik üçün baza rolunu oynamışdır.

107

Page 53: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

Həyati xidmət provayderləri (HXP)

Narkotik trəfikinqi ilə məşğul olanların qazandığı milyardlarla dollarları dünyanın hər yerində hərəkət etdirməyə kömək edən insanlar. HXP-lərə daxildir: mühasiblər, prokurorlar, brokerlər, dilerlər, digər maliyyə institutları, kommunikasiya və nəqliyyat provayderləri və xəlvəti tələlər – nəqliyyat vasitələrində, qayıqlarda, yaxud evlərdə mürəkkəb gizlənmə yerləri quran şəxslər.

Vostro hesab

Bax Nostro hesab.

W

“Ağ yaxalıqlı” cinayət

Zorakılıq, yaxud zorakılıq təhlükəsinə nisbətən qeyri-zorakı, yaxud özündə daha mürəkkəb “bizneslə əlaqəli” sxemləri ehtiva edən cinayət növü. Belə cinayətlərə daxildir: vergi dələduzluğu (yayınma, saxta vergi gəlirləri, vergi gəlirləri haqqında məlumat verə bilməmək), çirkli pulların yuyulması (qanunsuz mənbələrdən əldə edilmiş pulların gizlədilməsi üçün istənilən cəhd), rüşvətxorluq, müflislik dələduzluğu, ətraf mühit dələduzluğu, səhiyyə fırıldaqları və başqaları.

Qəsdən bilməməzlik

ABŞ-dakı pulların yuyulması hallarında fəaliyyət göstərən hüquqi prinsip məhkəmə tərəfindən “faktları bilməkdən məqsədyönlü şəkildə yayınmaq”, yaxud “məqsədyönlü şəkildə etinasızlıq” kimi müəyyən edilir. Məhkəmələr qeyd edir ki, qəsdən bilməməzlik qüyeo-qanuni vəsaitlərin mənbəyi haqqında faktiki bilgiyə,

yaxud çirkli pulların yuyulması tranzaksiyasında müştərinin məqsədlərinə ekvivalentdir.

Pul köçürməsi

Maliyyə institutları arasında özlərinin, yaxud müştərilərinin adından vəsaitlərin electron transmissiyası. Pul köçürmələri çirkli pulların yuyulması ilə mübarizədə bir çox ölkələrin tənzimləyici tələbləri ilə əhatə olunan maliyyə alətləridir.

Volfsberq qrupu

Qrup İsveçrədə ilk sessiyası keçirilən qəsrin adı ilə adlandırılmışdır. Volfsberq Qrupu Banco Santande,

Bank of Tokyo-Mitsubishi, Barclays, Citigroup, Credit Suisse Group, Deutche Bank, Goldman Sachs,

HSBC, J.P.Morgan Chase, Société Générale və UBS daxil olmaqla qlobal institutlar assosiasiyasıdır.

2000-ci ildə Transparency İnternational və dünyanın müxtəlif yerlərindən olan ekspertlərlə birlikdə institutlar

beynəlxalq özəl banklar üçün çirkli pulların yuyulması ilə mübarizəyə dair qlobal təlimatlar hazırlamışdır.

108

Page 54: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi İzahlı lüğət

O vaxtdab bəri o, digər sənədlərlə bir arada müxbir bankçılıq və terrorizmin maliyyələşdirilməsinə dair təlimatlar tərtib etmişdir.

Dünya Bankı

Dünya Bankı inkişaf etməkdə olan ölkələr üçün maliyyə və texniki yardımın əsas mənbəyidir. O, adi anlamda qəbul edilmiş bank olmasa da 184 üzv ölkə tərəfindən idarə olunan iki vahid inkişaf təsisatından ibarətdir – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). Hər iki təşkilat inkişaf etmiş ölkələrə aşağı faizli kreditlər, faizsiz kreditlər və qrantlar təmin edir. 2002-ci

ildə BVF və Dünya Bankı müxtəlif ölkələrin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə

mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi üçün 12 aylıq pilot proqram başlamışdır.

Dünya Bankı və BVF FATF-la birlikdə FATF-ın 40 Tövsiyəsi əsasında belə qiymətləndirmələrin həyata

keçirilməsi üçün ümumi metodologiya hazırlamışdır.

u

Z

Zəkat

İslamıb beş rüknlərindən və hər bir Müsəlmanın yerinə yetirməli olduğu əsas öhdəliklərdən biridir, zəkat təmizlənmə yaxud sədəqə vermək deməkdir. Ay ilində - təqribən 355 gün - bir dəfə zəkat xeyriyyə məqsədilə ianələr verilməsini tələb edir. Bu, öhdəliklər və ailə xərcləri xaric, müsəlmanların illik xalis gəlirinin 2.5%-nə bərabərdir.

109

Page 55: Nəzarət departamenti-PY/TMM T limi - fiu.az · 2019-12-09 · Nəzarət departamenti-PY/TMM Təlimi CIP-pul köçürmələri YAXŞI təcrübələrə dair nümunələr - Bankların

Nəzarət Departamenti-PY/TMM Təlimi Qeydlər

110