16

əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

Embed Size (px)

Citation preview

Page 1: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)
Page 2: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

2

Respublikanın ümumtəhsil məktəblərinin

6-cı sinifləri üçün “Biologiya” dərslik komplekti

Müəlliflər: Yaşar Seyidli

Xumar Əhmədbəyli

Nailə Əliyeva

Bakı: “Bakı Nəşr” 2015.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 3: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Dərslik 4 tədris vahidi üzrə (“Biologiya canlı orqanizmlər haqqında elmdir”,

“Canlı orqanizmlərin quruluşu”, “Orqanizmlərin həyat fəaliyyəti”, “Orqanizm

və mühit”) 8 fəsil (“Biologiyanın tədqiqat obyektləri”, “Orqanizmlərin

hüceyrəvi quruluşu. Toxumalar, orqanlar və orqanlar sistemi”, “Bitkilərin

vegetativ orqanları”, “Bitkilərin generativ orqanları”, “Canlılarda hərəkət,

dayaq, qidalanma və tənəffüs ”, “Orqanizmlərdə maddələrin daşınması, ifrazat,

çoxalma və inkişaf”, “Orqanizm və təbii birliklərə mühitin təsiri”, “Bitki və

heyvanların insan həyatında rolu”), 54 mövzu, 160 səhifədən ibarətdir. Təlim

materiallarının daha yaxşı mənimsənilməsi üçün hər fəslin sonunda “Ümumiləşdirici

tapşırıqlar” verilmişdir.

Təlim materialları “Canlıların quruluşu və müxtəlifliyi”, “Bioloji proseslər”,

“İnsan və onun sağlamlığı”, “Canlılar və ətraf mühit” məzmun xətləri üzrə 6 əsas

və 14 alt standartın reallaşdırılmasına yönəlmişdir.

Dərslikdə şagirdlərdə mövzu haqqında ilkin təsəvvürlərin formalaşdırılması,

öyrənilən bilik və bacarıqların tətbiqi və qiymətləndirilməsi üçün “Maraqoyatma”,

“Fəaliyyət”, “İzahlar”, “Bilirsinizmi”, “Bu maraqlıdır”, “Öyrəndiklərinizi tətbiq

edin”, “Nə öyrəndiniz”, “Öyrəndiklərinizi yoxlayın”, “Açar sözlər” və s. kimi

bölmələrin verilməsi təqdirəlayiqdir. Verilmiş materiallar fənn üzrə bilik və

bacarıqların formalaşdırılmasına, şagirdlərdə canlı orqanizmlər haqqında əsaslı

məlumat əldə etməyə əsasən imkan verir.

Qeyd etmək lazımdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən

dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən irad

və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi

Page 4: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

4

qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Bunlar

aşağıdakılardır:

Dərslikdəki materiallar məzmun standartlarının bəzilərinin tam şəkildə

reallaşdırılmasına imkan vermir.

4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.

Bu alt standartın “Vətənimizin təbiəti” mövzusunda reallaşdırılması nəzərdə

tutulmuşdur. Mövzu ətraflı izah edilmədiyindən, buna nail olunmamışdır. Mövzuda

yalnız respublikanın flora və faunası, bitki örtüyü, heyvanlar aləmi və nəsli

kəsilməkdə olan bitki və heyvanlar haqqında qısa məlumat verilmiş, lakin canlıların

bir-biri ilə və ətraf mühitlə əlaqəsi izah edilməmişdir.

Bu alt standart “Canlıların təsnifatı”, “Bakteriyaların yayılması və təbiətdə

rolu”, “Xəstəliktörədən bakteriyalar. Viruslar”, “Bitki orqanlarının yeraltı və

yerüstü şəkildəyişmələri” və s. mövzularında isə müəyyən qədər reallaşdırılmışdır.

2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.

Bu alt standartın “Bakteriyaların yayılması və təbiətdə rolu. Xəstəliktörədən

bakteriyalar. Viruslar” mövzusunda reallaşdırılması nəzərdə tutulmuşdur. Bu

mövzuların tədrisi çərçivəsində “Maddələr mübadiləsinin pozulması” anlayışı ilə

bağlı nəinki heç bir fikrə, eyni zamanda sual, tapşırıq və fəaliyyətə də rast gəlinmir.

Deməli, şagird maddələr mübadiləsinin (insanlarda, heyvanlarda, bitkilərdə)

pozulması dedikdə, nələrin nəzərdə tutulduğunu, bu pozulmanın hansı hallarda baş

verdiyi və onun təzahürləri barədə sistemli bilgi ala bilmədiyinə görə, alt standartda

təsbit edilmiş bilik və bacarığa da yiyələnə bilməyəcək. Şagirdin bu mövzuda

qazanacağı bilik və bacarıqlar əslində onun biologiya fənni çərçivəsində

mənimsəyəcəyi və ömrü boyu istifadə edəcəyi ən vacib bilik və bacarıqlardandır.

Çünki düzgün maddələr mübadiləsi sağlam həyat, onun pozulması isə həyata təhdid

deməkdir.

2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.

Bu alt standartın “Prokariot orqanizmlər”, “Gövdənin daxili quruluşu”,

“Bitkilərin yeraltı qidalanması”, “Bitkilərin havadan qidalanması. Fotosintez”,

“Bakteriya və göbələklərin qidalanması” və “Bitkilərdə tənəffüs” mövzularının

tədrisi yolu ilə formalaşdırılması nəzərdə tutulmuşdur. Həmin mövzularla bağlı

dərslərdə alt standartın birinci hissəsinə aid bilik və bacarıqların formalaşdırılması

üçün kifayət qədər material olsa da, ikinci hissəsinə – bioloji proseslərə dair

Page 5: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

5

hesablamalara aid yalnız bir bəsit tapşırıq var (səh. 33). Deməli, alt standartın tam

şəkildə reallaşdırılması mümkün olmayacaq.

Ümumiyyətlə, dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların

formalaşdırılmasına, şagirdlərin canlı orqanizmlər haqqında əsaslı məlumatlar əldə

etməsinə əsasən imkan versə də, dərslikdə məzmunla bağlı elmi, pedaqoji səhvlərə,

ifadə xətalarına yol verilmişdir.

Səhifə 11. 2-ci abzasda “Respublika ərazisində Asiya bəbiri, qonur ayı,

zolaqlı kaftar, canavar, susamuru, vaşaq, cüyür, çöldonuzu, çaqqal, porsuq,

meşə pişiyi, tülkü və digər məməli heyvanlara rast gəlinir” cümləsində

“susamuru” sözü “çay samuru” kimi yazılmalıdır.

Səhifə 19. Sonuncu abzasda “Bunlardan birinci söz – orqanizmin hansı cinsə,

ikinci söz isə hansı növə mənsub olduğunu bildirir” cümləsinin “Bunlardan birinci

söz – orqanizmin hansı cinsə, ikinci söz isə birinci sözlə birlikdə hansı növə mənsub

olduğunu bildirir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 35. 1-ci abzasda “Bakteriyaların fəaliyyəti günəş şüalarının, duzun və

şəkərin təsirindən zəifləyir” cümləsinin “Əksər bakteriyaların fəaliyyəti günəş

şüalarının, duzun və şəkərin təsirindən zəifləyir” kimi yazılması məqsədəuyğundur.

Çünki sianobakteriyaların fəaliyyəti günəş şüalarının təsirindən güclənir.

Səhifə 42. “Mexaniki toxuma” yarımbaşlığında “Gövdədə, yarpaq

saplağında, yarpaq damarında yerləşir” cümləsinin “Örtülütoxumlu bitkilərin

bütün (vegetativ və generativ) orqanlarında yerləşir” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 43. Sonuncu abzasda “Sitoplazmasında çoxlu miqdarda yaşıl

xloroplastlar olur” cümləsinin “Hüceyrələrinin sitoplazmasında çoxlu miqdarda

yaşıl xloroplastlar olur”, “Əsasən fotosintez prosesini həyata keçirir və üzvi

maddələr əmələ gətirir” cümləsinin isə “Əsasən, fotosintez prosesini həyata keçirir”

kimi yazılması məqsədəuyğundur.

Səhifə 59. “Yarpaq növləri” yarımbaşlığında mürəkkəb yarpaqların bölgüsü

verilsə də, buna aid heç bir bitki nümunəsi göstərilməmişdir.

Səhifə 69. “Motivasiya”da həşərattutan bitkilər haqqında verilmiş məlumata

“Bu bitkilər, əsasən, avtotrof qidalanma üsulundan istifadə edirlər. Azota olan

tələbatı ödəmək üçün şəklini dəyişmiş xüsusi orqanları həşərat tutmağa

Page 6: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

6

uyğunlaşmışdır. Ümumilikdə, bu bitkilər miksotrof bitkilərə aiddir” fikrinin əlavə

edilməsi tövsiyə edilir.

Səhifə 75. 1-ci abzasda “Bircinsli çiçəklər bitki üzərində yerləşməsinə görə

birevli və ya ikievli bitkilərə bölünür” cümləsinin “Bircinsli çiçəklərin bitki

üzərində yerləşməsinə görə birevli və ikievli bitkilər ayırd olunur” kimi yazılması

məqsədəuyğundur. Sonra isə “İkicinsli çiçəyi olan bitkilər birevlidir” cümləsinin

əlavə edilməsi tövsiyə edilir.

Səhifə 76. Mövzunun izahında 1-ci abzasda “Çiçəklərin gövdə üzərində qrup

halında toplanması çiçək qrupları adlandırılır” cümləsinin “Gövdə üzərində qrup

halında yerləşən çiçəklər çiçək qrupları adlanır” kimi yazılması məqsədəuyğundur.

Burada tək-tək yerləşən çiçəklər haqqında da məlumat verilməsi tövsiyə edilir.

Səhifə 79. Sonuncu abzasda “Rüşeym gövdəciyinin üzərində rüşeymin

hissələri olur” cümləsi “Rüşeym gövdəciyinin üzərində rüşeymin digər hissələri

olur” kimi yazılmalıdır. Çünki gövdəcik özü rüşeymin bir hissəsidir.

Səhifə 88. Mövzunun adının “Canlı orqanizmlərdə hərəkət, dayaq,

qidalanma və tənəffüs” deyil, “Heyvanlarda hərəkət və dayaq sistemi” kimi

yazılması tövsiyə edilir. Çünki mövzuda yalnız heyvanların hərəkət və dayaq sistemi

haqqında məlumat verilmişdir.

Səhifə 95. “Gübrələr” yarımbaşlığında verilmiş cədvəldə “Fosfor”

gübrələrinin xüsusiyyətlərinə “Soyuğadavamlığı artırır” cümləsinin əlavə edilməsi

tövsiyə edilir.

Səhifə 144. “Qorunan ərazilər” yarımbaşlığında “Azərbaycanda 9 milli park,

11 qoruq və 24 yasaqlıq var” cümləsində “11 qoruq” əvəzinə “13 qoruq”

yazılmalıdır. Bu düzəlişin səhifə 146-da da edilməsi tövsiyə edilir.

Səhifə 154. “Motivasiya”da “Güman edilir ki, ilk əhliləşdirilmiş

heyvanlardan biri it olmuşdur” cümləsinin “Sübut olunmuşdur ki, ilk

əhliləşdirilmiş heyvanlardan biri it olmuşdur” kimi yazılması məqsədəuyğundur.

Çünki arxeoloji tədqiqatlar bu fikri sübut etmişdir.

Səhifə 157. 2-ci abzasda “Malyariya, tripanosom və dizenteriya amöbü kimi

birhüceyrəli heyvanlar da daxili parazitlərdir” cümləsində “Malyariya” sözü

“Malyariya paraziti” kimi yazılmalıdır. Çünki malyariya xəstəlik adıdır. Burada isə

malyariya paraziti haqqında məlumat verilir.

Page 7: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

7

Səhifə 158. “Düzgün qidalanma” mövzusunda motivasiya üçün şagirdlərə belə

bir mətn təqdim olunur: “Məşhur səyahətçi Alonso de Oheda Cənubi Amerikaya

etdiyi ekspedisiyaların birində bir neçə dənizçini xəstə olduqlarına görə bir

adada qoyub getmək məcburiyyətində qalır. Bir neçə aydan sonra adaya

qayıdan səyahətçi dənizçilərin sağ və salamat olduqlarını görüb heyrətə gəlir.

Həmin adanı Kurasao adlandırırlar (portuqal dilində “kure” – şəfaverən)”.

Sonra isə şagirdlərə aşağıdakı sual verilir: “Dənizçilərin sağalmasının səbəbi nə ola

bilərdi?”

Göründüyü kimi, şagirdlərin verə biləcəyi istənilən cavab bu mövzu ilə bağlı

olmayacaq və orada aşılanmaq istənilən fikirləri dəstəkləməyəcək. Çünki xəstə

dənizçilərin kimsəsiz adada özlərinə lazımi qidaları tapıb düzgün qidalanmalarından

söhbət belə gedə bilməz. Onlar əllərinə keçəni, hətta tanımadıqları şeyləri yeməyə

məhkumdurlar. Əslində isə söhbət C vitamininin çatışmazlığı ilə bağlı olan skorbut

xəstəliyindən gedir. Dənizçilər adada bitən və C vitamini ilə zəngin olan meyvələrlə

qidalanma nəticəsində salamat qalırlar.

Yenə həmin səhifədə cədvəldə A vitamini çatışmadıqda yaranan fəsadlara

“toyuq korluğu”nun əlavə edilməsi tövsiyə edilir.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 10. Sonuncu abzasda “Наша республика располагается в

нескольких климатических поясах” cümləsi dərsliyin Azərbaycan dilində olan

variantına uyğun verilməlidir.

Səhifə 14. Teofrastın şəklinin altında verilmiş “Теофраст IV в. до н.э”

ifadəsinin sonunda nöqtə qoyulmalıdır.

Səhifə 17. 1-ci abzasda “Потомство в процессе своего индивидуального

развития (от оплодотворения до смерти) претерпевает различные

изменения, растет” cümləsindən “растет” sözü artıq olduğu üçün çıxarılması

məqsədəuyğundur.

Səhifə 22. “Motivasiya”dan sonra verilmiş “В чем, по-вашему, был

неправ философ?” cümləsinin “Как по-вашему, в чем была ошибка другого

философа?” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə mövzunun izahında 1-ci abzasda “Это способствует

развитию у него сознания и формированию руки как орудие труда”

Page 8: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

8

cümləsinin “Это способствовало, развитию у него сознания и формированию

руки как орудия труда” kimi yazılması məqsədəuyğundur.

Səhifə 30. Səhifənin əvvəlində verilmiş şəkildə “Общее строение клетки”

ifadəsinin “Общее строение клеток” kimi yazılması məqsədəuyğundur.

Səhifə 43. Sonuncu abzasda “Запасные питательные вещества

расходуются в процессе роста растения” cümləsinin “Запасные питательные

вещества в основном расходуются в процессе роста растения” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 62. Səhifənin əvvəlində verilmiş şəkildə “Проводящие пучки”

ifadəsi “Листовые сосуды” kimi yazılmalıdır.

Səhifə 63. Sonuncu abzasda “Из клеток покровной ткани этой зоны

образуются так называемые корневые волоски” cümləsinin “Из клеток

покровной ткани (кожица) этой зоны образуются так называемые корневые

волоски” kimi yazılması məqsədəuyğundur.

Səhifə 72. “Обобщающие задания” hissəsində 3-cü tapşırığın 4-cü bəndində

“4. Угол между листом и побегом называется пазухой листа /

междоузлием” cümləsində “побегом” əvəzinə “стеблем” yazılmalıdır.

Səhifə 75. “Применение полученных знаний” bölməsində tapşırığın 4-cü

bəndində “Лепестки” əvəzinə “Лепестки и чашелистики” yazılmalıdır.

Səhifə 79. “Деятельность 1” bölməsində “Обратите внимание на их

форму, цвет и место прикрепления семени к семяножке –рубчик” cümləsi

dərsliyin Azərbaycan dilində olan variantına uyğun verilməlidir.

Səhifə 91. Mövzunun izahında 2-ci abzasda “Стелющиеся стебли в свою

очередь делятся на ползучие (клевер ползучий, земляника, дыня, арбуз,

огурец и др.), вьющиеся (вьюнок полевой, фасоль) и лазающие (каменный

плющ, виноград, горох” cümləsində “клевер ползучий” ifadəsi “клевер

трехлистный” kimi yazılmalıdır.

Səhifə 94. Mövzunun izahında 1-ci abzasda “Питание – это процесс

приобретения и усвоения организмом питательных веществ из

окружающей среды, необходимых для жизнедеятельности” cümləsinin

“Питание –это процесс поглощения и усвоения организмом питательных

веществ необходимых для жизнедеятельности из окружающей среды” kimi

yazılması məqsədəuyğundur.

Page 9: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

9

Səhifə 106. 1-ci abzasda “Чечевички же растений располагаются в

пробке” cümləsinin “Чечевички же растений обычно располагаются между

клетками коры (в пробке)” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Применение полученных знаний” bölməsində

cədvəldə “Признаки сравнения” ifadəsinin “Критерии сравнения” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 112. Mövzunun izahında 1-ci abzasda “Кровь у большинства

животных состоит из бесцветной жидкости – плазмы и форменных

элементов” cümləsində “животных” əvəzinə “организмов” yazılması tövsiyə

edilir.

Səhifə 117. “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın 1-ci

bəndində “Бактерии, простейшие, одноклеточные водоросли” fikrindən

“одноклеточные водоросли” ifadəsinin çıxarılması məqsədəuyğundur.

Səhifə 118. Sonuncu abzasda yarımbaşlığın adı dərsliyin Azərbaycan dilində

olan variantına uyğun olaraq “Размножение отводками” kimi yazılmalıdır.

Səhifə 131. Sonuncu abzasda “Если потомство по своим признакам

повто-ряет своих родителей, отличаясь от них только размерами, то такое

развитие называют прямым” cümləsində “повто-ряет” sözü “повторяет”

kimi yazılmalıdır.

Səhifə 138. “Что узнали” bölməsində “Для бешеного огурца, фасоли и

мака характерно самостоятельное ___семен” сümləsində “семен” sözü

“семян” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Проверьте свои знания” bölməsində 2-ci tapşırıqda

“3. Крючочки, колючки, щетинки” ifadəsində “щетинки” əvəzinə “волоски”

yazılmalıdır.

Səhifə 152. Sonuncu abzasda “В лечебных целях используются

различные части растения (кукурузные рыльца, семена тыквы и айвы)”

cümləsinin “В лечебных целях используются различные части растения

(кукурузные столбики с рыльцами, семена тыквы и айвы)” kimi yazılması

məqsədəuyğundur.

Page 10: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

10

2. Dil və yazı üslubu baxımından

Dərslikdə təlim materialları sadə, anlaşıqlı dildə verilmiş, materialların seçimində

şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Bununla yanaşı, müəyyən qüsurlar da

var. Bunlar aşağıdakılardır:

Səhifə 15. 2-ci abzasda “(yun. “mikos” – göbələk)” ifadəsi “(yun. “mykos” –

göbələk)” kimi yazılmalıdır.

Səhifə 22. Mövzunun izahında 1-ci abzasda “Onurğalı heyvanlarda olduğu

kimi, onda inkişaf ilk dövrlərində bədənin dayağını təşkil edən xorda meydana

gəlir” cümləsinin “Onurğalı heyvanlarda olduğu kimi, onda inkişafın ilk dövrlərində

bədənin dayağını təşkil edən xorda meydana gəlir” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 52. “Motivasiya”da “Sizcə, şöhbətdə iştirak edən orqanlar hansıdır?”

cümləsində “şöhbətdə” sözü “söhbətdə” kimi yazılmalıdır.

Səhifə 70. “Bilirsinizmi?” hissəsində “Məsələn, şehçiçəyinin (1)

yarpaqlarının uzərində yapışqanlı damcılar olan qırmızımtıl vəzili tükcüklər

vardır” cümləsində “uzərində” deyil, “üzərində” yazılmalıdır.

Səhifə 73. Sonuncu abzasda “Çiçək yatağı öz üzərində çiçəyin bütün

elementlərini daşıyır və bəzən onları qoruyur” cümləsinin “Çiçək yatağı öz

üzərində çiçəyin digər elementlərini daşıyır və bəzən onları qoruyur” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 147. 1-ci abzasda “Ərazisi 88. 360 ha-dır” ifadəsi “Ərazisi 88 360 ha-

dır” kimi yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslikdə hər bir mövzuya aid şəkillərin verilməsi şagirdlərdə canlılar aləmi

haqqında daha geniş təsəvvürlər yaradaraq, onların ətraf aləmi dərk etməsinə və

verilmiş materialları daha dərindən öyrənməsinə kömək edir. Rəsm və illüstrasiyalar

əsasən orijinal verilmişdir. Üz qabığı dərsliyin tərtibatına uyğundur.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 14. Biologiyanın sahələrinə aid şəkildə “Botanika, Zoologiya,

Mikologiya, Bakteriologiya, Virusologiya, Ekologiya” qeyd edilmişdir. Burada

Page 11: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

11

“Biologiyanın sahələri” başlığının çıxarılması tövsiyə edilir. Çünki biologiya

elminin sahələri çoxdur. Burada isə onun bəzi sahələri göstərilmişdir.

Səhifə 32. “Fəaliyyət 1” bölməsində “Bakteriya” şəklinin dəyişdirilməsi

tövsiyə edilir. Çünki onun qılafında çoxlu sayda kirpiklərə oxşar çıxıntılar

göstərilmişdir. Bakteriyalarda isə hərəki orqanoidlər - kirpiklər olmur, onlara oxşar

pililər və ya fimbrilər (yapışma orqanoidlər) olur.

Səhifə 53. Şəkildə meyvəyanlığı düzgün göstərilməmişdir. Çünki çəyirdək

meyvəyanlığının daşlaşmış daxili hissəsidir. Şəklə əsasən şagirdlərdə elə təsəvvür

yarana bilər ki, çəyirdək toxumun müstəqil bir hissəsidir. Çəyirdəkmeyvələrdə

meyvəyanlığı üç hissədən təşkil olunur: nazik qabıqdan, şirəli lətdən və çəyirdəkdən.

Ona görə də meyvəyanlığının üç oxla göstərilməsi tövsiyə edilir.

Səhifə 62. Yarpağın daxili quruluşuna aid verilmiş şəkildə yarpağın (ayasının)

demək olar ki, bütün toxumaları, o cümlədən dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə

boyanmışdır. Halbuki dəricik hüceyrələrində yalnız ağızcıq hüceyrələri yaşıl rəngli

olur.

Səhifə 74. Sonuncu şəkildə “Söyüdün çiçək qrupu” ifadəsinin “Söyüdün sırğa

çiçək qrupları” kimi yazılması tövsiyə edilir.

Səhifə 77. Çiçək qruplarına aid verilmiş şəkildə “Qıça” əvəzinə “Sadə qıça”

yazılması məqsədəuyğundur. Bu düzəlişin mətndə də edilməsi tövsiyə edilir.

Səhifə 94. “Fəaliyyət 1” bölməsində verilmiş şəkildə əyilmiş boru vasitəsilə

suyun axması mümkün deyil. Şəklin dəyişdirilməsi tövsiyə edilir. Həmçinin

təcrübədə rezin boruya su tökmək lazımdır. Əgər rezin boruya su tökülməsə əmələ

gələn hava qovuqcuğu suyun hərəkətinə maneçilik törədər və təcrübə alınmaz.

Səhifə 105. Səhifənin sonunda verilmiş şəkildə ağızcıq aydın görünmür. Dəricik

isə bütünlüklə yaşıl rəngə boyanmışdır. Şəklin dəyişdirilməsi tövsiyə edilir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Hər bir mövzuda verilmiş “Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi

yoxlayın”, “Nə öyrəndiniz” bölmələrində cədvəl, şəkil və test şəklində verilmiş

tapşırıqlar şagirdlərdə bu mövzuya aid olan bilikləri təhlil etmək, digər mövzularla

əlaqə yaratmaq, qazandıqları bilik və bacarıqları tətbiq etmək kimi müsbət

keyfiyyətlərin formalaşmasına imkan verir. Hər fəslin sonunda verilmiş

Page 12: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

12

“Ümumiləşdirici tapşırıqlar” isə şagirdlərin fəsil üzrə qazandıqları bilik və

bacarıqları ümumiləşdirərək, canlı orqanizmlərin quruluşunu daha dərindən

öyrənməsinə xidmət edir. Qapalı, açıq və yarımaçıq tapşırıqlardan geniş istifadə

edilmişdir. Tapşırıqların sadə, orta, çətin səviyyələrdə verilməsi diferensial təlim

üçün şərait yaradır.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 23. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Bioloji amillər”,

“Sosial amillər” ifadələri artıq olduğu üçün çıxarılmalıdır.

Səhifə 28. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “Krossvordu həll edin”

tapşırığında 5-ci bənddə “Bu hissənin adı “cisim” latın sözündən yaranıb”

cümləsinin “Bu hissənin adı latın dilindən tərcümədə “cisim” mənasını verir” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 36. “Nə öyrəndiniz” bölməsində “Taun, vəba, qarın yatalağı və s.

_____ aiddir” cümləsinin “Taun, vəba, qarın yatalağı və s. xəstəliklərin törədiciləri

_____aiddir”, “Hüceyrə quruluşu olmayanlar_______adlanır” cümləsinin isə

“Hüceyrəsiz həyat formaları __________ adlanır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 38. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “Qız hüceyrələr”

sözü “Qız hüceyrə” kimi yazılmalıdır.

Səhifə 40. “Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci tapşırıqda “Kolonial

və çoxhüceyrəli orqanizmlər arasında oxşar və fərqli cəhətləri müəyyən edin”

cümləsinin “Koloniyalı birhüceyrəli və çoxhüceyrəli orqanizmlər arasında oxşar və

fərqli cəhətləri müəyyən edin” kimi yazılması tövsiyə edilir. Çünki çoxhüceyrəlilərin

də koloniya şəklində yaşayan nümayəndələri var.

Səhifə 42. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Dəricik /

Ağızcıq / Mantar / Qabıq” sözləri artıq olduğu üçün çıxarılmalıdır.

Səhifə 46. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində cədvəldə “Toxuma

növü” əvəzinə “Toxuma qrupu” yazılmalıdır.

Səhifə 47. “Fəaliyyət 1” bölməsində “Şəkillərdə hansı orqanlar sistemi

göstərilmişdir?” sualı verilmişdir. Şagirdlər bu suala cavab verməkdə çətinlik

çəkəcək. Belə ki, onlar şəkildəki canlılarda təsvir olunan bütün orqan sistemlərini

hələ öyrənməyiblər. Daha sonra isə “Şəkildəki digər sistemlərin funksiyası nədir?”

soruşulur. Burada “digər sistem” dedikdə nə başa düşüldüyü aydın deyil.

Page 13: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

13

Səhifə 49. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “8. Skelet” əvəzinə “8.

Sümük” yazılmalıdır.

Səhifə 50. “Ümumiləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırığın b)

bəndində “Bakteriyalar əlverişli / qeyri - əlverişli şəraitdə spor əmələ gətirir”

cümləsinin “Bəzi bakteriyalar əlverişli / qeyri - əlverişli şəraitdə spor əmələ gətirir”

kimi yazılması tövsiyə edilir.

Səhifə 53. “Nə öyrəndiniz” bölməsində “Bitkidə həyat fəaliyyəti

proseslərində ______, onun çoxalma proseslərində isə ______ iştirak edir”

cümləsinin “Bitkinin həyat fəaliyyəti proseslərində ______, cinsi çoxalma

proseslərində isə _______ iştirak edir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 85. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “Şirəli meyvə”,

“Quru meyvə” ifadələrinin “Şirəli”, “Quru” kimi yazılması məqsədəuyğundur.

Səhifə 86. “Ümumiləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırığın c)

bəndində “Yalnız dişiciyi və ya yalnız erkəkciyi olan çiçəklər – birevli / ikicinsli

çiçəklər adlanır” cümləsinin “Yalnız dişiciyi və ya yalnız erkəkciyi olan çiçəklər –

bircinsli / ikicinsli çiçəklər adlanır” kimi yazılması məqsədəuyğundur. Həmçinin 3-

cü tapşırıqdakı cədvəldə “Qozmeyvə” əvəzinə “Fındıqmeyvə” yazılmalıdır. Çünki

mövzuda qozmeyvə barəsində məlumat yoxdur, həm də fındıq fındıqmeyvələrə

aiddir.

Səhifə 95. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “Bitkiyə torpaqdan

qeyri-üzvi maddələrin (su və mineral duzların) necə daxil olmasının düzgün

ardıcıllığını göstərin” cümləsinin “Torpaqdan bitkiyə daxil olmuş qeyri-üzvi

maddələrin (su və mineral duzların) hərəkət ardıcıllığını göstərin” kimi yazılması

məqsədəuyğundur. Həmçinin şəkildə xanalardan biri və “B) Su, mineral maddələr”

bəndi artıq olduğu üçün çıxarılmalıdır.

Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “Torpaq

qidalanması” ifadəsi “Torpaqdan qidalanma” kimi yazılmalıdır.

Səhifə 140. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Mühit amilləri”

ifadəsi artıq olduğu üçün çıxarılması tövsiyə edilir.

Səhifə 155. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Gigiyena

qaydaları” ifadəsi artıq olduğu üçün çıxarılması tövsiyə edilir.

Səhifə 160. “Ümumiləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırığın b)

bəndində “Balqabağın qabığından / toxumundan qurd xəstəliklərinin müalicəsi

Page 14: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

14

zamanı istifadə edirlər” cümləsinin “Balqabaq meyvəyanlığının qabığından /

toxumunun qabığından qurd xəstəliklərin müalicəsi zamanı istifadə edirlər” kimi

yazılması məqsədəuyğundur. Çünki qurdqovucu xassə toxum qabığındadır. 4-cü

tapşırıqda “b) .... əcdadları vəhşi halda yaşayan Prjevalski atları və tarpanlardır”

cümləsində “yaşayan Prjevalski atları” ifadəsinin “yaşamış Prjevalski atları” kimi

yazılması məqsədəuyğundur. Çünki tarpanların nəsli kəsilmişdir, Prjevalski atları isə

yalnız zooparklarda qalmışdır.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) (2013)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsait 160 səhifədən ibarətdir. Burada, “Dərslik

komplekti haqqında”, “Dərslik komplektinin mövzular üzrə strukturu”, “VI

sinif Biologiya fənn proqramı (kurikulumu) haqqında”, “Fənn üzrə məzmun

standartlarının reallaşma cədvəli”, “İllik planlaşdırma nümunəsi”, “Fənlərarası

inteqrasiya cədvəli”, “Təcrübə və laboratoriya işlərinin təşkili”, “Biologiya

dərslərində yeni təlim texnologiyalarının tətbiqi”, “Diferensial təlim imkanları”,

“Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Gündəlik planlaşdırmaya dair

nümunələr”, “Mənbələr”, “Kitabın içindəkilər” verilmişdir. Bundan əlavə, hər

fəsil üzrə kiçik summativ qiymətləndirmə nümunələri verilmişdir.

Fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi verilmiş və

əsaslandırılmışdır. Vəsaitin hər paraqrafı üzrə materiallar xarakterinə görə, əsasən,

qruplaşdırılmış və təlim materialları üzrə işin texnologiyası şərh edilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

MMV-də dərsliyin bütün səhifələrinin yalnız lupa ilə oxunacaq şəkil formasında

təkrar verilməsi məqsədəuyğun hesab edilmir.

“Dərsliklərin qiymətləndirməsi meyarları”nın 5-ci maddəsi vəsaitdə əlavə

materialların olmasını tələb etsə də, vəsaitdə mütəmadi olaraq yalnız “Həyat bilgisi”

dərsliklərindəki məlumatlara istinad olunur.

Səhifə 23. 1-ci abzasda “Müzakirələr zamanı müəllimtəbii cisim və hadisələr

haqqında istiqamətləndirici suallar verə bilər” cümləsində “müəllimtəbii” sözü

“müəllim təbii” kimi yazılmalıdır.

Page 15: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

15

Səhifə 32. 5-ci abzasda “(baş barmağın digər barmaqlara qarşı yerləşməsi,

yastı dırnaqlar)” fikrinin “(əldəki baş barmağın digər barmaqlara qarşı yerləşməsi,

yastı dırnaqlar)” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 6-cı abzasda “insanın əqli qabiliyyəti heyvanlara

nisbətən daha yüksəkdir” ifadəsinin çıxarılması tövsiyə edilir. Çünki sonrakı

cümlələrdə insanın heyvanlardan fərqli olaraq, yüksək şüura və təfəkkürə malik

olması qeyd edilmişdir.

Səhifə 37. 1-ci abzasda canlı varlıqların hüceyrələrinin çox kiçik olmaları və

onları böyüdücü cihazların köməyi olmadan öyrənməyin mümkün olmaması barədə

verilən məlumatla yanaşı, eyni zamanda bəzi hüceyrələrin (məsələn, quşun yumurta

hüceyrəsi) çox iri olması və adi gözlə görünməsi də vurğulanmalıdır.

Səhifə 38. Sonuncu abzasda “Son hissəni təhlil edərkən müəllim plastidlər

haqqında məlumat verir, onların yalnız bitki hüceyrəsində olduğunu

vurğulayır” cümləsinin “Son hissəni təhlil edərkən müəllim plastidlər haqqında

məlumat verir, onların bitki və bəzi ibtidai heyvan hüceyrələrində olduğunu

vurğulayır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 50. Səhifənin əvvəlində verilmiş cədvəldə “Toxuma növü” əvəzinə

“Toxuma qrupu və ya tipi” yazılmalıdır. Belə ki, epiteli, birləşdirici, sinir və əzələ –

toxuma qruplarıdır, onların hər birinin öz növləri var.

Yenə həmin səhifədə D blokunda “– Orqanizmdə dərinin üst səthini epiteli

toxuması örtür” cümləsinin “–Orqanizmdə dərinin üst səthi epiteli toxumasından

təşkil olunmuşdur” kimi yazılması məqsədəuyğundur.

Səhifə 54. “II fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 8-ci tapşırıqda

“Balıqlar ağciyərlər vasitəsi ilə tənəffüs edir” cümləsi “Əksər balıqlar ağciyərlər

vasitəsi ilə tənəffüs edir” kimi yazılmalıdır.

Səhifə 60. C blokunda “2. Yarpağın kənarının forması necədir?” soruşulsa

da, dərslikdə bu barədə məlumat verilməmişdir.

Səhifə 65. C blokunda “Gövdə yumrusunun tumurcuqları necə adlanır?”

sualı korrekt deyil. Belə ki, burada gözcüklər nəzərdə tutulur, gözcüklər isə tumurcuq

deyil, içində 2-3 tumurcuq yerləşən çökəklikdir. Sualı belə yazmaq olar: “Gövdə

yumrusunun hansı növ tumurcuqları var?”. Cavab isə təpə və yan tumurcuqlardır.

Page 16: əsasında hazırlanmış 6-cı sinif “Biologiya” dərslik (2015-ci il nəşri)

16

Səhifə 86. Səhifənin sonunda verilmiş sxemdə “Bitki və heyvan qalıqları”

əvəzinə “Çürüntü” yazılması tövsiyə edilir. Belə ki, çürüntüdə həm də bakteriya və

göbələk qalıqları olur.

Səhifə 146. “Motivasiya”da şəkildə canlı və cansız təbiət obyektləri təsvir

olunmuşdur. Burada “Müəllim sinfə müraciət edir: Burada nə əks olunub? (təbii

varlıqlar)” fikrinin “Müəllim sinfə müraciət edir: Burada nə əks olunub? (təbii

obyektlər)” kimi yazılması məqsədəuyğundur.

Səhifə 150. “Motivasiya”da şəkildə inciçiçəyinin təsviri verilmiş, suala cavabda

isə o, yanlış olaraq “zəngçiçəyi” adlandırılmışdır.

Səhifə 158. 1-ci abzasda “Ayı kimi qışda özlərinə yem tapa bilməyən

heyvanlar qış yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar”

cümləsinin “Qonur ayı (və ya boz ayı) kimi qışda özlərinə yem tapa bilməyən

heyvanlar qış yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar” kimi

yazılması məqsədəuyğundur.

MMV-nin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 27. Səhifənin sonunda verilmiş cədvəlin 3-cü sütununda “Полностью

различает отрасли биологических наук не полностью” cümləsində “не

полностью” ifadəsi artıq olduğundan çıxarılmalıdır.

Səhifə 35. “Малое суммативное оценивание по главе I” bölməsində 3-cü

tapşırıqda “4. Семейство” sözü MMV-nin Azərbaycan dilində olan variantında

olmadığından, çıxarılması məqsədəuyğundur.

Səhifə 69. “Малое суммативное оценивание по главе III” bölməsində

3-cü tapşırığın 4-cü bəndində “Мужская часть цветка: тычинка / пестик”

cümləsi dərsliyin Azərbaycan dilində olan variantında verilməmişdir. 5-ci bənddə isə

“Место соединения листа с побегом называется узлом / междоузлием”

cümləsində “с побегом” əvəzinə “сo стебелем” yazılmalıdır.

Səhifə 79. “Малое суммативное оценивание по главе IV” bölməsində 3-cü

tapşırıqda cədvəldə “Вид плода” hissəsində “Яблоко” sözü dərsliyin Azərbaycan

dilində olan variantında verilməmişdir.

Səhifə 93. “B1” blokunda “В каких условиях молоко (или другие

продукты питания) портятся быстрее?” cümləsində “портятся” sözünün

“портится” kimi yazılması məqsədəuyğundur.