103
SƏMƏRƏLİ İŞ HƏYATI

marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Embed Size (px)

Citation preview

Page 1: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

SƏMƏRƏLİ İŞ HƏYATI

Page 2: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Müsbət yüklə yüklənmək

ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!”

İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.

“Hər şeydən əvvəl insanam”

Bir müəssisədə yüksək vəzifələrə qalxmış birisinin digər yoldaşları arasında yaxşı hörməti olur. Onu hörmətli edən vəzifəsi deyil, əksinə hörmət-izzət sahibi olduğuna görə vəzifəyə yüksəlir. Bir mağaza müdirindən “Müştərilərinizlə həmişə xoş rəftar etməyinizin, onlara gülümsəməyinizin səbəbi nədir?” – deyə soruşduqda müdir belə cavab verir: “Mən hər şeydən əvvəl insanam. Təbii ki, qarşımdakı müştəriləri də hər şeydən əvvəl bir insan kimi qəbul edirəm. Mən adi insan olanda da həmsöhbətimlə mülayım, gülümsəyərək rəftar etdiyimə görə indi müdir vəzifəsinə yüksəlmişəm”. Ünsiyyətdə olduğunuz şəxslərə ilk növbədə insan kimi münasibət göstərmək alicənablıq əlamətidir.

Bir şam da sən yandır

Ətrafımıza nəzər saldıqda ümidsiz və miskin insanların ardı-arası kəsilməyən giley-güzarları ilə qarşılaşırıq. İnsanların yalnız qəm-qüssə, dərd və kədər mənbəyi olaraq qəbul etdikləri cəmiyyətdən hər zaman şikayətçi olduqlarını görürük. Bəzən bu şikayətçilər ansamblına biz də qoşuluruq, hətta dirijor çubuğuna da yiyələnməyə çalışırıq. Amma biz nə qədər bağırıb-çığırsaq da, dünya öz axarı ilə fırlanmağa davam edəcək. “Qaranlığa qarşı bir tədbir görmək yaxşı işdir. Amma tədbirimiz qaranlığı, ona səbəb olanı söyüb-batırmaq yox, balaca da olsa, bir şam yandırmaq olmalıdır”.

Page 3: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Bəziləri hər şeydən bezdiklərini, həyatın cansıxıcı olduğunu deyir. Yaşadıqları şəhəri, hətta ölkələrini belə tərk etməklə həyatlarını dəyişdirəcəklərinə inananlar da var. Görəsən, yeni minilliyə böyük ümidlərlə girənlər iki minli illərdə də “köhnə hamam, köhnə tas”ı gördükdə heç təəccübləndilərmi?

Bu şəhərin insanları necədir?

Başqa bir şəhərə qonaq gedən birisi şəhərin girişindəki yanacaqdoldurma məntəqəsinin işçisinə buraya ilk dəfə gəldiyini bildirərək, burada yaşayanların necə olduğunu soruşur. İşçi isə suala sualla cavab verərək: “Bəs sizin şəhərdəki insanlar necədirlər?” – deyir. Qonaq isə: “Çox pis insanlardır”, – cavabını verir. Yanacaqdoldurma məntəqəsinin işçisi: “Elə buradakılar da sizin şəhərdəkilər kimidir”, – deyir.

Bir müddət sonra həmin işçiyə başqa bir yad adam yaxınlaşır və şəhərdə yaşayan insanların necə olduğunu soruşur. İşçi eyni sualı bu adama da verir. Qonaq: “Bizim şəhərin insanları çox yaxşıdırlar”, – deyə cavab verir. İşçi yenə də: “Elə bizim şəhərdəkilər də sizinkilər kimidir”, – deyir. Bəli, haraya gediriksə münasibətlərimizi, mənfi və ya müsbət yükümüzü də özümüzlə aparırıq.

Uğura aparan yolun uzunluğunu ölçmək üçün ən yaxşı cihaz münasibətimizdir. Uğur müsbət fikirləşməklə başlayır. Dünyada ən uğurlu insanlar ən bacarıqlı və ən savadlı adamlar deyil... müsbət fikirləşən, müsbət yüklü insanlardır.

Üzərimizə düşən yeganə yük müsbət yüklə yüklənməkdir. Bəs siz necə fikirləşirsiniz? Yazının sonuna gəlsək də, hələ gülümsəmir və hələ də bədbinliyə qapılmısınızsa, onda məni üzürlü sayın!

Dərs

ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı

Page 4: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır. Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.

Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız.

Bəzliəri “Sonsuz güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc” adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə yetirəcəyik. “Nəzər nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil etməlidir.

Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən, əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”, – deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri alqışlayırlar.

Page 5: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Yaxşı yol!

Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir.

Sahibkar davam edir:

– Siz mühəndissiniz, elə deyilmi?

– Doğrudur, haradan bildiniz?

– Sizin dedikləriniz doğrudur. Ancaq bunların heç biri mənim işimə yaramır.

– Deyəsən, sizin də vəzifəniz müdirdir?

– Bəli. Bəs siz necə bildiniz?

– Çünki yerdən 200 metr yüksəklikdə bir qaz balonun içində azmısınız və məni təqsirkar hesab edirsiniz.

Öz günahınıza görə başqalarını təqsirkar bilsəniz də, bu, məsələni həll etməyəcək. Bəlkə də, özünüzü bir anlığa rahat hiss edə və diqqəti başqasına yönəldə bilərsiniz. Ancaq kompasınızı tapmaqda bu yol sizə heç vaxt kömək etməyəcək. Problemi həll etmək üçün bir üsul var. O da kompassız uçmağı öyrənməkdir. Həmişə yerində saymaq istedad və qabiliyyətlərin itirilməsinə səbəb olur ki, nəticədə insan özünəinam və özünəhörmət kimi ülvi hisslərdən məhrum olur.

Alimlər laboratoriyada bir şüşə qabın içərisinə bir neçə birə qoyub ağzını bağlayırlar. Birələr “azadlığa” çıxmaq üçün hər dəfə yuxarı tullananda başları qabın qapağına dəyir və buna görə də tədricən onlar tam yüksəyə tullanmaqdan əl çəkirlər. Bir müddət sonra alimlər qapağı açıq qoyurlar. Ancaq birələr “yeni həyata” öyrəşdikləri üçün qabdan çıxmağa cəhd göstərmirlər.

Biz insanlar da qabdakı birələr kimi yüksəkliyə tullanma potensialımızdan əsl qapağa görə yox, öyrəşdiyimiz və qəbul etdiyimiz “qapaz”a görə istifadə edirik. Öz kölgəsindən qorxub gizlənən, tullandıqda (!) belə öz boyunu keçə bilməyən insanların bütün bəd əməlləri elə özlərinə qalsaydı... Di gəl ki, “hind quşları ilə bərabər yaşamağa məhkum olmuş birisinin qartallarla birgə yüksək zirvələrdə süzməsi mümkün deyil!” Onlar

Page 6: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

“qurunun oduna yanan yaş odunlar”a bənzəyirlər. Bənzətməyə qüvvət, hind quşu və od-ocaq əla bir ziyafət süfrəsindən xəbər verir.

Bir boya qabına 10 qurbağa düşür. Qabın ətrafındakı qurbağalar “boğulacaqsınız” deyib hay-küy salmağa başlayırlar. Doğrudan da, qurbağalar – bu “xoş” sədaların təsiri altında – bir-bir boyada boğulub tələf olurlar. Onlardan yalnız biri çabalayıb qabdan çıxa bilir. Sonra məlum olur ki, xilas olmuş qurbağa kar imiş…

Dünyaya göz açdığı anda insanı qarşıda sonsuz potensial güc və imkanlar gözləyir. Amma həmişə kimlərsə insanın potensialından tam yararlanmasına və yaranmış imkanlardan onun səmərəli istifadə etməsinə maneçilik törədir. Bəzən kənar müdaxilələr və söz-söhbətlər gələcəkdə böyük uğurlar qazandıracaq bir işin başlamadan qurtarmasına səbəb olur

Bir sözlə, yolumuzu davam etdirmək üçün iki alternativ var: 1. Yalnız müsbət keyfiyyətlərimizi bəsləyərək mənfiliklərimizi acından öldürmək... 2. Ömür boyu kompassız uçmaq, hind quşları ilə birgə yaşamaq və...

İnsanları tanımağa çalışaq

Qədim yunan mifologiyasına görə Prokrust adlı bir cəllad insanları öldürərək hamısını bir yerə uzadır və eyni ölçüyə gətirirmiş. Yəni boyu uzun olanları kəsib qısaldır, bəstəboyları isə dartaraq uzadırmış. Bütün bunlar nə qədər qeyri-insani və vəhşicəsinə səslənirsə, müasir dövrdə şirkətlərdə bu prinsipi – bir tip insan modelinin formalaşdırılması siyasətini dəstəkləyən müdirlər də bəşər övladına qarşı bir o qədər qəddar cinayət törətmiş olurlar. İdarə etdiyi işçiləri hər şeydən əvvəl bir insan kimi qəbul etməyən müdirlər bu səhv üsulun acı nəticələrini gec-tez çəkəcəklər.

İctimai həyatın hər bir sahəsində fəaliyyət göstərən təşkilatları, ayrı-ayrı institut və qurumları problemsiz fikirləşmək mümkün deyil. Bununla yanaşı qeyd etməliyik ki, təşkilatdaxili problemlərin konkret və optimal həlli yoxdur. Çünki həmin qurumda işləyən insanların hərəkətlərini birmənalı şəkildə başa düşmək və onlara adekvat reaksiya vermək, eləcə də bunları əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Müasir informasiya dövründə insanları müəyyən hədəfə istiqamətləndirmək elə də asan iş deyil. Bunun ən əsas səbəbi “insanın hissləri ilə hərəkət etməsidir”. Adamlarla işləməyin, onları idarə etməyin sadə, hazır düsturu yoxdur.

Həm iş yerimizdə, həm də küçədə-bayırda müxtəlif insanlarla üz-üzə gəlirik. Onların hər birinin fərqli xarakteri, fərqli zövqü, ayrı-ayrı arzu və istəkləri vardır. Elə adam var ki, bu anda onun burada olması səhvdir,

Page 7: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

yanlışdır. Belələri, heç bilmirsən, nə vaxt nə edəcəklər. Onlarla bir yerdə ola bilmirik, di gəl ki, onlarsız da ola bilmirik. Bu, hansımızın düz, hansımızınsa səhv olmasına görə deyil. Sadəcə olaraq bizim xarakterlərimiz fərqlidir. Onların fikirləri bizimki ilə üst-üstə düşməyəndə, o dəqiqə hakim mövqeyinə keçirik və onları qınaq hədəfinə çeviririk. Adətən qarşımızdakının fikir və davranışlarını başa düşmədikdə onu öz düşüncə tərzimizə görə ittiham edirik. Bəzən isə ittiham etmədən birbaşa edama məhkum edirik.

Qədim yunan filosofu, müasir tibb elminin banisi sayılan Hippokrat iki insanın bir-birinə heç bənzəmədiyini deməklə yanaşı, əksər insanların oxşar cəhətlərə malik olduqlarını qeyd edir. Oxşarımız ola bilər, amma eyni adam ola bilməz. Əgər insanlarla ünsiyyətin uğurlu alınmasnı istəyiriksə, həm öz xarakterimizə, həm də qarşımızdakı adamın fərqli xüsusiyyətlərinə bələd olmaq lazımdır. İnsanların fərqli xüsusiyyətlərini bilmədən çıxdığımız yolun bir gün dalana aparıb çıxaracağına əmin olmalıyıq.

Əsas odur ki, ayrı-ayrı adamlarla yaxşı münasibət qurasan və ya onlarla necə rəftar etməyi biləsən. Elə bu da çətin işdir. Bəlkə də işlərin ən çətinidir. Çünki qarşılıqlı münasibətdə nəyə əsaslanacağını bilmirsən. Məsələn, yalnız “özünə qarşı necə davranmalarını istəyirsən, sən də elə davran” prinsipi kifayətdirmi? Yoxsa “başqası səndən necə gözləyirsə, onunla elə davran” qaydası əsas götürülməlidir? Yerinə, vaxtına və adamına görə dəyişən bu məsəl və ya prinsiplərə “hamının olduğu kimi qəbul edilməsi”, “hər kəsin dəyərinə görə qiymətləndirilməsi” və “insanın özünü tanıması” qaydalarının əlavə olunmaması müəyyən səhvlərə gətirib çıxarır.

Genetik quruluşu alimlər tərəfindən hələ də müəyyən edilməmiş və təxminən 30.000 gendən ibarət olduğu deyilən bəşər övladına – özüm də daxil olmaqla – bu çətin, amma mənalı və şərəfli yolda uğurlar arzulayıram.

Şəxsiyyəti qorumaq mübarizəsi

Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Alman dilində buna “nicht sehen, nicht horen und nicht sprechen” deyirlər. Yəni “görmürəm, eşitmirəm, danışmıram”. Azərbaycandakı dostlarımdan biri isə bu hadisəni mənə bir az zənginləşdirərək danışmışdı. Onun çəkdiyi misalda belə bir əlavə var idi: “görməməyi, eşitməməyi, danışmamağı qəbul edirəm, amma hiss etməməyimi istəmə, o mənlik deyil”.

Gün kimi aydın olan həqiqətlərə qarşı gözlərimizi yumsaq da, onlar yox olmurlar. Problemlərin üstündə kürd oturmaq onları aradan qaldırmır, əksinə verdiyimiz istilik problemlər üçün körük rolunu oynayır. Xalçanın

Page 8: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

üstündəki toz-torpağı silib altına yığmaqla iş qurtarmır, sadəcə müəyyən müddətə gecikdirilir və bu mənada işimizi daha da artırmış və çətinləşdirmiş oluruq. “Görməsinlər, eşitməsinlər, danışmasınlar” – sanki müdir işçinin maddi imkanını təmin etməklə ondan mənəvi imkanlar sahəsində pəhriz tutmasını istəyir. Bəli, bu, işçi qarşısında qoyulmuş həqiqəti inkar, özünü inkar, şəxsiyyətini inkar tələbidir. Əsl mübarizə də elə bu an başlayır: ev-eşiyi, arvad-uşağı fikirləşərək meymun roluna girmək, yoxsa şəxsiyyət olduğunu yada salaraq yenidən dirilmək. E. Kamminqs bu barədə belə deyir: “Hər vəchlə səni digərləri ilə eyniləşdirməyə çalışan bu dünyada ən çətin mübarizə özünü qorumaq, özün olaraq qalmaqdır. Bu mübarizəyə girişmisənsə, artıq heç vaxt döyüş meydanından çıxa bilməyəcəksən!”

“Ayaq üstə dayananın ətrafında gəzərlər, yerdə uzananın isə üstünə çıxarlar” sözləri ilə bu əsrin insanlarına səslənən Konfuçius hamını minnətdən hörmət-izzətə dəvət edir. Hörmətli olmaq çox çətindir. Minnətli olmaq isə əksinə çox asandır, yalnız gərək şəxsiyyətindən imtina edəsən. “Şəxsiyyəti qorumaq” mübarizəsinə girmiş döyüşçü qarşısına çıxacaq acı sürprizlərə hazır olmalıdır.

Döyüşçü bu şərəfli yola özünü mühakimə edərək başlayır. Necə, hansı yolla, nəyin uğrunda kimi suallara veriləcək cavabını qətiləşdirdikdən sonra döyüş meydanına atılır. Bu yolda qarşılaşacağı ən kiçik səhvlərə belə o, gözlərini yuma bilməz. Bəzilərinin “işi böyütmək lazım deyil” deyərək, “sabitliyi və rahatlığı qoruduğu” bir vaxtda o, haqq səsini hamıya duyurur. Onu narahat edən məsələ insanların haqqına qurban verilmiş Haqqın haqqıdır. Əgər bilsəydik ki, bu gün qarşımıza çıxan problemlərin həlli dünənimizdədir... Əgər bilsəydik ki, dünənki həll yolları bu gün sabahımız üçün yeni problemin əsasını qoyur... Əgər bilsəydik ki, fillərin yükünü qarışqalar daşıya bilməzlər... Əgər bilsəydik ki, axar sular belə bulanmadan durulmur... Amma təəssüf ki, bilmirik və bunu bilmədiyimizi də bilmirik.

Yazıq insanların mədəni-mənəvi ehtiyaclarını orta əsrlər mentalitetinin yoğrulduğu qəliblərə yerləşdirməyə çalışırıq. Və əsrlər boyu bu qəlibi onlara ideal forma kimi təqdim edirik. Amma yaddan çıxartmayaq ki, o yazıqların ahını almaq çox təhlükəlidir. Necə deyərlər, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.

Kreslo virusu

İnternetdə bürokratiyanın və formal qaydaların hökm sürdüyü təşkilatlardan bəhs edən “Parkinson qanunu” adlı satirik bir yazıya rast gəlmişdim. Bu “qanun”a əsasən istənilən iş onun görülməsi üçün nəzərdə tutulmuş vaxta görə istənilən qədər uzadıla bilər. Məsələn, bir gün ərzində yerinə yetirilə biləcək bir iş üçün planda beş gün nəzərdə tutulubsa, həmin iş elə beş günə qurtaracaq. Müəssisədə elə boş-bekar, avara adamlar olur ki, kənardan baxan elə bilir ki, bütün işləri məhz onlar yerinə yetirirlər. Görülən işlər artsa da, azalsa da və ya ortada heç bir iş olmasa da müəssisədəki işçi sayı daim artacaqdır.

Page 9: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Təşkilatın strukturundakı bölmələrlə onların üzvlərinin sayı arasında tərs mütənasib var. Bununla bərabər, həmin bölmələrdə qərar verərkən işə aidiyyatı olmayan, bəlkə də ümumiyyətlə həmin mövzudan başı çıxmayan adamların səsləri nəticəyə böyük təsir edir. Belə yerlərdə mühüm mövzulara az vaxt ayırılır, əksinə 5-10 dəqiqəyə qərar veriləcək məsələlər isə saatlarla mübahisə mövzusu olur. Bürokratik əngəllərin və formallığın müşahidə olunduğu əsas sahələrə kadrların işə götürülməsi, iclaslar, plan və layihələr, eləcə də inzibati işlər aid edilə bilər. Müəssisə və təşkilatlarda ən çox qarşılaşılan problemlərdən biri müdir və məmurların bacarıqsızlığı üzündən qurumun fəaliyyətinin iflic vəziyyətinə düşməsidir.

Təşkilatın iflic vəziyyətinə düşməsinin ilk simptomları işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsi ilə meydana çıxır. Bunlar öz sahəsində heç bir nailiyyəti olmayan, amma həmişə başqa sahələrə də nəzarət etməyə çalışan, kreslo sevdası ilə alışıb-yanan insanlardır. Bu “kreslo virusu” tezliklə ətrafdakılara da yoluxur və təşkilat üçün ciddi təhlükə törədə biləcək bir xəstəliyə çevrilir. Qeyd etməliyik ki, bu naqis xislətin cazibə dairəsinə düşmək daha asandır, nəinki onu müalicə etmək. Bu “virus”a yoluxmuş adam özündən daha bacarıqlı insanları yanından uzaqlaşdırmaqla yanaşı, gələcəkdə ondan güclü ola biləcək şəxslərin öz yanına gəlmələrinə mane olur.

Belə “kresloman”ların vəzifəyə keçmələri artıq mərkəzi aparatda da işə aidiyyatı olmayan və müəssisəni yox, öz kreslosunu, inkişaf etməyi yox, yumşaq kresloda uzun müddət rahat oturmağı fikirləşən və buna mane ola biləcək hər kəsi təsirsiz hala gətirən insanların toplaşması deməkdir.

Bu “virus”u daşıyan birisi müəssisənin rəhbəri olduqda müavin vəzifəsinə özündən nisbətən bacarıqsız adam gətirəcəkdir. Eləcə də müavin əlinin altında öz qabiliyyətlərinə görə daha zəif bir məmurun çalışmasını istəyəcəkdir. Nəticədə ierarxiyanın bütün pillələrində tutduğu postun haqqını verə bilməyən insanlar qərarlaşacaqlar.

Xəstəliyin son mərhələsini belə təsəvvür etmək olar: Təşkilat sanki koma vəziyyətindədir və de-fakto yalnız kağız üzərində mövcuddur. Elan lövhəsində dörd il əvvələ aid bir afişa asılıb, Məmmədin otağının qapısında isə Əlinin adı yazılıb. Təşkilat mənəvi cəhətdən çökməklə yanaşı, fiziki baxımdan da bərbad haldadır. Binanın təmirə, avadanlıqların isə yenilənməyə ehtiyacı var. Bu yerdə heç bir müalicə fayda vermir və artıq müəssisə üçün tabut sifariş verə bilərsiniz. Yeganə çıxış yolu təşkilatın iflas olduğunu bəyan edərək, yeni ad altında başqa bir yerdə tamamilə yeni bir kollektivlə sıfırdan işə başlamaqdır. Əvvəlki müəssisəyə aid olan bütün avadanlıqlar və sənədlər məhv edilməli, bina isə sığorta edilərək yandırılmalıdır!

Komanda ruhu

Page 10: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Təşkilat və müəssisələrdə kollektiv düşüncəyə malik olan vahid komandanın formalaşdırılması çox çətin və mürəkkəb bir prosesdir. Bunun üçün ilk növbədə qarşıya qoyulmuş ümumi məqsəd, yəni missiya bütün komanda üzvləri tərəfindən qəbul edilməlidir. Komanda daxilindəki üzvlərdən hər hansı biri öz şəxsi mənafeyini ümumi mənafedən üstün tutduğu anda onun maraqları artıq kollektivin məramı ilə uzlaşmamağa başlayır və o, birgə fəaliyyətdən yavaş-yavaş təcrid olunur.

“Birgə fəaliyyət” üçün ümumi iş hamı tərəfindən qəbul olunmuş müəyyən plan və proqram çərçivəsində icra edilməlidir. Komanda öz məqsədlərinə nail olmaq üçün prinsiplərini müəyyən etməlidir. Yəni nəzərdə tutulmuş işlər qrupun missiyasına xələl gətirməyən vasitə və yollarla həyata keçirilməlidir. İşlərə ayrılan vaxt sərfini minimuma endirmək üçün komanda üzvlərindən kimin hansı işlə məşğul olacağı dəqiq müəyyənləşdirilməlidir. Hamının bir-biri ilə əlaqə saxlaya bilməsi, ümumi işin vəziyyəti barədə işçilərin məlumatlandırılması üçün mütəmadi olaraq yığıncaqlar keçirilməlidir. Amma bu iclaslarda da əsas məqsəddən yayınmaq lazım deyil. Yəni bəzən elə olur ki, üzvlər yeni ideya vermək, şirkətin inkişafı üçün fikir mübadiləsi aparmaq əvəzinə “kor kora kor deməsə...” məsəlinə uyğun olaraq bir-birlərini tənqid atəşinə tuturlar. İclaslara hazırlıqsız gələn, ideya verməyən, yalnız problem saymaqla məşğul olan, ortaya çıxartdığı problemlər üçün heç bir alternativ həll yolu təklif etməyən, müdirin bütün təkilflərinə “hə, əla fikirdir” deyən şəxslərin komandada tutduğu mövqe bir daha nəzərdən keçirilməli, mümkünsə, onlara başqa iş həvalə olunmalıdır.

“Ümumi məqsəd”dən yayınma hallarının aradan qaldırılması və “birgə fəaliyyət”də qayda-qanunların tətbiq edilməsi üçün səlahiyyətləri digər komanda üzvlərindən artıq olan bir başçıya, liderə ehtiyac vardır. Komandanın liderinin vəzifələri arasına “ümumi məqsəd”in formalaşdırılması, “birgə fəaliyyət”in təşkili və davam etdirilməsi daxildir. Əgər o bunların öhdəsindən gələ bilmirsə, deməli bəzi məsələlərdə ciddi səhvə yol verir. Elə qrup üzvləri olur ki, onlar – haqlı və ya haqsız olmalarına baxmayaraq – liderin göstərişlərinə tabe olmaqdan boyun qaçırırlar. Belə məqamlarda lider ona verilmiş səlahiyyətlər daxilində və öz şəxsi keyfiyətləri sayəsində komandada ədalət prinsipini təmin etməlidir. Müharibədə qələbə əsgərlərin, məğlubiyyət isə generalların adına yazıldığı kimi qrup fəaliyətində də yazılmamış bir qanun var: “Uğur bütün qrupun, uğursuzluq isə liderindir”. Buna görə də lider istənilən məğlubiyyətə görə məsuliyyətin onun üzərinə atılacağını nəzərə almalıdır.

Lider həm daxili, həm də xarici mühitdə komandanı təmsil etdiyi üçün böyük məsuliyyət daşıyır. Məsələnin bir tərəfi də var ki, lider gərək komandanın əksər üzvləri tərəfindən dəstəklənsin. Xarizmatik liderin ardınca getmək üçün insanlara təzyiq göstərməyə ehtiyac qalmır. Amma diktator rəhbərin komandanın üzvləri tərəfindən qəbul edilməsı üçün qrupa müəyyən təsir göstərilir ki, bu da gec-tez əks-təsirlə nəticələnir.

Lider ümumi məqsədə doğru irəliləmək üçün görüləcək bütün işlər barədə ümumi məlumata malik olmalıdır. Bundan daha vacib olanı isə ümumi, ortaq məqsədlərə bağlı olmaq mövzusunda da komandanın lideri sıravi üzvlər üçün nümunə təşkil etməlidir. Lider komanda daxilində qayda-qanuna, nizam-intizama riayət edilməsində ayrıseçkiliyə yol verməməli, qrup üzvlərinə iş tapşırarkən hamıya eyni gözlə baxmalıdır. Lider komanda

Page 11: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

daxilində tarazlığı qoruyub saxlamalı, ədalətli iş bölgüsü aparmalı və şəxsi münasibətlərin iş həyatına daxil olmasının qarşısını almalıdır.

Dahi şəxsiyyətlərin təkbaşına irəlilədikləri dövr artıq geridə qalıb. Müasir zəmanə kollektiv şüurun ön planda olmasını tələb edir. Buna görədir ki, indi “ağıllı müdir” dedikdə “təkbaşına qərar vermək bacarığı olduğu halda bütün komanda üzvlərinin fikirlərini öyrənməyə çalışan” insanalar başa düşülür. “Ağıllı müdir” müxtəlif xarakterlərə malik olan insanların öz istedadlarını üzə çıxarmalarına şərait yaratmaqla, onların kiçik qruplar halında birləşmələrini təmin edir. Məhz bu halda o, adi müdirdən liderlik mövqeyinə yüksəlmək imkanı əldə edəcəkdir.

Beləliklə, təşkilat və müəssisələrdə komanda ruhunun (əhval-ruhiyyəsinin) hakim olması üçün falçıları həmin quruma dəvət edərək ruh, cin çağırmaqlarını istəməkdənsə, ciddi və peşəkar işlə məşğul olmaq lazımdır. Komanda ruhunu qazanmamış bir təşkilatın olmayan ruhuna fatihə belə oxumağa dəyməz. Amma yaddan çıxarmayın ki, ruhsuz təşkilatın halvası rəqiblər üçün çox dadlı olur.

Axmaq puma sindromu

Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır. Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.

* * *

Uğur qazanmaq üçün “puma fəlsəfəsi”ni – xərclənən əmək ilə əldə ediləcək nəticə arasındakı uzlaşmanı yaxşı mənimsəmək lazımdır. İndi isə öz həyatımıza nəzər salaq. Qarşımıza qoyduğumuz hədəflər, qazandığımız uğurlar, işdən aldığımız ləzzət və karyeramız onlar üçün sərf etdiyimiz vaxta

Page 12: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

və enerjiyə dəyərmi? Yəni qazandıqlarımızın verdiyi enerji itirdiklərimizin apardığı enerjini layiqincə kompensasiya edə bilibmi?

Sırf inadkarlıq və prinsip naminə enerjimizi israf etmrikmi? “Axmaq puma sindromu” nəticəsində işlədiyimiz müəssisəyə nə qədər itki veririk? Getdiyimiz yol yüz faiz məğlubiyyətlə nəticələnəcəksə, lazımsız yerə inad edib yola davam etmək əvəzinə planlarımıza yenidən nəzər salıb “zərərin yarısında dönmək də kardır” düşüncəsi ilə geri qayıtmışıqmı? Təkrar-təkrar eyni işləri görərək fərqli nəticə əldə edəcəyimizi zənn edib, amma istədiyimiz sonuca nail olmayaraq təəccüblənmişikmi?

* * *

Bütün gücümüzü mənasız “Leyli”lərin yolunda xərcləyərək əldən düşmüş “Məcnun” olmaq istəmiriksə, bizi əhatə edən dünyaya real gözlə baxmağı bacarmalıyıq. Real dünyamızı xülyalarımızla formalaşdırdığımız xəyal dünyasından ayırmağı bacarmalıyıq.

Əgər hələ də sərf olunmamış enerjimiz qalıbsa, pumaları özümüzə repetitor seçə bilərik! Amma diqqətli olun ki, “müəllim” yanına getmək üçün xərclədiyiniz vaxt və enerji “dərs”dən qazanacağımız enerjidən artıq olmasın! Əks təqdirdə gələcəkdə biz də pumalara yem ola bilərik.

Buna deyərəm iş yeri

Bu yazıda Kanadada yaşayan və yenicə işə girmiş gənc bir türk qızın iş yeri ilə bağlı dostları üçün ilk təəssüratlarını yazdığı bir məktubdan bəhs ediləcək. Elektron poçtu vasitəsilə göndərilmiş bu məktubu eynilə diqqətinizə çatdırıram:

“Salam dostlar, Burada iş həyatının, demək olar, bütün elementləri bizdəkindən

fərqlidir. Bu şirkətdə müdirlərin şəxsi otaqları yoxdur. Onlar da bizimlə bərabər bir-birilərindən arakəsmələrlə ayrılmış kiçik otaqlarda otururlar. Müdirlərin heç katibələri də yoxdur: yalnız bütün idarəyə xidmət edən ümumi bir katibə var. Rəhbər işçilər qonaqlarını özləri qarşılayırlar. Çünki qonaq qarşılamaq üçün ayrıca bir işçi yoxdur. Surətçıxarma və faksların göndərilməsi kimi xidmətlər də ayrıca şəxslərə həvalə olunmayıb. Kimə nə lazımdır, buyurub özü yerinə yetirməlidir. İcazə almaq üçün ərizə yazmağa ehtiyac yoxdur. İşin çıxıbsa, istədiyin zaman iş yerini tərk edir, çalışma vaxtlarını özün müəyyən edə bilirsən. Məsələn, hər hansı səbəbdən işə bir saat gec gəlmisənsə, həmin gün işdən sonra əlavə bir saat işləyirsən.

Page 13: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Əsas giriş qapısında və laboratoriyaya daxil olarkən elektron şifrəli kartlardan istifadə edilir. Maaşlar ayda bir dəfə deyil, iki həftədən bir verilir. Bundan əlavə hər bir əməkdaş iki həftədən bir rəhbərliyə işi barədə hesabat xarakterli proqram təqdim edir. Burada görülmüş və görüləsi işlər barədə məlumat verilir. Tapşırılmış işin yerinə yetirilməməsinin səbəbləri, yaxud bu işi yerinə yetirmək üçün nələrə və ya kimlərə ehtiyac duyulduğu həmin proqramda öz əksini tapır.

İldə və hər rübdə bir dəfə “əsas prinsiplər” adı altında bir forma doldurursunuz. Bu sizinlə müdiriyyət arasında bir növ müqavilə rolunu oynayır. Gələcək karyeranız barədə planlarınız, eləcə də növbəti il (rüb) ərzində görəcəyiniz işlərin qısa xülasəsi bu sənəddə yer alır. Əlbəttə ki, qeydləriniz aydın, başadüşülən və ölçüləbilən olmalıdır.

Fəaliyyət tərziniz və hərəkətləriniz də nəzərə alınır və ölçülür. Məsələn, bir işi yerinə yetirmək üçün nəyi necə və nə vaxt edəcəyinizi özünüz müəyyənləşdirirsiniz. Və rübün sonunda fəaliyyətinizi qiymətləndirirsiniz. Bunun üçün iş yoldaşlarınıza anket paylayırsınız və onlardan xahiş edirsiniz ki, sizin iş tərzinizə qiymət versinlər. Nəticədə çatışmazlıqlarınızdan xəbərdar olursunuz və hansı cəhətlərinizi inkişaf etdirməyin səmərəli olacağını öyrənirsiniz.

Kağıza qənaət etmək üçün, demək olar, bütün müraciətlər və işgüzar ünsiyyət kompyuter vasitəsilə həyata keçirilir. Bütün texniki sənədlər internet səhifəsində elektron formada mövcuddur. Hamı öz işi ilə bağlı sənədləri əldə edə bildiyi kimi, başqalarının işlərinə və layihələrinə də “müşahidəçi” statusu ilə nəzər yetirə bilir. İstənilən məlumat və sənədlər web-səhifədə yerləşdirilir. İşə yenicə girmiş birisi lazımi məlumatı əldə etmək üçün bütün səhifəni ələk-vələk eləmir. Ona verilmiş şifrə ilə özünə lazım olan materiallara birbaşa giriş əldə edə bilir. Demək istədiyim odur ki, burada məlumat gizlədilmir!

İctimai yerlərdə – liftdə, dostların arasında və ya yemək zamanı layihələr haqqında danışmaq qadağandır. Şirkətə aid məlumat əldə edə bilərsiniz, amma bu məlumatlar rəqiblərinizə sızma ehtimalı olan yerlərdə dilə gətirilməməlidir. Layihə rəhbərləri hər toplantıdan sonra həmin layihə ilə bağlı irəliləyişləri və problemləri internet şəbəkəsilə digər işçilərə də çatdırırlar. Ümumiyyətlə, şirkət daxilində ünsiyyət internet vasitəsilə gedir.

Hər həftənin beşinci günü, saat 16:00-da, bizim dillə desək, xudmani bir yeyib-içmək olur. Şirkətin bütün işçilərinin iştirak etdiyi bu kiçik ziyafətdə işə yeni götürülənlər hamıya təqdim olunur və onlara köynək, çanta, papaq kimi hədiyyələr verilir. İşçilər çalışdıqları ixtisas sahəsini çox rahatlıqla dəyişə bilirlər. Yəni əgər birisi şirkətə başqa sahədə daha səmərəli ola biləcəyini hesab edirsə, rəhbərlik nəinki ona mane olmur, hətta bu təşəbbüsü alqışlayırlar.

Kanadada ən çox xoşuma gələn bir cəhət də heç bir işin yarımçıq qalmamasıdır. Məsələn, biri printerdən istifadə etdikdən sonra printerin rəngi qurtarırsa, həmin an ona lazım olmasa belə, o, kartrici dəyişir. Boyum çatmadığı üçün bir dəfə yanımdakı uzun boylu birisindən xahiş etdim ki, şkafın üstündəki kağızı mənə versin. Həmin şəxs onu mənə verdikdən sonra eyni vəziyyətlə başqalarının da qarşılaşa biləcəyini nəzərə alaraq, yuxarıdakı bütün sənəd və qovluqları şkafın aşağı gözünə yığdı.

Page 14: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Əgər sizə bir şeyin qadağan olunduğu deyilibsə və siz qulaqardına vurub onu eləmişsinizsə, kimliyinizdən asılı olmayaraq, sizə cəza verilir. Hər işə nəzarət edilir, heç nə boş-boşuna, söz olsun deyə söylənilmir. Hamı öz işini layiqincə yerinə yetirməyə çalışır və başqa cür davranmağı ağlına belə gətirmir. İş yerində başqalarına yardım edib-etməməyinizə, başqalarının işinə necə təsir etdiyinizə və iş fəaliyyətinizə də nəzarət edilir. Şirkətdə geyim sərbəstdir: kim necə istəyir, nəyi istəyir geyinir.

Hələlik bu qədər, özünüzə yaxşı baxın”.

Keyfiyyətli işçi sorağında

İşi keyfiyyətlə yerinə yetirmək üçün həmin iş barədə lazımi məlumata malik olmaq lazımdır. Bununla yanaşı, uğur qazanmağın əsas amillərindən olan ruh yüksəkliyi də yaddan çıxarılmamalıdır. Bu iki şərtdən biri təmin edilmədikdə keyfiyyət şkalasını maksimuma çatdırmaq, demək olar, mümkün olmayacaqdır.

Görüləcək işlə bağlı bütün texniki informasiyaya yiyələnən, yenilikləri daim təqib edərək məlumat bazasını genişləndirən və hərtərəfli inkişafını ruh yüksəkliyi ilə dəstəkləyən bir insanı uğurla çox qısa bir məsafə ayırır.

Daim inkişaf xətti üzrə hərəkət edən birisi uğursuzluq baş versə belə, işini davam etdirməlidir. Nəticəyə yox, işin özünə əhəmiyyət verməli, bilik və bacarığını, təcrübəsini həmişə artırmalı, özünə yeni-yeni dostlar qazanmalı, daha yaxşını və mükəmməli əldə etmək üçün bütün potensialını səfərbər etməlidir.

Peşəkarlarla çalışmaq onun ətrafındakı işçilərə də əlavə zövq, enerji və ruh yüksəkliyi verir. İşinin ustası olan şəxs yalnız özü üçün yox, çalışdığı şirkət və iş yoldaşları üçün də müsbət enerji qaynağıdır. “Bizdən nə kənd olar, nə də qəsəbə” şəklindəki səhv düşüncənin yerini “Bizdən kənd də olar, qəsəbə də, hətta gözəl şəhər də” fikri tutmalıdır.

Məhz o zaman hündür zirvələri, sıldırım qayaları olan dağın arxasında olduğunu zənn etdiyimiz uğurlar xülyadan həqiqətə çevriləcəkdir. Unutmayın ki, işlərini vaxtlı-vaxtında, yerli-yerində görən, şirkətin mənfəətlərini öz mənfəətindən üstün tutan insanlar həyatda daha yüksək uğurlar əldə edirlər.

İşini daha yaxşı bilən insanın özünə olan inamı başqalarına da müsbət təsir edir və onların çalışdıqları müəssisəyə maksimum faydalı olmalarını təmin edir.

Birisi alimə sualla müraciət etdikdə elm yolunda saçlarını ağartmış şəxs “bilmirəm” cavabını verir. Sual verən isə kobudcasına: “Heç utanmırsan, dövlətdən bu qədər maaş alırsan, amma sualımın cavabını bilmirsən”, – deyə giley edir. Alim isə ona çox ibrətli cavab verir: “Dövlət

Page 15: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

bildiyim şeylərin qarşılığı olaraq mənə məvacib verir. Əgər hər şeyi bilsəydim dövlət mənə maaş verə bilməzdi”. Bu misalı ona görə çəkdik ki, indiki insanların çoxu bilmədiklərini gizləyərək özlərini elə göstərmək istəyirlər ki, guya hər şeydən xəbərdardırlar. Əgər məvacibimiz bilmədiklərimizə görə müəyyən edilsəydi, görəsən, vəziyyətimiz necə olardı?

Bilmədiyini bilmək ağıla, bilmədiyini etiraf etmək isə mərdliyə, kamilliyə işarədir. “Bilmirəm” sözündən çox asanlıqla istifadə edən insan bununla özünə inamını və inkişafa meylli bir ruha sahib olduğunu nümayiş etdirir. Bilmədiklərini gizlətməyə çalışan birisinin maskası tamaşanın bir yerində mütləq düşəcəkdir.

İş bilən insanın yanında qısa vaxt ərzində qazanılmış təcrübə sağlam, müsbət və sərfəli olacaqdır. İş bilməyən və bunu bilmədiyini də bilməyən insanın yanında necə təcrübə qazanmaq olar ki?.. Olsa belə bunun insan həyatında heç bir faydası olmaz. Çünki elm, savad sağlam təməl üzərində qurulmalıdır.

Türkiyənin ən uğurlu və ən zəngin sahibkarlarından olan Vehbi Koç təcrübəli mütəxəssislərə böyük üstünlük vermişdir. O, ixtisaslı insanların qiymətini bu sözləri ilə təsdiq edir: “Hər hansı bir şirkəti uzağı beş ilə istənilən səviyyəyə çatdırmaq mümkündür. Ancaq bu şirkəti idarə edəcək və burada mütəxəssis kimi çalışacaq insanı yetişdirmək üçün isə 10-15 il lazımdır”. Ona görə də müasir dünyanın düşüncə tərzinə görə ixtisaslı işçi bir neçə şirkətə bərabər hesab edilir.

“Bilənlərlə bilməyənləri heç bir-birilərinə bərabər tutmaq olarmı?!”

Xəyal və uğur

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompyuter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir. Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail

Page 16: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.

“Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur”, – deyə C. Maksvell qeyd edir.

***Həyatda heç bir riski olmayan və çox zövqlü yeganə bir iş var:

xəyallara dalmaq. Xəyal dənizində gəmi batmaz. Zamansız və məkansız bir müstəvidə xəyallar quraraq fikirləşərkən, bəlkə də, gələcəyin bir çox uğurlu layihələrinin təməlini atmış olur insan.

***Orijinal fikirlər, böyük kəşflər xəyallarla başlamışdır. Xəyal bacarıq

qapısının cəftəsi kimidir. Uğurlu işlər, rekordlar ərəfəsində xəyal sanki tramplin rolunu oynayır.

***Xəyal etmək dedikdə, əlbəttə ki, hər tərəfi gül-gülüstan, özümüzü isə

çəmənlikdə istirahət edən şahzadə kimi fikirləşməyi nəzərdə tutmuruq. Həyatın acı reallığını istəməsək də, qəbul etməliyik. Lakin bu reallıq qarşısında ümidsizliyə düşməmək, daxili inamı bərpa etmək üçün xəyallarımızdan istifadə etməliyik. Belə demək mümkündürsə, ziddiyyətləri ixtisar etmək üçün “romantik fikirləşib, realist kimi yaşamalıyıq”.

***Hərəkətə keçməzdən əvvəl görəcəyimiz işi xəyallarımızda

canlandırmaq bizə əlavə motivasiya verər. Xəyallarımızı işə salaraq, “əvvəl hərəkət, sonra motivasiya” kimi səhv düşüncəmizi “əvvəl motivasiya, daha sonra hərəkət” prinsipinə çevirməliyik. Eyni zamanda, xəyal qurmanın əks-təsir verə biləcəyini də nəzərə alaraq, xəyal gücümüzdən yalnız motivasiya vasitəsi kimi yararlanmalıyıq.

***Ümid kasıbın çörəyidirsə, onun ən böyük sərmayəsi xəyaldır. İnsan

üçün puç olmamış ümidlər və reallığa qovuşmuş xəyallar var-dövlətdən daha əhəmiyyətlidir.

***

Page 17: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Malik olduğumuz, amma görüb duya bilmədiyimiz elə var-dövlətimiz var ki, ömür boyu bizə baxaraq mövcudluğundan xəbər vermək istəyir. Ancaq nədənsə, biz bu gözü həmişə yumulu formada görürük.

Fikirləşirəm, deməli yaşayıram

Müəssisə və təşkilatlarda aşağı təbəqə ilə yuxarı təbəqənin, yəni müdiriyyət ilə işçilərin bir-biriləri ilə səmərəli ünsiyyət qurmaları üçün tərəflərin düşüncə tərzləri arasındakı fərqlər öyrənilməli və bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Çünki bir anlayışa müxtəlif aspektdən yanaşdıqda onun tərəflər üçün kəsb etdiyi məna da dəyişir.

İşçisi ilə söhbət edən müdir məntiqli və soyuqqanlı danışmağa, fikirlərini quru sözlərlə ifadə etməyə çalışır. Bu ünsiyyət prosesində isə işçi bütün səmimiyyətini ortaya qoyur, qayğılarını emosional şəkildə müdirinə bildirir. Beləliklə, idarə olunanlar hiss və həyəcanlarını ifadə etməyə çalışdıqları halda idarə edicilərdə mənasız şikayətçi, başağrısı mənbəyi və yüksək tələbləri olan bir işçi təəssüratı oyadırlar.

Uğurlu və səmərəli ünsiyyət barədə yazılmış kitabların izah etməkdə aciz qaldıqları bəzi prinsipial məsələlərə Vehbi Yıldız özünün “İrfan Ordusu” kitabında aydınlıq gətirmişdir: “Əgər niyyətimiz şikayət etmək və haqqımızı tələb etmək deyilsə, heç kimin səhvi barədə danışmamalı, bu səhvi onun üzünə vurmamalıyıq. Şikayət edilən barədə məsələni araşdırmadan hökm çıxarılmamalı və onun haqqında sui-zənn edilməməlidir... Vəzifə və səlahiyyətlər bölündükdən sonra necə ki, heç kimin bizim işimizə qarışmağını istəmirik, eləcə də biz də başqasının işinə müdaxilə etməməliyik. Bu müdaxilə yalnız qarşıdakının istəyinə uyğun olaraq yardım xarakteri daşıya bilər... Əgər idarəetmə zorakılıq, hökm etmə vasitəsi olsaydı, dünyada haqq-ədalət qalmazdı... Lazım gələrsə, müdir işçilərinin mənfəəti naminə öz mənafeyini qurban verməli və bunu öz hərəkətləri ilə sübut etməlidir... Birisinə iş gördürmək istəyiriksə, onu o işin öhdəsindən təkbaşına gələ biləcəyinə inandırmalıyıq. Qarşılıqlı münasibətlərdə və qərar verərkən əsəblərimizi cilovlamalı, kobud rəftar etməməli, cəza verərkən həddimizi aşmamalıyıq... Qayğıkeşlik və şəfqət hissi həmsöhbətimizin ruhi vəziyyətindən və onun bu halını necə qiymətləndirməyimizdən asılıdır. Psixoloqların fikrincə hissi inkişaf əqli inkişafdan əvvəl gəlir. Əsas məsələlərdən biri ünsiyyətin daimi olmasıdır. Ünsiyyət zəiflədikdə və ya ümumiyyətlə kəsildikdə tərəf müqabilimiz də bizdən küsər və əlaqəni kəsər... Digər çalışanların yanında uğurlu işçiyə heç bir səbəbsiz xüsusi münasibət və iltifat göstərilməməlidir... İnsanların şəxsiyyəti və hissləri ilə oynamaq, eləcə də lazımsız yerə qışqırıb bağırmaq olmaz. Qarşımızdakının çatışmayan cəhətləri olsa da, ona hörmət-izzət duyulmalıdır. Məsləhət verərkən nəzakət, qarşılıqlı münasibətlərdə isə hüsn-rəğbət ön planda

Page 18: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

olmalıdır. Deyiləcək sözün yerini, vaxtını və ən əsası adamını düzgün seçmək, nəticələr barədə yaxşı-yaxşı fikirləşmək lazımdır. Bumeranq yox, ox atmalıyıq. İndi insanların daha çox sevgi və sayğıya ehtiyacı var. Mərhəmət və şəfqət əsas götürülməli, məcburiyyət qarşısında ədalətə müraciət edilməli, amma heç vaxt zülm edilməməlidir”.

“Fikirləşirəm, deməli yaşayıram!” düşüncə tərzinin hakim olduğu bir zamanda yaşamını davam etdirmək istəyən bir şirkət “səmərəli ünsiyyət sistemi”nə malik olmaq üçün “plüralizm”ə – fikir müxtəlifliyinə əsaslanmalıdır. İşçilərdə “fərqli fikirləşirəm, deməli qovulacağam” yox, “fərqli fikirləşirəm, deməli yaşayacağam” düşüncəsi formalaşmalıdır. Bu nöqtədə səhvə yol vermiş müdir “hamı mənim kimi fikirləşmək məcburiyyətindədir?” və “mənim kimi fikirləşənlər, yoxsa başqa cür fikirləşənlər şirkətə daha faydalı olarlar?” suallarına cavab tapmalı olacaq.

“Hamının “fikirləşirəm” dediyi bir yerdə gözəl ideyalar meydana çıxır”, – deyə Herbert Kasson bildirir. Müəssisənin qayda-qanununa riayət etmək məcburidir. Amma qaydaların uyğunlaşdırılmamış və qeyd-şərtsiz qəbulu şəxsiyyətlə şəraitin ziddiyyətinə gətirib çıxarır. Belə bir dualizmə yol verməmək üçün qərar alınan zaman işçilərin də rəyi nəzərdən qaçırılmamalıdır.

Şirkət bir ansambl olmalıdır. Hamının öz işini gördüyü və nəticədə ümumi, ahəngdar işin ortaya çıxdığı bir ansambl. Amma yaddan çıxarılmamalıdır ki, dirijorun əlindəki çubuq nə qırmanc, nə də ki zopadır. 

Başımızı qaşımağa vaxt ayıraq

Günəş Ceyranbatan gölünün arxasında gizlənmək üzrədir. Gölə yaxınlaşdıqca təsiri azalır bu enerji mənbəyinin. Amma hərəkətində, halında heç bir narahatçılıq, stres yoxdur. Çünki üzərinə götürdüyü vəzifəni, həmişə olduğu kimi, bu gün də layiqincə yerinə yetirmişdir. Ona görə də çox rahatdır, sakitdir.

Günəşin hər qürubu insanın da ömründən bir günün qürub etməsinə işarə deyilmi? Əslində doğulduğu gündən etibarən qocalmağa başlamırmı insan? Hər növbəti yaşda ruhunun bədəndən ayrılmasına daha bir addım yaxınlaşan insan, görəsən, ad günlərində nəyi qeyd edir? Ölümə bir qədər də yaxınlaşdığı üçün sevinir? Bəşər xilqətinin ən maraqlı ziddiyyətlərindəndir bu hal...

Bir yaram var mənim! Gün keçdikcə dərinləşən bir yara... Əslində Şərq insanlarının çoxlarında var belə yaralar. Bəzən qarşıma çıxan hadisələr isə sanki bu yaraya duz basır. Bilirsiniz, nəyi fikirləşirəm? İnsanların istədiyi şeylərin yanında əldə etdikləri balaca qarışqa boydadır. Çünki onlar çox şey

Page 19: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

istəyirlər. Hətta deyərdim ki, hər şeyi istəyirlər. Bəlkə elə buna görə də çox şeyə nail olmurlar.

***

Məktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə edirdik. Bu əməliyyat, adından da göründüyü kimi, misalı sadələşdirir, asanlaşdırırdı. Rəqəmlərin üstündən xətt çəkirdik və rəqəmlər azaldıqca məsələ-misalı həll etmək imkanımız da artırdı. Müasir insanın yaralarını sağaldacaq bir dərmandır sadələşdirmə əməliyyatı. Hər mövzuda danışan və yazan, hər sahədə at çapan, beynində min cür mövzu dolaşan, işlərinin çoxluğundan dost-tanışını görə bilməyən, görüşlərə getməyən müasir cəmiyyətin yorğun insanına həll yolu göstərilsə belə, nəsə dəyişərmi? Bu cümlənin forması kimi o məsələ də həqiqətən sual altındadır.

İşlərimizi sadələşdirməliyik. Maraq dairəmizi sadələşdirməliyik. Beynimizi, zehnimizi sadələşdirməliyik. Söhbətimizi, danışığımızı sadələşdirməliyik. Oxuduqlarımızı, yazdıqlarımızı, öyrətdiklərimizi sadələşdirməliyik. Gündəlik yaşayışımızı, həyatımızı sadələşdirməliyik.

***

“Bəyin oğurlanması” filmindəki Miriş obrazı kimi həmişə harasa qaçan, görüş yerinə həmişə gecikən və ya heç getməyən, işlərinin çoxluğundan “başımı qaşımağa belə vaxtım yoxdur” məsəlini özünə şüar edən adam üçün bir neçə il əvvəl başıma gəlmiş bir hadisəni və orada dediyim sözləri xatırlatmaq istəyirəm: 1999-cu ilin oktyabrında İstanbulda bir şirkət müdiri ilə görüşməli idim. Mənə pul borclu idi və doğrusu, bir neçə gün sonra Azərbaycana gələcəyim üçün bu pula ehtiyacım var idi. Əvvəlcə şirkətə zəng elədim. Dedi ki, bir gün sonra işçilərindən biri ilə pulu mənə göndərəcək. Sabahı gün gözləsəm də, pulu gətirib çıxartmadılar. Yenidən zəng elədim və o dedi ki, işi çıxıb gətirə bilməyib, ona görə də sabah şirkətdə görüşməyimizi təklif etdi. Razılaşdığımız vaxtda həmin şirkətə getsəm də, dedilər ki, müdir burada yoxdur. Həm də veriləsi pulla bağlı da məlumatı olmadığını deyən işçiyə həmin anda müdiri barəsində ağzıma gələni dedim. Gənc işçi əvvəlcə sanki şoka düşdü. Daha sonra isə müdirini müdafiə etməyə başladı. Onun çox işgüzar bir rəhbər olduğunu və hazırda işi çox olduğuna görə verdiyi sözə əməl edə bilmədiyini dedi. Mən isə ona qısaca başıma gələnləri danışdım. Beş manat pulu beş günə çatdıra bilməyən bir müdirə nə bəraət qazandıra bilərdi ki? Əslində etməli olduğu iş çox sadə idi. Özü burada olmasa belə, işçilərindən birinə tapşıracaqdı ki, pulu filan adama versin. Həmin gənc oğlana o gün bunları demişdim: “Sənin müdirin çox işgüzar ola bilər. Görəcəyi işlər də çox ola bilər. Amma buradan

Page 20: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

görünür ki, o, işini bilən bir müdir deyil. Dediyim sözləri eynilə müdirinə deyərsən”. Mənim bu sözlərimdən sonra qarşımdakı işçi əslində belə şikayətlərin çox olduğunu dedi və elə o dəqiqə yanımdaca müdirinə zəng elədi, mənim narazılığımı ona çatdırdı. Müdir öz növbəsində dərhal pulu ödəmək tapşırığını verdi. Tez bir zamanda həll edə biləcəyi bir işi bu qədər əmək sərfindən sonra beş gün sonra və vaxtından gec yerinə yetirə bilmişdi.

Müdir yalnız iş görməyi yox, həm də işçilərinin enerjisini, biliyini, vaxtını və əməyini düzgün qiymətləndirərək işi gördürməyi bacarmalıdır. Çəkdiyim misaldakı müdir şirkətdə baş verən hər şeyi nəzarətdə saxlamaq istəyən, hər işə öz imzasını qoymaq istəyən birisi idi. Belə müdirlər isə bugünkü idarəetmə anlayışına uyğun gəlmirlər. Əslində elə insanlardan heç müdir də çıxmaz. Çünki o, aşırı təşəbbüskar və sərbəst hərəkət etmək istəyən birisi idi. Sözlərimə qüvvət, az sonra onun həmin şirkətdən çıxaraq şəxsi biznes qurduğunu eşitdim.

***

İşi yerinə yetirən yox, işini bilən adamlara ehtiyac var. İş görə bilən yox, iş gördürə bilən müdirlərə ehtiyac var indi. Həyatının günəşi qürub etməmiş, hər bir işi ilə ətrafına işıq saçacaq nümunəvi insanlara hava-su qədər ehtiyac var indi.

Monoton bir yazı

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:

Burada çox qaldığım üçün dəyərsizləşdim mən,

Suyun hovuzda çox qalanda iyləndiyi kimi.

Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.

“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar... Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi?

Page 21: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

***

Müasir dövrdə insanların ən çox qarşılaşdıqları problemlərdən biri də yeknəsəqlik, monotonluqdur. Həmişə eyni tempdə davam edən və daim təkrarlanan bir işin insanda yaratdığı yorğunluq və bezginlik vəziyyətinə monotonluq deyilir. Monotonluğun əsas səbəbləri sırasında görülən işin xüsusiyyətləri, iş yerindəki ab-hava, işçinin monotonluğa qarşı həssaslığı və onun psixoloji vəziyyəti göstərilə bilər. İsveçdə saat zavodunda aparılmış tədqiqatlar çox sadə işlərin monotonluğa və nəticədə psixoloji yorğunluğa səbəb olduğunu təsdiqləmişdir. Kanadanın Statistika Mərkəzi də eyni faktı təsdiqləyir. Mərkəzin araşdırmaları göstərmişdir ki, insanlar daha çox çətin işləri xoşlayırlar. Çünki çətin işlər onunla məşğul olanın həmin işə daha çox əhəmiyyət verməsinə səbəb olur və nəticədə monotonluq yaşanmır.

Bu sahədə ilk ciddi tədqiqatlar 1-ci dünya müharibəsi zamanı aparılmışdır. Çünki müharibə təşkilatçılıq və səmərəli əmək bölgüsü tələb edirdi. Müharibədən sonra ingilis psixoloqlar monotonluq mövzusunu daha dərindən tədqiq etməyə başladılar. Əmək bölgüsünün istənilən səmərəni verməməsinin əsas səbəbi monotonluq problemidir. Məşhur iqtisadçı Adam Smit monotonluq nəticəsində işçilərin yaradıcılıq qabiliyyətlərini itirdiklərini və səmərililiyin aşağı düşdüyünü deyir. Eyni zamanda, iş prosesində ağıl və zəkasından istifadə etməyən insanların tədricən bu zehni bacarıqlarından da məhrum olduqları qeyd edilir. Ruh ancaq işin zənginliyi ilə, ondan alınan zövqlə inkişaf edə bilər.

Bir lətifə

Məşhur şirkətlərdən birinin baş idarəsində yeni işə girmişdim. Şöbə müdirinin köməkçisi vəzifəsində çalışacaqdım. Qarşıdan gələn bayrama 10 gün qalmış müdirim xəstələndi və işə çıxmadı. Elə həmin gün baş direktor məni yanına çağıraraq: “Təbrik məktubları hazırdırmı?” – deyə soruşdu. “Bağışlayın, hansı təbrik məktubları?” – mən də suala sualla cavab verdim. “Arif müəllim bu haqda sənə heç nə deməyib? Qarşıdan bayram gəlir. Camaatın bayramını təbrik etməliyik. İndiyə qədər hazır olmalı idi, – deyə baş direktor məzəmmət etdi, – onda çalışın, sabaha kimi çatdırın”. Direktora “oldu” deyərək otaqdan çıxdım. Məktubların hamısını mürəkkəblə və gözəl xətlə yazmağı tapşırmışdı. 2000 ədəd “aşağıdakılar”a ünvanlanacaqdı: “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. Digər 1000 məktub isə vəzifə sahiblərinin adına yazılacaqdı: “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram”. Evə gələn kimi keçdim stolun arxasına. “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. 1, 5, 20, 200, 500... Yazılmamış məktublar hələ də qalay-qalaydır. Artıq ürəyim sıxılır! 700, 900... İki qutu siqareti qurtarsam

Page 22: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

da, məktublar bitmək bilmir. Gözümə yalnız çörək pulu dayanıb, yoxsa bunları elə bu dəqiqə cırıb tullayardım. 2000-ci məktubu əlimə götürəndə artıq dan yeri sökülürdü. Elə mənim də bir tərəfim sökülmüşdü, di gəl bu iş... “Yuxarıdakılar”a ünvanlanan məktubları yazmağa başlayanda stolun üstündə üç boş siqaret qutusu var idi. “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram” – daha 1000 dəfə bu cümləni yazmalıyam. 1, 5, 20, 100... Daha göz qapaqlarımı açıq saxlaya bilmirəm. 200, 500, 700... Yaz ki yazasan. Artıq qələmi də əlimdə tuta bilmirəm. Mən qələmi yox, qələm məni idarə edir. “Gələcək işlərinizdə uğurlar arzulayıram, sizin və xanımınızın bayramını təbrik etməklə bərabər”. “Sizin və xanımınızın bayramını təbrik edir, sizə xoşbəxt gələcək, bərabər həyat arzulayıram”. “Sizin bayramınızı təbrik etməklə bərabər, bayramda sizə gələcək Arzunu da səmimi qəlbdən salamlayıram”. “Arzunu və Bayramı təbrik edir, onlara xoşbəxt gələcək arzulayıram”. “Çox səmimi duyğularla xanımınızın bayramını edirəm və arzum budur ki, gələcəkdə də bir sıra uğurlu işlərə imza atsın”. “Sizin, xanımınızın, Arzunun bayramlarını təbrik edir, hamınıza xoşbəxt və uğurlu gələcək arzulayıram”. “Qarşıdan gələn bütün bayramlarda arzu edirəm ki, bərabər olasınız, gələcəkdə uğurlu işlər görəsiniz”... Səhər işin başlama vaxtında gözüm qan çanağına dönmüş şəkildə baş direktorun otağına girdim. Məktublara səthi göz gəzdirdikdən sonra: “Afərin! Gözəl yazmısan. Elə bu dəqiqə göndərin”, – dedi. Tapşırdığı kimi məktubları yolladıq. Üç gün keçməmiş bizim baş direktoru, bir neçə gün sonra isə məni də işdən yolladılar.

TÜSİAB klassikası

1994-cü ildə Bakıda fəaliyyətə başlamış Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyəti – TÜSİAB yarandığı gündən etibarən Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə çalışmışdır. Cəmiyyətin əsas məqsədi türkiyəli iş adamlarının Azərbaycanda sahibkarlıqla məşğul olmalarına şərait yaratmaq, eləcə də öz üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə çalışaraq iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsidir.

TÜSİAB cəmiyyətinin vasitəsilə Azərbaycana yüzlərlə türk iş adamı dəvət edilmişdir və bu şirkətlər hazırda ölkənin bütün regionlarında fəaliyyət göstərirlər. Məlumat üçün qeyd edə bilərik ki, sayı 300-ü keçmiş bu sahibkarların Azərbaycan iqtisadiyatına yönəltdiyi investisiyanın miqdarı 2 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, həmin şirkətlərdə 30000 nəfərdən çox işçi çalışır.

Öz təcrübəmdən deyə bilərəm ki, TÜSİAB-ın təşkilatçılıq fəaliyyəti digər qurumlar üçün əsl nümunə ola bilər. İlk dəfə mən 2000-ci ilin may-

Page 23: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

iyun aylarında cəmiyyətin təşkil etdiyi “Səmərəli idarəetmə” seminarlarında iştirak etmişdim. Həm təşkilatçı, həm də məruzəçi kimi qatıldığım bu seminardan əlavə indiyə qədər TÜSİAB-ın təşəbbüsü sayəsində 12 belə tədbir keçirilib. 10-a yaxın beynəlxalq təcrübəyə malik mütəxxəssisin çıxış etdiyi və 71 şirkətdən 170-ə qədər işçinin iştirak etdiyi seminarların səsinin Azərbaycanın sərhədlərini aşaraq Çin səddinə kimi gedib çatdığını əminliklə deyə bilərəm. Belə ki, əvvəlcə Bakıdakı seminarların sorağını duymuş Qazaxıstandakı türk iş adamlarının dəvəti ilə 2002-ci ilin əvvəllərində Alma-atada iki həftəlik seminar təşkil etdik ki, orada 70-ə yaxın şirkət təmsil olunmuşdu. Daha sonra Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı və türkiyəli iş adamları üçün də paytaxt Moskvada idarəetmə ilə bağlı seminar verdik.

İş dünyasının adamlarını özündə birləşdirən TÜSİAB üzv şirkətlərinin sosial-mədəni həyatında da mühüm yer tutur. Cəmiyyətin ən çox marağa səbəb olmuş tədbirlərindən biri də artıq ənənə halını almış futzal turniridir. İlk iki turnirdə meydançada top qovan həvəskar futzalçılar arasında yer alsam da, keçən ilki – sonuncu yarışın həyəcanını tribunalarda yaşadım. Bu arada qeyd edim ki, 2001-ci ildə baş tutmuş birinci turnirdə Qafqaz Universiteti ilə birlikdə finala kimi irəliləmişdik.

Türkiyə Cümhuriyyətinin 80-ci ildönümünə həsr edilmiş sayca üçüncü turnir təxminən iki ay davam etdikdən sonra 15.01.2004 tarixində İdman Oyunları Sarayında tarixin yaddaşına köçdü. “Anşad Petrol” və “Azərsun” komandalarının qarşılaşdığı final matçında qalib gələn “neftçilər” elə ilk cəhddə kuboku muzeylərinə apardılar. Hər cəhətdən yüksək səviyyədə təşkil edilmiş bu turnir, həqiqətən də, bir TÜSİAB klassikası idi.

Keyfiyyət və müsbət enerjinin rəmzi olan TÜSİAB-a Azərbaycanımız və Türkiyəmizin inkişafı uğrunda göstərəcəyi bütün işlərdə uğurlar arzulayıram.

İşgüzar qeydlər

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı...

Yaxşı təşkilatçılıq olmayan yerdə qayda-qanun yox, insanlar hökm edir...

Page 24: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

***

Həddindən artıq pulgir olan birisi vəfat edərkən oğlanlarının üçünə də vəsiyyət edir: “Mən öldükdən sonra hərəniz qəbrimin üstünə 500 dollar qoyarsınız”. Birinci gün böyük oğul, ikinci gün isə ortancıl oğlan atasının vəsiyyətini yerinə yetirir. Üçüncü gün məzarın üstünə gələn kiçik oğul oradakı 1000 dolları götürərək yerinə 1500 dollarlıq çek qoyur.

Çoxdan istəyən azdan da olar.

***

İki sahibkar bir kitabdan oxuduqları proqnoza əsaslanaraq, əllərində olan bütün sərmayələrini verərək hamısının müqabilində qəhvəyi rəngli parça alırlar. Amma gözlənildiyi kimi, həmin il qəhvəyi rəngli parça dəbdə olmur və sahibkarlar iflasla üz-üzə qalırlar. Bir-iki gün sonra onların dükanına girmiş bir zabit qəhvəyi rəngli parça lazım olduğunu deyir və həmin parçadan nümunə götürərək komandirinə göstərmək üçün aparır. O, komandir bəyənəcəyi təqdirdə əllərində olan bütün malı alacağını deyir. Və şərtləşirlər ki, əgər sabahı gün saat 12:00-a kimi komandirdən teleqraf gəlməsə, deməli parça alınmışdır və ölçüyə uyğun kəsə bilərlər. Gecə boyu yata bilməyən iş adamları səhər tezdən saniyələri saymağa başlayırlar. Saat 10 olur, 11 olur, hələ ki, heç bir xəbər yoxdur. 12-yə qədər poçtalyonun gəlməməsi üçün canlarını dişlərinə keçirib gözləyirlər. Saat 12-yə 5 dəqiqə qalmış küçənin o başında poçtalyon görünür. Çarəsiz şəkildə yerlərində donub qalırlar. Məyus olsa da, biri teleqrafı oxumağa qərar verir və ilk sətirə göz gəzdirib sevinclə qışqırır: “Muştuluğumu ver, atan ölüb”.

Atasının ölümünə sevinmək istəməyənlər biznesə girişmədən əvvəl marketinq tədqiqatı aparsınlar.

***

Bir marketinq şirkətində qablaşdırma üzrə işə düzələn birisi elə ilk iş gününün sonunda qovulur. Çünki qablaşdırılmaq üçün yanına gətirilən bananları əyri olduqları üçün zibil qabına atırmış.

Düzəldilməsi mümkün olmayan əyriləri vaxtından əvvəl düzəldə bilməzsiniz.

***

Page 25: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Terroristlər tərəfindən tutulmuş üç şirkət işçisi öldürülməmişdən əvvəl bir yerə gətirilirlər. Terrorist qruplaşmanın başçısı ənənəvi olaraq onlardan sonuncu arzularını soruşur. Fransız məmur dövlət himninin çalınmasını istəyir. Yapon mütəxəssis isə yapon idarəetmə fəlsəfəsi haqqında bir konfransa qulaq asmaq istədiyini bildirir. Amerikan isə bunları deyir: “Məni elə bu dəqiqə öldürün. Yapon menecmenti haqqında konfransa qulaq asmaq mənim üçün elə ölümə bərabərdir”.

Amerikan menecerlər Çin işgəncəsindən yox, yaponların idarəetmə üsullarından qorxurlar.

***

Bir şirkət işçisi psixoloqa müraciət edir: “Özümü axtarıram, xahiş edirəm mənə kömək edin”. Həkim ondan: “Özünüzü tapdıqda qarşınızda necə adamı görmək istəyərdiniz?” – deyə soruşur. O isə belə cavab verir: “Qarşımda görəcəyim adam istəyirəm ki, müdirim kimi uğurlu biznesmen, hamı tərəfindən sevilən, çoxlu pulu olan, dünyanın bir çox ölkəsini gəzmiş olsun...” Həkim onun sözlərini yarıda kəsir: “Bağışlayın, onda siz özünüzü deyil, müdirinizi axtarırsınız”.

Əsas olan nəyi axtarmağın yox, niyə axtarmağındır.

Page 26: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

FƏRDİ İNKİŞAF YOLLARI

Page 27: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Ətrafınızdakılarla ünsiyyətə girin

Təsir göstərməyin və təsirə məruz qalmağın əsas forması və müasir dünyanın ən ümdə atributlarından biridir ünsiyyət. O yalnız bir tərəfin aktiv iştirak etdiyi adi nitq prosesi deyil; ünsiyyət zamanı tərəflərin hər ikisi fəal olmalı, qarşılıqlı surətdə bir-birilərini tamamlamalıdırlar.

Simmetrik quruluşa malik olan ünsiyyətdə – stolüstü tennis kimi – qarşılıqlı məlumat mübadiləsi vardır. İkitərəfli ünsiyyət birtərəfli münasibətdən daha yavaş, amma daha düzgündür. Qabaqcıl şirkətlər üzrə aparılmış bir tədqiqatın yekunlarına görə, iştirakçıların 90 %-i bir istiqamətli ünsiyyət zamanı ruh düşkünlüyünə düçar olduqlarını qeyd ediblər.

Olmayan ünsiyyət anlayışı yoxdur, sadəcə mənfi ünsiyyət vardır. Məsələn, heç nə etməmək, susmaq, salam verməmək də özündə bir məna ehtiva edən davranışlardır. Səhər tezdən salamlaşmadan işə başlamış iki işçi arasında artıq mənfi ünsiyyət baş vermişdir. Bəlkə də diqqətsizliyimizdən meydana gəlmiş bu mənfi hal həmin gün boyu iş yoldaşımızın qanının qara olmasına səbəb olmuşdur.

***

İnsanlar arasındakı ünsiyyətin keyfiyyəti həyat eşqimizə təsir edən əsas amillərdən biridir. Birisi ilə ünsiyyət qurarkən məqsədimiz ondan istifadə etmək yox, onu həvəsləndirmək, həyatına yeni rəng qatmaq olmalıdır. Adamları işə götürdüyümüz zaman həvəsləndirsək, onlar müəssisəmiz üçün daha səmərəli olarlar.

Uğurlu ünsiyyət qurmaq üçün aşağıdakı ifadələr motivasiya mənbəyimiz ola bilər: insanları qiymətləndirmək çətin deyil; təbəssümün qiyməti yoxdur və maya dəyəri sıfıra bərabərdir; düzgün adam qarşısındakına əminlik qazandırır; insanı cəlbedici edən, ona hörmət qazandıran və bir çox bağlı qapıların onun üzünə açılmasına səbəb olan sehirli açar təvazökarlıqdır; əhval-ruhiyyəsi yaxşı olmaqla ətrafdakıların da kefini açan insanlar cazibə və enerji mərkəzidirlər; insanları və işini sevən birisi problemlərini danışmağa yox, onları həll etməyə çalışır; hal (hərəkət) dili, qal (danışmaq) dilindən daha təsirlidir.

XX əsrin əvvəllərində yetimxanalarda ölən uşaqların sayı həddən artıq çox idi. Orada həkimlər uşaqların yalnız bioloji cəhətdən qidalanmasına fikir verir, onların psixoloji ehtiyaclarını nəzərdən qaçırırdılar. Hazırda Qərbdə körpələr evində uşaqları gün ərzində bir neçə dəfə qucağa götürərək

Page 28: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

əzizləyir və onlarla sanki söhbət edirlər. Körpələrin beləcə qucağa alınmaları ilə ölüm faizlərinin kəskin aşağı düşdüyü aşkarlanmışdır.

***

İnsanlar eyni sözlərdən istifadə etsələr də, müxtəlif düşüncə tərzinə malikdirlər. Ünsiyyət prosesində meydana çıxan çətinliklərin sırasına bir-birini səhv başa düşməyi, anlaşmazlığı, müxtəlif düşüncə tərzlərini, qavrayışdakı fərqləri və s. qeyd edə bilərik. Psixoloji ədəbiyyatlarda belə çətinliklər kommunikativ maneələr adlanır. Adətən bu maneələr elə bir-biriləri ilə əlaqədar olur. Məsələn, müxtəlif düşüncə tərzinə malik olan insanlar bir-birilərini başa düşməkdə də çətinlik çəkirlər.

Silven Herpinin bu haqda dedikləri çox maraqlıdır: “Fikirləşdiyiniz, demək istədiyiniz, dediyinizi hesab etdiyiniz, dediyiniz, qarşınızdakının eşitmək istədiyi, eşitdiyi, başa düşmək istədiyi, başa düşdüyünü hesab etdiyi və başa düşdüyü arasında müəyyən fərqlər var. Yəni insanların bir-birilərini səhv başa düşmələri üçün ən az doqquz ehtimal var!”

Qatarın kupesində dörd nəfər var: bir qadın, bir qız, bir general və bir əsgər. Qatar tunelə girəndə kupe zülmətə bürünür. Birdən zil qaranlıqda bir öpüş və bir şillə səsi eşidilir. Yaşlı qadın öz-özünə fikirləşir: “Ayıb olsun əsgərə... qızı öpmək istədi. Amma qıza halaldır, yaxşı şillə geydirdi”. Gənc qız isə: “Generala ayıb olsun, qaranlıqdan istifadə edib qadını öpdü. Amma qadın da cavabını yaxşı verdi ha”, – deyə ürəyindən keçirir. General isə içini didir: “Əsgər... aşağı düşəndə sənin payını verərəm. Qızı sən öp, şilləni mən yeyim... Eybi yoxdur”. Əsgər isə fərasətinə görə özünü alqışlamaqdadır: “Əcəb aldatdım hamısını. Əlini öp, sonra da bütün zabitlərin acığını bir şapalaqla generaldan çıx...”

İndi necə fikirləşirsiniz, sizinlə ünsiyyət qura bildikmi?

 

Özünüzü ünsiyyət qəzalarından qoruyun

Sosioloqların apardıqları tədqiqatlara əsasən müəyyən olunmuşdur ki, beyninin potensial gücünün 1%-indən belə istifadə edə bilməyən bəşər övladı oyaq olduğu vaxtın 50-80%-ini ünsiyyətə ayırır. Ünsiyyətdə olduğu bu müddətin 45%-ini isə dinləməklə keçirir. Müdir və idarəçilər isə vaxtlarının 70%-ini danışmaq, oxumaq, yazmaq kimi ünsiyyət elementlərinə ayırırlar.

Page 29: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Sosial psixologiya sahəsində aparılmış tədqiqatlar göstərir ki, üzbəüz ünsiyyətin səmərəli olmasında sözlər 10%, səs tonu və intonasiya 30%, mimika və jestlər isə 60% rol oynayır. İnformasiyanı düzgün qəbul edib ona adekvat reaksiya vermək üçün fikrimizi bildirərkən jestlərdən və mimikadan düzgün istifadə etməliyik.

Bernard Şouya görə “ünsiyyətdə ən əsas məsələlərdən biri həmsöhbətlə dil tapmaqdır”. Bir-biriləri ilə əlaqədə olan insanlar ünsiyyət zamanı baş verə biləcək anlaşmazlıqları təbii qəbul etməlidirlər. Burada əsas məsələ anlaşmazlıqların “ünsiyyət qəzaları” ilə – münaqişə halları ilə nəticələnməsinə yol verməməkdir. Çünki insanlar arasındakı əlaqələr fərdin həyat eşqinə təsir edən əsas amillərdən biridir. Bu mənada, uğurlu ünsiyyətə mane olan səbəbləri dəqiqliklə müəyyən etmək lazımdır. Səhv anlayış, fərqli qavrayış, müxtəlif düşüncə və ünsiyyətqurma tərzləri, səmimiyyət dərəcəsi, fərdi-mədəni xüsusiyyətlərə XXI əsr insanı daha çox əhəmiyyət verməlidir. İnsanlarla münasibətlərimizdə dinləmək, jestlərdən istifadə, güzəşt və hüsn-rəğbət kimi məziyyətlər “elitar” xüsusiyyətlər yox, zərurət səviyyəsində qəbul edilməlidir. Dəyərlərin və buna əsasən də insanların xasiyyətlərinin daim modifikasiyaya uğradığı indiki zəmanədə ünsiyyət zamanı işlədilən yersiz sözlər tez-tez “ünsiyyət qəzaları” ilə nəticələnir. Və artıq belə hallar o qədər adiləşib ki, səhvlərimizə, kobud hərəkətlərimizə də çox rahat haqq qazandıra bilirik.

Uzunçuluğun siz oxucularla aramızda “ünsiyyət qəza”sı ilə nəticələnə biləcəyindən çəkinərək, yazımı bir lətifə ilə başa çatdırıram: Nyu-Yorkda yaşayan ər-arvad başqa-başqa şəhərlərə ezamiyyətə yollanırlar. Evə bir neçə gün sonra qayıdacaqlarına qərar versələr də, Nyu-Yorkda şiddətli qar yağması onların planlarını alt-üst edir və bir-biriləri ilə əlaqə saxlayaraq Floridada görüşməyi qərara alırlar. Ər Floridaya xanımından tez çatır və oteldə iki nəfərlik otaq sifariş verdikdən sonra arvadına elektron məktub göndərir. Amma ünvanda bir hərfi səhv yazdığı üçün məktub öz xanımına yox, bir gün əvvəl rahib əri vəfat etmiş yaşlı bir qadına gedir. Rəhmətlik yoldaşı kimi son günlərini sayan qoca qadın kompyuterin ekranında e-maili oxuyan kimi özündən gedir. Bir qədər sonra gözlərini açan qarı başına toplaşmış ev əhlinə kompyuterdəki yazını göstərir. Məktubda belə yazılmışdı: “Əzizim, bura çatan kimi səni qarşılamaq üçün hər şeyi hazırladım, hələlik isə mənim üçün müvəqqəti ayrılmış bir otaqdayam. Deyilənlər doğrudur, bura həddindən çox istidir... Səbirsizliklə sənin yolunu gözləyirəm... Ümid edirəm ki, sabah görüşəcəyik... Hörmətlə, səni sevən ərin”.

Öz-özümlə baş-başa           

Page 30: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

“Elmlə məşğul olanlara məlumdur ki, ilk inkişaf etmiş elm sahəsi astronomiya, inkişaf yoluna ən son qədəm qoymuş elm isə psixologiyadır. Elə buna görədir ki, insanlar başqa aləmləri öyrənməyə daha meyllidirlər, nəinki özlərini tanısınlar və ya öz mənlərini, mənlik şüurlarını kəşf etsinlər”, – deyə İbrahim Rəfiq çox incə məqamı qeyd edir.

İnsan ruhla bağlı təcrübələrə məruz qalan bioloji bir varlıq deyil; əslində bioloji tərəfləri olan ruh əsaslı bir varlıqdır. Son araşdırmalar insanın yalnız ətdən və sümükdən ibarət bir canlı olmadığını açıq-aşkar sübut etmişdir. Belə ki, bu mürəkkəb varlığın özündə psixoloji, bioloji, sosial, ruhi və əqli cəhətləri birləşdirdiyi artıq danılmaz bir faktdır.

Sabah daha fərqli tərzdə yataqdan qalxmalı və daha fərqli bir şəkildə güzgüdə özümə tamaşa etməliyəm! Və kresloma yastılanaraq indiyə qədər ünsiyyət zamanı çəkdiyim və çəkdirdiyim bütün problemləri fikirləşməliyəm. Ünsiyyət qura bildiklərimlə qura bilmədiklərimi zərgər dəqiqliyi ilə xəyali tərəzimdə ölçməliyəm.  

“Sizinlə ünsiyyət qura bilmişikmi?!” – deyə soruşmalıyam hər söhbət etdiyim adamdan. Və yarı yolda qalmış ünsiyyət karvanında özümün nə qədər günahkar olduğumu araşdırmalıyam bir sarban kimi. Araşdırma zamanı bəhanə xəzinəmə müraciət etməyib obyektivliyi qorumalıyam. Özümlə əyri oturub, düz danışmalıyam! Lazım gələrsə, elə düz oturub, düz də danışmalıyam öz-özümlə!

Pozulmuş ünsiyyətlərdə əsas səhvi özümdə gördükcə narahatlığım aradan qalxacaq və həlli mümkün olmayan xroniki problemləri bu sehrli üsulla həll edərək, həyatdan zövq almağa başlayacağam.

Bəzən lazımsız məsələlərə həddindən çox əhəmiyyət verdiyimi görüb, bəlkə də, təəccüblənəcəyəm. İşimə yönəltdiyim diqqət və ciddiyyəti özümə və ətrafımdakılara də tətbiq etdikcə meydana çıxmış sinergetik bir güclə özümü daha da inamlı və etibarlı hiss edəcəyəm.

Əslində həyatın çox gözəl olduğuna inanmalıyam! İnsanların çox qiymətli və şərəfli olduqlarına inanmalıyam. Görmə və eşitmə qabiliyyətim məhdud olduğu üçün lap yanımda olan elə gözəlliklər var ki, onlardan xəbərsizəm. Belə gözəlliklərdən xəbərdar olmaq üçün əvvəlcə... inanmalıyam.

“İnanırsansa, deməli üstünsən!” sözlərinə uyğun olaraq, inanmalıyam və artıq bu gündən özümlə ünsiyyətə girərək, özüm özümə – özüm öz üzümə gülümsəməliyəm. Hətta indiyə kimi dağıtdığım südləri, nəfsimdəki bütləri, qırdığım şüşələri acı qəhqəhələrə boğmalıyam. Qırdığım ürəklər üçün isə yalnız peşimanlıq duyğusu ilə göz yaşı tökməliyəm; ümid edirəm ki, hamının mütləq qalib və ya məğlub olduğu bir gün qələbə qazananların düşərgəsində qərarlaşa biləcəyəm.

Sizdən bir sual soruşmaq istəyirəm: “Sizinlə ünsiyyət qurmuşuq, yoxsa ünsiyyəti qırmışıq?” Bu suala verdiyiniz cavabları düzgün qiymətləndirmək üçün əvvəlcə gərək öz-özümə bir sualı səmimi cavablandırım: “Öz-özümlə ünsiyyət qura bilirəmmi?”

Page 31: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.

Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.

***

İstədiyiniz bir şeydən imtina etməyin, onu müəyyən müddətə ertələyin; çünki ondan imtina etsəniz belə, o sizin ağlınızdan çıxmayacaqdır.

Özünüzə tam sərbəstlik verməyin, özünüzü bəzi işləri həyata keçirməyə məcbur edin; sırtılmaq, sərbəst olmaq rahatlaşmağa, rahatlıq isə ölümə gətirib çıxarır.

Hadisələrə yalnız müsbət yanaşmaqla ruhunuzu həmişə müsbət mövqedə saxlayın; maqnitin əks qütbləri bir-birini çəkdiyi kimi, mənfi amilləri də müsbət mövqeyə çəkərək onları zərərsizləşdirməyə çalışın.

Şüar və kredolardan istifadə edin; dərin və mənalı fikirlərin icmalı olan faydalı şüarlar həyat yolunuzu tənzimləyən işıqfor rolunu oynayacaq.

Sahilə çıxan kimi geri dönməmək üçün gəmiləri yandırın; Adı Cəbəlüttariqdə əbədiləşmiş Tariq ibn Ziyad kimi: “Qarşımızda dərya kimi bir düşmən, arxamızda isə düşmən kimi bir dərya var”, – deyərək ancaq qələbəyə köklənin.

***

Daxili intizamınızı pozan amillərdən uzaq durmağa çalışın; “yox” deməyi bacarın, bəzi hallarda ən yaxın adamlarınızdan belə sizə ziyan dəyə biləcəyini nəzərə alın.

Page 32: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Hər şeyin beyində başladığını və qurtardığını yaddan çıxartmayın; orqanizmin kilo yarımlıq bir hissəsinin əslində super “bio-kompyuter” olduğunu anlayın.

Daxili intizamı təmin etmək üçün bir standart seçin; probelmlərlə aşıb-daşan həyatımızı, eləcə də daxili dünyamızı nizamlamaq üçün ən etibarlı vasitə inamdır.

Lazımi qədər güc-qüvvət toplamadıqca mübarizəyə girişməyin; gözləmə mövqeyində dayanmaq ağılsız hərəkətlərdən daha faydalı olur.

Xəyal etməkdən qorxmayın; qorxmayın, çünki xəyal dənizində gəmi batmır.

***

Əzmkar və məqsədyönlü olun; ümidsizlik elə bataqlıqdır ki, oraya düşən çətin qurtular. Oradan sağ-salamat çıxmaq üçün əzmkar olmaq lazımdır.

Konsentrasiyanızı artırın; “uğursuzluq filminin baş rolunu diqqətsizlik ifa edir”.

Özünüz üçün bir neçə maddəlik daxili nizam-intizam qaydaları tərtib edin; bu qaydalara riayət etmədiyiniz halda özünüzü cəzalandırın.

Bir işi görmək üçün zəruri və kafi şərtlər təmin olunubsa, gecikmədən o işi yerinə yetirin; çünki həyata keçiriləcək bir sıra işlər sizi gözləyir.

Bir işi çətinlik çəkmədən görmək istəyirsinizsə, qırx gün fasiləsiz o işi təkrar edin; Çünki az və davamlı bir iş çox sıx, amma fasilələrlə görülən bir işdən daha faydalıdır.

***

Bəli, dostlar, hərəkət etmək, fəal olmaq zəmanəsidir. Hərəkətdə bərəkət var. Adicə su belə hərəkətsiz qaldıqda iy verir. Bəs siz – bədəninin 70%-i sudan ibarət olan insanlar, hələ də hərəkətsiz qalmaqda israr edirsiniz?!

Sürəkli inkişaf

Page 33: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.

Müsbət dinamika, başqa sözlə müsbət istiqamətə yönəlmək çətin bir işdir. Bunun üçün iradəli və çalışqan olmaq lazımdır. Narahatlıq və əlavə başağrısı verdiyi üçün əksər insanlar dəyişməyə meylli olmurlar.

Uğur qazanmaq üçün dəyişmək lazımdırmı? Uğursuz olmaq üçün, əlbəttə ki, lazım deyil. Müsbət yöndə dəyişmək bizim uğurumuzu zəmanət altına almasa da, uğurlu yoldan çıxmamaq üçün bizə kömək edir. Son mənzilə çatıb-çatmayacağımız isə həmin yolda maşınımızı necə sürəcəyimizdən asılıdır.

Dəyişkənliyə müqavimət göstərməkdənsə, onunla necə rəftar etməyi öyrənmək daha məntiqli addımdır. Bunun üçün vərdiş və gərdişi-dövranımızı dəyişməyi bacarmalıyıq. “Ən böyük axmaqlıq işi həmişə eyni tərzdə görərək ondan fərqli nəticələr gözləməkdir”. Əməli fəaliyyət görmədən işlərin dəyişəcəyini gözləyiriksə, deməli artıq gecikmişik. Digər tərəfdən hər çalınan havaya oynasaq, enerjimizi lazımsız yerə xərcləmiş və israf etmiş olarıq.

***Yaponların “kaizen” düşüncəsi daimi, sürəkli inkişaf deməkdir. Sürəkli

inkişafı sürətli inkişafdan fərqləndirmək lazımdır. Sürəkli inkişaf dedikdə yavaş, amma fasiləsiz inkişaf başa düşülür. İnkişaf yolunu tutan birisi mütləq bir gün uğur əldə edəcəkdir. Onlar müvəqqəti uğursuzluqlarını düzgün qiymətləndirərək daim daha yaxşı vəziyyətə doğru irəliləyirlər. Bob Dilan: “doğumla məşğul olmayan ölümlə məşğuldur”, – deyərək uğurlu olmaq istəyənlərə düzgün yol göstərməyə çalışır.

Ani dəyişikliklərə insanlar sərt reaksiya ilə cavab verirlər. Ani dəyişkənliyə misal olaraq, qurbağa üzərində aparılmış təcrübəni göstərə bilərik. Bir ləyənin içində qaynar sobanın üstünə qoyulan qurbağa elə o saniyə tullanaraq ləyəndən çıxır. Amma ləyən sobanın üstünə qoyulduqdan sonra sobanı yandırdıqda və soba tədricən isindikdə qurbağa istilikdən həzz alır və ölüm anında belə kənara tullanmağa cəhd eləmir.

Sürətlə dəyişən müasir dünyamızın inkişaf tezliyi gələcəkdə daha da artacaqdır. Qarşıda bizi hansı dəyişikliklərin gözləməsindən asılı olmayaraq, birinci növbədə öz-özümüzlə mübarizə aparmalıyıq. Təcrübələr də sübut edir ki, uğur qazanmaq üçün əsas təkanverici qüvvəni rəqiblərlə mübarizədə yox, özümüzü müsbət yöndə dəyişdirmək üçün etdiyimiz cəhdlərdə axtarmalıyıq.

***“Heç nədən qorxma! Gəmini yüklə və yola çıx. Gəminin sağ-salamat

limana çatıb-çatmayacağını heç kim bilmir. Dəryalar aşmağa cəsarət

Page 34: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

etməyən tacirlər kimi olma. Bu, pul qazanmaq və ya itirməkdən daha əhəmiyyətlidir”, – deyən Mövlana hələ orta əsrlərdən bəşər övladını cəsarətli olmağa çağırmışdır.

Fərdi inkişaf

“Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir.

Fərdi inkişafa dair suallar

Fərdi inkişafa dair yazılmış bütün kitablarda və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərdə kifayət qədər məlumat varmı? Xeyr. Texnoloji yeniliklər insanların informasiyanı əldə etmək imkanlarını asanlaşdırsa da, istənilən mövzu haqqında səthi məlumat toplayıb onu kitab kimi oxuculara təqdim etmək düzgün deyil. Yalnız başa salmaq və yazmaq yetərli deyil... Dediklərini həyatda tətbiq etməyənlərin nəsihətləri su üzərində yazılmış yazılar kimidir.

Fərdi inkişafa dair yazılmış bütün kitablarda yazılanlar və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin dedikləri düzdürmü? Xeyr. Müxtəlif ideologiyalara xidmət edən mənbələrdən yayılmış informasiya mütləq yoxlanılmalıdır. Müəllifin fikirləri səhv olmaqla bərabər, tərcümə edilmiş kitablarda da tərcüməçinin yol verdiyi xətalar oxucunun da yanlış informasiya qəbul etməsinə səbəb ola bilər.

Fərdi inkişaf adı altında bizim oxuculara təqdim edilən müxtəlif mədəniyyət və ideologiyaların mənfi təsiri varmı? Bəli. Uzaq Şərq və Qərbdən olan bəzi cərəyanlar öz mənəvi dəyərlərini (!) bizə şirin, cəlbedici formada təlqin edərək milli dəyərlərimizin unutdurulmasına çalışırlar. Bu lap susamış adama duzlu ayran verilməsinə oxşayır.

“İnsanlara aid edilən sonsuz güc-qüvvət” ifadəsi özü boyda böyük bir yalandırmı? Bəli. İnsanın potensialı böyükdür, amma sonsuz deyildir. Bəzən pərdəarxası hadisələri müşahidə edən birisi elə olur ki, burnunun ucundakı təhlükəni görə bilmir. Yeganə Sonsuz Güc Sahibi insanı və onun yaşadığı kainatı heçdən yaradandır. “Onu tapan nə itirmişdir?! Onu itirən nə tapmışdır?!”

Fərdi inkişafa dair keçirilmiş bir seminardan sonra bu mövzuda olan bütün problemlərimizi həll edə bilərikmi? Xeyr. Müasir dövrün adamları

Page 35: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

artıq çox funksional olublar və həmişə hazıra nazir olmaq istəyirlər. Biz bir neçə saatlıq seminar və ya kurslarla dərdimizə dərman tapacağımızı düşünürük və bununla da, özümüz özümüzü aldadırıq. Halbuki fantaziyalara, xülyalara qapılmaqdansa həyatımızı həqiqi məlumatlar əsasında qurmaq daha düzgün olardı.

Şəxsiyyətin inkişafına dair keçirilmiş bir seminarda məsələ haqqında hərtərəfli informasiya verilirmi? Xeyr. Belə seminarlarda əsas məqsəd insanın bu yöndəki çatışmazlıqlarını üzə çıxartmaq və onu problemin həllinə təşviq etməkdir. Bu tədbir çərçivəsində iştirakçılara yalnız müəyyən açar-həllər təqdim edilir.

Fərdi inkişafda əsas məqsəd digər fərdlərlə rəqabətə girməkdir? Xeyr. Başqasını özünə rəqib seçən adam hərisliyin, bəd niyyətinin əsiri olur. Hərislik adama nəinki yeni uğur gətirmir, hətta onun özündə olan məziyyətlərdən də məhrum olmasına gətirib çıxarır. İnsanın rəqibi yalnız özü, nəfsi olmalıdır. Şəxsiyyət ancaq xarakterdəki mənfi cəhətlər aradan qaldırılmaqla təkmilləşdirilə bilər. Bu mənada, dünyaya göz açarkən Allahın insanlara verdiyi fitri xüsusiyyətlərdən “imtina etməkdənsə”, ailədə, məktəbdə və ya məhəllə həyətindəki mühitimiz vasitəsilə canımıza hopmuş çirkabdan – mənfi xüsusiyyətlərdən təmizlənməliyik. Anadangəlmə inadkar olan birisinin tərsliyindən əl çəkməsi mümkün deyil. Bəs nə etməli? Bu xüsusiyyətimizi müsbət yöndə, məsələn, elm öyrənmək yolunda, Azərbaycan xalqına xidmət yolunda istifadə etməliyik. Amma sonradan vərdiş etdiyimiz yalan danışmaq, qeybət etmək kimi mənfiliklər özünütərbiyə yolu ilə tərk edilməlidir. Qərb ədəbiyyatına nəzər saldıqda bu istiqamətdə oxucuları çaşdıran bəzi məqamların yer aldığını görürük. Fitri xüsusiyyətlərə məhəl qoymadan xarakterin dəyişdirilməsini aşılayan belə kitablarda şəxsi mənfəət naminə istənilən tip insan olmaq “məsləhət görülür”. Əslində isə müasir dünyaya, o cümlədən bütün türk dünyasına iradəli, sağlam şəxsiyyətə malik və cəmiyyət üçün faydalı olan bir insan lazımdır.

Faydalı insana ehtiyac var!Müasir dünyamızda milyardlarla insan, milyonlarla iş adamı, minlərlə

vəzifə sahibi, yüzlərlə uğurlu adam var. Amma təəssüf ki, faydalı insanların sayı çox azdır. Faydalı insan dedikdə cəmiyyət üçün lazımlı, xeyirli olanlar nəzərdə tutulur.

Faydalı insan olmaq üçün ilk əvvəl adam öz-özlüyündə bu suallara cavab tapmalıdır: Mən kiməm? Haradan gəlmişəm? Haraya gedirəm? Həyatda əsas məqsədim nədir? Məqsədimə çatmaq üçün hansı vasitələrdən istifadə etməliyəm? Vaxtdan səmərəli istifadə edə bilirəmmi? Əgər biz bu suallara cavab tapa bilsəydik...

“Bilikli insan çoxdur, amma bildiyini təmsil edən çox azdır. Əsas mənfi cəhətimiz bildiklərimizi həyatda tətbiq etməməyimizdir”. Yunus Əmrə: “Elm elm bilməkdir, elm özünü bilməkdir. Sən özünü bilməzsən, bu necə oxumaqdır”, – misraları ilə fərdi inkişaf məsələsində ən vacib məqama diqqət çəkmişdir.

Page 36: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

İnam və uğur “Ümid insanın özünü tanımasıdır” – bu sözlər ümidin çox dəqiq və

konkret tərifidir. Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.

Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

***Daxili inamİnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam

insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.

ÖzünəhörmətÖzünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir.

Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”.

Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

***Öyrəşdiyimiz ümidsizlikBəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı

uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər.

Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.

Page 37: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.

Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

***Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox

çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir: Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,İradəndən möhkəm yapış, bax gör nə olarsan!

Uğur və imic

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?

Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.

Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.

Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”.

Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli

Page 38: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir.

Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin; əziyyət verib özünüzü tanımağa cəhd etməyin, əlinizdə olan imkanları görməməyə çalışın; həyatda heç bir məqsəd seçməyin və özünüzü, işlərinizi, ümumilikdə həyatınızı əsən küləyin ixtiyarına buraxın, qoy haraya istəyirsə, aparsın sizi; birdən çaşıb strategiya-zad seçmək istəyərsiniz ha – plan, proqram tərtib etməklə vaxt itirməyin; hərəkət etməyin; nəticə özü ayağınıza gəlməyincə işə müdaxilə eləməyin; əldə etdiyiniz nəticələri qiymətləndirməyin; nəhayət, yaşamaq üçün daha rahat bir planet axtarıb tapın! Çünki bu qədər çətin uğursuzluğu əldə etmiş birisi kimi sizə Yerdə layiqli yer tapmaq çox çətindir. Gedin başqa planetlərə, imkanınız varsa, qalaktikanı dəyişin və yenə də imkanınız olsa, “uğursuzluğa aparan uğurlu yollar” adlı seminarlar təşkil edin.

Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir.

Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm.

Həyat dərsləri

Birinci dərs... Məktəbdə dərslərin başlamasından heç iki ay keçməmiş bir gün müəllim sinfə girərək “imtahandır” dedi. Məktəbin əlaçı şagirdlərindən biri idi və belə gözlənilməz sınaqlara da hazır idi. Testlərə bir-bir nəzər salaraq, sonuncu suala kimi hamısını cavabladı. Sonuncu sual isə belə idi: “Hər gün sinfi təmizləyən xadimənin adı nədir?” Yəqin ki, bu bir zarafat idi. Məktəbə erkən gəldiyindən o qadını bəlkə də hər gün görürdü. Hündürboy, qara gur saçları olan və təxminən əlli yaşlarında birisi idi.

Page 39: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Amma adını bilmirdi... Son sualı cavabsız qoyaraq imtahan vərəqini müəllimə verdi. İmtahan başa çatdıqdan sonra şagirdlərdən biri müəllimdən son sualın nəticəyə təsir edib-etməyəcəyini soruşdu. “Əlbəttə ki, ona da bal verəcəyəm, – deyə müəllim məsələyə aydınlıq gətirməyə başladı, – iş həyatınız boyunca bir çox insanlarla qarşılaşacaqsınız və onların hərəsi bir cür xarakterə malik olacaq. Amma buna baxmayaraq, onların hamısı sizin diqqətinizə, qayğınıza layiq adamlardır. Bəzən sadəcə gülümsəməyiniz və adi salam verməyiniz lazım olsa belə, bunu onlardan əsirgəməyin”. Bu dərsi ömür boyu yaddan çıxartmadı. Həmin xadimənin adını da... Doroti.

“İnsanlar sizin diqqətinizi əsirgəməyəcəyiniz qədər mühüm varlıqlardır”.

***

İkinci dərs... Bir dəfə gecə yarısı Alabamaya gedərkən şossenin kənarında zənci bir qadının dayandığını gördü. Qadın leysan yağışa baxmayaraq, xarab olmuş maşınından çıxmış və kömək etmələri üçün hər gələn maşına əl sallayırdı. O, maşınını kənara verərək saxladı. 1960-cı illərdə ağ dərili adamın bir zənciyə, üstəlik də Alabamada kömək etməyə çalışması ağlasığmaz hadisə idi. Qadını şəhərə kimi apararaq taksiyə əyləşməsinə yardımçı oldu. Ayrılarkən qadının kəskin xahişinə əsasən ünvanını ona verdi. Bir həftə sonra həmin kişinin evinə son model bir televizor gətirilir. Hədiyyənin üstündə bir kağız da var idi: “O çətin vaxtda mənə kömək etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qorxunc leysan baş-paltarımla yanaşı, ruhumu da tamamilə islatmışdı. İçimdə özümə və bütün bəşəriyyətə nifrət hissləri baş qaldırmışdı ki, siz gəlib çıxdınız. Məhz sizin sayənizdə ölüm dəqiqələrini yaşayan həyat yoldaşımın son anına çatdım. Tanrı sizə və ümumiyyətlə, qarşılığını gözləmədən başqalarına yardım edən hər kəsə kömək olsun! Ən xoş və səmimi arzularla Nat Kinq Koul”.

“Sizin üçün kiçik və adi olan bir şey başqaları üçün həyati əhəmiyyət kəsb edə bilər”.

***

Üçüncü dərs... On yaşlı bir uşaq şirniyyat dükanına girdi. Ofisiant qız o dəqiqə uşağın yanına gəldi. Balaca uşaq: “Şokoladlı tort neçəyədir?” – deyə soruşdu. Ofisiant: “50 sent”. Uşaq cibindəki xırda pulları sayaraq bir daha soruşdu: “Bəs, dondurma neçəyədir?” “35 sent”, – qız tələsik cavab verdi. Dükanda müştəri çox idi və qız onların hamısına təkbaşına xidmət edirdi. Bir uşağa çox vaxt ayırmamalıydı... Balaca pullarını bir daha sayaraq dondurma sifariş verdi. Qız dondurma gətirərək çeki qabın yanına qoydu və

Page 40: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

digər müştərilərin yanına qaçdı. Uşaq dondurmanı yeyib qurtardı və hesabı kassaya ödəyərək getdi. Ofisiant qız stolu təmizləmək üçün gələndə yerində donub qaldı. Boş dondurma qabının yanında uşaq 15 sent xidmət haqqı qoymuşdu.

“Sizə xidmət edənlərə əhəmiyyət verin və onları qiymətləndirin”.

***

Dördüncü dərs... Qədim zamanlarda bir padşah xalqı sınamaq üçün sarayına gələn yolun ortasına böyük bir qaya parçası qoydurur və özü də sarayın yola baxan pəncərəsinin qarşısına əyləşərək, olub-keçənlərə tamaşa etməyə başlayır. Əvvəlcə ölkənin ən zəngin tacirləri, karvan sahibləri, eləcə də saray məmurları yavaş-yavaş saraya gəlməyə başlayırlar və hamısı yoldakı qayanın yanından keçərək iqamətgaha girirlər. Onlar deyinə-deyinə: “Xalqdan bu qədər vergi alır, amma sarayının yolunu təmizlətdirə bilmir”, – deyirdilər bir-birilərinə. Daha sonra yolda bir kəndli peyda olur. Kürəyinə atdığı xurcunda saraya meyvə-tərəvəz gətirirdi. Qayanın yanına çatanda xurcunu yerə qoyur və var gücü ilə qayanı kənara itələməyə başlayır. Daş böyük və ağır idi, amma kəndli qan-tər içində qalsa belə, onu yoldan çıxara bilir. Elə xurcununu götürüb saraya girmək istəyirdi ki, qayanın əvvəlki yerində bir kisə olduğunu görür. Kisə ağzına kimi qızılla dolu idi. Üstündə də padşahın adından bir qeyd var idi: “Bu qızıllar qaya parçasını yoldan kənarlaşdırmış adamındır...”

“Qarşımıza çıxan hər əngəl həyatımızı yaxşılaşdırmaq üçün bir fürsət ola bilər”.

***

Beşinci dərs... Bir neçə il əvvəl xəstəxanada işləyəndə yanıma vəziyyəti ağır olan xəstə qız gətirdilər. Qızın yaşaması üçün yeganə yol beş yaşındakı kiçik qardaşından qan köçürülməsi idi. Bu balaca oğlan təxminən iki il öncə həmin xəstəlikdən son anda möcüzə sayəsində qurtulmuş və qanında o xəstəliyə qarşı immunitet əmələ gəlmişdi. Həkim vəziyyəti beş yaşlı uşağa danışdı və qan verib-verməyəcəyini soruşdu. Oğlan bir anlığa duruxduqdan sonra “bacım yaşayacaqsa, qanımı verərəm” dedi. Qan köçürülərkən uşaq bacısının gözlərinin içinə baxır və gülümsəyirdi. Qızın yanaqları yenidən qızarmağa başlayırdı, amma onun yanındakı çöhrə tədricən solurdu. Artıq balaca heç gülümsəmirdi də. Titrək səslə həkimdən soruşdu: “Elə indi öləcəyəm?!..” Bəli, bu cəsur, fədakar uşaq həkimin sözlərini səhv başa düşmüş və elə bilmişdi ki, bütün qanını bacısına verib öləcək...

“Əsas olan, heç nəyə baxmayaraq, verə bilməkdir”.

Page 41: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Onuncu kəndin sakinlərinə

Şəhərdə ali təhsilini başa vurmuş gənc bir oğlan dörd ildən sonra kəndə qayıdır. Atası ilə söhbət edərkən, oxuduğu dərslər, aldığı təhsilin keyfiyyəti barədə uzun-uzadı danışdıqdan sonra ağsaqqal kişi oğlundan bir sual soruşur: “Yaxşı, bunları başa düşdük, indi de görək orada sənə helm də öyrədiblərmi?” Atasının nədən bəhs etdiyini heç başa düşməyən gənc tərəddüdlə başını bulayır. “Onda bu dörd ili boş yerə oxumusan”, – deyə qoca təəssüflə bildirir.

İki gün sonra ata-oğul birlikdə kənd məscidinə cümə namazını qılmağa gedirlər. Uzun illərdir kənddə imamlıq edən molla əslində dini elə də dərindən bilmirdi və xütbədə oxuduğu ayələrdə səhvə yol verirdi. Əvvəlcə yerindən “səhv oxuyursunuz” deyən oğlan az sonra mollanın növbəti səhvini də büruzə verir. Üçüncü dəfə ayağa qalxaraq mollaya etiraz edən gənc ayənin düzgün formasını oxuyur. Artıq işlərin pis yerdə olduğunu görən molla: “Ay camaat, daha nəyi gözləyirsiniz?... dinimiz əldən gedir... ağzından süd iyi gələn uşaq mən boyda mollanı günahlandırır... haydı cəzalandırın bu kafiri”, – deyə qışqırır. Mollanın sözləri ilə qızışan avam kəndlilər gənci döyərək məsciddən kənara tullayırlar. Evə gəldikdən sonra atası oğluna tərəf dönərək: “Mən sənə demişdim axı bu qədər ili boş yerə oxumusan”, – deyə məzəmmət edir.

Bu hadisədən sonra gənc dəliqanlı atasından eşitdiyi helmi öyrənmək üçün yenidən şəhərə yollanır. 2-3 ildən sonra oğlan yenidən dədə-baba yurduna qayıdır. Və yenə də cümə günü atası ilə birlikdə məscidə gedəsi olurlar. Molla eyni, xütbə eyni, amma qarşıdakı gənc əvvəlki kimi sadəlövh deyil. Mollanın elə ilk səhvində oğlan əvvəlkitək ayağa qalxaraq işə müdaxilə edir. Artıq camaat işi bilir və mollanın əmrini gözləyirlər. Amma bu dəfə oğlan molladan cəld tərpənərək kəndlilərə belə səslənir: “Gecə yuxumda nurani, ağsaqqal bir kişi gördüm. Mənə “sizin kəndin mollasının yeri cənnətdir... əgər hər kim mollanın saqqalından daha çox tük qoparsa, o da cənnətə gedəcəkdir” dedi...” Oğlan sözlərini qurtarmağa imkan tapmamış cahil adamlar mollanın üstünə cumurlar... Məlum ki, evə qayıdanda bu dəfə atası “afərin, helmi yaxşı öyrənmisən” deyir.

***

İşin zarafatı bir yana, amma doğrudan da, helm hazırda gündəmi zəbt edən əsas mövzulardan biridir. Amma təəssüf ki, biz onun mənfi cəhətlərini

Page 42: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

daha yaxşı mənimsəmişik və adını da bir az müasirləşdirərək siyasət qoymuşuq. Səmimiyyətə həsrət qalmış dünyamızda şəxsi mənafeyini güdən insanlar siyasət yürütməyi özlərinə peşə seçiblər. Pərdə arxasında yalanı, ikiüzlülüyü gizlədən müasir siyasət anlayışı, təəssüf ki, hələ də məsum və səmimi insanları öz toruna salmaqdadır. Səmimiyyət-siyasət ziddiyyəti arasında qalmış adamlar müəyyən müddət sonra axına qarşı avar çəkməkdən yorulur və “hamı necə, mən də elə” deyərək onlarla birlikdə... bəli, təəssüf ki, siyasətə doğru üzməyə başlayırlar.

Gündəlik danışığımızda ağzımızdan düşməyən və yeri gəldi-gəlmədi istifadə etdiyimiz bir çox sözlər əslində qeyri-səmimi münasibətlərin həyatımıza tam yerləşdiyinin açıq-aşkar nümunəsidir. Götürək adi tələbə yoldaşlarını. Həftənin azı beş günü bir-birilərini görən uşaqlar hər gün görüşərkən yağlı bir öpüşdən sonra üç-dörd dəfə “necəsən, iş-güc, vəziyyət nə yerdədir” kimi cavab gözləməyən (!) suallarla səmimi münasibəti qeyri-səmimi sözlərlə “bəzəyirlər”. Molla Nəsrəddinin bu haqda məşhur bir lətifəsi var. Evinə qonaq gəlmiş birisi mollanın yanında üç gün qaldıqdan sonra yükünü uzunqulağa yükləyərək: “Molla, hörmət-izzətə görə sağ ol. Sənə əziyyət verdim”, – deyərək getmək üçün molladan icazə istəyir. Molla Nəsrəddin isə “səmimiyyət” xatirinə: “A kişi, nə əziyyət, bir-iki gün də qal, sonra gedərsən”, – deyir. Qonaq elə bunu gözləyirmiş kimi: “Qal deyirsən, qalım da. Bəs uzunqulağın ipini haraya bağlayım?” – deyə soruşur. “Səmimiliy”inin qurbanı olmuş molla isə: “İpi gətir mənim bu başıbəlalı dilimə bağla”, – deyir.

Hələ siyasətdə püxtələşmiş adamların çaşaraq ağızlarından çıxartdıqları sözlər olmasa, heç onların da səmimiliyinə şübhəmiz olmazdı. “Təşəkkür edirəm” əvəzinə “təəssüf edirəm” deyən insanların artıq maskalarını çıxartmaq vaxtıdır.

Başa düşməliyik ki, əsas məsələ helm öyrənib, hər çalınan havaya oynamaq deyil! İşin çətin və təbii ki, yaxşı tərəfi hər bir vəziyyətdə səmimi olmaqdır. “Düzünü deyəni doqquz kənddən qovarlar” məsəlinə baxmayaraq, şəxsiyyətimizi qorumağı bacarmalıyıq.

Siyasət yürüdərək doqquzuncu kənddə kəndxudalıq etməkdənsə, onuncu kəndin səmimi atmosferində rahat və sadə həyat sürməyi üstün tutmalıyıq.

Qəhvənizə duz tökün

Universitetdə təşkil edilmiş əyləncəli bir gecədə tanış olmuşdular. Parti başa çatan kimi qızı qəhvə içməyə dəvət etdi və qız razı oldu. Küçəyə çıxıb yaxınlıqdakı kafedə əyləşdilər. Oğlan o qədər həyəcanlı idi ki, ürəyinin

Page 43: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

döyüntüsündən ağzını açıb danışa bilmirdi. Bu vəziyyət artıq qızı da narahat etməyə başlamışdı və elə “mən artıq gedim” demək istəyirdi ki, dəliqanlı ofisiantı çağırdı. “Mənə duz gətirə bilərsinizmi? – deyə dilləndi, – qəhvəyə qatmaq üçün...” Ofisiant və qız çaşqın-çaşqın oğlana baxdılar. Oğlan utandığından qıpqırmızı olsa da, ofisiantın gətirdiyi duzu qəhvəyə tökərək qarışdırmağa başladı. Qız özünü saxlaya bilmədi: “Əcəb zövqünüz var”. “Elədir, – deyə oğlan danışmağa başladı, – uşaqlıq illərim dəniz kənarında keçib. Demək olar, bütün günü dənizdə oynayırdım. Dənizin duzlu suyu artıq damağımın dadına çevrilmişdi. Ağzımda hələ də dənizin duzlu suyunun dadı qalıb. Elə qəhvəni də o vaxtdan duzla içməyə öyrəşmişəm. O duzlu dadı ağzımda hiss edəndə uşaqlıq illərim, dəniz kənarındakı evimiz və xoşbəxt ailə həyatımız yadıma düşür. Anamla atam hələ də o evdə yaşayırlar. Hər zaman onlar üçün darıxıram...”

Oğlan xatirələrini danışarkən gözləri dolmuşdu. Onun danışdıqları qızı da yaman kövrəltmişdi. Bu qədər səmimi söhbət edən, evinə və ailəsinə çox bağlı olan bir adam öz arvad-uşağını da sevən, quracağı ailəyə sadiq qalan birisi olmalı idi. Bundan sonra da bir-biriləri ilə görüşməyə davam etdilər və bir-neçə ay sonra evləndilər. Ömürlərinin sonuna kimi xoşbəxt və mehriban bir ailə həyatı yaşadılar. Həyat yoldaşı həmişə əri üçün qəhvə gətirəndə içinə bir qaşıq duz atırdı. Çünki onun belə xoşladığını bilirdi. Qırx il sonra həmin adam dünyasını dəyişdi. Xanımı üçün üstündə “mən öləndən sonra oxuyarsan” yazılmış bir məktub qoymuşdu. Məktubda bunlar yazılmışdı: “Canım mənim, yalvarıram məni bağışla. Bütün həyatımızı bir yalanın üzərində qurduğumuza görə məni bağışla. Tanışlığımız boyu səni yalnız bircə dəfə aldatmışam. O da ki, duzlu qəhvədə!.. Səninlə ilk dəfə görüşəndə o qədər həyəcanlı idim ki, qənd demək istəyəndə ağzımdan “duz” sözü çıxdı. Sənin baxışlarından utandım və səhvimi düzəldə bilmədim, düzəltmədim. Bu yalanın bizi ömürlük bir-birimizə bağlayacağını heç ağlıma belə gətirmirdim. Dəfələrlə sənə əsl həqiqəti demək istəmişəm, amma həmişə səni itirməkdən qorxduğum üçün bu sirri qəlbimin dərinliklərində gizlətmişəm. İndi artıq ölürəm və qorxsam da, qorxmasam da səni itirirəm. Həqiqət məhz belədir... Mənim heç vaxt duzlu qəhvədən xoşum gəlməyib. Onları qatışdıranda çox əcaib bir dad alınır. Amma səni tanıyandan bəri bu əcaib içkini içməyə məhkum olmuşam. Və heç vaxt buna peşiman olmamışam. Səninlə birlikdə olmaq mənim üçün ən böyük xoşbəxtlik idi və mən bu xoşbəxtliyi sənə borcluyam. Yenidən doğulsam və hər şeyi yenidən yaşamaq imkanım olsa, yenə də ömür boyu səninlə birlikdə olmağı seçərdim... Hətta o həyatda da daim duzlu qəhvə içməyə təhkim olunsam belə!” Yaşlı qadının göz yaşları əlindəki məktubu suya qərq etmişdi...

Daha sonralar bir dəfə ərindən söhbət düşəndə qonşulardan biri qadından duzlu qəhvənin necə olduğunu soruşmuşdu. Yenə də göz yaşlarını saxlaya bilməyən dərdli, sədaqətli qadın: “Dillə deyilməyəcək qədər çox şirin...” – deyə cavab vermişdi.

Page 44: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

***

“Bir acı qəhvənin belə qırx il hörməti vardır” məsəlinə səbəb omuş bu hekayə bəlkə də heç həyatda yaşanmayıb. Amma qırx fincan qəhvə içdiyi halda, vəfasızlığından əl çəkməyən insanlarla biz hər gün rastlaşırıq. Siz acı qəhvənizi içərkən “düşmən cəfadan, dost isə vəfasızlıqdan usanmadı” dediyiniz bir vaxtda başqası da “qəhvəniz çox acıdır, bir az şəkər tozu qataq” deyərək fincanınıza duz tökür. Eybi yoxdur, qoy olsun. Həqiqi sevgilinin xətrinə bir ömür boyu duzlu qəhvə də içərik! “Gəlsə cəlalından cəfa, yaxud camalından vəfa... ikisi də cana səfa... lütfün də xoş, qəhrin də”, – deyərək duzlu qəhvəmizi içməyə davam edək!

Sevgini sevmək

Sabah ailə həyatı qurmalarının yubbileyini qeyd edəcəklərdi. Ərinə hədiyyə almaq üçün aylarla yığdığı pulları stolun üstünə tökdü. Cəmi bir dollar yeddi sent… Bu pula heç nə almaq olmazdı. Dəhlizdəki bədənnüma aynanın qarşısına keçdi. Saçlarını açıb çiyninə tökdü. Əvvəlcə tərəddüd etsə də, güzgüdəki baxışlar və onlarda gizlənən məna tədricən qətiyyət qazanırdı. Bir qədər saçlarını tumarladıqdan sonra cəld hərəkətlərlə qapını açaraq küçəyə çıxdı. Pariklərin satıldığı dükana girərək, “mən saçlarımı satmaq istəyirəm” dedi. Oradan çıxanda artıq cibində 20 dolları var idi və bu məbləğlə sevimli həyat yoldaşına gözəl hədiyyə ala bilərdi. Hədiyyəni seçmək də bir az vaxt apardı, amma nəhayət, bir saatsaz dükanından ərinə lazım olan hədiyyəni tapa bildi: saat kəməri. Yoldaşının dədə-babadan qalma qızıldan qol saatı var idi, amma kəmərini itirmişdi. Saatsazla anlaşaraq qızıl kəməri ondan alıb evə gəldi. Yenə də güzgünün qarşısına keçdi. Mənzərə fərqli olsa da, bu onu maraqlandırmırdı və indi yalnız yoldaşı haqqında fikirləşirdi. Bir az sonra qapını açıb içəri girən əri gördüyü mənzərə qarşısında donub qaldı. Sual dolu baxışların müşayiəti altında bağlamadakı hədiyyəni xanımına uzatdı. Qutunu açan qadın göz yaşlarını saxlaya bilmədi. Yoldaşı onun üçün bir neçə gün əvvəl mağazada gördükləri daraq komplektini almışdı… Özünü ələ alaraq o da hədiyyəsini yoldaşına təqdim etdi. Kövrəlmək növbəsi indi evin kişisində idi. Çünki daraqları almaq üçün o, qızıl saatını satmışdı… Amma kədərlənməyə dəyməzdi. Çünki onlar bununla ən mühüm sərvətlərini – bir-birilərinə olan sevgilərini qorumuşdular. Onlara görə bu sevgi nə satıla bilərdi, nə də alına…

***

Bəzən eşitdiyimiz bir musiqi bizi qüssəyə boğaraq keçmiş xatirələrə aparır. Bəzən də yadımıza düşən hadisələr təbəssüm etməyimizə səbəb olur.

Page 45: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Bunların hamısında həyatımızda iz buraxmış və hələ də unuda bilmədiyimiz sevgi hissləri var. Xatirələrə qərq olanda bizə sevinc, təbəssüm bəxş edən sevgidir. Elə acı xatirələr də səbrimizə mükafat olaraq bizi xoşbəxt edə bilər.

Bəzən haqsızlıqla, ədalətsizliklə, yalanlarla qarşılaşırıq və bu an içimizdəki sevgi duyğusu belə bizi mənfi qüvvələrə cavab verməkdən yayındıra bilmir. Amma yaddan çıxartmayaq ki, yalnız sevərək görülən işlər, sevgi duyğusunun hakim olduğu əməllər bu dünyada xoş xatirələr buraxır. Adımızın fərəhlə, şərəflə anılmasını istəyiriksə, işimizi sevməliyik, sevdiyimizi işləməliyik.

Xoşbəxtlik yolu

Heç kim sevdiklərini özü ilə apara bilməz. Onun qazancı bu dünyada etdiyi və insanların hər zaman faydalana biləcəyi işlərdir. Bu mənada, insanları sevmək və onlarla yaxşı münasibət qurmaq lazımdır. İçimizdə sevgi hissi daşımaq kifayət etmir, onu büruzə verməli, insanlarla birgə yaşamağa çalışmalıyıq. Sevgi həyatın səadətlə dolu olmasıdır, insanın o biri həyata xoş xatirələrlə yol almasıdır.

Sevgi ümid qaynağıdır. Bəzən küçədə ehtiyac içində olan insanlar görürük. İçimizi kədər boğur və onlara kömək etmək istəyirik. Amma hansısa bir hiss bizi onlara yaxınlaşmaqdan, əllərindən tutub kömək etməkdən çəkindirir. Onlara yardım etməyi başqasının vəzifəsi sayırıq. Amma “başqa” adamın özümüz ola biləcəyini heç vaxt fikirləşmirik. Sevgi hissini həyata keçirmək başqasından gözlədiyimiz işi özümüzün görməsidir. Çünki başqası da bizim kimi bir başqasını gözləyə bilər. Və nəticədə çarəsiz, köməyə möhtac insanlar başqa-başqa adamları gözləyə-gözləyə qalacaqlar.

“Xeyirli işlər üçün tələsin!”

Sevginizi büruzə vermək üçün gecikməyin. Xeyirli işlərin mənbəyi sevgidir. Və xeyirli işlərdə əsas məsələ gecikməməkdir. Qorxmayın, insanlarla paylaşın sevginizi. Çünki sevgi elə nadir hissdir ki, paylaşdıqca azalmır, əksinə daha da artır. Sevgini sevmək üçün bircə bu səbəb kifayət deyilmi?!

Page 46: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Həyat meydanı

Diqqətli baxışlarla dəmir yolu vağzalındakı izdihama baxırdı. Uzaq yoldan gəlsə də, marağı yorğunluğunu üstələmişdi. Bu şəhərə yaxasında gül olan, üzünü görmədiyi, ancaq uzaqdan-uzağa tanıdığı qız üçün gəlmişdi.

Bir neçə ay əvvəl internetdə tanış olmuşdular. Kilometrlərlə məsafə kompyuterin sirli ekranında əriyib yox olmuşdu. Qızın göndərdiyi məktub sanki onu sehrləmişdi. Məktubdakı sözlər məktubu yazan adamın qəlbinin dərinliyindən xəbər verirdi. Uzun müddət məktublaşdılar. O, qızdan şəkil göndərməyi xahiş etsə də, qız razı olmadı. Bir-birilərini başa düşürlərsə, zahiri görkəmin əhəmiyyətli olmadığını bildirmişdi qız. Hər məktub ürəklərinə bir sevgi toxumu səpirdi. Bir müddət sonra görüşməyi qərara aldılar. Görüş yerləri qızın yaşadığı şəhərin dəmir yolu vağzalı olacaqdı. Qız ona: “Məni yaxamdakı güldən tanıyacaqsan”, – demişdi.

Oğlan dəmir yolu vağzalına danışdıqları vaxtdan əvvəl gəlmişdi. Üzünü görmədiyi qızı axtarırdı. Həyəcandan az qala ürəyi yerindən çıxacaqdı. Birdən gülümsəyərək ona tərəf gələn bir qız gördü. Gözləri par-par parıldayırdı. Yəqin ki, bu o idi. Qızın “məni yaxamdakı güldən tanıyacaqsan” sözlərini unudub ona tərəf yaxınlaşdı. Görüşmək üçün əlini uzatsa da, əli havada qaldı. Qız istehzalı baxışlarla yanından ötüb keçdi. Bundan sonra gördüyü mənzərə oğlanı lap çaşdırdı. Qarşısında qırx-qırxbeş yaşlı, pəjmürdə qiyafətdə kök bir qadın dayanmışdı. Yaxasında da gülü var idi... Oğlan əvvəlcə nə edəcəyini bilmədi. Az sonra özünü ələ alıb yaşlı qadına salam verdi və dili topuq vura-vura: “Yəqin ki, siz internetdə tanış olduğum qadınsınız. Tanış olmağımıza çox şadam, – dedi və onların tanışlığına səbəb olan ilk məktubu uzatdı, – sizi restorana dəvət edə bilərəmmi?” Qadın gülümsəyərək başını buladı: “Cavan oğlan, açığı, mən bilmirəm siz nədən danışırsınız. Amma bir az əvvəl sənin yanından ötən gənc qız məndən bu gülü yaxama taxmağımı xahiş etdi. Dedi ki, əgər oğlan sizi yeməyə dəvət etsə, deyin ki, onu qarşı tindəki restoranda gözləyirəm. Bir də dedi ki, bu, sadəcə olaraq, bir imtahandır”.

Həyat imtahan məkanıdır və burada bir çox sürprizlərlə qarşılaşırıq. İnsanın ən zəif cəhətlərindən biri bu imtahanın nə vaxt başa çatacağını bilməməsidir. Dərslərini yaxşı oxumayan və imtahana tam hazır olmayan bəşər övladı əlinə götürdüyü biletə necə cavab verəcəyini əvvəlcədən təxmin edə bilmir. Və bu vəziyyət onu qeyri-müəyyənliyə, qərarsızlığa məhkum edir. Qərarsızlıq burulğanında boğularkən istənilən – ən pis qərarın belə – qərarın qərarsızlıqdan daha yaxşı olduğunu başa düşə bilmir insan.

Ürəyimizin əsl qiyməti cəlbedici olmayanı cəzb etməklə bilinər. İradəmizə hisslərimizdən çox ağlımız hakim olmalıdır. Hissləri ağlına qalib gəlmiş bir pəhləvanın kürəyi daim həyat meydanını süpürər. İradəyə əmri beyin verdikdə cəlbedici olmayanlar da bizim əhatə dairəmizə daxil olar və bununla da, “nəfsin istəmədiyi xeyirlidir” həqiqətinə yiyələnərik. Nəticədə zaman-məkan sərhədlərini, özümüzü aşaraq həqiqəti daha yaxşı dərk etməyə başlayarıq.

Page 47: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Uğurlu sözlər

Hazırda dünyanın bəlkə də bütün bucaqlarında özünə inamını itirmiş, ümidsizlik bataqlığında çapalayan və ya bu bataqlığa ayaq basmaq üzrə olan milyonlarla adam var. Məhz bunu nəzərə alaraq, sizə uğur qazanmaq haqqında deyilmiş uğurlu ifadələrdən bir neçəsini təqdim etmək istəyirəm. Unutmayın, heç kimsənin özündən, taleyindən küsmək ixtiyarı yoxdur: “Özümüz haqqında şər hesab etdiklərimiz xeyir, xeyir hesab etdiklərimiz isə şər ola bilər”.

***

Dərdlərimizə əlac olmaqda bütün dərmanlardan daha faydalı olan bir müalicə üsulu var ki, o da çalışmaqdır. (D. Karnegi)

Hər dərdin dərmanı vaxt keçdikcə tapılır. (Molyer)

Uğursuzluqdan nəticə çıxarmışıqsa, deməli uğur qazanmışıq. (M. Forbes)

Uğursuzluq adama uğur qazanmaqdan daha çox şey öyrədir. (Çin atalar sözü)

***

Bəzi məqsədlər o qədər dəyərlidir ki, onun uğrunda məğlub olmaq da qələbə sayılmalıdır. (Atalar sözü)

Bəşəriyyətin ən böyük şücaəti yalnız bir məqsədlə yaşamağı bacarmaqdır. (Monten)

Sadəcə istəmək kifayət deyil, qarşıya qoyduğumuz məqsədi var-gücümüzlə arzulamalıyıq. (Ovidivs)

Heç kim uğur pilləkənlərini əli cibində çıxmamışdır. (C. Murhed)

***

Həyatda insana kömək edən təsadüf yox, əzmkarlıq və dəyanətdir. (S. Smaylz)

Məğlub edilməyən yeganə cəhət əzmkarlıqdır. (Y. K. Beyatlı)

Page 48: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Balıq tutmaq istəyən paltarlarının islanacağını nəzərə almalıdır. (M. Servantes)

Dahi adam ardı-arası kəsilməyən çətinliklərə dözməyi bacaran adamdır. (Karlil)

***

Əgər indiyə kimi nəsə əldə etmişəmsə, ona yalnız səbr və çalışqanlıqla nail olmuşam. (İ. Nyuton)

Biliyin ağası olmaq üçün çalışqanlığın qulu olmalısan. (Atalar sözü)

Tənbəllik ölüm, təqlid qul olmaqdır; çalışıb uğur qazanmaq isə həyat və azadlıqdır. (L. Rauk)

Dahiliyin on faizi istedad, doxsan faizi isə tərdir. (T. Edison)

***

Kiçik işlərə həddindən çox baş qoşanlar böyük işlərdən başı çıxmayanlardır. (Platon)

Tez bir zamanda qazanılmış uğur insanı dəyanətsiz və macərapərəst edər. (Bekon)

Əgər həyatında heç bir uğursuzluq yoxdursa, deməli lazımi qədər risk etməmisən. (Atalar sözü)

Oxu hədəfdən yan keçmiş döyüşçü heç də oxunu hədəfədək çatdıra bilməmiş birisindən uğurlu deyil. (Monten)

***

Ən adi işlər belə insana böyük uğurlar qazandıra bilər. (H. Braun)

Cəhd edib uğursuz olanları yox, cəhd etməyə çalışmayanları ittiham et. (Atalar sözü)

Ən böyük uğur qazanılmış uğurları gizlətməkdir. (Roşefukold)

Uğur istədiyini əldə etmək, xoşbəxtlik isə əldə etdiyini istəməkdir. (H. Braun)

***

Page 49: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Qazandığım bütün uğurları işlərimi vaxtından əvvəl görməyimə borcluyam. (Nelson)

Həyatda uğur qazananlar həmişə özlərinə lazım olan məlumatı axtaranlar və hadisələrin səbəblərini araşdıranlardırlar. (R. Kiplinq)

Nəyə nail olmanızdan asılı olmayaraq, sizə mütləq kimsə kömək etmişdir. (A. Gibson)

***

Uğurlu olmaq hələ hər şey demək deyil. Həyatda uğur qazanmaqdan daha əhəmiyyətli şeylər var.

Page 50: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

XOŞBƏXTLİK HARADADIR?

Page 51: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Xoşbəxtlik haradadır?

Əvvəllər ata-babalarımız azla qane olardılar və bu azlıq (həm də aclıq) onların xoşbəxt olmalarına mane olmazdı. Elmi-texniki tərəqqinin nailiyyətləri altında əzilmiş müasir insan isə artıq sələflərinin bu məziyyətindən məhrum olub. Arzu və ehtiyaclarının həddi-hüdudu olmayan XXI əsr adamı müasir marketinq və reklam küləkləri nəticəsində pəri daim fırlanan mal, mülk, pul dəyirmanına çevrilib. İndi lazım olan şey də alınır, lazım olmayan da. Daha maraqlısı isə odur ki, insan mal, mülk, pul imkanlarını nə qədər artırsa da, öz vəziyyətindən ya heç məmnun olmur, ya da bu “məmnuniyyət”in əvvəlinə bir “müvəqqəti” sözünü artıraraq bir neçə gün rahat yuxuya gedə bilir. Deməli, nə qədər ki, insanlar yalnız maddi müstəvidə hərəkət edəcəklər və mənəviyyatları onların çiyinlərindəki boş xurcundan ibarət olacaq, o vaxta qədər də onlar xoşbəxt həyatı xəyallarındakı Qaf dağında axtaracaqlar.

Axı xoşbəxtlik haradadır? Doğrudanmı o, axtarmaqdan yorulmadığımız Qaf dağındadır? Qaf dağı əl çatmayan, ün yetməyən və yalnız xəyallarımızda dolaşan bir zirvə olduğuna görə xoşbəxtdirmi? Nəyə görə bədbəxtlik və ümidsizlik xoşbəxtlik zirvələrindən daha yaxındadır bizim üçün?

İnternetin açdıqca gizlədilən səhifələrindədirmi xoşbəxtlik? Bəlkə xoşbəxtliyi insaflı bir rejissorun əlindən çıxmış həzin, ağlamalı bir hind kinosunun son dəqiqələrində axtarmalıyıq? Bəlkə Cənubi Amerika seriallarının yüz neçənci seriyasında gizlənib? Yoxsa lüks həyatdan məst olmuş saxta təbəssümlərdədir xoşbəxtlik? Yoxsa israf fəlsəfəmizlə labirintə çevrilmiş evimizin sonuncu otağındadır? Bəlkə pulun çirkli üzündədir? Bəlkə maşının marka adında dəyişən hərflərdədir? Bəlkə Azərbaycanın bütün estrada ulduzlarının iştirakı ilə konsertə çevirdiyimiz oğul toyundadır xoşbəxtlik?

Doğrudan da, xoşbəxtlik nədədir, kimdədir, haradadır? Çində, Filippində, yoxsa o biri tində? Dünyanın o başında axtardığımız xoşbəxtlik birdən lap yaxında olar ha? Məsələn, evimizdə, iş yerimizdə, məsələn, qonşu küçədə, o biri şəhərdə və ya ölkəmizin rayonlarında... Bəlkə xoşbəxtlik elə bizim yanımızdadır? Məsələn, hər səhər tezdən gözlərimizi aça bilməyimizdə!.. Məsələn, nəfəs almağımızda!.. Məsələn, ayaqlarımızın bir-birinə dolaşmamasında!.. Məsələn, stolun başında oturub diqqətinizi yenicə işinizə yönəltdiyiniz bir vaxtda səs-küylə içəri daxil olmuş övladlarınızın ardı-arası kəsilməyən suallarında!..

***

Page 52: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

“Suyumuz kəsilir”, – deyə gileylənirsən, amma aza qənaət etmədiyin üçün çoxun da əldən çıxdığı haqqında fikirləşmirsən. “İşığımız yanmır”, – deyib şikayət edirsən, amma gözü görməyənləri yaddan çıxarırsan. İş yerindəki sistemsizlikdən dəm vurursan, amma nədənsə öz həyatını bir sistemə sala bilmirsən. Ailəni idarə etməyi bacarmadığın halda ölkəni idarə edənlərə dil uzadırsan. Allahın sənə qız uşağı bəxş etməsindən məyus olursan, amma uşağı olmayanları yaddan çıxarırsan. “Axı niyə uşağım olmur”, – deyib dad edirsən, amma imtahan dünyasında övladın çətin bilet olduğunu və başıbəlalı uşağın həyatı alt-üst etdiyini düşünmürsən.

İndi isə gözlərini bağla. Özünə cəmi otuz saniyə ayırmağını xahiş edirəm. Sadəcə fikirləş! Əlində olan nemətləri fikirləş! Səndə olmayanlara fikir vermə, yalnız özündə olan nemətləri göz önünə gətir! Gözlərin haqqında fikirləş! Bu yazını oxumaq üçün istifadə etdiyin ağlını və oxuma qabiliyyətini fikirləş! Cansız olmadığını fikirləş! Canlı olmaqla yanaşı, bitki və ya heyvan olmadığını fikirləş! İnsan olaraq yaradıldığını fikirləş! Hansı dinə və millətə mənsub olduğunu fikirləş! Fikirləş, fikirləş, yenə də fikirləş. Fikirləşmək qabiliyyətini fikirləş. Bütün bu nemətləri sənə verən haqqında fikirləş. Fikrin-zikrin nemətlər olsun... Gördün ki, hələ otuz saniyə də artıq oldu. İstəyirsən, bir də bunlar haqqında otuz dəqiqə fikirləşməyə çalış. İnan ki, bəs etməyəcək. Hələ bir inanmağa çalış. Nəyə inandığını fikirləş! İnanmaq bir ömrə bərabərdir. Həqiqətən inanırsansa, deməli həyatının üzərində həqiqi üstünlüyə maliksən.

İndi isə bugünkü vəziyyətinə şükr et! Nemətlərə şükr et! Şükr et ki, nemətlərin artsın. Nemətləri artıran şükr deyilmi?! Artıq hiss etdiklərini söz formasına çevirmək vaxtıdır. Hisslərini, duyğularını, aldığın ləzzəti, xoşbəxtliyini hamıya elan et! Var gücünlə mənfiliklərə etiraz et. “Mən müsbətin övladıyam”, – de! Yadda saxla: dünyaya yaxşı baxsan, onun haqqında yaxşı da fikirləşəcəksən. Yaxşı fikirləşdikcə həyatdan ləzzət alacaqsan. Həyatdan ləzzət aldıqca, ətrafdakıları müsbət görəcəksən, müsbətləri görəcəksən. Müsbət gördükcə, yenidən ləzzətlər dünyasında qərq olacaqsan. Bax, ən düz, ən sağlam dairə budur və xoşbəxtliyin açarını məhz bu dairədə axtarmaq lazımdır. Dalanlara girmədən, yanlış döngələrdən sıyrılıb həyatı sağlam dairə içində sürdürmək necə də gözəldir.

Sağlam həyatda heç bir “amma” və “əmma” yoxdur. Xoşbəxt olmaq istəyirsənsə, bəhanə yox, məharət göstərməlisən! Qarşına çıxan əngəllərə – düşmənin amansızlığına, dostun vəfasızlığına baxmayaraq, məharət, cəsarət göstərməlisən! Sözünü yox, özünü göstərməlisən! Əməlinlə, əməyinlə ətrafdakılara nümunə olmalısan. Qoy, səni özlərinə nümunə seçsinlər və camaat arasında oxşarların artsın. Əgər missiyan başa çatıbsa; bir idinsə, on olmusansa, ətrafındakı onlar yüz olmağa başlayıbsa, deməli artıq vaxtdır... Getmək vaxtıdır. Çamadanlarını vur qoltuğuna və yoluna davam elə. Seçim öz əlindədir. İstəyirsənsə, yenidən Qaf dağını axtarmağa başla! Amma bir şeyi yadda saxla: hara gedirsən, get, harada olursansa, ol, xoşbəxtlik Qaf

Page 53: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

dağının o tayında yox, bəlkə də Qafqazın ətəklərində düzgün, mənalı səyahət etməkdədir. Yolun və bəxtin açıq, ağlın və başın uca, həyatın və düşüncələrin təmiz olsun...

Kimi gözləyirik?

Bir gün həmişəkindən gec gələsi oldum evə. Qapını döyəndə gözüm bir küncə qısılıb yatmış balaca pişiyə sataşdı. Həyat yoldaşımın qapını açması ilə oyanan bu çarəsiz heyvan miyoldamağa başladı. Yazıq bununla ac olduğunu bildirmək istəyirdi. Pişiyin səsini eşidən iki qızım o dəqiqə qapı ağzına qaçaraq, bu balaca məstanla oynamağa başladılar. Qızların isti münasibəti analarına da təsirsiz ötüşmədi və artıq bir neçə an sonra biz ailəliklə qapı ağzında “pişiyimizin” necə həvəslə süd içdiyinə tamaşa edirdik.

Bu hadisə məndə çox dərin iz buraxdı və uzun müddətdir ki, o mənzərə gözümün önündən getmir. Sanki dördümüz də bir anlığa həmin pişik balasına qulluq etmək üçün məsuliyyət altına girmişdik. Yazıq, aciz bir heyvan bir anın içində “lüks” imkanlarla təchiz olunmuşdu. Allahın yaratdığı bu kiçik canlının ruzisi ayağına kimi gətirilmişdi. Bəs insanlar necə? Sanki hamının içində acından ölmək qorxusu var. Ətrafımız çeşid-çeşid nemətlərlə doludur, amma gün boyu əziyyət çəkib işləyən insan nədənsə bir pişiyin bir qab süddən aldığı ləzzəti ala bilmir. Belə ləzzətdən məhrum olanın onlarla süd fabriki olsa belə, nə dəyişər ki?!

Suallar

Müasir dövrdə elə dəyərlər var ki, insan onlara yiyələndikcə bir tərəfdən irəli gedir, digər tərəfdən isə həyatı daha da gərginləşir, həyatından ləzzət ala bilmir. Artıq qarşımızdakıları başa düşmürük və ya düşmək istəmirik. Qapımızın kandarında acından miyoldayan pişiklər bir yana, bəzən ən yaxın adamlarımızdan belə ya xəbərimiz olmur, ya da xəbərimiz olanda artıq iş-işdən keçmiş olur.

Hər gün süfrəyə düzdüyün dadlı-duzlu yeməklərin birinə belə həsrət olanları heç fikirləşmisənmi?! Soyuq, yağışlı bir havada isti maşınına minib isti idarənə gedəndə nəyi fikirləşdiyini heç fikirləşmisənmi?! İstəyirsən, sualı bir az da konkretləşdirim: yol boyu maşınını yeni marka ilə nə vaxt dəyişəcəyin, yoxsa çöldə ayaqyalın gəzən insanların vəziyyəti haqda fikirləşirsən?

Page 54: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Elə ev var ki, təmirindən tutmuş əşyalarına kimi hər şeyi lüksdür, amma di gəl ki, evin sakinləri mənəvi dəyərlərdən uzaqdırlar. O qapıdan fədakar insanlar girməz olub. Ehtiyac içində yaşayanlar, evi olmayıb gecələməyə bir daxma axtaranlar, heç kimi olmayıb dərdini bölüşməyə həmdərd axtaranlar var. Çox sadə bir sual: Heç çadırda yatmısanmı?! O saat ağlına yay tətilində dəniz sahilində, səfalı meşələrdə, dağların ətəklərində qurulan çadırlar gəlməsin. Baharın ilk ayı olan martda belə heç çadırda gecələmisənmi? Sümüyünün iliklərinə kimi heç üşümüsənmi? Günlərlə bir qab isti supa həsrət qalmısanmı? Ramazan ayında acqarına çöldə qalmısanmı? Hamının gülə-gülə, sevinə-sevinə iftar süfrəsinə oturduğu bir vaxtda kafelərdə bişirilən yeməklərin yalnız qoxusunu iyləmək üçün küçə-küçə gəzmisənmi?!

Ehtiyaclar

Hələ heç mənəvi-psixoloji ehtiyaclardan söz açmamışıq. Əslində bu ehtiyaclar fiziki tələblərdən daha öndə gəlirlər. Amma dəyərlərin alt-üst olduğu müasir şəraitdə, çox az adam belə ehtiyacları hiss edir. Sizcə sevgiyə, hörmətə, qayğıya, diqqətə olan ehtiyacımız bir qab süddən daha az əhəmiyyətlidir?

Başını süfrəndən azca yuxarı qaldır və ətrafına nəzər sal. Ağzına apardığın hər tikənin ona ehtiyacı olan zavallının məhvinə səbəb olduğunu fikirləş. Fikirləş və iliklərinə kimi titrə! İndiyə qədər neçə insanın çörəyinə bais olduğunu, neçə insanı yedizdirməyə imkanın olduğu halda, Allahın verdiyi nemətləri israf dəyirmanında havaya sovurduğunu heç olmasa indi fikirləş. Səndən çox şey istəmirəm, sadəcə bu sətirləri oxuduğun anda fövqəladə bir qərar qəbul et. Bu qərara imza atmaq üçün əlinin altında olan imkanları da nəzərə al. Gözlərini bağla və bir anlığa özünü möhtac insanların yerinə qoy. Sənə verilənlərə həsrət qalmış, ehtiyac içində olan milyonlarla insan var. Yemək üçün ölmək, yoxsa ölməmək üçün yemək?! Düzgün qərarı verdiyin zaman qəlbində və duyğularında ilk qənaət cücərtiləri baş qaldıracaq. Elə o anda cismaniyyətini aşaraq küçəyə çıxacaqsan. Qarşına çıxan hər canlıya “görəsən, nəyəsə ehtiyacı varmı?” düşüncəsi ilə yaxınlaşacaqsan; qarnı acdırsa, qarnını, qəlbi acdırsa, qəlbini, ruhu acdırsa, ruhunu qidalandıracaqsan. Qidalandırdıqca, özün də qidalanacaqsan!

Bu sözlər sənə cüzi də olsa təsir etdisə, “yaxşı yazıdır” demək əvəzinə buradan götürdüklərini həyatında tətbiq elə. Yalnız o zaman bu yazı yaxşı olacaq. Məsələn, indidən etibarən qarşına çıxan ilk insanı səmimi təbəssümlə salamla. Ona qiymət ver. Qarşındakının qədrini bilsən, sənin də qədir-qiymətin bilinəcək. Ətrafına saçdığın müsbət enerjinin, nurun mənim gözlərimi də qamaşdıracağına inan. Aramızda belə münasibətə, müsbət dəyərlərə ehtiyacı olan o qədər insan var ki. Onlar özlərini başa düşmək

Page 55: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

üçün sənin özünü başa düşməyini, sənin sən olmağını gözləyirlər. Bundan sonra bəs sən kimi gözləyirsən?! Doğrudan da, bəs mən kimi gözləyirəm?!

Axtarıram!

Adam axtarıram, dünyanın yaman üzünə baxıb, yaxşı cəhətlərini görsün. Adam axtarıram, peşəsi ancaq yaxşı şeyləri fikirləşmək olsun. Adam axtarıram, həyatdan necə ləzzət almağı bilsin. Adam axtarıram, ətrafına ancaq müsbət enerji saçsın.

Adam axtarıram, havayı təbəssüm paylasın. Adam axtarıram, fədakar olmaqdan çəkinməsin. Adam axtarıram, çəkinmədən, cəsarətlə “mən hazıram” desin. Adam axtarıram, şam kimi özü yanıb-əridikcə ətrafındakıları nura qərq etsin.

Adam axtarıram, ağlına, zəkasına arxayın olmasın. Adam axtarıram, hisslərinin əsiri olmasın. Adam axtarıram, ruhundan gələn enerji ilə hər zaman ətrafındakıları işıqlandırsın. Adam axtarıram, özünü, qürurunu, eqosunu kütlənin isti nəfəsi ilə əritsin.

Adam axtarıram, keçmişdəki səhvlərinə baxaraq ümidsizliyə düşməsin. Adam axtarıram, sabahın problemlərini, gələcəyin qayğılarını indidən yaşamasın. Adam axtarıram, bu gününü ən yaxşı, səmərəli şəkildə yaşasın. Adam axtarıram, zamanın dilimi içərisində zamanını yaşasın və yaşatsın.

Adam axtarıram, əlləri ilə səhvləri düzəltsin. Adam axtarıram, dili ilə xoşagəlməz düşüncələrə son qoysun. Adam axtarıram, ürəyinin düzlüyü ilə nöqsanları məhv etsin. Adam axtarıram, inandığına səmimi inansın.

***

Mənə bir avtobus dolusu yox, yalnız bir adam lazımdır! Hər ailədə, hər qrupda, hər qurumda, hər kənddə, hər şəhərdə, hər ölkədə, hər millətdə cəmi bir nəfər... Bir nəfər – bütün varlığını bəşəriyyətə həsr etmiş birisi. Bir nəfər – tək başına bir millət ola bilən birisi.

Vaxtından tez – qışda gəlsə belə, camaata baharın müjdəsini verən, meşənin çaqqallarına fikir vermədən gülən, ətrafına bahar çiçəkləri paylayan insanların olduğu bir dünyada yaşayırıq. Birin min ola biləcəyi bir dünyada. Min olmaq üçün isə “keyfiyyətli bir” olmağa çalışmaq lazımdır.

Page 56: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Birlik-səmimiyyət qumbaraları çaqqalların yuvalarını dağıdanda, dinc meşələrdə basdırılmış minalar artıq təsirsiz olacaq və sanki zərərsizləşdirilmiş bir qurğu kimi heç vaxt partlamayacaq. Gecənin zil qaranlığa bürünməsi tezliklə dan yerinin söküləcəyindən xəbər verir. Hər gecənin bir gündüzü var. Həqiqi bayramların günbəgün yaxınlaşdığını hiss edən insanların sevinc sədalarını təbii qəbul etmək lazımdır.

Biri dostluqdursa, digəri ədavətdir. Biri işıq, digəri qaranlıqdır. Biri kollektiv şüur, digəri eqoizm. Biri ümid, o biri dərd. Biri xeyir, digəri şər. Biri könüldən bağlanmış, digəri satılmış... Biri bahar, o biri qış... Yəni müsbət və mənfilərin əhatəsində qalmış dünyamız mühüm seçim ərəfəsindədir. Ərəfə günlərindəki bayram hazırlıqları adama əlavə zövq verir. Bəşəriyyətin gələcəkdəki bütün həqiqi bayramlarını indidən təbrik edirəm!

Əsl bayrama doğru

 

Ateist birisi meşədə gəzərkən ətrafdakı gözəl mənzərəni seyr edərək belə deyir: “Təbiət necə də gözəlliklər yaradıb”. Birdən yan tərəfdən bir ayı çıxınca adam var-gücü ilə qaçmağa başlayır. Hər dəfə arxaya baxanda ayının bir qədər də yaxınlaşdığını görür. Növbəti dəfə geriyə boylananda ayağı yerdəki kötüyə ilişərək, üzüstə yıxılır. Ayı da o saniyə kəsdirir onun başının üstünü. Ayı pəncəsini yuxarı qaldıraraq ona zərbə endirmək istəyəndə ateist adam “Aman Tanrım!!!” deyə qışqırır. Bu an sanki zaman dayanır, ayı da donaraq hərəkətsiz qalır, hətta meşədən keçən çay belə axmaz olur. Bütün meşəni qaranlıq zülmət bürüyür və səmadan süzülən bir işıq şüası ateistin üzünü işıqlandırır. Qeybdən gələn ilahi səs ona: “Ömrün boyu mənə inanmadın, dünyanın varlığını kosmik partlayışla əsaslandırdın... İndi isə bu vəziyyətdə sənə kömək etməyimi istəyirsən? Səni istəkli qullarımdan hesab edəcəyimi fikirləşirsən?” – deyir. Həmin adam utanaraq: “Başa düşürəm, bu qədər elədiklərimdən sonra belə bir şey istəməyə haqqım çatmır, amma heç olmasa, ayını istəkli qullarınız arasına ala bilərsiniz”, – deyə yalvarır. Bayaqkı səs: “Yaxşı, olar”, – deyərək işıq şüası ilə birlikdə qeybə çəkilir. Çayın suyu yenidən axmağa başlayır. Hər tərəf əvvəlki kimi canlanır. Ayı pəncəsini adamın üzünə endirməməyi qərara alır və hər iki pəncəsini göyə qaldıraraq belə deyir: “Allahım, sənin ruzin ilə orucumu açıram, verdiyin nemətlərə min şükür”.

***

Page 57: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Bir damcı sudan yaradılmış, imtahan üçün görmə və eşitmə qabiliyyətləri verilmiş, doğru yol göstərilmiş bir insan – istər şükr edən olsun, istər nankor – o biri tərəfdə cənnətlə müjdələnmək üçün bu dünyada ancaq xeyrixah əməllər qoyub getməlidir.

Hər tərəfi dəhşət və hərfi mənada qiyamətin bürüyəcəyi bir gündən qorxaraq verdikləri sözə əməl edənlər, özlərinin, nəfslərinin istəməsinə baxmayaraq, yeməyi yoxsul və yetimlərə verərək “biz sizi Allah xətrinə yedizdiririk, sizdən heç bir qarşılıq, adi təşəkkür belə gözləmirik. Biz çətin və dəhşətli bir gündə Onun qəzəbinə tuş gəlməkdən qorxuruq” deyən, məhz buna görə də həmin günün bəlasından zərər görməyən, üzlərinə parlaqlıq, könüllərinə sevinc verilən, səbr etmələrinin nəticəsi olaraq, qızmar istinin və şaxtalı soyuğun olmadığı cənnətə gedəcək insanlar üçün burada itirdiklərinin əhəmiyyəti varmı?!

Bizi əhatə edən aləm çeşid-çeşid nemətlərlə dolu olan böyük bir səltənətə bənzəyir. Belə olan halda səbr etmək, nankor nəfsimizlə mübarizə apararaq bizə verilmiş nemətlərə şükr etmək lazım deyilmi? Allahın ən gözəl şəkildə yaratdığı biz insanlar bir göz qırpımında keçən bu dünyaya vurularaq önümüzdəki əbədi səadəti yaddan çıxartmırıqmı?

***

Alvarlı Əfə əsl bayramın canın Canana, qulun Sultana qovuşduğu və bütün günahların bağışlandığı gün olduğunu söyləyir.

Mövla bizi əfv etsə,

Nə gözəl bayram olar.

Bütün xətalar getsə,

Bayram o bayram olar.

Dildəki Rəhman olsa,

Dərdlərə dərman olsa,

Azadlıq fərman olsa,

Bayram o bayram olar.

Bayramlarınız mübarək, könlünüz sevincli, gələcəyiniz xoşbəxt olsun!

Page 58: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Ölmək dirilməkdir

Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.

Sonsuz yaşamaq üçün proqramlaşdırılmış insan ruhu fani dünyanın müvəqqəti sevincindən, ləzzətindən razı qala bilmir. Bəlkə elə buna görədir ki, maddədən, materiyadan aldığımız əsrarəngiz ləzzətin belə əzabını nə vaxtsa çəkməli oluruq. Bəli, həqiqi və sonsuz ləzzət ruhumuzun qidalanmasına xidmət edən nemətlərdədir. Daim stres içində yaşayan və narahatçılıqdan heç cür qurtula bilməyən XXI əsr insanının bu halını yalnız ruhunun aclığı ilə izah etmək mümkündür.

***

Gəmiyə minməkdən qorxan birisinə dostu axşam vaxtı dənizdə qısa səyahətə çıxmağı təklif edir. Həmişəki kimi onun cavabı belə olur: “Qorxuram, bata bilərik!” Daha sonra aralarında belə bir ibrətamiz dialoq keçir. Dostu: “Bu limanda neçə gəmi var?” O: “Min dənə olar”. Dostu: “Hər il buradakı gəmilərdən neçəsi batır, bilirsənmi?” O: “Bir, ya da iki dənə. Elə olur ki, heç biri də batmır”. Dostu: “İldə neçə gün var?” O: “Üç yüz altmış”. Dostu: “Sənin qorxuna səbəb olan hadisənin baş vermə ehtimalı üç yüz altmış mində birdir. Bəs sən bundan sonra nə qədər yaşayacağını təxmin edirsən?” O: “Mən çox qocayam, uzağı daha on il ya qalaram, ya gedərəm”. Dostu: “Əcəlin vaxtı məlum olmadığından hər gün ölmək ehtimalın var. Deməli, geri qaldığını düşündüyün üç min altı yüz günün hər birində vəfat etmək ehtimalın var. Yəni bu gəminin batmağından yüz dəfə artıq. Onda gəmiyə minmədən də hər gün ölüm qorxusu ilə titrə və ağla”... Allah qorxu hissini həyatımızı qorumaq üçün verib, onu məhv etmək üçün yox. Bədbəxt hadisənin baş vermə ehtimalı beş-altıda bir olsa, yenə də ehtiyat üçün qorxmağa dəyər. Yoxsa qırxda bir ehtimala görə qorxmaq ağılsızlıqdır, bu hiss həyatımızı əzab-əziyyətə çevirər.

***

Gözlərimizi bağlamaqla günəşi yox etmirik, sadəcə özümüz üçün qaranlıq çökdürmüş oluruq. Günəş kimi aydın bir həqiqət varsa, o da

Page 59: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

ölümdür. Ölümü guya görməmək ölüm gerçəkliyini aradan qaldıra bilməz. Ölümdən mənasız şəkildə qorxmaq yox, onu başa düşmək lazımdır! Qorxu ağıl və məntiqə yer qoymur, nəticədə mənasız hərəkətlər edirik. Doğrudur, ölümə çarə yoxdur, amma ölümü anlaya, ağlımızla müəyyən tədbir görə bilərik.

Ölüm dünyada yaşamaqdan azad olmaqdır, həyata fasilə verməkdir, bir yerdəyişmədir, sonsuz həyata dəvətdir və sonsuzluğadək uzanacaq bir həyatı məcburi salamlamaqdır. “Ol” əmri ilə bir qaranlıq məkandan dünyaya gəlmiş insan “öl” əmri ilə başqa bir qaranlıq məkana gedir. Ruh vücudun məhdud çərçivəsindən qurtularaq sərbəstliyə qovuşunca, orqanizm öz funksiyasını mənalı şəkildə tədricən itirir. Ona görə mənalı deyirəm ki, ən sadə canlı olan bitkilərin ölümündə belə sirli mənalar yatır. Meyvə və toxumların ölümü zahirən çürümək və dağılmaq kimi görünsə də, əslində bu, element və zərrələrin planlı şəkildə bir yerə toplanmasından ibarət olan sistemli bir kimyəvi prosesdir. Gözümüzlə görə bilmədiyimiz bu proseslərdə hər toxumun ölümü yeni bir sünbülün həyatının başlanğıcına səbəb olmaqdadır.

Ölüm əslində zahirən göründüyü kimi, dəhşətli bir hadisə deyil. İnanan insana görə ölüm həyat yükünün təhvil alınması, dünya meydanındakı imtahanın başa çatmasıdır; o biri aləmə getmiş əksəriyyət qohum və dostlarına qovuşmaq, həqiqi vətəninə və sonsuz səadət diyarına getmək üçün bir vasitədir. Ölüm dünya zindanından cənnət bağçalarına dəvətdir. Ona görə də ölümə dəhşətli bir hadisə kimi yox, mərhəmət və səadətin bir müqəddiməsi kimi baxmaq lazımdır.

Əgər insan yalnız bədəndən ibarət olsaydı və həmişə bu dünyada yaşasaydı, o biri dünyaya ehtiyac qalmazdı. Amma ölüm var və bir gün fiziki vücudumuz mütləq torpağa qarışacaq. Yuxular və sonsuz səadət arzusu kimi duyğular da insanın yalnız bədəndən ibarət olmadığını göstərir. Deməli ağlı və ürəyi olan, daxilində əbədi xoşbəxtlik hissi daşıyan bir insanın yoxluğa məhkum edilməsi mümkün deyil.

Qəbir qapısı həmişə açıqdır, ona görə də sonsuzluq səyahətinə çıxmış bir insan bu çətin marşrutun biletini düz seçməlidir. Bundan da əhəmiyyətli olan digər bir məsələ isə bunu digər səyahətçilərə də bildirməkdir.

“İnsan necə yaşayarsa, elə də ölər; necə ölərsə, elə də dirilər”. Mənalı həyat keçirən, bu dünyada iz buraxan, yaşadığı cəmiyyətə, o cümlədən bütün bəşəriyyətə faydalı olan insanların bir dəfə ölməyi əslində min dəfə dirilməyindən xəbər verir.

Əgər…

Page 60: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə xərcləyə bilsən, xərclədiyini unutsan və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;

Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;

Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən;

Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;

Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;

***

Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;

Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;

Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;

Əgər səbr etməyi bacarsan və daim səbr etsən: haqqında yalan söyləsələr belə, sən onlara qulaqlarını bağlasan, sənə nifrət etdiklərini bildirsələr belə, sən onlara göz yuma bilsən;

Əgər itaəti müdirinin qapısı ağzında boynubükük dayanmaq yox, ona hər zaman sədaqətli olmaq kimi anlaya bilsən;

***

Əgər “insan olmaq nə qədər çətindir” həqiqətini dərk edə bilsən;

Əgər sən özünə inansan və sənə inanmayanları da haqlı saya bilsən;

Əgər düşmənlərin, hətta dostların belə səni incitdikləri zaman “döyənə əlsiz, söyənə dilsiz, lazım gəlsə könülsüz” cavabını verə bilsən;

Page 61: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Əgər “xəyal dənizində gəmi batmaz” deyə düşünərək xəyallara dalsan və səhv yola düşməkdən yayına bilsən;

Əgər olduğun kimi görünə bilsən və ya göründüyün kimi ola bilsən;

Əgər qələbə və məğlubiyyətlərə eyni münasibət göstərə bilsən və bir ömürlük zəhmətin belə puç edildiyi zaman hər şeyə yenidən başlaya bilsən;

***

Və əgər bir daha geri dönməyəcək dəqiqələrin hər bir saniyəsinin haqqını layiqincə verə bilsən;

Yer üzü və üstündəkilər sənin olar!

Sən özün də ideal bir insan olarsan!

Belə də olmalı idi!

Səhər tezdən yuxudan duranda saat 9:00 idi. Tətil günü olsaydı, yenə gec sayılmazdı, amma həftənin bazar ertəsi günü idi. Əl-üzü yumaq, səhər yeməyini yemək, işə hazırlaşmaq haradasa bir saat vaxtını alacaqdı. Eybi yoxdur, onsuz da şirkətin aparıcı işçilərindən sayılırdı. “Şirkətə bu qədər xeyrim dəyib, indi bir saat geciksəm, dünya dağılmayacaq ki”, – deyə fikirləşdi. “Elə belə də olmalıdır”, – dedi və çaydan bir qurtum içərək əlindəki qəzeti oxumağa başladı.

***

Evdən çıxanda saat artıq 10 olmuşdu. Maşınına əyləşərək yavaş-yavaş işin yolunu tutdu. Elə ilk yol qovşağında qırmızı işıq yandığı üçün işıqforda saxlamalı oldu. Bu anda maşına yaxınlaşan bir uşaq qabaq şüşəni silməyə başladı. Təxminən 13-14 yaşlarında əyin-başı cır-cındır içində olan bu uşaq bir tikə çörək üçün beləcə yollara düşmüşdü. Əslində “küçə işləri”nə bir çox yerdə rast gəlmək olar və vəziyyətin belə olmasında uşaqdan, onun valideynlərindən çox bütün cəmiyyətin günahı var. Amma bu onu maraqlandırmırdı. Uşağın xidmətindən sakitcə imtina etmək əvəzinə ayağını qaza basaraq yoluna davam etdi. Pərt olmuş yazıq uşağın maşının dalınca

Page 62: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

baxmaqdan və içini çəkmədən başqa çarəsi qalmadı. O isə yolda sürətlə şütüməklə bərabər öz-özünə deyinirdi: “Adamın vaxtı ola, aşağı düşüb şillə-təpiyin altına salasan beləsini. Buna bax, hələ bir pul da istəyir. Nə olsun təmizləmisən, səndən xahiş edən var idi?! Hər iş görənə pul verməli deyiləm ki?! Əcəb elədim, elə belə də olmalı idi”.

***

Saat 11-də artıq iş yerində idi. Yenicə kresloya oturmaq istəyirdi ki, katibə içəri girərək əvvəlcədən görüşü təyin olunmuş birisinin gəlib yarım saatdan çox gözlədiyini və narazılığını bildirərək getdiyini dedi. Bir qədər fikrə daldı. Doğrudan da, mühüm adam idi. Amma az sonra özünə toxtaq verərək gülümsəməyə çalışdı: “Əşi, eybi yoxdur. Biz də adamıq da. O vacib adamdır, amma mənim rahatlığım ondan da vacibdir. Artıq bu haqda düşünmürəm. Belə də olmalı idi”.

***

Az sonra baş direktor zəng edərək gec gəlməyinin səbəbini soruşdu. Xəstələndiyini, güclə ayaq üstə dayandığını, amma işin axsamaması üçün fədakarlıq edib gəldiyini dedi. Direktor şəfa diləyərək dəstəyi yerinə qoyanda xəttin bu başında o da rahat nəfəs aldı. Artıq yalanına uyğun hərəkət etməli idi. Öz-özünə fikirləşdi: “Yaxşı yola verdim, amma artıq xəstə roluna girməliyəm. Bir yalanla nə olacaq ki?! Neçə ildir, burada tər tökürəm, bir gün də işə gec gələk də. Yaxşı elədim, belə də olmalı idi”.

***

İş vaxtı qurtarmamış xəstəliyini bəhanə gətirərək, işdən tez çıxdı. Evə bazarlıq etmək üçün həyətdəki dükana girdi. Satıcı keçən aydan qalmış borclarını hələ də ödəmədiyini bildirdi. O isə qışqıraraq heç bir verəcəyi olmadığını və satıcının yalandan borc dəftərini doldurduğunu dedi. Dükandan çıxıb maşınına tərəf gedərkən ağlından bunları keçirirdi: “Belə xamlar olmasa, heç bilmirəm, ayın axırına qədər necə keçinərdik. Hamı gündə min dənə hoqqadan çıxır. Düz danışmaq, düz eləmək, qul haqqını yeməmək, haqq-ədaləti qorumaq... elə bil hamısı mənə qalıb. Lap əcəb eləyib aldadıram, bacarırsan sən də elə. Belə olub, bundan sonra da elə belə olmalıdır”.

Page 63: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

***

Qışın şaxtalı bir günündə qəbiristanlıqda dörd-beş nəfər üstü yenicə torpaqla örtülmüş bir məzarın başına toplaşmışdılar. Dualarını tamamladıqdan sonra biri əllərini qızışdıra-qızışdıra: “Rəhmətlik ölmək üçün vaxt tapıb da”, – dedi. O birisi əlavə etdi: “Heç sağlığında xeyrini görməmişik, deyirsən ölüsündən görək?!” Digəri onların sözünü yarıda kəsdi: “Ölənin arxasınca deyinib, qeybət etməyin. Yəqin ki, bu yaşda, belə havada heç özü də ölmək istəməzdi. Amma nə edəsən ki, əcəldən qaçmaq olmur. Həyətdəki dükandan çox hirsli çıxıbmış. Tıxac yolda maşınına minmək istəyəndə arxadan gələn avtobusun altında qalıb. Allahın işinə bax ki, onu vuran avtobus işlədiyi şirkətə məxsus imiş. Oğlum hadisənin birbaşa şahidi olub. Məktəb pulunu çıxartmaq üçün həftədə bir-iki gün həmin yollarda maşınların şüşələrini silir”. Ağzını açmadan bayaqdan kişinin yanında dayanmış balaca oğlan yalnız başını yelləməklə atasının dediklərini təsdiq etdi. İçindən isə bunlar keçirdi: “Zülm ilə abad olan axırda bərbad olar. Adam necə yaşayırsa, elə də ölür. O qədər tanış-tunuşun olsun, səni son mənzilə yola salmağa dörd-beş nəfər gəlsin. Elə yaşamağın belə də axırı olar. Əcəb oldu, belə də olmalı idi”.

Qəza və yuxu

Tarix: 1994-cü il. Yer: Moldovanın Çadır-Lunqa şəhəri. Paytaxt Kişinyovdan Çadır-Lunqa şəhərinə doğru yola çıxmış “Jeep” markalı maşın havanın qaralmağa başladığı bir vaxtda qaqauz türklərinin yaşadığı bu əyalət şəhərinə çatmaq üzrədir. Maşında dörd nəfər var: öndə sürücü ilə birlikdə şəhərin maarif müdiri, arxa oturacaqda isə Çadır-Lunqa Qaqauz-Türk Kollecində işləyən iki müəllim...

Qəza vəziyyətiSürücünün əyləci qəfil sıxmasından sonra dəhşətli bir gurultu səsi

eşidilir. Qaranlıq havada işıqlarını söndürmüş qarşıdan gələn bir traktorun altına girməyə az qalmış sürücü maşını son anda sola doğru çəksə də, qəzadan yan keçmək mümkün olmur və traktor “Jeep”in arxa hissəsini yerindən qoparır. Sürücü və maarif müdirinə heç nə olmasa da, arxada əyləşmiş müəllimlərdən biri yüngül xəsarət alır, onun digər məsləkdaşının beynindən aldığı zədə isə çox ciddi olur. Bədbəxt hadisədən xəbər tutan Türkiyə səfirliyinin nümayəndələrinin təşəbbüsü sayəsində yaralılar dərhal Kişinyovdakı Respublika Xəstəxanasına çatdırılırlar. Səfirlik həm də müəllimlərin müalicəsi üçün də əlindən gələn köməyi əsirgəmir. Qəzadan

Page 64: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

bir neçə yara ilə qurtulmuş müəllimin ciddi zədəsi yox idi. Amma digər yoldaş koma vəziyyətinə düşür. Bir uşaq atası olan müəllimin həyat yoldaşına vəziyyətin ağır olması barədə heç nə deyilmir və sadəcə bir qədər xəstəxanada qalmağının məsləhətli olduğu bildirilir. Amma xanım hadisənin ciddi olduğunu başa düşsə belə, həkimlər yoldaşı ilə görüşməsinə icazə vermirlər.

Çarəsiz dörd divar arasındaYer: Çadır-Lunqadan 30 kilometr aralıda qaqauzların yaşadığı digər

şəhər – Komrat. Qaqauz bölgəsində yerləşən bir dövlət universitetində sabahı gün tədris edəcəyi dərsə hazırlaşan müəllimi gecənin qaranlığında gərgin işdən telefon səsi ayırır. Dəstəkdən müəllim yoldaşının səsi eşidilir. Səsin titrəkliyi nəsə bədbəxt bir hadisədən xəbər verir: “Müəllimlərimizdən ikisi ağır yol qəzası keçiriblər və hazırda xəstəxanadadırlar...” Araya ölüm sükutu çökür. Onların həmin vaxt öz dostlarının yanına getmək üçün imkanları yoxdur. Paytaxtdakı xəstəxanaya getmək üçün səhər tezdən yola çıxmaq qərara alınır.

Təxminən saat 23:00 radələridir. Bir qədər sonra şəhərin hər yerində işıqlar sönəcək və sübhə qədər hər yer qaranlığa qərq olacaq. Vaxt sanki keçmir. Gecənin zülmətində gənc müəllimin dua etməkdən başqa çarəsi yoxdur. Bir az sonra yenidən telefonun zəngi eşidilir. Bu dəfə zəng edən Türkiyə səfirliyinin işçisidir. Narahatlığa heç bir əsas olmadığını və səfirliyin əlindən gələn hər şeyi etdiyini bildirir. Bu sözlər acının yükünü nisbətən azaldır.

Ümid ancaq “yiyəsizlərin Yiyəsi”nə idiSübhədək olmazın əzab çəkən gənc müəllim hava ağaran kimi

paytaxta yola düşür. Əməliyyatdan əvvəl xəstəxananın baş həkimi yaralının vəziyyətinin ağır olduğunu və onun sağalacağına ümid etmədiyini bildirir. Qaqauz qardaşlarına təhsildə kömək etmək üçün Türkiyədən Moldovaya getmiş bütün müəllimlər və tələbələr davamlı olaraq dua etməyə başlayırlar. Şəfa istəyi ilə əllər göyə qaldırılır. Vətəndən yüzlərlə kilometr uzaqda göz yaşlarını sel kimi axıdan bu gənclərin yeganə pənah yeri “yiyəsizlərin Yiyəsi”dir.

Yuxunun verdiyi müjdəAli təhsil almaq üçün Moldovaya gəlmiş nurani bir Anadolu gənci acı

və izdirabın ən yüksək nöqtəyə çatdığı bu anlarda bir yuxu görür. Bir neçə gün yuxusunun təsiri altında qalan gənc bu barədə heç kimə heç nə demir. Bu sirrin sanki sinəsini yardığını hiss edib, nəhayət, yuxusunu bir dostuna danışır. Bu yuxudan çox təsirlənən dostu psixoloji dəstəyə böyük ehtiyac olduğu bu dəqiqələrdə yuxunun hamıya duyurulmasını məsləhət görür. Nəticədə yuxuda baş verənlər müəllimin həyat yoldaşına danışılır və sanki hamının içinə sərin su səpilir.

Tələbə yuxusunda gördüklərini belə danışır: “Əlimdə süd bankası ilə birlikdə xəstəxanaya ziyarətə gedərkən, yolda birmərtəbəli ağ bir ev gördüm. Qapısı bir balaca açıq olduğundan çölə işıq şüası düşürdü. Yaman

Page 65: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

diqqətimi çəkdi və qapıya yaxınlaşaraq ürkək nəzərlərlə içəriyə baxdım. Orada ağ libaslı bir qadının səcdədə olduğunu gördüm. İçimdən bu qadının Həzrəti Xədicə olduğuna dair bir hiss keçdi. Elə o andaca o mənə tərəf baxaraq: “Qorxmayın! Allahın igidlərinə heç nə olmaz”, – dedi”.

Həkimi heyrətləndirən hadisəCərrahiyyə əməliyyatı üç saatdan çox çəkir. Əməliyyat otağına ümidsiz

və kədərli girmiş həkim üç saat sonra çölə sevinc və təəccüb dolu baxışlarla çıxır: “Həyatımda ilk dəfədir ki, belə hadisə ilə üzləşirəm. Sən demə, canı çox sağlam və güclü imiş. Belə çətin əməliyyatdan uğurla çıxdı”.

Xəstə müəllim daha bir neçə həftə xəstəxanada müalicə olunur. Bir müddət dərman qəbul etməklə müalicəsinə davam edən gənc müəllim uzun aradan sonra əvvəlki kimi sağlam həyat sürməyə başlayır. Amma buna baxmayaraq, nə özü, nə də ailəsi geriyə – Türkiyəyə qayıtmaq istəyir. Tədris fəaliyyətini uğurla davam etdirən müəllim sonrakı həyatında da həm müdiriyyətin, həm də xalqın rəğbətini qazanır. Bu hadisənin üstündən heç bir il keçməmiş Moldovada daha bir məktəb açılır, özü də paytaxt Kişinyovda. Bilmək olmaz, bəlkə də çəkilən əzab-əziyyətin və səbrin bəhrəsi oldu bu məktəb. Bu təhsil ocaqlarında yetişən xristian moldovan və qaqauz gənclər isə on ildir Baserabiya torpaqlarında dinlər və millətlər arası qardaşlıq toxumlarını əkirlər.

Söz , yazı və...

“Söz var kəsdirər başı, söz var kəsər savaşı, söz var ağulu aşı, yağ ilə bal edər bir söz...” Söz var vəzir edir, söz var rəzil edir. Söz var dağlar aşdırır, söz var düz yolda çaşdırır. Söz var güldürür, söz var öldürür. Söz var özdür, söz var közdür. Söz var oxunulası, söz var yazılası. Söz var yaşanmalıdır, söz var unudulmalıdır. Söz var yaşadılmalıdır, söz var unutdurulmalıdır. Söz var üstündə durmalısan, söz var həmişə üstündə dayanmalısan. Söz var dildən gəlir, söz var ürəkdən gəlir. Söz var uçub gedən, isti nəfəslərə qovuşub əriyən. Söz var boynunu büküb başa düşülmək üçün öz anını gözləyən. “Ya xeyirli söz de, ya da sus” – necə də xeyirli sözdür. Söz gümüşdürsə, susmaq qızıldır.

***“Söz uçar, yazı qalar”. İgid qəhrəmanların həyatını ölümsüzləşdirən

yazılar vardır, qapqaynar. Eyni dəyərlərə sahib insanların anlaşmazlıq nəticəsində dostluqlarını ölümə məhkum edən yazılar vardır, bumbuz.

Page 66: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Müəllifi tərəfindən belə inanılmayan faydasız yazılar vardır, sanki unudulmaq üçün yazılan. Sözlər var, yazılar var; bəzəkli-düzəkli, ədəbi ifadələrlə, bədii təsvir vasitələri ilə zəngin. Halbuki natiqin həyatında heç yaşamadığı ifadələrlə bəzədiyi nitqi ölü doğulmuş uşağa bənzəyir.

***Ağzımızdan çıxmış sözlərdən və qələmimizdən hasil olmuş yazılardan

savayı bizim bir bədən dilimiz də var; nə səsi var, nə də sədası, amma odur varlığımızın əsası. Onu sözlər yox, gözlər ifadə edir. Elə söz var səmimiyyətinə şübhə edilir, amma işə bədən dili qarışdıqda bütün şübhələr aradan qalxır. Buna görə də yaşamadıqlarımız nə deyilməli, nə də yazılmalıdır. Əgər deyilib və ya yazılıbsa, artıq yaşanmalıdır.

***Neçə-neçə, necə-necə sözlər istifadə etmişəm indiyə qədər... İmkanım

olsaydı, sayardım hər bir kəliməmi, hər bir sözümü... İmkanım olsaydı, ölçərdim hər birinin səmərəliliyini... Və imkanım olsaydı, geri qaytarardım hər boş sözümü. Amma bir şeyi bilirəm ki, vaxt var idi onlar mənim qulum idilər, indi isə mənə ağalıq edirlər.

***Neçə-neçə, necə-necə yazılar yazmışam indiyə qədər... İmkanım

olsaydı, faydalılıq şkalasında ölçərdim onları. Yazılar var yaddaşımda: haqlarında “kaş ki yazmasaydım” dediklərim... Amma təəssüf ki, lövhəyə həkk olunmuş yazıları silmək üçün keçmişimiz bizə silgi əvəzinə peşimanlıq verir. Başqa yazılar da var yaddaşımda: haqlarında “yaxşı ki, yazmışam” fikirləşdiyim anda “daha yaxşı yazmalıydım” dediklərim. Yada sala bilmədiyim yazılar da var: heç onlara görə məni nələrin gözlədiyini də bilmirəm.

***Və bir də elə vəziyyətlər var ki, onlar haqqında nə siz soruşun, nə də mən danışım! Çünki nə mənim hövsələm çatar onları deməyə, nə də sizin səbriniz yetər onları dinləməyə! Amma məni ümidləndirən bir şey var: sözlərimə, yazılarıma, vəziyyətimə yox, yalnız niyyətimədir ümidim, niyyətimə!

Page 67: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

AZƏRBAYCANLI GÜNLƏR

Page 68: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Azərbaycanlı günlər

29 Oktyabr, 1999-cu il. Azərbaycana gəldiyim ilk gün. Eyni zamanda, bu gün Türkiyənin Cümhuriyyət bayramıdır. Elə indi – bu yazını qələmə aldığım anda da təqvim oktyabrın 29-unu göstərir, amma 2003-cü ilin... Azərbaycanı görməyə, gəzməyə, duymağa və onunla birlikdə yaşamağa həsr etdiyim bu 4 il necə də tez köçdü tarixin yaddaşına.

Ah, Azərbaycanım! Dörd il boyu saysız-hesabsız nemətlərlə məni bəsləsən də, bunun əvəzində müqayisəyə belə gəlməyən kiçik işlər gördüm. Amma Allah şahiddir ki, həmişə səni hiss etməyə, hiss etdirməyə çalışmışam, kədərinlə kədərlənib, sevincinlə sevinmişəm.

Hələ də son nöqtəsi qoyulmamış Qarabağ dramının xoşbəxt sonluqla bitəcəyinə hər zaman inanmışam, bu inamı ətrafımdakılara da aşılamağa çalışmışam. 20 yanvarda şəhidlərini anmışam; onlar kimi fateh ola bilməsəm də, fatihələr oxumuşam, onlar kimi qanım torpağına qarışmasa da, gücümün çatdığı qədər qırmızı qərənfilləri əsirgəməmişəm. Torpağında zəlzələ yaşadım, azərbaycanlı bacı-qardaşlarımın qorxu, həyəcan hisslərinə şərik oldum. Sənin qoynunda yaşamağın necə də şirin olduğunu başa düşdüm.

Bir neçə il əvvəl 20 Yanvar meydanında yağıların vəhşi hücumuna məruz qalmış vətən övladlarını məmləkətimdən seyr edərkən içim yanırdı. İllər ötdü, Azadlıq meydanında baş verən daha bir qanlı hadisə – bu dəfə qardaş qarşıdurması qəlbimə növbəti qara damğanın basılmasına səbəb oldu.

Bütün dünyada tanınan dahi şəxsiyyətlərlə tanış olmaq şərəfinə nail oldum. Yaxşı və yaman günlərində, toyunda, yasında, şerlərində, hekayələrində səninlə birlikdə yaşadım.

Tədbirlərdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin himnləri ard-arda oxunanda “bir millət, iki dövlət” sözlərini şüar götürərək gələcəyimizə nikbin baxmağa çalışdım. Bu qardaşları bir-birindən ayırmaq istəyən nadanlara isə türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadənin “Mən dedim, sən dedin, yenə mən dedim. Geriyə bir addım ata bilmədim. Sən gördüyün fərqi görə bilmədim. Vallah, azəriylə türk arasında” misralarıyla cavab verdim.

Bakıda keçirilmiş sərbəst güləş üzrə Avropa çempionatında Ariflərimiz çiyin-çiyinə verib tamaşaçıları salamlayarkən qürur duydum, qəhrəman övladın Arif Abdullayev bir-bir rəqiblərinin kürəyini yerə vurduqca öz alqışlarımla mən də Azərbaycanın azarkeş “ordu”suna qoşuldum. Qələbə ümidi ilə stadiona gedəndə də tək niyyətim səninlə birlikdə olmaq, hisslərini paylaşmaq idi. Buna imkanım çatmayanda mavi ekran arxasından sənə dəstək olmağa çalışdım. Dimanın, Cahangirin qapısına vurulan hər qola mən də üzüldüm, Fərruxun, Qurbanın qolları ilə ayağa qalxdım.

Hər səhər “Xəzərdən dünyaya” sədaları ilə səni salamladım, sənin “Zaman”ında həyatıma rəng qatdım, “Qafqaz”ın zirvələrindəki təmiz havanı içimə çəkdim, “Çağ”ın yetişdirdiyi çağdaş yeniyetmələrlə yeni güc qazandım.

Page 69: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Rayonlarının ab-havası kimi saf və təmiz vətəndaşlarınla tanış oldum. Lənkəranda dəmir ağacını, Masallıda İstisuyunu, Qubada ağ almanı, Şəkidə qonaqpərvərliyini, Qaxda isə ata yurdumun şivəsini gördüm. Neçə ildir səninlə “yeyiyəm, içiyəm, yaşıyam”. Əslən Ərzincanlı olsam da, həm də Qaxlıyam, Azərbaycanlıyam.

Buna görə də sənin mənə xarici vətəndaş kimi baxmağını heç vaxt həzm etməmişəm! Maşınımın nömrəsindəki “H” hərfi sanki qəlbimə saplanmış bir oxdur. Onu da başa düşürəm ki, bu bir formallıq işarəsidir və həmin sarı nömrə nişanını mənə ərməğan etdiyin sarı gül kimi qəbul edirəm.

Bir şeyi əminliklə deyə bilərəm ki, həyatımın bu dörd ilini, həqiqətən də, sənin qoynunda yaşamağa dəyərdi. Çünki sən dəyərlisən. Dörd ili götür-qoy edərkən müttəhim kürsüsünə yalnız bir nəfəri oturduram – özümü. Səni daha yaxşı tanıya bilmədiyimə, dərdini daha dərindən başa düşmədiyimə görə həmişə özümü ittiham etmişəm. Qarşıdakı beşinci ilin daha səmərəli olması üçün yeni planlarım var. Bilmək olmaz, bəlkə də növbəti il səninlə birgə yaşadığımız sonuncu il olacaq. Bütün işlərin yekunu əhəmiyyət kəsb edir. Buna görə də beşinci ilimi ancaq sənə və gənc övladlarına həsr edirəm.

Dörd ilin başa çatdığı gecədə səni bir daha qəlbimdən süzülən misralarla salamlamaq istəyirəm.

Atasız ana yurdumdan gəldiyim kimi,

Ata yurdum idin, həm atam oldun.

Sevdim səni bir övladın sevdiyi kimi,

Qaynar məhəbbətinlə qəlbimə doldun.

Səninlədir qanım, can Azərbaycanım!

Günlərim, aylarım nədi, illərim səndə,

Güzlərim, qışlarım nədi, yazlarım səndə,

Gözlərim, saçlarım nədi, yaşlarım səndə,

Can bədəndə, bədən məndə, bəndən səndə,

Əmrindədir canım, can Azərbaycanım!

Qəlbdən qəlbə ümid körpüləri

Page 70: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Ötən il Bakıda dörd müxtəlif təhsil ocağında – Dədə Qorqud Özəl Türk Liseyi, Bakı Özəl Türk Liseyi və Araz Hazırlıq Kursunda “Tədrisdə motivasiya və müvəffəqiyyət” mövzusunda konfrans verərkən 400-ə yaxın şagird ilə bilik və təcrübələrimi bölüşmək imkanım oldu. Gənc həmsöhbətlərimin mənalı suallarını, məntiqli və səviyyəli şərhlərini, enerjilərini və gözlərindəki parıltını müşahidə etdikcə Azərbaycanımızın parlaq gələcəyinə olan inamım daha da artır.

“Enerjili və dinamik gənclərdəki potensial zəkanın Azərbaycan xalqının xidmətinə verilməsi yolunda bir nümunə təşkil edən bu qurumlara dəstək verənlərə, burada əziyyət çəkənlərə və valideynlərə təşəkkür etməmək, onları alqışlamamaq ədalətsizlik olardı” – məhz bu fikir məni indi oxuyacağınız yazını qələmə almağa vadar etdi. Konfranslardan sonra müdiriyyət və müəllim heyəti ilə görüşdə belə qənaətə gəldim ki, tədrisdə qazanılmış müvəffəqiyyətin açarı müəllimlərin öz peşələrinə bağlı olmalarında və hamıya hakim olan kollektiv düşüncə tərzindədir. Konfransların birindən sonra mənə təqdim edilmiş dəftərə tam həqiqəti əks etdirən bu sözləri yazdım: “Bu və bunun kimi digər qurumlarda “tədrisdə motivasiya və müvəffəqiyyət” mövzusunun ağızlarda yox, əməllərdə dolaşdığının şahidi oldum. Komanda ruhu əldə olunan zaman müvəffəqiyyət qazanmağın elə də çətin olmadığını gördüm və çox sevindim”.

Özümlə keçirdiyim iclaslarda və daxili ünsiyyət seanslarında əldə etdiyim qərarlardan və çıxartdığım nəticələrdən biri də bu oldu ki, uzağı otuz nəfərin oxuyacağı bir kitab yazmaq heç vaxt insanın məqsədi ola bilməz. Vasitə və məqsədi bir-birinə qarışdırmadan həyata keçirilən daimi və sistemli işlərlə ən yaxın əhatə dairəmizdən başlayaraq, radiusu genişləndirməklə bəlkə də bütün bəşəriyyətin istifadəsinə verilə biləcək kitablar, əsərlər ortaya çıxartmalıyıq. İnsanları yaddaşlarda saxlayan, özü ölsə belə, xalq üçün faydasını həmişə yaşadan elə bu əsərlər deyilmi?..

Qafqaz Universitetini ziyarət etmiş Türkiyə Cümhuriyyətinin təhsil naziri Hüseyn Çelikin qısa, amma məzmunlu nitqində bir məqam diqqətimi çəkmişdi: “Ölkələr arasında yollar, körpülər, hava şəbəkələri quraraq əlaqələri genişləndirə bilərsiniz. Onsuz da bunlar yerinə yetirilməli olan işlərdir... Amma könüldən könülə yol tapmaq, ürəklər arasında körpülər qurmaq daha əhəmiyyətlidir. Bu mənada, Qafqaz Universiteti iki ölkənin ürəkləri arasında inşa edilmiş bir körpüdür. Həm də bu işin 1990-cı illərin əvvəllərində həyata keçirilməsi uzaqgörənlikdən xəbər verir. Bu işə səbəb olanların hamısını təbrik edir, gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram”.

Ümid edirəm ki, bu və bunun kimi körpülərdən bütün bəşəriyyət keçəcək.

Şəki-Zaqatala zonasında “hava” mülayimdir

Page 71: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Keçən il noyabrın 28-30-u aralığında Qafqaz Universitetindən üç nəfər müəllim yoldaşım ilə birlikdə Azərbaycanın səfalı bölgələrindən olan Şəki-Balakən zonasına qonaq getmişdik. İki gün ərzində bu regionda yerləşən dörd rayonu ziyarət etmək imkanımız oldu. Səfərimizin maraqlı məqamlarını sizinlə bölüşmək daha da xoş olardı.

Şəki Özəl Türk LiseyiÇox möhtərəm yoldaş Yaşar bəyin direktoru olduğu Şəki Özəl Türk

Liseyində şagirdlərlə səmimi bir görüş keçirtdik. Eyni zamanda, ali məktəbə hazırlaşan yuxarı sinif şagirdləri üçün motivasiyanın artırılması və uğur qazanmağa təsir edən amillər mövzusunda seminar da təşkil etdik. Daha sonra gələcəyin tələbələrinin universitet həyatı haqqında suallarına cavab verməyə çalışdıq. Ona görə çalışdıq deyirəm ki, suallar həm keyfiyyət, həm də kəmiyyət baxımından bizə yaman çətin anlar yaşatdı.

Şəki Araz Hazırlıq Kursu Yeni binaya köçürülmüş Hazırlıq Kursu nəinki rayonda, ümumilikdə

bütün regionda uğurlu fəaliyyəti ilə diqqət çəkir. Mütərəqqi və ünsiyyətcil bir şəxs olan Ertaş bəyin yetirmələri ilə görüşümüzdə “Təhsildə motivasiya və müvəffəqiyyət” mövzusunda seminar keçirdik, tələbəlik həyatı ilə bağlı bəzi məsləhətlər verdik.

Şəki İpək FabrikiTürkiyədən gəlmiş iki iş adamı ilə birlikdə Şəki İpək Fabrikinin

direktoru Elman Qarayevi ziyarət etdik. Elman müəllimin dediyinə görə keçmiş SSRİ vaxtında fabrikdə 7000 işçi çalışsa da, hazırda müəssisənin cəmi 1000 nəfər əməkdaşı var. Bu arada qeyd edim ki, bir qadınla söhbətimizdə məlum oldu ki, ayda təxminən 17 “şirvan” maaş alsa da, vəziyyətindən narazı deyil. SSRİ-nin süqutundan sonra 10 il fəaliyyətsiz qalmış fabrikin illik ipək istehsalı potensialı 10 min tondur. Amma hal-hazırda bunun təxminən yarısı qədər, yəni ilə 5500 ton məhsul istehsal edilir. Azərbaycanda ipəyin 1 kq-ı 20 ABŞ dolları olsa da, Yaponiyada bu mal üçün 26 dollar ödəyirlər. Məhsulun xarici bazarlarda satışı baxımından problemi olan fabrik yerli və xarici sahibkarların qayğısına, xüsusilə türkiyəli iş adamlarının yardımına ehtiyac duyur. Müəssisənin nəzdində 5 sex var ki, bunlardan da yalnız biri – “rəngləmə” sexi hazırda işləmir. Digər “burma”, “qoz açan”, “xalça” və “toxuma” sexlərinin fəaliyyətini isə qənaətbəxş hesab etmək olar. Xüsusilə “xalça” sexindəki sənət əsərləri diqqətimizi çəkdi. Burada xalçalar əl dəzgahlarında kvadrat metri 1000 dollardan toxunur. 1957-ci ilə məxsus avadanlıqlarla fəaliyyət göstərən fabrikin dünya bazarında rəqabət aparması üçün yeni texnologiya və mütərəqqi marketinq strategiyasına ehtiyacı var. Elektrik enerjisi və işçi qüvvəsinin ucuz olması və vergi güzəştlərinin mövcudluğu fabrikin inkişaf perspektivini bir qədər də artırır. Buna görə də regionda fəaliyyət göstərən beynəlxalq təcrübəyə malik iş adamlarının dəstəyi sayəsində müəssisənin fəaliyyəti daha da səmərəli ola bilər.

Page 72: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

“Qaxın yolu uzax...”Şeyx Şamilin silahdaşı Hacı Muradın məzarını ziyarət etdikdən sonra

Qaxa getdik. Rəhmətlik babam tez-tez “ax, ax, Xaxın yolu uzax” deyərdi. Xax bizim kəndin adı idi. Deyim ki, Xax kimi Qaxın da yolu uzaqdır. Əvvəlki yazılarımda da Qaxa dair bir-iki kəlimə yazmışdım. Qaxlıların danışıq tərzinin məmləkətim Ərzincanın ləhcəsinə oxşaması mənim üçün hələ də cavabı tapılmamış bir sual olaraq qalır. Ona görə də Qax və Ərzincanın qardaş şəhər olacaqlarını düşünürəm. Qaxda birinci dəfə idi ki olurdum, amma bura təxmin etdiyimdən də daha gözəl və səliqəli idi. Şəhər icra hakimiyyətinin işgüzarlığını yolların səliqəli olmasından, şəhərin ümumi mənzərəsindən də başa düşmək olardı. İlisuya gedən dağlıq yolda belə asvalt salınması rayonun gözəlliyinə əlavə rəng qatırdı.

Qax Araz Hazırlıq Kursu Kursun müdiri Nuri Ok bəyi hələ ötən ildən tanıyırdım və ilk

görüşümüzdəcə onun enerjisinə və işgüzarlığına valeh olmuşdum. Araz Hazırlıq Kursu Heydər bağının içində gözəl bir binada yerləşir. Arxasını dağa söykəmiş, ətrafında isə meşəlik və çəmənliklərin yer aldığı bu gözəl məkanı daha bir dəfə ziyarət etmək öhdəliyini üzərimizə götürdük. Qonaqpərvər Nuri bəyin bizi qonaq etdiyi qoz mürəbbəsi və Qax balı ilə çay süfrəsini yəqin ki, heç vaxt unutmayacağıq.

Zaqatala Araz Hazırlıq KursuKurs yenicə açıldığından hazırda beşmərtəbəli binanın yalnız iki

mərtəbəsində fəaliyyət göstərir. Təhsil ocağının müdiri İhsan bəyin isti münasibəti və zarafatcıl söhbətləri Zaqatalanın axşam soyuqluğunu təsirsiz hala gətirmişdi. Şagirdlərlə keçirdiyimiz görüş də çox səmərəli və isti bir atmosferdə baş tutdu. Hətta tədbir qurtaran kimi sönən işıqlar belə Zaqatala haqqında formalaşmış xoş və isti fikirləri dəyişə bilmədi.

Balakənin icra hakim ilə görüşŞəki Özəl Türk Liseyində oxuyan şagirdlərimizdən birinin valideyni

olan Balakənin icra başçısı Nəsib Məhəməliyevin şam yeməyində qonağı olduq. Əsl dövlət məmuruna xas olan biliyi, mədəniyyəti, nitqi və ünsiyyətcilliyi ilə seçilən bu insanla tanış olmaq bizə böyük şərəf verdi. Belə insanlarla görüşdükdən sonra Azərbaycanın parlaq gələcəyinə olan ümidlərimiz daha da artır. Çox səmimi bir atmosferdə davam edən görüşdən sonra Vətənin ucqar nöqtəsində qərar tutmuş bu diyardan gecənin qaranlığında ayrılaraq, gəldiyimiz yerə – Bakıya doğru yola çıxdıq.

Naxçıvan təəssüratlarım

Page 73: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Qafqaz Universiteti nəzdindəki Sürəkli İnkişaf Mərkəzinin Naxçıvan Türk Liseyləri üçün təşkil etdiyi seminarlarda iştirak etmək üçün 2003-cü il dekabrın 29-da Muxtar Respublikaya getmişdik. İki vətənimin həmsərhəd olduğu bu tarixi məkanda bir sıra maraqlı məqamların şahidi oldum.

Naxçıvan başda Heydər Əliyev olmaqla Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri qoynunda bəsləmiş şərəfli bir diyardır. Əshabı-Kəhf mağarası, Möminə Xatun türbəsi, Astma Xəstəxanası, Duzdağı, eləcə də Ordubaddakı türk şəhidinin məzarı Naxçıvanın tarixi əhəmiyyətini artıran digər məqamlardır.

Naxçıvan türk liseyləriAzərbaycanın və bütün türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev

cənablarının xeyir-duası ilə 1 noyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş müqaviləyə əsasən 1992-ci ildə açılmış Naxçıvan Türk Liseyləri yarandığı gündən etibarən Azərbaycan və Türkiyə arasındakı “təhsil körpüsü” vəzifəsini öz üzərinə götürmüşdür. Bu tədris ocaqlarında çalışan türkiyəli və azərbaycanlı müdir və müəllimlərin üzərinə düşən məsuliyyət bu günlərdə daha da artmışdır. Heydər Əliyevin xatirəsi olan bu məktəblərin mərhum prezidentimizin haqqını vermələri üçün uğurlarını daha da artırmaları, Naxçıvan və ümumilikdə Azərbaycan üçün layiqli övlad yetişdirmələri lazımdır. Bu mənada, liseylər indiyə qədərki fəaliyyətləri ilə özlərini doğrultmuş hesab oluna bilərlər. Hazırda 603 şagirdin təhsil aldığı bu məktəblərdən elə bir o qədər, daha dəqiqi 604 nəfər məzun olub. Məzunların əksəriyyəti Azərbaycan və Türkiyə universitetlərinə daxil olmuşlar. Bununla yanaşı, liseyin şagirdləri respublika üzrə keçirilmiş bilik yarışlarında, həmçinin beynəlxalq olimpiadalarda yüksək uğurlara imza atıblar.

Naxçıvan Türk Liseyi1992-ci ildən fəaliyyətə başlamış Naxçıvan Türk Liseyini digər təhsil

ocaqlarından fərqləndirən bir xüsusiyyət var. Bu lisey Türkiyənin fədakar, könüllü təhsil işçilərinin ölkə xaricində açdıqları ilk məktəb olmaq şərəfinə nail olmuşdur. Naxçıvan Türk Liseyi gələcəkdə açılacaq onlarla lisey üçün bir nümunə olmuşdur. Hazırda 250 şagirdin təhsil aldığı bu məktəb, eyni zamanda, Azərbaycana 288 yüksək səviyyədə orta təhsil almış gənc bəxş etmişdir.

Şərur və Ordubad Türkiyədən 28 kilometr aralıda yerləşən Şərur rayonunda 1994-cü ildə

fəaliyyətə başlamış Əhməd Mahmudov adına Şərur Türk Liseyində 205 şagird oxuyur. Məktəb məzunlarının sayı isə 178 nəfərdir.

İran və Ermənistanla həmsərhəd olan və Naxçıvan şəhərindən 80 kilometr uzaqlıqda yerləşən Ordubaddakı Qızlar Liseyi 1993-cü ildə fəaliyyətə başlayıb. Hazırda 148 Azərbaycan övladının təhsil aldığı bu liseyin 138 nəfər məzunu var.

Page 74: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Təhsil SeminarlarıMüdiriyyət işçiləri və müllimlər üçün nəzərdə tutulmuş seminarlar,

eləcə də şagirdlərin iştirak etdiyi konfransdan ibarət olan tədbir ümumilikdə 40 saat çəkdi. Seminarlarda vaxtın idarə olunması, qərar çıxartma, sürətli və səmərəli oxuma, təhsildə idarəetmə, iclas keçirmə qaydaları, ailədaxili ünsiyyət mövzularından bəhs edildi. Şagirdlər üçün nəzərdə tutulmuş konfransda təhsildə motivasiya və müvəffəqiyyət, dərs oxumaq qaydaları, şəxsiyyətin inkişafı barədə danışıldı.

Son illərdə dinamik inkişaf yolunu tutmuş Naxçıvan ümid edirəm ki, ildən-ilə daha da tərəqqi edəcəkdir. 2003-cü ildə gedib, 2004-cü ildə qayıtdığım Nəqşicahana paytaxt Bakıdan səmimi salamlar.

Bakıda beyin fırtınası

Silsilə konfranslar vermək üçün Bakıya təşrif buyurmuş “Dialoq Avrasiya” (DA) jurnalının yayım müdiri və “Zaman” qəzetinin yazarı Nevval Sevindi burada ilk tədbirini Müstəqil Azərbaycan Universitetində keçirdilər. Qarşılıqlı söhbət şəklində keçən tədbirdə universitetin rektoru professor Səlahəddin Xəlilov, millət vəkilləri – Rəbiyyət Aslanova və Şahlar Əsgərov, “Zaman” qəzetinin baş redaktoru Ənəs Cansevər ve Qafqaz Universitetinin müəllim heyəti iştirak etdilər.

***

Nevval Sevindi, əsasən, Uzaq Şərq ilə Qərb mədəniyyəti arasında qalmış Avrasiyanın hazırkı vəziyyəti və gələcək perspektivlərinə dair fikirlərini bizimlə bölüşdü: “Şərq “cəbhə”sində Çin yeni layihələri ilə sürətli hücuma keçmək fikrindədir. Çinin qarşısına qoyduğu ən mühüm proqramlardan birinə görə ölkədə 2 il ərzində müxtəlif sahələr – kompyuter, ingilis-dili, iqtisadiyyat, marketinq üzrə 1,5 milyon ixtisaslı kadr yetişdirilməlidir. Bu mənada, ixtisaslı işçi qüvvəsi bazarında 25 dollara işləyən çinli mütəxəssislərin rəqib tanımayacağını demək olar. Eyni məzmunlu layihəni ABŞ elm-təhsil sahəsində tətbiq etmək istəyir. Son illərədək Qərbi Avropanın “ikinci eşalon” ölkələri arasına daxil edilən İrlandiya isə ağıllı dövlət siyasəti nəticəsində iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə meydan oxuyacaq səviyyəyə gəlib çatıb”.

Qərbdə və Uzaq Şərqdə belə sıçrayışlar olsa da, bizdəki vəziyyətin heç də ürəkaçan olmadığını etiraf etməliyik. Amma bizim də müəyyən üstünlüklərimiz var. Və bu sahədə biz şanlı keçmişimizdən istifadə etməliyik. Güclü keçmiş parlaq gələcəyə əsas verə bilər. Məsələn, 1000 il əvvəl Azərbaycanda və Anadoluda böyük nailiyyət qazanmış bir Əxilik dərnəyi var idi. Qərbdə iş mədəniyyəti kimi etik mövzular hələ təzə-təzə

Page 75: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

aktual olmağa başlasa da, türk dünyasında bu anlayışlar artıq XI əsrdə Əxilərin simasında formalaşmışdı. “Allah insanı təbiətcə mədəni yaradıb”, – deyən Əxi Ərvan “yaşa və yaşat” fəlsəfəsinin banisi olmuşdur. Əxiliyə görə insanın alnı, qapısı və süfrəsi açıq olmalıdır. Eyni zamanda insan üç şeyi bağlı saxlamalıdır: əlini, belini, dilini.

Müasir Avrasiyanın ən böyük çatışmazlığı təşkilatçılığındadır. Yaxşı təşkilatlanmaq üçün iradə, enerji və inam lazımdır. Qərb öz mədəni-mənəvi dəyərlərini marka edərək irəli gedir. Bəli, bəli, iqtisadi yox, məhz mədəni dəyərlər. Söhbət iqtisadiyyatdan getsəydi, ABŞ-ın yerinə Səudiyyə Ərəbistanı dünyaya hakim olardı. Pul ilk planda olsaydı, Qurtuluş Savaşında qalib gələ bilməzdik, Azərbaycan azadlığa qovuşa bilməzdi. İşin canı mədəni dəyərlərimiz əsasında insan resurslarımıza dəyər qatmaqda, onları qiymətləndirməkdədir. Günün reallıqlarını nəzərə alaraq hərəkətə keçmək lazımdır. Biz hərəkətə keçsək, davamı gələcək. Avrasiya Qərb ilə Şərq arasında qalıb əzilmək istəmirsə, mütləq hərəkətə keçməlidir.

Ötən əsrdə “udmaq-uduzmaq” fəlsəfəsi hökm sürürdü. Yəni birinin qalib gəlməsi üçün digəri mütləq məğlub olmalı idi. İndi isə “ancaq udmaq” yüzilliyidir. Bu əsrdə eyni oyunda hamı qalib gələ bilər. Hər ikimizin qazanması üçün Mövlananın “fərqləri yox, oxşarlıqları tapın” sözlərini özümüzə şüar etməliyik. Praqmatizmdə olduğu kimi, fərdin mənfəəti cəmiyyətin maraqlarından üstün olmalı deyil, mən yox, biz düşüncəsi ön plana çıxmalıdır.

***

Nevval Sevindinin dərin söhbəti rektor Səlahəddin Xəlilovun lətifə və zarafatları ilə daha da maraqlı olurdu. Rəbiyyət Aslanovanın məsələyə münasibəti isə Türkiyənin bir çox siyasətçiləri üçün əsl nümunə təşkil edə bilərdi. Rəbiyyət xanım bunların mütləq bir gün bizdə də reallaşacağına inandığını bildirdi.

***

Yazını Nevval Sevindiyə ünvanladığım iki sual və onların cavabları ilə bitirirəm: “Məncə bizim ən böyük problemimiz insan resurslarımızın fiziki və əqli cəhətdən deyil, sırf psixoloji cəhətdən zəif olmalarıdır. Son yüz ildə xalqlarımızın başına gələnlər sanki bizim özümüzə zəif kimi baxmağımıza səbəb olub. Bu mənfi psixologiyadan qurtulmaq üçün müəyyən nailiyyətlər əldə etməli və bu nailiyyətlərimizdən səmərəli şəkildə istifadə etməliyik. Bu mənada, bizim də Amerika təcrübəsində olduğu kimi fərdi yaradıcılığa üstünlük verməyimiz nə qədər düz olardı? Bizdə fərdiyyətçilik düşüncəsindənsə, kollektiv şüur daha hakim mövqedədir. İrlandiya, Çin və

Page 76: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

ABŞ-dan gətirdiyiniz misallarda da gördük ki, onlarda dövlətin güclü dəstəyi var. Amma bizim ölkələrdə dövlətin öz qayğıları elə özünə bəsdir. Qeyd etdiyimiz işlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarına hansı yük düşür?” Nevval xanımın suallara cavabı belə oldu: “Qərbi kor-koranə təqlid etmək əvəzinə milli mentalitetimiz və mədəni-mənəvi dəyərlərimiz nəzərə alınaraq kollektiv şüur çərçivəsində vətəndaşlarımızın inkişafına, təkmilləşdirilməsinə çalışmalıyıq. Bütün problemlərdə dövləti günahlandırmaqdansa, çalışmalıyıq ki, öz öhdəmizə düşən məsələləri layiqincə yerinə yetirirərək dövlətin qayğısını müəyyən qədər azaldaq. Bu mənada, qeyri-hökumət təşkilatlarının üzərinə böyük iş düşür.

Qəhrəmanlıq nümunəsi

Qəhrəman Binnətlinin əziz xatirəsinə

Tarix: 1 noyabr 1999-cu il. Yer: Qafqaz Universiteti. Məni onunla universitetin rektorluq otağında tanış etmişdilər. Səmimi, mehriban, gülərüz, istiqanlı və çox təvazökar idi. O dəqiqə isinmişdim ona...

Birlikdə işlədiyimiz üç il ərzində mənə həmişə səmimi münasibət göstərirdi. Onunla ünsiyyətdə olub xətrini istəməmək mümkün deyildi. Atam yerində olsa da, həmişə həmyaşıdım kimi davranırdı mənimlə, yazılarımı oxuduğunu deməklə əlavə ruh yüksəkliyi verirdi.

Memarlıq və İnşaat Universitetində prorektor işləyəndə də hər görüşümüz zamanı isti münasibətini duydum. Gələcək planlarından danışarkən təbəssüm edərək “mütləq bir gün səni universitetə dəvət edəcəyəm” deyirdi.

Tarix: 1 Noyabr 2002-ci il. Yer: Memarlıq ve İnşaat Universiteti. Onun dəvəti ilə əksəriyyəti professorlardan təşkil olunmuş 80-ə yaxın müəllimin iştirak edəcəyi “İdarəetmədə vaxt amili” mövzusunda konfrans vermək üçün yanına getdim. Universitetin giriş qapısındaca məni çox səmimi şəkildə qarşıladı. Konfransın əvvəlində məni təqdim edərkən, layiq olmasam belə, işlətdiyi lütfkar ifadələr eynilə yadımda qalıb. Konfransdan sonra otağındakı şirin söhbətimizin dadı isə hələ də damağımdan getməyib.

Tarix: 1 Yanvar 2004-cü il. Naxçıvandan Bakıya nədənsə planlaşdırdığımdan bir gün əvvəl gələsi oldum. Gecə yarısına yaxın evə yenicə çatmışdım ki, telefon vasitəsilə bu acı xəbəri mənə çatdırdılar.

Page 77: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Dəstəkdən gələn titrək və həzin səs onun artıq bu dünyada olmadığını dedi. Qeyri-ixtiyari olaraq dilimdən bu sözlər çıxdı: “İnna lillahi və inna ileyhi raciun”. Bəli, Ondan gəlmişik və Onun yanına da qayıdacağıq. Elə qayıdırıq da...

Tarix: 2 Yanvar 2004-cü il. Yer: Memarlıq və İnşaat Universiteti. O yenə də öz şirin təbəssümü ilə zaldakılara baxaraq gülümsəyirdi. Vidalaşma mərasimində divara vurulmuş böyük şəklinin üz ifadəsindən mərhumun dostlarına baxıb sanki bunları demək istədiyi sezilirdi: “Dünyaya gələndə mən ağlayırdım, məni sevənlər isə gülürdülər. Elə bir həyat yaşadım ki, indi siz ağlayırsınız, mən isə gülürəm”. Onun o biri həyatda da güləcəyinə, sonsuz bir məkanda dostları ilə bir yerdə olacağına inanıram. Bir dəfə bayram namazından sonra bir-birimizə sevinclə sarılıb bayramlaşdığımız kimi həqiqi dostlarla o biri tərəfdə də görüşəcəyinə və hələ bir çox bayramlar keçirəcəyinə inamım böyükdür...

Bayram gecəsi süfrə başından qalxaraq qohumlarını ziyarət etmək istədiyini bildirdi. Evdəkilər razı olmasalar da, vəfalı, sədaqətli dost qohum-əqrəbasını ziyarət etməkdə israrlı idi. Evdən qatarla getməsini məsləhət görsələr də, o, maşınla səyahətə üstünlük verdi. Heç vaxt evdəkiləri nigaran qoymazdı, ona görə də saat 2:00 radələrində zəng edərək artıq mənzil başına çatmaqda olduqlarını dedi. Yol boyu arxa oturacaqda oturub yaxın qohumu ilə söhbət edirdi. Qəzadan bir qədər əvvəl isə qabağa keçmişdi. Evdəkilər nəsə hiss edirmiş kimi həmin gecə yatmamışdılar və saat 3:00-da ataya zəng etməyi qərara aldılar. Amma zəngə cavab verən yox idi. Qəhrəmanlıq nümunəsi olan bu insan artıq dünyadakı səyahətini başa vurmuş, Haqqın dərgahına səyahət etmişdi.

Ölümü ilə dostlarını ağlatmasının şəxsən şahidi oldum. Cənazə mərasimində onunla vidalaşmağa İstanbuldan, Alma-atadan gələnlər də var idi. Hər kəsin xətrini bu qədər istəməzlər, hər kəsə bu qədər hörmət etməzlər. Allah-Təala sevdiyi bir qul üçün insanlara belə müraciət edir: “Mən onu sevirəm, siz də onu sevin”. Əzab-əziyyətlərlə dolu olan bu fani dünyadan gedərkən arxada yalnız xoş xatirələr buraxmaqdan və bunun nəticəsi olaraq, rəhmət duaları ilə axirət dünyasına qovuşmaqdan daha xeyirli nə ola bilər?! Bir ömür boyu bunun üçün çalışmırıqmı?!

İnanıram ki, bədəni torpağa qarışsa da, ruhu dostlarının, çox sevdiyi tələbələrinin yanında qalacaq. Həm də inanmaq istəyirəm ki, onu özlərinə nümunə seçmiş gənclər onun kimi millətə, vətənə və ümumilikdə bəşəriyyətə faydalı olacaqlar.

Gözlənilmədən bizi tərk etdi. Onunla məni birləşdirən bir məqam da var idi, amma heç cür vaxt tapıb özünə deyə bilməmişdim. İkimizin də ad günü aprelin 20-də idi...

Page 78: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

Onu yaxşı tanıyırdıq və ancaq yaxşı yönlərini tanıyırdıq. Buna görə də hər yerdə yalnız xoş xatirələrlə anacaq, ruhuna fatihələr oxuyacağıq. Ruhun şad, yerin cənnət olsun, Qəhrəman müəllim...

Əfğan, Fəryad, Fırtına...1

Bakıda universitetdə oxuyurdu. Tədris ili yeni başladığından həyəcanlı və sevincli idi. Müəllimlərindən birindən soruşulası sualı var idi. Telefonun dəstəyini qaldıraraq müəllimin ev nömrəsini yığmağa başladı. Dəstəyi elə müəllimin özü götürdü. Amma səsində bir qəribəlik var idi. Müəllimi telefonda hıçqıra-hıçqıra ağlayaraq: “Ah, kaş gündəlik planlarımı yerinə yetirsəydim!” – deyirdi. Və daha sonra qışqıraraq bu üç sözü təkrar edirdi: “Əfğan, fəryad, fırtına!” Yuxuda gördüklərinin təsiri ilə yerindən sıçrayan gənc tələbə yaman qorxmuşdu.

Yuxusunu müəllimə danışmağı qərara aldı. Bir gün imkan taparaq müəlliminə yaxınlaşdı və çəkinərək də olsa, gördüklərini bir-bir ona danışdı. Müəllim eşitdiklərindən yaman təəccüblənmişdi. İlk olaraq, “yuxuda ağlamaq sevinc, rahatlıq əlamətidir” dedi. Daha sonra tələbəsindən sözləri bir-bir təkrar etməsini xahiş etdi və “Ah, kaş gündəlik planlarımı yerinə yetirsəydim. Əfğan, fəryad, fırtına!” ifadələrini özü üçün qeyd götürdü. Nədənsə oğlandan “əfğan” sözünün “fəryad”dan əvvəl gəlib-gəlmədiyini bir daha dəqiqləşdirdi. Tələbə sözlərinin ardıcıllığını çox yaxşı xatırladığını və əvvəl əfğan, sonra fəryad, sonda isə fırtına dediyini bildirdi. Bu ardıcıllıq müəllimi heyrətləndirmişdi. Əslində xalq arasında “fəryad-əfğan” ifadəsi işlədilirdi. Bu nüans onun diqqətini çox çəkmişdi. Amma bir qədər sonra adamın əvvəlcə əfğan etməsi, daha sonra fəryada başlaması ona da məntiqli gəldi. Özü üçün gətirdiyi bu izah barədə tələbəyə heç nə demədi. Müəllim artıq lazım olan ipucunu tapmışdı... Bəlkə də bu onun üçün həyat dərsi olmuşdu. Tələbəsindən ayrıldıqdan sonra içində qopan fırtına ilə bərabər evin yolunu tutmuşdu.

Peşimanlıq FırtınasıVaxt çox sürətlə keçir. İnsan biri qurtardığı anda digəri başlayan

sonsuz ehtiyacları, arzuları qarşısında məhdud ömründən səmərəli istifadə edə bilmir. Heç vaxt keçməyəcəyini zənn etdiyi illərin su kimi axıb getdiyini fotoalbomdakı şəkli ilə aynadakı əksini tutuşduranda daha yaxşı başa düşür insan. O da vaxtdan səmərəli, planlı istifadə etməyin zəruriliyini həmişə deyir və elə plan da tuturdu. Amma iş bu plan-proqramın icrasına gələndə nədənsə lent bir yerdən qırılırdı. Və yenidən plansız və səmərəsiz bir həyat başlayırdı. Artıq onun günləri planlayaraq izləməsi əvəzinə plansız günlər onu təqib edirdi. Və bir neçə il sonra “ah, kaş gündəlik planlarımı yerinə yetirə bilsəydim” deyəndə artıq gec olacaqdı. İndi ona yalnız “illər yorğun, mən yorğun, boşa getdi sənələr” mahnısını züm-zümə etmək qalırdı. Və

1 Yazıda haqqında danışılan hadisə həyatdan götürülmüşdür. Heç bir əlavə olunmadan və lazımi şəxslərdən razılıq alınaraq eynilə sizə təqdim edilmişdir.

Page 79: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

əlbəttə ki, bu həzin mahnıdan sonra alqış sədaları eşidilmirdi... Əvvəl əfğan, sonra isə fəryad başlayırdı. Ən sonda isə fırtına qopurdu. Elə bir fırtına ki, uşaqlıq, gənclik və qocalıq da daxil olmaqla bütün bir ömrü toz-dumana qatıb aparırdı. Peşimanlıq fırtınası sakitləşdikdən sonra isə qəbiristanlıqda yeni peyda olmuş bir məzarın üstündə “ruhuna fatihə” yazısı gözə dəyirdi! Bu titr yazısı kəsik-kəsik seyr edilmiş bir kinonun başa çatdığını bildirirdi.

“Və İnsan Aldandı!”Böyük bir mütəfəkkirin dediyi ifadələr yaddaşımda dərin bir iz

buraxıb: “Əgər bir ssenari yazası olsaydım, adını “Və insan aldandı” qoyardım”. Dahi türk şairi Məhmət Akif Ərsoyun “o boyda ömrü hədər” ifadəsini öz həyatı ilə təsdiqləyən milyardlarla bəşər övladı gəlib-gedib bu dünyadan...

Bu boyda ömrümüzün hədər olmaması üçün, aldanmış insan olmamaq üçün, “ah, kaş ki...” deməmək üçün, əfğan-fəryad edib ağlamamaq üçün və bizi haralara aparıb tullayacağı bilinməyən fırtınalara düşməmək üçün papağımızı qabağımıza qoyub kişi kimi fikirləşməliyik. Əlbəttə ki, əgər hələ də iş-işdən keçməyibsə... Əgər hələ də yolun sonuna çatmamışıqsa... Əgər hələ də həyat dənizi tükənib, vücud qayığı sahildə batıb qalmayıbsa!..

Birdən minə yüksəlmək

Azərbaycanın ucqar rayonlarından birində maddi vəziyyəti elə də ürəkaçan olmayan kasıb ailə yaşayırdı. Evin böyük oğlu Bakıda universitetdə oxuyurdu və bütün çətinliklərə baxmayaraq, fədakar valideynlər uşaqlarının təhsilinə pul ayırmağa çalışırdılar. Bu zaman ailəyə daha bir şad xəbər daxil olur: kiçik oğul da ali məktəbə qəbul olmuşdu... Qohum-qonşunun təbrikləri ata-ananı nə qədər sevindirirdisə, yeni qayğılar ailə başçılarını bir o qədər narahat edirdi. Bakıda iki uşaq oxutmaq elə də asan məsələ deyildi, həm də kiçik oğul özəl universitetə daxil olmuşdu... Amma valideynlər evin kiçiyinin də ali təhsilə yiyələnməsini istəyirdilər və “Allah kərimdir” deyib, 1998-ci ildə onu da paytaxta yola saldılar.

Böyük qardaşı kimi o da istedadlı, çalışqan tələbə idi və birinci il hazırlıq kursunu müvəffəqiyyətlə başa vurdu. Universitetin ayırdığı maliyyə yardımı ilə günlük ehtiyaclarını ödəyir, təhsil haqqını isə valideynləri boğazlarından kəsib göndərirdilər. Üçüncü kursda semestrin sonu gəlib çatmışdı, amma təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmayacaqdı. İlk imtahan çox hörmət etdiyi bir müəllimin dərsindən idi. İmtahana buraxılmayacağını bilsə də, müəlliminə sədaqətini göstərmək üçün universitetə gəlmişdi. Məsələdən xəbər tutan müəllim tələbəsinə bildirmədən təhsil haqqını ödədi və onun imtahanlara girməsinə yardımçı oldu. Daha sonra tələbə mətləbdən agah olanda, səhv başa düşülməməsi üçün pulu borc kimi verdiyini və imkanı olduqda qaytara biləcəyini dedi

Page 80: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

müəllim. Əslində müəllimin bu pula ehtiyacı yox idi, sadəcə tələbəsini sınayırdı. Və müəllimə söz verdiyi vaxtda borcunu ödəyən gənc oğlan bu gizli imtahandan da yüksək qiymət almışdı.

Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, ümidsizliyə düşməyən və öz biliklərini daim təkmilləşdirən tələbə artıq dördüncü kursda oxuyurdu. Sonuncu semestrdə yenə də eyni problemlə üz-üzə qala bilərdi, amma müəllim bu dəfə də köməyini əsirgəmədi. Tələbə razılaşmaq istəməsə də, müəllim bunun borc yox, dərslərindəki müvəffəqiyyətin qarşılığı olaraq qəbul edilməsini xahiş etdi. Tələbənin təkidlərinin qarşısını müəllim yalnız “gələcəkdə işə düzəldikdən sonra qaytararsan” deməklə ala bildi.

Universitetdən məzun olmuş tələbə, daha doğrusu, artıq ixtisaslı gənc bir neçə ay özünə iş axtardı. Amma Bakıda iş tapmaq elə də asan deyildi: bəziləri “rəy verənin”, yəni tanışının olmadığını deyir, bəziləri isə yumşaq desək, maddi vəziyyəti yaxşı olmadığına görə (!) ondan imtina edirdilər. Açığı, özü də az maaşlı və perspektivi olmayan bir işə girmək istəmirdi. Bununla belə, oxuduqlarının, qazandığı biliklərin bir gün köməyinə çatacağına inanırdı. Və çox keçmədi ki, xarici bir şirkətdə müsabiqəni uğurla keçərək, ixtisasına uyğun, öz bacarığını nümayiş etdirə biləcəyi perspektivli işə daxil oldu.

Bundan bir ay sonra müəllimini ziyarət etmək üçün məzun olduğu universitetə getdi. Hal-əhval tutduqdan, səmimi söhbət etdikdən sonra cibindən müəyyən məbləğdə pul çıxararaq müəlliminə uzatdı. “Bu nədir?” – deyə müəllim sual dolu baxışlarını tələbəsinə zillədi. Gənc oğlan gülümsəyərək cavab verdi: “Özümə söz vermişəm ki, hər dəfə maaşımdan pul ayıraraq tələbələrdən birinə verim. Bu gün ilk maaşımı almışam və xahiş edirəm, bu pulu götürüb universitet illərində mənim kimi çətinliklərlə qarşılaşan uşaqlardan birinə verəsiniz. Bu pul çox olmasa da, inanıram ki, onların yükünü bir qədər azaldacaq. İmkan daxilində mən çalışacağam ki, bu yardımın davamı gəlsin və xahiş edirəm, pulun kimin verdiyini deməyin”. Həmin an müəllim içindən keçirdiyi ülvi hissləri necə dilə gətirəcəyini bilmədi və o sədaqətli, xeyirxah gəncə yalnız bir-iki sözlə təşəkkürünü çatdıra bildi.

Sabahı gün müəllim dəhlizdə rastlaşdığı başqa bir tələbəsini – maddi çətinliklərlə mübarizə apara-apara sonuncu kursa qədər gəlmiş digər yetirməsini otağına çağırdı. Dünənki əhvalatı danışaraq içində əmanət olan zərfi bu gəncə verdi. Tələbə təşəkkürünü bildirib otaqdan çıxdıqdan sonra müəllimin nəzərləri pəncərədən boylanan Ceyranbatan gölünə dikildi. Azərbaycanın gələcəyi olan bu gənc övladlara kömək edən yüzlərlə xeyirxah, ürəyiaçıq insanlarla bərabər ancaq öz qarnını doyuran milyonlar haqqında fikirləşdi. Həqiqətən də, insanlar bir-birilərinə yardım əllərini uzatsaydılar və bu əllər heç vaxt bir-birindən ayrılmasaydı, Yer üzündə kasıb anlayışı olardımı?

Müəllimi dərin fikirdən qapının döyülməsi ayırdı. Maddi-mənəvi çətinlikləri olan başqa bir tələbəsi dərdləşmək üçün gəlmişdi. “Təki canın sağ olsun, sən bu problemlərdən daha çox dəyərlisən”, – deyə gəncin könlünü almağa çalışdı. Ürəyini boşaldan və müəllimin verdiyi mənəvi dəstəklə sakitləşən tələbə otaqdan çıxmaq istəyərkən: “İlk maaşınla nə etməyi fikirləşirsən?” – deyən müəlliminin səsini eşitdi. “Bağışlayın, anlamadım”, – dedi tələbəsi. “Vaxtı gələndə anlayacaqsan və ağlayacaqsan”,

Page 81: marketing.ucoz.orgmarketing.ucoz.org/Word2.docx  · Web viewMəktəb illərində riyaziyyat dərslərində misalları həll edərkən sadələşdirmə əməliyyatından istifadə

– deyən müəllim yenidən nəzərlərini gölə yönəltdi. İşə düzəlmiş tələbəsinin sevincli simasını, Azərbaycanın parlaq gələcəyini və yerinə yetiriləsi işlərin hələ çox olduğunu fikirləşdi. “Birdən minə yüksəlmək”, – deyərək otağından çıxdı və sinfə yollandı. Çünki tələbələri onu, Azərbaycan isə tələbələrini gözləyirdi.